Məhkəmə qərarları › İş №1(101)-906/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-906/2021

27.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-906/2021 27.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Eldar Əli oğlu Mikayılov və Siyavuş Həbib oğlu Hacıyevdən ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X5, müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1966-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1, ev 9-da qeydiyyatda olmaqla Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 20 noyabr 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan «Aqil» adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda bir bükümdə 4,963 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, həmin tarixdə saat 13:20 radələrində Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın yaxınlığında saxlanılıb ünvan 2 ünvanda yerləşən RPİ-nin 43-cü PB-nə gətirilərək üzərinə keçirilmiş axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükülüdə təmiz çəkisi 4,963 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. Narkomaniya xəstəliyindən əziyyət çəkir. Heroini gündə iki-üç dəfə şpris vasitəsi ilə əzələyə vurmaqla qəbul edir. 20 noyabr 2020-ci il tarixdə saat 11 radələrində tanışı Seymurla görüşüb, birlikdə narkotik vasitə olan heroin almaq məqsədi ilə Binəqədi rayonu Binəqədi qəsəbəsi, 3-cü mədən deyilən əraziyə getmişlər. Orada «Aqil» adlı şəxslə görüşüb ondan qramını 30 manatdan olmaqla 150 manat pul verib təxminən 5 qram, Seymur isə təxminən 1 qram narkotik vasitə olan heroin almışdır. Həmin gün saat 13 radələrində Seymurla birlikdə yaşadığı Binəqədi qəsəbəsi Ramazanov küçəsi, döngə 4-də olarkən onlara iki nəfər tanımadıqları şəxs yaxınlaşıb, özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Sonuncular onlara narkotik vasitələrin saxlanmasında şübhəli olduğunu bildirib, üzərilərinə baxış keçirmək məqsədilə onları Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Orada ona müdafiəçi təqdim edilsə də, müdafiəçinin iştirakı olmadan videoçəkiliş vasitəsi ilə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra ona üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməsi təklif olunmuş və daha sonra videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Üzərində qeyriqanuniəşyanın olub-olmadığı soruşulduqda o, əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd qara rəngli qara rəngli «Nokia» markalı mobil telefonu, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Sonra ona şalvarının ciblərini, əynində olan qara rəngli gödəkçənin ciblərini açmaq təklif olunmuş, şalvarının və gödəkçənin ciblərindən hər-hansı qanunla qadağan olunmuş əşya aş kar olunmamışdır. O, sellofan bükülüdəki narkotik vasitə heroini Binəqədi qəsəbəsi 3-cü mədən tərəfdə yaşayan «Aqil» adlı şəxsdən 5 qramını 150 manata aldığını bildirmişdir. Üzərindən başqa bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Narkotik vasitə heroin polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuş, zərf və tərtib olunmuş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, 20 noyabr 2020-ci il tarixdə bölməyə ünvan 1, ev 9-da yaşayan Samir adlı şəxsin üzərində narkotik vasitələr gəzdirdiyi, saxladığı, istifadə etdiyi və satdığı barədə əməliyyat məlumatı daxil olmuşdur. Odur ki, onun cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü «Əməliyyat-axtanş fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq əməliyyat tədbirinin keçirilməsinə zərurət yaranmışdır. 20 noyabr 2020-ci il tarixldə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, onun və bölmənin əməliyyat müvəkkili X1 rəhbərliyi ilə əməliyyat əməliyyat qrupu yaradılmışdır. 20 noyabr 2020-ci il tarixdə saat 13 radələrində ünvan 3 ünvanın yaxınlığında zahiri əlamətlərinə görə Samir adlı şəxsə oxşar şəxsi görüb ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra ona üzərində narkotik vasitə gəzdirməsi və istifadəsində şübhəli olduğunu bildirib, sonuncunu 43-cü polis bölməsinə aparmışlar. Bu barədə polis bölməsinin rəisinə raportla məruzə etdikdən sonra sonuncunun göstərişinə əsasən Təqsirləndirilən şəxs bölmənin təhqiqatçısı polis baş leytenantı Fuad Alıyevə təhvil verilmişdir. Təhqiqatçı müdafiəçi və videoçəkilişin aparılması üzrə ekspert-kriminalist X3 dəvət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs onun hüquqlarını izah etdikdən sonra, videoçəkiliş aparılmaqla saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qeyriqanuni əşya varsa təqdim etsin. Sonuncu əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd qara rəngli qara rəngli «Nokia» markalı mobil telefonu, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd ağ rəngli sellofan bükülünü açmaq təklif olunmuşdur. Sonuncu həmin bir ədəd ağ rəngli sellofan bükülünün narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni Binəqədi qəsəbəsi 3-cü mədən tərəfdə yaşayan «Aqil» adlı şəxsdən qramını 30 manat olmaqla 150 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar, o cümlədən saxlanılan şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən ona qarşı zor, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahid F.N.Fərəculayevin ifadəsinə oxşar ifadə verdi. İşin 36-40-cı vərəqlərindəki 20 noyabr 2020-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, həmin gün saat 13 radələrində Təqsirləndirilən şəxs ünvan 4 ünvanın yaxınlığında saxlanılaraq üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasına aparılmışdır. Orada videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmazdən öncə ona üzərində qeyri-qanuni əşya və ya maddə varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd qara rəngli qara rəngli «Nokia» markalı mobil telefonu, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükülünü çıxarıb masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən başqa bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi əşyaları bir-bir açmış, bükümün içərisindən aşkar edilmiş maddə ilə bağlı soruşulduqda, həmin maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni Binəqədi qəsəbəsi 3-cü mədən tərəfdə yaşayan «Aqil» adlı şəxsdən qramını 30 manat olmaqla 150 manat pul verib təxminən 5 qram çəkidə narkotik vasitə olan heroin aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş maddə boş zərfə qoyulmuş, qablaşdırılaraq möhürlənmişdir. Tədbir nəticələrinə dair protokol tərtib edilmiş, ucadan oxunulmuş və iştirakçılar protokolun doğruluğu imzaları ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı videogörüntü çəkilmiş və DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. İşin 161-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı lentə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, DVD diskdə bir ədəd «VİD_20201120_182713» adlı videofayl vardır. Həmin videofaylda olan videogörüntü 20 noyabr 2020-ci il tarixdə saat 15:05-də lentə alınmağa başlanmışdır. Həmin videogörüntüdə ümumilikdə qapalı məkan olmaqla, xidməti iş otağı, içərisində masalar, stullar və kompüter dəsti, həmçinin biri polis uniforması geyinmiş, cəmi 4 nəfər kişi cinsi şəxlər müşahidə olunur. Videogörüntü 12 dəqiqə 10 saniyə davam edir. Videogörüntü başladıqda özünü Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin təhqiqatçısı polis baş leytenantı Fuad Alıyev kimi təqdim edən şəxsin iştirakçıları təqdim edib Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və kiçik əməliyyat müvəkkili polis baş serjantı Şahid2 olduqlarını bildirir. Sonra otaqda olan Təqsirləndirilən şəxs ayağa durması və üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyalar varsa, təqdim etməsini təklif edilir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd qara rəngli qara rəngli «Nokia» markalı mobil telefonu, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükülünü çıxararaq masanın üstünə qoyur. Daha sonra təhqiqatçının təklifi ilə Təqsirləndirilən şəxs tərəfindən 1 ədəd ağ rəngli sellofan bükülü açılır və içərisindən maddə aşkar olunaraq götürülür. Təqsirləndirilən şəxs büküm ilə bağlı təhqiqatçı tərəfindən şifahi sorğu-sual edilir və o, təqdim etdiyi bükülününün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotiki «Aqil» adlı şəxsdən əldə etdiyini qeyd edir. Bundan sonra 1 ədəd büküm olduğu kimi bağlanılaraq təhqiqatçı tərəfindən boş zərfə qoyularaq qablaşdırılır və möhürlənir. Sonda zərfin üstü ardıcıllıqla iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülür. Videogörüntü həmin anda başa çatmışdır. İşin 134-136-cı vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan «Nokia» markalı mobil telefona keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, 1 ədəd «Nokia» markalı mobil telefon aparatı, nisbi dördbucaqlı formalı olmaqla, uzunluğu 11.9 sm, eni 6 sm-dir. Hər iki səthi qara rəngli plastmastandır. Bir səthi sensor olmayan (həssas olmayan) ekran, digər səthi qapalıdır. Mobil telefon aparatının qapağı çıxarıldığında, daxilində bir ədəd "xxxx" ASC-yə aid nömrə sim kartının yerləşdirilməsi, eyni zamanda mobil telefon aparatının modelinin 1 ədəd **********11448 və **********1447 İMEİ kodlu olması qeyd olunan fabrik etiket yapışdırılmışdır. «Nokia TA-1139» markalı mobil telefon aparatı üzərində səs tuşları, enerji doldurma yarığı, söndürüb-yandırma tuşları, bir ədəd üzərində «Nokia» və digər yazılar olan enerji daşıyıcısı (batareya) və foto (video) aparat cihazı müşahidə olunur. 1 ədəd «Nokia» markalı mobil telefon aparatının üzərində işlənmə izləri müşahidə olunur. Telefon aparatı bir ədəd futlyara keçirilmişdir və aralarında sim kart qalığı vardır. «Nokia» markalı mobil telefon aparatı açıldıqda, içərisindən çox saylı nömrələrlə zəngləşmələr, oxunulmuş və oxunulmamış ismarıc mətnlərin qutusu, həmçinin müxtəlif mobil əlavələrinin mövcuddur. İşin 174-196-cı vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** "xxxx" MMC-yə məxsus kart nömrəsinə 20.02.2020-ci il tarixdən 20.11.2020-ci il tarixədək daxil olan və həmin nömrəsindən çıxan zənglərdən çıxarışları, SMS-lərdən çıxarışları, nömrələrə aid ötürücü antenalar cədvəlinin, çıxarışda əks olunan nömrələrin abonentlərinin anket məlumatların və SMS-lərin açıqlanmış mətnlərinin götürülməsi üçün Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qərarı alınaraq "xxxx" MMC-yə göndərilmiş və ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglərin siyahısı "xxxx" MMC tərəfindən təqdim olunmuşdur. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Bir ədəd «CD» fomatlı disk Binəqədi RPİ-nin İstintaq Şöbəsinin 305 saylı xidməti otaqda olan «HP» markalı kompyuterin DVD oxuyucusu vasitəsi ilə açıldıqda içərisində 4 ədəd «Nömrənin_Məxsusluq_Tarixçəsi__**********3736__7********.pdf»; «SM S_Tarixçəsi_**********5638_7********.pdf»; «SMS_Tarixçəsi_**********56 44_7********.pdf»,«Zənglərin_Detallaşması_**********3719 7********.pdf» və «Zənglərin Məxsusluq_Tarixçələri **********4605___707370301_NAR.pdf» adlı fayllar aşkar olundu. Birinci fayl açıldıqda ekranda qeyd olunan mobil nörmənin «Təqsirləndirilən şəxs» məxsus olması göstərilmişdir. İkinci fayl açıldıqda içərisindəki mətnlərdən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən 13 noyabr 2020-ci il tarixdə saat 00:27:01-də «***-***-**-**» nömrəsi arasında «10 deq. Gelirem», 3 aprel 2020-ci il tarixdə 21:48:18-də «**********» saylı mobil nömrə arasında «Emi bdne tez elaqe saxla meniynen», 13 aprel 2020 18:04:29 və 15 iyul 2020 17:28:33-də «**********» saylı mobil nörmə arasında «Evdən çıxson de mənə və Bacu oqlu yarum saat keçdi nə oldu», 17 noyabr 2020 11:53:20-də. «**********» saylı mobil nörmə ilə «Dayı pis vəziyyətdə qoyursan məni. Mənə zəng vur» tipli mesajların olması qeyd olunmuşdur. Üçüncü fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin "xxxx" MMC-nin anten dairələrinin yerləşdiyi ərazilərdə olması qeyd olunmuşdur.» Dördüncü fayl açıldıqda faylın içərisində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** mobil telefon nömrəsi ilə telefon əlaqəsi saxlamış müxtəlif mobil nömrələrin kimin adına qeydiyyatda olması qeyd olunmuşdur. İşin 50-56-cı vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizanın 21 noyabr 2020-ci il tarixli, 6/2556 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində» «...(imza) Təqsirləndirilən şəxs...» sözləri olan zərfdəki bir ədəd təmiz çəkisi 4,963 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin»in İ siyahısına daxildir. İşin 172-173-cü vərəqlərindəki məhkəmə-narkoloji ekspertizanın 7 dekabr 2020-ci il tarixli, 3383 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 197-200-cü vərəqlərindəki məhkəmə kompüter-texniki ekspertizanın 5/937 saylı, 30 dekabr 2020-ci il tarixli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd «Nokia» markalı «105» modelli «**********11448 və **********1447» imei kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdədir. Təqdim olunan «Nokia» markalı «105» modelli mobil telefonun «Rehber» bölməsində bir ədəd (ad və nömrə) kontakt, «Arama kaydı» bölməsində səkkiz ədəd buraxılmış zənglər, iyirmi ədəd yığılmış (çıxan) zənglər müəyyən olundu, lakin rəyin «Tədqiqi hissəsi»nin 2-ci bəndində göstərilən səbəblərə görə qeyd olunan məlumatları köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı. Təqdim edilmiş «Nokia» markalı «105» modelli mobil telefonun texniki göstəriciləri multimedia (foto, audio və video) faylların qeydə alınması və «Whatsapp» proqram təminatı vasitəsilə məlumat mübadiləsinin aparılmasına imkan vermədiyindən qeyd olunan məlumatlar mobil cihazı yaddaşında müəyyən olunmadı. Rəyin «Tədqiqi hissəsi»nin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş «Nokia» markalı «105» modelli mobil telefonun yaddaşından hər hansı bir məlumatların pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. İşin 201-203-cü vərəqlərindəki ambulator məhkəmə-psixiatrik ekspertizasının 15 dekabr 2020-ci il tarixli, 2457 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırki psixatrik müayinənin nəticələri və s. sübut edir. Hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı xroniki psixi xətəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 214-226-cı vərəqlərindəki «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 4,963 qram narkotik vasitə heroin və 20 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması videogörüntüsünü özündə əks etdirən 1 ədəd DVD iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,913 qram olan həmin narkotik vasitə heroin saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş, disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 112-117-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsi və 151-157-ci vərəqlərindəki hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Əhmədov X4 Rayon Məhkəməsinin 16 iyul 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 25 iyun 2009-cu il tarixdə Azərbaycan Respublikası Milli Məclisin 17 mart 2009-cu il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən azad edilmişdir. Bundan başqa o, Binəqədi Rayon Məhkəməsinin 13 may 2010-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 12 avqust 2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa o, Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2020-ci il hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 2 (iki) il 5 (beş) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bakı Şəhər Probasiya İdarəsinin 24 avqust 2021-ci il tarixli məktubundan görünür ki, 20 noyabr 2020-ci il tarixə Təqsirləndirilən şəxs Binəqədi rayon məhkəməsinin 10 fevral 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 (bir) il 9 (doqquz) ay 18 (on səkkiz) gün təşkil edir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı çəkib qurtarmadığına görə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İşin 27-28-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittihama əsasən o, şəxsiyyəti istintaqa məlum olmayan «Aqil» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 20 noyabr 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən adlanan ərazidə əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq sonuncudan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda bir bükümdə 4,963 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, həmin tarixdə saat 13:20 radələrində Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın yaxınlığında saxlanılıb ünvan 2 ünvanda yerləşən RPİ-nin 43-cü PB-nə gətirilərək orada üzərinə keçirilmiş axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükülüdə təmiz çəkisi 4,963 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş təqsirləndirilən şəxs və şahid ifadələrindən, maddi sübutlar, ekspertiza rəyləri və protokollardan bir mənalı şəkildə məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir bükümdə 4,963 qram çəkidə narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək, daşıyıb üstündə saxlamışdır. İstintaq orqanı yalnız aşkar olunmuş narkotik vasitənin külli miqdar təşkil etməsini əsas götürərək və heç bir sübuta əsaslanmadan Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ittihamı irəli sürmüşdür. Məhkəmə istintaqı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən bir dənə də olsun belə, mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi istintaq orqanının gəldiyi nəticə mülahizə xarakteri daşıyır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd olunur ki, «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə əlaqədar istehlakçı ilə hər hansı razılığa gəlməsi, narkotik vasitəni satmaq məqsədi ilə xırda bağlamalara bükməsi, bu məqsədlə hər hansı avadanlıq əldə etməsi, o cümlədən narkotik vasitəni satmağa cəhd etməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsi qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələbinə əsasən məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir bükümdə 4,963 qram çəkidə narkotik vasitə heroini şəxsiyyəti istintaqa məlum olmayan «Aqil» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq sonuncudan satış məqsədi ilə əldə etməsi sübuta yetmədi. Müəyyən olundu ki, Təqsirləndirilən şəxs 20 noyabr 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan «Aqil» adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda bir bükümdə 4,963 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, həmin tarixdə saat 13:20 radələrində Binəqədi RPİ-nin 43cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 3 ünvanın yaxınlığında saxlanılıb ünvan 6 ünvanda yerləşən RPİ-nin 43-cü PB-nə gətirilərək orada üzərinə keçirilmiş axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükülüdə təmiz çəkisi 4,963 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Ona görə də Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən və ağırlşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 67.1-ci maddəsinə əsasən hazırki cəza ilə Binəqədi rayon məhkəməsinin 10 fevral 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 09 ay 18 günü CMnin 68.1.1-1-ci maddəsinə əsasən 10 (on) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq qismən birləşdirilməklə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 20 noyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Binəqədi RPİ-nə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 4,963 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,913 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması videogörüntüsünü özündə əks etdirən bir ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 67.1-ci maddəsinə əsasən hazırki cəza ilə Binəqədi rayon məhkəməsinin 10 fevral 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 09 ay 18 günü CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 10 (on) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 20 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Binəqədi RPİ-nə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 4,963 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,913 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması videogörüntüsünü özündə əks etdirən bir ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar