Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-905/2020 14.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 02 saylı vəkil bürosunun vəkili X1, Zərərçəkmiş şəxs ştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs xx xxxx 1980-cı ildə Füzuli rayonu, Noradiz qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli,subay, əvəllər Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə məhkum olunmuş və məkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Horadiz qəsəbəsi, 20 Yanvar küçəsi, ev 4, mənzil 11 ünvanda qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilib, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qeyri-rəsmi ər-arvadı münasibətində olduğu Şahid1 ailə münaqişəsi zəminində bir müddət ayrı yaşadıqdan sonra barışıb yenidən birlikdə yaşadıqlarından ayrı olduqları müddətdə onun dostu Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhərində kirayə tutduqları mənzildə ər-arvad kimi yaşamalarının ona məlum olacağından ehtiyyatlanıb guya Zərərçəkmiş şəxs onu zorlaması barədə ona verdiyi məlumatdan hiddətlənərək qisas almaq məqsədi ilə sonuncunu qəsdən öldürmək qərarına gələrək başqa mənbədən soyuq silah hesab edilməyən cib bıçağı əldə edib üzərində saxlamış və xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs ona zəng edib həmin gün onunla görüşmək istəməsini fürsət bilib Sumqayıt şəhəri, Novxanı bağlar massivində görüşməyə razılıq verib həmin tarixdə də saat 19:00 radələrində Sumqayıt şəhəri, Novxanı bağlar massivinin yol kənarında yerləşən "MURAD" marketin yaxınlığında 2 Aprel küçəsinin yaşayış olmayan nömrəsiz bağ evinin garşısına çatdıqda Zərərçəkmiş şəxs Şahid1 ilə mübahisə etdiyini görüb cinayətkar niyyətini hayata keçirmək üçün üzərində gəzdirdiyi həmin bıçaqla qəsdən Zərərçəkmiş şəxs həyat üçün vacib orqanlarının yerləşdiyi nahiyyələrinə çoxsaylı zərbələr vurub sonuncuya 02 ədəd döş qəfəsinin sol yarısının döş boşluğuna keçən yarası, 01 ədəd qarının qarın boşluğuna keçərək acı bağırsağı zədələyən yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid və döş qəfəsinin ön səthinin döş boşluğuna keçməyən 03 ədəd yarası, alnın sol yarısının 01 ədəd yarası ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarətlər yetirmiş, hadisə yerində olan şəxslərin çağırışı ilə gəlmiş TTYS-nın həkimləri tərəfindən Bakı şəhərində yerləşən 1 saylı X19 çatdırılaraq vaxtında tibbi yardım göstərilməsi səbəbindən həyatı xilas edildiyi üçün, iradəsindən asılı olmayan səbəblərdən cinayətkar əməlini başa çatdıra bilməyərək qəsdən Zərərçəkmiş şəxs öldürməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 2010-cu ildə X7 ilə ailə qurmuş, həmin nikahdan uşaqları olmadığından 2016-cı ildə boşanmışlar. xx xxx 2017-ci il tarixdə Bakı şəhəri Səbail rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsi tətbiq olunmaqla 1500 manat miqdarında cərimə edilib cəzası yüngülləşdirilməklə həbsdən azad edilmiş və son vaxtlar taksi fəaliyyəti ilə məşğul olmuşdur. Həbsdə olarkən orada X18 ilə, daha sonra sonuncunun qardaşı Məhəmmədlə tanış olmuşdur. Həbsdən azad olduqdan sonra Məhəmməd və onun ailəsi ilə münasibət saxlamışdır. Bu arada o, Şahid1 Sahil qızı ilə tanış olmuş, Zərərçəkmiş şəxs ailəsini Nərminəyə elçi göndərib sonuncu ilə xx xxxxxxxx 2018-ci ildə ailə qurub Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi ev 129-da kirayə etdiyi 34 saylı mənzildə yaşamış, bu nikahdan 11 fevral .2019-cu ildə Sevgi adlı qızları olmuşdur.Şahid1 ilə ailə qurduqdan sonra Zərərçəkmiş şəxs onun evinə ailə üzvü kimi sərbəst gəlib-getmişdir. Hadisədən təxminən iki ay əvvəl işdən evə gələrkən Nərminə əsəbi halda demişdir ki, qapıya Məhəmmədin Ruhin və Cavidan adlı dostları gəlib onu soruşaraq onlara borcu olduğunu deyib səs-küy salmaqla ona hədə-qorxu gəlmişlər. O qapıya gələn şəxslərin heç birinə borcunun olmadığını desə də Nərminə dava-dalaş saldığından o, evdən getmişdir. Bundan sonra da o, Nərminənin bütün maddi ehtiyaclarını ödəmişdir. Bir müddətdən sonra Nərminənin ona qarşı münasibəti dəyişmiş, onunla barışmağa cəhd göstərsədə o, bundan imtina edib, yaşadığı ünvanı da dəyişmişdir. Nəhayət Nərminə ilə barışıb onu xx xxxxxx 2020-ci il tarixdə evə qaytarıb olub-keçənləri öz aralarında müzakirə edib ona qarşı olan soyuqluğun səbəbini soruşarkən Nərminə dedi ki, onlar əvvəlki evdə kirayədə yaşayarkən dostu Məhəmməd onlara gəlib onun küsüb evdən getməsindən, tək olduğundan istifadə edib fiziki zor tətbiq edərək onunla cinsi əlaqədə olub onu zorlamış, bundan sonra onu rüsvay edəcəyi ilə hədələyib şantaj etmişdir. Hətta o, başqa ünvana köçüb orada gizlənsə də Məhəmməd onun olduğu ünvanı tapıb ora gələrək onu növbəti dəfə zorlamışdır. Məhəmməd onun dostu olub ona qarşı belə hərəkətlər etdiyi üçün ondan ayrı gəzmişdir. Nərminənin bu sözləri onda Məhəmmədə qarşı qəzəb, nifrət və qisas hissi oyatmış, hadisədən bir neçə gün əvvəl Nərminəni atası Sahibin yaşadığı Sumqayıt şəhəri Novxanı bağlar massivindəki bağ evinə aparıb Məhəmməddən qisas almaq üçün onu izləməyə başlamış və bir müddət əvvəl dükandan aldığı cib bıçağını üzərində gəzdirmişdir. O, xx xxxxxx 2020-ci il tarixdə saat 17:00 radələrində qayınatsıgilə gələrkən Məhəmməd onun mobil telefonuna zəng edib harada olduğunu soruşdu. O da qayınatasıgildə olduğunu dedikdə sonuncu 5-10 dəqiqəyə Novxanıya çatacağını dedi. O da Məhəmmədin Novxanıya qayınatasıgilə gələrsə Nərminə ilə qarşılaşacağını yəqin edib buna imkan verməmək üçün idarə etdiyi «Toyota-prius» markalı Az **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt-Novxanı magistral yolunun kənarında yerləşən «Murad» marketin yaxınlığında onu gözləmişdir. Təxminən 20-30 dəqiqədən sonra Məhəmməd idarə etdiyi «Neksia Ravon» markalı Az **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlib onun yanında dayanmışdır.Onlar avtomobildən düşmədən bir qədər ordan-burdan danışmış, söhbət zamanı X2 atasının bağ evində olduğunu bilmişdir. Məhəmməd ona Nərminənin atasının evinə getmək istədiyini dedi. O da Məhəmmədə, hiss edirəm son zamanlar qayınatamın evinə dadanmısan, xeyirdirmi, demişdir. Məhəmməd isə «xeyirdir»deyib cavab verdi. Söhbətləri və hərəkətləri ilə Məhəmmədə onun qayınatasıgilə getməsinə razı olmadığını hiss etdirsə də sonuncu buna əhəmiyyət verməyib bu dəfə avtomaşınını təmir etmək üçün qayınatasıgilə gedib ondan vintaçan almağı təklif etmiş, o, buna da razı olmadıqda Məhəmməd qayınatasıgilə gedib çay içməyi təklif etmişdir. Məhəmməd bütün təkliflərinin rədd edildiyini görüb Novxanıda məscidin harada yerləşdiyini soruşub qəflətən avtomobili yüksək surətlə idarə edərək «Murad» marketin yaxınlığından keçən kanalın üzərindəki körpünün böyründən bağlap massivinə doğru torpaq yolla hərəkət etməyə başlamışdır. O Məhəmmədin məscidə getdiyini düşünüb qayınatasıgilə qayıdarkən Nərminə zəng edib «həyətə çıxıram, Məhəmməd gəlir,onunla görüşüb hər şeyi bitirəcəm» dedi. O da yoluna davam edib bağ yolunda 2 Aprel küçəsinə çatarkən Məhəmmədin yol kənarında yerləşən yaşayış olmayan bağ evinin hasarının yanında idarə etdiyi avtomobili saxlayıb Nərminəni nəlayiq sözlərlə söyüb yumruq-təpiklə döyərək başını və bədənini divara çırpdığını görmüşdür. O da idarə etdiyi avtomobili saxlayıb yerə düşərək Məhəmmədi vurub Nərminədən ayırmış, bu vaxt Məhəmməd cibindən bıçaq çıxarıb onun üzərinə yeridikdə o üzərində gəzdirdiyi qatlanıbaçılan bıçağı cibindən çıxarıb Məhəmmədi vurmuşdur, lakin ona neçə bıçaq zərbəsi endirdiyini xatırlamır, Nərminə onun Məhəmmədi bıçaqla vurduğunu görüb, « bəsdir, nə edirsən, əl çək ondan, allah onun bəlasını versin dedi. O isə Məhəməddənondan əl çəkmiş,bu vaxt qayınatası və qayınanası gəlmiş, onlar gələndən sonra onsuzda Məhəmmədə xəsarət yetirə bilməyəcəyini nəzərə alıb hərəkətlərini dayandırmış, daha sonra əməlindən peşman olub Məhəmmədə tibbi yardım göstərilməsi üçün həkim çağıraraq hadisə yerini tərk etmiş, özünü könüllü olaraq Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nə təslim edib Zərərçəkmiş şəxs xəsarət yetirərkən silah qismində istifadə etdiyi bıçağı təqdim etmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2017-ci ildə qardaşı Ziya Həsənov Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə həbs edilib İstintaq təcridxanasında saxlanarkən onun yanına gedib-gələndə qardaşının vasitəsi ilə həmin vaxt orada saxlanan məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Anar həbsdən azad edildikdən sonra onlar dostluq etmişlər. 2018-ci ildə Anar firma təsis edərək avtomobillərin kirayə verilməsi ilə məşğul olurdu. O özü də beə firma açmışdır.Bundan sonra onlar hər ikisi bu sahədə işləməklə biri-digərinə kömək etmişdir. Şahid1 Anarın yanında işləyərkən onlar biri-biriləri ilə münasibətləri yarandı. Anarın atası vəfat edib, anası isə xəstədir. Buna görə də elçiliyə onun atası Arif getmişdir. X13 ailə qurdular və onların bu nikahdan Sevgi adlı qızları oldu. 2019-cu ilin avqust ayında Anar birdən-birə hamıdan gizlənməyə başladı, daha sonra Nərminəni qoyub getdi. 2019-cu ilin oktyabr ayının əvvəllərində Nərminə onun mobil telefonuna tez-tez zəng edib danışaraq müxtəlif şəkillər göndərib onunla daha yaxın münasibət yaratmış, nəticədə onlar Bakı şəhərində S.Vurğun parkında görüşmüşlər. 2019-cu ilin noyabr ayında o, ünvan 2 məzil 20 ünvanda iki otaqlı mənzil kirayə edib Nərminəni həmin ünvana gətirmişdir. Nərminə birinci ərindən olan oğlu Tuncayı, Anardan olan qızı Sevgini Sumqayıt şəhərində yaşayan valideynlərinin himayəsinə vermişdi. O, Nərminə ilə həmin ünvanda ər-arvad kimi yaşamağa başlamış, bu müddət ərzində Nərminənin anası Lətifə sonuncunun körpə qızı ilə oraya gəlib onlarla birlikdə təxminən beş gün qalıb getmişdir. Nərminə onunla bir yerdə yaşayarkən Anar Nərminəyə zəng edib dəfələrlə danışaraq ailə münasibətlərini bərpa etməyi xahiş etsə də Nərminə bundan imtina edib onun yanında yaşadığını Anardan gizlətmişdir. Anar da onların arasında olan münasibəti bilməmişdir. 2020-ci ilin yanvar ayının ortalarında Nərminənin ona qarşı münasibəti dəyişmiş, bu zəmində də onlar arasında narazılıq yaranmışdır. Nərminə də bundan məharətlə istifadə edib atası evinə getdi. O da Nərminənin qayıtmadığını görüb ona zəng edərək nə üçün evə gəlmədiyini soruşduqda Nərminə dedi ki, həmin evə qayıtmaq istəmir, uşaqları ilə atası evində yaşayacaq, amma onunla istədiyi vaxt həmin mənzildə görüşə bilər və onlar arasında olan münasibət gizli qalmalıdır. Nərminənin təklifi ilə razılaşmış, lakin o, həmin vaxt Nərminənin artıq əri Anarla barışıb onunla bir yerdə yaşadığını bilməmişdir. Sonralar bir neçə dəfə Nərminəyə zəng etsə də sonuncu ona cavab verməmiş, araşdırdıqda Nərminənin əri ilə barışdığını və onu aldatdığını bilmiş, sonuncunun bu hərəkətləri ona pis təsir edib onu qəzəbləndirmişdir. 18 yanvar 01.2020-ci il tarixdə Nərminə onun telefon zənginə nəhayət cavab verdikdə ona aralarında olmuş münasibət barədə əri Anara deyəcəyini bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Anara zəng edib görüşməyi təklif etmişdir. Anar Novxanıya qayınatasıgilə qızına baş çəkməyə gəldiyini dedi. Həmin gün saat 18 radələrində idarə etdiyimaşınla Masazır qəsəbəsinə sərnişin gətirib oradan da Novxanıya Nərminəgilə gedib həm onunla ,həm də Anarla görüşüb onlarla söhbət etməyi qərara almışdır. O, Nərminəyə dəfələrlə zəng etsədə cavab almamış, saat 18:30 radələrində Anarla danışıb Masazır qəsəbəsində olduğunu bildirdikdə Anar onu Novxanı bağlar massivində qayınatasıgilə gedən yolun üstündə yerləşən «Murad» marketin yanında gözləyəcəyini dedi. Təxminən 20 dəqiqədən sonra o, «Murad» marketə yaxınlaşarkən yol kənarında Anarın idarə etdiyi «Toyota prius» markalı Az ** UN *** qeydiyyat nişanlı minik avtomobili ilə dayandığını görüb ona yaxınlaşıb avtomobildən düşmədən bir-iki dəqiqə onunla umumi söhbət edb sonra Nərminəyə zəng etmişdir. Anar onun Nərminəyə zəng etdiyini görməmişdir. Nərminə nəhayət telefonunu açdıqda nə üçün onun telefonuna cavab vermədiyini soruşmuş, sonuncu isə xeyli yüksək tonla danışıb səs-küy saldığından qəzəblənib ona Anar yanındadır, indi hər şeyi ona danışacağını söylədikdə Nərminə hər şeyi özü Anara deyəcəyini bildirmişdir. Nərminənin hərəkətləri və sözləri onu qəzəbləndirmiş, avtomobili marketin yaxınlığından keçən su kanalının kənarı ilə idarə edərək Nərminəgilə getmişdir. Təpədən aşağı enərkən Nərminənin ev paltarında yolda artıq ona doğru iti addımlarla gəldiyini görmüşdür. O da maşını saxlayıb yerə düşərək onun qolundan tutub hara getdiyini, nə üçün telefon zənglərinə cavab vermədiyini soruşarkən bu vaxt Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə gəlib onlara çatmışdır. Nərminə Anarı görüb «məni vurma, məni burax!» deyib yalandan səs-küy salmağa başlamışdır. O, Nərminədən əlini çəksə də Nərminə ondan yapışmış, Anar isə çatan kimi onu arxadan qucaqlayıb əlindəki bıçaqla onun döş qəfəsinin sol tərəfindən ardıcıl zərbələr endirməyə başladı, O, Anara müqavimət göstərdiyindən bəzi zərbələr onu tutmamış, Anar zərbələri onun ürək nahiyəsinə və ürəyinin ətrafına endirməyə çalışmışmışdır. O, növbəti bıçaq zərbəsindən yerə yıxıldıqda sonuncu əl çəkməyib bu dəfə bıçaqla başından zərbə endirib başına bir neçə təpik vurmuşdur. Bu vaxt Nərminə Anara « bəsdir, nə edirsən, əl çək ondan, allah onun bəlasını versin» demiş, bu vaxt Nərminənin valideynləri gəlmiş, onlar gələndən sonra Anar ona xəsarət yetirə bilməyəcəyini nəzərə alıb ondan əl çəkmiş, Nərminə onun cibindən mobil telefonunu götürüb telefonun kodunu bildiyindən onu açaraq telefonda olan SMS-ləri, şəkilləri və nömrələri silib telefonu yerə atmışdır. Daha sonra Anarın mobil telefonu ilə zəng edib ona həkim çağırmış, Anar isə avtomobilinə oturub hadisə yerini tərk etmiş, çağırışa gələn təcili tibbi yardım briqadası onu Bakı şəhəri X19 aparmışlar. Şahid4 ifadəsində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs oğlunun dostu kimi tanıyır. Aralarında ədavətləri və yaxınlıqları yoxdur. 2018-ci ildə Anar ona Nərminə adlı qadını sevdiyini, qadının əvvəllər ailəli olduğunu bildirib ona elçi getməsini xahiş etdi. O, Anarın arzusunu yerinə yetirib Nərminəyə elçi getmişdir. X14 arasında, Nərminə ilə oğlu Məhəmməd arasında baş verənlərdən məlumatı olmamışdır. Məhəmməd 2019-cu ilin dekabr ayından dostu Cavidlə qalır. Həmin müddətdə Məhəmmədin əslində həmin evdə Nərminə ilə yaşadığını bilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 24:00 radələrində Təqsirləndirilən şəxs qayınatası Şahid2 zəng edib ona Məhəmmədin bıçaqlandığını, vəziyyətinin ağır olub Bakı şəhəri X19 aparıldığını dedi. Xəbəri eşidib xəstəxanaya getdikdə həkimlər Məhəmmədin üzərində artıq cərrahi əməliyyat aparırdılar. X6 Əliyev tərəfindən bıçaqlandığını eşidib bilmişdir. Şahid5 ifadəsində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Onun qızı Şahid1 ilə qeyri-rəsmi ər-arvad kimi yaşayırlar. Nərminə 2018-ci ilin sentyabr ayında Anarla ailə qurub Bakı şəhərində yaşamışlar. 2019-cu ilin avqust ayında Anarla Nərminə arasında mübahisə yarandığına görə Anar Nərminə ilə yaşamırdı. 2019-cu ilin noyabr ayında Nərminə yaşadığı ünvandan başqa mənzilə köçüb orada yaşamağa başladı. Bnun səbəbini soruşanda Nərminə Anarın dostu Zərərçəkmiş şəxs ilə yaşadığını, Məhəmmədin ona arxa olduğunu dedi. Arada yaşadığı bağ evi soyuq olduğundan Nərminənin qızı Sevgini götürüb Nərminənin yaşadığı həmin evə gedib orada Məhəmməd və Nərminə ilə bir həftə qalıb evinə qayıtmışdır. Məhəmməd həmin ərəfədə taksi fəaliyyəti ilə məşğul olub qızı ilə ər-arvad kimi yaşayırdı. 2020-ci ilin yanvar ayının əvvəllərində Nərminə ata evinə gələrkən Anarla barışıb yenidən birlikdə yaşadıqlarını dedi. Hadisədən 3-4 gün əvvəl Anar Nərminəni bağ evinə gətirib özüdə onlarla bir yerdə yaşamağa başladı. Nərminə Anarla barışdıqdan sonra Məhəmməd dəfələrlə Nərminəyə zəng edib ona hədə-qorxu gələrək aralarında olan münasibəti, onunla bir yerdə yaşadığını Anara və atasına deyəcəyi ilə hədələdi. Nərminə Məhəmmədin onunla olan münasibətini Anara və atasına deyəcəyindən qorxub Anara yalandan Məhəmmədin onu zorladığını deyib Məhəmmədin telefon nömrəsini blok etdi. xx xxxxxx 2020-ci il tarixdə saat 17:00 radələrində Anar evdən getdi, təxminən 1 saat sonra Nərminəyə zəng gəldi. Nərminə dedi ki, Anar marketin qarşısındadır, onunla söhbəti var və evdən çıxdı. Az sonra bağ qonşusu Hikmət əri Sahibə zəng edib onların evlərinə gələn yolda kürəkəninin bir nəfər oğlanla möhkəm dalaşdığını, özünü oraya tez çatdırmağını məsləhət bildi. Sahiblə evdən çıxıb yolla bir qədər hərəkət etdikdə qarşıda Anarın üstbaşı, əli qanlı Məhəmmədi isə yerdə alqanın içərisində görmüşdür. Bundan sonra Nərminə Anarın mobil telefonu ilə zəng edib təcili tibbi yardım çağırdı, Anar isə Pİ-nə zəng edib hadisə törətdiyini dedi. Şahid6 ifadəsində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanımır, aralarıənda ədavətləri və yaxınlıqları yoxdur. Əsəd Əhmədov küçəsi ev 2010 nömrədə iki otaqlı mənzili var və həmin mənzili 2019-cu ilin oktyabr ayının əvvəllərində vasitəsi ilə Zərərçəkmiş şəxs kirayə vermişdir. Mənzili kirayə götürərkən o, mənzildə ailəsi ilə birlikdə yaşayacağını dedi. Məhəmməd evdə olan Nərminə adlı qadını arvadı kimi təqdim edirdi. 2020-ci ilin yanvar ayının əvvəllərində mənzilə növbəti dəfə baş çəkib bir neçə gün sonra kirayə pulunu almaq üçün gələrkən qapını açan olmamış,bir-iki gün ardıcıl həmin ünvana gedib qapını yenə bağlı gördükdə narahat olduğundan ehtiyat açarla mənzilin qapısını açdıqda mənzilin boşaldığını, kirayəşinlərin ona məlumat vermədən evdən köçdüklərini görmüşdür. Şahid2 ifadəsində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Onun qızı Şahid1 ilə qeyri-rəsmi ər-arvad kimi yaşayırlar. Münasibətləri yaxşı olmuş, aralarında ədavətləri olmamışdır. Anar Nərminəyə elçi göndərib 2018-ci ilin sentyabr ayında toy edərək ailə qurub Bakı şəhərində yaşamışlar. Anarın dostu Zərərçəkmiş şəxs qızının evinə gəlib-gedirdi. 2019-cu ilin avqust ayında Anarla qızı arasında söz-söhbət yarandığı üçün Anar Nərminəni körpə qızı ilə evdə qoyub getdi. Anarın Nərminədən olan Sevgi adlı qız nəvəsi onlarla qalır, Anar evdən getsədə Nərminənin və qızının bütün maddi ehtiyaclarını təmin edirdi. Anar evdən gedəndən sonra o, qızı Nərminənin əvvəl yaşadıqları evdən köçüb başqa ünvanda yaşadığını və ya Zərərçəkmiş şəxsla hər hansı münasibətdə olduğunu, onların bir yerdə bir evdə ər-arvad kimi yaşamasından xəbəri olmamışdır. Daha sonra Anarla Nərminə barışdılar. xx xxxxxx 2020-ci il tarixdə saat 17:00 radələrində ailə üzvləri, o cümlədən Nərminə evdə idi. Anar evdən getdi, düşünmüşdür ki, işə gedir, təxminən saat 19:00 radələrində bağ qonşusu Hikmət onun telefonuna zəng edib dedi ki, evə gələn yolda kürəkəni Anarın bir nəfər oğlanla möhkəm dalaşırlar. Bunu eşidib dərhal evdən çıxmış, yola çıxıb Hikmətin dediyi yerə doğru gedib 2 Aprel küçəsinin tininə çatmağa bir neçə metr qalmış Anarı, qızı Nərminəni, Anarın dostu Məhəmmədi və xeyli kənarda dayanan qonşusu Hikməti görmüşdür. Nərminənin «Anar bəsdir, nə edirsən, əl çək, onunla işin yoxdur, allah onun bəlasını versin» sözləri işlədib Anarın Məhəmməddən əl çəkməsini xahiş etdiyini eşitmişdir. Onlara çatarkən Anarın əlində bıçaq, üst- başı və əli qanlı, Məhəmmədin isə yerdə al qanın içərisində olduğunu görmüşdür. Anar onları görüb kənara çəkildi. Anardan nə baş verdiyini soruşduqda o, «mən vurdum, mən vurdum!» deyirdi. Məhkəmədə ifadələri elan olunub araşdırılmış Şahid1 istintaq zamanı göstərmişdir ki, 2010-cu ildə bibisi oğlu X10 ilə ailə qurub həmin nikahdan xx xxxxxxxx 2012-ci ildə Tuncay adlı oğlu olmuş, xasiyyətləri tutmayıb 2017-ci ildə ayrılsalar rəsmi boşanmamışlar, həmin ildə Bakı şəhərində reklam şirkətində işləyərkən Təqsirləndirilən şəxs ilə tanış olub 2018-ci ilin sentyabr ayında onunla ailə qurub Bakı şəhərində yaşamışlar, həmin nikahdan 2019-cu ilin fevral ayında Sevgi adlı qızları olmuşdur. Ailə qurduqdan sonra Anarın dostu Zərərçəkmiş şəxs ailə üzvü kimi onların evinə sərbəst gəlib-getmişdir. Hadisədən bir müddət əvvəl Məhəmmədin Ruhin və Cavidan adlı dostları gəlib Anarın onlara borclu olduğunu deyib səs-küy salaraq ona hədə-qorxu gəlib getmişlər. Anar axşam evə gələndə həmin şəxslərin hərəkətindən şikayətlənib ondan həmin şəxslərə borclu olub-olmadığını soruşmış, Anar heç kimə borcunun olmadığını bildirmiş, bu zəmində aralarında mübahisə yarandıqda Anar evdən getmişdir. Zərərçəkmiş şəxs Anarın evdən getdiyini yəqin etdikdə onu sevdiyini deyib onunla ailə qurmaq fikrində olduğunu bildirmiş,o da sonuncunun təklifini qəbul edib 2019-cu ilin sentyabr ayının sonunda Zərərçəkmiş şəxs Bakı şəhəri Yeni Yasamal yaşayış kompleksində kirayə etdiyi iki otaqlı mənzilə köçüb onunla birlikdə ər-arvad kimi yaşamağa başlamışdır. Bir neçə gündən sonra Təqsirləndirilən şəxs mobil telefonuna zəng edib görüşməyi təklif etmiş, o sonuncu ilə görüşmüş, amma ona yaşadıqları evdən köçdüyünü, Məhəmmədlə bir yerdə yaşadığını deməyib gizlətmişdir. Anarın onunla görüşüb barışmağa cəhd etdiyini bilən Məhəmməd hədə-qorxu gəlib onu döyüb incitmiş,bu səbəbdən hadisədən bir neçə gün əvvəl Anarla barışıb onun yanına qayıtmışdır.Anarın yanına qayıdandan sonra Məhəmmədin onu şantaj edəcəyini nəzərə alıb Anara demişdir ki, onlar kirayədə yaşayarkən təxminən iki ay əvvəl Məhəmməd onlara gəlib evdə tək olmasından istifadə edərək ona fiziki zor tətbiq edib cinsi əlaqədə olmaqla onu zorlamış, yaşadığı ünvanı dəyişib gizlənsə də Məhəmməd onun olduğu ünvanı tapıb oraya gələrək onu təkrar zorlamış, bu səbəbdən ondan ayrı gəzmişdir.Anar onun söylədiklərini həqiqət kimi qəbul edib inanmışdır.Bir neçə gündən sonra Anar onu uşaqları ilə birlikdə atasının yaşadığı Sumqayıt şəhəri Novxanı bağlar massivindəki bağ evinə gətirmişdir. Zərərçəkmiş şəxs onun atası evində olduğunu bilib bir neçə dəfə bağa gələrək onu kənara çağırıb hədə-qorxu gələrək onu rüsvay edəcəyi ilə hədələyib onunla getməyini tələb etmiş, bundan imtina etdikdə onu döymüşdür.Məhəmmədin bu hərəkətlərini əri Anardan və valideynlərindən gizlətmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 17:00 radələrində Anar idarə etdiyi «Toyota-prius» markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobillə evdən getmiş, o düşünmüşdür ki, sonuncu işə gedir.Təxminən 1 saat sonra Məhəmməd onun istifadəsində olan mobil telefonuna zəng edib ondan həyətə çıxmağını tələb etmiş, ondan ehtiyat edib həyətə çıxdıqda sonuncu idarə etdiyi «Nexia Ravon» markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobillə gəlib yanında dayanmış və avtomobildən düşən kimi onun ünvanına nəlayiq söyüşlər edib sillə-təpiklə onu vurmağa başlamışdır. Bu vaxt Anar idarə etdiyi avtomobillə onlara yaxınlaşıb avtomobildən düşərək onu Məhəmmədin əlindən aldıqda sonuncu üzərində olan bıçağı çıxartmış, Anarda üzərində gəzdirdiyi tiyəsi və dəstəyi metaldan olan açılıb-qatlanan bıçağı çıxarıb Məhəmmədin bədəninə zərbələr endirməyə başlamış, zərbələri ardıcıl endirdiyini görüb belə davam edərsə onu öldürə biləcəyini dərk edib Anara « bəsdir, nə edirsən, əl çək ondan, allah onun bəlasını versin» demiş, bu vaxt səs- küyə onun valideynləri gəlmiş, bu vax orada qonşu olmuş,valideynləri gələndən sonra Anarı Məhəmmədə xəsarət yetirməyə imkan verməyəcəklərini nəzərə alıb Anar Məhəmməddən əl çəkmişdir. Bundan sonra o,Məhəmmədə tibbi yardım göstərilməsi üçün Təqsirləndirilən şəxs mobil telefonundan zəng edərək həkim çağırmış,sonuncu isə hadisə yerini tərk etmişdir.Gələn həkim briqadası Məhəmmədi Bakı şəhəri X19 aparmış,hadisə baş verərkən səs-küyə qonşulardan kimsə çıxmış həmin şəxsi Hikmətə oxşatmışdır. Məhəmmədin onu çağırması, onu döyməsi, Anarın Məhəmmədi bıçaqlaması hərəkətləri təxminən 15-20 dəqiqə davam etmiş, Anarın Məhəmmədə hansı sayda bıçaq xəsarəti yetirdiyini xatırlamır. Məhkəmədə ifadələri elan olunub araşdırılmış, Şahid3 istintaq zamanıgöstərmişdir ki, ailəsi ilə birlikdə Sumqayıt şəhəri Novxanı bağlar massivində «Murad» market deyilən yerin yaxınlığında 6 saylı bağ evində yaşayır, fərdi əməklə məşğuldur,hər gün səhər saat 08 radələrində işə gedib saat 18-19 radələrində işdən qayıdır, onun yaşadığı evdən üç ev kənarda Şahid2 ailəsi ilə yaşayır, qonşu kimi münasibətləri normaldır, bilir ki, Sahibin qızı Nərminə təxminən iki il əvvəl Anar adlı oğlanla ailə qurub Bakı şəhərində yaşamaqla həmin nikahdan bir qızı var, Nərminə əri Anarla ata evinə tez -tez gəlib getdiyindən Anarı tanıyır, onunla münasibəti normaldır. Zərərçəkmiş şəxs isə tanımır. xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində işdən evə qayıdarkən «Murad» marketin yanından təpədən aşağı evinə doğru gedərkən təpənin döşündə qonşu Sahibin kürəkəni Anara məxsus ** UN *** dövlət nömrə nişanlı «Toyata Prius» markalı avtomobilin dayandığını,Anarın yolda tanımadığı şəxslə hündürdən mübahisə edib daha sonra əlbəyaxaya keçdiyini görmüş, hiss etmişdir ki, Anarla həmin şəxs arasında xoşagəlməz söhbət gedir. Dərhal qonşusu Sahibə zəng edib kürəkəni Anarın yolda kiminləsə dava-dalaş etdiyini, maşınının yolda olduğunu bildirib həyətə çıxmasını və onları ayırmasını demiş, Anargilin söhbətlərinə müdaxilə etməyib evinə getmişdir. Anargilin yanında kənar şəxs olmamış,ondan sonra nə baş verdiyini bilməmiş, səhəri Sahibdən Anarın həmin şəxsi bıçaqladığını eşidib bilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx xxxxxx 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı vermiş olduğu ifadəsinin düzgünlüyünü müəyyən edib dəqiqləşdirmək məqsədilə xx xxxxxx 2020-ci il tarixdə ifadəsi yerində yoxlanarkən o, Zərərçəkmiş şəxs harada, hansı şəraitdə bıçaq zərbələri yetirdiyini əyani danışıb göstərərək törətdiyi cinayəti təkrar səmimi etiraf etmiş və bu barədə video və fotoçəkiliş aparılıb protokola əlavə edilmişdir. Məhkəmədə nümayiş etdirilmiş xx xxxxxx 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokola əlavə edilmiş diskdən görünür ki,Əliyev X12 Həsənova harada, hansı şəraitdə bıçaq zərbələri yetirdiyini əyani danışıb göstərir, törətdiyi cinayəti səmimi etiraf edir. Məhkəmədə elan edilib araşdırılmış baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Sumqayıt şəhəri, Novxanı bağlar massivi, Murad marketin yaxınlığında 2 Aprel küçəsinin baş tərəfində yerləşən nömrəsiz bağ evinin qarşısıdır və hadisə yerində torpaq üzərində və evin hasarında qana bənzər ləkələr aşkar edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə tibb ekspertizasının xx xxxx 2020-ci il tarixli 338 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin sol yarısının döş boşluğuna keçən 02 (iki )ədəd yarası, qarının qarın boşluğuna keçərək acı bağırsağı zədələyən 01(bir) ədəd yarası, döş qəfəsinin ön səthinin döş boşluğuna keçməyən 03 (üç) ədəd yarası, alnın sol yarısının 01 (bir ) ədəd yarası aşkar edilmiş. Qeyd olunan xəsarətlər deşici-kəsici alətlə, ola bilsin ki, ekspertizaya təqdim olunmuş bıçaqla və buna oxşar digər bıçaqlarla yetirilmişdir. Müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğün gəlir və döş qəfəsinin sol yarısının döş boşluğuna keçən 02(iki ) ədəd yarası, qarnın qarın boşluğuna keçərək acı bağırsağı zədələyən 01(bir) ədəd yarası-dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid edilir. Döş qəfəsinin ön səthinin döş boşluğuna keçməyən 03 (üç) ədəd yarası, alnın sol yarısının 01(bir) ədəd yarası-sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə tibb ekspertizasının xx xxxxxx 2020ci il tarixli 84 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır; sağ əlin İ və İİ barmağının, sağ əlin arxa səthinin, sol əlin İİİ barmağının 5 ədəd yaraları. Qeyd olunan xəsarətlər kəsici kənarlı alətlə,ola bilsin ki, özü tərəfindən bıçaqla yetirilmişdir, müddəti müayinədən 01 gün əvvəl olmaqla xx.xx.2020-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə trasaloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 2616/2617 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə hazırlanmışdır,bir tərəfi kəsici, ucu deşici xassəyə malik turist bıçağıdır, onun üzərində hər hansı əlavə və dəyişiklik edilməmişdir və soyuq silah hesab edilmir. Zərərçəkmiş şəxs məxsus sviter, mayka, palto üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri, ölçüsü və sayı verilmişdir. Zərərçəkmiş şəxs məxsus sviter, mayka, palto üzərində olan zədələr formasına, quruluşuna və s. ümumi əlamətlərinə görə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də ola bilər. Təqsirləndirilən şəxs məxsus ayaqqabı, şalvar, sviter, gödəkcə və Zərərçəkmiş şəxs məxsus şalvar üzərində hər hansı bir trasaloji zədə aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə tibbi bioloji ekspertizasının 176/2020 MTBŞ saylı xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs qan qrupu O/İ/, təqsirləndirilən Təqsirləndirilən şəxs qan qrupu A/İİ/ -dir. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar, kofta, gödəkcə, 01 cüt ayaqqabı və 01 ədəd qatlanan cib bıçağı üzərində insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda kofta üzərində ləkələrdən başqa bütün ləkələrdə «A» və «H» antigenləri alındı. Bu qan ləkələri bir qruplu şəxsə məxsusdursa Abeta /H/(İİ) qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər. (əgər onun qanında müşayiətçi «H» antigeni varsa) Qanın qarışıq olduğu halında isə ləkələrdə həmçinin alfabeta /İ/ qruplu Zərərçəkmiş şəxs da qarışmış qanının olması inkar olunmur.Kofta üzərində ləkələrdə isə yalnız «H» antigen alındı. Bu qan ləkələri alfabeta (İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə material-maddə və onlardan hazırlanmış məmulatların kriminalistik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 2610 saylı rəyindən görünür ki, təqdiqaqa təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarlardan qara rəngli paltosu üzərində tapılmış yaşıl rəngli akril liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs gödəkcəsinin tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən gödəkcə üzərində tapılmış qara rəngli polyester liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən paltonun tərkib liflərinə uyğun gəlir. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli 655 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayəti törədərkən hər hansı ruhi xəstəlikdən əziyyət çəkməmişdir. O törətdiyi əməl dövründə öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal- hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur.Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilir. Təqsirləndirilən şəxs intelektual imkanları normaya uyğundur, əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən edilmir. Ümumilikdə adiptiv və ünsiyyətcil olmaqla özünəməxsus mövqeyə və prinsipə malikdir. İnadkarlıq, kinlilik, cəlbedici davranışı və ətrafdakıların diqqətini öz üzərinə çəkməyə meyillidir, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Emosional-iradi sferasında fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimlənməsində hər hansı bir dəyişlik aşkar olunmur, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi- emosional vəziyyətdə olmamış, hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində ( fixzioloji affekt halında ) olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış əşyanın tanınmaya təqdim edilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs 01-dən 04-ə qədər nömrələnmiş 04 ədəd rənginə və materialına, habelə istifadə təyinatına görə oxşar əlamətlərə malik bıçaqlar arasında “01” nömrə altında hadisə törədərkən cinayət aləti kimi istifadə etdiyi tiyə və dəstək hissədən ibarət olub qatlanan tipli, qara rəngli metaldan hazırlanmış, tiyənin sol səthində «VV 80» yazısı olan bıçağı onun xarici əlamətlərinə, materialına görə tanımışdır.Məhkəmədə elan edilib araşdırılmış xx xxxxxx 2020-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, X3 bıçaqlanan zaman üzərində olan 1 ədəd ağ rəngli mayka və 1 ədəd göy rəngli üzəridə ağ zolaqlar olan poluver 1 saylı KTM-dən götürülərək baxış keçirilmiş və müvafiq protokol tərtib edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış əşyanın tanınmaya təqdim edilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, tanıyan Zərərçəkmiş şəxs təqdim edilən bıçaqlar arasında “02”nömrə altında nömrələnmiş bıçağı onun xarici görkəminə və materialına görə, Təqsirləndirilən şəxs oğunun həmin bıçaqla ona deşilmiş xəsarətlər yetirdiyinə və əvvəllər həmin bıçağı Anarın üzərində gördüyünə görə tanımışdır Məhkəmədə elan edilib araşdırılmış xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd yaşımtıl (xaki) rəngli duti tipli gödəkcə, 01 ədəd boz rəngli cins materialdan şalvar, 01 ədəd göy rəngli sviter, 01 cüt qara rəngli ayaqqabı, Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qara rəngli palto, 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd göy rəngli sviter, 01 ədəd mayka, 01 ədəd qatlanan tipli, qara rəngli metaldan hazırlanmış bıçaq maddi sübut kimi tanınıb Sumqayıt şəhər prokurorluğunun maddi sübutlar saxlanılan anbarına saxlanca verilmişdir. Məhkəmə, yuxarıda sadalanan sübutları ittihamda nəzərdə tutulan cinayət hadisəsinin baş verməsini və bu əməlin Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilməsini təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyri-rəsmi ər-arvad münasibətində olduğu Şahid1 ailə münaqişəsi zəminində bir müddət ayrı yaşadıqdan sonra barışıb yenidən birlikdə yaşadıqlarından ayrı olduqları müddətdə onun dostu Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhərində kirayə tutduqları mənzildə ər-arvad kimi yaşamalarının ona məlum olacağından ehtiyatlanıb guya Zərərçəkmiş şəxs onu zorlaması barədə ona verdiyi məlumatdan hiddətlənərək qisas almaq məqsədi ilə sonuncunu qəsdən öldürmək qərarına gələrək başqa mənbədən soyuq silah hesab edilməyən cib bıçağı əldə edib üzərində saxlaması və xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs ona zəng edib həmin gün onunla görüşmək istəməsini fürsət bilib Sumqayıt şəhəri, Novxanı bağlar massivində görüşməyə razılıq verib 20 yanvar2020-ci il tarixdə, saat 19:00 radələrində Sumqayıt şəhəri, Novxanı bağlar massivinin yol kənarında yerləşən "MURAD" marketin yaxınlığında 2 Aprel küçəsinin yaşayış olmayan nömrəsiz bağ evinin garşısına çatdıqda Zərərçəkmiş şəxs Şahid1 ilə mübahisə etdiyini görüb cinayətkar niyyətini hayata keçirmək üçün üzərində gəzdirdiyi həmin bıçaqla qəsdən Zərərçəkmiş şəxs həyat üçün vacib orqanlarının yerləşdiyi nahiyyələrinə çoxsaylı zərbələr vurub sonuncuya 02 ədəd döş qəfəsinin sol yarısının döş boşluğuna keçən yarası, 01 ədəd qarının qarın boşluğuna keçərək acı bağırsağı zədələyən yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid və döş qəfəsinin ön səthinin döş boşluğuna keçməyən 03 ədəd yarası, alnın sol yarısının 01 ədəd yarası ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməsi, hadisə yerində olan şəxslərin çağırışı ilə gəlmiş TTYS-nın həkimləri tərəfindən Bakı şəhərində yerləşən 1 saylı X19 çatdırılaraq vaxtında tibbi yardım göstərilməsi səbəbindən həyatı xilas edildiyi üçün, iradəsindən asılı olmayan səbəblərdən cinayətkar əməlini başa çatdıra bilməyərək qəsdən Zərərçəkmiş şəxs öldürməyə cəhd etməsi sübuta yetirildi. Məhkəmə, göstərilənləri nəzərə alıb, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsinin tərkib əlamətinin olduğu qənaətinə gəlib onun əməlinin həmin maddə ilə tövsif edilməli olmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işinin istintaqı zamanı məhkəmə ekspertizasının keçirilməsinə 208,46 (iki yüz səkkiz manat 46 qəpik ) manat xərclənmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Sumqayıt şəhəri 01 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən hüquqi yardım göstərilməsi ilə əlaqədar ona 156 (yüz əlli altı) manat ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə Bakı şəhəri 2 Saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən 30 (otuz) saat ərzində hüquqi yardım göstərilmişdir. Buna görə də ona 180 (yüz səksən) manat pul ödənilməlidir. Məhkəmə həmin məbləğlərin məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsinin əsaslı olması qənaətinə gəlir. Çünki Təqsirləndirilən şəxs həmin məbləğlərin ödənilməsindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, istintaq orqanının xx xxxx 2020-ci il tarixli qərarı ilə maddi sübut kimi tanınıb saxlanılması üçün Sumqayıt şəhər prokurorluğunun maddi sübutlar saxlanılan anbarına saxlanca verilmiş hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd yaşımtıl (xaki) rəngli duti tipli gödəkcənin, 01 ədəd boz rəngli cins materialdan şalvarın, 01 ədəd göy rəngli sviterin, 01 cüt qara rəngli ayaqqabının ona qaytarılmasını, Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qara rəngli paltonun, 01 ədəd qara rəngli cins şalvarın, 01 ədəd göy rəngli sviterin, 01 ədəd maykanın istehlak dəyərlərini itirdiyi üçün, 01 ədəd qatlanan tipli, 01 ədəd qatlanan tipli qara rəngli metaldan hazırlanmış bıçağın cinayətin törədilməsində alət kimi məhv olunmalarını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış xx xxxxxx 2020-ci il tarixli DİN-nin BƏSİİ tələbnaməsindən, Səbail rayon məhkəməsinin xx xxx 2017-ci il tarixli №1(009)-66-2017 saylı hökmündən və Azərbaycan Respublikası ƏN Füzuli rayon İcra və Probasiya şöbəsinin təqdim etdiyi xx xxxx 2020-ci il tarixli 254 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 4000 (dörd min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən onun xx xxxxxx 2016-cı il tarixdən xx xxx 2017-ci tarixədək həbsdə saxlanmasını nəzərə alaraq onun cəzası yüngülləşdirilib və üzərində qəti olaraq 1500 (min beş yüz) manat miqdarında cərimə cəzası saxlanıb, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək o məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində çıxarılmış hökm xx xxxxxxx 2017-ci il tarixdə Füzuli rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, məhkum Təqsirləndirilən şəxs 1500 (min beş yüz) manatdan cəmi 60 (altmış) manat dövlət büdcəsinə ödəmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Lakin məhkəmə onun ödənilməyən məhkumluğunun azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlə əlaqədar olmasını nəzərə alıb həmin məhkumluğun cəza təyin edilərkən nəzərə alınmalı olmamasını nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən Səbail rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 1500 (min beş yüz) manat cərimə cəzasının ödənilməmiş 1440 (min dörd yüz qırx) manat hissəsini hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına birləşdirilməsini və Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən həmin cəzaların müstəqil icra edilməli olmalarını nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış Füzuli Rayon İcra Hakimiyyətinin Horadiz şəhəri X17 Üzrə Nümayəndəliyindən daxil olan xx xxxx 2020-ci il tarixli 1169 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə, həmin halı təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır o, qəsdən xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onun tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halların olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 1500 (min beş yüz) manat cərimə cəzasının ödənilməmiş 1440 (min dörd yüz qırx) manat hissəsi hazırki hökmlə təyin olunmuş cəzaya tam birləşdirilsin. Qəti olaraq ona 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 1440 (min dörd yüz qırx) manat cərimə cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən həmin cəzalar müstəqil icra edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesab edilsin. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cinayət işinin ibtidai istintaqı zamanı məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş 208,46 (iki yüz səkkiz manat 46 qəpik) manat vəsait məhkəmə ekspertiza mərkəzinin hesabına Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hüquqi yardım edilməsi ilə bağlı 156 (yüz əlli altı) manat vəsait Müdafiəçi1 ödənilməsi üçün Sumqayıt şəhəri 01 saylı vəkil bürosunun hesabına, məhkəmədə hüquqi yardım göstərilməsi ilə bağlı 180 (yüz səksən) manat vəsait müdafiəçi X4 ödənilməsi üçün Bakı şəhəri 2 saylı vəkil bürosunun hesabına ödənilsin, həmin məbləğlər məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Sumqayıt şəhər prokurorluğunun maddi sübutlar saxlanılan anbarına saxlanca verilmiş hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd yaşımtıl (xaki) rəngli duti tipli gödəkcə, 01 ədəd boz rəngli cins materialdan şalvar, 01 ədəd göy rəngli sviter, 01 cüt qara rəngli ayaqqabı, ona qaytarılsın, Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qara rəngli palto, 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd göy rəngli sviter, 01 ədəd mayka istehlak dəyərlərini itirdiyi üçün, 01 ədəd qatlanan tipli, qara rəngli metaldan hazırlanmış bıçaq cinayətin törədilməsində alət kimi məhv edilsinlər. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Rasim Sadıxov Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-905/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-905/2020
14.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver