Məhkəmə qərarları › İş №1(101)-900/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-900/2023

17.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-900/2023 17.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X11 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1 və həmin şöbənin prokuroru Dövlət ittihamçısı2, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə2, müdafiəçi - Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 2006-cı ildə Bakı şəhərində anadan olan, subay, natamam orta təhsilli, Bakı şəhərində fəaliyyət göstərən R.Əliyev adına 03 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmayan, işləməyən, Zəngilan rayonu, Zərnəli Ərazi Dairəsi, Zərnəli kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, 7-ci Mikrorayon, A.Kunanbayev küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, xx.xx.2022-ci il tarixdə, təxminən saat 19:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci Mikrorayon, A.Kunanbayev küçəsində yerləşən “Elton” marketin yaxınlığında tanışı, xx.xx.2007-ci il təvəllüdlü, yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs ilə aralarında olan mübahisəyə aydınlıq gətirən zaman sonuncunun onu söyməsi və üzərinə hücum etmək istəməsi səbəbindən şalvarının yan cibindən zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı qatlanan cib bıçağını çıxarıb açaraq sonuncunun döş nahiyəsinin sol hissəsindən həmin bıçaqla 2 (iki) dəfə vurub döş qəfəsinin sol yarısının və sol-yan səthinin daxilə nüfuz edərək pnevmotoraksla müşayiət olunan 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları kimi bədən xəsarətlərini yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmuşdur. Məhkəmə istintaqında qanuni nümayəndəsi vasitəsi ilə təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, o, Bakı şəhərində fəaliyyət göstərən 03 saylı tam orta məktəbin 11-ci sinifində oxuyur. O, Zərərçəkmiş şəxsı tanışı Ömərin vasitəsilə tanımışdır. Hadisə baş verən gün o, evdə olmuşdur. Təxminən gecə saatlarında qapı döyülmüşdür. O, qapını açan zaman qarşısında Eldar və Cahidi görmüşdür. Eldargil onu həyətə çağırmışlar. O da əyninə paltar geyinərək həyətə, yəni Eldargilin yanına getmişdir. Onlar orada bir müddət söhbət etdikdən sonra aralarında mübahisə yaranmışdır. Həmin mübahisə zamanı Eldar ona nalayiq ifadə və söyüş işlətmişdir. Həmçinin Eldar yenidən çoxlu adamla onun üstünə gələcəyini, hətta üzərində bıçaq olacağını bildirmişdir. O, bu zaman Eldarın ona qarşı işlətdiyi söyüşə görə əsəbiləşərək Eldarı bıçaqlamışdır. O, törətdiyi cinayətdən çox peşmandır. O, Zərərçəkmiş şəxslə barışmış, eləcə də onun valideynləri Zərərçəkmiş şəxs vurulmuş ziyanı sonuncunun valideynlərinə tam şəkildə ödəmişlər, ona görə də hazırda zərərçəkmiş şəxsin və sonuncunun qanuni nümayəndəsinin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin və yaşının az olmasının nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs həm məhkəmə istintaqında, həm də ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadəsini, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, o, həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş və göstərilən cinayət əməli onun tərəfindən yetkinlik yaşına çatmadığı dövrdə törədilmişdir. Belə ki, məhkəmə istintaqında qanuni nümayəndəsi vasitəsi ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs dostu Ömərin sayəsində tanımışdır. O, hadisədən əvvəl Ömərlə Fəridin arasında mübahisənin olduğunu, əvvəllər sonuncuların bir-biri ilə dalaşdıqlarını bilmişdir. Belə ki, bir gün Ömər ona Fəridlə dalaşdığını demişdir. Hadisə baş verməmişdən əvvəl onun da Fəridlə mübahisəsi olmuşdur. Düzdür, o, Fəridlə dava etməsə də, Fəridlə onun arasında anlaşmazlıq olmuşdur. Daha sonra Ömər ondan Fəridlə söhbət etməsini xahiş etmişdir. Ona görə də hadisə baş verən gün o, Ömər və digər tanışı Cahidlə birlikdə Fəridin yaşadığı evə gedərək sonuncu ilə söhbət etmək istəmişdirş Sonra onlar Fəridin yaşadığı evin qapısını döyərək Fəridi həyətə çağırmışlar. Fəridi evdən həyətə çağıran şəxslər Ömər və Cahid olmuşlar. Bu vaxt o, kənarda dayanaraq Ömərgili gözləmişdir. Fərid gəldikdən sonra onlar birlikdə heç kimin olmadığı yerə, yəni məktəbin yanına getmişlər. Həmin yerdə Fəridlə onun arasında mübahisə düşmüş və Fərid ona bıçaqla xəsarət yetirmişdir. Həmçinin ibtidai istintaq zamanı o, Fəridlə barışmış, habelə Fəridin valideynləri ona vurulmuş ziyanı tam şəkildə ödəmişlər. Ona görə də onun və qanuni nümayəndəsinin Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Onunla Fərid arasında əldə edilmiş barışıq hal-hazırda da qüvvədədir. Onların arasındaki münasibətlər hazırda da normaldır. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında qanuni nümayəndəsi vasitəsi ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid2 ifadəsində göstərdi ki, o, Fəridi uzun müddətdir, yəni təxminən 15 ilə yaxın müddətdir ki, tanıyır. Əvvəllər onların arasında dostluq münasibətləri olmuşdur. Eldar isə onun sinif yoldaşıdır. Hadisə baş verən gün o, Eldarla playstation oynamağa getmişdir. Daha sonra o, Eldarla sağollaşaraq evə gedəcəyini demişdir. Təxminən 15 dəqiqədən sonra o, Eldarın ona tərəf üzəri qanlı şəkildə qaçdığını görmüşdür. O, bunu görüb Eldara köməklik göstərmişdir. O, Eldarla Fəridin arasında mübahisə baş verən yerdə olmamış, Fəridlə Eldarın arasında olan mübahisədə iştirak etməmiş və baş vermiş hadisənin şahidi, eləcə də iştirakçısı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Qanuni nümayəndə2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun oğludur. Onun ümumiyyətlə hadisə ilə bağlı heç bir məlumatı yoxdur. Hadisə baş verən gün onun oğlu Zərərçəkmiş şəxs ona mobil telefon vasitəsilə zəng edərək bıçaqlandığını bildirmişdir. Bundan sonra o, oğlu Eldarın olduğu yerə getmiş və orada Eldarın Fərid tərəfindən bıçaqlandığını bilmişdir. Lakin o, baş vermiş hadisənin iştirakçısı və şahidi olmamışdır. Sonradan o, hadisə ilə əlaqədar məlumatları digər şəxslərdən eşidərək öyrənmişdir. Sonra Təqsirləndirilən şəxs valideynləri onun oğlu Eldara vurulmuş ziyanı tam şəkildə ödəmişlər. Nəticədə oğlu Eldar Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuların münasibətləri hazırda normaldır və ona görə də onun oğlu Zərərçəkmiş şəxs və şəxsən onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Qanuni nümayəndə1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. O, baş vermiş hadisənin iştirakçısı və şahidi olmamışdır. O, baş vermiş hadisəni hadisə baş verikdən sonra digər şəxslərdən eşitmişdir. Onun eşitdiyinə görə oğlu Fəridlə şahid qismində dindirilmiş Ömər arasında əvvəlcə narazılıq olmuşdur. Bundan sonra Ömər digər şəxslər və Eldarla birlikdə onların yaşadığı evə gələrək Fəridi həyətə çağırmışlar. Fərid həyətə çıxdıqdan sonra isə Eldargili Fəridi təkləmişlər. Eldargili Fəridə qarşı kobudluq etmişlər, habelə təhqir etmişlər. Fərid təkləndiyini görüb Eldara bıçaqla xəsarət yetirmişdir. Fəridin Eldara xəsarət yetirməsinin səbəbi ondan ibarət olmuşdur ki, Eldar Ömərin xahişi ilə Fəridin üstünə gəldiyindən Fəridə qarşı ən çox kobudluq edən və təhqir edən şəxs olmuşdur. Lakin bu hadisədən sonra onun ailəsi Zərərçəkmiş şəxs vurulmuş ziyanı ödəmişdir. X9 barışmış və hazırda Fəridlə Eldarın arasında normal münasibətlər var. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, hadisə baş verən gün hadisə yerində olmamışdır. Hadisədən əvvəl Ömərlə Fəridin arasında mübahisə olmuşdur. Ona görə də Ömər Fəridlə arasında olan mübahisəni həll etmək üçün Eldarı köməyə çağırmışdır. Sonradan o, eşitmişdir ki, X6 yaşadığı evə getmişlər və onların arasında orada mübahisə yaranmışdır. Həmin vaxt Fərid Eldara bıçaqla xəsarət yetirmişdir. Onun hadisə ilə əlaqədar başqa məlumatı yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 9) görünür ki, həmin gün saat 20:40-da Azərbaycan Respublikası DİN-in 102 xidmətinə Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə2 zəng edərək Bakı şəhəri, Binəqədi rayonu, İ.Hacıyev küçəsində “Sobsanın” yanı kimi tanınan ərazidə oğlu Eldarın bıçaqlandığını bildirmişdir. xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçriilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 4-7) görünür ki, cinayət hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, 7-ci Mikrorayon, A.Kunanbayev küçəsi, “Elton” marketin yaxınlığında baş vermiş, həmin gün hadisə yerinə baxış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edən heç bir sübut aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli könüllü şəkildə bıçağın təqdim edilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 24-26) görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cinayətin aləti qismində çıxış edən bıçağı həmin gün ibtidai istintaq orqanına təqdim etmiş və həmin bıçaq maddi sübut kimi ondan götürülmüşdür. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 36) görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 37) görünür ki, həmin gün yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 1, iş vərəqə 56-57) görünür ki, həmin gün yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham elan edilmiş və o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan (cild 1, iş vərəqə 56-57) görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq tərəfindən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında vəsatət qaldırılmış, lakin Binəqədi rayon prokuroru Fuad Məmmədov həmin vəsatəti müdafiə etməkdən imtina etmiş, bu səbəbdən də onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 78-80) görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cinayət hadisəsinin baş verdiyi yerdə törətdiyi cinayət əməlinin törədilmə üsulunu və mexanizmini əyani şəkildə göstərərək törətdiyi cinayət əməlini etiraf etmişdir. xx.xx.2022-ci il tarixli arayışdan (cild 1, iş vərəqə 83) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhərində yerləşən R.Əliyev adına 3 nömrəli tam orta məktəbin 11-ci sinifində oxuyur və hazırda həmin məktəbin şagirdidir. Xasiyyətnamədən (cild 1, iş vərəqə 84) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhərində yerləşən R.Əliyev adına 3 nömrəli tam orta məktəbin 11-ci sinifində oxuyur, məktəbdə özünü yaxşı şagird kimi göstərmiş, tərbiyəsi ilə digər şagirdlərdən seçilir, həmçinin pedaqoji kollektivdə hörmət qazanmışdır. Habelə o, milli-mənəvi, əxlaqi dəyərlərə daim hörmətlə yanaşaraq vətənpərvər bir şagird kimi formalaşmışdır. xx.xx.2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 101) görünür ki, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə2 ibtidai istintaq orqanına müraciət edərək oğluna vurulmuş ziyanın ödənildiyini, onların təqsirləndirilən şəxslə barışdıqlarını və onların təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmadığını bildirmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 102) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 115-117) görünür ki, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs X5 törədilmiş cinayət hadisəsinin baş verdiyi yerdə ona qarşı törədilmiş cinayət əməlinin törədilmə üsulunu və mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 3142 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 156- 157) görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sairpsixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altma düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” X7 2482 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 159-162) görünür ki, Vət.Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - döş qəfəsinin sol yarısının və sol-yan səthinin daxilə nüfuz edərək pnevmotoraksla müşayiət olunan 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün “X8” PHŞ-nə müraciət etdiyi xx.xx.2022-ci il, saat 21:48-dən bir qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Vət.Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərər alaraq, demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilərdilər. Vət.Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin bədənin əl çatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilmələri və eləcə də onun öz boyu hündürlüyündən yıxılaraq deşici-kəsici əşyaya dəyməsi nəticəsində əmələ gələ bilmələri inandırıcı deyil. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” X7 658/2022-MTKŞ nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 166- 169) görünür ki, ekspertizaya təqdim edilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol nahiyəsində bir, köynəyin arxa səthinin sol nahiyəsində bir ədəd və köynəyin sol qolunun arxa səthində iki ədəd (cəmi 4 (dörd) ədəd) dəlib-keçən zədələr aşkar olunmuşdur. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol nahiyəsində və arxa səthinin sol nahiyəsində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr onun bədəninin döş qəfəsinin sol yarısında və sol-yan səthində olan iki ədəd deşilmiş-kəsilmiş yaraları ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Köynəyin sol qolunun arxa səthində olan iki ədəd kiçik ölçülü deşilmiş-kəsilmiş zədələr onun bədəni üzərində əksini tapmır. Bu da yalnız paltarın zədələnməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib bıçağıdır və soyuq silah hesab edilmir edilmir. Bıçağın üzərində sonradan təyinatının dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” X7 839/2022-MTBŞ nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 171- 173) görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu -O/İ/RH+. Ekspertizaya təqdim edilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus uzunqol kofta üzərində insan qanı izləri aşkar olundu. Ləkələr qanın qrup mənsubiyyəti tədqiq olunduqda “H” antigeni və bəzi ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri Q-alfa, beta (İ) qruplu şəxsə, o, cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 178) görünür ki, cinayətin aləti qismində çıxış etmiş məişət təyinatlı 1 (bir) ədəd bıçaq, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş uzunqol, boz rəngli 1 (bir) ədəd köynək iş üzrə maddi sübut kimi tanınmışdır. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 179-191) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında (cild 1, iş vərəqə 194-195) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli ərizədən (cild 2, iş vərəqə 17) görünür ki, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə2 məhkəməyə müraciət edərək oğlu Zərərçəkmiş şəxs vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyini, onların Təqsirləndirilən şəxs ilə barışdıqlarını və ona görə də onların təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixli ərizədən (cild 2, iş vərəqə 18) görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə2 məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını və onların təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmadıqlarını bildirmişlər. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, lakin təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazlarını bildirməmişlər, eləcə də irəli sürülmüş ittihamı və ittiham tərəfinin əldə etdiyi, o cümlədən məhkəmə istintaqında tədqiq edilmiş sübutları mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 dekabr 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs iş üzrə şahid qismində çıxış edən yetkinlik yaşına çatmayan Şahid2 əvvəllər tanımış və onların arasında normal münasibətlər olmuşdur. Lakin bir müddət əvvəl Fəridlə Ömərin arasında bir-birinin çiyinlərinə toxunma səbəbindən narazılıq yaranmış və Fəridlə Ömər bu məsələni bir neçə dəfə öz aralarında müzakirə edərək həll etmişlər. Lakin həm Təqsirləndirilən şəxs, həm də Şahid2 yetkinlik yaşına çatmamasından digər şəxslər, o cümlədən iş üzrə digər Şahid5 sui-istifadə edərək Fəridlə Ömərin arasını vurmağa, yəni sonuncuların arasında mənasız bir səbəbdən yaranmış sözlü mübahisəni böyütməyə çalışmışlar. Bundan sonra Şahid2 sinif yoldaşı olan Zərərçəkmiş şəxs müraciət edərək Fəridlə onun arasında olan mübahisəni öz xeyrinə həll etməsini Eldardan xahiş etmişdir. Zərərçəkmiş şəxs isə yetkinlik yaşına çatmamasına və yaşca Təqsirləndirilən şəxs balaca olmasına baxmayaraq, özünə aid olmayan məsələdə Fəridlə haqq-hesab etməyi üzərinə götürmüşdür. Bu məqsədlə Eldar sinif yoldaşı Ömər və daha iki şəxslə birlikdə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evə gedərək Fəridlə haqq-hesab etmək, başqa sözlə, Fəridi cəzalandırmaq istəmişdir. Bu məqsədlə Eldargil Fəridin yaşadığı evə gedərək sonuncunu həyətə çağırmışlar. Fərid həmin vaxt Eldarın yanında Ömərdən başqa daha 2 (iki) nəfər şəxsin olduğunu görmüşdür. Fərid təklənəcəyindən ehtiyat edərək mətbəx bıçağı ilə silahlanmış və həmin vəziyyətdə Eldargilin qarşısına çıxmışdır. Fərid Eldargilin qarşısına çıxdıqdan sonra onlar bir qədər orada söhbət etməyə başlamışlar, lakin sonradan Eldar insanların daha az olduğu yerə getməyi Fəridə təklif etmişdir. Fərid də bu təklifi qəbul edərək Eldarın sözü ilə kənara çəkilmişdir. Bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs söyməyə və təhqir etməyə başlamış, həmin vaxt Fəridin qarşısında Eldar, Ömər və sonuncuların yanında olan 2 (iki) nəfər şəxs olmuşdur. Eldar söyüş söymək və təhqir etməklə kifayətlənməmiş və daha da irəli gedərək Fəridə qarşı zor tətbiq etmişdir. Fərid təkləndiyini görüb üzərində olan bıçaqla Eldara 2 (iki) dəfə xəsarət yetirmiş və daha sonra oradan uzaqlaşmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs iş üzrə həqiqəti əks etdirən ifadə verməklə törətmiş olduğu əməldən peşman olduğunu, Eldar tərəfindən təkləndiyini, Eldarın ona söyüş söyməklə təhqir etdiyini, eləcə də zor tətbiq etdiyini bildirmiş, başqa sözlə, obyektiv həqiqəti müəyyən etmək üçün ətraflı və etirafedici məlumatlar vermişdir. Lakin Zərərçəkmiş şəxs, iş üzrə şahid qismində çıxış edən Şahid2 və Şahid5 məhkəmə istintaqında tamamilə fərqli məzmunda ifadə verməklə ibtidai istintaq zamanı ayrı-ayrılıqda vermiş olduqları ifadələri təkzib etmişlər. Məsələn Şahid2 baş vermiş hadisənin şahidi olmasına baxmayaraq, o, məhkəmə iclasında ifadə verərək Eldarla Fəridin arasında yaranmış mübahisə və bıçaqlanma hadisəsi zamanı orada olmadığını bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs hadisə vaxtı Fəridi söymədiyini və sonuncuya qarşı zorakılıq etmədiyini bildirmiş, Şahid5 isə Ömərlə Fəridin arasında yaranmış kiçik narazılığı qızışdırmasına və bununla da baş vermiş hadisəyə zəmin yaratmasına baxmayaraq, Ömərlə Fəridin və sonradan Eldarla Fəridin arasında baş vermiş mübahisələrdən xəbərinin olmadığını bildirmişdir. Bu səbəbdən də məhkəmə hazırki cinayət işi üzrə mötəbər sübut kimi məhz Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini qəbul edir. Digər şəxslərə gəlikdə isə məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs və şahidlər məhkəmə istintaqında yuxarıda göstərilən, nəticə etibarı ilə isə inkaredici ifadə verməklə özlərinin əxlaqsız və qanunsuz hərəkətlərinə haqq qazandırmaq məqsədi güdmüşlər. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı cinayət əməlini sonuncunun və sonuncunun yanında olmuş şəxslərin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətmişdir. Bu isə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs qanunsuz və əxlaqsız hərəkətlərinin qarşısını alınmasında ifadə olunmuşdur. Zərərçəkmiş şəxsin aldığı ağır bədən xəsarəti ilə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarəti məhz təqsirləndirilən şəxsin bıçaqla ona yetirdiyi zərbə nəticəsində almışdır. Eyni zamanda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhz sonuncu tərəfindən sərgilənmiş aqressiv davranış və əxlaqsız hərəkətlərinin təsiri altında törətmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Bu hissədə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhz zərərçəkmiş şəxsin sərgiləmiş olduğu aqressiv davranış və əxlaqsız hərəkətlərin təsiri altında törətsə də, bu hallar onun cinayət törətməsinə haqq qazandıra bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs törətdiyi zoraki cinayət əməlinə, ələlxüsus da bu cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsinə tənqidi yanaşaraq bu kimi halları qınayır. Beləliklə də, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa, zərərçəkmiş şəxs məhkəmə istintaqında bir daha təqsirləndirilən şəxslə barışdığını, habelə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Göstərilən halları məcmu halda təhlil edib məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş, lakin o, sözügedən cinayət əməlini məhz zərərçəkmiş şəxsin sərgiləmiş olduğu aqressiv davranış və qanunsuz hərəkətlərinin təsiri nəticəsində törətmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli kimi tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 dekabr 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə görə cinayət törədərkən 14 (on dörd) yaşı tamam olmuş, lakin 18 (on səkkiz) yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.33-1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan şəxs (uşaq) - 18 yaşına çatmayan şəxsdir. Həmin Məcəllənin 429-cu maddəsinə görə törədilən cinayət üzrə müəyyən edilməli olan hallardan başqa yetkinlik yaşına çatmayanlar barəsində icraat zamanı yetkinlik yaşına çatmayanın yaşı (doğulduğu il, ay, gün), yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti, yetkinlik yaşına çatmayanın fiziki intellektual və əqli inkişaf səviyyəsi və yetkinlik yaşına çatmayanın törətdiyi cinayətdə digər iştirakçılar olduqda onun barəsində cinayət işinin icraatının ayrılmasının mümkünlüyü halları müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 435.4-cü maddəsinə görə məhkəmə yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü və 86.1-ci maddələrinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs yaşını, yəni onun məktəbli olmaqla yanaşı, yetkinlik yaşına çatmamasını (uşaq olmasını), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayət əməlini məhz zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, törətdiyi cinayət əməlini həm ibtidai istintaq zamanı, həm də məhkəmə araşdırması zamanı etiraf edərək həmin əməldən peşman olmasını, zərərçəkmiş şəxsin onunla barışmasını, onun tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ibtidai istintaq orqanına cinayətin aləti qismində çıxış edən bıçağı könüllü şəkildə təqdim etməsini, habelə təhsil aldığı yer üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən cinayət zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədildikdə (Cinayət Məcəlləsinin 59.1.8ci maddə), təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) və cinayət nəticəsində dəymiş ziyan könüllü olaraq tamamilə ödənildikdə (Cinayət Məcəlləsinin 59.1.13-cü maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmiş cinayətin məhz zorakı cinayət əməlinə aid olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun yaşını, həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini, habelə cəzanı yüngülləşdirən halların məcmusunu, yəni onun məktəbli olmaqla yanaşı, yetkinlik yaşına çatmamasını (uşaq olmasını), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayət əməlini məhz zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, törətdiyi cinayət əməlini həm ibtidai istintaq zamanı, həm də məhkəmə araşdırması zamanı etiraf edərək həmin əməldən peşman olmasını, zərərçəkmiş şəxsin onunla barışmasını, onun tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ibtidai istintaq orqanına cinayətin aləti qismində çıxış edən bıçağı könüllü şəkildə təqdim etməsini, habelə təhsil aldığı yer üzrə müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni onun məktəbli olmaqla, yanaşı yetkinlik yaşına çatmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayət əməlini məhz zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, törətdiyi cinayət əməlini həm ibtidai istintaq zamanı, həm də məhkəmə araşdırması zamanı etiraf edərək həmin əməldən peşman olmasını, zərərçəkmiş şəxsin onunla barışmasını, onun tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ibtidai istintaq orqanına cinayətin aləti qismində çıxış edən bıçağı könüllü şəkildə təqdim etməsini, habelə təhsil aldığı yer üzrə müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını, təyin ediləcək cəzanı çəkəcəyi təqdirdə onun yenidən cəmiyyətə adaptasiya olmasının mürəkkəb məsələyə çevrilməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi və onun həmin cəzanı real şəkildə çəkməsi onun özünü və onun ailə üzvlərini ciddi məhrumiyyətlərə düçar edə bilər, eləcə də onun ali və digər formada təhsil almasına, habelə onun Azərbaycan Respublikasının qarşısında olan vəzifələrinin icra edilməsində (həqiqi hərbi xidmət və sair) mane ola bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarının 2.21-ci bəndində göstərilmişdir ki, “cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 2 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Ona görə də qeyd edilən hal cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan 1 (bir) ədəd bıçaq və hadisə vaxtı zərərçəkmiş şəxsin əynində olmuş 1 (bir) ədəd uzunqol, boz rəngli gödəkçə məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Sınaq müddəti ərzində yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Onun davranışı üzərində nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan 1 (bir) ədəd bıçaq və hadisə vaxtı zərərçəkmiş şəxsin əynində olmuş 1 (bir) ədəd uzunqol, boz rəngli gödəkçə məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov hakimlər Səbinə Məmmədzadə Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar