Məhkəmə qərarları › İş №1(101)-905/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-905/2022

25.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-905/2022 25.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Femida» vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qarşı ibtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, o, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib saxlamış və daşımış, belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə 2021-ci il iyulun 23-də satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən dörd ədəd bükümdə ümumilikdə 27,416 qram çəkidə külli miqdarda kustar üsulla hazıranmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış və 2021-ci il iyulun 24-də saat 11:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Firdovsi küçəsinə gətirmiş, orada həmin heroinin maddənin 0,499 qram çəkidə olan hissəsini əvəzsiz olaraq X2 verdikdən sonra göstərilən ünvanda Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən X5 və X4 ilə birlikdə saxlanmaqla idarəyə gətirildikdə üzərində şəxsi axtarış aparılarkən həmin psixotrop maddə matemfetaminin iki ədəd ayrı-ayrılıqda təmiz çəkiləri 10,018 qram və 4,422 qram olan hissəsi onun əynindəki şalvarın sağ yan cibindən, iki ədəd büküm ayrıayrılıqda təmiz çəkiləri 5,079 və 7,319 qram olan hissəsi isə saxlandığı zaman yerə atdıqdan sonra onu götürüb üzərində saxlayan X3 aşkar edilməklə götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Dövlət ittihamçısı məhkəməyə vəsatət təqdim edərək Təqsirləndirilən şəxs əməlində həmçinin Azərbaycan Respublikasının CM-nin 315-ci və 228.4.-cü maddələrinin əlamətləri olduğundan cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının CPM-nin 318.2.-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə hesab edir ki, dövlət ittihamçısının vəsatəti Azərbaycan Respublikasının CPM-nin 318.2.-ci maddəsində qeyd edildiyi kimi cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi üçün əsasdır. Məhkəmə cinayət prosesinin digər iştirakçılarının fikirlərini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, dövlət ittihamçısının vəsatəti təmin olunmaqla Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin baxılmasına xitam verilməli, hazırki cinayət işi təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün Bakı şəhərinin Xəzər Rayon Prokurorluğuna qaytarılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 318.2-1.-ci maddəsinə əsasən, bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2021-ci il 26 iyul tarixli qərarı əsasında əvvəli 2021-ci il iyulun 24dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri 30 (otuz) gün müddətinə uzadılaraq 2022-ci il dekabrın 25-dək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Femida» vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 95 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Femida» vəkil bürosunun nəfinə (VÖEN: **********) 570 manat köçürülməlidir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 300.1.5.-ci, 300.4.1.-ci, 303.1.-ci, 303.3.1.-ci, 303.3.6.-cı, 306.1.-ci, 306.1.3.-cü maddələrini rəhbər tutaraq qərara aldı:

1. Dövlət ittihamçısının vəsatəti təmin olunsun.

2. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhərinin Xəzər Rayon Prokurorluğuna qaytarılsın.

3. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri 30 (otuz) gün müddətinə uzadılaraq 2022-ci il dekabrın 25-dək dəyişdirilmədən saxlanılsın.

4. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla əlaqədar Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Femida» vəkil bürosunun nəfinə (VÖEN: **********) 570 manat köçürülsün.

5. Qərarın surəti üç gün müddətində təqsirləndirilən şəxsə, müdafiəçiyə, dövlət ittihamçısına göndərilsin. Sədrlik edən İradə Həsənzadə

Hakimlər Əhməd Quliyev

Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar