Məhkəmə qərarları › İş №1(101)-90/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-90/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-90/2023 14.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X8 və X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X14 və onun nümayəndəsi - Bakı şəhəri "Universal" Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs, müdafiəçilər - "Alyans" Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, "Universal" Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi4 iştirakı ilə, xx xxxxxx 1972-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, faktiki olaraq 02 yanvar 2021-ci il tarixdə tutulmuş, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 05 yanvar 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 178.2.4 və 182.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu İlə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, təkrar zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin xüsusilə külli miqdarda əmlakını hədə-qorxu ilə tələb edərək ələ keçirmiş və ondan sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsə hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdırmışdır. Belə ki, Təqsirləndirilən şəxs tanışı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru mərhum Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə, sonuncunun Şahid10 ilə aralarında Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən iki ədəd mənzil mübahisəsi ilə bağlı müxtəlif instansiya məhkəmələrində mülki çəkişmə prinsipi üzrə uduzması ilə bağlı Şahid10 qisas almaq məqsədi ilə guya onun avtomobilinə narkotik vasitə qoydurub cinayət məsuliyyətinə cəlb etdirəcəyi ilə bağlı söhbətlər aparmış, Zərərçəkmiş şəxs bu təkliflə razılaşdıqdan bir neçə gün sonra Təqsirləndirilən şəxs onun ofisinə gəlib, guya artıq Şahid10 avtomobilinə narkotik vasitə qoydurduğunu, bu məsələdən heç kimin xəbəri olmadığını deməklə aldadıb, vahid niyyətlə əhatə olunan qəsdlə 2017-ci ilin sonlarında ünvan 2 ünvanda yerləşən ofisində 15.000 manat, bundan bir neçə gün sonra isə Şahid10 tutulması ilə bağlı tədbirin keçirilməsi üçün əlavə pul lazım olduğunu bildirərək həmin ünvanda 4.000 manat pulu, ümumilikdə 19.000 manat məbləğində pulunu ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar, tanışı Zərərçəkmiş şəxs Şahid10 avtomobilinə narkotik vasitə qoydurub tutduracağı adı ilə 19.000 manat pulu ələ keçirdikdən sonra Zərərçəkmiş şəxs həmin məsələ ilə bağlı narahatçılıq keçirdiyini, etdiyi əməlin hüquq pozuntusu olduğunu dərk edib hamıdan gizli saxladığını, yayılacağı halda cəmiyyət arasında nüfuzunun ləkələnəcəyini, hüquq mühafizə orqanları tərəfindən ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilməsindən qorxduğunu hiss edərək, Zərərçəkmiş şəxs özünün və müxtəlif şəxslərin adından istifadə etməklə haqqında rüsvayedici məlumatlar yayacağı və tutduracağı barədə hədə-qorxu gəlməklə, sonuncudan xüsusilə külli miqdarda pul əldə etmək qərarına gəlmiş, bu məqsədlə vahid niyyətlə əhatə olunan qəsdlə 2017-ci ilin sonlarında Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanda yerləşən "xxxx" MMCnin ofisinə gələrək, sonuncuya Şahid10 guya polislərin və vaxtilə onunla birlikdə cəzaçəkmə müəssisəsində cəza çəkmiş tanışı, həmçinin Zərərçəkmiş şəxs də onun vasitəsi ilə tanıdığı Şahid12, sonuncunun əmisi oğlu kimi təqdim etdiyi Şahid15, şəxsiyyəti məlum olmayan «Gülnarə» adlı qadının vasitəsi ilə tutdurduğunu, Şahid10 «Gülnarə» adlı qadınla birlikdə onlara nəzarət edən polis əməkdaşlarını vuraraq hər ikisinin saxlanıldıqları otaqdan qaçdıqlarını, Şahid10 və «Gülnarə» adlı qadının anasının Şahid10 tutulmasının sifarişinin Zərərçəkmiş şəxs tərəfindən verildiyini bilərək, sonuncu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət etdiklərini, şəxsiyyəti məlum olmayan «Nurəddin» adlı tanış vəkilinin Azərbaycan Respublikası Baş Prokurorluğuna gedib 50.000 manat pul verərək həmin məsələni həll edə biləcəyini, həmin məbləğdə pul verməyəcəyi təqdirdə Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb olunaraq tutulacağı barədə hədə-qorxu gələrək 50.000 manat pulunu, 2017-cı ilin dekabr ayında həmin ofisdə Zərərçəkmiş şəxs Şahid10 avtomobilinə narkotik vasitə qoydurub tutdurulmasının sifarişini verdiyini bildirərək, Zərərçəkmiş şəxs şikayət edib cinayət məsuliyyətinə cəlb olunaraq tutduracağı barədə hədə-qorxu gələrək 17.000 manat pulunu, 2018-ci ilin noyabr ayında həmin ofisdə Zərərçəkmiş şəxs Şahid10 avtomobilinə narkotik vasitə qoydurub tutdurulmasının sifarişini verməsini, yəni sonuncunun hüquq pozuntusu törətməsi barədə guya tanışı Şahid12la birlikdə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə şikayət edərək Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb etdirmək fikrində olduqlarını, fikirlərindən yayınmaq üçün onlara 30.000 manat pul verməli olduğu barədə hədə-qorxu gələrək həmin məbləğdə pulu, 2019-cu ilin yanvar ayının əvvəllərində həmin ofisdə Zərərçəkmiş şəxs guya Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsində işləyən, özündən uydurduğu Elman Əhmədov adlı şəxsin onun və Zərərçəkmiş şəxs qanunsuz olaraq adam tutdurmaqla məşğul olmaları barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etmək istədiyini, Elman Əhmədov adlı şəxsin şikayətinin qarşısının alınması məqsədi ilə 50.000 manat pul verilməli olduğunu, həmin məbləğdə pul verməyəcəyi təqdirdə Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb olunaraq tutulacağı barədə hədə-qorxu gələrək 50.000 manat pulunu, 2019-cu ilin mart ayında həmin ofisdə Zərərçəkmiş şəxs guya Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsində İşləyən, özündən uydurduğu Elman Əhmədov adlı şəxsin onun və Zərərçəkmiş şəxs qanunsuz olaraq adam tutdurmaqla məşğul olmaları barədə bu dəfə Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasına müraciət etmək istədiyini, Elman Əhmədov adlı şəxsin şikayətinin qarşısının alınması məqsədi İlə 50.000 manat pul verilməli olduğunu, həmin məbləğdə pul verməyəcəyi təqdirdə Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb olunaraq tutulacağı barədə hədə-qorxu gələrək 50.000 manat pulunu, 2019-cu ilin iyul ayında həmin ofisdə Zərərçəkmiş şəxs guya Şahid10 polislər tərəfindən tutdurulmasında iştirak edən «Gülnarə» adlı qadının anasının qızının polislər tərəfindən Zərərçəkmiş şəxs sifarişi əsasında qanunsuz olaraq tutulması ilə bağlı Azərbaycan Respublikası Prezident Administrasiyasına şikayət etdiyini, həmin şikayətin qarşısının alınması məqsədi ilə 50.000 manat pul verilməli olduğunu, həmin məbləğdə pulu verməyəcəyi təqdirdə Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb olunaraq tutulacağı barədə hədə-qorxu gələrək 50.000 manat pulunu, 2019-cu ilin sentyabr aymda həmin ofisdə Zərərçəkmiş şəxs guya Şahid12 qardaşı Şahid14 özünü və Zərərçəkmiş şəxs onun vasitəsi ilə hədələməklə qardaşı Şahid12 və əmisi oğlu Şahid15 tutulmasında onların günahkar olmalarını, hər ikisinin barəsində polisə şikayət edib tutdurmaq fikrində olduğunu, Şahid14 onları tutdurmaq fikrindən yayındırmaq üçün 5.000 manat pul verilməli olduğunu, həmin məbləğdə pul verməyəcəyi təqdirdə Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb olunaraq tutulacağı barədə hədə-qorxu gələrək 5.000 manat pulunu, 2019-cu ilin noyabr ayında həmin ofisdə Zərərçəkmiş şəxs bu dəfə guya Şahid12 əmisi oğlu Şahid15 özünü və Zərərçəkmiş şəxs onun vasitəsi ilə hədələməklə onların qanunsuz olaraq adam tutdurmaqla məşğul olmaları barədə polisə şikayət etmək fikrində olduğunu, Şahid15 polisə şikayət etməməsi üçün 10.000 manat pul verilməli olduğunu, həmin məbləğdə pulu verməyəcəyi təqdirdə Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb olunaraq tutulacağı barədə hədə-qorxu gələrək 10.000 manat pulunu, 2020-ci ilin yanvar ayında həmin ofisdə Zərərçəkmiş şəxs guya Şahid12 Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə özünün və Zərərçəkmiş şəxs qanunsuz olaraq adam tutdurmaqla məşğul olmaları ilə bağlı şikayət etdiyini, həmin şikayətin qarşısının alınması məqsədi İlə 20.000 manat pul verilməli olduğunu, həmin məbləğdə pulu verməyəcəyi təqdirdə Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb olunaraq tutulacağı barədə hədə-qorxu gələrək 20.000 manat pulunu, 2020-ci ilin may aymda həmin ofisdə Zərərçəkmiş şəxs guya Şahid12 bu dəfə Azərbaycan Respublikası Baş Prokurorluğuna özünün və Zərərçəkmiş şəxs qanunsuz olaraq adam tutdurmaqla məşğul olmaları ilə bağlı şikayət etdiyini, həmin şikayətin qarşısının alınması məqsədi ilə 40.000 manat pul verilməli olduğunu, həmin məbləğdə pulu verməyəcəyi təqdirdə Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb olunaraq tutulacağı barədə hədə-qorxu gələrək 40.000 manat pulunu, 2020-ci ilin yay aylarında həmin ofisdə Zərərçəkmiş şəxs guya Şahid15 tutulduğunu, sonuncunun narkoman olduğunu, tutulduğu polis bölməsində özünü asaraq öldürdüyünü, ölümündən öncə yazmış olduğu kağızda ölümündə günahkar “Təqsirləndirilən şəxs” və “Zərərçəkmiş şəxs” adlı şəxslərin yazmasını bildirməklə qorxudub, bununla bağlı onun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmaqla sorğu-sual edildiyini, şəxsiyyəti məlum olmayan «Nurəddin» adlı vəkilin guya məsələnin 150.000 manata həll olunması ilə bağlı Daxili İşlər Nazirliyinin nazir müavini ilə danışıb razılıq aldığını, həmin məbləğdə pul verməyəcəyi təqdirdə Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb olunaraq tutulacağı barədə hədə-qorxu gələrək sonuncunun sürücüsü Şahid7 vasitəsi ilə ünvan 3 ünvanında yerləşən «Təfəkkür» Universitetinin qarşısına göndərdiyi 140.000 manat pulunu, 2020-ci ilin yay aymda həmin ofisdə Zərərçəkmiş şəxs guya Şahid15 anasının oğlunun ölümündə onun və Zərərçəkmiş şəxs günahkar olması barədə məhkəməyə şikayət etdiyini, həmin şikayətin məhkəmədə həll olunması üçün 15.000 manat pul verilməli olduğunu, həmin məbləğdə pulu verməyəcəyi təqdirdə Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb olunaraq tutulacağı barədə hədə-qorxu gələrək 15.000 manat pulunu, 2020-ci ilin sentyabr ayında həmin ofisdə Zərərçəkmiş şəxs guya «Gülnarə» adlı qadınla Şahid10 Zərərçəkmiş şəxs sifarişi əsasında qanunsuz olaraq tutulmasında iştirak etmiş polis əməkdaşının səhlənkarlığı nəticəsində «Gülnarə» adlı qadınla Şahid10 tutulduqdan sonra qaçdığı üçün daxili işlər orqanlarında xidmətdən xaric olunduğunu, xidmətdən xaric olunmuş sabiq polis əməkdaşının «Gülnarə» adlı qadınla birlikdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmək fikrində olduqlarını, onların şikayət etməməsi üçün 60.000 manat pul verilməli olduğunu, həmin məbləğdə pulu verməyəcəyi təqdirdə Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb olunaraq tutulacağı barədə hədə-qorxu gələrək 60.000 manat pulunu, 10 dekabr 2020-ci il tarixdə həmin ofisdə Zərərçəkmiş şəxs guya Şahid12 tanışı Şahid13 onun və Zərərçəkmiş şəxs qanunsuz olaraq adam tutdurmaqla məşğul olmaları ilə bağlı məsələdən məlumatlı olduğunu, Şahid13 ofisin qarşısına gələrək özünü yandıraraq Zərərçəkmiş şəxs ifşa etmək fikrində olduğunu, Şahid13 fikrindən yayındırmaq üçün 20.000 manat pul verilməli olduğunu, həmin məbləğdə pulu verməyəcəyi təqdirdə Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb olunaraq tutulacağı barədə hədə-qorxu gələrək 20.000 manat pulunu, 02 yanvar 2021-ci il tarixdə həmin ofisdə Zərərçəkmiş şəxs guya əsl adı X4 olan «Aydın» adı ilə bilinən tanışlarının və Şahid10 atası Şahid8 onun və Zərərçəkmiş şəxs qanunsuz olaraq adam tutdurmaqla məşğul olmalarından məlumatlı olduğunu, onların bu barədə polisə şikayət etmək fikrində olduqlarını, onların şikayət etməməsi üçün 70.000 manat pul verilməli olduğunu, həmin məbləğdə pulu verməyəcəyi təqdirdə Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb olunaraq tutulacağı barədə hədə-qorxu gələrək həmin günün məzənnəsi ilə 48.195 manat təşkil edən 28.350 ABŞ dolları və 22.000 manat, yəni 70.195 manat pulunu ondan aldıqdan sonra Bakı şəhəri, Nəsimi rayon Polis idarəsi, 20-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş müvafiq əməliyyat tədbirləri nəticəsində yaxalanaraq, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs onun barəsində rüsvayedici məlumatlar yayma nəticəsində tutulacağı hədəsi ilə 627.195 manat məbləğində xüsusiilə külli miqdarda pulunu hədə-qorxu yolu ilə tələb edərək ələ keçirmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs 2017-ci ildə sonuncunun ona müraciəti əsasında polis əməkdaşları ilə onun tanışı olan digər şəxslər tərəfindən guya birgə keçirilmiş tədbir nəticəsində Şahid10 avtomaşınına narkotik vasitə qoydurularaq tutulmasını, daha sonra müəyyən şəxslərin Şahid10 tutulmasını Zərərçəkmiş şəxs təşkil etdiyini bilib müxtəlif instansiyalara şikayət edərək, sonuncunun cinayət məsuliyyətinə cəlb olunacağına dair yalan və bəhanələr söyləməklə Zərərçəkmiş şəxs haqqında müxtəlif rüsvayedici məlumatlar yaymaqla həqiqətən cinayət məsuliyyətinə cəlb olunacağına inam yaratmış, 2017-ci ilin sonlarından 2021-ci ilin əvvəllərinədək olan uzun bir müddət ərzində mütəmadi olaraq Zərərçəkmiş şəxs aldatmaqla və hədə-qorxu gələrək özünün psixoloji təsiri altına salıb özündən tam asılı vəziyyətə gətirməklə, ümumilikdə 646.195 manat məbləğində pulunu ələ keçirib, sonuncuda stress, həyəcan, təşviş, gərginlik səviyyəsinin artaraq reaktiv depressvv hal keçirməsinə gətirib çıxarmış, 02 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs hüquq mühafizə orqanları tərəfindən ifşa olunaraq onun haqqında olan rüsvayedici məlumatları digər şəxslərə bildirməsindən sonra onun cəmiyyət arasında olan nüfuzunun ləkələnməsini dərk etməsi qorxusu Zərərçəkmiş şəxs hisslərini daha da dərinləşdirərək özünü öldürmə istəyinin artmasına səbəb olmuş, nəticədə 06 yanvar 2021-ci il tarixdə saat 12 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı Bağlar massivində yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsindəki qonaq otağının qapısından pərdə ipi ilə özünü asaraq intihar edib ilgəyin boyun üzvlərini sıxması nəticəsində yaranmış mexaniki asfiksiyadan ölməsinə səbəb olmaqla, özündən sair cəhətdən asılı olmuş Zərərçəkmiş şəxs hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdırmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, mərhum Zərərçəkmiş şəxslə 2006-cı ildən tanış olmuşdur. Özü həmin vaxt Vaqif müəllimin ofisinin ikinci mərtəbəsində işləmişdir. Onu Vaqif müəllimlə ümumi tanışları Şahid8 tanış etmişdir. 2011-2015-ci illər ərzində onun Vaqif müəllimlə əlaqəsi olmamışdır. Sonra təxminən 9 ay o, həbsdə olmuş, həbsdən çıxandan sonra yenidən Vaqif müəllimlə görüşmüşdür. Sonuncu, dost-tanışlarının obyektlərində işlər olanda onu həmin işlərə cəlb etmişdir. Həmin vaxtlar o, bilmişdir ki, Seyidağanın oğlu Tacirlə ev mübahisələri vardır və Vaqif müəllimin ev məsələsinə görə Tacirlə arası yoxdur. Onunla mərhum Vaqif müəllimin arasında Tacirin maşınına narkotik qoymaqla barədə söhbətləri olmamışdır. 2021-ci il yanvar ayının 2-də o, Vaqif müəllimlə oturub söhbət etmişdir. Hələ bundan əvvəl dekabr ayında onların arasında söhbət olmuşdur ki, tenderdə iştirak etsinlər. O, Vaqif müəllimə tenderdə iştirak etmək üçün pul lazım olduğunu bildirmiş, bu işdə kömək istəmiş və Vaqif müəllimin də bu işə şərik edilə biləcəyini demişdir. Buna görə də, Vaqif müəllim tenderdə iştirak etmək üçün öz yerinə 50.000 manat, onun yerinə isə 20.000 manat pul qoymuşdur. 2021-ci il yanvarın 2-də əməliyyatçılar gəlib onu tutmuşlar. Sonradan yanvar ayının 10-da apellyasiya məhkəməsinə gedəndə orada Vaqif müəllimin intihar etdiyini bilmişdir. Əslində, onunla Vaqifin arasında heç bir problem olmamışdır. O, belə hesab edir ki, Vaqif müəllim intihar etməyib, onu öldürmüşlər. Sonuncu dəfə o, Vaqif müəllimlə yanvar ayının 5-də Nəsimi rayon prokurorluğunda olarkən görüşmüş, koridorda Vaqif müəllim ondan şikayət etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsinə görə, ibtidai istintaq zamanı o, yanvar ayının 2-də tutulmuş, həmin gün heç bir ifadə verməmişdir. Ayın 2-də onu Murad Mustafayev adlı başqa müstəntiqin yanına aparmışlar. Təxminən 4-5 saat orada qalandan sonra yenidən onu Tağı adlı müstəntiq qəbul etmiş, birbaşa onu istintaqın rəisinin otağına aparmışdır. Orada həmin rəisin otağında ov tüfəngi də olmuş, tüfəngin qundağı ilə onun qarnından vurmuş və yerə uzanmasını istəmişdir. Lakin o, yerə uzanmamışdır. Həmin vaxt rəhmətlik Vaqif müəllimi gətirmişlər, o da, şikayətçi olmadığını demişdir. Bundan sonra onu yenidən Tağının yanına aparmışlar. Orada həmin gün stola bağlı vəziyyətdə saxlanılmış, hətta tualetə də stola bağlı getmişdir. Yanvarın 3-də günorta vaxtı müstəntiq ondan ifadə almağa başlamışdır. O da, ifadəsinin əvvəlində borc məsələlərini göstərmiş, başqa heç bir şey deməmişdir. Bəzi ifadələr var ki, onları o, yazmamışdır. Vaqif müəllimin ifadəsi ilə onun ifadələri eynidir. İstintaq başlayanda 200.000 manata qədər yazılması barədə tapşırıq verilmiş, həmin ifadədə 200.000 manat yazılmış, bununla da söhbət bağlanmışdır. Yanvarın 4-də ondan iki dəfə ifadə alınmış, bu dəfə guya onun Vaqif müəllimdən aldığı pulun məbləği 350.000 manat göstərilmişdir. Ayın 4-də axşam tərəfi isə müstəntiq gəlib 600.000 manatdan artıq pul alındığını bildirmişdir. Yanvarın 5-də səhər müvəqqəti saxlama yerində olarkən istintaqın rəisi də oraya gəlmiş, arxa tərəfə kamera olmayan yerə onu salmışlar. Orada hazır ifadələri gətirib onların altından imza etmələrini istəmişlər. Ona demişlər ki, prokurorluqda 635.000 manat alınması barədə məlumat var, buna görə də ifadəyə qol çəkməsini istəmişlər. Həmin vaxt oğlunu da gətirib onun yanına salmışlar və oğluna da 20.000 manat pul verildiyini bildirərək, əgər ifadələri imzalamasa, oğlunu da bu işə cəlb edəcəklərini demişlər. Oğlunu da ayın 5-də səhər tezdən axşama qədər müvəqqəti saxlama yerində saxlamışlar. Ondan sonra videoçəkiliş başlamış, o isə, oğlunun buraxılmasını xahiş edərək, özünün hara desələr imza atacağını bildirmiş və oğlu ilə təhdid olunduğu üçün belə də etmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirmişdir ki, onu məhkəməyə çıxaranda oğlu Hüseyn də yanında olmuş, ona görə də hakimə özünün təhdid olunduğunu deyə bilməmişdir. Vaqif ifadəsində guya oğlu Hüseynə 20.000 manat verdiyini demiş, lakin istintaqda oğlunu görəndə onu tanımadığını bildirmişdir. O, Zərərçəkmiş şəxs kiməsə qarşı qanunsuz hərəkətlər etməsini eşitməmişdir. Vaqifin Tacirlə ev problemi olmuş və bununla bağlı Vaqif məhkəmələrə müraciət etmişdir. O, Vaqiflə yalnız məhkəmələrə dedib-gəlmişdir. Seyidağa "xxxx"ın rəisi işləmiş, Tacir də onun oğlu olmuşdur. O, həmin mülki işlərlə bağlı məhkəmələrdə ifadə verməmişdir. Vaqifdən həmin vaxt 20.000 manat və 15.000 manat borc almış, bir də hissə-hissə ümumilikdə 50.000 manata yaxın borcu olmuşdur. Sonra o, həmin pulun bəzisini qaytarmış və Vaqifə cəmi 34.000 manat borcu qalmışdır. Daha sonra o, şərikli iş görmək üçün Vaqifdən 70.000 manat pul almışdır. Həmin iş işğal altından azad olunmuş ərazilərdə görülməli olmuş, konkret olaraq Vaqifin məqbərəsinin təmirinin onlara verilməsi barədə adını çəkmək istəmədiyi bir nəfər onlara söz vermişdir. Həmin işə görə hər biri 50.000 manat pul qoymağa razılaşmış, özünün pulu olmadığına görə Vaqif ona 20.000 manat vermiş, qalan 30.000 manatı da onun özü düzəldib özü tərəfdən 50.000 manat həmin işə qoymağı razılaşmış, ümumilikdə isə tenderin dəyəri 100.000 manat olmuşdur. İstintaq zamanı o, 70.000 manatı qaytarmışdır. Albina adlı qadın Vaqif müəllimin tanışı narkoman qadın olmuş, Albina Şahid12la bir yerdə qalmışdır. Albina Malikin pulunu ondan istəmiş, o, əvvəlcə pulu verməsə də, sonradan yazığı gəldiyi üçün pulu Albinaya vermişdir. Malik onun qohumu olmamış, türmədə olarkən Malik ona darıxanda müxtəlif vaxtlarda zəng etmiş və hər zəngində təxminən 30 dəqiqə-1 saat danışmışlar. Videoçəkilişlə dindirmədən aqabaq Tağı adlı müstəntiq ona 600.000 manatdan çox pul aldığını deməyi tapşırmış, o da, oğlunun və onun dostunun tutulmaması üçün müstəntiqin dediklərini videoçəkiliş zamanı təsdiq etmişdir. O, Vaqifdən aldığı pullarla bağlı heç yerdə qeydiyyat aparmamışdır. "xxxx" MMC izolyasiya sistemlərinin satışı ilə məşğul olmuş, həmin MMC özü tenderlərdə iştirak etməmişdir. 100.000 manat pulu tenderin onlar tərəfindən udulması üçün «şapka» kimi verəcəklərinə razılaşmışlar. Saxlanılarkən əməliyyat qrupu onu ofisin qarşısında tutmuş, polis əməkdaşları onu saxlayanda heç bir qərar göstərməmişlər. Tutulan vaxt onun qoluna qandal vurulmuşdur. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəlri elan və tədqiq olunmuşdur. 03 yanvar və 05 yanvar 2021-ci il tarixli ifadələrində Təqsirləndirilən şəxs göstərmişdir ki, o, 2008-ci ildə "xxxx" MMC-də sahə rəisi vəzifəsində işləmişdir. "xxxx" MMC-nin ofisi Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsindəki binanın 2-ci mərtəbəsində, həmin binanın 1-ci mərtəbəsində isə "xxxx" MMC-nin ofisi yerləşmişdir. "xxxx" MMC yeni yaşayış sahələrinin tikintisi ilə məşğul olmuş, MMC-nin direktoru isə Şahid8 olmuşdur. "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs olmuş, həmin MMC isə izolyasiya sistemlərinin satışı ilə məşğul olmuşdur. O, "xxxx" MMC-də işlədiyi müddətdə Zərərçəkmiş şəxslə münasibəti yaranmışdır. Həmin ərəfələrdə Zərərçəkmiş şəxs Şahid8 Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən yeni tikilidən 1 ədəd 2 otaqlı, 1 ədəd isə 3 otaqlı ev almışdır. 2012-ci ildə "xxxx" MMC bağlanmışdır. 2016-cı ilin oktyabr-noyabr aylarında o, Vaqif ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamış, onun yaşadığı evin «Əmrah Bank»da girovda olduğunu, evin girovdan çıxarılması üçün 20000 manat məbləğində borc pul lazım olduğunu, həmin pulu ona borc verə bilib-bilməyəcəyini soruşmuş, Vaqif də ona 20000 manat pulu borc olaraq verməyə razılaşmış və həmən məbləğdə pulu ona vermişdir. Bundan sonra o, 2017-ci ilin sentyabr ayında Vaqifin işlədiyi ofisə gedib ondan əlavə olaraq 3000 manat borc pul istəyərək almışdır. Bir dəfə söhbət əsnasında Vaqif ona tanışı Seyidağadan aldığı 2 ədəd Ceyranbatan qəsəbəsində yerləşən evləri oğlu Tacirin məhkəmə yolu ilə öz adına keçirməsini, Seyidağaya verdiyi pulların batmasını bildirmişdir. O da, Vaqifə demişdir ki, “sən mənə 15.000 manat pul ver, mən Seyidağanın oğlu Tacirin maşınına narkotik vasitə qoydurub sənin qisasını alım, onu tutdurum”. Vaqif də ona fikirləşəcəyini demişdir. O, sonradan Vaqifə 15.000 manat pulu ona verməsini, artıq Tacirin maşınına narkotik qoydurduğunu, verməsə narkotik vasitəni onun qoydurmasını deyəcəyini bildirmiş, Vaqif də ona 2017-ci ilin axırlarında işlədiyi ofisdə həmin pulu vermişdir. Bundan sonra o, Vaqifə tədbirin keçirilməsi üçün, yəni Tacirin tutulması üçün əlavə 4000 manat pul lazım olduğunu demiş, Vaqif dediyinə inanıb, əlavə olaraq 4000 manat pulu ofisində ona vermişdir. Sonra o, Vaqifə Taciri polislərin və həmçinin tanışları Malik, Malikin əmisi oğlu, Gülnarənin vasitəsi ilə tutdurduğunu, Taciri tanışları ilə birlikdə ayrıca bir otağa saldıqlarını, lakin Tacir Gülnarə ilə birlikdə onlara nəzarət edən polisi vurub yerə yıxaraq ikisinin də həmin otaqdan qaçdıqlarını, Tacirin özünün və Gülnarənin anasının bu məsələdən, yəni onların polis tərəfindən tutulmasını eşidib Baş Prokurorluğa şikayət etdiklərini, onun Nurəddin adlı tanış vəkilinin Baş Prokurorluğa gedib həmin məsələni 50.000 manata bağlaya biləcəyini, pul verməsə Vaqifi də tutacaqlarını bildirmişdir. Vaqif də buna görə ona 2017-ci ilin axırlarında işlədiyi ofisdə 50.000 manat pul vermişdir. Növbəti dəfə o, Vaqifə 2017-ci ilin dekabr ayında yaxınlaşıb 17.000 manat verməsini demiş, Vaqif də qorxub ona 17.000 manat pul vermişdir. Növbəti dəfə o, 2018-ci ilin noyabr ayında Vaqifə demişdir ki, Maliklə birlikdə narkobiznesə şikayət etmək istəyirlər, onları susdurmaq üçün 30.000 manat pul verməlidir, Vaqif də 30.000 manat pulu ona ofisində vermişdir. Bundan sonra o, 2019-cu ilin yanvar ayının əvvəllərində yenidən Vaqiflə görüşüb narkobiznesin müavini Elman Əhmədovun Baş Prokurorluğa müraciət etdiyini, onunla Vaqifin birlikdə adam tutdurmaqla məşğul olduğunu deyəcəyini, Elmanı susdurmaq üçün Vaqifin 50.000 manat pul verməli olmasını, yoxsa tutulacağını bildirmiş, Vaqif də bundan qorxub 50.000 manat pulu işlədiyi ofisdə ona vermişdir. Növbəti dəfə o, 2019-cu ilin mart ayında X20 bu dəfə Prezidentin yanında Təhlükəsizlik Şurasına şikayət edib onları tutdurmaq istədiyini, bu məsələnin həlli üçün də Elmana çatacaq 50.000 manat pulu ona verməsini, yoxsa tutulacağını bildirmiş, Vaqif bundan qorxub 50.000 manat pulu ona vermişdir. Növbəti dəfə o, 2019-cu ilin iyul ayında Vaqifə Gülnarənin anasının qızını polislərin tutması ilə bağlı Prezident Aparatına şikayət etdiyini, həmin şikayətin qarşısını almaq üçün prezident aparatına 50.000 manat pul verməli olduğunu, yoxsa tutulacağını demiş, Vaqif də bundan qorxub ona 50.000 manat pul vermişdir. Bundan başqa, o, 2019-cu ilin sentyabr ayında Vaqifə “Maliki və əmisi oğlunu sən tutdurmusan, indi Malikin qardaşı Murad gəlib mənim üstümə ki, sən qardaşımı tutdurmusan, mən də səni və Vaqifi polisə verəcəm ki, sən də Vaqiflə adam tutdurursan, onun ağzını yummaq üçün 5000 manat pul verməlisən, yoxsa sən də tutulacaqsan” deyə bildirmiş, Vaqif də yenə etiraz etməyib tutulmaqdan qorxub 5000 manat pulu ofisində ona vermişdir. Növbəti dəfə o, 2019-cu ilin noyabr ayında yenidən Vaqifə “Malikin əmisi oğlu Faiq gəlib şikayət etmək istəyir ki, sən və Vaqif polisə şikayət edirəm, siz adam tutduransınız. Buna görə 10.000 manat pul verməlisən, yoxsa tutulacaqsan” deyə bildirmiş, Vaqif də onu şantaj etməsini görüb bundan qorxaraq ona 10.000 manat pul vermişdir. Bundan başqa, 2020-ci ilin yanvar ayında Vaqifə Malikin onların adam tutdurmaqla məşğul olmaları barədə Baş Mütəşəkkil İdarəyə şikayət etdiyini, buna görə 20.000 manat pul verməli olmasını bildirmiş, Vaqif də bundan qorxaraq 20.000 manat pulu ona vermişdir. Növbəti dəfə o, 2020-cİ ilin may ayında Malikin Respublika Prokurorluğuna şikayət etməsini bildirib Vaqifdən 40.000 manat, 2020-ci ilin yay ayında Malikin əmisi oğlu Faiqi tutdurmağı, Faiqin özünü tutulduğu polis orqanında asıb özünü öldürməsini, ölümündə günahkar adamların o və Vaqif olmasını yazmağını deyib 140.000 manat, 2020-ci ilin yay ayında onun tutulmaması üçün məhkəməyə pul vermək lazım olduğunu, çünki Faiqin anası ondan şikayət edib oğlu Faiqin ölümündə günahkar onu və Vaqifi deməsini bildirib 15.000 manat, 2020-ci ilin sentyabr ayında Gülnarə ilə Taciri tutan polislərdən birinin orqandan xaric olunduğunu, Gülnarə ilə Tacir qaçdığına görə, həmin qovulan polisin də Gülnarə ilə birlikdə banditizmə gedib Vaqifin adam tutduran olması ilə bağlı şikayət etdiklərini bildirib məsələni həll etməkdən ötrü 60.000 manat, 2020-ci ilin dekabr ayının 10-da Malikin tanışı Albina adlı qadının da bu söhbəti bildiyini deyib 20.000 manat, axırıncı dəfə 02 yanvar 2021-ci il tarixdə təxminən saat 16 radələrində 70.000 manat məbləğində pulu Seyidağanın polisə şikayət edəcəyini deyib, ümumilikdə 632.000 manat pul almışdır (Cild 2, iş vərəqi 150-154, 190-193). İbtidai istintaq zamanı videoçəkıliş aparılmaqla dindirilərkən Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxslə işlədikləri ofisdə tanış olmuş, Vaqifin işlədiyi ofisin 2-ci mərtəbəsində onlar işləmiş, oradan da münasibətləri yaranmışdır. Sonra Zərərçəkmiş şəxs bildirmişdir ki, elə bil, bunun evi Ceyranbatanda 2 ədəd mənzilini Tacir, Seyidağanın oğlu Tacir ələ keçirmişdir. Bundan ötrü elə bil ondan qisas almaq formasını demişdir ki, ondan qisas alsınlar. O da, təklif etmişdir ki, onun maşınına narkotik qoysunlar və onlar da onun qisasını alsınlar. Elə bil ki, Tacir tutulsun. Bu sözü o, demiş, Vaqif müəllim demişdir ki, razılaşaram. O, sonra gəlib demişdir ki, bəs bu işi görmüşlər. Həmin işi gördüklərinə görə də o, Zərərçəkmiş şəxs 1-ci dəfə olaraq hardasa 15.000 pul almışdır. Ondan sonra getdikcə elə bil 2-ci dəfəsində 20.000 bir almış, 30.000 bir almış, 150.000 bir almış, 40.000 bir almış, 50.000 bir almışdır. Belə ümumi məbləğ hardasa 600.000 (altı yüz min) manat olmuşdur. Dindirmə zamanı Təqsirləndirilən şəxs müstəntiq tərəfindən aşağıdakı suallar verilmiş və Təqsirləndirilən şəxs verilmiş sualları aşağıdakı kimi cavablandırmışdır. Müstəntiq: Demək Zərərçəkmiş şəxs ümumilikdə nə qədər pul almısınız? Təqsirləndirilən şəxs: Hardasa 600.000-dən (altı yüz min) bir az çox. Müstəntiq: 600.000-dən (altı yüz min) çox. Siz bildirirsiniz ki, bəs Zərərçəkmiş şəxs təklif etmisiniz ki, Tacir tərəfindən eviniz əlinizdən alındığına görə ondan qisas alaq və qisas məqsədilə də onun maşınına narkotik vasitə qoyaq. Düzdürmü? Belə təklif etmisiniz? Təqsirləndirilən şəxs: Bəli. Müstəntiq: Siz həqiqətən də bu işi görmüşdünüzmü? Tacir adlı şəxsin maşınına narkotik vasitə qoymuşdunuzmu? Təqsirləndirilən şəxs: Xeyir. Müstəntiq: Bəs nəyə görə Zərərçəkmiş şəxs belə bir təklif irəli sürdünüz və sonradan da bu təklif əsasında ondan pul aldınız? Təqsirləndirilən şəxs: İstədik eliyək, alınmadı. Müstəntiq: Pulu nəyə görə aldınız? Nəyə görə aldınız Zərərçəkmiş şəxs? Təqsirləndirilən şəxs: Aldım ki, eləmişəm bu işi. Müstəntiq: Sadəcə bildirdiniz ki, bu işi eləmişəm. Sadəcə bu işi görmək məsələsindən istifadə edib Zərərçəkmiş şəxs pullar almısınız? Təqsirləndirilən şəxs: Bəli. Müstəntiq: Pulları özünüz tək almısınız? Təqsirləndirilən şəxs: Bəli. Müstəntiq: Zərərçəkmiş şəxs əvvəlcə bu təkliflə razılaşdı, yoxsa yox? Siz deyəndə ki, istəyirsənsə Tacirin maşınına narkotik qoyaq. Təqsirləndirilən şəxs: Xeyr. Müstəntiq: Demək razılaşmadı. Sonradan deyirsiniz ki, gəlib dediniz ki, biz artıq bu işi görmüşük? Təqsirləndirilən şəxs: Bəli. Müstəntiq: Düzdürmü? Təqsirləndirilən şəxs: Bəli. Müstəntiq: Və deyirsiniz ki, buna görə mənə 15.000 (on beş miş) pul ver. Düzdürmü, belə demisiniz? Təqsirləndirilən şəxs: Bəli. Müstəntiq: O, pulu nə məqsədlə aldınız Zərərçəkmiş şəxs? Bir tərəfdən də deyirsiniz ki, aldatdım dedim ki, bu işi gördüm. O tərəfdən də deyirsiniz ki, ondan 600.000-dən (altı yüz min) çox pul aldım. Nəyə görə bu pulları aldınız? Hər dəfə pul alanda Zərərçəkmiş şəxs nə deyirdiniz? Təqsirləndirilən şəxs: Deyirdim ki, qarşı tərəf harasa şikayət eləyəcək Sizdən. Müstəntiq: Mən belə başa düşdüm ki, qarşı tərəfin şikayət etməsini deyib Zərərçəkmiş şəxs qorxuzmaqla ondan bu qədər pul alırdınız. Düzdürmü? Təqsirləndirilən şəxs: Bəli.(Cild 2, iş vərəqi 155-157). İbtidai istintaq zamanı təqsirləndiriləli şəxs Təqsirləndirilən şəxs 18 iyun 2021-ci il tarixli əlavə ifadəsində, 17 dekabr 2021-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 178.2.4 və 182.4-cü maddələri elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi ifadədə, 30 dekabr 2021-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi ifadədə 03 yanvar və 05 yanvar 2021-ci il tarixdə verdiyi etirafedici ifadələri təkzib etmiş, həmçinin 29 yanvar 2022-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 125, 178.2.4 və 182.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 15 ildir ki, tanıyır. Zərərçəkmiş şəxs 2016-ci ildən 2021-ci ilədək 34000 manat borc pul almış, 6000 və 2000 manatını iş görüb əvəzləşdirmiş, 2016-2017-ci ildə Vaqifin bağ evində istilik sistemləri çəkmiş və su nasoslarını dəyişmiş, 2000 manatın əvəzinə isə 2018-ci ildə ofisində istilik sistemi çəkmişdir. 2020-ci il dekabr ayının 25-də o, Zərərçəkmiş şəxslə mobil telefonla danışmış və bildirmişdir ki, işğaldan azad edilmiş Şuşa şəhərində 5 mərtəbəli yaşayış binasının sökülməsi və M.P.Vaqif məqbərəsinin restavrasiyası ilə əlaqədar tenderdə iştirak etmək üçün ümumilikdə 100.000 manat pul lazımdır. Zərərçəkmiş şəxs isə həmin tenderlərdə iştirak etmək üçün ona pul verəcəyini bildirmiş, o, Zərərçəkmiş şəxs pulunun çatmadığını demişdir. Zərərçəkmiş şəxs özü 50.000 manat pul verəcəyini, ona da 20.000 manat pul verəcəyini bildirmiş, qalananı da o, qoyacaqdır. Keçiriləcək tenderin sənədləri 7 yanvar 2021-ci il tarixdən sonra hazırlanmalı olmuş, tenderdə "xxxx" MMC-nin adından iştirak ediləcəkmiş. 02 yanvar 2021-ci il tarixdə Zərərçəkmiş şəxs onu Nəsimi rayonu ərazisində yerləşən "xxxx" MMC-nin inzibati binasına dəvət etmiş, həmin vaxt Vaqif yanında qardaşı oğlu Cavidin də olacağını, ona hər şeyi izah etməsini bildirmişdir. 02 yanvar 2021-ci il tarixdə saat 15-16 radələrində o, Nəsimi rayonunda "xxxx" MMC-nin inzibati binasına gəlmiş, binanın arxa girişindən içəri daxil olmuşdur. Binanın arxa girişində Zərərçəkmiş şəxs ona 20.000 manat pul vermiş və bildirmişdir ki, “uşaqlar bunu görməsin”. Bundan sonra onu içəri dəvət etmiş, Cavidin içəridə olmadığını, Bəxtiyarın içəridə olmasını onu başa salmasını demişdir. O, içəri daxil olan vaxt Bəxtiyar mobil telefonla danışmış, o, Vaqiflə bir az söhbət etdikdən sonra Bəxtiyar onun yanına gəlmiş, Bəxtiyara görəcəkləri işləri izah etmiş, Bəxtiyar işlə bağlı bir-iki şey soruşmuş, başqa heç bir söz deməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs 50.000 manat pulu selofana bükülmüş vəziyyətdə ona vermiş, həmin pullardan səhv etmirsə, 20.000 ABŞ dolları olmuş, pulu saymamışdır. Bəxtiyar 50.000 manata 1000 manat çatmadığını demiş, Vaqif də 100 manatlıq əskİnaslardan ibarət 1000 manat pulu ona vermişdir. O, MMC-nin əsas giriş qapısından çıxmış və özünə məxsus olan “VAZ 21099” markalı 99 VT277 d.q.n avtomobilə tərəf gedəndə Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyatçıları onu tutaraq Polis bölməsinə aparmışlar. Həmin vaxt avtomobildə onu gözləyən heç kim olmamışdır. Polis bölməsində üzərinə baxış keçirilən zaman üzərindən 70000 manat pul çıxmış, bir hissəsi dollar olmuşdur. Həmin məbləğdə pul iki hissədən ibarət olmuş, 20000 manat pul açıq vəziyyətdə, 50000 manat (dollarla qarşıq) isə selofan torbada olmuşdur. Zərərçəkmiş şəxs qarşı hər hansı formada hədə-qorxu gəlməmiş, ondan bu məqsədlə pul tələb etməmiş, həmçinin onun ləyaqətini alçaldan hərəkətlər etməmiş, Zərərçəkmiş şəxslə dostluq münasibəti olmuş, tutulmamışdan əvvəl Vaqiflə həddindən artıq telefonla danışmışdır. Zərərçəkmiş şəxslə hər hansı iş birliyi olmamış, birlikdə iş qurmamışlar. O, Seyidağanın oğlu Tacirin oğurlanmasını təşkil etməmiş, buna görə də Zərərçəkmiş şəxs 600.000 manatdan çox pul almamış, hal-hazırda sonuncu 70 min manatla birlikdə onun Zərərçəkmiş şəxs 96.000 manat borcu vardır. O, Zərərçəkmiş şəxslə sonuncu dəfə 02 yanvar 2021-ci il tarixdə danışmış və onunla "xxxx" MMC-nin inzibati binasında görüş təyin etmişlər. Onun Seyidağa və onun oğlu Tacirlə ədavət və ya düşmənçiliyi yoxdur. O, Vüsaldan içərisində MMC-nİn sənədləri olan çantanı götürmüş, çantada 140.000 manat pul olmamışdır (Cild 2, iş vərəqi 54-59, Cild 3, iş vərəqi 178-183, Cild 5, iş vərəqi l53-157, Cild 6, iş vərəqi 157-160). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs istintaq zamanı etirafedici ifadələr vermədiyini, həmin ifadələri müstəntiqin özünün yazdığını və onları oxumadan imzaladığını, videoçəkilişlə dindirmə zamanı ona olunan təzyiqlər nəticəsində həmin ifadəni verdiyini, çəkiliş zamanı nə demək lazım olduğunu əvvəlcədən müstəntiqin onu öyrətdiyini, buna görə də çəkiliş vaxtı müstəntiqin dediklərini təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş mərhum Zərərçəkmiş şəxs ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, X14 onun qardaşı oğludur, onu 1979-cu ildən etibarən himayəsinə götürmüş, həmin tarixdən də Abil onun yanında qalmışdır. O, uzun müddətdir ki, "xxxx"-nin rəhbəridir. O, həmin MMC-ni 2003-cü ildə təsis etmiş, həmin MMC əsasən hidroizolyasiya tikinti materiallarının satışı ilə məşğul olmuşdur. 2016-cı ilin oktyabr-noyabr aylarında Sübhi onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayıb vacib bir işi olduğunu, bunun üçün ona 20.000 manat məbləğində pul lazım olduğunu, ona həmin pulu verə bilib-bilməyəcəyini soruşmuş, o da, Sübhiyə 20.000 manat pulu vermişdir. Bundan sonra 2017-ci İlin sentyabr ayında Sübhi yenə ona vacib bir görməli işi olduğunu, mümkündürsə ona 3000 manat pul verməsini bildirmiş, o da, Sübhiyə 3000 manat pul vermişdir. Bir dəfə söhbət əsnasında o, Sübhiyə tanışı Seyidağadan aldığı 2 ədəd Ceyranbatan qəsəbəsində yerləşən evlərini oğlu Tacirin məhkəmə yolu ilə öz adına keçirməsini, onun Seyidağaya verdiyi pulların da batmasını bildirmiş, Sübhi də ona 15.000 manat pul verməsini, Seyİdağanm oğlu Tacirin maşınına narkotik vasitə qoydurub onun qisasını almasını, onu tutdurmasını bildirmiş, o da, Sübhinin dediyi ilə razılaşaraq 15.000 manat pulu Sübhiyə 2017-cİ ilin axırlarında işlədiyi ofisdə vermişdir. Bundan sonra Sübhi ona tədbirin keçirilməsi, yəni Tacirin tutulması üçün əlavə 4000 manat pul lazım olduğunu demiş, o da, Sübhinin dediyinə inanıb əlavə olaraq 4000 manat pulu ofisində Sübhiyə vermişdir. Sonra Sübhi ona Taciri polislərin və həmçinin tanışları Malik, Gülnarə, Malikin əmisi oğlu vasitəsi ilə tutdurduğunu, Taciri tanışları ilə birlikdə ayrıca bir otağa saldıqlarını, lakin Tacirin Gülnarə ilə birlikdə onlara nəzarət edən polisi vurub yerə yıxaraq ikisinin də həmin otaqdan qaçdığını, Tacirlə Gülnarənin anasının bu məsələni, yəni onların polis tərəfindən tutulmasını eşidib Baş Prokurorluğa şikayət etdiklərini bildirmişdir. Sübhi ona Nurəddin adlı tanış vəkilinin Baş Prokurorluğa gedib həmin məsələni 50.000 manata bağlaya biləcəyini təklif etmiş, pulu verməsə, onu da tutacaqlarını bildirmiş, o da, buna görə Sübhiyə 2017-ci ilin axırlarında işlədiyi ofisdə 50.000 manat pul vermişdir. Bundan sonra Malik 2017-ci ilin axırlarında onunla ofisdə görüşüb Sübhini polislərin tutduğunu, zaminə buraxılmaq üçün 4000 manat pul verməli olduğunu, yoxsa onun da tutulacağını bildirmiş, o da, bundan qorxub Malikə ofisində 4000 manat pul vermişdir. Növbəti dəfə Sübhi ona 2017-ci ilin dekabr ayında yaxınlaşıb pul verməsini bildirmiş, o, nə qədər pul lazım olacağını soruşduqda, Sübhi ona 17.000 manat verməsini bildirmiş, o da, qorxub Sübhiyə 17.000 manat pul vermişdir. Növbəti dəfə Sübhi 2018-ci ilin noyabr ayında onunla görüşüb Maliklə birlikdə narkobiznesə şikayət etmək istədiklərini, onları susdurmaq üçün 30.000 manat pul verməli olduğunu bildirmiş, o da, 30.000 manat pulu ofisində Sübhiyə vermişdir. Bundan sonra Sübhi 2019cu ilin yanvar ayının əvvəllərində yenidən onunla görüşüb narkobiznesin müavini Elman Əhmədovun Baş Prokurorluğa müraciət edib Sübhi və onun birlikdə adam tutdurmaqla məşğul olmasını bildirməsini, Elmanı susdurmaq üçün 50.000 manat pul verməli olduğunu, yoxsa tutulacağını bildirmiş, o da, bundan qorxub 50.000 manat pulu işlədiyi ofisdə Sübhiyə vermişdir. Növbəti dəfə Sübhi 2019-cu ilin mart ayında ona Elman Əhmədovun bu dəfə Prezident yanında Təhlükəsizlik Şurasına şikayət edib onları tutdurmaq istədiyini, bu məsələnin həlli üçün də Elmana 50.000 manat verməsini, yoxsa tutulacağını bildirmiş, o da, bundan qorxub Sübhi ilə razılaşıb 50.000 manat pulu Sübhiyə vermişdir. Növbəti dəfə Sübhi ona 2019-cu ilin iyul ayında Gülnarənin anasının qızını polislərin tutduğu üçün Prezident Aparatına şikayət etdiyini, şikayətinin qarşısmı almaq üçün Prezident Aparatına 50.000 manat pul verməli olduğunu, yoxsa tutulacağını bildirmiş, o da, bundan qorxub Sübhiyə 50.000 manat pul vermişdir. Bundan başqa, Sübhi 2019-cu ilin sentyabr ayında ona “Maliki və əmisi oğlunu mən tutdurmuşam, indi Malikin qardaşı Murad gəlib mənim üstümə ki, sən qardaşımı tutdurmusan, mən də səni və Vaqifi polisə verəcəm ki, sən də Vaqiflə adam tutdurursan, onun ağzını yummaq üçün 5000 manat pul verməlisən, yoxsa sən də tutulacaqsan” demiş, o, yenə etiraz etməyib tutulmaqdan qorxub 5000 manat pulu ofisində Sübhiyə vermişdir. Növbəti dəfə Sübhi 2019-cu ilin noyabr ayında ona Malikin əmisi oğlu Faiqin şikayət etmək istədiyini, Sübhinin və onun adam tutduran olmasını polisə deyəcəyini bildirib, 10.000 manat pul verməli olduğunu, yoxsa tutulacağını bildirmiş, o da, yenə Sübhinin onu şantaj etməsini görüb qorxaraq Sübhiyə 10.000 manat pul vermişdir. Bundan başqa, Sübhi 2020-cı ilİn yanvar ayında ona Malikin Baş Mütəşəkkil İdarəyə onların adam tutdurmaqla məşğul olması barədə şikayət etdiyini, buna görə 20.000 manat pul verməli olduğunu bildirmiş, o da, bundan qorxaraq 20.000 manat pulu Sübhiyə vermişdir. Növbəti dəfə Sübhi 2020-ci ilin may ayında Malikin Respublika Prokurorluğuna şikayət etməsini bildirib, ondan 40.000 manat pul almışdır. Növbəti dəfə 2020-ci ilin yay ayında Sübhi ona Malikin əmisi oğlu Faiqi tutdurmasını, Faiqin narkoman olmasını, özünü tutulduğu polis orqanında asıb öldürməsini, ölümündə günahkar adamların Sübhi və Vaqif olmasını yazdığını, buna görə özünü aparıb banditizmdə sorğu-sual etdiklərini, tanış vəkili Nurəddinin gedib banditizmlə danışmasını, məsələnin bağlanması üçün 200.000 manat pul istədiklərini, vəkilin DİN-ə gedib orada nazir müavini ilə görüşüb söhbət edərək məsələni 150.000 manata bağlamağa razılıq verdiyini bildirmiş, o da, bundan qorxub 140.000 manat pulu sürücüsü Vüsalın vasitəsi ilə Sübhiyə vermişdir. Növbəti dəfə Sübhi 2020-ci İlin yay ayında ona “məhkəməyə pul vermək lazımdır ki, məhkəmə məni tutmasın, çünki Faiqin anası məndən şikayət edib ki, oğlum Faiqin ölümündə günahkar Sübhi və Vaqifdir” sözlərini deyərək, 15.000 manat pul verməli olduğunu bildirmiş, o da, bundan qorxub Sübhiyə çatası 15.000 manat pulu ofisində Sübhinin oğlu Hüseynə vermişdir. Növbəti dəfə Sübhi ona 2020-ci ilin sentyabr ayında Gülnarə ilə Taciri tutan polislərdən birinin orqandan xaric olunduğunu, Gülnarə ilə Tacir qaçdığına görə həmin qovulan polisin də Gülnarə ilə birlikdə banditizmə gedib şikayət edib onun adam tutduran olmasını bildirməsini, məsələni həll etməkdən ötrü 60.000 manat pul verməli olduğunu, yoxsa onu tutacaqlarını bildirmiş, o da, bundan qorxub Sübhiyə ofisində 60.000 manat pul vermişdir. Bundan sonra 2020-ci ilin dekabr ayının 10da Sübhi yenə onunla görüşüb Malikin tanışı Albina adlı qadının da bu söhbəti bildiyini, özünü gəlib onun ofisinin qabağında yandırmaq istədiyini, özünü yandırmaması üçün 20.000 manat pul vermək lazım olduğunu bildirmiş, o da, bundan qorxub Sübhiyə ofisində 20.000 manat pul vermişdir. Ən axırıncı dəfə Sübhi ondan 03 yanvar 2021-ci il tarixdə təxminən saat 16 radələrində işlədiyi ofisə gəlib ondan 70.000 manat məbləğində pul alacağını demiş, yoxsa Seyidağanm polisə şikayət edəcəyini bildirmişdir. O da, bundan qorxaraq dediyi məbləğdə pulu Sübhiyə vermişdir. Sonradan qardaşı oğlunun bu barədə polisə şikayət etdiyini, polislərin də Sübhini yaxalayıb Nəsimi RPİ-nin 20-ci PB-yə apardığını bilmişdir. Beləliklə, Sübhi ondan ümumilikdə 632.000 manat, Malik isə 4000 manat hədə-qorxu gəlməklə şantajla pul almışdır. Onlar qeyd edilən pulları ondan hədə-qorxu gələrək şantajla, həqiqətə uyğun olmayan sözləri danışmaqla polisə, prokurorluğa şikayət ediləcəyini bildirərək onu qorxudaraq həmin pulları almışlar. O, həmin pulları Sübhiyə qorxduğundan vermişdir (Cild 2, iş vərəqi 169-173). Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X14 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun onun əmisidir, lakin onu uşaq yaşlarından rəsmi qaydada övladlığa götürmüş, ona görə də rəsmi sənədlərdə ata adı kimi Vaqifin adı qeyd edilmişdir. Atası Zərərçəkmiş şəxs "xxxx" MMC-nin direktoru olmuş, həmin şirkət hidroizolyasiya məhsullarının satışı ilə məşğul olmuşdur. Atası Vaqifin sağlamlığında hər hansı problemi olmasını müşahidə etməmişdir. Təxminən 15 il əvvəl atası Seyidağa adlı şəxslə tanış olmuş, sonuncu tikinti biznesi ilə məşğul olmuşdur. Atası Vaqifə məxsus MMC ilə Seyidağa adlı şəxsin müəssisəsi arasında alqı-satqı münasibətləri olmuş, X2 arasında Ceyranbatan qəsəbəsində yerləşən çoxmənzilli yaşayış binasındakı 2 ədəd mənzilə görə mübahisələri olmuşdur. Mənzil mübahisəsi məhkəmənin qərarı ilə Tacirin xeyrinə həll olunmuşdur. 30 dekabr 2020-ci il tarixdə atasının Goradil Bağlar massivində yerləşən evin mətbəxində kiminləsə telefonla danışdığını, söhbət zamanı «get o, məsələni həll et, bezmişəm bu həyatdan, yoxsa özümü öldürəcəm” dediyini eşitmişdir. O, atasının yanına getmiş və nə məsələ olduğunu soruşmuş, atası da səhvə yol verdiyini, başına iş gəldiyini, bu məsələni həll etmək istədiyini, əks halda onu tutacaqlarını bildirmişdir. O, nə baş verdiyini soruşduqda, atası Sübhi adlı şəxsin ona Seyidağanı oğlu Tacirin avtomobilinə narkotik maddə qoydurub tutdurmaqla cəzalandırmağı təklif etdiyini bildirmiş, atası isə fikirləşəcəyini demiş, bir neçə gün sonra Sübhi onun atasının yanına gələrək məsələni həll etdiyini, yəni polis əməkdaşları ilə birlikdə Tacirin avtomobilinə narkotik qoyduraraq tutdurduğunu, polis əməkdaşlarının Taciri naməlum evə aparıb saxladıqlarını, Tacirin saxlanıldığı evdə yaşayan naməlum qadın həmin vaxt evdə olan polis əməkdaşının başına külqabı ilə vuraraq Tacirlə birlikdə evdən qaçdığını bildirmişdir. Bundan sonra Sübhi atasına bu işin problem olduğunu, bu işin təşkilində birbaşa atasının əli olduğunu, bu məsələni həll etmək lazım olduğunu bildirərək, bu məqsədlə dəfələrlə atasından pul almış, hətta Sübhi atasına Seyidağanın arvadının şikayət verdiyini, onun qarşısını almaq lazım olduğunu deyərək, bu məqsədlə də atasından küllü miqdarda pul aldığını demiş, lakin həmin məbləği dəqiq bilməmişdir. 01 yanvar 2021-ci il tarixdə o, atası ilə dalaşmış və ondan niyə bu vəziyyətdə olduğunu soruşmuş, atası indiyədək Sübhiyə Seyidağanın şikayət etməməsi üçün 200.000 manat pul verdiyini, 02 yanvar 2021-ci il tarixdə isə Sübhiyə 50.000 manat pul verəcəyi ilə razılaşdığını bildirmişdir. Atası ilə mübahisə etdikdən sonra atası “bir daha Sübhiyə pul verməyəcəyəm, bu pul da sizə qalsın, gedib özümü öldürəcəm” demişdir. 01 yanvar 2021-ci il tarixdə Sübhi atasına müraciət edərək, “Seyidağa prokurorluğa müraciət edəcək, aləmi bir-birinə qatacaq” demişdir. O, 02 yanvar 2021-ci il tarixdə atası Sübhi ilə danışan zaman Sübhinin bu pulun sonuncu olduğunu bildirdiyini eşitmiş, atası bu məqsədlə Nəsimi rayonu ərazisində yerləşən MMC-nin ofisində 50.000 manat pul verəcəyini ona bildirmişdir. O, 02 yanvar 2021-ci il tarixdə Sübhiyə pulu verməmişdən əvvəl atasına polisə şikayət etməyi təklif etmiş, lakin atası razı olmamışdır. Həmin tarixdə onun özü Nəsimi RPİ-yə, daha sonra Nəsimi RPİ-nin 20-ci polis bölməsinə müraciət etmişdir. 20-ci Polis bölməsinin əməkdaşları əməliyyat keçirmiş və atası 70.000 manat pulu Sübhiyə verdikdən sonra pul ilə birlikdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sübhinin üzərinə baxış keçirilən zaman 70.000 manat pul polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. İstintaq zamanı müəyyən olunmuşdur ki, Sübhi atasını şantaj edərək 600 min manatdan çox pulunu almışdır. 05 yanvar 2021-ci il tarixə kimi atası polis idarəsinə gedib gəlib işlə maraqlanmış, izahat və ifadə vermişdir. Sübhi tutulduqdan sonra atası bərk qorxmuş və Sübhinin onu da tutduracağını söyləmişdir. O isə, atasına heç nədən qorxmamasını demişdir. 05 yanvar 2021-ci il tarixdə atası Sübhi ilə Nəsimi rayon prokurorluğunda qarşılaşmış, həmin vaxt o da, atasının yanında olmuş, atası Sübhiyə yaxınlaşıb “o, məsələ yalandır, yoxsa doğrudur?” deyə soruşmuş, Sübhi də “doğrudur” deyə bildirmiş, bundan sonra atasının halı dəyişmiş, rəngi ağarmışdır. 05 yanvar 2021ci il tarixdə bütün gecəni atası yuxusuz keçirmişdir. 06 yanvar 2021-ci il tarixdə Goradil Bağlar massivindəki evlərində bacısı Röya, atası Vaqif və ondan başqa heç kəs olmamışdır. Atası həmin gün səhər saatlarında bacısı ilə birlikdə yaşadıqları evin həyətində gəzmiş, bacısı Röyanın sonradan verdiyi məlumata görə atası onunla gəzən vaxt özünü öldürəcəyini bildirmişdir. Atası evlərinin həyətində əkilmiş ağaclara diqqətlə baxmış, bundan başqa evin zirzəmisinə gedən qapını açmaq istəyən vaxt o, atasına “indi başımıza nə oyun açmaq isdiyirsən” deyə bildirmişdir. Bundan sonra atası Vaqif sakitcə evin ikinci mərtəbəsinə öz otağına qalxmış, o, həmin vaxt evin mətbəxində olmuş, atası öz otağına gedən vaxt təxminən saat 11 radələri olmuşdur. Həmin vaxtdan bir müddət sonra o, atasını səhər yeməyinə çağırmaq üçün evin ikinci mərtəbəsinə qalxmışdır. Bu zaman ikinci mərtəbədə yerləşən qonaq otağının qapısının yarıaçıq vəziyyətdə olduğunu, otağın qapısını açmaq istəyən vaxt atasının otağın qapısından iplə boğazından asılı vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt atası tərpənməmiş, nəfəs almamış, hər iki dizi yerə dirənmişdir. O, həmin vaxt atasını yuxarı qaldırıb xilas etmək istəyən zaman atasının özünü asdığı ip boğazından çıxmışdır. Gücü tükəndiyi üçün atasını çox saxlaya bilməmiş və döşəmənin üzərinə uzatmışdır. O, meyiti aşkar edən vaxt normal bədən temperaturu olmuş, təxminən 11:50 radələrində atasının özünü asmağı barədə DİN-nin 102 xidmətinə və Təcili tibbi yardıma məlumat vermişdir. Təxminən saat 12 radələrində hadisə yerinə Binəqədi RPİ-nin və rayon prokurorluğunun əməkdaşları gəlmiş, hadisə yerinə baxış keçirmişlər. Verilən sualları cavablandıran Abil Gadzhiev bildirmişdir ki, 01 yanvar 2021-ci il tarixdə saat 23 radələrində Sübhi ilə danışdıqdan sonra atası 50.000 manata yaxın durmadıqlarını, 70.000 manat pul istədiklərini demişdir. Bu söhbətdən sonra evin ikinci mərtəbəsində qonaq otağında atası əlinə götürdüyü dəmir paltar asılqanının baş tərəfini əyərək rozetkaya soxmaq istəmiş, o isə, atasının hərəkətinin qarşısını almışdır. Həmin vaxt Bəxtiyar da orada olmuşdur. 02 yanvar 2021-ci il tarixdə Sübhi tutulduqdan sonra atası Nəsimi RPİ 20-ci Polis bölməsində Sübhinin tutulmasını bilib özünü elektrik cərəyanı ilə öldürməyə cəhd edən zaman polis əməkdaşları tərəfindən əməlinin qarşısı alınmışdır. Sübhi adlı şəxs 2017-2021-ci illər arası atasına hədə-qorxu gələrək 600 min manatdan artıq pulunu almışdır. Sübhinin hədə-qorxuları nəticəsində atası həmişə pis vəziyyətə düşmüş, hər dəfə onunla telefonla danışdıqda halı pisləşmiş, Sübhi ilə danışandan sonra artıq həyatdan bezdiyini, özünü öldürmək istədiyini demişdir. Əvvəllər də atası tez-tez telefonla danışanda halı pisləşmiş, özünə yer tapa bilməmiş, sanki onu nəsə narahat etmiş, lakin o, bu barədə soruşanda heç bir cavab verməmişdir. Sonradan aydın olmuşdur ki, atası əvvəllər də Sübhi ilə telefonla danışıb onun hədə-qorxuları nəticəsində həmin vəziyyətə düşmüşdür. 01 yanvar 2021ci il tarixdə atası Cavidi və Bəxtiyarı Goradil bağlar massivindəki bağ evinə dəvət etmiş, həmin gün qardaşları Təqsirləndirilən şəxs əməlindən xəbər tutmuşlar. Təqsirləndirilən şəxs atası Vaqifdən qanunsuz yolla hədə-qorxu gələrək özündən asılı hala salıb atasından 600 min manatdan artıq pul almış, atasını ölüb həddinə çatdırmış və atası intihar etmişdir. Ona görə də, hazırda Təqsirləndirilən şəxs şikayətçidir, onun ən ağır şəkildə cəzalanmasını, həmçinin məhkəmədə qaldırılmış mülki iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun doğma əmisi olmuş, 2000-ci illərin əvvəllərindən Azərbaycanda "xxxx"-ni təsis etmişdir. Həmin şirkət hidroizoliyasiya materiallarının topdan satışı ilə məşğul olmuşdur. Özü də həmin MMC-də təqribən 20 ilə yaxın satış meneceri işləmişdir. X28 Dövlət Universitetini bitirmiş, texniki elmlər doktoru, professor olmuşdur. Əmisinin hər hansı psixi xəstəlikləri olmamış, tam sağlam bir şəxs olmuşdur. Ailəsində də hər hansı narahatçılıqlar, problemlər baş verməmişdir. Təqsirləndirilən şəxs o, təqribən 2016-2017-ci illərdən Seyidağa adlı tanışının şirkətinə gəlibgedəndə tanımış, sonradan Sübhi ilə yerli olmasını, sonuncunun sanitexnika işləri ilə məşğul olmasını bilmişdir. Seyidağanın ofisi də onların ofisi ilə eyni binada yerləşmişdir. Həmin vaxtlar Sübhi Seyidağanın vasitəsi ilə əmisi Vaqiflə tanış olmuşdur. Sonradan Vaqif onların ofisində və əmisinin bağında sanitexnika işləri görmüşdür. Bu yolla əmisi sanitexnika ilə bağlı özündə, dosttanışda nə işlər olarsa, Sübhiyə gördürmüşdür. Sonradan o, Sübhini tez-tez ofislərində əmisi ilə söhbət etdiyini görsə də, Sübhi onu gördükdə söhbətin mövzusunu dəyişmişdir. 2020-ci ilin təqribən avqust-sentyabr ayında əmisi ona 20.000 manata yaxın pul vermişdir ki, Bakı Baş Gömrük İdarəsinə gedib gələn malların gömrük rüsümunu ödəyib oradan malları çıxarsın. Ertəsi gün o, həmin idarəyə getdikdə, əmisi ona zəng edib üzərindəki pulu təcili ona çatdırmağı tələb etmiş, o isə, əmisinə həmin pulla bu gün malları gömrükdən çıxarmayacaqları halda, hər günə görə onlara cərimə gələcəyini demişdir. Əmisi isə ona “elə bir bəlaya düşmüşəm ki, canımı qurtara bilmirəm, ölsəydim canım qurtarardı” demiş, həmin pulun ölüm-dirim məsələsi olmasını, təcili ona lazım olduğunu bildirmişdir. O, əmisindən nə baş verdiyini soruşmuş, əmisi gələcəkdə lazım gələrsə, ona danışacağını söyləmişdir. O da, əmisinin sözünə əməl edərək 20.000 manat pulu qaytarıb əmisinə vermiş, yenə də nə baş verməsini soruşmasına baxmayaraq, əmisi ona heç bir cavab verməmişdir. Təqsirləndirilən şəxs tutulan günü o, əmisi ilə söhbət etdikdə, əmisi ona bildirmişdir ki, ondan götürdüyü 17.000 manatın üstünə 43.000 manat da əlavə edərək, ümumilikdə 60.000 manat pulu həmin gün Sübhiyə vermişdir. 01 yanvar 2021-ci il tarixdə saat təxminən 17-18 radələrində evdə olarkən əmisi Vaqif onun mobil telefonuna zəng edərək, Fatmayı bağlar massivində yerləşən bağ evinə gəlməsini bildirmişdir. Əmisi ondan pulunun olub-olmadığını soruşmuş, o, əmisindən nə qədər pul lazım olduğunu soruşduqda, əmisi 50.000 manat lazım olduğunu demişdir. O, əmisi Vaqifdən hazırda bayram günləri olduğunu, heç yerin işləmədiyini və bu qədər pulu hansı səbəbdən istədiyini soruşmuş, əmisi isə problemi olduğunu və bağa gəldikdən sonra söhbət edəcəklərini bildirmişdir. O, bundan sonra qardaşı Bəxtiyara zəng etmiş və onlar birlikdə bağa yola düşmüşlər. Yolda Bəxtiyara əmisinin dediklərini danışmışdır. Onlar yolda olan vaxt yenə əmisi ona zəng etmiş, təcili pul gətirməyini tələb etmiş, o da, əmisinə pul tapacağına söz vermiş və evindən 15000 ABŞ dolları pul götürmüş, Bəxtiyar da 10000 ABŞ dolları pul götürərək ümumilikdə 25000 ABŞ dolları pul götürmüşlər. Məsələni aydınlaşdırmaq üçün pulu avtomobildə saxlayıb qardaşı Bəxtiyarla birlikdə bağ evinə daxil olmuşlar. Həmin vaxt bağda doğma qardaşı, lakin əmisi Vaqifin himayəsində böyüyüb yaşayan Abil və qızı Röya olmuşdur. Əmisi Vaqif gərgin şəkildə kiminləsə mobil telefonla danışmış və onlar onun yanına getmək istədikdə, ya özü kənara çəkilmiş, ya da ki, əli ilə işarə edərək onları öz yanından uzaqlaşdırmışdır. Əmisi sanki kiminləsə çox məxfi danışıqlar aparmış və hansı səbəbdənsə onların eşitmələrini istəməmişdir. Təxminən 2 saat telefonla danışıb qurtardıqdan sonra əmisi onların yanına gəlmiş və əlləri əsə-əsə ondan pulu gətirib-gətirməsini soruşmuşdur. O, əmisindən hansı səbəbdən bu vəziyyətə düşdüyünü soruşmuş, əmisi hər şeydən bezdiyini, canını boğazına yığdıqlarını və onu şantaj etdiklərini bildirmişdir. O, bir neçə dəfə təkidlə həmin insanların kim olduğunu soruşduqdan sonra əmisi ona Sübhinin müxtəlif insanların və vəzifəli şəxslərin adından istifadə edərək ondan külli miqdarda pullar aldığını demişdir. Hal-hazırda isə əmisi Sübhi ilə 50.000 manata razılaşmasına baxmayaraq, Sübhinin bildirməsinə görə, Aydın adlı şəxsin bu məbləğlə razılaşmadığını, 70.000 manat istədiyini, əks təqdirdə xoşagəlməz təhlükəli hadisələr baş verə biləcəyini bildirmişdir. O, Aydının kim olduğunu soruşduqda, əmisi ona yerliləri olduğunu, həmin pulu Sübhi Aydına verməklə sonuncunun vasitəsilə pulun Seyidağaya çatdırılacağını bildirmişdir. O, əmisindən məbləği soruşduqda, əmisi məbləği demədən çox olduğunu, onu dizi üstə çökdürdüklərini, bu pulu sonuncu dəfə verdiyini və bir daha ondan pul istədikləri təqdirdə özünü öldürəcəyini bildirmişdir. Əmisi hətta üzü ona tutub təkrar dönə-dönə bildirmişdir ki, bu adamlar yenidən ondan pul istəsələr, birmənalı həyatına qəsd edəcəkdir. Bir qədər bu mövzuda söhbət etdikdən sonra əmisi Vaqif fikrindən yayınaraq bu pulu onların boğazından kəsdiyini və özünü öldürmək bahasına olsa da, belə bu pulu vermək istəmədiyini demiş və sanki xasiyyətində güclü bir iradə yaranmış, onlar isə əmisini bu fikirdən yayındıraraq pulu verməsini bildirmişlər. Beləliklə də, onlar pulu özlərində saxlayıb sabah verəcəklərini deyərək, Abillə birlikdə çölə çıxmışlar. Orada Abillə söhbət edərək hüquq mühafizə orqanına müraciət etmək qərarına gəlmişlər və danışıqlarına əsasən bu barədə əmisi Vaqifə heç bir məlumat verməmişlər. 02 yanvar 2021-cİ il tarixdə o, Abillə görüşmüş, qardaşı Bəxtiyar isə pulu götürüb əmisini bağdan ofisə gətirməyə getmişdir. Təxminən saat 14 radələrində Abil DİN-nin 102 Xidmətinə zəng edərək məsələ barədə məlumat vermiş və onları Nəsimi RPİ-nin 20-ci Polis bölməsinə yönləndirmişlər. Bölmədə onlar məsələ barədə məlumat vermiş və əməliyyat qrupu təşkil olunmuşdur. Belə ki, onların niyyəti Sübhinin əmisi Vaqifdən pulu götürüb ofisdən çıxarkən onun saxlanılması olmuşdur. Onlar bölmənin işçiləri ilə Nəsimi rayonu, C.Səlimov küçəsində yerləşən "xxxx" MMC-nin ofisinin kənarına gedərək Sübhinin gəlməsini gözləmişlər. Əmisi qızı Röya ruhi xəstə olduğundan bağda tək qalmaması üçün Abil məcburiyyət qarşısında qalıb bağa onun yanına getmişdir. Təxminən saat 15 radələrində əmisi Vaqif qardaşı Bəxtiyarla birlikdə ofisə daxil olmuş, təxminən 30 dəqiqədən sonra Sübhi də gələrək ofisin arxa qapısından içəri daxil olmuşdur. Bundan təxminən yarım saat sonra Sübhi əsas giriş qapısından çölə çıxmış və polis əməkdaşları dərhal Sübhini saxlayıb əmisindən şantajla ələ keçirdiyi yarı manat, yarı dollar halında olan 70.000 manat pulla 20-ci Polis bölməsinə aparmışlar. Bölmənin qarşısında o, əmisindən dəqiq məbləği soruşduqda, əmisi ona ümumilikdə Sübhigilin ondan şantajla 649.000 manat pulu ayrı-ayrı vaxtlarda ələ keçirdiklərini demişdir. 06 yanvar 2021- ci il tarixdə saat 12 radələrində isə Abil ona zəng edərək əmisi Vaqifin özünü asaraq intihar etdiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 mərhum Zərərçəkmiş şəxs onun əmisi olduğunu bildirməklə, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ, 20-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, 02 yanvar 2021-ci il tarixdə ona bölmənin təhqiqatçısı Saleh Salahzadənin icraatında olan materialla əlaqədar əməliyyat tapşırığı daxil olmuşdur. Həmin tapşırığın icrası İlə əlaqədar bölmə rəisi tərəfindən əməliyyat qrupu yaradılmış və o, qrupun rəhbəri təyin olunmuşdur. Qrupun üzvləri isə 20-ci Polis bölməsinin rəis müavini Şahid3, şəmçinin polis əməkdaşları Şahid6 və Şahid5 olmuşdur. Əməliyyat tapşırığında qeyd edilmişdir ki, X15 DİN-nin 102 xidmətinə, daha sonra 20-ci Polis bölməsinə ərizə ilə müraciət edib, atası Zərərçəkmiş şəxs Sübhi adlı şəxsin hədə-qorxu yolu ilə külli miqdarda pul alması, bu gün də ondan 50.000 manat pul alacağını bildirmişdir. Bu tapşırıq əsasında əməliyyat qrupu və Zərərçəkmiş şəxs qohumu onların dediyi ünvana, yəni Ceyhun Səlimov küçəsi 16 ünvanına getmişlər. Onlar binanın qarşısında gözləyən zaman Zərərçəkmiş şəxs qohumu Cavid onlara binanın ofisindən çıxan şəxsi göstərib həmin şəxsin Sübhi adlı şəxs olduğunu bildirmişdir. Bundan sonra onlar həmin şəxsə yaxınlaşmış, özlərini təqdim edib həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edildiyindən, onu 20-ci polis bölməsinə dəvət etmişlər. Yolda Sübhidən üzərində pul olub-olmaması soruşulmuş, Sübhi Vaqifdən 70.000 manat pul aldığını, həmin pulun üzərində olduğunu, deyəsən özünü işə saldığını bildirmişdir. Onlar bölmədə Sübhini təhqiqatçı Saleh Salahzadəyə təhvil vermişlər. Bundan sonra onlara məlum olmuşdur ki, Sübhinin üzərindən külli miqdarda dollar və manat çıxmışdır. Daha sonra Zərərçəkmiş şəxs də bölməyə çağırılmış, Təqsirləndirilən şəxs tutulduğunu görüb bölmənin həyətində olan elektrik şitinə əlini salmaq istəyərkən onun əməlinin qarşısını almışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ, 20-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid5 və baş əməliyyat müvəkkili Şahid6 Təqsirləndirilən şəxs müəyyən edilərək cinayət başında yaxalanması üzrə təşkil olunmuş əməliyyat qrupunun üzvləri olduqlarını bildirərək, Şahid4 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişlər. Həmçinin məhkəmə iclasında şahid - Bakı şəhəri, Nəsimi RPİ, 20-ci Polis bölməsinin rəis müavini Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən, onun da Şahid4 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 2, iş vərəqi 236-237). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs atasının əmisi oğlu olmuş, özü hadisədən əvvəl təqribən 3 ilə yaxın bir müddətdə "xxxx" MMC-də sürücü kimi fəaliyyətə başlayıb işləmişdir. İşlədiyi dövrdə həm MMC-nin işlərini görməklə yanaşı, əsasən Vaqif müəllimi lazımi yerlərə, evdən işə, işdən isə evə aparıb-gətirirmişdir. Mərhum Zərərçəkmiş şəxs xasiyyətcə normal bir insan olmuş, həm yumşaq xasiyyəti, hərdən lazım gələndə sərt xasiyyəti də olmuşdur. Vaqif özü ümumilikdə ziyalı, işini sevən, işinə bağlı olan bir şəxs olmuş, qətiyyən gərəksiz yerə pul xərcləməmişdir. Bundan başqa, Vaqif müəllim həmişə qanunu əsas tutmaqla qanuna hörmət etmiş, xüsusən də qanundan çox qorxmuşdur. Cüzi bir qanun pozuntusu olanda və ya qanunsuz hərəkətin baş verməsi ilə bağlı nəsə eşitdikdə, hədsiz həyəcan keçirmişdir. Bundan əlavə Vaqif müəllim hədsiz dərəcədə özünə qapalı insan olmuşdur. Təqsirləndirilən şəxs adlı şəxsi o, "xxxx" MMC-yə işə düzələndən sonra usta-sanitexnik kimi tanımışdır. Belə ki, Sübhi həm ofisdə, həm Vaqifin şəxsi və bağ evində kombi sistemində yaranmış nasazlıqları aradan qaldırmışdır. Bundan əlavə Sübhi Vaqifin ofisinə gəlməklə təklikdə onunla müəyyən müddət söhbətlər aparmış, həmin vaxt Vaqif müəllim kimsənin onların söhbətlərinə mane olmasına və ya olduqları otağa daxil olmasına icazə verməmiş, hətta xəbərsiz girən olduqda qəzəblənmişdir. İntihar etməmişdən bir neçə ay öncə Sübhi onun yanına gəlib-getdikdən sonra Vaqif müəllimin halı gərginləşmiş, həyəcanlı olmuş, su və ya nəsə sakitləşdirici bir şey qəbul etmişdir. Lakin onların aralarında konkret olaraq nə söhbətlər olması ona məlum olmamışdır. Sübhi son ildə onun yanına gəlib-gedəndən sonra onlar bir dəfə maşında gedəndə Vaqif müəllim özlüyündə dərindən köks ötürməklə yaşamağın gözəl olmasını bir daha ona vurğulamış, böyük bir bəlaya düşdüyünü, bu məsələdən sözsüz-söhbətsiz yaxa qurtarmaq istədiyini demişdir. O, Vaqif müəllimdən nə baş verməsini soruşduqda, Vaqif həyatda hər bir məqamın öhdəsindən gəldiyini, bunun da öhdəsindən gələcəyini, amma bu məqamın həyatda nədənsə təsadüfi onun başına gəldiyini bildirmişdir. O, həmin məsələnin nə olmasını daha dərindən bilə bilməmiş və Vaqif özü də bunu ona açıqlamamışdır. Həmin söhbətdən bir neçə gün sonra, 2020-ci ilin iyun ayında Zərərçəkmiş şəxs onu ofisə dəvət etmiş, otağın qapısını arxadan bağlayıb 100 AZN əskinaslardan ibarət 14 bağlamada, ümumilikdə 140.000 manat pulu sayıb qara rəngli çantaya qoyub ona vermişdir ki, çantanı içərisindəki pulla birlikdə Təqsirləndirilən şəxs «Təfəkkür» Universitetinin yanında versin. O, həmin çantanı almış, avtomobilə qoyaraq «Təfəkkür» universitetinin yanına getmiş, 15-20 dəqiqə həmin yerdə gözlədikdən sonra Zərərçəkmiş şəxs zəng edib Sübhinin orada olmaması barədə məlumat vermişdir. Bir qədər sonra Vaqif müəllim ona zəng edib avtomobillə bir az qabağa getməyi bildirmiş, təxminən 300-400 metr irəli hərəkət etdikdən sonra yolun sağ tərəfində yerləşən yeni tikilmiş çoxmənzilli yaşayış binasının yanında Sübhinin dayandığını görmüşdür. Sübhi ona yaxınlaşmış və avtomobilin arxa qapısını açaraq əvvəlcə avtomobildə olan sumkanın içərisinə baxmış, sanki gözü ilə pulları saymış, sonra çantanı götürüb ərazini tərk etmişdir. O, bundan əlavə Sübhiyə hər hansı məbləğdə pul verməmiş, lakin həmin hadisədən sonra Təqsirləndirilən şəxs dəfələrlə ofisin binasına gəlmiş, hər dəfə Vaqifin yanına gəlib-gedəndə Vaqifin halı pisləşmiş, sanki nədənsə qorxmuşdur. 06 yanvar 2021-ci il tarixdə təxminən saat 12 radələrində Cavid ona zəng edərək Vaqifin özünü qonaq otağının qapısından iplə asdığını bildirmişdir. O, dərhal hadisə yerinə gəlmiş, Binəqədi rayon prokurorluğunun və polis idarəsinin əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2000-ci ildə "xxxx" MMC adlı tikinti şirkəti təsis etmiş, həmin şirkət tikinti-quraşdırma işləri ilə məşğul olmuşdur. Şirkətin rəhbəri isə özü olmuşdur. Təqribən 2008-ci il tarixdə cənub bölgəsində dövlət proqramı ilə bağlı tikinti işləri apararkən o, Sübhini tanımışdır. Belə ki, həmin idarələr sanitexnika işlərinin Sübhi adlı usta tərəfindən görülməsini ona bildirdikdə, o, həmin şəxslə əlaqə yaratmış, MMC-yə lazım olan işləri görmək barədə Sübhi ilə danışmışdır. 2015-ci ilədək davam edən dövrdə Sübhi şirkətin sifariş götürdüyü obyektlərdi istilik sistemi və su-kanalizasiya işlərini görmüşdür. Həmin ildə işləri zəif olduğundan və vergi ilə bağlı problemləri olduğundan MMC-nin fəaliyyəti dayanmışdır. 2015-ci il tarixdə ailədə problemlər yarandığından və şirkət bağlandıqdan sonra o, işləmək üçün Türkiyə və İrana getmişdir. Sübhi həmin illərdə onun yanında işləri görəndə və yanına gəlib-gedəndə onun vasitəsi ilə Zərərçəkmiş şəxslə tanış olmuş, həmyerli olduqlarını biləndən sonra onların öz aralarında münasibətləri daha da yaxşı olmuşdur. Həmin ərəfədə onun ofisi Vaqifin ofisinin üst mərtəbəsində yerləşmiş, Sübhi yanına gələndə Vaqifin ofisinin qapısından keçmişdir. 2017-ci ildə onun barəsində vergi cinayəti ilə bağlı cinayət işi başlanmış, 2018-ci ildə İrandan Azərbaycana keçəndə onu həbs etmişlər və o, bir il yeddi ay həbsdə qalmışdır. Tutulduqdan sonra çöldə olan bütün əlaqələri kəsilmiş, heç kimlə əlaqə saxlaya bilməmişdir. O, cəza çəkdiyi müddətdə məlum olmuşdur ki, Ceyranbatan qəsəbəsində olan Zərərçəkmiş şəxs adına öncədən sənədləşdirdiyi bir mənzili oğlu Tacir məhkəməyə verməklə udmuşdur. O, həyat yoldaşından boşanma ərəfəsində, yəni 2014-2015-ci illər aralığında evin keçmiş həyat yoldaşına qalmaması məqsədi ilə Vaqifin adına keçirtmişdir. Cəzasını çəkib qurtardıqdan sonra 2020-ci ilin fevral ayında azadlığa buraxılmışdır. Azadlıqda olandan sonra Tacirin məhkəmə yolu ilə Vaqifdən ələ keçirdiyi mənzillə bağlı mənzilin təmirinə verdiyi 29000 manat pulu Vaqifin adından məhkəmədə iddia edərək Taciri məhkəməyə vermiş və məhkəməni udmuşlar. Əslində isə Vaqifin həmin mənzilə heç bir xərci çıxmamış, bütün xərcləri o, çəkmiş, sadəcə mənzil Vaqifin adına sənədləşdirildiyi üçün onun adından məhkəməyə müraciət etmişlər. O, azadlıqda olanda eşitmişdir ki, Tacirlə Vaqif arasında onun mənzilinə görə məhkəmə çəkişməsi yaranmış, 2018-ci il tarixdə Tacir məhkəmədə üstünlüyü əldə etmək və işi Vaqifin xeyrinə həll edəcəyi adı iə Sübhi vaqifdən pul almışdır. Sübhi məhkəmədə işin Vaqifin xeyrinə həll olunmayacağını gördükdə, həmin pulu Vaqifə qaytarmamaq məqsədi ilə özünün əlaqələri olduğunu, Tacirin maşınına narkotik qoydurub onu tutdura biləcəyini demiş, bu iş üçün Sübhi Vaqifdən ona məlum olmayan məbləğdə pullar da almışdır. Hətta mülki məsələ ilə bağlı apelyasiya məhkəməsində işə baxılanda Vaqif orada Taciri narkoman kimi qələmə versə də, bu sözünə görə hakim onu zaldan kənara çıxarmış və Tacirin xeyrinə qətnamə qüvvəsində qalmışdır. 2020-ci ilin aprel aymda bacısı oğlu Vüsal ona zəng edib bir az danışdıqdan sonra Sübhi ilə bir yerdə olmasını, Sübhinin təzə maşın alıb onlara qonaqlıq vermək istədiyini bildirmişdir. Vüsalla Sübhi hələ onun şirkəti işləyən vaxtlarda bir yerdə işləməklə tanışlıqları yaranmışdır. O, olduğu yeri Vüsala bildirdikdən sonra Sübhi ilə birgə yanına gəlmişlər. Sübhi həmin vaxt kostyum-qalstukda gəlmiş, o, Sübhini bu geyimdə olmağını ilk dəfə gördüyü üçün Sübhi ilə bir az zarafatlaşmış, vəzifəyə getməsini soruşmuşdur. Sübhi də X7 Nazirliyinin şöbəsinə vəzifəyə düzələcəyini, artıq işinin də danışılıb həll etdiyini bildirmiş, hətta Lənkəranın icra başçısının ona müəyyən işlər tapşırdığını, həmin işlərlə məşğul olduğunu, başının qarışıq olduğunu bildirmişdir. O, Sübhinin bütün bunları yalan danışdığını başa düşmüş, bu məqamda Sübhi ona elə həmin gün aldığı qəhvəyi rəngli «Toyota» markalı dizel yanacaqla işləyən avtomobili göstərməklə artıq həmin maşını aldığını bildirmiş, elə bu münasibətlə də onlara qonaqlıq verdiyini demişdir. O, həmin ərəfədə avtomobil almaq istəmiş, lakin pulu çatmadığı üçün Sübhiyə 1000 manat pulunun çatmadığını demiş, Sübhi isə Lənkərana iş dalınca getdiyini, işlərini həll edib qayıtdıqdan sonra ona maddi köməklik edəcəyini bildirmişdir. O, sonrakı vaxtlarda Sübhiyə söz verdiyi pula görə zəng etsə də, Sübhi telefona cavab verməmiş, elə bu hərəkətinə görə o, Sübhidən incimiş və onunla əlaqəsi kəsilmişdir. 2021-ci ilin yanvar ayının əvvəllərində Vaqifin 3-7 mərasiminə Fatmayi bağma getmək istəyərkən ona zəng gəlmiş, zəng vuran Sübhinin oğlu Hüseyn olduğunu, atasının tapşırığı ilə onunla birgə Vaqifin yas mərasiminə getmək istədiyini bildirmişdir. O, Hüseynə yerini bildirdikdən sonra Hüseyn onun yanına gəlmiş, onun maşını ilə yas mərasiminə getmişlər. Yolda Hüseyn ona bildirmişdir ki, atası ona tapşırmışdır ki, o, Hüseynə ağsaqqalıq etsin, Vaqifin qardaşı uşaqları ilə, Cavidgillə onları barışdırsın. O, həmin vaxt nə məsələ baş verməsi barədə Hüseyndən soruşduqda, Hüseyn onun telefon nömrəsini qeyd edib götürməklə atası Sübhinin özünün ona zəng edib baş verənləri deyəcəyini bildirmişdir. Ya həmin günü, ya da ertəsi günü Sübhi təcridxanadan ona zəng edib hal-əhval etmiş, o, Vaqifdən hansı məbləğdə pullar almasını ona səmimi olaraq bildirməsini Sübhidən soruşmuşdur. Sübhi ona bildirmişdir ki, guya iş görmək adı ilə təqribən iki il ərzində Vaqifdən 260.000 manat pul almışdır. O, Sübhiyə Vaqifdən bu qədər pul ələ keçirib nə iş görməsini soruşmuş, Sübhi onun bu sualını cavablandıra bilməmişdir. Hətta o, Sübhiyə əlində bu qədər pulu ola-ola ona 1000 manat kömək etməyi qıymadığını irad tutmuş, Sübhi sanki peşman olmuş kimi söhbəti dəyişmişdir. Sonradan Sübhi ilə heç bir əlaqəsi olmamışdır. Şahid8 ifadəsinə görə, istintaqa çağırılmamışdan 2-3 ay qabaq hazırda işlədiyi şirkətə isti pol çəkən ustalar axtararkən ona Rasim və Abdulla adlı ustaların telefonlarını vermişlər. O, həmin ustaları çağırıb görəcəkləri iş barədə onlarla danışdıqda, həmin uşaqlar onu əvvəldən tanıdıqlarını və əvvəlki şirkətində lazım olanda bir-iki iş görmələrini ona bildirmişlər. Söhbət zamanı o, Abdullam tanımış, sonuncu, əvvəllər Sübhi ilə bir yerdə işləmişdir. Abdulladan Sübhi barədə soruşanda, onlar Sübhinin yaxşı oğlan olduğunu, yaxşı pul verdiyini demişlər. O, Sübhinin cığal, yalançı bir şəxs olmasını bildirdikdə, həmin uşaqlar Sübhinin hazırda həbsdə olmasına baxmayaraq, şəhərdənkənar bir yerdə gözəl evi olduğunu və həmin evi təmir etdiklərini, Sübhinin arvadı Solmazın onlara ikiqat pul verdiyini bildirmişlər. Lakin həmin evin harada olmasını o, həmin uşaqlardan soruşa bilməmişdir. Təqribən 20 il bundan öncə o, Biləsuvar rayonu Bəhrəmtəpə ərazisində məcburi köçkünlər üçün sifariş edilən mənzilləri tikdirdiyi vaxtda həmin Aydın adlı şəxslə tanış olmuşdur. Göstərilən vaxtda Aydının qapı-pəncərə sexi olduğundan o, tikdirdiyi mənzillərin qapı-pəncərə işlərinin sifarişini Aydına vermişdir. Bu minvalla sonradan aralarında münasibətləri yaranmışdır. Bakı şəhərində də tikintilər aparanda o, həmin tikintilərin qapı-pəncərə sifarişlərini Aydının sexində vermişdir. Beləliklə də, Aydın tez-tez onunla görüşmüş və ofisinə gəlib-gedəndə Vaqif kişi ilə tanış olmuşdur. Sonradan onların özlərinin arasında da yaxın münasibətlər yaranmaqla birgə işlər görmüşlər. Sübhi Aydın kişi ilə onun vasitəsi ilə təqribən 10 il bundan öncə tanış olmuş, sonradan aralarında yaxın münasibətlər yaranmışdır. Sübhi tutulandan sonra bir dəfə ona təcridxanadan zəng edəndə, ondan bu barədə soruşmuş, Sübhi Vaqifdən təqribən 260.000 manat pulu ələ keçirməsini özü etiraf etmişdir. Hətta telefon danışığında Sübhİ ondan xahiş etmişdir ki, oğlu Hüseynlə Vaqifgilin ağsaqqalı olan Mais adlı kişi ilə oğlunu görüşdürüb onların Sübhi barəsində şikayətlərini geri götürməsində kömək olsun. O, Sübhinin oğlu ilə həmin Mais adlı şəxsi Vaqifin 7 mərasimində görüşdürüb Sübhinin oğlu olmasını demişdir. Lakin sonrakı vaxtlarda onların arasında söhbətlər olub-olmamasını bilməmiş və həmin söhbətlərdə iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, hamı onu Aydın adı ilə tanıyır və uşaq vaxtlarından ona Aydın kimi müraciət edirlər. Təqsirləndirilən şəxs o, təqribən 8-9 il bundan öncə yaxın münasibətdə olduğu Seyidağa müəllimin vasitəsi ilə tanımışdır. O, Seyidağanın yanına gedib-gəlmiş, Seyidağa apardığı tikintilərdə qapı-pəncərə işlərini ona həvalə etmişdir. Həmin ərəfələrdə Seyidağanm oturduğu ofis binanın ikinci mərtəbəsində olmuş, birinci mərtəbədəki ofisdə isə Vaqif adlı şəxsin ofisi olmuşdur. Həmin ərəfədə Seyidağa onu Vaqiflə tanış etməklə ağsaqqal, ziyalı, elm xadimi kimi, həmçinin də dam örtüyü məhsullarını satan şirkətin rəhbəri olaraq təqdim etmişdir. Seyidağanın vasitəsi ilə Vaqiflə tanış olsa da, sonradan aralarında normal münasibətlər yaranmışdır. O, Seyidağa ilə görüşəndə arabir Vaqiflə də görüşüb ümumi söhbətlər etmişlər. Həmin ərəfələrdə Seyidağa Sübhinin santexnik işləri ilə məşğul olduğunu və müəyyən tikinti sifarişlərində santexnika işlərini Sübhiyə tapşırdığını bildirmişdir. Sübhini də həmin ofisdə görüb tanımışdır. Təqribən 3 il bundan öncə bir dəfə Sübhi ona kombi şkafı sifariş etməklə həmin sifarişi yığıb pulunu almışlar. Bir dəfə də Sübhinin xahişi ilə sonuncunun atası evinin pəncərələrini dəyişmişdir. Bundan başqa onun Sübhi ilə hər hansı birgə işi, dostluq, yoldaşlıq münasibətləri olmamışdır. Sübhini axırıncı dəfə 3-4 il bundan öncə görmüş və sonradan heç bir əlaqəsi olmamışdır. Son 3 ay bundan öncə ortalıqda olan söhbətlərdən Vaqifin özünü asıb öldürdüyünü eşitmiş, lakin səbəbi ona məlum olmamışdır. Elə həmin ərəfələrdə Sübhinin Vaqiflə arasında olan hansısa söhbətlə bağlı tutulmasını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, mərhum Zərərçəkmiş şəxs 10 ildən artıq müddət tanımış, Zərərçəkmiş şəxs atası Seyidağa ilə birlikdə ticarətlə məşğul olmuşdur. Həmçinin 2009-cu ildə Zərərçəkmiş şəxs oğlu Baxşəli ilə tanış olmuşdur. O, Azərbaycana qayıtdıqdan sonra Zərərçəkmiş şəxslə görüşmüş, onlar mütəmadi telefon əlaqəsi saxlamışlar. Çünki həmin vaxtlar Vaqifin oğlu da onunla birlikdə Türkiyədə yaşamışdır. Onun atası Seyidağanın "xxxx" MMC adlı tikinti şirkəti olmuş, atası həmin şirkət üçün nəzərdə tutulmuş hidrolizasiya məhsullarını Zərərçəkmiş şəxs almışdır. Zərərçəkmiş şəxs Röya adlı qız övladı əqli cəhətdən xəstə olmuşdur. 2015-ci ildə anası Xanımnaz Mirzəyevlə atası Seyidağa rəsmi olaraq boşanmışlar, bu zaman əmlak bölgüsü ilə əlaqədar onların arasında mübahisə yaranmışdır. Boşandıqdan sonra atası Türkiyə və İrana getmiş və orada yenə tikinti işləri ilə məşğul olmuş, 2017-ci ildə isə vergi ilə aralarında yaranmış borca görə həbs olunmuşdur. Atası və anasının boşanması məsələsində o, daha çox atasına qarşı irad bildirdiyi üçün atası hələ tutulmamışdan əvvəl əmlakının bir qismini satmaqla, bir qismini isə dostu Zərərçəkmiş şəxs adına keçirmişdir. Atası həbsdə olanda o, atasına məxsus, lakin Vaqifin adına sənədləşdirilmiş Ceyranbatan qəsəbəsi, Gündüz Abdullayev küçəsində yerləşən 55 və 72 saylı mənzillərlə bağlı məhkəməyə müraciət etmiş, o, anası ilə Vaqifi məhkəmə prosesi ilə bağlı udmuşlar. 55 saylı mənzillə bağlı Vaqiflə onun arasında məhkəmə çəkişməsi Apellyasiya məhkəməsinə qədər uzanmışdır. 2017-ci ilin sonlarında Sumqayıt Apellyasiya məhkəməsində Vaqiflə onun məhkəmə çəkişməsi zamanı Vaqif kişi məhkəmə prosesində özü hakimə bildirmişdir ki, Tacir narkotik istifadəçisi olmaqla narkotikin satışı ilə məşğul olur, atası da İranda narkotiklə tutulub. Onun bu sözlərinə görə hakim Vaqifə irad tutmaqla belə əsassız, yersiz ifadələr işlətməməsini bildirmiş, Vaqif onun və atasının ünvanına bu cür iftiraedici sözlər desə də, o, buna fikir verməmiş, onun yaşlı olmasını, məhkəməni uduzduğu üçün qəzəbləndiyini fikirləşmişdir. Məhkəmə çəkişməsi xeyrinə həllini tapsa da, təmir məsələsi ilə bağlı 29000 manat pulun onun tərəfindən Vaqifə ödənilməsi ilə bağlı qətnamə çıxarılmışdır. Buna səbəb isə 2020-ci ildə atası həbsdən çıxmaqla ondan acıqlı olduğu üçün özü də məhkəmədə iştirak etməklə guya Vaqifin təmir xərcini çəkməsini dediyindən qətnamə Vaqifin xeyrinə olmuşdur. Əslində isə Vaqifin bir qəpik də olsa, təmirə xərci çıxmamışdır. Atası həbsdən buraxıldıqdan sonra tədricən münasibətləri düzələn zaman atasına Vaqifin məhkəmədə hər ikisinin barəsində iftiraedici sözlər söyləməsini demiş, atası ona fikir verməməyi, onsuz da həmin sözlərin heç bir əsası olmadığını bildirmişdir. 2021-ci ilin yanvar ayının əvvəllərində onu Binəqədi rayon prokurorluğuna dəvət etmişlər. Orada ona məlum olmuşdur ki, Vaqif ayın ilk günlərində özünü bağında asmaqla öldürmüşdür. O, ümumiyyətlə narkotikdən uzaq olmuş, bu məsələ ilə bağlı hər hansı orqanda olmamış, nə də ki, tutulmamışdır. Binəqədi rayon prokurorluğunda ona məlum olmuşdur ki, Sübhi Vaqifi ilk dəfə onu narkotiklə tutdurmaq adı ilə, sonradan isə bu məsələdən irəli gələn digər hallarla hər dəfə qorxuzmaqla külli miqdarda pulunu ələ keçirmişdir. Zərərçəkmiş şəxs əsəbi, aqressİv, qanun-qaydadan qorxan bir şəxs olmaqla, hətta övladlarına belə pul xərcləməkdə xəsislik etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 oğlu ifadəsində göstərmişdir ki, atası Sübhi ilə anası Şahid21 təxminən 2012-2013-cü ildə rəsmi olaraq məhkəmə yolu ilə boşanmışlar. Bu səbəbdən o, anası Solmaz, bacısı Gülüstan və qardaşı Camalla birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Əlişir Əlizadə küçəsi, ev 10/57, mənzil 3-də yaşamışlar. Atası Sübhi rəsmi olaraq anası Solmazla boşansa da, arabir gəlib onlarla birlikdə qalmışdır. Həmçinin atası Sübhi maddi vəziyyətlə bağlı ailələrinə həmişə köməklik etmişdir. Atası Sübhinin əsas işi santexnik işləri ilə bağlı olmuş və onun bununla əlaqədar briqadası olmuşdur. Atası onun yanında olarkən bir neçə dəfə Vaqif adlı şəxslə hansısa təmir işləri ilə bağlı mobil telefonla danışmış, onun adını eşitmişdir. 02 yanvar 2021ci il tarixdə günorta radələrində atası Sübhi ilə mobil telefonla əlaqə saxlamaq istədikdə, atası edilən zənglərə cavab verməmişdir. Buna görə narahat olmuş, maraqlansa da, həmin günü atasının harada olduğunu müəyyən edə bilməmişdir. 03 yanvar 2021-ci il tarixdə saat 10:00 radələrində ona məlum olmuşdur ki, atasını polis əməkdaşları tutaraq Nəsimi RPİ-yə aparmışlar. Bu səbəbdən o, dərhal idarəyə gəlmiş və burada atası ilə söhbət etdikdə, atasından nə baş verdiyini, hansı səbəbdən tutulduğunu soruşmuş, atası isə heç nə bilmədiyini, hər şeyin yaxşı olacağını demişdir. Sonradan müstəntiqlə şifahi söhbət edərkən ona deyilmişdir ki, atası Sübhi Vaqifi hədələyərək ondan ayrı-ayrı vaxtlarda ümumilikdə 632.000 manat pul almışdır. Həmçinin Tağı adlı müstəntiq ona Seyidağanın oğlu Taciri tutdurmaq adı ilə atası Sübhinin Vaqifi şərlədiyini və həmin pulları bu adla aldığını demişdir. O, Zərərçəkmiş şəxs birinci və sonuncu dəfə Nəsimi RPİ-də görmüş, Bəxtiyarın özünü isə Zərərçəkmiş şəxs 40 mərasimində Fatmayı bağlar massivində yerləşən bağ evində görmüşdür. Həmin vaxt Seyidağa adlı atasının tanışı onu öz qohumu, həmçinin sürücüsü kimi təqdim etmiş və onlar onun Sübhinin oğlu olduğunu bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid21 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşı olmuş, birgə nikahlarından bir qız və iki oğlan övladları vardır. O, Sübhi ilə 2005-ci il tarixdə məhkəmənin qətnaməsinə əsasən boşanmışdır. Sonradan 2009-cu ildə Sübhi ilə barışmış və eyni ünvanda təqribən bir il yaşasalar da, daha sonra Sübhi çıxıb getmişdir. Lakin o, arada övladlarına baş çəkmək üçün yenə də evlərinə gəlibgetmişdir. Bir neçə il sonra Sübhi Gəncə şəhərində dələduzluq cinayətini törətdiyinə görə həbs olunmuş, təqribən bir ilə yaxın həbsdə qalmış, həbsdən buraxıldıqdan sonra santexnik işləməklə yenə də rayonlarda işləmişdir. Şahid21 ifadəsinə görə, o, Zərərçəkmiş şəxs adlı şəxsi tanımasa da, hərdən Sübhi onlarda olanda həmin şəxslə mehribancasına danışdığını eşitmiş, Sübhidən kimlə danışması ilə bağlı soruşanda Sübhi həmin kişinin ağsaqqal bir dostu olmasını bildirmişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan münasibətlər barədə məlumatı olmamışdır. Sübhi tutulandan sonra keçmiş ərinin mərhum Zərərçəkmiş şəxs 632000 manatdan çox pul ələ keçirməsi kimi bir söhbət olmasını eşitmiş, lakin hansı məbləğdə pul olmasını dəqiq bilməmiş, bu barədə də maraqlanmamışdır. 2019-cu il tarixdən fərdi olaraq fəaliyyət göstərməyə başlamış, fərdi sahibkar kimi uçota durmuş, bu işlə aylıq gəliri ***-**** manat arası məbləğdə olmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1436K saylı bağ sahəsində 0,1000 ha yaşayış təyinatlı torpaq sahəsini təqribən 2 İl bundan öncə Öz yaxın bir tanışından alsa da, 2021-ci il tarixdə öz adma sənədləşdirmiş, həmin torpağı almaqda məqsədi həmin torpaqda özünə yığcam mənzil tikdirmək olmuşdur. Təqsirləndirilən şəxs adma Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi ev 10/57, 3 saylı mənzil Sübhinin adına olsa da həmin mənzili şəxsi pul problemləri ilə bağlı 2013-cü illərdə satmaq istəmiş, o, Sübhiyə ümumilikdə 17000 manat pul vennəklə mənzili satmasına mane olmuş, həmin ərəfələrdə məlum məsələ İlə bağlı Sübhidən mənzilə dair adma etibarnamə almış, həmin ev plana düşdüyü üçün o, mənzili 2021-ci il tarixdə təqribən 45000 manata hesablamaqla orada bina tikəcək MTK ilə razılaşıb Tofiq adlı şəxsin adma satmış, bunun əvəzində isə MTK ona köhnə evinin yaxınlığındakı binanın 6-cı mərtəbəsindən 2 otaqlı mənzil vermiş, həmin mənzili MTKm köməkliyi ilə son günlərə qədər təmir etdirib mənzilə köçmüşdür. Onun adına xx.xx.2019-cu il tarixdə 2001-ci il buraxılışlı «Nissan Pathfinder» markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobil onun özünün olmaqla 9000 manat şəxsən Sübhiyə pul vermiş və Sübhi həmin avtomobili almış və o, həmin avtomobili idarə etməsi üçün Sübhiyə etibarnamə vermişdir. Həmin avtomobili o, təqribən bir ay bundan öncə 7200 manata tanımadığı bir şəxsə satmaqla pulunu evinin təmirində istifadə etmişdir. X5 adma olan 2014-cü il buraxılışlı “Chevrolet Aveo” markalı 99-TK- 788 dövlət qeydiyyat nişanlı avtomobili qızı özü internetdə görüb bəyənməklə ona göstərmiş, 9100 manat məbləğində olmasını bildirmiş, o da həmin maşını alması üçün qızına 8000 manat pul vermiş, qalan 1100 manat pulu isə qızı özü öz məvacibindən düzəltməklə maşını almışdır. Həmin avtomobili qızı hazırda idarə edir. Şahid11 oğlunun adına olan 2008-ci il buraxılışlı “Hyundai TG” minik markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2020-ci il tarixdə qaynatasıgil oğlu Hüseynə hədiyyə olaraq almış və 500 manat pul da özü köməklik etmişdir. Sübhi tutulandan sonra oğlu Hüseyn həmin maşını satmaqla pulunu həbsdə olan atasına və özünə xərcləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, o, əvvəllər 3 dəfə məhkum olunmuşdur. xx.xx.2021-ci il tarixdə o, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 16 saylı Cəzaçəkmə müəssisəsinə köçürülmüş və hal-hazırda burada cəza çəkir. O, azadlıqda olduğu müddətlərdə pul qazanmaq üçün müxtəlif tikinti işləri aparılan yerlərdə fəhlə işləmişdir. Təqsirləndirilən şəxsla 2015-ci ilin yanvar-fevral aylarında 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən tanış olmuş, aralarında danışıq zamanı Sübhi ona santexnik olduğunu, o isə, Sübhiyə tikinti aparılan yerlərdə fəhlə işlədiyini demiş, həmin vaxt bir-birinin mobil telefonlarıı götürmüşlər. 2015-ci ildə dəqiq xatırlamadığı ayda Sübhi, xx.xx.2016-cı il tarixdə isə o, azadlığa buraxılmış, bir qədər sonra onlar telefon əlaqəsi saxlamış və Sübhi onu işləmək üçün fəhlə kimi öz yanına çağırmış və o, Sübhinin bu təklifi ilə razılaşmışdır. Bundan sonra, Sübhi sifarişlər qəbul etdikdə, o da, müxtəlif yerlərdə Sübhinin yanında fəhlə kimi işləmiş və Sübhi gördüyü işin müqabilində ona zəhmət haqqı vermişdir. Onun Təqsirləndirilən şəxsla heç bir düşmənçilik və ədavəti olmamışdır. Bəzi hallarda öz aralarında sözlə mübahisələri olsa da, əksər hallarda normal münasibətləri olmuşdur. O, Sübhinin yanında fəhlə işlədiyi müddətlərdə gördüyü iş müqabilində bəzi hallarda aralarında olan danışığa nisbətdə Sübhi ona az pul vermiş və 300-500 manat arasında borcu qalmış, sonra isə Sübhi həmin pulu hissə-hissə olmaqla ona qaytarmışdır. Şahid13 2014-cü ildə Salyan rayonuna toya gəlmiş və həmin vaxtı onunla tanış olmuşdur. 2015-ci ildə o, həbs olunduqdan sonra Albina cəza çəkdiyi müəssisəyə ona sovqat gətirmiş, 2017-ci ildə o, azadlığa çıxdıqdan sonra onlar görüşməkdə davam etmişlər. O, Albİnadan 13 yaş kiçik olsa da, onlar bir-birini çox istəmiş və qarşılıqlı istəkləri ilə qeyri-rəsmi olaraq ər-arvad münasibətində yaşamağa başlamışlar. Daha sonra Albina onun yaşadığı Salyan rayonu, Kürqaraqaşlı kəndinə köçmüş və tutulduğu vaxtadək Albina onunla ər-arvad kimi bir evdə yaşamışlar. Şahid13 ilə Təqsirləndirilən şəxs bir-biriləri ilə 2017-ci ildə o, həbsdən azad edildikdən sonra onun vasitəsi ilə tanış olmuşlar. Şahid13 ilə Təqsirləndirilən şəxs arasında heç bir pul borcu olmamış, lakin onun tələbinə əsasən Albina Sübhiyə zəng edib və ya «Vatsapp» proqramı vasitəsilə mesaj göndərib onun fəhlə kimi işlədiyi pul müqabilində Sübhinin ona borclu olduğu pulu istəmişdir. O, mərhum Zərərçəkmiş şəxslə həbsdən azad edildikdən bir müddət sonra dəqiq yadında qalmayan tarixdə 2017-ci ildə Təqsirləndirilən şəxs vasitəsilə tanış olmuş və onu inşaat materiallarının alış-satışı ilə məşğul olan bir şəxs kimi tanımışdır. Həmçinin, Vaqifin Nəsimi rayon məhkəməsi ilə üzbəüz yerləşən yeni tikili binanın 1-ci mərtəbəsində ofisi olmuşdur. Onun Zərərçəkmiş şəxslə şəxsi münasibəti olmamışdır. Lakin Vaqifi bir neçə dəfə Sübhi ilə birlikdə onun Nəsimi rayon məhkəməsi ilə üzbəüz yerləşən ofisinə gedəndə görmüş və Vaqif onu üzdən tanımaqla yanaşı adının Malik olduğunu bilmiş, bununla yanaşı, o, Sübhi ilə birlikdə Vaqifin sifariş etdiyi santexnik və istilik sistemləri işlərini görmüşdür. O, Hüseyni Sübhinin vasitəsilə oğlu kimi tanış olmuş, 2-3 dəfə «Nərimanov»da yerləşən parkda Sübhi, Hüseyn və o, oturub çay içmişlər. Sübhi ilə söhbət edərkən Ceyranbatan qəsəbəsində yerləşən ev məsələsi ilə bağlı Tacir adlı şəxslə Zərərçəkmiş şəxs arasında mübahisənin olduğunu, Vaqif qisas almaq üçün Tacirin tutdurulması ilə bağlı Sübhiyə sifariş verdiyini bildirmişdir. Lakin Sübhi bunu etmədən Vaqifə guya Taciri tutdurduğunu deyib, bu adla tədbiri keçirən polis əməkdaşlarına pul vermək üçün pullar almışdır. Ancaq Sübhi ona Vaqifdən hansı məbləğdə pul aldığını deməmiş və onun Vaqifin 600.000 manatdan çox pulunu ələ keçirməsi barədə məlumatı olmamışdır. Həmçinin, o, Tacir adlı şəxsi tanımır, aralarında hər hansı bir münasibət olmamışdır. Mərhum Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında olan pul söhbətləri ilə danışıqlarda heç vaxt iştirak etməmiş və söhbətlərin mahiyyətinin nədən ibarət olduğunu nə Sübhi, nə də ki, Vaqif ona deməmişdir. Təqsirləndirilən şəxs 2020-ci ilin may ayında Zərərçəkmiş şəxs onun Respublika Prokurorluğuna şikayət etmək istəməsini deməsi yalandır. O, Sübhiyə belə bir söz deməmiş, nə də ki, Sübhinin Vaqifdən aldığı 40.000 manat puldan məlumatı yoxdur. Vaqifdən alınmış puldan onun heç bir məlumatı yoxdur. Faiq 2020-ci ilin yay aylarında tutulmamış və özünü asıb öldürməmişdir. O, əslən Lənkəran rayonundan olan santexnik Ramin adlı şəxsi tanıyır və xarici görünüşünə görə onun 1986-1987-ci il təvəllüdlü olduğunu hesab edir. X21 pul alması ilə bağlı heç bir məlumatı yoxdur. O, Zərərçəkmiş şəxs hər hansı bir formada hədəqorxu gəlməmiş, nə də ki, onun hər hansı məbləğdə pulunu almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, o, hazırda Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 317.1.1-ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və cəza çəkir. 2014-cü ildə o, Salyan rayonunda Şahid12 ilə tanış olmuş, sonradan münasibətləri daha da istiləşmiş və qadın-kişi münasibətində yaşamağa başlamışlar. Malik narkotikdən istifadə etdiyi üçün 2014-cü il ilin sonlarında tutulmuş və 1 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası çəkmişdir. Binə qəsəbəsində yerləşən cəzaçəkmə müəssisəsində saxlanılarkən o, dəfələrlə Malikin yanına gedib-gəlmişdir. 2016-cı İlin əvvəllərində Malik cəzasını çəkib qurtardıqdan sonra onlar yenə də qadın-kişi münasibətində görüşməkdə davam etmişlər. 2020-ci ilin noyabr ayında Malik yenə də narkotik vasitədən istifadə etdiyi üçün tutulmuş və Malik həbsdə olduğu müddətdə o, dəfələrlə Malikin yanına gedib-gəlmişdir. Təqsirləndirilən şəxs ilə təxminən 4-5 il bundan əvvəl Malikin vasitəsilə tanış olmuşdur. Belə ki, Malik Sübhinin yanında tikinti işləri ilə məşğul olmuş və Sübhi gördüyü işin müqabilində Malikin pulunu vermişdir. Malik ilk vaxtlarda Sübhinin gördüyü işə görə ona yaxşı pul verdiyini demiş və həmişə ondan razılıq etmişdir. Lakin təxminən 2 il ərzində Malik həmişə ona Sübhi barəsində narazı fikirlər söyləmişdir. Belə ki, Sübhi gördüyü işin müqabilində ona az pul vermiş, buna görə də onların arasında dəfələrlə mübahisələr olmuşdur. O, ilkin vaxtlarda onların bu söhbətlərinə müdaxilə etməmiş, lakin öz adına bank kartı açdırmış və həmin kartı Malikə vermişdir. Sübhi gördüyü iş müqabilində Malikə çatmalı olan pulları həmin karta köçürmüş və Malik özü oradan pulları çıxarıb xərcləmişdir. Bundan əlavə Malikin pulu olmadıqda bir neçə dəfə Sübhidən borc pul istəmiş və Sübhi həmin pulu da onun adına olan karta göndərmişdir. Bəzi hallarda Sübhi Malikə borc pul vermək istəmədikdə, onlarm arasında telefon danışığı zamanı sözlə mübahisə olmuşdur. Bu zaman o, Sübhiyə zəng edib xahiş etmişdir ki, Maliki sakitləşdirmək üçün ona pul göndərsin. Hətta bir neçə dəfə Malikin xahişinə əsasən o, Sübhiyə zəng edərək Malikə pul göndərməsini demişdir. Daha sonra isə Malikin pulu olduqda Sübhidən götürdüyü borc pulları qaytarmışdır. Vaqif adlı şəxsin sadəcə adını eşitmiş və Malikgilin Vaqifin işlərini gördüyünü bilmişdir. Məhkəmə iclasında Şahid14 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid14 göstərmişdir ki, o, Salyan rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.2-cı maddəsinə əsasən 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 16 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. O, azadlıqda olduğu müddətdə qapıpəncərə sexində usta işləmişdir. O, Təqsirləndirilən şəxsla qardaşı Malikin vasitəsilə tanış olmuş, onlar birlikdə 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən tanış olmuşlar. Malik 2017-ci ildə həbsdən azadlığa buraxıldıqdan sonra Malikdən Sübhinin haqqında eşitmişdir. Belə ki, Sübhi santexnika ustası olmuş və Malik onun yanında fəhləlik etmişdir. Lakin, Sübhinin Özünü 2018-ci ildə dəqiq tarixi yadında qalmayan ayda hansısa səbəbə görə Salyan rayonuna gələrkən Malikin yanında görmüşdür. 2-ci dəfə isə 2018-ci ilin noyabr aymda atası Fizuli rəhmətə gedərkən Sübhi Salyan rayonuna yas yerinə gələrkən orada görmüşdür. O, Şahid13 təxminən 4-5 il bundan əvvəl qardaşı Malikin vasitəsilə tanımış və onlarm arasında ər-arvad münasibəti olmuşdur. Onun Albina ilə hər hansı bir sıx münasibəti olmamışdır. Şahid13 ilə Təqsirləndirilən şəxs bir- bİrilərini tanıyıbtanımadıqlarından heç bir məlumatı yoxdur və Malik də bu barədə ona heç bir söz deməmişdir. O, Zərərçəkmiş şəxs adlı şəxsin admı İlk dəfə hazırda eşidir. Belə bir şəxsi tanımır və aralarında hər hansı bir münasibət olmamışdır. Malikdən də belə bir şəxs barədə eşitməmişdir. O, Şahid8 adlı şəxsin adını ilk dəfə hal-hazırda eşidir. Belə bir şəxsi tanımır və aralarında hər hansı bir münasibət olmamışdır. Malikdən də belə bir şəxs barədə eşitməmişdir. O, Təqsirləndirilən şəxs özünü tanısa da, oğlu Hüseyni tanımır və Malik ona Sübhinin Hüseyn adlı oğlu olması barədə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs adlı şəxsdən və hər hansı bir şəxsdən pul ələ keçirməsi barədə heç bir məlumatı yoxdur və Malik də bu barədə ona heç bir söz deməmişdir. O, ümumiyyətlə Gülnarə və Tacir adlı şəxsləri tanımır. Onun Faiq adlı qohumu var, lakin Faiq onun əmisi oğlu deyil, kirvəsinin bacısı oğludur. Sübhi Faiqi qardaşı Malikin vasitəsilə tanımışdır (Cild 5, iş vərəqi 86-89). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, o, Şahid12 və onun qardaşı Muradı uşaqlıqdan tanıyır, onlarla normal münasibətləri olmuşdur. Hazırda hər iki qardaş narkotik vasitələrin istifadəsi ilə bağlı cəza çəkirlər. Şahid13 təqribən bir il bundan qabaq Malikin vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs bir ildən çox müddət əvvəl Malikin atasının yas mərasimində görmüş, Malik onu tanışı və birgə işlədikləri şəxs kimi ona təqdim etmiş, bundan başqa həmin şəxslə heç bir danışığı münasibəti və şəxsi tanışlığı olmamışdır. Zərərçəkmiş şəxs adında şəxsi tanımamış və kim olmasını bilməmişdir. O, nə vaxtsa Təqsirləndirilən şəxs və Şahid12 hədələməklə hansısa məbləğdə pul tələbi etməmiş, heç kimdən pul istəməmişdir. Maliklə öz aralarında bir-birinə «əmioğlu» deyə müraciət etmişlər. O, heç bir vaxt kimdənsə pul tələb etməmiş, nə də ki, Vaqif adında şəxsi tanımamış, Sübhi özü onu cəmi iki dəfə görmüşdür. O, 2010cu ildə narkotik məsələsi ilə bağlı tutulmuş və sonra həbsdən buraxılmışdır. Sonradan nə vaxtsa o, tutulmamış, nə də ki, özünü asıb öldürməyə cəhd etməmişdir. Məhkəmə iclasında Şahid16 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid16 göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2012-ci il tarixdən işlə bağlı tanımışdır. Özü kombi istilik sistemi ustası olduğundan həmin ərəfələrdə Sübhi ilə tanış olmuş, Sübhi onlara kombi, digər istilik sistemləri, kanalizasiya ilə bağlı işləri tapşırmış və razılıq əsasında olan məvaciblərini vermişdir. Bu cür o, Sübhi ilə bir neçə il işləsə də, təqribən 2015-2016-cı illərdə Sübhi hansısa bir məsələ ilə bağlı tutulmaqla 2-3 ilə həbsdə yatmışdır. Sübhi həbsdən çıxdıqdan sonra yenə bir yerdə işləməyə başlamışlar. Sübhi cənub zonasında kombi istilik sistemi İlə bağlı sifarişli işlər götürməklə onlara tapşırmış, onlar işi başa çatdırdıqdan sonra gəlib məvaciblərini vermişdir. Onun Sübhi ilə işi yalnız Lənkəran rayonunda olan isitmə işləri ilə bağlı olmuşdur. O, Bakı şəhərində Sübhinin işlərini görməmiş, 2021-ci ilin yanvar ayında da Sübhi yenidən tutulmuş, onun nəyə görə, hansı səbəbə tutulması ona məlum olmamışdır. O, Sübhinin tapşırığı ilə kimdənsə pul götürüb gətirməklə ona verməmişdir. Ümumiyyətlə o, Bakı şəhərində işləməmiş, onun işləri Lənkəran şəhərində olmuşdur. Sübhinin Bakı şəhərində olan işlərində fəhlə olaraq işləyən Şahid17 adında işçisi olmuşdur (Cild 5, iş vərəqi 127-129). Məhkəmə iclasında şahidlər Şahid17 və Şahid18 ibtidai istintaq zamanı verdikləri ifadələr elan və tədqiq olunarkən, onların Şahid16 ifadəsi ilə oxşar məzmunlu ifadələr verdikləri müəyyən olundu (Cild 5, iş vərəqi 127-129, Cild 5, iş vərəqi 127-129). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərmişdir kİ, 2004-cü ildən 2008-ci ilədək "xxxx" MMC-də menecer vəzifəsində işləmiş, MMC-nin rəhbəri Zərərçəkmiş şəxs olmuşdur. 2008-ci ildən ailə qurmağı ilə əlaqədar işdən çıxmış, 2019-cu ildə həyat yoldaşı ilə boşandıqdan sonra yenidən "xxxx" MMC-yə menecer kimi işə düzəlmişdir. Həmin vaxt da şirkətin rəhbəri Zərərçəkmiş şəxs olmuşdur. 07 yanvar 2021-ci il tarixdə səhər saatlarında Şahid1 eşitmişdir ki, Zərərçəkmiş şəxs yaşadığı evdə özünü asaraq öldürmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yanına gəlib-gedərkən görmüşdür. Sübhi Vaqif müəllimin yanında olarkən hər zaman Vaqif müəllimin otağının qapısı bağlı olmuş, ona görə də o, onların nə danışıqlarını eşitməmişdir. Onun Təqsirləndirilən şəxsla heç bir ünsiyyəti olmamışdır. "xxxx" MMC ilə "xxxx" ASC arasında müqavilə ümumiyyətlə bağlanmamışdır. O, "xxxx" MMC-nin elektron ünvanından "xxxx" ASC-nin elektron ünvanına heç bir sənəd göndərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Məhkəmə-X1 ekspert-psixoloqu X11 ifadəsində göstərmişdir ki, o, 2007-cİ ildən həmin vəzifədə işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onlarla heç bir münasibəti olmamışdır. Binəqədi rayon prokurorunun köməkçisi Aqil İsgəndərlinin xx.xx.2021-ci il tarixli qərarı əsasında onun tərəfindən cinayət işi üzrə Zərərçəkmiş şəxs ölümündən sonra məhkəmə-psixoloji ekspertizası aparılmış və xx.xx.2021-ci il tarixli 1387 saylı rəy verilmişdir. Rəydə qeyd etdiyi kimi, Zərərçəkmiş şəxs fərdipsixi xüsusiyyətlərinə görə şəxslər arasında normal münasibət yarada bilən, ünsiyyətçil, emosional, əliaçıq, xeyirxah, səmimi, tez inanan şəxs olduğundan Təqsirləndirilən şəxs ona qarşı kələyini, yalanlarını səmimi qəbul etmiş, onun psixoloji təsiri altında olduğundan hadisələrin mahiyyətini, reallıqda necə olduğunu qəbul etmək istəməmiş, Təqsirləndirilən şəxs daha çox inanmış, buna görə də, Təqsirləndirilən şəxs həbs olunması onun hisslərini daha da dərinləşdirmiş, Təqsirləndirilən şəxs qurduğu oyunlarda özünü günahkar hesab etmişdir. Buradan da belə qənaətə gəlmək olur ki, Zərərçəkmiş şəxs fərdi-psixİ xüsusiyyətləri ilə əlaqədar Təqsirləndirilən şəxs psixoloji təsiri altında olduğundan o, ölümündən əvvəl “Mənim ölümümdə heç kəsin günahı yoxdur” ifadəsini yazmaqla Təqsirləndirilən şəxs qurduğu oyunlara sona qədər inanması, özünü günahkar bilməsi ilə əlaqədar olmuşdur. Həmçinin qeyd olunmalıdır ki, Zərərçəkmiş şəxs keçirdiyi psixiemosional hallar həmin qeydi edərkən onu necə icra etməsinə təsir göstərməyə bilərdi. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətləri ilə əlaqədar Təqsirləndirilən şəxs psixoloji təsiri altında olmuş, onun ölümündən əvvəl “Mənim ölümümdə heç kəsin günahı yoxdur” ifadəsini yazması onun özünü öldürmə həddinə çatmasında Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinin təsirini istisna etmir. 2017-ci ilin sonlarından etibarən müxtəlif yalan və bəhanələrlə xeyli miqdarda pulunu ələ keçirməsi, onun da cinayət məsuliyyətinə cəlb olunacağına inam yaratması Zərərçəkmiş şəxs stress, həyəcan, təşviş, gərginlik əmələ gətirmiş, Təqsirləndirilən şəxs həbs olunması hisslərini daha da dərinləşdirmiş, cinayət məsuliyyətinə cəlb olunacağından ehtiyat etməsi stress, həyəcan, təşviş, gərginlik səviyyəsinin artaraq reaktiv depressiv hal keçirməsinə gətirib çıxarmış, bir neçə dəfə intihara cəhd etsə də, qarşısı alınmış, xx.xx.2021-ci il tarixdə ekstremal psixi vəziyyəti suisid aktını reallaşdırmasına birbaşa zəmin yaratmışdır. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş üzləşdirmə protokoluna əsasən, ibtidai istintaq zamanı Şahid7 Təqsirləndirilən şəxs arasında həmin istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid7 Təqsirləndirilən şəxs üzünə qarşı ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, mərhum Zərərçəkmiş şəxs tapşırığına əsasən 2020-ci ilin iyun ayında 100 AZN əskinaslardan ibarət 14 bağlamada olan ümumilikdə 140.000 manat pulu dəri çantanın içərisində «Təfəkkür» Universitetinin yanında Təqsirləndirilən şəxs verdiyini bildirərək onu ifşa etmişdir (Cild 3, iş vərəqi 184-186). İş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, ibtidai istintaq zamanı Şahid2 ilə Təqsirləndirilən şəxs arasında həmin istintaq hərəkəti keçirilərkən, tərəflər arasında mübahisə düşdüyü üçün üzləşdirmə aparılması mümkün olmamışdır (cild, iş vərəqi 187). İbtidai istintaq zamanı Şahid12, Şahid13, Şahid8 ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə üzləşmək istəmədiklərini, istintaqa verdikləri ifadələrini təsdiq etdiklərini, məhkəmə baxışı zamanı verdikləri ifadələrini təsdiq edəcəklərini bildirmişlər (Cild 4, iş vərəqi 242, Cild 5, iş vərəqi 85, 104). Cinayət işində olan 02 yanvar 2021-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan 28.350 ABŞ dolları, 22.000 manat pulu və 2 ədəd «Samsung» markalı mobil telefonu təqdim etmişdir (Cild 2, iş vərəqi 111). İş materiallarında olan götürmə aparılması haqqında 04 fevral 2021-ci il tarixli qərardan və həmin tarixli protokoldan görünür ki, X14 mərhum atası Zərərçəkmiş şəxs məxsus 1 ədəd “İphone XR” markalı mobil telefonu könüllü olaraq istintaq orqanına təqdim etmiş və həmin mobil telefon müstəntiq tərəfindən götürülmüşdür (Cild 2, iş vərəqi 247-248). Cinayət işinə əlavə edilmiş baxış protokoluna əsasən, mərhum Zərərçəkmiş şəxs məxsus 1 ədəd “İphone XR” markalı mobil telefona baxış keçirilmiş, bu zaman müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri arasında 28 dekabr 2020-ci il tarixdən 02 yanvar 2021-ci il tarixə kimi olan müddət ərzində ümumilikdə 170 dəfə telefon zəngləri olmuşdur (Cild 2, iş vərəqi 249-254). Cinayət işində olan 06 yanvar 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs meyiti Binəqədi rayonu, Fatmayı Bağlar massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin ikinci mərtəbəsindəki qonaq otağında üzəri örtülü vəziyyətdə aşkar edilmiş, oğlu X16 atasını qaldırarkən Zərərçəkmiş şəxs özünü asmaq üçün istifadə etdiyi pərdə ipi onun boynundan çıxdığını, Zərərçəkmiş şəxs Habil Hacıyev tərəfindən qonaq otağında yerə uzadıldığını və üzərinin ağ rəngli parça ilə örtüldüyünü bildirmiş, Zərərçəkmiş şəxs özünü asmaq üçün istifadə etdiyi qonaq otağında olan pərdənin ipi və üzərində “mənim ölümümdə heç kəsin günahı yoxdur” yazıları olan dama-dama dəftər vərəqəsindəki yazılar aşkar edilərək götürülüb müvafiq qaydada qablaşdırılaraq iş materiallarına əlavə edilmiş, həmçinin hadisə yerinin və meyitin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (Cild 1, iş vərəqi 3-16). Cinayət işinə əlavə edilmiş 24 iyul 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin ofisi Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 16 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşir. Təqsirləndirilən şəxs həmin ünvanda bir neçə dəfə, həmçinin sonuncu dəfə 02 yanvar 2021-ci il tarixdə Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb etdiyi 28.350 ABŞ dolları və 22.000 manatını ələ keçirmişdir (cild 3, iş vərəqi 245-249). Cinayət işinin ibtidai istintaqı zamanı "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs və mərhum Zərərçəkmiş şəxs mobil telefon danışıqları siyahısına, zəngləşən şəxslərin anket məlumatları siyahısına, zənglərin olunduğu anten dairəsi olan siyahı olan diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs və mərhum Zərərçəkmiş şəxs mobil telefon danışıqları siyahısı, "xxxx" MMC-yə məxsus 050 ***-**-** nömrəsi barədə zənglərə dair məlumatların siyahısı, zənglərin olunduğu anten dairəsi olan siyahı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə edir. Zənglərin siyahısı 6 vərəqə, anten dairəsi barədə siyahı 6 vərəqə təşkil edir, 4 vərəqədə isə "xxxx" MMC-yə məxsus 050 ***-**-** nömrəsi barədə zənglərə dair məlumatlar siyahısı əlavə edilmişdir. Həmin siyahıda yalnız 050 ***-**-** və 050 ***-**-** GSM nömrələrinin danışıqları barədə məlumatlar vardır. Göstərilən zənglər siyahısına baxış keçirilərkən 050 ***-**-** nömrəsi tərəfindən 050 ***-**-** GSM nömrəsinə xx.xx.2020-ci il tarixdə saat 12:02 dəqiqədən saat 23:20-dək xx.xx.2020-ci il tarixdə saat 12:44-dən saat 23:16-dək, xx.xx.2020-ci il tarixdə saat 08:51-dən saat 21:58-dək, xx.xx.2020-ci il saat ll:49-dan saat 23:59-dək, xx.xx.2020-ci il saat 08:01-dən saat 23:09-dək olan müddət ərzində mütəmadi olaraq danışıqlar aparılmışdır. Eyni zamanda göstərilən tarixlərdə həmin nömrələr arasında mətni göstərilməməklə «sms» yazışmaları olmuşdur. Bundan əlavə yenə də 050 ***-**-** nömrəsi tərəfindən 050 ***-**-** GSM nömrəsinə xx.xx.2021-ci il tarixdə saat ll:36-dən saat 23:46dək, xx.xx.2021-ci il tarixdə saat 00:02-dən 16:29-dək fasiləsiz zənglər və mətni göstərilməyən 2 «sms» daxil olmuşdur. Beləliklə, baxış zamanı həmin zənglərin siyhasından görünür ki, təqsirləndirilən Sübh Heydərovla mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs arasında siyahıda göstərilən günlər ərzində səhərdan axşamadək hansısa mövzularda mütəmadi olaraq fasiləsiz danışıqlar aparılmışdır. Təqdim olunan siyahıda tərəflər arasında bir-birinə «sms» yazışmaları göndərilsə də, mesajın mətnləri göstərilməmişdir (Cild 3, iş vərəqi 197-215). Məhkəmə-tibbi ekspertizasının 06 yanvar 2021-ci il tarixli 04 nömrəli rəyindən görünür ki, 1945-ci il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin xarici və daxili müayinəsi zamanı meyitin bədən səthində boyunun orta 1/3-də öndən-arxaya, bir qədər soldan-sağa qalxan çəp istiqamətdə yerləşmiş birqatlı, qapanan qəhvəyimtİl-bozumtul rəngli stranqulyasiya şırımı aşkar olunmuş, qeyd edilən stranqulyasiya şırımı həyati olub, mərhumun ölümündən az əvvəl asılma zamanı ilgəyin boyunu sıxması nəticəsində törənmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan, asfiksiya ilə müşaiyət olunan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb asılma zamanı ilgəyin boyun üzvlərini sıxması nəticəsində yaranmış mexaniki asfiksiya olmuşdur. Ölümün baş vermə müddəti ilkin meyit əlamətlərinin inkişaf səviyyəsinə görə mərhumun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan 4-6 saat əvvələ uyğun gəlmişdir. Mərhum Zərərçəkmiş şəxs meyitinin bədən səthində boyun nahiyəsində aşkar edilmiş stranqulyasiya şırımından başqa digər xəsarətlər aşkar edilməmişdir. Meyitin boyun nahiyəsində aşkar edilmiş stranqulyasiya şırımının məişətdə istifadə olunan ipdən hazırlanmış ilgəklə asılma zamanı əmələ gələ bilməsi halının mövcud olduğu göstərilmişdir. Məhkəmə-kimya tədqiqatı nəticəsində Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda etil spirti və narkotik maddələr aşkar edilməmişdir (cild 1, iş vərəqi 54-59). Məhkəmə-psixoloji ekspertizasının 28 iyun 2021-ci il tarixli 1387 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs ölümündən əvvəlki dövrdə psixi-emosional vəziyyətində situasiya İlə əlaqədar (Təqsirləndirilən şəxs 2017-ci ilin sonlarından etibarən 2021-ci ilin əvvəllərinədək ondan müxtəlif yalan və bəhanələr söyləməklə xeyli miqdarda pulunu ələ keçirməsi) stress, gərginlik, həyəcan, təşviş, qorxu kimi hallar yaranmış, intihar edərkən reaktiv depressiv hal keçirmişdir. Cinayət işi materiallarının təhlilinə əsasən belə qənaətə gəlmək mümkündür ki, Zərərçəkmiş şəxs kifayət qədər ictimai şəxs olmuş, dünyagörüşü, idrak prosesləri, intellektual imkanları normaya uyğun olmuş, əqli və psixi fəaliyyətində gerilik əlamətləri özünü büruzə verməmişdir. Fərdi-psixi xüsusiyyətlərinə görə şəxslər arasında normal münasibət yarada bilmiş, ünsiyyətçillik, emosionallıq, əliaçıqlıq, xeyirxahlıq, səmimilik, tez inanmaq kimi xarakterik xüsusiyyətlərə malik olmuşdur. Mərhum Zərərçəkmiş şəxs ekstremal-psixi vəziyyətin yaranma səbəbləri qarşılaşdığı situasiya ilə əlaqədar olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 2017-ci ilin sonlarından etibarən müxtəlif yalan və bəhanələr xeyli miqdarda pulunu ələ keçirməsi, onun da cinayət məsuliyyətinə cəlb olunacağına inam yaratması Zərərçəkmiş şəxs stress, həyəcan, təşviş, gərginlik əmələ gətirmiş, Təqsirləndirilən şəxs həbs olunması hisslərini daha da dərinləşdirmiş, cinayət məsuliyyətinə cəlb olunacağından ehtiyat etməsi stress, həyəcan, təşviş, gərginlik səviyyəsinin artaraq reaktiv depressiv hal keçirməsinə gətirib çıxarmış, bir neçə dəfə intihara cəhd etsə də, qarşısı alınmış, xx.xx.2021-ci il tarixdə ekstremal psixi vəziyyəti suisid aktını reallaşdırmasına birbaşa zəmin yaratmışdır (Cild 1, iş vərəqi 183-197). Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 1239 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 3, iş vərəqi 241-244). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X22 23 fevral 2021-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs arxiv məlumatlarına əsasən qeyd olunan xəstəxanada müalicə olunmayıb (Cild 1, iş vərəqi 62). Məhkəmə-xətşünaslıq ekspertizasının 08 dekabr 2021-ci il tarixli 4/1640 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 02 yanvar 2020- ci il tarixli izahatdakı 3 vərəqədə əlyazmalar və Hacıyevin adından olan imzalar (4 ədəd), xx.xx.2020-ci il tarixli bildirişin 1-ci vərəqində olan imza və “Hacıyev” soyadı, 2-ci vərəqində “Zərərçəkmiş şəxs:” qrafalanndakı imzalar və “Hacıyev” soyadları; xx.xx.2021-ci il tarixli zərərçəkmiş şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqmda protokolun 1- ci vərəqindəki imza və “Hacıyev” soyadı, 2-ci vərəqində “Zərərçəkmiş şəxs:” qrafasındakı imza və “Hacıyev” soyadı; xx.xx.2021-ci İl tarixli zərərçəkmiş şəxsə hüquq və vəzifələrinin izah edilməsinə dair bildirişin və zərərçəkmiş şəxs qismində tanıma haqqında qərarın surətinin verilməsi barədə protokolda “Zərərçəkmiş şəxs:” qrafasındakı imza və “Hacıyev” soyadı, xx.xx.2021-ci il tarixli müstəntiqə və prokurora etiraz etmək hüququnun izah edilməsi haqqında protokolda “1.Zərərçəkmiş şəxs:” qrafasındakı imza və “Hacıyev” soyadı; xx.xx.2020-ci il tarixli zərərçəkəni dindirmə protokolundakı (05 vərəqədə) əlyazmalar və Hacıyevin adından olan imzalar (06 ədəd) - HACİYEV VAQİF BAXŞƏLİ oğlu tərəfindən icra olunmuşdur (Cild 5, iş vərəqi 131-133). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs mülkiyyətində olan bir ədəd “Vaz-21099” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 19 yanvar 2022-ci İl tarixli qərarı ilə həbs qoyulmuş və qərarın icrası DİN-nin Baş Dövlət Yol Polisi idarəsinə həvalə edilmişdir (Cild 5, iş vərəqi 238-242). İbtidai istintaq orqanının 05 yanvar 2021-ci il tarixli qərarı ilə 28.350 ABŞ dolları və 22.000 manat pul, 2 ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınmış, həmin tarixdə iş materiallarına əlavə edilmiş qəbzlə 28.350 ABŞ dolları və 22.000 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs təhvil verilmişdir (Cild 2, iş vərəqi 207-208, 210). İbtidai istintaq zamanı mərhum Zərərçəkmiş şəxs intihar edən zaman özünü asdığı bir ədəd ip hadisə yerindən götürülərək 06 yanvar 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Həmçinin, 04 fevral 2021-ci il tarixdə götürülmüş mərhum Zərərçəkmiş şəxs məxsus 1 ədəd “İphone XR” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən 28 yanvar 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmışdır (Cild 6, iş vərəqi 70-141). Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, mərhum Zərərçəkmiş şəxs 21 fevral 2003-cü il tarixdən "xxxx" MMC-nin təsisçisi və direktoru vəzifəsində işləmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Maliyyə-Təsərüffat fəaliyyətinin auditinə dair aktdan görünür ki, yoxlama zamanı 2017-ci ildən 2020-ci ilə kimi olan dövr ərzində MMC-nin hesabında olan 685.350 (altı yüz səksən beş min üç yüz əlli) manat məbləğin hansı təyinata xərcləndiyi aşkar edilməmişdir. Bu hal bir daha təsdiq edir kİ, mərhum Zərərçəkmiş şəxs qeyd edilən dövr ərzində özünə məxsus MMC-nin hesabından külli miqdarda pul vəsaitlərini götürərək ona qarşı dələduzluq etmiş və hədə-qorxu gəlmiş Təqsirləndirilən şəxs vermişdir (Cild 6, iş vərəqi 40-69). Cinayət işinə əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Gəncə şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Bakı şəhəri, Xəzər rayon məhkəməsinin qərarı ilə onun əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilmiş və cəzası 1 il 06 ay müddətinə endirilmiş, xx.xx.2016-ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə 07 ay 14 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2017-ci il tarixdə isə sınaq müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır (cild 2, iş vərəqi 233-235). Göründüyü kimi, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən sonuncu cinayət əməlinə görə qanunla müəyyən edilmiş məhkumluq müddəti keçdiyindən, o, hazırda məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək, mərhum Zərərçəkmiş şəxs həmin vaxt 20.000 manat və 15.000 manat borc aldığını, bir də hissə-hissə ümumilikdə 50.000 manata yaxın borcunun olduğunu, sonra həmin pulun bəzisini qaytardığını və Vaqifə cəmi 34.000 manat borcu qaldığını, daha sonra şərikli iş görmək üçün Vaqifdən 70.000 manat pul aldığını, həmin işin işğaldan azad olunmuş ərazilərdə görülməli olduğunu, həmin işə görə onun və Vaqifin hər birinin 50.000 manat pul qoymağa razılaşdıqlarını, özünün pulu olmadığına görə Vaqifin ona 20.000 manat verdiyini, qalan 30.000 manatı da özünün düzəldib 50.000 manatı həmin işə qoymağa razılaşdığını, istintaq zamanı 70.000 manatı qaytardığını, istintaq zamanı onu oğlu ilə təhdid etdiklərinə görə verilmiş bütün sənədləri imzaladığını, istintaq zamanı etirafedici ifadələr vermədiyini, həmin ifadələri müstəntiqin özünün yazdığını və onları oxumadan imzaladığını, videoçəkilişlə dindirmə zamanı ona olunan təzyiqlər nəticəsində həmin ifadəni verdiyini, çəkiliş zamanı nə demək lazım olduğunu əvvəlcədən müstəntiqin ona öyrətdiyini, buna görə də çəkiliş vaxtı müstəntiqin dediklərini təsdiq etdiyini bildirərək öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə iclasında gətirdiyi dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs 02 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi RPİ, 20-ci Polis bölməsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində Zərərçəkmiş şəxs növbəti və sonuncu dəfə pul vəsaitini hədə-qorxu yolu ilə ələ keçirdikdən sonra cinayət başında yaxalanmış, 20-ci Polis bölməsində onun üzərindən 70.000 manata ekvivalent 28.350 ABŞ dolları və 22.000 manat pul aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən 03 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində və 05 yanvar 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində Təqsirləndirilən şəxs "xxxx" MMC-nin direktoru olmuş Zərərçəkmiş şəxs ona tanışı Şahid8 aldığı 2 ədəd Ceyranbatan qəsəbəsində yerləşən evlərin sonuncunun oğlu Tacirin adına keçirildiyini, Seyidağaya verdiyi pulların batdığını dediyini bildirmiş, o da, Vaqifə 15.000 manat pul verəcəyi təqdirdə, onun Tacirin maşınına narkotik vasitə qoydurub tutdura biləcəyini, bu yolla qisasını ala biləcəyini qeyd etmişdir. Sonradan Vaqif onun təklifi ilə razılaşmış, ona 15.000 manat pul vermiş, bir neçə müddət sonra o, Zərərçəkmiş şəxs artıq Tacirin maşınına narkotik qoydurduğunu, bir neçə gün sonra isə Vaqifə tədbirin keçirilməsi üçün əlavə pula ehtiyacı olduğunu bildirərək, bu adla daha 4000 manat pulu ofisdə Zərərçəkmiş şəxs aldığını göstərmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrində Zərərçəkmiş şəxs Taciri polislərin və həmçinin öz tanışlarının vasitəsi ilə tutdurduğunu, sonradan həmin şəxslərin bu işdə onunla yanaşı Zərərçəkmiş şəxs də adının hallandığını deməklə sonuncunu qorxudaraq, müxtəlif yalanlar və əfsanələr uydurmaqla zərərçəkmiş şəxsdən 2017-ci ilin sonlarından başlayaraq müxtəlif vaxtlarda 50.000 manat, 17.000 manat, 30.000 manat, 50.000 manat, 50.000 manat, 50.000 manat, 5000 manat, 10.000 manat, 20.000 manat, 40.000 manat, 140.000 manat, 15.000 manat, 60.000 manat, 20.000 manat və axırıncı dəfə 02 yanvar 2021-ci il tarixdə 70.000 manat, ümumilikdə 632.000 manat pul aldığını etiraf etmişdir. İbtidai istintaq zamanı videoçəkıliş aparılmaqla dindirilərkən də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hədə-qorxu yolu ilə ümumilikdə 600.000-dən (altı yüz min) çox miqdarda pul vəsaiti aldığını bildirmişdir. Qeyd olunan görüntülərdən aydın olur ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə aparılmış həmin istintaq hərəkəti zamanı hər hansı təzyiq və ya təsirə məruz qalmadan tam sərbəst şəkildə törətdiyi cinayət əməlləri barədə etirafedici ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin sürücüsü Şahid7 140.000 manat pul vəsaitini Zərərçəkmiş şəxs göstərişinə əsasən “Təfəkkür” universitetinin yanında qara rəngli dəri çantanın içərisində şəxsən Təqsirləndirilən şəxs verdiyini bildirmiş, lakin Təqsirləndirilən şəxs həmin şəxsin dindirilməsi zamanı verilən suallara cavab olaraq şəxs tərəfindən ona pul verilmədiyini, mərhumun göstərişi ilə ona şirkətin sənədlərinin, yəni rekvzitlərin verildiyini, həmin sənədləri mərhumun ölümündən bir il yarım əvvəl geri qaytardığını, sənədlərin "xxxx" ASC-nə verilməli sənədlər olduğunu və sonradan sənədlərin elektron qaydada həmin şirkətin ünvanına göndərildiyini bildirərək əlavə dəlillər gətirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxsin həmin halla gətirdiyi dəlillər yoxlanılarkən müəyyən edildi ki, ibtidai istintaq mərhələsində də Təqsirləndirilən şəxs eyni dəlilləri qaldırmış, qeyd olunan dəlillər həm istintaq, həm də məhkəmə iclasında şahid ifadələri və digər iş materialları ilə tamamilə təkzib edilmişdir. Eyni zamanda, təqsirləndirilən şəxsin mərhum Zərərçəkmiş şəxs aldığı və saxlanılarkən üzərindən aşkar olunmuş xarici valyuta və milli əskinaslarla 70.000 manat məbləğində pul vəsaitini işğaldan azad olunmuş ərazilərdə şərikli qaydada iş görmək adı ilə alması barədə gətirdiyi dəlillər də məhkəmə iclasında təkzib olunmuş, həmin halı təsdiq edən hər hansı bir hal nə ibtidai istintaq zamanı, nə də ki, məhkəmə baxışında müəyyən edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs istintaqın müəyyən mərhələsindən sonra etirafedici ifadələrindən imtina etməsi ilə əlaqədar onun gətirdiyi dəlillərlə bağlı mərhum Zərərçəkmiş şəxs inandırmaq üçün uydurduğu əfsanələrdə adları çəkilən şəxslərin dairəsi müəyyən edilmiş, həmin şəxslər həm ibtidai istintaqda, həm də məhkəmədə şahid qismində dindirilmişlər. Lakin Təqsirləndirilən şəxs ifadələrində adlarını çəkdiyi şahidlərin heç biri onun uydurduğu əfsanələrin mövcudluğunu təsdiq etməmiş, Təqsirləndirilən şəxs və mərhum Zərərçəkmiş şəxs tanıdıqlarını bildirsələr də, təqsirləndirilən şəxsin onların adlarından istifadə etməklə mərhum zərərçəkmiş şəxsi aldadaraq hədə-qorxu ilə xüsusilə külli miqdarda pul vəsaitini ələ keçirməsi cinayətlərini törətməsindən məlumatsız olduqlarını bildirmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Yuxarıda qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə gətirdiyi yuxarıda göstərilən dəlillər iş üzrə məhkəmə iclasında tədqiq edilmiş çoxsaylı sübutlarla təkzib olunduğuna görə təqsirləndirilən şəxs tərəfindən öz məsuliyyətini yüngülləşdirmək üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirilməlidir, iş üzrə tədqiq olunmuş sübutlarla tam təsdiq olunduğuna görə onun ibtidai istintaqın ilkin mərhələlərində verdiyi etirafedici ifadələri sübut kimi qəbul edilməlidir. Həmçinin iş üzrə müdafiə tərəfinin mərhum Zərərçəkmiş şəxs ifadələrinin sübutlar siyahısından xaric edilməsi, təqsirləndirilən şəxsin etirafedici ifadələrinin təzyiq altında alınması səbəbindən nəzərə alınmaması, təqsirləndirilən şəxsə CM-nin 125 və 182.4-cü maddələri ilə verilmiş ittihama CPM-nin 39.1.1-ci maddəsinə əsasən xitam verilməsi, təqsirləndirilən şəxsə verilmiş ittiham üzrə vurulmuş zərərin məbləğinin 270.000 manat həcmində saxlanılması və mülki iddianın həmin həcsdə təmin edilməsi, təqsirləndirilən şəxsin yaxın qohumlarının əmlakı üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə vəsatətləri müdafiə tərəfinin subyektiv fikirləri olmaqla, təqsirləndirilən şəxsin cinayət məsuliyyətini yüngülləşdirmək üçün seçilmiş taktika kimi dəyərləndirilməlidir. Məhkəmə kollegiyası qeyd olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə az ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır, həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 178.2.4 və 182.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 125, 178.2.4 və 182.4-cü maddələri ilə qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Bununla bağlı məhkəmə kollegiyası ibtidai istintaq orqanının cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsinin Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilməsi ilə bağlı mövqeyi ilə razılaşmır. Həmin nəticəyə gələrkən məhkəmə onu nəzərə alır ki, Təqsirləndirilən şəxs 03 yanvar 2021-ci il tarixdə mərhum Zərərçəkmiş şəxs növbəti dəfə hədə-qorxu yolu ilə pul vəsaitini alarkən Bakı şəhəri, Nəsimi RPİ, 20-ci Polis bölməsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanmış və həmin pul vəsaiti ondan aşkar edilərək götürülmüşdür. Sonradan istintaq orqanının 05 yanvar 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilmiş 28.350 ABŞ dolları və 22.000 manat pul maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş qəbzlə Zərərçəkmiş şəxs təhvil verilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs cinayət başında yaxalandığından, onun üzərindən aşkar edilmiş pul vəsaiti cinayət yolu ilə əldə edildiyindən və iş üzrə maddi sübut hesab edilərək istintaq orqanı tərəfindən öz qanuni sahibinə qaytarıldığından həmin hal Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi kimi Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal olaraq nəzərə alına bilməz. Məhkəmə kollegiyası 2017-ci ilin sonlarından 2021-ci ilin əvvəllərinədək olan müddət ərzində Təqsirləndirilən şəxs mütəmadi olaraq mərhum Zərərçəkmiş şəxs aldatmaqla və hədə-qorxu gəlməklə ümumilikdə 646.195 manat pulunu ələ keçirib, sonuncunun özünü öldürmə həddinə çatdırmasını ağır nəticələrə səbəb olma kimi qiymətləndirir və həmin halı Azərbaycan Respublikası CM-nin 178.2.4 və 182.4-cü maddələrinə münasibətdə Cinayət Məcəlləsinin 61.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən 03 yanvar 2021-ci il tarixdə iş üzrə şübhəli şəxs qismində tutulsa da, faktiki olaraq onun yaxalanması istiqamətində əməliyyat tədbiri 02 yanvar 2021-ci il tarixdə həyata keçirilmiş və Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq istintaqa cəlb edilmişdir. 05 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin qərarına əsasən onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarına əsasən həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış və hal-hazıra qədər şəxs həbsdə saxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə həbsdə saxlanıldığı bütün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası müddətinə daxil edilməklə, təyin olunmuş cəzanın başlanğıcı 02 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4, 132.1.5 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: - Təqsirləndirilən şəxs saxlanılarkən onun üzərindən aşkar olunaraq götürülmüş 28.350 ABŞ dolları və 22.000 manat pul vəsaitinin istintaq orqanı tərəfindən zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı; - Bakı şəhəri, Nəsimi rayon prokurorluğunun maddi sübutların saxlanc otağına təhvil verilmiş 2 ədəd «Samsung» markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə, 1 ədəd «iPhone XR» markalı mobil telefon isə zərərçəkmiş şəxsin hüquqi varisi X12 qaytarılmalı; - Bakı şəhəri, Nəsimi rayon prokurorluğunun maddi sübutların saxlanc otağına təhvil verilmiş mərhum Zərərçəkmiş şəxs intihar zamanı özünü asdığı bir ədəd ip məhv edilməlidir. Məhkəməyə təqdim olunmuş mülki iddia ərizəsində zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X9 nümayəndəsi Nümayəndə vurulmuş maddi ziyana görə 646.195 manat mülki iddia qaldırmış, həmin iddianın və ödənilmiş 936 manat dövlət rüsumunun təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq X12 ödənilməsi, tutmanın Təqsirləndirilən şəxs, onun oğlu Şahid11 oğlunun, qızı X3 və arvadı Şahid21 mülkiyyətində və istifadəsində olan daşınar və daşınmaz əmlaklara yönəldilməsi barədə qərar olunmanı məhkəmədən xahiş etmişdir. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 38-ci bəndində məhkəmələrə tövsiyyə edilir ki, dələduzluğun törədilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlı zərərçəkmiş şəxs cinayət təqibi mərhələsində CPM-nin 179-183-cü maddələrinin tələblərinə əməl etməklə mülki iddia verdikdə, həmin iddialara cinayət işi ilə birlikdə baxılmalıdır. Qeyd olunan mülki iddia ilə bağlı məhkəmə kollegiyası belə hesab edir ki, zərərçəkmiş şəxsin qaldırdığı mülki iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir: Belə ki, iş materiallarına əsasən zərərçəkmiş şəxsin hüquqi varisi (nümayəndəsi) Azərbaycan Respublikası CPM-nin 179-183-cü maddələrinin tələblərinə əməl etməklə cinayət təqibi mərhələsində mülki iddia qaldırmış və həmin mülki iddia ilə bağlı müvafiq dövlət rüsumunu ödəmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xüsusilə külli miqdarda, yəni 627.195 manat pul vəsaitini hədə-qorxu ilə tələb etməklə, 19.000 manat pul vəsaitini isə dələduzluq yolu ilə ələ keçirməsi tam sübuta yetirilmişdir. Həmçinin məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 02 yanvar 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən ondan 70.195 manata ekvivalent 28.350 ABŞ dolları və 22.000 manat pul aşkar edilərək götürülmüş, həmin pul vəsaiti istintaq orqanının qərarına əsasən qəbzlə Zərərçəkmiş şəxs qaytarılmışdır. Qeyd olunan səbəblərdən məhkəmə kollegiyası belə hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisinin mülki iddiası qismən təmin edilməli, ibtidai istintaq zamanı maddi sübut olan 28.350 ABŞ dolları və 22.000 manat pulun, yəni həmin dövrün məzənnəsinə görə 70.195 manat məbləğində pul vəsaitinin mərhum Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 576.000 (beş yüz yetmiş altı min) manat və ödənilmiş dövlət rüsumuna görə 936 (doqquz yüz otuz altı) manat, ümumilikdə 576.936 (beş yüz yetmiş altı min doqquz yüz otuz altı) manat tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X12 ödənilməli, ibtidai istintaq zamanı Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş Təqsirləndirilən şəxs məxsus "Vaz-21099" markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobil müsadirə edilməli və həmin avtomobil zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X9 xeyrinə təmin olunmuş mülki iddianın ödənilməsinə yönəldilməlidir. Qalan hissədə mülki iddia təmin edilməməlidir. İş üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatları 302 (üç yüz iki) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 302 (üç yüz iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 178.2.4 və 182.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə 5 (beş) il müddətə, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 3 (üç) il müddətə, Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 02 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: - Təqsirləndirilən şəxs saxlanılarkən onun üzərindən aşkar olunaraq götürülmüş 28.350 ABŞ dolları və 22.000 manat pul vəsaitinin istintaq orqanı tərəfindən zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın; - Bakı şəhəri, Nəsimi rayon prokurorluğunun maddi sübutların saxlanc otağına təhvil verilmiş 2 ədəd «Samsung» markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə, 1 ədəd «iPhone XR» markalı mobil telefon isə zərərçəkmiş şəxsin hüquqi varisi X12 qaytarılsın; - Bakı şəhəri, Nəsimi rayon prokurorluğunun maddi sübutların saxlanc otağına təhvil verilmiş mərhum Zərərçəkmiş şəxs intihar zamanı özünü asdığı bir ədəd ip məhv edilsin. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X9 nümayəndəsi Nümayəndə təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 576.000 (beş yüz yetmiş altı min) manat və ödənilmiş dövlət rüsumuna görə 936 (doqquz yüz otuz altı) manat, ümumilikdə 576.936 (beş yüz yetmiş altı min doqquz yüz otuz altı) manat tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X12 ödənilsin. Qalan hissədə mülki iddia təmin edilməsin. İbtidai istintaq zamanı Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş Təqsirləndirilən şəxs məxsus "Vaz-21099" markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobil müsadirə edilsin və həmin avtomobil zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X9 xeyrinə təmin olunmuş mülki iddianın ödənilməsinə yönəldilsin. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 302 (üç yüz iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar