Məhkəmə qərarları › İş №1(101)-904/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-904/2022

19.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-904/2022 19.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, onun nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, taksi sürücüsü kimi fəaliyyət göstərmiş, əvvəllər məhkum olunmamış, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu, nömrəsiz ünvanda yaşamış, 11 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 dekabr 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Cinayət təqibi üzrə toplanmış sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs yeznəsi Zərərçəkmiş şəxs bacısı Şahid2 Şahid5 ilə xəyanət etməsi və bütün pullarını sonuncuya xərcləməsi səbəbindən sonuncuların arasında mütəmadi mübahisələrin baş verməsi, belə mübahisələr zamanı Zərərçəkmiş şəxs Şahid2 döyməsi və təhqir etməsi, sonuncu dəfə 10 dekabr 2021-ci il tarixdə, saat 18 radələrində Zərərçəkmiş şəxs Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ərazisində yerləşən yaşadığı evə gələrək və Şahid5 qızının ad gününə hədiyyə almaq üçün pul lazım olduğunu bildirərək Şahid2 “Samsung S21” markalı mobil telefonunu əlindən alması, boynunda olan qızıl boyunbağını istədikdə sonuncunun boyunbağını vermədiyindən Şahid2 yumruqla vurub ona alnının şişkinli qançırı, boynunun sıyrığı və döş qəfəsinin qançırı kimi sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilməyən xəsarətləri yetirib boyunbağını əlindən alması barədə Şahid2 telefonla anası Şahid7 danışığını eşitməsi və həmin gün Şahid2 evinə gəldikdə onun üzərində həmin xəsarəti görməsi səbəbindən şəxsi münasibətlər zəminində ondan qisas almaq məqsədilə yeznəsi Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlib, həmin gün saat 19 radələrində onunla bir həyətdə, lakin ayrı evdə yaşayan bacısı Şahid8 yaşadığı evin zirzəmisində gizli saxladığı, 1956-cı ildə keçmiş SSRİ-nin Tula silah zavodunda istehsal edilmiş, patronlarının uzunluğu 70 mm olan, 16 kalibrli, “TOZ BM” modelli, K21492-56 nömrəli, lüləaltı yastığı eyni markalı olan “87529-55” ov tüfənginin lüləaltı yastığı ilə komponentləşdirilmiş çaxmaqlı, saz vəziyyətdə və hər iki lüləsindən atəş açmaq üçün yararlı qoşalüləli yivsiz odlu ov tüfəngini və iki ədəd 16 kalibrli zavod üsulu ilə hazırlanmış, atəşə yararlı patronları götürərək, tüfəngi iki hissəyə ayırıb, əynindəki gödəkçənin içərisində gizlədərək təkrarən bacısı Şahid2 yaşadığı evə getmiş, evin həyət darvazasına çatdıqda həmin silahı evin darvazasının qarşısında dayanmış yeznəsi Zərərçəkmiş şəxs məxsus “İkarus” markalı avtobusun altında gizlədərək bacısı Şahid2gilin həyətinə daxil olmuş, lakin həmin vaxt yeznəsi Zərərçəkmiş şəxs evdə olmadığından təxminən 15 dəqiqə sonra bacısı Şahid2 qayınanası X7 və bacısı oğlu Şahid1 ilə birlikdə oradan çıxmış, sonuncuların uzaqlaşdıqlarını görüb geri qayıdaraq tüfəngi avtobusun altından götürüb, gizlicə həmin həyətə açıq qalmış darvazadan içəri daxil olaraq həyətdə yerləşən «əl damı» deyilən təsərrüfat tikilisinə girərək orada gizlənib yeznəsi Zərərçəkmiş şəxs gözləmiş, bu zaman tüfəngi saz vəziyyətə, yəni bütöv hala gətirərək cibindən bir ədəd patron çıxarıb tüfəngin sağ lülə yuvasına yerləşdirib yeznəsi Zərərçəkmiş şəxs gəlişini gözləməyə başlamış, təxminən 5 dəqiqə sonra yeznəsi Zərərçəkmiş şəxs həyətə girdiyini görüb onun qarşısına çıxmış və özü ilə gətirdiyi həmin ov tüfənginin lüləsini yeznəsi Zərərçəkmiş şəxs çənəaltı nahiyəsinə dirəyərək həmin istiqamətdə tüfəngdən bir dəfə atəş açmaqla ona həyat üçün təhlükəli olmaqla ağır dərəcəli, daxili yuxu arteriyasının və onurğa beyninin zədələnməsi fonunda inkişaf etmiş massiv qanitirmə səbəbindən bilavasitə ölümünə gətirib çıxarmış daxili yuxu arteriyasının, onurğa beyininin zədələnməsi, çənə sümüyünün, dilaltı sümüyün sol böyük qanadının, boyun fəqərələrinin hissəvi sınıqları, qalxanabənzər qığırdağın, qırtlağın zədələnməsi ilə müşayət olunan alt çənə nahiyyəsinin kor qurtaran bir ədəd odlu silah - qırma yaralanması kimi xəsarətləri yetirməklə qəsdən öldürmüş, yəni Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmişdir. Qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəməyə təqdim edilmiş sübutlar məhkəmə baxışında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs başqa şəxsi qəsdən öldürməsi, yəni başqa şəxsi qəsdən həyatdan məhrum etməsi mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib, məhkəməyədək icraat mərhələsində tam və obyektiv ifadə verdiyini, əlavə ifadə vermək istəmədiyini məhkəmənin nəzər diqqətinə çatdırdı və ifadə verməkdən imtina etdi. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, arvadı Şahid9 ilə 2001-ci ildə ailə həyatı qurmuş, nigahlarından 16 yaşında Əli adında bir oğlu və 18 yaşında Gülşən adında bir qızı vardır. Yaşadığı evin həyətində bacısı Pərvanənin də evi olmuş, sonuncu övladları ilə birlikdə həmin həyətdə öz evində yaşamışdır. Digər bacısı Təranə isə öz ailəsi ilə birlikdə Suraxanı rayonunun Binə qəsəbəsində yaşamışdır. Təranə 1994-cü ildə Zərərçəkmiş şəxslə ailə həyatı qurmuş, dörd övladları olmuşdur. Bacısının iki qızı ərdə, oğlu İlkin evli olmuş, sonbeşik qızı isə valideynləri ilə yaşamışdır. Allahverdi bacısı Təranəni demək olar ki, hər gün döymüş, təhqir etmişdir. Hadisədən iki ay əvvəl isə Allahverdi hətta öz oğlu İlkini döydüyündən bacısı Təranə də qorxaraq ataları Almazın yaşadığı evə gəlmişdir. Bundan başqa, Allahverdinin saxladığı Nuranə adında bir qadın olmuş və Allahverdi Təranənin qızıllarını əlindən zorla alaraq həmin qadına vermişdir. Allahverdi həmin qadın üçün ev tikdirmiş, Nuranəyə mahnı bəstələtdirmiş, həmin mahnını utanmaz-utanmaz gətirib bacısı Təranəyə göstərmişdir. Allahverdi əvvəllər məhkum da olunmuş və bir sözlə bacısı Təranə Allahverdinin əlindən çox əzab çəkmişdir. Bir qardaş kimi bunu özünə sığışdıra bilmməmiş, səbir kasası dolmuşdur. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, 10 dekabr 2021-ci il tarixdə Allahverdi yenə evə gələrək Təranənin boynundakı qızıl boyunbağını istəmiş, boyunbağını vermək istəmədiyi üçün Allahverdi Təranənin alnına yumruq zərbəsi vuraraq boyunbağını almışdır. Bundan sonra bacısı Təranə ağlayaraq “WhatsApp”-la anaları Gülşənə görüntülü zəng edərək olanları danışmışdır. Həmin vaxt yaşadığı evdə olduğu üçün Təranə ilə anasının danışığını eşitmişdir. Təranənin oğlu İlkinin övladı doğulduğundan və həmin gün xəstəxanadan uşağı evə gətirməli olduqlarından o, evdən çıxaraq gözaydınlığı vermək üçün bacısı Təranəgilə getmişdir. Təranə, oğlu İlkin, Təranənin qayınanası Yaşa, Təranənin gəlini və yeni doğulmuş azyaşlı qızı evdə olmuşlar. O, ayaqüstü gözaydınlığı verərək təxminən 10 dəqiqə onlarda dayanıb evdən çıxmış, darvazaya kimi İlkin və Təranə onu ötürmüşlər. Darvazının kandarında gözü Təranənin alnında olan şişə sataşmış və həmin şişin Allahverdinin ona vurduğu zərbənin yerinin olub-olmamasını soruşmuş, Təranə isə hər olan şeyə fikir verməməyi, boş şey olduğunu demişdir. Bacısını o halda görüb, daha da qəhərlənərək Təranəyə bir gün Allahverdini vurub öldürəcəyini demiş, Təranə isə dediklərini ciddiyə almayaraq boş şeydir, «sağalar» deyib, onu yola salmışdır. Amma Allahverdiyə qarşı ürəyində kin qalmışdır. Daha sonra Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, mərhum bibisi Yasəmənin mərhum əri Rafiqdən ona qoşalülə ov tüfəngi yadigar qalmış və o, həmin tüfəngi həmişə bacısı Pərvanənin yaşadığı evin zirzəmisində saxlamışdır. Lakin Pərvanənin və ya onun ailə üzvlərinin evin zirzəmisində tüfəng olmasından xəbərləri olmamış, ümumiyyətlə heç kim onda tüfəng olduğunu bilməmişdir. 10 dekabr 2021-ci il tarixdə saat 19 radələrində tüfəngi zirzəmidən götürmüş, iki yerə qatlayıb gödəkcəsinin altına qoyaraq yenidən bacısı Təranənin evinə getmişdir. Getməzdən əvvəl 1-2 dəfə İlkinə zəng edib atasının evdə olub-olmadığını, nə vaxt gələcəyini soruşmuş, İlkin isə atasının evdə olmadığını, nə vaxt gələcəyindən xəbərsiz olduğunu demişdir. İlkinə başqa heç bir söz deməmiş, evdən çıxmazdan əvvəl isə tüfəngə yerləşdirmək üçün iki ədəd patron götürmüşdür. Təranənin evi ilə onun yaşadığı evin arasında 500-600 metr məsafə olmuşdur. Hava qaranlıqlaşmış və Allahverdigilin küçəsində heç kim olmayan bir vaxtda tüfəngi küçədə gödəkcəsinin altından çıxararaq Allahverdigilin darvazasının qabağında dayanmış Allahverdiyə məxsus «İkarus» markalı avtobusun altında gizlədərək bacısı Təranəgilin həyətinə daxil olmuş, lakin həmin vaxt Allahverdinin evə gəlmədiyini öyrənmişdir. Təranə özü, azyaşlı qızı Fatimə, qayınanası Yaşa, İlkin və onun arvadı Nəzrin evdə olmuş, lakin Nəzrin sonradan uşağının yanına getmişdir. Oturub onlarla hal-əhval tutub söhbət etmiş, lakin nə məqsədlə gəldiyini və ya tüfəngi özü ilə gətirməsi barədə evdəkilərə heç bir söz deməmişdir. Həmin vaxt Yaşa İlkinə yarıtəmirli qalmış evlərinə baxmağa getməyi demiş, İlkinlə nənəsi Yaşa evdən çıxmışlar. Həmin vaxt o da bacısı ilə sağollaşıb İlkingillə birlikdə darvazadan çıxmışdır. Yaşa və İlkin yolun sağ tərəfinə, o isə darvazadan sol tərəfə burulub getmişdir. Lakin İlkinlə nənəsinin uzaqlaşdıqlarını görüb, geri qayıdaraq tüfəngi avtobusun altından götürmüş və sakitcə həyətə daxil olmuşdur. İlkingilin getməsinə tam əmin olmaq üçün həyətə girməzdən əvvəl İlkinə zəng edib evə çatıb-çatmadıqlarını soruşmuşdur. Darvazanın qapısının, həmişə olduğu kimi, açıq qaldığını bilərək sakit tərzdə, başını əyərək həyətdə yerləşən «əl damı» deyilən yerə girib orada Allahverdinin gəlməsini gözləmişdir. «Əl damı»nda tüfəngi saz vəziyyətə, yəni bütöv hala gətirmiş, Allahverdinin evə gəlib-getdiyi vaxtları təxmini bildiyindən cibindən bir ədəd patron çıxarıb tüfəngin sağ lülə yuvasına yerləşdirərək gözləmişdir. «Əl damı»nda gözləməyə başlayandan təxminən 5 dəqiqə sonra Allahverdi həyətə girmiş, sonuncu darvazadan həyətə girən kimi o, gizləndiyi «əl damı»ndan əlində tüfənglə çıxaraq Allahverdi ilə üz-üzə dayanmışdır. Həmin vaxt onların arasında təxminən 3 metr məsafə olmuşdur. «Əl damı»ndan çıxmağını və ya Allahverdinin həyətinə daxil olmağını evdə olanlar eşitməmiş və ya görməmişlər. Belə ki, həmin vaxt bacısı Təranə gəlini və azyaşlı qızı ilə birlikdə evdə olmuşdur. Allahverdi onu görən kimi «nə axtarırsan burda?» demiş, cavabında isə o, «səni axtarıram, Təranəyə deyirdin ki, sənin qardaşlarının bazarda dəstəsi on qəpikdi. Kişi axtarırdın, çıxdım qabağuva vurdum» demiş və tüfənglə Allahverdinin sifət nahiyyəsinə nişan almadan atəş açmışdır. Atəş Allahverdinin çənə altına tuş gəlmiş və o, arxası üstə yerə yıxılmışdır. Atəşdən sonra əlində tüfənglə birlikdə həyətdən tez qaçıb getmiş, qaçarkən həyətdə və ya yolda onu heç kim görməmişdir. Bundan sonra evə gələrək tüfəngi yenidən götürdüyü yerə qoymuş, bir ədəd istifadə olunmamış patronu cibindən və bir ədəd istifadə olunmuş patronu isə tyfəngin lülə yuvasından çıxarararaq həyətində basdırdığı digər iki istifadə olunmamış patronun yanına qoymuşdur. Bundan bir neçə dəqiqə sonra isə İlkingilin evə çatıb-çatmadığını maraqlanmaq üçün ona zəng etmiş, İlkin yolda olduqlarını və evə qayıtdıqlarını bildirmişdir. Təxminən 10 dəqiqə sonra yenə İlkinə zəng edərək həyətə girəndə qorxmamasını, atasını öldürdüyünü demişdir. O, 1-2 dəqiqə sonra yenə İlkinə zəng edərək bu barədə heç kimə, o cümlədən polisə də heç bir söz deməməsini tapşırmışdır. Bundan yarım saat sonra isə atası Almaz və anası Gülşənlə birlikdə Təranənin evinə getmişdir. Orada Almaz, İlkin və digər qohumlarla, həmçinin qonşularla birlikdə 30-cu polis şöbəsinə aparılmışlar. Şöbədə Allahverdini kimin vurmasını müəyyən etmək üçün gətirilənləri bir-bir otağa salaraq sorğu-sual etmişlər. Artıq 11 dekabr 2021-ci il tarixə keçən gecə əvvəl-axır işin üstünün açılacağını düşünərək polislər tərəfindən sorğu-sual edilən zaman Allahverdini tüfənglə qətlə yetirdiyini etiraf etmişdir (iş vərəqə: cild İ, səh. 44-47, 105-109). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılmasına dair 13 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, qeyd olunan istintaq hərəkəti prosesində Təqsirləndirilən şəxs sərbəst ifadələrində işin halları ilə bağlı göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq bir daha təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 126-133). Məhkəmə baxışı zamanı iş üzrə dindirilmiş mərhum Zərərçəkmiş şəxs hüquqi varisi - anası X7 ifadəsində göstərdi ki, özünün Allahverdi və Məleykə adlı iki övladı olmuş, hər ikisi ailəli olmuşlar. O, Allahverdinin ailəsi ilə birlikdə yaşamış, qızı Məleykə isə öz ailəsi ilə birlikdə ayrı yaşamışdır. Oğlu Allahverdi ilə gəlini, yəni arvadı Təranə arasında əvvəllər, hər ailədə olduğu kimi, yüngül narazılıqları olmuş, tez də barışmışlar. Allahverdi hadisədən təqribən bir il əvvəl Nuranə adlı bir qadınla tanış olmuş və sonuncu Allahverdinin əlində olan bütün pullarını əlindən almış, oğlunu pis vəziyyətə salmışdır. Allahverdi əlinə düşən pulları aparıb Nuranəyə vermiş, hətta banka borca girib Nuranə üçün ev tikdirmişdir. Allahverdi Nuranə ilə tanış olan gündən Təranə ilə arası soyumuşdur. Hətta Nuranə bir neçə dəfə yaşadıqları evə gələrək evin pəncərələrini, Allahverdinin oğlu İlkinin maşınının pəncərələrini qırmış, Allahverdi isə Nuranəyə güldən ağır söz deməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Yaşa Süleymanova ifadəsinin davamında göstərdi ki, 10 dekabr 2021-ci il tarixdə Allahverdi səhər evə gəlmiş, lombarda qoyub pul götürəcəyini deyərək Təranənin boynunda olan qızıl boyunbağını istəyib almış və çıxıb getmişdir. Allahverdinin Təranəni vurmasını görməmişdir. Həmin gün, yəni 10 dekabr 2021-ci il tarixdə İlkin düynaya yeni gəlmiş ilk övladını səhər saatlarında xəstəxanadan çıxarıb evə gətirmişdir. Axşam saat 18 radələrində gəlini Təranə, nəvəsi İlkin, İlkinin arvadı Nəzrin, Təranənin azyaşlı qızı Fatimə ilə birlikdə evdə olmuş, həmçinin, Təranənin qardaşı, baxılan iş üzrə Təqsirləndirilən şəxs da onlara gəlmişdir. Taryel oturub çay içimiş, söhbət etmiş, lakin həmin vaxt Taryelin hərəkətlərində heç bir şübhəli hal hiss etməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Yaşa Süleymanova ifadəsinin davamında daha sonra göstərdi ki, hadisədən xeyli əvvəl oğlu Allahverdi özünün ailəli olan qızına yaxın ərazidə ev tikdirmiş, ev təmir ərəfəsində yarımçıq qalmışdır. Həmin evin təmirinin vəziyyəti ilə maraqlanmaq üçün Təranə oğlu İlkinə gedib evlərin vəziyyəti ilə maraqlanmağı təklif etmişdir. O, razılaşaraq nəvəsi İlkinlə birlikdə təmirin vəziyyəti ilə maraqlanmaq üçün qapıdan çıxmışdır. Taryel də getmək üçün onlarla birlikdə çölə çıxmış, o, nəvəsi İlkinlə bilrikdə sağ tərəf istiqamətində, Taryel isə sol tərəf istiqamətində getmişlər. Onlar İlkinin idarə etdiyi maşınla gedib yarımtikili evə baxmış və təxminən yarım saat sonra evə qayıtmışlar. Onlar hələ orda olarkən nəvəsi İlkin sigaret alıb gələcəyini deyib getmiş və bir müddət sonra qayıdıb gəlmişdir. Onun siqaret alıb-almadığını bilməmişdir. İlkin siqaret adıyla gedərkən nədənsə ürəyi narahat olmuş, ürəyi titrəmiş, sanki nəsə olacağını hiss etmişdir. Yarıtikili evə baxıb qayıtdıqdan sonra İlkinin özlərinə məxsus həyət darvazasının qarşısında maşını saxlamış, dostunun onu evlərinə qonaq çağırdığı deyib, onu darvazanın ağzında düşürmüş, özü isə maşını sürüb getmişdir. Darvazadan içəri girən kimi Allahverdini həyətin ortasında qan içində görmüş, qışqır-bağır salmağa başlamışdır. Allahverdinin İlkindən başqa bütün ailə üzvləri, arvadı, qızı gəlini evdə olmuş, amma o, həyətə girəndə orada heç kimi görməmişdir. Yalnız həyətdə qışqır-bağır saldıqdan sonra Təranə həyətə düşmüşdür. Allahverdinin güllə ilə vurulduğu açıq aşkar görünmüşdür. Güllə səsini evdəkilərin eşitməmələri, hadisəni bilməmələri və ya görməmələri ona heç inandırıcı gəlməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Yaşa Süleymanova ifadəsinin davamında daha sonra göstərdi ki, o, oğlu Allahverdini Təqsirləndirilən şəxs tək qətlə yetirməmiş və oğlunun vurulduğu silah da həmin silah olmamışdır. Ana kimi o, oğlunun qətlə yetirilməsində Taryeldən başqa gəlini Təranədən, Təranənin anası Gülşəndən və atası Almazdan şübhələnir. Belə ki, o, Təranənəin anası Gülşənin dilindən tez-tez “elə nə yaxşı ki, Taryel Allahverdini öldürdü, öldürməsəydi Allahverdi nə vaxtsa bizi öldürəcəkdi” sözlərini deməsini eşitmişdir. Almaz da həmişə Allahverdinin ölməsini arzulamış, Almaz hər zaman onun oğluna əvvəl-axır səni öldürəcəm demiş, gəlini Təranə də Allahverdiyə qarğışlar etmişdir. Daha sonra zərərçəkmiş şəxsin hüquqi varisi Yaşa Süleymanova ifadəsinin davamında göstərdi ki, hadisə baş verdiyi evi Allahverdi sağlığında onun adından Təranənin adına keçirtmiş, bankdan külli miqdarda pul götürmüş və həmin ev hazırda da bankda girovda qalmışdır. Təranə evi nə sata bilmiş, nədə ki, başqasının adına keçirə bilmişdir. Bütün bunlara görə Allahverdinin ölümündə Təranə, Almaz və Gülşəndən şübhələnir. Ona həmin günü evə baxmağa getməyi Təranə demiş, evə baxmağa göndərmək Təranənin planı olmuş, evdə olmayanda Taryel də gəlmiş və Allahverdini öldürməsi barədə əvvəlcədən plan qurmuşdur. Oğlunu Taryel, bacızı Təranə, ataları Almaz və anaları Gülşən birlikdə öldürmüşlər. Odur ki, onların hamısı məsuliyyətə alınmalı və ağır cəzalandırılmalıdırlar. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəmədəki ifadəsi ilə məhkəməyədək icraat mərhələsində vermiş olduğu 22 dekabr 2021-ci il tarixli ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun 22 dekabr 2021-ci il tarixli həmin ifadəsi elan olunmaqla tədqiq edildi. Zərərçəkmiş şəxsin hüquqi varisi Yaşa Süleymanova tədqiq olunan həmin ifadəsində oğlu, mərhum Zərərçəkmiş şəxs Nuranə adlı bir qadınla münasibətləri, Nuranənin Allahverdinin əlində olan pullarını əlindən alması, Allahverdinin banka borca girib Nuranə üçün ev tikdirməsi, Nuranə ilə tanış olduqdan sonra Təranənin Allahverdi ilə münasibətlərinin soyuması və s. barədə məhkəmə baxışı zamanı verdiyi ifadəsinə uyğun ifadə vermiş, həmçinin göstərmişdir ki, 10 dekabr 2021-ci il tarixdə Allahverdi səhər evə gəlmiş, guya lombarda qoyub pul götürəcəyini deyərək Təranənin boynunda olan qızıl boyunbağını istəmiş, Təranə boyunbağını vermədikdə Allahverdi Təranənin alnına yumruqla vuraraq boyunbağını zorla Təranəin boynundan qoparıb getmişdir. Sonradan Allahverdinin boyunbağını lombarda qoymaq üçün yox, əslində 10 dekabr 2021-ci il tarixdə Nuranənin azyaşlı qızının ad günü olduğundan aparıb ona hədiyyə etmək istədiyini və zorla Təranənin boynundan qoparıb getdiyini öyrənmişdir. Həmin gün yəni, 10 dekabr 2021-ci il tarixdə, saat 18 radələrində gəlini Təranə, nəvəsi İlkin, İlkinin arvadı Nəzrin, Təranənin azyaşlı qızı Fatimə ilə birlikdə evdə olmuş, həmçinin, Təranənin qardaşı Taryel də onlara gəlmişdir. Taryel oturub çay içimiş, Taryelin qonaq kimi gəldiyini fikirləşmiş, hərəkətlərində heç bir şübhəli hal hiss etməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Yaşa Süleymanova tədqiq olunan ifadəsinin davamında daha sonra göstərmişdir ki, hadisədən əvvəl oğlu Allahverdi qızına və oğlu İlkinə yan-yana ev tikdirmiş, ev təmir ərəfəsində yarımçıq qalmışdır. Həmin evlərin təmirinin vəziyyəti ilə maraqlanmaq üçün o, nəvəsi İlkinə gedib evlərin vəziyyəti ilə maraqlanmağı təklif etmiş və razılaşıb İlkinlə birlikdə qapıdan çıxmışlar. Taryel də onlarla birlikdə çölə çıxmış, o nəvəsi İlkinlə bilrikdə sağ tərəf istiqamətində, Taryel isə sol tərəf istiqamətində burulub getmiş, Taryelin geri qayıdıb Allahverdini öldürə biləcəyi heç bir zaman onun ağlına gəlməmişdir. İlkinlə gedib yarımtikili evə baxmış və təxminən yarım saat sonra evə qayıtmışdır. İlkinin dostu onu evlərinə qonaq çağırdığı üçün sonuncu onu darvazanın ağzında düşürmüş və çıxıb getmişdir. Darvazadan içəri girən kimi Allahverdini həyətdə qan içində görüb, qışqır-bağır salmağa başlamış, həyətə girəndə orada heç kim olmamış, İlkinin ilk övladını həmin gün səhər saatlarında xəstəxanadan çıxarıb evə gətirdiklərindən hərkəs evdə olmuşdur. Uşaq yeddi aylıq doğulduğu üçün xəstəxanada şüşə aparat altında saxlanıldığından Təranəgil də uşağa görə qapıları, pəncərələri bağlı saxlamış və özləri arxa otaqda oturmuşlar. Qışqırıq səsini Təranəgil eşitməmişlər. Bundan sonra o, gedib qapını 4-5 dəfə möhkəm döydükdən sonra Təranə, gəlini və qızı çölə çıxmış, Allahverdini o vəziyyətdə görən kimi ağlaşıb, qışqır-bağır salmağa başlamışlar. Səslərinə qonşular gəlmiş, qonşulardan kimsə 102 xidmətinə zəng etdikdən sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Yaşa Süleymanova tədqiq olunan ifadəsində daha sonra qeyd etmişdir ki, Allahverdi həmişə saat 19 radələrində evə gəlmişdir. Hadisə günü də Nuranəni və onun qızını restorana aparmaq üçün Allahverdinin saat 19 radələrində evə gəlib avtomobilini dəyişmək istədiyini, Taryelin isə həmin vaxt «əl damı»nda gizləndiyini və Allahverdi həyətə girən kimi gizləndiyi yerdən çıxaraq tüfəngdən atəş açıb onu öldürdüyünü sonradan öyrənmişdir (iş vərəqə: cild İİ, səh. 18-19). Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş və faktiki məhkəmə baxışında iştirak edən Şahid2 yaxın qohumu olan qardaşı - baxılan iş üzrə Təqsirləndirilən şəxs qarşı ifadə verməkdən imtina etdiyindən onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu. Şahid2 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, mərhum əri Zərərçəkmiş şəxs ilə 1994-cü ildə ailə qurmuş, evlilikdən 3 qız 1 oğlan övladı dünyaya gəlmişdir. Böyük qızı Günel Dədəcanova və ikinci qızı Aysel Mövsümova ailə qurmuş və öz ailələri ilə birlikdə ayrı yaşamaqdadırlar. Oğlu Şahid1 da ailəlidir, lakin onlarla birlikdə yaşayır. Sonuncu qızı Şahid3dır və o da onlarla birlikdə yaşayır. Allahverdi ilə ailə qurduğu gündən aralarında mübahisələr baş vermiş, normal ər-arvad kimi yola gedə bilməmişlər. Allahverdi həmişə spirtli içki qəbul edərək evə gəlib onu döyüb-söyəsə də, o, ailəsinin xatirinə məcbur olaraq bütün əziyyətlərə dözmüşdür. Təxminən 10 il əvvəl Allahverdinin özündən yaşca böyük olan Səbinə adlı qadınla münasibətinin olduğunu öyrənmiş, buna etiraz etdikdə Allahverdi yenə də onu döymüş, söyüb, təhqir etmiş və ona “sən bunu qəbul etməlisən” demişdir. Allahverdinin anası Yaşa da onlarla birlikdə yaşamış və bütün bu olanları bilmiş, hətta Allahverdinin başqa qadınla münasibəti olduğuna görə o, Səbinənin evinə gedərək oğlunun ailəsini dağıtmamasını bildirmişdir. Allahverdi Səbinə üçün ev də tikdirmiş, ailənin bütün pullarını ona xərcləmişdir. Allahverdiyə onun əziyyətlə pul qazanıb ailəyə baxmalı olduğu halda, başqa qadınlara pul xərcləməsini irad olaraq bildirmiş, lakin Allahverdi həmişə onu döymüş və söyüb təhqir etmişdir. Şahid2 tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, təxminən 8 il əvvəl Allahverdi 5 nəfər “vahabi” təriqətinin nümayəndələrinə atəş açdığı üçün 3 il 6 ay məhkumluq həyatı yaşamış, o, cəzaçəkmə müəssisəsində olan zaman hər həftə bazarlıq etmiş, onun yanına gedərək yemək, ərzaq məhsulları və digər ləvazimatlar aparmışdır. Allahverdi yaşadıqları məhəllədə də ərli arvadlarla münasibət yaratmış, onlarla birlikdə görüşüb əlaqədə olmuş və videolar çəkib gətirib evdə ona göstərmişdir. Allahverdi son olaraq əvvəllər evli olmuş, 1 uşağı olan Nuranə adlı qadınla münasibət yaratmışdır. 2020ci ilin təxminən oktyabr ayında günlərin birində o, anasıgildən öz evinə qayıdarkən yaşadıqları evin qarşısında bir qadın görmüş, ondan kim olduğunu soruşmuş və həmin qadın ona “ərin Allahverdinin 2-ci arvadıyam” cavabını vermiş və bundan sonra həmin qadının Nuranə olduğunu bilmişdir. Həmin vaxt aralarında mübahisə yaranmış, Nurənə onu təhqir edərək getmişdir. Həmin vaxt Allahverdi də evdə olmuş, Nuranə Allahverdiyə gün boyu zəng etməsinə baxmayaraq o, telefonlara cavab verməmişdir. Bunun səbəbini soruşduqda Allahverdi müxtəlif bəhanələr gətirmişdir. O, Allahverdiyə Nuranə adlı qadınla münasibətini öyrəndiyini və sonuncunun evin qapısına gəldiyini bildirdikdə, Allahverdi Nuranəyə ilişdiyini, onu döydüyünü və müxtəlif formada şərləməsindən ehtiyat etdiyi üçün ayrıla bilmədiyini bildirmişdir. Allahverdi Nuranəyə də dəfələrlə evin pulunu xərcləmişdir. Allahverdi 2021-ci ilin təxminən yayında yaşadıqları evi anası Yaşanın adından çıxararaq onun adına keçirmiş, sonra isə evi girov qoyaraq 150 min manat kredit götürmüşdür. Allahverdi həmin pulu da Nuranəyə xərcləmiş, hətta Nuranəyə ev də tikdirmişdir. Daha sonra Nuranə Allahverdiyə qarşı səhv hərəkət etdiyinə görə sonuncu Nuranə üçün tikdirdiyi evi sökdürmüşdür. Nuranə də həmin evin sökülməsi səbəbi ilə onların yaşadıqları evə gələrək evlərinin pəncərələrini sındırmış, aralarında mübahisə yaranmışdır. Daha sonra Allahverdi də qapıya çıxaraq Nuranəni döymüş, polis əməkdaşları gələrək onları polis şöbəsinə aparmışlar. Allahverdiyə bu hadisələrdən sonra niyə ailəsini qoyub başqa qadınlarla münasibət yaratdığını, niyə onu bu formada alçaltdığını soruşduqda o, qonşu arvadların və başqa qadınların şəkillərini göstərib, onların daha gözəl olduqlarını demişdir. Allahverdi daha sonra bankdan 40 min manat kredit götürmüş, əlavə olaraq özünə məxsus torpaq sahəsini sataraq «Mercedes Galendvagen» markalı avtomobil almışdıralmışdır. Həmin avtomobili Nuranəyə sürməyə də vermişdir. Nuranə həmin maşını Binə qəsəbəsi ərazisində sürərkən hər kəs buna şahid olmuşdür. Allahverdi Ramanada yerləşən cəzaçəkmə müəssisəsində olan dostlarına müxtəlif məbləğlərdə pullar, ərzaq, paltarlar və digər əşyalar da göndərmişdir. Allahverdiyə niyə pulu boş yerlərə sərf etdiyini soruşduqda, o, türmədəki qardaşlarına pay göndərdiyini demişdir. Allahverdiyə arvadı olduğunu, bütün ev işlərini gördüyünü, paltarlarını yuyub yeməyini bişirdiyini, lakin heç vaxt onu gəzməyə aparmadığını bildirdikdə, Allahverdi ona “sən fahişə deyilsən, səni yanıma salım gəzdirim” cavabını vermişdir. Allahverdi tərəfindən mütəmadi olaraq döyüldüyünə görə o, tez-tez ana-atasının yaşadığı evə qaçıb getmişdir. Həmin evdə anası, atası, qardaşları Ceyhunla Taryel, bacısı Pərvanə birlikdə yaşamışlar. Onların yanında bir müddət qaldıqdan sonra evinə qayıtmaq istədikdə Allahverdi onu evə buraxmayaraq “get, oğraş qardaşların sənə baxsınlar” deməklə onu təhqir etmişdir. Allahverdi mütəmadi olaraq onun atasını və qardaşlarını da müxtəlif formada təhqir etmişdir. Qardaşları Taryel və Ceyhun da Allahverdinin ona verdiyi əziyyətlərdən xəbərdar olmuşlar. Bundan başqa, Şahid2 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 10 dekabr 2021-ci il tarixdə Allahverdinin sevgilisi Nuranənin qızının ad günü olduğuna görə günorta saatlarına yaxın Allahverdi evə gələrək pul lazım olduğunu bildirmiş və ona məxsus «Samsung S21» markalı telefonu götürmüşdür. Allahverdi ona və özünə 2 ədəd «Samsunq» markalı telefon almış, hadisədən bir neçə gün əvvəl Allahverdi öz telefonunu satmış və onun telefonunu işlətmişdir. Uşaqların distant dərs keçmə proqramı onun telefonunda olduğu üçün telefon həm özündə, həm də Allahverdidə qalmışdır. Etiraz edib, telefonla uşaqların dərslərə qoşulduqlarını bildirmiş, lakin Allahverdi telefonu tutub onun əlindən almış, boğazında olan qızıl boyunbağını zorla boynundan dartıb qoparmışdır. O, boyunbağını vermək istəmədikdə, Allahverdi onun alnına yumruq zərbəsi vurmuş və sonra ona «səni boşayıram, get harada istəyirsən fahişəlik et, mənə maraqlı deyil» sözlərini demişdir. Həmin vaxt balaca qızı Fatimə baş verənlərə şahidlik etmişdir. Sonra Allahverdi çıxıb getmiş, o da evə qayıtmışdır. Allahverdi çıxıb getdikdən bir neçə dəqiqə sonra isə oğlu İlkin arvadı Nəzrini yeni doğulmuş uşağı ilə birlikdə xəstəxanadan çıxarıb evə gətirmişdir. Oğlu İlkin uşağı xəstəxanadan çıxartmağa görə pul lazım olduğu üçün səhər saatlarında atasına zəng edib pul istəmiş, ancaq Allahverdi İlkinə pul verməmişdir. İlkingil gəldikdən sonra o, İlkinin telefonu ilə görüntülü zəng edərək baş verənləri anası Gülşənə bildirmiş, anasına Allahverdinin onun başından vurduğunu, döydüyünü, qızıl boyunbağısını və telefonunu dartıb əlindən aldığını demişdir. Daha sonra Şahid2 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, qardaşı Tariyel taksi sürücüsü olmuş, nəvələrini onların evinin yanında hazırlığa gətirər və boş zaman yarandıqda gəlib ona baş çəkər, çay içərmiş. Anası ilə telefonda danışıb qurtarandan təxminən 20 dəqiqə sonra Taryel də onlara gəlmiş və təxminən 15 dəqiqə ayaqüstü yeni doğulmuş nəvəsinə görə gözaydınlığı verərək getmişdir. Oğlu İlkinlə çıxıb qardaşı Taryeli darvazadan yola salarkən Tariyel onun alnında olan şişkinliyi görüb, «alnında şişən yer Allahverdinin vurduğu yerdi?» deyə soruşmuş, o, da Taryelə “ilk dəfə deyil belə olur, artıq öyrəşmişəm, nə edim, bəxtim belə imiş” cavabını vermişdir. Taryel də əsəbiləşərək «Allahverdinin bu hərəkətlərindən boğaza yığılmışam, vurub öldürəcəm onu» demişdir. Taryelin əsəbi olduğunu görüb dediklərini ciddiyə almamış və belə şeylərə fikir verməməsini deyərək Taryeli yola salmışdır. Həmin gün yəni, 10 dekabr 2021-ci il tarixdə, saat 19 radələrində oğlu İlkin, qayınanası Yaşa, gəlini və qızı ilə birlikdə evdə olarkən Taryel də həmin vaxt onlara gəlmişdir. Həmin vaxt qayınanası X9 yaxınlıqda tikdirdiyi evə baxmaq üçün getməyi təklif etmiş, onlar razılaşıb ayağa duranda Taryel də onlarla birlikdə durmuş və yaşadığı evə gedəcəyini bildirmişdir. Onlar getdikdən sonra yeni doğulmuş uşaq olan arxa otağa keçib, uşağın altını dəyişmiş, onu bələmişdir. Həmin vaxt qızı və gəlini də onunla eyni otaqda olmuşlar. Bir ara gəlini və qızı çöldən nə isə partlayış səsi gəldiyini demiş, lakin küçədə nə isə partladığını düşünərək səsi ciddiyə almamışlar. Bundan təxminən 5-10 dəqiqə sonra oğlu İlkin qayınanası Yaşanı evə qayıtmaq üçün məhlənin başında düşürdüb özü çıxıb getmişdir. Qaynanası həyətə daxil olub Allahverdini həyətdə qan içində görmüşdür. O, qapının 4-5 dəfə döyüldüyünü eşidib çölə çıxanda qayınanasının qışqır-bağır saldığını və Allahverdinin qanlar içində həyətdə yerdə uzandığını görmüşdür. Bundan sonra polis əməkdaşları gələrək onları polis şöbəsinə aparmış, polis şöbəsində isə Allahverdini qardaşı Taryelin öldürdüyü onlara məlum olmuşdur. Həmin gün Allahverdinin saxladığı Nuranənin balaca qızının ad gününü qeyd etməsi üçün restoran bağlatdırdığını, ona görə də avtobusu qoyub «Qalenvagen»i götürməyə evə gəldiyini və həmin vaxt hadisənin baş verdiyini sonradan öyrənmişlər. Şahid2 tədqiq olunan həmin ifadələrində daha sonra göstərmişdir ki, Allahverdinin ölümündən sonra qaynanası Yaşa və baldızı Məleykə onlarla əmlak davası aparmağa və onları şərləməyə başlamışlar. O, hadisə günü Allahverdiyə zəng etməmiş, onu evə çağırmamışdır. Evlərə gedib baxmaq isə onun yox, qayınası Yaşanın özünün təklifi olmuşdur. Hadisə baş verən zaman uşağın altını dəyişmiş, həmin vaxtı gəlini və qızı çöldən partlayış səsi gəldiyini desələr də birdən ikiyə silah səsi eşitmədikləri üçün ciddiyə almamış, küçədən keçən maşınların partlayış səsi olduğunu düşünmüşdür. Allahverdi sağlığında hər ay bacısı Məleykəyə bazarlıq və paltar pulundan başqa əlavə olaraq 500 manat vermiş, həmçinin hər il Məleykənin qızının 2000 manat ali təhsil haqqını ödəmişdir. Bundan başqa, Məleykə və qayınanası Yaşa hazırda onunla ev davası etməkdədirlər. Yaşa “mənə iki dənə avtobus ver və 50.000 manat da pul ver, evdən çıxım gedim” demişdir. Lakin Allahverdi sağlığında avtobusları, evləri «ASB bank»a girov qoymuş, bundan başqa sürdüyü maşın «Galenvagen» də «Yello bank»da 63.000 manat qarşılığında girovda olmuşdur. Bir sözlə heç bir mülk onların özünün olmamışdır. Allahverdinin üçü günü yas mərasimindən sonra Allahverdinin bir nəfərə 22.000 manat borcu olduğundan və həmin adam pulunu istədiyindən Yaşa «Galenvagen»i satmışdır. Maşını alan adam isə bankın pulunu bağlayacağını və həmin adamın 22.000 manatını ödəyəcəyini vəd verərək maşını almışdır. Yaşa razılaşaraq xeyir-dua ilə avtomaşını satmışdır. Bundan başqa, yanaşı tikilən yeni evlərdən birini Allahverdi hələ sağlığında 14.000 manata satmış, hazırda yaşadıqları ev, qızı üçün tikilən ev və avtobuslar hamısı bankda girovda olmuşdur. Belə ki, hazırda yaşadıqları ev əvvəl Yaşanın adına olmuş, keçən il Allahverdi evi girov qoyub bankdan pul götürmək istədikdə Yaşa razı olmamışdır. Sonradan Yaşa ilə Allahverdi arasında olan söz-söhbət zamanı Allahverdi evi yaşanın adından çıxararaq onun adına keçirəcəyini demiş, buna razılıq verməsə də, evi onun adına keçirtmiş və bankdan həmin 150.000 manat krediti götürmüşdür. Həmin pula isə gəzdiyi Nuranə adlı qadına ev tikdirmiş, 10.000 manat bacısı Məleykəyə vermiş, bir nəfərə avtobusdan qalan 5000 manat borcunu ödəmişdir. Hazırda Allahverdinin borcları da onun üstündə qalmışdır. Məleykə və Yaşa isə böhtan ataraq ondan 50.000 manat pul tələb etməkdədirlər. Hətta Yaşa 6 ay əvvəl «Elgizlə izlə» proqramına çıxaraq həmin verilişdə də Allahverdidən 50.000 manat pul tələb etmişdir. Yaşanın məqsədi onlardan 50.000 manat pul alaraq qızı Məleykənin də evini sataraq ayrıca ev tikib yaşamasından ibarət olmuşdur. Hazırda ev onun adına olsa da, Yaşa evi satıb ona 50.000 manat pul verilməsini, ya da evin onun adına keçirməsini tələb etməkdədir. Lakin ev girovda olduğu üçün o, evi Yaşanın adına keçirə bilməmişdir (cild İ, səh. 25-30, cild İİ, səh. 5-8). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs oğlu Şahid1 ifadəsində göstərdi ki, onun əsl adı İlkindir, lakin Hüseyn deyə çağrılır. Bacıları Günel və Aysel evli olmaqla ailələri ilə birlikdə ayrı yaşamışlar. Balaca bacısı, 2010-cu il təvəllüdlü Fatimə azyaşlıdır və onlarla birlikdə Binə qəsəbəsində yerləşən evlərində yaşayırlar. O, özü də evlidir, arvadı Nəzrin hamilə olmuş və hadisədən bir neçə gün əvvəl xəstəxanada bir oğlu dünyaya gəlmişdir. Yeni doğulmuş uşağa Rübab adı vermişlər. Onun iki dayısı və iki xalası vardır. Dayıları Taryel və Ceyhun Qurbanovlar bir həyətdə olan ayrı-ayrı evlərdə qonşuluqda öz ailələri ilə birlikdə, onların evindən təqribən 500-600 metr aralıda yaşamışlar. Xalası Pərvanə ailə qurub daha sonra ailəsindən ayrılmışdır, bir övladı vardır. Digər xalası Kəmalə ailəlidir və ailəsi ilə birlikdə onlara məxsus evdən 7-8 km aralıda yaşayır. Şahid1 ifadəsinin davamında göstərdi ki, mərhum atası Zərərçəkmiş şəxs təxminən 2013-cü ildən 11 ədəd “İkarus” markalı avtobusları olmuş, sonuncu avtobusları “Azərsun” holdinqə icarəyə vermiş, borcu olduğu üçün “Azərsun” avtobuslara əl qoymuşdur. Atası əvvəllər xuliqanlıq cinayəti törətməsinə görə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 2017-ci il tarixdə cəzasını çəkib azadlığa çıxmışdır. Atası azadlığa çıxdığı vaxtdan sonra da öz işi ilə məşğul olmaqda davam etmiş, aylıq gəliri az olmasa da, ailəsinə baxmamış, ailəsini dolandırmamışdır. Ağlı kəsəndən hazırkı vaxtadək atası Allahverdinin evdə dava-dalaş saldığının, anası Təranəni daim incitdiyinin, maddi imkanı olmasına baxmayaraq evə pul xərcləmədiyinin şahidi olmuşdur. Atası Allahverdi pulunun demək olar ki, hamısını qadınlara və cəzaçəkmə müəssisələrinə müvafiq ərzaq və sair əşyalar göndərməyə xərcləmişdir. Cəzaçəkmə müəssisələrinə pul xərcləməyə isə azadlığa çıxdıqdan sonra başlamışdır. Atası evdə heç kimə hörmət qoymamış, qadınlarla gəzmiş, qadınlarla çəkdirdiyi fotoşəkilləri gətirib anası Təranəyə göstərərək acıq vermiş, gəzdiyini, kef elədiyini bildirmişdir. Bunun üstündə dəfələrlə evdə atası ilə anası Təranə arasında mübahisələr olmuş və mübahisə zəminində atası Allahverdi anasını dəfələrlə döyüb xəsarətlər yetirmişdir. Lakin bütün ailə üzvləri onun atasından qorxduğu üçün heç vaxt polisə müraciət etməmişlər. Allahverdinin Təranəni döyməsinə, evdə mübahisələr yaratmasına, qadınlarla gəzməsinə görə yaranmış problemi hamı bilmiş, bu barədə babası və dayıları, hətta xalaları ona iradlar bildirsə də, Allahverdi hamısının özlərinin, ailə üzvlərinin ünvanlarına küçə söyüşləri ilə söyüb onları təhqir etmişdir. Şahid1 daha sonra ifadəsinin davamında göstərdi ki, atası hadisədən təxminən 3 il əvvəl 1996-cı il təvəllüdlü, Nuranə adlı cavan bir qızla gəzməyə başlamış, onunla sevgili münasibətində olmuşdur. Həmişə olduğu kimi, Nuranə ilə də olan münasibətini heç vaxt gizlətməmiş, bunu anası Təranəyə demişdir. Belə ki, atası iki gecə Nuranənin yanında bir gecə isə onlarla evdə qalmışdır. Atası yaşadıqları Binə qəsəbəsindəki evi adını bilmədiyi banka girov qoyaraq həmin bankdan 150.000 manat pul götürmüş, həmin pula evlərini təmir etdirmiş, bildiyinə görə gəzdiyi Nuranəyə ev tikdirmiş və ona maşın almışdır. Hətta atası Allahverdi Nuranəyə mahnı bəstələtdirmiş və həmin mahnını gətirib evdə anası Təranəyə də qulaq asdırmışdır. Nuranəyə ev tikdirdiyini öyrəndikdə anası Təranə evdə atasına “öz ailənə baxmırsan, küçə qadınına ev tikirsən” sözlərini dedikdə evlərində mübahisə yaratmış, bu səbəbdən atası əsəbiləşərək gedib Nuranəyə tikdirdiyi evi sökmüşdür. Buna görə Nuranə onların yaşadıqları evə gələrək evin birinci mərtəbəsində şüşələri sındırmışdır. Bundan başqa, Şahid1 ifadəsinin davamında göstərdi ki, 2021-ci ilin dekabr ayının əvvəllərində vaxtından əvvəl, yəni 7 ayın tamamında övladı dünyaya gəlmiş, xəstəxanada şüşə aparatının altında saxlanmışdır. Buna görə dərmanlara xərci çıxmış, lakin atası xərclərini qarşılamağına köməklik göstərməmişdir. 10 dekabr 2021-ci il tarixdə uşağı xəstəxanadan çıxarması üçün ona 150 manat pul lazım olmuş, həmin pulu istəmək üçün dəfələrlə zəng etsə də, atası telefonu götürməmiş və məcbur olub borca pul götürmüşdür. 10 dekabr 2021-ci il tarixdə günorta saatlarında uşağı xəstəxanadan çıxarıb yaşadıqları evə gətirmiş, həmin anası və balaca bacısı Fatimə evdə olmuşlar. O, anasının alın nahiyəsində şişkinlik görmüş və nə baş verdiyini soruşmüşdır. Anası Təranə ona atası Allahverdinin ona məxsus qızıl boyunbağını boynundan dartıb zorla aldığını, alnına yumruq vurduğunu demişdir. Eşidib bildiyinə görə, həmin günü Nuranənin ilk evliliyindən olan azyaşlı qızının ad günü olmuş, bu münasibətlə əlaqədar atası hədiyyə etmək üçün anasından boyunbağını zorla almış, həmçinin, anasının istifadəsində olan “Samsung” markalı mobil telefonu da sonuncudan alıb çıxıb getmişdir. Bundan sonra anası Təranə onun mobil telefonu ilə ana nənəsi Gülşənə zəng edib baş verənlər barədə ona danışmışdır. Bu söhbətdən bir neçə dəqiqə sonra dayısı, baxılan iş üzrə Təqsirləndirilən şəxs uşağa görə gözaydınlığı vermək üçün onlara gəlmiş və oturmayıb gözaydınlığı verib getmişdir. Anası Təranə ilə birlikdə dayısını darvazanın ağzına qədər ötürmüşdür. Həmin vaxt dayısı Taryel onun anasının, yəni bacısı Təranənin alnında şişkinliyi görüb, «şişən yer Allahverdinin vurduğu yerdi?» deyə soruşmuşdur. Anası isə dayısına fikir verməməyi tapşırmış, bu kimi halların ilk dəfə deyil, dəfələrlə baş verdiyini demişdir. Taryel isə anasına Allahverdini nəzərdə tutub «boğaza yığılmışam bunun əlindən, bir gün vurub öldürəcəm onu» demiş, lakin anası Təranə dayısına narahat olmamasını deyib onu yola salmışdır. Həmin gün saat 19 radələrində evdə onlarla birgə yaşayan nənəsi Yaşa, arvadı Nəzrin, balaca bacısı Fatimə ilə birlikdə oturmuşlar. Həmin vaxt dayısı Taryel də onlara gəlmiş və evdə oturub çay içmişlər. Taryelin evi onların yaşadıqları evə yaxın olduğu üçün demək olar ki, o, tez-tez onlara gəlib-getmiş, ona görə də dayısı Taryeldən nə məqsədlə gəlməsini soruşmamış, Taryelin hərəkətlərində heç bir şübhəli hal hiss etməmişdir. Taryelin atası Allverdini öldürəcəyi heç bir zaman onların ağıllarına gəlməmişdir. Şahid1 ifadəsinin davamında daha sonra göstərdi ki, atası Allahverdi yaşadıqları əraziyə yaxın ona və bacısına yan-yana ev tikdirmiş, lakin evlər yarımçıq qalmışdır. 10 dekabr 2021-ci il tarixdə axşam saat 19 radələrində nənəsi Yaşa ona gedib yarımçıq qalmış evlərə baxmağı təklif etmiş, o, nənəsi ilə razılaşıb nənəsi ilə birlikdə gedib evlərə baxmaq üçün darvazadan çölə çıxmışlar. Həmin vaxt dayısı da onlarla birlikdə darvazadan çölə çıxıb sol tərəfə burulub getmiş, evlərinə gedəcəyini demişdir. Nənəsi ilə birlikdə onun idarə etdiyi maşınla gedərək evlərə baxmışlar. Hələ yolda ikən o, siqaret almaq üçün 2-3 dəqiqəliyinə maşını saxlamış, sonra qayıdıb maşina oturmuş və gedib evlərə baxmış və təxminən yarım saat sonra evlərinə qayıtmışlar. Həmin günü günorta saatlarında dostu Şahid12 zəng edərək boş vaxt tapacağı təqdirdə onlara gedib birlikdə çay içməyi təklif etmiş, lakin yeni doğulmuş uşağı xəstəxanadan çıxarmasına görə məşğul olduğundan gedə bilməmişdir. Nənəsi ilə birlikdə bacısının evinə baxıb qayıtdıqdan sonra boş vaxtı olduğundan o, dostu ilə görüşməyə gedəcəyini deyib evlərinə çataçatda yolda nənəsini maşından düşürmüş, nənəsi isə evə tərəf dönmüş, o, isə maşını Şahid12gil istiqamətdə sürmüşdür. O, Elşadgilə gedərəkən, nənəsindən ayrıldıqdan təxminən 3-4 dəqiqə sonra nənəsi Yaşa onun mobil telefonuna zəng edərək təcili geri qayıtmağı tapşırmış, həyətlərində atasını kiminsə vurduğunu demişdir. Dərhal o, evlərinə tərəf qayıtmış və yolda olarkən dayısı Tariyel ona zəng edərək harada olduğunu soruşmuşdur. O, dayısına atasının həyətdə vurulduğunu demiş və telefonu söndürüb evə doğru getmişdir. Həyətə çatmamış dayısı Taryel yenə də ona zəng etmiş və ona “həyətə girib atanı görəndə qorxma, atanı mən vurmuşam” sözlərini ona demiş, həmçinin heç kimə heç bir söz deməməyi ona tapşırmışdır. Dayısının günorta onlara gəlməsini, evdən çıxanda atasını öldürəcəyi barədə dediklərini əvvəlcədən planlaşdırdığını düşünmüşdür. Əslində o, dayısının tutulmasını istəməmiş, ona görə də bu barədə heç kimə heç nə danışmamışdır. Belə ki, atası nə ona, nə də digər ailə üzvlərinə gün verib, işıq verməmişdir. Hadisəni eşidib həyətə daxil olduqda nənəsi Yaşanın və anası Təranənin həyətdə olduqlarını görmüş, qonşular da həyətə yığışmış, lakin bacısı Fatimə və arvadı Nəzrin həyətdə olmamışlar. Qonşulardan kimsə 102 xidmətinə zəng etmiş və bir neçə dəqiqə sonra polislər gəlmişlər. Bir müddət sonra dayısı Taryel və babası Almaz da ora gəlmiş, polislər onu, anası Təranəni, dayısı Taryeli, babası Almazı və bir neçə qonum-qonşunu birlikdə 30cu polis şöbəsinə aparmışlar. O, atasının dayısı Taryel tərəfindən öldürüldüyünü bilsə də, bu barədə dayısı ilə istər həyətdə, istərsə də polis şöbəsində danışmamışdır. İlkin sorğularda atasının kim tərəfindən öldürüldüyünü deməsə də, sonradan polislərə atası Allahverdinin dayısı Taryel tərəfindən öldürüldüyünü demişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid4 və yetkinlik yaşına çatmamış Şahid3 məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 və məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş Şahid2 ilə oxşar məzmunlu ifadə verib sonuncuların ifadələrində göstərdiyi xüsusatları özlərinə aid hissədə bir daha təsdiq etmişlər. Bundan başqa, məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs atası Şahid6, konstitusion hüququndan istifadə edib oğlu Təqsirləndirilən şəxs qarşı ifadə verməkdən imtina etdiyindən onun ibtidai istintaq mərhələsində verdiyi ifadəsi elan edilməklə tədqiq olundu. Şahid6 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs özünə məxsus evdə ailə-uşağı ilə birlikdə yaşamış, o özü isə arvadı Gülşən və qızı Pərvanə ilə birlikdə Taryelin yaşadığı həyətdə, özlərinə məxsus evdə ayrıca yaşamışlar. Qızı Təranə isə yaşadıqları evdən təxminən 500 metr aralı məsafə öz ailəsi ilə birlikdə yaşamışdır. Təranə 28 ilin gəlini olmuş, bu müddətdə Allahverdinin Təranəyə vermədiyi işgəncələr qalmamışdır. Allahverdi Təranəni təpiklə, yumruqla vurmuş, başqa arvad saxlamış, həmin arvad üçün ev tikdirmiş, onun adına mahnı bəstələtdirmiş və bütün bunları gəlib evdə Təranəyə acıq vermək üçün danışmış, Təranənin şərəfini alçaltmışdır. Allahverdinin qorxusundan Təranəni ondan ayırmaq məsələsini də qaldıra bilməmişlər. Allahverdinin anası Yaşa da onlarla, yəni oğlunun evində bir yerdə yaşamışdır. Allahverdi hətta öz anasına, uşaqlarına da əl qaldıramış, anası Yaşanı və uşaqlarını döymüşdür. Bir sözlə Allahverdi ailəsinə göz verib, işıq verməmiş, ailəsinin qədrini bilməmiş, gəzdiyi qadınla rayonlara istirahətə getmiş, sonra gətirib videoları arvadı Təranəyə göstərmişdir. Şahid6 tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, Oğlu Taryel taksi sürücüsü işləmiş, heç vaxt yaşadığı evin altında tüfəng olduğunu və ya həyətdə patron olduğunu bilməmiş, bunu hadisə baş verəndən sonra öyrənmişlər. 10 dekabr 2021-ci il tarixdə, saat 18 radələrində Taryel işdən evə gəlmiş, çörəyini yeyib saat 19 radələrində yenə evdən çıxmışdır. Saat 20 radələrində evə qayıdaraq mobil telefonda oyun oynamağa başlamışdır. Sonra “papa, dur gedək Təranəgilə, qonşu zəng etmişdi, deyir Təranəgildə nə isə yenə qırğındı” deyib Təranəgilə getməyi təklif etmişdir. Bu sözü eşitdikdə onlar avtomaşına minərək Təranəgilə gəlmişlər. Orada Allahverdinin odlu silahla öldürüldüyü onlara məlum olmuş, amma kimin öldürdüyü bilinməmişdir. Bundan sonra polislər hadisə yerində olanları, o cümlədən oğlu Taryeli, onu birlikdə 30-cu polis şöbəsinə aparmışlar. Səhərə yaxın Taryelin törətdiyi cinayət əməlini etiraf etdiyini öyrənmişlər. X8 öldürmək fikri olmamış, əksinə onların evində dava-dalaş olanda səbr edib Təranəyə, Allahverdinin anası Yaşaya ürək-dirək verib səbirli olmalarını, Allahverdinin nə vaxtsa düzələcəyini demişdir. Şahid6 tədqiq olunan həmin ifadəsinin yekununda bildirmişdir ki, Allahverdinin saxladığı qadının balaca bir qızı olmuş və hadisə baş verən gün həmin uşağın ad günü olmuşdur. Allahverdi saxladığı qadının azyaşlı qızına ad günü hədiyyəsi olaraq Təranənin qızıl boyunbağısını vermək istəmiş, Təranə də boyunbağını vermək istəmədiyinə görə Allahverdi Tarənənin alnına yumruqla vuraraq boyunbağını dartıb almışdır. Bundan sonra Təranə anasına zəng edərək bütün olanları ağlayaraq danışmışdır. Həmin vaxt oğlu Taryel də evdə olmuş və danışılanları eşitmişdir (iş vərəqə: cild İ, səh. 175-176). Məhkəmə baxışı zamanı, məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş, həmçinin məhkəmədə faktiki iştirak etmiş Təqsirləndirilən şəxs anası Şahid7, bacısı Şahid8, arvadı Şahid9 da ibtidai istintaq mərhələsində vermiş olduqları ifadələri eyni əsaslarla elan edilməklə tədqiq olunmuşdur. Şahidlər Şahid7, Şahid8 və Şahid9 tədqiq olunan ifadələrindən görünür ki, hər üç şahid mərhum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxslə arvadı Şahid2 arasında mövcud olmuş anormal ailə münasibətləri, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mütəmadi olaraq döyüb təhqir etməsi, əxlaqa zidd hərəkətləri ilə Şahid2 şərəf və ləyaqətini alçaltması, digər ailə üzvlərinə qarşı kobud və qeyri-insani rəftarı barədə Şahid6, həmçinin şahidlər Şahid1 və Şahid2 ilə oxşar məzmunda ifadələr verib qeyd olunan məzmunda xüsusatları bir daha təsdiq etmişlər. Şahid7 tədqiq olunan ifadəsində, həmçinin göstərmişdir ki, qızı Təranə 10 dekabr 2021-ci il tarixdə, günortaya yaxın ona görüntülü zəng etmiş və Allahverdinin saxladığı Nuranə adlı qadının balaca qızının həmin gün ad günü olduğunu, Allahverdinin evə gələrək Təranənin boynunda olan qızıl boyunbağını çıxarıb ona verməsini istədiyini, sonuncunun boyunbağını vermək istəmədiyi üçün Allahverdinin yumruqla onun alınından vuraraq boyunbağını zorla dartıb onun boynundan qoparıb getməsini ağlayaraq danışmışdır. Təranənin deməsinə görə Allahverdi həmin boyunbağını aparıb saxladığı qadının uşağına hədiyyə edəcəkmiş. Təranə zəng edərkən o, eyni həyətdə yaşayan oğlu Taryelgildə olmuş, Təranə ilə telefonla yataq otağında danışmış, ona ürək-dirək verib səbrli olmasını demişdir. Həmin vaxt Taryel qonaq otağında olmuş, qızı ilə danışığını eşidib-eşitməməsini o, bilməmişdir (iş vərəqə: cild İ, səh. 177-178). Şahid8 isə qeyd olunanlardan başqa, tədqiq olunan ifadəsində 10 dekabr 2021-ci il tarixdə axşam saatlarında atasının anası ilə birlikdə avtomaşınla harasa getmələrini gördüyünü, evdən çıxıb hara getdiklərini anasından soruşduğunu, anasının Təranəgildə yenə qırğın olduğunu deməklə getmələrini göstərmiş, 11 dekabr 2021-ci il tarixdə səhər saatlarında yaşadığı evə polis əməkdaşlarının gəlmələrini və atası Almazın adına olan evin zirzəmisindən qoşalülə tüfəng tapılmasını təsdiq etmişdir(iş vərəqə: cild İ, səh. 138- 139). Daha sonra Şahid9 tədqiq olunan ifadəsində göstərmişdir ki, o, qayınatasgilin yaşadıqları evin altında tüfəng olduğunu və ya həyətdə patron olduğunu heç vaxt bilməmiş, bunu hadisə baş verəndən sonra polis əməkdaşlarının gəlib evin altından tüfəngi götürəndə öyrənmişdir. 10 dekabr 2021-ci il tarixdə gündüz işdə olmuş, saat 17 radələrində işdən evə qayıtmışdır. Saat 18 radələrində isə Taryel işdən evə gəlmiş və çörəyini yeyib saat 19 radələrində evdən çıxıb getmişdir. Onun zirzəmiyə girməsinə fikir verməmiş, onun müştəri dalınca gedəcəyini fikirləşmişdir. Saat 20 radələrində isçə Taryel yenidən evə qayıtmış və telefonda oyun oynamağa başlamışdır. Bir neçə dəqiqə sonra atasına “papa, dur gedək Təranəgilə, qonşu zəng etmişdi, deyir Təranəgildə yenə qırğındı” sözlərini demiş və Təranəgilə getməyi təklif etmişdir. Bu sözü eşitdikdən sonra qayınanası da maşına minmiş, əri Taryel, qayınatası Almaz və qayınanası Gülşən Təranəgilə getmişlər. Sonradan Təranənin ərinin öldürüldüyünü və onu qətlə yetirənin də Taryel olduğunu öyrənmişdir. O, Taryelin zirzəmiyə girib-çıxdığını görməmiş, hadisənin səhəri günü polislərin gəlib evin altında tüfəng aşkar etməsindən sonra orada tüfəng olduğunu bilmişdir (iş vərəqə: cild İ, səh. 181-183). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid12 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs oğlu Şahid1 uşaqlıq çağlarından tanımış, onunla dostluq etmiş, bir-birlərinin evinə gediş-gəlişləri olmuşdur. İlkingilin evlərində ailə münaqişələrinin hansı formada olmasından onun xəbəri olmamış, onları sakit ailə kimi tanımışdır. 050 765 09 43 mobil telefon nömrəsi ona məxsus olmuş və faktiki özünün istifadəsindədir. 10 dekabr 2021-ci il tarixdə, günorta saatlarında istifadəsində olan həmin mobil nömrədən İlkinin istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək onu evlərineə çay içməyə dəvət etmişdir. İlkin öz evlərində olduğunu, həmən gün yeni doğulan övladını xəstəxanadan çıxartdığını demiş və vaxt tapıb gələcəyini bildirmişdir. Həmin günü saat 19 radələrində İlkin onun evinə gələrkən yolda atasının qətlə yetirilməsi xəbərini eşitmişdir. Sonradan o da hamı kimi İlkinin atasını qətlə yetirən şəxsin İlkinin dayısı Taryel olduğunu öyrənmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs bacısı Şahid10 ifadəsində göstərdi ki, o, Buzovna qəsəbəsində ailəsi ilə birlikdə yaşamış, həyat yoldaşı Zakir Əliyev işləməmişdir. 2001, 2002 və 2014-cü il təvəllüdlü iki qızı və bir oğlu olmaqla üç övladı vardır. X14 sevdiyi insanla qaçmış, o Neft və Sənaye İnstitutunun sonuncu kursunda təhsil alımışdır. Aytacın illik pulunu mərhum qardaşı Allahverdi ödəmiş, bundan əlavə ailəyə Allahverdi hər cəhətdən maddi köməklik etmiş, bütün çətinliklərini qarşılamışdır. Allahverdi yaşadığı evi yəni, hadisə baş verən evi arvadı Təranənin adına keçirmiş, ikinci qızı üçün bir mərtəbə ev tikdirmiş, həmin evin yanında da onun üçün də bir mərtəbə tikdirmiş, lakin həmin evlərin kimin adına olduğunu bilməmişdir. Allahverdinin oğlu İlkinin onun üçün tikilən evi 14 min manata satdığını, Allahverdinin «Galenvagen» markalı maşınını satdığını sonradan öyrənmişdir. Şahid10 ifadəsinin davamında göstərmişdir ki, 10 dekabr 2021-ci il tarixdə, saat 21 radələrində anası Yaşa zəng edərək evdə olduğunu öyrənib, ona tez gəlməsini demiş, Allahverdinin öldürüldüyünü bildirmişdir. O, hadisəni eşidərək dərhal Allahverdinin evinə getmiş, həmin vaxt artıq polis əməkdaşları da hadisə yerində olmuşlar. 11 dekabr 2021-ci il tarixdə hər kəs kimi o da qardaşı Allahverdini Təranənin qardaşı Taryelin tüfənglə atəş açıb öldürdüyünü öyrənmişdir. Eşitdiyinə görə Təranə onun anası Yaşaya gedib yan-yana tikilən evlərə baxmasını demiş, bundan sonra anası ilə Təranənin oğlu İlkin evlərə baxmağa getmişlər. Sonra isə Təranə zəng edib Allahverdini evə çağırtdırmış, Taryel isə Allahverdinin həyətinə gələrək məlum hadisəni törətmişdir. İlkin də maqazindən siqaret almağa getmiş, anasını evə gec qaytarmışdır. Təranə səs eşidilməli olduğu halda, guya atəş səsini eşitmədiyini yalandan demişdir. Məhkəmə baxışı zamanı, məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş Şahid11 iştirakı təmin edilmədiyindən onun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid11 tədqiq olunan həmin ifadəsində Zərərçəkmiş şəxslə qonşu olduğunu, sonuncunu gülərüz, istiqanlı, xeyirxah insan kimi tanıdığını, ailə problemlərindən xəbərsiz olduğunu bildirmiş, həmçinin göstərmişdir ki, 10 dekabr 2021-ci il tarixdə saat 18 radələrindən evdə olsa da, həmin vaxt evdən çölə çıxmamış, Zərərçəkmiş şəxs yaşadığı evin həyətində qətlə yetirildiyini həmin gün saat 21 radələrində küçəyə çıxdıqdan sonra öyrənmiş, hamı kimi, onun qaynı Tariyel tərəfindən öldürüldüyünü bilmişdir (iş vərəqə: cild İ, səh. 226-228). Ən nəhayət, iş üzrə məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş Şahid5 məhkəmə istintaqında iştirakı təmin edilmədiyindən onun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsti məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu. Şahid5 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 1997-ci il təvəllüdlüdür, 2016-ci ildə X10 ilə ailə həyatı qurmuş, birgə nikahdan 10 dekabr 2016-ci il təvəllüdlü Zəhra Fətəliyeva adında bir qızları olmuşdur. 2020-ci ildə həyat yoldaşı ona xəyanət etdiyindən rəsmi şəkildə ondan boşanmışdır. 2017-ci ildən "xxxx" MMC-də fəhlə işləmiş və 2020-ci ilin mart ayında orada sürücü işləyən Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. İlk olaraq onunla dost kimi münasibəti yaranmışdır. Allahverdi dindar olduğundan və onunla yaxşı davrandığından Allahverdi ilə münasibət saxlamağa başlamışdır. Subay vaxtlarından hicablı olsa da, lakin sonralar qan azlığı ilə bağlı müalicə aldığından hicabı açmışdır. 2020ci ilin iyul ayının axırında rəsmi olaraq məhkəmə yolu ilə keçmiş ərindən boşanmışdır. Allahverdi ailəsinin və dörd uşağının olduğunu əvvəlcədən ona bildirmiş. Əvvəlcə razı olmasa da, Allahverdi onu inandıraraq özünü sevdirmiş, "sən razı olmasan səni qaçıracam" sözlərini deyərək həm ailəsini, həm də onu saxlayacağını bildirmişdir. Sonunda Allahverdi ilə evliliyə razılıq verərək 03 avqust 2020-ci il tarixdə onunla kəbin bağlamışdır. X6 ayrıca kirayə ev də tutmuşdur. Allahverdinin səkkiz və ya on ədəd "İkarus" markalı avtobusları olmuş və avtobusları icarəyə verməklə ayda təxminən 12.000-15.000 manat məbləğində gəlir əldə etmişdir. Allahverdi onu və qızını öz ailəsi kimi qəbul etmişdir. Allahverdinin arvadı Təranə 2021-ci ilin fevral ayında bir dəfə onun işlədiyi salona gələrək orada dindən danışmış, Allahverdidən uzaqlaşmalı olduğunu bildirərək onu günhalandırmışdır. Allahverdi bunları öyrəndikdə onlara bir-biriləriylə mübahisə etməmələrini tapşırmışdır. Allahverdi evdə həmişə arvadı ilə mübahisə etdiyini, arvadını, uşaqlarını döydüyünü bildirmişdir. Allahverdinin arvadının onun anası Yaşa ilə də münasibəti yaxşı olmamış, aralarında söz-söhbətlər baş vermiş, amma konkret olaraq nəyin üstündə dalaşdıqlarını o, bilməmişdir. Allahverdi həftədə iki dəfə onunla qalmış, bir gündən bir isə evində səhər yeməyi yemişdir. Allahverdi, həmçinin ona həyət evi də tikmişdir. Təxminən 28 avqust 2021-ci il tarixdə qısqandığına görə Allahverdi onunla dalaşmışdır. Bundan sonra o, onunçün tikilmiş evə getmiş, lakin həmin evin söküldüyünü görmüşdür. Buna görə də o, Allahverdinin arvadına məxsus "Herba life" adlı obyektin şüşəsini sındırmış və Allahverdinin ailəsinin yaşadıqları evə getmişdir. Orada Allahverdinin xalası onu tutaraq saxlamış, Təranə və oğlu isə onu döymüşdür. Sonra Allahverdi də gəlib onu döydüyündən o, buna görə 30-cu PŞ-nə şikayət etmiş və ekspertizadan keçmişdir. Sonradan Allahverdi tanışları vasitəsilə barışmaq istədiyini bildirmiş, 06 oktyabr 2021-ci il tarixdə zəng edərək görüşmüş və yenidən barışmışlar. Ona görə də polisdə barışıq ərizəsi yazmış və işi bağlatmışdır. Şahid5 tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, 17 oktyabr 2021-ci il tarixdə o, Allahverdi ilə birlikdə onun qohumunun toyuna görə Lerik rayonuna getmişlər. Təxminən oktyabr ayının axırında rayona getdiklərini Təranə öyrənmiş, Allahverdi ilə dalaşmış, qaynı, qayınatası və qayınanası onların evlərinə gəlmiş və aralarında dava düşmüşdür. Allahverdinin deməsinə görə, arvadı Təranə hər kiçik davaya görə oğlu İlkinin (Hüseyn) nənəsini, babasını və dayısını eve çağırmışdır. Gəlib evdən Təranəni götürüb getmək istəyən zaman Allahverdi qayınanasını və qayınatasını, daha sonra oğlunu və arvadını da döydüyünü ona danışmışdır. İki gün sonra arvadı yenidən evə qayıtmış, bir həftə danışmadıqdan sonra isə barışmışlar. Allahverdi həmin vaxt qaynı Tariyellə də dalaşdığını demiş, hadisədən sonra ikinci dəfə yanına gələndə həm qaynını, həm də qayınanasını döydüyünü bildirmişdir. Ondan sonra Allahverdi 10 dekabr 2021-ci il tarixə kimi heç bir dava-dalaş barədə məlumat verməmişdir. Şahid5 tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, 10 dekabr 2021-ci il tarixdə, səhər saat 10 radələrində Allahverdi "WhatsApp" proqramı vasitəsilə evdə dalaşdığını, buna görə də evdə olan əşyaları sındırdığını və qızı Fatiməni hazırlıq kursuna aparmadığını bildirmişdir. Allahverdidən dalaşmasının səbəbini aydınlaşdırmaq istəsə də, heç bir konkret cavab verməmişdir. Həmin günü qızının ad günü olmuş, saat 12 radələrində Allahverdi onu aparıb salona qoymuş və qızını isə onun anasıgilə aparmışdır. Saat 16 radələrində Allahverdi onu salondan götürərək anasıgilə aparmağı və axşam qızının ad gününə görə balıq yeməyə gedəcəklərini planlaşdırmışlar. Saat 16 radələrində Allahverdi onu işdən götürərək anasıgilə aparmışdır. Həmin vaxt o, Allahverdinin «qanı qara» olduğunu görmüşdür. Evdə dalaşdığını güman etsə də, nəyin üstündə dalaşdığını deməmişdir. Allahverdi evə gedib bir stəkan çay içəcəyini, idarə etdiyi avtomobilini dəyişəcəyini və doqquzun yarısına kimi gəlib onu götürəcəyini demiş olsa da, axşam saat 20 radələrindən etbiarən Allahverdi zənglərə cavab verməmişdir. Buna görə narahat olmuş və qardaşı Hüseyndən onu salona aparmasını xahiş etmişdir. Amma yolda Allahverdinin yaşadığı məhəlləyə polis maşınlarının getdiyini görüb onların məhəlləsinə getmiş və orada Allahverdinin silahla öldürüldüyünü, daha sonra isə Allahverdinin qaynı Tariyel tərəfindən öldürüldüyünü öyrənmişdir (iş vərəqə: cild İ, səh. 81-85). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibb ekspertizasının 02 fevral 2021-ci il tarixli, 08 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədən səthində daxili yuxu arteriyasının, onurğa beyininin zədələnməsi, çənə sümüyünün, dilaltı sümüyün sol böyük qanadının, boyun fəqərələrinin hissəvi sınıqları, qalxanabənzər qığırdağın, qırtlağın zədələnməsi ilə müşayət olunan alt çənə nahiyyəsinin kor qurtaran 1ədəd odlu silah-qırma yaralanması, boyunun əzilmiş yarası, sıyrıqları, ənsə nahiyyəsinin əzilmiş yarasıkimi bədən xəsarətləri aşkar olunnmuşdur. Tədqiq olunan həmin rəydən görünüyr ki, aşkar edilən xəsarətlər həyatidirlər, ölümdən az əvvəl səthi əzilmiş yara bərk küt əşyanın, digər xəsarətlər dirənmiş vəziyyətdə açılan odlu silah-qırma yaralanması təsirindən yaranmışdır, dərəcəsinə görə odlu silahqırma yaralanması canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidir; - ənsə nahiyyəsinin əzilmiş səthi yarası canli şəxslərdə sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən xəsarətin əlamətlərinə malikdir və baş vermiş ölümlə səbəbli əlaqəsi yoxdur. Zərərçəkmiş şəxs ölümünə odlu silah-qırma yaralanması nəticəsində daxili yuxu arteriyasının və onurğa beyninin zədələnməsi fonunda inkişaf etmiş massiv qanitirmə səbəb olmuşdur. Ölümün meyit meyitxanada müayinə olunduğu vaxtdan 2-4 saat əvvəl baş verməsi mümkündür. Zərərçəkmiş şəxs atəş dirənmiş vəziyətdə üzbəüz olmaqla müxtəlif duruş vəziyyətlərində açıla bilərdi. Atəşin istiqaməti öndən arxaya bir qədər sağdan sola doğru olmuşdur. Əzilmiş yaranın lokalizasiyasına vǝ xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarət müxtəlif şəraitlərdə, o cümlədən öz boyu hündürlüyündən yıxılma nəticəsində alınması inkar olunmur. Qarşılıqlı mübarizənin təyini məhkəmə-tibb ekspertinin səlahiyyətinə aid deyildir. Ən nəhayət, tədqiq olunan həmin rəydən görünüyr ki, X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya təhqiqatı nəticəsində metil, etil, propil, butil va amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (iş vərəqə: cild İİ, səh. 54-58). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 11 dekabr 2021-ci il tarixli, 1347 saylı rəyi ilə müəyyən edilmişdir ki, Şahid2 bətən səthində alının şişkinli qançırı, boyunun sıyrığı və döş qəfəsinin qançırı kimi xəsarətlər aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, törənmə müddətlərinə görə alının şişkinli qançırı və boyunun sıytığı müayinədən bir günə qədər əvvələ, döş qəfəsinin qançırı isə müayinədən 4-6 günə qədər əvvələ uyğun gəlirlər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir (iş vərəqə: cild İİ, səh. 48-49). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «Baxış keçirilməsi haqqında» 11 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı evin həyətində bacısının yaşadığı evin zirzəmisinə və həmin evin arxasındakı həyətyanı torpaq sahəsinə baxış keçirilərkən zirzəmidə olan reklam tablosunun altında, torpaq üzərində bir ədəd ov tüfəngi, evin arxasındakı torpaq sahəsində 10 sm dərinlikdə qazılıb basdırılmış 1 ədəd istifadə olunmuş, 3 ədəd istifadə olunmamış vəziyyətdə, cəmi 4 ədəd ov silahlarında istifadə olunması üçün nəzərdə tutulmuş patronlar aşkar edilərək götürülmüşdür(iş vərəqə: cild İ, səh. 70-71). Daha sonra işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan kompleks məhkəmə-trasoloji və məhkəmə-ballistik ekspertizasının 19 yanvar 2022-ci il tarixli, 3/2080, 3/2081, 3/2082 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 1 ədəd silah 1956-cı ildə keçmiş SSRİ-də, Tula silah zavodunda istehsal edilmiş, patronlarının uzunluğu 70 mm olan, 16 kalibrli, “TOZ BM” modelli, K21492-56 nömrəli, lüləaltı yastığı eyni markalı olan “87529-55” ov tüfəngin lüləaltı yastığı ilə komponentləşdirilmiş çaxmaqlı, qoşalüləli tüfəngdir, yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir və hər iki lüləsindən atəş açmaq üçün yararlıdır, tətiyini çəkmədən ondan özözünə atəş açılmır. Tədqiq olunan həmin rəydən törünür ki, həmin model tüfəngdən olan, ov tüfənglərindan təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış 16 kalibrli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm diametri qırmalar 400 m, 5 mm diametrli qırmalar 500 metr məsafəyə, 30-40 derece bucaq altında atılan güllələr isə 1000- 1500 metr məsafəyə uçma qabiliyyətinə və həmin məsafələrə uyğun olaraq hədəfdə (o cümlədən canlı hədəfdə) müvafiq zədə yetirmə qüvvəsinə malik olurlar. Tədqiqata təqdim edilmiş 3 (üç) ədəd patron 16 kalibrli olmaqla, həmin kalibrə malik hamarlüləli (yivsiz) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə hazırlanmış patronlardır və atəşə yararlıdırlar. Təyinatına və kalibrinə uyğun olaraq, həmin patronlar həmçinin tədqiqata təqdim edilmiş 16 kalibri "TO3 5" modelli, K21492-56 No-li lüləəaltı yastığı eyni markalı olan "87529-55" ov tüfəngin lüləaltı yastığı ilə komplektləşdirilmiş ov tüfəngində də istifadə oluna bilər. Bundan başqa, həmin rəydən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd giliz zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli olmaqla, həmin kalibrə malik, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış hissəsidir - gilizidir, təqdim edilmiş 16 kalibrli, "TO3 5" modelli, K21492-56 No-li lüləaltı yastığı eyni markalı olan "87529-55" ov tüfəngin lüləaltı yastığı ilə komplektləşdirilmiş ov tüfənginin sağ lüləsindən atılmışdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd giliz, təqdim edilmiş cəmi 3 (üç) ədəd patronun gilizləri ilə kalibrinə, ölçülərinə, konstruksiyasına, hazırlanma üsuluna və zavod işarələrinə əsasən bir-birilə eynilik təşkil edirlər. Daha sonra, tədqiqata təqdim edilmiş 2 (iki) ədəd qırma müxtəlif kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifade edilən patronların doldurulması üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal edilmiş atəş komponentinin atəşlə ayrılmış hissələridirlər - qırmalardırlar və döyüş sursatı hesab edilmirlər. Təyinatlarına uyğun olaraq, həmin qırmaların digər atəş komponentləri ilə birlikdə təqdim edilmiş 16 kalibri gilizə doldurulması ilə hazırlanmış patrondan istifadə etməklə, təqdim edilmiş 16 kalibri "TO3 B" modelli, K21492-56 №-li lüləaltı yastığı eyni markalı olan "87529-55" ov tüfənginin lüləaltı yastığı ile komplektləşdirilmiş ov tüfəngindən də atəş açılması mümkündür, lakin qırmaların üzərində atəşədək doldurulduqları gilizin daxili divarlarından və atıldıqları silahın lülə kanalından qalmağa xarakterik olan sürtünme izləri, qırmaların hədəfə dəyməsi prosesində əmələ gəlmiş çoxsaylı, müxtəlif istiqamətli və formalı batıqlar çıxıntılar, xaotik quruluşlu sıyrıqlarla qarışıdığına, öz ilkin forma və ölçülərini itirdiklərinə habelə az və zəif əks edildiklərinə görə, eyniləşmə tədqiqatı üçün yararsız olduqları üçün təqdim edilmiş 3 (üç) ədəd 16 kalibrli patronların daxilindəki qırmalarla eynilik təşkil edib etmədiklərini, həmçinin təqdim edilmiş 1 (bir) ədəd 16 kalibrli gilizə atəş komponenti kimi doldurulubdoldurulmadıqlarını, o cümlədən həmin gilizdən və eləcə də təqdim edilmiş 16 kalibrli, "TO3 5" modelli, K21492-56 No-li lüləaltı yastığı eyni markalı olan "87529-55" ov tüfəngin lüləaltı yastığı ilə komplektləşdirilmiş ov tüfəngindən atılıb-atılmadıqlarını müəyyən etmək mümkün deyildir. Texniki məlumatlara əsasən yivsiz odlu ov silahları üçün zavod üsulu ilə hazırlanmış patronlardan təyinatı üzrə nəzərdə tutulan zavod üsulu ilə hazırlanmış ov tüfənglərində istifadə edildikdə, silahdan atəş açıldıqdan sonra, silahın lülə kəsiyinin son kənarından başlayaraq 1-1,5 metr məsafəyədək yığcam (kompakt) şəkildə - qırmalar yayılmadan, 1-2 m-dən 3-5 m-ə qədər nisbətən yığcam (kompakt) şəkildə, qırmalar az dərəcədə yayınmaqla, 3-5 metr məsafədən isə uçuş masafəsinə nisbətdə qırmaların yayılma sahəsi artaraq (genişlənərək), hedeflə təmas etdikd (o cümlədən canlı hədəfdə) müvafiq zədə yetirmə qüvvəsinə malik olurlar. Daha sonra tədqiq olunan həmin rəydən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd boyunbağının iki ədəd halqasının səthində olan zədələr fiziki qüvvənin təsirindən yaranmağa xarakterik dartılıb qopma zədələridir. Təqdim edilmiş boyunbağının bir son kənarında olan və iki son kənarı birləşdirmək üçün nəzərdə tutulmuş qarmağın səthində olan zədədə zədə qoyan predmetin xüsusi və fərdi əlamətləri əks olunmamışdır. Ona görə də zədənin konkert olaraq hansı predmetin təsiri nəticəsindən əmələ gəlməsini müəyyən etmək mümükün olmadı. Daha sonra tədqiq olunan həmin rəydən görünür ki, tədqiqata teqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd uzunqol göy rəngli köynək, bir ədəd belində kəməri olan şalvarın və bir ədəd boyunbağının üzərində odlu silahdan açılan atəş neticesində qırmaların təsirindən yaranmağa xarakterik zədələr aşkar edilmədi. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd uzunqol göy rəngli köynək, bir ədəd belində kəməri olan şalvarın üzərində atəşin əlavə faktoru olan tam yanmamış barit hissəcikləri aşkar edildi. Tədqiqata teqdim edilmiş bir ədəd boyunbağı üzərində atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edilməmişdir. Tədqiqata təqdim edilmiş ov silahının lülə kanallarında atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikleri aşkar edilməsinə əsasən, həmin ov silahından atəş (atəşlər) açılmışdır (iş vərəqə: cild İİ, səh. 60-66). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə tibbi-bioloji ekspertizasının 27 yanvar 2022-ci il tarixli, 927/2021-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu-Abeta (H)/İİ/, Təqsirləndirilən şəxs qan qrupu-A/İİ/-dir. Ekspertizaya təqdim olunmuş 01 ədəd çubuqlu pambıq tampon, qolbaq, üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyiin olunduqda “A” və “H” antigenləri, bəzi ləkələrdə həmçinin “beta” aqllyutinini alındı. Bu qan ləkələri Abeta (H)/İİ/qruplu şəxsə, o cümlədən, Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər. Əgər sonuncuda haidsə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa və onun qanında müşayiətçi H antigeni varsa/. Tədqiqata təqdim olunan boyunbağı Təqsirləndirilən şəxs məxsus jilet üzərində qana şübhəli ləkələr aşkar olunmadı (iş vərəqə: cild İİ, səh. 67-73). Daha sonra məhkəmə baxışı zamanı tədqiq olunan kompleks ambulator məhkəməpsixatrik və məhkəmə-psixoloji ekspertizasının 22 yanvar 2022-ci il tarixli, 156 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs öz hərrəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək qabiliyyytəinə malikdir. Ona görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlapqlı hesab olunmaldır. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Tədqiq olunan həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb və düzgün ifadə vermək qabiliyyətinə malikdir. Onda yalan danışmağa, özündən qondarma fikirlər söyləməyə meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Həssaslıq, emosianallıq, özünə qarşı hörmət tələb etmək kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs emosianal halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəb yaranmış, həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (iş vərəqə: cild İİ, səh. 74-77). Məhkəmə baxışı zamanı tədqiq olunan müvafiq sənədlərlə müəyyən olundu ki, Təqsirləndirilən şəxs 2 Nömrəli Psixatriya xəstəxanasına müalicə üçün müraciət etməmiş, arxiv məlumatlarına əsasən həmin xəstəxanada müalicədə olmamışdır. (iş vərəqə: cild İ, səh. 229, 230). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 27 yanvar 2022-ci il tarixli, 366 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur(iş vərəqə: cild İİ, səh. 78-79). Daha sonra işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli, xx/xx-1449 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adı yuxarıda qeyd olunan mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur (iş vərəqə: cild İİ, səh. 4). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə mərhum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üzərində olmuş paltarları - bir ədəd tünd göy rəngli sviter və bir ədəd boz rəngli şalvar, Təqsirləndirilən şəxs üzərində olmuş paltarları - bir ədəd göy rəngli şalvar, bir ədəd göy rəngli qolu uzun sviter, bir ədəd qara rəngli qoluqısa jilet, Zərərçəkmiş şəxs üzərindən götürülmüş bir ədəd «Samsung» markalı mobil telefon, bir ədəd «Ketel» markalı mobil telefon, bir ədəd boyunbağı, bir ədəd bilərzik və Təqsirləndirilən şəxs məxsus bir ədəd «Xiaomi» markalı mobil telefon və bir ədəd silah 1956-cı ildə keçmiş SSRİ-də, Tula silah zavodunda istehsal edilmiş, 16 kalibrli, “TOZ BM” modelli, K21492-56 nömrəli, ov tüfəngi, maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir (iş vərəqə: cild İİ, səh. 104-130). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ailə-məişət münasibətləri zəminində qəsdən öldürməsi, yəni sonuncunu qəsdən həyatdan məhrum etməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə, həmçinin mərhum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən təkbaşına deyil, özünün yaxınları – atası, anası, bacısı, yəni mərhumun arvadı tərəfindən bir qrup şəxs olaraq qətlə yetirilməsi, qətlin cinayət hadisəsinin aləti olaraq işdə qəbul edilmiş silahla deyil, başqa silahla icra olunması barədə zərər çəkmiş şəxsin hüquqi varisi Yaşa Süleymanovanın iddialarını, cinayət işinə məhkəmə baxışı zamanı təsdiq olunmadığından rədd edir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirsizliyi, cinayət məsuliyyətindən yayınmaq və ya cinayət məsuliyyətinin yüngülləşdirilməsi istiqamətində heç bir dəlil gətirməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 247). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan qəsdən adam öldürmə cinayətini mərhum Zərərçəkmiş şəxs onun bacısı Şahid2 qarşı etdiyi qanunsuz və əxlaqsız hərəkətlərin təsiri nəticəsində törətmişdir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs rəsmi nikahda olan arvadı, həmin nikahdan 4 nəfər (bir oğlan, 3 qız) yetkinlik yaşına çatmış övladları olmasına, 3 uşağının artıq ailə qurmalarına və nəvə sahibi olmasına baxmayaraq, etik normaları aşıb tez-tez müxtəlif qadınlarla qeyri-rəsmi ər-arvad münasibətləri saxlamaqdan, həmin qadınlarla olan münasibətlərini gizlətməyib, etik normalardan kənara çıxmaqla ailə üzvlərinə bu münasibətlər barədə danışmaqdan, sonuncularla çəkdirdiyi fotoşəkilləri, qeydə aldığı videogörüntüləri rəsmi nikahda olan arvadına göstərməkdən belə çəkinməmiş, məhz həmin münasibətlərə görə ailədə baş vermiş mübahisələr zəminində arvadı Şahid2 döyüb təhqir etmiş, hətta sonuncuya bədən xəsarətləri yetirmişdir (məhkəmə-tibbi ekspertizasının 11 dekabr 2021-ci il tarixli, 1347 saylı rəyi). Zərərçəkmiş şəxs həyat tərzini müəyyən etmək üçün rəsmi nikahda olduğu arvadı Şahid2 və şahid - Zərərçəkmiş şəxs qeyri-rəsmi ər-arvad münasibəti qurduğu Şahid5 ifadələrinə diqqət yetirmək kifayətdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə cinayətin zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi cəzanı yüngülləşdirən hallardan biridir. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağı və 1951 və 1953-cü təvəllüdlü yaşlı valideynləri vardır (iş vərəqə: cild İİ, səh.94). İşdə olan Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Binə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqə: cild İİ, səh.94). Qeyd olunanlara əsasən məhkəmə, Təqsirləndirilən şəxs həm də ilk məhkumluğunu, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının və yaşlı valideynlərinin olmasını, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə baxışı zamanı, həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs baş vermiş cinayət hadisəsini odlu silahdan - “TOZ BM” modelli, K21492-56 nömrəli, 16 kalibrli ov tüfəngindən istifadə etməklə törətmişdir. Azərbaycan Respublikası CM-nin 61.10-cu maddəsinə əsasən cinayətin odlu silahdan, partlayıcı vasitələrdən və ya digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə etməklə törədilməsi cəzanı ağırlaşdıran hallar hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən xüsusilə ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyası daxilində şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu, hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğunu nəzərə alıb, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü barədə məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzaçəkmə müəssisələri ciddi rejim olaraq müəyyən edilir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 11 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 11 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 dekabr 2021-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 11 dekabr 2021-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 11 dekabr 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə işdə olan maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə Bakı şəhəri Suraxanı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - mərhum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üzərində olmuş paltarları - bir ədəd tünd göy rəngli sviter və bir ədəd boz rəngli şalvar, Təqsirləndirilən şəxs üzərində olmuş paltarları - bir ədəd göy rəngli şalvar, bir ədəd göy rəngli qolu uzun sviter, bir ədəd qara rəngli qoluqısa jilet məhv edilməli; - bir ədəd «Samsung» markalı mobil telefon, bir ədəd «Ketel» markalı mobil telefon, bir ədəd boyunbağı, bir ədəd bilərzik zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi X4 qaytarılmalı; -Təqsirləndirilən şəxs məxsus bir ədəd «Xiaomi» markalı mobil telefon onun özünə qaytarılması üçün yaxın qohumlarına təhvil verdilməli; - 1956-cı ildə keçmiş SSRİ-də, Tula silah zavodunda istehsal edilmiş, 16 kalibrli, “TOZ BM” modelli, K21492-56 nömrəli bir ədəd ov tüfəngi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə məhkəmə məsrəfləri - ekspertiza tədqiqatlarına sərf olunan 192 (yüz doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 11 (on bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 11 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin olunan cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə Bakı şəhəri Suraxanı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - mərhum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üzərində olmuş paltarları - bir ədəd tünd göy rəngli sviter və bir ədəd boz rəngli şalvar, Təqsirləndirilən şəxs üzərində olmuş paltarları - bir ədəd göy rəngli şalvar, bir ədəd göy rəngli qolu uzun sviter, bir ədəd qara rəngli qoluqısa jilet məhv edilsin; - bir ədəd «Samsung» markalı mobil telefon, bir ədəd «Ketel» markalı mobil telefon, bir ədəd boyunbağı, bir ədəd bilərzik zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi X4 qaytarılsın; -Təqsirləndirilən şəxs məxsus bir ədəd «Xiaomi» markalı mobil telefon onun özünə qaytarılması üçün yaxın qohumlarına təhvil verdilsin; - 1956-cı ildə keçmiş SSRİ-də, Tula silah zavodunda istehsal edilmiş, 16 kalibrli, “TOZ BM” modelli, K21492-56 nömrəli bir ədəd ov tüfəngi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri - ekspertiza tədqiqatlarına sərf olunan 192 (yüz doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar