Məhkəmə qərarları › İş №1(101)-907/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-907/2021

12.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-907/2021 12.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər Əliyev Samir İmamverdi oğlu və Məcidov X8 ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxx 1958-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Salyan rayonunun Şorsulu kəndində qeydiyyatda olan, xx xxxxxx 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs onunla birgə kommersiya fəaliyyəti ilə məşğul olmağı təklif edərək, yəni təsərrüfat heyvanlarının və mal-qaranın əsas qidasını təşkil edən sıxışdırılmış quru yonca yemindən olan bağlamaların, həmçinin iri və xırda buynuzlu heyvanların alqı-satqısını təşkil edərək həmin satışdan əldə olunmuş gəlirdən Zərərçəkmiş şəxs da gəlir kimi verəcəyini yalandan vəd verərək sonuncunu inandırıb, aldadaraq 13.500 ədəd sıxışdırılmış yonca yemi olan bağlamanı almaq adı ilə Zərərçəkmiş şəxs 2018-ci ilin may ayının sonunda ünvan 1 ünvanında yerləşən "Sultan" restoranının qarşısında 12.000 manat, eyni məqsədlə 2018-ci ilin iyun ayının əvvəlində ünvan 1 ünvanında yerləşən "Sultan" restoranının qarşısında 15.000 manat, iri və xırda buynuzlu heyvanların alınması adı ilə isə Zərərçəkmiş şəxs 2018-ci ilin dekabr ayının sonunda ünvan 1 ünvanında yerləşən "Sultan" restoranının qarşısında 23.000 manat və sonucu dəfə eyni məqsədlə xx xxxxxx 2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən "Sultan" restoranının qarşısında 21.000 manat pul vəsaitini alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 71.000 manat olmaqla külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir, yəni Təqsirləndirilən şəxs qeyd olunan bu hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və onun qeyd olunan cinayət əməlini törətməkdə təqsirliliyi araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 29,178.3.2-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, əvvəllər ünvan 2 ünvanında yerləşən ət dükanı işlətmişdir. Zərərçəkmiş şəxs ilə təxminən 7-8 il əvvəl tanış olmuşdur. Belə ki, Həşim daimi olaraq ondan ailəsi üçün, eyni zamanda işlətdiyi Səbail rayon ərazisində yerləşən “Sultan” restoranı üçün ət almışdır. Həşimlə aralarında normal münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamın mahiyyəti üzrə ifadəsinin davamında göstərdi ki, 2017-ci ilin avqust ayında onun işlədiyi ət dükanı bağlandığı üçün o, Həşimin yanına getmiş, ona biraz pul verməyi xahiş etmiş, özünün həyətyanı sahəsində heyvan alıb baxa biləcəyini, əldə olunan qazancla özünü və onu dolandıracağını demiş, heyvanları satdıqdan sonra isə aldığı pulu qaytaracağını bildirmişdir. Həşim onun təklifini qəbul etmiş, 2017-ci ilin avqust ayında heyvan almağı üçün Həşim ona 10.000 manat pul vermiş və o, da həmin pula kökəltmə üçün təxminən 80 baş xırda buynuzlu heyvan almışdır. Sonra o, Həşimdən həmin heyvanların yemləri üçün 1.500 manat pul almışdır. 2017-ci ilin oktyabr ayında isə qoyunları satdıqdan sonra Həşimə qazancla birlikdə 13.500 manat pul vermişdir. Bu minvalla o, Həşimdən cəmi 6 dəfə pul almış, qoyunları satdıqdan sonra Həşimin pulunu qaytarmış və Həşimə əlavə olaraq ümumilikdə 15.000 manat pul qazanc olaraq vermişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, bundan sonra o, 2018-ci ilin may ayında Həşimdən ot alıb satmaq, yəni ot alveri etmək üçün 18.500 manat pul almışdır. Həmin pulu 2018-ci ilin fevral ayında otu satıb qazancla birlikdə Həşimə qaytarmağı nəzərdə tutmuşdur. Eyni zamanda 2019-cu ilin yanvar ayında 50 baş yanı balalı qoyun almaq üçün Həşimdən 15.500 manat pul almış, həmin heyvanları da 2019-cu ilin mart ayında satıb qazancla birlikdə Həşimin pulunu qaytarmağı planlaşdırmışdır. Əlavə olaraq Həşimdən 10 baş iri buynuzlu heyvan almaq üçün 13.100 manat pul almışdır. Hətta aldığı xırda və iri buynuzlu heyvanların foto şəkillərini mobil telefonla çəkərək Zərərçəkmiş şəxs göndərmş, artıq heyvanları aldığını sonuncuya isbatlamaq istəmişdir. Foto şəkillərdə görünən iri buynuzlu və xırda buynuzlu heyvanlar aldığı heyvanlar olmuşdur ki, o, həmin heyvanları sonradan satmışdır. Heyvanların fotoşəkillşərini Şahid3 məxsus ***-***-**-** saylı və X2 məxsus ***-***-**-** saylı mobil nömrələrlə göndərmişdir. Lakin o, qeyd olunan sonuncu üç dəfə aldığı 47.100 manat pulu öz ehtiyaclarına xərclədiyindən Həşimdən aldığı pulları batırmışdır. 2019-cu ilin mart ayında Həşim Salyan rayonu, Şorsulu kəndinə onlara gəlmiş, onun aldığı heyvanları göstərməyini istəmişdir. O, da ziyanlıq olduğu üçün heyvanları satdığını Həşimə demiş, heç bir heyvan göstərə bilməmişdir. Odur ki, Həşim pullarını tələb etməyə başlamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, 2019-cu ilin mart ayından sonra o, Həşimə ümumilikdə hissə-hissə 11.000 manat pul qaytarmışdır. Onun Həşimə 36.100 manat pul borcu qalmışdır. O, həmin pulları alqı-satqı zamanı uduzmuşdur, yəni heyvanları baha alb ucuz satmıdır. Zərərçəkmiş şəxsla birlikdə Həşimin oğlu Fərid onun yaşadığ Salyan rayonu, Şorsulu kəndində olan evində olan zaman onun həyat yoldaşı Şahid5 da söhbət zamanı orada olmuş və yaşadıqları evin həyətində heyvan olmadığını Şəlalə onlara demişdir. Həşimlə onun arasında müqavilə bağlanmış, həmin müqavilədə Həşimə olan borcu 70.000 manat göstərilmişdir. Lakin onun Həşimə olan borcu 70.000 manat deyil, cəmi 47.100 manat olmuşdur ki, o da həmin pulun 11.000 manatını Həşimə qaytarmış, 36.100 manat borcu qalmışdır. Həmin müqaviləni Həşim özü yazmış, o da imzalamışdır. Həşimlə onun arasında olan razılaşma aktını da Həşim özü tərtib etmiş və o, imzalamışdır. Sadəcə, ona Həşim və onun adamları tərəfindən edilən təzyiq nəticəsində kağızın aşağı hissəsində öz xətti ilə Həşimdən 71.000 manat pulu aldığını qeyd etmişdir. 1.000 manat pulu o, həmin tarixdə Həşimə vermiş və bu barədə həmin kağıza yazmışdır. Etirafedici izahatını da o, ona edilən təzyiq nəticəsində öz xətti ilə yazmışdır. Belə ki, Həşimin işlətdiyi “Sultan” kafesində adlarını bilmədiyi şəxslər onu təhqir edərək ona həmin müqavilə və akta imza etməsini bildirmişlər. Həşimin adını bilmədiyi kiçik oğlu isə ona “sən ölməlisən, sənin qanın içilməlidir” kimi ifadələr işlətmişdir. Həşimin işlədiyi idman zalında işləyən, onun tanıadığı bir şəxs isə ona “sənin başına güllə vurulmalıdır” sözlərini demişdir. O, ona təzyiq edən şəxslərdən qorxduğu üçün qeyd olunan müqavilə və akta imza etmişdir. Hazırda onun tapşırığı ilə onun ailə üzvləri bəzi əmlaklarını satıb Həşimin iddia etdiyi bütün məbləği ödəmiş, onun həşimə heç bir borcu qalmamışdır. Tutduğu əməldən səmimi peşmandır, zərəri gdəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və yaşını nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2006-cı ildən ünvan 3 ünvanda yerləşən "Sultan" restoranını işlədir. “Sultan” restoranının əvvəlki ünvanı Xəqani küçəsi 36 olsa da, hazırkı ünvan dəyişdirilmiş, ünvan 4 Təqsirləndirilən şəxs təxminən 7-8 il əvvəl tanımışdır. Belə ki, İlyas əvvəllər qəssablıqla məşğul olduğundan İlyasın ət dükanı olmuş, o, İlyasdan daimi olaraq həm ailəsi üçün, həm də restoran üçün ət almışdır. Bundan sonra Təqsirləndirilən şəxsla onun arasında isti münasibətlər yaranmışdır. Həmin vaxtlar İlyas ona Salyan rayonunun Şorsulu kəndində özünə məxsus həyətyanı sahədə xırda buynuzlu heyvanlara baxdığını demiş, həyətyanı sahəsində çoxlu sayda xırda buynuzlu heyvanlar saxlayıb sata biləcəyini, ona da qazanc verə və üç ay ərzində onun verdiyi pulları qaytara biləcəyini bildirmiş və ona bir qədər pul verməyi təklif etmişdir. Onunla İlyas arasında olan söhbətə əsasən o, İlyasa 10.000 manat pul vediyi halda, sonuncu həmin pulun gətirəcəyi xeyirdən ona əlavə olaraq 2.000 (iki min) manat pul verməli idi. O, İlyasla razılaşmış və əvvəllər bir neçə dəfə 10.000-12.000 manat arası ona pul vermişdir. Təqsirləndirilən şəxs da ona vəd etdiyi tarixlərdə verdiyi pulu və qalan xeyirdən ona 2000 manata yaxın pul vermiş və bu minvalla onun etibarını qazanmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, xx xxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs ona ot işində, yəni ot alverində yaxşı pul olduğunu demiş, yay aylarında biçin vaxtı otun bir presini 2 manata alıb qış aylarında 4 manata satacağını bildirmiş və həmin işi birlikdə görməyi ona təklif etmişdir. İlyas ondan birinin qiyməti 2 manat olmaqla 13500 ədəd yonca presi almaq üçün ondan 27.000 manat pul istəmiş, aldıqları otu dekabr ayında gəlib həyətlərindən alıb aparacaqlarını demişdir. O, İlyasla razılaşmış və ilkin olaraq 2018-ci ilin may ayının sonunda o, işlətdiyi Səbail rayonu, Xəqani küçəsi 84 “B” ünvanında yerləşən "Sultan" restoranının qarşısında özünə məxsus avtomobilin içərisində İlyasa əlbə-əl 12.000 manat pul vermişdir. Bundan başqa, 2018-ci ilin iyun ayının əvvəlində yenə də onun işlətdiyi Səbail rayonu, Xəqani küçəsi 84 “B” ünvanında yerləşən "Sultan" restoranının qarşısında avtomobilinin içərisində İlyasa əlbə-əl 15.000 manat pul vermişdir. Bununla da o, yonca presi almaq məqsədilə İlyasa cəmi 27.000 manat pul vermişdir. Həmin pulları İlyasa verən zaman o özü və İlyas tək olmuşdur. 2018-ci ilin dekabr ayında İlyas onun yanına gəldikdə o, İlyasdan pulunu istədikdə İlyas «bu qış biraz yaxşı keçməyibdir, gözlə yanvar ayında ot bahalaşsın, satıb pulunu verəcəm» demişdir. 2019-cu ilin yanvar ayında isə İlyas işlərin müsbət keçdiyini və fevral ayının 15-nə qədər pulunun hamısını ona qaytaracağını bildirmiş, həmçinin onun qonşuluğunda adını demədiyi bir nəfər şəxsin 10 baş yanı balalı iribuynuzlu heyvanının olduğunu, satmaq istədiyini, ümumilikdə 23.000 manat məbləğində pulla həmin heyvanları almağı ona təklif etmişdir. İlyasın deməsinə görə 10 baş ana inəyin birinin dəyəri 1.800 manat, 10 baş buzovun isə birinin qiyməti 500 manat təşkil etmişdir. İlyasın verdiyi vədə görə 2019-cu ilin iyun ayında heyvanları satmalı, onun verdiyi puldan əlavə ona təxminən 15.000 manat pul verməli idi. Bu iş üçün isə İlyas ondan 23.000 manat pul istəmişdir. O, da həmin pulu 2018-ci ilin dekabr ayının sonunda Səbail rayonu, Xəqani küçəsi 84 “B” ünvanında yerləşən "Sultan" restoranının qarşısında avtomobilinin içərisində İlyasa vermişdir. Həmin vaxt onun yanında özünün tanışı Qurban Şaxtaxtinski olsa da, İlyas tək olmuşdur. Bundan başqa, zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, İlyas xx xxxxxx 2019-cu il tarixdə də onunla görüşmüş, ona qonşuluğunda adını çəkmədiyi bir nəfərdə ümumilikdə 21.000 manat dəyərində satılıq 100 baş qoyun və 90 baş quzu olduğunu demişdir. İlyasın deməsinə görə ana qoyunun hər biri 138 manat, 90 baş quzunun hər birinin qiyməti isə 80 manat təşkil etmişdir. İlyasın məqsədi ondan 21.000 manat pul götürüb həmin heyvanları alıb kökəltdikdən sonra 2019-cu ilin mart ayında satmaq və əldə olunan qazancla birlikdə onun pulunu qaytarmaq olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə o, İlyasa işlədiyi "Sultan" restoranının qarşısında avtomobilinin içərisində həmin iş üçün 21.000 manat pul vermişdir. Həmin vaxtıda o, və İlyasda tək olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə o, İlyasa zəng vurub heyvanları alıb-almadığını soruşanda İlyas heyvanları aldığını bildirmişdir. Bundan sonra o, İlyasa «heyvanları almısansa, fotoşəkillərini çəkib mənə yolla» kimi bir tapşırıq vermişdir. İlyas da xeyli sayda iri və xırda buynuzlu heyvanlarınn fotoşəkillərini ona yollamış və həmin heyvanların ona məxsus olduğunu bildirmişdir. 2019-cu ilin fevral ayında İlyas ona otla bağlı verdiyi pulu verməli olduğu halda vermədiyindən o, 2019-cu ilin fevral ayında İlyası Bakıya çağırmış, İlyasdan otun pulunu nə üçün vermədiyini soruşmuşdur. İlyas otun biraz ağır satıldığını, satmaq üçün qonşusunun otu Cəlilabada apardığını demiş, narahat olmamağı məsləhət bilmişdir. Həmin vaxt o, İlyasdan heyvanlarla maraqlandıqda İlyas ona onun üçün 190 baş xırda buynuzlu, 20 baş isə iri buynuzlu heyvan alıb həyətyanı sahəsində saxladığını demişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində daha sonra göstərdi ki, 2019-cu ilin fevral ayında, xatırlamadığı günlərin birində o, oğlu Şahid2la birlikdə İlyasın yaşadığı Salyan rayonunun Şorsulu kəndinə getmiş, kənddə İlyasa zəng vuraraq kənd içində onunla görüşmüşdür. İlyasla görüşən zaman ona heyvanlara baxmaq üçün gəldiyini demiş, İlyas isə əvvəlcə heyvanların otlaqda sürüdə olduğunu bildirsə də, sonradan heyvanları satdığını bildirmişdir. Həmin vaxt o, İlyasdan pullarını istəmiş, sonra isə oğlu ilə birlikdə İlyasın yaşadığı evə getmiş, orada İlyasın ailə üzvləri həyətlərində çox sayda heyvan olmadığını bildirmişlər. Həmçinin orada olan zaman heyvanların və ot tayalarının olmadığını müyyən etmişlər. Bundan sonra İlyasın onu aldatdığı, ondan pulları heyvan almaq adı ilə alsa da, heç bir heyvan almadığı ona məlum olmuşdur. İlyas yaşadığı evdə, ailə üzvlərinin yanında onun pullarını qaytaracağına söz versə də, hər dəfə ona müxtəlif bəhanələr gətirərək pullarını qaytarmamışdır. Odur ki, məcbur olub yuxarı instansiyalara bu barədə ərizə ilə müraciət etmişdir. Daha sonra zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, cinayət işi başlananadək İlyasa vermiş olduğu 71.000 manat puldan İlyas ona cəmi 1000 manat pul qaytarmış və ona 70.000 manat borcu qalmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, «razılaşma aktı» adlı əlyazmanın aşağı hissəsində, qarşısında imza çəkilmiş «24.02.19, bir min manat qaytardım, bir min manat aldım» sözlərini onun özü yazmış və qarşısındakı imza ona aididir. Salyandan Bakı şəhərinə qayıtdıqdan sonra İlyası işlədiyi “Sultan” restoranına çağırmış və orada İlyas onun tərtib etdiyi akt və müqavilə ilə tanış olduqdan sonra sonuncu öz xətti ilə izahat yazmış, ondan heyavanların və ot tayasından ötrü aldığı 70.000 manat puldan aramızda olan razılaşmaya görə ilkin olaraq 40.000 manatını 2019-cu ilin göstərdiyi aylarda, qalanını isə ondan sonra qaytaracağını öz imzası və əl barmaq izi ilə təsdiq etmişdir. «Sultan» kafesində İlyası heç kim təhqir etməmiş, sənədə imza etməsi üçün məcbur edilməmiş, onu heç kəs qorxutmamış, hədələməmiş və ya sair formada təzyiq göstərməmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs tərəfindən vurulan maddi zərər ona tam ödənilmiş və ona borcu qalmamışdır. O, Təqsirləndirilən şəxsla barışıq əldə etmiş, ona qarşı şikayəti və tələbi yoxdur. Odur ki, məhkəmə tərəfindən bunun yüngülləşdirici hal kimi qəbul edilməsini və cəza təyin edərkən nəzərə alınmasını xahiş edir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs məhkəməyədək icraat mərhələsində sərbəst ifadəsində göstərdiyi və sonradan məhkəmə baxışı zamanı bir daha təsdiq etdiyi xüsusatları ifadəsi yoxlanılarkən bir daha təsdiqləmişdir (iş vərəqə: səh.63-65). Cinayət işinə məhkəmə baxışı zamanı məhkəmə çağrışları üzrə məhkəmə iclasında faktiki iştirak edən şahid – Təqsirləndirilən şəxs arvadı Şahid5 konstitusion hüquqlarından istifadə edərək əri - Təqsirləndirilən şəxs əleyhinə ifadə verməkdən imtina etdiyindən onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu şahid ifadəsi elan edilməklə tədqiq olundu. Şahid5 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əri, Zərərçəkmiş şəxs isə onun əri İlyasın tanışıdır. Belə ki, İlyas Həşimdən hazırda tarixini xatırlamadığı vaxtlarda faizlə müəyyən məbləğlərdə pul alaraq iri və xırda buynuzlu heyvanlar alıb satmış, özünə müəyyən məbləğdə pul götürmüş və Həşimin pulunun umumi hissəsini qaytarsada, faiz hissəsi qalmışdır. X7 nə qədər məbləğdə pul almasını o, bilməmişdir. Amma İlyasın dəfələrlə iri və xırda buynuzlu heyvanlar alaraq satmasının şahidi olmuşdur. Xatırlamadığı günlərin birində İlyasla o, Salyan rayonunun Şorsulu kəndində evlərində olduğu vaxt Həşim və Həşimin oğlu Fərid onlara evə gəlmişdir. Söhbət əsnasında Həşim İlyasın ona borclu olmasını bildirmiş, lakin nə qədər məbləğdə borclu olduğunu deməsini unutmuşdur. Həşim onlara borcunu ödəməyi dedikdə, İlyas özünün banka borcunun olduğunu, həmin borcu tam şəkildə ödəyib qurtardıqdan sonra hər ay hissə-hissə Həşimə pul ödəyə biləcəyini demişdir. Təxminən yarım saat söhbət etdikdən sonra onlar sağollaşıb çıxıb getmişlər (iş vərəqə: səh.100-104). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan üzləşmədə dindirmə protokollarından görünür ki, məhkəməyədək icraat mərhələsində Zərərçəkmiş şəxs ilə Şahid5 və Təqsirləndirilən şəxs arasında ayrı-ayrılıqda üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı Zərərçəkmiş şəxs məhkəməyədək icraat mərhələsində sərbəst ifadəsində göstərdiyi və sonradan məhkəmə baxışı zamanı bir daha təsdiq etdiyi xüsusatları İlyas və Şəlalə Kərimovların üzünə qarşı bir daha bildirmişdir(iş vərəqə: səh.105-109, 110-114). Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun atası, Təqsirləndirilən şəxs isə atasının tanışı olmuşudr. Təqsirləndirilən şəxs heyvan yemi olan yonca, xırda və iri buynuzlu heyvanlar almaq məqsədilə 2018-ci ilin may ayının sonundan xx xxxxxx 2019-cu il tarixə qədər olan müddət ərzində onun atası Zərərçəkmiş şəxs hissə-hissə olmaqla ümumilikdə 71.000 (yetmiş bir min) manat pul almışdır. O, pulların verilməsində iştirak etməsə də, atası Zərərçəkmiş şəxs qeyd olunan məbləğdə pulları verməsi barədə ona danışmışdır. Şahid2 ifadəsinin davamında göstərdi ki, 2019-cu ilin fevral ayında İlyas otla bağlı onun atasına pul verməli olsa da pulu verməmiş və buna görə də 2019-cu ilin fevral ayında o, atası Həşimlə birlikdə İlyasın yaşadığı Salyan rayonunun Şorsulu kəndinə getmişdir. Həmin kəndə çatdıqda atası İlyasa zəng edib onunla görüşmüş, İlyas əvvəlcə heyvanların naxırda olduğunu bildirsə də, sonradan heyvanları satdığını demişdir. Bundan sonra onlar birlikdə İlyasın yaşadığı evə getmiş, evdə atası İlyasdan pulunu istəmişdir. Söhbət əsnasında İlyasın arvadı Şəlalə həyətlərində çoxlu sayda heyvan olmadığını bildirmişdir. Məhz bundan sonra məlum olmuşdur ki, İlyas heyvan yemi olan yonca, xırda və iri buynuzlu heyvanlar almaq məqsədilə onun atasından 71.000 manat pul alsa da, heç nə almamış, atasını aldatmışdır. İlyas yaşadığı evdə arvadı Şəlalənin yanında atasından aldığı pulları qaytaracağına söz versə də, qaytarmamışdır. Buna görə atası rəsmi dövlət orqanlarına şikayət edəsi olmuşdur. Sinayət işi başlandıqdan sonra atasından eşitdiyinə görə İlyas borclu olduğu pulların hamısını qaytarmışdır. O, heç zaman İlyası hədələməmiş ona “sən ölməlisən, sənin qanın içilməlidir” kimi ifadələr işlətməmişdir. Daha sonra məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Salyan rayonunun Şorsu idarəsində kollektorlara nəzarətçi işləyir. ***-***-**-** saylı mobil telefon nömrəsi «xxxx» MMC ilə onun arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli müqaviləyə əsasən onun adına rəsmiləşdirilmişdir. Həmin vaxtdan hazırki vaxta kimi qeyd olunan mobil nömrə onun istifadəsindədir. O, həmin nömrə ilə həm də «WhatsApp» ani mesajlaşma sistemində qeydiyyatdan keçərək istifadə edir. Zərərçəkmiş şəxs tanımamış, onunla heç bir tanışlığı və münasibəti olmamışdır. Təqsirləndirilən şəxs oğlu Müslüm Kərimovla birlikdə uşaqlıqdan Şorsulu kəndində yerləşən orta məktəbdə bir sinifdə oxuduğundan yaxşı münasibətləri olmuşdur. xx xxxxxxx 2018-ci il tarixdə günorta saatlarında o, Salyan rayonu Şorsulu kəndində olduğu zaman İlyas ona yaxınlaşıb, mobil telefonu ilə otlaq sahədə olan xırda buynuzlu heyvanların fotoşəkilini çəkməyi və hazırda xatırlamadığı mobil nömrədə olan «Whatsapp» ani mesajlaşma sisteminə göndərməyi xahiş etmişdir. O da İlyasın xahişi ilə öz mobil telefonu ilə həmin ərazidə olan xırda buynuzlu heyvanların fotoşəkilini çəkmiş və həmin fotoşəkili İlyasın ona dediyi mobil nömrədə olan «Whatsapp» ani mesajlaşma sisteminə göndərmişdir. Bundan sonra İlyas həmin foto şəkili və nömrəni onun telefonundan silməsini ondan xahiş etdiyi üçün o, fotoşəkili və mobil nömrəni özünün telefonundan silmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, Salyan şəhərində yerləşən Adil Kərimov adına ümumi orta məktəbdə müəllim işləyir. ***-***-**-** saylı mobil telefon nömrəsi təxminən üç ildir ki, onun adına rəsmiləşdirilmiş və həmin vaxtdan hazırki vaxta kimi qeyd olunan mobil nömrə onun istifadəsindədir. Həmin nömrə ilə həm də «Whatsapp» ani mesajlaşma sistemində qeydiyyatdan keçərək istifadə edir. Zərərçəkmiş şəxs adını eşitsə də üzünü görməmişdir. Belə ki, Həşimlə heç bir tanışlığı və münasibəti yoxdur. Təqsirləndirilən şəxs isə onun qayınatasıdır. Şahid4 ifadəsinin davamında göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə Salyan rayonunun Boranıkənd kəndində yerləşən otlaq sahəsində qaynatası İlyasla o, ayrıayrılıqda heyvan otararkən İlyas ona yaxınlaşıb, mobil telefonu ilə həmin sahədə olan iri və xırda buynuzlu heyvanların fotoşəkilini çəkməyi və Həşimin hazırda xatırlamadığı mobil nömrəsində olan «Whatsapp» ani mesajlaşma sisteminə göndərməyi xahiş etmişdir. O, da İlyasın xahişi ilə öz mobil telefonu ilə həmin ərazidə olan iri və xırda buynuzlu heyvanların fotoşəkillərini çəkmiş və həmin fotoşəkilləri Həşimin ona dediyi mobil nömrəsində olan «Whatsapp» ani mesajlaşma sisteminə göndərmişdir. Belə ki, İlyasın mobil telefonu sadə və köhnə olduğundan, həmçinin mobil telefonunda «Whatsapp» ani mesajlaşma sisteminin olmadığından sonuncu ona müraciət etmişdir. Bundan sonra İlyas həmin fotoşəkilləri və mobil nömrəni telefonundan silməsini ondan xahiş etdiyi üçün o, fotoşəkilləri və mobil nömrəni telefonunun yaddaşından silmişdir. X9 arasında hər-hansı bir danışıq olmasından onun xəbəri olmamışdır. O, bunu yalnız İlyasın xahişi ilə etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iştirakı təmin olunmamış Şahid1 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu. Şahid1 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun tanışıdır. 2019-cu ilin dekabr ayında Zərərçəkmiş şəxs tanışı Təqsirləndirilən şəxs qonşuluqda yaşayan bir nəfər şəxsin 10 baş yanı balalı iribuynuzlu heyvanı olduğunu, həmin heyvanları 2020-ci ilin iyun ayında satıb Həşimin pullarını verəcəyini bildirmiş və bu iş üçün Həşimdən 23.000 manat pul istəmişdir. 2019-cu ilin dekabr ayının sonunda Həşim Səbail rayonu, Xəqani küçəsi 84 “B” ünvanında yerləşən «Sultan» restoranın qarşısında avtomobilin içərisində onun yanında həmin iş üçün İlyasa əlbəəl 23.000 (iyirmi üç min) manat pul vermişdir. Sonradan Həşim ona bildirmişdir ki, İlyasa ümumilikdə 71.000 manat pul verib. Lakin İlyas vədinə əməl etməyərək Həşimə qarşı dələduzluq etmiş və aldığı pulları geri qaytarmamışdır (iş vərəqə: səh.73-76). İşdə olan, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəməxəttşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 4/414 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına tədim edilmiş xx xxxxxx 2019-cu il tarixli razılaşma aktında “Razılaşma aktı xx xxxxxx 2019...” sözləri ilə başlayıb, “...öhdəmə götürürəm bunu öz imzamla təsdiq edirəm sözləri ilə bitən və xx xxxxxx 2019 bir min manat qaytardım bir min manat aldım” yazıların sonundakı imza (Təqsirləndirilən şəxs Həşim müəllimə cədvəldə göstərilən vaxtlarda 71 min pulu qaytaracam yazıları və yazıların yuxarısındakı imzalaradan başqa), x xxxxx 2019-cu il tarixli izahatda “İzahat Bakı şəhəri xx xxxxx 2019” sözləri, fevral 2019-cu il tarixli müqavilədəki yazılar və “Zərərçəkmiş şəxs oq” sözlərinin qarşısındakı imza- X5 tərəfindən icra edilmişdir. Tədqiq olunan həmin rəydən görünür ki, ekspertiza tədqiqatına tədim edilmiş xx xxxxxx 2019-cu il tarixli razılaşma aktında Təqsirləndirilən şəxs Həşim müəllimə cədvəldə göstərilən vaxtlarda 71 min pulu qaytaracam” yazıları və yazıların yuxarısındakı imzalar, x xxxxx 2019-cu il tarixli izahatdakı yazılar və imzalar, yazıların yuxarısındakı imzalar, x xxxxx 2019-cu il tarixli izahatdakı yazılar və imzalar (“İzahat Bakı şəhəri xx xxxxx 2019” sözlərindən başqa), fevral 2019-cu il tarixli müqavilədə “Təqsirləndirilən şəxs” sözlərinin qarşısındakı imza- Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir(iş vərəqə: səh.129-133). Məhkəmə baxışı zamanı tədqiq olunan götürmə haqqında xx xxxxxxx 2019-cu il tarixli qərar üzrə tərtib olunan protokoldan görünür ki, «Azercell» mobil şəöəkəsinə aid ***- ***-**-** və ***-***-**-** mobil telefon nömrələrindən ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş “Whatsapp” proqramı vasitəsilə göndərilmiş iri və xırda buynuzlu heyvanların təsviri əks edilmiş 02 ədəd fotoşəkil baxılan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs götürülərək iş materillarına əlavə edilmişdir(iş vərəqə: səh.18-20). Məhkəmə baxışı zamanı tədqiq olunan götürmə haqqında xx xxxxxx 2021-ci il tarixli qərar üzrə tərtib olunan protokoldan görünür ki, protokol tərtib olunan tarixdə Zərərçəkmiş şəxs zərər çəkmiş Zərərçəkmiş şəxsla təqsirləndirilən Təqsirləndirilən şəxs arasında bağlanmış 2019-cu il tarxili müqavilənin, xx xxxxxx 2019-cu il tarixli razılaşma aktının, Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx xxxxx 2019-cu il tarixli izahatın əsilləri götürülərək iş materillarına əlavə edilmişdir(iş vərəqə: səh.57-62). Məhkəmə baxışı zamanı müəyyən olundu ki, məhkəməyədək icraat mərhələsində ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrindən ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş “WhatsApp” proqramı vasitəsilə göndərilmiş iri və xırda buynuzlu heyvanların təsviri əks edilmiş 02 ədəd fotoşəkil və zərər çəkmiş Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında bağlanmış 2019-cu il tarxili müqavilənin, xx xxxxxx 2019-cu il tarixli razılaşma aktının, Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx xxxxx 2019-cu il tarixli izahatın əsilləri cinayət işi üzrə maddi sübut kimi tanınmış və iş materillarına əlavə edilmişdir. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs külli miqdarda əmlakını vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma, yəni dələduzluq yolu ilə ələ keçirməsi, mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 33.1 və 33.3-cü maddəsinin tələblərinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Belə ki, "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli Qərarının 1ci bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqlarının əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əmlakını külli miqdarda deyil, xeyli miqdarda ələ keçirməsi ilə bağlı gətirdiyi dəlilləri ona qarşı irəli sürülmüş ağır cinayət ittihamından yayınmaq məqsədilə gətirdiyi müdafiə xarakterli dəlilləri kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan xx xxxxxx 2021-ci il tarixli demoqrafik məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: səh. 70). Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş 71.000 (yetmiş bir min) manat maddi ziyan məhkəməyədək icraat dövründə tam olaraq Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəməyədək icraat zamanı ərizə ilə müraciət edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir (iş vərəqə: səh. 229). Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci, cinayət nəticəsində zərər çəkmiş şəxsə vurmuş olduğu ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, əvvəllər məhkum olunmamasını və tutduğu əməldən səmimi peşmanlığını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən isə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin sanksiyasının aşağı həddində, Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən halları nəzərə almaqla, cəza təyinetmənin ümumi prinsiplərinə uyğun azadlıqdan məhrum etmə növündə əsas cəza təyin edilməlidir. Lakin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs haqqında olan yüngülləşdirici halları nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyinin mümkünlüyünü qeyd edir və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə, həmçinin vəzifə qoyulmalı, həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onun üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda onun daimi qeydiyyatda olduğu və yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Salyan rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx xxxxxx 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2021ci il tarixdə barəsində müvafiq məhkəmə qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş və o, məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Odur ki, ona təyin olunan azadlıqdan məhrum etmə növündə əsas cəza şərti tətbiq edildiyindən, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət ona təyin olunan əsas cəza müddətinə hesablanmaqla çıxılmalı və üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1-ci maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsində görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunan azadlıqdan məhrum etmə cəzasının əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində şərti məhkum etmə tətbiq edildiyindən qanunun bu müddəası istisna təşkil edəcəkdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış "həbs" qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində şərti məhkum etmə ilə əlaqədar onun barəsində seçilmiş "həbs" qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz olunmalı, o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın tam ödənilməsi və iş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübutlar – ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrindən ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş “WhatsApp” proqramı vasitəsilə göndərilmiş iri və xırda buynuzlu heyvanların təsviri əks edilmiş 02 ədəd fotoşəkil, zərər çəkmiş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 2019-cu il tarxili müqavilənin, xx xxxxxx 2019-cu il tarixli razılaşma aktının, Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx xxxxx 2019-cu il tarixli izahatın əsilləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri olaraq hesablanmış 112 (yüz on iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdə tutulub barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə hökmünün elan olunduğu xx xxxxx 2021-ci il tarixədək fasiləsiz olaraq həbsdə saxlanıldığı 1 (bir) ay 20 (iyirmi) gün ona təyin olunan azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 4 (dörd) il 10 (on) ay 10 (on) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən cəza şərti olaraq tətbiq edilsin və ona 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Salyan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın tam ödənilməsi və iş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməməsi nəzərə alınsın. İş üzrə maddi sübutlar – ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrindən ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş “WhatsApp” proqramı vasitəsilə göndərilmiş iri və xırda buynuzlu heyvanların təsviri əks edilmiş 02 ədəd fotoşəkil, zərər çəkmiş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 2019-cu il tarxili müqavilənin, xx xxxxxx 2019-cu il tarixli razılaşma aktının, Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx xxxxx 2019-cu il tarixli izahatın əsilləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - 112 (yüz on iki) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. İş üzrə əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar