Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-907/2022 13.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi, məsləhətçi X8, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, 01.08.1978-ci ildə Yardımlı rayonu Kürəkçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri Xətai rayonu Marat Əmirxanov 14 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 25 iyul 2021-ci il tarixdə tamah niyyəti ilə qanunuz olaraq istintaqa məlum olmayan “Hafiz” adlı şəxsdən 89,686 qram təmiz çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək, üzərində saxlamış, həmin gün saat 12:45-də ünvan 2 ünvanında yerləşən “Arzu” şadlıq sarayının yaxınlığında Xəzər RPİnin CAŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satışında şübhəli bilindiyinə görə saxlanılaraq Xəzər RPİ-nə gətirmiş və orada üzərinə video çəkilişlə şəxsi axtarış keçirilən zaman əynindəki ağ rəngli köynəyin iç hisəsindən bir ədəd bükümdə təmiz çəkisi 89,686 qram olan qəhvəyi rəngli maddə küstar üsülla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona verilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 2 ilə yaxındır heroin və metamfetamin qəbul edir. Əvvəllər belə maddələri müxtəlif tanımadığı şəxslərdən almışdır. Sonra isə Hafiz adlı şəxslə tanış olmuş və hər dəfə özü üçün Hafizdən heroinin və metamfetaminin 1 qramını 15 manatdan almışdır. 2020-ci ilin təxminən iyun ayında X9 ilə tanış olmuşdur. Söhbət zamanı bir-birilərindən heroin və metamfetamin qəbul etdiklərini bilmişlər və o, Emilə heroinin 1 qramını 16 manatdan, metametaminın 1 qramını isə 20 manatdan təklif etmişdir. Tutulmamışdan bir həfətə əvvəl X12 prospektində görüşmüş və Emil ona 700 manat pul vermişdir ki, ona psixotrop maddə olan metamfetamin gətirsin. O həmin pula Hafizdən 1 qramı 15 manatdan metamfetamin almış və qramını 20 manatdan Emilə satmışdır. Bundan 2 ay sonra Emil onunla yenə əlaqə saxlamış və narkotik vasitə olan heroin istəmişdir. O da yenə eyni qaydada Hafizdən xatırlamadığı çəkidə heroinin 1 qramını 15 manatdan alıb 16 manatdan Emilə satmışdır. Həmin zaman bunun qarşılığında Emil Heydərov ona 400 manat pul vermişdir. Həmin puldan özünün qazancını götürüb qalanını Hafizə vermişdir. Bu münvanla o, neçə dəfə Hafizdən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin alıb onları aldığından baha qiymətə Emilə satmışdır. Bundan sonra o, Emillə görüşməmişdir. 25.07.2021 -ci il tarixdə saat 12:00 radələrində o, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Arzu” şadlıq sarayının yaxınlığında olan zaman ona mülki geyimdə iki nəfər şəxs yaxınlaşmış və özlərini təqdim edərək Xəzər RPİ-nin CAŞ-nin polis əməkdaşı olduqlarını bildirdirib şəxsiyyəti barədə onlara məlumat verməyini demişlər. Həmin zaman o, polis əməkdaşlarına şəxsiyyəti barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları ona Xəzər RPİ-nin İŞ-də araşdırılan cinayət işi üzrə barəsində təmin edilmə məktubunu göstərmişlər və onu Xəzər RPİ-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşmış və onlarla birlikdə Xəzər RPİ-nin İŞ-nə gəlmişdir. Orada olan zaman onun üzərinə şəxsi axtarış, baxış keçirilməsi zərurəti yaranmasını demişlər və hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Sonra isə ona üzərində qanunazid əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynində olan ağ rəngli köynəyin iç hissəsində olan bir bükümdə narkotik vasitə heroin masanın üzərinə qoyub təqdim etmişdir. O, həmin narkotik vasitə heroini 23.07.2021-ci il tarixdə X1 ilə Hafiz adlı şəxsdən əldə etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Xəzər RPİ-nin CAŞ-in əməliyyat müvəkkili Şahid2 fadəsində göstərmişdir ki, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Firdovsi küçəsi 52-də yaşayan X2, X3 və X4 Türkan qəsəbəsinin ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, əldə olunub saxlanması, daşınması və gəzdirilməsi il məşğul olmaları barədə daxil olmuş məlumatla əlaqədar 24.07.2021-ci il tarixdə keçirilmiş tədbirlər zamanı həmin şəxsləri Türkan qəsəbəsinin ərazisində Emil Heydəroun yaşadığı evin qarşısında olduqları zaman saxlayaraq Xəzər RPİ-nə gətirmişlər. Orada faktla bağlı araşdırmanı aparılması X7 baş müstəntiqi polis mayoru Nicat Əliyevə həvalə olunmuşdur. Nicat Əliyev tərəfindən X5, X9 və X4 üzərlərində ayrı-ayrılıqda şəxsi axtarış aparılarkən Tapdıq Əliyevin üzərindən 1 ədəd bükəmdə, Zahid Əliyevin üzərində 2 ədəd bükümlərdə, Emil Heydərovun üzərindən 2 ədəd bükümlərdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Araşdırma zamanı X13 Əliyev üzərilərində olan metamfetaminləri Emil Heydərovdan, sonuncu isə bu metamfetaminləri Ramin adlı şəxsdən aldığını bildirmişdir. Ramin adlı şəxsin müəyyən edilməsi istiqamətində keçirilən tədbirlər zamanı həmin şəxsin xx.xx.1978-ci ildə ünvan 4 ünvanda qeydiyyatda olub orada yaşayan Təqsirləndirilən şəxs olmasını müəyyən edərək sonuncunu 25 iyul 2021-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində saxlayaraq istintaq orqanına təqdim etmişlər. Bundan sonra istintaqı aparan müstəntiq Nicat Əliyev tərəfindən Təqsirləndirilən şəxs üzərində müdafçisinin, onun və polis baş serjantı Şahid1 iştirakı ilə şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilərkən Təqsirləndirilən şəxs əynində olan ağ rəngli köynəyin qarşı düyməsini açaraq arasından 1 ədəd sellofan bükümdə qəhvəyi rəngli, spesifik iyə malik maddəni çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin maddənin hansı növə aid olduğu, hansı mənbədən və nə məqsədlə əldə edib üzərində saxladığı soruşulduqda isə bildirmişdir ki, təqdim etdiyi maddə narkotik vasitə heroindir, həmin heroini 23.07.2021-ci il tarixdə X1 ilə Hafiz adlı şəxsdən əldə etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bükümdə qəhvəyi rəngli spesifik iyə malik maddə kağız zərfə qablaşdırılaraq DİN-nin 43 saylı «zərflər üçün» olan möhürü ilə möhürlənib maddi sübut olaraq götürülmüş, sonda axtarış barədə protokol tərtib olunmuş və bütün iştirakçılar protokolla tanış olaraq doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Xəzər RPİ-nin CAŞ-in kiçik əməliyyat müvəkkili Şahid1 da Şahid2 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhəkəmə kimyəvi ekspertizasının 25 iyul 2021 -ci il tarixli 6/3073 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək tədqiqata təqdim olunmuş 1 ədəd bükümdə təmiz çəkisi 89,686 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin 0,100 qramı tədqiqata sərf edilərək 89,586 qramı qalıq qalmışdır. Cinayət işinə əlavə edilmiş məhkəmə narkoloji ekspertizasının 07.10.2021- ci il tarixli 3823 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispnaerində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə alavə edilmiş 25 iyul 2021-ci il tarixli “axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə Xəzər RPİ-də Təqsirləndirilən şəxs üzərində aparılmış axtarış zamanı onun əynindəki ağ rəngli köynəyinin arasından 1 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli spesifik iyə malik, narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək müvafiq qaydada kağız zərfə qablaşdırılaraq götürülmüşdür. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Təqsirləndirilən şəxs X6 əməlinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı narkotik vasitəni dəfələrlə Emil adlı şəxsə satması barədə etiraf edici ifadələri ilə yanaşı, ondan aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin külli miqdarda olması onun həmin narkotik vasitələri satış məqsədi ilə əldə edib üzərində saxlaması qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 25 iyul 2021-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Bakı şəhəri, Xəzər rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 89,586 qram təşkil edən narkotik vasitə olan heroin edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmənin keçirilməsini özündə əks etdirən 01 ədəd “CD” disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi1 90 (doxsan) manat pul onun vəkil işlədiyi 20 saylı Vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 iyul 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi Bakı şəhəri, Xəzər rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 89,586 qram təşkil edən narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmənin keçirilməsini özündə əks etdirən 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi1 90 (doxsan) manat məbləğində pul onun vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-907/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-907/2022
13.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver