Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-903/2025 16.03.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi X46 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X55, X72, X56 və X7, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, tərcüməçi – X14 iştirakları ilə, 25 aprel 1988-ci ildə Fransa Respublikasının Klermont-Ferrand şəhərində anadan olmuş, Fransa Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-nin təsisçisi və direktoru vəzifəsində işləmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1ın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə xx xxx 1995-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Zərdab rayonu, Mikayıl Müşfiq küçəsi, ev 83-də qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 xarici xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün məlumatlar verməklə və vermək məqsədilə toplamaqla casusluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində fəaliyyət göstərən xüsusi xidmət orqanı olan Fransanın Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE, Direction Generale de la Securite Exteriere) nümayəndəsi Devos Frederik tərəfindən 2020-ci ilin may ayında Bakı şəhərində məxfi əməkdaşlığa cəlb edilərək, sonuncudan, eləcə də 2022 və 2023-cü illərdə məxfi əməkdaşlığı davam etdirmək üçün əlaqəsinə verildiyi Fransa Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin digər nümayəndələri X129 Gilles və X48 Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, Azərbaycan Respublikasına silah satışını həyata keçirən ölkələr və idxal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvəllərində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransada təhsil almış, fransız dilini bilən və hazırda Azərbaycanda yaşayan əlaqəyə cəlb edilməsi mümkün olan Azərbaycan Respublikası vətəndaşları, Azərbaycan Respublikası ərazisində karbon liflərin istehsal və istifadə edilib- edilməməsi, Azərbaycanda fəaliyyət göstərən Fransa şirkətlərinin özlərinin istehsal proseslərində karbon liflərdən istifadə edibetməmələri, Azərbaycan Respublikasında ictimai-siyasi, iqtisadi, hərbi və digər sahələrdə cərəyan edən proseslər, xarici ölkələrlə, o cümlədən Böyük Britaniya ilə Azərbaycan arasında ənənəvi sahələr üzrə əlaqələr, hərbi əməkdaşlıq planları, Böyük Britaniyanın Azərbaycan Respublikasındakı uğurlu enerji siyasətinin dayanıqlılığı ilə müqayisədə Fransa şirkətlərinin Azərbaycanda möhkəmlənə bilməməsi, Böyük Britaniyaya aid şirkətlər, Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında hərbi əməkdaşlıq planları, Türkiyə ilə Azərbaycan arasında bağlanmış 15 iyun 2021-ci il tarixli Şuşa bəyannaməsi və ondan irəli gələn proseslər, Türkiyə ilə hərbi əməkdaşlıq detalları, İİ Qarabağ Müharibəsindən sonra xarici dövlətlərin işğaldan azad edilmiş Qarabağ bölgəsinə investisiya yatırmaq niyyətləri, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan münasibətlər, İran vətəndaşlarının İranda hazırki hakimiyyətə münasibəti, o cümlədən baş verən ictimai- siyasi proseslər, protestlər, həmin etirazların yaranma səbəbləri və mümkün nəticələri, İran vətəndaşlarının Avropaya olan münasibəti və orada yaşamaq istəklərinin olub-olmaması, Avropada təhsil almış iranlılar, İran şirkətləri və iş adamları, Pakistan İslam Respublikası ilə Azərbaycan Respublikası arasında hərbi əməkdaşlıq vəziyyəti və planları, Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında siyasidiplomatik əlaqələr, digər sahələrdə yeni əməkdaşlıq imkanları, Rusiya dövlətinə bağlı şirkətlər tərəfindən Mərkəzi Asiya ölkələrinin ərazisindən istifadə edilməsi halları, Çin Xalq Respublikasının Qafqaz regionu dövlətləri arasında münasibətlər, iqtisadi və ümumi ticarət dövriyyəsinin vəziyyəti, Çinin Qafqazda, habelə Azərbaycanda neft və hidroelektrik enerji sahəsində fəaliyyət göstərən şirkətləri, Covid-19 pandemiya əleyhinə olan vaksinlərin Çin dövlətindən idxal edilməsinin təfərrüatları, Azərbaycan və Əlcəzair dövlətləri arasında siyasi-diplomatik əlaqələr, digər sahələrdə əməkdaşlıq planları, Azərbaycanla Əlcəzair arasında hər hansı əməkdaşlıq müzakirə və ya razılaşmasının olub-olmaması, Azərbaycan və Somali dövlətləri arasında siyasi-diplomatik münasibətlər, digər sahələrdə əməkdaşlıq perspektivləri, Azərbaycanla Somali arasında hər hansı əməkdaşlıq və ya razılaşmanın olub-olmaması barədə məlumatların toplanması, habelə Pakistandan Azərbaycana idxal edilən silah-sursat və hərbi texnika, hərbi əməkdaşlıq faktlarını təsdiq və əks etdirən sənəd, foto və videoçəkilişlərin əldə edilməsi, Azərbaycan üzərindən Mərkəzi Asiya dövlətlərində olan fiziki və hüquqi şəxslərə Avropadan pul köçürülməsi imkanlarını araşdırıb, bu istiqamətdə daimi kanal qurulması mümkünlüyünü yoxlanılması, Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin əməkdaşlarından mümkün olan şəxsləri fransız dilinin tədrisi adı altında Fransa xüsusi xidmət orqanı nümayəndələrinin əlaqəsinə verməklə onların Azərbaycanda məxfi əməkdaşlığa cəlb edilməsinin təmin edilməsi, Rusiya şirkətləri ilə əlaqələrin qurulması, Böyük Britaniyaya aid şirkətlər regional filiallarını idarə edən şəxslərlə münasibətin qurulması, Bakı şəhərində yaşayan Çin vətəndaşlarının Fransanın xeyrinə casusluq fəaliyyətinə cəlb edilməsi, Azərbaycanla Əlcəzair arasında hər hansı əməkdaşlıq razılaşmasının olduğu təqdirdə həmin razılaşmanın detalları barədə məlumatların ələ keçirilməsi, Azərbaycan üzərindən Əlcəzairə pul köçürülmə imkanlarının araşdırılaraq daimi kanalın qurulması mümkünlüyünün yoxlanılması, Əlcəzairin Azərbaycan Respublikasındakı Səfirliyində işləyən əməkdaşlarından məxfi əməkdaşlığa cəlb edilməsi mümkün olan şəxslərin müəyyən edərək əlaqəyə çıxarılması, Fransada təhsil almış Azərbaycan Respublikası vətəndaşlarından etibarlı şəxsin səfirliyə işə götürülməsinin təşkil edilməsi, Azərbaycanla Somali arasında hər hansı razılaşma olduğu təqdirdə detalları barədə məlumatların ələ keçirilməsi, Azərbaycan üzərindən Somaliyə pul köçürmə imkanlarının müəyyən edilərək daimi kanalın yaradılması mümkünlüyünün yoxlanılması, Somali ərazisində digər ölkələrin imkanlarının zəiflədilməsi istiqamətində təkliflərin hazırlanması ilə bağlı məqsədyönlü fəaliyyət göstərməsi və bu istiqamətdə sair hallara dair Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna bilən gizli tapşırıqlar almışdır. Fransanın xüsusi xidmət orqanının nümayəndələri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası ərazisində diqqət cəlb etmədən uzun müddətli casusluq formasında kəşfiyyat fəaliyyətini sərbəst və maneəsiz həyata keçirə bilməsi üçün konfidensial əlaqə üsullarından biri kimi əvvəlcədən razılaşdırılaraq «Tutanota» provayderində yaratdıqları elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamağı, verilən tapşırıqların icrası üzrə toplanan kəşfiyyat məlumatlarını həmin üsulla, həmçinin vaxtı əvvəlcədən müəyyən edilmiş ünvanlarda, o cümlədən Abşeron rayonu «X49» Turizm Kompleksi ərazisində keçiriləcək məxfi görüşlər zamanı onlara ötürülməsini Təqsirləndirilən şəxs1 tapşırmışlar. Fransa Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna bilən məlumatları toplayaraq casusluq etmək məqsədilə Fransanın xüsusi xidmət orqanı olan həmin ölkənin Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE, Direction Generale de la Securite Exteriere) nümayəndələri tərəfindən verilmiş tapşırıqların icrası istiqamətində 2020-ci ilin may ayından 2023-cü ilin dekabr ayının 04-dək olan müddət ərzində qəsdən fəaliyyət göstərərək Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən “X112” mərkəzində 2019-cu ilin sentyabr ayında fransız dilinin tədrisi zamanı tanış olduğu Rusiya Federasiyasının Azərbaycandakı səfirliyində attaşe vəzifəsində işləmiş, həmçinin səfirin köməkçisi (katibi) funsiyasını icra etmiş X20 mobil telefon nömrəsi və digər şəxsi məlumatları, həmin mərkəzdə 2019-cu ilin oktyabr ayında tanış olub əlaqə qurduğu Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 2010-2021-ci illər ərzində Hospitalının rəisi vəzifəsində işləmiş Şahid10 əslən Azərbaycanın hansı bölgəsindən olması, harada və hansı hərbi rütbələrdə xidmət etməsi, mobil telefon nömrəsi, Bakı şəhərindəki yaşayış ünvanı, eləcə də onunla birgə yaşayan digər ailə üzvləri, habelə 2019-cu ilin dekabr ayında “X180”də təşkil olunmuş “Bakutei” adlı sərgidə iştirak etdiyi vaxt İran İslam Respublikasını təmsil edən nümayəndə heyətindəki şəxslər barədə məlumatları, habelə 2019-2020-ci illə ərzində Azərbaycan Respublikasında fəaliyyət göstərən müxtəlif şirkətləri və sahiblərini müəyyən edərək həmin şirkətlərin nümayəndələri ilə keçirdiyi görüşlərin nəticəsi, rəhbər şəxsləri, fəaliyyət istiqamətləri, hüquqi ünvanlan, anbarları, ofisləri, istehsal etdikləri məhsullar, tərəfdaşlıq etdikləri digər şirkətlər barədə müfəssəl, o cümlədən kommersiya sirri təşkil edən iqtisadi məlumatlar toplayaraq tərtib etdiyi hesabatları 2020-ci ilin yay aylarında Bakı şəhərində Fransanın Azərbaycandakı səfirliyində İİ katib məxfi örtüyü ilə kəşfiyyat fəaliyyətini həyata keçirən Fransanın xüsusi xidmət orqanı olan Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin nümayəndəsi Devos Frederiklə görüşməklə, o cümlədən «Tutanota» provayderində yaradılmış elektron poçt ünvanından istifadə etməklə sonuncuya ötürmüş, 2021-ci ilin oktyabr ayında yaşadığı ünvan 5 ünvanında Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 Fransa xüsusi xidmət orqanının əməkdaşı Devos Frederiklə görüşdürərək əlaqəsinə verməklə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə casusluq etməsi məqsədi ilə məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etmiş, göstərilən istiqamətdə fəaliyyətini davam etdirərək Fransada təhsil almış Şahid1, Şahid2, Şahid4 və digər Azərbaycan Respublikası vətəndaşlarını 2021-2022-ci ilin müxtəlif vaxtlarında Bakı şəhərində yerləşən ayrı-ayrı ünvanlarda Fransa xüsusi xidmət orqanının nümayəndələri ilə görüşdürmüş, Böyük Britaniyanın “X10 Limited” şirkətinin Azəraycan filialının rəhbəri Şahid3 ilə 2021-ci ilin sentyabr ayında əlaqə yaradıb sonuncunun rəhbərlik etdiyi şirkətin fəaliyyət istiqamətləri və həmin filialının baş ofisinin yerləşdiyi ünvan barədə topladığı məlumatları, Azərbaycan Respublikasında Pakistandan çay idxalını həyata keçirməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Pakistan və X11 vətəndaşı Nabil A.Xaliq adlı şəxslə əlaqə yaradıb sonuncu ilə bağlı məlumatları 2022-ci ilin may ayında Bakı şəhərində növbəti konspirativ görüşlərin birində Fransa xüsusi xidmət orqanının nümayəndələrinə verməklə, eləcə də qeyd olunan tapşırıqların icrası üzrə Azərbaycanın təhlükəsizliyi zərərinə olaraq istifadə etmək olan digər məlumatlar toplayıb görüşlər təşkil etməklə həmin məlumatları xarici xüsusi xidmət orqanı nümayəndələrinə verərək qəsdən casusluq etmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə qəsdən məlumatlar toplayıb verməklə casusluq formasında və xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə dövlətə xəyanət etmişdir. Belə ki, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası ərazisində Fransanın xeyrinə casusluq fəaliyyətinə cəlb edilmiş tanışı Fransa Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1ın yaşadığı ünvan 5 ünvanında yerləşən mənzildə 2021-ci ilin oktyabr ayında keçirilən yığıncaqda sonuncu tərəfindən tanış edildiyi Fransanın Azərbaycandakı səfirliyində İİ katib məxfi örtüyü ilə kəşfiyyat fəaliyyətini həyata keçirən Fransanın xüsusi xidmət orqanı olan Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE, Direction Generale de la Securite Exteriere) nümayəndəsi Devos Frederiklə qabaqcadan razılaşıb Bakı şəhərində yerləşən “Dolce Vita” kafesində görüşüb onun məxfi əməkdaşlıq təklifinə tamah niyyəti və Fransa vətəndaşlığını əldə edib yaşamaq üçün Avropaya köçməyə şərait yaradılacağı şərti ilə razılıq verərək, sonuncudan, eləcə də 2022-ci ilin oktyabr ayından məxfi əməkdaşlığı davam etdirmək üçün əlaqəsinə verildiyi Fransanın Azərbaycandakı səfirliyində İ katib məxfi örtüyü ilə kəşfiyyat fəaliyyətini həyata keçirən Fransanın xüsusi xidmət orqanı olan Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE, Direction Generale de la Securite Exteriere) nümayəndəsi X130 Françoisdan Azərbaycan dövləti ilə İran İslam Respublikası və digər dövlətlər arasında siyasi, iqtisadi və hərbi münasibətlər, İranın Azərbaycandakı casus şəbəkələri, İran ərazisində üzvlərinin azərbaycanlılardan ibarət yaradılmış «Hüseyniyyun» qanunsuz silahlı birləşməsi, Azərbaycanla Ermənistan arasında hərbi vəziyyət, yeni hərbi əməliyyatların mümkünlüyü, Zəngəzur dəhlizinin yaradılacağı təqdirdə təhlükəsizliyinin təmin edilməsində üçüncü ölkələrin iştirakı, Azərbaycan Respublikasında ictimai-siyasi, iqtisadi, hərbi və digər sahələrdə cərəyan edən proseslər, təhsil aldığı Moskva X1 birlikdə təhsil almış azərbaycanlı və rus milliyyətinə məxsus tələbələr, onların hazırkı iş yerləri, vəzifələri və yaşadıqları ünvanlar, qeyd olunan ali təhsil müəssisəsində oxuyan xarici tələbələrin hansı qaydada, şəraitdə məxfi əməkdaşlığa cəlb edilməsi, hansı mövzularda tapşırıqların verilməsi, məxfi görüşlərin harada keçirilməsi, məlumatların hansı üsul və formada ötürülməsi, Rusiya şirkətlərinin və iş adamlarının Azərbaycan, Qırğıstan, Kazaxıstan, Ermənistanın ərazisində fəaliyyəti, Rusiya şirkətləri ilə Azərbaycanda əlaqələrin qurulması, X31 üzv olan dövlətlərin sammitinin 2022-ci ilin dekabr ayının 09-da Bişkek şəhərində keçirilməsinin səbəbləri, müzakirə mövzuları, konkret hansı mövzularla bağlı qapalı debatların aparılması barədə detallı məlumatların toplanılması, habelə Fransada təhsil almış, fransız dilini bilən və hazırda Azərbaycanda yaşayan əlaqəyə cəlb edilməsi mümkün olan Azərbaycan Respublikası vətəndaşları barədə məlumatların toplanımaqla həmin şəxslərin onların əlaqəsinə cəlb edilməsi işinin təşkili, Azərbaycan-Ermənistan münaqişəsində Fransanın sülh tərəfdarı kimi fəaliyyət göstərməsinə, Rusiyanın həmin münaqişənin səbəbkarı kimi fəaliyyətinin qənaətbəxş olmamasına dair əsaslandırmaların hazırlanması və bu istiqamətdə sair hallara dair Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna bilən gizli tapşırıqlar almışdır. Fransanın xüsusi xidmət orqanının nümayəndələri Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası ərazisində diqqət cəlb etmədən uzun müddətli casusluq formasında kəşfiyyat fəaliyyətini sərbəst və maneəsiz həyata keçirə bilməsi üçün konfidensial əlaqə üsullarından biri kimi şərti sözlərdən istifadə etməklə mobil telefonun «Siqnal» ani mesajlaşma tətbiqi, həmçinin elektron poçt vasitəsilə əlaqə saxlamağı, verilən tapşırıqların icrası üzrə toplanan kəşfiyyat məlumatlarını təhlil və analiz edilmiş formada, həmçinin vaxtı əvvəlcədən müəyyən edilmiş ünvanlarda keçiriləcək məxfi görüşlər zamanı onlara ötürülməsini Təqsirləndirilən şəxs2 tapşırmışlar. Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək, xarici xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna bilən məlumatları toplayaraq casusluq etmək məqsədilə Fransa xüsusi xidmət orqanının nümayəndələri tərəfindən verilmiş tapşırıqların icrası istiqamətində 2021-ci ilin oktyabr ayından 2023-cü ilin dekabr ayının 04-dək olan müddət ərzində fəaliyyət göstərərək Azərbaycan dövləti ilə İran İslam Respublikası arasında siyasi, iqtisadi və hərbi münasibətlər, Azərbaycanla Ermənistan arasında hərbi vəziyyət, yeni hərbi əməliyyatların baş verə biləcəyinin mümkünlüyü, təhsil aldığı Moskva X1 birlikdə təhsil almış azərbaycanlı və rus milliyyətinə məxsus tələbələr, onların hazırkı iş yerləri, vəzifələri və yaşadıqları ünvanlar, Rusiya şirkətlərinin və iş adamlarının Azərbaycan, Qırğıstan, Kazaxıstan, Ermənistanın ərazisində fəaliyyəti, X31 üzv olan dövlətlərin sammitinin 2022-ci ilin dekabr ayının 09-da Bişkek şəhərində keçirilməsinin təfərrüatları, Zəngəzur dəhlizinin yaradılacağı təqdirdə təhlükəsizliyinin təmin edilməsində digər ölkələrin iştirakının mümkünlüyü, Azərbaycan-Ermənistan münaqişəsində Fransanın sülh tərəfdarı kimi fəaliyyət göstərməsinə, Rusiyanın həmin münaqişənin səbəbkarı kimi fəaliyyətinin qənaətbəxş olmamasına dair əsaslandırmalar barədə məlumatları internet resurslarından və digər sosial platformalarda müvafiq axtarışlar aparmaqla, o cümlədən Moskva Dövlət X4 təhsil aldığı dövrdə münasibət yaratdığı müxtəlif şəxslərdən toplayıb analitik-təhlil edərək sistemləşdirməklə mütəmadi olaraq «Siqnal» ani mesajlaşma tətbiqi vasitəsilə, həmçinin Bakı şəhərində növbəti konspirativ görüşlərində Fransa xüsusi xidmət orqanının nümayəndələrinə vermiş, eləcə də qeyd olunan tapşırıqların icrası üzrə digər formada bütün davranış və fəaliyyətini xarici xüsusi xidmət orqanının nümayəndələri ilə razılaşdırmaqla Azərbaycan Respublikasında ictimai-siyasi, iqtisadi, hərbi və digər sahələrdə cərəyan edən proseslərlə bağlı Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə olan topladığı informasiyaları xarici xüsusi xidmət orqanı nümayəndələrinə ötürməklə, onların müvafiq tapşırıqlarının yerinə yetirilməsinə köməklik etməklə və casusluq edərək dövlətə xəyanət etmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Riçar ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 25 aprel 1988ci ildə Fransa Respublikasının Klermont-Ferrand şəhərində anadan olmuş, atası X162 Respublikasının Klermont-Ferrand şəhərində fəaliyyət göstərən Universitetdə tətbiqi xarici dil (ingilis) üzrə müəllim işləmiş, dosentdir, hazırda təqaüddədir, lakin tərcüməçi qismində fərdi qaydada fəaliyyət göstərir. Atası əslən İngiltərədəndir, ikili vətəndaşlığı var, həm Fransanın, həmdə ki, Böyük Britaniyanın vətəndaşıdır. X163 isə əslən İspaniyadandır, həm İspaniya dövlətinin, həm də Fransa dövlətinin vətəndaşıdır. Fransaya miqrasiya etmiş şəxslərə fransız dilinin öyrədilməsi üzrə mütəxəssisdir. Valideynləri Paris şəhərində birlikdə yaşayırlar. Özü həm Fransa, həm də Böyük Britaniya vətəndaşıdır, Böyük Britaniya vətəndaşlığını həbs ediləndən 1 həftə sonra qəbul etmişdir. Bildirir ki, xarici xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün məlumatlar verməklə və vermək məqsədilə toplamaqla casusluq etməmişdir. ilə hər hansı problemi olmamışdır. Nə özünün, nə ailəsinin Fransa hökuməti, səfirliyi, ordusu ilə heç bir problemi olmamış, Fransa xalqına qarşı etirazları olmamışdır. Azərbaycana Fransa xüsusi xidmət orqanlarının planı əsasında və ya onların tapşırığı ilə deyil, işləmək üçün gəlmişdir. 20 illik təhsil müddətində bir çox azərbaycanlılarla tanış olmuş, 2015-ci ildə turist kimi Azərbaycana gəlmişdir. İlk dəfə Azərbaycana səyahət məqsədilə gəlmişdir. Parisdə Azərbaycan konsulluğuna sənədlərini təqdim edərək viza almışdır. Həmin vaxtlar elektron viza sistemi olmamışdır. Fransada tanıdığı azərbaycanlı tərəfindən 2013-cü ildə rəsmi olaraq dəvət olunmuşdur. Tanış olduğu azərbaycanlılar arasında Ramin Məmmədli də olmuşdur. 2016-cı ildə Ramin Məmmədli ona kiçik bir müəssisədə əməkdaşlıq təklif etmişdir. Onlar fransız şirkətlərini Azərbaycana cəlb etməyə çalışırdılar. Bildirir ki, müxtəlif zamanlarda Azərbaycana turist də cəlb etmişdir. Bu fəaliyyətləri həyata keçirmək üçün həm vaxtı, həm də pulu olmuşdur. Ramin Məmmədli ilə yaxşı əlaqələri yaranmış, təxminən 2 il ərzində ona köməklik göstərmişdir. Həmin iki il ərzində 2016 və 2017-ci illərdə olmaqla iki dəfə Azərbaycana səfər etmiş, bu əlaqələr yalnız dostluqdan ibarət olmuşdur. İlk dəfə Fransa səfirliyi ilə əlaqəsi yaranmış, bu işləri inkişaf etdirmək üçün Ramin Məmmədlini də səfirliklə əlaqələndirmişdir. 2019-cu ildə Ramin Məmmədli tərəfindən ona başqa bir təklif olunmuş, həmin təklif Gürcüstanda yaşayan bir azərbaycanlı ilə əlaqə yaratmaqdan ibarət olmuşdur. Həmin şəxs də eyni fəaliyyətlə məşğul olmuş, fransız şirkətlərini qeyri-neft sektoruna aid sahələr üzrə Qafqaz regionuna cəlb etmək fəaliyyəti göstərmişlər. Həmin dövrlərdə Azərbaycan və Fransa arasında münasibətlər olduqca yaxşı olmuşdur. Bakı şəhərində 3 nəfər-Gürcüstanda yaşayan azərbaycanlı, Ramin Məmmədli və o birlikdə bir şirkət yaratmışlar. O, Bakıdakı şirkətdə menecer kimi işləmiş, bu səbəbdən Fransadakı işlərini yarımçıq saxlayaraq, daimi yaşamaq üçün Azərbaycana gəlmişdir. Azərbaycanda yaxşı əlaqələri və münasibətləri yaranmış, eyni zamanda, yerli mentalitetə də uyğunlaşmışdır. Eyni zamanda, bir iş adamı kimi Fransa səfirliyi ilə də əlaqələr qurmuşdur. Bütün qanunlara riayət etməyi və vergiləri ödəməyi də öhdəsinə götürmüş, Azərbaycan dilini öyrənmək və Azərbaycan mədəniyyətinə inteqrasiya olunmaq kimi məqsədləri olmuş, Vətən müharibə dövründə sosial şəbəkələrdə Azərbaycanı dəstəkləmişdir. Sosial şəbəkələrdə bu dəstəyimi göstərməklə, əslində özünü müəyyən qədər riskə atmışdır. Hansı azərbaycanlılarla əlaqə qurmuşdursa, bu əlaqəni aşkar həyata keçirmişdir. Heç bir zaman tanış olduğu azərbaycanlılara özü və ailəsi haqqında yanlış məlumatlar verməmiş, onları aldatmamışdır. 2021-ci ildə Fransa prezidenti Emauel Makrona bir məktub hazırlamış və bu məktubun mediada yayımlanmasını şəxsən özü təşkil etmişdir. Həmin məktubda Azərbaycanda olan vəziyyətlə bağlı məlumat vermək istəmişdir. Azərbaycanla əlaqəsi olan bir neçə nəfərlə birlikdə həmin məktubu imzalamışlar. “AZƏRTAC” vasitəsilə həmin məktub tərcümə olunmuşdur. Elmin Süleymanovu 2013-cü ildən tanımışdır. Onunla Parisdə tanış olmuşdur. 2017-ci ildə Elmin Süleymanovla bütün əlaqələri kəsilmişdir. Sonrakı dövrlərdə Azərbaycana peşə məqsədləri ilə gəlmişdir. Fransada təhsil alan zaman Şahid2 adlı şəxslə tanış olmuşdur. Şahid2 2016-cı ildə Azərbaycanda bir şirkət yaratmışdır. Eyni zamanda Raminin Fransada tərəfdaşa ehtiyacı olmuşdur. Onun dostu olduğu üçün ona birlikdə işləməyi təklif etmiş və o bunu qəbul etmişdir. Onun daimi olaraq Fransada yaşayan tərəfdaşa ehtiyacı olmuşdur. Məqsəd Fransa şirkətlərini Azərbaycana cəlb etmək olmuşdur. Fransa səfirliyi ilə əlaqə qurmaq məsələlərini həmin şəxs üzərinə götürmüş, tərcümə məsələləri, ticarətlə bağlı yazışmaları da üzərinə götürmüşdür. Həmin vaxt işi olmasa da, xeyli pulu olmuşdur. Bu fürsəti dəyərləndirmək istəmiş, fikirləşmişdir ki, təcrübəli şəxs kimi ondan faydalana bilər. Həmin dövrdə Azərbaycan və Fransa arasında əlaqələr yaxşı olduğundan biznes üçün potensial imkanlar mövcud olmuşdur. İlk dəfə Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşları ilə tanışlığı 2015-ci ildə yaranmışdır. Raminlə səfirliyin ətrafında gəzişən zaman Fransanın Azərbaycandakı konsulu olan Janpiyer Martinezlə görüşmüşdür. Martinez onu iş otağına dəvət etmiş, aralarında 20 dəqiqə söhbət olmuşdur. Eyni şəhərdən olduqları üçün üçün söhbətləri yaxşı alınmışdır. 2016-cı ildə ikinci dəfə Azərbaycana gəlmiş və Elvin Samirli adlı şəxslə görüşmüşdür. O, iqtisadi missiyanın rəhbəri olmuşdur. Həmin dövrdə Şahid2 biznesinə kömək etmişdir. Eyni zamanda, Rusiyada, Moskvada olan iş adamı ilə əlaqə qurmuşlar. Həmin şəxsin də səfirliklə əlaqələri olmuşdur. Həmin şəxsi Şahid2 təqdim etməsi, Raminə Rusiyadakı biznesini inkşaf etdirmək üçün də geniş imkanlar açmışdır. Həmin dövrdə konsulun köməkçisi ilə də görüşü olmuşdur. Bildirir ki, Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində işləyən, əslində Fransa xüsusi xidmət orqanlarının əməkdaşları olan 3 şəxslə-Devos Frederik, X129 Gilles və X61 əlaqəsi olmuşdur. Həmin şəxslər ona heç bir zaman kəşfiyyat agenti kimi yanaşmasalar da, o, həmin şəxslərin ona ünvanladığı suallardan və davranışlarından Fransa xüsusi xidmət orqanlarında xidmət etdiklərini bilmişdir. Hətta həmin şəxslər ona pul müqabilində çox təhlükəli bir tapşırıq vermiş, lakin, o həmin təklifdən imtina etmişdir. Həmin 3 şəxslə digər Təqsirləndirilən şəxs2 da əlaqəsi olmuşdur. Onlar Azərbaycan Respublikası ilə yanaşı Fransa Respublikası ilə siyasi və hərbi rəqabətdə olan digər dövlətlərin Fransa üçün əhəmiyyətli hesab edilə biləcək sirrləri və digər əhəmiyyətli məlumatları ilə hər zaman maraqlanmışlar. Bu səbəbdən, Azərbaycan Respublikası vətəndaşlarını da bu fəaliyyətdə iştirak etməyə cəlb etmək üçün çalışmışlar. Azərbaycan Respublikasının vətəndaşlarından sadəcə Azərbaycanın ərazisində deyil, həm də ölkə xaricində də istifadə etməyə çalışıblar. Həmin şəxslər Təqsirləndirilən şəxs2 də onlarla birlikdə işləməyi təklif etmiş, lakin Təqsirləndirilən şəxs2 özünün dediyinə görə o, həmin şəxslərlə əməkdaşlıqdan imtina etmişdir. Bildirir ki, o özündən asılı olmayaraq, Fransa xüsusi xidmət orqanları əməkdaşları olan həmin şəxslərlə əməkdaşlığa cəlb edilmişdir. O, həmin şəxslərin suallarına cavab vermiş, müəyyən xidmətlər göstərmiş və bəzi halların şahidi olmuşdur. Lakin, bu əlaqəyə son vermək üçün hər hansı qəti qərara gəlməmişdir. Ənənəvi olaraq Fransada diplomatların reputasiyası müsbətdir. Onlardan birinin adı Frederik Devos, digərinin adı isə Ledit Laurentdir. Onlar Fransa səfirliyinin tərkibində bir idarədə yüksək vəzifədə fəaliyyət göstərmişlər. Bölgənin geopolitik proseslərini analiz etmək üçün səfirlikdə bir idarə mövcuddur. Əslində onlar Fransız- Azərbaycan əməkdaşlığı çərçivəsində fəaliyyət göstərməlidirlər. Onlar yalnız fransızların təhlükəsizliyi məsələləri ilə məşğul olduqlarını deyirdilər. Bunu deməklə, həmin şəxslər onu arxayın edərək ondan məlumatlar almış, ona hər zaman şübhəli proseslər barədə məlumat verməyini bildirmişlər. Onların əsas maraqlandıqları məsələlər İran və Rusiya ilə bağlı təhlükəsizlik məsələləri olmuşdur. Həmçinin, İran və Rusiyadan olan iş adamlarına etimad göstərməməsini də ona məsləhət görmüşlər. Frederik Devos onunla müharibə zamanı 3 dəfə əlaqə saxlamış, həmin vaxt o, Azərbaycan və Fransa arasında olan gərginliyin burada yaşayan fransızlar üçün təhlükəsinin olub-olmaması barədə Frederikə suallar vermişdir. Həmin vaxt Fransa və Türkiyə arasında da gərginlik artmış, Türkiyədə fransız məhsulları boykot olunmuşdur. Frederik ona narahatçılığa səbəb olmamasını, heç bir təhlükənin mövcud olmadığını demiş, Azərbaycanın ali hakimiyyət orqanları ilə yüksək səviyyədə əlaqələrinin olmasını qeyd etmişdir. Agentlər arasında bir şəxs olmuşdur ki, onunla heç bir əlaqəsi olmamışdır. Həmin şəxslə Təqsirləndirilən şəxs2 əlaqəsi olmuşdur. Onunla sadəcə bir-iki dəfə əl sıxıb görüşüş, şəxsi tanışlıq yaratmamışdır. Həmin dövrdə Fransa və Azərbaycan arasında diplomatik əlaqələr gərginləşmişdir. O, tədbirlərin birində həmin agentə də Fransa və Azərbaycan arasında əlaqələrin tam qırılması təhlükəsi barədə sual vermiş, həmin şəxs də eynilə Frederikin söylədiyi kimi heç bir təhlükə olmadığını, mütəmadi olaraq iş apardıqlarını bildirmişdir. Həmin şəxslərə Fransa dövlətinin diplomatları olaraq inanmışdır. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsində Frederik Devosla tanış olması barədə bildirmişdir ki, Azərbaycanlı xanımla evli olan qonşusu Serj Banvel tərəfindən bir tədbirə dəvət almışdır. Həmin tədbirdə həm azərbaycanlı, həm də fransızlar olmaqla ümumilikdə 20-25 nəfər olardı. Həmin tədbirdə Serj Banvel onları Frederik Devosla tanış etmişdir. Frederik Devos həmin tədbirdə həyat yoldaşı ilə iştirak etmişdir. Onlar birbirilərinə mobil əlaqə nömrələrini vermişlər. Frederik Devosla tanışlıqları planlı şəkildə baş verməmişdir. Frederik Devos ilk dəfə görüşəndə Fransız səfirliyində işlədiyini demişdir. 2-ci görüşlərində Frederik Devos ona bölgədə geosiyası məsələlərlə bağlı, əsasən İranla bağlı analitik təhlillər aparmasını, fransızların təhlükəsizliyi sahəsində fəaliyyət göstərdiyini bildirmişdir. İlk görüşləri zamanı Frederik Devosun hərəkətlərində şübhəli məqamlar hiss etməmişdir. Bakının mərkəzində yerləşən restoranların birində görüşmüşlər. Həmin vaxt Devos hər kəsin içərisində cibindən bir fotoşəkil çıxararaq ona göstərmiş, həmin şəkildəki şəxsin Rusiya vətəndaşı olduğunu, təhlükəli şəxs olduğu üçün Fransadan çıxarıldığını bildirmişdir. Həmin şəxsin bir neçə ölkədə, o cümlədən Qazaxıstan və Qırğızıstan kimi ölkələrdə olduğunu, Azərbaycana gələrək, iş adamları ilə əlaqələr qurmasının da istisna edilmədiyini bildirmişdir. Eləcə də demişdir ki, İran və Rusiyanın iş adamları Azərbaycan üçün təhlükə yarada bilər, bu səbəbdən onlarla xüsusən ehtiyatlı olmaq lazımdır. Devos onu inandırmağa çalışmışdır ki, bu barədə şübhəli məqamlar hiss etdikdə ona məlumat versin. Sonrakı görüşlərində onu Fransız-Azərbaycan əməkdaşlığı üçün xeyirli olması məqsədilə əlaqəsi olduğu azərbaycanlılarla tanış edə biləcəyini də xatırlatmışdır. Frederik Devos əsasən geosiyasi mövzularda, müharibə ilə bağlı suallar vermişdir. İlk öncələr Frederik Devosla aralarında olan söhbətlər sadəcə olaraq iki fransızın bir-biri ilə münasibəti olmuşdur. İlk öncələr bir iş adamı kimi geosiyasi məsələlərdə məlumatlar almaq üçün Frederik Devosla görüşlərə can atmışdır. 2020-ci ildə Azərbaycan və Ermənistan arasında baş verən 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan və Fransa arasında münasibətlər gərginləşmiş, həmin dövrdə Frederik Devosla söhbətləri əsasən müharibə barədə olmuşdur. Bir müddət sonra isə Frederik Devos ona müharibə tərəflərinin güc fərqlərinə dair, eləcə də Azərbaycanın silahlanması, müharibəni uzun müddət davam etdirməyin mümkünlüyü barədə suallar vermişdir. Bildirir ki, onun özünün şəxsi təhlilləri olmuşdur. Frederik Devos onda olan məlumatları və ya videoları onunla bölüşməyini istəmiş, əsasən Pakistan və Türkiyə ilə bağlı suallar vermişdir. Sonradan düşünmüşdür ki, bu məsələlərdə erməni təbliğatının da rolu var. Müharibə dövründə demək olar ki, İran və Rusiya barədə danışmamışlar. Söhbətlərinin əsas mövzusu Pakistan və Türkiyə ilə əlaqədar olmuşdur. Ona ünvanlanan suallar əsasən Azərbaycana hansı ölkələrin yardım etməsi ilə bağlı olmuşdur. Bu məsələlərlə əlaqədar Frederik Devosa yazılı təhlillər göndərməmişdir. Frederik Devosa göndərdiyi yazılı təhlilləri əsasən iqtisadi məsələlərlə bağlı olmuşdur. Frederik Devosun ilk görüşdə ona Azərbaycanda fransızların təhlükəsizliyi ilə məşğul olacağını bildirmişdir. 2019-cu ilin dekabr ayında “Bakutel-2019”-a mühasibi tərəfindən dəvət olunmuş və orada fransız şirkətlərinin nümayəndələri ilə görüşü olmuşdur. Mühasib xarici müştərilər axtardığı üçün İran nümayəndəliyinin olduğu guşəyə yaxınlaşmışlar. Onların əksəriyyəti Azərbaycan dilində danışa bilmişdir. Mühasibi həmin şəxslərə onu təqdim etmiş, onlar da onun işi ilə maraqlanmışlar. O, işinin əsasən Azərbaycanda olduğunu, fransız şirkətlərinin Azərbaycana cəlb edilməsində fəaliyyət göstərdiyini demişdir. Daha sonra bir-birilərinə vizit kartlarını vermişlər. Sonradan həmin iş adamlarından bəziləri ilə “Linkedin” sosial platformasında danışıqları olmuşdur. İrandan olan bir iş qadını onunla “Facebook” sosial şəbəkəsində danışmışdır. Daha sonra xeyli sayda iranlı iş adamları sosial şəbəkələrdə ona yazaraq, əlavə suallar verməsələr də, telefon nömrəsini istəmişlər. Bu hadisələr əsasən, Azərbaycanın İran İİR-dakı səfirliyinə hücum olan zamana təsadüf etmişdir. Həmin dövrdə İran və Azərbaycan arasında münasibətlər gərginləşmişdir. Nəticə etibarilə, bu mövzularda bir neçə sətrdən ibarət təhlillər apararaq təqdim etmişdir. Bəzi vaxtlarda naharda da görüşmüş və söhbət etmişlər .Həmin şəxslərin ünvanladığı suallara cavab vermədikdə, onlar narahat olaraq, onun vaxtının olub-olmadığını və ya ona kiminsə mane olub-olmamasını soruşmuşlar. Frederik Devosla ilk dəfə Şahid1 tanış etmişdir. Şahid1 fransızdilli olduğu üçün birlikdə işləmiş və birgə vaxt keçirmişlər. Bir müddət sonra isə görüşlərin təşkilində Təqsirləndirilən şəxs2 iştirak etmişdir. Belə ki, Şahid1 müəyyən qədər spontan xarakterli şəxs olsa da, Təqsirləndirilən şəxs2 ona nisbətən daha fəal olmuş və daha dəqiq məqsədi olmuşdur. Təxminən 2021-ci ilin sentyabr aylarında Frederik Devos ondan Rusiyanı yaxşı tanıyan, konteksi başa düşən kimisə tanıyıb-tanımadığını soruşmuşdur. O, bu zaman Təqsirləndirilən şəxs2 məsləhət görmüşdür. Bu zaman Devos ona Təqsirləndirilən şəxs2 barədə ümumi suallar vermiş və o, Təqsirləndirilən şəxs2 fransız dilini yaxşı bilməsini, eyni zamanda, Rusiyada təhsil almasını demişdir. O, Təqsirləndirilən şəxs2 ilə onu tanış etməsini xahiş etmişdir. O da Təqsirləndirilən şəxs2 ilə danışmışdır. Təqsirləndirilən şəxs2 həmin dövrdə iş axtarmışdır. 2021-ci ilin oktyabr ayında evində ziyafət təşkil etmişdir. Görüşü təşkil etməkdə məqsədi Devosa yardım etmək olmuşdur, lakin sonradan başa düşmüşdür ki, bir qədər ehtiyatsız davranmışdır. Həmin görüşdən sonra Frederik Devos və Təqsirləndirilən şəxs2 arasında əlaqələr yaranmışdır. X131 Axundov adlı daha bir iş adamı ilə görüşmək istəmişdir. Frederik Devosun arvadı assosasiya prezidenti, Şahid3 arvadı assosasiyanın üzvü kimi fəaliyyət göstərmişdir. Şahid3 öz otağında müəyyən dərslər tədris etmişdir. Frederik Devosla aralarında Şahid3la bağlı söhbət olmuşdur. X131 Axundovla və onun şirkətinin işi ilə olduqca çox maraqlanmışdır. Şahid3 tez-tez Fransa Səfirliyinə viza almaq üçün müraciət etmişdir. 2019-cu ildə dil kursu mərkəzində dərs deyən zaman ona bir nəfər 30 yaşlarında xanım təqdim olunmuşdur. Həmin xanım Rusiya Səfirliyinin mədəniyyət şöbəsində işləyirdi və onun məqsədi fransız dilini yaxşı öyrənərək, Fransaya köçüb orada turizm sahəsində işləmək olmuşdur. Diplomatiya sahəsində işləyən bir xanımın turizm sahəsində işləmək üçün çalışması onda şübhə yaratmışdır. Həmin xanım onun dərsindən çox məmnun olmasını demişdir. O, həmin xanıma Fransada iş tapmaq üçün praktik fransız dilini öyrənməyin vacib olmasını demişdir. Bu söhbət zamanı həmin xanım onun gözlərinə baxaraq sanki təhlükəli nəsə deyirmiş kimi davranmışdır və həmin dərsdən sonra onu bir daha görməmişdir. Frederiklə söhbət zamanı Frederikin xanımın fotoşəklini ona göstərməsi, həmin xanımın birdən-birə yoxa çıxması onda müəyyən şübhələr yaratmışdır. Onda şübhələr yarandığı üçün Frederikə həmin xanımın adı və yaşı haqqında məlumatlar vermişdir. Belə ki, Frederik Azərbaycanda fransızların təhlükəsizliyi üçün fəaliyyət göstərən və onun tam etimad göstərdiyi şəxs olmuşdur. Digər azərbaycan vətəndaşı Şahid10la bağlı hər hansı şübhəli məqam hiss etməmişdir, onunla da həmin xarici dillərin tədrisi kursu mərkəzində tanış olmuşdur. Kənan hərbi sahədə Sərhəd Qoşunlarında çalışan həkim-cərrah olmuşdur. Təxminən Kənanla aralarında 10 dəfə görüş olmuşdur. Həmin mərkəzə gəlməmişdən öncə Azərbaycanda fəaliyyət göstərən Fransız Universitetində də dərs almışdır. Kənan ona 1 il öncə bir fransız hərbçi generalı ilə tanış olmasını bildirmişdir. Yadında qaldığı qədər həmin generalın adı Jan Fransua olmuşdur. O, Frederik Devosla birinci və ya ikinci görüşündə bu mövzuda danışmışdır. Frederik Devosun onunla söhbətləri, analitik məlumatlar alması həm onun, həm də Təqsirləndirilən şəxs2 analitik təhlil bacarığının güclü olması ilə əlaqədar olmuşdur. Bildirir ki, onlar həm onu, həm də Təqsirləndirilən şəxs2 bu şəkildə istismar ediblər. Frederik Devosdan sonra Ledit Laurent ilə görüşü olmuşdur. Həmin görüş tədbirlərin birində baş tutmuşdur və təkbətək görüş olmamışdır. Həmin vaxt hələ Frederik Devos Azərbaycanda olmuşdur. Ledit Laurent ona təhlükəsizlik məsələləri ilə əlaqədar Frederik Devosun davamçısı olmasını bildirmişdir. Ledit Laurent ona gələcəkdə ola bilsin ki, şam yeməyində görüşərək bu mövzuları müzakirə edəcəklərini bildirmişdir. Bildirir ki, Ledit Laurent artıq Şahid1 əvvəlcədən tanıyırdı, çünki, hər ikisi Fransa Səfirliyində çalışırdılar. Lakin, onun Təqsirləndirilən şəxs2 ilə nə zaman və necə tanış olmasını bilmir. Şahid4 adlı şəxsi tədbirlərin birində Ledit Laurentə təqdim etmişdir. Bu xüsusi planlaşdırılmış təqdimat olmamışdır. Onlar bir-biriləri ilə əl sıxaraq görüşmüş, lakin, sonradan əlaqə saxlamamışlar. Daha sonra bir dəfə Şahid2 ilə birgə olan zaman onu Ledit Laurentlə tanış etmişdir. Ledit Laurent ilə söhbətləri Frederik Devosla olan söhbətlərindən fərqlənirdi. Frederik Devos ona elektron poçt vasitəsilə suallar ünvanlayır və təhlükəli tapşırıqlar vermişdir. Ledit Laurent isə onunla daha çox yaxın səmimi münasibət qurmağa çalışmış və mövzularda çox dərinə getməmişdir. Bir müddət sonra isə Ledit onunla əlaqəsini dayandırmışdır. Ledit Laurentin məqsədi həm ondan məlumat almaq, həm də onu nəzarətdə saxlamaq olmuşdur. Ledit Laurent ona bir kompyuter klaviaturası vermiş, o, həmin klaviaturanın içərisində gizli izləmə üçün hər hansı qurğu olmasını düşünmüşdür. Bu barədə Təqsirləndirilən şəxs2 də məlumat vermişdir. Ledit Laurent əlaqəsini kəsdikdən sonra onun köməkçisi ilə əlaqə saxlamış və köməkçisi onun birdən-birə səbəbsiz şəkildə yoxa çıxdığını bildirmişdir. Hesab edir ki, Ledit Laurentin onların ortaq dostları ilə münasibətləri davam etmişdir. Ledit Laurentə whatsapp mobil tətbiqində mesaj göndərsə də, Ledit ona cavab verməmişdir. 20 gün sonra, avqust ayında Ledit Laurentin yerinə təyin olunmuş Jerome Gassarino adlı əməkdaş onunla əlaqə saxlayaraq üzbəüz görüşməyi təklif etmişdir. Jerome onunla Whatsapp şəbəkəsi vasitəsilə əlaqə saxlayaraq, Azərbaycanda necə, hansı üsulla şirkət yaratdığını soruşmuşdur. Jerom Gassarino onu görüşmək üçün Qobustanda yerləşən palçıq vulkanlarının olduğu əraziyə dəvət etmişdir. O, dərhal bunun səmimi məqsədli görüş olmadığını, gözdən uzaq yer olduğu üçün Jerom Gassarinonun həmin ərazini görüş üçün təklif etdiyini başa düşmüş və bəhanə uyduraraq həmin görüşdən yayınmışdır. Lakin, müxtəlif tədbirlər zamanı Jerome Gassarinonu görmüşdür. Həmin görüşlərdə spirtli içkilər içərək söhbət etmişlər. Jerome Gassarinonu maraqlandıran məsələlərdən biri də Azərbaycan-Əlcəzair münasibətləri olmuşdur. Jerome ondan Azərbaycanda necə şirkət yaratdığını soruşaraq, guya bunları öz arvadının işləməsi üçün soruşduğunu demişdir. Lakin, o bilirmiş ki, Jeromun yenicə ana olmuş arvadının gəlib burada işləməsi və ya dərs keçməsi reallığa uyğun deyil. Ümumiyyətlə, hər üç şəxsin, yəni Frederik Devos, Ledit Laurent və Jerome Gassarinonun fəaliyyətində onun biznesini yönləndirmək və müdaxilə etmək məqsədi açıq-aydın sezilmişdir. Jerome Gassarino ona Azərbaycana spirtsiz alkoqollu içkiləri idxal etməyi təklif edərək, son dövrlərdə bu kimi içkilərə tələbatın artmasını müşahidə etdiyini demişdir. Bildirir ki, o, hər üç şəxsin ondan kəşfiyyat xarakterli məlumatlar almaq istəməsini faktiki olaraq başa düşürdü. Lakin, onun əsas 4 motivasiyası olmuşdur. Birinci motivasiyası ondan ibarət idi ki, X113 dövlətinin rəsmi akkreditasiya etdiyi diplomat idi. Həmin şəxslərin səfirlikdə yüksək vəzifələri var idi və müxtəlif tədbirləri təşkil edirdilər. İkinci motivasiyası o olmuşdur ki, səfirliklə münasibətlər nəticəsində o da özünə lazım olan məlumatları səfirlikdən əldə edirdi. Təhlükəsizlik baxımından da bu onun üçün vacib əhəmiyyət daşıyırdı. Üçüncü motivasiyası ondan ibarət idi ki, həmin insanlar həm Təqsirləndirilən şəxs2, həm də onunla şəxsi yaxın münasibətlər qururdular. Onların geopolitik situasiya, eləcə də, iqtisadi proseslər barədə geniş müzakirələrimiz olurdu. Dördüncü motivasiyası o olmuşdur ki, həmin şəxslər özlərinə qarşı onda inam, etimad formalaşdırmağı bacarmışdılar. Güclü analitik təhlil bacarığı olduğu üçün müxtəlif tezislər hazırlayıb təqdim etmişdir. Lakin, həmin informasiyalar qarşılığında ona hər hansı əmək haqqı verilməmişdir. Jerome Gassarino ilə ilk görüşü zamanı Jerome Gassarino ona Xankəndi şəhərindəki vəziyyətlə bağlı suallar vermiş və o, onun sualını 1 dəqiqəlik qısa mətnlə cavablamışdır. Fransa xüsusi xidmət orqanlarının əməkdaşları olan şəxslərlə ümumilikdə münasibətləri 2020-ci ilin may ayından həbs edildiyi tarixədək davam etmişdir. 2023-cü ilin yay aylarında Ledit Laurent onunla əlaqələri tamamilə kəsən zaman həmin şəxslərin ondan istifadə etmələrini başa düşmüşdür. Lakin özü üçün hər hansı təhlükə hiss etmədiyi üçün Ledit Laurentin davamçısı olan Jerom Gassarino ilə əlaqəni davam etdirmişdir. Həmçinin, ona Ledit Laurentin hansı səbəbdən onunla əlaqəni kəsməsi də maraqlı olmuşdur. Həmin şəxslərə böyük həcmli analitik təhlillər təqdim etməmiş, onlardan hər hansı maddi nemət tələb etməmiş, almamışdır. Hətta, Frederik Devos ona pul qarşılığında çox təhlükəli bir tapşırıq versə də, o, əməkdaşlıqdan imtina etmişdir. İmtina etməsinin bir səbəbi həmin tapşırığın olduqca təhlükəli olması, ikinci səbəb isə həmin təhlükənin müqabilində təklif edilən məbləğin gülünc dərəcədə az olması olmuşdur. Təhlükə həmin tapşırığın qanuna zidd olmasında olmuşdur. Ona tapşırılan təhlükəli iş şirkəti vasitəsilə Afrika ölkələrindən birinə pul göndərilməsindən ibarət olmuşdur. Bildirir ki, onun ağlına gəlməmişdir ki, Fransa dövləti tərəfindən rəsmi qaydada akkreditasiya olunmuş diplomatlar öz vətəndaşını təhlükəli məqsədlər üçün istifadə edə bilər. Diplomat olduqları üçün həmin şəxslərə inanaraq münasibətləri davam etdirmişdir. Lakin, gizli informasiyaları oğurlayıb verməmək, eləcə də, cinayət tərkibli hərəkətlər etməmişdir. X32 əməkdaşları kimi təqdim edən şəxslərlə ünsiyyətə girməsinin məqsədi iş adamı kimi vətəndaşı olduğu dövlətin səfirliyi ilə əlaqə yaratmaq olmuşdur, belə ki, bu əlaqəni sosial və iqtisadi cəhətdən vacib saymışdır. Frederiklə tanış olan zaman onun potensial agent olmasını başa düşmüşdür. Frederik Devosla əlaqəsi 2020-ci ilin yanvar ayının sonlarından yaranmış, ilk görüşləri isə 2020-ci ilin may ayında baş tutmuşdur. Təqsirləndirilən şəxs2 ilə 2019-cu ildə ümumi ortaq dostları olan Şahid1 vasitəsilə tanış olmuşdur. Təqsirləndirilən şəxs2 ilə aralarında dostluq münasibətləri olmuşdur. Belə başa düşmüşdür ki, Təqsirləndirilən şəxs2 Rusiya dövləti barəsində məlumatı olan şəxs kimi Fransa xüsusi xidmət orqanlarının maraq dairəsinə düşmüşdü. Təqsirləndirilən şəxs2 həmin şəxslərə o özü təqdim etmişdir. Təqsirləndirilən şəxs2 Fransa xüsusi xidmət orqanları ilə əlaqələri şəxsi münasibətlər üzərində qurulmuş, bu səbəbdən, onların əlaqələrinin təfərrüatlarını bilməmişdir. Lakin, düşünür ki onların əlaqələri gizli xarakter daşımamışdır, çünki onlar ictimai yerlərdə görüşürdülər. Təqsirləndirilən şəxs2 güclü analitik qabiliyyətinin olması Frederik Devosu maraqlandırmışdır. X164 Məmmədli ilə şəxsi münasibəti olmamışdır. Təqsirləndirilən şəxs2 savadlı və analiz qabiliyyəti güclü şəxs olduğu üçün o özü də bəzən ondan məsləhətlər almışdır. Frederik Devos ondan onu Təqsirləndirilən şəxs2 ilə görüşdürməsini xahiş etmiş, o da onları görüşdürmüşdür. Görüşləri zamanı Təqsirləndirilən şəxs2 həqiqətən Rusiya ilə yaxşı münasibətlərinin olubolmamasını soruşmuşdur, hətta, bir dəfə Frederik Devos ondan yarızarafat şəkildə Təqsirləndirilən şəxs2 Rusiya xüsusi xidmət orqanları ilə əlaqələrinin olub-olmamasını da soruşmuşdur. Onları Təqsirləndirilən şəxs2 təqdim edən zaman, Təqsirləndirilən şəxs2 aralarında olan münasibətləri ona danışmış və onun da onlara inamı yaranmışdır. Onlar tərəfindən casus kimi cəlb edilməmiş, belə niyyəti olmamış, məqsədi öz vətəndaşı olduğu dövlətin səfirliyi ilə əlaqə yaratmaq olmuş, hər hansı maddi təmənnası da olmamışdır. Onu cəlb etdiklərini başa düşdükdən sonra Azərbaycan xüsusi xidmət orqanlarına məlumat verməyinin onu qanuni cəhətdən məsuliyyətdən azad edə biləcəyi istintaq zamanı ona izah olunsa da, o düşünmüşdür ki, o zaman belə addım atması onu həmin vəziyyətdən xilas etməməklə yanaşı vətəndaşı olduğu dövlətə xəyanət kimi başa düşülə bilərdi. Eyni zamanda, onda həmin şəxslərin Fransa xüsusi xidmət orqanı əməkdaşı olmasına dair tutarlı sübutlar mövcud olmamışdır. Hesab edir ki, gərək düşdüyü vəziyyət barədə X150 Nazirliyinə müraciət edərdi. Fransa xüsusi xidmət orqanı əməkdaşı olan şəxslər onu arxayın edərək, narahat olmamağını bildirmişlər. 44 günlük Vətən müharibəsi zamanı Fransanın həm Azərbaycan, həm də Türkiyə ilə diplomatik münasibətlərinin gərginləşməsi fonunda onlarla görüşməyinin onun üçün təhlükəli olub-olmamasına dair həmin əməkdaşlara sual vermiş, onlar isə ona hər hansı təhlükə olmamasını, guya Azərbaycan hakimiyyəti ilə münasibətlərinin qaydasında olduğunu demişlər. Həmçinin, həmin şəxslərin Fransa dövləti tərəfindən rəsmi akkreditasiya edilmiş diplomatik şəxslər olması onda onlara qarşı inam yaratmışdır. Bildirir ki, heç vaxt Təqsirləndirilən şəxs2 hər hansı bir Fransa agentinə təqdim etməmiş, onu hər hansı bir cinayət əməli törətməsi üçün təhrik etməmiş, onu təhlükəli vəziyyətə salmamışdır. O sadəcə X132 Məmmədlinin öz tələblərindən danışmışdır Devos ona özünü Fransa səfirliyinin təhlükəsizliyi ilə bağlı işlər görən şəxs kimi təqdim etmiş, eləcə də azərbaycanlı frankofonları görmək, tanımaq istəyinin olduğunu bildirmiş, 2021-ci ilin oktyabr ayından Rusiyanı yaxşı tanıyan bir şəxs axtarmış, əsasən Fransız şirkətlərində işləyən şəxslərə üstünlük verəcəyini demişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs2 Azərbaycanda və ölkə xaricində iş axtarırdığı üçün bu səbəbdən onları tanış etmişdir. 2021-ci ilin oktyabr ayında artıq bir risk olduğunu başa düşmüşdür. Frederik Devos ona heç vaxt Azadı hansısa bir əməliyyata, əməkdaşlığa cəlb etmək istədiyini dememişdir. Bildirir ki, Devosla olan münasibətinin Təqsirləndirilən şəxs2 vasitəsi ilə baş verməsini, təkrarlanmasını istəməmişdir, belə ki, o, Devosla həmvətəndaşdır. Eyni ölkənin vətəndaşı olduqları üçün Devosun ona qarçı münasibəti başqalarından fərqli olmuşdur. Görüşləri həm öz evində, həm də başqa yerlərdə təşkil etmiş, həmin tədbirlərdə başqa şəxslər də iştirak etmişdir. Rusiyanı yaxşı tanıyan, fransız dilini yaxşı bilən tanıdığı bir şəxs olmuş, ona Təqsirləndirilən şəxs2 iş axtardığını, iş tapmaqda ona kömək edə bilib-bilməyəcəyini soruşmuşdur. Hesab edir ki, Devosun Azərbaycanda fransız dilini yaxşı bilən şəxslərlə ünsiyyət qurmaqda məqsədi Azərbaycanda olan kontekstləri yaxşı öyrənə bilməyi olmuşdur. Onları əsas maraqlandıran Təqsirləndirilən şəxs2 analiz qabiliyyəti olmuşdur, belə ki, ölkə haqqında məlumat əldə edə bilmək və əlaqələr yarada bilmək üçün onlara yerli vətəndaş lazım olmuşdur. Onlar ona etibar etmiş, o da Təqsirləndirilən şəxs2 onlara təqdim etmişdir. Lakin heç vaxt deməmişdir ki Frederik Devos gizli agentdir. Azada 25 yaşı olduğunu, gənc olduğunu, ehtiyatlı olması gərəkdiyini, dövlət sirrləri ilə bağlı məsələlərə daxil olmamasını bildirmişdir, Azad özü də potensial bir riskin olduğunun fərqinə varmışdır. Sonradan Azad və Devos onun iştirakı və təşkilatçılığı olmadan təklikdə görüşmüş, o isə öz növbəsində bu görüşə müdaxilə etməmişdir. X133 da görüşü olmuş, onun iştirakı olmadan özü gedib görüşmüşdür. 2021-ci ilin oktyabr ayında Devosla bağlı şübhələrini Azada demiş, Azad isə cavab olaraq səfirlikdən hər hansı bir gəlir əldə edə bilibbilməyəcəyini soruşmuşdur. Ona bunun təhlükəli olduğunu demiş, Azad da cavab olaraq bu təhlükənin fərqində olduğunu bildirmişdir. Azadın məhkəmədə verdiyi ifadəsində guyə onu həvəsləndirib, təhrik etməsi barədə bildirdikləri həqiqəti əks etdirmir. O, öz kompüterinin klaviaturasında təhlükəsizliklə bağlı tədbir görmüş və bunu Azada demişdir. Çünki Azad onun dostu olmuşdur, ona etibar etmişdir. Bildirir ki, Azada risk olduğunu dedikdə o, bu barədə həm səfirliyi həm də yerli dövlət orqanlarını məlumatlandırmalı idi. Klaviaturada mexanizm qurmasının səbəbi öz məlumatlarımın izlənib-izlənmədiyini öyrənmək istəməsi olmuşdur. O hətta Loranın belə bir şey edə biləcəyindən ehtiyat edərək Azadı bu barədə bir dostluq jesti olaraq xəbərdar da etmişdir. Azad isə ona əgər belə bir qurğu yerləşdirilibsə, bunun ona qarşı törədilmiş bir cinayət olduğunu bildirmişdir. Azad hüquqşünas olduğu və bu işləri ondan daha yaxşı bildiyinə görə ona dərhal yerli orqanlara bu barədə məlumat verməli olduğunu məsləhət etməli olduğu halda ona narahat olmamasını, Loranla əlaqədə qalmasını, əgər klaviaturada bir şey tapılsa, bunu yerli orqanlara deməsini bildirmişdir. Bildirir ki, Azadın Devosun agent olduğunu bilməməsi, eləcə onun Azadı nəyəsə məcbur etməsi, həmçinin Azadın onun azərbaycanlıları manipulyasiya etməsi, 9 nəfəri aldatması tələyə salması barədə dedikləri əsassızdır. Belə bir şey olmamışdır. Onun fransız agentlərinə təqdim etdiyi iddia edilən 9 nəfərin hamısının adını istisanız istintaq orqanına bildirmişdir. Onların arasında elə insanlar olmuşdur ki, onları təsadüfən təqdim etmişdir. Onların arasında agentlərlə yaxın əlaqəsi olan şəxslərdən biri Fransa səfirliyində işləyən Şahid1 olmuşdur. Onlarla sıx əlaqəsi olan bir şəxs kimi təqdim etdiyi 10-cu şəxs isə Təqsirləndirilən şəxs2 olmuşdur. DTX tərəfindən bu 9 nəfərin hamısı sorğu-sual edilmiş, lakin onların heç biri onun onları manipulyasiya etməsinə dair ifadə verməmişdir. Bildirir ki, həmin agentlər barədə nə bilirsə hamısını istintaq orqanına demişdir. Lorqan Qrardın əlaqə qurduğu şəxslərdən biri Şahid4 olmuş, onlar Fransada təhsil alan tələbələrlə görüş zamanı tanış olmuşlar. Loran Ülviyə peşəkar bir əməkdaşlıq təklif etmişdir. Bu tədbirdən sonra görüşmüş və müəyyən söhbətləri olmuşdur. O, Ülviyə hərəkətlərində ehtiyatlı olmasını demişdir. Loran eyni əməkdaşlıq təklifini Azada da etmişdi. Azad barədə bildiklərini, təhlükəli ola biləcək şeyləri Ülviyə də demişdi. Ülvi isə sonra “Martin mənə Loran barədə məlumat verdikdən sonra onunla əlaqəmi kəsməyə qərar verdim" demişdir. Bildirir ki, əgər həqiqətən agent olsaydı, X134 təhlükəli bir insan ola biləcəyini deməzdi. Bütün bunlar onu göstərir ki, Təqsirləndirilən şəxs2 dediklərinin hamısı yalan olmaqla əsassızdır. Bundan başqa Təqsirləndirilən şəxs1 ifadəsində bildirdi ki, 4 dekabr 2023-cü il tarixində həbs olunarkən Fransa dövlətindən yardım istəmişdir. 6 dekabr 2023-cü il tarixindən sonra artıq Fransa dövlətinin onun həbs olunmasında məlumatı olmuşdur. Dövlət Təhlükəsizlik Xidməti onun evində axtarış apararkən və onu idarəyə dəvət edəndə səhv edərək ailəsinə, eləcə də səfirliyə bu barədə məlumat vermək hüququndan istifadə etməmişdir. Düşünmüşdür ki, sadəcə olaraq yarım gün vaxtı gedəcək. Hər hansı bir təhlükənin olmadığını düşünərək, səfirliyə məlumat verməmişdir. Əgər həmin agentlərlə əlbir olsaydı, dərhal həbs edildiyi zaman onlara məlumat verərdi. Həmin şəxslərlə telefon danışıqlarından da görünür ki, heç bir zaman onların əmri altında işləməmişdir. Onlarla arasında şəxsi inam, etibar mövcud olmuşdur. Bildirir ki, Jerome Gassarino ilə aralarında olan saat yarımlıq səs yazısı mövcud olmuşdur və həmin danışıqdan da görünür ki, onların arasında subordinasiya və ya tabeçilik olmamışdır. Mesaj mətnlərindən də görünür ki, onlar dost kimi əlaqə saxlamışlar. Həbs edilməsi barədə Fransa dövləti məlumatlı olduqdan sonra 12 dekabr 2023-cü il tarixində hazırda həmin vəzifədə işləməyən, o dönəmin Fransa konsulu onunla görüşməyə gəlmişdir. Konsula da hazırda məhkəmədə verdiyi ifadəsində danışdıqlarını eynilə bildirmişdir. 20 dekabr 2023-cü il tarixində Fransa prezidenti Emanuel Makron xüsusi xidmət orqanının rəhbərini Azərbaycana göndərmişdir. Bu da onu göstərir ki, peşəkar adamlar onu aldadaraq əməkdaşlığa cəlb edə biliblər. Jerome Gassarino və Ledit Laurent yalnız 26 dekabr 2023-cü tarixində Azərbaycandan deportasiya olunmuşlar. O, sonradan Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun bir bəyanatını eşitmiş, eyni zamanda müstəntiqlərlə də söhbətləri zamanı həmin 2 nəfər agentin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən çağırılması ona məlum olmuşdur. Belə ki, həmin agentlər DTX-ya çağırılmış, onlara Cenevrə Konvensiyasının tələblərini pozmaları izah edilmişdir. Həmin iki nəfər şəxs Təqsirləndirilən şəxs2 və onun həbsdə olduğunu, onların çağırılmasının onlarla yaratdıqları əlaqələr səbəbindən olmasını anlamış və sonradan çağırılarkən DTX-ya gəlməkdən imtina etmişdilər. Hesab edir ki, həmin şəxslər ona kömək etməli, vəziyyəti izah etmək üçün DTXya gəlməli idilər. Lakin, onlar gəlməyərək, Azərbaycandan çıxarılmalarını gözləmişlər. Həmin şəxslərin diplomatik toxunulmazlıqları olduğu üçün rahat şəkildə təyyarə ilə Azərbaycanı tərk edərək, Fransaya gedə bilmişlər və onların gediş xərclərini də Fransa dövləti qarşılamışdır. Lakin, o özü heç bir zaman Fransa dövlətindən hətta əmək haqqı belə almamışdır, müstəqil sahibkar kimi fəaliyyət göstərmişdir. Bir müddət sonra Azərbaycanın da iki diplomatı heç bir sübut olmadan Fransadan çıxarılmışdır. Onun barəsində fransız mediasında heç bir məlumat verilməmişdir. Fransa dövləti onun həbs edildiyini bilsə də, oa köməklik edilməsi üçün heç bir diplomatik addım atmamışdır. Atası əlindən gələni edərək, onun barəsində məlumatların media orqanlarında yayımlanmasına çalışmışdır. Atası “X175” agentliyi ilə əlaqə yaratmış və bu məsələni mediada işıqlandırmağa çalışmışdır. Lakin, Fransa dövlətinin rəsmi bəyanatı olmadığından, “X175” agentliyi də onun barədə məlumatı yayımlamamışdır. Müstəqil erməni blogerin vasitəsilə bu məsələlər sosial şəbəkədə paylaşıldıqdan 1 ay sonra Fransa dövləti reaksiya bildirməli olmuş və onun həbsini qeyri-qanuni həbs adlandırmışdır. Bundan sonra atasını X150 Nazirliyinə dəvət edərək, həmin şəxslərin akkreditisiyası olan diplomatlar olduğunu bildirmişlər. Məsələnin birbaşa həllinə nail olmaq üçün atası Fransa xüsusi xidmət orqanlarına məktubla müraciət etmişdir. Atası məktubunda həmin şəxslərin hansı məqsədlərlə Azərbaycana gəlmələri barədə suallar ünvanlamış, lakin 2024-cü ilin may ayında göndərilmiş həmin məktuba cavab verilməmişdir. Atası bu məsələni məhkəmə predmetinə çevirmək üçün Fransada yaşayan vəkil dostu ilə danışmış, lakin, həmin vəkil bu işi öz üzərinə götürməkdən imtina etmişdir. Fransa vətəndaşlarının Azərbaycanda qeyri-qanuni həbs olunmaları risklərinin mövcudluğu barədə bəyanat irəli sürülmüşdür. Hesab edir ki, bu doğru yanaşma deyil və onun işinə heç bir faydası yoxdur. Əgər doğrudan da Fransa vətəndaşlarına qarşı Azərbaycanda təhlükə mövcud idisə, bu Fransa dövlətinin səhvidir. Hesab edir ki, bu məsələdə əsas günahkar Fransa dövlətidir. Bildirir ki, o, Fransa dövlətini onun həbsinə yalnız bir ay keçdikdən sonra münasibət bildirdikləri üçün günahlandırır. Hesab edir ki, onun həbsi qeyri-qanuni idisə, Fransa hökuməti bunu ciddi bir məsələ kimi dərhal işıqlandırılmalı idi. Həm maddi, həm də mənəvi cəhətdən olduqca böyük zərərə uğramışdır, bütün işlərini itirmişdir. Halbuki, Azərbaycanda yaxşı layihələri olmuşdur. Azərbaycanda mənzil də almış, azərbaycanlı bir xanımla evlənməyi də düşünmüşdür. Bütün risklərin öhdəsindən özü gəlmişdir. Azərbaycana xeyli fransız məhsulları gətirmişdir, iş adamı kimi fəaliyyət göstərmişdir. Fransa dövlətinin ona qarşı dürüst davranmasını və ona dəstək verməsini istəyir. Düşünür ki, ilk öncə Fransa dövləti o və Təqsirləndirilən şəxs2 ailəsindən savayı Azərbaycan xalqı qarşısında da üzr istəməlidir. Lakin, Fransa dövləti onun həbsdən azad olunmasına heç bir kömək göstərməyib. Bildirir ki, Azərbaycan Respublikasında yaşamaq icazəsinə zidd olan müəyyən məsələlərdə həmin şəxslərə qatıldığı, Azərbaycan dövlətinin ona qarşı olan etimadını itirdiyi üçün peşmançılıq hissi keçirir. Bildirir ki, problemləri düzgün qiymətləndirə bilməyərək, səhvə yol vermişdir. Lakin onda cinayətin törədilməsi üçün heç bir niyyət mövcud olmamışdır. Heç vaxt casus olmaq, hər hansı cinayətdə iştirak etmək niyyətində olmayıb və buna cəhd etməyib. Hesab edir ki, manipulyasiyaya edilmişdir. Bildirir ki, bu cinayətin başında duran birmənalı olaraq Fransa dövlətidir. Fransa dövləti həmin agentləri Azərbaycana göndərmiş və onlar da bu əlaqəni yaratmışlar. Hətta həmin şəxslər ona təhlükəsizliyi ilə bağlı təminat da vermişlər. Onları sadəcə diplomat kimi tanıyaraq diplomatik çərçivədə əlaqə saxlamış, onların Fransa xüsusi idmət orqanlarının əməkdaşları olduqlarını dəqiqliklə bilməmişdir. Cinayət işində Fransa xüsusi xidmət orqanlarının əməkdaşları olan həmin 3 nəfər şəxslə guya gizli əlaqəyə girdiyi qeyd olunmuşdur, lakin bildirir ki, bu əlaqə gizlin olsaydı, o həmin söhbətləri ətrafda danışmazdı. Təqsirləndirilən şəxs2 ilə də bu mövzuda bir neçə dəfə söhbətləri olmuşdur. Sonradan Fransa casusu olmaları aşkar edilən şəxslərlə ictimai yerlərdə görüşmüş, gizli görüşləri olmamışdır. Onların onunla yaratdığı əlaqəni inam, etimad üzərində qurulmuş şəxsi əlaqə hesab etmişdir. Onlar heç vaxt onu agent kimi işə cəlb etməmiş, onlarla hər hansı müqaviləsi olmamışdır. Onlar ancaq onun inamından istifadə edərək, onu manipulyasiya etmişlər. Bəzi həssas məsələlərlə bağlı onların suallarına cavab vermişdir. Onlar onu öz işlərinə qatmağı bacarmışlar. Həmin şəxslərdən heç bir zaman pul almamışdır. Lakin bu onun Azərbaycandakı ümumi fəaliyyətini xarakterizə edə bilməz, belə ki, bu hadisə onun ümumi fəaliyyətinə kölgə salan bir hal olmuşdur. Yekun olaraq bildirir ki, xarici xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün məlumatlar verməklə və vermək məqsədilə toplamaqla casusluq etməmiş, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna bilən gizli tapşırıqlar icra etməmişdir. Sadəcə, manipulyasiya edilərək, Fransa xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən aldadılaraq istəmədən, özü də bilmədən müəyyən tapşırıqların icra edilməsində, məlumatların əldə edilməsində istifadə edilmişdir. Onun etdiyi casusluq və başqa hər hansı bir cinayət əməli yox, sadəcə ehtiyatsızlıq olmuşdur. Odur ki, əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi olmadığı üçün məhkəmədən ona bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1ın ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, həmin ifadəsində Təqsirləndirilən şəxs1 özünü təqsirli bildiyini, törətmiş olduğu əməlindən peşmançılıq hissi keçirdiyini, günahkar olduğunu qeyd edərək göstərmişdir ki, o, 25 aprel 1988-ci ildə Fransa Respublikasının Klermont-Ferrand şəhərində anadan olmuş, atası X162 Respublikasının Klermont-Ferrand şəhərində fəaliyyət göstərən Universitetdə tətbiqi xarici dil (ingilis) üzrə müəllim işləmiş, dosentdir, hazırda təqaüddədir, lakin tərcüməçi qismində fərdi qaydada fəaliyyət göstərir. Atası əslən İngiltərədəndir, ikili vətəndaşlığı var, həm Fransanın, həmdə ki, Böyük Britaniyanın vətəndaşıdır. Anası isə Rozmari Ryan əslən İspaniyadandır, həm İspaniya dövlətinin, həmdə ki, Fransa dövlətinin vətəndaşıdır. Fransaya miqrasiya etmiş şəxslərə fransız dilinin öyrədilməsi üzrə mütəxəssisdir. Valideynləri Paris şəhərində birlikdə yaşayırlar. Ailədə özündən başqa 1991-ci il təvəllüdlü Alma adlı bir bacısı var, rəqs üzrə müəllimədir, subaydır, Fransanın Şağtıx şəhərində yaşayır. O, 1994-2003-cü illər ərzində Klermont-Ferrand şəhərinin Biyom kəndində, 2003- 2006-cı illər ərzində Kuxnon qəsəbəsində litseydə təhsil almış, bir il ərzində təhsilinə fasilə verərək kənd təsərrüfat işləri ilə məşğul olmuşdur. 2007-2012-ci illər ərzində Monpelye şəhərində fəaliyyət göstərən Monpelye 3 Universitetinin Pol Valeri fakültəsinin beylənlaxq əlaqələr, hərbi tarix və geosiyasət ixtisası üzrə təhsil almış, 2012-ci ildə Fransa Mülki Müdafiə Ali Komitəsində təlimdə olmuş, 2013- 2014-cü illər ərzində ixtisası üzrə, yəni geosiyasət fənni üzrə Paris Yanğın söndürmə briqadasında təlimçi işləmişdir. Bildirir ki, şahmat oyununa böyük marağı olduğu üçün 2001-ci ildən həmin oyunla məşğul olur, şahmatı çox sevir. 2005-ci ildə Fransanın Şartr şəhərində təşkil edilmiş 80-ci Fransa şahmat turnirində iştirakçı olmuş, hətta tutularkən əynində olan kofta da məhz həmin yarışdan ona hədiyyə olunmuş kofta olmuşdur. Həmin kofta ona çox böyük imiş, lakin böyüdüqcə o kofta əyninə hazırda yaxşı olmuşdur. Yəni demək istəmişdir ki, dünya şahmatçıları ilə maraqlanırmış. Məsələn, Azərbaycanın ən yaxşı şahmatçısı kimi Kasparovu bilirmiş, sonrakı vaxtlarda Teymur Rəcəbovu, Şəhriyar Məmmədyarovu, Qədir Hüseynovu, Vüqar Həşimov barədə oxuyub bilmişdir. Qeyd edir ki, Monpelye 3 Universitetində təhsil aldığı müddətdə o Qleb Jarkov adlı belarus vətəndaşının vasitəsilə həmin universitetdə təhsil alan azərbaycanlı tələbələr əslən Şəki rayonundan olan Şahid1, əslən Gəncə şəhərindən olan Şahid2, əslən Masallı rayonundan olan Şahid4 Xamməd oğlu, əslən Lənkəran rayonundan olan Fərid Həbibov, əslən Qərbi Azərbaycandan olan Emin Ağamalıyev adlı şəxslərlə tanış olmuş, həmin azərbaycanlı şəxslərlə münasibəti yaranmış, idman zallarına, gecə məclislərinə birlikdə gedirmişlər, yəni bir sözlə adlarını çəkdiyi o azərbaycanlılarla tanış olduqdan sonra pozitiv əlaqələri yaranmışdır. 2013-cü ildə İnternet informasiya ehtiyatındakı Souch surfinq saytı vasitəsilə o digər azərbaycanlı olan X57 ilə tanış olmuşdur. Həmin saytda tanış olma şərti elə imiş ki, tanış olduğun şəxsə Fransada yaşıdığın evdə qalmaq üçün şərait yaradırsan, öz növbəsində də həmin şəxs vətəndaşı olduğu ölkədə sənə öz evində yaşamaq üçün imkan yaradır. Həmin minvalla o Emin Süleymanov adlı şəxslə tanış olmuşdur. Emin Süleymanov ilk dəfə 2014-cü ildə Fransaya səfər etmiş, lakin evlərini bəyənmədiyi üçün onların evində qalmamış, oteldə qalmışdır. O səbəblə Emin Süleymanovla da münasibəti və əlaqələri yaranmışdır. Emin Süleymanov 2013-2014-cü illər ərzində Fransanın Qronoba şəhərində biznesin idarə edilməsi və menecment ixtisası üzrə təhsil almış, diplomunu almaq üçün 2014-cü ildə Fransaya səfər etmişdir ki, onların evində qala, lakin o evi bəyənməyib oteldə qalası olmuşdur. Dünyanın bir neçə ölkəsində - Böyük Britaniya, İspaniya, İtaliya, İrlandiya, Belçika, Hollandiya, Almaniya, Slovakiya, Macarıstan, Finlandiya, Estoniya, Türkiyə, Gürcüstanda səfərlərdə olmuş, həmin ölkələrə etdiyi səfərlərinin məqsədi şahmat yarışlarında iştirak etməklə, valideynləri ilə istirahət etməklə, dostları ilə gəzib dincəlməklə və biznes əlaqələri ilə bağlı olmuşdur. İlk dəfə 2015-ci ilin iyul ayının sonlarında o, Emin Süleymanovun vasitəsi və dəvəti ilə Azərbaycana gəlmiş, miqrasiya sənədlərində Emin Süleymanovun anket məlumatları və yaşadığı ünvan qeyd edilmişdir. Təxminən 9-10 gün qaldıqdan sonra yenidən Fransaya qayıtmışdır. İkinci dəfə o, 2016-cı ilin avqust ayının sonunda Monpelye universitetində təhsil aldığı vaxt tanış olduğu əslən Gəncə şəhərindən olan Şahid2 dəvəti ilə Azərbaycana gəlmiş, həmin səfərində 3 həftə qaldıqdan sonra yenidən Fransaya qayıtmışdır. Üçüncü dəfə Azərbaycana 2017-ci ilin may ayının ortalarında yenidən Şahid2 dəvəti ilə Azərbaycana gəlmiş və 3 həftə müddətində Bakı şəhərində qalmışdır. Şahid2 dəvəti ilə Azərbaycana gəldiyi müddətdə Şahid2 Samir və Nərmin adlı tanışlarının Bakı şəhərində «Zabitlər Parkı»nın yanında yeni tikilmiş binalardakı mənzillərində qalmışdır. Qeyd edir ki, 2016-cı ildə ikinci dəfə Azərbaycana səfər etməmişdən öncə o Fransanın paytaxtı Paris şəhərində keçirilən konfransda Fransa-Rusiya ticarət palatasının milliyyətcə fransız olan hazırda adını xatırlamadığı sədri ilə tanış olmuş, bir qədər ünsiyyət saxladıqdan sonra həmin sədr Azərbaycana gedəcəyini və orada yaxşı əlaqələrinin olduğunu ona demişdir. Həmin şəxsə bildirmişdir ki, özünün də Azərbaycanda ticarət işi ilə məşğul olmaq üçün maraqları və istəyi var. Həmin şəxs onun istəyini nəzərə alaraq onu Fransanın Azərbaycandakı səfirliyində iqtisadiyyat şöbəsinin müdiri Erve Sarneliy ilə tanış edəcəyini bildirmiş, onun elektron və poçt ünvanını Erve Sarneliyə göndərmiş və o barədə də ona məlumat vermişdir. Daha sonra o Erve Sarneliyin elektron ünvanına yazı yazıb ki, yaxın günlərdə Azərbaycana gələcək və onunla görüşə bilərmi? Erve Sarneliy də ona etiraz etməmişdir. O 2016-cı ildə Azərbaycana gəlmiş və ifadəsində adını çəkdiyi əslən Gəncə şəhərindən olan Şahid2la birlikdə Fransanın Azərbaycandakı səfirliyinə gedərək orada Erve Sarneliylə görüşərək tanış olmuşdur. Həmin ərəfədə Şahid2 «Cointel» şirkəti təsis edibmiş və istəyirmiş ki, Fransanın şirkətlərini Azərbaycana dəvət etsin. Amma Şahid2 investisiya üçün pulu olmadığı üçün işləri alınmamışdır. Şahid2la gecə gəzintisinin birində təsadüfən Fransanın Azərbaycandakı səfirliyində konsul işləyən Antuan Simonellə tanış olmuş, sonrakı vaxtlarda onun Antuan Simonellə heç bir əlaqəsi və münasibəti olmamışdır. Azərbaycana etdiyi növbəti, yəni 4-cü səfəri 2019-cu ilin avqust ayının 18-də olmuşdur. Azərbaycana elektron viza əsasında gəlmişdir. Bakı şəhərində təxminən bir həftə «Sahil» otelində ikinci mərtəbədəki otaqların birində qalmışdır. Sonradan bir müddət ünvan 7 ünvanıda nömrəsini xatırlamadığı mənzildə qalmışdır. 22 dekabr 2019-cü il tarixdə Fransaya qayıtmışdır. Təxminən 2-3 həftədən sonra 2020-ci ilin yanvar ayının ortalarında yenidən Azərbaycana qayıtmış və ünvan 7 ünvanıdakı mənzildə yaşamışdır. Qeyd edir ki, həmin mərtəbədəki başqa bir mənzildə fransız iş adamı Serj Banvel yaşayırmış, sonuncunun arvadı əslən Astara rayonundan olan Sevinc Baxşiyeva adlı qadın olmuş, sonradan onlar Françaya köçüblər, lakin yola gedə bilmədikləri üçün boşanmışlar. Serj Banvellə o 2015-ci ildə ilk dəfə Azərbaycana səfər edərkən Emin Süleymanovla gecə klublarının birində təsadüfən tanış olmuş, X85 Bağırova adlı tanışı da orada barda imiş. Serj Banvell xaricdən gəlmiş qonaqlarla olmuş və Şahid5 da onlarla birlikdə imiş. Fransız olduğu üçün Serjlə tanışlığı yaranmış, münasibətləri başlamışdır. Serjlə yalnız facebook vasitəsilə əlaqə saxlamışdır. 2020-ci ilin yanvar ayının sonunda o Serj Banvelin dəvəti ilə sonuncunun yaşadığı evdə təşkil edilmiş məclisdə iştirak etmiş, evdə təxminən 20-25 nəfər qonaq olmuşdur. Qonaqlar sırasında Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşları da olmuşdur. Serj Banvel onu Fransanın Azərbaycandakı səfirliyində ikinci katib kimi işləyən Frederik Devos adlı əməkdaşla tanış etmiş, sonuncu özünün vizit kartını ona verib ki, onunla əlaqə saxlasın. Təqsirləndirilən şəxs1 etiraf ifadələrini davam etdirərək daha sonra bildirmişdir ki, həmin görüşdən təxminən 3 ay sonra Frederik Devos onunla əlaqə saxlayaraq görüşmək istədiyini bildirmişdir. O Frederik Devosla Bakı şəhərində Nizami küçəsində yerləşən «SanTral» restoranında görüşmüşdür. Bir qədər ümumi söhbətlərdən sonra Frederik Devos özünü Fransa səfirliyində Azərbaycanda yaşayan fransızların təhlükəsizliyinə cavabdeh olan şəxs kimi ona təqdim etmiş, deyib ki, Azərbaycandan əvvəl iki il Pakistanın Karaçi şəhərində eyni işlə, yəni fransızların təhlükəsizliyinə cavabdeh şəxs kimi işləmişdir. Həmin görüş zamanı Frederik Devos cibindən çıxardığı cüzdanın içərisindəki şəkili ona göstərərək şəkildə yan tərəfdən çəkilmiş təxminən 40 (qırx) yaşlarında kostyumda olan kişi şəkili əks olunmuş həmin şəxsin Rusyanın hərbi kəşfiyyat xidmətinə (GRU) mənsub olduğunu və casusluq fəaliyyətinə görə Fransada “persona non grata” elan olunaraq qovulduğunu ona bildirmişdir. Frederik özlərində olan məlumatlara görə həmin şəxsin “biznesmen pərdəsi” ilə post-sovet ölkələrinə o, cümlədən Qazaxıstan və Qırğızıstana getdiyini və tezliklə Azərbaycana gələ biləcəyini deyib, əgər Azərbaycana gələrsə onun fransız sahibkarları axtaracağını və onunla kontakt quracağı və ya barəsində hər hansı məlumat əldə edəcəyi təqdirdə Səfirliyə məlumat verməyini ona tapşırmışdır. Frederik Devos rusların və iranlıların Fransa milli təhlükəsizliyi üçün təhdid olduğunu deyib, ondan rus və ya iranlı tanışlarının olubolmaması barədə maraqlanmışdır. Frederik Devos həmin görüşdə ona iranlı iş adamlarından tanışının olub-olmaması, iranlı şirkətlərdən hansılarının tanıyıb-tanımamağı barədə soruşmuş və bildirib ki, varsa ona məlumatları versin. Frederik Devos onunla ünsiyyət və əlaqə saxlamaq üçün üsulu da ona bildirmişdir. Deyib ki, bir email verəcək, o da topladığı məlumatları word faylı şəklində ona göndərəcək. Ona verdiyi və onun üçün özünün yaratmış olduğu emaili xatırlamır, xatırladığı odur ki, sonrakı vaxtlarda ətraflı bildiricəyi məlumatları ona «Tutanota» provayderi vasitəsilə göndərmişdir. O Frederik Devosun həmin təkliflərindən, onunla etdiyi söhbətlərindən başa düşmüşdür ki, X113 kəşifiyyatının əməkdaşıdır, səfirlikdə 2-ci katib pərdəsi adı altında fəaliyyət göstərir. X95 soruşduğu və topladığı məlumatlar yalnız kəşfiyyat xarakterli məlumatlar olmuşdur. 2020ci ilin sentyabr ayında başlamış 44 günlük Qarabağ Müharibəsi zamanı Frederik Devosla onun Bakı şəhərində «Torqovı» adlanan ərazidə yerləşən «Araz» kafesində görüşləri olmuşdur. Frederik Devosun dəvəti ilə baş tutmuş həmin görüş zamanı Frederik Devos ondan Azərbaycanla Ermənistan arasında gedən müharibə ilə bağlı suallar verməyə başlamışdır. Soruşurmuş ki, Azərbaycanın müharibəni davam etdirməsi üçün yetərincə silah-sursatı varmı, Azərbaycanın özünün istehsal etdiyi silahlar varmı, silahlan əsasən haradan alır, Türkiyə Azərbaycana necə kömək edir, Azərbaycan Rusiyadan silah- sursat alırmı. Daha sonra ondan Türkiyə ilə bağlı, Türkiyə-Azərbaycan münasibətləri barədə soruşmağa başlamışdır. Soruşurmuş ki, Türkiyə Azərbaycanı vətən müharibəsini aparmağa məcbur edirmi? Frederik Devosun ən çox istədiyi məlumat Suriya və Liviyadan, eləcə də Pakistandan mücahidlərin gəlib Qarabağ müharibəsində ermənilərə qarşı Azərbaycan tərəfindən döyüşüb-döyüşməmələri ilə bağlı olmuşdur. Ən çox istədiyi həmin mövzu imiş, deyirmiş ki, onun üçün həmin mövzunu subut edən bir sənəd və yaxud fotoşəkil əldə edib ona versin. O da Frederik Devosa o barədə məlumatsız olduğunu deyirmiş. Frederik Devos soruşurmuş ki, Pakistandan döyüşmək üçün Qarabağa komando dəstələri göndərilibmi? O da məlumatsız olduğunu deyirmiş. Ondan soruşurmuş ki, onun fikrincə Qarabağ müharibəsində kim qalib gələcək? O da öz fikrini bildirirmiş ki, qalib Azərbaycan olacaq. 44 günlük Qarabağ müharibəsi dövründəki görüşlərinin birində Frederik Devos ona təklif edib ki, ona 10 min manat pul verəcək, onun 2 min manatını özünə götürsün, 8 min manatını isə Afrikanın Somali dövlətindəki kafelərin birinə göndərsin, həmin pul onun iş yoldaşlarına çatacaq. O da qorxmuş və ondan imtina etmişdir. Həmin təklifdən sonra tam əmin olmuşdur ki, Frederik Devos fransız kəşfiyyatçısıdır. Frederik Devosla münasibət və əlaqələri 44 günlük Qarabağ müharibəsindən sonra da davam etməyə başlamışdır. Müharibədən sonra Frederik Devos ona ciddi şəkildə aşağıdakı məlumatları toplayıb ona verməyini tapşırmışdır: iranlı şirkətlər və iranlı iş adamları barədə, Azərbaycanda dostları arasından hərbidə işləmiş və yaxud hərbiçi dostları varsa onlar barədə, Fransada təhsil almış, Azərbaycanda yaşayan fransızdilli azərbaycanlılar barədə, onunla tanış edərək əlaqəsinə vermək, Türkiyə ilə Azərbaycan Respublikası arasında bağlanmış Şuşa bəyannaməsində Türkiyənin Qarabağda hərbi baza yaradıb-yaratmayacağı barədə müddəaların olub- olmaması barədə, müharibədən sonra Türkiyə hökümətinin Qarabağ bölgəsinə investisiya yatırmaq niyyətinin olub-olmaması barədə, Böyük Britaniyanın Azərbaycan Respublikası ərazisində enerji sahəsində uğurunun səbəbləri barədə, Fransanın «Total» şirkətinin uğursuzluğunun səbəbləri barədə, Frederik Devosun verdiyi tapşırıq əsasında onunla linkedin səhifəsində əlaqəyə girmək istəyən iranlı iş idamları barədə məlumatları toplayıb «Tutanota» provayderi vasitəsilə Frederik Devosun onun üçün yaratdığı emailindən Frederik Devosun emailinə göndərmişdir. Daha sonra «X135»ndə Kənan adlı bir hərbiçiyə fransız dili üzrə 4- 5 dəfə dərs keçmişdir. Həmin hərbiçinin telefon nömrəsi onda var imiş, həmin hərbiçi və onun telefon nömrəsi barədə məlumatları «Tutanota» provayderi vasitəsilə Frederik Devosun onun üçün yaratdığı emailindən istifadə etməklə Frederik Devosun emailinə göndərmişdir. Frederik Devos hətta ona təklif edib ki, İrana getsin və orada zəfəran ticarəti ilə məşğul olmağa başlasın və o minvalla iranlı iş adamları ilə əlaqəyə girsin, daha sonra isə iranlı iş adamları barədə istədiyi məlumatları toplayıb ona versin. O da İrana getmək təklifinə razı olmamışdır. X62 təhsil almış, Azərbaycanda yaşayan fransızdilli azərbaycanlılarla onu tanış edərək əlaqəsinə vermək tapşırığının icrası istiqamətində də Bakı şəhərində işlər görmüşdür. O Fransada təhsil almış azərbaycanlılar Şahid1, Şahid5m, onun bacısı dizayner işləyən Aynur Kərimovam, Təqsirləndirilən şəxs2, Sumqayıt Polimer zavodunda mühəndis işləyən Sevil Xəlilova və Sevinc Hacıyevə adlı bacıları, Şahid4, Şahid3 Frederik Devosla tanış etmişdir. Azərbaycanlılarla yanaşı o yunan əsilli, Azərbaycanda neft sahəsində çalışan, fasebook sosial şəbəkəsi vasitəsilə fransız dilini öyrənmək məqsədilə onunla tanış olan Vasso Papadopulunu da Frederik Devosla tanış etmişdir. X151 X63 X4 təhsil aldığını bildikdən sonra ona orada təhsil almış və Təqsirləndirilən şəxs2 əlaqəsində olan şəxslər barədə, Təqsirləndirilən şəxs2 Rusiyada işləyən iş adamları tanışlarının olub-olmamasını soruşmuş və onlar barədə məlumat toplamağı tapşırmışdır. Frederik Devos bir gün ondan Təqsirləndirilən şəxs2 barədə «Martin, Azad səncə rus agentidir» sualını verdikdə, o Frederik Devosa bilmirəm cavabını demişdir. Frederik Devosun fəaliyyət müddəti bitdikdən sonra o Fransaya qayıtmış, onu özünün yerinə gəlmiş Loran Ledit adlı başqa bir səfirlik əməkdaşının əlaqəsinə vermişdir. Loran Ledit onunla əlaqələrində Frederik Devosun verdiyi tapşırıqları xatırladaraq onları icra etməyini tapşırmışdır. Loran Ledit ona əsasən İranla bağlı məlumatları toplamağı tapşırmışdır. Loran Ledit hətta bir dəfə ondan fars kökənli olub-olmamasını soruşmuşdur. O isə Loran Leditə deyib ki, uzaq qohumu Böyük Britaniya vətəndaşı olaraq o vaxtlar İranın Tehran şəhərində uzun müddət daş yonan işləmiş, ona görə də onun ləqəbi fars olub. Həmin hadisəni o Frederik Devosa danışıbmış. X96 da həmin söhbəti Loran Leditə danışıb ki, sonuncu da o barədə məlumatlı olduğu üçün ondan soruşub. O da İranla heç bir qohumluğunun olmadığını Loran Leditə bildirmişdir. Loran Leditlə o Şahid4 və Şahid2, eləcə də valideynlərini Bakı şəhərində tanış etmişdir. Təqsirləndirilən şəxs2 və Şahid1 artıq Loran Lediti tanıyırmışlar. Şahid1 Fransanın Azərbaycandakı səfirliyində işləyərkən Loran Lediti tanımışdır. Təqsirləndirilən şəxs2 Moskvada tanış olduğu Karolin adlı qız Fransanın Azərbaycandakı səfirliyində işləyirmiş, Loran Leditlə tez-tez yeməyə gedirmişlər və həmin qız vasitəsilə də Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. Loran Ledit 2023-cü ilin avqust-sentyabr aylarında getdikdən sonra onun yerinə gəlmiş Jerom Gassarino adlı əməkdaşın əlaqəsinə verilmişdir. X152 vatsap yazışmaları olmuş və həmin yazxışmaları o könüllü olaraq istintaqa göstərə bilər. Jeron Gassarino da eyni ilə Frederik Devos və Loran Ledit kimi İranla bağlı məlumatlar toplamağı ona tapşırmışdır. İranlı iş adamlarından kimləri tanımağı barədə soruşurmuş. Azərbaycanda şirkət açmaq istəyirmiş, deyirmiş ki, arvadının adına şirkət açmaq istəyir. Şirkət açmağın mexanizmini ondan öyrənmək istəyirmişdi, kömək istəyirmiş. Jerom Gassarino onunla görüşünün Bakı şəhərinin mərkəzlərində deyil, Bakı şəhərinin kənarında Qobustan rayonu ərazisində palçıq vulkanlarının olduğu ərazidə görüşməyi təklif edirmiş, deyirmiş ki, həmin yerə telefonsuz getsinlər, oralarda kamera yoxdur və sair. Gedib oturub yeyib-içirmişlər, Jerom Gassarino onu içizdirirmiş, o da içki başına çox şeyləri ona danışırmış. Jerom Gassarino onunla görüşlərinin birində soruşub ki, Azərbaycan dövlətinin Əlcəzair dövləti ilə Fransaya qarşı bir razılaşması olubmu, həmin razılaşma və razılaşmanın detalları barədə məlumatlar toplayıb ona çatdırmağını tapşırıb. O da deyib ki, o barədə heç bir məlumatı yoxdur. Amma bir geosiyasət ixtisasına malik bir şəxs kimi deyə bilər ki, necə ki, Fransa Ermənistanla birləşib Azərbaycana qarşı kompaniya aparır, Əlcəzair də Azərbaycan və Türkiyə ilə birləşib Fransaya qarşı fəaliyyət aparacaq. Jerom Gassarinonun dediklərini həmin fikirləri ilə izah etmişdir. Azərbaycanlılardan yalnız Şahid1 Jerom Gassarino ilə tanış etmişdir. Birmənalı olaraq deyə bilər ki, Frederik Devos, Loran Ledit və X97 kəşfiyyatının əməkdaşlarıdırlar, o elədir, onlar Fransanın Azərbaycandakı səfirliyində ayrı-ayrı adlardakı vəzifələrdə pərdələnərək kəşfiyyat işlərini aparmışlar, kəşfiyyat məlumatlarını toplamışlar. Hər üç şəxslə ünsiyyətdə və əlaqədə olduğu vaxt harda oturub yeyib içirmişlərsə hesabı onlar verirmiş və qulluq edən ofisiantdan çeki tələb edib özləri ilə götürürmüşlər. Hər üç şəxsin Azərbaycan ərazisində kəşfiyyat işlərinin aparılması barədə Azərbaycanın dövlət orqanlarına vaxtında məlumatın verilməli olduğunu bilməmiş, Fransa hökümətindən çəkinərək də onu etməmişdir. Amma tutulduqdan sonra başa düşmüşdür ki, gərək o barədə, hər üç şəxsin fəaliyyəti ilə bağh vaxtında Azərbaycanın dövlət orqanlarına məlumat verərmiş. Təqsirləndirilən şəxs1 ifadəsinin davam etdirərək göstərmişdir ki, Fransanın kəşfiyyat orqanının əməkdaşı Frederik Devosa verdiyi məlumatlardan biri də Olqa adlı Rusiyanın Azərbaycan Respublikasındakı səfirliyində 2017-ci ildən işləyən bir xanım və onun istifadəsində olan mobil telefon nömrəsi barədə məlumat olmuşdur. Olqa adlı xanım barədə məlumatları Frederik Devosa yazılı şəkildə vermişdir. O, Olqanı 2019cu ilin sentyabr ayında tanımış, onunla cəmi iki dəfə görüşmüşdür. Həmin ərəfədə o «X135»ndə fransız dili üzrə dərs deyirmiş. Həmin mərkəzdə fəaliyyət göstərən Linqvistik mərkəzin müdiri Şahid13 ondan xahiş edib ki, Olqa adlı tanışı fransız dilini öyrənmək istəyir. O da etiraz etməmiş, Olqa ilə mərkəzdə tanış olmuşdur. Tanış olduqdan sonra Olqanın deməsindən bilib ki, sonuncu Rusiya Federasiyasının Azərbaycandakı səfirliyində 2017-ci ildən işləyir. Tanış olandan sonra Olqa Fransada işlə təmin olunmaq istəyirmiş, deyirmiş ki, Fransada işləmək istəyir. Birinci dərslərində ümumi bilikləri, fransız dilinin qramatikası ilə bağlı suallar verib cavablarını almışdır. Olqanın cavabları onu tam qane etməmişdir. İkinci dərslərində onunla şərti olaraq işçi və işə götürən kimi davranmışdır. Həm də Olqanın fransız dilinin hansı səviyyədə bilməsini istəyirmiş. O işə götürən, Olqa isə iş axtaran şəxs rolunda olmuşdur. O Olqaya nə vaxtdan və harada işləməsini ardıcıllıqla soruşmağa başladıqda, Olqa birdən birə tutulmuş, sanki suallarının o qədər dəqiqliyini gözləmirmiş, dərhal başa düşmüşdür ki, Olqa özü barədə məlumat vermək istəmədiyi üçün onun suallarını cavabsız qoymuşdur. O da Olqanın üstünə getməmişdir. Həmin görüşdən sonra o bir daha Olqanı görməmiş və onunla əlaqə saxlamamışdır. X136 Məmmədovadan soruşmuş, sonuncu isə səbəbini bilmədiyini ona demişdir. Bütün bunları deməkdə məqsədi odur ki, o Olqanın ikinci dərsində özünü aparma tərzi, özü haqqında məlumatları bildirmək istəməməsi və o istiqamətdə sual verərkən tutulub qalması onun ciddi bir adam, müəmmalı şəxs olması qənaətinə gəlməyinə əsas olmuşdur. Ona görə də o Olqanı şübhəli və təhlükəli şəxs kimi qəbul etmiş, onun barəsində, eləcə də onun mobil telefon nömrəsi barədə Frederik Devosa məlumat vermişdir. O, Frederik Devosla əlaqədə olduğu müddətdə maraqlı bir hadisə barədə də məlumat verərək bildirmişdir ki, Frederik Devosla 2022-ci ilin səhv etmirsə aprel ayında olan görüşlərinin birində Frederik Devos ondan soruşub ki, Bakı şəhərində mobil telefona çip qoydurmaq üçün yer bilirmi, tanışı varmı? Frederik Devos istəyirmiş ki, istifadəsində olan mobil telefon aparatına çip qoydursun ki, telefonun sahibi bilinməsin. O da həmin sahədə tanışının olmadığını Frederik Devosa söyləmişdir. X98 da o barədə soruşmasını xahiş etmiş, deyib ki, bəlkə Zaur bilə bilər. O da Zaurdan soruşmuş, sonuncu telefona çip qoyan yer və o sahədə çalışan tanışının olmadığını ona demişdir. O da o barədə Frederikə məlumat vermiş, sonuncu bir daha həmin mövzu ilə bağlı ona suallar verməmişdir. Məxfi əməkdaşlıq etdiyi Fransanın kəşfiyyat orqanının əməkdaşı Frederik Devosun ona verdiyi tapşırıqlardan biri Azərbaycan Respublikası ərazisində karbon liflərin istehsal və istifadə edilib-edilməməsi ilə bağlı olmuşdur. Frederik Devos deyib ki, öyrən gör Azərbaycan Respublikası ərazisində karbon liflər istehsal və istifadə edilirmi, əgər Azərbaycan karbon liflər istehsal etmirsə, Azərbaycan Fransadan karbon liflər idxal edirmi? Azərbaycanda fəaliyyət göstərən Fransa şirkətləri özlərinin istehsal proseslərində karbon liflərdən istifadə edirlərmi? Həmin tapşırığı Frederik Devos ona əvvəlki ifadələrində də bildirdiyi kimi «Tutanota» provayderi vasitəsilə onun elektron ünvanına yazıb göndəribmiş. Həmin tapşırığın icrası istiqamətində o «İnternet»də bir neçə gün araşdırma aparmış, lakin heç bir məlumat aşkar edə bilməmiş və o barədə də Frederik Devosa məlumat vermişdir. Frederik Devosun məhz karbon liflərlə bağlı maraqlanmağının səbəblərini isə bilməmişdir. 2019-cu ilin təxminən dekabr ayında Bakı şəhərində “X180”də təşkil olunmuş “Bakutel” adlı sərgidə İran İslam Respublikasından da nümayəndələr iştirak edirmişlər və o orada olarkən hər bir nümayəndə barədə məlumatları toplamışdır. Fransa kəşfiyyatının nümayəndəsi Frederik Devosla 2020-ci ilin yanvar ayının sonundan başlayan məxfi əməkdaşlığı müddətində İran istiqamətində məlumatların toplanması ilə bağlı verilmiş tapşırığın icrası ilə bağlı o həmin sərgidə iştirak etmiş şəxslərlə barədə topladığı məlumatları Frederik Devosa ötürmüşdür. 04 dekabr 2023-cü il tarixdə məhkəmənin müaviq qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən yaşadığı ünvan 8 ünvanında keçirilmiş baxış zamanı digər əşya və sənədlərlə yanaşı aşkar edilərək götürülmüş Üzərində “Vital Group” yazısı olan Nabil A.Xaliqin adına olan vizitkart barədə Təqsirləndirilən şəxs1 ifadəsində bildirmişdir ki, 2019-cu ilin noyabr ayında tanışı Vasif Həmzətovun işlədiyi “Globus Centre”dəki ofisə gedən zaman sonuncu onu Nabil Xaliq adlı Pakistan vətəndaşı ilə tanış edərək müştərisi olduğunu ona demiş, Nabil Xaliqin çay idxalı ilə məşğul olduğunu ona demişdir. Həmin görüşdən sonra 2022-ci ilin əvvələrinədək Nabil Xaliqlə bir neçə dəfə görüşmüşdür. Söhbətləri zamanı bilmişdir ki, Nabil Xaliqin ailəsi X12 yaşayır, özü Bakıda bir ildir ki, ali təhsil alır və əslən Pakistan İslam Respublikasının Kəraçi şəhərindəndir. Nabil onunla söhbətləri zamanı həmişə onun işləri və gələcək planları barədə çoxlu suallar vermiş və o hal ona qəribə gəlmişdir. Nabil ona Fransaya getməyi planlaşdırdığını və ora onunla birlikdə getmək istədiyini deyirmiş. Nabil Xaliqin davranışları onda şübhələr yaradırmış. Nabilin üzərində daim 4-5 telefon olmuş və onların hamısından istifadə edirmiş. Bir dəfə o Nabil Xaliqdən onun səbəbini soruşduqda, sonuncu birini “Asan İmza”, digərini dostları ilə ünsiyyət üçün istifadə etdiyini və bu kimi başqa sözlər desə də, Nabil Xaliqin cavabları onu qane etməmişdir. 2022-ci ilin əvvələrində Rus-Ukrayna müharibəsi ərəfələrində o Nabili birdən-birə tapa bilməmiş, sonuncunun barəsində olan şübhələri artırmışdır. 2022-ci ilin may ayında “Tarqovu” yaxınlığındakı kafelərin birində görüşləri zamanı o Frederik Devosa məlumat vermişdir. Frederik Devos əvvəllər ona əvvəlcə Pakistanda da, xidmət etdiyini və oranın yerli sakinlərinə bələd olduğunu deyibmiş. O səbəbdən də o Nabil Xaliq barəsində olan məlumatları Frederik Devosa vermiş, X39suz miqrasiyanı həyata keçirən cinayətkar qrupun üzvü ola biləcəyi barədə şübhələrini də Frederik Devosa bildirmişdir. Hətta yadına gəlir ki, o Nabil A.Xaliqin vizit kartını Frederik Devosa göstərdikdə sonuncu mobil telefonu vasitəsilə həmin vizit kartın fotoşəklini çəkmişdir. Fransa xüsusi xidmət orqanının nümayəndələri ilə keçirdiyi görüşlər zamanı sonuncular ondan bir sıra xarici ölkələrin Azərbaycan Respublikasında məskunlaşmış vətəndaşları, fəaliyyət göstərən şirkətləri, eləcə də Azərbaycanla həmin ölkələr arasında hərbi, iqtisadi, siyasi və digər sahələrdə mövcud olan münasibətlərin vəziyyəti və inkişaf dinamikası ilə bağlı suallar vermişlər, yeni məlumatlar əldə edən kimi onları xəbərdar etməyini istəyirmişlər. Həmin ölkələrdən Böyük Britaniyanın, Əlcəzairin, İranın, Somalinin, Pakistanın, Türkiyənin, Çin Xalq Respublikasının adlarını çəkə bilər. Fransa kəşfiyyatçılarından Frederik Devos 2020-ci ilin may ayından etibarən onunla Bakı şəhəri ərazisində keçirdiyi görüşləri zamanı Böyük Britaniya ilə bağlı əsasən Böyük Britaniyada qeydiyyatdan keçmiş hüquqi şəxslərin Azərbaycan Respublikasındakı fəaliyyət istiqamətləri, həmin şirkətlərin Azərbaycandakı filialları, rəhbər vəzifəli şəxsləri barədə ona suallar verirmiş. Frederik Devosu əsas maraqlandıran məqamlardan biri həmin ölkənin hüquqi şəxslərinin Azərbaycan Respublikası ərazisində sərbəst fəaliyyətinə imkanların yaradılması ilə bağlı olmuşdur. Frederik Devos Azərbaycan Respublikasının iqtisadiyyatının əsasını təşkil edən əsasən neft-qaz sahələrində fəaliyyət göstərən şirkətlərlə ingilis şirkətlərinin uğurlu əməkdaşlıq etməsini, buna baxmayaraq fransız şirkətlərinin əvvəki qaydada səmərəli fəaliyyətinin mümkün olmaması ilə bağlı çox narahat olduğunu deməklə dediklərinin səbəbləri ilə bağlı ondan məlumat istəmişdir. Frederik Devos onunla keçirdiyi görüşlər zamanı ona ingilis şirkətlərinin Azərbaycandakı filial və nümayəndəliklərində işləyən şəxslərlə işgüzar əlaqələrin yaradılmasının onun üçün maraqlı olduğunu və şəxsi biznes fəaliyyəti çərçivəsində həmin şəxslərlə görüşüb tanışlıq yaratmağının faydalı ola biləcəyini deyirmiş. O Fransa xüsusi xidmət orqanlarının əməkdaşları ilə müntəzəm görüşlər keçirməyə başlamamışdan əvvəl Azərbaycanda sahibkarlıq fəaliyyəti göstərməyə başlamış, Azərbaycanda müvəqqəti yaşamaq icazəsi aldıqdan sonra 2019-2023-cü illərdə ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, Gürcüstanda yaşayan tanışı Lüdovik Girodun adına Azərbaycanda konsaltinq xidmətləri də göstərmiş, işgüzar görüşlər keçirmişdir. Həmin fəaliyyətləri ilə əlaqədar onun əhatə dairəsi surətlə artırmış. 2021-ci sentyabr ayında “X10 Limited” şirkətinin Azərbaycan filialının rəhbəri Şahid3 ilə tanış olmuş, sonuncunun oğluna şahmat dərsləri keçirmiş. O, Frederik Devosla sonrakı görüşləri zamanı “X10 Limited” şirkətinin rəhbəri Şahid3 öyrəndiyi fəaliyyət istiqamətləri və yerləşdiyi ünvan barədə ona bildirmişdir. Fransa xüsusi xidmət orqanının nümayəndələri ilə xüsusilə də Frederik Devosla keçirdiyi görüşlər zamanı sonuncu ondan “Covid” pandemiyası ilə əlaqədar olaraq Çindən Azərbaycana idxal olunan vaksinlərin əsasən hansı şirkətlər vasitəsilə əldə olunaraq Azərbaycana gətirilməsi barədə məlumatlı olub-olmamasını soruşmuşdur. O 2020-ci ilin may ayından Frederik Devosla müntəzəm görüşlərə başladıqdan sonra hələ də Azərbaycanda “Covid” pandemiyası aktual imiş, Azərbaycanda kütləvi vaksinasiya işləri gedirmiş, Frederik Devosa isə ona dediyinə görə həmin vaksinasiya işlərində istifadə olunan vaksin dozalarının hansı şirkətlər vasitəsilə Çindən Azərbaycana tədarük edildiyi öyrənmək maraqlı gəlirmiş. “Covid” pandemiyası ilə bağlı Frederik Devos üçün maraqlı olan məqamlardan biri də o imiş ki, Azərbaycan nəyə görə vaksinləri Çindən alır. Fransa xüsusi xidmət orqanının nümayəndələri xüsusilə də X137 Qafqaz ölkələri ilə əməkdaşlıq münasibətləri, xüsusilə Çinin Qafqazda fəaliyyət göstərən şirkətləri barədə ona suallar verirmiş. O isə həmişə olduğu kimi həmin suallara cavab olaraq yerli tanışları və sosial şəbəkələr üzərindən ona məlum olan hallar barədə Frederik Devosa məlumat vermişdir. Bildirir ki, Fransa xüsusi xidmət orqanının nümayəndələri ilə xüsusilə də Frederik Devosla keçirdiyi görüşlər zamanı ona Azərbaycan və Əlcəzair dövlətləri arasında siyasi əlaqələrin səviyyəsinin necə olması ilə bağlı suallar verirmişlər. Frederik Devos Azərbaycanla Əlcəzair arasında hər hansı əməkdaşlıq razılaşmasının olub-olmaması barədə onun məlumatlı olub-olmadığını soruşmuşdur. Fransa xüsusi xidmət orqanlarının nümayəndələri ona həmin sualları adətən Azərbaycan və Əlcəzair dövlətləri arasında diplomatik görüşlər baş tutan ərəfədə verirmiş. Yadındadır ki, görüşlərinin birində X64 Bakıdakı səfirliyində işləyən şəxslərdən kimləri tanıyıb-tanımamağını ondan soruşmuşdur. 2023-cü ilin yay aylarında Azərbaycanda fəaliyyətə başlayan Fransa xüsusi xidmət orqanının digər nümayəndəsi Jerom Gassarino ilə keçirdikləri görüş zamanı onlar Əlcəzairlə Azərbaycan Respublikası arasındakı münasibətlərlə bağlı danışmışlar. Jerom Gassarinonu maraqlandıran əsas məqamlardan biri o imiş ki, Azərbaycan höküməti ilə Əlcəzair höküməti arasında Fransaya qarşı birgə mübarizəni özündə ehtiva edən razılaşma bağlanıb-bağlanmayıb, əgər elə bir razılaşma varsa həmin razılaşmada olan məqam nədən ibarətdir. Fransa xüsusi xidmət orqanının digər nümayəndəsi Jerom Gassarino onunla görüşlərini Qobustan rayonu ərazisində yerləşən və fəaliyyət göstərən Palçıq Vulkanları kompleksində keçirməyi təklif edib, oranın daha təhlükəsiz, müşahidə kameralarının az olduğu ərazi kimi təhlil etmişdir. Həm də Jerom Gassarino istəyirmiş ki, arvadının adına hansısa şirkət açsın və həmin məsələ ilə bağlı ondan məsləhət istəmişdir ki, o da bildiyini ona demişdir. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında daha sonra bildirmişdir ki, ulu babası İranın Tehran şəhərində yerləşən “Golestan” sarayının təmirində iştirak etmiş, İranda yaşadığı müddətdə fars milliyyətindən olan bir qadınla münasibətdə olmuşdur. O səbəbdən onun ata tərəfdən nəslinin nümayəndələri İngiltərədə əvvəllər “fars” ləqəbi ilə tanınıb. Onun özünün də şəxsən ən qədim şərq sivilizasiyalarından biri olan İranın zəngin mədəniyyətinə heyranlığı olmuşdur. Fransa dövlətinin İranda şah hakimiyyəti devrildikdən sonra qurulan yeni dövlətlə gizli əməkdaşlıqları da uzun müddət olub. 2020-ci ilin may ayından etibarən Frederik Devosla görüşləri zamanı ulu babasının uzun müddət İranda yaşadığını ona demişdir. Frederik Devosdan sonra Loran Ledit və Jerome Gassarino ondan sahibkarlıq fəaliyyətini İranda davam etdirməyini istəyirmişlər. O başa düşürmüş ki, fransız kəşfiyyat orqanı onu İrana yeritmək istəyir. Fransa kəşfiyyat orqanlarının nümayəndələri ona İranda zəfəran ticarəti ilə məşuğl olmağı da təklif edibmişlər. O da öz şəxsi təhlükəsizliyi baxımından risqə getmək istəmirmiş və onların qeyd olunan istiqamətdə olan təkliflərini rədd edirmiş. Ona baxmayaraq Fransa xüsusi xidmət orqanlarının nümayəndələri onunla söhbətləri zamanı hərdən Azərbaycan və İran arasında mövcud münasibətlərin səviyyəsi barədə suallar verirmişlər, iranlı biznesmenlərlə söhbətlər zamanı xüsusi diqqətli olmağı ona tövsiyə edirmişlər. Fransa kəşfiyyat orqanının əməkdaşları Frederik Devos və X181 xüsusi xidmət orqanlarının Azərbaycanda xüsusi aktivlik nümayiş etdirdiyini ona demişlər. X153 kəşfiyyatçılarının Azərbaycanda əsasən müxtəlif İnformasiya Texnologiyaları (İT) üzrə fəaliyyət göstərən şirkətlər kimi pərdələndiyini və fəaliyyət göstərdiyini deyib, şübhəli bir hal olduğu təqdirdə dərhal Fransa kəşfiyyatı ilə əlaqə saxlamağı ona tapşırmışdır. O həmin vaxt Fransa kəşfiyyatı ilə görüşlərə başlamazdan əvvəlki dövrdə, yəni 2019-cu ilin dekabr ayında “X180”də təşkil olunmuş “Bakutel" adlı sərgidə iştirak edən zaman tanış olduğu İran İslam Respublikasını təmsil edən və əsasən İT mütəxəssislərindən ibarət nümayəndə heyətindəki şəxsləri xatırlamış və onlar barədə, həmçinin Fransada yaşadığı dövrdə tanış olduğu və əsasən Fransada təhsil alan iranlılar barədə məlumatları Frederik Devosa vermişdir. Qeyd edir ki, Frederik Devos Azərbaycanı tərk etdikdən sonra Fransa kəşfiyyatı adından onunla münasibətləri Loran Ledit davam etdirmişdir. Bir daha bildirmək istəyir ki, Təqsirləndirilən şəxs2 Moskva Beynəlxalq Münasibətlər Universitetində təhsil aldığı və həmin zaman böyük bir çevrə qazandığı üçün onu Fransa kəşfiyyatı üçün şərti olaraq “Rusiya” adlandırmışlar. O isə fars mədəniyyətinə valeh olduğu və çoxlu iranlı dostları olduğu üçün Fransa kəşfiyyatı üçün o şərti olaraq “İran” adlandırılmışdır. Loran Ledit onunla Bakı şəhərində keçirilmiş görüşləri zamanı onu İranda zəfəran ticarəti ilə məşğul olmağa sövq edirmiş. O isə şəxsi təhlükəsizliyi baxımından İranda fəaliyyət göstərməyi məqsədəuyğun hesab etmədiyi üçün İranın zəfəran sahəsində çox inkişaf etdiyini və orada həmin sahədə rəqabət apara bilməyəcəyini Loran Leditə deyərək mövzudan yayınmağa çalışmışdır. Fransa xüsusi xidmət orqanının əməkdaşları İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı mərhələdə Azərbaycan və Pakistan arasında hərbi əlaqələrin səviyyəsi barədə ona suallar vermişlər. Frederik Devos soruşub bilmək istəyirmiş ki, Pakistandan Azərbaycana idxal edilən silah-sursat və hərbi texnikalar nədirlər, Frederik Devosu ən çox maraqlandıran və təkidlə almaq istədiyi məlumat 2020-ci ilin sentyabr ayında başlanmış 44 günlük Vətən Müharibəsi zamanın Azərbaycan tərəfindən ermənilərə qarşı vuruşmaq üçün Pakistan dövləti tərəfindən Qarabağa komando dəstələrinin göndərilib-göndərilməməsi İlə bağlı məlumat olmuşdur. Sanki Pakistanla bağlı ən prioritet məsələ və tapşırığı o olmuşdur. Tapşırmışdır ki, həmin xüsusi komando dəstələrinin Azərbaycan tərəfindən ermənilərə qarşı vuruşmasını təsdiq və əks etdirən sənəd, foto və videoçəkilişlər qısa zamanda əldə edib ona versin. İkinci Qarabağ müharibəsi zamanı Frederik Devos ona deyib ki, sosial şəbəkələrdə Pakistandan Azərbaycana silah-sursat yardımının göstərilməsi ilə əlaqədar olaraq hər hansı foto və ya video görüntü əldə edərsə ona göstərsin. Frederik Devos onunla görüşləri zamanı əvvəllər Pakistanın Karaçi şəhərində Fransa səfirliyində xidmət etməsindən, həmin müddətdə Pakistan xalqının ənənələrinə çox yaxından bələd olduğundan bəhs etmişdir. Görüşlərinin birində X29rkən həyat yoldaşının onun yanında olmadığı zaman yerli xalqdan olan qadınlarla yaxşı vaxt keçirməsindən ona danışmışdır. Frederik Devos sonradan Azərbaycana gəlsə də, Pakistan vətəndaşlarına hələ də xüsusi maraq göstərirmiş. 2022-ci ilin may ayında Frederik Devosla aralarında baş tutmuş görüşlərin birində o, Pakistan vətəndaşı, Pakistandan Azərbaycana çay idxalı ilə məşğul olan şirkətdə işləyən Nabil Xaliq adlı şəxs barədə Frederik Devosa ətraflı məlumat vermişdir. Fransa xüsusi xidmət orqanlarının əməkdaşları ilə məxfi əməkdaşlıq etdiyi müddətdə Somali dövləti ilə bağlı mövzular da gündəmdə olmuşdur. Fransa kəşfiyyat orqanının nümayəndələrini əsas maraqlandıran məsələlər Azərbaycan və Somali dövlətləri arasındakı siyasi-diplomatik, iqtisadi münasibətlərin vəziyyəti və səviyyəsi ilə bağlı olmuşdur. Ondan o barədə soruşurmuşlar. Yadındadır ki, ona Afrikadan kofe idxal etməyi məsləhət görürmüşlər. O aşkar surətdə anlayırmış ki, Fransa kəşfiyyat orqanının nümayəndələri Afrikaya ticarət adı altında pul köçürülməsinin yollarını axtarırlar. X86 pul köçürmək istəyirmiş, həmin pul köçürməsini də Azəraycanda olan və yaxud yaradılacaq şirkət vasitəsilə etmək istəyirmiş. O barədə Frederik Devos ona özü deyibmiş. Əlcəzair dövləti ilə olduğu kimi ona deyilibmiş ki, Somali dövləti ilə də Azərbaycan dövləti arasında Fransa mövzusunda hər hansı bir razılaşma varmı, əgər varsa həmin razılaşmanın detalları nədən ibarətdir, o istiqamətdə məlumatlar əldə edilsin. Yenə deyir ki, Fransa kəşfiyyat orqanının nümayəndələri Azərbaycan üzərindən Somaliyə pul köçürülməsi məsələsini daha çox araşdırıb təhlil edirmişlər. Frederik Devos və digər kəşfiyyat nümayəndələri Somali dövlətinin ərazisində Türkiyə və Rusiyanın nüfuzunun artmasından narahatçılıq keçirirmişlər, həmin dövlətlərin Somalidəki imkanlarının zəiflədilməsi istiqamətində işlər aparmaq niyyətində olmuşlar. Təqsirləndirilən şəxs1 istintaqa verdiyi səmimi və etiraf ifadələrini davam etdirərək daha sonra bildirmişdir ki, Fransa kəşfiyyatı ilə məxfi əməkdaşlıq etdiyi müddətdə Türkiyə ilə bağlı, Türkiyə ilə Azərbaycan dövləti arasında siyasi əlaqələrdən tutmuş iqtisadi, mədəni, tikinti sahələrindəki münasibətlər barədə məlumatlar almaq istəmişlər, sadaladığı sahələrlə bağlı da ona çoxsaylı sualları olmuşdur. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə silahlı qüvvələrinin Azərbaycana dəstək verməsi bir çox xarici ölkələrə, o cümlədən Fransaya da məlum imiş. Fransada erməni lobbisi yüksək nüfuza malik olduğu üçün Makron daxili siyasətdə onların dəstəyini alırmış. Həmin məqam isə Fransanın xarici siyasətinə də təsir edirmiş, qısası, Fransa xarici siyasətdə açıq-aşkar surətdə Ermənistan Respublikasını dəstəkləyirmiş. İkinci Qarabağ müharibəsi zamanı Frederik Devosla keçirdikləri görüşlərdə sonuncu müharibədə Türkiyənin rolu, Türkiyənin hərbi əməkdaşlığının səviyyəsi, türk silahlı qüvvələrinin hərbi əməliyyatlarda birbaşa iştirak edib- etmədiyi barədə ona suallar verirmiş. Frederik Devos çoxlu azərbaycanlı tanışlarının olduğunu bildiyi üçün onun o barədə məlumatlı olduğunu və ya asanlıqla məlumat əldə edə biləcəyini düşünmüşdür. O da azərbaycanlı tanışları ilə söhbət zamanı eşitdiklərindən, Azərbaycanın internet məkanında özünə məxsus sosial şəbəkələrdə izlədiyi və oxuduğu məlumatlardan ona məlum olan halları Frederik Devosa bildirmişdir. İkinci Qarabağ müharibəsi Azərbaycan və onun müttəfiqlərinin qələbəsi ilə başa çatdıqdan sonra isə Fransa xüsusi xidmət orqanı əməkdaşları ondan Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında bağlanmış 15 iyun 2021-ci il tarixli Şuşa bəyannaməsi ilə maraqlanmış, Türkiyənin Azərbaycanın Qarabağ bölgəsində müharibədən sonra hərbi baza yaradıb-yaratmayacağı barədə məlumat öyrənmək istəyirmişlər. O da həmişəki kimi onlara azərbaycanlı tanışları və sosial şəbəkələr üzərindən ona məlum olan məlumatları onlara deyirmiş. Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında Türkiyə hökümətinin hansı miqyasda investisiya yatıracağı məsələsi də Fransa kəşfiyyat orqanları üçün prioritet məsələlərdən biri olmuşdur. Yadına bir məqam düşür ki, Frederik Devosla görüşlərinin birində sonuncu ondan türk lirəsinin ucuzlaşmasının səbəbləri barədə hansı məlumata malik olmağını soruşmuşdur. O da ümumi sözlərlə ona cavab verirmiş. Özünə də bir qədər qəribə gəlirmiş ki, Azərbaycanda yaşayırsan və fəaliyyət göstərirsən, Türk lirəsi sənin nəyinə gərəkdir?. Məhkəmənin müvafiq qərarı əsasında ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 21 sentyabr 2020-ci il tarixdə saat 13:01 dəqiqədə ünvan 9 ünvanında Fransanın xüsusi xidmət orqanının əməkdaşı Frederik Devosla baş tutmuş növbəti görüşü özündə əks etdirən fotoşəkillə bağlı Təqsirləndirilən şəxs1 ifadəsində bildirmişdir ki, 2020-ci ilin avqust ayında Fransanın Azərbaycandakı səfirliyinin yaxınlığına Rəsul Rza küçəsində yerləşən mənzilə köçmüşdür. Nahar fasilələrində adətən Fransa səfirliyinin əməkdaşları ilə küçədə rastlaşır və söhbətlər etmişdir. Həmin hal çox normal görünürmüş, amma Frederik Devosla olan görüşləri əvvəlcədən planlaşdırılmış qaydada baş tuturmuş ki, 21 sentyabr 2020-ci il tarixdə saat 13:01 dəqiqədə olan həmin görüş də onlardan biri olmuşdur. Günorta saatlarında X50 Azərbaycandakı səfirliyinin yaxınlığında görüşmüş və qısa məsafəni birlikdə qət edərək həmsöhbət olmuşlar. Həmin vaxt dəqiq mövzuları xatırlamasa da, Frederik Devosun ona verdiyi tapşırıqlarla əlaqədar söhbət etdikləri yadındadır. Məhkəmənin müvafiq qərarı əsasında ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 oktyabr 2020-ci il tarixdə saat 13:15 dəqiqədə Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli ilə İslam Səfərli küçələrinin kəsişmələrində (Fəvvarələr meydanı) yerləşən «Araz» kafesində və saat 14:35 dəqiqədə Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsində Fransanın xüsusi xidmət orqanının əməkdaşı Frederik Devosla baş tutmuş növbəti görüşlərini özündə əks etdirən fotoşəkillərlə bağlı ifadəsini davam 1 etdirən Təqsirləndirilən şəxs1 ; bildirmişdir ki, həmin fotoşəkillər əvvəllər ; həqiqətən Fransanın Azərbaycandakı səfirliyinin işçisi olaraq işləmiş Fransa xüsusi xidmət orqanının & əməkdaşı olan Frederik Devosla 07 oktyabr 2020-ci il tarixdə təqribən günorta saat 13-14 radələrində baş tutmuş görüşlərinə aiddir. Həmin gün onlar Frederik Devosun təşəbbüsü ilə əvvəlcə Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli ilə İslam Səfərli küçələrinin kəsişməsində (Fəvvarələr meydanı) yerləşən «Araz» kafesində görüşmüş, orada “yarpaq xəngəli" yeyib nahar etdikdən sonra isə Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsində gəzintiyə çıxmışlar. Həmin görüş zamanı Ermənistan-Azərbaycan müharibəsi davam edirmiş. Həmin görüş Frederik Devosla onun təxminən ikinci və ya üçüncü görüşləri olmuşdur. Görüş zamanı Frederik Devos ona Azərbaycanın müharibədə muzdlu döyüşçülərdən istifadə edib-etməməsi, Pakistan İslam Respublikasının xüsusi təyinatlı qüvvələrinin, habelə Türkiyə Respublikasının baş verən həmin müharibədə iştirak edibetməməsi ilə bağlı suallar verirmiş. O isə Frederik Devosa verdiyi cavabların hamsının internet sosial şəbəkələrindən ona məlum olan hallardan ibarət olduğunu xatırlamışdır. Həmin vaxt Frederik Devosun soruşduğu xüsusi suallarla bağlı birbaşa və dəqiq məlumatlar əldə etmək üçün yüksək səviyyəli əlaqələrə malik olması lazım gəlirmiş, onun isə elə əlaqələri həmin vaxt olmamışdır. Yadındadır ki, həmin vaxt o "xxxx" şirkətini təsis etmək üzrə imiş və o barədə Frederik Devosa danışmışdır. Sonuncu isə X189 adlı Fransa Səfirliyinin yüksək vəzifəli şəxsinə o barədə xahiş edəcəyini və həmin şəxs tərəfindən ona köməklik göstəriləcəyini bildirmişdir. Təxminən bir neçə gün sonra o "xxxx" şirkətini təsis etmişdir. Təqsirləndirilən şəxs2 ilə 08 oktyabr 2023-cü il tarixdə baş tutmuş görüşünü əks etdirən fotoşəkillə bağlı ifadəsini davam etdirən Təqsirləndirilən şəxs1 ifadəsində bildirmişdir ki, fotoşəkildəki görüş Təqsirləndirilən şəxs2 ilə onun arasında görüş 08 oktyabr 2023-cü il tarixdə saat təxminən 15 radələrində Bakı şəhəri, Səbail rayonu, Lev Tolstoy küçəsinin yaxınlığında baş tutmuşdur. Səmimi olaraq bildirmək istəyir ki, o Azərbaycana gəlməzdən əvvəl kəşfiyyat sahəsində baş verənlərlə mətbuat üzərindən maraqlandığı üçün Fransa xüsusi xidmət orqanlarının Rusiya Federasiyası ilə siyasi və kəşfiyyat məsələlərində rəqabət aparması, bundan başqa X75 Münasibətlər Universitetində təhsil alan şəxslərin çoxunun rus xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunması barədə məlumatlı imiş. O səbəbdən Frederik Devosun da məhz X75 Münasibətlər Universitetində təhsil almış fransız dilli şəxslərlə tanış olmaq istəyini çox gözəl anlayırmış. O Təqsirləndirilən şəxs2 2021-ci ilin təxminən oktyabr ayında Frederik Devosun həmin istəyi üzərinə sonuncu ilə əlaqələndirdikdən cəmi bir neçə həftə sonra onlar məxfi əməkdaşlığa, təklikdə görüşməyə başlamışlar. Təqsirləndirilən şəxs2 ona çox inanırmış, onu özünün yaxın dostu hesab edirmiş, həqiqətən də, onun Təqsirləndirilən şəxs2 ilə münasibəti çox yaxşı olmuşdur. Ona görə də, Azad X23 görüşləri, həmin görüşlər zamanı verilən suallar və tapşırıqlar barədə ona bildirirmiş. Təqsirləndirilən şəxs2 ona dediklərindən bilib ki, Frederik Devos ondan X75 Münasibətlər Universitetində birlikdə təhsil aldığı şəxslərin siyahısını, onların hazırki fəaliyyətləri barədə məlumatlar istəmişdir. Təqsirləndirilən şəxs2 də o barədə özünə məlum olan bütün məlumatları Frederik Devosa vermişdir. Fotoşəkildəki həmin görüş onun tərəfindən təşkil olunmuşdur. O həmin 08 oktyabr 2023-cü il tarixinin bazar gününə təsadüf etdiyini dəqiq xatırlayır. Həmin gün qeyri-iş günü olduğu üçün o sərbəst stildə geyinibmiş. Təqsirləndirilən şəxs2 ilə günorta saatlarında Bakı şəhərində “Tarqovu” adlanan ərazinin yaxınlığında görüşmüş və orada yerləşən kafelərin birində kofe içmişlər. Həmin müddətdə Təqsirləndirilən şəxs2 ona X75 Münasibətlər Universitetində birlikdə təhsil aldığı və şəhəri, özündən iki yaş kiçik olan Aslan Şıxəliyev barədə məlumat vermiş, sonuncunun xarakteri, maraqları və peşəsi, onunla dostluq münasibətlərində olması barədə ətraflı danışmışdır. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil telefon aparatının yaddaşına keçirilmiş baxış zamanı aşkar olunan əvvəllər kirayə yaşadığı ünvan 5 ünvanında çəkilmiş, özünün də əks olunduğu fotoşəkillərlə bağlı ifadəsində bildirmişdir ki, 2023-cü ilin iyun ayında atası Riçard Ryan və anası Rose-Marie Azərbaycana onun yanına gəlmişlər. Həmin vaxt ünvan 5 ünvanında kirayə yaşayırmış. Fotoşəkillərdə əks olunmuş şəxslər özü, atası Riçard Ryan, dostları Şahid1 və Şahid4, habelə fransız xüsusi xidmət orqanının nümayəndəsi Loran Ledit olmuşdur. Loran Ledit atasının yanında divanda oturan şəxs olmuşdur. Qeyd edir ki, dostlarını və Loran Lediti yaşadığı mənzilə dəvət etməkdə məqsədi onları atası ilə görüşdürmək və tanış etmək imiş. Həmin görüş zamanı onlar yalnız məişət məsələləri, eləcə də Azərbaycan və Fransada yaşamağın oxşar və fərqli tərəfləri barədə söhbət etmişlər. İstifadəsində olmuş mobil telefon aparatının yaddaşına keçirilmiş baxış zamanı aşkar olunan özünün də əks olunduğu fotoşəkillər barədə ifadəsini davam etdirən təqsirdəndirilən şəxs Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin fotoşəkillər onun istifadəsində olmuş mobil telefonunun yaddaşında olmuşdur. Fotoşəkillərin çəkildiyi görüş «Bakou Francophones» Asossiasiyası tərəfindən 2023-cü ilin iyun ayında Bakı şəhərində “İçərişəhər” kimi tanınan ərazidə yerləşən restoranlardan birində təşkil olunmuşdur. Həmin ziyafət zamanı valideynləri Azərbaycana - onun yanına yenicə gəlmişlər. Həmin fotoşəkillərdə əks olunmuş şəxslər fransız xüsusi xidmət orqanın əməkdaşları Loran Ledit və Loran Grard, sonuncunun həyat yoldaşı Aleksandra və sonuncunun adını hazırda xatırlamadığı qızı, onlardan başqa Aleksandr Zribinin həyat yoldaşı Séverine Savari, İsveç səfiri Tobiasın həyat yoldaşı Florens, atası Riçard Ryan və anası Rose-Maridir. Həmin ziyafət zamanı onlar Azərbaycandakı imkanlar çərçivəsində biznes inkişafı barədə söhbətlər etmişlər. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil telefon aparatının yaddaşına keçirilmiş baxış zamanı aşkar olunan əvvəllər kirayədə yaşadığı ünvan 5 ünvanında çəkilmiş, özünün də əks olunduğu fotoşəkillə bağlı ifadəsinin davamında bildirmişdir ki, fotoşəkildəki həmin görüş 2023-cü ilin yanvar ayında həmin vaxt onun yaşadığı ünvan 5 ünvanında baş tutmuşdur. Fotoşəkildə əks olunan şəxslərdən biri fransız xüsusi xidmət orqanının əməkdaşı Loran Ledit, digərləri isə tanışları və dostu Şahid1 və İsveçrə vətəndaşı olan və həmin ölkədə turizm sahəsində fəaliyyət göstərən Xristian Frossardır. Onun həmin görüşü təşkil etməkdə xüsusi məqsədi olmamışdır, sadəcə özünə yaxın olan şəxslərlə birlikdə xoş vaxt keçirmək istəmişdir. İstifadəsində olmuş mobil telefon aparatının yaddaşına keçirilmiş baxış zamanı aşkar olunan əvvəllər kirayədə yaşadığı ünvan 5 ünvanında çəkilmiş, özünün də əks olunduğu fotoşəkillə bağlı Təqsirləndirilən şəxs1 ifadəsində bildirmişdir ki, fotoşəkil 2023-cü ilin aprel ayının 23-də Şahid1 doğum günündə baş tutmuşdur. Fotoşəkildə əks olunan şəxslər isə Şahid1, fransız xüsusi xidmət orqanının əməkdaşı Loran Ledit və dostu Xristian Frossardır. Qeyd edir ki, həmin gün onlar orada Şahid1 doğum gününü qeyd etmək məqsədilə yığışıbmışlar. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “Redmi Note 11S” və “Xiaomi 6A” markalı mobil telefonlarının yaddaşlarında müxtəlif ad və mobil telefon nömrələrinin olduğunu, bütün nömrələri və adları da özünün yazdığını bildirmişdir. “Jerôme Ambassade” və “+**********35” adlı kontakt barədə demək istəmişdir ki, 2023-cü ilin təxminən avqust ayının sonlarında Jerome adlı şəxs “WhatsApp” mobil tətbiqi üzərindən onunla əlaqə saxlayıb nömrəni Loran Leditdən aldığını ona demişdir. Jerom Gassarino fransız xüsusi xidmət orqanının nümayəndəsi kimi Fransanın Azərbaycan Respublikasındakı səfirliyində işləyirmiş və onu Jerom Gassarinonun əlaqəsinə Loran Ledit vermişdir. Jerome Gassarino barəsində də istintaqa verdiyi ifadələrini bir daha təsdiq etmişdir. “Azad” və “+**********28” adlı kontakt barədə demək istəyir ki, həmin mobil nömrə dostu Təqsirləndirilən şəxs2 məxsusdur. Belə ki, 2021-ci ilin təxminən sentyabr ayında Azad xarici ölkələrin birində iş axtarırmış. Fransa xüsusi xidmət orqanının nümayəndəsi Frederik Devos isə həmin vaxtlarda məlumat toplamaq məqsədilə ona fransız dilli azərbaycanlı namizədlər tapmağını tapşırıbmış. Ona görə də o X132 Məmmədli barədə danışmışdır. X132 X63 X4 ali təhsil aldığını, Rusiya Federasiyasında əlaqələrinin olduğunu və onun xarici ölkələrin birində xüsusilə Fransada iş tapmaq arzusunda olduğunu demişdir. Frederik Devos özünün mobil nömrəsini Təqsirləndirilən şəxs2 verməyini və ona Fransada iş tapmaqda köməklik edə biləcəyini Təqsirləndirilən şəxs2 deməyini ona tapşırmışdır. O Azad X15 Fransada iş tapmaqda köməklik edə biləcəyini, imkanlarının geniş olduğunu demiş və Frederik Devosun mobil nömrəsini Təqsirləndirilən şəxs2 vermişdir. Sonuncu ilə Frederik Devos arasında baş tutmuş ilk görüşdən sonra Təqsirləndirilən şəxs2 Frederikin ona çox şübhəli göründüyünü, qəribə suallar verdiyini ona demişdir. O Frederik Devosun ondan nə soruşduğu ilə maraqlandıqda, Təqsirləndirilən şəxs2 əsasən Moskva X1 birlikdə ali təhsil almış şəxslər barədə suallar verdiyini ona demişdir. Sonradan o bilib ki, X151 Məmmədlini artıq məxfi əməkdaşlığa cəlb etmiş və onlar görüşürlər. “Belfast Azad” və “+**********31” adlı kontakt barədə demək istəyir ki, həmin mobil nömrə Təqsirləndirilən şəxs2 Böyük Britaniya mobil operatoruna məxsus mobil nömrəsidir. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında göstərmişdir ki, Fransa dövləti uzun illərdir ki, xaricdə yaşayan fransızları təşkilatlandırmaq, eyni zamanda fransız mədəniyyətini xarici ölkələrə ixrac etmək məqsədilə bir çox ölkələrdə «Francophones» Asossiasiyası tipli asossiasiyalar təşkil etmişdir. Onlardan biri də «Bakou Francophones» asossiasiyasıdır. Assosiasiya əsasən Azərbaycandakı Fransız İnstitutu (İFA), Azərbaycan-Fransa Universiteti (UFA) və Bakı Fransız Liseyində təhsil alan tələbələr arasından seçdiyi şəxsləri üzv olmağa dəvət edir. Azərbaycana ilk dəfə gəldiyi zaman «Bakou Francophones» Asossiasiyasının prezidenti Morus Rufin imiş, o, eyni zamanda Fransa İnstitutunun (İFA) da prezidenti olmuşdur. 2020-ci ildən isə həmin assosiasiyanın prezidenti Fransa xüsusi xidmət orqanının Bakıdakı səfirliyində işləyən əməkdaşı Frederik Devosun həyat yoldaşı Evelina Devos olmuşdur. Sonuncu 2022-ci ilin avqust ayında Frederik Devosla birlikdə ölkəni tərk edənə qədər assosiasiyanın prezidenti olmuşdur. «Bakou Francophones» Asossiasiyasının yerləşdiyi xüsusi ofis yox imiş, ona üzv olmaq üçün müraciət qaydası da mövcud olmamışdır. Özləri istədikləri şəxsə üzlüyü təklif edirmişlər. Onlar əsasən fransız dilini öyrənməyə çalışan şəxslər sırasından seçdikləri şəxsə yaxınlaşır və ona ana dili fransız dili olan şəxslərlə ünsiyyət imkanı, yəni assosiasiyaya üzv olmağı təklif edirmişlər. Asossiasiyanın maliyyə məsələləri ilə Fransanın Bakıdakı səfirliyində fəaliyyət göstərən digər xüsusi xidmət əməkdaşı Loran Grardın həyat yoldaşı Aleksandra Grard məşğul olurmuş, sonuncu həmin işə 2023-ci ilin təxminən avqust ayından başlamışdır. Fransa xüsusi xidmət orqanının Bakıdakı əməkdaşlarından Loran Leditin həyat yoldaşı Aleksandra Ledit də asossiasiyanın fəaliyyətində çox aktiv iştirak etmişdir. Aleksandra Ledit çox yaradıcı insan olmuş, adətən asossiasiyanın təşkil edəcəyi tədbirlərin yerini o, qonaqların siyahısını isə asossiasiyanın prezidenti müəyyən edirmiş. 2019-cu ilin avqustsentyabr aylarında yəhudi əsilli Serj Bainvell ilk dəfə Azərbaycandakı Frankafoniya Asossiasiyası barədə ona danışmış və ona ora üzv olduğunu demişdir. Serj Bainvell 2019cu ilin təxminən oktyabr ayında həftə sonlarından birində asossiasiyanın Bakıda “Tarqovu” adlanan ərazidə yerləşən “Novikov” adlı restoranda tədbir təşkil edəcəyini deyib orada ona iştirak etməyi təklif etmişdir. O da ilk dəfə asossiasiyanın tədbirinə qatılışdır. Bundan başqa Frederik Devos və həyat yoldaşı Evelina Devos dəfələrlə Frankafoniya asossiasiyasına daimi üzv olmağı ona məsləhət görmüşlər, elə tədbirlərdə iştirak etməyin yeni biznes əlaqələrinin qurulmasında, yeni şəxslərlə tanışlıq əlaqələrinin yaradılmasında olduqca faydalı ola biləcəyini ona deyirmişlər. O sonradan 2022-ci ilin təxminən noyabr ayından sonra Bakı Frankafoniya Asossiasiyasına üzv olduqdan sonra orta hesabla hər elə tədbirdə iştirak etmək üçün təxminən 40 manat pul ödəyirmiş. Elə tədbirlərdə orta hesabla təxminən 30 nəfər iştirak edirmiş, onların da adətən 7-8 nəfəri Azərbaycan vətəndaşları olmuşdur. Qeyd edir ki, Təqsirləndirilən şəxs2 Fransa xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlığa başladıqdan sonra Loran Grardın dəvəti ilə elə tədbirlərdə iştirak etməyə başlamışdır. O bir dəfə bir dəfə Təqsirləndirilən şəxs2 asossiasiyanın tədbirində Loran Grardla yanaşı olarkən görmüşdür. Əlavə olaraq bildirmək istəyir ki, Bakı Frankafoniya Asossiasiyasının təşkil etdiyi tədbirlərdə adətən müxtəlif içkilər (şərablar) və yeməklər olurmuş, insanlar bir-birləri ilə səmimi söhbətlər edərək sosiallaşırmışlar. Lakin ona baxmayaraq həmin tədbirlər əyləncə xarakteri daşımırmış, insanlar bir-biriləri rəqs etmirmişlər. İnsanlar sadəcə masa arxasında əyləşib söhbət edirmişlər. İfadəsində əvvəlcədən də bildirdiyi kimi elə tədbirlərdə Fransa xüsusi xidmət orqanının nümayəndələri Frederik Devos, Loran Grard, Loran Ledit və onların həyat yoldaşları xüsusi canfəşanlıq göstərirmişlər, tədbirlərin yerinin, vaxtının müəyyən olunmasında əsas rol oynayırmışlar. Fransa xüsusi xidmət orqanının nümayəndələri Frederik Devos, Loran Grard, Loran Ledit və onların həyat yoldaşları tədbir boyu bütün iştirakçılara yaxınlaşıb tək-tək söhbət edirmişlər. İstifadəsində olmuş “Redmi Note 11s” markalı mobil telefonun “WhatsApp” mobil tətbiqi vasitəsilə “+**********00” mobil nömrəsinin istifadəçisi Loran Ledit adlı şəxslə fransız dilində aparılan yazışmaları ilə bağlı ifadəsini davam etdirən Təqsirləndirilən şəxs1 “+**********00” mobil nömrəsinin istifadəçisinin barəsində istintaqa ifadələrində bildirdiyi Fransa kəşfiyyat orqanının əməkdaşı Loran Ledit olduğunu, həmin yazışmaları da onunla apardığını etiraf etmişdir. Loran Leditlə mobil telefon üzərindən apardıqları danışıqların demək olar ki, hamısı “WhatsApp” mobil tətbiqindən istifadə etməklə səsli zənglər vasitəsilə baş tutmuşdur. O hərdən Loran Leditə səsli ismarıclar göndərsə də, sonuncu heç vaxt ona səsli ismarıc göndərməmiş, mümkün qədər yazılı formada lakonik ismarıclar göndərmişdir. Loran Ledit açıq xətlə ona zəng etməməsini də tapşırmış, həm də tapşırıbmış ki, yazışmaları lakonik olsun. O da Loran Leditin dediyinə əməl etmişdir. 2023-cü ilin yanvar ayının sonlarında yaşadığı Bakı şəhəri, Rəsul Rza küçəsində yerləşən mənzilində qonaqlıq təşkil etmək niyyətində olmuşdur. Hələ 2022-ci ilin sonlarında Milad Bayramı münasibətilə Parisə ailəsinin yanına səfər edib qayıdarkən özü ilə Parisdə çox məşhur olan iki butılka şərab məhsullarından nümunə gətiribmiş. O Loran Leditin şərablar və onların keyfiyyəti barədə kifayət qədər məlumatlı olduğunu çox yaxşı bildiyi üçün onu, eləcə də həmin sahədə təcrübəli olan dostu Xristian Frossardı və Şahid1 qonaqlığa dəvət etmişdir. Bir şeyi də qeyd etmək istəyir ki, həmin vaxtlar Loran Leditin ona qarşı olan münasibəti onun çox xoşuna gəlirmiş. O Loran Lediti fransız xüsusi xidmət orqanı əməkdaşından daha çox özünə yaxın bir dostu kimi görməyə başlamışdır. O Loran Leditin ona qarşı məxfi əməkdaşlıqdan başqa çox müsbət şəxsi münasibətinin olduğuna inanırmış. Ona baxmayaraq 2023-cü ilin iyul ayının 14-də “Bulvar”da baş tutan görüşlərindən sonra o dəfələrlə Loran Leditə mesaj yazsa da, sonuncu ona cavab verməmişdir. Loran Ledit 2023-cü ilin avqust ayında Azərbaycanı tərk edəcəyini ona deyibmiş, amma mesajlarına cavab yazmaması, onunla əlaqəni kəsərək qəfil “yoxa çıxması” ona pis təsir etmiş, anlamışdır ki, onlar Loran Leditlə heç vaxt dost olmamışlar. Loran Ledit kəşfiyyat orqanının digər əməkdaşları kimi ondan sadəcə istifadə etmişlər. 2023-cü ilin yanvar ayında kirayə qaldığı evdə baş tutmuş qonaqlıq isə çox yaxşı keçmiş, həmin vaxt onlar xoş vaxt keçirmişlər. Loran Ledit həmin qonaqlıq üçün təşəkkürünü mesaj yazaraq ona bildirmişdir. 2023-cü ilin fevral ayının ortalarında Loran Ledit onu görüşə çağırmışdır. O həmin görüşə getməzdən qabaq yadındadır ki, Təqsirləndirilən şəxs2 ilə mobil telefonla danışmışdır. Çünki Təqsirləndirilən şəxs2 həmin gün ona mobil telefonla birbaşa zəng edib birlikdə kofe içməyə dəvət edibmiş. O isə X115 Səfirliyindəki 3cü katiblə görüşünün olduğunu deyib onunla görüşə gələ bilməyəcəyini bildirmişdir. Azada 3-cü katib deyərkən Loran Lediti nəzərdə tutmuşdur. O Təqsirləndirilən şəxs2 ilə danışıqları zamanı ona həmin görüşün kəşfiyyat xarakterli məxfi görüş olduğunu başa düşdüyünü demişdir. Təqsirləndirilən şəxs2 isə onun aydın məsələ olduğunu, Loran Leditin tapşırıqları Loran Grarddan aldığını çox yaxşı başa düşdüyünü demişdir. Qeyd edir ki, Təqsirləndirilən şəxs2 ilə Loran Grard “işlədiyi” üçün Təqsirləndirilən şəxs2 onu yaxşı tanıyır və Loran Grardın səfirlikdəki digər kəşfiyyatçılardan vəzifəcə böyük olduğunu hesab edirmiş. Loran Leditlə “Tarqovu” adlanan ərazidə baş tutan görüşləri zamanı sonuncu özünü çox fərqli aparmışdır. Xristian Frossard və digər ortaq dostları ilə olduqları görüşlər zamanı Loran Ledit özünü çox sıradan və normal aparır, şən zarafatlar edir və çoxlu gülürmüş. Həmin gün isə Loran Ledit tam ciddi şəkildə ona suallar verir, o danışarkən bütün diqqətini üzərində hiss edirmiş. Loran Ledit onunla söhbət edərkən çox qayğılı halda yaxınlıqdakı insanları süzür və ətrafda olan hadisələri çox diqqətlə müşahidə edirmiş. Loran Ledit elə bir insan imiş ki, çox vaxt üzündə təbəssüm olsa da, indiyədək onun heç vaxt güldüyünü görməmişdir. Loran Ledit ona öz biznesi, Fransa-Azərbaycan arasındakı vəziyyət, Ermənistan-Azərbaycan arasındakı vəziyyət və diaspora ilə bağlı suallar verir və uzunmüddətli dinləmə mövqeyi tutaraq ona qulaq asırmış. Loran Ledit həmin görüşdə öz keçmişi və əvvəlki xidmətləri barədə ona qısaca danışmış, əvvəllər Ukrayna və Əlcəzairdə Fransa səfirliyinin təhlükəsizlik xidmətinin əməkdaşı olaraq xidmət etdiyini və xidməti dövründə həmin ölkələr haqqında çoxlu məlumatlar əldə etdiyini ona bildirmişdir. Loran Ledit söhbət zamanı haşiyəyə çıxaraq ona Əlcəzairdə Fransa səfirliyinin təhlükəsizlik əməkdaşı kimi xidmət etdiyi dövrdə səfirlikdə yerli ölkənin yüksək vəzifəli şəxslərinin iştirakı ilə qonaqlıq təşkil edildiyini, həmin görüşə gələn qadınların bəzilərinin qapalı geyimlə səfirliyə daxil olub, içəri keçdikdən sonra üst geyimlərini çıxarıb müasir paltarlarla qonaqlıqda iştirak etməsini müşahidə etdiyini qeyd etmişdir. Loran Leditlə sonrakı yazışmaları barədə deyə bilər ki, 2023-cü ilin mart ayında Novruz Bayramı zamanı Azərbaycanda qeyri-iş günləri olduğu üçün bir çox iş yerləri bağlı olduğunu bildiyi üçün, həm də Tbilisi şəhərindən Azərbaycana şərab idxalı ilə bağlı bəzi işləri olduğu üçün Gürcüstana getmiş, o səbəbdən də mesaj yazaraq Gürcüstana getməyi ilə bağlı Loran Leditə məlumat vermişdir. O daha sonra 21 aprel 2023-cü il tarixdə Loran Leditə mesaj yazaraq evində ona əvvəlcə etdiyi kimi 22 aprel tarixdə qonaqlıq təşkil etmək fikrində olduğunu söyləmişdir. Loran Ledit əvvəlki görüşlərində arada evində qonaqlıq təşkil etməyi və Xristian Frossardı da oraya dəvət etməyi xahiş edibmiş. O 22 aprel 2023-cü il tarixdə Rəsul Rza küçəsində yerləşən kirayə evində qonaqlıq təşkil etmiş, qonaqlıqda Şahid1, Xristian Frossard və Loran Ledit iştirak etmişlər. Şahid1 dadlı yeməklər və salatlar hazırlamışr, o isə evi səliqəyə salmışdır. X100 Frossard isə qonaq otağında əyləşib söhbət edirmişlər. O aradabir onların yanına yaxınlaşdıqda onların bir-birilə pıçıltı ilə söhbət etdiklərini müşahidə etmişdir. Qeyd edir ki, 2022-ci ilin sonlarında “İTV” kanalından Anar adlı jurnalist onunla əlaqə saxlayıb fransız siyasəti ilə bağlı suallar verib onun mövqeyini öyrəndikdən ona Fransa siyasəti ilə bağlı bəzi suallar göndərəcəyini və onlara cavab olaraq öz təhlillərini ona göndərməyi xahiş etmişdir. O razılıq vermiş və öz mülahizələrini video çıxış formasında ona göndərməyə başlamışdır. 2023-cü ilin may ayının ortalarında Anar ona məzmun göndərərək onu fransız olaraq şəxsən səsləndirməyi və videogörüntünü ona göndərməini xahiş etmişdir. Həmin ərəfələrdə Ermənistanın müdafiə naziri X116 səfər etmiş və hərbi əməkdaşlıq barədə, xüsusilə silah idxalı barədə razılığa gəlmək məqsədilə danışıqlara başlamışdır. Ona göndərilən məzmun da məhz həmin hadisələrin siyasi təhlil və tənqidindən ibarət olmuşdur. O həmin məzmunda videogörüntü formasında çıxış hazırlayıb Anara göndərmiş və çxış yayımlanmışdır. Cəmi bir neçə gün sonra Fransa səfirliyinin yaxınlığında Loran Grardla rastlaşmış, sonuncu söhbət zamanı onun yayımlanmış videosunu gördüyünü deyib, ondan həmin videonun təzyiq altında verilib-verilmədiyini soruşmuşdur. O isə birbaşa təzyiq göstərilməsə də müsahibə üçün qarşına konkret suallar qoyulduğunu ona demişdir. O həmin baş verənləri sonralar Jerome Gassarinoya da demişdir. Azərbaycanda yaşadığı üçün və eyni zamanda Azərbaycanda tanınmaq və əlaqələr qazanmaq üçün 22 may 2023-cü il tarixdə Loran Leditlə yaşadığı küçədə gedərkən təsadüfən rastlaşmışdır.Həmin vaxt Loran Ledit növbəti gün boş vaxtı olarsa birlikdə nahar etməyi ona təklif etmişdir. O da 23 may 2024-cü ildə ona mesaj yazaraq 24 may 2023-cü il tarixdə günorta boş olacağını bildirmişdir. Həmin görüşə getməzdən əvvəl Şahid1lə söhbət edərkən gülümsəyərək ona “fransız kəşfiyyat orqanı “DGSE”-nin onu görüşə çağırdığını” bildirib, Loran Leditin onun yenicə yayımlanmış çıxışından sonra çağırmasını bir az şübhəli hesab etdiyini demişdir. O və Loran Ledit qabaqcadan əlaqə saxlayıb 24 may 2023-cü il tarixdə Fransa səfirliyinin yaxınlığında görüşmüş və “Tarqovu” adlanan ərazinin yaxınlığında yerləşən “Caravan” restoranında birlikdə nahar etmişlər. Nahar zamanı Loran Ledit az danışır və diqqətlə ona qulaq asırmış. Loran Leditin həmin görüşü keçirməkdə məqsədi onu yoxlamaq, onun vəziyyəti ilə maraqlanmaq və “ikitərəfli” oynamağa başlayıb-başlamadığını öyrənmək olmuşdur. Fikrincə həmin görüşü təşkil edən məhz Loran Grard olmuşdur. Sonuncudan çox ehtiyat edirmiş, daim onu nəzarətdə saxladığını hiss edirmiş. Loran Ledit də həmin görüş zamanı ona biznesi ilə bağlı suallar verərək işlərinin qaydasında olub-olmadığını öyrənməyə çalışmışdır. 11-12 iyun tarixlərində atası və anası ona baş çəkmək üçün Bakı şəhərinə gəlmişlər. O həmin ərəfədə Bakı şəhərində Daxili İşlər Nazirliyinin yaxınlığındakı restoranların birində Frankofon tərəfindən təşkil olunmuş qonaqlığa onları da aparmışdır. Həmin qonaqlıqda Loran Ledit və Loran Grard da iştirak etmişdir. Loran Ledit valideynləri ilə tanış olduqdan sonra ona yaşadığı evdə bir qonaqlıq təşkil etməyi xahiş etmişdir. O da 18 iyun 2023-cü il tarixdə Rəsul Rza küçəsində kirayə yaşadığı mənzildə qonaqlıq təşkil edib Loran Lediti də dəvət etmişdir. Bir şeyi qeyd edir ki, o qabaqcadan valideynlərinə deyib ki, X165 kəşfiyyatının əməkdaşıdır, ona görə də onunla bir yerdə olduqları vaxt sözlərinə xüsusi fikir versinlər, siyasi, xüsusilə də Fransa dövləti əleyhinə hər hansı ifadəni təsadüfən belə olsa işlətməkdən çəkinsinlər, habelə özləri haqqında çox ətraflı məlumat verməsinlər. Loran Ledit gəldikdən sonra onlar həmin qonaqlıq zamanı müxtəlif məişət xarakterli söhbətlər etmişlər. Loran Leditlə valideynləri şərab məhsulları və onların keyfiyyəti barədə söhbət edərkən atası Riçard Ryan artıq Fransada istədiyi keyfiyyətdə şərab tapmaqda çətinlik çəkdiyini dilə gətirmişdir. Söhbətin təsadüfi axarı zəminində o Loran Leditə klaviaturasının xarab olduğunu, yerli satışda olan klaviaturaların yaxşı keyfiyyətdə olmadığını dedikdə, Loran Ledit ona səfirlikdən yaxşı bir klaviatura hədiyyə edəcəyini bildirmişdir. Həmin görüşdən bir neçə gün sonra Loran Ledit ona Fransada bir ünvanın məlumatlarını göndərərək orada yaxşı şərab məhsullarının satıldığını demiş, oranı valideynlərinə məsləhət gördüyünü qeyd etmişdir. Loran Ledit həmçinin ona söz verdiyi klaviaturanın fotoşəkilini göndərmişdir. Loran Leditlə sonradan əlaqə saxlayıb 04 iyul 2023-cü il tarixdə “Tarqovu” adlanan ərazinin yaxınlığında “Molokan” bağı kimi tanınan yerdə görüşüb ondan həmin klaviaturanı qəbul etmişdir. Həmin görüşə X165 kəşfiyyatının digər əməkdaşı Loran Grardla birlikdə gəlmişdir. Loran Lediti sonuncu dəfə 14 iyul 2023cü il tarixdə fransızların milli bayram günü münasibətilə təşkil olunmuş ziyafətdə görmüşür. Loran Ledit həmin gün ona 2023-cü ilin avqust ayında Azərbaycanı tərk edəcəyini bildirmiş, qısa müddət sonra Loran Ledit yoxa çıxmışdır. O Loran Leditlə mobil telefonla nə qədər əlaqə saxlamaq istəsə də, sonuncu ona geri dönüş etməmişdir. O barədə Fransanın Bakıdakı səfirliyində işləyən Arzu adlı tanışına dedikdə, sonuncu Loran Leditin hələ ki, Bakı şəhərində olduğunu və əvvəlki qaydada həyat tərzinə davam etdiyini ona demişdir. Deyilənlər ona çox qəribə gəlmiş və o başa düşmüşdür ki, Loran Ledit ondan yalnız “mənbə” kimi istifadə etmişdir. Əvvəlcə ona çox pis təsir etsə də, sonradan Loran Lediti başa düşmüşdür. Loran Leditin onunla əlaqəni qəfil kəsməsi və fransız kəşfiyyatının qısa bir müddət onunla yenidən əlaqəyə keçməməsi ona qəribə gəlməyə başlamışdır. O fransız xüsusi xidmət orqanı “DGSE”-nin onun klaviaturasına dinləmək üçün hazırlanmış xüsusi cihaz quraşdırması barədə şübhələnməyə başlamış, şübhələrini, eləcə də son vaxtlar azərbaycanlı jurnalistlərin təkidləri ilə yayımlanmış Fransa-Ermənistan arasındakı hərbi əlaqələr barədə çıxışlarının onu öz dövlətinin gözündən salmasından qorxduğunu yaxın dostları Zaur və Ülvi ilə bölüşmüşdür. Vətəndaşı olduğu dövlətin gözündən düşmək ona bir fransız vətənpərvər kimi çox ağır gəlirmiş. Məhkəmənin müvafiq qərarına əsasən ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Fransa xüsusi xidmət orqanının əməkdaşı Jerome Gassarino ilə “Double 11” adlı kafedə 24 avqust 2023-cü il tarixdə keçirdiyi məxfi görüşü zamanı əldə olunmuş səs yazıları ilə bağlı ifadəsini davam etdirən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, onun Fransa Respublikasının Bakıdakı səfirliyində diplomatik nümayəndəliyin əməkdaşı adı altında fəaliyyət göstərən Fransa xüsusi xidmət orqanlarının nümayəndələri, o cümlədən Jerome Gassarino ilə məxfi görüşləri olmuşdur. Fransa xüsusi xidmət orqanının əməkdaşı Loran Ledit 2023-cü ilin avqust ayında Azərbaycanı tərk etmiş, sonra onunla nə qədər əlaqə saxlamaq istəsə də, onun zənglərinə və mesajlarına cavab verməmişdir. 2023-cü ilin avqust ayının son ongünlüyünün əvvələrində ona tanımadığı “WhatsApp” nömrəsindən zəng gəlmiş, zəng edən şəxs adının Jerom Gassarino olduğunu, özünün Fransanın Bakıdakı səfirliyinin əməkdaşı olduğunu və Loran Leditin yerinə gəldiyini ona bildirmişdir. Jerom Gassarino onun mobil nömrəsini Loran Leditin verdiyini ona deyib Bakı şəhərində “Tarqovu” adlanan ərazidə yerləşən “Double 11” adlı kafedə 24 avqust 2023-cü il tarixdə axşam saat 7-yə görüş təyin etmişdir. Jerom Gassarino ona ilk dəfə zəng etməsinə və həmin vaxta qədər onların bir-biriləri ilə heç bir tanışlıqlarının olmamasına baxmayaraq ona “siz” yox, “sən” deyə müraciət etmişdir. Heç bir izah vermədən Jerom Gassarinonun bildirdiyi yerə və vaxta görüş təyin etməyi ona başa düşülən olmuşdur. O Jerom Gassarinonun onunla “işləmək” üçün Fransa xüsusi xidmət orqanı tərəfindən göndərilmiş növbəti əməkdaş olduğunu anlamışdır. Ona görə də o təyin olunan yerə bildirilən vaxta getdikdə ona “WhatsApp” mobil tətbiqində mesaj yazmışdır. Jerom Gassarino artıq orada olduğunu ona bildirib həmin barın ikinci mərtəbəsinə qalxmağı tapşırmışdır. O yuxarı qalxdıqda Jerom Gassarinonun artıq içki sifariş verdiyini və bardağın yarısını içib qurtardığını gördükdə onun bildirdiyi vaxtdan təxminən 30 dəqiqə əvvəl oraya gəldiyini anlamışdır. Onun qarşı tərəfindəki stula əyləşərək Jerom Gassarinoya özünü təqdim etmiş və ilk görüşləri elə baş tutmuşdur. Görüş zamanı onlar Azərbaycanda baş verən hərbi-siyasi, iqtisadi proseslər, yerli insanların düşüncə və mədəniyyəti, bank sistemi, özünün şəxsi biznesi, Fransa xüsusi xidmət orqanının əvvəlki nümayəndələri Loran Ledit və Loran Grard, habelə onun şəxsi həyatı barədə söhbətlər etmişlər. O söhbətlərinin əvvəlində Loran Leditin onun barəsində, xüsusilə həyata keçirdiyi biznes fəaliyyəti üzərindən qurduğu əlaqələr barədə ona artıq məlumat verib-verməməsi ilə maraqlanmışdır. X6 barəsində kifayət qədər məlumat verdiyini, amma özünü bir daha şəxsən ona təqdim etməyini istəmişdir. O özü barədə, əvvəllər Fransadakı həyatı, ailə üzvləri, eləcə də Azərbaycandakı həyatı və həmin vaxta qədərki fəaliyyəti barədə ona danışmışdır. Bir şeyi qeyd etmək istəyir ki, Fransa kəşfiyyatçılarının onunla görüşləri zamanı hər birinin ondan informasiya alan zaman istifadə etdiyi öz metodikası var imiş. Jerom Gassarinodan əvvəlki kəşfiyyatçı Loran Ledit adətən görüşlər zamanı “passiv” mövqe nümayiş etdirir və daha çox onu maraqlandıran məsələlər ətrafında söhbət edərək onun danışmasını təmin edirmiş. Əvvəlcə onlar Fransadakı Universitetlər və təhsil barədə danışmağa başlamış, Universitetə qəbul üçün kurslara getmədiyini ona demişdir. Daha sonra onlar Azərbaycandakı insanların xarakteri, azərbaycanlıların onlara edilən pisliyi tez unutduqları, kin saxlamağı bacarmadıqları barədə danışmışlar. O Azərbaycanlıların dünyada və ölkədə baş verən proses və hadisələrə kənardan baxmağa vərdiş etdiklərini, birbaşa müdaxilə etməyə meyilli olmadıqlarını ona demişdir. Həmin görüş zamanı söhbətlərinin əvvəlində o deyib ki, azərbaycanlı jurnalistlər əsasən də “AZTV”-yə bağlı jurnalistlər Azərbaycan haqqında müsahibə verərkən onun qarşısında tələblər qoyurlar. Həqiqətən də 2020-ci ildə Azərbaycan-Ermənistan arasında baş tutmuş müharibədən sonra Fransa dövləti Ermənistanı dəstəkləyən bəyanatlar verməyə başlamış və daha sonra jurnalistlər ondan istifadə etməyə çalışırmışlar, ondan Fransa əleyhinə, xüsusilə də onun tarix boyu apardığı kolonizasiyalaşdırma (müstəmləkəçilik) siyasəti barədə müsahibə verməyini istəyirmişlər. Səmimi olaraq deməyi borc bilir ki, o bir fransız vətənpərvərdir və Fransanın indiyədək apardığı siyasəti kolonizasiyalaşdırma hesab etmir. Hətta əgər elə idisə, nəyə görə azərbaycanlı jurnalistlər eyni müsahibəni ondan 2020-ci ildə baş tutmuş “Qarabağ müharibəsi” və sonra Fransa-Azərbaycan münasibətləri pisləşənə qədər istəmirdilər. Baş verənlər göstərir ki, azərbaycanlı jurnalistlər açıq-aşkar qisas siyasətini həyata keçirməyə çalışırmışlar. Ona görə də o hər zaman Fransanın xarici siyasəti barədə müsahibə verməkdən yayınmağa çalışmışdır. X8 görə deyib ki, fransız kəşfiyyatı onun fransız xüsusi xidmət orqanları ilə “ikitərəfli” oynamadığını bilsinlər. O əmin imiş ki, həmin vaxt Azərbaycanda olan digər fransız kəşfiyyatçısı Loran Grard onların danışıqlarından xəbər tutacaq. Ona görə də o sadalananları ilk dəfə tanış olduğu Jerom Gassarinoya demişdir. Ona elə məlum imiş ki, X176 Gassarinodan daha yüksək vəzifədədir və o, barədə görüşdən sonra X176 Gassarinodan hesabat alarkən soruşacaq. O daha sonra 2021-ci ilin may ayında X33 müraciətləri barədə Jerom Gassarinoya danışmışdır. 2021-ci ilin may ayında onunla birlikdə əksəriyyəti Azərbaycanda yaşayan təxminən 7-8 nəfər fransız Makrona müraciət edərək xarici siyasətini dəyişməyi xahiş etmişlər. O həmin müraciət göndərilməmişdən bir gün əvvəl o barədə səfirlikdə polis işləyən Filipin arvadı Valeriyə məlumat vermişdir. Ona səbəb həmin məktubun Fransada dərc olunacağı və ictimailəşəcəyi halda təxribatın yaranmasının qarşısını almaq istəməsi olmuşdur. O həmin hadisəni Jerom Gassarinoya da məhz Fransaya olan sədaqətini bildirmək üçün demişdir. Daha sonra Jerom Gassarinoya deyib ki, Azərbaycan məhz “erməni” məsələsinə görə qisas almaq məqsədilə Fransanı bütün xarici siyasətini tənqid edir. O həmin vaxt Azərbaycanın dövlət başçısının 2022-ci ilin sonlarında Əlcəzairə getdiyini və Fransanı günahlandıran çıxış etdiyini xatırlayırmış, Jerom Gassarinoya Azərbaycanın Fransaya ümumilikdə o şəkildə ittihamlar irəli sürməyinin düzgün olmadığını demişdir. Söhbətləri hamanı o Jerom Gassarinoya Azərbaycan-Ermənistan münaqişəsinin həlli yolunda əsas problemin erməni diasporu olduğunu demiş, çünki onun fikri ilə xaricdə yaşayan ermənilər münaqişə baş verən ərazidən uzun müddətdir ki, uzaqda yaşadıqları üçün sülhün əhəmiyyətini düzgün qiymətləndirmirlər. Jerom Gassarino ilkin mərhələdə ona Azərbaycan-Ermənistan münaqişəsinin cari vəziyyəti, o cümlədən Azərbaycan silahlı qüvvələri tərəfindən Xankəndi şəhərinə hücum əməliyyatının keçirilib-keçirilməyəcəyi ilə bağlı suallar verməyə başlamışdır. O isə ona cavabında həmin vaxt Azərbaycan- Ermənistan münaqişəsinin cari vəziyyəti barədə məlumat vermiş, bir neçə həftəyə Xankəndi şəhərində “Antiterror Əməliyyatı”nın keçiriləcəyini Jerom Gassarinoya demişdir. O bir hərbi geosiysətçi ixtisasının sahibi kimi Jerom Gassarinoya o barədə öz təhlillərini danışmış, demişdir ki, bəzi əlamətlərə əsasən tezliklə döyüşlərin olacağını anlamaq olar, ona səbəb kimi çoxlu rus pasportu olan şəxslərin iki həftədir ki, ölkəni tərk etməyə başladığını göstərməsidir. Rusiya dövlətinin baş verəcək hadisələrdən məlumatlı olduğu üçün vətəndaşlarına tezliklə ölkəni tərk etməyi tapşırdığını düşündüyünü demişdir. Döyüşün sentyabrda insanlar istirahətdən qayıtdıqdan sonra olacağını, elə bir döyüşün separatçı rejim üçün geri dönülməz hal olacağını, ona baxmayaraq onların təslim olmamağa çalışacaqlarını düşündüyünü Jerom Gassarinoya bildirmişdir. Söhbət zamanı Jerom Gassarino onunla görüşləri sakit yerlərdə keçirməyə üstünlük verdiyini və həmin vaxt olduqları “Double 11” adlı barın Bakı şəhərində çox məşhur bir yer olduğunu ona demişdir. Jerom Gassarino Bakı şəhərinə təzə gəlməyinə baxmayaraq, söhbətlərindən hiss olunurmuş ki, gəlməzdən qabaq ona Azərbaycan haqqında çox ətraflı məlumatlar verilmişdir. Jerom Gassarino söhbət zamanı həmin vaxt Fransada mövcud olmayan, lakin Azərbaycanda bank sistemində geniş istifadə olunan “card to card” xidməti barədə ona suallar vermişdir. Jerom Gassarino ona cari hesabla əlaqələndirilməmiş bank kartını hansı bankdan əldə edə biləcəyini soruşmuşdur. O isə “Unibank”a məxsus olan “Leo” bank kartı əldə etməklə onun mümkün olduğunu ona demişdir. Jerom Gassarino ona söhbət zamanı iran əsilli olduğunu dedikdə, o barədə X139a danışdığını xatırlamış, dərhal anlamışdır ki, Fransa xüsusi xidmət orqanı adından onunla əvvəllər Frederik Devos, sonradan Loran Ledit və indi də onların davamçısı Jerome Gassarino işləyəcək. O Jerom Gassarinoya fransız biznesinin Azərbaycanda mövcudluğunun çox əhəmiyyətli olduğunu, xüsusilə də əlaqələrin gücləndirilməsində faydalı olduğunu demişdir. Jerom Gassarino da əvvəldə qeyd etdiyi kimi digər fransız kəşfiyyatçılarına oxşar qaydada ona istiqamətləndirici suallar verir və onun həmin məsələlər ətrafında danışmağını təmin edirmiş. Başqa sözlə əsasən o daha çox danışırmış. Jerom Gassarino isə əslən italyan qarışığının olduğunu ona bildirib, azərbaycanlılarla italyanların bəzi dəyərlərin həqiqətən də oxşar olduğunu təsdiq etmişdir. O Jerom Gassarinoya azərbaycanlıların istiqanlı, üzüyola insanlar olduğunu, lakin mühafizəkar olduqları üçün italyanlardan seçildiklərini, “Aralıq dənizi” iqlimi insanlarının daha səmimi, mehriban olduqlarını ona demişdir. Daha sonra söhbət necəsə İrana keçmişdir. Jerom Gassarino ona İranda biznes qurmağının mümkünlüyünü dedikdə, cavab olaraq o İranın fərqli ölkə olduğunu qeyd etmişdir. Jerom Gassarino isə İranın bir az qarışıq, qəliz və eyni zamanda da gözəl ölkə olduğunu demiş, onunla İranın tarixi və mədəniyyəti barədə danışmağa başlamış, farsların zəngin mədəniyyətinin olduğunu, İranda yaşamağın çox maraqlı ola biləcəyini ona bildirmişdir. X87 istiqamətində maraq oyatmağa çalışdığını başa düşmüşdür. Jerom Gassarino bir qədər İranı təriflədikdən sonra onun İranda biznes fəaliyyəti ilə məşğul olmaq niyyətinin olub-olmadığı ilə maraqlanmışdır. O İran rejiminin Avropa ölkələri ilə münasibətini yaxşı bildiyi üçün Fransa xüsusi xidmət orqanı tərəfindən oraya göndəriləcəyi təqdirdə tezliklə həbs olunacağını yaxşı başa düşürmüş. Ona görə də İrana səfərdən yayınmaq üçün müxtəlif bəhanələr gətirməyə çalışmışdır. O Jerom Gassarinoya alkoqollu içkilərin satışı ilə məşğul olduğunu və o məhsulların islam qanunları ilə idarə olunan İranda qadağan olduğunu Jerom Gassarinoya demişdir. Sonuncu isə ona İranda zəfəran ticarəti ilə məşğul ola biləcəyini dedikdə, o X26 İrana sanksiya tətbiq etdiyini və həmin sanksiyalara baxmayaraq İranla ticarət edən şirkətlərin olduğu yerdən asılı olmayaraq məsuliyyətə cəlb edəcəyini ona bildirmişdir. Jerom Gassarino onun əlaqələri və tanışları barədə söhbətlər edərək ona özü üçün maraqlı olan şəxslər barədə suallar vermiş, o isə onu maraqlandıran şəxslər barədə ona məlum olanları demişdir. O söhbət zamanı farsların Azərbaycan Respublikasında sevilmədiklərindən bəhs etmiş, ona səbəb kimi isə Azərbaycanda olduğu müddətdə əksər azərbaycanlı tanış və həmsöhbətlərinin işlətdiyi farslar haqqında tənqidi söhbətlər etmələri olmuşdur. Jerom Gassarino isə ona həmin vəziyyəti sivilzasiyaların toqquşması kimi qiymətləndirdiyini demişdir. O görüşün sonlarına yaxın söhbətərinin əvvəlində X51 Siyasi Elmlər Universitetində təhsil aldığını ona söylədiyini xatırlamış və onu dəqiqləşdirmək üçün o barədə bir daha Jerom Gassarinodan soruşmuşdur. Söhbət zamanı yadına gəlir ki, Jerom Gassarino da özü, ailəsi haqqında ona danışmış, təxminən 2 il müddətində Kosta- Rika dövlətində xidmət etdiyini, həyat yoldaşının yaşı, hamilə olduğu və bətnində iki əkiz uşağın olduğunu ona bildirmişdir. Söhbətləri zamanı onlar ailə dəyərlərinə olan baxışları, əsasən də onun ailə üzvləri barədə danışmışlar. Söhbətlərinin davamında isə onlar bir az Fransanın Bakıdakı səfirliyinin əməkdaşlarının xidməti və şəxsi fəaliyyəti barədə söhbət etmişlər. O Jerom Gassarinoya həmin əməkdaşların bir az fərqli göründüklərini demiş, fikrincə səfirlik əməkdaşları, yəni diplomatlar günün böyük hissəsini xidməti yerlərində keçirməli, geyimləri və işdən sonrakı həyat tərzləri çox rəsmi olmalıdır. Fransanın Bakıdakı səfirliyinin əməkdaşları isə o mövzularda çox sərbəst olmuşlar. Həmin görüşdə onlar Türkiyə Respublikası, xüsusilə də İstanbul şəhərinin gözəl mənzərəli yerləri barədə danışmışlar. Jerom Gassarino ondan Azərbaycanda fransız dilinin vəziyyəti və insanların dili öyrənməyə maraqlarının olub-olmamasını soruşduqda, o həmin vaxt şəriki olan Şahid1 barədə ona danışmışdır. O Azərbaycanda yeni nəsil nümayəndələrinin, hətta dövlət qulluğu işçilərinin fransız dilini öyrənməyə meyilli olduqlarını Jerom Gassarinoya demişdir. Sonuncuya Azərbaycana yeni gəldiyi üçün Azərbaycan, onun insanları barədə maksimum məlumat verməyə çalışmışdır. O Azərbaycanda köhnə nəsil insanların rus dilini mükəmməl bildiyini, yeni nəsil insanların isə biznes görüşlərində ingilis dilinə üstünlük verdiyini Jerom Gassarinoya demişdir. Söhbət boyu o hiss edirmiş ki, Jerom Gassarino da Fransa fransız xüsusi xidmət orqanının digər əməkdaşları kimi təkcə Ermənistan-Azərbaycan münaqişəsi, eləcə də Azərbaycanın daxili vəziyyəti ilə deyil, eyni zamanda İranla da çox maraqlanmışdır.Məhkəmənin müvafiq qərarı əsasında xx.xx.2022-ci il tarixdə saat 13:05 dəqiqədən saat 13:06 dəqiqəyədək olan müddətdə Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2 arasında telefon danışıqları zamanı sonuncu onu 10 dəqiqəyə Malakan bağı yaxınlığında görüşə dəvət etmiş, Təqsirləndirilən şəxs1 səfirlikdən aralı görüşməyi təklif etmiş və "Çünki bizim səfirlik yaxınlığında görüşməyimizi bəyənməyənlər var" məzmunlu telefon danışığı ilə bağlı Təqsirləndirilən şəxs1 ifadəsində bildirmişdir ki, həmin danışıq onunla Təqsirləndirilən şəxs2 arasında aparılmışdır. Təqsirləndirilən şəxs2 ona zəng edərək Malakan bağı yaxınlığında səfirlikdən aralı görüşməyi təklif etmiş, səfirlik yaxınlığında görüşmələrini bəyənməyənlərin olduğunu ona bildirir. Səfirlik deyərkən Təqsirləndirilən şəxs2 Fransa Səfirliyini, bəyənməyən şəxslər deyərkən isə orada işləyən özü və onunla əlaqəli olan kəşfiyyatçıları nəzərdə tutmuşdur. O öz-özlüyündə elə düşünürmüş ki, Frederik Devos və X182 Məmmədlini təlimatlandırmışdır ki, onunla səfirliyin yaxınlığında görüşməsin. Kəşfiyyatçılar ona elə bir təlimat verməmiş, özü də Səfirliyin yaxınlığında Təqsirləndirilən şəxs2 ilə görüşməkdə maraqlı deyilmiş, çünki özü Səfirliyin yaxınlığında yaşadığından həmişə orada gəzəndə Loran Qrardla rastlaşırmış, ondan xoşu gəlmirmiş və onunla rastlaşmaq istəmirmiş. Məhkəmənin müvafiq qərarı əsasında xx.xx.2022-ci il tarixdə saat 13:48 dəqiqədən saat 13:52 dəqiqəyədək olan müddətdə Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2 arasında aşağıdakı məzmunda dialoqun baş tutduğu telefon danışıqlarının olduğu müəyyən edilmişdir: «Təqsirləndirilən şəxs2: Qulaq as, mən dünən yersiz şeylər danışdım? Təqsirləndirilən şəxs1: Sən kontrolu itirirsən. Alkoqolun miqdarına fikir verməlisən. Sən insanların yanında elə şeylər deyirdin ki, çox güman eşimədilər, amma diqqətli olmalısan. Təqsirləndirilən şəxs2: Sən düşünürsən ki, mən içkiləri qarışdırdım, problem bunda idi? Təqsirləndirilən şəxs1: Bilmirəm, amma sən belə içməməlisən. Aramızda olanda, Gravity-də olanda ok, amma orada yox. Sənin sonra problemlərin ola bilər. Təqsirləndirilən şəxs2: Mən yersiz danışdım? Kiminlə? ‘ - Təqsirləndirilən şəxs1: Bəli, bir çox insanın yanında. Mən görüşəndə sənə danışaram. Təqsirləndirilən şəxs2: Zəhmət olmasa de. Mən yersiz danışdım və diplomatlar bunü eşitdi? Təqsirləndirilən şəxs1: Dəqiq bilmirəm. Amma bu bir riskdir. Yaxşı, Frederik, Louis kimi insanlar rahat adamlardır, problemin olmaya bilər. Problem ondadır ki, səni tanımayan insanlar var. Diqqət etmək lazımdır. Təqsirləndirilən şəxs2: Mənim xatırladığım qədərilə, mən yalnız səninlə danışırdım. Amma bu insanların yanında baş verirdi. Təqsirləndirilən şəxs1: Bəli, sən ucadan danışırdın, insanların yanında idin. İnsanlar sənə baxmasa da, səni eşidə bilirdilər. Sənin haqqında mənfi təəssürat yarana bilər. Diqqətli ol. Bu səviyyəli tədbirdir, diplomatlar, filan. Fikir vermək lazımdır. Ok, hələlik Azad. Təqsirləndirilən şəxs2: Mən bildiyim qədərilə, insanlar heç nə eşitmədilər, amma düzdür bilərdilər Təqsirləndirilən şəxs1: Ümid edirəm. Təqsirləndirilən şəxs2: Martin, qulaq as, mən .Karolin haqqında nə isə deyirdim? Təqsirləndirilən şəxs1: Əlbəttə, bunun kimi bir çox şey demisən. Diqqətli olmaq lazımdır. Onun bütün həmkarları orada idi. Səhv anlaşıla bilər. Təqsirləndirilən şəxs2: Çox səhv anlaşıla bilər. Təqsirləndirilən şəxs1: Nə qədər içdiyinə fikir ver. Təqsirləndirilən şəxs2: Mən onun haqqında səninlə və Frederiklə danışdım. Elə deyilmi? Təqsirləndirilən şəxs1: Yadımda deyil. Amma sən anladın da hər şeyi. Təqsirləndirilən şəxs2: Mən çox pis oldum. Bilirəm, məşğulsan, amma, mən onun haqqında danışanda kimsə eşitdi? Təqsirləndirilən şəxs1: Mənim yadımda deyil. Ok. Hələlik. Xəbərləşərik. Qeyd olunan məzmunlu telefon danışığı ilə bağlı Təqsirləndirilən şəxs1 ifadəsində bildirmişdir ki, həmin danışığı o Təqsirləndirilən şəxs2 ilə aparmışdır. Həmin danışıq 14 iyul 2022-ci il tarixdə Fransanın Milli Günü ilə bağlı özünün və Təqsirləndirilən şəxs2 iştirak etdiyi tədbirdən bir gün sonra baş tutmuşdur. Təqsirləndirilən şəxs2 həmin məclisdə o qədər spirtli içki içibmiş ki, özünü idarə edə bilmirmiş, yersiz və xoşagəlməz hərəkətlər etmiş, xoşagəlməz ifadələr işlətmiş, insanlara söz atmış, bir sözlə nəzakətli olmayan davranışlar sərgiləmişdir. Ona görə həmin günü səhəri Təqsirləndirilən şəxs2 ona zəng edərək dünən etdikləri ilə maraqlanmış, o da çox içməyi tərgitməyi ona təklif etmişdir. Həmçinin qeyd edir ki, tədbirdə iştirak edən Frederik Devos və Loran Qrard, Loran Ledit onları, yəni onu və Azad Məmmdlini tanıyır, ancaq orada yad adamlar da olmuş və Təqsirləndirilən şəxs2 həmin hərəkətləri birmənalı qarşılanmaya bilər. Təqsirləndirilən şəxs2 diplomatların onun danışdıqlarını eşidib-eşitmədiyini ondan soruşur. O isə dəqiq bilmədiyini, amma riskli olduğunu qeyd edir. Daha sonra Təqsirləndirilən şəxs2 Fransa Səfirliyində işləyən və xoşuna gələn xanım Karolin haqqında danışıb-danışmadığını soruşur, o isə həmin qadın barədə də xoşagəlməz sözlər dediyini bildirir. Məhkəmənin müvafiq qərarı əsasında xx.xx.2022-ci il tarixdə saat 18:36 dəqiqədən saat 18:39 dəqiqəyədək olan müddətdə Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2 arasında aşağıdakı məzmunda dialoqun baş tutduğu telefon danışıqlarının olduğu müəyyən edilmişdir: Təqsirləndirilən şəxs2: Sən indi nə edirsən? Təqsirləndirilən şəxs1: Mən hazırda məşğulam. Nədir ki? Sən işini bitirdin? Təqsirləndirilən şəxs2: Hə indi boşam. X138 restoranında tədbir nəzərdə tutulub, tanıyırsan oranı? Landmark-ın yanındadır. Tədbir 18:30-da başlayıb 21:00-da bitməli idi. Ona görə sənə yazdım ki, biz tədbirdən sonra görüşək. Amma indi boşam, bilmirəm nə edim. Təqsirləndirilən şəxs1: Bəs dediyin yerə niyə getmirsən? Təqsirləndirilən şəxs2: Gedəcəm, amma, bir saata. Mənə dedilər ki, bir saata başlayacaq. Onlar punktual deyillər. Təqsirləndirilən şəxs1: Mən indi işləyirəm, Azad. Təqsirləndirilən şəxs2: (Sözünü kəsir) Zaurlasan? Haradasan? Təqsirləndirilən şəxs1: Yox Zaur mənə qoşulacaq. Mən hazırda evdən işləyirəm. Bir şey bitirməliyəm. Təqsirləndirilən şəxs2: Deməli, sən, mən, Frederik. Biz nə edəcəyik? Təqsirləndirilən şəxs1: Elə-belə görüşəcəyik. Bu onun Bakıda son aylarıdır. Zauru bilmirəm, bizimlə olacaq, ya yox. Bilirsən də, o belə yerlərə çox getmir, çox çıxmağı sevmir. Təqsirləndirilən şəxs2: O, özünü itirib. Mən demək istəyirəm, necə deyim, o, işini itirdikdən sonra özünü pis hiss edir, demək istəyirəm. Təqsirləndirilən şəxs1: Məncə də. Təqsirləndirilən şəxs2: (Sözünü kəsir) Ola bilsin ki, ona görə o, bizə qoşulmaq istəmir. Bir az depressiyadadır, məncə. Təqsirləndirilən şəxs1: Hə, bir az depressiyadadır, bu normaldır. Nəisə. Təqsirləndirilən şəxs2: Xəbərləşərik. Təqsirləndirilən şəxs1: Ok, 21:00-da. Frederik adətən tez gəlir, mən ona qoşularam. Sən də alınan kimi gələrsən. Hələlik. Təqsirləndirilən şəxs2: Hələlik. Qeyd olunan məzmunlu telefon danışığı ilə bağlı Təqsirləndirilən şəxs1 ifadəsində bildirmişdir ki, həmin danışıq onunla Təqsirləndirilən şəxs2 arasında baş tutmuş telefon danışığıdır. Həmin danışıq Frederik Devosun Azərbaycanı tərk etməsindən bir neçə gün əvvəl baş vermişdir. Həmin vaxt o Frederik Devosun Bakı şəhərində son ayları olduğunu Təqsirləndirilən şəxs2 bildirmişdir. O barədə məlumatlı olduğu üçün də o Təqsirləndirilən şəxs2 də Frederik Devosla təşkil etdiyi görüşə çağırmışdır. O Zaurun Səfirlikdə işindən ayrılandan sonra depresiyada olduğunu və görüşlərə gəlmədiyini qeyd edir. Azad Məmmdli həmin gün başqa bir görüşü olduğunu bildirir, o 21:00-da Frederik Devosla görüşəcəyini, işini yekunlaşdırandan sonra Təqsirləndirilən şəxs2 də onlara qatılmasını söyləyir. Danışıqdan sonra Azad X9 görüşlərinə qatılıb-qatılmadığını isə dəqiq xatırlamır. Ancaq özü Frederik Devosla görüşmüşdür. Məhkəmənin müvafiq qərarı əsasında xx.xx.2023-cü il tarixdə saat 12:16 dəqiqədən saat 12:18 dəqiqəyədək olan müddətdə Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2 arasında aşağıdakı məzmunda dialoqun baş tutduğu telefon danışıqlarının olduğu müəyyən edilmişdir: Təqsirləndirilən şəxs1: Yox, çünki sənə dünən dediyim gün bu gündür, Laurent məni dəvət edib. Təqsirləndirilən şəxs2: Yox, mən düşündüm ki, bu dünən idi, ona görə səninlə danışmaq istəyirdim. Təqsirləndirilən şəxs1: Bu gündür. Sənə bu məlumatı ona görə verirəm ki, sənə xəbərləri çatdıracağam. Təqsirləndirilən şəxs2: Bəli, görüşə bilərik, istəsən şərab da içərik. Təqsirləndirilən şəxs1: Problem deyil, zaman ayırarıq. Nəisə, mən hazırlaşmalıyam. Təqsirləndirilən şəxs2: Bu Karolinin dostu olan Laurent-dır? Təqsirləndirilən şəxs1: Bəli, 3-cü katib. Ancaq, mən əminəm ki, görüş məlumat üçündür. Təqsirləndirilən şəxs2: Məncə də. O yoldaşı da olan. Bildim. Amma o, çox xoş bir adamdır. Təqsirləndirilən şəxs1: Bəli, xoşdur. Ancaq, məni narahat edən odur ki, məni əsəbiləşdirən də odur ki, bu yenə də "yalançı dostluq" olacaq. Həmişəki kimi. Nəisə, bəlkə də yanılacağam. Görərik. Təqsirləndirilən şəxs2: Ola bilər ki, "böyük Laurent" "kiçik Laurent"a əmrlər verir. Təqsirləndirilən şəxs1: Bəli, bu da ola bilər. Təəssüf ki, bu mümkündür (gülümsəyir). Təqsirləndirilən şəxs2: Uğurlar. Kontaktda qalıram. Təqsirləndirilən şəxs1: Maraqlı məqamlar olsa sənə xəbər edəcəyəm. Hələlik, Azad. Qeyd olunan məzmunlu telefon danışığı ilə bağlı Təqsirləndirilən şəxs1 ifadəsində bildirmişdir ki, həmin danışıq onunla Azad Məmmdli arasında aparılmış danışıqlardır. Danışığın əvvəlində Təqsirləndirilən şəxs2 ona həmin gün görüşməyi təklif etmiş, ancaq o həmin gün fransız kəşfiyyatçı Loran Leditlə görüşü olduğu üçün Təqsirləndirilən şəxs2 təklifindən imtina etmişdir. Azad onun Loran Leditlə danışıqdan əvvəlki gün görüşdüyünü zənn edib, xx.xx.2023-cü il tarixdə görüşmək istəyir. O isə Loran Leditlə həmin gün görüşəcəyini və Təqsirləndirilən şəxs2 onun görüş barədə xəbərləri çatdıracağını bildirir. Daha sonra Təqsirləndirilən şəxs2 Loran Leditin yuxarıda qeyd etdiyi Fransa Səfirliyində işləyən Karolin adlı qızın sevgilisi olub-olmadığını ondan soruşmuşdur. Səfirlikdə Loran adlı 2 kəşfiyyatçı işləyirmiş, Loran Qrard və Loran Ledit, Karolin bildiyi qədəri ilə Loran Leditlə sevgili imiş. Təqsirləndirilən şəxs2 isə həmin qızdan xoşu gəlirmiş. O Təqsirləndirilən şəxs2 sualına cavab olaraq görüşün Səfirlikdə 3-cü katib işləyən Karolinin sevgilisi Loran Leditlə baş tutacağını və həmin görüşün sonuncunun ondan məlumat almaq istəməsi ilə bağlı olduğunu qeyd etmişdir. X166 Lediti tanıdığını, onun evli və xoş bir adam olduğunu bildirir. Həqiqətən də onlar əvvəl bir neçə dəfə məclislərdə Frederik Devos, Loran Qrard və Loran Leditlə görüşmüşlər. Onu da qeyd edir ki, kəşfiyyatçı Frederik Devos 2022-ci ilin yayında Bakı şəhərindən gedəndən sonra, Frederik Devos onu Loran Leditin, Təqsirləndirilən şəxs2 isə Loran Qrardın əlaqəsinə vermişdir. X139 gedəndən sonra onlar bir neçə dəfə Loran Leditlə məclislərdə görüşsələr də fərdi şəxsən görüşləri olmamışdır. Ancaq xx.xx.2023-cü il tarixdə onlar ilk dəfə görüşəcəkmişlər, həmin görüşə də onu Loran Ledit özü çağırıbmış. Ancaq o hiss etmişdir ki, o səmimi məqsədli görüş deyil, həmişəki kimi “yalançı dostluq”, yəni kəşfiyyatçı Loran Leditin onu məlumat mənbəyi və ya agent kimi istifadə etmək niyyəti ilə əlaqəli olan bir görüş olacaqdır. Çünki o Frederik Devosla əlaqədə olan zaman görürmüş ki, onların məqsədi sadəcə ondan istifadə edib, məlumat toplamaqdır, ona hər hansı formada köməkləri dəymir, sadəcə ondan “istifadə” edirlər. Danışıq vaxtı həmin fikirlərini Təqsirləndirilən şəxs2 diqqətinə çatdırmışdır. Sonda Təqsirləndirilən şəxs2 “Ola bilər ki, "böyük Laurent" "kiçik Laurent"a əmrlər verir” məzmunlu sözlər demiş, o zaman Səfirlikdə daha yüksək vəzifədə olan kəşfiyyatçı Loran Qrardın (böyük laurent) Loran Leditə (kiçik laurent) əmrlər verdiyini ona bildirmək istəyir. O da bunun mümkün hal olduğunu qeyd edir və Loran Leditlə görüş zamanı maraqlı hallar olacağı təqdirdə ona məlumat verəcəyini söyləyir. Məhkəmənin müvafiq qərarı əsasında xx.xx.2023-cü il tarixdə saat 20:24 dəqiqədən saat 20:44 dəqiqəyədək olan müddətdə Təqsirləndirilən şəxs1 yaşadığı mənzildə qulaq asılaraq qeydə alınmış, onun və Təqsirləndirilən şəxs2 arasında aşağıda qeyd olunan məzmunlu danışıqların aparıldığı müəyyən edilmişdir. «Təqsirləndirilən şəxs1: Yeri gəlmişkən, Azad, mən bir məsələ ilə bağlı sənin fikrini öyrənmək istəyirdim. Sən dərhal anlayacaqsan mən nə deyirəm. Sən 3-cü katib Loran Ledini xatırlayırsan? Təqsirləndirilən şəxs2: Bəli, o həmişə mənimlə danışmaq istəyən şəxs. Təqsirləndirilən şəxs1: Yox, bu başqa Lorandır. iki Loran var. Loran Ledi 3-cü katib, səninlə danışmaq istəyən isə Təqsirləndirilən şəxs2: (Sözünü kəsir) Həmişə Karolin ilə birikdə olan. Təqsirləndirilən şəxs1: Ay sağ ol, odur. Frederik Bakını tərk etdikdən sonra, digər Loran sənə yaxınlıq etməyə başlayanda, Ledi mənə yaxınlaşdı. Sonra biz dost deməzdim, amma, anlaşmağa başladıq. Təqsirləndirilən şəxs2: Yoldaş oldunuz. Təqsirləndirilən şəxs1: Hə, yaxşı yoldaş olduq. O, bizdən şərab aldı, o bizim dequstasiya tədbirlərimizdə iştirak etdi. Valideynlərim gələndə onunla tanış etdim. Təqsirləndirilən şəxs2: Yəni, sənə yaxınlıq etdi. Təqsirləndirilən şəxs1: Hə. Mən hesab edirdim ki, arada dostluq münasibəti yarandı. Bilirsən, adam "fake" olanda görürsən axı, nə isə hiss edirsən də hər-halda. Onda isə mən qeyri-səmimilik sezmədim. Təqsirləndirilən şəxs2: O, bir az səmimidir. Təqsirləndirilən şəxs1: Mən bilirdim ki, o, orda işləyirdi, Frederik kimi. Amma o, özünü o yerə qoymurdu. Təqsirləndirilən şəxs2: Hə, o, Frederikdən daha səmimidir. Təqsirləndirilən şəxs1: Ay sağ ol. Təqsirləndirilən şəxs2: O, həm də daha gəncdir. Təqsirləndirilən şəxs1: Bəli. Nə isə. Bu yay, onun yoldaşı iyun ayında Fransaya qayıtdı. O isə 17 avqusta qədər hələ işdə idi. Biz 14 iyul tədbirində qarşılaşdıq. Onun yüksək əhval-ruhiyyəsi var idi. Mən ona dedim ki, çıxıb gedəndən öncə bir manqal axşamı keçirək, filan. Həmişə elədiyimiz kimi də. Mən bilirsən ki, iyul ayında çox məşğul idim, mənzil axtarışı, filan. Çox işim var idi. O da yadıma düşmürdü. Amma, avqustun əvvəli, ayın 2-3 ü, yadıma düşdü ki, o yaxınlarda gedəcək, ona WhatApp-la yazdım. Onun bir proqramı var, sən başa düşmürsən o, oxuyub ya yox. Sənin İrlandiya nömrən kimi sms göndərəndə göy rəng görünmür, oxuyub-oxumadığını bilmirəm. Təqsirləndirilən şəxs2: Bu proqramı hamı tətbiq edə bilər, yoxsa necə? Təqsirləndirilən şəxs1: Yox, bu parametrlərdədir. Sən özün qoyursan onu. Nə isə, mən yazdım, bilmədim gördü ya yox. Mən ona yazmışdım ki, "Loran, sən gedirsən, müsait olanda de”, filan. Geri dönüş olmadı. Bir həftə sonra fikirləşdim ki, gedişinə bir həftəsonu qalıb, bir neçə gün əvvəl şənbə günü manqal təşkil etməyi təklif etdim. Geri dönüş olmadı. Və nəhayət çox vacib detal! Mənim bir kompüterim var, onun klaviaturası pis işləyir. Bir dəfə onunla danışanda dedim, klaviatura almaq istəyirəm, filan. Loran mənə dedi ki, mən sənin üçün taparam. O, mənə səfirlikdən klviatura gətirdi. Təqsirləndirilən şəxs2: Hədiyyə etdi? Təqsirləndirilən şəxs1: Bəli, çünki səfirlikdə istifadə olunmayan çoxlu texniki vasitə var. O da dedi ki, orda klaviatura olsa mənə verəcək. O, mənə bir klaviatura və bir siçan gətirdi. Bu andan etibarən mənim paranoyam başladı. Bir neçə gün əvvəl Loranın davamçısı mənə yazır. Azərbaycana təzə gəlib. Dərhal sən deyə müraciət edir, sanki tanışıq, ”Loranın telefonu ilə problemi var idi, sənin ismarışlarma cavab verə bilmədi, mən onun davamçısıyam, haradasa otura bilərdik”, filan. Mən bunu çox, çox, çox qəribə hesab edirəm. Təqsirləndirilən şəxs2: Onun adı nədir, kimdir? Təqsirləndirilən şəxs1: Onun adı Jeromdur, Loranın yerinə gəlib. Hələ görüşməmişik. Təqsirləndirilən şəxs2: O, Fransadan gəlib, yoxsa başqa ölkədən? Təqsirləndirilən şəxs1: Hə franşizdir, Fransa səfirliyidir. Təqsirləndirilən şəxs2: Bilidim e, yəni Təqsirləndirilən şəxs1: (Sözünü kəsir) Hə anladım, bilmirəm. Hələ görüşməmişik, bilmirəm. Cümə axşamı görüşəcəyik. Mənim qəribə hesab etdiyim nədir, hətta Frederik, sənə, mənə yazdı və vidalaşdı. Təqsirləndirilən şəxs2: O da bizi aldatdı. O demişdi ki, görüşəcəyik, ancaq ismarış yolladı, vəssalam. Yalan danışdı. Təqsirləndirilən şəxs1: Hə, ok, amma bu, heç ismarış da yazmadı. Heç nə bilmirəm, qeyb oldu. Hə, paranoyam nə ilə bağlıdır. Mən öyrənmək istəyirəm ki, klaviaturada bir şey ola bilər? Təqsirləndirilən şəxs2: Klaviaturaya gəldikdə, nə bilim. Dinləmə cihazı (tam) Kamera olsaydı, məsələn, bu daha təhlükəli olardı, çünki bu həm də izləmə sistemidir. Dinləmə cihazı, məsələn mikrofon, nə bilim. Dinləmə cihazını siçana qoya bilərmi, bilmirəm. Texniki olaraq düşünürəm ki, bu mümkündür. Təqsirləndirilən şəxs1: Bəli, bu mümkündür. Bu ola bilər, onun gedəndən əvvəl kontakta girmədiyinin səbəbini izah edir. Mən siçanı ayırıb kənar bir yerə uzaqlaşdırdım. Mən mütəxəssisə göstərəcəyəm. Qəribəsi odur ki, biz çox yaxın idik. O, ismarışa cavab verməsə də, gördüyünü bilirəm. Çünki davamçısı dedi də. Bunların hamısının fransız nömrəsi var, bir neçə nömrəsi var. Niyə mənə yazmadı ki - Martin, səninlə sağollaşmağa vaxtım olmadı, səni tanımağa şad idim - kimi. Təqsirləndirilən şəxs2: Bilirsən, bu onların sistemidir. Gördüyün kimi. Mən düşünürəm ki, fransız diplomatlar bizimlə, danışanda əlaqəli şəkildə hərəkət edirlər. Təqsirləndirilən şəxs1: Yəni? Təqsirləndirilən şəxs2: Yəni paralel olaraq eyni metodlarla, eyni prinsiplərlə. Onlar bizi mənbə hesab edirlər. Onlar ilk növbədə səmimi ortam yaratmağa cəhd edirlər ki, biz dostuq, yoldaşıq və s. Sonra isə bildikləri kimi hərəkət edirlər. Təqsirləndirilən şəxs1: Yoxa çıxırlar. Təqsirləndirilən şəxs2: Bəli. Heç nə demədən, ismarış yazmadan yox olurlar. Onlar bizimlə çox soyuq rəftar edirlər. Bu da təhlükəlidir, çünki onlar səmimi ortam yaradan kimi sən onlara yaxınlaşırsan. Elədir? Təqsirləndirilən şəxs1: Hə, bu məntiqidir. Təqsirləndirilən şəxs2: Çünki biz insanıq və bu psixoloji haldır. Mən tək bir şey görürəm - bir fransız diplomat Azərbaycanı tərk edir, digəri gəlir və səninlə kontakta ginnəyə cəhd edir. Deməli, onların sistemi işləyir. Adamlar dəyişir, sistem isə fəaliyyət göstərir. İngilis kəşfiyyatı (agentura deyir) dilində desək, biz onlar üçün "assets”ik, bilirsən bu nə deməkdir? Mənbə, iki tip mənbə vardır. "Bumed assets” (imkanları tükənmiş mənbə). Biz hələ bumed deyilik. Çünki Frederik gedir, Loran gəlir, Loran gedir, digəri gəlir. Deməli, biz imkanları tükənmiş mənbə deyilik. Onların gözündə bizim dəyərimiz var. Ona görə kontakta girirlər. Təqsirləndirilən şəxs1: Onlar bizimlə qeyri-səmimi tərzdə münasibət qururlar. Təqsirləndirilən şəxs2: Qeyri-səmimi tərzdə professionallıq deyil. Loran mənə hələ də ciddi şeylər olanda yazır, məsələn, Rusiyada Priqojinin üsyanı olanda mənə yazdı ki, "mənə bir şey deyə bilərsən?" filan. Bu istifadədir. Təqsirləndirilən şəxs1: Mənə qəribə gələn odur ki, Ledi mənə heç vaxt sual vermirdi. Məndə elə təəssürat yaranıb ki, sanki o məndən məlumat almaqdansa, daha çox izləyirdi. Təqsirləndirilən şəxs2: Bəli, o izləyir ki, necə deyim?! Bir var yaxın dost, biri var lap yaxın dost. Onlar nəzarət edir, müşahidə edir. Düşünürəm ki, bizimlə onların iki məqsədi var. Birinci minimum məqsəd, ikincisi maksimum. Birincisi, məsələn, onlar yoxlayırlar ki, bəlkə biz Zaur kimi Azərbaycan orqanlarına işləyirik. O, səfirlikdə işləyəndə İnterpolla çox yaxın idi. O, səfirliyi tərk edən kimi bu əlaqələr kəsildi. Bu həqiqətdir. Bizim agent olmadığımıza dair əmin olmaq onların minimum məqsədidir. Maksimum məqsəd isə bizi agent etməkdir, bizdən mənbə kimi istifadə etməkdir. Çünki bilirlər ki, sən və mən çox ağıllıyıq, biz Azərbaycanın geopolitik məsələlərindən xəbərdarıq, məlumat veririk, üstəlik məlumatı təhlil şəklində vermək iqtidarındayıq. Təqsirləndirilən şəxs1: Bəli təhlil, kritika edə bilirik. Təqsirləndirilən şəxs2: Aydınlıq gətirə bilərik. Frederik və Loran mənə bir neçə dəfə demişdir ki, "sənə görə biz bəzi şeyləri daha yaxşı anlayırıq". Bu məlumat deyil, bu daha çox təhlildir. Onlara təhlil lazımdır, Martin. Təqsirləndirilən şəxs1: Bəli bu onlara maraqlıdır. Sənə bir praqmatik sual verəcəyəm. Mən paranoik olmaq istəmirəm, amma təsəvvür elə ki, cihazları yoxladıb öyrənirəm ki, səfirlik tərəfindən dinlənirdim. Fransada məsələn, belə şeylər qeyri-leqaldır. Gərək məhkəmə qərarı olsun. Burada biz Azərbaycan qanunvericiliyi altındayıq. Təsəvvür edirəm ki, bu daha ağır cinayətdir. Təqsirləndirilən şəxs2: Qeyri-leqaldır. Təqsirləndirilən şəxs1: Bu qeyri-leqaldır və bunu xarici dövlət edir. Mən xariciyəm, amma bunu mənə məxsus olmayan mənzildə ediblər. Təqsirləndirilən şəxs2: Bu casusluqdur və sən Azərbaycan rezidentisən, çünki sən 180 gündən artıqdır ki, Azərbaycanda yaşayırsan. Təqsirləndirilən şəxs1: Mən, səncə, mən tapsam nə etməliyəm. Məni heç nədə təqsirləndirə bilməzlər. Amma yenə də bu xəyanətdir. Təqsirləndirilən şəxs2: Mən sənə nəyi məsləhət edərdim - onlarla kontaktda qalmağı. Mən şəxsən düşünmürəm ki, orada hər hansı izləmə cihazı olsun. Lakin hər halda, sən mütəxəssisin rəyini almalısan. Nə isə tapsan, səfirliyə deyə bilərsən ki, "baxın, biz əlaqəni kəsmirik, amma, mənim əlimdə belə bir şey var. Bu təhdid deyil, amma onlara deyə bilərsən, bunu edin, bunu edin, əgər etməsəniz, mən bilirəm ki, məni dinləyirsiniz, mən bunu daxili orqanlara bildirə bilərəm". Başa düşürsən? Təqsirləndirilən şəxs1: Bəli, əlbəttə. Fikir mübadiləsi tərzdə. Təqsirləndirilən şəxs2: Hə, bunu təhdid kimi etmə, sadəcə de bilirəm. "Bilirəm, ona görə münasibətlərimizi yeni səhifədən başlayaq, daha səmimi olaq. Amma qulaq asm, siz mənim üçün bunu, bunu edə bilərsiniz. Çünki, sən düşündün ki, bu dostluq nümayişidir, hədiyyədir, ancaq bu xəyanət nümayişi oldu. Bu hər halda izləmədir". Sən nəzakətli danışa bilərsən. Təqsirləndirilən şəxs1: Bəli. Mən də şübhə edirəm ki, bu olsun. Çünki bu asanlıqla aşkar oluna biləcək şeydir. Həm də bu asanlıqla onlara qarşı çevrilə bilər. Hətta sənin Loranın bunu istəməz. Yəni mənim, məsələn, xəbərim var ki, yəni mən əgər xəyanətkar olsaydım, mən Rusiya səfirliyinə gedib deyərdim ki, Fransa səfirliyində Loran adlı şəxs MDU-nin məzunundan Rusiya haqqında məlumatlar alır. Yəni onlar da riskə gedirlər. Ona görə hesab edirəm ki, onlar çox professional deyil. Bu bir az qəribədir. Təqsirləndirilən şəxs2: Biz də riskə gedərik, hansısa məlumat olur, amma mən həmişə əməkdaşlığı inkar etmişəm, həmişə "yox" demişəm. Yəni mənim üçün risk azdır. Yəni bu normaldır kimsə yaxınlaşıb əməkdaşlığı təklif edəndə "yox" deyir. Burada risk yoxdur. Əgər desə ki, bəli, düşünərəm, edəcəyəm, bu təhlükəlidir. Təqsirləndirilən şəxs1: Bir dəfə başladınsa, geri addım atmaq çətindir, amma onlar mənə iranlıları izləməyi təklif etsələr, problem deyil, çünki Azərbaycan özü də iranlılara nəzarət edir. Lakin türkləri izləmək, bu təhlükəli olardı, rusları da, amerikalıları da, diqqətli olmaq lazımdır. Amma bu mənim peşəm deyil, mən bunu etmək istəmirəm, öz ölkəmdə deyiləm, çox risklidir. Nə isə. Sənin Priqojindən başqa, nə isə xəbərlərin var? Təqsirləndirilən şəxs2: Mənim yeni xəbərim yoxdur. Təqsirləndirilən şəxs1: Bu sentyabr, oktyabrda təkrarlanacaq. Təqsirləndirilən şəxs2: Müharibə ehtimalı var. Təqsirləndirilən şəxs1: Rusiya pasportu olanlar Qarabağı tərk edirlər, məncə qaçılmazdır. Əməliyyatlar (tam) Təqsirləndirilən şəxs2: Sən deyirsən ki, Rusiya pasportu olanlar Qarabağı tərk edirlər? Təqsirləndirilən şəxs1: Bəli, bu o deməkdir ki, onlar nəsə olacağını bilirlər. Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq qeyd olunan məzmunlu danışıqları sosial şəbəkə vasitəsilə Fransız dilində tanışı Təqsirləndirilən şəxs2 ilə apardığını bildirmişdir. Danışığın əvvəlində o Azaddan Fransa səfirliyin əməkdaşı olan kəşfiyyatçı Loran Lediti xatırlayıb-xatırlamadığını soruşur, Təqsirləndirilən şəxs2 isə onu səhv salaraq, elə bilir ki, özü ilə əlaqədə olan kəşdiyyatçı Loran Qrardı nəzərdə tutur, sonra isə o Təqsirləndirilən şəxs2 diqqətinə çatdırır ki, səfirlikdə Loran soyadlı 2 kəşfiyyatçı var, biri Qrard, digəri isə Leditdir. Təqsirləndirilən şəxs2 Lediti xatırlayır və onun səfirlikdə işləyən Karolina adlı qadınla həmişə bir yerdə olduğunu qeyd edir. Sonra o 2022ci ilin yay aylarında kəşfiyyatçı Frederik Devos ölkəni tərk edəndən sonra Loran Qrardın əməkdaşlığı davam etdirmək üçün Təqsirləndirilən şəxs2, Loran Leditin isə Frederik Devosun davamçısı kimi ona yaxınlaşdığını bildirir. O söhbəti davam edərək Loran Leditin səmimi olduğunu, onun “Frederik kimi orada işlədiyini bildiyimi”, yəni Frederik Devos kimi onun da Fransa xüsusi xidmət orqanlarının səfirlik pərdəsi altında fəaliyyət göstərən kəşfiyyatçısı olduğunu bildiyini qeyd edir. Təqsirləndirilən şəxs2 isə X101 Devosdan daha səmimi və gənc olduğunu ona deyir. Daha sonra o Təqsirləndirilən şəxs2 Loran Leditin 2023-cü ilin avqust ayının əvvəllərində ölkəni qəfildən onunla son dəfə görüşmədən, mesajlarına cavab vermədən çıxıb getdiyini, bundan bir neçə gün sonra özünü onun kəşfiyyatçı olaraq davamçısı olan Jerom adlı şəxsin ona sms yazaraq görüş təklif etdiyini, bütün bunların onda qorxu yaratdığını, Loran Leditin onu güdmək və texniki olaraq izləmək üçün ona klaviatura və siçan hədiyyə etdiyini deyir, həmin cihazlarda hansısa texnika olubolmayacağı ilə maraqlanır. Təqsirləndirilən şəxs2 isə texniki olaraq bunun mümkün olduğunu bildirir. O Loran Leditin Azərbaycanı tərk edərkən onunla sağollaşmadığını, smslərini görüb cavab vermədiyini, bunun məni daha çox qorxutduğunu bildirir. Təqsirləndirilən şəxs2 isə həmin üsulların onların, yəni diplomat adı altında fransız kəşfiyyatçıların sistemi olduğunu, onlarla danışarkən əlaqəli şəkildə eyni prinsip və metodlarla hərəkət etdiklərini, kəşfiyyatçıların bizi mənbə hesab etdiklərini, ilk növbədə səmimi ortam yaratmağa cəhd edərək dost yoldaş görüntüsü yaratdıqlarını, sonra isə bildikləri kimi hərəkət etdiklərini, yəni onlardan mənbə kimi istədikləri məlumatları alandan sonra onları saymadıqlarını, heç nə demədən ismarıc yazmadan yox olduqlarını, səmimi ortam yaradan kimi onlara yaxınlaşacaqlarından çəkindiklərini qeyd edir. O isə Təqsirləndirilən şəxs2 həmin fikirlərini məntiqli və doğru olduğunu bildirir. Təqsirləndirilən şəxs2 danışıqları zamanı hər bir insan kimi bunun psixoloji hal olduğunu, fransız diplomatların, yəni kəşfiyyatçıların tez-tez dəyişdiyini, ancaq sistemlərinin işlədiyini, onlar üçün hələki lazımlı mənbə olduqlarını, imkanlarının tükənmədiyini bildiklərini, kəşfiyyatçıların gözündə özünün və onun dəyərlərinin olduğunu, o səbəbdən də kəşfiyyatçıların dəyişməsinə baxmayaraq onlarla əlaqə yaratdığını, yenilərin dərhal onlarla əlaqə qurmağa yaxınlaşmağa cəhd etdiyini, kontakta girdiyini bildirir. O isə kəşfiyyatçıların onlarla qeyri-səmim münasibət qurduqlarını söyləyir. Təqsirləndirilən şəxs2 danışıqları zamanı qeyri-səmimiliyin professionallıqdan uzaq olduğunu, “istifadəçi” xarakter daşıdığını qeyd edir, hətta misal kimi Loran Qrardın ona yalnız ciddi hadisələr olanda müraciət etdiyini, məsələn Rusiyada Priqojinin üsyanı baş verən zaman ona yazaraq "mənə bir şey deyə bilərsən?", yəni o barədə ona nə məlumat ötürə bilərsən məzmunlu sözlər dediyini qeyd edir. O isə cavabında kəşfiyyatçı Loran Leditin görüşlər zamanı ona suallar vermədiyini, ondan “məlumat almaqdansa” daha çox onu izlədiyi təsuratı yaratdığını qeyd etmişdir. Təqsirləndirilən şəxs2 danışıqları zamanı kəşfiyyatçıların onları izlədiyini, kəşfiyyatçıların onlarla əlaqə yaratmaqda 2 məqsədlərinin olduğunu, birinci minimum məqsədlərinin onların Azərbaycan orqanlarına işləyib-işləmədiklərini müəyyən etmək, 2-ci məqsədlərinin isə onları agent edərək mənbə kimi istifadə etmək olduğunu bildirir. Azad Məmmdli davam edərək qeyd edir ki, özü və o çox ağıllıdırlar, Azərbaycanın geopolitik məsələlərindən xəbərdardırlar məlumat verirlər, üstəlik məlumatı təhlil şəklində vermək iqtidarındadırlar, yəni Azad demək istəyib ki, özü və o kəşfiyyatçılar üçün çox lazımlı mənbələrdirlər, onlardan çox rahat şəkildə təhlil oldunmuş məlumat alırlar. O da Təqsirləndirilən şəxs2 dediklərini təsdiq edərək, təhlil və kritika edə bildiklərini qeyd edir. Təqsirləndirilən şəxs2 isə cavabında ona “aydınlıq gətirə bilərik. Frederik və Loran mənə bir neçə dəfə demişdir ki, "sənə görə biz bəzi şeyləri daha yaxşı anlayırıq". Bu məlumat deyil, bu daha çox təhlildir. Onlara təhlil lazımdır, Martin.” məzmunlu sözlər bildirir. Yəni demək istəyir ki, kəşfiyyatçılar onlara verdikləri məlumatları təhlil şəklində vermələrindən çox məmnundurlar. Daha sonra o Azad X30 verdiyi texniki cihazlarda casus avadanlıqları aşkar edəcəyi təqdirdə, onlar tərəfindən ona qarşı törədilən cinayət olub-olmadığını soruşur, Təqsirləndirilən şəxs2 isə onun Azərbaycan rezidenti olduğu üçün ona qarşı törədilən casusluq cinayəti olduğunu qeyd edir. O isə orada casus cihazları tapacağı təqdirdə nə etməli olduğunu Təqsirləndirilən şəxs2 soruşduqda, sonuncu ona “Mən sənə nəyi məsləhət edərdim - onlarla kontaktda qalmağı. Mən şəxsən düşünmürəm ki, orada hər hansı izləmə cihazı olsun. Lakin hər halda, sən mütəxəssisin rəyini almalısan. Nə isə tapsan, səfirliyə deyə bilərsən ki, "baxın, biz əlaqəni kəsmirik, amma, mənim əlimdə belə bir şey var. Bu təhdid deyil, amma onlara deyə bilərsən, bunu edin, bunu edin, əgər etməsəniz, mən bilirəm ki, məni dinləyirsiniz, mən bunu daxili orqanlara bildirə bilərəm". Başa düşürsən?” məzmunlu cavab bildirir. Təqsirləndirilən şəxs2 onu təmkinli olmağı, o halda kəşfiyyatçılarla əlaqəni kəsməməyi, nəzakətli formada onların diqqətinə izləndiyinin fərqində olduğunu çatdırmağı təklif edir. Daha sonra o özünü izlədiklərindən tam əmin olmadığını, onu izləmədiklərini düşündüyünü, bunun asanlıqla aşkar oluna bilən hal olduğunu, elə hal olacağı təqdirdə bunun onların əleyhinə çevrilə biləcəyini, o halın Təqsirləndirilən şəxs2 əlaqəsində olduğu kəşfiyyatçı Loran Qrard üçün də yaxşı olmayacağını, onun hər an Rusiya səfirliyinə gedib Fransa səfirliyində Loran adlı şəxsin MDU-nin məzunundan, yəni Təqsirləndirilən şəxs2 Rusiya haqqında məlumatlar aldığını deyə biləcəyini, bununla onların riskə getdiklərini bildirir, əgər onu texniki cihazla izləmək istəyəcəkləri təqdirdə həmin hərəkətin professionallıqdan kənar hərəkət olacağını Təqsirləndirilən şəxs2 bildirir. Təqsirləndirilən şəxs2 isə cavabında üstüörtülü şəkildə kəşfiyyatçılarla gizli əlaqəyə girib onlara məlumat ötürmələrinin risk olduğunu, ona baxmayaraq həmişə onun əməkdaşlığı inkar etdiyini, həmişə "yox" dediyini, onun üçün riskin az olduğunu, kiməsə yaxınlaşıb kəşfiyyatçı əməkdaşlıq təklif edəndə "yox" deməyin risksiz olduğunu, düşünər, edər deyəcəyi təqdirdə təhlükəli ola biləcəyini ona bildirir. O isə kəşfiyyatçılarla bir dəfə ələqəyə girdinsə, başladınsa, geri addım atmağın çətin olduğunu, amma kəşfiyyatçıların ona iranlıları izləməyi təklif edəcəkləri təqdirdə problem olmayacağını, çünki Azərbaycanın özünün də iranlılara nəzarət etdiyini, lakin Azərbaycanda türkləri, rusları, amerikalıları izləməyin təhlükəli olduğunu, diqqətli olmağın lazım olduğunu ona deyir. Həmçinin qeyd edir ki, kəşfiyyatçılarla iş birliyi onun peşəsi deyil, öz ölkəsində yox yad bir ölkədədir, elə hərəkətlər etməyi risklidir. Daha sonra o X42 başqa, nə isə xəbərləri olub-olmadığını soruşur. Təqsirləndirilən şəxs2 isə yeni xəbər olmadığını, müharibə ehtimalı olduğunu ona deyir. O Rusiya pasportu olanların Qarabağı tərk etdiklərini, onların nəsə bildikləri üçün oranı tərk etdiklərini, əməliyyatların qaçınılmaz olduğunu bildirir. Məhkəmənin müvafiq qərarı əsasında xx.xx.2023-cü il tarixdə saat 20:46 dəqiqədən saat 21:26 dəqiqəyədək olan müddətdə yaşadığı mənzildə qulaq asılaraq qeydə alınmış özü və Təqsirləndirilən şəxs2 ilə aparılmış danışıqda sonuncu Loran Qrarla bağlı bağlı söhbətə başlamaqla aşağıda qeyd olunan məzmunda danışıqlar aparmışdır. Təqsirləndirilən şəxs2: Mənim telefonum xarab olmuşdu. Mən başqasını aldım ki, Signal-ı yükləyim. Təqsirləndirilən şəxs1: Hə, siz Signal-la əlaqə saxlayırdınız? Təqsirləndirilən şəxs2: Hə, bəs siz? Təqsirləndirilən şəxs1: WhatsApp-la. Amma o məndən elə bir şey soruşmurdu. Təqsirləndirilən şəxs2: Signal daha çox şifrəlidir. Amma mən etmədim (Signalı yükləməyi nəzərdə tutduğu ehtimal olunur). Üstəlik bilirəm ki, bununla (tam) Ölkənin arxasında (tam). Mən əminəm ki, Qarabağdakı əməliyyat başlayanda, ola bilər ki, o, mənə yazıb, çünki Signal yoxdur. Mən yükləmirəm, çünki səfirlikdən xeyir əldə edə bilərəm(?). Təqsirləndirilən şəxs1: Bu təhlükəlidir. Xüsusilə hazırkı zamanda. Təqsirləndirilən şəxs2: Təhlükəli və əhəmiyyətsiz. 100% əhəmiyyətsiz. Təqsirləndirilən şəxs1: Bəli, çünki Fransa xətti Təqsirləndirilən şəxs2: (Sözünü kəsir) Xanım Katrin (Catherine Colonna) Yerevana gedir. Sən düşünürsən ki, fransızlar Ermənistanda olacaq? Fransızlar Zəngəzurda olsa Təqsirləndirilən şəxs1: (Sözünü kəsir) Bu təhlükəli olar. Buranın fransızları üçün təhlükəli olar, demək istəyirəm. Təqsirləndirilən şəxs2: Mən üstünlük verirəm ki, Zəngəzurda Fransa silahlı qüvvələri yerləşdirilsin. Çünki necə deyərlər, qoca FSB nəzarət etməsin. Təqsirləndirilən şəxs1: Niyə FSB? ’ Təqsirləndirilən şəxs2: X154 Qoşunları yoxdur. Bizdə var. Bu ordudur. Fransada. Təqsirləndirilən şəxs1: X155. Təqsirləndirilən şəxs2: Rusiyada bütün sərhədlər FSB tərəfindən qorunur. Bu hərbi kəşfiyyatdır. Mən ona görə Zəngəzurda FSB-dənsə Fransa ordusunu görmək istərdim. Əgər FSB Zəngəzura nəzarət eləsə, biz uduzduq. Təqsirləndirilən şəxs2: Sən və mənim üçün ən önəmli məqam ex-şəbəkə ilə bitirməkdir. Onlar bizə heç bir dəyər vermirlər. Bunlardan biri səfirlikdir. Səfirlik bizə heç nə vermədi. Təqsirləndirilən şəxs1: Məni izləyir. Loran mənim kompüterimə klaviatura gətirir, sonra qeyb olur. Sonra onun davamçısı, palçıq vulkanlarına gəzintiyə çıxır. Nə edəcək orada? Təqsirləndirilən şəxs2: Gözdən, qulaqdan uzaqda. Təqsirləndirilən şəxs1: Onu iran maraqlandırırdı. Təqsirləndirilən şəxs2: Sənin iranlı dostların var ki? Onlar üçün mən Rusiyayam, sən İransan. Sən qarabuğdayısan. Təqsirləndirilən şəxs1: Burada mən azərbaycanca danışanda turk ləhcəm olur. Təqsirləndirilən şəxs2: Mən ümid edirəm ki, cənab Loran başa düşəcək ki, mən ona cavab vermədim. Ciddi məsələlər olan kimi mənə yazır, mənə heç bir şey vermədən. Mən düşünürəm ki, istəsəydi mənə nəsə təklif edərdi. Məsələn, mənə deyə bilərdi ki, direktor kimdir və ya bunu tanıyıram. Heç nə. Təqsirləndirilən şəxs1: Azad, mənim anlamadığım nədir?! O səninlə ciddi tədbirlər (məxfilik) görür. Mən isə bu tərəfdən hər şeyi bilirəm. O bilmir ki, mən kimin üçün işləyirəm. Mən, məsələn, Rusiya səfirliyində görüş istəyib, deyə bilərəm ki, sizin üçün məlumatım var, Loran adlı şəxs var, sizin əleyhinizə kəşfiyyat işi həyata keçirir. Təqsirləndirilən şəxs2: Yox, sən bunu etməzsən. Desən məni öldürərlər (gülür). Təqsirləndirilən şəxs1: Yəni o, bu boşluğu normal hesab edir. Çünki mənim fikrimcə, ruslar bunu öyrənsə, Fransa ilə burada başqa cür rəftar edəcəklər. Onlar məncə həvəskardırlar, özü də pis niyyətli. X167 Təqsirləndirilən şəxs2: Qra? Təqsirləndirilən şəxs1: Qrar. Biz Zaurla bir dəfə Loranla rastlaşdıq. Onlar Sırovamyada nahar edirdilər. Onların mənbə ilə görüşü var idi. Mən onu sonra gördüm. O, fransızdilli deyil. Naharın birində 30 nəfər var idilər, şərab sifariş vermişdilər. Loran mənə deyir, sən öz şərabını reklam etməliydin. Mən dedim hamının xəbəri var. Bu mənim ölkəmdir. Bu dəhşətdir. Təqsirləndirilən şəxs2: Mən bu xalqın istifadəçi cəhətini gördüm, ingilis dilində kəşfiyyat termini var. Mən bir ingilis serialına baxdım. Film İngiltərədə casusluğa qarşı mübarizə və s. mövzuda idi. Onlar assets termini işlədir. Mənbə. Biz agent deyilik. Biz mənbəyik. Uzr işəyirəm ifadəmə görə, bir növ Təqsirləndirilən şəxs1: (Sözünü kəsir) Fahişə kimi. Təqsirləndirilən şəxs2: Bəli. Mən Fransa səfirliyinin tədbirlərinə getmək istəmirdim, xüsusilə, sən mənə dediyin gün.» Qeyd olunan məzmunlu danışıqlarla bağlı Təqsirləndirilən şəxs1 ifadəsində bildirmişdir ki, həmin danışıq Təqsirləndirilən şəxs2 ilə onun arasında yaşadığı mənzildə xx.xx.2023-cü il tarixdə saat 20:46 dəqiqədən saat 21:26 dəqiqəyədək olan müddətdə baş tutmuş danışıqdır. Danışıqda Təqsirləndirilən şəxs2 telefonunun xarab olduğunu, “SİGNAL” adlı mobil proqramı yükləmək üçün yeni telefon aldığını bildirir, o isə Təqsirləndirilən şəxs2 “SİGNAL”la əlaqə saxlayıb-saxlamadığını soruşur. Həmin vaxt o Təqsirləndirilən şəxs2 Fransa Səfirliyin əməkdaşı kəşfiyyatçı kimi tanıdığı barəsində istintaqa əvvəllər ifadə verdiyi Loran Qrardla əlaqəsi barədə maraqlanmış, yəni Loranla Təqsirləndirilən şəxs2 «Signal» proqramı vasitəsilə danışıb əlaqə saxladığını soruşmuşdur. Təqsirləndirilən şəxs2 onu təsdiq edərək, Loran Qrardla həmin proqram vasitəsilə əlaqə saxladığını qeyd edir və ondan Fransız kəşfiyyatçıları ilə hansı formada əlaqə saxladığını soruşur. O isə “Whataspp” vasitəsilə əlaqə saxladılarını Təqsirləndirilən şəxs2 deyir. Daha sonra Təqsirləndirilən şəxs2 «Signal»ın daha çox şifrəli olduğunu, amma həmin proqramı yükləmədiyini deyir və Qarabağda 2023-cü ilin sentyabr ayında antiterror əməliyyatları başlayanda Loran Qrardın çox güman ki, ona yazdığını, amma proqramı yükləmədiyindən onunla danışa bilmədiyini bildirir və ondan Fransa səfirliyindən hər hansı xeyr əldə edə bilib-bilməyəcəyini soruşur. O isə hazırkı zamanda təhlükəli olduğunu bildirir. Elə deməyinə səbəb o imiş ki, həmin vaxtlarda Azərbaycanla Fransa arasında siyasi münasibətlər çox gərginləşmiş, düşünürmüş ki, həmin vaxt Təqsirləndirilən şəxs2 səfriliyin kəşfiyyatçıları əlaqə saxlaması təhlükəli ola bilər. Həmçinin Təqsirləndirilən şəxs2 Fransanın Avropa və xarici işlər naziri X27 getdiyini, fransızların Ermənistanda olacağını deyir. O isə fransızların Zəngəzurda olmasının münasibətləri daha da kəskinləşirdirərək, Azərbaycanda yaşayan fransızlar üçün təhlükəli ola biləcəyini bildirir. Daha sonra Təqsirləndirilən şəxs2 Zəngəzur bölgəsində Rusiyanın sərhədlərini qoruyan FSB-nin deyil, Fransa qüvvələrinin yerləşdirilməsini istədiyini, FSB-nin hərbi kəşfiyyat orqanı olduğunu, onların ora gələcəkləri təqdirdə Azərbaycanın məğlub olacağını ona bildirir. Daha sonra Təqsirləndirilən şəxs2 “Sən və mənim üçün ən önəmli məqam exşəbəkə ilə bitirməkdir. Onlar bizə heç bir dəyər vermirlər. Bunlardan biri səfirlikdir. Səfirlik bizə heç nə vermədi” məzmunlu sözlər deyərək, özü və onun üçün Fransa Səfirliyində işləyən kəşfiyyatçılarla olan əlaqələrini kəsməyin onlar üçün çox önəmli məsələ olduğunu, kəşfiyyatçıların onlara dəyər vermədiklərini, onlara heç bir xeyirlərinin dəymədiklərini ona bildirir. O isə “Məni izləyir. Loran mənim kompüterimə klaviatura gətirir, sonra qeyb olur. Sonra onun davamçısı, palçıq vulkanlarına gəzintiyə çıxır. Nə edəcək orada?” məzmunlu sözlər deyərək, əvvəlki ifadələrində dediyi Frederik Devosdan sonra əlaqəsinə verildiyi Fransız kəşfiyyatçı Loran Leditin ona kompüteri üçün klaviatura verdiyini, onun içərisində ola biləcək hər hansı texniki vasitə ilə onu izlədiyini, sonra qəfildən ölkəni tərk edib getdiyini, onu əvəz edən yeni kəşfiyyatçı Jeron Gassarinonun onu məxfi görüş üçün Qobustanda palçıq vulkanlarına apardığını bildirmişdir. Jerom Gassarino ilə Qobustana getməyi barədə istintaqa əvvəlki ifadələrində məlumat vermişdir. Təqsirləndirilən şəxs2 oranın gözdən–qulaqdan uzaqda olduğunu ona söyləmişdir. O isə X87 barədə ona tapşırıqlar verdiyini, İran barədə maraqlandığını deyir. O əvvəlki ifadələrində kəşfiyyatçılar Frederik Devos, Leron Ledit və Jeron Qassarinonun ona İran barədə hansı məzmunda tapşırıqlar verməsini ətraflı bildirmişdir. Təqsirləndirilən şəxs2 isə danışıq zamanı onun İranlı dostları olub-olmadığını soruşur və Fransa Səfirliyinin kəşfiyyatçıları üçün özünün “Rusiya” olduğunu, onun isə xarici görkəmcə qarabuğdayı kimi iranlılarla oxşadığından “İran” olduğunu bildirir. Yəni demək istəyir kəşfiyyatçılar Təqsirləndirilən şəxs2 Rusiya ilə bağlı tapşırıqların icrası istiqamətində, onu isə İranla bağlı məlumat toplayıb onlara çatdıran şəxs kimi istifadə etmişlər. Mən isə azərbaycanca danışanda dilimin türk ləhcəsinə oxşatdığımı deyirəm. Daha sonra Təqsirləndirilən şəxs2 Loran Qrardın ciddi məsələlər, yəni hər hansı geosiyasi dəyişikliklər olan kimi ona yazdığını, ancaq Təqsirləndirilən şəxs2 verəcəyi məlumatlar müqabilində heç nə vermək istəmədiyini, ona kömək etmək istəmədiyini bildirir, Loran yazan zaman ona cavab vermədiyini qeyd edir. Ümumi olaraq o elə başa düşürmüş ki, X18 əməkdaşlığından tam razı deyil, verdiyi məlumatlar müqabilində onlardan istədiyini ala bilmir. Daha sonra mən “Azad, mənim anlamadığım nədir?! O səninlə ciddi tədbirlər görür. Mən isə bu tərəfdən hər şeyi bilirəm. O bilmir ki, mən kimin üçün işləyirəm. Mən, məsələn, Rusiya səfirliyində görüş istəyib, deyə bilərəm ki, sizin üçün məlumatım var, Loran adlı şəxs var, sizin əleyhinizə kəşfiyyat işi həyata keçirir.” məzmunlu sözlər deyərək o, kəşfiyyatçı X169 Məmmədli ilə ciddi tədbirlər gördüyünü, yəni məxfi əməkdaşlıq etdiyini, ancaq onun bütün bunları bildiyini, Loran Qrardın onun hansı kəşfiyyata işlədiyini bilmədiyini, Azadla Loran arasında olan münasibətlər barədə Rusiya Səfirliyinə gedib rahat şəkildə məlumat verə biləcəyini, Loranın Azərbaycanda Rusiyaya qarşı kəşfiyyat işi apardığını onlara deyə biləcəyini qeyd edir. Təqsirləndirilən şəxs2 isə zarafatca onun elə bir şey edəcəyi təqdirdə, Fransa kəşfiyyatçılarının onu “öldürə biləcəyini” qeyd edir, yəni ona ciddi problemlər yarada biləcəklərindən ehtiyat edir. O isə onların “pis niyyətli həvəskar”, yəni işinin peşəkarı olmayan kəşfiyyatçı olduqlarını bildirir, Rusiyanın o barədə məlumat əldə edəcəyi təqdirdə Azərbaycanda Fransaya qarşı başqa cür davranacaqlarını qeyd edir. Daha sonra o Zaur Məmmədovla birlikdə bir dəfə Loran Qrardla Bakıda “Sirovarniya” adlı restoranda rastlaşdığını deyir. O 2023-cü ilin təxminən iyun ayında Zaurla birlikdə bulvarda Paris Bistro restoranın yaxınlığında gəzərkən “Siravarniya” adlı rus restoranın terrasında Loran Ledit və Loran Qrardın birlikdə nahar etdiklərini görmüş, sonuncular da onları görmüş və salamlaşmışlar. O və Zaur onlara yaxınlaşaraq əl verib görüşmüş, görüş zamanı 2-3 dəqiqə hal-əhval tutmuş, Loran Ledit onlarla birlikdə görüşməyi təklif etmiş, yaxşı pivə satılan yer tapdıqlarını və orada görüşə biləcəklərini kəşfiyyatçılara bildirmişlər. Ancaq sonradan əvvəlki ifadələrində dediyi valideynləri Bakıya gəldiyindən və onlarla birlikdə Loran Qrard və Loran Leditlə görüşdüyümüzdən ayrıca 4lükdə onlarla görüşməmişlər. Təqsirləndirilən şəxs2 isə Fransız xalqının “istifadəçi” xalq olduğunu, yəni özündən və ondan kəşfiyyatçıların istifadə etdiyini, özlərinin onlar üçün agent yox, sadəcə mənbə olduqlarını ona bildirir. O isə Təqsirləndirilən şəxs2 sözünü kəsib o halın fahişələrdən istifadə kimi olduğunu ona deyir. Əlavə olaraq bildirmək istəyir ki, o ilk dəfə X140 Səfirliyinin yaxınlığında 2021-ci ilin təxminən sonlarında rastlaşmışdır. Həmin tarixlərdə o Fransa Səfirliyinin yaxınlığında kirayə mənzildə yaşayırmış və tez-tez səfirliyinin yaxınlığında gəzməyə çıxırmış. Bir neçə dəfə Frederik Devos və X76 yaxınlığında rastlaşmış, həmin ərəfədə də bir neçə dəfə Loran Qrard da onların yanında olmuşdur. Söhbətləri zamanı X19 təqdim etmiş, onun da səfirlikdə 1-ci katib vəzifəsində işlədiyini ona demişdir. O həmin vaxta qədər Loran Qrardı tanımırmış. Dediyi kimi həmin görüşlər zamanı o bir neçə dəfə X118 Devosun yanında görmüşdür. Əlavə olaraq da qeyd edir ki, Təqsirləndirilən şəxs2 ona dediklərinə görə Frederik Devos onu Loran Qrardla tanış etmişdir. Çünki Təqsirləndirilən şəxs2 dediklərinə görə Loran Qrard ona iş tapmağa köməklik etməyi təklif etmişdir. Azərbaycanda olduğu müddətdə Loran Qrardla özünün hər hansı şəxsi münasibəti olmamış, onunla əlaqə qurmamış, konktaktda olmamışdır. Frederik Devos Bakıdan gedəndən sonra sonuncu onu Loran Leditin, Təqsirləndirilən şəxs2 isə Loran Qrardın əlaqəsinə vermişdir. Çünki 2022-ci ilin avqust ayında Frederik Devos gedəndən sonra Təqsirləndirilən şəxs2 ona deyib ki, Loran Qrard ona “narahat olma Frederik səni unutmayıb, biz səninlə əlaqəni mənim vasitəmlə davam etdirəcəyik” məzmunlu sözlər demişdir. Frederik Devos gedəndən sonra Təqsirləndirilən şəxs2 kəşfiyyatçı olaraq həmişə Loran Qrardla, özü isə Loran Leditl görüşürmüş. Təqsirləndirilən şəxs2 Loran Ledit və ya ondan sonra gələn Jerom Gassarino ilə əlaqələriin olub-olmaması barədə dəqiq məlumatı olmamışdır. Ola bilsin ki, Azadın onlarla şəxsi kontaktları olub, amma onun məlumatı olmamışdır. O əvvəlki ifadələrində Loran Leditlə aralarında olan “klaviatura” məsələsi ilə bağlı bildirir ki, valideynləri 2023-cü ilin təxminən iyun ayında Bakı şəhərinə gələndə o evində məclis təşkil etmiş, həmin vaxt Loran Ledit də onun evinə gəlmiş, məclis zamanı Zaur onun kompüterindən nəsə istifadə edirmiş, həmin vaxt o klaviaturanın yaxşı işləmədiyini bildirmişdir. Loran Ledit onu eşitmiş və Fransa Səfirliyindən ona klaviatura hədiyyə gətirə biləcəyini qeyd etmişdir. Loran Ledit 2023-cü ilin avqust ayının əvvəllərində Fransaya geri qayıtmazdan təxminən 15-20 gün əvvəl onunla Səfirliyin yaxınlığında görüşərək ona 1 klaviatura və 1 ədəd “mouse” vermiş və o onları götürüb evə aparmışdır. Ancaq sonradan Loran Ledit Bakı şəhərini tərk edib Fransaya geri qayıtmışdır. O öz-özlüyündə düşünüb ki, Loran Ledit həmin klaviaturanı ona qəsdən verib ki, onu izləsin, ola bilsin ki, onun içərisində hansısa casus texniki vasitəsi vardır. Ondan şübhələnmiş, o səbəbdən də düşünürmüş ki, onu aparıb ustaya göstərsin, içərisini açdırsın. Ancaq sonradan vaxtım olmamış və o dekabr ayının əvvəllərində həbs edilmişdir. Məhkəmənin müvafiq qərarı əsasında xx.xx.2023-cü il tarixdə saat 21:08 dəqiqədən saat 23:08 dəqiqəyədək olan müddətdə Təqsirləndirilən şəxs1 yaşadığı mənzildə qulaq asılaraq aşağıdakı məzmunda danışıqlar qeydə alınmışdır. Təqsirləndirilən şəxs1: Bu məni təəccübləndirdi, mən mühakimə etmirəm. Mənim şahmat tədris etdiyim amerikalı şagirdlərimin valideynləri Azərbaycanı tərk etmək üzrədirlər. Çünki onlar USAİD üçün işləyirdilər. Onlardan soruşuram ki, hər şey necə olacaq, filan. Deyirlər, Martin, biz bilmirik nə zaman, uşaqlar tədrisi bitirəcəklərmi, filan. Deməli, amerikalılar sürətlə (tam) Fransa, filan (tam) Yeni səhifə. Rusiyanı bilmirəm. Məndə belə təəssürat var ki, Rusiya yenidən gizlicə ələ keçirib. Mən indi bilmirəm, ölkə necə olacaq. Ölkənin gələcəyini necə görürsən? Beş ildən sonra, məsələn? Təqsirləndirilən şəxs2: Bu çətin sualdır. Çünki, iki il əvvəl düşünürdük ki, iranla müharibə 2-3 gün (tam) Çünki İran-Azərbaycan müharibəsi başlamaq üzrə idi. Hər şey ciddi idi. Bakıda bir neçə terror aktı oldu, Bravoda. İran ordusu Azərbaycanla sərhəddə Xəzər dənizində yerləşdirilmişdi. Mən düşünürdüm ki, biz iranla müharibə etmək üzrəyik. Lakin, hökumət İranla bütün konfliktləri həll etməyi bacardı. Onlar yeni səhifədən başlamağı bacardılar. Amma hər halda İranla münaqişə Amerika və ya Fransa ilə münaqişədən daha ciddi problemdir. Amerika ilə biz, USAİD-i bağladıq. Həm də bilmirəm, xəbərlərdə gördün, ya yox. Ya bu gün, ya sabah, Marriott-da Amerikanın keçmiş məzunlarının böyük tədbiri təşkil olunmalı idi. Bəzi KİV-lər yaydılar ki, bu Amerika agentləridirlər. Bütün xaricdə, Amerikada oxuyan azərbaycanlılar Təqsirləndirilən şəxs1: (Sözünü kəsir) Bu rus düşüncəsidir. Təqsirləndirilən şəxs2: Bəli, bu rus düşüncəsidir. Media dedi ki, Azərbaycan xidməti yoxlayacaq və tədbirdə iştirak edəcək. Tədbir təxirə salındı. Amerika səfirliyi də məyus oldu ki, hamı, Amerikada təhsil almış şəxslər agent kimi hesab edilmişlər. Mən də bir az qorxuram, çünki sabah bu hal Fransa ilə də ola bilər. Məsələn, mən rəsmi olaraq Alumni Assosiasiyasının üzvüyəm, mən, Asim Məmmədov. Asim Məmmədov üzv deyil, həmsədrdir. Vazeh Əsgərov... Bəlkə də DTX da məni izləyib. Çünki, mən 5-7-8 dəfə Loran və Frederik ilə görüşmüşəm. Ola bilər. Bəlkə də şəkillər var. Təqsirləndirilən şəxs1: Əlbəttə. Əslində amerikalıların Azərbaycanda agentura (?) üçün vasitələri var, istifadə üçün vasitələri var idi. Fransada isə yoxdur. Təqsirləndirilən şəxs2: Fransanın burada agenti yoxdur?! Təqsirləndirilən şəxs1: Yox, təhlükə yoxdur. Fransanın ’Tıltirdən keçirməyə” vasitəsi yoxdur. Amerikanın isə var. Həm də, DTX- filan, nəisə edə bilər, amma sənə neqativ yanaşmaya da bilər. Təqsirləndirilən şəxs2: Onlar mənə güvənməyə bilərlər. Təqsirləndirilən şəxs1: Bəlkə də, əksinə, sən onlara maraqlı məlumat verə bilərdin. Təqsirləndirilən şəxs2: Ok, mənim nə məlumatım var ki? Təqsirləndirilən şəxs1: Məsələn, səni kofe içməyə dəvət edən diplomat nə istəyir, nə axtarır. Əgər sən desən ki, Rusiyanı izləmək istəyirlər-ah, maraqlıdır.- Belə şeylər onları maraqlandıra bilər. Fransa diplomatlarının Azərbaycanda fəaliyyəti necədir? Mən düşünürəm ki, onların sənə ehtiyacı olmaz. Hər şeyi bilirlər. Təqsirləndirilən şəxs2: izləmə altında Təqsirləndirilən şəxs1: (Sözünü kəsir)... (pıçıltı) Təqsirləndirilən şəxs2: Əminsən? Təqsirləndirilən şəxs1: ..Onlar işləyir... (Fasilə, normal səslə davam edir) Çoxlu azərbaycanlı var ki Təqsirləndirilən şəxs2: (Sözünü kəsir) Kim dedi sənə? Frederik? Təqsirləndirilən şəxs1: ... Bəli. Dövlət qurumunda. Təqsirləndirilən şəxs2: ... Təqsirləndirilən şəxs1: Hazırda səfirlikdən kimin (tam) Mən düşünürəm a, Loramfilanı demirəm, xanım Buayonun yoldaşının əli ilə dövlətlə əlaqəsi var. X88 pul çamadanını daşıyan oğlan olub. Təqsirləndirilən şəxs2: Boris Fransanın iraqdakı səfiri olub. Təqsirləndirilən şəxs1: Ərəb dilini bilir. Az əvvəl onunla rastlaşdım. Pis birinə oxşamır. Mən elə bilirdim ki, o, yaxşı adam deyil. Onlar içərək qadınlardan danışırlar. Azad Martinin sağlığına içərək onu Britaniya pasportu üçün müsahibəni uğurla keçdiyinə görə təbrik edir. Sonra Azad davam edir: Təqsirləndirilən şəxs2: Fransanın Azərbaycanda agentura şəbəkəsi yoxdur. Düzdür, sənin və mənim kimi kiçik informatorlar var. Bu qədər. Təqsirləndirilən şəxs1: Və biz Azərbaycanın əleyhinə informasiya vermirik. Təqsirləndirilən şəxs2: Bəli, xüsusilə əleyhinə vermirik. Mən xüsusən Rusiya haqqında demişəm. Azərbaycan deyil. Təqsirləndirilən şəxs1: Məndən isə İranı soruşublar. Qeyd olunan məzmunlu danışıqlarla bağlı Təqsirləndirilən şəxs1 ifadəsində həmin danışıqları yaşadığı mənzildə tanışı Təqsirləndirilən şəxs2 ilə səhv etmirsə son görüşündə apardığını bildirmişdir. Danışığın məzmunu ilə bağlı bildirmək istəyir ki, Təqsirləndirilən şəxs2 əvvəlcə yeni iş imkanları, iş axtarışları, keçmiş iş yerində işləyən qadınla işlə bağlı görüşü olacağını qeyd edir. Daha sonra o fransız dilindən dərs dediyi şagirdlərin valideynlərinin USAİD Azərbaycanda bağlandığından Azərbaycanı tərk etdiyini, Azərbaycan üçün Amerika ilə münasibətərin kəskinləşməsinin yaxşı iqtisadi nəticələr verməyəcəyini bildirir. Daha sonra Təqsirləndirilən şəxs2 Rusiyanın Azərbaycanı ələ keçirdiyini bildirir. O Azərbaycanın gələcək illəri barədə Təqsirləndirilən şəxs2 sual vermiş, sonuncu da öz siyasi düşüncələrini ona danışmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 Amerikan təhsili almış tələbələrinin yığıncağının baş tutmadığını, Azərbaycan cəmiyyəti və mediasında onları Amerika casusu adlandırdıqlarını, gələcəkdə Fransaya münasibətdə də elə halların baş verə biləcəyini, onun Alumni Assosiasiyasının üzvü olduğunu, Dövlət Təhlükəsizliyi Xidmətinin bəlkə də onu izlədiyini, onun 5-7-8 dəfə Loran və Frederik ilə görüşdüyünü, Dövlət Təhlükəsizliyi Xidmətində o barədə şəkillər olduğunu, özü üçün qorxduğunu ona bildirir. O isə Amerikalıların agentura üçün Azərbaycada istifadə vasitələri olduğunu, Fransanın isə olmadığını ona deyir. Təqsirləndirilən şəxs2 isə ona “Fransanın burada agenti yoxdur?!” məzmunlu sual verir. O isə ona “Yox, təhlükə yoxdur. Fransanın ’Tıltirdən keçirməyə” vasitəsi yoxdur. Amerikanın isə var. Həm də, DTX filan, nəisə edə bilər, amma sənə neqativ yanaşmaya da bilər” məzmunlu cavab verir. Təqsirləndirilən şəxs2 isə Dövlət Təhlükəsizliyi Xidmətinin ona etibar etməyəcəyini bildirir. O isə Təqsirləndirilən şəxs2 əksinə onlara, yəni Dövlət Təhlükəsizliyi Xidmətinə yaxşı məlumatlar verə biləcəyini qeyd edir. Təqsirləndirilən şəxs2 isə özünün nə məlumatı olduğunu ondan soruşmuşdur. O isə Təqsirləndirilən şəxs2 kofe içməyə dəvət edən Fransız diplomat, yəni kəşfiyyatçıların ondan hansı məlumatı istədiyi, nə axtardığı, Rusiya barədə maraqları, digər fransız diplomatların fəaliyyəti barədə Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat verə biləcəyini deyir. Sonra isə bəlkə də Dövlət Təhlükəsizliyi Xidmətinin Təqsirləndirilən şəxs2 ehtiyacı olmadığını və hər şeyi bildiklərini bildirir. Deyəsən fikirlərində haqlı imiş, çünki Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edildikdən sonra görüb ki, elə doğrudan da Dövlət Təhlükəsizliyi Xidməti hər şeydən məlumatlı imiş. Danışıq zamanı Təqsirləndirilən şəxs2 “Fransanın Azərbaycanda agentura şəbəkəsi yoxdur. Düzdür, sənin və mənim kimi kiçik informatorlar var. Bu qədər.” məzmunlu ona sözlər deyir, özünü və onu informator adlandırır. O isə özlərinin kəşfiyyatçılara Azərbaycanın əleyhinə məlumat vermədiklərini qeyd edir. Təqsirləndirilən şəxs2 isə onun dediyini təsdiq edərək, Fransız kəşfiyyatçılara Azərbaycan barədə deyil, Rusiya barədə məlumat verdiyini bildirir. O isə fransız kəşfiyyatçıların ondan İran barədə soruşduqlarını Təqsirləndirilən şəxs2 söyləyir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx xxx 1995-ci il tarixdə Sumqayıt şəhərində doğulub, atası X73 “Fagma” Tibb mərkəzinin baş həkimi, anası X24 isə dərman preparatlarının satışını həyata keçirən "xxxx" MMC-nin icraçı direktoru vəzifəsində işləyirlər. Valideynləri ilə birlikdə ünvan 2 ünvanında yaşamışdır. 2001-2008-ci illərdə Sumqayıt şəhərində yerləşən “Təfəkkür”, 2009-2012-ci illərdə isə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 43 saylı liseydə orta təhsilini almışdır. 2012-2016-cı illərdə Moskva şəhərində yerləşən X75 Əlaqələr İnstitutunun “beynəlxalq hüquq” fakültəsində ali təhsil almışdır. 2016-2018-ci illərdə Fransa Respublikasının Eks-en-Provans şəhərində yerləşən Aix-Marseille universitetində “Avropa biznesi hüququ” fakültəsində maqistr pillləsi üzrə təhsil almış, təhsilini bitirdikdən sonra, 2018-ci ilin təxminən mart ayında işləmək məqsədilə İstanbul şəhərinə getmiş, lakin uyğun iş tapa bilmədiyi üçün Bakı şəhərinə ailəsinin yanına qayıtmışdır. Daha sonra o intensiv şəkildə Avropa şəhərlərində, o cümlədən Rusiya Federasiyasında iş axtarmağa başlamışdır. 2018-ci ildən etibarən X34 şəhərində, Polşanın Krakov şəhərində, X43 şəhərində ixtiası üzrə müxtəlif işlərdə işləmiş, 2023-cü ildə Azərbaycana, Bakı şəhərinə qayıtmışdır. Fransa səfirliyinə ilk dəfə 2016-cı ildə Fransada təhsil almaq üçün viza almaq məqsədi ilə müraciət etmişdir. Azərbaycana qayıtdıqdan sonra mütəmadi olaraq müsahibələrə gedib iş təklifləri ilə maraqlanmışdır. Şengen ölkələri arasında Fransadan başqa heç bir ölkənin səfirliyinə müraciət etməmişdir. X67 səfirliyinə iş vizası üçün müraciət etmişdir. Heç bir səfirliyinin əməkdaşları ilə analitik təhlillər barədə söhbətləri olmamışdır. 2023-cü ilin mart ayında Fransa səfirliyinin əməkdaşı ona Böyük Britaniya ilə bağlı səyahət xarakterli, turistik kitab bağışlamışdır. Bildirir ki, ona qarşı irəli sürülən ittihamlar əsassızdır. O, Fransa səfirliyinin əməkdaşları üçün hər hansı məlumat toplamamış, Azərbaycan dövlətinin suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə hər hansı məlumatı onlara ötürməmiş və casus kimi fəaliyyət göstərməmişdir. Fransa Səfirliyinin əməkdaşları onu məxfi əməkdaşlığa cəlb etmək istəsələr də o razılıq verməmişdir. Ona qarşı 9 epizod üzrə irəli sürülmüş ittihamlar hər hansı sübutlara söykənməmişdir. Qeyd olunan ittihamlar fərziyyə kimi irəli sürülmüşdür. Onun Azərbaycan barədə ictimai-siyasi və iqtisadi sahədə olan məlumatları toplayaraq, Fransa Səfirliyinin əməkdaşlarına ötürməyi həqiqətə uyğun deyildir. Fransa Səfirliyinin əməkdaşları ondan Rusiya Federasiyası ilə bağlı məlumatlar istəmiş, lakin o, onlara hər hansı məlumat ötürməyə razı olmamışdır. Ona qarşı irəli sürülmüş ittihamlarda guya onun Azərbaycan-Ermənistan münaqişəsində Fransanın sülh, Rusiyanın isə müharibə tərəfdarı olması ilə bağlı qiymətləndirmələr apardığı və bu barədə analitik təhlillər tərtib edərək göndərməsi qeyd olunsa da, buna dair hər hansı faktlar cinayət işi materiallarında öz əksini tapmamışdır. Həmçinin, onun Azərbaycan-İran İslam Respublikası, eləcə də, Azərbaycan-Ermənistan münasibətləri, Azərbaycan və Ermənistan arasında müharibənin başlanması ehtimalları ilə bağlı məlumatlar ötürməyinə dair irəli sürülən ittiham tamamilə əsassızdır. Belə ki, o, bu mövzularda sadəcə olaraq vətəndaş kimi subyektiv düşüncələrimi söyləmiş və fikir mübadiləsi aparmışdır. Bu heç bir halda məlumat ötürülməsi kimi qiymətləndirilə bilməz. Əlavə olaraq bildirmişdir ki, həmin vaxt onun 26 yaşı olmuş, gənc bir insan kimi sosial mediada görüb oxuduğu məsələlər barədə öz subyektiv düşüncələrini söyləmişdir. O, hər hansı məxfi, kommersiya və ya hərbi sirri bilməmiş və yaymamışdır. Eyni zamanda, ona qarşı irəli sürülmüş ittihamda guya Rusiya Federasiyasında birgə təhsil aldığı şəxslərlə bağlı məlumatları ötürdüyü qeyd edilmiş, lakin, buna dair hər hansı fakt mövcud olmamışdır. Blə ki, Təqsirləndirilən şəxs1 məlumat ötürdüyü şəxslər cinayət işində öz əksini tapmış və həmin şəxslərlə dindirilmələr aparılmışdır. Ona aid hissədə isə yalnız birgə təhsil aldığı şəxslərlə bağlı məlumatları ötürdüyü ümumi fikirlərlə qeyd edilmiş, hər hansı şəxs barədə cinayət işində dəqiqləşdirilmə aparılmamışdır. Təqsirləndirilən şəxs1 onun sonuncuya dostcasına dediklərini təhrif olunmuş şəkildə istintaq orqanına çatdırmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 guya onun Frederik Devosa birgə təhsil aldığı şəxslərlə bağlı məlumatları ötürdüyünü qeyd etmişdir. X16 Rusiya Federasiyasındakı şəxslərlə əlaqəli heç bir söz soruşmamış, ondan Rusiya ilə bağlı məlumat öyrənmək istəyən şəxs Loran Grard olmuş və o, ona hər hansı məlumat ötürməkdən imtina etmişdir. Bu cinayət işində onun Rusiyada yaşayan dostu olmuş Aslan Şıxəliyevin adı göstərilmiş, o, Aslan Şıxəliyevi 2023-cü ilin oktyabr ayında Təqsirləndirilən şəxs1lə tanış etmişdir. Onları tanış etməkdə məqsədi iki dostunun tanışlığını yaratmaq və birgə vaxt keçirmək olmuşdur. Həmin tanışlığı yaratmaqda heç bir başqa məqsədi olmamışdır. Həmçinin, Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında siyasi-diplomatik əlaqələr, digər sahələrdə yeni əməkdaşlıq imkanları, Rusiya dövlətinə bağlı şirkətlər tərəfindən Mərkəzi Asiya ölkələrinin ərazisindən istifadə edilməsi halları, Rusiya Federasiyası şirkətləri və iş adamlarının Mərkəzi Asiya ölkələrində, eləcə də, Azərbaycan və Ermənistanda biznes fəaliyyətləri ilə bağlı informasiyaları ötürməyinə dair hər hansı sübut və ya sənədə iş materiallarında rast gəlmək mümkün deyildir. Guya, onun Fransa Səfirliyinin əməkdaşlarına Ermənistan ərazisində Zəngəzur dəhlizinin açılacağı halda orada 3-cü dövlətlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı informasiyalar ötürməyi qeyd olunsa da, bu tamamilə əsassız hesab etmişdir.. O, yalnız 3 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 evində qonaq olan zaman dost kimi aralarında olan söhbət zamanı Zəngəzur dəhliziylə bağlı fikirlərini bildirmişdir. Çünki, o, Təqsirləndirilən şəxs1 dost hesab etmiş, onun səmimiliyinə inanmışdır. Həmin danışığı əks etdirən səsyazma materialları Dövlət Təhlükəsizlik Xidməti tərəfindən cinayət işi materiallarına əlavə edilmişdir. O, Zəngəzur dəhlizi ilə əlaqəli fikir mübadiləsində, Ermənistan ərazisində Zəngəzur dəhlizi açılacağı halda, həmin dəhlizdə təhlükəsizliyə nəzarəti Rusiya deyil, Avropa və ya Fransa ordusu öz üzərinə götürməsini qeyd etmişdir. O, hətta ölkəsinin mənafelərini düşünərək, “Əgər Ermənistan ərazisində dəhlizə nəzarəti Rusiya ordusu götürsə, biz uduzarıq” ifadəsini də işlətmişdir. Yəni, o, Zəngəzur dəhlizinin Ermənistan yurisdiksiyasında olan hissəsindən söhbət açmış və Azərbaycan ərazisi ilə bağlı hər hansı fikir bildirməmişdir. Ona qarşı irəli sürülmüş ittihamda, onün X31 üzv olan dövlətlərin sammitinin 2022-ci ilin dekabr ayının 09-da Bişkek şəhərində keçirilməsinin təfərrüatları barədə məlumatları toplayaraq analitik-təhlil edərək sistemləşdirməklə informasiya ötürməyi ilə bağlı qeyd edilənlər həqiqəti əks etdirmir. Frederik Devos həmin sammitlə bağlı maraqlansa da, sonuncu həmin sammit barədə heç bir məlumatının olmadığını, Bakıda yaşayan adi bir vətəndaş olaraq dövlətlər arasında olan münasibətlərə dair hər hansı fikir söyləyə bilməyəcəyini bildirmişdir. Ümumiyyətlə, Azərbaycan Avrasiya İqtisadi İttifaqının üzvü olmadığı üçün, həmin sammitlə əlaqədar məsələnin Azərbaycanın dövlət təhlükəsizliyinə, ərazisi və suverenliyinə heç bir aidiyyatı olmamışdır. Ona qarşı tamah niyyəti ilə, eyni zamanda Fransa dövlətindən vətəndaşlıq əldə edilməsi üçün dövlətə xəyanət etməyi ilə bağlı ittiham irəli sürülmüş, lakin, Fransa dövləti tərəfindən ona nə Fransa vətəndaşlığı, nə də hər hansı maddi nemət və ya pul verilməmişdir. Həmçinin, onun “Siqnal” ani mesajlaşma tətbiqi ilə Fransa Səfirliyinin əməkdaşlarına məlumat ötürməyinə dair hər hansı məqam olmamışdır. X52 əməkdaşı Loran Grard arasında yalnız iki dəfə “siqnal” ani mesajlaşma tətbiqində mesajlaşma olmuş, birinci halda, o, X5 zaman, 2023-cü ilin iyun ayında Loran Grard ona mesaj yazaraq Rusiya Federasiyasında baş vermiş dövlətə qarşı qiyamla əlaqədar nə düşündüyünü soruşmuş, o isə bu barədə heç bir məlumatının olmadığını, onu bir daha narahat etməməsini bildirmişdir. İkinci dəfə isə o,4 dekabr 2023-cü il tarixdə Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edildiyi gün Loran Grard ona “siqnal” tətbiqində “Salam, necəsən? O gün gördüm ki, Bakıya gəlmisən. Bakıya niyə gəlmisən?” məzmunlu mesaj yazmışdır. Həmin mesaj ona artıq saxlanıldıqdan 2-3 saat sonra Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən göstərilmişdir. Bu da onun həmin vaxtlar onun uzun müddət Loran Grardla hər hansı əlaqəsi olmadığını və sonuncunun onun Bakıya gəldiyindən də xəbərsiz olmasını göstərir. O, həbs edilməmişdən 10-15 gün əvvəl Təqsirləndirilən şəxs1 İçərişəhərdə yerləşən restoranlardan birinə səhər yeməyinə dəvət etmiş, yeməkdən sonra onlar birlikdə İçəri şəhərdə gəzən zaman təsadüfən Loran Grardla qarşılaşmışlar. O, onunla heç nə danışmayaraq, Təqsirləndirilən şəxs1lə söhbət etmişdir. Bildirir ki, o, Bakıya Fransa xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyə gəlməmiş, onun Bakıya gəlməkdə məqsədi böyük şirkətlərin ona göndərdikləri iş təkliflərini dəyərləndirmək olmuşdur. İndi anlayır ki, Fransa dövləti Təqsirləndirilən şəxs1 və Fransa Səfirliyinin əməkdaşları vasitəsilə Azərbaycan vətəndaşlarına qarşı məkrli plan qurmuşdur. Bildirir ki, onun da müəyyən qədər səhvləri olmuş ehtiyatsızlıq etmiş və nəticədə Fransa dövlətinin məkrli əməlinin qurbanına çevrilmişdir. Təqsirləndirilən şəxs1 onun xəbəri və icazəsi olmadan Rusiya və Fransada təhsil almağını, Rusiyadakı iş əlaqələri ilə bağlı məlumatları fransız kəşfiyyatçısı Frederik Devosa ötürmüşdür. Eyni zamanda, Təqsirləndirilən şəxs1 Frederik Devosun qeyri-qanuni tapşırıqlarını icra edərək, həmin tapşırığın bir parçası kimi öz evində qonaqlıq təşkil etməklə, onunla Frederik Devos arasında süni şəkildə dostluq münasibətləri yaradaraq həmin qeyri-qanuni tapşırıqların davamı olaraq, Təqsirləndirilən şəxs1 Bakının müxtəlif restoranlarda qonaqlıqlar təşkil edərək, ora həm fransız, həm də azərbaycanlı dostlarını toplayaraq Frederik Devosu həmin tədbirlər barədə məlumatlandırmış və Frederik Devos həmin yığıncaqlarda iştirak etmişdir. X187 adlı fransız kəşfiyyatçısıyla da tanış edən Təqsirləndirilən şəxs1dir. Lakin Təqsirləndirilən şəxs1 onu guya yalnız Frederik Devosla tanış etməsinə dair yalan ifadə vermiş, halbuki, o, Loran Grardla 2022-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs1 dəvəti ilə getdiyi İçəri şəhərdə yerləşən “Morris” restoranında Təqsirləndirilən şəxs1 vasitəsilə tanış olmuşdur. O, həmin restorana şərab çeşidlərindən dadmaq üçün getmiş, onun həmin yığıncaqda Fransa xüsusi xidmət orqanı əməkdaşları ilə əməkdaşlıq etmək niyyəti olmamışdır. Təqsirləndirilən şəxs1 mütəmadi olaraq onun həmin şəxslərlə dost olmasını, Frederik Devosla hətta ailəvi gediş-gəlişləri olmasını ona demişdir. Təqsirləndirilən şəxs1 yalnız onun Frederik Devos haqqında ətraflı məlumatlarından sonra Devosun Fransa xüsusi xidmət orqanı əməkdaşı olmasını başa düşdüyünü bildirməklə böyük yalan danışmışdır. Halbuki, o, Frederik Devosla 2021-ci ilin oktyabr ayında tanış olmuş, Təqsirləndirilən şəxs1 isə Frederik Devosla 2020-ci ilin may ayından tanışlığı yaranmış və əlaqələri mövcud olmuşdur. Təqsirləndirilən şəxs1 44 günlük müharibə zamanı Frederik Devosla sıx əlaqələr saxlayaraq görüşlər təşkil etmiş, o, cinayət işinin materialları ilə tanış olan zaman Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası əleyhinə 50-ə yaxın tapşırığı icra etdiyi ona məlum olmuşdur. Həmin tapşırıqların əksər hissəsi 44 günlük Vətən müharibəsi vaxtına təsadüf etmiş, Azərbaycan Respublikasının müdafiə qabiliyyətinə yönəldilmiş tapşırıqlar olmuşdur. Həmin tapşırıqların kökündə dayanan məsələlər silahsursat anbarlarının yeri, İsrail və Türkiyə ilə əlaqələrlə bağlı olmuşdur. Təqsirləndirilən şəxs1 Azərbaycan əleyhinə qeyri-qanuni tapşırıqları icra edən zaman həm Frederik Devosun, həm də Loran Grardın fransız kəşfiyyatçısı olmalarını çox yaxşı bilmiş, Təqsirləndirilən şəxs1 özü etiraf etməsə də onunla həmin şəxslər arasında subordinasiya mövcud olmuşdur. Həmin subordinasiyaya uyğun olaraq, Təqsirləndirilən şəxs1 onların qeyri-qanuni tapşırıqlarını icra etmişdir. Təqsirləndirilən şəxs1 bu məqsədlərlə müxtəlif qonaqlıqlar təşkil edərək, ondan əlavə 8 Azərbaycan vətəndaşını da fransız kəşfiyyatının toruna salmışdır. Bildirir ki, Frederik Devosla ilk dəfə 2021-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs1 evindəki yığıncaqda tanış olmuşdur. X170 tanış etmişdir. Martin sonralar da süni şəkildə Devosla onun qarşılaşması üçün görüşlər təşkil etmişdir. O, Martini dost bilib onunla görüşdükdən bir az sonra Devos da onların yanına gəlmişdir. Martin Devosu onun iradəsinə zidd va məlumatı olmadan görüşlərinə çağırıb bir növ Devosla onu üzbəüz qalmağa məcbur qoymuş, məqsədyönlü şəkildə səmimi ortam yaratmağa çalışmışdır. Devosla ilk görüşlərində onun xüsusi xidmət orqanı əməkdaşı olmasından şübhələnə biləcəyi bir danışığı və hərəkəti olmamışdır. Onlar sadəcə ümumi mövzular barəsində söhbət etmişlər. Martinlə dostluğu irəlilədikdən sonra Fransa səfirliyinin demək olar ki bütün tədbirlərinə qatılmış ve Devosla da səmimi münasibətləri yaranmışdır. Devos ilk dəfə ondan 2022-ci ilin 1-ci yarısında dövlət əhəmiyyətli məlumatlar öyrənməyə cəhd etməyə başlamışdır. Devos ondan 2022-ci ilin sonlarında Qırğızıstan Respublikasının Bişkek şəhərində X69 üzv ölkələrin keçirəcəyi konfrans barəsində nə düşündüyünü, nə kimi analitik təhlillərinin olduğunu ona elektron poçt vasitəsi ile göndərməsini istəmiş, lakin o Devosa kəskin olaraq rədd cavabı verərərk qəti surətdə ona heç bir məlumat verməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 ona Frederik Devosun Bakı şəhərində yaşayan Fransa vətəndaşlarının təhlükəsizliyi üzrə cavabdeh şəxs olduğunu demişdir. Onun Fransa XXO əməkdaşı olması barədə heç nə deməmişdir. Təqsirləndirilən şəxs1 Devosun ona şübhəli suallar verməsi barədə bildirmiş, Martin iso Devosun XXO əməkdaşı olması barədə yenə də nəsə deməmişdir. Lakin bununla belə, onun şübhələri hələ də qalmaqda olmuşdur. Devos ondan Fransa səfirliyinin tədbirlərində iştirakını davam etdirməyimi xahiş edərək bildirmişdir ki, səfirlik onun tədbirlərdəki iştirakını yüksək qiymətləndirir. Bundan sonra Devosla dost münasibətlərini davam etdirmişdir. Frederik Devosla bir dəfə kariyera ilə bağlı söhbətlərindən sonra ona CV-ni göndərmiş, başqa heç nə göndərməmişdir. Devos ona vizitkartını özü vermişdir, özü istəməmişdir. İçkili halda tədbirdə yüksək tonla danışdığı üçun Martin ona demişdir ki bu cür mötəbər insanların, başqa dövlətlərin yüksək vəzifəli şəxslərinin yanında içkili halda yüksək səslə danışmaq ona yaraşmaz. Lakin o, həmin tədbirdə hər hansı gizli, təhlükəli mövzu barədə danışmamışdır. Frederik Devos ona hər hansı gizli məlumatlar barədə öyrənib ona ötürməsi konkret heç bir tapşırıq verməmişdir. X77 Formu barədə fikirlərini soruşmuş, o da ona cavab verməmişdir. Böyük Britaniyaya 2023-cü ilin mart ayının əvvəllərində getmiş, oktyabr ayında qayıtmışdır. Ora kariyera məqsədi ilə getmiş, Azərbaycana da kariyera məqsədi ilə qayıtmışdır, çünki Azərbaycanda ona daha perspektivli iş təklifi edilmişdir. Böyük Britaniyada olduğu müddət ərzində Təqsirləndirilən şəxs1lə 2-3 dəfə telefon danışıqları olmuşdur. Bir dəfə isə 2023-cü ilin oktyabr ayında Frederik Devos ondan rus vətəndaşı Yevgeni Priqojin tərəfindən təşkil edilən hərbi qiyamla bağlı nə düşündüyünü soruşmuş, o isə Devosa qəsdən 2-3 gün cavab yazmamışdır ki, Devos başa düşsün ki ona cavab yazmaq niyyəti yoxdur. Daha sonra isə cavab yazaraq bu barədə heç bir fikri olmadığını bildirmişdir. Devosun ona verdiyi suallarda ölkəsi üçün təhlükə görməmişdir. Təqsirləndirilən şəxs1 bu məsələdə böyük bir psixoloji təsiri omuşdur. Belə ki, o, Martinlə dost olmuş və Martinin vasitəsi ilə Fransa səfirliyi əməkdaşları ilə münasibəti yaranmışdır. Martin onu nəyəsə məcbur etməsə də, onu bu tələyə salmaq onun oyunu olmuşdur. Bildirir ki, ona verilən suallar da tapşırıq qismində, ya da təhdid xarakterli olmamışdır. Ondan sadəcə konkret bir mövzu barədə nə düşündüyünü soruşmuşlar, o isə heç nə düşünmədiyini demişdir. Bildirir ki, o, Devosun ailəsini, həyat yoldaşını və uşaqlarını tanımışdır, əgər dövlətə xəyanət etmək, Fransa dövlətinə gizli məlumat vermək niyyətində olmuşdursa, bu halda Devos da Fransa casusu olaraq onu öz ailəsi ilə tanış etməz, eləcə də səfirliyin tədbirlərinə dəvət etməzdi. Təqsirləndirilən şəxs1 də bu münasibətlərin bir parçası olmuşdur. Devos bundan sonra ondan kəşfiyyat xarakterli nəsə öyrənməyə çalışmamışdır. O, Devosla əməkdaşlıq etməmiş, sadəcə səmimi dostluq münasibətləri olmuşdur, Devos Azərbaycandan getdikdən sonra isə əlaqələri olmamışdır. Devos ondan məlumat almağa çalışdıqdan sonra 2-3 dəfə görüşmüşlər. 2022-ci ilin avqustunda Devos Azərbaycanı tərk etdikdən sonra Fransa səfirliyinin heç bir əməkdaşı ilə əlaqəsi olmamışdır. Devos Azərbaycanı tərk etdikdən sonra ona Loran Qrardla bağlı nəsə deməmiş, onun vizitkartını və nömrəsini verməmişdir. Bildirir ki, o, Loran Qrardı əvvəllər tanımamış, eləcə də Devos ona Loranla bağlı vizitkart, telefon nömrəsi verməmiş, onları görüşdürməmişdir. Loran Qrardla ilk dəfə 2022ci ilin noyabr ayında İçərişəhərdə yerləşən Moris adlı fransız restoranında çaxır debustasiyası üzrə tədbir keçirilərkən tanış olmuşdur. Onu ora Fransa assosasiyasının üzvləri dəvət etmişdir. Ora həm çaxır debustasiyasında iştirak etmək, həm də Martinlə birlikdə vaxt keçirmək üçün getmişdir. X171 Qrardla birlikdə onun yanına gəlmiş və onunla danışmağa başlamışlar. Halbuki, onun Loranın da bu tədbirə gələcəyindən məlumatı olmamışdır. Loranla bir neçə dəfə sonra da görüşmüşlər, Loran ona görüş zamanı demişdir ki, o özü də Azadın Moskva şəhərində oxuduğu universitetdə təhsil almışdır. Martin ona Loranı keçmiş polis əməkdaşı və hazırda Fransa səfirliyinin təhlükəsizliyinə cavabdeh vəzifəli şəxs kimi tanıtmışdır. Loran onunla eyni universitetdə oxuduğu üçün Rusiyadakı əlaqələri ilə bağlı soruşmağa başlamış və əlaqələri barədə məlumatları elektron poçt ünvanına göndərməsini xahiş etmişdir. Lakin o, Loranın xahişini rədd etmişdir. Ondan sonra əlaqələri dayanmışdır. Bir dəfə Fransa səfirliyinin tədbirlərindən birində rastlaşmışlar. Həmin vaxt Loran ondan Rusiyadakı əlaqələri ilə bağlı soruşmağa başlamış, o da yenə yox cavabı vermişdir. Sonra Loran Azərbaycanı tərk edəndə ona Fransa səfirliyi adından hədiyyə verib sağollaşmaq istədiyini bildirmiş, o da onunla sağollaşıb getmişdir. Heç vaxt Loranla ayrıca görüşməmiş, sadəcə tədbirlərdə rastlaşmışlar. Martinə Loranla bağlı danışmış, lakin Martin ona Loranın kəşfiyyat orqanı əməkdaşı olması barədə nəsə deməmişdir. Loranın ondan soruşduğu şeylər onda şübhə yaratmış və Lorana cavab verməmişdir. Loranla ilkin görüşlərində Loran ondan gələcək planları bağlı fikirlərini soruşmuş, o isə Loranın XXO əməkdaşı olduğunu bilmədiyi üçün onunla gələcək planları ilə bağlı olan karyera düşuncələrini bölüşmüşdür. Lakin Loran ona bu arzularının həyata keçirilməsi ilə bağlı heç bir təklif etməmiş, vəd verməmiş, o özü də bununla bağlı Lorandan nəsə istəməmişdir. Loranla bağlı şübhələrini Təqsirləndirilən şəxs1 bildirmiş və demişdir ki, əməkdaşlıqdan imtina etdiyinə görə onun üçün heç bir risk yoxdur. 2023-cü ilin noyabr ayının sonunda Martinlə birlikdə İçərişəhərdə yerləşən restoranlardan birində səhər yeməyinə getmiş, daha sonra gəzintiyə çıxmışlar. Bir az sonra Loran Qrard da ora gəlmişdir. Hesab edir ki, Martin qəsdən onu Loranla görüşdürmək üçün orada olduqlarını demişdir. Həmin vaxtı Martin Loranla 3-4 dəqiqə danışmış və sonda ona "Bonjour" deyərək getmişdir. Bildirir ki, bütün bunlar Təqsirləndirilən şəxs1 casusluq planının bir hissəsi olmuşdur. Təxminən 10 gün sonra Loran ona "Salam, mən o gün gördüm ki siz Azərbaycana qayıtmısınız. Bilmək istəyirdim ki, birdəfəlik qayıtmısınız?” mesajı yazmışdır. Bu sualın verilməsi də onu göstərir ki, o Azərbaycana qayıtdıqdan sonra Fransa səfirliyinin əməkdaşları ile əlaqə saxlamamışdır. Loran Qrard və Frederik Devosdan gələn təklifləri rədd etmişdir. Onların iştirak etdiyi tədbirlər ümumi bir tədbirlər olmuşdur, həmin tədbirlərdə 100-dən çox şəxs iştirak etmişdir. O, tədbirlərə həmin casuslarla görüşmək üçün getməmişdir, bele ki onların o tədbirlərə qatılacağını əvvəlcədən də bilməmişdir. Tədbirlərə Martinin təklifi və dəvəti əsasında getmişdir. Martin ona Şahid3 adlı azərbaycanlı iş adamı dostunun olduğunu, onun oğluna şahmat dərsi keçdiyini, Şahid3 onun biznesinə sərmayə qoyacağını demişdir. Bildirir ki, Martin Şahid3 Böyük Britaniya ila əlaqəli olan şirkəti barədə fransız kəşfiyyatına məlumatlar ötürmüşdür. Eləcə də 2019-2020-ci ilardə DSX polkovniki barədə məlumatları da ötürmüşdür. Onun 5 ildir tanıdığı şəxsləri da fransız kəşfiyyatına təhvil vermiş, onlarla Azərbaycan vətəndaşı barədə məlumatları, 50-ya yaxin hərbi məlumatları fransız kəşfiyyatına ötürmüşdür. Lakin indi Təqsirləndirilən şəxs1 belə bir görüntü yaratmağa çalışır "Təqsirləndirilən şəxs1 bu casusluq işlərindən heç bir məlumatı yoxdur və o, Təqsirləndirilən şəxs2 ilə birlikdə fransız kəşfiyyatının qurbanı olmuşdur" İstifadə etdiyi smartfon telefonda "Signal" tətbiqi olub, lakin heç de cinayət işində göstərildiyi kimi həmin program casusluq üçün istifadə edilməyib. O bu proqramı Loran Qrardın təklifi ilə yükləmişdir, belə ki, Loran ona Whatsapp mobil tətbiqindan istifadə etmədiyini, onunla Signal proqramı vasitəsi ilə əlaqə saxlaya biləcəyini demişdir. Loran onu tədbirlərə dəvət edəndə həmin proqram vasitəsi ilə əlaqə saxlamışdır. Əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadələr həqiqəti əks etdirmir. Təqsirləndirilən şəxs1 yalan danışır, o, Fransa xüsusi xidmət orqanlarına casusluq etmək niyyəti ilə Azərbaycana gəlmiş bir agent olmuşdur. Onun Devos, Loran və Jerome adlı şəxslərin agent olmasını bilməməsi, sadəcə təxmin etməsi barədə dedikləri doğru deyil, belə ki, Martin həmin şəxslərin Fransa XXO orqanı agentləri olduğunu bilmiş və onların tapşırıqlarını icra etmişdir. Bu tapşırıqları icra etmək məqsədi ilə bir çox azərbaycanlını məlumat əldə etmək üçün aldatmış, manipulyasiya etmişdir. Bildirir ki Fransa kəşfiyyatı vasitəsi ilə Azərbaycanda on minlərlə manat pul qazanmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 fransız kəşfiyyatı tərəfindən ona verilən tapşırıqları icra edib və birbaşa olmasa da, dolayı yolla onlar tərəfindən maliyyələşdirilib. Belə ki, kəşfiyyatçı X102 Azərbaycanda yaşayan isveçrəli Kristian Xosen adlı biznesmenlə tanış edib və Xosen Martinin biznesinə on minlərlə manat yatırım edib. Onlar sanki dostluq edirmiş kimi davranmışlar, lakin həqiqət bu idi ki, Martinin etdiyi casusluq əməllərinin qarşılığında Devos onu biznesmenlə tanış etmişdir. Martin demişdir ki, Xosen onun biznesine 16000 manat yatırım edib. Martinin fransız dili, şahmat dərsləri keçməsi, şərab biznesi ilə məşğul olması da onun casusluq fəaliyyətini bir növ gizlətmək niyyəti güdmüşdür ki, Martin lazım olduqda özunü müəllim və biznesmen kimi təqdim etsin. Bildirir ki, Martin xırda bir şərab biznesi ile məşğul olub, dərs keçməklə Bakı şəhərində yeni tikilmiş binada 2 otaqlı evə sahib ola bilməz, onu fransız kəşfiyyatı maliyyələşdirmişdir. Martindən evi necə aldığını soruşduqda Martin ona pulu Fransadan valideynlərinin göndərdiyini demişdir, halbuki Martin pulu ona valideynlərinin göndərdiyinə dair istintaqa heç bir sübut da təqdim etməmişdir. Martin ozu tamah məqsədi ilə maddi nemətlər əldə etmiş və qarşılığında casusluq fəaliyyəti göstərmişdir. Martinin casusluq əməlləri 2020-ci ilin may ayında başlamışdır. Martin Azərbaycan vətəndaşlarını fransız casusları ilə görüşdürmək üçün məqsədli şəkildə evində ziyafətlər vermiş, niyyətini bu cür pərdələmişdir. Onun casusluğun əsas məqsədlərindən biri Azərbaycanın neft-qaz ve enerji sektorunda icra edilməli olan tapşırıqları yerinə yetirmək olmuşdur. Azərbaycanda yerləşən Britaniya neft-qaz şirkətlərinin fəaliyyət istiqamətləri, həmin şirkətlərin Azərbaycanla olan əməkdaşlıqları, həmin şirkətlərin Azərbaycandakı uğurlu siyasətlərinin səbəblərinin araşdırılması, Fransa şirkətlərinin uğursuzluqları ilə müqayisə edilməsi və həmin şirkətlərdə işləyən yüksək vəzifəli şəxslərlə münasibət yaradaraq vacib məlumatların əldə edilməsi əsas vəzifələr olmuşdur. Bunların hamısını Martin özü istintaq orqanına ifadəsində bildirmişdir. Və bu məqsədlərlə Martin bir neçə Azərbaycan vətəndaşını, bir nəfər isə xarici vətəndaşı fransız kəşfiyyatına təhvil vermişdir. Bu şəxslərin xüsusiyyətləri və ətraf əlaqələri bu məqsədlər üçün tam uyğun olmuşdur. Bu şəxslərdən 1-cisi, Vaso Papadopl adlı, Martinin fransız dili dərsi keçdiyi, Yunanıstan vətəndaşı olan xanım olmuşdur. Martin onu evindəki ziyafətlərdən birinə dəvət edərək Devosla görüşdürmüş və onun barəsində olan məlumatları Devosa ötürmüşdür. Burada 5 vacib faktor olmuşdur: 1-ci səbəb bu idi ki, Vaso Papadopi uzun müddətdir ki Bakıda, Azərbaycanın neft-qaz sektorunda, Böyük Britaniyaya məxsus şirkətdə işləmişdir. 2-cisi, Vaso xarici vətəndaş olmuşdur, 3-cüsü, o, şirkətdə yüksək vəzifələrdə işləmişdir. 4-cüsü, onun işlədiyi şirkət Britaniyanın transmilli, ən mühim şirkətlərindən biri olmuş və həmin şirkətin 2018-ci ildən SOCAR-la əməkdaşlığı olmuşdur. 5-cisi, Vaso uzun illər X183 X3 üzvü olmuş və vəzifələr tutmuşdur. Martin tapşırıqlara uyğun olaraq lazımi namizədləri tapıb onların barəsində olan məlumatları fransa kəşfiyyatına ötürmüş və onları ziyafətlərdə görüşdürmüşdür. 2-ci şəxs Azərbaycan vətəndaşı, Böyük Britaniyanın neft-qaz şirkəti olan, 30 ilə yaxındır Azərbaycanda fəaliyyət göstərən X103 Caspian LTD şirkətinin yüksək vəzifəli rəhbərlərindən biri olan Şahid3 olmuşdur. Təqsirləndirilən şəxs1 onunla münasibət yaradaraq şirkətin fəaliyyət istiqamətləri barədə məlumatlar əldə edərək fransız kəşfiyyatına ötürmüşdür. 3-cüsü, Azərbaycandakı ən vacib şirkətlərdən olan Neqsol Holdinqin törəməsi olan Nobel-Oil qaz şirkətinin əməkdaşı Ramil Məmmədov olmuşdur. Martin onu da eyni məqsədlə fransız casusları ilə tanış etmişdir. 4-cüsü, SOCAR-ın Socar Polimer zavodunda neft mühəndisi qismində çalışan Sevil və Sevinc bacıları olmuşdur. Butün bunlar göstərir ki, Təqsirləndirilən şəxs1 casusluq fəaliyyəti üçün Azərbaycana gəlmişdir. Martin onu manipulyasiya etmek üçun yalanlar uydurmuş, demişdir ki, ola bilsin ki Vaso Papadopl və Frederik Davos arasında munasibət mövcuddur. Bir dəfəsində isə demişdir ki, ola bilsin ki Şahid3 onun şərab biznesinə yatırım edəcək. Bildirir ki, onun özünə heç bir pul, vəzifə, kariyera, eləcə də başqa hər hansı bir imtiyaz vəd verilməmiş, bununla bağlı tamah niyyəti olmamışdır. Fransa səfirliyinin əməkdaşları ilə görüşlərinə görə ona heç bir üstünlük, maddiyyat və ya har hansı bir imtiyaz nə vəd verilmiş nə də təqdim edilmişdir. Amma onların soruşduğu şeylərlə bağlı Azərbaycan dövləti üçün bir təhdid görmədiyinə görə təhlükəsizlik orqanlarına bu barədə məlumat verməmişdir. X53 Azərbaycanın daxili və ya xarici təhlükəsizliyi ilə bağlı bir əlaqəsi olmadığı, eləcə də onun Rusiyadakı əlaqələrinə dair verilən sualların da dövlət üçün təhlükəli olmadığı üçün onların bu davranışlarına səhlənkarlıqla yanaşmışdır. Yəni Azərbaycan Respublikasına qarşı birbaşa təhdid görmədiyi üçün bu işə səhlənkar yanaşmışdır. Hesab edir ki, vaxtında bununla bağlı aidiyyəti orqanlara məlumat verməli idi və xəbər verməməklə ehtiyatsız davranmışdır. Onun zənnincə, həmin agentlərin maraq dairəsində olmasına səbəb Rusiya Federasiyasında təhsil alması və əlaqələrinin olması olmuşdur. Bir dəfə ondan geoballistik məsələlərlə bağlı analitik təhlil etməsini istəmişlər, lakin o bunu rədd edərək demişdir ki, belə bir təhlil etməyəcəkdir, belə ki, bu onsuz da açıq məlumatdır, əgər istəyirlərsə özləri maraqlanıb məlumat əldə edə bilərlər. Loranla va Devosla ölkə üçün əhəmiyyətli məlumatlar barədə nə şifahi, nə də yazılı formada heç bir fikir mübadiləsi aparmamışdır. Sadəcə cəmiyyətə hər kəsə açıq mövzular barədə bir Azərbaycan gənci kimi subyektiv fikir bildirmişdir və həmin fikirlərdə heç bir hərbi, iqtisadi, təhlükəsizliklə bağlı dövlət sirri olmadığı üçün həmin fikirlər məlumat ötürülməsi sayıla bilməz. Təqsirləndirilən şəxs1 onun səmimi dost münasibətindən istifadə etmiş, buna baxmayaraq, o, Azərbaycan əleyhinə hər hansı tapşırığı icra etməkdən və əməkdaşlıqdan imtina etmişdir. Onun səhvi ondadır ki, Təqsirləndirilən şəxs1 və Fransa xüsusi xidmət orqanı əməkdaşları olan şəxslərin siyasi suallarından şübhələndiyi anda Azərbaycanın müvafiq dövlət orqanlarına məlumat verməmişdir. Yekun olaraq bildirir ki, Fransa xüsusi xidmət orqanı əməkdaşlarının göstərişi ilə heç bir tapşırıq icra etməmiş, onun tərəfindən heç kimə heç bir məxfi məlumat ötürülməmişdir. Heç vaxt dövlət əleyhinə heç bir addım atmamış, sadəcə öz subyektiv fikrini bölüşmüşdür. Vətəni Azərbaycan Respublikasına, dövlətinə xəyanət etməmiş, onun yol verdiyi yanlışlıq sadəcə ona verilən şübhəli suallar barədə təhlükəsizlik orqanlarına məlumat verməməsi olmuşdur ki, bu da yetərli ehtiyatlılıq göstərməməsindən irəli gəlmişdir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsinin tərkib əlamətləri mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə elan olunmuş ittihamın mahiyyəti üzrə dindirilən Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək törətmiş olduğu cinayət əməli ilə bağlı istintaqa verdiyi ifadələrində bildirmişdir ki, o, xx xxx 1995-ci il tarixdə Sumqayıt şəhərində doğulub, atası X73 “Fagma” Tibb mərkəzinin baş həkimi, anası X24 isə dərman preparatlarının satışını həyata keçirən "xxxx" MMC-nin icraçı direktoru vəzifəsində işləyirlər. Valideynləri ilə birlikdə ünvan 2 ünvanında yaşamışdır. 2001-2008-ci illərdə Sumqayıt şəhərində yerləşən “Təfəkkür”, 2009-2012-ci illərdə isə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 43 saylı liseydə orta təhsilini almışdır. 2012-2016-cı illərdə Moskva şəhərində yerləşən X75 Əlaqələr İnstitutunun “beynəlxalq hüquq” fakültəsində ali təhsil almışdır. 2016-2018-ci illərdə Fransa Respublikasının Eks-en-Provans şəhərində yerləşən Aix-Marseille universitetində “avropa biznesi hüququ” fakültəsində maqistr pillləsi üzrə təhsil almış, təhsilini bitirdikdən sonra, 2018-ci ilin təxminən mart ayında işləmək məqsədilə İstanbul şəhərinə getmiş, lakin uyğun iş tapa bilmədiyi üçün Bakı şəhərinə ailəsinin yanına qayıtmışdır. Daha sonra o intensiv şəkildə avropa şəhərlərində, o cümlədən Rusiya Federasiyasında iş axtarmağa başlamışdır. 2018-ci ilin təxminən sentyabr-noyabr aylarında Moskva şəhərində fəaliyyət göstərən “Strim” adlı hüquq şirkəti tərəfindən ona təcrübə müddətini keçmək şərtilə iş təklif edilmiş və o həmin təkliflə razılaşaraq Moskva şəhərinə getmişdir. Orada təxminən iki ay müddətində qeyd olunan şirkətdə təcrübəçi-hüquqşünas kimi çalışmış, lakin təcrübə müddəti başa çatdıqdan sonra işə qəbul edilmədiyi üçün Bakı şəhərinə qayıtmışdır. Həmin ərəfədə o, artıq Fransa Respublikasının özəl “İT” şirkəti olan və Polşa Respublikasının Krakov şəhərində yerləşən “capgemini” şirkətindən iş təklifi almışdır. O səbəbdən də 2019cu ilin noyabr ayında Bakı şəhərinə qayıdaraq Krakov şəhərinə getmək üçün iş vizasının alınması ilə məşğul olmuşdur. 01 mart 2019-cu il tarixdə Krakov şəhərinə gedərək həmin şirkətdə müqavilələr üzrə mütəxəssis vəzifəsində işləməyə başlamışdır. 2019-cu ilin avqust ayının sonunda həmin işdə gələcək üçün inkişaf görmədiyinə görə öz arzu ilə işdən çıxmış və Bakı şəhərinə qayıtmışdır. 2019-cu ilin noyabr ayından "xxxx" ASC-nin hüquq departamentində hüquqşünas vəzifəsində işləməyə başlamışdır. 11 mart 2023-cü ildə Belfast şəhərində yerləşən “Ernst and Young” şirkətindən iş təkilfini aldığı üçün öz arzu ilə işdən çıxmış və həmin şəhərə köçmüşdür. 2023-cü ilin sentyabr ayının sonunda həmin işdə də gələcək üçün hər hansı bir inkişaf görmədiyi üçün öz arzu ilə işdən çıxaraq Bakı şəhərinə qayıtmışdır. Tutulanadək isə işsiz olmuşdur. Təqsirləndirilən şəxs2 ifadəsini davam etdirərək bildirmişdir ki, 2015-ci ilin təxminən yay aylarında tətillə əlaqədar Bakı şəhərində yaşadığı müddətdə fransız dilini təkmilləşdirmək məqsədilə metronun «28 May» stansiyasının yaxınlığında yerləşən “Celt college” xarici dil kurslarına müraciət etmiş, Şahid1 adlı müəllimin dərslərinə yazılaraq fransız dilini təkmilləşdirməyə başlamışdır. Kursa getdiyi müddətdə Şahid1lə aralarında dostluq münasibətləri yaranmışdır. 2015-ci ilin sentyabr ayında kursu bitirmiş və ali təhsilini davam etdirmək üçün Moskva şəhərinə qayıtmış, Şahid1lə ilə isə münasibətlərini saxlamaq üçün bir-birilərinin mobil nömrələrini götürmüşlər. Bundan sonra, dəqiq xatırlamadığı tarixdə Bakı şəhərin dənizkənarı bulvarında gəzərkən təsadüfən Şahid1lə rastlaşmış, həmin vax onun yanında Fransa vətəndaşı olan Təqsirləndirilən şəxs1 adlı dostu olmuşdur. Şahid1 Təqsirləndirilən şəxs1 onu keçmiş tələbəsi kimi təqdim etmiş, Təqsirləndirilən şəxs1la isə Fransada təhsil alan zaman tanış olduğunu ona bildirmişdir. Daha sonra uzun müddət o Şahid1 görməmişdir. 2021-ci ilin təxminən yay aylarında Avropa şəhərlərində işləmək məqsədilə Şahid1 məsləhət almaq qərarına gəlmiş və o səbəbdən onun mobil nömrəsinə zəng edib görüş təyin etmişdir. Təxminən 2-3 gün sonra, Şahid1lə aralarında olan danışığa əsasən onlar metronun “Sahil” stansiyasının yaxınlığında yerləşən “Mugs” adlı kafedə görüşmüşlər. Həmin vaxt Şahid1 yanında əvvəllər onu tanış etdiyi dostu Təqsirləndirilən şəxs1 da orada olmuşdur. Təxminən bir saat onlarla həmin kafedə oturmuş və onlarla Fransa daxil olmaqla digər avropa şəhərlərinə necə getməyi, orada necə iş tapa biləcəyi barədə söhbətləşmişdir. Söhbət zamanı ona məlum olmuşdur ki, Marti Ryan 2019-cu ildə Bakı şəhərinə işləmək məqsədilə köçmüş və Şahid1lə birlikdə "xxxx" adlı şirkəti təsis edərək yemək bişirmək üçün istifadə olunan sousların Bakı şəhərində fəaliyyət göstərən müxtəlif restoranlara satışını həyata keçirməyə başlamışdır. Təqsirləndirilən şəxs1 33 yaşı var imiş, Fransanın Klermon şəhərində doğulmuş, Monpelye universitetində tarix fakültəsi üzrə təhsil almış, Bakıya köçməmişdən öncə Paris şəhərinin yanğınsöndürmə xidmətində müəllim vəzifəsində çalışmışdır. Söhbətləri zamanı Martin ona Fransa və Lyuksemburqda olan Azərbaycan icmasının üzvləri ilə əlaqə saxlamağı məsləhət görmüşdür. 2021-ci ilin təxminən sentyabr-oktyabr aylarında Şahid1 onun ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək Təqsirləndirilən şəxs1 yaşadığı evdə yığıncaq keçirdiklərini və onu da oraya dəvət etdiklərini bildirmişdir. O da onların dəvətini qəbul edərək həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs1 “Malakan” bağının yanında yerləşən kirayədə qaldığı evinə getmişdir. Həmin vaxt, yığıncaqda Aytən və Aynur adlı bacılar və Fransanın Azərbaycandakı səfirliyində çalışan Frederik Devos adlı şəxs olmuşdur. X104 yaxından tanış olmuşdur. O Frederik Devosa da xarici şirkətlərdə iş axtardığını bildirmiş və sonuncu ona öz vizit kartını təqdim etmiş, özü isə mobil nömrəsini Frederik Devosa vermişdir. Bir neçə gün sonra Frederik Devos onun “whats app” tətbiqinə zəng edərək görüş təklif etmişdir. Hazırda adını xatırlamadığı Bakı şəhərinin mərkəzində yerləşən kafenin birində Frederik Devosla görüşmüşdür. Görüş zamanı Frederik Devos onun Rusiya və Fransada aldığı təhsil, dil bilikləri, xaricdə işlədiyi sahə, gələcəkdə hansı ölkələrdə işləmək istəyi barədə soruşmuşdur. Bundan sonra təxminən 2 dəfə Frederik Devosla yenidən görüşmüş və həmin görüşlərdə Frederik Devos ona Rusiyanın postsovet məkanında siyasəti, həmçinin onun Rusiyada olan əlaqələri barədə soruşmuş, onlar siyasətdən, həmçinin onun tələbəlik illərindən söhbət etmişlər. Həmin vaxt Frederik Devpos ona analitik qabiliyyətinin güclü olduğunu bildirərək Rusiya haqqında analitik düşüncələrini ona yazaraq mail vasitəsilə göndərməyini xahiş etmişdir. Lakin o Frederik Devosun o xahişi ilə razılaşmamış və ona yalnız görüşləri zamanı öz analitik düşüncələrini deyə biləcəyini bildirişdir. Həmin ərəfədə o Təqsirləndirilən şəxs1la tez-tez əlaqə saxlayırmış və imkan olanda görüşürmüşlər. Lakin Təqsirləndirilən şəxs1la onlar geosiyasət də daxil olmaqla ümumi, yəni öz həyatları və gələcək iş planları barədə söhbətlər aparırmışlar. Təqsirləndirilən şəxs1la söhbətlərin birində sonuncu X89 xüsusi xidmət orqanınn əlaqələndirici aqentinin olduğunu ona bildirmişdir. 2021-ci ilin təxminən oktyabr ayının əvvəllində Frederik Devos ona zəng edərək Konstitusiya Məhkəməsinin yaxınlığında yerləşən “Dolce vita” adlı kafeyə görüşməyə çağırmışdır. Görüş zamanı Frederik Devos siyasət haqqında söhbətlər etməyə başlayaraq Qırğızıstanda Avrasiya iqtisadi forumunun keçiriləcəyini bildirərək həmin forumun məqsədi barədə nə düşündüyünü ondan soruşmuşdur. O isə həmin forum haqqında heç bir məlumatının olmadığını bildirmişdir. O zaman Frederik Devos onunla əməkdaşlıq etməyini və mail vasitəsilə keçiriləcək forumla bağlı məlumatların ona göndərməyini bildirmişdir. O isə Frederik Devosla razılaşmayaraq onunla münasibətlərinin sona qoymalarını demişdir. Frederik Devpos isə ona sadəcə dostluq münasibətlərini saxlamasını xahiş etmişdir. O da Fransa vətəndaşlağını almaq və avropaya köçmək istədiyi üçün Frederikə Fransa vətəndaşlığını aldığı halda ona məlumat verə biləcəyini demişdir. Həmin vaxt o Frederik Devosa yazılı şəkildə heç bir məlumat verməyəciyini, heç bir analitik araşdırmanı aparmayacağını demiş, yalnız onunla görüşüb şifahi formada ümumi təhlil edəcəyini bildirmişdir. Frederik Devos isə münasibətlərini davam etməyi, gələcəkdə Fransa səfirliyinin keçirdiyi tədbirlərdə iştirak etməyini söyləmişdir. Həmin görüşdən təxminən 2-3 dəfə Frederik Devosla şəhərin mərkəzində yerləşən müxtəlif kafelərdə görüşərək Rusiyanın postsovet məkanındakı geosiyasəti barədə söhbətlər aparmışdır. Həmin görüşlərdə Frederik Devos ondan İran İslam Respublikasının Azərbaycanla münasibətləri, Azərbaycanın Ermənistanla münasibətləri, yeni hərbi əməliyyatlarının mümkünlüyünü, Rusiya Federasiyasında təhsil alan azərbaycanlılar, həmin ölkənin iş adamları, Mərkəzi Asiya ölkələrindəki fəaliyyəti və mövqeyi, Azərbaycanda İran casus şəbəkəsi, “Hüseynçilər” təşkilatı və sair o kimi məlumatlar soruşurmuş. O da Frederik Devosa ümumi olaraq sosial şəbəkələrdən oxuduğu və öz düşüncələrinə görə analiz etdiyi fikirlərini deyirmiş. 2022-ci ilin yaz aylarında Frederik Devosla görüş zamanı, sonuncu ona ailəsi ilə birlikdə uşaqlarının təhsili ilə əlaqədar Fransaya qayıdacağını bildirmiş və ondan sonra onunla heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs2 ifadəsini davam etdirərək daha sonra bildirmişdir ki, 2022-ci ilin təxminən oktyabr ayında Fransa səfirliyi ilə əlaqəli olan “Bakou Francophones” təşkilatının rəhbəri Severine adlı xanım onun mail ünvanına müraciət göndərərək İçərişəhərdə yerləşən “Maurice” adlı kafedə keçirilən yığıncağa dəvət etmişdir. “Bakou Francophones” təşkilatının məqsədi fransız dilini bilən azərbaycanlılar, həmçinin Azərbaycanda yaşayan fransızlar üçün fransızdilli tədbirlər keçirərək fransız mədəniyyətini inkişaf və təbliq etməkdir. O da fransız dilini bildiyi üçün həmin təşkilatın rəsmi səhifəsində qeydiyyatdan keçmiş, həmin tədbirə dəvət edilmişdir. Qeyd olunan tədbirdə iştirak edən zaman Fransa səfirliyinin əməkdaşı Loran Grard və onun həyat yoldaşı Alexandra Grardla tanış olmuşdur. Həmin vaxt Loran Grard ona bütün fransa tədbirlərində iştirak etdiyi üçün təşəkkürünü bildirmiş və onu yüksək dəyərləndirdiyini vurğulamışdır. X119 Fransa və Azərbaycan arasında olan münasibətlərin qərginləşdiyini, həmin münasibətlərin yaxşılaşması üçün daim üzərində çalışdığını və onu kimi fransız dilini bilən azərbaycanlı tələbələrin Azərbaycan və Fransa bağlarının möhkəmləndirilməsi üçün vacib olduğunu bildirmişdir. Həmin görüşdə Loran Grard onunla gələcəkdə təklikdə görüşməyi ona təklif etmişdir. Ötən müddətdə, o Təqsirləndirilən şəxs1la dostluq münasibətlərində olduğu üçün onunla bütün fransızlarla olan əlaqələri barədə danışırmış və Loran Grardla tanış olmağı barədə də ona demişdir. Təqsirləndirilən şəxs1 isə ona Loran Grardın da, Frederik Devos kimi Fransa xüsusi xidmət orqanının əlaqəli agenti olduğunu ona demişdir. 2022-ci ilin təxminən sonunda Loran Grard ona yazaraq “Anderson” adlı kafedə görüşməyi təklif etmiş və o onunla razılaşmışdır. Görüş zamanı Loran Grard ilk öncə onun öz həyatı, aldığı təhsil, işgüzar fəaliyyəti və gələcəklə bağlı planlar barədə soruşmuşdur. Daha sonra onun Rusiya ilə bağlı fikirlərini, bildiyi məlumatları yoxlamışdır. O Loran Grarda beynəlxalq təşkilat və ya şirkətlərdə işləmək istədiyini bildirmiş və Loran Grard dedikləri ilə bağlı düşünəcəyini ona demişdir. Bundan sonra, Loran Grard ondan Rusiyada oxuduğu tələbə yoldaşları, onların hansı şirkətlərdə işlədikləri, hansı vəzifə tutduqları və onlarla olan münasibətləri haqqında soruşmuşdur. O isə o barədə ona heç bir məlumat verməmiş və sanitar qovşağına getmək üçün masadan ayrılmışdır. X120 yanına qayıdan zaman, masanın üzərində bir ədəd qələm görmüşdür. Loran Grard ona təkidlə “tez o qələmi götür qoy cibinə, içində mənim mailim var” sözlərini demiş, o isə Loran Grarda qələmi götürməyəciyini demişdir. Loran Grard ona bundan sonra ümumiyyətlə görüşməməklərini, yalnız mail vasitəsilə danışıqlar aparmaqlarını bildirmişdir. O isə Loran Grardla razılaşmayıb, heç bir şifahi yazışma aparmayacağını, yalnız canlı şəkildə görüşüb söhbət edəcəyini bildirişdir. Bu zaman Loran Grard ona telefonuna “Signal” tətbiqini yükləməyi və əlaqələrini həmin tətbiq vasitəsilə davam etdirməyi söyləmişdir. Həmçinin, Loran Grard ona Fransa səfirliyində keçirilən növbəti görüşdə onlarla yazılı şəkildə əməkdaşlıq edib-etməyəcəyi barədə qəti qərarını bildirməyini ona demişdir. 2023-cü ilin təxminən yanvar ayının sonunda Fransanın Azərbaycandakı yeni səfiri X177 səfirliyində həmin ölkədə təhsil almış azərbaycanlılarla görüş keçirən zaman, Loran Grard ona yaxınlaşmış və onlara analitik məlumatları yazılı şəkildə göndərərək onlarla əməkdaşlıq etməyini bir daha ondan soruşmuşdur. O isə Loran Grarda artıq Belfast şəhərində iş tapdığını və ona görə də hər hansı bir əməkdaşlıq etməyəcəyini ona demişdir. 2023-cü ilin təxminən mart ayının əvvəlində Loran Grard siqnal vasitəsilə onunla əlaqə saxlayaraq Belfasta getməmişdən öncə görüşməyi təklif etmiş və onlar “Landmark” otelin yaxınlığında yerləşən “station pub” adlı kafedə görüşmüşlər. Həmin vaxt Loran Grard onunla yalnız səmimi söhbət aparmış, heç bir təhlil aparmamış və Fransa səfirliyi adından Böyük Britaniya şəhərləri haqqında ona turistik kitab hədiyyə etmişdir. O da həmin hədiyyəni qəbul etmişdir. Kafedən çıxdıqdan sonra Loran Grardla sağollaşan zaman, sonuncu ona kitabın arasında balaca vərəqdə elektron-mail ünvanı qeyd etdiyini və fikrini dəyişdiyi halda onlarla elektron-mail vasitəsilə əlaqə saxlamağı bildirmişdir. O da Loran Grarda bir daha heç bir yazışma aparmayacağını demiş və onlar sağollaşmışlar. Təxminən 24-25 iyun 2023-cü il tarixdə Belfastda olan zaman Loran Grard “Siqnal” vasitəsi ilə ona yazaraq Şimalda gərqinləşmiş vəziyyət barədə fikirlərini soruşmuş, o isə bir neçə gün keçdikdən sonra ona o barədə heç bir fikir və məlumatının olmadığını cavab olaraq yazmışdır. Bundan sonra onun Loran Grardla heç bir əlaqəsi olmamışdır. Belfastda olduğu müddətdə Təqsirləndirilən şəxs1la “what’s app” tətbiqi vasitəsilə təxminən 3-4 dəfə əlaqə saxlamışdır. Qeyd edir ki, Belfastda olduğu müddət ərzində Britaniya Krallığının mobil operatoruna məxsus olan +44 7423 498331 mobil nömrəsindən istifadə etmişdir. Təqsirləndirilən şəxs1 təsis etdiyi "xxxx" şirkətinin fəaliyyəti xarici ölkələrdən idxal edilən sousların, Fransa istehsalı olan çaxırların, likyorların və digər spirtli içkilərin satışı olmuşdur. Lakin bildiyi gədər Təqsirləndirilən şəxs1 həmin fəaliyyətdən az gəlir əldə edirmiş. O səbəbdən də, Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda online fransız və ingilis dərslərini keçirmiş. O Belfastdan Bakı şəhərinə qayıdan zaman, Təqsirləndirilən şəxs1 artıq Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsində yerləşən binadan özünə ikiotaqlı mənzil almışdır. Həmin mənzilə görə Martının verdiyi pulu bilməsə də, Təqsirləndirilən şəxs1 ona deməsinə görə həmin mənzili almaq üçün ödədiyi pul ona miras kimi valideynlərindən qalmışdır. O 2021-ci ilin oktyabr ayından Təqsirləndirilən şəxs1la dostluq münasibətində olmuş, həmin tarixdən onunla tez-tez görüşmüş və telefon danışıqları aparmışdır. Aralarında olan söhbətlər zamanı, Təqsirləndirilən şəxs1la o bütün mövzularda söhbət edirmişlər, onun da siyasətə marağı var imiş və onlar daim Azərbaycan-Ermənistan, Azərbaycan-İran, Rusiya-Azərbaycan arasında olan münasibətlər, ölkədə baş verən siyasi, iqtisadi, hərbi və digər məsələlərlə bağlı müzakirələr aparırmışlar və öz fikirlərini bölüşürmüşlər. Həmçinin, o Frederik Devos və Loran Grardla olan görüşlərində aparılan danışıqlar haqqında Təqsirləndirilən şəxs1 danışırmış. X143 Devosla yaxın imiş, amma deməsinə görə Loran Grardla münasibətləri yaxşı olmamışdır. Frederik Devos və Loran Grardın ondan aldığı məlumatlar müqabilində ona hər hansı bir pul və ya digər maddi nemət təklif etmişlərmi sualına cavab verən Təqsirləndirilən şəxs2 Frederik Devos və Loran Grardın əməkdaşlığa cəlb edilərək onlara yazılı şəkildə məlumat verdiyinin müqabilində ona pul verəcəklərini demişlər, lakin o həmin şəxslərin qeyd etdiyi təklifərini qəti şəkildə rədd etmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində həmçinin bildirmişdir ki, təxminən 2016-cı ilin yanvar aylarında Moskva şəhərində X75 Əlaqələr İnstitutunun “beynəlxalq hüquq” fakültəsində ali təhsil alarkən Fransa vətəndaşı olan, Fransanın “Sciences PO Paris” universitetində və mübadilə proqramları çərçivəsində X75 Əlaqələr İnstitutunda təhsil alan Karolina adlı xanımla tanış olmuşdur. Həmin vaxt onun Karolinadan xoşu gəlirmiş və onunla daha da yaxından tanış olmaq istəyirmiş, lakin Karolina ona qarşı biqanə imiş. 2016-cı ilin təxminən mart ayında Karolina Moskvadan getmişdir. Təxminən 2021-ci ilin sonunda Bakı şəhəri, Səbail Rayonu, Rəsul Rza küçəsində yerləşən Xəqani bağının yaxınlığında olan “Entree” adlı kafenin qarşısında Karolinanı digər tanımadığı fransızlarla birlikdə görmüş, həmin vaxt, onlar salamlaşmış və o Karolinadan Bakıda nə etdiyini soruşduqda sonuncu Fransa səfirliyində təcrübə keçdiyini ona bildirmişdir. Onlar gələcəkdə görüşmək məqsədilə bir-birilərindən mobil nömrələrini götürmüşlər. Daha sonra o bir neçə dəfə Karolinaya yazaraq görüşmək təklif etmiş, lakin o hər dəfə müxtəlif səbəblər göstərərək onunla görüşməmişdir. 2022-ci təxminən ilin əvvəlində o Karolina ilə “Paris Bistro” kafesində görüşməyə razılaşmış, 1-2 saat həmin kafedə söhbət etdikdən sonra görüşləri başa çatmışdır. Bir müddət sonra xatırlamadığı tarixdə Bakı şəhərində yerləşən “Gravity” adlı kafedə olan zaman Karolinanı bir nəfər tanımadığı fransızla görmüşdür. Həmin vaxt onlarla sadəcə salamlaşaraq ayrıca masada əyləşmişdir. Təqsirləndirilən şəxs1la Şahid1 də onunla birlikdə olmuşdur. 14 iyul 2022-ci il tarixdə Bakı şəhərində yerləşən “Boulevard” adlı oteldə Fransa səfirliyi tərəfindən “Bastiliya” günü şərəfinə tədbir keçirilirmiş. O da həmin tədbirə dəvət edilmiş və orada görüb ki, tədbirin aparıcısı Karolinadır. Təqsirləndirilən şəxs1 da həmin tədbirdə olmuşdur. Tədbirin sonunda Karolina “Gravity” adlı kafedə görüşdüyü fransızla çıxaraq sonuncunun avtomobilinə minib getmişdir. O Təqsirləndirilən şəxs1 Karolinanın birlikdə getdiyi şəxsin kim olduğunu soruşduqda, Təqsirləndirilən şəxs1 həmin şəxsin Fransa səfirliyində çalışan Loran Ledit olduğunu ona demişdir. Karolinaya qarşı simpatiyası olduğu üçün o Loran Ledit, eləcə də sonuncunun Karolina ilə aralarında olan münasibətlər haqqında Təqsirləndirilən şəxs1 soruşmuşdur. Sonuncu isə Loran Leditin evli olduğunu və Karolina ilə dostluq etdiyini ona bildirmişdir. Başqa vaxtlarda o Karolinanı görməmişdir. 2023-cü ilin təxminən yanvar-fevral aylarında Fransa səfirliyində keçirilən tədbirdə Loran Ledit ona yaxınlaşaraq özünü təqdim etmiş, o da özünnü Loran Leditə təqdim etmiş, onlar təxminən 5-10 dəqiqə ərzində özləri barəsində söhbət etmişlər. Söhbət zamanı Loran Ledit ona Fransa səfirliyində işlədiyini bildirmiş, lakin fəaliyyəti barədə heç bir məlumat ona verməmişdir. Sonrakı vaxtlarda onun Loran Leditlə heç bir görüşü və ya əlaqəsi olmamışdır. Həmçinin bildirir ki, Təqsirləndirilən şəxs1la öz aralarında olan danışıqlar zamanı, Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, X165 səfirliyində kəşfiyyatçı kimi çalışır. Söhbətlərin birində isə Təqsirləndirilən şəxs1 ona demişdir ki, kompyuterinin klaviaturası və mausu işləmədiyi üçün Loran Ledit ona klaviatura və maus vermişdir, Təqsirləndirilən şəxs1 isə Loranın həmin klaviatura və mausa dinləmə cihazının quraşdırdığından şübhələnmişdir. O səbəbdən də Təqsirləndirilən şəxs1 narahatçılıq hissi keçirirmiş. Jerom Qassarino haqqında isə heç bir məlumatı olmamış, onu ümumiyyətlə görməmişdir. Jerom Qassarino barədə yalnız onu xatırlayır ki, Təqsirləndirilən şəxs1la aralarında olan danışıqların birində, Təqsirləndirilən şəxs1 ona Loran Leditin Azərbaycandan getdiyini və Jerom adlı şəxsin Loranı əvəz etdiyini bildirmişdir. 04 dekabr 2023-cü il tarixdə məhkəmə qərarı əsasında onun və hal şahidlərinin iştirakı ilə yaşadığı ünvan 2 ünvanında yerləşən məzilində keçirilmiş baxış zamanı digər vizit kartlarla yanaşı Frederik Devosun adına olan vizit kartı da götürülmüşdür. Həmin vizit kartını ona Frederik Devosun özü verib ki, əlaqə saxlasın. X78 Azərbaycandakı səfirliyində işləyən Fransa kəşfiyyatının əməkdaşıdır. O əvvəlki ifadəsində o barədə demişdir ki, Frederik Devosla tanış olduqdan sonra sonuncu ona özünün adına olan və onunla əlaqə saxlamaq üçün vizit kartını ona vermişdir. O da həmin vizit kartı o vaxtdan evində saxlayırmış. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş “Samsung Galaxy A14” və “LG” markalı mobil telefonun yaddaşındakı «X156 - +**********00» qeydlərinin Fransanın Azərbaycandakı səfirliyinin şəhər nömrəsi olduğunu, «Frédéric Devos - +**********05» qeydlərinin barəsində istintaqa ifadə verdiyi Fransa səfirliynin əməkdaşı Frederik Devosun mobil nömrəsi olduğunu, «Təqsirləndirilən şəxs1 Montpellier - +**********20» qeydinin barəsində ifadəsində bildirdiyi tanışı Təqsirləndirilən şəxs1 mobil telefon nömrəsi olduğunu bildirmişdir. “Facebook” sosial şəbəkəsində olan “AAAF – Association des Alumni Azerbaidjanais de France” (Fransada təhsil alan Azərbaycan məzunlarının ictimai birliyi) adlı hesaba baxış keçirilərkən Fransa Respublikasının Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşı Loran Grardla birlikdə çəkdirdikləri fotoşəkillə bağlı ifadəsini davam etdirən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, fotoşəkildə keçirilən tədbir xx.xx.2023-cü il tarixdə Fransa səfirliyinin inzibati binasında təşkil edilmiş tədbirdən çəkilmiş fotoşəkildir. Tədbirdə Azərbaycana təxminən 2-3 ay əvvəl təyin edilmiş Fransa səfiri X121 təhsil alan azərbaycanlı məzunlarla görüş keçirilirmiş. Onun da Elektron ünvan 1 elektron ünvanına Fransa səfirliyinin rəsmi poçt ünvanından dəvətnamə göndərilmişdir. O həmin tədbirə tək getmişdir. Fotoşəkildə onun yanında dayanan Loran Grard olmuşdur. Digər şəxsləri isə tanımamışdır. Həmin tədbirdə xanım səfir Ann Buayon çıxış edərək Fransada təhsil almış məzunlarla görüşməkdə öz məmnunluğunu bildirmiş və ümumi olaraq Azərbaycan-Fransa münasibətləri haqqında danışmışdır. Məhkəmənin müvafiq qərarı əsasında xx.xx.2021-ci il tarixdə saat 12:58:21-dən 12:59:44-dək olan müddətdə Fransa xüsusi xidmət orqanının nümayəndəsi Frederik Devosla özünün arasında qeydə alınmış «Təqsirləndirilən şəxs2: Alo, Frederik? Salam. Sizinlə danışan Azaddır. Frederik Devos: Salam, Azad, necəsiniz? Təqsirləndirilən şəxs2: Frederik, siz necəsiniz? Yaxşısınız? Frederik Devos: Yaxşıyam. Bəs siz? Təqsirləndirilən şəxs2: Mən də yaxşıyam. Sizə bir məktub göndərmişəm. Ümid edirəm ki, almısınız. Frederik Devos: Mən hələ görməmişəm. Baxaram. Təqsirləndirilən şəxs2: Yaxşı. Düşünürəm ki, bu sizinlə danışmaq üçün uyğun vasitə deyil. Bilmək istərdim ki, siz Martin, Zaur və mənimlə görüşmək üçün bu axşam sizə uyğundurmu? Frederik Devos: Təəssüf ki, bu axşam xeyr. Noyabrın əvvəlinə qədər çətin alınsın. Çünki məzuniyyətdə olacam. Bu axşam və sabah məşğulam. Gələn həftə necə? Təqsirləndirilən şəxs2: Gələn həftə olar. Ok. Frederik Devos: Noyabrın əvvəlində əlaqə saxlayarıq. Təqsirləndirilən şəxs2: Sadəcə, keçən həftə siz dediniz ki, bu həftə biz görüşə biləcəyik. Frederik Devos: Düzdür. Amma bir sıra görüləsi işim var. Çətin alınsın. Təqsirləndirilən şəxs2: Ok, mən başa düşdüm. Əlaqə saxlayarıq. Frederik Devos: Zəngləşərik. Artıq sənin nömrən məndə var. Hələlik. Təqsirləndirilən şəxs2: Sağ olun.» məzmunlu telefon danışığı ilə bağlı Təqsirləndirilən şəxs2 ifadəsində bildirmişdir ki, fransız dilində apardığı həmin danışığı Frederik Devosla aparmışdır. Lakin həmin tarixdə Frederik Devosa zəng edərək görüş təyin etməyinin səbəbini xatırlamamışdır. Ehtimal edir ki, danışıq zamanı “Sizə bir məktub göndərmişəm. Ümid edirəm ki, almısınız.” məzmunlu sözləri deməklə Frederik Devosa göndərdiyi CV-sini soruşur. Frederik Devos “Total” neft şirkətində ona iş maraqlanacığını demiş, o da o səbəbdən Frederik Devosa CV-sini göndərmişdir. Məhkəmənin müvafiq qərarı əsasında xx.xx.2022-ci il tarixdə saat 13:05 dəqiqədən saat 13:06 dəqiqəyədək olan müddətdə Təqsirləndirilən şəxs1la özü arasında telefon danışıqları zamanı sonuncu onu 10 dəqiqəyə Malakan bağı yaxınlığında görüşə dəvət etmiş, Təqsirləndirilən şəxs1 səfirlikdən aralı görüşməyi təklif etmiş və "Çünki bizim səfirlik yaxınlığında görüşməyimizi bəyənməyənlər var" məzmunlu telefon danışığı ilə bağlı Təqsirləndirilən şəxs2 ifadəsində bildirmişdir ki, həmin danışıq onunla Təqsirləndirilən şəxs1 arasında aparılmışdır. O Təqsirləndirilən şəxs1 zəng edərək Malakan bağı yaxınlığında səfirlikdən aralı görüşməyi təklif etmiş və onların səfirliyin yaxınlığında görüşmələrini bəyənməyənlərin olduğunu demişdir. Dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs1la birlikdə Malakan bağında gəzişən zaman, Fransa səfirliyində çalışan Louis Toulorge, Karolina, Frederik Devos və digər tanımadığı milliyyətcə fransız olan əməkdaşlar onları görüblər. Həmin vaxt onlar Təqsirləndirilən şəxs1la salamlaşmış və gülərək Fransız dilində nəsə demişlər. Onların nə dediklərini başa düşməmiş və Təqsirləndirilən şəxs1 o barədə soruşmuşdur. Təqsirləndirilən şəxs1 isə özlərinin səfirliyin yanında durmaqlarına onların güldüklərini demişdir. Məhkəmənin müvafiq qərarı əsasında xx.xx.2022-ci il tarixdə saat 13:48 dəqiqədən saat 13:52 dəqiqəyədək olan müddətdə Təqsirləndirilən şəxs1la özü arasında qeydə alınmış «..Təqsirləndirilən şəxs2: Qulaq as, mən dünən yersiz şeylər danışdım? Təqsirləndirilən şəxs1: Sən kontrolu itirirsən. Alkoqolun miqdarına fikir verməlisən. Sən insanların yanında elə şeylər deyirdin ki, çox güman eşitmədilər, amma diqqətli olmalısan. Təqsirləndirilən şəxs2: Sən düşünürsən ki, mən içkiləri qarışdırdım, problem bunda idi? Təqsirləndirilən şəxs1: Bilmirəm, amma sən belə içməməlisən. Aramızda olanda, Gravity-də olanda ok, amma orada yox. Sənin sonra problemlərin ola bilər. Təqsirləndirilən şəxs2: Mən yersiz danışdım? Kiminlə? ‘ - Təqsirləndirilən şəxs1: Bəli, bir çox insanın yanında. Mən görüşəndə sənə danışaram. Təqsirləndirilən şəxs2: Zəhmət olmasa de. Mən yersiz danışdım və diplomatlar bunu eşitdi? Təqsirləndirilən şəxs1: Dəqiq bilmirəm. Amma bu bir riskdir. Yaxşı, Frederik, Louis kimi insanlar rahat adamlardır, problemin olmaya bilər. Problem ondadır ki, səni tanımayan insanlar var. Diqqət etmək lazımdır. Təqsirləndirilən şəxs2: Mənim xatırladığım qədərilə, mən yalnız səninlə danışırdım. Amma bu insanların yanında baş verirdi. Təqsirləndirilən şəxs1: Bəli, sən ucadan danışırdın, insanların yanında idin. İnsanlar sənə baxmasa da, səni eşidə bilirdilər. Sənin haqqında mənfi təəssürat yarana bilər. Diqqətli ol. Bu səviyyəli tədbirdir, diplomatlar, filan. Fikir vermək lazımdır. Ok, hələlik Azad. Təqsirləndirilən şəxs2: Mən bildiyim qədərilə, insanlar heç nə eşitmədilər, amma düzdür bilərdilər Təqsirləndirilən şəxs1: Ümid edirəm. Təqsirləndirilən şəxs2: Martin, qulaq as, mən .Karolin haqqında nə isə deyirdim? Təqsirləndirilən şəxs1: Əlbəttə, bunun kimi bir çox şey demisən. Diqqətli olmaq lazımdır. Onun bütün həmkarları orada idi. Səhv anlaşıla bilər. Təqsirləndirilən şəxs2: Çox səhv anlaşıla bilər. Təqsirləndirilən şəxs1: Nə qədər içdiyinə fikir ver. Təqsirləndirilən şəxs2: Mən onun haqqında səninlə və Frederiklə danışdım. Elə deyilmi? Təqsirləndirilən şəxs1: Yadımda deyil. Amma sən anladın da hər şeyi. Təqsirləndirilən şəxs2: Mən çox pis oldum. Bilirəm, məşğulsan, amma, mən onun haqqında danışanda kimsə eşitdi? Təqsirləndirilən şəxs1: Mənim yadımda deyil. Ok. Hələlik. Xəbərləşərik» məzmunlu danışıqlarla bağlı Təqsirləndirilən şəxs2 ifadəsində bildirmişdir ki, həmin danışıq onunla Təqsirləndirilən şəxs1 arasında aparılmışdır. Həmin danışıq 14 iyul 2022-ci il tarixdə Fransanın Milli Günü ilə bağlı tədbirdən bir gün sonra baş tutmuşdur. Həmin tədbirdə o və Təqsirləndirilən şəxs1 iştirak etmişlər. Həmin məclisdə o spirtli içki qəbul edib sərxoş olmuşdur. Ona görə həmin günü səhəri o, Təqsirləndirilən şəxs1 zəng edərək dünən etdikləri ilə maraqlanmışdır. Təqsirləndirilən şəxs1 da çox içməyi tərgitməyi ona təklif etmişdir. Təqsirləndirilən şəxs1 tədbirdə Frederik Devos, Loran Qrard, Loran Ledit və digər yad adamların olduqlarını bildirərək hərəkətlərinin pis görünə biləcəyini ona demişdir. O diplomatların onun danışdıqlarını eşidib-eşitmədiklərini Təqsirləndirilən şəxs1 soruşduqda sonuncu xatırlamadığını ona bildirmişdir. Daha sonra Fransa Səfirliyində işləyən və xoşuna gələn Karolin haqqında soruşmuş, Təqsirləndirilən şəxs1 da Karolina barədə də xoşagəlməz sözlər işlətdiyini onun diqqətinə çatdırmışdr. Məhkəmənin müvafiq qərarı əsasında xx.xx.2022-ci il tarixdə saat 18:36 dəqiqədən saat 18:39 dəqiqəyədək olan müddətdə Təqsirləndirilən şəxs1la özü arasında qeydə alınmış « Təqsirləndirilən şəxs2: Sən indi nə edirsən? Təqsirləndirilən şəxs1: Mən hazırda məşğulam. Nədir ki? Sən işini bitirdin? Təqsirləndirilən şəxs2: Hə indi boşam. X138 restoranında tədbir nəzərdə tutulub, tanıyırsan oranı? Landmark-ın yanındadır. Tədbir 18:30-da başlayıb 21:00-da bitməli idi. Ona görə sənə yazdım ki, biz tədbirdən sonra görüşək. Amma indi boşam, bilmirəm nə edim. Təqsirləndirilən şəxs1: Bəs dediyin yerə niyə getmirsən? Təqsirləndirilən şəxs2: Gedəcəm, amma, bir saata. Mənə dedilər ki, bir saata başlayacaq. Onlar punktual deyillər. Təqsirləndirilən şəxs1: Mən indi işləyirəm, Azad. Təqsirləndirilən şəxs2: (Sözünü kəsir) Zaurlasan? Haradasan? Təqsirləndirilən şəxs1: Yox Zaur mənə qoşulacaq. Mən hazırda evdən işləyirəm. Bir şey bitirməliyəm. Təqsirləndirilən şəxs2: Deməli, sən, mən, Frederik. Biz nə edəcəyik? Təqsirləndirilən şəxs1: Elə-belə görüşəcəyik. Bu onun Bakıda son aylarıdır. Zauru bilmirəm, bizimlə olacaq, ya yox. Bilirsən də, o belə yerlərə çox getmir, çox çıxmağı sevmir. Təqsirləndirilən şəxs2: O, özünü itirib. Mən demək istəyirəm, necə deyim, o, işini itirdikdən sonra özünü pis hiss edir, demək istəyirəm. Təqsirləndirilən şəxs1: Məncə də. Təqsirləndirilən şəxs2: (Sözünü kəsir) Ola bilsin ki, ona görə o, bizə qoşulmaq istəmir. Bir az depressiyadadır, məncə. Təqsirləndirilən şəxs1: Hə, bir az depressiyadadır, bu normaldır. Nəisə. Təqsirləndirilən şəxs2: Xəbərləşərik. Təqsirləndirilən şəxs1: Ok, 21:00-da. Frederik adətən tez gəlir, mən ona qoşularam. Sən də alınan kimi gələrsən. Hələlik. Təqsirləndirilən şəxs2: Hələlik.» məzmunlu telefon danışığı ilə bağlı Təqsirləndirilən şəxs2 ifadəsində bildirmişdir ki, həmin danışıq onunla Təqsirləndirilən şəxs1 arasında olan danışıqdır. Həmin danışıq Frederik Devosun Azərbaycanı tərk etməsindən bir neçə gün əvvəl baş tutmuşdur. Həmin gün o qeyd olunan «Orange Grove» restoranında keçirilən tədbirdə iştirak etməli imiş. Həmin tədbir xaricdə təhsil alan azərbaycanlılar tərəfindən təşkil edilmiş və tədbir gec başa çatdığı üçün o Təqsirləndirilən şəxs1 və Frederik Devosla görüşə bilməmişdir. Məhkəmənin müvafiq qərarı əsasında xx.xx.2023-cü il tarixdə saat 12:16 dəqiqədən saat 12:18 dəqiqəyədək olan müddətdə Təqsirləndirilən şəxs1la özü arasında qeydə alınmış «…..Təqsirləndirilən şəxs1: Yox, çünki sənə dünən dediyim gün bu gündür, Laurent məni dəvət edib. Təqsirləndirilən şəxs2: Yox, mən düşündüm ki, bu dünən idi, ona görə səninlə danışmaq istəyirdim. Təqsirləndirilən şəxs1: Bu gündür. Sənə bu məlumatı ona görə verirəm ki, sənə xəbərləri çatdıracağam. Təqsirləndirilən şəxs2: Bəli, görüşə bilərik, istəsən şərab da içərik. Təqsirləndirilən şəxs1: Problem deyil, zaman ayırarıq. Nəisə, mən hazırlaşmalıyam. Təqsirləndirilən şəxs2: Bu Karolinin dostu olan Laurent-dır? Təqsirləndirilən şəxs1: Bəli, 3-cü katib. Ancaq, mən əminəm ki, görüş məlumat üçündür. Təqsirləndirilən şəxs2: Məncə də. O yoldaşı da olan. Bildim. Amma o, çox xoş bir adamdır. Təqsirləndirilən şəxs1: Bəli, xoşdur. Ancaq, məni narahat edən odur ki, məni əsəbiləşdirən də odur ki, bu yenə də "yalançı dostluq" olacaq. Həmişəki kimi. Nəisə, bəlkə də yanılacağam. Görərik. Təqsirləndirilən şəxs2: Ola bilər ki, "böyük Laurent" "kiçik Laurent"a əmrlər verir. Təqsirləndirilən şəxs1: Bəli, bu da ola bilər. Təəssüf ki, bu mümkündür (gülümsəyir). Təqsirləndirilən şəxs2: Uğurlar. Kontaktda qalıram. Təqsirləndirilən şəxs1: Maraqlı məqamlar olsa sənə xəbər edəcəyəm. Hələlik, Azad” məzmunlu danışıqla bağlı Təqsirləndirilən şəxs2 ifadəsində bildirmişdir ki, həmin danışıq onunla Təqsirləndirilən şəxs1 arasında aparılmış danışıqdr. Lakin həmin telefon danışığı barədə o heç bir şey xatırlamır. Məhkəmənin müvafiq qərarı əsasında xx.xx.2023-cü il tarixdə saat 20:24 dəqiqədən saat 20:44 dəqiqəyədək olan müddətdə Təqsirləndirilən şəxs1 yaşadığı mənzildə qulaq asılaraq qeydə alınmış Təqsirləndirilən şəxs1 və özü ilə aparılmış «Təqsirləndirilən şəxs1: Yeri gəlmişkən, Azad, mən bir məsələ ilə bağlı sənin fikrini öyrənmək istəyirdim. Sən dərhal anlayacaqsan mən nə deyirəm. Sən 3-cü katib Loran Ledini xatırlayırsan? Təqsirləndirilən şəxs2: Bəli, o həmişə mənimlə danışmaq istəyən şəxs. Təqsirləndirilən şəxs1: Yox, bu başqa Lorandır. iki Loran var. Loran Ledi 3-cü katib, səninlə danışmaq istəyən isə Təqsirləndirilən şəxs2: (Sözünü kəsir) Həmişə Karolin ilə birikdə olan. Təqsirləndirilən şəxs1: Ay sağ ol, odur. Frederik Bakını tərk etdikdən sonra, digər Loran sənə yaxınlıq etməyə başlayanda, Ledi mənə yaxınlaşdı. Sonra biz dost deməzdim, amma, anlaşmağa başladıq. Təqsirləndirilən şəxs2: Yoldaş oldunuz. Təqsirləndirilən şəxs1: Hə, yaxşı yoldaş olduq. O, bizdən şərab aldı, o bizim dequstasiya tədbirlərimizdə iştirak etdi. Valideynlərim gələndə onunla tanış etdim. Təqsirləndirilən şəxs2: Yəni, sənə yaxınlıq etdi. Təqsirləndirilən şəxs1: Hə. Mən hesab edirdim ki, arada dostluq münasibəti yarandı. Bilirsən, adam "fake" olanda görürsən axı, nə isə hiss edirsən də hər-halda. Onda isə mən qeyri-səmimilik sezmədim. Təqsirləndirilən şəxs2: O, bir az səmimidir. Təqsirləndirilən şəxs1: Mən bilirdim ki, o, orda işləyirdi, Frederik kimi. Amma o, özünü o yerə qoymurdu. Təqsirləndirilən şəxs2: Hə, o, Frederikdən daha səmimidir. Təqsirləndirilən şəxs1: Ay sağ ol. Təqsirləndirilən şəxs2: O, həm də daha gəncdir. Təqsirləndirilən şəxs1: Bəli. Nə isə. Bu yay, onun yoldaşı iyun ayında Fransaya qayıtdı. O isə 17 avqusta qədər hələ işdə idi. Biz 14 iyul tədbirində qarşılaşdıq. Onun yüksək əhval-ruhiyyəsi var idi. Mən ona dedim ki, çıxıb gedəndən öncə bir manqal axşamı keçirək, filan. Həmişə elədiyimiz kimi də. Mən bilirsən ki, iyul ayında çox məşğul idim, mənzil axtarışı, filan. Çox işim var idi. O da yadıma düşmürdü. Amma, avqustun əvvəli, ayın 2-3 ü, yadıma düşdü ki, o yaxınlarda gedəcək, ona WhatsApp-la yazdım. Onun bir proqramı var, sən başa düşmürsən o, oxuyub ya yox. Sənin İrlandiya nömrən kimi sms göndərəndə göy rəng görünmür, oxuyub-oxumadığını bilmirəm. Təqsirləndirilən şəxs2: Bu proqramı hamı tətbiq edə bilər, yoxsa necə? Təqsirləndirilən şəxs1: Yox, bu parametrlərdədir. Sən özün qoyursan onu. Nə isə, mən yazdım, bilmədim gördü ya yox. Mən ona yazmışdım ki, "Loran, sən gedirsən, müsait olanda de”, filan. Geri dönüş olmadı. Bir həftə sonra fikirləşdim ki, gedişinə bir həftəsonu qalıb, bir neçə gün əvvəl şənbə günü manqal təşkil etməyi təklif etdim. Geri dönüş olmadı. Və nəhayət çox vacib detal! Mənim bir kompüterim var, onun klaviaturası pis işləyir. Bir dəfə onunla danışanda dedim, klaviatura almaq istəyirəm, filan. Loran mənə dedi ki, mən sənin üçün taparam. O, mənə səfirlikdən klviatura gətirdi. Təqsirləndirilən şəxs2: Hədiyyə etdi? Təqsirləndirilən şəxs1: Bəli, çünki səfirlikdə istifadə olunmayan çoxlu texniki vasitə var. O da dedi ki, orda klaviatura olsa mənə verəcək. O, mənə bir klaviatura və bir siçan gətirdi. Bu andan etibarən mənim paranoyam başladı. Bir neçə gün əvvəl Loranın davamçısı mənə yazır. Azərbaycana təzə gəlib. Dərhal sən deyə müraciət edir, sanki tanışıq, ”Loranın telefonu ilə problemi var idi, sənin ismarışlarma cavab verə bilmədi, mən onun davamçısıyam, haradasa otura bilərdik”, filan. Mən bunu çox, çox, çox qəribə hesab edirəm. Təqsirləndirilən şəxs2: Onun adı nədir, kimdir? Təqsirləndirilən şəxs1: Onun adı Jeromdur, Loranın yerinə gəlib. Hələ görüşməmişik. Təqsirləndirilən şəxs2: O, Fransadan gəlib, yoxsa başqa ölkədən? Təqsirləndirilən şəxs1: Hə fransizdir, Fransa səfirliyidir. Təqsirləndirilən şəxs2: Bilidim e, yəni Təqsirləndirilən şəxs1: (Sözünü kəsir) Hə anladım, bilmirəm. Hələ görüşməmişik, bilmirəm. Cümə axşamı görüşəcəyik. Mənim qəribə hesab etdiyim nədir, hətta Frederik, sənə, mənə yazdı və vidalaşdı. Təqsirləndirilən şəxs2: O da bizi aldatdı. O demişdi ki, görüşəcəyik, ancaq ismarış yolladı, vəssalam. Yalan danışdı. Təqsirləndirilən şəxs1: Hə, ok, amma bu, heç ismarış da yazmadı. Heç nə bilmirəm, qeyb oldu. Hə, paranoyam nə ilə bağlıdır. Mən öyrənmək istəyirəm ki, klaviaturada bir şey ola bilər? Təqsirləndirilən şəxs2: Klaviaturaya gəldikdə, nə bilim. Dinləmə cihazı (tam) Kamera olsaydı, məsələn, bu daha təhlükəli olardı, çünki bu həm də izləmə sistemidir. Dinləmə cihazı, məsələn mikrofon, nə bilim. Dinləmə cihazını siçana qoya bilərmi, bilmirəm. Texniki olaraq düşünürəm ki, bu mümkündür. Təqsirləndirilən şəxs1: Bəli, bu mümkündür. Bu ola bilər, onun gedəndən əvvəl kontakta girmədiyinin səbəbini izah edir. Mən siçanı ayırıb kənar bir yerə uzaqlaşdırdım. Mən mütəxəssisə göstərəcəyəm. Qəribəsi odur ki, biz çox yaxın idik. O, ismarışa cavab verməsə də, gördüyünü bilirəm. Çünki davamçısı dedi də. Bunların hamısının fransız nömrəsi var, bir neçə nömrəsi var. Niyə mənə yazmadı ki - Martin, səninlə sağollaşmağa vaxtım olmadı, səni tanımağa şad idim - kimi. Təqsirləndirilən şəxs2: Bilirsən, bu onların sistemidir. Gördüyün kimi. Mən düşünürəm ki, fransız diplomatlar bizimlə, danışanda əlaqəli şəkildə hərəkət edirlər. Təqsirləndirilən şəxs1: Yəni? Təqsirləndirilən şəxs2: Yəni paralel olaraq eyni metodlarla, eyni prinsiplərlə. Onlar bizi mənbə hesab edirlər. Onlar ilk növbədə səmimi ortam yaratmağa cəhd edirlər ki, biz dostuq, yoldaşıq və s. Sonra isə bildikləri kimi hərəkət edirlər. Təqsirləndirilən şəxs1: Yoxa çıxırlar. Təqsirləndirilən şəxs2: Bəli. Heç nə demədən, ismarış yazmadan yox olurlar. Onlar bizimlə çox soyuq rəftar edirlər. Bu da təhlükəlidir, çünki onlar səmimi ortam yaradan kimi sən onlara yaxınlaşırsan. Elədir? Təqsirləndirilən şəxs1: Hə, bu məntiqidir. Təqsirləndirilən şəxs2: Çünki biz insanıq və bu psixoloji haldır. Mən tək bir şey görürəm - bir fransız diplomat Azərbaycanı tərk edir, digəri gəlir və səninlə kontakta girməyə cəhd edir. Deməli, onların sistemi işləyir. Adamlar dəyişir, sistem isə fəaliyyət göstərir. İngilis kəşfiyyatı (agentura deyir) dilində desək, biz onlar üçün "assets”ik, bilirsən bu nə deməkdir? Mənbə, iki tip mənbə vardır. "Burned assets” (imkanları tükənmiş mənbə). Biz hələ burned deyilik. Çünki Frederik gedir, Loran gəlir, Loran gedir, digəri gəlir. Deməli, biz imkanları tükənmiş mənbə deyilik. Onların gözündə bizim dəyərimiz var. Ona görə kontakta girirlər. Təqsirləndirilən şəxs1: Onlar bizimlə qeyri-səmimi tərzdə münasibət qururlar. Təqsirləndirilən şəxs2: Qeyri-səmimi tərzdə professionallıq deyil. Loran mənə hələ də ciddi şeylər olanda yazır, məsələn, Rusiyada Priqojinin üsyanı olanda mənə yazdı ki, "mənə bir şey deyə bilərsən?" filan. Bu istifadədir. Təqsirləndirilən şəxs1: Mənə qəribə gələn odur ki, Ledi mənə heç vaxt sual vermirdi. Məndə elə təəssürat yaranıb ki, sanki o məndən məlumat almaqdansa, daha çox izləyirdi. Təqsirləndirilən şəxs2: Bəli, o izləyir ki, necə deyim?! Bir var yaxın dost, biri var lap yaxın dost. Onlar nəzarət edir, müşahidə edir. Düşünürəm ki, bizimlə onların iki məqsədi var. Birinci minimum məqsəd, ikincisi maksimum. Birincisi, məsələn, onlar yoxlayırlar ki, bəlkə biz Zaur kimi Azərbaycan orqanlarına işləyirik. O, səfirlikdə işləyəndə İnterpolla çox yaxın idi. O, səfirliyi tərk edən kimi bu əlaqələr kəsildi. Bu həqiqətdir. Bizim agent olmadığımıza dair əmin olmaq onların minimum məqsədidir. Maksimum məqsəd isə bizi agent etməkdir, bizdən mənbə kimi istifadə etməkdir. Çünki bilirlər ki, sən və mən çox ağıllıyıq, biz Azərbaycanın geopolitik məsələlərindən xəbərdarıq, məlumat veririk, üstəlik məlumatı təhlil şəklində vermək iqtidarındayıq. Təqsirləndirilən şəxs1: Bəli təhlil, kritika edə bilirik. Təqsirləndirilən şəxs2: Aydınlıq gətirə bilərik. Frederik və Loran mənə bir neçə dəfə demişdir ki, "sənə görə biz bəzi şeyləri daha yaxşı anlayırıq". Bu məlumat deyil, bu daha çox təhlildir. Onlara təhlil lazımdır, Martin. Təqsirləndirilən şəxs1: Bəli bu onlara maraqlıdır. Sənə bir praqmatik sual verəcəyəm. Mən paranoik olmaq istəmirəm, amma təsəvvür elə ki, cihazları yoxladıb öyrənirəm ki, səfirlik tərəfindən dinlənirdim. Fransada məsələn, belə şeylər qeyri-leqaldır. Gərək məhkəmə qərarı olsun. Burada biz Azərbaycan qanunvericiliyi altındayıq. Təsəvvür edirəm ki, bu daha ağır cinayətdir. Təqsirləndirilən şəxs2: Qeyri-leqaldır. Təqsirləndirilən şəxs1: Bu qeyri-leqaldır və bunu xarici dövlət edir. Mən xariciyəm, amma bunu mənə məxsus olmayan mənzildə ediblər. Təqsirləndirilən şəxs2: Bu casusluqdur və sən Azərbaycan rezidentisən, çünki sən 180 gündən artıqdır ki, Azərbaycanda yaşayırsan. Təqsirləndirilən şəxs1: Mən, səncə, mən tapsam nə etməliyəm. Məni heç nədə təqsirləndirə bilməzlər. Amma yenə də bu xəyanətdir. Təqsirləndirilən şəxs2: Mən sənə nəyi məsləhət edərdim - onlarla kontaktda qalmağı. Mən şəxsən düşünmürəm ki, orada hər hansı izləmə cihazı olsun. Lakin hər halda, sən mütəxəssisin rəyini almalısan. Nə isə tapsan, səfirliyə deyə bilərsən ki, "baxın, biz əlaqəni kəsmirik, amma, mənim əlimdə belə bir şey var. Bu təhdid deyil, amma onlara deyə bilərsən, bunu edin, bunu edin, əgər etməsəniz, mən bilirəm ki, məni dinləyirsiniz, mən bunu daxili orqanlara bildirə bilərəm". Başa düşürsən? Təqsirləndirilən şəxs1: Bəli, əlbəttə. Fikir mübadiləsi tərzdə. Təqsirləndirilən şəxs2: Hə, bunu təhdid kimi etmə, sadəcə de bilirəm. "Bilirəm, ona görə münasibətlərimizi yeni səhifədən başlayaq, daha səmimi olaq. Amma qulaq asın, siz mənim üçün bunu, bunu edə bilərsiniz. Çünki, sən düşündün ki, bu dostluq nümayişidir, hədiyyədir, ancaq bu xəyanət nümayişi oldu. Bu hər halda izləmədir". Sən nəzakətli danışa bilərsən. Təqsirləndirilən şəxs1: Bəli. Mən də şübhə edirəm ki, bu olsun. Çünki bu asanlıqla aşkar oluna biləcək şeydir. Həm də bu asanlıqla onlara qarşı çevrilə bilər. Hətta sənin Loranın bunu istəməz. Yəni mənim, məsələn, xəbərim var ki, yəni mən əgər xəyanətkar olsaydım, mən Rusiya səfirliyinə gedib deyərdim ki, Fransa səfirliyində Loran adlı şəxs MDU-nin məzunundan Rusiya haqqında məlumatlar alır. Yəni onlar da riskə gedirlər. Ona görə hesab edirəm ki, onlar çox professional deyil. Bu bir az qəribədir. Təqsirləndirilən şəxs2: Biz də riskə gedərik, hansısa məlumat olur, amma mən həmişə əməkdaşlığı inkar etmişəm, həmişə "yox" demişəm. Yəni mənim üçün risk azdır. Yəni bu normaldır kimsə yaxınlaşıb əməkdaşlığı təklif edəndə "yox" deyir. Burada risk yoxdur. Əgər desə ki, bəli, düşünərəm, edəcəyəm, bu təhlükəlidir. Təqsirləndirilən şəxs1: Bir dəfə başladınsa, geri addım atmaq çətindir, amma onlar mənə iranlıları izləməyi təklif etsələr, problem deyil, çünki Azərbaycan özü də iranlılara nəzarət edir. Lakin türkləri izləmək, bu təhlükəli olardı, rusları da, amerikalıları da, diqqətli olmaq lazımdır. Amma bu mənim peşəm deyil, mən bunu etmək istəmirəm, öz ölkəmdə deyiləm, çox risklidir. Nə isə. Sənin Priqojindən başqa, nə isə xəbərlərin var? Təqsirləndirilən şəxs2: Mənim yeni xəbərim yoxdur. Təqsirləndirilən şəxs1: Bu sentyabr, oktyabrda təkrarlanacaq. Təqsirləndirilən şəxs2: Müharibə ehtimalı var. Təqsirləndirilən şəxs1: Rusiya pasportu olanlar Qarabağı tərk edirlər, məncə qaçılmazdır. Əməliyyatlar (tam) Təqsirləndirilən şəxs2: Sən deyirsən ki, Rusiya pasportu olanlar Qarabağı tərk edirlər? Təqsirləndirilən şəxs1: Bəli, bu o deməkdir ki, onlar nəsə olacağını bilirlər» məzmunlu danışıqlarla bağlı Təqsirləndirilən şəxs2 ifadəsində bildirmişdir ki, həmin danışıqlarda o sosial şəbəkə vasitəsilə Fransız dilində Təqsirləndirilən şəxs1la danışmışdır. Danışığın əvvəlində Təqsirləndirilən şəxs1 ondan Fransa səfirliyin əməkdaşı olan kəşfiyyatçı Loran Lediti xatırlayıb-xatırlamadığını soruşmuş, o isə onu Loran Qrardla səhv salır. Sonra Təqsirləndirilən şəxs1 ona səfirlikdə Loran soyadlı 2 kəşfiyyatçının olduğunu, birinin Qrard, digərinin isə Ledit olduğunu ona deyir. Həmin vaxt o əvvəllər ifadəsində bildirdiyi Karolina adlı xanımla bir yerdə olan Lediti xatırlamışdır. Təqsirləndirilən şəxs1 kəşfiyyatçı Frederik Devosun ölkəni tərk etdikdən sonra Loran Qrardın əməkdaşlığı davam etdirmək üçün ona, Loran Leditin isə Frederikin davamçısı kimi Təqsirləndirilən şəxs1 yaxınlaşdığını deyir. Təqsirləndirilən şəxs1 Loran Leditin səmimi olduğunu, onun “Frederik kimi orada işlədiyini bildiyimi”, yəni Frederik kimi onun da Fransa xüsusi xidmət orqanının səfirlik pərdəsi altında fəaliyyət göstərən kəşfiyyatçısı olduğunu bildiyini qeyd edir. O isə X101 Devosdan daha səmimi və gənc olduğunu deyir. Daha sonra Təqsirləndirilən şəxs1 Loran Leditin 2023-cü ilin avqust ayının əvvəllərində ölkəni qəfildən son dəfə görüşmədən, mesajlarına cavab vermədən çıxıb getdiyini, bundan bir neçə gün sonra özünü onun kəşfiyyatçı olaraq davamçısı olan Jerom adlı şəxsin ona sms yazaraq görüş təklif etdiyini, bütün bunların onda qorxu yaratdığını, Loran Leditin onu güdmək və texniki olaraq izləmək üçün ona klaviatura və siçan hədiyyə etdiyini deyir, həmin cihazlarda hansısa texnika olub-olmayacağı ilə maraqlanmış, o da texniki olaraq bunun mümkün olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 Loran Leditin Azərbaycanı tərk edərkən onunla sağollaşmaması, smslərini görüb cavab verməməsi onu daha çox qorxutmuşdur. O isə həmin üsulların onların, yəni diplomat adı altında fransız kəşfiyyatçıların sistemi olduğunu, onlarla danışarkən əlaqəli şəkildə eyni prinsip və metodlarla hərəkət etdiklərini, kəşfiyyatçıların onları mənbə hesab etdiklərini, ilk növbədə səmimi ortam yaratmağa cəhd edərək dost yoldaş görüntüsü yaratdıqlarını, sonra isə bildikləri kimi hərəkət etdiklərini, yəni özlərindən mənbə kimi istədikləri məlumatları alandan sonra onları saymadıqlarını, heç nə demədən ismarıc yazmadan yox olduqlarını, səmimi ortam yaradan kimi onlara yaxınlaşacaqlarından çəkindiklərini bildirir. Təqsirləndirilən şəxs1 isə bunun məntiqli və doğru olduğunu qeyd edir. O danışıqları zamanı hər bir insan kimi bunun psixoloji hal olduğunu, fransız diplomatların, yəni kəşfiyyatçıların tez-tez dəyişdiyini, ancaq sistemlərinin işlədiyini, onların kəşfiyyatçılar üçün hələki lazımlı mənbə olduqlarını, imkanlarının tükənmədiyini bildiklərini, onların gözündə Təqsirləndirilən şəxs1 və özünün dəyərlərinin olduğunu, o səbəbdən də kəşfiyyatçıların dəyişməsinə baxmayaraq sonuncuların onlarla əlaqə yaratdığını, yenilərin dərhal onlarla əlaqə qurmağa yaxınlaşmağa cəhd etdiyini, kontakta girdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 isə kəşfiyyatçıların onlarla qeyri-səmim münasibət qurduqlarını deyir. O danışıqları zamanı qeyri-səmimiliyin professionallıqdan uzaq olduğunu, “istifadəçi” xarakter daşıdığını qeyd edir, hətta misal kimi Loran Qrardın ona yalnız ciddi hadisələr olanda müraciət etdiyini, məsələn Rusiyada Priqojinin üsyanı baş verən zaman ona yazaraq "mənə bir şey deyə bilərsən?", yəni o barədə ona nə məlumat ötürə bilər məzmunlu sözlər dediyini qeyd bildirir. Təqsirləndirilən şəxs1 isə cavabında kəşfiyyatçı Loran Leditin ona görüşlər zamanı suallar vermədiyini, “məlumat almaqdansa” daha çox izləmə təəsuratını onda yaratdığını qeyd edir. O “bəli kəşfiyyatçıların bizi izlədiyini, onların bizimlə əlaqə yaratmaqda 2 məqsədlərinin olduğunu, birinci minimum məqsədin bizim Azərbaycan orqanlarına işləyib-işləmədiyimizi müəyyən etmək, 2-ci məqsədlərinin isə bizi agent edərək mənbə kimi istifadə etmək olduğunu” bildirir və qeyd edir ki, “sən və mən çox ağıllıyıq, biz Azərbaycanın geopolitik məsələlərindən xəbərdarıq, məlumat veririk, üstəlik məlumatı təhlil şəklində vermək iqtidarındayıq”, yəni demək istəyir ki, özü və kəşfiyyatçılar üçün çox lazımlı mənbələrdilər, kəşfiyyatçılar onlardan çox rahat şəkildə təhlil oldunmuş məlumat alırlar. Təqsirləndirilən şəxs1 da dediklərini təsdiq edərək, təhlil və kritika edə bildiklərini qeyd edir. O Təqsirləndirilən şəxs1 “aydınlıq gətirə bilərik. Frederik və Loran mənə bir neçə dəfə demişdir ki, "sənə görə biz bəzi şeyləri daha yaxşı anlayırıq". Bu məlumat deyil, bu daha çox təhlildir. Onlara təhlil lazımdır, Martin.” məzmunlu sözlər deyir, yəni demək istəyir ki, kəşfiyyatçılar onlara verdikləri məlumatları təhlil şəklində vermələrindən çox məmnundurlar. Daha sonra Təqsirləndirilən şəxs1 ondan Loran Leditin ona verdiyi texniki cihazlarda casus avadanlıqları aşkar edəcəyi təqdirdə, bunun onlar tərəfindən ona qarşı törədilən cinayət olub-olmadığını soruşur, o da Təqsirləndirilən şəxs1 Azərbaycan rezidenti olduğundan ona qarşı törədilən casusluq cinayəti olduğunu qeyd edir. Təqsirləndirilən şəxs1 orada casus cihazları tapacağı təqdirdə nə etməli olduğunu ondan soruşmuşdur. O da “Mən sənə nəyi məsləhət edərdim - onlarla kontaktda qalmağı. Mən şəxsən düşünmürəm ki, orada hər hansı izləmə cihazı olsun. Lakin hər halda, sən mütəxəssisin rəyini almalısan. Nə isə tapsan, səfirliyə deyə bilərsən ki, "baxın, biz əlaqəni kəsmirik, amma, mənim əlimdə belə bir şey var. Bu təhdid deyil, amma onlara deyə bilərsən, bunu edin, bunu edin, əgər etməsəniz, mən bilirəm ki, məni dinləyirsiniz, mən bunu daxili orqanlara bildirə bilərəm". Başa düşürsən?” məzmunlu ona cavab verir. Bunları Martinə deməyinə səbəb o, olmuşdur ki, Təqsirləndirilən şəxs1 kəşfiyyatçılarla nəzakətli formada izləndiyinin bilməsini çatdırsın. Yəni ona qarşı haqsızlıq edildiyini aşkara çıxartdığını kəşfiyyatçılara çatdırsın. Daha sonra Martin onu izlədiklərindən tam əmin olmadığını, onu izləmədiklərini düşündüyünü, bunun asanlıqla aşkar oluna bilən hal olduğunu, elə hal olacağı təqdirdə bunun onların əleyhinə çevrilə biləcəyini, o halın özünün əlaqə saxladığı Loran Qrard üçün də yaxşı olmayacağını, Təqsirləndirilən şəxs1 hər an Rusiya səfirliyinə gedib Fransa səfirliyində Loran adlı şəxsin MDU-nin məzunundan, yəni ondan Rusiya haqqında məlumatlar aldığını deyə biləcəyini, bununla onların riskə getdiklərini bildirir, onu texniki cihazla izləmələri professionallıqdan kənar hərəkət kimi olduğunu qeyd edir. O da cavabında üstüörtülü şəkildə kəşfiyyatçılarla gizli əlaqəyə girib onlara məlumat ötürmələrini risk olduğunu, ona baxmayaraq həmişə əməkdaşlığı inkar etdiyini, həmişə "yox" dediyini, özü üçün riskin az olduğunu, kiməsə yaxınlaşıb kəşfiyyatçı əməkdaşlıq təklif edəndə "yox" deməyin risksiz olduğunu, “bəli, düşünərəm, edəcəyəm” deyəcəyi təqdirdə isə təhlükəli ola biləciyini danışır. Təqsirləndirilən şəxs1 isə kəşfiyyatçılarla bir dəfə ələqəyə girdinsə, başladınsa, geri addım atmağın çətin olduğunu, amma onların ona iranlıları izləməyi təklif edəcəkləri təqdirdə problem olmayacağını, çünki Azərbaycanın özünün də iranlılara nəzarət etdiyini, lakin Azərbaycanda türkləri, rusları, amerikalıları izləməyin təhlükəli olduğunu, diqqətli olmaq lazım olduğunu bildirir, həmçinin qeyd edir ki, onun peşəsi deyil, o, öz ölkəsində deyil yad ölkədədir, elə hərəkətlər etməyi risklidir. Daha sonra ondan Priqojindən başqa nə isə xəbərləri olub-olmadığını soruşur, o da yeni xəbər olmadığını, müharibə ehtimalının olduğunu deyir. Təqsirləndirilən şəxs1 Rusiya pasportu olanların Qarabağı tərk etdiklərini, onların nəsə bildikləri üçün oranı tərk etdiklərini, əməliyyatların qaçınılmaz olduğunu bildirir. Məhkəmənin müvafiq qərarı əsasında xx.xx.2023-cü il tarixdə saat 20:46 dəqiqədən saat 21:26 dəqiqəyədək olan müddətdə Təqsirləndirilən şəxs1 yaşadığı mənzildə qulaq asılaraq qeydə alınmış Təqsirləndirilən şəxs1 və özü ilə aparılmış danışıqda sonuncu Loran Qrarla bağlı bağlı söhbətə başlamaqla «…………Təqsirləndirilən şəxs2: Mənim telefonum xarab olmuşdu. Mən başqasını aldım ki, Signal-ı yükləyim. Təqsirləndirilən şəxs1: Hə, siz Signal-la əlaqə saxlayırdınız? Təqsirləndirilən şəxs2: Hə, bəs siz? Təqsirləndirilən şəxs1: WhatsApp-la. Amma o məndən elə bir şey soruşmurdu. Təqsirləndirilən şəxs2: Signal daha çox şifrəlidir. Amma mən etmədim (Signalı yükləməyi nəzərdə tutduğu ehtimal olunur). Üstəlik bilirəm ki, bununla (tam) Ölkənin arxasında (tam). Mən əminəm ki, Qarabağdakı əməliyyat başlayanda, ola bilər ki, o, mənə yazıb, çünki Signal yoxdur. Mən yükləmirəm, çünki səfirlikdən xeyir əldə edə bilərəm(?). Təqsirləndirilən şəxs1: Bu təhlükəlidir. Xüsusilə hazırkı zamanda. Təqsirləndirilən şəxs2: Təhlükəli və əhəmiyyətsiz. 100% əhəmiyyətsiz. Təqsirləndirilən şəxs1: Bəli, çünki Fransa xətti Təqsirləndirilən şəxs2: (Sözünü kəsir) Xanım Katrin (Catherine Colonna) Yerevana gedir. Sən düşünürsən ki, fransızlar Ermənistanda olacaq? Fransızlar Zəngəzurda olsa Təqsirləndirilən şəxs1: (Sözünü kəsir) Bu təhlükəli olar. Buranın fransızları üçün təhlükəli olar, demək istəyirəm. Təqsirləndirilən şəxs2: Mən üstünlük verirəm ki, Zəngəzurda Fransa silahlı qüvvələri yerləşdirilsin. Çünki necə deyərlər, qoca FSB nəzarət etməsin. Təqsirləndirilən şəxs1: Niyə FSB? ’ Təqsirləndirilən şəxs2: X154 Qoşunları yoxdur. Bizdə var. Bu ordudur. Fransada. Təqsirləndirilən şəxs1: X155. Təqsirləndirilən şəxs2: Rusiyada bütün sərhədlər FSB tərəfindən qorunur. Bu hərbi kəşfiyyatdır. Mən ona görə Zəngəzurda FSB-dənsə Fransa ordusunu görmək istərdim. Əgər FSB Zəngəzura nəzarət eləsə, biz uduzduq. Təqsirləndirilən şəxs2: Sən və mənim üçün ən önəmli məqam ex-şəbəkə ilə bitirməkdir. Onlar bizə heç bir dəyər vermirlər. Bunlardan biri səfirlikdir. Səfirlik bizə heç nə vermədi. Təqsirləndirilən şəxs1: Məni izləyir. Loran mənim kompüterimə klaviatura gətirir, sonra qeyb olur. Sonra onun davamçısı, palçıq vulkanlarına gəzintiyə çıxır. Nə edəcək orada? Təqsirləndirilən şəxs2: Gözdən, qulaqdan uzaqda. Təqsirləndirilən şəxs1: Onu iran maraqlandırırdı. Təqsirləndirilən şəxs2: Sənin iranlı dostların var ki? Onlar üçün mən Rusiyayam, sən İransan. Sən qarabuğdayısan. Təqsirləndirilən şəxs1: Burada mən azərbaycanca danışanda turk ləhcəm olur. Təqsirləndirilən şəxs2: Mən ümid edirəm ki, cənab Loran başa düşəcək ki, mən ona cavab vermədim. Ciddi məsələlər olan kimi mənə yazır, mənə heç bir şey vermədən. Mən düşünürəm ki, istəsəydi mənə nəsə təklif edərdi. Məsələn, mənə deyə bilərdi ki, direktor kimdir və ya bunu tanıyıram. Heç nə. Təqsirləndirilən şəxs1: Azad, mənim anlamadığım nədir?! O səninlə ciddi tədbirlər (məxfilik) görür. Mən isə bu tərəfdən hər şeyi bilirəm. O bilmir ki, mən kimin üçün işləyirəm. Mən, məsələn, Rusiya səfirliyində görüş istəyib, deyə bilərəm ki, sizin üçün məlumatım var, Loran adlı şəxs var, sizin əleyhinizə kəşfiyyat işi həyata keçirir. Təqsirləndirilən şəxs2: Yox, sən bunu etməzsən. Desən məni öldürərlər (gülür). Təqsirləndirilən şəxs1: Yəni o, bu boşluğu normal hesab edir. Çünki mənim fikrimcə, ruslar bunu öyrənsə, Fransa ilə burada başqa cür rəftar edəcəklər. Onlar məncə həvəskardırlar, özü də pis niyyətli. X167 Təqsirləndirilən şəxs2: Qrar? Təqsirləndirilən şəxs1: Qrar. Biz Zaurla bir dəfə Loranla rastlaşdıq. Onlar Sırovamyada nahar edirdilər. Onların mənbə ilə görüşü var idi. Mən onu sonra gördüm. O, fransızdilli deyil. Naharın birində 30 nəfər var idilər, şərab sifariş vermişdilər. Loran mənə deyir, sən öz şərabını reklam etməliydin. Mən dedim hamının xəbəri var. Bu mənim ölkəmdir. Bu dəhşətdir. Təqsirləndirilən şəxs2: Mən bu xalqın istifadəçi cəhətini gördüm, ingilis dilində kəşfiyyat termini var. Mən bir ingilis serialına baxdım. Film İngiltərədə casusluğa qarşı mübarizə və s. mövzuda idi. Onlar assets termini işlədir. Mənbə. Biz agent deyilik. Biz mənbəyik. Uzr işəyirəm ifadəmə görə, bir növ Təqsirləndirilən şəxs1: (Sözünü kəsir) Fahişə kimi. Təqsirləndirilən şəxs2: Bəli. Mən Fransa səfirliyinin tədbirlərinə getmək istəmirdim, xüsusilə, sən mənə dediyin gün” məzmunlu danışıqlarla bağlı Təqsirləndirilən şəxs2 ifadəsində bildirmişdir ki, həmin danışıqlar onunla tanışı Təqsirləndirilən şəxs1 arasında baş tutmuşdur. Danışığın əvvəlində onlar ümumi məişət söhbətlərindən danışırlar, Azərbaycan və xaricdəki iş imkanları barədə söhbət edirmişlər, daha sonra o telefonunun xarab olduğunu bildirir, yeni telefon aldığını və həmin telefona “SİGNAL” adlı mobil proqramını yüklədiyini Təqsirləndirilən şəxs1 deyir, sonuncu isə onun “SİGNAL”la əlaqə saxlayıb-saxlamadıqlarını soruşur. Həmin vaxt Təqsirləndirilən şəxs1 ondan Fransa Səfirliyin əməkdaşı kəşfiyyatçı Loran Qrardla əlaqəsi barədə maraqlanır, yəni Loran Grardla «Signal» proqramı vasitəsilə danışıb əlaqə saxladığını soruşur. O da onu təsdiq edərək Loran Qrardla həmin proqram vasitəsilə əlaqə saxladığını qeyd edir və Təqsirləndirilən şəxs1 onun özünün Fransız kəşfiyyatçılarla hansı formada əlaqə saxladığını soruşmuşdur. Təqsirləndirilən şəxs1 isə “Whatsapp” vasitəsilə əlaqə saxladıqlarını ona deyir. Daha sonra o «Signal»ın daha çox şifrəli olduğunu, amma onu yükləmədiyini deyir və Qarabağda 2023-cü ilin sentyabr ayında antiterror əməliyyatları başlayanda Loran Qrardın çox güman ki, ona yazdığını, amma proqramı yükləmədiyindən Loran Grardla danışa bilmədiyini demiş, Təqsirləndirilən şəxs1 Fransa səfirliyindən hər hansı xeyir əldə edə bilib-bilməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs1 isə bunun hazırkı zamanda təhlükəli olduğunu bildirir, o da onu təsdiqləyərək əhəmiyyətsiz olduğunu ona deyir. Elə deməyinə səbəb o imiş ki, həmin vaxtlarda o X122 şirkətlərinin, eləcə də digər xarici şirkətlərin rəhbərlərinə özünün tərcümeyi-halını göndərməyini xahiş edibmiş, lakin Loran Qrard ona ilkin olaraq boş vəd verərək, sonradan isə onu edə bilməyəcəyini demişdir. Ona görə də o Fransa səfirliyinidən hər hansı xeyir əldə edə bilməyəcəyini Təqsirləndirilən şəxs1 demişdir. Daha sonra o Fransanın Avropa və xarici işlər naziri X27 getdiyini, fransızların Ermənistanda olacağını deyir, Təqsirləndirilən şəxs1 isə onların Zəngəzurda olmasının münasibətləri daha da kəskinləşdirərək Azərbaycanda yaşayan fransızlar üçün təhlükəli ola biləcəyini ona bildirir. O Zəngəzur bölgəsində Rusiyanın sərhədlərini qoruyan FSB-nin deyil, Fransa qüvvələrinin yerləşdirilməsini istədiyini demiş, FSB-nin hərbi kəşfiyyat orqanı olduğunu və onların ora gələcəkləri təqdirdə Azərbaycanın məğlub olacağını bildirmişdir. X90 daha neytral mövqedədir və reqionda həqiqətən də sülh gətirmək niyyətindədir, Rusiya isə öz növbəsində Qafqazda işğalçı və separatist siyasət yürütmüş, Qafqaz xalqlarını bir-birilərinə vuruşduraraq Qafaqzda öz işğalçı və hökmran mövqeyini hazırkı zamana kimi saxlamışdır. O “Sən və mənim üçün ən önəmli məqam ex-şəbəkə ilə bitirməkdir. Onlar bizə heç bir dəyər vermirlər. Bunlardan biri səfirlikdir. Səfirlik bizə heç nə vermədi” məzmunlu sözlər deyərək, özü və Təqsirləndirilən şəxs1 üçün Fransa Səfirliyində işləyən kəşfiyyatçılarla olan əlaqələrini kəsməyin özləri üçün üçün çox önəmli məsələ olduğunu, kəşfiyyatçıların onlara dəyər vermədiklərini, onlara heç nə xeyirləri dəymədiklərini bildirmişdir. Təqsirləndirilən şəxs1 isə “Məni izləyir. Loran mənim kompüterimə klaviatura gətirir, sonra qeyb olur. Sonra onun davamçısı, palçıq vulkanlarına gəzintiyə çıxır. Nə edəcək orada?” məzmunlu sözlər deyərək Frederik Devosdan sonra əlaqəsinə verildiyi Fransız kəşfiyyatçı Loran Leditin ona kompüteri üçün klaviatura verdiyini, həmin klaviaturanın içərisində ola biləcək hər hansı texniki vasitə ilə onu izlədiyini, sonra qəfildən ölkəni tərk edib getdiyini, onu əvəz edən yeni kəşfiyyatçı Jeron Gassarinonun onu məxfi görüş üçün Qobustanda palçıq vulkanlarına apardığını ona demişdir. O Qobustanda palçıq vulkanlarının olduğu ərazinin gözdən-qulaqdan uzaqda olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 isə onun, yəni X87 barədə ondan maraqlandığını ona deyir. O da Təqsirləndirilən şəxs1 İranlı dostlarının olub-olmadığını soruşmuş və Fransa Səfirliyinin kəşfiyyatçıları üçün özünün “Rusiya” olduğunu, onun isə xarici görkəmcə qarabuğdayı kimi iranlılarla oxşadığı üçün “İran” olduğunu Təqsirləndirilən şəxs1 bildirir. Martin X47 X17rşı hər hansı bir fəaliyyət aparıb-aparmamasını, həmçinin Rusiya haqqında soruşduğunu ona demişdir. O səbəbdən də, o Təqsirləndirilən şəxs1 o cür demişdir. “Ex-şəbəkə ilə bitirmək” dedikdə isə o ümumiyyətlə Fransa Respublikası ilə əlaqəli olan şəxslərlə bütün əlaqələrini kəsməyi nəzərdə tutmuşdur. O həmin əlaqəli şəxslərin vasitəsilə nüfüzlu xarici şirkətlərdə özünə perspektivli iş axtarırmış. Ona görə də Fransa səfirliyinin, Azərbaycan Fransa Universitetinin (UFAZ), “Bakou Francophone”, “AFChamber” adlı qeyri-hökümət təşkilatlarının və Fransada təhsil alan azərbaycanlı məzunlarının ictimai birliyinin keçirdiyi bütün tədbirlərdə aktiv iştirak edirmiş və həmin tədbirlərdə iştirak edən şəxslərlə xoş münasibət qurmağa çalışırmış. Lakin bir müddət keçdikdən sonra, o münasibətlər heç bir fayda vermədiyindən Təqsirləndirilən şəxs1la danışıq zamanı nəzərdə tutduğu ex-şəbəkə ilə əlaqəni kəsməyi bildirir. Həmçinin “Ex-şəbəkə” dedikdə, o kəşfiyyat əlaqələrini nəzərdə tutmamışdır. Orada o keçmişdə olan bütün həm xarici həm də yerli əlaqələrini nəzərdə tutmuşdur. Daha sonra o Loran Qrardın ciddi məsələlər olan kimi ona yazdığını, ancaq müqabilində heç nə vermək istəmədiyini, ona nəsə təklif edə biləcəyini, məsələn direktor kim olduğunu deyə biləcəyəni bildirir, Loran Grard yazan zaman isə ona cavab vermədiyini qeyd edir. Həmin vaxt o Loran Grardın ona hər hansı bir xarici şirkətdə iş tapmaqda köməklik göstərmək imkanının olduğunu, ən azından hər hansı bir tanış şirkət direktorları haqqında məlumat vermək imkanının olduğunu, lakin onu etmədiyini bildirmək istəmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 ona “Azad, mənim anlamadığım nədir?! O səninlə ciddi tədbirlər görür. Mən isə bu tərəfdən hər şeyi bilirəm. O bilmir ki, mən kimin üçün işləyirəm. Mən, məsələn, Rusiya səfirliyində görüş istəyib, deyə bilərəm ki, sizin üçün məlumatım var, Loran adlı şəxs var, sizin əleyhinizə kəşfiyyat işi həyata keçirir.” məzmunlu sözlər deyir. Həmin vaxt Təqsirləndirilən şəxs1 kəşfiyyatçı Loran Qrardın onunla ciddi tədbirlər gördüyünü, yəni məxfi əməkdaşlıq etdiyini, ancaq onun bütün bunları Martinə danışdığını və sonuncunun Loranla aralarında olan münasibətlər barədə Rusiya Səfirliyinə gedib rahat şəkildə məlumat verə biləcəyini, Loran Grardın Azərbaycanda Rusiyaya qarşı kəşfiyyat işi apardığını deyə biləcəyini nəzərdə tutur. O isə zarafatca Təqsirləndirilən şəxs1 elə bir şey edəcəyi təqdirdə, Fransa kəşfiyyatçılarının onu “öldürə biləcəyini” bildirir. Təqsirləndirilən şəxs1 isə onların “pis niyyətli həvəskar”, yəni işinin peşəkarı olmayan kəşfiyyatçı olduqlarını bildirir, Rusiyanın o barədə məlumat əldə edəcəyi təqdirdə Azərbaycanda Fransaya qarşı başqa cür davranacaqlarını söyləyir. Daha sonra X184 Mustafayevlə birlikdə bir dəfə Loran Qrardla Bakıda “Sirovarniya” adlı restoranında rastlaşdığını, onların orada nahar etdiklərini, fransızdilli olmayan mənbə ilə görüşdüklərini deyir. Bundan əlavə Təqsirləndirilən şəxs1 30 nəfərlik naharın birində Loranın ona şərablarını reklam etməli olduğunu deməsini bildirir və ölkəsindən dəhşətə gəldiyini qeyd edir. O da fransız xalqının “istifadəçi” xalq olduğunu, onların kəşfiyyatçılar üçün agent yox, sadəcə mənbə olduqlarını bildirir, Təqsirləndirilən şəxs1 isə sözünü kəsib o halın fahişələrdən istifadə kimi olduğunu bildirir, özü də onu təsdiqləyərək Fransa Səfirliyinin tədbirlərinə getmək istəmədiyini bildirmişdir. Loran Grard onunla səmimi və dostluq münasibətlərini yaradaraq qeyri-profesional fəaliyyət aparırmış, yəni onunla apardığı söhbət müqabilində ona heç bir mükafat, maddi və ya sair nemət verilmirmiş, özü də öz növbəsində Loran Grarddan heç bir şey istəmirmiş. Loran Grard sadəcə olaraq öz işinin aparılması məqsədilə onun analitik qabiliyyətindən və biliklərindən istifadə edirmiş. Bir müddət keçdikdən sonra, o bunu başa düşmüş, ona görə də Təqsirləndirilən şəxs1 fransız xalqının “istifadəçi” olduğunu bildirmişdir. Məhkəmənin müvafiq qərarı əsasında xx.xx.2023-cü il tarixdə saat 21:08 dəqiqədən saat 23:08 dəqiqəyədək olan müddətdə Təqsirləndirilən şəxs1 yaşadığı mənzildə qulaq asılaraq qeydə alınmış Təqsirləndirilən şəxs1 və özü ilə aparılmış «………..Təqsirləndirilən şəxs1: Bu məni təəccübləndirdi, mən mühakimə etmirəm. Mənim şahmat tədris etdiyim amerikalı şagirdlərimin valideynləri Azərbaycanı tərk etmək üzrədirlər. Çünki onlar USAİD üçün işləyirdilər. Onlardan soruşuram ki, hər şey necə olacaq, filan. Deyirlər, Martin, biz bilmirik nə zaman, uşaqlar tədrisi bitirəcəklərmi, filan. Deməli, amerikalılar sürətlə (tam) Fransa, filan (tam) Yeni səhifə. Rusiyanı bilmirəm. Məndə belə təəssürat var ki, Rusiya yenidən gizlicə ələ keçirib. Mən indi bilmirəm, ölkə necə olacaq. Ölkənin gələcəyini necə görürsən? Beş ildən sonra, məsələn? Təqsirləndirilən şəxs2: Bu çətin sualdır. Çünki, iki il əvvəl düşünürdük ki, iranla müharibə 2-3 gün (tam) Çünki İran-Azərbaycan müharibəsi başlamaq üzrə idi. Hər şey ciddi idi. Bakıda bir neçə terror aktı oldu, Bravoda. İran ordusu Azərbaycanla sərhəddə Xəzər dənizində yerləşdirilmişdi. Mən düşünürdüm ki, biz iranla müharibə etmək üzrəyik. Lakin, hökumət İranla bütün konfliktləri həll etməyi bacardı. Onlar yeni səhifədən başlamağı bacardılar. Amma hər halda İranla münaqişə Amerika və ya Fransa ilə münaqişədən daha ciddi problemdir. Amerika ilə biz, USAİD-i bağladıq. Həm də bilmirəm, xəbərlərdə gördün, ya yox. Ya bu gün, ya sabah, Marriott-da Amerikanın keçmiş məzunlarının böyük tədbiri təşkil olunmalı idi. Bəzi KİV-lər yaydılar ki, bu Amerika agentləridirlər. Bütün xaricdə, Amerikada oxuyan azərbaycanlılar Təqsirləndirilən şəxs1: (Sözünü kəsir) Bu rus düşüncəsidir. Təqsirləndirilən şəxs2: Bəli, bu rus düşüncəsidir. Media dedi ki, Azərbaycan xidməti yoxlayacaq və tədbirdə iştirak edəcək. Tədbir təxirə salındı. Amerika səfirliyi də məyus oldu ki, hamı, Amerikada təhsil almış şəxslər agent kimi hesab edilmişlər. Mən də bir az qorxuram, çünki sabah bu hal Fransa ilə də ola bilər. Məsələn, mən rəsmi olaraq Alumni Assosiasiyasının üzvüyəm, mən, Asim Məmmədov. Asim Məmmədov üzv deyil, həmsədrdir. Vazeh Əsgərov... Bəlkə də DTX da məni izləyib. Çünki, mən 5-7-8 dəfə Loran və Frederik ilə görüşmüşəm. Ola bilər. Bəlkə də şəkillər var. Təqsirləndirilən şəxs1: Əlbəttə. Əslində amerikalıların Azərbaycanda agentura (?) üçün vasitələri var, istifadə üçün vasitələri var idi. Fransada isə yoxdur. Təqsirləndirilən şəxs2: Fransanın burada agenti yoxdur?! Təqsirləndirilən şəxs1: Yox, təhlükə yoxdur. Fransanın ’Tıltirdən keçirməyə” vasitəsi yoxdur. Amerikanın isə var. Həm də, DTX- filan, nəisə edə bilər, amma sənə neqativ yanaşmaya da bilər. Təqsirləndirilən şəxs2: Onlar mənə güvənməyə bilərlər. Təqsirləndirilən şəxs1: Bəlkə də, əksinə, sən onlara maraqlı məlumat verə bilərdin. Təqsirləndirilən şəxs2: Ok, mənim nə məlumatım var ki? Təqsirləndirilən şəxs1: Məsələn, səni kofe içməyə dəvət edən diplomat nə istəyir, nə axtarır. Əgər sən desən ki, Rusiyanı izləmək istəyirlər-ah, maraqlıdır.- Belə şeylər onları maraqlandıra bilər. Fransa diplomatlarının Azərbaycanda fəaliyyəti necədir? Mən düşünürəm ki, onların sənə ehtiyacı olmaz. Hər şeyi bilirlər. Təqsirləndirilən şəxs2: izləmə altında Təqsirləndirilən şəxs1: (Sözünü kəsir)... (pıçıltı) Təqsirləndirilən şəxs2: Əminsən? Təqsirləndirilən şəxs1: ..Onlar işləyir... (Fasilə, normal səslə davam edir) Çoxlu azərbaycanlı var ki Təqsirləndirilən şəxs2: (Sözünü kəsir) Kim dedi sənə? Frederik? Təqsirləndirilən şəxs1: ... Bəli. Dövlət qurumunda. Təqsirləndirilən şəxs2: ... Təqsirləndirilən şəxs1: Hazırda səfirlikdən kimin (tam) Mən düşünürəm a, Loramfilanı demirəm, xanım Buayonun yoldaşının əli ilə dövlətlə əlaqəsi var. X88 pul çamadanını daşıyan oğlan olub. Təqsirləndirilən şəxs2: Boris Fransanın iraqdakı səfiri olub. Təqsirləndirilən şəxs1: Ərəb dilini bilir. Az əvvəl onunla rastlaşdım. Pis birinə oxşamır. Mən elə bilirdim ki, o, yaxşı adam deyil. Onlar içərək qadınlardan danışırlar. Azad Martinin sağlığına içərək onu Britaniya pasportu üçün müsahibəni uğurla keçdiyinə görə təbrik edir. Sonra Azad davam edir: Təqsirləndirilən şəxs2: Fransanın Azərbaycanda agentura şəbəkəsi yoxdur. Düzdür, sənin və mənim kimi kiçik informatorlar var. Bu qədər. Təqsirləndirilən şəxs1: Və biz Azərbaycanın əleyhinə informasiya vermirik. Təqsirləndirilən şəxs2: Bəli, xüsusilə əleyhinə vermirik. Mən xüsusən Rusiya haqqında demişəm. Azərbaycan deyil. Təqsirləndirilən şəxs1: Məndən isə iranı soruşublar.» məzmunlu danışıqlarla bağlı Təqsirləndirilən şəxs2 ifadəsində bildirmişdir ki, həmin danışıqlar onunla tanışı Təqsirləndirilən şəxs1 arasında sonuncunun yaşadığı evdə aparılmışdır. Təqsirləndirilən şəxs1 fransız dilindən dərs dediyi şagirdlərin valideynlərinin USAİD Azərbaycanda bağlandığından Azərbaycanı tərk etdiyini, Azərbaycan üçün Amerika ilə münasibətərin kəskinləşməsinin yaxşı iqtisadi nəticələr verməyəcəyini ona bildirir. Təqsirləndirilən şəxs1 ona Azərbaycanın gələcək illəri barədə sual verir, o da öz siyasi düşüncələrini ona bildirir. Daha sonra o Amerikada təhsil almış tələbələrinin yığıncağının baş tutmadığını, Azərbaycan cəmiyyəti və mediasında onları Amerika casusu adlandırdıqlarını, gələcəkdə Fransaya münasibətdə də elə halların baş verə biləcəyini, özünün Alumni (Məzun) Assosiasiyasının üzvü olduğunu, Dövlət Təhlükəsizliyi Xidmətinin bəlkə də onu izlədiyini, özünün 5-7-8 dəfə Loran və Frederik ilə görüşdüyünü, Dövlət Təhlükəsizliyi Xidmətində o barədə şəkillərin ola biləcəyini, özü üçün qorxduğunu Təqsirləndirilən şəxs1 bildirmişdir. Sonuncu isə isə Amerikalıların agentura üçün Azərbaycanda istifadə vasitələri olduğunu, Fransanın isə olmadığını bildirir. O da Təqsirləndirilən şəxs1 “Fransanın burada agenti yoxdur?!” məzmunlu sual verir, Təqsirləndirilən şəxs1 isə ona “Yox, təhlükə yoxdur. Fransanın ’Tıltirdən keçirməyə” vasitəsi yoxdur, Amerikanın isə var. Həm də, DTX- filan, nəisə edə bilər, amma sənə neqativ yanaşmaya da bilər.” məzmunlu cavab verir. O da Dövlət Təhlükəsizliyi Xidmətinin ona etibar etməyəcəyini bildirir. Təqsirləndirilən şəxs1 isə onun əksinə onlara, yəni Dövlət Təhlükəsizliyi Xidmətinə yaxşı məlumatlar verə biləcəyini qeyd edir. O Martindən nə məlumatı olduğunu soruşur, Martin isə kofe içməyə onu dəvət edən Fransız diplomatların ondan hansı məlumatı istədiyi, nə axtardığı, Rusiya barədə maraqları, digər fransız diplomatların fəaliyyəti barədə Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat verə biləcəyini deyir. Danışığın gedişində o “Fransanın Azərbaycanda agentura şəbəkəsi yoxdur. Düzdür, sənin və mənim kimi kiçik informatorlar var. Bu qədər.” məzmunlu sözlər deyir, Təqsirləndirilən şəxs1 isə özlərinin kəşfiyyatçılara Azərbaycanın əleyhinə məlumat vermədiklərini qeyd edir. O da təsdiq edərək, Fransız diplomatlara Azərbaycan barədə deyil, Rusiya barədə fikirlərini bölüşdüyünü qeyd edir. Təqsirləndirilən şəxs1 da kəşfiyyatçıların İran barədə ondan soruşduqlarını qeyd edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək və eyni məzmunla ifadə verərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1ı 2008-ci ildə tələbə yığıncağında Fransa vətəndaşı, əslən belaruslu Qleb Jarkov adlı tələbə vasitəsilə tanımışdır, Martin həmin vaxt “Monpelye 3” universitetində siyasi elmlər fakültəsində təhsil almışdır. Onun Təqsirləndirilən şəxs1la həmin vaxt tanışlığı şahmat oyunu ilə bağlı olmuşdur. Bir müddət Fransada yaşayıbişləmiş,. 2013-cü ildə stabil işi olmadığı üçün və maddi sıxıntılarına görə Azərbaycana qayıtmışdır. 2013-cü ildə Azərbaycana qayıtdıqdan sonra 2013-2015-ci illərdə müxtəlif dil kurslarında fransız dili müəllimi olaraq işləmiş, həmin müddət ərzində digər Təqsirləndirilən şəxs2 ilə tanış olmuş, sonuncu onun tələbəsi olmuşdur. Bildirir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun vasitəsi ilə tanış olmuşdur. 2019-cu ildə Ramin adlı tələbə yoldaşı ona zəng edib Təqsirləndirilən şəxs1 Azərbaycana gələcəyini, qalması üçün kirayə ev lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 məqsədi Azərbaycanda biznes qurmaq olmuş, bunu ona Gürcüstanda yaşayan Ludovik Jiro adlı dostu məsləhət görmüşdür. Lüdovikin “Consalting” biznes dəstək mərkəzi olmuş, Təqsirləndirilən şəxs1 də həmin mərkəzin Azərbaycanda filialını açmaq və Azərbaycanın ixrac potensialını öyrənmək məqsədi ilə gəlmişdir. Onun iş yeri “Sahil” metrostansiyasının yaxınlığında yerləşdiyi üçün Martinlə birlikdə şəhərin mərkəzində yaşamaq ona sərf etmiş və Təqsirləndirilən şəxs1la Bakı şəhərində X178 küçəsində birlikdə kirayə yaşamağa başlamışdır. X144 X145 birlikdə “Consulting” şirkəti yaratmış, hərəsinin şirkətdə müəyyən qədər hissəsi olmuşdur. Özü isə həmin şirkətdə “freelance” qaydasında işləməyə başlamışdır. Şirkət təsis olduqdan sonra ölkə ərazisində pandemiya yayıldığı üçün şirkətin fəaliyyəti dayandırılmışdır. O, 2020-ci ilin yay aylarında Təqsirləndirilən şəxs1 fransız mallarının idxalı ilə məşğul olmağı təklif etmiş və onlar ilk olaraq yemək souslarını idxal etməyi qərarlaşdırmışlar. Bundan bir müddət sonra isə o, Təqsirləndirilən şəxs1la birlikdə spirtli içkilərin idxalını həyata keçirməyə başlamışdır. Təqsirləndirilən şəxs1 konservtiv biri olmuş, reslist-kral hakimiyyətini dəstəkləmiş, Makran hökumətini siyasətinə qarşı olmuşdur. Azərbaycan Respublikası ilə bağlı şübhə doğuracaq məlumatlarla maraqlanmamış, dil kurslarına getmiş, Azərbaycan Respublikasının qanunlarını öyrənməyə başlamış və bu mövzularda müzakirələr etmişdir. Təqsirləndirilən şəxs2 sonradan Təqsirləndirilən şəxs1la o, tanış etmişdir. Belə ki, o, 2020-ci ildə Bakıda bulvarda Təqsirləndirilən şəxs1la gəzişərkən Təqsirləndirilən şəxs2 ilə rastlaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 dostluq münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs2 həmin vaxtdan sonra Təqsirləndirilən şəxs1la dəfələrlə təklikdə görüşmüşdür. Azad fəxrlə böyük adamların uşaqları ilə təhsil aldığını deyirmiş. Azad təxminən 1 il əvvəl Şimali İrlandiyaya işləmək üçün getmişdir. Getməmişdən əvvəl Martin onu Frederik və Loran Grardla görüşdürmüşdür. Daha sonra onlar Azadı məxfi əməkdaşlığa cəlb etməyə çalışmışlar. Martin bir dəfə ona Fransa xüsusi xidmət orqanının nümayəndələrinin Azada yazılı formada tapşırığı kitabın arasına qoyub verdiklərini, Azadın isə onlardan məxfi əməkdaşlıq etməyin qarşılığında Fransa vətəndaşlığını tələb etmişdir. Martin ona Fransa xüsusi xidmət orqanının İran və Rusiyanın Azərbaycan Respublikasında olan fəaliyyəti ilə yaxından maraqlandığını bildirmişdir. Martin ona Bolqarıstanda işləyən Mark adlı dostu ilə Azadı telefon vasitəsilə tanış etdiyini, X105 baş verən proseslərlə bağlı nə isə icra etmək tapşırığı verdiyini bildirmişdir. Sonralar Fransa səfirliyinə tərcüməçi vəzifəsi üçün müraciət etmiş, onun səfirlikdə işləməyi üçün Təqsirləndirilən şəxs1 ərizə ilə öz adından Fransa səfirliyinə müraciət etmiş və Təqsirləndirilən şəxs1 həmin müraciəti onun işlə təmin olunmağında böyük rol oyanamışdır. Sonra Fransa səfirliyindən müsahibəyə dəvət olunmuş, onu səfirlikdə səfirin müşaviri vəzifəsində xidmət edən X188 adlı şəxs qəbul etmişdir. Julien ilk olaraq onun haqqında məlumatları sonuncudan öyrənmiş, ona Azərbaycan-Ermənistan münaqişəsi haqqında, xarici işlər nazirinin kim olması, BMT və digər beynəlxalq təşkilatlar barədə suallar vermişdir. Təqsirləndirilən şəxs1 ona hələ Fransa səfirliyində işə başlamamışdan əvvəl orada səfirin müşaviri vəzifəsində xidmət edən X89 xüsusi xidmət orqanı əməkdaşı olduğunu bildirmişdir. Frederik Devosun yerinə sonradan Loran Grard təyin olmuşdur. O, Fransa səfirliyinə tərcüməçi kimi işləmək üçün müraciət etdikdən sonra keçdiyi ilkin müsahibədən bir həftə sonra səfirlə görüşmüş, sonuncu da ona eyni məzmunlu suallar vermişdir. O, bundan təxminən üç həftə sonra isə işə başlamışdır. Fransa səfiri Zakari Yross əvvəllər onun tərcümə fəaliyyətini bəyənmişdir. O, səfirlikdə işə başlamışdan qabaq Kamran adlı əvvəllər “İnterpol”un Azərbaycan ofisində işləmiş şəxslə səfirliyin binasının yaxınlığında ümumi dostlar vasitəsilə tanış olmuşdur. Təqsirləndirilən şəxs1 da həmin Kamran adlı şəxsi məhz onun vasitəsilə tanımışdır. Kamranın xarici dil biliyi olmadığı üçün Təqsirləndirilən şəxs1la söhbətlərində tərcüməçi kimi o, çıxış etmişdir. Təqsirləndirilən şəxs1la Kamran daima tarixi söhbətlər etmişlər. Kamran Təqsirləndirilən şəxs1 özünün keçmiş “İNTERPOL” əməkdaşı olduğunu, hətta “İNTERPOL”un Qafqaz üzrə baş ofisinin Şimali Qafqazda yerləşdiyini də bildirmişdir. O, səfirlikdə işlədiyi dövrdə “Gravity” adlı klubda yığıncaq təşkil olunmuşdur. O, həmin yığıncağa Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la birlikdə getmişdir. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə kluba daxil olarkən Frederik Devos da səfirlik işçiləri ilə birlikdə orada olmuşdur. Bundan başqa X104 “TBS” adlı Gürcüstan bankında işləyən Aytən Kərimova, İT sahəsi üzrə mütəxəssis Karolina Bris və Karolina adlı qadın da olmuşdur. Bir müddət sonra Kamran işinin olduğunu deyərək oranı tərk etmişdir. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oradan Frederik Devosla birlikdə “İSR” plazanın yaxınlığında olan “BARDUCK” adlı restorana getmişdir. Bu vaxt X123 adlı həmin şəxs barədə Təqsirləndirilən şəxs1 soruşmuşdur. Təqsirləndirilən şəxs1 isə X79 keçmiş İnterpol işçisi olmasını və onunla dostluğunun olduğunu bildirmişdir. Bunu bildikdən bir müddət sonra Fransa səfiri onu işdən çıxarmışdır. O, ilk əvvəllər Frederik Devosun xüsusi xidmət orqanının əməkdaşı olmağını bilməmişdir. Frederik Devosu tanıdığı ilk vaxtlar iş axtardığını və tərcüməçi kimi Fransa səfirliyində işləmək niyyətini ona bildirmişdir. Frederik Devos isə bunun mümkün olduğunu və ona kömək edəcəyini demişdir. Fransa səfirliyində işlədiyi dövrdə Frederik Devos bir dəfə ondan taksi xidmətindən istifadə etməkdə kömək etməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 yaxın dost olduğu üçün Təqsirləndirilən şəxs2 məxfi əməkdaşlığa cəlb edilmiş olması barədə ona bildirmişdir. Belə ki, Azad Martinlə onun vasitəsilə tanış olsa da, sonradan özləri mütəmadi görüşlər keçirmişlər. O, Təqsirləndirilən şəxs1ı Fransa xüsusi xidmət orqanının əməkdaşı kimi yox, onlarla əlaqəli şəxs kimi bilmişdir. Frederik Devos hətta bir dəfə Martindən İrana səfər edib-edə bilməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs1 2023-cü ilin iyul ayında ona zəng vuraraq Əlcəzairin Azərbaycan Respublikasındakı səfirliyində tərcüməçi vəzifəsinə işçi axtarılması barədə dostu Jalədən məlumat əldə etdiyini bildirmişdir. O, da həmin vəzifədə işləmək istədiyi üçün səfirliyə zəng vuraraq müraciət etmiş və 2023-cü ilin noyabr ayının 2dən etibarən Əlcəzairin Azərbaycan Respublikasındakı səfirliyində tərcüməçi kimi fəaliyyətə başlamışdır. Martin onu yaxşı tanıdığı üçün belə bir razılıq verməyəcəyini bildiyindən ona heç vaxt məxfi əməkdaşlıq təklif edilməmişdir. Fransa səfirliyində işləmiş və səfirin müşaviri olaraq çalışmış Frederic Devos, Laurent Ledit və Laurent Grardın xüsusi xidmət orqanının əməkdaşları olmalarını Martin sonradan ona demişdir. Martin həmişə ona həmin xüsusi xidmət orqanı əməkdaşları ilə ayda 1-2 dəfə olmaqla şəhərin mərkəzində olan müxtəlif restoranlarda görüşdüyünü bildirmişdir. Fransa xüsusi xidmət orqanı əməkdaşları Azərbaycan İİ Qarabağ müharibəsində Ermənistanı məğlub etdikdən sonra ölkədə, eləcə də Rusiya, İran və Türkiyədə baş verən ictimai-siyasi dəyişikliklərlə maraqlanmışlar, Martin ilə söhbət zamanı sonuncu ona Azadın Fransa xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyinə baxmayaraq, həmişə Rusiya xüsusi xidmət orqanından qorxduğunu demişdir. Frederik həmişə Martinə Bakıda yaşayan ruslardan uzaq durmağını tapşırmışdır. Martin fransız dili müəllimi kimi Bakı şəhərində 30 yaşlı bir rus qadına dil dərsləri tədris etməyə başlayan zaman Frederik Martindən həmin qadından uzaqlaşmağını tələb etmişdir. Bir dəfə də Frederik Martinə əvvəl Avropada diplomat kimi çalışmış və hazırda Rusiyanın Azərbaycandakı səfirliyində işləyən bir kişinin fotoşəklini göstərmiş və ondan uzaq durmasını tələb etmişdir. Frederik Devos onu Martin vasitəsilə məxfi əməkdaşlığa cəlb etməyə çalışmışdır. Belə ki, Frederik Martin vasitəsilə ona 5 illik Fransada yaşamaq üçün viza təklif etmiş, bunun müqabilində ondan “kömək” istəmişdir. O, isə bununla razılaşmamışdır. Frederik bir dəfə Martindən heç kimin adına rəsmiləşdirilməmiş nömrə tapmasını istəmiş, Martin isə bu barədə ondan xahiş etmişdir. O, Martinə cavab olaraq bunun mümkün olmadığını bildirmişdir. Frederik Martinin onunla birlikdə şirkət açdığını öyrəndikdən sonra Martinə Somaliyə pul köçürməyi tapşırmışdır. X80 və Türkiyənin möhkəmlənməsinə ilə əlaqədar Fransanın orada nüfuzunu artırmaq üçün pul ayırmaq məqsədilə bu fəaliyyəti onların şirkəti vasitəsilə etmək istəmişdir. Martin isə onun həmin köçürmədən xəbər tutacağını bildiyindən razılıq verməmişdir. O, keçən il Bakı şəhərində keçirilən F1 yarışları zamanı İsveçrə vətəndaşı olan Christian Fossard adlı şəxsi tanımışdır. Fossard şərab idxalı üçün məhz onlara 18000 avro pul köçürmüşdür. O, Lauren Ledit, Chirstian Fossard və Martinlə sonuncunun evində görüşmüşdür. Təqsirləndirilən şəxs1 Qarabağ azad olunduqdan sonra orada tikinti işlərinin görülməsinə Fransa şirkətlərini cəlb etməyə çalışmış, həmin şirkətləri türk şirkətləri ilə əlaqəli şirkəti kimi ölkəyə gətirmək niyyətində olmuşdur. Təqsirləndirilən şəxs1 bunları məhz Fransa xüsusi xidmət orqanlarının əməkdaşlarının tapşırığı ilə etmişdir. Martin özü sonradan Qarabağda Freyssinet adlı tikinti şirkətinin fəaliyyət göstərdiyini araşdıraraq müəyyən etmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycanda çoxsaylı əlaqələri olmuşdur. Təqsirləndirilən şəxs1 Jalə adlı azərbaycanlı sevgilisi olmuşdur. O, isə Jalə ilə heç vaxt görüşməmişdir. Bildirir ki, Təqsirləndirilən şəxs2 ona təklif edilən Rusiya Federasiyası barədə məlumatlar verməklə bağlı tapşırıqdan imtina etdikdən sonra Azad ehtiyat edərək bu tapşırıqdan imtina etmiş, Rusiyanın xüsusi xidmət orqanlarının güclü olduğunu, onu axtarıb tapa biləcəklərini qeyd etmişdir. Bunu ona Təqsirləndirilən şəxs1 özü demişdir. O isə öz növbəsində Azada belə bir şey etməməsini, bunun aventura olduğunu bildirmişdir. Eləcə də Martinə Azadı belə məsələlərə qarışdırmamasını, bunun təhlükəli olduğunu bildirmişdir. Qeyd edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycanın hərbi, siyasi, iqtisadi və s. sirrləri və digər vacib məlumatlarını əldə edə bilmək, eləcə də bu məqsədlə Fransa xüsusi xidmət orqanlarına azərbaycanlıları təqdim etmək kimi niyyətinin olduğundan məlumatı olmayıb, əgər olsaydı, dərhal bu barədə Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarına məlumat verərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək və eyni məzmunla ifadə verərək ifadəsində göstərdi ki, o, 2005-2009-cu illərdə Fransada Montpelliye şəhərində sənayedə iş təhlükəsizliyi, idarəetmə, iqtisadiyyat ixtisasları üzrə bakalavr və magistr təhsili almış, 2010-2012-ci illərdə Fransanın Paris şəhərində müxtəlif şirkətlərdə müxtəlif vəzifələrdə işləmişdir. O, təxminən 2007-2008-ci illərdə Fransada olarkən Diana adlı qadın tanışı vasitəsilə Fransa vətəndaşı Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs1 həmin vaxt tələbə olmuşdur. Onun və Təqsirləndirilən şəxs1 şahmat oyununa xüsusi maraqları olduğundan tanış olduqdan sonra tez-tez digər tələbə dostları ilə görüşüb, şahmat oynamışlar. O, 15 yanvar 2016-cı il tarixdə Azərbaycanda "xxxx" MMC (VÖEN: **********) adlı əsas fəaliyyəti xarici ölkələrin şirkətləri ilə yerli sahibkarlar arasında biznes görüşlərin təşkil edilməsi xidmətlərinin göstərilməsindən ibarət olan şirkət təsis etmişdir. O, bu şirkəti təsis edəndə Təqsirləndirilən şəxs1la əlaqə saxlamağa davam etdiyindən o, bizneslə bağlı məktublaşmaları çox vaxt Təqsirləndirilən şəxs1 yazdırmışdır. Buna səbəb Təqsirləndirilən şəxs1 fransız üslubunda daha yaxşı sənədləşmə aparması olmuşdur. O, Təqsirləndirilən şəxs1 vasitəsilə bir neçə dəfə Fransanın Bakıdakı Səfirliyinin İqtisadi şöbəsinin müdiri Sarneli ilə görüşmüş və Fransadakı şirkətlərin nümayəndələrinin Azərbaycana dəvət edilməsi ilə bağlı müzakirələr aparmışdır. O, 2019-cu ilin avqust ayında Gürcüstan vətəndaşı X157 və Təqsirləndirilən şəxs1la birlikdə Bakıda "xxxx" MMC adlı şirkət təsis etmişdir. Bu şirkətin 15 faizi ona məxsus olmuşdur. Şirkətin direktoru Təqsirləndirilən şəxs1 təyin edilmişdir. Bu şirkət də "xxxx" MMC kimi biznes görüşlərin təşkili istiqamətində fəaliyyət göstərmişdir. O, sonradan Təqsirləndirilən şəxs1 və Girod Ludovic ilə münasibətləri pozulduğu üçün şirkətdən uzaqlaşmışdır. Buna səbəb Girod tərəfindən biznes missiyaları ilə bağlı "xxxx" MMC üzrə xidməti müqavilələrin dəyərinin süni olaraq azaldılması olmuşdur. Təqsirləndirilən şəxs1 bu məsələdə Girodun tərəfini saxladığından o, həmin şəriklərindən ayrılmışdır. Girod Ludovic ikili vətəndaşlığa sahibdir, belə ki, həm Gürcüstan, həm də Fransa vətəndaşıdır. X146 son vaxtlar əlaqəsi olmasa da, ona Təqsirləndirilən şəxs1la Girod Ludovicin münasibətlərinin yaxşı olması məlumdur. Girod Ludovic 1990-cı illərdən Gürcüstana köçüb, orada gürcü qadınla evlənib, Gürcüstan- Fransa Ticarət Palatasının bir müddət direktoru olub. O, Girod Ludoviclə internet vasitəsilə iş elanları axtararkən təxminən 2014-2015-ci illərdə tanış olmuşdur. Girod həmin vaxt internetdə biznes missiyaları, yəni Fransız şirkətlərinin Bakıda şirkətlərlə əlaqələndirilməsi ilə bağlı elan qoymuşdur. O, həmin elana müraciət edərək Girodla tanış olmuş, daha sonra sonuncunu Təqsirləndirilən şəxs1la tanış etmişdir. O, son vaxtlar dost kimi arada bir Təqsirləndirilən şəxs1la görüşməyə davam etmişdir. Təqsirləndirilən şəxs1 Bakıda “Tarqovu” küçəsinin yaxınlığında şərabları saxlamaq üçün anbar icarəyə götürmüşdür. O, Təqsirləndirilən şəxs1 hərdən şərab da almışdır. Ona Təqsirləndirilən şəxs1 Bakıda evdə alması, subay olması və demək olar ki, ilin çox hissəsini Bakıda olması məlumdur. Təqsirləndirilən şəxs1 Fransadan şərab gətirərək Bakıda satmaq məqsədilə "xxxx" adlı şirkət təsis etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 Bakıda fransız dilindən və şahmatdan dərs də demişdir. Təqsirləndirilən şəxs1 valideynləri Fransada Klermon-Ferran şəhərində yaşayır. O və Təqsirləndirilən şəxs1 Şahid1, Şahid4, Emin Ağamalıyev adlı ortaq tanışları var. Bu şəxslər də onun kimi Fransada təhsil almış şəxslərdir. Şahid1 son vaxtlar Təqsirləndirilən şəxs1 ilə birlikdə şərab satışı ilə məşğul olmuşdur. Şahid4 Kənd Təsərrüfatı Nazirliyində işləyir. Emin Ağamalıyev isə Fransa Səhiyyə Nazirliyində işləyir. O, 2023-cü ilin yay aylarında Bakıda kafelərdən birində Təqsirləndirilən şəxs1la kofe içərkən sonuncu özünə Fransanın Bakıdakı səfirliyinin ağsaçlı əməkdaşlarından biri tərəfindən Afrikada hansısa ölkədə fəaliyyət göstərən şəxsə pul köçürmək təklif edildiyini ona deyərək, həmin ağsaçlı şəxsin kəşfiyyatçı olduğu qənaətində olduğunu, buna görə də həmin təklif ilə razılaşmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 kəşfiyyatçı hesab etdiyi həmin şəxsin səfirliyin konkret hansı əməkdaşı olduğunu ona bildirməmişdir. Ona Təqsirləndirilən şəxs1 və Şahid1 Bakıda ağsaçlı təxminən yaşı əllidən çox Kamran və ya Kənan adlı keçmiş hərbçi olan bir tanışlarının olması məlumdur. Onun həmin şəxslə əlaqəsi olmasa sonuncunun Təqsirləndirilən şəxs1 və Zaur Mustaafyevlə tez-tez görüşüb söhbətlər etdiyini bilmişdir. Təqsirləndirilən şəxs1 2023-cü ilin yay aylarında onunla görüşmüş və görüş zamanı özünə Fransa səfirliyinin əməkdaşlarından biri tərəfindən üzərində “fransız hərfləri” qeydləri olan klaviatura gətiriləcəyini demişdir. Təqsirləndirilən şəxs1 həmin şəxslə Bakı şəhərində “Malakan bağı” deyilən yerdə görüşəcəklərini bildirərək ondan oraya birgə getməyi xahiş etmişdir. O, da Təqsirləndirilən şəxs1la birgə ora getmiş, bundan bir neçə dəqiqə sonra həmin şəxs də ora gəlmişdir. Görüş zamanı həmin şəxs adını ona bildirsə də, onun yadında həmin ad qalmamışdır. Fransa səfirliyinin əməkdaşı görüş zamanı Təqsirləndirilən şəxs1 kompüter klaviaturasını verdikdən sonra 5- 10 dəqiqə Təqsirləndirilən şəxs1 Bakıdakı şərab satışı ilə bağlı sonuncu ilə söhbət etmişdir. Fransa səfirliyinin həmin əməkdaşı zahirən sarışın, saqqallı təxminən 40-45 yaşlarında olan, orta çəkili, ortaboylu, ağ rəngli şalvar geyinən bir şəxs olmuşdur. Bu görüşdə Şahid4 və ya Şahid1 də onların yanında olmuşdur. Onun həmin görüş zamanı təcili işi yarandığından oradan ayrılmışdır, Təqsirləndirilən şəxs1 və səfirliyin işçisi isə söhbətə davam etmişlər. Ona Təqsirləndirilən şəxs1 və Şahid1 Bakıda Fransa səfirliyində işləyən Arzu adlı tanışlarının olması məlumdur. O, bir-iki dəfə həmin şəxslə Təqsirləndirilən şəxs1 və Şahid1 tərəfindən təşkil olunmuş yeyib-içmək məclislərində görüşsə də, hər hansı münasibətləri olmamışdır. Ona həmçinin Təqsirləndirilən şəxs1 Bakıda fitnes məşqçisi Olqa adlı tanışının olması da məlumdur. Təqsirləndirilən şəxs1 söhbətləri zamanı ona Olqanın şübhəli olması, sonuncuda xarici vətəndaşların siyahısının olması, özünü “agent” kimi aparması barədə danışmışdır. Təqsirləndirilən şəxs1 ona Olqa adlı həmin qadının “İnstagram”dakı şəklini göstərmişdir. Bildirir ki, Martin ona söhbətlərindən birində Avropaya qaçqın immiqrasiyasının artdığını, xüsusilə Fransada suriyalı qaçqınların çoxaldığını, cinayətlərin sayında artım olduğunu, bu cəhətdən Azərbaycanda stabillik olduğunu demiş, lakin Martinin Azərbaycanla bağlı hər hansı kəşfiyyat xarakterli məxfi məlumat əldə etmək niyyətinin olması barədə şübhəsi olmayıb, əgər belə bir şeyin olmasından şübhələnsəydi, dərhal bu barəıdə müvafiq dövlət orqanlarına məlumat verərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək və eyni məzmunla ifadə verərək göstərdi ki, o, 2004-2009cu illərdə Fransa Respublikasının Monpelye Universitetinə İqtisadi Elmlər fakültəsində ali təhsil almış, 2009-2010-cu illərdə isə Fransa Respublikasının Perpinyan şəhərində inşaat sektorunda fəhlə kimi işləmişdir. Təqsirləndirilən şəxs1la 2005-ci ildə Fransa Respublikasında yeni il gecəsində milliyyəcə belarus olan Fransa Respublikası vətəndaşı Qleb vasitəsi ilə tanış olmuşdur. Qleb və Təqsirləndirilən şəxs1 Emin Ağamalıyev adlı Fransanın “Monpelye 1 Universitetində ali təhsil alan azərbaycanlının şahmat məktəbindən tanış olduğu və münasibət saxladığı şəxslər olmuşdur. O, əvvəlcə Emin Ağamalıyev vasitəsi ilə Qleblə, daha sonra isə sonuncu vasitəsi ilə Martinlə tanış olmuşdur. O, “Monpelye 1” (hüquq, iqtisadiyyat, tibb) universitetində ali təhsil aldığı dövrdə Martin “Monpelye 3”-də (tarix, coğrafiya, iqtisadi nəzəriyyə, ədəbiyyat) ali təhsil almışdır. Onunla birlikdə “Monpelye 1” universitetində Ramin, Zaur və Emin Ağamalıyev adlı azərbaycanlılar da ali təhsil almışlar. Bu şəxslərin də Təqsirləndirilən şəxs1la münasibəti olmuşdur. O, 2014-cü ilin mart ayında Bakı şəhərinə gəlmiş və bir müddət burada işsiz qalmışdır. 2015-ci ilin sentyabr-noyabr aylarında Bakı-Fransız liseyində fransız dili müəllimi kimi işlədikdən sonra bir müddət yenidən işsiz qalmışdır. 2016-cı ilin aprel-iyun aylarında Fransa Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət şöbəsində mühasib köməkçisi kimi fəaliyyət göstərmişdir. Səfirlikdəki işindən ayrılmasına səbəb X150 Nazirliyinin Azərbaycan, Gürcüstan, Türkmənistan və Qırğızıstan Respublikaları üzrə bölgə mühasibi Kristina Salqadonun ona qarşı münasibətinin mənfi olması və əsassız yerə onunla yola getməməsi olmuşdur. Təqsirləndirilən şəxs1 2015-ci ildə ona öz facebook səhifəsindən yazaraq Bakı şəhərinə gələcəyini və müvəqqəti qalmağa ev lazım olacağını ona demişdir. Təqsirləndirilən şəxs1 ev tapmaqda köməklik göstərməsini Ramin və Zaura da demişdir. Buna baxmayaraq ilk öncə o, Təqsirləndirilən şəxs1 Bakının Səbail rayonunun “İçərişəhər” adlanan ərazisində günlük kirayə ev tapmışdır. Təqsirləndirilən şəxs1 Bakıya gələrkən evi ona təhvil vermişdir. Həmin görüş zamanı Ramin və Zaur da orada olmuşlar. Təqsirləndirilən şəxs1 həmin dövrdə Azərbaycanda bir həftə qalmış və qeyd etdiyi müddətdə onunla 2-3 dəfə görüşmüşdür. Bundan sonra da Təqsirləndirilən şəxs1 bir neçə dəfə Azərbaycana gəlmiş və onunla ara-sıra görüşmüşdür. O, Fransa Respublikasının Azərbaycankı səfirliyinin hazırkı əməkdaşlarını tanımasa da, Fransanın Azərbaycandakı səfirliyində fəaliyyət göstərdiyi müddətdə onunla birlikdə səfirlikdə fəaliyyət göstərən X150 Nazirliyinin İohan Şitere (təhsil şöbəsinin müdiri), Vənsan (attaşe), Kristina Salqado (X150 Nazirliyinin Azərbaycan, Gürcüstan, Türkmənistan və Qırğızıstan Respublikaları üzrə bölgə mühasibi), Buşez (qadın səfir) və digər adlarını hazırda xatırlamadığı şəxslərlə tanış olmuş və yalnız işgüzar müstəvidə onlarla əlaqədə olmuşdur. Səfirlikdən işdən ayrıldıqdan sonra həmin şəxslərlə onun hər hansı formada əlaqələri qalmamışdır. O, Təqsirləndirilən şəxs1la yaxın münasibətdə olmuşdur. Bu yaxınlıq müstəvisində o, Təqsirləndirilən şəxs1la çox mövzularda söhbətlər etmişdir. Bu söhbətlərin əsas məzmunu Təqsirləndirilən şəxs1 biznes əlaqələri, sonuncunun Azərbaycandakı spirtli içki biznesini böyütmək istəyi və siyasətlə bağlı olmuşdur. Təqsirləndirilən şəxs1 adətən ondan ölkənin siyasətini, Azərbaycan və Fransa arasında olan gərgin münasibətlərin nə vaxta qədər davam edəcəyini ümumi olaraq soruşmuş və bu gərginliyin son həddinin nədə ifadə olunması, eləcə də digər qonşu ölkələrlə Azərbaycanın münasibətləri barədə maraqlanmışdır. O isə Təqsirləndirilən şəxs1 Fransanın Azərbaycanda həmçinin bütün Qafqazda mövqeyinin bütün dövrlərdə zəif olacağını demişdir. Ona Təqsirləndirilən şəxs1 istifadəsində “***-***-**-**” saylı mobil telefon nömrəsinin olması məlumdur. O, təxminən 2 il bundan əvvəl Təqsirləndirilən şəxs1 Bakı şəhərində olan evində Təqsirləndirilən şəxs2 adlı şəxslə tanış olmuşdur. Təqsirləndirilən şəxs2 ona özünü Azərbaycan Beynəlxalq Bankda işləyən hüquqşünas kim təqdim etmişdir. O, Təqsirləndirilən şəxs2 ilə ötən müddət ərzində Təqsirləndirilən şəxs1 vasitəsilə adətən sonuncunun evində təxminən 2-3 dəfə görüşmüşdür. Onun Təqsirləndirilən şəxs2 ilə çox yaxın münasibətləri olmamış, sonuncu ilə hərdən bir sosial şəbəkə üzərindən yazışıb hal-əhval tutmuşdur. O, axırıncı dəfə Təqsirləndirilən şəxs2 ilə sonuncu İrlandiyada yeni iş yeri tapdığı vaxt “Linkedin” vasitəsilə təbrik yazaraq əlaqə saxlamışdır. Onun elektron poçtuna 2023-cü ilin təxminən noyabr ayında Fransanın Bakıdakı səfirliyindən (mailto:aliyevu.ua@gmail.comElektron ünvan 2) gəlmiş dəvət məktubunda onun Fransa Azərbaycan Universitetində baş tutacaq konfrana dəvət edildiyi qeyd olunmuşdur. O, ixtisasına uyğun olduğu üçün həmin konfransda iştirak etməyi qərara alaraq ora getmişdir. Konfrans bitəndən sonra çay və qəhvə masası olan banketdə o, Loran Grard adlı adamla tanış olmuşdur. Bu zaman Loran Grard ondan nə işlə məşğul olduğunu soruşmuş, o da Loran Grarda kənd təsərrüfatı ilə məşğul olduğunu demişdir. Loran Grard isə ona Fransada kənd təsərrüfatı ilə məşğul olan tanışlarının olduğunu deyərək öz mobil nömrəsi olan vizitkartı təqdim etmişdir. Loran Grard özünü Fransa səfirinin birinci katibi kimi təqdim edərək ona iş birliyi təklif etmişdir. Buna baxmayaraq Loran Grard onun Xaçmaz şəhərində işlədiyini öyrənəndən sonra ora səfər edə bilməyəcəyini demişdir. Həmin tədbirdən sonra o, evə gəlib Təqsirləndirilən şəxs1la söhbət edərkən sonuncu ondan tədbirdə daha kimlərin olduğunu soruşmuşdur. O, da Təqsirləndirilən şəxs1 Loran Grardla tanış olduğunu və sonuncunun ona öz mobil nömrəsi olan vizitkartı verdiyini demişdir. Bu zaman Təqsirləndirilən şəxs1 ona Loran Grardın Azərbaycanda gənclərə Fransa xüsusi xidmət orqanlarına işləməyi təklif edərək onları agent kimi cəlb etməklə məşğul olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 ona Loran Grardın Azərbaycanda gənclərə Fransa xüsusi xidmət orqanlarına işləməyi təklif etməklə onları agent kimi əməkdaşlığa cəlb etdiyini deyəndə, eyni zamanda, X164 Məmmədliyə də bu təklif etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 ona Təqsirləndirilən şəxs2 olunmuş bu təklifi sonuncunun qəbul edib-etmədiyi barədə heç nə deməmiş, o, da bu barədə maraqlı hesab etmədiyi üçün Təqsirləndirilən şəxs1 soruşmamışdır. O, Təqsirləndirilən şəxs1 bu sözündən xeyli təəccüblənmiş və Loran Grardın ona hansı rayonda işləməsi, işlədiyi rayonun sərhəddə yaxın olub-olamaması, özünün ora gələ bilməyinin mümkün olubolmamasını kimi şübhəli suallar verdiyini xatırlamışdır. O, Loran Grardın ilk görüşdən bu qədər yersiz mehriban olmasının səbəbini Təqsirləndirilən şəxs1 bu dediklərindən sonra gec də olsa başa düşmüşdür. Təqsirləndirilən şəxs1 Loran Grard barəsində bunları dedikdən sonra o, qorxaraq həmin şəxslə daha əlaqə saxlamamışdır. O, Bakı Frankofoniya Asossiasiyası adlı təşkilatın üzvü olmasa da, həmin təşkilatın Azərbaycan yaşayan fransızlar və fransız dilli şəxslərin birliyi olması və 2014-2015-ci ildən fəaliyyət göstərməsi ona məlumdur. O, təşkilatın rəsmi olaraq dövlət qeydiyyatına alınıbalınmadığını bilməsə də, Təqsirləndirilən şəxs1 ona həmin təşkilatın Bakıda fransız və fransız dilli şəxsləri müxtəlif əyləncə tədbirləri təşkil edərək cəlb etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 ona təşkilatın rəhbərinin Bakıda Fransa Səfirliyində və ya “Total” şirkətində işləyən hansısa şəxsin həyat yoldaşı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 ona təşkilata üzv olmaq üçün həmin təşkilatın “e-mail” ünvanı verərək üzv olmaq istəyəcəyi təqdirdə bu ünvana müraciət etməyini tövsiyə etmişdir. O, isə həmin vaxtlarda işsiz olması və maddi imkanının zəif olması ucbatından təşkilata üzv olmaq üçün müraciət etməmişdir. Təqsirləndirilən şəxs1 valideynləri 2022-ci ilin qış aylarında Bakı şəhərinə gələndə o, da həmin evə dəvət olunmuşdur. Bu dəvət zamanı o, Təqsirləndirilən şəxs1 evində sonuncunun valideynləri və Loran Ledit adlı şəxslə tanış olmuşdur. Bu zaman Martin X127 Fransa səfirliyinin əməkdaşı kimi təqdim etmişdir. Loran Ledit onunla özünü soyuq aparmışdır. Buna görə də o, Loran Leditlə daha əlaqə saxlamamışdır. O, bundan sonra Loran Leditlə 2022-ci ilin təxminən fevral-mart aylarında Təqsirləndirilən şəxs1 Bakı şəhərində yerləşən anbarın yaxınlığında təsadüfən rastlaşmışdır. O, Təqsirləndirilən şəxs1la sonuncuya məxsus həmin anbarda söhbət edərkən Loran Ledit yaxınlaşmış və Təqsirləndirilən şəxs1la bir qədər ümumi söhbət edib oradan uzaqlaşmışdır. Bildirir ki, Təqsirləndirilən şəxs1 ona məqsədinin azərbaycanlıları agent kimi cəlb etmək olduğunu bildirsə də, onun sözlərini ciddiyə almamışdır. Ona nə Martin nə də başqa bir şəxs tərəfindən məxfi əməkdaşlıq təklif edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək və eyni məzmunla ifadə verərək göstərdi ki, o, təxminən 4-5 il əvvəl həmin vaxt birlikdə işlədiyi Şahid1 vasitəsilə Fransa Respublikasının vətəndaşı olan Təqsirləndirilən şəxs1lə tanış olmuşdur. Belə ki, həmin vaxt nahar fasiləsində olarkən Zaur dostu olan Martini də onunla birlikdə Səməd Vurğunun küçəsində yerləşən kafeyə kofe içməyə dəvət etmişdir. Martin fransız vətəndaşı olsa da azərbaycan dilində danışmağı bacarmış və həmin görüşdə salamlaşaraq özünü azərbaycanca təqdim etmiş, daha sonra Zaurla fransız dilində danışmağa başlamışdır. O, sonralar təxminən 10-15 dəfə Zaurla birlikdə olarkən Martinlə görüşmüşdür. Zaur təxminən 1 il əvvəl ona zəng edərək Martinin kompüterə ehtiyacı olduğunu bildirmiş və ondan bu məsələdə Martinə kömək etməyini xahiş etmişdir. Onun fəaliyyəti kompüter mühəndisi kimi kompüteri alıb təmir edib daha sonra onu sataraq qazanc əldə etmək olduğundan Zaur ona Martinin kompüterə ehtiyacı olduğunu bildirmişdir. Bu zaman isə onun əlində satışa qoyduğu hazır kompüter olmuşdur. Zaurla danışığından təxminən 10 gün sonra Zaur ona zəng edərək Martinin kompüteri almaq istədiyini bildirərək onu Bakı Ağır Cinayətlər Məhkəməsinin yanında yerləşən kafeyə dəvət etmişdir. Görüş zamanı Martin kompüteri bəyənmiş və 400 manata sözügedən kompüteri ondan satın almışdır. 4-5 ay əvvəl Zaur ona zəng edərək Martinin köhnə kompüteri olduğunu və onu satmaq istədiyini bildirmiş və sözügedən kompüteri Martindən götürərək satışa qoymağı üçün ona gətirmişdir. O, kompüterə baxarkən yaddaş qurğusunda ciddi probləmlər olduğunu müəyyən etmiş, bu səbəbdən həmin yaddaş qurğusunu kompüterdən çıxartmış, lakin sonradan hara qoyduğunu xatırlamamışdır. O, həmin kompüteri “tap.az” saytında elanlar bölməsində satışa qoyaraq 150 manata satmış, 70 manatı da Martinə verməsi üçün Zaura vermişdir. O, Martinlə heç vaxt tək görüşməmiş, görüşləri zamanı hər zaman Zaurda yanlarında olmuşdur. 1 ay əvvəl Zaur ona zəng vuraraq Martinə klaviatura verildiyini, həmin klaviaturada “çip”in olmasının mümkünlüyü barədə ondan soruşmuş, o, da yoxlamaq üçün klaviaturaya baxmalı olduğunu Zaura bildirmişdir. Buna baxmayaraq sonradan nə Zaur nə də Martin həmin klaviaturanı yoxlamağı üçün ona təqdim etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək və eyni məzmunla ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs1ı 2022-ci ilin sentyabr ayının sonlarından tanıyır, onunla Facebook sosial şəbəkəsində tanış olmuşdur. Belə ki, 2022-ci ilin sentyabr ayının sonlarında Martin həmin sosial şəbəkədə öz istifadəsində olan “Təqsirləndirilən şəxs1” adlı hesabdan onun istifadəsində olan “Jale Salmanova” adlı hesaba dostluq təklifi göndərmişdir. O, Təqsirləndirilən şəxs1 hesabına baxdıqda sosial şəbəkədə azərbaycanlı ortaq dostlarının olduğunu görmüş və paylaşımlarından Təqsirləndirilən şəxs1 millətcə fransız olan, Fransa vətəndaşı olduğunu başa düşmüşdür. O, sosial şəbəkədə Təqsirləndirilən şəxs1 dostluq təklifini qəbul etdikdən sonra sonuncu ilə fransız dilində ilkin tanışlıqla bağlı məişət mövzusunda söhbətlər etmiş və bu zaman Təqsirləndirilən şəxs1 fransız dili müəllimi kimi fəaliyyət göstərdiyini, həm də Azərbaycana müxtəlif qida məhsulları idxal edib sataraq ticarətlə məşğul olduğunu öyrənmişdir. O, bundan sonra Təqsirləndirilən şəxs1la tez-tez yazışmağa başlamışdır. O, ilk dəfə üzbəüz 2022-ci ilin oktyabr ayının ortalarında Təqsirləndirilən şəxs1la Bakı şəhərində “X185” adlı kitab mağazasında yerləşən kafedə görüşmüş və ümumi ilkin tanışlıq mövzuları ətrafında söhbətlər etmişdir. O, Martinin özündən sonuncunun Bakıda "xxxx" MMC adlı şirkət təsis etdiyini, əsasən şərab məhsullarını Fransadan idxal edib satdığını öyrənmişdir. Martin söhbətlər zamanı ona Fransadakı həyatından, uşaqlığından, təhsilindən, ailəsindən danışmışdır. O, da öz növbəsində Martinə öz həyatından söhbət etmişdir. Martin ona 2015-ci ildən Bakıya gəlibgetdiyini, 2019-cu ildən isə daimi olaraq Bakıya köçdüyünü, Bakı şəhərində “Malakan bağı” deyilən yerin yaxınlığında kirayə ev tutaraq yaşadığını demişdir. O, Martinlə ilk görüşdən sonra həftədə bir neçə dəfə Bakı şəhərində müxtəlif kafelərdə görüşüb çay-kofe içərək sonuncu ilə söhbətlər etmişdir. Onun bu müddət ərzində Martinlə arasında olan münasibətləri daha da yaxşılaşmışdır. Martin 2022-ci ilin sonlarında Fransaya ailə üzvlərini ziyarət etmək üçün getməzdən əvvəl onunla görüşlərdən birində münasibətlərinin ciddi olduğunu, onunla gələcəkdə ailə qurmaq istədiyini sonuncuya bildirmişdir. O, da Martinin bu fikrini müsbət qəbul etmiş, ancaq bir müddət daha yaxından tanış olduqdan sonra bu məsələ ətrafında daha ciddi düşünə biləcəyini demişdir. Martin Fransaya gedib qayıtdıqdan sonra 2023-cü ilin dekabr ayının əvvəllərinə qədər olan müddətdə onunla həftədə bir dəfə olmaqla Bakı şəhərində müxtəlif kafelərdə görüşüb tanışlıq məqsədilə söhbətlər etməyə davam etmişdir. Martin ondan ailəsi barədə maraqlanmış, eyni zamanda öz biznes fəaliyyətindən ona bəhs etmişdir. O, hətta bir dəfə Martinin satış anbarından şərab da almışdır. O, danışıqları zamanı Martinin Ramin, Ülvi, Azad və Zaur adlı Fransada təhsil almış azərbaycanlı tanışları olduğunu öyrənmiş, lakin həmin şəxslərlə görüşmədiyi üçün onları üzdən tanımamışdır. Martinin azərbaycanlı tanışlarından yalnız Zaur adlı şəxsi 2023-cü ilin dekabr ayının əvvəllərində Martin qəfil olaraq yoxa çıxandan sonra sonuncunun polis vasitəsilə axtarışı zamanı görmüşdür. O, Martinlə təzə tanış olduqları dövrdə ilk söhbətləri zamanı sonuncunun Zaur adlı tanışının işsiz olduğunu, maddi vəziyyətinin yaxşı olmadığını, əvvəllər Fransanın Bakıdakı səfirliyində işlədiyini öyrənmişdir. Martin ona Zaurun çox kasıb olduğunu demiş və səfirliklərdən birində Zaur üçün iş tapılmasını arzu etdiyini bildirmişdir. 2023-cü ilin təxminən avqust-sentyabr aylarında birgə Strasburqda təhsil aldığı rəfiqəsi Elmira Əliyeva Bakıdakı Əlcəzair Səfirliyindən özünə iş təklif edildiyini (X36 stajor kimi bir müddət işlədiyi üçün bu iş təklifi edilmişdir), amma daimi iş yeri olduğu üçün bu təklifə “hə” deyə bilmədiyini ona bildirmişdir. Elmira ona bu sözləri dedikdən sonra o, Martinin tanışı X45 işə düzəlməsinə köməklik etməyini Elmiradan xahiş etmişdir. Elmira isə ona səfirlikdə tanışının olmadığını bildirərək, sadəcə iş təklifi edən mobil nömrə ilə Zauru əlaqələndirə biləcəyini demişdir. O, X13 işçisinin nömrəsini götürüb Martinə “bu nömrəni Zaura ver özü işçi ilə əlaqə saxlasın CV göndərsin əgər alınsa bəlkə onu işə götürərlər” məzmunlu sözlər deyərək vermiş, Martin də nömrəni Zaura vermişdir. O, bundan təxminən 1-2 ay sonra Martindən Zaurun artıq orada işə düzəldiyini öyrənmişdir. Martin 2023-cü ilin yay aylarında anasının Fransadan göndərdiyi maliyyə vəsaitləri hesabına Bakıdan ev almışdır. 2023-cü ilin yay aylarında Martinin anası və atası Bakıya turist kimi gəzməyə gələn zaman Martin valideynlərini onunla tanış etmək üçün Bakı şəhərində “Pacifico” adlı restoranda görüş təşkil etmişdir. O, görüş zamanı Martinin valideynlərinin ziyalı şəxslər olduğunu, atasının Fransada Universitetdə müəllim işlədiyini öyrənmişdir. O, bundan başqa Martinin danışıqları zamanı sonuncunun Gürcüstan vətəndaşı gürcü xanımla ailə həyatı qurmuş Girod Ludovic adlı tanışının olduğunu, Martinin Bakıda həmin şəxsə məxsus şirkətin məhsullarının təqdimatını həyata keçirərək satışda vasitəçilik etdiyini öyrənmişdir. O, həmin şəxsin sadəcə adını Martindən eşitmiş, özünü görməmişdir. O, Dillər Universitetində fransız dilinin tədrisi sahəsində keçirilən təlim, treninq və seminarlar zamanı Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin təhsil sahəsində çalışan Hakan Ünlü (Conatan) adlı və mədəniyyət işləri üzrə səfirin köməkçisinin asistenti kimi işləyən Arzu adlı şəxslə tanış olmuşdur. O, bu şəxslərlə xidməti fəaliyyətindən kənar hər hansı əlaqə saxlamamışdır. Səfirliyin keçirdiyi tədbirlərə Fransa vətəndaşı olaraq tez-tez dəvət edildiyindən Martin də həmin şəxslərlə tanış olmuşdur. Buna baxmayaraq onun Fransa səfirliyində işləyən Fredirik Devos, Loran Ledit, Loran Grard və Jerome Gassarino adlı şəxslərlə heç bir tanışlığı və əlaqəsi olmamışdır. Martin də həmin şəxslər barədə ona heç nə deməmişdir. Bildirir ki, Təqsirləndirilən şəxs1lə söhbətləri zamanı onun casus ola biləcəyi, Azərbaycanla bağlı kəşfiyyat məlumatları əldə etmək niyyəti ilə bağlı hər hansı şübhəsi olmamış, yalnız həbs edildikdən sonra ifadə verməsi üçün DTX-ya çağırıldıqda bu barədə öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək və eyni məzmunla ifadə verərək göstərdi ki, o, xx.xx.2010cu il tarixdən 15 oktyabr 2021-ci il tarixədək Azərbaycan Rsepublikasının Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olmuş, həmin müddət ərzində Xidmətin Hərbi Qospitalının rəisi, xx.xx.2020-ci ildən isə X91 Tibb İdarəsinin rəisi vəzifələrində xidmətdə olmuşdur. Rütbəsi tibb xidməti polkovnikdir. 2016-cı ilin oktyabr ayından hazıradək Bakı Ali Neft Məktəbində «Mülki müdafiə və Tibb yardımının əsasları» fənni üzrə professor qismində tədris etməkdədir.2016-cı ildən etibarən tibb elmləri doktorudur, 8 kitabın, 4 kitabın isə fəsillərinin müəllifidir. 100-dən çox çap olunmuş məqaləsi, bir ixtira patenti və bir faydalı model patenti vardır. Əməkdar həkimdir. Dövlət mükafatları vardır, sonuncu dövlət mükafatı İİ Qarabağ Müharibəsi zamanı fəaliyyəti ilə əlaqədar olmuşdur. «Vətənə xidmətə görə 3-cü dərəcəli ordenl»lə mükafatlandırılmışdır. 2009-cu ildən Beynəlxalq Cərrahlar Cəmiyyətinin, 2010-cu ildən X37 və Qastroentrologiya Cəmiyyətinin, 2007-ci ildən Türkiyə Endoskopik və Laparoskopik Cərrahlar Cəmiyyətinin, 2008-ci ildən X28 Cəmiyyətinin, 2014-cü ildən X158 cəmiyyətinin, 2021-ci ildən isə Asiya Travma Cəmiyyətinin üzvüdür. Fransa Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 adlı şəxsi tanıyır, onunla 2019-cu ilin oktyabr ayının sonu noyabr ayının əvvəllərində Bakı şəhərinin Mərkəzində fəaliyyət göstərən «X135»ndə tanış olmuşdur. Tanışlıqlarına gəlincə onu deyir ki, o həmin ərəfədə ikinci dil kimi alman və yaxud fransız dilini öyrənmək istəyirmiş. Qərar verib ki, fransız dilini öyrənsin, ona səbəb bacısı qızı Fatimənin fransız dilini öyrənməsi olmuşdur. Bir dayı kimi o da söz verib ki, Fatimə kimi o da fransız dilini öyrənəcək. Bacısı qızını motivasiya və dəstək vermək üçün fransız dilini öyrənmək qərarına gəlmişdir. Tanışları vasitəsilə öyrənib ki, «X135»ndə fransız dilinin tədrisi həyata keçirilir. Həmin ərəfədə Dövlət Sərhəd Xidmətinin Hərbi Qospitalının rəisi vəzifəsində işləyirmiş. «X135»nə müraciət etmiş və mərkəzin direktoru Nəzrin xanım vasitəsilə Təqsirləndirilən şəxs1 adlı bir fransız dilinin tədrisi ilə məşğul olan şəxslə tanış olmuşdur. Təqsirləndirilən şəxs1la tanış olduqdan sonra razılığa gəlmişlər ki, Təqsirləndirilən şəxs1 həftədə iki dəfə «X135»ndəki otaqda axşam saat 19:30-dan 20:30-dək vaxtda ona fransız dilini tədris edəcək. Nəzrin xanım ona ödəniş barədə əlavə məlumat verəcəyini söyləmişdir. O da deyib ki, əgər xoşuna gəlsə tədrisini davam edəcək və ödənişini edəcək. Beləliklə, fransız dilinin tədrisi başlamışdır. O işdən sonra hərbi geyimdə mərkəzə gəlirmiş və Təqsirləndirilən şəxs1 ona fransız dilini tədris edirmiş. İlk dərsdən sonra o hiss edib ki, Təqsirləndirilən şəxs1 fransız dili üzrə müəllim deyil, sadəcə fransızdır və öz ana dili kimi o dili bilir, tədrisə meyli var. O barədə narazılığını Nəzrin xanıma da bildirmişdir. Təqsirləndirilən şəxs1 yanına təxminən 7-8 dəfə getmiş və sonradan Təqsirləndirilən şəxs1 tədrisi, onun tədris metodu, qeyri-peşəkar yanaşması xoşuna gəlməmiş və bir daha onun yanına getməmişdir. O vaxtdan da mərkəzdn onu axtaran olmamışdır. Bildirir ki, Təqsirləndirilən şəxs1la ilk dəfə tanış olduqdan sonra Martin onun hərbiçi olduğunu, polkovnik rütbəsində olduğunu görüb soruşub ki, o harada işləyir. O da Dövlət Sərhəd Xidmətinin Hərbi Qospitalının rəisi olduğunu Təqsirləndirilən şəxs1 bildirmişdir. Təqsirləndirilən şəxs1 onun mobil telefon nömrəsini də istəmiş və o istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsini ona vermişdir. Üçüncü və yaxud dördüncü görüşlərində Təqsirləndirilən şəxs1 Bakı şəhərində hansı ünvanda və kiminlə yaşamağı barədə, eləcə də övladının olub-olmaması barədə ona suallar vermişdir. O da Bakı şəhəri ətrafında valideynləri ilə birlikdə məhlə evində yaşadığını, bir azyaşlı övladının olmasını Təqsirləndirilən şəxs1 bildirmişdir. Martinin deməsindən bilmişdir ki, sonuncu Fransada ali təhsil alıb, validenlərindən ayrı yaşayıb, Azərbaycanda isə tək yaşayır, əvvəllər bir neçə dəfə Azərbaycanda olub, fransız dilinin tədrisi ilə yanaşı həmçinin iqtisadi fəaliyyətlə məşğul olur. Yadına bir məqam da düşür ki, dil öyrənərkən fransız dilində o harada doğulması barədə cümlə yazarkən Təqsirləndirilən şəxs1 Qax rayonunun harada olmasını ondan soruşmuşdur. O da Təqsirləndirilən şəxs1 Qax rayonunun Azərbaycanın şimal-qərb bölgəsində yerləşdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1la münasibəti və əlaqəsi yalnız elə olub, onunla görüşləri yalnız Mərkəzdə olmuşdur. Bir dəfə də Təqsirləndirilən şəxs1 ona deyib ki, onun Azərbaycanda Zaur adlı tanışı var, istərsə onunla tanış edər. O da Təqsirləndirilən şəxs1 həmin təklifinə nəzakət xətrinə etiraz etməmiş, tədris bitdikdən sonra yaxınlıqda yerləşən kafelərin birində Təqsirləndirilən şəxs1 onu Zaur adlı əvvəllər Fransada təhsil almış azərbaycanlı bir şəxslə tanış etmişdir. Ümumi söhbət edib ayrılmışlar. Sonrakı vaxtlarda Zaurla heç bir əlaqəsi və münasibəti olmamışdır. Dediklərindən başqa onun Təqsirləndirilən şəxs1la sonrakı vaxtlarda heç bir əlaqəsi və münasibəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək və eyni məzmunlu ifadə verərək göstərdi ki, o, xx.xx.2023cü il tarixdə səhər saatlarında işlədiyi Bakı şəhəri 80 saylı Mənzil Kommunal İstismar Sahəsinin ərazisində iş yoldaşı Şahid12la birlikdə olarkən iki nəfər mülki paltarda olan şəxs onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları olduqlarını bildirmiş və onlardan mənzilin baxışında hal şahidi kimi iştirak etmələrini xahiş etmişlər. Onlar həmin əməkdaşlara razılıqlarını bildirmişlər. Həmin vaxt əməkdaşlardan biri onlardan Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 54-də yaşayan Təqsirləndirilən şəxs2 adlı şəxsi tanıyıb-tanımadıqlarını soruşduqda, sonuncular həmin əməkdaşa Təqsirləndirilən şəxs2 adlı şəxsi tanımadıqlarını demişlər. Onlar həmin əməkdaşlarla baxış keçirilməli olan mənzilə doğru getmişlər. Daha sonra onlar digər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs2 adlı şəxsin yaşadığı mənzilinə daxil olmuşlar. Baxış başlanmzdan əvvəl onlara hüquqları izah edilişdir. Mənzilin dəhlizindən içəriyə daxil olduqda mənzilin 3 yataq otağı, bir qonaq otağı və bir mətbəxdən ibarət olduğunu görmüşdür. Baxış videoçəklişlə aparılmış və otaqlara bir-bir daxil olaraq baxış keçirimişdir. Baxış zamanı 3 ədəd “Lenovo” markalı notebook, 1 ədəd “samsung”, 2 ədəd “LG”, 1 ədəd “İphone”, 1 ədəd “Blackberry” və 1 ədəd “Xiaomi” markalı mobil telefonlar, 3 ədəd fleşkart, 1 ədəd dəftərcə, 1 ədəd Təqsirləndirilən şəxs2 məxsus xarici pasport və çoxlu sayda vizitkartlar aşkar edildi və onlar Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən götürülmüşdür. Baxışın sonunda protokol tərtib olunmuş, hamısı həmin protokolla tanış olaraq imzalamışlar. Baxış başa çatdıqdan sonra isə o Şahid12la işlərinə qayıtmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək və eyni məzmunla ifadə verərək göstərdi ki, 2010-cu ildən təsis etdiyi "xxxx" MMC-yə rəhbərlik edir. Əlavə olaraq da 2019-cu ildən "xxxx" MMC-nin icraçı direktoru vəzifəsində işləməyə başlamışdır. Hər iki şirkət 2020-ci ilədək Bakı şəhəri, Nəsimi rayonu Səməd Vurğun küçəsində yerləşən “X112” mərkəzin 14-cü mərtəbəsində fəaliyyət göstərmiş, sonradan isə həmin mərkəzin 20-ci mərtəbəsində fəaliyyət göstərmişdir. Hər iki şirkətin fəaliyyəti xarici dillər üzrə təlimlərin keçirilməsini təşkil edir. Özü də daxil olmaqla şirkətdə 7 nəfər müəllim olmuş, 6 nəfər ingilis, 1 nəfər isə italyan dili üzrə təlimlər keçmişdir. 2018-ci ilin əvvəlində şirkətləri Fransanın “AFCham” adlı qeyrihökümət təşkilatına üzv olmuş, məqsədləri şirkətə daha çox tələbə cəlb etmək olmuşdur. “AFCham” təşkilatı Bakı şəhərində tez-tez tədbirlər keçirirmiş və həmin tədbirlərə çoxlu sayda şirkətlər dəvət edilirmiş. Özü də həmin tədbirlərdə iştirak edərək şirkətlərinin fəaliyyəti haqqında qonaqlara məlumat verirmiş. Xatırladığı qədər 2018-ci ilin təxminən payız aylarında “AFCham” təşkilatın Nərmin adlı icraçı direktoru tərəfindən ona fransız dili müəllimi kimi Təqsirləndirilən şəxs1 adlı şəxs təklif edilmiş, sonuncunu şirkətə dəvət etmişdir. Təxminən 2 ay müddətində Təqsirləndirilən şəxs1 şirkətdə fransız dili üzrə təlim keçmişdir. Həmin müddətdə Təqsirləndirilən şəxs1 Dövlət Sərhəd Xidmətində hərbi həkim vəzifəsində xidmət edən Kənan Yusifzadəyə təlim keçmişdir. Həmçinin həmin müddətdə Təqsirləndirilən şəxs1 rus səfirliyində işləyən Olqa Kudravcevaya da 2 dəfə xarici dil üzrə təlim keçmişdir. Daha sonra müştəri olmadığından Təqsirləndirilən şəxs1 şirkətdə təlimlər keçməyə gəlməmişdir. Qeyd etdiklərindən başqa Təqsirləndirilən şəxs1 şirkətləri ilə heç bir işgüzar əlaqəsi olmamışdır. “Afcham” təşkilatının ümumilikdə keçirdiyi təxminən on tədbirində iştirak etmiş, həmin tədbirlərin dörd və yaxud beşində Təqsirləndirilən şəxs1ı görmüşdür. Təqsirləndirilən şəxs1la rastlaşan zaman sadəcə bir-biriləri ilə salamlaşmalarından başqa aralarında heç bir söhbətləri olmamışdır. Başqa da Fransa səfirliyi tərəfindən təxminən dörd dəfə keçirilən tədbirlərə səfirlik tərəfindən dəvət edilmiş, qatıldığı həmin tədbirlərdə də Təqsirləndirilən şəxs1ı görmüşdür. 2023-cü ildə Fransa səfirliyi tərəfindən iyul və noyabr aylarında tədbirlər keçirilmiş, 2023-cü ilin noyabr ayında Fransa səfirliyinin inzibati binasında təşkil olunmuş tədbirdə o Təqsirləndirilən şəxs1ı da orada görümşdür. Daha sonra xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs1 onun “Whatsapp” tətbiqinə mesaj yazaraq şirkət yaratdığını və həmin şirkətin də fransız çaxırların satışı ilə məşğul olmasını ona bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək və eyni məzmunla ifadə verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında işlədiyi Bakı şəhərinin Nizami rayonunun 28 saylı MKİS-in ərazisində iş yoldaşı Şahid14 ilə birlikdə olarkən iki nəfər mülki paltarda olan şəxs onlara yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları olduqlarını bildirib yaxınlıqda olan binaların birinin mənzilində keçiriləcək baxışda hal şahidi kimi iştirak etmələrini onlardan xahiş etmişlər. O və iş yoldaşı Şahid14 Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşının təklifi ilə razılaşdıqdan sonra onlar birlikdə baxış keçiriləcək Bakı şəhəri, ünvan 13 ünvanda yaşayan şəxsi tanıyıb-tanımadıqları soruşulmuş, onlar da əməkdaşa həmin ünvanda yaşayan şəxsi tanımadıqlarını bildirmişlər. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının söhbətlərindən biliblər ki, baxışı aparılacaq mənzildə yaşayan şəxs Fransa vətəndaşıdır. Ona görə də onların yanında Azərbaycan-fransız dillərini bilən qadın tərcüməçi də olmuşdur. Onlar liftlə yuxarı qalxmışlar. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından biri mənzilin qapısını döymüş və mənzildə yaşayan şəxs qapını açmışdır. İlk danışığından həqiqətən də fransız olduğunu bilmişlər. Daha sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı baxış keçirilməsi haqqında məhkəmə qərarını mənzil sahibinə tərcüməçi vasitəsilə elan etmiş və qərarı mənzildə yaşayan həmin şəxsə təqdim etmişdir. Mənzil sahibinin adının Martin olduğunu orada bilmişdir. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı tərəfindən baxış başlanmamışdan əvvəl ev sahibinə, eləcə də baxışda iştirak edən digər şəxslərə hüquq və vəzifələr izah edilmiş və Martinə iş üçün əhəmiyyətli olan əşyaları təqdim etmək təklif edilmişdir. Martin isə evində hər hansı qanunsuz əşyaların olmadığını bildirib baxış iştirakçılarını mənzilinə dəvət etmişdir. Daha sonra baxış başlanmışdır. Baxış zamanı mənzildən mənzil sahibinin adına verilmiş Fransa dövlətinin pasportu, Azərbaycanda müvəqqəti yaşamaq haqqında icazə sənədi, dörd ədəd müxtəlif markalı mobil telefonlar, iki ədəd noutbuk, bir ədəd yaddaş qurğusu, bir ədəd “Azercell”in internet cihaz qurğusu, çoxsaylı vizit kartları, "xxxx" MMC-yə məxsus sənədlər, fransız dilinin tədrisi lə bağlı müxtəlif əlyazma və qeyd kitabçaları aşkar edilmişdir. Aşkar edilmiş əşya və sənədlər müvafiq qaydada qablaşdırılmış, Dövlət Təhlükəsizliyi Xidmətinin möhürü ilə möhürlənərək götürülmüşdür. Baxış videoçəkilişdən istifadə etməklə aparılmışdır. Baxışın sonunda onlar baxış iştirakçıları olaraq baxışın lentə alındığı çəkilişə baxmış və hər şeyin doğru olduğunu görmüşlər. Ev sahibi Martin də çəkilişdə əks edilənlərin həqiqət olduğunu və onunla bağlı heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra müvafiq qaydada baxış protokolu tərtib edilmiş, həmin protokol tərcüməçi tərəfindən ev sahibinə tərcümə edilmiş, ev sahibi protokolun məzmunu, eləcə baxışın aparılma qaydası ilə bağlı heç bir şikayətinin olmadığını bildirmişdir. Baxış başa çatdıqdan sonra isə o Şahid14 ilə iş yerlərinə qayıtmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək və eyni məzmunla ifadə verərək göstərdi ki, o, 2022-ci ilin sonlarında internetdə elan saytında tapdığı Nizami rayonu, Özbəkistan küçəsi 9, ev 6, mənzil 117 ünvanında yerləşən mənzili İlqar adlı şəxsdən 100.000 manata satın almışdır. O, mənzili satın alarkən məqsədinin kirayəyə vermək olduğu üçün həmin vaxt mənzildə kirayəşin olan Kənan adlı şəxsi mənzildən çıxarmamışdır. Kənan adlı şəxs həyat yoldaşı ilə birlikdə mənzildə qalaraq, hər ay ona 450 manat məbləğində kirayə pulu ödəməyə davam etmişdir. 2022-ci ilin təxminən iyul ayının əvvəlində Kənan mənzili boşaltdıqdan sonra həmin ayın ortalarında yaxınlıqda fəaliyyət göstərən Elvin adlı makler Aidə adlı bir qadının mənzili kirayəyə götürmək istədiyini ona bildirmişdir. Aidə adlı həmin qadın mənzildə kirayə qaldığı müddətdə o, evi satmaq qərarına gəlmiş və Elvinə öz niyyəti barədə məlumat vermişdir. 2022-ci ilin təxminən iyul ayının sonlarında Elvin “***-***-**-**” mobil nömrəsindən ona zəng edərək mənzili almaq istəyən müştərinin olduğunu bildirib onu Qara Qarayev metro stansiyasının yaxınlığında yerləşən ofisinin yanına çağırmışdır. O, da Elvinin yanına getdikdən təxminən 5-10 dəqiqə sonra, birini adı Zaur digərinin adı isə Martin olan iki nəfər də onlara yaxınlaşmışdır. Martinlə Zaur görüş zamanı öz aralarında yalnız fransız dilində danışmışlar. Fransa vətəndaşı olan Martin mənzili satın almaq istəmiş, Zaur isə Martinin dostu olduğu üçün orada olmuş və sonuncu azərbaycan dilində səlis danışmağıdı üçün danışıqları özü aparmışdır. O, həmin görüşdə Martin və Zaura mənzili 117.000 manata satmaq istədiyini demiş, lakin sonuncular bu qiymətə razı olmadıqları üçün getmişlər. Bundan təxminən 1-2 gün sonra, Elvin onun mobil telefonuna zəng edərək Martinin mənzili 117.000 almaq istədiyini bildirmiş və o, həmin gün mənzilin həyətinə gedərək Martin və Zaurlə görüşmüşdür. Həmin vaxt ona 1000 manat məbləğində pul beh kimi verilmiş, növbəti gün isə o, Martinlə evin alqı-satqısını həyata keçirmək üçün “Sahil” metro stansiyasının yaxınlığında yerləşən 46 saylı notariusa getmişdir. Martinin evi almaq üçün verməli olduğu pul avro şəklində olduğundan Zaurla Martin notariusun yaxınlığında yerləşən “Rabitəbank”a gedərək pulu manata çevirmiş, bundan sonra isə alqı-satqı həyata keçirilmişdir. Notariusda alqı-satqını zamanı Zaur ona Martinin Bakı şəhərində bizneslə məşğul olduğunu bildirmiş, lakin dəqiq olaraq hansı bizneslə məşğul olduğunu deməmişdir. Zaur həmçinin, Martinin anasının Fransada yaşadığını və evi satın almaq üçün pulun yarısının anası tərəfindən göndərildiyini bildirərək, ona Martin yaxın zamanda Britaniya Krallığının vətəndaşlığını alacağını demişdir. O, Martinlə mənzili əvvəlcədən kirayəyə götürmüş Aidə adlı qadının müəyyən olunmuş müddət bitənədək yəni 10 sentyabr 2023-cü il tarixədək həmin mənzildə qalacağı barədə razılaşmışdır. 2023-cü ilin avqust ayının sonunda Aidə adlı həmin qadın mənzildən çıxmış, o da, mənzilə gedərək öz əşyalarını götürmüş, mənzilin açarını isə Elvinə vermişdir. O, bundan sonra nə Martini nə də Zauru görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid27 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək və eyni məzmunla ifadə verərək göstərdi ki, o, 2023-cü ilin əvvəlində ev alqı-satqısı ilə məşğul olmağa başlamış, əsas fəaliyyət istiqaməti Nizami rayonu, Özbəkistan küçəsi 9 ünvanında yerləşən “Crystall-Absheron” məxsus binalardakı mənzillərin alqı-satqısını və kirayə verilməsini təşkil etməkdən ibarət olmuşdur. 2023-cü ilin yay aylarında Nizami rayonu, Özbəkistan küçəsi 9, ev 6, 117-ci mənzilin sahibi Rəşad adlı tanışı ona müraciət edərək mənzilinə kirayənişin tapmağı ondan xahiş etmişdir. O, da bu məqsədlə həmin mənzili bina.az internet səhifəsində yerləşdirmişdir. Həmin gün Aidə adlı bir qadın onun mobil nömrəsinə zəng edərək mənzilə baxmaq istədiyini bildirmiş və bir müddət sonra gəlib mənzilə baxmışdır. Aidə adlı qadın Rəşadın təklifi ilə aylıq 500 manat məbləğində kirayə haqqı ödəməklə mənzili kirayəyə götürmək qərarına gəlmiş, növbəti gün isə azyaşlı oğlu ilə mənzilə köçmüşdür. O, həmin ərəfədə internet səhifəsində Özbəkistan küçəsi 9 ünvanında yerləşən “Crystall-Absheron”un binalarında olan bir neçə mənzilin satış elanını yerləşdirmiş, bundan sonra təxminən 2023-cü ilin iyul ayının sonlarında Zaur adlı şəxs ona zəng edərək Özbəkistan küçəsi 9, 4-cü evdə yerləşən mənzilə baxmaq istədiyini bildirmişdir. O, bu məqsədlə görüş təyin etmişdir. Zaur görüşə milliyyətcə fransız olan Martin adlı dostu ilə gəlmiş və mənzili alan şəxsin həmin dostu olduğunu bildirmişdir. Zaur və Martin mənzilə baxıb, bəyənmədiklərini bildirib getmişlər. Rəşad adlı tanışı həmin günlərdə ondan Özbəkistan küçəsi 9, ev 6, 117 ünvanında yerləşən mənzilini satmağı xahiş etmiş, o, da həmin mənzili əvvəlki kimi bina.az internet səhifəsində yerləşdirmişdir. Zaur adlı şəxs həmin gün onun mobil nömrəsinə zəng edərək mənzilə baxmaq istədiyini bildirmişdir. O, da həmin vaxt mənzildə yaşayan Aidə adlı qadından icazə aldıqdan sonra Zaurla Martin gəlib evə baxıb evi bəyənmişlər. O, da Rəşada zəng edərək bu barədə bildirmiş və görüş təyin etmişdir. Növbəti gün o, Zaur, Martin və Rəşad görüşən zaman Rəşad Zaura mənzilini 117.000 manata satdığını demiş, lakin Zaurla Martin bu qiymətə razı olmadıqları üçün getmişlər. Bundan təxminən 1-2 gün sonra, Zaur ona zəng edərək mənzili 117.000 manata almaq istədiklərini bildirmişdir. O, da bu barədə Rəşada zəng edib demiş və mənzilin həyətində görüş təyin olunmuşdur. Görüş zamanı X147 beh vermiş, növbəti gün isə evin alqı-satqısı “Sahil” metro stansiyasının yaxınlığında yerləşən 46 saylı notariusa aparılmışdır. Martinin evi almaq üçün verməli olduğu pulu avro şəklində olduğundan Zaurla notariusun yaxınlığında yerləşən “Rabitəbank”a gedərək pulu manata çevirmişlər. Martin və Zaurla əldə olunmuş razılaşmaya əsasən mənzili kirayəyə götürən Aidə adlı qadın müqavilə müddəti bitənədək yəni 10 sentyabr 2023-cü il tarixədək mənzildə qala bilərdi. 2023-cü ilin təxminən avqust ayının sonunda Aidə adlı qadın mənzildən çıxdıqdan sonra Martin mənzilə köçmüşdür. Notariusda alqı-satqını zamanı Zaur ona Martinin Bakı şəhərində bizneslə məşğul olduğunu bildirmiş, lakin dəqiq olaraq hansı bizneslə məşğul olduğunu deməmişdir. Zaur həmçinin, Martinin anasının Fransada yaşadığını və evi satın almaq üçün pulun yarısının anası tərəfindən göndərildiyini bildirərək, Martin yaxın zamanda Britaniya Krallığının vətəndaşlığını alacağını ona demişdir. Martin sonralar onun əsas işlədiyi yer olan Özbəkistan küçəsindən keçərkən hərdən onunla salamlaşmışdır. Onun Martinlə bundan başqa heç bir əlaqəsi olmamışdır. O, Zaurla da bir neçə dəfə rastlaşmış, lakin Zaur onunla heç vaxt salamlaşmamışdır. O, həmçinin bir neçə dəfə axşam saatlarında, Zaurla Martinin binanın həyətində gəzdiklərini müşahidə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid18 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək və eyni məzmunla ifadə verərək göstərdi ki, o, həyat yoldaşı Elnarə Babayevanın adına rəsmiləşdirilmiş lakin faktiki özünün sərəncamında olan ünvan 5 ünvanında yerləşən mənzili təxminən 2009-cu ildən kirayəyə verməyə başlamışdır. O, kirayəçilər tapmaq üçün həmin mənzilin görüntü və qiymətini əks etdirən elanları müxtəlif internet saytlarında, eləcə də “bina.az” saytında yerləşdirmiş və təxminən 2020-ci ilin avqust ayının ortalarında hazırda adını xatırlamadığı mənzillərin kirayə və alqı-satqı məsələləri ilə məşğul olan broker (makler) onun mobil telefon nömrəsinə zəng edərək evə baxmaq istədiyini bildirmiş və razılıq əldə olunmaqla uyğun görüş vaxtı təyin edilmişdir. Razılaşdırılmış gündə Təqsirləndirilən şəxs1 və hazırda adını xatırlamadığı mənzillərin kirayə və alqı-satqı məsələləri ilə məşğul olan broker onunla görüşüb birlikdə ünvan 5 ünvanında yerləşən mənzilə baxmışlar və ondan ayrıldıqdan təxminən 1 saat sonra əlaqə saxlayaraq mənzili kirayəyə götürməyə razılaşmışlar. Təqsirləndirilən şəxs1 təxminən 2020-ci ilin avqust ayından 2023-cü ilin sentyabr ayınadək olan müddətdə həmin evdə kirayə yaşamış, əcnəbi olduğu üçün Miqrasiya Xidmətində Təqsirləndirilən şəxs1 onun razılığı ilə kirayə yaşadığı ünvan 5 ünvanında yerləşən həmin mənzilə müvəqqəti qeydiyyata düşmüşdür. Onunla Təqsirləndirilən şəxs1 arasındakı razılaşmaya əsasən sonuncu aylıq 500-550 manat məbləğində pul vəsaitini bəzən nağd, bəzən isə nağdsız formada ona ödəmişdir. Təqsirləndirilən şəxs1 onun evində qaldığı müddətdə tək yaşamış və ev sahibi kimi onunla heç bir problemi olmamışdır. O, Təqsirləndirilən şəxs1 peşəsini soruşduqda, sonuncu əvvəlcə ona gəmiçilik fəaliyyəti ilə məşğul olduğunu bildirsə də, təxminən 2023-cü ildə aralarında baş tutmuş məişət zəminində söhbət əsnasında təkrar həmin sual ünvanlanan zaman ona çaxır və digər spirtli içkilərin Azərbaycan Respublikasına idxalı və satışı ilə məşğul olduğunu demişdir. Bu cavab onda bir az tərəddüd meydana gətirsə də, o, Təqsirləndirilən şəxs1 əsl işini düzgün deməməyini kirayə haqqının məbləğinin qaldıracağından ehtiyat etməsi ilə əlaqələndirmiş və bu barədə daha heç nə soruşmamışdır. O, Təqsirləndirilən şəxs1la indiyədək yalnız aylıq kirayə haqqının ödənilməsi çərçivəsində təxminən ayda bir dəfə əlaqə saxlamış və şəxsi heç bir münasibətləri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid19 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək və eyni məzmunla ifadə verərək göstərdi ki, 1993cu ildə ailə həyatı qurandan sonra arvadının bacısı Adila Şakibanın əri Əliəsgər Şakiba ilə tanış olmuşdur. Əliəsgər Almaniyada işlədiyi üçün onlar Almaniya Federativ Respublikasında məskunlaşmış və orada qazandıqları pullarla 90-cı illərin sonundan indiyədək Bakı şəhərində 5 mənzil əldə etmişlər. Əliəsgər tanıdığı maklerlər vasitəsilə həmin evləri kirayəyə verir, o isə kirayəçilərdən həmin pulları toplayıb Əliəsgər Bakı şəhərinə gələndə şəxsən vermək məqsədilə özündə saxlamışdır. Əliəsgərin ünvan 7 ünvanında yerləşən birinin nömrəsi 44 olan ümumilikdə iki mənzili var. Əliəsgər həmin mənzilləri 2016-2017-ci illərdə təxminən 180 min manata satın almışdır. Əliəsgər mənzilləri maklerlər vasitəsilə müxtəlif şəxslərə kirayə verir, indi də həmin mənzillərdə kirayəçilər yaşayırlar. 2019-cu ilin sentyabr - 2020-ci ilin avqust ayları ərzində ünvan 7 ünvanındakı mənzillərin birində Martin adlı Fransa vətəndaşı və digərində isə Zaur adlı azərbaycanlı qalmışdır. Martin adlı şəxs aylıq 500 manat, Zaur adlı şəxs isə aylıq 300 manat məbləğində kirayə haqqı ödəmişdir. Zaur adətən hər ayın əvvəli ona zəng edərək Fəvvarələr meydanında onunla görüşmüşdür. O, Zaurdan aylıq kirayə pulunu Martinin kirayə haqqı daxil olmaqla ümumi olaraq 800 manat məbləğində almışdır. Zaur və Martin adlı şəxslər həmin mənzillərdə qaldığı müddətdə hər hansı hadisə baş verməmişdir. Əliəsgər Zaur və Martin adlı həmin şəxslərlə bir il müddətinə kirayə müqaviləsi bağlamış, müqavilə müddəti başa çatdıqdan dərhal sonra sonuncular həmin mənzilləri boşaltmışlar. Bundan sonra o, Martin və Zaur adlı şəxslər barədə hər hansı məlumat almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X74 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək və eyni məzmunla ifadə verərək göstərdi ki, 2014-cü ildə Moskva Dövlət X4 birinci kursda oxuyan zaman həmin institutun beynəlxalq hüquq fakültəsinin üçüncü kursunda təhsil alan Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. Bundan sonra onunla Təqsirləndirilən şəxs2 arasında dostluq münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs2 2016-cı ildə institutu bitirib magistratura pilləsində təhsil almaq üçün Fransa Respublikasına getdikdən sonra hərdən onunla sosial şəbəkə vasitəsilə əlaqə saxlamağa davam etmişdir. O, həmçinin, yay aylarında tətil zamanı Bakı şəhərində olarkən təxminən 1-2 dəfə Təqsirləndirilən şəxs2 ilə görüşmüşdür. O, 2020-ci ildə magistr təhsilini bitirib Şotlandiyadan Bakıya qayıtdıqdan sonra, Təqsirləndirilən şəxs2 ilə əlaqəsini davam etdirmiş, həmin müddətdə ona Təqsirləndirilən şəxs2 "xxxx" ASC-də hüquqşünas vəzifəsində işlədiyi məlum olmuşdur. O, Təqsirləndirilən şəxs2 ilə təxminən ildə bir-iki dəfə hazırda adlarını xatırlamadığı kafelərdə görüşmüşdür. Təqsirləndirilən şəxs2 08 oktyabr 2023-cü il tarixdə ona “Facebook” tətbiqində yazaraq görüşməyi təklif etmiş və Bakı şəhərinin “torqovaya” adlanan hissəsində yerləşən “sweet levantine” kafesində görüşmək barədə razılaşmışdır. Təqsirləndirilən şəxs2 ona əvvəlcədən görüşə milliyyətcə fransız olan Martin adlı dostu ilə birlikdə gələcəyini demişdir. O, isə buna heç bir etiraz etməmişdir. Görüş təxminən saat 15 radələrində baş tutmuşdur. Görüş zamanı o, Təqsirləndirilən şəxs1la öz aralarında ingilis dilində danışmışdır. Təqsirləndirilən şəxs1 Azərbaycana sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün gəldiyini, Bakıda çaxır satdığını və Qış parkının yaxınlığında kiçik anbarının olduğunu ona bildirmişdir. Təqsirləndirilən şəxs1 həmçinin şahmat və boksla məşğul olduğunu və UFC idman növü ilə maraqlandığını ona demişdir. O, da öz haqqında Təqsirləndirilən şəxs1 məlumat verərək UFC-nin pərəstişkarı olduğunu demişdir. O, bir müddət həmin kafedə Təqsirləndirilən şəxs1la söhbət etdikdən sonra, gəzişmək qərarına gəlmiş və onlar Təqsirləndirilən şəxs2 ilə birlikdə dənizkənarı bulvara getmişlər. Təqsirləndirilən şəxs1 orada ona və Təqsirləndirilən şəxs2 özünə məxsus anbara baxmağı təklif etmiş və sonuncularla birlikdə anbara getmişdir. Təqsirləndirilən şəxs1 anbarda ona və Təqsirləndirilən şəxs2 öz çaxırlarını göstərmiş və qiymətləri barədə danışmışdır. Anbardan çıxdıqdan sonra isə piyada Mərkəzi Banka doğru getmişlər. Təqsirləndirilən şəxs1 orada onunla və Təqsirləndirilən şəxs2 ilə sağollaşaraq ayrılmışdır. Təqsirləndirilən şəxs2 isə onu qaldığı evin yaxınlığında olan dayanacağa kimi ötürüb öz evinə getmişdir. Təqsirləndirilən şəxs1 2023-cü ilin oktyabr ayının sonlarında onun “teleqram” tətbiqinə yazaraq Azad Məmmədovla birlikdə UFC üzrə idmançılar İslam Maxaçev və Aleksandr Volkonovskinin döyüşünə kafelərin birində görüşüb baxmağı ona təklif etmiş, sonuncu da razılaşmışdır. Görüşdən qabaq Təqsirləndirilən şəxs2 idman zalında qaçan zaman ayağını zədələdiyi üçün döyüşə baxmağa gələ bilməmişdir. O, Təqsirləndirilən şəxs1la “torqovaya”da yerləşən “Passage 145” adlı kafedə görüşmüşdür. Təqsirləndirilən şəxs1 ona iki nəfər rəfiqəsinin də gələcəyini demiş, bir müddət sonra Təqsirləndirilən şəxs1 Olqa adlı rəfiqəsi gələrək digər qadının gəlməyəcəyini bildirmişdir. Milliyyətcə rus olan Olqa “Hyatt Regency” otelində fitnes məşqçisi kimi işləməsi, fitnes üzrə aldığı yeni sertifikatı barədə ona danışmış, bundan sonra, UFC haqqında danışaraq birlikdə döyüşə baxmışlar. Döyüş başa çatdıqdan sonra, Olqa rəfiqəsi ilə görüşəcəyini deyib sağollaşaraq uzaqlaşmışdır. O, isə Təqsirləndirilən şəxs1la kafedən çıxaraq Heydər Əliyev adına Respublika Sarayına tərəf getmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 ona Olqanın rus casusu olmasından şübhələndiyi demiş, o, isə hansı səbəbdən belə düşündüyünü Təqsirləndirilən şəxs1 soruşmuşdur. Təqsirləndirilən şəxs1 cavab olaraq Olqanın milliyyətcə rus olub mükəmməl ingilis dilində danışmasının və Azərbaycana gəlib fitnes məşqçisi kimi işləməsinin çox şübhəli göründüyünü və bu səbəbdən Olqanın rus casusu olduğunu ehtimal etdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1la Heydər Əliyev adına Respublika Sarayına çatdıqda sağollaşaraq ayrılmışdır. O, bundan başqa Təqsirləndirilən şəxs1la daha görüşməmişdir. O, Təqsirləndirilən şəxs2 ilə isə 2023-cü ilin təxminən noyabr ayının sonlarında “X186”-də yerləşən “Jasmine” adlı kafedə görüşmüş, görüş zamanı onlar birbirilə öz gələcək kariyeraları haqqında söhbətlər etmişlər. Bu zaman Təqsirləndirilən şəxs2 ona Bakıda iş axtarışında olması barədə danışmışdır. O, bundan sonra Təqsirləndirilən şəxs2 daha görməmişdir. Təqsirləndirilən şəxs2 onu indiyədək Təqsirləndirilən şəxs1 başqa hər hansı bir dostu ilə tanış etməmişdir. O, Təqsirləndirilən şəxs1la daha görüşməsə də “Teleqram” mobil tətbiqi vasitəsilə bir neçə dəfə UFC barədə mesajlaşmışdır. Bildirir ki, Təqsirləndirilən şəxs1 ona məxfi əməkdaşlıq etmək barədə təklifləri olmamış, onda azərbaycanlıları agent kimi cəlb etmək barədə şübhəli məqamlar hiss etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid22 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək və eyni məzmunla ifadə verərək göstərdi ki, o, 2020-ci ilin sonlarında Təqsirləndirilən şəxs1la “Facebook” sosial şəbəkəsində tanış olmuş və onu əslən fransız olan Azərbaycanda yaşayan sahibkar kimi tanımışdır. Bundan sonra onun Təqsirləndirilən şəxs1la səmimi münasibətləri yaranmışdır. O, uzun müddət Fransada yaşadığı üçün Bakıya qayıtdıqdan sonra dili unutmamaq üçün fransız dilli şəxslərlə ünsiyyətdə olmağa çalışmış və bu məqsədlə Təqsirləndirilən şəxs1la adətən Bakı şəhərində “Sahil” metrostansiyası yaxınlığında yerləşən kafelərdə görüşərək Azərbaycanda baş verən ictimai-siyasi proseslər barədə fransız dilində söhbətlər etmişdir. Söhbətlər zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycanda Təqsirləndirilən şəxs2, Şahid1 adlı dostlarının olduğunu və burada biznesini böyütmək niyyətində olduğunu bildirmişdir. Bu görüşlərdə Təqsirləndirilən şəxs1, Şahid1, o və bəzən də həyat yoldaşı Məhəmməd Xasıyev də iştirak etmişdir. Görüşlər zamanı Məhəmməd fransız dilini yaxşı bilməsə də, Martinlə ingilis dilində söhbət etmişdir. Təqsirləndirilən şəxs1 onunla görüşləri zamanı fransalı bir şəxs tərəfindən bir neçə dəfə Bakı şəhərinin mərkəzi hissələrində yerləşən restoranlara səhər yeməyinə dəvət edilməsi, görüşlər zamanı həmin şəxs tərəfindən Azərbaycan və ümumilikdə regionda baş verən hadisələr haqqında, eləcə də, İranla bağlı suallar aldığı üçün həmin şəxsin casusluq fəaliyyəti ilə məşğul olması barədə öz fikirlərini ona bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 əvvəllər Fransa Səfirliyinin bir nəfər əməkdaşı ilə əlaqə saxladığını, sonradan həmin əməkdaşla əlaqəsinin qəflətən kəsdiyini və bir müddət sonra başqa bir fransız vətəndaşının Martinə zəng edərək nömrəni əvvəl əlaqəni qəflətən kəsmiş həmin şəxsdən aldığını deməsi barədə ona danışmışdır. Təqsirləndirilən şəxs1 onunla görüşləri zamanı bir dəfə Bakıda küçədə gedərkən Fransız səfirliyinin əməkdaşları tərəfindən nəzarətdə saxlanıldığını hiss etdiyi barədə də ona danışmışdır. Buna baxmayaraq Martin bu “nəzarət”in hansı məna daşıması barədə ona ətraflı olaraq heç nə deməmişdir. O, da Martindən bu barədə heç nə soruşmamışdır. O, Təqsirləndirilən şəxs1 son zamanlar ətrafda olan hadisələrə qarşı çox həssas olmağa başladığını hiss etmişdir. Təqsirləndirilən şəxs1 ona son vaxtlar özünü çox narahat hiss etdiyini demişdir. Martin həmçinin ona Fransanın Azərbaycandakı səfirliyində işləyən azərbaycan əsilli bir əməkdaşdan şübhələndiyi barədə bildirsə də, bu barədə ona ətraflı danışmamışdır. Bildirir ki, Təqsirləndirilən şəxs1 Azərbaycanın xeyrinə videoçəkilişlər etmiş, Azərbaycanın birliyindən danışmış, ümumiyyətlə Azərbaycana qarşı müsbət fikirləri olmuş, dediyinə görə sosial şəbəkələrdə fransız dilində Azərbaycanın xeyrinə çıxışlar da etmişdir. Onun casusluq fəaliyyəi ilə məşğl olduğu və azərbaycanlıları agent kimi cəlb etmək niyyəti barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid23 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək və eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsi 133 ünvanında yerləşən binanın komendantı kimi işləyir. Onun vəzifə səlahiyyətlərinə texniki işlər, yəni nasos, isidici sistemlərin saz vəziyyətdə olmasına nəzarət, həmin binada yaşayan sakinlərin şikayətlərinin aidiyyəti qaydada və tezlikdə həll olunması və digər məsələlər daxildir. Bir neçə il əvvəl Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsi 133, 52-ci mənzildə Fransanın Azərbaycan Respublikasındakı səfirliyinin əməkdaşı yaşamışdır. Belə ki, həmin şəxs 52 nömrəli mənzilə köçərkən söhbət zamanı ona Fransannın Bakıdakı səfirliyində işlədiyini demişdir. O, həmin şəxsin avtomobilinin nömrələrinin qırmızı rəngdə olduğunu gördükdə səfirlik əməkdaşı olduğuna əmin olmuşdur. O, həmin şəxsi daxilən gülərüz, nəzakətli, xarici görünüşcə isə nisbətən hündür, təxminən 182-185 sm boyunda, keçəl, avropa sayağı geyimlərdən istifadə edən şəxs kimi tanımış və 2 övladı olduğunu bilmişdir. O, Fransanın Bakıdakı səfirliyində işləyən həmin şəxsi təxminən 2022-2023-cü illərdə kirayəyə götürdüyü ünvan 14 ünvanından köçdükdən sonra daha görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid24 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək və eyni məzmunlu ifadə verərək göstərdi ki, ünvan 15 ünvanında olan mənzil onun oğlunun adınadır və hal-hazırda da kirayə verilir. O, 2021-ci ildə “bina.az” saytına həmin mənzilin kirayəsi ilə bağlı elan verdikdən sonra adını xatırlamadığı bir nəfər makler ona zəng edərək müştərisinin Fransanın Azərbaycanda olan səfirliyinin əməkdaşı olduğunu bildirmişdir. Makler həmin gün xarici görkəmcə təxminən 180 sm boyunda, üzü tüklü, təxminən 40 yaşlarında müştərisi ilə birgə onun evinə gələrək aylıq 1000 manata evi müştərisi Loran Ledit adlı Fransa səfirliyinin əməkdaşına kirayəyə verməsinə dair onunla razılığa gəlmiş və müqavilə bağlamışdır. Görüşdə Fransa səfirliyinin əməkdaşı onun mobil nömrəsini götürmüş, eyni zamanda öz adına verilmiş vizit kartı ona təqdim etmişdir. Bundan sonra o, hər ayın sonunda həmin evə gedərək Loran Leditdən aylıq kirayə haqqını götürmüşdür. O, 2023-cü ilin yay aylarının sonunda növbəti dəfə kirayə haqqını götürmək məqsədilə evə gedəndə, Loran Ledit ona kirayə müqaviləsinin müddətinin bitdiyini və onun yerinə Jerome Gassarino adında yeni bir kirayəşinin orada qalacağını bildirmişdir. Bundan sonra o, aylıq kirayə haqqını həmin vaxt xarici görünüşcə təxminən 190 sm boyunda, üzü tüklü, gözlərinin rəngi boz rəngdə olan Jerome Gassarino adlı şəxsdən almışdır. 2023-cü ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Fransanın casus şəbəkəsinin ifşa olunmasından sonra o, həmin Jerome Gassarino adlı şəxsi daha görməmişdir. Bir müddət sonra tanımadığı nömrədən ona zəng gəlmiş və evin açarlarının qaytarılması məqsədilə Fransanın Bakıdakı səfirliyinə dəvət olunmuşdur. O, səfirliyə getdikdə azərbaycanlı kök bir oğlan səfirlikdən çıxaraq ona evin açarlarını təqdim etmişdir. Bundan sonra onun Fransa səfirliyinin əməkdaşları ilə heç bir əlaqəsi olmamışdır. Loran Ledit və Jerome Gassarino kirayəşin olduqları dövrdə onunla yalnız evin kirayəsi ilə bağlı əlaqə saxlamış və ona kənar hər hansı təklif və ya sual verməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid25 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək və eyni məzmunlu ifadə verərək göstərdi ki, təxminən 2021ci ildə özünə məxsus Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 302a ünvanında yerləşən həyət evini kirayə vermək məqsədilə “bina.az” portalına yerləşdirdiyi üçün bir müddət sonra ona bununla bağlı zənglər gəlməyə başlamışdır. Zəng edən şəxslərdən biri olan İlham adında şəxs ona müştəri olduğunu bildirmişdir. Bir müddət sonra İlham yanında iki nəfər şəxslə birlikdə Badamdarda yerləşən evə gəlmiş, sonradan o, həmin iki nəfərdən birinin Laurent Grard, digərinin isə sonuncunun tanışı olduğunu öyrənmişdir. Danışıq əsnasında Laurent ona Fransa Respublikasının Azərbaycanda olan səfirliyinin əməkdaşı olduğunu bildirmiş və onunla kirayə müqaviləsi bağlamışdır. Bununla bağlı o, Loran Grardla bir-birlərinin nömrələrini götürmüş, sonra isə Loran Grard ona öz vizit kartını təqdim etmişdir. Hər ayın axırı o, evə gedib aylıq 2800 AZN pul məbləğini Loran Grarddan götürməyə başlamış, son aylar isə Loran Grardın işinin çox olması ilə əlaqdar onun arvadı Aleksandradan aylıq pul vəsaitlərini almışdır. Loran Grardın 4 övladının olması ona məlumdur. Loran Grard 2023-cü ilin dekabr ayında əvvəlcədən xəbər vermədən evdən çıxaraq onunla əlaqəni kəsmişdir. Bundan sonra o, bir neçə dəfə Loran Grarda “WhatsApp” tətbiqi vasitəsilə kirayə haqqının ödənişi barədə mesaj yazmış, lakin mesajlar ona çatmamışdır. Bundan sonra o, öz elektron poçt ünvanından Fransa səfirliyinə məktub yazaraq, cavab olmayacağı təqdirdə hüquq mühafizə orqanlarına müraciət edəcəyini vurğulamışdır. Bu məktubdan sonra Fransa səfirliyindən Math adlı qadın onunla əlaqə saxlayaraq Loran Grardın öz işləri ilə bağlı Azərbaycanı tərk etdiyini bildirmiş onunla Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən həmin evin qarşısında görüşərək evin açarlarını qaytarmışdır. O, bundan sonra nə Loran Grardla, nə də Math adlı həmin qadınla əlaqə saxlamamış və özünə məxsus Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 302a ünvanında yerləşən həmin həyət evini hər hansı şəxsə kirayəyə verməmişdir.Tanınma zamanı Şahid25 ona təqdim edilmiş fotocədvəldə qeyd edilmiş şəxslərdən Loran Grardı tanıdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək və eyni məzmunlu ifadə verərək göstərdi ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm 61, mənzil 14-də ailəsi ilə birgə yaşayır. 1992-1997-ci illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində idarəetmə ixtisası üzrə təhsil almışdır. 1997-ci ildə "X10 Limited" şirkətinin Azərbaycandakı filialına anbardar kimi işə düzəlmişdir. Hal-hazırda həmin filialın rəhbəri vəzifəsində işləyir. "X10 Limited" şirkətinin Azərbaycandakı filialı boru və fittinqlərin Azərbaycana idxalı və satışı ilə məşğul olur. Adətən boru və fittinqləri İtaliya, Almaniya, Türkiyə, İngiltərə və Hollandiyadan alırlar. Şirkətlər tender elan edir və onların şirkəti həmin tenderləri udduğu təqdirdə sadalanan mallar barədə xaricə sifariş olunur. Azərbaycanda işlədikləri şirkətlərə Socar Midstream, Socar downstream, Saipem, Boschelf, Azfen, MQS, Wood, Warley, CDC, Turan Drilling və digərləri aiddir. Evlidir, həyat yoldaşı Əminə Axundova evdar qadındır. 3 övladı var. X172 Avstraliyanın Sidney şəhərində təhsil alıb və hazırda da orada yaşayır, digər oğlu Fəxri Axundov da Sidneydə təhsil alır, digər oğlu Camal Axundov məktəbdə təhsil alır. Bildirmək istəyir ki, özü "X10 Limited" şirkətinin Azərbaycandakı filialına işə başladıqdan sonra 1998ci ildən satış üzrə mütəxəssis vəzifəsində başlamış, filial rəhbəri Ken Thompson xəstələndiyi üçün bir müddət xaricdə olmuş və o, Ken Thompsonun vəzifəsini icra etməyə başlamışdır. Sonra Ken gəldikdə Britaniyada olan rəhbərlik onun daha yaxşı işlədiyini görüb onu rəhbər kimi təsdiqləmişlər. 2020-ci ilin fevral ayında Britaniyada olan şirkət Azərbaycandan getməklə bağlı qərar vermiş, o isə işlədiyi şirkəti onlardan almış və özü işlətməyə başlamışdır. Təqsirləndirilən şəxs1 nömrəsini ona həyat yoldaşı vermis və ona Martinin şahmat müəllimi olduğunu demişdir. Bu hadisə taxminən 2021-ci ilin sentyabr ayında baş vermişdir. Bundan sonra o, Martinlə əlaqə saxlamış və əldə etdikləri razılaşmaya əsasən oğlu Martinin Molokan bağı və Fransa səfirliyinin yanında yerləşən mənzilinə həftədə 2-3 dəfə olmaqla dərsin biri 40-50 manat olmaqla sahmat dərsləri almağa başlamışdır. Məbləğləri o özü Martinə əlbəəl vermis, bir neçə dəfə isə bank kartına göndərmişdir. Oğlu onun yanına 2022-ci ilin yay aylarınadək dərsə getmişdir. O, oğlunun artıq şahmat dərslərinə gəlməyəcəyini ona bildirəndə, Martin bunu çox laqeyid qarşılamış və "ok" deyərək bunun üzərindən keçmişdir. Həmin ərəfələrdə, Martin ona Fransadan, İspaniyadan Azərbaycana çaxır gətirib satmaq layihəsi barədə məlumat verərək bu işə qoşulmağını təklif etmişdir. O, ilkin olaraq bu layihə ilə maraqlanmış və bu məsələ ilə bağlı 2 dəfə onunla görüşmüşdür. Birinci görüşləri 2022-ci ilin payız aylarında Səməd Vurğun küçəsində, kafedə birində baş tutmuşdur. Onlar bu barədə danışmış, Martin ona sərmayə qoyub spirtli içkilər idxal etməyi təklif etmişdir. Onun danışığından başa düşmüşdür ki, onun çaxırlardan yaxşı başı çıxır. Odur ki, bu biznes üçün kifayət qədər vaxtının gedəcəyini, lisenziya lazım olacağını başa düşüb, həmçinin evdə qardaşı ilə masləhətləşəndən sonra Martinin təklifindən imtina etmişdir. İkinci dəfə təxminən 2-3 həftə sonra həmin yerdə görüşmüşlər və həmin görüşdə Martin ona biznes planı təqdim etmişdir. Lakin o, spirtli içki biznesinə qoşulmaq istəmədiyindən bu layihədən imtina etmək lazım olduğunu fikirləşmişdir. Həmin vaxt onun yanında Zaur adlı bir nəfər azərbaycanlı da olmuşdur. O, həmin şəxsi özünün ortağı kimi təqdim etmişdir. İlkin olaraq ona biznesə ortaq olmaq üçün təxminən 25.000 ABŞ dolları lazım olacağını bildirmişdi. Zaur həmin görüşdə aktiv olmamış, hərdən Martinlə fransızca öz aralarında nə isə danışmışlar. Həmin vaxt ona elə gəlmişdir ki, Zaur Fransanın Azərbaycandakı səfirliyinin işçisidir. Çünki o, bu qədər bahalı Fransız içkilərini hara satacaqlarını soruşanda ona xarici səfirliklərdə çox tədbirlərin olduğunu, bu səbəbdən səfirliklərə təklif edəcəklərini bildirmişlər. Ola bilər ki həmin vaxt ondan ingilislərə bağlı şirkətlərlə əlaqədə olduğuna görə onların Bakıdakı ingilis səfirliyində əlaqəsinin olub-olmadığını da soruşmuşlar. O isə iniglis səfirliyi ilə əlaqəsinin olmadığını bildirmişdir. Bir neçə ay sonra Martin özü çaxırları Azərbaycana gətirməyə başlamış və o, ondan bir dəfə hərəsində 5-6 ədəd olmaqla iki qutu çaxır almışdır. Həmin çaxırları ondan Tolstoy küçəsində köhnə binanın zirzəmisində götürmüşdür. Təxminən orada 50-60 qutu spirtli içki olduğunu görmüşdür. Martin ona çaxırdan əlavə digər spirtli içkilərin də olduğunu demiş, lakin o ancaq çaxır götürmüşdür. Bundan sonra uzun müddət görüşməmiş və danışmamışlar. 2023-cü ilin may ayında Martin ona zəng etmiş və elektrik generator alqı-satıqsı ilə maşğul olan Fransa şirkətinin nümayəndələri ilə görüşməyi təklif etmiş, o da razılaşmışdır. Daha sonra Bayıl istiqamətində İnturist kimi adlanan hotelin altındakı kafedə görüşmüşlər. O, Martin və Moteus Bernard sirkətinin satış və marketing üzrə müdiri və bir qadınla görüşmüşlər. Səhv etmirsə müdirin adı Mark olmuşdur. Onun yanındakı xanım demək olar ki, danışmamışdır. Həmin kisi ilə fransız ləhcəsi ilə ingilis dilində danışmışlar. Kişi yaşlı, görünüşündən iş adamına oxşayan, təxminən 180 sm boyunda, qadın uzun saçlı, sarışın olmaqla, əsasən rus milliyətinə oxşamışdır. "Moteus Bernard" şirkətinin əməkdası ilə görüş təxminən 20 dəqiqə çəkmişdir. Görüşdə Martin onu onlarla tanış etmiş, sonra şirkətin əməkdaşı elektrik generatorlarını Azərbaycana idxal edib satmaq ve hətta Azərbaycanda generator zavodunun tikiliməsi fikirləri olduğunu bildirmişdir. Lakin o başa düşmüşdür ki, Azərbaycanda artıq həmin generatorların idxalı ilə məşğul olan şirkətlər olduğundan bu işin alınmayacaqdır. Bu səbəbdən investisiya etməmişdir. Sonra restorandan çıxanda Martin də onun maşınında qayıtmalı olmuşdur. Martin ondan fransız şirkətləri ilə bağlı fikrini soruşanda, o bildirmişdir ki, ilin-günün bu vaxtında heç bir azərbaycanlı fransız şirkətləri ilə iş qurmaz. Hətta Makronun siyasi manevrlərini da onun nəzərinə çatdırmış, sonar Martin özü də Makronun siyasətindən gileylanmişdir. Həmin vaxt ola bilər ki, o, neft şirkətləri ilə işlədiyinə görə layihələrin gecikməsi ilə bağlı Fransanın total şirkətinin Azərbaycan tərəfindən cərimələnə biləcəyini, eləcə də şəxsən özünün Fransa şirkətləri ilə iş birliyi qurmaq istəmədiyini bildirmişdir. Buna cavab olaraq Martin ona Fransa hakimiyyətin mövqeyinin hamını çaşdırdığını, gərək kiminsə Fransa səfirinə fransalıların Azərbaycanda bir çox investisiyası olduğunu, lakin Fransa dövlətinin mövqeyinin həmin bizneslərin inkişafına kömək etmədiyini bildirsin. Ryanla Martinlə tanış olarkən işlədiyi "X10 Caspian Limited” şirkətinin Azərbaycandakı filialının baş ofisinin 2019-cu ilədək Marsel şəhərində olduğu barədə və əvvəllər bu səbəbdən Fransaya tez-tez getdiyini ona demişd, bundan sonra o həmin ofisin Marsel şəhərinin hansı hissəsində yerləşdiyini, işlədiyi şirkətin hansı ölkənin filialı olduğunu, şirkətin sırf hansı fəaliyyətlə məşğul olduğunu ondan soruşmuşdur. O isə Martinə cavab olaraq ofisin Marselin yaxınlığında Vitrol şəhərində yerləşdiyi, Böyük Britaniya şirkətinin filialı olduğunu və boru və fittinqlərin idxalı və satışı ilə məşğul olduğunu demişdir. 2005-2019-cu ilə kimi mərkəzi ofis Fransanın Marsel şəhəri olsa da, əslində bu şirkət beynəlxalq qrupun tərkibində olmuşdur. Əlavə olaraq bildirir ki, Frederik Devos, X179, Loran Ledit, Loran Qrard, Jerom Sarno adlı şəxsləri tanımamışdır. İbtidai istintaq dövründə şahid qismində ifadə vermiş, məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, 2013-2015-ci illərdə bir dəfə turist kimi adlarını xatırlamadığı dostları ilə birgə Fransanın Paris şəhərinə səfər etmişdir. Bu səfəri zamanı onun Təqsirləndirilən şəxs1la hər hansı əlaqəsi olmamışdır, ora turist kimi gedərək, gəzib geri qayıtmışdır.O, 10 il bundan əvvəl isə Bakı şəhərində adını xatırlamadığı restoranbarlardan birində dostları ilə birgə əylənərkən Təqsirləndirilən şəxs1 adlı şəxslə tanış olmuşdur. İlkin söhbət zamanı ona Martinin Bakıya turist kimi gəlmiş Fransa vətəndaşı olması məlum olmuşdur. O, Martinlə tanış olduqdan sonra “Facebook” sosial şəbəkəsində özünə məxsus “Ayten Bağırova” adlı profil vasitəsilə Martinlə əlaqə saxlamağa başlamışdır. O. Martinlə hərdən bir sosial şəbəkə üzərindən danışıb, hal-əhval tutub, ümumi məişət mövzuları ətrafında söhbətlər etmişdir. O, Martinin konkret olaraq harada işlədiyini bilməsə də, danışıqlar zamanı sonuncunun Azərbaycan məhsullarının Fransaya, Fransa məhsullarının isə Azərbaycana satılması ilə bağlı müxtəlif biznes planları olduğunu öyrənmişdir. Buna baxmayaraq o məsələnin detallarını bilməmiş və bununla maraqlanmamışdır. O, Martinə sadəcə sosial şəbəkədə olan bir tanışı kimi baxmışdır. Söhbətlər zamanı Martin ona Fransada təhsil almış çoxsaylı azərbaycanlı dostları olduğunu desə də, həmin şəxslərin kimliyi barədə ona danışmamışdır. Təqsirləndirilən şəxs1 2018-2019-cu illərdə onunla əlaqə saxlayaraq artıq Bakıya köçərək burada daimi yaşadığını bildirmişdir. O vaxtdan hazırkı vaxtadək o, öz dost-tanışları ilə birgə bir neçə dəfə Təqsirləndirilən şəxs1la Bakı şəhərində ayrı-ayrı restoran və əyləncə məkanlarında görüşüb birgə vaxt keçirmiş, ümumi məişət mövzuları ətrafında söhbətlər etmişdir. O, bəzən öz dostları ilə Təqsirləndirilən şəxs1la görüşə gedəndə, Təqsirləndirilən şəxs1 da öz dostlarını həmin görüşə gətirmiş və beləcə ortaq tanışları yaranmışdır. Onun və tanışlarının Təqsirləndirilən şəxs1la hər hansı biznes və ya iş sahəsində əməkdaşlığı olmamış, münasibətləri sadəcə məişət dostluğu çərçivəsində olmuşdur. Təqsirləndirilən şəxs1 söhbətləri zamanı ona Bakıya daimi yaşamaq, işləmək, biznes qurmaq və evlənmək üçün gəldiyini demişdir. Ona Təqsirləndirilən şəxs1 Fransadan müxtəlif qida məhsullarının Azərbaycana idxalı və satışı ilə məşğul olması məlum olmuşdur. O, Təqsirləndirilən şəxs1 təşkil etdiyi ortaq əyləncə məclislərində sonuncunun Fransada təhsil almış azərbaycanlı tanışları Azad, Zaur, Ülvi adlı şəxslərlə tanış olub, ümumi məişət xarakterli söhbətlər etmişdir. Ona Təqsirləndirilən şəxs1 ailə üzvlərindən bacısının olması və İspaniyada yaşaması məlumdur. Valideynlərinin isə harada olması ona məlum deyil. Təqsirləndirilən şəxs1 təxminən 2 il bundan qabaq ad günündə onu Bakı şəhərində Fransa səfirliyinin yaxınlığında yerləşən mənzilinə ad günü məclisinə dəvət etmişdir. O, da məclisə bacısı Aynur Kərimova ilə birlikdə getmişdir. Bu məclisdə Təqsirləndirilən şəxs1 dostu Azad və Zaur, o cümlədən Fredirik Devos adlı şəxslər və Fransadan olan adını və xarici görkəmini xatırladığı Təqsirləndirilən şəxs1 daha bir tanışı iştirak etmişdir. O və bacısı həmin məclisdə 1-2 saat əyləşmiş, yemək yeyib söhbətləşdib getmişdir. O, söhbət zamanı Fredirik Devos və onun adını xatırlamadığı həyat yoldaşı ilə tanış olmuşdur. O, həmin görüşdə Frederik Devosun Azərbaycanda Fransa Səfirliyində işlədiyini özü üçün aydınlaşdırmış, ancaq konkret vəzifəsini bilməmişdir. O, orada olduğu müddətdə ümumi məişət mövzuları ətrafında söhbətlər etmişdir. O, bundan sonra bir neçə dəfə Frediriki Bakı şəhərində əsasən əcnəbilərin getdiyi “Room”, özünə məxsus “Qraviti” və s.. kaferestoranlarda görmüşdür. Onun Frederiklə telefon və ya sosial şəbəkə üzərindən hər hansı əlaqəsi olmamışdır. Onun Frederiklə hər hansı şəxsi görüşü və ya münasibəti də olmamışdır. O, sadəcə Martinin ad günündə Frederiki görüb tanımış, sonradan Bakı şəhərində müxtəlif əyləncə məkanlarında sonuncunu həyat yoldaşı ilə birlikdə gördükdə salamlaşıb, hal-əhval tutmuşdur. O, Bakıda “Qraviti” adlı kokteyl-barını işlətdiyi müddətdə Təqsirləndirilən şəxs1 ora tez-tez gəlib-getmiş, hətta Təqsirləndirilən şəxs1 ona Fransadan gətirdiyi şərabları da satmaq istəmişdir. Buna baxmayaraq onun restoranı bağlandığından alqı-satqı baş tutmamışdır. Onun Martinlə fransız əsilli Serj Manvel adlı ortaq tanışı da olmuşdur. O, Serji Təqsirləndirilən şəxs1la tanış etmişdir. Serj əvvəllər Bakıda yaşamış və fransız dilinin tədrisi ilə məşğul olmuşdur. Serj sonradan azərbaycanlı xanımla evlənib xaricə köçdüyü üçün onun uzun müddətdir ki, Serjlə əlaqəsi yoxdur. O, Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Fredirik Devosdan başqa digər hər hansı əməkdaşını tanımamışdır. O, xaraktercə siyasət və ictimai-sosial hadisələrdən uzaq insan olduğu üçün Təqsirləndirilən şəxs1 və Frediriklə adətən məişət xarakterli söhbətlər etmiş və əyləncə xarakterli görüşlər keçirmişdir, sonuncular ondan iş fəaliyyəti barədə demək olar ki, heç nə maraqlanmamışlar. İbtidai istintaq dövründə şahid qismində ifadə vermiş, məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş Şahid7 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 20 yanvar 1991-ci il tarixdə Fransa Respublikasının Paris şəhərində anadan olmuş, orta təhsilini Fransa Respublikasında Mo şəhərində yerləşən orta məktəbdə, ali təhsilini isə 2011-2014-cü illərdə Lyon universitetinin fəlsəfə fakültəsində almışdır. 2014-cü ildə ali təhsilini başa vurduqdan sonra Autun şəhərində yerləşən orta məktəbdə fəlsəfə müəllimi kimi işləməyə başlamış, daha sonra Rivin şəhərində yerləşən liseydə fəlsəfə müəllimi kimi fəaliyyətini davam etdirmişdir. 2017-ci ildə fars dilini öyrənmək üçün İranın Tehran şəhərində yaradılan və yalnız xarici tələbələr üçün nəzərdə tutulan Dexoda institutuna qəbul olaraq İrana yollanmışdır. Bildirir ki, təhsil almaq üçün müraciət etdiyi şirkət ona orada qalmaq üçün yer, qonaqlama və s. təşkil etmişdir. 2017-2018-ci illərdə İran İslam Respublikasının Tehran şəhərində yaşamış və təhsil almışır. Daha sonra 2018-2019-cu illərdə Misir Ərəb Respublikasının Aleksandiriya şəhərində faəliyyət göstərən Molyer orta məktəbində tarix müəllimi vəzifəsində işləmişdir. Misir Ərəb Respublikasında işlədiyi dövrdə dostu Valentin Eskude Bakı Fransız məktəbində riyaziyyat müəllimi vəzifəsində işləyirmiş, telefon danışıqlarının birində ona bildirib ki, Bakı Fransız liseyində müəllim vəzifəsinə vakansiya elan olunub və Bakıda işləyə bilərmi? O da dostunun təklifini nəzərə alaraq Bakı-Fransız liseyinə online müraciət etmiş və işə qəbul olduqdan sonra təxminən 2019-cu ilin avqust-sentyabr aylarında Bakıya gələrək Bakı Fransız liseyində fəlsəfə müəllimi kimi fəaliyyət göstərmişdir. İngilis, ispan, fars və Azərbaycan dillərini yaxşı, rus dilini isə orta səviyyədə bilir. Özbəkistan, İtalya, Macarıstan, Slovakiya, İspaniya, İran İslam Respublikası, Misir Ərəb Respublikası, Türkiyə Respublikası, Livan Respublikası və Ermənistan Respublikasında səfərdə olmuşdur. Səfərlərinin əksəriyyəti turistik və işgüzar məqsədlərlə bağlı olmuşdur. Livan Respublikasına səfərinin məqsədi 2011-2014-cü illərdə Lyon Universitetində təhsil aldığı müddətdə tələbə mübadiləsi proqramından istifadə edərək Livan Respublikasının Beyrut şəhərində fəaliyyət göstərən San Josef universitetində 6 ay təhsil almaq olmuşdur. Bildirir ki, Livanda təhsil aldığı müddətdə İslam dininə marağı yaranmış və maraqlanmağa başlamışdır. Ermənistan Respublikasına səfər etməkdə məqsədi o olmuşdur ki, həmin dövrdə İrana turist vizası ilə səfər edibmiş, Tehran şəhərində fəaliyyət göstərən Dexoda universitetində qeydiyyatdan keçdikdən sonra turist vizasının tələbə vizasına dəyişmək zərurəti yaranıbmış. İran İslam Respublikasına olan vizasını tələbə vizasına dəyişməyi üçün isə başqa xarici ölkəyə səfər edib yenidən geri dönməli imiş. 2018-ci ilin may ayının 19-dan 24-dək Ermənistan Respublikasının İrəvan şəhərinə getmiş, orada gənclər şəhərciyində qalmışdır. Qeyd etmək istəyir ki, orada onu heç kim qarşılamayıb, qalacağı yeri isə internetdə axtarış edərək müəyyən edib. Orada olduğu müddətdə gənclər şəhərciyində otaq yoldaşı adını xatırlamadığı və əlaqəsi olmadığı İran İslam Respublikası vətəndaşı olan şəxslə şəhəri gəzmişlər. Fransa Respublikasının Azərbaycan Respublikasında yerləşən səfirliyinin konsul Matild Jiru, Loran Qrard, Andri, Fredereric Devos, Nicola adlı əməkdaşlarını tanıyır və qeyd etdiyi şəxslərlə səfirliyin təşkil etdiyi tədbirlərdə tanış olmuşdur. Loran Qrard və X81 Azərbaycandakı səfirliyində bildiyi qədər siyasi məsələlər ilə bağlı şöbədə işləyirlər və hər ikisinin övladları müəllim işlədiyi Bakı Fransız liseyində şagird olmuşlar. Frederic Devosu birinci tanımışdır. Bildirir ki, 2021-ci ildə Azərbaycan-İran münasibətləri ilə bağlı məqalə yazmış, həmin məqalə “orient21” səhifəsində dərc olunduqdan sonra Frederic Devos ona email vasitəsilə yazaraq sözügedən məqaləni oxuduğunu, həmçinin onun barəsində maraqlanaraq İranda təhsil aldığını, orada olan şəraiti yaxşı bildiyini qeyd etməklə görüşmək istədiyini bildirmişdir. O da Frederic Devosun təklifi ilə razılaşaraq xatırladığı qədərilə Xəqani küçəsində yerləşən “Mado” restoranında görüşmüşdür. Frederic Devos həmin görüşlərində aşağıdakı məsələlərlə bağlı ona suallar verirmiş: -İran İslam Respublikasının vətəndaşlarının hazırki rejimə qarşı münasibəti, İran İslam Respublikasının vətəndaşlarının Avropaya qarşı münasibəti və orada yaşamaq istəklərinin olub-olmaması, İran İslam Respublikasında gedən ictimai-siyasi proseslər. Qeyd etmək istəyir ki, Frederik Devos ilə görüşləri təxminən 2 ildən çox müddətdir ki baş tutduğu üçün aralarında gedən söhbətləri tam dəqiq xatırlamır, amma o, bütün söhbətləri zamanı İran və İrandakı vəziyyətlə bağlı ona suallar verirmiş. Frederik Devosla daha sonra təklikdə görüşməsə də, onu və həyat yoldaşını bir neçə dəfə təsadüfən görmüşdür. Digər qeyd edilən şəxslə bağlı tanışlığına gəldikdə isə bildirmişdir ki, o Loran Qrardla 2022-ci ilin yanvar ayında Fransa Respublikasının Azərbaycanda olan səfirliyində təşkil edilən tədbirdə tanış olmuş, qeyd etdiyi kimi Loran Qrardın övladı Giyom Bakı Fransız məktəbində şagirdi olduğu üçün mobil telefon nömrəsi Loran Qrardda mövcud olmuşdur. Səfirlikdə ilk görüşlərindən sonra Loran Qrard ona yazaraq görüşmək istədiyini bildirərək Tarqoviy adlanan küçədə yerləşən “Sirovaniya” restoranında yemək yeməyə dəvət etmişdir. Loran Qrardla ümumilikdə 3 dəfə görüşmüşdür. Loran Qrard görüşləri zamanı ona aşağıdakı məsələlərlə bağlı suallar verirmiş: -İslam dininin Azərbaycandakı tarixi, İran İslam Respublikasında baş verən protestlər və həmin protestlərin yaranma səbəbələri və nəticələri, Azərbaycan Respublikasında şiə məzhəbli şəxslər, “Məşədi Dadaş” məscidi barədə, Azərbaycan-İran, Azərbaycan-İraq münasibətləri, Yaxın zamanlarda Azərbaycan Respublikasında şiə məzhəbli şəxslər həbs olunduğu üçün Azərbaycanda İslam İnqilabı ehtimalının olubolmaması. Bildirir ki, o, şiə məzhəbli şəxslərlə bağlı Loran Qrardla söhbət edərkən sonuncuya Hacı Şahinin dəfnində iştirak etdiyini bildirmişdir. İnsanların böyük bir izdihamla Hacı Şahini dəfnə apardıqları onun diqqətini çəkdiyi üçün həmin dəfndə iştirak etmişdir. Loran Qrard söhbətləri əsnasında Azərbaycanda olan şiə məzhəbli şəxslərin İranın agentləri olduğunu qeyd edərək, onun həmin mövzuyla bağlı fikirləri ilə maraqlanmışdır. O həmin məsələdə onunla eyni fikirdə olmadığını Loran Qrarda bildirmişdir. Loran Qrardla olan 3 görüşlərində sonuncu ondan İran, İranda gedən proseslər, Azərbaycanın İranla olan münasibətləri barədə suallar verərək müzakirə aparmışdır. Təxminən 3 il əvvəl dostu Serj Banver onu Bakı şəhərində fəaliyyət göstərən “Gravity” gecə klubuna dəvət etmiş, orada o Fransa Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1la tanış olmuşdur. Təqsirləndirilən şəxs1 sonuncu dəfə 2023-cü ilin fevral ayında təsadüfən görmüş və heç vaxt onunla tək görüşməmişdir. İfadəsinin sonunda Şahid7 bildirmişdir ki, Frederik Devos və Loran Qrardla görüşləri zamanı sonuncular özlərinin xüsusi xidmət orqanının əməkdaşları olduqlarını ona hiss elətdirməmişlər. Lakin Təqsirləndirilən şəxs1 həbs edilməsi, xüsusilə də Loran Qrard və digər səfirlik əməkdaşının arzuolunmaz şəxs elan olunduqlarını bildikdən sonra ona verdikləri suallar, apardıqları müzakirələr barədə düşünmüş və elə qənaətə gəlmişdir ki, Frederik Devos və Loran Qrard xüsusi xidmət orqanının əməkdaşlarıdırlar. İbtidai istintaq dövründə şahid qismində ifadə vermiş, məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş Şahid8 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, Fransa şirkətləri ilə 1994-cü ildən etibarən işlədiyi müddətdə Fransa səfirliyi ilə münasibətləri yaranmışdır. O, səfirlik tərəfindən təşkil olunan yığıncaqlara dəvət olunmuş və həmin yığıncaqlarda iştirak etmişdir. O, sonuncu dəfə 21 noyabr 2023-cü il tarixdə Fransa iqtisadiyyatı, həyat tərzi, nəqliyyat və infrastrukturu ilə bağlı səfirlikdə keçirilən görüşə səfir Anne Boyon tərəfindən dəvət edilmişdir. Azərbaycanda olan fransız şirkətlərinin direktorları da daxil olmaqla həmin görüşdə 100 nəfərdən çox qonaq iştirak etmişdir. Onun 2016-cı ildə X149”-da işgüzar münasibətlər çərçivəsində tanış olduğu Teyba adlı qadın da (Sosiete General bankının nümayəndəliyinin rəhbəri) həmin görüşdə iştirak etmişdir. 2019-cu ildə Fransa səfirinin iqtisadi məsələlər üzrə müşaviri vəzifəsinə Louis Toulorge təyin olunmuşdur. O, səfirliyin dəvəti ilə ora getmiş və bu zaman Louis ilə tanış olmuşdur. O, Louislə söhbət zamanı iqtisadi məsələləri müzakirələr etmişdir. Louis Fransa səfirliyinin daima Fransa şirkətlərini Azərbaycana cəlb edilməsində maraqlı olduğunu bildirmişdir. O, Louislə səfirliyin inzibati binasında və səfirliyin yaxınlığında olan kafedə görüşlər keçirmişdir. O, Louislə səmimi münasibətləri yarandığı üçün 2021-ci ildə “Prive” restoranında görüşüb bir neçə dəfə birlikdə nahar etmişdir. Belə görüşlərin birində bir dəfə səfirin köməkçisi Lourent Grard da iştirak etmişdir. Bu görüşdə ümumi iqtisadi müzakirələr aparılmışdır. Görüşdə o, Grardla bir-birlərinin nömrələrini götürüb, sonradan əlaqə saxlamışlar. 2022-ci ilin aprel ayında Grard“Whatsapp” tətbiqindən istifadə edərək onunla əlaqə saxlayıb nahar etmək istədiyini ona bildirmişdir. O, Grardın bu təklifini qəbul edib onunla görüşmüş və “Sahil” restoranında Louisin iştirakı olmadan birlikdə nahar etmişdir. O, həmin görüşdə Grardla İqtisadiyyatla bağlı, Azərbaycanda Fransa şirkətlərinin inkişafı ilə bağlı müzakirələr aparmışdır. Grard söhbət zamanı Azərbaycanda icra edilməsi planlaşdırılan layihələrlə maraqlanmışdır. Grard Fransa şirkətlərinin Xəzər dənizində yük daşımalarını icra etməsinin mümkünlüyünü ondan soruşmuşdur. O isə cavab olaraq Grarda, Fransa dövlətinin Azərbaycana olan münasibəti dəyişmədikcə fransız şirkətlərinin layihələrin icrasına cəlb edilmələrinin qeyrimümkün olduğunu bildirmişdir. O, sonralar da Grardla “Sahil” restoranında görüşlər keçirmiş, həmin görüşlərdə ümumi müzakirələr aparmışdır. Grard müzakirələr zamanı Zəngəzur dəhlizinin açılması və Bakı Dəniz Limanının potensialı barədə məlumat əldə etmək istəmiş, eləcə də, hər iki məsələ ilə maraqlanmaqda məqsədinin beynəlxalq yükdaşımada Fransanın rol oynamaq imkanının olub-olmamasını dəqiqləşdirmək olduğunu ona bildirmişdir. O, Zəngəzur dəhlizi ilə bağlı mətbuatdan özünə məlum olan halları Grarda bildirmişdir. O, həmçinin neft-qaz sərgisi vaxtı münasibət qurduğu Qazaxıstanda fəaliyyət göstərən ağır yük qaldırma işlərini icra etməklə məşğul olan və balansında olan barja gəmisini təmir üçün Bakıya gətirmiş “SARENS” adlı Belçika firması ilə bağlı Grarda bildirmişdir. Onun bu barədə məlumatı Grardla görüş zamanı deməkdə məqsədi fransızların şirkət cəlb etmələrinə kömək etmək olmuşdur. O, Grard ilə yenidən 14 iyul tarixində bayram günü ilə əlaqədar səfirliyin binasında görüş zamanı ümumi söhbətlər aparmışdır. Sonuncu dəfə isə o, 05 dekabr 2023-cü il tarixdə istirahət məqsədi ilə Vyana şəhərinə səfər edərkən X70 təsadüf nəticəsində Grardı görmüşdür. Grard həmin vaxt öz həyat yoldaşını Fransaya yola salmaq üçün orada olmuşdur. O, Grarddan əvvəl Fransa səfirinin iqtisadi sahədə müşaviriləri olmuş Elizabeth Mishaud (1995-1998), Micheal Jelenin (1999-2002), Alexsandr Trupetskoy (2003-2007), Daniel Patat (2008- 2011) (həyat yoldaşı konsul olmuşdur), Erves Sarinelli (2012-2015), Serj Grebsi (2015- 2018) və David Martens (2018) ilə tanış olmuşdur. O, daima səfirin iqtisadi məsələlər üzrə müşavirləri ilə münasibətdə olduğu üçün yeni təyin olunan müşaviri məhz ondan daha əvvəl təyin olunmuş müşavir vasitəsilə tanımışdır. O, müşavirlərlə səfirliyin binasında, Azərbaycan Respublikasına Fransa tərəfindən edilən rəsmi səfərlərdə və yığıncaqlarda görüşmüşdür.O, David Martenslə 2020-ci ildə Entree restoranında görüşmüş və həmin görüşdə İİ Qarabağ müharibəsinə dair müzakirələr aparmışdır. Buna baxmayaraq ona heç vaxt Fransa Respublikasının vətəndaşları tərəfindən məxfi əməkdaşlıq təklif edilməmiş, Fransa səfirliyində müşavir vəzifəsində çalışan Louran Grardın xüsusi xidmət orqanının əməkdaşı olmasından xəbəri olmamışdır. O, Təqsirləndirilən şəxs1ı ilk dəfə 2 il əvvəl 14 iyul günü Fransa Səfirliyində görmüşdür. O, həmin gün səfirliyə səfir tərəfindən dəvət olunmuşdur. 250 nəfər qonaq olan yığıncaqda qonaqların əksəriyyəti azərbaycanlılar və Azərbaycanda yaşayan fransızlar olmuşdur. Onu Martinlə səfirin iqtisadi işlər üzrə müşaviri Louis Toulorge tanış etmişdir. Martin ona həmin vaxt Azərbaycanda Fransadan Azərbaycana şərab idxalı ilə bağlı biznes qurmaq istəyi barədə bildirmişdir. Təqsirləndirilən şəxs1 21 noyabr 2023-cü ildə səfirlikdə baş tutan görüşdə də iştirak etmişdir. O, Təqsirləndirilən şəxs2 Fransa səfirliyində keçirilən görüşlər zamanı tanımışdır. Təqsirləndirilən şəxs2 21 noyabr 2023-cü il səfirlikdən baş tutmuş görüşdən 1 həftə əvvəl rastlaştdıqları vaxt ona iş yeri axtardığını bildirmişdir. O, sonuncu dəfə Təqsirləndirilən şəxs2 ilə Rəşid Behbudov küçəsində görüşmüşdür. O, Təqsirləndirilən şəxs2 həmin görüş zamanı nə əcəb ölkəyə qayıtdığını soruşmuş, Təqsirləndirilən şəxs2 isə ona İrlandiyada yaşamağın çətin olduğuna görə qayıtdığını bildirmişdir. O, Şahid1 Təqsirləndirilən şəxs1 yaxın dost və şəriki kimi tanımış, lakin Şahid1 onunla hər hansı bir yaxın münasibəti olmamışdır. İbtidai istintaq dövründə şahid qismində ifadə vermiş, məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş Şahid12 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə səhər saatlarında işlədiyi Bakı şəhəri 80 saylı Mənzil Kommunal İstismar Sahəsinin ərazisində iş yoldaşı Şahid11la birlikdə olarkən iki nəfər mülki paltarda olan şəxs onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları olduqlarını bildirmiş və onlardan mənzilin baxışında hal şahidi kimi iştirak etmələrini xahiş etmişlər. Onlar həmin əməkdaşlara razılıqlarını bildirmişlər. Həmin vaxt əməkdaşlardan biri onlardan Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 54-də yaşayan Təqsirləndirilən şəxs2 adlı şəxsi tanıyıbtanımadıqlarını soruşduqda, sonuncular həmin əməkdaşa Təqsirləndirilən şəxs2 adlı şəxsi tanımadıqlarını demişlər. Onlar həmin əməkdaşlarla baxış keçirilməli olan mənzilə doğru getmişlər. Daha sonra onlar digər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs2 adlı şəxsin yaşadığı mənzilinə daxil olmuşlar. Baxış başlanmzdan əvvəl onlara hüquqları izah edilişdir. Mənzilin dəhlizindən içəriyə daxil olduqda mənzilin 3 yataq otağı, bir qonaq otağı və bir mətbəxdən ibarət olduğunu görmüşdür. Baxış videoçəklişlə aparılmış və otaqlara bir-bir daxil olaraq baxış keçirimişdir. Baxış zamanı 3 ədəd “Lenovo” markalı notebook, 1 ədəd “samsung”, 2 ədəd “LG”, 1 ədəd “İphone”, 1 ədəd “Blackberry” və 1 ədəd “Xiaomi” markalı mobil telefonlar, 3 ədəd fleşkart, 1 ədəd dəftərcə, 1 ədəd Təqsirləndirilən şəxs2 məxsus xarici pasport və çoxlu sayda vizitkartlar aşkar edildi və onlar Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən götürülmüşdür. Baxışın sonunda protokol tərtib olunmuş, hamısı həmin protokolla tanış olaraq imzalamışlar. Baxış başa çatdıqdan sonra isə o Şahid11la işlərinə qayıtmışlar. İbtidai istintaq dövründə şahid qismində ifadə vermiş, məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş Şahid14 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında işlədiyi Bakı şəhərinin Nizami rayonunun 28 saylı MKİS-in ərazisində iş yoldaşı Şahid15 ilə birlikdə olarkən iki nəfər mülki paltarda olan şəxs onlara yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları olduqlarını bildirib yaxınlıqda olan binaların birinin mənzilində keçiriləcək baxışda hal şahidi kimi iştirak etmələrini onlardan xahiş etmişlər. O və iş yoldaşı Şahid15 Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşının təklifi ilə razılaşdıqdan sonra onlar birlikdə baxış keçiriləcək Bakı şəhəri, ünvan 13 ünvanda yaşayan şəxsi tanıyıb-tanımadıqları soruşulmuş, onlar da əməkdaşa həmin ünvanda yaşayan şəxsi tanımadıqlarını bildirmişlər. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının söhbətlərindən biliblər ki, baxışı aparılacaq mənzildə yaşayan şəxs Fransa vətəndaşıdır. Ona görə də onların yanında Azərbaycan-fransız dillərini bilən qadın tərcüməçi də olmuşdur. Onlar liftlə yuxarı qalxmışlar. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından biri mənzilin qapısını döymüş və mənzildə yaşayan şəxs qapını açmışdır. İlk danışığından həqiqətən də fransız olduğunu bilmişlər. Daha sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı baxış keçirilməsi haqqında məhkəmə qərarını mənzil sahibinə tərcüməçi vasitəsilə elan etmiş və qərarı mənzildə yaşayan həmin şəxsə təqdim etmişdir. Mənzil sahibinin adının Martin olduğunu orada bilmişdir. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı tərəfindən baxış başlanmamışdan əvvəl ev sahibinə, eləcə də baxışda iştirak edən digər şəxslərə hüquq və vəzifələr izah edilmiş və Martinə iş üçün əhəmiyyətli olan əşyaları təqdim etmək təklif edilmişdir. Martin isə evində hər hansı qanunsuz əşyaların olmadığını bildirib baxış iştirakçılarını mənzilinə dəvət etmişdir. Daha sonra baxış başlanmışdır. Baxış zamanı mənzildən mənzil sahibiin adına verilmiş Fransa dövlətinin pasportu, Azərbaycanda müvəqqəti yaşamaq haqqında icazə sənədi, dörd ədəd müxtəlif markalı mobil telefonlar, iki ədəd noutbuk, bir ədəd yaddaş qurğusu, bir ədəd “Azercell”in internet cihaz qurğusu, çoxsaylı vizit kartları, "xxxx" MMC-yə məxsus sənədlər, fransız dilinin tədrisi lə bağlı müxtəlif əlyazma və qeyd kitabçaları aşkar edilmişdir. Aşkar edilmiş əşya və sənədlər müvafiq qaydada qablaşdırılmış, Dövlət Təhlükəsizliyi Xidmətinin möhürü ilə möhürlənərək götürülmüşdür. Baxış videoçəkilişdən istifadə etməklə aparılmışdır. Baxışın sonunda onlar baxış iştirakçıları olaraq baxışın lentə alındığı çəkilişə baxmış və hər şeyin doğru olduğunu görmüşlər. Ev sahibi Martin də çəkilişdə əks edilənlərin həqiqət olduğunu və onunla bağlı heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra müvafiq qaydada baxış protokolu tərtib edilmiş, həmin protokol tərcüməçi tərəfindən ev sahibinə tərcümə edilmiş, ev sahibi protokolun məzmunu, eləcə baxışın aparılma qaydası ilə bağlı heç bir şikayətinin olmadığını bildirmişdir. Baxış başa çatdıqdan sonra isə o Şahid15la iş yerlərinə qayıtmışlar. İbtidai istintaq dövründə şahid qismində ifadə vermiş, məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş X59 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin direktoru olaraq subicarə fəaliyyəti ilə məşğul olduğu üçün Bakı şəhəri ərazisində əksər daşınmaz əmlakın alqı-satqısı və kirayəsi ilə məşğul olan brokerlər tərəfindən tanınan şəxsdir. Belə ki, ofisinə subicarəçi kimi hər müştəri gətirən brokerə aylıq subicarə haqqının 20 (iyirmi) faizi məbləğində birdəfəlik ödəniş edir. O, Təqsirləndirilən şəxs1la hazırda xatırlamadığı broker vasitəsilə tanış olmuşdur. Təqsirləndirilən şəxs1la icarə müqaviləsini şəxsən özü şəxsi kompüterindən istifadə etməklə çap üsulu ilə hazırlamış və müqaviləyə əlavə olunmuş Təqsirləndirilən şəxs1a məxsus MYİ: ******* nömrəli müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətinin üzərinə diyircəkli qələmlə “050 277 02 96”, “Zaur bəy”, “ 3 aylıq”, “450 m” və “11 m2” yazılarını şəxsən qeyd etmişdir. O, Təqsirləndirilən şəxs1a cəmi 11 m2 sahəsi olan kiçik bir otağı 3 (üç) ay müddətinə subicarəyə vermişdir. 2019-cu ilin dekabr ayından 2020-ci ilin mart ayına qədər olan müddətdə həmin ofis Təqsirləndirilən şəxs1 tərəfindən subicarəyə götürülmüşdür. 3 ay sonra razılaşdırılmış müddətin sonunda həmin şəxslə bağlanılmış müqavilə qarşılıqlı qaydada xitam olunmuşdur. Onun subicarə müddətində Martinin şəxsən və ya yanına kiminləsə icarəyə götürülmüş ofisə gəlib-gəlməməsi, eləcə də subicarəyə götürülmüş hissədən hansı məqsədlə istifadə etməsi barədə məlumatsız olmuşdur. İbtidai istintaq dövründə şahid qismində ifadə vermiş, məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş Şahid21 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, 1983-ci ildən Azərbaycan Rəssamlar İttifaqının Yaradıcılıq Fondunda rəssam işləməyə başlamış, həmin dövrdə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin yaxınlığında, Vidadi 159 ünvanında yerləşən emalatxana işləmək üçün onun adına rəsmiləşdirilmişdir. O, vaxtdan emalatxana onun sərəncamındadır. O, təxminən 2019-cu ildən maddi vəziyyətinin aşağı olması ilə əlaqədar olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin yaxınlığında, Vidadi 159 ünvanında yerləşən həmin emalatxananı icarəyə verməyə başlamışdır. 2021-2022-ci illərdə adını xatırlamadığı bir nəfər broker (makler) onunla əlaqə saxlayaraq Şahid1 adlı bir nəfər şəxsin həmin emalatxananı icarəyə götürmək istədiyini bildirmişdir. O, həmin şəxslə görüş zamanı Şahid1 yanında azərbaycan dilində danışa bilən bir nəfər fransızın gəldiyini görmüş, Şahid1 və Təqsirləndirilən şəxs1 adlı fransız aylıq 400 (dörd yüz) manat pul vəsaiti müqabilində emalatxananı icarəyə götürməyə razılaşmışlar. Bundan sonra emalatxana təxminən 1 (bir) il müddətinə həmin şəxslərin icarəsində olmuşdur. Şahid1 və Təqsirləndirilən şəxs1 icarəyə götürdüləri həmin emalatxanadan anbar kimi istifadə edərək orada müxtəlif meyvələr saxlamışlar. Bu barədə o, emalatxananın yaxınlığında yaşayan sakinlərdən eşitmişdir. O, aylıq icarə haqqını həmin müddətdə emalatxananın yaxınlığında görüşləri zamanı Şahid1 nağd qaydada almışdır. Təxminən 1 (bir) il icarə müddətinin sonunda kanalizasiya sistemində yaranmış nasazlıqlarla əlaqədar tullantı sularının daşması səbəbindən Şahid1 və Təqsirləndirilən şəxs1 icarəyə götürdükləri həmin emalatxananı boşaltmış və bununla da, onun həmin şəxslərlə əlaqələri kəsilmişdir. O, həmin şəxlərə emalatxananın kommunal ödənişlərini vaxtında ödəmədiklərinə görə yaranmış sərfiyyat borclarının ödənilməsi üçün dəfələrlə zəng etsə də, zəngləri cavabsız qalmışdır. İbtidai istintaq dövründə şahid qismində ifadə vermiş, məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş X82 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, 2002-ci ildən Prant əmlak şirkətində işləyir. Bu şirkət fiziki şəxslərlə yanaşı müxtəlif səfirliklərlə də işləyir və onların əməkdaşlarına mənzil tapmaqda köməklik göstərir. O, həmin şirkətin əməkdaşı olaraq özü də müxtəlif səfirliklərlə, o cümlədən, Fransa səfirliyi ilə işləyir və 2019-cu ildən Fransa səfirliyinin əməkdaşlarına mənzil tapmaqda köməklik göstərir. Fransa səfirliyi ilə işləyərkən səfirlikdən şirkətin elektron poçtuna məktub gəlir və həmin məktub ona yönləndirilir. O, kirayəyə götürənlə əlaqə saxlayır və həmin vaxt qüvvədə olan təklifləri “WhatsApp” mobil tətbiqi vasitəsilə həmin şəxsə göndərir. O, 2021-ci ildə Laurent adlı Fransa səfirliyinin əməkdaşına Badamdar qəsəbəsində yerləşən ev tapmışdır. Həmin ev aylıq təxminən 2500-3000 AZN manata kirayəyə verilmişdir. Bundan sonra isə o, Laurentlə heç vaxt əlaqə saxlamamışdır. Laurent adlı şəxs onunla yalnız evin kirayəsi ilə bağlı əlaqə saxlamış və ona bundan kənar hər hansı təklif və ya sual verməmişdir.O, 2022-ci ildə adını xatırlamadığı daha bir Fransa səfirliyinin əməkdaşı üçün kirayəyə ünvan 18 ünvanında yerləşən və ev sahibinin mobil nömrəsi “***-***-**-**” olan mənzili tapmaqda köməklik göstərmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Cinayət işinin başlanması və iş üzrə istintaq qrupunun yaradılması haqqında” 04 dekabr 2023-cü il tarixli qərardan görünür ki, 04 dekabr 2023-cü il tarixdə Fransa Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1ın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı maddəsi, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 barəsində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin rəis müavini ədliyyə polkovniki X83 tərəfindən başlanılmış və həmin tarixdə həmin idarənin xüsusilə mühüm işlər üzrə idarənin rəis müavini – İ şöbənin rəisi ədliyyə polkovniki Kənan Əliyev tərəfindən icraata qəbul edilmişdir (Cild 1, i.v.1-3). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, cinayət işinin başlanmasına səbəb və əsaslardan görünür ki, Fransa Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 Riçardın həmin ölkənin xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün məlumatlar verməklə və vermək məqsədilə toplamaqla casusluq əməllərinə, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq casusluq və xarici dövlətin nümayəndələrinə kömək etməklə dövlətə xəyanət əməllərinə dair Dövlət Təhlükəsizliyi Xidmətinin İİ baş idarəsindən 04 dekabr 2023-cü il tarixli məktubla daxil olmuş materiallar olmuşdur (Cild 1, i.v.8-44). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 dekabr 2023-cü il tarixli baxış protokolundan görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin qərarı əsasında Təqsirləndirilən şəxs1ın yaşadığı ünvan 19 ünvanında keçirilmiş 04 dekabr 2023-cü il tarixli baxış protokolu ilə; həmin protokoldan görünür ki, videoçəkiliş və Azərbaycan-fransız dilləri üzrə tərcüməçinin iştirak ilə keçirilmiş baxış zamanı mənzildən Təqsirləndirilən şəxs1 adına verilmiş Fransa pasportu, Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq haqqında icazə sənədləri, 4 ədəd müxtəlif markalı mobil telefonlar, 1 ədəd «Dell» və 1 ədəd «Samsung» markalı noutbuk kompüterləri, 1 ədəd yaddaş qurğusu, çoxsaylı vizit kartlan, 1 ədəd «Azercell» internet cihaz qurğusu, "xxxx" MMC-yə məxsus sənədlər, fransız dilinin tədrisi ilə bağlı müxtəlif əlyazma və qeyd kitabçaları aşkar edilərək götürülmüşdür (Cild 1, i.v.28-31). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 dekabr 2023-cü il tarixli baxış protokolundan görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin qərarı əsasında Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 20 ünvanında keçirilmiş 04 dekabr 2023-cü il tarixli baxış protokolu ilə; həmin protokoldan görünür ki, həmin ünvanda keçirilmiş baxış zamanı oradan 3 ədəd “Lenovo” markalı notebook, 1 ədəd “Samsung”, 2 ədəd “LG”, 1 ədəd “İphone”, 1 ədəd “Blackberry” və 1 ədəd “Xiaomi” markalı mobil telefonlar, 3 ədəd fleşkart, 1 ədəd dəftərçə, 1 ədəd Təqsirləndirilən şəxs2 məxsus xarici pasport və çoxlu sayda vizitkartlar aşkar edilərək götürülmüşdür (Cild 1, i.v.40-43). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, tutma haqqında 04 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 tərcüməçi və müdafiəçisinin iştirakı ilə Azərbaycan Respublikası CM-nin 276-cı maddəsi ilə şübhəli bilinərək 04 dekabr 2023-cü il tarixdə tutulmuşdur (Cild 1, i.v.57-58). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, tutma haqqında 04 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 müdafiəçisinin iştirakı ilə Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə şübhəli bilinərək 04 dekabr 2023-cü il tarixdə tutulmuşdur (Cild 1, i.v.88). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs1a məxsus “Redmi Note 11s” markalı mobil telefona Azərbaycanfransız dilləri üzrə tərcüməçinin iştirakı İlə keçirilmiş 05 dekabr 2023-cü il tarixli baxış protokolundan görünür ki, baxışı keçirilən “Redmi Note 11s” markalı mobil telefon qara rənglidir, model nömrəsi 2201117SG, telefonun İMEİ adresləri isə **********60287 və **********0295-dir. Baxış zamanı müəyyən edilmişdir ki, mobil telefonda "Whatsapp”, “instagram" “Siqnal”, “Telegram” və digər çox saylı tətbiqlərin quraşdırılmışdır. “Gmail” tətbiqində mailto:martin@signature-network.comElektron ünvan 3 və mailto:martinfausti.ryan@qmail.comElektron ünvan 4 mail adresləri istifadə olunmuşdur. “Whatsapp” tətbiqində çoxsaylı söhbətlərin aparıldığı müəyyən edilmişdir. “Whatsapp” tətbiqində "xxxx" MMC mobil operatoruna məxsus +**********20 mobil nömrəsi istifadə edilmişdir. Hesabda profil şəkli olaraq Təqsirləndirilən şəxs1 məxsus fotoşəkil istifadə edilmişdir. “Whatsapp" hesab adı Təqsirləndirilən şəxs1 olaraq qeydə alınmışdır. Baxış zamanı həmin tətbiqdə “Jerome Ambassade” adlı kontaktla fransız dilində aparılan yazışmalar aşkar edilmişdir. Həmin yazışmalar 20 avqust 2023-cü il tarixdə başlamış, sonuncu yazışma isə 31 avqust 2023-cü il tarixdə aparılmışdır. Söhbətdə mətn və səs mesajlarından istifadə edilmişdir. “Jerome Ambassade” adlı kontakt "xxxx" MMC-yə məxsus +**********35 mobil nömrə ilə rəsmiləşdirilmişdir. Profil şəklində “Eyfel” qülləsinin şəkli yerləşdirilmişdir. «Jerome Ambassade» və «Təqsirləndirilən şəxs1» arasında qeydə alınan söhbətin mətni aşağıdakı kimi müəyyən edilmişdir: “Jerome Ambassade” – 10:03, xx.xx.2023: salam X106 fünksiyasını yerinə yetirirəm. Onun telefonunda problemlər olub və təəssüf olsun ki, mesajlarını görməyib. Əgər sən sabahdan başqa bu həftənin hər hansı bir gecəsində boşsansa bir yerə içməyə gedərdik. Jerom. “Təqsirləndirilən şəxs1” - 02:10, xx.xx.2023 Salam, şad oldum. Bunu edə bilərik, cümə axşamından sonraş Martin “Jerome Ambassade”- 08:04, xx.xx.2023 Axşamın xeyir Martin. Çox yaxşı. Cümə axşamı saat 19-da “double eleven”da görəşək. Sənə uyğundurmu? “Təqsirləndirilən şəxs1” - 10:16, xx.xx.2023 Çox yaxşı, 4-cü gün görüşənədək! “Jerome Ambassade” - 10:37, xx.xx.2023 Super, 4-cü gün görüşənədək! “Jerome Ambassade” - 08:53, xx.xx.2023 Salam Martin. Bu axşam müsaitsənm? “Təqsirləndirilən şəxs1” - 09:20, xx.xx.2023 Axşamın xeyir Jeru. Bəli əlbəttə. “Jerome Ambassade” - 10:28, xx.xx.2023 Çox yaxşı. Onda bu gecə görüşənədək. “Təqsirləndirilən şəxs1” - 07:01, xx.xx.2023 Mən 11:11-ın qarşısındayam. “Jerome Ambassade” - 07:01, 24.08.202 Mən artıq içərisindəyəm. “Jerome Ambassade” - 03:51, xx.xx.2023 Salam Martin. Bu gözəl bazar günündə özünü necə hiss edirsən? Mən bank hesabı açmaq haqqında düşünürəm, yerli ya da xarici vətəndaş kimi. Bunu internet/tətbiq vasitəsilə (şəxsiyyət vəsiqəsi ilə mümkün olmazsa yaşayış icazəsi kartı ilə mümkündürmü?- bizdə banklarda bunu necə onlayn ediriksə) etmək mümkündürmü? Yaxud banka getmək lazımdırmı? Bununla belə əgər sənin vaxtın olarsa mənim maşınımla gələn şənbə günü palçıq vulkanlarına gedə bilərikmi? Mənim arvadım həftənin sonunda yola düsür və mən gələn şənbə günü müsait olacağam. Sənə xoş həftə sonu arzu edirəm. “Təqsirləndirilən şəxs1” - 04:24, xx.xx.2023 1:39 dəqiqəlik fransız dilində səsli mesajın tərcüməsi: Salam Jerom, Nə qədər ki, sən yaxşısan mən də öz növbəmdə yaxşıyam. Səsli mesaj göndərmək daha sadədir. Sənin birinci sualına cavab verim. Bəli bu mümkün olmalıdır. Mən həmişə bunu bankda etmişəm. Bunu bir adamla etmək daha praktikdir. Çünki onlayn əməliyyatlar zamanı həmişə nə İsə uyğunsuzluq baş verir. Bilirəm ki, mən Özümün profesional hesablarımdan birini onlayn etmişəm. Ancaq bunu şirkət üçün demək olmaz, fərqlidir, sənə məsləhət görürəm bir başa banka gedəsən. Bu daha sadədir. Sənə deyim ki, mən Bakcell ilə üzbəüz olan Respublika Bankına getmişdim və orada hər şey qaydasında həyata keçirildi. Mən sənə bunu məsləhət görürəm. Palçıq vulkanlarına gəldikdə isə gələn şənbə günü mən çox məşğulam. Buna görə də palçıq vulkanlarına gələ bilməyəcəm, əgər belə bir fikrim olarsa bir neçə gün əvvəlcədən sənə yazaram. Mənim ev işlərim də çoxdur. Mənim çox əşyalarımı aparmalıyam. Bilmirəm bunu necə edəcəyəm. Mən açarları da qaytarmalıyam. Çətindir demək amma sənə xəbər edəcəyəm. Sənə xoş həftə sonu arzu edirəm. “Jerome Ambassade”- 09:32, xx.xx.2023 Salam Martin, çox sağol həftəsonu üçün. Həftə sonunu çox yaxşı keçirdim. Çıxdıq muzeyə, restorana getdik. Cavablarına görə çox sağol. Mən bu sualları sənə verməklə səni narahat etmişəm. Sənən bir kiçik sualım olacaq. VÖEN nömrəsi onlay edilməlidir. Bunu bankda necıə etmək mümkündür. İstəyərəm ki, bunu onlayn edim banka getməyim. Ora getməkdənsə bunu kompüterdə etmək daha sadədir. VÖEN nömrəsini haradan və kimdən götürmək mümkündür, bunu onlayn almaq mümkündürmü? Fəaliyyətlərə məhdudiyyətlər varmı? VÖEN İş adamlarının fiziki statusuna necə təsir edir? Və necə kömək edir? Bu nömrəni əldə etmək üçün hansısa prosedura varmı? Sən mənə daha nələr dedin? LLC statusu üçün mənə nəsə dedin? LLC-nin qeydiyyat xərcini harada ödəmək lazımdır? operator nömrəsinin Asan imzada olması mənim üçün o qədər aydın deyil? Mən başa düşdüm ki, bu cəmiyyət üçün önəmli nömrədir. Bəs bu nömrə nəyə xidmət edir? Bütün bunların hamısını Asan İmza ilə etmək mümkündür mü? Yoxsa banka getmək lazımdırmı? Çünki bunu şəbəkə üzərindən etmək daha rahatdır. Şəxsiyyət vəsiqəsini də internetdən və ya tətbiqdən göndərmək daha rahatdır. Şənbə günü üçün mən sənə xəbər edəcəyəm. Tezliklə görüşənədək. “Təqsirləndirilən şəxs1” - 12:53, xx.xx.2023 Mən vaxtında öz sturkturumu xarici vətəndaş kimi yaratdığım zaman maddi imkanım olmadığına görə edə bilmədim. Xarici şəxsiyyət vəsiqəsi idi. Bu onların parametrinə uyğun deyildi. Çünki onlar orada sadələşdirmək üçün Şəxsiyyət vəsiqəsinin nömrəsini istəyirdilər və başqa şeylər. Bu onların parametrinə uyğun gəlmirdi. İndi bunlar dəyişib. Ola bilsinki inkişaf gedib dəyişib. Bu mənim üçün də əhməiyyəlidir. Çünki gələcək də mən də fiziki şəxs VÖEN-i açacam. Mənim hüquqi şəxs VÖEN-im var. Fiziki şəxs VÖEN-i də açacam. Xarici vətəndaş olduğum üçün bunu da tezliklə etməliyəm. Asan imzaya gəldikdə isə sən bu nömrəni üstəlikdə öz nömrəni istədiyin operatordan götürə bilərsən. Bu nömrə sənin elektron açarın olacaq. Sən bununla əhəmiyyətli əməliyyatlar apara biləssən. Bununla ödəmələr edə bilərsən. Bank hesabına girməyə, Vergi bəyannamələrinə İmza etməyə kömək edəcək. Sən internetdən öz hesabına log in yaratmalısan və sən bir sms ilə kod alassan. Bu sənə kömək edəcək ki, bank hesabına giriş edəsən. Mən bu əməliyyatları telefonla edirəm. Bütün bak sisteni və ya vergi əməliyyatlarını. Sonra sən məndən soruşdun ki, voen nömrəsində fəaliyyət məhdudiyyətləri varmı?Yox, heç bir məhdudiyyət yoxdur. Bu yalnız ticarət sahəsində qarışıq olur, məsələn restoran sahəsində. Bakıda çoxlu restoran sahibləri varki, fiziki adam voeni ilə işləyirlər və az vergi ödəyirlər. Sonra TVA ödəyəndə də mən bunu fiziki şəxs voeni ilə edə bilmirəm. Əksinə, əgər sənin arvadın dil dərsi keçmək istəyirsə, o bunu edə bilcək. Bu çeviklik tələb edir, LLS ilədə eyi şeydir, bu xidmət də də çeviklik tələb edir. Belə bir xidmətstrukturu var ki, oradan fəaliyyət növünü seçirlər.Mənim fəaliyyət növüm idxalixracdır. Məim detallarla satış katerqoriyam da var. Mənim konsultinq şirkətimdə var. Bazarın öyrənilməsi ilə bağlı.Bu çox mürəkkəb deyil. İndi etdiyim şey isə istəyirəm ki bunu xaricilər üçün etməyin mümkün olduğunu öyrənim. Bunu mən də etməliyəm. Mən sənə məlumat verəcəyəm. Əgər bu sənə problem yaradırsa kiməsə etibarnamə verə bilərsən. Sənə yaxşı həftə sonu arzulayıram. “Jerome Ambassade”-10:15, xx.xx.2023, Salam Martin. Məsləhətlərin üçün çox sağol. Bütün bunları edəcəyəm. Şənbə günü üçün məni xəbərdar et. “Təqsirləndirilən şəxs1” -04:50, xx.xx.2023 Salam Jerun inanıram ki, yaxşısan. Təəssüf edirəm ki, sənin 6-ci gün təklifini qəbul edə bilməyəcəm. Çox işlərim var. 6- cı gün fərdi şahmat dərsləri keçirəm. Mən Xaricilərə də dərs keçirəm. İki ildir ki, bir oğlana dərs keçirəm. Anası Bakı Frankofoniya cəmiyyətinin prezidentidir. Düşünürəm ki, sən onunla görüşməlisən. Onun əri Aleksandr “Papier rond” hotellər şəbəkəsində yüksək vəzifə sahibidir. Yenə yaxşı olar ki onunla da tanış olasan. Hər şənbə günü səhərlər onlarda oluram. Təəssüf edirəm ki, buun üçün də vaxt taparıq. Bakı- Frankofoniya cəmiyyəti də tədbirlər hazırlayacaq regionlarda. Bunu etməyə vaxtımız olacaq, “theindian” kafesinə gedərik. Burada hava sentyabr oktyabr noyabr ayının ortasına kimi hava xoş olur. “Jerome Ambassade” - 11:01, xx.xx.2023 X125 görə çox sağol. Problem yoxdur. Olan şeydir. Sənə də yaxşı bir həftə sonu keçirməyi arzu edirəm. Amma palçıq vulkanlarına getmə İdeasını unutmayacağam. Nə vaxt boş vaxtınız olsa mənə xəbər edərsən. “Jerome Ambassade” - 11:03, xx.xx.2023 Ah mən bu haqqda düşünürəm. Mən bir dostumla bu haqqda danışmışam. İçki istehlakının yaxşı işlədiyi bir ölkədə sənin şərab biznesinlə bağlı bir dostumla danışmışam, (onların 0 dərəcəli piyvə içmələri böyük təəsürrat yaradır). Spirtsiz şərab satmaq haqqında düşünmüsənmi? Qeyd: İbtidai istintaqla müəyyən edilmişdir ki, ********** №-li mobil telefon nömrəsinin istifadəçisi Fransa Respublikasının vətəndaşı, həmin ölkənin xüsusi xidmət orqanı olan Fransa Respublikasının Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşı X54 (Cild 1, i.v.133-138). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs1ın yaşadığı ünvan 19 ünvanından aşkar edilərək götürülmüş 2 ədəd vizit kartına keçirilmiş 06 dekabr 2023-cü il tarixli baxış protokolu ilə; həmin protokoldan görünür ki, aşkar edilmiş vizit kartlarda aşağıda göstərilən qeydlər vardır:
1. Fransanın Azərbaycandakı Səfirliyi Frederik Dövos - ikinci katib Rəsul Rza küçəsi, 9, AZ1000, Bakı, Azərbaycan, mailto:frederic.devos@diplomatie.qouv.frElektron ünvan 5, Telefon: (99412) 490 81 00.
2. Fransanın Azərbaycandakı Səfirliyi Loran Lödi - üçüncü katib Rəsul Rza küçəsi, 9, AZ1000, Bakı, Azərbaycan, mailto:laurent.ledit@diplomatie.gouv.frElektron ünvan 6, Telefon: (99412) 490 81 00, Mobil: (99451) 201 82 00. Qeyd: İbtidai istintaqla müəyyən edilmişdir ki, vizit kartda Fransanın Azərbaycandakı səfirliyində İİ və İİİ katib kimi adları qeyd olunan Frederik Devos və Loran Lödi adlı şəxslər əslində Fransanın Azərbaycandakı səfirliyində ikinci və üçüncü katib məxfi örtükləri ilə kəşfiyyat fəaliyyətini həyata keçirən Fransanın xüsusi xidmət orqanı olan həmin ölkənin Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin nümayəndəsi xx.xx.1971-ci ildə Fransanın Burquen-Jalyö şəhərində doğulmuş, Fransa Respublikasının vətəndaşı Frederik Devos və xx.xx.1977-ci X126 şəhərində doğulmuş, Fransa Respublikasının vətəndaşı X129 Gillesdir (Cild 1, i.v.144-145). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 06 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 tərcüməçi və müdafiəçisinin iştirakı ilə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 276-cı maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona ittiham elan edilmişdir (Cild 1, i.v.148-149). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 06 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 müdafiəçisinin iştirakı ilə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona ittiham elan edilmişdir (Cild 1, i.v.178). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhər Səbail rayon Məhkəməsinin 4(009)-828/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli 04 dekabr 2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (Cild 1, i.v.204-209). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhər Səbail rayon Məhkəməsinin 4(009)-827/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli 04 dekabr 2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (Cild 1, i.v.215-219). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “mobil telefon aparatının yaddaşına baxış keçirilməsi barədə” 11 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1a məxsus 01 ədəd qara rəngli “Redmi Note 11S” və “Xiaomi 6A” markalı mobil telefon aparatlarına keçirilmiş 11 dekabr 2023-cü il tarixli baxış protokolu ilə; həmin protokoldan görünür ki, 01 ədəd qara rəngli, “Redmi Note 11S” markalı, İMEİ kodları “**********60287/78” və “**********60295/78” olan mobil telefona ***-***-**-** nömrəli "xxxx" mobil operatoruna məxsus sim-kart quraşdırılmış, ***-***-**-** mobil nömrəsi və “Təqsirləndirilən şəxs1” adı ilə qeydiyyatdan keçirilmiş 01 ədəd "WhatsApp” mobil tətbiqi vardır. “Redmi Note 11S” markalı mobil telefonun yaddaşında Fransa Respublikasının xüsusi xidmət orqanı olan Fransanın Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşı X71 ad və telefon nömrəsi «Jeröme Ambassade +**********35» qeydi kimi, Fransa kəşfiyyatı ilə məxfi əməkdaşlıq etmiş iş üzrə Təqsirləndirilən şəxs2 ad və Şimali İrlandiyada olduğu müddətdə istifadəsində olmuş telefon nömrəsi «Belfast Azad +**********31» qeydi kimi, “Xiaomi 6A” markalı mobil telefon aparatının yaddaşında isə Fransanın Azərbaycandakı səfirliyində ikinci katib məxfi örtüyü ilə kəşfiyyat fəaliyyətini həyata keçirən Fransanın xüsusi xidmət orqanı olan həmin ölkənin Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin nümayəndəsi Frederik Devosun ad və telefon nömrəsi «Ambassade Frederic +**********05» qeydləri kimi həkk edilmişdir (Cild 2, i.v.1-21). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “mobil telefon aparatının yaddaşına baxış keçirilməsi barədə” 12 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus “Samsung Galaxy A14” markalı mobil telefona keçirilmiş 12 dekabr 2023-cü il tarixli baxış protokolu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 mobil telefonun yaddaşına Fransanın xüsusi xidmət orqanı olan həmin ölkənin Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin nümayəndəsi Frederik Devosun ad və telefon nömrəsini «Frederic Devos +**********05» qeydləri kimi. Fransa kəşfiyyatı ilə məxfi əməkdaşlıq edən iş üzrə digər Təqsirləndirilən şəxs1ın ad və telefon nömrəsini isə «Təqsirləndirilən şəxs1 Montpellier +**********20» qeydləri kimi həkk etmişdir (Cild 2, i.v.34-95). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “mobil telefon aparatının yaddaşına baxış keçirilməsi barədə” 09 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus “Samsung Galaxy A14” markalı mobil telefona keçirilmiş və müəyyən edilmişdir ki, baxışı aparılan mobil telefonda olan “Signal” tətbiqində yalnız bir yazışma çatı vardır. Həmin çatda «Laurent» adı ilə qeyd edilmiş şəxs xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 fransız dilində «Salam Azad, Sizinlə rastlaşdığıma çox şad oldum, ümid edirəm ki, işləriniz yaxşı gedir. Siz bura müvəqqəti gəlmisinizmi? Bununla əlaqədar çox istərdim Sizinlə görüşüm.» məzmunlu yazışma göndərmişdir. Qeyd: İbtidai istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş “Samsung Galaxy A14” markalı mobil telefonun “Signal” tətbiqindəki çatda «Laurent» adı ilə qeyd edilmiş şəxs xx.xx.1977-cı il təvəllüdlü Fransa Respublikasının vətəndaşı, Fransa Respublikasının xüsusi xidmət orqanı olan Fransanın Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşı X130 Françoisdı (Cild 2, i.v.156- 157). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs1ın barəsində “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə 25 dekabr 2023cü il tarixli tələbnaməsi İlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 21 iyul 2015-ci il tarixdən 24 mart 2023-cü il tarixədək olan müddət ərzində Azərbaycan Respublikasına çoxsaylı səfərləri olmuşdur (Cild 2, i.v.156). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Fransanın Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşı X71 barəsində “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə 25 dekabr 2023-cü il tarixli tələbnaməsi ilə müəyyən edilmişdir ki, X92 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə Azərbaycan Respublikasının ərazisində Fransanın Azərbaycandakı səfirliyində üçüncü katib məxfi örtüyü ilə kəşfiyyat fəaliyyətini həyata keçirmişdir (Cild 2, i.v.164). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Fransa Respublikasının vətəndaşı, Fransa Respublikasının xüsusi xidmət orqanı olan Fransanın Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşı X130 Françoisın barəsində “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə 25 dekabr 2023-cü il tarixli tələbnaməsi ilə müəyyən edilmişdir ki, X130 François xx.xx.2021-ci il tarixdən xx.xx.2023cü il tarixədək olan müddətdə Azərbaycan Respublikasının ərazisində Fransanın Azərbaycandakı səfirliyində birinci katib məxfi örtüyü ilə kəşfiyyat fəaliyyətini həyata keçirmişdir (Cild 2, i.v.167). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Fransa Respublikasının vətəndaşı, Fransa Respublikasının xüsusi xidmət orqanı olan Fransanın Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşı Frederik Devosun barəsində “Giriş-çıxış və qeydiyyat" İAMAS üzrə 25 dekabr 2023-cü il tarixli tələbnaməsi ilə müəyyən edilmişdir ki, Frederik Devos xx.xx.2018-ci il tarixdən xx.xx.2022ci il tarixədək olan müddətdə Azərbaycan Respublikasının ərazisində Fransanın Azərbaycandakı səfirliyində ikinci katib məxfi örtüyü ilə kəşfiyyat fəaliyyətini həyata keçirmişdir (Cild 2, i.v.170). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Fransa Respublikasının vətəndaşı, Fransa Respublikasının xüsusi xidmət orqanı olan Fransanın Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşı X129 Gillesin barəsində “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə 25 dekabr 2023- cü il tarixli tələbnaməsi ilə müəyyən edilmişdir ki, X129 Gilles xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə Azərbaycan Respublikasının ərazisində Fransanın Azərbaycandakı səfirliyində üçüncü katib məxfi örtüyü ilə kəşfiyyat fəaliyyətini həyata keçirmişdir (Cild 2, i.v.173). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “DVD diskə baxış keçirilməsi haqqında” 27 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, baxışı keçirilən əşya, ağ rəngli 4.38 GB həcmində olan DVD-R diskdir. DVD-R diskinin yaddaşında "Adlı siyahı" ad xlsx faylı mövcuddur. "Adli siyahı" ad xlsx faylında "MYİ", "DYİ"xxxx"iş icazəsi" adlı vərəq fayllar mövcuddur. "MYİ" adlı vərəq faylda 01.01 2015-ci il tarixdən xx.xx.2023-cu il tarixədək Miqrasiya Məcəlləsinin 45.1.6-cı, 45 1.6-1-ci və 45 17-ci maddələrinə əsasən müvəqqəti yaşamaq üçün icazə verilmiş Fransa Respublikası vətəndaşları barədə məlumat başlığı ilə:"DYİ" adlı vərəq faylda "xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək daimi yaşama icazəsi verilmiş Fransa Respublikası vətəndaşları barədə məlumat başlığı ilə: "iş icazəsi" adlı vərəq faylda 01 01 2015-ci il tarixdan 20.12 2023-cü il tarixədək iş icazəsi verilmiş Fransa Respublikası vətəndaşları barədə məlumat başlığı ilə cədvəllər tərtib olunmuşdur. "MYİ" adlı vərəq faylda "xx.xx.2015-ci il tarixdən 20 12.2023-cü il tarixədək Miqrasiya Məcəlləsinin 45.1.6-cı, 45.1.6-1-ci və 45 1.7-ci maddələrinə əsasən müvəqqəti yaşamaq üçün icazə verilmiş Fransa Respublikası vətəndaşları barədə məlumat başlıqlı cədvəldən görünür ki, 144 adda kişi və qadın cinsindan olan Fransa Respublikası vətəndaşına Azərbaycan Respublikasında yaşamaq üçün icazə verilmişdir "DYİ" adlı vərəq faylda xx.xx.2015-ci il tarixdən 20 12 2023-cu il tarixədək daimi yaşama icazəsi verilmiş Fransa Respublikası vətəndaşları barədə məlumat başlıqlı cədvəldə 7 nəfər Fransa Respublikası vətəndaşına Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin verildiyi müəyyən edilmişdir. "iş icazəsi" adlı vərəq faylda "01.01 2015-ci il tarixdən 20 12.2023-cü il tarixadek iş icazəsi verilmiş Fransa Respublikası vətəndaşları barədə məlumat başlıqlı cədvəldə 627 nəfər Fransa Respublikası vətəndaşına Azərbaycan Respublikasında iş icazəsi verilmişdir Müəyyən edilmiş məlumatlar çap formasında baxış protokoluna əlavə edilmişdir (Cild 2, i.v.203-241). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin tapşırılması barədə ibtidai istintaq orqanı tərəfindən verilmiş qərarın icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat baş idarəsi tərəfindən istintaq orqanına təqdim edilmiş 9 dekabr 2023-cü il tarixli 9-4654 saylı məktubu ilə müəyyən edilmişdir ki, Frederik Devos, Loran Ledit, Loran Grad və X107 şəhəri, Boulevar MORTİER 141 ünvanında yerləşən xüsusi xidmət orqanı olan Fransa Respublikasının Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşlarıdırlar. Həmin məktubla həmçinin müəyyən edilmişdir kı, xx.xx.1977-ci ildə Fransanın Dragenian şəhərində anadan olmuş, Fransa Respublikasının vətəndaşı Loran Grard 2017-2018-ci illərdə Fransanın Qazaxıstandaki səfirliyində müdafiə məsələləri üzrə attaşe müavini olmuş, 2018-2021-ci illərdə Xarici Təhlükəsizlik Baş İdarəsinin siyasi kəşfiyyat şöbəsinin bölmə rəisi, daha sonra şöbə rəis müavini vəzifəsində işləmişdir. 22.11,1983-cü ildə Fransanın İvelin vilayətinin Versal şəhərində anadan olmuş, Fransa Respublikasının vətəndaşı Jerome Gassarino 2016-2018-ci illərdə Xarici Təhlükəsizlik Baş İdarəsində Yaxın Şərq üzrə təhlilçi, 2019-2020-ci illərdə əməlliyatçı, 2020-2023-cü illərdə Beynəlxalq Əməkdaşlıq İdarəsində işləmişdir. Məlumatlara görə onun Fransanın Azərbaycan Respublikasındaki səfirliyinə təyinatı kəşfiyyatçının ilk diplomatik vəzifəsidir və əvvəllər o, qısa müddət ərzində Fransa dövlətinin Kosta-Rika dövlətinin səfirliyində işləmişdir. xx.xx.1971-ci ildə Fransanın Burquen-Jalyö şəhərində anadan olmuş, Fransa Respublikasının vətəndaşı Frederik Devos isə 2004-2006-cı illərdə Xarici Təhlükəsizlik Baş İdarəsinin anti-terror şöbəsində Fələstin üzrə təhlilçi, 2006-2008-ci illərdə həmin şöbədə Misir, İordaniya və Fələstin bölməsinin rəisi işləmiş. 2008-2010-cu illərdə araşdırmaçı-zabit kimi Yaxın və Orta Şərqdə radiklallaşmış fransız tələbələr ilə bağlı aparılmış əməlliyatiarda iştirak etmiş, xidmətin radikallaşmış fransızların izlənilməsi ilə məşğul olan Yəməndəki nümayəndəsinin müavini, 2010-2013-cü illərdə kütləvi qırğın silahlarının yayılmasına qarşı şöbənin rəis müavini, 2013-2015-ci illərdə xidmətin Pakistanın Kərəçi şəhərindəki nümayəndəsi, 2015-2019-cu illərdə kütləvi qırğın silahlarının yayılmasına qarşı idarənin əməliyyat şöbəsinin əməliyyat zabiti vəzifələrində xidmət etmişdir. xx.xx.1977-ci X126 şəhərində anadan olmuş, Fransa Respublikasının vətəndaşı, Lolan Ledit 2012-2016-cı illərdə Fransanın Ukraynadaki səfirliyinin təhlükəsizlik xidmətinin rəhbəri. 2017-2020-cı illərdə Xarici Təhlükəsizlik Baş İdarəsinin geosiyasət şöbəsində xidmət etmişdir (Cild 3, i.v.7-13). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, baxış keçirilməsi haqqında 07 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı Baki şəhəri, ünvan 21 ünvanından digər əşyalarla yanaşı götürülmüş 1 ədəd vizit kartına keçirilmiş 07 yanvar 2024-cü il tarixli baxış protokolu ilə; həmin protokoldan görünür ki, aşkar edilmiş vizit kartda aşağıda göstərilən qeydlər vardır: Fransanın Azərbaycandakı Səfirliyi Frederik Dövos - ikinci katib Rəsul Rza küçəsi, 9, AZ1000, Bakı, Azərbaycan, mailto:frederic.devos@diplomatie.gouv.frElektron ünvan 7, Telefon: (99412) 490 81 00. Qeyd: İbtidai istintaqla müəyyən edilmişdir ki, vizit kartda Fransanın Azərbaycandakı səfirliyində İİ katib kimi adı qeyd olunan Frederik Devos əslində Fransanın Azərbaycandakı səfirliyində ikinci katib məxfi örtüyü ilə kəşfiyyat fəaliyyətini həyata keçirən Fransanın xüsusi xidmət orqanı olan həmin ölkənin Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin nümayəndəsi xx.xx.1971-ci ildə Fransanın Burquen- Jalyö şəhərində doğulmuş, Fransa Respublikasının vətəndaşı Frederik Devosdur (Cild 3, i.v.20-21). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, fotoşəkil üzrə tanınma haqqında 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları cinayət əməllərini törətməkdə təqsirləri göstərilən şahid ifadələrindən başqa, həm də aşağıda göstərilən digər mötəbər və təkzibedilməz sübutlarla da bir daha öz təsdiqini tapır: 10 yanvar 2024-cü il tarixli fotoşəkil üzrə tanınma protokolu ilə; həmin protokoldan görünür ki, Fransa Respublikasının xüsusi xidmət orqanı olan Fransanın Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşı Frederik Devosun fotoşəkili iş üzrə aidiyatı olmayan digər şəxslərin fotoşəkilləri ilə birlikdə Təqsirləndirilən şəxs1a təqdim edilmişdir. Tanınma zamanı Təqsirləndirilən şəxs1 ona təqdim edilmiş fotocədvəldə «3» rəqəmi ilə qeyd edilmiş fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə əsasən dərhal tanıdığını, həmin şəxsin barəsində ifadəsində bildirdiyi Fransanın Azərbaycan Respublikasındakı səfirliyində fəaliyyət göstərmiş əməkdaşı, kəşfiyyatçı Frederik Devos olduğunu, onun barəsində istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Fotocədvəldəki 3 rəqəmi ilə işarələnərək istifadə edilmiş fotoşəkil 12.10,1971 -ci ildə Fransanın Burquen-Jalyö şəhərində doğulmuş, Fransa Respublikasının vətəndaşı, Frana Respublikasının xüsusi xidmət orqanı olan Fransanın Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşı Frederik Devosun fotoşəkilidir (Cild 3, i.v.40-43). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, fotoşəkil üzrə tanınma haqqında 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, 10 yanvar 2024-cü il tarixli fotoşəkil üzrə tanınma protokolu ilə; həmin protokoldan görünür ki, Fransa Respublikasının xüsusi xidmət orqanı olan Fransanın Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşı Loran Leditin fotoşəkili iş üzrə aidiyatı olmayan digər şəxslərin fotoşəkilləri ilə birlikdə Təqsirləndirilən şəxs1a təqdim edilmişdir. Tanınma zamanı Təqsirləndirilən şəxs1 ona təqdim edilmiş fotocədvəldə «4» rəqəmi ilə qeyd edilmiş fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə əsasən dərhal tanıdığını, həmin şəxsin barəsində ifadəsində bildirdiyi Fransanın Azərbaycan Respublikasındakı səfirliyində fəaliyyət göstərmiş əməkdaşı, kəşfiyyatçı Loran Ledit olduğunu, onun barəsində istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Fotocədvəldəki 4 rəqəmi ilə işarələnərək istifadə edilmiş fotoşəkil xx.xx.1977-ci X126 şəhərində doğulmuş, Fransa Respublikasının vətəndaşı, Fransa Respublikasının xüsusi xidmət orqanı olan Fransanın Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşı X129 Gillesin fotoşəkilidir (Cild 3, i.v.44-47). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, fotoşəkil üzrə tanınma haqqında 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, 10 yanvar 2024-cü il tarixli fotoşəkil üzrə tanınma protokolu ilə; həmin protokoldan görünür ki, Fransa Respublikasının xüsusi xidmət orqanı olan Fransanın Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşı Loran Grardın fotoşəkili iş üzrə aidiyatı olmayan digər şəxslərin fotoşəkilləri ilə birlikdə Təqsirləndirilən şəxs1a təqdim edilmişdir. Tanınma zamanı Təqsirləndirilən şəxs1 ona təqdim edilmiş fotocədvəldə «1» rəqəmi ilə işarələnmiş fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə əsasən dərhal tanıdığını, həmin şəxs barəsində ifadəsində bildirdiyi Fransanın Azərbaycan Respublikasındakı səfirliyində fəaliyyət göstərmiş sabiq əməkdaşı, Fransa xüsusi xidmət orqanının əməkdaşı, Frederik Devosdan sonra Təqsirləndirilən şəxs2 ilə məxfi əməkdaşıq etmiş Loran Grard olduğunu, onun barəsində istintaqa verdiyi ifadəsini bir daha təsdiq etdiyini bildirmişdir. Fotocədvəldəki 1 rəqəmi ilə işarələnərək istifadə edilmiş fotoşəkil xx.xx.1977-ci ildə Fransanın Draginyan şəhərində doğulmuş, Fransa Respublikasının vətəndaşı, Fransa Respublikasının xüsusi xidmət orqanı olan Fransanın Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşı X130 Françoisın fotoşəkilidir (Cild 3, i.v.48-51). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, fotoşəkil üzrə tanınma haqqında 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, 10 yanvar 2024-cü il tarixli fotoşəkil üzrə tanınma protokolu ilə; həmin protokoldan görünür ki, Fransa Respublikasının xüsusi xidmət orqanı olan Fransanın Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşı Jerom Gassarinonun fotoşəkili iş üzrə aidiyatı olmayan digər şəxslərin fotoşəkilləri ilə birlikdə Təqsirləndirilən şəxs1a təqdim edilmişdir. Tanınma zamanı Təqsirləndirilən şəxs1 ona təqdim edilmiş fotocədvəldə «2» rəqəmi ilə işarələnmiş fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə əsasən dərhal tanıdığını, həmin şəxsin barəsində ifadəsində bildirdiyi Fransanın Azərbaycan Respublikasındakı səfirliyində işləyən, onunla Qobustanın palçıq vulkanlarının yerləşdiyi ərazidə görüşmək istəyən, Fransa xüsusi xidmət orqanının əməkdaşı Jerom Qassarino olduğunu, sonuncunun barəsində istintaqa verdiyi ifadələrini təsdiq etdiyini bildirmişdir. Fotocədvəldəki 2 rəqəmi ilə işarələnərək istifadə edilmiş fotoşəkil xx.xx.1983-cü ildə Fransanın İvelin vilayətinin Versal şəhərində doğulmuş, Fransa Respublikasının vətəndaşı, Fransa Respublikasının xüsusi xidmət orqanı olan Fransanın Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşı X71 fotoşəkilidir (Cild 3, i.v.52- 55). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin tapşırılması barədə ibtidai istintaq orqanı tərəfindən verilmiş qərarın icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat baş idarəsi tərəfindən istintaq orqanına təqdim edilmiş 16 yanvar 2024-cü il tarixli 9-115 saylı məktubundan görünür ki, Olqa adlı şəxs xx.xx.1991-ci ildə Rusiya Federasiyasında doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, 2017-2020-ci illərdə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyində attaşe vəzifəsində işləməklə səfirin köməkçisi (katibi) funksiyasını icra etmiş X21 (Cild 3, i.v.71-72). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, fotoşəkil üzrə tanınma haqqında 17 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, 17 yanvar 2024-cü il tarixli fotoşəkil üzrə tanınma protokolu ilə; həmin protokoldan görünür ki, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyində attaşe vəzifəsində işləməklə səfirin köməkçisi (katibi) funksiyasını icra etmiş Kudryavtseva OlqaBorisovnanın fotoşəkili iş üzrə aidiyatı olmayan digər şəxslərin fotoşəkilləri ilə birlikdə Təqsirləndirilən şəxs1a təqdim edilmişdir. Tanınma zamanı Təqsirləndirilən şəxs1 ona təqdim edilmiş fotocədvəldə «3» rəqəmi ilə işarələnmiş fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə əsasən dərhal tanımış, həmin şəxsin barəsində ifadəsində bildirdiyi fransız dilini öyrənmək üçün iki dəfə yanına gəlmiş, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin əməkdaşı kimi bildiyi Olqa adlı şəxs olduğunu bildirmişdir. O məhz həmin şəxslə bağlı məlumatları Fransa kəşfiyyatının nümayəndəsi Frederik Devosa verdiyi etiraf edərək onun barəsində istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Fotocədvəldəki 3 rəqəmi ilə işarələnərək istifadə edilmiş fotoşəkil xx.xx.1991-ci ildə Rusiya Federasiyasında doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, 2017-2020-ci illərdə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyində attaşe vəzifəsində işləməklə səfirin köməkçisi (katibi) funksiyasını icra etmiş X20 fotoşəkilidir (Cild 3, i.v.74-77). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, fotoşəkil üzrə tanınma haqqında 23 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, 23 yanvar 2024-cü il tarixli fotoşəkil üzrə tanınma protokolu ilə; həmin protokoldan görünür ki, Fransa Respublikasının xüsusi xidmət orqanı olan Fransanın Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşı Frederik Devosun fotoşəkili iş üzrə aidiyatı olmayan digər şəxslərin fotoşəkilləri ilə birlikdə Təqsirləndirilən şəxs2 təqdim edilmişdir. Tanınma zamanı Təqsirləndirilən şəxs2 ona təqdim edilmiş fotocədvəldə «3» rəqəmi ilə işarələnmiş fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə əsasən dərhal tanıdığını, həmin şəxsin barəsində ifadəsində bildirdiyi Fransanın Azərbaycan Respublikasındakı səfirliyində fəaliyyət göstərmiş əməkdaşı, kəşfiyyatçı Frederik Devos olduğunusonuncunun barəsində istintaqa verdiyi ifadəsini bir daha təsdiq etdiyini bildirmişdir. Fotocədvəldəki 3 rəqəmi ilə işarələnərək istifadə edilmiş fotoşəkil xx.xx.1971-ci ildə Fransanın Burquen-Jalyö şəhərində doğulmuş, Fransa Respublikasının vətəndaşı, Frana Respublikasının xüsusi xidmət orqanı olan Fransanın Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşı Frederik Devosun fotoşəkilidir (Cild 3, i.v.101-104). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, fotoşəkil üzrə tanınma haqqında 23 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, 23 yanvar 2024-cü il tarixli fotoşəkil üzrə tanınma protokolu ilə; həmin protokoldan görünür ki, Fransa Respublikasının xüsusi xidmət orqanı olan Fransanın Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşı Loran Leditin fotoşəkili iş üzrə aidiyatı olmayan digər şəxslərin fotoşəkilləri ilə birlikdə Təqsirləndirilən şəxs2 təqdim edilmişdir. Tanınma zamanı Təqsirləndirilən şəxs2 ona təqdim edilmiş fotocədvəldə «4» rəqəmi ilə işarələnmiş fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə əsasən dərhal tanıdımı, həmin şəxsin barəsində ifadəsində bildirdiyi Fransanın Azərbaycan Respublikasındakı səfirliyində fəaliyyət göstərmiş sabiq əməkdaşı, Fransa xüsusi xidmət orqanının əməkdaşı Loran Ledit olduğunu, sonuncunun barəsində istintaqa verdiyi ifadəsini bir daha təsdiq etdiyini bildirmişdir. Fotocədvəldəki 4 rəqəmi ilə işarələnərək istifadə edilmiş fotoşəkil xx.xx.1977-ci X126 şəhərində doğulmuş, Fransa Respublikasının vətəndaşı, Fransa Respublikasının xüsusi xidmət orqanı olan Fransanın Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşı X129 Gillesin fotoşəkilidir (Cild 3, i.v.105-108). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, fotoşəkil üzrə tanınma haqqında 23 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, 23 yanvar 2024-cü il tarixli fotoşəkil üzrə tanınma protokolu ilə; həmin protokoldan görünür ki, Fransa Respublikasının xüsusi xidmət orqanı olan Fransanın Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşı Loran Grardın fotoşəkili iş üzrə aidiyatı olmayan digər şəxslərin fotoşəkilləri ilə birlikdə Təqsirləndirilən şəxs2 təqdim edilmişdir. Tanınma zamanı Təqsirləndirilən şəxs2 ona təqdim edilmiş fotocədvəldə «1» rəqəmi ilə işarələnmiş fotoşəkİİdəki şəxsi ümumi sifət cizgilərinə əsasən dərhal tanıdığını, həmin şəxs barəsində ifadəsində bildirdiyi Fransanın Azərbaycan Respublikasındakı səfirliyində fəaliyyət göstərmiş sabiq əməkdaşı, Fransa xüsusi xidmət orqanının əməkdaşı Loran Grard olduğunu, sonuncunun barəsində istintaqa verdiyi ifadəsini bir daha təsdiq etdiyini bildirmişdir. Fotocədvəldəki 1 rəqəmi ilə işarələnərək istifadə edilmiş fotoşəkil xx.xx.1977-ci ildə Fransanın Draginyan şəhərində doğulmuş, Fransa Respublikasının vətəndaşı, Fransa Respublikasının xüsusi xidmət orqanı olan Fransanın Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşı X130 Françoisın fotoşəkilidir (Cild 3, i.v.109-112). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, təqsirləndirilən şəxslərin danışıqlarının yazıldığı diskə baxış keçirilməsi barədə 05 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat baş idarəsi tərəfindən 16 yanvar 2024- cü il tarixli 9-116 №-li məktubla ibtidai istintaq orqanına təqdim edilmiş Bakı şəhəri Səbail rayon Məhkəməsinin müvafiq qərarı əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və qeyrilərinin danışıqlarının yazıldığı 1 ədəd diskə keçirilmiş 05 fevral 2024-cü il tarixli baxış protokolu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 arasında, eləcə də sonuncunun Fransanın Azərbaycandakı səfirliyində ikinci katib məxfi örtüyü ilə kəşfiyyat fəaliyyətini həyata keçirən Fransanın xüsusi xidmət orqanı olan həmin ölkənin Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin nümayəndəsi Frederik Devosla casusluq və dövlətə xəyanət cinayət əməllərini törətmələrini təsdiq edən çoxsaylı danışıqlar aparılmışdır. Həmin danışıqlar aşağıdakılardan ibarətdir: Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə saat 12:58:21-də Fransa kəşfiyyatının nümayəndəsi Frederik Devosa zəng edərək saat 12:59:44-dək olan müddət ərzində fransız dilində telefon danışığı aparmışdır. Həmin danışıq aşağıdakı kimidir: «Təqsirləndirilən şəxs2: Alo, Frederik? Salam. Sizinlə danışan Azaddır. Frederik Devos: Salam, Azad, necəsiniz? Təqsirləndirilən şəxs2: Frederik, siz necəsiniz? Yaxşısınız? Frederik Devos: Yaxşıyam. Bəs siz? Təqsirləndirilən şəxs2: Mən də yaxşıyam. Sizə bir məktub göndərmişəm. Ümid edirəm ki, almısınız. Frederik Devos: Mən hələ görməmişəm. Baxaram. Təqsirləndirilən şəxs2: Yaxşı. Düşünürəm ki, bu sizinlə danışmaq üçün uyğun vasitə deyil. Bilmək istərdim ki, siz Martin və mənimlə görüşmək üçün bu axşam sizə uyğundurmu? Frederik Devos: Təəssüf ki, bu axşam xeyr. Noyabrın əvvəlinə qədər çətin alınsın. Çünki məzuniyyətdə olacam. Bu axşam və sabah məşğulam. Gələn həftə necə? Təqsirləndirilən şəxs2: Gələn həftə olar. Ok. Frederik Devos: Noyabrın əvvəlində əlaqə saxlayarıq. Təqsirləndirilən şəxs2: Sadəcə, keçən həftə siz dediniz ki, bu həftə biz görüşə biləcəyik. Frederik Devos: Düzdür. Amma bir sıra görüləsi işim var. Çətin alınsın. Təqsirləndirilən şəxs2: Ok, mən başa düşdüm. Əlaqə saxlayarıq. Frederik Devos: Zəngləşərik. Artıq sənin nömrən məndə var. Hələlik. Təqsirləndirilən şəxs2: Sağ olun ». Tqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında xx.xx.2022-ci il tarixdə saat 13:05 dəqiqədən saat 13:06 dəqiqəyədək olan olan telefon danışıq. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 zəng edərək 10 dəqiqəyə Malakan bağı yaxınlığında onu görüşə dəvət edir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 səfirlikdən aralı görüşməyi təklif edir və "Çünki bizim səfirlik yaxınlığında görüşməyimizi bəyənməyənlər var" deyərək aydınlıq gətirir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında xx.xx.2022- ci il tarixdə saat 13:48 dəqiqədən 13:52 dəqiqəyədək olan danışıq: «Təqsirləndirilən şəxs2: Qulaq as, mən dünən yersiz şeylər danışdım? Təqsirləndirilən şəxs1: Sən kontrolu itirirsən. Alkoqolun miqdarına fikir verməlisən. Sən insanların yanında elə şeylər deyirdin ki, çox güman eşimədilər, amma diqqətli olmalısan. Təqsirləndirilən şəxs2: Sən düşünürsən ki, mən içkiləri qarışdırdım, problem bunda idi? Təqsirləndirilən şəxs1: Bilmirəm, amma sən belə içməməlisən. Aramızda olanda, Gravity-də olanda ok, amma orada yox. Sənin sonra problemlərin ola bilər. Təqsirləndirilən şəxs2: Mən yersiz danışdım? Kiminlə? Təqsirləndirilən şəxs1: Bəli, bir çox insanın yanında. Mən görüşəndə sənə danışaram. Təqsirləndirilən şəxs2: Zəhmət olmasa de. Mən yersiz danışdım və diplomatlar bunu eşitdi? Təqsirləndirilən şəxs1: Dəqiq bilmirəm. Amma bu bir riskdir. Yaxşı, Frederik, Louis kimi insanlar rahat adamlardır, problemin olmaya bilər. Problem ondadır ki, səni tanımayan insanlar var. Diqqət etmək lazımdır. Təqsirləndirilən şəxs2: Mənim xatırladığım qədərilə, mən yalnız səninlə danışırdım. Amma bu insanların yanında baş verirdi. Təqsirləndirilən şəxs1: Bəli, sən ucadan danışırdın, insanların yanında idin. İnsanlar sənə baxmasa da, səni eşidə bilirdilər. Sənin haqqında mənfi təəssürat yarana bilər. Diqqətli ol. Bu səviyyəli tədbirdir, diplomatlar, filan. Fikir vermək lazımdır. Ok, hələlik Azad. Təqsirləndirilən şəxs2: Mən bildiyim qədərilə, insanlar heç nə eşitmədilər, amma düzdür bilərdilər Təqsirləndirilən şəxs1: Ümid edirəm. Təqsirləndirilən şəxs2: Martin, qulaq as, mən .Karolin haqqında nə isə deyirdim? Təqsirləndirilən şəxs1: Əlbəttə, bunun kimi bir çox şey demisən. Diqqətli olmaq lazımdır. Onun bütün həmkarları orada idi. Səhv anlaşıla bilər. Təqsirləndirilən şəxs2: Çox səhv anlaşıla bilər. Təqsirləndirilən şəxs1: Nə qədər içdiyinə fikir ver. Təqsirləndirilən şəxs2: Mən onun haqqında səninlə və Frederiklə danışdım. Elə deyilmi? Təqsirləndirilən şəxs1: Yadımda deyil. Amma sən anladın da hər şeyi. Təqsirləndirilən şəxs2: Mən çox pis oldum. Bilirəm, məşğulsan, amma, mən onun haqqında danışanda kimsə eşitdi? Təqsirləndirilən şəxs1: Mənim yadımda deyil. Ok. Hələlik. Xəbərləşərik». Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında xx.xx.2022- ci il tarixdə saat 18:36 dəqiqədən saat 18:39 dəqiqəyədək olan telefon danışıq: «Təqsirləndirilən şəxs2: Sən indi nə edirsən? Təqsirləndirilən şəxs1: Mən hazırda məşğulam. Nədir ki? Sən işini bitirdin? Təqsirləndirilən şəxs2: Hə indi boşam. X138 restoranında tədbir nəzərdə tutulub, tanıyırsan oranı? Landmark-ın yanındadır. Tədbir 18:30-da başlayıb 21:00-da bitməli idi. Ona görə sənə yazdım ki, biz tədbirdən sonra görüşək. Amma indi boşam, bilmirəm nə edim. Təqsirləndirilən şəxs1: Bəs dediyin yerə niyə getmirsən? Təqsirləndirilən şəxs2: Gedəcəm, amma, bir saata. Mənə dedilər ki, bir saata başlayacaq. Onlar punktual deyillər. Təqsirləndirilən şəxs1: Mən indi işləyirəm, Azad. Təqsirləndirilən şəxs2: (Sözünü kəsir) Zaurlasan? Haradasan? Təqsirləndirilən şəxs1: Yox Zaur mənə qoşulacaq. Mən hazırda evdən işləyirəm. Bir şey bitirməliyəm. Təqsirləndirilən şəxs2: Deməli, sən, mən, Frederik. Biz nə edəcəyik? Təqsirləndirilən şəxs1: Elə-belə görüşəcəyik. Bu onun Bakıda son aylarıdır. Zauru bilmirəm, bizimlə olacaq, ya yox. Bilirsən də, o belə yerlərə çox getmir, çox çıxmağı sevmir. Təqsirləndirilən şəxs2: O, özünü itirib. Mən demək istəyirəm, necə deyim, o, işini itirdikdən sonra özünü pis hiss edir, demək istəyirəm. Təqsirləndirilən şəxs1: Məncə də. Təqsirləndirilən şəxs2: (Sözünü kəsir) Ola bilsin ki, ona görə o, bizə qoşulmaq istəmir. Bir az depressiyadadır, məncə. Təqsirləndirilən şəxs1: Hə, bir az depressiyadadır, bu normaldır. Nəisə. Təqsirləndirilən şəxs2: Xəbərləşərik. Təqsirləndirilən şəxs1: Ok, 21:00-da. Frederik adətən tez gəlir, mən ona qoşularam. Sən də alınan kimi gələrsən. Hələlik. Təqsirləndirilən şəxs2: Hələlik». Təqsirləndirilən şəxs1 yaşadığı mənzildə xx.xx.2023-cü il tarixdə saat 20:24 dəqiqədən saat 20:44 dəqiqəyədək olan danışıq: «Təqsirləndirilən şəxs1: Yeri gəlmişkən, Azad, mən bir məsələ ilə bağlı sənin fikrini öyrənmək istəyirdim. Sən dərhal anlayacaqsan mən nə deyirəm. Sən 3-cü katib Loran Ledini xatırlayırsan? Təqsirləndirilən şəxs2: Bəli, o həmişə mənimlə danışmaq istəyən şəxs. Təqsirləndirilən şəxs1: Yox, bu başqa Lorandır. iki Loran var. Loran Ledi 3-cü katib, səninlə danışmaq istəyən isə Təqsirləndirilən şəxs2: (Sözünü kəsir) Həmişə Karolin ilə birikdə olan. Təqsirləndirilən şəxs1: Ay sağ ol, odur. Frederik Bakını tərk etdikdən sonra, digər Loran sənə yaxınlıq etməyə başlayanda, Ledi mənə yaxınlaşdı. Sonra biz dost deməzdim, amma, anlaşmağa başladıq. Təqsirləndirilən şəxs2: Yoldaş oldunuz. Təqsirləndirilən şəxs1: Hə, yaxşı yoldaş olduq. O, bizdən şərab aldı, o bizim dequstasiya tədbirlərimizdə iştirak etdi. Valideynlərim gələndə onunla tanış etdim. Təqsirləndirilən şəxs2: Yəni, sənə yaxınlıq etdi. Təqsirləndirilən şəxs1: Hə. Mən hesab edirdim ki, arada dostluq münasibəti yarandı. Bilirsən, adam "fake" olanda görürsən axı, nə isə hiss edirsən də hər-halda. Onda isə mən qeyri- səmimilik sezmədim. Təqsirləndirilən şəxs2: O, bir az səmimidir. Təqsirləndirilən şəxs1: Mən bilirdim ki, o, orda işləyirdi, Frederik kimi. Amma o, özünü o yerə qoymurdu. Təqsirləndirilən şəxs2: Hə, o, Frederikdən daha səmimidir. Təqsirləndirilən şəxs1: Ay sağ ol. Təqsirləndirilən şəxs2: O, həm də daha gəncdir. Təqsirləndirilən şəxs1: Bəli. Nə isə. Bu yay, onun yoldaşı iyun ayında Fransaya qayıtdı. O isə 17 avqusta qədər hələ işdə idi. Biz 14 iyul tədbirində qarşılaşdıq. Onun yüksək əhval- ruhiyyəsi var idi. Mən ona dedim ki, çıxıb gedəndən öncə bir manqal axşamı keçirək, filan. Həmişə elədiyimiz kimi də. Mən bilirsən ki, iyul ayında çox məşğul idim, mənzil axtarışı, filan. Çox işim var idi. O da yadıma düşmürdü. Amma, avqustun əvvəli, ayın 2-3 ü, yadıma düşdü ki, o yaxınlarda gedəcək, ona WhatApp-la yazdım. Onun bir proqramı var, sən başa düşmürsən o, oxuyub ya yox. Sənin İrlandiya nömrən kimi sms göndərəndə göy rəng görünmür, oxuyub-oxumadığını bilmirəm. Təqsirləndirilən şəxs2: Bu proqramı hamı tətbiq edə bilər, yoxsa necə? Təqsirləndirilən şəxs1: Yox, bu parametrlərdədir. Sən özün qoyursan onu. Nə isə, mən yazdım, bilmədim gördü ya yox. Mən ona yazmışdım ki, "Loran, sən gedirsən, müsait olanda de", filan. Geri dönüş olmadı. Bir həftə sonra fikirləşdim ki, gedişinə bir həftəsonu qalıb, bir neçə gün əvvəl şənbə günü manqal təşkil etməyi təklif etdim. Geri dönüş olmadı. Və nəhayət çox vacib detal! Mənim bir kompüterim var, onun klaviaturası pis işləyir. Bir dəfə onunla danışanda dedim, klaviatura almaq istəyirəm, filan. Loran mənə dedi ki, mən sənin üçün taparam. O, mənə səfirlikdən klviatura gətirdi. Təqsirləndirilən şəxs2: Hədiyyə etdi? Təqsirləndirilən şəxs1: Bəli, çünki səfirlikdə istifadə olunmayan çoxlu texniki vasitə var. O da dedi ki, orda klaviatura olsa mənə verəcək. O, mənə bir klaviatura və bir siçan gətirdi. Bu andan etibarən mənim paranoyam başladı. Bir neçə gün əvvəl Loranın davamçısı mənə yazır. Azərbaycana təzə gəlib. Dərhal sən deyə müraciət edir, sanki tanışıq, "Loranın telefonu ilə problemi var idi, sənin ismarışlarma cavab verə bilmədi, mən onun davamçısıyam, haradasa otura bilərdik”, filan. Mən bunu çox, çox, çox qəribə hesab edirəm. Təqsirləndirilən şəxs2: Onun adı nədir, kimdir? Təqsirləndirilən şəxs1: Onun adı Jeromdur, Loranm yerinə gəlib. Hələ görüşməmişik. Təqsirləndirilən şəxs2: O, Fransadan gəlib, yoxsa başqa ölkədən? Təqsirləndirilən şəxs1: Hə franşizdir, Fransa səfirliyidir. Təqsirləndirilən şəxs2: Bilidim e, yəni Təqsirləndirilən şəxs1: (Sözünü kəsir) Hə anladım, bilmirəm. Hələ görüşməmişik, bilmirəm. Cümə axşamı görüşəcəyik. Mənim qəribə hesab etdiyim nədir, hətta Frederik, sənə, mənə yazdı və vidalaşdı. Təqsirləndirilən şəxs2: O da bizi aldatdı. O demişdi ki, görüşəcəyik, ancaq ismarış yolladı, vəssalam. Yalan danışdı. Təqsirləndirilən şəxs1: Hə, ok, amma bu, heç ismarış da yazmadı. Heç nə bilmirəm, qeyb oldu. Hə, paranoyam nə ilə bağlıdır. Mən öyrənmək istəyirəm ki, klaviaturada bir şey ola bilər? Təqsirləndirilən şəxs2: Klaviaturaya gəldikdə, nə bilim. Dinləmə cihazı (tam) Kamera olsaydı, məsələn, bu daha təhlükəli olardı, çünki bu həm də izləmə sistemidir. Dinləmə cihazı, məsələn mikrofon, nə bilim. Dinləmə cihazını siçana qoya bilərmi, bilmirəm. Texniki olaraq düşünürəm ki, bu mümkündür. Təqsirləndirilən şəxs1: Bəli, bu mümkündür. Bu ola bilər, onun gedəndən əvvəl kontakta girmədiyinin səbəbini izah edir. Mən siçanı ayırıb kənar bir yerə uzaqlaşdırdım. Mən mütəxəssisə göstərəcəyəm. Qəribəsi odur ki, biz çox yaxın idik. O, ismarışa cavab verməsə də, gördüyünü bilirəm. Çünki davamçısı dedi də. Bunların hamısının fransız nömrəsi var, bir neçə nömrəsi var. Niyə mənə yazmadı ki - Martin, səninlə sağollaşmağa vaxtım olmadı, səni tanımağa şad idim - kimi. Təqsirləndirilən şəxs2: Bilirsən, bu onların sistemidir. Gördüyün kimi. Mən düşünürəm ki, fransız diplomatlar bizimlə, danışanda əlaqəli şəkildə hərəkət edirlər. Təqsirləndirilən şəxs1: Yəni? Təqsirləndirilən şəxs2: Yəni paralel olaraq eyni metodlarla, eyni prinsiplərlə. Onlar bizi mənbə hesab edirlər. Onlar ilk növbədə səmimi ortam yaratmağa cəhd edirlər ki, biz dostuq, yoldaşıq və s. Sonra isə bildikləri kimi hərəkət edirlər. Təqsirləndirilən şəxs1: Yoxa çıxırlar. Təqsirləndirilən şəxs2: Bəli. Heç nə demədən, ismarış yazmadan yox olurlar. Onlar bizimlə çox soyuq rəftar edirlər. Bu da təhlükəlidir, çünki onlar səmimi ortam yaradan kimi sən onlara yaxınlaşırsan. Elədir? Təqsirləndirilən şəxs1: Hə, bu məntiqidir. Təqsirləndirilən şəxs2: Çünki biz insanıq və bu psixoloji haldır. Mən tək bir şey görürəm - bir fransız diplomat Azərbaycanı tərk edir, digəri gəlir və səninlə kontakta ginnəyə cəhd edir. Deməli, onların sistemi işləyir. Adamlar dəyişir, sistem isə fəaliyyət göstərir. İngilis kəşfiyyatı (agentura deyir) dilində desək, biz onlar üçün "assets’lk, bilirsən bu nə deməkdir? Mənbə, iki tip mənbə vardır. "Burned assets” (imkanları tükənmiş mənbə). Biz hələ burned deyilik. Çünki Frederik gedir, Loran gəlir, Loran gedir, digəri gəlir. Deməli, biz imkanları tükənmiş mənbə deyilik. Onların gözündə bizim dəyərimiz var. Ona görə kontakta girirlər. Təqsirləndirilən şəxs1: Onlar bizimlə qeyri-səmimi tərzdə münasibət qururlar. Təqsirləndirilən şəxs2: Qeyri-səmimi tərzdə professionally deyil. Loran mənə hələ də ciddi şeylər olanda yazır, məsələn, Rusiyada Priqojinin üsyanı olanda mənə yazdı ki, "mənə bir şey deyə bilərsən?" filan. Bu istifadədir. Təqsirləndirilən şəxs1: Mənə qəribə gələn odur ki, Ledi mənə heç vaxt sual vermirdi. Məndə elə təəssürat yaranıb ki, sanki o məndən məlumat almaqdansa, daha çox izləyirdi. Təqsirləndirilən şəxs2: Bəli, o izləyir ki, necə deyim?! Bir var yaxın dost, biri var lap yaxın dost. Onlar nəzarət edir, müşahidə edir. Düşünürəm ki, bizimlə onların iki məqsədi var. Birinci minimum məqsəd, ikincisi maksimum. Birincisi, məsələn, onlar yoxlayırlar ki, bəlkə biz Zaur kimi Azərbaycan orqanlarına işləyirik. O, səfirlikdə işləyəndə İnterpolla çox yaxın idi. O, səfirliyi tərk edən kimi bu əlaqələr kəsildi. Bu həqiqətdir. Bizim agent olmadığımıza dair əmin olmaq onların minimum məqsədidir. Maksimum məqsəd isə bizi agent etməkdir, bizdən mənbə kimi istifadə etməkdir. Çünki bilirlər ki, sən və mən çox ağıllıyıq, biz Azərbaycanın geopolitik məsələlərindən xəbərdarıq, məlumat veririk, üstəlik məlumatı təhlil şəklində vermək iqtidarındayıq. Təqsirləndirilən şəxs1: Bəli təhlil, kritika edə bilirik. Təqsirləndirilən şəxs2: Aydınlıq gətirə bilərik. Frederik və Loran mənə bir neçə dəfə demişdir ki, "sənə görə biz bəzi şeyləri daha yaxşı anlayırıq". Bu məlumat deyil, bu daha çox təhlildir. Onlara təhlil lazımdır, Martin. Təqsirləndirilən şəxs1: Bəli bu onlara maraqlıdır. Sənə bir praqmatik sual verəcəyəm. Mən paranoik olmaq istəmirəm, amma təsəvvür elə ki, cihazları yoxladıb öyrənirəm ki, səfirlik tərəfindən dinlənirdim. Fransada məsələn, belə şeylər qeyri-leqaldır. Gərək məhkəmə qərarı olsun. Burada biz Azərbaycan qanunvericiliyi altındayıq. Təsəvvür edirəm ki, bu daha ağır cinayətdir. Təqsirləndirilən şəxs2: Qeyri-leqaldır. Təqsirləndirilən şəxs1: Bu qeyri-leqaldır və bunu xarici dövlət edir. Mən xariciyəm, amma bunu mənə məxsus olmayan mənzildə ediblər. Təqsirləndirilən şəxs2: Bu casusluqdur və sən Azərbaycan rezidentisən, çünki sən 180 gündən artıqdır ki, Azərbaycanda yaşayırsan. Təqsirləndirilən şəxs1: Mən, səncə, mən tapsam nə etməliyəm. Məni heç nədə təqsirləndirə bilməzlər. Amma yenə də bu xəyanətdir. Təqsirləndirilən şəxs2: Mən sənə nəyi məsləhət edərdim - onlarla kontaktda qalmağı. Mən şəxsən düşünmürəm ki, orada hər hansı izləmə cihazı olsun. Lakin hər halda, sən mütəxəssisin rəyini almalısan. Nə isə tapsan, səfirliyə deyə bilərsən ki, "baxın, biz əlaqəni kəsmirik, amma, mənim əlimdə belə bir şey var. Bu təhdid deyil, amma onlara deyə bilərsən, bunu edin, bunu edin, əgər etməsəniz, mən bilirəm ki, məni dinləyirsiniz, mən bunu daxili orqanlara bildirə bilərəm". Başa düşürsən? Təqsirləndirilən şəxs1: Bəli, əlbəttə. Fikir mübadiləsi tərzdə. Təqsirləndirilən şəxs2: Hə, bunu təhdid kimi etmə, sadəcə de bilirəm. "Bilirəm, ona görə münasibətlərimizi yeni səhifədən başlayaq, daha səmimi olaq. Amma qulaq asm, siz mənim üçün bunu, bunu edə bilərsiniz. Çünki, sən düşündün ki, bu dostluq nümayişidir, hədiyyədir, ancaq bu xəyanət nümayişi oldu. Bu hər halda izləmədir". Sən nəzakətli danışa bilərsən. Təqsirləndirilən şəxs1: Bəli. Mən də şübhə edirəm ki, bu olsun. Çünki bu asanlıqla aşkar oluna biləcək şeydir. Həm də bu asanlıqla onlara qarşı çevrilə bilər. Hətta sənin Loranın bunu istəməz. Yəni mənim, məsələn, xəbərim var ki, yəni mən əgər xəyanətkar olsaydım, mən Rusiya səfirliyinə gedib deyərdim ki, Fransa səfirliyində Loran adlı şəxs MDU-nin məzunundan Rusiya haqqında məlumatlar alır. Yəni onlar da riskə gedirlər. Ona görə hesab edirəm ki, onlar çox professional deyil. Bu bir az qəribədir. Təqsirləndirilən şəxs2: Biz də riskə gedərik, hansısa məlumat olur, amma mən həmişə əməkdaşlığı inkar etmişəm, həmişə "yox" demişəm. Yəni mənim üçün risk azdır. Yəni bu normaldır kimsə yaxınlaşıb əməkdaşlığı təklif edəndə "yox" deyir. Burada risk yoxdur. Əgər desə ki, bəli, düşünərəm, edəcəyəm, bu təhlükəlidir. Təqsirləndirilən şəxs1: Bir dəfə başladınsa, geri addım atmaq çətindir, amma onlar mənə iranlıları izləməyi təklif etsələr, problem deyil, çünki Azərbaycan özü də iranlılara nəzarət edir. Lakin türkləri izləmək, bu təhlükəli olardı, rusları da, amerikalıları da, diqqətli olmaq lazımdır. Amma bu mənim peşəm deyil, mən bunu etmək istəmirəm, öz ölkəmdə deyiləm, çox risklidir. Nə isə. Sənin Priqojindən başqa, nə isə xəbərlərin var? Təqsirləndirilən şəxs2: Mənim yeni xəbərim yoxdur. Təqsirləndirilən şəxs1: Bu sentyabr, oktyabrda təkrarlanacaq. Təqsirləndirilən şəxs2: Müharibə ehtimalı var. Təqsirləndirilən şəxs1: Rusiya pasportu olanlar Qarabağı tərk edirlər, məncə qaçılmazdır. Əməliyyatlar (tam) Təqsirləndirilən şəxs2: Sən deyirsən ki, Rusiya pasportu olanlar Qarabağı tərk edirlər? Təqsirləndirilən şəxs1: Bəli, bu o deməkdir ki, onlar nəsə olacağını bilirlər». Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında xx.xx.2023- cü il tarixdə saat 12:16 dəqiqədən saat 12:18 dəqiqəyədək olan telefon danışıq: «Təqsirləndirilən şəxs1: Yox, çünki sənə dünən dediyim gün bu gündür, Laurent məni dəvət edib. Təqsirləndirilən şəxs2: Yox, mən düşündüm ki, bu dünən idi, ona görə səninlə danışmaq istəyirdim. Təqsirləndirilən şəxs1: Bu gündür. Sənə bu məlumatı ona görə verirəm ki, sənə xəbərləri çatdıracağam. Təqsirləndirilən şəxs2: Bəli, görüşə bilərik, istəsən şərab da içərik. Təqsirləndirilən şəxs1: Problem deyil, zaman ayırarıq. Nəisə, mən hazırlaşmalıyam. Təqsirləndirilən şəxs2: Bu Karolinin dostu olan Laurent-dır? Təqsirləndirilən şəxs1: Bəli, 3-cü katib. Ancaq, mən əminəm ki, görüş məlumat üçündür. Təqsirləndirilən şəxs2: Məncə də. O yoldaşı da olan. Bildim. Amma o, çox xoş bir adamdır. Təqsirləndirilən şəxs1: Bəli, xoşdur. Ancaq, məni narahat edən odur ki, məni əsəbiləşdirən də odur ki, bu yenə də "yalançı dostluq" olacaq. Həmişəki kimi. Nəisə, bəlkə də yanılacağam. Görərik. Təqsirləndirilən şəxs2: Ola bilər ki, "böyük Laurent" "kiçik Laurenf'a əmrlər verir. Təqsirləndirilən şəxs1: Bəli, bu da ola bilər. Təəssüf ki, bu mümkündür (gülümsəyir). Təqsirləndirilən şəxs2: Uğurlar. Kontaktda qalıram. Təqsirləndirilən şəxs1: Maraqlı məqamlar olsa sənə xəbər edəcəyəm. Hələlik, Azad». Təqsirləndirilən şəxs1 yaşadığı mənzildə xx.xx.2023-cü il tarixdə saat 20:46 dəqiqədən saat 21:26 dəqiqəyədək olan danışıq: «Təqsirləndirilən şəxs2: Mənim telefonum xarab olmuşdu. Mən başqasını aldım ki, Signal-ı yükləyim. Təqsirləndirilən şəxs1: Hə, siz Signal-la əlaqə saxlayırdınız? Təqsirləndirilən şəxs2: Hə, bəs siz? Təqsirləndirilən şəxs1: WhatsApp-la. Amma o məndən elə bir şey soruşmurdu. Təqsirləndirilən şəxs2: Signal daha çox şifrəlidir. Amma mən etmədim (Signah yükləməyi nəzərdə tutduğu ehtimal olunur). Üstəlik bilirəm ki, bununla (tam) Ölkənin arxasında (tam). Mən əminəm ki, Qarabağdakı əməliyyat başlayanda, ola bilər ki, o, mənə yazıb, çünki Signal yoxdur. Mən yükləmirəm, çünki səfirlikdən xeyir əldə edə bilərəm(?). Təqsirləndirilən şəxs1: Bu təhlükəlidir. Xüsusilə hazırkı zamanda. Təqsirləndirilən şəxs2: Təhlükəli və əhəmiyyətsiz. 100% əhəmiyyətsiz. Təqsirləndirilən şəxs1: Bəli, çünki Fransa xətti Təqsirləndirilən şəxs2: (Sözünü kəsir) Xanım Katrin (Catherine Colonna) Yerevana gedir. Sən düşünürsən ki, fransızlar Ermənistanda olacaq? Fransızlar Zəngəzurda olsa Təqsirləndirilən şəxs1: (Sözünü kəsir) Bu təhlükəli olar. Buranın fransızları üçün təhlükəli olar, demək istəyirəm. Təqsirləndirilən şəxs2: Mən üstünlük verirəm ki, Zəngəzurda Fransa silahlı qüvvələri yerləşdirilsin. Çünki necə deyərlər, qoca FSB nəzarət etməsin. Təqsirləndirilən şəxs1: Niyə FSB? ' Təqsirləndirilən şəxs2: X154 Qoşunları yoxdur. Bizdə var. Bu ordudur. Fransada. Təqsirləndirilən şəxs1: X155. Təqsirləndirilən şəxs2: Rusiyada bütün sərhədlər FSB tərəfindən qorunur. Bu hərbi kəşfiyyatdır. Mən ona görə Zəngəzurda FSB-dənsə Fransa ordusunu görmək istərdim. Əgər FSB Zəngəzura nəzarət eləsə, biz uduzduq. Təqsirləndirilən şəxs2: Sən və mənim üçün ən önəmli məqam ex-şəbəkə ilə bitirməkdir. Onlar bizə heç bir dəyər vermirlər. Bunlardan biri səfirlikdir. Səfirlik bizə heç nə vermədi. Təqsirləndirilən şəxs1: Məni izləyir. Loran mənim kompüterimə klaviatura gətirir, sonra qeyb olur. Sonra onun davamçısı, palçıq vulkanlarına gəzintiyə çıxır. Nə edəcək orada? Təqsirləndirilən şəxs2: Gözdən, qulaqdan uzaqda. Təqsirləndirilən şəxs1: Onu iran maraqlandırırdı. Təqsirləndirilən şəxs2: Sənin iranlı dostların var ki? Onlar üçün mən Rusiyayam, sən İransan. Sən qarabuğdayısan. Təqsirləndirilən şəxs1: Burada mən azərbaycanca danışanda turk ləhcəm olur. Təqsirləndirilən şəxs2: Mən ümid edirəm ki, cənab Loran başa düşəcək ki, mən ona cavab vermədim. Ciddi məsələlər olan kimi mənə yazır, mənə heç bir şey vermədən. Mən düşünürəm ki, istəsəydi mənə nəsə təklif edərdi. Məsələn, mənə deyə bilərdi ki, direktor kimdir və ya bunu tanıyıram. Heç nə. Təqsirləndirilən şəxs1: Azad, mənim anlamadığım nədir?! O səninlə ciddi tədbirlər (məxfilik) görür. Mən isə bu tərəfdən hər şeyi bilirəm. O bilmir ki, mən kimin üçün işləyirəm. Mən, məsələn, Rusiya səfirliyində görüş istəyib, deyə bilərəm ki, sizin üçün məlumatım var, Loran adlı şəxs var, sizin əleyhinizə kəşfiyyat işi həyata keçirir. Təqsirləndirilən şəxs2: Yox, sən bunu etməzsən. Desən məni öldürərlər (gülür). Təqsirləndirilən şəxs1: Yəni o, bu boşluğu normal hesab edir. Çünki mənim fikrimcə, ruslar bunu öyrənsə, Fransa ilə burada başqa cür rəftar edəcəklər. Onlar məncə həvəskardırlar, özü də pis niyyətli. X167 Təqsirləndirilən şəxs2: Qra? Təqsirləndirilən şəxs1: Qrar. Biz Zaurla bir dəfə Loranla rastlaşdıq. Onlar Sırovamyada nahar edirdilər. Onların mənbə ilə görüşü var idi. Mən onu sonra gördüm. O, fransızdilli deyil. Naharın birində 30 nəfər var idilər, şərab sifariş vermişdilər. Loran mənə deyir, sən öz şərabını reklam etməliydin. Mən dedim hamının xəbəri var. Bu mənim ölkəmdir. Bu dəhşətdir. Təqsirləndirilən şəxs2: Mən bu xalqın istifadəçi cəhətini gördüm, ingilis dilində kəşfiyyat termini var. Mən bir ingilis serialına baxdım. Film İngiltərədə casusluğa qarşı mübarizə və s. mövzuda idi. Onlar assets termini işlədir. Mənbə. Biz agent deyilik. Biz mənbəyik. Uzr işəyirəm ifadəmə görə, bir növ Təqsirləndirilən şəxs1: (Sözünü kəsir) Fahişə kimi. Təqsirləndirilən şəxs2: Bəli. Mən Fransa səfirliyinin tədbirlərinə getmək istəmirdim, xüsusilə, sən mənə dediyin gün». Təqsirləndirilən şəxs1ın yaşadığı mənzildə xx.xx.2023-cü il tarixdə saat 21:08 dəqiqədən saat 23:08 dəqiqəyədək olan danışıq: «Təqsirləndirilən şəxs1: Bu məni təəccübləndirdi, mən mühakimə etmirəm. Mənim şahmat tədris etdiyim amerikalı şagirdlərimin valideynləri Azərbaycanı tərk etmək üzrədirlər. Çünki onlar USAİD üçün işləyirdilər. Onlardan soruşuram ki, hər şey necə olacaq, filan. Deyirlər, Martin, biz bilmirik nə zaman, uşaqlar tədrisi bitirəcəklərmi, filan. Deməli, amerikalılar sürətlə (tam) Fransa, filan (tam) Yeni səhifə. Rusiyanı bilmirəm. Məndə belə təəssürat var ki, Rusiya yenidən gizlicə ələ keçirib. Mən indi bilmirəm, ölkə necə olacaq. Ölkənin gələcəyini necə görürsən? Beş ildən sonra, məsələn? Təqsirləndirilən şəxs2: Bu çətin sualdır. Çünki, iki il əvvəl düşünürdük ki, iranla müharibə 2-3 gün (tam) Çünki İran-Azərbaycan müharibəsi başlamaq üzrə idi. Hər şey ciddi idi. Bakıda bir neçə terror aktı oldu, Bravoda. İran ordusu Azərbaycanla sərhəddə Xəzər dənizində yerləşdirilmişdi. Mən düşünürdüm ki, biz iranla müharibə etmək üzrəyik. Lakin, hökumət İranla bütün konfliktləri həll etməyi bacardı. Onlar yeni səhifədən başlamağı bacardılar. Amma hər halda İranla münaqişə Amerika və ya Fransa ilə münaqişədən daha ciddi problemdir. Amerika ilə biz, USAlD-i bağladıq. Həm də bilmirəm, xəbərlərdə gördün, ya yox. Ya bu gün, ya sabah, Marriott-da Amerikanın keçmiş məzunlarının böyük tədbiri təşkil olunmalı idi. Bəzi KİV-lər yaydılar ki, bu Amerika agentləridirlər. Bütün xaricdə, Amerikada oxuyan azərbaycanlılar Təqsirləndirilən şəxs1: (Sözünü kəsir) Bu rus düşüncəsidir. Təqsirləndirilən şəxs2: Bəli, bu rus düşüncəsidir. Media dedi ki, Azərbaycan xidməti yoxlayacaq və tədbirdə iştirak edəcək. Tədbir təxirə salındı. Amerika səfirliyi də məyus oldu ki, hamı, Amerikada təhsil almış şəxslər agent kimi hesab edilmişlər. Mən də bir az qorxuram, çünki sabah bu hal Fransa ilə də ola bilər. Məsələn, mən rəsmi olaraq Alumni Assosiasiyasının üzvüyəm, mən, Asim Məmmədov. Asim Məmmədov üzv deyil, həmsədrdir. Vazeh Əsgərov... Bəlkə də DTX da məni izləyib. Çünki, mən 5-7-8 dəfə Loran və Frederik ilə görüşmüşəm. Ola bilər. Bəlkə də şəkillər var. Təqsirləndirilən şəxs1: Əlbəttə. Əslində amerikalıların Azərbaycanda agentura (?) üçün vasitələri var, istifadə üçün vasitələri var idi. Fransada isə yoxdur. Təqsirləndirilən şəxs2: Fransanın burada agenti yoxdur?! Təqsirləndirilən şəxs1: Yox, təhlükə yoxdur. Fransanın ’Tıltirdən keçirməyə” vasitəsi yoxdur. Amerikanın isə var. Həm də, DTX- filan, nəisə edə bilər, amma sənə neqativ yanaşmaya da bilər. Təqsirləndirilən şəxs2: Onlar mənə güvənməyə bilərlər. Təqsirləndirilən şəxs1: Bəlkə də, əksinə, sən onlara maraqlı məlumat verə bilərdin. Təqsirləndirilən şəxs2: Ok, mənim nə məlumatım var ki? Təqsirləndirilən şəxs1: Məsələn, səni kofe içməyə dəvət edən diplomat nə istəyir, nə axtarır. Əgər sən desən ki, Rusiyanı izləmək istəyirlər-ah, maraqlıdır.- Belə şeylər onları maraqlandıra bilər. Fransa diplomatlarının Azərbaycanda fəaliyyəti necədir? Mən düşünürəm ki, onların sənə ehtiyacı olmaz. Hər şeyi bilirlər. Təqsirləndirilən şəxs2: izləmə altında Təqsirləndirilən şəxs1: (Sözünü kəsir)... (pıçıltı) Təqsirləndirilən şəxs2: Əminsən? Təqsirləndirilən şəxs1: ..Onlar işləyir... (Fasilə, normal səslə davam edir) Çoxlu azərbaycanlı var ki Təqsirləndirilən şəxs2: (Sözünü kəsir) Kim dedi sənə? Frederik? Təqsirləndirilən şəxs1: ... Bəli. Dövlət qurumunda. Təqsirləndirilən şəxs2: ... Təqsirləndirilən şəxs1: Hazırda səfirlikdən kimin (tam) Mən düşünürəm a, Loramfilanı demirəm, xanım Buayonun yoldaşının əli ilə dövlətlə əlaqəsi var. X108 pul çamadanını daşıyan oğlan olub. Təqsirləndirilən şəxs2: Boris Fransanın iraqdakı səfiri olub. Təqsirləndirilən şəxs1: Ərəb dilini bilir. Az əvvəl onunla rastlaşdım. Pis birinə oxşamır. Mən elə bilirdim ki, o, yaxşı adam deyil. Onlar içərək qadınlardan danışırlar. Azad Martinin sağlığına içərək onu Britaniya pasportu üçün müsahibəni uğurla keçdiyinə görə təbrik edir. Sonra Azad davam edir. Təqsirləndirilən şəxs2: Fransanın Azərbaycanda agentura şəbəkəsi yoxdur. Düzdür, sənin və mənim kimi kiçik informatorlar var. Bu qədər. Təqsirləndirilən şəxs1: Və biz Azərbaycanın əleyhinə informasiya vermirik. Təqsirləndirilən şəxs2: Bəli, xüsusilə əleyhinə vermirik. Mən xüsusən Rusiya haqqında demişəm. Azərbaycan deyil. Təqsirləndirilən şəxs1: Məndən isə iranı soruşublar.» (Cild 3, i.v.126-149). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Fransanın xüsusi xidmət orqanı olan Fransa Respublikasının Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşı Frederik Devis, təqsirləndirilən şəxslərlə Bakı şəhərində baş tutmuş məxfi görüşlərinin yazıldığı diskə baxış keçirilməsi barədə” 19 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat baş idarəsi tərəfindən 16 yanvar 2024- cü il tarixli 9-116 №-li məktubla ibtidai istintaq orqanına təqdim edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin müvafiq qərarı əsasında Fransanın xüsusi xidmət orqanı olan Fransa Respublikasının Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşı kəşfiyyatçı Frederik Devos, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhərində baş tutmuş məxfi görüşlərinin yazıldığı 1 ədəd diskə keçirilmiş 19 fevral 2024-cü il tarixli baxış protokolu ilə; həmin protokoldan görünür ki, baxışı aparılan diskin yaddaşında “Şəkillər” adlı qovluğun içərisində «xx.xx.2020», «xx.xx.2020», «xx.xx.2020» və «xx.xx.2023» adlı fotoşəkillərin olduğu 4 ədəd fayll vardır. «xx.xx.2020» adlı fayla baxış zamanı müəyyən edilmişdir ki, 21 sentyabr 2020-ci il saat 13:01 dəqiqədə ünvan 22 ünvanında Fransanın xüsusi xidmət orqanı olan Fransa Respublikasının Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşı Frederik Devosla onun məxfi əlaqəsində olan Təqsirləndirilən şəxs1la növbəti görüşü olmuşdur. «xx.xx.2020» adlı fayla baxış zamanı müəyyən edilmişdir ki,Fransanın xüsusi xidmət orqanı olan Fransa Respublikasının Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşı Frederik Devosun 07 oktyabr 2020-ci il tarixdə saat 13:15 dəqiqədə Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli ilə İslam Səfərli küçələrinin kəsişmələrində (Fəvvarələr meydanı) yerləşən «Araz» kafesində Təqsirləndirilən şəxs1la növbəti məxfi görüşü keçirilmişdir. «xx.xx.2020» adlı fayla baxış zamanı müəyyən edilmişdir ki, Fransanın xüsusi xidmət orqanı olan Fransa Respublikasının Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşı Frederik Devos 07 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1lə «Araz» kafesində baş tumşu növbəti məxfi görüşdən sonra saat 14:35 dəqiqədə Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsində gəzintiyə çıxmışlar. «xx.xx.2023» adlı fayla baxış zamanı müəyyən edilmişdir ki, Fransanın xüsusi xidmət orqanı olan Fransa Respublikasının Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları ilə məxfi əməkdaşlıq edən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 08 oktyabr 2023-cü il tarixdə saat 14:52 dəqiqədə Bakı şəhəri, Səbail rayonu, Lev Tolstoy küçəsində görüşmüşlər (Cild 3, i.v.207-212). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19 fevral 2024-cü il tarixli Təqsirləndirilən şəxs1a məxsus və onun istifadəsində olmuş “Redmi Note 11s” markalı mobil telefona görünür ki, Təqsirləndirilən şəxs1lə Fransa kəşfiyyatının nümayəndəsi Loran Ledit arasında 22 yanvar 2023-cü il tarixddən 07 avqust 2023-cü il tarixədək olan müddət ərzində mobil telefonlarındakı “Whatsapp” tətbiqi vasitəsilə yazışmalar aparmışlar. Həmin yazışmaların mətni aşağıdakı kimi müəyyən edilmişdir: “Təqsirləndirilən şəxs1” xx.xx.2023, 09:50 PM Salam Loran, Martindir, Çərşənbə axşamı boşsanmı? Kristian, Zaur və mənimlə balaca bir gecə keçirmək üçün. “Loran Ledit” xx.xx.2023, 11:18 AM Salam Martin, məmnuniyyətlə “Təqsirləndirilən şəxs1” xx.xx.2023, 02:33 PM Mən sənə görüş saatını demək üçün həmin ərəfədə yazacam “Loran Ledit” xx.xx.2023, 02:34 PM (Əla işarəsini göndərir) “Təqsirləndirilən şəxs1” xx.xx.2023, 05:48 PM Saat 19:30-dan etibarən bizdə görüşək. Sabah. (“Təqsirləndirilən şəxs1” görüş ünvanının dislokasiya yerini göndərir) Səfirliklə eyni küçədə, 17-də. Qarşısında olanda mənə zəng et, düşüm səni qarşılayım. “Loran Ledit” xx.xx.2023, 05:50 PM (Əla işarəsini göndərir) “Təqsirləndirilən şəxs1” xx.xx.2023, 05:22 PM Hətta saat 19-dan da mümkündür “Loran Ledit” xx.xx.2023, 06:17 PM (Əla işarəsini göndərir) “Loran Ledit” xx.xx.2023, 04:03 PM Salam Martin, gecə üçün çox təşəkkür edirəm və eyni zamanda şef Zaura da təşəkkürümü bildirirəm. Yaxşı bir dostluq münasibəti və fikir mübadiləsi anları oldu. Tezliklə görüşənədək. “Təqsirləndirilən şəxs1” xx.xx.2023, 05:37 PM Salam Loran, bu bizim üçün çox xoş oldu. Bizdə necə deyərlər, təkrarlayarıq. Tezliklə görüşənədək. “Loran Ledit” xx.xx.2023, 05:47 PM Salam Martin, uzun müddətdir ki, görüşmürük. Xəbərlər götürmək üçün balaca bir mesaj yaz! “Təqsirləndirilən şəxs1” xx.xx.2023, 05:48 PM Salam Loran, Bir az əsəbiyəm. Belə ki, spirtli içki idxalı üçün mübarizə aparırıq. Bizim anbardar bizə orijinal müqaviləni göndərməyi gecikdirir, biz bu müqaviləsiz biz ona aksiz markaları göndərə bilmirik. Başqa hər şey yaxşıdır, bəs sən? “Loran Ledit” xx.xx.2023, 05:49 PM Yaxşıyam, sağ ol. Sabah ya cümə günü boşsanmı birlikdə yemək yeyək. (Martinin aksiz marka mövzusuna cavab verir) Pis adama lənət olsun. İşləri korlayır. “Təqsirləndirilən şəxs1” xx.xx.2023, 05:50 PM (Loranın birlikdə yemək təklifinə cavab verir) Bəli, sabah etmək olar. (Loranın “pis adama lənət olsun” cümləsinə cavab veriri) Bəli, bu bizi dəli edir. Hələ başlanğıcdan bəri bacarıqsız insanlara görə işimiz gecikir. “Loran Ledit” xx.xx.2023, 05:51 PM Allah qəhr etsin... xeyri yoxdur “Təqsirləndirilən şəxs1” xx.xx.2023, 05:51 PM Ancaq elə böyük şey qalmayıb, düzələcək “Loran Ledit” xx.xx.2023, 05:51 PM (Əla işarəsinin göndərir) Saat 13-də “Sırovarnyada” “Təqsirləndirilən şəxs1” xx.xx.2023, 05:53 PM Alındı (Əla işarəsinin göndərir) “Loran Ledit” xx.xx.2023, 05:53 PM Sabahadək. “Təqsirləndirilən şəxs1” xx.xx.2023, 05:53 PM (Əla işarəsinin göndərir) “Təqsirləndirilən şəxs1” xx.xx.2023, 12:31 PM Saat 13-də “Molokanla” üzbəüz görüşürük ? “Loran Ledit” xx.xx.2023, 12:36 PM (Əla işarəsinin göndərir) “Loran Ledit” xx.xx.2023, 05:37 PM Salam Martin, necəsən? Qayıtmışam! Yaxın günlərdə birlikdə bir qədəh içəkmi? “Təqsirləndirilən şəxs1” xx.xx.2023, 05:38 PM Salam Loran, gülməlidir ki, sən mənə aksizləri yapışdırıb bitirdiyim gün yazmısan. Gürcüstünda. Mən özüm işə nəzarət etmək üçün gəldim bura. “Loran Ledit” xx.xx.2023, 05:39 PM OK. Bu yaxşı xəbər oldu! “Təqsirləndirilən şəxs1” xx.xx.2023, 05:39 PM Novruz bayramları illə əlaqədar Bakıda hər şey bağlı olduğundan istifadə edib bura gəldim və bu həftə baş tutacaq. Mən cümə günü Bakıya qayıdıram “Loran Ledit” xx.xx.2023, 05:40 PM Yaxşı iş görmüsən. “Təqsirləndirilən şəxs1” xx.xx.2023, 05:40 PM (Loranın görüşmək təklifinə cavab verir) Gələn həftənin əvvəlində görüşmək olar. “Loran Ledit” xx.xx.2023, 05:40 PM Ok. Səfərin xoş olsun, faydalan. “Təqsirləndirilən şəxs1” xx.xx.2023, 05:40 PM “Təqsirləndirilən şəxs1” xx.xx.2023, 01:36 PM (Spirtli içkilərin 4 ədəd fotoşəklini və həmin içkilərin qiymətinin “ XLSX” formatda əks olunduğu faylı göndərir) “Loran Ledit” xx.xx.2023, 05:41 PM (Əla işarəsini göndərir) “Təqsirləndirilən şəxs1” xx.xx.2023, 03:29 PM (aşağıdakı məzmunda fransız dilində 1:01 dəqiqəlik səsli mesaj göndərir) Salam Loran, güman edirəm ki, yaxşısan. Qulaq as, sabah Zaur, Kristian və mən mənim evimdə keçən dəfə olduğu kimi kiçik bir manqal təşkil etmək fikrindəyik. Yazdım ki, başa düşəsən ki, sənin də əvvəlcədən təyin etdiyin Qobustanda bir iş görüşmən var idi. Kristianla elə bir güclü iş görmək mümkün deyil. 19 ya 19:30-da keçən səfərdəki kimi bir nahar edərik. Yeri gəlmişkən bu bizim bir az şərab dadmağımız üçün fürsət olacaq, ət yeməyi pendir və nə lazımdırsa olacaq. Beləliklə əgər bu ürəyincədirsə tez bir zamanda mənə təsdiqlə, mən alacaqlarımın miqdarını bilim. Sabah axşam, şənbə günü sənin üçün uyğundurmu? “Loran Ledit” xx.xx.2023, 03:49 PM (aşağıdakı məzmunda fransız dilində 00:20 dəqiqəlik səsli mesaj göndərir) Salam Martin, böyük məmnuniyyətlə gələrdim, amma sən dediyin kimi mən bazar günü səhər tezdən yolda düşməliyəm. Aleksandra Qobustanda piyada gəzinti təşkil edib, mən tezdən yola düşəcəm. Dəvətinə görə təşəkkür edirəm. Sizi məmnun edəcək bir şey edə bilərəmmi? Deyərsən mənə. “Təqsirləndirilən şəxs1” xx.xx.2023, 03:58 PM (aşağıdakı məzmunda fransız dilində 00:59 dəqiqəlik səsli mesaj göndərir) Bəli Loran, narahat olma, Kristianla da eynidir, o da bilmir ki, bu gecə mümkün olacaq ya yox. Qulaq as Loran, sən bizdən şərab almağa şübhə eləmə. Sən bizdən güzəştli qiymətlə şərab götürə bilərsən. Böyük bir asortiment ət yeməkləri və desertlə hazır edəcəyik Zaurla, spirtli içkilər, aperolar və pivələr də olacaq. Bizim içkiləri əldə etmək fürsəti olacaq. Sonra əgər istəyirsənsə biz birlikdə anbara gedərik və istədiyin içkini seçərik. “Loran Ledit” 21.04,2023, 04:44 PM Yaxşı, problem yoxdur, məmnuniyyətlə, "Təqsirləndirilən şəxs1” xx.xx.2023, 09:37 PM Salam Loran, mən sabah saat 13:00-da sənə təsdiqləyərəm. Birbaşa səfirliyin küçəsində görüşərik. “Loran Ledit” xx.xx.2023, 09:47 PM (Əla işarəsini göndərir) “Loran Ledit” 14,06,2023, 06:40 PM Salam Martin sən mənə bu gecə üçün ünvanı göndərə bilərsənmi? “Təqsirləndirilən şəxs1” xx.xx.2023, 06:40 PM (Ünvanı göndərir) “Loran Ledit” xx.xx.2023, 06:40 PM (Gülüş işarələrini göndərir) “Təqsirləndirilən şəxs1” xx.xx.2023, 06:40 PM Mən əvvəlcədən həmin yerdə olacam. “Loran Ledit” xx.xx.2023, 06:40 PM Görüşənədək “Təqsirləndirilən şəxs1” xx.xx.2023, 10:06 AM Salam Loran, bu gecə saat 19-da “Loran Ledit” xx.xx.2023, 12:04 PM Salam Martin, ok. “Təqsirləndirilən şəxs1” xx.xx.2023, 12:37 PM (Əla işarəsini göndərir) “Loran Ledit” xx.xx.2023, 10:30 AM Salam Martin, kahorda (Fransada icma) sənin valideynlərin üçün ünvan: Chateau de miraval, Mme evelyne Demeaux Levy, 46800 Saint Matre. Eks Roze yamacı, bu qaladır. Viran qalası (super) Xoş günlər arzu edirəm. Dünən üçün yenə də təşəkkür edirəm. “Təqsirləndirilən şəxs1” xx.xx.2023, 12:04 PM Salam Loran, ünvanı yaxşı qeyd elemisen, mən göndərəcəm. Sənə də, həmçinin məmnuniyyətlə. “Loran Ledit” xx.xx.2023, 12:40 PM (Bir ədəd qara rəngli klaviatura və bir ədəd qara maus əks olunan fotoşəkli göndərir) Salam Martin, əgər sənə maraqlıdırsa bu sənin üçündür. Ancaq klaviatura... “Təqsirləndirilən şəxs1” xx.xx.2023, 12:43 PM Salam Loran, möhtəşəmdir, çox sag ol. “Loran Ledit” xx.xx.2023, 12:43 PM (göz vuran adamın işarəsini göndərir) “Təqsirləndirilən şəxs1” xx.xx.2023, 10:32 AM Salam Loran, sən mənə klaviaturanı götürmək üçün nə vaxt görüşməyi deyərsən, “Loran Ledit” xx.xx.2023, 01:24 PM Salam Martin, sən evdə olacaqsanmı, mən bu gün işdən sonra sizə gəlim. “Təqsirləndirilən şəxs1” 04.07,2023, 02:40 PM Salam Loran, bəli, əla. “Təqsirləndirilən şəxs1” xx.xx.2023, 06:08 PM Mən indi "Molokan” bağındayam “Loran Ledit” xx.xx.2023, 06:36 PM Salam, harada görüşə bilərik. “Təqsirləndirilən şəxs1” xx.xx.2023, 06:37 PM Mən hələdə "Molokan” bağındayam “Loran Ledit” xx.xx.2023, 06 37 PM Ok. “Təqsirləndirilən şəxs1” xx.xx.2023, 06:37 PM Vapiano ilə üzbəüz. “Loran Ledit” xx.xx.2023, 02:52 PM Salam Martin, Zaur dəvətnaməsin alıbmı? “Təqsirləndirilən şəxs1” xx.xx.2023, 02:58 PM Salam Loran, Bəli alıb, onun əvəzində təşəkkür edirəm. “Loran Ledit” xx.xx.2023, 02:58 PM (Əla işarəsini göndərir) “Təqsirləndirilən şəxs1” xx.xx.2023, 02:48 PM Salam Loran, sən yola düşməzdən əvvəl sonuncu bir manqal üşün nə zaman vaxtın olar? “Təqsirləndirilən şəxs1” xx.xx.2023, 08:39 PM Belə olan halda, gələn altıncı gün sən yerində olacaqsanmı?» (Cild 3, i.v.213-230). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X173 tərəfindən verilmiş 06 fevral 2024-cü il tarixli 290 №-li rəydən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimayi təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, ona görədə Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimayi təhlükəliliyini tam dərk etmək və onları idarə etmək iqtidarındadır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür.Təqsirləndirilən şəxs2 ona istinad edilən əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimayi təhlükəliliyini tam dərk etməməsinə və idarə edə bilməməsinə səbəb olan hər hansı psixi pozuntu kemçirməmişdir. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimayi təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22-ci maddəsinin təsiri altına düşmür (Cild 3, i.v.248-251). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26 fevral 2024-cü il tarixli baxış protokolundan görünür ki, “Facebook” sosial şəbəkəsində olan “AAAF - Association des Alumni Azerbaidjanais de France” (Fransada təhsil alan Azərbaycan məzunlarının İctimai birliyi) adlı hesaba (https://www,facebook.com/share/XzGqbzWgv2yhpRYs/?mibextid=WC7FNe) keçirilmiş 26 fevral 2024-cü il tarixli baxış protokolu ilə müəyyən edilmişdir ki, baxış keçirilən “AAAF - Association des Alumni Azerbaidjanais de France” adlı hesab eyni adlı qeyri-hökümət təşkilatı olan Fransada təhsil alan Azərbaycan məzunlarının ictimai birliyinin “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsidir. Məlum olur ki, həmin hesab 06 sentyabr 2022-ci il tarixdə yaradılmışdır. Baxış zamanı hesabın şəkillər bölməsinə daxil olduqda xx.xx.2023-cü il tarixdə yaradılmış “Reception a l’Ambassade de France avec les alumni...” (X22 qəbulu) adlı qovluqda digər fotoşəkillərlə yanaşı iş üzrə Təqsirləndirilən şəxs2 Fransanın Azərbaycandakı Səfirliyində birinci katib məxfi örtüyü ilə kəşfiyyat fəaliyyəti göstərən Fransanın xüsusi xidmət orqanı olan Fransa Respublikasının Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşı Loran Grardla birlikdə əks olunduğu fotoşəkli aşkar edilmişdir (Cild 4, i.v.25-26). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 fevral 2024-cü il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokolundan görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli qərarına əsasən 05 fevral 2024-cü il tarixli 3-39-9/1-325/24 saylı məktubla "Azercell Telekom” MMC-dən ibtidai istintaq orqanına təqdim edilmiş CD diskə keçirilmiş 27 fevral 2024-cü il tarixli baxış protokolu ilə; həmin protokoldan görünür ki, **********, **********, **********, ********** mobil telefon nömrələri ünvan 23 ünvanında yerləşən və fəaliyyət göstərən Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin adına rəsmiləşdirilmişdir. Baxış zamanı ********** №-li mobil telefonla aparılmış SMS yazışmalarının mətnlərindən müəyyən edilmişdir ki, qeyd olunan mobil nömrənin istifadəçisi Fransa Respublikasının vətəndaşı, Fransa xüsusi xidmət orqanı olan Fransa Respublikasının Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşı Frederik Devosdur. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, Vətən Müharibəsinin yeddinci günündə Fransa kəşfiyyatçısı Frederik Devos 02 oktyabr 2020-ci il tarixdə saat 13:13 dəqiqədə məxfi əməkdaşlığa cəlb etdiyi Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***- **-** №-li mobil telefonuna fransız dilində «Salam Martin. Bu günortadan sonra boşsanmı, ya çox gecdir?» məzmunlu SMS göndərmişdir. Baxış zamanı ********* №-li mobil telefonla aparılmış SMS yazışmalarının mətnlərindən müəyyən edilir ki, qeyd olunan mobil nömrənin istifadəçisi Fransa Respublikasının vətəndaşı, xüsusi xidmət orqanı olan Fransa Respublikasının Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşı Loran Leditdir. Baxış zamanı ********** №-li mobil telefonla aparılmış SMS yazışmalarının mətnlərindən müəyyən edilir ki, qeyd olunan mobil nömrənin istifadəçisi Fransa Respublikasının vətəndaşı, xüsusi xidmət orqanı olan Fransa Respublikasının Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşı Loran Grardır. Baxış zamanı ********** №-li mobil telefonla aparılmış SMS yazışmalarının mətnlərindən müəyyən edilir ki, qeyd olunan mobil nömrənin istifadəçisi Fransa Respublikasının vətəndaşı, xüsusi xidmət orqanı olan Fransa Respublikasının Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşı X54 (Cild 4, i.v. 47-101, 107, 108, 109, 110, 111-112). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28 fevral 2024-cü il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokolundan görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli qərarına əsasən 05 fevral 2024-cü il tarixli 3-39-9/1-325/24 saylı məktubla "xxxx" MMC-dən ibtidai istintaq orqanına təqdim edilmiş CD diskə keçirilmiş 28 fevral 2024-cü il tarixli baxış protokolu ilə; həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** №-li mobil telefonla Təqsirləndirilən şəxs1ın istifadəsində olmuş ***-***-**-** №-li mobil telefon nömrəsi arasında 06 noyabr 2021-ci il tarixdən 31 oktyabr 2023-cü il tarixədək olan müddət ərzində çoxsaylı telefon danışıqları aparılmışdır (Cild 4, i.v.113-118). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28 fevral 2024-cü il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokolundan görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli qərarına əsasən 05 fevral 2024-cü İl tarixli 3-39-9/1-325/24 saylı məktubla “Azercell Telekom" MMC-dən ibtidai istintaq orqanına təqdim edilmiş CD diskə keçirilmiş 28 fevral 2024-cü il tarixli baxış protokolu ilə; həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***- ***-**-** №-li mobil telefondan istifadə edərək 21 oktyabr 2021-ci il tarixdə Fransa Respublikasının vətəndaşı, Fransa xüsusi xidmət orqanı olan Fransa Respublikasının Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşı Frederik Devosun istifadəsində olmuş ***-***-**-** №-li mobil telefonuna zəng edərək 84 saniyə ərzində danışıq aparmışlar (Cild 4, i.v.121). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X173 tərəfindən verilmiş 13 fevral 2024-cü il tarixli 384 №-li rəydən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir.Təqsirləndirilən şəxs1da həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimayi təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1ın hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 4, i.v.162-164). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş 16 may 2024-cü il tarixli 3-16-16/2-4/442-4/453 №-li ekspert rəyindən görünür ki, məhkəmə-fonoskopik ekspertizasının rəyində Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 arasında, eləcə də sonuncunun Fransanın Azərbaycandakı səfirliyində ikinci katib məxfi örtüyü ilə kəşfiyyat fəaliyyətini həyata keçirən Fransanın xüsusi xidmət orqanı olan həmin ölkənin Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin nümayəndəsi Frederik Devosla aparılan danışıqların təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən aparıldığı təsdiq edilmişdir (Cild 5, i.v.209-228). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat baş idarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 9-480 №-li məktubla istintaq orqanına təqdim edilmiş Bakı şəhəri Səbail rayon Məhkəməsinin müvafiq qərarı əsasında qeydə alınmış Təqsirləndirilən şəxs1 və Fransanın xüsusi xidmət orqanı olan həmin ölkənin Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşı X93 arasında xx.xx.2023-cü il tarixdə Bakı şəhərində “Double 11” adlı kafedə baş tutmuş danışıqların yazıldığı 1 ədəd diskə keçirilmiş 03 iyun 2024-cü il tarixli baxış protokolu ilə; həmin protokoldan görünür ki,baxışı keçirilən diskin yaddaşında 2 ədəd audio fayl mövcuddur. Fayllardan biri 01:25:24 saniyədən ibarət, digəri isə 08:38 dəqiqədən ibarətdir. 01:25:24 saniyədən ibarət audio faylda olan danışıqların məzmunu aşağıdakılardan ibarətdir: Jerome Gassarino: Biz qısa hekayə demək istəyirəm ki, İki nəfər var, biri çox dindar, digəri isə çox dünyəvi görünür, siqarət çəkir (eşidilmir) Siyasi vəziyyət buna məcbur edir Təqsirləndirilən şəxs1: Bəli, bəli, bu doğrudur. Jerome Gassarino: ABŞ və İngiltərə, çox ciddi məqamlar var....(eşidilmir). Təqsirləndirilən şəxs1: Elədir, Əsasən onların çox yaxşı imkanları var...(eşidilmir) Jerome Gassarino: Mən təəccübləndim....(eşidilmir) Təqsirləndirilən şəxs1: çoxlu etnik qruplar var, problem diasporadır, Həqiqətdən uzaqdın...(eşidilmir) Jerome Gassarino: Təqsirləndirilən şəxs1: Bu asan olmayacaq, biz görəcəyik, bəzi işarələr var ki, tezliklə döyüş olacaq, çoxlu rus pasportu olan şəxslər artıq iki həftədir ki, hər gün tərk edirlər, bu təsadüf deyil, ola bilər ki, Rusiya onlara deyib ki, çıxın tezliklə döyüş olacaq. Mən yüz faiz əmin deyiləm, amma bu baş versə heç təəccüblənmərəm. Görərik, separatçıların rəhbərləri üçün bu geri dönülməz biz hal olacaq. Buna baxmayaraq onlar sona qədər mübarizə aparacaqlar. Sentyabrda insanlar yenidən iş başına qayıtdıqdan sonra biz görəcəyik. Bu problemin həlli üçün mühüm iş olacaq. Jerome Gassarino: Fransa biznesinin Azərbaycandakını vəziyyətini necə qiymətləndirirsən? Təqsirləndirilən şəxs1: Mən həmişə əldən çıxmış fürsətlər barədə danışıram. Əgər Fransa biznesi burada mövcuddursa, bu yaxşı əlaqələrin əlamətidir.(eşidilmir) Jerome Gassarino: Məncə bu problemli məsələdir. Təqsirləndirilən şəxs1: Mən Fransa üçün daha çox narahat oluram. Mənim olduğum şahmat klubunda bir nəfər var idi (eşidilmir) Jerome Gassarino: Bəli post-sovet ölkələri bu işdə çox yaxşıdırlar (eşidilmir) Təqsirləndirilən şəxs1: Mən onunla vidalaşdım. Biz bir-birimizi elə də yaxşı tanımırdıq. O, məndən hara gedəcəyimi soruşduqda, mən Azərbaycana gedəcəyimi bildirdim. O, məndən niyə bu ərəfələrdə Azərbaycana gedəcəyimi soruşduqda....(eşidilmir)...Bu çox qəlizdir, Onlar hər şey etməyə hazırdırlar, Bu təəssüf doğurur, Mən arzu edərdim ki, onlar sülhə nail olsunlar (eşidilmir). Jerome Gassarino: Onlar da həmçinin .... (eşidilmir). Təqsirləndirilən şəxs1: Mənim onlarla heç bir problemim yoxdur, mən yenicə öyrəndim...(eşidilmir) çünki mən 50-ci illərin köhnə fransız filmlərini çox sevirəm. Kino rejissor var Henri Verneuil erməni əsillidir, O, Venkura və Gobinlə bir yerdə işləyirdi. Təssüf, Mən üç nəfər tanıyıram................................ (eşidilmir) Əldən çıxmış fürsətdir İtaliyanlar, Britaniyalılar və s. (eşidilmir). İtaliya qaz şəbəkəsinin giriş qapısıdır. Onlar (azərbaycanlılardan bəhs edir) düşünürlər ki, italiyanlar onları sevir, italiyanları çox ideallaşdırırlar. Onların ailə dəyərlərinə diqqət yetirdiklərini düşünürlər və özlərinə “yaxın” bilirlər (kinayə istifadə olunur) Jerome Gassarino: Bu tamamilə yanlış deyil, mənim italiyan qarışığım var. Təqsirləndirilən şəxs1: aa, doğrudan?, Onlar istiqanlı, üzüyola insanlardı (azərbaycanlılardan bəhs edir), amma dərindən baxsaq, onlarla yaxın əlaqələr qurmaq italyanlar kimi asan deyil. Onlar latın deyillər, onlar mühafizəkardırlar....(eşidilmir) Aralıq dənizi.... (eşidilmir) Yay mövsümüdür, bu onlar üçün səciyyəvidir. Jerome Gassarino: Bir neçə gün bundan əvvəl qaldığım yerin yaxınlığında bir qız gördüm, o, öz sevgilisi ilə bir yerdə idi. O, çox gözəl idi, model kimiydi, ....(eşidilmir) İnstagram. Onların makiyajı var amma ....(eşidilmir) Mən çox təəccübləndim, çox qəribədi. Təqsirləndirilən şəxs1: Burada qadınlar çox çəkingəndirlər, onlar ətrafdakı insanların onlar barədə nə düşündüyü barədə çox həssasdırlar. Jerome Gassarino: (eşidilmir). Təqsirləndirilən şəxs1: Bəli, bəli əldbətdə....eşidilmir Jerome Gassarino:....eşidilmir Təqsirləndirilən şəxs1: Korrupsiya, o, əsl vəziyyəti çox yaxşı bilir (iranlı dostu haqqında danışdığı ehtimal olunur), Əgər onunla oraya getsəydim, özüm də hiss edərdim. O, ildə bir dəfə ora gedir (İranı nəzərdə tutduğu ehtimal olunur). Jerome Gassarino: (eşidilmir, İran haqqında danışdıqları ehtimal olunur) Təqsirləndirilən şəxs1: Bəli, əlbətdə...(eşidilmir) Ora eyni mədəniyyət deyil. Jerome Gassarino: Avropa....(eşidilmir) mədəniyyət...(eşdilmir)..Qəlizdi, qarışıq ölkədi, amma gözəldi.. Təqsirləndirilən şəxs1: Bəli, bəli....(eşidilmir)..Tehran, İsfahan....(eşidilmir) Mənim bir sevgilim (Golbou Movahed adlı qadını nəzərdə tutur) varıydı. İranın Türkmənistanla sərhəddindən (Məşhəd şəhərini nəzərdə tutur) Mənim bütün tandığım adamlar...(eşidilmir) Bu təsadüfi deyil Jerome Gassarino: (eşidilmir). Təqsirləndirilən şəxs1: bəli, bəli, bəli...(eşidilmir) Jerome Gassarino: ...(eşidilmir) Təqsirləndirilən şəxs1: Bu insana yuxu kimi gəlir, Mənim bir dostum var (Buxarada yaşayan Zəfər Qəniyevi nəzərdə tutur), Özbəkistanda yaşayır, tacik əsillidir...(Eşidilmir) Dari „(eşidilmir) bu əsil sivilzasiyadır. Burada farslar üçün müəyyən çətinliklər var (Azərbaycan nəzərdə tutulur) Jerome Gassarino: Bu sivilzasiyalann toqquşması kimi bir şeydi... (eşidilmir) Təqsirləndirilən şəxs1: ....(eşidilmir).. Mən onunla gərək danışam....(eşidilmir) Onun yanına. Bu çox maraqlı və təhlükəsiz olar (özünün İrana orada diplomatik heyətdə işləyən Armand Meimand adlı tanışının yanına getməyinin mümkünlüyü ilə bağlı danışır). X174 Elmlər Universitetində təhsil almışdın? Jerome Gassarino:.... (eşdilmir). Təqsirləndirilən şəxs1: (eşidilmir) Jerome Gassarino: Bu həqiqətən elədir....(eşidilmir) çox maraqlıdır. Mən iki il Kosta- Rikada olmuşam. Təqsirləndirilən şəxs1: ... (eşidilmir) Jerome Gassarino: 10-15 dərəcə isti olur Təqsirləndirilən şəxs1: ....(eşidilmir) Burda (Bakını nəzərdə tutur) Şəhərin əsas hissəsi əsasən mərkəzdə yerləşir. Səfirlik şəhərin mərkəzindədir, bu yaxşıdır. Jerome Gassarino: Piyada....(eşidilmir) Təqsirləndirilən şəxs1: Səfirlikdə maraqlı insanlar var, xaricdəki digər səfirliklərlə bağlı məlumatım olmadığı üçün müqayisə apara bilmirəm. Onların keçmişi çox qəribədir. Jerome: Gassarino...(eşidilmir) Təqsirləndirilən şəxs1: bəli, bəli, mən səyahət etmişəm amma heç vaxt diplomatlarla rastlaşmamışam. Mən əminəm ki, ABŞ, Çin kimi ölkələrə getsək, orada daha normal olar. Jerome Gassarino: ...(eşidilmir) Təqsirləndirilən şəxs1: Buradakılarda (səfirlik əməkdaşlarını nəzərdə tutur) fərqlilik var, bu qəribədir Jerome Gassarino: ...(eşidilmir) Təqsirləndirilən şəxs1: çox....(eşidilmir)...təlim keçmiş....(eşidilmir), vacib...(eşidilmir), amma burada sən bunu hiss edə bilirsən... Jerome Gassarino: Bu çox, çox qəribədir. Təqsirləndirilən şəxs1: ...(eşidilmir). Jerome Gassarino: Bosfor boğazı, gəmiylə səyahət (eşidilmir) Təqsirləndirilən şəxs1: Ora çox bolluq yerdi, hər şey var, qida və s. Jerome Gassarino: Həm şərq həm qərbi özündə birləşdirən belə bir şəhəri tapmaq çox çətindi, mümkün deyil. Təqsirləndirilən şəxs1: Bosfor çox gözəldi....(eşidilmir). Jerome Gassarino: Aya-Sofiya çox möhtəşəmdi Təqsirləndirilən şəxs1: Avopa (eşidilmir) Jerome Gassarino: (eşidilmir). Təqsirləndirilən şəxs1: Mən rus dilini öyrənməyə başlamışdım, amma burada rus dili rəsmi dil deyil. Beləliklə mən daha çox azərbaycan dili ilə maraqlanmağa başladım. Yeni nəsil əsasən profesional sferada bir az ingilis dilinə daha çox üstünlük verir. Jerome Gassarino: Bəs fransız dilli şəxslər necə? Təqsirləndirilən şəxs1: Mənim bir şərikim var, rus sektorunda təhsil almasa da, rus dilini mükəmməl bilir, amma onun ingilis dili zəifdir. Azərbaycanlı gənclər ingilis dilində mükəmməl danışa bilir, amma rusca yox. Jerome Gassarino: ingilis dilini öyrənmək rus dilini öyrənməkdən daha asandır. Təqsirləndirilən şəxs1: Bu doğrudur, amma buradakı insanlar sovet zamanından rus dilinə öyrəşiblər. Mən bir az cəhd etdim (rus dilini nəzərdə tutur), amma təəccüb doğurucudur ki, biznes sahəsində ingilis dili istifadə olunmasına rəğmən, çoxlu insanlar fransız dilini öyrənmək istəyir. Bir hekayə danışım: “Bir dəfə inzibati qurumların birinə getmişdim, orada işləyən şəxs mənim sənədimi götürdü və Fransadan olub-olmadığımı soruşdu və mənə dedi ki, mənim arzum fransız dilini öyrənməkdir, amma vaxtım olmur” (Əmlak Xidmətində işləyən şəxsi nəzərdə tutur” Jerome Gassarino: Sən onunla gərək əlaqə saxlayıb, onu təşviq edəsən. Təqsirləndirilən şəxs1: Deməli, mən ona öz vizit kartımı verdim (eşidilmir) Fransada yoldan keçən bir şəxsdən Azərbaycanı tanıyıb-tanımadığını soruşsan...(eşidilmir) Jerome Gassarino: Bəli, heç xəritədə də göstərə bilməzlər....(eşidilmir) Təqsirləndirilən şəxs1: (eşidilmir) Jerome Gassarino:....(eşidilmir) Təqsirləndirilən şəxs1: Rusiya Federasiyası, rus dilinin təsiri....(eşidilmir) Jerome Gassarino: türk dili (eşidilmir). Təqsirləndirilən şəxs1: Türkiyədə amma İstanbulda yox elə yerlər var ki....(eşidilmir) demək daha 3- cü katib olmayacaq? Jerome Gassarino: (eşdilmir) Təqsirləndirilən şəxs1: Lui (To Lorj nəzərdə tutur) gedəcək. O, Gürcüstanda gördüyü şeyləri burda tapa bilmədi. Orada (Səfirliyi nəzərdə tutur) yaxşı atmosfer var. Xanım Boillon mənim fikrimcə çox yaxşı başlayıb, o nəyi necə edəcəyini bilir. Məsələn 14 iyulda (müstəqillik gününü nəzərdə tutur)....(eşidilmir) Jerome Gassarino: Mən sonradan gəldim Təqsirləndirilən şəxs1: Sizin üzərinizdəki bu qədər təzyiqə baxmayaraq belə effektik şəxslərin olması çox yaxşıdır (eşidilmir) Avropa ölkələrinin səfirliklərindən olan çoxlu insanlar (eşidilmir) 40 nəfər Jerome Gassarino: Ümumilikdə...(eşdilmir) Təqsirləndirilən şəxs1: Onlar dərhal yox deyən insanlar deyil (azərbaycanlıları nəzərdə tutur). Bir az qəlizdir, belə ki, onlar sizdən xoşumuz gəlmir demək əvəzinə, biz münasib deyilik deyərək qapılarını sizə bağlaya bilirlər. Onlarda düşmənçilik (və ya nifrət) hiss edə bilirsən. Birbaşa deyillər (azərbaycan cəmiyyətini nəzərdə tutur), mübahisədən yayınan insanlardı. Onlar heç vaxt yox deməzlər, amma elə edərlər ki, sən özün bunu başa düşəsən. Bir az təcrübən olduqca artıq vaxt itirməyəcəksən (anlamaq barədə deyir), Bu insanlar işgüzar və şəxsi məsələləri ayırmırlar. İşgüzar məsələdə onlara yox desəz, bunu şəxsi məsələ kimi qəbul edib üzərinizə gələcəklər. Mən əsasən yaxşı münasibət qurmaq üçün insanlara (azərbaycanlıları nəzərdə tutur) fikrimi birbaşa yox, dolayı yolla ifadə edirəm. Jerome Gassarino: Onlar (azərbaycanlıları nəzərdə tutur) asiyalılara bənzəyirlər. Təqsirləndirilən şəxs1: Bəli, bəli, bəli, əvvəlcə bir az heyifsilənirsən, sonradan zamanla başa düşdükcə artıq vaxt itirmirsən. Münasibətlərin hansı səviyyədə olduğunu müəyyən etmək qəlizdi (azərbaycanlılarla olan münasibətləri nəzərdə tutur) Jerome Gassarino: Ofisianta səslənir, bir bardaq da istəyir. Martin sanitar qovşağa gedir. Təqsirləndirilən şəxs1: Ağ şərabdan sonra qırmızı ağır gələcək (fransızca zarafat edir) Jerome Gassarino: Sənin biznesin qaydasındadı, razısan? Təqsirləndirilən şəxs1: bəli, bəli Jerome Gassarino: Sənin böyük şərab biznesin var? Təqsirləndirilən şəxs1: Bəli mən bu işə ciddi yanaşıram, yalnızca şərab deyil, həmçinin digər alkoqollu içkilər ilə də məşğul oluram. Sən “Baku Frankofon” assosiasiyası barədə məlumatlısan? Jerome Gassarino: bəli, bəli Təqsirləndirilən şəxs1: Mən restoranlarla əməkdaşlıq edirəm. Bir dəfə “Baku Frankofon” assosiasiyası tərəfindən tədbir təşkil olunmuşdu. Loren Ledit və Loran Grard da həmin tədbirə gəlmişdi. Tədbirdə 3 növ şərab təklif olunurdu. Biz yenə belə tədbir təşkil edəcəyik. Kiçik yerlər (restoranları nəzərdə tutur) var ki, yaxşı yemək verirlər və şərabda orada yaxşı gedər. Jerome Gassarino: Burdakı restoranlarda? Təqsirləndirilən şəxs1: kiçik otellərdə, restoran və kafelərdə....(eşidilmir) Bordo şərabları həqiqətən qeyri-adidir, bizim anbarımızın vəziyyəti yaxşıdır, uyğun temperaturda, uyğun şəkildə şərablar yerləşdirilib, hansı ki, onların keyfiyyətini qorumasını təmin edir. Dekabr ayında Fransada təlimdə iştirak edəcəm. Şampan məhsullarını idxal etmək çətindi, bunun üçün təyyarə lazımdı, müştərilərlə danışmaq lazımdı. Bojole və Val do Luax şərablarını tapmaq olur, amma keyfiyyətlisini yox. (digər şərablar haqqında danışır) Jerome Gassarino: Le vel deluax çox turşdur, amma şirin olanı mənim orqanizmimə düşmür....(eşdilmir) Təqsirləndirilən şəxs1: şirin ağ şərab pendirlə çox yaxşıdır, mən marketinqdə (öz məhsullarını reklam edərkən) fransız olmağımdan istifadə etməyə çalışıram. Jerome Gassarino: Sən (eşdilmir) olmağa çox yaxınsan. Təqsirləndirilən şəxs1: Mən həmçinin yerli şərabları da xoşlayıram. Bakufrankofon şərab testinqi təşkil edir. Meysəri.... (eşidilmir). Jerome Gassarino: Bu alkoqolikdi Təqsirləndirilən şəxs1: Şabian (şərab növüdür) da pis deyil, sən “Gurmania” dükanının yaxınlığında yaşayırsan. Jerome Gassarino: Sən yaxşı yerləri tanıyırsan. Təqsirləndirilən şəxs1: Ora həqiqətən yaxşı dükandı (“Gurmania” dükanını nəzərdə tutur), şərabları da yaxşıdı Jerome Gassarino: ....(eşidilmir) Təqsirləndirilən şəxs1: Mənim biznes bank hesabım var Jerome Gassarino: Sən gərək biznes bank hesabı açasan?, bu əlaqəlidi?....(eşidilmir) Təqsirləndirilən şəxs1: Mənim maaş köçürülən biznes bank hesabım var.............................................................................. (eşdilmir) Jerome Gassarino: Bunun üçün İD (şəxsiyyəti təsdiq edən sənəd) karta ehtiyac var? Təqsirləndirilən şəxs1: Bəli, bəli mən öz İD (şəxsiyyətimi təsdiq edən sənədi) kartımı vermişdim. Bank Respublikada bu çox uyğundu. Jerome Gassarino:... .(eşidilmir) Təqsirləndirilən şəxs1: bəli, bəli mənim öz hesablarıma girişim var, kartlarıma və s. Bir proqram təminatı var elektron cüzdan kimi bir şey. Sən bununla ödəniş də edə bilirsən “cashback” da əldə edirsən. Jerome Gassarino: həə. .. Təqsirləndirilən şəxs1: Burada mənim xoşladığım şey odur ki, onlar (Azərbaycan bank sistemini nəzərdə tutur) cari bank hesabı ilə kart hesabını bir-birindən ayırıblar. Sən cari bank hesabından öz kart hesabına pul köçürə bilirsən. Mənim ən xoşladığım məsələ isə sən cari hesabından istifadə etmədən bir kart hesabından digərinə pul köçürə bilirsən. Jerome Gassarino: Sən pul yığa bilirsən (cashback nəzərdə tutur) Təqsirləndirilən şəxs1: ....(eşidilmir) Sən kart hesabına pulu öz mobil telefonundan və ya ödəniş aparatlarından istifadə edərək birbaşa köçürə bilirsən. Jerome Gassarino: (eşidilmir) Təqsirləndirilən şəxs1: Sən ödəniş aparatlarına gedərək pul vəsaitlərini nağd şəkildə kartın kodunu yığaraq daxil edirsən və bir saniyə ərzində həmin pul artıq sənin kart hesabına oturmuş olur. Jerome Gassarino: və bu cür sənin kart hesabına köçür. Təqsirləndirilən şəxs1: eynən Jerome Gassarino: (eşidilmir) Təqsirləndirilən şəxs1: ....(eşidilmir) bu barədə məlumatım yoxdur Jerome Gassarino: üzr istəyirəm....(eşidilmir) Təqsirləndirilən şəxs1: yox,yox hər şey qaydasındadır. Jerome Gassarino: deməli cari bank hesabına bağlı olmayan kart hesabı açmaq mümkündü? Təqsirləndirilən şəxs1: hə, sən müstəqil kart hesabı aça bilərsən. Məsələn Unibankda sən cari bank hesabınla bağlı olmayan “Leo” kart əldə edə bilərsən, amma bunun əcnəbilər üçün mümkün olub-olmadığını bilmirəm, çünki sənin borcların çox olduğu təqdirdə ölkəni tərk edə bilərsən. Jerome Gassarino: Bu bir az Fransadakı tütün dükanlarından alınan kartlara bənzəyir. Təqsirləndirilən şəxs1: bəli, demək olar ki, eyni sistemdir. Jerome Gassarino: Sən hər gün banka getməlisən. Təqsirləndirilən şəxs1: Bu metro karta bənzəyir. Sənin işıq, qaz ödəmək üçün balansın var. Mən rəqəmsallaşdırılmış sistemi xoşlayıram. Jerome Gassarino: Kommunal xidmətləri ödəmək üçün...(eşidilmir) Təqsirləndirilən şəxs1: müasir yaşayış binalarında hər şey mərkəzhşdirilib, bütün kommunal ödənişlər kommendanta ödənilir. Jerome Gassarino: Sən mülkiyyətçi olanda....(eşidilmir). Təqsirləndirilən şəxs1: bəli, bəli müasir yaşayış binalarında komendant sistemi işləyir, o, həm gözətçidir, həm də administratordur. Mən burada təhlükəsizliyi xoşlayıram və 4 ildir ki, burada heç vaxt dava-dalaş görməmişəm. Burada kimsə sənə toxunsa dərhal üzr istəyəcək. Jerome Gassarino: fiziki olaraq....(eşidilmir). Bir dəfə maşın sürərkən problemim oldu. Bir nəfər azərbaycanlı mənə nəsə dedi, məncə elə də yaxşı söz demədi. Təqsirləndirilən şəxs1: Bu cəmiyyət çox ciddi nəzarət altındadır. Polisin çox ciddi nəzarəti var. Avtomobillərin 80 faizi surət qutusu avtomat sistemlidir. Sən həmin adamı Fransada mexanika sistemli sürət qutusu olan avtomobillə dörd yol ayrıcına qoysan qəza baş verəcək. Burda sürücülük vəsiqəsinin qiyməti 1200 manatdır. Məbləğ yüksəkdir, amma Fransadan daha uyğundu. Mən burda bircə siqnalları xoşlamıram. Jerome Gassarino:.. ..(eşidilmir) Təqsirləndirilən şəxs1: Mən 2019-cu ildə gələndə mənim gəlişimdən 1 həftə sonra gözlərimin qabağında bir nəfəri maşın vurdu. Jerome Gassarino: həqiqətən bura təhlükəsizdi Təqsirləndirilən şəxs1: Burada sən sosial həmrəyliyi hiss edə bilirsən. Sənin problemin olarsa sənə kömək edəcək şəxslər həmişə var. Sənin polisin varlığını hiss edirsən və bu yaxşıdır. Mənim bir bacım var o, Parisdə yaşayır (eşidilmir) Burada isə təhlükəli küçələr yoxdur. Burda insanlar Yasamal haqqında danışır, onun Bakının yuxarı hissəsində yerləşdiyini və təhlükəli yer olduğunu deyir. Azərbaycanda olduğum 3 il müddətində olduğum binanın giriş qapısı açıq olub, bunu Fransada təsəvvür etmək mümkün deyil. Jerome Gassarino: ....(eşidilmir) Təqsirləndirilən şəxs1: Cəmi bir il əvvəl bir bar varıydı, sahibləri bir qız və oğlan idi, onlarla dost idim. Səfirlik işçiləri də ora gedirdi, amma səsi çox ucadan qoyurdular. Loren Ledit demişdi ki, ora xoş vaxt keçirmək üçün çox uyğun yerdi. Həftəsonları sıxlıq olsa da, həftə içi boş olurdu. Oranın müştərilərinin əsas hissəsi italyan idi və onlar getdikdən sonra bar bağlandı....(eşidilmir) amma bura məsələn biz danışa bilirik....(eşidilmir) və səfirliyə yaxındır. Jerome Gassarino:... (eşidilmir) Təqsirləndirilən şəxs1: Mən gərək təşkil edəm ....(eşidilmir) mənim məhsullarımı....(eşidilmir) risk edərək....(eşidilmir) bura yaxşıdı və mərkəzdədir. Jerome Gassarino: bura tanınmış yerdi...(eşidilmir) cümə axşamı...(eşidilmir) Təqsirləndirilən şəxs1:...(eşidilmir) biznes...(eşidilmir) burada 30 yaşlarında, kifayət qədər pulu olan, şərab xoşlayan qadınlar var. Onların pulu var..(eşidilmir) burda qadınların 90 faizi siqaret çəkmir. Bu onlar barəsində naxoş təəssürat yaradır. Bu tip qadınlar bizim əsas müştəri kütləmizi təşkil edə bilər. Biz onlara şərab təklif edə bilərik. Jerome Gassarino: bu doğru zamanlamadır. Təqsirləndirilən şəxs1: bəli, bəli bu gələcəkdi və bu baş tutan işdi.... (eşidilmir). Biz dostlarımızla tez- tez buranın qarşısından keçirik. Jerome Gassarino:...(eşidilmir) iş yoldaşlarım....(eşidilmir) Təqsirləndirilən şəxs1: heç də pis deyil, mən sənə yaxşı yerlər deyəcəm. İçərişəhərdə “İmereti” gürcü restoranı və ət yeməkləri üçün “Manqal” restoranı....(eşidilmir) Jerome Gassarino: (eşidilmir) hər bir halda Təqsirləndirilən şəxs1: bəli, elədir. Mərkəzdə daha əlverişlidir. Sənin arvadın fransızdır? Jerome Gassarino: bəli, bəli arvadım fransızdır, tezliklə Fransaya dönəcək...(eşidilmir) Təqsirləndirilən şəxs1: aha Jerome Gassarino:...(eşidilmir) Fransada....(eşidilmir) Təqsirləndirilən şəxs1: Sizin nəslinizdə əvvəllər əkizlər olub? Jerome Gassarino: bəli, bəli hər iki tərəfdə olub Təqsirləndirilən şəxs1: çünki mən eşitmişdim ki, bu genetikadan irəli gəlir Jerome Gassarino: ...(eşidilmir) mən bu barədə bilmirdim...(eşidilmir) 37 yaşı var və bu yaşda....(eşidilmir) Təqsirləndirilən şəxs1: aha yaxşı Jerome Gassarino:...(eşidilmir) və sonra (eşidilmir) Təqsirləndirilən şəxs1: bəs sənin neçə yaşın var? Jerome Gassarino: mənim 39 yaşım var. Təqsirləndirilən şəxs1: aha mənim şərikim kimi 1984-cü il təvəllüd? Jerome Gassarino: 1983-cü il təvəllüd Təqsirləndirilən şəxs1: Sən ondan bir yaş böyüksən...(eşidilmir) mənim 35 yaşım var Jerome Gassarino: gənc cavan oğlan! (zarafat edir) Təqsirləndirilən şəxs1: biz nə 30 yaşlarımızda, nə də 40 yaşlarımızda sayılırıq. Jerome Gassarino: mənim 40 yaşım yaxınlaşır və bu mənə aid deyil.(eşidilmir) Təqsirləndirilən şəxs1: ....(eşidilmir) Jerome Gassarino: Bu zəruridir Təqsirləndirilən şəxs1: Bu həyatın mənasıdır...(eşidilmir) əkizlər ..(eşidilmir) Bir nəfər varıydı ailəvi dostumuz oğlan uşağı istəyirdi, amma 4 qızı oldu. Jerome Gassarino: Mənim arvadım dedi ki (eşidilmir) bir hamiləyəm, mən dedim ki, bir şey fikirləşərik...(eşidilmir) Təqsirləndirilən şəxs1: bəli, bu doğrudur, amma yaxşıdır, Azərbaycan stabil ölkədir. Jerome Gassarino: Biz uşağın qayğısına qalmaq üçün dayə tutacağıq. Təqsirləndirilən şəxs1: Bu çox asandı. Jerome Gassarino: Mənim arvadım üzüm xoşlayır...(eşidilmir) Təsəvvür elə ki, o, cəmi 3- 4 aylıq hamilədi, amma qarnı elə şişib ki. Təqsirləndirilən şəxs1: Mən istəyərdim ki, bir neçə uşağım olsun Jerome Gassarino: ....(eşidilmir) Təqsirləndirilən şəxs1: Mən istəyərdim ki, bir neçə uşağım olsun...(eşidilmir) bu irəlilətmək üçün vacibdir. Mənim cəmi bir bacım var....(eşidilmir). Bu qərardır. Mən özümü 4 uşaqla təsəvvür edirəm. Mən əvvəlcə istərdim ki, bir uşaq olsun...(eşidilmir) Bu iki insanın qərarıdır. Əgər mən 4 uşaq istəsəm və ana olmasa bu mümkün olmaz., (eşidilmir) Məncə mən bir az anlayışh olmalıyam. Mənim uşağım olardı, mən hər axşam onun ağlamağını eşidərdim...(eşdilmir) bilmirəm, istərdim...(eşidilmir) Mən böyük ailələrlə rastlaşmışam, həmişə hiss etmişəm ki... (eşidilmir) Sən özünə deyə bilərsən ..(eşidilmir) bilmirəm, məncə həyat yoldaşınla gərək eyni mövqedə olasan. Jerome Gassarino: Sənin təkcə bir bacın var? Təqsirləndirilən şəxs1: Bəli təkcə bir bacım var və o, məndən daha gəncdi. Mənim çox uşaqlı ailədə böyümüş çoxlu yaxın dostlarım var və məndən onlardan bunun nə demək olduğunu öyrənmişəm. Burda bəzi fransızların 3-4 uşağı var. Məncə çox uşaqlı olmaq yaxşı hisdi və məsuliyyət deməkdi, amma tək uşağın olması bilmirəm... Jerome Gassarino: Ailə müqəddəsdir və bu barədə diqqətli olmaq lazımdı...(eşidilmir) Təqsirləndirilən şəxs1: bəli, elədir, mənim bir bacım var və bu mənə qarşı cinslə birgə yaşamağın nə demək olduğunu öyrədib. Əgər qardaşım olsaydı, mən bu barədə çatışmazlıq olardı. Məncə bir qız və bir oğlan kifayətdi. Burada ailəyə böyük önəm verilir və çox uşaqlı olmaq müsbət qarşılanır. Mən isə məntiqli insanam, 35 yaşda insan 25 yaşda olduğu imkanlara sahib deyil, həmçinin bu qadınlara da aiddir. Bu barədə danışmaq olar, təzyiq göstərmək isə olmaz. Jerome Gassarino: Bu çox xoş oldu Təqsirləndirilən şəxs1: Bəli xoş oldu. Biz görüşəcəyik. Hər bir halda mən dekabr ayına qədər Bakıdan köçməyəcəm. Jerome Gassarino: Sən ailənə baş çəkəcəksən? Təqsirləndirilən şəxs1: bəli ailəmlə görüşəcəm. Mən həftə sonlarını regionlarda keçirə bilərəm, amma çox vaxt burda olacam (Bakını nəzərdə tutur). Görüşərik. Jerome Gassarino: bəli böyük məmnuniyyətlə! Təqsirləndirilən şəxs1: Biz yenə Bakufrankofon tərəfindən nə vaxt tədbir təşkil etsək, sənə öz şərablarım olan kataloqu göndərəcəm. Jerome Gassarino: Mənim Azərbaycanda iqtisadi sistemlə bağlı sənə suallarım olacaq. Təqsirləndirilən şəxs1: əlbətdə, problem yoxdur, mənim təcrübəm var, mənim sahəmdi 08:38 dəqiqədən ibarət audio fayldakı danışıqlaram tərcüməsi aşağıdakılardan ibarətdir: Təqsirləndirilən şəxs1: Bəzi avtomobillər.(eşidilmir) Jerome Gassarino: (eşidilmir) Təqsirləndirilən şəxs1: Mən Universitetə daxil olmaq üçün kurslara getmədim Mən azərbaycanlılar onlara edilən pisliyi tez unurdurlar, kin saxlamırlar. Onların bu xasiyyəti mənim xoşuma gəlir. Azərbaycanlılar baş verən proseslərə kənardan baxmağı sevirlər, onlar hadisələrə birbaşa müdaxilə etməyə meyidi deyillər. Rusiya və ya ABŞ (eşidilmir)... Jerome Gassarino: Mən belə düşünürəm(eşidilmir) Təqsirləndirilən şəxs1: Bu yer bir az (haranı nəzərdə tutduğu anlaşılmır, eşidilmir)
Jerome Gassarino: yerli miqyasda demək olar ki (eşidilmir) Təqsirləndirilən şəxs1: Gəl səmimi olaq, Jurnalistlər mən “AZTV”də Azərbaycan haqqında müsahibə verərkən mənim qarşımda tələblər qoyurlar. Onlar bilirlər ki, mən fransızam və burda yaşayıram. Onlar hesab edirlər ki, (eşidilmir) yenədə mən daha diqqətli olmağa çalışıram (eşidilmir)....Mənim siyasətlə bağlı danışa biləcəyim məsələlər var. Buna baxmayaraq mən hiss edirəm ki, onlar məndən Fransa əleyhinə propaqanda vasitəsi kimi istifadə etmək istəyirlər. Mən həmişə diqqətli olmağa çalışıram.(eşdilmir) Biz Fransa Respublikasının prezidentinə yazılı müraciət etmişik. Buna səbəb kimi biz fransız olaraq özümüzü burada bir az ifşa edilmiş kimi hesab edirik. Biz göstərmək istəyirdik ki, (eşidilmir),Biz həmçinin Azərbaycanın elə tanınmasını istəyirik ki, necə deyim, bizim mövqeyimizə görə biz vəziyyəti bilirik, burada Fransanın parlaq gələcəyini istəyən fransızlar var, Fransanın səsini çatdırmaq istəyən. Mən həqiqətən istəyirdim ki, səfirliyimizi məlumatlandırım ki, Prezidentə müraciətimiz nəşr olunacaq, ictimailəşəcək. Biz hiss edirik ki, əlcəzairlilər...” (Cild 5, i.v.236-247). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş 13 sentyabr 2024-cü il tarixli 3-16-16/2-4/928-4/938 №-li ekspert rəyindən görünür ki, məhkəmə-fonoskopik ekspertizasının rəyində Təqsirləndirilən şəxs1la Fransanın Azərbaycandakı səfirliyində üçüncü katib məxfi örtüyü ilə kəşfiyyat fəaliyyətini həyata keçirən Fransanın xüsusi xidmət orqanı olan həmin ölkənin Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin nümayəndəsi Jerom Gassarino ilə aparılan danışıqların Təqsirləndirilən şəxs1 tərəfindən aparıldığı təsdiq edilmişdir (Cild 7, i.v.7-30). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Maddi sübut kimi tanımaq haqqında” 28 noyabr 2024-cü il tarixli qərardan görünür ki, DTX əməkdaşları tərəfindən 4 dekabr 2023-cü il tarixdə Bakı şəhəri Səbail rayon məhkəməsinin qərarı əsasında iş üzrə Təqsirləndirilən şəxs1ın yaşadığı ünvan 8 ünvanına keçirilmiş baxış zamanı həmin ünvandan aşkar olunmuş əşya və sənədlərdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Təqsirləndirilən şəxs1 adına verilmiş ********** nömrəli fiziki şəxsin uçotu haqqında şəhadətnamə, Təqsirləndirilən şəxs1 adına verilmiş MYİ 0634637, MYİ 0526667, MYİ 0516985, MYİ 0454333, MYİ 0467458, MYİ 0537103, MYİ 0498101, MYİ ******* ve MYİ ******* nömrəli nömrəli Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqələri, Martın Ryanın adına Fransa Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş konsulluq müdafiəsi haqqında 04230169 nömrəli kart, 1 ədəd yaşıl rəngli üzərində "044 və 2022/2023" rəqəmləri"xxxx"Bakou francophones" yazısı həkk edilmiş Təqsirləndirilən şəxs1 üzvlük kartı, 1 ədəd mavi rəngli üzərində silknet yazısı qeyd olunmuş Gürcüstan mobil operatoruna məxsus sim-kart, 1 ədəd qara rəngli üzərində "Azercell" yazısı həkk olunmuş internet provayder cihaz, 1 ədəd üzərində "İl Freecom" yazısı həkk olunmuş sərt yaddaş qurğusu, 1 ədəd üzərində "Azercell və Asan İmza"xxxx"Eksperto MMC ***-***-**- **, 08.04.83" yazısı yazılmış kağız parçası yapışdırılmış sim-kart, 1 ədəd yaşıl rəngli üzərində BNP PARİBAS yazısı və "4974 0274 2023 3311" nömrəsi həkk olunmuş bank kartı, 1 ədəd bənövşəyi rəngli Təqsirləndirilən şəxs1 adına verilmiş üzərində "5357 4141 1424 4206" yazısı həkk olunmuş bank kartı, 1 ədəd bənövşəyi rəngli Təqsirləndirilən şəxs1 adına verilmiş üzərində "5357 4141 1433 4395" yazısı həkk olunmuş bank kartı, 1 ədəd boz rəngli üzərində "Şahid1 və Merkorama MMC" yazıları və "4465 1375 0215 9767" nömrəsi həkk olunmuş bank kartı, 1 ədəd üzərində "Smart Payment"xxxx"Azəriqaz” İB" yazısı həkk olunmuş kart, 1 ədəd üzərində "Azərsu Abonent kartı" yazısı həkk olunmuş kart, 1 ədəd "Samsung" markalı noutbuk, 1 ədəd "Dell" markalı noutbuk, 18 avqust 2020-ci il tarixli Təqsirləndirilən şəxs1 ilə Şahid18 Ramın oğlu (AZE: ********) arasında ünvan 24 ünvanında yerləşən ikiotaqlı mənzilə dair bağlanılmış daşınmaz əmlakın icarəyə verilməsi haqqinda müqavilə, 02 avqust 2023-cü il tarixli Təqsirləndirilən şəxs1 və Şahid16 arasında bağlanılmış ünvan 25 ünvanında yerləşən mənzilə dair alqı-satqı müqaviləsi və əlavələri, 1 ədəd göy rəngli içərisində diyircəkli qələmlə fransız dilində yazılar qeyd edilmiş dəftərçə, 23 avqust 2019-cu il tarixli "xxxx" MMC-nin təsis edilməsi və dövlət qeydiyyatına alınmasına dair sənədlər, Təqsirləndirilən şəxs1 tərəfindən "Krampouz"xxxx"Argeville" şirkətləri adına aparılmış biznes görüşlərinə dair hazırlanmış qısa hesabat sənədlər, 06 sentyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 və Lüdovik Girod arasında bağlanılmış xidmət müqaviləsi, "xxxx" MMC-nin təsis edilməsi, dövlət qeydiyyatına alınması və fəaliyyəti ilə bağlı sənədlər, Fransız dilinin tədrisi ilə bağlı hazırlanmış dəftərçə və "A4" ölçülü kağızlardan ibarət materiallar. Azərbaycan Respublikasında fəaliyyət göstərən müxtəlif şirkətlərə aid vizitkartlar, Təqsirləndirilən şəxs1 adına verilmiş 03-06 dekabr 2019cu il tarixlərində "X180"də keçirilmiş sərgidə iştirak etmək üçün nəzərdə hazırlanmış ziyarətçi nişanı, 1 ədəd "Samsung", 1 ədəd "Nokia", 1 ədəd "Xiaomi 6A", 1 ədəd "Redmi Note 11S" markalı mobil telefonlar, 1 ədəd "**********" nömrəli "Azercell" mobil operatoruna məxsus sim- kart, 2 ədəd üzərlərində "EXPERTO AZERBAİJAN LLC" yazısı həkk olunmuş "5472 2496 3391 4636"xxxx"54722446 3373 4108" nömrəli bank kartları, 1 ədəd üzərində "Təqsirləndirilən şəxs1" yazısı həkk olunmuş "5103 0647 4663 5698" nömrəli bank kartı, 1 ədəd kiçik ölçülü üzərində "micro sd 2 gb" yazısı həkk olunmuş yaddaş kartı, 2 ədəd üzərlərində "xxxx"xxxx"Merkorama MMC" yazıları əks olunmuş möhürlər, 2 ədəd Fransa Respublikasının Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) əməkdaşları Frederik Devos və Laurent Leditin adlarına verilmiş vizitkartlar öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar olunduğu yerə və vaxta görə cinayət işi üzrə əhəmiyyət kəsb etdiklərindən iş üzrə maddi sübut kimi tanınmalıdır (Cild 7, i.v.102- 103). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Maddi sübut kimi tanımaq haqqında” 28 noyabr 2024-cü il tarixli qərardan görünür ki, İş üzrə Təqsirləndirilən şəxs2 məxsus "Samsung Galaxy A14", "LG"xxxx"Poco" markalı mobil telefonlar, eləcə də, Fransa Respublikası Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) əməkdaşı Laurent Leditin adına verilmiş vizitkart maddi sübut kimi tanınması qərara alınmışdır (Cild 7, i.v.106). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Sübutların qiymətləndirilməsi haqqında” 28 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1a Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə yeni məzmunda yenidən ittiham elan edilməsi, hazırkı cinayət işinin materiallarından Azərbaycan Respublikasının vətəndaşları Şahid1, Şahid4 Məmməd oğlu, Şahid2 və qeyriləri barədə, eləcə də digər xüsusatlarla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü və 276-cı maddələri ilə cinayət işi ayrıca icraata ayrılsın və iş üzrə müəyyən edilmiş qrup üzvlərinin tərkibi saxlanılmaqla ibtidai istintaqın aparılması üçün icraatıma qəbul ediərək ibtidai istintaqı davam etdirilməsi qərara alınmışdır (Cild 7, i.v.108-117). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 02 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının vətəndaşları Şahid1, Şahid4 Məmməd oğlu, Şahid2 və qeyriləri barədə, eləcə də digər xüsusatlarla Blaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü və 276-cı maddələri ilə cinayət işi ayrı icraata ayrılsın və iş üzrə müəyyən edilmiş qrup üzvlərinin tərkibi saxlanılmaqla btidai istintaqın aparılması üçün icraata qəbul edilməsi qərara alınmışdır (Cild 7, i.v.170-175). Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM-in) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CM-in 274-cü maddəsinə əsasən dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddədə olan qeyd: Bu maddədə, habelə bu Məcəllənin 276-cı maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsi üçün xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş şəxs aldığı cinayət tapşırığının icrası üzrə heç bir fəaliyyət göstərməmişsə və dövlət hakimiyyət orqanlarına könüllü surətdə və vaxtında məlumat vermişsə və ya Azərbaycan Respublikasının mənafelərinə ziyan vurulmasının qarşısının alınmasına sair formada kömək etmişsə, əgər onun hərəkətlərində başqa cinayətin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad olunur. CM-in 276-cı maddəsinə əsasən dövlət sirri olan məlumatları xarici dövlətə, xarici təşkilata və ya onların nümayəndələrinə vermə, yaxud vermək məqsədilə oğurlama, toplama və ya saxlama, habelə xarici ölkələrin xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün sair məlumatları vermə, vermək məqsədilə oğurlama və ya toplama, əgər casusluq əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən törədilərsə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsində göstərilmişdir ki, şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətinin protokolları, eləcə də digər sənədlər cinayət prosesində sübut kimi qəbul edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137-1.1-ci maddəsində göstərilmişdir ki, Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar, sənədlər və digər əşyalar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübut etmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 74-cü (Vətənə sədaqət) maddəsinin birinci bəndinə əsasən Vətənə sədaqət müqəddəsdir. Azərbaycan Respublikasının müstəqil, suveren, demokratik dövlət kimi inkişafı naminə milli təhlükəsizlik siyasətinin hüquqi əsaslarının yaradılmasına yönəlmiş «Milli Təhlükəsizlik haqqında» Azərbaycan Respublikasının qanunun 1-ci maddəsinə («Azərbaycan Respublikasının milli təhlükəsizliyi») əsasən, Azərbaycan Respublikasının milli təhlükəsizliyi - dövlətin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunmasının təmin edilməsidir. Həmin qanuna əsasən digər maraqlarla yanaşı dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü, ictimai-siyasi sabitliyin təmin edilməsi, kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyətinin qarşısının alınması Azərbaycan Respublikasının siyasi sahədə əsas milli maraqlarından biridir. Adı çəkilən qanunun 7-ci («Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər») maddəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə qəsdlər, ictimai-siyasi sabitliyin pozulması, xarici xüsusi xidmət orqanlarının və başqa təşkilatların, həmçinin ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasına qarşı kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyəti Azərbaycan Respublikasının milli təhlükəsizliyinə siyasi sahədə əsas təhdidlər kimi göstərilmişdir. Qeyd olunan qanunun 16-cı («Azərbaycan Respublikasının siyasi sahədə milli təhlükəsizliyinin təmin olunması») maddəsində Azərbaycan Respublikasının siyasi sahədə milli təhlükəsizliyinin təmin olunması üçün əsas tədbirlər kimi sülh və insanlıq, dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə cinayətlərin, xarici xüsusi xidmət orqanların və başqa təşkilatların, həmçinin ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasına qarşı kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyətlərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması təsbit edilmişdir. Məhkəmə hesab edir ki, Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində fəaliyyət göstərən xüsusi xidmət orqanı olan Fransanın Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE, Direction Generale de la Securite Exteriere) nümayəndələrinin tapşırıqları Azərbaycan Respublikasının dövlət müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə qəsdlər, ictimai-siyasi sabitliyin pozulması, xarici xüsusi xidmət orqanlarının və başqa təşkilatların, həmçinin ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasına qarşı kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyəti kimi Azərbaycan Respublikasının milli təhlükəsizliyinə siyasi sahədə əsas təhdidlərdir. Məhkəmə nəzərə alır ki, ibtidai İstintaq orqanı tərəfindən aparılmış araşdırmalarla Bakı şəhərində Fransanın Azərbaycandakı səfirliyində diplomatik örtüklə kəşfiyyat fəaliyyətini həyata keçirən Fransanın xüsusi xidmət orqanı olan Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin nümayəndələri Devos Frederik, X129 Gilles, X130 François, X92 və qeyrilərinin əməllərində Diplomatik əlaqələr haqqında 18 aprel 1961-ci il tarixli Vyana Konvensiyasının tələblərinə uyğun olmayan fəaliyyət göstərmələrinə dair dəlillər əsaslıdır. İbtidai istintaq orqanı tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində həmçinin müəyyən edilmişdir ki, Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində dirlomatik örtük altnda fəaliyyət göstərən həmin ölkənin xüsusi xidmət orqanı olan Fransanın Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE, Direction Generale de la Securite Exteriere) nümayəndələri Azərbaycanda xidmət apardıqları müddət ərzində ayrı-ayrı vaxtlarda müxtəlif adlar altında Azərbaycan Respublikasının və digər xarici ölkə vətəndaşları ilə görüşərək onların kəşfiyyat sorğularını həyata keçirmiş, əlaqələr yaratmış və münasibətlər saxlamışlar. İbtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməllərini törətməsində təqsirliliyi biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə - şübhəli və təqsirləndirilən şəxs qismində istintaqa verdikləri çoxsaylı etiraf ifadələri, çoxsaylı şahid ifadələri, baxış və fotoşəkil üzrə keçirilmiş tanınma protokolları, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və Fransa xüsusi xidmət orqanı nümayəndələrinin istifadələrində olmuş mobil telefon arasında aparılmış danışıqların statistik kompüter açıqlamalarına keçirilmiş baxış protokolları, məxfi əməkdaşlıq müddətində istifadələrində olmuş mobil telefonların «WhatsApp» və «Teleqram» proqram təminatları, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 276-cı, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini özündə ehtiva edən məhkəmə qərarı əsasında qulaq asılaraq yazılmış danışıqları, həmçinin Təqsirləndirilən şəxs2 Fransanın kəşfiyyat orqanının əməkdaşı Frederik Devosla şərti sözlərdən istifadə edərək apardığı telefon danışığı, həmin danışıqlarla bağlı təin edilərək keçirilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkzxinini ekspertləri tərəfindən verilmiş məhkəmə fonoskopik ekspertizalarının rəyləri, təyin edilərək keçirilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyləri, çoxsaylı əməliyyat tapşırıqlarının cavabları, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, eləcə də Fransa kəşfiyyat orqanının nümayəndəlri, Frederik Devos, Loran Ledit, Loran Qrard, Jerom Qassarinonun “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə sərhədkeçmə barədə tələbnamələr, casusluq və dövlətə xəyanət cinayət əməlləri üzrə istifadə edilən Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə xarici xüsusi xidmət orqanının tapşırığı ilə toplanmış məlumatların ötürülməsində istifadə olunan mobil telefonlarla və iş üçün əhəmiyyət kəsb edən digər əşya və sənədlərlə, həmçinin işin digər faktiki materialları ilə tam və əsaslı olaraq sübuta yetirilmişdir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin,”Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır. Cinayət hadisələrinin baş vermə faktı və halları, təqsirləndirilən şəxslərin törədilmiş cinayət hadisəsinə aidiyyətləri və onun təqsirlilikləri, habelə təqsirləndirilən şəxslərin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar məhkəmə istintaqı zamanı cinayət işinin çərçivəsində tam müəyyən edilmiş, törədilən cinayət əməllərində göstərilən şəxslərin təqsirləri olmasını sübut edən mötəbər və əsaslı sübutlar tədqiq edilmiş, eləcə də sübutların məcmusu aparılmış cinayət işinin çərçivəsində tam hərtərəfli və obyektiv olaraq araşdırılaraq mötəbər və yekun nəticəyə gəlməyə imkan vermişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə müvafiq olaraq xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli onların həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə iclaslarında verdiyi qismən ifadələri, ibtidai istintaq orqanı tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri və onların əsasında tərtib edilmiş protokollarla, eləcə də ekspertiza rəyləri və digər sənədlərlə kifayət qədər sübuta yetirilir. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə təqsirləndirilən şəxslərin onlara qarşı irəli sürülmüş ittiham üzzrə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli yuxarıda qeyd edilənlər nəzərə alınmaqla ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 və 276-cı maddələri ilə tövsif edilmiş və təqsirləndirilən şəxslər həmin maddələr ilə təqsirli bilinməklə onlara cəza təyin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, X161 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276cı, Təqsirləndirilən şəxs2 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onlar tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı maddəsində, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1ın cinayət əməlini tamah məqsədilə törətmələrini onların cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1ıın ibtidai istintaq zamanı törətdiyi cinayət əməli ilə bağlı səmimi ifadələr verməsini, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün onlara azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1a təqsirli bilindiyi CM-in 276-cı, Təqsirləndirilən şəxs2 isə həmin məcəllənin 274-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. CM-in 56.1.3-cü maddəsinin tələbinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəsisələrində çəkilməsi müəyyən edilmişdir. İş materiallarından görünür ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər barəsində xx.xx.2023-cü il tarixdən “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı onlar barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, CPM-in 353.4.8-ci əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onların şübhəli şəxs qismində tutulduqları 04 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Habelə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər onlara təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra onlara Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza tətbiq edilə bilər. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkib qurtardıqdan dərhal sonra Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı, habelə CM-nin 52.1-1-ci maddəsinə əsasən onun Azərbaycan Respublikasına gəlmək hüququ bu hökm üzrə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin maddi sübutlar otağına təhvil verilmiş-Təqsirləndirilən şəxs1ın yaşadığı ünvan 8 ünvanında keçirilmiş baxış zamanı həmin ünvandan aşkar edilərək götürülmüş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Təqsirləndirilən şəxs1 adına verilmiş ********** nömrəli fiziki şəxsin uçotu haqqında şəhadətnamə, Təqsirləndirilən şəxs1 adına verilmiş MYİ 0634637, MYİ 0526667, MYİ 0516985, MYİ 0454333, MYİ 0467458, MYİ 0537103, MYİ 0498101, MYİ ******* və MYİ ******* nömrəli Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqələri, Təqsirləndirilən şəxs1 adına Fransa Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş konsulluq müdafiəsi haqqında 04230169 nömrəli kart, 1 ədəd yaşıl rəngli üzərində “044 və 2022/2023” rəqəmləri” və “Bakou francophones” yazısı həkk edilmiş Təqsirləndirilən şəxs1 üzvlük kartı, 1 ədəd mavi rəngli üzərində silknet yazısı qeyd olunmuş Gürcüstan mobil operatoruna məxsus sim-kart, 1 ədəd qara rəngli üzərində “Azercell” yazısı həkk olunmuş internet provayder cihaz, 1 ədəd üzərində “İİ Freedom” yazısı həkk olunmuş sərt yaddaş qurğusu, 1 ədəd üzərində “Azercell və Asan İmza” yazıları həkk olunmuş və üzərinə diyircəkli qələmlə “Eksperto MMC ***-***-**-**, 08.04.83” yazısı yazılmış kağız parçası yapışdırılmış sim-kart, 1 ədəd yaşıl rəngli üzərində BNP PARİBAS yazısı və “4974 0274 2023 3311” nömrəsi həkk olunmuş bank kartı, 1 ədəd bənövşəyi rəngli Təqsirləndirilən şəxs1 adına verilmiş üzərində “5357 4141 1424 4206” yazısı həkk olunmuş bank kartı, 1 ədəd bənövşəyi rəngli Təqsirləndirilən şəxs1 adına verilmiş üzərində “5357 4141 1433 4395” yazısı həkk olunmuş bank kartı, 1 ədəd boz rəngli üzərində “Şahid1 və Merkorama MMC” yazıları və “4465 1375 0215 9767” nömrəsi həkk olunmuş bank kartı, 1 ədəd üzərində “Smart Payment” və “Azəriqaz” İB” yazısı həkk olunmuş kart, 1 ədəd üzərində “Azərsu Abonent kartı” yazısı həkk olunmuş kart, 1 ədəd “Samsung” markalı noutbuk, 1 ədəd “Dell” markalı noutbuk, 18 avqust 2020-ci il tarixli Təqsirləndirilən şəxs1 ilə Şahid18 Ramin oğlu (AZE: ********) arasında ünvan 24 ünvanında yerləşən ikiotaqlı mənzilə dair bağlanılmış daşınmaz əmlakın icarəyə verilməsi haqqında müqavilə, 02 avqust 2023-cü il tarixli Təqsirləndirilən şəxs1 və Şahid16 arasında bağlanılmış ünvan 25 ünvanında yerləşən mənzilə dair alqı-satqı müqaviləsi və əlavələri, 1 ədəd göy rəngli içərisində diyircəkli qələmlə fransız dilində yazılar qeyd edilmiş dəftərçə, 23 avqust 2019-cu il tarixli "xxxx" MMC-nin təsis edilməsi və dövlət qeydiyyatına alınmasına dair sənədlər, Təqsirləndirilən şəxs1 tərəfindən “Krampouz” və “Argeville” şirkətləri adına aparılmış biznes görüşlərinə dair hazırlanmış qısa hesabat sənədlər, 06 sentyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 və Lüdovik Girod arasında bağlanılmış xidmət müqaviləsi, "xxxx" MMC-nin təsis edilməsi, dövlət qeydiyyatına alınması və fəaliyyəti ilə bağlı sənədlər, Fransız dilinin tədrisi ilə bağlı hazırlanmış dəftərçə və “A4” ölçülü kağızlardan ibarət materiallar Azərbaycan Respublikasında fəaliyyət göstərən müxtəlif şirkətlərə aid vizitkartlar, Təqsirləndirilən şəxs1 adına verilmiş 03-06 dekabr 2019-cu il tarixlərində “X180”də keçirilmiş sərgidə iştirak etmək üçün nəzərdə hazırlanmış ziyarətçi nişanı, 1 ədəd “Samsung”, 1 ədəd “Nokia”, 1 ədəd “Xiaomi 6A”, 1 ədəd “Redmi Note 11S” markalı mobil telefonlar, 1 ədəd “**********” nömrəli “Azercell” mobil operatoruna məxsus sim- kart, 2 ədəd üzərlərində “EXPERTO AZERBAİJAN LLC” yazısı həkk olunmuş “5472 2496 3391 4636” və “54722446 3373 4108” nömrəli bank kartları, 1 ədəd üzərində “Təqsirləndirilən şəxs1” yazısı həkk olunmuş “5103 0647 4663 5698” nömrəli bank kartı, 1 ədəd kiçik ölçülü üzərində “micro sd 2 gb” yazısı həkk olunmuş yaddaş kartı, 2 ədəd üzərlərində "xxxx" və “Merkorama MMC” yazıları əks olunmuş möhürlər, 2 ədəd Fransa Respublikasının Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) əməkdaşları Frederik Devos və Laurent Leditin adlarına verilmiş vizitkartlar, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 26 ünvanında keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş “Samsung Galaxy A14”, “LG” və “Poco” markalı mobil telefonlar, eləcə də, Fransa Respublikası Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) əməkdaşı Laurent Leditin adına verilmiş vizitkartlar cinayət işi materiallarında saxlanılmalıdır. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərdən müştərək qaydada 550 (beş yüz əlli) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş, xüsusi müsadirə edilməsi təklif edilən əmlak yoxdur. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Hökm etdi:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona həmin maddə ilə 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1ın cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 4 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş əsas cəza növü olan azadlıqdan məhrumetmə cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən əlavə cəza qismində Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılsın və Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona həmin maddə ilə 12 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 4 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin maddi sübutlar otağına təhvil verilmiş-Təqsirləndirilən şəxs1ın yaşadığı ünvan 8 ünvanında keçirilmiş baxış zamanı həmin ünvandan aşkar edilərək götürülmüş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Təqsirləndirilən şəxs1 adına verilmiş ********** nömrəli fiziki şəxsin uçotu haqqında şəhadətnamə, Təqsirləndirilən şəxs1 adına verilmiş MYİ 0634637, MYİ 0526667, MYİ 0516985, MYİ 0454333, MYİ 0467458, MYİ 0537103, MYİ 0498101, MYİ ******* və MYİ ******* nömrəli Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqələri, Təqsirləndirilən şəxs1 adına Fransa Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş konsulluq müdafiəsi haqqında 04230169 nömrəli kart, 1 ədəd yaşıl rəngli üzərində “044 və 2022/2023” rəqəmləri” və “Bakou francophones” yazısı həkk edilmiş Təqsirləndirilən şəxs1 üzvlük kartı, 1 ədəd mavi rəngli üzərində silknet yazısı qeyd olunmuş Gürcüstan mobil operatoruna məxsus simkart, 1 ədəd qara rəngli üzərində “Azercell” yazısı həkk olunmuş internet provayder cihaz, 1 ədəd üzərində “İİ Freedom” yazısı həkk olunmuş sərt yaddaş qurğusu, 1 ədəd üzərində “Azercell və Asan İmza” yazıları həkk olunmuş və üzərinə diyircəkli qələmlə “Eksperto MMC ***-***-**-**, 08.04.83” yazısı yazılmış kağız parçası yapışdırılmış sim-kart, 1 ədəd yaşıl rəngli üzərində BNP PARİBAS yazısı və “4974 0274 2023 3311” nömrəsi həkk olunmuş bank kartı, 1 ədəd bənövşəyi rəngli Təqsirləndirilən şəxs1 adına verilmiş üzərində “5357 4141 1424 4206” yazısı həkk olunmuş bank kartı, 1 ədəd bənövşəyi rəngli Təqsirləndirilən şəxs1 adına verilmiş üzərində “5357 4141 1433 4395” yazısı həkk olunmuş bank kartı, 1 ədəd boz rəngli üzərində “Şahid1 və Merkorama MMC” yazıları və “4465 1375 0215 9767” nömrəsi həkk olunmuş bank kartı, 1 ədəd üzərində “Smart Payment” və “Azəriqaz” İB” yazısı həkk olunmuş kart, 1 ədəd üzərində “Azərsu Abonent kartı” yazısı həkk olunmuş kart, 1 ədəd “Samsung” markalı noutbuk, 1 ədəd “Dell” markalı noutbuk, 18 avqust 2020-ci il tarixli Təqsirləndirilən şəxs1 ilə Şahid18 Ramin oğlu (AZE: ********) arasında ünvan 24 ünvanında yerləşən ikiotaqlı mənzilə dair bağlanılmış daşınmaz əmlakın icarəyə verilməsi haqqında müqavilə, 02 avqust 2023-cü il tarixli Təqsirləndirilən şəxs1 və Şahid16 arasında bağlanılmış ünvan 25 ünvanında yerləşən mənzilə dair alqı-satqı müqaviləsi və əlavələri, 1 ədəd göy rəngli içərisində diyircəkli qələmlə fransız dilində yazılar qeyd edilmiş dəftərçə, 23 avqust 2019-cu il tarixli "xxxx" MMC-nin təsis edilməsi və dövlət qeydiyyatına alınmasına dair sənədlər, Təqsirləndirilən şəxs1 tərəfindən “Krampouz” və “Argeville” şirkətləri adına aparılmış biznes görüşlərinə dair hazırlanmış qısa hesabat sənədlər, 06 sentyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 və Lüdovik Girod arasında bağlanılmış xidmət müqaviləsi, "xxxx" MMC-nin təsis edilməsi, dövlət qeydiyyatına alınması və fəaliyyəti ilə bağlı sənədlər, Fransız dilinin tədrisi ilə bağlı hazırlanmış dəftərçə və “A4” ölçülü kağızlardan ibarət materiallar Azərbaycan Respublikasında fəaliyyət göstərən müxtəlif şirkətlərə aid vizitkartlar, Təqsirləndirilən şəxs1 adına verilmiş 03-06 dekabr 2019-cu il tarixlərində “X180”də keçirilmiş sərgidə iştirak etmək üçün nəzərdə hazırlanmış ziyarətçi nişanı, 1 ədəd “Samsung”, 1 ədəd “Nokia”, 1 ədəd “Xiaomi 6A”, 1 ədəd “Redmi Note 11S” markalı mobil telefonlar, 1 ədəd “**********” nömrəli “Azercell” mobil operatoruna məxsus sim- kart, 2 ədəd üzərlərində “EXPERTO AZERBAİJAN LLC” yazısı həkk olunmuş “5472 2496 3391 4636” və “54722446 3373 4108” nömrəli bank kartları, 1 ədəd üzərində “Təqsirləndirilən şəxs1” yazısı həkk olunmuş “5103 0647 4663 5698” nömrəli bank kartı, 1 ədəd kiçik ölçülü üzərində “micro sd 2 gb” yazısı həkk olunmuş yaddaş kartı, 2 ədəd üzərlərində "xxxx" və “Merkorama MMC” yazıları əks olunmuş möhürlər, 2 ədəd Fransa Respublikasının Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) əməkdaşları Frederik Devos və Laurent Leditin adlarına verilmiş vizitkartlar, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 26 ünvanında keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş “Samsung Galaxy A14”, “LG” və “Poco” markalı mobil telefonlar, eləcə də, Fransa Respublikası Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) əməkdaşı Laurent Leditin adına verilmiş vizitkartlar cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 550 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 275 manat olmaqla müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Elmin Rüstəmov
Hakimlər Aytən Əliyeva
Vüqar Quliyev