Məhkəmə qərarları › İş №1(101)-903/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-903/2021

04.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-903/2021 04.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü «Fides vəkil bürosunun vəkili Müdafiəçi qızının iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1982-ci ildə Naxçıvan MR, Şərur rayonu, Sədərək kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Sədərək rayonu, Sədərək kəndində qeydiyyatda olub Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunun ərazisində yerləşən ünvansız fərdi yaşayış evində yaşamış və barəsində ”həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə il təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2020-ci ilin iyun ayında Bakı şəhərində başqa mənbədən satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda, yəni təmiz çəkisi 20,343 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib saxlayaraq daşımış, 04 iyun 2020-ci il tarixdə, saat 18:00-da Bakı şəhər, Xəzər RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən “Şam Bağı” restoranın yaxınlığında saxlanılaraq 3-cü PB-nin inzibati binasının xidməti otağına gətirilib həmin tarixdə saat 19:15-də üzərinə baxış keçirilən zaman onun əynindəki gödəkçənin cibindən “WEST” markalı siqaret qutusunun içərisində şəffaf rəngli polietilen bükümünün içərisindən 20,343 qram çəkidə kustar üsulla hazırlanmış Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edimiş psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, istintaq zamanı verdiyi ifadələrini təsdiq etmir. Polis əmkdaşları onu küçədə tutmayıblar. Onu evində tutub idarəyə aparıblar. Onu polis bölməsinə aparıb orda ona əvvəlcədən polis əməkdaşları tərəfindən bir ədəd siqaret qutusunda narkotik vasitə verilib tapşırılmışdır ki, şəxsi axtarış zamanı həmin narkotik vasitəni təqdim edib özünün olduğunu desin. O da özündə olmamış, polis əməkdaşlarının dediyi kimi hərəkət etmişdir. Həmin vaxt o, özündə olmayıb. Bunun səbəbini bilmir. Onun üzərində narkotik vasitə və ya psixotrop maddə olmayıb. Üzərinə narkotik vasitəni idarədə polis əməkdaşları qoyublar. Onun ifadəsini də onu döyə-döyə alıblar və protokolu da döyə-döyə imzalatdırıblar. Onu döyən şəxsləri, psixotrop maddəni onun üzərinə qoyan şəxsləri tanımır. O, narkotiklərdən və ya psixotrop maddələrdən istifadə etmir. Onun polis əməkdaşları ilə ədavəti olmayıb. Polis əmkdaşlarının ona münasibətdə belə hərəkət etmələrinin səbəbini bilmir. Məhkəmədə elan edilb araşdırılmış ifadələrində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində özünü ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadələrində göstərmişdir: « Təxminən üç ilə yaxındır ki, bədənində olan ağrılarla əlaqədar narkotik vasitələrdən və psixotrop maddə olan metamfetamin istifadə etmiş, bir neçə gün öncə, dəqiq tarixi yadında deyil, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi ərazisində olarkən əvvəllər tanımadığı və özünü Nazim kimi təqdim edən şəxs ona yaxınlaşaraq, bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamin göstərib, həmin psixotrop maddəni ona sata biləcəyini bildirmiş, o da Nazim adlı şəxslə razılaşaraq, içərisində psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf sellofan bükümü 500 (beş yüz) manata alıb, həmin yerdən çıxıb getmişdir. 04 iyun 2020-ci il tarixdə, təxminən saat 18:00-da Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən “Şam Bağı” adlı restoranın yaxınlığında olarkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq, xidməti vəsiqələrini göstərib, özlərini təqdim etdilər. Ona həmin şəxslərin polis əməkdaşları olması məlum olmuş, bundan sonra polis əməkdaşları ona psixotrop maddənin istifadəsində və satışında şübhəli olduğunu bildirib, Bakı şəhər, Xəzər rayon Polis İdarəsinin 3cü Polis bölməsinə aparmışlar. Polis bölməsində ona hüquq və vəzifələri izah edilməklə hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilmiş və dəvət edilmiş vəkil ona təqdim edilmişdir. Bundan sonra videoçəkilişlə polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş, baxış zamanı polis əməkdaşları tərəfindən ondan üzərində qanunsuz maddə və ya əşyanın olub-olmaması soruşulmuş, o da əynində olan qara rəngli gödəkçənin sağ cibindən “West” adlı siqaret qutusunun içərisində saxladığı bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb, polis əməkdaşlarına təqdim etmiş və polis əməkdaşları həmin bükümün içərisində nə olmasını ondan sorğu etdikdə polis əməkdaşlarına həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları həmin bükümü qablaşdırmış, protokol tərtib etmiş və o da həmin protokolu imzalamışdır. O, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Polis bölməsində polis əməkdaşları tərəfindən ona qarşı zor və ya təzyiq olmamışdır.» Şahid1 ifadələrində göstərdi ki, 04 iyun 2020-ci il tarixdə Bakı şəhər, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Məlumatı yoxlamaq üçün Bakı şəhər, Xəzər RPİ-nin 3-cü PB-də əməliyyat qrupu yaradıldı. Həmin tarixdə də saat 18:00 radələrində Təqsirləndirilən şəxs Binə qəsəbəsində yerləşən “Şam Bağı” restoranının yaxınlığında saxlanılaraq, Xəzər RPİ- nin 3-cü PB-nin inzibati binasına gətirildi. Polis bölməsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün 08 saylı vəkil bürosunun vəkili X3 müdafiəçi təyin edildi. Bundan sonra bölmənin xidməti otaqlarından birində Elcanın üzərinə video çəkiliş ilə şəxsi axtarış aparıldı. Axtarış keçirilməzdən əvvəl Elcana və iştirakçılara hüquq və vəzifələri izah edildi, daha sonra Təqsirləndirilən şəxs təklif edildi ki, üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilmiş maddə və ya əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs da əynindəki gödəkçənin sağ yan cibindən “West” markalı siqaret qutusunun içindən bir ədəd şəffaf sellofan bükümü təqdim etdi. Həmin şəffaf sellofan bükümünün içindən isə metamfetamin psixotrop maddəsinə oxşar kütlə aşkar edildi. Şifahi sorğu zamanı Elcan həmin kütlənin metamfetamin psixotrop maddəsi olduğunu və həmin psixotrop maddəni Nazim adlı şəxsdən 500 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirdi. Aşkar edilmiş psixotrop maddə qablaşdırılaraq götürüldü. Tərtib edilmiş protokol ucadan oxunuldu. Protokolun məzmununa dair qeyd olmadı və axtarış iştirakçıları tərəfindən protokola imza olundu. Şahid2 ifadlərində Xəzər RPİ-nin 03-cü PB-nin sahə rəisi vəzifəsində xidmət etdiyini göstərib, Şahid1 oğlunun ifadələrində Təqsirləndirilən şəxs barəsində göstərdiyi hallarla eyni məzmunlu ifadələr verib həmin halları təsdiq etdi. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsi yerində yoxlanılmış və 04 iyun 2020-ci İl tarixdə Təqsirləndirilən şəxs saxlanıldığı yerin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən “Şam Bağı” restoranın yaxınlığı olması müəyyənləşdirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış, baxış və götürmə aparılmamışdan əvvəl barəsində şəxsi axtarış, baxış və götürmənin aparılması barədə qərarla Təqsirləndirilən şəxs tanış edilərək, ona əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları, sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ cibindən 01 ədəd ağ rəngli “WEST” markalı siqaret qutusunun içərisindən şəffaf polietilen bükülünü təqdim edərək həmin bükülünün içərisində olan maddənin narkotik vasitə ’’şüşə” olduğunu, həmin narkotik vasitəni “Nazim” adlı şəxsdən 500 manata şəxsi istifadəsi ücün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb, Azərbaycan Respublikası Daxili Nazirliyinin «Zərflər üçün 244» saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində aparılan “Şəxsi axtarış, baxış və götürmə haqqında” protokola əlavə edilmiş 01 ədəd “CD” diskdən görünür ki, 04 iyun 2020-ci il tarixdə, saat 19:15-də Bakı şəhər, Xəzər RPİ- nin 3-cü PB-nin inzibati binasında xidməti otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilmiş maddə və ya əşya varsa təqdim etməsi xahiş edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd “West” markalı siqaret qutusunun içindən bir ədəd şəffaf sellofan bükümü təqdim etmiş, həmin şəffaf sellofan bükümün içərisindən isə ağ kristal halında, metamfetamin psixotrop maddəsinə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin “şüşə” adlı maddə olduğunu, həmin maddəni Nazim adlı şəxsdən 500 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa əlavə axtarış və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş maddə və ya kütlə aşkar edilməmişdir. Aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb, Azərbaycan Respublikası Daxili Nazirliyinin «Zərflər üçün 244» saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 iyun 2020-ci il tarixli, 6/1006 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “saxlanılan şəxs Təqsirləndirilən şəxs” yazısı olan zərfdə, üzərində “West” yazısı olan siqaret qutusundakı 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 20,343 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr ”-in İ siyahısına daxildir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsindən daxil olmuş 13 avqust 2020-ci il tarixli, 2217 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrdən, psixotrop maddələrdən istifadə etmə halları müəyyən olunmadı. Müayinə zamanı Təqsirləndirilən şəxs Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış, baxış və götürmə zamanı üzərində aşkar edilmiş 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 20,343 qram ağ kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra psixotrop maddənin qalmış 20,243 qramı saxlanılması üçün Bakı şəhər, Xəzər RPİ-nin Maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək evdə olan zaman polis əməkdaşlarının onu evindən polis bölməsinə apardıqlarını, orda isə əvvəlcədən polis əməkdaşları tərəfindən bir ədəd siqaret qutusunda narkotik vasitə verilib ona şəxsi axtarış zamanı təqdim etməyi tapşırmasını, onun döyülməsini, imzalayarkən döyülə-döyülə imza etdiyini göstərdi, lakin o, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etmədi. Bu səbəbdən də məhkəmə onun bu bəyanatlarını onun özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Çünkü cinayət işinin materiallarına əlavə olnmuş şəxsi axtarış, baxış və götürmə protokolundan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, 04 iyun 2020-ci il tarixdə, saat 19:15-də Bakı şəhər, Xəzər RPİ-nin 3-cü PB-nin inzibati binasında xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə aparılmış, Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilmiş maddə və ya əşya varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd “West” markalı siqaret qutusunun içindən bir ədəd şəffaf polisellofan bükümü təqdim etmiş, həmin şəffaf sellofan bükümün içərisindən isə ağ kristal halında, metamfetamin psixotrop maddəsinə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin “şüşə” adlı maddə olduğunu, həmin maddəni “Nazim” adlı şəxsdən 500 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirir. Aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb, Azərbaycan Respublikası Daxili Nazirliyinin «Zərflər üçün 244» saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs istintaqa verdiyi ilkin ifadələrində cinayəti törətməsini qismən etiraf etmiş, şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti zamanı ona polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və psixi zor tətbiq edilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilərkən onun müdafiə hüquqları təmin edilmiş, baxış zamanı onun tərəfindən ona qarşı hər hansı bir fiziki və psixi təsir göstərilməsi bildirilməmişdir.Təqsirləndirilən şəxs ifadəsində onun evdən aparılmasını və bunun şahidlərinin olmasını göstərməsi ilə bağlı qeyd etdiyi xüsusatlar onun özünü müdafiə xarakteri daşıması müəyyən edildi. Çünkü o, istintaqın ilkin mərhələsində verdiyi ifadələrində bu halları göstərməmiş və sonradan isə belə halın olmasını təsdiq edən sübut təqdim etməmişdir. Bu səbəbədən də məhkəmə, Təqsirləndirilən şəxs 04 iyun 2020-ci il tarixdə yaşadığı evdə olan zaman polis əməkdaşlarının onun yaşadığı evə gələrək onu evindən polis bölməsinə aparmaları, orda əvvəlcədən polis əməkdaşları tərəfindən bir ədəd siqaret qutusunda narkotik vasitə şəxsi axtarış zamanı bunu təqdim etməsi üçün vermələri və evindən polis əməkdaşları onu apararkən həmin vaxt onun yanında tanışları olması ilə bağlı göstərdiyi xüsusatların əsassız olduğu qənaətinə gəlir. Məhkəmə, yuxarda araşdırılmış və təsdiqini tapmış ittihamdici sübutlar əsasında Təqsirləndirilən şəxs 2020-ci ilin iyun ayınında Bakı şəhərində başqa mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 20,343 qram külli miqdar təşkil edən ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımasının, 04 iyun 2020-ci il tarixdə, saat 18:00-da Bakı şəhər, Xəzər RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı onun Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən “Şam Bağı” restoranın yaxınlığında saxlanılaraq 3-cü PB-nin inzibati binasının xidməti otağına gətirilib həmin tarixdə saat 19:15-də üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki gödəkçənin cibindən bir ədəd ağ rəngli “WEST” markalı siqaret qutusunun içərisində şəffaf polietilen bükümünün içində küllü miqdarda, yəni təmiz çəkisi 20,343 qram çəkidə, ağ rəngli kristallardan kustar üsulla hazırlanmış Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib hissəsinin əlamətlərinin olduğu qənaətinə gəlib onun əməlinin həmin maddə ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs oğlunun həmin əməlləri qəsdən törətməsi qənaətinə gəlir və onun təqsirli bilinməsini əsaslı sayır. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunda nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, baxışı zamanı Təqsirləndirilən şəxs oğluna məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İbtidai istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 114 (yüz on dörd) manat sərf edilmişdir. İş üzrə məhkəmə xərci 114 manatdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü «Fides vəkil bürosunun vəkili Müdafiəçi qızı tərəfindən göstərilən hüquqi yardımın dəyəri 150 (yüz əlli) manat təşkil edir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin ödəmələrdən azad etmək üçün əsas müəyyən olunmadı. Bu səbədən də məhkəmə, dövlət büdəcsi hesabına iş üzrə məhkəmə xərcini təşkil edən 114 (yüz on dörd) manat pulun Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 150( yüz əlli) manat pulun isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi yardım və Tədris mərkəzinin hesabına ödənilməsini və bu məbləğlərin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsini əsaslı sayır, çünki məhkəmədə, Təqsirləndirilən şəxs həmin məbləğlərin ödənilməsindən azad olunması üçün əsas müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhər, Xəzər RPİ-nin Maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış zamanı aşkar edilib götürülmüş 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 20,343 qramın, ekspert tədqiqatından sonra qalmış 20,243 qram ağ kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin saxlanılması üçün sərbəst dövriyyəsi qadaban olunmuş əşya kimi məhv edilməsini, Təqsirləndirilən şəxs oğlunun üstünə keçirilmiş şəxsi-axtarış və yaşadığı evə keçirilmiş baxışın qeydə alınmış video görüntülər olan iki ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından təqsirləndirilən şəxs X4 həbsdə saxlandığı müddətin ona təyin olunan cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onun bu iş üzrə şübhəli şəxs qismində tutulduğu 4 iyun 2020-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsindən daxil olmuş 13 avqust 2020-ci il tarixli, 2217 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrdən, psixotrop maddələrdən istifadə etmə halları olunmadı. Müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun əazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı etirafedici ifadələr verib cinayətin açılmasında iştirak etməsini onun cəzasın yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 4 iyun 2020-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsindən Təqsirləndirilən şəxs müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü «Fides vəkil bürosunun vəkili Müdafiəçi qızı tərəfindən göstərilən hüquqi yardıma görə 150 (yüz əlli) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi yardım və Tədris mərkəzinin hesabına, məhkəmə ekspertizasının keçirilməsinə görə 114 (yüz on dörd) manat pul Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Bu məbləğlər Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatında istifadə olunmuş miqdarlar nəzərə alınmaqla qalıq qalmış 20,243 qram psixotrop maddə metamfetamin, sərbəst dövriyyəsi qadağan edilmiş əşya kimi məhv edilsin, Təqsirləndirilən şəxs üstünə keçirilmiş şəxsi-axtarış və yaşadığı evə keçirilmiş baxışın qeydə alınmış video görüntülər olan iki ədəd DVD diski cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar