Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-901/2025 03.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X5 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, təqsirləndirilən şəxs X8 iştirakları ilə xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, əvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimaov rayonu, X18 küçəsi, məhəllə 1061, ev 7, mənzil 50 ünvanında qeydiyyatda olmaqla ünvan 2a yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14:20-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.X16 təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli və xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. 2.Belə ki, X16 etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edərək əvvəlcədən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan “İnvest-AZ İnvestisiya Şirkəti" QSC-in internet şəbəkəsində fəaliyyət göstərən “İnvestaz.az” platformasına pul vəsaiti yatırım etməklə orada səhm və valyuta alqı-satqısı həyata keçirərək gəlir əldə edəcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs1 2021-ci ilin yanvar ayının əvvəllərindən 2022-ci ilin dekabr ayının sonunadək olan müddət ərzində Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində hissə-hissə olmaqla ümumilikdə həmin dövrün məzənnəsi ilə 2.210.000 ( iki milyon iki yüz on min) manat təşkil edən 1.300.000 ( bir milyon üç yüz min) ABŞ dolları məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. 3.Bundan başqa, X16 təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs3 özünü səhm və valyuta alqısatqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edərək əvvəlcədən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan “İnvest-AZ İnvestisiya Şirkəti" QSC-in internet şəbəkəsində fəaliyyət göstərən “İnvestaz.az” platformasına pul vəsaiti yatırım etməklə orada səhm və valyuta alqı-satqısı həyata keçirərək gəlir əldə edəcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs3 2022-ci ilin may ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 15 ünvanda yerləşən “Park Azure” yaşayış kompleksin qarşısında həmin dövrün məzənnəsi ilə 680.000 (altı yüz səksən min) manat təşkil edən 400.000 (dörd yüz min) ABŞ dolları məbləğində pul vəsaitini almış, bundan sonra 2023-cü ilin yanvar ayının əvvəllərində ünvan 5 ünvanda yerləşən “X19” adlı restoranın qarşısında həmin dövrün məzənnəsi ilə 926.500 (doqquz yüz iyirmi altı min beş yüz) manat təşkil edən 545.000 (beş yüz qırx beş min) ABŞ dolları məbləğində pul vəsaitini alaraq ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə həmin dövrün məzənnəsi ilə 1.606.500 (bir milyon altı yüz altı min beş yüz) manat təşkil edən 945.000 (doqquz yüz qırx beş min) ABŞ dolları məbləğində pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 xüsusilə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. 4.Bundan başqa, X16 təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 özünü səhm və valyuta alqısatqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edərək əvvəlcədən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan “İnvest-AZ İnvestisiya Şirkəti" QSC-in internet şəbəkəsində fəaliyyət göstərən “İnvestaz.az” platformasına pul vəsaiti yatırım etməklə orada səhm və valyuta alqı-satqısı həyata keçirərək gəlir əldə edəcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs2 2022-ci ilin may ayının ortalarında ünvan 5 ünvanında yerləşən “X19” adlı restoranda həmin dövrün məzənnəsi ilə 170.000 (yüz yetmiş min) manat təşkil edən 100.000 (yüz min) ABŞ dolları məbləğində pul vəsaitini almış, bundan sonra 2023-cü ilin yanvar ayının sonlarında ünvan 6 ünvanda yerləşən “Elvet” adlı restoranın yanında həmin dövrün məzənnəsi ilə 170.000 (yüz yetmiş min) manat təşkil edən 100.000 (yüz min) ABŞ dolları məbləğində pul vəsaitini alaraq, ümumilikdə həmin dövrün məzənnəsi ilə 340.000 (üç yüz qırx min) manat təşkil edən 200.000 (iki yüz min) ABŞ dolları məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Sübutların tədqiqi: 5.Məhkəmədə təqsirləndirilən şəxs (mülki cavabdeh) X16 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, uşaqlıqdan “Forex” işi ilə məşğul olmuşdur. Babək 2023-cü ilin sonunda görüşdüklərini bildirmiş, amma Babəkin zənglərinə və mesajlarına cavab vermiş, heç vaxt Babəkdən qaçmamışdır. 2024-cü ilin aprel ayında Babəklə görüşmək üçün ofisinə getmiş və həmin vaxt “banditizm”in işçiləri onu Babəkin gözünün qarşısında yoldan gəlib götürmüşlər. O, Babəklə aralarında pul mübadiləsi olmasını təkzib etmir və Babəkin verdiyi vəsaitdən daha artığını Babəkin özünə qaytarmışdır. Babək ona ödənilən faizin 2-5 % olduğunu bildirir, lakin Babək maksimum qazanc verməyi və aylıq 10% verməsini istəmişdir. Qazanc olaraq aylıq 100.000 ABŞ dollarına kimi məbləğə çıxmışdır. Babəklə olan dostluq münasibətlərinə görə daim komputer qarşısında çalışmışdır. Babəkə verdiyi puldan daha artığını qaytarmış, lakin Babək ümumi məbləği təkrar geri istəmişdir. Birjalarda həm enmələr, həm də qalxışlar olmuşdur. Babəkə qalxışlar zamanı verdiyi məbləğin daha artığını vermişdir. Babəkin verdiyi ümumi məbləğ bir milyon ABŞ Dollarını keçməmişdir. Verilən vəsaitlərin özündə heç bir vaxt qeydiyyatı olmamışdır. Hesablamalarına görə Babəkə milyon yarımdan yuxarı vəsait qaytarılmış və bu vəsaitlərin verilməsini təsdiq edən sübutlar olmamışdır. Babəkə verilən vəsaitlər “Forex” hesabında depozitdən çıxarılan məbləğlər olmuş və hesab öz adına olmuşdur. “Forex”-in iki platforması mövcud olmuş, birində vəsaitlər banklar vasitəsilə çıxarılmış, digəri isə vəsaitlər ofşor hesablarda olan xarici platforma olmuşdur. Həmin şirkət Yeni Zellandiya şirkəti olmuşdur. "xxxx" 20 ildir onu tanıdığından çıxarışlar etməyin daha rahat olması üçün yatırımları yerli platformaya deyil, xaricə etməsini təklif etmişdir. Çıxarış edilən vəsaitləri bankdan yox, "xxxx"-ın nümayəndəsi Şahid1 götürmüşdür. Babəklə aralarında yüz faizlik qazanc verilməsi ilə bağlı hansısa razılaşma olmamışdır.Götürülən bütün pullar "xxxx"-ın platformasına qoyulmuşdur. "xxxx"-ın özünə sorğu veriləcəyi halda həmin pul vəsaitlərinin onlara mədaxil edilib-edilmədiyi aydın olar. Özündə həmin vəsaitləri təqdim etməsi barədə hansısa sübut yoxdur. Babəkin verdiyi pullarla üç ilə yaxın müddət ərzində gəlir əldə etmişdir. Ziyan edilən dövrlər olmuş, lakin onları əzbər şəkildə bilməmişdir. Son dövrlər üzrə əməliyyatlar zərərlə olmuşdur. Zərər etməsi ilə bağlı məhkəməyə sübutları təqdim edə bilmir. Onun Babəkə qaytaracağı borcu yoxdur. "xxxx"-ın platformasında kurator Şahid1 olmuşdur. Şahid1 həmin vəsaitləri aldıqdan sonra platformaya daxil etdiyini və öz hesabını açdığı zaman həmin vəsaitin hesaba mədaxil edildiyini görmüşdür. Verilən pullar ABŞ dolları valyutasında verilmişdir. Heç bir hesaba köçürmə olmadan, sadəcə olaraq çıxarışın lazım olduğunu demiş və avtomatik olaraq hesabdan həmin vəsait çəkilmişdir. Platformanın işçiləri həmin vəsaiti hesabdan özləri çıxarmışdır. Vəsaitin çəkilməsi ilə bağlı heç bir rəsmi məlumata ehtiyac olmamış, elektron poçt ünvanı və telefon vasitəsilə məlumatın verilməsi kifayət etmişdir. Pulları həm verəndə, həm də götürəndə eyni şəxslə, yəni Şahid1la görüşmüşdür. Şahid1 2003-cü ildən son illərədək kurator kimi davam etmişdir. "xxxx"-dan Ceyhun adlı şəxs əlaqə saxlayaraq Rövşənin ortalıqda olmadığını demiş və ona yerli hesab açmağı təklif etmişdir. Həmin vaxta kimi istifadə etdiyi hesab "xxxx"-ın Yeni Zellandiya hesabı olmuşdur. Pulları Babəkin özünə verdiyi halları az olmuş, əsasən pulları onların ailə sürücülərinə vermiş və bundan başqa Əhməd Rəcəblidə mebel mağazasında yerləşən qeyri-rəsmi pul köçürməsi məntəqəsi yerində vermişdir. Həmin pulları verdikləri şəxslər onun deyil, Babəkin özünün tanışları olmuşdur. Bütün zərərçəkmişlərlə münasibəti Babəkə görə yaranmış, çox güman ki, Babək digər zərərçəkmişlərə onunla əməkdaşlıq etmələrini bildirmişdir. Babəkə borclu olmağı barədə əlyazma təzyiqlər altında “banditizm”də yazılmışdır. Həmin kağızda yazılanlar bütün zərərçəkmiş şəxslərin verdikləri pulun məbləği olmuşdur. Babək tərəfindən olmasa da, digər şəxslər tərəfindən özünə qarşı orada yazılanlarla bağlı hədəqorxular olmuşdur. Onun "xxxx" şirkətinin həm yerli, həm də xarici şirkətinin hesabına giriş imkanı olmuşdur. Onu Zeynal və Yadigarla Babək tanış etmişdir. Cinayət işi materiallarında olan iltizamı verdikdən sonra Babəklə dəfələrlə görüşmüş və bununla bağlı müzakirələr aparmışdır. Babək tərəfindən bir milyon üç yüz min ABŞ Dolları məbləği verilməmiş, Babəkin verdiyi məbləğ təxminən 500-600 min ABŞ Dolları civarında olmuşdur. Babəklə görüşlərində cinayət işi materiallarında olan iltizamda yazılmış məbləği qaytaracağını deməmişdir. Babəkə qaytaracağı dəqiq məbləğ bilinməmiş, sadəcə məsələlərini köklü şəkildə həll etmək istəmişdir. Danışıqları "xxxx" platformasında əməliyyatların aparılması ilə bağlı olmuşdur. Hesabına daxil olması barədə çıxarışları və sübutları məhkəməyə təqdim edə bilər. Verilmiş ittihamı əhatə edən dövr üzrə platformaya pul vəsaiti mədaxil etməsi ilə bağlı hansısa bildirişin təqdim edilməsi ilə bağlı onu deyə bilər ki, mədaxil və məxaric əməliyyatları aparılan zaman "xxxx" tərəfindən ona hər bir halda bildiriş verilməmişdir. Bildiriş bəzən verilmiş, bəzən verilməmişdir. "xxxx" şirkətində sonuncu əməliyyatı 2022-ci ilin yayına kimi aparılmış və ondan sonra artıq ona yeni hesaba keçid etməyi ilə bağlı məlumat verilmişdir. "xxxx" platformasında istifadə etdiyi ad “mailto:nizamialisan39@gmail.comElektron ünvan ”, parol “nizami543” olmuşdur. Bu hesaba daxil olmaq üçün “invest-az.com” domenə daxil olmaq lazım olmuşdur. Murad adlı şəxsi tanımır, belə bir şəxslə hansısa görüşü olmamışdır. Ailəvi xaricə getdiyi bir vaxtda 2021 və ya 2022-ci ildə heç bir tutarlı səbəb olmadan BMCMİ tərəfindən ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Bununla bağlı müraciətlər etmiş və sonradan məhududiyyətin götürülməsi barədə məlumat verilmişdir. Babəklə aralarında ölkədən çıxışı ilə bağlı mövzularda söhbətlərin olmasını xatırlamır. İlkin olaraq pulları yatıranda Yeni Zellandiyaya köçürülməsini bilməmiş, sonradan ona məlum olmuşdur ki, həmin vəsaitlər oraya köçürülmüşdür. O, zərərçəkmiş şəxsə vəsaitlərin Yeni Zellandiyaya yatırılacağını deməmişdir. Razılıqları aylıq on faiz verməklə bağlı olmuşdur. Babəkdən doqquz yüz minbir milyon ABŞ dolları aralığında pul almışdır. Üç il ərzində ümumililikdə iki milyondan yuxarı vəsait qaytarmışdır. Qaytardığı pulları nağd qaydada qaytarmışdır. Ən çox qaytardığı məbləğ yüz iyirmi min ABŞ Dolları olmuş, həmin pulu “Edel” mebel salonunda qaytarmışdır ki, həmin yer pul köçürmə məntəqəsidir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ona qarşı fiziki təzyiqlər olmuşdur. Kiberecinayətkarlıq İdarəsində olarkən vəkildən imtina etməsi bağlı ona bildirilmişdir ki, imtina etməyəcəyi halda həyat yoldaşı onunla birgə əlbir kimi rəsmiləşdiriləcəkdir. Bundan sonra yoldaşı vəkildən imtina etməklə bağlı idarəyə dəvət edilmişdir. 6.Təqsirləndirilən şəxs (mülki cavabdeh) X16 məhkəməyə təqdim etdiyi yazılı ifadəsində qeyd etmişdir ki, “FOREX” (Xarici Valyuta Bazarı) ilə uşaqlıqdan, yəni 12 yaşından, 2003-cü ildən məşğul olmağa başlamışdır. Adından da göründüyü kimi, “Forex” xarici valyuta bazarıdır. Burada istənilən miqdarda pul, yəni depozit yerləşdirilir və xarici valyutalara (Funt, Frank, Dollar, Rubl, Lirə və s.) yatırım edilir. Yatırım edilən valyuta bahalaşdıqca qazanır, ucuzlaşdıqca isə itirilir. Əlavə olaraq “Forex”-də əmtəə bazarına yəni - neft, qaz, qızıl, gümüş və s.- də yatırımlar etmək olur. Ölkədə “Forex” xidmətlərini rəsmi qaydada bir neçə şirkət təklif edir: İnvest.az, Paşa Bank, Unibank və s. “Forex” xidmətlərindən ilk olaraq 2004-cü ildən “Forex.az” şirkətindən istifadə etmiş, Ceyhun və Rövşən müəllim həmin vaxt ona bu sahə üzrə kurs demişdir. Daha sonra, illər keçdikcə FOREX.az şirkəti bağlanmış və məcbur olub digər yerli şirkətlərdən İnforex, Muğanbank forexdən istifadə etməyə başlamışdır. Müəyyən zaman keçdikdən sonra, təxminən 2012-ci ildən, köhnə FOREX.az şirkəti yenidən fəaliyyətə başlamış, ancaq bu dəfə yeni adla - İnvest.az adı altında. Onları tanıdığına görə yenidən müştərisi olmağa qərar vermişdir. Bütün bu halları həm Ceyhun, həm də Rövşən təsdiq edə bilər. Əlbəttə ki, illər keçdikcə bu işdə daha da inkişaf etmiş və birjaya maraq ölkədə artmışdır. Sırf bu səbəbdən 10 ilə yaxındır sosial şəbəkələrdə maliyyə bazarlarının analitiki kimi blogerlik etmiş və maliyyə proqnozları vermişdir. Fəaliyyətinin əsas hissəsi birja ilə təzə maraqlananları düzgün maarifləndirmək, itki risklərini azaltmaq üçün onları həm texniki, həm də fundamental analitika tərəfdən bilgiləndirməkdən ibarət olmuşdur. Bu səbəbdən, Youtube platformasında analitik videolar paylaşmış, həm də Telegram kanalında gündəlik olaraq dünya bazarlarında mühüm xəbərləri paylaşmışdır. Hansı alətlərə yatırım etmək daha riskli olduğunu bildirmişdir. Birja sahəsi üzrə, Bankda və Sumqayıt Texnologiyalar Parkında (STP) rəsmi əmək fəaliyyəti göstərmişdir. Azərbaycanda ilk dəfə olaraq, STP-də yerləşən Kabel zavodunda “Hedging” etmişdir. Hedging - maliyyə risklərini azaltmaq və ya onlardan qorunmaq məqsədilə həyata keçirilən strateji əməliyyatdır. Bu üsul aktivlərin qiymət dəyişikliyindən doğa biləcək zərərləri kompensasiya etmək üçün əks mövqe tutmaqla həyata keçirilir. Məsələn, valyuta, faiz dərəcəsi və ya əmtəə qiyməti risklərini minimuma endirmək üçün istifadə olunur. Eyni sözügedən sahə üzrə də rəsmi əmək fəaliyyəti göstərmişdir. Babəklə 2003-cü ildən Türk liseyində bir yerdə oxumuşlar. Babək elə özü də ifadəsində təsdiq etmişdir ki, məhz həmin illərdən FOREX ilə məşğul olmuşdur. Sosial şəbəkədə on minlərlə izləyicisi olmuş, Babək özü də izləyənlərdən biri olmuş, eyni zamanda onunla dostluq münasibəti olmuşdur. Əsasən 2017-ci ildən etibarən Babəklə daha sıx əlaqədə olmuşdur. Babəklə dünyada baş verən siyasi - iqtisadi hadisələri müzakirə etmiş və əlavə olaraq Babəkə bir dost kimi qiymətli kağızlara dair öz proqnoz və məsləhətlərini vermişdir. Babək Türkiyədə yaşadığı üçün ondan əsas türk lirəsi və qızıla dair proqnozları istəmişdir. Bildiyi qədər Babək aldığı proqnozlar əsasında yatırımlar edir və kifayət qədər gəlir əldə etmişdir. Zaman keçdikcə dünyada baş verən iqtisadi - siyasi hadisələr daha da artmış və bu da öz növbəsində birjada “volatillik” - yəni dalğalanma yaratmış, xüsusən də COVİD-19 dövründə birjalarda demək olar ki, bütün sahələr üzrə ciddi və kəskin enişlər olmuş və ondan sonra ciddi dərəcədə ucuzlaşan səhmlər sürətlə bahalaşmağa başlamışdır. Məhz bundan yararlanmaq istəyən - gəlir əldə etmək istəyən insanlar birjalara axışmışdır. Belə olduğu halda birjaya olan maraq daha da artmışdır. Həmin illərdə sosial şəbəkələrdə aktivliyini görən Babək həm də onun bu sahə üzrə peşəkar olduğunu bilmişdir. Bu səbəbdən Babək dəfələrlə təklif etmişdir ki, “gəl sənə pul verim sən də o pulu birjada idarə et”. Lakin cavabında belə bir fəaliyyət ilə məşğul olmadığını və ancaq məsləhətlər verə biləcəyini demişdir. Zaman keçdikcə Babək bu təklifi daha da israrla etmiş və demişdir ki, “elə bil ki, öz pulundur. Qoy öz depozitinin üstünə və özün nəyə yatırım edirsənsə mənim üçün də eyni şəkildə et”. Dəfələrlə görüşdən və danışıqlardan sonra Babəkə birjanın riskli olduğunu və itkilər ola biləcəyini izah etmişdir. Babək özü də Londonda təhsil almış, savadlı bir insan olmuş və birjada gəlir olduğu kimi zərərlərin də olduğunu dərk etmişdir. Buna baxmayaraq Babək inandığını söyləyərək ilkin olaraq 100 min yatırım etmişdir. Babək artıq 100 min yatırım edəndə onun “Forex” platformasında 500 mindən çox dövriyyəsi olmuş, yəni Babəkin puluna ehtiyacı olmamışdır. Sadəcə dostluq münasibəti olduğuna görə bu jesti etmişdir. Babəkin xətrini istədiyi üçün çalışmışdır ki, lap birjada itkiyə getsə belə Babəkə 7-10% arası gəlir versin. Az risk etməklə birjada aylıq olaraq 10-15% gəlir əldə etmişdir. Təbii ki, itki olan aylar da olmuşdur. Ancaq 100 min qarşılığında 7-10 min gəlirin az olduğunu deyərək daha çox gəlir - mənfəət istədiyini bildirərək əlavə olaraq 400 min də yatırım etmək istədiyini bildirmişdir. Bununla belə 500 min qarşılığında Babəkə aylıq olaraq 35-50 min gəlir vermişdir. Müəyyən zaman keçdikdən sonra isə Babək zəng edərək bir dostu olduğunu və ondan 400 min götürüb depozitin üstünə əlavə etməsini istəmişdir. Babəkə dostluq münasibəti xətrinə sadəcə onunla belə bir iş birliyinin olmasını demişdir. O da “narahat olma, mənim pulumdur” deyə bildirmişdir. Babəkdən dostunun kim olduğunu soruşanda - onun Zeynal olduğunu bildirmişdir. Zeynalı daha əvvəl Babək vasitəsilə tanımışdır. Babək bir daha narahat olmamasını bildirərək pulun ona məxsus olduğunu demişdir. Zeynal ilə görüşərkən ondan Babək dediyi pulu almış və toplamda Babəkin onda olan pulu 900 min olmuşdur. Bu depozitin qarşılığında Babəkə 2020-ci ilin payızından 2023-cü ilin əvvəlinə kimi 2 milyon ABŞ dolları pul vermişdir. Aylıq elə olmuşdur ki, ümumi gəlir az olmuş və olan gəliri ancaq ona vermişdir. İtki olan aylarda isə öz depozitindən çıxarış edərək Babəkə stabil gəlir vermişdir. Babəkin xətrini çox istəmiş və xərci çox olduğuna görə istəməmişdir ki, işlərində əksiklik olsun. Ancaq son zamanlarda 2023-cü ilin əvvəllərində Babək tez-tez zəng edərək aylıq daha çox qazanc verməsini istəmişdir. Dediyinə görə Babək Türkiyədə hansısa tikinti işi ilə məşğul olmuş və orada zərərlər görmüşdür. Demişdir ki, aylıq 200 mindən çox xərci olur. Məlum idi ki, az risk etməklə o pulu əldə edə (qazana) bilməz. Ona görə Babəkə daha çox gəlir olacağı təqdirdə daha çox risk olacağını bildirmişdir. Babək isə “nə edirsən et daha çox gəlir əldə et” demişdir. Birjada işləyərkən maksimum sakitlik və səbr lazımdır. Güclü stress və həyəcan olmamalıdır. Ancaq Babəkin tez-tez zəng edərək, üzərinə gəlməsi, nəticə etibarı ilə daha çox risk etməyə başlamış və bazarlarda adi silkələnmələr olan kimi risk çox etdiyindən itkilər verməyə başlamışdır. Bir müddət sonra isə olan demək olar ki, bütün pulunu itirmişdir. Bundan sonra Babəkə birjanın qeyri-müəyyənliyi haqqında məlumat vermiş və itkilər olduğunu bildirmişdir. Babək üzərinə gələrək verdiyi pulu geri verməsini tələb etmişdir. Artıq verdiyi puldan iki dəfə daha çoxunu Babəkə qaytardığını bildirmişdir. Ondan sonra dəfələrlə bu haqda danışmaq üçün görüşmüş və hər dəfə də “Forex”in riskli iş olduğunu əvvəlcədən bildiyini Babəkə demişdir. Hətta onunla belə verdiyi puldan iki dəfə çoxunu qaytardığını Babəkə bildirmişdir. Babəkin atası yuxarı vəzifələrdə çalışdığından əlinin çox uzun olduğunu və əhatəsinin çox geniş olduğunu bilmişdir. Baxmayaraq ki, əvvəlcədən bütün riskləri bilə-bilə iş birliyi qurmuş və kifayət qədər də gəlirli olmuş, Babəkə sadəcə bir təklif vermişdir. Özü müəyyən maqdarda bir depozit düzəldib, Babək də üzərinə əlavə olaraq depozit qoyaraq, əl-ələ verib yenidən pul qazana biləcəyini bildirmişdir. Babək elə sanmışdır ki, ondan aldığı depoziti “Forex”ə yatırmayıb mənimsəmişdir. Ona görə də 900 min ABŞ dolları əlavə 3-4 ayın faizi əlavə 300-400 min ABŞ Dolları, toplam olaraq 1.3 milyon ABŞ Dolları pul istəmişdir. Amma düşünməmişdir ki, itkiyə getdiyi aylarda belə Babəkə öz depozitindən pul çıxarıb vermiş, çünki bilmişdir ki, xərci çoxdur - bunu da dəfələrlə bildirmiş və özü də bir dost kimi ona jest etmiş, ancaq Babək bundan xəbərsiz olmuşdur. Sonuncu dəfə 9 aprel 2024-cü ildə Babəkin Mətbuat prospektində yerləşən ofisində saat 16.00-17.00 radələrində görüşmüş və bütün bunlar haqqında yenidən danışmışdır. Babəkin niyyəti tamamilə başqa olmuşdur. O, əvvəldən əlbir olduğu Kibercinayətkarlıqla Mübarizə idarəsinin istintaq şöbəsinin rəisi Fəxri Babazadə ilə danışmış və onu elə həmin ofisdə saat 17.30 radələrində oğurlayaraq, məcburi şəkildə qara sedana otuzdurub qanunsuz olaraq həmin idarəyə aparmışlar. Orada olarkən Babək həmin idarənin işçilərinə kamera görüntülərini silməsi üçün yardımçı olmuşdur. Babək məhkəmədə ifadəsində bildirmişdir ki, sonuncu dəfə 2023-cü il dekabr ayında görüşüb, ancaq məhz sonuncu dəfə 9 apreldə görüşmüş və Babəkin bu yalanı söyləməsində məqsədi adını çəkdiyi qurumla əlbir olaraq onun üzərində olan telefondan, hesablardan pulu çəkib, daha sonra 178.4 bəndi ilə cinayət işi açıb təcridxanaya göndərəcəkdi. Babəkin telefon nömrəsi və öz nömrəsini anten ilə çıxarış etikdə onların hər ikisinin 9 aprel 2024-cü ildə, saat 16.00-18.00 arası eyni məkanda - Babəkin ofisində olması məlum olar. O, heç vaxt polisdən yayınmamış, qaçmamış və gizlənməmişdir. Yaşadığı ünvan, hər gün uşaqlarını apardığı məktəb və bağça ünvanına kimi hamısı bəlli olmuşdur. Eyni zamanda gizli bir işi olmadığına görə Babəklə tam sərbəst formada görüşmüşdür. Əgər nəsə şübhəli olsaydı heç vaxt Babəklə onun qapalı ofisində görüşməzdi. Babəkin sifarişi ilə 12 gün qeyri-qanuni olaraq saxlanılmışdır. Orada saxlanılarkən isə müxtəlif zorakılıqlara məruz qalmışdır. O, ibtidai istintaq dövründə ifadə verməmiş, özləri ifadəni yazmış, buna görə də həmin ifadəni imzalamaqdan imtina etmişdir. İbtidai istintaq dövründə ifadə verərkən verilən bəzi suallara cavab vermiş, bəzi suallara isə cavab verməmişdir. Həmin dövrdə ifadə verdiyi vaxt yanında vəkili olmamışdır. Cinayət işi materiallarında olan yazışmaların nə olduğunu ümumiyyətlə bilməmiş, həmin yazışmaları yazmamış və telefonunda belə məlumatlar olmamışdır. Yazışmalarla bağlı Babəkə heç bir ekran fotoları yollamamışdır. Babəkə yazışmaları olan vaxt "xxxx" şirkətində olan problemlərlə bağlı hansısa sənəd təqdim etməmişdir. "xxxx" şirkəti əsasən iki ad altında fəaliyyət göstərir. "xxxx" QSC və “İnvest.com Limited”. İkinci şirkət Yeni Zellandiyada yerləşir, ofşor şirkətdir və o, daha çox həmin şirkətin müştərisi olmuşdur. 7.Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Nizami onun sinif yoldaşı olmuş və tanışlıqları oradan başlamışdır. Onunla birgə işləmələri 2021-ci ilin yanvar aylarına təsadüf etmişdir. Həmin müddət ərzində Təqsirləndirilən şəxs ona investisiya yatırmasını təklif etmişdir. Nizami özü neçə illərdir, hətta məktəb vaxtlarından bu işlərlə məşğul olmuş, daha sonradan özünü mütəxəssisləşmiş birjaçı kimi təqdim etmişdir. Nizami aylıq yaxşı qazancın olduğunu demiş və yaxşı pul qazanmaq istəyirsə yatırım edib birlikdə qazanmağı təklif etmişdir. İlkin olaraq yüz min manat məbləğdən başlamış, daha sonra sentyabroktyabr aylarına kimi bu məbləğ bir milyon üç yüz min olmuşdur. Bu müddət ərzində dostları ilə görüşüb bildirmişdir ki, aylıq normal olaraq vaxtlı-vaxtında qazanc verir. Bu təklifə dostları da razılaşaraq qoşulduqları üçün toplam məbləğ bir milyon üç yüz min olmuşdur. 2023-cü ilin mart ayında artıq şübhələnməyə başlamış və Nizaminin həmin pulu qaytarmasını istəmişdir. Nizami bildirmişdir ki, bir ay, ay yarım əvvəldən məlumat versin ki, orada olan bütün məbləği çıxarıb özünə versin. Nizamiyə başqa işlərə yatırım etmək istədiyini və həmin məbləği çıxarıb ona verməsini istəmişdir. Nizami iki ay möhlət istəmiş, lakin həmin vaxt mart ayından iyun ayına kimi uzanmışdır. Təqsirləndirilən şəxs ona yalan vədlər vermiş, yalançı ekran fotoları göndərərək bildirmişdir ki, pul vəsaiti "xxxx"-dadır, Mərkəzi Bankın maliyyə monitorinqi oradadır, monitorinqlər aparırlar, buna görə də investisiya şirkətindən məxariclər edə bilmir. Bundan əlavə Mərkəzi Bankın yoxlamaları bitdikdən sonra hər şeyin yaxşı olacağı barədə "xxxx"-ın əməkdaşlarının yazışmalarını ona yollamışdır. Alarında neçə illər münasibətin olduğunu və Nizaminin bu qədər yalanlar deməyəcəyini düşünmüşdür. Bundan başqa Nizami linklər yollamışdır ki, həmin linklərdə guya balansda dörd milyon pul olduğu görünmüşdür. 2023-cü ilin sentyabr ayına kimi möhlət vermiş, lakin özünün də dostları qarşısında öhdəlikləri olmuşdur. Bununla bağlı məcbur olub ölkəyə qayıtmış və Nizamidən şikayət etmişdir. Bundan sonra məlumatı olmuşdur ki, Nizami aprel ayında saxlanılmışdır. Ümumilikdə ona dəymiş ziyan bir milyon üç yüz min ABŞ dolları məbləğində olmuşdur. Həmin vəsait 2021-ci ilin yanvar ayından 2022-ci ilin sentyabr-oktyabr aylarına kimi verilmişdir. Pul vəsaitləri həmişə nağd şəkildə evlərinin yanında maşında görüşüb verilmişdir. Pulların verilməsində kənar kimsə iştirak etməmişdir. Pullar verildiyi zaman heç bir qeydiyyat aparılmamışdır. Qazanc ümumilikdə hesablanmış, belə ki, məbləğ artdıqca qazanc da artmışdır. Qazancları hər dəfə on mindən əlli minə kimi dəyişmişdir. Sonradan məlum olmuşdur ki, bu qazanc deyil, mayadan verilmiş pullardır. Təqsirləndirilən şəxs yalan məlumatlar verdiyini hiss edəndən sonra "xxxx" platformasına rəsmi sorğu yollamışdır. Oradan bildirilmişdir ki, ən son mart ayına balansda 26 ABŞ dolları vəsait var. Bundan əvvəl isə 800.000 ABŞ dolları olmuşdur. Özü və başqa zərərçəkmiş şəxslərin verdikləri məbləğlər var ki, həmin pulların yarısı heç ümumiyyətlə həmin platformada olmamışdır. Bu problemlər barədə Təqsirləndirilən şəxs bildirəndə həmin platforma ilə problemlərinin olduğunu, verginin əməliyyatları gördüyünü, buna görə də həmin vəsaitləri yerli platformada yox, beynəlxalq platformada saxladığını demişdir. Bununla bağlı olaraq həmin vəsaitlər yerli platformalarda görünməmişdir. Bundan sonra təkrar araşdırma aparmış və məlum olmuşdur ki, "xxxx" platformasının Türkiyədən başqa beynəlxalq platforması olmamışdır. Bu barədə deyəndə isə pulun Kiprdə “FxPro” platformasında olduğunu, hazırda çətinliklərin olduğunu və pulu ancaq hissə-hissə verə biləcəyini demişdir. Hissə-hissə verməsinə də razılaşmış, amma bu danışıqdan sonra görüşməmiş və telefon zənglərinə cavab verməmişdir. 2023-cü ilin dekabr ayının əvəllərində sonuncu dəfə görüşmüşlər. Pullar "xxxx" platformasına yatırım etmək adı ilə alınmışdır. Razılıqları aylıq qazancının yarısını vermək olmuşdur. Qazanc olmaması halı ilə bağlı bildirmişdir ki, birjada riskli yatırımlar etməyəcək, nəticədə qazanc faizi aşağı olsa da mütəmadi olacaqdır. Hansı aylarda nə qədər pul verdiyini xatırlamır. O, ümumi məbləğlə bağlı sübutları istintaq dövründə təqdim etmişdir. Hansı dövrlərdə qazanc kimi nə qədər vəsaitlər verməsini qeyd etməmişdir. Onun Təqsirləndirilən şəxs aldığı pullar barədə heç bir qeydi olmamışdır. Nizamini sonuncu dəfə 2023-cü ilin dekabr ayının 23-də görmüşdür. Nizami sonuncu görüşdə 500-550 min çıxarış etdiyini, həmin pulu verəcəyini, problemləri başqa cür həll etməyin yolunun olmadığını bildiyini demişdir. Araşdırma aparmış və məlum olmuşdur ki, "xxxx" şirkətinin xaricdə olan platforması var, amma həmin platforma sonradan bağlanmışdır. "xxxx" şirkətinə müraciət edən zaman xaricdə platformalarının olmasını soruşmuş, bildirilmişdir ki, əvvəllər olmuş, ancaq hazırda həmin platforma aktiv deyil. Nizami "xxxx" şirkətinin yerli platformasının elektron poçt ünvanına yolladığı məktubların ekran fotolarını göndərmiş, orada 2023-cü ilin avqust ayında bütün çıxarışların hamısının tam təmin olunacağı və hazırda Mərkəzi Bankın monitorinqinin olduğu yazılmışdır. Təqsirləndirilən şəxs gözünün qarşısında polislər tərəfindən saxlanılmamışdır. Həmin gün Nizami ilə görüşməli olsalar da saxlanıldığından görüşə bilməmişdir. Alişana birlikdə işlədikləri müddətdə işi rəsmiləşdirməyi, müəyyən sənədləşdirmələr aparmağı təklif etmiş, hətta investisiya şirkəti açmağı təklif etmiş, lakin razılıq olmamışdır. Aralarında heç bir müqavilə olmamışdır. Nizami “Forex” platformasında valyutaların alqı-satqısı ilə məşğul olacağını demişdir. Nizami səhm, kriptovalyuta alacağı barədə heç bir şey deməmişdir. Nizami aylıq qazancın çox olmasını onunla əsaslandırmışdır ki, balans nə qədər çox olsa, daha çox əməliyyatlar edib, daha çox vəsait qazanacaq. Qaytarılan pulun miqdarı barəsində heç bir qeydiyyatı ona görə aparmamışdır ki, bütün iş etibar üzərində qurulmuşdur. O, verilən pullardan öz dostlarına da vermişdir. Dostlarına verilən pulları da qeydiyyatı aparılmamışdır. Ümumilikdə dörd dostu da vəsait vermiş, hərənin verdiyi ümumi məbləğ 250-350 min ABŞ dolları aralığında dəyişmişdir. Aylıq qazanc faizi 2-5% aralığında dəyişmişdir. Aylıq faizdə hansı faizin veriləcəyini əməliyyatları özü apardığından Nizami müəyyən etmişdir. Faziə pul verməmiş, birja fəaliyyəti üçün pul vermişdir. Birjadan spesifik məlumatı yoxdur, hamının bildiyi qədər məlumatlıdır. Birjanın riskli olduğunu bilir, Nizami isə ona iki variant təklif etmişdir. Riskli və risksiz variantlar. Riskli variantda qazanc ehtimalı həddindən artıq çox olmuşdur. Pullar nağd şəkildə Bakıda verilmişdir. Pulları xaricdə olan sahibkarlıq fəaliyyətindən deyil, Bakıda öz dostlarından götürmüşdür. Pulları götürdüyü dostları sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdir. Əhməd Rəcəbli küçəsində olan yer qeyri rəsmi pul köçürmə məntəqəsi deyil, ora dostunun mebel mağazasıdır. O da Nizamidən verdiyi pulları oraya təhvil verməsini istəmişdir. Nizami pulu həmin dostuna vermiş və dostu da pulu ona yollamışdır. Bundan başqa, Nizami sürücüləri vasitəsilə də pul göndərmişdir. Yadigar və Zeynalı tanısa da Nizami ilə həmin şəxsləri o tanış etməmişdir. 2024-cü ilin aprel ayında Nizami ilə görüşməmişdir. Onun İcra Hakimiyyətinin yanında, “Mətbuat” prospektində ofisi olmuş, lakin Nizaminin hansı şəraitdə saxlanılması ilə bağlı heç bir məlumatı olmamışdır. Nizami saxlanıldıqdan sonra onunla polisdə qeyri-rəsmi hansısa üzləşmələri, söhbətləri olmamışdır. Qaytarılan məbləğlər iki aydan bir, iki-beş faiz aralığında olmuşdur. Heç bir vaxt əsas borcdan çıxılmadığından qaytarılan məbləğin hesabını aparmamışdır. Onun “Mətbuat” prospektində, “Şərifzadə” küçəsində ofisi olmuş, 09 aprel tarixinə Nizami ilə qeyd edilən ofisdə görüş təyin etmiş, görüşün saatını xatırlamır, amma həmin vaxt Nizami gəlmədiyindən görüşləri baş tutmamışdır. Nizami heç bir vaxt ona "xxxx"-ın Yeni Zellandiyada olan hansısa bölməsinə pul yerləşdirməsi barədə heç bir söz deməmişdir. Nizamidən pulu tələb edəndə əvvəlcə ona Mərkəzi Bank tərəfindən yoxlamaların aparıldığını, buna görə pulu nağdlaşdıra bilmədiyini demiş, sonradan özü balansı öyrəndikdən və orada heç bir vəsait olmadığını biləndən sonra Nizami bildirmişdir ki, ona demək istəməyib, vergi ilə problemlər yaşamaması üçün verdiyi pulları Yeni Zellandiyada yerləşdirib. Qazandığı pullarla bağlı heç bir qazancı olmadığından vergilər verməmişdir. Proseslər Nizaminin adından aparıldığı üçün bir milyon üç yüz min pul vəsaitinin yatırması ilə bağlı heç bir bəyan verməmişdir. Bir milyon üç yüz minin özündə olması ilə bağlı heç bir vergi sənədləri yoxdur, həmin vəsaitləri dediyi dostları vasitəsilə əldə etmişdir. Yatırım etməkdə məqsədi qazanc əldə etmək olmuşdur. Əldə etdiyi qazancdan, gəlirdən heç bir məbləği bəyan etməmişdir. Təqsirləndirilən şəxsdən cəmi ən yaxşı halda dörd yüz min ABŞ dolları pul almış, digər zərərçəkmiş şəxslərin pul vəsaitlərinin ona heç bir aidiyyəti olmamış, pulların əldə edilmə mənbəyi ilə bağlı təqdim edəcəyi hansısa məlumatı olmamışdır. 8.Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, təxminən 2020-ci ilin noyabr ayında tanışı, sinif yoldaşı olmuş X10 ona "xxxx" platformasında valyuta alqı-satqısı ilə məşğul olmasını və bununla da çoxlu miqdarda gəlir əldə etdiyini deyərək, onun da qeyd olunan platformaya pul yatırımı etməsini dedikdə razılaşmışdır. İlkin olaraq 100.000 ABŞ dollar məbləğində pulu nağd şəkildə Nizamiyə yatırım etməsi üçün vermiş, Nizami ilə ona yatırım etdiyi məbləğdən əldə etdiyi gəlirin 2-3%-ni verməsi ilə razılığa gəlmişdir. Çünki Nizami ona həmin "xxxx" platformasına yatırım etməyin nəticəsində onun yaxşı qazanc əldə edə biləcəyini bildirmişdir. Nizaminin dediklərinə, onun bu sahədə, yəni birja, pul yatırımı sahəsində olan danışıqlarına inanaraq Nizamiyə "xxxx" platformasına yatırım etmək məqsədilə pullar verməyə başlamışdır. Belə ki, 2021-ci ilin yanvar ayından 2022-ci ilin dekabr ayına qədər hissə-hissə olmaqla, ümumilikdə 1.300.000 (bir milyon üç yüz min) dollar məbləğində pullar vermişdir. Həmin pulları Nizamiyə yaşadığı ünvanda ünvan 9rxasında yerləşən binasının qarşısında öz idarə etdiyi “Toyota Camry” markalı nəqliyyat vasitəsinin içərisində vermişdir. Pulları Nizamiyə nağd şəkildə, "xxxx" platformasına yatırım etmək məqsədilə vermişdir. Nizami bu qayda ilə hissə-hissə ondan ümümilikdə 1.300.000 ABŞ dollar pulunu almışdır. 2023-cü ilin mart ayına qədər Nizami ona ayda 10000-50000 ABŞ dolları vermiş, hansı ki, gəldikləri razılaşmaya görə əldə olunmuş gəlirin müəyyən faizi onun olmalı idi. Sonradan Nizami ona artıq pul verməyi dayandırdıqda, o zaman Nizaminin ona qazanc, gəlir adı ilə verdiyi pulların, onun Nizamiyə verdiyi 1.300.000 dollar məbləğdə olan pullardan olduğunu başa düşmüşdür. Çünki, Nizami həm onu guya "xxxx" platformasına yatırım etməsini, həm də ona qarşı olan inamını artırmaq üçün onun verdiyi hansı ki, "xxxx" platformasına yatırım edib qazanc əldə edəcəkdilər, o puldan ona vermişdir. Əslində isə heç bir qazanc olmamışdır. Nizamidən hesabda ümumi nə qədər pul olması, əldə olumuş gəlirlərlə bağlı hər hansı hesabdan çıxarışı tələb etdikdə, Nizami müxtəlif bəhanələrlə onu aldatmışdır. Nizamiyə onunla əməkdaşlığın sona çatdırılmasını və verdiyi 1.300.000 ABŞ dollar pulların hamısını geri qaytarmasını dedikdə, Nizami çıxarışı verdiyini, lakin investisiya şirkətlərinə audit yoxlamasını göndərməməsini və pulu bir müddət sonra qaytaracağını bəhanə etmişdir. Təqribən bu bəhanəyə 2 ay inanmış, saxta səhifələr, linklər yaradaraq ona göndərmiş, onu yoxlamaların aparılması və hesabda olan pul məbləği ilə xəbərdar etmək istəmişdir. Göndərilmiş saxta yaradılmış linklərdən birində dayandırılmış bütün köçürmələrin avqust ayının 1-də həyata keçiriləcəyi yazılsa da lakin belə olmamışdır. Bu hadisə ilə əlaqədar ölkəyə gəlmiş və “investaz” hesabında məbləğin miqdarı ilə bağlı maraqlandıqda Nizaminin hesabında 26 ABŞ dollarının olmasını bilmişdir. Bu barədə Nizamiyə deyəndə hesabda olan məbləğin hamısını xarici ölkənin “İnvestaz” platformasına yatırım etdiyini bildirmişdir. Lakin Nizami onun dostuna pulun “FX PRO” platformasında olduğunu və hesaba müəyyən məhdudiyətlər qoyulduğuna görə çıxarda bilmədiyini bəhanə etmişdir. Nizamidən pulunu geri qaytarılmasını tələb etsə də müxtəlif bəhanələrlə bundan boyun qaçırmışdır. Nizami onun 1.300.000 ABŞ dollar məbləğdə olan pulunu "xxxx" platformasına yatırım etmək adı ilə aldadaraq ələ keçirmişdir (İİ cild, səh. 45-48). 9.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 2022-ci ilin əvvəllərindən Nizami ilə tanış olmuşdur. O, özü birja fəaliyyəti ilə məşğul olmamışdır. Nizamini ilk dəfə sosial şəbəkələrdə görmüşdür. Nizami ilə ortaq dostları vasitəsilə tanış olmuşdur. Nizami ilə bir müddət birja fəaliyyəti ilə maraqlanmış, bundan sonra özü bildirmişdir ki, "xxxx" platformasında bu işlərlə məşğul olur. Bundan sonra qərara almışdır ki, gəlir əldə etmək üçün investisiya etsin. İlkin olaraq 2022-ci ilin may ayında yüz min ABŞ dolları məbləğində pul vermişdir. Nizami bildirmişdir ki, qoyduğu pulun müqabilində yarısını ona verəcək. Həmin məbləğ də təxminən iki faiz yarıma düşürdü. Əvvəllər hər bir şey yaxşı olmuş və mütəmadi olaraq görüşmüşlər. 2023cü ilin əvvəllərində təkrarən yüz min ABŞ Dolları məbləğində vəsait vermişdir. 2023-cü ilin yay aylarından başlayaraq Nizami ilə danışa bilməmişdir. Nizami telefonlara cavab verməmiş, xaricdə, rayonda olduğunu və ya anasının xəstə olduğunu bildirmişdir. Sentyabr ayında isə əlaqələri tam kəsilmişdir. Pulun verilməsində özündən başqa Zeynal da iştirak etmişdir. Pulu birinci dəfə Həsən Əliyev küçəsində yerləşən “Balcony” restoranında və daha sonra isə “Heydər Əliyev” Mərkəzi yaxınlığında olan spada vermişdir. Zeynallla münasibətləri dost münasibəti olmuş və hazırda hansısa biznes əlaqələri yoxdur. Əvvəllər Zeynala məxsus obyektlərdə işləmiş və tanışlarının avtosalonlarında satıcı kimi işləmişdir. O, təxminən 2017-ci ildən Bakıda avtosalonlarda işləmiş, bundan əvvəl isə Dubayda işləmişdir. İşlədiyi dövrdə aylıq gəliri ortalama iki-dörd min aralığında olmuşdur. Xaricdən maşın gətirib satış edəndə qazancı təxminən 10% olmuşdur. Özünün bacardığı maşın satışı işi ilə yox, Nizaminin verdiyi təkliflə ona görə razılaşmışdır ki, maşın satışı işində bəzən aylarla satış etmək olmur, amma bu işdə Nizami stabillik olduğunu bildirmişdir. Yüz min vəsaitin bir hissəsini dostlarından əldə etmiş, qalan hissəsi öz vəsaiti olmuşdur. Şəxsi vəsaiti təxminən 30000 ABŞ Dolları olmuşdur. İkinci dəfə Nizamiyə verdiyi vəsaitin hamısı dostlarına aid vəsait olmuşdur. Dostlarından pul vəsaitini dostcasına borca almış, hansısa faiz istəməmişdir. Dostları pulu qaytarmaq şərti ilə vermiş, o da əlində olan maşınları satandan sonra pullarını geri vermişdir. Dostlardan aldığı pulları demək olar ki, 2-3 aya qaytarmışdır. Borclarını qaytarmaq üçün evini satıb pulu vermişdir. Həmin mənzil H.Əliyev küçəsində olmuş, amma mənzilin tam ünvanı yadında qalmamışdır. Həmin mənzili 2020-ci ildə yüz altımış min manata almış, borcundan olan doxsan min ABŞ dolları hissəsini mənzil satmaqla, digər hissəsini isə özü qazanaraq qaytarmışdır. Verdiyi vəsait Zərərçəkmiş şəxs3 aid vəsait olmamışdır. Nizami ilə görüşlərində Nizami ona Zeynala çatdırması üçün vəsait verməmişdir. Təqsirləndirilən şəxslə onu Zeynal yox, ikisinin ortaq dostu tanış etmiş, həmin şəxsin adını xatırlamır, pulun verilməsində həmin şəxs iştirak etməmişdir. Pulun yatırılması ilə bağlı təklifi Nizami özü etmişdir. Əvvəlcə istifadəçi adı və şifrələr hər iksində olması üçün hesabların öz adlarına açılması təklif edilmiş, Nizami isə bununla razılaşmayaraq onun başqa investorlarının da olduğunu və eyni anda bir neçə hesabı nəzarətdə saxlaya bilməyəcəyini demişdir. Nizaminin təklifi valyuta alqı-satqısı barəsində olmuşdur. Konkret olaraq hansısa valyuta deyil, bütün valyutaların alqı-satqısı ilə məşğul olacağını bildirmişdir. Nizamiyə vəsaiti verməsində məqsədi gəlirlərini artırmaq olmuşdur. Zərərçəkmiş şəxs3 hansı tarixdən etibarən Nizamiyə pul verməsini dəqiq bilmir. Risklərin sığortalaması ilə bağlı danışıqlarda Nizami bildirmişdir ki, verilmiş vəsaiti bütövlükdə istifadə etmir, riskləri az edir, buna görə də gəlirlər də aşağı olacaqdır. Nizamiyə verilən pulun qarşılığında 2500 ABŞ dolları qaytarılmışdır. Razılaşmaları Nizaminin "xxxx" platformasında valyuta alqı-satqısı edərək gəlir əldə etməsi barədə olmuşdur. Nizamiyə may ayında pul verəndən sonra yanvar ayına kimi hər ay 2500 pul vermişdir. Yanvar ayından sonra fevral, mart, aprel aylarında beş min dollar vermişdir. Ümumilikdə ona qırx min ABŞ dollarına yaxın məbləğdə pul qaytarılmışdır. Hazırki günə Nizami ona yüz altımış min borcludur. Zərərçəkmiş şəxs kimi Nizamidən vurduğu zərəri ödəməsini tələb edir. 10.Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2022-ci ilin əvvəllərindən internet sosial şəbəkəsinin müxtəlif səhifələrində birja və səhmlərə pul yatırım edilməsi işi ilə maraqlanmağa başlamış, “Facebook” sosial şəbəkəsində Təqsirləndirilən şəxs adlı şəxslə təsadüfi şəkildə tanış olmuşdur. Həmin “Nizami Alışan” adlı profildə birja, investaz, Forex kimi səhmlərə yatırım edilməsi ilə bağlı paylaşımların edildiyini görmüş və bu səbəbdən həmin şəxslə yaxından tanış olmuşdur. Nizami özünü ona birja və səhmlərə pul yatırım edilməsi sahəsində mütəxəssis kimi təqdim etmiş, həmçinin adının X16 olduğunu, hətta internet sosial şəbəkəsində kütləvi şəkildə tanınmasını bildirmişdir. Nizami ona 2023cü ilin fevral ayında "xxxx" platformasına yatırım edildiyi halda yaxşı qazanc əldə edə biləcəyini demiş, internetdə olan məlumatlardan maraqlanmış, Nizami hər gün onunla əlaqə saxlayaraq ona bu sahədə yaxşı qazanc əldə edəcəyini və gəlirinin günbəgün artacağını bildirmişdir. Nizami ilə münasibətdə olduğu müddətdə, Nizaminin danışıqları nəticəsində onun "xxxx" platformasına pul yatırım etmək marağı daha da artmışdır. Sonradan 2022-ci ilin may ayının əvvəllərində Nizami ilə razılaşmış, Nizami həmin "xxxx" platformasına yatırım etmək üçün ona ən azı, yəni minimum 100.000 ABŞ dollar məbləğində pul qoya biləcəyini bildirmişdir. Nizaminin təklifi ilə razılaşmış və "xxxx" platformasına yatırım etməsi məqsədilə 100.000 ABŞ dollar məbləğdə pulu 2022-ci ilin may ayında Bakı şəhəri, Nərimanov ravonu, 1 saylı Asan Xidmətin arxasında olan “Balcoon” adlı restoranda Nizami Alışan ilə görüşərək nağd şəkildə ona vermiş, həmin vaxt dostu Zeynal yanında olmuşdur. Nizami həmin 100.000 ABŞ dollar məbləğdə pulu "xxxx" platformasına yatırım edəcəyini, bunun nəticəsində qazanc əldə edəcəklərini və ona çoxlu miqdarda pul, yəni hər ay əldə edilən gəlirin, qazancın 50%-ni ona verəcəyini bildirmişdir. Bu gəlir də hər ay onun yatırım etdiyi məbləğin təxminən 2.5% miqdarında olmalı idi. Bu qayda ilə Nizami müxtəlif aylarda 2022-ci ilin iyun ayından 2023-cü ilin yanvar ayına qədər hər ay 2.500 ABŞ dollar məbləğində pulu ona nağd şəkildə müxtəlif yerlərdə telefon ilə əlaqa saxladıqdan sonra vermişdir. Nizami daha sonra ona əlavə olaraq 100.000 ABŞ dollar pul verməsini, belə olduqda isə onun aylıq 2.500 ABŞ dollar deyil, 5.000 ABŞ dollar məbləğində qazanc əldə edə biləcəyini demişdir. Ona görə Nizamiyə əlavə olaraq 100.000 ABŞ dollar məbləğdə pulu 2023-cü ilin yanvar ayında Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən “Elvet” restoranının qarşısında olan “Spa mərkəzində” İnvest.az platformasına yatırım etməsi üçün nağd şəkildə vermişdir. Həmin 100.000 ABŞ dollar məbləğdə pulu Nizamiyə verən zamanı dostu Zeynal yanında olmuşdur. Nizami ona 2023-cü ilin mart, aprel, may aylarında hər dəfə 5.000 ABŞ dolları olmaqla ümumilikdə 15.000 ABŞ dolları vermiş, pulları verən zamanı ona yatırım etdiyi pula görə qazancının olduğunu bildirmişdir. Beləliklə 2023-cü ilin may ayından etibarən Nizami artıq ona pul verməmiş, qazancın olmadığını bildirmiş, pulu ona geri qaytarmaqdan boyun qaçırmaq məqsədilə müxtəlif saxta səhifələr yaradaraq “Whatsapp" sosial şəbəkəsində göndərmişdir. Həmin saxta səhifələrdə guya platformalarda audit yoxlamalarının keçirilməsi və pulun nağdlaşdırma əməliyyatlarının gecikdirilməsi kimi bəhanələr qeyd edilmişdir. Həmin səhifələr saxta olaraq Nizami tərəfindən pulun geri qaytarılmasından boyun qaçırmaq üçün yaradılmışdır. Ümumilikdə Nizami ondan “İnvest.az’’ platformasına yatırım edərək ona qazanc vermək adı ilə 200.000 ABŞ dollar məbləğində pul almış, lakin verdiyi sözə əməl etməyərək həmin pulu İnvest.az platformasına yatırım etməmiş, aldadaraq pulunu ələ keçirmişdir. Beləliklə Nizami onun etibarından sui-istifadə edərək və onu aldadaraq 100.000 ABŞ dolları məbləğdə pulunu 2022-ci ilin may ayında Bakı şəhəri, Nərimanov rayonu, 1 saylı Asan Xidmətin yaxınlığında yerləşən “Balcoon” adlı restoranda nağd şəkildə “İnvestAz” platformasına yatırım etməsi adı ilə almış, daha sonra Nizami ondan əlavə olaraq 100.000 ABŞ dolları məbləğdə pulu 2023-cü ilin yanvar ayında Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən “Elvet” restoranının qarşısında olan “Spa mərkəzində” "xxxx" platformasına yatırım etməsi adı ilə nağd şəkildə dostu Zeynalın yanında almışdır (İİ cild, səh. 57-61). 11.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxslə Fövqi adlı dostu vasitəsilə tanış olmuş və həmin dostuna kriptovalyuta ilə bağlı məlumat almaq istəyəndə təqsirləndirilən şəxsin adı deyilmişdir. Bundan sonra internet vasitəsilə təqsirləndirilən şəxslə tanış olmuş, 2022-ci ilin may ayında “Forex”-də işlərin görülməsi ilə bağlı etibar edərək dörd yüz min ABŞ dolları məbləğində pulu Nizamiyə vermiş, 2023-cü ilin yanvar ayında təkrar beş yüz qırx beş min dollar vermişdir. Dörd yüz min pulun verilməsinin şahidi olmamış, lakin telefon yazışmaları olmuşdur. Hətta səs yazılarında doqquz yüz qırx beş minlə bağlı danışıqlar olmuş, təqsirləndirilən şəxs artıq iki yüz min pul verəcəyini demiş və cavabında isə artıq pul lazım olmadığını, verilən pulu əlbəəl qaytarılmasını bildirmişdir. İbtidai istintaq dövründə ölkə ərazisində olmadığından həmin səs yazılarını təqdim etməmişdir. İlk dəfə pulu “Park Azure” yaşayış binalarının qarşısında maşında vermiş və həmin vaxt tək olmuşdur. Növbəti dəfə isə yanında Ramin Talıbov adlı şəxs olmuşdur. Nizami ilə danışıqları verilən pulların müqabilində ona qazanc verməsi barədə olmuşdur. Həmin müddət ərzində Nizami ona dörd beş dəfə pul vermiş, daha sonra isə verməmişdir. Bir dəfə həyətlərində olan gözətçinin vasitəsilə otuz min, daha sonra da həmin adam vasitəsilə təkrar on beş min verilmiş və ondan sonra pul verilməmişdir. Bununla bağlı səbəbi soruşanda Nizami bildirmişdir ki, "xxxx" şirkətinə pul yatırmış və daha sonra həmin pulu “FxPro” şirkətinə köçürmüşdür. Həmin pulları hazırda Amerika yoxlayır və ondan sonra pulları götürüb verəcəkdir. Deyilən bu proses də 5-6 ay davam etmişdir. Ümumilikdə təqsirləndirilən şəxsə doqquz yüz qırx beş min ABŞ Dolları məbləğində pul vermiş, bir dəfə otuz min, daha sonra on beş min, üç dörd ay da yeddi səkkiz min vəsait qaytarlımışdır. Təqsirləndirilən şəxs birinci dəfə ayda yeddi səkkiz min, ikinci dəfə isə ayda otuz min qazanc verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ilk dövlərdə ödəmələr etmiş, sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində problemi olduğunu və "xxxx"-dan onlara məlumat ötürüldüyünü bildirmişdir. Sonradan təsdiqini tapıb tapmadığını bilməmiş, amma həmin idarənin rəisinin adından məktub göstərərək ölkədən çıxışına qadağa qoyulduğunu, buna görə 3-4 ay problemi olduğunu, "xxxx"-dan pulunu çıxaracağını, çünki onların dövlətə məlumat verdiyini, ona görə pulu çıxarıb Amerikaya köçürəcəyini və hamısını bir yerdə verəcəyini bildirmiş, ondan sonra da pul verilməmişdir. Təqsirləndirilən şəxs ona pulu "xxxx"a yatıracağını demiş, lakin yatırıb-yatırmadığını bilməmişdir. O, pulu "xxxx"-a yatırmaq üçün verməmiş, təqsirləndirilən şəxs özü oraya yatıracağını bildirmişdir. Ondan əlavə təqsirləndirilən şəxs bildirmişdir ki, bəzi orqanların işçilərinin üç yüz min, iki yüz min, beş yüz min pulları var, həmin pulları da yatıracaqdır. Həmin pulların özünə aid olan pullar olub-olmadığını isə bilməmişdir. Pulu aylıq qazanc verməsi üçün vermiş, Nizami pulu "xxxx"-a yatıracağını və oradan əməliyyatlar edib pul verəcəyini demişdir. Zərərçəkmiş şəxslərdən həm Babək, həm də Yadigarı tanımış, lakin Babəkin pul verməsi barədə məlumatı olmamışdır. Pulu Yadigarla eyni vaxtda vermişdir. Sonradan Nizaminin özü Türkiyədə yaşayan bir dostlarının külli miqdarda pulunun onda olmasını demişdir. Pulu Nizamiyə inandığı üçün vermişdir. Birja fəaliyyətindən məlumatsız olduğundan özü məşğul olmamış, Nizamiyə faizə pul verməmiş və ancaq pulu ona aylıq gəlir verməsi üçün vermişdir. Razılıqları qazanılan vəsaiti yarı-yarıya bölmək olmuşdur. Görülən işlərin müqabilində özü heç bir iş görməli olmamışdır. Nizami ona dörd valyutanı aşağı qiymətlə alıb yuxarı qiymətə satacağını demişdir. Nizami ilə bağlı başqa şəxslərlə maraqlanmış, onun fəaliyyətinin qanuni olub-olmaması ilə bağlı sonradan maraqlananda "xxxx"-ın qanuni şirkət olduğunu və Nizaminin özünün də beşmərtəbəli ofisi olduğunu bilmişdir. Nizami ona pulların “Beynəlxalq Bank”da olan rəsmi bank hesabına köçürüldüyünü və həmin pulları bankdan çıxardığını bildirmişdir. Görülən işlərin müqabilində gəlir özünə qeyri rəsmi veriləcəkdi. İkinci dəfə pulu Nizamiyə əlavə xeyir verməsi ilə bağlı vermişdir. Birinci dəfə pul veriləndən sonra yeddi ay ardıcıl pul verilmiş, məbləğlər stabil yox, dəyişkən olmuşdur. Verilən pulların mənbəyi öz dostlarından aldığı pullar olmuşdur. Hazırda həmin pulun mənbəyini göstərə bilmir. Nizami ona maliyyə bazarlarında olan risklərlə bağlı bildirmişdir ki, artıq qazanc istəyirsə pulu riskdə olacaq. O da cavabında ona risk lazım olmadığını demiş, Nizami də ona ziyan olmayacağını, az qazanc olacağını demişdir. Nizamiyə verilən pul hansısa cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri olmamışdır. Pulu banka yatırıb daha çox qazana biləcəyi ilə bağlı maraqlanmamışdır. Pulun verilməsi ilə bağlı aralarında heç bir sənədləşmə olmamış, ancaq yazışmalar olmuşdur. Təqsirləndirilən şəxsin "xxxx"-da apardığı əməliyyatlarda qazanc əldə etməsinə baxmayaraq, sonda ziyan etməsi ilə bağlı cinayət işi materiallarında olanlar barədə heç bir şey xatırlamır. Vəsaitləri verərkən zərəri və ya tam zərər olması ehtimalını nəzərə almamışdır. O, Nizamiyə inanmış və Nizami ona hansısa təminat verməmişdir. Fəaliyyətlərinin biznes fəaliyyəti olub-olmadığını bilməmişdir. Kibercinayətkarlıqla Mübarizə İdarəsində hansı tarixdə ərizə yazdığını xatırlamır. 12.Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, X14 ilə “Facebook”sosial şəbəkəsində tanış olmuş, belə ki, onun profil səhifesinda “Forex”, “İnvestAz” və digər birjalara aid məsləhətler, paylaşımlar olmuşdur. Həmin vaxtlar birjalara, səhmlərə yatırım etmək ilə maraqlanmış və bu sebəbdən Nizami ilə əlaqə saxlamış, onunla 2022-ci ilin yanvar ayında tanış olaraq görüşmüşdür. Nizami ona “İnvestAz” platformasının olmasını, həmin platformaya pul yatırım etdiyi halda onun çoxlu miqarda yaxşı qazanc əldə edə biləcəyini bildirmişdir. Hətta Nizami ona “Telegram” sosial şəbəkəsində başqa şəxslərə də məsləhət verdiyini, onun vasitəsilə pul yatırım etdiklərini bildirmişdir. Nizaminin bu dediklərinə görə ona inamı artmış və Nizamiyə onun dediyi “İnvestAz” platformasına yatırım edəcəyini bildirmişdir. Nizami ona aylıq 6000 - 8000 ABŞ dollar məbləğində pul verəcəyini bildirmişdir. Nizaminin dediklərinə inanmış və ona görə ilkin olaraq Nizamiyə 400.000 (dörd yüz min) ABŞ dolları məbləğində pulu nağd şəkildə “İnvestAz” platformasına yatırım etməsi məqsədilə 2022-ci ilin may ayında Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 15 ünvanında yerləşən “Park Azure” yaşayış kompleksinin qarşısında vermişdir. Həmin pulu Nizami ondan aldıqda narahat olmamasını, həmin 400.000 ABŞ dollar məbləğində pulu “İnvestAz” platformasına yatıracağını və onun əvəzinə əməliyyatlar icra edib aylıq ona 6000 - 8000 ABŞ dollar məbləğində pul verəcəyini vəd vermişdir. Ondan sonra Nizami ona 2022-ci ilin iyun ayından, 2023-cü ilin yanvar ayına qədər aylıq 6000 - 8000 ABŞ dollar məbləğində pulu qazanc adı ilə müxtəlif yerlərdə nağd şəkildə vermişdir. Nizami ona əlavə olaraq yenə “İnvestAz” platformasına pul yatırmağını və bu qayda ilə daha çox aylıq pul qazana biləcəyini dedikdə onunla razılaşmışdır. Belə ki, Nizami hər ay ona 6000 - 8000 ABŞ dollar pulu verdiyinə görə ona inamı artmış, ona görə 2023-cü ilin yanvar ayında 950.000 ABŞ dollar məbləğində pulu nağd şəkildə Nizami Alışana “İnvestAz” platformasına yatırım etməsi üçün Bakı şəhəri, Narimanov rayonu, Möhsün Sənani küçesi 106 ünvanında yerləşən “X19” adlı restoranın qarşısında, Ramin adlı dostunun yanında vermişdir. Nizami həmin pulu ondan aldıqda aylıq 16000 - 20000 ABŞ dollar məbləğində pulu qazanc kimi verəcəyini bildirmişdir. Lakin sonradan Nizami müxtəlif bəhanələr gətirməklə ona pul verməmiş, ona verdiyi pulları qaytarmasını tələb etməsinə baxmayaraq, aldığı pulları da müxtəlif bəhanələr ilə qaytarmaqdan yayınmışdır. Nizami dəfələrlə ona saxta, özü tərəfində hazırlanmış olan birja sahəsinə aid olan səhifələrin şəkillərini çəkib göndərmişdir. Sonradan öyrənmişdir ki, Nizami ondan “İnvestAz” platformasına yatırım etmək üçün aldığı pulu həmin platformaya yatırım etməmişdir. Qazanc adı ilə ona aylıq olaraq 2022-ci ilin iyun ayından 2023-cü ilin yanvar ayına qədər verdiyi pullar isə əslində onun Nizamiyə verdiyi pullar olmuşdur. Nizami onun ümümilikdə 1.350.000 ABŞ dollar məbləğdə pulunu “İnvestAz” platformasına yatırım etmək adı ilə aldadaraq ələ keçirmişdir. Beləliklə Nizamiyə 400.000 (dörd yüz min) ABŞ dolları məbləğində pulu nağd şəkildə “İnvestAz” platformasına yatırım etməsi məqsədilə 2022-ci ilin may ayında Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 15 ünvaninda yerləşən “Park Azure” yaşayış kompleksinin qarşısında, ondan əlavə 2023-cü ilin yanvar ayında 950.000 ABŞ dollar məbləğində pulu nağd şəkildə Nizami Alışana “İnvestAz” platformasına yatırım etməsi üçün Bakı şəhəri, Narimanov rayonu, Möhsün Sənani küçesi 106 unvanında yerləşən “X19” adlı restoranın qarşısında vermişdir. Ümumilikdə Nizamiyə 1.350.000 ABŞ dolları məbləğdə pulu “İnvestAz” platformasına yatırım etmək adı ilə vermişdir (İİ cild, səh. 74-77). 13.Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, cinayət işi materiallarında həyat yoldaşının 17 aprel tarixində saxlanılaraq 19 aprel tarixində məhkəməyə çıxarıldığı göstərilmiş, lakin əslində bu hallar belə olmamışdır. Onun 09 aprel 2024-cü il tarixindən başlayaraq həyat yoldaşı ilə bütün əlaqəsi itmişdir. Yazışmalardan görünür ki, saat 17:44-dən sonra Nizaminin telefonu sönmüşdür. Yoldaşı Babəklə görüşəcəyini demiş və həmin ərəfədə hər ikisi oruc tutduğundan, eyni zamanda Nizami oruc tutanda tez-tez başı ağradığından onunla əlaqə saxlamağa çalışmışdır. Bundan sonra Nizami artıq onun yazdıqlarına cavab verməməyə başladıqda təşvişə düşmüşdür. Hər ikisinin telefonunda bir-birinin olduğu yerləri izləmə ilə bağlı proqramlar mövcud olmuşdur ki, həmin proqramlar vasitəsilə ailə üzvləri bir-birinin yerini izləmişdir. Həmin proqrama baxış keçirəndə Nizaminin sonuncu dəfə “Mətbuat” prospektində olduğunu görmüşdür. Dəqiqləşdirmək üçün 10 aprel tarixində təkrar Nizami ilə əlaqə saxlamağa çalışmış, yenə də eyni yeri göstərmişdir. Bundan sonra 10 aprel tarixində dərhal “102” Xidmətinə bu barədə məlumat vermiş və onlar bu işlə məşğul olmağa başlamışlar. Daha sonra 28-ci Polis Bölməsinə yönləndirilmiş və həmin bölmənin əməkdaşları əlaqə saxlayıb daha ətraflı izahat verməsi üçün onu bölməyə dəvət etmişlər. Bölmədə məlumat verdikdən sonra ətraflı araşdırılacağı, lakin çox güman ki, yoldaşının Kibercinayətkarlıqla Mübarizə İdarəsində olması deyilmişdir. 11 aprel tarixində Nizami əlaqə saxlayaraq Kibercinayətkarlıqla Mübarizə İdarəsində olduğunu demişdir. Bundan sonra 28-ci Polis Bölməsi ilə əlaqə saxlayaraq bu barədə məlumat vermişdir. O, 15 aprel tarixində vəkillə əlaqə saxlamış, 16 aprel tarixində isə vəkil Nizami ilə görüşəndən sonra Nizami təkrar onunla əlaqə saxlamış və ondan vəkildən imtina etməsini istəmişdir. Həmin vaxt telefonda arxadan səslər gəldiyini eşitmiş, Nizamidən ona təzyiqlər olmasını soruşanda “hə” cavabını vermiş, bundan sonra Fəxri Babazadə adında şəxs onu İdarəyə dəvət etdi etmiş və yoldaşını ona verəcəyini demişdir. İdarəyə yaxınlaşanda vəkildən imtina etməsi ona deyilmişdir. Ayın 17-də vəkildən imtina edib onunla müqaviləni pozandan dərhal sonra rəsmiləşdirilmişdir ki, guya Nizami ayın 17-də saxlanılmışdır. Nizami öz nömrəsi ilə telefon vasitəsilə zəng etmişdir. Ayın 16-da idarəyə gələndə Alişanı da orada görmüş və həmin vaxt Alişan ona vəkildən imtina etməsini bildirmişdir. Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərarın sonrakı gedişinin necə olduğunu bilməmişdir. Ayın 16-da yoldaşı Nizami onunla əlaqə saxlayarkən harada olması ilə bağlı telefonundakı proqrama baxmamışdır. 14.Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2004-2005-ci illərdən başlayaraq onun birja ilə bağlı treyninqlərində fəal şəkildə iştirak etmişdir. Bundan sonra sərbəst şəkildə treyder olaraq fəaliyyətə başlamışdır. Bu sahədə fəaliyyət göstərən şəxslər investisiya şirkətlərinə yatırımlar etmiş və maliyyə bazarlarında müxtəlif əməliyyatlar həyata keçirmişlər. Nizami ilə əlaqələri müntəzəm şəkildə olmuş, eyni zamanda "xxxx" şirkətinin müştərisi kimi də onunla əlaqələri olmuşdur. Bununla bağlı olaraq həmin şirkətdə ticarət hesabı olmuş, vaxtaşırı olaraq maliyyə şöbəsi ilə mədaxil-məxaric əməliyyatları aparmışdır. Maliyyə şöbəsinin əməkdaşı olmadığından rəsmiləşdirmə aparılmadan hansısa mədaxil məxaric əməliyyatlarının aparıldığını bilməmişdir. Alişandan vəsait qəbul etdiyi hallar olmuş, həmin vəsaitləri maliyyə şöbəsinə təhvil vermiş və ticarət hesabına mədaxil edilmişdir. 2012-2017-ci illər ərzində təqribən 80-100 min civarında məbləğlər təqdim etmiş, lakin ondan sonrakı dövrdə isə məbləğ kifayət qədər yüksək, yəni milyonun üzərində olmuşdur. Şirkət 2002-2012-ci illərdə “Forex az” adında, 2012-ci ildən bu günə kimi "xxxx" adı ilə fəaliyət göstərmişdir. "xxxx" şirkətinin Yeni Zellandiyada fəaliyyət göstərən kommersiya tərəfdaşı kimi şirkəti olmuşdur. Maliyyə şöbəsinin Yeni Zellandiyada olan şirkətlə əlaqələri olmuş və Nizaminin verdiyi pulların həmin hesablara köçürülməsini bilməmişdir. Əməkdaşlıqlarına görə Bakıda təqdim edilən vəsaitlər onların Yeni Zellandiyada olan hesablarına köçürülmüşdür. Həmin hesabda olan vəsaitlərin məxaric edilməsi ilə bağlı müştəri maliyyə şöbəsi ilə əlaqə saxlayaraq müəyyən məbləğ məxaric etmək istədiyini bildirmiş, bundan sonra həmin məbləği məxaric edilərək nağd qaydada verilmişdir. Həmin vəsaitin hansı qaydada dövriyyə etməsi barədə məlumatı olmamışdır. Bildiyi qədər bank hesabı vasitəsilə xaricə köçürmə əməliyyatı aparılmış, bundan sonra da həmin vəsait artıq müştərinin bank hesabında görünmüşdür. Əgər “İnvest.az com” vasitəsilə əməkdaşlıq olunursa, həmin vəsaitin mədaxil olması barədə məlumat “İnvest.az com” platformasında görünmüşdür. “İnvest.az com” və "xxxx"-ı bir birilə əlaqələndirən onların elektron portalı olmuşdur. Hüquqi olaraq onların qeydiyyatı fərqli olmuş, lakin xidmətləri eyni olmuşdur. "xxxx" şirkətinin Bakıda yerləşən ofisi “İnvest.az com” şirkətinin hesabat məlumatlarını görə bilmiş, həmin məlumatları şirkətin rəhbəri və maliyyə şöbəsinin rəhbəri bilmişdir. Çalışdığı dövrə kimi şirkətin rəhbəri Şahid3 olmuşdur. Ceyhun adlı şəxs isə müştərilərlə iş üzrə şöbəyə rəhbərlik etmiş və Elşənin müavini olmuşdur. 2017-2022-ci illər ərzində beşillik dönəm müddətində Nizamiyə aid dövriyyə 2-3 milyon ABŞ dolları həcmində olmuş, həmin müddət ərzində iki aydan bir yüz min ABŞ dolları həcmində çıxarışlar olmuşdur. Pul vəsaitlərinin alınıb verilməsi təqsirləndirilən şəxsin dediyi qaydada onun vasitəsilə deyil, başqa qaydada aparılmışdır. Belə ki, mədaxil olarkən pul vəsaitlərini ona vermiş və o da maliyyə şöbəsinə hesaba mədaxil etmək üçün təqdim etmiş, məxaric olarkən isə bununla bağlı maliyyə şöbəsinə ərizə ilə müraciət olunmuş və pulun hansı tarixdə hazır olunacağı bildirilmişdir. Xatırladığı qədər 2020-2022-ci ilərdə artıq qanunvericiliyin tələblərinə görə məxaric əməliyyatlarının aparılması ilə bağlı müştərilərə bildirilmişdir ki, özlərinə bank hesabları açsınlar və həmin vəsait onların bank hesablarına köçürülsün. "xxxx" platformasından “İnvest.az com” platformasına vəsaitin köçürülməsi tələb olunduqda hansı qaydada köçürüldüyünü bilməmişdir. Ticarət hesabında həyata keçirilən əməliyyatların hər biri yaddaşda saxlanılmışdır. 15.Məhkəmə istintaqı zamanı mütəxəssis qismində dindirilmiş, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin Kibertəhlükəsizliyin idarəedilməsi sektorunun aparıcı məsləhətçisi vəzifəsində işləyən X1 cavab olaraq bildirmişdir ki, istifadəçi hesablarının bloklanması mümkündür. Şirkətin texniki dəstək idarəsi ilə əlaqə saxlanıldıqda məlumatların bərpası mümkün olar. Əgər istifadəçinin hesabı saytın inzibatçısı tərəfindən bloklanıbsa ona kənar müdaxilənin edilməsi mümkün deyil, yəni şəxsin özünün hesab məlumatlarını versə də daxil olmaq mümkün deyil. “İnvest-az.com” saytında "xxxx" saytının loqosunun olması, domein ünvanlarının biri-birinə yaxın olması qeyd edilən saytın "xxxx"-la əlaqəli olması demək üçün kifayət deyil. Əgər sayt dələduzluq məqsədi ilə yaradılmışdırsa adminin kim olmasının müəyyən edilməsi çətindir, əgər dələduzluq məqsədi ilə yaradılmayıbsa sorğu verilməsi yolu ilə köhnə domen ünvanının qeydiyyatçısının kim olmasını müəyyən etmək mümkündür. Köhnə məlumatlardan kim olmanı müəyyən etmək üçün sorğu verilməlidir. Texniki olaraq məhkəmə qərarı ilə müəyyən sorğuların verilməsi ilə domen məlumatının kimə aid olmasını müəyyən etmək mümkündür, lakin ele platformalar var ki, istifadəçi məlumatlarını paylaşmırlar. Göstərilən iki şirkət arasında əgər həqiqətən əlaqələr varsa və korporativ yazışmaları müəyyən etmək mümkündür. Qeyd edilən “İnvest-az.com” saytının admininin Azərbaycanda olması mümkün olan haldır. 16.«Mobil telefona baxış keçirilməsi haqqında» 25 aprel 2024-cü il tarixli protokoldan görünür ki, X2 şəkildə təqdim etdiyi bir ədəd “İphone 14 Pro Max” markalı mobil telefona baxış keçirilmişdir. Telefonun “whatsapp” mobil tətbiqinə daxil olduqda zərərçəkmiş X4 ilə apardığı bir qism mesajlaşmaları görmək mümkün olmuşdur. Belə ki, X23 Məmmədovun adını kontaktında “X25” deyə qeyd etmişdir (+90 *** *** ** **). Nizami Alışanın “X25” deyə qeyd etdiyi zərərçəkmiş şəxs Babək Məmmədova 08 aprel 2024-cü il tarixdə göndərdiyi səs yazısının məzmunu aşağıdakı kimidir: Nizami Alışan (səs yazısı): “Bilirsən necədi Babək, yəni mən başa düşürəm, mən bu boyda səhvlər dalbadal oldu hamısı, ama bu məndən asılı olan deyildi, yəni mən istəmədim situasiya bura kimi gəlsin, bura kimi olsun, ölü kimi ruh kimi yaşamaq, mən neçə vaxtı gəzmirəm tozmuram, ancaq komputerin qabağındayam, daha da özümü təkmilləşdirirəm, yəni bilmirəm nə olacaq, gələcəyi doğurdan bilmirəm, böyük ehtimal yaxşı olmayacaq düşünürəm, yenə də içimdə ümid var ki, bəlkə də nəsə yaxşı ola bilər, özümü ancaq vermişəm birjaya, əvvəllər harada səhv eləmişəm, nə eləmişəm, hər şeyi fikirləşirəm, sən deyirsən ki, düz deyirsən, səndən mənə böyük dəstək olan olmayıb, heç bir səndən mənə ziyan gəlməyib, indiyənə kimi də olsun, məsəlçün digərlərindən ziyanlar gəlir, gəlməkdə də davam edir, təkcə sənsən ki səndən mənə heç bir ziyan gəlməyib, digərlərinin pulu deyəndə ki, orada böyük summalar deyildi də 30 min 50 min falan, belə bir summalar var idi, onu da elə belə tanışlıqla götürmüşdüm, çoxdandan olub bunlar, sadəcə olaraq onlar bilirsən, balaca summalara görə ora-bura şikayət etməyə başlayacaqdılar ki, mən məcburən onların, biri var, məsələn sənin summan tutalım 2 milyondu, mən sənin summanın 30 minini qaytarsam, oradan heç bir şey olmayacaq, amma 30 mini ona verməklə onun heç olmasa necə deyim sakitləşdirə bilirəm, 30 min onun depozitidi a, bir var faiz ola, bir var depozit, ona görə mən zatən problem problem üstündə, sən, Zeynal, bir-iki dənə digər də problem var, onlar böyük problemlər deyil, balaca problemlərdi, xırda problemləri həll elədim ki, onlar da çox yayılayayıla getməsin virus kimi” (İİ cild, səh. 135). 17.İş materiallarında olan "xxxx" QSC-dən daxil olmuş 15 yanvar 2024-cü il tarixli, İÇ- 6379- 24 nömrəli məktubdan görünür ki, X16 xx.xx.2022-ci il tarixli, № F-M-2225- 1xxxxxxx/22 müqaviləyə əsasən "xxxx" QSC-nin təqdim etdiyi Marja Ticarəti xidmətini almışdır. Müqaviləyə əsasən X16 210462 nömrəli ticarət hesabı ilə xx.xx.2022 və xx.xx.2023 tarixləri arasında maliyyə bazarlarında marja ticarəti həyata keçirmişdir. Qeyd edilən tarixlər arasında hesaba 884,107 USD mədaxil, 785,853 USD məxaric əməliyyatları olmuş, 3,047 USD məxaric komossiyası ödəmiş və ticarət nəticəsində ümumilikdə 95,180.71 USD zərər meydana gəlmişdir. Ticarət hesabının hal-hazırda qalıq məbləği 28.29 USD məbləğ təşkil edir. Qeyd etmək vacibdir ki, sözügedən tarixlər arasında ticarət hesabına müxtəlif tarixlərdə müxtəlif İP ünvanlardan daxil olmalar olmuşdur (İ cild, səh. 176). 18.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsin 15 may 2024-cü il tarixli, 6270 nömrəli məktubundan görünür ki, X16 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (İİ cild, səh. 198). 19.İş materiallarında olan mülki iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki cavabdeh X12 qarşı mülki iddia verərək, Cavabdeh X16 tərəfindən cinayət əməli nəticəsində ələ keçirilmiş ümumilikdə həmin dövrün məzənnəsi ilə 2.210.000 (iki milyon iki yüz on min) manat təşkil edən 1.300.000 (bir milyon üç yüz min) ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 20.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 6(005)- 104/2024 nömrəli qərarından görünür ki, müdafiəçi Avraam Berman tıərəfindən X8 DİNnin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə məcburi gətirilməsi, təqsirləndirilən şəxsin qanunvericilikdə nəzərdə tutulmuş müddətdən artıq tutulması və müdafiəçinin iştirakı olmadan dindirilməsinin qanunsuz hesab edilməsi barədə məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilməmişdir (İİ cild, səh. 184-185). 21.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş təqsirləndirilən şəxs X8 adına açılmış tibbi kitabçanın surətindən görünür ki, sağ yanaq nahiyyəsində köhnə çapıq toxuması aşkar edilmişdir. 22.«Sübutların qiymətləndirilməsi haqqında» 25 noyabr 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X12 məxsus bir ədəd «İphone 14 Pro Max» markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (İİİ cild, səh. 106-117). 23.«Şübhəli şəxsin tutulması haqqında» 17 aprel 2024-cü il tarixli protokoldan görünür ki, X16 17 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İİ cild, səh. 26). 24.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 4(005)- 519/2024 nömrəli qərarından görünür ki, X8 barəsində 17 aprel 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir (İİ cild, səh. 101-105). 25.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs X16 əvvəllər məhkum olunmamışdır (İİ cild, səh. 143). 26.İş materiallarında olan elektron çıxarışdan görünür ki, təqsirləndirilən şəxs X8 xx.xx.2015-ci il və xx.xx.2019-cu il təvəllüdlü iki uşağı vardır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 27.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 28.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 29.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 30.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X8 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə tövsif edilmişdir. 31.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 32.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, toplanılmış sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. 33.Belə ki, "xxxx" QSC-dən daxil olmuş 15 yanvar 2024-cü il tarixli, İÇ-6379- 24 nömrəli məktubdan görünür ki, X16 xx.xx.2022-ci il tarixli, № F-M-2225-1-xxxxxxx/22 müqaviləyə əsasən "xxxx" QSC-nin təqdim etdiyi Marja Ticarəti xidmətini almış, müqaviləyə əsasən X16 210462 nömrəli ticarət hesabı ilə xx.xx.2022 və xx.xx.2023 tarixləri arasında maliyyə bazarlarında marja ticarəti həyata keçirmiş, qeyd edilən tarixlər arasında hesaba 884,107 USD mədaxil, 785,853 USD məxaric əməliyyatları olmuş, 3,047 USD məxaric komossiyası ödəmiş və ticarət nəticəsində ümumilikdə 95,180.71 USD zərər meydana gəlmiş, ticarət hesabının hal-hazırda qalıq məbləği 28.29 USD məbləğ təşkil etmişdir. Qeyd olunan məktubdan görünür ki, təqsirləndirilən şəxs X8 zərərçəkmiş şəxslərdən əldə etdiyi pul vəsaitlərini “İnvestaz.az” platformasına yatırım etməsi öz təsdiqini tapmamışdır. Eyni zamanda, məhkəmə iclasında X12 məxsus elektron poçt ünvanına baxış zamanı hər hansı ofşor hesablara pul yatırım edilməsi müəyyən edilməmişdir. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 34.Məhkəmə, təqsirləndirilən şəxs X8 məhkəmə iclasında polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş təqsirləndirilən şəxs X8 adına açılmış tibbi kitabçanın surətindən görünür ki, sağ yanaq nahiyyəsində köhnə çapıq toxuması aşkar edilmiş, yeni xəsarət izləri aşkar olunmamışdır. 35.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsinə dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 36.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X6rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 37.Məhkəmə təqsirləndirilən şəxs X8 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun məhkəmə istintaqında verdiyi ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 38.Məhkəmə həmçinin şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələrinə münasibətdə qeyd edir ki, onların təqsirləndirilən şəxsin xeyrinə müdafiə xarakterli ifadə vermələri istisna olunmur. Həmin ifadələr iş materialarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam təkzib olunur. 39.Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X8 təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli və xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. 40.Məhkəmə istintaqı zamanı təqsirləndirilən X8 törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 41.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirli olması ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin əlaqəli təhlili, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, X16 həmin maddə ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 42.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 43.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 44.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 45.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 46.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, himayəsində azyaşlı uşağının olmasını təqsirləndirilən şəxs X8 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 47.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs X8 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 48.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, X12 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 49.Təqsirləndirilən şəxs X12 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 50.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 51.Məhkəmə təqsirləndirilən şəxs X16 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 52.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 53.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından təqsirləndirilən şəxs X8 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığı, şübhəli şəxs qismində tutulduğu - 17 aprel 2024-cü il tarixdən hesablanmalıdır. 54.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 55.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X12 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 56.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 57.Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 58.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 59.Həmin Məcəllənin 1096.1-ci maddəsnə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 60.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 61.Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 62.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 63.İş materiallarında olan mülki iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki cavabdeh X12 qarşı mülki iddia verərək, Cavabdeh X16 tərəfindən cinayət əməli nəticəsində ələ keçirilmiş ümumilikdə həmin dövrün məzənnəsi ilə 2.210.000 (iki milyon iki yüz on min) manat təşkil edən 1.300.000 (bir milyon üç yüz min) ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 64.Məhkəmə iddia tələbində qeyd edilən 2.210.000 (iki milyon iki yüz on min) manat maddi ziyana münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı mülki iddiaçıya qeyd edilən məbləğdə ziyanın vurulması öz təsdiqini tapdığından iddia tələbi təmin edilməli və qeyd edilən 2.210.000 (iki milyon iki yüz on min) manat maddi ziyan, eyni zamanda mülki iddiaçı tərəfindən ödənilmiş 1896 manat (min səkkiz yüz doxsan altı) manat dövlət rüsumu mülki cavabdeh X7 iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə tutulmalıdır. 65.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci və 353.4.11-ci maddələrinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış - təqsirləndirilən şəxs X12 məxsus bir ədəd «İphone 14 Pro Max» markalı mobil telefon aparatı onun özünə (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılmalıdır. 66.İş üzrə ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 67.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X16 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X8 cəza çəkmə müddətinin başlanğıcı 17 aprel 2024-cü il tarixdən hesablansın. X8 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilsin, 2.210.000 (iki milyon iki yüz on min) manat maddi ziyan və 1896 manat (min səkkiz yüz doxsan altı) manat dövlət rüsumu mülki cavabdeh X7 tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. Maddi sübut - bir ədəd «İphone 14 Pro Max» markalı mobil telefon aparatı X12 (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılsın. Hökmdən elan olunduğu (hökmün surəti X12 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Elmin Rüstəmov
3. Vüqar Quliyev