Məhkəmə qərarları › İş №1(101)-90/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-90/2021

18.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-90/2021 18.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X15, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs7, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Kəlbəcər rayonu, Lev kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, həbs olunanadək işləməyən, əvvəllər məhkum olunmayan, Gəncə şəhəri, Kəpəz rayonu, N.Rəfibəyli küçəsi, ev 40A-da qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Gəncə şəhəri, Kəpəz rayonu, Türklər qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında qadınları maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətlərindən sui-istifadə edib aldadaraq və hədə-qorxu məcbur etmə vəsitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə cəlb edib, Azərbaycan Respublikasının dövlət sərhədindən keçirdikdən sonra insan alveri məqsədi ilə pasportlarını götürüb saxlamaqla gizlədərək təkrarən tamah niyyəti ilə iki və daha çox şəxs barəsində insan alveri cinayətini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2015-ci ilin yanvar ayının əvvəllərində X10 maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edərək Türkiyə Respublikasında yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldadıb cinsi istismar edilməsi məqsədi ilə sonuncunun yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən evdə cəlb etmiş, Qənirə Cabbarova razılıq verdiyindən xx xxxx 2015-ci il tarixdə, saat 20:11-də Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı sərhəd nəzarət məntəqəsindən avtobusla keçməklə Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərinə getmişdir. Təqsirləndirilən şəxs xx xxxx 2015-ci il tarixdə onu orada qarşılayıb kirayədə yaşadığı mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə pasportunu götürüb saxlamaqla gizlədərək həmin tarixdən xx xxxx 2015-ci il tarixədək olan müddət ərzində qeyd olunan mənzildə pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2015-ci ilin aprel ayının ortalarında Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərindən Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən evdə yaşayan X18 ilə “Votsap” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb, xx xxxx 2015-ci il tarixdən xx xxxx 2015-ci il tarixədək Türkiyə Respublikasında müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntüləri yayacağını bildirib, həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək cinsi istismar edilməsi məqsədi ilə onu cəlb etmiş, Qənirə Cabbarova razılıq verdiyindən xx xxxxx 2015-ci il tarixdə, saat 19:08-də Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı sərhəd nəzarət məntəqəsindən avtobusla keçməklə Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərinə getmişdir. Təqsirləndirilən şəxs xx xxxxx 2015-ci il tarixdə onu orada qarşılayıb kirayədə yaşadığı mənzildə yerləşdirdikdən sonra həmin tarixdən xx xxx 2015-ci il tarixədək olan müddət ərzində qeyd olunan mənzildə pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxx 2016-cı il tarixdə Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərindən tanışı X22 Abşeron rayonu, Masazır qəsəbəsində kirayədə yaşadığı mənzildə olan tanışı Zərərçəkmiş şəxs4 ilə “Votsap” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb, maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən suiistifadə edərək onu Türkiyə Respublikasında yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldadaraq cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs4 razılıq verdiyindən xx xxxx 2016-cı il tarixdə, saat 22:36-da Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı sərhəd nəzarət məntəqəsindən avtobusla keçməklə Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərinə getmişdir. Təqsirləndirilən şəxs xx xxxx 2016-cı il tarixdə onu orada qarşılayıb “Bələdiyyə” adlı hoteldə yerləşdirdikdən sonra xx xxxxx 2016-cı il tarixdə insan alveri məqsədi ilə pasportunu götürüb saxlamaqla gizlədərək həmin tarixdən xx xxxxx 2016-cı il tarixədək olan müddət ərzində qeyd olunan bölgənin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə iki şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2016-cı ilin aprel ayının ortalarında Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərindən Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsi, ev 19-da yaşayan Zərərçəkmiş şəxs4 ilə “Votsap” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb, xx xxxxx 2016-cı il tarixdən xx xxxxx 2016-cı il tarixədək Türkiyə Respublikasında fahişəliklə məşğul olmağını Gəncə şəhərində yaymaqla onu rüsvay edəcəyini bildirib, həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs4 razılıq verdiyindən xx xxxxx 2016-cı il tarixdə, saat 07:33-də Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı sərhəd nəzarət məntəqəsindən avtobusla keçməklə Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərinə getmişdir. Təqsirləndirilən şəxs xx xxxxx 2016-cı il tarixdə onu orada qarşılayıb “Bələdiyyə” adlı hoteldə yerləşdirdikdən sonra həmin tarixdən xx xxx 2016-cı il tarixədək olan müddət ərzində qeyd olunan bölgənin Çaldır kəndində yerləşən “Əkinçi” adlı hoteldə pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə iki şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2016-cı ilin may ayının əvvəllərində Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərindən Göygöl şəhəri, A.Hacıyev küçəsi, ev 67-də yaşayan tanışı Zərərçəkmiş şəxs3 ilə “Votsap” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb, maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edərək onu Türkiyə Respublikasında yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldadaraq cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdiyindən xx xxx 2016-cı il tarixdə, saat 18:52-də Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı sərhəd nəzarət məntəqəsindən avtobusla keçməklə Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərinə getmiş, Təqsirləndirilən şəxs xx xxx 2016-cı il tarixdə onu orada qarşılayıb “Gürel” adlı hoteldə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə pasportunu götürüb saxlamaqla gizlədərək xx xxx 2016-cı il tarixdən xx xxxx 2016-cı il tarixədək olan müddət ərzində qeyd olunan şəhərin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə üç şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2016-cı ilin iyun ayının ortalarında Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərindən Göygöl şəhəri, A.Hacıyev küçəsi, ev 67-də yaşayan, tanışı Zərərçəkmiş şəxs3 ilə “Votsap” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb, xx xxx 2016-cı il tarixdən xx xxxx 2016-cı il tarixədək Türkiyə Respublikasında fahişəliklə məşğul olmağı barədə anasına deyəcəyini bildirib, həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdiyindən xx xxxx 2016-cı il tarixdə, saat 21:25-də Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı sərhəd nəzarət məntəqəsindən avtobusla keçməklə Türkiyə Respublikasının Burdur Bölgəsinin Karamanlı şəhərinə getmiş, Təqsirləndirilən şəxs xx xxxx 2016-cı il tarixdə onu orada qarşılayıb “Gürel” adlı hoteldə yerləşdirdikdən sonra həmin tarixdən xx xxxxxx 2016-cı il tarixədək olan müddət ərzində qeyd olunan şəhərin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə üç şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2016-cı ilin sentyabr ayının ortalarında tanışı Zərərçəkmiş şəxs2 maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edib Türkiyə Respublikasında yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldadaraq cinsi istismar edilməsi məqsədi ilə sonuncunun yaşadığı Gəncə şəhəri, Aydın Babayev küçəsi, bina 34A-da cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılıq verdiyindən Təqsirləndirilən şəxs xx xxxxxxxx 2016-cı il tarixdə, saat 15:53-də onu Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı sərhəd nəzarət məntəqəsindən avtobusla keçirməklə Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərinə aparıb xx xxxxxxx 2016-cı il tarixdə kirayəyə götürdüyü mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə pasportunu götürüb saxlamaqla gizlədərək həmin tarixdən xx xxxxxxx 2016-cı il tarixədək olan müddət ərzində qeyd olunan şəhərin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə dörd şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2016-cı ilin oktyabr ayının əvvəllərində Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərindən Gəncə şəhəri, Aydın Babayev küçəsi, bina 34A-da yaşayan, tanışı Zərərçəkmiş şəxs1 ilə “Votsap” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb, maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edərək Türkiyə Respublikasında yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldatmaqla cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, bundan başqa, Təqsirləndirilən şəxs təkrarən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2016-cı ilin oktyabr ayının əvvəllərində Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərindən Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 11, mənzil 40-da yaşayan tanışı Zərərçəkmiş şəxs5 ilə “Votsap” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb, maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edərək Türkiyə Respublikasında yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldatmaqla cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs5 razılıq verdiklərindən xx xxxxxxx 2016-cı il tarixdə, saat 16:51-də Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı sərhəd nəzarət məntəqəsindən avtobusla keçməklə Türkiyə Respublikasının Burdur Bölgəsinin Karamanlı şəhərinə getmişlər, Təqsirləndirilən şəxs xx xxxxxxx 2016-cı il tarixdə onları orada qarşılayıb istintaqa məlum olmayan hoteldə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə pasportlarını götürüb saxlamaqla gizlədərək həmin tarixdən xx xxxxxxx 2016-cı il tarixədək olan müddət ərzində qeyd olunan şəhərin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə altı şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2016-cı ilin noyabr ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs6 maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edib Türkiyə Respublikasında yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldadaraq cinsi istismar edilməsi məqsədi ilə sonuncunun yaşadığı Gəncə şəhəri, Cavadxan küçəsi, bina 8, mənzil 44-də cəlb etmiş, Zərərçəkmiş şəxs6 razılıq verdiyindən Təqsirləndirilən şəxs xx xxxxxx 2016-cı il tarixdə, saat 16:38-də onu Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı sərhəd nəzarət məntəqəsindən avtobusla keçirməklə Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərinə aparıb xx xxxxxx 2016-cı il tarixdə istintaqa məlum olmayan hoteldə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə pasportunu götürüb saxlamaqla gizlədərək həmin tarixdən xx xxxxxx 2016-cı il tarixədək olan müddət ərzində qeyd olunan şəhərin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə yeddi şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2016-cı ilin noyabr ayının ortalarında Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərindən Gəncə şəhəri, Aydın Babayev küçəsi, bina 34A-da yaşayan tanışları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə “Votsap” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb, Zərərçəkmiş şəxs2 xx xxxxxxx 2016-cı il tarixdən xx xxxxxxx 2016-cı il tarixədək, Zərərçəkmiş şəxs1 isə xx xxxxxxx 2016-cı il tarixdən xx xxxxxxx 2016-cı il tarixədək Türkiyə Respublikasında müştərilərlə cinsi əlaqədə olduqları zaman çəkdiyi video görüntüləri yayacağını bildirib, həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, bundan əlavə, Təqsirləndirilən şəxs təkrarən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2016-cı ilin noyabr ayının ortalarında Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərindən Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 11, mənzil 40-da yaşayan tanışı Zərərçəkmiş şəxs5 ilə “Votsap” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb, xx xxxxxxx 2016-cı il tarixdən xx xxxxxxx 2016cı il tarixədək Türkiyə Respublikasında müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntüləri yayacağını bildirib, həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 razılıq verdiklərindən xx xxxxxx 2016-cı il tarixdə, saat 18:50də Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı sərhəd nəzarət məntəqəsindən avtobusla keçməklə Türkiyə Respublikasının Burdur Bölgəsinin Karamanlı şəhərinə getmişlər, Təqsirləndirilən şəxs xx xxxxxx 2016-cı il tarixdə onları orada qarşılayıb “Gülər” adlı hoteldə yerləşdirdikdən sonra həmin tarixdən xx xxxxxx 2016-cı il tarixədək olan müddət ərzində qeyd olunan şəhərin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə yeddi şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2016-cı ilin dekabr ayının sonlarında Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərindən Gəncə şəhəri, Cavadxan küçəsi, bina 8, mənzil 44-də yaşayan tanışı Zərərçəkmiş şəxs6 Vaqif qızı ilə “Votsap” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb, xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2016-cı il tarixədək Türkiyə Respublikasında müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntüləri sosial şəbəkələrdə yayacağını bildirib, həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs6 razılıq verdiyindən xx xxxxxx 2016-cı il tarixdə, saat 19:45-də Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı sərhəd nəzarət məntəqəsindən avtobusla keçməklə Türkiyə Respublikasının Burdur Bölgəsinin Karamanlı şəhərinə getmiş, Təqsirləndirilən şəxs xx xxxxxx 2016-cı il tarixdə onu orada qarşılayıb istintaqa məlum olmayan hoteldə yerləşdirdikdən sonra həmin tarixdən xx xxxxxx 2017-ci il tarixədək olan müddət ərzində qeyd olunan şəhərin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə yeddi şəxs barəsində insan alveri cinayətini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ərindən boşandıqdan sonra işləmək üçün Türkiyə Respublikasına getmişdir. O, 2 (iki) il Türkiyə Respublikasının İsparta şəhərində, yeddi ay isə Karamanlı şəhərində yaşamış və işləmişdir. O, Karamanlı şəhərində Orxan adlı şəxsin restoranında mətbəxdə qabyuyan işləmişdir. O, orada olarkən Türkiyə Respublikasının vətəndaşı olan İsak adlı şəxslə tanış olmuş və sonuncu ilə birlikdə yaşamışdır. O, Türkiyə Respublikasına getməmişdən əvvəl hələ ünvan 1 ünvanında yaşadığı evin altında qadın salonu işlətmişdir. O, Qənirəni həmin salonda işləyərkən tanımışdır. Qənirə ərindən ayrıldığından anası tərəfindən dəfələrlə döyülmüş və bu səbəbdən də Türkiyə Respublikasının Trabzon şəhərinə gəlinlərinin yanına qaçmışdır. O, Karamanlı şəhərində olarkən Qənirə ona “Votsap” programı vasitəsi ilə yazıb ondan harada olduğunu soruşmuşdur. O da Qənirəyə Karamanlıda restoranların birində qabyuyan işlədiyini bildirmişdir. O, Qənirəyə Türkiyədə olduğunu dedikdən sonra sonuncu onun yanına gəlib işləmək istədiyini demişdir. O da Qənirəyə etiraz etməmişdir. Təxminən 2015-ci ilin qış ayında Qənirə Trabzon şəhərindən Karamanlı şəhərinə onun yanına gəlmişdir. O da Qənirəni qarşılayıb kirayədə yaşadığı, əslən azərbaycanlı olan “Məmi” adlı xanımın evinə aparmışdır. Qənirə onun yaşadığı evdə təxminən 3-4 gün qalmışdır. Sonra Qənirənin anası Qənirəyə zəng edərək Gəncəyə çağırmışdır. Qənirə də anasının sözünə qulaq asaraq Gəncə şəhərinə qayıtmışdır. Qənirə Karamanlı şəhərində olarkən Orxan adlı şəxslə tanış olmuş və əlaqə saxlamaq üçün mobil telefon nömrələrini biri-birinə vermişlər. Qənirə Orxanla özü tanış olmuş, sonuncuların tanış olmasında onun rolu olmamışdır. O, heç vaxt Qənirəni Türkiyədə cinsi istismara məruz qoymamışdır. Qeyd edilənlərdən başqa, onun Qənirə ilə heç bir əlaqəsi və münasibəti olmamışdır. O, digər Zərərçəkmiş şəxs4 isə ilk dəfə Türkiyə Respublikasının Burdur bölgəsinin Yaşıloba qəsəbəsində yerləşən “Yılmazın yeri” adı ilə tanınan kafedə ofisiant kimi işlədiyi vaxt görmüşdür. O, həmin vaxt Xəyalənin yanında Elnarə adlı qadını da görmüşdür. Lakin sonuncular onun işlədiyi restoranda işləməmişlər. O, Xəyalə və Elnarəni heç vaxt Burdur şəhərində fahişəliyə cəlb etməmişdir. O, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 Gəncə şəhərindən tanımışdır. 2016-cı ilin sentyabr ayının ortalarında o, Gəncə şəhərinə gəldiyi zaman əvvəllər onunla qonşu olmuş Səbinə onun evinə gəlmişdir. Söhbət zamanı Səbinə maddi imkanının yaxşı olmadığını ona deyərək onunla birlikdə Türkiyəyə gedib orada işləmək istədiyini istəmişdir. O da Səbinəyə Karamanlı şəhərində fəaliyyət göstərən restoranların birində qabyuyan işlədiyini demişdir. Bundan sonra Səbinə ona birlikdə Türkiyə Respublikasına gedərək onun işlədiyi restoranda ofisiant kimi işləmək istədiyini demişdir. O, bu barədə Səbinə ilə bir neçə dəfə görüşərək söhbət etmişdir. Sonra o, Səbinə ilə Karamanlı şəhərinə getmiş və birlikdə «Qaraqaşın yeri» adlanan restoranda işləməyə başlamışlar. O, həmin restoranda yemək bişirirmiş, Səbinə isə xidmətçi kimi işləmişdir. Bir müddətdən sonra Səbinənin sevgilisi olan Afiq Gəncə şəhərindən Türkiyəyə gəlmiş və Səbinə ilə bir yerdə Türkiyədə yaşamağa başlamışdır. Sonradan Səbinənin bacısı Leyla və xalası Məhəbbət də Karaman şəhərinə gəlmişlər. Leyla və Məhəbbət də həmin restoranda xidmətçi kimi işləməyə başlamışlar. Bir müddət Səbinə, Leyla və Məhəbbət orada qaldıqdan sonra restoranda iş az olduğu üçün “Səlim” adlı şəxsin restoranına getmişlər. O, heç vaxt Səbinə, Leyla və Məhəbbəti fahişəliyə cəlb etməmişdir. Zərərçəkmiş şəxs3 isə o, Türkiyə Respublikasında olduğu vaxt tanımışdır. Onun Zərərçəkmiş şəxs3 ilə Gəncə şəhərində tanışlığı olmamışdır. O, Ayşəni ilk dəfə Karamanlı şəhərində görmüşdür. Ayşən Karamanlı şəhərinə Qənirə ilə birlikdə gəlmişdir. Qənirənin ona dediyinə görə Ayşən Qənirə ilə birlikdə Gəncə şəhərindən Türkiyəyə getmişdir. Lakin Qənirə onun yanına gəldikdə Ayşən Qənirənin yanında olmamışdır. Bir müddətdən sonra Ayşən təsadüfən onun işlədiyi kafeyə gəlmiş və ofisiant kimi həmin kafedə işləməyə başlamışdır. Həmin ərəfədə o, həmin restoranda artıq aşpaz kimi işmişdir. O, Ayşəni heç vaxt fahişəliyə cəlb etməmişdir. O, Ayşənin iş vaxtı və iş vaxtından sonra hansı işlərlə məşğul olmasını bilməmişdir. O, Zərərçəkmiş şəxs6 ilə Gəncə şəhərində tanış olmuşdur. Söhbət zamanı o, Ayselə Türkiyəyə gedib-gəldiyini demişdir. O, Türkiyəyə getdiyi zaman Aysel onunla birlikdə getmək istədiyini demiş və onlar birlikdə Türkiyəyə getmişlər. Onun Ayselin hansı şəhərə getməsindən xəbəri olmamışdır. Aysel heç vaxt onun yanında yaşamamışdır. O, Ayseli heç vaxt fahişəliyə cəlb etməmişdir. O, təxminən 2017-ci ilin noyabr ayında ilk dəfə Türkiyədən deportasiya olunduqda və Azərbaycan Respublikasına qayıtdıqda dövlət sərhədində onu polislər saxlamışlar. Sonra polislər onu Qazax rayon Polis şöbəsinə aparmışlar. Polislər ona nəyə görə saxladıqları barədə məlumat verməmişlər. Onu Qazaxa aparanda o, uşaqlarına zəng edib baş verən hadisə barədə məlumat vermişdir. Onun oğlunun əslən qazaxlı olan Fərid adlı dostu olmuşdur. O, oğluna demişdir ki, “zəng elə Fəridin atası Omarlı Şəhadətə və de ki, gəlsin maraqlansın ki, niyə məni tutublar”. X23 aparıldığı Polis şöbəsinə gəlmiş və onunla görüşdükdə demişdir ki, “səni nəyə görə saxlamaqları barədə mənə məlumat vermirlər”. Bakıya getməliyik”. Bir neçə saatdan sonra onları Bakı şəhərində yerləşən İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə gətirmişlər. Onun uşaqları və Omarlı Şəhadət də onunla və polislərlə birlikdə Bakı şəhərinə gəlmişlər. İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində polislər ondan soruşmuşlar ki, “səni ilk dəfə kim aparıb Türkiyəyə? Sən məcbur olub getmisən?”. O da polislərə cavab vermişdir ki, “məni heç kim məcburi şəkildə Türkiyəyə aparmayıb. Mən özüm könüllü şəkildə Türkiyəyə getmişəm”. Bu vaxt polislər ona demişlər ki, “sən bizə səni məcburi şəkildə Türkiyəyə aparan şəxsin adını ver, biz də səni buraxaq”. O da demişdir ki, “mən yalandan heç kəsin üstünə şər ata bilmərəm. Mən Türkiyəyə könüllü şəkildə getmişəm”. Bundan sonra polislər onunla kobud davranmağa başlamışlar. Sonra ona oxumağa imkan vermədən müxtəlif sənədlərə imza atdırmışlar. O, polislərə savadsız olduğundan latın qrafikasında oxuya bilmədiyini demiş və polislərdən imzaladığı sənədlərin məzmununu ona oxunmasını xahiş etmişdir. Lakin onun xahişlərinə məhəl qoyan olmamışdır. X26rşı Mübarizə Baş İdarəsində əməliyyatçı işləyən Rafiq onu öz otağına aparmış və ona demişdir ki, “sən burada qalmalısan”. O, Rafiqdən bunun səbəbini soruşduqda, sonuncu ona heç nə deməmişdir. Sonra onun uşaqları Omarlı Şəhadətə demişlər ki, “get polislərdən soruş gör ki, hansı səbəbdən anamızı orada saxlayırlar”. Omarlı Şəhadət polislərlə söhbət etdikdən sonra onun uşaqlarına yaxınlaşıb demişdir ki, “Pul lazımdır vermək. Yoxsa anavızı tutacaqlar”. Onun uşaqlarının ondan başqa heç kimi yoxdur. Ona görə pul vermək məsələsi alınmamışdır. X31 polislərlə danışaraq pul tapmaq məqsədi ilə onun üçün üç günlük zamin durmuşdur. Omarlı Şəhadət pul tapmaq məqsədi ilə onun üçün zamin durduqdan sonra polislər onu buraxmışlar. O, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən çıxdıqdan X31 ona demişdir ki, “Polislər səndən 15.000 manat pul istəyirlər. Pul tapmaq üçün üç gün vaxt verdilər. Tap aparaq verək, yoxsa səni polislər yenə tutacaqlar”. O da Gəncə şəhərinə gedərək oğluna aldığı maşını aldığı qiymətdən (16.000 manata) ucuz qiymətə, yəni 11.000 manata sataraq və 4.000 manat məbləğində pulu sələmə götürərək, cəmi 15.000 manat pulu aparıb Omarlı Şəhadətin evində oğlu Turalın və Şəhadətin ailə üzvlərinin yanında Omarlı Şəhadətə şəxsən vermişdor. O, pulu Şəhadətə verdikdə sonuncunun səsini öz telefonuna yazmışdır. Omarlı Şəhadət ona demişdir ki, “Pulu sənin yanında verəcəm”. O, pulu Şəhadətə verməmişdən əvvəl başına gələn hadisə barədə tanışlarından maraqlanmışdır. Tanışları da ona demişlər ki, “qoy səni versinlər məhkəməyə”. O, bu barədə Şəhadətə dedikdə, Şəhadət bununla razılaşmamış və demişdir ki, “Sən polislərə pulu verməsən səni tutucaqlar, səni döyəcəklər”. O da məcbur qalaraq Şəhadətlə razılaşmışdır. Sonra o, oğlu Tural, X12 və Omarlı Şəhadətin özü ilə birlikdə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə gəlmişdir. Tural və Fəridi polislər İdarənin içərisinə buraxmamışlar və sonuncular qapıda gözləmişlər. Omarlı Şəhadət və onu isə polislər İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin binasının içərisinə buraxmışlar. Onlar binanın içərisinə daxil olduqdan sonra o, polislərin yanında gözləmiş, Şəhadət isə Rafiqin otağına keçmişdir. Şəhadət Rafiqin otağına keçməzdən əvvəl onun Şəhadətə verdiyi 15.000 manat pul Şəhadətin üstündə olmuşdur. Şəhadət Rafiqin otağında biraz qaldıqdan sonra çıxmış və onu Rafiqin otağına aparmışdır. Şəhadət Rafiqin otağında cibindən 10.000 manat pulu çıxaraq ona vermiş və demişdir ki, “Götür bu pulu, özün verən Rafiqə”. O, Şəhadətə 15.000 manat pul versə də, Şəhadət Rafiqin otağında ona 10.000 manat pulu uzatmışdır. O isə Şəhadətdən verdiyi 10.000 manat pulu almamış və sonuncuya demişdir ki, “Sən özün Rafiqə həmin pulu ver”. Şəhadət də onun yanında 10.000 manat pulu Rafiqə şəxsən vermişdir. X27 Gəncə şəhərinə qayıtmaqları üçün yol pulu istəmişdir. Rafiq də Şəhadətə 50 manat yol pulu vermişdir. Sonra o, Şəhadətdən nəyə görə qalan 5.000 manatı Rafiqə vermədiyini soruşmuşdur. Şəhadət isə qalan 5.000 manatın “yuxarılarda da” tanışının olduğunu və qalan pulun həmin şəxslərə çatacağını ona bildirmişdir. Sonra o, Şəhadətdən kimin yanına getməli olduğunu soruşmuşdur. Şəhadət isə ona demişdir ki, “Sən qarışma. Qalan işlərivi mən özüm həll edəcəm”. Onlar 10.000 manat pulu Rafiqə verdikdən sonra onun ölkədən çıxışına qoyulmuş qadağa və məhdudiyyət götürülmüşdür. Qadağa və məhdudiyyət götürüldükdən sonra o, artıq məsələsinin həll olunduğunu düşünərək yenidən Türkiyəyə getmişdir. O, Türkiyəyə getdikdən 4-5 ay keçdikdən sonra onun əmisi qızı ona zəng edib demişdir ki, “Səni Azərbaycanda polislər axtarır”. O, məsələnin həll olunduğunu düşünərək əmisi qızının sözlərinə məhəl qoymamışdır. Bir müddət keçdikdən sonra o, Gürcüstana getmişdir. O, Gürcüstanda olduğu vaxt əməliyyatçı Rafiq ona “Votsap” proqramı ilə mesaj yazaraq onun Azərbaycana gəlməli olduğunu demişdir. O da Rafiqə yazmışdır ki, “məni sərhəddə saxlamasınlar, özüm gələcəm”. O, Rafiqlə yazışarkən sonuncudan soruşmuşdur ki, “Nə məsələdir? Mən axı sənə pul verdim və bundan sonra mənimlə bağlı qadağa və məhdudiyyət götürüldü”. Rafiq də ona yazmışdır ki, “Sənin bizə borcun qalıb”. O, Rafiqdən hansı borcun qaldığını soruşduqda, sonuncu ona demişdir ki, “5.000 manat də verməlisən”. Rafiq bunu ona yazdıqdan sonra əsəbiləşmiş və ona demişdir ki, “Görərsən gələndə nə olacaq”. Sonra o, Azərbaycana qayıtmış və İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə Rafiqin yanına getmişdir. O, Rafiqin otağına keçdikdə sonuncu onun gözləmədiyi vaxt onu ürəyinin üstündən möhkəm şəkildə yumruqla vurmuşdur. Rafiq onu yumruqla vurduqdan sonra təpiklə onu döymüşdür. Rafiqin yumruq zərbəsi elə güclü olmuşdur ki, o, bir anlıq özünü itirərək yerə yıxılmış və bir müddət özünə gələ bilməmişdir. Rafiq onun qadın və “kimsəsiz” olduğundan istifadə edərək onun başına bu oyunları açmışdır. Sonra Rafiqin otağına başqa bir polis daxil olmuşdur. Həmin polis içəri daxil olan kimi onun üstünə gəlmiş və Rafiqlə birlikdə onu söyərək təhqir etmişdir. Sonra Rafiq ona demişdir ki, “Sənin bizə borcun var. Biz səndən 15.000 manat istəmişdik, qazaxlı kişi isə bizə 10.000 manat verib”. O da bunun qarşılığında Rafiqə demişdir ki, “Bəs niyə sənə 10.000 manat verəndə, sən bizdən 5.000 manatı da istəmədin?”. Rafiq də ona bildirmişdir ki, “qazaxlı Şəhadət zamin durdu ki, 5.000 manatı sonra verəcək”. Lakin qazaxlı Şəhadət sözünə əməl etmədi, ona görə də sən indi bizə 5.000 manat pul verməlisən”. O, bu məsələnin aydınlaşdırılması üçün Rafiqdən onu buraxmasını və ona vaxt verilməsini xahiş etmişdir. Rafiq də onu evə buraxaraq demişdir ki, “get qazaxlı Şəhadətlə danış, məsələvi həll elə və borcunu gətir ver”. O da oradan çıxaraq Omarlı Şəhadətin evinə gedib sonuncudan nəyə görə 5.000 manat pulu Rafiqə vermədiyini soruşmuşdur. Şəhadət də demişdir ki, “Narahat olma, gedib özüm Rafiqlə danışacam”. Sonra X4rşı Mübarizə Baş İdarəsinə getmiş və orada Rafiqlə danışmış və sonra ona demişdir ki, “mən birdə bura gələn deyiləm”. O, Şəhadətdən nəyin baş verdiyini soruşduqda sonuncu ona heç nə deməmişdir. Sonra onu bir neçə dəfə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə çağırmışlar və orada onun üzünə iki-üç qız duraraq guya onun həmin şəxsləri Türkiyə Respublikasına apararaq orada istismar etdiyini bildirmişlər. Polislər bir neçə qadını İdarəyə çağıraraq onun əleyhinə ifadə verməyə məcbur etmişlər. Həmin şəxslər ona qarşı ifadə vermək istəməsələr də polislərdən qorxaraq onu tanımadıqları halda onun əleyhinə ifadə vermişlər. O, bütün baş verənləri görüb Rafiqə müraciət edərək “bu işlərin sonunun nə ilə bitəcəyini soruşmuşdur”. Rafiq də ona demişdir ki, “artıq mənlik deyil. Müstəntiq Tərlan müəllimə müraciət elə o, sənə kömək etsin”. Bir ilə yaxın onu İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə çağırsalar da, həmin müddətdə heç kəs ona ittiham irəli sürməmiş və onu həbs etməmişlər. Sonra polislər xəbər tutmuşlar ki, 2019-cu ilin noyabrın 17-si onun oğlunun toyu olacaq. Bundan sonra onu gündə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə çağırmağa başlamışlar. Həmin vaxt o, Tərlan müəllimdən oğlunun toyunadək vaxt istəmişdir. Oğlunun toyundan sonra, yəni xx xxxxxx 2019-cu ildə Kəpəz rayon Polis şöbəsindən ona zəng vurub onun axtarışda olduğunu bildirmişlər. Lakin onun barəsində axtarış elan edilməsi üçün heç bir əsas olmamışdır. O, hər dəfə polislərin çağırışlarına tabe olmuş və vaxtı-vaxtında çağırışlara əsasən gəlmişdir. Bundan sonra onun oğlu ona zəng edib demişdir ki, “ana polislər məni sənə görə tutublar”. O, oğlundan telefonu polislərə verməsini istəmişdir. Oğlu da telefonunu polislərin birinə vermişdir. O həmin polisə demişdir ki, “oğlumu buraxın, hara lazımdırsa gəlim”. Polis də ona demişdir ki, “yaşadığın evə gəl, sonra oğluvu buraxaq”. O, çıxılmaz vəziyyətdə qalaraq və polislərin təzyiqinə dözməyərək Türklər qəsəbəsində yaşadığı evə getmişdir. O, evə çatdıqdan sonra orada olan polislər onu tutaraq Kəpəz rayon Polis şöbəsinə aparmışlar və orada onu təhqir etmişlər. Kəpəz rayon Polis şöbəsindən onu İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində müstəntiq işləyən Tərlan müəllimin yanına gətirmişlər. O, başına gələn bütün məsələləri Tərlan müəllimə danışmışdır. Tərlan müəllim ona demişdir ki, “qizların biri, ikisi yalan desin, yeddi qız niyə sənin üzüvə durur?”. O da demişdir ki, “qizlar səkkiz nəfər idi. Qızların birini Rafiq müəllim özü “götürüb”. Belə ki, Qənirənin xalası Floranı da ona qarşı ifadə verməyə məcbur etmişlər. Flora ona demişdir ki, “məni İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində döydülər, təhqir etdilər, hətta mənə tibbi yardım göstərilməsi üçün təcili tibbi yardım maşını gəldi. Mən də maşınımı satıb 15.000 manat verdim ki, mən Kəmaləyə qarşı yalandan ifadə verə bilmərəm”. O, heç vaxt zərərçəkmiş şəxsləri Türkiyə Respublikasına aparmamış, sonuncuları orada cinsi istismar etməmişdir. Bütün zərərçəkmiş şəxsləri onun əleyhinə ifadə verməyə məcbur etmişlər. O, həmin qızların heç birini istismar etməmişdir. İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində əməliyyatçı işləyən Rafiq adlı şəxs qazaxlı Şəhadət vasitəsi ilə ondan 15.000 pul istəmişdir. O da canını polislərdən qurtarmaq məqsədi ilə qazaxlı Şəhadətə 15.000 manat pul vermişdir ki, Şəhadət gedib onun məsələsini həll etsin. Qazaxlı Şəhadət də onun verdiyi 15.000 manatın 5.000 manatını özündə saxlayaraq, 10.000 manatını onun yanında Rafiqə vermişdir. Bundan sonra onun ölkədən çıxışına qoyulmuş qadağa və məhdudiyyət götürülmüşdür. Əgər həqiqətən də o, cinayət törətmiş şəxs olmuş olsaydı, niyə onunla bağlı qadağa və məhdudiyyət məhz qazaxlı Şəhadətin Rafiq adlı əməliyyatçıya 10.000 manat pul verdikdən sonra götürülmüşdür? O, Rafiqlə qazaxlı Şəhadətin arasında olan “oyunun” qurbanına çevrilmişdir. Rafiq Şəhadətin hərəkətlərindən əsibiləşərək ondan “borclu olduğu 5.000 manatın” ödənilməsini tələb etmişdir. O da bunu etmədikdə, müxtəlif qadınları İdarəyə çağıraraq və onun üzünə durduraraq ona qarşı saxta ittiham irəli sürmüşlər. Belə ki, bir ilə yaxın ibtidai istintaqın getməsinə baxmayaraq və onu dəfələrlə İdarəyə çağırmalarına baxmayaraq, xx xxxxxx 2019-cu il tarixdə bir maddənin əvəzinə ona beş maddə üzrə ağır ittiham irəli sürülmüş, ağır ittiham irəli sürüldükdən sonra isə 16 gün ərzində cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün məhkəməyə göndərilmişdir. O, heç kəsi Türkiyə Respublikasında cinsi istismara məruz qoymamışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında araşdırılmış sübutlara, o cümlədən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrinə, cinayət işinin materiallarında olan çoxlu sayda sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də ona irəli sürülmüş ittihamla bağlı cinayət əməllərini qəsdən törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərinə aidiyyatının olmaması və zərərçəkmiş şəxslərə qarşı heç bir cinayət törətməməsi ilə bağlı hissədə verdiyi ifadəsini məhkəmə cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ibtidai istintaqda verdiyi ifadələrdən fərqli məzmunda ifadə verərək cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, 2013-cü ilin iyun ayının ortalarında Gəncə şəhərində yerləşən “Nuray” adlı qadın salonuna müştəri kimi gedərkən həmin salonu işlədən Təqsirləndirilən şəxs ilə tanış olmuş və həmin vaxtdan onların münasibəti yaranmışdır. Söhbət zamanı o, Kəmaləyə atasının vəfat etdiyini, anasının işləmədiyini, maddi imkanının zəif olduğunu demişdir. Kəmalə də yaxın vaxtlarda Türkiyə Respublikasına gedəcəyini, orada onun üçün normal əmək haqqısı olan iş tapacağını bildirmişdir. Təxminən 2016-cı ilin may ayının əvvəllərində Kəmalə “Votsap” vasitəsilə onunla əlaqə saxlayaraq Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərində onun üçün qadın salonunda yaxşı iş tapdığını, işləmək üçün təcili yanına gəlməyini bildirmişdir. Onun maddi vəziyyəti ağır olduğundan o, Kəmalənin təklifi ilə razılaşmış və yol pulu tapıb xx xxx 2016-cı il tarixdə Bakı şəhərinə işləməyə gedəcəyini anasına deyib anasının razılığını aldıqdan sonra Gəncə şəhərindən avtobusa minərək Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərinə getmişdir. Karamanlı şəhərində onu Kəmalə qarşılamışdır. Bundan sonra Kəmalə onu “Gürel” adlı hotelin üçüncü mərtəbəsindəki otaqda yerləşdirmiş və onun işlə bağlı qeydiyyata düşməsi adı ilə ondan pasportunu almışdır. Kəmalə də hoteldə onun qaldığı otaqla qonşu otaqda qalmışdır. Növbəti gün Kəmalə ona söz verdiyi işin alınmadığını və bu səbəbdən də tanışı olan kişi müştərilərlə pul qarşılığında cinsi əlaqədə olmalı olacağını demişdir. O, Kəmaləyə belə bir iş üçün Türkiyəyə gəlmədiyini dedikdə və Azərbaycana qayıtmaq üçün pasportunu tələb etdikdə, Kəmalə onun dediklərini etmədiyi halda pasportunu cıracağını, bundan sonra onun küçələrdə qalacağını, polisə fahişəliklə məşğul olması barədə məlumat verib onu tutduracağını demişdir. O da məcburiyyət qarşısında qalıb Kəmalə ilə razılaşmışdır. Kəmalə müştərilərin verdiyi pulun yarısını özünə götürəcəyini, qalan pulun yarısını da ona verəcəyini demiş və ona öz həqiqi adını və soyadını heç kimə deməməsini tapşırmışdır. Həmçinin Kəmalə onun dediklərini yerinə yetirmədiyi halda onun kişi müştərilərlə cinsi əlaqədə olaraq əxlaqsız həyat tərzi keçirməyini onun qohumlarına bildirəcəyini demişdir. O, Kəmalənin təsiri altında olduğundan, polis tərəfindən tutulacağından, həmçinin qohumlarının yanında rüsvay olacağından qorxmuş və Azərbaycana qayıtmağa yol pulu olmadığına görə məcburiyyət qarşısında qalaraq Kəmalə ilə razılaşmışdır. Bundan sonra Kəmalə Burdur bölgəsinin Karamanlı şəhərində yerləşən “Mesken biranesi” adlı restoranda xx xxx 2016-cı il tarixdən xx xxxx 2016-cı il tarixədək kişi müştərilər spritli içki içdikdən sonra həmin müştərilər onu “Ekinçi” adlı hotelə aparıb orada onunla cinsi əlaqədə olmuşlar. Müştərilər onunla cinsi əlaqədə olmamışdan qabaq Kəmaləyə pul vermişlər, Kəmalə də həmin pulun 50 faizini ona vermişdir. xx xxxx 2016-cı il tarixdə o, Kəmaləyə Göygöl şəhərinə qayıtmaq istədiyini və buna icazə verməyini xahiş etdikdə, Kəmalə əvvəlcə onun evə getməsinə razılıq verməmişdir. Lakin sonra Kəmalə onun Azərbaycana qayıtmasına razılıq vermişdir. Kəmanə ona getməyə bir şərtlə icazə vermişdir ki, o, Türkiyədə müştərilərlə cinsi əlaqədə olmaq üçün təqdim edilməsi barədə heç kimə heç nə deməsin və on gün ərzində yenidən Kəmalənin yanına qayıtsın. Əks halda Kəmalə qohumlarının yanında onu rüsvay edəcəyini, eləcə də anasına Türkiyədə fahişəliklə məşğul olması barədə məlumat verəcəyini bildirmişdir. Onun çıxış yolu olmadığından o, Kəmalənin dedikləri ilə razılaşmış və xx xxxx 2016-cı il tarixdə avtobusla yaşadığı Göygöl şəhərinə qayıtmışdır. O, anası ilə söhbət edən zaman Türkiyə Respublikasında ofisiant işi tapdığı üçün oraya gedəcəyini demiş və anası da ona inandığından razılaşmışdır. O, Göygöl şəhərində bir neçə gün qaldıqdan sonra 2016-cı ilin iyun ayının ortalarında Kəmalə “Votsap” vasitəsilə onunla əlaqə saxlayaraq yanına qayıtmasını təkidlə ondan tələb etmişdir. O da Kəmalədən qorxduğundan xx xxxx 2016-cı il tarixdə avtobusla Kəmalənin yanına, yəni Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərinə getmişdir. xx xxxx 2016-cı il tarixdə o, Karamanlı şəhərinə çatmış və bundan sonra iki ay müddətində məcburiyyət qarşısında Kəmalənin təqdim etdiyi kişi müştərilərlə müxtəlif hotellərdə və müştərilərin istəklərinə əsasən müxtəlif ünvanlarda yerləşən evlərdə cinsi əlaqədə olmuşdur. 2016-cı ilin təxminən avqust ayının əvvəllərində o, Kəmalə ilə mübahisə etmiş və bundan sonra o, Kəmalənin yanından qaçmaq qərarına gəlmişdir. xx xxxxxx 2016-cı il tarixdə o, Kəmalənin olmamasından istifadə edərək əşyalarını götürüb Kəmalənin yanından qaçaraq Azərbaycana qayıtmışdır. Bundan sonra onun Kəmalə ilə əlaqəsi olmamışdır. 2018-ci ilin dekabr ayının sonlarında İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən zəng edərək onu həmin Baş İdarəyə çağırmışlar. Orada ona Təqsirləndirilən şəxs barəsində araşdırma aparıldığını demişlər və ondan şikayətçi olub-olmadığını soruşmuşlar. Həmin vaxt o, Kəmalə barəsində şikayət etmişdir. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin Təqsirləndirilən şəxs ilə barışdığını, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs3 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, ailə həyatı qursa da hazırda subaydır və onun bir oğlu var. Kəmalə Gəncə şəhərində onunla qonşuluqda yaşamışdır. O, əvvəllər saç ustası işləmişdir. Onun Kəmalə ilə yaxşı münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs2 onun bacısıdır. O, Səbinə ilə birlikdə eyni ünvanda yaşamışdır. 2016-cı ilin sentyabr ayının ortalarında Gəncə şəhərində yaşadığı evdə söhbət zamanı Kəmalə ona və bacısı Səbinəyə Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərində kirayədə yaşadığını, onlara həmin şəhərdə yaxşı əmək haqqısı olan iş tapa biləcəyini demişdir. Həmin vaxt onlar maddi cəhətdən çətinlik çəkdiklərinə görə o və bacısı Səbinə işləmək məqsədi ilə Kəmalə ilə birlikdə Türkiyə Respublikasına getməyə razı olduqlarını Kəmaləyə demişlər. Təxminən on gündən sonra Kəmalə onun bacısı Səbinə ilə birlikdə avtobusla Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərinə getmişdir. Onun işləri olduğu üçün o, həmin vaxt Kəmaləgili ilə birlikdə Türkiyə Respublikasına gedə bilməmişdir. Təxminən beş gün sonra Kəmalə onun mobil telefonuna “Votsap” vasitəsilə zəng edib xalası Məhəbbətlə birlikdə Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərinə gəlmələrini və orada onlara da iş tapacağını demişdir. O, Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərinə getməyə yol pullarının olmadığını dedikdə, Kəmalə bank vasitəsilə onlara 200 ABŞ dolları məbləğində yol pulu göndərəcəyini demiş və növbəti gün 200 ABŞ dollarını bank vasitəsilə ona göndərmişdir. Bundan sonra o, Kəmalənin sözlərini xalası Məhəbbətə demiş və sonuncu heç bir yerdə işləmədiyindən Türkiyə Respublikasına getməyə razı olduğunu, eləcə də bu barədə əvvəlcədən Kəmalə ilə danışdığını bildirmişdir. xx xxxxxxx 2016-cı il tarixdə o, xalası Məhəbbətlə birlikdə avtobusla Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərinə getmiş və xx xxxxxxx 2016-cı il tarixdə onlar Karamanlı şəhərinə çatmışlar. Orada onları bir nəfər Türkiyə vətəndaşı qarşılamış və ünvanını bilmədiyi “Ürək” adlı hotelə aparmışdır. Həmin gündən başlayaraq o, xalası Məhəbbətlə birlikdə həmin hoteldə yaşamağa başlamışlar. Kəmalə qeydiyyata düşmək adı ilə onların pasportlarını götürmüşdür. Kəmalə onların pasportlarını aldıqdan sonra onlar üçün hər hansı işin olmadığını, nəzarəti altında onların fahişəliklə məşğul olacaqlarını, əldə olunacaq pulun yarısının isə onlara çatacağını demiş, dedikləri ilə razılaşmadıqları halda onların pasportlarını cıracağını, polisə fahişəliklə məşğul olmaqları barədə məlumat verib onları tutduracağını, fahişəliklə məşğul olmaları barədə ailə üzvlərinə deyib onları Gəncə şəhərində rüsvay edəcəyini demişdir. Onlar məcburiyyət qarşısında qalaraq Kəmalə ilə razılaşmışlar. Növbəti gün Kəmalə onun bacısı Səbinəni də onların yaşadıqları hotelə gətirmiş və onlarla görüşdürmüşdür. Söhbət zamanı o, Səbinədən nə etdiyini soruşmuşdur. Səbinə də Kəmalə tərəfindən aldadıldığını və pul qarşılığında Kəmalənin tapdığı kişilərlə cinsi əlaqədə olduğunu ona bildirmişdir. O, bacısı Səbinə və xalası Məhəbbət gün ərzində Kəmalənin onlara təqdim etdiyi bir neçə kişi müştərilərlə nəzarət altında müştərilərin istəyindən asılı olaraq müxtəlif ünvanlarda görüşüb pul müqabilində cinsi əlaqədə olmuşlar. Onların cinsi əlaqədə olduqları müştərilərdən pulları Kəmalə almışdır. Kəmalə müştərilərdən aldığı pulun yarısını özünə götürmüş, qalan yarısını isə onlara vermişdir. Onlar Kəmalənin təsiri altında olduqlarından sonuncunun barəsində polisə müraciət etməmişlər. Kəmalə onları restorana aparırmış ki, müştərilər gəlib onları həmin restoranda görüb bəyənə bilsinlər. Eyni zamanda onlar həmin restoranda Kəmalənin müştəriləri ilə içki içmişlər. Kəmalə həmin müştərilərə hesab ödətdirmiş və bu yolla da əlavə qazanc əldə emişdir. Bundan sonra Kəmalə onları müştərilərin dediyi yerlərə aparmış və onları xx xxxxxxx 2016-cı il tarixədək cinsi əlaqədə olmaq üçün öz müştərilərinə təqdim etmişdir. xx xxxxxx 2016-cı il tarixdə o, Azərbaycana qayıtmışdır. Təxminən bir həftədən sonra 2016-cı ilin noyabr ayının ortalarında Kəmalə Türkiyə Respublikasından “Votsap” vasitəsilə onlarla əlaqə saxlayaraq yenidən yanına gəlməli olduqlarını, yanına qayıtmadıqları halda müştərilərlə cinsi əlaqədə olduqları zaman çəkdiyi video görüntüləri sosial şəbəkələrdə yayacağını demişdir. Onlar da məcburiyyət qarşısında yenidən Kəmalə ilə razılaşmışlar. xx xxxxxx 2016-cı il tarixdə o və bacısı Səbinə avtobusla Türkiyə Respublikasının Karamanlı şəhərinə getmişlər. Əvvəlki qaydada Kəmalə onları “Ürək” adlı hotelə aparıb orada yerləşdirmişdir. xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2016-cı il tarixədək o və Səbinə Kəmalənin onlara təqdim etdiyi kişi müştərilərlə müxtəlif ünvanlarda yerləşən hotel və evlərdə pul qarşılığında cinsi əlaqədə olmuşlar. Həmin ərəfədə əslən Gəncə şəhərindən olan və onların Gəncə şəhərindən tanıdıqları Sevinc Həsənova onları restorana çağıraraq nə baş verdiyini soruşmuş və Kəmalənin polislərlə probleminin olduğunu, bu səbəbdən onları Azərbaycana yola salacağını demişdir. Sevinc bundan sonra onlara başqa müştərilər ilə pul qarşılığında cinsi əlaqədə olacaqlarını demişdir. Onlar Sevincə artıq fahişəliklə məşğul olmaq istəmədiklərini demişlər. Lakin Sevinc dediklərini etmədikləri halda onların fahişəliklə məşğul olmaqları barədə Gəncə şəhərində söz çıxararaq onları rüsvay edəcəyini bildirmişdir. Bundan sonra onlar məcbur olub Sevincin də müştəriləri ilə pul qarşılığında cinsi əlaqədə olmalarına razılıq vermişlər. Bundan sonra o, bacısı ilə birlikdə xx xxxxxx 2016-cı il tarixdə Azərbaycana qayıtmışdır. O, Gəncə şəhərində olduğu zaman Sevinc onunla və bacısı Səbinə ilə “Votsap” vasitəsilə əlaqə saxlayaraq yanına gəlməli olduqlarını demiş və Karamanlı şəhərində etdiyi hədə-qorxuları yenidən etmişdir. Buna görə də o və bacısı Səbinə xx xxxxxx 2016-cı il tarixdə Karaman şəhərinə getmişlər. xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2017-ci il tarixədək Sevinc onu və Səbinəni Karaman şəhərində müxtəlif müştərilərlə cinsi əlaqədə olmaq üçün təqdim etmişdir. Onlar xx xxxxxx 2017-ci il tarixdə Azərbaycana qayıtmışlar. 2019-cu ilin fevral ayının sonlarında İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən onu və bacısı Səbinəni çağıraraq Kəmalədən şikayətçi olubolmadıqlarını soruşmuşlar. Onların təhlükəsizliyinə təminat verildiyi üçün onlar Kəmalə barəsində şikayət etmişlər. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin Təqsirləndirilən şəxs ilə barışdığını, onun təqsirləndirilən şəxə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Kəmalə Gəncə şəhərində onunla qonşuluqda yaşamışdır. Onun Kəmalə ilə münasibəti olduğu üçün onlar bir-birilərinin yaşadığı evə gedib-gəlmişlər. Leyla onun bacısıdır və onlar bir evdə yaşamışlar. 2016-cı ilin sentyabr ayının ortalarında Gəncə şəhərində yaşadığı evdə söhbət zamanı Kəmalə ona və bacısı Leylaya Türkiyə Respublikasının Karamanlı şəhərində kirayədə yaşadığını, onlara həmin şəhərdə yaxşı əmək haqqısı olan iş tapa biləcəyini demişdir. Həmin vaxt onlar maddi cəhətdən çətinlik çəkdiklərindən işləmək məqsədi ilə Kəmalə ilə birlikdə Türkiyə Respublikasına getməyə razı olduqlarını demişlər. xx xxxxxxxx 2016-cı il tarixdə onlar Kəmalə ilə birlikdə avtobusla Türkiyə Respublikasının Karamanlı şəhərinə getmişlər. Kəmalə onları Karamanlı şəhərində kirayəyə götürdüyü mənzildə yerləşdirmiş və qeydiyyata düşməklə bağlı onlardan pasportlarını almışdır. O, Kəmalədən harada işləyəcəyini soruşduqda sonuncu onun üçün hər hansı iş yerinin olmadığını, onun müxtəlif şəxslərlə pul qarşılığında cinsi əlaqədə olacağını demişdir. O, Kəmaləyə Azərbaycana qayıtmaq istədiyini dedikdə, sonuncu ona pasportunu qaytarmamış və dediklərini etmədiyi halda pasportunu cıracağını, polisə fahişəliklə məşğul olması barədə məlumat verib onu tutduracağını demişdir. Onun başqa çıxış yolu olmadığı üçün o, Kəmalə ilə razılaşmışdır. Bundan sonra Kəmalə onu pul qarşılığında cinsi əlaqədə olmaq üçün öz müştərilərinə təqdim etməyə başlamışdır. Kəmalə müştərilərin görməsi üçün onu restorana apararaq müştərilərlə içki içməyə məcbur etmişdir. Müştərilər onu bəyəndikdən sonra Kəmalə onu Karaman şəhərində olan müxtəlif hotellərə və evlərə aparmışdır. Kəmalə müştərilərdən aldığı pulun yarısını ona vermiş, qalanını isə özünə götürmüşdür. Təxminən beş gündən sonra Kəmalə onun bacısı Leylanın mobil telefonuna “Votsap” vasitəsilə zəng etmiş və xalası Məhəbbətlə birlikdə Türkiyə Respublikasının Karamanlı şəhərinə yanına gəlmələrini, yalandan orada onlara da iş tapacağını demiş və bunun üçün 200 ABŞ dolları məbləğində yol pulu göndərmişdir. xx xxxxxxx 2016-cı il tarixdə onun bacısı Leyla və xalası Məhəbbət birlikdə Karamanlı şəhərinə getmişlər. Həmin gündən başlayaraq Leyla Məhəbbətlə birlikdə Karamanlı şəhərində yerləşən “Ürək” adlı hoteldə yaşamışlar. Kəmalə onların da pasportlarını almış və hər hansı işin olmadığını, nəzarəti altında fahişəliklə məşğul olacaqlarını, əldə olunan pulun yarısının onlara çatacağını demişdir. Kəmalə Leyla və xalası Məhəbbətə imkan vermədiyi üçün sonuncular həqiqəti deyə bilməmişlər və məcburiyyət qarşısında qalaraq Kəmalə ilə razılaşmışlar. Bundan sonra o, bacısı Leyla və xalası Məhəbbət gün ərzində Kəmalənin təqdim etdiyi bir neçə kişi müştərilərlə nəzarət altında müştərilərin istəyindən asılı olaraq Karamanlı şəhərində müxtəlif hotellərdə görüşüb pul müqabilində cinsi əlaqədə olmuşlar. 2016-cı ilin oktyabr ayının axırlarında Kəmalə onun qayıtmasına icazə verdiyindən o, xx xxxxxxx 2016-cı il tarixdə avtobusla Gəncə şəhərinə qayıtmışdır. O, evdə olduğu zaman Kəmalə Türkiyə Respublikasından “Votsap” vasitəsilə onunla əlaqə saxlayaraq yenidən yanına gəlməli olduğunu demiş, yanına qayıtmadığı halda Türkiyədə fahişəliklə məşğul olması barədə məlumat yayıb onu və bacısını rüsvay edəcəyini demişdir. xx xxxxxx 2016-cı il tarixdə o, bacısı Leyla ilə birlikdə yenidən avtobusla Karamanlı şəhərinə getmişdir. xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2016-cı il tarixədək o, Leyla ilə birlikdə Kəmalənin onlara təqdim etdiyi kişi müştərilərlə müxtəlif ünvanlarda yerləşən hotel və evlərdə pul müqaqabilində cinsi əlaqədə olmuşlar. Həmin ərəfədə əslən Gəncə şəhərindən olan və onların tanıdıqları Sevinc Həsənova onları restorana çağıraraq onlardan nə baş verdiyini soruşmuş, onlara Kəmalənin polislə probleminin olduğunu, bu səbəbdən onları Azərbaycana yola salacağını demişdir. Sevinc bundan sonra öz müştəriləri ilə onların pul qarşılığında cinsi əlaqədə olacaqlarını demişdir. Lakin onlar Sevincə artıq fahişəliklə məşğul olmaq istəmədiklərini demişlər. Sevinc isə dediklərini etməyəcəkləri halda onların fahişəliklə məşğul olmaları barədə Gəncə şəhərində söz çıxarıb onları rüsvay edəcəyini demişdir. Bundan sonra onlar məcburiyyət qarşısında qalaraq Sevinclə razılaşmışlar. xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2017-ci il tarixədək Sevinc onu və Leylanı Karamanlı şəhərində müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etmişdir. O, xx xxxxxx 2017-ci il tarixdə Azərbaycana gəlmişdir. 2019-cu ilin fevral ayının sonlarında İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən onu və Leylanı çağırmışlar və onlardan Kəmalədən şikayətçi olubolmadıqlarını soruşmuşlar. Onların təhlükəsizliyinə təminat verildikdən sonra onlar Kəmalə barəsində şikayət etmişlər. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin Təqsirləndirilən şəxs ilə barışdığını, onun təqsirləndirilən şəxə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən 2015-ci ildən tanımışdır. Kəmalə onun bacısı Rayanın qonşusu olmuşdur. Təxminən 2016-cı ilin sentyabr ayının sonlarında Rayanın qızı Leyla ona demişdir ki, Kəmalə onun üçün Türkiyənin Karamanlı şəhərində iş tapmış və bu məqsədlə Leyla Kəmalənin yanına getmək istəmişdir. Sonra o, Səbinə ilə birlikdə Kəmalənin Gəncə şəhərində yaşadığı evə getmişlər. Kəmalə onlara Türkiyədə yüksək maaşlı iş tapacağını demişdir. 2016-cı ilin oktyabr ayının əvvəllərində Kəmalə Türkiyədən onunla və Leyla ilə “Votsap” vasitəsilə əlaqə saxlayaraq yanına gəlmələrini, ona və Leylaya yüksək maaşlı iş düzəldəcəyini demiş və onlara 200 ABŞ dolları məbləğində yol pulu göndərmişdir. xx xxxxxxx 2016-cı il tarixdə o, Leyla ilə birlikdə avtobusla Karamanlı şəhərinə getmişdir. Onlar Karamanlı şəhərinə çatdıqda Kəmalənin göndərdiyi taksi onları hotelə aparmış və Kəmalə həmin hoteldə onları qarşılamış, eləcə də qeydiyyata düşmək üçün onların pasportlarını almışdır. Sonra Kəmalə onlara heç bir işin olmadığı, tanışı olan şəxslərlə pul qarşılığında cinsi əlaqədə olacağını onlara demişdir. Onlar Kəmaləyə Azərbaycana qayıtmaq istədiklərini desələr də, sonuncu onların pasportlarını qaytarmamış, dediklərini etmədikləri halda pasportlarını cıracağını, polisə fahişəliklə məşğul olmaları barədə məlumat verib onları tutduracağını demişdir. Onların başqa çıxış yolu olmadığından Kəmalənin bu təklifi ilə razılaşmışlar. Bundan sonra Kəmalə onu və Leylanı özü ilə birlikdə yaxın münasibət saxladığı İsakın işlətdiyi gecə barına apararaq orada tapdığı kişilərə intim xidmətlər göstərməyə məcbur etmişdir. Həmin müştərilərlə Kəmalə özü razılaşmış və müştərilərdən də pulu özü almışdır. Onlar həmin müştərilərlə hotellərdə cinsi əlaqədə olmuşlar. Orada çox adam Kəmaləni tanımışdır. Kəmalə tanışları vasitəsi ilə onların başlarına oyun açacağı ilə hədəmişdir. Onlar da Kəmalədən qorxduqları üçün sonuncunun dediklərinə əməl etmişlər. Kəmalə onları xx xxxxxxx 2016-cı il tarixədək müştərilərə cinsi əlaqədə olmaq üçün təqdim etmişdir. O, əvvəllər Kayseri şəhərində olduğu üçün sonra paltar dükanında işləmək üçün Niğde qəsəbəsinə getmişdir. Lakin o, orada iş tapa bilmədiyi üçün xx xxxxxx 2016-cı il tarixdə Gəncə şəhərinə qayıtmışdır. O, Kəmalənin hədələrindən qorxduğu üçün baş verənlər barədə polisə şikayət etməmişdir. 2016-cı ilin noyabr ayının ortalarında o, yaşadığı evdə olduğu zaman Kəmalə Türkiyə Respublikasından “Votsapla” onunla əlaqə saxlayaraq yenidən yanına gəlməli olduğunu demişdir. O, əvvəlcə Kəmalə ilə razılaşmamışdır. Lakin Kəmalə onun gəlməyəcəyi təqdirdə müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntüləri sosial şəbəkələrdə yayacağını dediyindən o, qohumlarının yanında rüsvay olmaqdan qorxmuş və məcburiyyət qarşısında qalaraq Kəmalə ilə razılaşmışdır. O, Kəmalənin tələbi ilə xx xxxxxx 2016-cı il tarixdə yenidən avtobusla Leyla və Səbinə ilə birlikdə Karamanlı şəhərinə getmişdir. Əvvəlki qaydada olduğu kimi xx xxxxxx 2016-cı il tarixədək Kəmalə onu, Leyla və Səbinəni pul qarşılığında cinsi əlaqədə olmaq üçün kişi müştərilərə təqdim etmişdir. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin Təqsirləndirilən şəxs ilə barışdığını, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs5 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, o, ailə qursa da sonradan boşanmış və onun iki uşağı var. O, əvvəllər işləmək üçün X6 şəhərinə getmişdir. O, Gəncə şəhərində olduğu zaman “Sovxoz Nizami” adlanan sahədə yerləşən qadın salonunda saç və dırnaq ustası işləyən Kəmalə ilə tanış olmuşdur. Söhbət zamanı o, Kəmaləyə işsiz və maddi imkanının zəif olduğunu demişdir. Kəmalə də ona Türkiyədə yaxşı əlaqələrinin və türk əsilli sevgilisinin olduğunu, istədiyi halda onu Türkiyədə yüksək maaşı olan işə düzəldə biləcəyini demişdir. Onun da maddi imkanı pis olduğundan o, Kəmalə ilə razılaşmışdır. X28 getmişdir. Kəmalə Türkiyəyə getməmişdən əvvəl onunla əlaqə saxlayacağını və ona ətraflı məlumat verəcəyini bildirmişdir. Kəmalə, həmçinin ona demişdir ki, əvvəllər Gəncədə yaşayan Elnarə adlı qadın üçün də iş təşkil etmək məqsədi ilə Moskva şəhərindən çağırmış və ona Elnarə ilə birlikdə Türkiyənin Burdur bölgəsinin Karamanlı şəhərinə gəlməsini demişdir. Kəmalə onun Türkiyəyə getməsi üçün onun tanımadığı bir oğlanla 100 ABŞ dolları məbləğində pul göndərmişdir. O, Kəmalə ilə telefonla danışdığı zaman Kəmalə Elnarənin mobil nömrəsini ona vermişdir. xx xxxx 2016-cı il tarixdə o, Elnarə ilə birlikdə avtobusla Türkiyəyə getmiş və xx xxxx 2016-cı il tarixdə Burdur bölgəsinin Karamanlı şəhərinə çatmışdır. Kəmalə əvvəlcədən dediyi kimi onu və Elnarəni “Bələdiyyə” hotelində yerləşdirmişdir. Kəmalə işlə bağlı qeydiyyata düşmək üçün və bu adla onun pasportunu almışdır. O, Kəmalədən harada işləyəcəyini soruşduqda sonuncu ona hər hansı işin olmadığını və nəzarəti altında tanışı olan kişilərlə pul qarşılığında cinsi əlaqədə olacağını bildirmişdir. O, əvvəlcə Kəmalə ilə razılaşmamışdır. Lakin o, Türkiyədə heç kəsi tanımadığından Kəmalənin təklifi ilə razılaşmaq məcburiyyətində qalmışdır. Həmçinin Kəmalə dediklərini etməyəcəyi halda onun pasportunu cıracağını, polisə fahişəliklə məşğul olması barədə məlumat verib onu tutduracağını, Azərbaycana qayıda bilməyəcəyini demişdir. O da məcburiyyət qarşısında qalaraq Kəmalə ilə razılaşmışdır. Kəmalə ona təqdim etdiyi kişi müştərilər ilə pul qarşılığında cinsi əlaqədə olacağını, müştərilərdən əldə etdiyi pulun 50 faizini özünə götürəcəyini, qalan 50 faizini isə ona verəcəyini demişdir. xx xxxxx 2016-cı il tarixədək Kəmalə onu və Elnarəni cinsi əlaqədə olmaq üçün kişi müştərilərə təqdim etmiş, həmin müştərilərdən pulu özü almış, əldə olunan pulun yarısını ona vermiş, qalan yarısını da özünə götürmüşdür. Bir müddətdən sonra o, Azərbaycana qayıtmışdır. O, Azərbaycana qayıtdıqdan sonra Kəmalə yenidən onu Türkiyəyə çağırmışdır. Kəmalə yanına getməyəcəyi halda onun Türkiyədə fahişəliklə məşğul olması barədə Gəncə şəhərində olan qohumlarına, o cümlədən anasıgilin yaşadığı məhəllədəki qonşulara deyəcəyini, onun həmin şəxslərin yanında rüsvay edəcəyini demişdir. O da uşaqlarının, anasının və qohumlarının qarşısında rüsvay olacağından qorxaraq Kəmalə ilə razılaşaraq yenidən xx xxxxx 2016-cı il tarixdə Gəncə şəhərindən Türkiyəyə getmişdir. xx xxxxx 2016-cı il tarixdən xx xxx 2016-cı il tarixədək Kəmalə yenə də əvvəlki kimi onu pul qarşılığında cinsi əlaqədə olmaq üçün müştərilərə təqdim etmişdir. Sonra Kəmalənin yanına cavan qızlar gəldiyindən Kəmalə ona ehtiyacının olmadığını demişdir. Bundan sonra o, yenidən Azərbaycana qayıtmışdır. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin Təqsirləndirilən şəxs ilə barışdığını, onun təqsirləndirilən şəxə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs4 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə 2016-cı ilin noyabr ayının əvvəllərində Gəncə şəhərində tanış olmuşdur. Həmin vaxt Kəmalə gözəllik salonu işlətmişdir. Kəmalə ona söhbət zamanı Türkiyədə yaxşı əlaqələrinin olduğunu, onu Türkiyədə restoranda ofisiant kimi işə düzəldəcəyini və iş müqabilində onun yüksək məbləğdə maaş ala biləcəyini demişdir. O, əvvəllər ofisiant işlədiyidən Kəmalənin bu təklifi ilə razılaşmışdır. xx xxxxxx 2016-cı il tarixdə o, Kəmalə ilə birlikdə avtobusla Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərinə getmişdir. Karamanlı şəhərində Kəmalə onu hotelə yerləşdirmiş və işlə bağlı qeydiyyata düşmək üçün pasportunu almışdır. O, Kəmalədən harada işləcəyini soruşduqda, sonuncu ona heç bir işin olmadığını, nəzarəti altında fahişəliklə məşğul olacağını, dediklərini etməyəcəyi təqdirdə pasportunu cıracağını və polisə fahişəliklə məşğul olması barədə məlumat verib onu tutduracağını demişdir. O da məcburiyyət qarşısında qalıb Kəmalə ilə razılaşmışdır. Kəmalə onu və digər cavan qadınları restoranda kişi müştərilərin yanında otuzdurmuş və onları müştərilərlə spirtli içki içməyə məcbur etmişdir. Müştərilərdən hansısa onu bəyəndiyi halda həmin müştəri Kəmaləyə pul vermiş və onu özü ilə Karamanlı şəhərində olan müxtəlif hotellərə apararaq orada onunla cinsi əlaqədə olmuşdur. Pulu müştərilərdən Kəmalə özü almışdır. Kəmalə onun göstərdiyi xidmətə görə aldığı pulun yarısını özünə götürmüş, qalan pulu isə ona vermişdir. Kəmalə onu xx xxxxxx 2016-cı il tarixədək müxtəlif müştərilərə cinsi əlaqədə olmaq üçün təqdim etmişdir. Bundan sonra o, Azərbaycana qayıtmışdır. O, Azərbaycana qayıtdıqdan sonra Kəmalə yenidən onu yanına çağırmışdır. Onun da maddi imkanı zəif olduğundan və pul qazanmaq məqsədi ilə o, Kəmalənin yanına getmişdir. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin Təqsirləndirilən şəxs ilə barışdığını, onun təqsirləndirilən şəxə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs6 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, o, 2015-ci ilin mart ayının əvvəllərində yaşadığı evdə olduğu zaman qızı Qənirə Gəncə şəhərindən tanıdığı Kəmalənin Türkiyədə olduğunu, Kəmalənin qızı Qənirəyə işləmək üçün iş vəd verdiyini, Kəmalə ilə bir yerdə işləmək üçün Türkiyə Respublikasına getmək istədiyini, saç ustası kimi Kəmalənin yanında işləyəcəyini demişdir. O da Qənirənin Türkiyəyə getməsinə etiraz etməmişdir. xx xxxx 2015-ci il tarixdə Qənirə Türkiyə Respublikasının Karamanlı şəhərinə getmişdir. Bundan sonra Qənirə bir neçə dəfə Karamanlı şəhərinə gedib-gəlmişdir. Sonuncu dəfə Qənirə Karamanlı şəhərindən qayıtdıqdan sonra Kəmalənin onu aldatdığını, işə düzəldəcəyi barədə vəd etməsinə baxmayaraq pul qarşılığında cinsi əlaqədə olmaq üçün müştərilərə təqdim etdiyini demişdir. Qızı Qənirə, həmçinin ona demişdir ki, Kəmalə Qənirənin cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntüləri yayacağı ilə hədə-qorxu gələrək Qənirəni Türkiyəyə çağırmışdır. O, qızı Qənirəyə Kəmalədən şikayət etməsini demişdir. Lakin Qənirə rüsvay olmaqdan qorxduğu deyərək Kəmalə barəsində şikayət etməkdən imtina etmişdir. Bu səbəbdən də onlar Kəmalə barəsində şikayət etməmişlər. Sonradan qızı Qənirə Karamanlı şəhərində yaşayan İbrahim adlı şəxsin yanına gedibgəlmişdir. O da Karamanlı şəhərinə Qənirənin yanına getdikdə orada Orxan adlı şəxslə tanış olmuş və Orxanla münasibəti yarandığından sonuncu ilə qeyri-rəsmi qaydada yaşamışdır. 2018-ci ilin dekabr ayında X19rşı Mübarizə Baş İdarəsindən zəng gəlmiş və həmin İdarəyə dəvət etmişlər. Orada qızı Qənirəyə Təqsirləndirilən şəxs barəsində həmin İdarədə araşdırma aparılması bildirilmiş və Qənirə də Kəmalə barəsində şikayət etmişdir. xx xxxxxx 2019-cu il tarixdə Qənirə sevgilisi Halil adlı şəxs tərəfindən Antalya şəhərində öldürülmüşdür. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin Təqsirləndirilən şəxs ilə barışdığını, onun təqsirləndirilən şəxə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs7 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında elan edilmiş Şahid2 ifadəsindən müəyyən olunur ki, o, Türkiyə Respublikasına başında olan şişlə bağlı gedib-gəlmiş, İran İslam Respublikasına da müalicə ilə bağlı getmiş, İstanbul şəhərinə müalicəsi ilə bağlı getmiş, 2016-cı ildən etibarən Burdur bölgəsinin Çavdır şəhərinə gedib orada dırnaq qaynağı etməyə başlamışdır. O, Azərbaycanda olduğu zaman da gözəllik salonunda işləmiş və buna görə də onun təcrübəsi olmuşdur. 2017-ci ildə o, Çavdırda hoteldə olduğu zaman Karamanlı şəhərində qızların restoranda içki içdiklərini, bu yolla pul qazandıqlarını eşitmişdir. Həmin ərəfədə onun pula ehtiyacı olduğundan o, Karamanlı şəhərinə gedib orada Orxan adlı şəxsə məxsus “Niko” barında işləməyə başlamışdır. O, həmin barda müştərilərlə bir yerdə içki içmiş, içkidən əldə olunan gəlirdən ona da pul verilmişdir. O, təxminən 15 gün həmin barda işləmişdir. Lakin onun başında şiş olduğundan sonradan o, içki içməmişdir. O, yalnız su içmişdir. Müştərilər də bunu başa düşdüklərindən o, daha həmin barda işləyə bilməmişdir. O, “Niko” barda işlədiyi zaman Təqsirləndirilən şəxs da yaxınlıqda yerləşən restoranların birini işlətdiyini, həmin restoranda qadınları pul qarşılığında cinsi əlaqədə olmaq üçün müştərilərə təqdim etdiyini eşitmişdir. O, Kəmalənin işlətdiyi restorana getmiş və orada öz gözləri ilə Kəmalənin qadınları müştərilərlə birlikdə göndərdiyini görmüşdür. O, Kəmalənin həmin qadınları öz razılıqları, yoxsa məcburi qaydada müştərilərə göndərməsindən məlumatsız olmuşdur. Çünki o, cəmi bir dəfə Kəmalənin işlətdiyi restoranda olmuşdur. X21 kimi çağırmışlar. O, qadınların öz razılıqları, yoxsa məcburi qaydada müştərilərlə cinsi əlaqədə olduqlarını bilmədiyi üçün mühafizə orqanlarına gördükləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxsin hüquqi varisinin) ifadələri ilə yanaşı, elan olunmuş şahid ifadəsini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019cu il tarixli zərərçəkmiş şəxs kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 60) görünür ki, X18 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli qərardan (cild 1, iş vərəqə 62) görünür ki, Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs X7 hüquqi varisi qismində tanınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli qərardan (cild 1, iş vərəqə 63) görünür ki, Zərərçəkmiş şəxs3 Vaiqf qızı zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli qərardan (cild 1, iş vərəqə 81) görünür ki, Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tələbnaməsindən (cild 1, iş vərəqə 106) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli qərardan (cild 1, iş vərəqə 107) görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli qərardan (cild 1, iş vərəqə 116) görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli qərardan (cild 1, iş vərəqə 129) görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli qərardan (cild 2, iş vərəqə 9) görünür ki, Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli ittiham elan etmək üçün şəxsin tutulması və axtarış elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 33-37) görünür ki, Təqsirləndirilən şəxs ittiham elan olunması üçün onun tutulması qərara alınmış və onun barəsində axtarış elan edilmişdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan (cild 2, iş vərəqə 88) görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 2, iş vərəqə 113) görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün xx xxxxxx 2019-cu il tarixdə saat 17:20-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan (cild 2, iş vərəqə 138-142) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1113/2019 saylı qərarından (cild 2, iş vərəqə 168-172) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan (cild 2, iş vərəqə 173-204) görünür ki, Zərərçəkmiş şəxs3 məxsus AZE C00280502 və Zərərçəkmiş şəxs6 məxsus P4721858 seriyalı və nömrəli pasportların maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Dövlət Sosial Müdafiə Fondunun Kəlbəcər rayon şöbəsinin arayışından (cild 2, iş vərəqə 207) görünür ki, Təqsirləndirilən şəxs əlildir və ƏƏSMN-i yanında DSMF-nun Kəlbəcər rayon şöbəsindən İİ qrup əlilliyə görə 200 manat məbləğində pensiya alır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli xasiyyətnamədən (cild 2, iş vərəqə 209) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli qərardan (cild 2, iş vərəqə 214-218) görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144- 1.2.5 və 144-3.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinin materiallarından X5 Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və qeyrilərini cinsi istismara məruz qoyması faktı ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin ayrılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli ərizədən (cild 3, iş vərəqə 57) görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə barışmış, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli ərizədən (cild 3, iş vərəqə 60) görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışmış, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli ərizədən (cild 3, iş vərəqə 63) görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışmış, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli ərizədən (cild 3, iş vərəqə 66) görünür ki, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs ilə barışmış, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli ərizədən (cild 3, iş vərəqə 68) görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Bayramova X8 Kəmalə Hüseyn qızı ilə barışmış, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli ərizədən (cild 3, iş vərəqə 99) görünür ki, zərərçəkmiş şəxs Quliyeva X9 Kəmalə Hüseyn qızı ilə barışmış, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli ərizədən (cild 3, iş vərəqə 110) görünür ki, Şahid2 hazırda Türkiyə Respublikasında olduğunu, Azərbaycan Respublikasına gələ bilmədiyini və bu səbəbdən də ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli ərizədən (cild 3, iş vərəqə 100) görünür ki, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs ilə barışmış, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olubolmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi sübutların tədqiqində iştirak etmişlər, onlar məhkəmə istintaqında dindirilmiş şəxslərə suallar və müxtəlif vəsatətlər vermişlər, sərbəst şəkildə müdafiə hüququnu həyata keçirmişlər, eləcə də irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllərin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, mötəbər sübutlar əsasında məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxslər X10, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətlərindən sui-istifadə edərək Türkiyə Respublikasında yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldadıb cinsi istismar edilməsi məqsədi ilə sonuncuları Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərinə dəvət etmişdir. Zərərçəkmiş şəxslər Türkiyə Respublikasına getdikdən sonra təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri müxtəlif vaxtlarda orada yaşadığı evdə və digər yerlərdə pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə zaman baxımından və cinayətin törədilməsi anından hesablanmaq baxımından X11 qarşı insan alveri cinayətini, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 qarşı tamah niyyəti ilə iki və daha çox şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər X18, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikasının dövlət sərhədindən keçirdikdən və onlar Türkiyə Respublikasına çatdıqdan sonra insan alveri məqsədi ilə sonuncuların pasportlarını götürüb saxlamaqla gizlədərək təkrarən tamah niyyəti ilə həmin şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-3.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144- 1.2.5 və 144-3.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini Türkiyə Respublikasının Burdur bölgəsinin Karamanlı şəhərində hansı şəraitdə və hansı məkanlarda (hotellərdə, mənzillərdə və sair yerlərdə) törətməsini müəyyən etmək mümkün olmadı. Törədilmiş cinayət əməllərinin transmilli cinayətlər kateqoriyasına aid edilməsinə baxmayaraq, əməliyyat və ibtidai istintaq orqanı tərəfindən cinayətin törədilmə yerinin, üsulunun, mexanizminin, vasitəsinin, cinayətin digər iştirakçılarının müəyyən edilməsi istiqamətində heç bir tədbir görülməmiş, Türkiyə Respublikasının səlahiyyətli orqanlarına sorğu göndərilməmişdir. Bu səbəbdən məhkəmə bu hissədə ibtidai istintaq orqanının apardığı ibtidai araşdırmanı natamam sayaraq ona tənqidi yanaşır. Lakin buna baxmayaraq, məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxslər ayrıayrılıqda ifadə verərək və cinayət prosesinin iştirakçılarının suallarına cavab verərək Təqsirləndirilən şəxs və sonuncunun əlbir olduğu şəxslər tərəfindən maddi imkansızlıqları ilə əlaqədar zəiflik vəziyyətlərindən sui-istifadə edilərək aldatma və hədə-qorxu məcbur etmə vəsitəsindən istifadə etmə nəticəsində cinsi istismar edilməsi məqsədi ilə cəlb edildiklərini, Türkiyə Respublikasının ərazisində insan alveri məqsədi ilə pasportlarının götürülüb saxlanmaqla və gizlətməklə insan alveri cinayətinin qurbanları olmasını təsdiq etmişlər. Zərərçəkmiş şəxslərin məhkəmə istintaqında verdikləri ifadələri şübhə altına almaq üçün heç bir əsas yoxdur. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin törətmiş olduğu əməllərin tövsifi məsələsində zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrini yeganə əsas sübut kimi qəbul edir və həmin sübutlar əsasında belə hesab edir ki, təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadədən fərqli məzmunda ifadə verməklə müxtəlif hallara istinad etmişdir. Lakin o, istinad etdiyi hallarla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxs məhkəmə istintaqında dindirilmiş 6 (altı) zərərçəkmiş şəxs və 1 (bir) zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrində göstərmiş olduqları halları təqzib etsə də, özünün istinad etdiyi hallara dair heç bir güclü və əsaslı arqumenti irəli sürə bilməmiş və istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Həmçinin məhkəmə istintaqında zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrində göstərilmiş halları təqzib və istisna edə biləcək digər sübutlar və hallar müəyyən edilmədi. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin əməllərinin tövsifi məsələsində zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxsin hüquqi varisinin məhkəmə istintaqında vermiş olduqları ifadələri təqzibedilməz, əsaslı və həlledici sübutlar kimi qəbul edir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilmədi. Məhkəmə istintaqında müəyyən edilmiş və yuxarıda sadalanan hallardan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144- 1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Yəni cinayət hadisəsi həqiqətən baş vermiş, göstərilən cinayət əməlləri ayrı-ayrılıqda Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir. Bu cinayət əməllərinin törədilməsində məhz o, təqsirlidir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1-ci maddəsinin “Qeydinin” 1-ci bəndinə görə - bu maddədə "insanın istismarı" dedikdə məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə başa düşülür. Həmin Məcəllənin “Qeydinin” 2-ci bəndinə görə - insan alverindən zərərçəkmiş şəxsin istismar olunmasına dair razılığı, həyat tərzi, habelə əxlaqsız davranışı insan alverində təqsirli bilinən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alına bilməz. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144- 3.4-cü maddələri ilə tövsif edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin/maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də mütləq qaydada həll etmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxsin hüquqi varisi ilə ayrı-ayrılıqda barışdığını, sonuncuların ona qarşı şikayət və tələbinin olmadığını, onun 2-ci qrup əlil olmasını, onun cavan olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) və təqsirləndirilən şəxsin əməlində cızanı ağırlaşdıran hallar olmadıqda, təqsirləndirilən şəxsə təyin ediləcək cəza onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144- 1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələrində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə təqsirləndirilən şəxsin əməlindəki cəzanı yüngülləşdirən bütün halların məcmusunu, yəni təqsirləndirilən şəxsin bütün zərərçəkmiş şəxslər və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, sonuncuların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, ələlxüsus təqsirləndirilən şəxsin 2-ci qrup əlil olmasını, təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, eləcə də təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar kimi qəbul edir və qiymətləndirir. Məhkəmə qeyd edilən müstəsna halları məcmu halda nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli və onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5-ci maddələrinin sanskiyasında nəzərdə tutulmuş aşağı həddən də aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Cinayət Məcəlləsinin 62-ci maddəsini təqsirləndirilən şəxsə tətbiq edilməsinin məqbul sayarkən ilk növbədə onun cəzasını yüngülləşdirən halların (ələlxüsus 2-ci qrup əlil olmasını və bütün zərərçəkmiş şəxslər və zərərçəkmiş şəxslərin hüquqi varisi ilə barışdığını, sonuncuların ona qarşı heç bir şikayət və tələbinin olmamasını) məcmusunu və onun şəxsiyyətini əsas tutmuşdur. Belə ki, təqsirləndirilən şəxs 2-ci qrup əlil olduğu halda ona təqsirli bilindiyi maddələr üzrə sərt cəzanın təyin edilməsi onun üzərində daha çox məhrumiyyətlər yaradacaq, bu isə bilavasitə onun sağlamlığına mənfi təsir göstərəcək. Məhkəmə hesab edir ki, qeyd edilən halların təqsirləndirilən şəxsə cəza təyini zamanı nəzərə alınmaması ədalətli sayıla bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə ciddi şəkildə əməl olunmalıdır. Buna isə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə nail olmaq olar. Odur ki, yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən hallar məcmu halda nəzərə alınmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli və həmin maddənin tələbləri nəzərə alınmaqla ona təqsirli bilndiyi maddələr üzrə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsiri tam sübuta yetirildiyindən məhkəmə hesab edir ki, ona məhz həmin maddələr üzrə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin, onun əməlləri cinayətlərin məcmusunu yaratdığından ona qeyd edilən hal nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməli və həmin cəzalar Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2-ci maddəsində göstərilən cinayətlər cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin ediləcək qəti cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 məxsus AZE seriyalı C00280502 nömrəli və Zərərçəkmiş şəxs6 məxsus AZE seriyalı P4721858 nömrəli pasportlar həmin şəxslərə qaytarılmalıdır. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan digər əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144- 1.2.4-1, 144-1.2.5-ci maddələri üzrə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-3.4-cü maddəsi üzrə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablamaq yolu ilə ona təyin edilmiş cəza müddətinə daxil edilsin və ona təyin edilmiş qəti azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Maddi sübut olub cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 məxsus AZE seriyalı C00280502 nömrəli və Zərərçəkmiş şəxs6 məxsus AZE seriyalı P4721858 nömrəli pasportlar hökm qanuni qüvvəsini aldıqdan sonra onlara qaytarılsın. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar