Məhkəmə qərarları › İş №1(101)-909/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-909/2021

12.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-909/2021 12.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Mikayılov Eldar Əli oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X1, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Mərkəz» Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla satmış və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdar hesab edilən 3,868 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşıyaraq, 2020-ci ilin iyul ayının sonlarında Şahid3 hər birinin ayrı-ayrılıqda çəkiləri 0,500 qram, 1,091 qram, 1,043 qram və 1,234 qram olmaqla 04 ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümlərdə hər bükümü 8 manata satmış və həmin bükümlər 30.07.2020-ci il tarixdə saat 18 radələrində Qaradağ RPİ-nin 11-ci PBin əməkdaşları tərəfindən X5 və Şahid3 üzərindən aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış və 01.12.2020-ci il tarixdə saat 12.35 radələrində Qaradağ RPİ-nin 11-ci PB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Torağay yolu küçəsində yerləşən 10 saylı evin qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-nin İnzibati binasına gətirilib orada polis əməkdaşları və dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0.751 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, tutulmamışdan əvvəl 1 il olardı ki, narkotik vasitə kakos deyilən heroini çəkmək yolu ilə qəbul edir. Əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı heç bir məsuliyyətə cəlb edilməmişdir. Narkotik vasitəni şəhərdən “kubinka”, “sovetski”, “papanin” adlanan yerlərdə tanımadığı şəxslərdən 10 manat müqabilində əldə etmişdir. Sonuncu dəfə tutulmamışdan 2 gün əvvəl yəni 29 noyabr 2020-ci il tarixdə “kubinka” deyilən yerdən 10 manata bir büküm alıb gödəkçəmin iç cibinə qoymuş ki, ürəyi istəyən zaman istifadə etsin. 01 dekabr 2020-ci il tarixdə saat 12 radələrində evdən çıxıb biraz gəzmək, həm də narkotik vasitə qəbul etmək istəmişdir. Küçəyə çıxıb evdən kənarlaşmaq istəyən zaman iki nəfər mülki geyimdə özlərini təqdim edən polis əməkdaşları ondan kim olduğunu soruşmuşlar. O da həmin mülki geyimdə olan polis əməkdaşlarına Təqsirləndirilən şəxs olduğumu bildirmişdir. Polis əməkdaşları onu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli kimi polis bölməsinə aparmışlar. Polis bölməsində təhqiqatçı onu şübhəli şəxs qismində tutaraq hüquqlarımın müdafiəsi üçün ona vəkil dəvət etmişdir. Vəkil gəldikdən sonra polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış və götürmə aparılacağını bildirmişdir. Şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı qanunsuz əşyanın olub-olmadığım soruşmuş, o da 2 gün əvvəl alıb üzərində saxladığı narkotik vasitə kakos deyilən heroini əynində olan qara rəngli gödəkçənin iç cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü masanın üzərinə qoymuşdur. Təhqiqatçı həmin bükümün içərisində nəyin olduğunu soruşmuş, o da həmin bükümdə narkotik vasitə kakosun olduğunu bildirmişdir. Bundan sonra onun üzərində polis əməkdaşları axtarış aparmışlar, üzərindən başqa heç nə aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə olan kakosu 29 noyabr 2020-ci il tarixdə şəhərdə “kubinka” deyilən yerdən tanımadığı şəxsdən 10 manata 01 ədəd bükümdə alıb üzərində öz şəxsi istifadəsi üçün saxlamışdır. O həm polis bölməsində çəkiliş zamanı və izahatında narkotik vasitəni papanin və sovetski deyilən yerlərdən əldə etdiyini demişdir. Əslində o üzərindən aşkar olunmuş narkotik vasitəni kubinka deyilən yerdən almışdır. Amma bu vaxta qədər papanin və sovetskidən də bir neçə dəfə narkotik vasitə kakos almışdır. O Şahid3 Qobustan qəsəbə sakini kimi tanıyır, münasibətləri normaldır. Zöhrab ifadəsində yalan demiş, o narkotik vasitələrin satışı ilə məşğul olmamış, istifadə etmiş, lakin heç kimə satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-in sahə inspektoru Şahid2 ifadəsində göstərdi ki, o Qaradağ RPİ-nin 11-ci PB-in CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 01.12.2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, daşınması və saxlaması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədilə o Qaradağ RPİ-nin 11-ci PB-in rəisinə raportla müraciət etmiş və məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə olunduqdan sonra Şahid1 Cəmiyyət oğlunun rəhbərliyi altında əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat zamanı iştirakçılara davranış xətti izah olunmuşdur. Bundan sonra Şahid1 Cəmiyyət oğlu ilə birlikdə 01 dekabr 2020-ci il tarixdə saat 12.35 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Torağay yolu küçəsinə gəlmişlər. Qobustan qəsəbəsi, Torağay yolu küçəsində yerləşən 10 saylı evin qarşısında bir nəfər şəxsin zahiri əlamətləri Təqsirləndirilən şəxs ilə üst- üstə düşən şəxs olduğunu müəyyən edib həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər, həmin şəxsdən adını, soyadını və atasının adını soruşmuşlar. O, Təqsirləndirilən şəxs olduğunu bildirmiş və onlar tərəfindən Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirilərək Qaradağ RPİ- nin 11-ci PB-nə gətirilmişdir. PB-də məlum olmuşdur ki, həmin şəxs xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur. Həmin vaxt onun tərəfindən bu barədə müvafiq raport tərtib olunaraq PB-in rəisinə məruzə olunmuşdur. Daha sonra təhqiqat araşdırmasına başlanılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçi Müşfiq Şirinovun iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxsnin üzərinə şəxsi axtarış və götürmə video çəkiliş vasitəsi ilə keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuş ki, üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən 01 ədəd siqaretin gümüşü kağızı kəsiyində bükülünü təqdim edərək bildirmiş ki, bükümün içərisində narkotik vasitə olan “kakos” vardır. Bundan başqa Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, Təqsirləndirilən şəxs üzərindən başqa heç bir əşya və predmet aşkar olunmamışdır. Sonra içərisində narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq möhürlənmiş və təhqiqatçı tərəfindən bu barədə müvafiq protokol tərtib edilmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən protokol və qablaşdırılmış zərf imzalarla təsdiq olunmuşdur. Bundan başqa onu bildirmişdir ki, onlar tərəfindən əməliyyat yolu ilə əldə edilmiş məlumat əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.4,3-cü maddəsi ilə barəsində istintaqı aparılmış Şahid3 narkotik vasitəni əldə etdiyi “Elton” adlı şəxs elə məhz xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur. Şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-in əməliyyat müvəkkili Şahid1 Cəmiyyət oğlu ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, halhazırda Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılır. Təxminən 1 il müddətində narkotik vasitə kakos deyilən heroin istifadə etmişdir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, yəni uşaq yaşlarından Qobustan qəsəbə sakini kimi tanıyır. Münasibətləri yaxşı olmuşdur. Elton ilə aralarında heç bir düşmənçilik və ədavəti olmamışdır. Eltonun narkotik vasitə qəbul etdiyini tutulmamışdan təxminən 3-4 ay əvvəl bilmişdir, O Eltondan bir dəfə narkotik vasitə almışdır. Bir dəfə o Eltona ağrılarını azaltmaq üçün narkotik vasitə heroin vermişdir. O, əvvəl barəsində aparılmış cinayət işinin istintaqı zamanı Qobustan qəsəbə sakini dediyi Elton adlı şəxs Təqsirləndirilən şəxsdur. İlkin ifadəsində həmin vaxt həyacanlı olmuş, ona görə elə ifadə vermişdir. O Eltondan bir dəfə narkotik vasitə heroin almışdır. Cinayət işinin 1-ci cildinin 40-45-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 02.12.2020-ci il tarixli 6/2630 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət.Təqsirləndirilən şəxs aşkar edilmiş...” yazısı olan l(bir) ədəd bükümdə təmiz çəkisi 0,751 qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi: 0,75l qr, qalıq: 0,701 qr Cinayət işinin 1-ci cildinin 224-229-cu vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 11 yanvar 2021-ci il tarixli 6/29 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-nİn “Tədqiqat Obyekti № 67” və “Tədqiqat Obyekti № 59” ştamp əksləri olan paketlərdəki, vət. Şahid3 götürülmüş 3 (üç) ədəd bükümdə heroinlər vət. Təqsirləndirilən şəxs götürülmüş l(bir) ədəd bükümdə olan heroinlə kimyəvi komponentlər tərkiblərinə və xarici əlamətlərinə görə fərqlidirlər. ilkin tədqiqat zamanı vət. Şahid3 götürülmüş heroinlərin ayrı-ayrılıqda və ümumi çəkisi 31 iyul 2020-ci il tarixli 6/1430 saylı və Təqsirləndirilən şəxs götürülmüş heroinin təmiz çəkisi 2 dekabr 2020-ci il tarixli 6/2630 saylı ekspert rəylərində göstərilmişdir. Qeyd: 1. Şahid3: heroinin ümumi təmiz çəkisi: 3,278 qr, tədqiqata sərf edildi: ümumi: 0,03 qr, qalıq: 3,248 qr;

2. Təqsirləndirilən şəxs: heroinin təmiz çəkisi: 0,70l qr, tədqiqata sərf edildi: 0,0l qr, qalıq 0,69l qr. Cinayət işinin 1-ci cildinin 243-252-ci vərəqlərində olan ittiham aktının surətindən görünür ki, Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi baxılmasından ötrü məhkəməyə göndərilmişdir. Cinayət işinin 2-ci cildinin 1-9-cu vərəqlərində olan ittiham aktının surətindən görünür ki, X3 barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi baxılmasından ötrü məhkəməyə göndərilmişdir. Cinayət işinin 2-ci cildinin 11-21-ci vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 (bir) ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi - 0,751 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, 09.03.2021-ci il tarixli qərarla həmin narkotik vasitə olan heroinin tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi - 0,691 qram kağız bükümün içərisindəki hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. X2 aşkar edilərək götürülmüş 01 (bir) ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi -0,500 qram olan kustar üsul hazırlanmış narkotik vasitə heroin və Şahid3 aşkar edilərək götürülmüş ümumilikdə 03 (üç) ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümlərdə ümumi təmiz çəkisi -3,368 qram olan kustar üsul hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, 09.03.2021-ci il tarixdə həmin narkotik vasitə olan heroinin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi - 3,278 və 0,470 qram kağız bükümün içərisindəki hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Cinayət işinin 2-ci cildinin 230-231-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 18.01.2021-ci il tarixli 134 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəli aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cildinin 47-ci vərəqində olan 01.12.2020-ci il tarixli Təqsirləndirilən şəxs üzərinə “Şəxsi axtarış və götürmə aparılması barədə” tərtib edilmiş protokolun əks edildiyi video diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, onun əyinində olan qara rəngli gödəkçəsinin sol iç cibindən 01 ədəd siqaretin gümüşü kağızı kəsiyinə bükülmüş içərisində narkotik vasitə olan büküm aşkar edilmişdir. İş üzrə maddi subut olan DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir. DVD diskdə olan görüntülər işin hallarına uyğundur. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs oğlundan qanunda nəzərdə tutulmuş külli miqdardan artıq heroinin aşkar edilməsini, satış məqsədi ilə ayrı-ayrı bükümlərə ayrılmasını Təqsirləndirilən şəxs oğlunun narkotik vasitə və psixotrop maddələri satmaq niyyəti ilə əldə etməsinin sübutu kimi qiymətləndirir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 12 və 73-74-cü vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs oğlu tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 01 dekabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 18.01.2021-ci il tarixli, 134 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Bakı şəhəri Qaradağ RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 (bir) ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi - 0,751 qram, tədqiqatdan sonra qalıq 0,691 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən Təqsirləndirilən şəxs məhkəmədə təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməli haqq 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 234.1ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 234.4.3-cü maddəsi ilə 6 (altı) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 01 dekabr 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Bakı şəhəri Qaradağ RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 (bir) ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi - 0,751 qram, tədqiqatdan sonra qalıq 0,691 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməli haqq 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Hakimlər:

1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar