Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-904/2024 29.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X4 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1, X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X9 və onun nümayəndəsi Bakı şəhəri “6 saylı” Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçilər – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 26 iyun 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 24 iyun 2023-cü il tarixdə, saat 22:20-də yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Salyan Şosesi, Lökbatan yolunda yerləşən "Cənub Qapısı” Yaşayış Kompleksinin həyətindəki bərbərxananın qarşısında olduğu zaman qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2un ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən qərəzli hərəkətlər edib, ətrafda olan şəxslərə qarşı laqeydlik və etinasızlıq göstərərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb qaydalarının qərəzli sürətdə pozan hərəkətlər edərək Zərərçəkmiş şəxs2 yerə yıxaraq üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş, həmçinin həmin gün, saat 23:50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, Lökbatan yolu, “Cənub Qapısı” yaşayış kompleksində yerləşən “Spar” marketin arxa girişinin önündə Zərərçəkmiş şəxs1 şalvarının bel hissəsinə qoyduğu bıçağı görərək sağ əli ilə bıçağı götürmüş və cüzi səbəbi bəhanə etməklə özünün şəxsiyyətini ətrafdakı şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirən, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan, ətrafdakılara etinasızlıq göstərən hərəkətlər edərək, xuliqanlıq niyyəti ilə sonuncunu qəsdən öldürmək qərarına gələrək bu məqsədlə həmin bıçaqla Zərərçəkmiş şəxs1 qəsdən zərbə endirərək sonuncunu qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 24 iyun 2023-cü il tarixdə qonşusu Zərərçəkmiş şəxs2 çatdırmaq üçün onun plastik kart hesabına göndərilmiş 50 manat məbləğində pulu xərcləyərək həmin gün saat 22:20-də yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Salyan Şosesi, Lökbatan yolunda yerləşən “Cənub Qapısı” Yaşayış Kompleksinin həyətindəki bərbərxananın qarşısında Zərərçəkmiş şəxs2 ilə rastlaşarkən sonuncunun həmin pulu qaytarmasını tələb etdiyinə görə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs2 ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən qərəzli hərəkətlər edib, ətrafda olan şəxslərə qarşı laqeydlik və etinasızlıq göstərərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli sürətdə pozan hərəkətlər edərək Zərərçəkmiş şəxs2 yerə yıxaraq üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş, təsadüfən həyətdə olan Şahid3 Məhəmməd oğlunun müdaxilə edərək mübahisəni sakitləşdirməyə cəhd etməsinə baxmayaraq həmin münaqişənin gedişatında Şahid3 da ünvanına nalayiq ifadələr işlətdiyinə görə sonuncunun mübahisəyə aydınlıq gətirmək üçün zəng vuraraq oraya çağırdığı, yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan qardaşı Zərərçəkmiş şəxs1 həmin gün saat 23:50 radələrində “Cənub Qapısı” Yaşayış Kompleksinin həyətindəki “Sparmarket' adlı mağazanın arxa giriş qapısının yaxınlığına gəlib onun kənardan yaxınlaşdığını görərək nalayiq ifadələr işlədib üzərinə hücum çəkərək yeriyən zaman o, Zərərçəkmiş şəxs1 şalvarının bel hissəsinə qoyduğu bıçağı görüb cəld sağ əli ilə həmin bıçağı götürmüş və cüzi səbəbi bəhanə etməklə özünün şəxsiyyətini ətrafdakı şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirən, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan, ətrafdakılara etinasızlıq göstərən hərəkətlər edərək, xuliqanlıq niyyəti ilə sonuncunu qəsdən öldürmək qərarına gələrək bu məqsədlə həmin bıçaqla Zərərçəkmiş şəxs1 sinə nahiyəsinə bir dəfə zərbə vuraraq həyat üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid edilib ölümünə səbəb olan, ürəyin sağ mədəciyinin zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön səthinin bir ədəd deşilmiş - kəsilmiş yarası xəsarəti yetirərək Zərərçəkmiş şəxs1 qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadə verərək göstərmişdir ki, özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilir. Qoşqar adlı məhlə uşağı ona zəng edərək onun kartına pul atılacağını həmin pulu isə ona verməsini xahiş etmişdir. O işdə olduğu üçün pulu işdən evə gələndə verə biləcəyini desə də toya getməli olduğu üçün Qoşqarın onda olan 50 manat pulunu sonra verə biləcəyini bildirmişdir. Bu söhbətə görə Qoşqarla onun arasında mübahisə yaranmağa başlamışdır. O toydan qayıtdıqda Qoşqar onu məhlədə görərək onun pulunu niyə vermədiyini soruşmuş, Qoşqara çatmalı olan pulu toya yazdırdığını söylədiyinə görə onların arasında mübahisə yaranmışdır. O, Qoşqarı yerə yıxaraq yerdə biraz silkələdikdən sonra onu buraxmışdır. Ömər onları aralaşdırmaq istəsə də onunla da arasında mübahisəsi yaranmışdır. Lakin o, Ömərə qarşı hər hansı nalayiq ifadə səsləndirməmiş, evə gedib paltarını dəyişdikdən sonra, həyətə su və siqaret almaq üçün düşdükdə Həsən və Ömərlə qarşılaşmışdır. Həsən ona onun qardaşını nə üçün vurduğunu soruşaraq nalayiq ifadələr səsləndirməyə başlamışdır. Həsən onunla mübahisə etdikdən sonra “sən indi görəcəksən mən sənə nə göstərəcəyəm” demiş və marketə girmişdir. Bu sözlərdən sonra Həsənin bıçaq götürmək üçün marketə girməsinə əmin olmuşdur. Həsən Ömərlə marketə girib, bıçaq götürərək çölə çıxmış, ona yaxınlaşaraq nə narazıçılığının olduğunu soruşmuş, Həsənin əlini belinə ataraq bıçaq çıxartmaq istədiyini gördükdə, bıçağı Həsənin əlindən alaraq kənara çəkilmişdir. O bıçağı Həsəndən alarkən heç bir xəsarət almamışdır. Həsənin əlində qaranlıq olduğu üçün heç nə görməsə də Həsəndən aldığı bıçağı yerə atmamasının səbəbi qarşı tərəfdə başqa bıçağın olduğunu güman etməsi olmuş, bıçağı alıb kənara çəkildikdən 3-4 dəqiqə sonra Həsən yenidən üzərinə qaçaraq və söyüş söyərək gəldikdə, Həsənin onu öldürmək istədiyini düşünmüş, özünü müdafiə etmək və onu qorxutmaq üçün bıçağı nümayiş etdirsə də bıçaq Həsənə tuş gəlmişdir. O kənardan bıçağın Həsənə dəydiyini eşitmişdir.. Onların arasındakı məsafə yaxın olduğu üçün Həsən əlini belinə atarkən onu görmüşdür. Həsənə bıçaq dəydikdən sonra o köynəyini qaldırdıqda ondan qan axdığını müşahidə etmiş, bıçağı aşağı nahiyyədən tutmuş, özünü müdafiə etmək üçün bıçaqdan istifadə etmişdir. O Həsənə xəsarət yetirdikdən sonra özünü itirərək məzarlığa getmiş, məzarlığa getməsində səbəb qohumlarının məzarını ziyarət edərək halallıq alması olmuşdu. Hadisə gününün səhərisi günü Həsənin vəfat etdiyini eşitmişdir. Polis əməkdaşları onu məzarlıqda saxlamışdırlar. Onun valideyinləri qarşı tərəfə barışıq üçün müraciət etsələrdə qarşı tərəf bu təklifləri rədd etmişdir. Əməlindən peşmandır. O Həsəni öldürmək istəməmiş, onun əməlində xuliqanlıq niyyəti olmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadə verərək göstərmişdir ki, hadisə baş verən gün axşam saat 6 radələrində işdən gələrkən oğlu Həsən evdə olmuşdur. Həsən ona çölə çıxacağını və birazdan gələcəyi barədə məlumat vermişdir. Yatılı olarkən qapının döyüldüyünü eşitmiş, qapını döyənin Həsən olduğunu güman etmişdir. Qapını açan zaman çöldə böyük oğlunu və onun yanında tanımadığı şəxsi görmüşdür. Oğlu ona Həsənin bıçaqlandığını bildirmiş, Həsənin hansı xəstəxanaya aparıldığını soruşmuş, lakin ona Həsənin rəhmətə getməsi barədə məlumat verilmişdir. Hadisə yerinə gedərkən Həsənin qan içində yerdə uzandığını görmüşdür. Bıçaq təqsirləndirilən şəxsin özündə olmuşdur. Qarşı tərəf ona barışıq təklif etsə də barışığı qəbul etməmiş, hətta onlara pul da təklif edildiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, Raufla onun arasında borc zəminində baş vermiş mübahisə ətrafdakıların müdaxiləsi ilə sonlandırılmış, nə Rauf ona, nə də o, Raufa zərbə endirməmişdir. Təqsirləndirilən şəxsin kimisə öldürməsinin onunla mübahisəyə aidiyyəti olmamışdır. Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur. Raufla mübahisənin başlanılmasına səbəb o olmuşdur. Omaraxsabı kimin vurduğunu bilmir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Zərərçəkmiş şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, 24 iyun 2023-cü il tarixdə evində usta xidməti göstərdiyi Vüqarın mobil telefonuna təmirin ödənişi etməyi üçün Təqsirləndirilən şəxs kartının məlumatlarını göndərmişdir. Təqsirləndirilən şəxs zəng edərək sonuncunun kartına 50 manat pul atılacağını, həmin pulu özündə saxlamasını, məhləyə gələndə görüşüb özünə verməsini demişdir, Təqsirləndirilən şəxs toya getdiyini, başının qarışıq olduğunu, ancaq pulla bağlı problem olmadığını demişdir. Söhbətin üstündən 30 dəqiqə keçəndən sonra Təqsirləndirilən şəxs zəng etməyə başlamışdır. Zərərçəkmiş şəxs2 bilirmiş ki, Təqsirləndirilən şəxs işdən çıxıb evə gələrək əynini dəyişib toya gedəcək, ona görə gözləmişdir ki, məhləyə gələndə Təqsirləndirilən şəxs pulu verəcək, lakin Təqsirləndirilən şəxs xəbər çıxmırmış. Saat 17 radələrində Təqsirləndirilən şəxs yenidən zəng etmiş, bu zaman Təqsirləndirilən şəxs zənginə cavab vermiş, Zərərçəkmiş şəxs2 toya getdiyini, pula ehtiyacı olduğunu bildirmiş, Zərərçəkmiş şəxs2 də Təqsirləndirilən şəxs atası İntiqama zəng edib məlumat verəcəyini bildirmiş, Təqsirləndirilən şəxs isə "eləmə” demiş, Zərərçəkmiş şəxs2 heç nə demədən odboy vermiş, dərhal Təqsirləndirilən şəxs atası Şahid1 zəng etmiş və "Raufun kartına 50 manat pul atılmışdı, deyəsən kreditə çıxıb. Mənə təcili 50 manat pul lazımdı, verə bilərsən?” demişdir. Şahid1 isə bu qədər pulunun olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 bilirmiş ki, Şahid1 pulu olanda həmişə pul verib, ona görə də söhbəti uzatmadan Şahid1lə sağollaşmışdır. Daha sonra evdə anası ilə söhbət edən zaman anası Zərərçəkmiş şəxs2 bildirmişdir ki, qohumları anasına pul göndərməlidir. Zərərçəkmiş şəxs2 Omarasxab Hudulov zəng edərək "kartına 120 manat məbləğində pul gələcək, həmin pulu çıxardıb mənə verərsən” demiş, Omarasxab Hudulov "yaxşı” demişdir. Kartın şəklini atmaq üçün Omarasxab Hudulovun yanına düşmüş, kartın şəklini çəkib qohumlarına atmış, beş dəqiqə sonra 120 manat məbləğində pul karta oturmuş, pulun nağd qarşılığını Omarasxab Hudulov cibindən vermişdir. Zərərçəkmiş şəxs2 həmin pulla Omarasxab Hudulova “GO” spirtli içkisi, bir ədəd qara tum almış, aldıqlarını Omarasxab Hudulova vermək üçün “besetkaya” getmişdir. Bu zaman “besetka”- da Təqsirləndirilən şəxs iki nəfər xanımla oturduğunu görmüş, “bağışlayın” demişdir. Omarasxab Hudulovun 1001 xırdavat tərəfdə olduğunu görmüş, aldıqlarını Omarasxab Hudulova verib pulu evə vermək üçün ev istiqamətində hərəkətə başlamışdır. Mobil telefonu ilə pulu atan qohumuna təşəkkür etmək üçün zəng etmiş, bu zaman bərbərxananın yanında olarkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 yaxınlaşmış, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs telefonla danışdığını göstərib “bir dəqiqə” demişdir. Danışığını bitirəndən sonra Təqsirləndirilən şəxs “halal xoşun 50 manat, amma gərək əvvəldən deyərdin, sonradan yox, mənim də borcum var idi.” demişdir. Təqsirləndirilən şəxs içkili olduğunu hiss etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 “İntiqama niyə yığmısan?” deyərək sol çiyninə yumruq zərbəsi endirmişdir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qucaqlamış və “sən neyniyirsən?” demişdir. Təqsirləndirilən şəxs fənd işlədərək Zərərçəkmiş şəxs2 yerə yıxmışdır. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs altında asfaltın üzərində uzanmışdır, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 kor təbii yumruq zərbələri vurmağa başlamışdır. Bu vaxt Omarasxab Hudulov, bərbər və digər məhlə uşaqları onlara yaxınlaşaraq onları ayırmışlar, Zərərçəkmiş şəxs2 bu zaman Təqsirləndirilən şəxs yumruq zərbəsi atsa da istəmədən bərbəri vurmuşdur. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ayrılandan sonra ev istiqamətində qaçmağa başlamışdır. Bu zaman bərbərxananın qabağında Kənan Əskərov adlı məhlə uşağı qəflətən qabağına çıxmış, Zərərçəkmiş şəxs2 boynundan tutaraq sıxmağa başlamış və qardaşına niyə söyüş söydüyünü soruşmuşdur. Zərərçəkmiş şəxs2 isə cavabında "sənin qardaşın xəstə uşaqdı, nə işim var onnan” demişdir. Kənan Əskərov sonra Zərərçəkmiş şəxs2 buraxmışdır. Zərərçəkmiş şəxs2 yaşadığı bloka tərəf qaçmağa başlamış, blokun içində olanda lift çağırmış, bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 yaxalamış, yenə kor təbii yumruq zərbələri atmağa başlamışdır. Təqsirləndirilən şəxs içkili olduğu üçün dəqiq zərbələr endirməyə taqəti yox imiş. Məhlə uşaqları onları yenə ayırmışlar. Zərərçəkmiş şəxs2 fürsətdən istifadə edib liftə girmişdir. Liftin qapıları bağlanan zaman Kənan Əskərovu blokun girişində görmüşdür. On ikinci mərtəbənin düyməsini basıb evə qalxmışdır. X24 Qarazadənin evə əsəbi girdiyini görüb səbəbini soruşmuş, Zərərçəkmiş şəxs2 olanları demiş, atası əsəbləşərək Zərərçəkmiş şəxs2 bir-iki sillə zərbəsi endirmiş, söhbəti maraqlanmaq üçün aşağı düşmüşdür. İyirmi dəqiqə keçəndən sonra atası '‘gəl düş aşağı, 1001 xırdavatın qabağındayam” demişdir. Atası orada Zərərçəkmiş şəxs2 gözləyirmiş. Omarasxab Hudulov, sonradan adının Mazan olduğunu bildiyi, kök, keçəl oğlan orada imişlər. Mazan “nolub qaqa salamatçılıxdı?” soruşanda olanları Mazana da demişdir. Sonra Zərərçəkmiş şəxs1 nəzarətçinin “butkası” tərəfdən gəldiyini görmüşdür. Əynində açıq rəngli cins şalvar idi, üzü gülürmüş. Həsənə təklif Omarasxab Hudulovu da götürüb çay içməyə qalxmalarını təklif etsə də Zərərçəkmiş şəxs1 məhəl qoymayaraq gülə-gülə Omarasxab Hudulov tərəfə getmiş, Zərərçəkmiş şəxs2 də tək evə qalxmış, atası isə məhəllədəki “besetka”-da oturmuşdur. Həmin gecə Zərərçəkmiş şəxs2 evdə olmuşdur. Saat 00:10 radələrində atası zəng edərək Zərərçəkmiş şəxs1 bıçaqlanaraq öldüyünü bildirmişdir. Zərərçəkmiş şəxs2 verilən suallara cavab olaraq bildirmişdir ki, "xxxx" ASC-ə 600 manat məbləğində borcu olduğuna görə “Leobank” plastik kartını sındırıb atmışdır. Bu səbəbdən ödənişin Təqsirləndirilən şəxs kartına atılmasını xahiş etmişdir. Həmçinin, bu hal birinci dəfə deyildi, Zərərçəkmiş şəxs2 dəfələrlə Təqsirləndirilən şəxs kartına Zərərçəkmiş şəxs2 çatası pulların atılacağını bildirmiş, Təqsirləndirilən şəxs də həmişə həmin pulları Zərərçəkmiş şəxs2 vermişdir. 24 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə arasında olan mübahisə zaman xəsarət almadığından məhkəmə-tibbi ekspertizasından keçmək istədiyini bildirmişdir. 24 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə aralarında olan mübahisə zamanı Təqsirləndirilən şəxs zərbə endirməmişdir. Bir dəfə yumruq zərbəsi endirmək istəsə də yumruğu bərbərə dəymişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 yaxınlaşanda Təqsirləndirilən şəxs içkili olduğunu başa düşmüş və anlamışdır ki, Zərərçəkmiş şəxs2 problem çıxaracaq. Buna görə də hər ehtimala Omarasxab Hudulovu köməyə çağırmışdır. Təqsirləndirilən şəxs ilə mübahisə etdiyi zaman Təqsirləndirilən şəxs üzünə baxdığı üçün cibində və ya belində bıçağının olduğunu deyə bilməmişdir. Təqsirləndirilən şəxs nə vaxtsa bıçaq gəzdirməsinin şahidi olmamışdır. Eşitdiyinə görə daha əvvəl Zərərçəkmiş şəxs2 ilə olan mübahisə zamanı Omarasxab Hudulov onları ayırdığı üçün Təqsirləndirilən şəxs Omarasxab Hudulova əsəbləşmiş və təhqir etmiş, həmçinin həmin vaxt orada olan Kənan Əskərov da Omarasxab Hudulovu təhqir etmişdir. Omarasxab Hudulov da “dərs vermək” üçün qardaşı Zərərçəkmiş şəxs1 da çağıraraq məsələyə “aydınlıq “ gətirmək istəmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, Qoşqar və Raufla eyni məhəllədə yaşayır. O, Rauf və Qoşqarın arasında mübahisə yaranmış, Qoşqarın çağırışına əsasən onun yanına gedərkən Raufun Qoşqara yumruqla vurduğunu görmüşdür. Atası İntiqama məlumat çatdıran şəxsə nalayiq ifadələr səsləndirmişdir.O, Raufu kənara çəkib belə hərəkət etməməsini bildirmişdir. Bu məqamda Rauf onun əlindən çıxmışdır. Onun arxası ilə getdikdə Qoşqarın liftin qarşısında əyilib qaldığını görmüşdür. Raufa Qoşqarın zəif olduğu üçün onu vurmasının düzgün olmadığını bildirmişdir. Hadisə yerində Kənan və digər şəxslər də olmuşdur. Həmin şəxslər onun üzərinə qışqıraraq kim olduğunu soruşmuşdurlar. Kənan adlı şəxsin qarşısını kəsib 5 dəqiqə gözləməsini xahiş etdikdə sonuncu ona içkili olduğunu bildirərək uzaqlaşmışdır.Qardaşına zəng edərək hadisə yerinə dəvət etmişdir. Kənan getdikdən sonra qardaşı hadisə yerinə gəlmiş, Kənan da yenidən hadisə yerinə dəvət edilmişdir. Kənan hadisə yerinə gəlib maşından düşərək bıçaq çıxarmışdır. Həmin vaxt Rauf orada olmamışdır. Bu məqamda qardaşı Həsən arxaya çəkilmişdir. Olanları görüb qorxduğu üçün işlədiyi “Spar” marketdən böyük bıçaq götürüb çölə çıxmışdır. O, bıçağı götürüb belinə qoyduqda Həsən bıçaq lazım olmadığını bildirərək bıçağı onun əlindən almışdır. Həsən bıçağı ondan alarkən Rauf görməmişdir. Hadisə zamanı o içkili olduğu üçün Həsənin sonradan bıçağı hara atdığını xatırlamır. Marketdən çıxarkən Raufun marketin arxasından aşağıya düşdüyünü görmüşdür. Bu zaman arxasınca Həsənin gəldiyini görmüşdür. Həsən Raufa “mənim üstümə bozaran sən idin” deyib 1-2 dənə yumruqla zərbə endirmişdir. Həsən və Raufun arasında olan söhbət əsnasında Rauf belindən bıçağı çıxararaq Həsəni vurmuşdur. Sonradan o, Raufdan nə etdiyini soruşmuşdur. Rauf onun üzərinə də bıçaq çəkərək onun nə dediyini soruşmuş, Həsən köynəyini qaldıraraq xəsarət aldığını bildirmişdir. Rauf Qoşqarla mübahisə edən zaman onun üzərində bıçaq olub-olmadığını bilməmişdir. Həsən hadisə yerinə gəldikdə Rauf orada olmamışdır. Raufun üzərində olan bıçaq kiçik cib bıçağı olmuşdur. Rauf onun üzərinə bıçaq çəkən zaman bıçağı görmüş, lakin marketdən götürdüyü bıçağın aqibətini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, hadisə baş verən gün Rauf axşam evə gəlmiş, təxminən 40 dəqiqə sonra su almaq üçün həyətə düşmüşdür. Evin balkonunda siqaret çəkərkən çöldə olan səs-küyə çıxmış və artıq hadisənin başa çatdığını, oğlunu hadisə yerində görmüşdür. Həm təcili tibbi yardıma özü zəng etmiş, hətta 102 xidmətinə özü məlumat vermişdir. Raufdan hadisənin səbəblərini soruşduqda sonuncu qarşı tərəfin ona bıçaqla hücum etdiyini bildirmişdir. Rauf həyətə düşərkən onun üzərində heç nə görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, onlar kafedə Həsənlə pivə içdikdə Omarasxab Həsənə zəng etmiş, Həsən qardaşının onu baş vermiş mübahisə ilə əlaqədar çağırdığını bildirmişdir. Hadisə yerinə gəldikdə Omarasxabın sərxoş olmasını hiss etmişdir. Həsənin əvvəlcə Kənanla mübahisəsi düşmüşdür. Həsənlə Kənanın mübahisəsindən sonra oradan evinə getmişdir. Həsənin bıçaqlanması xəbərini sonradan eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, hadisə baş verən günü gecə radələrində “Spar” Marketin qarşısında dayanmış, Omarasxabın marketdən əynindəki köynəyini düzəldə-düzəldə çıxdığını görmüş, Həsən də Omarasxabın arxası ilə hərəkət etmişdir. O həmin ana kimi Raufu görməmişdir. Zülfiqar Omarasxabın təşviş içində olduğunu görüb onun mübahisəyə getdiyini düşünmüş, qarşısını kəsərək bıçaq lazım olmadığını bildirmiş, Omarasxab Zülfiqarı itələyərək ona məhəl verməmişdir. Həmin anda Rauf bərbərxananın qarşısında telefonla danışmışdır. Həsən və Omarasxab deyinə-deyinə gedən zaman Rauf onlara kimə nə deyirsiniz şəklində suallar vermiş, həmin an Həsən Raufun üzərinə hücum çəkmiş, Rauf da Həsənin əlindən bıçağı alıb onu bıçaqla vurmuşdur. O, Raufun Həsəngillə üzbəüz gəlməsinə qədər hadisələrin kimlər arasında baş verdiyini bilməmişdir. Bıçaqlaşma hadisəsi ani baş vermişdir. Omarasxab və Həsən mübahisədə daha aktiv olmuşdurlar. Hadisə zamanı Raufun əlində bıçaq olmamış, mübahisə sonuncu tərəfindən başlanılmamış, Həsən bıçaqla Raufun üzərinə hücum etmiş, bıçaq Həsənin belində olmuş, Həsənin bıçaq çıxartmağa cəhd edərkən Rauf onun əlindən bıçağı alaraq sonuncu onu bıçaqlamış, o isə tərəfləri ayırmaq istəyərkən Həsənin bıçaqlandığını görmüşdür. Məhkəmə iclasında elan edilərək tədqiq edən Şahid4 ibtidai istintaq dövründə elan edilərək tədqiq edilən ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs böyük-kiçik yeri bilən, qanacaqlı, ancaq dəlisov oğlan kimi tanımış, Omarasxab Hudulov sakit təbitəli, öz işində olan adam kimi tanımış, məhlədə yerləşən "Spar” adlanan dükanda işləyirmiş, Zərərçəkmiş şəxs1 isə Omarasxab Hudulovun qardaşı kimi tanımış, həmişə hörmətli şəkildə onlarla görüşər, normal münasibət göstərərmiş. Təqsirləndirilən şəxs ilə Omarasxab Hudulov və Zərərçəkmiş şəxs1 arasında mübahisə və ya ədavətin olduğunu eşitməmişdir. 24 iyun 2023-cü il tarixdə saat 22 radələrində ailəsi elçilikdən gəlmiş, Şahid4 aşağı düşərək evdəkilərə xonça ilə bağlı köməklik edirmiş. Bir neçə dəqiqə sonra, təxminən 23:10 radələrində nişanlısı ilə məhlədə gəzintiyə çıxmış, nişanlısının evinə gedən zaman Omarasxab Hudulovun, Zərərçəkmiş şəxs1, məhlə uşağı Zülfüqarın həyəcanlı şəkildə "Spar“-ın məhlə tərəfdən (əsas girişindən) içəri girdiklərini görmüşdür. Şahid4 adı çəkilən şəxslərin təlaşlı şəkildə içəri girdikləri üçün narahat olub arxalarınca "Spar"-a girmişdir. Şahid4 mağazanın girişində olarkən Omarasxab Hudulovun köynəyinin belini düzəltməyindən başa düşüb ki, şalvarının belinə nəsə qoyub onu gizlətməyə çalışır, çox güman ki, bıçaq qoymuşdur. Kassanın yanında olanda Zülfüqar onların qabağını kəsməyə çalışaraq "eləməyin, eləməyin, lazım deyil” sözlərini deyirmiş, lakin Omarasxab Hudulov və Zərərçəkmiş şəxs1 Zülfüqara məhəl qoymayaraq çölə çıxmışlar, Şahid4 heç nə soruşmadan onların dalınca çıxmışdır. Omarasxab Hudulov və Zərərçəkmiş şəxs1 mağazadan sağa dönüb mağazanın arxa girişinə tərəf getmişlər, bu zaman Təqsirləndirilən şəxs bərbərxananın qabağında görmüş, səhv etmirsə telefonla danışırmış. Omarasxab Hudulov və Zərərçəkmiş şəxs1 nə dediklərini xatırlamır, ancaq Təqsirləndirilən şəxs onların dediyi sözdən əsəbləşərək "sənə nəsə eləyən oldu” deyə-deyə "Spar”-m arxa girişinə, onların yanına gəlmişlər. Omarasxab Hudulov və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs hücum çəkmək istəsələr də məhlədə tikinti materialları satan adını bilmədiyi yaşlı kişi onların qolundan tutaraq Təqsirləndirilən şəxs yaxınlaşmağa qoymurmuş. Birdən Zərərçəkmiş şəxs1 tikinti materialları satan adını bilmədiyi yaşlı kişinin əlindən çıxaraq iki əli də göydə Təqsirləndirilən şəxs üzərinə hücum çəkmiş, ancaq Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs üzərinə bıçaq çıxardığını görməmişdir. Təqsirləndirilən şəxs də Zərərçəkmiş şəxs1 qarşılıq vermiş, lakin Təqsirləndirilən şəxs də bıçaq çıxartdığını görməmişdir. Bu zaman birdən Zərərçəkmiş şəxs1 geri çəkilmiş və köynəyinin üzərinə baxıb, köynəyinin qana bənzər ləkəyə bulaşdığını görmüşdür. Seymur adlı məhlə uşağı Rauf neylədin sən” deyəndən sonra başa düşüblər ki Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs1 vurub. Omarasxab Hudulov qardaşının geri çəkildiyini görəndə Təqsirləndirilən şəxs üzərinə hücum çəkmişdir, Təqsirləndirilən şəxs əlindəki bıçağı havada oynadırdı ki, Omarasxab Hudulov tutmasın. Omarasxab Hudulov qardaşının ürək nahiyəsini tutduğunu görüb qardaşının yanına getmiş, Təqsirləndirilən şəxs də baş verənlərdən sonra şoka düşmüş və üzü Lökbatan yolu istiqamətində qaçmağa başlamışdır. Zərərçəkmiş şəxs1 ürəyini tuta-tuta məhlənin içərisinə doğru hərəkət edirmiş, bir neçə addım atandan sonra yerə yıxılmış, can verməyə başlamışdır. Şahid4 verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əlini Zərərçəkmiş şəxs1 belinə atdığını görməmiş, i belə şey olmasına inanmamışdır. Çünki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs fiziki cəhətdən daha güclü olmuş Təqsirləndirilən şəxs Həsəni tutaraq belindən bıçaq götürməsi inandırıcı gəlməmişdir. Lakin, Təqsirləndirilən şəxs öz cibindən bıçaq çıxartdığını da görməmişdir. Təqsirləndirilən şəxs konkret olaraq hansı səbəbdən Zərərçəkmiş şəxs1 bıçaqla vuraraq öldürməsini bilmir, lakin həmin günü Qoşqarla Raufun münaqişəsi olduğunu, həmin münaqişəyə Omarasxab Hudulovun müdaxilə etməsini, buna görə də Təqsirləndirilən şəxs ilə Omarasxab Hudulov arasında mübahisənin yarandığını və Zərərçəkmiş şəxs1 da həmin mübahisəyə "aydınlıq” gətirmək üçün Təqsirləndirilən şəxs ilə mübahisə etdiyini eşitmişdir. Cinayətin aləti olduğu güman edilən bıçağı görməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bıçaqla vurmağı qəfləti olduğu üçün bıçağın dəqiq görünüşünü görə bilmir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 öldürməsi ilə bağlı cinayət əməlini törətməsində hər hansı digər şəxsin və ya şəxslərin iştirakı olmamışdır. Məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələr arasındakı ziddiyyətlərlə əlaqədar Şahid4 məhkəmə iclasında tərəfindən verilmiş ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək göstərmişdir ki, hadisə günü axşam radələrində ona zəng gəlmiş, zəngdə qardaşı Turalın Zərərçəkmiş şəxs2 tərəfindən təzyiqə məruz qaldığı bildirilmişdir. Məhəlləyə gəlib Qoşqardan nə üçün iflic xəstəliyindən əziyyət çəkən qardaşını incitməsini soruşmuşdur. Qoşqar ona Turalı incitmədiyini bildirmiş buna görə Omarasxabı onun üzərinə çağırmışdır. Omarasxab Qoşqarla birlikdə onun üzərinə gəlmişdir. Hadisə zamanı Rauf məhlədəki “besetka”da oturmuş, Qoşqar Raufun ünvanına söyüşlər ünvanlamışdır. Oradan uzaqlaşan zaman Omarasxab və Həsən zəng edərək məhləyə gəlməyini tələb etmişdir. Buna etiraz etsə də Həsəngil təkidlə onların yanına gəlməsini istəmişdir. Həsəngilin yanına gələn zaman onlar kütlə şəklində üzərinə gəlmişlər. Həmin zaman Həsən və Omarasxabın üzərində bıçaq olmuşdur. Avtomobilində olan taxta parçasını götürüb Həsəngilin üzərinə gələn zaman taxtası uzun olduğu üçün Həsən və Omarasxab hərəsi bir istiqamətə qaçmışlar. Hadisə zamanı Həsəngilin yanında başqa şəxslər də olmuşdur. Avtomobildə olan zaman Həsən üzərinə hücum çəkmiş, bu zaman Həsənin belindəki bıçağın kənara çıxdığını görmüşdür. Bu zaman qarşı tərəfdən bir nəfər uca səslə yortacam Raufu deyə ifadə səsləndirmişdir. Həsəngil bu söhbətdə Raufun olduğunu öyrəndikləri üçün onun barəsində belə ifadə səsləndirmişlər. Oradan uzaqlaşıb çayxanada çay içən zaman evdən ona zəng gəlmiş və axtarıldığı bildirilmişdir. Məhəlləyə gəlib avtomobildən düşən zaman polis əməkdaşları tərəfindən bölməyə aparılmışdır. Hadisə zamanı onun tərəfdən heç kəs olmamışdır. Qoşqarın Raufu söyməsi onun qardaşını incitməsi ilə bağlı olmamışdır. Qoşqarın üzərinə gələn zaman o artıq Raufu söymüşdür. Qoşqar və Raufun dalaşmağının şahidi olmamışdır. Raufun Qoşqarla mübahisəsi zamanı kiminsə əlində silah görməmiş, məhəlləyə gələn zaman Omarasxabın əlində qara “Jaquar” içkisi görmüşdür. Qardaşına görə məhəlləyə gələn zaman Qoşqarın söyüş söydüyünü eşitmiş və ondan söyüş söyməməsini tələb etmişdir. Bıçaqlanma hadisəsi olan zaman orada olmamışdır. Birinci dəfə Qoşqarın yanına gedən zaman onun üzərində bıçaq olduğunu bilməmişdir. İbtidai istintaq zamanı ifadə verərkən ona qarşı fiziki təzyiq olunmamışdır. Qoşqar Raufu söyən zaman Rauf qızlarla söhbətgahda oturmuşdur. Həmin məqamda Rauf Qoşqarın üzərinə bıçaq çıxarmamışdır. Həsən və Omarasxab onun üzərinə hücum edən zaman onların hər ikisinin üzərində bıçaq olmuşdur. Həsən həmin anda spirtli içki qəbul etmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən X5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ibtidai istintaq dövründə Raufun Həsəni bıçaqla vurub öldürdüyü zaman orada olmamışdır. Təqsirləndirilən şəxs cinayətin aləti olan bıçağı haradan və hansı qaydada əldə etməsi, sonradan bu bıçağı hara atması və ya kiməsə verməsi haqda heç nə eşitməmiş, bu barədə heç bir məlumatı yoxdur. Şahid X10 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrindəki arasındakı ziddiyyətləri izah edərkən gah, ibtidai istintaq orqanına Omarasxab və Həsənin belində bıçaq olması barədə məlumat verdiyini, hətta Omarasxab prokurorluğa bıçaqla gəldiyini, gah ibtidai istintaq dövründə ondan Omarasxab və Həsənin üzərində bıçağın olub-olmadığı soruşulmadığı üçün bu barədə məlumat vermədiyini qeyd etmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143- 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 24 iyun 2023-cü il tarixli raportdan görünür ki, 24 iyun 2023-cü il tarixində Daxili İşlər Nazirliyinin 102 xidmətindən daxil olmuş məlumata əsasən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cənub Qapısından özünü təqdim edən şəxs zəng edərək qeyd edilən ünvanda bir nəfər şəxsin bıçaqlanması barədə məlumat verilmişdir (cild 1, iş vərəqə 114). Hadisə yerinə baxış keçirilməsi haqqında 25 iyun 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, Lökbatan yolu, “Cənub Qapısı” yaşayış kompleksində yerləşən 24G nömrəli binada olan “Spar” marketin giriş qapısının qarşısıdır (cild 1, iş vərəqə 4-11). Meyitə baxış keçirilməsi haqqında 25 iyun 2023-cü il tarixli protokoldan görünür ki, meyitin əynində qara rəngli pambıq materialından olan qısa qol köynək, belində qara kəməri olan açıq mavi rəngli cins şalvar, qara rəngli tuman, qara rəngli bir cüt idman ayaqqabısı, qara rəngli bir cüt corab vardır. Paltarların geyim qaydası pozulmayıb, köhnədir. Meyit kişi cinsi olub, düzgün bədən quruluşlu, kafi qidahdır. Meyit qacıması çənə əzələlərində yaxşı, digər yoxlanılan əzələlərdə zəif inkişaf etmişdir. Meyit ləkələri bədənin arxa və yan səthlərində olub, bənövşəyi rəngdədir, təzyiq etdikdə rəngi avazıyır və 1-2 dəqiqə müddətində bərpa olunur. Başın tükləri alın-təpə nahiyəsində tökülmüşdür, qalan hissələrdə saçları qara rəngdə olub, uzunluğu 2 sm-ə qədərdir. Ağzı açıqdır. Dili dişlərinin arasında sərbəst yerləşmişdir. Dişləri tam və təbii olmaqla yerindədir. Gözləri açıqdır, buynuz qişa parlaqdır. Döş qəfəsinin sol yarısının ön səthinin orta körpücük sümüyü xətti üzrə V-Vİ qabırğaarası sahədə sol döş giləsinə yaxın yerləşən 2,5 x 1,0 sm ölçüdə, uzunsov-oval formalı, kənarları hamar və yaraya yaxınlaşdırdıqda bir ucu iti, digər ucu küt olan yara vardır. Qaşarası nahiyədə bir qədər solda 0,8 X 0,3 sm ölçüdə, uzunsov formalı, ətraf dəri səviyyəsindən aşağıda yerləşən, tünd qırmızımtıl rəngli sıyrıq vardır. Burun nahiyəsinin sol yan səthində bir-birinə yaxın yerləşən iki ədəd 1,1 x 0,3 sm, 0,6 x 0,3 sm, sol diz oynağının ön səthində 1,7 x 0,9 sm ölçülərdə eyni xarakterli və rəngli sıyrıqlar vardır. Meyitin bədən səthində digər xəsarət aşkar edilməmişdir (cild 1, iş vərəqə 12-17). “Könüllü təqdim etmə haqqında” 25 iyun 2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxsin hadisə zamanı üzərində olan 1 ədəd qara-qırmızı rəngli qısaqol köynəyi, 01 ədəd belində qara kəməri olan cins şalvar, 01 cüt qara ayaqqabını istintaqa təqdim etmişdir (cild 1, iş vərəqə 60). “Götürmə və baxış keçirilməsi haqqında” 25 iyun 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 1 ədəd qara-qırmızı rəngli qısaqol köynəyi, 01 ədəd belində qara kəməri olan cins şalvar, 1 cüt qara ayaqqabı götürülümüşdür (cild 1, iş vərəqə 62-66). “İfadənin yerində yoxlanılması haqqında” 25 iyun 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs hadisələr barədə qısa danışaraq ifadəsini təsdiq etmiş, hadisələrin baş verdiyi yerləri əyani olaraq göstərmişdir (cild 1, iş vərəqə 67-69). Baxış keçirilməsi haqqında 07 iyul 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış keçirilən əşyalar Zərərçəkmiş şəxs1 məxsus bir ədəd qara rəngli qısa qol köynək, bir ədəd belində qara kəməri olan göy rəngli cins şalvar, bir ədəd qara rəngli tuman, bir cüt qara rəngli ayaqqabıdır. Qısa qol köynək-qara rəngdədir, üzərində qana bənzər ləkələr vardır, ön tərəfində aşağı hissəsindən 26 sm, sol hissəsindən 6 sm məsafədə olan 0,5 x 0,6 mm ölçülərində deşik zədəsi vardır. Şalvar belində qara rəngli kəmər vardır, açıq göy rəngdədir, Ön hissəsində qana bənzər ləkələr vardır, zədə aşkar edilməmişdir. Tuman - qara rəngdədir, üzərində qara hərflərlə “Azzaro” sözləri yazılmışdır, tumanın üzərində hər- hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Ayaqqabı- qara rəngdədir, yan hissələrində ağ zolaqlar vardır, üzərində hərhansı əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır (cild 1, iş vərəqə 123-128). “Baxış keçirilməsi haqqında” 10 iyul 2023-cü il tarixli protokoldan görünür ki, 12 saylı kameranın 24 iyun 2023-cü il tarixdə, saat 23:46-dan 23:50-ə kimi qeydə aldığı görüntülərdə iki ədəd avtomobilin “Cənub Qapısı” Y/K-nin girişində, əks istiqamətlərdə dayandığı, hər iki avtomobilin işlək vəziyyətdə olduğu görünür. Avtomobillərin ətrafında təxminən on nəfərə yaxın insan izdihamı toplaşmışdır. Omarasxab Hudulov həmin avtomobillərdən birinin X8 məxsus olduğunu və sonuncu ilə mübahisə etdiklərini bildirdi. 23:47-də iki nəfərin avtomobildən ayrılaraq məhlədə yerləşən “Spar” marketinə tərəf getdiyi görünür. Həmin şəxslərdən birinin əynində açıq rəngli şalvar vardır. Omarasxab Hudulov həmin şəxsin qardaşı mərhum Zərərçəkmiş şəxs1 və sonuncunun yanındakının özü olduğunu bildirdi. 23:48-də avtomobillərin hər ikisi də məhəlləni tərk edir. 23:49-da “Cənub Qapısı” Y/K satış ofisinin qarşısında bir qrup şəxsin toplaşdığı, mübahisənin olduğu görünür. Zərərçəkmiş şəxs1 mübahisə zamanı bir nəfər geyiminin tam müəyyən edilə bilinmədiyi şəxsin üzərinə hücum çəkir. Omarasxab Hudulov hücuma məruz qalan şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirdi. 23:49, 42-ci saniyədə Təqsirləndirilən şəxs məhəllədə Qaradağ RPİ istiqamətində qaçmağa başlaması görünür. 14 saylı kameranın 23:47-dən 23:50-ə qədər olan görüntülərində Zərərçəkmiş şəxs1 “spar” marketin arxa girişinə qaçaraq getdiyi, lakin girə bilmədiyi görünür. Sonra Zərərçəkmiş şəxs1 qaçaraq marketin yanında olan məhləyə girişdən məhləyə daxil olur. Zərərçəkmiş şəxs1 ilə də bir neçə şəxs gedir. Görüntülərin keyfiyyəti yaxşı olmadığı üçün Omarasxab Hudulov digər şəxsləri müəyyən edə bilmədi. 23:48-də Zərərçəkmiş şəxs1 ilə Omarasxab Hudulov məhəllədən çıxaraq “spar” marketin qarşısında dayanır. Onların ətrafında təxminən on nəfərə yaxın şəxs yığışıb. 23:49-da Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs mübahisə etdiyi görünür. Qəflətən onlar itələşməyə başlayır, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs üzərinə hücum çəkir. Sonra Zərərçəkmiş şəxs1 yavaş addımlarla kənara çəkilir. Bu zaman X17 Salayevə yaxınlaşır, sonra Zərərçəkmiş şəxs1 arxasınca qaçır Təqsirləndirilən şəxs isə 23:50-də məhəllədə Qaradağ RPİ istiqamətində qaçmağa başlayır (cild 1, iş vərəqə 145). Baxış keçirilməsi haqqında 10 iyul 2023-cü il tarixli protokoldan görünür ki, “Cənub Qapısı” Y/K-də “Spar” marketin müşahidə kameralarından götürülmüş videogörüntülərə aid diskdə 03 ədəd fay açılır. Həmin fayllardan birincisi A09_**********1332 adlı fayla daxil olduqda “Spar” marketin 09 saylı kamerasının 24 iyun 2023-cü il tarixdə, saat 23:10-dan 00:00-a kimi olan qeydə aldığı video görüntülər nümayiş olunur. Görüntülərə baxan zaman saat 23:44-də iki nəfər şəxsin “Cənub Qapısı” Y/K-nin girişinə getdiyi, açıq rəngli şalvar geyinən şəxsin sağ əli ilə köynəyinin arxasını düzəltməsi görünür. Baxışda iştirak edən Omarasxab Hudulov açıq rəngli şalvar geyinən şəxsin qardaşı mərhum Zərərçəkmiş şəxs1 olduğunu, sonuncunun yanındakı şəxsin isə özü olduğunu bildirdi. Zərərçəkmiş şəxs1 şalvarının belinə nə qoyduğu görüntülərdə aydın görsənmədiyinə görə Omarasxab Hudulova bu barədə sual verildi, Omarasxab Hudulov isə xatırlamadığını bildirdi. 23:45-də bir qrup şəxsin “Spar” marketin arxa girişində yığışdığı görünür. Videogörüntülər keyfiyyətsiz olduğu üçün Omarasxab Hudulov həmin şəxsləri tanıya bilmədi. 23:45 (39-cu saniyədə) Zərərçəkmiş şəxs1 ürək nahiyəsini tutaraq məhəllənin içərilərinə doğru qaçdığı görünür, bir neçə saniyə sonra da Omarasxab Hudulov Zərərçəkmiş şəxs1 dalınca məhəllənin içərisinə doğru qaçır. İkinci fayl olan A23_**********1016 adlı fayla daxil olduqda spar” marketin 23 saylı kamerasının 24 iyun 2023-cü il tarixdə, saat 23:13-dən 00:00-a kimi olan qeydə aldığı video görüntülər nümayiş olunur. Saat 23:41-də iki nəfər şəxsin biri ağ köynəkdə, digəri isə ağ şalvarda olmaqla marketdə olduğu görünür. Omarasxab Hudulov ağ köynəkdə olan şəxsi tanımadığını, ağ şalvarda olan şəxsin isə iş yoldaşı Nicat Quliyev olduğunu bildirdi. Nicat Quliyev kolbasa şöbəsində müştəri üçün kolbasa doğrayır. 23:42-də kolbasa doğradığı bıçağı şöbədə kolbasa doğramaq üçün nəzərdə tutulmuş yerdə qoyaraq kassaya gedir. 23:44-də Omarasxab Hudulov həmin şöbəyə gələrək bıçağı götürür, bu zaman qardaşı Zərərçəkmiş şəxs1 da onun yanında olur. Omarasxab Hudulov bıçağı götürüb arxasında gizlədərək kolbasa satılan şöbəni tərk edir.Üçüncü fayl olan A18_**********2110 adlı fayla daxil olduqda “Spar” marketin 18 saylı kamerasının 24 iyun 2023-cü il tarixdə, saat 23:22-dən 00:00-a kimi olan qeydə aldığı video görüntülər nümayiş olunur. Saat 23:44-ə kimi marketdə Nicat Quliyev və Omarasxab Hudulovun tanımadığı müştəriləri vardır. 23:44-də Omarasxab Hudulov qardaşı Zərərçəkmiş şəxs1 ilə birlikdə mağazaya girir. Omarasxab Hudulov qarşıda Zərərçəkmiş şəxs1 isə onun arxasınca gəlir. Saat 23:44 (19-cu saniyədə) Omarasxab Hudulov qara saplı bıçağı şalvarının belinə qoyur və üzərini köynəyi ilə gizlədir. Marketdən çıxan zaman iki nəfər şəxs kassanın qarşısında Omarasxab Hudulov ilə Zərərçəkmiş şəxs1 qarşısını kəsir. Omarasxab Hudulov bu şəxslərdən birinin Şahid4 olduğunu, digərinin isə “əxi” ləqəbli Zülfüqar olduğunu bildirdi. Adı çəkilən şəxslər Omarasxab Hudulov ilə Zərərçəkmiş şəxs1 qarşısını kəsməyə çalışsalar da nəticə vermir ( cild 1, iş vərəqə 146-147). Məhkəmə-tibbi ekspertizasının 05 iyul 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - sağ əlin İİ, İİİ, İV barmaqlarının qançırı və İV barmağının sıynğı, həri ki dirsək oynağının sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən, müayinədən 2-3 gün əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə törənməsi mümkündür və həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitdə, eləcə də qərarın təsviri hissəsində göstərilən şəraitdə törənməsi inkar olunmur. Təqsirləndirilən şəxs bədənində hər hansı ineksiya izi aşkar edilməmişdir (cild 1, iş vərəqə 204-205). Məhkəmə-tibbi ekspertizasının 25 iyun 2023-cü il tarixli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 meyitin bədən səthində ürəyin sağ mədəciyinin zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön səthinin bir ədəd deşilmiş kəsilmiş yarası, qaşarası, burun nahiyəsinin, sol çiyin qurşağının arxa səthinin və sağ diz oynağının sıyrıqları xəsarətlər aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər həyati olub ölümündən az əvvəl deşici-kəsici əşya (alət) təsirindən, qərarda göstərilən 24 iyun 2023cü il tarixdə yarana bilərdilər və dərəcələrinə görə ölümü ilə birbaşa səbəbli əlaqəsi olan ürəyin sağ mədəciyinin zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön səthinin bir ədəd deşilmiş - kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir, qaşarası, burun nahiyəsinin, sol çiyin qurşağının arxa səthinin və sağ diz oynağının sıyrıqları isə həm ümumilikdə və həmdə ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb ürəyin sağmədəciyinin zədələnməsi nəticəsində baş vermiş daxili qanaxma olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən, demək olur ki, mərhum Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin meyitxanada müayinəsindən (xx.xx.2023-cü il tarixdə, gecə saat 02:20-də) 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs1 meyiti üzərində aşkar edilmiş ürəyin sağ mədəciyinin zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön səthinin bir ədəd deşilmiş - kəsilmiş yaranın istiqaməti (yara kanalı) öndən arxaya bir qədər çəp yuxarıdan - aşağı olmuşdur. Qeyd olunan yara kanalının istiqamətini eləcə də mərhumun bədən səthində aşkar olunmuş sıyrıqların bədəninin sol ön səthində olmasını nəzərə alaraq demək olar ki, xəsarət yetirən alət onun bədəninin ön sol yarısına yönəlmiş olmuşdur. Odur ki, xəsarət yetirən şəxs zərbəni yetirən zaman ayaqüstə və mərhumla üzbəüz vəziyyətdə olmasını güman etmək olar. Mərhum Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətin ağırlığını nəzərə alıb demək olar ki, o xəsarət aldıqdan sonra qısa vaxt ərzində yaşaya bilərdi, eləcə də geriyə və məqsədyönlü hərəkətlər edə bilməsi mümkündür. Mərhum Zərərçəkmiş şəxs1 meyiti üzərində aşkar edilmiş xəsarətlə meyitin əynində olan köynəkdəki zədə sayma və yerləşmə nahiyəsinə görə biri-birinə uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs1 meyitin müayinəsi zamanı onun ölümünə səbəb olmuş döş qəfəsinin ön səthinin sol yarısının bir ədəd deşilmiş - kəsilmiş yarasından başqa yara kanalı olan və səhhəti üçün ciddi fəsadlar yaradacaq və bir neçə kəsici - deşici alət (əşya) təsirindən əmələ gələn xəsarət aşkar olunmadı. Mərhumun bədən səthində yuxanda göstərilən sıyrıqlar dava - dalaş zamanı küt əşya (əl. dırnaq, ayaq, yumruq və s.) təsirindən törənə bilərdilər. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir (cild 1, iş vərəqə 208-212). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 11 avqust 2023cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs idrak proseslərinin, dünyagörüşü səviyyəsinin, intellektual imkanlarının normaya uyğun olması müşahidə edilir, fərdi-psixi xüsusiyyətlərinə görə konfliktə meyilli şəxsdir. Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətinin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Təqsirləndirilən şəxs cinayət törədən zaman öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, konfliktə meyillilik, hirslilik, məsuliyyətsizlik, laqeydlik, emosional reaksiyalara meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs oğlunun intellektual imkanları normaya uyğundur, əqli imkanlarında gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman psixi-emosional vəziyyətində hirslilik halı əmələ gəlmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır ( cild 2, iş vərəqə 16-19). Məhkəmə-lifli materialların tədqiqi ekspertizasının 24 avqust 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd olunan geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş geyim əşyaları üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında qarşılıqlı keçmiş lif mikrohissəcikləri olmadığından geyim əşyalarının qarşılıqlı təmasda olma faktını müəyyən etmək mümkün deyildir (cild 2, iş vərəqə 33-38). Məhkəmə-bioloji, məhkəmə kriminalistik ekspertizasının tibbi- kriminalistik tədqiqinə dair 01 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön hissəsinin sol-orta nahiyəsində bir ədəd deşilmişkəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşicikəsici alətin təsirindən yarana bilərdi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus bir cüt ayaqqabı, tuman, şalvar və kəmər üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar, köynək, bir cüt ayaqqabı və tuman üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır ( cild 2, iş vərəqə 30-32) Kompleks məhkəmə-bioloji, məhkəmə kriminalistik ekspertizasının tibbi-biloji tədqiqinə dair 01 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qrup göstəricisi Balfa/H/İİİ-dür. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus cins şalvar, qısa qol köynək, ayaqqabının sol tayı, Təqsirləndirilən şəxs məxsus cins şalvar və 03 ədəd kosmetik çubuqlu pambıq tamponlar üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “B” və H” antingenləri alındı. Aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri bir şəxsə məxsus olduğu halda Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus bir ədəd kişi trusiki, bir cüt kişi ayaqqabısının sağ tayı Təqsirləndirilən şəxs məxsus bir ədəd qısaqol köynək və bir cüt kişi ayaqqabısı üzərində isə qana şübhəli ləkələr aşkar olunmamışdır (Cild 2, iş vərəqə 22-27). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X18 24 iyul 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adı göstərilən mərkəzdə qeydiyyatda olmayıb ( cild 1, iş vərəqə 196). Qaradağ rayon İcra Hakimiyyətinin 07 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Qaradağ rayonu, ünvan 3 ünvanında yaşayır. Ailə tərkibi: nənəsi- X3, atası- Şahid1, anası- X12, bacısı- X6, bacısı qızı- X7r. Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində onun haqqında qonşular və bina sakinləri tərəfindən X23 Mənzil Tikinti Korporotivinə heç bir şikayət daxil olmamışdır (cild 1, iş vərəqə 230-233). “Sübutların qiymətləndirilməsi haqqında” 27 sentyabr 2023-cü il tarixli qərarda meyidə baxış keçirilməsi zamanı götürülmüş Zərərçəkmiş şəxs1 məxsus bir ədəd qara rəngli qısaqol köynək, bir ədəd belində qara rəngli kəməri olan göy rəngli cins şalvar, bir ədəd qara rəngli tuman, bir cüt qara rəngli ayaqqabı, təqsirləndirilən şəxs tərəfindən könüllü təüdim edilmiş bir ədəd qara qırmızı rəngli qısa qol köynəyi, bir ədəd belində qara kəməri olan cins şalvar, bir cüt ayaqqabı, 3 ədəd diskin maddi sübut kimi tanınması və Qaradağ Rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılmasının nəzərə alınması qeyd edilmişdir. Habelə həmin Qərarda 10 iyul 2023-cü il tarixli qərarla götürülmüş 01 ədəd disk, 06 iyul 2023-cü il tarixli protokola əlavə edilmiş 1 ədəd disk və “Bakcell” LTD-dən daxil olmuş 01 ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi göstərilmişdir. (cild 2, iş vərəqə 39-74). 03 oktyabr 2023-cü il tarixli, Azərbaycan Respublikası Baş Prokurorluğu Kriminalistika və informasiya texnologiyaları idarəsindən “EPİS” vasitəsi ilə daxil olan məktubdan görünür ki, Təqsirləndirilən şəxs 16 dekabr 2016-cı il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1 -ci maddəsi ilə təqsirli bilinmiş, barəsində 01 il müddətinə sınaq müddəti nəzərdə tutulmaqla 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs cəzası sınaq müddətinin bitməsi ilə azad olunmuşdur.(Cild 2, iş vərəqə 124-125 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Xuliqanlıq niyyəti ilə adam öldürmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 3-cü bəndində göstərilir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarın 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək təqsirləndirilən şəxsi öldürmək niyyətinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları ilə, zərərçəkmiş şəxslərin və çoxsaylı şahidlərin ifadələri ilə, ekspert rəyləri ilə, habelə iş üzrə toplanmış digər çoxsaylı sübutların məcmusu ilə təkzib olunur. Cinayət işi materiallarından görünür ki, hadisə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 olan borcunun qaytarılmamasından qaynaqlanmış, təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs2 arasında baş verən mübahisəsinin qarşısını alan zaman Omarasxab, Kənan Əsgərov tərəfindən ona söyüş söyülməsi ilə əlaqədar qardaşı Həsən Qudulovu hadisə yerinə çağırmış, hər iki qardaşın Kənan Əsgərovla arasında baş verən mübahisədə sonuncunun əlində bıçaq gördüklərini düşündüklərindən onunla arasında olan mübahisədə zərurət olarsa qorunmaq məqsədilə Spar Marketdən bıçaq götürmüşlər. İş üzrə dindirilmiş şahidlər, o cümlədən, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslə arasında əvvəllər hər hansı qərəzli münasibətin olmasını inkar etmişlər. Təqsirləndirilən şəxs məhkəmədə Zərərçəkmiş şəxs1 belində iki bıçaq olmasını, birinin özü tərəfindən götürüldükdən sonra digəri ilə hücum etməsinin qabağını almaq məqsədilə sonuncuya ehtiyatsızlıqdan ölümünə səbəb olan xəsarət yetirdiyini bildirsə də iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə istər şübhəli, istərsə də təqsirləndirilən şəxs qismində dindirilməsi protokollarından görünür ki, o, ilkin ifadələrində də bıçağı zərərçəkmiş şəxsin belindən götürdüyünü etiraf etsə də ikinci bıçağı görməsi barədə istintaq orqanına hər hansı məlumat verməmiş, götürdüyü bıçağı kənara atmamasını isə zərərçəkmiş şəxsi yenidən hücum etməsinin qarşısını almaq üçün öldürüb zərərsizləşdirmək istəməsi ilə izah etmişdir. Bundan başqa həmin ifadələrdən həmçinin görünür ki, Zərərçəkmiş şəxs1 ona hücum edərkən hər iki qolundan tutub sağ tərəfinə çəkmiş, belindən bıçağı götürüb ürək nahiyəsinə zərbə endirmişdir. Bundan başqa məhkəmə iclasında təqsirləndirilən şəxsə zərərçəkmiş şəxsdən bıçağı hansı qaydada əldə etməsi halı, əlindəki xəsarətlərin səbəbi müəyyən edilərkən sonuncu hadisələr zamanı bədənində olan xəsarətləri Qoşqarla dalaşan zaman, sağ əlində olan xəsarəti isə həmin zaman əsəbləşib divara vurması nəticəsində almasını bildirmişdir. Məhkəmə həm təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə verdiyi ifadələri, həmçinin xəsarətin lokalizasiyasını-yəni, zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli olan ürək nahiyyəsinə yetirilməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin qəsdi məhz Həsən Qudulovun həyatdan məhrum edilməsinə yönəldilmişdir. Məhkəmə iclasında dindirilən şahidlər Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs üzərinə hücum edərkən hər hansı bıçaqdan istifadə etmək cəhdlərini müşahidə etmədiklərini bildirmələri, Zərərçəkmiş şəxs1 ölümü ilə nəticələnən hadisənin bilavasitə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 münasibətdə yol verdiyi xuliqanlıq hadisəsindən qaynaqlandığı, Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 arasında əvvəllər hər hansı qərəzli münasibətlərin olmaması kimi halları məcmu şəkildə qiymətləndirərək hesab edir ki, Zərərçəkmiş şəxs1 öldürülməsi ilə nəticələnən hadisə “şəxsi münasibətlər zəmininində baş vermiş hadisə kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir, başa çatmış cinayətdir. Həmin əməllər Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulan əməl xüsusilə ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan əməl isə böyük ictimai təhlükə törətməyən cinayətdir. Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci və 221.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, gənc olmasını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini, yaşadığı ərazi üzrə nümünəvi davranışlarını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yüngülləşdirici hal kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin gənc olmasını, əməlindən peşman olmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunması kimi barəsində olan yüngülləşdirici halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, həmin maddəyə əsasən, xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarının ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 53-54), Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 iyun 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 25 iyun 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 90-94). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub, Bakı şəhəri Qaradağ Rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş bir ədəd qara rəngli qısaqol köynək, bir ədəd belində qara rəngli kəməri olan göy rəngli cins şalvar, bir ədəd qara rəngli tuman, bir cüt qara rəngli ayaqqabı, təqsirləndirilən şəxs tərəfindən könüllü təqdim edilmiş bir ədəd qara qırmızı rəngli qısa qol köynək, bir ədəd belində qara kəməri olan cins şalvar, bir cüt ayaqqabı məhv edilməli, 10 iyul 2023-cü il tarixli qərarla götürülmüş 01 ədəd disk, 06 iyul 2023-cü il tarixli protokola əlavə edilmiş 1 ədəd disk və “Bakcell” LTD-dən daxil olmuş 01 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 154 (yüz əlli dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 35). Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə 15(on beş) ilmüddətinə, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 15(on beş) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 25 iyun 2023cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Qaradağ Rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan bir ədəd qara rəngli qısaqol köynək, bir ədəd belində qara rəngli kəməri olan göy rəngli cins şalvar, bir ədəd qara rəngli tuman, bir cüt qara rəngli ayaqqabı, təqsirləndirilən şəxs tərəfindən könüllü təqdim edilmiş bir ədəd qara qırmızı rəngli qısa qol köynək, bir ədəd belində qara kəməri olan cins şalvar, bir cüt ayaqqabı məhv edilsin; - 10 iyul 2023-cü il tarixli qərarla götürülmüş 01 ədəd disk, 06 iyul 2023-cü il tarixli protokola əlavə edilmiş 1 ədəd disk və “Bakcell” LTD-dən daxil olmuş 01 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-904/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-904/2024
29.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver