Məhkəmə qərarları › İş №1(101)-904/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-904/2023

27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-904/2023 27.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri, 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və "Alyans" Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx xxxxxx 1979-cu ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində azyaşlı uşağı olan, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Salyan rayonu, Kürqaraqaşlı kəndində qeydiyyatda olan, Abşeron rayonu, Novxanı qəsəbəsi, Rəsulzadə küçəsi, nömrəsiz fərdi evdə yaşamış, ********* nömrəli cinayət işi üzrə 05 may 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 07 may 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, 05 sentyabr 2022-ci il tarixdə həbsdə saxlanma müddəti bitdiyinə görə azad edilmiş, ********* nömrəli cinayət işi üzrə 07 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 08 noyabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə, yerdə və şəraitdə şəxsiyyəti məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - bir ədəd bükümdə təmiz çəkisi 80 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kustar üsuila hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 48,0 qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 2 ədəd bükümdə külli miqdarda - təmiz çəkisi 27,052 qram ağ rəngli kristalşəkilii maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış və DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə barəsində narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlaması və daşıması ilə əlaqədar daxil olmuş məlumat əsasında 05 may 2022-ci il tarixdə saat 20:30 radələrində ünvan 1 ünvanın yaxınlığında istifadəsində olan “Niva” markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtombilinin yanında saxlanılaraq, Bakı şəhəri, Binəqədi rayon Polis idarəsinin 43-cü Polis bölməsinə gətirilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən külli miqdarda - 1 ədəd şəffaf selofan bükümdə 4,052 qram olan ağ rəngli krisallik formada kustar üsuila hazırlanmış psixotrop maddə metamfetamin, ** MN *** dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobilin sağ ön oturacağının altında ağ rəngli kağız qutunun içərisində külli miqdarda - 1 ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 80,0 qram olan qəhvəyi rəngii maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 48,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, külli miqdarda - 1 ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 23,0 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd üzərində heroin izləri olan elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 05 may 2022-ci il tarixdə polis əməkdaşları onu saxlamış, evinə baxış keçirmiş, lakin evdən heç nə aşkar etməmişlər. Bu zaman o, narkotik vasitələrin idarə etdiyi “Niva” markalı maşında olduğunu bildirmiş və həmin narkotikləri könüllü olaraq polis işçilərinə təqdim etmişdir. O, polis işçilərinə narkotik vasitələrin maşında oturacağın altında olduğunu bildirmiş, polislər də onun sözünə əsasən narkotikləri həmin yerdən götürmüşlər. Sonra polis əməkdaşları onu bölməyə gətirmiş, narkotikin bir hissəsini onun cibinə qoymuş, o da, çəkiliş zamanı həmin narkotik olan bükülünü cibindən çıxarıb təqdim etmişdir. Ümumiyyətlə, ondan və maşınından aşkar olunmuş bütün narkotik və psixotrop maddələr onun özünə məxsusdur, o da, polis işçilərinə həmin narkotiklərin yerini demişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs ittihamda göstərilən bütün narkotik və psixotrop maddələrin ona məxsus olduğunu, həmin narkotikləri Əhmədli qəsəbəsində Mahmud kimi tanıdığı şəxsdən aldığını, narkotik vasitəni konkret ünvana qoyduqlarını və özünün də gedib həmin yerdən götürdüyünü, Mahmudun hazırda həbsdə olduğunu, həmin şəxsdən ilk dəfə narkotik aldığını, narkotik alanda aldanmamaqdan ötrü çəkisini müəyyən etmək üçün özü ilə tərəzi götürdüyünü, həmin şəxsin ona narkotiki saxlamağı və zəng edəndə deyəcəyi yerə aparıb çatdırmağı tapşırdığını, bunun müqabilində həmin şəxsin ona 500-600 manat pul verəcəyini dediyini, həmin şəxsdən heç vaxt əlbəəl narkotik vasitə almadığını, saxlanılarkən və polis bölməsində olarkən ona qarşı hər hansı fiziki və ya psixi təzyiqlər göstərilmədiyini, polis əməkdaşları tərəfindən döyülmədiyini və təcridxanaya qəbul edilərkən bədəni üzərində hər hansı xəsarət izlərinin olmadığını bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək həmin ifadəsində göstərmişdir ki, 05 may 2022-ci il tarixdə saat 20:30 radələrində ünvan 2 ünvanının yaxınlığında dayanan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş, onun narkotik vasitələr və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirib barəsində əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərarla tanış etdikdən sonra avtomobili ilə birlikdə Binəqədi RPİ, 43-cü Polis bölməsinə gətirmişlər. Orada müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra müdafiəçinin iştirakı ilə polis bölməsində şəxsi axtarış keçirilmişdir. Ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etməsi təklif olunmuş, o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən şəxsiyyət vəsiqəsini, içərisində 055 ***-**-** nömrəsi olan 1 ədəd “Redmi” markalı mobil telefonu, sol yan cibindən özünə məxsus olan “Niva” markalı **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını, 650 manat pulu və 1 ədəd içərisində metamfetamin olan selofan bükülünü könüllü olaraq masanın üzərinə qoymuşdur. Pul və avtomobilin açarı ona qaytarılsa da, telefon və şəxsiyyət vəsiqəsini götürülmüş, eləcə də selofan bükümdə olan metamfetamin zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Şifahi sorğu zamanı o, özünə məxsus “Niva” markalı avtomobildə də narkotik maddə olduğunu bildirmişdir. Bundan sonra onun razılıq ərizəsi əsasında avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin ön sağ oturacağının altından 1 ədəd telefon qutunu təqdim etmiş, həmin qutunun içərisindən 1 bükümdə heroin, 1 bükümdə metamfetamin, 1 bükümdə tiryək və elektron tərəzi aşkar edilərək götürülmüşdür. Verilən suallara cavab olaraq aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yolun kənarında gizlədilən yerdən sosial şəbəkə vasitəsilə 20 gün öncə tanış olduğu İran vətəndaşı “Mahmud” adlı şəxsdən istifadə etmək və yaxın tanışlarına pay vermək məqsədilə əldə etdiyini, bunun qarşılığında Mahmud adlı şəxsə 1200 manat pul göndərdiyini, şəxsi axtarışdan əvvəl üzəri yoxlanılmadığını, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını bildirmişdir (cild 1, iş vərəqi 105-107, 226-229). Sualları cavablandıran Təqsirləndirilən şəxs həmin ifadələri təsdiq etdiyini, ifadələrin onun tərəfindən verildiyini, üzərindən və idarə etdiyi avtomaşından aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin onun özünə məxsus olduğunu, törətdiyi əmələ görə peşman olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 05 may 2022- ci ildə işlədiyi idarəyə Təqsirləndirilən şəxs Binəqədi rayonu ərazisində qanunsuz narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi, saxlaması, istifadə etməsi və satışı barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, qrupa baş əməliyyat müvəkkili Şahid2 da daxil edilmişdir. Əldə olunmuş məlumatı əsasında o, Şahid2lə birlikdə 05 may 2022-ci ildə saat 20 radələrində ünvan 3 ünvanının yaxınlığına gələrək əməliyyat mövqeyi seçmişlər. Həmin gün təxminən saat 20:30 radələrində əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi «Niva» markalı avtomobillə həmin ünvana gəlib dayandığını görmüş, ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib saxlamışlar. Həmin şəxs özünü Salyan rayonunda andan olmuş Təqsirləndirilən şəxs kimi özünü təqdim etmişdir. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərində külli miqdarda narkotik vasitə və psixotrop maddə olmasını bildirmişdir. Bundan sonra onlar əməliyyat şəraitini nəzərə alaraq Təqsirləndirilən şəxs və istifadəsində olan «Niva» markalı avtomobili Binəqədi rayon Polis idarəsinin 43-cü Polis bölməsinə gətirmişlər. Orada Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən şəxsiyyət vəsiqəsi, 1 ədəd “Redmi” markalı mobil telefon, sol yan cibindən «Niva» markalı avtomobilin açarı, 650 manat pul və bir ədəd selofan büküm aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümün içərisində metamfetamin olduğunu bildirmiş, büküm 1 ədəd zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərfin üstü iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 ifadəsinə görə, bundan sonra Binəqədi RPİ, 43-cü Polis bölməsinin həyətində saxlanılmış Təqsirləndirilən şəxs idarə etdiyi «Niva» markalı avtomobilə baxış keçirilmişdir. Əvvəlcə şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobildə saxladığı narkotik tərkibli maddələri təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra o, qabaq sağ oturacağın altından 1 ədəd ağ rəngli kağız qutunu təqdim etmiş və avtomobildə saxladığı narkotik maddələrin onun içərisində olduğunu bildirmişdir. Həmin qutuya baxış keçirilən zaman 1 ədəd selofan bükümdə heroinə bənzər kütlə, 1 ədəd selofan bükümdə tiryəkə bənzər kütlə və 1 ədəd selofan bükümdə metamfetaminə bənzər kütlə, həmçinin 1 ədəd elektron tərəzi olması müəyyən edilmişdir. Narkotik vasitə heroinə bənzər kütlənin çəkisi 84 qram, tiryəkə bənzər kütlənin çəkisi 49 qram, metamfetaminə bənzər kütlənin çəkisi isə 25 qram olmuşdur. Aşkar olunmuş maddələr 1 ədəd kağız zərfə qoyularaq qablaşdırılıb götürülmüş, bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, Binəqədi RPİ, 43-cü Polis bölməsinə gətirilib üzərinə şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilərkən külli miqdarda narkotik vasitələr və psixotrop maddələr aşkar edilərək götürülməsi zamanı əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid1 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işə əlavə edilmiş 05 may 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoluna və DVD diskə baxış protokoluna əsasən, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, 1 ədəd içərisində ***- ***-**-** GSM nömrəsinin olduğunu qeyd etdiyi "Redmi" markalı mobil telefonu, sol yan cibindən özünə məxsus **-MN-*** dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobilinin açarını, 650 manat pulu və 1 ədəd selofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 650 manat pul və avtomobilin açarı özünə qaytarılsa da, sonuncuya məxsus şəxsiyyət vəsiqəsi və 1 ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf selofan bükümə baxış keçirilən zaman içərisində ağ rəngli, kristall şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin selofan bükümdə aşkar edilmiş kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 5 qram olması müəyyən edilmişdir. Həmin selofan büküm 1 ədəd zərfə qoyularaq qablaşdırılmış, üzəri "DİN-nin Zərflər üçün 7 saylı" möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Aparılan videoçəkiliş 1 ədəd DVD diskə köçürülərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqi 64-66, 91). Cinayət işinə əlavə olunmuş 05 may 2022-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması barədə protokoldan və həmin protokola əlavə edilmiş DVD diskə keçirilmiş baxışdan görünür ki, avtomobilə baxış keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobildə saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra o, həmin avtomobilin qabaq sağ oturacağın altından 1 ədəd ağ rəngli kağız qutunu təqdim edərək, avtomobilində saxladığı narkotik tərkibli maddənin onun içərisində olduğunu bildirmişdir. Həmin qutuya baxış keçirilən zaman içərisində 1 ədəd selofan bükümdə qəhvəyi rəngii kəskin iyli, narkotik vasitə heroinə bənzər kütlə, 1 ədəd selofan bükümdə narkotik vasitə tiryəkə bənzər kütlə və 1 ədəd selofan bükümdə ağ rəngli, kristall şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə və 1 ədəd elektron tərəzi olması müəyyən edilmişdir. Həmin kütlələrin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə elektron tərəzidə çəkilmiş, narkotik vasitə heroinə bənzər kütlənin çəkisinin 84 qram, tiryəkə bənzər kütlənin çəkisinin 49 qram, metamfetaminə bənzər kütlənin çəkisinin 25 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş maddələr 1 ədəd kağız zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş maddələrin narkotik vasitə heroin, tiryək və psixotrop maddə metamfetamin olduğunu, onları əldə etməkdə məqsədinin həm özünün istifadə etməsi, həm də dost-tanışa pay vermək olduğunu, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını bildirmişdir. Aparılan videoçəkiliş 1 ədəd DVD diskə köçürülərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqi 69-70, 90). Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 07 may 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş 05 may 2022-ci il tarixli qərar əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 95-96). Məhkəmə-kimyəvi ekspertizasının 06 may 2022-ci il tarixli 6/2601 nömrəli rəyindən görünür ki: - üzərində "Təqsirləndirilən şəxs üzərindən..." sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 4,052 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir; - üzərində "Təqsirləndirilən şəxs məxsus avtomobildən..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd karton qutuda bir ədəd bükümdə təmiz çəkisi 80,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd bükümdə təmiz çəkisi 48,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Digər bir ədəd bükümdə təmiz çəkisi 23,0 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim edilmiş 2 ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və bir ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqatını aparmaq mümkün deyildir (cild 1, iş vərəqi 77-82). Məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4206 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 140-141). Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 2255 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əwəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. İİ. Yekun hissəsi. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür (cild 1, iş vərəqi 143-144). Cinayət işində olan və Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** GSM nömrəyə dair “sms” mətnlərinin əks edildiyi "xxxx" MMC-dən alınmış bir ədəd diskə baxış keçirilməsi protokolundan görünür ki: - 07.03.2022-ci il tarixdə saat 17:05-də ***-***-**-** nömrədən ***-***-**-** nömrəyə «qaqaş belə tema olanda vermede mene bir var tuxta birde tuxtanın tuxtası bu onandı»; - 18.03,2022-ci il tarixdə saat 08:03-də ***-***-**-** nömrədən ***-***-**-** nömrəyə «qaqaş kola düzeler 4 dene»; - 22.03.2022-ci il tarixdə saat 16:50-də ***-***-**-** nömrədən ***-***-**-** nömrəyə «Salam Seyhun qaqaş 80 manat pul var mənə əl tut»; - 30.03.2022-ci il tarixdə saat 02:14-də ***-***-**-** nömrədən ***-***-**-** nömrəyə «Seyhun bağışda bu vaxt zəng vururam 50 manatım var vəziyyətim çox pisdi imkan varsa mənə əl tut»; -xx.xx.2022-ci il tarixdə saat 15:29-da ***-***-**-** nömrədən ***-***-**-** nömrəyə “qaqaş pul biraz az oldu 3 dənə kola 1 dənə patı qaqaş burdayam qapıda» mətndə sms-iər daxil olmuşdur (cild 1, iş vərəqi 191). İbtidai istintaq orqanının 26 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi nəqliyyat vasitəsindən aşkar edilmiş 4,052 qram psixotrop maddə metamfetamin, 80,0 qram narkotik vasitə heroin, 48,0 qram narkotik vasitə tiryək, 23,0 qram psixotrop maddə metamfetamin, 1 ədəd üzərində heroin izləri olan elektron tərəzi, şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videoçəkilişin əks edildiyi 1 ədəd DVD disk, nəqliyyat vasitəsinə axtarış və götürmə zamanı qeydə alınmış videoçəkilişin əks edildiyi 1 ədəd DVD disk, telefon danışıqları, “sms” mətnlərə dair məlumatlar əks edilmiş "xxxx" MMC-dən əldə edilmiş 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmışdır. Qeyd edilən narkotik vasitələrin və psixotrop maddələrin ekspertiza tədqiqatından sonra qalıq qalan 79,95 qram narkotik vasitə heroin, 26,952 qram psixotrop maddə metamfetamin və 47,95 qram narkotik vasitə tiryək, həmçinin elektron tərəzi saxlanılması Bakı şəhəri, Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, 3 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 204-217, 250). Cinayət işinə əlavə edilmiş arayışdan, xasiyyətnamədən, şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Əliyev X2 rayonu, Kürqaraqaşlı kəndində qeydiyyatdadır, kənd inzibati ərazi nümayəndəliyinə onun barəsində şikayət daxil olmamışdır, himayəsində üç azyaşlı uşaqları vardır (cild 1, iş vərəqi 135-139). Cinayət işində olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsinə əsasən, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilməlidir (cild 1, iş vərəqi 129-130). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilsə də, 05 may 2022-ci il tarixdə polis əməkdaşlarının onu saxladıqdan sonra evinə baxış keçirdiklərini, lakin evdən heç nə aşkar etmədiklərini, bu zaman narkotik vasitələrin idarə etdiyi “Niva” markalı maşında olduğunu özünün bildirdiyini və həmin narkotikləri könüllü olaraq polis işçilərinə təqdim etdiyini, sonra polis əməkdaşlarının onu bölməyə gətirdiklərini və narkotikin bir hissəsini onun cibinə qoyduqlarını, onun çəkiliş zamanı həmin narkotik olan bükülünü cibindən çıxarıb təqdim etdiyini bildirmişdir. Bununla belə, məhkəmədə verdiyi ifadəsində ondan və maşınından aşkar olunmuş bütün narkotik və psixotrop maddələrin onun özünə məxsus olduğunu, həmin narkotikləri Əhmədli qəsəbəsində Mahmud kimi tanıdığı şəxsdən aldığını, narkotik vasitəni konkret ünvana qoyduqlarını və özünün də gedib həmin yerdən götürdüyünü, Mahmudun hazırda həbsdə olduğunu, narkotik alanda aldanmamaqdan ötrü çəkisini müəyyən etmək üçün özü ilə tərəzi götürdüyünü, həmin şəxsin ona narkotiki saxlamağı və zəng edəndə deyəcəyi yerə aparıb çatdırmağı tapşırdığını, bunun müqabilində həmin şəxsin ona 500-600 manat pul verəcəyini istintaqa verdiyi ifadəsinə əlavə etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsində olarkən ona qarşı hər hansı fiziki və ya psixi təzyiqlər göstərilmədiyini, polis əməkdaşları tərəfindən döyülmədiyini və təcridxanaya qəbul edilərkən bədəni üzərində hər hansı xəsarət izlərinin olmadığını məhkəmənin diqqətinə çatdırdı. Həmçinin Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadələrini təsdiq etdiyini, həmin ifadələrin onun tərəfindən verildiyini və törətdiyi əmələ görə peşman olduğunu ifadəsinə əlavə etdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Ali Məhkəmə Plenumunun qeyd olunan tövsiyyələrinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadələrini tam şəkildə təsdiq etməsə də, məzmun və məna etibarı ilə həmin ifadələr bir-biri ilə ziddiyyət təşkil etmədiyindən, məhkəmədədə narkotik vasitələrin və psixotrop maddələrin özünə məxsus olması barədə etirafedici ifadələr verdiyindən, onun məhkəmə iclasında ifadələrini qismən dəyişməsi öz müdafiəsi üçün gətirdiyi dəlillər kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ondan aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrində, həmçinin məhkəmədə dindirilərkən şəxsi axtarışı və idarə etdiyi nəqliyyat vasitəsinə baxış zamanı aşkar olunmuş narkotik və psixotrop maddələrin özünə məxsus olduğunu səmimi etiraf etməsini, həmçinin aşkar olunmuş maddələrin həm narkotik vasitə heroin və tiryək, həm də psixotrop maddə metamfetamin olmaqla 3 ayrı-ayrı növlərdə olmasını, onların hər birinin ayrı-ayrı bükümlərdə olmasını, həmçinin aşkar olunmuş narkotik və psixotrop maddələrin kütləsinin külli miqdar kütləsindən dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını, ərazi üzrə müsbət xarakterizə edilməsini və törətdiyi əmələ görə peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, məhkəmədə Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə 05 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 07 may 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir. 05 sentyabr 2022-ci il tarixdə həbsdə saxlanma müddəti bitdiyinə görə o, həbsdən azad edilmiş, sonradan ********* nömrəli cinayət işi üzrə istintaq davam etdiyindən 07 noyabr 2022-ci il tarixdə yenidən şübhəli şəxs qismində tutulmuş, ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə yekun ittiham verilərək Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 08 noyabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs həmin vaxtdan hal-hazıra qədər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan müddəaları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs 05 may 2023-cü il tarixdən 05 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ay ona təyin olunacaq cəza müddətinə daxil edilməklə çıxılmalı və ona qəti cəza təyin olunmalı, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 07 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4206 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadığından və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından, barəsində tibbi xarakterli məcburi tədbir təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Bakı şəhəri, Binəqədi RPl-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş və Təqsirləndirilən şəxs üzərindən, həmçinin idarə etdiyi nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 79,95 qram çəkidə narkotik vasitə heroin, 26,952 qram çəkidə psixotrop maddə metamfetamin və 47,95 qram çəkidə narkotik vasitə tiryək, həmçinin elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs şəxsi axtarışı və idarə etdiyi nəqliyyat vasitəsinə baxış zamanı çəkilmiş videogörüntüləri əks etdirən iki ədəd DVD disk, "xxxx" MMC-dən əldə edilmiş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatı 65 (altmış beş) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. İş üzrə müdafiəçi - Bakı şəhəri, 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəməyə təqdim etdiyi hesabata görə, o, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəsi ilə əlaqədar 25 saat vaxt sərf etmişdir. Lakin iş materialları nəzərdən keçirilərkən həmin hesabatın həqiqəti əks etdirmədiyi müəyyən edilmişdir. Belə ki, məhkəmə iclaslarının başlama və qurtarma vaxtlarını özündə əks etdirən protoklları, həmçinin müdafiəçinin məhkəmə iclaslarına gəlib-getməsi ilə bağlı sərf etdiyi vaxtı da nəzərə alıb məhkəmə belə hesab edir ki, Müdafiəçi1 ümumlikdə sərf etdiyi vaxt 10 saat müəyyən edilməlidir. Ona görə də dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi1 ödəniləcək 60 (altmış) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmçinin məhkəmənin baxışı dövründə Təqsirləndirilən şəxs müdafiəsini təyinat əsasında həyata keçirmiş «Alyans» Vəkil Bürosunun vəkili Müdafiəçi3 təqdim etdiyi hesabatdan görünür ki, təqsirləndirilən şəxsin müdafiəsi ilə bağlı 27 saat vaxt sərf etmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına məhkəmə baxışı dövründə iştirak etmiş vəkil Müdafiəçi3 ödənilməli olan 162 (yüz altmış iki) manat məbləğində pul vəsaiti qeyd olunan vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. 05 may 2022-ci il tarixdən 05 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ay Təqsirləndirilən şəxs təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 5 (beş) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 07 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Binəqədi RPl-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş və Təqsirləndirilən şəxs üzərindən, həmçinin idarə etdiyi nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 79,95 qram çəkidə narkotik vasitə heroin, 26,952 qram çəkidə psixotrop maddə metamfetamin və 47,95 qram çəkidə narkotik vasitə tiryək, həmçinin elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı və idarə etdiyi nəqliyyat vasitəsinə baxış zamanı çəkilmiş videogörüntüləri əks etdirən 2 ədəd DVD disk, "xxxx" MMC-dən əldə edilmiş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - dövlət büdcəsinin vəsaiti hesabına məhkəmə baxışı dövründə təqsirləndirilən şəxsin hüquqlarını həyata keçirmiş vəkil Müdafiəçi1 ödəniləcək 60 (altmış) manat məbləğində pul vəsaiti Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına, vəkil Müdafiəçi3 ödəniləcək 162 (yüz altmış iki) manat məbləğində pul vəsaiti isə «Alyans» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov Иш № 1(101)-904/2023 АЗƏРБАЈҸАН РЕСПУБЛИКАСЫ АДЫНДАН ҺӨКМ 27 ийул 2023-ҹү ил Бакы шəһəри БАКЫ АҒЫР ҸИНАЈƏТЛƏР МƏҺКƏМƏСИ Һаким Исмайылов Елдар Һеров оғлунун сəдрлийи илə, һакимлəр Һүсейнов Ҹавид Ыбадулла оғлу вə Һүсейнов Сəбуһи Сабир оғлундан ибарəт тəркибдə, мəһкəмə иҹласы катиблəри Ейвазов Һəсəн Һагверди оғлунун, дөвлəт иттиһамчысы - Азəрбайҹан Республикасы Баш Прокурорлуғу Дөвлəт иттиһамынын мүдафиəси үзрə идарəнин прокурорлары, əдлиййə мүшавири Һəмзə Елдар Əкбəр оғлу вə əдлиййə мүшавири Мусайев Фуад Мөһүббəт оғлунун, тəгсирлəндирилəн шəхс Əлийев Сейһун Јагуб оғлунун, мүдафиəчилəр - Бакы шəһəри, 15 сайлы Вəкил Бүросунун вəкили Аббасəлийев Айдын Фикрəт оғлу, Бакы шəһəри, 2 сайлы Вəкил Бүросунун вəкили Мирзəйев Фикрəт Мустафа оғлу вə "Алйанс" Вəкил Бүросунун вəкили Адыҝөзəлова Вəфа Тоһид гызынын иштиракы илə, 07 нойабр 1979-ҹу илдə Салйан районунда доғулмуш, Азəрбайҹан Республикасы вəтəндашы, орта тəһсилли, евли, һимайəсиндə азйашлы ушағы олан, мəһкумлуғу олмайан, фəрди əмəк фəалиййəти илə мəшғул олан, Салйан району, Күргарагашлы кəндиндə гейдиййатда олан, Абшерон району, Новханы гəсəбəси, Рəсулзадə күчəси, нөмрəсиз фəрди евдə йашамыш, ********* нөмрəли ҹинайəт иши үзрə 05 май 2023-ҹү ил тарихдə шүбһəли шəхс гисминдə тутулмуш, Бакы шəһəри, Бинəгəди район Мəһкəмəсинин 07 май 2022-ҹи ил тарихли гəрарына əсасəн барəсиндə һəбс гəтимкан тəдбири сечилмиш, 05 сентйабр 2022-ҹи ил тарихдə һəбсдə сахланма мүддəти битдийинə ҝөрə азад едилмиш, ********* нөмрəли ҹинайəт иши үзрə 07 нойабр 2022-ҹи ил тарихдə шүбһəли шəхс гисминдə тутулмуш вə Бакы шəһəри, Бинəгəди район Мəһкəмəсинин 08 нойабр 2022-ҹи ил тарихли гəрарына əсасəн барəсиндə һəбс гəтимкан тəдбири сечилмиш, һазырда Азəрбайҹан Республикасы Əдлиййə Назирлийи Пенитенсиар Хидмəтин Бакы Истинтаг Тəҹридханасында сахланылан Əлийев Сейһун Јагуб оғлунун Азəрбайҹан Республикасы Ҹинайəт Мəҹəллəсинин 234.4.3-ҹү маддəси илə тəгсирлəндирилмəсинə даир ҹинайəт ишинə ачыг мəһкəмə иҹласында бахараг, М Ү Ə Ј Ј Ə Н Е Т Д И: Əлийев Сейһун Јагуб оғлу мəлум олмайан тарихдə, йердə вə шəраитдə шəхсиййəти мəлум олмайан мəнбəдəн сатыш мəгсəди илə ганунсуз олараг күлли мигдарда - бир əдəд бүкүмдə тəмиз чəкиси 80 грам тəшкил едəн гəһвəйи рəнҝли тозшəкилли маддə кустар үсуила һазырланмыш наркотик васитə һероин, бир əдəд бүкүмдə тəмиз чəкиси 48,0 гəһвəйи рəнҝли маддə кустар үсулла һазырланмыш наркотик васитə тирйəк, 2 əдəд бүкүмдə күлли мигдарда - тəмиз чəкиси 27,052 грам ағ рəнҝли кристалшəкилии маддə кустар үсулла һазырланмыш психотроп маддə метамфетамин əлдə едиб дашыйараг үзəриндə сахламыш вə ДИН-нин Баш Наркотиклəрлə Мүбаризə Идарəсинə барəсиндə наркотик васитəлəри вə психотроп маддəлəри əлдə едиб сахламасы вə дашымасы илə əлагəдар дахил олмуш мəлумат əсасында 05 май 2022-ҹи ил тарихдə саат 20:30 радəлəриндə Бакы шəһəри, Бинəгəди району, Бинəгəди гəсəбəси, Ҝ.Рамазанов күчəси, 53 үнванын йахынлығында истифадəсиндə олан “Нива” маркалы 99 МН 174 дөвлəт гейдиййат нишанлы автомбилинин йанында сахланылараг, Бакы шəһəри, Бинəгəди район Полис идарəсинин 43-ҹү Полис бөлмəсинə ҝəтирилмиш вə һəмин тарихдə Əлийев Сейһун Јагуб оғлунун үзəринə кечирилмиш шəхси ахтарыш заманы əйниндə олан гара рəнҝли идман шалварынын сол йан ҹибиндəн күлли мигдарда - 1 əдəд шəффаф селофан бүкүмдə 4,052 грам олан ағ рəнҝли крисаллик формада кустар үсуила һазырланмыш психотроп маддə метамфетамин, 99 МН 174 дөвлəт гейдиййат нишанлы “Нива” маркалы автомобилин сағ өн отураҹағынын алтында ағ рəнҝли кағыз гутунун ичəрисиндə күлли мигдарда - 1 əдəд шəффаф селофан бүкүмдə тəмиз чəкиси 80,0 грам олан гəһвəйи рəнҝии маддə кустар үсулла һазырланмыш наркотик васитə һероин, 1 əдəд шəффаф селофан бүкүмдə тəмиз чəкиси 48,0 грам олан гəһвəйи рəнҝли маддə кустар үсулла һазырланмыш наркотик васитə тирйəк, күлли мигдарда - 1 əдəд шəффаф селофан бүкүмдə тəмиз чəкиси 23,0 грам олан ағ рəнҝли кристаллик формада кустар үсулла һазырланмыш психотроп маддə метамфетамин вə 1 əдəд үзəриндə һероин излəри олан електрон тəрəзи ашкар олунараг ҝөтүрүлмүшдүр. Мəһкəмə иҹласында диндирилмиш тəгсирлəндирилəн шəхс Əлийев Сейһун Јагуб оғлу елан олунмуш иттиһам үзрə өзүнү тəгсирли билəрəк ифадəсиндə ҝөстəрди ки, о, 05 май 2022-ҹи ил тарихдə полис əмəкдашлары ону сахламыш, евинə бахыш кечирмиш, лакин евдəн һеч нə ашкар етмəмишлəр. Бу заман о, наркотик васитəлəрин идарə етдийи “Нива” маркалы машында олдуғуну билдирмиш вə һəмин наркотиклəри көнүллү олараг полис ишчилəринə тəгдим етмишдир. О, полис ишчилəринə наркотик васитəлəрин машында отураҹағын алтында олдуғуну билдирмиш, полислəр дə онун сөзүнə əсасəн наркотиклəри һəмин йердəн ҝөтүрмүшлəр. Сонра полис əмəкдашлары ону бөлмəйə ҝəтирмиш, наркотикин бир һиссəсини онун ҹибинə гоймуш, о да, чəкилиш заманы һəмин наркотик олан бүкүлүнү ҹибиндəн чыхарыб тəгдим етмишдир. Үмумиййəтлə, ондан вə машынындан ашкар олунмуш бүтүн наркотик вə психотроп маддəлəр онун өзүнə мəхсусдур, о да, полис ишчилəринə һəмин наркотиклəрин йерини демишдир. Верилəн суаллары ҹавабландыран тəгсирлəндирилəн шəхс Сейһун Əлийев иттиһамда ҝөстəрилəн бүтүн наркотик вə психотроп маддəлəрин она мəхсус олдуғуну, һəмин наркотиклəри Əһмəдли гəсəбəсиндə Маһмуд кими таныдығы шəхсдəн алдығыны, наркотик васитəни конкрет үнвана гойдугларыны вə өзүнүн дə ҝедиб һəмин йердəн ҝөтүрдүйүнү, Маһмудун һазырда һəбсдə олдуғуну, һəмин шəхсдəн илк дəфə наркотик алдығыны, наркотик аланда алданмамагдан өтрү чəкисини мүəййəн етмəк үчүн өзү илə тəрəзи ҝөтүрдүйүнү, һəмин шəхсин она наркотики сахламағы вə зəнҝ едəндə дейəҹəйи йерə апарыб чатдырмағы тапшырдығыны, бунун мүгабилиндə һəмин шəхсин она 500-600 манат пул верəҹəйини дедийини, һəмин шəхсдəн һеч вахт əлбəəл наркотик васитə алмадығыны, сахланыларкəн вə полис бөлмəсиндə оларкəн она гаршы һəр һансы физики вə йа психи тəзйиглəр ҝөстəрилмəдийини, полис əмəкдашлары тəрəфиндəн дөйүлмəдийини вə тəҹридханайа гəбул едилəркəн бəдəни үзəриндə һəр һансы хəсарəт излəринин олмадығыны билдирди. Ифадəлəри арасында зиддиййəтлəр олдуғуна ҝөрə мəһкəмə иҹласында тəгсирлəндирилəн шəхсин ибтидаи истинтаг заманы вердийи ифадəси тəдгиг олунду. Сейһун Əлийев Азəрбайҹан Республикасы ҸМ-нин 234.4.3-ҹү маддəси илə елан едилмиш иттиһам үзрə өзүнү тəгсирли билəрəк һəмин ифадəсиндə ҝөстəрмишдир ки, 05 май 2022-ҹи ил тарихдə саат 20:30 радəлəриндə Бакы шəһəри, Бинəгəди району, Ҝ.Рамазанов күчəси, 53 үнванынын йахынлығында дайанан заман 2 нəфəр мүлки ҝейимли шəхс она йахынлашараг өзлəрини полис əмəкдашы кими тəгдим етмиш, онун наркотик васитəлəр вə психотроп маддəлəрин дөвриййəсиндə шүбһəли олдуғуну билдириб барəсиндə əмəлиййат-ахтарыш тəдбирлəри кечирилмəси һаггында гəрарла таныш етдикдəн сонра автомобили илə бирликдə Бинəгəди РПИ, 43-ҹү Полис бөлмəсинə ҝəтирмишлəр. Орада мүдафиəчинин иштиракы илə шүбһəли шəхс гисминдə тутулмуш, һүгуг вə вəзифəлəри изаһ олунмушдур. Даһа сонра мүдафиəчинин иштиракы илə полис бөлмəсиндə шəхси ахтарыш кечирилмишдир. Она үзəриндə ганунла гадаған олунмуш əшйалары тəгдим етмəси тəклиф олунмуш, о, əйниндə олан гара рəнҝли идман шалварынын сағ йан ҹибиндəн шəхсиййəт вəсигəсини, ичəрисиндə 055 ***-**-** нөмрəси олан 1 əдəд “Редми” маркалы мобил телефону, сол йан ҹибиндəн өзүнə мəхсус олан “Нива” маркалы 99-МН-174 дөвлəт гейдиййат нишанлы автомобилин ачарыны, 650 манат пулу вə 1 əдəд ичəрисиндə метамфетамин олан селофан бүкүлүнү көнүллү олараг масанын үзəринə гоймушдур. Пул вə автомобилин ачары она гайтарылса да, телефон вə шəхсиййəт вəсигəсини ҝөтүрүлмүш, елəҹə дə селофан бүкүмдə олан метамфетамин зəрфə гойулараг габлашдырылмыш вə ҝөтүрүлмүшдүр. Шифаһи сорғу заманы о, өзүнə мəхсус “Нива” маркалы автомобилдə дə наркотик маддə олдуғуну билдирмишдир. Бундан сонра онун разылыг əризəси əсасында автомобилə бахыш кечирилмиш вə бахыш заманы автомобилин өн сағ отураҹағынын алтындан 1 əдəд телефон гутуну тəгдим етмиш, һəмин гутунун ичəрисиндəн 1 бүкүмдə һероин, 1 бүкүмдə метамфетамин, 1 бүкүмдə тирйəк вə електрон тəрəзи ашкар едилəрəк ҝөтүрүлмүшдүр. Верилəн суаллара ҹаваб олараг ашкар олунмуш наркотик васитə вə психотроп маддəлəри xx.xx.2022-ҹи ил тарихдə Бакы шəһəри, Хəтаи району əразисиндə йолун кəнарында ҝизлəдилəн йердəн сосиал шəбəкə васитəсилə 20 ҝүн өнҹə таныш олдуғу Иран вəтəндашы “Маһмуд” адлы шəхсдəн истифадə етмəк вə йахын танышларына пай вермəк мəгсəдилə əлдə етдийини, бунун гаршылығында Маһмуд адлы шəхсə 1200 манат пул ҝөндəрдийини, шəхси ахтарышдан əввəл үзəри йохланылмадығыны, башга һеч бир йердə наркотик васитə сахламадығыны билдирмишдир (ҹилд 1, иш вəрəги 105-107, 226-229). Суаллары ҹавабландыран тəгсирлəндирилəн шəхс Сейһун Əлийев һəмин ифадəлəри тəсдиг етдийини, ифадəлəрин онун тəрəфиндəн верилдийини, үзəриндəн вə идарə етдийи автомашындан ашкар олунмуш наркотик васитəлəрин вə психотроп маддəлəрин онун өзүнə мəхсус олдуғуну, төрəтдийи əмəлə ҝөрə пешман олдуғуну билдирди. Мəһкəмə иҹласында шаһид гисминдə диндирилмиш Азəрбайҹан Республикасы ДИН Баш Наркотиклəрлə Мүбаризə Идарəсинин баш əмəлиййат мүвəккили Бабайев Анар Видади оғлу ифадəсиндə ҝөстəрди ки, 05 май 2022- ҹи илдə ишлəдийи идарəйə Əлийев Сейһун Јагуб оғлунун Бинəгəди району əразисиндə ганунсуз наркотик васитəлəрин вə психотроп маддəлəрин дөвриййəси, сахламасы, истифадə етмəси вə сатышы барəдə əмəлиййат мəлуматы дахил олмушдур. Һəмин мəлуматын йохланылмасы мəгсəди илə əмəлиййат-ахтарыш тəдбирлəри кечирилмəси үчүн əмəлиййат групу йарадылмыш, група баш əмəлиййат мүвəккили Мəммəдəлийев Рөвшəн Нəриман оғлу да дахил едилмишдир. Əлдə олунмуш мəлуматы əсасында о, Рөвшəн Мəммəдəлийевлə бирликдə 05 май 2022-ҹи илдə саат 20 радəлəриндə Бинəгəди району, Ҝүлмəммəд Рамазанов күчəси, 53 үнванынын йахынлығына ҝəлəрəк əмəлиййат мөвгейи сечмишлəр. Һəмин ҝүн тəхминəн саат 20:30 радəлəриндə əламəтлəри онлара мəлум олан Əлийев Сейһун Јагуб оғлунун идарə етдийи «Нива» маркалы автомобиллə һəмин үнвана ҝəлиб дайандығыны ҝөрмүш, она йахынлашыб полис əмəкдашлары олдугларыны билдириб сахламышлар. Һəмин шəхс өзүнү Салйан районунда андан олмуш Əлийев Сейһун Јагуб оғлу кими өзүнү тəгдим етмишдир. Илкин сорғу заманы Сейһун Əлийев үзəриндə күлли мигдарда наркотик васитə вə психотроп маддə олмасыны билдирмишдир. Бундан сонра онлар əмəлиййат шəраитини нəзəрə алараг Сейһун Əлийеви вə истифадəсиндə олан «Нива» маркалы автомобили Бинəгəди район Полис идарəсинин 43-ҹү Полис бөлмəсинə ҝəтирмишлəр. Орада Əлийев Сейһун Јагуб оғлунун үзəринə кечирилмиш шəхси ахтарыш заманы əйниндə олан гара рəнҝли идман шалварынын сағ йан ҹибиндəн шəхсиййəт вəсигəси, 1 əдəд “Редми” маркалы мобил телефон, сол йан ҹибиндəн «Нива» маркалы автомобилин ачары, 650 манат пул вə бир əдəд селофан бүкүм ашкар едилəрəк ҝөтүрүлмүшдүр. Сейһун Əлийев һəмин бүкүмүн ичəрисиндə метамфетамин олдуғуну билдирмиш, бүкүм 1 əдəд зəрфə гойулараг габлашдырылмыш, мөһүрлəнмиш вə зəрфин үстү иштиракчылар тəрəфиндəн имзаланмышдыр. Шаһид Анар Бабайевин ифадəсинə ҝөрə, бундан сонра Бинəгəди РПИ, 43-ҹү Полис бөлмəсинин һəйəтиндə сахланылмыш Сейһун Əлийевин идарə етдийи «Нива» маркалы автомобилə бахыш кечирилмишдир. Əввəлҹə шүбһəли шəхс Сейһун Əлийевə автомобилдə сахладығы наркотик тəркибли маддəлəри тəгдим етмəси тəклиф олунмуш, бу тəклифдəн сонра о, габаг сағ отураҹағын алтындан 1 əдəд ағ рəнҝли кағыз гутуну тəгдим етмиш вə автомобилдə сахладығы наркотик маддəлəрин онун ичəрисиндə олдуғуну билдирмишдир. Һəмин гутуйа бахыш кечирилəн заман 1 əдəд селофан бүкүмдə һероинə бəнзəр күтлə, 1 əдəд селофан бүкүмдə тирйəкə бəнзəр күтлə вə 1 əдəд селофан бүкүмдə метамфетаминə бəнзəр күтлə, һəмчинин 1 əдəд електрон тəрəзи олмасы мүəййəн едилмишдир. Наркотик васитə һероинə бəнзəр күтлəнин чəкиси 84 грам, тирйəкə бəнзəр күтлəнин чəкиси 49 грам, метамфетаминə бəнзəр күтлəнин чəкиси исə 25 грам олмушдур. Ашкар олунмуш маддəлəр 1 əдəд кағыз зəрфə гойулараг габлашдырылыб ҝөтүрүлмүш, бу барəдə протокол тəртиб олунмуш вə иштиракчылар тəрəфиндəн имзаланмышдыр. Мəһкəмə иҹласында шаһид гисминдə диндирилмиш Азəрбайҹан Республикасы ДИН Баш Наркотиклəрлə Мүбаризə Идарəсинин баш əмəлиййат мүвəккили Мəммəдəлийев Рөвшəн Нəриман оғлу шүбһəли шəхс Сейһун Əлийевин мүəййəн едилəрəк сахланылмасы, Бинəгəди РПИ, 43-ҹү Полис бөлмəсинə ҝəтирилиб үзəринə шəхси ахтарыш вə идарə етдийи автомобилə бахыш кечирилəркəн күлли мигдарда наркотик васитəлəр вə психотроп маддəлəр ашкар едилəрəк ҝөтүрүлмəси заманы əмəлиййат групунун үзвү кими иштирак етдийини билдирəрəк, һəмкары Анар Бабайевин мəһкəмəдəки ифадəси илə охшар мəзмунлу ифадə верди. Мəһкəмə коллеҝийасы иш үзрə диндирилмиш тəгсирлəндирилəн шəхсин вə шаһидлəрин ифадəлəри илə йанашы, Азəрбайҹан Республикасы Ҹинайəт-Просессуал Мəҹəллəсинин 124-ҹү маддəсинин тəлəблəринə уйғун олараг, експерт рəйлəрини, истинтаг вə мəһкəмə һəрəкəтлəринин протоколларыны вə диҝəр сəнəдлəри дə сүбут нөвлəри кими гəбул едир. Белə ки, ишə əлавə едилмиш 05 май 2022-ҹи ил тарихли шəхси ахтарыш вə ҝөтүрмə апарылмасы һаггында протоколуна вə ДВД дискə бахыш протоколуна əсасəн, шүбһəли шəхс Əлийев Сейһун Јагуб оғлуна палтарларында, əшйаларында вə йа бəдəниндə олмасы еһтимал едилəн наркотик васитəлəри, ганунла дөвриййəси гадаған едилмиш, йахуд иш үзрə сүбут əһəмиййəтинə малик ола билəҹəк диҝəр əшйалары вə йа сəнəдлəри вермəси тəклиф едилмишдир. Бу тəклифдəн сонра Сейһун Əлийев əйниндə олан гара рəнҝли идман шалварынын сағ йан ҹибиндəн өзүнə мəхсус шəхсиййəт вəсигəсини, 1 əдəд ичəрисиндə ***- ***-**-** ҜСМ нөмрəсинин олдуғуну гейд етдийи "Редми" маркалы мобил телефону, сол йан ҹибиндəн өзүнə мəхсус 99-МН-174 дөвлəт гейдиййат нишанлы “Нива” маркалы автомобилинин ачарыны, 650 манат пулу вə 1 əдəд селофан бүкүмү тəгдим едəрəк масанын үзəринə гоймушдур. Сейһун Əлийевин тəгдим етдийи 650 манат пул вə автомобилин ачары өзүнə гайтарылса да, сонунҹуйа мəхсус шəхсиййəт вəсигəси вə 1 əдəд мобил телефон иш үзрə əһəмиййəт кəсб етдийи үчүн ҝөтүрүлмүшдүр. Шүбһəли шəхс Сейһун Əлийевин тəгдим етдийи шəффаф селофан бүкүмə бахыш кечирилəн заман ичəрисиндə ағ рəнҝли, кристалл шəкилли психотроп маддə метамфетаминə бəнзəр күтлə олмасы мүəййəн едилмишдир. Һəмин селофан бүкүмдə ашкар едилмиш күтлəнин тəхмини чəкисинин мүəййəн едилмəси мəгсəдилə сыфырланмыш һалда олан електрон тəрəзи илə чəкилмиш вə габлашдырма илə бирликдə чəкисинин 5 грам олмасы мүəййəн едилмишдир. Һəмин селофан бүкүм 1 əдəд зəрфə гойулараг габлашдырылмыш, үзəри "ДИН-нин Зəрфлəр үчүн 7 сайлы" мөһүрү илə мөһүрлəнмиш вə үзəри иштиракчылар тəрəфиндəн имзаландыгдан сонра ҝөтүрүлмүшдүр. Апарылан видеочəкилиш 1 əдəд ДВД дискə көчүрүлəрəк протокола əлавə олунмушдур (ҹилд 1, иш вəрəги 64-66, 91). Ҹинайəт ишинə əлавə олунмуш 05 май 2022-ҹи ил тарихли бахыш кечирилмəси вə ҝөтүрмə апарылмасы барəдə протоколдан вə һəмин протокола əлавə едилмиш ДВД дискə кечирилмиш бахышдан ҝөрүнүр ки, автомобилə бахыш кечирилмəздəн əввəл шүбһəли шəхс Сейһун Əлийевə автомобилдə сахладығыны билдирдийи наркотик тəркибли маддəлəри тəгдим етмəси тəклиф олунмуш, бу тəклифдəн сонра о, һəмин автомобилин габаг сағ отураҹағын алтындан 1 əдəд ағ рəнҝли кағыз гутуну тəгдим едəрəк, автомобилиндə сахладығы наркотик тəркибли маддəнин онун ичəрисиндə олдуғуну билдирмишдир. Һəмин гутуйа бахыш кечирилəн заман ичəрисиндə 1 əдəд селофан бүкүмдə гəһвəйи рəнҝии кəскин ийли, наркотик васитə һероинə бəнзəр күтлə, 1 əдəд селофан бүкүмдə наркотик васитə тирйəкə бəнзəр күтлə вə 1 əдəд селофан бүкүмдə ағ рəнҝли, кристалл шəкилли психотроп маддə метамфетаминə бəнзəр күтлə вə 1 əдəд електрон тəрəзи олмасы мүəййəн едилмишдир. Һəмин күтлəлəрин тəхмини чəкисинин мүəййəн едилмəси мəгсəдилə електрон тəрəзидə чəкилмиш, наркотик васитə һероинə бəнзəр күтлəнин чəкисинин 84 грам, тирйəкə бəнзəр күтлəнин чəкисинин 49 грам, метамфетаминə бəнзəр күтлəнин чəкисинин 25 грам олмасы мүəййəн едилмишдир. Ашкар едилмиш маддəлəр 1 əдəд кағыз зəрфə гойулараг габлашдырылыб ҝөтүрүлмүшдүр. Шифаһи сорғу заманы Сейһун Əлийев автомобилиндəн ашкар едилмиш маддəлəрин наркотик васитə һероин, тирйəк вə психотроп маддə метамфетамин олдуғуну, онлары əлдə етмəкдə мəгсəдинин һəм өзүнүн истифадə етмəси, һəм дə дост-таныша пай вермəк олдуғуну, башга һеч бир йердə наркотик тəркибли маддəлəр сахламадығыны билдирмишдир. Апарылан видеочəкилиш 1 əдəд ДВД дискə көчүрүлəрəк протокола əлавə олунмушдур (ҹилд 1, иш вəрəги 69-70, 90). Бакы шəһəри, Бинəгəди район Мəһкəмəсинин 07 май 2022-ҹи ил тарихли гəрары илə Азəрбайҹан Республикасы ДИН Баш Наркотиклəрлə Мүбаризə Идарəсинин баш əмəлиййат мүвəккили, полис капитаны Анар Бабайев тəрəфиндəн гəбул едилмиш 05 май 2022-ҹи ил тарихли гəрар əсасында кечирилмиш əмəлиййат-ахтарыш тəдбири гануни һесаб едилмишдир (ҹилд 1, иш вəрəги 95-96). Мəһкəмə-кимйəви експертизасынын 06 май 2022-ҹи ил тарихли 6/2601 нөмрəли рəйиндəн ҝөрүнүр ки: - үзəриндə "Сейһун Əлийевин үзəриндəн..." сөзлəри, сойад вə имзалар гейд едилмиш кағыз пакетдə бир əдəд бүкүмдə тəмиз чəкиси 4,052 грам олан ағ рəнҝли кристаллик формада кустар үсулла һазырланмыш психотроп маддə-метамфетаминдир; - үзəриндə "Сейһун Əлийевə мəхсус автомобилдəн..." сөзлəри, сойад вə имзалар гейд едилмиш бир əдəд кағыз пакетдə бир əдəд картон гутуда бир əдəд бүкүмдə тəмиз чəкиси 80,0 грам олан гəһвəйи рəнҝли маддə кустар үсулла һазырланмыш наркотик васитə һероиндир. Бир əдəд бүкүмдə тəмиз чəкиси 48,0 грам олан гəһвəйи рəнҝли маддə кустар үсулла һазырланмыш наркотик васитə тирйəкдир. Диҝəр бир əдəд бүкүмдə тəмиз чəкиси 23,0 грам олан ағ рəнҝли кристаллик формада кустар үсулла һазырланмыш психотроп маддə метамфетаминдир. Тəгдим едилмиш 2 əдəд бүкүмдə олан метамфетаминлəр хариҹи ҝөрүнүш əламəтлəринə вə кимйəви тəркиб компонентлəринə ҝөрə ейнилик тəшкил едир. Бир əдəд електрон тəрəзидə наркотик васитə олан һероинин излəри вардыр. Һероин из шəклиндə олдуғу үчүн чəкисини мүəййəн етмəк вə бир əдəд бүкүмдə олан һероин илə мүгайисəли тəдгигатыны апармаг мүмкүн дейилдир (ҹилд 1, иш вəрəги 77-82). Мəһкəмə нарколожи експертизасынын xx.xx.2022-ҹи ил тарихли 4206 нөмрəли рəйиндəн ҝөрүнүр ки, Əлийев Сейһун Јагуб оғлунда наркоманийа хəстəлийинин əламəтлəри ашкар олунмур. Һал-һазырда мүайинə заманы Əлийев Сейһун Јагуб оғлу наркоманийа хəстəлийиндəн əзаб чəкмир. Наркоманийадан мəҹбури мүалиҹəйə еһтийаҹы йохдур, əрази нарколожи диспансериндə гейдиййата алынмасы мəслəһəт ҝөрүлүр (ҹилд 1, иш вəрəги 140- 141). Мəһкəмə-психиатрик експертизасынын xx.xx.2022-ҹи ил тарихли 2255 нөмрəли рəйиндəн ҝөрүнүр ки, йохланылан шəхс Əлийев Сейһун Јагуб оғлунда һал-һазырда һəр һансы психи хəстəлийин əламəтлəри ашкар олунмур. Сейһун Əлийевдə хасиййəтин психопатик ҹизҝилəри мүəййəн едилир. Буну ҹинайəт иши материаллары, анамнестик мəлуматлар вə һал-һазыркы психиатрик мүайинəнин нəтиҹəлəри вə с. сүбут едир. Белə ки, С.Ј.Əлийев əwəллəр психиатрик мүəссисəлəрə мүраҹиəт етмəмиш, онда һəр һансы психи позунту əламəтлəри тəсвир олунмамыш, һəмчинин һазыркы мүайинə заманы психи хəстəлик əламəтлəри мүəййəн едилмəмишдир. ЫЫ. Јекун һиссəси. Јохланылан шəхс Əлийев Сейһун Јагуб оғлу һазырда өз əмəлинин фактики характерини вə иҹтимаи тəһлүкəлилийини дəрк етмəк, онлары идарə етмəк игтидарындадыр. Јохланылан шəхс Сейһун Əлийев ҹинайəти төрəдəркəн өз əмəлинин фактики характерини вə иҹтимаи тəһлүкəлилийини дəрк етмəк, онлары идарə етмəк игтидарында олмушдур. Буна ҝөрə дə, она иттиһам олунан əмəл барəсиндə анлаглы һесаб олунмалыдыр. Јохланылан шəхс Əлийев Сейһун Јагуб оғлунун əмəли Азəрбайҹан Республикасы ҸМ-нин 21-ҹи маддəсинин тəсири алтына дүшмүр (ҹилд 1, иш вəрəги 143-144). Ҹинайəт ишиндə олан вə тəгсирлəндирилəн шəхс Əлийев Сейһун Јагуб оғлунун истифадəсиндə олмуш ***-***-**-** ҜСМ нөмрəйə даир “смс” мəтнлəринин əкс едилдийи “Бакҹелл” ММҸ-дəн алынмыш бир əдəд дискə бахыш кечирилмəси протоколундан ҝөрүнүр ки: - 07.03.2022-ҹи ил тарихдə саат 17:05-дə ***-***-**-** нөмрəдəн ***-***-**-** нөмрəйə «гагаш белə тема оланда вермеде мене бир вар тухта бирде тухтанын тухтасы бу онанды»; - 18.03,2022-ҹи ил тарихдə саат 08:03-дə ***-***-**-** нөмрəдəн ***-***-**-** нөмрəйə «гагаш кола дүзелер 4 дене»; - 22.03.2022-ҹи ил тарихдə саат 16:50-дə ***-***-**-** нөмрəдəн ***-***-**-** нөмрəйə «Салам Сейһун гагаш 80 манат пул вар мəнə əл тут»; - 30.03.2022-ҹи ил тарихдə саат 02:14-дə ***-***-**-** нөмрəдəн ***-***-**-** нөмрəйə «Сейһун бағышда бу вахт зəнҝ вурурам 50 манатым вар вəзиййəтим чох писди имкан варса мəнə əл тут»; -xx.xx.2022-ҹи ил тарихдə саат 15:29-да ***-***-**-** нөмрəдəн ***-***-**-** нөмрəйə “гагаш пул бираз аз олду 3 дəнə кола 1 дəнə паты гагаш бурдайам гапыда» мəтндə смс-иəр дахил олмушдур (ҹилд 1, иш вəрəги 191). Ибтидаи истинтаг органынын 26 декабр 2022-ҹи ил тарихли сүбутларын гиймəтлəндирилмəси һаггында гəрарындан ҝөрүнүр ки, тəгсирлəндирилəн шəхс Əлийев Сейһун Јагуб оғлунун үзəриндəн вə идарə етдийи нəглиййат васитəсиндəн ашкар едилмиш 4,052 грам психотроп маддə метамфетамин, 80,0 грам наркотик васитə һероин, 48,0 грам наркотик васитə тирйəк, 23,0 грам психотроп маддə метамфетамин, 1 əдəд үзəриндə һероин излəри олан електрон тəрəзи, шəхси ахтарыш вə ҝөтүрмə апарылмасы заманы гейдə алынмыш видеочəкилишин əкс едилдийи 1 əдəд ДВД диск, нəглиййат васитəсинə ахтарыш вə ҝөтүрмə заманы гейдə алынмыш видеочəкилишин əкс едилдийи 1 əдəд ДВД диск, телефон данышыглары, “смс” мəтнлəрə даир мəлуматлар əкс едилмиш “Бакҹелл” ММҸ-дəн əлдə едилмиш 1 əдəд ҸД диск иш үзрə мадди сүбут кими танынмышдыр. Гейд едилəн наркотик васитəлəрин вə психотроп маддəлəрин експертиза тəдгигатындан сонра галыг галан 79,95 грам наркотик васитə һероин, 26,952 грам психотроп маддə метамфетамин вə 47,95 грам наркотик васитə тирйəк, һəмчинин електрон тəрəзи сахланылмасы Бакы шəһəри, Бинəгəди РПИ-нин мадди сүбутларын сахланҹ йеринə тəһвил верилмиш, 3 əдəд диск ҹинайəт ишинин материалларына əлавə едилмишдир (ҹилд 1, иш вəрəги 204-217, 250). Ҹинайəт ишинə əлавə едилмиш арайышдан, хасиййəтнамəдəн, шəхсиййəт вəсигəлəринин вə доғум һаггында шəһадəтнамəнин сурəтлəриндəн ҝөрүнүр ки, Əлийев Сейһун Јагуб оғлу Салйан району, Күргарагашлы кəндиндə гейдиййатдадыр, кəнд инзибати əрази нүмайəндəлийинə онун барəсиндə шикайəт дахил олмамышдыр, һимайəсиндə үч азйашлы ушаглары вардыр (ҹилд 1, иш вəрəги 135-139). Ҹинайəт ишиндə олан Азəрбайҹан Республикасы ДИН Баш Əмəлиййат вə Статистик Информасийа идарəсинин xx.xx.2022-ҹи ил тарихли тəлəбнамəсинə əсасəн, Əлийев Сейһун Јагуб оғлу мəһкумлуғу олмайан шəхс һесаб едилмəлидир (ҹилд 1, иш вəрəги 129- 130). Мəһкəмə иҹласында тəгсирлəндирилəн шəхс Əлийев Сейһун Јагуб оғлу елан олунмуш иттиһам үзрə өзүнү тəгсирли билсə дə, 05 май 2022-ҹи ил тарихдə полис əмəкдашларынын ону сахладыгдан сонра евинə бахыш кечирдиклəрини, лакин евдəн һеч нə ашкар етмəдиклəрини, бу заман наркотик васитəлəрин идарə етдийи “Нива” маркалы машында олдуғуну өзүнүн билдирдийини вə һəмин наркотиклəри көнүллү олараг полис ишчилəринə тəгдим етдийини, сонра полис əмəкдашларынын ону бөлмəйə ҝəтирдиклəрини вə наркотикин бир һиссəсини онун ҹибинə гойдугларыны, онун чəкилиш заманы һəмин наркотик олан бүкүлүнү ҹибиндəн чыхарыб тəгдим етдийини билдирмишдир. Бунунла белə, мəһкəмəдə вердийи ифадəсиндə ондан вə машынындан ашкар олунмуш бүтүн наркотик вə психотроп маддəлəрин онун өзүнə мəхсус олдуғуну, һəмин наркотиклəри Əһмəдли гəсəбəсиндə Маһмуд кими таныдығы шəхсдəн алдығыны, наркотик васитəни конкрет үнвана гойдугларыны вə өзүнүн дə ҝедиб һəмин йердəн ҝөтүрдүйүнү, Маһмудун һазырда һəбсдə олдуғуну, наркотик аланда алданмамагдан өтрү чəкисини мүəййəн етмəк үчүн өзү илə тəрəзи ҝөтүрдүйүнү, һəмин шəхсин она наркотики сахламағы вə зəнҝ едəндə дейəҹəйи йерə апарыб чатдырмағы тапшырдығыны, бунун мүгабилиндə һəмин шəхсин она 500-600 манат пул верəҹəйини истинтага вердийи ифадəсинə əлавə етмишдир. Тəгсирлəндирилəн шəхс Сейһун Əлийев сахланыларкəн вə полис бөлмəсиндə оларкəн она гаршы һəр һансы физики вə йа психи тəзйиглəр ҝөстəрилмəдийини, полис əмəкдашлары тəрəфиндəн дөйүлмəдийини вə тəҹридханайа гəбул едилəркəн бəдəни үзəриндə һəр һансы хəсарəт излəринин олмадығыны мəһкəмəнин диггəтинə чатдырды. Һəмчинин тəгсирлəндирилəн шəхс Сейһун Əлийев истинтаг заманы вердийи ифадəлəрини тəсдиг етдийини, һəмин ифадəлəрин онун тəрəфиндəн верилдийини вə төрəтдийи əмəлə ҝөрə пешман олдуғуну ифадəсинə əлавə етди. Азəрбайҹан Республикасы Али Мəһкəмəси Пленумунун «Мəһкəмə һөкмү һаггында» 24 декабр 2021-ҹи ил тарихли Гəрарынын 33-ҹү бəндиндə мəһкəмəлəрə төвсиййə едилир ки, һөкмүн тəсвири-əсасландырыҹы һиссəсиндə тəгсирлəндирилəн шəхсин она верилəн иттиһама мүнасибəти өз əксини тапмалы, онун өзүнү мүдафиə мəгсəдилə ҝəтирдийи дəлиллəрə гиймəт верилмəлидир. Тəгсирлəндирилəн шəхс мəһкəмəйəдəк иҹраат дөврүндə вердийи ифадəсини дəйишдикдə, мəһкəмə онун бүтүн ифадəлəрини йохламалы, ифадəсини дəйишмəсинин сəбəбини айдынлашдырмалы вə онлара ишдə топланмыш диҝəр сүбутларла мүгайисəли сурəтдə гиймəт вермəлидир. Али Мəһкəмə Пленумунун гейд олунан төвсиййəлəринə əсасəн мəһкəмə һесаб едир ки, тəгсирлəндирилəн шəхс Сейһун Əлийев мəһкəмə иҹласында ибтидаи истинтагда вердийи ифадəлəрини там шəкилдə тəсдиг етмəсə дə, мəзмун вə мəна етибары илə һəмин ифадəлəр бир-бири илə зиддиййəт тəшкил етмəдийиндəн, мəһкəмəдəдə наркотик васитəлəрин вə психотроп маддəлəрин өзүнə мəхсус олмасы барəдə етирафедиҹи ифадəлəр вердийиндəн, онун мəһкəмə иҹласында ифадəлəрини гисмəн дəйишмəси өз мүдафиəси үчүн ҝəтирдийи дəлиллəр кими гиймəтлəндирилмəмəлидир. Азəрбайҹан Республикасы Али Мəһкəмəси Пленумунун "Наркотик васитəлəрин, психотроп маддəлəрин вə йа онларын прекурсорларынын ганунсуз дөвриййəсинə даир ҹинайəт ишлəри үзрə мəһкəмə тəҹрүбəси һаггында" 04 март 2011-ҹи ил 2 №-ли гəрарында мəһкəмəлəрə төвсиййə олунур ки, Азəрбайҹан Республикасы ҸМ-ин 234.2-ҹи маддəсинин диспозисийасына ҝөрə наркотик васитəлəри вə йа психотроп маддəлəри тəкҹə сатма дейил, һəм дə бу маддəлəри сатыш мəгсəди илə ганунсуз олараг əлдə етмə вə йа сахлама, һазырлама, истеһсал етмə, емал етмə, дашыма, ҝөндəрмə һəмин маддə илə ҹинайəт мəсулиййəтини йаратдығы үчүн йухарыда ҝөстəрилəн һəрəкəтлəрин һəмин маддəлəрин сатыш мəгсəди илə едилмəсинин мүəййəн олунмасы бу гəбилдəн олан ишлəрин дүзҝүн һəлли үчүн мүһүм əһəмиййəт кəсб едир. Тəгсиркарын наркотик васитəлəри сатмаг ниййəтиндə олмасы мүəййəн едилəркəн башга сүбутларла вə наркотик васитəлəрин мигдары илə йанашы, истеһлакчы илə əввəлҹəдəн разылыг əлдə едилмəси, наркотик васитəнин чəкилиб хырда бағламалара бүкүлмəси, онларын һазырланмасы үчүн аваданлығын олмасы вə ишин диҝəр һаллары нəзəрə алынмалыдыр. Мəһкəмə коллеҝийасы тəгсирлəндирилəн шəхсин ондан ашкар олунмуш наркотик васитəлəри вə психотроп маддəлəри мəһз сатыш мəгсəди илə əлдə едиб сахламасы вə дашымасы нəтиҹəсинə ҝəлəркəн, Сейһун Əлийевин ибтидаи истинтаг заманы вердийи изаһат вə ифадəлəриндə, һəмчинин мəһкəмəдə диндирилəркəн шəхси ахтарышы вə идарə етдийи нəглиййат васитəсинə бахыш заманы ашкар олунмуш наркотик вə психотроп маддəлəрин өзүнə мəхсус олдуғуну сəмими етираф етмəсини, һəмчинин ашкар олунмуш маддəлəрин һəм наркотик васитə һероин вə тирйəк, һəм дə психотроп маддə метамфетамин олмагла 3 айры-айры нөвлəрдə олмасыны, онларын һəр биринин айры-айры бүкүмлəрдə олмасыны, һəмчинин ашкар олунмуш наркотик вə психотроп маддəлəрин күтлəсинин күлли мигдар күтлəсиндəн дəфəлəрлə артыг олмасыны нəзəрə алыр. Шəрһ олунанлара вə Азəрбайҹан Республикасы ҹинайəт ганунвериҹилийинин тəлəблəринə əсасəн мəһкəмə коллеҝийасы бу нəтиҹəйə ҝəлир ки, тəгсирлəндирилəн шəхсин төрəтдийи əмəл дүзҝүн төвсиф едилмишдир, һəмин əмəл гəсдəн төрəдилмиш, баша чатмыш ҹинайəтдир, тəснифатына ҝөрə ағыр ҹинайəтлəр категорийасына аиддир. Белə ки, Ҹинайəт Мəҹəллəсинин 15.4-ҹү маддəсинə əсасəн гəсдəн вə йа еһтийатсызлыгдан төрəдилмəсинə ҝөрə нəзəрдə тутулмуш азадлыгдан мəһрум етмə ҹəзасынын йухары һəдди он ики илдəн артыг олмайан əмəллəр ағыр ҹинайəтлəр һесаб олунур. Һəмин Мəҹəллəнин 25.2-ҹи маддəсинə əсасəн шəхс өз əмəлинин (һəрəкəт вə йа һəрəкəтсизлийинин) иҹтимаи тəһлүкəли олдуғуну дəрк етмиш, онун иҹтимаи тəһлүкəли нəтиҹəлəрини габагҹадан ҝөрмүш вə бунлары арзу етмишдирсə, бу һалда ҹинайəт бирбаша гəсдлə төрəдилмиш һесаб олунур. Азəрбайҹан Республикасы Ҹинайəт-Просессуал Мəҹəллəсинин 28.5-ҹи маддəсинə əсасəн шəхсин ҹинайəт төрəтмəкдə тəгсирли олмасына даир мəһкəмə гəрары мүлаһизəлəрə əсаслана билмəз вə ишə аид бири диҝəринə кифайəт гəдəр уйғун ҝəлəн мөтəбəр сүбутларын мəҹмусу илə тəсдиг олунмалыдыр. Азəрбайҹан Республикасы Ҹинайəт-Просессуал Мəҹəллəсинин 44.1-ҹи маддəсинин тəлəбинə ҝөрə мəһкəмə бахышы ҝедишиндə тəдгиг олунмуш сүбутларын мəҹмусуна əсасəн тəгсирлəндирилəн шəхсин ҹинайəтдə тəгсири мүəййəн едилəрсə, мəһкəмə иттиһам һөкмү чыхарыр. Һəмин Мəҹəллəнин 351.2-ҹи маддəсинə əсасəн мəһкəмəнин иттиһам һөкмү еһтималлара əсаслана билмəз вə йалныз мəһкəмə бахышы заманы тəгсирлəндирилəн шəхсин тəгсири сүбута йетирилдийи һалда чыхарылыр. Мəһкəмəдə тəгсирлəндирилəн шəхс Əлийев Сейһун Јагуб оғлунун əмəлинин ҹинайəт олмасыны арадан галдыран һаллар, онун ҹинайəт мəсулиййəтиндəн вə ҹəзадан азад олунмасы үчүн əсаслар мүəййəн едилмəди. Белəликлə, мəһкəмə коллеҝийасы, мəһкəмəнин ҝəлдийи нəтиҹəлəрин йалныз мəһкəмə истинтагында тəдгиг едилмиш мөтəбəр вə тəкзибедилмəз сүбутлара əсасландығыны гейд едəрəк белə гəнаəтə ҝəлир ки, тəгсирлəндирилəн шəхс Əлийев Сейһун Јагуб оғлунун Азəрбайҹан Республикасы Ҹинайəт Мəҹəллəсинин 234.4.3-ҹү маддəси илə нəзəрдə тутулмуш ҹинайəт əмəлини гəсдəн төрəтмəси там сүбута йетирилмишдир. О, гейд едилəн ҹинайəт əмəлини төрəтмəкдə тəгсирлидир. Онун ҹинайəт мəсулиййəтиндəн вə ҹəзадан азад олунмасы үчүн əсаслар йохдур. Тəгсирлəндирилəн шəхс Əлийев Сейһун Јагуб оғлуна ганунла мүəййəн едилмиш гайдада, азадлыгдан мəһрум етмə нөвүндə ҹəза тəйин едилмəлидир. Азəрбайҹан Республикасы ҸМ-нин 8.1-ҹи маддəсинə əсасəн ҹинайəт төрəтмиш шəхс һаггында тəтбиг едилəн ҹəза вə йа диҝəр ҹинайəт-һүгуги характерли тəдбирлəр əдалəтли олмалыдыр, йəни ҹинайəтин характеринə вə иҹтимаи тəһлүкəлилик дəрəҹəсинə, онун төрəдилмəси һалларына вə ҹинайəт төрəтмəкдə тəгсирли билинəн шəхсин шəхсиййəтинə уйғун олмалыдыр. Азəрбайҹан Республикасы ҸМ-нин 58.3-ҹү маддəсинə əсасəн мəһкəмə коллеҝийасы тəгсирлəндирилəн шəхс Əлийев Сейһун Јагуб оғлуна ҹəза тəйин едəркəн онун төрəтдийи ҹинайəтин характерини вə иҹтимаи тəһлүкəлилик дəрəҹəсини, шəхсиййəтини, ҹəзаны йүнҝүллəшдирəн вə ағырлашдыран һаллары, һабелə тəйин олунаҹаг ҹəзанын онун ислаһ олунмасына вə аилəсинин һəйат шəраитинə тəсирини нəзəрə алыр. Мəһкəмə коллеҝийасы Азəрбайҹан Республикасы ҸМ-нин 59.1.4-ҹү маддəсинə əсасəн һимайəсиндə азйашлы ушагларынын олмасыны, əрази үзрə мүсбəт характеризə едилмəсини вə төрəтдийи əмəлə ҝөрə пешман олмасыны ҹəзаны йүнҝүллəшдирəн һаллар кими нəзəрə алыр, мəһкəмəдə Ҹинайəт Мəҹəллəсинин 61-ҹи маддəсиндə нəзəрдə тутулмуш ҹəзаны ағырлашдыран һаллар мүəййəн едилмəди. Ҹинайəт ганунвериҹилийинин тəлəблəринə уйғун олараг мəһкəмə коллеҝийасы һесаб едир ки, тəгсирлəндирилəн шəхс Əлийев Сейһун Јагуб оғлуна тəйин олунаҹаг азадлыгдан мəһрум етмə ҹəзасы үмуми режимли ҹəзачəкмə мүəссисəсиндə чəкилмəлидир. Белə ки, Азəрбайҹан Республикасы Ҹинайəт Мəҹəллəсинин 56.1.2-ҹи маддəсинин тəлəбинə ҝөрə, гəсдəн төрəдилмиш ағыр ҹинайəтлəрə ҝөрə илк дəфə азадлыгдан мəһрум етмəйə мəһкум олунмуш шəхслəр үчүн ҹəзанын чəкилмə йери үмуми режимли ҹəзачəкмə мүəссисəси мүəййəн едилир. Мəһкəмəдə мүəййəн едилди ки, Əлийев Сейһун Јагуб оғлу ********* нөмрəли ҹинайəт иши үзрə 05 май 2023-ҹү ил тарихдə шүбһəли шəхс гисминдə тутулмуш, Бакы шəһəри, Бинəгəди район Мəһкəмəсинин 07 май 2022-ҹи ил тарихли гəрарына əсасəн барəсиндə һəбс гəтимкан тəдбири сечилмишдир. 05 сентйабр 2022-ҹи ил тарихдə һəбсдə сахланма мүддəти битдийинə ҝөрə о, һəбсдəн азад едилмиш, сонрадан ********* нөмрəли ҹинайəт иши үзрə истинтаг давам етдийиндəн 07 нойабр 2022-ҹи ил тарихдə йенидəн шүбһəли шəхс гисминдə тутулмуш, она Азəрбайҹан Республикасы ҸМ-нин 234.4.3-ҹү маддəси илə йекун иттиһам верилəрəк Бакы шəһəри, Бинəгəди район Мəһкəмəсинин 08 нойабр 2022-ҹи ил тарихли гəрарына əсасəн барəсиндə һəбс гəтимкан тəдбири сечилмишдир. Тəгсирлəндирилəн шəхс Сейһун Əлийев һəмин вахтдан һал-һазыра гəдəр Азəрбайҹан Республикасы Əдлиййə Назирлийи Пенитенсиар Хидмəтин Бакы Истинтаг Тəҹридханасында сахланылыр. Азəрбайҹан Республикасы ҸПМ-нин 158.2, 158.2.1 вə 158.2.4-ҹү маддəлəринин тəлəблəринə ҝөрə, тəгсирлəндирилəн шəхси һəбсдə сахлама мүддəти шəхсин тутулма заманы фактики һəбсə алындығы андан, о, тутулмадыгда исə һəбс гəтимкан тəдбиринин сечилмəси барəдə мəһкəмə гəрарынын иҹра едилдийи андан һесабланыр. Тəгсирлəндирилəн шəхсин тутулдуғу вə һəбсдə сахланылдығы мүддəт онун һəбсдə сахлама мүддəтинə дахилдир. Һəмин Мəҹəллəнин 158.6-ҹы маддəсиндə ҝөрə, ҹинайəт иши үзрə иҹраатын апарылмасы заманы (мəһкəмəйəдəк, һабелə биринҹи вə апеллйасийа инстансийасы мəһкəмəлəриндə апарылмыш иҹраат дахил олмагла) шəхсин һəбсдə сахланылмасы мүддəти мəһкəмə тəрəфиндəн она тəйин олунмуш ҹəза мүддəтинə дахил едилир. Мəһкəмə коллеҝийасы йухарыда гейд олунан мүддəалары нəзəрə алараг һесаб едир ки, тəгсирлəндирилəн шəхс Əлийев Сейһун Јагуб оғлунун 05 май 2023-ҹү ил тарихдəн 05 сентйабр 2022-ҹи ил тарихəдəк һəбсдə сахланылдығы 4 (дөрд) ай она тəйин олунаҹаг ҹəза мүддəтинə дахил едилмəклə чыхылмалы вə она гəти ҹəза тəйин олунмалы, тəйин олунаҹаг азадлыгдан мəһрум етмə ҹəзасынын башланғыҹы 07 нойабр 2022-ҹи ил тарихдəн һесабланмалыдыр. Ейни заманда, мəһкəмə белə нəтиҹəйə ҝəлир ки, Əлийев Сейһун Јагуб оғлу барəсиндə сечилмиш һəбс гəтимкан тəдбири һөкм гануни гүввəсини аланадəк дəйишдирилмəмəлидир. Мəһкəмə коллеҝийасы мəһкəмə-нарколожи експертизасынын xx.xx.2022-ҹи ил тарихли 4206 нөмрəли рəйини əсас тутараг һесаб едир ки, Əлийев Сейһун Јагуб оғлунда наркоманийа хəстəлийинин əламəтлəри ашкар олунмадығындан вə онун наркоманийадан мəҹбури мүалиҹəйə еһтийаҹы олмадығындан, барəсиндə тибби характерли мəҹбури тəдбир тəйин едилмəмəли, лакин о, əрази нарколожи диспансериндə профилактик гейдиййата алынмалыдыр. Азəрбайҹан Республикасы ҸПМ-нин 132.1.4 вə 132.1.6-ҹы маддəлəринин тəлəблəринə əсасəн, мадди сүбутлар барəдə мəсəлəнин һəлли илə əлагəдар мəһкəмə йекун гəрар чыхараркəн мүлки дөвриййəси мəһдудлашдырылмыш (гануни əсасларла əлдə етмə һаллары истисна олмагла) вə мүлки дөвриййəдəн чыхарылмыш əшйалар мүвафиг тəшкилатлара верилмəли, онларын дəйəри олмадыгда исə мəһв едилмəли, һəмчинин мадди сүбут олан сəнəдлəр ҹинайəт тəгиби үзрə иҹраат материалларынын сахланма мүддəти əрзиндə ишдə сахланылмалыдыр. Гейд олунан мүддəалара əсасəн мəһкəмə коллеҝийасы һесаб едир ки, иш үзрə Бакы шəһəри, Бинəгəди РПл-нин мадди сүбутларын сахланҹ йеринə тəһвил верилмиш вə Əлийев Сейһун Јагуб оғлунун үзəриндəн, һəмчинин идарə етдийи нəглиййат васитəсиндəн ашкар едилəрəк ҝөтүрүлмүш експертиза тəдгигатындан сонра галыг галан 79,95 грам чəкидə наркотик васитə һероин, 26,952 грам чəкидə психотроп маддə метамфетамин вə 47,95 грам чəкидə наркотик васитə тирйəк, һəмчинин електрон тəрəзи һөкм гануни гүввəйə миндикдəн сонра мəһв едилмəли, тəгсирлəндирилəн шəхс Əлийев Сейһун Јагуб оғлунун шəхси ахтарышы вə идарə етдийи нəглиййат васитəсинə бахыш заманы чəкилмиш видеоҝөрүнтүлəри əкс етдирəн ики əдəд ДВД диск, “Бакҹелл” ММҸ-дəн əлдə едилмиш 1 əдəд ҸД диск ҹинайəт ишинин материалларында сахланылмалыдыр. Ҹинайəт иши үзрə кечирилмиш експертиза тəдгигаты 65 (алтмыш беш) манат дəйəриндə гиймəтлəндирилмишдир. Азəрбайҹан Республикасы Ҹинайəт-Просессуал Мəҹəллəсинин 197.1.4-ҹү маддəсиндə експертə өдəнилмəли һагглар мəһкəмə мəсрəфлəринин бир нөвү кими нəзəрдə тутулмушдур вə һəмин Мəҹəллəнин 198.1-ҹи маддəсинə əсасəн, һəмин мəһкəмə мəсрəфлəри мəһкəмə тəрəфиндəн мəһкумун үзəринə гойула билəр. Бу сəбəбдəн, мəһкəмə мəсрəфлəри һесаб едилəн 65 (алтмыш беш) манат експертиза хəрҹи Сейһун Əлийевдəн тутулараг дөвлəт бүдҹəсинə көчүрүлмəлидир. Азəрбайҹан Республикасы ҸПМ-нин 193.2-ҹи маддəсинə əсасəн, шүбһəли вə йа тəгсирлəндирилəн шəхсин мүдафиəчинин хидмəтлəрини өдəмəйə кифайəт гəдəр вəсаити йохдурса вə мүдафиəчинин ҹинайəт просесиндə иштиракы бу Мəҹəллəнин 92.3-ҹү маддəсиндə нəзəрдə тутулмуш һалларда тəмин олунмалыдырса, ҹинайəт просесини һəйата кечирəн орган һəмин шəхсə һүгуги йардымын ҝөстəрилмəсини Азəрбайҹан Республикасынын дөвлəт бүдҹəси вəсаити һесабына тəмин етмəлидир. Азəрбайҹан Республикасы Назирлəр Кабинетинин 03 май 2018-ҹи ил тарихли 222 №-ли гəрарына əсасəн һəр иш сааты үчүн 6 манат һесабы илə мүдафиə хəрҹлəри һесабланмалыдыр. Иш үзрə мүдафиəчи - Бакы шəһəри, 15 сайлы Вəкил Бүросунун вəкили Аббасəлийев Айдын Фикрəт оғлунун мəһкəмəйə тəгдим етдийи һесабата ҝөрə, о, мəһкəмə бахышы заманы тəгсирлəндирилəн шəхс Əлийев Сейһун Јагуб оғлунун мүдафиəси илə əлагəдар 25 саат вахт сəрф етмишдир. Лакин иш материаллары нəзəрдəн кечирилəркəн һəмин һесабатын һəгигəти əкс етдирмəдийи мүəййəн едилмишдир. Белə ки, мəһкəмə иҹласларынын башлама вə гуртарма вахтларыны өзүндə əкс етдирəн протокллары, һəмчинин мүдафиəчинин мəһкəмə иҹласларына ҝəлиб-ҝетмəси илə бағлы сəрф етдийи вахты да нəзəрə алыб мəһкəмə белə һесаб едир ки, мүдафиəчи Айдын Аббасəлийевин үмумликдə сəрф етдийи вахт 10 саат мүəййəн едилмəлидир. Она ҝөрə дə дөвлəт бүдҹəсинин вəсаити һесабына тəгсирлəндирилəн шəхсин һүгугларыны мүдафиə етмиш вəкил Айдын Аббасəлийевə өдəнилəҹəк 60 (алтмыш) манат мəблəғиндə пул вəсаити Бакы шəһəри, 15 сайлы Вəкил Бүросунун һесабына көчүрүлмəлидир. Һəмчинин мəһкəмəнин бахышы дөврүндə тəгсирлəндирилəн шəхс Əлийев Сейһун Јагуб оғлунун мүдафиəсини тəйинат əсасында һəйата кечирмиш «Алйанс» Вəкил Бүросунун вəкили Адыҝөзəлова Вəфа Тоһид гызынын тəгдим етдийи һесабатдан ҝөрүнүр ки, тəгсирлəндирилəн шəхсин мүдафиəси илə бағлы 27 саат вахт сəрф етмишдир. Она ҝөрə дə, дөвлəт бүдҹəсинин вəсаити һесабына мəһкəмə бахышы дөврүндə иштирак етмиш вəкил Вəфа Адыҝөзəловайа өдəнилмəли олан 162 (йүз алтмыш ики) манат мəблəғиндə пул вəсаити гейд олунан вəкил бүросунун һесабына көчүрүлмəлидир. Иш үзрə мүлки иддиа верилмəмəси, əмлак үзəринə һəбс гойулмамасы вə хүсуси мүсадирə үчүн тəклиф едилəн əмлакын олмамасы нəзəрə алынмалыдыр. Гейд олунанлара əсасəн вə Азəрбайҹан Республикасы Ҹинайəт-Просессуал Мəҹəллəсинин 344-347, 349, 351-353, 356, 358, 384-385-ҹи маддəлəринин тəлəблəрини рəһбəр тутараг, мəһкəмə Һ Ө К М Е Т Д И: Əлийев Сейһун Јагуб оғлу Азəрбайҹан Республикасы Ҹинайəт Мəҹəллəсинин 234.4.3ҹү маддəси илə нəзəрдə тутулмуш ҹинайəт əмəлинин төрəдилмəсиндə тəгсирли билиниб, 6 (алты) ил мүддəтə азадлыгдан мəһрум етмə ҹəзасына мəһкум едилсин. 05 май 2022-ҹи ил тарихдəн 05 сентйабр 2022-ҹи ил тарихəдəк һəбсдə сахланылдығы 4 (дөрд) ай Сейһун Əлийевə тəйин едилмиш ҹəзадан чыхылсын вə Əлийев Сейһун Јагуб оғлунун үзəриндə гəти олараг 5 (беш) ил 8 (сəккиз) ай мүддəтə азадлыгдан мəһрум етмə ҹəзасы сахланылсын. Əлийев Сейһун Јагуб оғлу тəйин олунмуш ҹəзаны үмуми режимли ҹəзачəкмə мүəссисəсиндə чəксин. Ибтидаи һəбс мүддəти ҹəзачəкмə мүддəтинə дахил едилмəклə Əлийев Сейһун Јагуб оғлуна тəйин олунмуш азадлыгдан мəһрум етмə ҹəзасынын башланғыҹы 07 нойабр 2022-ҹи ил тарихдəн һесаблансын. Барəсиндə сечилмиш һəбс гəтимкан тəдбири һөкм гануни гүввəсини аланадəк дəйишдирилмəсин. Əлийев Сейһун Јагуб оғлу əрази нарколожи диспансериндə гейдиййата ҝөтүрүлсүн. Иш үзрə мадди сүбутларын талейи ашағыдакы гайдада һəлл олунсун: - Бакы шəһəри, Бинəгəди РПл-нин мадди сүбутларын сахланҹ йеринə тəһвил верилмиш вə Əлийев Сейһун Јагуб оғлунун үзəриндəн, һəмчинин идарə етдийи нəглиййат васитəсиндəн ашкар едилəрəк ҝөтүрүлмүш експертиза тəдгигатындан сонра галыг галан 79,95 грам чəкидə наркотик васитə һероин, 26,952 грам чəкидə психотроп маддə метамфетамин вə 47,95 грам чəкидə наркотик васитə тирйəк, һəмчинин електрон тəрəзи һөкм гануни гүввəйə миндикдəн сонра мəһв едилсин; - тəгсирлəндирилəн шəхс Əлийев Сейһун Јагуб оғлунун шəхси ахтарышы вə идарə етдийи нəглиййат васитəсинə бахыш заманы чəкилмиш видеоҝөрүнтүлəри əкс етдирəн 2 əдəд ДВД диск, “Бакҹелл” ММҸ-дəн əлдə едилмиш 1 əдəд ҸД диск ҹинайəт ишинин материалларында сахланылсын. Иш үзрə мəһкəмə мəсрəфлəри һесаб едилəн: - 65 (алтмыш беш) манат експертиза хəрҹи Əлийев Сейһун Јагуб оғлундан тутулараг дөвлəт бүдҹəсинə көчүрүлсүн; - дөвлəт бүдҹəсинин вəсаити һесабына мəһкəмə бахышы дөврүндə тəгсирлəндирилəн шəхсин һүгугларыны һəйата кечирмиш вəкил Аббасəлийев Айдын Фикрəт оғлуна өдəнилəҹəк 60 (алтмыш) манат мəблəғиндə пул вəсаити Бакы шəһəри 15 сайлы Вəкил Бүросунун һесабына, вəкил Адыҝөзəлова Вəфа Тоһид гызына өдəнилəҹəк 162 (йүз алтмыш ики) манат мəблəғиндə пул вəсаити исə «Алйанс» Вəкил Бүросунун һесабына көчүрүлсүн. Иш үзрə мүлки иддиа верилмəмəси, əмлак үзəринə һəбс гойулмамасы вə хүсуси мүсадирə үчүн тəклиф едилəн əмлакын олмамасы нəзəрə алынсын. Һөкмдəн елан олундуғу вахтдан, Əлийев Сейһун Јагуб оғлуна исə һөкмүн сурəти верилдийи андан 20 (ийирми) ҝүн мүддəтинə Бакы Ағыр Ҹинайəтлəр Мəһкəмəси васитəси илə Бакы Апеллйасийа Мəһкəмəсинə апеллйасийа шикайəти вə апеллйасийа протести верилə билəр. Һөкмдəн апеллйасийа гайдасында шикайəт вə йа протест верилмəдикдə, һəмин мүддəт баша чатдығы вахтдан сонракы ҝүн һөкм гануни гүввəйə минир. Сəдрлик едəн һаким Елдар Исмайылов Һакимлəр Ҹавид Һүсейнов Сəбуһи Һүсейнов

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar