Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-905/2021 12.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərəçəkmiş şəxsin hüquqi varisi X2, müdafiəçi, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxx 1980-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi qaydada usta işləmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 may 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 4 (dörd) il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Prezidentinin 16 mart 2017-ci il tarixli, 2744 saylı Sərəncamına əsasən əfv olunaraq cəzanın çəkilməmiş hissəsindən azad edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 mart 2019-cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 1 (bir) il islah işləri cəzasına məhkum edilmiş, məhkumluqları ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən ünvansız fərdi yaşayış evində müvəqqəti yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 12 avqust 2020-ci ildə, saat 23.30 radələrində gecələmək məqsədi ilə iki manat pul müqabilində gecələmək üçün qeyri-rəsmi fəaliyyət göstərməklə çarpayılar verilən, ünvan 3 ünvanına aqkoqol sərxoşlugu vəziyyətində gəlib orada gecələməyə çarpayı verilməsi işinə nəzarət edən və həmin vaxt binanın girişindəki dəhlizdə olan tanışı Zərərçəkmiş şəxs yaxınlaşmış və sonuncudan gecələməyə yer verməsini xahiş etdikdə Zərərçəkmiş şəxs onunla kobud danışıb, ünvanına nalayiq sözlər işlədərək gecələməyə yeri olmadığını deməsindən və oradan çıxıb getməsini tələb etməsi ilə bağlı hərəkətlərindən əsəbiləşmiş və bu zəmində aralarında yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə bir dəfə Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən vuraraq ona dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid qarının ön divarının qarın boşluğuna nüfuz edərək köndələn çənbər bağırsağı, mədənin arxa divarını, mədəaltı vəzinin cismini zədələyən deşilmiş-kəsilmiş yarasından ibarət xəsarətlər yetirmiş, nəticədə Zərərçəkmiş şəxs yetirilmiş qarının ön divarının periton boşluğuna nüfuz edərək daxili orqanları zədələyən deşilmiş-kəsilmiş yarası sonuncunun sağlığında əzab çəkdiyi aterosklerotik koronarokardiosklerozla ifadə olunmuş ürəyin xroniki işemiya xəstəliyinin gedişini ağırlaşdıraraq kəskin ürəkdamar çatmazlığı törətməklə Zərərçəkmiş şəxs 13 avqust 2020-ci il tarixdə saat 11:20də 3 saylı Şəhər Klinik Xəstəxanasında ölməsinə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2002-ci il tarixdə Vəfa adlı qadınla qeyri-rəsmi birgə nikahdan 3 övladı vardır. 2009-cu il tarixdən ailəsindən ayrılmaqla tək yaşamağa başlamış, usta kimi işləyib müxtəlif ünvanlarda gündəlik kirayələrdə yaşamışdır. Sonuncu dəfə Abşeron rayonu, Atyalı deyilən ərazidə Süleymana məxsus evdə 70 manata razılaşıb kirayədə yaşamağa başlamışdır. Orada yaşayan vaxtı onunla qonşuluqda yaşayan Emil adlı şəxslə aralarında mübahisələri düşmüş, əsəbiləşib qonaq otağında aynabəndin qarşısında olan bıçağı götürüb Emilə yaxınlaşıb, onu oturmuş vəziyyətdə saçından tutaraq bıçaqla gözünün altından siyirmə çəkmiş, Emil səs-küylə evdən çıxıb qaçaraq onu tutduracağını demişdir. O da evdə işığı keçirmiş, qapını açarla bağlayaraq, məhəllədə olan kafeyə gəlib orada pivə və 100 qram spirtli içki qəbul edib kafedən çıxmışdır. Yolda taksi saxladaraq 5 manat müqabilində “20 Yanvar” metrostansiyasına düşürtməyini istəmişdir. Yolüstü o, sürücüdən qalmağa yer barədə maraqlanmış, taksi sürücüsü də onu Biləcəri qəsəbəsinə mehmanxanaya aparmışdır. O, düşüb mehmanxana ilə maraqlanmış, baha olduğu üçün taksi sürücüsünə onu Xutor qəsəbəsində gündəlik 2 manatlıq evə aparmağı demiş və sürücü onu Xutor qəsəbəsinə əvvəllər qaldığı Tofiqə məxsus olan evə gətirmişdir. Ora yaxınlaşıb qapını döymüş, bir nəfər tanımadığı hündürboylu, sarışın, rus tipli bir nəfər qapını açmışdır. Mərhum Hüseyn həmin vaxtı yuxarı çıxıb onu görmüşdür. Hüseynə ev sahibini çağırmağı, pulunu verib burada qalmasını istəmişdir. Hüseyn onu əli ilə itələyib orada qalmağa yer olmadığını demişdir. O, Hüseynə əvvəllər də burada yaşadığını, Hüseynin qulluğunda olduğunu demiş, Hüseyn isə onunla kobud danışıb söyüşlə təhqir edərək, qalmağa yerin olmadığını demişdir. Hüseyn təkrar bir neçə dəfə onu söyəndən sonra o, əsəbiləşib üzərində olan şalvarının bel hissəsinə qoyduğu bıçağı çıxardıb Hüseyni bir dəfə qarın nahiyəsindən vurmuşdur. O, Hüseyn ilə evin girişində dəhliz hissədə mübahisə edən vaxtı onların yanında heç kim olmamışdır. O, Hüseyni vurandan sonra çölə çıxıb qapını örtmüş, Hüseyn həmin vaxtı qışqırmış və o, aşağıda olan adamların yuxarı qalxmasını eşitmişdir. Oradan çıxıb “Yeganə” şadlıq sarayı istiqamətində hərəkət edib, orada “VAZ 2107” markalı maşına minib 3 manata razılaşmaqla “20 Yanvar” metrostansiyasının yaxınlığında “Şamaxinka” deyilən istiqamətdə maşından düşmüşdür. Orada 2 ədəd dönər alıb yemiş, oradan Abşeron rayonu, Atyalı qəsəbəsinə taksi ilə getmişdir. Orada usta kimi əvvəl işləmiş olduğu evin yaxınlığında yarımtikili evdə gecələmişdir. 14 avqust 2020-ci il tarixdə saat 19 radələrində Sumqayıt şəhərində “Əşya bazarı” adlanan yerin yaxınlığında kirayə yaşadığı evdə polis əməkdaşları gəlib onu saxlamışlar. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 məhkəmədə ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun doğma atasıdır. Ailələrinin atası ilə münasibəti son 20 il ərzində çox soyuq olmuşdur. Atası əvvəllər yüksək vəzifələrdə işləmiş və maddi imkanı yaxşı olmuşdur. Lakin sonradan spirtli içki aludəçisi olduğundan həyatını məhv etmişdir. 1998-ci ildə atası mülkiyyətində olan hər şeyi sataraq Rusiya Federasiyasının Rostov şəhərinə gedib onları küçədə qoymuş və buna görə aralarında olan münasibət kəsilmişdir. Lakin, iki ildən sonra atası yenidən Bakıya qayıdaraq onlarla birlikdə kirayədə yaşamışdır. Atası mütəmadi olaraq spirtli içki qəbul etdiyi üçün aralarında mübahisələr olmuşdur. Onların iradları atasını qəzəbləndirdiyindən evdən çıxaraq getmişdir. Lakin bir müddət sonra yenidən evə qayıtmış və bu hərəkətləri uzun illər davam etmişdir. Son illər ərzində isə atası Hüseyn özü kirayədə tək yaşamışdır. Atası xasiyyətcə kobud bir insan olmuş və söyüş söyməyə meylli olmuşdur. Kobud insan olsa da, ailəsindən başqa heç kəslə mübahisə etməmişdir. Universitetdə oxuduğu zaman atası Hüseyn təhsil haqqını ödəməkdən imtina etmişdir. Bundan başqa kiçik qardaşı Pərviz vəfat etdiyi vaxt atası oğlunun yasına belə gəlməmişdir. Lakin bütün bunlara rəğmən onlar yenə də bacardıqları qədər atasına kömək etmişlər. Atasının yaşadığı həyat tərzinə görə onun mobil telefon zənglərinə yalnız ölüb-ölməməsini müəyyən etmək məqsədi ilə cavab vermişdir. 13 avqust 2020-ci il tarixdə saat 12:15 radələrində ona polisdən zəng edilərək atasının bıçaqlanması barədə məlumat verildikdən sonra qardaşı Zaura hadisə barədə məlumat vermiş və birlikdə Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Kliniki Xəstəxanasına gəlmişlər. Orada atasının aldığı xəsarətlərdən artıq öldüyünü bilmişdir. Atası Hüseynlə sonuncu dəfə 09 avqust 2020-ci ildə mobil telefon vasitəsilə danışarkən atası ondan yemək bişirməyini xahiş edərək nəvələri barədə haləhval tutmuşdur. Daha sonra 11 avqust 2020-ci ildə atası ona zəng etsə də o, cavab verməmişdir. Atasının harada kirayə yaşaması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs şikayətçidir, onunla barışmamışdır. Şahid1 məhkəmədə ifadəsinə göstərdi ki, o, Rusiya Federasiyasında yaşamışdır. Sonuncu dəfə 11 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikasına gəlib hazırkı vaxtadək pandemiya ilə bağlı ölkə hüdudlarını tərk edə bilməmişdir. 06 noyabr 2019-cu il tarixdən Azərbaycan Respublikasında yaradılımış “xxxx” MMC-nin Baş direktroru vəzifəsində işləyir. Ailədə üç övlad olmuşlar. Bacısı Elnarə 1978-cı il təvəllüdlü, kiçik qardaşı Pərviz isə 1984-cü il təvəllüdlü olmuşdur. Pərviz 2014-cü il tarixdə onkoloji xəstəlikdən vəfat etmişdir. Elnarə ailəli olmaqla bir övladı vardır. Hadisənin mahiyyəti üzrə bildirir ki, Zərərçəkmiş şəxs Ədil oğlu onun atasıdır və 1997-ci il tarixdən anası X3 ayrılmışdır. Anası hazırda Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində nəvəsi ilə birgə yaşayır. Atası spirtli içki aludəçisi olduğu üçün 2018-ci il tarixdən atası ilə əlaqəsini kəsmişdir. Atası Hüseyn ilə sonuncunun dostu olan Əli vasitəsilə maraqlanmışdır. Əlinin deməsinə görə atası Hüseyn “Memar Əcəmi” metrostansiyasının yaxınlığında tərəzidə işləyib Xutor qəsəbəsində gündəlik evlərdə yaşamışdır. O, atası ilə son zamanlar əlaqə saxlamasa da hər dəfə atasına xərcləmək üçün pul göndərmişdir. Atası sağlığında yaşadıqları evi satıb tüfeyli həyat tərzi keçirtmişdir. 13 avqust 2020-ci il tarixdə saat 13:23-də bacısı Elnarə ona zəng edib atasının xəstəxanada olduğunu demişdir. 3 saylı Şəhər Kliniki Xəstəxanasına gedən vaxtı yolda atasının artıq öldüyü ona məlum olmuşdur. Sonradan xəstəxanaya çatanda həkimlərlə danışan vaxtı ona məlum olmuşdur ki, atasına 12 avqust 2020-сi il tarixdə naməlum şəxs bıçaq xəsarəti yetirmişdir, lakin hadisənin tam təfərrüatı barədə məlumatı yoxdur və atasının necə və hansı şəraitdə bıçaqlanmasını bilmir. İstintaq zamanı ona məlum olmuşdur ki, atası Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanaraq ölmüşdür. O, təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş edir. Şahid7 məhkəmədə ifadəsində göstərdi ki, o, “xxxx” MMC-yə məxsus “Ravon Nexia R3” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi sürücüsü kimi işləyir. 12 avqust 2020-ci il tarixdə idarə etdiyi avtomobili ilə tanımadığı müştərini Sulutəpə qəsəbəsində məktəbin yaxınlığında düşürtmüş, həmin qəsəbədə tanımadığı bir nəfər şəxs maşınına minib Atyalı qəsəbəsinə doğru hərəkət etməyini demişdir. Yolda maşına minən şəxs Atyalı qəsəbəsində əmisi oğlunun bıçaqlandığını və təcili oraya sürməyini demişdir. Yolda maşınında olan şəxsin əmisi oğlu da maşına minmiş və o, hər ikisini Atyalı deyilən qəsəbəyə aparmışdır. Yolda əmioğlanların danışığından belə başa düşmüşür ki, kimsə onların qohumunu Atyalıda bıçaqlamışdır. Onları düşürdüb oradan məhəllənin içi ilə çıxdığı zaman yolda tanımadığı şəxs əl eləyib maşını saxlatdırmış və həmin şəxslə şəhərə 5 manata aparacağı barədə razılaşmışlar. Tanımadığı şəxs kafedə hesabı bağlayıb gələcəyini deyib, yaxınlıqda olan kafeyə keçərək təxminən 2 dəqiqə sonra gəlib maşına minmişdir. Tanımadığı şəxs içkili olmuş, yolda olan vaxtı kiminləsə əlində olan telefonla danışıb söyüş söymüşdür. Həmin şəxs qalmağa otel axtarmış, o da həmin şəxsə Biləcəri qəsəbəsində gündəlik 5-6 manata mehmanxana olduğunu demiş və maşını mehmanxanaya sürmüşdür. Həmin şəxs dediyi yerə keçib təxminən 2 dəqiqə sonra qayıdıb orada bahaçılıq olduğunu, günü 2-3 manata Xutor qəsəbəsində evlər olduğunu, oralarda əvvəllər qaldığını, maşını Xutora sürməyi demişdir. O da həmin şəxsi Xutor qəsəbəsinə aparıb orada düşürtmüşdür. Tanımadığı həmin şəxs hal-hazırda zalda olan Təqsirləndirilən şəxsdur. Şahid2 Qüdrət oğlu məhkəmədə ifadəsində göstərdi ki, ünvan 5 ünvanında yerləşən yaşayış evi 1982-ci ildən ona məxsus olmuş, 2013-cü ildə həmin ərazidə tunel tikildiyi üçün ev sökülmüşdür. Bunun üçün də o, yenidən bu sahədə ev tikdirmiş və 2019-cu ildə həmin evə köçərək burada yaşayır. Həmin ev ikimərtəbəli olmaqla zirzəmisi də vardır. Zirzəmidə heç kəs qalmadığı üçün o, orada təqribən 2019-cu ilin yanvar-fevral aylarında çarpayılar yerləşdirib onları gündəlik iki manata kirayəyə vermək qərarına gəlmişdir. Bu iş üzrə mərhum Zərərçəkmiş şəxs Adil oğlunu elə həmin ərəfələrdə tanımışdır. Belə ki, o, 3-cü mikrorayon dairəsi ətrafında gündəlik iki manata çarpayıları kirayə verməyi barədə elan yerləşdirərək həmin elanda öz mobil nömrəsini göstərmişdir. Hüseyn mobil nömrəsinə zəng edərək qalmağa ev axtardığını bildirmiş, buna görə də onlar “OMİD” tikinti materialları dükanının ətrafında görüşmüşlər. O, elanı verəndə rayondan iş arxasınca gəlmiş cavan insanların gecələməkdən ötrü bu cür şərait axtardığını düşünmüş, ona görə də Hüseynin yaşlı bir insan olduğunu görəndə Hüseynin onunla əlaqə saxlamasına təəccüblənmişdir. Hüseyndən nə üçün bu yaşda qalmağa belə bir yer axtardığını soruşanda, Hüseyn ailədaxili problemləri olduğundan evlərindən çıxdığını və bu səbəbdən qalmağa yeri olmadığını bildirmişdir. O də Hüseynlə bir qədər söhbət etdikdən sonra Hüseynin normal bir insan olduğunu görmüş və tərəddüd etmədən Hüseyni kirayəyə qəbul etmişdir. Hüseyn 10 gün qalıb gündəlik ödənişlərini etdikdən sonra ondan hər gün ödəniş edə bilmədiyi üçün yalnız ayın sonunda pensiyasını aldıqdan sonra ödəniş etməyə icazə verib-verməməsini ondan soruşmuşdur. O da buna icazə vermişdir. Bundan sonra da bu bir vərdişə çevrilmiş və Hüseyn hər ayın axırı ona 10-15 manat ödəniş edərək kommunal ödənişləri etməyə dəstək olmuşdur. Həmin vaxtdan etibarən Hüseyn mütəmadi olaraq evinin zirzəmisində yaşamış, yalnız bir dəfə ürəyində ağrıları olduğundan o, təcili yardım çağıraraq 6-8 gün ərzində xəstəxanada qalmışdır. Aralarında yaxın münasibət yarandığından o, evə gəlib gecələyən adamlara nəzarəti də Hüseynə tapşırmışdır. Təqribən 2020-ci ilin fevral ayında evdə gecələyən şəxslərdən birinin telefonu oğurlandığından o, çoxlu stress keçirib əziyyət çəkmiş, buna görə də artıq zirzəmini yataqxana kimi işlətməkdən imtina etmək qərarına gəlmişdir. Hüseyn ilə aralarında münasibət yarandığından Hüseynə orada qalmaqda davam etməyə icazə vermiş, lakin kənardan tanımadığı şəxsləri qəbul etməyi qadağan etmişdir. Belə ki, o, Hüseynə yalnız güvəndiyi insanlara gəlib gecələməyə icazə verməyi tapşırmışdır. Daha sonra isə ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar kirayədə qalan şəxslərin sayı ümumən xeyli azalmışdır. Baş vermiş hadisənin mahiyyəti üzrə onu bildirir ki, onun oğlu 21 iyul 2020-ci il tarixdə avtonəqliyyat hadisəsi nəticəsində vəfat etmiş, yas saxladıqları üçün hadisə günü, yəni 12 avqust 2020-ci il tarixdə o, bazardan ərzaq alaraq yoldaşı ilə birlikdə oğlunun evinə hüzr yerinə getmişdir. O, evə təqribən saat 22:30 radələrində qayıtmışdır. Daha sonra evdə oturduğu zaman saat təqribən 23:25 radələrində qəflətən çöldən səs eşitmiş, buna görə pəncərədən aşağı baxaraq orada Hüseyni görmüşdür. Hüseyn həmin zaman əli ilə qarnından tutmuşdur. O, Hüseyndən nə baş verdiyini soruşmuş, Hüseyn ona cavab versə də, o, cavabı eşitməmiş, buna görə də paltarını geyinib aşağı düşmüşdür. Burada o, Hüseynin bıçaqlandığını görmüşdür. Ondan kim tərəfindən bıçaqlandığını soruşanda Hüseyn, ona bir nəfər şəxsin gecələməkdən ötrü gəldiyini, lakin tərəfindən həmin şəxsə qalıb gecələməyə icazə verilmədiyi üçün sonuncunun onu bıçaqladığını bildirmişdir. Hüseyn həmçinin onu bıçaqlayan şəxsin burada əvvəl qaldığını demişdir. Aşağı düşüb Hüseynin bıçaqlandığını gördükdən sonra təcili tibbi yardıma zəng eləmiş, burada ona artıq həkim briqadasının ünvana göndərildiyi bildirilmişdir. Belə ki, kirayədə qalan şəxslərdən biri artıq “103” xidmətinə zəng edib məlumat vermişdir. Həkimlər gəldikdən sonra onlar Hüseyni təcili tibbi yardım avtomobilinə mindirib Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Kliniki Xəstəxanasına göndərmişlər. Bundan sonra o, kirayədə qalan şəxslərə artıq heç kəsi evdə saxlamayacağını bildirib onları yola salmış və zirzəminin qapısını bağlayaraq evə qayıtmışdır. Şahid6 məhkəmədə ifadəsində göstərdi ki, özünə məxsus olan “VAZ 2107” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuş, 12 avqust 2020-ci il tarixdə, gecə saat 23:40 radələrində Binəqədi rayonu, Xutor deyilən ərazidə “Yeganə” şadlıq sarayının yaxınlığında işıqfor olan istiqamətdə maşında oturub müştəri gözləyərkən tanımadığı şəxs maşının sağ qabaq qapısını açaraq “20 Yanvar” metrostansiyasının yaxınlığına getmək istədiyini bildirdikdə əvəzində nə qədər pul verməli olduğunu ondan soruşmuş və 3 manata razılaşaraq həmin şəxsi sifariş olunmuş istiqamətdə idarə etdiyi avtomaşınla aparmışdır. Hava qaranlıq olduğundan avtomaşına minən şəxsin fizioloji görünüşünə və geyiminə fikir verməmişdir. Yolda hərəkətdə olan vaxt həmin şəxs onunla söhbət etməmiş, sadəcə olaraq yolda “bu taksi şoferləri nə bahaçıdırlar” sözlərini deyərək deyinmişdir. O, cavabında tanımadığı şəxsə gecə çörək puluna çıxdıqlarını bildirmişdir. Bundan sonra sifariş olunmuş yerə “20 Yanvar” metrostansiyasının yaxınlığında üzü “Şamaxinka” adlanan ərazidə tanımadığı şəxsi düşürmüş və 3 manat zəhmət haqqı almışdır. Bundan başqa tanımadığı şəxsin “20 Yanvar” metrostansiyasının yaxınlığından hara getməsini də bilməmişdir. Qeyd etmiş olduğu şəxsin üzərində olan geyim əşyaları qanlı olmamış, sonuncuda qeyri-adekvat hərəkətlər hiss etməmişdir. Həmin şəxsin əlində bir ədəd markasını bilmədiyi sadə mobil telefon olmuş, sonuncu mobil telefonla heç kimlə danışmamış və ya kiməsə zəng etməmişdir. İbtidai istintaq zamanı ona təqdim edilmiş fotoşəkildə olan şəxsi tanıyaraq həmin şəxsin 12 avqust 2020-ci ildə gecə saat təxminən 23:40 radələrində Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, “Yeganə” şadlıq sarayının yaxınlığında işıqforun yaxınlığında maşınında oturan vaxtı ona yaxınlaşaraq “20 Yanvar” metrostansiyasının yaxınlığına getmək istəyən şəxs olduğunu bildirmişdir. Bu zaman həmin şəxsin adının Təqsirləndirilən şəxs olduğu ona bəlli olmuşdur. Şahid3 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq olunan ifadəsində göstərmişdir ki, o, 4-cü mikrorayonda tikintidə fəhlə işləmişdir. Təxminən iki ay əvvəl Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 15, ev 1A-da yerləşən və yataqxana kimi fəaliyyət göstərən evdə gününə 2 manat ödəməklə kirayədə yaşamışdır. Həmin yataqxananı 3-cü mkr., dairəsinin ətrafında gördüyü elan vasitəsilə aşkar etmişdir. Həmin yataqxanada əvvəllər bir sinifdə oxuduğu uşaqlıq dostu Mikayıl ilə birlikdə bir otaqda yaşamışdır. Yataqxana ikimərtəbəli evin zirzəmisində yerləşməklə orada çoxlu sayda çarpayılar olmuş, çarpayılar ayrı-ayrılıqda kirayə verilmişdir. Həmin ev Tofiq adlı şəxsə məxsus olub özü evin ikinci mərtəbəsində yaşamaqla yataqxanada qalan şəxslərə nəzarəti onlarla birlikdə yaşayan və “dayı” kimi çağırdıqları Hüseyn adlı şəxsə tapşırmışdır. Onlar gündəlik pulu birbaşa Hüseynə ödəmişlər. Tofiq da sonradan gəlib Hüseyndən həmin pulu almışdır. Eşitdiyinə görə, ölkədə tətbiq edilən xüsusi karantin rejiminə qədər kirayədə qalan şəxslərin sayı çox olmuş, lakin pandemiya ilə əlaqədar karantin müddətində kirayədə yaşayan şəxslərin sayı xeyli azalmışdır. Hadisəyədək kirayədə onunla bir otaqda dostu Mikayıl, digər otaqda isə Hafiz yaşamışdır. Dostu Mikayıl inşaatda usta kimi işləmiş, Hafizin isə harada işləməsini bilməmiş, ümumiyyətlə nə Hafiz, nə də Hüseynlə yaxın münasibəti olmamışdır. Adətən işdən sonra Mikayıl ilə görüşüb evin ətrafında parkda içəri keçmək üçün Hüseynin gəlməsini gözləmişlər. Belə ki, X17 ərazisi ətrafında tərəzi qoyub 20 qəpikdən insanları çəkərək pul qazanmışdır. Hüseyn işdən qayıtdıqdan sonra onlardan pulu alıb onları içəri buraxmış, bundan sonra da o, Mikayıl ilə otaqlarına keçib yemək yeyib yatmışlar. Hüseyn də öz otağına keçərək aptekdən aldığı spirti su ilə qatışdırıb içmişdir. Hüseyn spirtli içki aludəçisi olmaqla hər gün içmiş, sonuncu ilə ünsiyyətə keçdikdə həmişə onlara acıqlanmışdır. Hüseyn ümumiyyətlə xasiyyətcə çox kobud bir insan olmuş və hamı ilə davranışda özünü aqressiv aparmışdır. 12 avqust 2020-ci ildə həmişəki kimi saat 18:00-da işdən çıxıb Mikayıl ilə görüşmüş və onlar kirayədə yaşadığı evin ətrafında parkda Hüseyni gözləmişlər, sonuncu gəldikdən sonra onlar içəri keçib bir az söhbət etdikdən sonra o, yatmışdır. Bir müddət sonra Mikayıl onu oyadaraq anasının onlar üçün yemək göndərdiyini bildirdiyi üçün durub ayaq yoluna keçdikdə Hüseyn ondan qapını bağlamağı xahiş etmişdir. O, da yuxarı qalxaraq qapını bağladıqdan sonra aşağı düşmüşdür. Bundan sonra qapı döyülmüş və o, yenidən yuxarı qalxaraq qapını açmış, qapını açdıqda burada arıq bədən quruluşlu, saçları tünd rəngli, əynində tünd rəngli köynək və açıq rəngli şalvar olan bir nəfər şəxsi görmüşdür. Həmin şəxs ondan qalmağa yerin olub-olmadığını soruşduqda, həmin şəxsi içəri keçirdib aşağı düşmüş və Hüseynə yeni kirayəçi gəldiyini demişdir. Həmin şəxs də arxası ilə düşmüş, lakin Hüseyn həmin şəxsə yerin olmadığını demişdir. Həmin şəxs isə Hüseyndən “dayı, tanımadın məni?” sözlərini deyərək soruşduqda o, söhbəti dinləmədən Mikayılın yanına qayıtmış, Hüseyn ilə həmin tanımadığı şəxs isə dəhlizdə qalmışdır. Sadəcə danışıqlarından həmin şəxsin əvvəllər bura gəlib kirayə çarpayı götürməsi və Hüseynin də həmin şəxsi tanıdığını hiss etmişdir. Hüseynin yeni gələn adamla yüksək səs tonu ilə danışmasını və həmin şəxsə “rədd ol burdan” sözlərini deyərək yuxarı qovaladığını, bundan sonra onların pilləkənlə yuxarı qalxdıqlarını eşitmişdir. Həmin vaxt qəflətən Hüseynin qışqırığını eşitdikdə Mikayıl ilə tez yuxarı qalxıb Hüseynin qarnından tutduğunu görmüşlər. Onlardan təxminən 10-15 saniyə sonra digər otaqda qalan Hafiz da yuxarı qalxmışdır. Hüseyn gəlmiş şəxsin onu bıçaqla vurduğunu deyərək onlardan təcili tibbi yardımı çağırmalarını istəmişdir. Buna görə də Mikayıl öz mobil telefonundan “103” xidmətinə zəng edərək təcili tibbi yardım çağırmış və həkimləri qarşılamaq üçün “Omid” ticarət mərkəzi istiqamətində getmişdir. Təcili tibbi yardım gəldikdən sonra evin sahibi Tofiq də gəlmişdir. Həkimlər Hüseynə ilkin tibbi yardım göstərdikdən sonra onu Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışlar. Tofiq onlara hadisə yerinə polislərin gələcəyini və buna görə onlara artıq evdə qala bilməyəcəklərini demişdir. Tofiqin sözlərindən sonra onlar Mikayıl ilə “Papanin” ətrafında başqa yataqxana tapıb gecəni orada qalmışlar (cild 1, iş vərəqi 53-57). Şahidlər X4 və Şahid5 ibtidai istintaq zamanı verdikləri və tərəflərin razılığı ilə məhkəmədə tədqiq olunan ifadələrində Şahid3 göstərdikləri xüsusatları tam olaraq təsdiq etmişlər (cild 1, iş vərəqi 58-62, 63-67). Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi haqqında 13.08.2020-ci il tarixli protokoldan görünür ki, hadisənin ünvan 6 ünvanda fərdi yaşayış evinin 1-ci mərtəbəsinin üzbəüz obyektlə (evlə) dayandıqda sol küncündə yerləçən giriş qapısının koridorunda baş verməsi müəyyən olunur. Hadisənin baş verdiyi ev ikimərtəbəlidir. Sol tərəfdə bir qapı müşahidə olunur. Qapının qarşısında çöl tərəfdə 2-3 ədəd qanabənzər damcı formalı ləkələr müşahidə olunur. Qapı qırmızı rəngli metal örtüklüdür. Qapının qarşısında içəriyə doğru çoxsaylı qanabənzər damcı formalı ləkələr mövcuddur. Bundan başqa 1 cüt tünd göy rəngli kişi idman ayaqqabıları vardır. Pilləkənlər ilə aşağı düşdükdə sağ tərəfdə pilləkənin altında kiçik bir otaq olması müəyyən olunur. Otağın qarşısında 2 ədəd üzərində qanabənzər ləkələr olan 2 ədəd quru salfet aşkar olundu. Pilləkənlə übəüz qapı vardır. Qapıdan içəri daxil olduqda sol tərəfdə mətbəx, zal, 2 çarpayı, sağ tərəfdə 6 çarpayı, sol tərəfdə mətbəxdən sonra daha 1 otaq və içərisində 3 çarpayı, daha sonra 1 otaq içərisində 3 çarpayı müəyyən olundu (cild 1, iş vərəqi 3-7). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi haqqında 13.08.2020-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, “Omid” Ticarət Mərkəzinin binasının fasad üzlüyündə qana bənzər ləkələr aşkar edilməklə cinayət təqibi üzrə əhəmiyyətli hesab olunaraq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəqi 18-20). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqında 13.08.2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 01 radələrində xəstəxanaya Zərərçəkmiş şəxs Adil oğlu qarının ön divarının sol yarısının daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası ilə gətirilən zaman əynində olan tünd göy rəngli üzərində qan ləkələri olan şalvara baxış keçirilmişdir. Baxış zamanı həmin geyim əşyasının üzərində olan ləkələrin insan qanına bənzər ləkələrə bənzəməsi müəyyən olunmuşdur. Sübut əhəmiyyəti kəsb etdiyindən həmin 1 ədəd şalvar və 1 cüt rezin başmaq götürülmüşdür (cild 1, iş vərəqi 23-24). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi haqqında 13.08.2020-ci il tarixli protokol və fotocədvəldən görünür ki, Bakı şəhəri, Binəqədi qəsəbəsi, 15-ci sıra, ev 1A ünvanında yerləşən fərdi evin qapısının çöldən giriş hissəsində döşəmənin üzərində “1” rəqəmi altında qanabənzər ləkələr aşkar edilməklə müvafiq qaydada tampona hopdurulmaqla götürülmüşdür. Giriş qapısından daxil olduqda dəhlizdə döşəmənin üzərində qanabənzər ləkələr damla şəkildə olmaqla çoxsaylıdır, həmin qanabənzər ləkələr “2” rəqəmi ilə qeydiyyatda alınmışdır. Dəhlizdən “Q” şəkilli 11 ədəd pilləkənaşağı istiqamətində düşməklə baxışda iştirak edən Şahid2 deməsinə görə Zərərçəkmiş şəxs yaşadığı otaq yerləşir. Pilləkənın sonunda döşəmənin üzərində “5” rəqəmi altında qanabənzər ləkələr aşkar edilmişdir. 11 ədəd pilləkənin sonluğunda giriş qapısı plastik materialdan içəriyə açılan qapı olmaqla otağa daxil olmaqla otağın ölçüsü 8X3,40 m olmaqla bitişik şəkildə 5 ədəd ayrı-ayrılıqda 3 ədəd çarpayı vardır. Ümumilikdə zirzəmidə qeyd edilən sahədə 3 yaşayış otağı və 1 mətbəx həmçinin Zərərçəkmiş şəxs ayrıca yaşadığı 1 ədəd yaşayış otağı vardır (cild 1, iş vərəqi 29-42). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş meyitə baxış keçirilməsi haqqında 13.08.2020-ci il tarixli protokol və fotocədvəldən görünür ki, meyit təşrih masası üzərində arxası üstə uzadılmışdır. Meyit paltarsızdır. Meyit kişi cinsli olub, düzgün bədən quruluşlu, kafi köklükdədir, boyunun uzunluğu 175 santimetrdir. Meyit əllə toxunduqda soyumuşdur. Meyitin arxa səthində qırmızımtıl-göyümtül rəngli, barmaqla təzyiq etdikdə rəngi itən və 20-30 saniyədən sonra bərpa olan meyit ləkələri vardır. Meyit qacıması çeynəmə əzələlərində kafi, əl barmaqlarında zəif inkişaf etmişdir, yoxlanılan digər əzələ qruplarında inkişaf etməmişdir. Baş tükləri ağ rəngdədir, alın nahiyəsində tökülmüşdür, 3-4 santimetrə qədər uzunluqdadır. Kəllə sümükləri əllədikdə tamdırlar. Gözlər qapalıdır, bəbəklərin diametri 0,5 santimetrdir, buynuz qişa parlaqdır. Qulaq seyvanları tamdırlar. Xarici qulaq keçəcəkləri sərbəstdirlər. Burun sümükləri əllədikdə tamdırlar. Ağzı qapalıdır, alt çənədə sağda 3 ədəd diş sarı metaldandır, digər dişlər tökülmüş, diş yataqları hamarlaşmışdır. Dili ağız boşluğunda sərbəst yerləşmişdir. Boynu orta uzunluqda və köklükdədir. Döş qəfəsi silindr formasındadır, simmetrikdir. Qarının səviyyəsi qabırğa qövsləri səviyyəsindən aşağıdır. Xarici cinsiyyət üzvləri kişi tiplidir, düzgün inkişaf etmişdir, sünnət olunmuşdur. Arxa keçəcək dəliyi qapanmışdır, ətrafındakı dəri təmiz və zədəsizdir. Yuxarı və aşağı ətrafları düzgün inkişaf etmişdir, əllədikdə sümükləri tamdırlar. Meyitin bədən səthində aşağıdakı xəsarətlər aşkar edildi: Qarının ön səthində orta xətt üzrə göbəkdən yuxarıda və qismən aşağıda 21 santimetr uzunluqda üzərində cərrahi tikişləri olan yara vardır. Sol qabırğaaltı nahiyədə ayaqaltıdan 108 santimetr yuxarıda, orta xəttdən 12 santimetr solda, saat sferblatının "5" və "11" rəqəmlərinin birləşdirən xətt üzrə 3,5 santimetr uzunluqda cərrahi tikilmiş kənarları hamar yara vardır. Yaranın üzərində olan tikiş söküldü. Yaranın sol aşağı ucu iti, sağ yuxarı ucu isə kütdür. Yaranın kənarlarını yaxınlaşdırdıqda uzunluğu 4 santimetrdir. Qarının sol yarısının ön səthində 2 santimetr, qarının sol yarısının yan səthində 2 santimetr, qarın sağ yarısının yan səthində 2 santimetr, qarının sağ yarısının yan səthində 2 santimetr uzunluqlarda üzərində cərrahi tikişləri olan yaralar vardır (drenaj yerləri). Qarının sağ yarısının ön səthindən 5x2,5 santimetr ölçüdə sahədə bağırsaq ilgəyi cərrahi yolla bayıra çıxarılmışdır. Sol baldır nahiyəsinin yuxarı 1/3-nin ön səthində 1,5x0,3 santimetr ölçüdə üzərləri qırmızı rəngli, ətraf dəri səviyyəsindən aşağı olan qartmaqlarla örtülmüş sıyrıqlar vardır. Meyitin bədən səthində digər xəsarət aşkar edilmədi (cild 1, iş vərəqi 43-45). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsin tanınmaya təqdim edilməsi haqqında 15.08.2020-ci il tarixli protokol və fotocədvəldən görünür ki, tanıyan şəxs Şahid3 təqdim edilən şəxsləri nəzərdən keçirərək göstərmişdir ki, Zərərçəkmiş şəxslə mübahisə edən şəxs sağdan birinci yer tutan Təqsirləndirilən şəxsdur. Tanıyan şəxs Şahid3 Vüqarı üz quruluşuna və saçlarına görə tanımışdır (cild 1, iş vərəqi 122- 124). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 15.08.2020-ci il tarixli protokol və bu zaman qeydə alınan videoçəkilişin nəticələrinin qeydə alındığı DVD diskdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı şübhəli şəxs qismində vermiş olduğu 14.08.2020-ci il tarixli ifadəsində qeyd etdiyi xüsusatları əyani olaraq bir daha göstərmişdir (cild 1, iş vərəqi 129-132). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş əşyaların götürülməsi və baxış keçirilməsi haqqında 17.08.2020-ci tarixli protokoldan və fotocədvəldən görünür ki, təqirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən istintaqa təqdim edilən hadisə zamanı əynində olmuş şalvar, habelə ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı aşkar edilən hadisə zamanı əynində olmuş köynək və gödəkçə, eləcə də cinayətin törədilmə aləti olan bıçaq götürülərək baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, şalvar parça materialdandır, “G3301” etiketlidir, zəncirbəndlidir, krem rənglidir, iki arxa və iki yan cibi var, sağ yan cibinin üzərində əlavə cib vardır, arxa sağ cibin üzərində qanabənzər ləkələr müşahidə olunur, ciblərində hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Köynək dama-dama parçadandır, ağ, boz və göy rənglidir, qısaqoldur, düyməlidir, göy yaxalıqlıdır, çiyinlırində paqonlar var, “Antony Rossi” etiketlidir, sinə nahiyəsində iki düyməli cibi var, üzərində hər hansı bir zədə və ya iz aşkar olunmamışdır. Gödəkçə qara rənglidir, uzunqoldur, parça materialdandır, zəncirbəndlidir, iki yan cibi vardır. “Burberry” etiketlidir, üzərində hər hansı bir zədə və ya iz müşahidə edilmir, ciblərində hər hansı bir əşya və ya predmet aşkar ediləmişdir. Bıçaq ümumi uzunluğu 295 mm olmaqla, tiyəsinin üzunluğu 180 mm, dəstəyinin uzunluğu 115 mm təşkil edir, dəstəyi üç rəngli olmaqla ağ, göy və qırmızılı rənglidir, üzərində metallik nöqtələr həkk olunub, tiyəsi poladdan olmaqla üzərində “Shanoxing” yazısı əks etdirilib, tiyəsinin hər iki tərəfində qanabənzər ləkələr müşahidə edilir. Hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş şalvar, köynək və gödəkçə, eləcə də cinayətin törədilmə aləti olmuş bıçaq götürülərək qablaşdırılmış və üzərində “Binəqədi rayon prokurorluğu, zərflər üçün” möhürü ilə möhürlənmiş və protokola əlavə eilmişdir. (cild 1, iş vərəqi 158-164). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 22.10.2020-ci il tarixli sənədə baxış keçirilməsi haqında protokoldan və anten dairələrini əks etdirən diskdən görünür ki, antenna.xlx faylında Təqsirləndirilən şəxs hadisə günü, yəni 12.08.2020-ci il tarixdə apardığı telefon danışıqlarının anten dairəsi onun müxtəlif ərazilər üzrə istiqamət etdiyini göstərir. Belə ki, hadisənin baş vediyi müddətdə, yəni 12.08.2020-ci il tarixdə saat 23:30 radələrində Təqsirləndirilən şəxs etdiyi zənglərin əhatə dairəsi anten məlumatlarına əsasən “Baki sh., 4-cu mkr., “YEGANE” SHADLİQ Sarayi” adlı anten dairədə olmuşdur (cild 2, iş vərəqi 92-100). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş sənədə baxış keçirilməsi haqqında 25.09.2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, TS3-033.1- Part 1 (2020-08-12 23-34-56 2020-08-12 23-42-07).avi" adlı videofaylına baxış zamanı müəyyən edilmişdir ki, görüntünü qeydə alan şəhər kamerası 12 avqust 2020-ci il tarixdə saat 23:34:56-dan saat 23:42:07 qədər olan vaxt ərzində Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev küçəsinin "Yeganə" şadlıq sarayı istiqamətində olan hissəsini görüntüləyir. Təhlükəsiz Şəhər kamerasında saat 23:34:56da küçədə çoxlu sayda şəxslərin və avtomobillərin olduğu görünür. Sol tərəfdə təxminən üç metr eni olan kiçik ölçülü açıq və tünd boz rəngli tamet daşları ilə döşənmiş səki, sakinin yoldan uzaq olan hissəsində iri və kiçik gövdəli ağaclar, mişar daşından düzəldilmiş alçaq hasar, işıq dirəyi ve reklam plakatı, səkinin yola yaxın olan hissəsində isə işıqfor yerləşir. İşıqforun qarşısında "VAZ 2107" markalı, dövlət qeydiyyat nömrə nişanının əvvəli 60-BZ-52, sonu isə görünməyən, üzərində taksi fərqlənmə nişanı olan qara rəngli avtomobilin dayandığı görünür. Saat 23:39:37-də əynində açıq rəngli şalvar, boz və göy rəngli qısaqol köynək, boyunun ətrafında qara rəngli gödəkçə olan, arıq bədən quruluşlu, ortaboylu, saçının rəngi açıq olan şəxs səki ilə addımlayaraq qeyd olunan avtomobil ilə üzbəüz olan mişar daşından düzəldilmiş alçaq hasara söykənib dayanır va ayaqlarını çarpaz vəziyyətə gətirərək mobil telefon vasitəsilə danışmağa başlayır. Göstərilən əlamətlərə və iş materiallarının təhlilinə əsasən həmin şəxsin iş üzrə Təqsirləndirilən şəxs olduğu müəyyən edilir. Qısa müddət telefonla danışdıqdan sonra Təqsirləndirilən şəxs saat 23:40:15-dən saat 23:41:00-a qədər yenidən telefon vasitəsilə danışır. Daha sonra o, yuxarıda qeyd olunan avtomobilə yaxınlaşaraq avtomobilin damına söykənib sol pəncərəsi vasitəsilə sürücü ilə saat 23:41:40-a qədər söhbət edir. Söhbəti bitirdikdən sonra Təqsirləndirilən şəxs avtomobilin damına söykənməyə davam etməklə mobil telefondan istifadə etməyə başlayır. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərinə uyğun olaraq, onun Zərərçəkmiş şəxs bıçaqla vurduqdan sonra “Yeganə” şadlıq sarayının ətrafına taksi avtomobilinə minərək “20 Yanvar” dairəsi istiqamətində hərəkət etdiyi faktı sənədə baxış vasitəsi ilə təsdiqini tapır. Digər videofayllar TS3-033.1 Part 1 (2020-08-12 23-34- 56 2020-08-12 23-42-07).avi adlı videofaylın əksidir (cild 2, iş vərəqi 45-51). İşdə olan tədqiqat üçün nümunələrin götürülməsi haqqında 18.08.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yanaqlarının daxili hissəsindən yanaq epitelinin qaşıntısı aparılaraq tədqiqat üçün nümunə götürülmüşdür (cild 1, iş vərəqi 195). İşdə olan məhkəmə tibbi ekspertizasının 03.09.2020-ci il tarixli, 1332 saylı rəyindən görünür ki:
1. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarət - sağ əlin İİ barmağının səthi kəsilmiş yarası kəsici əşyanın (alətin) kəsici təsirindən müayinədən 2- 3 gün əvvəl əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur.
2. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarət qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 12.08.2020-ci ildə digər şəxsə bıçaqla xəsarət yetirən zaman əmələ gəlməsi ehtimal olunur (cild 2, iş vərəqi 2-3). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 12.08.2020-ci il tarixli, 200 saylı rəyindən və rəyə əlavə edilmiş fotocədvəldən görünür ki:
1. Zərərçəkmiş şəxs 12.08.2020-ci ildə, saat 23:45-də 3 saylı ŞKX-na “Qarının ön divarının sol yarısının kəsilmiş-deşilmiş yarası, böyük piyliyin eventrasiyası” diaqnozu ilə daxil olmuşdur. Daxil olarkən ümumi vəziyyəti ağırdır. Auskultasiya zamanı ağciyərlər üzərində sərt tənəffüs eşidilir. Ürək tonları karlaşmışdır. A/T 125/70mm.c.st, Nəbzi ritmik, orta dolgunluqda olub, 1 dəqiqədə 100 vurğu olmuşdur. Qarının ön divarının sol yarısında sol qabırğaaltı nahiyədə ölçüsü təxminin 3,5x1sm ölçüdə olan kəsilmiş-deşilmiş yara müəyyən edildi. Yaradan böyük piylik eventrasiya etmişdir. 12.08.2020-ci ildə saat 23.57-də xəstəyə laparatomiya icra olunmuş, köndələn çənbər bağırsağın, mədəaltı vəzinin-mədənin yaralarının tikilməsi icra edilmiş, kor bağırsağın ucu qarın divarından bayıra çıxarılmışdır (sekostoma). Qarın boşluğu sanasiya olunmuş və drenə edilmişdir. 13.08.2020-ci ildə cərrahi əməliyyatdan sonra xəstənin ümumi vəziyyəti ağır olaraq qalmışdır. 13.08.2020-ci ildə saat 10:50-də xəstənin ümumi vəziyyəti birdən-birə ağırlaşmış, huşu koma İİİ tipli pozulmuşdur. Periferiyada A/T və PS təyin olunmamışdır. Saat 11:10-da xəstədə ürək fəaliyyətinin dayanması baş vermişdir. Aparılan reanimasion tədbirlərə baxmayaraq artan ürək-damar çatmamazlığı fonunda saat 11.20-də bioloji ölüm qeydə alınmışdır. Klinik diaqnoz: qarının ön divarının sol yarısının qarın boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yarası. Köndələn çənbər bağırsağın çoxsaylı kəsilmiş-deşilmiş yaraları. Mədəaltı vəzinin cisminin kəsilmiş-deşilmiş yarası. Mədənin arxa, divarının kəsilmiş-deşilmiş yarası. Bitişmə xəstəliyi. Daxili qanaxma. Yayılmış nəcis peritoniti.
2. Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşakar edilmişdir: qarının ön səthinin daxilə nüfuz edərək köndələn çənbər bağırsağı, mədənin arxa divarıın, mədəaltı vəzinin cismini zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası. Yara kanalının istiqaməti öndən-arxaya, aşağıdan-yuxarıya, soldan-sağa doğrudur. Sol baldır nahiyəsinin sıyrıqları. Qeyd olunan xəsarətlər həyatidirlər, deşilmiş-kəsilmiş yara deşicikəsici əşyanın (alətin), sıyrıqlar isə bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün 3 saylı ŞKX-a gətirildiyi 12.08.2020-ci il saat 23:45-dən bir qədər əvvəl əmələ gəlmişdirlər, sıyrıqlar sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin olunmur, qarının ön divarının qarın boşluğuna nüfuz edərək köndələn çənbər bağırsağı, mədənin arxa divarını, mədəaltı vəzinin cismini zədələyən deşilmiş-kəsilmiş yarası isə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdir. 3. Zərərçəkmiş şəxs sağlığında aterosklerotik koronarokardiosklerozla ifadə olunmuş ürəyin xroniki işemiya xəstəliyinə düçar olmuşdur və ona yetirilmiş qarının ön divarının periton boşluğuna nüfuz edərək daxili orqanları zədələyən deşilmiş-kəsilmiş yarası ürəyin xroniki işemiya xəstəliyinin gedişini ağırlaşdıraraq kəskin ürək-damar çatmamazlığı törətmiş, bu ağırlaşma isə Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur.
4. Zərərçəkmiş şəxs bədənində aşkar olunan qarının ön divarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarasının ekspertizaya təqdim edilmiş bıçaqla yetirilməsi istisna olunmur.
5. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş qarının ön divarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarasının lokalizasiyasmı və yara kanalının istiqamətini nəzərə alaraq demək olar ki, xəsarət yetirən şəxs onunla üzbəüz vəziyyətdə ola bilərdi.
6. Zərərçəkmiş şəxs ölümü 13.08.2020-ci ildə saat 11:20-də 3 saylı ŞKX-da baş vermişdir.
7. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsiredici maddələr aşkar olunmamışdır (cild 2, iş vərəqi 6-12). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə genetik ekspertizasının 10.09.2020-ci il tarixli, 20/45İR saylı rəyindən görünür ki:
1. Zərərçəkmiş şəxs sağ və sol əl dırnaq kəsintiləri altında Təqsirləndirilən şəxs məxsus bioloji mənşəli material aşkar edilmədi. Zərərçəkmiş şəxs sağ və sol əl dırnaq kəsintiləri altında olan bioloji mənşəli materiallar onun özünə məxsusdur.
2. Həmçinin ekspertiza nəticəsində müəyyən edildi ki, təqdim olunmuş “N1”, “N2” və “N5” saylı tamponlar üzərində, hadisə yerindən götürülmüş və Binəqədi RPİ-nin 14.08.2020-ci il tarixli, 059-30921-1220 №-li məktubu ilə tədqiqata təqdim edilmiş 02 (iki) ədəd salfet üzərində, eləcə də “Omid” ticarət mərkəzinin yaxınlığından götürülmüş və Binəqədi RPİ-nin 14.08.2020-ci il tarixli, 059-30879-1220 №-li məktubu ilə tədqiqata təqdim edilmiş 02 (iki) ədəd pambıq tampon üzərində olan qanabənzər ləkələr insana məxsus qan nümunələridir və həmin qan nümunələrinin hamısı Zərərçəkmiş şəxs məxsusdur.
3. Ekspertiza nəticəsində müəyyən edildi ki, təqdim olunmuş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd şalvarın sol cibi üzərində, sol diz nahiyəsi üzərində, sağ bud nahiyəsi üzərində və 01 (bir) cüt rezin çəkələyin sağ və sol tayları üzərində, eləcə də Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd gödəkçənin sol qolu üzərində və 01 (bir) ədəd qısaqol köynəyin arxa səthi üzərində, həmçinin 01 (bir) ədəd bıçağın tiyə hissəsi üzərində aşkar edilmiş qanabənzər ləkələr insana məxsus qan nümunələridir və həmin qan nümunələrinin hamısı Zərərçəkmiş şəxs məxsusdur.
4. Bundan əlavə ekspertiza nəticəsində müəyyən edildi ki, təqdim edilmiş Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd şalvarın sağ arxa cibi üzərində və 01 (bir) ədəd bıçağın dəstək hissəsi üzərində aşkar edilmiş qanabənzər ləkələr insana məxsus qan nümunələridir və həmin qan nümunələri Təqsirləndirilən şəxs məxsusdur (cild 2, iş vərəqi 14-42). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının 09.09.2020-ci il tarixli, 1771 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansi bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkəti Azərtbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür, Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs sensor-perseptiv prossesləri (yaddaş, diqqət, qavrama, təfəkkür və s.) normaya uyğun olduğundan o, qərarın təsviri hissəsində qeyd olunmuş cinayət əməlini törədərkən öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, baş vermiş hadisələri düzgün qavramaq, yadda saxlamaq və onları təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk edərək bu barədə düzgün məlumat vermək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, hövsələsizlik, özünü müdafiə etməyə meyillilik, qıcığa qarşı həssaslıq, konfliktə meyillilik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional sferasında hirslilik yaranmış, həmin halın yaranması onun fərdi-psixi xüsusiyyətləri fonunda situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (cild 2, iş vərəqi 53-55). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibbi-kriminalistik və məhəkəmə kriminalitsik ekspertizasının 27.10.2020-ci il tarixli, 490/2020-MTKŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus olan şalvar, bir cüt çəkəllək üzərində zədə və zədə izləri və Təqsirləndirilən şəxs məxsus şalvar, gödəkçə və köynək üzərində zədə və zədə izləri aşkar edilməmişdir. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir (cild 2, iş vərəqi 118-120). İşdə olan 17.08.2020-ci il tarixli qərardan görünür ki, X5 iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır (cild 1, iş vərəqi 167-168). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X13 03.09.2020-ci il və 01.09.2020-ci il tarixli məktublarından görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs narkoloji mərkəzdə müalicə olunmamış və qeydiyyatları yoxdur (cild 1, iş vərəqi 247-248). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X13 29.08.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Respublika Psixiatriya Xəstəxanasında müalicə olunmamışlar (cild 1, iş vərəqi 249-250). İşdə olan 05.02.2021-ci il tarixli cinayət təqibi üzrə icraatın birləşdirilməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə isintaqı aparılan cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə isintaqı aparılan cinayət işinə birləşdirilmiş və cinayət işi üzrə istintaq ********* nömrədə davam etdirilmişdir (cild 2, iş vərəqi 249-250). İşdə olan 05.02.2021-ci il tarixli ərizədən görünür ki, zərəçəkmiş şəxs X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Zərəçəkmiş şəxs X6 dəymiş ziyan tam ödənilmiş, 25 fevral 2021-ci il tarixli cinayət təqibinbə hissəvi xitam verilməsi haqqında qərara əsasən Təqsirləndirilən şəxs bərəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə xitam verilmişdir (cild 3, iş vərəqi 10, 29-32). İşdə olan 10.02.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2003-cü il təvəllüdlü X7, 2005-cü il təvəllüdlü X10, 2009-cü il təvəllüdlü X8 vardır (cild 3, iş vərəqi 11). İşdə olan Kürdəmir RİHB şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndiliyindən daxil olmuş 10.02.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndiliyə təqsirləndirici heç bir şikayət daxil olmamışdır (cild 3, iş vərəqi 12). İşdə olan sübutların qiymətləndirilməsi barədə 25.02.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus olan şalvar, bir cüt çəkələk, Təqsirləndirilən şəxs məxsus şalvar, gödəkçə və köynək, cinayətin aləti olan bir ədəd mətbəx bıçağı iş üzrə maddi sübut kimi tanınmış və Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlama yerinə təhvil verilmişdir (cild 3, iş vərəqi 34-59). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 №-li Qərarının 3-cü bəndində göstərilmişdir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini də nəzərə alır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması kifayət qədər sübuta yetirilir və o, həmin əməli törətməkdə təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 21.05.2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 16.03.2017-ci il tarixli, 2744 saylı “əfv” sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir (cild 2 iş vərəqi 78, 108-116). İşdə olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 11.03.2019-cu il tarixli hökmündən və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin 24.02.2021-ci il tarixli məktubundan görünür ki, Cəfərov X9 Rayon Məhkəməsinin 11.03.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 15 faiz dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, lakin hazırkı tarixə qədər ona təyin edilmiş cəzanı icra etməmişdir (cild 2 iş vərəqi 88-89; cild 3, iş vərəqi 15). Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi ağır cinayətə görə məhkumluğu ödənilmədən yeni cinayət törətdiyindən məhkəmə onu məhkumluğu olan şəxs hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Qanunun həmin müddəasından çıxış edərək məhkəmə Təqsirləndirilən şəxs əməlini cinayətin təhlükəli residivi kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi, əməlində cinayətlərin təhlükəli residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-ci maddəsinin sanksiyasında doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə bu cinayət ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Həmin Məcəllənuin 68.1.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü bərabər tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə, ev dustaqlığında, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 14.08.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15.08.2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 14 avqust 2020-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 101-102, 156-157, cild 2, iş vərəqi 137-140, 161-164; cild 3, iş vərəqi 104-106). Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs kimi tutulduğu 14 avqust 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Binəqədi rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus olan şalvar, bir cüt çəkələk, Təqsirləndirilən şəxs məxsus şalvar, gödəkçə və köynək təyinatının itirdiyindən və cinayətin aləti olan bir ədəd mətbəx bıçağı məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.3-cü maddələrinə əsasən Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 11.03.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətə islah işləri cəzası dörd günə bir gün azadlıqdan məhrum etmə cəzası kimi hesablanmaqla 3 (üç) ay azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə tamamilə toplanılmaqla, Təqsirləndirilən şəxs oğluna qəti olaraq 10 (on) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 14 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Binəqədi rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus olan şalvar, bir cüt çəkələk, Təqsirləndirilən şəxs məxsus şalvar, gödəkçə və köynək, bir ədəd mətbəx bıçağı məhv edilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.