Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-90/2024 28.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X5-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katiblləri X2 və X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili X4, Bakı şəhəri 05 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1971--ci ildə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış. 19 mart 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilib, Bakı İstintaq təxridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkmək, yetişdirmək və onları kultivasiya elmək, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə hazırlamaq, saxlamaq və satmaq üçün qanunsuz olaraq başqa mənbədən və vaxtda əldə etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2022-ci ilin yanvar ayında özünə məxsus olan ünvan 2 ünvanında verləşən həyatyanı sahədə əkib onların cücərməsinə nail olduqdan sonra bitkiləri həmin həyətyanı torpaq sahəsində əkməklə 18 mart 2022-ci il tarixədək olan müddət ərzində külli miqdarda 468 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə aqrotexniki qulluq göstərməklə onları yetişdirərək və kultivasiya elmiş, kultivasiya etdiyi tərkibində narkotik maddələr olan həmin çətənə (kannabis) bitki kollarından toplaşıb kustar üsulla hazırladığı külli miqdarda 12055 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuanam salış məqsədi ilə ünvan 3 ünvanında yaşadığı evin ikinci mərtəbəsindəki otaqda qanunsuz saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkoliklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyal-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 18 mart 2022-ci il tarixdə saat 19:00-da ünvan 4 ünvanının yaxınlığında saxlanılıb, sonuncunun iştirakı ilə həmin ünvanda yerləşən həyətyanı sahəyə keçirilən baxış zamanı həyətyanı torpaq sahəsinə əkilmiş və aqrotexniki qaydada qulluq göstərilmiş külli miqdarda 468 ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə (kannabis) bitkiləri, həmçinin Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yaşadığı evin ikinci mərtəbəsindəki otaqda iki ədəd polietilen torbada, ayrılıqda çəkiləri 7160 qram və 4895 qram, ümumi təmiz çəkisi külli miqdar 12055 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsilə birlikdə yaşayır. Təqribən 10 ildən çox olar ki, narkotik vasitə marixuana istifadə edir. Həmçinin təsərrüfatçıdır, yəni həyətyanı sahəsində əkin əkməklə dolanışığını təmin edir. O, narkotik vasitə marixuana istifadə etdiyinə görə mütəmadi olaraq şəxsi istifadəsi üçün çətənə kolları əkmişdir. Ancaq heç vaxt çoxlu miqdarda əkməmişdir. Ancaq öz istifadəsi üçün əkmiş və yalnız özü də istifadə etmişdir. Son vaxtlar işləri yaxşı getmədiyi üçün, özü də əvvəllər çətənə kolu əkib, özü də istifadə eldiyi üçün həmin sahədə çətənə kolları əkməyə qərar vermişdir. Yuxarıda da qeyd eldiyi kimi əvvəllər əkdikcə onların toxumlarından saxlamışdır. Bu dəfə həmin sahəyə ancaq çətənə əkmişdir. Qarşısında da həyətə girəcək ixtiyarı olan şəxslərin onu görməməsi üçün istixana düzəltmişdir. 18 mart 2022-ci il tarixdə axşam saat 19:00 radələrində Bakı şəhəri, Suraxanı rayonunda yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən 4 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin, narkotik tərkibli bitkilərin kultivasında şübhəli olduğunu bildirərək onu, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmişlər. Daha sonra yaşadığı evə baxış keçirilməsi zərurəti yarandığını izah etmişlər. O yaşadığı evin həyətində çətənə kolları əkib-becərdiyini və qurudulmuş marixuana saxladığını, yaşadığı evə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə yazıb təqdim elmişdir. Bu zaman arvadı Şahid5 da evdə olmuş, yoldaşına da mövcüd vəzivət izah olunmuş və onun da evə baxış keçirilməsinə etirazı olmaması barədə ərizəsi alınmışdır. Nərgizin də iştirakı ilə daha sonra yaşadığı evə baxış keçirilmişdir. Həmin evin girişindən sağ tərəfdə yerləşən həyətdəki istixanada narkotik tərkibli çətənə bitkilərinin kultivasiyası ilə məşğul olduğu yeri göstərmişdir. Həmin yerdən 468 ədəd çətənə bitkisi, yaşadığı evin 2-ci mərtəbəsindəki təmirsiz otaqdan isə 02 ədəd polietilen torbada, narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq qablaşdırılıb möhürlənmiş və götürülmüşdür. Baxış zamanı əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Bundan sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Burada dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o üzərində hər hansı narkotik tərkibli maddə olmadığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkçənin sol yan cibindən içində siqaret dənələri olan siqaret qutusu, əynində olan qara rəngli şalvarın sol yan cibindən 20 manat pul və 1 ədəd açar aşkar olunmuşdur. Həmin əşyalar və pul ona geri qaytarılmışdır. Yaşadığı evin həyətindən aşkar olunan 468 ədəd çətənə bitkisi və qurudulmuş marixuana ona məxsus olmuşdur. Şəxsi istifadəsi və satmaq üçün əkibbecərmişdir. Orada narkotik tərkibli bitkilər əkdiyini heç kim bilməmişdir. Daha sonra şəxsi axtarış və baxış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq olunmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və baxış keçirilərkən ona qarşı hər hansı bir təzyiq olmamışdır. Həmin narkotik tərkibli çətənə bitkisini yetişdikdən sonra yığıb satmaq məqsədi ilə əkmişdir. Həmçinin orada tikilidə təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə orada saxlamışdır. Ancaq onun heç bir hissəsini sata bilməmişdir. Təqribən 10 ildən çox olar ki, tüstüsünü çəkmək yolu ilə marixuana istifadə etmişdir. O şəxsi istifadəsi üçün narkotik tərkibli çətənə bitkisi əkmişdir. Onların da toxumlarını saxlamışdır. Maddi vəziyyətinin pis olması ilə əlaqədar topladığı çətənə bitkisinin toxumlarından istifadə edib satış məqsədi ilə çətənə kolları əkmək qərarına gəlmişdir. Həmin torpaq sahəsi özünə məxsusdur. Həmin həyatyam sahədə çətənə kolları əkməyi barədə arvadı Nərgiz Rüstəmoxanm məlumatı olmamışdır. O, çətənə kollarını əkdikdən sonra onları realizə edə bilmədən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Satış məqsədi ilə həyatyam sahədəki tikilidə qurudulmuş marixuana saxlamışdır. Ancaq onları sata bilməmişdir. O həmin bitkilərə mütəmadi qulluq etmiş, su vermiş, solmuş yarpaqlarını təmizləmişdir. Yalnız özü təklikdə həmin bitkilərə, kollara qulluq etmiş, ondan başqa onun çətənə kollan əkməyini heç kim bilməmişdir. Şahid1 ifadələrində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində çalışır, polis polkovnikidir. 18 mart 2022-ci il tarixdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1971 -ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən həyətyanı sahədə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BNMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 18 mart 2022-ci il tarixli qərar çıxarılmış, XMİÜ baş əməliyyat müvəkkili Şahid2, baş əməliyyat müvəkkili Şahid3, əməliyyat müvəkkili Şahid4 və ondan ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarın icra edilməsi ilə əlaqədar 18 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etdiyi bilinən ünvan 7 ünvanının yaxınlığına getmişlər. 18 mart 2022-ci il tarixdə saat 19,00 radələrində ünvan 2 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs bənzər şəxs saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və həmin şəxsə özünü təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra o, əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edilmiş və onun yaşadığı evinin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi ilə bağlı BNMİ-yə daxil olmuş məlumatla əlaqədar həyətyanı sahədə baxış keçirilməli olduğu ona bildirilmişdir. Təqsirləndirilən şəxs etiraz etmədikdən sonra ondan həyətinə daxil olmağa icazə istənilmişdir. Təqsirləndirilən şəxs və həmin ünvanda yaşayan arvadı Şahid5 həyətyanı sahəyə daxil olmağa etirazlarının olmamasını ərizə yazaraq təsdiqlədikdən sonra həyətə daxil olmuşlar. Təqsirləndirilən şəxs yaşadığı evin girişindən sağ tərəfdə yerləşən həyətdəki istixanada narkotik tərkibli çətənə bitkilərinin kultivasiyası ilə məşğul olduğu yeri göstərmişdir. Həyətyanı sahədə yerləşən istixanadan 468 ədəd çətənə bitkisi, evin 2-ci mərtəbəsindəki təmirsiz otaqdan isə 02 ədəd politelen torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunaraq qablaşdırılıb möhürlənmiş və götürülmüşdür. Baxış zamanı əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Burada dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər-hansı narkotik tərkibli maddə olmadığını bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sol yan cibindən içində siqaret dənələri olan siqaret qutusu, əynində olan qara rəngli şalvarın sol yan cibindən 20 manat pul və 1 ədəd açar aşkar olunmuşdur. Həmin əşyalar və pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar olunan 468 ədəd çətənə bitkisi və qurudulmuş marixuananın ona məxsus olduğunu, şəxsi istifadəsi və satmaq üçün əkib-becərdiyini, orada narkotik tərkibli bitkilər əkdiyini heç kimin bilmədiyini bildirmişdir. Daha sonra şəxsi axtarış və baxış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq olunmuşdur. Şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, analoji ifadələr vermişlər. Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir və onunla birlikdə yaşayır. 18 mart 2022-ci il tarixdə axşam saat 19:00 radələrində bir neçə mülki geyimdə olan şəxs Təqsirləndirilən şəxslə birlikdə yaşadıqları ünvan 8 ünvanına gəlmişlər. Onlar polis əməkdaşları olduqlarını bildirmiş və Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibləri bitkiləri əkdiyini və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmişlər. Ona mövcud vəziyyəti izah elmişlər və o, evə, həyətyanı sahəyə baxış keçirilməsinə etirazı olmaması barədə ərizə vermişdir. Həmçinin Şakir də baxış keçirilməsinə etiraz olmaması barədə ərizə vermiş və həyətdə əkdiyi çətənə kollarının yerini göstərə biləcəyini demişdir. Onun iştirakı ilə daha sonra yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin girişindən sağ tərəfdə yerləşən həyətdəki istixanada çətənə kolları əkdiyini bildirmişdir. Həmin yerə baxış zamanı oradan 468 ədəd çətənə bitkisi, evin 2-ci mərtəbəsindəki təmirsiz yaşayış olmayan otaqdan isə 2 ədəd polietilen torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar olunaraq qablaşdırılıb möhürlənmiş və götürülmüşdür. Baxış zamanı əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs çətənə bitkisinin kollarının onlardan satış məqsədi ilə marixuana hazırlamaq üçün əkdiyini, özünün də həmin narkotik vasitələrdən istifadə eldiyini, aşkar edilmiş torbada olan narkotik vasitələri də həyətdə əkdiyi kollardan hazırladığını, həyətyanı sahənin də ona məxsus olduğunu bildirmişdir. Ondan bu barədə soruşulduqda Şakirin həyətdə çətənə kolları əkməsindən məlumatı olmadığını bildirmişdir. Sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq olunmuşdur. Yekunda isə Şakirin anlaqsız olduğunu, Şakirin həyətdə çətənə kollan əkməsindən onun məlumatının olmadığını, çünki Şakirin onu yaşadığı evdən kənara çıxmağa qoymadığını, ona da çətənə kolları əkməsi barədə heç nə demədiyini qeyd etmişdir. Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atasıdır. Özü və anası Şahid5 ilə birlikdə ünvan 2 ünvanında yaşayır. 28 Mall-ın yaxınlığında yerləşən helium şarların satışı ilə məşğul olan mağazada işləyir. Həftənin bütün günləri səhərdən axşama qədər orada işləyir. 18 mart 2022-ci il tarixdə evə gəldikdən sonra atasının polis əməkdaşları tərəfindən tutulduğunu bilmişdir. Belə ki, atası yaşadığı evin həyətyanı səhəsində narkotik tərkibli çətənə bitkiləri əkmiş və onları becərmişdir. Bu barədə anası ona məlumat vermişdir. Anası özü həmin kolları polis əməkdaşları tərəfindən götürülərkən baxışda iştirak etmişdir. Həmçinin həmin kollarla yanaşı külli miqdarda narkotik vasitə aşkar olunduğunu da anası ona demişdir. Həyətyanı sahədə narkotik vasitə əkilməsindən və atasının evdə narkotik vasitə saxlamasında xəbəri olmamışdır. O, ifadələrinə əlavə olaraq göstərmişdir ki, atası Təqsirləndirilən şəxs kəmağıllılıq mövcuddur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 18 mart 2022-ci il tarixli evə baxış və götürmə aparılması protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə keçirilən baxış zamanı evin həyətindəki istixanadan 468 ədəd çətənə bitkisinə bənzər, evin ikinci mərtəbəsindəki təmirsiz otaqdan isə 02 ədəd polietilen torbada ümumilikdə 12 kq 360 qram qurudulmuş marixuanaya bənzər açıq yaşlı rəngli ot kütlələri aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 ünvanında yerləşən evinə baxış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs isə evin girişindən sağ tərəfdə yerləşən həyətdəki istixanadan 468 ədəd çətənə bitkisinə bənzər, evin ikinci mərtəbəsindəki təmirsiz otaqdan isə 02 ədəd polietilen torbada ümumilikdə 12 kq 360 qram qurudulmuş marixuanaya bənzər aıq yaşlı rəngli ot kütlələrini təqdim edir, təqdim etdiyi bitkilərin çətənə kolları və 02 ədəd polietilen torbada olan kütlələrin isə qurudulmuş marixuana olduğunu bildirir. Sorğu zamanı təqdim etdiyi çətənə kollarını həm şəxsi istifadəsi üçün, həm də satmaq üçün əkib-becərdiyini, bitkilərə xüsusi qaydada qulluq göstərdiyini, ailə üzvlərinin bu barədə məlumatının olmadığını bildirir, həmin 468 ədəd bitki kolları və 02 ədəd polietilen torbada olan maddələrin götürülərək qablaşdırılıb möhürlənir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-bioloji ekspertizasının 7/273 saxlı 19 mart 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunan..." sözləri yazılmış qara rəngli polietilen torbada olan iki ədəd ağ rəngli sintetik torbada, hər birinin içərisində bir ədəd qara rəngli polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri: 7160 qram və 4895 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 12055 qramdır (12 kq 55.0 qram). İki ədəd torbada olan marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş ağ kağız üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunan..." sözləri yazılmış göy rəngli sintetik bağlamada ümumi sayı 408 (dörd yüz altmış səkkiz) ədəd, yaş xəziyyətdə ümumi çəkisi 91000 qram (91,0 kq) olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Təqdim olunmuş aqronomun rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 3172 saylı 11 iyun 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş ambulator komisyon məhkəmə-psixiatrik ekspertizasının 1519 saylı 13 iyun 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs debillik dərəcəsində oliqofreniya formasında kəmağıllıq müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən kəmağıllılıq o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəldiyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın, yəni törətdiyi əməlinə görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs aşkar edilən Debillik dərəcəsində oliqofreniya ilə diaqnozulu kəmağıllıqla əlaqədar öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk elmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə prossesual fəaliyyət qabiliyyətli hesab edilir. Təqsirləndirilən şəxs psixi vəziyyəti və hərəkətləri ətrafdakılar üçün təhlükə əhəmiyyəti kəsb etmir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş təkrar kompleks komission stasionar məhkəmə-psixatrik və psixoloji ekspertizasının 14 aprel 2023-cü il tarixli 47 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğu ona ittiham elan olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında deyildir. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs düçar olduğu psixi patologiya hal-hazırda kəskin təzahür etdiyi və davranış pozuntusu nəzərəçarpacaq dərəcədə özünü göstərdiyi üçün onun müalicəyə ehtiyacı yarandığı müəyyənləşir. Odur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş təkrar komission stasionar məhkəmə-psixatrik ekspertizasının 16 sentyabr 2023-cü il tarixli 134 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tibbi sənədlərə əsasən 1979-cu ildən “Yüngül dərəcəli əqli gerilik (orta debillik dərəcəsində oliqofreniya)” qeyd olunmuşdur. Hal-hazırda Təqsirləndirilən şəxs müəyyən edilən “Yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə” formasında kəmağıllılıq uşaqlıqdan yaranan və ömrü boyu davam edən psixi patologiyadır və müxtəlif vaxtlarda davranış pozuntuları kəskin təzahür edə bilər. Təqsirləndirilən şəxs “Yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə” formasında kəmağıllılıq nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında deyildir. Odur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş təkrar komission stasionar məhkəmə-psixatrik ekspertizasının 26 yanvar 2024-cü il tarixli 06 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda “Yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə” müəyyən edilir. Hal-hazırda Təqsirləndirilən şəxs müəyyən edilən “Yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə” formasında kəmağıllılıq uşaqlıqdan yaranan və ömrü boyu davam edən psixi patologiyadır və müxtəlif vaxtlarda davranış pozuntuları kəskin təzahür edə bilər. Təqsirləndirilən şəxs “Yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə” formasında kəmağıllılıq nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında deyildir. Odur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Məhkəmə, yuxarıda sadalanan ekspertiza rəylərini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətmişdir və o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 95.0 və 95.0.3-cü maddələrinə əsasən, məhkəmə psixi pozuntusu olan şəxslərə ixtisaslaşmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri qərar qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış ümumi təmiz çəkisi 12054,8 qram narkotik vasitə olan qurudulmuş marixuana və ümumi təmiz çəkisi 90998,9 qram olmaqla cəmi 468 ədəd çətənə bitkiləri sərbəst dövriyyəsi qadağan olunmuş əşyalar kimi məhv edilməli, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və maddələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 3172 saylı 11 iyun 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmədə materialların ekspertiza tədqiqatının keçirilməsinə sərf olunmuş 89 (səksən doqquz) manat vəsaitin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməli olması müəyyən olundu. Məhkəmə həmin məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib Təqsirləndirilən şəxs cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən həmin ödəmədən azad olunmasını əsaslı sayır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 468, 470-474, 477-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan əməllərini anlaqsız vəziyyətdə törətdiyindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin tələblərinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs ixtisaslaşmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilsin, qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutlar otağında saxlanılan, ümumi təmiz çəkisi 12054,8 qram narkotik vasitə olan qurudulmuş marixuana və ümumi təmiz çəkisi 90998,9 qram olmaqla cəmi 468 ədəd çətənə bitkiləri məhv edilsin. 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Dövlət büdcəsi hesabına iş üzrə ekspertiza xərcini təşkil edən 89 (səksən doqquz) manat pul vəsaiti Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs həmin məbləği ödəməkdən azad olunsun. Qərardan elan olunduğu, Təqsirləndirilən şəxs isə qərarın surəti ona təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-90/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-90/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver