Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-902/2018 25.09.2018 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X13 və X5 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X11, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 14 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, x xxxxx 1963-cü il tarixdə Xaçmaz rayonunun Nərəcan kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməmiş, orta təhsilli, əvvəllər məhkum olunmuş (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin x xxxxxx 2014-cü il tarixli qərarı ilə cəzası 1 (bir) il 6 (altı) ay müddətə endirilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin x xxxxxx 2014-cü tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi olan 3 (üç) ay 7 (yeddi) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş) məhkumluğu ödənilmiş, Xaçmaz rayonunun Ağtala kəndində qeydiyyatda olan, həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə (kannabis) bitkisinin toxumlarını yetişdirmək məqsədilə xx xxxxx 2018-ci il tarixdə yaşadığı Xaçmaz rayonunun Ağtala kəndində yerləşən evin həyətyanı sahəsinin arxa tərəfindəki torpağın üzərində hazırladığı 109 sayıda çalada basdıraraq əkmiş və onlara xx xxxxx 2018-ci il tarixdən xx xxx 2018-ci il tarixədək olan müddət ərzində aqrotexniki qaydada qulluq göstərərək kultivasiya etmiş, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində xx xxx 2018-ci il tarixdə, saat 11 radələrində onun yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman külli miqdarda olan 109 (yüz doqquz) ədəd yaş vəziyyətdə ümumi xalis çəkisi 5270 qram (5 kq 270 qram) narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 2015-ci ilin fevral ayında cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra narkotik vasitələrdən istifadə etməsə də təxminən 6-7 ay əvvəl yenidən narkotik vasitə olan qurudulmuş marixuananı siqaretə doldurma yolu ilə qəbul etməyə başlamışdır. Buna görə də özündə olan təxminən bir ovuc çətənə toxumlarını 2018-ci ilin aprel ayının 10-da yaşadığı evin həyətyanı sahəsində 109 çalada əkmiş və çətənə bitkilərinə qulluq göstərməyə başlamışdır. Həmin narkotik tərkibli çətənə bitkisini özü istifadə etmək məqsədilə əkmişdir. xx xxx 2018-ci il tarixdə, saat 11 radələrində Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları evinə gələrək ona yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərinin əkilməsi barədə polisdə məlumat olduğunu və bu məlumatın yoxlanılmasından ötrü həyətyanı torpaq sahəsinə baxış keçirilməsinin zəruri olduğunu bildirmişlər. O da polis əməkdaşlarının baxış keçirməsinə etiraz etməmiş və bu barədə ərizə yazaraq polis əməkdaşlarını evə dəvət etmişdir. Bundan sonra polis əməkdaşları baxışda iştirak etmək üçün dəvət edilmiş aqronommütəxəssisin və iki nəfər hal şahidinin iştirakı ilə baxış keçirməyə başlamışlar. Baxış zamanı evinin həyətindən narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. Bundan sonra o da polis əməkdaşlarına aşkar edilmiş həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, qurudulmuş marixuana əldə etmək məqsədilə bu bitkiləri özü tək qulluq göstərərək yetişdirdiyini və bundan heç kimin xəbəri olmadığını demişdir. Aqronommütəxəssis həmin torpaqda narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi üçün tam əlverişli münbit şəraitin olmasını bildirərək bu barədə rəy vermişdir. Baxış zamanı həyat yoldaşı Əfilə və oğlu Kənan polis əməkdaşlarına aşkar edilmiş həmin bitkilərdən xəbərlərinin olmadığını və bu bitkiləri görmədiklərini demişlər. Bundan sonra yaşadığı həyətyanı torpaq sahəsindən aşkar edilmiş narkotik tərkibli çətənə bitkiləri sayılmış və 109 ədəd çətənə bitkisi polis əməkdaşları tərəfindən qablaşdırılıb möhürlənərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Aqronomun rəyi protokola əlavə edildikdən sonra protokol ucadan oxunmuş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Ailə üzvləri evin həyətyanı sahəsində çətənə toxumlarını əkdiyini bilməmişlər. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri ilə bağlı etiraflarını - cinayət törətməkdə öz təqsirini etiraf etməsini, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilərin əkilməsi barədə Xaçmaz RPŞ-yə məlumat daxil olmuş və bu məlumat onun tərəfindən Xaçmaz Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsinə baxış keçirərək qanunsuz əməllərinin ifşa olunması məqsədilə o, Xaçmaz RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid3 və Xaçmaz RPŞ-nin PPX tağımının polis nəfəri Şahid4 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. xx xxx 2018-ci il tarixdə, saat 11 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana gedərək Təqsirləndirilən şəxs onun həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilərin əkilməsi barədə məlumat olduğunu, həmin məlumatın yoxlanılması üçün onun həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə zərurət yarandığını bildirmişlər. Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etməyərək onları həyətinə dəvət etmişdir. Baxış keçirilən zaman rəy verməsi üçün aqronommütəxəssis kimi dəvət edilmiş Xaçmaz rayon İcra Hakimiyyəti Xaçmaz mənzil istismar idarəsinin aqronomu X2 və hal şahidlərinə qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra baxış keçirilməyə başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs həyətində narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərin əkilməsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs səmimi etiraf edərək aşkar edilmiş həmin bitkilərin çətənə bitkiləri olduğunu, bu bitkiləri özündə olan toxumları qurudulmuş marixuana əldə etmək məqsədilə tək əkib qulluq göstərərək yetişdirdiyini və bu barədə heç kimin xəbəri olmadığını bildirmişdir. Aqronom-mütəxəssis Əspəndi Əspəndiyev həmin torpaqda narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi üçün tam əlverişli münbit şəraitin olması barədə rəy vermişdir. Baxış zamanı Təqsirləndirilən şəxs arvadı Əfilə və oğlu Kənan aşkar edilmiş həmin bitkilərdən xəbərlərinin olmadığını və bu bitkiləri görmədiklərini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş 109 ədəd narkotik tərkibli çətənə bitkisi qablaşdırılıb möhürlənərək maddi sübut kimi götürülmüşdür. Daha sonra bu barədə protokol tərtib edilmiş və aqronomun rəyi protokola əlavə edildikdən sonra protokol ucadan oxunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs evinin həyətinə baxış hal şahidlərinin iştirakı ilə keçirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxx 2018-ci il tarixdə, saat 11 radələrində evdə yatdığı zaman həyətlərindən gələn səsə oyanmış və həyətə düşəndə polis əməkdaşlarını görmüşdür. Polis əməkdaşları evlərinin həyətində çətənə bitkilərinin əkilməsi barədə daxil olmuş məlumatın yoxlanılması üçün torpaq sahələrinə baxış keçirilməsinin zəruri olduğunu demişlər. Bundan sonra polis əməkdaşları atası Təqsirləndirilən şəxs dəvəti ilə baxışda iştirak etmək üçün dəvət edilmiş aqronom-mütəxəssisin və iki nəfər hal şahidinin iştirakı ilə evin arxasına keçərək həyətlərinə baxış keçirməyə başlamışlar. Baxış zamanı həyətin arxa tərəfinə düşən hissəsində narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Atası Əlövsət də polis əməkdaşlarına aşkar edilmiş həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, qurudulmuş marixuana əldə etmək məqsədilə bu bitkiləri özünün tək qulluq göstərərək yetişdirdiyini və bu barədə heç kimin xəbəri olmadığını bildirmişdir. Sonra aqronom-mütəxəssis narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi üçün tam əlverişli münbit şəraitin olmasını bildirərək bu barədə rəy vermişdir. Daha sonra həyətdən aşkar edilmiş 109 ədəd çətənə bitkisi polis əməkdaşları tərəfindən qablaşdırılıb möhürlənərək götürülmüşdür. Baxış keçirilməsi və həmin bitkilərin aşkar edilib maddi sübut kimi götürülərək qablaşdırılması barədə protokol tərtib edilmişdir. Aqronomun rəyi protokola əlavə edilmiş və protokol ucadan oxunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid5 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, Xaçmaz rayonu, Nərəcan kəndində ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2012-ci ildən Xaçmaz rayon İHBnin Nərəcan İƏD üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Ağtala kənd sakini kimi tanıyır. Aralarında hər hansı yaxın münasibət, düşmənçilik və ya ədavət olmamışdır. xx xxx 2018-ci il tarixdə, saat 10:30 radələrində işdə olduğu zaman Xaçmaz rayon polis şöbəsinin əməkdaşları ona bildirmişlər ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirmək istəyirlər. Polis əməkdaşları ondan keçiriləcək baxışda hal şahidi kimi iştirak etməyini xahiş etmişlər. O, polis əməkdaşları ilə razılaşaraq Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısına gəlmişdir. Hal şahidi kimi ondan başqa ünvan 2 kimi tanıdığı Şahid6 da dəvət edilmişdir. Polis əməkdaşları ilə birlikdə Xaçmaz rayon İcra Hakimiyyəti Xaçmaz mənzil istismar idarəsinin aqronomu kimi tanıdığı X3 da orada olmuşdur. Polis əməkdaşları tərəfindən əvvəlcədən onlara, yəni hal şahidlərinə və aqronom-mütəxəssisə qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Onlar Təqsirləndirilən şəxs dəvəti ilə polis əməkdaşları ilə birlikdə onun həyətinə daxil olmuşlar. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsinin evin arxa tərəfinə düşən hissəsində narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bitkilər narkotik tərkibli çətənə bitkiləridir, o, qurudulmuş marixuana əldə etmək məqsədilə bu bitkiləri özünün istifadəsi üçün əkərək qulluq göstərmişdir. X10 həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini, yəni, onların diblərinin yumşaldıldığını, su verilərək nəm halına gətirildiyini və alaq otlarından təmizləndiyni, əkildiyi torpağın tərkibində çürüntü olmasını, bu torpaqda narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi üçün tam əlverişli münbit şəraitin olmasını bildirərək bu barədə rəy vermişdir. Baxış zamanı orada olan Təqsirləndirilən şəxs həyat yoldaşı X9 və oğlu Şahid1 polis əməkdaşlarına aşkar edilmiş həmin bitkilərdən xəbərləri olmadıqlarını və bu bitkiləri görmədiklərini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsindən aşkar edilmiş çətənə bitkisə oxşar bitkilər sayılmış və onların ümumilikdə 109 (yüz doqquz) ədəd olması müəyyən edilmişdir. Həmin 109 (yüz doqquz) ədəd bitki polis əməkdaşları tərəfindən qablaşdırılıb möhürlənərək götürülmüşdür. Özünü Xaçmaz rayon polis şöbəsinin müstəntiqi kimi təqdim edən Elxan adlı polis əməkdaşı tərəfindən baxış keçirilməsi və həmin bitkilərin aşkar edilərək maddi sübut kimi götürülüb qablaşdırılması barədə protokol tərtib edilmişdir. X7 rəyi protokola əlavə edilmişdir. Protokol ucadan oxunmuş, protokolun məzmunu olduğu kimi yazıldığı üçün əvvəlcə Təqsirləndirilən şəxs, daha sonra o da daxil olmaqla digər iştirakçılar protokola və maddi sübut kimi götürülmüş çətənə bitkilərinin qablaşdırmasının üzərinə imza etmişlər (cild 1, iş vərəqə 87-90). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid6 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, Şahid5 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir(cild 1, iş vərəqə 91-94). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2018-ci il tarixli, 13440 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “...Təqsirləndirilən şəxs evinin həyətindən aşkar edilərək götürülmüş ...” sözləri yazılmış kağız bağlamada 109 (yüz doqquz) ədəd yaş vəziyyətdə ümumi çəkisi 5270 qram (5 kq 270 qram) olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən tədqiqata təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir (Qeyd: çətənə (kannabis) bitkilərinin ümumi təmiz çəkisi 5270 qram, tədqiqata sərf edildi 2,18 qram (hər bitkidən 0,02 qram götürüldü), qalıq 5267,82 qram, cild 1, iş vərəqə 42-44). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx xxxx 2018-ci il tarixli, 1108 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisinin preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 120-121). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki,Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş 109 (yüz doqquz) ədəd yaş vəziyyətdə ümumi çəkisi 5270 qram (5 kq 270 qram) olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri x xxxx 2018-ci il tarixli qərarla maddi sübut qismində tanınmış və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 5267,82 qramı saxlanılması Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir (cild 1, iş vərəqə 81-82). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin x xxxxxx 2014-cü il tarixli qərarı ilə cəzası 1 (bir) il 6 (altı) ay müddətə endirilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin x xxxxxx 2014-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi olan 3 (üç) ay 7 (yeddi) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur (cild 1, iş vərəqə 95-96; 129-136). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs hazırkı cinayəti cəzasını çəkib qurtardıqdan 2 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 83.4-cü maddələrinin tələblərinə əsasən onun məhkumluğu ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs şəkərli diabet xəstəsidir (cild 1, iş vərəqə 100-101). Məhkəmə, Təqsirləndirilən şəxs şəkərli diabet xəstəsi olmasını, törətdiyi cinayət əməlini etiraf etməsini və səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən cinayətlərin təsnifatına görə “ağır” cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir Bundan başqa, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxx 2018-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 67-68). Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni xx xxx 2018-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə, həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 89 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş 109 (yüz doqquz) ədəd yaş vəziyyətdə tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi çəkisi 5267,82 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx xxx 2018-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 89 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş 109 (yüz doqquz) ədəd yaş vəziyyətdə tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi çəkisi 5267,82 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhv edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Azad Məcidov Zeynal Ağayev Düzdür Sədrlik edən hakim Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-902/2018
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-902/2018
25.09.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver