Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-904/2020 13.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, A.Nəsirov 6 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs mütəmadi olaraq görüşüb ər-arvad münasibətlərində olduğu tanışı Zərərçəkmiş şəxs və sonuncunun qohumu kimi təqdim etdiyi Şahid1 ilə bir yerdə xx xxxxxx 2020-ci il tarixdə, saat 17:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 22b ünvanında yerləşən “Nargilə” kafesində yemək yeyib spirtli içki qəbul edərkən Zərərçəkmiş şəxs qohumu Şahid1 getdikdən sonra onunla mənzilinə gedəcəyini vəd etmiş, lakin, o, Şahid1 Zərərçəkmiş şəxs qohumu olmadığını, aralarında yaxın münasibət olmasını başa düşərək sonuncunu qısqanclıq niyyəti ilə qəsdən öldürmək qərarına gəlmiş, bundan ötrü o, istintaqa məlum olmayan taksi maşını ilə gedib 2019-cu ilin dekabr ayında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib gəzdirdiyi və kirayədə yaşadığı evdə çəngəl-qaşıqlara dair rəfdə saxladığı zavod üsulu ilə hazırlanmış soyuq silah hesab olunan qatlanmayan və kəsici-deşici xassəyə malik iti ülgücü olan tiyəsinin uzunluğu 120 mm, dəstəyinin uzunluğu 120 mm olan ov bıçağını götürüb şalvarının sağ arxa cibinə qoyaraq “Nargilə” kafesinə qayıtmış, sonra içki məclisini davam etdirmək üçün hər üçü birlikdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Siyah Bəyaz” gecə klubuna gələrək spirtli içki qəbul etdikdən sonra xx xxxxxx 2020-ci il tarixdə, saat 03:30 radələrində istintaqa məlum olmayan taksi maşını ilə Zərərçəkmiş şəxs yaşadığı ünvanın yaxınlığındakı ünvan 4 ünvanında yerləşən parka gəldikdə sonuncu onunla onun evinə getməkdən imtina etdiyi üçün o, xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə sağ əlindəki bıçaqla müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək Zərərçəkmiş şəxs əzab verdiyini dərk etməklə və bunu arzu etməklə ardıcıl zərbələr vuraraq sol-burun dodaq büküşü, üst dodağın selikli qişası, sağ bazu, sağ dirsək oynağı, döş qəfəsi, sağ süd vəzisi, qarın və sol əl nahiyələrində daxilə nüfuz etməyən, ümumilikdə cəmi on üç ədəd deşilmiş-kəsilmiş xəsarətlərdən ibarət ümumilikdə və ayrı-ayrılıqda dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, posthemorragik şok və daxili üzvlərin zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yarısından daxilə sol plevra boşluğuna nüfuz edən iki ədəd, döş qəfəsinin sağ yarısından daxilə sağ plevra boşluğuna nüfuz edən iki ədəd, döş qəfəsinin sol yarısından daxilə qarın boşluğuna nüfuz edən bir ədəd həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid deşilmiş-kəsilmiş yaralara aid xəsarətlər yetirmiş, həmin vaxt Şahid1 qışqıraraq ətrafdakıları köməyə çağırması və Zərərçəkmiş şəxs vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərildiyinə görə onun həyatının xilas olması səbəbindən o, sonuncunu qəsdən öldürməyə yönəlmiş cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərəkZərərçəkmiş şəxs qısqanclıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 29,120.2.4 və 228.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2005-ci ilin ortalarında hərbi xidmətdən qayıtdıqdan sonra Ucar rayonundan Bakı şəhərinə köçmüşdür. Bakı şəhərində müxtəlif yerlərdə çilingər, ofisiant, avtomobil yuyan kimi çalışmışdır. Təxminən 8 il əvvəl ünvan 5 ünvanında yerləşən mənzilə köçüb orada yaşamağa başlamış, son vaxtlar işsiz olmuşdur. Zərərçəkmiş şəxs ilə tanış olana qədər o, qeyri-rəsmi yaşadığı və adını bilmədiyi ərindən uzun müddət əvvəl ayrılmış ondan Zümrüdün iki uşağı olmuşdur. Zümrüdlə o, 8 il bundan əvvəl Bakı şəhəri, Səbail rayonu, Bayıl ərazisində təsadüfən iş yerləri yaxın olduğu üçün tanış olmuş və həmin vaxtdan da aralarında yaxın münasibətləri yaranmışdır. Tanışlıqlarından təxminən 1 ay sonra Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində xatırlamadığı ünvanda ikisi kirayə ev tutub qeyri-rəsmi qaydada ər-arvad kimi yaşamağa başlamışlar. Onlar təxminən 5-6 ay birlikdə yaşadıqdan sonra aralarında mübahisə yarandığından ayrılmışlar. Zümrüdlə ayrıldıqdan sonra 4-5 il əlaqələri olmamış, həmin müddətdə Zümrüd rəsmi qaydada evlənmiş və həmin nikahından bir uşağı da olmuşdur. Təxminən iki-üç il əvvəl Zümrüdlə yenidən münasibətləri yaranmış, Zümrüd mütəmadi olaraq onun yaşadığı evə gəlib birlikdə yaşamış, o Zümrüdü sevmiş və özünü onsuz təsəvvür edə bilməmişdir. O, son vaxtlar dəfələrlə Zümrüdün mobil telefonunun məşğul olmasından, mesajlarına cavab verməməsinə görə ondan ayrılmaq istəsə də, özü ilə bacarmamışdır. Onların münasibətləri təxminən 3-4 ay bu cür davam etdikdən sonra onların arasında yenidən soyuqluq yaranmışdır. Buna baxmayaraq o, mütəmadi olaraq həftədə bir dəfə qazancından Zümrüdə 40-50 manat ərzaq alması üçün pul vermişdir. Hadisəyə qədər o, Zümrüdün xəyanət etməsinin şahidi olmamış və bu barədə heç bir şübhəsi də yaranmamışdır. Lakin son vaxtlar Zümrüdün gizlicə başqa nömrə işlətməsindən şübhələnmiş, onunla az-az görüşmüşlər. 2020-ci ilin yanvar ayının 18 və ya 19u evində olarkən, gecə saat 01 radələrində Zümrüd onunla telefonla əlaqə saxlayıb görüşmək istədiyini bildirmiş və “Neftçilər” metrostansiyasının yaxınlığında olan kluba gələ bilibbilməyəcəyini soruşmuşdur. Onlar telefonda danışarkən Zümrüd ona Xaçmaz rayonundan qohumu gəldiyini və həmin vaxt onunla birlikdə olduğunu bildirmişdir. Bundan sonra o, dərhal “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən adını bilmədiyi gecə klubuna Zümrüdün istəyi ilə getmişdir. Həmin klubda onu Zümrüd və adını sonradan bildiyi Taleh onu qarşılamışlar. Onun orada Talehlə ünsiyyəti olmamış və az sonra həmin yeri bəyənmədiyindən Zümrüdə oradan getməyi təklif etmiş, ancaq Zümrüd klubda qalmaq istəmiş, daha Zümrüdün gəlmədiyini görüb oranı tək tərk edib evinə qayıtmışdır. Bundan sonra o, həmin vaxtı Zümrüdün qohumunun yanında ona hesab ödətdirmək üçün çağırmasından şübhələnmiş, ancaq orada heç bir mübahisə və narazılıq olmamışdır. Həmin vaxtdan sonra Zümrüdlə telefonla normal qaydada ünsiyyəti davam etmiş, gün boyu danışdıqda Zümrüd qohumu Taleh ilə “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında kafedə çay içdiklərini bildirmiş, o həmin vaxt bunu normal qarşılamışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat 13 radələrində Zümrüd «WhatsApp» proqramında yazaraq qohumu Talehin sabah anası ilə yola çıxacağını, Talehlə son dəfə görüşüb yemək yeməyi və yola salandan sonra birlikdə onun evinə gələcəyini bildirmişdir. O, Zümrüdün bu təklif ilə razılaşmış, həmin gün, saat 14-15 radələrində Zümrüdü yaşadığı ünvandan götürüb 57 nömrəli marşrut avtobusu ilə birlikdə “Həzi Aslanov” metrostansiyasının yaxınlığına gedib Talehlə görüşmüş, sonra oradan 57 saylı marşrut ilə “Nargilə” dairəsində yerləşən “Nargilə” kafesinə getmişlər. Kafedə üçü birlikdə yemək yeyib, spirtli içki qəbul etmiş, həmin vaxtı Zümrüd və Talehin bir-biri ilə işarələrlə danışmaqlarından onların qohum olmamalarından şübhələnmişdir. “Nargilə” kafesində olarkən artıq Zümrüdün onu aldatmasını, onunla oyun oynamasını, Talehlə dediyi kimi qohum olmamasını və ondan istifadə etməsini başa düşərək, arada imkan edərək yoldan keçən qeydiyyat nömrəsini və markasını xatırlamadığı taksi maşını ilə yaşadığı evə gedib mətbəxdə şkafda çəngəl-qaşıqların olduğu yerdə olan, dəstəyinə qara yapışqanlı (skoç) bağlanmış bıçağı götürüb şalvarının arxa cibində gizlətmişdir. Onun bıçağı götürməkdə məqsədi Zümrüdü qorxudub özü ilə evə aparıb oturub söhbət etmək olmuş, Zümrüdü və ya Talehi öldürmək niyyəti olmamışdır. O, həmin bıçağı 2019-cu ilin dekabr ayında xatırlamadığı yerdən tapıb yaşadığı evə qoymuş, heç vaxtı üzərində gəzdirməmiş, yalnız hadisə günü evdən tez götürüb geri qayıtmış və heç kim bundan şübhələnməmişdir. Onlar birlikdə kafedə 3-4 saat oturmuş, içki məclisi davam etmiş, hesabı axırda özü ödəmişdir. Onlar oradan çıxanda Zümrüd gecə klubuna gedib əylənmək istədiyini bildirərək “8-ci km bazarı”nın yaxınlığında yerləşən “Siyah Bəyaz” gecə klubuna getməyi təklif etmiş, ona görə həmin gecə klubuna gedib adama bir bakal pivə içmişlər. X7 bir-birinə həddən artıq yaxın və şəhvətli oynamalarından qohum olmamalarına tam əmin olmuş, sonunculara oradan çıxıb getməyi təklif etdikdə onlar orada qalmaq istəmişlər. Onlar bir müddət sonra oranı tərk edərkən Zümrüd ilə Talehin pıçıltı ilə bir-biri ilə söhbət etməklərindən başa düşmüşdür ki, onun orada olmağını istəmirlər. Onlar qeydiyyat nömrəsini və markasını xatırlamadığı taksi maşını ilə üçü birlikdə Zümrüdün yaşadığı evin yaxınlığına, ünvan 4 ünvanının qarşısına gəlmişlər. O, yolda Zümrüddən Talehi harada düşürəcəklərini soruşmuş, lakin Zümrüd ona cavab verməmiş, çünki kafedə də Zümrüd onunla birlikdə onun evinə gedəcəyinə söz vermişdir. Taksi Zümrüdün evinin yaxınlığına gəlib, “Socar” Bakı Neft Bazasının qarşısında saxladıqda hər üçü taksidən yerə düşmüşlər. Avtomobilin yanında Zümrüd ondan taksidə gözləməyi istədikdə, Zümrüdün onu taksidə gözlədib aldadaraq özünün Talehlə başqa yerə gedəcəklərini başa düşmüş, bu səbəbdən də taksiyə 10 manat ödəyərək yola salmışdır. Bundan sonra həmin ərazidə yerləşən kiçik parkda Zümrüdə yaxınlaşıb onunla evinə gedəcəyinə söz verib daha sonra aldatmasını, başqa oğlanı öz qohumu kimi təqdim etməsini üzünə deyərək «Elə bilirsiniz mənimlə oyun oynayırsınız?! Mənimlə məzələndiyinizi, məndən istifadə etdiyinizi başa düşmürəm?!» sözlərini deyib, Zümrüdü “Socar” Bakı Neft Bazası ilə üzbəüz kiçik otluq sahəyə aparmışdır. Taleh həmin vaxt onlardan bir qədər aralıda olmuş və söhbətə müdaxilə etməyib, kənarda gözləmiş, o həmin vaxt bərk əsəbi olduğundan Zümrüdün ona nə deməsini xatırlamamışdır. Bundan sonra o Zümrüdü yerə yıxıb üstünə çıxmış, daha əvvəlcədən götürdüyü və arxa cibində gizlətdiyi bıçağı çıxarıb sağ əlində tutaraq Zümrüdə «Başıma açdığın oyunlara görə öldürəcəyəm səni» demişdir. Bu vaxt onları görən Taleh üzü onlara, arxası “Socar” Neft Bazasına olan istiqamətdən əks istiqamətə, yəni üzü baza istiqamətə keçib bir az daha yaxınlaşanda o, Talehə yaxınlaşmamasını və çıxıb getməsini, əks halda Zümrüdü vuracağını bildirmiş, Zümrüd onun altından qaçmaq istəyərkən, bıçaqla Zümrüdün bədəninə xəsarətlər yetirməyə başlamışdır. Həmin vaxt Zümrüdün onu ələ salıb, hissləri ilə oynamasını, ondan istifadə etməsini, yalandan onunla gedəcəyinə söz verib bundan imtina edərək aldatmasını, Taleh ilə dediyi kimi qohum olmamasını başa düşüb keçirdiyi qısqanclıq səbəbindən daha da əsəbləşərək Zümrüdə bıçaqla çoxsaylı xəsarətlər yetirərək bu yolla qisasını almışdır. O, Zümrüdü öldürmək istəməsə də, həmin an özündə olmayaraq qısqanclıq hissi gözünü tutmuş, lakin Zümrüdə xəsarətlər yetirərkən Taleh bərkdən qışqırmağa başlamış, Talehin qışqırığını eşidəndən sonra bir anlıq ayılıb Zümrüdü buraxmışdır. Bundan sonra o ayağa qalxıb Taleh tərəfə gedib sonuncuya bir dəfə bıçaq zərbəsi vurub hadisə yerini tərk etmişdir. Həmin vaxt artıq özünü itirdiyindən və qaranlıq olduğundan, bıçaq xəsarətlərinin Talehin və Zümrüdün hansı nahiyələrinə dəyməsini dəqiq xatırlamır, hadisə yerindən təxminən 10 metr aralıda səkinin yanında bıçağı yerə tullamışdır. O, Xeyli piyada getdikdən sonra yoldan keçən qeydiyyat nömrəsini və markasını xatırlamadığı taksi maşını ilə yaşadığı evə getmişdir. Evdə tək olan qardaşı Tamerlana törətdiyi cinayəti etiraf etmiş və bir müddət evdə olduqdan sonra səhər saatlarında qardaşı Tamerlan ilə Səbail RPİ-nin 8-ci polis bölməsinə gedib törətdiyi cinayəti etiraf etmişdir. Onun Zümrüdü və ya Talehi öldürmək niyyəti olmamış, çünki Zümrüdə çoxsaylı bıçaq zərbələri vurduqdan sonra könüllü şəkildə bunu davam etdirməyib dayanmışdır. O, həmin vaxtı Talehi ümumiyyətlə vurmaq istəməmiş, hadisədən keçirdiyi ani şokun təsirindən ona bir dəfə bıçaq zərbəsi vurub oradan getmişdir. Məqsədi öldürmək olsa idi, işini axıra çatdırıb, hər ikisini öldürə bilərdi. Lakin o, həmin an aldadıldığına görə əsəbləşib spirtli içkinin təsiri altında bu cinayəti törətmişdir. Hazırda törətdiyi əməldən çox peşmandır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 7-8 ildir ki, tanıyır. Həmin vaxt Bəhruz Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində ünvanını dəqiq bilmədiyi avtoyuma məntəqəsində, özü isə ora yaxın kafelərin birində ofisiant kimi çalışmışdır. Onlar həmin vaxtlar təsadüfən tanış olmuş və aralarında yaxın münasibətləri yaranmışdır. Tanışlıqlarından təxminən 1 ay sonra Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində xatırlamadığı ünvanda kirayə ev tutub 3-4 ay qeyri-rəsmi ər-arvad kimi yaşamışlar. Daha sonra aralarında mübahisələri yarandığına görə ayrılmış və 4- 5 il əlaqələri olmamışdır. O, Bəhruzu tanımamışdan öncə Ramil adlı şəxslə qeyri-rəsmi, yalnız dini nikah əsasında 4-5 il ailəli olmuş və xasiyyətləri tutmadığına görə sonra ayrılmışlar. Ramil ilə dini nikahından iki uşağı olmuş, Bəhruz ilə münasibəti bitəndən sonra 2014-2015-ci illərdə Röyal Niftəliyev ilə rəsmi qaydada nikaha daxil olmuş və həmin evlilikdən 2015-ci ildə Məhəmməd adlı uşağı olmuşdur. Röyal hal-hazırda bilmədiyi cəzaçəkmə müəssisəsində cəza çəkir və rəsmi qaydada evli olsalar da, faktiki münasibətləri və əlaqələri yoxdur. Təxminən 1-2 il əvvəl təsadüfən Bəhruz ilə Bayılda görüşmüş və yenidən yaxın münasibətləri yaranmış, həmin vaxt mütəmadi olaraq Bəhruzun Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən evinə gedib-gəlmiş və gecələri orda da, bəzən isə öz evlərində qalmışdır. Bəhruz onu həddən artıq çox sevmiş və mütəmadi olaraq öz qazancından uşaqlarını böyütməyə maddi kömək üçün 40-50 manat miqdarında pul vermişdir. Bəhruz onu sevsə də o, Bəhruzu sevməmiş, ancaq özünə yaxın insan kimi qəbul etmişdir. Son vaxtlar aralarında müxtəlif səbəblərdən xırda mübahisələr olmasına görə soyuqluq yaranmış və gec-gec görüşməyə başlamışlar. Şahid1 isə 3-4 il əvvəl təsadüfən tanımış və aralarında yalnız dost münasibəti olmuş, həmin vaxtlar Taleh həm taksi sürücüsü kimi, həm də fərdi qaydada sifariş olanda evlərdə usta kimi çalışmışdır. Taleh onun anasını da tanımış və bir neçə dəfə taksi kimi onları sifariş etdikləri ünvanlara aparmışdır. Taleh ilə yalnız dost olmuş, aralarında heç bir zaman başqa digər yaxın münasibətləri olmamış, bəzən Taleh və ortaq dostları ilə fərqli-fərqli kafelərdə oturub yeyibiçmişlər. Taleh ilə Bəhruz hadisədən 3-4 gün əvvəl ilk dəfə görüşdükləri günə qədər bir-birini tanımamış və əlaqələri də olmamışdır. Yanvar ayının 18-də və ya 19-da, saat 22 radələrində Taleh ilə «Neftçilər» metrostansiyanın yaxınlığında yerləşən «X-life» klubunda görüşüb, bir qədər spirtli içki qəbul edib söhbət etmişlər. Gecə saat 24:00-01:00 radələrində Bəhruzu yanlarına çağırmış və Talehə də Bəhruz barədə və aralarında olan münasibət barədə xəbər vermiş, telefonda danışarkən Bəhruza Xaçmaz rayonundan qohumu gəldiyini də bildirmişdir. Artıq Bəhruz ilə münasibəti soyuduğundan və aralarında rəsmi münasibət olmadığından heç bir səbəb olmadan Bəhruza bu barədə yalan danışmışdır. Təxminən yarım saat sonra Bəhruz kluba gəlmiş, həmin vaxt orada yalnız üçü olmuşdur. Talehi qohumu kimi Bəhruza təqdim edəndə də Taleh heç bir reaksiya verməmişdir. Orada təxminən 15 dəqiqə olduqdan sonra Bəhruz oranı bəyənməmiş, oradan getməyi təklif etmiş lakin o imtina etdiyindən Bəhruz oranı tərk etmişdir. Həmin vaxt Bəhruzun nə onunla, nə də Talehlə heç bir mübahisəsi və ya davadalaşı olmamış, Bəhruz getdikdən təxminən yarım saat sonra Taleh öz evinə, o da öz evinə getmişdir. Həmin gündən sonra da Bəhruzla normal ünsiyyəti davam etmiş, bu səbəbdən də xx.xx.2020-ci il tarixdə, saat 13 radələrində Bəhruzla «WhatsApp» proqramı vasitəsilə yazışaraq yalandan qohumu kimi təqdim etdiyi Talehin sabah yola çıxacağını, birlikdə görüşüb yemək yeməyi və Talehi yola salandan sonra onunla birlikdə onun Səbaildəki evinə gedəcəyini bildirmişdir. Bəhruz da razılaşıb saat 14 radələrində onun yaşadığı ünvana gəlmiş və birlikdə 57 nömrəli avtobus marşrutu ilə «Həzi Aslanov» metrostansiyasında Talehin yanına getmişlər. Sonra orada Taleh ilə görüşüb marşrut avtobusu ilə Xətai rayonu, «Nargilə» dairəsində yerləşən «Nargilə» kafesinə gəlmişlər. Orada kafedə birlikdə yeyib-içib spirtli içki qəbul etmişlər, Bəhruz onlara nisbətən az spirtli içki qəbul etmişdir. Kafedə saat 22-23 radələrinə qədər ümumi mövzularda söhbət etmişlər, Bəhruzla əsasən keçmiş hadisələrdən söhbət etmişlər. Orada heç kimin arasında hər hansı bir mübahisə olmamış, hesabı sonda yenə də Bəhruz ödəmişdir. Saat 23 radələrində «8-ci km bazarı»nın yaxınlığında yerləşən «Siyah Bəyaz» gecə klubuna getməyi təklif etmiş və yoldan keçən qeydiyyat nömrəsini bilmədiyi taksi maşını ilə həmin gecə klubuna gedib, adama bir-iki bakal pivə içib birlikdə oynamışlar. Gecə saat 02 radələrində Bəhruz getməyi təklif etmiş və Bəhruz hesabı ödədikdən sonra birlikdə həmin yeri tərk etmişlər. Yolda qeydiyyat nömrəsini və rəngini xatırlamadığı taksi maşına minib yaşadığı evin yaxınlığına, yəni ünvan 4 ünvanının qarşısına, «Socar» Neft Bazası ilə üzbəüz əraziyə gəlmişlər. Yol boyu aralarında heç bir mübahisə və narazılıq olmamış, Taleh ünvana çatana qədər avtomobildə yatmışdır. Oradan o, öz evinə, Bəhruz ilə Taleh isə öz evlərinə getməli idilər, lakin taksidən düşəndə, bilmədiyi səbəbdən Bəhruz və Taleh də taksidən düşmüşlər. Bəhruz taksi sürücüsünün pulunu verdikdən sonra taksi oranı tərk etmiş, sonra Bəhruz ona yaxınlaşıb nəyə görə dəfələrlə söz verməsinə baxmayaraq onun evinə getməməyini, «Elə bilirsiniz mənimlə oyun oynayırsınız? Mənimlə məzələndiyinizi, məndən istifadə etdiyinizi başa düşmürəm?» kimi sözlər deyərək əsəbləşmiş və onu həmin yerdə yerləşən kiçik park kimi olan ərazidə küncə çəkmişdir. O, Bəhruzun evinə getməkdən imtina edib, öz evinə getmək istədiyini bildirmiş, ümumiyyətlə, Bəhruzla münasibəti soyumasına görə əvvəlcə Bəhruza onun evinə gedəcəyinə söz versə də, həmin gecə həm yorulduğundan, həm də uzun müddət idi ki, Bəhruzun evinə getmədiyindən, bunu istəməyərək imtina etmişdir. Kafedə olarkən Şahid2 qardaşı Bəhruza zəng edəndə, sonuncu qardaşına onunla birlikdə olduğunu və tezliklə birlikdə evə gələcəyini bildirmişdir. Danışıq zamanı Bəhruz telefonu ona vermiş və o, da Tamerlanla danışaraq tezliklə Bəhruzla birlikdə evinə gələcəyini bildirmişdir. Lakin sonradan fikrini dəyişdirməyi Bəhruzu əsəbləşdirmişdir. Birdən Bəhruz qəfildən onu yerə yıxıb üstünə çıxaraq bıçağı cibindən və ya belindən çıxararaq sağ əlində tutaraq «Başıma açdığın oyunlara görə öldürəcəm səni» kimi sözlər demiş, o, isə Bəhruzun əlindən tutmağa çalışmışdır. Bu vaxt kənardan baxan Taleh arxası Neft Bazasına tərəf istiqamətdən əks istiqamətə keçib onlara yaxınlaşmaq istəmiş, lakin Bəhruz Talehə yaxınlaşmamasını və çıxıb getməsini, əks halda onu, vuracağını bildirmişdir. Həmin vaxt Taleh Bəhruza bunu etməməyi demiş, Bəhruz isə «Yaxın gəlmə, sənlik deyil» demişdir. Taleh yaxınlıqda olarkən qorxusundan əməldə yox, sadəcə sözlə müdaxilə edib, dayandırmağa çalışmış, sonra Bəhruz onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri vurmağa başlamışdır. Bıçağın tiyəsinin qara rəngdə olmasını görsə də, qaranlıq olduğundan quruluşu və digər xüsusiyyətləri, habelə bıçaq zərbələri həddən artıq çox olduğundan dəqiq olaraq neçə bıçaq zərbəsi vurmasını xatırlamır. Yerdə qıvrılıb çönüb qalxmaq istəyərkən Bəhruz əsəblə bıçaq zərbələrini vurmağa davam etmiş, Taleh yaxında olsa da, Bəhruz yaxınlaşmasına imkan verməmiş, bıçaq zərbələri ani və surətli olmuşdur. Taleh həmin vaxt fiziki olaraq qorxusundan müdaxilə etməmiş, daha sonra Taleh Bəhruzun öldürəcəyini görüb bərkdən qışqırmağa başlamışdır. Taleh orada olmasaydı və qışqırmasaydı, bəlkə də Bəhruz onu orada öldürəcəkdi. Həmin vaxt aldığı zərbələrdən artıq huşunu itirmiş, ona görə hadisənin sonrasını, Bəhruzun nə səbəbə onu bıçaqlamağı dayandırmasını, Talehə nə vaxt və hansı şəraitdə bıçaq zərbəsi vurmasını, habelə hadisələrin sonrakı gedişatını xatırlamır. Hadisə vaxt orada yalnız üçü olmuş, Bəhruz gedəndən sonra Taleh onun huşunun özündə olmamasını görüb təcili yardıma zəng etmişdir. Sonra hadisə yerinə gəlmiş təcili və təxirəsalınmaz yardım həkimləri ona və Talehə ilkin yardım göstərib 3 saylı X4 aparmışlar. Orada dərhal əməliyyat olunmuş və tibbi yardımlar almış, hadisədən əvvəl Bəhruz və Taleh ilə spirtli içki qəbul etsələr də, yolda artıq sərxoş vəziyyətindən nisbətən çıxmış, hadisə vaxtı müqavimət göstərmək imkanına malik olmuşdur. Ona görə də hadisə vaxtı Bəhruz onu yerə yıxıb bıçaqla vurmaq istəyəndə, hadisəni və təhlükəni dərk edib Bəhruzun əlindən tutmuş, həmçinin sağa-sola çönüb Bəhruzdan qaçmağa çalışmış, sadəcə fiziki olaraq gücü çatmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və ya tələbi yoxdur, onu bağışlayır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təxminən 20 ildir ki, Saatlı rayonundan Bakı şəhərinə köçmüşdür. Zərərçəkmiş şəxs təxminən 3-4 il əvvəl təsadüfən tanımış və aralarında yalnız dost münasibəti olmuşdur. Həmin vaxtı Zümrüdün bilmədiyi yerdə ofisiant işlədiyini bilmiş, özü isə həm taksi sürücüsü kimi, həm də fərdi qaydada sifariş olanda evlərdə usta kimi çalışmışdır. O, Zümrüdün Lyubov adlı anasını da tanımış və bir neçə dəfə onları istədikləri yerə taksi sifarişi əsasında aparmışdır. Bəzən bir neçə dəfə Zümrüd və ortaq tanışları ilə müxtəlif kafelərdə oturub yeyib-içmişlər. Zümrüdün 3 uşağının olmasını, bir dəfə evlənib boşanmasını, hal-hazırda başqa tanımadığı biri ilə rəsmi evli olmasını, ünvan 8 ünvanının yaxınlığında yerləşən evlərin birində yaşamasından xəbəri olmuşdur. Bəhruzu ilk dəfə baş vermiş cinayət hadisəsindən təxminən 3-4 gün əvvəl “Neftçilər” metrostansiyanın yaxınlığında yerləşən “X-life” klubunda görmüş, həmin gün gecə saat təxminən 23-01 radələrində Zümrüd ilə ikisi orada olarkən Zümrüd Bəhruz adlı tanışını çağırmışdır. Həmin vaxta qədər Bəhruz adlı şəxsi tanımamış və haqqında məlumatı olmamışdır. Zümrüd həmin vaxt Bəhruzu uzun müddətdir tanıdığını və yaxın münasibətlərinin olmasını bildirmişdir. Az sonra Bəhruz oraya gəldikdə Zümrüd onu Bəhruza Xaçmaz rayonundan gəlmiş qohumu kimi təqdim etmişdir. Zümrüdün Bəhruz ilə yaxın olduğunu bildiyi üçün bu barədə heç nə deməmiş və bunun ona aidiyyəti olmadığından heç etiraz da etməmişdir. Bəhruz orada yarım saat oturmuş, həmin müddət ərzində Bəhruz ilə ünsiyyəti ümumiyyətlə olmamış və həmin yeri Bəhruz bəyənmədiyindən Zümrüdə oradan getməyi təklif etmişdir. Ancaq Zümrüd getmək istəməmiş, Bəhruz da bunu görüb oranı tək tərk edib getmişdir. Həmin vaxt Bəhruzun nə onunla, nə də Zümrüdlə heç bir mübahisəsi və ya davadalaşı olmamışdır. Bəhruz getdikdən təxminən yarım saat sonra onlar da hərəsi öz evinə getmiş, xx xxxxxx 2020-ci il tarixdə günorta vaxtı təxminən saat 13–14 radələrində Zümrüd onuna əlaqə saxlayaraq Bəhruz ilə görüşüb yeyib-içəcəyini və onu da görüşə dəvət etmişdir. Saat 17:30-da birlikdə “Həzi Aslanov” metrostansiyasının yaxınlığında görüşmüş və oradan 57 saylı marşrut ilə Bakı şəhəri Xətai rayonu, “Nargilə” dairəsinin yaxınlığında olan “Nargilə” kafesinə getmişlər. Kafedə üçü birlikdə yemək yeyib spirtli içki qəbul etmiş, təxminən saat 22- 23 radələrinə qədər ümumi mövzularda söhbət etmişlər. Kafedə aralarında heç bir mübahisə və ya narazılıq olmamışdır. Zümrüd saat təxminən 23 radələrində “8-ci km bazarı”nın yaxınlığında yerləşən “Siyah Bəyaz” gecə klubuna getməyi təklif etmişdir. Yolda təsadüfən mindikləri, qeydiyyat nömrəsini xatırlamadığı taksi maşını həmin gecə klubuna gedib, adama təxminən bir bakal pivə içib, birlikdə oynamışlar. Saat təxminən 02 radələrində Bəhruz klubdan getməyi təklif etmiş və birlikdə həmin yeri tərk etmişlər. Yolda təsadüfən qeydiyyat nişanını, rəngini, modelini xatırlamadığı taksi maşınına minmişlər. Zümrüdü evinə ötürüb daha sonra hərəsi öz evinə getməli idilər. Yol boyu aralarında heç bir mübahisə olmamış və Zümrüdün yaşadığı ünvan 8 ünvanın yaxınlığında “Socar” Bakı Neft Bazası ilə üzbəüz əraziyə çatmışlar. Ora çatanda üçü də taksidən düşmüş, taksi sürücüsünün xidmət pulunu Bəhruz ödəmiş və taksi oranı tərk etmişdir. Taksidən düşəndən sonra Bəhruz ilə Zümrüd düşdükləri yerdə yolun kənarında, “Socar” Bakı Neft Bazası ilə üzbəüz, qarşı tərəfdə yerləşən kiçik parkda söhbət etməyə başlamışlar. Həmin vaxt bir qədər aralıda yolun kənarında olduğundan onların nə barədə danışmalarını eşitməmiş, bu vaxt onlar bilmədiyi səbəbdən parkın içərisində bir qədər kənara, nisbətən qaranlıq yerə çəkilmişlər. Onların adi qaydada şəxsi münasibətləri barədə danışmalarını düşünmüş, gözləyə-gözləyə ətrafa baxarkən birdən səs gəlmiş, diqqətlə yaxına gəlib baxdıqda Bəhruzun Zümrüdü yerə yıxaraq üstünə çıxıb bıçağı göydə tutmasını, Zümrüdün də onun əlindən tutub müqavimət göstərməsinin şahidi olmuşdur. Həmin vaxt parkın içində arxası Neft Bazasına tərəf olan istiqamətdən, əks tərəfə, yəni üzü Baza istiqamətinə, onların daha da yaxınlığına gəlib bir az aralıdan Bəhruzun bıçaqla Zümrüdə xəsarət yetirəcəyini başa düşüb, şifahi olaraq bunu etməməyi bildirmişdir. Bəhruz ona “yaxın gəlmə, sənlik deyil” demiş, ona sözlə müxtəlif çəkindirici sözlər deyərək dayandırmağa çalışmışdır. Daha sonra Bəhruz ona fikir verməyib bıçaqla Zümrüdün bədəninə çoxsaylı bıçaq zərbələri vurmağa başlamışdır. Qaranlıq olduğundan Bəhruzun bıçağı harada gizlətməsini və daha sonra necə çıxarmasını, bıçağın tiyəsinin rəngi və digər xüsusiyyətləri barədə, habelə bıçağın Zümrüdün bədəninin dəqiq olaraq hansı nahiyələrinə dəyməsini görməmişdir. Zümrüd yerdə qıvrılaraq çönüb qalxmaq istəyərkən Bəhruz əsəblə Zümrüd bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbələri vurmağa davam etmişdir. Bəhruzun bıçaq zərbələri ani və surətli olmuş, yaxında olsa da qorxmuş və birbaşa müdaxilə etməyib Bəhruzun Zümrüdü öldürəcəyini görüb bərkdən qışqırmağa başlamışdır. O, orada olmasa idi və qışqırmasaydı Bəhruz Zümrüdü öldürəcəkdi. Bəhruz onun qışqırığını eşitdikdən sonra başqa adamların səsi eşidib ora gələ biləcəyini düşünüb, Zümrüdü buraxıb ona tərəf gələrək bir dəfə sağ qolunun altına döş hissəyə yaxın nahiyəyə həmin bıçaqla xəsarət yetirmiş və hadisə yerindən qaçmışdır. Bəhruzun ona bıçaq zərbəsini həmin an keçirdiyi psixoloji təsirdən vurmasını ehtimal etsə də, dəqiq olaraq nə səbəbə vurmasını bilməmişdir. Ancaq Bəhruzun niyyəti onu öldürmək olmamış, çünki bir bıçaq zərbəsi vurduqdan sonra yenə bıçaq zərbələri vurub öldürə bilərdi və silahsız olduğundan müqavimət göstərə bilməyəcəkdi. Bəhruz hadisə yerindən çıxıb hara getməsi, bıçağı haraya tullaması və sonrakı hərəkətləri barədə məlumatı olmamışdır. Bəhruz gedəndən sonra Zümrüdün huşunun özündə olmamasını görüb dərhal təcili yardıma zəng etmişdir. Daha sonra hadisə yerinə gəlmiş təcili yardım həkimləri ona və Zümrüdə ilkin yardım göstərib 3 saylı X4 aparmışlar. Orada hər ikisinə tibbi yardımlar göstərmiş və Zümrüd dərhal əməliyyat olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, aralarında olan mübahisələr səbəbindən Zümrüdlə qardaşı Bəhruz son vaxtlar az-az görüşmüşlər. Ancaq Bəhruz ona Zümrüdlə danışıb razılaşdıqlarını, dini nikah kəsdirəcəyini, öz otağını təmir edib Zümrüdlə birlikdə yaşayacağını bildirmişdir. Hətta, 2019-cu ilin təxminən dekabr ayında Zümrüdlə yaşayacağını düşündüyü üçün Bəhruzun istəyi ilə onun otağını təmir etmişdir. Bəhruz Zümrüdü həddən artıq sevib qısqanmış, Taleh adlı şəxsi də ümumiyyətlə tanımamış və heç bir vaxt əlaqələri olmamışdır. xx.xx.2020-ci il tarixdə Bəhruzun Zümrüd və Taleh adlı şəxslə nə vaxt və harada görüşmələri və nə etmələri barədə məlumatı olmamışdır. Təxminən 00-01 radələrində Bəhruzun evə gəlmədiyini görüb Bəhruza zəng etmiş və danışıq zamanı Bəhruz yerini deməsə də Zümrüdlə birlikdə olduğunu və tezliklə Zümrüd ilə evə gələcəyini bildirmişdir. Hətta həmin vaxt Bəhruz telefonu Zümrüdə vermiş və danışıq zamanı Zümrüd Bəhruzun otağını təmir etdiyini bildiyini, Bəhruzun şirinlik verib–vermədiyini soruşmuş, tezliklə onun da Bəhruzla birlikdə evlərinə gəlib özünün də şirinlik verəcəyini bildirmiş, o da onları gözlədiyini bildirmiş və sağollaşmışlar. Həmin vaxt onların səs-küylü yerdə olmasını eşitsə də, dəqiq olaraq harada olmaları, Talehin onlarla olub-olmamasını bilməmişdir. Bir müddət sonra yenidən zəng etsə də zəng çatmamış, Bəhruzu axtarsa da bu bir nəticə verməmişdir. Gecə saat təxminən 05 radələrində evdə olarkən Bəhruz evə tək gəlmiş, Zümrüdə onun yaşadığı evin yaxınlığında çoxsaylı bıçaq zərbələri vurmasını, daha sonra onların yanında olan Taleh adlı şəxsə də bir bıçaq zərbəsi vurub hadisə yerindən uzaqlaşdığını, hadisə yerindən təxminən 10 metr aralıda bıçağı yerə tullamasını bildirmişdir. Həmçinin, hadisədən əvvəl Zümrüd və Talehlə Bakı şəhəri Xətai rayonunda “Nargilə dairəsi” adlanan yerin yaxınlığında kafelərin birində yeyib-içdikdən sonra Zümrüdün əvvəlcə Talehi qohumu kimi təqdim etməsinə baxmayaraq, onların yaxın münasibətlərinin anlamış və Zümrüdün onun aldatmasını başa düşüb evinin yaxınlığında bıçaqla çoxsaylı zərbələr vurduğunu bildirmişdir. Özündən asılı olmayaraq onu aldatdığına görə qısqanaraq qisas almaq üçün Zümrüdü vurduğunu, daha sonra isə Talehi bir dəfə vurduğunu, ancaq məqsədi onları öldürmək olmadığını, həmin vaxt bir qədər sərxoş olması və əsəb keçirməsi səbəbindən bu hadisəni törətdiyini bildirmişdir. Hadisə vaxtı orada yalnız üçünün olmasını, bıçağı hadisədən əvvəl kafedə Zümrüd və Talehdən ayrılıb evə gəlib və evdə heç kim olmayarkən qaraskoçlu tiyəsi olan bıçağı götürüb yenidən onların yanına qayıtdığını bildirmişdir. Həmin gün evə bir qədər gec gəldiyindən Bəhruzun bıçaq götürmək üçün evə gəlməsinin şahidi olmamışdır. Həmin bıçaq təxminən 2019-cu ilin dekabr ayından evdə şkafda çəngəl-qaşıqların yanında bir əşya kimi olmuşdur. Ancaq həmin bıçağın kimin və nə vaxt evə gətirməsini xatırlamır. Daha sonra Bəhruz özünü öldürmək istədiyini bildirmiş, intiharla vəziyyətin düzəlməyəcəyini Bəhruza bildirərək təslim olmağı məsləhət görmüşdür. Bəhruz könüllü şəkildə polisə təslim olmaq istəmiş, bu səbəbdən də birlikdə Səbail RPİ-nin 8-ci polis bölməsinə getmiş və Bəhruz orada törətdiyi hadisəni etiraf edib təslim olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 1998-ci ildə arvadı öldüyünə görə, 2010-cu il tarixdə ikinci dəfə ailə qurub yeni ailəsi ilə birlikdə Binəqədi rayonuna köçüb yaşamışdır. Bəhruz isə ayrıca ünvan 10 ünvanında yerləşən mənzildə yaşamışdır. Bəhruz xaraktercə tez bağlanan olduğu üçün Zümrüdü çox sevmişdir. Hər dəfə Bəhruzla əlaqə saxlayanda Zümrüdün onun yanında olub-olmamasını soruşanda o, təsdiq etmiş, ona görə də münasibətlərinin normal davam etməsini düşünmüşdür. 2019-cu ilin dekabr ayının 30-u Bəhruzla mobil telefonla əlaqə saxlayan zaman bayram münasibətilə onu və Zümrüdü qonaq çağırmış, Zümrüdü dəvət edəndə “gələrik” demişdir. xx xxxxxx 2019-cu il tarixdə Bəhruz əlaqə saxlayaraq yollarda tıxac olmasını bildirərək sonra gələcəklərini bildirmişdir. xx.xx.2020-ci il tarixdə axşam işdə olarkən digər oğlu Şahid2 əlaqə saxlayaraq Bəhruzun Zümrüdü bıçaqlamasını bildirmişdir. Hadisədən sonra Bəhruzun evə gəldiyini və az sonra Səbail rayon polis idarəsinin 8-ci polis bölməsinə gedərək könüllü təslim olduğunu bildirmişdir. O, hadisənin şahidi olmamış və yalnız bu barədə sonradan oğlundan eşitmişdir. Bəhruz ona hadisəni törətdikdən sonra hara getdiyini, bıçağı haradan tapdığını və hadisənin digər xüsusatları barədə heç bir məlumat vermədiyinə görə bu barədə məlumatı olmamışdır. Məhkəmədə ifadəsi elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2002-ci il tarixdən ailəsi ilə birlikdə ünvan 11 ünvanında yerləşən evə köçmüşdür. Qızı Zərərçəkmiş şəxs 2006-cı il tarixdə Ramil Rəsulzadə ilə qeyri-rəsmi qaydada münasibətdə olmuş və 2012-ci il tarixdə ayrılmışlar. Həmin münasibətdən onun iki uşağı olmuşdur. 2012-ci il tarixdən başlayaraq Zümrüd Bakı şəhəri Səbail rayonunda bilmədiyi müxtəlif yerlərdə satıcı və ofisiant kimi işləməyə başlamışdır. Təxminən 2012-ci il tarixdə Təqsirləndirilən şəxs ilə tanış olmuş və bir müddət sonra yaxın münasibətləri yaranmışdır. Daha sonra Zümrüd evdən çıxmış və Bəhruz ilə birlikdə Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsində “kənd Əhmədli” deyilən yerdə xatırlamadığı ünvanda birlikdə kirayədə yaşamışdır. Təxminən 2-3 ay sonra Zümrüd Bəhruzla ayrılmış və Zümrüd ayrılmağının səbəbini Bəhruz ilə qısqanclıq zəminində mübahisə etmələrinin olmasını bildirmişdir. Daha sonra Zümrüd ilə Bəhruzun təxminən 5 il əlaqələri olmamışdır. 2015-ci ilin mart ayında Zümrüd Niftəliyev Röyal Azər oğlu ilə rəsmi qaydada nikaha daxil olmuş və evlilikdən 2015-ci ilin dekabr ayında Məhəmməd adlı oğlu olmuşdur. 2017-ci il tarixdə Röyalın həbsə düşməsi ilə əlaqədar faktiki ayrılmışlar. Bu günədək rəsmi qaydada evli olsalar da, faktiki Zümrüdün əri ilə heç bir əlaqəsi yoxdur. 2019-cu ildə Zümrüdün Bəhruz ilə yenidən münasibəti yaranmışdır. Zümrüd mütəmadi olaraq Bəhruzun Səbail rayonunda yerləşən mənzilində, bəzi vaxtlar öz evində qalmışdır. Bəhruz bir qayda olaraq, həftədə bir dəfə təxminən 50-60 manat pulu uşaqlara və evə ərzaq almaq üçün vermişdir. 2019-cu ilin yay aylarından başlayaraq Bəhruz mütəmadi olaraq, Zümrüdü sevdiyini və onunla evlənmək istəməsini Zümrüdə demişdir. Ancaq Zümrüd onun evinin, daimi işinin olmamasına görə bundan imtina etmişdir. 2020-ci ilin yanvar ayının 21-i Zümrüd tanışı Talehlə görüşəcəyini və Bəhruzun da ora gələcəyini bildirmişdir. Taleh adlı şəxsi təxminən 1 ildir ki, taksi kimi fəaliyyət göstərdiyi üçün Zümrüd vasitəsilə tanımışdır. Zümrüdlə Taleh sadəcə dost olmuşlar və aralarında heç bir formada yaxın münasibət əlaqədə olmamışdır. Günorta vaxtı Zümrüd evdən çıxmışdır. Axşam vaxtı Zümrüd ilə əlaqə saxlayan zaman Zümrüd Bəhruz və Talehlə adını bildirmədiyi kafedə olduqlarını və söhbət etdiklərini bildirmişdir. Daha sonra gecə Zümrüdə zəng eləsə də, əlaqə saxlaya bilməmişdir. Zümrüd həmin gün ümumiyyətlə evə gəlməmişdir. Daha sonra yanvar ayının 22-si axşam Zümrüdün Bəhruz tərəfindən bıçaqlanmasını və 3 saylı Şəhər Klinik xəstəxanasında müalicə almasını bilmişdir. Xəstəxanada görüşərkən Zümrüd bildirmişdir ki, həmin gecə səhərə yaxın təxminən 03-04 radələrində Bəhruz yaşadığı evin yaxınlığında, “Socar” şirkətinə məxsus Neft bazası ilə üzbəüz yerləşən kiçik parkda qısqanclıq və aldadılmasına görə hər ikisi sərxoş olarkən bıçaqla ona çoxsaylı xəsarətlər yetirməsini, sonra onların yanında olan Talehə də bıçaqla bir dəfə xəsarət yetirib hadisə yerini tərk etməsini və onların təcili yardım vasitəsilə 3 saylı ŞKXyə gətirilmələrini bildirmişdir. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş X2 ifadəsində göstərmişdir ki, 2006-cı il tarixdə Şahid1 ilə rəsmi qaydada nikaha daxil olmuş, evlilikdən iki uşağı vardır. Təxminən 5 ildir ki, Saatlı rayonundan Bakı şəhərinə köçmüşlər. 2020-ci ilin yanvar ayının 21-nə qədər Talehlə münasibəti normal olmuşdur. Həmin vaxta qədər Talehin də kiminləsə hər-hansı mübahisəsi olmamış və sakit həyat yaşamışdır. Taleh bəzən taksi sürücüsü kimi, bəzən isə usta kimi çalışmışdır. Yanvar ayının 21-dən bir neçə gün öncə Taleh evə gəlməmiş və növbəti gün ona dəfələrlə yığdıqdan sonra hansısa avtobus təmir ustasının köməkçisi kimi işlədiyini və ona görə gecə saatlarına qədər işlədiyini bildirmişdir. Bir neçə gün sonra, xx xxxxxx 2020ci il tarixdə Taleh yenidən gecə evə gəlməmişdir. Növbəti gün, xx xxxxxx 2020-ci il tarixdə səhər saatları Talehlə əlaqə saxladıqda, Bəhruz adlı şəxs tərəfindən bıçaqlanmasını və 3 Saylı Şəhər klinik xəstəxanasında olmasını bildirmişdir. Həmin xəstəxanaya getdikdə Taleh Zümrüd və Bəhruz şəxslərlə birlikdə spirtli içki qəbul etdikdən sonra Zümrüdün Bəhruz ilə Xətai rayonunda bilmədiyi ərazidə mübahisəsinin yaranmasını, Bəhruzun Zümrüdə çoxsaylı bıçaq xəsarətləri yetirməsini və mübahisə zamanı Bəhruzun ona da bir dəfə bıçaqla vurub oranı tərk etməsini bildirmişdir. Daha əvvəllər ümumiyyətlə, Zümrüd və ya Bəhruzla heç bir əlaqəsi olmamış və tanımamışdır. X11 adlı qadının bir neçə il əvvəl tanış olmasını, lakin daha sonra əlaqələrinin kəsilməsindən xəbəri olsa da, onların həmin vaxt və hadisə baş verən ərəfədə münasibətlərinin nə dərəcədə yaxın olmasından məlumatı yoxdur. Həmçinin, Talehin Bəhruzu daha əvvəl tanıyıb-tanımamasını, hadisənin dəqiq olaraq necə baş verməsini, hadisənin harada baş verməsini, kimlərin hansı dərəcədə xəsarət almasından xəbəri yoxdur. Hadisənin şahidi olmamış və yalnız bu barədə daha sonra əri Talehdən eşitmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən ünvan 4 saylı ünvanın qarşısından, “Socar Bakı Neft” bazası ilə üzbəüz yerləşən hadisə yerində 01 ədəd bıçaq və qanabənzər ləkələr müəyyən edilərək, həmin bıçaq və qanabənzər ləkələrdən nümunələr müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. (cild 01, iş vərəqə 16-22) İş materiallarında olan tanınmaya təqdim etmə protokolundan görünür ki,Təqsirləndirilən şəxs həmin bıçağı tanıyıb göstərərək cinayəti həmin bıçaqla törətməsini bir daha təsdiq etmişdir. (cild 01, iş vərəqə 114-115) İş materiallarında olan “xxxxxxxx” MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatlar əsasında Təqsirləndirilən şəxs istifadəsindəki ***-***-**-** mobil telefon nömrəsi üzrə xx.xx.2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdə saat 19:11-dən saat 19:42-yə qədər “Nargilə” kafesinin yaxınlığındakı “Bakı şəhəri Xətai rayonu Ramiz Quliyev küçəsi” antenna dairəsində, saat 19:42-dən saat 20:03-ə qədər “Bakı şəhəri Səbail rayonu” anten dairəsində, saat 20:03-dən yenidən “Bakı şəhəri Xətai rayonu Ramiz Quliyev küçəsi” antenna dairəsində, xx.xx.2020-ci il tarixdə saat 02:40-da Siyah Bəyaz” gecə klubunun yaxınlığında olan “Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 81V” antenna dairəsində, saat 03:39-da “Bakı şəhəri Xətai rayonu, Nobel prospekti” antenna dairəsində, saat 03:58-də isə “Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi” antenna dairəsində qeydə alınmışdır. (cild 02, iş vərəqə 20-22) İş materiallarında olan «xxxxxx» MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatlar əsasında Şahid1 məxsus ***-***-**-** mobil nömrə üzrə xx.xx.2020-ci il tarixli və Zərərçəkmiş şəxs məxsus ***-***-**-** mobil nömrə üzrə xx.xx.2020-ci il tarixli baxış keçirilməsi haqqında protokollardan görünür ki, Zərərçəkmiş şəxs ilə Şahid1 arasında həddən artıq yaxın sevgi münasibətini əks etdirən çoxsaylı mesajların olması müəyyən edilmişdir. Həmçinin, xx.xx.2020-ci il tarixdə, saat 14:47-də X6 Cəbrayılova «Yazdim Behruzaki otraq. Didim axwamda sizde qalacam inansin qoy», «Hazirlaw elede. Behruzda hazirlawir» məzmunlu mesajlar yazması müəyyən edilmişdir. (cild 02, iş vərəqə 68-69) İş materiallarında olan «xxxxxx» MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatlardan görünür ki, Şahid1 istifadəsindəki ***-***-**-** mobil telefon nömrəsi xx.xx.2020-ci il tarixdə saat 17:27-də “Nargilə” kafesinin yaxınlığındakı “Bakı şəhəri Xatai rayonu 2944-cü məhəllə M.Hadi və X.Məmmədov küçələrinin kəsişməsi" antenna dairəsində, xx.xx.2020-ci il tarixdə saat 03:40-da "Bakı şəhəri, Nobel Prospekti 56" antenna dairəsində, xx.xx.2020-ci il tarixdə saat 08:35-də “Bakı şəhəri, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi 5" antenna dairəsində qeydə alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs istifadəsindəki ***-***-**-** mobil telefon nömrəsi xx.xx.2020-ci il tarixdə saat 17:19-dan “Nargilə” kafesinin yaxınlığındakı “Bakı şəhəri, Xatai rayonu, 2944-cü məhəllə, M.Hadi və X.Məmmədov küçələrinin kəsişməsi" antenna dairəsində və saat 17:27-dən sonra isə zəng edilmədiyindən və zəng daxil olmadığı üçün onun yalnız “Bakı şəhəri Zığ yolu” antenna dairəsində qeydə alınmışdır. (cild 02, iş vərəqə 72-73) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin məhkəmə tibbi-kriminalistik və kriminalistik ekspertizasının xx.xx.2020-ci il tarixli, 59/2020 nömrəli ekspertiza rəyindən görünür ki, “ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkcənin, köynəyin və büstqalterin ön-sol yarımhissəsində 02 ədəd, gödəkcənin və köynəyin ön-sol yarımhissəsində 01 ədəd, gödəkcənin, köynəyin və büstqalterin ön-sağ yarımhissəsində 02 ədəd, gödəkcənin və köynəyin arxa hissəsində 07 ədəd, gödəkcənin və köynəyin sol qolunun arxa hissəsində 02 ədəd, gödəkcənin sol qolunun arxa hissəsində 04 ədəd, gödəkcənin və köynəyin sağ, qolunun arxa-yuxarı nahiyəsində 01 ədəd; gödəkcənin və köynəyin sağ qolunun orta nahiyəsində 01 ədəd, gödəkcənin və köynəyin sağ qolunun aşağı nahiyəsində 01 ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edilmişdir. Həmin zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs məxsus gödəkcənin, köynəyin və büstqalterin ön-sol yarımhissəsində aşkar edilmiş 02 ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sol yarısının sol plevra boşluğuna nüfuz edən 02 ədəd, gödəkcənin və köynəyin ön-sol yarımhissəsində aşkar edilmiş 01 ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sol yarısının qarın boşluğuna nüfuz edən 01 ədəd, gödəkcənin, köynəyin və büstqalterin ön-sağ yarımhissəsində aşkar edilmiş 02 ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sağ yarısının sağ plevra boşluğuna nüfuz edən 02 ədəd, gödəkcənin və köynəyin arxa hissəsində aşkar edilmiş 07 ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin bel nahiyəsində olan, gödəkcənin və köynəyin sol qolunun arxa hissəsində aşkar edilmiş 02 ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol bazu nahiyəsində olan, gödəkcənin və köynəyin sağ qolunun arxa-yuxarı nahiyəsində 01 ədəd, gödəkcənin və köynəyin sağ qolunun orta nahiyəsində 01 ədəd, gödəkcənin və köynəyin sağ qolunun aşağı nahiyəsində 01 ədəd deşilmiş-kəsilmiş zədələr onun bədəninin sağ bazu nahiyəsində olan eyni xarakterli xəsarətlər ilə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Zərərçəkmiş şəxs məxsus gödəkcənin sol qolunun arxa hissəsində aşkar edilmiş 04 ədəd deşilmiş-kəsilmiş zədə ona məxsus olan köynəkdə və onun bədənində öz əksini tapmamışdır. Bu da yalnız gödəkcənin zədələnməsi ilə izah oluna bilər. Zərərçəkmiş şəxs məxsus bir cüt ayaqqabı, kalqotka və şalvar üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. -Şahid1 məxsus gödəkcənin sağ qolunun arxa qoltuqaltı nahiyəsində 01 ədəd deşilmişkəsilmiş zədə aşkar edilmişdir ki, həmin zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir və bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Şahid1 məxsus şalvarın arxa oturaq nahiyəsində 03 ədəd məhdud cırılma aşkar olunmuşdur ki, bu cırılmalar küt yaranma mexanizmə malikdir, şalvarın həmin nahiyyəsinin gərilib-dartılması nəticəsində yaranmışlar. -Təqsirləndirilən şəxs məxsus gödəkcənin sağ qolunun arxa hissəsində 01 ədəd məhdud sökülmə aşkar olunmuşdur ki, bu sökülmə küt yaranma mexanizmə malikdir, gödəkcənin həmin nahiyəsinin gərilib-dartılması nəticəsində yaranmışdır. Təqsirləndirilən şəxs məxsus şalvar və köynəyin üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. -Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanmayan ov bıçağıdır və kəsici-deşici xassəyə malik soyuq silahdır. (cild 02, iş vərəqə 30- 36) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT birliyinin məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 106/2020-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, “Zərərçəkmiş şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu - A/İİ/, Təqsirləndirilən şəxs qan qrupu təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən - 0/İ/, Şahid1 qan qrupu təqdim olunn şəxsiyyətini təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən - 0/İ/-dir. Zərərçəkmiş şəxs məxsus kofta, şalvar, 01 cüt ayaqqabı, gödəkcə, kalqotka, lifçik, Şahid1 məxsus şalvar, gödəkcə, Təqsirləndirilən şəxs məxsus kofta, gödəkcə, 01 ədəd bıçaq, hadisə yerindən 06 ədəd çubuqlu pambıq tamponlarda götürülmüş ləkələrdə insan qanı aşkar olunmuşdur. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda Şahid1 məxsus şalvar, gödəkcə üzərindəki ləkədən başqa bütün ləkələrdə «A» və «H» antigenləri, bəzi ləkələrdə həmçinin, beta aqqlyutinini alınmışdır. Bu qan ləkələri bir qruplu şəxsə məxsusdursa, Abeta (H)/İİ/qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxsn məxsus ola bilər. (Əgər qanında müşayətçi «H» antigeni varsa). Qanın qarışıq olduğu halında isə ləkələrdə həmçinin Oalfa, beta(İ) qruplu Şahid1 və Təqsirləndirilən şəxs qarışmış qanlarının olması da inkar olunmur (Hadisə zamanı bu şəxslərdə qanaxma ilə müşahidə olunan xəsarət olubsa). Şahid1 məxsus şalvar və gödəkçə üzərindəki ləkələrdə isə yalnız «H» antigeni alınmışdır. Bu qan ləkələri Oalfabeta/İ/qruplu şəxsə, o cümlədən Şahid1 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər (Hadisə zamanı sonuncuda qanaxma ilə müşahidə olunan xəsarət olubsa). Təqsirləndirilən şəxs məxsus şalvar üzərində isə qana şübhəli ləkələr aşkar olunmamışdır.” (cild 02, iş vərəqə 37-43) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Xətai rayon şöbəsindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 254 nömrəli rəyindən görünür ki, “1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Nurəddin qızında posthemorragik şok və daxili üzvlərin zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yarısından daxilə - sol plevra boşluğuna nüfuz edən iki ədəd deşilmiş-kəsilmiş yara, döş qəfəsinin sağ yarısından daxilə-sağ plevra boşluğuna nüfuz edən iki ədəd deşilmiş-kəsilmiş yara və döş qəfəsinin sol yarısından daxilə-qarın boşluğuna nüfuz edən bir ədəd, ümumilikdə beş ədəd daxilə nüfuz edən deşilmiş kəsilmiş yara, həmçinin sol-burun-dodaq büküşü, üst dodağın selikli qişası, sağ bazu, sağ dirsək oynağı, döş qəfəsi, sağ süd vəzisi, qarın və sol əl nahiyələrində daxilə nüfuz etməyən, ümumilikdə on üç ədəd deşilmiş-kəsilmiş yara xəsarətləri aşkar edilmişdir ki, həmin xəsarətlər deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs (şəxslər) tərəfindən deşici-kəsici əşya (əşyaların), ola bilsin ki, bıçaqla yetirilə bilərdilər. Posthemorragik şok və daxili üzvlərin zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yarısından daxilə-sol plevra boşluğuna nüfuz edən 02 ədəd deşilmiş-kəsilmiş yaralar, döş qəfəsinin sağ yarısından daxilə-sağ plevra boşluğuna nüfuz edən 02 ədəd deşilmiş-kəsilmiş yaralar və döş qəfəsinin sol yarısından daxilə-qarın boşluğuna nüfuz edən 01 ədəd, yəni cəmi 05 ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaralar ümumilikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Sol-burun-dodaq büküşü, üst dodağın selikli qişası, sağ bazu, sağ dirsək oynağı, döş qəfəsi, sağ süd vəzisi, qarın və sol əl nahiyələrində daxilə nüfuz etməyən, ümumilikdə 13 ədəd deşilmiş-kəsilmiş yaralar isə ümumilikdə və ayrı-ayrılıqda dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Xəsarətlər Zərərçəkmiş şəxs bədənin müxtəlif səthində yerləşdiyindən xəsarətləri yetirən zaman onun özü və xəsarət yetirən şəxsin onun müxtəlif tərəflərində olması istisna olunmur. Özünü müdafiə və qarşılıqlı mübarizə məfhumları hüquqi məfhumlar olub, məhkəmə-tibb ekspertinin səlahiyyətlərinə aid deyildir. Xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin öz boyu hündürlüyündən yıxılmasına xarakterik deyildir. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər eyni silah, eyni əşya və ya eyni predmetlə yetirilməyə xarakterik olub-olmaması hadisə vaxtı əynində olan paltarların və deşici-kəsici əşyanın (əşyaların) xüsusi tibbikriminalistik müayinəsi kömək edə bilər. Zərərçəkmiş şəxs adına 3 saylı ŞKX-da tərtib edilmiş C 299 saylı stasionar xəstənin tibbi kartasında onun xəstəxanaya daxil olarkən spirtli içki və ya narkotik (və ya psixotrop) vasitələrin edib-etməməsi barədə hər-hansı bir qeydiyyat yoxdur.” (cild 02, iş vərəqə 49-52) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzindən verilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 760 nömrəli rəyindən görünür ki, “Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur. Emosional iradi sferasında və şəxsi keyfiyyətlərində qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, çılğınlıq aşkar olunur. Kobudluq, eqosentrizm, nümayişkarənəlik, inadkarlıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman psixi-emosional vəziyyətində hirslilik, qəzəblilik yaranmış, həmin halın yaranması onda müəyyən xasiyyətin psixopatik cizgiləri ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır.” (cild 02, iş vərəqə 53- 56) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya xəstəxanasından və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzdən daxil olmuş məktublardan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada və mərkəzdə müalicədə olmamışdır və qeydiyyatda yoxdur. (cild 01, iş vərəqə 239) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması barədə verdiyi ifadəsinə hüquqi qiymət verərək, hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla həqiqəti əks etdirmir və iş materiallarında olan mötəbər sübutlarla təkzib olunur. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4 və 228.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2002-ci il tarixli Qərarının 8-ci bəndinin 1 və 2-ci abzaslarına əsasən, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqındaAzərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxx 2005-ci il tarixli Qərarının 13-cü bəndinin 1 və 2-ci abzaslarında qeyd edilmişdir ki, CM-nin 228.4-cü maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) sair kəsici-deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan nizə, döyüş baltası, və s. eləcə də zərbə-dağıdıcı təsirli əşyalar-beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 120.2.4 və 228.4-cü maddələri əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vərəqə 232) İş materiallarında olan Ucar RİHB-nın Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır və müsbət xarakterizə olunur. (cild 02, iş vərəqə 22-23) İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş, Zərərçəkmiş şəxs tərəfindən yazılmış, notarial qaydada təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Səbail RPİ-nin 8-ci PB-dən daxil olmuş könüllü gəlmə protokolundan (aktdan) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 05:35-də qardaşı Şahid2 ilə həmin polis bölməsinə könüllü gedərək Zərərçəkmiş şəxs çoxsaylı bıçaq zərbələri vurmasını bildirərək törətdiyi cinayəti səmimi etiraf etmişdir. (cild 01, iş vərəqə 181- 184) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxx 2012-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin “könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Cinayət törətmiş şəxsin könüllü surətdə istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə törətdiyi cinayəti etiraf edərək təqsirini boynuna alması, cinayət mühakimə icraatının sonrakı mərhələlərində öz təqsirini inkar etməsindən asılı olmayaraq, məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı halların şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməsini mümkün hesab edir: cinayət hadisəsi və onu törədənin şəxsiyyəti hüquq-mühafizə orqanlarına məlum olmadıqda şəxsin könüllü gəlib təqsirini boynuna alması; cinayət, cinayət prosesini həyata keçirən orqanlara məlum olsa da, həmin cinayəti törətmiş şəxsin müəyyən olunmadığı halda şəxsin könüllü gəlib təqsirini boynuna alması; hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin onun tapılması üçün əməliyyat-axtarış tədbirlərinin heç bir nəticə vermədiyi halda şəxsin könüllü gəlib təqsirini boynuna alması; hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin şəxsin özünün ifşa olunmasını bilmədən könüllü gəlib təqsirini boynuna alması; açıq-aşkar cinayət törətdikdən dərhal sonra şəxsin hüquq mühafizə orqanlarına və ya digər dövlət orqanına könüllü gəlib təqsirini boynuna alması (bu zaman cinayətin şahidləri olmuş şəxslərin təqsirkarın hüquq mühafizə orqanlarına gedib çatanadək onun barəsində xəbər vermələri, habelə xəsarət alaraq tibb müəssisəsinə yerləşdirilmiş zərər çəkmiş şəxs haqqında və ya onun sözlərindən cinayətin halları barədə həmin müəssisədən hüquq-mühafizə orqanlarına məlumat verilməsi qeyd olunan nəticəyə gəlməyə mane olmamalıdır); cinayət məsuliyyətinə alınmış şəxsin istintaq orqanlarına məlum olmayan başqa cinayətləri də törətdiyini bildirməsi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, əməlini qismən etiraf edərək peşmançılıq çəkməsini, müsbət xarakterizə olunmasını, könüllü gəlib təqsirini boynuna almasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İşdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10 və 59.1.12-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar olduğundan və ağırlaşdırıcı hallar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə cəza təyin edilərkən, təqsirləndirilən şəxsə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında, yəni sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı qərarın 9-cu bəndinin 2-ci və 3-cü abzasına əsasən, Cinayətə hazırlığa və cinayətə cəhdə görə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman təyin olunası cəza müddəti CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az ola bilər. Bu səbəbdən də belə hallarda Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Cəzalar CM-in 63.2 və 63.3-cü maddələrilə müəyyən edilən qaydalara əsasən təyin edildikdə bu, hökmün təsviriəsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cinayətlərin məcmusuna az ağır və xüsusilə ağır cinayətlər daxil olunduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olunan cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə uyğun olaraq qismən toplanılmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Xətai rayon məhkəməsinin 4(011)- 52/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 44-46, 124-126) Odur ki, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar Xətai rayon prokurorluğunda saxlanılan hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş məxsus 01 ədəd gödəkcə, 01 ədəd köynək, 01 ədəd büstqalter, 01 ədəd kalqotka, 01 cüt ayaqqabı və 01 ədəd şalvar, Şahid1 əynində olmuş 01 ədəd gödəkcə və 01 ədəd şalvar onların özlərinə, Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd gödəkcə, 01 ədəd şalvar və 01 ədəd köynək isə onun qohumlarına qaytarılmalı, hadisə yerindən götürülmüş 01 ədəd bıçaq və 06 ədəd çubuqlu pambıq tamponlarda götürülən qanabənzər nümunələr isə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İbtidai istintaqda Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X5 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 13 saylı vəkil bürosunun hesabına 180 manat miqdarında pul ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X3 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 18 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 108 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə 11 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin228.4-cü maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 12 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixli tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – hökm qanuni qüvvəyə mindikdən sonra Xətai rayon prokurorluğunda saxlanılan hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş ona məxsus 01 ədəd gödəkcə, 01 ədəd köynək, 01 ədəd büstqalter, 01 ədəd kalqotka, 01 cüt ayaqqabı və 01 ədəd şalvar, Şahid1 əynində olmuş 01 ədəd gödəkcə və 01 ədəd şalvar onların özlərinə, Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd gödəkcə, 01 ədəd şalvar və 01 ədəd köynək isə onun qohumlarına qaytarılsın, hadisə yerindən götürülmüş 01 ədəd bıçaq və 06 ədəd çubuqlu pambıq tamponlarda götürülən qanabənzər nümunələr isə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İbtidai istintaqda Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X5 təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 13 saylı vəkil bürosunun hesabına 180 manat miqdarında pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X3 təqsirləndirilən şəxsə göstərilmiş 18 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 108 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-904/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-904/2020
13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver