Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-900/2024 28.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 30 sentaybr 1985-ci il tarixdə Tərtər rayonu, Sarıcalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 01 dekabr 2010-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci ildə cəza müddətinin bitməsi ilə əlaqədar azad edilmiş, məhkumluğu ödənilmiş, Tərtər rayonu, Sarıcalı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Ramana sahəsi, Koroğlu küçəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə naməlum İran İslam Respublikasının vətəndaşı “Babək” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarındakı cinayətkar razılaşmaya əsasən naməlum İran İslam Respublikasının vətəndaşı “Babək” adlı şəxsin və qeyrilərinin külli miqdarda 12.043,3 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 1569 qram çəkidə psixotrop maddə metamfetamini gizlədiləcəyi yerdən götürüb özündə saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdiyi təlimatına, həmçinin bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədinə əsasən qeyd edilən narkotik vasitə və psixotrop maddələri əldə etmək qərarına gəldikdən sonra naməlum İran İslam Respublikasının vətəndaşı “Babək” adlı şəxsin və qeyrilərinin naməlum vaxtda və şəraitdə göndərdiyi qeyd edilən külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri gizlədildiyi, naməlum yerdən qeyd edilən külli miqdarda 12043,3 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 1569 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib külli miqdarda 12043,3 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 1515,8 qram çəkidə psixotrop maddə metamfetamini yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Ramana sahəsi, Koroğlu küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə daşıyıb orada gizlətməklə saxlamış, qalan külli miqdarda 53,2 qram çəkidə psixotrop maddə metamfetamini isə öz üzərində saxlamaqla yaşadığı evin yaxınlığına daşımış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 11 may 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 09.30-da yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Ramana sahəsi, Koroğlu küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanda yerləşən DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub həmin gün saat 11:30-dan etibarən üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli qısaqol gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda 53,2 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 11 may 2023-cü il tarixdə saat 13.00-da evə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, 2ci Ramana sahəsi, Koroğlu küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yataq otağından bir ədəd sellofan torbada olan on iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1002,6 qram, 1003,8 qram, 1003,0 qram, 1002,9 qram, 1002,2 qram, 1004,0 qram, 1003,3 qram, 1003,9 qram, 1006,0 qram, 1001,6 qram, 1004,2 qram və 1005,8 qram olmaqla ümumilikdə eyni tərkibli külli miqdarda 12043,3 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, iki ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 509,1 qram və 1006,7 qram olmaqla həm öz aralarında, həm də üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminlə eyni tərkibdə olan ümumilikdə külli miqdarda 1515,8 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və iki ədəd üzərlərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, O, 2-ci Ramana sahəsi Koroğlu küçəsində yaşayır. O, bir dəfə də narkotik vasitələrlə bağlı saxlanılıb Xəzər Rayon Polis İdarəsinə aparılmış və Ülvi adlı müstəntiq işinə xitam verdiyindən polis əməkdaşlarının həmin vaxtdan ona qarşı ədavətləri yaranmışdır. 11 may 2023-cü il tarixdə səhər saat 08:00-09:00 radələrində o evdə yatarkən 6-7 nəfər polis əməkdaşı darvazadan tullanaraq onun evinə daxil olmuşlar. Həmin vaxt evin qapısı açıq olmuşdur. O, isə evdə yatmışdır. Polis əməkdaşları onu oyatmış, onu evində döymüşlər, həmin vaxt ailə üzvləri evdə olsa da onlar evin digər otaqlarında olduqlarından onun döyülməyini görməmişlər. O, döyən polis əməkdaşlarının adlarını bilmir. Polis əməkdaşları onu, qaynını, anası və həyat yoldaşını Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Polis əməkdaşları BNMİ-də ona demişlər ki, narkotik vasitəni boynuna götürməsə qaynı, həyat yoldaşı və anasınıı da həbs edəcəklər. O, narkotik vasitəni boynuna götürsün deyə yenidən onu döymüşlər. Videoçəkiliş zamanı o təzyiq altında ifadə verərək narkotik vasitəni boynuna almışdır. Halbuki onun nə üzərində, nə evində narkotik vasitə olmamışdır. Evində axtarış zamanı ailəsinə məxsus qızıl-zinət əşyalarının dəyəri ilə birlikdə 15.000 manata yaxın pul yoxa çıxmışdır. Mənzilə baxış zamanı polis əməkdaşları pul və qızıl-zinət əşyalarının yerini soruşmuş, o da göstərmişdir. O, narkotik vasitə istifadəçisi və satıcısı olsaymış, polis əməkdaşları narkotik satdığı şəxsi də taparmışlar. Onun üzərində xəsarət izləri qalmışdır. Həmçinin o gözündən zədə almışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, videoçəkiliş zamanı o təzyiq altında ifadə verərək narkotik vasitəni boynuna almışdır. Onun nə üzərində, nə evində narkotik vasitə olmamışdır. Onun üzərində xəsarət izləri qalmışdır. O, 11 may 2023-cü il tarixdə təxminən səhər saat 08:00-09:00 radələrində polis əməkdaşları tərəfindən yaşadığı mənzildən tutularaq BNMİ-nə aparılmışdır. Polis əməkdşaları onu təpikləyirmiş, əl ilə vururmuşlar. O, 3 saylı İT-da döyüldüyünü demiş və müayinə ediləndə bədənində qızartı olması qeyd olunmuşdur. O, döyülməyi ilə əlaqədar heç bir orqana müraciət etməmişdir. O, mənzildə baxış zamanı iştirak etmişdir. Polis əməkdaşları onu BNMİ-ə apararkən iki nəfər polis əməkdaşı evdə qalmış, narkotik vasitəni evinə qoymuşlar. Sonra qardaşı gəlib həmin polis əməkdaşlarını evdə görüb evdən çıxarmışdır. Sonradan da polis əməkdaşları onu mənzilə baxış adı ilə evə gətirmişdir. Onun həyat yoldaşı da BNMİ-də olduğundan evdə heç kim olmamışdır. Qardaşı sonradan gəlib 2 nəfər polis əməkdaşını evdə görmüşdür. Mənzilə baxış zamanı polis əməkdaşları özləri göstərmişdir ki, dolabı açsın. O, dolabı açanda göy rəngli kulok görmüşdür. Mənzilə baxış zamanı protokolu imzalamışdır. Evində qızıl-zinət əşyaları var imiş. O, hazırda həmin qızıl-zinət əşyalarının harda olduğunu bilmir. Ailə üzvləri bu barədə müvafiq orqanlara müraciət etmişlər. Elan olunmuş cinayət işinin 32-34-cü vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. O, təzyiq altında və oxumadan protokola imza çəkmişdir. Elan olunmuş cinayət işinin 35-ci vərəqəsində olan evə baxış keçirilməsi haqqında ərizəyə və ərizədəki imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. O, təzyiq altında və oxumadan ərizəyə imza çəkmişdir. Elan olunmuş cinayət işinin 37-38-ci vərəqələrində olan evə baxış keçirilməsi və götürmə aparılması haqqında protokola və protokoldakı imza Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. O, təzyiq altında və oxumadan protokola imza çəkmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan olunmuş, izahat və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 39-cu vərəqəsində olan izahatında, 61-65, 79-81-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «...Təxminən 1 həftə öncə ona “WhatsApp” ani mesajlaşma proqramıilə iran nömrəsindən bir nəfər zəng edərək Babək adlı İran vətəndaşı olduğunu bildirib ona təklif etmişdir ki, onun İrandan keçirib Azərbaycana göndərdiyi narkotik vasitələri dediyi yerdən götürüb deyilən yerlərə paylasa ona 3.000 manat pul verəcəkdir. Təkif əlverişli olduğundan o, qərara almışdır ki, bu işlə məşğul olsun. İranli Babək demişdir ki, təxminən 5 kiloqram narkotik vasitə heroin və psixotrop maddə metamfetamin göndərək. 10 may 2023-ci il tarixdə axşam vaxtlarında “Babək” adlı şəxs “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxlayıb Bakı şəhəri, Qaradağ rayonu ərazisində külli miqdarda narkotik vasitələr və psixotrop maddə olduğunu deyib qeyd olunan yeri izah edib götürməyi tapşırmışdır. O, tək olaraq taksi ilə həmin gün saat 23 radələrində Bakı şəhəri, Qaradağ rayonu ərazisində deyilən yerə gedib gizlədilmiş külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamini götürüb yaşadığı evə gətirərək gizlətmişdir. Babək beş kiloqram desə də, narkotik və psixotrop maddənin çəkisi qat-qat artıq olmuşdur. “Babək” adlı şəxs tapşırmışdır ki, narkotik vasitələri və psixotrop maddələrin bir hissəsini daimi üzərində gəzdirməlidir, lazım olanda onun dediyi adamlarla çatdırmalı və ya dediyi yerlərə qoymalıdır. O da təxminən 50-60 qram çəkidə psixotrop maddə metamfetamini götürüb üzərində saxlamışdır. 11 may 2023-cü il tarixdə səhər saat 09:30 radələrində Sabunçu rayonu, 2-ci Ramana sahəsində evə piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona təqdim edib, polis əməkdaşları olduqlarını bildirib onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, əynindəki qara rəngli qısa qol gödəkçəsinin sağ yan cibindən bir bükümdə psixotrop maddə metamfetamini təqdim etmişdir. Sonra metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 59 qram olması müəyyən edilmişdir. Həmin kütlə qablaşdırılaraq götürülmüşdür. O, verilən suallara cavab olaraq, aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Babək” adlı şəxsin vasitəsilə bir gün əvvəl Qaradağ rayonu ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb 3000 manat pul qazanmaq məqsədi ilə əldə etdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini, əlavə olaraq Sabunçu rayonunda yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini və bununla bağlı onun ərizəsi alınmışdır. Bundan sonra o, müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Ramana sahəsi, Koroğlu küçəsində yerləşən nömrəsiz fərdi evə getmiş, polis əməkdaşlarının təklifindən sonra həmin evin girişindən sol tərəfdə yerləşən yataq otağının sol tərəfindəki taxta konustruksiyalı dolabın içində gizlətdiyi bir ədəd göy rəngli sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içindən 12 bükümdə narkotik vasitə heroin, 2 bükümdə psixotrop maddə metamfetamin, 2 ədəd elektron tərəzi və narkotik vasitələrin dövriyyəsinə dair qeydlər aparılan 1 ədəd dəftər aşkar olunmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 12 kq 100 qram, metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 1 kq 519 qram olması müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılaraq götürülmüşdür. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, imzalar onun imzasıdır. O, təzyiq altında və oxumadan izahata və protokollara imza çəkmişdir. Elan olunmuş cinayət işinin 181-184-cü vərəqələrində olan təqsirləndirilən şəxsin əlavə dindirilmə protokoluna və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, DİN BNMİ-də əməliyyat müvəkkil işləyir. 11 may 2023-cü il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbiri zamanı tərəflərindən Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdə, saat 09:30-da Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Ramana sahəsi, Koroğlu küçəsində yerləşən yaşadığı nömrəsiz fərdi evin yaxınlığında piyada hərəkət edən zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim edib Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə aparılan şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki qısa qol gödəkçənin sağ yan cibindən bir bükümdə kütləni təqdim edib üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Babək” adlı şəxsin vasitəsilə bir gün əvvəl Qaradağ rayonu ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb 3000 manat pul qazanmaq məqsədilə əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə olduğunu bildirdiyindən yaşadığı mənzilə videoçəkilişdən istifadə edilməklə baxış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Təqsirləndirilən şəxs özü könüllü etiraf etmişdir ki, mənzilində də narkotik vasitə var. Təqsirləndirilən şəxs yataq otağının sol tərəfindəki taxta konstruksiyalı dolabın içində gizlətdiyi bir ədəd göy rəngli sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin torbanın içindən on iki bükümdə narkotik vasitə heroinə bənzər, iki bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr, iki ədəd elektron tərəzi və narkotik vasitələrin dövriyyəsinə dair qeydlər aparılan bir ədəd dəftər aşkar olunmuşdur. Sonra heroin və metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə heroinə bənzər maddənin çəkisi təxminən 12 kiloqram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Babək” adlı şəxsin vasitəsilə bir gün əvvəl Qaradağ rayonu ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini, ailə üzvlərinin orada narkotik maddə saxlanılmasından məlumatları olmadığını bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir fiziki təzyiq olmamışdır. Xarici görünüş əlamətləindən tanıyıb Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Təqsirləndirilən şəxs mənzilinə daxil olmadan birbaşa Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Şəxsi axtarış zamanı iştirak etmişdir. Mənzilə baxış zamanı mənzildə başqa şəxslərin olmaları yadında deyil. Mənzilə baxış zamanı mənzildən heç bir pul və qızıl-zinət əşyaları götürülməmişdir. Mənzilə baxış aparıldıqdan sonra mənzildə heç bir polis əməkdaşı qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 eyni məzmunlu ifadə verərək, Şahid2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında təqsriləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs ev alqı-satqısı ilə bağlı 11 may 2023-cü il tarixdə səhər saat 10:00-11:00 arası Təqsirləndirilən şəxs evinə gedərkən qapının açıq olduğunu və evdə 2 nəfər olduğunu görmüşdür. Həmin şəxlərdən biri polis əməkdaşı imiş, digəri isə polis əməkdaşı deyilmiş. O, onlardan qardaşını soruşduqda qardaşının Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparıldığını demişlər. O, Baş Narkotiklərlə Mübarizə İdarəsinə saat 12:00-da getmişdir. O, Təqsirləndirilən şəxs həyat yoldaşını günorta saatlarında görmüşdür. Təqsirləndirilən şəxs mənzili onun adına rəsmiləşdiriləcəkmiş. O, bu məsələ ilə bağlı qardaşı Təqsirləndirilən şəxs evinə getmişdir. Mənzilə daxil olanda mənzilin dağınıq olduğunu görmüşdür. Təqsirləndirilən şəxs mənzildə öz ailəsi ilə yaşayır. Təqsirləndirilən şəxs həyat yoldaşı barəsində hər hansı bir cinayət işi aparılmır. O, polis əməkdaşlarının qapını necə açıb mənzilə daxil olduqlarını bilmir. Qapı açıq imiş. Təqsirləndirilən şəxs həyat yoldaşını da polis əməkdaşları Baş Narkotiklərlə Mübarizə İdarəsinə apardıqlarından o onun həyat yoldaşından heçnə soruşa bilməmişdir. O, mənzilə baxış zamanı iştirak etməmişdir. Qardaş Təqsirləndirilən şəxs evi 1 mərtəbəli, 3 otaqlı, darvazası olan evdir. Qardaşı Təqsirləndirilən şəxs evinin darvazası içəridən də, bayırdan da bağlanır. Adətən evdə Təqsirləndirilən şəxs, həyat yoldaşı və uşaqları olur. Vüqar Cəfəroun uşaqları 8-ci və 9-cu sinifdə oxuyurlar, o evə daxil olanda uşaqlar yox imiş. O, içəri girəndə dəmir qapı və qıfıllar qırılmamışdır. O, bilmir polis əməkdaşları nə cür evə daxil olmuşlar. O, mənzilə girənlərin ad, soyadlarını bilmir. O, evdə olan 2 şəxsin nəsə axtardığını görməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 10 may 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 6-7-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 10 may 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 121-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 10 may 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarı qanuni hesab edilmişdir. Cinayət işinin 10-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general mayoru İslam Hümbətovun 10 may 2023-cü il tarixli Əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün İdarənin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 11-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 11 may 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs 11 may 2023-cü ildə saat 09:30-da Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Ramana sahəsi, Koroğlu küçəsində yerləşən yaşadığı nömrəsiz fərdi evin yaxınlığında saxlanılaraq İdarəyə aparılmışdır. Cinayət işinin 32-34-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 may 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə sonuncuya müdafiəçi qismində təyin edilmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 22 saylı vəkil bürosunun vəkili X1 iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə başlamamışdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısaqol gödəkçənin sağ yan cibindən 1 ədəd bükümdə ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdə, sonuncudan 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd bank kartı və 01 ədəd açar aşkar edilmişdir. Aşkar edilmiş kütlə çəkildikdə, 59 qram olması müəyyən edilmişdir. Həmin kütlə, mobil telefon, 01 ədəd bank kartı qablaşdırılaraq götürülmüş, 01 ədəd açar isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir, üzərindən aşkar edilmiş narkotik maddəni İran İslam Respublikasının vətəndaşı “Babək” adlı şəxsin vasitəsilə 1 gün əvvəl Qaradağ rayonu ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb 3000 manat pul qazanmaq məqsədi ilə əldə etdiyini, saxlanılan zaman ona zor tətbiq edilmədiyini, əlavə olaraq Sabunçu rayonunda yerləşən yaşadığı evdə narkotik vasitə saxladığını və təqdim edə biləcəyini bildirmişdir. Şəxsi axtarış və götürmə başa çatdıqdan sonra, protokol tərtib edilmiş və həmin protokol Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 35-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Ramana sahəsi, Koroğlu küçəsində yerləşən yaşadığı nömrəsiz fərdi evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və həmin ərizəni həm özü, həm müdafiəçisi imzalamışdır. Cinayət işinin 37-38-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 may 2023-cü il tarixli evə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs, vəkili X1 iştirakları ilə videoçəkiliş vasitsəilə şübhəli şəxs Təqsirləndirilən şəxs razılığı ilə sonuncunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Ramana sahəsi, Koroğlu küçəsində yerləşən nömrəsiz fərdi evə baxış və götürmə aparılmışdır. Baxışdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs evdə ola biləcək narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs evin girişindən sol tərəfdə yerləşən yataq otağının sol tərəfindəki taxta konstruksiyalı dolabın içindən 01 ədəd göy rəngli torbanı təqdim etmişdir. Həmin torbanın içindən 12 bükümdə qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər, 2 bükümdə ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər kütlə, 02 ədəd elektron tərəzi və narkotik vasitələrin dövriyyəsinə dair qeydlər aparılan 01 ədəd dəftər aşkar olunmuşdur. Aşkar edilmiş bükümlər, 02 ədəd elektron tərəzi və 01 ədəd dəftər qablaşdırılaraq götürülmüşdür. Axtarış zamanı mənzildən iş üçün əhəmiyyət kəsb edən əşya, predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir, həmin narkotik maddəni İran İslam Respublikasının vətəndaşı “Babək” adlı şəxsin vasitəsilə 1 gün əvvəl Qaradağ rayonu ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini bildirmişdir. Baxış və götürmə başa çatdıqdan sonra, protokol tərtib edilmiş və həmin protokol Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 45-50-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 may 2023-cü il tarixli 6/2727 rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün N7 dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə... şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 53,2 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, Tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №7 dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunan kütlələr... şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan bağlamadakı, -12 (on iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1002,6 qram, 1003,8 qram, 1003,0 qram, 1002,9 qram, 1002,2 qram, 1004,0 qram, 1003,3 qram, 1003,9 qram, 1006,0 qram, 1001,6 qram, 1004,2 qram və 1005,8 qram ümumi təmiz çəkisi 12043,3 qram (12kq 43,3qr) qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, -2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 509,1 qr və 1006,7 qr, ümumi təmiz çəkisi 1515,8 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, -2 (iki) ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin təmiz çəkisini və bükümlərdəkı heroinlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 1569 qram (1kq 569qr) təşkil edir və həmin metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 118-119-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X4 12 may 2023-cü il tarixli maddi sübut hesab edilməsi haqqında qərarından görünür ki, 01 ədəd torbada olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 12043, 06 qram narkotik vasitə heroin və 1568,7 qram psixotrop maddə metamfetamin, iki ədəd elektron tərəzi maddi sübut qismində tanınmışdır. Cinayət işinin 126-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 may 2023-cü il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd «Samsung» mobil telefona baxış keçirilmişdir. Baxış zamanı mobil telefonda «WhatsApp» proqramı vasitəsilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasının mobil operatoruna məxsus +98 (930)-958-45-91 nömrəsi ilə müxtəlif müddətlər ərzində 19 dəfə telefon danışığının olması və 02 cavabsız zəngin olması müəyyən edilmişdir. Cinayət işinin 161-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 iyun 2023-cü il tarixli cinayət işi üzrə məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına olan 4098 5844 7839 7050 nömrəli kartla aparıaln əməliyyatları özündə əks etdirən və “Unibank”-dan daxil olmuş məlumatlardan görünür ki, həmin kart vasitəsilə xx.xx.2023-cü il tarixədək müxtəlif məbləğlərdə pul vəsaitləri dövriyyə edilmişdir. Cinayət işinin 200-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 avqust 2023-cü il tarixli telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə daxil olan və çıxan smsləri özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş 01 ədəd “CD” diskə baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik hər hansı məlumat müəyyən edilməmişdir. Cinayət işinin 218-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 12 sentyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq iş üzrə polis əməkdaşları ilə üzləşdirmə aparılmasından imtina etmişdir. Cinayət işinin 167-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsindən daxil olmuş 16 iyun 2023-cü il tarixli, 3-13-7/2-5169/2023 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı, Təqsirləndirilən şəxs evindən və üzərindən aşkar edilmiş narkotik vasitələri satış məqsədi ilə “Babək” adlı İran vətəndaşından əldə etdiyi müəyyən edilmişdir. Cinayət işinin 235-236-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X4 18 sentyabr 2023-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs evindən və üzərindən aşkar edilmiş narkotik vasitələri əldə etdiyi mənbənin öyrənilməsi üçün hazırki cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərinə 11 may 2023-cü il tarixdə şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs, sonuncuya təqdim edilmiş müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılması müəyyən olunur. Daha sonra Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitələri, qanunla qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısaqol gödəkçənin sağ yan cibindən 1 ədəd bükümdə ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim eir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdə isə, sonuncunun üzərindən 1 ədəd mobil telefon, 01 ədəd bank kartı və 01 ədəd açar aşkar edilir. Həmin kütlə, mobil telefon, 01 ədəd bank kartı qablaşdırılaraq götürülür, 01 ədəd açar isə Təqsirləndirilən şəxs qaytarılır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik maddəni İran İslam Respublikasının vətəndaşı “Babək” adlı şəxsin vasitəsilə 1 gün əvvəl Qaradağ rayonu ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb 3000 manat pul qazanmaq məqsədi ilə əldə etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixldə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Ramana sahəsi, Koroğlu küçəsində yerləşən nömrəsiz fərdi evə baxış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs, sonuncuya təqdim edilmiş müdafiəçinin iştirakı ilə axtarış aparılması müəyyən olunur. Daha sonra Təqsirləndirilən şəxs evdəki yataq otağında yerləşən dolabın içindən 01 ədəd göy rəngli torbanı çıxarıb təqdim edir. Həmin torbaya baxış keçirildikdə, içindən 12 bükümdə qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər, 2 bükümdə ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər kütlə, 02 ədəd elektron tərəzi və 01 ədəd dəftər aşkar olunur. Aşkar edilmiş bükümlər, 02 ədəd elektron tərəzi və 01 ədəd dəftər qablaşdırılaraq götürülür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir, həmin maddələr kokos və patıdır, evində xəstəsi olduğu üçün, anası xəstə olduğundan pul lazım olduğuna görə İran İslam Respublikasının vətəndaşı “Babək” adlı şəxsin vasitəsilə 1 gün əvvəl Qaradağ rayonu ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini bildirmişdir. Cinayət işinin 140-148-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər rayon prokuroru vəzifəsini icra edən, ədliyyə müşaviri Zaur Ağakişiyevin 13 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci ildə Xəzər RPİ-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinyət tərkibi olmadığından və təqsiri kifayət qədər mötəbər dəlillərlə sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə hissəvi xitam verilmiş, Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istehlak miqdarında əldə etdiyi üçün barəsində inzibati tədbirlərin görülməsi qərara alınmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, narkotik vasitədən istifadə etməmişdir, onun üzərində və ya evində narkotik vasitə aşkar edilməmiş, polis əməkdaşları tərəfindən ona təzyiq olunduğu üçün istintaqda narkotik vasitəni boynuna almışdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadə verməsini, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. Cinayət işinin 222-223-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasının 02 iyun 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol gözün ağlı qişasının iç bucağına qansızma, üzün sol yarısının qançırı bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri müayinədən 3-4 gün əvvəl olmaqla müayinə olunanın göstərdiyi tarixi və şəraiti inkar etmir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Cinayət işinin 163-165-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nərimanov rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri X2 14 iyun 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından, 312-C-23 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin 187-188-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Səbail rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X3 03 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə Nərimanov rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri X2 14 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı olduğundan, eyni əsaslar üzrə 165-C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Bundan başqa, daxil olmuş əməliyyat məlumatında da Təqsirləndirilən şəxs məhz satış məqsədilə narkotik vasitələri əldə etdiyi qeyd edilmişdir. (iş vərəqə 5) Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2 və Şahid1 öz ifadələrində bildirmişlər ki, Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitələri və psixotrop maddələri əldə etməsi barədə İdarəyə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin 126-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 may 2023-cü il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd «Samsung» mobil telefona baxış keçirilmişdir. Baxış zamanı mobil telefonda «WhatsApp» proqramı vasitəsilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasının mobil operatoruna məxsus +98 (930)-958-45-91 nömrəsi ilə müxtəlif müddətlər ərzində 19 dəfə telefon danışığının olması və 02 cavabsız zəngin olması müəyyən edilmişdir. Təhqiqat dövründə həm Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, həm də sonuncunun yaşadığı evə baxış keçirilən zaman Təqsirləndirilən şəxs müdafiəçisi iştirak etmiş, keçirilən baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin ona məxsus olduğunu etiraf etmiş, öz müdafiəçisi bu barədə hər hansı narazılıq bildirməmişdir. (iş vərəqə 32-34; 37-38) Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, hazırki halda satış məqsədi ilə əldə edilməsi sübuta yetirilmiş narkotik vasitənin təqsirləndirilən şəxsin konkret kimə, nə vaxt narkotik vasitəni satmasının müəyyən edilməməsi onun həmin narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, maddənin dispozitiv şərtlərindən görünür ki, AR CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması üçün əsas şərt narkotik vasitənin satılması yox, məhz satış məqsədi ilə əldə edilməsi, saxlanılması və ya daşınmasıdır ki, həmin narkotik vasitənin kimə satılması, ümumiyyətlə satışın həyata keçirilib-keçirilməməsi əməlin tövsifi üçün əhəmiyyət kəsb etməyən hallardandır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar, “metamfetamin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunaraq götürülmüş 12.043,3 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından 800 dəfə, 1569 qram psixotrop maddə metamfetamin də şəxsi istehlak miqdarından 10,4 dəfə çox olmuşdur ki, qeyd olunan hal da onun narkotik maddəni məhz satış məqsədi ilə əldə etdiyinə dəlalət edən hallardan biridir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 137-139-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 25 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 01 dekabr 2010-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci ildə cəza müddətinin bitməsi ilə əlaqədar azad edilmişdir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə görə, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 122-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsindən daxil olmuş 13 may 2023-cü il tarixli, xx/xx-5285 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs müalicədə olmayıb, xx.xx.2023-cü ildən Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatdadır. Cinayət işinin 123-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X6 Şəxsindən daxil olmuş 13 may 2023-cü il tarixli, 7209 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 130-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Tərtər RİHB-nın Düyərli kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnmədən görünür ki, Təqsirləndirilən şəxs 2021-ci ildə narktoik alqı-satqısı ilə məşğul olduğu üçün həbs edilmiş, ictimaiyyətdə nüfuzu olmayan, narkotiklə məşğul olan bir vətəndaş kimi tanınır. Cinayət işi materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü bir azyaşlı uşağı vardır. Cinayət işinin 219-220-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 iyul 2023-cü il tarixli 4494 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirilən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 11 may 2023cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 23-cü vərəqəsində olan 11 may 2023cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 89-94-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli 4(005)-693/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 may 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan bir ədəd torbada qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 12043,06 qram çəkidə narkotik vasitə heroin, 1568,7 qram çəkidə psixotrop maddə metamfetamin və iki ədəd elektron tərəzi məhv edilməli, bir ədəd “Samsung” markalı mobil telefon cihazı Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, 02 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 11 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan bir ədəd torbada qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 12043,06 qram çəkidə narkotik vasitə heroin, 1568,7 qram çəkidə psixotrop maddə metamfetamin və iki ədəd elektron tərəzi məhv edilsin. Bir ədəd “Samsung” markalı mobil telefon cihazı Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın 02 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-900/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-900/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver