Məhkəmə qərarları › İş №1(101)-898/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-898/2020

06.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-898/2020 06.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi- X4, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri, 3 saylı Vəkil Bürosunun vəkili X7 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Ağcabədi rayonunun Hindarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yəni, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla Azərbaycan Respublikasına keçirmiş, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma, satma, habelə qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmə barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Şəhlam» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı «Şəhlam» adlı şəxs və ya qeyriləri naməlum şəraitdə və vaxtda satış məqsədilə qanunsuz əldə etdiyi külli miqdarda 83,275 qram çəkidə narkotik vasitə heroini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla Azərbaycan Respublikası ərazisinə qanunsuz keçirərək 2020-ci ilin mart ayının sonlarında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektindən üzü Bakıxanov qəsəbəsi istiqamətində yerləşən körpünün altında Təqsirləndirilən şəxs təhvil vermiş, sonuncu qanunsuz olaraq satış məqsədilə əldə etdiyi külli miqdarda 83.275 qram çəkidə narkotik vasitə heroini üzərində qanunsuz saxlamaqla ünvan 1 saylı ünvanın qarşısına qanunsuz daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 0010-da Nəsimi rayonu, Alı Mustafayev küçəsi 20 ünvanının qarşısında saxlanılıb qeyd olunan Baş İdarəyə gətirilmiş və orada həmin tarixdə, saat 0105-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan cins şalvarının sağ yan cibindən satış məqsədilə əldə edib saxlamaqla daşıdığı bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda 83,275 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və əynində olan gödəkçəsinin sağ yan cibindən üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü, ona verilən ittihamla qismən təqsirli bildiyini, narkotik vasitə heroin ondan aşkar edilsə də, lakin heç bir İran İslam Respublikası vətəndaşı ilə əlbir olmadığını, eləcə də qaçaqmalçılıqla, yəni narkotik vasitəni sərhəddən gizli yolla keçirmədiyini, bu səbəblərdən Azərbaycan Respublikası CM-in 206.3.2 və 234.4.1-ci maddələri ilə təqsirli bilmədiyini göstərmişdir. Bakı şəhərində kirayədə yaşamış, «Ford» markalı «AZ-**-LD-***» qeydiyyat nişanlı avtomobili icarəyə götürərək həmin avtomobillə çörək və şirniyyat sexlərindən şirniyyat götürərək marketlərə, digər şirniyyat mağazalarına satmaqla məşğul olmuşdur. «Şəhlam» adlı İranlı şəxsi tanımır və ondan narkotik vasitə almamışdır. xx xxxxx 2020-ci il tarixdə axşam radələrində narkotik vasitə heroin və tərəzi üzərində olmuşdur. Həmin gecə yəni, xx xxxxx 2020-ci il tarixdə, saat 0010-da ünvan 1 ünvanının qarşısında olarkən üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib Baş X2 əməkdaşları olduqlarını bildirərək üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. Onlara üzərində narkotik vasitə heroin olduğunu səmimi etiraf etmiş və onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Orada ona demişlər ki, üzərində olan narkotik vasitəni İranlı «Şəhlam» adlı şəxsdən aldığını boynuna götürsün, bu onun xeyrinədir və məhkəmədə köməyi olacaq. İbtidai istintaq zamanı təzyiqə məruz qalmasa da, onların ona xeyrinə olduğunu dedikləri üçün istədikləri məzmunda izahat yazmışdır. Həqiqətdə isə «Şəhləm» adlı şəxsi tanımır, şirniyyat işi ilə əlaqədar İranlı şəxslərlə telefon danışıqlarından başqa digər İranlı şəxslərlə əməkdaşlıq etməmiş, danışıqlar aparmamış, üzərində aşkarlanmış narkotik vasitə heroini körpünün altında dayanmış tanımadığı şəxsdən 900 (doqquz yüz) manata almışdır. Adətən bu çəkidə narkotik 2.000-2.200 (iki min-iki min iki yüz) manat civarında olur, buna görə də ucuz düşdüyündən fikirləşmədən 90 qram almışdır ki, iki ay müddətində yavaş-yavaş öz istifadəsi üçün işlətsin. Artıq iki ildir narkotik aludəçisidir, narkotik vasitəni iki-üç gündən bir qəbul edir. Aldığı narkotik vasitəni heç kimə satmamışdır. Tərəzini üzərində saxlamasına səbəb narkotik vasitə alanda satıcıların onu aldatmaması, çəkini az verməmələri ilə əlaqədar idi. Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanına verdiyi izahat və ilkin ifadələri ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyətlər olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadələri məhkəmədə elan edilmişdir. O, izahatında və ilkin ifadələrində ona Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, fiziki və psixi cəhətdən sağlamdır, heç bir psixotrik disponserdə qeydiyyatda deyildir. 2009-cu il tarixdə Ağcabədi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhərində kirayə tək qalır. Özü də «Ford» markalı «**-LD- ***» qeydiyyat nişanlı avtomobili icarəyə götürərək həmin avtomobillə çörək və şirniyyat sexlərindən şirniyyat götürərək marketlərə və digər şirniyyat mağazalarına satmaqla məşğul olur. Təxminən bir ay olar ki «instagram» sosial şəbəkəsində təsadüfən özünü «Şəhlam» kimi təqdim edən digər anket məlumatlarını bilmədiyi əslən cənubi azərbaycanlı olsa da İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Onunla söhbət edən zaman onun əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildikdən sonra ona birlikdə işləməyi təklif etmişdir. «Şəhlam» İranda narkotik vasitə heroini rahatlıqla əldə edə biləcəyini və həmin heroini Azərbaycan Respublikasının gömrük sərhəddindən kənar və ondan gizli yolla Azərbaycan Respublikasına göndərərək ona çatdıra biləcəyini demişdir. Ona narkotik vasitə almağa pulu olmadığını bildirdikdə ona təklif etmiş ki, göndərdiyi narkotik vasitəni götürüb satdıqdan sonra pulunu verər. Onunla razılaşmışdır. Onunla ya «İnstagram» sosial şəbəkəsində ya da «Whatsapp» ani mesajlaşma proqramı vasitəsi ilə danışmışlar. Təxminən 2020-ci ilin mart ayının sonlarında «Şəhlam» ona təxminən 500 qrama yaxın narkotik vasitə heroin göndərdiyini bildirmişdir. Onunla belə razılaşmışlar ki, heroini ona Bakı şəhəri, Nizami rayonu ərazisində Bakıxanov qəsəbəsi istiqamətində körpünün altında təhvil versinlər. Ona idarə etdiyi «Ford» markalı avtomobilin qeydiyyat nişanını və avtomobildə gözləyəcəyini bildirmişdir. Bundan sonra qeyd etdiyi yerdə avtomobildə gözlədiyi zaman bir nəfər orta yaşlı şəxs avtomobilə əyləşmiş və ondan adını soruşduqdan sonra bir ədəd sellofan bağlamanı ona verərək «Şəhlam» göndərdiyini bildirmiş və avtomobildən düşüb getmişdir. Bundan sonra o yaşadığı evə gələrək həmin sellofan torbaya baxdıqda içərisində bir ədəd elektron tərəzi və 500 qrama yaxın heroin olduğunu görmüşdür. Bundan sonra o həmin heroinin üstündən götürərək az bir hissəsini istifadə etmiş, qalan hissəsini isə tanımadığı şəxslərə satmışdır. Həmin heroindən təxminən 90 qrama yaxını qalmışdır. xx xxxxx 2020-ci il tarixdə axşam radələrində həmin heroini və tərəzini üstündə götürərək müştəri tapıb satmaq üçün Bakı şəhərinə çıxmışdır. Həmin gecə yəni, xx xxxxx 2020-ci il tarixdə saat 0010-da ünvan 1 ünvanının qarşısında olan zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib Baş X2 əməkdaşları olduqlarını bildirmiş və onun anket məlumatlarını soruşmuşlar. Onlara anket məlumatlarını dedikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. O da polis əməkdaşlarına səmimi olaraq etiraf etmiş ki, üzərində narkotik vasitə heroin vardır. Bundan sonra polis əməkdaşları onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Onlarla birlikdə Baş idarəyə gəlmişdir. Baş İdarədə ona hüquqlarını izah etmişlər və dövlət hesabına müdafiəçi təqdim etmişlər. Şübhəli şəxs qismində tutulduqdan sonra videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o etiraz etməmişdir. Şəxsi axtarış zamanı əynində olan cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroini, gödəkçənin sağ yan cibində isə bir ədəd elektron tərəzini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra o üstündə olan şəxsiyyət vəsiqəsini və 39 manat pulu təqdim etmişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyi bir ədəd sellofan bükümə baxış keçirilmişdir. O da həmin bükümdəki maddənin narkotik vasitə heroin olduğunu bildirmiş və həmin heroini necə və nə məqsədlə əldə etməyi barədə məlumat vermişdir. Bundan sonra bir ədəd sellofan büküm və bir ədəd elektron tərəzi ayrı-ayrılıqda qablaşdırılmış və qablaşdırmanın üzəri o və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra qeyd olunanlar barədə protokol tərtib edilmiş, protokol ona ucadan oxunmuş, doğru tərtib edildiyi üçün o, eləcə də bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (iş vərəqi 35-36; 52-55; 64-66). Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə verdiyi ifadəsində ona elan olunmuş ittihamla özünü qismən təqsirli hesab etdiyini bildirərək göstərmişdir ki, ittihamda qeyd olunan narkotik vasitə heroinin ondan aşkar edilmiş, lakin heç bir İran İslam Respublikası vətəndaşı ilə əlbir olmamış, eləcə də qaçaqmalçılıqla, yəni narkotik vasitəni sərhəddən gizli yolla keçirməmişdir, özünü Azərbaycan Respublikası CM-in 206.3.2 və 234.4.1-ci maddələri təqsirli hesab etmir (iş vərəqi 151-152). Təqsirləndirilən şəxs ifadələri arasında yaranmış ziddiyyətlə əlaqədar bildirmişdir ki, ibtidai istintaq zamanı ona təzyiq göstərilməsə də Baş X2 əməkdaşları ona həmin məzmunda izahat, ifadə verməsinin özünə kömək olması, məhkəmədə xeyrinə olacağı barədə dediklərindən izahatını, ifadəsini onların dediyi məzmunda vermişdir. Hazırda həmin ilkin ifadəsini təsdiq etmir, məhkəmədə verdiyi ifadə doğrudur. Məhkəmədə şahid qismində ifadə vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, Baş İdarəyə xx xxxxx 2020-ci il tarixdə əvvəllər Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə məhkum olunmuş, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 43 A, mənzil 18-də yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Bu barədə raportla Baş X2 rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və Baş İdarə əməkdaşlarından ibarət qrup yaradılaraq, qrupa rəhbərliyin edilməsi ona həvalə edilmiş və tədbirin keçirilməsinə başlanılmışdır. Əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal olunan ünvan 1 ünvanının qarşısına getmişlər. xx xxxxx 2020-ci il tarixdə, saat 0010-da həmin ünvanın qarşısında piyada hərəkət edən xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar şəxs müəyyən edilərək saxlanılmışdır. Həmin şəxsə xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Sorğu zamanı o özünü xx xxxxxx 1990-cı ildə Ağcabədi rayonunda anadan olmuş Təqsirləndirilən şəxs kimi təqdim etmiş, ona mütəmadi olaraq Bakı şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını izah etmişlər və o da səmimi olaraq hazırda üzərində narkotik vasitə olduğunu bildirdiyindən onu Baş İdarəyə dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs müdafiə hüququnu təmin etmək məqsədilə dövlət hesabına müdafiəçi dəvət edilərək təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə aparılmaya başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunla dövriyyəsi qadağan olunan əşyaları təqdim etməsi təklif edildikdən sonra o əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə olan maddəni, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd elektron tərəzini masanın üzərinə qoyaraq təqdim etmişdir. Əynində olan şalvarının sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Bundan başqa şalvarın sol yan cibindən 39 (otuz doqquz) manat pul, şalvarın arxa cibindən isə bir ədəd «Samsung» markalı mobil telefonu təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bir ədəd sellofan bükümdə təqdim etdiyi maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini təxminən bir ay qabaq İran İslam Respublikası vətəndaşı «Şəhlam» adlı şəxsdən 500 qram miqdarda satmaq məqsədilə aldığını, elektron tərəzini isə həmin heroini satan zaman çəkmək məqsədilə istifadə etdiyini, həmin 500 qram heroinin bir hissəsini satdığını bir azını isə istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torba açıldıqda içərisində tünd rəngli kəskin iyə malik narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan büküm və bir ədəd elektron tərəzi iki ədəd zərfdə qablaşdırılmış və zərflərin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 39 (otuz doqquz) manat pul onun özünə qaytarılmış, bir ədəd mobil telefon və şəxsiyyət vəsiqəsi isə götürülmüşdür. Daha sonra qeyd olunanlar barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, doğru tərtib edildiyi üçün imzalarla təsdi edilmişdir. Məhkəmədə dindirilmiş şahidlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ifadələrində Şahid1 ifadəsində dediklərini təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişlər (iş vərəqləri 115-117; 108-110). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə özünün izahatı, ilkin ifadələri, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli 6/506 nömrəli rəyində qeyd edilmişdir ki:- tədqiqata təqdim edilmiş, üzərində «...Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...» yazısı olan paketdəki,1(bir) ədəd bükümdə, təmiz çəkisi 83,275 qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; tədqiqata təqdim edilmiş, üzərində «vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş elektron tərəzi …» yazısı olan paketdəki, 1 (bir) ədəd arxa tərəfində «200g x 0,01 q» sözlər qeyd olunmuş elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ)» daxildir. Qeyd: Heroinin təmiz çəkisi- 83,275qr., tədqiqata sərf edildi- 0.1 qr., qalıq- 83,175qr.» (iş vərəqi 37-41). Cinayət işinin materiallarında olan maddi sübut hesab etmə haqqında xx.xx.2020-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi- 83,275 qram heroinin ekspertiza tədqiqatdan sonrakı qalıq 83,175 qramı və bir ədəd elektron tərəzi öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (iş vərəqi 86-88). Cinayət işinin materiallarında olan ambulator məcburi narkoloji ekspertizanın xx.xx.2020-ci il tarixli 1836 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 118-119). Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə, saat 0010-da ünvan 1 ünvanının qarşısında saxlanılıb qeyd olunan Baş İdarəyə gətirilərək üzərinə keçirilən şəxsi axtarış keçirilən zamanı əynində olan cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda 83,275 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və əynində olan gödəkçəsinin sağ yan cibindən üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntülər olan bir ədəd DVD disk öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarında tikilmişdir (iş vərəqi 27-28, 126-134). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsindən faksla daxil olmuş xx.xx.2020ci il tarixli məktubdan görünür ki, Baş X2 əməkdaşları tərəfindən xx xxxxx 2020-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirinin əsasını təşkil edən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx xxxxx 2020-ci il tarixli qərarın qanuniliyinin yoxlanılması zamanı Bakı şəhəri Nəsimi rayon məhkəməsi tərəfindən hər hansı qərar qəbul edilməmişdir (iş vərəqi 125). Cinayət işinin materiallarında olan cinayət işinin istintaq materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, «xxxxxxxx» MMC-dən xx xxxx 2020-ci il tarixli, 8949 nömrəli müşayiət məktubu ilə daxil olmuş bir ədəd diskə baxış keçirilmişdir. Diskdə aşkar edilmiş fayllara baxış keçirən zaman cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** saylı mobil nömrə göndərilən sms mətinləri olan «**********66-sms» adlı fayla baxış zamanı sonuncuya xx.xx.2020-ci il tarixdə **********58 saylı mobil nömrədən «Xalam Oglu saqol hormete gore bax Qaqa 180 azn gelirrem terezide elimde 9 eded ter temiz menede biraz cekmeye patı», xx.xx.2020-ci il tarixdə **********71 saylı mobil nömrədən «Ay xalam oğlu vallah bomba şey düz qoş elədim 2 dənə verim mene ya pati ya da pul qret ele imkan varsa patı» məzmunlu sms gəldiyi müəyyən edilmişdir. Baxış zamanı **********58 saylı mobil nömrənin «X6» adlı şəxsin rəsmiləşdiyi müəyyən edilmişdir. Həmin məlumatları özündə əks etdirən bir vərəqin surəti çıxarılaraq protokola əlavə edilmiş, bundan başqa digər fayllarda iş üzrə əhəmiyyətli heç bir məlumat aşkar edilməmiş, bir ədəd CD disk saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqi 113-114). Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli, 008-3289-1220 nömrəli istintaq tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olub-olmaması, onun narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz əldə edilməsində və satılmasında digər şəxslərlə əlbirliyinin olub-olmaması yoxlanılmış, lakin müsbət nəticə əldə edilməmişdir (iş vərəqi 124). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 4(005)-486/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 83-85). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 xx.xx.2020-ci il tarixdə tərtib etdiyi tələbnamənin, Ağcabədi rayon məhkəməsinin hökmünün kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdə Ağcabədi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmamaqla 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 77-ci maddəsinə əsasən cəzasının çəkilməmiş qalan 1 (bir) il 11 (on bir) ay 20 (iyirmi) gün müddəti azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Yevlax rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarına əsasən cəzasının qalan 8 (səkkiz) ay hissəsi 400 (dörd yüz) manat miqdarıda cərimə cəzası ilə əvəz edilmişdir. xx.xx.2013-cü il tarixli amnistya aktının tətbiq edilməsi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, habelə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə uyğun olaraq məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarında olan hesabatdan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən 65 iş saatı müddətində müdafiə olunmuşdur və hüquqi yardımla bağlı ona dövlət hesabına ödənilməli məbləğ 390 manat təşkil edir (iş vərəqi 175). Məhkəmə mövcud sübutlara qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi törətməsi, əməlində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən onun əməlləri Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsi, belə ki, ittihamda qeyd olunan narkotik vasitə heroinin ondan aşkar edildiyini bildirsə də, lakin heç bir İran İslam Respublikası vətəndaşı ilə əlbir olmadığını, eləcə də qaçaqmalçılıqla, yəni narkotik vasitəni sərhəddən gizli yolla keçirmədiyini və özünü Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1-ci maddələri ilə təqsirli hesab etmədiyinə dair dair həm ibtidai istintaqda, həm də məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşıyıb cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasi-tələrin və psixotrop maddələrin qanunsuz satılması- miqdarından asılı ol-ma-yaraq Azərbaycan Respublika--sının qanunvericiliyi ilə müəyyən edilmiş qay-da-ları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli 10 nömrəli Qərarının 19-cu bəndində göstərilir ki, «məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir». Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törət-məsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, məhkəmədə elan edilərək tədqiq olunmuş özünün ibtidai araşdırmada verdiyi etirafedici izahatı, şahid ifadələri, baxış, götürmə və sair kimi istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri, maddi sübutların mövcudluğu, iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməllərində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2 -ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəza-çəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə verilmiş ekspertiza rəyinə əsasən Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülmədir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əm-lakı müəy-yən edilmədi-yin-dən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, saxlanılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməklə maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi- 83,275 qram heroinin ekspertiza tədqiqatdan sonrakı qalıq 83,175 qramı və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; şəxsi axtarış, götürmə, eləcə də baxış keçirilməsi və götürmə zamanı çəkilmiş video görüntülər olan iki ədəd diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri- 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından ibtidai istintaqdakı müdafiəçisi X7 vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 3 saylı Vəkil Bürosunun nəfinə 390 (üç yüz doxsan) manat, məhkəmədəki müdafiəçisi X5 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə 100 ( yüz) manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında qauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli 5 nömrəli qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni xx xxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351- 353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 206.3.2-ci maddə ilə 05 (beş) il, 234.4.1 və 234.4.3cü maddələr ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi əsasında Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri- 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından müdafiəçilər X7 vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 3 saylı Vəkil Bürosunun nəfinə 390 (üç yüz doxsan) manat, X5 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə 100 (yüz) manat köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilmiş 83,175 qram heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; şəxsi axtarış, götürmə, eləcə də baxış keçirilməsi və götürmə zamanı çəkilmiş video görüntülər olan iki ədəd diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar