Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-908/2022 20.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri «Pro Bono» vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər X1 Rayon Məhkəməsinin 30 avqust 2010-cu il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 158.2-ci maddəsinin A,B,V bəndi, 158.2-ci maddənin A,V bəndi, 158.2-ci maddənin A bəndi, 69.2-ci maddə ilə təqsirli bilinərək 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 28 mart 2011-ci ildə Rusiya Federasiyası Volqoqrad Vilayət Məhkəməsinin Cinayət İşləri Üzrə Məhkəmə Kollegiyasının hökmü dəyişdirilib, Rusiya Federasuyası CM-nin 158.2B maddənin A,B,V bəndi, 158.2B maddənin A,V bəndi, 158.2B maddənin A bəndi, 69.2-ci maddəsi ilə 4 il 6 ay cəzası saxlanılmış, Mordariya Res.Zubavo-Polyansk Rayon Məhkəməsinin 11 aprel 2013-cü il tarixli qərarı ilə cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilmiş; Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2013-cü il tarixli, 7(101)-34/2013 saylı qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, 02 avqust 2014-cü ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, Saatlı şəhəri, Babək küçəsi, ev 110-da qeydiyyatda olmaqla, ünvan 1 ünvanında kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, İran İslam Respublikasının vətəndaşı olması ehtimal olunan “Tofiq” adlı şəxs və qeyriləri ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddənin əldə edilməsi, saxlanılması və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib istifadəsində olan +**********45 mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsi ilə 20 noyabr 2021-ci ildə satması üçün “Tofiq” adlı şəxsin istifadəsində olan +**********78 mobil telefon nömrəsinə mesaj yazmaqla külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin sifariş vermiş, sonuncunun ona 22 noyabr 2021-ci ildə həmin tətbiq vasitəsi ilə göndərdiyi marşruta uyğun olaraq Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan- Sumqayıt yolunun sağ kənarında reklam lövhəsinin altından sellofan torbada bir bükümdə təmiz çəkisi 43,496 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, bir bükümdə təmiz çəkisi 29,059 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini və bir ədəd üzərində “500q/0,01g” yazısı olan elektron tərəzini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq ünvan 2 kirayə yaşadığı evə daşımış, 23 noyabr 2021-ci ildə saat 21:30-da ünvan 2 ünvanın yaxınlığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə dəvət olunmuş və üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli şalvarın arxa sağ cibindən satış məqsədi ilə qanunsuz əldə edib saxlayaraq daşıdığı bir ədəd bükümdə təmiz çəkisi 4,039 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 4,902 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirinin davamı olaraq 24 noyabr 2021-ci ildə 00:28-də onun dəvəti, icazəsi və iştirakı ilə kirayə yaşadığı ünvan 2 evin yataq otağına baxış keçirilərkən satış məqsədi ilə əldə edib saxladığı paltar dolabında bir ədəd plastik qabın içərisində gizlətdiyi 08 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,335 qram, 0,300 qram, 0,356 qram, 0,339 qram, 0,338 qram, 0,369 qram, 18,693 qram və 18,727 qram olmaqla kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi 39,457 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 16 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 9,366 qram, 5,657 qram, 0,364 qram, 0,354 qram, 0,439 qram, 0,372 qram, 0,350 qram, 0,340 qram, 0,359 qram, 0,370 qram, 0,352 qram, 0,314 qram, 0,609 qram, 0,473 qram, 0,357 qram və 4,081 qram olmaqla kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi 24,157 qram kustar üsulla hazırlanmış külli miqdarda psıxotrop maddə metamfetamin və səthində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə məxsus izlər olan bir ədəd “500q/0,01g” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş itttihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Saatlı şəhəri, Babək küçəsi, ev 110-da qeydiyyatda olsa da, ünvan 3 evdə kirayədə yaşamışdır. 1998-ci ildə Rusiya Federasiyasının Volqaqrad Vilayətinin Krasnoarmeysk şəhərində yaşayan atası Zahid Məmmədovun yanına gedib onun yanında qalmışdır. Krasnoarmeysk şəhərində mobil telefon oğurluğu etdiyi üçün 10 noyabr 2005-ci il Krasnoarmeysk Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 04 avqust 2007-ci ildə cəzanın sonu ilə azad olunmuşdur. Bundan sonra Volqoqrad vilayətinin Svetloyarsk şəhərində bağ evlərindən oğurluq etdiyi üçün 30 avqust 2010-cu il Sevtloyarsk Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 2013-cü ildə ona verilmiş cəzanın qalan hissəsini Azərbaycan Respublikasında cəza çəkmək üçün göndərilmiş və 02 avqust 2014cü ildə cəzanın sonu ilə 12 saylı cəzaçəkmə müəsissəsindən azad olunmuşdur. O, çörək pulu qazanmaq üçün müxtəlif yerlərdə avtoyuma məntəqəsində avtomobil yuyan işləmişdir. 2021-ci ilin oktyabr ayında mobil telefonla sosial şəbəkədə “İnstagram” səhifəsinə girib baxan zaman təsadüfən İran İslam Respublikasının vətəndaşı “Tofiq” adlı şəxslə tanış olmuş və Tofiq İran mobil operatorunun nömrəsini ona verib, onunla “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlamağını demişdir. O da Tofiq adlı şəxslə istifadəsində olan ***-***-**-** nömrə ilə “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlamışdır. Tofiq ondan pul qazanmaq istəyib-istəməməyini soruşmuşdur. O, Tofiqə pul qazanmaq istədiyini bildirdikdə, Tofiq onda narkotik vasitə və psixotrop maddə olduğunu, həmin maddələri Tofiqin dediyi yerlərə aparıb qoyacağı təqdirdə, ona 100 manat hörmət edəcəyini bildirmişdir. O da Tofiqə razılıq vermişdir. Bundan sonra Tofiq ona öz adına kart hesabı açdırmağını bildirmişdir. Onda “Kapital bank” kartı vardır. O, həmin kart nömrəsini Tofiqə göndərmişdir. 2021-ci ilin oktyabr ayının axırlarında Tofiq ona “WhatsApp” proqramı vasitəsi ilə zəng vurub Abşeron rayonu, Xırdalan şəhəri ilə Sumqayıt şəhərinin arasında yolun sağ tərəfində reklam plakatının altına bükümdə heroin və metamfetamin qoydurduğunu, gedib bükümləri götürüb Bakı şəhəri, Nizami rayonu, Babək prospektində “Avtomobil” bazarının yaxınlığında yolun qırağında olan reklam plakatının altına qoymağını bildirmiş və həmin yerin şəklini də ona göndərmişdir. O, Tofıqin dediyi kimi etmiş və Tofiq onun kart hesabına 100 manat göndərmişdir. 2021-ci ilin noyabr ayının əvvəlləri o, avtoyuma məntəqəsində avtomobil yuyan zaman Bəhruz adlı şəxslə tanış olmuşdur. Bəhruz ona psixotrop maddə metamfetamin lazım olduğunu, lakin tapa bilmədiyini demişdir. O, X13 Respublikasının vətəndaşı Tofiq adlı tanışının vasitəsi ilə gətizdirə biləcəyini demiş və bu barədə Tofiqlə əlaqə saxlayıb demişdir. Tofiq də razı olmuş və 5 qram metamfetamin və 5 qram heroin göndərib, bildirmişdir ki, həmin narkotik vasitələri Zabrat qəsəbəsində yolun qırağında reklam plakatının altında olduğunu bildirmiş və həmin yerin şəklini də çəkib göndərmişdir. Bundan sonra o, Tofiqin dediyi yerə gedib bir bükümdə heroin və bir bükümdə metamfetamin olan iki bükümü götürüb Bəhruzla görüşüb həmin bükümləri Bəhruza vermişdir. Bəhruz ona həmin heroin və metamfetaminə görə 310 manat pul vermişdir. Həmin vaxtı Bəhruzun yanında tanımadığı bir cavan oğlan var imiş. O, Bəhruzdan pulu aldıqdan sonra Tofiqin kart hesabına 300 manat pulu terminalla göndərmişdir. 20 noyabr 2021-ci ildə Bəhruz ona zəng vurub yanında olan oğlanla gələcəyini, 10 qram heroin, 10 qram metamfetamin təşkil etməyini bildirmişdir. O da bu barədə Tofıqlə “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlayıb 10 qram heroin və 10 qram metamfetamin göndərməsini demişdir. 22 noyabr 2021-ci ildə Tofiq ona “WhatsApp” proqramı vasitəsi ilə “malın” yerinin şəklini göndərmişdir. Həmin yer Abşeron rayonu, Xırdalan şəhəri ilə Sumqayıt şəhərinin arasında yolun sağ kənarında reklam lövhəsinin altında imiş. Bundan sonra o, gedib həmin yerdən narkotik vasitəni götürüb evə gəlmiş və bu barədə heç kimə bir söz deməmişdir. O, evdə həmin bükümü açıb baxmış və görmüşdür ki, bükümlərdə heroin, metamfetamin və bir ədəd elektron tərəzi var. Heroin və metamfetamin isə dediyindən lap çoxdur. O, Tofiqlə “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlamış və metamfetamin və heroini nə üçün çox göndərdiyini soruşduqda, Tofiq bildirmişdir ki, narahat olmasın, lazım olanı satar, qalanını isə dediyi yerə aparıb qoyar, tərəzini isə narkotiki çəkmək üçün göndərdiyini bildirmişdir. O, Bəhruza zəng vurub bildirmişdir ki, narkotik vasitə ondadır, gəlib götürə bilər. 23 noyabr 2021-ci ildə saat 19 radələrində Bəhruz ona zəng vurub narkotik vasitəni ondan götürmək istədiyini bildirmişdir. O, X10 qəsəbəsində yerləşən 90 nömrəli orta məktəbin yanına gəlməsini demiş və evdə 5 qram metamfetamin və 5 qram heroini elektron tərəzidə ölçüb götürmüş və hərəsini bir bükümə qoyub əynində olan şalvarın arxa sağ cibinə qoymuşdur. Qalan heroin və metamfetamin bükümlərini və bir ədəd elektron tərəzini evdə olan ağ rəngli bir ədəd plastik qaba qoyub yataq otağında paltar dolabının içinə qoymuşdur. O, yaşadığı evdən çıxıb Bəhruzla görüşüb narkotiki ona vermək üçün Yeni Ramana qəsəbəsində yerləşən 90 nömrəli məktəbə tərəf getmək istəyərkən üç nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaları kimi təqdim etmişlər. Ondan adını və soyadını soruşmuşlar. O da özünü təqdim edəndən sonra onlar üzərində şəxsi axtarış aparılması üçün onu Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə 12-ci Polis Şöbəsinə getmişdir. Orada xidməti otaqların birində ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, ona vəkil təqdim olunmuş və ona vəkilin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Bundan sonra vəkilin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. O, əynində olan şalvarın arxa sağ cibindən iki ədəd büküm, şalvarın arxa sol cibindən 162 manat pul, şalvarın sol yan cibindən iki ədəd «Samsung» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyub bildirmişdir ki, bir ədəd bükümdə narkotik vasitə heroin, bir ədəd bükümdə isə psixotrop maddə metamfetamdir, həmin maddələri satış məqsədi ilə üzərində saxlamışdır. Həmin maddələri bir neçə gün əvvəl İran İslam Respublikasının vətəndaşı Tofiq adlı şəxsin vasitəsi ilə Abşeron rayonu ərazisində yolun qırağından götürdüyünü, Tofiq adlı şəxsin dediyi yerə qoyacağı müqabilində pul əldə edəcəyini, narkotik vasitə və psixotrop maddənin qalan hissəsinin evdə olduğunu bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış və üzərində qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Bundan sonra о протоколу imzalamışdır. O, kirayə yaşadığı evə baxış keçirilməsi ilə əlaqədar ərizə yazmışdır. Bundan sonra müdafiəçi, təhqiqatçı və onu saxlayan polis əməkdaşları ilə birlikdə kirayə yaşadığı ünvan 3 evə getmişlər. Həmin vaxtı videoçəkiliş aparılmağa başlanmışdır. Videoçəkilİş zamanı o, evin yataq otağında paltar dolabının içində olan bir ədəd ağ rəngli plastik qaбı çıxarıb otaqda stolun üzərinə qoymuş və plastik qabın içində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin ağ rəngli plastik qabın içindən bir ədəd elektron tərəzi, 3 ədəd sellofan büküm, 3 ədəd sellofan bağlama aşkar edilmişdir. 3 ədəd sellofan bükümün içərisində metamfetamin və heroin olmasını bildirmişdir. Bundan sonra 3 ədəd sellofan bağlamaya baxış keçirilən zaman birinci bağlamada narkotik vasitə heroin, ikinci sellofan bağlamanın içərisində 6 ədəd sellofan bükümdə narkotik vasitə heroin, üçüncü sellofan bağlamada isə 14 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Beləliklə plastik qabın içindən ümumilikdə 8 ədəd bükümdə narkotik vasitə heroin, 16 ədəd bükümdə isə psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi aşkar olunmuşdur. Hərəkətindən peşman olmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, İran İslam Respublikasının vətəndaşı özünü Tofiq kimi təqdim edən şəxsin anket məlumatlarını bilmir. X15 Respublikasında olduğunu ona demişdir. Tofıq ona demişdir ki, Bakı şəhərində adamları var onun adamları narkotik vasitə və psixotrop maddələri ünvaнлara qoyurlar. O da həmin ünvandan narkotiki götürüb Tofıqin dediyi yerlərə çatdırmalı imiş. İstintaqda ona qarşı heç bir təsir və təzyiq olmamış, o, hadisəni olduğu kimi demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 23 noyabr 2021-ci ildə Saatlı şəhəri, Babək küçəsi, 110 nömrəli evdə qeydiyyatda olan və ünvan 3 evdə kirayə yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün ondan və Baş İdarənin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 23 noyabr 2021-ci ildə saat 21:30-da keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 3 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs əlamətlərinə uyğun olan bir nəfər görüb ona yaxınlaşıb, özlərini təqdim etmişlər və həmin şəxsdə özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə 12-ci Polis Şöbəsinə getmişdir. Xidməti otaqların birində təhqiqatçı X2 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Bundan sonra videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmamışdan qabaq üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif lunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın arxa sağ cibindən iki ədəd büküm, şalvarın arxa sol cibindən 162 manat pul, şalvarın sol yan cibindən iki ədəd “Samsung” markalı mobil telefon aparatı, şalvarın sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi və yaşadığı evin bir ədəd açarını çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Sorğu zamanı təqisrləndirilən şəxs bir bükümdə narkotik vasitə heroin, digər bükümdə isə psixotrop maddə metamfetamin olduğunu və özünə məxsus olduğunu bildirmişdir. X3 tərəfindən bükümlər açılmış, bükümün birinin içərisindən qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, digər bükümün içərisindən ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd büküm elektron tərəziyə qoyularaq çəkilmiş və qablaşdırma ilə birlikdə hər iki büküm ayrı-ayrılıqda 5 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir bükümdə narkotik vasitə heroinə bənzər maddəni, bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddəni, bir ədəd şəxsiyyət vəsiqəsi və iki ədəd “Samsung” markalı mobil telefon aparatı cinayət təqibi üzrə sübut əhəmiyyətli olduğundan götürülmüş, iki ədəd büküm içi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd açar özünə qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə saxladığını, həmin maddələri İran İslam Respublikasının vətəndaşı Tofiq adlı şəxsin vasitəsi ilə bir neçə gün öncə Abşeron rayonu ərazisində yolun qırağından götürdüyünü və Tofiq adlı şəxsin dediyi yerə qoyması müqabilində pul əldə edəcəyini və kirayə yaşadığı evdə də narkotik maddə və psixotrop maddəni saxladığını, həmin narkotik maddə və psixotrop maddələri təqdim edə biləcəyini və həmin ünvana baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, ucadan oxunmuş, heç bir əlavə və qeyd daxil olmadığından protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxsin kirayə yaşadığı ünvan 3 ünvanda yerləşən həyət evinə gəlmişlər. X3 tərəfindən Təqsirləndirilən şəxs qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs evin yataq otağında yerləşən dolabdan bir ədəd ağ rəngli plastik materialdan hazırlanmış qabı təqdim etmişdir. Təqdim olunmuş həmin qabdan bir ədəd elektron tərəzi, 3 ədəd sellofan büküm, 3 ədəd sellofan bağlama aşkar olunmuşdur. Aşkar olunmuş 3 ədəd sellofan büküm açılmış və həmin bükümlərin ikisinin içərisindən psixotrop maddə metamfetaminə bənzər maddə, birinin içərisində isə narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra 3 ədəd sellofan bağlamaya baxış keçirilən zaman birinci bağlamada narkotik vasitə heroinə bənzər maddə, ikinci sellofan bağlamanın içərisində 6 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə, üçüncü sellofan bağlamada isə 14 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Plastik qabın içindən ümumilikdə 08 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, 16 ədəd bükümdə isə psixotrop maddə metamfetaminə bənzər maddə və 01 ədəd elektron tərəzi aşkar olunmuşdur. Bundan sonra aşkar olunmuş bükümlər və 01 ədəd elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Həmin ünvanda şərait olmadığı üçün protokol tərtib olunması üçün iştirakçılarla birlikdə 12-ci Polis şöbəsinə gedərək orada Təqsirləndirilən şəxs kirayə yaşadığı evə baxış keçirilməsi və götürmə ilə əlaqədar protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxs özü könüllü həm üzərində olan narkotik vасitələri təqdim etmiş, həm də yaşadığı mənzilə baxış zamanı da özü könüllü olaraq narkotik vasitəni və tərəzini təqdim etmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq və təsir olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Şahid2, Şahid3 eyni məzmunlu ifadələr verərək, Şahid1 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid4 ifadəsindən görünür ki, o, Saatlı şəhəri, ünvan 4 ünvanda yaşayır. O, 1981-ci ildə X8 ailə həyatı qurmuş və onların birgə nikahdan qızı Pərvanə Məmmədova və oğlu Təqsirləndirilən şəxs anadan olmuşdur. Oğlu Təqsirləndirilən şəxs 1991-1998-ci illərdə Saatlı şəhər orta məktəbində Azərbaycan dilində təhsil almışdır. X14 xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün 1998-ci ildə Rusiya Federasiyasının Volqaqrad vilayətinin Krasnoarmeysk şəhərinə getmişdir. Oğlu Təqsirləndirilən şəxs səs tellərində şiş olduğu üçün 1998-ci ildə müalicəsi üçün Volqaqrad vilayətinin Krasnoarmeysk şəhərində yaşayan X14un yanına getmiş və orada müalicə almışdır. Oğlu Təqsirləndirilən şəxs X14un yanında qalmış və Krasnoarmeysk şəhərində oğlu Təqsirləndirilən şəxs mobil telefon oğurladığı üçün 10 noyabr 2005-ci il Krasnoarmeysk Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 04 avqust 2007-ci ildə cəzanın sonu ilə azad olunmuşdur. Oğlu Təqsirləndirilən şəxs Volqaqrad vilayətinin Svetloyarsk şəhərində bağ evlərindən oğurluq etdiyi üçün 30 avqust 2010-cu il Sevtloyarsk Rayon Məhkəməsinin hökmü 4 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 2013-cü ildə oğlu Təqsirləndirilən şəxs verilmiş cəzanın qalan hissəsini Azərbaycan Respublikasında çəkmək üçün göndərilmiş və 01 avqust 2014-cü ildə cəzanın sonu ilə 12 saylı cəzaçəkmə müəsissəsində azad olunmuşdur. Oğlu Təqsirləndirilən şəxs Saatlı şəhərinə gəlmiş və 2016-cı ildən Bakı şəhərinə gələrək çörək pulu qazanmaq üçün müxtəlif yerlərdə avtoyuma məntəqsində avtomobil yuyan işləmişdir. Oğlu Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində fərdi yaşayış evində kirayə yaşayırmış. O, arada Bakı şəhərinə gəlib oğlu Təqsirləndirilən şəxs yanında 5-10 gün qalıb gedirmiş. 23 noyabr 2021-ci ildə oğlu Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə heroini haradan, kimdən və nə məqsədlə əldə etdiyini, üzərində və kirayə yaşadığı evdə saxladığını bilməmiş və bu barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidлярин ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış DİN-nin BNMİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 23 noyabr 2021-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 6-7-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış DİN-nin BNMİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 23 noyabr 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 95-96-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 5(008)- 655/2021 saylı qərarından görünür ki, DİN-nin BNMİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair 23 noyabr 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin 10-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general mayoru İslam Hümbətovun 23 noyabr 2021-ci il tarixli, Ə 314-008-21 saylı Əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 30-32-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 noyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsindən əvvəl sonuncuya paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ arxa cibindən 2 ədəd sellofan bükümü, sol arxa cibindən 162 manat məbləğində pulunu, sol yan cibindən 2 ədəd “Samsung” markalı mobil telefonu, sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və yaşadığı evin açarını təqdim etmişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilərkən, onun üzərindən heъ bir əşya və ya predmet tapılmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi açar ona qaytarılmış, 2 ədəd “Samsung” markalı mobil telefonu və şəxsiyyət vəsiqəsi götürülmüşdür. Təqdim edilmiş sellofan bükümlərə baxış keçirildikdə, bükümlərin birində ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə, digər bükümdə isə qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Təqdim edilmiş bükümlər qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi 162 manat pulu narkotik vasitənin satışından əldə etdiyini bildirmiş və həmin pul qablaşdırılıb götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə heroin və metamfetamin olduğunu, həmin maddəni satış məqsədilə saxladığını, həmin maddəni İran İslam Respublikasının vətəndaşı Tofiq adlı şəxsin vasitəsilə, bir neçə gün öncə Abşeron rayonu ərazisində yolun kənarından götürdüyünü, həmin maddələri Tofiq adlı şəxsin dediyi yerlərə qoyması müqabilində pul əldə etdiyini, narkotik vasitənin qalan hissəsini kirayə yaşadığı evində saxladığını, evinə baxış keçirilməsiə heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 34-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 23 noyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu kirayə yaşadığı ünvan 5 ünvanına baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Cinayət işinin 35-36-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 noyabr 2021-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs evin yataq otağında yerləşən dolabdan 1 ədəd ağ rəngli plastik materialdan hazırlanmış qabı təqdim edərək evində olan bütün narkotik tərkibli maddələrin o qabın içərisində olduğunu bildirmişdir. Bundan sonra həmin qaba baxış keçirilmişdir. Həmin qabın içərisindən 1 ədəd gümüşü rəngli elektron tərəzi, 3 ədəd sellofan büküm, 3 ədəd sellofan bağlama aşkar edilmişdir. 3 ədəd sellofan bükümdən ikisində psixotrop maddə metamfetaminə bənzər maddə, digərində isə narkotik vasitə heroinə bənzər maddə aşkar edilmiş, 3 ədəd sellofan bağlamada birinə heroinə bənzər kütlə, digərində içərisində ümumilikdə 6 ədəd sellofan bükümdə heroinə bənzər kütlə, üçüncü bağlamada isə 14 ədəd bükümdə metаmfetaminə bənzər kütlə aşkar edilmişdir. Aşkar edilmiş bükümlər və tərəzi qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdə heroin və metamfetamin olduğunu, həmin maddələri satış məqsədilə İran İslam Respublikasının vətəndaşı Tofiq adlı şəxsin vasitəsilə əldə etdiyini bildirmişdir. Evə baxış zamanı əlavə qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 46-51-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 24 noyabr 2021-ci il tarixli 6/5199 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd sellofan' yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,039 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,902 qram ağ rəngli krislallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş kütlələr və elektron tərəzi” yazısı və imzalar olan kağız paketdəki 8 (səkkiz) ədəd bükümdə təmiz çəkisi 39,457 qram qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 16 (on altı) ədəd bükümdə ümumi təmiz çəkisi 24,157 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Vətəndaş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 43,496 qramdır və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Vətəndaş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş metamfetaminin təmiz çəkisi 29,059 qramdır və həmin metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş bir ədəd arxasında “500g/0.01g” yazısı olan “gümüşü” rəngli elektron tərəzinin üzərində heroin və metamfetamin izləri vardır. İz şəklində olduğu üçün heroin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metafetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. 28 iyun 2005-ci və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin “Azərbaycan Respublikasınin ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahisına daxildirlər. Cinayət işinin 64-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 noyabr 2021-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 23 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi zamanı qeydə alınmış video görüntülərə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli şalvarının sağ arxa cibindən 2 ədəd sellofan büküm, sol arxa cibindən 162 manat məbləğində pul, sol yan cibindən 2 ədəd “Samsung” markalı mobil telefonu, sağ yan cibindən şəxsiyyət vəsiqəsi və açar təqdim etmişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilərkən, onun üzərindən heъ bir əşya tapılmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi açar ona qaytarılmış, 2 ədəd “Samsung” markalı mobil telefonu və şəxsiyyət vəsiqəsi götürülmüşdür. Daha sonra təqdim edilmiş sellofan bükümlərə baxış keçirildikdə, bükümlərin birində ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə, digər bükümdə isə qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Təqdim edilmiş bükümlər qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi 162 manat pulu narkotik vasitənin satışından əldə etdiyini bildirmiş və həmin pul da qablaşdırılıb götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə heroin və metamfetamin olduğunu, həmin maddəni satış məqsədilə saxladığını, həmin maddəni İran İslam Respublikasının vətəndaşı Tofiq adlı şəxsin vasitəsilə, bir neçə gün öncə Abşeron rayonu ərazisində yolun kənarından götürdüyünü, həmin maddələri Tofiq adlı şəxsin dediyi yerlərə qoyması müqabilində pul əldə etdiyini, narkotik vasitənin qalan hissəsini kirayə yaşadığı evində saxladığını, evinə baxış keçirilməsiə heç bir etirazının olmadığını bildirmişdir.. Cinayət işinin 65-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 noyabr 2021-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 24 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına baxış keçirilməsi zamanı qeydə alınmış video görüntülərə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yataq otağında yerləşən dolabdan 1 ədəd ağ rəngli plastik materialdan hazırlanmış qabı təqdim etmiş, həmin qaba baxış keçirilmişdir. Həmin qabın içərisindən 1 ədəd gümüşü rəngli elektron tərəzi, 3 ədəd sellofan büküm, 3 ədəd sellofan bağlama aşkar edilmişdir. Baxış zamanı 3 ədəd sellofan bükümdən ikisində psixotrop maddə metamfetaminə bənzər maddə, digərində isə narkotik vasitə heroinə bənzər maddə aşkar edilmiş, 3 ədəd sellofan bağlamada birinə heroinə bənzər kütlə, digərində içərisində ümumilikdə 6 ədəd sellofan bükümdə heroinə bənzər kütlə, üçüncü bağlamada isə 14 ədəd bükümdə metаmfetaminə bənzər kütlə aşkar edilmişdir. Aşkar edilmiş bükümlər və tərəzi qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdə heroin və metamfetamin olduğunu, həmin maddələri satış məqsədilə İran İslam Respublikasının vətəndaşı Tofiq adlı şəxsin vasitəsilə əldə etdiyini bildirmişdir. Evə baxış zamanı əlavə qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin 129-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-dən daxil olmuş 05 fevral 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 149-151-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kompüter texniki ekspertizasının 19 yanvar 2022-ci il tarixli 5/1436 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 10” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy J6” markalı “SM- J600F/DS” modelli “**********53249, **********3247” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir Təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 11” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A12” markalı “SM-A127F/DSN” modelli “**********69763, **********69762” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan “Samsung Galaxy J6” markalı “SM-J600F/DS” modelli smartfonun yaddaşında (kontaktlar, zənglər, SMS mesajlar, audio, foto, video fayllar, WhatsApp proqram təminatı, İnstagram sosial şəbəkə vasitəsi ilə aparılmış məlumat mübadilələri və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olunmuşdur. Tədqiq olunan “Samsung Galaxy A12” markalı “SM-A127F/DSN” modelli smartfonun yaddaşında mövcud olan (kontaktlar, zənglər, SMS mesajlar, audio, foto, video fayllar, WhatsApp proqramı təminatı vasitəsi ilə aparılmış audio fayllar və sairə) məlumatlar müəyyən olunmuşdur. Rəyin “Tədqiqi hissəsi”nin 4-cü bəndində göstərilən səbəblərə görə tədqiq edilmiş “Samsung Galaxy A12” markalı “SM-A127F/DSN” modelli mobil smartfonun yaddaşında hər hansı bir məlumatın (kontakt, zəng, SMS mesaj, foto, audio, video fayllar, WhatsApp, Messenger proqram təminatı, sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadiləsi və sairə) pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. Rəyin “Tədqiqi hissəsinin 5-ci bəndində göstərilən səbəblərə görə tədqiq edilmiş “Samsung Galaxy A12” markalı “SM-A127F/DSN” modelli mobil smartfonun yaddaşına quraşdırılmış WhatsApp proqram təminatına daxil olunmamış və həmin proqram təminatı vasitəsilə hər hansı bir məlumat (çat seansı və sairə) mübadiləsinin aparılıb-aparılmaması üzrə tədqiqat işləri aparılmamışdır. Cinayət işinin 156-160-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 mart 2022-ci il tarixli cinayət işinin istintaq materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, məhkəmə texniki ekspertizasından təqdim edilmiş DVD disklərə baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung Galaxy J6” markalı mobil telefonun “İmage” bölməsində ağ rəngli salfetin üzərində çoxsaylı ağ kristallik formada psixotrop maddə metamfetaminə bənzər maddə və bir ədəd gümüşü rəngli falqa şəkli aşkar edilmiş. Həmçinin, telefonda sms bölməsində ***-***-**-** Zaur Passi nömrəsindən 22.11.2021-ci ildə “qaqam puluyla tema kanalm coxdu, ama xeyri hemse se”, ***-***-**-** Ekber nömrəsindən 22.11.2021-ci ildə “Salam orxan qardasim menem ekber.atam 1 dene butov”, ***-***-**-** Memi nömrəsindən 01.11.2021-ci ildə “qaqa mene bir iki daş vere bilersen”, ***-***-**-** nömrəsindən “Qaqa vajni ac qardasimsan gelirem tema goturem ”, ***-***-**-** nömrəsindən 31.10.2021-ci ildə “Qaqa başua donum menen goruşmemiş getme pisem lele” məzmunlu mesajlar; “Audio” fayllarda 9-cu sırada olan faylda kişi cinsli bir səs “lazımdırsa bir qram var ha”, 25-ci sırada olan faylda “Salam orxan necesen, ne var ne yox? Vəziyyətin necedi, mal göturecem bu gün ya yox, rayondasan hələ”, “Azerplus” adlı faylda Yusif Nicat ***-***-**-** nömrəsindən 23.11.2021-ci ildə saat 13:22-də “bide axşam saat 10 da 11 de zeng vuracam gelecem 1-2 nefer var daş goturecek ozumde gelecem ona kimide gorem basqa isteye varmi nese”, 23.11.2021-ci ildə saat 13:23-də “1 nefer deqiqdi da. Goturen axşam meni gozdur ona kimide gorum men neynym başqa 1-2 nefer e tapsam hec olmasa 50-60 manatliq nese goturerdim da”, 23.11.2021-ci ildə saat 17:50-də “qaqa sen 10 nluq daş Duzelt o defeki kimi qadan alaram 1 dene ot duzelt, 2 denede metini qoy qiraga 5 deyqeye ordayam catiram qaqa”məzmunlu mesajlar; Mobil telefonun kontaktında +**********6, +**********96, +**********78, +**********65, +**********5 saylı İran İslam Respublikası və Rusiya Federasiyasına məxsus mobil telefon nömrələri qeydiyyata alınmışdır. “Audio” faylda 46-cı sırada olan faylda “qardaşım, patını neçəynə verirsən, kolanı neçeynen verirsen qaqam”, 47-ci sırada olan səs faylında “yaxşı 27 ilə dedin, mənidə bir az açmadı, hara patısıdır”, 53-cü sırada olan səs faylında “mənim qardaşım, 10-15 manatlıq malımı alıram, bir balaca şeyi tulluyursan ora, çıxıb gediblər, bu sənin işin deyil, bu kiminsə işidir, olmur axı Orxan, başına dönərəm” məzmunlu mesajlar aşkar edilmişdir. Cinayət işinin 102-103-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X4 03 dekabr 2021-ci il tarixli maddi sübut qismində tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,939 qram heroin, 4,802 qram metamfetamin, yaşadığı evdən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 39,217 qram heroin, 23,897 qram metamfetamin, 1 ədəd “500g/0.01g” markalı elektron tərəzi maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin 152-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X4 10 mart 2021-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Samsung Galaxy J6” markalı və 01 ədəd “Samsung Galaxy A12” markalı mobil telefonlar maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabunçu RPİ-nə təhvil verilmişdir. Cinayət işinin 120-ci vərəqəsində olan qəbzdən görünür ki, Şahid4 Nəzarət qızı oğlu Təqsirləndirilən şəxs məxsus 162 manatı təhvil almışdır. Cinayət işinin 192-193-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X4 14 mart 2022-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işindən narkotik vasitə və psixotrop maddənin mənbəyini müəyyən etmək üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə icraata cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək, aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin ona məxsus olduğunu, Tofiq adlı İran vətəndaşının dediyi yerlərə həmin maddələri qoyaraq əvəzində pul qazandığını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs özünün etirafını, şahidlərin ifadələrini, ekspert rəylərini, Təqsirləndirilən şəxs telefonunda olan sms mətnlərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən “heroin”in və metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 106-108-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 27 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Məmmədov X5 Şəhər Krasnoarmeysk Rayon Məhkəməsinin 10 noyabr 2005-ci il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 161.2-ci maddəsinin A.Q bəndi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 04 avqust 2007-ci ildə cəzasının sonu ilə azad olunmuş; X1 Rayon Məhkəməsinin 30 avqust 2010-cu il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 158.2-ci maddəsinin A,B,V bəndi, 158.2-ci maddənin A,V bəndi, 158.2-ci maddənin A bəndi, 69.2-ci maddə ilə təqsirli bilinərək 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 28 mart 2011-ci ildə Rusiya Federasiyası Volqoqrad Vilayət Məhkəməsinin Cinayət İşləri Üzrə Məhkəmə Kollegiyasının hökmü dəyişdirilib, Rusiya Federasuyası CM-nin 158.2B maddənin A,B,V bəndi, 158.2B maddənin A,V bəndi, 158.2B maddənin A bəndi, 69.2-ci maddəsi ilə 4 il 6 ay cəzası saxlanılmış, Mordariya Res.Zubavo-Polyansk Rayon Məhkəməsinin 11 aprel 2013-cü il tarixli qərarı ilə cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilmiş; cinayət işinin 135-139-cu vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2013-cü il tarixli, 7(101)-34/2013 saylı qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, 02 avqust 2014cü ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində qeyd edilmişdir ki, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 83.3.3-ci maddəsinə müvafiq olaraq az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 122-123-cü vərəqələrində olan sosial arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİİ qrup əlildir. Cinayət işinin 145-146-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 12 yanvar 2022-ci il tarixli, 154 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 154-155-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 07 fevral 2022-ci il tarixli, 296 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun İİİ qrup əlil olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir.dir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 23 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 21-ci vərəqəsində olan 23 noyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 90-92-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli 4(008)-945/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 23 noyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlanılma anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,939 qram heroin, 4,802 qram metamfetamin, yaşadığı evdən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 39,217 qram heroin, 23,897 qram metamfetamin, 1 ədəd elektron tərəzi məhv edilməli, 1 ədəd “Samsung Galaxy J6” markalı və 1 ədəd “Samsung Galaxy Al2“ markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs yaxın qohumuna qaytarılmalı, iki ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilərək saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 174 (yüz yetmiş dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 07 (йедди) ил müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. OZ.Məmmədovun cəzaçəkmə müddətinin əvvəli 23 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlanılma anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,939 qram heroin, 4,802 qram metamfetamin, yaşadığı evdən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 39,217 qram heroin, 23,897 qram metamfetamin, 1 ədəd elektron tərəzi məhv edilsin. 1 ədəd “Samsung Galaxy J6” markalı və 1 ədəd “Samsung Galaxy Al2“ markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs yaxın qohumuna qaytarılsın. Иki ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilərək saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 174 (yüz yetmiş dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-908/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-908/2022
20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver