Məhkəmə qərarları › İş №1(101)-904/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-904/2021

17.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-904/2021 17.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi –“LCG” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxx 1981-ci ildə Şəmkir rayonu, Şiştəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, evli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-nin faktiki rəhbəri, Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş X13 Cinayət Məcəlləsinin 178.3.2, 32.4,308.2 və 32.4,313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X18 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxsi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə və vahid şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edib vəzifə saxtakarlığı törətməyə təhrik etmişdir; belə ki, o, 26 oktyabr 2005-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən ********** VÖEN ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin 2015-ci ildən faktiki rəhbəri və qeyri-rəsmi sahibi olarkən həmin Cəmiyyət tərəfindən ünvan 1 ünvanında inşa edilən on altı mərtəbəli iki girişli yaşayış binasının ikinci girişinin birinci mərtəbəsində yerləşən 528 kvadrat metr olan qeyri-yaşayış sahəsini cinayətdən xəbərsiz olan "xxxx" MMC-nin direktoru Şahid2 verdiyi göstəriş əsasında sonuncunun tərtib etdiyi 07 oktyabr 2015-ci il tarixli 2 nömrəli müqavilə ilə 783.000 (yeddi yüz səksən üç min) manat müqabilində Zərərçəkmiş şəxs1 satmasına baxmayaraq, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə qeyd olunan qeyri-yaşayış sahəsini 2017-ci ilin iyun ayının sonlarında Şahid1 və X8 təqdim edərək, heç kimə satılmadığını və 350.000 (üç yüz əlli min) manat pul müqabilində həmin əmlak üzərində mülkiyyət hüququnu əldə edə biləcəklərinə onları aldatmaqla inandırıb, yaranmış inam və etibarından istifadə etməklə 1 avqust 2017-ci il tarixdə ünvan 1 ünvanında yerləşən ofisində Şahid1 ilkin olaraq X8 məxsus 150.000 (yüz əlli min) manat məbləğində pul vəsaitini almaqla ələ keçirib, cinayətkar niyyətini davam etdirərək, həmin tarixdə eyni ünvanda MMC-nin mühasibi işləməklə öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş X2 ələ alıb sövdələşməklə vermiş olduğu göstəriş əsasında vəzifəli şəxs qismində sonuncu tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etməsi məqsədi ilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edilməklə rəsmi sənəd olan 01.08.2017-ci il tarixli 3 nömrəli müqavilə tərtib edilib həmin müqavilənin məzmununa şəxsi niyyətlə ünvan 1 ünvanında yerləşən 528 kvadrat metr qeyri-yaşayış sahəsinin Ramiz Məmmədova 450.000 (dörd yüz əlli min) manata satılması haqqında, eləcə də rəsmi sənəd olan 01 avqust 2017-ci il tarixli orderlə 140.000 manat, 09 avqust 2017-ci il tarixli orderlə 110.000 manat və 17 avqust 2017-ci il tarixli orderlə isə 200.000 manat ödənilməsi barədə orderlər tərtib edilib məzmununa 450.000 manat pulun Ramiz Məmmədov tərəfindən kassaya mədaxil edilməsi haqqında bilə-bilə yalan məlumatlar daxil edilərək həmin rəsmi sənədlər imzalanıb, MMC-nin içərisində "xxxx" MMC yazılmış möhürü ilə təsdiq edilməsinə naii olub, qalan 200.000 (iki yüz min) manat pul vəsaitini isə 2017-ci ilin avqust ayının 17-də MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində X4 alaraq, Ramiz Məmmədova məxsus ümumilikdə 350.000 (üç yüz əlli min) manat məbləğində pul vəsaitini ələ keçirib ona vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Nigar Bəndəliyevanı göstərilən əməlləri nəticəsində Zərərçəkmiş şəxs1 öz əmlakına sahib olmaq və ondan istədiyi kimi istifadə etməklə bağlı hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə və vəzifə saxtakarlığı törətməyə təhrik etmişdir. X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4,308.2 və 32.4,313cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilir: Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs X18 məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4,308.2 və 32.4,313-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, "xxxx" MMC uzun müddətdir ki, təsis olunmuş, sonrada həmin MMC-ni almış, təsisçi kimi tanışı Famil Kazımov və Şahid2 olmuşlar. Şahid2 MMC- nin direktoru təyin edilmişdir. MMC tərəfindən 2014-cu ildə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2389-cu məhəllədə bina tikintisi başlanılmış, 2017-ci ildə isə bina tam tikilməklə təhvil verilmişdir. Həmin binada Zaur İmamverdiyevində onunla şərikliyi olmuşdur. 2015-ci ildə tanışı bina tikintisi ilə məşğul olan Seymur İsayev ona 2015-ci ilin sentyabr-oktyabr aylarında Zərərçəkmiş şəxs1 külli miqdarda pul borcu olduğunu bildirib, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2389-cu məhəllədə, iki girişli hündürmərtəbəli yaşayış binasının ikinci blokunun birinci mərtəbəsində yerləşən 522 m2 sahəsi olan qeyri-yaşayış sahəsini 780 min manat müqabilində Fikrətə satılması barədə müqavilə tərtib etdirməyini və sonradan öz aralarında pul məsələsini digər şərikli gördüyü işlərdə razılaşdıracağını bildirmişdir. Həmin ərəfələrdə onun Seymurla münasibəti yaxşı olduğuna və şərikli işləri davam etdiyinə görə razılaşıb Famil Kazımova iki nüsxədə alqı-satqı müqaviləsi tərtib etdirib, direktor Dövlət ittihamçısı imzalatdıqdan sonra müqavilələrin hər iki nüsxəsini, o cümlədən ödəmə qəbzi və maliyyə arayışını Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsində yerləşən ofisdə Seymur İsayevə vermişdir. Lakin növbəti günlərdə Seymur ona Fikrətin həmin obyekti bəyənmədiyini və razılaşmadığı üçün müqaviləni imzalamadığını, müqavilənin də ofisdə olduğunu və vaxt etdikdə ona qaytaracağını bildirmişdir. Bundan sonra Seymur hər dəfə ona müxtəlif bəhanələr bildirərək müqaviləni geri qaytarmaqdan imtina etmişdir. Daha sonra isə Seymur ilə münasibətləri maliyyə məsələləri səbəbindən pozulduqda Seymur bir müddət Türkiyə Respublikasında yaşamış, əlaqəsi olmadığına görə müqavilənin əslini ondan ala bilməmişdir. Həmçinin, Seymurun ona Fikrətin obyekti bəyənmədiyi üçün müqaviləni imzalamadığını deməsinə əsasən həmin obyekti 2017-ci il tarixdə Zərərçəkmiş şəxs2 350.000 və ya 370.000 manata satmış, səhvən müqavilə də məbləğ 450.000 manat göstərilmişdir. Ramizdən də obyektin pulunu tam şəkildə almışdır. Zərərçəkmiş şəxs1 alqısatqı prosesindən xeyli vaxt əvvəl şərikli iş gördüyü şəxslərdən olan Seymur İsayevin yanında tanışı kimi bir neçə dəfə görmüş, yaxın münasibəti, əlaqəsi olmamış, adına müqavilə yazılmasında iştirak etməmiş, həmçinin ona da obyektlə bağlı pul və sair nemət verməmişdir. Seymura inandığından Fikrətin adına müqavilə verilməsinə göstəriş vermişdir. Həmçinin Seymur da ona Fikrətin obyekti bəyənmədiyini ona görə də müqaviləyə imza etmədiyini deyən zaman, o da müqaviləni qaytarmasını tələb etmiş, lakin sonuncu müqaviləni qaytarmamışdır. Zərərçəkmiş şəxs1 yalan ifadə verir, sonuncudan obyektlə bağlı pul almamışdır. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, 2015-ci ildə Bakı şəhəri, Nizami rayonu B.Nuriyev küçəsində olarkən yeni tikili binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin boş olduğunu görərək, həmin obyektlə bağlı maraqlanmaq qərarına gəlmişdir. Özü də tikinti sahəsi ilə məşğul olduğundan şərikiilik münasibətləri olan Seymur İsayev ilə əlaqə saxlamışdır. Seymurdan həmin binanın kim tərəfindən tikilməsini soruşduğu zaman, sonuncu həmin binanı "xxxx" MMC-nin tikdiyini, cəmiyyətin sahibinində hər ikisinin tanıdıqları Veys Xəlilov olduğunu demişdir. Bu zaman o, həmin obyekti almaq istədiyindən, Seymura Veyslə danışmasını xahiş etmişdir. Seymur da Veyslə şərikli işlərinin olmasını deyərək, maraqlanmaqla məlumat verəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra Seymur ona zəng edərək Veyslə danışdığını, odur ki, günortadan sonra Veysin həmin binada olacağını, gedib obyektə baxa biləcəyini demişdir. O da Seymurun dediyi kimi həmin binanın yanına getmiş və həqiqətən də Veysin orada olduğunu görmüşdür. Veyslə bir-birilərini tanıdıqlarından, obyektə baxış keçirmiş və ofisə keçərək Veys ilə qiymət barədə söhbətini davam etdirmişdirlər. Ofisləri binanın qarşısında yerləşən 2 ya 3 mərtəbələri köhnə tikilinin 2-ci mərtəbəsində yerləşmişdir. Otaqda onunla Veysdən başqa heç kim olmamışdır. Son nəticə olaraq Veys ona həmin obyektin hər 1 kvadrat metrinin dəyrinin 1.500 manat təşkil etdiyini, obyektin ümumi sahəsinin 522 m2 ümumi dəyərinin isə 783.000 manat olduğunu bildirmişdir. Razılaşdıqdan sonra o, bir neçə günə gələrək pulu verəcəyini demişdir. Həqiqətən də bir neçə gün sonra 783.000 manatı götürərək 07.10.2015-ci il tarixdə "xxxx" MMC-nin ofisinə getmiş, orada olarkən 783.000 manatı şəxsən Veysə vermişdir; 700.000 manat hər biri 100.000 manatdan ibarət olmaqla 7 bağlı, yəni germetik selofan bağlamada, 83.000 manat isə hər biri 100 manatlıq əskinazlardan ibarət olmuşdur. Veys 7 ədəd 100 manat əskinazlardan olan bağlı selofanın içində hər biri 100.000 manat olan pulu götürmüş, onların hər biri bağlı vəziyyətdə olduğundan saymamış, lakin 83.000 manatı sayaraq ondan təhvil almışdır. Həmin vaxt orada Veysdən və ondan başqa kimsə olmamışdır. Müqavilə də hazır şəkildə Veysdə olduğundan sonuncu ona müqaviləni, pulu tam ödəməyi ilə əlaqədar maliyyə arayışı və qəbzi verməklə xeyirli olmasını demişdir. Bundan sonra, o, müqaviləni götürərək Veyslə sağollaşaraq oradan uzaqlaşmışdır. Obyekti almaqda məqsədi təmir işləri apararaq kirayə verib gəlir əldə etmək olmuşdur. Bundan sonra həmin obyektdə təmir işləri ilə məşğul olmaq istəsə də, şəxsi biznes fəaliyyətinə başı qarışdığından həmin obyektdə təmir işləri apara bilməmişdir. Həmçinin, 2016-2017-ci illərdə dəqiq xatırlamır, birgə biznes fəaliyyəti olan Seymur İsayevin Bakı şəhəri, İnqilab kimi adlandırılan yerdə yerləşən ofisində olarkən orada yenidən Veysi görmüş, sonuncu ilə salamlaşaraq normal səpkidə söhbətləri olmuşdur. 2020-ci ilin əvvəllərində o həmin obyektdə təmir işlərinə başlamaq qərarına gəlmiş və obyektə gedərkən ona məxsus olan obyektlərin təmir olunaraq kirayəyə verildiyini, başqa şəxslərin işlədiyini görmüşdür. Bu zaman həmin obyektlərə yaxınlaşaraq orada adını bilmədiyi şəxslərdən buranın kimə məxsus olduğunu soruşarkən, obyektin başqa şəxsə məxsus olduğu ona deyilmişdir. Bu zaman Veysə zəng etsə də, sonuncuya zəng çatmamışdır. Bundan sonra, Seymura zəng edərək vəziyyəti izah etdiyindən, sonuncu Veysi taparaq danışacağını demişdir. Bir müddət sonra isə Seymur onunla əlaqə saxlayaraq Veysi tapa bilmədiyini, odur ki, yenə də maraqlanacağını dediyi zaman o, Veyslə bağlı şikayət edəcəyini demişdir. Seymur da ona şikayət etməyini bildirmişdir. Həmçinin, həmin ərəfələrdə o, müəyyən etmişdir ki, ona 2015-ci ildə satılmış obyekt 2017ci ildə sonradan başqa şəxsə satılmışdır. O, obyekti binanın qeyri-rəsmi sahibi olan Veys Xəlilovdan nağd şəkildə pulunu verməklə almışdır. Həmin vaxt bina üzrə "xxxx" MMC-nin direktoru Şahid2 olmuşdur. Lakin Veys müqaviləni ona verərkən direktor əvvəlcədən imzalamaqla möhürləmişdi. Həmçinin, müqavilə ona verilərkən Etmir orada olmamışdır. 2017-ci ildə həmin obyekt satılarkən MMC-nin direktoru başqa şəxs olmuşdur. O həmçinin ifadəsində əlavə olaraq bildirmişdir ki, 2015-ci ildən şəxsi işləri ilə əlaqədar davamlı olaraq ölkə xaricində olmuş, Veys Xəlilovu da qismən tanıdığından, ortada da Seymur olduğundan sonuncunun onu aldadacağını düşünməmişdir. 07.10.2015-ci il tarixli müqavilə, ödəniş qəbzi və maliyyə arayışında soyadı qarşısındakı imzalar ona məxsusdur; eyni zamanda göstərmişdir ki, təqsirləndirilən şəxs X18 tərəfindən ona vurulmuş ziyan tam ödənilmiş, Veys Xəlilovla barışmış, Veys Xəlilova qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifdə verərək göstərmişdir ki, 1998-ci ildən hazırkı vaxtadək mətbəx avandanlıqlarının topdan satışı, hazırlanması və sair hallardan ibarət sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 2013-cü ildə tikinti sahəsi ilə məşğul olan əslən Ermənistandan olan Tahir adlı şəxs ondan restoran tikməsi ilə əlaqədar mətbəx avadanlığı nisyə götürmüşdür. Həmin avadanlıqların ümumi dəyəri 400.000 manata yaxın olmuşdur. Tahir həmin avadanlıqların pulunu qısa müddətə verəcəyini desə də, müəyyən vaxt keçməsinə baxmayaraq, həmin pulun bir qismini qaytarmamışdır. Bundan sonra, o, Tahirlə davamlı əlaqə saxlayaraq pulunu tələb etdiyi zaman sonuncu ona həmin pulun əvəzinə obyekt verə biləcəyini demişdir. Tahirin ondan götürmüş olduğu mal materiallara görə 150.000 manata yaxın borcu qalmış və sonuncu ona həmin borcun əvəzinə onun tərəfindən əlavə pul ödənilməklə qeyri-yaşayış sahəsini təklif etmişdir. O da həmin 150.000 manatı Tahirdən almaqda çətinlik çəkdiyindən, həmin borc da uzun müddətdir ki, Tahir tərəfindən qaytarılmadığından pulunu itirməmək üçün obyektə baxmağa razılıq vermişdir. Bundan sonra həmin Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2389-cu məhəllədə inşa edilən iki blokfu on altı mərtəbəli binanın birinci mərtəbəsində olan 528 m2 ölçüdə olan obyektə baxmışdır. Obyektin dəyərinin 350-400 min manatdan yuxarı olduğunu, onun isə həmin obyekt üzrə 200.000 manat, 150.000 manatda özünün verəcəyini Tahir ona demişdir. Bu zaman o, Tahirə həmin 150.000 manat borcu üzrə özünə qaytarmasını desə də, Tahir ona həmin binanın sahibi Veys ilə münasibətinin olduğunu, özlərinin həmin 150.000 manatı aralarında həll edəcəklərini demişdir. O da Tahirin bu sözündən sonra razılaşmış və 200.000 manatı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2389-cu məhəllədə inşa edilən iki bloklu on altı mərtəbəli binanın ofisində Veysə vermiş və adına həmin obyektlə bağlı müqavilə, maliyyə arayışı, həmçinin orderlər verilmişdir. Bundan sonra isə o həmin obyekti başqa şəxsə satmışdır. İlkin ifadəsində vaxt keçdiyindən obyektin ölçüsünü səhvən 522 m2 bildirmiş, faktiki ölçüsü 528 m2 olmuşdur. Həmçinin ona sonradan məlum olmuşdur ki, Tahir həqiqətən də həmin obyektlə bağlı 150.000 manatı Veys Xəlilova vermişdir; eyni zamanda göstərmişdir ki, təqsirləndirilən şəxs X18 tərəfindən ona vurulmuş ziyan tam ödənilmiş, Veys Xəlilovla barışmış, Veys Xəlilova qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, X9 “Azərtürk” şirkətinin direktoru olmaqla mətbəx və məişət avadanlıqlarının satılması ilə məşğul olmuşdur. 2013-cü ildə şadlıq evi ilə əlaqədar Ramizdən nisyə 400.000 manata yaxın mətbəx avadanlıqları almışdır. Razılığı əsasında həmin pulu qısa müddətə qaytarmalı olmuşdur. Lakin işlərində problem olduğundan həmin pulu tamlıqla qaytara bilməmiş, təxminən 147.000 manat Ramizə borcu qalmışdır. Bundan sonra 2017-ci ildə Ramiz ondan pulunu tələb etdiyindən, aralarında müəyyən narazıçılıqlar yaranmağa başlamışdır. Həmin ərəfələrdə isə Famil kimi tanıdığı Veys Xəlilovla Bakı şəhəri, 20 Yanvar dairəsinin yaxınlığında bina tikintisi ilə məşğul olmalı olmuşdur. Veysin də əlində pul olmadığından Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2389-cu məhəlləsində tikmiş olduğu binada yerləşən qeyri-yaşayış sahəsini satmaq istədiyini, əldə edəcəyi gəlirlə də tikəcəkləri binanın torpağını və müəyyən ilkin avadanlıqlarını alacağını demişdir. O da Veyslə şərik olduğundan həmin obyektin satılmasında köməklik edəcəyini demişdir. Bu zaman Ramiz ilə görüşərək qalan borcunun əvəzinə ona həmin obyekti təklif etmişdir. Obyektin dəyərinin 350.000 manat olduğunu, odur ki, 200.000 manat əlavə ödəniş etdiyi halda həmin obyekti onun adına sənədləşdirə biləcəyini demişdir. Obyektin dəyərinin isə 350.000-370.000 manat olmasını əvvəlcədən Veys ona bildirmişdir. Bu proseslər 2017-ci ilin avqust ayında baş vermişdir. Bundan sonra Ramiz əsas rəhbərləri Bəşir ilə razılaşmış və obyektə baxış keçirdikdən sonra almaq istədiklərini bildirmişdir. Razılaşma əldə edildikdən sonra o, Veysə obyektə müştəri tapdığını, ilkin olaraq 200.000 manat verəcəklərini və sənədləşmə aparılacağını, qalan 150.000 manatı da o, 2-3 gün müddətinə verəcəyini demiş, sonuncu ilə tikinti işləri görəcəklərindən razılaşmışdırlar. 01.08.2017-ci il tarixdə Ramiz ilə Veysə aid olan "xxxx" MMC-nin Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2389-cu məhəlləsinə gəlmiş, orada Ramiz ona ilk olaraq 200.000 manatı vermişdir. O da MMC-nin ofisində həmin 200.000 manatı Veysə vermişdir. Bundan sonra, elə həmin gün Veysin göstərişi ilə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2389-cu məhəlləsində 528 m2 ölçüdə olan qeyri-yaşayış sahəsi ilə əlaqədar Ramiz Məmmədovun adına müqavilə, maliyyə arayışı və qəbz verilmişdir. Bir neçə gün sonra isə qalan 150.000 manatı yenə də ofisdə Veysə vermiş və ona heç bir məbləğdə borc qalmamışdır. Həmin pulu Ramizə borcunun əvəzinə verməməyi, sonradan Veysə verməyinin səbəbini sonuncu ilə Bakı şəhəri, 20 Yanvar dairəsinin yaxınlığında bina tikintisi ilə məşğul olacaqlarından Veysdə müəyyən məbləğdə pulun formalaşması olmuşdur. Bundan sonra da onun nə Ramizə, nə də ki Veysə borcu qalmamış, qeyd etdiyi kimi obyektlə əlaqədar 350.000 manatı nağd şəkildə Veysə vermişdir. 01.08.2017-ci il tarixli müqavilə tərtib edilərkən texniki səhv olmuş və məbləğ 450.000 manat kimi göstərilmişdir. Həmin obyektə bağlı Veysə 350.000 manat tərəfindən verilmişdir. Həmçinin, şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, 2015-ci ilin oktyabr ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs1 ona zəng edərək Bakı şəhəri, Nizami rayonu ərazisində olarkən sonradan "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2389-cu məhəllədə inşa edilən iki bioklu on altı mərtəbəli yaşayış binasının ikinci blokunun birinci mərtəbəsində yerləşən ümumi sahəsi 522 m2 olan qeyri-yaşayış sahəsini görüb bəyəndiyini, sahibi ilə maraqlandıqda həmin obyektin “Famil” adı ilə çağırdıqları Veys Xəlilova məxsus olduğunu bildirmiş və onunda tanışı olduğunu bildikdən sonra aralarında alış-verişdə vasitəçilik etməyini xahiş etmişdir. O bir neçə gün sonra Veyslə danışmış və sonuncu ona tikinti sahəsində olacağını dediyindən, Veyslə görüşməsi üçün Fikrətə həmin vaxt tikinti sahəsində olması barədə məlumat vermişdir. X12 həmin obyekti 783.000 manat müqabilində satın aldığını öyrənmişdir. Lakin 2020-ci ilin əvvəllərində Veysin həmin obyekti Fikrətdən xəbərsiz başqa şəxsə satdığını da sonuncudan öyrənmişdir. Tikintinin yekunlaşmasını gözləyən Zərərçəkmiş şəxs1 bir müddət öz sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna və təmir işlərinə başlaya bilmədiyinə görə Veys Xəlilov da bundan istifadə edərək həmin obyekti başqa şəxslərə satmış, lakin Fikrət növbəti dəfə MMC-yə müraciət edərək təmir işlərini başlamağa çalışanda həmin qeyri-yaşayış sahəsinin ayrı şəxsə satıldığını öyrənmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Veys Xəlilovu uzun müddətdir ki, tanıyır. 2014- cü ildə Veys ona Bakı şəhəri Nizami rayonunda bina tikməyə başlayacağını, ona inanaraq etibar etdiyindən "xxxx" MMC-yə təsisçilərdən birinin onun tanınmağını, həmçinin binanın tikintisinə nəzarət etməyi ilə əlaqədar həmçinin MMC-nin direktoru təyin olunmağını təklif etmişdir. Həmin tikinti üzrə Veys ilə birlikdə Azar, Zaur, Vaqif şərikli olmuşdurlar. Çünki bina ilə bağlı ümumi söhbətləri birlikdə aparmışdırlar. Veysin təklifi onu qane etdiyindən razılaşmış və "xxxx" MMC-nin təsisçilərindən biri o, digəri isə Famil Kazımov olmuşdur. Sonradan Veysin deməsinə əsasən o həmin MMC-nin direktoru təyin edilmişdir. Bundan sonra, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2389-cu məhəllədə hündür mərtəbəli binanın tikintisinə başlanılmışdır. Onun əsas işi binanın tikintisinə ümumi nəzarətin həyata keçirilməsindən, həmçinin Veysin və digər şəriklərin razılıqları və göstərişləri ilə satılmış mənzil və ya qeyriyaşayış sahələrinin sənədləşdirilməsindən ibarət olmuşdur. Ondan əlavə həmin MMC-də mühasib kimi Nigar xanım işləmiş, əsasən satılmış əmlakların müqavilələrini o, hazırlamaqla imzalanması üçün ona təqdim etmişdir. 2015-ci ilin oktyabr ayında Veys ona zəng edərək təsisçi olan Famil Kazımovun şəxsiyyət vəsiqəsini gətirəcəyini, həmin şəxsin adına binada 522 m2 ölçüdə qeyri yaşayış sahəsi ilə əlaqədar müqavilə yazmaqla Familə verməyini demişdir. Həmçinin həmin obyekt Veysin payına düşdüyündən ödənişlə bağlı ona heç bir məlumat verməməklə özünün həll edəcəyini demişdir. Bundan sonra o, Famil Kazımovun gətirmiş olduğu şəxsiyyət vəsiqəsində adı olan Zərərçəkmiş şəxs1 adına müqavilə yazılması barədə Nigara göstəriş vermişdir. Nigar həmin müqaviləni yazaraq ona vermiş, o da heç bir imza və ya möhür vurmadan ilkin olaraq alıcı tərəfindən imzalanması üçün Familə qaytarmışdır. Famil də həmin günün səhəri müqaviləni imzalatdırmaqla ona təqdim etmişdir. O da sonradan müqaviləni imzalamış və MMC-nin möhürü ilə təsdiq etmişdir. Müqavilənin bir nüxsəsini mühasibatlığa təqdim etməklə, digər nüxsəsini yenidən Familə aparması üçün vermişdir. Həmin müqavilə üzrə də qeyri-yaşayış obyektinin satılması barədə MMC-nin kitabında Nigar tərəfindən qeydiyyat aparılmışdır. Müqavilə imzalanarkən Fikrət orada olmamış, Famil sənədləri aparıb gətirmişdir. 2016-cı ilin sonunda binanın təmir prosesi yekunlaşmış və onun da həmin bina üzrə işi qurtardığından öz ərizəsi ilə işdən çıxmışdır. İşdən çıxdıqdan sonra isə yeni təyin olunmuş direktor Rasim ilə onun arasında təhvil-təslim işləri aparılmış, lakin akt tərtib edilib-edilməməsini hazırda xatırlamır. Bundan sonrakı proseslərdə o iştirak etməmiş, sonradan eşitmişdir ki, Fikrətin adına yazılmış 522 m2 ölçüdə olan qeyri-yaşayış sahəsi 2017-ci ildə başqa şəxsə satılmışdır. Sənədləşmələri əsasən mühasib Nigar həyata keçirmiş, o da ki, Veysin razılığı ilə bunu etmişdir. Həmin binada heç kim Veysin razılığı olmadan hər hansi bir mənzil və ya qeyri-yaşayış sahəsi sata və ya hər hansı proseslər edə bilməzdi. O da direktor kimi Veysin razılığı ilə Nigar tərəfindən tərtib edilmiş sənədləri, yenə də Veysin deməsinə əsasən imzası ilə təsdiq etmişdir. Seymurun Veysə müqavilə yazılmasını deməsindən onun məlumatı olmamış, Veysin özü ona şəxsiyyət vəsiqəsi göndərməklə Fikrətin adına müqaviləni yazmağını demişdir. MMC-nin direktor olsa da, əsasən tikintiyə nəzarət etdiyindən, binanın içində düzəldilmiş otaqda oturmuşdur. Fikrətin binaya gəlməsindən, həmin qeyri-yaşayış sahəsinə baxmasından, həmçinin Veysə ofisdə manat pul verməsindən məlumatı yoxdur. Çünki bu proseslər ona aid olmadığından iştirak etməmiş, görməmişdir. Direktor olsa da, aylıq 800 manat əmək haqqını almaqla işini görmüşdür. Satılmış mənzillər və ya qeyri- yaşayış sahələri üzrə ödənişlər əsasən Nigarın seyfində qalmış, ona aid olmamışdır. Məhkəmə zamanı şahid qisminə dinidirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, Veys Xəlilovla həmkəndlidir və uzaq qohumluqları da vardır. 2015-ci ildə Veysə işsiz olduğundan iş tapmasını xahiş etmişdir. Veys də onun ailə vəziyyətinin aşağı olduğunu görərək rəhbərlik etdiyi “Kolizey Palas" MMC-nin Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2389-cu məhəlləsində tikinti işlərini apardığı binada nəzarətçi kimi onu işə qəbul etmişdir. İşi işçilərin işə gəlmə vaxtlarına nəzarətdən və mal materialların mühafizəsindən ibarət olmuşdur. Həmin vaxt MMC qeyri-rəsmi olaraq Veys Xəlilovun olsa da, cəmiyyətin direktoru Şahid2 olmuşdur. 2017-ci ildə Şahid2 direktor vəzifəsindən çıxdıqdan sonra Veys onu direktor kimi təyin edəcəyini deməklə 11.04.2017- ci ildə təsisçi qərarı MMC-nin direktoru təyin olunmuşdur. Direktor təyin olunması formal xarakterli olmuş və direktor olmağına baxmayaraq, yenə də binanın mühafizəsi ilə məşğul olmuşdur. Direktor olduğundan ancaq Veysin deməsinə -əsasən mənzillər və obyektlər üzrə sənədlərə müqavilələrə və müəyyən sənədlərə imza etmişdir. Möhür ümumiyyətlə onda olmamışdır. 2017-ci ilin əvvəlində isə bina istismara buraxılmışdır. Hazır olan müqavilələri oxumadan, dəqiqləşdirmədən Veysin deməsinə əsasən imza etmişdir. Həmin Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2389-cu məhəlləsində yerləşən 528 m2 sahənin onun direktor olduğu müddətdə Zərərçəkmiş şəxs2 2017-ci ilin avqust ayının 1-də satılmasından məlumatı olmamış, bunun da səbəbi təqdim olunmuş sənədləri oxumadan imza etməyi olmuşdur. Lakin bir neçə ay sonra həmin qeyri-yaşayış sahəsi Zərərçəkmiş şəxs2 tərəfindən İdman Əşrəfov adlı başqa tanımadığı şəxsə satılmış və sənədləşmə prosesində MMC-nin ofisində Ramizin alqı-satqı müqaviləsi, maliyyə arayışı və ödəniş qəbzi, o cümlədən notariat qaydada təsdiq edilmiş hüquqdan imtina ərizəsi götürülmüş və eyni qaydada sənədləşmə İdman Əşrəfovla aparılmış, sonuncu da həmin sahəni təmir edərək ictimai iaşə obyektlərinə icarəyə vermişdir. Həmin qeyri-yaşayış sahəsinin 2015-ci ildə Şahid2 direktor olduğu müddətdə Zərərçəkmiş şəxs1 satılmasından məlumatı olmamış, həmin satışla əlaqədar hər hansı qeyd olmasını həmin vaxt qeydiyyat kitabçaları ona təqdim edilmədiyindən görməmişdir. O ancaq Veys deməsinə əsasən, mühasib Bəndəliyeva Nigarın tərtib etdiyi müqavilələri imzası ilə təsdiq etmişdir. Həmin obyektin də ilkin olaraq Fikrətə satılmasından məlumatı olmamışdır. Həmin obyekt Ramizdən İdmana satılarkən də Nigar ona həmin yer üzrə Ramizin adına müqavilə olmasını xatırlatmışdır. Nigar Bəndəliyeva 2019-cu ilin fevral ayında uzun müddətli xərçəng xəstəliyindən vəfat etmişdir. MMC- də sənədləşmələri əsasən mühasib Nigar həyata keçirmiş, o da ki, Veysin razılığı ilə bunu etmişdir. Həmin binada heç kim Veysin razılığı olmadan hər hansı bir mənzil və ya qeyri-yaşayış sahəsi sata və ya hər hansı proseslər edə bilməzdi. Direktor kimi Veysin razılığı ilə Nigar tərəfindən tərtib edilmiş sənədləri, yenə də Veysin deməsinə əsasən imzası ilə təsdiq etmişdir. Həmin ərəfələrdə də möhür onda olmamış, əsasən Veysin özündə, özü isə kənarda olduğu zamanlarda Nigarda olmuşdur. O, həmçinin əlavə ifadəsində göstərmişdir ki, 01.08.2017-ci il tarixdə X6 adına verilmiş müqavilədə, maliyyə arayışında və qəbzdə soyadı qarşısında olan imzanın ona məxsus olubolmaması onda şübhə yaratmışdır. Çünki həmin müqaviləni, əlavə edilmiş sənədləri imza etməyini xatırlamır. Möhür də həmin ərəfələrdə mühasib Nigarda və ya Veysin özündə olmuşdur. Həmin sənədləri onun əvəzinə Veysin göstərişi ilə Nigar imza etmişdir. İşdə olan məhkəmə-xətşünaslıq ekspertizası üzrə 23 sentyabr 2020-ci il tarixli 4/731 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" MMC ilə Zərərçəkmiş şəxs1 arasında bağlanılmış 2 nömrəli 7 oktyabr 2015-ci il tarixli müqavilədə “Podratçı” qrafasındakı imza; Zərərçəkmiş şəxs1 adına olan 2 nömrəli 7 oktyabr 2015-ci il tarixli maliyyə arayışında “Dövlət ittihamçısı” sözünün önündəki imza; Zərərçəkmiş şəxs1 adına olan 546 nömrəli 7 oktyabr 2015-ci il tarixli kassa mədaxil orderinin qəbzində “Rəhbər” qrafasındakı imza - Şahid2 tərəfindən icra olunmuşdur; həmçinin, Azərbaycan Respublikasi Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzindən daxil olmuş 17.01.2020-ci il tarixli, 4/159 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, 01 avqust 2017-ci il tarixli 3 nömrəli müqavilənin kserosurətində “X22!as”MMC qrafasında “Şahid3” soyadından əvvəl yerləşən imza, 17 avqust 2017-ci il tarixli 3 nömrəli maliyyə arayışının kserosurətində "xxxx" MMC-nin direktoru qrafasındakı imza, 01 avqust 2017-ci ii tarixli kassa mədaxil orderinin qəbzinin kserosurətində “kassaya mədaxil edilmişdir” yazıları qarşısındakı, 09 avqust 2017-ci il tarixli kassa mədaxil orderinin qəbzinin kserosurətində “Baş mühasib” qrafasındakı imzalar və 17 avqust 2017-ci il tarixli kassa mədaxil orderinin qəbzində “Baş mühasib” qrafasındakı imza - Şahid3 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur (2-ci cild iş vərəqi 55-58). İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Nizami RPİ-dən daxil olmuş 06 noyabr 2020-ci il tarixli məktuba əlavə edilmiş tələbnamədən görünür ki, X18 23 may 2018-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsi ilə cəlb olunmuş, 23 may 2018-ci il tarixdə isə həmin cinayət işi Azərbaycan Respublikası CPM-in 39.1.11-ci maddəsinə əsasən xitam olunmuşdur (1-ci cild iş vərəqi 146). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 23 fevral 2021-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC ilə Zərərçəkmiş şəxs1 arasında bağlanılmış 2 nömrəli 7 oktyabr 2015-ci il tarixli müqavilə, 2 nömrəli 7 oktyabr 2015-ci il tarixli maliyyə arayışı, 546 nömrəli 7 oktyabr 2015-ci il tarixli kassa mədaxil orderi, "xxxx" MMC ilə X9 arasında bağlanılmış 01 avqust 2017-ci il tarixli 3 nömrəli müqavilənin kserosurəti, 17 avqust 2017-ci il tarixli 3 nömrəli maliyyə arayışının kserosurəti, 01 avqust 2017-ci il tarixli kassa mədaxil orderinin qəbzinin kserosurəti, 09 avqust 2017-ci il tarixli kassa mədaxil orderinin qəbzinin kserosurəti və 17 avqust 2017-ci il tarixli kassa mədaxil orderinin qəbzi maddi sübut kimi tanınmışdır (2-ci cild iş vərəqi 110-124). İşdə olan 23 fevral 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş X1 hüquqi varisi X16 23.02.2021-ci il tarixdə ərizə ilə istintaq orqanına müraciət edərək hüquqi varisi olduğu X1 əməllərində Azərbaycan Respublikası CM-in 308.2 və 313-cü maddələrinin tərkib əlamətləri olsa da Nigar Bəndəliyeva cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyünə görə bəraətverici əsas olmadan onun barəsində işin icraatına hissəvi xitam verilməsinə etiraz etmədiyini bildirdiyindən, 23.02.2021-ci il tarixdə X1 barəsində işin icraatına Azərbaycan Respublikası CPM-in 39.1.5-ci maddəsinə əsasən hissəvi xitam verilmişdir (2-ci cild, iş vərəqi 101-102 və 125- 127). İşdə olan X3 23 fevral 2021-ci il tarixli ərizəsindən görünür ki, Veys Xəlilovdan almış olduğu obyekti sataraq pulunu əldə etdiyindən Veys Xəlilovdan şikayəti və ya tələbi yoxdur (2-ci cild iş vərəqi 109). İşdə olan Zərərçəkmiş şəxs1 Bakı şəhəri, 38 saylı notariat kontorunda təsdiq edilmiş 01 fevral 2021-ci il tarixli ərizəsindən görünür ki, Veys Xəlilov tərəfindən ona vurulmuş ziyan tam ödənilmiş, ona qarşı heç bir şikayəti və tələbi yoxdur (2-ci cild iş vərəqi 30). İşdə olan qətimkan tədbiri seçilməsi haqqında 22 fevral 2021-ci il tarixli qərardan görünür ki, X13 barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (2-ci cild iş vərəqi 89-90) İşdə olan cinayət təqibinə xitam verilməsi haqqında 23 fevral 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş X1 hüquqi varisi X16 23 fevral 2021-ci il tarixdə ərizə ilə istintaq orqanına müraciət edərək hüquqi varisi olduğu X1 əməllərində Azərbaycan Respublikası CM-in 308.2 və 313-cü maddələrinin tərkib əlamətləri olsa da Nigar Bəndəliyeva cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyünə görə bəraətverici əsas olmadan onun barəsində işin icraatına hissəvi xitam verilməsinə etiraz etmədiyini bildirdiyindən, 23 fevral 2021-ci il tarixdə X1 barəsində işin icraatına Azərbaycan Respublikası CPM-in 39.1.5-ci maddəsinə əsasən hissəvi xitam verilmişdir (2-ci cild iş vərəqi 125-127). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, ekspert rəylərinə, iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən təqsirləndirilən şəxs Veys Xəlilovun aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etməsi, vəzifəli şəxsi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə və vahid şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edib vəzifə saxtakarlığı törətməyə təhrik etməsi təsdiqini tapmışdır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Veys Xəlilovun ibtidai istintaq və məhkəmə zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X13 törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 178.3.2, 32.4,308.2 və 32.4,313-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinin sankisyasında beş ildən on ilədək azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 313-cü maddəsinin sanksiyasında min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına, həmin Məcəllənin 308.2-ci maddəsi az ağır cinayətlər kateqoriyasına, həmin Məcəllənin 313-cü maddəsi böyük təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə həmin Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respubilkası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndinə əsasən həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun, dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir, bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Həmin Qərarının 2-ci bəndinə əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür; dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Qeyd olunan qərarın 3-cü bəndinə görə, dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər.Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsini Veys Xəlilovun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Veys Xəlilovun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X13 təqsirləndirildiy 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Veys Xəlilova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməməlidir. Belə ki, təqsirləndirilən şəxs X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini 2017-ci ildə törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1 və 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: Göründüyü kimi təqsirləndirilən şəxs X15 yuxarıda qeyd olunan epizod üzrə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən olunmuş, 2 (iki) il olmaqla cinayət məsuliyyətinə cəlb edilmə müdddəti artıq keçmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Lakin cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən belə bir qərarın qəbul edilməsinə razılıqla əlaqədar müraciət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq həmin Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halların olması, yəni cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi müəyyən edildikdə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən X13 barəsində təqsirləndirildiyi böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törətməsi epizodu üzrə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin etməməklə ittiham hökmü çıxarılmalıdır. Beləliklə, məhkəmə Veys Xəlilova cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların olmasını və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının, həmin Məcəllənin 32.4,308.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməklə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə qəti cəza təyin edilməsini, Cinayət Məcəlləsinin 32.4, 313-cü maddəsi ilə Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməməsini, barəsində ədalət və humanizm prinsipləri baxımından həmin Məcəllənin 70-ci maddəsinin tətbiq olunmasını və sınaq müddəti müəyyən edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə cəzanın şərti tətbiq olunmasını cəza siyasətinin tələblərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3 və 70.2-ci maddələrində göstərilən hallar Veys Xəlilovun barəsində tətbiq ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini həm məqsədəmüvafiq, həm də mümkün hesab edir. Belə ki, onların cəzasını yüngülləşdirən halın olması - zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsi, zərərçəkmiş şəxsin onlardan şikayət və tələbinin olmaması, əvvəllər məhkum olunmamaları onların şəxsiyyətinin ictimai təhlükəli olmamasını göstərir, həmçinin onlara təyin ediləcək cəzanın real icra edilməsinin onların ailələrinin həyat şəraitinə mənfi təsir göstərə bilməsi də təyin ediləcək cəzanın real icra edilmədən şərti olaraq tətbiq edilməsini mümkün edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübüt etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci madəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəza azadlıqdan məhrum etmə ilə toplandıqda, o müstəqil icra olunur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəza məhkumun yaşayış yeri üzrə icra məmuru və ya cəzaçəkmə müəssisələrinin müdiriyyəti tərəfindən icra edilir. Məhkəmə yuxarıda qeyd olunan xüsusatlara əsasən Veys Xəlilova cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların olmasını və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının, həmin Məcəllənin 32.4,308.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməklə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə qəti cəza təyin edilməsini, Cinayət Məcəlləsinin 32.4, 313-cü maddəsi ilə Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməməsini, barəsində ədalət və humanizm prinsipləri baxımından həmin Məcəllənin 70-ci maddəsinin tətbiq olunmasını və sınaq müddəti müəyyən edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə cəzanın şərti tətbiq olunmasını, sınaq müddəti ərzində üzərində nəzarətin həyata keçirilməsini və müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın icrasına nəzarətin yaşayış yeri üzrə Azərbaycan Respubolikası Ədliyyə Nazirliyinin Bakı şəhəri icra və Probasiya şöbəsinə həvalə edilməsini, sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq onun üzərinə qoyulmasını, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın müstəqil icra olunmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə eyni zamanda hesab edir ki, təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş X5 cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyünə görə barəsində işin icraatına Azərbaycan Respublikası CPM-in 39.1.5-ci maddəsinə əsasən hissəvi xitam verilməsi nəzərə alınmalıdır. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə maddi sübutlar - 23 fevral 2021 -ci il tarixli qərarla "xxxx" MMC ilə Zərərçəkmiş şəxs1 arasında bağlanılmış 2 nömrəli 7 oktyabr 2015-ci il tarixli müqavilə, 2 nömrəli 7 oktyabr 2015-ci il tarixli maliyyə arayışı, 546 nömrəli 7 oktyabr 2015-ci il tarixli kassa mədaxil orderi, "xxxx" MMC ilə X9 arasında bağlanılmış 01 avqust 2017-ci il tarixli 3 nömrəli müqavilənin kserosurəti, 17 avqust 2017-ci il tarixli 3 nömrəli maliyyə arayışının kserosurəti, 01 avqust 2017-ci il tarixli kassa mədaxil orderinin qəbzinin kserosurəti, 09 avqust 2017-ci il tarixli kassa mədaxil orderinin qəbzinin kserosurəti və 17 avqust 2017-ci il tarixli kassa mədaxil orderinin qəbzi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi - məhkəmə-xəttşünaslıq eksperizaları üzrə tədqiqatların dəyəri cəmi 244 (iki tyüz qırx dörd) manat təqsirləndirilən şəxs X10 tutularaq Azərbaycan Respublikasə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4,308.2 və 32.4,313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin; ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.4,308.2-ci maddəsi ilə 2 (iki) il dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə X17 qəti cəza 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X13 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş əsas cəza - 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunsun və ona 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. X13 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X13 davranışına nəzarət etmək yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq onun üzərinə qoyulsun. X17 təyin edilmiş əlavə cəza - müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilsin və cəzanın icrası onun yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş X5 cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyünə görə barəsində işin icraatına Azərbaycan Respublikası CPM-in 39.1.5-ci maddəsinə əsasən hissəvi xitam verilməsi nəzərə alınsın. İş üzrə maddi sübutlar Kolizey Palas” MMC ilə Zərərçəkmiş şəxs1 arasında bağlanılmış 2 nömrəli 7 oktyabr 2015-ci il tarixli müqavilə, 2 nömrəli 7 oktyabr 2015-ci il tarixli maliyyə arayışı, 546 nömrəli 7 oktyabr 2015-ci il tarixli kassa mədaxil orderi, "xxxx" MMC ilə X9 arasında bağlanılmış 01 avqust 2017-ci il tarixli 3 nömrəli müqavilənin kserosurəti, 17 avqust 2017-ci il tarixli 3 nömrəli maliyyə arayışının kserosurəti, 01 avqust 2017-ci il tarixli kassa mədaxil orderinin qəbzinin kserosurəti, 09 avqust 2017-ci il tarixli kassa mədaxil orderinin qəbzinin kserosurəti və 17 avqust 2017-ci il tarixli kassa mədaxil orderi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi - məhkəmə-xəttşünaslıq eksperizaları üzrə tədqiqatların dəyəri cəmi 244 (iki tyüz qırx dörd) manat təqsirləndirilən şəxs X10 tutularaq Azərbaycan Respublikasə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan, həbsdə saxlanılan təqsirləndirilən şəxs X17 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar