Məhkəmə qərarları › İş №1(101)-909/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-909/2022

20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-909/2022 20.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərrçəkmiş şəxs Zərərçəkmiş şəxsnın, müdafiəçilər: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.2003-cü ildə Naxçıvan MR-sı, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, sabay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR-sı Şərur rayonu, Xanlıqlar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpic zavod ərazisində tikilmiş yeni məhəllələrdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 23 may 2021-ci il tarixdə saat 18 radələrində ünvan 1 ünvanda yerləşən Yeni Bakı Elektrik Maşınqayırma Zavodunun həyətində olarkən dəmir sexinin içərisində əmisi oğlu X1 iş dəzgahlarını və dəmir alətləri digər əraziyə köçürülməsi ilə bağlı həmin sexə gətirdiyi yük maşınının sürücüsü Zərərçəkmiş şəxs ilə arasında avtomaşına yükün çox yığılması ilə bağlı yaranmış şəxsi münasibətlər zəminində münaqişəsi zamanı sonuncu ilə Anar Məmmədov arasında münaqişə yarandığını görüb qəzəblənərək, sexdə maşının üzərində olan hadisədən bir qədər əvvəl yemək yeyilərkən istifadə edilmiş iti uclu, bir tərəfi kəsici olan bıçağı götürərək Zərərçəkmiş şəxs sağ tərəfdən qarın nahiyəsindən bir dəfə vuraraq ona daxili qanaxma və qara ciyərin zədələnməsi ilə müşayiət olunan qarın nahiyəsinin sağ yarısının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ilk ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onu ilk dəfə hadisə günü, xx.xx.2021-ci il tarixdə əmisi oğlu Anar Məmmədovun işlətdiyi maşınqayırma zavodundakı sexdə görmüşdür. Belə ki, əmisi oğlu Anar həmin gün sexdəki dəzgah və dəmir alətlərini başqa yerə köçürülməsi ilə əlaqədar Zərərçəkmiş şəxs idarə etdiyi yük maşınına yüklətdirmişdir. O da Anarın xahişi ilə ona kömək etmişdir. Alətləri maşına yüklədikləri zaman Şəhriyarla Anarın arasında mübahisə baş vermişdir. Mübahisənin də səbəbi o idi ki, Şəhriyar sexdə olan bütün alətləri və dəzgahları maşına yükləməyə imkan vermirdi. Bu səbəbdən aralarındakı mübahisə dava-dalaşa keçmiş və Şəhriyar Anardan daha güclü və böyük olduğu üçün Anarı döyürdü. O isə Şəhriyarın bu hərəktələrinə əsəbləşərək sexdə olan masadan bıçağı götürüb arxadan Zərərçəkmiş şəxs yaxınlaşaraq sağ tərəfdən onun qarın nahiyyəsinə zərbə vurmuş, sonra oradan qaçmış, yolda bıçağı atmışdır. Bundan sonra Naxçıvan şəhərinə getmiş və orada onu hərbi xidmətə çağırmışlar. Hərbi xidmətdə olan zaman bu işlə əlaqədar polis tərəfindən Bakı şəhərinə çağırılmış və həbs olunmuşdur. İstintaqın ilk mərhələsində qorxduğu üçün göstərmişdir ki, Şəhriyarı əmisi oğlu Anar bıçaqlayıb lakin sonra müstəntiqə həqiqəti bildirmiş və bu gün də təsdiq edir ki, Şəhriyara bıçaqla xəsarəti o yetirmiş və etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkən şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. O, Mədət Fərəcova məxsus “Mercedes AXOR 1833” markalı **-UJ-*** nömrəli üzərində qaldırıcı qurğu olan yük maşınını icarə əsasında idarə edir. Həmin yük maşını ilə vətəndaşların etdiyi sifarişləri yerinə yetirirdi. Adətən o, maşınla Dərnəgül qəsəbəsində yerləşən «Lukoyl» yanacaq doldurma məntəqəsinin giriş hissəsində dayanır və sifarişləri həmin yerdə qəbul edirdi. 23 may 2021-ci il tarixdə saat 09 radələrində Nicat adlı şəxs ona zəng vurub ünvan 1 ünvanda yerləşən Yeni Bakı Elektrik Maşınqayırma Zavodunun sexindən dəmir cihaz və əşyaları Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Pinqvin zavoduna köçürməyi bildirmişdir. Həmin işə görə Nicat 120 manat pul ödəyəcəyini bildirmiş və o, razılaşaraq Nicatın bildirdiyi Yeni Bakı Elektrik Maşınqayırma Zavodunun sexinə getmişdir. Sexdə Nicatla birlikdə başqa şəxsləri də görmüşdür. Onların içərisində Anarı, Rəşadı və bir neçə başqa şəxsləri görmüşdür. Nicat və tanışları sexin içərsindəki cihazları və əşyaları yük maşınına daşıyıb yığmış, bir az keçmiş maşın sahibi Mədətin oğlu Rafiq olduğu yeri öryənib köməklik etmək məqsədilə həmin yerə gəlmişdir. Nicat və tanışları əşyaları maşına yığarkən o və Rafiq əşyaların maşının içərisində yerləşdirilməsinə köməklik etmişdir. Lakin əşyaların həddindən artıq olduğunu və maşına yerləşməyəcəyini gördükdə yük yığanlara işi dayandırmalarını bildirmişdir. Onlara demişdir ki, bütün əşyaların idarə etdiyi maşının yük yerinə bir dəfəyə yığılıb aparılması mümkün deyildir. Nicat ona demişdir ki, narahat olmasın, əşyalar yerləşməsə iki dəfəyə aparar və onun əlavə xərc pulunu ödəyəcəkdir. Lakin orada olan Anar demişdir ki, əşyaları bir dəfəyə aparmaq üçün maşının yük yerinə sığışdıracaqdır. O, Anarın mümkün olmayan iş haqqında danışdığını görüb buna əsəbləşmiş və ona bildirmişdir ki, “sən dediyin kimi əşyaları bir dəfəyə aparmaq üçün maşina yükləmək mümkün deyil”. Bu səbəbdən Anarla aralarında sözlə mübahisəsi olmuş, Anar və digər şəxslər istədikləri kimi əşyaları maşının yük yerinə yığmağa davam etmişlər. Bir az keçmiş Nicat əlini əzdiyi üçün yaranı sarıtdırmaq məqsədilə sexdən çıxıb harasa getmiş və bir müddət sexdə olmamışdır. Anar isə çalışırdı ki, əşyaları istənilən yolla yük yerinə yerləşdirsin. Ona bir daha demişdir ki, əşyaları çox hündür yığsalar yolda aşıb kiminsə maşının üstünə düşə bilər və bunun məsuliyyəti onun üzərinə düşəcəkdir. Bu səbəbdən yenidən Anara maşına artıq yük yığılmaması ilə bağlı irad bildirmiş, lakin Anar yenə də maşını öz bildiyi kimi yükləməkdə davam etmişdir. Buna görə Anarla mübahisələri olmuş, Anar ona yaxınlaşaraq gözləmədiyi halda bir neçə dəfə yumruqla sifət nahiyəsindən vurmuş, Anarın yanında olan şəxslərdən, o cümlədən Təqsirləndirilən şəxs da onun üzərinə gələrək onu vurmuşlar. Lakin Rafiq araya girərək həmin şəxsləri ondan aralaşdırmağa çalışmış, buna baxmayaraq görmüşdür ki, Anar şalvarının bel nahiyyəsində saxladığı dəstəyi qırmızı rəngdə olan bıçağı sağ əli ilə çıxarıb onun üstünə gəlir. Anarla tutaşmış, bıçağı əlindən alaraq kənara atmışdır. Anar əlindən bıçağını aldığını gördükdə özü və yanında olan tanışları qaçaraq ona məlum olmayan istiqamətdə harasa getmişlər.tam dəqiqliklə bildirir ki, o, Anara onu bıçaqla vurmasına imkan verməmiş, başqa bir şəxsin isə ona xəsarət yetirməsini hiss etməmiş və görməmişdir. Həmin vaxtı tanışı Rafiq ona yaxınlaşmış və onun qarın nahiyyəsindən qan axdığını ona demişdir. O, sağ böyür nahiyəsindən qan axdığını görmüşdür. Rafiq ona köməklik edərək sexin içərisindən çölə çıxarmış, sonra atası Mədətə zəng vurub hadisə barədə ona məlumat vermişdir. Mədət isə hadisə ilə bağlı DİN-nin 102 xidmətinə zəng vurub bildirmiş və tibbi yardım göstərilməsi üçün təcili tibbi yardım stansiyasına zəng vurub hadisə baş vermiş yerə həkim göndərilməsini xahiş etmişdir. Təxminən 10 dəqiqə keçmiş Anarla birlikdə sexi işlədən Nicat adlı şəxs sexin qarşısına gəlmişlər. Nicat ondan nə baş verdiyini soruşmuş, o da ona hadisəni necə baş verdiyini olduğu kimi danışmış və tanışı Anarın ona bıçaqla hücum etdiyini demişdir. Bir az keçmiş sexin qarşısına polis əməkdaşları gəlmiş, onların ardınca isə həmin yerə TTY maşını gələrək və onu Sabunçu rayonu 3 saylı xəstəxanaya aparmışlar. Xəstəxanada onu əməliyyat etmişlər. Rəşadın bıçaqla onu vurmasını yanında olan Rafiqdən bilmişdir. Belə ki, Rafiq Rəşadın ona arxadan yaxınlaşıb bıçaqla vurmasını gördüyünü, Rəşadın sinəsindən tutub kənara çəkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs bağışlamış, ona qarşı heç bir şikayəti və ya tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, belə ki, Şəhriyar atası Mədət Fərəcova məxsus “Mercedes AXOR 1833” markalı **-UJ-*** nömrəli üzərində qaldırıcı qurğu olan yük maşınını icarə əsasında sürücü kimi idarə edir. Təqsirləndirilən şəxs isə hadisə zamanı görmüş, onu əvvəllər tanımamışdır. 23 may 2021-ci il tarixdə saat 09 radələrində Şəhriyara zəng edib harada olduğunu soruşmuş, Şəhriyar ona demişdir ki, ünvan 1 ünvanda yerləşən Yeni Bakı Elektrik Maşınqayırma Zavodunun həyətində olan dəmir sexində maşına yük vurur. O, Şəhriyardan sexin yerləşdiyi yeri öryəndikdən sonra saat təxminən 11 radələrində həmin sexə getmiş, orada o və Şəhriyar əşyaların maşının içərisində yerləşdirilməsinə köməklik etmişlər. Diqqət yetirmişdir ki, sexin içərisində əşyalar çoxdur və bütün əşyaların maşının yük yerinə bir dəfəyə yığılıb aparılması mümkün deyildir. Buna görə Şəhriyar orada olan Nicata bildirmişdir ki, bütün əşyaların maşına yığılıb bir dəfəyə aparılması mümkün deyil. Nicat isə narahat olmamasını, əşyalar yerləşməsə, iki dəfəyə aparacaqlarını və onun əlavə xərc pulunu verəcəklərini demişdir. Lakin orada olan Anar demişdir ki, əşyaları bir dəfəyə aparmaq üçün maşının yük yerinə sığışdıracaqdır. Bu səbəbdən Şəhriyarla Anarın arasında söz mübahisəsi olmuş, lakin Anar tanışları ilə əşyaları maşının yük yerinə yığmağa davam etmişlər. Bir az keçmiş Nicat əlini əzdiyi üçün yaranı sarıtdırmaq məqsədilə sexdən çıxıb harasa getmişdir. Bu zaman Şəhriyar Anara bir daha yükün həddindən artıq çox olduğunu bildirmiş, Anar isə Şəhriyarla əsassız mübahisə etməyə başlamış, onların arasında mübahisə yarandıqda Anar gözlənilmədən yumruqla bir neçə dəfə Şəhriyarın sifət nahiyyəsindən ardıcıl zərbələr vurmuş, Anarın yanında olan digər şəxslər də Şəhriyarın üzərinə getmiş, o isə davanın qarşısını almaq üçün onları ayırmağa çalışmışdır. Anarın tanışları Qəşəm, Rəşad və Elcan Anarı sakitləşdirmək əvəzinə hərəsi bir tərəfdən yumruqla bir-iki dəfə Şəhriyarın bədəninin müxtəlif yerlərinə vurmuş, o isə onları hər vasitə ilə sonuncuları sakitləşdirib aralaşdırmağa çalışmış, bu anda Anar şalvarının bel nahiyyəsindən dəstəyi qırmızı rəngdə olan bıçağı sağ əli ilə çıxardıb Şəhriyara hücum etmiş, Şəhriyar isə Anarın ona bıçaqla hücumunu görüb onun üstünə gəlmiş və onunla tutaşmışdır. Şəhriyar Anarın əlindən bıçağı alıb sexin içərisinə yerə kənara tullamış, bu vaxt Rəşad əlində bıçaqla Şəhriyara arxadan yaxınlaşıb vurmaq istədikdə o, Rəşadın qarşısını kəsmiş, onu itələyərək Şəhriyardan uzaqlaşdırmışdır. Şəhriyara hücum edən şəxslər sexdən çıxıb getmiş, o isə Şəhriyarın qarın nahiyyəsindən qan axdığını görüb ona köməklik edərək sexin içərisindən çölə çıxarmış, bundan sonra atası Mədətə zəng vurub hadisə barədə ona bildirmiş və atası Mədət hadisə ilə bağlı DİN-nin 102 xidmətinə və tibbi yardım göstərilməsi üçün təcili tibbi yardım stansiyasına zəng vurub məlumat vermişdir. Təxminən 10 dəqiqə keçmiş Nicat sexin qarşısına gəlmiş və nə baş verdiyini soruşmuş, Şəhriyar ona hadisəni necə baş verdiyini olduğu kimi danışmış və bıçaqla xəsarət aldığını, hazırda təcili tibbi yardım maşının gəlməsini gözlədiyini demişdir. Nicat heç bir söz deməmiş və bir az keçmiş sexin qarşısına polis əməkdaşları, onların ardınca isə həmin yerə TTY maşını gələrək Şəhriyarı Sabunçu rayonu 3 saylı xəstəxanaya aparmış, o isə Şəhriyarın yanında getmişdir. Xəstəxanaya gəldikdən sonra həkimlər Şəhriyarın aldığı xəsarətin ağır olduğunu görüb onu əməliyyat etmişlər. Hadisə vaxtı X13 İsayevə hücum etdiyini və əvvəlcə əli ilə onu vurduğunu, daha sonra əlindəki qırmızı dəstəkli bıçaqla Şəhriyara hücum etdiyini görmüşdür. Şəhriyarın Anarın əlində bıçağı görüb ona tərəf irəliləyərək tutaşdığını da görmüş və Anarın əlindəki bıçağı alıb kənara atdığını görmüşdür. Həmçinin Rəşadın da bıçaqla Şəhriyara arxa tərəfdən yaxınlaşdığını görmüş, onun qarşısını kəsmiş, onu itələyərək Şəhriyardan uzaqlaşdırmışdır. O, Şəhriyara, Şəhriyarın məhkəmədə göstərdiyi kimi deməmişdir ki, onu arxadan Rəşad bıçaqla vurmuşdur. Onun müstəntiqə verdiyi ifadəsində belə hal yoxdur. O, Şəhriyara yalnız onu demişdir ki, dava vaxtı Rəşadın da bıçaqla Şəhriyara arxa tərəfdən yaxınlaşdığını görmüş, onun qarşısını kəsmiş, onu itələyərək Şəhriyardan uzaqlaşdırmışdır. Şahid2 verdiyi ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini təkzib etmiş, Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirmədiyini, əmisi oğlu Anarın xahişi əsasında sonuncunun günahını üzərinə götürdüyünü bildirmiş, Anar ona ailəli olduğunu, onun isə cavan olduğunu deyərək günahı boynuna almasını, onu məsuliyyətdən qurtaracağını demişdir. O, hadisədən sonra şahid qismində ifadə verərkən də Şəhriyara xəsarət yetirmədiyini bildirmişdir. Şahid2 ifadəsi ilə tam razıdır, həqiqətən əmisi oğlu Anarın zərərçəkmiş şəxs Şəhriyar tərəfindən döyüldüyünü görərək əsəbləşib sexdəki masadan bıçağı götürərək Şəhriyara arxadan yaxınlaşıb vurmaq istəmiş, lakin qarşısına Şahid2 çıxıb onu kənara itələdəyi üçün sexdən çıxıb getmiş, bıçağı isə xatırlamadığı yerdə atmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əmisi oğludur. Hadisə Bakı şəhəri, Nərimanov rayonu, Yeni Bakı Elektrik Maşınqayırma zavodunun dəmir sexinin içərisində olan dəzgah və alətlərin yük maşınına yükləyib başqa yerə aparması ilə bağlı olmuşdur. Belə ki, deyilən dəzgahları sexdən aparmaq üçün şəriki Şahid1 yük maşının sürücüsü Zərərçəkmiş şəxs sexə dəvət etmişdir. Dəzgahları o, Təqsirləndirilən şəxs, xalası oğlu Şahid4 və dostu Şahid3la maşına yükləmişlər. Lakin Zərərçəkmiş şəxs narazılıq edərək maşına həddindən artıq yük vurmasına etiraz etmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə əlbəyaxa davaya çevrilmiş, lakin sexdə olan şəxslər onları aralamış və o, sexdən çıxıb getmişdir. Dalaşdığı zaman Zərərçəkmiş şəxs üzərinə bıçaq çıxarmamış, Şəhriyar ondan bıçaq alıb kənara atmamışdır. Həmçinin Rəşadın bıçaqla Şəhriyarın üzərinə getməsini görməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı da verdiyi ifadəsində Şəhriyarın guya onun tərəfindən bıçaqlandığını desə də sonra Şəhriyarı özü bıçaqladığını etiraf etmişdir. Şahid Anar Məmmədovun verdiyi ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs göstərmişdir ki, qohumu Anarın Şəhriyar tərəfindən döyüldüyünü görərək sexdəki masanın üzərindən bıçaq götürərək Şəhriyarın üzərinə getmiş, lakin orada olan Şahid2 qarşısını kəsib ona Şəhriyarı vurmağa imkan verməmişdir. Həmçinin X13la əlbəyaxa olmasını görsə də Anarın əlində bıçaq görməmiş və Anarın Şəhriyarı bıçaqlamasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Anar Məmmədov anasının xalası oğludur, Təqsirləndirilən şəxs isə Anarın əmisi oğludur. Həm Anar, həm də Rəşadla münasibətləri yaxşıdır, heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs işi ilə əlaqədar bildirir ki, 2021-ci ilin fevral ayının əvvələrindən Anar tanışı Nicatla birlikdə şərikli olaraq Bakı şəhəri, Nərimanov rayonu, ərazisində yerləşən Bakı Elektrik Maşınqayırma Zavodunun ərazisində yerləşən dəmir sexinin bir hissəsini icarəyə götürərək kənd təsərrüfatında istifadə olunan dəmir alətlərini istehsal edib satış üçün kənd təsərrüfatı mağazalarına təhvil verir. 2021-ci ilin may ayında zavodun rəhbərliyi ilə aralarında narazılıqdar olduğu üçün Anarla Nicat sexi başqa yerə köçürməyi qərara almışlar. Dəzgahları və digər alətləri başqa yerə köçürmək üçün Nicatla Anar üzərində qaldırıcı qurğu olan yük maşınını sexə gətizdirmişlər. Həmin yük maşınının sürücüsü əvvəllər tanımadığı adını sonradan bildiyi Zərərçəkmiş şəxs olmuşdur. Anar ona, qohumu Rəşada və dostu Elcana əşyaların maşına yüklənməsində köməklik etmək üçün sexə gəlməyi xahiş etmiş və onlar köməklik etmək üçün 23 may 2021-ci il tarixdə tezdən həmin sexə gəlmişlər. Şəhriyar yük maşını ilə sexə gəldikdən sonra o, Anar və Elcan birlikdə sexdə olan iş dəzgahlarını və alətləri Şəhriyarın idarə etdiyi yük maşınının yük yerinə yığmağa başlamışlar. Bir az keçmiş Şəhriyarın yanına Şəhriyarın idarə etdiyi maşının sahibinin oğlu olan Şahid2 gəlmişdir. İş ağır olduğu üçün bir neçə saat davam etmiş, əşyaları daşıyarkən Nicatın sağ əlinin şəhadət barmağı əzildiyi üçün sonuncu barmağını sarıtdırmaq üçün sexdən çıxıb harasa getmişdir. Həmin ərəfədə iş gecikdiyi üçün və maşına yüklənən əşyaların sayı çox olduğundan Şəhriyar işin davam etdirilməsinə narazılıq edərək qohumu Anarla mübahisə etmiş, həmin vaxt o və Elcan Şəhriyarın maşının yük yerində dayanmışlar. Anarla Şəhriyarın mübahisələri davaya keçmiş, o və Elcan maşının yük yerindən enib dalaşanları aralamaq istəmiş, Elcan maşından enmiş, onun isə şalvarının ətəyi maşının dəmirinə ilişdiyi üçün bir qədər gec düşmüşdür. Düşüb görmüşdür ki, Şəhriyar Anarı sıxıb yerə otuzduraraq onu hərəkət etməyə qoymamışdır. Anarı Şəhriyardan o və Elcan aralamış, Şəhriyarı isə Anardan Şahid2 aralamışdır. Bu zaman nə Şəhriyarın, nə də ki, Anarın əlində heç bir əşya, bıçaq olmamışdır. Bu zaman görmüşdür ki, Şəhriyarın sağ böyür tərəfində paltarın üzərində qan ləkələri vardır. Orada olan Rəşaddan Şəhriyarın böyründə olan qan ləkəsi ilə bağlı maraqlanmış, Rəşad ona Şəhriyarın qohumu Anarla dava edən zaman sonuncuya köməklik etmək məqsədilə sexdən bıçaq götürüb onlara yaxınlaşaraq əlindəki bıçaqla Şəhriyarı arxadan sağ böyür tərəfindən vurub xəsarət yetirdiyini etiraf etmişdir. Hətta o, Elcan və Rəşad sexdən çıxdıqda Rəşad əlindəki bıçağı hasarın yanına atmışdır. Anar isə həmin sexdən aralaşıb sexin qarşı tərəfində saxladığı «Daevoo Nexia» markalı maşına əyləşib idarə edərək harasa getmiş, Nicat isə Şəhriyarı hadisə yerindən özünə məxsus avtomobillə xəstəxanaya aparmaq istəmiş, X21 idarə etdiyi maşınla xəstəxanaya getməyə razılıq verməmiş, bir az keçmiş hadisə yerinə təcili tibbi yardım maşını gəlib Şəhriyarın qarın nahiyyəsində xəsarət olduğunu görüb onu xəstəxanaya aparmışdır. O, Rəşadın Şəhriyarı bıçaqla vurub xəsarət yetirməsini görməmişdir, lakin bunu ona Rəşadın özü demişdir. O, Şəhriyara hadisə zamanı təpik və ya yumruq vurmamış,Elcanla birlikdə Anarı Şəhriyardan aralayaraq kənara çəkmişdir. Onu da qeyd etmək istəyir ki, onu hadisə günü polisə dəvət etmişlər və o, orada Təqsirləndirilən şəxs görmüş, Təqsirləndirilən şəxs Şəhriyarı bıçaqla vurmasını etiraf etməsinin şahidi olmuşdur. İbtidai istintaq zamanı da məhkəmədə verdiyi ifadəyə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs sonuncunun qohumu Anar Məmmədova görə tanıyır. Zərərçəkmiş şəxs isə cəmi bir dəfə görmüşdür. Belə ki, onun tanışı olan Anar Məmmədov 23 may 2021- ci il tarixdə onu “Yeni Bakı” elektrik maşınqayırma zavodunun həyətində olan sexinə avadanlığı yük maşınına yığmağa köməyə çağırmışdır.Həmin yerə səhər saatlarında gəldiyində Anarın qohumları Şahid4 və Təqsirləndirilən şəxs görmüş, həmçinin Anarın şəriki olan Şahid1 sexdə olmuşdur.Zərərçəkmiş şəxs idarə etdiyi kranlı maşın sexə gəldikdən sonra o, Anar, Qəşəm və Rəşad sexdəki avadanlığı yük maşınının üzərinə yığmağa başlamışlar. O və Qəşəm maşının üstündə olaraq avadanlıqları ora yerləşdirirdilər.Bu zaman Anarla Şəhriyarın mübahisə etdiklərini və bir-biri ilə əlbəyaxa olduqlarını görmüşdür. O, dərhal maşının yük yerindən enərək dalaşanları aralamağa getmiş və sexdə olan digər şəxslərlə birlikdə savaşanları aralamışdır. İstər Şəhriyarın istərsədə Anarın əllərində heç bir alət görməmişdir.Şəhriyar və Anarın dalaşdığını görmüş, lakin onların heç birinin əlində bıçaq və ya başqa əşya görməmişdir. Həmçinin Rəşadında əlində heç bir alət görməmiş, Rəşadın Şəhriyarı hər hansı bir alətlə vurmasınıda görməmişdir.Yalnız dava-dalaş bitdikdən sonra Şəhriyarın qarın nahiyəsindən qan gəldiyini, Şahid1 Şəhriyarı xəstəxanaya aparmaq üçün öz maşınına tərəf aparmasını görmüş, o, Şahid4 və Təqsirləndirilən şəxs birlikdə sexdən aralanan zaman Rəşad demişdir ki, sexdə stolun üzərindən götürdüyü bıçaqla Şəhriyarı o vurmuşdur. Biçaqın özünü Rəşadın əlində görməmiş, Rəşadın bıçağı yerə atmasınıda görməmişdir.İbtidai istintaq zamanı verdiyi ifadəsi ona elan olundu, ifadəsindən müəyyən olunur ki, o tanışı Anar Məmmədovun xahişi ilə dəzgahları və digər alətləri yük maşınına yükləmək məqsədi ilə 23 may 2021-ci il tarixdə tezdən həmin sexə gəlmiş, həmin gün saat təxminən 10 radələrində Şəhriyar idarə etdiyi yük maşını ilə qeyd olunan sexə gəlmiş, Şəhriyar yük maşını ilə sexə gəldikdən sonra o, Anar və adlarını qeyd etdiyi şəxslər birlikdə sexdə olan iş dəzgahlarını və alətləri Şəhriyarın idarə etdiyi yük maşınının yük yerinə daşıyıb yığmışlar. Bir az keçmiş Şəhriyarın yanına tanımadığı bir nəfər tanışı gəlmiş və sonradan məlum olmuşdur ki, həmin oğlan Şəhriyarın idarə etdiyi maşının sahibinin oğludur. İş ağır olduğu üçün bir neçə saat davam etmiş, əşyaları daşıyarkən Nicatın sağ əlinin şəhadət barmağı əzildiyi üçün o, barmağını sarıtdırmaq üçün sexdən çıxıb harasa getmiş, həmin ərəfədə iş gecikdiyi üçün və maşına yüklənən əşyaların sayı çox olduğu Şəhriyar işin davam etdirilməsinə narazılıq edərək Anarla mübahisə etmiş, Anar demişdir ki, «narahat olma sənə görülən işə görə əlavə olaraq pul veriləcək». Sonradan sexdə iş davam etmiş, onlar əşyaları daşıyıb Şəhriyarın avtomobilinin yük yerinə yükləmiş, həmin vaxt Nicatın barmağı əzildiyi üçün o, su almaq üçün mağazaya getmiş və sexdə olmamış, bütün əşyalar və dəzgahları yük maşınına yükləndikdən sonra sonuncu bir ədəd dəmir masa qalmış, həmin masanı yük maşının yanına gətirdikdən sonra Anar sürücü Şəhriyarı səsləyib demək istəmişdir ki, həmin masanı yerləşdirmək üçün böyrü üstə maşının yük yerinə yerləşdirsin. Həmin vaxt o, sexdə qalmış dəmir parçasını daşıyıb maşına doğru gətirməyə çalışırmış, Anar bir neçə dəfə Şəhriyarı səsləsədə Anara əhəmiyyət verməmiş, sonra Şəhriyar Anara tərəf çönüb demişdir ki, «sən kimsənki mənə hansı əşyanı necə yerləşdirməklə bağlı göstəriş verirsən». Həmin vaxt Anarla Şəhriyarın bu səbəbdən aralarında narazılıq olduğu üçün mübahisə olmuş və onlar bir-birləri ilə tutaşmışlar. Dava zamanı Anarın Şəhriyar tərəfindən yumruq zərbələri ilə döyüldüyünü görmüş, həmin vaxt yaxınlıqda olan Anarın əmisi oğlu X19 tutaşdığını görmüş və onlara yaxınlaşıb sexdən götürdüyü əlindəki bıçaqla Şəhriyarın sağ tərəfindən qarın nahiyyəsindən bir dəfə zərbə ilə vurmuş və bu anda bıçaq onun əlindən yerə düşmüşdür. Həmin vaxtı qarışıqlıq olmuş, o, bunu gördükdə əlindəki sexə məxsus dəmir hissəsini yerə qoyub onları sakitləşdirmək üçün onlara yaxınlaşmış, bu vaxtı Anar əlindəki dəmir parçası ilə Şəhriyarın üstünə hücum etmiş və Şəhriyarın da Anarın əlindən dəmir parçasını alıb kənara atdığını görmüşdür. Şəhriyar Rəşadın onu bıçaqla vurmasını hiss etməmiş və bu səbəbdən də onunla Anar arasında mübahisə davam etmişdir. Eyni vaxtda sexin içərisində aralıda olan Nicat və Şəhriyarın maşınının yük yerində olan Qəşəm onlara yaxınlaşmış və onlar davanı sakitləşdirərək Şəhriyarı dostu Anardan aralaşdırmışlar. Həmin vaxt Anar onların olduğu yerdən aralaşıb sexin qarşı tərəfində saxladığı «Daevoo Nexia» markalı nömrəsini xatırlamadığı maşına əyləşib idarə edərək harasa getmişləçr. Bu vaxt diqqət yetirmişlər ki, Şəhriyarın qarın nahiyyəsində xəsarəti vardır və həmin yerdən qan axır. Şəhriyarın bıçaqla xəsarət aldığını bildikdən sonra Nicat onu həmin yerdən aralaşdırıb kənarda olan özünə məxsus avtomobilə tərəf aparıb onu maşına əyləşdirmiş və Şəhriyarı xəstəxanaya aparmaq istəmişdir. X21 idarə etdiyi maşınla xəstəxanaya aparmağına razılıq verməmiş, buna baxmayaraq ona tibbi yardım göstərilməsi üçün təcili tibbi yardım maşını çağırmış, bir az keçmiş TTY maşını gəlib Şəhriyarın qarın nahiyyəsində xəsarət olduğunu görüb onu xəstəxanaya aparmış, bundan sonra baş verənlərdən xəbəri olmamışdır. Göstərmişdir ki, Anarla Şəhriyarın bir-biri ilə tutaşdıqlarını kənardan görmüş, həmin anda da Rəşadın əmisi oğlu Anarın döyüləcəyindən ehtiyat edib arxadan Şəhriyara yaxınlaşmış, Şəhriyar Rəşadın arxadan ona yaxınlaşdığını görə bilməzdi, onlar bir-birləri ilə tutaşdıqları anda qarışıqlıq olmuş və bu səbəbdən də Şəhriyar Rəşadın fürsətdən istifadə edib bıçaqla onu arxadan vurduğunu əvvəlcə hiss etməmiş, belə ki, həmin anda Şəhriyar hər vasitə ilə Anarın əlindən dəmir parçasını alıb kənara atmağa çalışmış və bunu da etmişdir. Bundan sonra onları aralaşdırdıqda Şəhriyarın sağ böyründən qan axdığını görüb bıçaqla xəsarət aldığını başa düşmüşdür. Qeyd etmək istəyir ki, onu heç kəs məcbur etməmişdir ki, Rəşadın əleyhinə və yaxud Anarın lehinə ifadə versin. Rəşad şəxsən ona və Qəşəmə bıçaqla Şəhriyarın qarnına vurduğunu bildirmiş, səbəbi kimi isə Şəhriyarın qohumu olan Anarı döyməsi olmuşdur. Şahidlər Şahid4 və Şahid3 verdikləri ifadələri ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs göstərmişdir ki, Şahid3 və Şahid4 Şəhriyarı bıçaqlamasını deməmiş, onların yanında bıçaqı hasarın yanına atmamışdır. Qəşəmlə Elcanın ona qarşı belə ifadə vermələrinin səbəbini bilmir, Şahid4 qohumudur, Şahid3la isə hadisə günü birlikdə maşına yük yükləmişlər. Qəşəm və Elcanla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Kövkə Əliyeva küçəsində yerləşən yataqxanada ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Dolanışıq məqsədilə dəmir sexini işlədərək kənd təsərrüfatında istifadə olunan dəmir əşyaları, yəni lom, dırmıx və digər alətləri istehsalını edib satış üçün kənd təsərrüfatı satışı mağazalarına sataraq qazanc əldə edirlər. 2021-ci ilin fevral ayının əvvəllərindən tanışı X16 ilə birlikdə şərikli olaraq Bakı şəhəri, Nərimanov rayonu, ərazisində yerləşən Bakı Elektrik Maşınqayırma Zavodunun ərazisində yerləşən dəmir sexinin bir hissəsini icarəyə götürərək işlətmiş və qeyd etdiyi istehsalla məşğul olmuşlar. Qeyd olunan zavodun içərisindəki sexdə işləmək üçün həmin zavodla müqavilə bağlamış, sexdə o, tanışı Anar və müxtəlif fəhlələr işləmişdir. 2021-ci ilin may ayında zavodun rəhbərliyi ilə aralarında narazılıqdar olduğu üçün tanışı Anarla qərara gəlmişlər ki, iş yerini başqa yerə dəyişsinlər. Bu məqsədlə işləmək üçün Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən «Pinqvin» zavodunun ərazisində sex yeri tapmış və həmin yerin sahibi ilə danışıb gələcəkdə işləməklə bağlı razılaşmışlar. İş yerini dəyişmək üçün istehsal etmək üçün onlara məxsus olan dəzgahları və digər alətləri həmin sexə köçürmək lazım olmuş, istehsal dəzgahları və alətləri ağır olduğu üçün həmin əşyaları köçürmək məqsədilə üzərində qaldırıcı qurğu olan yük maşınının sürücüsü əvvəllər tanımadığı adını sonradan bildiyi Zərərçəkmiş şəxs istifadəsində olan hazırda xatırlamadığı GSM nömrəsinə zəng vurub ona əşyaları daşımaq üçün işlədiyi sexin yerləşdiyi yerə gəlməsini demişdir. Şəhriyar ona məxsus əşyaları Nərimanov rayonu ərazisində yerləşən qeyd etdiyi zavodun ərazisindəki sexdən idarə etdiyi maşına yükləyib Xətai rayonu ərazisində yerləşən yeni işləyəcəyi sexə aparıb düşürmək üçün 120 manat pul istəmiş və o ona həmin işi görmək üçün istədiyi pulu verəcəyi ilə bağlı razılaşmışlar. 23 may 2021-ci il tarixdə saat təxminən 10 radələrində Şəhriyar tək idarə etdiyi yük maşını ilə Nərimanov rayonu ərazisində yerləşən qeyd etdiyi zavodun həyətindəki işlədiyi sexə gəlmiş, həmin vaxt tanışı Anar dəzgahların və alətlərin daşınmasında və maşına yüklənməsində köməklik etmək üçün əmisi oğlu Təqsirləndirilən şəxs, qohumu Şahid4 və dostu Şahid3 həmin sexə çağırmış, Şəhriyar yük maşını ilə sexə gəldikdən sonra o, Anar və adlarını qeyd etdiyi kömək üçün çağırılmış şəxslərlə köməkli birlikdə sexdə olan iş dəzgahlarını və alətləri Şəhriyarın idarə etdiyi yük maşınının yük yerinə daşıyıb yığmışlar. Bir az keçmiş Şəhriyarın yanına tanımadığı bir nəfər tanışı gəlmiş və sonradan məlum olmuşdur ki, həmin oğlan Şəhriyarın idarə etdiyi maşının sahibinin oğludur. İş ağır olduğu üçün bir neçə saat davam etmiş, əşyaları daşıyarkən sağ əlinin şəhadət barmağı əzildiyi üçün barmağını sarıtdırmaq üçün sexdən çıxıb ətrafı gəzmiş, lakin tibb məntəqəsi tapmadığı üçün mağazadan soyuq su alıb düşünmüşdür ki, barmağını iş qurtarana kimi müvəqqəti soyuq suya qoysun. Həmin ərəfədə iş gecikdiyi üçün və maşına yüklənən əşyaların sayı çox olduğu Şəhriyar işin davam etdirilməsinə narazılıq edərək tanışı Anarla mübahisə etmiş, Anar ona demişdir ki, narahat olma sənə görülən işə görə əlavə olaraq 120 manat pul, yəni ümumi 240 manat pul verəcəklər. Şəhriyar onunla danışıb razılaşdığı üçün Anarın sözünə ciddi yanaşmamış və buna görə bu səbəbdən onun Şəhriyarla aralarında narazılıq olmuşdur. Bu barədə sexə gəldikdə Anar ona bildirmiş, həmin vaxt Şəhriyar ona zəng vurub narazılığını bildirdikdə ona demişdir ki, “narahat olma özü sexə qayıdıram və işin ağırlığına görə sənə əlavə pul yəni ümumilikdə 240 mana pul verəcik”. O, soyuq su aldıqdan sonra yenidən sexə qayıtmış və Şəhriyarla razılaşdığı üçün işi davam edərək əşyaları daşıyıb onun idarə etdiyi maşının yük yerinə yükləmişlər. Həmin vaxt barmağı əzildyi üçün iş aparılan yerdən kənarda saxladığı «Opel Zafira» markalı **-BU-*** nömrəli avtomobildə oturmuş və kənardan işin gedişatına nəzarət etmiş, bütün əşyalar və dəzgahları yük maşınına yükləndikdən sonra sonuncu bir ədəd dəmir masa qalmış, həmin masanı yük maşının yanına gətirdikdən sonra tanışı Anar sürücü Şəhriyarı səsləyib ona demək istəmişdir ki, həmin masanı yerləşdirmək üçün böyrü üstə maşının yük yerinə yerləşdirsinlər. Anar bir neçə dəfə Şəhriyarı səsləsədə sonuncu Anara əhəmiyyət verməmiş, sonra Şəhriyar tanışı Anara tərəf çönüb demişdir ki, “sən kimsənki mənə hansı əşyanı necə yerləşdirməklə bağlı göstəriş verirsən”. Həmin vaxt tanışı Anarla Şəhriyarın bu səbəbdən aralarında narazılıq olduğu üçün mübahisə olmuş və onlar dalaşmışlar. Dava zamanı Şəhriyar təpiklə Anarın bədəninin müxtəlif yerlərindən vurub Anarı yerə yıxmış, Anar yerə yıxıldıqdan sonra Şəhriyar təpiklə onun bədəninin müxtəlif yerlərinə vurmağa davam etmiş, həmi vaxt yaxınlıqda olan Anarın əmisi oğlu X22 yerdə təpiklə vurub döydüyünü görüb onlara yaxınlaşıb sexdən götürdüyü əlindəki bıçaqla Şəhriyarın qarın nahiyyəsindən bir dəfə zərbə vurmuş və bıçaq onun əlindən yerə düşmüşdür. Həmin vaxt Şəhriyar Rəşadın onu bıçaqla vurmağına əhəmiyyət vermədən Anarla davanı davam etmiş, həmin vaxt Rəşad kənara çəkilmiş, Anar isə qarşılıqdı olaraq özünü müdafiə etmək üçün təpik və yumuruqla Şəhriyarı vurmuş, həmin vaxt o, sexdə olan Qəşəm, Elcan və Şəhriyarın yanında olan adını bilmədiyi tanışı onlara yaxınlaşıb davanı sakitləşdirərək Şəhriyarı tanışı Anardan aralaşdırmış, həmin vaxt Anar onlar oldğu yerdən aralaşıb sexin qarşı tərəfində saxladığı «Daevoo Nexia» markalı nömrəsini xatırlamadığı maşına əyləşib idarə edərək harasa getmiş, həmin vaxt o, diqqət yetirmişdir ki, Şəhriyarın qarın nahiyyəsində xəsarəti vardır və həmin yerdən qan axır. Şəhriyarın bıçaqla Rəşad tərəfindən vurulması nəticəsində xəsarət aldığını bildiyi üçün onu həmin yerdən aralaşdırıb kənarda olan ona məxsus avtomobilə tərəf aparıb onu maşına əyləşdirmiş və demişdir ki, “səni xəstəxanaya aparım”. Lakin Şəhriyar onu maşınla xəstəxanaya aparmasına razılıq verməmiş, demişdir ki, narahat olma ciddi bir şey yoxdur. Lakin buna baxmayaraq ona tibbi yardım göstərilməsi üçün təcili tibbi yardım maşını çağırmış, bir az keçmiş TTY maşını gəlib Şəhriyarın qarın nahiyyəsində xəsarət olduğunu görüb onu xəstəxanaya aparmış, o sexdən çıxıb qohumu Turanın yaşadığı Nərimanov rayonunda yerləşən evinə gəlmiş və orada evdə olan dərmanlardan barmağına sürtüb sonra bintlə əzilmiş barmağını sarımışdır. Həmin gün axşam saat 23 radələrində qohumu Turanla birlikdə onların yaşadığı evdən çıxıb idarə etdiyi avtomobillə dərman almaq üçün aptekə gedərkən Keşlə bazarının yaxınlığında idarə etdiyi maşını polis əməkdaşları saxlayıb onları baş vermiş hadisə ilə bağlı Nərimanov rayonu 17-ci Polis Şöbəsinə dəvət etmişlər. O, qohumu Turanla birlikdə həmin şöbəyə getmiş və orada Turanın yanında polis əməkdaşlarının baş vermiş hadisə ilə bağlı verdiyi sorğulara cavab olaraq hadisəni olduğu kimi danışmış, orada məlum olmuşdur ki, Şəhriyarın hadisə zamanı aldığı xəsarət ağır olduğu üçün xəstəxanada onu əməliyyat etmişlər. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış “hadisə yerinə baxış keçirilməsi” haqqında 23 may 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri “Bakı Elektrik Maşın Qayırma” zavodunun həyətindəki dəmir sexidir. Həmin yerdə olan Şahid1 bildirmişdir ki, hadisə onun icarəyə götürərərk işlətdiyi həmin sexin ərazisində baş vermişdir. Sexin giriş qapısı qara rəngli dəmir metaldandır. Sexin içərisinə daxil olduqda sexdə müxtəlif dəmir materialları, dəmir avadanlıqlar vardır. Şahid1 bildmirşdir ki, dava-dalaş qeyd olunan sexdə baş vermişdir. Sexin içərisinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir əşya və predmet aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Şahid1 ibtidai istintaq orqanına verdiyi xx.xx.2021ci il tarixli ifadəsindən müəyyən olunur ki, Şəhriyarla Anar dava etdikləri zaman yaxınlıqda olan Anarın əmisi oğlu X22 yerdə təpiklə vurub döydüyünü görüb onlara yaxınlaşıb sexdən götürdüyü bıçaqla Şəhriyarın qarın nahiyəsindən bir dəfə zərbə vurmağı barədə məlumat əsasında elə həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini, yəni 23 may 2021-ci il tarixdə saat 18 radələrində ünvan 1 ünvanda yerləşən Yeni Bakı Elektrik Maşınqayırma Zavodunun həyətindəki dəmir sexinin içərisində Zərərçəkmiş şəxs ilə şəxsi münasiətlər zəminində mübahisə edib, üstündəki bıçaqla Zərərçəkmiş şəxs qarın boşluğuna vurub xəsarət yetirmə səbəbinə görə şübhəli şəxs qismində tutulmuşdur. Tutulması ilə əlaqədar şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, tutmanının əsasları ona aydındır, heç bir vəsatəti yoxdur. Məhkəmədə elan edilib araşdırılmış şübhəli şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 24 may 2021-ci il tarixdə verdiyi ifadəsindən müəyyən olunur ki, hadisə günü sexdə qohumu Anarla Zərərçəkmiş şəxs arasında mübahisə baş vermiş, onlar dalaşmışlar. Dava zamanı Şəhriyar təpiklə Anarın bədənin müxtəlif yerlərinə vurub Anarı yerə yıxmışdır. Anar yerə yıxıldıqdan sonra Şəhriyar təpiklə onun bədəninin müxtəlif yerlərinə vurmağa davam etmişdir. O Şəhriyarın əmisi oğlu Anarı döydüyünü görüb bundan bərk əsəbləşib Anara köməkli etmək məqsədi ilə Şəhriyara yaxınlaşaraq yumruqla onu bir-iki dəfə vurmuşdur. Həmin vaxt Şəhriyar onun onu yumruqla vurmağına əhəmiyyət vermədən Anarla davanı davam etmişdir.Həmin vaxt o davaya bir daha müdaxilə etməmiş və kənara çəkilmişdir.Əmisi oğlu Anar qarşılıqlı olaraq özünü müdafiə etmək üçün təpik və yumruqla Şəhriyarı vururdu. Anar özünü müdafiə etmək üçün şalvarının belindəki əlamətlərinə diqqət yetirə bilmədiyi bıçağı çıxarıb Şəhriyarın qarın nahiyəsindən bir dəfə vurmuşdur. Şəhriyar həmin vaxt Anarın əlindən tutub bıçaqı alaraq kənara yerə tullamışdır. Həmin vaxt sexdə olan Nicat, Elcan, Qəşəm və Şəhriyarın yanında olan adını bilmədiyi şəxs onlara yaxınlaşaraq davanı sakitləşdirərək Şəhriyarı qohumu Anardan aralaşdırdılar. Həmin vaxt Anar olduqları yerdən aralaşıb sexin qarşı tərəfində saxladığı “Daewoo Nexia” markalı maşınına əyləşib harasa getmişdir. Bundan sonra diqqət yetirdilər ki, Şəhriyarın qarın nahiyəsində xəsarət var və həmin yerdən qan axır. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına verdiyi xx.xx.2021-ci il tarixli ifadəsindən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə səhər saat 9 radələrində Nicat adlı şəxsin sifarişi əsasında idarə etdiyi üzərində qaldırıcı qurğu olan yük maşınını Yeni Bakı Elektrik Maşınqayırma zavodunun həyətində olan dəmir sexinə sürmüşdür. Belə ki, həmin sexdə müəyyən bir avadanlqıları başqa bir sexə aparmalı idi.Həmin sexdə Anar adlı şəxslə yükün artlq yükləndiyi ilə əlaqədar mübahisə baş vermiş, mübahisələri davaya çevrilmiş, Anarın tanışaları Qəşəm, Rəşad və Elcan hərəsi bir tərəfdən üzərinə gələrək yumruqla onun bədənini müxtəlif yerlərinə vurmuşlar. Tanışı Rafiq isə Anarı və onun tanışlarını sakitləşdirib ondan aralaşdırmağa çalışırdı. Həmin vaxt Anarın şalvarının bel nahiyyəsində saxladığı dəstəyi qırmızı rəngdə olan bıçağı sağ əli ilə çıxarıb onun üstünə gəldiyini görmüş, belə ki, dava zamanı Anar onunla dalaşıb sonra belindəki qırmızı dəstəyi olan bıçağı çıxardıb onu vurmaq istəmişdir. Sonuncunun əlindən tutub bıçaqla onu vurmağa imkan verməmiş və buna görə aralarında dartışma düşmüş, həmin vaxt Anarla dava edən zaman sexdə olan onun tanışları Elcan, Qəşəm və Rəşad onların dalaşdığını görüb onlara yaxınlaşmış, sonuncular onlara yaxınlaşdıqdan sonra hərəsi öz növbəsində ona təpik və ya yumuruq vurub kənara çəkilmişlər. Qarışıqlıq düşdüyü üçün onun diqqəti Anardan yayınmış, lakin onun əlindəki bıçağı buraxmamış, Anarda bıçağı buraxmadan güc verib onu vurmağa çalışmış, onlar dava edən zaman sexdə olan Anarın qohumu Rəşad əlindəki bıçaqla arxadan ona yaxınlaşıb vurmuşdur, lakin Rəşadın bıçaqla onu konkret hansı tərəfindən vurmasına diqqət yetirə bilməmiş, belə ki, yanında olan Rafiq Rəşadın ona arxadan yaxınlaşıb bıçaqla vurmasını görüb, onun sinəsindən tutub kənara çəkmişdir. Sonra o davanın gedişində Anarın əlindən bıçağı alıb kənara tullamışdır. Məhkəmədə elan edilib araşdırılmış “şəxsin saxlanıldığı MSY-dən azad edilməsi və şübhəli şəxs statusuna xitam verilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan müəyyən olunur ki, Salmanov X8 RPİ-nin MSY-dən azad edilmiş, onun şübhəli şəxs statusuna xitam verilmişdir. Beləliklə o, ibtidai araşdırma zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək – 03 gün həbsdə olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış ibtidai araşdırma orqanının 01 avqust 2021-ci il tarixli qərarından müəyyən olunur ki, X7 barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat AR CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Məhkəmədə elan edilib araşdırılmış 06 oktyabr 2021-ci il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, X2 RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə tutularaq Nərimanov RPİ-nin MSY-yə təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2021-ci il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan müəyyən olunur ki, həmin tarixdə cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, həmin tarixdə Anar Məmmədov AR CM-nin 126.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2021-ci il tarixli Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarından müəyyən olunur ki, X16 Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və həmin tarixdə Nərimanov rayon məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış X7 müdafiəçisinin iştirakı ilə xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində və xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, hadisə günü Şəhriyarla mübahisəsi olmuş və onlar dalaşmışlar.Dava zamanı Şəhriyar təpiklə onun bədənini müxtəlif yerlərində vurub onu yerə yıxmışdır. O yerə yıxıldıqdan sonra təpiklə onun bədəninin müxtəlif yerlərinə vurmağa davam etmişdir. Həmin vaxt yaxınlıqda olan əmisi oğlu Rəşad onlara yaxınlaşıb sexdən götürdüyü bıçaqla Şəhriyarın qarın nahiyəsindən bir dəfə zərbə vurdu və bıçaq onun əlindən yerə düşmüşdür. Bu vaxt Şəhriyar Rəşadın onu bıçaqla vurmağına əhəmiyyət vermədən davanı davam edirdi. Bundan sonra əmisi oğlu Rəşad kənara çəkilmiş, o isə özünü müdafiə etmək üçün təpik və yumruqla Şəhriyarı vururdu. Kənar olan qohumu Qəşəm dostları Elcan və Nicat gəlib onları aralaşdırdılar. Bundan sonra o idarə etdiyi və sexin qarşısında dayanmış öz avtomobilinə minib oradan çıxıb getmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2021-ci tarixli üzləşdirmə protokolundan müəyyən olunur ki, zərərçəkmiş şəxs İsayev X6 Anar Elman oğlunun üzünə qarşı göstərmişdir ki, Anar Məmmədov dava zamanı şalvarının bel nahiyəsində saxladığı dəstəyi qırmızı rəngli bıçağı sağ əli ilə çıxarıb onun üzərinə gəlmiş, o isə bıçağı onun əlindən alıb sexin içərisinə doğru tullamışdır. Bundan sonra Anar Məmmədov tanışları ilə birlikdə oradan getmişdir. Tanışı Rafiq ona yaxınlaşaraq onun qarın nahiyəsində yara olduğunu görüb bunu ona bildirmişdir.Öz növbəsində təqsirləndirilən şəxs X17 zərərçəkmi şəxs Zərərçəkmiş şəxs üzünə qarşı göstərmişdir ki, dava zamanı zərərçəkmiş onu vuraraq yerə yıxmış, o yerə yıxılan zaman təpiklə onu vurmağa davam etmiş, həmin vaxt yaxınlıqda olan əmisi oğlu Rəşad bunu görüb onlara yaxınlaşıb sexdən götürdüyü bıçaqla zərərçəkmiş şəxsin qarın nahiyəsindən bir dəfə zərbə vurmuş və bıçaq onun əlindən yerə düşmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs Rəşadın onu bıçaqla vurmasına əhəmiyyət vermədən onunla davanı davam etdirmişdir. Bundan sonra sexdə olan şəxslər onları aralaşdırmış, o da öz maşını ilə hadisə yerindən çıxıb getmişdir. Məhkəmədə elan edilib araşdırılmış ibtidai araşdırma zamanı keçirilmiş xx.xx.2022-ci il tarixli “üzləşdirmə protokolundan” müəyyən olunur ki, həmin tarixdə təqsirləndirilən şəxs Anar Məmmədovun müdafiəçisi Araz Məmmədov və şahid Təqsirləndirilən şəxs nümayəndəsi Müdafiəçi1 iştirakları ilə videoçəkiliş aparılmaqla üzləşdirmə həyata keçirilmiş, üzləşdirmə zamanı X28 Salmanovun üzünə qarşı göstərmişdir ki, hadisə zamanı Şəhriyar təpiklə bədəninin müxtəlif yerlərindən vurub onu yerə yıxmışdır. O yerə yıxıldıqdan sonra Şəhriyar təpiklə onun bədəninin müxtəlif yerlərinə vurmağa davam etmişdir. Həmin vaxt yaxınlıqda olan əmisi oğlu Rəşad onun döyüldüyünü görüb sexdən götürdüyü bıçaqla Şəhriyarın qarın nahiyəsindən bir dəfə zərbə vurmuş və bıçaq onun əlindən yerə düşmüşdür.Həmin vaxt Şəhriyar Rəşadın onu bıçaqla vurmağına əhəmiyyət vermədən onunla davanı davam edirdi. Əmisi oğlu Rəşad kənara çəkilmiş, bunu görən qohumu Qəşəm, dostu Elcan və Nicat yaxınlaşıb onları aralaşdırmışlar.Bundan sonra o maşına minib oradan çıxıb getmişdir. Öz növbəsində Təqsirləndirilən şəxs X7 üzünə qarşı göstərmişdir ki, dava zamanı Şəhriyar Anarı təpiklə yerə vurub yıxmışdır. Anar yerə yıxıldıqdan sonra da Şəhriyar onu təpiklə vurmağa davam edirdi. Əmisi oğlu Anar Məmmədova kömək məqsədi ilə masanın üzərindən götürdüyü bıçaqla Zərərçəkmiş şəxs arxadan yaxınlaşaraq əlindəki bıçaqla Şəhriyarın sağ qarın nahiyəsindən bir dəfə vurmuş və Şəhriyarın onu da döyəcəyindən qorxub kənara çəkilmişdir. Şəhriyarı vurduğu bıçağı isə sexin içərisində kənara tullamışdır.Şəhriyar bıçaqla vurulduğuna əhəmiyyət vermədən davanı davam edirdi. Sexdə olan Qəşəm, Elcan, Nicat və Şəhriyarın yanında olan adını bilmədiyi şəxs yaxınlaşıb davanı sakitləşdirmişdirlər. Məhkəmədə elan edilib araşdırılmış ibtidai araşdırma zamanı keçirlmiş xx.xx.2022-ci tarixli üzləşdirmə protokolundan müəyyən olunur ki, Şahid2 X7 üzünə qarşı göstərmişdir ki, hadisə vaxtı X23 İsayevlə dava etdiyi zaman üstünən bıçaq çıxarıb Şəhriyarı vurmaq istəmiş, lakin Şəhriyar Anarın əlindən tutub saxladığı üçün Anar həmin bıçaqla Şəhriyarı vura bilməmişdir. Həmin vaxt sexdə olan Anarın qohumu Təqsirləndirilən şəxs əlində bıçaqla Şəhriyara yaxınlaşıb onu arxadan vurdu, lakin Rəşadın Şəhriyara həmin vaxt əlindəki bıçaqla xəsarət yetirib yetirmədiyini bilmədi, amma Rəşada yaxınlaşıb onu kənara itələmişdir. Dava sakitləşdikdən sonra məlum olmuşdur ki, Şəhriyarın qarın nahiyəsində bıçaq yarası var və həmin yerdən qan axır. O əvvəl elə düşünmüşdür ki, Şəhriyarın qarın nahiyəsindən Anar vurub xəsarət yetimişdir, lakin sonradan xəsarətin yerinə baxıb sağ böyür tərəfdə yerləşdiyini, həmin xəsarətin Şəhriyarla qarşı-qarşıya dalaşıb Anar tərəfindən yetirilməsinin mümkün olmadığını anlamışdır.Buna görə tam əmin olmuşdur ki, Şəhriyarın bədəni üzərində olan xəsarəti Şəhriyara sexdə olan Anarın qohumu Rəşad dava zamanı arxadan yaxınlaşıb əlindəki bıçaqla qarın nahiyəsinə vurduqda yetirmişdir.Öz növbəsində X16, Şahid2 üzünə qarşı göstərmişdir ki, dava zamanı Şəhriyar təpiklə bədəninin müxtəlif yerlərindən vurub onu yerə yıxmışdır. O yerə yıxıldıqdan sonra Şəhriyar təpiklə onun bədəninin müxtəlif yerlərinə vurmağa davam etmişdir. Həmin vaxt yaxınlıqda olan əmisi oğlu Rəşad onun döyüldüyünü görüb sexdən götürdüyü bıçaqla Şəhriyarın qarın nahiyəsindən bir dəfə zərbə vurmuş və bıçaq onun əlindən yerə düşmüşdür.Həmin vaxt Şəhriyar Rəşadın onu bıçaqla vurmağına əhəmiyyət vermədən onunla davanı davam edirdi. Əmisi oğlu Rəşad kənara çəkilmiş, bunu görən qohumu Qəşəm, dostu Elcan və Nicat yaxınlaşıb onları aralaşdırmışlar.Bundan sonra o maşına minib oradan çıxıb getmişdir.Bildirir ki, Şəhriyarla əlbəyaxa olduğu zaman sonuncunun üzərinə bıçaq çıxarmamış, onda bıçaq olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmasına görə Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilərək, hadisə zamanı biraz əvvəl yemək yeyilərəkən istifadə edilmiş dəstəyi qara rəngli olan mətbəx bıçağını götürüb Şəhriyara yaxınlaşıb əlindəki bıçaqla onu arxa sağ tərəfdən qarın nahiyyəsindən bir dəfə zərbə vurmuş, sonra Şəhriyarın onuda döyəcəyindən qorxduğu üçün kənara çəkilmiş, Şəhriyarı vurduğu bıçağı isə sexin içərisində kənara tullamışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli müdafiəçisi Faiq Nəcəfzadənin iştirakı ilə verdiyi ifadəsindən müəyyən olunur ki, o hadisə zamanı əmisi oğlu X24 Şəhriyar tərəfindən döyüldüyünü görüb sexdəki masanın üzərindən bıçağı götürüb arxadan Şəhriyara yaxınlaşıb arxadan həmin bıçaqla onun qarın nahiyyəsinə bir dəfə vurmuş və kənara çəkilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 647 nömrəli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlə bağlı ekspertiza müayinəsi xx.xx.2021-ci il tarixdə başlanmış xx.xx.2021-ci il tarixdə başa çatmışdır. Ekspertiza rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarət qarnın ön divarında sağda ön qoltuqaltı xətt üzrə qabırğanın altında ölçüləri 2x0.5 sm olan kəsilmişdeşilmiş, kənarları hamar, ucları iti olan yara aşkar edilmişdir. Yara kanalı sağda-sola, öndənarxaya, aşağdan-yuxarı istiqamətdə yerləşən periton boşluğuna daxil olur. Daxili qanaxma və qaraciyərin zədələnməsi ilə müşayiət olunan qarın nahiyəsinin sağ yarısının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası – kəsici alətin, ola bilsin bıçağın təsirindən yetirilə bilərdi, yetirilmə müddəti xx.xx.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov rayon məhkəmə-tibbi ekspertizasının eksperti X18 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. O, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Nərimanov rayon şöbəsinin ekspertidir, iş təcrübəsi 2006-cı ildəndir. Şöbəyə Nərimanov RPİ-nin müstəntiqi Hüseyn Nuriyevin ekspertizanın keçirilməsinə dair xx.xx.2021-ci il tarixli qərarı daxil olmuşdur. Qərarda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Yeni Bakı elektrik maşınqayırma zavodunun həyətindəki dəmir sexinin içərisində X5 Şəhriyar Asif oğlu ilə şəxsi münasibətlər zəmnində mübahisə edib, üstündəki bıçaqla sonuncunun qarın boşluğuna vurub ona qarnın ön divarının daxilə nüfuz edən və qara ciyərin yaralanması ilə müşaiyət edilən ağır zərər vurmuşdur. Qərarda həll olunması üçün aşağıdakı suallar qoyulmuşdur:

1. Zərərçəkmiş şəxs bədən səthində xəsarətlər varmı?

2. Xəsarətlər varsa, onların hər birinin ayrı-ayrılıqda yetirilmə vaxtı, aləti , mexanizmi, hər bir xəsarətin ayrı-ayrılıqda ağırlıq dərəcəsi və lokalizasiyası müəyyən edilsin.

3. Həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə və tarixdə əmələ gələ bilərmi? O, 3 saylı şəhər klinik xəstəxanasından daxil olmuş Zərərçəkmiş şəxs stasionar xəstənin tibbi kartasının kserosurətinə və Zərərçəkmiş şəxs canlı müayinəsi əsasında onu bildirir ki, Zərərçəkmiş şəxs qarnının ön divarının sağ yarısında ön qoltuqaltı xətt üzrə 7-ci qabırğanın altında üzərində cərrahi tikiş izləri olan kənarları hamar birincili sağalmış yara vardır. Qarnın ön divarında orta-orta xətt üzrə göbəyi sağdan əhatə edən üzərində cərrahi tikiş izləri olan cərrahi əməliyyat yarası vardır. Xəstəlik tarixindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs baxış zamanı qarnın ön divarında sağda ön qoltuqaltı xətt üzrə qabırğanın altında ölçüləri 2x0,5 sm olan kəsilmiş-deşilmiş, kənarları hamar, ucları iti yara olması, yaradan aktiv qanaxma olması qeyd olunmuşdur. Xəstəlik tarixindən müəyyən olunur ki, xəstə təcili əməliyyat stoluna verilmiş və təcili əməliyyat edilmişdir. Xəstəlik tarixindən müəyyən edilir ki, yara kanalı sağdan-sola, öndən-arxaya, aşağıdan-yuxarı istiqamətdədir və periton boşluğuna daxil olmuşdur. Həmin xəsarət sağlamlığa ağır zərərvurmaya aiddir, deşici-kəsici alətlə yetirilməsinə xarakterikdir. Təcrübəsinə əsaslanaraq fərziyyə edə bilər ki, bu xəsarətin yetirilməsi xəsarəti yetirən şəxsin öndə olma vəziyyətə daha uyğundur. Şahid Anar Azayzadənin verdiyi ifadəsi ilə əlaqədar olaraq əlavə ifadə vermiş Təqsirləndirilən şəxs göstərmişdir ki, o, tiyəsinin ucu qırıq bıçaqla cəmi bir dəfə Zərərçəkmiş şəxs arxadan yaxınlaşaraq zərbə vurmuş, zərbənin hara dəyməsini görməmişdir. Həmin bıçağı isə sonra sexə atmışdır. Təqsirləndirilən şəxs verdiyi əlavə ifadəsi ilə əlaqədar X25 göstərmişdir ki, təqsirləndirilənin ifadəsi yaranın xarakterinə uyğun deyildir. Belə ki, xəstəlik tarixində göstərildiyi kimi yaranın kənarları hamar olmuşdur. Deməli, xəsarət ucları iti olan kəsici alətlə yetirilmişdir. Tiyəsinin ucu sınmış bıçaqla xəsarət yetirilsəydi yaranın kənarlarında izlər olardı, yaranın kənarları hamar olmazdı. Şahid Anar Azayzadənin iştirakı ilə ibtidai araşdırma zamanı, yəni xx.xx.2022-ci il tarixdə videoçəkilişlə aparılmış X15 Rəşad arasında keçirlmiş üzləşdirmənin CD diski nümayiş olundu. CD diskə baxdıqdan sonra Təqsirləndirilən şəxs bir daha bildirdi ki, Zərərçəkmiş şəxs bıçaqla xəsarəti o yetirmişdir. X25 isə qeyd etmişdir ki, öndən Zərərçəkmiş şəxs zərbə vurulubsa zərbəni vuran şəxs solaxay olmalıdır. Bunu yaranın yeri göstərir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-trasoloji ekspertizasının 01 mart 2022-ci il tarixli, 3/230 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş köynəyin üzərindəki zədənin yeri, ölçüsu, sayı rəyin təsviri hissəsində verilib. Köynəyin üzərində olan zədə öz formasına, quruluşuna və s. ümumi əlamətlərinə görə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bıçaq tiyəsi də aiddir. - Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarət ona məxsus köynəyin üzərində olan zədə ilə uyğunluq təşkil edir və üst-üstə düşür. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 392 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərininin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmiək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ibtidai araşdırma orqanının xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərarından müəyyən olunur ki, X7 əməli CM-nin 126.1-ci maddəsindən CM-nin 221.3-cü maddəsinə tövsif etmiş, yəni X7 xx.xx.2021-ci il tarixdə saat 18 radələrində işlədiyi ünvan 6 ünvanda yerləşən Yeni Bakı Elektrik Maşınqayırma zavodunun həyətindəki dəmir sexində olarkən sürücü Zərərçəkmiş şəxs idarə etdiyi yük maşınına yükün çox yiğılmasını ona irad bildirməsini cüzi səbəb kimi bəhanə edib Zərərçəkmiş şəxslə mübahisə edib dalaşaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, Zərərçəkmiş şəxs üstünə hücum edib heç bir əsaslı səbəb olmadan yumruq və təpiklə onun bədəninin müxtəlif nahiyələrindən vurduqdan sonra üstündə saxladığı bıçaqdan silah qismində istifadə edib Zərərçəkmiş şəxs həmin bıçaqla vurub yaralamaq üçün zor tətbiq etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, təqsirləndirilən şəxs X7 barəsində həbsdə saxlanılma müddətinin uzadılmasından imtina edilmiş, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı təmin edilməmiş, X16 məhkəmə iclas zalından dərhal buraxılmışdır. Məhkəmədə elan edilib araşdırılmış ibtidai araşdırma orqanının xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs haqqında qətimkan tədbirinin seçilməsi haqqında” qərarından müəyyən olunur ki, X7 barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs ibtidai araşdırma orqanına təqdim etdiyi xx.xx.2022-ci il tarixli və məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs atası hadisə nəticəsində ona dəymiş maddi ziyanı ödəmiş, odur ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ibtidai araşdırma orqanının xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə və X7 Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə ittiham olunmaları barədə olan ********* saylı cinayət işinin istintaq materiallarından X7 Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə ittiham olunması barədə ********* saylı cinayət işi ayrıca icraata ayrılmışdır. İbtidai araşdırma orqanının xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, X7 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Anar Məmmədovun əməlində cinayət tərkibi olmadığı üçün xitam verilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Belə ki, Təqsirləndirilən şəxs həm ibtidai araşdırma zamanı, həmçinin məhkəmə baxışı zamanı məhz onun tərəfindən Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirildiyini etiraf etmiş, Zərərçəkmiş şəxs isə istər ibtidai araşdırma zamanı, istərsədə məhkəmə baxışı zamanı göstərmişdir ki, hadisə zamanı Anar Məmmədov üzərinə bıçaq çıxartsada o Anarın qollarından tutaraq ona onu vurmağa imkan verməmiş, Anarın əlindən bıçağı alaraq yerə, kənara tullamış, ona xəsarət yetirənin Təqsirləndirilən şəxs olmasını tanışı Şahid2 bildirərək, Rəşadın arxadan yaxınlaşaraq ona bıçaqla bir dəfə xəsarət yetirdiyini demişdir. Zərərçəkmiş şəxs məhz Təqsirləndirilən şəxs bıçaqla xəsarət yetirməsini ibtidai araşdırma zamanı Anar Məmmədovla keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs özü təsdiq etmiş, aralarinda üzləşdirilmələri aparılmış Zərərçəkmiş şəxs, Anar Məmmədov və Şahid2 da Zərərçəkmiş şəxs arxadan qarın nahiyyəsinə bıçaqla məhz Təqsirləndirilən şəxs xəsarət yetirdiyini göstərmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsini məhkəmədə şahid qismində dindirilmiş hadisənin digər şahidləri olmuş Şahid4, Şahid3 və ifadəsi elan olunmuş Şahid1 də təsdiq etmişlər. Məhkəmə hesab edir ki, məhkəmə-tibbi ekspertizasının rəyi və bu rəylə əlaqədar X25nin verdiyi ifadəsi Zərərçəkmiş şəxs xəsarətin öndən deyil başqa vəziyyətdən yetirilməsini inkar etmir, xəsarətin xarakteri, lokalizasiyası və istiqaməti düzgün müəyyən olunmaqla həmin xəsarətin məhz Zərərçəkmiş şəxs arxadan yaxınlaşaraq sağ əlində tutduğu ucu iti bıçaqla zərərçəkmiş şəxsin qarnının sağ ön hissəsindən vurması məhkəmədə tədqiq edilmiş bütün sübutlarla təsdiq olunmuşdur. Məhkəmə məhkəmə iclasında ifadə vermiş Şahid2 ifadələrinə tənqidi yanaşır, onun hadisə zamanı Zərərçəkmiş şəxs arxadan yaxınlaşan və əlində bıçaq olan Təqsirləndirilən şəxs qarşısını almasını, ona bıçaqla xəsarət yetirməyə imkan verməməsi barədə ifadələri özünün ibtidai araşdırma zamanı verdiyi ifadələri, Anar Məmmədovla keçirilən üzləşdirmədə verdiyi ifadələri ilə tam təkzib olunur. Hətta qeyd olunan üzləşdirmə zamanı Şahid2 göstərmişdir ki, o əvvəl elə düşünmüşdür ki, Şəhriyarın qarın nahiyyəsindən Anar vurub xəsarət yetirmişdir, lakin sonradan xəsarətin yerinə baxıb sağ böyür tərəfdə yerləşdiyini, həmin xəsarətin Şəhriyarla qarşı-qarşıya dalaşıb Anar tərəfindən yetirilməsinin mümkün olmadığını anlamışdır. Məhkəmə Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadələrini həqiqi və düzgün olan ifadələr kimi qiymətləndirir və bu ifadələri sübut kimi qəbul edir. Məhkəmə həmçinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verdiyi ilk etirafedici ifadəsini, ekspertin ifadəsindən sonra verdiyi etiraf edici ifadəsini və Anar Məmmədovla ibtidai araşdırma zamanı keçirilmiş üzləşdirmə istintaq hərəkətlərinin CD diskə alınmış video görüntüsünün nümayiş edilməsindən sonra verdiyi etiraf edici ifadələrini həqiqətə uyğun olan ifadələr kmi qiymətləndirir və bu ifadələri sübut növü kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Eyni zamanda məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən sonuncu mənfi xarakterizə edilmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-50.1.13-cü maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə onun məsuliyyətini yüngülləşdirici halları nəzərə alır və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə islah olunmasını mümkün sayır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs oluna azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən hesablamalıdır. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə olduğu müddət nəzərə alınmaqla cəza müddətindən çıxılmalıdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə halda iş üzrə maddi sübut olan Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək məhv edilməlidir. İş üzrə ekspertiza xərci 64 (altmış dörd manat ) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. İş üzrə maddi mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə,

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı - 03 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən hesaba alınmaqla və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 04 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 64 (altmış dörd manat ) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək məhv edilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar