Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-905/2024 04.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X1 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə ona təyin edilmiş cəza müddəti 07 ilə endirilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən cəzadan azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra təsviri əsaslandırıcı hissədə– CM) 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanında yerləşən “Orbit” Ticarət mərkəzinin dayanacağında qohumu Zərərçəkmiş şəxs hadisədən bir neçə ay əvvəl vermiş olduğu 300 manat borc pulu ala bilməməsinə görə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncunun onu yumruqla çənə nahiyəsindən vuraraq ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən əlində gəzdirdiyi zərgər sənətində istifadə edilən biz (oyma) adlanan alətlə Zərərçəkmiş şəxs qarın nahiyəsindən qəsdən iki dəfə vurub ona nazik bağırsağın zədələnməsi ilə müşayiət olunmaqla deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən qarının ön divarının daxilə nüfuz edən, insan həyatı üçün təhlükəli olan və dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid bir xəsarət və daxilə nüfuz etməyən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid bir xəsarət yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun həm sinif yoldaşı, həm uşaqlıq dostu, həm də kirvəsidir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ondan borca pul istəmiş, o da sonuncuya vermişdir. Həmin ərəfələrdə qardaşı əməliyyat olduğu üçün ona pul lazım idi. O da zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs borca verdiyi pulu istəmiş, sonuncu pulu bu günə, sabaha verəcəyini bildirmişdir. Hadisə baş verən günü işdə olmuş və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə səhər saatlarında danışanda 15:00-16:00 radələrində borc aldığı pulu işlədiyi yerə gətirib qoyacağını demişdir. Siqaret çəkmək üçün çölə çıxmışdır. O, evə gedib yemek yeyəcəkdi, lakin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs gözləyənə qədər qutab yeməyi qərara almışdır. İş yerindən aralıda qutab satılan yerə gedəndə yolda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə rastlaşmışdır. Zərərçəkmiş şəxs borc verdiyi pulu istəmiş, sonuncu da pulu verəcəyini deyərək onu təhqir etmişdir. Zərərçəkmiş şəxs qohum olduqlarını bildirmiş və nə üçün onu təhqir etdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs üz nahiyəsinə yumruq atmış, o da sonuncunu özündən aralamaq istəyəndə əlində olan alət Zərərçəkmiş şəxs dəymiş, qan axdığını görmüş və qorxmuşdur. O, suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən kimi qardaşını çağırmış və özü isə Nizami RPİ-yə gedərək cinayət törətdiyimi bildirmişdir. Qardaşı zərər çəkmiş şəxsi gəlib götürüb həkimə aparmışdır. Baş verən hadisə ilə bağlı onu tutmuşlar və 40-45 gündən sonra ev dustaqlığına buraxılmışdır. Ətir və zinət əşyaları dükanında zərgər işləyir. Qutab satılan yer işlədiyi yerdən 300 metr aralıda yerləşir. O, qutab satılan yerə çatmamış yolda təsadüfən zərər çəkmişlə rastlaşmışdır. Hadisədən əvvəl saat 16:00-17:00 radələrində Zərərçəkmiş şəxsla sonuncunun pul verməyi ilə bağlı görüşəcəkdi. Bizə oxşar alət yadından çıxıb əlində qalmışdır. O, üzünə dəyən yumruqdan sonra özündə olmadığı üçün zərər çəkmiş şəxsə neçə dəfə xəsarət yetirdiyini bilməmişdir. Anası əməliyyat olunduğu üçün, kor ola bilmək ehtimalının olduğundan fikirli olmuş, ona görə də, biz əlində qalmışdır. Əlindəki biz Zərərçəkmiş şəxs onun çənəsinə yumruqla vuranda aralanmaq üçün zərər çəkmiş şəxsi itələyəndə dəymişdir. Arxaya çəkiləndə Zərərçəkmiş şəxs köynəyini qaldırıb qan axdığını görəndə və sonuncu onun yaraladığını deyəndə bilmişdir ki, Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Qardaşı Zərərçəkmiş şəxs həkimə aparmış, o isə evə gedib baş verən hadisəni danışmışdır. Hadisə baş verəndən sonra da Zərərçəkmiş şəxs onu təhqir edirdi. Heç kimə təhqiredici ifadələr işlətmədiyi üçün özünə qarşı kiminsə təhqiredici ifadə söyləməyini qəbul etmir. Zərərçəkmiş şəxsla aralarında sakit söhbət gedəndən sonra onu təhqir etmiş və yumruqla çənəsindən vurmuşdur. Biz dedikləri alət tutacağı taxtadan, uzunluğu barmaq ölçüdə olan alətdir. Hadisə baş verən andan heç bir şikayət olmamış, barışmışlar. Zərərçəkmiş şəxs davamlı olaraq vurmağa imkanı var idi. Sadəcə onun sonuncunu vurmaq niyyəti yox idi. Baş verən hadisədən qabaq mütəmadi olaraq Zərərçəkmiş şəxs zəng vuraraq pulunu istəmişdir. İş yerindən baş verən hadisə yeri arasında 300 metr məsafə olar. Hadisə vaxtı 1-ci Zərərçəkmiş şəxs onu vurmuşdur. Zərərçəkmiş şəxs bütün xərclərini özü ödəmişdir. Onun Zərərçəkmiş şəxs vurmaq niyyəti olmamış, sonuncunu vurmaq istəsəydi əli ilə vura bilərdi. Hadisə təsadüfən baş vermişdir. Qardaşım xərçəng xəstəliyindən əziyyət çəkirdi, təzəcə qardaşımı əməliyyat etdirib qutarmışdı ki, anasının gözlərini əməliyyat etmək üçün pul toplayırdı. xx.xx.2019-cü il tarixdə azadlığa buraxılmış, hadisə də 2023-cü ildə baş vermişdir. 4 il azadlıqda olduğu müddətdə heç kimə heç bir problem yaratmamışdır. Atasının, arvadının valideynlərinin hər ikisinin vəfat etməsini, 2 övladının olmasını, bacısının boşanmasını, anasının xəstəliyini nəzərə alaraq məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, zərgərliklə məşğul olaraq ailəsini dolandırmış, hazırda isə heç bir işlə məşğul olmamışdır. Zərərçəkmiş şəxs onun dostudur və o, Ramilin oğlu Əlinin kirvəsi olmuşdur. Zərərçəkmiş şəxsla əvvəllər düşmənçilik və ya qərəzli münasibəti olmamışdır. Zərərçəkmiş şəxsla aralarında olan münasibətlər normal olmuşdur. Təxminən 2 ay əvvəl Zərərçəkmiş şəxs ondan 300 manat pul istəmiş, o da Ramilə Bakı şəhəri, Nizami rayonu, Neftçilər ərazisində yerləşən işlədiyi mağazada 300 manat pul vermişdir. Lakin daha sonra o, Ramildən bir neçə dəfə pulunu istəsə də, hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu verməkdən yayınmışdır. Sonuncu dəfə xx.xx.2023-cu il tarixdə o, Ramilə zəng edərək borc olaraq verdiyi 300 manat pulunu geri istəmişdir. Ramil həmin gün gəlib pulu verəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində qutab alıb yemək üçün Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "Orbit" ticarət mərkəzinin yaxınlığına getmişdir. Orada o, təsadüfən Zərərçəkmiş şəxsla rastlaşmışdır. O, Ramillə görüşərək hansı səbəbə görə onu aldatdığını soruşmuşdur. Onların aralarında söhbət qızışmağa başladığından onlar insanlara mane olmamaq üçün avtomaşınların park olunan yerinə, yəni "Orbit" ticarət mərkəzinin dayanacağına keçmişlər. Orada aralarında mübahisə başlamış və mübahisə zamanı Ramil onu söyüb təhqir edərək ona əl atmağa başlamışdır. Ramil yumruqla onun çənə nahiyəsindən bir dəfə zərbə endirmişdir. O, işdən çıxıb qutab almağa gələn zaman əlində zərgərlikdə istifadə olunan "ambir, biz və ya oyma" deyə adlandırılan arxa hissəsi yəni tutacağı taxtadan olan, dəmir hissəsi təxminən 8 sm olan arxa hissəsindən qarşıya doğru nazikləşən, ucu biz olan bir aləti əlində götürüb gəlmişdir. Sadəcə alət yadından çıxıb əlində qalmışdır. Zərərçəkmiş şəxs onu söydüyünə görə o, əsəbləşmiş və bir dəfə əlində olan həmin zərgərlik aləti ilə Ramilin qarın nahiyyəsindən vurmuş, alət Ramilin qarın nahiyəsinə daxil olduğundan və zərbə dəydiyi yerdən qan axdığını görüb hadisə yerindən qorxub qaçaraq uzaqlaşmışdır. Hadisə yerindən uzaqlaşarkən Ramili vuran zaman istifadə etdiyi aləti xatırlamadığı yerdə tullamış və "20 Yanvar” metrostansiyasının yaxınlığına getmişdir. Oradan tanımadığı taksilərdən biri ilə Tərtər rayonuna getmiş və iki gün orada qalmışdır. Bundan sonra o, Tərtər rayonundan Bakı şəhərinə gəlmiş və Nizami RPİ-nin İstintaq şöbəsinə gedərək törətdiyi cinayət əməlini etiraf etmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs 31 mart 2023-cü il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "Orbit" ticarət mərkəzinin dayanacağında əlində olan "oyma" kimi adlandırılan zərgərlik aləti ilə qarın nahiyəsindən qəsdən bir dəfə zərbə vuraraq xəsarət yetirmişdir. Hadisə ani olaraq baş verdiyindən o, Zərərçəkmiş şəxs bir dəfə vurduğunu xatırlamışdır. Digər zərbəni nə vaxt vurduğunu xatırlamamışdır. O, hadisəni törətdikdən sonra qorxduğu üçün və həddindən artıq həyacanlı olduğundan cinayəti törətdiyi zaman istifadə etdiyi aləti hara tulladığını xatırlamır. Zərərçəkmiş şəxs hadisədən təxminən iki ay əvvəl ondan 300 manat borc pul istəmişdir. O da Ramilin xahişini qəbul edərək Ramilə 300 manat borc pul versə də, Ramil müxtəlif bəhanələr gətirərək verdiyi pulu ona qaytarmamışdır. O, Ramili Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "Orbit" ticarət mərkəzinin yaxınlığında təsadüfən görmüş və Ramillə söhbət zamanı Ramilin onu təhqir edərək vurması onun Ramili əlindəki zərgərlik aləti ilə vurmağına səbəb olmuşdur. O, Ramili vurarkən istifadə etdiyi zərgərlik aləti təsadüfən üzərində olmuşdur. O, zərgər olduğu üçün həmin aləti sənəti ilə əlaqədar daimi olaraq iş prosesində istifadə etmişdir. Onun Ramili öldürmək niyyəti olmamış, sadəcə olaraq Ramili qorxutmaq məqsədi ilə cəmi bir dəfə zərbə endirmiş və Ramilə əlavə zərbələr vurmaq imkanı olduğu halda da bunu etməyərək oradan qaçaraq uzaqlaşmışdır. O, Zərərçəkmiş şəxs bir dəfə qəsdən vurub xəsarət yetirdikdən sonra onun Ramili yenidən vurmaq üçün real imkanı olmuş, lakin onun Ramili öldürmək məqsədi olmadığından Ramili bir neçə dəfə vurmamış və Ramili bir dəfə əlindəki alətlə vurduqdan sonra öz iradəsi ilə dərhal oradan qaçaraq uzaqlaşmışdır. Onun Ramilə daha bir neçə dəfə xəsarət yetirmək fikri olsaydı, Ramilə rahat şəkildə bir neçə dəfə zərbə endirərdi. Ramil birinci zərbənin təsirindən Ramilin davamlı şəkildə ona müqavimət göstərməyə gücü qalmamışdır. Hadisə zamanı Ramil onun çənə nahiyəsindən bir dəfə yumruqla vurmuş, lakin zərbə güclü olmadığından o, ciddi xəsarət almamışdır. Buna görə də, məhkəmə-tibbi ekspertizasından müayinə olunan zaman onun bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxsla aralarındakı mübahisə təxminən 3-5 dəqiqə davam etmiş, hadisə vaxtı onlar bir-birilərinə qarşı nalayiq ifadələr işlətsələr də, hadisəni heç kim görməmiş və hadisə yerinə də gələn olmamışdır. Hadisədən əvvəl onların yanında heç kim olmamış, heç kim onlara müdaxilə etməmişdir. O, polis bölməsində və ya polis idarəsində olduğu müddət ərzində ona qarşı psixi və ya fiziki zorakılıq hərəkətləri olmamışdır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs zəng etmiş və görüşmüşlər. Sonuncu ilə aralarında pulla bağlı mübahisə olmuş, sonra dalaşmışlar. Həmin vaxtı həyəcanlı olduğu üçün ətraflı xatırlamır. O, suallara cavab olaraq bildirmişdir ki, onun Təqsirləndirilən şəxs borcu olmuşdur. Həmin gün evdə olan problemlərə görə aqressiv olmuşdur. Aqressiv olmağının Təqsirləndirilən şəxsla heç bir əlaqəsi olmamışdır. O, Təqsirləndirilən şəxs əl-qol hərəkəti etmişdir. Təqsirləndirilən şəxs nə etdiyini görməmişdir. Onun qarnına nəsə dəymiş və qarın hissəsindən qan axdığını görmüşdür. Hadisə baş verən yerdə sadecə ikisi olmuşlar. Hazırda Təqsirləndirilən şəxs ona hər hansı təzyiq və təsiri yoxdur. Məsələnin uzanmaması üçün özü Neftçilərdə özəl xəstəxanaya getmişdir. Təqsirləndirilən şəxs onu vurduqdan sonra getmiş, başqa nahiyəsinə xəsarət olmamışdır. Təqsirləndirilən şəxs xəstəxana xərclərini ödəmiş, ziyarətə gəlmiş və sonuncudan heç bir şikayəti yoxdur, barışmışlar. İbtidai istintaqdakı ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs mütamadi görüşüb danışdığı biridir. Hadisə 31 mart 2023-cü il tarixdə baş vermişdir. Hadisə olan vaxt görüşləri xüsusilə bu məsələ üçün olmamışdır, mütəmadi olan görüşlərdən biri olmuşdur. Təqsirləndirilən şəxs Neftçilər metrostansiyası tərəfdə işləyir. Hadisə baş verən yer təklikdə bir yer olmamışdır. Əvvəlcə o, Təqsirləndirilən şəxs təhqir etmiş və ona qarşı əlqol hərəkəti etmişdir. Təqsirləndirilən şəxs da əl-qol hərəkətlərinə qarşılıq vermişdir. Təqsirləndirilən şəxs onu vurduqdan sonra özünü narahat hiss etməmişdir. Təqsirləndirilən şəxs ona bir xəsarət yetirmiş, lakin, ekspert iki olduğu barədə rəy vermişdir. Ekspert bədənini müşahidə edərkən sonuncuya sadəcə bir xəsarət aldığını bildirmişdir. Xəsarət bədəninin deşilməsi olmuşdur. Müalicə vaxtı orqanlarından kəsilib götürülən olmamışdır. Təqsirləndirilən şəxs vurduğu zərbəni hiss etməmişdir. Onu hansı alətlə vurduğunu bilməmişdir. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq dövründə belə ifadə verməmişdir. İbtidai istintaq dövründə verdiyi ifadəni tam oxumadan imzalamışdır. İfadəni alan müstəntiq ona oymaq göstərərək xəsarət yetirilən alətin belə bir alət olduğunu bildirmişdir. Müstəntiqə xəsarət yetirilən aləti görmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 1997-ci ildən bəri tanımış və Ələşrəflə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 282 saylı tam orta məktəbdə eyni sinifdə təhsil almışlar. Sonradan Təqsirləndirilən şəxs onun oğlunun kirvəsi olmuşdur. Təqsirləndirilən şəxsla aralarında heç vaxt düşmənçilik, qərəzli münasibət olmamış, onların münasibəti həmişə normal olmuşdur. Hadisədən təxminən 2 ay əvvəl maddi cəhətdən çətinliyi olduğundan Ələşrəfdən 300 manat borc pul alaraq qısa müddət ərzində qaytaracağını bildirmişdir. Bir müddət sonra Ələşrəf verdiyi 300 manat borcu geri qaytarmağını mütəmadi olaraq ondan tələb etmiş, onun da maddi sıxıntıları olduğundan Ələşrəfə pulu qısa müddətə qaytaracağını bildirmişdir. 31 mart 2023-cü il tarixdə Ələşrəf ona bir neçə dəfə zəng vuraraq yenidən verdiyi 300 manat borcu geri qaytarmağını istəmişdir. O da Ələşrəfə bugün görüşəcəyini, borcunu gün ərzində qaytaracağını bildirmişdir. 31 mart 2023-cü il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Orbit” ticarət mərkəzinin yaxınlığına yerləşən qızıl mağazasına getmişdir. Bu zaman o, təsadüfən Ələşrəflə qarşılaşmış, Ələşrəf ona yaxınlaşaraq hansı səbəbə görə ona qarşı yalan danışaraq aldatdığını soruşmuşdur. O, Ələşrəfə borcunu qısa müddətə qaytaracağını bildirmişdir. Bundan sonra Ələşrəf ona bu sözlərlə onu neçə müddətdir ki, aldatdığını bildirmiş və onların arasında mübahisə yaranmışdır. Onlar orada insanlara mane olmamaq üçün “Orbit” ticarət mərkəzinin avtodayanacağına tərəf getmişlər. Orada mübahisə zaman Ələşrəf onun yalançı olduğunu bildirdikdə, o, Ələşrəfə yalançılığını harda gördüyünü soruşmuş və əsəbləşərək Ələşrəfin ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra Ələşrəf bir əllə onun yaxasından tutaraq ona qəti şəkildə nalayiq ifadə işlətməməyi bildirdikdə, o, yumruqla Ələşrəfin çənə nahiyəsindən zərbə endirmişdir. Ələşrəf isə əlində onun bıçaq olaraq zənn etdiyi iti uclu bir əşya ilə onun qarın nahiyəsindən bir dəfə zərbə endirmiş və o, qarnından qan axdığını görmüşdür. Ələşrəf isə qorxusundan oradan qaçaraq uzaqlaşmışdır. O da qarnını tutaraq Nizami rayonunda yerləşən 6 saylı Təcili və X6 Stansiyasına müraciət etmiş və oradan da onu X13 aparmışlar. O, suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı və ya hadisədən əvvəl o, Ələşrəfin əlində heç bir əşya və ay alət görməmişdir. Ələşrəf ona xəsarət yetirdikdən sonra həmin alətin bıçaq olduğunu zənn etmişdir. Sonradan ona məlum olmuşdur ki, Ələşrəf onu zərgərlikdə istifadə olunan “oyma” adlanan alətlə vurmuşdur. Ələşrəf onu yenidən vurmağa heç bir cəhd göstərməmiş, ona bir neçə dəfə zərbə endirmək üçün real imkanı olmuşdur. Belə ki, Ələşrəf ona gözlənilmədən bir dəfə zərbə endirmişdir. Həmçinin, Ələşrəf onu vurduqdan sonra o, yaralı olduğundan Ələşrəfə əsaslı müqavimət göstərmək imkanı olmamışdır. Hadisə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Orbit” ticarət mərkəzinin avtodayanacağında baş vermiş və hadisə zamanı onların yanında heç kim olmamışdır. Hadisədən sonra da o, bu barədə heç kimə heç nə bildirməmişdir. Hadisəni görən olmamışdır. O, ilkin izahat verən zaman cərrahi əməliyyatdan yenicə çıxmış və bir qədər narkozun təsiri altında olmuşdur. Ola bilər ki, o, izahat verən zaman bildirdikləri düzgün başa düşülməmişdir. O, ilkin ifadə verdiyi zaman baş nahiyəsini ümumi termin olaraq istifadə etmişdir. Hazırda isə dəqiqliklə bildirmişdir ki, o, Təqsirləndirilən şəxs çənə nahiyəsindən bir dəfə zərbə endirmişdir. Hadisə zamanı o, Ələşrəfə zərbə endirsə də, zərbə güclü olmadığından Ələşrəf ciddi xəsarət almamışdır. Buna görə də, Ə.Hüseynov məhkəmə-tibbi ekspertizasından müayinə olunan zaman onda xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Ona ancaq Təqsirləndirilən şəxs xəsarət yetirmişdir. O, başqa şəxslərlə mübahisə etməmişdir. Hadisə ani olaraq gözlənilmədən baş verdiyindən Ə.Hüseynovun əlindəki alətlə ona ümumilikdə bir ədəd zərbə vurduğunu xatırlamışdır. Ola bilər ki, Ələşrəf ona iki zərbə endirmiş və o, həmin an həyəcanlı olduğundan bunu hiss etməmişdir. O, bilərəkdən istintaqa yalan ifadə verməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 126.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 61 ünvanında yerləşən “Orbit” ticarət mərkəzinin dayanacağında baş vermişdir. (İ cild, i.v. 11-13) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. (İ cild,i.v. 30-31) xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanması protokolundan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəni hadisə yerində təsdiq edərək cinayət hadisəsinin baş verdiyi yeri əyani surətdə göstərmişdir. (İ cild,i.v. 44-46) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 59-60) Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 olmaqla bir nəfər azyaşlı və bir nəfər yetkinlik yaşına çatmayan uşaqları var. (İ cild, i.v. 76-77) Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(007)-165/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Həmin məhkəmənin xx.xx.2023-ci il tarixli, 4(007)-222/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(009)- 517/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 03 ay, yəni 31 oktyabr 2023-cü tarixədək uzadılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-2235/2023 saylı qərarı ilə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (İ cild, i.v. 83-87, 99-102, 212-216) Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində qaldırılmış cinayət işinə xitam verilməsini xahiş etmişdir. (İ cild, i.v. 89) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən, Xəzər Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmündən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci tarixli hökmündən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardan, xx.xx.2021-ci il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə Xəzər Rayon Məhkəməsinin hökmü ilə CM-in 194.2.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 62-ci maddəsi tətbiq olunmaqla 4000 manat cərimə cəzasına məhkum edilmiş, CM-in 69.4-cü maddəsinə əsasən cəzası yüngülləşdirilərək 1500 manat cərimə cəzasına məhkum edilmiş, bundan başqa xx.xx.2015-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəza müddəti 07 ilə endirilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən cəzadan azad edilmişdir. (İ cild, i.v. 91-93, 122-126, 130-177) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X14 305 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı bədən səthində xəsarət və xəsarət izi aşkar olunmadı. (İ cild, i.v. 94-96) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 ambulator məhkəmə psixiatrik ekspertizasının 1360 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (İ cild, i.v. 180-182) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X14 381 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarətlər – nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan qarının ön divarının 01 ədəd daxilə nüfuz edən və 01 ədəd daxilə nüfuz etməyən ümumilikdə 02 ədəd deşilmiş-kəsilmiş yaraları – şiş uca və kəsici kənara malik əşyanın (əşyaların) ola bilsin ki, bizin təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən vurulması nəticəsində alınmaları istisna olunmur, dərəcəsinə görə daxilə nüfuz edən 01 ədəd kəsilmiş-deşilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, daxilə nüfuz etməyən 01 ədəd deşilmiş yara isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlərin lokalizasiya və xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, qeyd edilən xəsarətlərin özü yıxılma, eləcə də özü tərəfindən özünə yetirilməsi nəticəsində yaranmaları inandırıcı deyildir. (İ cild, i.v. 225-228) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X14 409/2023-MTKŞ saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın ön səthində 02 (iki) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olunmuşdur. Bu zədələr iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdirlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın ön səthində olan 02(iki) ədəd deşilmiş-kəsilmiş zədə onun bədənində aşkar edilmiş nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan qarının ön divarının 01 ədəd daxilə nüfuz edən və 01 ədəd daxilə nüfuz etməyən ümumilikdə 02 ədəd deşilmiş-kəsilmiş yaraları ilə nisbi olaraq üst-üstə düşürlər. Zərərçəkmiş şəxs məxsus maykada aşkar edilmiş zədələrin qərarda göstərilən “oyma” adlanan zərgərlik aləti ekspertizaya təqdim olunmadığı üçün onların həmin alətlə törənib-törənməməsi barədə fikir söyləmək mümkün deyil. (İ cild, i.v. 242-244) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X14 573/2023-MTBŞ saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus mayka üzərində insan qanı ləkələri aşkar olundu. Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız H antigeni alındı. H antigeni O(1) qrupun əsasını təşkil edir. Beləliklə, bu qan ləkələri ABO sistemi üzrə O(1) qruplu şəxsə, həmçinin Zərərçəkmiş şəxs məxsus ola bilər. (İ cild, i.v. 246-250) xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət hadisəsi zamanı Zərərçəkmiş şəxs üzərində olan mayka maddi sübut kimi tanınmış və saxlanılması üçün Səbail RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (İ cild, i.v. 257-263) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. (İ cild, i.v. 265-266) Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində azadlıqdandan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. 065662, 065663 nömrəli vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs valideynləri X4 və X5 müharibə veteranıdırlar. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələrini, zərər çəkmiş şəxsin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 126.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-nin 59.1.4, 59.1.12, 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona qarşı heç bir şikayət və tələbin olmamasını, himayəsində bir nəfər azyaşlı və bir nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, özünü təqsirli bilməsini, valideynlərinin müharibə veteranı olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən yenidən qəsdən cinayət törətmişdir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-in 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətməsi cinayətlərin təhlükəli residivi sayılır. Odur ki, CM-in 18.2.2-ci maddəsinə müvafiq olaraq əvvəllər ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs yenidən qəsdən ağır cinayət törətdiyindən onun əməlində cinayətlərin təhlükəli residivi mövcuddur. Məhkəmə, CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(007)-165/2023 saylı qərarı ilə barəsində 03 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2023-ci il tarixli, 4(007)-222/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(009)-517/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 03 ay, yəni 31 oktyabr 2023-cü tarixədək uzadılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-2235/2023 saylı qərarı ilə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 gün müddət, xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 01 ay 07 gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında olduğu 05 ay 07 gün, ümumilikdə 06 ay 16 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçiləcək həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Səbail RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş cinayət hadisəsi zamanı Zərərçəkmiş şəxs üzərində olan mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında olduğu, ümumilikdə 6 (altı) ay 16 (on altı) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində 4 (dörd) il 11 (on bir) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin və Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməklə ona təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və Səbail RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş cinayət hadisəsi zamanı Zərərçəkmiş şəxs üzərində olan mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-905/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-905/2024
04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver