Məhkəmə qərarları › İş №1(101)-901/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-901/2024

19.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-901/2024 19.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, “X18 Broadcasting Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 2 ünvanında yaşamış, 30 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 fevral 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış, daşımış, eləcə də dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 25,419 qram narkotik vasitə olan heroini 2023-cü ilin yanvar ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Qış parkı” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən əldə edərək, üzərində saxlamaqla daşımışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: DİN, BNMİ) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 30 yanvar 2023-cü il tarixdə saat 21:25-də Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində saxlanılaraq DİN-nin Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin (RPİ-nin) inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli paltonun sağ yan cibindən üzərində saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi külli miqdarda - 25,419 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs 2007-ci ildə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən, Bakı Metropoliteninin “Nizami” stansiyasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan Əmir Qorçuyev adlı şəxsdən məzmununda dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialların mövcud olduğu X5 müəllifi olduğu “Kərbalada çıxan bir şimşək” adlı 1 (bir) ədəd kitabı və istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə əldə etdiyi, daxilində “Allahın vədəsi yaxındır”, “Çağırış”, “Kərimə dövləti”, “Mənfur rejimi devirməliyik”, “Meydanlar”, “Paylaş”, “Sionist rejim” başlıqlı dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran “Word” formatlı fayllar olan 1 (bir) ədəd CD diski yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 3 ünvanında saxlamışdır. Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən 31 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 3 ünvanına keçirilmiş baxış zamanı həmin “Word” formatlı faylların yazıldığı 1 (bir) ədəd CD disk və X5 müəllifi olduğu “Kərbalada çıxan bir şimşək” adlı kitab aşkar olunaraq götürülmüşdür. Qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 167-3.1 və 234.1-1-ci maddələri ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları saxlaması, eləcə də satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə edib saxlaması və üzərində daşıması, yəni Azərbaycan Respublikası CM-nin 167-3.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 167-3.1 və 234.1-1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 30 yanvar 2023-cü il tarixdə, axşam saat 10 (22) radələrində həbs olunmuşdur. Həmin gün o, “Qış parkı”nda Özbəkistan vətədaşı ilə Mahir adlı dostunun restoranında çay içmişlər. Özbəkistan vətəndaşı olan həmin şəxs Özbəkistan aviareyslərinin sahibi olmuşdur. O özü də turizm sahəsində işlədiyinə görə onunla münasibəti olmuşdur. Onlar restoranı tərk edərkən o, kənarlaşıb telefonla danışmış və qaydarkən özünə məxsus maşının açarlarını stolun üstündə görməmişdir. Restorandan çıxanda o, Mahirə maşınının açarını stolun üstündə qoyduğunu, lakin tapa bilmədiyini dedikdə, sonuncu maşının üstündə olduğunu bildirmişdir. Sonra axtarıb cibindən tapmışdır. Maşına yaxınlaşıb pultun düyməsini basmış və bu vaxt 10-a yaxın adam ona yaxınlaşmış, onları həbs edib gəldikləri maşınlara salmışlar. Özünü rəis kimi təqdim edən şəxs onun cibinə narkotik basmışdır. O, “mənim deyil” deyib, qəbul etməmişdir. Onları ayrı-ayrı maşınlara otuzdurmuş, onun 8300 dollar, 2420 manat pulunu, bank kartlarını və telefonlarını almış, cibinə narkotik qoymuş, ona hansısa generalla görüşəcəyi və daha sonra azad olunacağı bildirilmişdir. Onu saxlayan şəxslər adlarını belə deməmiş, generalın adı çəkilməmiş, kimliyi barədə ona məlumat verilməmişdir. O, yenə razılaşmamış və bundan sonra onlar onu Nəsimi RPİ-yə aparmışlar. Apararkən onun avtomobilini əməkdaşlardan biri idarə etmiş, onun özünü isə polis əməkdaşlarının birinə məxsus maşınla polisə aparmışlar. Onları saxlayan NMBİ-nin əməkdaşları olmuşlar. Orada “dövlət nə dedisə, o olmalıdır” demişlər. O, tutularkən maşınında 50 nəfərin sənədləri, biletləri olmuşdur ki, həmin sənədlər Məkkə, Ümrə ziyarətinə gedən adamlara məxsus olmuşdur. Həmin adamların ziyarətə getmələrinə maneçilik törətməmələrini onlardan xahiş etmişdir. Ona “boynuna al, video çəkək, generalla görüş və azad ol” demişlər. Onun qolu açılmış, birinci dəfə narkotik orda görmüşdür. Etiraf etmiş, maşınına da çəkilişlə baxış keçirmişlər. 70000 manata qədər onun üstündə pul olmuşdur. Pulları saymağı tapşırmışlar və kamera qarşısında 60000 manata qədər pulu saymışdır. Bir topluda pul sayılmamış qalmışdır. Nəticədə kağızlar gətirilmiş və imzalamaq tələb olunmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, ona qarşı işgəncə olmamış, sadəcə generalın göstərişini yerinə yetirmək üçün razılaşmışdır. Birinci çəkilişdə əşyaları üstündən alınmış və narkotik ilə bağlı çəkiliş aparılmışdır. 2-ci çəkilişdə əşyaları qaytarılmış və maşınında çəkiliş olmuşdur. Narkotik onun sağ cibindən çıxmışdır. Belə ki, o, saxlanıldıqdan sonra maşında oturarkən həmin narkotik onun cibinə qoyulmuşdur. O, heç vaxt narkotik istifadə etməmiş, içki belə içməmişdir. Maşınıma baxış keçirilərkən isə arxa hissəsində pasportlar, sumkada isə pul aşkarlanmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, Yasamal rayonunda onun komputeri oğurlamış, o, DİN-nin 102 xidmətinə bu barədə şikayət etmişdir. Ondan sonra polislər onun hard diskini tapıb özünə qaytarmışlar və həmin polis əməkdaşı o vaxtdan onu tanımışdır. Dedilər dövlətlə dövlətçilik etmək olmaz. Sonra onun əşyalarını alıb MSYyə salmışlar. Gecə vaxtı gəlib təzədən kağızları gətirib imzalatdırdılar. Növbəti gün səhər isə ofisinə və evinə baxış keçirmişlər. Mən ifadə verərkən dövlət tərəfindən təyin olunan vəkil olmuş, lakin o, imtina edərək öz vəkilini istəmiş, amma təmin etməmişlər. Telefon əlaqəsi saxlamağa isə icazə verilmişdir. Növbəti gün qardaşı ilə vəkili gəlmiş, amma vəkilinin onu müdfadiə etməsinə icazə verməmişlər. Məhkəmədə dövlət tərəfindən ayrılan vəkillə təmin olunmuşdur. Vəkil onunla görüşüb konfidensial söhbət aparmamışdır. Müstəntiq ona “sən ziyarətə gedə bilməsən də, camaatı yola sala biləcəksən. Qol çək, səni ev dustaqlığına buraxacağıq” demişdir. Məhkəmədə müstəntiq ona yaxınlaşıb məhkəmədə 5 övladının olduğunu deməyi, narkotiki etiraf etməyi tapşırmış, onu ev dustaqlığına buraxmasını məhkəmədən xahiş etməyi bildirmişdir. İnsanları ziyarətə yola sala bilməsit üçün o, müstəntiqin öyrətdiyi kimi demiş, amma buna baxmayaraq barəsində 4 ay həbs seçilmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, Tv-də işlədiyi dövrdəki fəaliyyətinə görə saxlanılmışdır. Evinə axtarış keçirilən vaxt evindən dini kitablar aşkarlanıb götürülmüşdür. Onun kitablarının, video disklərinin 10-15 illik bir tarixi olmuşdur. O dövrlərdə o, maraq göstərmiş, kitabları almışdır. Axtarış zamanı aşkarlananların içərisində ona aid olmayan disk olmuşdur. Götürülən o disk ona aid olmamış, o, həmin fayllarla tanış deyildir. Aşkar olunan predmetlərin içərisində son dövrlərə aid heç nə olmamışdır. X2 onun özünə aiddir. Ona verilən ittihamda göstərilən ekstrimizmlə razı deyildir, ittihamda göstərilənlər quran ayələridir. Orda ekstremist fikirlər olmamışdır. O, həmin kitabi Bakı şəhərində “Nizami” metrostansiyasının ətrafında olan dini kitab mağazasından almışdır. Mən ədəbiyyatı aldığım vaxtlarda o, kitab qadağan olmamışdır. Həmin kitabın qadağan olduğunu sonradan bilmişdir. Amma o, həmin kitabı qadağan olunmayan dövrdə almışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu həmin ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, o, 1997-ci ildə Bakı Dövlət Univirsitetini filalogiya ixtisası üzrə bitirib, 1 il sonra hərbi xidmətə çağırılmış, 1998-2000-ci illərdə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında dislokasiya olunmuş hərbi hissəsində tağım komandiri vəzifəsində hərbi xidmət keçmiş və 2000-ci ildə ehtiyatda olan baş leytenant kimi ordu sıralarından təxris olmuşdur. 2000-ci ildə Rusiya Federasiyasının paytaxtında ona iş təklif olunduğundan, Moskva şəhərinə köçərək 2009-cu ilə qədər Moskva şəhərində fəaliyyət göstərən “Bakı kinoteatrı”nda işləmişdir. O, kinoteatrda milli dildə keçirilən konsertlərdə (meyxana konsertləri və.s) təşkilatçılıq etməklə yanaşı, həm də kinoteatrda fəaliyyət göstərən “Bakı” restoranında da administrator vəzifəsində çalışmışdır. 2009-cu ildə Bakı şəhərinə yenidən qayıdaraq, “Salampress” şirkətində ilk olaraq ofis meneceri işləmiş, 2015-ci ildə Mətləb Bağırova məxsus “X18 Broadcasting Company MMC” şirkətində direktor vəzifəsində işə başlamışdır. 2018-ci ilin əvvəllərində isə həmin şirkəti tərk etmiş və 2018-ci ildən etibarən “Primier” şirkətində hotellərin restoranlarına nəzarətçi vəzifəsində işləmiş, bir müddət sonra isə həmən şirkətin turizm sektoruna keçərək “Ümrə ziyarəti” ilə məşğul olmuşdur. 2019-cu ildən etibarən "xxxx" MMC ilə müqavilə əsasında fəaliyyət göstərmiş və həmin şirkətdə də “Ümrə ziyarəti”nin təşkili ilə məşğul olmuşdur. Əvvəllər məhkum olunmamışdır, evlidir, iki nikahdan beş azyaşlı övladı vardır. Təqsirləndirilən şəxs tədqiq olunan ifadələrində, həmçinin göstərmişdir ki, işləri bəzən çox ağır olduğu üçün baş ağrılarından əziyyət çəmiş və təxminən bir aydır fikirlərini dağıtmaq məqsədilə narkotik vasitə olan heroindən istifadə etmişdir. Həmin maddəni burnuna çəkməklə qəbul etmişdir. Bədənində həmin maddəyə qarşı asılılıq yaranmaması üçün həmin maddədən həftədə bir dəfə istifadə etmişdir. Narkotik vasitəni Bakı şəhərində ayrı-ayrı ünvanlardan təsadüf nəticəsində, tanımadığı, mobil nömrələrini bilmədiyi şəxslərdən alıb istifadə etmişdir. Hər zaman təxminən bir qram heroin almışdır. Təqsirləndirilən şəxs tədqiq olunan ifadələrinin davamında göstərmişdir ki, o, saxlanılmazdan təxminən 3 gün əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisində olan “Qış Parkı” adlanan yerdə gəzinti aparan zaman yerdə 01 ədəd bükümün olduğunu görmüş, bükümə baxan zaman onun içərisində narkotik vasitə heroin olmasının şahidi olmuşdur. Həmin maddəni gələcəkdə istifadə etməsi üçün üzərində saxlamaq qərarına gəlmiş və həmin maddəni götürüb əynində olan paltonun sağ yan cibinə qoymuşdur. Həmin gün axşam saatlarında özü tək olan zaman bir dəfə həmin maddədən istifadə etmişdir. Qalan hissəsini isə üzərində saxlamışdır. 30 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində yerləşən “Bravo” supermarketin yaxınlığında tanışları Mahir Quliyev və Aziz Khodjayev yanında olan zaman bir neçə mülki geyimli şəxslər ona yaxınlaşaraq kim olduğunu soruşmuş, o özünü təqdim etmişdir. Onlara yaxınlaşan şəxslər də özlərini təqdim edib DİN-nin BNMİ-nin əməkdaşları olduqlarını deyərək onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmağı barədə onlarda məlumat olduğunu deyərək onu DİN-in Nəsimi RPİ-nə dəvət etmişlər. O, vəziyyəti bilib polis əməkdaşlarına etiraz etməmiş və ifşa olduğunu bilib Polis İdarəsinə gələ biləcəyini demiş və birlikdə Polis idarəsinə getmişlər. Orada onu təhqiqatçının xidməti iş otağına aparmış, xidməti iş otağında olan zaman təhqiqatçı tərəfindən hüquqlarının müdafiə olunması məqsədi ilə Vəkil Bürosunun vəkillərinin adlarının olduğu siyahı ona təqdim edilmiş, o, siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarının müdafiə edilməsinə etirazının olmadığını demiş, bundan sonra təhqiqatçı vəkil Nizami Canıyevi dəvət etmişdir. Vəkil gəldikdən sonra təhqiqatçı ondan vəkilə etirazının olub-olmadığını soruşmuş, o, etirazının olmadığını bildirmişdir. Daha sonra ona hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, o isə buna etiraz etmədən razılaşmışdır. Daha sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmış, aparılmış şəxsi axtarış zamanı təhqiqatçı ilkin olaraq ona üzərində olan əşyalarını təqdim etməyini xahiş etdikdə o, əynində olan paltonun sağ yan cibindən bir ədəd bükümü təqdim edərək bükümün içərisində narkotik vasitə heroin olduğunu demişdir. Daha sonra üzərinə şəxsi axtarış aparılmış və üzərində ABŞ dolları və milli pullar, mobil telefonu, avtomobil açarı və şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Bu zaman narkotik vasitə qablaşdırılaraq götürülmüş, şəxsiyyət vəsiqəsi və mobil telefonu götürülsə də, digər əşyalar, həmçinin pullar özünə geri qaytarılmışdır. Sorğu zamanı həyəcanlı olduğu üçün, həmçinin cinayət məsuliyyyətindən yayınacağını düşündüyü üçün aşkar olunan maddədən istifadə edən olmadığını, həmin maddəni tapıb üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadələrinin davamında daha sonra göstərmişdir ki, üzərinə şəxsi axtarışdan sonra təhqiqatçı avtomobilinə baxış keçirilməsi zərurətini izah etmiş və o, etiraz etmədiyini demişdir. Bundan sonra videoçəkiliş dayandırılmış və onunla bərabər digər iştirakçılara da həmin videoçəkiliş nümayiş etdirilmiş, sonda isə bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, düz yazıldığı üçün digər iştirakçılarla birlikdə o da həmin protokola imza etmişdir. O, bir daha qeyd etmişdir ki, narkotik vasitə olan heroindən təxminən bir aydır ki, istifadə edirmiş. Bundan sonra idarə etdiyi avtomobilinə, yaşadığı ünvana və işlədiyi ofisə baxış keçirilməsinə etiraz etmədiyinə dair ərizə yazdıqdan sonra idarə etdiyi avtomobilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmiş və baxış zamanı avtomobilindən qanunsuz əşya aşkar edilməsə də, oradan ümumvətəndaş pasportları və ABŞ dolları, həmçinin milli valyuta aşkar edilmiş, həmin pullar özünə geri qaytarılmış, pasportlar isə götürülmüşdür. Təqsirləndirilən şəxs tədqiq olunan ifadələrinin davamında daha sonra göstərmişdir ki, 31 yanvar 2023-cü il tarixdə işlədiyi ofisə videoçəkilişdən istifadə edilməklə və orada işləyən X1 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı ofisdən qanunsuz əşya aşkar edilməmiş, lakin ofisdən aşkar edilmiş pasportlar, bir ədəd dəftər və qeydlər olan vərəqlər aşkar edildiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Aşkar olunmuş pullar özünə geri qaytarılmışdır. Daha sonra yaşadığı evdə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmiş, baxış zamanı evindən qanunsuz əşya aşkar edilməsə də, evindən 109 ədəd dini kitablar, 8 ədəd dini videoların olduğu kasetlər və 40.000 ABŞ dolları aşkar edilmişdir. Aşkar edilən pullar onun özünə geri qaytarılsa da, kitablar və kasetlər qablaşdırılaraq götürülmüşdür. Bundan sonra videoçəkiliş dayandırılmış, DİN BNMİ-nə gəlmişlər və orada müvafiq sənədləşmələr aparılmış, protokollar yazılıb ucadan oxunduqdan sonra, düzgün yazıldığı üçün protokollar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs tədqiq olunan ifadələrinin yekununda göstərmişdir ki, o, elan olunmuş ittihamla özünü qismən - Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir, aşkar olunmuş maddələri şəxsi istifadəsi üçün əldə etmiş, satmaq məqsədi olmamış, hazıradək heç kimə narkotik vasitə və ya psixotrop maddə satmamış, həmçinin pay verməmiş, saxlanılarkən və saxlandıqdan sonra polis əməkdaşları ona qarşı hər hansı formada təsir və ya təzyiq etməmişdir. 31 yanvar 2023-cü il tarixdə ünvanında aşkar edilərək götürülmüş 109 ədəd kitabı o, müxtəlif vaxtlarda, hazırda xatırlamadığı kitab mağazalarından əldə etmiş, həmin kitabların əksəriyyəti dini ədəbiyyat olan kitablar olmuşdur. Həmin kitabları kitab oxumağı xoşladığından özü oxumaq üçün alıb əldə etmişdir. Bunun səbəbi isə onun 2004-cü ildən dini ibadətlə məşğul olması olmuşdur. O, 31 yanvar 2023-cü il tarixdə yaşadığı mənzildə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş X5 müəllifi olduğu “Kərbaladan çıxan bir şimşək” adlı kitabı təxminən 2007-ci ildə Bakı şəhəri, Yasamal rayonu, “Nizami” metrostansiyanın yaxınlığında yerləşən adını xatırlamadığı kitab mağazasında satıcı işləyən Əmir Qorçuyev adlı şəxsdən hazırda xatırlamadığı məbləğə yalnız bir dəfə və yalnız bir nüsxə olaraq satın almış və aldığı vaxtdan sonra həmin kitabları özü oxuyaraq evdəki kitab rəfində saxlamışdır. Həmin kitabı hər hansı məqsəd üçün heç kimə verməmiş, yalnız özü oxuduqdan sonra özü üçün yaratdığı kitab rəfində saxlamışdır. Həmin kitablardan heç vaxt heç kimə hədiyyə olaraq və ya başqa məqsədlə verməmişdir. O, Əmir Qorçuyev adlı şəxsin təxminən 25-30 yaşlarında, dolu bədən quruluşlu, orta boylu, qarabəniz, saqqallı şəxs olduğunu, sonuncunun digər müəyyənedici məlumatlarını xatırlamadığını, lakin üz cizgiləri yadında qaldığı üçün fotoşəkilini və ya özünü görəcəyi təqdirdə üz cizgilərindən tanıya biləcəyini bildirmişdir. O, yaşadığı ünvandan aşkar edilərək götürülmüş X13 Şirazinin müəllifi olduğu 3 cilddən ibarət “Pişavər gecələri” və Əsəd Vəhid əl-Qasiminin müəllifi olduğu “Şiələrin həqiqəti” adlı kitabları təxminən 2007-ci ildə Bakı şəhəri, Yasamal rayonu, “Nizami” metrostansiyanın yaxınlığında yerləşən kitab mağazasından alıb əldə etmiş, yaşadığı evdə saxlamışdır. Həmin kitabların X17 üzrə Dövlət Komitəsi tərəfindən istehsal və idxal edilməsinin, ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə satışının həyata keçirilməsinin məqsədəuyğun hesab edilməməsi barədə məlumatı həmin kitaba müvafiq ekspert rəyi verildikdən sonra bilmiş, həmin vaxta qədər isə bundan məlumatsız olmuşdur. Həmin kitabları heç kimə, hər hansı məqsəd üçün verməmiş, yalnız öz kitab rəfində saxlamaqla özü oxumuşdur. O, evindən aşkar olunan müxtəlif filmlərin qeydə alındığı 8 ədəd videokaseti təxminən 2004-2005-ci illərdə özü izləmək üçün hazırda yadında olmayan satış mağazalarından alıb əldə etmişdir (iş vərəqə: cild İ, səh. 82-83, 115, 131-134, 142- 144, cild İİİ, səh. 243-246, cild İV, səh. 9-12, 101, 106-107, 195-197). Elan edilməklə tədqiq olunan ifadələrinə aydınlıq gətirən Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsinin davamında göstərdi ki, o, elan olunan ifadələri verərkən onların məzmunu ilə tanış olmamış, ifadələrini oxumadan imzalamışdır. Öz vəkili işə buraxılanadək verdiyi ifadələrini təsdiq etmir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 30 yanvar 2023-cü il tarixdə Bakı şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat onun özü tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, Şahid2, Şahid3 və Şahid4 daxil olmuş, qrup üzvləri hərəkət xətti barədə təlimatlandırılmışlar. Həmin tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində, keçmiş “Basin” küçəsində yerləşən “Bravo” supermarketin yaxınlığında olması barədə məlumat daxil olmuş və onlar həmin ünvana getmişlər. Orada olan zaman saat 21:25 dəqiqədə “Toyota Prado” markalı, **-VY-*** qeydiyyat nişanlı avtomobilin yaxınlığında özünü şübhəli aparan xarici görünüşünə görə Təqsirləndirilən şəxs oxşar şəxsin, həmçinin şəxsiyyətləri sonradan onlara məlum olan Mahir Quliyevin və Özbəkistan vətəndaşı Aziz Khodjaevin də orada olmaları müşahidə olunmuşdur. Onlar həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşı olduqlarını bildirmiş və həmin şəxslərdən özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər özlərini təqdim etdikdən sonra həmin şəxslərdən birinin Təqsirləndirilən şəxs olmasını öyrənib, onları əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul edilmiş qərarla tanış etmiş və onların hər birini özləri ilə birlikdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə dəvət etmişlər. Həmin şəxslər etiraz etmədən onlarla birlikdə Polis İdarəsinə getmiş, orada Aziz Khodjaev və X11 Hissəyə təhvil verilmiş, araşdırmanın aparılması Baş İdarənin təhqiqatçısı Yelmar Vahabova həvalə olunduğundan o, və Şahid3 Təqsirləndirilən şəxs təhqiqatçısı Yelmar Vahabovun xidməti iş otağına aparmışlar. Əməliyyatçılar Şahid4 və Şahid2 xidməti zərurətlə əlaqədar Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarışda iştirak etməmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib dövlət hesabına vəkil təyin etmiş, Təqsirləndirilən şəxs vəkilə etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış aparılacağı izah olunmuş, sonuncu buna etiraz etməmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq çıxarıb masanın üzərinə qoymasını təklif etmişdir. Təqsirləndirilən şəxs əynindəki paltonun sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etmiş, sonuncunun üzərinə şəxsi axtarış aparılan zaman pul vəsaitləri, avtomobil açarı, mobil telefonu və şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni tutulmazdan iki gün əvvəl tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqdim olunan büküm qablaşdırılaraq götürülmüş, şəxsiyyət vəsiqəsi və mobil telefon götürülsə də, pul vəsaitləri və açarlar Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Bundan sonra videoçəkiliş dayandırılmış və bu barədə protokol tərtib olunmuş və protokol düzgün yazıldığı üçün hər bir iştirakçı tərəfindən imzalanmışdır. Şahid1 ifadəsində göstərdi ki, şəxsi axtarışdan sonra Təqsirləndirilən şəxs razılığı ilə ona məxsus avtomobilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı avtomobildən pul vəsaitləri aşkar edilsə də, qanunsuz əşya aşkar edilməmiş və aşkar edilmiş pul vəsaitləri Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Bundan sonra videoçəkiliş dayandırılıb bu barədə protokol tərtib olunmuş və protokol düzgün yazıldığı üçün hər bir iştirakçı tərəfindən imzalanmışdır. Şahid1 ifadəsinin davamında göstərdi ki, daha sonra təhqiqatçı tərəfindən Aziz Khodjayevin və Mahir Quliyevin üzərilərinə şəxsi axtarış aparılmış, lakin onların üzərilərindən qanunsuz əşya aşkar edilməmişdir. Şahid1 ifadəsinin davamında daha sonra göstərdi ki, 31 yanvar 2023-cü il tarixdə DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili Şahid5 daxil olmuş əməliyyat məlumatı əsasında raportla Baş İdarə rəhbərliyinə məruzə edərək, Təqsirləndirilən şəxs yaşadığı mənzildə və işlədiyi ofisdə qanunla qadağan olunmuş narkotik vasitələr saxlamasını bildirmişdir. Şahid5 məlumatına əsasən əməliyyat qrupu yaradılmış və ilkin olaraq Təqsirləndirilən şəxs işlədiyi ofisə baxış keçirilmişdir. Baxış zamanı oradan qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş və oradan pul vəsaitləri, dini məzmunlu kitablar, videokasetlər və disklər aşkar edilmişdir. Pul vəsaitləri Təqsirləndirilən şəxs özünə qaytarılsa da, digər əşyalar qablaşdırılaraq götürülmüşdür. O, özü və digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki və ya psixi təsir, həmçinin zorakı hərəkətlər edilməmişdir. İş üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən DİN-nin BNMİ-nin əməliyyat müvəkkili Şahid2, Şahid3 Cəmiyyət oğlu və Şahid4 məhkəmə istintaqı zamnı şahid qismində dindirilmiş həmkarları Şahid1 ilə oxşar məzmunlu ifadə verib, sonuncunun işin halları ilə bağlı ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdilər. İş üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərdi ki, 30 yanvar 2023-cü il tarixdə Bakı şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat Şahid1 tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa Şahid3, Şahid2, Şahid1 və Şahid4 daxil olmuşlar. Baş İdarənin əməkdaşları tərəfindən keirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs və digər iki nəfər şəxs saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə aşkar olunsa da, digər şəxsin üzərindən qanunsuz əşya aşkar edilməmişdir. Şahid - əməliyyat müvəkkili Şahid5 ifadəsinin davamında göstərdi ki, 31 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evdə və işlədiyi ofisdə qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatı daxil olduğundan o, bu barədə raportla Baş İdarə rəhbərliyinə məruzə etmiş, bundan sonra əməliyyat qrupu yaradılmış və həmin qrupa Baş İdarənin əməliyyat müvəkkili Natiq İspatov da daxil edilməklə raportun icrası təhqiqatçı Yelmar Vahabova həvalə edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə və işlədiyi ofisdə axtarış aparılmasına etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra ilkin olaraq Rəşad Ddaaşovun işlədiyi ofisə baxış keçirilmiş, lakin oradan qanunsuz əşya aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilmiş və oradan pul vəsaitləri, dini məzmunlu kitablar, videokasetlər və disklər aşkar edilmişdir. Pul vəsaitləri Təqsirləndirilən şəxs özünə qaytarılsa da, digər əşyalar qablaşdırılaraq götürülmüşdür. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı formada təzyiq və təsir edilməmişdir. İş üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili X10 məhkəmə istintaqı zamnı şahid qismində dindirilmiş həmkarları Şahid5lə oxşar məzmunlu ifadə verib, sonuncunun işin halları ilə bağlı ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Cinayət işinin məhkəməyədək icraatı mərhələsində iş üzrə şahid qismində dindirilmiş X6 ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmişdir. Şahid Aynurə Dadaşova tədqiq olunan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır, sonuncu həbs olunana qədər birlikdə Bakı şəhəri, Yasamal rayonu, ünvan 3 ünvanında yaşamışdır. Rəşad 2009-2018-ci illərdə Mətləb Bağırova məxsus olan “İnteraz” şirkətində işləmiş, 2019-cu ildən saxlanılanadək isə “Ümrə” ziyarətinin təşkili ilə məşğul olmuşdur. Həyat yoldaşı Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanıldığını öyrənib bilmiş, o, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsini və ya onun satışı ilə məşğul olmasını heç vaxt görməmiş və eşitməmişdir. Şahid Aynurə Dadaşova tədqiq olunan ifadəsində, həmçinin göstərmişdir ki, 31 yanvar 2023-cü il tarixdə Rəşadla birlikdə yaşadığı ünvanında baxış keçirilən zaman o da həmin mənzildə olmuş, baxış zamanı mənzildə Rəşadın öz şəxsi kitab rəfində olan müxtəlif dini kitablar, disklər və kasetlər götürülmüşdür. Lakin onun həmin kitabları, diskləri və ya kasetləri Rəşadın haradan əldə etməsi barədə məlumatı olmamışdır. Rəşad bütün zamanlarda çox kitab oxuyan, dini biliklərə yiyələnən adam olduğundan, o, səfərlərində öz şəxsi kitab rəfinə maraqlı kitab alıb doldurmağı sevmişdir. O, özü dini ibadətlə məşğul olsa da, “Qurani Kərim”dən başqa hər hansı kitab oxumamışdır. Ailə üzvlərindən Rəşaddan başqa heç kim onun kitab rəfində olan heç bir kitabı və ya digər əşyaları heç kim, nə ailə üzvləri, nə də digər hər hansı şəxs tanış olmamışdır. Rəşad ümumiyyətlə özünə aid olan kitab, disk və ya digər bu kimi əşyaları paylaşmağı heç vaxt xoşlamamışdır (iş vərəqə: cild İV, səh. 102-104). Cinayət işinin məhkəməyədək icraatı mərhələsində iş üzrə şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxs qardaşı X4 həmin ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, sonuncu şahid X8 ilə oxşar məzmunlu ifadə verib onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir(iş vərəqə: cild İV, səh. 19-21). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında” 30 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, 30 yanvar 2023cü il tarixli müvafiq qərara əsasən DİN-nin Bakı şəhəri Nəsimi RPİ-nin inzibati binasında video çəkiliş müşaiyəti ilə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarnda və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psoxotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədləri təqdim etmək təklif edildikdə, o, əynində olan göy rəngli paltonun sağ yan cibindən 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və onun əynində olan həmin paltonun sol iç cibindən 8200 (səkkiz min iki yüz) ABŞ dolları, 2420 (iki min dörd yüz iyirmi) manat pul vəsaitləri, əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd avtomobil açarı, 1 ədəd içərisində ***-***-**-** saylı sim-kart nömrəsi olan “İphone” markalı mobil telefon, 1 ədəd şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş və bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi tərəfindən imzalanaraq iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “İphone” markalı mobil telefon və 1 ədəd şəxsiyyət vəsiqəsi ona izah edilməklə götürülmüşdür. Onun üzərindən aşkar edilmiş avtomobil açarı, 8200 (səkkiz min iki yüz) ABŞ dolları, 2420 (iki min dörd yüz iyirmi) manat pul vəsaitləri Təqsirləndirilən şəxs qaytarılmışdır. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs sorğu zamanı təqdim etdiyi kütlənin özünə məxsus olduğunu, həmin kütləni iki gün əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisindən taparaq üzərində saxladığını, heç kimə narkotik vasitə satmadığını, başqa heç yerdə narkotik vasitə saxlamadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (iş vərəqə: cild İ, səh. 68-70). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 31 yanvar 2023-cü il tarixli, 6/572 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün №7”-li dairəvi möhür əksi, üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə” yazısı və imzalar paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkiləri 25,419 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir. Rəyin qeyd hissəsinə əsasən təmiz çəkisi 25,419 qram heroindən tədqiqata 0,1 qram sərf edildikdən sonra 24,319 qram qalıq qalmışdır (iş vərəqə: cild İ, səh. 95-99). İbtidai istintaq orqanının 19 iyun 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi nəticəsində aşkar edilərək götürülmüş və ekspertiza keçirildikdən sonra qalıq qalmış 24,319 qram heroin narkotik vasitəsi maddi sübut kimi tanınmış və saxlanılması üçün Dövlət Təhlükəsizlik Xidməti İstintaq baş idarəsinin Maddi sübutlar otağına təhvil verilmişdir (iş vərəqə: cild İİİ, səh. 142, 143). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 17 fevral 2023-cü il tarixli, 545/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsinin tərkibində fenilalkilamin qurupuna aid olan metamfetamin aşkar edildiyi, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və çətə bitkisindən alınan təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoit aşkar edilmədiyi, qan nümunəsinin götürülməsinin mümkün olmadığı qeyd edilmişdir (iş vərəqə: cild İİİ, səh. 31-34). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 2 fevral 2023-cü il tarixli, 568 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyartorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İİİ, səh. 72-73). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan “Baxış və götürmə aparılması haqqında” 31 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 3 ünvanına özünün, polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə video çəkilişdən istifadə edilməklə keçirilmiş baxış zamanı evin qonaq otağındakı dolabdan 109 (bir yüz doqquz) ədəd üzərində ərəb və fars dillərində yazılara oxşar yazıların olduğu dini məzmunlu kitablar və 8 (səkkiz) ədəd videokasset aşkar edilmiş, həmin video kassetlərdən dörd ədədinin üzərində müvafiq yazılar olmuş, üç ədədinin üzərində hər hansı yazı olmamış, bir ədəd üzərində disk şəkli olan yaşıl rəngli plastik qab açıldıqda isə orada 2 (iki) ədəd diskin olması müşahidə edilmişdir. Bundan başqa mənzildə olan dolabdan 40.000 (qırx min) ABŞ dolları pul vəsaiti aşkar edilmişdir. Daha sonra baxış zamanı iş üzrə qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Aşkar edilənlərdən 40.000 (qırx min) ABŞ dolları pul vəsaiti iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmış, digər aşkar edilənlər isə qablaşdırılaraq Daxili İşlər Nazirliyinin 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçisi tərəfindən imzalanaraq götürülmüşdür (iş vərəqə: cild İ, səh. 112-114). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi və X17 üzrə Dövlət Komitəsinin ekspertləri tərəfindən verilmiş 12 may 2023-cü il tarixli 4/749 nömrəli ekspert rəyindən görünür ki, dinşünaslıq ekspertizasına təqdim edilmiş dini təyinatlı məlumat materiallarında ekspert qarşısında qoyulmuş suallara əsasən, 1 (bir) ədəd CD diskdə aşkarlanmış “word” sənəddə və X5 müəllifi olduğu “Kərbalada çıxan bir şimşək” kitabında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar, habelə kütləvi iğtişaşların təşkil edilməsinə və belə iğtişaşlarda iştirak etməklə əlaqədar olan çağırışlar mövcuddur. Tədqiq olunan rəydən, həmçinin görünür ki, ekspertizaya təqdim edilmiş 3 (üç) adda 5 (beş) ədəd kitabın, yəni X5 müəllifi olduğu “Kərbalada çıxan bir şimşək” adlı, X13 Şirazinin müəllifi olduğu 3 cilddən ibarət “Pişavər gecələri” adlı və Əsəd Vəhid əl- Qasiminin müəllifi olduğu “Şiələrin həqiqəti” adlı kitabların istehsal və idxal edilməsi, ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə satışının həyata keçirilməsi X17 üzrə Dövlət Komitəsi tərəfindən məqsəduyğun hesab edilməmişdir (iş vərəqə: cild İİİ, səh. 103-119). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi və X17 üzrə Dövlət Komitəsinin ekspertləri tərəfindən verilmiş 3 avqust 2023-cü il tarixli, 3-16-16/2-4/1246 nömrəli ekspert rəyindən görünür ki, dinşünaslıq ekspertizasına təqdim edilmiş dini təyinatlı məlumat materiallarında ekspert qarşısında qoyulmuş suallara əsasən X5 müəllifi olduğu “Kərbalada çıxan bir şimşək” kitabında dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialların mövcud olduğu qeyd edilmişdir (iş vərəqə: cild İV, səh. 43-55). Daha sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi və X17 üzrə Dövlət Komitəsinin ekspertləri tərəfindən verilmiş 3 avqust 2023-cü il tarixli, 3-16-16/2-4/1246 nömrəli ekspert rəyindən görünür ki, tədqiq olunan rəyin təsviri hissəsində ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd CD diskdə “Allahın vədəsi yaxındır”, “Çağırış”, “Kərimə dövləti”, “Mənfur rejimi devirməliyik”, “Meydanlar”, “Paylaş”, “Sionist rejim” adlı “Word” sənədlərin aşkar edildiyi, həmin sənədlərdə Azərbaycan dövlətinə qarşı nifrətaşılayıcı ifadələrin işlədildiyi, Azərbaycan dövlətinin İsrail dövlətinin əlaltısı və şeytan kimi təqdim olunduğu, Azərbaycanda yaşayan şiə dindarların meydanlara çıxmağa, kütləvi iğtişaşlar törətməyə təşviq edən açıq çağırışların edildiyi və ölkəmizdə İlahi hakimiyyətin-İslam Dövlətinin qurulmasının vacibliyinin bildirildiyi qeyd edilmiş, lakin rəyin nəticə hissəsində həmin 1 (bir) ədəd CD diskdə dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialların olub-olmaması qeyd edilməmiş və bu səbəbdən həmin ekspert rəyinin 1 (bir) ədəd CD disklə bağlı olan hissəsində qoyulmuş suallara tam cavab verilməsi və boşluğun aradan qaldırılması üçün 28 avqust 2023-cü il tarixdə əlavə məhkəmə-dinşünaslıq ekspertizası təyin edilməsi haqqında qərar qəbul edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə və Azərbaycan Respublikasının X17 üzrə Dövlət Komitəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi və X17 üzrə Dövlət Komitəsinin ekspertləri tərəfindən verilmiş 1 sentyabr 2023-cü il tarixli, 3-16- 16/2-4/1447 nömrəli ekspert rəyində ekspertiza tədqiqatına təqdim edilmiş 1 (bir) CD diskdə dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialların mövcud olduğu qeyd edilmişdir (iş vərəqə: cild İV, səh. 128-131). İbtidai istintaq orqanının 14 sentyabr 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş X5 müəllifi olduğu “Kərbalada çıxan bir şimşək” kitab və “Verbatim” markalı CD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İİİ, səh. 237-242, cild İV, səh. 152-153). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” və “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsindən əldə olunmuş rəsmi sənədlərlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanalarda müalicədə olmamışdır (iş vərəqə: cild İİİ, səh. 233, 234). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “heroin” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisi 25,419 qram təşkil etmişdir ki, qeyd olunan miqdar «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərində olmuşdur. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq hesab olunan külli miqdarda heroin narkotik vasitəsi əldə etməsi, saxlaması və daşıması, həmçinin dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci və 167-3.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 167-3.1 və 234.1-1-ci maddələri ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı saxlanılarkən onda heç bir növdən olan narkotik vasitə olmaması, ona qarşı irpəli sürülmüş ittihamda göstərilən narkotik vasitənin polis tərəfindən məcburi qəbul etdirilməsi, onun psixoloji təzyiqlərə və hədələrə məruz qalması nəticəsində narkotik vasitəni boynuna götürməsi və etirafedici ifadələr verməsi, həmçinin yaşadığı ünvanda aşkar edilib götürülən dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları qəsdən saxlamadığı, həmin materialları təxminən 2007-ci ildə kitab mağazasından alıb əldə etməsi və oxuduqdan sonra evindəki kitab rəfində saxlaması, dini ekstremist fəaliyyətlə bağlı saxlamadığı barədə verdiyi ifadələrini onun özünün müdafiəsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1- 1-ci və 167-3.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq olunur və sübutlar toplanılarkən qanun pozuntularına yol verilməsi müəyyən edilməmişdir. Belə ki, iş üzrə məhkəməyədək icraat mərhələsində məhkəmə-tibbi ekspertizasının 3 fevral 2023-cü il tarixli 58/MEŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə uyğun hər hansı bir xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixi təsirə məruz qalması faktına görə Bakı şəhəri Nərimanov rayon prokurorluğu tərəfindən araşdırma aparılmış və Nərimanov rayon prokurorluğunun 9 iyun 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs BMCMİ-nin və BNMİ-nin əməkdaşları tərəfindən fiziki təzyiqlərə və işgəncələrə, habelə digər qanunsuz hərəkətlərə məruz qalması araşdırma zamanı öz təsdiqini tapmamış və material üzrə cinayət işinin başlanmasının rədd edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs müdafiəçisinin Təqsirləndirilən şəxs tutulması üzrə həm DİN-nin BNMİ-nin və BMCMİ-nin hərəkətlərinin qanunsuz hesab edilməsi və müstəntiqin üzərinə tutulmuş şəxsin öz seçdiyi vəkil kimi onun işə buraxılması, onun iştirakı olmadan toplanmış sübutların etibarsız hesab olunması və digər xüsusatlarla barədə məhkəmə nəzarəti qaydasında verilmiş şikayəti Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 3 aprel 2023cü il tarixli qərarları ilə təmin edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin 05 iyul 2023-cü il tarixli əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İİİ, səh. 221). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 2009, 2010 və 2015-ci il təvəllüdlü 3 nəfər azyaşlı uşaqları vardır, yetkinlik yaşına çatmış xx.xx.2005-ci il təvəllüdlü oğlu Əli Dadaşov «Bpş beynin orta strukturlarının anomaliyasıcavum Vaqne» diaqnozu ilə xəstəlikdən fiziki qüsurludur, hərəkət məhdudiyyətlidir və buna görə İİ qrup əlildir. Təqsirləndirilən şəxs cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal köməklik etmişdir. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən halları müzakirə edib belə nəticəyə gəlmişdir ki, himayəsində azyaşlı uşaqların olması Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsi həmin Məcəllənin 59.1.10-cu maddəsinə və uşaqlarından birinin İİ qrup əlil olması və yaşayış yerindən müsbət xarakterizə olunması isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Belə ki, şəxsin himayəsində azyaşlı uşaqların olması Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsi həmin Məcəllənin 59.1.10-cu maddəsinə, uşaqlarından birinin İİ qrup əlil olması və yaşayış yerindən müsbət xarakterizə olunması isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal hesab olunur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, sonuncunun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin təsnifatına görə ağır cinayətlərə aid olmasını, onun törətdiyi əməlin cinayətlərin məcmusunda ehtiva olunduğunu və törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 167-3.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulan sanksiya hədlərində ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağını nəzərə alır və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu və barəsində həbs qətimkan tədbirinin seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı 30 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 30 yanvar 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan ambulator məhkəmə-narkoloji ekspertizasının rəyinə münasibət bildirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı, həmçinin ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunmalıdır: - Azərbaycan Respubilkası Dövlət Təhlükəsizlik Xidməti İstintaq baş idarəsinin Maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 24,319 qram heroin narkotik vasitəsi məhv edilməli; - Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş “Kərbalada çıxan bir şimşək” kitabı və “Verbatim” markalı CD disk cinayət işinin materiallarında saxlanılmalı; - Təqsirləndirilən şəxs məxsus 1 ədəd içərisində ***-***-**-** saylı sim-kart nömrəsi olan “İphone” markalı mobil telefon Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməlidir. İş üzrə məhkəmə məsrəfləri – 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsi ilə 02 (iki) il müddətinə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respubilkası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 30 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Azərbaycan Respubilkası Dövlət Təhlükəsizlik Xidməti İstintaq baş idarəsinin Maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 24,319 qram heroin narkotik vasitəsi məhv edilsin; - Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş “Kərbalada çıxan bir şimşək” kitabı və “Verbatim” markalı CD disk cinayət işinin materiallarında saxlanılsın; - Təqsirləndirilən şəxs məxsus 1 ədəd içərisində ***-***-**-** saylı sim-kart nömrəsi olan “İphone” markalı mobil telefon Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri – 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar