Məhkəmə qərarları › İş №1(101)-904/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-904/2025

10.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-904/2025 10.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Fəxri Afiq oğlunun (sədrlik edən), Əsgərova-X11 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Müdafiəçilər - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 03 (üç) yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 və xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma barədə tanışları Təqsirləndirilən şəxs2 və X6, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı tərəfindən külli miqdarda ümumi təmiz çəkisi 20200 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşdirilib “WhatsApp” ani mesajlaşma mobil tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs1 məlumat verildikdən sonra sonuncu 23 iyul 2024-cü il tarixdə “BMW” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Təqsirləndirilən şəxs2 və Zöhrab Əbdülqəlimovla birlikdə ünvan 5 ünvanına gedərək aralarındakı cinayətkar razılaşmaya əsasən Zöhrab Əbdülqəlimov mühərrikini işlək vəziyyətdə saxlamaqla avtomobildə gözləməklə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 avtomobildən düşərək sonuncu ərazidə müşahidə aparmaqla Təqsirləndirilən şəxs2 əvvəlcədən təyin olunmuş yerdən külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı götürüb qanunsuz olaraq əldə edib avtomobilə doğru daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində 23 iyul 2024-cü il tarixdə, saat 22:20-də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ünvan 5 ünvanının yaxınlığında saxlanılaraq ünvan 6da yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilsə də, Zöhrab Əbdülqəlimov avtomobili idarə edərək hadisə yerindən qaçmış, Baş İdarədə 24 iyul 2024-cü il tarixdə saat 00:37-dən etibarən üzərilərində şəxsi axtarış və götürmə keçirilən zaman Təqsirləndirilən şəxs2 sağ əlində saxladığı, qanunsuz olaraq satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə edib daşıdıqları 01 ədəd bağlamada ümumi təmiz çəkisi 20200 (iyirmi min iki yüz) qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, Şirvan şəhər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən himayəsində on dörd yaşına qədər uşağı olduğuna görə cəzasının çəkilməsi təxirə salınmasına baxmayaraq, məhkumluğu ödənilmədən və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada götürülmədən yenidən qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma barədə tanışları Təqsirləndirilən şəxs1 və X6, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı tərəfindən külli miqdarda ümumi təmiz çəkisi 20200 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşdirilib “WhatsApp” ani mesajlaşma mobil tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs1 məlumat verildikdən sonra sonuncu 23 iyul 2024-cü il tarixdə “BMW” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Təqsirləndirilən şəxs2 və Zöhrab Əbdülqəlimovla birlikdə ünvan 5 ünvanına gedərək aralarındakı cinayətkar razılaşmaya əsasən Zöhrab Əbdülqəlimov mühərrikini işlək vəziyyətdə saxlamaqla avtomobildə gözləməklə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 avtomobildən düşərək sonuncu ərazidə müşahidə aparmaqla Təqsirləndirilən şəxs2 əvvəlcədən təyin olunmuş yerdən külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı götürüb qanunsuz olaraq əldə edib avtomobilə doğru daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində 23 iyul 2024-cü il tarixdə, saat 22:20-də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ünvan 5 ünvanının yaxınlığında saxlanılaraq ünvan 6da yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilsə də, Zöhrab Əbdülqəlimov avtomobili idarə edərək hadisə yerindən qaçmış, Baş İdarədə 24 iyul 2024-cü il tarixdə saat 00:37-dən etibarən üzərilərində şəxsi axtarış və götürmə keçirilən zaman Təqsirləndirilən şəxs2 sağ əlində saxladığı, qanunsuz olaraq satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə edib daşıdıqları 01 ədəd bağlamada ümumi təmiz çəkisi 20200 (iyirmi min iki yüz) qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 23 iyul 2024-cü ildə Zöhrab adlı şəxs ona zəng vuraraq Təqsirləndirilən şəxs2 ilə onu otelə aparmağını xahiş etmişdir. O saat 17:30 radələrində işdən çıxaraq “Space” tv kanalının yerləşdiyi binasının yanına getmiş və təxminən 40 dəqiqə Zöhrabın gəlməyini gözləmişdir. Daha sonra Zöhrab gəlmiş və Təqsirləndirilən şəxs2 da gələcəyini, onu da gözləmələrini demişdir. 15 dəqiqə gözlədikdən sonra onun mobil telefonuna zəng gəlmiş, telefonu açan zaman Təqsirləndirilən şəxs2 nömrəni ona Zöhrabın verdiyini demişdir. Daha sonra o telefonunu Zöhraba vermiş, Zöhrab Aygündən harada olduğunu soruşmuş, Aygün də məhlədə olduğunu bildirmişdir. Zöhrab Aygünə məhləyə girməməsini dediyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs2 Zöhrabdan taksiyə vermək üçün 7 manat pul istəmişdir. Zöhrab isə üstündə pul olmadığından Təqsirləndirilən şəxs2 keçmiş şüşəli bazar, indiki “Araz” marketin yanına gəlməsini, orada bankomatdan çıxararaq pulu verəcəyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 qara rəngli “Toyota Prius” markalı avtomobillə deyilən yerə gəlmiş, Zöhrab onun maşınından düşərək gedib bankomatdan pul çıxarmış və aparıb taksinin pulunu vermişdir. Daha sonra Təqsirləndirilən şəxs2 Zöhrabla birlikdə gələrək onun avtomobilinə əyləşmiş, sonra onlar “İdeal” şadlıq sarayının yanına getmişlər. O, Zöhrab və Təqsirləndirilən şəxs2 Novxanıya aparmalı idi. O, Təqsirləndirilən şəxs2 əvvəllər görməmiş, ilk dəfə idi ki, həmin gün görmüşdür. Daha sonra onlar yanacaq doldurma məntəqəsində dayanmış, Zöhrab onun maşınına 10 manatlıq benzin vurmuşdur. Zöhrab və Aygün arxa oturacaqda oturmuşdular. Yanacaq doldurma məntəqəsində dayanan vaxtı Təqsirləndirilən şəxs2 qabaq oturacağa onun yanına keçmişdir. Daha sonra yanacaq doldurma məntəqəsindən çıxmış, yaxınlıqda 16 mərtəbəli bina tərəfdə Zöhrab və Aygün maşını saxlatmış və binada 5-10 dəqiqəlik işləri olduğunu bildirmişlər. Onlar getdikdən 2 dəqiqə sonra o da maşından düşmüşdür. Maşından düşdükdən sonra Zöhrabın qaçaraq gəlib maşına əyləşdiyini və maşını sürərək uzaqlaşdığını görmüşdür. O, maşınının arxasınca qaçan zaman polis əməkdaşları onu saxlamış və BMCMİ-yə gətirmişlər. BMCMİ-də ona fiziki zor tətbiq etmişlər və Təqsirləndirilən şəxs2 tanıdığını demişlər. O, Təqsirləndirilən şəxs2 tanımadığını bildirmiş, polis əməkdaşları isə Təqsirləndirilən şəxs2 onu tanıdığını deməsini bildirmişlər. Bu zaman o, Təqsirləndirilən şəxs2 bu sözləri üzünə deməsini istəmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 onu 4-5 ildir ki, tanıdığını bildirmiş, o isə Təqsirləndirilən şəxs2 ilk dəfə gördüyünü demişdir. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 əlində sellofan torba olmuş və həmin torbanın içində narkotik vasitələr olmuşdur. O, narkotik vasitələrdən heç bir xəbərinin olmadığını bildirmişdir. Daha sonra ona təkrar fiziki təsirlər göstərmişlər və qadın alt paltarları gətirərək narkotik vasitələrin onun olduğunu bildirməyəcəyi təqdirdə həmin paltarları ona geyindirəcəklərini demişlər. O də məcbur qalaraq onlarla razılaşmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirdi ki, il yarım olardı ki, marixuana istifadə edir. O, Zöhrabı məhlədən tanıyır. Hadisə olan günədək Təqsirləndirilən şəxs2 tanımamışdır. Aygünü ilk dəfə hadisə günü görmüşdür. Təqsirləndirilən şəxs2 Zöhraba görə tanımışdır. Zöhrab ona bir xanımla otelə gedəcəyini demişdir. O xanımın adının Təqsirləndirilən şəxs2 olduğunu sonradan BMCMİ-də öyrənmişdir. Zöhrab saat 11:30 radələrində ona zəng vuraraq saat 18:30 radələrində otelə getməli olduğunu, onu aparıb-apara bilməyəcəyini soruşmuş, o isə işdə olduğunu bildirərək, əgər çıxa bilsə, Zöhrabı apara biləcəyini demişdir. O, poliqrafiya sahəsində “Raf poliqraf”da işləmişdir. Zöhrab və Təqsirləndirilən şəxs2 “Space” tv-nin yanında Şaurma restoranında düşürtmüş, Zöhrab ona 1 saat sonra gəlib onları götürməyi demişdir. Daha sonra o Azərbaycan Nəşriyyatına getmiş, 1 saat sonra geri qayıdıb Zöhrab və Aygünü götürmüşdür. Zöhrab və Aygünü götürdükdən sonra Novxanıda yerləşən otelə aparmaq üçün yola düşmüş, lakin Zöhrab və Aygün 16 mərtəbəli binanın yanında maşını saxlatmış və binada işlərinin olduğunu bildirmişlər. Zöhrab və Aygün maşından düşdükdən 2-3 dəqiqə sonra o da maşından düşmüş və maşından aralanmışdır. Daha sonra Zöhrabın maşınını qaçırdığını görmüşdür. Bu vaxtı da 8 nəfər polis əməkdaşı onu saxlamışdır. O, Təqsirləndirilən şəxs2 necə saxlanıldığını görməmişdir. Polis əməkdaşları onu saxladıqdan sonra özlərini təqdim etməmişlər. O hadisə yerindən qaçmamış, maşını qaçırıldığı üçün maşının arxasınca getmiş, bu vaxt polis əməkdaşlarından biri ona təkan verərək yıxmışdır. Tutulduqdan sonra Təqsirləndirilən şəxs2 BMCMİ-də görmüşdür. Ona fiziki təsir göstərmələrində məqsəd Təqsirləndirilən şəxs2 tanıdığını deməyə məcbur etmələri olmuşdur. Onun narkotik vasitə götürüləcəyindən məlumatı olmamışdır. Əvvəllər heç bir şəxslə narkotik vasitəni götürüb paylamaq barədə danışığı olmamışdır. O belə hesab edir ki, Zöhrabı tuta bilmədikləri üçün onu tutmuşlar. O, tutulduqdan 6 ay sonra Zöhrab saxlanılmışdır. Poliqrafiya sahəsində işləyən zaman 1000 manat maaş alırmış. Evlidir, 3 uşağı var. Marixuanadan nadir hallarda istifadə etmişdir. Həmin gün yığışmaqda məqsədləri narkotik vasitədən istifadə etmək olmamışdır. Zöhrab onları otelə aparmağının qarşılığında maşına 10 manatlıq benzin vurmuşdur. Ona xəsarət yetirən polis əməkdaşlarının adını bilmir. O şəxsi axtarışla bağlı video çəkilişdə iştirak etmiş, qadın alt paltarları geyindirməklə təhdid etdikləri üçün videoçəkilişdə məcbur qalaraq narkotik vasitələrdən məlumatı olduğunu demişdir. Videoçəkilişdə bir ədəd sarı sellofan gətirmişlər. Həmin sellofanın içində 20 kiloqram marixuana olmuşdur. Bundan əlavə 02 ədəd 50 kiloqramlıq torba gətirmişlər. Selofanın kənarından kiçik bir deşik açılmış və orada yaşıl rəngli ot olduğunu görüb marixuana olduğunu bildirmişlər. Heç torba tam açılmamış və o içini tam görməmişdir.Torbaların heç birinin çəkisi ölçülməmişdir. O, Təqsirləndirilən şəxs2 heç tanımamış, Talehi tanımış, amma Xırdalanda onun evində olmamışdır. Aygünün dediyi çantanı götürməyə getdikləri yerdə onun heç bir tanışı və yaxını yaşamır. O, Aygünün tutulmasını görməmişdir. Zöhrab avtomobili sürüb gedən zaman onun arxasınca qaçmış, avtomobildən tutmuş, lakin bir az sürüklənəndən sonra yıxılmışdır. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, 24 iyul 2024-cü il tarixdə ittiham elan edilən zaman o, elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, heç bir xəstəliyi, o cümlədən psixi xəstəliyi yoxdur, evlidir, 03 övladı var, fərdi əməklə məşğuldur və əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs1 3-4 ildir nəşə və patıdan istifadə etdiyini, ilk öncə narkotik vasitələrdən istifadə etməyə Nərimanov prospektinin yaxınlığında yerləşən “Sovetski” adlanan yerdə başladığını, əvvəllər orada yaşadığını, o vaxt Təqsirləndirilən şəxs2 ilə tanış olduğunu, Zöhrabı isə uşaqlıqdan tanıdığını, əvvəllər qonşusu olduğunu, Zöhrab və Aygünlə ayrı-ayrılıqda münasibəti yarandıqdan sonra onların da narkotik vasitələrdən istifadə etdiyini öyrəndikdə ara-sıra birlikdə narkotik vasitələrdən də istifadə etdiklərini və şəxsi istifadəsi üçün narkotik vasitələri “Sovetski” dən adını və anket məlumatlarını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 hadisə ilə bağlı onu bildirmişdir ki, 23 iyul 2024-cü il tarixdə axşam saat 17-18 radələrində işdən çıxmışdır. Zöhrabı yaşadığı Sovetskidən götürmüş, daha sonra Aygünün işlədiyi ünvanın yaxınlığına gəlmişdir. Bu zaman idarə etdiyi **-KN-*** qeydiyyat nişanlı “BMW” markalı avtomobili onun iş yerinin yaxınlığında saxlamışdır. Həmin vaxt Zöhrab onun yanında olmuşdur. O, Aygünə avtomobilə əyləşməyi, bir iş dalınca getməli olduğunu və həmin iş bitdikdən sonra onu evinə düşürəcəyini demişdir. Aygün də avtomobilə əyləşmiş, avtomobildə o, bir neçə gündür tanıdığı və adını bilmədiyi İran İslam Respublikasına məxsus mobil telefon nömrəsi ilə "WhatsApp" mobil tətbiqi vasitəsi ilə əlaqə saxlamış və həmin danışıqda iranlı ona “Tərlan sən o 5 kilonu yerbəyer eləyərsən, bir yerə atarsan, gəlib onu götürərlər, qalanını da satarsan, pulunu da karta atarsan” deyə bildirmiş, bu an Aygünün nəyə görə çağırıldığını anladığını bildirmişdir. Belə ki, o, Aygünün narkotik vasitə istifadəçisi olduğunu 3-4 ildir ki bildiyini və təklif olaraq ona bir az nəşə verəcəyini deyərək həmin narkotikin daşınmasında köməklik göstərməyini xahiş etmiş və Təqsirləndirilən şəxs2 buna razılıq vermişdir. Həmin an “Zöhrab” da bu məsələnin içərisində olmuşdur. Belə ki, narkotik vasitənin daşınmasında maraqlı olmuş, bunun qarşılığında iranlı Təqsirləndirilən şəxs1 və Zöhraba pul vəd etmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs1 iş yerindən çağırılmış, o, Zöhrabı və Aygünü Yasamal rayonu ərazisində adını bilmədiyi parkın yaxınlığında düşürtmüş və qısa bir zamanda qayıdacağını bildirmişdir. Təxminən saat 21 radələrində o, yenidən avtomobili ilə gələrək Aygünü və Zöhrabı qoyduğu yerdən götürmüş və narkotikin artıq atıldığı yerin fotogörüntülərinin və koordinatlarının telefonuna göndərildiyini onlara bildirmişdir. Onlar həmin ünvana getmiş, çatdıqda Zöhrab avtomobilin sükanında gözləyəcəyini, onun və Aygünün isə narkotik vasitəni götürərək daha sonra Təqsirləndirilən şəxs1 Aygünə küncdə dayanaraq qıraq-bucağa baxaraq nəzarət edəcəyini və Aygünün narkotik vasitəni götürməyini xahiş etmiş, Aygün buna razılaşaraq getmiş, sarı rəngli sellofan bağlama görmüş, yaxınlaşaraq onu götürərək Təqsirləndirilən şəxs1 yanına tərəf gəlmək istəyən zaman polis əməkdaşları onlara yaxınlaşmış, həmin vaxt Təqsirləndirilən şəxs1 polis əməkdaşlarından qaçmaq istəmiş, təsadüfən ayağı daşa ilişərək sol çiyninin üstündə yerə yıxılmış və saxlanılmışdır. Zöhrab isə polis əməkdaşları tərəfindən onların saxlanılmaqlarını görüb mühərriki işə salaraq avtomobillə hadisə yerindən qaçmışdır. Polis əməkdaşları özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, onlardan özlərini təqdim etməklərini xahiş etmiş, onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onların narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib barələrində qəbul edilmiş “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onları tanış etmişlər. Onlar yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda Aygünün sağ əlində olan sarı rəngli bağlamanın içərisində “nəşə” vardır. Bundan sonra polis əməkdaşları onları polis idarəsinə dəvət etmişdir. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Onlara hüquq və vəzifələri izah olunduqdan sonra üzərilərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, Aygünə üzərindən narkotik vasitə və ya psixotrop maddə varsa, təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra Aygün üzərində hər hansı əşyanın olmadığını, amma sağ əli ilə saxladığı sarı rəngli sellofan bağlamada “nəşə” olduğunu bildirmiş və həmin bağlamanı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Onun təqdim etdiyi sarı rəngli sellofan bağlamaya iştirakçıların şahidliyi ilə baxış keçirildikdə içərisində yaşıl rəngli “nəşə” olması müşahidə olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən onun üzərindən digər əşya və predmetlər aşkar edilməmiş, bundan sonra sağ əlində saxladığı 01 ədəd sellofan bağlamada olan “nəşə” sübut əhəmiyyətinə malik olduğundan polis əməkdaşı tərəfindən aşkar olunduğu sarı rəngli sellofan bağlamada qablaşdırılıb möhür ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Bundan sonra ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd "Samsung" markalı mobil telefonunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən onun üzərindən digər əşya və predmetlər aşkar edilməmiş, şəxsi axtarış zamanı onun üzərindən aşkar edilmiş "Samsung" markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən polis əməkdaşı tərəfindən götürülmüş, həmçinin ona bədənində xəsarət olubolmaması barədə məlumat verməsi təklif edildikdə sol ayağının diz nahiyəsində və sol kürəyimin üst tərəfində olan sıyrıqları göstərib həmin sıyrıqların polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərkən qaçmağa cəhd edib ayağının büdrəyərək yerə yıxıldığı zaman yarandığını bildirmişdir. Polis əməkdaşı Təqsirləndirilən şəxs1 tibbi yardıma ehtiyacının olub-olmadığını soruşduqda ehtiyac olmadığını və özünü normal hiss etdiyini bildirmişdir. Şifahi sorğu zamanı Aygün əlində saxladığı 01 ədəd sarı rəngli sellofan bağlamadan aşkar edilmiş həmin narkotik olan "nəşə”ni Təqsirləndirilən şəxs1 istəyi ilə götürdüyünü, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 Yasamal rayonu ərazisinə apardığını, bağlama götürməli olduğunu dediyini, həmin bağlamanın içərisində əvvəlcədən "nəşə" olmasını bildiyini, həmin bağlamanı götürdüyü Yasamal rayonu ərazisində yerləşən ünvanda Zöhrabın da olduğunu, bağlamanı götürmək üçün Təqsirləndirilən şəxs2 onunla birlikdə avtomobildən düşdüyünü, bağlamanı götürdükdən sonra isə ona və Təqsirləndirilən şəxs2 polis əməkdaşlarının yaxınlaşdığını görüb Zöhrabın dərhal oradan uzaqlaşdığını bildirmişdir. Bundan başqa 29 oktyabr 2024-cü il tarixdə yenidən ittiham elan edilən zaman o, elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, narkotik vasitə olan “nəşə”dən arabir olaraq istifadə etsə də, satışı ilə məşğul olmamışdır. Hadisə ilə bağlı onu bildirir ki, 23 iyul 2024-cü il tarixdə saat 16 radələrində işdə olarkən ona tanışı Zöhrabdan telefon zəngi gəlmişdir. Həmin Zöhrabı o uşaqlığından tanıyır. Zöhrab ona telefonda Aygün adlı bir qız ilə otelə getməli olduğunu bildirərək onları maşın ilə aparmağını xahiş etmişdir. O da buna razılıq verərək saat 17:30 radələrində işdən çıxaraq Zöhrabın yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yerləşən 1 saylı yataqxanın yaxınlığından onu götürmüşdür. Onun avtomobili BMW markalı, **-KN-*** qeydiyyat nişanlı olmuşdur. O Zöhrabla birlikdə həmin ünvanın yaxınlığında yerləşən "xxxx" MMC-nin yaxınlığına getmiş, orada Zöhrab telefonunun bateriyasının olmadığını bildirərək onun istifadəsində olan mobil telefon nömrəsi ilə tanışı Aygünə zəng etmək istədiyini bildirmişdir. O da telefonu Zöhraba vermişdir. Zöhrab avtomobildən düşərək Aygünü gözləməyə başlamış, Aygün də "Toyota Prius" markalı, qeydiyyat nişanını tam olaraq xatırlamadığı taksi ilə həmin ünvana gəlmiş, Zöhrab yaxınlıqda olan "xxxx" MMC-ə məxsus bankomatdan pul çıxardaraq taksinin pulunu ödəmiş və onlar ikisi onun avtomobilinə əyləşmişlər. Zöhrab ondan onları yaxınlıqdakı "Şaurma №1" restoranına düşürməyini xahiş etmiş, o da razılıq verərək onları həmin ünvana düşürmüşdür. Zöhrab təxminən 1 saat sonra onları gəlib götürməyini xahiş etmişdir. O da ikinci iş yeri olan Yasamal rayonu, Mətbuat prospektində yerləşən "xxxx" MMC-ə getmişdir. Təxminən 1 saatdan Zöhrab sonra onun mobil telefon nömrəsinə zəng edərək onları aparmağını bildirmiş, o da saat 20-21 radələrində həmin ünvandan onları götürmüşdür. Zöhrab ondan bir daha Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən "İdeal" şadlıq sarayına onları aparmağını xahiş etmiş, o da onları həmin ünvana aparmışdır. Zöhrab ona Aygünlə həmin ünvanın yaxınlığında olan binaların birinə girib 5 dəqiqəyə çıxacaqlarını bildirmişdir. Zöhrab ona nəyə görə getməli olduqları barədə heç bir şey deməmişdir. O da həmin an avtomobilindən düşərək telefonla övladı ilə danışmışdır. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, onlar avtomobildən düşdükdə ayrı-ayrı istiqamətlərə yön almışlar. Birdən o Zöhrabın onun avtomobilinə əyləşərək qaçdığını müşahidə etmiş, avtomobilinə tərəf qaçdıqda polis əməkdaşları onu tutmuşlar. Daha sonra polis əməkdaşları onları BMCMİ-nə gətirmiş, polis idarəsində müdafiəçi ilə təyin edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Sonra üzərlərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Aygünə üzərindən narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etmək təklif edilmiş, bu təklifdən sonra Aygün üzərində hər hansı əşyanın olmadığını, amma sağ əli ilə saxladığı sarı rəngli sellofan bağlamada “nəşə” olduğunu bildirmiş və həmin bağlamanı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi sarı rəngli sellofan bağlamaya iştirakçıların şahidliyi ilə baxış keçirildikdə içərisində yaşıl rəngli “nəşə” olması müşahidə olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən onun üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra onun sağ əlində saxladığı 01 ədəd sellofan bağlamada olan “nəşə” sübut əhəmiyyətinə malik olduğundan polis əməkdaşı tərəfindən aşkar olunduğu sarı rəngli sellofan bağlamada qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onun üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Bundan sonra ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib, əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən onun üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şəxsi axtarış zamanı onun üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon əhəmiyyət kəsb etdiyindən polis əməkdaşı tərəfindən götürülmüşdür. Həmçinin ona bədənində xəsarət olub-olmaması barədə məlumat verməsi təklif edildikdə o, sol ayağının diz nahiyəsində və sol kürəyinin üst tərəfində olan sıyrıqları göstərib bildirmişdir ki, həmin sıyrıqlar avtomobilinin arxasınca qaçarkən polislərin ona badalaq vurmaları nəticəsində yaranmışdır. Polis əməkdaşı ondan tibbi yardıma ehtiyacının olub-olmadığını soruşduqda ehtiyac olmadığını, yaxşı olduğunu bildirmişdir. Şifahi sorğu zamanı Aygün əlində saxladığı 01 ədəd sarı rəngli sellofan bağlamadan aşkar edilmiş həmin narkotik olan “nəşə”ni guya onun istəyi ilə götürdüyünü, onun Aygünü guya Yasamal rayonu ərazisinə apardığını və bağlama götürməli olduğunu dediyini, guya həmin bağlamanın içərisində əvvəlcədən “nəşə” olmasını bildiyini, bağlamanı götürdükdən sonra isə Aygünə və ona polis əməkdaşlarının yaxınlaşdığını görüb Zöhrabın dərhal oradan uzaqlaşdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 yalnız “nəşə”nin istifadəçisi olduğunu,satışı ilə məşğul olmadığını bildirmişdir. Həmin cinayətin törədilməsində Aygün və Zöhrabın əvvəlcədən məlumatlı olmasını, o saxlanıldıqdan sonra onların narkotik vasitənin götürülməsi üçün onun avtomobilindən istifadə edərək getmək istədiklərini anlamışdır. O “İsi Gold” deyə qeyd edilmiş ***-***-**-** mobil telefon nömrəsinin məxsus olduğu şəxsə narkotik vasitə satmaq kimi bir niyyətinin olmadığını, aldadaraq onun pulunu ələ keçirdiyini bildirmişdir. Eyni zamanda istifadəsində olan “Samsung” markalı mobil telefonda adı “T.Fuad” deyə qeyd edilmiş ***-***-**-** mobil telefon nömrəsinin məxsus olduğu şəxsə heç bir narkotik vasitə vermədiyini bildirmişdir. O istifadəsində olan “Samsung” markalı mobil telefonda adı “İiiii” deyə qeyd edilmiş İran İslam Respublikasına məxsus +98-939-454-9038 mobil telefon nömrəsinə öz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən “Whatsapp” mobil tətbiqində hadisə baş verən gün, yəni 23 iyul 2024-cü il tarixində saxlanılmazdan bir neçə saat əvvəl səsli mesajların göndərilməsi ilə bağlı suala cavab olaraq bildirmişdir ki, həmin mobil telefon nömrə ilə Zöhrab əlaqə saxlamışdır. Hadisə baş verən gün o, Zöhrab və Aygünü “Şaurma” restoranına aparmış, onları qoyduqdan sonra yolda həmin mobil telefon nömrəsi ona mesaj ataraq Zöhrabı soruşmuş, o da ona səsli mesaj göndərərək Zöhrabın bir qədər sonra onunla əlaqə saxlayacağını bildirmişdir. O istifadəsində olan “Samsung” markalı mobil telefonda cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilmiş X3 istifadəsində olmuş ***-***-**-** mobil zaman telefon nömrəsi ilə “WhatsApp" mobil tətbiqində hadisə baş verən gün, yəni 23 iyul 2024cü il tarixdə saxlanılmazdan bir neçə saat əvvəl külli miqdarda narkotik vasitənin qoyulduğu yerdən götürülməsi üçün hazırlıq tədbirləri kimi əvvəlcədən danışıqların aparılması barədə mesajlaşmalar aparmadığını bildirmişdir.(cild 1 iş vərəqi 123-127; cild 2 iş vərəqi 126-129) İbtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirdi ki, ilk ifadəsini ilk dəfədir ki, eşidir. İlk ifadəsi ona oxunmamışdır. İfadəsinə qol çəkmiş, lakin oxumağa şərait yaradılmamışdır. Onun üzərində çıxmış xəsarətlər saxlanılması zamanı onu yıxmaları nəticəsində yaranmışdır. O yalnız Zöhrabı tanıyır, əvvəllər Təqsirləndirilən şəxs2 tanımamış, ilk dəfə Aygünü Zöhrabla danışıb taksi ilə 1 saylı yataqxananın yanına gələndə görmüşdür. Təqsirləndirilən şəxs2 qara rəngli “Prius”la gəlmişdir. “Şaurma” restoranına gedənə qədər Zöhrab və Aygün öz aralarında heç bir şey danışmamışdırlar. Təqsirləndirilən şəxs2 saxlanmasını və əlində torba olmasını görməmiş, Təqsirləndirilən şəxs2 sonradan idarədə görmüşdür. Zöhrab onun avtomobilinə əyləşib qaçanda polis əməkdaşları Zöhraba heç bir reaksiya verməmiş, arxasınca qaçmamışdırlar. O, özü nəşriyyatda işləmiş, Zöhrabı məhəllədən tanımışdır. Əvvəllər 1-2 dəfə taksi kimi Zöhrabı müəyyən yerlərə aparmışdır. Zöhrab avtomobilinə əyləşib qaçan zaman onu çağırmamışdır. Zöhrabın onun avtomobilinə əyləşdiyini avtomobilin qapısını bağlayan zaman səsə dönəndə görmüş, həmin vaxt o, telefonla danışmışdır. Zöhrabın avtomobilinə tərəf necə gəldiyini görməmişdir. Onun telefonunda iranlı şəxslərlə danışığı Zöhrab aparmışdır. Onun telefonu Aygünlə danışması üçün Zöhrabda olmuşdur. O, Zöhrabın kiminlə yazışdığını görməmişdir. Zöhrabla onun arasında narkotik vasitələrin yerləşdirilməsi ilə bağlı yazışmanın olması mümkün deyil. O yalnız Zöhrabla onu otelə aparmaqla bağlı yazışmışdır. Telefonunda “İsi Gold” adı ilə qeyd olunmuş şəxs onun dostudur, “T.Fuad” adı ilə qeyd olunmuş şəxsi isə tanımır, nömrəni telefonuna kimin qeyd etdiyini bilmir. “İsi Gold” da marixuana istifadə edən olmuş, birlikdə marixuana istifadə etmişlər. Ona heç vaxt pul qarşılığında narkotik vasitə satmamışdır. “İsi Gold” adlı şəxslə bir-birlərinə satıcı tapdıqları olmamışdır. O, X13 adını eşitməmişdir. Zöhrabla birlikdə narkotik vasitə istifadə etmələri barədə söhbətləri olmamışdır. O, nəşriyyatda işləmiş, Zöhrabı məhəllədən tanımış, əvvəllər 1-2 dəfə taksi kimi Zöhrabı müəyyən yerlərə aparmışdır. Şahid1 onu saxlayan zaman ona fiziki təzyiq göstərmiş, saxlayan zaman onun əllərini qandallamışlar. Onları saxlamağa 8 nəfər əməkdaş gəlmişdir. O narkotik vasitə götürməyə getməmiş, aşkar olunmuş sellofan torbanı əvvəllər heç görməmişdir. Narkotik vasitə ilə bağlı yazışması olmamışdır. O, Zöhrab və Aygünü otelə aparmışdır. Yolda konum atılmış, konuma getmişlər. Aygünü əvvəllər tanımamış, Zöhrabı tanımış, Zöhrabı aparmaq üçün onun yanına getmişdir. Nəriman onun dostudur, o da, narkotik istifadəçisidir. O Nərimanı aldadıb pul almaq məqsədilə həmin mesajları ona yazmışdır. Nərimandan pul alıb ona heç bir şey verməyəcəkdi. Bu yazışma onun tərəfindən icra olunmuşdur. Pula ehtiyacı olduğu üçün bu yola əl atmışdır. O, bütün mesajları aldadıb pul almaq məqsədilə yazmışdır. “T Fuad”-ın kim olduğunu bilmir. “iii” iran nömrəli şəxsə isə Zöhrab mesaj yazmışdır. Zöhrabla yazışmalarda olan fotoşəkilləri o sonradan görmüşdür. O, Zöhrabla aralarında olan yazışmalarda Zöhrabı otelə aparmaqla bağlı danışmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o İnqilab prospektində çay evində işləmişdir. 2024-cü ilin iyul ayının 23-də işdən çıxıb “Space” kanalının yaxınlığında evinə getmək üçün dayanacaqda marşrut gözləmiş, həmin vaxt Tərlan və Zöhrab avtomobillə yanından keçən zaman onu evə aparmağı təklif etmiş, o da razılaşmışdır. O həmin vaxt “ağrıda” olmuşdur. Tərlan və Zöhrab ondan üstündə narkotik vasitə olub-olmamasını soruşmuşlar. O isə üstündə narkotik vasitə olmadığını demişdir. Daha sonra Tərlan və Zöhrab ona bir yerə getməli olduqlarını və oradan nə isə götürəcəklərini, daha sonra isə onu evə aparacaqlarını demişlər. Daha sonra təxminən 1-2 saat avtomobildə olmuş, bir müddət sonra Tərlana zəng gəlmişdir. Tərlan işə getməli olduğunu, qayıtdıqdan sonra onları götürəcəyini demişdir. Zöhrab və o “Space” kanalının yanında düşmüş və Tərlanı gözləmişdir. 1-2 saatdan sonra Tərlan gəlib Zöhrab və onu götürmüşdür. “Günəş” petroldan Tərlanın avtomobilinə 10 manatlıq benzin vurmuşlar. Zöhrab və Tərlan telefonda kimləsə danışmış, lakin o söhbətin nədən getdiyini bilməmişdir. Daha sonra Tərlan Yasamalda bir yerə getməli olduqlarını bildirmiş, o da razılaşmışdır. Daha sonra Tərlanın dediyi yerə çatmışlar. Tərlan və o avtomobildən düşmüşlər. Tərlanın əlində telefon olmuşdur. O Tərlandan hara getdiklərini soruşmuş, Tərlan paltarlarını götürəcəyini, ona da ağrıdan çıxmaq üçün narkotik vasitə verəcəyini bildirmişdir. Daha sonra binanın ətrafında 1-2 dövrə vurmuşlar. Sonra Tərlana zəng gəlmişdir. O nə vaxt evə gedəcəklərini, gecikdiyini demişdir. Tərlan isə binada olan şəxsə zəng etdiyini və paltarları olan çantanı indi düşürəcəyini bildirmişdir. O çantada narkotik vasitə olduğundan xəbərsiz olmuşdur. Tərlanla aralarında bir neçə addımlıq məsafə olmuşdur. O çantanı götürən zaman polis əməkdaşları onu saxlamış, bu vaxt Tərlan qaçmağa başlamış, lakin polis əməkdaşları Tərlanı saxlamış və yerə yıxıb əlini qandallamışlar. Zöhrab isə avtomobili sürərək qaçıb getmişdir. İbtidai istintaq zamanı müstəntiq onun verdiyi ifadələrin heç birini düzgün yazmamış, o tamam fərqli ifadə vermişdir. Onun Zöhrabla heç bir münasibəti olmamış, Tərlan və Zöhrabı əvvəldən tanımışdır. Onların birlikdə narkotik vasitə istifadə etdikləri olmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirdi ki, O Zöhrab və Tərlanı 3-4 ildir ki, tanıyır. Əvvəlcə Zöhrabı tanımış, “Sovetski” ərazisində tanış olmuşlar. Aralarında heç bir münasibət olmamışdır. Tərlanı Zöhrabın vasitəsilə tanımışdır. O heroin və metamfetamin istifadə etmiş, marixuana istifadə etməmişdir. 10-11 il olar ki, narkotik vasitə istifadə edir. 2 övladı var. Heç kəs onu narkotik vasitə istifadə etməyə məcbur etməmişdir. Tərlan və Zöhrab onun “ağrıda” olmağından istifadə etmişlər. O Tərlanın narkotik vasitə götürəcəyini bilməmişdir. Onun aylıq təxminən 300-350 manat qazancı olmuşdur. Narkotik vasitəni gündəlik istifadə etmiş, 0.5 qram narkotik vasitəni 30 manata almışdır. Aldığı pulu yalnız narkotik vasitə almaq üçün xərcləmişdir. Övladları öz ataları ilə yaşayır. O atası, anası və bacısı ilə birlikdə yaşayır. Ailə üzvləri narkotik vasitə istifadə etdiyini bilmişdir. O dəfələrlə reabilitasiyada olmuş, lakin yenə narkotik vasitə istifadə etməyə davam etmişdir. Tərlan özü bilə-bilə ona qarşı belə ifadə vermişdir. Onlar saxlanılıb BMCMİ-yə aparılan zaman idarədə də Tərlan özünün tək getməyəcəyini, onu da özü ilə aparacağını demişdir. O, Tərlandan yox, amma Zöhrabdan pulla narkotik vasitə almışdır. O, Tərlan və Zöhrabla birlikdə metamfetamin istifadə etmişdir. Tərlan və Zöhrab ona pay olaraq narkotik vasitə vermişlər. Onlar narkotik vasitəni Xırdalanda yerləşən evdə istifadə etmişlər. Bu ev Taleh adlı şəxsin evi olmuşdur. Həmin evdə ondan başqa da qadınlar olmuşdur. Ona pay olaraq narkotik vasitəni Zöhrab vermişdir. Onlar narkotik istifadə edən zaman Tərlan da həmin evdə olmuşdur. Avtomobildə Zöhrab və Tərlan narkotik vasitə barədə söhbət etmişlər, o, arxada əyləşmişdir. Zöhrab iranlı şəxsə səs atmış, iranlıya 5 kq narkotik vasitəni harasa qoyacağını, oradan götürməsini demişdir. Tərlan bunların hamısını eşitmişdir. Çanta götürəcəkləri yerə çatanda, Tərlan onu avtomobildən düşürtmüş, özü ilə birlikdə getməsini demişdir. Tərlan onun saxlanılmasının şahidi olmuş, o da Tərlanın tutulmasını görmüşdür. Əvvəlcə Tərlan qaçmış, lakin sonra ayağı daşa ilişmiş və o, yıxılmışdır. Zöhrab onları polis əməkdaşlarının saxladığını görəndə yoxa çıxmışdır. Tərlan ona çantanı götürməyini deyən zaman Tərlana etiraz etməmişdir. Çünki çantada narkotik vasitə ola biləcəyi ağlına gəlməmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, 24 iyul 2024-cü il tarixdə ittiham elan edilən zaman o, elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, heç bir xəstəliyi, o cümlədən psixi xəstəliyi yoxdur, subaydır, 02 övladı var, fərdi əməklə məşğul olur, bir dəfə Şirvan Rayon Məhkəməsinin hökmü ilə CM-in 234.1-ci maddəsi ilə 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmişdir, lakin himayəsində azyaşlı uşaqların olması səbəbi ilə cəzasının çəkilməyi təxirə salınmışdır. Təqsirləndirilən şəxs2 3-4 ildir nəşə, kakos, patı və metadon suyundan istifadə etdiyini, ilk öncə narkotik vasitələrdən istifadə etməyə Nərimanov prospektinin yaxınlığında yerləşən “Sovetski” adlanan yerdə başladığını, həmin ünvanda kirayədə yaşadığını, o vaxt Təqsirləndirilən şəxs1 ilə tanış olduğunu, belə ki, onun qonşuluqda yaşadığını, münasibəti yarandıqdan sonra onun da narkotik vasitə istifadə etdiyini öyrəndikdən sonra ara-sıra birlikdə narkotik vasitələrdən istifadə etdiklərini və şəxsi istifadəsi üçün narkotik vasitələri "Sovetski”dən adını və anket məlumatlarını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 hadisə ilə bağlı onu bildirmişdir ki, 23 iyul 2024-cü il tarixdə axşam saat 17-18 radələrində İnqilab prospektində xidmətçi kimi işlədiyi çay evlərinin birindən işdən çıxıb evə gedən zaman Tərlan özünün idarə etdiyi qeydiyyat nişanını tam olaraq xatırlamadığı ”BMW’ markalı avtomobilini iş yerinin yaxınlığında saxlamış, həmin vaxt onun yanında adını bilmədiyi başqa şəxs də olmuşdur.Tərlan ona avtomobilə əyləşməyi, bir iş dalınca getməli olduqlarını və həmin iş bitdikdən sonra onu evinə düşürəcəklərini demiş, o da avtomobilə əyləşmiş, avtomobildə X40 Respublikasına məxsus mobil telefon nömrə ilə “WhatsApp” mobil tətbiqi vasitəsi ilə əlaqə saxlamış və həmin danışıqda iranlı Tərlana "Tərlan sən o 5 kilonu yerbəyer eləyərsən, bir yerə atarsan, gəlib onu götürərlər, qalanını da satarsan, pulunu da karta atarsan” deyə bildirmişdir. Təqsirləndirilən şəxs2 bu an Tərlanın onu nəyə görə çağırdığını anladığını bildirmiş, bunun səbəbini Tərlanın onun narkotik vasitə istifadəçisi olduğunu 3-4 ildir ki, bilməsi ilə əlaqələndirmişdir. Bundan başqa Tərlan təklif olaraq ona bir az nəşə verəcəyini deyərək həmin narkotikin daşınmasında köməklik göstərməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 da buna razılıq vermişdir. O, bildirmişdir ki, "Zöhrab” adlı şəxsi ilk dəfə həmin gün görmüşdür, o da bu məsələnin içərisində imiş və narkotik vasitənin daşınmasında maraqlı olmuşdur. Daha sonra Tərlanın dostu olduğunu anladığını bildirmişdir. Bundan sonra Tərlan Mətbuat prospektində işlədiyi nəşriyyat mərkəzindən çağırılmış, Tərlan Zöhrabı və Aygünü Yasamal rayonu ərazisində adını bilmədiyi parkın yaxınlığında düşürtmüş və qısa bir zamanda qayıdacağını bildirmişdir. Təxminən saat 21 radələrində Tərlan yenidən avtomobili ilə gələrək onu və Zöhrabı qoyduğu yerdən götürmüş və narkotikin artıq atıldığı yerin fotogörüntülərinin və koordinatlarının onun telefonuna göndərildiyini bildirmişdir. Onlar birlikdə həmin ünvana getmiş, çatdıqda Zöhrab avtomobilin sükanında gözləyəcəyini, Aygünün və Tərlanın isə narkotik vasitəni götürərək avtomobilə gətirmələrini xahiş etmiş, Tərlan və Aygün razılaşmış və avtomobildən düşmüşlər. Daha sonra Tərlan ona küncdə dayanaraq qıraqbucağa baxaraq nəzarət edəcəyini və onun narkotik vasitəni götürməyini xahiş etmiş, Aygün razılıq verdikdən sonra getmiş, sarı rəngli sellofan bağlama görmüş, yaxınlaşaraq onu götürmüş, Tərlanın yanına tərəf gəlmək istəyən zaman polis əməkdaşları onlara yaxınlaşmış, həmin vaxt Tərlan polis əməkdaşlarından qaçmaq istəmiş və təsadüfən ayağı daşa ilişərək sol çiyninin üstündə yerə yıxılmış və saxlanılmışdır. Zöhrab isə polis əməkdaşları tərəfindən onların saxlandıqlarını görüb mühərriki işə salaraq avtomobillə hadisə yerindən qaçmışdır. Polis əməkdaşları özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin BMCMİ-nin əməkdaşları olduqlarını bildirmiş, onların da özlərini təqdim etməklərini xahiş etmiş, onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onların narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onları tanış etmiş, onlar yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxs2 sağ əlində olan sarı rəngli bağlamanın içərisində “nəşə” vardır. Bundan sonra polis əməkdaşları onları polis idarəsinə dəvət etmiş, onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş, şübhəli şəxs qismində tutulmuşdur. Onlara hüquq və vəzifələri izah olunmuş, sonra üzərlərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif edilmiş, bu təklifdən sonra o, üzərində hər hansı əşyanın olmadığını, amma sağ əlində saxladığı sarı rəngli sellofan bağlamada “nəşə” olduğunu bildirmiş və həmin bağlamanı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Onun təqdim etdiyi sarı rəngli sellofan bağlamaya iştirakçıların şahidliyi ilə baxış keçirildikdə içərisində yaşıl rəngli "nəşə” olması müşahidə olunmuş, Şəxsi axtarış davam etdirilərkən onun üzərindən digər əşya və predmetlər aşkar edilməmiş, bundan sonra sağ əlində saxladığı 01 ədəd sellofan bağlamada olan "nəşə" sübut əhəmiyyətinə malik olduğundan polis əməkdaşı tərəfindən aşkar olunduğu sarı rəngli sellofan bağlamada qablaşdırılıb möhür ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, bundan sonra ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd "Samsung" markalı mobil telefonunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş, şəxsi axtarış davam etdirilərkən onun üzərindən digər əşya və predmetlər aşkar edilməmiş, şəxsi axtarış zamanı onun üzərindən aşkar edilmiş "Samsung" markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən polis əməkdaşı tərəfindən götürülmüş, həmçinin ona bədənində xəsarət olub- olmaması barədə məlumat verməsi təklif edildikdə sol ayağının diz nahiyəsində və sol kürəyimin üst tərəfində olan sıyrıqları göstərib həmin sıyrıqların polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərkən qaçmağa cəhd edib ayağının büdrəyərək yerə yıxıldığı zaman yarandığını bildirmişdir. Polis əməkdaşı Təqsirləndirilən şəxs1 tibbi yardıma ehtiyacının olubolmadığını soruşduqda ehtiyac olmadığını və özünü normal hiss etdiyini bildirmişdir. Şifahi sorğu zamanı Tərlan Təqsirləndirilən şəxs2 dediklərini təsdiq edərək Aygünü özünün dəvət etdiyini, həmin içərisində “nəşə' olan bağlamanı götürməyə gedən zaman yanlarında “Zöhrab” adlı tanışının olduğunu, həmin bağlamanı götürməsini “Zöhrab”ın ona bildirdiyini, bağlamanı götürəcəkləri zaman ‘'Zöhrab”ın maşında gözlədiyini, daha sonra isə qaçıb getdiyini, bağlamanı götürməyə getdiklərində isə götürəcəyi bağlamanın içərisində “nəşə” olmasını bildiyini, Aygünü uzun müddətdir ki, tanıdığını, həmçinin özünün də “nəşə” adlı narkotik vasitə istifadə etdiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol olunmuş, protokol düzgün tərtib edildiyi üçün bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirmişdir. Bundan başqa 19 avqust 2024-cü il tarixdə yenidən dindirilən zaman o, bildirmişdir ki, ondan aşkar edilərək götürülmüş külli miqdarda nəşə ona aid deyil. Həmin nəşə Zöhrab və Tərlana məxsus olmuşdur. Belə ki, hadisə baş verən günü 23 iyul 2024-cü il tarixdə saat 17-18 radələrində İnqilab prospektində xidmətçi kimi işlədiyi çay evindən çıxıb evə gəlirmiş. O taksi ilə Yasamal rayonu, Mətbuat prospekti ərazisində yerləşən nəşriyyat evinə getmişdir. Bundan sonra Lökbatan qəsəbəsinə-yaşadığı evə gedən 206 nömrəli avtobusu gözləmişdir. Bu zaman Tərlan özünün idarə etdiyi qeydiyyat nişanını tam olaraq xatırlamadığı “BMW” markalı avtomobilini iş yerinin yaxınlığında saxlamışdır. Həmin vaxt onun yanında Zöhrab da olmuşdur. Zöhrabı o təxminən 3-4 ildir ki, tanıyır. Ondan davamlı olaraq şəxsi istifadəsi üçün patı və kakos almışdır. Bununla da onların münasibəti yaranmışdır. Tərlan ona avtomobilə əyləşməyi, bir iş dalınca getməli olduqlarını və həmin iş bitdikdən sonra onu evinə düşürəcəyini demişdir. O da avtomobilə əyləşmişdir. Avtomobildə Tərlan ona evdə ailəsi ilə dalaşdığını, buna görə də paltarlarını götürüb evdən çıxdığını, dostugilə gedəcəyini və evdən çıxdıqdan sonra həyətə qoyulmuş şəxsi əşyalarını götürməli olduğunu bildirmişdir. Daha sonra Tərlan onu evinə düşürəcəyini demiş, o da onunla razılaşmışdır. Avtomobildə Tərlan və X41 Respublikasına məxsus mobil telefon nömrəsi ilə “WhatsApp” mobil tətbiqi vasitəsi ilə əlaqə saxlamış və həmin danışıqda iranlı “Tərlan sən o 5 kilonu yerbəyer eləyərsən, bir yerə atarsan, gəlib onu götürərlər, qalanını da satarsan, pulunu da karta atarsan” sözlərini demişdir. O, onların bu işlə məşğul olduqlarını bilsə də, onu aldadaraq bu cinayətin qurbanı edəcəklərindən xəbərsiz olmuşdur. Onlardan bu telefon danışıqlarının mahiyyətini soruşduqda, Tərlan və Zöhrab onluq heç bir məsələnin olmadığını, onu yalnız evinə düşürəcəklərini demişlər. Bununla da, o Tərlanın onu nəyə görə çağırdığını anlamamışdır. Tərlan öz məqsədini pərdələmişdir. Tərlan özü də bilmişdir ki, o onların mal dalınca getdiyini bilsəydi, heç vaxt onlarla razılaşmazdı. Tərlan və Zöhrabın ondan cinayətkar niyyətlərini həyata keçirmək üçün istifadə edəcəklərindən məlumatsız olmuşdur. Bundan sonra Tərlanı Mətbuat prospektində işlədiyi nəşriyyat mərkəzindən çağırmışlar və Tərlan Zöhrabı və onu Yasamal rayonu ərazisində adını bilmədiyi parkın yaxınlığında düşürmüş və qısa bir zamanda qayıdacağını bildirmişdir. Həmin vaxt o parkda gözləmiş, Zöhrab isə əlində metadon suyunu çıxardaraq evdə soyuducuya qoyub qayıdacağını demişdir. Təxminən saat 21 radələrində Tərlan yenidən avtomobili ilə gələrək onu və Zöhrabı qoyduğu yerdən götürmüşdür. Zöhrabla həmin ünvanda gözlədikləri müddətdə də o məsələ barədə heç bir məlumat verməmişdir. Bir müddət sonra Tərlan gəlmiş, onları götürmüş və avtomobillə saxlanıldıqları ünvana getmişlər. Çatdıqda Zöhrab avtomobilin sükanında gözləyəcəyini, onun və Tərlanın isə guya Tərlanın evdən sağollaşdıqdan sonra həyətə qoyulmuş paltarlarını götürmələrini demişdir. Bunun səbəbini isə yorğunluğu ilə əlaqələndirmişdir. Tərlan və o avtomobildən düşmüş, daha sonra Tərlan ona atasının pəncərədən Tərlanı görməməsi üçün onu irəli çəkərək ağacın yanında yerə qoyulmuş sarı rəngdə içərisində guya paltarları olan bağlamanı götürməyini xahiş etmişdir. O Tərlanın yaşadığı evin ünvanını tam dəqiq bilməsə də, onun Yasamal rayonu ərazisində yaşadığını bilmiş və hadisə yeri də təsadüfən onun yaşayış yeri ilə üst-üstə düşmüşdür. O sarı rəngli sellofan bağlamanı götürmüş və Tərlanın yanına tərəf gəlmək istəyən zaman polis əməkdaşları onlara yaxınlaşmışdır. Həmin vaxt Tərlan polis əməkdaşlarından qaçmaq istəmiş, təsadüfən ayağı daşa ilişərək sol çiyninin üstündə yerə yıxılmış və xəsarət aldığı üçün qaça bilmədiyinə görə saxlanılmışdır. Zöhrab isə polis əməkdaşları tərəfindən onların saxlanılmalarını görmüşdür. Tərlan qışqıraraq “Zöhrab qaç” deyə bildirmiş, Zöhrab isə mühərriki işə salıb avtomobillə hadisə yerindən qaçmışdır. Həmin vaxt o bütün bu işlərin ona qurulmuş tələ olduğunu, əslində Zöhrab və Tərlanın mal dalınca getdiklərini və bunu ondan gizlətdiklərini anlamışdır. Polis əməkdaşları özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş və onlardan özlərini təqdim etmələrini xahiş etmiş, onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onların narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğumu bildirmiş, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onları tanış etmişlər. Tərlan səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda onun sağ əlində olan sarı rəngli bağlamanın içərisində “nəşə” vardır. Bundan sonra polis əməkdaşları onları polis idarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gətirilmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Onlara hüquq və vəzifələri izah olunmuş, sonra üzərlərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı isə o artıq öz müdafiəsi üçün gətirəcəyi dəlillərin heç bir əhəmiyyət kəsb etməyəcəyini başa düşərək videoçəkiliş zamanı guya Tərlan və Zöhrabla birlikdə mal dalınca getdiklərini bildirmişdir. Ondan sonra Zöhrab da deyilənləri təsdiqləmişdir. Əslində isə hadisənin reallığı indi verdiyi ifadədə olduğu kimi olmuşdur. O narkotik vasitə qurudulmuş marixuananı Tərlanın ailəsi ilə dalaşaraq guya həyətlərinə qoyulmuş paltarları kimi bilmiş, həmin torbanın içərisində nəşə olduğundan xəbərsiz olmuşdur. O düşünmüşdür ki, şəxsi axtarış və götürmə keçirilən zaman öz müdafiəsi üçün nə bildirsə də, bu onun xeyrinə həll olunmayacaq. Çünki, Tərlanın ona şəxsi əşyalarının olduğunu bildirdiyi, lakin içərisində nəşə olduğu sonradan ona məlum olan həmin bağlama onun əlində olmuşdur. Lakin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə prosesinə baxılan zaman o tam reallığı etiraf edərək hazırda ifadəsində qeyd etdiklərini bildirmişdir. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır, yalnız təxminən 4-5 ildir ki, istifadəçisidir. Nə o, nə də Tərlan nə saxlanılan zaman, nə də üzərlərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təzyiqə məruz qalmamışlar. O, 1986-cı il təvəllüdlüdür, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 3 dəfə məhkumluq yaşamışdır. İranlı ilə telefon əlaqəsini Tərlan və Zöhrab yaratmışdı, onun heç bir əlaqəsi olmamışdır. Tərlan və Zöhrab avtomobildə iranlı ilə bu barədə danışsalar da, ondan sui-istifadə edərək cinayətlərinin törədilməsinə qurban etməklərindən xəbərsiz olmuşdur. Bundan başqa 21 oktyabr yenidən ittiham edilən zaman o, əvvəlki ifadəsi ilə oxşar ifadə verməklə, qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. (cild 1 iş vərəqi 148-152; 232- 236; cild 2 iş vərəqi 100-104) İbtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirdi ki, o, ibtidai istintaq zamanı bu cür ifadə verməmişdir. Zöhrabın iranlı şəxslə narkotik vasitə barədə danışdığını, 5 kiloqram narkotik vasitəni harasa qoyacağını dediyini eşitmişdir. İranlı şəxsdən Tərlanın adını eşitməmiş, o ancaq Zöhrabın adını çəkmişdir. Çanta götürməyə gedən zaman onda həmin çantanın iranlı şəxsin dediyi bağlama ola biləcəyi barədə şübhə yaranmamışdır. Götürdükləri çanta sarı rəngdə olmuşdur və çanta paltar çantasına oxşamışdır. Barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmədə hakimə də çantadan heç bir xəbəri olmadığını demişdir. O, çantada narkotik vasitə olduğunu bilməmiş, çantada paltar olduğunu düşünmüşdür. O təqsiri boynuna almağın cəzanı yüngülləşdirən hal olmasını bildiyini demişdir. Sonuncu dəfə AR CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, azyaşlı uşağı olduğuna görə ona möhlət verilmişdir. Görüntülərdəki qadın odur, yanında olan bankomatdan pul çıxaran şəxs Zöhrabdır. O, dövlət hesabına təyin edilmiş müdafiəçisi Müdafiəçi3 məhkəmə iclasında hüquqlarını müdafiə etməsini istədiyini, Orxan Kəngərli ilə hüquqlarını müdafiə etməsi üçün müqavilə bağlamamışdır. Orxan Kəngərli və Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 Bakı istintaq Təcridxanasına gələrək Orxan Kəngərlinin onun yeni müdafiəçisi olduğunu, məhkəmə iclasında ifadəsini dəyişib bütün narkotik vasitələrin ona məxsus olduğunu deməyini və bütün təqsiri öz boynuna götürməyini demişlər. O isə yeni müdafiəçi ilə müqavilə bağlamağa imkanının olmadığını, Orxan Kəngərlinin onun müdafiəçisi qismində işə buraxılmasından məlumatının olmadığını, yaxınlarının onunla müqavilə bağlamadığını bildirmişdir. O, Bakı İstintaq Təcridxanasında saxlanılır. Müdafiəçilər Orxan Kəngərli və Müdafiəçi1 2 həftə əvvəl onun yanına gəlmişlər. Müdafiəçi1 məhkəmə iclasından əvvəl ona yaxınlaşıb bildirmişdir ki, dövlət hesabına müdafiəçisindən imtina etsin, Orxan Kəngərli hazırda burda yoxdur, bir neçə gün sonra gələcək. Onlar ona təzyiq göstərib narkotik vasitənin Zöhrab Əbdülqədimovun olduğunu deyib ifadəsini dəyişsin onsuzda hər bir halda həbs ediləcəyini demişlər. Onun barəsində sübutların az olduğunu, azadlığa çıxma ehtimalının böyük olduğunu da demişlər. Müdafiəçi1 təcridxanada onunla görüşmüşdür. Ona qarşı fiziki və psixi təzyiq olmamışdır. O çantanı Yasamalda götürmüşdür. Çantanı götürməyini ona Tərlan demişdir. Tərlan çantanın içində paltar olduğunu bildirmişdir. Tərlan avtomobildən onunla birlikdə düşmüş, bu vaxt ona zəng gəlmiş, Tərlan da ona çantanı götürməyini işarə etmişdir. Gecə vaxtı içində paltar olan çantanı götürmək ona qəribə gəlməmişdir. Polis əməkdaşları onu saxlayan zaman çanta onun əlində olmamışdır. Polis əməkdaşları onu saxlayan anda heç bir video-çəkiliş etməmişdirlər. İdarəyə gəldikdən sonra çantanı ona vermiş və videoçəkiliş etmişlər. Ona məlumatın iki şəxslə bağlı daxil olduğunu, sadəcə çanta onun əlində tutulduğu üçün onun üzərində şəxsi axtarış keçirməli olduqlarını, bundan sonra isə onu buraxacaqlarını demişlər. Polis əməkdaşları ona nə dedilərsə, çəkilişdə onu təkrar etmişdir. Saxlanılan zaman hal şahidi iştirak etməmişdir. İdarəyə gətirilən zaman Tərlanla fərqli avtomobillərdə olmuşlar. İdarəyə aparılan zaman çanta onda olmamışdır. O, 20 kiloqramlıq çantanı qaldıra bilməyəcəyini demişdir. Tərlanı 3-4 ildir ki, tanıyır. Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilən zaman Bakı şəhəri Nərimanov Rayon məhkəməsində verdiyi və tərəflərin razılığı ilə hazırkı məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, o, məhkəmə iclasında özünü təqsirli bilərək bildirmişdir ki, evə getmək istəyən zaman əvvəllər tanıdığı Tərlan adlı şəxs avtomobillə gələrək onu avtomobilə əyləşdirdiyini, daha sonra onların Yasamal rayonuna getdiklərini, Təqsirləndirilən şəxs1 ondan sarı rəngli bağlamanı götürməsini xahiş etdiyini, Təqsirləndirilən şəxs2 bağlamanı götürüb avtomobilə doğru gələn zaman polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirmişdir. (cild 1 iş vərəqi 176-180) Barəsində “həbs” qətimkan tədbiri seçilən zaman Bakı şəhəri Nərimanov Rayon məhkəməsində verdiyi ifadəsi hazırkı məhkəmədə elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, onu məhkəmədə o cür ifadə verməsi üçün müstəntiq öyrətmişdir. O çanta və bağlamanın nə fərqi olduğunu bilmir. O ibtidai istintaq zamanı ifadəsini oxumamış, amma qol çəkmişdir. İbtidai istintaq zamanı ona qarşı heç bir təzyiq olmamışdır. O saxlanılan zaman əməliyyatçılar onlara onun barəsində məlumat daxil olmadığını, onlara yalnız Zöhrab və Tərlanın lazım olduğunu, onu buraxacaqlarını demişdilər. Videogörüntüdəki şəxs odur, yanındakı isə Zöhrabdır. Bankomatdan Zöhrab kartından 7 manat pul çıxartmışlar. O, taksidən düşdükdən sonra Zöhrabın yanına getmişdir. Zöhrab çıxartdığı puldan ona verməmişdir. Taksinin pulunu o özü ödəmiş, təxminən 5 manat 90 qəpik olmuşdur. Həmin gün Tərlanla da görüşmüşlər. Onun Tərlan və Zöhrabla görüşməkdə heç bir məqsədi olmamışdır, sadəcə ona birlikdə iş dalınca getdiklərini demişlər. O, taksidən düşdükdən sonra Zöhrab özü onu yanına çağırmışdır. O, Zöhrabın yanında pul çıxartmasını gözləmişdir. O, çantanı Yasamalda götürmüş, çantanı götürməyini ona Tərlan demişdir. Tərlan çantanın içində paltar olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, 2024-cü ilin iyul ayının 24-də gecə saat 01 radələrində ona bir nəfər yaxınlaşmış, BMCMİnin əməkdaşı olduğunu bildirmiş, Aygün adlı bir şəxsin saxlanıldığını, üzərinə baxış keçirilməli olduğunu demiş və baxış keçirmək üçün dəvət etmişdir. O, idarəyə getmişdir. Daha sonra otaqda bir xanımın olduğunu, qarşısında sarı rəngli bağlama olduğunu görmüşdür. Həmin xanım bu bağlamada marixuana olduğunu bildimişdir. O, xanımın üzərini axtarmış, lakin heç bir şey aşkar edilməmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, axtarış videoçəkilişlə aparılmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Üzərinə axtarış keçirdiyi şəxsin üzü yadında qalmamışdır. Aygün xanım narkotik vasitələrin özünə aid olduğunu bildirmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, 24 iyul 2024-cü il tarixdə gecə saat 00:25 radələrində ünvan 6da yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının yaxınlığından keçərkən ona bir nəfər şəxs yaxınlaşıb özünü təqdim edərək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işlədiyini bildirib ona məlumat vermişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün iki nəfər şəxs onlar tərəfindən saxlanılaraq BMCMİ-ə gətirilmişlər və saxlanılan şəxslərdən birinin qadın cinsindən olduğunu deyərək həmin şəxsin üzərinə eyni cinsdən olan şəxsin iştirakı ilə şəxsi axtarışın aparılmasının zəruri olduğunu bildirmişdir. Polis əməkdaşı ondan həmin şəxsin üzərinə keçiriləcək şəxsi axtarış prosesində iştirak etməsini xahiş etmişdir. O da cinayətə qarşı mübarizə aparılmasının tərəfdarı olduğu üçün həmin prosesdə iştirak etmək qərarına gəlmiş, polis əməkdaşı ilə birlikdə BMCMİ-nin inzibati binasında yerləşən xidməti otaqlardan birinə gəlmişdir. Ona əvvəllər tanımadığı və birinci dəfə polis şöbəsində gördüyü Təqsirləndirilən şəxs2 təqdim edilmiş və həmin şəxsin üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O da buna etiraz etmədiyini bildirmişdir. Bundan sonra ona hüquq və vəzifələri izah edilmiş, daha sonra onun, müdafiəçilər və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmaması, olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs2 üzərində hər hansı əşyanın olmadığını, amma sağ əlində saxladığı sarı rəngli sellofan bağlamada “nəşə” olduğunu bildirmiş və həmin bağlamanı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi sarı rəngli sellofan bağlamaya iştirakçıların şahidliyi ilə baxış keçirildikdə içərisində yaşıl rəngli “nəşə” olması müşahidə olunmuşdur. Daha sonra təhqiqatçı ona eyni cinsdən olduqlarına görə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparmağını xahiş etmişdir. O Təqsirləndirilən şəxs2 üstbaşını yoxlamış, lakin onun üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra onun sağ əlində saxladığı 01 ədəd sellofan bağlamada olan “nəşə” sübut əhəmiyyətinə malik olduğundan polis əməkdaşı tərəfindən aşkar olunduğu sarı rəngli sellofan bağlamada qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzlanmışdır. Bundan sonra Tərlanın üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Bundan sonra ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Tərlan üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirmiş, əynində olan şalvarının cibindən 01 ədəd mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Tərlanın üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Tərlanın mobil telefonu əhəmiyyət kəsb etdiyindən polis əməkdaşı tərəfindən götürülmüşdür. Həmçinin Tərlana bədənində xəsarət olub-olmaması barədə məlumat verməsi təklif edildikdə, o, sol ayağının diz nahiyəsində və sol kürəyinin üst tərəfində olan sıyrıqları göstərib bildirmişdir ki, həmin sıyrıqlar polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərkən qaçmağa cəhd edib ayağı büdrəyərək yerə yıxıldığı zaman yaranmışdır. Polis əməkdaşı Tərlandan tibbi yardıma ehtiyyacının olub-olmadığını soruşduqda Tərlan ehtiyac olmadığını, yaxşı olduğunu bildirmişdir. Şifahi sorğu zamanı Aygün əlində saxladığı 01 ədəd sarı rəngli sellofan bağlamadan aşkar edilmiş həmin narkotik olan “nəşə”ni Tərlanın istəyi ilə götürdüyünü, Tərlanın onu Yasamal rayonu ərazisinə apardığını və bağlama götürməli olduğunu dediyini, həmin bağlamanın içərisində əvvəlcədən “nəşə” olmasını bildiyini, həmin bağlamanı götürdüyü Yasamal rayonu ərazisində yerləşən ünvana Tərlan və Zöhrab adlı şəxslə birlikdə getdiyini, bağlamanı götürmək üçün Tərlanla birlikdə avtomobildən düşdüyünü, bağlamanı götürdükdən sonra isə polis əməkdaşlarının yaxınlaşdığını görüb Zöhrabın dərhal oradan uzaqlaşdığını bildirmişdir. Şifahi sorğu zamanı Tərlan Aygünü özünün dəvət etdiyini, həmin içərisində “nəşə” olan bağlamanı götürməyə gedən zaman yanlarında Zöhrab adlı şəxsin olduğunu, həmin bağlamanı götürməsini Zöhrabın Tərlandan xahiş etdiyini, bağlamanı götürdükləri zaman Zöhrabın maşında gözlədiyini, daha sonra isə qaçıb getdiyini, bağlamanı götürməyə getdiklərində götürəcəyi bağlamanın içərisində “nəşə” olmasını bildiyini, Aygünlə xeyli müddətdir ki, tanıdış olduqlarını bildirmişdir. Həmçinin özünün də “nəşə” adlı narkotikdən istifadə etdiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Proses başa çatdıqdan sonra o polis şöbəsindən çıxıb getmişdir. Əvvəllər Təqsirləndirilən şəxs1ı və Təqsirləndirilən şəxs2 tanımamış və münasibəti olmamışdır. Şəxsi axtarış zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı hər hansı formada fiziki və ya psixoloji təsir olmamışdır. (cild 1 iş vərəqi 204-206) Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, ilk dəfə idi ki, belə bir istintaq hərəkətində iştirak etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadə verərək bildirmişdir ki, 2024-cü ilin iyul ayının 23-də Bakı şəhər Yasamal rayonu ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində hər iki şəxs tərəflərindən saxlanılmışdır. Daha sonra şəxslər Baş İdarəyə gətirilmiş, videoçəkiliş vasitəsilə müdafiəçilərin iştirakları ilə üzərilərinə şəxsi axtarış keçirilmiş,şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində olan sellofan torbanın içində marixuana aşkar edilmiş, Təqsirləndirilən şəxs2 bu torbanı Təqsirləndirilən şəxs1 istəyi ilə götürdüyünü bildirmişdir. Onlar bu şəxsləri saxlayan zaman hadisə yerində başqa bir nəfər də olmuş, həmin şəxs BMW markalı avtomobillə hadisə yerindən uzaqlaşmış, sonradan isə saxlanılaraq məsuliyyətə cəlb edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, əməliyyat qrupunda 4 nəfər olmuşlar. Əməliyyat məlumatı ona daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı Tərlan və Aygün barəsində birgə məlumat olmuş, narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi barədə idi. Şəxsləri axşam saatlarında saxlamışlar. Hadisə yerindən BMW markalı avtomobillə uzaqlaşan şəxsi tanımamış, sonradan Təqsirləndirilən şəxs1 onun Zöhrab adlı şəxs olduğunu bildirmişdir. Tərlan və Aygün saxlanılan zaman hər ikisi bir yerdə olmuşdur. Saxlayan zaman Tərlan qaçmağa cəhd etmişdir. Narkotik vasitələr Təqsirləndirilən şəxs2 əlində olmuşdur. Təqsirləndirilən şəxs1 qaçmağa cəhd edən zaman tərəflərindən saxlanılmış, daha sonra isə müqavimət göstərməmişdir. Tərəflərindən şəxslərə qarşı heç bir fiziki və psixi təsir olmamışdır. X43 saat 23-00 radələrində saxlamışlar. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı xüsusi rütbəsini daşıyır. 23 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil oldu. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün onun tərəfindən qərar qəbul edilmiş, həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış, qrupa Baş İdarənin əməliyyat müvəkkilləri X21, X22, X30 və o daxil edilmişlər. 23 iyul 2024-cü il tarixdə saat 22:30 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ünvan 11 ünvanına Tərlanın idarə etdiyi “BMW” markalı, **-KN-*** qeydiyyat nişanlı avtomobillə gələcəyi müəyyən edilmiş, bunun üçün qrup üzvləri birlikdə həmin ünvana getmiş, saat 22:20-də eyni ünvanda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oxşar iki nəfər şəxsin avtomobildən bir qədər kənarda olduğunu, avtomobilin içərisində tanımadığı üçüncü bir şəxsin əyləşdiyini müşahidə etmişlər. Həmin vaxt polis əməkdaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxslərin də özlərini təqdim etməsini xahiş etmişlər. Şahid1 ifadəsində onlara yaxınlaşan kimi Təqsirləndirilən şəxs1 avtomobilində əyləşmiş həmin vaxt tanımadıqları üçüncü şəxsin “BMW” markalı, **-KN-*** qeydiyyat nişanlı avtomobilin mühərrikini işə salaraq hadisə yerindən qaçdığını, daha sonra tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin şəxsiyyətinin müəyyən olunaraq 1986-cı il təvəllüdlü, Bakı şəhəri, Yasamal rayon sakini X6 olduğu müəyyən edilmişdir. Onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında cinayətkar razılaşmanın olduğu, belə ki, hadisə yerinə gəlməzdən əvvəl onların öz aralarındakı razılaşmaya əsasən Zöhrab Əbdülqəlimovun avtomobildə gözləyəcəyi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın götürəcəyi müəyyən edilmişdir. Şahid1 ifadəsində hazırda cinayətkar qrupun üçüncü şəxsi olan X1 istiqamətində tərəflərindən əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyini, müsbət nəticə əldə olunduğu halda əlavə məlumatın veriləcəyini bildirmişdir. Hadisə yerində saxlanılmış şəxslər isə özlərini təqdim edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqlarını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barələrində qəbul edilmiş qərarla tanış etmiş və onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmiş, onlar da etiraz etmədən polis əməkdaşları ilə Baş İdarəyə gəlmiş, Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilmiş və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs2 təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində hər hansı əşyanın olmadığını, amma sağ əli ilə saxladığı sarı rəngli sellofan bağlamada "nəşə" olduğunu bildirmiş və həmin bağlamanı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin büküm iştirakçıların şahidliyi ilə açıldıqda ot formalı, yaşıl rəngli, xüsusi spesifik iyə malik olan, narkotik vasitə olan marixuanaya bənzər maddə aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən onun üzərindən digər əşya və predmetlər aşkar edilməmiş, bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə təhqiqatçı tərəfindən qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 əlində saxladığı 01 ədəd sarı rəngli sellofan bağlamadan aşkar edilmiş həmin narkotik olan "nəşəmi Təqsirləndirilən şəxs1 istəyi ilə götürdüyünü, Tərlanın onu Yasamal rayonu ərazisinə apardığını və bağlama götürməli olduğunu dediyini, həmin bağlamanın içərisində əvvəlcədən "nəşə" olmasını bildiyini, həmin bağlamanı götürdüyü Yasamal rayonu ərazisində yerləşən ünvana Tərlan və Zöhrab adlı şəxslə birlikdə getdiyini, bağlamanı götürmək üçün Tərlanla birlikdə avtomobildən düşdüyünü, bağlamanı götürdükdən sonra isə polis əməkdaşlarının yaxınlaşdığını görüb Zöhrabın dərhal oradan uzaqlaşdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib, əynində olan şalvarının cibindən 01 ədəd mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 mobil telefonu sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs1 bədənində xəsarət olub-olmaması barədə məlumat verməsi təklif edildikdə, o, sol ayağının diz nahiyəsində və sol kürəyinin üst tərəfində olan sıyrıqları göstərib həmin sıyrıqlann polis əməkdaşlarının onlara yaxınlaşıb özlərini təqdim edərkən qaçmağa cəhd edib ayağı büdrəyərək yerə yıxıldığı zaman yarandığını bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs1 tibbi yardıma ehtiyacının olub-olmadığını soruşduqda Tərlan ehtiyac olmadığını və özünü normal hiss etdiyini bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 Aygünü özünün dəvət etdiyini, həmin içərisində "nəşə" olan bağlamanı götürməyə gedən zaman yanlarında Zöhrab adlı şəxsin olduğunu, həmin bağlamanı götürməsini Zöhrabın Tərlandan xahiş etdiyini, bağlamanı götürdükləri zaman Zöhrabın maşında gözlədiyini, daha sonra isə qaçıb getdiyini, bağlamanı götürməyə getdiklərində götürəcəyi bağlamanın içərisində "nəşə" olmasını bildiyini, Aygünlə xeyli müddətdir ki, tanıdış olduqlarını bildirdi. Həmçinin özünün də "nəşə" adlı narkotikdən ilə bağlı protokol tərtib olunmuş və düzgün tərtib olunduğundan bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında X3 Bakı Ağır Cinayətlər Məhkəməsinin1(101)-1119/2025 saylı, 09 iyul 2025-ci il tarixli hökmündə verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində, həmçinin proses iştirakçılarının suallarına cavab olaraq göstərdi ki, o, qonşusu Təqsirləndirilən şəxs1 maşını istəmiş, Tərlan isə ona əvvəlcə onları otelə aparmasını, daha sonra maşını götürməsini təklif etmiş, o da, Tərlanla razılaşmışdır. Otelə gedənə qədər avtomobili Tərlan idarə etmiş, otelə çatanda Tərlanla Aygün maşından düşmüşlər. Onlar getdikdən sonra, o, sükan arxasına keçmiş və maşını sürüb oradan getmişdir. O, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Aygünü də narkotik vasitə istifadəçisi kimi əvvəlcədən tanımışdır. Tərlanla Aygün maşından düşüb narkotik vasitəni götürməyə getmişlər. O, Tərlanla Aygünün narkotik vasitəni götürdüklərini və polislər tərəfindən saxlanıldıqlarını görməmişdir. Ona maşın lazım olduğu üçün Tərlanın yanına getmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 24 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (cild 1, iş vərəqə 1-2) 24 iyul 2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən “Aygün” və “Tərlan” adlı şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək saxlamaları və daşımaları barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 5) 23 iyul 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan və “əməliyyat qrupunun yaradılması barədə” əmrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməklə yaxalanmasından ötrü DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsində əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 6-9) 23 iyul 2024-cü il tarixli raportdan görünür ki, həmin gün saat 22:20 dəqiqədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduqları yer müəyyən edilərək ünvan 5 ünvanın yaxınlığında, olduqları zaman saxlanılmış, əməkdaşlar həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edən zaman Təqsirləndirilən şəxs1 qaçmağa cəhd etmiş və ayağı büdrəyərək yıxılıb sol ayağının diz nahiyəsindən və sol kürək nahiyəsinin üst hissəsindən xəsarətlər almış, saxlanılarkən üstlərinə şəxsi axtarış aparılmasına yerində şərait olmadığı üçün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə bağlı prosesual hərəkətlərin aparılmasından ötrü onlar müşayiət altında saxlanıldıqları yerdən Təqsirləndirilən şəxs2 əlində saxladığı sellofan bağlama ilə birlikdə Baş İdarəyə gətirilmişlər. (Cild 1, iş vərəqə 10) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə, saat 23:28-də şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən, saat 22:20-dən tutulmuş hesab edilmişdir. (Cild 1, iş vərəqə 18-19) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə, saat 00:05-də şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən, saat 22:20-dən tutulmuş hesab edilmişdir. (Cild 1, iş vərəqə 34-35) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 24 iyul 2024-cü il tarixli qərar və protokoldan görünür ki, BMCMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 23 iyul 2024-cü il tarixdə saat 22:20-də ünvan 5 ünvanının yaxınlığında saxlanılaraq BMCMİ-nə gətirilmişlər və orada şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs2 buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üstündə hər hansı əşya və ya predmet olmadığını, lakin hər iki əli ilə saxladığı sarı rəngli sellofan bağlamanın içərisində "nəşə" adı ilə tanıdığı kütlənin olmasını bildirdi və həmin bağlamanı təqdim etmiş, Təqsirləndirilən şəxs2 təqdim etdiyi sarı rəngli sellofan bağlamaya iştirakçıların şahidliyi ilə baxış keçirildikdə içərisində yaşıl rəngli, ot şəkilli, xüsusi spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müşahidə olunmuş, şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 üstündən digər əşya və predmetler aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 əlləri ilə saxladığı 01 ədəd sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə cinayət təqibi üzrə sübut ehemiyyətinə malik olduğundan tərəfimdən aşkar olunduğu sarı rengli sellofan bağlamada qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs1 buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib, əynində olan açıq göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd "Samsung" markalı mobil telefonunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 üstündən digər əşya və predmetlər aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üstündən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, həmçinin Təqsirləndirilən şəxs1 bədənində xəsarət olub-olmaması barədə məlumat verməsi təklif edildikdə, o, sol ayağının diz nahiyəsində və sol kürəyinin üst tərəfində olan sıyrıqları göstərib bildirdi ki, həmin sıyrıqlar polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərkən qaçmağa cəhd edib ayağı büdrəyərək yerə yıxıldığı zaman yaranmışdır. Təqsirləndirilən şəxs1 tibbi yardıma ehtiyacının olmadığını bildirmişdir.Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs2 əlində saxladığı 01 ədəd sarı rəngli sellofan bağlamadan aşkar edilmiş həmin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləni Təqsirləndirilən şəxs1 istəyi ilə götürdüyünü, Təqsirləndirilən şəxs1 onu Yasamal rayonu ərazisinə apardığını və ona bağlama götürməli olduğunu dediyini, həmin bağlamanın içərisində əvvəlcədən “nəşə” adı ilə tanıdığı kütlənin olmasını bildiyini, həmin bağlamanı götürdüyü Yasamal rayonu ərazisində yerləşən ünvana Təqsirləndirilən şəxs1 və digər bir tanımadığı şəxslə birlikdə getdiyini, bağlamanı götürmək üçün Təqsirləndirilən şəxs1la birlikdə avtomobildən düşdüyünü, bağlamanı götürdükdən sonra isə özü və Təqsirləndirilən şəxs1 polis əməkdaşlarının yaxınlaşdığını görüb həmin tanımadığı digər şəxsin dərhal oradan qaçdığını bildirdi. Təqsirləndirilən şəxs1 təxminən 3-4 ildir ki tanıdığını, həmin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləni heç bir şəxsə satmadığını, satmaq niyyətinin olmadığını, pay və ya hədiyyə vermədiyini bildirdi. Həmçinin Təqsirləndirilən şəxs2 özünün də “nəşə” adı ilə tanıdığı narkotik vasitədən istifadə etdiyini bildirdi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 dediklərini təsdiq edərək Təqsirləndirilən şəxs2 özünün dəvət etdiyini, həmin içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan bağlamanı götürməyə gedən zaman yanlarında “Zöhrab” adlı tanışının olduğunu, həmin bağlamanı götürməsini “Zöhrab” adlı şəxsin ona bildirdiyini, lakin bağlamanı götürdükləri zaman “Zöhrab” adlı şəxsin maşında gözlədiyini, daha sonra isə qaçıb getdiyini, bağlamanı götürməyə getdikdə isə götürəcəyi bağlamanın içərisində "nəşə" adı ilə tanıdığı kütlənin olmasını bildiyini, Təqsirləndirilən şəxs2 ilə xeyli müddətdir ki, bir-birilərini tanıdıqlarını bildirdi. Həmçinin özünün də “nəşə” adı ilə tanıdığı narkotik vasitədən istifadə etdiyini bildirdi. (Cild 1, iş vərəqə 42-47) 24 iyul 2024-cü il tarixli 7/1198 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs2... 01 ədəd bağlamada...” yazıları və imzalar olan sarı rəngli polietilen bağlamadakı 01 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi - 20200 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. QEYD: Marixuananın təmiz çəkisi: 20200 qram, tədqiqata sərf edildi - 0,2 qram, qalıq - 20199,8 qram. (Cild 1, iş vərəqə 67-70) Üzləşdirmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 Knyaz qızı istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqə 99-102) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 103-105) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 128-130) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(005)- 955/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 23 iyul 2024-cü il tarixdə, saat 22:20-dən hesablanmışdır. (Cild 1, iş vərəqə 171-175) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(005)- 954/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 23 iyul 2024-cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 176-180) “Maddi sübut hesab edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş qalıq çəkisi 20199,8 qram olan narkotik vasitə qurudulmuş marixuana sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqə 181-182) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 5(005)- 1918/2024 saylı qərarından görünür ki, əməliyyat-axtarış tədbirlərinin aparılması barədə DİN BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin Baş İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 23 iyul 2024-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. (Cild 1, iş vərəqə 207) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli 9705 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 215) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli 9744 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 217) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X6 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (Cild 1, iş vərəqə 219- 220) “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs X3 barəsində axtarış elan edilmişdir. (Cild 1, iş vərəqə 221-222) “Mobil telefona baxış keçirilməsi haqqında” 17 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş “Samsung” markalı mobil telefona baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 tərəfindən adı “İsi Gold” deyə qeyd edilmiş ***-***- **-** mobil telefon nömrəsinə “WhatsApp” mobil tətbiqində cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edəcək aşağıdakı məzmunda səsli mesajların göndərilməsi müəyyən edilmişdir: 1) “Daşa getmək üçün pul-para lazımdır. İkincisi də ki, uzaqdır, siz tərəflərə atırlar... Pul atım onlara, onlar yeri desinlər mənə, mən gedim, götürüm, gəlim...”, “Gəlim onları götürüm səndən, aparım verim, başa düşdün? Ola bilər şəhərdə tapdım da... Prospektdə tapsam oradan götürüb gəlib dəyərəm sənə, sonra bir də qayıdaram, başa düşdün? Amma belənçinə çıxsam Sabunçu, Zabrat, Suraxanıya atırlar. Ora gedib çıxsam, 4-5 saatım gedəcək. Günün günorta çağıdır özü də, qorxa-qorxa, ürkə-ürkə, başa düşdün? Mənə hə, yox deyərsən işimi bilim də. Burdan çıxıb sənin yanına dəyib verərdim onları, bəlkə şəhərdə dvijeniya elədim. Şəhərdə 1-2 dənə ümid yerim var da” 2) “Şəhərdə dvijeniya eləsəm, qayıdacam da. O yana qalsa, saat 8-dən sonra gedib dəyəcəm ora. İndidən deyim. Çünki bu vaxt basabas olur. Həm yol boşalsın, həm də qaranlıq düşsün ki, gedim rahat götürə bilim də, günün günorta çağında gedib götürmək olmur, başa düşdün? Amma şəhərdə 80 faiz tapacam, tapsam qayıdacam yanma, tapmasam gedib pulu verərəm, hava qaralsın, sonra gedib götürərəm” 3) “Bilmirəm e qaqaş mən də onunla getməliyəm, bir yerdə gedəcəyik, gözləyirəm gəlsin... Ramanıya gedəcəyik temanın dalınca” 4) “Ay qaqaş mən ramanaya getməliyəm. Götürməyə uşaq var onun dvijeniyası var axşam saat 7-də gedib götürəcək yığdı mənə dedi ki, gedək bir yerdə götürək. Maşını yoxdur. Qalmışam belə. Bilmirəm necə eləyim. Sən pulu at mənə. Bir şey eləyəcəm” 5) “Allaha and ola aeroport yolundan dala qayıtmışam, gedirdik, bu yığıb dedi ki, Yasamala qoyacam,ona görə qaldı. Havanın yəqin qaralmağın gözləyirlər, görüm necə olur*' 6) “Ay brat axşama qaldı sən öl. Nə bilim atmadılar dedilər axşama qaldı” 7) “Öz kanalım da yoxdur ki, ətağa yoxsa gedib oradan götürəcəkdim” Bundan başqa adı “T.Fuad” deyə qeyd edilmiş ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə "WhatsApp” mobil tətbiqində cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edəcək “Nəsə olsa, qaqaş məndə də 10 cyk varımdı xəbər edərsən” deyə mesajın göndərilməsi, cavab olaraq Təqsirləndirilən şəxs1 tərəfindən “Yoxdu qaqaş, olsa deyəcəm sənə, narahat olma” məzmununda mesajın göndərilməsi, daha sonra T.Fuad tərəfindən “Qaqaş mən 10 cuk dvijeniya elədim 1 saata olacaq. Cahidlə hərəkət elədim də. Xəbər edəcəm sənə, yarısını da verə bilərəm sənə, birlikdə də çəkə bilərik" deyə mesajların göndərilməsi müəyyən edilmişdir. Bundan başqa adı “liiii” deyə qeyd edilmiş İran İslam Respublikasına məxsus +98- 939- 454-9038 mobil telefon nömrəsinə Təqsirləndirilən şəxs1 istifadəsində olan 055-495-26- 26 mobil telefon nömrəsindən “WhatsApp” mobil tətbiqində cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edəcək “Yaxşı, baba, yaxşı. Səbirli ol, deyim”, “Dedim, baba, dedim, yığacaq sənə, dedim" və “Dəyməz, ay baba, dəyməz, O nə deməkdir, xoşdur, qulluğundayam" deyə səsli mesajların göndərilməsi müəyyən edilmişdir. Bundan başqa cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq axtarışa verilmiş X3 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında sonuncunun polis əməkdaşları tərəfindən saxlanıldığı 23 iyul 2024-cü il tarixdə “WhatsApp” mobil tətbiqində cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edəcək aşağıdakı məzmunda mesajlaşmaların aparılması müəyyən edilmişdir: Təqsirləndirilən şəxs1: Ay qaqaş sən saat dəqiq nə vaxt gedəcəksən ora? Zohrab Əbdülqəlimov: 6 uzağı 7 Təqsirləndirilən şəxs1: Ok, gələrəm bir yerdə gedərik onda. Məhləyə girmərəm yer deyərsən oradan götürərəm səni gedərik Zöhrab Əbdülqəlimov.Hə, əla mən də gedirdim uje “rent a car”-a, gəl gedək, saat neçədə gələrsən? Təqsirləndirilən şəxs1: 6-da işdən çıxacam. Yəqin ki, 7-ə kimi çataram prospektə, bəlkə tez çatdım. Zəngləşərik, mən işdən çıxanda zəng edəcəm sənə. Zöhrab Əbdülqəlimov: Ok, ata çalış 7-nin yarısı görüşək uje. Təqsirləndirilən şəxs1: Yaxşı qaqaş yaxşı. Mən çıxdım işdən, gəlib çataram o vaxt. Prosto məhləyə girməyəcəm də, qırağa çıxarsan, götürüm səni, gedərik. Zöhrab Əbdülqəlimov: Yaxşı, qaqaş, yaxşı. Təqsirləndirilən şəxs1: Hara çıxacaqsan? Ora gəlim gözləyim səni. Zöhrab Əbdülqəlimov: Hara istəyirsən, gəl Köhnə Baharın yanına Təqsirləndirilən şəxs1: Ok, çıx gəl mən çatıram ora. Təqsirləndirilən şəxs1: Ay qaqaş, səni axtarır, zəng elə ona, mənə deyir gəlib ünvan get götür, əgər şeydirsə denən birdəfəlik konumu mənə atsın da. Zöhrab Əbdülqəlimov: Saxladım qaqaş, gəl-gəl gedək. X2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə canlı məkanın koordinatlarının və götürəcəkləri narkotik vasitənin fotogörüntülərinin göndərilməsi müəyyən edilmişdir. (Cild 1 iş vərəqi 224-230) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (Cild 2, iş vərəqə 1-2) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamə və Şirvan şəhər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Şirvan şəhər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzasından 02 (iki) gün çıxılmış və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən himayəsində olan 09 iyul 2015-ci il təvəllüdlü uşağın on dörd yaşına çatanadək cəzasının çəkilməsi təxirə salınmışdır. (Cild 2, iş vərəqə 3-4; 35-40) 27 avqust 2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə etmələri müəyyən edilmişdir. (cild 2, iş vərəqə 5) Qaradağ Rayon İcra hakimiyyəti başçısının Lökbatan qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 2, iş vərəqə 7) Qaradağ Rayon İcra hakimiyyəti başçısının Lökbatan qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 həqiqətən Lökbatan qəsəbəsi, 3-cü massiv, ev 165 ünvanda yaşayır və Təqsirləndirilən şəxs2 atası X7, anası X4, oğlu X16 və qızı X5 ibarət tərkibdə ailə üzvləri vardır. (cild 2, iş vərəqə 8) Yasamal Rayon İcra hakimiyyətindən daxil olmuş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanında qeydiyyatdadır, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur, Təqsirləndirilən şəxs1 arvadı X17, oğlu X23, qızı X18 və qızı X14 ibarət tərkibdə ailə üzvləri vardır. (cild 2, iş vərəqə 9-10) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" MMC-dən daxil olmuş CD diskdə olan məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə müxtəlif nömrələr arasında cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edə biləcək aşağıdakı məzmunda SMS yazışmasının olduğu müəyyən edilmişdir: xx.xx.2024 00:20:49 **********26 **********44 Ay brat 2 dene gotur gelde xirdalan eleye bilersen evdeyem danisa bilmirem bura haqesab eleyerik amma tez bazar lazimdi. xx.xx.2024 00:26:53 **********33 **********26 Brat menam elidi pulu at kartima gotrub galim.**********511326. 1 ri 60 man (cild 2, iş vərəqə 32-34) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X27 daxil olmuş 24 iyul 2024-cü il tarixli 5043 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 2, iş vərəqə 41-42) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X27 daxil olmuş 24 iyul 2024-cü il tarixli 5042 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 2, iş vərəqə 43-44) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X27 daxil olmuş 07 avqust 2024-cü il tarixli 2574/K nömrəli məhkəməkimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “kannabinoid” və fenilalkilamin qrupuna aid olan “amfetamin” və “metamfetamin” aşkar edilmişdir. (cild 2, iş vərəqə 45-48) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X27 daxil olmuş 23 avqust 2024-cü il tarixli 407/MEŞ nömrəli məhkəmətibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 23-xx.xx.2024-cü il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 bədən səthində aşkar edilmiş hər iki saidin çapıqları müayinədən təxminən 1-1.5 ildən artıq müddətdə əmələ gəlmişdirlər, atrofiya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izi olduqları üçün onların əmələ gəlmə mexanizmi, xarakteri, sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün olmamışdır. (cild 2, iş vərəqə 49-52) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X27 daxil olmuş 23 avqust 2024-cü il tarixli 406/MEŞ nömrəli məhkəmətibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər-sol bazu oynağı, sol dirsək oynağı, sol diz oynağı və sol baldır nahiyələrinin sıyrıqları bərk küt əşyanın(əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, həm ümumilikdə, həm ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmamışdır. Təqsirləndirilən şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən sərbəst yıxılma, bədənin müvafiq nahiyələrinin küt əşyalara çırpılması və ya həmin nahiyələrə küt əşyaların dəyməsi nəticəsində yarana bilərdilər; dəqiq olaraq hansı şəraitdə yaranmaları hüquqi müstəvidə aydınlaşdırıla bilər. (Cild 2, iş vərəqə 53-56) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X27 daxil olmuş 07 avqust 2024-cü il tarixli 2573/K nömrəli məhkəməkimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik anoloqu olan “heroin” və fenilalkilamin qrupuna aid olan “amfetamin” və “metamfetamin” aşkar edilmişdir. (Cild 2, iş vərəqə 57-60) “Sübutların qiymətləndirilməsi haqqında” 21 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs X15 24 iyul 2024-cü il tarixdə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamın məzmununa əlavə və dəyişiklik edilməklə ona həmin maddə ilə yenidən ittiham elan edilmiş və barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs1 24 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamın məzmununa əlavə və dəyişiklik edilməklə ona həmin maddə ilə yenidən ittiham elan edilmiş və barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, "xxxx" MMC-dən daxil olmuş BKC/LGL-14377/24 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, "xxxx" MMC-dən daxil olmuş BKC/LGL-14376/24 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskin maddi sübut kimi tanınmadan cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs1 götürülmüş “Samsung” markalı mobil telefonun maddi sübut kimi tanınaraq BMCMl-nin X28 Yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CMin 234.4.2-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 234.4.4-cü maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CMin 234.4-1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 narkotik vasitəni təqdim etməsi Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinə əsasən könüllü təhvil vermə kimi qiymətləndirilməmiş, cinayət işinin materiallarından külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın əldə edilmə mənbəyinə və təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmiş- X3 barəsində ayrıca icraata cinayət işi ayrılmış, ********* nömrəli cinayət işi üzrə şəxsi axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş və qalıq çəkisi 20199,8 qram qalmış arkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmışdır. (Cild 2 iş vərəqi 61- 82) “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 21 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 24 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamın məzmununa əlavə və dəyişiklik edilməklə ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. (Cild 2, iş vərəqə 84-86) “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 29 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 24 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamın məzmununa əlavə və dəyişiklik edilməklə ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. (Cild 2, iş vərəqə 110-112) “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 29 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş külli miqdarda narkotik vasitənin əldə edilmə mənbəyinə və təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmiş-X3 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. (Cild 2, iş vərəqə 142-143) Üzləşdirmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı şahid qismində dindirilmiş BMCMİnin əməkdaşı Şahid1 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişdir.(Cild 2, iş vərəqə 147-151) Üzləşdirmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı şahid qismində dindirilmiş BMCMİnin əməkdaşı X30 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişdir.(Cild 2, iş vərəqə 152-156) “Cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, DİN BMCMİ-də Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin ibtidai istintaq müddəti 01 ay-05 ayadək, yəni 24 dekabr 2024-cü il tarixədək uzadılmışdır.(Cild 2, iş vərəqə 160-161) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(005)- 1332/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 01 ay, yəni 23 dekabr 2024-cü il tarixədək uzadılmışdır. (Cild 2, İş vərəqə 173-177) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(005)-1331/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 01 ay, yəni 23 dekabr 2024-cü il tarixədək uzadılmışdır. (Cild 2, İş vərəqə 178-182) Üzləşdirmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişdir.(Cild 2, iş vərəqə 183-187) Üzləşdirmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı şahid qismində dindirilmiş BMCMİnin əməkdaşı X21 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişdir.(Cild 2, iş vərəqə 188-192) Üzləşdirmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı şahid qismində dindirilmiş BMCMİnin əməkdaşı X22 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişdir.(Cild 2, iş vərəqə 193-197) “Cinayət işinin başlanılmasının hissəvi rədd edilməsi və materialın istintaq aidiyyatı üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun xidməti araşdırmalar idarəsində toplanmış 2378-C-24 nömrəli material üzrə cinayət işinin başlanılması hissəvi rədd olunmuş, Təqsirləndirilən şəxs1 dərəcəsi təyin olunmayan bədən xəsarətlərini hansı şəraitdə və hadisə nəticəsində almasının müəyyən edilməsi üçün daxili işlər orqanları tərəfindən araşdırma aparılmasının təmin edilməsi məqsədilə materialdan ayrılmış material aidiyyəti üzrə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir. (Cild 2, iş vərəqə 198-199) “Sübutların qiymətləndirilməsi haqqında” 28 noyabr 2024-cü il tarixli qərardan görünür ki, 21 oktyabr 2024-cü il tarixli cari iş üzrə qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında qərar nəzərə alınmış, Təqsirləndirilən şəxs1 29 oktyabr 2024-cü il tarixdə elan edilmiş ittiham qüvvədə qalmış və barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən seçilmiş həbsdə saxlama müddətinin 01 ay, 23 dekabr 2024-cü il tarixə qədər uzadılması haqqında qərarı nəzərə alınmış, Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun 28 noyabr 2024-cü tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs1 31 oktyabr və 27 noyabr 2024-cü il tarixdə həyata keçirilmiş üzləşdirmələr zamanı özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək fiziki və psixi təzyiqlərə məruz qaldığını bildirməsi xüsusatı özünümüdafiə kimi qiymətləndirilmiş və rədd edilmişdir. (Cild 2, iş vərəqə 200-201) “Cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, DİN BMCMİ-də Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin ibtidai istintaq müddəti 01 ay-06 ayadək, yəni 24 yanvar 2025-ci il tarixədək uzadılmışdır. (cild 2, iş vərəqə 206-207) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(005)- 1430/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 01 ay, yəni 23 yanvar 2025-ci il tarixədək uzadılmışdır. (cild 2, İş vərəqə 219-223) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(005)-1428/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 01 ay, yəni 23 yanvar 2025-ci il tarixədək uzadılmışdır. (cild 2, İş vərəqə 224-228) Elektron Məhkəmə İnformasiya Sistemindən (AZEMİS) çıxarışdan görünür ki, xx.xx.2013cü ildə anadan olmuş Zeynəb, xx.xx.2016-cı ildə anadan olmuş Nur və Kərim adlı uşaqların atası Təqsirləndirilən şəxs1dur. Elektron Məhkəmə İnformasiya Sistemindən (AZEMİS) çıxarışdan görünür ki, xx.xx.2011ci ildə anadan olmuş Gülşən və xx.xx.2015-ci ildə anadan olmuş Uğur adlı uşaqların anası Təqsirləndirilən şəxs2dır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(101)-1119/2025 saylı hökmündən görünür ki, X6 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 7(5-96)-76/2026 saylı qərardan və qərarın icrası barədə göstərişdən görünür ki, Şirvan şəhər Məhkəməsinin 1(032)-126/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 79.1-ci maddəsinə əsasən himayəsində olan X16 14 yaşına çatanadək hökm üzrə cəzanın çəkilməsi təxirə salınmış Təqsirləndirilən şəxs2 “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.12-ci bəndi tətbiq edilərək, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından azad edilmiş və həmin qərar qanuni qüvvəyə minmişdir. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittiham irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəflərinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmişlər, onlara sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçiləri vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxslər məhkəmə iclaslarında dindirilərkən onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər, həmçinin Təqsirləndirilən şəxs1 ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edildiyini və döyüldüyünü bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onunmüdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə şəxs Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadələrində göstərdikləri həmin xüsusatların araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2025-ci il tarixli 3-16-17/40/2-232/2025 nömrəli məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs1 adına açılmış tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və ilkin tibbi müayinədən keçirilərkən onun adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı sol çiyinin üzərində, sol diz nahiyəsində, sol baldırın ön səthində 5-6 sm ölçüdə sıyrılmış üzəri qərtməkli yaralar aşkar edilmişdir. Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin məhkəmənin sorğu məktubuna verdiyi xx.xx.2025-ci il tarixli, 3-13-6/2-2162/25 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 BMCMİ-nin MSY-yə qəbu edilərkən sol bazu oynağı, sol dirsək oynağı, sol diz oynağı və sol baldır nahiyələrində xəsarət izlərinin olduğu müəyyən edilmiş, istintaq zamanı ifadələrində həmin xəsarətin polis əməkdaşları tərəfindən saxlanılan zaman qaçmaq istəyərkən yerə yıxılaraq aldığını bildirmişdir. Bundan başqa Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin 28 noyabr 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, məhkəmə-tibbi ekspertizasının 23 avqust 2024-cü il tarixli, 406/MEŞ nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər-sol bazu oynağı, sol dirsək oynağı, sol diz oynağı və sol baldır nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, həm ümumilikdə, həm ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmamışdır. Təqsirləndirilən şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən sərbəst yıxılma, bədənin müvafiq nahiyələrinin küt əşyalara çırpılması və ya həmin nahiyələrə küt əşyaların dəyməsi nəticəsində yarana bilərdilər; dəqiq olaraq hansı şəraitdə yaranmaları hüquqi müstəvidə aydınlaşdırıla bilər. Beləliklə, aparılmış araşdırma Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmaması, polis əməkdaşlarının əməllərində Azərbaycan Respublikası CM-nin 293-cü maddəsinin, yəni işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qoyma cinayətinin, yaxud da digər cinayətlərinin tərkib əlamətlərinin olmaması müəyyən edildiyi üçün toplanmış matreial üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi, yəni polis əməkdaşlarının əməllərində cinayət təərkibinin olmaması əsası ilə cinayət işinin başlanılması rədd olunmuş, Səbuhi Abasovun bədənində olan dərəcəsi təyin edilməyən xəsarətlərlə bağlı hissədə əlavə araşdırma aparılmasının təmin edilməsi üçün materialın surəti Daxili İşlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmiş, həmin qərar Təqsirləndirilən şəxs1 göndərilməklə qərardan narazı qaldığı halda şikayət etmək hüququ izah olumuşdur. Bundan başqa cinayət işi üzrə şahid qismində dindirilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılmasında bilavasitə iştirak etmiş BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı tərəflərindən fiziki və psixi təsir və təzyiq olmadığını bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsi zamanı, habelə, barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən saxlanıldığı zaman və ya ondan sonra polis əməkdaşları tərəfindən hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, əksinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilən zaman polis əməkdaşları tərəfindən saxlanılarkən heç bir fiziki şiddət və təzyiqə məruz qalmadığını, üzərində olan xəsarətlərin yıxılması səbəbilə yarandığını bildirmiş, həmçinin, mötəbərliyi şübhə altına alınmayan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin qəbul etdiyi 28 noyabr 2024-cü il tarixli qərarda istinad edilmiş sənədlərə əsasən də Təqsirləndirilən şəxs1 saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun 28 noyabr 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda istinad edilmiş məhkəmə-Tibbi Ekspertizasının 23 avqust 2024-cü il tarixli 406/MEŞ rəyi ilə, həmçinin, BİT-dan daxil olmuş tibbi kitabça ilə müəyyən edilmiş xəsarətlə bağlı məhkəmə qeyd edir ki, şəxsin üzərində hansısa zədə və ya xəsarətlərin olması heç də bütün hallarda ona zor tətbiqini və işgəncə verilməsini ehtiva edə bilməz. Nəzərə alsaq ki, təqsirləndirilən şəxs tutularkən qaçan zaman yıxılmışdır, belə olan halda şəxsin hər hansı zədə (xəsarət) alması istisna edilmir. Həmçinin nəzərə alınmalıdır ki, saxlanılan şəxs tutularkən, nəqliyyat vasitəsinə mindirilərkən, bir yerdən digər yerə daşınarkən, yəni, istənilən möhkəm səthə malik əşyalarla təmasda olarkən bədən səthinin müxtəlif nahiyələrində xırda xəsarətlərin, qançır və sıyrıqların yaranması istisna olunmur. Yəni, narkotik vasitənin aşkar edilməsi ilə bağlı aparılmış ilkin əməliyyat və istintaq tədbirləri cinayətin etiraf edilməsinə məcbur etmə ilə bağlı təqsirləndirilən şəxsə zor göstərilməsini istisna edir. Onu da nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs1 ona polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı aparılmış araşdırmanın nəticəsində mötəbərliyi şübhə altına alınmayan Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən qəbul edilmiş 28 noyabr 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda Təqsirləndirilən şəxs1 həmin qərardan narazı qaldığı halda şikayət etmək hüququ izah olunmasına baxmayaraq o, müdafiə tərəfi olaraq həmin qərardan şikayət verməmiş və qərarı mübahisələndirməmişdir. Həmin qərar hazırda qüvvədədir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı cinayəti etiraf etməsi barədə ifadələrinə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Əvvəla, hadisənin baş verməsi ilə bağlı yuxarıda qeyd olunan hallar təqsirləndirilən şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını tam olaraq təsdiq edir. O cümlədən, şəxsi axtarış və götürmələrin audio-video ilə aparılması, həmin prosesdə təqsirləndirilən şəxslərin cinayət əməllərini etiraf etmələri, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı Təqsirləndirilən şəxs1 özünün şəxsi mobil telefonunda apardığı əməliyyatlar və digər təkzibedilməz sübutlar onların narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edir. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində saxlanılarkən və şübhəli şəxs qismində izahat verərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin döyülməsi barədə, yəni aşkar olunan narkotik vasitənin ona məxsus olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən qoyulması, döyülməsi və psixoloji təsirlər nəticəsində məcburiyyət qarşısında etiraf etməsi ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazlarını bildirməmişdir. Məhkəmə qəbul edir ki, xəsarətlərin aşkar edilməsi halında həmin xəsarətlərin təqsirləndirilən şəxsin dediyi şəraitdə baş verməməsi, yəni cinayəti etiraf etməsi üçün döyülməsi nəticəsində yetirilməməsi halını sübut etmə yükü ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfindən təqdim edilən yuxarıda sadalanan sübutların məcmusu təqsirləndirilən şəxslərin qeyd edilən cinayəti törətməsinə kifayət qədər əsaslar verdiyindən əlavə olaraq təqsirləndirilən şəxslərin cinayəti etiraf etməsi ilə bağlı onlara zor tətbiq olunması məntiqli görünmür. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdə sonradan aşkar edilmiş xəsarətlər cinayəti etiraf etməsi ilə bağlı ona tətbiq olunan zorakılıq hərəkətləri olmaması sübuta yetirilmiş hesab edilməlidir. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, həmin halın sübuta yetirilməsi hazırkı araşdırma predmeti üçün yekun hüquqi qərar qəbul etməyə kifayət edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində olan şəxsi axtarış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd DVD formatlı diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X29 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya- telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Məhkəmə, təqsirləndirilən şəxslərin ittihamı mübahisələndirdikləri hissədəki ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduqları cinayət əməllərini törətmələrini sübuta yetirilmiş hesab edir. Onların öz müdafiələri üçün məhkəmə istintaqı zamanı irəli sürdüklər mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahid ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokol, “mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” protokol, ibtidai istintaq zamanı verilmiş əməliyyat tapşırığına cavab məktubu, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad edilən cinayət əməllərini törətmələrinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinə yekun hüquqi qiymət verərkən məhz onların ibtidai istintaqın ilkin mərhələsində verdikləri etirafedici izahat və ifadələrini əsas götürür. Məhkəmə təqsirləndirilən şəxslərin üzərlərinə şəxsi axtarış keçirilməsi, ibtidai istintaqın ilkin mərhələsində eyniməzmunlu izahat və ifadə vermələrini və təqsirlərini etiraf etmələrini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təmiz çəkisi 20200 (iyirmi min iki yüz) qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilməsi və Təqsirləndirilən şəxs1 mobil telefonunda narkotik vasitələrin dövriyyəsi ilə bağlı smslərin aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Narkotik vasitənin külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində həlledici rol oynamasa da, məhkəmə hazırkı iş üzrə təqsirləndirilən şəxslərdən aşkar edilən narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, əldə etdikləri narkotik vasitəni Təqsirləndirilən şəxs2 üzərində gəzdirməsini, şəxsi axtarış və götürmə zamanı mobil telefonun Təqsirləndirilən şəxs1 üzərindən çıxmasını, Təqsirləndirilən şəxs1 mobil telefonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı smslərin - olmasını və bu kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdırlar. 27 avqust 2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə etmələri müəyyən edilmişdir. (cild 2, iş vərəqə 5) Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli mobil telefon aparatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş "Samsung” markalı mobil telefona baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 tərəfindən adı “İsi Gold” deyə qeyd edilmiş ***-***-**-** mobil telefon nömrəsinə “WhatsApp” mobil tətbiqində cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edəcək aşağıdakı məzmunda səsli mesajların göndərilməsi müəyyən edilmişdir: 1) “Daşa getmək üçün pul-para lazımdır. İkincisi də ki, uzaqdır, siz tərəflərə atırlar... Pul atım onlara, onlar yeri desinlər mənə, mən gedim, götürüm, gəlim...”, “Gəlim onları götürüm səndən, aparım verim, başa düşdün? Ola bilər şəhərdə tapdım da... Prospektdə tapsam oradan götürüb gəlib dəyərəm sənə, sonra bir də qayıdaram, başa düşdün? Amma belənçinə çıxsam Sabunçu, Zabrat, Suraxanıya atırlar. Ora gedib çıxsam, 4-5 saatım gedəcək. Günün günorta çağıdır özü də, qorxaqorxa, ürkə-ürkə, başa düşdün? Mənə hə, yox deyərsən işimi bilim də. Burdan çıxıb sənin yanına dəyib verərdim onları, bəlkə şəhərdə dvijeniya elədim. Şəhərdə 1-2 dənə ümid yerim var da” 2) “Şəhərdə dvijeniya eləsəm, qayıdacam da. O yana qalsa, saat 8-dən sonra gedib dəyəcəm ora. İndidən deyim. Çünki bu vaxt basabas olur. Həm yol boşalsın, həm də qaranlıq düşsün ki, gedim rahat götürə bilim də, günün günorta çağında gedib götürmək olmur, başa düşdün? Amma şəhərdə 80 faiz tapacam, tapsam qayıdacam yanma, tapmasam gedib pulu verərəm, hava qaralsın, sonra gedib götürərəm” 3) “Bilmirəm e qaqaş mən də onunla getməliyəm, bir yerdə gedəcəyik, gözləyirəm gəlsin... Ramanıya gedəcəyik temanın dalınca” 4) “Ay qaqaş mən ramanaya getməliyəm. Götürməyə uşaq var onun dvijeniyası var axşam saat 7-də gedib götürəcək yığdı mənə dedi ki, gedək bir yerdə götürək. Maşını yoxdur. Qalmışam belə. Bilmirəm necə eləyim. Sən pulu at mənə. Bir şey eləyəcəm” 5) “Allaha and ola aeroport yolundan dala qayıtmışam, gedirdik, bu yığıb dedi ki, Yasamala qoyacam,ona görə qaldı. Havanın yəqin qaralmağın gözləyirlər, görüm necə olur*' 6) “Ay brat axşama qaldı sən öl. Nə bilim atmadılar dedilər axşama qaldı” 7) “Öz kanalım da yoxdur ki, ətağa yoxsa gedib oradan götürəcəkdim” Bundan başqa adı “İsi Gold” deyə qeyd edilmiş ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə “60m alınar, gedib ora deyib gelesen sora getde işivin dalınca” deyə yazılı mesajın göndərilməsi, bundan sonra Təqsirləndirilən şəxs1 tərəfindən 4169 7388 3231 8533 nömrəli bank kartı hesabının göndərilməsi və qarşı tərəfdən 60 manat pulun elektron qaydada göndərilməsinə dair fotogörüntünün Təqsirləndirilən şəxs1 göndərilməsi müəyyən edilmişdir. Bundan başqa adı “T.Fuad” deyə qeyd edilmiş ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə "WhatsApp” mobil tətbiqində cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edəcək “Nəsə olsa, qaqaş məndə də 10 cyk varımdı xəbər edərsən” deyə mesajın göndərilməsi, cavab olaraq Təqsirləndirilən şəxs1 tərəfindən “Yoxdu qaqaş, olsa deyəcəm sənə, narahat olma” məzmununda mesajın göndərilməsi, daha sonra T.Fuad tərəfindən “Qaqaş mən 10 cuk dvijeniya elədim 1 saata olacaq. Cahidlə hərəkət elədim də. Xəbər edəcəm sənə, yarısını da verə bilərəm sənə, birlikdə də çəkə bilərik" deyə mesajların göndərilməsi müəyyən edilmişdir. Bundan başqa adı “liiii” deyə qeyd edilmiş İran İslam Respublikasına məxsus +98- 939-454-9038 mobil telefon nömrəsinə Təqsirləndirilən şəxs1 istifadəsində olan 055-495- 26- 26 mobil telefon nömrəsindən “WhatsApp” mobil tətbiqində cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edəcək “Yaxşı, baba, yaxşı. Səbirli ol, deyim”, “Dedim, baba, dedim, yığacaq sənə, dedim" və “Dəyməz, ay baba, dəyməz, O nə deməkdir, xoşdur, qulluğundayam" deyə səsli mesajların göndərilməsi müəyyən edilmişdir. Bundan başqa cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq axtarışa verilmiş X3 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında sonuncunun polis əməkdaşları tərəfindən saxlanıldığı 23 iyul 2024-cü il tarixdə “WhatsApp” mobil tətbiqində cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edəcək aşağıdakı məzmunda mesajlaşmaların aparılması müəyyən edilmişdir: Təqsirləndirilən şəxs1: Ay qaqş sən saat dəqiq nə vaxt gedəcəksən ora? Zohrab Əbdülqəlimov: 6 uzağı 7 Təqsirləndirilən şəxs1: Ok, gələrəm bir yerdə gedərik onda. Məhləyə girmərəm yer deyərsən oradan götürərəm səni gedərik Zöhrab Əbdülqəlimov.Hə, əla mən də gedirdim uje “rent a car”-a, gəl gedək, saat neçədə gələrsən? Təqsirləndirilən şəxs1: 6-da işdən çıxacam. Yəqin ki, 7-ə kimi çataram prospektə, bəlkə tez çatdım. Zəngləşərik, mən işdən çıxanda zəng edəcəm sənə. Zöhrab Əbdülqəlimov: Ok, ata çalış 7-nin yarısı görüşək uje. Təqsirləndirilən şəxs1: Yaxşı qaqaş yaxşı. Mən çıxdım işdən, gəlib çataram o vaxt. Prosto məhləyə girməyəcəm də, qırağa çıxarsan, götürüm səni, gedərik. Zöhrab Əbdülqəlimov: Yaxşı, qaqaş, yaxşı. Təqsirləndirilən şəxs1: Hara çıxacaqsan? Ora gəlim gözləyim səni. Zöhrab Əbdülqəlimov: Hara istəyirsən, gəl Köhnə Baharın yanına Təqsirləndirilən şəxs1: Ok, çıx gəl mən çatıram ora. Təqsirləndirilən şəxs1: Ay qaqaş, səni axtarır, zəng elə ona, mənə deyir gəlib ünvan get götür, əgər şeydirsə denən birdəfəlik konumu mənə atsın da. Zöhrab Əbdülqəlimov: Saxladım qaqaş, gəl-gəl gedək. X2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə canlı məkanın koordinatlarının və götürəcəkləri narkotik vasitənin fotogörüntülərinin göndərilməsi müəyyən edilmişdir. (cild 1, iş vərəqə 224-230) Bundan başqa, "xxxx" MMC-dən daxil olmuş CD diskdə olan məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə müxtəlif nömrələr arasında cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edə biləcək aşağıdakı məzmunda SMS yazışmasının olduğu müəyyən edilmişdir: xx.xx.2024 00:20:49 **********26 **********44 “Ay brat 2 dene gotur gelde xirdalan eleye bilersen evdeyem danisa bilmirem bura haqesab eleyerik amma tez bazar lazimdi”. xx.xx.2024 00:26:53 **********33 **********26 “brat menam elidi pulu at kartima gotrub galim”.**********511326. 1 ri 60 man Bundan başqa üzləşdirmə haqqında xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli protokollardan görünür ki, ibtidai istintaq zamanı keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı şahid qismində dindirilmiş BMCMİ-nin əməkdaşları Şahid1, X30, X21 və X22, həmçinin, digər Təqsirləndirilən şəxs2 ibtidai istintaqa vermiş olduğu ifadələrini Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişdirlər.(cild 2, iş vərəqə 147-151) Məhkəmə, aşkar edilmiş narkotik vasitənin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, şəxsi axtarış və götürmə zamanı mobil telefonun təsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 üzərindən çıxmasına, sonuncunun mobil telefonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı smslərin olmasına, əldə etdikləri külli miqdarda narkotik vasitəni Təqsirləndirilən şəxs2 üzərində gəzdirməsinə dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib hüquqi qiymət verərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onların həmin cinayət əməllərini törətmələri və əməli törətməkdə təqsirli olmalarıı tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onların əməlləri başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasına görə, həmin əməlləri törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 himayəsində 03 (üç) azyaşlı uşağının olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 himayəsində 01 (bir) nəfər yetkinlik yaşına çatmayan, 01 (bir) nəfər azyaşlı uşağının olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması iş üzrə cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi olması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Belə ki, DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Şirvan şəhər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzasından 02 (iki) gün çıxılmış və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən himayəsində olan 09 iyul 2015-ci il təvəllüdlü uşağın on dörd yaşına çatanadək cəzasının çəkilməsi təxirə salınmışdır. Həmçinin, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 7(5-96)- 76/2026 saylı qərarı ilə müəyyən edilmişdir ki, Şirvan şəhər Məhkəməsinin 1(032)- 126/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 79.1-ci maddəsinə əsasən himayəsində olan X16 14 yaşına çatanadək hökm üzrə cəzanın çəkilməsi təxirə salınmış Təqsirləndirilən şəxs2 “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.12-ci bəndi tətbiq edilərək, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından azad edilmiş və həmin qərar qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli cinayətlərin təsnifatına görə ağır cinayət hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 sonuncu dəfə az ağır cinayət törətməyə görə məhkum olunmuş və həmin cinayətə münasibətə qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən (məhkumluğu ödənilmədən və ya götürülmədən) yenidən qəsdən ağır cinayət törətmişdir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda, cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan müddəasına görə Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.5-ci maddəsinə əsasən Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı olaraq məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətlərini, onlardan aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs2 isə cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, onlara Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə, saat 23:28-də, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə, saat 00:05-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarları ilə barələrində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hər iki təqsirləndirilən şəxslərin həbsetmələrnin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkmələrinin əvvəli tutulduqları gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin X28 kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra təmiz çəkisi 20199,8 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 1 ədəd «Samsung» markalı mobil telefon Təqsirləndirilən şəxs1 (öz razılığı ilə yaxın qohumlarına) qaytarılmalı, şəxsi axtarış və götürmə aparılması görüntüsünü özündə əks etdirən 01 (bir) ədəd DVD formatlı disk, həmçinin "xxxx" MMC-dən daxil olmuş 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 28-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 160.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 bir nəfər yetkinlik yaşına çatmayan və bir nəfər azyaşlı uşaqları - xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X12 nəzarət və qulluq edilməsinin təşkil olunması barədə yaşadıqları ərazi üzrə qəyyumluq və himayəçilik orqanına (Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasına) göstəriş verilməlidir. Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 28 aprel 2025-ci il tarixədək 18 saat olmaqla, ümumilikdə 63 saat vaxt sərf etmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumlikdə Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 28 aprel 2025-ci il tarixədək 18 saat olmaqla ümumilikdə 63 saat vaxt sərf etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 63 saat hüquqi yardıma görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 üçün 28 aprel 2025-ci il tarixədək hər iş saatına 6 manat, sonrakı vaxt üçün hər iş saatına 11 manat hesab edilməklə, cəmi 603 manat məbləğində pul köçürülməlidir. Bundan başqa, müdafiəçi Bakı Şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 15 saat vaxt sərf etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 15 saat hüquqi yardıma görə Bakı Şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 üçün hər iş saatına 11 manat hesab edilməklə, cəmi 165 (bir yüz altmış beş) manat məbləğində pul köçürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq DİN-nin BMCMİ-nin X28 kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra təmiz çəkisi 20199,8 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 1 ədəd «Samsung» markalı mobil telefon Təqsirləndirilən şəxs1 (öz razılığı ilə yaxın qohumlarına) qaytarılsın, şəxsi axtarış və götürmə aparılması görüntüsünü özündə əks etdirən 01 (bir) ədəd DVD formatlı disk, həmçinin "xxxx" MMC-dən daxil olmuş 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərcləri tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 bir nəfər yetkinlik yaşına çatamayan və bir nəfər azyaşlı uşaqları - xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X12 nəzarət və qulluq edilməsinin təşkil olunması yaşadıqları ərazi üzrə Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasına tapşırılsın. Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 50 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 28 aprel 2025-ci il tarixədək hər iş saatına 6 manat, sonrakı vaxt üçün hər iş saatına 11 manat hesab edilməklə, cəmi 603 (altı yüz üç) manat məbləğində pul köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı Şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 165 (bir yüz altmış beş) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Leyla Əsgərova-Məmmədova Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar