Məhkəmə qərarları › İş №1(101)-902/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-902/2020

22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-902/2020 22.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X19 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi4 və Müdafiəçi3 iştirakı, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 (mülki iddiaçı), Zərərçəkmiş şəxs3 və X3, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 (mülki iddiaçı) və X3 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 3 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxxx 1989-cu il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olmuş, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdam rayonunun Abdunlu kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Məhəmmədi kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxxxxxx 1990-cı il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olmuş, orta təhsilli, əvvəllər məhkum olunmuş (Füzuli hərbi məhkəməsinin xx xxxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2, 182.2.3, 332.2.1, 332.2.3 və 150.2.1-ci maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş) və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 41-də qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2, xx xxxxxx 1994-cü il tarixdə Qazaxıstan Respublikasının Zelenovsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olmuş, orta təhsilli, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Ağtala kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Anaşkin 1 küçəsində nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5 və 326.2-ci maddələri təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq yaşayış sahəsinə girməklə silah qismində əşyalardan istifadə etməklə hücuma məruz qalmış zərərçəkmiş şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək özgənin xeyli miqdarda əmlakını ələ keçirib quldurluq etmiş və vətəndaşın şəxsiyyət vəsiqəsini və pasportunu talamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək özgənin əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə olunan əşyalarla silahlanaraq tanınmamaq üçün idman papağından düzəldilmiş maskaları üzlərinə, əlcəkləri isə əllərinə keçirərək x xxxxxx 2020-ci il tarixdə saat 8 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı yaşayış sahəsi olan nömrəsiz fərdi evin həyətinə açıq vəziyyətdə olan qapıdan qanunsuz daxil olmuş, bundan sonra cinayət törədilməsi üçün aralarında bölünmüş rollara əsasən Təqsirləndirilən şəxs3 hamam otağının açıq vəziyyətdə olan nəfəsliyindən yaşayış sahəsi olan evə qanunsuz olaraq girib bağlı vəziyyətdə olan evin giriş qapısını açmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin qapıdan qanunsuz olaraq evə girdikdən sonra hər üçü həmin vaxt evin yataq otağında yatmış vəziyyətdə olan hücuma məruz qalmış ev sahibi Zərərçəkmiş şəxs1ın bacısı qızı X4 yuxudan oyadaraq ona qarşı həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın etməklə Rəfael Haşımov üzərində olan oyuncaq tapançanı, Təqsirləndirilən şəxs2 üzərində olan bıçağı, Təqsirləndirilən şəxs1 isə üzərində olan dəmir parçasını nümayiş etdirməklə Təqsirləndirilən şəxs1 əli ilə İradə Haşımovanın boğaz nahiyəsindən sıxaraq sonuncuya boynun sıyrıqları, sağ saidin nöqtəşəkilli qansızması ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğuna görə dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməkləhədə-qorxu gələrək evdə olan qiymətli əşya və pulların yerini deməsini tələb etmiş, lakin sonuncu onlara heç bir məlumat vermək iqtidarında olmadığını deyərək ev sahibi olan Zərərçəkmiş şəxs1 digər yataq otağında yatdığını bildirmiş, bundan sonra İradə Haşımova Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 istəyi ilə Zərərçəkmiş şəxs1 yatdığı otağa keçərək sonuncunu yuxudan oyatmış, bunun ardınca Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Xatirənin yataq otağına daxil olaraq Təqsirləndirilən şəxs2 silah qismində istifadə olunan bıçaq, Təqsirləndirilən şəxs3 silah qismində istifadə olunan oyuncaq tapança, Təqsirləndirilən şəxs1 isə silah qismində istifadə olunan metal parçası ilə hədə-qorxu gələrək Zərərçəkmiş şəxs1 qiymətli əşya və pul tələb etmiş, bu zaman Zərərçəkmiş şəxs1 yaşadığı evdə heç bir qiymətli əşya və ya pul olmadığını bildirsə də, onlar evi axtarmış və Təqsirləndirilən şəxs3 yataq otağında olan şifonerin içərisindən 1 ədəd şifrə ilə kilidlənmiş seyf tapmış, X13 Fətullayevadan seyfin şifrəsini deməsini tələb etmiş, lakin sonuncu seyfin şifrəsini demədiyi üçün Təqsirləndirilən şəxs2 seyfin şifrəsini əldə etmək məqsədi ilə əlləri və ayaqları ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı zərbələr vuraraq sonuncuya sol gözün bayır bucağının, sol və sağ almacıq nahiyəsinin, sağ saidin sıyrıqları, sol almacıq nahiyəsinin qançırı, ağzın selikli qişasının qansızması ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğuna görə dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, buna baxmayaraq Zərərçəkmiş şəxs1 seyfin şifrəsini deməyərək onlara bunun əvəzində 1.000 manat pul verməsini və seyfi aparmayaraq yaşadığı evi tərk etmələrini təklif etmiş, lakin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onun təklifi ilə razılaşmamış və Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 yerə yıxdığı Zərərçəkmiş şəxs1 sinəsi üstündə oturaraq müqavimətini qırmış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə yapışqanlı lent, parça kəsiyi və elektrik uzadıcısı ilə Zərərçəkmiş şəxs1 əllərini bağlamış, bunun ardınca Təqsirləndirilən şəxs3 İradə Haşımovanın da əllərini yapışqanlı lent vasitəsi ilə bağladıqdan sonra 1 ədəd seyfi götürüb evi tərk edərək Təqsirləndirilən şəxs1 məxsus Təqsirləndirilən şəxs3 idarə etdiyi “Mercedes-Benz E 270 CD minik” markalı **-GJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi kəndinin çöllük sahəsinə gəlmiş və orada Təqsirləndirilən şəxs1 metal parçası ilə seyfi sındırmış və nəticədə 1 ədəd hündürlüyü 20 sm, 20x31 sm qabarit ölçülü, qiyməti 90 manat olan metal seyfi içərisində olan həmin tarixə məzənnəsi 35.700 manat olan 21.000 ABŞ dollarını; 360 manat nağd pulu, 1 ədəd qiyməti 505 manat olan üzərinə 585 əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 8,41 qram, qaşları qiymətli daşlara aid olmayan, sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan qolbağı; 1 ədəd qiyməti 617 manat olan, üzərinə 14 K əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 10,29 qram, qaşları qiymətli daşlara aid olmayan sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşlan olan kulonlu boyunbağını; 1 ədəd qiyməti 218 manat olan, üzərinə 585 əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 3,63 qram, qaşları qiymətli daşlara aid olmayan sarı rəngli metaldan, mələk formalı, üzərində ağ şəffaf qaşları olan kulonlu boyunbağını; 1 ədəd qiyməti 382 manat olan, üzərinə 585 əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 6,37 qram, qaşlan qiymətli daşlara aid olmayan sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzüyü; 1 ədəd qiyməti 438 manat olan, metalı 583 əyarlı qızıla uyğun, çəkisi 7,30 qram, qaşları qiymətli daşlara aid olmayan sarı rəngli metaldan, üzərində 1 ədəd yaşıl, 1 ədəd açıq yaşıl və ağ şəffaf qaşları olan üzüyü; 1 ədəd qiyməti 77 manat olan, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 1,29 qram, qaşları qiymətli daşlara aid olmayan sarı-gümüşü rəngli metaldan, üzərində D hərfi və ağ şəffaf qaşları olan kulonu; 1 ədəd qiyməti 236 manat olan üzərində 585 əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 3,94 qram, üzərində sarı və gümüşü rəngli kürə formalı elementləri olan üzüyü; 1 cüt qiyməti 565 manat olan 585 əyarlı, ümumi çəkisi 9,42 qram olan sırğa dəstini; 1 ədəd 585 əyarlı qiyməti 1.800 manat olan qızıl kişi boyunbağısını; hər birinin qiyməti 500 manat olmaqla ümumilikdə qiyməti 1.000 manat olan 2 ədəd 585 əyarlı qızıl qolbağını; 1 ədəd qiyməti 350 manat olan 585 əyarlı qızıl klonu; hər birinin qiyməti 300 manat olmaqla ümumilikdə qiyməti 600 manat olan 2 ədəd 585 əyarlı qızıl qadın üzüyünü; hər birinin qiyməti 300 manat olmaqla ümumilikdə qiyməti 600 manat olan 2 cüt 585 əyarlı qızıl sırğa dəstlərini; 1 ədəd qiyməti 110 manat olan “Samsung Galaxy J5” markalı mobil telefonu; 1 ədəd qiyməti 15 manat olan “Fly FF 188” markalı mobil telefonu; 1 ədəd qiyməti 150 manat olan “Samsung Prime” markalı telefonu; 1 ədəd dəyəri 30 manat olan sadə “Samsung” markalı mobil telefonu, eləcə də evin içərisində quraşdırılmış 1 ədəd qiyməti 400 manat olan videokameranın blokunu, ümumilikdə 44.243 manat məbləğində, yəni xeyli miqdarda özgənin əmlakını və pullarını ələ keçirib quldurluq etmiş və tamah məqsədi ilə ələ keçirdikləri seyfin içərisindəki rəsmi sənədlər olan Zərərçəkmiş şəxs1 məxsus AZE 09482572 nömrəli şəxsiyyət vəsiqəsini və P4360104 nömrəli xarici pasportu, Zərərçəkmiş şəxs1 övladı Zərərçəkmiş şəxs3 məxsus AZE 14999914 nömrəli şəxsiyyət vəsiqəsini və P5219658 nömrəli xarici pasportu talamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5 və 326.2-ci maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ilə qədər Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən Xəzər sanatoriyasında yaşamışdır. Sərxanla da Buzovna qəsəbəsində tanış olmuşdur. Sərxanla bir yerdə olduqları vaxt sonuncu bildirmişdir ki, Buzovna qəsəbəsində yaşayan Vüqar adlı şəxs özünə məlum olan evdən birlikdə oğurluq edərək əldə olunan pulları birlikdə bölməyi təklif edir. Bundan sonra o, Sərxanla birlikdə Vüqarla görüşmüş və Vüqarın özünə məxsus “Vaz 2107” markalı **-LS-*** qeydiyyat nömrəli avtomobili ilə quldurluq edəcəkləri Zərərçəkmiş şəxs1 yaşadığı küçəyə getmiş və Vüqar Xatirənin yaşadığı evi Sərxana göstərərək bildirmişdir ki, “sənə dediyim ev bu evdir”. Bir neçə gün sonra Sərxanla danışaraq razılaşmışlar ki, Vüqarı yaxşı tanımırlar və ona etibar etmək olmaz. Buna görə də Vüqarla həmin cinayəti törətməkdən imtina etmiş və bir daha Vüqarla əlaqə saxlamamışlar. Həmin cinayəti Rafael adlı tanışları ilə bir yerdə törətməyə qərar vermişlər. Rafael ilə Sərxanla ortaq tanıdıqları Elşən adlı şəxsin yanında olarkən tanış olmuşlar. Belə ki, Rafael Elşənin yanında işləmişdir. x xxxxxx 2020-ci il tarixdə Sərxanla birlikdə Rəfail ilə görüşmüş və pul üçün evə girəcəklərini Rafaelə bildirmişlər. Rafaelə onlarla birlikdə həmin evə girməyi təklif etmiş və Rafael pula ehtiyacı olduğu üçün onlarla razılaşmışdır. x xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsində kanalın yanından “Mercedes” markalı avtomobili ilə Sərxanı götürmüşdür. Bundan sonra onlar birlikdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə gedərək Rafaeli yaşadığı evdən götürmüşlər. Rafael evdən gələrkən özü ilə armatur parçası götürmüşdür. Bundan sonra Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivinə getmişlər. Gecə ərzində 2-3 dəfə girəcəkləri evin yanından keçmişlər. Onlar əvvəlcədən evdə olan qızın işə gedəcəyini bildiklərindən səhərin açılmasını gözləmişlər ki, qız evdən çıxıb işə getsin. Həmin vaxt ərzində onlar avtomobildə olan bıçaqla əvvəlcədən özləri ilə götürdükləri papaqların ağız və göz hissələrini kəsərək özlərinə maska düzəltmişlər. Həmçinin Sərxanda oyuncaq tapança da olmuşdur. x xxxxxx 2020-ci il tarixdə artıq saat 5 radələrində quldurluq üçün girəcəkləri evin təxminən 30 metr məsafəsində avtomobili saxlamış və səhərin açılmasını gözləmişlər. Saat 8 radələrində həmin evdən bir nəfər qız çıxmış, Rafael avtomobili işə salmış və onlar qızın arxasınca getmişlər. Onlar həmin qızın dayanacaqda avtobusa mindiyinə əmin olduqdan sonra geriyə qayıtmış və Rafael avtomobili evin yaxınlığında saxlamışdır. Onlar avtomobilin içərisində maskalarını taxmış, bundan sonra evin darvazasına yaxınlaşaraq qapı açıq olduğu üçün içəriyə keçmişlər. Evin giriş qapısını yoxlamış və qapının bağlı olduğunu görmüşlər. Evin pəncərələrində dəmir barmaqlıqlar olmuş, yalnız hamam otağının nəfəsliyində dəmir barmaqlıq olmuşdur. Rafael nəfəslikdən içəriyə daxil olmuş və qapını içəridən açmışdır. Evə daxil olarkən onun əlində armatur parçası, Sərxanın əlində bıçaq, Rafaelin əlində isə oyuncaq tapança olmuşdur. Onlar evə daxil olmuş və qonaq otağından sağ hissədə yerləşən otağa keçmişlər. Həmin otaqda bir nəfər qız yatırmış və həmin qızın qışqırmaması üçün əlləri ilə qızın ağzını tutmuş və qız ayılmışdır. Onlar qıza evə pul üçün gəldiklərini demiş və evdə kimin olmasını soruşmuşlar. Həmin qız xalasının digər otaqda olduğunu bildirmişdir. Onlar qıza otağa gedərək xalasından pulların yerini soruşmağını demişlər. Həmin qız xalası yatan otağa keçmiş və dərhal xalası otağın işığını yandırarkən onları görmüşdür. Onlar dərhal otağa keçib sakit durmalarını bildirmişlər. Həmin qadından pulların yerini soruşsalar da, qadın onlara pulu olmadığını bildirmiş və içərisində məbləği yadında qalmayan pul olan balaca qab çıxararaq başqa pulunun olmadığını demişdir. Onlar otağı axtarmağa başlamış və Rafael otaqda olan şifonerin orta hissəsindən seyfi tapmış və birlikdə seyfi sökmüşlər. Bundan sonra Sərxan qadından seyfin şifrəsini soruşmuş və qadının sifət nahiyəsindən 2 şillə vurmuşdur. Bundan sonra qadını tutub saxlamış, Sərxanla Rafael isə qadının əllərini və ayaqlarını skoçla bağlamışlar. Həmçinin skoçun üstündən yastığın parçası və elektrik uzadıcısının şunuru ilə qadının əl və ayaqlarını bağlamışlar. Bundan sonra seyfi qucağına almış və otaqdan çıxmışlar. Rafael isə qızın əlini skoçla bağlamışdır. Evdən çıxarkən Rafael qonaq otağında quraşdırılmış videokameranın yaddaş aparatını söküb özü ilə götürmüşdür. Onlar seyfi avtomobilə qoymuş və Rafael avtomobili Məhəmmədi qəsəbəsinə sürmüşdür. Orada kanalın qırağında avtomobili saxlamış və həmin seyfi dəmir parçası ilə sındırmışlar. Bundan sonra seyfin içərisindəki pulu və qızılları Sərxan götürmüşdür. Seyfin içərisindən çıxan 4 ədəd mobil telefonu Rafael sındıraraq yol kənarına atmışdır. Seyfin içərisindən çıxan sənədləri, quldurluq etdikləri evdən götürdükləri video yaddaş qurğusunu, istifadə etdikləri oyuncaq tapançanı, armatur parçasını, maskaları və əlcəkləri seyflə birlikdə çöllük əraziyə atmışlar. Bundan sonra avtomobilə əyləşmiş və Məhəmmədi qəsəbəsində yaşadıqları evin yaxınlığına getmişlər. Yolda olarkən Sərxan Rafaelə 5.500 ABŞ dolları, 115 manat pul və bir qədər qızıl-zinət əşyalarından vermişdir. Məhəmmədi kəndində yerləşən “Araz” marketin yaxınlığında Rafael avtomobildən düşüb getmişdir. Bundan sonra Sərxan ona 6.600 ABŞ dolları, 1 ədəd qızıl qolbağ, 2 ədəd qızıl üzük və 1 ədəd kulonlu boyunbağı vermiş və ona çatanların bunlar olduğunu bildirmişdir. Yerdə qalan pulları və qızılları Sərxan özü ilə götürmüş və sonra evlərinə getmişlər. x xxxxxx 2020-ci il tarixdə isə polis əməkdaşları yaşadığı Məhəmmədi qəsəbəsinə gəlmiş və baş vermiş hadisə ilə bağlı onu Polis Şöbəsinə aparmışlar. Quldurluq etdikləri evi Vüqar onlara göstərmişdir. Rafael və Sərxan da onunla birlikdə evə girmişlər. Evdə iki qadın olmuşdur. Evə daxil olan zaman evdə heç kimin olmadığını fikirləşmişlər. Seyfdən pul, qızıl-zinət əşyaları, telefonlar və sənədlər çıxmışdır. Seyfdən çıxan pul və qızıl-zinət əşyalarını öz aralarında bölüşdürmüşlər. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5 və 326.2-ci maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, İlqar əvvəllər Buzovna qəsəbəsində yaşadığından onunla münasibəti yaranmışdır. Buzovna qəsəbəsində yaşayan Vüqar adlı tanışı ilə bir yerdə olduqları zaman Vüqar ona bir nəfər tanıdığının evində yaxşı pulunun olduğunu bildirmişdir. Vüqar ona təklif etmişdir ki, həmin tanıdığı evdən birlikdə oğurluq edərək əldə olunan pulları birlikdə bölsünlər. İlqarla söhbət edən zaman ona Buzovnada evin olduğunu və Vüqarın həmin evdən birlikdə oğurluq edərək əldə olunan pulları birlikdə bölməyi təklif etdiyini demişdir. Bundan sonra İlqarla birlikdə Vüqarla görüşmüş və Vüqar özünə məxsus “Vaz 2107” markalı **-LS-*** qeydiyyat nömrəli avtomobil ilə oğurluq edəcəkləri Zərərçəkmiş şəxs1 yaşadığı küçəyə getmişlər və Vüqar Xatirənin yaşadığı evi ona göstərərək bildirmişdir ki, “sənə dediyim ev bu evdir”. Bir neçə gün sonra İlqarla danışaraq razılaşmışlar ki, Vüqarı yaxşı tanımırlar və Vüqara etibar etmək olmaz. Buna görə də Vüqarla həmin cinayəti törətməkdən imtina etmiş və bir daha Vüqarla əlaqə saxlamamışlar. Həmin cinayəti Rafael adlı tanışları ilə bir yerdə törətməyə qərar vermişlər. Rafael ilə İlqarla ortaq tanıdıqları Elşən adlı şəxsin yanında olarkən tanış olmuşlar. Belə ki, Rafael Elşənin yanında işləmişdir. x xxxxxx 2020-ci il tarixdə İlqarla birlikdə Rafael ilə görüşmüş və pul üçün evə girəcəklərini Rafaelə bildirmişlər. Rafaelə onlarla birlikdə həmin evə girməyi təklif etmişlər və Rafael pula ehtiyacı olduğu üçün razılaşmışdır. x xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində İlqar Xəzər rayonu, Buzovna qəsəbəsində kanalın yanından öz “Mercedes” markalı avtomobili ilə onu götürmüş, bundan sonra onlar birlikdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə gedərək Rafaeli yaşadığı evdən götürmüşlər. Rafael evdən gələrkən özü ilə armatur parçası götürmüşdür ki, hər ehtimaldan hadisə zamanı onlara lazım olar. Bundan sonra Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivinə getmişlər. Gecə ərzində 2-3 dəfə girəcəkləri evin yanından keçmişlər. Onlar əvvəlcədən evdə olan qızın işə gedəcəyini bildiklərindən səhərin açılmasını gözləmişlər ki, qız evdən çıxıb işə getsin. Həmin vaxt ərzində İlqarın avtomobilində olan bıçaqla əvvəlcədən özləri ilə götürdükləri papaqların ağız və göz hissələrini kəsərək özlərinə maska düzəltmişlər. x xxxxxx 2020-ci il tarixdə artıq saat 5 radələrində girəcəkləri evin təxminən 30 metr məsafəsində avtomobili saxlamış və səhərin açılmasını gözləmişlər. Avtomobildə sükan arxasında Rafael əyləşmişdir. Saat 8 radələrində həmin evdən bir nəfər qız çıxmış, Rafael avtomobili işə salmış və onlar qızın arxasınca getmişlər. Onlar həmin qızın dayanacaqda avtobusa mindiyinə əmin olduqdan sonra geriyə qayıtmışlar. Rafael avtomobili evin yaxınlığında saxlamışdır. Onlar avtomobilin içərisində maskalarını taxmışlar. Bundan sonra evin darvazasına yaxınlaşmış və qapı açıq olduğu üçün içəriyə keçmişlər. Evin giriş qapısını yoxlamış və qapının bağlı olduğunu görmüşlər. Evin pəncərələrində dəmir barmaqlıqlar olmuş, yalnız hamam otağının nəfəsliyində dəmir barmaqlıq olmamışdır. Rafael nəfəslikdən içəriyə daxil olmuş və qapını içəridən onlar üçün açmışdır. Evə daxil olarkən İlqarın əlində armatur parçası, onun əlində bıçaq, Rafaelin əlində isə oyuncaq tapança olmuşdur. Onlar evə daxil olmuş və qonaq otağından sağ hissədə yerləşən otağa keçmişlər. Həmin otaqda bir nəfər qız yatmışdır. Həmin qızın qışqırmaması üçün İlqar əlləri ilə qızın ağzını tutmuş və qız ayılmışdır. Onlar qıza evə pul üçün gəldiklərini bildirmiş və evdə kimin olmasını soruşmuşlar. Həmin qız xalasının digər otaqda olduğunu bildirmişdir. Onlar qıza otağa gedərək xalasından pulların yerini soruşmağını demişlər. Həmin qız xalası yatan otağa keçmiş və dərhal xalası otağın işığını yandırarkən onları görmüşdür. Onlar dərhal otağa keçib sakit durmalarını bildirmişlər. Onlar həmin qadından pulların yerini soruşsalar da, qadın onlara pulu olmadığını bildirmiş və içərisində məbləği yadında qalmayan pul olan balaca qab çıxararaq başqa pulunun olmadığını demişdir. Onlar otağı axtarmağa başlamış və Rafael otaqda olan şifonerin orta hissəsindən seyfi tapmış və İlqarla birlikdə seyfi sökmüşlər. Bundan sonra qadından seyfin şifrəsini soruşmuşlar. Həmin qadın seyfin şifrəsini deməmiş və qışqıraraq onun üzərinə gəldikdə o, əli ilə qadının sifət nahiyəsindən itələmişdir. Bundan sonra İlqar qadını tutub saxlamış, o, Rafael ilə qadının əllərini və ayaqlarını skoçla bağlamış, sonra skoçun üstündən yastığın parçası və elektrik uzadıcısının şunuru ilə qadının əl və ayaqlarını bağlamışlar. Bundan sonra İlqar seyfi qucağına almış və onunla birlikdə otaqdan çıxmışdır. Rafael isə qızın əlini skoçla bağlamışdır. Evdən çıxarkən Rafael qonaq otağında quraşdırılmış videokameranın yaddaş aparatını söküb özü ilə götürmüşdür. Onlar seyfi avtomobilə qoymuş və Rafael avtomobili Məhəmmədi qəsəbəsinə sürmüşdür. Orada kanalın qırağında avtomobili saxlamışlar. Həmin seyfi İlqar dəmir parçası ilə sındırmışdır. Bundan sonra seyfin içərisindəki pulları İlqar, qızılları isə o götürmüşdür. Seyfin içərisindən çıxan 4 ədəd mobil telefonu Rafael sındıraraq yol kənarına atmışdır. Seyfin içərisindən çıxan sənədləri, evdən götürdükləri video yaddaş qurğusunu, istifadə etdikləri oyuncaq tapançanı, armatur parçasını, maskaları və əlcəkləri seyflə birlikdə çöllük əraziyə atmışlar. Bundan sonra avtomobilə əyləşmiş və Məhəmmədi qəsəbəsində İlqarın yaşadığı evin yaxınlığına getmişlər. Yolda olarkən 5.500 ABŞ dolları, 115 manat pul və bir ovuc qızılzinət əşyalarını Rafaelə vermişdir. Məhəmmədi kəndində yerləşən “Araz” marketin yaxınlığında Rafael avtomobildən düşüb getmişdir. Bundan sonra o, həmin puldan 2.200 ABŞ dolları, 1 ədəd boyunbağı, 1 ədəd üzük, bir ədəd kulon və 1 ədəd tək sırğanı götürmüşdür. Yerdə qalan pullar və qızıllar isə İlqarda qalmışdır. Avtomobildən düşmüş və İlqarla danışmışdır ki, “axşam görüşək və pulların qalanını bölək”. Axşam İlqara zəng etmiş, lakin İlqarla görüşə bilməmişlər. x xxxxxx 2020-ci il tarixdə İlqarın tutulduğunu öyrənmişdir. Həmin gün polis əməkdaşları ona zəng edib polisə dəvət etmişlər. Rafaelə oğurluq etməyi onlar təklif etmişlər. Evdə olan qadının sifət nahiyəsindən itələmişdir. Evdə olan hər iki qadının əllərini bağlamışlar. Qadınlara heç bir xəsarət yetirməmişdir.Evə daxil olmaq üçün evdə yaşayan qızın işə getməsini gözləmişlər. Rafael evin qonaq otağında olan kameranın yaddaş kartını söküb götürmüşdür. Evdən götürdükləri seyfi dəmirlə sındırmışlar. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5 və 326.2-ci maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, x xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində İlqar ona zəng edib görüşmək istədiyini bildirmişdir. Həmin gün saat 14 radələrində Şüvəlan qəsəbəsində yerləşən çayxanada İlqar və Sərxan ilə görüşmüşdür. Onlar çay içərkən İlqar ona vəziyyətinin pis olduğunu və oğurluq etmək istədiklərini, onun da onlarla birlikdə oğurluq etməyini bildirdikdə o razılaşmışdır. Çünki, həmin vaxtlar onun da imkanı aşağı olduğu üçün pul lazım olmuşdur. İlqar ona Buzovna qəsəbəsində ev olduğunu və orada yaşayan qadının çoxlu pulunun olmasını bildirmişdir. x xxxxxx 2020-ci il tarixdə axşam saat 22 radələrində X17 məxsus “Mercedes” markalı avtomobil ilə Bakıxanov qəsəbəsində yaşadığı küçədən onu götürmüş və onlar Buzovna qəsəbəsinə oğurluq edəcəkləri evə getmişlər. Evdən çıxarkən özü ilə armatur parçası götürmüşdür ki, hər ehtimaldan lazım olar. Sərxanla İlqar həmin evi ona göstərmişlər. Onlar gecə ərzində 2-3 dəfə həmin evin ətrafında fırlanmış və səhərin açılmasını gözləmişlər. Həmin vaxt ərzində avtomobildə olan bıçaqla əvvəlcədən özləri ilə götürdükləri papaqların ağız və göz hissələrini kəsərək özlərinə maska düzəltmişlər. x xxxxxx 2020-ci il tarixdə saat 8 radələrində qapı açılmış və bir nəfər qız evdən çıxmışdır. Sükan arxasında o əyləşmiş, çünki İlqar avtomobili yaxşı idarə edə bilməmişdir. O, qızın arxası ilə avtomobili sürmüş və qızın avtobusa əyləşib getdiyini gördükdən sonra onlar həmin evə qayıtmışlar. O, avtomobili evin yaxınlığında saxlamışdır. Onlar avtomobilin içərisində maskalarını taxmışlar. Bundan sonra evin darvazasına yaxınlaşmış və qapı açıq olduğu üçün içəriyə keçmişlər. Evin giriş qapısını yoxlamış və qapının bağlı olduğunu görmüşlər. Evin pəncərələrində dəmir barmaqlıqlar olmuşdur. Yalnız hamam otağının nəfəsliyində dəmir barmaqlıq olmamışdır. Nəfəslikdən içəriyə daxil olmuş və qapını içəridən açmışdır. Evə daxil olarkən İlqarın əlində armatur parçası, Sərxanın əlində bıçaq, onun əlində isə oyuncaq tapança olmuşdur. Onlar evə daxil olmuş və qonaq otağından sağ hissədə yerləşən otağa keçmişlər. Həmin otaqda bir nəfər qız yatmışdır. Həmin qızın qışqırmaması üçün İlqar əlləri ilə qızın ağzını tutmuş və qız ayılmışdır. Onlar qıza evə pul üçün gəldiklərini demiş və evdə kimin olmasını soruşmuşlar. Həmin qız xalasının digər otaqda olduğunu bildirmişdir. Onlar qıza otağa gedərək xalasından pulların yerini soruşmasını demişlər. Həmin qız xalası yatan otağa keçmiş və dərhal xalası otağın işığını yandırarkən onları görmüşdür. Onlar dərhal otağa keçib sakit durmalarını bildirmişlər. Onlar həmin qadından pulların yerini soruşsalar da, qadın onlara pulu olmadığını bildirmiş və içərisində məbləği yadında qalmayan pul olan balaca qab çıxararaq başqa pulunun olmadığını bildirmişdir. Onlar otağı axtarmağa başlamış və otaqda olan şifonerin orta hissəsindən seyfi tapmış və İlqarla birlikdə seyfi sökmüşlər. Bundan sonra Sərxan qadından seyfin şifrəsini soruşmuş və qadının sifət nahiyəsindən vurmuşdur. Daha sonra İlqar qadının üstündə dayanıb qadını tutub saxlamış, o, Sərxanla qadının əllərini və ayaqlarını skoçla bağlamışdır. Həmçinin skoçun üstündən yastığın parçası və elektrik uzadıcısının şunuru ilə qadının əl və ayaqlarını bağlamışlar. İlqar seyfi qucağına almış və Sərxanla birlikdə otaqdan çıxmışdır. O isə qızın əlini skoçla bağlamış, evdən çıxarkən isə qonaq otağında quraşdırılmış videokameranın yaddaş aparatını söküb özü ilə götürmüşdür. Onlar seyfi avtomobilə qoymuş və o, avtomobili Məhəmmədi qəsəbəsinə sürmüşdür. Orada kanalın qırağında avtomobili saxlamışlar. Həmin seyfi İlqar dəmir parçası ilə sındırmışdır. Bundan sonra seyfin içərisində olan paketləri Sərxan götürmüşdür. Seyfin içərisindən 4 ədəd mobil telefon çıxmış və o, həmin telefonları sındıraraq yol kənarına atmışdır. Seyfin içərisindən çıxan sənədləri, həmin evdən götürdüyü video yaddaş qurğusunu, istifadə etdikləri oyuncaq tapançanı, armatur parçasını, maskaları və əlcəkləri seyflə birlikdə çöllük əraziyə atmışlar. Bundan sonra avtomobilə əyləşmiş və Məhəmmədi qəsəbəsinə İlqarın yaşadığı evin yaxınlığına getmişlər. Yolda olarkən Sərxan ona 5.500 ABŞ dolları və 115 manat pul verərək pulların 3 yerə bölündüyünü bildirmişdir. Məhəmmədi kəndində yerləşən “Araz” marketin yaxınlığında düşmüş və Bakıxanov qəsəbəsinə yaşadığı evə getmişdir. Bundan bir neçə gün sonra Sərxan ona zəng edib İlqarın tutulduğunu bildirmişdir. O da qorxmuş və gizlənmək üçün Xaçmaz rayonuna gedib orada gizlənmişdir. Ona evdən oğurluq etməyi İlqar və Sərxan təklif etmişdir. Evin hamamında olan nəfəslikdən evə daxil olub qapını açmışdır. Əldə etdikləri pulları və qızılları bölüşdürmüşdür. Evə daxil olan zaman üçü də masqa taxmışlar. Törətdiyim cinayət əməlindən peşmandır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onların təqsirləndirildikləri 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5 və 326.2-ci maddələri ilə nəzərdə cinayət əməllərini törətməkdə təqsirli olmaları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 etirafedici ifadələri, Təqsirləndirilən şəxs2 qismən etirafedici ifadəsi ilə yanaşı, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirildi. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, x xxxxxx 2020-ci il tarixdə səhər saat 8 radələrində qızı Mədinə evdən çıxaraq işə getmiş, o isə öz otağında yatmışdır. Həmin vaxt bacısı qızı İradə yanına gəlmiş və İradədən nə istədiyini soruşmaq üçün işığı yandıranda İradənin ağladığını görmüşdür. İradədən nə olduğunu soruşduqda o, sakitcə evdə başqa adamların olduğunu demişdir. O, neçə nəfərin evdə olduğunu soruşduqda İradə əli ilə 3 nəfər olduğunu bildirmişdir. O, zala baxdıqda 3 nəfər maskalı şəxsləri görmüş, həmin şəxslər otağa daxil olmuş və onlara pul lazım olduğunu bildirmişlər. Həmin şəxslərin hər üçünün başında maska olmuş və əllərinə əlcək geyinmişlər. Onlardan kök bədənlinin əlində ucu şiş formada təxminən 25-30 sm ölçüdə armatur parçası, orta bədənlinin əlində bıçaq, qıyıq gözlünün əlində isə tapança olmuşdur. O, həmin şəxslərə evdə pulun olmadığını bildirmişdir. Onlardan kök bədənli olanı əlindəki dəmir parçası ilə onu hədələyərək sakit qalmağını demişdir. Sonra onlar evi axtarmağa başlamışlar. Həmin şəxslər otaqda seyf olan şifonerə tərəf keçdikdə həmin şəxsləri yayındırmaq üçün şifonerin digər gözündən pul yığmaq üçün daxlı götürmüş və onlara verib demişdir ki, “içərisində 300 ABŞ dolları var, evdə bundan başqa pul yoxdur”. Həmin şəxslər evi yenidən axtarmağa başlamış və şifonerin orta gözündə olan seyfi tapmışlar. O, həmin şəxslərə yalvarmışdır ki, seyfə dəyməsinlər. Həmin pulların qızının cehizlik pulları olduğunu bildirmişdir. O, həmin şəxslərə seyfi qaytarmalarını və onlara 1.000 manat pul verəcəyini bildirmiş, lakin onlar razı olmamışlar. Onlardan dolu bədənli olanı ona təklif etmişdir ki, “seyfi aç, içindəki pulları yarı bölək”, lakin o, razı olmamışdır. Həmin şəxslər ondan seyfin şifrəsini istəmişlər. O, həmin şəxslərə təklif etmişdir ki, keçib mətbəxdə söhbət etsinlər. Onlardan ikisi otaqdan mətbəxə keçmək üçün çıxmış, lakin dolu bədənli onları geri qaytarmış və əlindəki bıçaqla onu vurmaq istəyərkən o, boynunu çəkmiş və bıçaq qapıya dəymişdir. Sonra həmin dolu bədənli yenə seyfin şifrəsini istəmişdir. O, şifrəni demədiyi üçün həmin şəxs onun sifətindən 2 dəfə zərbə vurmuş və o, yerə yıxılmış, yerdə olarkən həmin şəxs təpiklə qarnına da vurmuşdur. Bundan sonra kök bədənli sinəsinin üstündə oturmuşdur. Digər ikisi isə əlini və ayağını əvvəl skoçla, sonra isə skoçun üstündən yastığın parçası və elektrik uzadıcısının şunuru ilə əl və ayaqlarını bağlamışlar. Bundan sonra onlardan hansısa seyfi sökərək şifonerdən çıxarmışdır. Sonra həmin şəxslər onu yerdən qaldırıb otuzdurmuş və telefonlarını götürüb evin hamam otağına yığmışlar. Əvvəl otaqdan kök bədənli və dolu bədənli olan çıxmış, qıyıq gözlü isə İradənin əlini skoçla bağlamışdır. Onlar evdən çıxarkən hansısa qonaq otağındakı videogörüntünün yaddaş aparatını sökərək özü ilə götürmüşdür. İradənin əlləri boş bağlandığı üçün əlini açmış, mətbəxdən bıçaq götürüb onun ayaqlarını və əllərini açmışdır. O, dərhal həmin şəxslərin dalınca qaçmış, lakin onlar artıq getmişlər. Ona məxsus seyfin özü 150 manat dəyərində olmuşdur. Seyfin içərisində 21.000 ABŞ dolları və 360 manat pul, 1 ədəd 585 əyarlı dəyəri 1.800 manat olan qızıl kişi boyunbağı, 1 ədəd 585 əyarlı dəyəri 1.800 manat olan qadın üçün qızıl boyunbağı, hər birinin dəyəri 500 manat olan ümumilikdə dəyəri 1.500 manat olan 3 ədəd 585 əyarlı qızıl qolbağ, hər birinin dəyəri 300 manat olan ümumilikdə dəyəri 900 manat olan 3 cüt 585 əyarlı qızıl sırğa, hər birinin dəyəri 350 manat olan ümumilikdə dəyəri 700 manat olan 2 ədəd klon, 1 ədəd 585 əyarlı 250 manat dəyərində qızıl boyunbağı, 1 ədəd 1.600 manat dəyərində 585 əyarlı qızıl qadın üzüyü, 1 ədəd 585 əyarlı 450 manat dəyərində qadın üzüyü, hər birinin dəyəri 300 manat olan ümumilikdə dəyəri 900 manat olan 3 ədəd 585 əyarlı üzük olmuşdur. Bundan başqa seyfdə ona və qızı Mədinəyə məxsus şəxsiyyət vəsiqələri və xarici pasportlar da olmuşdur. Həmin şəxslər evdə qonaq otağından 400 manat dəyərində videokameranın blokunu götürmüşlər. Hadisə nəticəsində ona 46.510 manat maddi ziyan dəymişdir. Evə üç nəfər girmiş, hər üç nəfər maska taxmışdır. Onun və bacısı qızının əllərini bağlamışlar. Evə daxil olan şəxslər onlara yalnız pul lazım olduğunu bildirmişlər. Evindən aparılanlardan 6.500 ABŞ dolları və 2-3 ədəd qızıl-zinət əşyaları polis əməkdaşları tərəfindən ona qaytarılmışdır. 1.300 manat pul və 2-3 ədəd qızıl-zinət əşyaları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ailələri tərəfindən ona qaytarılmışdır. Təqsirləndirilən şəxslərə ən ağır cəza verilməsini və mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə xalası qızı İradə Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivində yerləşən yaşadıqları evə qonaq gəlmişdir. İradə ilə bir otaqda qalmışlar. Hər gün saat 7 radələrində evdən çıxaraq Buzovna qəsəbəsində yerləşən “Araz” marketə işə getmişdir. x xxxxxx 2020-ci il tarixdə səhər saat 7:05 radələrində işə getmək üçün evdən çıxmışdır. O, evdən çıxarkən iki qapı arxada gümüşü rəngli “Mercedes” markalı avtomobilin dayandığını görmüşdür. Avtobus dayanacağına gedərkən həmin avtomobilin işə salınıb arxasınca gəldiyini görmüşdür. Həyacanlanıb anasına zəng edərək qapını açıq qoyduğunu və qapını bağlamasını bildirmişdir. Bundan sonra dalandan çıxdıqda həmin avtomobil qabağında saxlamış, o isə yolunu dəyişib dayanacağa keçmişdir. Bundan sonra 107 nömrəli marşurut avtobusu gəlmiş və o, avtobusa minmişdir. “Araz” market tərəfdə düşüb yolu marketə tərəf keçmiş və həmin avtomobili yenə görmüşdür. Bundan təxminən 40 dəqiqə sonra evdən ona zəng gəlmiş və evərinə oğruların girdiyi ona məlum olmuşdur. Dərhal həyacanlı halda evə getmiş və yolda olarkən polisə hadisə barədə məlumat vermişdir. Evə getdikdən sonra hadisəni anası ona danışmışdır. Hadisə baş verən gün “Mercedes” markalı avtomobil onu izləmişdir. Təqsirləndirilən şəxslərə ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivində yaşayan xalası Xatirənin yaşadığı evə qonaq getmişdir. Həmin evdə xalası qızı Mədinə ilə bir otaqda yatmışdır. Mədinə hər gün saat 7 radələrində evdən çıxaraq Buzovna qəsəbəsində yerləşən “Araz” marketə işə getmişdir. x xxxxxx 2020-ci il tarixdə səhər saat 8 radələrində xalası qızı Mədinə işə getmiş, o da yenidən yatmışdır. Bir qədər keçmişdir ki, evdən tappıltı səsi gəlmiş və o, yuxudan qəflətən ayılmışdır. Həmin vaxt bir nəfər üzü maskalı adam qışqırmaması üçün əli ilə onun ağzını tutmuş, bir nəfər isə ayağını tutmuşdur. Onlardan başqa otaqda bir nəfər şəxs də olmuşdur. Onların hər üçünün başında maska, əllərində isə əlcək olmuşdur. O, qışqırmaq istədikdə ağzını tutan hündürboylu kök bədən quruluşlu olan şəxs boğazından da tutaraq onu boğmuş və o, huşunu itirmiş, bir az sonra isə ayılmışdır. Onlardan kök olanın əlində dəmir parçası, arıq olanın əlində tapança, dolu bədən quruluşlu və ortaboylu olanının əlində isə bıçaq olmuşdur. Əlində bıçaq olan dolu bədən quruluşlu şəxs ona bildirmişdir ki, “səsini çıxarsan bıçaqla səni vuracam”. Həmin şəxs bıçağı sinəsinə dirəmişdir. O, qorxusundan səsini çıxarmamışdır. Həmin şəxs evdə ondan başqa kimin olduğunu soruşduqda evdə xalasının olduğunu demişdir. Onlar pul üçün gəldiklərini bildirmişlər. O isə həmin şəxslərə pulun harada olduğunu bilmədiyini demişdir. Həmin şəxslər xalasının yanına gedib pul istəməyini demişlər. Bundan sonra o, xalası yatan otağa keçmişdir. Həmin şəxslər ona bir şey hiss etsələr ikisini də öldürəcəklərini bildirmişlər. Xalasının otağına keçdikdə xalası otağın işiğını yandırmış və onun ağladığını görmüşdür. Xalası ondan nə olduğunu soruşduqda sakitcə o, evdə başqa adamların olduğunu ona demişdir. Xalası neçə nəfər olduqlarını soruşduqda o, əli ilə ona 3 nəfər olduğunu demişdir. Xalası zala baxdıqda 3 nəfər maskalı şəxsləri görmüş və həmin şəxslər otağa daxil olub xalasına pul lazım olduğunu bildirmişlər. Xalası onlara evdə pulun olmadığını bildirmişdir. Bundan sonra həmin şəxslər evi axtarmağa başlamışlar. Həmin şəxslər otaqda seyf olan şifonerə tərəf keçdikdə xalası şifonerin digər gözündən pul yığmaq üçün daxlı götürmüş və onlara verib demişdir ki, “içərisində 300 ABŞ dolları var, evdə bundan başqa pul yoxdur”. Həmin şəxslər başqa şey axtardıqlarını bildirmişlər. Onlar evi yenidən axtarmağa başlamış və şifonerin orta gözündə olan seyfi tapmışlar. Həmin şəxslər seyfi görmüş və onlara belə bir şey lazımdır demişlər. Xalası onlara yalvarmışdır ki, seyfə dəyməsinlər. Xalası həmin pulların qızının cehizlik pulları olduğunu onlara bildirmişdir. Onlardan dolu bədən quruluşlu olanı xalasından seyfin şifrəsini soruşmuş, lakin xalası seyfin şifrəsini verməmişdir. Bundan sonra həmin dolu bədən quruluşlu olan xalasının sifət nahiyəsindən 2 dəfə yumruq zərbəsi vurmuşdur. Bundan sonra onlar xalasını yerə yıxıb əllərini və ayaqlarını əvvəlcə skoçla, sonra isə yastığın parçası və şunurla bağlamışlar. Xalası yenə qışqırmaq istədikdə onlardan dolu bədən quruluşlu və əlində bıçaq olanı xalasının bel nahiyəsindən təpiklə vurmuşdur. Bundan sonra həmin şəxslər onların telefonlarını götürüb evin hamam otağına yığmış, daha sonra da qonaq otağındakı kameranın yaddaş sistemini götürmüşlər. Həmin şəxslərdən xalasını vuran dolu bədən quruluşlu olanı təklif etmişdir ki, xalası seyfi açsın və seyfin içindəki pulları yarı bölsünlər, lakin xalası razı olmamışdır. Bundan sonra onlar otaqdan çıxmş, lakin arıq bədən quruluşlu olan onun əllərini bağlamış və sonra da çıxıb getmişlər. Əlləri boş bağlandığı üçün əlini açıb mətbəxə qaçaraq bıçaq götürüb xalasının ayaqlarını və əllərini açmışdır. Xalası dərhal onların dalınca qaçmış, lakin onlar artıq getmişlər. Bundan sonra xalası Mədinəyə, Mədinə də polisə xəbər vermişdir. Hadisəyə qədər həmin şəxsləri görməmişdir. Hadisə zamanı həmin şəxslər onun qoluna zərbə vurmuş, xalasına xəsarət yetirmişlər. Həmin şəxslər evdən getdikdən sonra hadisə barədə Mədinəyə xəbər vermişlər. Təqsirləndirilən şəxslərə ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarında olan x xxxxxx 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində nömrəsiz fərdi evdə baş vermişdir. Hadisə zamanı yaşayış evindən 4 ədəd parça kəsiyi, 8 ədəd yapışqanlı lent kəsiyi və 1 ədəd elektrik uzadıcısı götürülmüşdür (cild 1, iş vərəqə 5-13). Cinayət işinin materiallarında olan x xxxxxx 2020-ci il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes-Benz” markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin əlcək yuvasından 6.600 ABŞ dolları məbləğində nağd pul, 1 ədəd qızıl qolbağ, 2 ədəd qızıl üzük və 1 ədəd qızıl kulonlu boyunbağı aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqə 48-60). Cinayət işinin materiallarında olan x xxxxxx 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə əldə olunmuş 1 ədəd qızıl qolbağını, 2 ədəd qızıl üzüyü, 1 ədəd qızıl kulonlu boyunbağını və 1 ədəd metal seyfi nəzərdən keçirib bildirmişdir ki, həmin əşyalar ona məxsus olmaqla x xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yeni yaşayış massivində yerləşən yaşadığı evdə baş vermiş quldurluq hadisəsi zamanı quldurluq edən şəxslər tərəfindən seyfdə olan və ələ keçirilmiş əşyaların bir qismidir (cild 1, iş vərəqə 128-129). Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 “ifadələrinin yerində yoxlanılması” protokollarından görünür ki, onların hər biri ifadələrində göstərdikləri xüsusatları hadisə yerində bir daha əyani olaraq göstərərək təsdiq etmişdir (cild 1, iş vərəqə 90-95; 164-168; cild 2, iş vərəqə 55-60). Cinayət işinin materiallarında olan “üzləşdirmə” protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı deyərək təsdiq etmişlər (cild 1, iş vərəqə 257-258). Cinayət işinin materiallarında olan “üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs1 ifadələrində göstərdikləri xüsusatları birbirinin üzünə qarşı deyərək təsdiq etmişlər (cild 1, iş vərəqə 259-260). Cinayət işinin materiallarında olan “üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs1 ifadələrində göstərdikləri xüsusatları birbirinin üzünə qarşı deyərək təsdiq etmişlər (cild 1, iş vərəqə 261-262). Cinayət işinin materiallarında olan “üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 və Zərərçəkmiş şəxs1 ifadələrində göstərdikləri xüsusatları birbirinin üzünə qarşı deyərək təsdiq etmişlər (cild 2, iş vərəqə 159-160). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və Tədris Birliyinin x xxxxxx 2020-ci il tarixli 4 nömrəli məhkəmə-tibbi ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər - sol gözün bayır bucağının, sol və sağ almacıq nahiyəsinin, sağ saidin sıyrıqları, sol almacıq nahiyəsinin qançırı, ağzın selikli qişasının qansızması küt əşyanın (əşyalar) təsirindən törənmiş, törənmə müddəti onun məhkəmətibb müayinəsindən bir neçə saat əvvəl olmaqla qərarda göstərilən x xxxxxx 2020-ci il tarixə və şəraitə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğuna görə dərəcələri təyin edilməmişdir (cild 1, iş vərəqə 221-223). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və Tədris Birliyinin x xxxxxx 2020-ci il tarixli 5 nömrəli məhkəmə-tibbi ekspert rəyindən görünür ki, İ.C.Haşımovanın bədənində aşkar edilmiş xəsarətlər - boynun sıyrıqları, sağ saidin nöqtəşəkilli qansızması küt əşyanın (əşyalar) təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibb müayinəsindən bir neçə saat əvvəl olmaqla qərarda göstərilən x xxxxxx 2020-ci il tarixə və şəraitə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğuna görə dərəcələri təyin edilməmişdir (cild 1, iş vərəqə 225-226). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin x xxxx 2020-ci il tarixli 3637/3638 nömrəli kompleks materialların məhkəmə ekspertizası və məhkəmə iqtisad ekspertizasının rəyindən görünür ki, 1 ədəd sarı rəngli metaldan üzərində ağ şəffaf qaşları olan qolbağ üzərinə “585" əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 8,41 qramdır, qaşları qiymətli daşlara aid deyil - 505,0 manat; 1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan kulonlu boyunbağı üzərinə “14 K” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 10,29 qramdır, qaşları qiymətli daşlara aid deyil - 617,0 manat; 1 ədəd sarı rəngli metaldan, mələk formalı, üzərində ağ şəffaf qaşları olan kulonlu boyunbağı üzərinə “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 3,63 qramdır, qaşları qiymətli daşlara aid deyil - 218,0 manat; 1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzüyün üzərinə “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 6,37 qramdır, qaşları qiymətli daşlara aid deyil - 382,0 manat; 1 ədəd sarı rəngli metaldan, üzərində 1 ədəd yaşıl, 1 ədəd açıq yaşıl və ağ şəffaf qaşları olan üzük metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 7,30 qramdır, qaşları qiymətli daşlara aid deyil - 438,0 manat; 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində “D” hərfi və ağ şəffaf qaşları olan kulon metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 1,29 qramdır, qaşları qiymətli daşlara aid deyil - 77,0 manat; 1 ədəd sarı rəngli metaldan, üzərində sarı və gümüşü rəngli kürə formalı elementləri olan üzüyün üzərinə “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 3,94 qramdır - 236,0 manat; 1 ədəd sarı rəngli metaldan üzərində sarı və gümüşü rəngli kürə formalı elementləri olan sırğa tayının üzərinə “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 4,71 qramdır, qırıntı hesab olunur - 198,0 manat. Təqdim edilmiş məmulatların metalı 583/585 əyarlı qızıldan hazırlanmışdır, ümumi çəkisi 45,94 qramdır, qaşları qiymətli qaşlara aid deyil. Ekspertiza tədqiqatına təqdim olunmuş məmulatların x xxxxxx 2020-ci il üçün orta bazar qiyməti ilə 2.671,0 manat müəyyən edilmişdir (cild 2, iş vərəqə 72-73). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli tarixli 3690 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində Bakı şəhərində yerləşən ticarət mərkəzlərində, bazarlarda və təsərrüfat mallarının satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd hündürlüyü 20 sm, 20x31 sm qabarit ölçülü metal seyfin istismara yararlı olduğu halda işlənmiş vəziyyətdə x xxxxxx 2020-ci il tarixə köhnəlməsini nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 90,00 manat müəyyən edilmişdir (cild 2, iş vərəqə 76-78). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 x xxx 2020-ci il tarixli 845 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işinin materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs3 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşməmişdir. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 140-141). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin x xxxx 2020-ci il tarixli tarixli 9/2052 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, “Samsung Galaxsy J5” markalı mobil telefon-110 manat, “FLY FF 188” markalı mobil telefon 15 manat, “Samsung Prime” markalı mobil telefon-aydın deyil, sadə “Samsung” markalı mobil telefon aydın deyil. Ekspertiza təyini haqqında qərarda göstərilən istifadə olunmuş 2 adda mobil telefonların satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını nəzərə alaraq 2020-ci ilin yanvar ayına orta bazar qiymətilə ümumi dəyəri nəzəri qaydada təxminən 125,00 manat müəyyən edilmişdir. Digər 2 adda mobil telefon haqqında ətraflı məlumat (modeli, istehsal ili, texniki vəziyyəti və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır (cild 2, iş vərəqə 242-243). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin x xxxx 2020-ci il tarixli tarixli 9/2050 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1 cüt 585 əyarlı, ümumi çəkisi 9,42 qram olan sırğa dəstinin 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 565,00 manat müəyyən edilmişdir (cild 2, iş vərəqə 239). Cinayət işinin materiallarından görünür ki, maddi sübut kimi tanınmış 6.600 ABŞ dolları məbləğində nağd pul saxlanılması üçün qanuni sahibi Zərərçəkmiş şəxs1 təhvil verilmişdir (cild 1, iş vərəqə 130; 133-134). Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə əldə olunmuş 1 ədəd qızıl boyunbağını, 1 ədəd qızıl kulonu, 1 ədəd qızıl sırğa tayını və 1 ədəd qızıl üzüyü nəzərdən keçirib bildirmişdir ki, həmin əşyalar ona məxsus olmaqla x xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yeni yaşayış massivində yerləşən yaşadığı evdə baş vermiş quldurluq hadisəsi zamanı quldurluq edən şəxslər tərəfindən seyfdə olan və ələ keçirilmiş əşyaların bir qismidir. Zərərçəkmiş şəxs1 həmçinin bildirmişdir ki, həmin əşyaların içərisində olan qızıl sırğa tayı qeyd olunan quldurluq hadisəsi zamanı ona məxsus evdən götürülmüş 3 cüt sırğadan 1 cütünün bir tayıdır. Həmin sırğanın əldə olunmayan digər tayı da həmin tay formasında olmuşdur (cild 1, iş vərəqə 192-193). Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli qərarla 1.300 ABŞ dolları, 400 manat nağd pul, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl kulon, 1 ədəd qızıl tək sırğa və 1 ədəd qızıl üzük maddi sübut kimi tanınaraq 1.300 ABŞ dolları və 400 manat nağd pul saxlanılması üçün qanuni sahibi Zərərçəkmiş şəxs1 təhvil verilmişdir (cild 1, iş vərəqə 194-195). Cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə əldə olunmuş 7.900 (6.600+1.300) ABŞ dolları məbləğində nağd pul, 400 manat nağd pul, 1 ədəd qızıl qolbağ, 3 ədəd qızıl üzük, 1 ədəd qızıl kulonlu nazik boyunbağı, 1 ədəd qızıl kulonlu qalın boyunbağı, 1 ədəd qızıl kulon, 1 ədəd qızıl sırğa tayını və 1 ədəd seyf maddi sübut kimi tanınaraq qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılmışdır (cild 1, iş vərəqə 130; 194-195). Cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə əldə olunmuş 4 ədəd parça kəsiyi, 8 ədəd yapışqanlı lent kəsiyi və 1 ədəd elektrik uzadıcısı maddi sübut kimi tanınmış və saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir (cild 3, iş vərəqə 7-25). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 verilmiş tələbnamələrdən görünür ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar (cild 1, iş vərəqə 196-197). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Füzuli hərbi məhkəməsinin xx xxxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2, 182.2.3, 332.2.1, 332.2.3 və 150.2.1-ci maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqə 135; cild 2, iş vərəqə 220-236). Təqsirləndirilən şəxs2 törətdiyi həmin cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3 və 15.4-cü maddələrinin tələblərinə görə “az ağır” və “ağır” cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2 və 18.2.2-ci maddələrinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər ağır cinayət törətməyə görə məhkum olunmuş və cəzasını çəkib qurtardıqdan sonra 6 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2 və 18.2.2-ci maddələrinin tələblərinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs2 əməllərində cinayətlərin təhlükəli residivi mövcud olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrinin sanksiyasının yuxarı həddinin üçdə ikisindən az ola bilməz. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələbinə əsasən “böyük ictimai təhlükə törətməyən” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.1-ci maddələrinin tələblərinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residiv müəyyən edilən zamanı nəzərə alınmır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5 və 326.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Onlar həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin maddələrlə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 2 azyaşlı uşağı vardır (cild 2, iş vərəqə 134-135). Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməllərini etiraf etmələrini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onların cəzalarını yüngülləşdirən digər hal kimi nəzərə alır. Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 könüllü olaraq Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə gəlmişdir (cild 1, iş vərəqə 144). Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 quldurluq hadisəsi törətməsi nəticəsində əldə etdiyini bildirərək könüllü olaraq təqdim etdiyi 1.300 ABŞ dolları, 400 manat nağd pul, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl kulon, 1 ədəd qızıl tək sırğa və 1 ədəd qızıl üzük Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı Arzuman İsmayılov tərəfindən götürülmüşdür (cild 1, iş vərəqə 137-143). Məhkəmə Təqsirləndirilən şəxs2 könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinəəsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 1.300 ABŞ dollarını, 400 manat nağd pulu, 1 ədəd qızıl boyunbağını, 1 ədəd qızıl kulonu, 1 ədəd qızıl tək sırğanı və 1 ədəd qızıl üzüyü könüllü olaraq ibtidai istintaq orqanına təhvil verməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməllərində cinayətin təhlükəli residivi olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməllərində ağırlaşdırıcı hal olan cinayətlərin təhlükəli residivi olduğundan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin müddəaları tətbiq oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5 və 326.2-ci maddələri ilə tövsif etməklə yanaşı, onların həmin maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. İş materiallarında olan Xəzər rayon məhkəməsinin x xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli x xxxxxx 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 118-121). İş materiallarında olan Xəzər rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 188-191). İş materiallarında olan Xəzər rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır (cild 2, iş vərəqə 49-53). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2 və 15.4-cü maddələrinin tələbinə əsasən “böyük ictimai təhlükə törətməyən” və “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu gündən, yəni x xxxxxx 2020-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Təqsirləndirilən şəxs2 əməllərində cinayətlərin təhlükəli residivi mövcud olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməllərinə görə onlara qarşı 27.980 manat məbləğində maddi ziyan, 10.000 manat məbləğində mənəvi ziyan, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 38.010 manat məbləğində mülki iddia verərək mülki iddiaçı qismində tanınmışdır (cild 2, iş vərəqə 161-167). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Cinayət-Prosessual Məcəlləsinin 181.1 və 181.1.2-ci maddələrinə əsasən ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, cinayət mühakimə icraatında mülki iddia verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxxxx 2008-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və X15 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və Tədris Birliyinin x xxxxxx 2020-ci il tarixli 4 nömrəli məhkəmə-tibbi ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində sağlamlığa zərərvurmayan xəsarətlər müəyyən edilmişdir (cild 1, iş vərəqə 221-223). Yuxarıda şərh olunanları və qanunvericiliyin tələblərini nəzərə alıb məhkəmə hesab edir ki, 27.980 manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 28.010 manat məbləğində mülki iddia tam təmin edilərək, həmçinin mülki iddianın 10.000 manat məbləğində mənəvi ziyanla bağlı hissəsi 3.000 manat məbləğində qismən təmin edilərək cəmi 31.010 manata görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 10.337 manat alınaraq Zərərçəkmiş şəxs1 ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 284,50 manata görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 94,83 manat tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Xəzər rayon Polis İdarəsində saxlanılan 4 ədəd parça kəsiyi, 8 ədəd yapışqan lent kəsiyi və 1 ədəd elektrik uzadıcısı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməli, 7.900 ABŞ dolları məbləğində nağd pulun, 400 manat nağd pulun, 1 ədəd qızıl qolbağının, 3 ədəd qızıl üzüyün, 1 ədəd qızıl kulonlu nazik boyunbağının, 1 ədəd qızıl kulonlu qalın boyunbağının, 1 ədəd qızıl kulonun, 1 ədəd qızıl sırğa tayının və 1 ədəd seyfin zərərçəkmiş Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5 və 326.2-ci maddələri ilənəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5-ci maddələri ilə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli x xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5 və 326.2-ci maddələri ilənəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5 və 326.2-ci maddələri ilənəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5-ci maddəsi ilə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilsin və 31.010 manata görə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 10.337 manat alınaraq Zərərçəkmiş şəxs1 ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 284,50 manata görə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 94,83 manat tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Xəzər rayon Polis İdarəsində saxlanılan 4 ədəd parça kəsiyi, 8 ədəd yapışqan lent kəsiyi və 1 ədəd elektrik uzadıcısı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin, 7.900 ABŞ dolları məbləğində nağd pulun, 400 manat nağd pulun, 1 ədəd qızıl qolbağının, 3 ədəd qızıl üzüyün, 1 ədəd qızıl kulonlu nazik boyunbağının, 1 ədəd qızıl kulonlu qalın boyunbağının, 1 ədəd qızıl kulonun, 1 ədəd qızıl sırğa tayının və 1 ədəd seyfin zərərçəkmiş Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar