Məhkəmə qərarları › İş №1(101)-902/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-902/2025

24.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-902/2025 24.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və «Zəfər» Vəkil Bürosunun vəkili Müdafiəçi4 oğlunun iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.2007-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Cavad kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Hökməli qəsəbəsində nömrəsiz evdə yaşamış, barəsində məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə xx.xx.2005-cı il tarixdə Naxçıvan MR, Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Ordubad rayonu, Dəstə ərazi dairəsi, Dəstə kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə xx.xx.1999-cu ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Lürən kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, D.Bünyatzadə küçəsi, ev 232, mənzil 18-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs3 ibtidai araşdırma orqanı tərəfindən müəyyən edilməyən şəxsin sifarişi və sonuncunun müəyyən etdiyi yerin ünvanına əsasən külli miqdarda narkotik vasitə marixuananın, xeyli miqdarda tiryəkin və külli miqdarda heroinin qanunsuz olaraq satışını həyata keçirmək üçün Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və barələrində cinayət işi ayrılmış digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib ümumi razılığa gələrək Təqsirləndirilən şəxs3 Tufan S-150 markalı motosikletlə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə sonuncunun idarə etdiyi “KİA Pride” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Pirallahı rayonu Texnologiya parkının yanına gələrək orada Təqsirləndirilən şəxs1 və barəsində cinayət işi ayrılmış digər şəxslə birlikdə yarımçıq tikiliyə daxil olaraq oradan içində külli miqdarda, ümumi təmiz çəkisi 5555,0 qram narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda təmiz çəkisi 23,407 qram narkotik vasitə heroin, xeyli miqdirda təmiz çəkisi 22,524 qram tiryək olan çantanı əldə edib tikilidən çıxaraq qrupun digər üzvü Təqsirləndirilən şəxs3 vermək istədiyi zaman onlara yaxınlaşan mülki geyimdə olan polis əməkdaşlarını gördükdə çantanı hadisə yerində atıb oradan uzaqlaşmaqla Təqsirləndirilən şəxs3 onu “KİA Pride” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobildə gözləyən Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə, tikiliyə daxil olan digər bir şəxs isə Tufan S-150 markalı motosikletə minərək hadisə yerindən uzaqlaşaraq qaçmış, lakin Təqsirləndirilən şəxs1 hadisə yerində saxlanılaraq tikilidən əldə etdiyi və içində narkotik vasitələr olan çanta ilə birlikdə saxlanılaraq polis idarəsinə gətirilmiş, orada üzərinə və çantaya baxış keçirildikdə çantada olan qanunsuz narkotik vasitələr, yəni 5 (beş) ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış qara rəngli sellofana bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi, 1165,0 qram, 1170,0 qram, 1150,0 qram, 980,0 qram və 1090,0 qram, ümumi təmiz çəkisi 5555,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, həmin çantanın zəncirbəndli yan cibindən isə 1 ədəd boz rəngli sellofana bükülmüş təmiz çəkisi 23,407 qram olan açıqqəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 1 ədəd boz rəngli sellofana bükülmüş təmiz çəkisi 22,524 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə tiryək aşkar olunaraq götürülmüşdür. Davam etdirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası ərazisini tərk etmək istədikdə Heydər Əliyev adına X14 saxlanılaraq istintaqa təqdim edilmiş, Təqsirləndirilən şəxs3 isə keçirilmiş davamlı əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə yaşadığı ünvanın yaxınlığında saxlanılaraq istintaqa təqdim edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, digər təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 dostu Abbasın vasitəsilə tanımışdır. Təqsirləndirilən şəxs2 isə ümumiyyətlə tanımamışdır. O, əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə yaşadığı Bakı şəhəri, Yasamal rayonu ərazisində, evlərinin yaxınlığında yerləşən «Kaktus» restoranının yanından dostu Abbas onu öz motosikleti ilə Qala qəsəbəsində Rahat marketin yanına aparmışdır ki, orada dostları ilə görüşərək Pirallahı rayonunda olan bağ evinə istirahətə gedəcəklər. Həmin marketə çatdıqda Pərvin və Aqili KİA markalı metallik rəngli maşının yanında görmüşdür. Oradan birlikdə Pirallahı istiqamətində hərəkət etmişlər. Tanımadığı bir yerdə yolun kənarında Abbas motosikleti saxlayaraq ona demişdir ki, gözlə, gedib evin açarını götürüm. O, motosikletin yanında qalmış, Abbas isə açarı götürmək üçün harasa getmişdir. Az müddət keçəndən sonra görmüşdür ki, Abbas qaça-qaça motosikletə yaxınlaşıb onu götürmədən sürüb getmişdir. Pərvinlə Aqilin olduqları maşın isə onlardan aralıda olmuşdur. Həmin yerdə mülki geyimdə olan polis əməkdaşları onları tutmuşlar. Onu özlərinin «Hunday Sonata» markalı maşınına mindirib Abbasın arxasınca sürmüşlər. Abbasın idarə etdiyi motosikleti yolun kənarında görmüşlər, Abbasın özü isə motosikletin yanında olmamışdır. Bundan sonra onu bölməyə gətirmişlər. Orada ona bir çantanı göstərib içindəki qanunsuz əşyalar olan narkotik vasitələri üzərinə götürməyi tələb etmiş, götürmədiyi halda evini axtarıb üzərinə daha çox miqdarda narkotik qoyacaqları, ailə üzvlərini də bu işə qoşacaqları ilə hədələyib onu döymüşlər. O da məcbur qalıb külli miqdarda narkotik vasitələrin özünə məxsus olmasını boynuna almışdır. Onun həmin narkotik vasitələrdən xəbəri olmamışdır. Polis idarəsində çantanı ilk dəfə görmüş, çəkiliş zamanı çantanı açıb göstərmişlər. İçində qara rəngli bükümlər olmuşdur. Ondan bu bükümlərin nə olmasını soruşan zaman həmin bükümlərin nə olduğunu bilmədiyini demişdir. O, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Belə ki, bir neçə dəfə qurudulmuş marixuanadan istifadə etmişdir. Bu gün onun ad günüdür. Məhkəmədən xahiş edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilsin. Onu Pirallahı rayonunda polislər saxlayıb. Saxlanılan zaman üzərində heç nə olmamışdır. Eşitmişdir ki, Abbas Pirallahı RPŞ-si tərəfindən törətdiyi hansısa cinayətə görə tutulmuşdur. O, Abbasla birlikdə heç yana getməmiş, Abbas harasa gedib 5 dəqiqədən sonra qaça-qaça gəlib onu orada qoyaraq motosikleti idarə edərək sürüb getmişdir. Bu zaman Abbasın əlində hər hansı bir çanta görməmişdir. İbtidai istintaq zamanı müdafiəçisnin iştirakı ilə verdiyi ifadəsi ona elan edilmiş, həmin ifadədə göstərmişdir ki, Pərvinin ona vəd etdiyi 500 manata görə hadisə yerində olan köhnə tikiliyə Abbas adlı şəxslə getmiş, oradan içində narkotik vasitələr olduğunu bildiyi halda çantanı götürüb tikilidən çıxdıqdan sonra Abbasa vermiş, lakin Pərvinin «polislər gəldi, qaçın» qışqırıq səsini eşidən kimi çantanı yerə atmış, hadisə yerində qalmış, digər şəxslər isə qaçmışlar. O, qaçıb gedə bilmədiyi üçün polis əməkdaşları tərəfindən saxlanılmışdır. Hal-hazırda məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hadisə günü tanımışdır. Belə ki, həmin gün qardaşı Adil ona məxsus «KİA Pride» markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomaşını cərimə meydançasına saldırdığı üçün özünə məxsus «Tufan S-150» markalı motosiklet ilə getmişdir ki, cəriməni ödəməklə maşını cərimə meydançasından çıxartsın. Həmin yerdə qardaşı Adil, iş yoldaşı Abbas, Elvin adlı şəxs, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 olmuşlar. Orada Pərvin təklif etmişdir ki, maşınla Mərdəkana tanış adamın bağına gedib istirahət etsinlər. Onlar hamısı onun maşınına yerləşmədiyi üçün Abbasla Vüsal motosikletlə, o, qardaşı Adil, Təqsirləndirilən şəxs3 və Elvin maşınla Mərdəkan istiqamətində hərəkət etmişlər. Hətta Mərdəkan dairəsində motosikletlə gələn Abbasla Vüsalı gözləmişlər. Pərvinin təklifi ilə Mərdəkandan Şahid2 adlı şəxsi də götürmüşlər. Belə ki, bağın açarı həmin Elmirdə olmuşdur. Lakin onlar Mərdəkandan Pirallahı qəsəbəsinə körpüdən daxil olduqdan sonra Texnologiya parkının qarşısında Təqsirləndirilən şəxs3 təklifi ilə saxlamışlar. Pərvin maşından enərək arxa sol tərəfdə motosikletdə olan Abbasla Vüsala yaxınlaşıb onlarla nə barədəsə söhbət etmiş, sonra yenidən qayıdıb maşina oturmuşdur. Amma görmüşdür ki, motosikletdən Təqsirləndirilən şəxs1 aralanaraq Texnologiya parkının hasarından keçib ora daxil olmuş, tez bir müddətdə geri qayıtmışdır. Bu zaman Vüsalın əlində hər hansı əşya olubolmamasını görməmişdir. Bundan sonra onlar Pirallahıdan geri qayıtmağa başlamışlar. Onlar hərəkət etdikləri zaman bir «Xəzər» markalı qara rəngli maşının onları təqib etdiyini görmüşdür. Həmin maşın onları təxminən 35 km təqib etmişdir. Həmin maşındakıların onları döyməyə gəldiklərini zənn edib maşını saxlamamışdır. Təqib olunan zamani darə etdiyi maşının sol qabaq hissəsini bardyura vurmuşdur. Lakin maşın hərəkət qabiliyyətini itirmədiyi üçün hərəkətini davam edərək NZS qəsəbəsinə gəlmiş, orada kafedə o, Pərvin, Adil və Elmir oturub istirahət etmişlər. Həmin vaxt Pərvinin əsməsini görmüşdür. Lakin səbəbini bilməmişdir. Bundan sonra evlərinə getmişdir. Həmin gün saat 21 radələrində onlardan 4 nəfər, o cümlədən Təqsirləndirilən şəxs1 tutulmuş, o isə ayın 24-də təyyarə ilə Dubaya uçmaq istədiyi zaman saxlanılmışdır. İstintaq zamanı bilmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və o Pirallahı qəsəbəsi Texnologiya parkı deyilən ərazidən çantanın içərisində olmuş 5555,0 qram narkotik vasitə qurudulmuş marixuananı, 23,407 qram narkotik vasitə heroini, 22,524 qram tiryəki əldə etdiklərinə görə saxlanılmışlar. Təqsirləndirilən şəxs1 verdiyi ifadəsi ilə əlaqədar əlavə ifadə verərək bildirir ki, o, Vüsalı tanımamışdır. Pərvin, o, Şahid2 maşınla getmiş, maşını o, idarə etmişdir. Bağ evinin qapısının açarını Abbasla Vüsal götürəsi olduqları üçün onlar açarın dalınca getməmişlər. Əvvəl Vüsalı tutmuşlar, onu isə ayın 24-də tutmuşlar. Üzərində narkotik vasitə olmayıb. Lakin ona da psixoloji təzyiqlər olmuşdur. İbtidai istintaq zamanı müdafiəçisnin iştirakı ilə verdiyi ifadəsi ona elan edilmiş, həmin ifadədə göstərmişdir ki, Təqsirləndirilən şəxs3 ona bildirmişdir ki, bir şəxsin bildirdiyi yerdən vnarkotik vasitə götürməlidir, əvəzində isə ona pul veriləcəkdir. Pərvinin təklifi ilə özünə məxsus «KİA Pride» avtomaşını ilə Pirallahı qəsəbəsi Texnologiya parkı deyilən yerə maşını sürmüş, Abbas və Vüsal adlı şəxslərlə ona məxsus motosikletlə həmin əraziyə gəlmiş, onunla maşında olan Təqsirləndirilən şəxs3, Abbas və Vüsal köhnə tikiliyə getmiş, o isə maşını döndərib həmin yerə qayıtmaq üçün oradan maşını sürmüş, həmin yerə qayıtdıqda Pərvinin maşina tələsik minib sürüb getmələrini demiş, oradan uzaqlaşdıqda Vüsalın polis əməkdaşları tərəfindən tutulduğunu görmüşdür. Həmin ifadəsini qismən təsdiqləyir, məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər Yasamal rayonunda yaşadıqları üçün Vüsalı, Elmiri, Aqili və Adili dostu Abbasın vasitəsi ilə Yasamal rayonundan tanımışdır. Belə ki, o, Pirallahı qəsəbəsində istirahət etmək üçün bağ evi kirayələmişdir. Hadisə günü ora istirahət etmək üçün getmək istəmişdir. Həmin yerə içində o, Elmir, Aqil və Adil olan “KİA” markalı maşınla, Abbasla Vüsal isə Abbasın motosikleti ilə getmişlər. Maşını Adil idarə edirdi. Yolüstü Mərdəkan qəsəbəsində bağ evinin açarını bir cavan oğlandan götürüb yollarına davam etmişlər. Pirallahıya çatdıqda onların qarşısını polislər kəsmiş, polislərin sayı 10 nəfərdən artıq olmuşdur. Qorxduqları üçün maşını sürüb geri qayıtmışlar. Abbas da motosikleti sürüb qaçmışdır. Hadisə yerində yalnız Təqsirləndirilən şəxs1 qalmış, onu da polislər saxlamışlar. Onların maşınını qara rəngli «Xəzər» markalı maşın təqib edirdi. Maşınla Mərdəkana gəlib yolun kənarındakı yanacaqdoldurma məntəqəsində maşını qoyub taksi ilə hər kəs öz evinə getmişdir. Onu polis əməkdaşları sentyabr ayında tutmuşlar. O, Pirallahıda heç bi evə getməmiş, sadəcə parkda düşərək havasını dəyişmişdir. O və yaxud digər tanışları heç bir yerdən çanta götürməmiş və çanta ilə tutulmamışlar. Polis idarəsində onu döymüşlər, lakin bədənində döymə izləri qalmamışdır. Yetkinlik yaşına çatmadığı və qorxduğu üçün Pirallahıya narkotik vasitə dalınca getdiklərini etiraf etmişdir. Onu bir gün polisdə saxlayıb buraxmışlar. Xəsarətləri olmadığı üçün də xəstəxanaya müraciət etməmişdir. İbtidai istintaq zamanı verdiyi cinayət əməlini etiraf etdiyi ifadəsi ona elan olundu. Həmin ifadəsini təsdiq etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Pirallahı rayon Polis İdarəsinin NMQnin əməliyyat müvəkkili Şahid3 Elbrus oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 və Abbas adlı şəxsi tanıyır. Belə ki, ona əməliyyat məlumatı daxil olmuşdur ki, qeyd olunan şəxslər narkotik vasitələrnin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğuldur. Məlumat əsasında zəruri prosessual hərəkətlər icra edilmiş, ondan və həmkarı CAŞ-ın əməliyyat müvəkkili Şahid4 ibarət əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri o olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında bu şəxslərin ifşa edilib saxlanılması üçün məlumatda qeyd olunan Pirallahı qəsəbəsi Texnologiya parkı deyilən əraziyə xx.xx.2024-cü il tarixdə saat 23 radələrində gedərək həmin əraziyə “KİA” markalı maşın və motosikletlə yaxınlaşan şəxslərdən iki nəfərin yarıtikili binayə girib çanta ilə çıxdıqları zaman dərhal onlara yaxınlaşdıqları zaman həmin şəxslər çantanı elə həmin yarıtikili binanın qarşısında yerə ataraq maşınla və motosikletlə hadisə yerindən uzaqlaşmışlar. Çantanı gətirənlərdən biri, yəni hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs1 nəqliyyat vasitələrinə minib qaça bilmədiyi üçün hadisə yerində qaldığı üçün ona yaxınlaşıb saxlayaraq çanta ilə birlikdə idarəyə gətirmişlər. Bildirmək istəyir ki, Təqsirləndirilən şəxs1 saxlanıldığı zaman heç bir müqavimət göstərməmiş, onun saxlanılması üçün fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs1 və çantanı Pirallahı RPŞ-nin növbətçi hissəsinə təhvil vermişlər, oradan isə Təqsirləndirilən şəxs1 həmin çanta ilə birlikdə təhqiqatçıya təqdim edilmiş, təhqiqatçı müdafiəçi dəvət etdikdən sonra onun və həmkarı Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə və yarıtikilidən götürdüyü çantaya baxış keçirilmiş, Təqsirləndirilən şəxs1 cinayətin digər iştirakçılarının adlarını bildirməklə narkotik vasitə və psixotrop maddələrin Texnologiya parkının ərazisindən götürməsi üçün gəldiklərini etiraf etmişdir. Çantaya baxış zamanı 5 böyük bağlama qurudulmuş marixuana, üzəri yapışqanla yapışdırılmış bükümlər, həmin çantanın zəncirbəndli yan cibindən isə 2 ədəd boz rəngli sellofan bükümlər aşkar olunaraq götürülmüşdür. Aşkar olunmuş 5 ədəd bükümün içərisindən ot şəkilli maddə, digər 2 ədəd bükümdən isə qəhvəyi rəngli maddələr aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin çantanını içində olan maddələrin narkotik vasitə olduğunu, onları Pərvin adlı şəxsə vermək üçün Pirallahı rayonu ərazisində yerləşən parkdakı yarmçıq tikilidən götürdüyünü və buna görə də Pərvinin ona 500 manat verəcəyini demişdir. Təqsirləndirilən şəxs1 üzərində isə hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan başqa həmin işlə əlaqədar verilmiş əməliyyat tapışırığı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsndə Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Heydər Əliyev adına X20 giriş etdiyi zaman Heydər Əliyev adına X14 saxlayaraq istintaq bölməsinə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Pirallahı RPİ-nin CAŞ-nin əməliyyat müvəkkli, polis leytenantı Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanıyır. Belə ki, idarəyə əməliyyat məlumatı daxil olmuşdur ki, rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tərəfindən Texnologiya parkından narkotik vasitə götürüləcəkdir. Həmin məlumatla əlaqədar ondan və həmkarı Şahid3 tərəfindən əməliyyat qrupu yaradılmış və xx.xx.2024-cü il tarixdə saat 23 radələrində onlar tərəfindən Texnologiya parkın ərazisi gizli müşahidəyə alınmışdır. Kənardan görmüşdür ki, bir ədəd “KİA RİO” markalı maşın və bir ədəd motosikletdə gələn şəxslərdən bir neçəsi yarımçıq tikiliyə daxil olaraq oradan bir çanta ilə çıxıb nəqliyyat vasitələrinə yaxınlaşmaq istədikləri zaman onlar dərhal bu şəxslərə yaxınlaşdıqları zaman yalnız hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs1 saxlaya bilmişlər. Digər şəxslər isə motosikletə və maşina minib hadisə yerindən uzaqlaşmışlar. Onlar Təqsirləndirilən şəxs1 və çantanı Pirallahı RPİ-nə aparmış, orada sonuncunun üzərinə və çantaya baxış keçirilməsində iştirak etmişdir. Xatırladığı qədər çantada 5 büküm qurudulmuş marixuana, bir büküm heroinə bənzər və bir büküm metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Bir neçə müddətdən sonra cinayətin digər iştirakçıları da saxlanılaraq istintaqa təqdim edilmişdir. Təqsirləndirilən şəxslərin heç birinə onun və həmkarı Şahid3 tərəfindən fiziki və psixoloji təzyiq edilməmişdir. Ona idarənin növbətçi hissəsinə gətirilən şəxslərin qeydiyyat kitabından çıxarış təqdim edildi . Orada Təqsirləndirilən şəxs1 növbətçi hissəyə təhvil verən 4 nəfər polis əməkdaşının olması göstərilmişdir. Ola bilər belə. Sadəcə əməliyyatı birbaşa həyata keçirən o və Şahid3 olmuşdur. Qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs2 hadisə zamanı görmüşdür. Sonuncu maşında olmuş, hətta o zaman Təqsirləndirilən şəxs2 saqqalı olmuşdur. Belə ki, gecə olsa da Texnologiya parkının ərazisinin işıqlandırılması yaxşı idi. Şahid4 ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs2 göstərmişdir ki, həqiqətən hadisə zamanı maşında olmuş və saqqalı var idi. Şahidin ifadəsi ilə qismən razıdır. Belə ki, çanta yerə atılmışdır. Çantanın arxasınca gedən Təqsirləndirilən şəxs3 olmuşdur. Ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməmiş, lakin psixoloji təzyiqlər olmuşdur. Şahid4 ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs1 göstərmişdir ki, həqiqətən hadisə yerində olmuş, ora motosikletlə Əliabbas ilə birlikdə getmiş, Pərvin, Aqil, Aqilin qardaşı Adil isə həmin yerə maşınla getmişlər. Onlar ora istirahət üçün getmişlər. Lakin Pərvin harasa gedib bir çanta ilə qayıdan zaman onlara tərəf 2 nəfər polis əməkdaşı deyil, daha çox şəxs yaxınlaşmış, Pərvin çantanı yerə atıb maşına minərək maşında olan digər şəxslərlə birlikdə oradan uzaqlaşmış, Əliabbas isə onu orada qoyaraq motosikleti sürüb oradan getmişdir. Çanta onda deyil, yerdə idi. Onu polis əməkdaşları saxlamış, ona qarşı fiziki zor tətbiq etmişlər. Onu döyənlərdən biri elə Şahid4 özü olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanıyır. Onun barəsində Pirallahı RPİ-də cinayət məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi gedir, barəsində həbs qətimkan tədbiri seçilməklə 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Təqsirləndirilən şəxs1lə bir məhəllədə yaşamaqla uzun müddət tanışdılar. Vüsalın vasitəsilə Təqsirləndirilən şəxs2 tanımış, digər Təqsirləndirilən şəxs3, Aqilin qardaşı Adili və Şahid2 Pirallahıya gedən zaman tanımışdır. Belə ki, hadisə günü, yəni 20 iyun 2024-cü il tarixdə axşam vaxtı bu şəxslərin hamısı ilə birlikdə Pirallahıya bağ evinə istirahətə getmişlər. O, motosikleti idarə etmiş, onunla birlikdə Təqsirləndirilən şəxs1 olmuş, digər uşaqlar isə maşınla hərəkət etmişlər. Yolüstü Qala qəsəbəsində bir nəfərdən bağ evinin açarını götürmək üçün Pərvin kiməsə zəng etdi. Bundan sonra onlar hamısı yoluna davam etmiş, Pirallahı qəsəbəsində gedəcəkləri yerə çatdıqda dayandıqları zaman onlara tərəf qaçan polis əməkdaşlarını görüb qorxmuş, motosikletlə oradan qaçıb getmişdir. Təqsirləndirilən şəxs1 isə həmin yerdə qalmışdır. O, hadisə yerindən hər hansı bir narkotik vasitə götürmək üçün getməmiş, heç bir çanta görməmiş, sadəcə qorxaraq oradan qaçıb getmişdir. İşin faktiki halları: Təqsirləndirilən şəxs1 hissəsində:

1. Bakı şəhəri, Pirallahı rayon Polis İdarəsinin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 Elbrus oğlunun 20 iyun 2024-cü il tarixli raportundan müəyyən olunur ki, etimad doğuran, məlum, qərəzsiz mənbələrdən daxil olmuş məlumatda «Vüsal» adlı şəxsin «Pərviz», «Adil» və «Abbas » adlı şəxslərlə əlbir olaraq qanunsuz narkotik vasitələrin daşınması və satışı ilə məşğul olması bildirilir. Həmin məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində «Vüsal» adlı şəxsin şəxsiyyəti müəyyən edilərək onun Naxçıvan MR-sı, Ordubad rayonu, Dəstə kəndində qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Qanlı göl qərb sahili, ev 205 T-də yaşayan xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1dur (c 1, i.v 3).

2. Bakı şəhəri, Pirallahı rayon Polis İdarəsinin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 Elbrus oğlunun «Əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 20 iyun 2024-cü il tarixli qərarı və eyni tarixli həmin RPİ-nin rəisinin əmri ilə Vüsal adlı və digər şəxslərin ifşa və saxlanılması üçün əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri polis leytenantı Şahid3 Elbrus oğlu qrupun üzvü isə polis leytenantı Şahid4 təyin edilmişlər. (c 1, i.v 3).

3. Polis leytenantı Şahid3 Elbrus oğlunun digər, 20 iyun 2024-cü il tarixli raportundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 cinayət əməlinin ifşa olunması məqsədilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 20 iyun 2024-cü il tarixdə saat 23 radələrində Pirallahı rayonu, S.Vurğun küçəsində fəaliyyət göstərilən «F-Marin» istirahət mərkəzinin yaxınlığında saxlanılaraq polis idarəsinə gətirilmişdir (c 1, i.v 8).

4. Bakı şəhəri, Pirallahı rayon Polis İdarəsinin Növbətçi Hissəsinin «şəhər, rayon, xətt polis orqanlarına gətirlmiş şəxslərin qeydiyyat kitabı»ndan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 20 iyun 2024-cü il tarixdə saat 00:15 radələrində Pirallahı RPİ-nə narkotik vasitələrin qanunsuz olaraq qanunsuz olaraq daşınması və satışı şübhəsi ilə saxlanılaraq Növbətçi Hissəyə təhvil verilmiş, Təqsirləndirilən şəxs1 RPİ-nin əməkdaşları Şahid3, Şahid4, B.Rəhimov və İ.Hacıyev tərəfindən gətirilmiş, xx.xx.2024-cü il tarixdə saat 05:04-də Müvəqqəti saxlama yerinə təhvil verilmişdir.

5. «Tutma haqqında » xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 00:50-də CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək müdafiəçisi X3 iştirakı ilə tutulmuşdur (c 1, i.v 22).

6. «Şübhəli şəxsin üzərində axtarış keçirilməsi və götürmə haqqında » xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 01:40dan saat 02:10-dək müdafiəçi X6, polis əməkdaşları Şahid3 Elbrus oğlu, Şahid4 və istintaq hərəkətinin videogörüntüsünü həyata keçirən RPİ-nin KTQ-nin inspektoru, polis mayoru X7 iştirakları ilə RPİ-nin baş təhqiqatçısı, polis polkovnik –leytenantı Elçin Məmmədov tərəfindən Təqsirləndirilən şəxs1 üzərində axtarış və götürmə keçirilmiş, Təqsirləndirilən şəxs1 təklif olunmuşdur ki, üzərində olan əşyaları könüllü olaraq masanın üzərinə qoysun. Təqsirləndirilən şəxs1 əlində olan yaşıl, boz və ağ naxışlı çantasını masanın üzərinə qoymuş, həmin çantadan 5 ədəd qara rəngli sellofana bükülmüş, üzəri skoçla bərkidilmiş bükümlər masnın üzərinə qoyularaq açılmış, hər bir bükümdə narkotik vasitəyə bənzər, spesifik iyli maddə, yan cibindən bir ədəd boz rəngli sellofana bükülmüş ağ rəngli kristal maddə, bir bükümdə isə qara rəngli kristal formada maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 üzərindən başqa əşya aşkar olunmadı. Çantadan aşkar olunmuş kütlələr qablaşdırılaraq 237 saylı möhürlə möhürlənmiş və baxışın bütün iştirakçıları tərəfindən imzalanmışdır. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 bildirdi ki, xx.xx.2024-cü il tarixdə dostu Pərviz onun yaşadığı ünvana gəlib hardasa sumka olduğunu, həmin sumkanı gətirib Pərvizə versə əvəzində Pərviz ona 500 manat pul verəcəyini, həmin gün axşam o, Pərviz, Abas, Adil və Aqil ilə birlikdə Pirallahı rayonuna gəlmiş, Pirallahı rayonunda Texnologiya parkında, yarımçıq tikilidən bir ədəd idman çantasını götürüb Abasa verib, həmin yerdən 4-5 metr uzaqlaşdıqda 4-5 nəfər onlara yaxınlaşanda Abas sumkanı yerə atıb ikisi bir yerdə həmin yerdən qaçıb uzaqlaşmış, sonra yolun kənarında dayananda özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər onu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib RPİ-nə dəvət etmişlər. Onunla bir yerdə gələn Pərviz, Abas, Adil və Aqil hadisə yerindən qaçmışlar (c.1, i.v 32-33).

7. Məhkəmə-bioloji ekspertizasının 21 iyun 2024-cü il tarixli, 7/1010 nömrəli rəyindən müəyyən olunur ki, üzərində «Təqsirləndirilən şəxs1 marixuanaya oxşar kütlə…» yazı və imzalar olan bir ədəd zolaqlı sintetik torbada 5(beş) ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış qara rəngli sellofan bağlamada hər birinin – ayrılıqda təmiz çəkisi 1165,0 qr, 1170,0 qr, 1150,0 qr, 980,0 qr və 1090,0 qram olmaqla ümumi təmiz çəkisi 5555,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitədir - qurudulmuş marixuanadır. Qeyd: marixuananın ümumi təmiz çəkisi 5555,0 qram, tədqiqata sərf edldi - 0,25 qram, qalıq 5554,75 qram ( c.1,i.v.37-41). 8.Məhkəmədə elan edilib araşdırılmış iş üzrə təyin edilərək keçirilmiş məhkəmə fizikikimyəvi ekspertizasının 21 iyun 2024-cü il tarixli, 6/3314 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs1 …» sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 23,407 qram olan açıq-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 22,524 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Heroin və tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr ”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 23,407 qr, tədqiqata sərf edldi - 0,100 qr, qalıq-23,307 qr. Tiryəkin təmiz çəkisi 22,524 qr, tədqiqata sərf edldi - 0,100 qr, qalıq-22,424 qr (c.1,i.v.42-47).

9. Bakı şəhəri, Pirallahı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Bakı şəhəri, Pirallahı rayon Polis İdarəsinin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 Elbrus oğlu tərəfindən qəbul edilmiş 20 iyun 2024-cü il tarixli qərar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri qanuni hesab edilmişdir (c1, i.v 50).

10. Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində verdiyi 21 iyun 2024-cü il tarixli və təqsirləndirilən şəxs qismində verdiyi 22 iyun 2024-cü il tarixli ifadələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası CM-in 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilərək göstərmişdir ki, o, təxminən bir ildir ki, narkotik vasitəsi marixuanadan istifadə edir, xx.xx.2024-cü il tarixdə yaşadjığı Bakı şəhəri, Yasamal rayonu, Qanlı göl ərazisindəki evinin yaxınlığında olarkən tanışı Pərviz yanına gələrək bildirdi ki. Bir yerdə çanta var, həmin çantanı götürüb ona verəcəyi təqdirdə ona 500 manat pul verəcək. Çantada qanunsuz nə isə olduğundan şübhələnmiş, lakin pula ehtiyacı olduğu üçün Pərvizlə razılaşmış və həmin gün tanışları Abas, Aqil, və Adil ilə görüşmüş, o, Abasın idarə etdiyi motosikletlə, Adil və Aqi lisə Pərvizin idarə etdiyi «KİA»markalı maşınla birlikdə həmin gün saat 23 radələrində Pirallahı rayonu ərazsisinə gəlmiş, ora çatdıqda Pərviz çantada narkotik vasitələr olduğunu dedi Pula ehtiyacı olduğu və əvvəldən də çantada narkotik vasitələrin olduğundan şübhələndiyi üçün etiraz etməmiş, o, Pərviz və Abas ilə birlikdə yolun kənarında yerləşən parka girmiş, Pərviz narkotik olan çantanın parkın içində yerləşən yarımçıq tikilidə olduğunu dedi. Abas ilə birlikdə yarımçıq tikiliyə daxil olmuş, Abas telefonun işığını yandırdı və tikiliyə sol tərəfdə yerdə çanta olduğunu görüb həmin çantanı götürüb bayıra çıxmış, bayıra çıxdıqdan sonra həmin çantanı Abbasa verdi. Abbas isə çantanı Pərvizə vermək üçün sonuncuya tərəf getdikdə mülki geyimli şəxslərin onlara tərəf qaçaraq gəldiyini görmüş, Pərviz polislər gəldiyini deyib qışqıraraq qaçın demiş, Abbas həmin çantanı yerə atıb qaçdı, o da qaçaraq parkdan çıxmış və polislərdən qaça bilməyəcəyini bilib yolun kənarında oturmuş, polislər ona yaxınlaşaraq orada nə etdiyini soruşduqda polislərə qaçan şəxslərdən biri olduğunu, çantada narkotik vasitə olduğunu, onu yarımçıq tikilidən götürüb Abbasa verdiyini etiraf etmişdir. Polislər həmin çantanı da götürüb onu polis idarəsinə aparmış, orada vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş və o, könüllü olaraq çantada olan 5 ədəd bükümü, çantanın yan cibindən 2 ədəd bükümü təqdim etmiş, həmin əşyalardan 5 bükümdə ot kütləsi, digər 2 bükümdə isə qəhvəyi rəngli maddələr aşkar olundu. İstər şübhəli şəxs qismində, istərsə də təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində polis əməkdaşları tərəfindən ona hər hansı zor tətbiq edilməsi sualına cavab olaraq göstərmişdir ki, polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilməmişdir (c1, i.v 57-61, 75-79).

11. Təqsirləndirilən şəxs1 «ifadəsinin yerində yoxlanılması haqqında» 22 iyun 2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 hadisə yerində köhnə tikilini göstərərək məhz həmin tikiliyə xx.xx.2024-cü il tarixdə Abbas adlı şəxslə daxil olduğunu, Abbasın telefonunun işığı ilə tikiliyə girişdən sol tərəfdə yerdə çanta olduğunu görmüş, həmin çantanı götürüb bayıra çıxmış və çantanı Abbasa vermişdir. Abbas çantanı Pərvizə vermək üçün ona tərəf getdikdə mülki geyimli şəxslər onlara qaçaraq yaxınlaşmış, Abbas çantanı yerə atıb qaçdıqda o da qaçaraq parkdan çıxmış, lakin polislər onu saxlamışlar. Polislərə çantada narkotik vasitə olduğunu və onu yarımçıq tikilidən götürüb Abbasa verdiyini etiraf etmişdir (c 1, i.v 88-94).

12. Bakı şəhəri Pirallahı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, məhkəməyə izahında Təqsirləndirilən şəxs1 ona istinad edilən cinayət əməllərini törətdiyini etiraf edərək səmimi peşman olduğunu bildirdi (c 1, i.v 104-109).

13. Təqsirləndirilən şəxs1 barəsində keçirilmiş «Ambulator məcburi-narkologi tibbi yoxlama» barədə xx.xx.2024-cü il tarixli 4918 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərin və Sedativ və yuxu gətirici vasitələrin birgə qəbulu nəticəsində asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Onu müayinə edən həkim-narkoloqa Təqsirləndirilən şəxs1 bildirmişdir ki, 5 ildir ki, narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir, həmçinin 2-3 ildir ki, güclü təsiredici dərman preparatı olan tramadol həblərindən istifadə edir, sonuncu dəfə tramadoldan 10-15 gün əvvəl istifadə etmiş, əvvəllər psixotrop maddə olan metamfetamini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edib. Müayinə zamanı şikayəti ümumi zəiflik, əsəbilik, əzginlik, narahatçılıq, baş ağrıları və yuxunun nisbətən pozulmasından ibarətdir (c2, i.v 85-86).

14. Təqsirləndirilən şəxs1 barəsində keçirilmiş ambulator məhkəmə- psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 2179 saylı rəyindən müəyyən olunur ki, ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı Psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda psixopatik cizgiləri müəyyən edilir, törətdiyi əməl Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür, anlaqlıdır (C 2, i.v 87-88).

15. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 “Üzərində axtarış keçirilməsi və götürmə haqqında” 21 iyun 2024-cü il tarixli protokola əlavə olunmuş CD diskə baxış zamanı diskdəki görüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Sutan oğlu Bakı şəhəri Pirallahı RPİ-nin TB-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Eçin Məmmədovun xidməti otağında E.Məmmədovun masasına bitişik daha balaca masaya yaxın müdafiəçisi X6 ilə üzbəüz durub (müdafiəçi balaca masanın arxasında V.S. Nağıyevlə üzbəüz olan oturacaqda oturmuş ), Təqsirləndirilən şəxs1 əlində yaşıl, boz və ağ naxışlı idman çantası var. Təqsirləndirilən şəxs1 bədəninin açıq hissələrində (baş,üz,əl nahiyyələri) vizual görünən hər hansı xəsarət və ya xəsarətlərin izləri müşahidə olunmur. Baş təhqiqatçı E.Məmmədov axtarış və götürmədə iştirak edən şəxsləri və istintaqın gedişinin videoçəkilişin aparıldığını elan edir, sonra baş təhqiqatçı Təqsirləndirilən şəxs1 şübhəli şəxs qimində hüquq və vəzifələrini izah edir, Təqsirləndirilən şəxs1a əlində saxladığı çantanın hardan əldə etdiyini və içində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs1 həmin çantanı masanın üzərinə qoyaraq bu çantanı Pərviz adlı şəxsin ona 500 manat verməsi təklifinə əsasən bu çantada narkotik vasitələrini olmasından şübhələnsədə pula ehtiyacı olduğu üçün həmin çantanı Pərvizin göstərdiyi yerdən götürüb ona verməsinə razılaşmış, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində o və tanışı Abbas motosikletlə ,Pərviz,Adil və Aqil adlı tanışları isə “KİA” markalı avtomaşınla Pirallahı rayonuna getmiş , orda Texnologiya parkında yarımçıq tikiliyə Abbasla birlikdə getmiş ,Pərviz isə onları tikilinin qarşısında gözləmiş, tikilidən aşkar etdiyi həmin bu çantanı tikilidən bayıra çıxıb Abbasa vermiş, sonuncu həmin çantanı Pərvizə vermək istədiyi zaman mülki geyimdə olan şəxslər onlara yaxınlaşdıqda Abbas çantanı yerə atmış və hamısı ordan qaçıb uzaqlaşmış, o, yolun kənarında dayanmış və orda polis əməkdaşları onu saxlayıb polis idarəsinə gətirmişlər. O yalnız tikilidən çantanı götürüb Abbasa vermişdir. Çantaya baxış zamanı içindən 5 böyük sellofan bükümləri, çantanın yan cibindən isə 2 balaca sellofan bükümü aşkar edilmişdir. Baş təhqiqatçı tərəfindən 5 böyük bükümləri açıldıqda hər birində yaşıl rəngli ot kütləsi, balaca bükümlərdə birində ağ rəngli kristal maddə, digərində isə qara rəngli maddə aşkar edilmişdir. Müdafiəçinin ona qarşı hər hansı fiziki zorun tətbiq olunmasına dair sualına Təqsirləndirilən şəxs1 ona qarşı heç bir zor tətbiq olunmadığını bildirmişdir.

16. Məhkəmə baxışı zamanı “Üzərində axtarış keçirilməsi və götürmə haqqında” 21 iyun 2024-cü il tarixli protokola əlavə olunmuş CD diskə baxış keçirilməklə həmin protokolda mövcud olan hallar öz təsdiqini tapmışdır.

Təqsirləndirilən şəxs2 hissəsində:

17. Bakı şəhəri Pirallahı RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 xx.xx.2024-cü il tarixli raportundan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 Heydər Əliyev adına X14 saxlanılmışdır(c.1,.v.125).

18. ”Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında “ 24 iyun 2024-cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə, saat 19:50-də müdafiəçisi X11 iştirakı ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1və 234.4.3-cü maddələrində nəzərdə tutlmuş cinayət əməlni törətməsinə şübhə yarandığından şübhəli şəxs qismində tutuldu(c.1,i.v.139).

19. Təqsirləndirilən şəxs2 müdafiəçisinin iştirakı ilə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində və xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində CM-nin 234.4.1 və 234.4.3- cü maddələri ilə ona verilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, icarə əsasında “KİA Pride” markalı , 10 –GY-371 dövlət qeydiyyat nişanlı avtomaşın və özünə məxsus “Tufan-S150” markalı motosikletlə “Volt” çatdırılma xidmətində sürücü işləyir. Narkotik vasitə olan marixuanadan istifadə edir.Vüsalı, Abbası və Elmiri Yasamal rayonundan məhlə uşağı kimi tanıyır, Adil isə qardaşıdır.xx.xx.2025-ci il tarixdə məhlədə olarkən Abbasın tanışı Pərvin onların yanına gəlib ona və Abbasa bir nəfər şəxsin onun üçün narkotik vasitə göndərdiyini və qoyduğu yerdən götürmək lazım olduğunu demişdir . Ona görə də onlar , yəni o, Pərvin və cinayətdən xəbəri olmayan qardaşı Adillə tanışı Elmirlə birlikdə “KİA Pride” markalı avtomaşınla , Vüsal və Abbas isə motosikletlə Pirallahı qəsəbəsinə yollanmışlar, avtomaşını o, motosikleti isə Abbas idarə etmişlər.Onlar Pirallahı qəsəbəsinə çatdılar, yolun kənarında dayandılar , Pərvin maşından düşdü, o isə maşını qəsəbənin içinə tərəf sürüb getdi ki, Pərvingil narkotik vasitəni götürsün , həmçinin Elmir və qardaşı Adilin onları görməsini istəməmişdir. Dönüb qayıtdıqda isə Pərvinin maşına tərəf qaçaraq maşına minib tez sürməyini demiş və o sürətlə oradan uzaqlaşmış, həmin vaxt Vüsalı polislərin saxladığını görmüşdür. Qeyd etmək istəyir ki, Pərvinin sözlərindən bilir ki, narkotik vasitələrinin yerini Pərvinə bir nəfər şəxsin göndərdiyi konumundan müəyyən etmişlər (c.1,i.v.147-151). 20.Bakı şəhəri Pirallahı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona istinad edilən cinayət əməllərini törətdiyin etiraf edərək səmimi peşman olduğunu bildirdi (c.1.i.v.187-193).

21. Təqsirləndirilən şəxs2 barəsində keçirilmiş xx.xx.2024-cü il tarixli 4921 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu( narkomaniya xəstəliyi ) aşkar olunur, məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.Həkim-narkoloqa deməsinə görə 1 ildir ki, narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir (c.2,i.v.83-84).

22. Təqsirləndirilən şəxs2 barəsində keçirilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 2182 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 psixi xəstəliyin əlamətləri aşkar olunmur, törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, o törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir (c.2,i.v.89-90).

Təqsirləndirilən şəxs3 hissəsində:

23. Bakı şəhəri Pirallahı RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 xx.xx.2024-cü il tarixli raportundan müəyyən olunur ki, Bakı şəhəri, Abşeron rayonu, Hökməli qəsəbəsi nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixdə yaşadığı evin qarşısında saxlanılmışdır (c.1,i.v.237).

24. ”Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 bu tarixdə, saat 18:45-də Azərbaycan Respublikası CM-nin 234.4.1və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhə yarandığından şübhəli şəxs qismində tutulmuşdur.Tutulmada qanuni nümayəndəsi olan anası Qanuni nümayəndə və müdafiəçi X22 iştirak etmişdir (c.2,i.v.7). 25.Yetkinlik yaşına çatmayan şübhəli şəxs Təqsirləndirilən şəxs3 müdafiəçisinin və onun qanuni nümayəndəsi olan anası Qanuni nümayəndə iştirakı ilə xx.xx.2024-cü il tarixdə və təqsirləndirilən şəxs qismində xx.xx.2024-cü il tarixdə verdiyi ifadələrdən müəyyən olunur ki, o ona CM-nin 234.4.1. və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonunda yaşadığı üçün Vüsalı, Elmiri, Aqili və Adili Abbasın vasitəs ilə Yasamal rayonundan tanımışdır.xx.xx.2024-cü il tarixdə sosial şəbəkələrdə qarşısına çıxan narkotik vasitələrin satışı haqqında bir nəfər adını ona deməyən şəxs ona narkotik vasitə göndərəcəyini və göndərdiyi yerdən götürüb başqa yerə qoyacağı təqdirdə pul verəcəyini demiş, onunla razılaşdıqda həmin şəxs narkotik vasitələri qoyacağı yerin konumunu onun telefonuna göndərmişdir. Həmin yerin Pirallahı qəsəbəsi olduğunu gördü. Həmin məsələ ilə əlaqədar tanışları Abbas, Adil, Aqil və Elmirlə görüşdü. Abbas bir nəfər şəxsin ona narkotik vasitə göndərdiyini və qoyduğu yerdən götürmək lazım olduğunu, Vüsal isə ona göndərilən yerdə çanta və həmin çantada pul olduğunu , çantanı götürüb ona verəcəyi təqdirdə ona 400-500 manat verəcəyini demiş, sonuncular onunla razılaşdıqdan sonra hadisə günü Abbas və Vüsal motosikletlə,o, Adil, Aqil və Elmir Aqilin idarə etdiyi “KİA” markalı maşınla yola düşmüşlər. Pirallahı qəsəbəsində yolun kənarında dayanmışlar, motosikletlə gələn Abbas, Vüsal və o park kimi hasarla əhatə olunan əraziyə girmiş , həmin vaxt Vüsala artıq bildirmişdir ki, çantada pul deyil narkotik vasitə vardır. Parkın içində olan yarımtikiliyə Vüsal və Abbas getmiş, o isə onları kənarda gözləmişdir. Vüsal və Abbas çantanı götürüb yarımtikilidən bayıra çıxdı, ona tərəf gəldikdə mülki geyimli şəxslərin onlara tərəf yaxınlaşdığını gördü, qışqıraraq polislər gəldiyini, qaçın deyərək oradan maşına tərəf qaçmış, Abbas və Vüsal çantanı yerə atıb qaçmış, o Aqilin maşınına minib polislərin gəldiyini deyib sürməsini demiş, Aqil də maşını sürüb şəhərə getmiş, bu zaman Vüsalı polislərin saxladığını görmüşdür. xx.xx.2024cü il tarixdə yaşadığı evinin qarşısında polislər onu saxlamış , polis idarəsində hər şeyi danışmışdır. Çantanı götürməkdə məqsədi onu başqa ünvana qoyması olmuş, bunun qarşılığında sosial şəbəkədə tanış olduğu şəxs ona 500 manat verməli idi. Polis əməkdaşları ona qarşı heç bir zor tətbiq etməmişlər (c.2,i.v.15-19,35-39). 26.Bakı şəhər Pirallahı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmiş, o məhkəmə iclas zalında dərhal azad edilmişdir. Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtinaya səbəb onun yetkinlik yaşına çatmaması ,daimi yaşadığı yerinin olması olmuşdur(c.2,i.v.56-66). 27.Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir (c.2,i.v.61-62). 28.Azercell MMC-nin Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə dair məlumatları özündə əks etdirən CD diskə baxış zamanı müəyyən edilmişdir ki, bu nömrədən edilən və bu nömrəyə daxil olan zənglər, sms-lər və anten dairəsinə dair məlumatlarda iş üçün əhəmiyyət kəsb edən hallar olmamışdır (c.2,i.v.142- 148).

29. Təqsirləndirilən şəxs3 barəsində keçirilmiş xx.xx.2024-cü il tarixli 3101 saylı ambulator məhkəmə-psixiatrik ekspertiza rəyindən müəyyən olunur ki, ona ittiham olunan əməl barəsində soruşduqda Təqsirləndirilən şəxs3 əməlini etiraf edir. Sorğu-sual gedişatında bir qədər əsəbiliyi, emosional qeyri-sabitliyi biruzə verir. Təqsirləndirilən şəxs3 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, törətdiyi əməl Azərbaycan Respublikasının CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür(c.2,i.v.151-152).

30. Təqsirləndirilən şəxs3 barəsində keçirilmiş xx.xx.2024-cü il tarixli 6944 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 deməsinə görə arabir düşəndə narkotik vasitə olan marixuanadan çəkməklə istifadə edib, lakin hal-hazırda müayinə zamanı onda narkomaniya xəstəliyi aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür(c.2,i.v.153-154).

31. Cinayət işində olan «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs2 adının «Pərviz» adlı şəxs kimi göstərdiyi bütün sənədlərdə «Pərvin» kimi oxunması və tanınması müəyyən edilmişdir (c.2, i.v161-177).

32. Bakı şəhər Pirallahı RPİ-nin CAŞ-nin rəisi, polis mayoru Cavid Salahovun xx.xx.2024-cü il tarixli, 3-13-56/1-7981/2024 saylı arayışından müəyyən olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 başqa-başqa şəxslərə narkotik vasitə satması barədə məlumatlar daxil olmuşdur. Əlavə olaraq narkotik vasitələri kimdən və ya kimlərdən əldə etməsi, kimə və ya kimlərə satması barədə bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin həmin şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində müsbət nəticə əldə etmək mümkün olmamışdır (c.2, i.v.139).

33. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri 3 saylı İT-nın təqdim etdiyi Təqsirləndirilən şəxs1 5019/2024 saylı və Təqsirləndirilən şəxs2 oğlunun 4901/2024 saylı tibbi kitabçalarına Tibbi kartların tədqiqi ilə əlaqədar məhkəməyə dəvət olunmuş Bakı şəhəri 3 saylı İT-nın Tibbi-sanitar şöbəsinin rəisi X8 iştirakı ilə baxış keçirilmiş, müəyyən edilmişdir ki, Vsüal Nağıyev xx.xx.2024-cü il tarixdə, Təqsirləndirilən şəxs2 isə xx.xx.2024-cü il tarixdə İT-na daxil olmuş, hər ikisi daxil olan tarixlərdə onun tərəfindən tibbi müayinədən keçirilmiş, heç biri onlara qarşı fiziki zor tətbiq olunmasından şikayət etməmiş, Təqsirləndirilən şəxs1 bədənində olan köhnə çapıq toxumaları ilə bağlı bildirmişdir ki, həbsdən əvvəl, yəni saxlanılmamışdan əvvəl yaranmış yaralardır. Həmçinin Təqsirləndirilən şəxs2 da zədə almadığını bildirmiş, üzərində köhnə çapıq toxumaları olmuşdur. 34.Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamələrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum edilməmişlər (c.1,i.v. 216-219; c. 2,i.v. 66). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməllərində təqsirli olmaları məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdikləri öz və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir.

Təqsirləndirilən şəxslərin işi üzrə məhkəmə baxışı zamanı tədqiq edilmiş sübut növlərinin qiymətləndirilməsi: Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlama və daşımaları məhkəməyədək icraat zamanı və məhkəmə baxışında müdafiəçilərin iştirakı ilə, Təqsirləndirilən şəxs3 isə həmçinin qanuni nümayəndəsi olan anası Qanuni nümayəndə iştirakları ilə verdikləri, özlərinin və şahidlərin ifadələri, narkotik vasitələrin götürmə protokolu, CD diskə məhkəmədə baxışla, işdə olan istintaq protokolları, məhkəmə ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 verdiyi ifadəsində özünü yalnız CMnin 234.1-ci maddəsi ilə təqsirli bilməsini saxlanılan zaman üzərində narkotik vasitə olmaması və polis əməkdaşlarının onu hədələyib döyərək külli miqdarda narkotik vasitələrinin ona məxsus olmasını etiraf etdirmələrini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 bu ifadəsinə tənqidi yanaşır, bu ifadəni həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirir. Belə ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində verdiyi 21 iyun 2024-cü il tarixli və təqsirləndirilən şəxs qismində verdiyi 22 iyun 2024-cü il tarixli ifadələrində özünü Azərbaycan Respublikası CM-in 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilərək göstərmişdir ki, tanışı Pərvin adlı şəxsə vermək üçün Bakı şəhəri Pirallahı rayonu ərazisində yerləşən Texnologiya parkının içində olan yarımçıq tikilidən içində narkotik vasitələr olan çantanı götürdüyünü, onu Abbas adlı şəxsə verdiyini, sonuncu isə çantanı Təqsirləndirilən şəxs3 vermək istədikdə polis əməkdaşlarının onlara yaxınlaşdığı səbəbindən çantanı yerə atıb qaçdığını göstərmişdir. Qarşılığında isə Pərvinin ona 500 manat verməli olduğunu bildirmişdir. İfadəsinin yerində yoxlanılması zamanı da verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxslər müdafiəçilərin iştirakı ilə, Təqsirləndirilən şəxs3 isə qanuni nümayəndəsinin də iştirakı ilə verdikləri ifadələrində Təqsirləndirilən şəxs1 ifadələrini təsdiq etmişlər. Məhkəmə baxışı zamanı isə təqsirləndirilən şəxslərin hadisə günü Pirallahı qəsəbəsinə Mərdəkan qəsəbəsində kirayələdikləri bağ evinə getmək üçün adını bildirmədikləri şəxsdən açar almaq üçün getmələri barədə ifadələrinə məhkəmə tənqidi yanaşır və bu ifadələri həqiqətə uyğun olmayan, lakin təqsirləndirilən şəxslərin məhkəməyədək verdikləri ifadələrini həqiqətə uyğun olan, düzgün ifadə kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslərin ifadələrini fiziki və psixoloji təzyiqlər və döyülmə nəticəsində vermələri barədə dəlillər irəli sürsə də, məhkəmə təqsirləndirilən şəxslərin ifadələrinin dəyişmələrinin səbəbini araşdırmış, bunun əsaslı olmaması qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Həmin Qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Qeyd edilməlidir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı verdiyi ifadələrinin fiziki və psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirsə də, təqsirləndirilən şəxslər və onların müdafiəçiləri cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmişdir. Həmçinin, təqsirləndirilən şəxslərin istintaq zamanı izahat və ifadələrinin sonunda onlara qarşı fiziki və ya psixi zorakılığın olmadığını bildirmişlər. Bundan əlavə, onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlanılma müddətinin uzadılması məqsədilə məhkəmə qarşısına çıxarılan zaman da onlara qarşı hər hansı fiziki və ya psixi təsir-təzyiq göstərilməsini bildirməmiş, əksinə irəli sürülmüş ittiham üzrə özülərini təqsirli bilmişlər. Bundan başqa, təqsirdləndirilən şəxslərə zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər də mövcud olmamışdır. Əksinə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası tərəfindən məhkəməyə göndərilmiş 5019/2024 nömrəli Təqsirləndirilən şəxs1 adına açılmış tibbi kitabçasının surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Alt dodaq, sol diz nahiyəsi sıyrıqlanmış qərtməkli yaralar olmuş, həbsdən əvvəl xəsarət addığını bildirmişdir. Təqsirləndirilən şəxs2 oğlunun 4901/2024 saylı tibbi kitabçasının surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 zədə almadığını bildirmiş, köhnə çapıq toxumlar aşkar olunmuşdur. Məhkəmə baxışı zamanı tibbi kartların tədqiqində iştirak etmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İT-nın Tibbi-sanitar şöbəsinin rəisi X12 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə, Təqsirləndirilən şəxs2 isə xx.xx.2024-cü il tarixdə İT-na daxil olduqlarını, hər ikisi daxil olan tarixlərdə onun tərəfindən tibbi müayinədən keçirildiyini, heç biri onlara qarşı fiziki zor tətbiq olunmasından şikayət etməmiş, Təqsirləndirilən şəxs1 bədənində köhnə çapıq toxumalarının olmasını, Təqsirləndirilən şəxs2 da zədə almadığını bildirmiş, üzərində köhnə çapıq toxumaları aşkar edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs3 azadlıqda olmasına baxmayaraq heç bir dövlət və hüquq-mühafizə orqanına şikayət etmədiyini, tibbi müayinəyə getmədiyini göstərmişdir. Beləliklə, təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı fiziki və ya psixoloji təzyiqlərə məruz qalmalarıbarədə ifadələri əsassız olmaqla iş materialları ilə təkzib edilmiş və Azərbaycan Respublikası CPM-in 125.2-ci maddəsinin tələbləri baxımından tədqiq edilmiş sübutların qeyri-mümkün hesab etmək üçün heç bir qanuni əsas mövcud olmamışdır. Məhkəmə iş materiallarında olan və biri digərini təsdiq etməklə uzlaşan sübutları nəzərə alaraq təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaq cəhdi kimi qiymətləndirərək onların narkotik vasitəni satış məqsədi ilə əldə etməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxslərin öz müdafiələri üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiələri üçün gətirdiyi dəlillər əsassızdır və məhkəmədə tədqiq olunmuş sübut növləri ilə təkzib edilmişdir. Beləliklə, ibtidai istintaq orqanının təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımasının müəyyən edilmiş sayılmasına dair qənaəti müdafiə tərəfinin göstərdiklərinin əksinə olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin (33-cü maddəsinin) müddəalarına, cinayətmühakimə icraatının digər prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara, o cümlədən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadələrə, şahidlərin ifadələrinə, ekspertiza rəylərinə və müvafiq istintaq hərəkətlərinin protokollarına əsaslanır. Bu səbəbdən istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin törətmiş olduğu ictimai təhlükəli əməllər CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviriəsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxlərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır, Məhkəmə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərin və Sedativ, yuxu gətirici vasitələrin birgə qəbulu nəticəsində asılılıq sindromu, Təqsirləndirilən şəxs2 isə kannabinoidlərin qəbulu nəticəsində asılılıq sindromu ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacları vardır. Belə olan halda onlara tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəli onların tutulduqları tarixdən hesablamalıdır. Təqsirləndirilən şəxs3 barəsində məhkəmənin 14 oktyabr 2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam alma” qətimkan tədbiri ləğv olunaraq həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin islah olunmasına yalnız onların cəmiyyətdən təcrid olunma yolu ilə nail olmaq mümkündür. Məhkəmə nəzərə alır ki, bu cinayətin təhrikçi və təşkilatçısı, həmçinin digər təqsirləndirilən şəxslərlə birgə icraçısı Təqsirləndirilən şəxs3 olmuş, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 tərəfindən ona veriləcək pul müqabilində narkotik vasitələri əldə edərək köhnə tikilidən çıxarıb cinayətin digər iştirakçısı Təqsirləndirilən şəxs3 barəsində başqa cinayət işi ayrılmış şəxs vasitəsilə vermiş, Təqsirləndirilən şəxs2 İlqar oğlu isə Təqsirləndirilən şəxs3 ona vəd etdiyi pul müqabilində idarə etdiyi maşınla sonuncunu narkotik vasitələri əldə etmək üçün birlikdə hadisə yerinə gəlmişlər. Beləliklə, təqsirləndirilən şəxslərin cəza çəkmələrinin başlanğıcı hər birinin həbsə alındığı gündən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübutlar– Bakı şəhəri Pirallahı rayon Polis İdarəsinin Saxlanc Yerinə təhvil verilmiş ekspertiza tədqiqatdan sonra qalıq qalmış 5554,75 qram narkotik vasitə marixuana, 23,307 qram narkotik vasitə heroin və 22,424 qram narkotik vasitə tiryək məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 0 2 ədəd “CD” formatlı disk cinayət işinin materialınd saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 151 (yüz əlli bir) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı təqsirləndirilən şəxslərə dövlət hesabına hüquqi yardım göstərmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X6, X22 və X16 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 28 aprel 2025-ci il tarixədək göstərilmiş xidmət müqabilində 6 manat miqdarında haqq ödənilməlidir. Müvafiq olaraq X5 420 (dörd yüz iyirmi) manat, X17 240 (iki yüz qırx) manat və X16 348 (üç yüz qırx səkkiz) manat pul göstərdikləri hüquqi yardım müqabilində Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs3 hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 xx.xx.2025-ci il tarixədək, daha sonra məhkəmənin qərarına əsasən «Zəfər» Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs2 hüquqlarını isə Bakı şəhəri 3 saylı Vəkil Bürlsunun vəkili Müdafiəçi1 müdafiə etmişlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 daha sonra isə “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən həyata keçirilmişdir. Həmçinin təqsirləndirilən şəxs X10 müdafiəçiləri ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi hesabına müdafiəçilər təyin edilmişdir.Başqa sözlə Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 28 aprel 2025-ci il tarixədək göstərilmiş xidmət müqabilində 6 manat, 28 aprel 2025-ci il tarixdən sonra 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla dövlət büdcəsinin vəsaiti hesabına məhkəmə mərhələsində göstərilmiş 64 (altmış dörd) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 işlədiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına 579 (beş yüz yetmiş doqquz) (150+429) manat məbləğində, 59 (əlli doqquz) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi4 işlədiyi “Zəfər” Vəkil Bürosunun hesabına 549 (beş yüz qırx doqquz) (120+429) manat məbləğində və 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 işlədiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına 350 (üç yüz əlli) (240+110) manat pul köçürülməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi:

1. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı 02 gün müddət - xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 oktyabr 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 ərazi narkoloji dispanserində qeydiyyata alınsın.

2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 iyun 2024-cü tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın.

3. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 iyun 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Pirallahı rayon Polis İdarəsinin Saxlanc Yerinə təhvil verilmiş ekspertiza tədqiqatdan sonra qalıq qalmış 5554,75 qram narkotik vasitə marixuana, 23,307 qram narkotik vasitə heroin və 22,424 qram narkotik vasitə tiryək məhv edilsin. Cinayət işinin materiallarına əlavə edilmiş 0 2 ədəd “CD” formatlı disk cinayət işinin materialınd saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci olan 151 (yüz əlli bir) manat məbləğində pul Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. İbtidai istintaq zamanı təqsirləndirilən şəxslərə dövlət hesabına hüquqi yardım göstərmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X5 420 (dörd yüz iyirmi) AZN, X17 240 (iki yüz qırx) AZN və X16 348 (üç yüz qırx səkkiz) AZN pul göstərdikləri hüquqi yardım müqabilində Bakı şəhəri 08 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı müdafiəçilər Müdafiəçi2 üçün 350 (üç yüz əlli) AZN, Müdafiəçi1 üçün 579 (beş yüz yetmiş doqquz) AZN Bakı şəhəri 3 saylı Vəkil Bürosunun nəfinə, Müdafiəçi4 üçün “Zəfər” Vəkil Bürosunun nəfinə 549 (beş yüz qırx doqquz) AZN ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar