Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-900/2020 19.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ BakıAğır Cinayətlər Məhkəməsi: sədrlik edən hakim: Xankişiyev Mirzə Aslan oğlu, hakimlər: Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhər 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştiraklarıilə xx.xx.1975-ci ildə Bakı şəhərində doğulmuş, Azəbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, məhkumluğu götürülməmiş və ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X8 küçəsi, nömrəsiz evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəs ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 2018-ci ilin noyabr ayında cəzaçəkmə müəsissəsindən azadlığa buraxıldıqdan sonra rəsmi nikah münasibətində olduğu arvadı Zərərçəkmiş şəxs istifadəsində olmuş mobil telefonda başqa kişilərlə telefon əlaqələrinin olmasını, habelə qonşuluqda yaşayan qohumları X3 ilə münasibət saxlayaraq ona xəyanət etməsindən şübhələnərək, məhz bu səbəbdən də onunla nəzakətsiz davrandığını ehtimal edib bu məzmunda aralarında baş vermiş mütəmadi mübahisələrin nəticəsində şəxsi münasibətlərin pozulması zəminində Zərərçəkmiş şəxs qısqanclıq niyyəti ilə qəsdən öldürmək qərarına gəlib xx xxxxxx 2019-cu il tarixdə saat 21:30 radələrində birgə yaşadıqları Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, X8 küçəsi, nömrəsiz evdə istifadəyə yararsız əşyaların saxlanıldığı otaqda olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını götürüb sağ əlində gizlədərək cinayətkar niyyətini həyata keçirmək üçün həmin vaxtı evin hamam otağında olan Zərərçəkmiş şəxs qəflətən arxa tərəfdən yaxınlaşaraq müqavimətini qırmaq məqsədi ilə sol əliylə sonuncunu ağzından tutub, yəni xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə əvvəlcə ayaqüstü, sonra isə arxası üstə yerə yıxılmış vəziyyətdə sonuncunun bədən səthinə bıçaqla ardıcıl çoxsaylı zərbələr vurmuş, həmin vaxt səs-küyə azyaşlı qızları Şahid2 və Şahid3 hamam otağına gəlmələrinə məhəl qoymayaraq gözləri qarşısında onlara da xüsusi əzab verdiyini dərk edərək yenidən Zərərçəkmiş şəxs bıçaq zərbələri vuraraq sonuncuya döş və qarın boşluqlarına keçməyən döş qəfəsinin sol yarısının ön səthinin iki ədəd, sol süd vəzinin iki ədəd, qarının sol yarısının bir ədəd, boyun nahiyəsinin bir ədəd, sol bazunun bir ədəd deşilmiş-kəsilmiş yaraları, sağ əlin bir ədəd, döş qəfəsinin sağ yarısının ön-bayır səthinin döş boşluğuna keçməyən bir ədəd, sağ diz oynağı nahiyəsinin bir ədəd, sol baldırın bir ədəd kəsilmiş yaraları dərəcələrinə görə ümumilikdə və hər biri ayrı-ayrılıqda yüngül zərərvurmaya aid deşilmiş-kəsilmiş yaralar, döş qəfəsinin sol yarısının ön səthinin döş və qarın boşluqlarına keçərək sol tərəfli hemopnevmotoraksa-sol döş boşluğuna sərbəst qanın və havanın yığılmasına, sol Vİİİ qabırğanın, diafraqmanın və mədənin zədələnməsinə səbəb olan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bir ədəd deşilmiş-kəsilmiş yara kimi müşaiət olunan bədən xəsarəti yetirmiş, lakin Zərərçəkmiş şəxs aktiv müqavimət göstərərək müdafiə olunduğundan, səsə hamam otağına daxil olmuş atası X1 bıçağı onun əlindən alaraq cinayətkar əməllərini davam etdirməsinə mane olduğundan, eləcə də, Zərərçəkmiş şəxs vaxtında Bakı şəhəri 3 saylı X4 çatdırılaraq, orada ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas olunduğundan o, öz iradəsindən asılı olmayan səbəblərə görə sonuncunu xüsusi amansızlıqla qəsdən öldürməyə yönəlmiş cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan mərhum etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə çox mehriban olmuş, yoldaşına ən çox inanan insan olmuşdur. Son zamanlarda ailəsinin bəzi hərəkətləri onda şübhə yaratmağa başlamışdır. Aralarında mübahisə yarandıqda ondan polisə şikayət etmişdir. Sonra isə onu guya polisə müqavimət göstərdiyi üçün şərləmişlər. Yoldaşının hərəkətlərindən 42-ci PB nə şikayət etmiş, lakin, şikayətə baxan olmamışdır. Sonda məsələnin böyüdüyünü görüb bir gün deputat Dilarə Cəbrayılovanın yanına getmiş, dərdini ona danışmışdır. Respublikada adam qalmamışdır dərdini deməsin, yenə xeyri olmamışdır. Sonda axundun yanına gəlib, kəbinlərini geri oxumasını xahiş etmişdir. Bu da əmələ gəlməmiş, sonda Təranənin anasına zəng etmiş və demişdir ki, qızı evinə qayıdıb istədiyi kimi yaşasın. Təranənin anası qızının Allah yolu üçün yaşadığını demişdir. Hadisə günü əmisi oğlu Babayev Əbdüləli həyətdəki nanəlikdə olmuşdur. O nə zamana qədər gecə yarısına kimi Təranəni axran kimi gözləməlidir. O, dəfələrlə bildirmişdir ki, Əbdüləlinin sözü var evə gəlsin, atasına da bu barədə demişdir. Həmin günü Əbdüləlini həyətdə Təranə ilə söhbət etdiyini gördükdə hasardan aşıb gəlmək istəyərkən yıxılmışdır. Sonda artıq bu hadisələrdən bezmişdir. O Təranəni vurmaq istəməmişdir, onun evdən çıxıb getməsini istəmişdir. Yenə mümkün olmamışdır, həyətdə nanəlikdə Əbdüllə söhbət etdiyini görəndə artıq dözə bilməmiş, evə gələndə bıçaq götürüb Təranəyə xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyləri və digər sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxsifadəsində göstərmişdir ki, 2005-ci ildə Təqsirləndirilən şəxs ilə rəsmi şəkildə ailə həyatı qurmuş, birgə nikahdan 6 övladı olmuşdur. Təqsirləndirilən şəxs həmçinin, Əminə adlı qadınla da qeyri-rəsmi nikahda olmuş və həmin münasibətdən 6 yaşlı övladı vardır. Əbülfəzlə münasibəti əvvəllər həmişə yaxşı olmuşdur. Əbülfəz əvvəl məhkum olunub, 2018-ci ilin noyabr ayında azadlığa çıxdıqdan sonra isə əsassız yerə onu qısqanmağa və xəyanətdə ittiham etməyə başlamış və həmin vaxtdan da Əbülfəzlə münasibətləri korlanmışdır. Sonra onun mobil telefon işlətməyinə şübhəylə yanaşmış və ona telefon işlətməməyini bildirmişdir. Aralarında mübahisə düşmüş, həmin zaman anası Raziyəyə məlumat verib evə çağırmış və telefonu anasına vermişdir. Anası da həmin telefonu aparmışdır. Telefonu anasına verdikdən sonra münasibətləri, yenə də soyuq qalmışdır. 2 həftədən sonra o, Əbülfəz ilə birlikdə anasının evinə getmişlər. Həmin vaxt bacısı Pərvanə də evdə olmuşdur. Anası telefonu gətirib ona vermişdir. Anası Raziyə telefonunu verdikdən sonra Əbülfəz telefonu istəmiş və telefona baxan zaman telefonun yaddaşında olan hər şeyin silinib təzələndiyini görmüşdür. Əbülfəz ona daha çox şübhə ilə yanaşmağa başlamış, həmin yeni nömrəni işlətməyinə də icazə verməmiş, lakin, telefon onda qalmışdır. Sonradan Əbülfəzin pula ehtiyacı olduğu üçün təxminən 2019-cu ilin yanvar ayında həmin telefonu satmışdır. Mobil telefonu olmadığı üçün Əbülfəz ona şər atmağa başlamış, guya anası Raziyə və bacısı Pərvanə qonşu, Əbdüləli ilə onun arasında əlaqə quraraq vasitəçilik edirlər. Əbdüləlini Əbülfəzin qohumu və qonşusu kimi tanıyır və münasibətləri həmişə normal olmuşdur. Lakin, Əbülfəz əsassız olaraq ondan şübhələnmişdir ki, guya, Əbdüləli ilə görüşür. 2019-cu ilin oktyabr ayında Əbülfəz onunla dalaşdığından 20 gün inzibati həbsdə qalmışdır. Həbsdən qayıtdıqdan sonra da münasibətləri yaxşı olmuşdur. Belə ki, həbsdən çıxandan 3 gün sonra gecə saat 24 radələrində Əbülfəz ona şər atmağa başlamışdır ki, o, evdə başqa şəxslərlə görüşür. Bundan sonra Əbülfəz ona bildirmişdir ki, evdən çıxıb getsin. Lakin, o, razılaşmamışdır. xx xxxxxx 2019-cu il tarixdə, saat 13 radələrində Əbülfəz evin həyətində telefonla danışdıqdan sonra evdən çıxıb getmiş və saat 20.30 radələrində evə gəlmişdir. Əbülfəz saat 20.30 radələrində evə gələrkən, uşaqların yanında yataqda uzanıb söhbət etmiş, həmin gün saat 21 radələrində, uşaqları hamamda çimdirib qurtardıqdan sonra Əbülfəz demişdir ki, hamamı hazırlasın çiməcək. O da heç bir etiraz etməmişdir. Saat 21.30 radələrində, uşaqların otağına keçmiş və onlara nəzər saldıqda görmüşdür ki, artıq yatırlar. Sonra hamama tərəf getməyə başlamışdır ki, hamamı Əbülfəz üçün hazırlasın. Hamama daxil olanda Əbülfəz arxası ilə hamama daxil olmuşdur. Əbülfəz hamama girən kimi onu tutub yerə yıxmış və bıçaqla ona ardıcıl zərbələr vurmağa başlamışdır. Huşu getdiyi üçün baş verənlərdən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 13 radələrində oğlu Əbülfəz evdən çıxıb getmiş, getməmişdən öncə onun mobil telefonunu götürərək həyətdə kiməsə telefon zəngi edib evə qayıtmış, telefonu geri verərək getmişdir. Əbülfəz saat 20 radələrində evə gəlmiş, evə gələrkən o, otağında uzanmışdır. Evin qapısının açılmasından Əbülfəzin evə gəldiyini başa düşmüşdür. Əbülfəz gəldikdən bir müddət sonra otaqdan çıxaraq qonaq otağına keçmiş, Əbülfəz, nəvələri Elmira və Esmira ilə qonaq otağında çay süfrəsinə oturmuşdur. Çay süfrəsinə oturan zaman gəlini Təranə digər uşaqları hamamda çimdirmiş və uşaqlar bir-bir hamamdan öz otaqlarına keçərək otaqlarına yatmağa getmişlər. Sonra oğlu Əbülfəz gəlini Təranəyə səslənərək, hamamı hazırlamasını tapşırmışdır. Təranə gələrək uşaqların yatdığı otağa keçmiş və oradan çıxıb qonaq otağından keçərək hamama tərəf getməyə başlamışdır. Həmin vaxt saat 21:30 radələri olmuşdur. Təranə qonaq otağından mətbəxə keçdikdə, Əbülfəz də ayağa duraraq Təranənin arxasınca getmişdir. Bir neçə dəqiqə sonra hamamdan səs-küy gəlmiş və o, dərhal ayağa durub hamam tərəfə getmiş və Əbülfəzin Təranəyə bıçaq zərbələri yetirdyini görmüşdür. Əbülfəz sağ əlində tutduğu bıçaqla Təranənin sağ qoluna, sinəsinə, yuxarı nahiyələrinə bıçaq xəsarətləri yetirmişdir. Təranə həmin vaxt yerdə oturmuş, hər tərəfi qan olmuş və əl- ayaq hərəkətləri ilə Əbülfəzin bıçaq zərbələri vurmasına mane olmağa çalışmışdır. Əbülfəzin sağ əlini, bıçaq olan əlini tutaraq əlini sıxıb bıçağı Əbülfəzin əlindən almış və qolundan tutaraq hamamdan çıxarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisə baş verən gün bazar olmuşdur, səhəri məktəb olduğuna görə məktəb paltarlarını hazırlamışdır. Sonra babası gəlmiş, babası da yemək yeyib süfrə yığılmış, qabları yığıb mətbəxə qoymuşdur. Babası getdikdən bir qədər sonra atası gəlmişdir. Hamısı yataq otağında oturmuş, anası da onlarla oturmuş və atası anasına nanə çayı dəmləməsini demişdir. Həmin vaxt atasının cibində bıçaq olmuşdur. Bacısı o biri bacısına demişdir ki, atasının cibindəkindən qorxur. O, nanə dərməyə getmiş, nanə dərib gətirəndə atası ona demişdir ki, lazım deyil nanəni peçə atsın. Nanəni peçə atmış, o, həmin günü çox kitab oxuduğundan yorğun olmuşdur. Bir qədər dincəlmək istəmiş və onu yuxu aparmışdır. Sonra səsə ayılmış, uşaqlar demişdir ki, atası anasını bıçaqlayıb hadisə yerinə gəldikdə, babasının da orada olduğunu görmüşdür. Anası çətin nəfəs almış evdə peçləri söndürmüşlər ki, anası asma olduğu üçün nəfəs ala bilsin. Sonra TTY gəlmiş və anasını xəstəxanaya aparmış, onlar da nənəmgilə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə günü babası da evdə olmuş, babası yemək yedikdən sonra süfrəni yığmışlar, həmin vaxt atası gəlmiş və anasına paltarlarını yığmasını və çiməcəyini bildirmişdir. Onlar süfrəni yığıb arxa otağa keçmişlər. Anası atasının paltarlarını yığıb hamama aparmışdır. Bacısı bir qədər sonra demişdir ki, anasının səsi gəlir, həmin vaxt telefizorun səsini almışlar və səsə gedib hamama girmişlər. Sonra onlar qaçıb bacısı Esmiranı oyadaraq anasını atasının bıçaqladığını demişlər. Onlardan sonra babası onlardan sonra gəlib atasının əlindən bıçağı almışdır. Anası otaqdan çıxıb qaça qaça arxa otağa keçib orada oturmuşdur. Atası onu görəndən sonra sonra onları hamamdan qovub pərdəni çəkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 13 radələrində Əbülfəz ona Əbdülməmmədin nömrəsindən zəng edərək demişdir ki, Təranəni evinə aparsın. Əbülfəz Təranədən ayrılmaq istəmişdir. O, Əbülfəzə demişdir ki, Təranə uşaqlarsız qala bilməz. Əbülfəz isə demişdir ki, evdən çıxıb gedir. Bununla da danışıqları sona çatmışdır. Həmin gün saat 22 radələrində qızı Pərvanə telefon zəngi edərək bildirmişdir ki, Əbülfəz Təranəni bıçaqlayıbdır və Təranə 3 saylı xəstəxanadadır. O da dərhal xəstəxanaya getmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020ci il tarixli, 79 N-li rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının ön səthinin döş və qarın boşluqlarına keçərək sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna sərbəst qanın və havanın yığılmasına), sol Vİİİ qabırğanın, diafraqmanın və mədənin zədələnməsinə səbəb olan 1 (bir) ədəd; döş və qarın boşluqlarına keçməyən döş qəfəsinin sol yarısının ön səthinin 2(iki) ədəd, sol süd vəzinin 2 (iki) ədəd, qarının sol yarısının 1 (bir) ədəd, boyun nahiyəsinin 1(bir) ədəd, sol bazunun 1 (bir) ədəd (cəmi səkkiz ədəd) deşilmiş-kəsilmiş yaraları; sağ əlin 1 (bir) ədəd, döş qəfəsinin sağ yarısının ön-bayır səthinin döş boşluğuna keçməyən 1 (bir) ədəd, sağ diz oynağı nahiyəsinin 1 (bir) ədəd, sol baldırın 1 (bir) ədəd (cəmi dörd ədəd) kəsilmiş yaraları müəyyən edildi. Deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alət (alətlər) təsirindən, kəsilmiş yaralar isə kəsici alət (alətlər) təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilə bilər. Xəsarətlərin törənmə müddəti qərarda göstərilən xx.xx.2019-cu il tarixə uyğun gəlir. Dərəcəsinə görə - döş qəfəsinin sol yarısının ön səthinin döş və qarın boşluqlarına keçərək sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna sərbəst qanın və havanın yığılmasına), sol Vİİİ qabırğanın, diafraqmanın və mədənin zədələnməsinə səbəb olan 1 (bir) ədəd deşilmiş- kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir; döş və qarın boşluqlarına keçməyən döş qəfəsinin sol yarısının ön səthinin 2 (iki) ədəd, sol süd vəzinin 2 (iki) ədəd, qarının sol yarısının 1 (bir) ədəd, boyun nahiyəsinin 1 (bir) ədəd, sol bazunun 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları; sağ əlin 1 (bir) ədəd, döş qəfəsinin sağ yarısının ön-bayır səthinin döş boşluğuna keçməyən 1 (bir) ədəd, sağ diz oynağı nahiyəsinin 1 (bir) ədəd, sol baldırın 1 (bir) ədəd kəsilmiş yaraları (cəmi on bir ədəd) ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlər qısa müddət ərzində yetirildiyindən, yetirilmə ardıcıllığını məhkəmə-tibbi ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. Zərərçəkmiş şəxs qeyd olunan xəsarətləri alarkən bədənin müxtəlif duruş vəziyyətlərində ola bilərdi. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Vətəndaş Zərərçəkmiş şəxs xəstəxanada MRT müayinədən keçirilmiş və onda baş beyinin hər iki təpə payının kəskin işemik infarkt sahələri (insultu) aşkar edilmişdir və bu səbəbdən sağ əlində qismən hərəkət məhdudluğu yaranmışdır. Qeyd olunan simptom xəstəlik əlaməti olub, aldığı xəsarətlərlə səbəbli əlaqəsi yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-ballistik-trasoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 2456/2457 N-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş qısaqol köynəyin (“a” “h” zədələri istisna olmaqla), idman şalvarının səthindəki zədələr kəsici, ucu deşici xassəyə malik predmetin təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Köynəyin səthində olan “a” zədəsi isə bərk predmetin (o cümlədən, bıçağın tiyəsinin uc hissəsi) təsirindən yaranmağa xarakterik deşilmə zədəsidir. Zədələrin üzərində zədə yaradan predmetə məxsus xüsusi əlamət əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş qısaqol köynəyin, idman şalvarının material xüsusiyyətlərindən asılı daraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyalarının səthində olan deşilmə-kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək nümkün deyildir. Qısaqol köynəyin səthində olan “h” zədəsi fiziki qüvvənin təsirindən yaranmağa xarakterik dartılıb sökülmə zədəsidir. Xüsusi ədəbiyyatlarda qeyd edilən xarakterə malik zədənin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından yuxarıda göstərilən zədənin əmələ gəlmə mexanizminin kriminalistik tədqiqat aparılması yolu ilə müəyyən edilməsi nümkün deyil. Qeyd olunan zədələrin müxtəlif şəraitlərdə, həmçinin qərarın təsviri hissəsində göstərilmiş şəraitdə yaranması istisna edilmir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 162/2020-MTBŞ N-li rəyindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: AB/İV/. Təqsirləndirilən şəxs ABO üzrə qan qrupu: O/l/ (təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Təqdim olunan 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus 01 ədəd kofta və 01 ədəd şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti antigenlər və aqqlyutininlərə görə ABO sistemi üzrə təyin olunduqda “A”, “B” və “H” antigenləri, kofta üzərindəki ləkələrdə həmçinin alfa aqqliyutinini alındı. Bu qan ləkələri bir qruplu şəxsə məxsusdursa AB(H)/lV/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. (Əgər onun qanında müşayiətçi H antigeni varsa). Qanın qarışıq olduğu halında və hadisə zamanı Təqsirləndirilən şəxs qanaxma ilə müşahidə olunan xəsarəti olubsa, ləkələrdə Təqsirləndirilən şəxs də qarışmış qanının olması inkar olunmur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 377 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur. Şəxsi keyfiyyətlərində konfliktə meyillilik, tez özündən çıxmaq, hövsələsizlik kimi əlamətlərin olduğu, subyektivizim, inadkarlıq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malik olduğu müəyyən edilir. Fərdi-psixi xüsusiyyətləri nəzərə alınmaqla o, cinayət hadisəsinin baş verdiyi şəraiti, iş üçün əhəmiyyətli halları düzgün qavramaq qabiliyyətinə malikdir, cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəblilik yaranmışdır. Həmin halın yaranması fərdi-psixi xüsusiyyətləri fonunda situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs Əbdül oğlu cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs ifadələrində arvadı Zərərçəkmiş şəxs bıçaqla öldürmək məqsədi ilə deyil, xəsarət yetirmək məqsədi ilə vurması, ona qohumları X3 ilə münasibətdə olub xəyanət etməsi barədə göstərdiyi xüsusatlar öz müdafiəsi üçün irəli sürdüyü dəlillər kimi qiymətləndirilərək məhkəmə istintaqı zamanı toplanmış sübutlarla tam təkzib olunmuşdur. Belə ki, Zərərçəkmiş şəxs, hadisə şahidlərinin ifadələri, üzləşdirmə, telefon danışıqlarına dair baxış protokolları ilə sübuta yetirilmişdir ki, Zərərçəkmiş şəxs heç kimlə münasibəti olmamış, hadisə baş verən zaman Təqsirləndirilən şəxs qəflətən arxa tərəfdən Zərərçəkmiş şəxs üstünə hücum edərək müqavimətinə qırmaq məqsədi ilə onun ağzından tutub onun yerə yıxılmasına, habelə səsinə azyaşlı uşaqlarının hamam otağına gəlmələrinə baxmayaraq onların gözləri qarşısında yenə də öz qanunsuz hərəkətlərini davam etdirib bıçaqla Təranənin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq xəsarətləri yetirmiş, Təranənin qışqırıq səsinə hamam otağına qaçaraq köməyə gəlmiş Əbdülməmməd Babayev vaxtında onun qolundan tutub növbəti zərbələri yetirməsinə imkan vermədiyindən, ailə üzvlərinin köməkliyi ilə ilkin tibbi yardım göstərilərək xəstəxanaya çatdırıldığından Zərərçəkmiş şəxs həyatı xilas olunmuşdur. Onun Zərərçəkmiş şəxs öldürmək məqsədi olması hadisə zamanı sonuncuya bədəninin müxtəlif nahiyələrindən 12 ədəd deşilmiş-kəsilmiş xəsarətlər yetirməsi barədə məhkəmə tibbi ekspertizasının rəyi ilə də öz təsdiqini tapır. Cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4cümaddəsiilətövsif edilməli və o, həmin maddələrilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər, Xəzər rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 69.3 maddəsinə əsasən 08 ay 12 gün islah işləri cəzasına məhkum edilmişdir. Bakı şəhər Sabünçü rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş islah işləri cəzası icra olunmadığından həmin islah işləri cəzası 8 ay 12 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardığı gündən 02 il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəzası qalmamış, lakin, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən xüsusi ilə ağır cinayətin törədilməsi əməldə cinayətlərin residivini yaradır. Odur ki, Təqsirləndirilən şəxs qəsdən xüsusi ilə ağır cinayət törətdiyinə görə onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan övladlarının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Azərbaycan Respublikasının Cinayət Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. AzərbaycanRespublikasıCinayətMəcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəməhesabedirki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cümaddəsinəəsasəntəyinedilmiş cəzaciddirejimli cəzaçəkməmüəssisəsindəçəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur, odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu, yəni xx xxxxxx 2019cu il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Sabunçu rayon prokurorluğunda saxlanılan bir ədəd taxta tutacaqlı bıçaq, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd qara rəngli qısaqol köynək və bir ədəd boz rəngli idman şalvarı məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri 120 manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəməistintaqızamanı “İnsanhüquqlarınıvəəsasazadlıqlarınınmüdafiəsihaqqında” Konvensiyanın 6-cımaddəsinin 3-cühissəsinincbəndinə, AzərbaycanRespublikasıCPM-nin 19-cumaddəsinin 19.4.4-cü bəndinə və AzərbaycanRespublikasıCinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cümaddələrinintələblərinəzərəalınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ciil tarixli, 31 nömrəli qərarına 3.05.2018-ciil tarixdə edilmiş dəyişikliklərəəsasən Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18saylıvəkilbürosununvəkiliMüdafiəçi, yardım göstərdiyiüçündövlətbüdcəsininhesabındanBakışəhər 18 saylı vəkil bürosunun hesabına 216 (iki yüz on altı) manat pulödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CinayətMəcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin29,120.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona14 (on dörd) ilmüddətinəazadlıqdan məhrum etmə cəzası təyinedilsin. Cəzasınıciddi rejimli cəzaçəkmə müəssisəsindəçəksin. Cəzaçəkmə müddətinin əvvəli02dekabr 2019-cuil tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Müdafiəçi, hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 18 saylı vəkil bürosunun hesabına 216 (iki yüz on altı) manat pulödənilsin. İş üzrə maddi sübut olan və Sabunçu rayon prokurorluğunda saxlanılan bir ədəd taxta tutacaqlı bıçaq, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd qara rəngli qısaqol köynək və bir ədəd boz rəngli idman şalvarı məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri 120 manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən, elanolunduğuandanTəqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-900/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-900/2020
19.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver