Məhkəmə qərarları › İş №1(101)-902/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-902/2021

05.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-902/2021 05.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxslərin hüquqi varisləri Zərərçəkmiş şəxs7, X3, X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.3 və 263.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 17 noyabr 2019-cu il tarixdə, saat 10:50 radələrində texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus « BMW 535» markalı ** RE *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, AZ 1046 ünvanında yerləşən «X34»in yaxınlığında Bakı-Mərdəkan yolunun 25 kilometrliyində yerləşən geriyə dönmə hissəsinin qarşısında üzü Mərdəkan qəsəbəsi istiqamətində 150 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin və həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələbələrinə uyğun olaraq nəqliyyat vasitələri icazə verilən maksimum hərəkət sürəti 120 km-dən çox olmayan sürətlə hərəkət etməli olduğu halda buna əməl etməyərək onunla istiqamətdə hərəkət edib geriyə dönmək üçün zolaqları dəyişən sürücü Zərərçəkmiş şəxs3 idarə etdiyi «VAZ 2105» markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşmuş ehtiyatsızlıqdan «VAZ 2105» markalı avtomobildə olan sərnişinlərdən Zərərçəkmiş şəxs4, X9, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 həyatları üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərər vuran bədən xəsarətləri yetirilməklə ölmələrinə səbəb olan, Zərərçəkmiş şəxs1 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan AZ AĞİR dərəcəli bədən xəsarətləri yetirməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 4-cü mikrorayon dairəsinin yaxınlığında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,836 qram narkotik vasitə heroini 15 manat pula əldə edərək üzərində saxlayaraq daşımış, 27 iyul 2020-ci il tarixdə saat 07:15 radələrində, DİN-in ƏÇPA-nın 7-ci PB-nün əməkdaşları tərəfindən xidmət etdikləri Suraxanı rayonu, Günəşli qəsəbəsi, 31 D ünvanının qarşısında “Daewo Nexia” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Təqsirləndirilən şəxs şübhələnərək yaxınlaşmış və sonuncunun narkotik vasitələri üzərində və avtomaşında saxlamasını etiraf etməsi səbəbindən saxlanılaraq 33-cü PB-nə gətirilmiş, müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış istintaq hərəkəti həyata keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd göy rəngli “Sobranie” markalı siqaret qutusunun içərisində 0,100 qram tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və istintaq hərəkətinin davamı olaraq tanışı X19 məxsus “Daewo Nexia” markalı, **- KO-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı isə avtomaşının arxa sol sərnişin oturacağının üzərindən 01 ədəd qəhvəyi rəngli ağ şəffaf sellofana bükülmüş 0,736 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs 03.12.2020-ci il tarixdə gecə saatlarında Bakı şəhəri «Elmlər Akademyası» metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni ümumi xalis çəkisi 2,910 qram ağ rəngli kristal hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib idarə etdiyi X5 etibarnamə əsasında istifadəsində olan «Mercedes Benz C180» markalı, ** EP *** dövlət qeydiyyat nişanlı avtomobilində saxlayaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə gətirərək daşımış, 03 dekabr 2020ci il tarixdə, gecə saat 04:30 radələrində Xəzər RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən xidmət etdikləri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsində saxlanılaraq avtomobili ilə birlikdə Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin ünvan 5 ünvanındakı inzibati binasının həyətinə gətirilmiş və orada Təqsirləndirilən şəxs, onun müdafiəçisinin iştirakı ilə video çəkilişlə idarə etdiyi «Mercedes Benz C180» markalı, ** EP *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin salonunun dam hissəsində olan nəfəsliyinin yanındakı boşluqdan 01 ədəd qəhvəyi rəngli plastik qabın içərisində şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 2,910 qram ağ rəngli kristal hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikasının CM-nin 234.4.3, 263.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 17 noyabr 2019-cu tarixdə təxminən saat 10:30 radələrində idarə etdiyi “BMW 535 minik” markalı ** RE *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evdən çıxıb Xəzər rayonu, Şağan qəsəbəsində şaurma yeməyə getmişdir. Təxminən saat 10:50 radələrində Bakı-Mərdəkan şosesi ilə Mərdəkan qəsəbəsi istiqamətində dörd zolaqlı yolun soldan ikinci zolağı ilə 120-130 km/saat sürətlə hərəkətdə olarkən “Socar” yanacaq doldurma məntəqəsinin yaxınlığında qəflətən yolun soldan dördüncü zolağı ilə onunla eyni istiqamətdə hərəkət edən ağ rəngli “Vaz-2105 minik” markalı ** BL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil sola dönərək onun qarşısına çıxmışdır. Onların arasında məsafə az olduğundan o, hadisənin qarşısını ala bilməmiş və öz hərəkət zolağında idarə etdiyi avtomobilin qabaq hissəsi ilə Vaz-2105 markalı avtomobili sol orta hissədən vurmuşdur. Zərbənin təsirindən Vaz-2105 markalı avtomobil kənara tullanmış, idarə etdiyi “BMW 535 minik” markalı avtomobil isə yolun sağ tərəfində olan dəmir səddə dəyib dayanmışdır. Hadisə vaxtı başı idarə etdiyi avtomobilin qabaq alınlıq şüşəsinə dəymiş, o da xəsarət almış, buna baxmayaraq Vaz-2105 markalı avtomobildə olan sürücüyə və sərnişinlərə kömək etmək üçün dərhal avtomobildən yerə düşmüşdür. Lakin ani olaraq həmin yerə xeyli sayda adamlar toplaşmış, həmin vaxtı o, görmüşdür ki, hadisə yerində insan meyitləri vardır. Bir qədər sonra həmin yerə polis əməkdaşları və təcili tibbi yardım avtomobili gəlmiş, hadisə zamanı xəsarət alan şəxslər təcili yardım avtomobili ilə xəstəxanaya, ölən şəxslər isə morqa aparmışdır. Bundan sonra onun iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baş vermiş hadisə ilə əlaqədar o, özündə heç bir təqsir görməmiş, hadisənin baş verməsinin səbəbi Vaz-2105 markalı avtomobilin qəflətən onun idarə etdiyi “BMW 535 minik” markalı avtomobilin qarşısına çıxması olmuşdur. Onun üçün təhlükə anı Vaz-2105 markalı avtomobilin qəflətən onun idarə etdiyi “BMW 535 minik” markalı avtomobilin qarşısına çıxarkən, həmin an Vaz-2105 markalı avtomobillə onun idarə etdiyi “BMW 535 minik” markalı avtomobilin arasında təxminən 10- 15 metr məsafə olmuşdur. Hadisə zamanı onun avtomaşında ondan başqa Suraxanı qəsəbəsində piyada keçidinin yanında sərnişin kimi götürdüyü Buzovna qəsəbə sakini olan bir nəfər cavan, oğlanda olmuşdur. Həmin şəxsin adını bilməsə də, yaşadığı ünvanı təxmini bilmiş, hadisə zamanı həmin sərnişin avtomobilin qabaq sağ oturacağında əyləşsə də, heç bir xəsarət almamışdır. O, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aludəçisidir. Həmin narkotik vasitələri Bakı şəhərinin müxtəlif ərazilərindən tanımadığı şəxslərdən zaklatka yolu ilə almışdır. Təxminən hadisədən 2 gün əvvəl Nəsimi rayonu 4-cü mikrorayon dairəsi yaxınlığında tanımadığı şəxsdən 15 (on beş) manat pul müqabilində 1 bükümdə heroin kimi tanıdığı narkotik vasitəni almış, həmin maddənin üzərində götürərək yandırıb kristal halına gətirmiş və yandıraraq çəkmiş, qalıq hissəsini isə sonra istifadə etmək üçün falqaya bükmüş, hər iki bükümü üzərində saxlamışdır. Sonuncu dəfə 27.07.2020-ci il tarixdə saat 03 radələrində yaşadığı evdə yandıraraq kristal halına saldığı heroin kimi tanıdığı narkotik maddədən çəkmək yolu ilə qəbul etmiş və qalıq hissəsini sonra istifadə etmək üçün üzərində saxlamışdır. 27.07.2020-ci il tarixdə təxminən saat 17 radələrində dostu X29 ilə Arifə məxsus müvəqqəti idarə etdiyi “Daevvo Nexia" markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomaşında Suraxanı rayonu, Günəşli qəsəbəsi, 31 D ünvanının qarşısında dayanmışlar. Həmin vaxtı polis əməkdaşlarının onlara yaxınlaşdığını görüb üzərində olan heroin kimi tanıdığı narkotik vasitə olan bükümü avtomaşının arxa oturacağının üstünə atmış, siqaret qutusunun içərisinə qoyduğu falqada olan heroini isə üzərində saxlamışdır. Bundan sonra polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş və karantin rejimi ilə əlaqədar icazəsinin olub-olmadığını soruşmuşlar. Bu zaman üzərində və avtomaşında heroin kimi tanıdığı narkotik maddələr olduğu üçün özünü itirib şübhəli hərəkətlər etmiş, bundan sonra onlar onun hərəkətlərindən şübhələnmişlər. Polis əməkdaşlarının sorğu-sualı nəticəsində o, onlara üzərində və avtomaşında heroin kimi tapdığı narkotik maddələr saxladığını səmimi olaraq etiraf etmiş və polis əməkdaşlarına təqdim edə biləcəyini bildirmişdir. Bu səbəbdən də polis əməkdaşları onu və dostu X20 PB-nə gətirərək təhvil vermiş, PB-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə axtarış keçirilməsinin zəruri olmasını bildirmişlər. Oda axtarış keçirilməsinə etiraz etməmiş, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunla dövriyyəsi qadağan olunmuş qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş, oda üzərində saxladığı içərisində heroin kimi tanıdığı bükülünü onlara təqdim etmişdir. Daha sonra büküm açılmış və həmin bükülüdən heroin aşkar edilmiş, sorğu zamanı o, bildirmişdir ki, aşkar edilmiş heroin kimi tanıdığı narkotik maddəni, təxminən hadisədən 2 gün öncə Nəsimi rayonu, 4-cü mk-r, dairəsində tanımadığı şəxsdən zaklatka yolu ilə 15 (on beş) manat pul ödəyərək aldığını bildirmişdir. Bundan əlavə həmin heroinin toz halında olan hissəsini isə avtomaşında arxa oturacağın üstünə atdığını və polis əməkdaşlarına təqdim edə biləcəyini demişdir. Onun üzərindən və avtomaşından aşkar edilmiş narkotik maddələr polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə qablaşdırılmış, qablaşdırılmış zərflər 171 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərflər, o və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Keçirilən bütün proseslər video çəkilişlə qeydə alınmış, 02 dekabr 2020-ci il tarixdə axşam saatlarında tanışı Laçın Qəzənfərov ilə görüşmüşdür. Laçınla görüşən zamanı o, Laçına bildirmişdir ki, şəxsi işi ilə bağlı Bakı şəhərinə Elmlər metrostansiyasının yaxınlığına getsinlər. Bu zaman Laçın bildirmişdir ki, yorğundur ayaqları ağrıyır, avtomaşını o, idarə etsin, Laçınla razılaşmış Laçının idarə etdiyi Mercedes Benz C180 markalı ** EP *** dövlət nömrə nişanlı avtomaşının sükan arasına keçib idarə edərək Bakı şəhərinə ona lazım olan ünvana, yəni Elmlər mtrostansiyasının yaxınlığına getmişlər. Laçında onun yanında əyləşmişdir. O, Elmlər mterostansiyasının yaxınlığına çatdıqdan sonra avtomaşından düşmüş, Laçın avtomaşında qalmış, eləcə də Laçının heç bir şeydən məlumatı olmamışdır. Avtomaşından düşüb, qaranlıq bir yerdə, heç bir anket məlumatlarını və adını bilmədiyi şəxs ilə görüşüb ondan psixotrop maddə metamfetamin və qurudulmuş marixuana bükümləri almışdır. Həmin zaman o, bükülüləri özünə məxsus olan üzərində gəzdirdiyi mikrotərəzi ilə çəkdikdən sonra ümumilikdə 100 manata almışdır. Bundan sonra yenidən Laçına məxsus avtomaşına sükan arxasına əyləşmiş, lakin Laçının həmin maddələri almağından heç bir məlumatı olmamışdır. Bundan sonra onlar birlikdə digər dostunun anasını Binə qəsəbəsindən götürmək üçün Binə qəsəbəsinə getmişlər. Həmin vaxt artıq 03 dekabr 2020-ci il tarix saat 04 radələri olmuşdur. O, Binə qəsəbəsində, Ə.İsazadə küçəsində hərəkətdə olan zamanı PPX-nin əməkdaşları ona avtomaşını saxla əmri vermiş, oda avtomaşını yavaşladıb saxlamaq istəyən zaman düşünmüşdür ki, üzərində narkotik vasitə və psixotrop maddə vardır. Bundan sonra məhz Polis əməkdaşlarının avtomaşına yaxınlaşdıqlarını görüb yenidən oradan uzaqlaşaraq ara məhəllələrlə hərəkət edib polis əməkdaşlarından qaçmağa çalışmışdır. Çünki qeyd etdiyi kimi üzərində narkotik vasitə və psixotrop maddə olmuş, lakin ara məhəllələrin birində artıq yolun tupik olduğunu görüb məcbur halda avtomaşını saxlamışdır. O, polis əməkdaşlarının avtomaşından düşdüklərini gördükdə üzərində olan 100 manata aldığı qutunun içərisində olan psixotrop maddə olan metamfetamini, narkotik vasitə olan marixuananı qəhvəyi rəngli qutunun içərisində nəqliyyat vasitəsinin dam hissəsində olan havalandırma hissəsindəki boşluğa, üzərində olan 3 ədəd turpuçkaları, mikrotərəzini avtomaşının dirsəkliyinə qoyub gizlətmişdir. Polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş və onların hərbi rejim qaydalarını pozduğunu bildirib onlardan niyə qaçdıqlarını soruşmuşlar. O da polis əməkdaşlarına səmimi etiraf edərək bildirmişlər ki nəqliyyat vasitəsində narkotik vasitə və psixotrop maddə vardır. Sonradan polis əməkdaşları onları 3-cü PB-nə gətirmiş, polis bölməsində xidməti otaqların birində üzərinə axtarış keçirilmiş, bundan sonra idarə etdiyi X7 məxsus Mercedes Benz markalı ** EP *** dövlət qeydiyyat nişanlı avtomaşınına onun Laçının, polis əməkdaşlarının və onların hüquqlarını müdafiə edən vəkillərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı o, avtomaşında metomfetamini gizlətdiyi yeri polis əməkdaşlarına bildirəndən sonra polis əməkdaşları avtomobilin dam hissəsində olan havalandırmanın yanındakı boşluqda qəhvəyi rəngli qutunun içərisində gizlətdiyi metamfetamini, marixuananı eləcə də avtomobilin dirsəkliyində gizlətdiyi 03 ədəd şüşə turubuçkları və mikrotərəzini aşkar edilərək götürülmüşlər. Daha sonra polis əməkdaşları tərəfindən həmin maddələrin nə olduğunu və haradan əldə edilməsin soruşduqda, o da hər şeyi səmimi olaraq bildirib narkotik vasitəni və psixotrop maddəni 03 dekabr 2020-ci il tarixdə gecə saatlarında Elmlər metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən özü istifadə etmək üçün 100 manata aldığını, lakin həmin şüşə borular və mikrotərəzi onun özünə məxsus olub uzun müddətdir ki, öz üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra isə avtomobildən götürülmüş ona məxsus olan narkotik vasitə və psixotrop maddə, eləcədə turpuçkalar, mikro tərəzi polis əməkdaşları tərəfindən qablaşdırılmış, protokol tərtib edilərək onların tərəfindən heç bir irad təklif və şikayət daxil olmadan imzalarla təsdiq edilmişdir. Həmin vaxtı polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmamış nə də təzyiq göstərilməmişdir. Yol nəqliyyat hadisəsinə münasibətdə özünü təqsirli bilmədiyindən həmin hissədə onun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs və zərərçəkmiş şəxs mərhum Hümbətov Rəvan Məqsəd oğlunun hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı vəfat etmiş sürücü Zərərçəkmiş şəxs3 Ərəb oğlu onun həyat yoldaşı olmuşdur. Təxminən 10 ildir ki, Xəzər rayonu, Binə qəsəbəsi, südçülük sovxozu ərazisində yaşamışlar. 17 noyabr 2019-cu il tarixdə səhər saatlarında həyat yoldaşı Hidayətdən xahiş etmişdir ki, onu, qızı Rəvanəni və nəvələri Rəvan ilə Əliəkbəri digər qızı Fərqanagilə aparsın. X42 qəsəbəsi Atçılıq yaşayış sahəsində yaşamış, həyat yoldaşı Hidayətdə onunla razılaşmış və saat 10:00 radələrində onlar evdən çıxıb həyat yoldaşı Hidayətin etibarnamə ilə idarə etdiyi Vaz 2105 markalı ** BL *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının arxa oturacağına əyləşmişlər. O, arxa oturacaqda sağ tərəfdə, qızı Rəvanə arxa sol oturacaqda, Rəvanədən sağda nəvəsi Rəvan, Rəvandan da sağda yəni onun yanında Əliəkbər oturmuşdur. Avtomaşını həyat yoldaşı Hidayət idarə edib yola çıxmış, üzü Sabunçu-Mərdəkan istiqamətinə gedən şose yola çıxıb orta sürətlə hərəkət etmişdir. Elə bu zaman yolun sağ hissəsində dayanmış qaynı Ağasəfi də maşına götürmüş, Ağasəfdə maşında qabaqda sağ oturacaqda sürücünün yanında əyləşmiş, sonra yollarına davam etmişlər. Yolda Rəvan yerini dəyişib sol qapının yanında, yəni qızı Rəvanənin sol yanında əyləşmiş, digər nəvəsi Əliəkbər isə özünü dəcəl apardığı üçün qucağında əyləşdirmişdir. Sabunçu-Mərdəkan şosesinə daxil olduqdan sonra sağ zolaqla hərəkət başlamış və görmüşdür ki, həyat yoldaşı Hidayət sola dönmə işığını yandırıb sol zolağa tərəf dönməyə başlamışdır. Bir qədər irəlidə yolun əks istiqamətinə yəni, Mərdəkan- Sabunçu şosesi istiqamətinə geriyə dönmək üçün arakəsmə olmuş, həmin hissədən dönüb Atçılıq yaşayış ərazisinə tərəf getməli idilər. Döngəyə az məsafə qalmış, onlar hərəkət zolağını sola doğru dəyişərkən anidən onların avtomobilinin sol yan tərəfindən güclü zərbə dəymişdir. Bundan sonra o, huşunu itirmiş və 2 gün sonra Sabunçu xəstəxanasında ayılmışdır. Sonradan məlum olmuşdur ki, onların avtomobilini dönən zaman başqa avtomobil vurmuşdur. Hadisə zamanı yalnız o və azyaşlı nəfəsi sağ qalmış, avtomobildə olan digər şəxslər isə vəfat etmişlər. Hadisə zamanı onlar orta sürətlə hərəkət etmiş, onların avtomobilinə zərbə arxa sol hissədən dəymişdir. Təqsirləndirilən şəxsin qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs4 hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, mərhum X10 onun doğma bacısıdır. 17 noyabr 2019-cu il tarixdə saat təxminən 12 radələrində eşitmişdir ki, atası Zərərçəkmiş şəxs3 Ərəb oğlu idarə etdiyi avtomobillə avtoqəza törətmiş və avtoqəza nəticəsində atası Hidayət, əmisi Ağasəf, bacısı Rəvanə və bacısı oğlu Rəvan rəhmətə getmişlər. Bundan sonra ailə üzvlərinin meyitləri gətirilərək qəbiristanlıqda dəfn etmişlər. Atası Zərərçəkmiş şəxs3 avtomaşını ilə toqquşmuş avtomobilin sürücüsünü ümumiyyətlə tanımamış, hər hansı münasibəti də olmamışdır. Təqsirləndirilən şəxsin qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs2 hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 ilə 1981-ci ildə ailə həyatı qurmuş, birgə nikahdan 5 övladları olmuşdur. 17 noyabr 2019-cu il tarixdə saat 12 radələrində oğlu Hikmət ona bildirmişdir ki, əri Ağasəf qaynı Hidayətin idarə etdiyi avtomobildə olarkən avtoqəzaya uğrayıblar. Ona görə də ondan Hidayətgilə getməyini istəmiş, oda evdən çıxıb Hidayətin evinə getmişdir. Lakin Ağasəfin və avtomobildə olanların vəziyyəti barədə ona heç nə deməmişlər. O, narahat olduğu üçün Ağasəfin telefonuna zəng etmiş, lakin telefona başqa adam cavab vermiş və özünü polis əməkdaşı kimi təqdim etmişdir. O, Ağasəfin harada olduğunu, onunla danışmaq istədiyini bildirmiş, lakin həmin polis əməkdaşı ona Ağasəf adlı şəxsi tapa bilmədiklərini bildirmişdir. Oda məcbur olub saat 14 radələrində qaynı Əkrəmə zəng edərək hadisə barədə soruşmuş və Ağasəfin halının necə olduğu ilə maraqlanmışdır. Qaynı Əkrəm isə ona bildirmişdir ki, xəbər çox pisdir, Ağasəf rəhmətə gedibdir. O, bu xəbəri eşidib özündən getmiş və ondan sonra baş verənləri bilməmişdir. Təqsirləndirilən şəxsin qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs3 Ərəb oğlunun hüquqi varisi qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs3 Ərəb oğlu onun doğma atası, Zərərçəkmiş şəxs1 isə onun anasıdır. Atası uzun müddət idi ki, avtomobil idarə edirdi. Təxminən bir il bundan əvvəl atası özünə idarə etmək üçün baş etibarnamə ilə «VAZ 2105 minik markalı ** BL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil almışdır. 17 noyabr 2019-cu il tarixdə saat təxminən 11 radələrində əmisi Əkrəm ona zəng edərək atasının idarə etdiyi avtomobillə avtoqəza etdiyini bildirib, harada olduğunu soruşmuşdur. O da Binə qəsəbəsində olduğunu bildirib sonra atasının telefonuna zəng etmişdir. Atasının telefonuna polis əməkdaşı cavab vermiş, ondan kim olduğunu soruşmuş, oda sürücünün oğlu olduğunu bildirmişdir. Həmin polis əməkdaşı isə onu Mərdəkan qəsəbəsində yerləşən 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına çağırmışdır. Oda dərhal həmin xəstəxanaya getmiş, onu polis əməkdaşları qarşılamışdır. Polis əməkdaşları ona atasının idarə etdiyi avtomobillə avtoqəza etdiyini, atasının və avtomobildə olan əmisi Ağasəfin, bacısı Rəvanənin və bacısı oğlu Rəvanın rəhmətə getdiyini bildirmişlər. Bundan sonra ailə üzvlərinin meyidləri morqa göndərilmiş, bir müddət sonra onlar meyidlərini oradan götürüb dəfn etmişlər. Təqsirləndirilən şəxsin qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xəzər RPİ-nin PPX-nin polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, 03 dekabr 2020-ci il tarixdə saat 04:30 radələrində 3226 çağırışlı avtopatrulla xidmət yoldaşı X12 ilə birlikdə Xəzər rayonu, Binə qəsəbəsində 1/2 saylı marşurutda 3226 çağırışlı avtopatrul ilə xidmət apararkən Mercedes Benz markalı ** EP *** dövlət nömrə nişanlı avtomaşının hərəkətdə olduğunu görüb hərbi rejim ilə əlaqədar olaraq həmin avtomaşına saxla əmri vermişdir. Sürücü avtomaşını yavaşladıb onların yaxınlaşdığını gördükdə yenidən avtomaşını idarə edərək ara məhəllələr ilə avtomaşını hərəkət etdirmişdir. Həmin sürücünün yanında bir nəfər şəxsdə olmuşdur. Onlar həmin nəqliyyat vasitəsini müşahidə edərək köməyə 6350 çağırışlı avtopatrulu çağırmış, bundan sonra həmin nəqliyyat vastəsini R.Məmmədhüseyn küçəsində saxlatmışlar. Həmin sürücüyə yaxınlaşıb özlərini təqdim etdikdən sonra nə üçün əmirə tabe olmadığını soruşmuş, həmin şəxslərdən biri, yəni avtomaşını idarə edən şəxs sonradan adını bildiyi Təqsirləndirilən şəxs narkotik vasitə olduğunu səmimi etiraf edərək bu səbəbdən avtomaşını saxlamadığını bildirmişdir. Bundan sonra avtomaşında əyləşən X13 ilə birlikdə həmin şəxsləri Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə aparılmışlar. Onlar heç bir etiraz etmədən birlikdə Polis Bölməsinə gəlmiş, həmin vaxtı nəqliyyat vasitəsi də Polis Bölməsinin həyətinə gətirilmişdir. Həmin şəxslərin barəsində müvafiq tədbirlər görülməsi üçün bölmə rəisinə raportla müraciət etmişlər. Bundan sonra faktla bağlı araşdırma aparılması Xəzər RPİ-nin 3-cü PB-nin təhqiqatçısı Zaur Babayevə həvalə edilmişdir. Təqsirləndirilən şəxs və Laçın Qəzənfərov təhqiqatçıya təqdim olunmuş, təhqiqatçı ilk öncə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş. Daha sonra təhqiqatçı Zaur Babayevi şübhəli şəxs qismində tutmuş Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dövlət hesabına ona Bakı şəhər 8 saylı vəkil bürosundan vəkil təyin edilmişdir. Daha sonra isə onların və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirəcəyini bildirmişlər. Şəxsi axtarış keçirilməmişdən qabaq ona hüquq və vəzifələri izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirildikdə Təqsirləndirilən şəxs üzərində qeyri qanuni əşya və ya hansısa qanunsuz narkotik vasitə olmamasını bildirmişdir. Belə olan halda Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən Mercedes Benz markalı avtomaşına məxsus açar aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs idarə etdiyi X7 məxsus ** EP *** dövlət nömrə nişanlı avtomaşında narkotik vasitə olmasını bildirmişdir. Bundan bir qədər sonra təhqiqatçı Zaur Babayev tərəfindən X13 da şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra təhqiqatçı Zaur Babayev şübhəli şəxs qismində tutulmuş Laçın Qəzənfərovun, onların və hüquqlarını müdafiə edən dövlət hesabına təyin olmuş Bakı şəhəri 8 saylı vəkil bürosundan vəkilinin iştirakı ilə video çəkiliş vasitəsi ilə L.Qəzənfərovun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq L.Qəzənfərova hüquq və vəzifələri izah edib üzərində qeyriqanuni əşya varsa təqdim etməyi bildirilsə də, Laçın Qəzənfərov üzərində qeyri qanuni əşya və ya hansısa qanunsuz narkotik vasitə olmamasını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Laçın Qəzənfərovun üzərindən heç bir əşya aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşlarının, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və Laçın Qəzənfərovun, eləcə də onların hüquqlarını müdafiə etmək üçün təyin olunmuş müdafiəçilərin iştirakları ilə Polis Bölməsinin inzibat binasının həyətində saxlanılmış Təqsirləndirilən şəxs idarə etdiyi Laçın Qəzənfərova məxsus olan Mercedes Benz markalı ** EP *** dövlət nömrə nişanlı avtomobilə təhqiqatçı Zaur Babayev tərəfindən baxış keçirilmişdir. Avtomaşının salonunda dam hissədəki nəfəsliyin yanındakı boşluqdan bir ədəd qəhvəyi rəngli qutu aşkar edilmişdir. Nəqliyyat vasitəsinin salonunda qoltuqaltından isə 3 ədəd şüşə boru, 1 ədəd alışqan və 1 ədəd mikro elektron tərəzi aşkar edilmişdir. Bundan sonra həmin qəhvəyi rəngli qutunun içərisinə baxış zamanı şəffaf rəngli politelin sellofana bükülmüş kristal şəkilli kütlə, bundan başqa həmin qutudan 01 ədəd qəhvəyi rəngli kağıza bükülmüş qurudulmuş halda bitki kütləsi aşkar edilmişdir. Nəqliyyat vasitəsinə axtarış baxış zaman başqa əhəmiyyət kəsb edən maddə, alət aşkar edilməmişdir. Aşkar olunmuş sellofana bükülmüş kristal şəkilli maddə, qəhvəyi rəngli kağıza bükülmüş qurudulmuş bitki kütləsi, 3 ədəd şüşə boru və mikro elektron tərəzi ekspertiza keçirilməsi üçün qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 244 nömrəli möhürü ilə möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ərizə daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş, Xəzər RPİ-nin PPX-nin polis nəfəri Şahid3 ifadəsində göstərdi ki, 03 dekabr 2020-ci il tarixdə saat 04:30 radələrində 6350 çağırışlı avtopatrulla xidmət yoldaşı Şahid2 ilə birlikdə Xəzər rayonu, Binə qəsəbəsində xidmət apararkən həmin qəsəbədə 1/2 saylı marşurutda xidmət aparan 3226 çağırışlı avtopatrulun hərbi rejim ilə bağlı şübhəli olan avtomaşının saxlanılması üçün kömək çağırdığını bilib dərhal onlar olan ünvana yollanmışlar. Bundan sonra həmin nəqliyyat vasitəsini müşahidə edərək Binə qəsəbəsində 3226 saylı avtopatrul ilə birlikdə R.Məmmədhüseyn küçəsində saxlamışlar. Həmin sürücüyə yaxınlaşıb özlərini təqdim etdikdən sonra nə üçün əmirə tabe olmadığını soruşduqda, həmin şəxslərdən biri, yəni avtomaşını idarə edən şəxs sonradan adını bildiyi Təqsirləndirilən şəxs narkotik vasitə olduğunu səmimi etiraf edərək bu səbəbdən avtomaşını saxlamadığını bildirmişdir. Bundan sonra avtomaşında əyləşən X13 ilə birlikdə həmin şəxsləri Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə aparılmışlar. Həmin vaxtı onlar heç bir etiraz etmədən birlikdə Polis Bölməsinə gəlmiş, nəqliyyat vasitəsi də Polis Bölməsinin inzibati binasının həyətinə gətirilmişdir. Həmin şəxslərin barəsində müvafiq tədbirlər görülməsi üçün bölmə rəisinə raportla müraciət etmişlər. Bundan sonra faktla bağlı araşdırma aparılması Xəzər RPİ-nin 3-cü PB-nin təhqiqatçısı Zaur Babayevə həvalə edilmiş, Təqsirləndirilən şəxs və Laçın Qəzənfərov təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçı ilk öncə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Daha sonra təhqiqatçı Zaur Babayev şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dövlət hesabına ona Bakı şəhər 8 saylı vəkil bürosundan vəkil təyin edilmişdir. Sonra isə onların və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirəcəyini bildirmişlər. Şəxsi axtarış keçirilməmişdən qabaq ona hüquq və vəzifələri izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirildikdə Təqsirləndirilən şəxs üzərində qeyri qanuni əşya və ya hansısa qanunsuz narkotik vasitə olmamasını bildirmişdir. Belə olan halda Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən Mercedes Benz markalı avtomaşına məxsus açar aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs idarə etdiyi X7 məxsus ** EP *** dövlət nömrə nişanlı avtomaşında narkotik vasitə olmasını bildirmişdir. Bundan bir qədər sonra təhqiqatçı Zaur Babayev tərəfindən X13 da şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra təhqiqatçı Zaur Babayev şübhəli şəxs qismində tutulmuş Laçın Qəzənfərovun, onların və hüquqlarını müdafiə edən dövlət hesabına təyin olmuş Bakı şəhəri 8 saylı vəkil bürosundan vəkilinin iştirakı ilə video çəkiliş vasitəsi ilə L.Qəzənfərovun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq L.Qəzənfərova hüquq və vəzifələri izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilsə də, Laçın Qəzənfərov üzərində qeyri qanuni əşya və ya hansısa qanunsuz narkotik vasitə olmamasını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Laçın Qəzənfərovun üzərindən heç bir əşya aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşlarının, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və Laçın Qəzənfərovun, eləcə də onların hüquqlarını müdafiə etmək üçün təyin olunmuş müdafiəçilərin iştirakları ilə Polis Bölməsinin inzibat binasının həyətində saxlanılmış Təqsirləndirilən şəxs idarə etdiyi Laçın Qəzənfərova məxsus olan Mercedes Benz markalı ** EP *** dövlət nömrə nişanlı avtomobilə təhqiqatçı Zaur Babayev tərəfindən baxış keçirilmişdir. Avtomaşının salonunda dam hissədəki nəfəsliyin yanındakı boşluqdan bir ədəd qəhvəyi rəngli qutu aşkar edilmişdir. Nəqliyyat vasitəsinin salonunda qoltuqaltından isə 3 ədəd şüşə boru, 1 ədəd alışqan və 1 ədəd mikro elektron tərəzi aşkar edilmişdir. Bundan sonra həmin qəhvəyi rəngli qutunun içərisinə baxış zamanı şəffaf rəngli politelin sellofana bükülmüş kristal şəkilli kütlə, bundan başqa həmin qutudan 01 ədəd qəhvəyi rəngli kağıza bükülmüş qurudulmuş halda bitki kütləsi aşkar edilmişdir. Nəqliyyat vasitəsinə axtarış baxış zaman başqa əhəmiyyət kəsb edən maddə, alət aşkar edilməmişdir. Aşkar olunmuş sellofana bükülmüş kristal şəkilli maddə, qəhvəyi rəngli kağıza bükülmüş qurudulmuş bitki kütləsi, 3 ədəd şüşə boru və mikro elektron tərəzi ekspertiza keçirilməsi üçün qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 244 nömrəli möhürü ilə möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ərizə daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Xəzər RPİ-nin PPXB-nün polis nəfəri Şahid2 da Şahid3 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş X38 Alayının 7-ci Patrul Bölüyünün polis nəfəri Şahid6 ifadəsində göstərdi ki, X38 Alayının 7-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. 27 iyul 2020-ci il tarixdə 2477 çağırışlı avtopatrulla xidmət apararkən təxminən saat 07:15 radələrində Suraxanı rayonu, Günəşli qəsəbəsi, D31 ünvanın qarşısında «Daevoo Nexia» markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomaşının dayandığını və içərisində iki nəfər şəxsin oturduğunu görüb karantin rejimi ilə əlaqədar onlara yaxınlaşıb özlərini təqdim etmiş və icazələrinin olub-olmamadığını yoxladıqda avtomaşını idarə edən şəxsin qeyri adekvat hərəkətlər edərək özünü şübhəli aparmağa başlamış, həmin şəxs ilə sorğu sual zamanı həmin şəxs üzərində, avtomaşında özünə məxsus, öz istifadəsi üçün saxladığı narkotik maddələrin olduğunu, eləcədə həmin maddələri təqdim edəcəyini bildirmişdir. Buna görə də həmin şəxsləri gətirib Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə təhvil vermişlər. Polis bölməsində onlara məlum olmuşdur ki, həmin şəxslərdən avtomaşını idarə edən Təqsirləndirilən şəxs digəri isə X21r. Bundan sonra faktla bağlı tərtib edilmiş raport əsasında araşdırmanın aparılması Suraxanı RPİ-nin 33-cü PB-nin təhqiqatçısı Qasım Poladlıya həvalə edilmiş, Təqsirləndirilən şəxs və Arif Ağayev təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçı ilk öncə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş, daha sonra təhqiqatçı Qasım Poladlı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün ona dövlət hesabına Bakı şəhər 9 saylı vəkil bürosundan vəkil təyin etmişdir. Sonra isə onların və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirəcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd göy rəngli “Sobranie” markalı siqaret qutusu, 1 ədəd alışqan, sol yan cibindən 1 ədəd qara rəngli “İphone 6” markalı və 1 ədəd ağ rəngli “İphone 7” markalı mobil telefonları təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Vüqar təqdim etdiyi siqaret qutusunu açıb içərisində olanları masanın üzərinə tökərək bildirmişdir ki, falqada olan bükümün içərisində heroin kimi tanıdığı narkotik maddədir. Həmin narkotik maddəni təxminən 2 gün öncə zaklakta yolu ilə tanımadığı şəxsdən Nəsimi rayonu, 4-cü mikrorayon dairəsi yaxınlığından öz şəxsi istifadəsi üçün 15 (on beş) manat pul ödəyərək aldığını, həmin narkotik maddənin üzərindən bir qismini götürüb yandıraraq kristal şəkilinə salıb istifadə etmiş, qalıq hissəsini falqaya bükərək sonra istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Sonuncu dəfə 27.07.2020-ci il tarixdə saat 03 radələrində yaşadığı evdə kristal halında olan heroinin qalıq hissəsindən bir qismini istifadə etmiş, qalan hissəsini sonra istifadə etmək üçün üzərində saxlamışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Aşkar olunmuş içərisində qara rəngli, kristal şəkilli, spesfik iyə malik maddə olan büküm ekspertiza keçirilməsi üçün qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 171 nömrəli möhürü ilə möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ərizə daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq olunmuşdur. Bundan sonra isə Polis Bölməsinin inzibati binasının yaxınlığında saxlanılan X19 məxsus olan «Daevoo» markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobilə polis işçilərinin, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, vətəndaş Arif Ağayevin və hüquqlarını müdafiə edən vəkillərin iştirakları ilə təhqiqatçı tərəfindən video çəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa oturacağının sol hissəsinin üzərindən bir ədəd ağ şəffaf sellofana bükülmüş narkotik maddəyə bənzər qəhvəyi rəngli büküm və sağ ön oturacağın altında ötürücünün yanından narkotik vasitəni nəfəs yolu ilə çəkmək üçün plastik predmetlər götürülmüşdür. Avtomobilin arxa və salon hissəsində yerləşən saxlanc yerlərindən başqa heç bir əhəmiyyət kəsb edən əşya götürülməmişdir. Həmin maddə olan büküm və plastik predmet ekspertiza keçirilməsi üçün qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 171 nömrəli möhürü ilə möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ərizə daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq olunmuşdur. Bundan sonra təhqiqatçı Qasım Poladlı vətəndaş X20 şübhəli şəxs qismində tutmuşdur. Daha sonra təhqiqatçı Qasım Poladlı şübhəli şəxs qismində tutulmuş Arif Ağayevin hüquqlarını müdafiə etmək üçün ona dövlət hesabına Bakı şəhər 9 saylı vəkil bürosundan vəkil təyin etmişdir. Təyin olunmuş müdafiəçinin, polis işçilərinin iştirakı ilə video çəkiliş vasitəsi ilə A.Ağayevin üzərinə şəxsi axtarış keçirəcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bu təklifdən sonra X29 əynində olan qara rəngli idman şalvarının sol cibindən 1 ədəd qara rəngli “Xiaomi” markalı mobil telefon və sənədlər olan portmanatı təqdim etmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X38 Alayının 7-ci Patrul Bölüyünün polis nəfəri Şahid5 da Şahid6 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, DİN-in X38 Alayının 7-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. 27 iyul 2020-ci il tarixdə 2477 çağırışlı avtopatrulla xidmət apararkən təxminən saat 07:15 radələrində Suraxanı rayonu, Günəşli qəsəbəsi, D31 ünvanın qarşısında «Daevoo Nexia» markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomaşının dayandığını və içərisində iki nəfər şəxsin oturduğunu görüb karantin rejimi ilə əlaqədar onlara yaxınlaşıb özlərini təqdim etmiş və icazələrinin olub-olmadığını yoxladıqda avtomaşını idarə edən şəxsin qeyri adekvat hərəkətlər edərək özünü şübhəli aparmağa başlamış, həmin şəxs ilə sorğu sual zamanı həmin şəxs üzərində, avtomaşında özünə məxsus, öz istifadəsi üçün saxladığı narkotik maddələrin olduğunu, eləcədə həmin maddələri təqdim edəcəyini bildirmişdir. Buna görə də həmin şəxsləri gətirib Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə təhvil vermişlər. Polis bölməsində onlara məlum olmuşdur ki, həmin şəxslərdən avtomaşını idarə edən Təqsirləndirilən şəxs digəri isə X21r. Bundan sonra faktla bağlı tərtib edilmiş raport əsasında araşdırmanın aparılması Suraxanı RPİ-nin 33-cü PB-nin təhqiqatçısı Qasım Poladlıya həvalə edilmiş, Təqsirləndirilən şəxs və Arif Ağayev təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçı ilk öncə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş, sonra təhqiqatçı Qasım Poladlı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün ona dövlət hesabına Bakı şəhər 9 saylı vəkil bürosundan vəkil təyin etmişdir. Daha sonra isə onların və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirəcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmiş. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd göy rəngli “Sobranie” markalı siqaret qutusu, 1 ədəd alışqan, sol yan cibindən 1 ədəd qara rəngli “İphone 6” markalı və 1 ədəd ağ rəngli “İphone 7” markalı mobil telefonları təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Vüqar təqdim etdiyi siqaret qutusunu açıb içərisində olanları masanın üzərinə tökərək bildirmişdir ki, falqada olan bükümün içərisində heroin kimi tanıdığı narkotik maddədir. Həmin narkotik maddəni təxminən 2 gün öncə zaklakta yolu ilə tanımadığı şəxsdən Nəsimi rayonu, 4-cü mikrorayon dairəsi yaxınlığından öz şəxsi istifadəsi üçün 15 (on beş) manat pul ödəyərək almışdır. Həmin narkotik maddənin üzərindən bir qismini götürüb yandıraraq kristal şəkilinə salıb istifadə etmiş, qalıq hissəsini falqaya bükərək sonra istifadə etmək üçün üzərində saxlamışdır. Sonuncu dəfə 27.07.2020-ci il tarixdə saat 03 radələrində yaşadığı evdə kristal halında olan heroinin qalıq hissəsindən bir qismini istifadə etmiş qalan hissəsini sonra istifadə etmək üçün üzərində saxlamışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Aşkar olunmuş içərisində qara rəngli, kristal şəkilli, spesfik iyə malik maddə olan büküm ekspertiza keçirilməsi üçün qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 171 nömrəli möhürü ilə möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ərizə daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq olunmuşdur. Bundan sonra isə Polis Bölməsinin inzibati binasının yaxınlığında saxlanılan X19 məxsus olan «Daevoo» markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobilə polis işçilərinin, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, vətəndaş Arif Ağayevin və hüquqlarını müdafiə edən vəkillərin iştirakları ilə təhqiqatçı tərəfindən video çəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa oturacağının sol hissəsinin üzərindən bir ədəd ağ şəffaf sellofana bükülmüş narkotik maddəyə bənzər qəhvəyi rəngli büküm və sağ ön oturacağın altında ötürücünün yanından narkotik vasitəni nəfəs yolu ilə çəkmək üçün plastik predmetlər götürülmüşdür. Avtomobilin arxa və salon hissəsində yerləşən saxlanc yerlərindən başqa heç bir əhəmiyyət kəsb edən əşya götürülməmişdir. Həmin maddə olan büküm və plastik predmet ekspertiza keçirilməsi üçün qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 171 nömrəli möhürü ilə möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ərizə daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq olunmuşdur. Bundan sonra təhqiqatçı Qasım Poladlı vətəndaş X20 şübhəli şəxs qismində tutmuşdur. Daha sonra təhqiqatçı Qasım Poladlı şübhəli şəxs qismində tutulmuş Arif Ağayevin hüquqlarını müdafiə etmək üçün ona dövlət hesabına Bakı şəhər 9 saylı vəkil bürosundan vəkil təyin etmişdir. Təyin olunmuş müdafiəçinin, polis işçilərinin iştirakı ilə video çəkiliş vasitəsi ilə A.Ağayevin üzərinə şəxsi axtarış keçirəcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bu təklifdən sonra X29 əynində olan qara rəngli idman şalvarının sol cibindən 1 ədəd qara rəngli “Xiaomi” markalı mobil telefon və sənədlər olan portmanatı təqdim etmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid4 ifadəsində göstərmişdir ki, Mercedes Benz C180 markalı avtomobilin qeydiyyat şəhadətnaməsi X2 adında olsada 01 oktyabr 2012-ci il tarixdə Xoşqədəm Abdullayeva tərəfindən Bakı şəhəri, 6 saylı notariat kotorunda ƏN-İ №323227 nömrəsi ilə 50 il müddətinə, yəni 07 oktyabr 2062-ci ilədək mülki etibarnamə verməklə, onun bütün əmlakını idarə etmək hüququ vermişdir. Oda 22 oktyabr 2020-ci il tarixdə X7 həmin Mercedes Benz C 180 markalı ** EP *** dövlət nömrə nişanlı avtomaşını idarə etmək üçün etibarnamə vermişdir. Lakin onun Laçın tərəfindən hər hansı bir qanunsuz əməl törətməsi barədə nə əvvəlcədən nədə sonradan heç bir məlumatı olmamışdır. Məhkəmədə əlavə şahid qismində dindirilmiş AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X17 ifadəsində göstərdi ki, 8/142-4/43 nömrəli, 16 fevral 2021-ci il tarixli “Yol-nəqliyyat hadisələrinin ekspertizası”-na dair rəyin verilməsində iştirak etmişdir. VAZ- 2105 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücücü Zərərçəkmiş şəxs3 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. BMW 535 markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Təhlükə anı Vaz-2105 markalı avtomobilin hərəkət zolağını dəyişdiyi andan hesablanmışdır. Hadisə yerində tormoz izlərinin olub-olmaması barədə məlumatı olmamışdır. Məhkəmədə əlavə şahid qismində dindirilmiş AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X33 ifadəsində göstərdi ki, 10 iyul 2020-ci il tarixli, 5070/5282 nömrəli və 16 fevral 2021-ci tarixli 8/142-4/43 nömrəli ekspert rəylərinin özünə aid hissəsini təsdiq etmişdir. tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası DİN-nin Təhlükəsiz Şəhər Xidmətindən əldə edilərək iş materiallarına əlavə edilmiş bir ədəd DVD-r Diskə yazılmış “№118-002 part 1” adlı faylda qeydə alınmış videoyazıya əsasən «BMW» markalı ** RE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin «A» və «B» nöqtələri arasındakı orta hərəkət sürəti v=150 3/km saat olmuşdur. Tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası DİNnin Təhlükəsiz Şəhər Xidmətindən əldə edilərək iş materiallarına əlavə edilmiş bir ədəd DVD-R diskə yazılmış “№118-002 part 1” adlı faylda qeydə alınmış videoyazıya əsasən «VAZ 2105» markalı ** BL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin soldan 3-cü zolaqdan 2-ci zolağa daxil olduğu ("BMW” markalı avtomobilin qabaq tərəfinin ondan sağ tərəfdəki zolaqda, bır qədər öndə hərəkətdə olan albalı rəngli “Hunday Santafe” markalı avtomobilin arxa sol təkən ilə eyni xətt üzrə olduğu) andan toqquşma hadisəsi arasında keçən zaman müddəti A t =172 san təşkil edir. Videoyazıya əsasən, Vaz 2105 markalı avtomobilin 4-cü zolaqdan sola döndüyü andan toqquşmaya kimi keçən vaxt 4,240 san təşkil etmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X23 ifadəsində göstərdi ki, 10 iyul 2020-ci il tarixli, 5070/5282 nömrəli ekspert rəyinin verilməsində iştirak etmişdir. Videoyazıya əsasən «BMW» markalı ** RE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin «A» və «B» nöqtələri arasındakı orta hərəkət sürəti v=150 3/km saat olmuşdur. Hadisənin baş vermə mexanizmi və sürət adətən tormoz yoluna əsasən müəyyən olunur. Lakin, ekspert rəyində tormoz izləri olmadığı üçün tormozlanma yoluna uyğun deyil, videogörüntüyə əsasən tərtib edilmişdir. Yol hərəkətinin digər iştirakçılarının “BMV” markalı avtomobil tərəfindən ötürülməsi də qənaətə gəlməyə imkan verir ki, ekspertizanın sürət həddi ilə bağlı gəldiyi nəticə düzgündür. A və B nöqtələri arasında olan məsafə götürülməklə müəyyən edilmişdir ki, avtomobil həmin məsafəni hansı müddətdə keçir və sürət müəyyən olunmuşdur. Məhkəmədə əlavə şahid qismində dindirilmiş ibtidai istintaqı aparmış müstəntiq Şahid8 ifadəsində göstərdi ki, Xəzər RPİ-nin İstintaq şöbəsinin müstəntiqi vəzifəsində işləyir. ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqı aparmışdır. Avtoqəza ilə bağlı ilkin materiallar istintaq şöbəsinin digər müstəntiqinin icraatında olmuş, 3 gündən sonra cinayət işi Bakı şəhər Prokurorluğu tərəfindən cinayət işi Xəzər RPİ-nin icraatından götürülərək, Bakı şəhər Baş Polis İdarəsinin istintaq idarəsinin icraatına verilmiş və icraatı dayandırılmışdır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra icraatı dayandırılmış AR CM-in 263.3-cü maddəsi ilə cinayət işi üzrə icraat onun icraatında olan cinayət işinə birləşdirilmişdir. Cinayət işi üzrə ekspertizanın təyin edilməsi barədə qərarında sürət həddinin müəyyən edilməsi barədə sual qoymuşdur. Ekspertiza rəylərinə əsasən müəyyən olunmuşdur ki, “BMV” markalı avtomobilin sürəti 150 k/s hədində olmuş, həmçinin həm Vaz-2105, həm də “BMV” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozmuşlar. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2638 saylı, 03 dekabr 2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «…Şübhəli şəxs: İmza Təqsirləndirilən şəxsF…» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,910 qram olan ağ rəngli kristial hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, üç ədəd şüşə borucuğun daxilində və bir ədəd elektron tərəzinin səthində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir. (cild 1, iş vərəqə 58-63) İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/842 saylı, 03 dekabr 2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Şübhəli şəxs……..Təqsirləndirilən şəxsF» yazılar və imzalar olan kağız bükümdə təmiz çəkisi 0,134 qram bitki məşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. (cild 1, iş vərəqə 64-66) İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1401 saylı, 27 iyul 2020-ci il tarixli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş : üzərində “...Təqsirləndirilən şəxs əynində olan...” sözləri yazılmış zərfdəki (zərf №1) bir ədəd bükümdə təmiz çəkisi 0,100 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. üzərində “...Təqsirləndirilən şəxs üzərindən və avtonəqliyyat vasitəsindən...” sözləri yazılmış zərfdəki (zərf №2) bir ədəd bükümdə təmiz çəkisi 0,736 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Bir ədəd borucuğun daxilində narkotik vasitə heroinə məxsus izlər vardır. Bir ədəd uc hissəsinə plastik borucuq bərkidilmiş dairəvi formalı şüşə qabın daxilində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. 1 və 2 № -li zərflərdəki narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə fərqlidirlər. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından eyniliklə bağlı qoyulmuş sual cavablandırılmadı. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. (cild 1, iş vərəqə 228-233) İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X36 Şəxsi Ambulator X1 3472 saylı, 17 dekabr 2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən, ÇƏTƏNƏ bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 180-183) İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X36 Şəxsi Ambulator X1 3298 saylı, 25 noyabr 2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 2, iş vərəqə 60-61) İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X28-Təcrübi və Tədris Birliyinin 1468 saylı, 28 dekabr 2019-cu il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər - baş-beynin silkələnməsi halında olan qapalı kəllə beyin travması, sol qaşın, sol əlin, sol kürək nahiyəsinin, sol sağrı, sol bud və sol baldırın qançırları, sol oturaq sümüyünün qapalı sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı Kliniki Şəhər Xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 17.11.2019- cu il tarixli yol nəqliyyat hadisəsinə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa AZ AĞİR dərəcəli zərərvurmaya aiddirlər. (cild 3, iş vərəqə 15-18) İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X16” X31 209 saylı, 27 mart 2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 bədənində aşkar edilmiş xəsarətlər - ənsə nahiyəsinin əzilmiş yarası, belin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı Kliniki Şəhər Xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 17.11.2019-cu il tarixli yol nəqiliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. (cild 3, iş vərəqə110-112) İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X28- Təcrübi və Tədris Birliyinin 12 dekabr 2020-ci il tarixli, 139 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs4 meyitində aşkar edilmiş xəsarətlər - üst çənədə ön kəsici dişlərin travmatik qopması; sol budun sıyrığı; ağır travmatik və hemorragik şok ilə müşaiyət olunan ağ ciyərlərin, döş aortasının, qara ciyərin və dalağın cırılmaları; sol İİ, İİİ, İV qabırğaların ön qoltuqaltı xətt üzrə qapalı, yerdəyişən sınıqları; sol bud sümüyünün qapalı, qəlpəli, yer dəyişən sınığı küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda və şəraitdə, yeni 17.11.2019-cu il tarixdə hərəkətdə olan avtomaşının salonunun qabarıq hissələrinə dəyməsi nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmanın elametlerinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs4 ölümünə yuxarıda qeyd olunan travma kompleksi nəticəsində baş vermiş ağır travmatik və hemorragik şok olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum Zərərçəkmiş şəxs4 meyitinin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs4 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir (məhkəmə-kimyəvi müayinə aktı № 2883/K, 29.11.2019) (cild 3, iş vərəqə 28-33) İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X28- Təcrübi və Tədris Birliyinin 12 dekabr 2020-ci il tarixli, 141 saylı rəyindən görünür ki, mərhum X9 meyitində aşkar edilmiş xəsarətlər- sağ qaşın əzilmiş yaraları, alın, burun, sağ almacıq nahiyələrinin, döş qəfəsinin ön səthinin sağ yarısının, sağ dirsək nahiyəsinin, sol əlin arxa səthinin, sağ budun sıyrıqları, döş sümüyünün orta üçdə birinin, sol İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, sağ İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların qapalı, yer dəyişən sınıqları, aortanın, ağ ciyərlərin və dalağın cırılmaları aşkar edildi. Qeyd olunan xəsarətlərdən küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 17.11.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin salon hissələrinin törənmələri istisna olunmur və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər və ölümlə səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb yuxarıda qeyd olunan travma kompleksi nəticəsində baş vermiş ağır dərəcəli travmatik və hemorragik şok olmuşdur. Mərhum Zərərçəkmiş şəxs2 ölümü onun meyitinin meyitxanada müayinəsi başlandığı vaxtdan 2-4 saat əvvəl baş vermişdir. Mərhum A.Ə.Hümbətovun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr güclü təsiredicilər aşkar edilməmişdir. (cild 3, iş vərəqə 34-39) İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X28- Təcrübi və Tədris Birliyinin 12 dekabr 2019-cu il tarixli, 140 saylı rəyindən görünür ki, mərhum X6 meyitində aşkar edilmiş xəsarətlər- aralıq nahiyyesinin, sol budun əzilmiş yaraları; sifətin sol yarısının, sol baldırın orta üçdə birinin arxa səthinin sıyrıqları; sol budun orta üçdə birinin iç səthinin qançırı; ağır travmatik və hemorragik şokla müşayiət olunan döş sümüyünün orta üçdə birinin qapalı sınığı; sağ bazu sümüyünün, sağ said sümüklərinin, sağ bud sümüyünün qapalı, yerdəyişən sınıqları; sol bud sümüyünün açıq, qelpeli yerdəyişən sınığı; ağ ciyərlərin, qara ciyərin və dalağın cırılmaları küt əşya (əşyalar) təsirindən törənmişlər, törenmə müddətləri qərarda göstərilən vaxtda və şəraitdə, yəni 17.11.2019-cu il tarixdə hərəkətdə olan avtomaşının salonunun qabarıq hissələrinə dəyməsi nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs5 ölümünə səbəb yuxarıda qeyd olunan travma kompleksi nəticəsində baş vermiş ağır travmatik və hemorragik şok olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum Zərərçəkmiş şəxs5 meyitinin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs4 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir (məhkəmə-kimyəvi müayinə aktı № 2884/K, 29.11.2019) (cild 3, iş vərəqə 40-45) İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X28- Təcrübi və Tədris Birliyinin 12 dekabr 2020-ci il tarixli, 142 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs3 meyitində ağır dərəcəli travmatik-hemorragik şokla müşayət olunan döş sümüyünün, sol V, Vİ, Vİİ, Vİİİ, sağ İV, V, Vİ, Vİİ, Vİİİ, İX qabırğaların, sol said sümüklərinin, sol baldır sümüklərinin qapalı, yerdəyişmiş sınıqları, qara ciyərin və dalağın cırılmaları, sağ dizin, sol baldırın sıyrıqları aşkar edildi. Qeyd olunan xəsarətlərdən küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 17.11.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində hərəkətdə olan avtomobilin salon hissələrin təsirindən törənmələri istisna olunmur, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər və ölümlə səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs3 ölümünə səbəb yuxarıda qeyd olunan travma kompleksi nəticəsində baş vermiş ağır dərəcəli travmatik şok olmuşdur. Mərhum Zərərçəkmiş şəxs3 ölümü onun meyitinin meyitxanada müayinəsi başlandığı vaxtdan 3-5 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs3 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir. (cild 3, iş vərəqə 46-51) İş üzrə təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2020-ci il tarixli 5070/5282 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası DİN-nin Təhlükəsiz Şəhər Xidmətindən əldə edilərək iş materiallarına əlavə edilmiş bir ədəd DVD-r Diskə yazılmış “№118-002 part 1” adlı faylda qeydə alınmış videoyazıya əsasən «BMW» markalı ** RE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin «A» və «B» nöqtələri arasındakı orta hərəkət sürəti v=150 3/km saat olmuşdur. Tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası DİN-nin Təhlükəsiz Şəhər Xidmətindən əldə edilərək iş materiallarına əlavə edilmiş bir ədəd DVD-R diskə yazılmış “№118-002 part 1” adlı faylda qeydə alınmış videoyazıya əsasən «VAZ 2105» markalı ** BL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin soldan 3-cü zolaqdan 2-ci zolağa daxil olduğu ("BMW” markalı avtomobilin qabaq tərəfinin ondan sağ tərəfdəki zolaqda, bır qədər öndə hərəkətdə olan albalı rəngli “Hunday Santafe” markalı avtomobilin arxa sol təkər ilə eyni xətt üzrə olduğu) andan toqquşma hadisəsi arasında keçən zaman müddəti A t =172 san təşkil edir. (cild 3, iş vərəqə 70-75) İş üzrə təyin olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 fevral 2021-ci il tarixli 8/142-4/43 saylı rəyindən görünür ki, VAZ- 2105 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3.4. BMW 535 markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı) tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimun sürətin məhdudlaşdırılması» yol nişanı) tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. (cild 3, iş vərəqə 102-109) İş materiallarında olan 27 fevral 2021-ci il tarixli sübutların qiymətləndirilməsi, əməlin tövsif olunması və əmələ xitam verilməsi barədə qərardan görünür ki, cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs və avtomaşından götürülmüş Təqsirləndirilən şəxs məxsus 2,910 qram olan psixotrop maddə metamfetamin, üç ədəd şüşə borucuğ, bir ədəd elektron tərəzi, 0,134 qram narkotik vasitə qurudulmuş marixuana, 0,100 qram olan narkotik vasitə heroin və 0,736 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 2,860 qram psixotrop maddə metamfetamin, 0,114 qram narkotik vasitə marixuana, üç ədəd şüşə borucuğ, bir ədəd «CAS CUX 420» markalı elektron tərəzi, 0,050 qram narkotik vasitə heroin və 0,676 qram narkotik vasitə heroin saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş üzrə əldə olunmuş Təqsirləndirilən şəxs üzərinə, nəqliyyat vasitələrinə şəxsi axtarış zamanı çəkilmiş videogörüntünü əks etdirən 04 ədəd, yol nəqliyyat hadisəsi yerinə baxış keçirməni əks etdirən 01 ədəd disk və yol nəqliyyat hadisəsini əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmış, cinayət işinə əlavə olunmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsindən aşkar olunaraq götürülmüş 0,134 qram qurudulmuş marixuananın ittiham daxil olunmaması nəzərə alınmalıdır. (cild 3, iş vərəqə 204) İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 17.11.2019-ci il tarixli, 1/3737 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar edilməmiş, yəni ayıq vəziyyətdə olmuşdur. (cild 2, iş vərəqəsi 115) İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsinin 27.07.2020-ci il tarixli, 1/3966 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs kakos, nəşə, şüşə qəbul edir. Təqsirləndirilən şəxs OPİ (t), THe (t), AMP (t) aşkar edildi. (cild 1, iş vərəqəsi 226) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifinə gəlincə, məhkəmə belə hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 263.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmənin fikrincə məhkəmə baxışı zamanı tədqiq edilən sübutlar işin faktiki hallarına uyğundur, onların mötəbərliyi şübhə doğurmur və həmin sübutlar Təqsirləndirilən şəxs təqsirli olduğunu sübut edir. Məhkəmə gəldiyi nəticələri, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən Təqsirləndirilən şəxs götürülmüş kütləsi 2,910 qram çəkidə olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 263.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 14.12.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs, əvvəllər məhkum olunmamışdır. (cild 03, iş vərəqə 94) Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət hadisəsini törətməsini, Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli ehtiyatsızlıqdan törətməsini, əməlini tam etiraf edərək peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cinayətlərin məcmusuna ağır cinayətlər daxil olduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddələrinə uyğun olaraq qismən toplanılmalı və təqsirləndirilən şəxsə qəti cəza təyin edilməli, həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən əlavə cəza əsas cəzaya birləşdirilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar olan, Xəzər RPİ-də saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 2,860 qram psixotrop maddə metamfetamin, 0,114 qram narkotik vasitə marixuana, üç ədəd şüşə borucuğ, bir ədəd «CAS CUX 420» markalı elektron tərəzi, 0,050 qram narkotik vasitə heroin və 0,676 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra dövriyyəsi qadağan olunduğundan məhv edilməli, cinayət işi materiallarına əlavə olunmuş 01 ədəd disk isə cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 730 manat, 10 qəpik pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan 27 iyul 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və 28 iyul 2020-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 28 iyul 2020-ci il tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vərəqə 209; Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 iyul 2020-ci il tarixdən 28 iyul 2020-ci il tarixədək həbsdə saxlanıldığı müddət, yəni 02 gün ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. İş materiallarında olan 03 dekabr 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 04.12.2020-ci il tarixli, 4(003)- 293/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə olma müddətinin əvvəli təqsirləndirilən şəxsin tutulduğu andan, yəni 03 dekabr 2020-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 22; 134-139) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 03 dekabr 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X36 Şəxsi Ambulator X1 3472 saylı, 17 dekabr 2020-ci il tarixli rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X14 istintaqda iştirak etdiyi 30 saata görə hər saat üçün 6 manat hesabı ilə ümumilikdə 180 ( bir yüz səysən ) manat miqdarında pul Bakı şəhər 8 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.3 və 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 09 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddələrinə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılsın, həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən əlavə cəza əsas cəzaya birləşdirilsin və ona 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni 02 gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 09 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 03 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Xəzər RPİ-də saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 2,860 qram psixotrop maddə metamfetamin, 0,114 qram narkotik vasitə marixuana, üç ədəd şüşə borucuğ, bir ədəd «CAS CUX 420» markalı elektron tərəzi, 0,050 qram narkotik vasitə heroin və 0,676 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işi materiallarına əlavə olunmuş 01 ədəd disk isə cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 730 manat, 10 qəpik pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X14 istintaqda iştirak etdiyi 30 saata görə hər saat üçün 6 manat hesabı ilə ümumilikdə 180 ( iki yüz əlli iki ) manat miqdarında pul Bakı şəhər 8 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar