Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-907/2024 27.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Fəxri Afiq oğlu (sədrlik edən), X5, Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibləri X3 və X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X15 və Dövlət ittihamçısı, Müdafiəçi - Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, məhkumluğu olmayan, fərdi işlə məşğul olmuş, Bakı şəhəri, Nəsimi rayonu, X13 küçəsi, ev 7A ünvanında qeydiyyatda olan və yaşayan, hal-hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə, naməlum mənbədən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 13,948 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib gələcəkdə satışını həyata keçirmək üçün təmiz çəkiləri 4,981 qram, 4,618 qram və 4,349 qram olan ayrı-ayrı hissələrə böldüyü 03 ədəd şəffaf sellofan bükümləri gödəkçəsinin sol iç qoltuq cibində gizlətməklə saxlayıb üzərində daşımış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 30 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Cinayət-axtarışı şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 13:45-də o, ünvan 2 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına gətirildikdən sonra üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçəsinin sol iç qoltuq cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 03 ədəd şəffaf sellofan bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 4,981 qram, 4,618 qram və 4,349 qram olmaqla, ümumi təmiz çəkisi 13,948 qram olan külli miqdarda həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs dini ekstremist materialları saxlama və yayma məqsədi ilə istintaqa məlum olmayan şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran, dini nifrət və düşmənçiliyin salınmasına yönələn, üzərində “Ya Hüseyn” yazılmış, məzmununda şəriət üsul-idarəli “Kərimə dövləti”nin qurulmasına çağırışların mövcud olduğu 04 ədəd vərəqəni istintaqa məlum olmayan vaxtda və şəraitdə, naməlum mənbədən əldə edərək gələcəkdə yaymaq üçün yaşadığı Bakı şəhəri, X13 küçəsi, ev 7A ünvanında saxlamış, 04 fevral 2023-cü il tarixdə saat 11:25-də Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı həmin ünvanda videoçəkilişdən istifadə edilməklə aparılan axtarış zamanı yataq otağında çarpayının altında ağ rəngli sellofanın içərisindən onun yaymaq məqsədi ilə əldə edərək saxladığı üzərində “Ya Hüseyn” yazılmış 04 ədəd vərəqədən ibarət dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və bu fəaliyyətin zəruriliyinə bəraət qazandıran həmin dini ekstremist materiallar aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o narkotik vasitələrin satışı ilə məşğul olmamış, hətta siqaret belə çəkmir. Narkotik vasitəni onun üzərinə polis əməkdaşları qoymuşlar. Polislərin onu döyməsinə baxmayaraq, o yenə də narkotik vasitəni boynuna almamışdır. Polislər ona narkotik vasitəni üzərinə götürməyəcəyi təqdirdə qardaşını da həbs edəcəklərini bildirmişlər. Bundan sonra o məcburiyyət qarşısında qalaraq onlarla razılaşmışdır. Narkotik vasitəni onun cibinə qoyaraq çəkiliş etmişlər və o bütün sənədləri imzalamışdır. Onu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tutduqlarını desələr də, daha sonra həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə sənədləşdiriləcəyini bildirmişlər. O, bunun səbəbini soruşduqda isə, ona yuxarıdan onlara belə deyildiyini demişlər. O isə özündə narkotik vasitənin satışını sübuta yetirən nə yazışma, nə telefon danışığı, nə də tərəzi olmadığını demişdir. Onun yaşadığı evindən çıxan hər şeyi polislər özləri evə yerləşdirmiş və özləri də çıxarmışlar. Həmin materiallarda onun əl izi yoxdur. Bu halı ekspertiza təyin etməklə də yoxlamaq mümkündür. Onda olan kitabların heç biri qadağan olunmuş kitablar deyil və satışda mövcuddur. İttiham aktında yazılanlar düzgün deyildir. Onu 2 nəfər yox, çoxlu sayda polis əməkdaşları tutmuşdur. Ona qarşı heç bir sübut olmadan narkotik vasitənin satışı ilə bağlı ittiham irəli sürmüşlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, onu 30 yanvar 2023-cü il tarixdə ünvan 7 ünvanının yaxınlığında saxlamışlar. Onu saxladıqdan sonra Nəsimi Rayon Polis İdarəsinə aparmışlar. Maşına minəndən sonra onu hansı səbəbə tutduqlarını soruşduqda ona “sən iran agentisən” demişlər. İdarəyə çatdıqdan sonra onlar otağa daxil olmuşlar. Orada ətrafına 10 nəfər polis əməkdaşı yığışmış, həmin əməkdaşlardan biri əlini tutmuş, biri isə cibinə narkotik vasitə yerləşdirmişdir. O “bu mənim deyil” dedikdə, polislər onu döyməyə başlamışlar. Onu döyənlərdən biri Ruslan adlı şəxs olmuşdur. Digər polis əməkdaşlarının isə adlarını bilmir. Həmin gün axşama kimi o idarədə qalmışdır. Polislər onu döyməklə narkotik vasitəni üzərinə götürməyəcəyini başa düşdükdən sonra, ona psixi təzyiq olaraq qardaşını da polis idarəsinə gətirəcəklərini demişlər. Qardaşı mühafizəçi, özü isə anbardar işləyir. Onu evlərinə gedib qardaşını da gətirmək üçün maşına mindirdikləri zaman,o hər şeyi qəbul edəcəyini bildirərək polis əməkdaşlarının dedikləri ilə razılaşmış və bütün sənədləri imzalamışdır. O, narkotik vasitəni ilk dəfə görmüşdür. 11 ay təcridxanada olduğu üçün narkotik vasitənin satışını kiminləsə yazışmanın, telefon danışıqlarının və yaxud tərəzinin sübut etdiyini öyrənmişdir. Onda olan kitabların əksəriyyəti dua kitabları olmuşdur. Onun heç bir polislə ədavəti və ya düşmənçiliyi olmamışdır. Hesab edir ki, X4 üzvü olduğu üçün onu həbs etmişlər. X6 dini qurumdur, lakin qeydiyyatdan keçməmişdir. Bu qurum qeydiyyatdan keçmək üçün müraciət etmiş, lakin müsbət nəticə əldə etməmişdir. Üzündə və bədənində xəsarət izi qalmasın deyə polislər ancaq onun başına vurmuşlar. Üzərinə videoçəkilişlə baxış keçirilən zaman orada olan polis əməkdaşları onu döyməmiş və onu saxlayıb idarəyə gətirənlər də onlar olmamışdır. Onu 2 gün yarım idarədə saxlamışlar. Rəsmiləşdirmə olandan sonra vəkil gəlmiş və yaxınlarına xəbər verilmişdir. Onun vəkili ilə konfidensial görüşü olmamışdır. Vəkil əvvəldən olmamış və ilk dəfə otağa video çəkilişdən qabaq gəlmişdir. O, vəkilini üzərinə videoçəkilişlə baxış keçirilən zaman və sonra məhkəmədə görmüşdür. O, arvadı, anası və 1 övladı ilə birlikdə yaşayır. Özü 600 manat əmək haqqı, anası isə 180 manat təqaüd alır. İran və İraqda ziyarətlərdə olmuşdur. O, 2015-ci ildən X4 üzvüdür. Onu dəfələrlə çağırıb X4 üzvlüyündən çıxmağı barədə xəbərdarlıq etmişlər. Lakin o qeyd olunan Hərəkatın üzvlüyündən çıxmadığına görə də onu həbs etmişlər. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixli ifadəsində bildirmişdir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilir. 30 yanvar 2022-ci il tarixdə saat təxminən 13:45-də Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində olan zaman ona 2 nəfər yaxınlaşaraq özlərini polis əməkdaşı olaraq təqdim etmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğu bildirilərək Nəsimi Rayon Polis İdarəsinə dəvət etmişlər. Həmin gün saat 14:10-da Nəsimi Rayon Polis İdarəsinin inzibati binasında otaqlardan birində olarkən ona hüquqları izah edilmiş və vəkillə təmin edilmişdir. Xidməti otaqda olarkən ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Əynində olan tünd göy rəngli qış gödəkcəsinin sağ yan cibindən 1 ədəd qara rəngli dəridən olan pul kisəsini və pul kisəsinin işərisində ona aid “Leobank”, 1 ədəd “Birbank", 1 ədəd “Bonus Omid”, 1 ədəd “Buta Aptek”, 1 ədəd “Sənin Kartın" və bir ədəd “Beynəlxalq Banka” aid plastik təqaüd kartlarını, pul kisəsinin içərisində olan 242 manat (1 ədəd 100, 2 ədəd 50, 2 ədəd 20, 4 ədəd 10, 5 ədəd 5 və 7 ədəd 1 manatlıq olmaqla) pul əskinaslarını, həmin gödəkçəsinin sol iç qoltuq cibindən 3 ədəd şəffaf sellofan bükümlərində olan içərisində tünd qəhvəyi rəngli toz şəkilli, spesifik qoxuya malik maddələri, eyni zamanda əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “Samsung A40” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bütün bunlardan sonra üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual verilmiş, o, cavabında başqa əşyasının olmadığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış təqdim etdiyi əşyalardan başqa əlavə əşya aşkar edilməmişdir. Daha sonra üzərindən aşkar edilmiş əşyaların bir-bir adlarını deməklə təqdim edilməsi bildirilmişdir. O, üzərindən aşkar edilən pul kisəsinin və pul kisəsində olan plastik kartların ona və ailə üzvlərinə aid olduğunu, 242 manat pulun, mobil telefonun və eyni zamanda 3 ədəd selofan bükümündəki içərisində tünd qəhvəyi rəngli, spesifik qoxusu olan maddələrin ona aid olduğunu bildirmişdir. Üzərindən aşkar edilən maddənin nə olduğu, haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi sual edəndə o, həmin maddələri 5 gün bundan əvvəl Nəsimi rayonu, “Papanin” ərazisində Hərbi Ekspertiza binasının yaxınlığında yerləşən zibil tullantıları qutularının yaxınlığından sellofan bükümündə olduğu vəziyyətdə tapdığını və həmin maddədən bir az istifadə edərək dadına baxdıqdan sonra acı olduğu üçün istifadə etmədiyini və qalan hissəsini tanıdığı şəxslərdən maddənin nə olduğunu öyrənmək məqsədi ilə üzərində saxlamaqla gəzdirdiyini bildirmişdir. Bundan sonra iştirakçılara həmin 3 ədəd sellofan bükümün içərisində tünd qəhvəyi rəngli, spesifik qoxuya malik olan maddələrin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirildi. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərildi və həmin zərflərin içərisinin boş olduğu müəyyən edildi. Bundan sonra 3 ədəd sellofan bükümün içərisində tünd qəhvəyi rəngli, spesifik iyi olan maddələri zərfə qoyularaq, zərfin ağzı Nəsimi Rayon Polis İdarəsinin zərflər üçün nəzərdə tutulmuş 186 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. 242 manat pulu isə özünə qaytarılmışdır. Ona polis əməkdaşları tərəfindən hər hansı bir zor tətbiq edilməmişdir. (cild 1, iş vərəqə 70-72) Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, o Daxili İşlər Nazirliyinin Nəsimi Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. 04 fevral 2023-cü il tarixdə Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi Sübhan Zeynalov, əməliyyat müvəkkili Şahid2 və kriminalistik ekspert Hasil Həsənli ilə birgə Y.V.Çəmənzəminli 7A ünvanına getmişlər. Evdə Təqsirləndirilən şəxs həyat yoldaşı Lalə Kərimova olmuşdur. Ona baş müstəntiq Nəsimi rayon məhkəməsinin qərarını göstərmişdir. Bundan sonra evdə videoçəkiliş vasitəsilə axtarış keçirilmişdir. 01 ədəd video kaset, 14 (on dörd) ədəd və 04 (dörd) ədəd kitab, 01 (bir) ədəd CD disk, 01 (bir) ədəd bayraq, 02 (iki) ədəd şəkil və 02 (iki) ədəd Qasım Süleymaninin şəkili müstəntiq tərəfindən götürülərək ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs evindən aşkar edilmiş bayrağın üzərində ərəb-farsca yazılar olmuş, lakin həmin bayrağın nə ifadə etdiyini bilmir. İfadəsində adlarını çəkdiyi şəxslərdən başqa axtarışda iştirak edən olmamışdır. İkimərtəbəli evin həm aşağı və həm də yuxarı mərtəbəsində axtarış həyata keçirmişlər. X7 Təqsirləndirilən şəxs həyat yoldaşı Lalə Kərimovaya hüquqlarını izah etmişdir. X7 dinə aid olan əşyalar aşkar olunduğu təqdirdə onları götürməyi bildirmişdir. Kitabları yuxarı otaqdakı rəflərdən götürmüşlər. Kitabların nə ifadə etdiyini bilmir, çünki bunu ekspertiza ilə müəyyən etmək mümkündür. Bütün əşyalar Lalə xanımın iştirakı ilə götürülmüş və o həmin əşyaların həyat yoldaşı Təqsirləndirilən şəxs aid olduğunu bildirmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı fiziki və psixi təsir və təyziq olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, o Daxili İşlər Nazirliyinin Nəsimi Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin kiçik inspektoru vəzifəsində çalışır, baş leytenant rütbəsini daşıyır. Şahid3 daxil olmuş məlumatı yoxlamaq üçün “Papanin” adlanan əraziyə getmişlər. Orada Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim edib, şəxsiyyətini müəyyənləşdirərək onu idarəyə dəvət etmişlər. Onu növbətçi hissədən keçirdikdən sonra təhqiqatçının otağına aparmışlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid4 bildirdi ki, Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən tək olmuşdur. Təqsirləndirilən şəxs üzərindən 03 (üç) ədəd büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs onlar tərəfindən 30 yanvar 2023-cü il tarixdə saat 13 radələrində saxlanılmışdır. Ona qarşı fiziki və psixi təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs C.Səlimov 3 saylı ünvanda saxlamışlar. O, Şahid3 ilə birgə Təqsirləndirilən şəxs yaxınlaşaraq təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla onu tanış etmişlər. Təqsirləndirilən şəxs şübhənin mahiyyətini izah etdikdən sonra o, qaçmamış və onlarla birlikdə idarəyə gəlməyə razılıq vermişdir. Onlar Təqsirləndirilən şəxs qoluna qandal vurmamışlar. Təqsirləndirilən şəxs üzərinə təhqiqatçının otağında videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Təhqiqatçının otağına vəkil dəvət edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni hansı cibindən çıxardığını xatırlamır. Ancaq onu deyə bilər ki, həmin maddə onun gödəkçəsindən aşkar edilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Nəsimi Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid4 məhkəmə baxışı zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Nəsimi Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1 oğlunun məhkəmə baxışı zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, “Azad” adlı şəxsin narkotik vasitələri qeyriqanuni əldə etməsi, daşıması, saxlaması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 4) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, “Azad” adlı şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməklə yaxalanmasından ötrü DİN-in Nəsimi rayon polis idarəsində əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 5-6) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 13:45 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov 3 ünvanın qarşısında saxlanılaraq polis şöbəsinə dəvət edilmişdir. (Cild 1, iş vərəqə 10) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 22-23, 27-28) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli parka qış gödəkcəsinin sağ yan cibindən 01 ədəd qara rəngli dəridən olan pul kisəsini və pul kisəsinin içərisində özünə aid Leobank, 1 ədəd Birbank, 1 ədəd Bonus Omid, 1 ədəd Buta Aptek, 1 ədəd Sənin Kartın və 1 ədəd Beynəlxalq Banka aid plastik təqaüd kartlarını, pul kisəsinin içərisində olan 242 manat pul əskinaslarını, həmin gödəkçənin sol iç qoltuq cibindən 3 ədəd şəffaf sellofan bükümlərində olan içərisində tünd qəhvəyi rəngli toz şəkilli, spesifik iyi olan maddələri, eyni zamanda əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd Samsung A40 markalı mobil telefonu təqdim edərək, sorğu zamanı sellofan bükümündəki içərisində tünd qəhvəyi rəngli, spesifik iyi olan maddəni 5 gün əvvəl Nəsimi rayonu, Papanin ərazisində Hərbi Ekspertiza binasının yaxınlığında yerləşən zibil tullantıları qutularının yaxınlığından sellofan bükümündə olduğu vəziyyətdə tapdığını və həmin maddədən biraz istifadə edərək dadına baxdıqdan sonra xoşu gəlmədiyi üçün qalan hissəsini tanıdığı şəxslərdən maddənin nə olduğunu öyrənmək məqsədilə üzərində saxlamaqla gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş maddələr qablaşdırılaraq möhürlənmişdir. (Cild 1, iş vərəqə 47-48, 54-58) 31 yanvar 2023-cü il tarixli 6/566 saylı məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №186 dairəvi möhür əksi olan “Vət.Təqsirləndirilən şəxs aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,981 qram, 4,618 qram, 4,349 qram ümumi təmiz çəkisi 13,948 olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Cild 1, iş vərəqə 64-68) 01 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 234.1-ci maddəsindən həmin məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmişdir.(Cild 1, iş vərəqə 78) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 80) Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(006)-63/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 113-115) xx.xx.2023-cü il tarixli “Baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlunun yaşadığı ünvan 10 ünvanın yerləşən mənzilinə baxış keçirilmiş, baxış zamanı mənzilin 2-ci mərtəbəsində uşaqların yatması üçün nəzərdə tutulan otaqdan aşağıdakı nəşriyyatlar və iş üçün əhəmiyyət kəsb edən materiallar aşkar olunmuşdur:
1. X8 “Şübhələrə cavablar” (2004);
2. Həmid Məhəmmədinin “Əl-Qiraət” (2006);
3. X17 Təbətəbainin “Hidayət risaləsi” (2010);
4. X23 “Möminlərin zinəti” (2011);
5. X23 “Məfatihul Cihan” (2010);
6. Ayətullahul-uzma X21 "xxxx" (2008);
7. X20 Şirazinin “Pişavər gecələri” (2006);
8. “X27 Əştərə əhdnaməsi” (2014);
9. “X14 "xxxx" (2012);
10. Möhsün Qiraətinin “Xüms və Zəkat” (2012);
11. X9 X18 “Fiqhi hökmlər" (2011);
12. “Əs-Səhifətus-səccadiyyə” (2013);
13. X21 “Fiqh təlimləri” (2011);
14. 04 ədəd üzərində Ya Hüseyn yazıları olan parçaları;
15. 01 ədəd üzərində fars əlifbası olan yazılar;
16. 02 ədəd Ruhullah Xameyninin fotoşəkili;
17. 01 ədəd Qasım Süleymaninin fotoşəkili;
18. 01 ədəd panasonic markalı kaset, 01 ədəd CD disk. (Cild 1, iş vərəqə 126-130)
Məhkəmə-narkoloji ekspertizasının 02 fevral 2023-cü il tarixli, 557 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərdən istifadə etmə halları olub. Lakin, hal- hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 170-171) 12 may 2023-cü il tarixli 4/580 saylı məhkəmə-dinşünaslıq ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsində istintaqı aparılan ********* saylı cinayət işi üzrə “Məhkəmə linqvistik- dinşünaslıq ekspertizası təyin edilməsi haqqında” 24 mart 2023-cü il tarixli Qərara əsasən ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş dini məzmunlu məlumat materiallarından üzərində “Ya Hüseyn”yazılmış 4 ədəd vərəqədə ekspert qarşısında qoyulmuş suallara əsasən, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə zidd olan məlumatlar aşkarlanmışdır. Belə ki. "Ya Hüseyn” yazılmış 4 ədəd vərəqədə Azərbaycan Respublikasının Konstitusiyasının 7-ci maddəsində qeyd edilən dünyəvilik prinsipinə zidd olaraq şəriət dövlətinin qurulmasına çağırış vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsində istintaqı aparılan ********* saylı cinayət işi üzrə, “Məhkəmə linqvistikdinşünaslıq ekspertizası təyin edilməsi haqqında” 24 mart 2023-cü il tarixli Qərara əsasən ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş dini məzmunlu məlumat materiallarında ekspert qarşısında qoyulmuş suallara əsasən, dini etiqadı ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edən, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinin (dini cərəyanın) yayılması və təbliği halları əks olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsində istintaqı aparılan ********* saylı cinayət işi üzrə, “Məhkəmə linqvistikdinşünaslıq ekspertizası təyin edilməsi haqqında” 24 mart 2023-cü il tarixli Qərara əsasən ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş dini məzmunlu məlumat materiallarından üzərində “Ya Hüseyn” yazılmış 4 ədəd vərəqədə ekspert qarşısında qoyulmuş suallara əsasən, hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar mövcuddur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsində istintaqı aparılan ********* saylı cinayət işi üzrə, “Məhkəmə linqvistikdinşünaslıq ekspertizası təyin edilməsi haqqında” 24 mart 2023-cü il tarixli Qərara əsasən dinşünaslıq ekspertizasına təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş dini məzmunlu məlumat materiallarından üzərində “Ya Hüseyn” yazılmış 4 ədəd vərəqədə ekspert qarşısında qoyulmuş suallara əsasən, dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərə yol verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsində istintaqı aparılan ********* saylı cinayət işi üzrə, “Məhkəmə linqvistikdinşünaslıq ekspertizası təyin edilməsi haqqında” 24 mart 2023-cü il tarixli Qərara əsasən dinşünaslıq ekspertizasına təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş dini məzmunlu məlumat materiallarında ekspert qarşısında qoyulmuş suallara əsasən, dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda fəal iştirak etmə, eləcə də, belə əməllərin törədilməsinə yetkinlik yaşına çatmayanları cəlb etməyə dair məlumatlar əks olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsində istintaqı aparılan ********* saylı cinayət işi üzrə, “Məhkəmə linqvistikdinşünaslıq ekspertizası təyin edilməsi haqqında” 24 mart 2023-cü il tarixli Qərara əsasən dinşünaslıq ekspertizasına təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş dini məzmunlu məlumat materiallarından adları aşağıda qeyd edilənlər ölkəyə idxal edilmişdir:
1. X8 “Şübhələrə cavablar” (İran, 2004);
2. Həmid Məhəmmədinin “Əl-Qiraət” (İİR, Qum. 2006);
3. X17 Təbətəbainin “Hidayət risaləsi” (İİR, 2010);
4. X23 “Möminlərin zinəti” (İİR, 2011);
5. X23 “Məfatihul Cihan” kitabında (İİR, 2010);
6. Ayətullahul-uzma X21 "xxxx" (Ülvi həyat MMC, 2008);
7. X20 Şirazinin “Pişavər gecələri” (İİR, “Fəcri Quran” nəşriyyatı. 1385 h.q. İİ cild);
8. X20 Şirazinin “Pişavər gecələri” (“Şəhriyar”, 2006. İİİ cild) Adları aşağıda qeyd edilənlər dini ədəbiyyatlar ölkə nəşriyyatlarında çap edilmişdir:
1. “X27 Əştərə əhdnaməsi” (Bakı, 2014);
2. “X14 "xxxx" (Bakı, 2012);
3. Möhsün Qiraətinin “Xüms və Zəkat” (Bakı, 2012);
4. X9 X18 “Fiqhi hökmlər" (Bakı, 2011); “
5. Əs-Səhifətus-səccadiyyə” (Bakı, 2013);
6. X21 “Fiqh təlimləri” (Bakı, 2011). Üzərində “Ya Hüseyn” yazılmış 4 ədəd vərəqələr, bayrağa bənzəyən parça kustar üsulla hazırlandığından onların İdxal və ya ölkədə istehsal edildiyini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsində istintaqı aparılan ********* saylı cinayət işi üzrə, “Məhkəmə linqvistikdinşünaslıq ekspertizası təyin edilməsi haqqında” 24 mart 2023-cü il tarixli Qərara əsasən dinşünaslıq ekspertizasına təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş Ayətullahul-uzma X21 “Şəri suallara cavablar" (Ülvi həyat MMC, 2008), X20 Şirazinin “Pişavər gecələri” (İİR, “Fəcri Quran” nəşriyyatı. 1385 h.q. İİ cild), X20 Şirazinin “Pişavər gecələri” (“Şəhriyar”, 2006. İİİ cild) kitablarına, üzərində “Ya Hüseyn” yazılmış 4 ədəd vərəqələrin və bir ədəd bayrağa bənzəyən parçanın satışına X26 üzrə Dövlət Komitəsi tərəfindən razılıq verilməmişdir. Digər materialların idxalına və nəşrinə X26 üzrə Dövət Komitəsi tərəfindən müvafiq razılıq verildiyi üçün onların ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə satışı sərbəstdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsində istintaqı aparılan ********* saylı cinayət işi üzrə, “Məhkəmə linqvistikdinşünaslıq ekspertizası təyin edilməsi haqqında” 24 mart 2023-cü il tarixli Qərara əsasən dinşünaslıq ekspertizasına təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş “Panasonic” markalı videokasset texniki səbəblərdən dinşünaslıq ekspertizasından keçirilməmişdir. (Cild 1, iş vərəqə 175-181) Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(006)-283/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 30 iyul 2023-cü tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 212-214) 24 may 2023-cü il tarixli 4/856 saylı məhkəmə-dinşünaslıq ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş və ekspertizaya təqdim edilmiş dini məzmunlu məlumat materiallarından üzərində “Ya Hüseyn” yazılmış 4 ədəd vərəqə dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran və yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran dini ekstremist materiallar sayılır. Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş və ekspertizaya təqdim edilmiş Ayətullah-uzma X21 "xxxx", X20 Şirazinin “Pişavər gecələri” (İİ və İİİ cildlər) və qara rəngli parça dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran və yaxud fəaliyyətin zəruriliyinə bəraət qazandıran dini ekstremist materiallar hesab edilmir. (cild 1, iş vərəqə 215-219) 07 iyun 2023-cü il tarixli il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 234.1-1-ci maddəsindən həmin məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 224) “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 07 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 226) 20 iyul 2023-cü il tarixli il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 234.4.3-cü maddəsindən həmin məcəllənin 167-3.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 246-247) Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(011)-484/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 30 avqust 2023cü tarixədək uzadılmışdır. (Cild 2, iş vərəqə 17-22) Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(011)-552/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 30 oktyabr 2023cü tarixədək uzadılmışdır. (Cild 2, iş vərəqə 55-60) Bakı şəhəri Nəsimi rayon prokurluğunun 01 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsini bildirməsi öz təsdiqini tapmdığından toplanmış material üzrə AR CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (Cild 2, iş vərəqə 61) Baxış keçirilməsi haqqında 07 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, üzərində “ Ya Hüseyn “ yazıları olan 04 vərəqə baxış keçirilmiş, məlum olmuşdur ki həmin vərəqələr 4 nüsxədir, hər biri 01 vərəqdən ibarətdir. Baxış zamanı istintaq üçün digər əhəmiyyətli hallar aşkar edilməmişdir. (Cild 2, iş vərəqə 64) Sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması haqqında 07 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 167-3.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrlə ittiham elan edilmişdir. (Cild 2, iş vərəqə 65-79) “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və yenidən ittiham elan edilməsi haqqında” 08 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 167-3.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (Cild 2, iş vərəqə 81-82) İş materiallarında olan AZEMİS informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X10 adında bir övladı vardır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Yuxarıda sadalananlara əsasən, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamla bağlı gəldiyi yekun qənaət təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsi ilə tövsif olunmasına dair hissədə əsaslı olsa da, təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair hissədə gəldiyi nəticə əsaslı olmamışdır. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq məqsədində (niyyətində) olması müəyyən edilərkən digər sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs konkret olaraq narkotik vasitənin satışını həyata keçirərkən saxlanılmamışdır. Bundan əlavə, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən təqsirləndirilən şəxsin mənzilindən əlavə narkotik vasitənin və ya elektron tərəzinin aşkar olunmaması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan narkotik vasitə satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Göründüyü kimi cinayət işinin materiallarında təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmasını, aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Bundan başqa, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında təqsirləndirilən şəxs tərəfindən aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmamışdır. Sadalananlardan da, göründüyü kimi, sözügedən narkotik vasitənin satış məqsədi ilə əldə olunmasına dair ibtidai istintaq orqanının gəldiyi qənaət ehtimallara əsaslanmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab gəlir ki, təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə əsaslı olmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlarin məcmusuna əsasən onun Cinayət Məcəlləsinin 167-3.1-ci və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsinə görə dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma - səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmək ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) əməllər külli miqdarda törədildikdə - üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin satışı ilə məşğul olmadığını, həmin narkotik vasitələrin üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, polislərin onu qardaşını tutmaqla hədələdikləri üçün məcbur qalıb narkotik vasitəni boynuna götürməyə razılaşdığını, onda olan kitabların isə heç birinin qadağan olunmuş kitablar olmadığını, həmin kitabların satışda mövcud olduğunu, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən ona psixoloji və fiziki təzyiqlər edildiyini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, axtarış (götürmə-baxış) protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sübutlar məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsin yuxarıda göstərdiyi xüsusatlara tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş və videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsin üzərinə baxış-axtarış keçirilən zaman, həmçinin yaşadığı evdə axtarış aparılan zaman hər hansı bir prosessual pozuntuya yol verildiyi məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi polis əməkdaşları tərəfindən saxlanılarkən ona psixoloji və fiziki təzyiqlər edilməsi ilə bağlı həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2023-cü il tarixli 3-16-17/38/2-7619/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya gətirilən zaman ilkin tibbi müayinədən keçirilmiş və müayinə zamanı bədənində xəsarət aşkarlanmamışdır. Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 51/2-36313 nömrəli məktubundan və ona əlavə edilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs MSY-ə gətirilən zaman üstünə baxış keçirilmiş və xəsarət aşkar edilməmişdir. Nəsimi rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli 254-C/23 nömrəli cavab məktubundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki zorakılığa məruz qalması barədə rayon prokurorluğunda araşdırma aparılmış və Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və ya psixi təzyiqlərə məruz qalması təsdiq edilmədiyindən xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan başqa iş üzrə şahidlər Şahid1, Şahid3 və Şahid2 məhkəmədə dindirilərkən onlara verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən istər saxlanılan zaman, istərsə də polis bölməsində heç bir fiziki və ya psixi təsir və təzyiq edilmədiyini bildirmişlər. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində ifadəsində bildirdiklərini, yəni narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlamaqla daşıması ilə bağlı ifadəsini səmimi ifadə kimi qəbul edir və həmin ifadədə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üstüstə düşdüyü qənaətinə gəldiyindən, ifadəni (həmin hissədə) həqiqəti əks etdirən ifadə kimi qəbul edərək ittihamın (həmin hissədə) əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadələrini, şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1 -ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli "Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli "Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə gərə cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145-ci maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə şərh edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib - qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X19rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq ,yəni qanuni yolla əldə olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 167-3.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə aid hissədə həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 167-3.1 və 234.1-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci, himayəsində 1 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və işin digər hallarını, həmçinin aşkar edilmiş psixotrop maddənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin diferensiallaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 167-3.1 və 234.1-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan "şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, məhkəmənin sonrakı qərarları ilə həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Bakı şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsinin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 13,798 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsin yaşadığı evdən aşkar edilərək götürülmüş dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və bu fəaliyyətin zəruriliyinə bəraət qazandıran dini ekstremsit materiallar sayılan üzərində “ Ya Hüseyn ” yazısı olan 04 ədəd vərəqə cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə-narkoloji ekspertizasının 02 fevral 2023-cü il tarixli, 557 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərdən istifadə etmə halları olub. Lakin, hal- hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Belə ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdir. Məhkəmə Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, iş üzrə ekspertiza xərci 365 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.1- 1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və barəsində Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin olunmuş cəzalar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsinin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 13,798 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin yaşadığı evdən aşkar edilərək götürülmüş dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və bu fəaliyyətin zəruriliyinə bəraət qazandıran dini ekstremist materiallar sayılan üzərində “ Ya Hüseyn ” yazısı olan 04 ədəd vərəqə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 365 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova