Məhkəmə qərarları › İş №1(101)-908/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-908/2020

08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-908/2020 08.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxxxx 1993-cü ildə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, «Rahat» supermarketdə müdir müavini vəzifəsində işləyən, məhkum olunmamış, Şirvan şəhəri, Sahib Zeynalov küçəsi, 4/60-da qeydiyyatda olub, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 10, mənzil 23-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : KərimliİsmayılKərimoğlu31mart2020-ci il tarixdə saat 23 radələrində ünvan 1 ünvanında yerləşən «Rahat» supermarketin arxa qapısının qarşısında həmin marketdə satıcı işləmiş Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pozulması zəmnində, yəni Zərərçəkmiş şəxs onu meyvə tərəvəz şöbəsinin hesabatını tez aparmaması səbəbindən həmin supermarketin arxa hissəsinə aparıb sinəsindən tutub yumruğunu ona nümayiş etdirməklə nalayiq ifadələr ilə təhqir etdikdən sonra, mağazanın içərisində olan zaman Zərərçəkmiş şəxs əsəbi olduğunu, sakitləşdikdən sonra söhbət edərik sözünü deməsinə görə, Zərərçəkmiş şəxs onu yenidən mağazanın çölünə dəvət edərək, çıxmayanın ünvanına yenidən nalayiq ifadə işlədib, ondan təkidlə çölə çıxmasını tələb etməsi səbəbindən fıziki cəhətdən gücünün çatmayacağını düşündüyü üçün üzərində götürdüyü bıçaq ilə bir dəfə Zərərçəkmiş şəxs sağ qolundan və bir dəfə sağ bud nahiyyəsindən vuraraq ona insan həyatı üçün təhlükəli olan və sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarət, yəni kəskin qanaxma postravmatik anemiya və sağ bud arteriyasının zədələnməsi ilə müşayiət olunan sağ budun yuxarı üçdə birinin yan səthinin bir ədəd, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş yüngül zərər vurmaya aid xəsarət, yəni sağ bazunun orta üçdə birinin yan səthinin bir ədəd cəmi iki ədəd deşilmiş-kəsilmiş yaraları xəsarətləri yetirmişdir. MəhkəməiclasındatəqsirləndirilənşəxsqismindədindirilmişKərimliİsmayılKərimoğluonaAzərb aycanRespublikasıCM-nin 126.1cimaddəsiiləelanedilmişittihamüzrəözünütəqsirlibilərəkifadəsindəgöstərdiki, 2019-cu ilin fevral ayından etibarənBakışəhəriNərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən Metropark əyləncə mərkəzinin alt mərtəbəsindəki «Rahat» supermarketdə müdir müavini vəzifəsində işləyir. Onun vəzifəsi marketin mədaxil və məxaricinə nəzarət etmək olmuşdur. Hər ay marketin şöbələrinin hesabatını aparıb, mədaxil və məxarici müəyyən etmişdir. Zərərçəkmiş şəxs həmin marketdə meyvə-tərəvəz şöbəsində satıcı işləyir. xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində marketdə çərəz şöbəsinin hesabatını aparmağa başlamışdır. Həmin vaxt Rəşad işdə olmamışdır. Sonuncu ilə telefonda danışmış, Rəşad evdə olduğunu, gələnə qədər onun işlədiyi şöbənin hesabatını hazırlamasını demişdir. Rəşada hazırda çərəz şöbəsinin hesabatını yazdığını, bitirdikdən sonra meyvə-tərəvəz şöbəsinin hesabatını yazmağa başlayacağını bildirmişdir. Təxminən saat 21 radələrində Rəşad marketə gəlib, ondan hesabatı hazırlayıb-hazırlamadığını soruşmuşdur. Sonuncuya təxminən yarım saata işini bitirib hesabatını yazacağını demişdir. Bu sözləri eşidən Rəşad ona: «niyə mənə qarşı hörmətsizlik edirsən»-demişdir. O isə hazırda əlində işinin olduğunu bildirmişdir. Buna görə aralarında mübahisə yaranmışdır. Anbarda işini bitirdikdən sonra çərəz şöbəsinin hesabatını aparmaq üçün mağazanın içərisinə gəlmişdir. Hesabat bir qədər çox vaxt apardığından Rəşad yaxınlaşıb ona kobud şəkildə «qudurmusan?»-demişdir. O, Rəşadın sözlərinə əhəmiyyət verməmişdir. Bir qədər sonra meyvə-tərəvəz şöbəsinin hesabatını aparmaq üçün həmin şöbəyə getmişdir. Bu vaxt Rəşad ona yaxınlaşıb, aqressiv şəkildə onu marketdən çölə çağırmış və onlar marketin arxasına keçmişlər. Orada Rəşad bir əli ilə onun sinəsindən tutub, digər əli ilə yumruğunu onun üstünə sıxıb, söyüşlərlə onu təhqir edərək alçaltmışdır. Sonuncu güləş idman növü ilə məşğul olduğundan fiziki cəhətdən ondan güclü olmuş, bu səbəbdən Rəşadın təhqirlərinə cavab verməmişdir. Sonra onlar mağazaya qayıtsalar da o, Rəşadın hərəkətlərini qəbul edə bilməmişdir. Buna görə də paltarlarını dəyişmişdir ki, evə getsin. Bu zaman marketin içərisində yenə də Rəşadla qarşılaşmışdır. Sonuncuya: «əsəbisən, sakitləş axşam gələrsən Əcəmidə söhbət edərik»-demişdir. Rəşad bu sözdən əsəbləşib, ona çölə çıxmasını demiş, çıxmayanın ünvanına söyüş söymüşdür. Odur ki, öz otağına daxil olub, meyvə bıçağını götürüb, Rəşadın arxasınca çölə çıxmışdır. Sonuncunun üzərinə gedib onu qolundan və ayağından bıçaqla vurmuşdur. Rəşadın ayağından qan gəlməyə başlamış, əl çantasının ipi ilə sonuncunun ayağındakı yaranı bağlamışdır. Dərhal təcili tibbi yardıma zəng etmiş, həkimlər gəlib Rəşadı xəstəxanaya aparmışdır. Rəşada xəsarət yetirmək yox, sonuncunun təhqirlərindən bezib, qorxutmaq məqsədi ilə bıçaq çıxartmışdır. Güman etmişdir ki, ətrafdakı adamlar onları aralayacaq, lakin heç kim yaxınlaşmadığından məcbur olub Rəşadı vurmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2016-cı ildən Nərimanov rayonu Ağa Nemətulla küçəsində yerləşən Metropark əyləncə mərkəzinin alt mərtəbəsində olan «Rahat» supermarketdə meyvə-tərəvəz şöbəsində satıcı vəzifəsində işləyir. İsmayıl isə həmin marketdə müdir müavini vəzifəsində çalışır. Sonuncunun vəzifəsi marketin mədaxil və məxaricinə nəzarət etmək olmuş, ayda bir dəfə hər şöbənin hesabatını aparmış və beləliklə mədaxil və məxarici müəyyən etmişdir. xx xxxx 2020-ci il tarixdə saat təxminən 17 radələrində işdən çıxıb, evə getmişdir. İki saatdan sonra ona mağazadan zəng edilmiş, şöbənin hesabatının aparılacağı, buna görə də mağazaya qayıtmalı olduğu bildirilmişdir. O, işə çağırılmağına görə əsəbiləşmişdir. Daha sonra İsmayıla zəng edib, gecəyə qalmaması üçün işə gələnə qədər hesabatı hazırlamasını demişdir. İsmayıl hazırda əlində işi olduğunu, işini bitirdikdən sonra meyvə-tərəvəz şöbəsinin hesabatını aparacağını demişdir. O, həmin gün saat təxminən 21 radələrində marketə getmiş, İsmayıl isə hesabatı hazırlamamışdır. Bu barədə soruşanda İsmayıl hələlik əlində başqa işinin olduğunu demişdir. Əsəbiləşib: «niyə mənə qarşı hörmətsizlik edirsən»-deyib, İsmayılla mübahisə etmişdir. İsmayılın işi uzun çəkdiyindən o, çox gözləmiş və İsmayıla: «sən qudurmusan»-demişdir. Daha sonra sonuncunu mağazadan çölə dəvət etmişdir. Onlar birlikdə mağazanın arxasına keçmişlər. Orada İsmayılın sinəsindən tutmuş, lakin onu vurmamışdır. Əsəbi olduğu üçün istəmədən İsmayılın ünvanına nalayiq ifadələr işlədib, onu təhqir etmişdir. Sonuncu ona cavab verməmiş və onlar aralaşıb, mağazanın içərisinə keçmişlər. Bir qədər sonra İsmayılla qarşılaşarkən sonuncu ona «əsəbisən sakitləş, axşam gələrsən Əcəmidə söhbət edərik» demişdir. İsmayılın bu sözlərindən bir qədər də əsəbiləşmiş, onu söyərək «sən kimsən ki, mənimlə söhbət edəsən»-deyib ondan mağazadan çölə çıxmasını tələb etmişdir. Çöldə İsmayıl onun üstünə gələrkən sonuncunun əlində bıçaq olduğunu görmüşdür. İsmayılın onu bıçaqla vurduğunu başa düşüb, sağ qolunu qabağa vermişdir. Bıçaq zərbəsi onun sağ qolundan dəymişdir. Daha sonra İsmayıl onun sağ ayağından da bıçaqla vurmuşdur. Sonuncu onun ayağından qan gəldiyini görüb, iplə ayağını bağlamış və təcili-tibbi yardıma zəng etmişlər. Təcili-tibbi yardım avtomobili gəlmiş və həkimlər onu xəstəxanaya aparmışdır. Hazırda təqsirləndiriln şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2019-cu ilin aprel ayından Nərimanov rayonu Ağa Nemətulla küçəsində yerləşən «Rahat» supermarketdə satıcı işləyir. Təqsirləndirilən şəxs marketdə müdir müavini, Zərərçəkmiş şəxs satıcı işləmişdir. xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində o, yoxlanıldıqdan sonra evə getmək üçün marketin arxa qapısından çölə çıxmışdır. Çöldə siqaret çəkərkən İsmayılın əlində bıçaqla Rəşadın üstünə gedib, bıçaqla bir dəfə sonuncunun qolundan vurmasını görmüşdür. Həmin vaxt o, İsmayılı tutub saxlamaq istəsə də, sonuncu onu itələmiş və Rəşadın üstünə gedib, sonuncunun ayağından bıçaqla vurmuşdur. Rəşadın ayağından qan gəlməyə başlamış, İsmayıl əl çantasının ipi ilə Rəşadın yarasını bağlamışdır. Sonra isə təcili-tibbi yardıma zəng etmişdir. Təcili tibbi yardım avtomobili gələrək Rəşadı xəstəxanaya aparmışdır. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, o, 2020-ci ilin fevral ayından Nərimanov rayonu Ağa Nemətulla küçəsində yerləşən «Rahat» supermarketdə nəzarətçi işləyir. Təqsirləndirilən şəxs marketdə müdir müavini, Zərərçəkmiş şəxs isə satıcı olmuşdur. İş yoldaşı kimi hər ikisi ilə yaxşı münasibəti olmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində marketin arxa qapısında işdən çıxan işçilərin əl çantalarını yoxlamışdır. Sonra siqaret çəkmək üçün marketin arxa qapısından çölə çıxmışdır. Marketdə satıcı işləyən Cəlil də onun yanında olmuşdur. İkisi də çöldə siqaret çəkərkən İsmayıl əlində bıçaq Rəşadın üzərinə hücum çəkmiş, bıçaqla bir dəfə sonuncunun sağ əlindən vurmuşdur. Həmin vaxt Cəlil İsmayılın qolundan tutmağa çalışsa da, sonuncu Cəlili itələmişdir. İsmayıl yenidən Rəşadın üstünə gedib, bıçaqla onun ayağından vurmuşdur. Rəşadın ayağından qan gəlməyə başladığını görən İsmayıl əl çantasının ipi ilə yaranı bağlamışdır. Sonra isə təcilitibbi yardıma zəng etmişlər. Təcili tibbi yardım avtomobili gələrək Rəşadı xəstəxanaya aparmışdır. Məhkəmə-tibbi ekspertizasının xx xxxxx 2020-ci il tarixli 89-M saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - kəskin qanaxma postravmatik anemiya və sağ bud arteriyasının zədələnməsi ilə müşayiət olunan sağ budun yuxarı üçdə birinin yan səthinin 1 ədəd, sağ bazunun orta üçdə birinin yan səthinin 1 ədəd cəmi 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər, qərarda göstərilən xx xxxx 2020-ci il tarixdə, ola bilsin bıçağın tiyəsinin təsirindən əmələ gələ bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənəddə qeyd edilən xəsarətlərin lokalizasiyasına və yetirilmə mexanizminə, eləcədə zərər çəkənin xəstəxanaya daxil olarkən, hadisənin baş vermə şəraiti haqqında olan məlumatları nəzərə alaraq demək olar ki, qeyd olan xəsarətləri şəxsin özü tərəfindən özünə yetirməsi, öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyil. Əlavə məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli 14/89-M saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-kəskin qanaxma postravmatik anemiya və sağ bud arteriyasının zədələnməsi ilə müşayiət olunan sağ budun yuxarı üçdə birinin yan səthinin 1 ədəd, sağ bazunun orta üçdə birinin yan səthinin bir ədəd cəmi iki ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər, qərarda göstərilən xx xxxx 2020-ci il tarixdə, ola bilsin bıçağın tiyəsinin təsirindən əmələ gələ bilər. Qeyd edilən xəsarətlərdən kəskin qanaxma postravmatik anemiya və sağ bud arteriyasının zədələnməsi ilə müşayiət olunan sağ budun yuxarı üçdə birinin yan səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya, sağ bazunun orta üçdə birinin yan səthinin bir ədəd deçilmiş-kəsilmiş yarsı isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. İşin 61-ci vərəqəsindəki protokoldan görünür ki, «xxxxxxxxx» MMC tərəfindən təqdim olunmuş ünvan 1 A ünvanda yerləşən «Rahat» supermarketin müşahidə kameralarının əks olunduğu CD diskin içərisində olan video görüntüyə baxış keçirilmişdir. Baxış zamanı xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində ünvan 1 A ünvanda yerləşən «Rahat» supermarketin arxa qapısının qarşısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərinə hücum edib əlində olan bıçaq ilə onu vurması müəyyən edilmişdir. İşin 152-159-cu vərəqələrindəki xx xxxx 2020-ci il tarixli «Sübutların qiymətləndirilməsi barədə» qərardan görünür ki, «xxxxxxxxx» MMC tərəfindən təqdim olunmuş bir ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. İşin 74-75-ci vərəqələrindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə də Azərbayan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 105-113-cü vərəqələrindəki Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxx 2020ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. İşin 114-116-cı vərəqələrindəki xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin 42-ci vərəqəsindəki Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdəki Zərərçəkmiş şəxs təqdim etdiyi notarial qaydada təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməklə o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməklə onun həyat və ssağlamlığına dəyə biləcək zərərin azaldılmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.8, 59.1.11-59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi tutulduğu bir gün müddət ona təyin edilən cəzaya hesablanmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, dərhal məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübut: «xxxxxxxxx» MMC tərəfindən təqdim olunmuş bir ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona həmin maddə ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi tutulduğu bir gün müddət ona təyin edilən cəzaya hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal məhkəmə iclas zalında həbs edilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Maddi sübut: «xxxxxxxxx» MMC tərəfindən təqdim olunmuş bir ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan edildiyi (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar