Məhkəmə qərarları › İş №1(101)-90/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-90/2020

10.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-90/2020 10.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1977-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 İ/B-da qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Dadaş Bünyətzadə küçəsi, ev 10, mənzil 3-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq cinayətini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs özgə əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 tamah niyyəti ilə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olub birgə qazanc əldə etməyi, yəni qramı 22 (iyirmi iki) manatdan 1 (bir) kiloqram çəkidə müxtəlif qızıl-zinət əşyalarını alıb sonradan həmin qızıl-zinət əşyalarını qramını 28 (iyirmi səkkiz) manata satmağı təklif etmiş və bununla da 6000 (altı min) manat məbləğində qazanc əldə edəcəklərini Zərərçəkmiş şəxs1 bildirmişdir. Bu məqsədlə Təqsirləndirilən şəxs 2015-ci ilin yanvar ayının əvvəlində kirayə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, ev 89, mənzil 59-da Zərərçəkmiş şəxs1 22000 (iyirmi iki min) manat pul almış, növbəti gün Zərərçəkmiş şəxs1 aldığı pul hesabına 6000 (altı min) manat məbləğində pulu Zərərçəkmiş şəxs1 qazanc kimi təqdim etmiş və qazanc kimi təqdim etdiyi puldan 1000 (min) manat zəhmət haqqı kimi özünə götürmüş, qalan 5000 (beş min) manat pulu Zərərçəkmiş şəxs1 vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs vahid niyyətlə eyni qaydada, yəni qramı 22 (iyirmi iki) manata qızıl-zinət əşyalarını alıb daha sonra 28 (iyirmi səkkiz) manata sataraq 12000 (on iki min) manat məbləğində pulu qazanc əldə ödəcəklərini vəd verib aldadaraq 2015-ci ilin yanvar ayının ortalarında kirayə yaşadığı mənzildə Zərərçəkmiş şəxs1 əlavə olaraq 22000 (iyirmi iki min) manat pulu almış, 1 (bir) həftə sonra həmin mənzildə Zərərçəkmiş şəxs1 həmin pullardan 12000 (on iki min) manat məbləğində pulu təqdim etmiş və qeyd edilən pulun qızıl alverindən əldə etdiyi qazanc olduğunu bildirmişdir. 12000 (on iki min) manat qazancdan Təqsirləndirilən şəxs 2000 (iki min) manat pulu özünə götürmüş, qalan 10000 (on min) manatı isə Zərərçəkmiş şəxs1 vermişdir. Daha sonra Təqsirləndirilən şəxs vahid niyyətlə 51775 (əlli bir min yeddi yüz yetmiş beş) manat məbləğində pulu qazanc əldə etmək adı ilə, yəni qızıl-zinət əşyalarının qramını 18 (on səkkiz) manat 50 (əlli) qəpiyə 5 (beş) kiloqram 450 (dörd yüz əlli) qram çəkidə müxtəlif qızıl-zinət əşyalarını “Toma” adlı tanışından alıb sonradan həmin qızıl-zinət əşyalarını hər bir qramını 28 (iyirimi səkkiz) manata satmaq üçün real müştərisinin olduğunu yalandan bildirib, x xxxxxx 2015-ci il tarixdə Zərərçəkmiş şəxs1 kirayə yaşadığı mənzildə əlavə olaraq 56825 (əlli altı min səkkiz yüz iyirmi beş) manat pulu almışdır. 3 (üç) gün sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə aldığı 100825 (yüz min səkkiz yüz iyirmi beş) manat hesabına qızıl-zinət əşyalarını aldığını, lakin həmin qızılları qramını 28 (iyirmi səkkiz) manata deyil, məhz 50 (əlli) manata satmaq məqsədi ilə məcbur olub Zərərçəkmiş şəxs1 xəbərsiz və icazəsiz nisyə satılması üçün bir neçə müştərilərə verdiyini, həmin müştərilər tərəfindən 3 (üç) ay müddətinə 272500 (iki yüz yetmiş iki min beş yüz) manat məbləğində pulun ödəniləcəyini Zərərçəkmiş şəxs1 bildirmişdir. Bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 hissə-hissə ümumilikdə 85825 (səksən beş min səkkiz yüz iyirmi beş) manat məbləğində pul vəsaitini ələ keçirərək Zərərçəkmiş şəxs1 külli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs hissə-hissə Zərərçəkmiş şəxs1 ümumilikdə 85825 (səksən beş min səkkiz yüz iyirmi beş) manat məbləğində pulunu ələ keçirdikdən sonra «Binə» ticarət mərkəzində özünə məxsus 2 (iki) obyektinin olduğunu, həmin obyektlərlə bağlı məhkəmədə mülki mübahisənin yarandığını və həmin obyektlərin əlindən çıxmaması üçün 14000 (on dörd min) manat məbləğində pulun lazım olduğunu, eləcə də kimlərəsə 4000 (dörd min) manat məbləğində borcunun olduğunu Zərərçəkmiş şəxs1 bildirərək borc istəmiş, həmin borcu qızıl alverindən 3 (üç) ay müddətində əldə edəcəkləri 272500 (iki yüz yetmiş iki min beş yüz) manat məbləğin özünə aidə hissəsindən qaytaracağını Zərərçəkmiş şəxs1 bildirmişdir. Zərərçəkmiş şəxs1 da 2015-ci ilin mart ayının ikinci yarısında Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzildə iki dəfəyə ümumilikdə 18000 (on səkkiz min) manat məbləğində pulu borc kimi Təqsirləndirilən şəxs vermişdir. Bununla da X14 Qasımovun 18000 (on səkkiz min) manat məbləğində pulunu ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgə əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus nağd pul vəsaitinin bir hissəsini ələ keçirdikdən sonra tamah niyyəti ilə guya növbəti dəfə qramı 15 (on beş) manata satılan 2 (iki) kiloqram çəkidə olan müxtəlif qızıl-zinət əşyalarını “Sədaqət” adlı tanışından alıb sonradan həmin qızıl-zinət əşyalarını «Hacı Ədalət» adlı tanışının vasitəsi ilə X6 Respublikasına göndərməklə orada baha qiymətə sataraq külli miqdarda qazanc əldə edəcəklərinin mümkün olduğunu Zərərçəkmiş şəxs1 yalandan bildirməklə 2015-ci ilin aprel ayının sonunda kirayə yaşadığı mənzildə Zərərçəkmiş şəxs1 əlavə olaraq 30000 (otuz min) manat məbləğində pulu almışdır. Bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1la birgə qazanc əldə etmək məqsədi ilə əlavə olaraq 50000 (əlli min) manat pula ehtiyac olduğunu, 50000 (əlli min) manat pulun müqabilində 1 (bir) aydan sonra qazanc şəklində 12000 (on iki min) manat pulu verəcəyini Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs2 yalandan bildirmiş və kirayə yaşadığı mənzildə xx xxx 2015-ci il tarixdə 25000 (iyirmi beş min) manat və xx xxx 2015-ci il tarixdə 25000 (iyirmi beş min) manat məbləğində, ümumilikdə 50000 (əlli min) manat məbləğində pulu Zərərçəkmiş şəxs2 alaraq ələ keçirmiş və bununla da Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs guya 30000 (otuz min) manat dəyərində qızılzinət əşyalarını onlara satmış həmin “Sədaqət” adlı qadına özünün 5000 (beş min) manat məbləğində borcunun olduğunu və həmin borcu ödəmədiyi halda “Sədaqət” adlı şəxsdən bir daha qızıl-zinət əşyalarını ala bilməyəcəyini, eləcə də Zərərçəkmiş şəxs1 5000 (beş min) manat məbləğində ona borc verəcəyi təqdirdə gələcəkdə əldə edəcəkləri 272500 (iki yüz yetmiş iki min beş yüz) manat məbləğin özünə aid hissəsindən aldığı borcu qaytaracağını Zərərçəkmiş şəxs1 bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs guya 100825 (yüz min səkkiz yüz iyirmi beş) manat dəyərində qızıl-zinət əşyalarını onlara satmış “Toma” adlı qadının Bakı şəhəri Səbail rayon Polis İdarəsində tutulduğunu və onun azadlığa buraxılmasından ötrü nəzərdə tutulan pulların tam toplanması üçün 2000 (iki min) manat məbləğində pulun çatmadığını yalandan bildirib, sonuncunun azadlığa buraxılan kimi sabahısı gün həmin pulları geri qaytaracağını vəd verib aldadaraq 2015-ci ilin iyul ayının əvvəlində kirayə yaşadığı mənzildə Zərərçəkmiş şəxs1 əvvəlcə 5000 (beş min) manat, sonradan 2000 (iki min) manat məbləğində pulu borc kimi almışdır. Zərərçəkmiş şəxs1 davamlı tələblərindən sonra Təqsirləndirilən şəxs hissə-hissə Zərərçəkmiş şəxs1 7000 (yeddi min) manat məbləğində puldan xx xxxxxx 2015-ci il tarixdə 1500 (min beş yüz) manat pulu qaytarmışdır. Bununla da Təqsirləndirilən şəxs növbəti dəfə 5500 (beş min beş yüz) manat məbləğində pulu ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq cinayətini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 13- 14 il bundan əvvəl, təxminən 2006-cı ildə taksi ilə Salyan rayonuna anasıgilə getmişdir. Onun getdiyi taksi sürücüsü yolda yol hərəkəti qaydalarını pozduğuna görə Qaradağ postunda onları polislər saxlamışlar. Orada yol polisi əməkdaşı taksi sürücüsünün sənədlərini almışdır. Zərərçəkmiş şəxs1 isə həmin vaxt yol polisi əməkdaşının xidməti formasında kənarda dayanıb onlara baxırmış. O və digər sərnişin taksi avtomobilindən düşmüşdür. Bu vaxt Elşən ona yaxınlaşmış və demişdir ki, “Xanım, narahat olma. Mən içəri gedib həll edəcəm, sizi yola salacam”. Bundan 7-8 dəqiqə sonra Elşən qayıdaraq taksi sürücüsünün sənədlərini sürücüyə qaytarmışdır. Sonra Elşən ona öz mobil nömrəsini verərək demişdir ki, “Burdan keçəndə nə qulluğun olsa, mənə zəng edə bilərsən”. O da öz növbəsində Elşənə öz nömrəsini vermişdir. Bundan sonra onlar zəngləşməyə başlamışlar, danışmışlar və onların arasında münasibət yaranmışdır. Sonradan onun ailədaxili problemləri yaranmış və o, mobil nömrəsini dəyişmişdir. Onun Elşənlə əlaqəsi kəsilmiş və bir müddət onun Elşənlə əlaqəsi olmamışdır. Lakin onların arasında heç bir dava-dalaş olmamışdır. Uzun illər sonra o, Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Nəsrəddin Tusi” Klinikasının yaxınlığında yerləşən evdə kirayə yaşamağa başlamışdır. Onun kirayə yaşadığı binanın qarşısında market olmuşdur. 2015-ci ildə o, yuyucu-təmizləyici məhsulları almaq üçün həmin marketə getmişdir. O, marketdən çıxdıqda kiminsə onu səsləməsini eşitmişdir. O, arxaya dönmüş və onu səsləyən adam ona tanış gəlmişdir. O, həmin şəxsə yaxınlaşdıqda onu səsləyən şəxsin Elşən olduğunu görmüşdür. Elşən ondan həmin yerdə nə etdiyini soruşmuşdur. O da Elşənə orada kirayə evdə qaldığını bildirmişdir. Elşən ona demişdir ki, “Mənə qonşu gəlmisən. Qonşuyuq biz, çayını içmək istəyirəm”. O da Elşənə demişdir ki, “evləri tökmüşəm, yığışdırıram. Mənə nömrə ver, sənə zəng edərəm gələrsən bizə”. Sonra o, evə getmişdir. Evləri təmizlədikdən sonra Elşənə zəng etmiş və nə vaxt istəsə gələ biləcəyini bildirmişdir. Sonra Elşən onun kirayə yaşadığı mənzilə gəlmişdir. Elşən gələrkən 1 (bir) qutu şokolad və 50 (əlli) ABŞ dollarını hədiyyə kimi gətirmişdir. Bundan sonra onlar oturub söhbətləşmişlər. Elşən ondan kirayə pulunu necə verdiyini, həyatında kiminsə olub-olmadığını soruşmuşdur. O da Elşənə demişdir ki, “Həyatımda heç kim yoxdur. Fərdi qaydada yüngül alver edirəm. Alverçilərdən paltar götürüb satıram. Bir də ehtiyacım olanda anamgil kömək edir”. Elşən isə artıq yaşlandığını, pensiyaya çıxdığını, pensiyaya çıxdıqdan sonra Rusiyada yaşadığını, orada biznes qurduğunu, lakin böhranla əlaqədar qayıtdığını ona bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 250000- 300000 (iki yüz əlli-üç yüz min) ABŞ dolları məbləğində pul gətirdiyini və iş qurmaq istədiyini ona demişdir. Onlar bir qədər söhbət etdikdən sonra Elşən ona ailəsindən kənarda ikinci ailə olmağı təklif etmiş və demişdir ki, “Deyirsən ki, alverdən də başım çıxır. Mən burada alver etməmişəm. Nə kimi işlər görmək olar?”. O, Elşənə paltar satdığını bildirmişdir. Elşən 5000-10000 (beş-on min) manat məbləğində alveri nəzərdə tutmadığını və 250000-300000 (iki yüz əlli-üç yüz min) manat məbləğində ticarət ilə məşğul olmaq istədiyini bildirmişdir. O da demişdir ki, “Dükan açaq, qızıl alveri edək”. Elşən də dükan açıb qızıl alveri ilə məşğul olduqları halda gündəlik qazancın olub-olmayacağını ondan soruşmuşdur. O isə bu barədə məlumatının olmadığını, tanıdığı şəxslərdən bu barədə soruşacağını Elşənə demişdir. Elşən “Moskva” univermağında “kral” ləqəbli dostunun olduğunu, onun yanına gedib maraqlanacağını ona bildirmişdir. Elşən növbəti gün səhər ona zəng edib harada olduğunu soruşmuşdur. O da Elşənə evdə olmadığını bildirmişdir. Elşən ona biraz tez evə gəlməyini, onunla söhbət etmək istədiyini bildirmişdir. Təxminən 40 dəqiqədən sonra o, evə gəlmişdir. Sonra Elşən gəlmiş və qızıl alveri barədə maraqlandığını, dükan açaraq qızıl alveri ilə məşğul olduqları təqdirdə illərlə pulları “dayandıracaqlarını”, hal-hazırda qızılın qiymətinin düşdüyünü ona demişdir. Lakin Elşən ay yarıma, bir aya qızılın qiymətinin qalxacağını tanışı “kral”dan öyrəndiyini bildirmişdir. Sonra Elşən demişdir ki, “Mən öyrəndim. Biz qızıl gətiricilərindən lom qiymətinə qızıl götürməliyik. Yığaq saxlayaq, ay yarıma, bir aya qızıl qalxanda yaxşı qiymətə satarıq”. O da Elşənlə razılaşmışdır. Elşən ona probleminin olduğunu, əgər yoldaşı xeyir-dua verməsə işinin alınmayacağını, həm də seyfin açarının yoldaşında olduğunu bildirmişdir. Yoldaşı Elşənə inansın və xeyir-dua versin deyə ondan qəbz verməyini istəmişdir. O da Elşənlə razılaşmış və Elşəndən hansı məbləğdə qəbz yazmağını soruşmuşdur. Elşən 200000- 250000 (iki yüz-iki yüz əlli min) ABŞ dolları civarında qəbz yazmağını ondan istəmişdir. O da 250000 (iki yüz əlli min) ABŞ dolları məbləğində pulun Zərərçəkmiş şəxs1 almasına dair qəbz yazmış və Elşənə vermişdir. Elşən də həmin qəbzi götürüb getmişdir. Axşam təxminən 20:00 radələrində Elşən ona zəng etməmiş onun kirayə yaşadığı evə gəlmişdir. Elşən ona demişdir ki, “Mənim yoldaşım qəbzdə qadın adı gördüyünə görə qısqana bilər. Nəsə sifəti döndü. Mən onu başa saldım ki, Ofeliya yaşlı qadındır, cavan deyil. Həm də biz bir nəfər qadın ilə alver etmirik, 3-4 nəfər qadındırlar, namaz qılırlar, dindardırlar, 2-3 nəfər də kişi var”. O, Elşənə problemin olmadığını, Elşənin evində problemin yaşanmasını istəmədiyini Elşənə bildirmişdir. Bundan əlavə Elşən ona demişdir ki, “Birdən evdə olaram, anidən evdən çıxmağım lazım olsa deyərsən ki, Toma, Sədaqət, Hacı Ədalət yığışmışıq”. O da razılaşmışdır. 2-3 gün keçdikdən sonra Elşən təxminən 25000 (iyirmi beş min) manat pul gətirmişdir. Sonra o, Elşənlə birlikdə qızıl almağa getmişdir. Həmin vaxt Elşən ona demişdir ki, “Mən tanınmış adamam, mənim gözə görünməyim lazım deyil. Sən avtomobildən düşüb qızıl gətiriciləri ilə danışacaqsan, amma mən avtomobildə oturacam”. Təxminən 45000-50000 (qırx beş-əlli min) manatlıq qızıl alındıqdan sonra o, Salyan rayonuna anasıgilə getməli imiş. Ona görə də o, Elşənə 1 (bir) günlük anasıgilə gedəcəyini demiş və aldıqları qızılları öz evinə aparmağı Elşənə təklif etmişdir. Elşən onun təklifi ilə razılaşmış və o, qızılları gətirib Elşənə vermişdir. Elşən də qızılları götürüb evinə aparmışdır. O, rayonda olanda Elşən aldıqları qızılları aparıb “kral” adlı dostuna göstərmişdir. “Kral” həmin qızılları bəyənmiş və Elşənin qızılları satmaq fikri olduğu halda ilk növbədə “kral”a deməyi bildirmişdir. O, anasıgildən qayıtdıqdan sonra Elşən qızılları gətirmiş və qızılları “kral”ın yanına apardığını ona demişdir. Alverin baş tutacağı təqdirdə Elşən ona ev, özünə isə avtomobil alacağını bildirmişdir. 3-4 dəfə qızılın qiyməti 1-2 ABŞ dolları qalxdığı ərəfələrdə Elşən qızıllardan aparıb “kral”a satmışdır. Elşən satdığı qızıllardan 3000-4000 (üç-dörd min) manat qazanc əldə etdikdə həmin qazancdan ona 1000 (min) manat çıxarıb verdikdə o, Elşənə deyirmiş ki, “300-400 manat mənə bəs edər. 500-600 manat da sən evə xərclə, qalan pulu isə mayaya yönəlt”. Bu minvalla onlar təxminən 2015-ci ilin aprel-may aylarında təxminən 91000-92000 (doxsan bir-doxsan iki min) manat məbləğində qızıl almışlar. Onlar “Moskva” univermağına gedirmişlər. Univermağın qarşısına gətiricilər gəlirmişlər. Elşən avtomobildə otururmuş, o da gedib gətiricilərlə danışırmış, gətiriciləri avtomobilə gətirirmiş. Qızılın qiymətini satıcıdan Elşən soruşurmuş. Son söz Elşənin olurmuş. Elşən qızılı bəyəndikdə tərəzidə ölçürmüş, kalkulyatorda hesablayırmış, sonra satıcıya pulu verirmiş və bundan sonra qızılları götürürmüş. Onlar aldıqları qızılları onun kirayə yaşadığı mənzilə gətirirmişlər. Sonra təxminən 7000-8000 (yeddi-səkkiz min) manat pul qalanda o, yenə Salyan rayonuna getməli olmuşdur. O, bu barədə Elşənə demiş, Elşən isə onun getməyinə etiraz etmişdir. Elşən onun evinə gəlmiş və demişdir ki, “Kral”a zəng etmişdim. “Kral” dedi ki, 2-3 günə qızıl düşür, özü də pis düşür”. Elşən dostundan 50000 (əlli min) manat borc götürəcəyini bildirmişdir. Elşən həmin şəxsin onlara şərik olmayacağını, şərik olarsa onlara sərf etməyəcəyini ona bildirmişdir. Sadəcə dostu onlara verəcəyi pulun müqabilində 1 (bir) aya qazanc götürməli imiş. Səhər Elşən dostunun onunla tanış olmaq istədiyini bildirmişdir. O da Elşənə demişdir ki, “Evə çağır, evə gəlsin”. Bundan sonra Əbil Elşənlə biirlikdə onun kirayə yaşadığı evə gəlmişdir. Əbil 50000 (əlli min) manat məbləğində pulu da özü ilə gətirmişdir. X29 tanıdığını bildirmiş və ona görə də pulu çıxarıb Elşənə vermişdir. Əbil onlardan soruşmuşdur ki, “Mənim pulumu nə vaxt verəcəksiniz və nə qədər qazanc olacaq?” Elşən də Əbilə 1 (bir) ay tamam olanda 50000 (əlli min) manata nisbətdə 12000 (on iki min) qazanc verəcəyini bildirmişdir. Elşən pulu Əbildən götürmüş və onun qarşısına qoyaraq içəri otağa qoymağını bildirmişdir. O, Elşənə pulu saymasını demişdir. Sonra Elşən pulu saymış və ona vermişdir. O da pulu aparıb şkafa qoymuşdur. Sonra Elşən ilə Əbil getmişlər. Onlar Əbilin pulu ilə də qızıl almışlar. Əbilin pulunun qaytarılmasına çox az müddət qalmışdır. Elşən ona axşam zəng etmiş və xırıltılı səslə onun kirayə yaşadığı evə gələcəyini bildirmişdir. Sonra Elşən gəlmiş və o, Elşənin halını görüb qorxmuşdur. Elşən övladının gec olduğunu, ona görə də səhv etmirsə qaynının oğlunu övladlığa götürdüyünü ona demişdir. O, Elşəndən nə olduğunu soruşmuşdur. Elşən ona həmin uşağın Rusiyada böyük ziyana düşdüyünü, borclu olduğu şəxslərin mafiya ilə dostluq münasibətlərinin olduğunu və borcu qaytarmağa görə uşağa vaxt qoyulduğunu, əgər uşaq borcunu qaytarmazsa uşağın öldürülə biləcəyini ona demişdir. Elşən Masazırda olan evini 500000 (beş yüz min) manata satışa çıxardığını, ancaq həmin ev satılana qədər uşağını öldürə biləcəklərini, ona görə də onların aldıqları qızılları satmalı olduqlarını ona demişdir. Bu vaxt o, Elşəndən qızılları satmaq üçün nə qədər vaxtının olduğunu, qızılları nə vaxta qədər satmalı olduqlarını soruşmuşdur. Elşən isə qızılı satıb pulu bankla göndərəcəyi təqdirdə rüsumun çıxılacağını, bunun Elşənə sərf etmədiyini, ona görə də 3-4 nəfər tanışının Rusiyaya getdiyini, həmin tanışlarının vasitəsi ilə pul göndərəcəyini ona bildirmişdir. Elşən qızılları gecə satmaq istəmişdir. Ondan tanışının olub-olmamasını soruşmuşdur. O da Elşənə demişdir ki, “Gecə mən kimə sata bilərəm? Səhər gedib dükanları gəzərik, baxaq görək kimə satarıq”. Elşən onunla razılaşmamış və qızılları “kral”a aparacağını bildirmişdir. Sonra Elşən qızılları götürüb getmişdir. Səhər saat 11:00 radələrində Elşən onun yaşadığı evə gəlmişdir. Elşən apardığı 4 (dörd) kiloqram qızıldan təxminən 1 (bir) kiloqram 600 (altı yüz) qram qızılı və pul gətirmişdir. Elşən gətirdiyi pulu masanın üstünə qoymuş və qalan qızılı hara verə biləcəklərini ondan soruşmuşdur. O da Elşənə “Gənclik” univermağına getməyi təklif etmişdir. Elşən ona demişdir ki, “Gəncliyi də öyrənmişəm. Gənclik də eyni şeydi. Sonra o, Elşənə “Laçın” univermağında Ağa adlı yaşlı bir kişinin olduğunu, həmin şəxsin yanına gedə biləcəklərini demişdir. Elşən onunla razılaşmış və onlar təxminən 1 (bir) kiloqram 600 (altı yüz) qram qızılı aparıb “Laçın” univermağında satmışlar. “Laçın” univermağında qızılları satdıqdan sonra onlar birlikdə onun kirayə yaşadığı evə gəlmişlər. Evdə qızılların pulu ortaya qoyulmuş və o, evdəki pulu da gətirib həmin pulun üstünə qoymuşdur. Sonra Elşən pulu hesablamışdır. Elşən həmin pulları götürüb aparmaq istədikdə o, Elşənə 250000 (iki yüz əlli min) ABŞ dollarına dair verdiyi qəbzə görə narahat olduğunu bildirmişdir. Onun Elşənə verdiyi qəbz Elşənin həyat yoldaşında olduğundan və Elşənə bir şey olduğu təqdirdə borc onun üstündə qalacağından, Elşənin həyat yoldaşı həmin borcu ondan tələb edəcəyindən o, narahat olmuşdur. Elşən anasının xəstə olduğunu, yoldaşının anasının yanına Şamaxı rayonuna getdiyini, qəbzin seyfdə olduğunu və seyfin açarının yoldaşında olduğunu ona bildirmişdir. Ona görə də Elşən ona 150000 (yüz əlli min) manat məbləğində borcu ödəməyinə dair qəbz yazıb vermişdir. O, qəbzə baxmış və Əbilin də pulunun ödənildiyini Elşəndən yazmasını istəmişdir. Bu vaxt Elşən qələminin yazmadığını ona demişdir. O da Elşənə öz qələmini gətirib vermişdir. Elşən ona qəbzi vermiş, 150000 (yüz əlli min) manat pulu və 4000-5000 (dörd-beş min) manat pulu götürüb getmişdir. Həmin ərəfədə Əbilin pulunun qaytarılması vaxtı da deyəsən keçmişdir. Sonra Elşən ona zəng edərək evdə olub-olmadığını soruşmuş və o da Elşənə evdə olduğunu bildirmişdir. Elşən də onun yaşadığı evə gələcəyini bildirmişdir. Elşən onun evinə gəlmiş və demişdir ki, “Bilirsən də, uşağa pul göndərdim. Rusiyadan bir nəfər köçüb gəlir. Makler evimin şəkillərini atıb, evim xoşuna gəlib. Həmin adam evimi alacaq. Həmin adam gələnə və evim satılana qədər sən mənə kömək etməlisən. Əbil səni yığacaq, çünki Əbilin pulunu mən verə bilmədim. Əbil səni yığanda, de ki, pulları hələ yığa bilməmişik”. Bundan sonra Əbil ona zəng vurub pulun qaytarılmasını soruşmuş və o, Əbilə Elşənin ona tapşırdığı kimi hələ pulun yığılmadığı bildirmişdir. Sonra Elşən onun evinə gəlmiş və Əbilin Elşənin yanına gələcəyini, Elşənin yanından onu yığacağı təqdirdə danışacaqlarının eyni olmasını bildirmişdir. Əbil növbəti gün Elşənin yanına gəlmiş və Elşən Əbilin yanından ona zəng vurmuşdur. Lakin o, Elşənin onun səsini yazdığını bilməmişdir. Bir müddət keçdikdən sonra Əbil Elşənlə birgə onun kirayə yaşadığı evə gəlmişdir. Elşən Əbillə gəlməmişdən əvvəl onun evinə gələrək yenə evi satılana qədər Elşənə kömək etməyini, Əbilə hələ pulları yığa bilmədiklərini deməsini bildirmişdir. Əbil onun evində demişdir ki, “Elşən deyib ki, Ofeliya pulları yığa bilməyib. Mənə bunun açıqlamasını verin”. O da Əbili sakitləşdirmiş, pulları yığıb Əbilin pulunu qaytaracaqlarını demişdir. Beləliklə, o, Əbili sakitləşdirib yola salmışdır. Biraz keçdikdən sonra Elşən əsəbi halda onun yaşadığı evə gəlib demişdir ki, “ Ofeliya, Əbil yapışıb mənim yaxamdan. Sən mənim vəziyyətimi bilirsən də, mən qazanc götürə bilmədim, mayam da əlimdən getdi. Vəziyyətim yaxşı deyil, amma ən azından sənə 3-4 dəfə də olsa 3000-4000 manat qazanc qaldı”. Elşənin bu sözləri ona təsir etsə də, o, bunu Elşənə hiss etdirməmiş və Elşənə az-az pul götürdüyünü bildirmişdir. Elşən ondan kimdənsə borc tapmağını, həmin borcu özü qaytaracağını, bütün pulunu uşağa göndərdiyini, hətta borca düşdüyünü bildirmişdir. O da Vüqar adlı dostundan 3000 (üç min) manat borc pul istəmişdir. Vüqar da ona 1500 (min beş yüz) manat borc pul vermişdir. Halhazırda da o, Vüqar adlı şəxsin pulunu qaytara bilməmişdir. Sonra o, Elşənə zəng etmiş və demişdir ki, “Pul tapmışam. Əbili də götür, gəl”. X20 evinə gəlmişdir. O da 1500 (min beş yüz) manatı gətirib masanın üstünə qoyduqda Elşən ona elə baxmışdır ki, elə bil onun Əbilə borcu olmuşdur. Əbil də pula baxmış, gülümsəmiş və demişdir ki, “Mənim puluma, öz pulunuza yığdığınız budur?”. Elşən ona tərs-tərs baxdıqda o, hirslənmiş və Əbilə tərəf gedib Əbilə hər şeyi açıq danışmaq istəmişdir. Əbil də ona heç nəyi gizlətməməyi, nə olduğunu açıq deməsini istəmişdir. Elşən ona baxışlarıyla Əbilə heç nə deməməyi işarə etmişdir. O da Elşəni itirmək istəmədiyinə görə Əbilə heç nə deməmişdir. Sonra Elşən qalxmış və Əbilə demişdir ki, “Pul mənlikdir”. Elşən bunu dedikdən sonra o, Əbili yola salmışdır. Sonradan Elşən onun haqqında hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Elşənin barəsində niyə hüquq-mühafizə orqanlarına müraciət edərək pul tələb etdiyini özü də bilmir. Təqsirləndirilən şəxs qeyd edilənlərin nəzərə alınmasını və cinayət törətmədiyini bildirərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, təxminən 2004-2005-ci illərdə onun telefonuna naməlum nömrədən zəng gəlmişdir. Ona zəng edən şəxs özünü ona Lalə kimi təqdim etmiş və ona səhv düşdüyünü bildirmişdir. Bir saat keçdikdən sonra bir də onun telefonuna zəng gəlmişdir. Ona zəng edən özünü Lalə kimi təqdim edən xanım olmuşdur. O, həmin şəxslə danışdıqdan sonra onlar görüşmək barədə razılığa gəlmişlər. Təxminən 4-5 gün keçdikdən sonra o, həmin vaxt Lalə kimi tanıdığı Ofeliya ilə görüşmüşdür. Onlar bir yerdə gedib çörək yemişlər, sonra da ayrılmışlar. O vaxt Ofeliyanın yanında bacısı kimi təqdim etdiyi xanım da olmuşdur. O, heç vaxt qızıl alverinin necə aparıldığını bilməmişdir. Sonra o, Sankt- Peterburq şəhərinə getmiş və 4 (dörd) il orada yaşamışdır. Onun qardaşları, qohumları da orada yaşamışlar. O, 4 (dörd) il Sankt-Peterburqda yaşadıqdan sonra Azərbaycana qayıtmışdır. Günlərin bir günü o, evdə oturduğu vaxt onun telefonuna naməlum nömrədən zəng gəlmişdir. Zəng edən şəxs salamlaşdıqdan sonra ondan soruşmuşdur ki, “Tanıdın?”. O da demişdir ki, “yox”. Zəng edən şəxs özünü Lalə kimi ona təqdim etmiş və onun sərbəst danışa bilib-bilməməsini soruşmuşdur. O da zəng edən adama demişdir ki, “xeyr”. Aradan bir saat keçdikdən sonra o, çölə çıxmış və ona zəng edən şəxsə zəng vurmuşdur. O, zəng edən şəxsə zəng vuranda həmin şəxs ona demişdir ki, “Mənəm də Lalə. Salyandan gəlmişdim e bacımla, həmin Lalə”. O da zəng edən şəxsdən harada yaşadığını soruşmuşdur. Özünü Lalə kimi təqdim edən şəxs də ona demişdir ki, “Biznes Universitetinin yanında”. Bundan sonra onlar görüşmüşlər və həmin qadın ondan harada olduğunu soruşmuşdur. O da Rusiyada olduğunu və orada yaşadığını həmin qadına demişdir. Bundan sonra həmin qadın birdən ona demişdir ki, “Pulun var alver etməyə?”. O da pulunun olduğunu bildirmişdir. Bu vaxt Ofeliya ona demişdir ki, “Rəfiqəm var Toma adında. Tomanın Ukraynada böyük biznesi var”. Ofeliya Tomanı ona elə təqdim etmişdir ki, o, Tomanın imkanlı şəxs olduğuna, Toma ilə iş görməyin mümkün olduğuna inanmışdır. Bundan başqa, o, başqa şəxslərdən Ukraynada Toma adında bir qadının olduğunu, Tomanın geniş əlaqələrinin və böyük biznesinin olduğunu eşitmişdir. O da təkid etmişdir ki, Ofeliya onu Toma ilə tanış etsin. Lakin Ofeliya onu Toma ilə tanış etməmişdir. 2015-ci il yanvar ayının ilk günlərində ilk dəfə o, 22000 (iyirmi iki min) manat məbləğində pulu Ofeliyaya vermişdir. Ofeliya ona demişdir ki, “qızılı 22000 (iyirmi iki min) manata alırıq, 28000 (iyirmi səkkiz min) manata satırıq”. 2 (iki) gündən sonra Ofeliya ona zəng edərək demişdir ki, “Malı satmışam, gəl puluvu götür”. Bundan sonra o, Ofeliyanın evinə getmiş və Ofeliya ona 6000 (altı min) manat pul vermişdir. Həmin vaxt o, Ofeliyadan soruşmuşdur ki, “Bu nədir”? Ofeliya da ona 6000 (altı min) manat pulun qızılların satışından əldə edilən qazancın olduğunu bildirmişdir. O, qazancın necə əldə edildiyini Ofeliyadan soruşmuşdur. Ofeliya da qızılın qramını 22 (iyirmi iki) manata aldığını, sonra qramını 28 (iyirmi səkkiz) manata satdığını və arada 6000 (altı min) manat fərq qaldığını, həmin pulun da qazanc olduğunu ona bildirmişdir. O da bu işdə əziyyət çəkmədiyini, pulun yarısının Ofeliyaya verilməli olduğunu bildirmişdir. Ofeliya isə özünə 1000 (min) manat pulun bəs olacağını demişdir. Ofeliya həmin vaxt həm də bildirmişdir ki, “1-2 kq qızıl təşkil etmək olar. Yenə 22000 (iyirmi iki) manata alıb 28000 (iyirmi səkkiz min) manata satarıq”. Bu vaxt o, Ofeliyaya evində 22000 (iyirmi iki min) manat pulunun olduğunu və gətirib Ofeliyaya verəcəyini bildirmişdir. Ofeliya da onunla razılaşmışdır. Bu razılaşmadan sonra o, Ofeliyaya yenə 22000 (iyirmi iki min) manat pul vermişdir. Bundan başqa, əvvəl Ofeliyaya verdiyi 22000 (iyirmi iki min) manat da Ofeliyada qalmışdır. Yanvar ayının ikinci yarısı Ofeliya ona zəng edərək demişdir ki, “Satmışam, gəl pulu götür”. O da Ofeliyanın evinə getmişdir. Evdə Ofeliya ona demişdir ki, “12000 (on iki min) manat qazanc var”. Bu dəfə də Ofeliya qazancdan 2000 (iki min) manatdan artıq pulu götürməmiş və pulun qalanının onun olduğunu demişdir. O, Ofeliyadan 10000 (on min) manat qazanc pulu götürdükdən sonra Ofeliyadan 44000 (qırx dörd min) manat pulunun harada olmasını soruşmuşdur. Ofeliya ona demişdir ki, “Həmin pullar Tomadadır”. X28 adlı şəxsə zəng edərək onun öz pulunu istədiyini demişdir. Toma da Ofeliyaya demişdir ki, “Elşən indi neynəyir pulu? 18 (on səkkiz) manat 50 (əlli) qəpiyə satılan qızıl tapmışam. Pul tapın daha çox qazanc əldə edək”. Bundan sonra Ofeliya ondan 56825 (əlli altı min səkkiz yüz iyirmi beş) manat pul istəmiş və o da həmin məbləğdə pulu gətirib Ofeliyaya vermişdir. Bununla da onun Ofeliyaya verdiyi pulun cəmi məbləği 100825 (yüz min səkkiz yüz iyirmi beş) manat təşkil etmişdir. O, 56825 (əlli altı min səkkiz yüz iyirmi beş) manat pulu Ofeliyaya verdikdən 2-3 gün sonra Ofeliyanın mobil telefonuna zəng çatmamışdır. Ofeliyanın telefonu açmamağı onu əsəbləşdirmişdir. Sonradan Ofeliya onun zənglərinə cavab vermiş və o, əsəbi halda Ofeliyanın evinə gedərək Ofeliyadan soruşmuşdur ki, “Niyə zənglərimə cavab vermirsən?”. Ofeliya ona demişdir ki, “qızılları hissə-hissə bölmüşük və nisyə paylamışıq”. O, Ofeliyanın bu hərəkətindən əsəbləşmiş və Ofeliyaya demişdir ki, “Niyə mənim pulumla alınmış qızılları mənim xəbərim olmadan nisyə paylamısız?”. Bu zaman Ofeliya ona cavab vermişdir ki, “May ayının 20-nə qədər bizim verdiyimiz pulun qarşılığında 272500 (iki yüz yetmiş iki min beş yüz) manat pul götürəcəyik”. Bundan sonra o, Ofeliya ilə razılaşaraq gözləmişdir. Təxminən may ayının 8-i Ofeliya onu çağırmış və demişdir ki, “Pul olsa Hacı Ədalət adında şəxs var. O, Dağıstanda qızıl satır. Onunla alver eləmək olar və daha çox qazanc əldə etmək olar”. Ofeliyanın sözlərindən sonra o, pul lazım olduğunu başa düşmüşdür. Ona görə o, kömək məqsədilə bu məsələ barədə Əbillə danışmışdır. O, 272500 (iki yüz yetmiş iki min beş yüz) manat qazanacağından əmin olduğuna görə Əbili Ofeliya ilə tanış etmiş və may ayında iki dəfəyə, hər dəfəsində 25000 (iyirmi beş min) manat, cəmi 50000 (əlli min) manat məbləğində pul vəsaitini Əbil onun yanında Ofeliyaya vermişdir. Bundan başqa, onun Ofeliyaya hələ hirsi soyumamışdır. Ona görə o, Ofeliyadan onun pulu ilə alınmış və nisyə paylanmış qızılların aqibətini soruşmuşdur. Ofeliya qızılların yarısının onda qaldığını ona demişdir. O da Ofeliyadan həmin qızılları ona verməsini tələb etmişdir. Səhərisi günü Ofeliya haradansa 1 (bir) kiloqram 250 (iki yüz əlli) qram qızılı gətirərək ona vermişdir. O da həmin 1 (bir) kiloqram 250 (iki yüz əlli) qram qızılı aparıb evində 3-4 gün saxlamışdır. Sonra o, qızılların özündə saxlamağa lüzum olmadığını fikirləşmiş və həmin qızılları aparıb satmaq üçün Ofeliyaya vermişdir. Bundan başqa, günlərin bir günü Ofeliya ona demişdir ki, “Binə ticarət mərkəzində mənim iki obyektim var. Həmin obyektlər əlimdən çıxmasın deyə mənə təcili 14000 (on dörd min) manat pul lazımdır”. Həmçinin o, Ofeliyada “Binə” ticarət mərkəzində olan 2 (iki) obyektlə bağlı bəzi sənədləri görmüşdür. Ona görə o, 2015-ci ilin martın əvvəllərində Ofeliyanın yaşadığı mənzildə 14000 (on dörd min) manat pulu Ofeliyaya vermişdir. O, 14000 (on dörd min) manatı Ofeliyaya borc kimi vermişdir. Ofeliyanın deməsinə görə “Binə” ticarət mərkəzində olan obyektlərdən biri kafe, digəri isə mağaza kimi fəaliyyət göstərmişdir. Bir müddət keçdikdən sonra Ofeliya ona zəng vuraraq 4000 (dörd min) manat məbləğində şəxsi borcunun olduğunu bildirmiş və ondan həmin məbləğdə borc istəmişdir. Ofeliya həmin borcu onların qızılların satışından birgə əldə edəcəkləri 272 500 (iki yüz yetmiş iki min beş yüz) manat hesabına ödəyəcəyini ona bildirmişdir. O da 2015-ci ilin may ayında Ofeliya ilə birlikdə qızıllardan 272500 (iki yüz yetmiş iki min beş yüz) manat məbləğində gəlir götürəcəklərinə inanaraq, Ofeliyaya 4000 (dörd min) manat pul vermişdir. Ofeliya may ayının 20-si 14000 (on dörd min) manat və 4000 (dörd min) manat pulu ona qızılların gəlirindən özünə düşən paydan qaytaracağını bildirmişdir. Aprel ayının 23-də Ofeliya yenə ona zəng vuraraq, yaşadığı evə dəvət etmişdir. Evdə Ofeliya ona Hacı Ədalət adında tanışının olduğunu, Hacı Ədalətin güclü qızıl alveri ilə məşğul olduğunu, qızıl ticarəti ilə Dağıstanda məşğul olduğunu bildirmişdir. Ofeliya onun verdiyi 30000 (otuz min) manatın üzərinə “Binə” ticarət mərkəzindəki obyektlərini satıb əldə etdiyi 80000 (səksən min) manat pulu qoyduğunu, həmin pulların hamısını Hacı Ədalətə verdiyini, Hacı Ədalətin də qızılları Dağıstanda satıb avqust ayının 5-nə qədər qızılların pullarını göndərəcəyini ona demişdir. Sonra may ayının 8-i Ofeliya ona zəng vurub demişdir ki, “50000 (əlli min) manat pul tapsan həmin pulun üstündə 12000 manat gəlir verəcəm. Qazanc yeri var, hər şeyi özüm edəcəm”. O da Ofeliyaya bir daha inanaraq demişdir ki, “Məndə o qədər pul yoxdur. Əbil adlı dostum var, ondan soruşaram. Onda olsa sənə verərik”. Sonra o, Əbilə zəng vurmuş və Ofeliyanın dediklərini Əbilə demişdir. Bundan başqa, o, Əbilə demişdir ki, “Pulun varsa verək Ofeliyaya. 1 (bir) aydan sonra həm puluvu qaytaraq, həm də üstündə gəliri”. Bunun əvəzində Əbil 25000 (iyirmi beş min) manat məbləğində pulunun olduğunu demişdir. O, Ofeliyaya zəng etmiş və Əbilin 25000 (iyirmi beş min) manat məbləğində pulunun olduğunu demişdir. Ofeliya isə 25000 (iyirmi beş min) manata işin düzəlməyəcəyini ona demişdir. O, da Ofeliyanın dediklərini Əbilə demişdir. Əbil də ona demişdir ki, “Sabaha tapa bilərəm. 25000 (iyirmi beş min) manat nağd pulum var. Ayın 10u o biri 25000 (iyirmi beş min) manatı verə bilərəm”. Əbilin bu sözündən sonra onlar Əbillə razılaşmışlar. May ayının 9-u o, Əbillə birlikdə Ofeliyanın yaşadığı mənzilə getmiş və orada Zərərçəkmiş şəxs2 25000 (iyirmi beş min) manat məbləğində pulu Ofeliyaya vermişdir. May ayının 10-u o, yenə Əbillə birlikdə Ofeliyanın yaşadığı mənzilə getmiş və orada dostu Əbil 25000 (iyirmi beş min) manat məbləğində pulu Ofeliyaya vermişdir. O, may ayının 20-də 272500 (iki yüz yetmiş iki min beş yüz) manat məbləğində gəlir götürməli imiş. May ayının 18-də Ofeliya ona zəng vurub, ağlaya-ağlaya təcili yaşadığı mənzilə getməyini xahiş etmişdir. O da Ofeliyanın evinə getmişdir. X16rdan xəbərsiz qızılları verdiyi adamlardan pulları yığıb Ukraynaya qaçıb getdiyini demişdir. Ofeliya bunu ona dedikdə, o, çox pis əsəbiləşmişdir. Ofeliya onun əsəbiləşdiyini görüb onu sakitləşdirməyə çalışmış və Tomanı çoxdan tanıdığını, evinin harada yerləşdiyini bildiyini, pulları Tomadan alıb gətirəcəyini ona bildirmişdir. İyun ayının əvvəllərində Əbil onların razılaşdığı şərtə əsasən öz pulunu və gəlirini tələb etməyə başlamışdır. Əbil öz pulunu və gəlirini tələb etdikdən sonra Ofeliya Əbili və onu sakitləşdirməyə başlamış və avqustun 5də pulların gələcəyini, Əbilin pulunu qaytaracağını bildirmişdir. Bu məsələlərdən sonra günlərin bir günü Ofeliya ona zəng edərək demişdir ki, “Bibimin Sədaqət adlı rəfiqəsi var. Onda ucuz qızıl var”. Qızıl almaq üçün o, Ofeliyaya şərt qoymuşdur. Həmin şərtə əsasən Ofeliya qızılı aldıqda və alınan qızılları götürdükdə o da həmin vaxt orada iştirak etməli olmuşdur. Lakin Ofeliya onun bu şərtinə razılıq verməmişdir. Ofeliya ona demişdir ki, “Sən mənə pulu ver, mən özüm gedib götürəcəm”. Bundan sonra Ofeliya ona zəng edib yaşadığı evə dəvət etmişdir. Evdə Ofeliya ona demişdir ki, “1 (bir) kiloqram qızıl gətirəcəklər”. Biraz keçdikdən sonra Ofeliya ona demişdir ki, “Sənə dediyim adam gəlir, amma qadın olduğundan səninlə görüşmək istəmir, çəkinir ki, tutdurarsan onu”. O da Ofeliyaya demişdir ki, “Mən heç kimi tutduran deyiləm, gəlsin görüm kimdir həmin adam”. Ofeliya razılaşmayaraq o biri otaqda pulu verəcəyini ona demişdir. Sonra qapı döyülmüşdür. Həmin şəxs gəlmiş və bağlama gətirmişdir. O, bağlamanı açmış və bağlamanın içində qızıl olduğunu görmüşdür. Lakin həmin vaxt o, qızılın çəkisini bilməmişdir. Qadın getdikdən sonra o, həmin qızılı çəkmiş və qızılın 1 (bir) kiloqram deyil, 550 (beş yüz əlli) qram olduğunu görmüşdür. Ofeliya qızılın 1 (bir) kiloqram olmadığını görüb həmin qadına zəng vurmuş, həmin qadın da Ofeliyaya demişdir ki, “Elə şey ola bilməz”. Sonra həmin qadın özü Ofeliyaya zəng vuraraq qızılı səhv göndərdiyini bildirmişdir. İyul ayında Ofeliya ona zəng vurub demişdir ki, “Toma Ukraynadan yaxşı pulla qayıdıb, ancaq borcları çoxdur. Bizə maya dəyəri olan 100000 (yüz min) manat pul qaytaracaq. Lakin 100000 (yüz min) manatdan artıq bizə pul qaytarmayacaq”. Bundan sonra o, Ofeliyanın evinə getmiş və evdə Ofeliya ona demişdir ki, “Toma məndən qəbz istəyir ki, mən sənə pulu qaytarmışam”. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin göstərdi ki, həmin günə qədər onun Ofeliya ilə arasında qəbz söhbəti və məsələsi olmamışdır. Təxminən iyul ayının 7-də Ofeliya A4 ölçüsündə ağ vərəqi iki hissəyə bölüb yarı hissəsini özünə götürmüş, yarı hissəsini isə ona vermişdir. O, özünə aid kağızda - 150000 (yüz əlli min) manat məbləğində borcu Ofeliya mənə qaytardı” yazmış, Ofeliya isə özünə aid kağızda - 250 000 (iki yüz əlli min) manat pulu məndən aldığını yazmışdır. Onun yazdığı qəbzin üzərinə 13 iyul tarixi, Ofeliyanın yazdığı qəbzin üzərinə isə 5 yanvar tarixi qoyulmuşdur. O, yazdığı qəbzi Ofeliyaya, Ofeliya yazdığı qəbzi ona vermişdir. O, Ofeliyaya qəbzi verdikdən sonra Ofeliya qəbzi götürüb getmişdir. Sonra o, Ofeliyaya zəng edərək demişdir ki, ”Sən məndən qəbz aldın ki, Tomadan pulu götürüb gələcəksən”. O, Ofeliyaya Tomanın evinin yerini ona deməsini tələb etmişdir. Ofeliya Tomanın çox adama borcu olduğundan evində qalmadığını və camaatdan qaçdığını ona demişdir. Ofeliya hər dəfə ona deyirmiş ki, ”Narahat olma, sənin pulunu verəcəm”. 2015-ci ilin avqust ayında o, Şamaxıda olduğu vaxt Ofeliya ona zəng vurub Hacı Ədalətin gəldiyini və 160000 (yüz altmış min) manat pul gətirdiyini bildirmişdir. O da həmin pul hesabına Ofeliyanın Əbilin pulunu qaytara biləcəyini fikirləşib sevinmişdir. O, özünə məxsus olan “Prado” markalı avomobillə Ofeliyanı yaşadığı evin yaxınlığından götürmüşdür. Memar Əcəmi metrosunun yanında Ofeliya bir qadına zəng edərək demişdir ki, “Elşən gəlib burdadı. Gələk bir yerdə?”. Həmin qadın da Ofeliyaya demişdir ki, “Yox. Qəbz əlindədirsə qəbzi götür gəl və puluvu al”. Bundan sonra Ofeliya ondan qəbzi istəmişdir. O da cibində olan qəbzin surətini Ofeliyaya vermişdir. Bu vaxt Ofeliya ondan qəbzin əslini istəmişdir. O, cibindən qəbzin əslini çıxarıb Ofeliyaya göstərdikdə Ofeliya həmin qəbzi onun əlindən zorla almağa və cırmağa cəhd etmişdir. O, isə Ofeliyanın onun əlindəki qəbzi almasına imkan verməmişdir. Həmin vaxt o, artıq bilmişdir ki, Ofeliyanın məqsədi ondan qəbzi alaraq gələcəkdə onun pullarını qaytarmamaq olmuşdur. Bundan sonra Ofeliya ondan küsərək onun avtomobilindən düşmüş və çıxıb getmişdir. Sonra dekabr ayının 4-də Ofeliya ona zəng vuraraq demişdir ki, “Pulu gətirmişəm. Əbillə birlikdə gəl”. O da Əbillə birlikdə Ofeliyanın evinə getmişdir. O və Əbil Ofeliyanın evinə çatdıqda Tahirə adlı şəxs də orada olmuşdur. Ofeliyanın deməsinə görə Tahirə adlı qadın Ofeliya ilə birlikdə jurnalist işləmişdir. Ofeliya evdə ondan 1500 (min beş yüz) manat məbləğində pulun qaytarılması barədə qəbz verməsini istəmişdir. O da Ofeliyaya 1500 (min beş yüz) manat məbləğində pulun alınması barədə qəbz vermişdir. Bundan sonra “Laçın” ticarət mərkəzində Ofeliyanın Ağa adlı tanışı olmuşdur. O və Ofeliya qızılları aparıb Ağaya vermişlər. O, Ofeliya ilə “Laçın” ticarət mərkəzinə 2 (iki) dəfə getmişdir. O, Ofeliya ilə birlikdə bir dəfə 500 (beş yüz) qram, ikinci dəfə isə 550 (beş yüz əlli) qram qızılı “Laçın” ticarət mərkəzində qızıl alveri ilə məşğul olan adama vermişdir və qızılların pulunu götürmüşdür. Ofeliyanın onu və Əbili aldatdığına əmin olduqdan sonra o və Əbil Ofeliyanın barəsində şikayət etmişlər. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilməməsinin nəzərə alınmasını və Təqsirləndirilən şəxs barəsində ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, onun Təqsirləndirilən şəxs ilə tanışlığı Zərərçəkmiş şəxs1 sayəsində olmuşdur.Elşən ona 2015-ci ilin may ayının ya 8-i ya da 9-u zəng edərək demişdir ki, “Əvvəlcədən tanıdığı xanım var. Onunla qızıl alveri edirik. Bizə 50000 (əlli min) manat məbləğində pul lazımdır ki, alverimizi böyüdək və daha çox qazanc əldə edək. Əgər istəyirsənsə 50000 (əlli min) manat ver, 1 (bir) aydan sonra pulunu və üstündə 12000 (on iki min) manat gəlirini götür”. O da razılaşmış və Bakıya gələrək Elşənlə görüşmüşdür. O, Elşənlə görüşdükdən sonra Elşənlə birlikdə Təqsirləndirilən şəxs evinə getmişdir. Ofeliyanın evində o, pulu Təqsirləndirilən şəxs şəxsən vermiş, Ofeliya da pulu Elşənə qaytarmışdır. Elşən pulu saymış və yenidən qaytarıb Təqsirləndirilən şəxs vermişdir. Ofeliya və Elşən ona demişlər ki, “Sən bizimlə bu işdə şərik deyilsən. 1 (bir) aydan sonra sənə 12000 (on iki min) manat məbləğində gəlir verəcəyik. Əgər istəsən gələcəkdə bizimlə şərik ola bilərsən”. 1 (bir) ay keçdikdən sonra o, təkrar Bakıya gəlmişdir. 1 (bir) ay ərzində Elşən və Ofeliya ilə əlaqə saxlamamışdır. Bakıya gəldikdən sonra o, Elşənlə görüşüb birlikdə Ofeliyanın evinə getmişdir. Həmin gündən “Qızıl burada yoxdur, İsrailə göndərilib, Sədaqət indi qızıl vermir” kimi söhbətlər, yəni ona aid olmayan söhbətlər başlanmışdır. O, bu söhbətlərlə maraqlanmamışdır. Çünki o, Ofeliya və Elşənlə şərik olmamışdır. Onun 50000 (əlli min) manat məbləğində pulu Ofeliyaya verməsində yeganə marağı 1 (bir) aydan sonra 12000 (on iki min) manat məbləğində pulu almaq olmuşdur. O, Ofeliya ilə Elşənə demişdir ki, “Bu söhbətlərin mənə heç bir dəxli yoxdur, mənim pulum verilsin”. Ona hər ikisi demişdir ki, “1 (bir) həftədən, 2 (iki) həftədən sonra veriləcək”. Belə uzatmaqla məsələ bu həddə gəlib çatmışdır. Ofeliya və Elşən nə onun 50000 (əlli min) manat pulunu, nədə ki ona qazanc kimi verilməli olan 12000 (on iki min) manat pulunu qaytarmamışlar. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs barəsində qanunla müəyyən edilmiş həddə cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2015-ci ilin dekabr ayında özünü Zərərçəkmiş şəxs1 adlı şəxs kimi təqdim edən bir nəfər onun mobil telefonuna zəng etmiş və onun Təqsirləndirilən şəxs pul borcunun olubolmamasını soruşmuşdur. O da həmin şəxsə Ofeliyaya heç bir borcunun olmadığını bildirmişdir. Həmçinin o, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onu şərləyib hədə-qorxu gəlməklə ondan 20000 (iyirmi min) manat məbləğində pul tələb etdiyini və pul tələbi ilə bağlı onun barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etdiyini, barəsində yoxlamalar aparıldığını və Təqsirləndirilən şəxs onun barəsində etdiyi şikayətin öz təsdiqini tapmadığını, araşdırma nəticəsində Təqsirləndirilən şəxs ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd olunması barədə qərarın çıxarıldığını bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1la onun arasında heç bir danışıq və münasibət olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, əri Elşən ilə X9-Peterburq şəhərinə getmiş və Elşən orada qohumlarının yanında bizneslə məşğul olmuşdur. Elşən orada 4 (dörd) il işləyib qayıdandan sonra gətirdiyi pul vəsaiti ilə Bakı şəhərində ticarətlə məşğul olmaq istəmişdir. Bu səbəbdən tanışı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 birlikdə qızıl alveri ilə məşğul olmağı məsləhət görmüşdür. Elşən Ofeliya ilə razılaşmış və evdə olan pulları götürərək Ofeliyaya vermişdir. X23 aldadaraq heç bir pul vəsatini Elşənə qaytarmamışdır. Elşən pul vəsaitlərini Ofeliyaya hissə-hissə vermişdir. Onun bildiyinə görə Elşən Ofeliyaya 155000 (yüz əlli beş min) manat məbləğində pul vermişdir. Elşən Ofeliyaya pul verdikdə o, onların yanında olmamışdır. O, Elşənin biznes işlərinə və pul məsələsinə heç vaxt qarışmamışdır. Həmçinin, Şahid1 bildirmişdir ki, onun bildiyi məlumatlar ancaq Elşəndən eşitdiyi məlumatlardır. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, “Laçın” ticarət mərkəzinin 3-cü mərtəbəsində “qızılların parıldatma və yuma” sexində işləyir və işinin mahiyyəti qızılların yuyulmasından və təmizlənməsindən ibarətdir. Onun otağının qapısı açıq olur, kim istəsə gələ bilir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 onun otağına gələrək satılmalı qızıllarının olduğunu və həmin qızılları satmaq istədiklərini bildirmişlər. O, onlara qızıl alqı-satqısı ilə məşğul olmadığını, lakin qızıl alqı-satqısı ilə məşğul olan şəxsləri tanıdığını demişdir. Bundan sonra o, “Laçın” ticarət mərkəzində işləyən Yunis adlı şəxsi çağırtdırmışdır. Yunis gəlmiş və Ofeliya ilə Elşən gətirdikləri qızılları onun otağında olan taxtanın üzərinə qoymuşlar. Yunis qızıllara bir-bir baxmış və qızılları bəyənmişdir. Ofeliya ilə Elşənin birinci dəfə gətirdiyi qızılların hamısının əyarı 750 (yeddi yüz əlli) olmuşdur. Yunis Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 qızılları haradan aldıqlarını soruşmuşdur. Onlar qızılları “Moskva” univermağından aldıqlarını Yunisə demişlər. X15 Ofeliya və Zərərçəkmiş şəxs1 qiymət barədə razılığa gəlmişlər. Yunis gedib öz tərəzəsini gətirmiş və onlar qızılları çəkmişlər. Yunis Ofeliyadan və Elşəndən qızılları öz piştaxtasında satmaq niyyəti ilə 3-4 manat baha qiymətə almışdır. Yunis qızılları götürərək qızılların pulunu sonra, yəni satdıqdan sonra vermək istədiyini bildirmişdir. Lakin Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs onunla razılaşmamışlar və Yunisə bildirmişlər ki, “Pulu gətirəndən sonra qızılları apara bilərsən”. Bundan sonra Yunis onlara şəxsiyyət vəsiqələrinin surətlərini çıxartmalı olduqlarını bildirmişdir. Zərərçəkmiş şəxs1 Ofeliyanın və öz şəxsiyyət vəsiqəsinin surətlərini çıxartdırıb gəldikdən sonra Elşən və Ofeliya şəxsiyyət vəsiqələrinin surətlərində qızılların pulunu aldıqlarını yazmışlar. Sonra Yunis gedib pulu gətirmiş və Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs vermişdir. Elşən və Ofeliya qızılların pulunu Yunisdən aldıqdan sonra çıxıb getmişlər. Yunis də qızılları götürüb aparmışdır. 20-25 gündən sonra Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs yenə qızıl satmaq üçün onun yanına gəlmişlər. O da Yunisi çağırmışdır. Qızıl alveri ilə məşğul olan digər şəxsləri çağırmamağının səbəbi ondan ibarət olmuşdur ki, Yunis qızıl alveri edən digər şəxslərdən fərqli olaraq, satılan qızılları bir-bir deyil, həmişə topdan almışdır. Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs da qızıllarını bir şəxsin almağını istəyirmişlər. Elşən və Ofeliya Yunis ilə yenə pul barəsində razılaşmışlar və Yunis yenə onlara şəxsiyyət vəsiqələrinin surətlərini çıxartmalarını demişdir. Onlar isə şəxsiyyət vəsiqələrinin surətlərini bundan əvvəlki dəfə çıxartdıqlarını Yunisə bildirmişlər. Yunis onların şəxsiyyət vəsiqələrinin surətini götürüb gəlmiş, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs yenə şəxsiyyət vəsiqələrinin surətlərində qızılların pullarını aldıqlarını yazmışlar. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, maddi sübutları, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2015ci il tarixli qəbzdən (cild 2, iş vərəqə 92) görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 250000 (iki yüz əlli min) manat məbləğində pul vəsaitinin alınması barədə qəbz tərtib edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2015-ci il tarixli qəbzdən (cild 2, iş vərəqə 92) görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs 150000 (yüz əlli min) manat məbləğində pul vəsaitinin alınması barədə qəbz tərtib edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş x xxxxxx 2015-ci il tarixli qəbzdən (cild 1, iş vərəqə 45) görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 borcundan 1500 (min beş yüz) manat məbləğində pul vəsaitinin ödənilməsi barədə qəbz tərtib edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2016-cı il tarixli Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından (cild 1, iş vərəqə 100-108) görünür ki, Zərərçəkmiş şəxs1 şikayət ərizəsi əsasında araşdırılma aparılmış və Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən onların barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2016-cı il tarixli Bakı şəhəri Yasamal rayon prokurorunun müavini Rasim Musayev tərəfindən qəbul edilmiş qərardan (cild 1, iş vərəqə 112-113) görünür ki, xx xxxx 2016-cı il tarixli Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarı ləğv edilmiş və material əlavə araşdırmaya qaytarılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2016-cı il tarixli Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından (cild 1, iş vərəqə 126-131) görünür ki, Zərərçəkmiş şəxs1 şikayət ərizəsi əsasında araşdırılma aparılmış və Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən onların barəsində cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2016-cı il tarixli Bakı şəhəri Yasamal rayon prokurorunun müavini Rasim Musayev tərəfindən qəbul edilmiş qərardan (cild 1, iş vərəqə 135-136) görünür ki, xx xxxx 2016-cı il tarixli Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarı ləğv edilmiş və material əlavə araşdırmaya qaytarılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2016-cı il tarixli əməliyyat tapşırığından (cild 1, iş vərəqə 137) görünür ki, Sədaqət, Toma və Hacı Ədalət adlı şəxslərin şəxsiyyətinin və olduqları yerlərin müyyən edilməsi barədə tapşırıq verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2016-cı il tarixli Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından (cild 1, iş vərəqə 140-145) görünür ki, Zərərçəkmiş şəxs1 şikayət ərizəsi əsasında araşdırılma aparılmış və Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən onların barəsində cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2017-ci il tarixli Bakı şəhəri Yasamal rayon prokurorunun müavini Rəşad Məmmədov tərəfindən qəbul edilmiş qərardan (cild 1, iş vərəqə 149-150) görünür ki, xx xxxxxxxx 2016-cı il tarixli Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarı ləğv edilmiş və material əlavə araşdırmaya qaytarılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2017-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X5 tələbnaməsindən (cild 1, iş vərəqə 170-171) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2004-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinmiş, ona cəza təyin edilmiş və həmin cəza ona şərti tətbiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinmiş, onun üzərində 6 (altı) il 4 (dörd) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, həmin cəza ona şərti tətbiq edilmiş və ona 2 (iki) il müddətinə sınaq müddəti təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 faylda səs yazılarının qeydə alındığı diskdən (cild 1, iş vərəqə 205) məlum olur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında dəfələrlə pulun tələb edilməsi ilə bağlı danışıqlar olmuş və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 pulunun qaytarılmasından müxtəlif bəhanələrlə dəfələrlə yayınmışdır. Səs yazılarından, həmçinin məlum olur ki, Zərərçəkmiş şəxs1 özünə aid 150000 (yüz əlli min) manat, dostu Zərərçəkmiş şəxs2 məxsus 50000 (əlli min) manat məbləğində pulu Təqsirləndirilən şəxs dəfələrlə tələb etmiş, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 pulunun qaytarılmasından yayınmış, müxtəlif tarixlər göstərərək aldığı pulların Zərərçəkmiş şəxs1 qaytaracağını bildirmiş və Zərərçəkmiş şəxs1 tələblərinə baxmayaraq, qaytarmalı olduğu pul vəsaitinin ümumi məbləğini bircə dəfə də olsun mübahisələndirməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2017-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17454 nömrəli məhkəmə-fonoskopik rəyindən (cild 1, iş vərəqə 235-247) görünür ki, ekspertizaya təqdim olunmuş 1 (bir) ədəd «abv» markalı CD diskdə olan fonoqramlardakı danışıqların məzmunu rəyin təsviri hissəsində verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 (bir) ədəd «abv» markalı CD diskdə olan fonoqramlardakı danışıqların rəyin tədqiqi hissəsində verilən yazılı mətnlərdə «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi - Zərərçəkmiş şəxs1 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 (bir) ədəd «abv» markalı CD diskdə olan fonoqramlardakı danışıqların rəyin tədqiqi hissəsində verilən yazılı mətnlərdə «Q1» kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs məxsusdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2018-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 229 nömrəli məhkəmə-xəttşünaslıq rəyindən (cild 2, iş vərəqə 77-79) görünür ki, ekspertizaya təqdim olunmuş qəbz üzərində «Mən, Qasımov X1 Ofeliya Tahir qızından 150000 manat borcu aldım. xx.xx.2015-də onuda qeyd edirəm ki, 150000 manatın içində dostumunda pulu ödənildi» əlyazmaları və imzalar (2 ədəd) Zərərçəkmiş şəxs1 tərəfindən icra olunmuşdur. Həmin qəbzin üzərində olan əlyazmalarda və imzalarda qəsdən dəyişdirilməklə icra olunması faktı müəyyən edilməmişdir. Həmin qəbzdə üzərində olan əlyazmalarda və imzalarda qeyri-adi psixofizioloji vəziyyətdə (həyəcanlı vəziyyətdə və s.) icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmamışdır. Həmin qəbzdə üzərində olan əlyazmalarında və imzalarda - əlyazmanın və imzaların yazı üçün vərdiş olunmamış sol əl ilə icra olunması faktı müəyyən edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2018-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8756 nömrəli məhkəmə-xəttşünaslıq rəyindən (cild 2, iş vərəqə 104-106) görünür ki, ekspertizaya təqdim olunmuş qəbz üzərində «Mən, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Nurməmməd oğlundan 250000 manat aldım qaytarmaq şərtilə x xxxxxx 2015-ci il» əlyazmaları və imza (bir ədəd)- Təqsirləndirilən şəxs Tahr qızı tərəfindən icra olunmuşdur. Həmin qəbzin üzərində olan əlyazmalarında və - imzada (bir ədəd) qəsdən dəyişdirilməklə icra olunması faktı müəyyən edilməmişdir. Həmin qəbzin üzərində olan əlyazmalarında və imzada qeyri-adi psixofizioloji vəziyyətdə (həyəcanlı vəziyyətdə və s.) icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmamışdır. Həmin qəbzin üzərində olan əlyazmalarında və imzada - əlyazmanın və imzanın yazı üçün vərdiş olunmamış sol əl ilə icra olunması faktı müəyyən edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2018-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9102 nömrəli sənədlərin texniki ekspertizası rəyindən (cild 2, iş vərəqə 108-110) görünür ki, «Mən, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Nurməmməd oğlundan 250000 manat aldım qaytarmaq şərtilə x xxxxxx 2015-ci il» və «Mən, Zərərçəkmiş şəxs1 Nurməmməd oğlu Təqsirləndirilən şəxs 150000 manat borcu aldım xx xxxx 2015-də (imza) iltizamlarda olan əl yazıları kimyəvi tərkibinə görə müxtəlif diyircəkli qələmlərlə icra olunmuşdur. Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış iltizamda «onu da qeyd edirəm ki 150000 manatın içində dostumunda pulu ödənildi (imza)” əl yazıları tərkibinə görə gelli qələmlə icra olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2015-ci il tarixli 030439 nömrəli nikah haqqında şəhadətnamənin surətindən (cild 2, iş vərəqə 135) görünür ki, Qasımov X2 Rəsmiyə Baxış qızı ilə xx xxxx 1991-ci il tarixdə nikaha daxil olmuşlar və nikahdan sonra X7 Qasımova soyadı verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2018-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14003 nömrəli məhkəmə-trasoloji ekspertiza rəyindən (cild 2, iş vərəqə 177-178) görünür ki, Təqsirləndirilən şəxs tərəfindən istintaqa təqdim edilmiş üzərində «Mən, Zərərçəkmiş şəxs1 Nurməmməd oğlu X3 150000 manat borcu aldım xx xxxx 2015-də (imza) onu da qeyd edirəm ki, 150000 manatın içində dostumunda pulu ödənildi (imza)» əlyazmaları və imzalar olan qəbz adlanan kağız parçası və Zərərçəkmiş şəxs1 tərəfindən istintaqa təqdim edilmiş «Mən, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Nurməmməd oğlundan 250000 manat aldım qaytarmaq şərtilə x xxxxxx 2015-ci il (imza)» əlyazmaları və imza olan qəbz adlanan kağız parçası əvvəl vahid bütövlük təşkil edərək eyni bir vərəqin hissələri olmuşdur, təxminən orta hissədən cırılaraq ayrılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2002-ci il tarixli 270197 nömrəli doğum haqqında şəhadətnamənin surətindən (cild 2, iş vərəqə 248) görünür ki, xx xxxxxxx 2001-ci il tarixdə X19 doğulmuş, onun anası Abasova (Zülfüqarova) Ofeliya Tahir qızıdır, atası X13r. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2018-ci il tarixli şübhəli şəxsin tutulması barədə qərardan (cild 3, iş vərəqə 45) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2018-ci il tarixli protokoldan (cild 3, iş vərəqə 49) görünür ki, həmin gün saat 21:40-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2018-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 3, iş vərəqə 99- 101) görünür ki, xx xxxxxxx 2018-ci il tarixdə saat 15:00-da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2018-ci il tarixli vəsatətdən (cild 3, iş vərəqə 113-115) görünür ki, cinayət işinin ibtidai istintaqını aparan müstəntiq Əli Babayev tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatla müvafiq məhkəməyə müraciət edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında vəsatət qaldırılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2018-ci il tarixli qərardan (cild 3, iş vərəqə 126-128) görünür ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror müstəntiq Əli Babayev tərəfindən verilmiş vəsatəti müdafiə etməkdən imtina etmiş və Təqsirləndirilən şəxs barəsində həmin gün həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2018-ci il tarixli qətimkan tədbiri barədə qərardan (cild 3, iş vərəqə 129-131) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2018-ci il tarixli başqa yerə getməmək haqqında iltizamdan (cild 3, iş vərəqə 132) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan olunması haqqında qərardan (cild 4, iş vərəqə 12-16) görünür ki, həmin gün saat 09:30-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli Yasamal rayon Polis idarəsinin 29-cu Polis Bölməsinin cavab məktubundan (cild 4, iş vərəqə 62) görünür ki, Əliyeva Tamella (Toma), Sədaqət, Hacı Ədalət adlı şəxslərin şəxsiyyətini müəyyənləşdirmək, eləcə də Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Binə” ticarət mərkəzində 7 və 8-ci sıralarda paltar satışı mağazasının və kafe kimi fəaliyyət göstərən obyektlərinin olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 4, iş vərəqə 68-136) görünür ki, xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yenidən elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, “Azercell-Telecom” və “xxxx” MMC-dən daxil olmuş 2 (iki) ədəd diskin, 14 (on dörd) ədəd səsyazma fayllarından ibarət 1 (bir) ədəd diskin, xx xxxx 2015-ci il tarixli, xx xxxxxx 2015-ci il tarixli, xx xxxxxx 2015-ci il tarixli qəbzlərin maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli Nəsimi rayon İcra və Probasiya şöbəsinin cavab məktubundan (cild 5, iş vərəqə 98) görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü ilə təyin edilmiş sınaq müddəti xx xxxxxx 2014-cü il tarixdə başa çatmış və həmin tarixdən etibarən o, şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. X21 Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində özünün seçdiyi müdafiəçi ilə birlikdə şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına tam şəkildə malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək, onları mübahisələndirmək və şəxslərin əlavə şahid qismində dəvət edilərək dindirilməsi üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçisi vasitəsilə suallar vermiş, habelə müxtəlif vəsatətlər vermişdir. Məhkəmə istintaqında araşdırılmış digər sübutlarla bağlı təqsirləndirilən şəxs öz etirazını bildirmiş və həmin sübutları mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0, 139.0.1, 139.0.2, 139.0.3, 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılması və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda obyektiv qiymət verib belə hesab edir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında sübutların hərtərəfli, obyektiv və tam araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 təxminən 2004-2006-cı illər arasında tanış olmuşlar. Onlar öz ifadələrində tanış olmalarını müxtəlif şəkildə göstərsələr də, məhkəmə istintaqında onların harada, hansı qaydada və nə zaman tanış olmalarını dəqiq müəyyən etmək mümkün olmamışdır. Lakin Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülərkən onun Zərərçəkmiş şəxs1la təxminən 10 (il) müddət ərzində tanış olması cinayət işinin mübahisəsiz halıdır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqında verdikləri ifadələrindən məlum olmuşdur ki, təxminən 2004-2006-cı illər arasında Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 tanış olmuşlar, bir-birinə öz mobil telefon nörmələrini vermişlər, zəngləşmişlər və onların arasında münasibət yaranmışdır. Daha sonra Zərərçəkmiş şəxs1 X9-Peterburq şəhərinə işləməyə getmiş, orada 4 (dörd) il qalaraq işləmiş və 4 (dörd) ildən sonra Azərbaycan Respublikasına qayıtmışdır. Zərərçəkmiş şəxs1 qayıtdıqdan sonra təxminən 2015-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs ilə Bakı şəhərində yenidən görüşmüş, onlar bir-birinə öz mobil telefon nömrələrini vermişlər, zəngləşməyə və əvvəlki münasibətlərini davam etdirməyə başlamışlar. Məhkəmə istintaqında onların Bakı şəhərində 2015-ci il tarixdə hansı şəraitdə və nə zaman yenidən görüşməsini müəyyən etmək mümkün olmamışdır. Lakin onların 2015-ci il tarixdə Bakı şəhərində yenidən görüşməsi, bir-biri ilə əlaqə saxlaması və əvvəllər yaranmış münasibətlərinin davam etdirməsi cinayət işinin mübahisəsiz halıdır. 2015-ci il tarixdə onlar Bakı şəhərində yenidən görüşdükdən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 birgə qızıl alveri ilə məşğul olmağı təklif etmiş və qızıl alverindən çoxlu pul qazanacaqlarını bildirmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs təklifi ilə razılaşmışdır. Təqsirləndirilən şəxs təklifinə görə o, Zərərçəkmiş şəxs1 pul vəsaiti hesabına qramı 22 (iyirmi iki) manata qızıl-zinət əşyaları almalı, daha sonra aldığı qızılları qramını 28 (iyirmi səkkiz) manata satmalı imiş. Qızılın hər bir qramına görə əldə edilməli olan fərq, yəni 6 (altı) manat məbləğində pul onların arasında bölünməli imiş. Qızıl-zinət əşyalarının satışından əldə edilməli olan pulun onların arasında bölünməməsinə dair fikir ağlabatan görünmür. Əks halda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qızıl almaq üçün pul verməsi inandırıcı və ağlabatan deyil. Təqsirləndirilən şəxs təklifi Zərərçəkmiş şəxs1 qane etdiyindən o, Ofeliyanın təklifi ilə razılaşmışdır. Əldə edilmiş razılığa əsasən, Zərərçəkmiş şəxs1 2015-ci ilin yanvar ayının əvvəlində ilkin olaraq Təqsirləndirilən şəxs 22000 (iyirmi iki min) manat məbləğində pul vəsaiti vermiş, Təqsirləndirilən şəxs isə göstərilən məbləğdə pul vəsaitini Zərərçəkmiş şəxs1 almışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 22000 (iyirmi iki min) manat məbləğində pulu aldığı gündən bir gün sonra Zərərçəkmiş şəxs1 evinə dəvət etmiş və qazanc adı ilə 6000 (altı min) manat məbləğində pulu ona vermişdir. Zərərçəkmiş şəxs1 6000 (altı min) manat məbləğində pulun haradan əldə edildiyini Ofeliyadan soruşduqda, Təqsirləndirilən şəxs 22000 (iyirmi iki min) manata qızıl aldığını, daha sonra 28000 (iyirmi səkkiz min) manata satdığını və aradaki 6000 (altı min) manatın onların qazancı olduğunu Zərərçəkmiş şəxs1 bildirmişdir. Təqsirləndirilən şəxs 6000 (altı min) manat məbləğində pulu qazanc kimi Zərərçəkmiş şəxs1 təqdim etsə də, qızılı haradan, kimdən və hansı qızılın alması və aldığı qızılı harada və kimə satması barədə Zərərçəkmiş şəxs1 heç bir məlumat verməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 6000 (altı min) manat məbləğində pulu qazanc adı ilə versə də, 22000 (iyirmi iki min) manat məbləğində əsas pul vəsaitini Zərərçəkmiş şəxs1 qaytarmamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs 22000 (iyirmi iki min) manat məbləğində pulu geri tələb etdikdə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bir daha ucuz qiymətə qızıl alıb, daha sonra baha qiymətə satmağı təklif etmişdir. Zərərçəkmiş şəxs1 22000 (iyirmi iki min) manat məbləğində pulu Təqsirləndirilən şəxs verdikdən bir gün sonra verdiyi pula görə 6000 (altı min) manat məbləğində “gəlir” əldə etməsi Zərərçəkmiş şəxs1 şirnikləndirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 6000 (altı min) manatın hamısını götürmək istəməmiş və təxminən həmin pulun yarısını Təqsirləndirilən şəxs qaytarmaq istəmişdir. Lakin Təqsirləndirilən şəxs həmin puldan 1000 (min) manat pulu özünə götürmüş, qalan 5000 (beş min) manat pul isə Zərərçəkmiş şəxs1 çatmışdır. Bundan sonra Zərərçəkmiş şəxs1 əlavə olaraq daha 22000 (iyirmi iki min) manat məbləğində pulu gətirib Təqsirləndirilən şəxs vermişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ikinci dəfə 22000 (iyirmi iki min) manat məbləğində pul verdikdən bir neçə gün keçdikdən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yaşadığı evə dəvət etmiş və 12000 (on iki min) manat məbləğində pulu qazanc adı ilə Zərərçəkmiş şəxs1 təqdim etmişdir. 12000 (on iki min) manat məbləğindən 10000 (on min) manatı Zərərçəkmiş şəxs1, 2000 (iki min) manat məbləğində pulu isə Təqsirləndirilən şəxs götürmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 verdiyi pulu qazanc kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs qazanc adı ilə Zərərçəkmiş şəxs1 12000 (on iki min) manat məbləğində pul vəsaitini versə də, bu dəfə də əvvəlki kimi 44000 (qırx dörd min) manat məbləğində pulu Zərərçəkmiş şəxs1 tələbinə baxmayaraq qaytarmamışdır. Zərərçəkmiş şəxs1 verdiyi 44000 (qırx dörd min) manat məbləğində pulu Təqsirləndirilən şəxs tələb etsə də, təkrar qızıl alveri ilə məşğul olmaq və daha çox qazanc əldə etmək bəhanəsi ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 pulunu qaytarmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs 100000 (yüz min) manat məbləğində pul qarşılığında daha çox qazanc əldə etməyi Zərərçəkmiş şəxs1 təklif etmişdir. Təqsirləndirilən şəxs 44000 (qırx dörd min) manat məbləğində Zərərçəkmiş şəxs1 məxsus pulun özündə qalmasını bildirərək Zərərçəkmiş şəxs1 tələb olunan, lakin çatışmayan hissəsini istəmişdir. Zərərçəkmiş şəxs1 da daha çox qazanc əldə edəcəyini düşünərək və həmin anadək “qazanc” əldə etdiyi zənn edərək Təqsirləndirilən şəxs daha 56825 (əlli altı min səkkiz yüz iyirmi beş) manat pul vermişdir. Bununla da Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs verdiyi pulun cəmi məbləği 100825 (yüz min səkkiz yüz iyirmi beş) manat təşkil etmişdir. 100825 (yüz min səkkiz yüz iyirmi beş) manatla bağlı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında əldə edilmiş razılığa əsasən həmin pula qramı 18 (on səkkiz) manat 50 (əlli) qəpikdən qızıl-zinət əşyaları alınmalı və daha sonra həmin qızıl-zinət əşyaları qramı 50 (əlli) manata satılmalı, nəticədə 272500 (iki yüz yetmiş iki min beş yüz) manat məbləğində qazanc əldə edilməli idi. Onların əldə etdiyi razılığa əsasən 272500 (iki yüz yetmiş iki min beş yüz) manat məbləğində qazancın əldə edilməsinin tarixi kimi xx xxx 2015-ci il tarix müəyyən edilmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona «Binə» ticarət mərkəzində 2 (iki) obyektinin olduğunu, həmin obyektlərlə bağlı məhkəmədə mülki mübahisənin yarandığını və həmin obyektlərin əldən çıxmaması üçün 14000 (on dörd min) manat məbləğində pulun lazım olduğunu, eləcə də başqa şəxslərə 4000 (dörd min) manat məbləğində borcunun olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 18000 (on səkkiz min) manat məbləğində pul istəmiş və sözü gedən borcunu xx xxx 2015-ci il tarixdə əldə edəcəkləri 272500 (iki yüz yetmiş iki min beş yüz) manat məbləğində “qazancın” özünə aid hissəsindən ona verəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 da onların birlikdə 272500 (iki yüz yetmiş iki min beş yüz) manat məbləğində “qazanc” əldə edəcəklərini güman edərək Təqsirləndirilən şəxs ümumilikdə 18000 (on səkkiz min) manat məbləğində borc vermişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ümumilikdə 18000 (on səkkiz min) manat məbləğində borc verməsi zərərçəkmiş şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi eyni məzmunlu və çoxsaylı ifadələri ilə, o cümlədən cinayət işində olan digər mötəbər sübutlarla tam şəkildə təsdiq olunur. Göstərilənlərdən başqa, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs əlavə olaraq 30000 (otuz min) manat məbləğində pul vəsaitini verdiyini və Təqsirləndirilən şəxs tərəfindən ona pulunun qaytarılmadığını dəfələrlə bildirmişdir. Lakin xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında Zərərçəkmiş şəxs1 əvvəllər verdiyi ifadəsindən fərqli ifadə verərək və cinayət prosesinin iştirakçılarının suallarına cavab verərək bildirmişdir ki, o, Ofeliya ilə birlikdə iki dəfə “Laçın” ticarət mərkəzinə getmiş, bir dəfə 500 (beş yüz) qram, ikinci dəfə 550 (beş yüz əlli) qram çəkidə qızılları ümumilikdə 29000 (iyirmi doqquz min) manata satmışdır. Qızılların satışından əldə edilmiş 29000 (iyirmi doqquz min) manat məbləğində pul onun sərəncamında qalmış və o, həmin puldan Ofeliyaya verməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs1 bu məzmunda verdiyi ifadəsi həqiqəti əks etdirir. Bununla bağlı məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs verdiyi 30000 (otuz min) manat məbləğində pul vəsaitinin 29000 (iyirmi doqquz min) manat hissəsi Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 qaytarılmışdır. Bu epizod üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 hazırda 1000 (min) manat pul qaytarmalıdır. Bundan başqa, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 5000 (beş min) manat və 2000 (iki min) manat məbləğində əlavə pul istəməsi və sözü gedən məbləğdə pulun xx xxx 2015-ci il tarixdə əldə edəcəkləri 272500 (iki yüz yetmiş iki min beş yüz) manat məbləğində “qazancın” özünə aid hissəsindən Zərərçəkmiş şəxs1 qaytaracağı barədə vəd verməsi, Zərərçəkmiş şəxs1 da 272500 (iki yüz yetmiş iki min beş yüz) manat məbləğində “qazanc” əldə edəcəklərini güman edərək Təqsirləndirilən şəxs ümumilikdə 7000 (yeddi min) manat məbləğində pul verməsi təsdiq olunmuşdur. Göstərilənlərdən məlum olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 hissə-hissə aşağıdaki məbləğlərdə pul almışdır: - 22000 (iyirmi iki min) manat, - 22000 (iyirmi iki min) manat, - 56825 (əlli altı min səkkiz yüz iyirmi beş) manat, - 30000 (otuz min) manat, - 14000 (on dörd min) manat, - 4000 (dörd min) manat, - 5000 (beş min) manat. - 2000 (iki min) manat, cəmi 155825 (yüz əlli beş min səkkiz yüz iyirmi beş) manat. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 155825 (yüz əlli beş min səkkiz yüz iyirmi beş) manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirdikdən sonra 5000 (beş min) manat (birinci “qazanc”), 10000 (on min) manat (ikinci “qazanc”), 29000 (iyirmi doqquz min) manat məbləğində pulu (“Laçın” ticarət mərkəzində satılmış qızıllardan hasil olunan pul) faktiki olaraq Zərərçəkmiş şəxs1 qaytarmışdır. Nəticədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qaytarmalı olduğu pul vəsaitinin ümumi məbləği 111825 (yüz on bir min səkkiz yüz iyirmi beş) manat təşkil etmişdir. Məhkəmə istintaqında eyni zamanda o hal da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qazanc adı ilə pul verdikdən sonra Zərərçəkmiş şəxs1 öz dostu Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Onlar tanış olduqdan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qızıl alverilə məşğul olmaq və Zərərçəkmiş şəxs2 qazanc vermək adı ilə iki dəfəyə 2015-ci ilin may ayında cəmi 50000 (əlli min) manat məbləğində pul almışdır. Onların razılığına əsasən, Ofeliya pulu Əbildən aldıqdan bir ay sonra əsas vəsaitlə yanaşı əlavə olaraq 12000 (on iki min) manat məbləğində pulu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qazanc kimi verməli imiş. Zərərçəkmiş şəxs2 50000 (əlli min) manat məbləğində pulu Təqsirləndirilən şəxs versə də, Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməmiş və nəyinki qazancı, hətta əsas vəsait qismində çıxış edən 50000 (əlli min) manat məbləğində pul vəsaitini də Zərərçəkmiş şəxs2 qaytarmamışdır. Qeyd edilənləri təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 22000 (iyirmi iki min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs1 aldıqdan bir gün sonra 6000 (altı min) manat məbləğində pulu “qazanc” adı ilə Zərərçəkmiş şəxs1 təqdim etsə də, əslində və həqiqətdə Təqsirləndirilən şəxs qızıl alveri ilə məşğul olmamış və heç bir gəlir əldə etməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ona verdiyi pulun bir hissəsini (6000 (altı min) manat məbləğində pulu) Zərərçəkmiş şəxs1 “qazanc” adı ilə təqdim edərək Zərərçəkmiş şəxs1 etibarını qazanmağa və sonuncunu ona daha çox pul verməsinə nail olmaq istəmiş və nəticədə buna müvəffəq olmuşdur. Təqsirləndirilən şəxs həqiqətən qızıl alveri ilə məşğul olması faktı məhkəmə istintaqında müəyyən edilmədi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qızıl alveri adı ilə külli miqdarda pul alsa da onların arasında qızıl alveri ilə bağlı hüquq münasibəti yaranmamışdır. Bunu təsdiq edən hal ondan ibarətdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qızıl aldığı və satdığı şəxslərlə heç vaxt tanış etməmiş, “qızıl alveri ilə” bağlı prosesdə Zərərçəkmiş şəxs1 iştirakını “məhdudlaşdırmış”, başqa sözlə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək və onu aldadaraq külli miqdarda dələduzluq cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı xeyli miqdarda dələduzluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs razılaşdırılmış vaxtda Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 pulunu qaytarmadığı halda, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəfələrlə Təqsirləndirilən şəxs pullarını tələb etsələr də, Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə onların pullarını qaytarmaqdan yayınmış və dəfələrlə konkret tarixlər göstərərək aldığı pulları qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən pulun qaytarılmadığını görən Zərərçəkmiş şəxs1 dəfələrlə müxtəlif məbləğlərdə Təqsirləndirilən şəxs güzəşt etməsini bildirərək heç olmasa az məbləğdə olsa da öz pulunun qaytarılmasına nail olmaq istəmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs “batırdığı” pullarını güzəşt etmək yolu ilə “diriltmək” istəsə də, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bütün cəhdlərini boşa çıxarmışdır. Belə ki, məhkəmə istintaqında dinlənilmiş səs yazılarından açıq-aşkar görünür ki, Zərərçəkmiş şəxs1 dəfələrlə Təqsirləndirilən şəxs verdiyi pulların qaytarılmasını tələb etsə də, Təqsirləndirilən şəxs müxtəlif tarixlər göstərərək aldığı pulları qaytaracığını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 pulunu qaytarmağa cəhd belə etməmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs1 dostu Zərərçəkmiş şəxs2 pulu daxil olmaqla cəmi 200000 (iki yüz min) manat məbləğində pulu Təqsirləndirilən şəxs verməsini bildirsə və səsləndirdiyi məbləğdəki pulların qaytarılmasını tələb etsə də, Təqsirləndirilən şəxs bircə dəfə də olsun Zərərçəkmiş şəxs1 dəfələrlə tələb etdiyi və səsləndirdiyi 200000 (iki yüz min) manat məbləğində pulu almadığını və ya qaytardığını bildirməmiş, ümumiyyətlə qeyd edilən məbləği inkar etməmiş və mübahisələndirməmişdir. Bu hal bir daha onu təsdiq edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 pulunu həqiqətən dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə onu da qeyd edir ki, ilk baxışdan Təqsirləndirilən şəxs düşünülmüş hərəkətləri və bununla bağlı ifadələri onun Zərərçəkmiş şəxs1la mülki hüquq münasibətlərinə daxil olmasını, yəni onların arasında kommersiya əlaqələrinin olmasına “işarə” etsə də, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin hər birinin ayrı-ayrılıqda ibtidai istintaq orqanında və məhkəmə istintaqında verdiyi ifadələri, məhkəmə istintaqında araşdırılmış və dinlənilmiş səs yazıları, səs yazıları əsasında keçirilmiş məhkəmə ekspertiza rəyləri Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında qızıl alveri ilə bağlı kommersiya əlaqələrinin olmasını təkzib və istisna edir. Belə ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 tələbi üzrə müəyyən qızıl-zinət əşyalarının ona verilməsi, Zərərçəkmiş şəxs1 həmin qızılları götürərək evinə aparması, daha sonra həmin qızılları bir neçə gündən sonra təkrarən Təqsirləndirilən şəxs qaytarması, onların birlikdə iki dəfə “Laçın” ticarət mərkəzinə gedərək qızıl satmaları onların arasında qızıl alveri ilə bağlı kommersiya əlaqələrinin olmasına əsla dəlalət edə bilməz. Təqsirləndirilən şəxs hərəkətlərini təhlil etdikdə məlum olur ki, Zərərçəkmiş şəxs1 özünün və dostu Zərərçəkmiş şəxs2 pulunu vaxtında qaytarılmadığını görüb Təqsirləndirilən şəxs pulların qaytarılmasını tələb etmişdir. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs1 “əldən buraxmamaq” və Zərərçəkmiş şəxs1 etibarını itirməmək üçün qızıl alveri ilə məşğul olması görünüşünü yaratmış və bununla əlaqədar müxtəlif çəkidə qızıl-zinət əşyalarını taparaq həmin qızılları Zərərçəkmiş şəxs1 vermişdir. Göstərilən hallar zahirən kommersiya fəaliyyəti ilə bağlı mülki hüquq münasibətlərinin yaranmasına “işarə” etsə də, əslində onların arasında kommersiya fəaliyyəti ilə bağlı mülki hüquq münasibətləri yaranmamış və bu məsələdə Təqsirləndirilən şəxs niyyəti Zərərçəkmiş şəxs1 “əldən buraxmamaq” və onun daha çox pulunu ələ keçirmək olmuşdur. Bundan başqa, cinayət işinin materiallarında 3 (üç) müxtəlif qəbz mövcuddur. Həmin qəbzlərdən birinin tarixi xx xxxxxx 2015-ci il, ikincinin xx xxxx 2015-ci il, üçüncünün isə xx xxxxxx 2015-ci ildir. xx xxxxxx 2015-ci il tarixli qəbzin mətnindən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs həmin tarixdə 250000 (iki yüz əlli min) manat pul vermişdir. xx xxxx 2015-ci il tarixli qəbzin mətnindən görünür ki, həmin gün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 150000 (yüz əlli min) manat pul qaytarmış və həmin pulun içərisində Zərərçəkmiş şəxs1 dostuna aid pul da olmuşdur. xx xxxxxx 2015-ci il tarixli qəbzdən isə görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 olan borcundan 1500 (min beş yüz) manat pul qaytarmışdır. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 həm xx xxxxxx 2015-ci il tarixli, həm də xx xxxx 2015-ci il tarixli qəbzlərin formal xarakterli qəbzlər olmalarına istinad edərək bildirmişdir ki, həqiqətdə o, heç vaxt 250000 (iki yüz əlli min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs verməmiş, Təqsirləndirilən şəxs isə 150000 (yüz əlli min) manat məbləğində pulu ona qaytarmamışdır. Zərərçəkmiş şəxs1 bunu onunla izah etmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 150000 (yüz əlli min) manat pulun əvəzinə 100000 (yüz min) manat məbləğində pulu qızıl alveri ilə məşğul olan rəfiqəsindən alaraq qaytarmağa razılaşmışdır. Lakin bunun müqabilində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 150000 (yüz əlli min) manat məbləğində pulun ödənilməsinə dair qəbz tələb etmişdir. Zərərçəkmiş şəxs1 “ziyanın yarısından qayıtmaq kardır” prinsipi ilə hərəkət edərək 150000 (yüz əlli min) manat məbləğində pulun ödənilməsinə dair qəbzi Təqsirləndirilən şəxs vermişdir. Lakin Zərərçəkmiş şəxs1 150000 (yüz əlli min) manat məbləğində pulun ödənilməsinə dair qəbzi verməsini “sığortalamaq” istəmiş və bu məqsədlə Təqsirləndirilən şəxs guya 250000 (iki yüz əlli min) manat məbləğində pul verməsi barədə qəbz almışdır. Qeyd edilən qəbzlərlə bağlı keçirilmiş məhkəmə ekspertiza rəyindən görünür ki, 250000 (iki yüz əlli min) manata dair xx xxxxxx 2015-ci il tarixli və 150000 (yüz əlli min) manata dair xx xxxx 2015-ci il tarixli qəbzlər eyni kağızın iki yerə bölünmüş hissələrdir. Bu isə Zərərçəkmiş şəxs1 iddia etdiklərinin həqiqət olmasına dəlalət edir. Belə ki, həmin qəbzlərin tarixləri arasında təxminən 7 (yeddi) ay fərqin olduğunu və onların bir kağızın iki hissələri olduğunu nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, sözü gedən qəbzlər formal xarakterli olmuşlar və həmin qəbzlər onların arasında real və həqiqi münasibətləri əks etdirməmişdir. Həmin qəbzlər hüquqi cəhətdən etibarlı əqdlər sayıla bilməzlər. Ona görə də məhkəmə xx xxxx 2015-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 150000 (yüz əlli min) manat məbləğində pulun ödənilməsi nəticəsinə gələ bilməz. Cinayət işinin materiallarında olan xx xxxxxx 2015-ci il tarixli digər qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 olan borcundan 1500 (min beş yüz) manat pulu qaytarmış və bu barədə qəbz tərtib etmişdir. xx xxxx 2015-ci il tarixli qəbzin olmasına (150000 manat məbləğində pulun Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 qaytarılması) və Təqsirləndirilən şəxs 150000 (yüz əlli min) manat məbləğində pulun Zərərçəkmiş şəxs1 və onun dostuna qaytarmasını iddia etməsinə baxmayaraq, 2015-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 1500 (min beş yüz) manat məbləğində pulun qaytarılması faktı da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 150000 (yüz əlli min) manat məbləğində pulun qaytarılmamasını təsdiq edən əlavə haldır. Eyni zamanda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 özünə qaytarmalı olduğu pulun ümumilikdə 111825 (yüz on bir min səkkiz yüz iyirmi beş) manat təşkil etməsini və xx xxxxxx 2015-ci il tarixdə həmin puldan 1500 (min beş yüz) manat məbləğində pulun ödənilməsini nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 110325 (yüz on min üç yüz iyirmi beş) manat məbləğində pul vəsaətini qaytarmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 xeyli məbləğdə, yəni 50000 (əlli min) manat məbləğində pulunu ələ keçirsə də, həmin puldan ümumiyyətlə Zərərçəkmiş şəxs2a qaytarmamışdır. Bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı xeyli miqdarda dələduzluq cinayətini törətməsi tam təsdiq olunmuşdur. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli kimi tövsif edir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan və qadın olmasını Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Təqsirləndirilən şəxs əvvəllər külli miqdarda dələduzluq cinayətini törətməyə görə təqsirli bilinmişdir. Qeyd edilən cinayət əməlinə görə o, təqsirli bilinsə də, məhkəmə onun cəzasını yüngülləşdirən halları nəzərə alaraq azadlıqdan məhrum etmə növündə təyin etdiyi cəzanı şərti tətbiq etmişdir. Lakin Təqsirləndirilən şəxs islah olmamış və məhkumluğu ödənildikdən sonra yenidən eyni cinayəti törətmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırda Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs xx xxxxxxx 2018-ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu vaxt ona təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə olduğundan və ona hazırki hökmlə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbs edilməlidir. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Eyni zamanda hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Onun cəzasının əvvəli hökmün çıxarıldığı vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə iş üzrə maddi sübutların taleyini həll edərək qeyd edir ki, iş üzrə maddi sübut qismində çıxış edən “Azercell-Telecom” və “xxxx” MMC-dən daxil olmuş 2 (iki) ədəd disk, 14 (on dörd) ədəd səsyazma fayllarından ibarət 1 (bir) ədəd disk, xx xxxx 2015-ci il tarixli, xx xxxxxx 2015-ci il tarixli, xx xxxxxx 2015-ci il tarixli qəbzlər hökm qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cinayət mühakimə icraatı qaydasında təqsirləndirilən şəxsə qarşı mülki iddia irəli sürmədiklərindən onlara mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququ izah olunmalıdır. Bundan başqa, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 685 (altı yüz səksən beş) manat 84 (səksən dörd) qəpik məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” xx xxxxxx 1996-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, həmçinin Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx xxxx 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxxxxx 2018-ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək 48 (qırx səkkiz) saat ərzində şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə daxil edilməklə cəzadan çıxılsın və onun üzərində 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərində saxlanılmış cəzanın əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində çıxış edən“Azercell-Telecom” və “xxxx” MMC-dən daxil olmuş 2 (iki) ədəd disk, 14 (on dörd) ədəd səsyazma fayllardan ibarət 1 (bir) ədəd disk, xx xxxx 2015-ci il tarixli, xx xxxxxx 2015-ci il tarixli, xx xxxxxx 2015-ci il tarixli qəbzlər hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki mühakimə icraatı qaydasında Təqsirləndirilən şəxs qarşı iddia qaldırmaq hüququ izah olunsun. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 685 (altı yüz səksən beş) manat 84 (səksən dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar