Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-908/2024 20.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X8 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamış, daşımış və satmışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə xarici əlamətləri və kimyəvi komponent tərkiblərinə görə enyilik təşkil edən, təmiz çəkiləri 1,214 qram qəhvəyi rəngli tozşəkilli və 1,602 qram qəhvəyimtil rəngli, axıcı kütlə şəkilli olmaqla, ümumi təmiz çəkisi 2,816 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 28 fevral 2023-cü il tarixində, gecə saatlarında Şahid4 vasitəsi ilə Şahid3 50 manat pulun müqabilində bir ədəd qızılı rəngli kağız bükümün içərisində olan bir ədəd şəffaf polietilen bükümdə qəhvəyi rəngli axıcı kütlə şəkilli maddə kustar üsulla hazırlanmış, təmiz çəkisi 1,602 qram narkotik vasitə heroini satmış və əldə edilmiş məlumatlar əsasında davam etdirilən əməliyyataxtarış tədbirləri nəticəsində o, 01 mart 2023-cü il tarixində, saat 23:40-da ünvan 3 ünvanda saxlanılaraq ünvan 4 Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gətirilib, orada 02 mart 2023-cü il tarixində, saat 00:50-də üzərində aparılmış axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,214 qram olan həmin qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında əvvəlcədən razılaşdırılmış plana uyğun hərəkət edərək 2023-cü il, fevral ayında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində naməlum vaxt və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan cinayətkar qrupun üzvündən 20 manata xarici əlamətləri və kimyəvi komponent tərkiblərinə görə enyilik təşkil edən, təmiz çəkiləri 1,214 qram qəhvəyi rəngli tozşəkilli və 1,602 qram qəhvəyimtil rəngli, axıcı kütlə şəkilli olmaqla, ümumi təmiz çəkisi 2,816 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 28 fevral 2023-cü il tarixində gecə saatlarında Şahid4 vasitəsi ilə Şahid3 50 manat pulun müqabilində bir ədəd qızılı rəngli kağız bükümün içərisində olan bir ədəd şəffaf polietilen bükümdə qəhvəyi rəngli axıcı kütlə şəkilli maddə kustar üsulla hazırlanmış, təmiz çəkisi 1,602 qram narkotik vasitə heroini satmış və əldə edilmiş məlumatlar əsasında davam etdirilən əməliyyataxtarış tədbirləri nəticəsində o, 01 mart 2023-cü il tarixində saat 23.40 dəqiqədə ünvan 6 ünvanda saxlanılaraq ünvan 4 Binəqədi RPİ-nin 43-cü Polis bölməsinə gətirilib, orada 02 mart 2023-cü il tarixində saat 00.50 dəqiqədə üzərində aparılmış axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,214 qram olan həmin qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, 3 ildir ki, narkotik vasitə olan “kakos” adı ilə tanınan heroindən falqada çəkərək istifadə edir. Narkotik vasitəni adətən yaşadığı Binəqədi qəsəbəsində “Çolaq” adlı şəxsdən, həmçinin adını bilmədiyi, lakin üzdən tanıdığı şəxslərdən alaraq istifadə etmişdir. “Çolaq” adlı şəxs hazırda vəfat etmişdir. Özü daim müxtəlif işlərdə işləyərək pul qazanmış, narkotik vasitədən istifadəyə başladıqdan sonra iki maşınını və 10 sot torpaq sahəsini satmış, lakin narkotik vasitə satışı ilə məşğul olmamışdır. Hadisə günü üzərində Zabrat ərazisindən öz istifadəsi üçün 20 manata aldığı təxminən yarım qram narkotik vasitə olmuşdur. 01 mart 2023-cü il tarixdə, gecə saatlarında yaşadığı evdə olan zaman 9 nəfər polis əməkdaşları tərəfindən tutularaq polis bölməsinə aparılmışdır. Həmin vaxt evinə baxış keçirilsə də, heç nə aşkar edilməmişdir. X11 adlı şəxs üzərində olan narkotik vasitəni qramı çox olan narkotik vasitə ilə dəyişmişdir. Bölmədə polis əməkdaşlarının dedikləri ilə razılaşmağına səbəb pis vəziyyətdə olmağı, artıq narkotik vasitə istifadəsindən bezməyi və sağalmaq istəməyi olmuşdur. Ona bölmədə onu istifadəçi kimi qeydə alacaqlarını bildirmişlər, sonradan məhkəmədə barəsində 3 ay həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti iki dəfə uzadılmış, müvəqqəti saxlama yerinə keçiriləndə isə 234.4.3-cü maddə ilə ittiham olunduğunu bilmiş və bundan sonra sənədləri imzalamaqdan imtina etmişdir. Şahid4la birlikdə narkotik vasitə alıb istifadə etdikləri hallar olmuşdur. Rafiq işləmədiyinə görə narkotik vasitənin pulunu əsasən o ödəmişdir. Bu halda Rafiq narkotik vasitəni alıb aparmamış, birlikdə istifadə etmişlər. Rafiq iki-üç ay idi ki, narkotik vasitə istifadə etməyə başlamışdır. 28 fevral 2023-cü il tarixdə Rafiqə heç bir narkotik vasitə satmamışdır. Şahid4 onun əleyhinə ifadə verməsinə səbəb polis əməkdaşlarının tapşırığı olmuşdur. Özünü narkotik vasitələrin satışı ilə bağlı təqsirli bilmir. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili işləyən zaman, yəni 01 mart 2023-cü il tarixdə ona Şahid3 qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə edərək üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq onun və bölmənin əməkdaşı Şahid2 iştirakı ilə əməliyyat tədbirləri həyata keçirilmişdir. Əməliyyat tədbirinə uyğun olaraq 01 mart 2023-cü il tarixdə, saat 12:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsində yerləşən məscidin yaxınlığında Şahid3 tərəflərindən saxlanılmış və polis bölməsinə dəvət edilmişdir. Bölmədə olan zaman təhqiqatçı tərəfindən müvafiq sənədləşmə aparılmış və Şahid3 üzərinə baxış keçirilmişdir. Baxış zamanı Şahid3 əynində olan qara rəngli gödəkçənin sol yan cibində olan «NOKİA» markalı mobil telefonu və sağ ayağında olan qara rəngli çəkmənin içərisində olan qızılı rəngli kağızda olan bükümü çıxararaq təqdim etmişdir. Sorğu-sual zamanı Şahid3 həmin qızılı rəngli kağız bükümün içərisində narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni 28 fevral 2023-cü il tarixində, saat 23:30 radələrində tanışı “Rafiq” adlı şəxsə 50 (əlli) manat pul verməklə bədənində olan ağrılardan əzab çəkdiyindən öz şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığını bildirmişdir. Şahid3 dediklərini yoxlamaq məqsədi ilə əməliyyat tədbiri həyata keçirilmiş və Şahid2 ilə birlikdə 01 mart 2023-cü il tarixində, saat 21:30 radələrində ünvan 8 ünvanının yaxınlığında Şahid4 saxlanılaraq polis bölməsinə dəvət edilmişdir. Bölmədə təhqiqatçı tərəfindən sənədləşmə işləri aparılmış, Şahid4 üzərinə baxış keçirilən zaman hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Şahid4 Şahid3 verdiyi narkotik vasitəni tanıdığı Kərim adlı şəxsdən aldığını bildirdiyindən bununla bağlı əməliyyat tədbirləri həyata keçirilmiş və şəxsiyyətini müəyyən etdikləri Təqsirləndirilən şəxs 01 mart 2023-cü il tarixində, saat 23:40-da ünvan 1 ünvanının yaxınlığında piyada olarkən tərəflərindən saxlanılmış və 43-cü Polis Bölməsinə dəvət edilmişdir. Bölmədə olarkən təhqiqatçı tərəfindən sənədləşdirmə aparıldıqdan, vəkil dəvət edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı qanunla qadağan olunmuş başqa heç nə aşkar edilməmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu bükümdəkinin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin “kakos”u bir gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını demişdir. Təhqiqatçı tərəfindən müvafiq sənədləşmə işləri aparılmış, bütün iştirakçılar, həmçinin onun tərəfindən tərtib olunmuş sənədlər imzalanmışdır. Onlar Təqsirləndirilən şəxs küçədə, piyada hərəkətdə olan zaman saxlamışlar. Onlar tərəfindən Təqsirləndirilən şəxs fiziki, psixi təsir olmamışdır. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə rəisi Şahid2 da Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, onunla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. Təxminən 2-3 ildir ki, narkotik vasitələrdən istifadə edir. Adətən narkotik vasitələri müxtəlif yerlərdən, tanımadığı şəxslərdən almışdır. 28 fevral 2023-cü il tarixdə, axşam təxminən saat 23:30-da Binəqədi qəsəbəsində yaşayan tanışı Şahid4 yanına getmiş, onunla görüşərək ondan narkotik vasitə tapmasını xahiş etmişdir. Rafiq də tanıdığı narkotik vasitələrin satışı ilə məşğul olan bir tanışından ala biləcəyini demişdir. O da Rafiqə 50 (əlli) manat verərək onun üçün narkotik vasitə olan heroin almasını xahiş etmişdir. Rafiq də verdiyi pulu ondan götürüb getmiş, təxminən 20-30 dəqiqə sonra qayıdıb gələrək ona aldığı bir bükümdə narkotik vasitə heroini vermişdir. Bükümdə təxminən 01 qram narkotik maddə olmuşdur. Belə ki, 50 manata təxminən 01 qram narkotik maddə almaq olur. O, həmin narkotik vasitənin az bir hissəsini istifadə etmək üçün Rafiqə vermiş, bir yerdə narkotik vasitədən istifadə etmiş və yerdə qalan hissəsini isə götürüb yaşadığı evinə getmişdir. Səhərsi günü, yəni 01 mart 2023-cü il tarixində, təxminən saat 12:00 radələrində həmin narkotik vasitəni sağ ayağına geyindiyi qara rəngli çəkmənin içərisinə qoyaraq yaşadığı evdən çıxıb marketə gedən zaman Binəqədi rayonu, Binqədi qəsəbəsi, G.Ramazanov küçəsində yerləşən məscidin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsində üzərinə baxış keçirilən zaman sağ ayağında olan qara rəngli çəkmənin içərisində saxladığı Şahid4 ona verdiyi, bir yerdə çəkdikdən sonra qalan hissə, bir ədəd qızılı rəngli kağız bükümdə olan narkotik vasitə heroini təqdim etmişdir. Onun üçün narkotik vasitəni verdiyi 50 manat pulun müqabilində tanışı Şahid4 alıb gətirmişdir. Şahid4 həmin narkotik vasitəni kimdən alması barədə məlumatı yoxdur. Əbülkərim Quliyev haqqında Şahid4 ona heç nə deməmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadıqları məhəllədən tanıyır, onunla heç bir qohumluğu və ya düşmənçiliyi yoxdur. 2 ildən artıq müddətə narkotik vasitələrdən istifadə etmiş, hazırda müalicə olunaraq reabilitasiya keçmiş və artıq 7 aydan artıqdır ki, narkotik vasitədən istifadə etmir. Təqsirləndirilən şəxs “Kərim” adı ilə məhəllə sakini, həmçinin narkotik vasitə istifadə edən biri kimi tanımışdır. Özü üçün narkotik vasitəni bəzən Əbdülkərimdən, bəzən də “Çolaq” ləqəbli şəxsdən pul verərək almışdır. Adətən 10 manat və 20 manat məbləğində narkotik vasitə olan heroin almışdır. Şahid3 da narkotik vasitə istifadə etdiyi üçün tanımışdır. Ətirinin xahişinə və verdiyi pula görə Əbdülkərimdən iki dəfə, bir dəfə 10 manat məbləğində, ikinci dəfə isə 50 manat məbləğində narkotik vasitə olan heroin almışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni haradan və kimdən aldığını bilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni bəzən pulu aldıqdan 10-15 dəqiqə sonra, bəzən də üzərindən çıxararaq ona vermişdir. Əbdülkərimin ona nisyə narkotik vasitə verməsi halı olmamış, həmişə pulunu ödəyərək almışdır. Bəzən Əbdülkərimlə bir yerdə istifadə də etmişdir. 28 fevral 2023-cü il tarixdə axşam saatlarında, təxminən 23 radələrində Ətiri onunla görüşmüş, ona narkotik vasitə tapmaqda köməklik etməsini xahiş etmiş və buna görə ona 50 manat pul vermişdir. O da Ətiridən pulu götürüb Əbdülkərim yaşadığı ünvana getmiş, Ətiriyə isə onu yaşadığı ünvanda küçədə gözləməsini demiş, sonra o, Əbdülkərimin yaşadığı evə gəlib Ətiridən aldığı pula ondan bir bükümdə “kakos" kimi tanıdığı narkotik vasitə alaraq geri qayıtmış və evinin yaxınlığında onu gözləyən Ətiriyə yaxınlaşıb həmin bükümü sonuncuya vermiş, Ətiri də həmin narkotiki ondan alıb cüzi bir hissəsini ona şəxsi istifadəsi üçün qaytarmış, bir yerdə həmin narkotik vasitədən istifadə etmiş, qalanı isə Ətiri özü ilə aparmışdır. Hal-hazırda narkotik vasitə aldığı adamlar tutulmuş, əvvəl əlaqə saxladığı nömrələr yadında qalmamış, öz işlətdiyi telefon nömrəsi isə yenidən narkotik vasitə istifadə etməməsi üçün ailəsi tərəfindən atılmışdır. Onu ifadə verməyə heç kim məcbur etməmişdir. Əksinə Təqsirləndirilən şəxs ailəsi tərəfindən ona ifadəsi ilə bağlı təzyiq edilməyə cəhd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin təhqiqatçısı X9 tərəfindən tərtib olunmuş, həmin bölmənin C/A üzrə əməliyyat müvəkkili Şahid1, həmin bölmənin sahə rəisi Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs və Binəqədi RPİ-nin KTQnin ekspert-kriminalisti X4 tərəfindən imzalanmış 02 mart 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən 01 mart 2023-cü il tarixdə həyata keçirilmiş tədbir zamanı 23:40-da yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi ev 16 yanında saxlanılaraq Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilmiş Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü masanın üzərinə qoymuşdur. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ayağında olan qara rəngli ayaqqabını çıxararaq içərisini nümayiş etdirdikdə içərisindən heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmin bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülüdə nə olduğu soruşulduqda o, həmin bükülüdə “kakos” olduğunu bildirdi. Təqsirləndirilən şəxs “kakosu” bir gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirdi. Bundan sonra içərisində psixotrop maddəyə bənzər kütlə olan bir ədəd şəffaf sellofan bükülü zərfə qoyularaq zərfin ağzı Binəqədi RPl-nin zərflər üçün nəzərdə tutulmuş 243 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Şəxsi axtarış və götürmə zamanı «Panasonic» markalı video yazan cihazdan istifadə olunmaqla video çəkiliş həyata keçirilmişdir. Şəxsi axtarış və götürmə xidməti iş otağında aparılmış, saat 00:50-də başlamış və 01:10-da başa çatdırılmışdır. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir (cild 1, i/v 55-56). - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş və maddi sübut kimi tanınmış videogörüntüləri özündə əks etdirən CD diskə baxış keçirilmiş və baxış zamanı 02 mart 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında”protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1269 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №243” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs-imza, üç imza, N.Məmmədov-imza ...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 1,214 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr ”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi – 1,214 qram olmuş, 0,05 qram tədqiqata sərf edilmiş, 1,164 qram qalıq qalmışdır (cild 1, i/v 67-68). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1237 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Şahid3 imza...” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 1,602 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr ”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi – 1,602 qram olmuş, 0,10 qram tədqiqata sərf edilmiş, 1,502 qram qalıq qalmışdır (cild 1, i/v 18-19). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1484 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Şahid3 məxsus 01 ədəd bükümdə olan narkotik vasitə heroin ilə Təqsirləndirilən şəxs məxsus 01 ədəd bükümdə olan narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə eyni tərkiblidir. Heroin- 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində, dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına daxildir (İ siyahı). Heroinin təmiz çəkisi – 2,666 qram olmuş, 0,20 qram (hər ob-0,10 qram) tədqiqata sərf edilmiş, 2,466 qram qalıq qalmışdır (cild 1, i/v 173-174). - “Əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında” 03 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, bir ədəd kağız paketdə olan bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 1,214 qram (tədqiqatdan sonrakı çəkisi 1,164 qram) qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə, habelə hadisə yerinə baxış keçirilməsi istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 (bir) ədəd CD-R disk cinayət işi üzrə maddi sübut hesab edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, bir ədəd kağız paketdə olan bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 1,214 qram (tədqiqatdan sonrakı çəkisi 1,164 qram) qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onun təyinatı məsələsi həll edilənədək Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlama Kamerasına təhvil verilməsi və 1 (bir) ədəd CD-R disk məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onun təyinatı məsələsi həll edilənədək cinayət işi materiallarına əlavə edilərək saxlanılması qərara alınmışdır (cild 1, i/v 124-126). - xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərar və həmin tarixli protokoldan və Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)- 192/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 4(001)-541/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 4(001)-684/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 4(001)-915/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 4(001)-1007/2023 nömrəli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə tutulmuş, məhkəmənin qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin sonuncu qərarı ilə həbsdə saxlanılma müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır (cild 1, i/v 42, 43, 115-118, 208-213, 238-242, 251-255, 321-234). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator X1 xx.xx.2023-cü il tarixli, 2912 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 176-177). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Espertizasının xx.xx.2023-cü il tarixli, 1402 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstə aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyəti onunla istintaq hərəkətləri aparılmasına imkan verir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, i/v 224-225). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i/v 159). - 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İİİ 644261 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, anası X6, atası Təqsirləndirilən şəxs olan X3 xx.xx.2015-ci il tarixdə doğulmuşdur (cild 1, i/v 236). - Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İV 151223 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, anası X6, atası Təqsirləndirilən şəxs olan X2 xx.xx.2018-ci il tarixdə doğulmuşdur (cild 1, i/v 237). - Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 1(001)-103/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Şahid3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 5 (beş) il 3 (üç) ay 4 (dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə” siyahılara, həmçinin 21 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” siyahılarına əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. Məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs 28 fevral 2023-cü il tarixdə Şahid4 vasitəsi ilə Şahid3 50 manat pulun müqabilində satdığı 1,602 qram və üzərində saxlayaraq daşıdığı təmiz çəkisi - 1,214 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, yəni cəmi 2,816 qram külli miqdar təşkil edən narkotik vasitə heroini satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən əldə etməsi öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: - 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. - 138.2-ci maddəsinə görə isə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin normanın mənasına görə təqsirləndirilən şəxs cinayətin törədilməsində özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. İttihamı, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin törədilməsini sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə CM-nin 234.4.1-ci, külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsinin tərkibini yaradır. Həmin maddənin dispozisiyasında CM-nin 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkret göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onların müəyyən edilməsinin sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibinin yaranması üçün dörd şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.2-ci maddənin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməli, yaxud da narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirməlidir; - şəxs belə əməlləri qanunsuz etməlidir; - bu əməlllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməlidir. - narkotik vasitələr və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Məhkəmə icraatında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrinin və ya psixotrop maddələri qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə halında qanunsuz satışı ilə məşğul olması barədə hər hansı məlumata malik olmadıqlarını bildirmişlər. Bundan əlavə ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə - heroini saxlamaqda məqsədinin məhz satış olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilsə də, bu əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsini, narkotik vasitəni kimlərdən, necə və haradan alması, həmçinin kimlərlə əlbir olaraq törədilməsini sübut edən hər hansı bir sübut təqdim edilməmişdir. Halbuki bu hallar da təqsirləndirilən şəxsə elan olunmuş ittihamın sübuta yetirilməsində mühüm əhəmiyyət kəsb etmişdir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə bir-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri isə odur ki, birincisi iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi də cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. “CM-nin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 06 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adıçəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Beləliklə, Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən olunmamış şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi ilə bağlı ümumiyyətlə har hansı bir sübut olmamış, bununla bağlı cinayət təqibi orqanı hər hansı sübut toplamamışdır. Bu səbəbdən ehtimallara əsaslanmaqla cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi ittihamın verilməsi əsassız olmuşdur. Eyni zamanda, cinayət işinin materialları ilə "qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi də müəyyən edilməmişdir. İbtidai araşdırma orqanı tərəfindən cinayətin obyektiv tərəfinin bilavasitə qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə dair sübutlar əldə olunmamış, iş materiallarına əlavə edilməmiş, müvafiq istintaq hərəkətləri həyata keçirilməmiş, sadəcə olaraq Təqsirləndirilən şəxs istintaqla müəyyən olunmamış şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək narkotik vasitəni satış məqsədi ilə əldə edərərək üzərində daşıdığı qeyd edilməklə kifayətlənilmişdir. Göründüyü kimi işin faktiki hallarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən olunmamış şəxslə aralarında cinayətkar razılaşma olmamış, təqsirləndirilən şəxs ilə narkotik vasitələrin qrup şəklində satışı, satış məqsədi ilə bağlı qabaqcadan razılıq əldə edilməmiş, bununla bağlı heç bir mötəbər sübut olmamış və məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndinə əsasən irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. İş materiallarından göründüyü kimi təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.4.1-ci maddəsi ilə tövsif edilməsi üçün tələb olunan şərtlərdən yalnız üç şərt – narkotik vasitənin dövriyyəsi ilə bağlı təqsirləndirilən şəxsin qanunsuz hərəkətlər etməsi (narkotik vasitəni qanunsuz olaraq əldə etməsi və üzərində daşıması), belə əməlləri satış məqsədilə törətməsi və bu vasitənin külli miqdarda olması mübahisəsiz sübuta yetirilir, Təqsirləndirilən şəxs istinad olunan əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə törətməsi isə araşdırılmış sübutlarla təsdiq olunmur. Beləliklə də iş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli olması müəyyən olunmur. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi çıxarılmalıdır. Məhkəmə eyni zamanda iş üzrə sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib saxlaması və daşıması, həmçinin satması özü tərəfindən inkar edilsə də, şahidlərin ifadələri, araşdırılmış ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələri satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Məhkəmə Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində az miqdarda narkotik vasitə olması, Şahid4 heç bir narkotik vasitə satmaması barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla, həmçinin şahid ifadələri ilə təkzib edildiyini nəzərə alır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 59-cu maddəsinə istinad etməklə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və himayəsində 2 yetkinlik yaşına çatmamış uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 147 (yüz qırx yeddi) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlama Kamerasına verilmiş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış təmiz çəkisi 1,164 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə, hadisə yerinə baxış keçirilməsi istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı aparılmış video çəkilişin qeydə alındığı 1 (bir) ədəd CD-R disk iş materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi Əskər oğlunun vəkil işlədiyi Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2238/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Əskər oğlu tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 32 (otuz iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi Əskər oğlunun vəkil işlədiyi Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun hesabına 192 (yüz doxsan iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 01 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 147 (yüz qırx yeddi) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlama Kamerasına verilmiş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış təmiz çəkisi 1,164 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə, hadisə yerinə baxış keçirilməsi istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı aparılmış video çəkilişin qeydə alındığı 1 (bir) ədəd CD-R disk iş materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi Əskər oğlunun vəkil işlədiyi Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun hesabına 192 (yüz doxsan iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Siyavuş Hacıyev
Məhkəmə qərarları › İş №1(101)-908/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-908/2024
20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver