Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-90/2022 13.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər: Kərimov Novruz Ağakərim oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X9, X10, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X4, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər (mülki iddiaçılar): Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, X11, zərərçəkmiş şəxslərin nümayəndələri: Nümayəndə1 Hüseyn qızının, Nümayəndə2, Nümayəndə3, müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili: Müdafiəçi Çərkəz oğlunun, fərdi qaydada fəaliyyət göstərən vəkil: X1 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi binada, açıq məhkəmə iclasında xx xxxx 1958-ci ildə Bərdə rayonunun Ayrıca kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə özgəyə məxsus əmlakı ələ keçirib vahid niyyətlə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin Hüquqi X14 İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş "xxxx" MMC-nin direktoru kimi həmin Cəmiyyət adından Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə 342.000 manat dəyərdə uçuş geyimlərinin satılması haqqında xx.xx.2018-ci il tarixli k/49 nömrəli müqaviləni həmin Xidmətin səlahiyyətli nümayəndəsi ilə bağladıqdan sonra özünü işgüzar şəxs kimi təqdim edərək özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə qeyd edilən müqaviləni özünün cinayətkar niyyətinə uyğun olaraq istifadə edib, qeyrisində guya həmin müqavilə predmeti üzrə sərmayə qoyuluşunun gəlirli olması görüntüsü yaratmaq üçün nümayiş etdirib yalan vədlərlə sərmayə qoyulmasına və nəticədə həmin sərmayənin ələ keçirilməsinə nail olmaq məqsədilə 2018-ci ilin dekabr ayında istintaqla müəyyən edilməyən gündə tanışı – Bakı şəhər sakini Zərərçəkmiş şəxs3 ilə Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində görüşərək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 2018-ci il üzrə olan müvafiq tenderində qalib olaraq göstərilən Xidmət ilə 2018-ci ilin iyul ayında bağladığı müqavilə üzrə 342.000 manat dəyərdə olan görülməli işləri faktiki olaraq guya 50.000 manat vəsaitlə görməyin mümkün olduğunu yalandan bildirib Zərərçəkmiş şəxs3 50.000 manat məbləğində sərmayə qoyacağı təqdirdə xx.xx.2019-cu il tarixə müqavilə üzrə bütün işlərin yerinə yetirilməsindən sonra 50.000 manatı sonuncudan aldığı sərmayə, 25.000 manatı isə iş birliyindən əldə edilmiş gəlir kimi - ümumilikdə 75.000 manat məbləğində pulu Zərərçəkmiş şəxs3 verəcəyi barədə xx.xx.2018-ci il tarixli razılaşmanı müvafiq öhdəlikləri icra etmək niyyəti olmadan sonuncu ilə imzalamaqla onu inandırıb, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin niyyətlə sonuncudan ünvan 2 ünvanında yerləşən ofisdə xx.xx.2018-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 15.130 manat təşkil edən 8.900 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 15.300 manat təşkil edən 9.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 20.400 manat təşkil edən 12.000 ABŞ dolları, 2019-cu ilin iyun ayında istintaqla müəyyən edilməyən gündə 3.000 manat, 2019-cu ilin iyul ayında istintaqla müəyyən edilməyən gündə 2.000 manat olmaqla, cəmi 55.830 (əlli beş min səkkiz yüz otuz) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus pul vəsaitini ələ keçirib ona vahid niyyətlə külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, eyni niyyətlə, 2018-ci ilin dekabr ayında istintaqla müəyyən edilməyən gündə tanışı Zərərçəkmiş şəxs1 müraciət edərək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 2019-cu il üzrə üst geyimlərin istehsalı ilə bağlı tenderinin olacağını, göstərilən tenderdə qalib olmağın zəruri olduğunu, qalib olduğu və 100.000 ABŞ dolları pul vəsaitini sərmayə qismində qoyduqları halda yüksək qazanclarının olacağını yalandan Zərərçəkmiş şəxs1 bildirib sonuncunun inam və etibarını qazandıqdan sonra ona məxsus pul vəsaitini vahid niyyətlə ələ keçirmək məqsədilə, sonuncudan 2018-ci ilin dekabr ayında istintaqla müəyyən edilməyən gündə ünvan 3 ünvanında 2.500 manat, 2018-ci ilin dekabr ayında istintaqla müəyyən edilməyən gündə ünvan 4 ünvanında 2.500 manat, 2019-cu ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 10 ünvanının qarşısında 20.000 manat, 2019-cu ilin mart ayında istintaqla müəyyən edilməyən gündə Bakı şəhərində istintaqla müəyyən edilməyən yerdə 7.000 manat, 2019-cu ilin noyabr ayında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23C ünvanında 1.000 manat olmaqla, cəmi 33.000 (otuz üç min) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus pul vəsaitini ələ keçirib ona vahid niyyətlə xeyli miqdarda ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, eyni niyyətlə, 2019-cu ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə tanışı X13 müraciət edərək sonuncuya Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 2018-ci il üzrə olan tenderində qalib olduğunu, həmin Xidmət üçün geyim vasitələrinin tikişini həyata keçirdiyini bildirib qoyduğu pul müqabilində əldə edəcəyi gəlirdən ona da qeyri-müəyyən məbləğdə bərabər hissə verəcəyini yalandan bildirib Rövşən Məmmədlinin inam və etibarını qazandıqdan sonra ona məxsus pul vəsaitini vahid niyyətlə ələ keçirmək məqsədilə, sonuncudan xx.xx.2019cu il tarixdə ünvan 7 ünvanında həmin dövrün məzənnəsi ilə 15.300 manat təşkil edən 9.000 ABŞ dolları pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etdikdən sonra Dövlət Sərhəd Xidmətinin 2019-cu il üzrə hər hansı tenderi üzrə qalib olmadığı halda 2019-cu ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə Rövşən Məmmədliyə həmin Xidmətin 2019cu il üzrə xidməti geyimlərinin istehsalı ilə bağlı tenderində guya qalib olduğunu, onun da sərmayə qoyub gəlir əldə edə biləcəyini, müqavilə üzrə görülməli işlərin dəyərinin 1.000.000 manat olduğunu, işin dəyərinin 300.000 manatının avans olaraq 2019-cu ilin aprel ayında ona ödəniləcəyini, guya qeyd edilən işin 2019-cu ilin fevral ayından 2019-cu ilin aprel ayına qədər surətlə görülməsi nəticəsində qoyduğu sərmayədən əlavə göstərilən işdən 70.000 manat qazancı 2019-cu ilin aprel ayında əldə edə biləcəklərini yalandan bildirib, sonuncunun inam və etibarını qazandıqdan sonra ona məxsus külli miqdarda pul vəsaitini vahid niyyətlə ələ keçirmək məqsədilə, Rövşən Məmmədlidən ünvan 7 ünvanında xx.xx.2019-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 68.000 manat təşkil edən 40.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək həmin dövrün məzənnəsi ilə 203.284,30 manat təşkil edən 119.579 ABŞ dolları, 2019-cu ilin dekabr ayında istintaqla müəyyən edilməyən gündə həmin dövrün məzənnəsi ilə 3.612,5 təşkil edən 2.125 ABŞ dolları olmaqla, cəmi 290.196,80 manat (iki yüz doxsan min bir yüz doxsan altı manat səksən qəpik) pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Rövşən Məmmədliyə məxsus pul vəsaitini ələ keçirib ona vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, "xxxx" ASC-nin həm təsisçisi, həm də direktoru olmuşdur. "xxxx" ASC-nin əsas fəaliyyəti tender müqavilələri əsasında Dövlət Sərhəd Xidməti üçün xidməti geyim vasitələrinin tikintisindən ibarət olmuşdur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə "xxxx" MMC arasında xidməti geyimlərin satınalınması ilə bağlı xx.xx.2017-ci il tarixdə 830000 manat, xx.xx.2018-ci il tarixdə 342000 manat və xx.xx.2018-ci il tarixdə 19800 manatlıq müqavilələr imzalanmışdır. xx.xx.2017-ci il tarixli müqavilə üzrə 2018-ci il ərzində tərəfindən 10000 dəst qış gödəkcəsi və istiləşdirilmiş qış şalvarı tikilərək Dövlət Sərhəd Xidmətinə təhvil verilməli olmuş, ancaq tərəfindən cəmi 2190 qış gödəkcəsi və istiləşdirilmiş qış şalvarı və 2152 dəst qış gödəkcəsi tikilərək təhvil verilməsi mümkün olmuş, işçi sayının azlığı, habelə hazırda digər izah edə bilmədiyi səbəblərdən öhdəliklər tərəfindən icra olunmadığı üçün Dövlət Sərhəd Xidməti onu 10 faiz yəni 83000 manat cərimələmiş, sonradan müraciəti əsasında 83000 manat cərimə 1000 dəst qış gödəkcəsi və istiləşdirilmiş qış şalvarı ilə əvəzləşdirilmiş, yerdə qalan 1190 dəstin dəyəri 98770 manat, 2152 dəstin dəyəri isə 111904 manat olmaqla, cəmi 210674 manat (ƏDV ilə birlikdə) işlədiyi cəmiyyətin bank hesabına (ƏDV-si isə depozit hesaba) ödənilmişdir. xx.xx.2018-ci il tarixli 342000 manatlıq müqavilə üzrə tərəfindən Dövlət Sərhəd Xidmətinə tikilmiş və təhvil verilmiş uçuş geyimləri Xidmət tərəfindən qəbul edilməmiş və ona heç bir vəsait ödənilməmişdir. xx.xx.2018-ci il tarixli 19800 manatlıq müqavilə üzrə tərəfindən bütün işlər görülərək mallar Dövlət Sərhəd Xidmətinə təhvil verilmiş və dəyər də işlədiyi cəmiyyətin bank hesabına ödənilmişdir. Zərərçəkmiş şəxs3 tanışı Zərərçəkmiş şəxs1 görə tanımış, 2018-ci ilin noyabr ayında Bakı şəhərində Heydər Əliyev adına sarayın yaxınlığında köhnə Konservatoriyanın arxasında Şəmsi Bədəlbəyli küçəsində xatırlamadığı şəxsə məxsus ofisdə Rəsul onu Rəsətlə tanış etmiş, həmin zaman tanış çıxmış, belə ki, sonuncu ilə 1993-cü ilə qədər eyni ərazidə qonşu kimi yaşamışlar. Söhbət zamanı Dövlət Sərhəd Xidmətinin elan etdiyi tenderdə qalib olduğunu, 2018-ci ilin iyul ayında müqavilə bağladığını, müqavilə üzrə görülməli işlərin dəyərinin 342000 manat olduğunu, o cümlədən həmin müqavilə üzrə görüləcək işlərin ilkin etapının 300 ədəd texniki istiləşdirilmiş iş kombinezonu və gödəkcələrin tikişinin olduğunu, müqavilədə göstərilən müvafiq işin dəyərinin 72000 manat nəzərdə tutulduğunu, qoyduğu sərmayə hesabına onun müvafiq işləri görə biləcəyini və birlikdə qazanc əldə edə biləcəklərini, gəliri də bərabər hissələrə bölə biləcəklərini Rəsətə demişdir. Bundan sonra onunla Rəsət arasında xx.xx.2018-ci il tarixdə ünvan 8 ünvanda yerləşən ofisdə müqavilə bağlanmış, müqavilə onun və Rəsət tərəfindən, o cümlədən şahid kimi Rəsul tərəfindən imzalanmışdır. Müqavilənin şərtlərinə görə Rəsət xx.xx.2018-ci il tarixli müqavilənin uçuş geyimlərinin satınalması üçün qiymətlərin razılaşdırılması protokolunun 6-cı bəndində göstərilən 72000 manat dəyərində göstərilmiş 300 ədəd texniki istiləşdirilmiş iş kombinezonu və gödəkcələrin tikişinə görə xx.xx.2018-ci il tarixdə Rəsula 15000 manat, xx.xx.2019-cu il tarixdə 15000 manat, cəmi 30000 manat pul verməli olmuşdur. Bunun müqabilində o, razılaşmada göstərilən üst geyimlərin tikilməsini xx.xx.2019-cu il tarixdə yerinə yetirməli və 30000 manatı da ona xərcləməli olmuşdur. Bu işləri xx.xx.2019-cu il tarixdə təhvil verməyinə dair rəsmi sənədləri Rəsətə təqdim etdikdən sonra xx.xx.2018-ci il tarixli müqavilənin uçuş geyimlərinin satınalması üçün qiymətlərin razılaşdırılması protokolunun digər bəndlərində göstərilən işlərin görülməsi üçün Rəsət tərəfindən ona 20000 manat verilməli olmuşdur. Həmçinin o, 2019-cu ilin may ayının 1-nə Rzaya 72000 manat dəyərində işlərin görülməsindən 7000 manat gəlir verməli olmuşdur. xx.xx.2018-ci il tarixdə Rəsət ona Rəsulun iştirakı ilə 15000 manat, habelə xx.xx.2019-cu il tarixdə Rəsət ona Rəsulun iştirakı ilə 15000 manat, cəmi 30000 manat vermişdir. 2019-cu ilin yanvar ayının 15-də Rəsətlə görüşərək işləri razılaşmalarında nəzərdə tutduqları kimi xx.xx.2019cu il tarixə yekunlaşdıra bilmədiyini, parçanı İran İslam Respublikasından idxal etdiyini, ancaq gömrük rəsmiləşdirilməsinin uzun çəkdiyini bildirmiş, işləri tamamlamaq üçün razılaşmalarında nəzərdə tutulmuş 20000 manatı Rəsul almışdır. Həmin pulu da Rəsul Astara rayonundan İran İslam Respublikasına keçərək orada mal aldığı tanımadığı şəxsə vermişdir. 2019-cu ilin iyun ayında düymələrin alınması və digər xırda detalların düzəldilməsi üçün Rəsətdən 2000 manat almışdır. O, xx.xx.2019-cu i tarixdə malları Dövlət Sərhəd Xidmətinə təhvil vermək üçün həmin malları Xidmətə aparsa da, göstərilən mallar ondan təhvil alınmamış, Cəlal adlı Təminat İdarəsinin rəisi Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən icazə verildikdən sonra malları qəbul edə biləcəyini demiş və mallar qəbul olunmamışdır. O da həmin malları Bakı şəhəri, Xətai rayonunda yerləşən icarəyə götürdüyü “Xətai Tikiş-2” fabrikinə yığmış, ancaq həmin malları Rəsət və Rövşən Məmmədli ondan xəbərsiz göstərilən yerdən oğurlamışdır. Onun bundan 2020-ci ilin fevral ayında xəbəri olmuş, göstərilən qanunsuz əməl barədə o, Xətai rayon polis idarəsinə müraciət etsə də, həmin əməlin mülki xarakterli olduğu ona bildirilmişdir. Sonra o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinə mülki iddia ilə müraciət etmiş, hazırda məhkəmə baxışı davam etməkdədir. Rəsətə 2018-ci ilin iyul ayında Dövlət Sərhəd Xidməti ilə bağladığı müqavilə üzrə işlərin görülməsi üçün 50000 manat istəməmiş, həmin məbləği ümumi razılıq əsasında müəyyən etmiş və əldə edəcəkləri həmin gəliri bərabər hissələrlə bölüşdürməyi razılaşdırmışdır. O cümlədən müqavilənin 72000 manatlıq hissəsi üzrə işlərin görülməsi üçün o, 15000 manat istəməmiş, həmin məbləği Rəsətlə birlikdə razılaşdırmışdır. Qeyd etdiyi məbləğlərdən başqa Rəsətdən Rəsulun iştirakı ilə 3000 manat, o cümlədən 2000 manat almamışdır. Bundan başqa, o, 2018-ci ilin sentyabr ayında xatırlamadığı şəxs vasitəsilə Zərərçəkmiş şəxs1la tanış olmuş, həmin vaxt görüşlərdən birində sonuncu ondan nə işlə məşğul olduğunu soruşmuş, o, isə Dövlət Sərhəd Xidmətinin elan etdiyi tenderdə qalib olduğunu, həmin tender üzrə işi gördüyünü demiş, göstərilən zaman Rəsul bu işdə şərik olmağı ona təklif etmiş, o da razılaşmışdır. İlk öncə Rəsul onu Rəsətlə tanış etmiş, sonradan Rəsulla birgə fəaliyyət haqqında razılaşmış və sonuncu ona göstərilən niyyətlə 13000 manatlıq material alıb vermişdir. Həmin 13000 manat Rövşən Məmmədli, o və Rəsulun şərikliyi üzrə olmuş, göstərilən şəriklik 2019-cu il üzrə olan tenderə aid olmuşdur. Həmin il tenderdə o, qalib olsa da, Dövlət Sərhəd Xidməti tərəfindən göstərilən fakt rəsmiləşdirilməmişdir. 2018-ci ilin dekabr ayının əvvəllərində o, Rəsula müraciət edərək 2019-cu il üçün Dövlət Sərhəd Xidmətinin üst geyimlərin istehsalı ilə bağlı tenderinin olacağını bildirmiş, göstərilən zaman tenderdə iştirak üçün 2500 manat lazım olduğunu Rəsula demiş və sonuncudan həmin pulu istəmişdir. Təxminən bir ay sonra o, pulu Rəsula qaytarmışdır. Sonra tenderdə iştirakla bağlı o, ikinci dəfə də 2500 manatı Rəsuldan alsa da həmin pulu sonuncuya qaytara bilməmişdir. Rəsula 2018-ci il üzrə Dövlət Sərhəd Xidmətinin tenderində qalib olduğunu və müqavilə üzrə 20000 dəst uçuş geyimlərini hazırlamalı olduğunu, hər bir dəstin dəyərinin 73 manatdan rəsmiləşdirildiyini deməmiş, tenderdə 2018-ci il üzrə tender zamanı bir dəstin dəyərinin 83 manatdan rəsmiləşdirdiyi halda hansı səbəbdən 2019-cü il üzrə bir dəstin 73 manatdan rəsmiləşdirdiyi barədə ona sual verilməmiş, bu barədə də tərəfindən Rəsula hansısa məlumat verilməmişdir. Rəsuldan 20000 manat, o cümlədən sonradan 7000 manat və 1000 manat istəyib almamışdır. X5 9000 ABŞ dolları borc olaraq almış, həmin pulları 2017-ci ildə Dövlət Sərhəd Xidmətinin elan etdiyi və onun qalib gəldiyi tenderdəki işlərə sərf etmiş, müvafiq ildəki müqavilənin müddətinin 2018-ci ildə bitməsinə baxmayaraq, Xidmət müvafiq müqavilə üzrə malları ondan təhvil almışdır. Rövşəndən 168.579 ABŞ dolları almamış, ona heç nə vəd etməmiş, onunla şərikli qaydada iş görmüşdür. Göstərilən pulları Rövşən Məmmədli tikiş işlərinin aparılması və malların alınması üçün özü sərf etmiş, həmin pullardan xatırlamadığı bəzi hissəni o, götürüb mal-material almışdır. Həmin malları da Rövşən Məmmədli götürərək öz anbarında saxlamışdır. Müvafiq işlər 2017-ci ilin dekabr ayında Dövlət Sərhəd Xidmətinin elan etdiyi, onun qalib gəldiyi, ancaq bu halın rəsmiləşdirilmədiyi tenderə aid olmuşdur. Rövşən Məmmədli ona 3000 manat pul vermiş, həmin pulu ABŞ dolları ilə deyil, manatla vermiş, o, həmin pulu tikiş işlərinə sərf etmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Rzanı əvvəllər yaşadığı yerdən tanıyırmış yəni Rza ilə o, eyni ərazidə yaşamışlar. Təsadüfən bir yoldaşın yanında olduğu zaman Rəsul ilə Rza da oraya gəlmişlər. Söhbət zamanı X31 Xidmətinin elan etdiyi tenderdə qalib olduğunu bildirmiş. Tenderi icra etmək üçün isə onların əlində lazım olan vasait olmamış. Tender bundan ibarət olmuş ki, tikiş paltarlarını tikib təhvil verməklə böyük qazanc qazanmaq. O, Rzaya inanaraq ayrı-ayrı vaxtlarda pul vermiş, ödədiyi hər bir pulun tarixi və imzasıda olmuşdur. Onların aramısında razılaşmada olmuşdur 72.000 (yetmiş iki min) manatlıq təminatdan, 25.000 (iyirmi beş min) manat qazanc mənə, 35.000 (otuz beş min) qazanc isə mənə qalırdı. Aprel ayında malı satıb pulu verəcəyi tarixdən, 2019-cu ilin son tarixinə qədər heç bir ödəniş olmamışdır.. Məsələlər bu yerə qədər gəlib çıxdıqından artıq o, aidiyyatı üzrə şikayyətini etmişdir. Bu günkü günə qədər Rza tərəfdən ona 14.000 (on dört min) manat pul ödənmiş və hazırda ona dəymiş ziyandan 41.000 (qırx bir min) manat pul ödənilməmiş qalmışdır. Rza məhkəmənin hazırlıq iclasında aprel ayında Zərərçəkmiş şəxs3 borcunu bağlacağına söz verməsinə baxmayaraq, ona olan borcundan məhkəmə hazırlıqı iclasından sonra Rza onun tərəfindən ona dəymiş olan 41.000 (qırx bir min) manat puldan, 14.000 (on dört min) manat pul ödəmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, o, uşaqlıq vaxtından Zərərçəkmiş şəxs1 tanımış. Rəsul Rzanı onun yanına gətirib ona iş adamı kimi tanıtdıraraq, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Razində tikiş fabrikinin Rzaya məxsus olduğunu bildirmişdi. Onlar əvvəlcə borc pul istəmişlər, o isə borcu nəyə görə istədiyini soruşduqda, iş gördüklərini və tikişlərin haqqını vermək lazım olduğunu bildirmişlər. Bundan sonra onlar iki gündən sonra gəlmişlər ki, X3 udmuşlar, 21.000 (iyirmi bir min) ədəd qış forması tikilməlidir. O, onlardan müqavilələrinin olub olmamasını soruşmuş, müqavilələrinin olduğunu demişlər, lakin müqaviləni ona göstərməmişlər. O Rzanın ağsaqqal adam kimi, Rəsulunda yerlisi olmasına görə onlarda yalan olmayacağını düşünərək onlardan işin nədən ibarət olduğunu soruşduqda pul qoymaq lazım olduğunu demişlər və hal-hazırda İranda mal olduğunu, müqaviləni yerinə yetirmək üçün İrandan mal gətirmək lazım olduğunu bildirmişlər. Malı kimin gətirdiyini soruşduqda malı Tahir Məmmədovun gətirdiyini, Tahir Məmmədovun kim olduğunu soruşduqda, Göyçay tikiş fabrikinin direktoru olduğunu demişlər. İranda malın hazır olub-olmamasını soruşduqda, malın hazırdı olduğunu demişlər. İş üçün 40.000 (qırx min) manat pul istəmişlər, o, gömrükdən keçirdə bilmiyəcəklərini soruşmuş, özü əvvəllər Gömrük işçisi olduğunu görə də onlara malı keçirtmək üçün iki üç nəfər getməli olduqlarını, yada ki, həmin o, malları qeydiyyata salmalı olduqlarını demiş, Rza isə malları keçirdə biləcəyini bildirmişdir. O, kiçik oğlunuda qoşmuş onlara, həmin zaman Rza sərhədkeçməsinə məhdudiyyətin qoyulduğunu deyərək 20.000 (iyirmi min) manatı Tahirə, 20.000 (iyirmmi min) manatı Rəsula, 20.000 (iyirmi min) manatı da oğluma verərək Tehrana getmişlər. Tehranda görüşüblər Tahir gəlib Rəsuldan və onun oğlundan pulu alaraq mala getmişlər. Sonra o, Rzanı görmüş, Rzadan onun getmədiyini soruşmuş, Rza stopu olduğu üçün gedə bilmədiyini demişdir. O Rzaya istirahətə getdiyini və 20 gün olmayacağını demiş. Rza ona malın gələcəyini və Gömrük pulunun olacağını demiş, o isə oğluna pul verəcəyini və nə lazım olsa onun edəcəyini demişdir. Müəyyən vaxtdan sonra ona malın gəldiyini bildirmişlər, o isə oğluna malı çıxartmalarını demiş, 15300 metr təsdiq olunmuş Sərhəd Qoşunlarının formasına uyğun mal gəlmişdir. Ümumilikdə 153 (yüz əlli üç) rol mal gəlmiş, onun iyirmi neçə rulonunu verməmişlər. O, rulonları kimin saxladığını soruşanda demişlər ki, X27 arasında borc məsələsi olduğu üçün rulonların bir hissəsini saxlamışdır. Malı çıxartdıqdan sonra o Rzaya malı harda tikdiyini soruşmuş və gedib həmin yerə baxmaq isdədiyini demişdir. Rza isə fabrik həbsdə olduğunu demişdir. O Rzadan bəs bu Tenderi necə icra edəcəyini soruşuqda, Rza ona Xətaidə yer götürüdüyünü bildirmişdir. O Rzaya həmin Xətaidəki yerə baxmaq istədiyini bildirmiş, onlan Xətai fabrikinə getmişlər orada boş yerin heç bir tikiş aləti olmadığını görmüş. Rzaya malları bura niyə tökdüyünü və onları burda necə tikəcəyini soruşmuş, Rza demişdir ki, narahat olma həll edəcək, tikiş maşınları almalı olacaqlarını demişdir. Onlar Binə ticarət mərkəzinə gedib tikiş maşınları alaraq sertifaktli malları alaraq sexə yışmışlar. Rza elektrik işlərinin olduğunu bildirmiş, onlarıda həll etmişlər. Çox şəraitsiz yer olmuş işçilərin əllərini yumağa belə tam şəraiti olmamışdır. O Rzaya qazancın nə vaxt olacağını dedikdə aprelin axırına pulun olacağını demişdir. Ondan sonra Rza oğlunu yanına işə götürmək istədiyini demiş, o da onunla razılaşmışdır. Oğlunu fabrikə zam direktor olaraq qeydiyyata almışdır. Bankdada qeydiyyatı aparılacağını oğlunun və Rzanın pul almaq səlahiyyəti olacağını bildirmişdir. Aprel ayı bitdi, may ayı bitdi pul alınmamışdı. Sonra Rza ona demişdir ki, “Göyçayda Tahir arendaya sex götürüb malda ora gedir pulda ora gedir. Əvvəl danışıq olanda demişlər ki, 5 manata puşlat tikirlər şalvar tikmirlər. Puşlata 5 manat danışmışdılar, sonra oldu 10 manat, dedilər ki, onun fəhlə pulusu var əmək haqqısı var, pensiyonnusu var, nəticədə 1 puşlatın tikilmısi 10 manata ərsəyə gəlmiş ondan sonra düymələrin alınmağı 15 manat gəlir çıxır”. Hər mal tikiləndən sonra ona qəbz gətirirmiş burda X2 yerləşən bazası var idi, bu bazaya aparıb malı təhvil verib, gəlib ona göstərirmiş ki, bu malı o təhvil vermiş Sanqaçala. 4.500 (dört min beş yüz) mal verildikdən sonra X8 bazası Rzadan mal götürməmiş. Rza özüdə demişdir ki, ora mal verməyəcəm pul vermirlər. Malların qalanını geri gətirib onun anbarına qoymaq istəmişlər, onlara anbarının olmadığını bildirmişdir. Yaşadığı binanın alt hissəsində qarajı olduğunu, lakin böyük bir yer olmadığını bildirmişdir. Malları gətirib qaraja qoymuşlar, 4 reys mal gətirmişlər, hər reysdə 600-700 mal gətirmişlər. Həmin qarajda ona məxsus deyil kirayə götürmüşdür. Demişlər yay ayında pul alınacaq, yay oldu pul gəlmədi, payız ayında Tender başlayacaq faizə pul gələcək. Oktyabr ayında ayında o xəbər almışdır ki, pul gəlib, “Günay Banka” zəng eləmiş ki, pul nətər olub gəlinb, oğlunun Rzanın xəbəri olmamış, demişlər ki, pul Günay bankdan yox, onların pulun çeviriblər X18 filialına. Onun və oğlunun xəbəri olmadan Rza pulları vurdururmuş digər banka. Həmin bankdanda gecəynən pulları çıxardırmış. 333.000 (üç yüz otuz üç min) manat puldan 83.000 (səksən üç min) manat pul Sərhəd Qoşunlarının müqavilə şərtlərini yerinə yetirmədiyi üçün 10 faiz cərimə edib geri qalan pulu vermişlər. Bundan sonra Rza onun telefonlarına cavab verməmiş, onunla əlaqə saxlamamış, ona mesaj yazaraq bu pulun onun yox başqa pul olduğunu demişdir. Ondan sonra Rzanın qardaşına xəbər vermişdir ki, gəlsin qardaşı söz vermişdir ki, gələcək ancaq gəlməmişdir. Rzaya demişdir ki, müqavilə yazaq müqaviləni oxumuş orada vergi məsələsi olmuş, hüquqşünasdan məsləhət alacağını demiş, sonra Rza öz xətti ilə yazmışdır ki, Rövşən Məmmədlidən iş görmək üçün bu qədər pul götürmüş. Rza məhkəmə iclasında bildirmişdir ki, 70 faiz borcunu bağlayacaq. Rza ondan əl borcu evinin sənədi üçün 3.000 (üç min) manat pul almışdır, bu günkü gün 3.000 (üç min) manat pulu qaytarmışdır. Rza ZÖVQ MMC-nin direktorun Rza olduğunu bilmiş, vergidən çıxarışları görmüşdür. Tenderdə iştirak etdiklərini demişdir.Geyim Tenderleri olmuş, lakin o xahiş etsədə Rza həmən tenderləri ona göstərməmişdir. Ümumilikdə Rzaya 292.000 (iki yüz doxsan iki min) manat pul vermişdir, və Pulu həmişə Rzanın özünə vermişdir.Bir iki dəfə olmuş ki, Rzaya yox Rəsula vermiş, sonra Rza zəng edərək pulu aldığını bildirmişdir. Rza ona deməmişdir ki, pulun bu qədərini sən qoy bu qədərini mən, bütün xərcləri o şəkmişdir. Günay bankda hesab açılmasını bilirmiş, oğlununda Rzanın da imzası olmuşdur. Beynxalq banka pulun necə getməsindən xəbəri olmamışdır. 292.000 (iki yüz doxsan iki min) manat pulun verilməsi barədə aralarında ancaq mesaj və danışıq olub heç bir sənəd olmamışdır. Hazır məhsul onun qarajında olmuş, məhsul gəlimiş onun qarajına, 600-600-500 bir 2223 ədəd gödəkcə gəlmişdir, sonra Rza çıxıb gedəndən sonra həmin malları aparıb xətaidə sexə vermişdir. 58.000 (əllim səkkiz min) manat dəyərində mal onda olduğunu demişdir. 58.000 (əlli səkkiz min) manatlıq mal hansı ki, 70.000 (yetmiş min) manatlıq mənfəətin müqavilində götürülmüşdür. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanışı Fəxrəddin vasitəsilə tanımışdır. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, 2018-ci ilin Sərhəd Qoşunları üçün olan tenderində iştirak edəcək və tenderdə iştirak etmək üçün, tenderə girmək üçün müəyyən məbləğdə pul vəsaiti lazımdır. O, soruşanda ki, tenderə daxil olmaq üçün nə qədər pul vəsaiti lazımdır, Təqsirləndirilən şəxs bildirmişdir ki, 2500 manat. O, Təqsirləndirilən şəxs 2500 manat pulu gətirib vermişdir. Ondan sonra Pza demişdir ki, Sərhəd Qoşunların başqa nümayəndəsi ilə görüşmüş, o, bildirmişdir ki, tenderi udmaq üçün əlavə bir şirkət də daxil etmək lazımdır, ona görə də 2500 manat pul lazımdır. Həmin 2500 manat pulu da o, tapıb Təqsirləndirilən şəxs vermişdir. 18 dekabr 2018-ci ildə tender keçirilirmiş, Təqsirləndirilən şəxs öz şəxsi avtomobili ilə Sərhəd Qoşunlarına aparmışdır. Təqsirləndirilən şəxs tenderdən çıxdıqdan sonra, həmin tenderi hər bir dəstin qiyməti 72, 73 manat olmaqla udduğunu demişdir. Təqsirləndirilən şəxs soruşmuşdur ki, orda sənə sual vermədilər ki, sən nə üçün indi tenderə 73 manatla girirsən, halbu ki, 2017-ci ildə 83 manatla udmusan, Təqsirləndirilən şəxs bildirdi ki, o sualı mənə tender keçirən nümayəndələr verdilər, məndə onlara izah etdim ki, keçən ildən gətirdiyim materiallar əlimdə qaldığı üçün mən qiyməti ucuz vermişəm. Təqsirləndirilən şəxs Tenderi udduqdan sonra demişdir ki, İrlan İslam Respublikasına 10000 ABŞ dolları göndərmək lazımdır mal üçün. Təqsirləndirilən şəxs bu sözlərindən sonra, o, bununla bağlı Rəsət müəllimə müraciət etmişdir. Rəsət müəllim 10000 ABŞ dolları, ümumi sayda Azərbaycan valyutası ilə 15000 min manat pulu Rzaya vermişdir. Bir neçə həftədən sonra mal gəlmiş, göndərilmiş Göyçay rayonunda tikiş zavoduna. Təqsirləndirilən şəxs gələn materiallın tikilməsi üçün pul vəsaitinin lazım olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs demişdir ki, gedək Mingəçevirə, orada dostum var ondan pul vəsaiti isdəyərik verər. Təqsirləndirilən şəxs ilə Mingəçevirə gedib, orada Primov Rövşənin ofisində görüşmüşlər. Təqsirləndirilən şəxs tenderi yerinə yetirib malları tikmək üçün ümumi nə qədər pul vəsaitinin lazım olduğunu soruşmuş, Təqsirləndirilən şəxs tenderin mallarını tikib təhvil vermək üçün 100.000 ABŞ dolları olarsa, tenderin mallarını hazırlamaq mümkün olacağını bildirmişdir. Rövşənin yanına birinci dəfə gəldikdə 9.000 ABŞ dolları vermişdir, gömrükdən gələn malların pulunu ödəmək üçün. Rövşən Təqsirləndirilən şəxs nə iş olduğunu soruşmuş, Təqsirləndirilən şəxs tenderi udduğunu və 1.300.000 manatlıq tender olduğunu və onu yerinə yetirmək üçün 100.000 ABŞ dolları pul lazım olduğunu, həmin tender ilə əlaqədar kim pul versə, onun müəyyən hissəində şərikli ola biləcəyini demişdir. Daha sonra, Rövşən Təqsirləndirilən şəxs 40.000 ABŞ dolları pul vermişdir. Ondan sonra o, və Göyçay rayon fabrikin direktoru Məmmədov Tahir təyyarə ilə Tehrana getmişlər. X20 pulu götürərək getmişdir ki, zavoda gedirəm. Ondan sonra Azərbaycana qayıtmışlar və o, tenderin müqaviləsini görə bilməmişlər. Ondan sonra o, dəfələrlə Təqsirləndirilən şəxs telefon vasitəsilə zəng vurmuş, Təqsirləndirilən şəxs telefona cavab verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, sahibkarlıq fəaliyyəti - ərzaq məhsullarının Ağdam, Cəlilabad, digər rayonlardan alınıb müxtəlif təşkilatlara satışının həyata keçirilməsi ilə məşğul olmuşdur. X15 30 il olar ki, tanımış, sonuncu ilə dostluq münasibətləri olmuşdur. 2019-cu ilin fevral ayında xatırlamadığı gündə Rəsul ona zəng edərək işi olduğunu və olduğu yerə, Mingəçevir şəhərinə gələcəyini bildirmişdir. Növbəti günü Rəsul yanında bir nəfərlə onun Mingəçevir şəhərinin mərkəzində yerləşən ünvanını xatırlamadığı icarəyə götürdüyü ofisinə daxil olmuş, Rəsul yanındakı şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs Bakı şəhərində tikiş fabrikinin müdiri olduğunu, Dövlət Sərhəd Xidmətinin tenderində qalib müəssisə rəhbəri olduğunu və həmin müqavilə üzrə iş gördüyünü bildirmişdir. Həmin zaman Rza hətta tender müqaviləsini də ona göstərmişdir. Daha sonra Rəsul göstərilən işin görülməsi üçün ona 20000 manat pul lazım olduğunu demiş və ondan həmin pulu borc kimi istəmişdir. O da dostu Rəsula kömək olsun deyə sonuncuya 20000 manat pulu borc kimi verə biləcəyini demişdir. Növbəti günü qeyd etdiyi ofisdə o, özündə olan 20000 manatı Rəsula vermişdir. 2019-cu ilin sentyabr ayının ortalarında Rəsul Mingəçevir şəhərində olan evini sataraq ona olan borcunu tam ödəmişdir. Həmçinin Rəsuldan həmin zaman öyrənmişdir ki, Rza Rəsula yalan vədlər verib sonuncunu həmin vədlərə inandıraraq pulunu aldatma yolu ilə keçirmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı "xxxx" MMC-dən daxil olmuş ***-***-**-**, ***-***-**- ** və ***-***-**-** nömrəli mobil telefon nömrələrinə daxil olan və çıxan zənglər barədə məlumatların, SMS mətnlərinin və əhatə dairəsinin, zəng edən və SMS əlaqələri saxlanılan abunəçilərin anket məlumatlarının, qeyd olunan nömrələrə daxil olan və çıxan zənglərin əhatə dairəsinə dair məlumatlara baxış zamanı aşağıdakı məzmunlu məlumatlar aşkar edilmişdir: xx/xx/2019,11:05:08,**********22,**********06,Rza salam sene zeng edirem defelerle telefona cavab vermirsen mene zeng et xx/xx/2019,14:34:51,**********99,**********06,Hardasan tel goturmursen iki gundu .Bele olmaz Problemin ustune getmek lazimdi qacmaq yox xx/xx/2019,14:34:52,**********99,**********06,Qardaw xaiw edirem mene zeng et xx/xx/2019,19:18:05,**********07,**********06,Rza m. menim zengime cavab ver. Meseleni hell etmişem! xx/xx/2019,14:36:37,**********07,**********06,Rza m. salam! Pul oturub BB Sabunçu filialina. xx/xx/2019,14:40:06,**********07,**********06,36000 depozit+173000- 2- nõmreli bùdceden. xx/xx/2019,14:40:48,**********07,**********06, 83000 cerime olunmusan. xx/xx/2019,11:24:06,**********07,**********06, büdceye qayidacaq. Ondan sonra 5-6 ay ğözlemeli olacağiq. xx/xx/2019,11:24:06,**********07,**********06,Rza m. salam! Zeng etmişdiler, bu gün pul bankdan çixmasa, pul ğeri xx/xx/2019,11:24:06,**********07,**********06, büdceye qayidacaq. Ondan sonra 5-6 ay ğözlemeli olacağiq. xx/xx/2019,11:53:48,**********07,**********06,Menim yazdiqlarim , sene gülmelidir, 60+31- ı köçürmüsen. xx/xx/2019,20:24:23,**********07,**********06,Rza m. axşamin xeyir! Gördüyün hereketlerden utanirsanmi? Mân sene xx/xx/2019,20:24:23,**********07,**********06,pislik elemişdim, âlinden tutdum ayağa durquzdum, 50 manat benzin p xx/xx/2019,20:24:23,**********07,**********06,ulu üçün boynunu bükmüşdun. İndi menim pulumla borclarini bağlayirs xx/xx/2019,20:24:24,**********07,**********06,an. HEC KİMİN HAQQ PULU, HEC KİMİN BOĞAZİNDAN KECE BİLMEZ! xx/xx/2019,20:28:28,**********07,**********06,Ne ağilla bu hereketi edirsen? Üzden mene şexsiyyetli bir insana be xx/xx/2019,20:28:29,**********07,**********06,nzeyirdin, bu qeder alcalacağina inanmazdim. xx/xx/2019,20:42:01,**********07,**********06,Sen menim pulumla,tikilmiş herbi geyimlerin haq- hesabini başka ban xx/xx/2019,20:42:02,**********07,**********06,klara keçirib, ordan da gizlince, bir hissesini Çine (61000)gönderm xx/xx/2019,20:42:02,**********07,**********06,isen,birhissesini ağdlaşdirmisan(30000), bir hisselerine, başqa xx/xx/2019, 20:42:02, **********07, **********06, qohum-tanişlarinadina kartlar açdirmisan. Bü etdiyin hereketler ğ xx/xx/2019,20:42:03,**********07,**********06,österir ki, sen bu işe evvelceden hazirlaşmisan. xx/xx/2019,21:49:40,**********07,**********06,Salam, heyetdeyem dush ashaği. Evde deyilsense xeber ele, men işimi xx/xx/2019,21:49:40,**********07,**********06, bilim. (cild-4, iş vərəqə 95-97) Cinayət işinin materiallarında olan "xxxx" MMC ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti arasında bağlanılmış xx.xx.2018-ci il tarixli k/49 nömrəli müqavilənin surətindən görünür ki, həmin müqavilə əsasında Xidmət tərəfindən "xxxx" MMC-dən 342.000 manat dəyərdə uçuş geyimlərinin alınması razılaşdırılmış və müqavilənin qüvvədə olma müddəti bir il olmuşdur. Müqavilə üzrə qiymətlərin razılaşdırılması protokolunun 6-cı bəndində 300 ədəd texniki istiləşdirilmiş iş kombinezonu və gödəkcələrin istehsal olunmalı olduğu və həmin materiallara görə Xidmət tərəfindən 72000 manat dəyərin ödəniləcəyi göstərilmişdir. Cinayət işinin materiallarında olan DSX-nin N nömrəli hərbi hissəsində olan DSX-nin Əşya-Geyim Laboratoriyasında aparılmış xx.xx.2018-ci il tarixli k/49 nömrəli müqavilədə nəzərdə tutulmuş və "xxxx" MMC tərəfindən təhvil verilmiş uçuş gödəkcəsi və şalvarı üzrə xx.xx.2018-ci il tarixli yoxlama nəticəsində həmin geyim vasitələrinin tenderin əsas şərtlər toplusuna cavab vermədiyi müəyyən edilmiş və maddi dəyərlilərin bu səbəbdən qəbulundan imtina edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2018-ci il tarixdə Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs arasında imzalanmış razılaşmanın surətindən görünür ki, xx.xx.2018ci il tarixli k/49 nömrəli müqavilənin 1 nömrəli əlavəsindəki 6-cı bənddə göstərilən 72.000 (yetmiş iki min) manat dəyərdə iş kombinezonu və gödəkcələrin tikilişinin həyata keçirilməsi üçün Zərərçəkmiş şəxs3 tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə 15.000 (on beş min) manat və xx.xx.2019-cu il tarixdə 15.000 (on beş min) manat olmaqla, cəmi 30.000 (otuz min) manat pul vəsaiti verilməli, bu vəsait hesabına Təqsirləndirilən şəxs tərəfindən göstərilən üst geyimlərin tikilməsinin xx.xx.2019-cu il tarixdə başa çatdırılıb təhvil verilməli və aldığı 30000 manatı ancaq həmin üst geyimlərinin tikilməsinə sərf etməli, üst geyimlərin təhvil verilməsinə dair rəsmi sənədləri Zərərçəkmiş şəxs3 təqdim etdikdən sonra tender müqaviləsinin digər bəndləri üzrə işlərin təhvil verilməsi üçün sonuncu tərəfindən Təqsirləndirilən şəxs əlavə olaraq 20.000 (iyirmi min) manat verilməli, iş kombinezonu və gödəkcələrin tikilişi barədə 72.000 (yetmiş iki min) manat dəyərdə olan sifarişin yerinə yetirilməsindən əldə olunan gəlirdən 7.000 (yeddi min) manatı Zərərçəkmiş şəxs3 verməli, eləcə də, xx.xx.2019-cu il tarixə müqavilə üzrə bütün işlərin yerinə yetirilməsindən sonra 50.000 (əlli min) manatı sonuncudan aldığı sərmayə, 25.000 (iyirmi beş min) manatı isə iş birliyindən əldə edilmiş gəlir olmaqla ümumilikdə 75.000 (yetmiş beş min) manat məbləğində pulu Zərərçəkmiş şəxs3 verməli olmuşdur. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs əlyazmalarından görünür ki, sonuncu xx.xx.2018-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 15.130 manat təşkil edən 8.900 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 15.300 manat təşkil edən 9.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 20.400 manat təşkil edən 12.000 ABŞ dolları Zərərçəkmiş şəxs3 almışdır. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs əlyazmalarından görünür ki, sonuncu xx.xx.2019-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 15.300 manat təşkil edən 9.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 68.000 manat təşkil edən 40.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək həmin dövrün məzənnəsi ilə 203.284,30 manat təşkil edən 119.579 ABŞ dolları, 2019-cu ilin dekabr ayında istintaqla müəyyən edilməyən gündə həmin dövrün məzənnəsi ilə 3.612,5 təşkil edən 2.125 ABŞ dolları olmaqla, cəmi 290.196,80 manat pul vəsaitini Rövşən Məmmədlidən almışdır. Cinayət işinin materiallarında olan ödəniş tapşırıqlarının surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən ödənilmiş 178537.32 manat barəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Rövşən Məmmədliyə verdiyi vədləri yerinə yetirmək niyyətində olmadığını göstərərək müvafiq pul vəsaiti barəsində digər öhdəliklərini yerinə yetirmişdir. Belə ki, xx.xx.2019-cu il tarixli ödəniş tapşırıqlarının surətindən görünür ki, 68852 manat X12 hesabına, 31100 manat və 60770 manat isə "xxxx" MMC-nin "xxxx" ASC-nin 5 saylı filialındakı hesabına ödənilmişdir. Cinayət işinin materiallarında olan "xxxx" MMC-nin təsisçisi X6 xx.xx.2011-ci il tarixli 1 nömrəli əmrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs göstərilən cəmiyyətə direktor vəzifəsinə təyin edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və X13 məxsus pul vəsaitlərini aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək niyyəti olmamasını, onlarla birgə sahibkarlıq fəaliyyəti göstərməsini, guya tikişini həyata keçirdiyi mallarla bağlı 2019-cu il üzrə Dövlət Sərhəd Xidmətinin elan etdiyi tenderdə qalib olduğu halda göstərilən halın rəsmiləşdirilməməsini və bu səbəbdən öhdəliklərinin yaranmasını ifadəsində göstərsə də, məhkəmə hesab edir ki, onun ifadəsində göstərdiyi həmin xüsusatlar zərər çəkmiş şəxslərin ifadələri və işin faktiki halları ilə tam təkzib olunmuşdur. Bu səbəbdən, məhkəmə Təqsirləndirilən şəxs ifadəsini özünü müdafiə xarakterli olmaqla, ağır cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı ələ keçirib vahid niyyətlə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq cinayətini törətməsi tam sübut olunmuşdur. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcədə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olumamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsə də, məhkəmə baxışı zamanı o, barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozaraq, məhkəməyə gəlməkdən boyun qaçırdığına görə barəsində məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və axtarışa verilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs axtarışla bağlı tutulmuş və həmin tarixdən həbsdə saxlanılmaqdadır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı hazırki iş üzrə tutulduğu 04 may 2022-ci il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Cinayət işi üzrə zərər çəkmiş və mülki iddiaçı Zərərçəkmiş şəxs3 tərəfindən mülki iddia verilərək, Təqsirləndirilən şəxs vurduğu maddi zərərə görə 55.830 manat, vurduğu mənəvi zərərə görə 20.000 manat, ümumilikdə 75.830 manat pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. Cinayət işi üzrə zərər çəkmiş və mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən mülki iddia verilərək, Təqsirləndirilən şəxs vurduğu maddi zərərə görə 33.000 manat, vurduğu mənəvi zərərə görə 10.000 manat, ümumilikdə 43.000 manat pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. Cinayət işi üzrə zərər çəkmiş və mülki iddiaçı X17 tərəfindən mülki iddia verilərək, Təqsirləndirilən şəxs vurduğu maddi zərərə görə 290.196,80 manat, vurduğu mənəvi zərərə görə 100.000 manat, ümumilikdə 390.196,80 manat pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə verilmiş mülki iddiaları təqdim olunmuş sübutlarla əlaqəli şəkildə tədqiqi edərək hesab edir ki, mülki iddialar vurulmuş maddi zərərlə bağlı olan hissələrdə təmin edilməli, mənəvi zərə hissəsində baxılmamış saxlanılmaqla mülki iddiaçılara mülki mühakimə icraatı qaydasında məhkəmə müraciət etmək hüququları izah edilməlidir. Cinayət işi üzrə ibtidai istintaq zamanı Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 5(001)-108/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs mülkiyyətində olan ünvan 10 ünvanda yerləşən 68,5 kv. metr yaşayış sahəli 4 otaqlı mənzilin üzərinə həbs qoyulduğundan, məhkəmə hesab edir ki, həmin əmlak barəsində xüsusi müsadirə tətbiq edilməli və həmin əmlak satılmaqla satışdan əldə olunan pul vəsaiti mülki iddiaların məbləğinə mütənasib qaydada mülki iddiaçılara ödənilməlidir. Cinayət işi üzrə maddi sübut hesab edilmiş xx.xx.2018-ci il tarixli k/49 nömrəli müqavilənin surəti, xx.xx.2018-ci il tarixli yoxlama aktlarının surəti, xx.xx.2018-ci il tarixli razılaşmanın surəti, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu, xx.xx.2019-cu il tarixli əlyazmaların surətləri, "xxxx" MMC-dən xx.xx.2020-ci il tarixli 12782 nömrəli məktubla daxil olmuş üzərində “15961-xx.xx.2020” rəqəmləri yazılmış ağ rəngli CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X7 dövlət vəsaiti hesabına 90 (doxsan) manat miqdarında pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Onun cəzaçəkmə müddətinin əvvəli 04 may 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Mülki iddiaçı X11 mülki iddiası vurulmuş maddi zərərin ödənilməsi hissəsində tam təmin edilsin, Təqsirləndirilən şəxs 290.196,80 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq X13 verilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs3 Abasət oğlunun mülki iddiası vurulmuş maddi zərərin ödənilməsi hissəsində tam təmin edilsin, Təqsirləndirilən şəxs vurduğu maddi zərərə görə 55.830 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs3 Abasət oğluna verilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası vurulmuş maddi zərərin ödənilməsi hissəsində tam təmin edilsin, Təqsirləndirilən şəxs vurduğu maddi zərərə görə 33.000 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs3 Abasət oğluna verilsin. İş üzrə mülki iddiaçıların mülki iddiaları vurulmuş mənəvi zərərin ödənilməsi hissəsində baxılmamış saxlanılsın və mülki iddiaçılara mülki mühakimə icraatı qaydasında məhkəmə müraciət etmək hüququları izah edilsin. Cinayət işi üzrə ibtidai istintaq zamanı Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 5(001)-108/2021 nömrəli qərarı ilə üzərinə həbs qoyulmuş Təqsirləndirilən şəxs mülkiyyətində olan ünvan 10 ünvanda yerləşən 68,5 kv. metr yaşayış sahəli 4 otaqlı mənzil barəsində xüsusi müsadirə tətbiq edilsin və həmin mənzil satılmaqla, satışdan əldə olunan pul vəsaiti mülki iddiaların məbləğinə mütənasib qaydada mülki iddiaçılar X13, Zərərçəkmiş şəxs3 Abasət oğluna və Zərərçəkmiş şəxs1 ödənilsin. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X7 dövlət vəsaiti hesabına 90 (doxsan) manat miqdarında pul ödənilsin. Cinayət işi üzrə maddi sübut hesab edilmiş xx.xx.2018-ci il tarixli k/49 nömrəli müqavilənin surəti, xx.xx.2018-ci il tarixli yoxlama aktlarının surəti, xx.xx.2018-ci il tarixli razılaşmanın surəti, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu, xx.xx.2019-cu il tarixli əlyazmaların surətləri, "xxxx" MMC-dən xx.xx.2020-ci il tarixli 12782 nömrəli məktubla daxil olmuş üzərində “15961-xx.xx.2020” rəqəmləri yazılmış ağ rəngli CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan edildiyi (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Novruz Kərimov Rasim Sadıxov
Məhkəmə qərarları › İş №1(101)-90/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-90/2022
13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver