Məhkəmə qərarları › İş №1(101)-901/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-901/2020

04.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-901/2020 04.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X2 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri "Fides" Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1992-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, işləməyən, Ağsu rayonu, Növcü kəndində qeydiyyatda olan, Abşeron rayon Masazır qəsəbəsi, yeni yaşayış məntəqəsi, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin küllü və xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs5 məxsus olmaqla Abşeron rayonunun inzibati ərazisi sayılan kənd təsərrüfatı təyinatlı 17 nömrəli “Qaracalar” qış otlaq sahəsində inşa edilmiş fermada saxlanılan hər brinin qiyməti 100 manat olan 450 baş qoyun, hər birinin qiyməti 40 manat olan 250 baş quzu, hər birinin qiyməti 50 manat olan 180 baş keçi və hər birinin qiyməti 600 manat olan 60 baş iri buynuzlu heyvana zəruri zootexniki quluq edib sayını artıracağına dair sonuncuya yalandan vəd verib aldadaraq 2019-cu ilin mart ayından sentyabr ayına qədər olan müddət ərzində “Qaracalar” qış otlaq sahəsində 100.000 manat dəyərində 450 baş qoyunu, 250 baş quzunu, 180 baş keçini və 60 baş iri buynuzlu heyvanı isitntaqa məlum olmayan şəxslərə dəyərindən ucuz qiymətə satıb pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs5 ümumilikdə 100.000 (yüz min) manat olmalqa küllü miqdarda ziyan vurub, dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Abşeron rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı 17 nömrəli “Qaracalar” qış otlaq sahəsində inşa edilmiş fermanı və 1063,00 hektar olan örüş sahəsinin qanuna uyğun olaraq icarə müqaviləsi əsasında Ağdam rayonu Kəngərli kəndində qeydiyyatda olan Şahid2 verilməsinə baxmayaraq tanışı Zərərçəkmiş şəxs3 həmin fermanın və torpaq sahəsinin özünə məxsus olduğunu bildirib orada iri və xırda buynuzlu heyvanları saxlanılması üçün ona icarəyə verəcəyinə dair yalandan vəd verib aldatmış bu adla sonuncudan 2019-cu il iyun ayının ortalarında Abşeron rayonu, Müşfiq qəsəbəsində 8000 manat pulu alıb, aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs3 həmin 8000 manat xeyli miqdarada ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Abşeron rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı 17 nömrəli “Qaracalar” qış otlaq sahəsində inşa edilmiş fermanı və 1063,00 hektar olan örüş sahəsinin qanuna uyğun olaraq icarə müqaviləsi əsasında Ağdam rayonu Kəngərli kəndində qeydiyyatda olan Şahid2 verilməsinə baxmayaraq tanışı Zərərçəkmiş şəxs1 həmin fermanın və torpaq sahəsinin özünə məxsus olduğunu bildirib orada iri və xırda buynuzlu heyvanları saxlanılması üçün ona icarəyə verəcəyinə dair yalandan vəd verib aldatmış bu adla sonuncudan xx xxxx 2019-cu il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində 1500 manat və eyni adla xx xxxxxx 2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Nübar qəsəbəsində 1500 manat pulu alıb, aldatma və etibardan sui-istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs1 3000 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Abşeron rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı 17 nömrəli “Qaracalar” qış otlaq sahəsində inşa edilmiş fermanı və 1063,00 hektar olan örüş sahəsinin qanuna uyğun olaraq icarə müqaviləsi əsasında Ağdam rayonu Kəngərli kəndində qeydiyyatda olan Şahid2 verilməsinə baxmayaraq tanışı Zərərçəkmiş şəxs2 həmin fermanın və torpaq sahəsinin özünə məxsus olduğunu bildirib orada iri və xırda buynuzlu heyvanları saxlanılması üçün ona icarəyə verəcəyinə dair yalandan vəd verib aldatmış bu adla sonuncudan xx xxxx 2019-cu il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində 5500 manat, eyni adla xx xxxx 2019-cu il tarixdə Xızı rayonu, Zarat qəsəbəsində 2000 manat və 2019-cu ilin sentyabr ayında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində 1500 manat pulu alıb, aldatma və etibardan sui-istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs2 9000 manat xeyli miqdarada ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Abşeron rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı 17 nömrəli “Qaracalar” qış otlaq sahəsində inşa edilmiş fermanı və 1063,00 hektar olan örüş sahəsinin qanuna uyğun olaraq icarə müqaviləsi əsasında Ağdam rayonu Kəngərli kəndində qeydiyyatda olan Şahid2 verilməsinə baxmayaraq tanışı Zərərçəkmiş şəxs4 həmin fermanın və torpaq sahəsinin özünə məxsus olduğunu bildirib orada iri və xırda buynuzlu heyvanları saxlanılması üçün ona icarəyə verəcəyinə dair yalandan vəd verib aldatmış bu adla sonuncudan 2019-cu il sentyabr ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən dairənin yaxınlığında 8000 manat pulu alıb, aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs4 6000 manat xeyli miqdarada ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona verilən ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Razim tikinti işi ilə əlaqədar onun şəriki olmuşdur. Onların arasında dostluq münasibətləri olmuş, Razimin Abşeron rayonu, Sarıcalılar adlanan ərazidə özünə məxsus olan fermer təsərrüfatı olmuşdur. Razim orada 450 baş qoyun-quzu, 60 başa yaxın inək və 180 başa yaxın keçi saxlamışdır. Həmin vaxtlar atası xəstə olduğu üçün onun pula ehtiyacı olmuşdur. 2019-cu ilin aprel ayında Razimə həmin fermer təsərüfatına onun baxmasını, əmək haqqı və digər ödəniş lazım olmadığını, qoyun, keçi və malqaranın sayını artıracağanı və təkcə süd məhsullarını satıb gəlir əldə edəcəyini demişdir. Razim də onun bu təklifi ilə razılaşmış və 2019-cu ilin aprel ayından etibarən Razimin təsərrüfatına nəzarət etməyə başlamışdır. Həmin təsərrüfatda heyvanların saxlanılması üçün hər bir şərait olmuş, o, təsərrüfata nəzarət etmiş, 2 nəfər çoban isə həmin heyvanları otarmışdır. Həmin vaxtlar orada işlədiyi müddət ərzində Razimdən pul almamış, təxminən iki aya yaxın təsərrüfata nəzarət etdikdən sonra atasınıı müalicə etdirmək üçün vacib olaraq pula ehtiyacı yaranmışdır. Buna görə də Razim tərəfindən ona etibar edilmiş təsərrüfatda olan heyvanları ucuz və dəyər dəyməzinə satmaq, əldə etdiyi pulla atasını əməliyyat etdirmək qərarını həyata keçirməyə başlamışdır. Bu məqsədlə 2019-cu ilin may və iyun aylarında təsərrüfatda olan bütün heyvanları hissə-hissə satmağa və əldə etdiyi pulları isə öz şəxsi ehtiyacları üçün xərcləməyə başlamışdır. Razimə məxsus təsərrüfatda olan mal-qaranın ümumilikdə qiyməti təxminən 70.000-75.000 manat olsa da mal-qaranı çobanlar vasitəsi ilə tapdığı müxtəlif tanımadığı adamlara ümumilikdə 53.000 manata satmışdır. Ələ keçirdiyi pul vəsaitinin bir hissəsini, yəni 31.300 manat pulu atasının əməliyyat xərclərini qarşılamış, qalan hissəsi ilə isə əvvəlki borclarını qaytarmışdır. Zərərçəkmiş şəxs1 həmin vaxtı nəzarət etdiyi Razimə məxsus Abşeron rayonu, Sarıcalılar adlanan ərazidə yerləşən fermadan tanımışdır. Zərərçəkmiş şəxs1 həmin vaxtı orada fermerlik, maldarlıqla məşğul olmuş və beləliklə, eyni ərazidə işlədikləri üçün onların arasında tanışlıq münasibətləri yaranmışdır. Həmin ərəfələrdə onun maddi durumunda sıxıntılar olduğu üçün Bəhlulla aralarında olan söhbət zamanı o, Bəhlula fermanın ona həvalə olunduğunu, bütün hər şeyə özünün cavabdeh olduğunu bildirmişdir. Bir müddət sonra Bəhlul ilə aralarında olan söhbət zamanı Bəhlula istəsə qışlağı ona icarəyə verə biləcəyini bildirdikdə Bəhlul onun bu təklifi ilə razılaşmış və qışlağın mövsüm üçün icarə haqqının nə qədər olduğunu Bəhlul ondan soruşmuşdur. O, Bəhlula qışlağın bir mövsümünü ümumilikdə 3.000 manat pula ona icarəyə verə biləcəyini bildirdikdə Bəhlul onunla razılaşmışdır. Aralarında olan danışığa görə Bəhlul icarə haqqının yarısını əvvəlcədən, 2-3 ay sonra isə qalan pulu verməli imiş. Buna görə də 2019-cu ilin iyun ayının 21-də o, Bəhlul ilə Xırdalan şəhəri, Masazır qəsəbəsi, Masazır dairəsi yaxınlığında təklikdə görüşmüş və orada olan kafelərin birində Bəhluldan 1500 manat pul almışdır. Bundan 2 ay sonra, yəni 2019-cu ilin avqust ayının 14-də o, Bəhlul ilə Bəhlulun yaşadığı Xırdalan şəhəri, Nubar qəsəbəsində yerləşən evdə görüşmüş və Bəhluldan qalan 1500 manat da əlavə pul almışdır. Həmin qışlaq sahəsi ona aid olmadığı üçün bir müddət sonra Bəhlul ondan istifadə edə bilməmişdir. Bəhluldan ilə ələ keçirdiyi 3.000 manat pulu isə o, şəxsi borclarını ödəmişdir. Bundan başqa, Bəhluldan pul aldıqdan sonra ona qışlağın böyük olduğunu, özü ilə bərabər bir nəfər şəxsi də şərik kimi tapmasını Bəhlula bildirdikdə Bəhlul onu Zərərçəkmiş şəxs2 ilə tanış etmiş və Məmməd Bəhlulla şərik olmaq istədiyini ona demişdir. Bir müddət sonra, Məmmədlə Bəhlulun arasında narazılıq yaranmış və Məmməd ona Bəhlulun yerinə digər tanışı Zərərçəkmiş şəxs4 ilə şərik olmaq istədiyini bildirmişdir. Odur ki, o, bu qaydada, əvvəlcə Bəhlulla,¸daha sonra Bəhlul vasitəsi ilə Məmmədlə, Məmməd vasitəsilə isə Ağalarla tanış olmuşdur. Hər üç şəxs sahibkar olmaqla, həmin ərazidə maldarlıqla məşğul olmuşlar. O, Bəhlula dediyi kimi Zərərçəkmiş şəxs2 da etibarını qazanmaq məqsədi ilə Məmmədlə aralarında olan söhbət zamanı Məmmədə bütün ərazilərin, fermanın ona həvalə olunduğunu, bütün hər şeyə özünün cavabdeh olduğunu bildirmişdir. Bir müddət sonra isə Məmmədə qışlağın çox böyük olduğunu və şəriki Ağalar ilə birlikdə qışlağın bir mövsümünün icarəsi üçün 15.000 manat verməli olduqlarını demişdir. Həmin şəxslər öz aralarında danışıb razılaşmışlar və şərtə görə qışlağı verəcəkləri pulun qarşılığında iki yerə bölmüşlər. Belə ki, qışlağın icarəsi üçün Məmməd ona 9.000 manat, Ağalar isə 6.000 manat pul verməli imiş. Aralarında olan danışığa görə həmin şəxslər icarə haqqının yarısını əvvəlcədən, 2-3 ay sonra isə qalan pulu ona verməli imişlər. 2019-cu ilin iyun ayının ortalarında Məmməd ilə Xırdalan şəhəri, Masazır qəsəbəsi, Masazır dairəsi yaxınlığında təklikdə görüşmüş və 5.500 manat pulu Məmməddən almışdır. Daha sonra iyul ayının ortalarında Məmmədlə Xızı rayonu, Zarat qəsəbəsində yerləşən məscidin qarşısında təklikdə görüşərək Məmməddən 2.000 manat pul almışdır. Məmmədlə olan razılığa əsasən Məmmədin ona verməli olduğu sonuncu 1.500 manat pulu isə Məmməddən 2019-cu ilin sentyabr ayında Biləcəri qəsəbəsində yerləşən avtovağzalda təklikdə görüşərək almışdır. Məmmədin şəriki Ağaların ona verməli olduğu 6.000 manat pulu isə 2019-cu ilin sentybar ayının ortalarında Sulutəpə dairəsi adlanan ərazidə Ağalardan götürmüş və beləliklə, həmin şəxslərlə olan razılığa əsasən ona verməli olduqları 15.000 manat pulu vermişlər. Həmin qışlaq sahəsi ona aid olmadığı üçün bir müddət sonra Ağalar və Məmməd qışlaq sahəsində istifadə edə bilməmişlər və o, ələ keçirdiyi 15.000 manat pul ilə atasının müalicə xərclərini qarşılamışdır. Zərərçəkmiş şəxs3 da həmin vaxtı nəzarət etdiyi Razimə məxsus Abşeron rayonu, Sarıcalılar adlanan ərazidə yerləşən fermadan tanımışdır. Maddi durumu yaxşı olmadığı üçün o, eyni üsulla Səlahəddinə bütün ərazilərin, fermanın ona həvalə olunduğunu, bütün hər şeyə özünün cavabdeh olduğunu bildirmişdir. Səlahəddinlə aralarında olan söhbət zamanı o, Səlahəddinə istəsə ərazinin bir qismini qışlaq kimi ona mövsümlük icarəyə verə biləcəyini bildirdikdə Səlahəddin onun bu təklifi ilə razılaşmışdır. Aralarında olan razılığa əsasən Səlahəddin ona bir mövsümlük qışlağın icarəsi məqsədi ilə 8.000 manat pul verməli idi. Bu məqsədlə 2019-cu ilin iyun ayının sonlarında Abşeron rayonu, Müşfiq qəsəbəsində Səlahəddinlə təklikdə görüşmüş və ondan 8.000 manat pulu almışdır. O, Səlahəddindən aldığı 8000 manat pulu atasının müalicə xərclərinə xərcləmişdir. Mal-qara və heyvanları ona satmaqda kömək edən çobanların və ondan alan şəxslərin həmin mal-qara və heyvanların cinayət yolu ilə əldə edilməsindən xəbərləri olmamışdır və həmin şəxslərə onların özünə məxsus olduğunu bildirmişdir. O hazırda əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, mal-qara saxlamaqla məşğul olur. Təqsirləndirilən şəxs 2019-cu ilin yanvar ayından tanıyır və həmin tarixdə Təqsirləndirilən şəxs Abşeron rayonu, Cəngi kəndində yerləşən qışlağa rəhbərlik etmişdir. O da çoban olub və orada olan mal-qaraya baxmışdır. İslahla olan razılığa görə o, İslahın mal-qarasına baxmaqla yanaşı öz mal-qarasına da baxmış, buna görə də İslahdan aylıq məvacib almamışdır. Həmin vaxtı İslah qışlağın, orada olan təsərrüfatın və içərisində olan mal-qaranın özünə məxsus olmasını hamıya bildirmişdir. Bir müddət keçdikdən sonra İslah özünə məxsus olan mal-qaranı satmağa başlamış və tez bir zamanda mal-qaranı satmışdır. İslah mal-qaranı oraya gələn onun tanımadığı, lakin ticarətlə məşğlul olan şəxslərə satmışdır. 2019-cu ilin iyun ayında İslah özünə məxsus qışlağı icarəyə vermək istədiyini, həmin qışlağı icarəyə götürməyi ona təklif etdikdə o, qışlağı neçəyə icarəyə verdiyini İslahdan soruşduqda İslah qışlağı ona 4.000 manat pulun müqabilində icarəyə verə biləcəyini demişdir. Lakin o, İslah ilə razılaşmamış, razılığa gəlmişlər ki, qışalığın icarəsinə görə İslaha iki dəfəyə ümumilikdə 3.000 manat pul verəcək. xx xxxx 2019-cu il tarixdə o, ilkin olaraq Abşeron rayonu, Masazır qəsəbəsində İslaha 1.500 manat pul vermiş, qalan 1.500 manat pulu isə yatağa köçən zaman verəcəyini bildirmişdir. İslah ona narahat olmamağı, yatağa köçən zaman qalan 1.500 manat pulu verməsini demişdir. xx xxxxxx 2019-cu il tarixdə İslah onun yaşadığı Abşeron rayonu, Nübar qəsəbəsində olan evinə gələrək ona demişdir ki, 1.500 manat pulu vermədiyi halda qışlağı başqa şəxsə icarəyə verəcək. O, İslaha onunla razılaşdığını və nə üçün pulu təcili olaraq ondan istədiyini soruşduqda İslah təcili pul lazım olduğu üçün pulu ondan istədiyini və qışlağın onun olduğunu ona demişdir. O, İslaha inanıb həmin gün yaşadığı evdə İslaha 1.500 manat pulu vermişdir. 2019-cu ilin sentyabr ayının sonlarında İslahın ona icarəyə verdiyi qışlağa köçün gəldiyini görmüş və oraya yaxınlaşdıqda İslahın həmin qışlağı başqa şəxslərə icarə verdiyini öyrənmişdir. Buna görə o, İslahın mobil nömrəsinə zəng etmiş, lakin İslah onun telefon zənginə cavab verməmişdir. Beləliklə o, İslahın onu aldatdığını başa düşmüşdür. Beləliklə İslah ona ümumilikdə 3.000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hazırda 3.000 manat pulu Təqsirləndirilən şəxs tələb edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, mal-qara saxlamaqla məşğul olur. Belə ki, yaşadığı Quba rayonunda özünə məxsus torpaq sahəsində mal-qara saxlayır və bu işlə məşğul olur. Təqsirləndirilən şəxs əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1 vasitəsilə tanımışdır. Həmin vaxtı İslah Abşeron rayonu, Cəngi kəndində yerləşən özünə məxsus qışlağın olmasını, həmin qışlağı icarəyə vermək istədiyini və ona həmin qışlağı icarəyə götürməsini təklif etmişdir. Həmin qışlağı neçəyə icarəyə verdiyini İslahdan soruşduqda İslah ona demişdir ki, qışlağı 12.000 manat pulun müqabilində icarəyə verə bilər. Lakin o, İslah ilə razılaşmamışdır. Buna görə İslah ona onun tanışı Bəhlulun qışlağın bir hissəsini 3.000 manat pulun müqabilində icarəyə götürdüyünü deyib qışlağın çox hissəsini 9.000 manata müqabilində icarəyə götüməsini ona təklif etmişdir. O, İslah ilə qarşılıqlı olaraq belə razılığa gəlmişdir ki, ümumilikdə 9.000 manat pulu hissə-hissə İslaha verəcəkdir. xx xxxx 2019-cu il tarixdə ilkin olaraq Abşeron rayonu, Masazır qəsəbəsində 5500 manat pulu İslaha vermişdir. Sonra isə xx xxxx 2019-cu il tarixdə Xızı rayonu, Zarat qəsəbəsində İslaha 2.000 manat, 2019-cu ilin sentyabr ayında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində “Beynəlxalq Avtovağzal”da 1.500 manat pul vermişdir. 2019-cu ilin sentyabr ayının sonlarında İslahın ona icarə verdiyi qışlağa köçün gəldiyini görmüş və oraya yaxınlaşdıqda İslahın həmin qışlağı başqa şəxslərə icarə verdiyini öyrənmişdir. Buna görə o, İslahın mobil nömrəsinə zəng edərək İslaha bu barədə bildirdikdə İslah ona narahat olmamasını, həmin şəxslərin qışlağı qısamüddətli götürdüklərini, tez bir zamanda qışlaqdan çıxacaqlarını demişdir. O da İslahın bu sözlərinə inanmış, lakin həmin şəxslər qışlaqdan çıxmadıqda o, başa düşmüşdür ki, İslah onu aldadıb. İslah ona ümumilikdə 9.000 manat maddi ziyan vurmuşdur. Hazırda 9.000 manat pulu Təqsirləndirilən şəxs tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Cəngi kəndi ərazisində mal-qara saxlamaqla məşğuldur. Təqsirləndirilən şəxs əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 vasitəsilə tanımışdır. 2019-cu ilin iyun ayında İslah Abşeron rayonu, Cəngi kəndində yerləşən özünə məxsus qışlağın olmasını, həmin qışlağı iki il müddətinə icarəyə vermək istədiyini və həmin qışlağı icarəyə götürməyi ona təklif etdikdə, o, İslahdan həmin qışlağı ona neçəyə icarəyə verdiyini soruşduqda İslah qışlağı 2 illik müddətinə vermək şərti ilə 6.000 manat pulun müqabilində verə biləcəyini demişdir. O, qışlağı 6.000 manat pulun müqabilində icarəyə götürməyi İslah ilə qarşılıqlı olaraq razılaşmışdır. 2019-cu ilin sentyabr ayının ortalarında o, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən dairənin yaxınlığında İslaha 6.000 manat pul vermişdir. Təxminən bir həftə sonra İslahın həmin qışlağı başqa şəxslərə icarə verdiyini öyrənmişdir. Buna görə o, İslahın mobil nömrəsinə zəng etmiş və İslaha bu barədə bildirdikdə İslah ona narahat olmamağını, həmin şəxslərin qışlağı qısamüddətli götürdüklərini, tez bir zamanda qışlaqdan çıxacaqlarını bildirmişdir. O, İslahın sözlərinə inansa da lakin həmin şəxslər qışlaqdan çıxmamışlar. Daha sonra o, İslahın onu aldatdığını başa düşmüşdür. İslah ona ümumilikdə 6.000 manat maddi ziyan vurmuşdur. Hazırda ona dəyən zərər olan 6.000 manatı Təqsirləndirilən şəxs tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, onun Abşeron rayonu, Sarıcalar deyilən ərazidə fermer təsərrüfatı olmuş və həmin təsərrüfatda iri və xırda buynuzlu heyvanlar saxlamaqla məşğul olmuşdur. Həmin təsərüfatda 450 baş qoyun, 250 baş quzu, 180 baş keçi və 60 baş iri buynuzlu heyvan saxlamışdır. Onun yaxın tanışı olan Təqsirləndirilən şəxs ona bildirmişdir ki, onun heyvandarlıq sahəsindən yaxşı başı çıxır. O da 2019-cu ilin mart ayında fermer sahəsinə nəzarət etməyi və iş aparmağı İslaha həvalə etmişdir. İslah bundan sonra həmin fermer təsərrüfatında qalmış, işin gedişatına və heyvanlara ümumi nəzarəti həyata keçirmişdir. İslaha etibar etdiyindən onun özü bir müddət fermer təsərrüfatına getməmiş, mobil telefonla əlaqə saxlayaraq İslahdan işlərin gedişatı ilə maraqlanmışdır. İslah da hər dəfəsində ona işlərin qaydasında olduğunu və heyvanların tamlıqla yerində olduğunu bildirmişdir. 2019-cu ilin iyun ayında o, İslahın istifadəsində olan ***-***- **-** və ***-***-**-** saylı mobil telefonlarına zəng etdikdə telefonların bağlı olduğunu görmüşdür. Bir neçə gün İslahın telefonları bağlı olduğundan o, öz təsərrüfatına gemiş, heyvanların olmadığını və təsərrüfatın tamamilə boş olduğunu görmüş, orada heyvanların harada olması barədə maraqlandıqda tanımadığı şəxslər İslahın heyvanları və orada olan təsərrüfatı sataraq, qaçdığını demişlər. Onun özü sonradan İslahı tapmış və İslah heyvanları və təsərrüfatı dəyərdəyməzə, yəni 55.000 manata satdığını ona etiraf etmişdir. İslah ona 2 ay ərzində onun tərəfindən ümumilikdə 100,000 manat dəyərində yatırım qoyduğu 450 baş qoyunu, 250 baş quzunu, 180 baş keçini və 60 baş iri buynuzlu heyvanı alıb gətirəcəyinə, ya da ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən həyət evini satıb onun pulunu ödəyəcəyinə söz vermişdir. 450 baş qoyunun birinin qiyməti 100 manat olmaqla ümumilikdə 45000 manat, 250 baş quzunun birinin qiyməti 40 manat olmaqla ümumilikdə 10.000 manat, 180 baş keçinin birinin qiyməti 50 manat olmaqla ümumilikdə 9.000 manat, 60 baş iri buynuzlu heyvanın birinin qiyməti 600 manat olmaqla ümumilikdə 36.000 manat olmuşdur. Ona dəymiş maddi ziyanın ümumi məbləği isə 100.000 manatdır. Təqsirləndirilən şəxs onun mal-qarasına və təsərrüfatına baxması müqabilində o, İslaha ilkin olaraq danışdığı və razılaşmaya görə ayda 700 manat, çobanlar 300 manat almaq şərti ilə mal-qaranın verdiyi artımları, yəni onların balalarını, quzuları sataraq həmin pulu götürüb və ondan başqa mal-qaranın verdiyi südlər ona qalmaq şəkilində razılaşmışlar. Hazırda ona dəymiş zərər olan 100.000 manat pulu Təqsirləndirilən şəxs tələb edir. Məhkəmədə Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O ifadəsində göstərmişdir ki, mal-qara saxlamaqla məşğul olur. Hazırda Abşeron rayonu, Cəngi kəndi ərazisində mal-qara saxlamaqla bu işlə məşğuldur. Təqsirləndirilən şəxs əvvəllər tanıdığı Məcnun adlı şəxsin vasitəsilə tanımışdır. 2019-cu ilin iyun ayında İslah Abşeron rayonu, Cəngi kəndində yerləşən özünə məxsus qışlağın olmasını, həmin qışlağı icarəyə vermək istədiyini və həmin qışlağı icarəyə götürməsini ona təklif etmişdir. İslahdan həmin qışlağı ona neçəyə icarəyə verdiyini soruşduqda İslah qışlağı 1 illik müddətinə vermək şərti ilə 8.000 manat pulun müqabilində verə biləcəyini demişdir. O, qışlağı 8.000 manat pulun müqabilində icarəyə götürməyi İslah ilə qarşılıqlı olaraq razılaşmışdır. 2019-cu ilin iyun ayının ortalarında o, Abşeron rayonu, Müşviq qəsəbəsində İslaha 8.000 manat pul vermişdir. 2019-cu ilin sentyabr ayında o, həmin qışlağa köçmüşdür. Bir neçə gün keçdikdən sonra İslahın həmin qışlağı başqa şəxslərə icarə verdiyini öyrənmişdir. O, buna baxmayaraq razılaşmış və həmin şəxslər də qışlağa köçmüşdür. Lakin bir neçə gün keçdikdən sonra qışlağın sahibləri gəlib onları qışlaqdan çıxartmışdır. Buna görə o, İslahın mobil nömrəsinə zəng etsə də lakin İslah onun telefon zənginə cavab verməmişdir. Beləliklə də o, İslah tərəfindən aldandığını başa düşmüşdür. Beləliklə İslah ona ümumilikdə 8.000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. İslah həmin qışlağın hər-hansı bir sənədini ona göstərməyib və verməyib. Hazırda 8.000 manat pulu Təqsirləndirilən şəxs tələb edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, 2019-cu ilin mart ayında Abşeron rayon İcra Hakimiyyətinə ərizə ilə müraicət edərək heyvan otarılması məqsədi ilə Abşeron rayonunun inzibati ərazisinə aid olan “Qaracalar” qış otlağından 1063 hektar sahənin 15 il müddətinə icarə qaydasında ona verilməsini xahiş etmişdir. Elə həmin ildə Abşeron rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı 17 nömrəli “Qaracalar” qış otlaq sahəsindən qoyunçuluğun inkişaf etdirilməsi məqsədi ilə ona icarə əsasında 1063,00 hektar örüş sahəsi verilmişdir. Daha sonra o, həmin örüş sahəsini mal qara saxlaması üçün Zərərçəkmiş şəxs5 istifadəsinə vermişdir. Həmin örüş sahəsində olan mal-qara Razim Rüstımova məxsus olmuş və Razimin özü mal-qaraya nəzarət etmişdir. Daha sonra Razimin özündən mal-qarasına Təqsirləndirilən şəxs baxdığını eşitmişdir. Bundan başqa ona məlum olmuşdur ki, İslah 2019-cu ilin mart ayından iyun ayına qədər olan müddət ərzində Zərərçəkmiş şəxs5 məxsus 100.000 (yüz min) manat dəyərində 450 baş qoyun, 250 baş quzu, 180 baş keçi və 60 baş iri buynuzlu heyvanları satıb pulunu ələ keçirmişdir. Məhkəmədə Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Qobustan rayonunun Ərəbşalbaş kəndində malqara saxlamaqla məşğul olur. Zərərçəkmiş şəxs3 onun qohumudur və Səlahəddin də mal-qara saxlamaqla məşğul olur. 2019-cu ilin iyun ayında Səlahəddin onun yanında Təqsirləndirilən şəxs 8.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs özünə məxsus olan Abşeron rayonu, Cəngi kəndində yerləşən qışlağın Səlahəddinə bir il müddətinə icarəyə verəcəkmiş. Sonradan bilmişdir ki, Səlahəddin qışlağa yerləşsə də orada ondan başqa şəxslər də olmuş, həmin şəxslər də İslaha pul verərək qışlağı icarəyə götürmüşlər. Ondan sonra ona məlum olmuşdur ki, İslah Səlahəddini və digər şəxsləri də aldadıb pullarını ələ keçirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan xx xxx 2020-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhər Nərimanov rayon məhkəməsinin 4(005)- 569/2020 saylı xx.xx.2010-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxsu barəsində həbs etmənin əvvəli xx xxx 2020-ci il tarixdən tutulduğu gündən hesablanmaqla həmin tarixdə barəsində «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 verilmiş tələbnamədən, Abşeron rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünün surətindən məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə 2000 (iki) manat məbləğində cərimə cəzasına, Ağcabədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-cü maddəsi ilə 1200 (min iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Cinayət işin materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli məktubudan məlum olur ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə ona təyin olunmuş 2.000 (iki min) manat cərimə cəzasını ödəmişdir. Cinayət işin materiallarında olan Ağsu rayon İcra və Probasiya Şöbəsinin, Abşeron rayon İcra və Probasiya Şöbəsinin, Sumqayıt şəhər Probasiya Şöbəsinin məktublarından məlum olur ki, məlum olur ki, Ağcabədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1.200 (min iki yüz) manat cərimə cəzasını ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsində göstərilmişdir ki, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə, CM-nin 18.4.4-cü maddəsində isə göstərilmişdir ki, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olsa da residiv nəzərə alınmayacaqdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Ağsu rayon İcra Hakimiyyəti başçısının Novçu kənd inzibati ərazi dəirəsinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqları vardır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində üç azyaşlı övladının olması məsuliyyətini yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ağcəbədi rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə təyin olunmuş və ödənilməmiş 1.200 (min iki yüz) manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə birləşdirmək yolu ilə ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət ağır cinayətlər kateqoriyasına aid olduğu üçün və o ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi üçün cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.ci maddəsində nəzərdə tutulmuş əm-lakı müəy-yən edilmədi-yin-dən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslərə yuxarıda göstərilən hüquqları izah edilməlidir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan- xx xxx 2010-ci il tarixdən hesablanmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Fides” vəkil bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat, ibtidai araşdırma dövrü göstərdiyi hüquqi yardıma görə isə Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X3 isə 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinrək 7 (yeddi ) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ağcəbədi rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə təyin olunmuş 1200 (min iki yüz) manat cərimə cəzası hazırki hökm üzrə təyin olunmuş cəza ilə tamamilə birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi ) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 1.200 (min iki yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 1200 (min iki yuz) manat miqdarında cərimə cəzası müstəqil icra olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – xx xxx 2020-ci il tarixdən hesablansın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxslərə mülki iddialarını mulki icraat qaydasında vermələri izah edilsin. Təqsirləndirilən şəxsə göstərdikləri hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Fides” vəkil bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat, “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X3 isə 240 (iki yüz qırx) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar