Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-900/2021 27.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X6 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1998-ci il tarixdə Quba rayonunun Zərdabi qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayır və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs 5 manat borcunu qaytara bilməməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı x xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində Xaçmaz şəhəri, H.Aslanov küçəsi ilə M.Müşfiq küçəsi, döngə 12-nin kəsişməsində Zərərçəkmiş şəxs hadisə yerinə özü ilə gətirdiyi mətbəx bıçağı ilə qəsdən 2 dəfə vuraraq sonuncuya döş qəfəsinin arxa divarının ağciyərin zədələnməsi ilə nəticələnmiş plevra boşluğuna nüfuz edən 1 ədəd kəsilmiş-deşilmiş yarası, ağciyərin zədələnməsi ilə nəticələnmiş insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, ənsə nahiyəsinin kəsilmiş yarası ilə nəticələnmiş dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vuran və sol dirsək nahiyəsinin sıyrıqları ilə nəticələnmiş sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, nəticədə o, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Xaçmaz şəhər sakini Zərərçəkmiş şəxs 4-5 ildir ki, tanıyır. x xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində Namiqə zəng edərək 10 manat borc pul istəmişdir. Əvvəllər aralarında pul alış-verişi olduğundan məhz bir tanış kimi Namiqi münasib hesab edərək ona zəng etmişdir. Namiqin yaşadığı küçəyə gedərək ondan 10 manat pul götürüb növbəti gün qaytaracağını bildirmişdir. Ancaq növbəti gün saat 12 radələrində pulun hamısını deyil, 5 manatını Namiqə qaytara bilmiş, qalan 5 manatı da 2-3 gün müddətində qaytaracağına söz vermişdir. x xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində Xaçmaz şəhəri ərazisində olduğu vaxt Namiq tanımadığı nömrədən ona zəng edərək borclu qaldığı 5 manat pulunu istəmişdir. O da Namiqə demişdir ki, “yarım saatlıq işim var, gələrəm, görüşərik”. Namiq gəlməyəcəyini və pulu qaytarmaq məqsədi olmadığını düşünüb “gəlməyəni də” deyərək ünvanına nalayiq ifadələr işlətməklə cavab vermiş və dərhal da əlaqəni kəsmişdir. Namiqin təhqiramiz ifadələri ona olduqca pis təsir etmişdir. Namiq fiziki cəhətdən güclü olduğundan bıçaqla onu vurmaq qərarına gəlmişdir. Bu məqsədlə yaşadığı evə getmiş və evdəkilər görmədən mətbəxdəki bıçağı cibində gizlədib Namiqin olduğu Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən çayxanaya getmişdir. Çayxanaya çatanda Namiqə zəng etmişdir. Namiq onu çayxanadan çıxıb qarşılayandan sonra birlikdə çayxanaya daxil olmuşlar. Namiqin əyləşdiyi masa arxasında qonşusu Elçin də əyləşmiş, onlar pivə içmişlər. Elçini bir neçə dəfə Namiqin yanında görmüş, lakin tanışlığı olmamışdır. Masa arxasında Namiqin ünvanına nalayiq ifadələr işlətməsindən və söyüş söyməsindən söz açmamış, kafedə adamlar olduğu üçün məqsədi Namiqi tam sakit şəkildə və gəlişindən şübhələnməmək şərtilə kafedən çölə çıxararaq özü ilə gətirdiyi bıçaqla kafedən kənarda vurmaq olmuşdur. O görmüşdür ki, Namiq kafedə onunla mübahisə etməyə başlayır. O da camaatın diqqətini cəlb etməmək üçün kafeni tərk edərək Namiqə demişdir ki, “5 dəqiqədən sonra sənə zəng edəcəm”. Sonra görmüşdür ki, Namiq arxası ilə gəlir. Kafedən təxminən 50 metr uzaqlaşdıqdan sonra dayanmış, elə bu vaxt Elçin də yanlarına gəlmişdir. Namiq təkidlə nalayiq ifadələr işlədib “pulu bu dəqiqə verməlisən” deyərək yumruqla alın nahiyəsinin sağ tərəfindən vurmuşdur. O həmin yumruq zərbəsindən yerə yıxılarkən sağ əlinin bilək nahiyəsinin üst səthi yerə dəyərək əzilmişdir. Həmin vaxt Elçin Namiqi sakitləşdirməyə çalışmışdır. O, ayağa qalxanda Namiq üstünə gəlib sol əli ilə əynindəki paltarının boyun hissəsinin sağ tərəfindən sıxaraq yapışıb sağ əli ilə yumruqla onu yenə də vurmaq istəmişdir. O, sol əli ilə Namiqin yumruq atmaq istədiyi sağ əlini tutmuşdur ki, onu vura bilməsin. Namiq yumruqla onu vura bilmədiyi üçün qarın boşluğuna təpiklə vurmağa başlamışdır. Elçin isə Namiqi arxaya çəkərək ondan ayırmışdır. Bu vaxt o, cibindəki bıçağı çıxarıb ard-arda əvvəlcə Namiqin başının arxa tərəfindən, sonra isə bədəninin sol tərəfindən vurmuş və dərhal da əlindəki bıçaqla oradan qaçıb uzaqlaşmışdır. Çünki hadisənin baş verdiyi yer Namiqgilin yaşadığı küçəyə yaxın olmuş, orada Namiqin dost-tanışı onu görsəydi onun üçün pis nəticələnə bilərdi. Bundan sonra o, atasına zəng edib bıçaqla adam vuraraq qaçdığını və evə gec gələyəcəyini bildirmişdir ki, onu gözləyib nigaran qalmasın. Hadisə zamanı istifadə etdiyi bıçağı Xaçmaz şəhərində adını bilmədiyi küçədə mişar daşından hörülmüş hasarın yanına atmışdır. Hadisədən qorxduğu üçün bir neçə gün polisə getməmişdir. Lakin özünə tam gələndən sonra polisə könüllü gedərək hadisəni törətdiyini etiraf etməyi qərara almışdır. Bıçağı evdən götürmüşdür. Namiqə neçə bıçaq zərbəsi vurduğunu xatırlamır. Zərərçəkmiş şəxslə barışmış və törətdiyi cinayət əlindən peşmandır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Xaçmaz şəhər sakini kimi tanıyır. x xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində Elxan ona zəng edərək 10 manat borc pul istəmişdir. Əvvəllər də bir-birinə pul alıb-verdiklərindən Elxana etiraz etməmiş və sonra onlar görüşmüşlər. Elxana 10 manat pul vermiş və Elxan növbəti gün pulu qaytaracağını demişdir. Lakin növbəti gün Elxan pulun 5 manatını qaytarmış, qalan 5 manatını isə bir gün sonra qaytaracağını demişdir. Lakin bir gün sonra da Elxandan xəbər çıxmamış və sonuncu onun zənglərinə cavab verməmişdir. x xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində yaşadığı küçədə qonşusu Elçinlə təsadüfən rastlaşmış və onlar pivə içmək qərarına gəlmişlər. Onlar birlikdə Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən adını bilmədiyi kafeyə getmişlər. Kafedə pulunu istəmək üçün Elxana zəng etsə də, o, telefonuna cavab verməmiş, ona görə də Elxana Elçinin telefonu ilə zəng etmişdir. Elxandan pul barədə soruşaraq telefonunu niyə açmadığını, heç olmasa zəngə cavab verməsini və pulu hansı vaxtda verəcəyini deməsini bildirmişdir. Elxan isə ona demişdir ki, “hardasansa yarım saata, bir saata gələcəm yanına”. O da Elxanı nəzərində tutaraq ünvanına nalayiq ifadələr işlədib telefonu söndürmüşdür. Təxminən 1 saat sonra Elçinlə çayxananın tualetinə gedərkən telefonuna qısa zəng gəlmişdir. O həmin nömrəyə zəng etmiş, telefona Elxan cavab verib demişdir ki, çayxananın qarşısına gəlib, onu gözləyir. O da Elxanı qarşılamış və birlikdə masada oturmuşlar. O, Elxandan telefonunu nə üçün açmadığını, onu neçə gündür aldatdığını soruşaraq evinin çörək pulunu verdiyini demişdir. Elxan da ona “yoxdur, olanda verəcəyəm” sözlərini demişdir. O isə Elxana “bəlkə sən bir ilə verəcəksən, get pulu tap gətir” sözlərini demiş, aralarında mübahisə yaranmış, kafeni işlədən şəxs onlara irad bildirmişdir. Ona görə də Elxan masadan qalxıb ona demişdir ki, “5 dəqiqəyə zəng edəcəyəm, çıxarsan”. Bundan sonra Elxan kafedən çıxıb sağ tərəfə getməyə başlamışdır. O da Elxanın arxasınca gedərək “hara gedirsən, pulu gətirirsənmi?” sözlərini demişdir. Onlar təxminən 50 metr irəlilədikdən sonra dayanmış, Elçin də arxalarınca həmin yerə gəlmişdir. Elxandan bir daha soruşmuşdur ki, “pulu verirsənmi?”. Elxan ona “yoxdur” demiş, o isə Elxana “get tap gətir” sözlərini demişdir. Elxan yenidən ona “yoxdur, bağla” deyərək cavab verəndə o əsəbləşib əli ilə Elxanı vurmuş və o, arxası üstə yerə yıxılmış, Elçin isə onu sakitləşdirmişdir. Elçin onu oradan aparmaq istəyəndə Elxan ayağa durmuş, sonuncu həmin an görə bilmədiyi alətlə onun əvvəlcə başından, sonra isə bədəninin sol tərəfindən vuraraq qaçıb getmişdir. Onun həmin zərbələrdən sonra başına və sol tərəfinə istilik gəlmiş, əli ilə Elxanın vurduğu yerlərə baxanda qan axmasını görmüşdür. O, Elçinə “bu məni bıçaqladı ki” sözlərini demişdir. Elçin isə taksi ilə onu xəstəxanaya aparmışdır. Elxan ona bir neçə xəsarət yetirmişdir. Hadisə zamanı Elxanı təhqir etmişdir. Elxanın ailəsi onun xəstəxana xərclərini ödəmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, dalan 1, ev 12 A-da arvadı Elnurə və oğlu Elxan ilə birlikdə yaşayır. x xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində evdə olduğu vaxt mobil telefonuna həyəcanlı halda zəng edən oğlu Elxan bıçaqla adam vuraraq qaçdığını, evə gec gələyəcəyini və buna görə də onu gözləyib nigaran qalmamağını bildirmişdir. O, Elxandan kimi, necə və hansı səbəbdən vurduğunu soruşduqda o, tanışı Namiqi vurduğunu deyərək hadisə barədə tam açıqlama vermədən telefonu söndürmüşdür. Elxan gecə saatlarında evə gələndə demişdir ki, səhər açılanda polisə gedib hadisəni törətdiyini etiraf etsin. Lakin səhər yuxudan duranda görmüşdür ki, Elxan xəbərsiz evdən çıxıb gedib. Namiqi bıçaqladığını Elxanın özü ona demişdir. X5 arasında əvvəllər mübahisə olmasını eşitməmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, onun Xaçmaz şəhəri, H.Əliyev küçəsində yerləşən icarə əsasında işlətdiyi çayxana vardır. x xxxxxx 2020-ci il tarixdə axşam saatlarında Namiq Elçinlə birlikdə onun işlətdiyi çayxanaya gələrək masaların birində əyləşib 1-2 bakal pivə içmişlər. Bir gədər sonra Təqsirləndirilən şəxs da çayxanaya gəlmiş və bu vaxt Elxanla Namiqin arasında söz mübahisəsi olmuş, sonradan başa düşmüşdür ki, aralarındakı mübahisə pul üstündədir. Lakin mübahisə zamanı onlar bir-birini vurmamış və buna cəhd etməmişlər. Mübahisənin böyüməməsi üçün o hər ikisinə yaxınlaşıb mübahisə etməmələrini və çayxanadan çölə çıxmalarını xahiş etmişdir. Namiqlə Elxan da onun sözünü eşidib hər ikisi çayxanadan çıxmış, onların arxasınca Elçin də çölə çıxmışdır. O həmin şəxslərin hara getdiyini bilməmişdir. Bir neçə gün sonra xəbər tutmuşdur ki, Elxan Namiqə ağır xəsarət yetirib (cild 1, iş vərəqə 129-131). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (cild 1, iş vərəqə 52-57). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qəsdən vurduğu mətbəx bıçağını atdığı yer olan ünvan 2 ünvanının qarşısını göstərərək həmin bıçağı istintaqa təqdim etmiş və həmin bıçaq müvafiq qaydada götürülmüşdür (cild 1, iş vərəqə 58-62). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X3 x xxxxxx 2020-ci il tarixli 707 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - ənsə nahiyəsinin kəsilmiş yarası, döş qəfəsinin arxa divarının ağciyərin zədələnməsi ilə nəticələnmiş plevra boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (bıçağın), sol dirsək nahiyəsinin sıyrıqları bərk küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi 6.11.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə döş qəfəsinin arxa divarının ağciyərin zədələnməsi ilə nəticələnmiş plevra boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, ənsə nahiyəsinin kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olmuş, sıyrıqlar isə sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməmişdir (cild 1, iş vərəqə 15-16). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin kompleks məhkəmə-psixoloji və psixiatrik ekspertizasına dair xx xxxxxx 2021-ci il tarixli 30 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşməmişdir. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur. Hövsələsizlik, hirslilik, tez özündən çıxmaq, konfliktə meyillilik, inadkarlıq, qıcığa qarşı həssaslıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs aşkar olunmuş özündən uydurmaya meyillilik əlamətləri, yaş və intellektual inkişaf xüsusiyyətləri normaya uyğun olduğundan belə qənaətə gəlinir ki, o, qərarın təsviri hissəsində qeyd edilmiş cinayət hadisəsini törədən zaman öz hərəkətlərinin xarakter və mənasını dərk etmək iqtidarında olmuşdur. Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs psixi-emosianal sferasında hirslilik, qıcığa qarşı həssaslıq yaranmış, həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri ilə şərtləşmişdir. Törətdiyi əməl ilə əlaqədar onun psixi-emosional sferasında davranışlarına mühüm təsir göstərə biləcək hər hansı dəyişiklik aşkar edilməmişdir (cild 1, iş vərəqə 134-136). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx xxxxxx 2021-ci il tarixli 3/77, 3/78 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş köynəyin, jaketin, maykanın üzərində rəyin təsviri hissəsində yerləşmə yeri və sayı göstərilməklə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin, o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin təsiri ilə yaranmağa xarakterik deşilmə-kəsilmə zədələri vardır (cild 1, iş vərəqə 140-141). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 94). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı şikayət və tələbi yoxdur (cild 1, iş vərəqə 95). Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını və ilk dəfə cinayət törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti hərbi vəziyyət dövründə törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.11-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif etməklə yanaşı, onun həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs x xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 44). Cinayət işinin materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli x xxxxxx 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 83-86). Cinayət işinin materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalında həbsdən azad edilmişdir (cild 1, iş vərəqə 99-103). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından həbs edilməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu x xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Xaçmaz rayon Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd mətbəx bıçağı, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd jaket, 1 ədəd gödəkcə və 1 ədəd mayka Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli x xxxxxx 2020-ci il tarixdən tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Xaçmaz rayon Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd mətbəx bıçağı, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd jaket, 1 ədəd gödəkcə və 1 ədəd mayka Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-900/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-900/2021
27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver