Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-903/2022 16.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Hacıyev Siyavuş Həbib oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə, məsləhətçi Arifə Arif qızı Bağırovanın katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X5 və X6, müdafiəçi: Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X4 və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxxx 1987-ci ildə Gürcüstanın Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri Xətai rayonu, A. Kərimov küçəsi, ev 15, mənzil 76-da yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 20 noyabr 2021-ci il tarixdə saat 00:20 radələrində Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti 105 ünvanda yerləşən parkda Zərərçəkmiş şəxs ona satdığı «BMW 540i» markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin nasaz olması, həmin avtomobilin qeydiyyat şəhadətnaməsi və həmin avtomobili idarə etməyə görə etibarnamə verilməməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs onun sifət nahiyyəsinə qəsdən sillə vuraraq ünvanına nalayiq ifadələr işlətdiyi üçün qisas almaq məqsədilə üzərində gəzdirdiyi təyinatı istintaqa məlum olmayan bıçaqla qəsdən Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısından 1 dəfə vuraraq sonuncuya ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid hemoperitenium (daxili qanaxma) ilə müşayiət olunan kiçik və böyük piylik, mədənin kiçik əyriliyinin zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yarısının ön səthinin (dərialtı sahə ilə döş qəfəsi divarına paralel davam edərək) qarın boşluğuna nüfuz edən 1 ədəd deşilmişkəsilmiş yarası xəsarətləri yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hərbi xidmətdə olarkən hərbi hissəni özbaşına tərk etdiyinə görə Sumqayıt Hərbi Məhkəməsinin 20 iyun 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsi ilə təqsirlli bilinmiş və ona 165 manat cərimə cəzası təyin edilmişdir. Tutulanadək Binəqədi rayonu 7-ci mikrorayonda yerləşən Kəmalə-Nərmin şadlıq sarayının yanındakı avtoservisdə rəngsaz işləmişdir. Zərərçəkmiş şəxs əmisi oğlu Ruslan Allazovun vasitəsilə 8 noyabr 2021-ci il tarixdə tanımışdır. Belə ki, özünə maşın almaq istəmiş və Ruslan onu Sahiblə tanış etmişdir. Sonuncu ilə Bakı şəhəri Nizami rayonu, Babək prospektində yerləşən «Nəqşi-Cahan» restoranının qarşısında görüşmüşlər. Sahib «BMW» markalı, **-NJ-*** dövlət nömrə nişanlı avtomobili ona göstərib özünə məxsus olduğunu, 2000-ci il istehsalı olduğunu, heç bir xərci və probleminin olmadığını demiş, 7000 manat ilkin ödəniş olmaqla, 1 il müddətində aylıq 520 manata satdığını bildirmişdir. Sonuncuya qiymətin baha olduğunu bildirmiş, bundan sonra Sahib avtomobilin qiymətini ümumilikdə 12000 manata salmışdır. O, 6500 ilkin ödəniş və 500 manat da növbəti ayın pulunu əvvəlcədən verə biləcəyini demiş, qalan 5000 manatı isə aylara bölməklə ödəməyi təklif etmişdir. Sahib razılaşmışdır. Səhəri gün, 9 noyabr 2021-ci il tarixdə Sahiblə yenidən Bakı şəhəri Nizami rayonu, Babək prsoeptində yerləşən «Nəqşi- Cahan» restoranının qarşısında görüşmüşlər. Sahib ora avtomobilin sahibi kimi təqdim etdiyi adını bilmədiyi şəxslə gəlmiş və onlar birlikdə onun yaşadığı mənzilin qarşısına getmişlər. Atası aşağı düşüb avtomobilə baxdıqdan sonra 7.000 manat pul vermiş və Sahibdən maşının sənədləri və etibarnamənin nə vaxt veriləcəyini soruşmuşdur. Sonuncu ona sürücülük vəsiqəsinin şəklini göndərməsini, səhəri gün etibarnamə və qeydiyyat şəhadətnaməsinin veriləcəyini bildirmişdir. Səhəri gün, 10 noyabr 2021-ci il tarixdə həyətdə avtomobilin yerini dəyişmək istədikdə avtomobil işə düşməmişdir. Bu barədə Sahibə məlumat vermiş, sonuncu evakuator göndərib avtomobili ustaya aparmışdır. Həmin zaman o, avtomobilin saxlanc yerinə baxarkən 2000-ci il yox, 1998-ci il buraxılışlı olduğunu görmüşdür. Sahibə bu barədə dedikdə sonuncu güya ona avtomobilin 1998-ci il buraxılışlı olduğunu, 2000-ci il modelə yığıldığını dediyini bildirmişdir. Avtomobili apardığı usta Sahibin tanışı olduğundan, maşını orada qoyub evə qayıtmışdır. Bundan sonra bir neçə gün ardıcıl Sahibdən avtomobilinin təmiri barədə soruşmuş, sonuncu ona avtomobili düzəltdirəcəyini demişdir. Sahibdən avtomobilin sənədlərini və etibarnamə istədikdə, sonuncu onların hazır olduğunu, gedib Sumqayıtdan götürmək lazım olduğunu demişdir. 14 noyabr 2021-ci il tarixdə isə usta avtomobilin surətlər qutusunda problem olduğunu bildirərək, təmirin 1200 manata başa gələcəyini demişdir. Bundan sonra Sahibə avtomobili qaytarmaq istədiyini deyib, pulunu tələb etmiş, lakin sonuncu avtomobili geri götürməyəcəyini və onun pulunu qaytarmayacağını bildirib, onu nalayiq ifadələrlə təhqir etmişdir. Bir neçə dəfə Sahiblə telefon vasitəsilə danışsa da, heç bir nəticəsi olmamışdır. 20 noyabr 2021-ci il tarixdə saat 00:10 radələrində Sahiblə Bakı şəhəri Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən parkda görüşmüşlər. O, yenidən pulunu tələb etsə də, Sahib onu nalayiq ifadələrlə təhqir etmiş, pulu və maşınını qaytarmayacağını demişdir. Cavabında o da Sahibi təhqir etmiş, bu zaman sonuncu onu sillə ilə vurmuşdur. Sahib iri cüsəlli olduğundan döyüləcəyindən qorxmuş və təhqirlərə görə əsəbləşdiyindən, cib bıçağı ilə sonuncunun qarın nahiyyəsindən bir dəfə vurmuşdur. Hadisə saat 00:20 radələrində baş vermiş, sonradan bıçağı tullamışdır. Həmin vaxt kənarda dostu İlqar, sonuncunun tanışı Rəşad və tanımadığı bir dostu olmuşdur. Sonuncular səs-küyə gəlib onları aralamışlar. Əməlindən peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 2 ünvanda ailəsilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayının təxminən əvvəllərindən tanıyır. Vadimlə tez-tez getdiyi Nizami rayonu Babək prospektində yerləşən «Nəqşi Cahan» kafesində təsadüfən tanış olmuşdur. 6 noyabr 2021-ci il tarixdə, saat 21-22 radələrində Vadim əmisi oğlu ilə kafedə ona yaxınlaşıb avtomobil alqı-satqısı ilə məşğul olduğunu soruşmuş, o da avtomobil alveri ilə məşğul olduğunu təsdiq etmişdir. Vadim ondan «BMW» markalı, 11.000 manat civarında pulunu hissə-hissə ödəmək şərti ilə avtomobil olarsa almaq istədiyini bildirmişdir. O da səhəri gün, 7 noyabr 2021-ci il tarixdə tanışı Nurlanın «BMW 540i» markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini Nurlanın qayını Şahid5la birlikdə «Nəqşi Cahan» kafesinin qarşısına gətirmişdir. Vadim və əmisi oğlu avtomobilə oturub sürüb yoxlamış və avtomobili bəyəndiklərini demişlər. 8 noyabr 2021-ci il tarixdə həmin şəxslərlə yenidən qiymət və sənədləşmə işləri ilə bağlı görüşmüşlər. Vadim ona 7400 manat pul verə biləcəyini, 11 ay isə 524 manatdan ödəyə biləcəyini demişdir. Vadimin atası Qurbanəli Şahid5 həmin gün 7400 manat pul vermişdir. Atası getdikdən sonra Ayxan və Vadim onunla görüşmək üçün kafenin qarşısına gəlmişlər. Yolda olan zaman Ayxan ona zəng edib Vadimin atası Qurbanəlidən maşına görə aldığı 7400 manatı götürdüyünü demişdir. Onun sözü ilə Ayxan həmin 7400 manatdan 400 manat pulu Vadimə qaytarmış, yerdə qalan 7000 manat pulu ona vermişdir. Həmin puldan 5500 manatını Ayxana qaytarıb, 5000 manatını qohumu Şahid1 verməsini və 500 manatını isə avtomobilin arendasına ödəməsini tapşırmışdır. Yerdə qalan 1500 manat pulu özünə götürmüşdür. Razılaşmaya əsasən Vadim maşına görə 6000 manat, aylıq isə 500 manat ödəməklə 6500 manat pulu Nurlana verməli idi. Vadimə pul lazım olduğundan ondan atasından 7400 manat pul almağı və həmin puldan 400 manatı özünə götürməklə 7000 manat pulu onlara verməyini bildirmişdir. Həmin 7000 manat pulun 6000 manatını avtomobilin əsas məbləğinə, qalan 1000 manat isə 2 aylıq olmaqla ödənilməli idi. O, pulu götürdükdən sonra Vadim ona zəng edib avtomobilə görə 1 aylığı ödəməyi, qalan ayı isə özünün ödəyəcəyini deyib, 500 manat pulu ona qaytarmağı xahiş etmişdir. Həmin günün axşamı o, Nizami rayonu Babək prospektində yerləşən «Nəqşi Cahan» restoranında görüşərək Vadimə 500 manat pulu qaytarmışdır. Vadim ona avtomobilin qeydiyyat şəhadətnaməsini və etibarnaməni istədikdə o, qeydiyyat şəhadətnaməsini itdiyini deyib, bir neçə günə həmin sənədin veriləcəyini demişdir. Lakin avtomobilin qeydiyyat şəhadətnaməsi tapılmadığınan onlar sənədləri və etibarnaməni verə bilməmişlər. Bir həftə sonra Vadim ona zəng edib, avtomobilin sürətlər qutusunun nasaz olduğunu deyərək aradan qaldırılmasını istəmişdir. O da Vadimin yaşadığı məhəlləyə evakuator göndərmişdir, evakuator vasitəsi ilə avtomobil Babək prospektinə aparılmışdır. Orada ustada yoxlanıldıqdan sonra sürətlər qutusunda həqiqətən də problem olduğu müəyyən edilmişdir. Odur ki, avtomobil yenidən evakuator vasitəsi ilə onun təşəbbüsü ilə Dəməgül şossesindəki «BMW» avtoservisə aparılmışdır. Orada usta avtomobil üçün yeni sürətlər qutusu lazım olduğunu demişdir. Vadimə zəng edərək maşının sürətlər qutusunu dəyişib qaytaracağını bildirmişdir. Vadim də avtomobili satan Nurlan ilə onu görüşdürməyini istəmişdir. 19 noyabr 2021-ci il tarixdə saat 18:30-da üçü «Montin» oteldə görüşmüşlər və onun işi olduğu üçün o, həmin yerdən çıxıb getmişdir. Nurlan Vadimlə avtomobilin sürətlər qutusunun tam saz vəziyyətə gətirilməsinə razılaşmışlar. Bir neçə saat sonra Vadim ona zəng edib avtomobili qaytarmaq istədiyini deyib 6500 manat pulunu geri istəmişdir. Vadimə pulu Nurlana verdiyini və həmin pulu xərclədiyini demişdir. Maşını düzəltməyi və ya düzəldib satmağı təklif etdikdə Vadim onu polisə verəcəyini bildirmişdir. Bu söhbətdən sonra, saat 23-24 radələrində Vadim ona zəng edib telefonda ondan pulunu qaytarmağı xahiş etmişdir. O da Vadimə pul qaytarılmayacağını demişdir. Vadim onu yaşadığı mənzilin yaxınlığındakı parkın yanına söhbət etmək üçün dəvət etmiş və o, 20 noyabr 2021-ci il tarixdə saat 00:20 radələrində Nizami rayonu B.Nuriyev küçəsində yerləşən parkın qarşısına getmişdir. Ora çatarkən Vadim parkın yanında tək olmuşdur. Gecə vaxtı olduğundan ətrafda heç kim olmamışdır. Söhbət edərkən Vadimlə bir-birlərinə qarşı nalayiq ifadələr işlətdikləri üçün aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Vadimin sifətindən sillə ilə vurmuşdur. Bu zaman anidən Vadim cibindən bıçaq çıxararaq onun sol qarın nahiyəsindən bir dəfə vurmuşdur. O, vurulandan sonra kənarda dayanan Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobildən düşən bir neçə nəfər şəxs onlara yaxınlaşıb aralaşdırmışlar. O, yaxınlıqda olan taksi avtomobilinə əyləşib xəstəxanaya getmiş və əməliyyat olunmuşdur. Hadisə zamanı əynindəki köynək qana bulaşdığı və deşildiyi üçün xəstəxanadan çıxdıqdan sonra zibilliyə tullamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 4 sentyabr 2021-ci il tarixdə Sumqayıt şəhərində yaşayan Rövşən adlı şəxsdən ilkin ödəniş 5.000 manat və hər ay 524 manat ödəməklə 1 il müddətinə «BMW 540i» markalı **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Həmin avtomobilə görə onun qaynı Şahid5 adına etibarnamə verilmişdir. Avtomobili bir ay idarə etdikdən sonra satmaq qərarına gəlmiş və bu barədə tanışı Zərərçəkmiş şəxs bildirmişdir. 20 oktyabr 2021-ci il tarixdə Rövşəndən xahiş etmişdir ki, avtomobili satmaq üçün Sahibə etibarnamə versin. İki gün sonra Rövşən Zərərçəkmiş şəxs avtomobili sürmək üçün etibarnamə vermişdir. 23 oktyabr 2021-ci il tarixdə avtomobili satmaq üçün Sahibə verib, 5.000 manata satdığını demişdir. 8 noyabr 2021-ci il tarixdə Sahib ona zəng edib avtomobili satdığını bildirib, avtomobili alan şəxsə etibarnamə verməsini xahiş etmişdir. Sahibə avtomobilin qeydiyyat şəhadətnaməsinin itdiyini və yenidən qeydiyyat şəhadətnaməsi almaq lazım olduğunu demişdir. 8 noyabr 2021-ci il tarixdə Sahib maşının pulunu götürmək lazım olduğunu bildirmiş, onun vaxtı olmadığından qaynı Ayxanı göndərmişdir. Ayxan Sahibin tapşırığı ilə maşın alan şəxsdən pulu götürüb sonuncuya vermiş, Sahib də aldığı puldan ona 5.000 manat göndərmişdir. O, zəhmət haqqı olaraq Sahibə 200 manat pul vermişdir. 19 noyabr 2021-ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs ona zəng edib, «BMW 540i» markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin xarab olduğunu demişdir. O, Vadimi tanımadığını bildirdikdə sonuncu, ona hədə-qorxu gəlmiş, o da bu barədə Sahibə məlumat vermişdir. Sahib avtomobili həmin şəxsin aldığını demişdir. Bundan sonra həmin gün saat 17:30-da Vadim ona yenidən zəng edib görüşmək istədiyini bildirmiş və o, sonuncunu Nərimanov rayonuna dəvət etmişdir. Orada Vadimə avtomobili Sahibin satdığını və avtomobilin problemləri ilə Sahibin məşğul olacağını deyib, bir də onu narahat etməməsini xahiş etmişdir. Bundan sonra Vadim çıxıb getmişdir. 20 noyabr 2021-ci il tarixdə Vadimin Sahibi bıçaqladığını eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 5-7 ildir ki, tanıyır. 19 noyabr 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri Xətai rayonu, Gəncə prospektində yerləşən «Oba» marketin üstündə yerləşən kafedə dostu İsmayılla oturmuşlar. Həmin gün saat 21 radələrində Vadimdə gəlib onlarla birlikdə əşləşmişdir. Sonuncu əsəbi olduğundan ondan nə baş verdiyini soruşmuşdur. Vadim «BMW» markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobil aldığını, həmin avtomobilə görə 7.000 manat pul verdiyini, avtomobillə bağlı etibarnamənin verilmədiyini, sürətlər qutusu xarab olduğundan avtomobili idarə etmək mümkün olmadığını, nə də ki, avtomobili geri qaytarılmadığını bildirmişdir. Onların yanında olarkən Vadim avtomobili ona satan şəxslə mobil telefonla danışmışdır. Saat 24 radələrində oturduqları kafe bağlandığından onlar çölə çıxmışlar. Vadim maşını ona satan şəxslə görüşməyə getdiyini deyib, onu yol üstü «Laçın» ticarət mərkəzi ilə üzbəüz Xalqlar parkında düşürtməyi xahiş etmişdir. İsmayıl içkili olduğundan «Kia Optima» markalı avtomobilini o, idarə etmiş və Vadimi dediyi parkda aparmışdır. Təxminən 6-7 dəqiqə orada gözlədikdən sonra Vadim avtomobildən düşüb parkın qabağında avtomobil satan şəxsi gözləmişdir. Həmin şəxs gələn kimi Vadimə nalayiq ifadələr işlədib onu sillə ilə vurmuşdur. Bundan sonra onlar tərəfləri ayırmaq üçün avtomobildən düşmüşlər. Bu vaxt Vadim həmin şəxsə bıçaqla xəsarət yetirmişdir. O, qorxduğundan qaçaraq oradan uzaqlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu tutulanadək Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən «Kəmalə-Nərmin» şadlıq sarayının yanındakı avtoservisdə rəngsaz işləmişdir. Vadim özünə «BMW» markalı maşın almaq istəmiş və Sahib adlı tanışı ona avtomobil tapmışdır. Vadim ona avtomobilin 12.000 manata satıldığını, 7000 manat ilkin ödəniş etməklə, qalan pulu isə aylıq hissə-hissə ödəyəcəyini demişdir. O, Vadimə etiraz etməmiş və avtomobili almaq üçün oğluna 7.000 manat ilkin ödəniş pulu verə biləcəyini demişdir. 9 noyabr 2021-ci il tarixdə saat 15 radələrində evdə olarkən Vadim, qardaşı oğlu Ruslan və özünü avtomobilin sahibinin qohumu kimi təqdim edən Ayxan adlı şəxs onun yaşadığı ünvana gəlmiş, Vadim ona zəng edib, 7400 manat pul vermək lazım olduğunu bildirmişdir. O, evdən özünə məxsus 7400 manat pul götürüb yaşadığı binanın qarşısına çıxmışdır. Özünü avtomobilin sahibinin qohumu kimi təqdim edən Ayxana 7400 manat pul vermişdir. Sonradan Vadim həmin puldan 400 manatı geri almışdır. Avtomobilə dair sənəd verilmədiyindən Vadim maşını sürməmişdir. Bir neçə dəfə Vadim onun yanında avtomobilə dair sənəd istəsə də, Sahib yaxın vaxtlarda sənədləri verəcəyini deyib, onu aldatmışdır. Sonradan Vadim ona demişdir ki, avtomobil nasaz vəziyyətdədir və qaytarmaq istəyir. Vadim zəng edərək Sahibdən pulunu tələb etsə də, sonuncu oğlunu nalayiq ifadələrlə təhqir edərək avtomobilə görə aldığı pulu qaytarmayacağını demişdir. O, özü pul verdiyi Ayxana zəng edib, pulunu geri istəsə də, Ayxan yaxın vaxtlarda pulu qaytaracağını demişdir. Sonradan Ayxan da onun zənglərinə cavab verməmişdir. 20 noyabr 2021-ci il tarixdə Vadim Sahibin ona qarşı nalayiq ifadələr işlətməsi və sillə vurması səbəbindən sonuncunu bıçaqladığını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, X1 onun yeznəsidir. Nurlan 4 sentyabr 2021-ci il tarixdə Sumqayıt şəhərində yaşayan Rövşən adlı şəxsdən ilkin ödəniş 5.000 manat olmaqla hər ay 524 manat ödəməklə 1 il müddətinə «BMW 540i» markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Sonuncu həmin avtomobili bir ay idarə etdikdən sonra satmaq qərarına gəlmiş və bu barədə tanışı Zərərçəkmiş şəxs bildirmişdir. 8 noyabr 2021-ci il tarixdə Sahib Nurlana zəng edib avtomobili satdığını bildirmiş və Nurlandan avtomobili alan şəxsə etibarnamə istəmişdir. Həmin gün Sahib Nurlana maşına görə veriləcək pulu götürmək lazım olduğunu demişdir. Nurlanın vaxtı olmadığından o, ünvan 3 ünvanın getmişdir. Vadimin atası Qurbanəli gəlib ona 7400 manat pul vermişdir. Daha sonra Vadimlə birlikdə Bakı şəhəri Nizami rayonu, Babək prospektində yerləşən «Nəqşi-Cahan» restoranının qarşısına getmişlər. Sahibin tapşırığı ilə pulun 400 manatını Vadimə qaytarmış, qalan 7.000 manat pulu isə Sahib özü gəlib götürmüşdür. Sahib həmin puldan ona 5.000 manat pul verib Nurlana çatdırmasını xahiş etmişdir. O da 5.000 manat pulu axşam saat 21 radələrində Nurlana vermişdir. 7.000 manat pulun 2.000 manatı Sahibdə qalmışdır. 20 noyabr 2021-ci il tarixdə Vadimin Sahibi bıçaqladığını eşitmişdir. İşin 7-12-ci vərəqlərindəki protokoldan görünür ki, hadisə Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti 105 ünvanda baş vermişdir. İşin 49-51-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən sonuncu, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və hadisənin baş verdiyi Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti 105-də Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi yeri əyani şəkildə göstərmişdir. İşin 49-51-ci vərəqlərindəki protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs onu vuraraq xəsarət yetirdiyi Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti 105-i əyani şəkildə göstərmişdir. Məhkəmə-tibb ekspertizasının 9 mart 2022-ci il tarixli, 165 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hemoperitenium (daxili qanaxma) ilə müşayiət olunan kiçik və böyük piylik, mədənin kiçik əyriliyinin zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yarısının ön səthinin (dərialtı sahə ilə döş qəfəsi divarına paralel davam edərək) qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası olmuşdur. Qeyd olunan xəsarət deşici-kəsici alətin, ola bilər ki, bıçağın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 20 noyabr 2021-ci il tarixdə yarana bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Ambulator məhkəmə-psixatrik ekspertizasının 7 mart 2022-ci il tarixli, 590 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Həmçinin ona ittiham olunan əməl dövründə hər-hansı bir psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtiradındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyyacı yoxdur. İşin 85-86-cı vərəqlərindəki protokoldan görünür ki, iş üzrə hadisənin görüntülərini özündə əks etdirən TŞ 4-012 kamerası vasitəsilə çəkilmiş bir ədəd DVD disk Azərbaycan Respublikası DİN-nin X3 Xidmətindən götürülmüşdür. Həmin diskə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş və baxış zamanı diskdə olan TŞ 4-12 1-2021, TŞ 4-12 2-2021 və TŞ 4-12 4-2021 adlı fayllarda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir görüntü aşkar edilməmişdir. Həmin diskdə olan TŞ 4-12 1-2021 adlı faylda olan videogörüntüyə baxılarkən müəyyən edilmişdir ki, həmin görüntünün 3 dəqiqə 55 saniyəsində iş üzrə Təqsirləndirilən şəxs hadisə yerinə gəlməyi və əlində telefonla kiminləsə danışaraq orada gözləməyi, həmin görüntünün 4 dəqiqə 50 saniyəsində zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs həmin yerə gəlməyi, 4 dəqiqə 57 saniyəsində zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sillə vurması, həmin görüntünün 5 dəqiqə 6 saniyəsində Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs bıçaqla sinə nahiyyəsindən xəsarət yetirməsi və həmin görüntünün 5 dəqiqə 23 saniyəsində Təqsirləndirilən şəxs və onun yanında olan şəxslərin aralaşaraq çıxıb getməsi, həmin görüntünün 7 dəqiqə 42 saniyəsində zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs telefonla danışadanışa oradan uzaqlaşması görüntüləri aşkar edilmişdir. Videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs yanında olan şəxslərdən heç kimin Zərərçəkmiş şəxs vurmadığı, Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirən zaman Təqsirləndirilən şəxs yanında olan şəxslərin ondan geridə olması və hadisədən sonra Təqsirləndirilən şəxsla birlikdə getmələri aşkar edilmişdir. Bundan başqa hadisənin görüntünün 4 dəqiqə 57 saniyəsində başlayaraq 5 dəqiqə 23 saniyəsində başa çatmaqla tez bir zamanda yəni 26 saniyə ərzində baş verməsi və ətrafda heç kimin olmaması və hadisəyə ətrafdan heç kimin müdaxilə etməməsi görüntüləri aşkar edilmişdir. İşin 127-135-ci vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin X3 Xidmətindən götürülmüş bir ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. İşin 25-ci vərəqindəki protokolundan görünür ki, Təqsirləndirilən şəxs 20 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 119-119a vərəqlərindəki Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Hərbi Məhkəməsinin 20 iyun 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.1-ci maddəsi ilə təqsirli bilinib, şərti maliyyə vahidinin 150 misli miqdarında cərimə cəzasına məhkum edilmişdir. İşdəki Zərərçəkmiş şəxs təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışdır, sonuncuya qarşı şikayəti və tələbi yoxdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməklə o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.8, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsi təqsirli bilinməli və ona həmin maddədə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2ci maddəsinə əsasən o, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu 20 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış Azərbaycan Respublikası DİN-nin X3 Xidmətindən götürülmüş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona həmin maddə ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 20 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut Azərbaycan Respublikası DİN-nin X3 Xidmətindən götürülmüş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Hökmdən elan edildiyi (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-903/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-903/2022
16.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver