Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-906/2022 15.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, təqsirləndirilən şəxsin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləmir, məhkumluğu olmayan, Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi ev 10 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində Yasamal rayon məhkəməsinin hakimi Hüseyn Səfərovun xx.xx.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə, Bakı istintaq təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq döyüş sursatını əldə edib üzərində saxlamaqla gəzdirmiş və daşımış, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, 2021 -ci ilin oktyabr ayının əvvəllərində yaşadığı ünvan 2 ünvanda, 30 manat müqabilində mərhum qardaşı X4 qanunsuz olaraq 1988-ci ildə Rusiya Federasiyası Tula patron zavodunda istehsal olunmuş, dib hissəsində 38-88 rəqəmləri həkk edilmiş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrə malik “Makarov” və avtomatik “Steçkin” konstruksiyalı tapançalarda və sair uyğun kalibrli yivli odlu silahlarda istifadə edilən və istifadəyə yararlı döyüş sursatı hesab olunan 16 ədəd patronları əldə edib açıq qəhvəyi rəngli bel çantasının içərisində saxlamaqla gəzdirmiş və daşımış, bundan başqa, qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Sərdar” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığındakı avtubos dayanacağının yanına yerləşdirdiyi bir ədəd şəffaf selofan paketi bükümündə, təmiz çəkisi 50,0 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamini və bir ədəd şəffaf polietilen torba bükümündə, təmiz çəkisi 175,0 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini 2021-ci ilin noyabr ayının əvvəllərində axşam saatlarında həmin yerdən götürüb əldə edərək sonradan “Sərdar” adlı şəxsin tapşırığına əsasən ilə onun deyəcəyi şəxslərə satıb qazanc əldə etmək məqsədi ilə açıq qəhvəyi rəngli bel çantasının içərisinə yerləşdirib saxlamaqla daşımış, 20 noyabr 2021-ci il tarixdə saat 00:40 dəqiqədə ünvan 3 ünvanında saxlanılaraq Yasamal RPİ-nin 27-ci PB-nin gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əlində saxladığı ona məxsus açıq qəhvəyi rəngli bel çantasının içərisindən bir ədəd şəffaf selofan paketi bükümündə, təmiz çəkisi 50,0 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamin, bir ədəd şəffaf polietilen torba bükümündə, təmiz çəkisi 175,0 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin, 1988-ci ildə Rusiya Federasiyası Tula patron zavodunda istehsal olunmuş, dib hissəsində 38-88 rəqəmləri həkk edilmiş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrə malik “Makarov” və avtomatik “Steçkin” konstruksiyalı tapançalarda və sair uyğun kalibrli yivli odlu silahlarda istifadə edilən və istifadəyə yararlı döyüş sursatı hesab olunan 16 ədəd patronlar və bir ədəd qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi sonuncu ifadəsini təstiq etdiyini bildirmişdir. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi sonuncu ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, o, özünü ona elan edilmiş ittihamla qismən təqsirli bildiyini, üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə deyil, özünün istifadəsi üçün əldə etməsini, ilkin istintaq zamanı özündə olmadığını, nə ifadə verməyini deyə bilmədiyini, hazırda isə həqiqəti bildirən ifadə verdiyini, narkotik vasitəni satış məqsədilə deyil, özünün istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs əlavə ifadəsində göstərmişdir ki, həmin şəxslərlə yazışsada, onlara reallıqda narkotik vasitə satmamış, yəni icra etməmişdir. O, həqiqətən Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda narkotik vasitələrin qanunsuz dövriyyəsini və satışını həyata keçirmiş, müxtəlif şəxslərlə əlaqə yaradaraq, onlara narkotik vasitə satmışdır. Həmçinin, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr qardaşı Şahid5 adma qeydiyyata alınsada, həmin mobil nömrələri özü istifadə etmiş, həmin mobil nömrələr vasitəsilə əlaqə yaradaraq narkotik vasitələri müxtəlif şəxslərə satmışdır. Üzərindən aşkar edilmiş narkotik vasitədən heç kimə satmamış, özünün istifadəsi üçün əldə etmişdir. O, əvvəllər tutulmağından qorxduğu üçün, gizlənmiş, ona görə də Hüseyndən şübhələnmədikləri üçün Hüseyndən xahiş etmişdir ki, gəlib narkotik vasitəni ondan və ya Cəfərdən götürüb atasına verməsini xahiş etmiş, həmçinin başqa müştərilərə verməsini xahiş etmişdir. Çünki, atası narkomaniya xəstəliyindən əziyyət çəkmişdir. Sərdar adlı şəxs və ya Səccad adlı şəxs eyni adamlardır, Sərdar adlı şəxs ona şəxsiyyəti ona məlum olmayan şəxslərin vasitəsilə Bakı şəhərində satmaqdan Ötrü narkotik vasitə vermiş, o da həmin narkotik vasitələri həm özü qəbul etmiş, həm də satmış, əldə etdiyi pulu öz maddəi ehtiyyaclarma və Sərdardan aldığı narkotik vasitənin puluna sərf etmiş, o, Sərdarın iranlı olmağını ləhcəsindən bilmiş, lakin harada yaşamasını və narkotik vasitəni kimin vasitəsilə çatdırmasmı bilməmiş, müxtəlif ünvanlara atmış, o da götürmüşdür. Cəfər, Qaqaş və Mirzə adlı şəxsləri də Bakı şəhər sakinləri kimi tanıyır, amma onların harada yaşamalarını və əlaqə vasitələri xatırlamır. Rza adlı şəxs də Sərdarın dostudur, onlar birlikdə narkotik vasitələrin külli miqdarda satışını həyata keçirirlər. Sərdarı da o, Hüseynlə tanış etmişdir ki, onunla əlaqə saxlaya bilməyəndə, Hüseynlə əlaqə saxlasınlar, Hüseyn də ona desin. Sonradan qardaşı İsa tutulmuşdur, cəzaçəkmə müəssisəsində rəhmətə getmiş, anası Aynur da narkotik vasitənin satışı ilə məşqul olmuşdur, o da sonradan tutulmuş və cəzaçəkmə müəssisəsində rəhmətə getmiş, atası da o, tutulandan iki gün sonra rəhmətə getmişdir. Əlavə də qeyd edir ki, Sərdar ona əvvəllər təxminən 1 kq 200 qram narkotik vasitə satmışdır, onun da ona 18000 manata yaxın borcu yaranmışdır, o, Sərdarın ona satmış olduğu narkotik vasitələri xırda bükümlər halında müxtəlif şəxslərə satmış, əldə etdiyi pulu Sərdarın verdiyi bank hesabına vurmaqdansa, öz maddi ehtiyyaclarına xərcləmiş, həmçinin sərdarın ona satmış olduğu narkotik vasitənin bir hissəsini o, özü, atası, anası və qardaşı qəbul etmişdir, çünki onlarda onun kimi narkomaniya xəstəliyindən əziyyət çəkmişlər. Hüseyn onun yanına paltar gətirərkən, onun üzərində narkotik vasitə olmasından xəbəri olmamışdır, sadəcə oteldə olduğu vaxt o, Hüseynə bu barədə bildirmiş, həmin vaxt da polis əməkdaşları onları saxlamışlar və polis bölməsinə aparmışlar. Üzərindən aşkar edilmiş narkotik vasitələrdən Hüseyn vasitəsilə hər hansı bir şəxsə satmamışdır və kiminsə almış olduğu narkotik vasitəni Hüseyn çatdırmamışdır. Lakin əvvəllər də doğrudur, Hüseyndən xahiş etmişdir ki, narkotik vasitəni kiməsə çatdırsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi ilə, məhkəmə zalında verdiyi ifadəsi arasında ziddiyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, ünvan 7 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, himayəsində iki azyaşlı uşağı vardır, heç bir yerdə işləmir, orta təhsillidir, əvvəllər Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən, AR CM-nin 234.1, 69.3-cü maddələrinə əsasən təqsirli bilinib 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 2021ci ilin aprel ayında cəzasını tam çəkib qurtarmışdır. O, əvvəllər psixiatriya xəstəxanasında və narkoloji xəstəxanada müalicə almamış, həmin xəstəxanalarda qeydiyyatda deyil. Təxminən dörd il olar ki, narkotik vasitə heroindən çəkmə üsulu ilə qəbul edir. Heroini qəbul etməkdə məqsədi bədənində olan ağrılardır, heroini əvvəllər Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda almış və qəbul etmişdir. Təxminən 01 ay bundan əvvəl, yəni 2021-ci ilin oktyabr ayının əvvəllərində mərhum qardaşı İsa ona yaxınlaşmış, ona demişdir ki, «təcili mənə 30 manat pul lazımdır, mən sənə 16 ədəd patron verəcəyəm, istədiyin adama satarsan, ancaq mənə 30 manat pul lazımdır». O da patronlara baxmış, görmüşdür ki, «patronlar tapança patronuna oxşayır, İsadan soruşmuşdur ki, «bu patronları haradan əldə etmisən». İsa ona demişdir ki, «mən bu patronları Yasamal rayonu ərazisindən yerdən tapmışam, narahat olma, istədiyin şəxsə sat, sadəcə mənə 30 manat pulu ver». O da İsa ilə razılaşmış, ona 30 manat pul verməklə, 16 ədəd patronu ondan almış, ona məxsus açıq qəhvəyi rəngli bel çantasının içərisinə qoymuş, fikirləşmişdir ki, lazım olanda pul əvəzi satar, beləcə həmin patronları üzərində saxlamış və gəzdirmişdir. Sonradan onun maddi vəziyyəti pisləşmiş, pul qazana bilməmiş, istəmişdir ki, hansı yolla olursa, olsun pul qazansın. Təxminən bir həftə bundan əvvəl, yəni 2021-ci ilin noyabr ayının əvvəllərində instaqram sosial şəbəkəsi vasitəsilə özünü ona iran islam respublikası vətəndaşı Sərdar kimi təqdim edən şəxslə sms vasitəsilə əlaqə saxlamış, yazışdıqları vaxt o, ona sms vasitəsilə bildirmişdir ki, «mənim bədənim ağrayır, mənə narkotik vasitə lazımdır, həm də dolana bilmirəm, pul qazanmaq istəyirəm», iran islam respublikası vətəndaşı Sərdar kimi təqdim edən şəxs ona bildirmişdir ki, «mən sənə belə köməklik edə bilərəm, mən bir yerdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qoyduraram, sənə həmin yerin kordinatım göndərərəm, sən narkotik vasitəni götürəndən sonra bunun əvəzində mənə 1000 manat pul göndərməlisən, sənə bank hesab nömrəsi verərəm, pulu həmin hesaba million vasitəsilə ödəyərsən, qəbzini mənə göndərərsən». O da Sərdar adlı şəxslə razılaşmış, ona demişdir ki, «mənə hesab nömrəsini göndər, mən pulu həmin hesaba vurum», iran islam respublikası vətəndaşı Sərdar kimi təqdim edən şəxs ona bildirmişdir ki, «mən sənə təxminən 50 qram çəkidə psixotrop maddə metamfetamin və 180 qram çəkidə narkotik vasitə heroin sata bilərəm, çünki hazırda o qədər çəkidə mal qoydura bilmişəm». O da iran islam respublikası vətəndaşı Sərdar kimi təqdim edən şəxslə razılaşmış, iran islam respublikası vətəndaşı Sərdar kimi təqdim edən şəxs ona bank hesabı göndərmişdir. Sonra iran islam respublikası vətəndaşı Sərdar kimi təqdim edən şəxs ona sms vasitəsilə narkotik vasitənin qoyulduğu yerin kordinatım göndərmiş, o, baxanda görmüşdür ki, narkotik vasitə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində yolun kərarında olan Araz marketin yanındakı avtubos dayanacağının yaxınlığında yerləşən zibil yeşiyinin arxa tərəfində yerə atılmışdır. O, həmin tarixdə axşam saatlarında həmin ünvana getmiş, narkotik vasitənin olduğu qara rəngli selofan paketi zibil yeşinin arxasından yerdən götürmüş, yaşadığı evinə gəlmiş, evində həmin qara rəngli selofan paketi açıb içərisində olan iki ədəd selofan paketlərin olduğunu görmüşdür. Həmin selofan paketləri açanda, birinin içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroin, digərində isə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin olmasını görmüşdür. Sonra həmin maddələri götürməyi barədə iran islam respublikası vətəndaşı Sərdar kimi təqdim edən şəxsə məlumat verəndən sonra, o, ona sms yazaraq bildirmişdir ki, «həmin psixotrop maddə metamfetamini səndən xəzər rayonundan olan bir nəfər şəxs götürəcək, sənə pulunu verəcək, digər narkotik vasitə heroin isə sənə məxsusdur». O da iran islam respublikası vətəndaşı Sərdar kimi təqdim edən şəxslə razılaşmış, ona sms yazaraq bildirmişdir ki, «mənə məlumat verərsən, nə vaxt istəsən gedib həmin şəxsə psixotrop maddə olan matemfetamini verərəm». Sonra da o, həmin 1000 manat pulu milion vasitəsilə Bakı şəhəri Yasamal rayonu H.Cavid parkının yerləşdiyi ərazinin yaxınlığında yerləşən milion aparatı vasitəsilə iran islam respublikası vətəndaşı Sərdar kimi təqdim edən şəxsin ona sms vasitəsilə göndərdiyi hesaba vurmuş, qəbzin şəklini çəkib Sərdar adlı şəxsə göndərmişdir. O, sonra narkotik vasitə olan heroini özünə məxsus elektron tərəzidə çəkmiş, görmüşdür ki, heroinin çəkisi 180 qramdır, digər psixotrop maddə olan metamfetamini də elektron tərəzidə çəkmiş, onun da çəkisi təxminən 50 qram olmuşdur. Onun fikri o olmuşdur ki, əldə etdiyi narkotik vasitə heroini hissələrə bölüb elektron tərəzidə çəkdirsin və hər bükümü 1 qram şəklində hazırlasın, hər qramını 20-25 manata satsın, əldə etdiyi pulla da həm iran islam respublikası vətəndaşı Sərdar kimi təqdim edən şəxsə ödədiyi 1000 manat pulu çıxarsın, həm də özünə əlavə olaraq qazanc əldə etsin. Lakin tələsmədən əldə etdiyi narkotik vasitə heroini xırda bükümlərə bölməmişdir. Həmin narkotik vasitələri özünə məxsus açıq qəhvəyi rəngli bel çantasının içərisində saxlamış və özü ilə daşımışdır, bel çantasının içərisində mobil telefon, elektron tərəzi, narkotik vasitə, psixotrop maddə, anasının baş daşının qoymaları üçün yığdıqları 480 manat və 1 ABŞ dollar pul, alışqan, 16 ədəd patron və digər ona məxsus əşyalar olmuşdur. O, özünə məxsus satış məqsədilə əldə etdiyi heroindən az bir hissəsini, təxminən 4-5 qramını özü qəbul etmiş, qalan hissəsi isə özündə qalmışdır. xx.xx.2021-ci il tarixdə o, yaşadığı evində narazılıq yarandığından evindən çıxıb Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı küçəsi 29 ünvanında yerləşən Amber otelinə getmiş və orada otelin qeydiyyat hissəsinə 35 manat ödəməklə, 305 saylı otaqda qalmağa başlamışdır. Sonradan əynində paltarı olmadığından qardaşı Hüseynlə əlaqə saxlamış və paltarını otelə gətirməsini istəmişdir. Sonra qardaşı Hüseyn otelə gəlmiş, paltarı ona vermiş, o, həmin vaxt onda olan açıq qəhvəyi rəngli bel çantasının içərisində olan pul kisəsini götürmək istəmiş, lakin pul kisəsi orada olmamış, o, pul kisəsini axtarmağa başlamış, tapa bilməmişdir. xx.xx.2021-ci il tarixdə saat 00:20 radələrində o, qardaşı Hüseynlə otelin qeydiyyat hissəsinə yaxınlaşmış və onlara bildirmişdir ki, onun pul kisəsi burada qaldığı müddətdə itmişdir, xahiş edir tapsınlar. Otelin xidmətçiləri də xəbərlərinin olmadığını bildirmişlər. Bundan sonra onların aralarında sözlə mübahisə olmuş, bu vaxt otelin xidmətçiləri orada xidmət aparan polis nəfərlərinə müraciət etmişlər. O, polis əməkdaşlarının gəldiyini görüb üzərində olan narkotik vasitənin olmasından və tutulmağından qorxaraq oteldən uzaqlaşmaq istəmiş, lakin polis əməkdaşları onun özünü şübhəli aparmağını görüb onu Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər, o da qardaşı Hüseynlə polis bölməsinə getməyə etiraz etməmiş və onlarla birlikdə polis bölməsinə getmişdir, Polis bölməsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, o, dövlət hesabına müdafiəçi təqdim edilməsini istəmiş, ona dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Sonra isə video müşahidə altında, onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı polis əməkdaşları ona təklif etmişdir ki, üzərində narkotik vasitə və hər hansı bir cinayət xarakterli əşya varsa təqdim etsin, o da polis əməkdaşlarına bildirmişdir ki, ona məxsus olan açıq qəhvəyi rəngli bel çantasının içərisində narkotik vasitə, psixotrop maddə, patronlar və digər əşyalar vardır, o, həmin narkotik vasitəni, psixotrop maddəni və patronları onlara təqdim edə bilər. Sonra ona məxsus açıq qəhvəyi rəngli bel çantasının içərisinə baxış keçirmişlər, baxış zamanı oradan iki ədəd selofan paket, karton qutuda olan patronlar, 480 manat pul, 1 ABŞ dolları, qardaşı Hüseynin şəxsiyyət vəsiqəsi, bir ədəd ətir, bir ədəd alışqan, bir ədəd elektron siqaretin aparı, bir ədəd alışqanın doldurulması üçün istifadə olan balon qazı, bir ədəd evimin açarı, bir ədəd Samsung markalı mobil telefon, bir ədəd köynək aşkar edilmişdir. Sonra bel çantasının içərisindən aşkar edilmiş selofan paketlərə və karton qutuya baxış keçirilərkən, selofan paketin birinin içərisindən qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroin, digər selofan paketin içərisindən ağ kristal şəkilli psixotrop maddə olan metamfetamin, eləcə də karton qutunun içərisində 16 ədəd patron olması müəyyən edilmişdir. Həmin üzərindən aşkar edilmiş kütlələr və patronlar ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Həmin vaxtı onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar edilmiş selofan paketin birinin içərisində narkotik vasitə heroindir, digərinin içərisində isə psixotrop maddə metamfetamindir, həmin kütlələri təxminən bir həftə bundan əvvəl instaqram sosial şəbəkəsi vasitəsilə tanış olduğu özünü ona İran İslam Respublikası vətəndaşı Sərdar adlı şəxs kimi təqdim edən şəxsin ona sms vasitəsilə göndərdiyi kordinatlar və şəkillər əsasında Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində yerləşən avtomobil yolunun kənarındakı Araz marketin yaxınlığında olan avtubos dayanacağının yanında qoyulmuş zibil yeşinin arxcasmdan yerdən götürmüş, həmin narkotik vasitə iki bükümdə olmuşdur, hər iki bükümü hazırda onlara təqdim etmiş, narkotik vasitəni sadəcə özünü ona İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Sərdar adlı şəxsin məsləhəti və göstərişi əsasında bir yerdən götürüb, narkotik vasitənin heroin olan bükümünü özüm satış məqsədilə istifadə edəcəkdir, digər psixotrop maddə olan metamfetamini isə özünü mənə İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Sərdar adlı şəxsin məsləhəti və göstərişi əsasında Xəzər rayonundan olan bir nəfər şəxs ondan gəlib götürəcəkdir, bunun müqabilində o, özünü ona İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Sərdar adlı şəxsin bank hesabına 1000 manat pul köçürmüş, patronları isə mərhum qardaşı İsa təxminən bir ay bundan əvvəl ona pul lazım olduğundan ona 30 manat müqabilində satmış, o da həmin patronları özündə saxlamışdır ki, istəyən olsa satar, sonradan qardaşı narkotik vasitə istifadəçisi kimi tutulmuş və tutulduğu müddətdə Bakı istintaq təcridxanasmda vəfat etmişdir. Əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə hallara yol verməz. O, Sərdarla narkotik vasitəni və psixotrop maddəni bir yerdən götürüb, həmin kütlələrdən psixotrop maddə metamfetamin olan hissəsini Sərdarın göstərişi ilə başqa bir şəxsə veərəcəkmiş, bunun müqabilində də pul alacaqmış, narkotik vasitə heroin olan hissəsini isə özü satış məqsədilə istifadə edəcəkmiş, yəni xırda hissələrə bölüb satacaqmış, o, Sərdarla telefon əlaqələri olmamışdır. O, Sərdarla sms vasitəsilə əlaqə yaradarkən, o, onun Azərbaycan Respublikası ərazisində hansı yolla və hansı şəxslərin vasitəsilə narkotik vasitələri gətirməsi və ya narkotik vasitənin satışını hansı şəxslərin vasitəsilə həyata keçirməsi barədə əvvəlcədən məlumatı olmamışdır, o, Sərdar adlı şəxsin ümumiyyətlə İranda və ya Azərbaycanda yaşayıb-yaşamasını bilmir. Üzərindən aşkar edilmiş iki bükümdə kütlələrdən, birinin içərisində olan psixotrop maddə metamfetamin Sərdarın göstərişi ilə başqa bir şəxsə çatdıracaqmış, digərinin içərisində olan narkotik vasitə heroin isə ona məxsus olmuş, həmin kütlələrin təxmini çəkisini bilməmiş, özü elektron tərəzidə çəkmiş, həmin kütlələrdən heç kimə satmamışdır. O, üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin çəkisini təxmini bilirmiş, ona görədə o, ekspertizanın rəyində göstərilən çəki ilə razıdır. O, polis şöbəsinə gətirilərkən onu kimsə döyməmiş, vurmamış, xəsarət yetirməmiş, fiziki zor tətbiq etməmişdir, onun heç kimdən şikayət və tələbi yoxdur. O, həmin şəxsi tanımır, onunla sadəcə sms vasitəsilə əlaqə saxlamış, heç vaxt görməmiş, həmin şəxslə sms vasitəsilə birinci dəfədir ki, əlaqə saxlayır və həmin kütlələri alır. O, həmin şəxsi tanımır, harada yaşamasını bilmir, heç vaxt onunla görüşməmiş, sadəcə sms vasitəsilə əlaqə saxlamış, narkotik vasitəni götürdüyü yeri xatırlayır, göstərə bilər, psixotrop maddəni verəcəyi şəxsi tanımır, Sərdar adlı şəxsin ona sms göndərəndən sonra, çatdıracağı yerə qoyacaqmış, kimin götürəcəyini bilmir, həmçinin Sabunçu rayonu Zabrat qəsəbəsində kütlələri götürdüyü yerdən, həmin kütlələri oraya kimin qoymasını görməmiş və bilmir. O, üzərindən aşkar edilmiş elektron tərəzini əldə etdiyi narkotik vasitəni xırda bükümlərə böldükdən sonra çəkməklə çəkisini müəyyən etmək üçün əldə etmişdir. O, heç vaxt iran İslam Respublikasına getməmiş, Sərdar adlı şəxsi heç vaxt görməmiş, yaxından tanışlıqları olmamışdır, onun həqiqətən harada yaşamasını bilmir, Sərdarın hansı şəxslərin vasitəsilə narkotik vasitəni Azərbaycan Respublikası ərazisinə gətirməsini və ona hansı şəxslər vasitəsilə narkotik vasitəni çatdırmasmı bilmir, X7 Respublikasında yaşayıb yaşamaması barədə məlumatı olmamışdır. O, Sərdarla sadəcə sms vasitəsilə əlaqə saxlamış, Sərdarın narkotik vasitəni kimdən almasını və hansı şəraitdə Azərbaycan Respublikasına gətirməsini soruşmamışdır. Ona məlum olamayan şəraitdə narkotik vasitəni ifadəsində qeyd etdiyi yerə qoymuşlar, sonra isə Sərdarın ona göndərdiyi SMS-də qeyd edilən kordinatla o, həmin narkotik vasitəni deyilən yerdən götürmüş, sonra da onu saxlamışlar, onun marağında olmayıb ki, narkotik vasitəni deyilən yerə kim qoyur, sadəcə onun narkotik vasitəni oradan götürmək marağı olmuşdur, narkotik vasitəni götürdüyü yerə hansı şəxsin hansı şəraitdə qoymasım görməmişdir. O, ilk dəfə olmuşdur ki, Sərdar adlı şəxslə sosial şəbəkə vasitəsilə tanış olmuşdur və ilk dəfə olmuşdur ki, onun göstərişi ilə narkotik vasitəni götürmüş, əvvəllər aralarında əlaqə olmamışdır. O, patronları İsadan alarkən, ondan soruşmuşdur ki, patronları haradan əldə etmişdir, isa ona demişdir ki, yerdən tapmış, o, patronları əldə etdikdən sonra satmaqdan ötrü heç kimə təklif etməmiş, saxlamışdır ki, lazım olanda satar, isa ona sadəcə patronları satmışdır, başqa hər hansı bir silah sursat satmamışdır. Qardaşı Hüseyn əlildir, çətin yeriyir, Hüseyn onun üzərində narkotik vasitə və patronlar olmasından xəbəri olmamışdır, o, bu barədə ona heç bir məlumat verməmiş, həmçinin narkotik vasitələri və patronları hansı üsulla əldə etdiyini deməmiş, Hüseyn sadəcə ona paltar gətirmişdir, həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir, evlidir, əvvəllər məhkum olunmamış, ali təhsillidir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs xx.xx.2021 -ci il tarixdən etibarən tanıyır, onu əvvəllər tanımamış, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavət olmamışdır. Onlar xidmət etdikləri ərazidə fəaliyyət göstərən ictimai iaşə obyektləri, otellər və digər əhaliyə xidmət göstərən obyektlərdə özlərinin mobil nömrələri vardır, oranın işçilərinə izah etmişlər ki, baş verə biləcək hər hansı bir hadisənin qarşısını almaqdan ötrü onlarla əlaqə saxlasınlar. xx.xx.2021-ci il tarixdə saat 00:40 radələrində, o, Yasamal RPİ-nin PPXB-nün polis nəfərləri Şahid3 və Şahid2 birlikdə Bakı şəhəri ünvan 8 ünvanında yerləşən Amber otelin işçisi onun mobil telefonuna zəng edərək, bir nəfər şəxsin oteldə qalması ilə əlaqədar pulu ödəməkdən imtina etməsini, pul kisəsinin itirməsi ilə əlaqədar pulu ödəməməsini və narahatçılıq yaratmasını bildirmişdir. O, polis nəfərləri Şahid3 və Şahid2 birlikdə otelə getmişlər, otelin giriş qapısından içəri daxil olduqda, otelin işçisi onlara demişdir ki, bu şəxsdir ki, onların pulunu ödəmir və narazılıq yaradır. Həmin şəxs onları gördükdə özünü şübhəli aparmağa başlamış və qaçmış, lakin onlar həmin iki nəfər şəxsi saxlamışlar, onların şəxsiyyətini müəyyən edərkən, onlara məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxs və onun qardaşı Şahid5dur. Təqsirləndirilən şəxs nə səbəbə qaçmasını soruşduqda, o, onlara demişdir ki, narkotik vasitə istifadəçisidir, hazırda da üzərində narkotik vasitə vardır. Onlar bunu biləndən sonra Təqsirləndirilən şəxs və Şahid5 özlərini şübhəli aparmasını görüb, həmin şəxsləri yaxınlıqda yerləşən, Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs və onun qardaşı Şahid5 da onlarla birlikdə 27-ci PB-nə getməyə etiraz etməmişlər və onlarla birlikdə polis bölməsinə gəlmişlər. Təqsirləndirilən şəxs və onun qardaşı Şahid5 barəsində qanuni tədbir görülməsindən ötrü Yasamal RPİ-nin 27-ci PB-nin rəisinin adına raportla müraciət etdikdən sonra, xidməti otaqların birində əvvəlcə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsindən Ötrü müdafiəçi dəvət edilmişdir. Müdafiəçi Təqsirləndirilən şəxs təqdim edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, müdafiəçinin və onların iştirakları ilə üzərinə video müşahidə altında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edilərək hansı səbəbə PB-nə gətirildiyi, üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması soruşulmuş və əgər varsa həmin qanunsuz əşyanın könüllü təqdim olunması təklif edilmişdir.Bu təklifdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 00:40 radələrində ünvan 9 ünvanda yerləşən kəhraba otelində mübahisə etdiyi üçün oraya gəlmiş Yasamal RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq 27-ci PB-nin inzibati binasına gətirilmiş, əvvəllər məhkum olunmuşdur. Hazırda əlindəki yzəri dama-dama şəkilli qara-tünd qəhvəyi rəngli əl çantasını təqdim edərək, içərisində narkotik vasitələr və özünə məxsus əşyalar olduğunu qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə təqdim etdiyi əl çantasına baxış keçirilərkən, içərisindən 485 manat və 1 ABŞ dollar pul olan şəffaf selofan paket, bir ədəd şəffaf selovan paketi bükümündə, içərisində “süsə” adlanan narkotik maddə, bir ədəd elektron tərəzi, bir ədəd Samsung markalı mobil telefon, bir ədəd üzərində Ramo 25000 yazısı olan pover bank, bir ədəd qardaşı Şahid5 məxsus şəxsiyyət vəsiqəsi, üzərində bir ədəd alışqan doldurucu, bir ədəd şəffaf selofan paketi bükümündə içərisində «Kokos” adlanan toz şəkilli kəskin iyli narkotiki maddə, bir ədəd ətir, bir ədəd elektron siqaret çəkilməsi ücün istifadə edilən aparat, iki ədəd alışqan, bir ədəd köynək, bir ədəd təsbeh, içərisində 16 ədəd patron olan qutu aşkar edilərək götürülmüşdür. İştirak edənlər və müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs təqdim etdiyi üzəri dama- dama şəkilli qara-tünd qəhvəyi rəngli əl cantasınının içərisindən aşkar edilən bir ədəd bükülü “ Kokos” adlanan narkotik maddəni və bir ədəd “şüşə” adlanan narkotik maddənin ona məxsus olmasını, bir həftə bundan əvvəl telefon vasitəsi ilə əlaqə saxladığı İİR vətəndaşından satış məqsədilə əldə etmiş və onun verdiyi hesaba lOOO(min) manat pul köçürmüşdür. Eləcədə Təqsirləndirilən şəxs çantasında olan elektron tərəzinin və çantasında olan 16 ədəd 9 mm kalibrli güllələrin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Şahid5 məxsus, könüllü olaraq təqdim etdiyi yzəri dama-dama şəkilli qara-tünd qəhvəyi rəngli əl cantasınının içərisindən aşkar edilən bir ədəd bükülü “ Kokos” adlanan narkotik maddə, bir ədəd şəffaf əelofan paketi bükümündə içərisində “şüşə” adlanan narkotik maddə, bir ədəd elektron tərəzi və içərisində 16 ədəd patron olan qutu sübut əhəmiyyətinə malik olduğundan tərəflərindən götürülərək kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin zərflər üçün olan 168 saylı möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qardaşı Şahid5 adma olan şəxsiyyət vəsiqəsi 485 ( dört yüz səksən bes ) manat pul, bir ədəd Ramo 25000 markalı Pover Bank, bir ədəd ətir, bir ədəd elektron siqaret, iki ədəd alışqan, bir ədəd acar, bir ədəd alışqanının doldurmaq üçün istifadə edilən balon. bir ədəd köynək araşdırma üçün sübut əhəmiyyətinə malik olmadığından Təqsirləndirilən şəxs qaytarılmış, bir ədəd “ Samsung” markalı mobil telefon isə sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. Bundan əlavə V. Yaqubovun üzərindən başqa hər hapsı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş selofan paketin birinin içərisində narkotik vasitə heroindir, digərinin içərisində isə psixotrop maddə metamfetamindir, həmin kütlələri təxminən bir həftə bundan əvvəl instaqram sosial şəbəkəsi vasitəsilə tanış olduğu özünü ona İran İslam Respublikası vətəndaşı Sərdar adlı şəxs kimi təqdim edən şəxsin ona sms vasitəsilə göndərdiyi kordinatlar və şəkillər əsasında Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində yerləşən avtomobil yolunun kənarındakı Araz marketin yaxınlığında olan avtubos dayanacağının yanında qoyulmuş zibil yeşinin arxasından yerdən götürmüş, həmin narkotik vasitə iki bükümdə olmuşdur, hər iki bükümü hazırda təqdim etmiş, narkotik vasitəni sadəcə Özünü ona İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Sərdar adlı şəxsin məsləhəti və göstərişi əsasında bir yerdən götürüb, narkotik vasitənin heroin olan bükümünü özü satış məqsədilə istifadə edəcəkmiş, digər psixotrop maddə olan metamfetamini isə özünü ona tran İslam Respublikası vətəndaşı kimi təqdim edən Sərdar adlı şəxsin məsləhəti və göstərişi əsasında Xəzər rayonundan olan bir nəfər şəxs ondan gəlib götürəcəkmiş, bunun müqabilində o, özünü ona tran tslam Respublikası vətəndaşı kimi təqdim edən Sərdar adlı şəxsin bank hesabına 1000 manat pul köçürmüş, patronları isə mərhum qardaşı İsa təxminən bir ay bundan əvvəl ona pul lazım olduğundan ona 30 manat müqabilində satmış, o da həmin patronları özündə saxlamışdır ki, istəyən olsa satar, sonradan qardaşı narkotik vasitə istifadəçisi kimi tutulmuş və tutulduğu müddətdə Bakı istintaq təcridxanasmda vəfat etmişdir. Şəxsi axtarış və götürmə hərəkəti aparılarkən çəkiliş yazan “ Samsunq ” markalı mobil telefondan istifadə edilmişdir. Çəkiliş bir ədəd DVD diskə köçürüldü və protokola əlavə edilmişdir.Bundan başqa, Yasamal RPİ-nin 27-ci PB-nin xidməti otaqların birində Şahid5 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsindən ötrü müdafiəçi dəvət edilmişdir. Müdafiəçi Şahid5 təqdim edilmişdir. Sonra isə Şahid5 hüquq və vəzifələri izah edildikdən sonra, müdafiəçinin və onların iştirakları ilə üzərinə video müşahidə altında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid5 barəsində şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edilərək hansı səbəbə PB-nə gətirildiyi, üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması soruşuldu və əgər varsa həmin qanunsuz əşyanın könüllü təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Şahid5 bildirmişdir ki, xx.xx.2021 -ci il tarixdə saat 00:40 dəqiqədə Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı küçəsində yerləşən Kəhrəba otelinə qardaşı Vüsal üçün paltar gətirdiyi vaxt, Vüsalla birlikdə saxlanılmış və 27-ci PB-nə gətirilmişdir. Sonra Şahid5 üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, şəxsi axtarış və götürmə zamanı Şahid5 üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə hərəkəti aparılarkən çəkiliş yazan Samsunq ” markalı mobil telefondan istifadə edilmişdir. Çəkiliş bir ədəd DVD diskə köçürülmüş və protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs və Şahid5 saxlanılarkən və polis bölməsinə gətirilərkən, ona qarşı fiziki zor tətbiq edilməmiş, döyülməmiş və xəsarət yetirilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları təsdiq etmişdir. Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində şahidlər Şahid3 və Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ünvan 11 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun qardaşıdır, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. Vüsal Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən, AR CM-nin 234.1, 69.3-cü maddələrinə əsasən təqsirli bilinib 01 il 11 ay 28 cün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 2021 -ci ilin aprel ayında cəzasım tam çəkib qurtarmışdır. Yusif əvvəllər psixiatriya xəstəxanasında və narkoloji xəstəxanada müalicə almamış, həmin xəstəxanalarda qeydiyyatda deyil. Vüsal təxminən dörd il olar ki, narkotik vasitə heroindən çəkmə üsulu ilə qəbul edir. Heroini qəbul etməkdə məqsədi bədənində olan ağrılardır, heroini əvvəllər Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda almış və qəbul etmişdir, onun bundan xəbəri olmamışdır. Təxminən 01 ay bundan əvvəl, yəni 2021-ci ilin oktyabr ayının əvvəllərində mərhum qardaşı isa Vüsala yaxınlaşmış, ona demişdir ki, «təcili mənə 30 manat pul lazımdır, mən sənə 16 ədəd patron verəcəyəm, istədiyin adama satarsan, ancaq mənə 30 manat pul lazımdır». Vüsal da patronlara baxmış, görmüşdür ki, «patronlar tapança patronuna oxşayır, İsadan soruşdu ki, «bu patronları haradan əldə etmisən». İsa Vüsala demişdir ki, «mən bu patronları Yasamal rayonu ərazisindən yerdən tapmışam, narahat olma, istədiyin şəxsə sat, sadəcə mənə 30 manat pulu ver». Vüsal da İsa ilə razılaşmış, ona 30 manat pul verməklə, 16 ədəd patronu ondan almış, ona məxsus açıq qəhvəyi rəngli bel çantasının içərisinə qoymuş, fikirləşmişdir ki, lazım olanda pul əvəzi sataram, beləcə həmin patronları üzərində saxlamış və gəzdirmişdir. Vüsalla mərhum atası Yusif arasında narazılıq olmuş, atası xəstə olduğundan tez-tez evdə mübahisə edirmiş, ona görə də Vüsal evdən çıxıb oteldə qalmış, lakin Vüsalın ailə üzvləri isə onlarla birlikdə yaşamışdır. xx.xx.2021-ci il tarixdə axşam saatlarında o, yaşadığı evində olmuş, həmin vaxt Vüsal ona zəng vurmuş və demişdir ki, «mən Amber otelindəyəm, mənim üçün şalvar, ayaqqabı və köynək gətir». O da evdən Vüsalın istədiyi əşyaları götürüb otelə tərəf getmiş, otelin giriş qapısından içəri daxil olmuşdur. Qeydiyyat şöbəsindən Vüsalın hansı nömrədə qalmasını soruşmuş, orada ona demişlər ki, Vüsal 309 nömrəli otaqda qalır. O, həmin otağa qalxmış, Vüsalla görüşmüş, istədiyi əşyaları Vüsala vermişdir. Bu vaxt otelin qeydiyyat şöbəsindən olduqları otağa zəng gəlmiş, Vüsal otelin əməkdaşına bildirmişdir ki, «mən neçə gündür ki, qalıram, pulunu hesabla, ödəyim, çıxmaq istəyirəm». Otelin əməkdaşı Vüsala demişdir ki, «sən iki gündür ki, qalırsan, bunun üçün 80 manat ödəməlisən». Vüsal pul kisəsini çıxarmaq istədikdə, pul kisəsinin olmadığını görmüşdür. Bu vaxt Vüsal yenidən otelin qeydiyyat şöbəsi ilə danışmış, pul kisəsini itirməsini, bir azdan gəlib pulu ödəyəcəyini bildirmişdir. Sonradan Vüsal ona demişdir ki, «sən qeydiyyat şöbəsinə get, orada bildir ki, kameraya baxsınlar, otağa kim daxil olub». O da aşağı düşmüş, qeydiyyat şöbəsinin əməkdaşına bu barədə bildirib yenidən otağa qalxmışdır. Bu vaxt olduqları otağa otelin əməkdaşları gəlmiş, Vüsala demişlər ki, «narahat olmayın, biz polisə məlumat vermişik, bir azdan gələrlər, sən bu barədə onlara deyərsən». Vüsal bilməmiş nə olmuş, bir anlığa özünü şübhəli aparıb qaçmağa başlamış, ona demişdir ki, «mənim çantamda narkotik vasitə vardır, yoxsa məni ilişdirərlər, mən qaçıram, sən sonradan çıxarsan», o da Vüsalla razılaşmışdır. Vüsal qaçıb getmiş, o, əlil olduğumdan yavaş addımlarla aşağı düşmüş, görmüşdür ki, polis əməkdaşları Vüsalı saxlamışlar, həmçinin həmin ərazidə xidmət edən polis əməkdaşlarını da oraya çağırmışdılar, polis əməkdaşları onu da çağırmışlar. Sonra polis əməkdaşları onları 27- ci PB-nə dəvət etmişlər, o və Vüsal da polis əməkdaşları ilə birlikdə polis bölməsinə getməyə etiraz etməmişlər və birlikdə bölməyə getmişlər. Orada əvvəlcə Vüsalın üzərinə dəvət edilmiş müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirmişlər. Sonra isə onun üzərinə dəvət edilmiş müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirmişlər, onun üzərindən cinayət xarakterli əşya və predmet aşkar edilməmişdir. Orada polis əməkdaşları ona bildirmişlər ki, «sənin qardaşının üzərindən narkotik vasitə aşkar edilmişdir, ona görə də onu saxlayırıq, sən isə get evə». O da orada çıxıb yaşadığı evinə gəlmiş, sonradan bilmişdir ki, Vüsalın üzərindən narkotik vasitə və psixotrop maddə aşkar edildiyindən, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, yuxarıda qeyd edilən ünvanda, yəni Yevlax rayonu Hacımahmudlu kəndində qeydiyyatda olsada, Bakı şəhəri Abşeron rayonu Mehdiabad qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır, subaydır, əvvəllər məhkum olunmamış, hazırda ünvan 12 ünvanda yerləşən Amber otelində resepşın hissəsində işləyir.Ərazidə xidmət aparan polis əməkdaşları özlərinin mobil nömrələrini vermişlər və onlara izah etmişlər ki, baş verə biləcək hər hansı bir hadisənin qarşısını almaqdan ötrü onlarla əlaqə saxlayaq, ona görə də nəsə narahatçılıq olanda, onlar ətrafda xidmət aparan polis əməkdaşlarına məlumat vermişlər. Bakı şəhər sakinləri Təqsirləndirilən şəxs və Şahid5 əvvəllər tanımamış, onlarla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. xx.xx.2021 -ci il tarixdə gündüz saatlarında Vüsal onun işlədiyi otelə gəlmiş, resepşın hissəsinə yaxınlaşmış, ona demişdir ki, «burada qalmaq istəyirəm, mənə bir nömrə verin». O da Vüsaldan şəxsiyyət vəsiqəsini istəmiş, Vüsal şəxsiyyət vəsiqəsini ona təqdim etmişdir. O, Vüsala 305 saylı otaqda qala biləcəyini bildirmişdir. Sonra Vüsal ondan soruşmuşdur ki, oteldə bir gün qalmaqdan ötrü nə qədər ödəniş etmək lazımdır. O da Vüsala demişdir ki, oteldə bir gün qalmaqdan ötrü 35 manat ödəməlisiniz. Vüsal ona demişdir ki, o, həmin pulun yarısını, yəni 15 manatını ödəyir, üzərində pulu yoxdur, qalan pulu isə axşam ona pul gətirəcəklər, həmin vaxt ödəyər. O da müdriyyətlə məsləhət etdikdən sonra, Vüsala 305 saylı otağı təhvil vermiş, Vüsal yuxarı qalxmış və həmin otaqda qalmağa başlamışdır. Həmin tarixdə axşam saatlarında o, Vüsalın qaldığı otağa zəng vurmuş və ödənişin qalmış olduğu 20 manatı tələb etmiş, çünki Vüsal özü ona demişdir ki, «axşam yanına adam gələr, Ödəyər». Vüsal da ona demişdir ki, «hələki mənim üzərimdə pul yoxdur, gözlə ödəyərəm». O da məcbur qalıb müdriyyətə bu barədə məlumat vermiş, müdriyyət də ona demişdir ki, «müştəriyə xəbərdarlıq et, pulu ödəmirsə, de polisə müraciət edəcəyik». O da Vüsala demişdir ki, «pulu ödəmədiyin təqdirdə polisə müraciət edəcəyik». Vüsal ona demişdir ki, «narahatçılıq yoxdur, gözləyin». Bir az sonra Vüsalın yanına qardaşı Hüseyn gəlmiş, ondan qaldığı otağın nömrəsini soruşmuş, o da Vüsalın 305 saylı otaqda qalmasını bildirmişdir. Hüseyn Vüsalın qalığı otağa qalxmış, lakin yenə də onlardan xəbər çıxmamışdır. O, təkrar olaraq Vüsalın qaldığı otağa zəng vurmuş və ödənişin qalan hissəsini ödəməsini bildirmişdir. Bu vaxt Vüsal yenə də ona pulu ödəyəcəyini bildirsə də, ödəniş etməmişdir. Bundan sonra o, yaxınlıqda xidmət aparan polis əməkdaşlarına məlumat vermişdir. Vüsal qardaşı Hüseynlə aşağı düşmüş, o, resepşın hissəsində Vüsalı saxlamış və ödənişin qalan hissəsini ödəməsini bildirmişdir. Vüsal ona demişdir ki, «ödəmirəm, üzərimdə pulum yoxdur». O, özü də görmüşdür ki, Vüsal özünü şübhəli aparır. Həmin vaxt otelin giriş qapısından polis əməkdaşları daxil olmuşlar, polis əməkdaşları onlardan nə hadisə baş verməsini soruşmuşlar, o da polis əməkdaşlarına müştərinin ödənişi verməkdən imtina etdiyini və narazılıq yaratmasını bildirmişdir. Həmin vaxt Vüsal polis əməkdaşlarını görüb özünü şübhəli aparmış və qaçmaq istəsədə, polis əməkdaşları Vüsalı saxlamışlar. Həmin polis əməkdaşları Vüsaldan nə səbəbə qaçmasını soruşduqda, Vüsal polis əməkdaşlarına bildirmişdir ki, o, narkotik vasitə istifadəçisidir, üzərində də narkotik vasitə olduğundan qaçmaq istəmişdir. Sonra isə polis əməkdaşları Vüsalı qardaşı Hüseynlə birlikdə yaxınlıqda yerləşən 27-ci polis bölməsinə dəvət etmişlər, onlarda polis əməkdaşları ilə birlikdə polis bölməsinə getməyə etiraz etməmişlər və çıxıb getmişlər. Sonradan ona məlum olmuşdur ki, Vüsalı bölməyə aparmışlar, bölmədə üzərinə şəxsi axtarış keçirilərkən, üzərindən narkotik vasitə aşkar edilmişdir. Onun işlədiyi otelin adı «Amber»dir, Kəhrəba isə otelin zirzəmisində yerləşən restoranın adıdır. Vüsal ona pul kisəsinin itməsi ilə əlaqədar müraciət etməmişdir, sadəcə narazılıq onun Vüsaldan qalan 20 manat pulu tələb etməyi olmuşdur, ödəmədiyi üçün də polisə müraciət edilmişdir. Vüsal oteldə qaldığı müddətdə yanına kənar şəxslər gəlməmişdir, o, Vüsalın oteldə narkotik vasitələrin satışını həyata keçirməsini müşahidə etməmiş, sadəcə Vüsalın yanına qardaşı Hüseyn gəlmişdir. Cinayət işinin 1-ci cildinin 62-67-ci vərəqlərində olan məhkəmə - kimyəvi ekspertizasının 20 noyabr 2021-ci il tarixli, 6/5138 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №168» dairəvi möhür əksi olan, «Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 50,0 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 175,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heron 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək mümkün deyildir. Cinayət işinin 1-ci cildinin 191-193-cü vərəqlərində olan məhkəmə-ballistik ekspertizasının 25 noyabr 2021-ci il tarixli, 3/1904 nömrəli rəyindəın görünür ki, tədqiqata təqdim edilmiş 16 (on altı) ədəd patron zavod üsulu ilə istehsal edilmiş 9x18 mm kalibrli olmaqla, həmin kalibrə malik «Makarov» və avtomatik «Steçkin» konstruksiyalı tapançalarda və s.uyğun kalibrli yivli odlu silahlarda istifadə edilən patronlardır, döyüş sursatı hesab edilir, istifadəyə yararlıdır. Patronların dib hissəsində «38-88» rəqəmləri həkk edilmişdir və həmin patronlar Tula patron zavodunda 1988-ci ildə İstehsal edilmişdir. Cinayət işinin 1-ci cildinin 172-177-ci vərəqlərində olan məhkəmə-kompyuter texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 5/17 saylı rəyindən görünür ki, smartfonun yaddaşına quraşdırılmış “WhatsApp” proqram təminatı vasitəsi ilə aparılmiş məlumat (çat seansı, buraxılmış və çıxan səsli zənglər) mübadilələri müəyyən olundu, lakin rəyin “Tədqiqi hissəsi”nin 4-cü bəndində göstərilən səbəblərə görə qeyd olunan məlumat mübadilələrini köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı. Təqdim edilmiş “Samsung Galaxy A21s” markalı “SM-A217F/DS” modelli mobil smartfonun yaddaşına quraşdırılmış “WhatsApp Business” proqram təminatı vasitəsi ilə aparılmiş məlumat (çat seansı, buraxılmış, qəbul olunmuş, çıxan səsli zənglər və buraxılmış, qəbul olunmuş video zənglər) mübadilələri və “WhatsApp” proqram təminatı vasitəsi ilə aparılmiş məlumat (çat seansı, buraxılmış, qəbul olunmuş, çıxan səsli zənglər və buraxılmış Təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 7.1.1” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy J5” markalı “SM-J510FN” modelli “**********46047, **********46045” “ımeı” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 11” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy A21s” markalı “SM-A217F/DS” modelli “**********91277, **********91273” “ımeı” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan “Samsung Galaxy J5” markalı “SM-J510FN” modelli mobil smartfonun yaddaşında mövcud olan (kontaklar, zənglər, “SMS” mesajlar, foto, video, audio fayllar, “WhatsApp” proqram təminatı vasitəsilə aparılmış audio fayllar və sairə) məlumatlar müəyyən olundu (bax rəyə əlavə ölünmüş DVD-R diskə). Tədqiq olunan “Samsung Galaxy A21s” markalı “SM-A217F/DS” modelli mobil smartfonun yaddaşında mövcud olan (kontaklar, zənglər, “SMS” mesajlar, foto, video, audio fayllar, “WhatsApp” və “WhatsApp Business” proqram təminatları vasitəsilə aparılmış audio fayllar və sairə) məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş DVD-R diskə). Rəyin “Tədqiqi hissəsi”nin 4-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Samsung Galaxy J5” markalı “SM-J510FN” modelli və “Samsung Galaxy A21s” markalı “SM-A217F/DS” modelli mobil smartfonların yaddaşından hər hansı bir məlumatın (kontakt, zəng, “SMS” mesaj, foto, audio, video fayllar, “WhatsApp”, proqram təminatı vasitəsi ilə aparılmış məlumat mübadiləsi və sairə) pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Təqdim edilmiş “Samsung Galaxy J5” markalı “SM-J510FN” modelli mobil smartfonun yaddaşına quraşdırılmış “WhatsApp” proqram təminatı vasitəsi ilə aparılmiş məlumat (çat seansı, buraxılmış və çıxan səsli zənglər) mübadilələri müəyyən olundu, lakin rəyin «Tədqiqi hissəsi»nin 4-cü bəndində göstərilən səbəblərə görə qeyd olunan məlumat mübadilələrini köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı. Təqdim edilmiş «Samsung Galaxy A21S» markalı «SM-A217F/DS» modelli mobil smartfonun yaddaşına quraşdırılmış «Whatsapp Business» proqram təminatı vasitəsilə aparılmış məlumat (çat seansı, buraxılmış, qəbul olunmuş, çıxan səsli zənglər və buraxılmış, qəbul olunmuş video zənglər) mübadilələri və “WhatsApp” proqram təminatı vasitəsi ilə aparılmış məlumat (çat seansı, buraxılmış, qəbul olunmuş, çıxan səsli zənglər və buraxılmış video zənglər) mübadilələri müəyyən olundu, lakin rəyin “Tədqiqi hissəsi”nin 4-cü bəndində göstərilən səbəblərə görə qeyd olunan məlumat mübadilələrini köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı. Tədqiq olunan «Samsung Galaxy J5» markalı «SM-J510FN» modelli və «Samsung Galaxy A21s» markalı «SM-A217F/DS» modelli mobil smartfonlarda foto və videoçəkiliş aparılması üçün texniki imkanlar mövcuddur. Cinayət işinin 1-ci cildinin 194-195-ci vərəqlərində olan ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 610 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar, narkomiyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cildinin 141-145-ci vərəqlərində olan kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 448 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilməyib. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs öz həkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham edilən əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəlik aşkarlanmır. Təqsirləndirilən şəxs öz hərəkətlərini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları və idrak prosseslərinin xüsusiyyətləri normaya uyğundur. Təqsirləndirilən şəxs ünsiyyətçillik, hövsələsizlik, məsuliyyətsizlik, hirslilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs sensor-perseptiv proseslərinin fərdi xüsusiyyətlərinə görə törətdiyi əməl zamanı hadisə şəraitini nəzərə alaraq, onun iş üçün əhəmiyyət kəsb edən hallan düzgün qavramaq iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə, həmçinin özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intelektual imkanlarına uyğun olaraq, onunla edilən, habelə özünün etdiyi hərəkətlərin xarakter və mənasını anlamaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxsn əqli-intellektual imkanlarında gerilik əlamətləri aşkar edilmir. Cinayət işinin 1-ci cildinin 172-177, 190-cı vərəqlərində olan məhkəmə-kompyuter texniki ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung Galaxy A21s» markalı mobil telefon və Şahid5 məxsus bir ədəd «Samsung Galaxy J5» markalı mobil telefonun yaddaşının bərpa olunması ilə əlaqədar müvafiq tədqiqat işləri aparılmış və bununla bağlı istintaqa rəylə birlikdə iki ədəd SD disk təqdim edilmişdir və təqdim edilmiş SD disklərə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, həmin diskdə Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd «Samsung Galaxy A21s» markalı mobil telefonun və Şahid5 məxsus bir ədəd «Samsung Galaxy J5» markalı mobil telefonun yaddaşında olan məlumatlara nəzər yetirilərkən, orada, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olarkən, Votsapp praqramı vasitəsilə müxtəlif şəxslərə göndərdiyi səsli smslər, eləcədə qardaşı Şahid5 göndərdiyi səsli smslərin olması aşkar edilmişdir. Bundan başqa, SD disklərdə olan digər səsli smslər, foto və video fayllara da baxış keçirilmiş, lakin istintaq üçün əhəmiyyət kəsb edən hər hansı bir sübutlar müəyyən edilməmişdir. Cinayət işinin 1-ci cildinin 23-25, 249-250-ci vərəqlərində olan protokollarda bildirilir ki, istintaq zamanı, Təqsirləndirilən şəxs üzərinə video müşahidə altında şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, həmin şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi görüntülərinə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edildikdən sonra, ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa onu təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs xx.xx.2021 -ci il tarixdə saat 00:40 radələrində ünvan 9 ünvanda yerləşən kəhraba otelində mübahisə etdiyi üçün oraya gəlmiş Yasamal RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq 27-ci PB-nin inzibati binasına gətirilmiş, əvvəllər məhkum olunmuşdur. Hazırda əlindəki üzəri dama-dama şəkilli qaratünd qəhvəyi rəngli əl çantasını təqdim edərək, içərisində narkotik vasitələr və özünə məxsus əşyalar olduğunu qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə təqdim etdiyi əl çantasına baxış keçirilərkən, içərisində 485 manat və 1 ABŞ dollar pul olan şəffaf selofan paketini, bir ədəd şəffaf selovan paketi bükümündə, içərisində “şüşə” adlanan narkotik maddəni, bir ədəd elektron tərəzini, bir ədəd Samsung markalı mobil telefonu, bir ədəd üzərində Ramo 25000 yazısı olan pover bankı, bir ədəd qardaşı Şahid5 məxsus şəxsiyyət vəsiqəsini, üzərində bir ədəd alışqan doldurucunu, bir ədəd şəffaf selofan paketi bükümündə içərisində «Kokos” adlanan toz şəkilli kəskin iyli narkotiki maddə, bir ədəd ətir, bir ədəd elektron siqaret çəkilməsi üçün istifadə edilən aparatı, iki ədəd alışqan, bir ədəd köynək, bir ədəd təsbeh, içərisində 16 ədəd patron olan qutu aşkar edilərək götürülmüşdür. İştirak edənlər və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs təqdim etdiyi üzəri dama-dama şəkilli qara-tünd qəhvəyi rəngli əl çantasınının içərisindən aşkar edilən bir ədəd bükülü “ Kokos” adlanan narkotik maddəni və bir ədəd “şüşə” adlanan narkotik maddənin ona məxsus olmasını, bir həftə bundan əvvəl telefon vasitəsi ilə əlaqə saxladığı İİR vətəndaşından satış məqsədilə əldə etmiş və onun verdiyi hesaba lOOO(min) manat pul köçürmüşdür. Eləcədə Təqsirləndirilən şəxs çantasında olan elektron tərəzisinin və çantasında olan 16 ədəd 9 mm kalibrli güllələrin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Şahid5 məxsus, könüllü olaraq təqdim etdiyi yzəri dama-dama şəkilli qara-tünd qəhvəyi rəngli əl çantasınının içərisindən aşkar edilən bir ədəd bükülü “ Kokos” adlanan narkotik maddə, bir ədəd şəffaf əelofan paketi bükümündə içərisində “şüşə” adlanan narkotik maddə, bir ədəd elektron tərəzi və içərisində 16 ədəd patron olan qutu sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən götürülərək kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin zərflər üçün olan 168 saylı möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qardaşı Şahid5 adma olan şəxsiyyət vəsiqəsi, 485 ( dört yüz səksən beş) manat pul, bir ədəd Ramo 25000 markalı Pover Bank, bir ədəd ətir, bir ədəd elektron siqaret, iki ədəd alışqan, bir ədəd açar, bir ədəd alışqanının doldurmaq üçün istifadə edilən balon, bir ədəd köynək araşdırma üçün sübut əhəmiyyətinə malik olmadığından Təqsirləndirilən şəxs qaytarılmış, bir ədəd “ Samsung” markalı mobil telefon isə sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. Bundan əlavə V. Yaqubovun üzərindən başqa hər hapsı bir əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə hərəkəti aparılarkən çəkiliş yazan “ Samsunq ” markalı mobil telefondan istifadə edildi. Çəkiliş bir ədəd DVD diskə köçürüldü və protokola əlavə edilmişdir. Protokol Yasamal RPİ-nin 27-ci PB-nin xidməti otağında tərtib edildi, ucadan oxundu. İştirakçılar tərəfindən heç bir irad və əlavə daxil olmadığından protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. İş üzrə maddi subut olan DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir. DVD diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 2-ci cildinin 63-91-ci vərəqlərində olan qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən ümumi təmiz çəkisi 50,0 qram ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindən ekspert tədqiqatları nəticəsində qalıq qalmış təmiz çəkisi 49,95 qram ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi 175,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindən ekspert tədqiqatları nəticəsində qalıq qalmış təmiz çəkisi 174,95 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd elektron tərəzi, 16 ədəd patron, bir ədəd «Samsung Galaxy A21s» markalı «SM-A217F/DS» modelli mobil smartfon, bir ədəd «Samsung Galaxy J5» markalı «SM-J510FN» modelli mobil smartfon, məhkəməkompyuter texniki ekspertizasına əlavə edilmiş iki ədəd SD disk, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətləri keçirilərkən, həmin istintaq hərəkətinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan bir ədəd SD disk, Azercell Telekom» MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 2549 saylı məktubla istintaqa təqdim edilmiş 1 ədəd CD, «Azerfon» LLC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, AZF/LGL-126/22 saylı məktubla İstintaqa təqdim edilmiş 1 ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, BKC/LGL-3337/22 saylı məktubla istintaqa təqdim edilmiş 1 ədəd CD disk maddi sübut qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 188-189, 2-ci cildinin 23-49-cu vərəqlərində olan Azercell Telecom MMC, Bakcell MMC və Azerfon LLC-dən Təqsirləndirilən şəxs adına hansı mobil nömrələrin qeydiyyata alınması, əgər adına mobil nömrələr qeydiyyata alınmışdırsa, həmin mobil nömrələrə, qeydə alınmış mobil nömrələrin başqa mobil operatorlara köçürülməsi və hansı mobil operatorların şəbəkəsində işləməsi, eləcə də Təqsirləndirilən şəxs hadisə vaxtı və ya hadisədən əvvəlki tarixlərdə istifadəsində olmuş ***-***-**-** və ***- ***-**-** saylı mobil nömrələrə və Şahid5 hadisə vaxtı və ya hadisədən əvvəlki tarixlərdə istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, 070-942-00- 92, ***- ***-**-** və ***-***-**-** saylı mobil nömrələrə 01 iyul 2021-ci il tarixdən 20 noyabr 2021-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin, habelə SMS- lərin siyahısı, mətnləri, vaxtı, müddəti, əhatə dairəsi (dislokasiya yeri), qeydə alınmış mobil nömrələr başqa mobil operatorlara köçürülmüşdürsə, həmin mobil nömrələrin hansı mobil operatorların şəbəkəsində işləməsi və həmin nömrələrə 01 iyul 2021-ci il tarixdən 20 noyabr 2021-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin, habelə SMS-lərin siyahısı, mətnləri, vaxtı, müddəti, əhatə dairəsi (dislokasiya yeri) barədə məlumatlar götürülmüş telefon məlumatlarına baxış keçirilərkən, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda istintaqa şəxsiyyəti məlum olmayan şəxslərlə narkotik vasitələrin satışını həyata keçirərkən, sms yazışmaları etməsi, görüşməsi və narkotik vasitələrin satışını həyata keçirməsi qeyd olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və daha artıq pxisotrop maddə olan metafetamin külli miqdar hesab edilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1 ci cildinin 14-15, 106-107-ci vərəqlərində olan qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 noyabr 2021-ci il tarixdən şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 149-150, 151-161-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən və işə əlavə edilmiş məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər xx.xx.2019-cu il tarixli Bakı şəhəri Yasamal rayon məhkəməsinin hökmünə əsasən, AR CM-nin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021 - ci il tarixdə cəzasını tam çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs bu hpkm üzrə məhkumluğu azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cinayət olduğundan CM-nin 18.4.4-cü maddəsinə cinayətin residivi zamanı nəzərə alınmır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı vardır. Himayəsində iki azyaşlı uşaqlarının olması və əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 20 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 189,00 ( yüz səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Yasamal RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd şəffaf selofan paketi bükümündə tədqiqatdan sonra qalıq qalmış 49,95 qram ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd şəffaf polietilen torba bükümündə, tədqiqatdan sonra qalıq qalmış 174,95 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd elektron tərəzi məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, 16 ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, bir ədəd «Samsung Galaxy A21s» markalı «SM-A217F/DS» modelli mobil smartfon, bir ədəd «Samsung Galaxy J5» markalı «SM-J510FN» modelli mobil smartfon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, 5 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi1 üçün 240 (iki yüz qırx) manat fəaliyyət göstərdiyi Bakı şəhəri «Kredo» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 228.1-cü maddəsi ilə 01 (bir) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına, CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 20 noyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs 189,00 ( yüz səksən doqquz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Yasamal RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd şəffaf selofan paketi bükümündə tədqiqatdan sonra qalıq qalmış 49,95 qram ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd şəffaf polietilen torba bükümündə, tədqiqatdan sonra qalıq qalmış 174,95 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd elektron tərəzi məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, 16 ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin, bir ədəd «Samsung Galaxy A21s» markalı «SM-A217F/DS» modelli mobil smartfon, bir ədəd «Samsung Galaxy J5» markalı «SM-J510FN» modelli mobil smartfon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, 5 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi1 üçün 240 (iki yüz qırx) manat fəaliyyət göstərdiyi Bakı şəhəri «Kredo» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Mahmud Ağalarov