Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-905/2023 24.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «Kamandar Nəsibov və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Salamzadə küçəsi 1055-də qeydiyyatında olan, barəsində həbs qətimkan seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 03 oktyabr 2022-ci il tarixdə səhər ssatlarında Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Şamaxinka” deyilən ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsə 15 manat ödəniş etməklə sonuncudan satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd şəffaf rəngli sellofana bükülü vəziyyətdə , təmiz çəkisi 2.093 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini əldə edib üzərində saxlayaraq daşımış, 03 oktyabr 2022-ci il tarixdə saat 18:35 dəqiqədə Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanı qarşısında saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilmiş və inzibati binada üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki mavi rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 2.093 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında anası ilə birlikdə yaşayır, atası rəhmətə gedib. 12 il müddətində, yəni 2022-ci ilin fevral ayınadək nakrotik vasitəsi heroin istifadə etmiş, lakin tutulmamışdır. Saxlanılmamışdan bir həftə əvvəl, yəni 03 oktyabr 2022-ci il tarixdən bir həftə əvvəl bloger Nail Səfərli onların məhəlləsində olan narkomanların çəkilişini apardıqdan sonra onu mülki formada olan polislər saxlamış, ondan sənədini tələb etmiş, sənədi olmamışdır. Polislər onu Bakı şəhəri, Yasamal RPİ-nin 29-cu PŞ-nə aparmışlar. Halbuki o artıq narkotik istifadə etmirdi, üzərində narkotik və ya digər qanunsuz maddələr olmamışdır. Onu 03 oktyabr 2022-ci il tarixdə saat 15.30-da «Ağçiçəyim» restoranının arxasında tutmuşlar. Şöbədə ona demişlər ki, üzərinə qoyacaqları az miqdarda heroini boynuna götürməsə külli miqdarda «sroka» göndərəcəklər. Onu saxlayan polisləri tanımır, onlarla heç bir ədavəti olmamışdır. Onu külli miqdarda narkotiklə cəlb edəcəkləri ilə qorxutduqları üçün o razı olmuşdur ki, polis əməkdaşları üzərinə bir büküm qoysunlar. Həmin bükümü üzərinə baxış zamanı o öz bükümü kimi təqdim etmişdir. Onun evində də qanunsuz predmet, maddə vəvasitələr də olmamışdır. O, 15 manat ödəyərək 2 qram heroini «Şamaxinka» deyilən yerdən almamışdır, o, evindən çıxdıqdan 20 dəqiqə sonra onu saxlamışlar, şöbədə onu 2 saat kamerada saxlayıb rəisin otağına qaldırmışlar, orada onu tanımadığı 2 nəfər döymüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə inspektoru X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri tədbirlə əlaqədar tanıyır, həmin tədbirdə həmkarı, əməliyyat müvəkkili Şahid1lə birlikdə iştirak etmişdir. Bölməyə Təqsirləndirilən şəxs yaşadığı Yasamal rayonu, V.Əliyev küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məlumat daxil olmuş və bu məlumata əsasən 03 oktyabr 2022-ci il tarixdə saat 18.30 radələrində o və Şahid1 Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində , «Ağ çiçəyim» restoranının yanında saxlayaraq bölməyə gətirmişlər. Sahə inspektoru olaraq ərazisində yaşayan Təqsirləndirilən şəxs narkotik istifadəçisi olmasından məlumatlı idi.Təqsirləndirilən şəxs bölmədə təhqiqatçıya təhvil vermişlər, təhqiqatçı vəkil dəvət edərək onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə, videoçəkiliş aparmaqla baxış keçirmişdir. Baxış başlamadan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları masaya qoymağı təklif etmiş, Təqsirləndirilən şəxs bundan sonra cins şalvarın sağ yan cibindən bir büküm çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümdə heroin olduğunu, onu «Şamaxinkadan» tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir zor və təzyiq edilməmiş , üzərinə qanunsuz heç bir əşya qoyulmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Yasamal RPİ-nin 29-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində 2022-ci ilin oktyabr ayında məlumat daxil olmuşdur ki, hal-hazırda onun üzərində narkotik vasitə var və o Yasamal rayonu, Əsəd Əhmədov küçəsindədir. Həmkarı Şahid2la birlikdə həmin əraziyə çıxaraq Təqsirləndirilən şəxs «Ağ çiçəyim» restoranının yanında saxlayaraq bölməyə gətirib təhqiqatçıya təqdim etmişlər. Təhqiqatçı vəkil dəvət edərək vəkilin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş, sonuncu təhqiqatçının üzərində olan əşyaları masaya qoymaq təklifindən sonra masanın üzərinə bir sellofan bükümü qoyaraq bu bükümün içində heroin olduğunu, heroini «Şamaxinkadan» tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlər; Cinyət işinin başlanması və icraata qəbul edilməsi haqqında 04 oktyabr 2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-1-cü maddəsininin tərkibi olduğundan onun barəsində cinayət işi başlanaraq icraata qəbul edilmişdir (i.v.01). xx.xx.2022-ci il tarixli raportdan müəyyən olununr ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmas barədə Yasamal RPİ-nin 29-cu PŞ-nə məlumat daxil olmuşdur (i.v 03). xx.xx.2022-ci il tatrixli qərardan müəyyən olunur ki, Bakı şəhəri Yasamal RPİ-nin 29cu PŞ-nin əməkdaşları Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmiş və keçirilmiş əməliyyat-axtarı tədbirələri nəticəsində Təqsirləndirilən şəxs 03 oktyabr 2022-ci il tarixdə, saat 18:35-də Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanında saxlanılaraq Yasamal RPİ-nin 29-cu RŞ-nə gətirilmişdir (i.v 07,09). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olununr ki, videoçəkiliş aparılmaqla və müdafiəçinin iştirakı ilə Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasında şəxsi axtarış ararılmış, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan mavi rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffav rəngli sellofana bükülmüş bükümü təqdim etmiş, həmin bükümün içərisində, narkotik vasitə hesab edilən heroinə oxşar maddə aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin heroin olduğunu, xx.xx.2022-ci il tarixdə səhər saatlarında «Şamaxinka» adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir (i.v.30-31). «Şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (i.v.20). Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə xx.xx.2022-ci il tarixdə verdiyi ifadəsində 12 il ərzində narkotik vasitə olan heroin istifadəçisi olmuş, xx.xx.2022-ci il tarixdə «Şamaxinka» deyilən yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 15 manata bir büküm heroin əldə etmiş, həmin tarixdə saat 18:35-də ünvan 5 ünvanı qarşısında saxlnılmış, 29-cu PŞ-də vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş, o özü cins şalvarının sağ yan cibindən içində heroin olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşları onu saxlayan zaman ona qarşı heç bir zor tətbiq etməmişlər. Məqsədi əldə etdiyi heroini istifadə etmək olmuşdur. Təqsirləndirilən şəxs təqsirləndirilən əxs qismində müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində özünü CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək şübhəli şəxs qismində verdiyi ifadəsini təsdiq etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qətimkan tədbirinin seçilməsi barədə Nərimanov Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli qərarından müəyyən olnunur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 03 oktyabr 2022-ci il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v39-41). Həmin məhkəməyə verdiyi izahatında Təqsirləndirilən şəxs özünü təqsirli bildiyini, polis bölməsində fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/5690 saylı rəyində müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 169” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs-imza,... üç imza;Ağayev Yusif – imza....xx.xx.2022” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,093 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (i.v. 38-42) Məhkəmə-narkoloji ekspertizsının xx.xx.2022-ci il tarixli, 7151 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 3316 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi (ruhi) xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (i.v. 113-115). Video görüntülərə baxış keçirilməsi haqqında 11 yanvar 2023-cü il tarixli protokoldan müəyyən olnurur ki, baxışda Təqsirləndirilən şəxs müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə ona təklif edildikdən sonra əynindəki mavi rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffav rəngli sellofana bükülmüş bükümü çıxararaq içərisində narkotik vasitə hesab edilən heroin olduğunu bildirmişdir. Baxış zamanı həmin bükümün içərisində narkotik vasitə hesab edilən heroinə bənzər maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddəni 03 oktyabr 2022-ci il tarixdə «Şamaxinka» adlanan ərazidə tanımadığı kişi cinsli şəxsdən öz istifadəsi məqsədi ilə alaraq özündə saxladığını və göstərilən maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir; Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İinformasiya İdarəsindən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.91); Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş, ekspertizanın tədqiqatından sonra qalıq qalmış 2.043 qram maddə heroin maddi subut kimi və üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd DVD disk sübut kimi tanınmışdır. Məhkəmə istintaqı zamanı video disçkə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki mavi rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffav rəngli sellofana bükülmüş bükümü çıxararaq masann üzərinə qoyur və həmin bükülünün heroin olduğuqu, 03 oktyabr 2022-ci il tarixdə «Şamaxinka» adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi alaraq özündə saxladığını bildirir. Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin xx.xx.2022-ci il tarixli, 095-22843 saylı məktubundan müəyyən olunur ki, ibtidai araşdırma orqanının əməliyyat tapşırığına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələrin mənbəyinin müəyyən olunması məqsədilə əməliyyat tədbirləri həyata keçirilmişdir. Müsbət nəticə əldə olunarsa əlavə məlumat veriləcəkdir (i.v.92). Bakı şəhəri Yasamal rayon prokurorluğunun «cinayət işinin rədd edilməsi barədə» qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs şikayəti yoxlanılmış, araşdırmanını nəticəsi olaraq Təqsirləndirilən şəxs şikayəti əsasında cinayət işinin başlanmasının rədd edilməsi qərarı qəbul edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində, barəsində sanksiya tətbiq edən məhkəməyə ona qarşı polis əməkdaşları tərəfindən heç bir zorakılıq olmadığına dair göstərdiklərini, üzərinə baxış zamanı müdafiəçinin iştirakı ilə üzərində olan içində heroinə bənzər maddəni sərbəst və öz istəyi ilə təqdim etməsini həqiqətə uyğun olan, mötəbər sübutlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrini həqiqətə uyğun olmayan, digər sübut növləri təsdiqini tapmayan ifadə kimi qiymətləndirir. Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, psixotrop maddələrin mənbəyini müəyyən etmək üçün hal hazırkı cinayət işindən ********* saylı cinayət işi ayrılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetririlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunla təsdiq edilmiş “Narkotik vasitələr” adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 2,093 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrindlə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin, külli miqdar təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallars müəyyən edilməmiş, lakin onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, eləcə də aşkar edilmiş narkotik vasitənin çəkisinin nisbətən az olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, məhkəmənin 05 oktyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03 oktyabr 2022-ci ildən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu - narkomaniya xəstəliyi aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu -narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,093 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir İş üzrə ekspertiza xərcləri olan 92 (doxsan iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «Kamandar Nəsibov və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün «Kamandar Nəsibov və partnyorları» Vəkil Bürosunun nəfinə 360 AZN (yüç üz atmış manat) pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 oktyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal RPİ-nin saxlanc təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,043 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 92 (doxsan iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdjiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 360 AZN (üç yüz altmış manat) pul «Kamandar Nəsibov və partnyorları» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-905/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-905/2023
24.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver