Məhkəmə qərarları › İş №1(101)-909/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-909/2023

24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-909/2023 24.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X7 ibarət tərkibdə, Niyazova Nəzrin Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs (yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxslərin qanuni nümayəndəsi): Qanuni nümayəndə, Yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1, Müdafiəçi: Bakı şəhəri «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi, Mütəxəssis (müəllim-psixoloq): X1 iştirakı ilə, xx xxxxxx 1982-ci ildə Masallı rayonu, Qızılağac kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcrdxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.3, 215.2.3, 215.2.4, 215.2.5, 215.2.7 və 215.2.8-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, zərərçəkmiş şəxsin yaxın qohumlarına zor tətbiq etməklə, zərərçəkmiş şəxsdən əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini hədə-qorxu ilə tələb etmiş, həmçinin yetkinlik yaşına çatmayan şəxs olduğunu aşkar surətdə bildiyi girov götürülən şəxsin azad olunması müqabilində tamah niyyəti ilə zərərçəkmiş şəxsi silah qismində istifadə edilən əşyalardan istifadə etməklə, həyat və sağlamlığı üçün təhlükəli zor tətbiq edərək götürmüşdür. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 07 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində keçmiş arvadı Qanuni nümayəndə kirayə yaşadığı ünvan 1 ünvanda yerləşən evə gələrək, Qanuni nümayəndə birgə nikahdan olan övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment tutulub verilməsi barədə Masallı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında, həmin günə qədər sonuncuya ödəməli olduğu 3000 manat aliment borcundan imtina etməsinə dair ərizə yazmasını tələb etdikdə, Qanuni nümayəndə bundan imtina etməsindən hiddətlənərək, həmin evin mətbəx otağında yerləşən masanın üzərindən silah qismində istifadə etdiyi mətbəx bıçağını götürüb, digər otaqda olan xx.xx.2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 boğazına, sağ əlində tutduğu bıçağı dirəməklə və xx xxxxxx 2013-cü il təvəllüdlü digər övladı Zərərçəkmiş şəxs3 sol əli ilə tutub saxlamaqla, yetkinlik yaşına çatmayan hər iki övladını öldürəcəyi ilə Qanuni nümayəndə hədələyərək, sonuncudan 3000 manat aliment borcundan imtina etməsinə dair ərizə yazmasını hədə-qorxu ilə tələb etmiş və istəyinə nail olmadıqda bununla kifayətlənməyib, cinayətkar əməlini davam etdirərək bir neçə dəqiqə ərzində bıçağı Zərərçəkmiş şəxs1 sinəsinə sıxıb saxlamaqla və Zərərçəkmiş şəxs3 sol əli ilə tutub saxlamaqla onların həyat və sağlamlığı üçün real təhlükə törədən zorakılıq hərəkətləri tətbiq edərək hər ikisinin azad olunması müqabilində tamah niyyəti ilə sonuncunu aliment öhdəliyindən imtina etməsi barədə ərizə yazmasına məcbur etmək məqsədilə hər iki övladını girov götürmüş, təxminən 20.30 radələrində həmin ünvana Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin əməkdaşlarının gəlməsindən sonra girov saxladığı Zərərçəkmiş şəxs3 onun iradəsindən aslı olmayan səbəbdən əlindən aralanıb çıxdıqdan sonra, hakimiyyət nümayəndələri olan polis əməkdaşlarının girov götürdüyü digər övladı Zərərçəkmiş şəxs1 buraxması barədə qanuni tələblərinə məhəl qoymayaraq, girov götürülən Zərərçəkmiş şəxs1 azad olunması müqabilində, polis əməkdaşlarının onun yaşadığı evi tərk etməsini tələb edərək, ümumilikdə 40 dəqiqə ərzində yetkinlik yaşına çatmayan övladı Zərərçəkmiş şəxs1 girovda saxlamağa davam etmiş, yalnız polis əməkdaşlarının müdaxiləsi nəticəsində Təqsirləndirilən şəxs zərərsizləşdirilərək, girov götürülmüş Zərərçəkmiş şəxs1 həyat və sağlamlığına yönəlmiş hədənin icra edilməsinin qarşısı alınmaqla, azad edilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Qanuni nümayəndə ilə 2012-ci ildə rəsmi nikaha daxil olub ailə qurmuş, birgə nikahdan iki azyaşlı- 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs3 və 2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 adlı övladları dünyaya gəlmişdir. O, Günaydan 2020-ci ildə boşanmış, lakin onlar boşansalar da birgə yaşamışlar. O, özü pul qazanmış, buna görə də Günaydan artıq işləməməsini xahiş etmişdir. Belə ki, Günay işə getdikdən sonra uşaqlar evdə tək qaldıqları üçün qorxmuşlar. O, Günaydan işə getməməyini tələb etdiyi üçün aralarında mübahisə yaranmışdır. Hadisə günü heç bir münaqişə baş vermədiyi halda Günay onu polisə şikayət etmişdir. Həmin gün o, işdən gəlmiş, nə baş verdiyini bilmədən görmüşdür ki, 5 dəqiqə sonra polislər gəlmişdir. O da evdə dava, söz-söhbət olmadığı halda polisə şikayət etdiyi üçün əsəbləşmiş və mübahisə yaranmışdır. Həmin vaxt polis əməkdaşları evə daxil olub onu bölməyə dəvət etdikdə özünü itirdiyi üçün belə bir hadisə baş vermişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, hadisə vaxtı zərərçəkmiş şəxslə bir evdə yaşamışdır. Onlar 2-3 il əvvəl zərərçəkmiş şəxslə boşanmış, o, aliment borclarını şərait olduqca ödəmiş, lakin zərərçəkmiş şəxslə bir yerdə yaşadığı müddətdə aliment borclarını ödəməmişdir. Hadisə olan vaxt aliment borcları olmuşdur. O, hadisə zamanı keçmiş arvadından heç nə tələb etməmişdir. O, Əhmədlidə inşaatda işləmiş, qeyri-iş günləri daxil olmaqla işləmiş, günə 30 manat pul qazanmışdır. Zərərçəkmiş şəxs Qanuni nümayəndə ilə aralarında mübahisə zərərçəkmiş şəxsdən işə getməməyini tələb etdiyinə görə olmuş, o, zərərçəkmiş şəxsə işə getməməyini, uşaqların evdə tək qalıb qorxduqlarını bildirmişdir. Polis əməkdaşları evə gələndə meyvə yemiş, zərərçəkmiş şəxs də mətbəxdə olmuşdur. Polislər qapını döyəndə qapı açıq olmuş, polislər onu bölməyə getməyə dəvət etmişdir. Polis əməkdaşları evə gələndə zərərçəkmiş şəxslə aralarında mübahisə olmamışdır. Polisi kimin çağırdığı haqqında dəqiq məlumatı yoxdur, lakin zərərçəkmiş şəxs tərəfindən çağırıldıqlarını güman edir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, hadisə olan gün o, zərərçəkmiş şəxslə birlikdə yaşamış, zərərçəkən şəxs ona zəng edərək işə gedəcəyini, uşaqların evdə tək olduğunu bildirib, evə tez gəlməsini istəmişdir. Onlar boşandıqdan sonra 1 il ayrı yaşamışlar. Hadisədən əvvəl ayrı-ayrı vaxtlarda zərərçəkmiş şəxsə 300 manat, 400 manat və 200 manat aliment pulu ödəmişdir. Zərərçəkmiş şəxs gecə növbəsində işləmiş, o, bəzən evə gecə saat 21-də gəlmiş, bəzən isə ümumiyyətlə evə gələ bilməmişdir. Buna görə də uşaqlar da evdə tək qalıb qorxmuşlar. Zərərçəkmiş şəxs Qanuni nümayəndə dindirilən zaman dövlət ittihamçısının verdiyi çarpaz suala cavab olaraq Təqsirləndirilən şəxs bıçağı zərərçəkmiş şəxsin ərizəsini geri çəkməsi üçün götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadələrindən başqa məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri və digər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslə 2020-ci il tarixdə rəsmi qaydada boşanmış, boşandıqdan sonra təqsirləndirilən şəxs yaxşı maaş almış, fəhlə işləyərək günə 30 manat pul qazanmışdır. Qazandığı pulları yalnız öz ailəsinə xərcləmişdir. Uşaqları körpəlikdən özü tək böyütmüşdür. O, şirniyyat sexində işləmiş, hər gün axşam saat 19-da işə gedib, səhər saat 7-də işdən evə gəlmişdir. Körpə uşaqlarını evdə sahibsiz qoyub getmişdir. Təqsirləndirilən şəxs ona 2 ay ərzində cəmi 200 manat bir, 200 manat da bir pul vermiş, lakin Eminin ona 4800 manata yaxın aliment borcu qalmışdır. Təqsirləndirilən şəxs uşaqlarının üzərində əziyyəti olmamışdır. O, boşandıqdan sonra rayona getmiş, sosial yardım almaq üçün müraciət etmişdir. Anası ona yalvarmışdır ki, keçmiş həyat yoldaşı ilə barışsın, buna görə də o, Eminlə barışmış, Emin 2-3 gün rayonda onun yanında qalmış, sonra Bakı şəhərinə işləmək üçün gəlmiş, o da buna etiraz etməmişdir. Emin Bakı şəhərinə gedəndə bir müddət onun bacısıgildə qalmış, sonra Bakıda ev tutub işləmişdir. Evin pulunu o vermiş, hər şeyi özü etmiş, lakin Emin qazancını ona bildirməmiş, yalnız anasına və bacısına pul göndərmişdir. Sosial yardım düzələndən sonra o, Bakıya gəlmiş, Emin də evdə olmuşdur. O, Eminə uşaqları saxlamasını, evin pulunu verməsini demişdir. Emin orada 1 aya kimi qalmış, yaxşı pul qazanmış, lakin evə maddi qatqısı olmamışdır. Emin onunla bir evdə qala-qala evin pulunu da o vermişdir. Emin ona alimentə dair ərizəsini geri götürməsini, işləyib pul göndərəcəyini dedikdə o, ərizəni geri götürməyəcəyini bildirmişdir. Bu zəmində aralarında söz-söhbət düşmüş, 3 gün danışmamışlar. Hadisə günü Emin işdən gəlmiş və bir daha ərizəni geri götürməsini tələb etmişdir. O da ərizəsini geri götürməyəcəyini demiş, söz-söhbət yaranmış, o, çölə çıxmışdır. Ev sahibi dava-dalaş səslərini eşitmiş və ona demişdir ki, “söz-söhbət olmasın, yoxsa 102-yə zəng edərəm”. Daha sonra ev sahibi 102 Zəng Mərkəzinə zəng edib məlumat vermiş və polislər gəlmişdir. Daha sonra Emin bıçağa əl atmış, bıçağı uşaqların boğazına dirəmişdir. O isə bayırda qalmış, Pərvin adlı qonşuları uşaqları xilas etmiş, polislər uşaqları çölə çıxarmışlar, sonra polislər içəri girib çəkiliş aparmışlar. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq zərərçəkmiş şəxs Qanuni nümayəndə bildirmişdir ki, hadisə günü o, təqsirləndirilən şəxslə bir yerdə yaşamış, hadisə baş verməzdən təxminən 15 gün əvvəl bir yerdə yaşamağa başlamışlar. Onların arasında mübahisə yaranmasının səbəbi aliment tələbi ilə bağlı 3 il əvvəl yazdığı ərizə olmuşdur. Polis əməkdaşları gəlməmişdən təxminən 15-20 dəqiqə əvvəl Emin evə gəlmiş, 102 Zəng Mərkəzinə ev sahibi zəng edib məlumat vermişdir. Emin bıçaqla uşaqlara hədə-qorxu gələndə polis əməkdaşları onu sakitləşdirməyə çalışmışdır. Məhkəmə iclasında qanuni nümayəndəsinin və mütəxəssisin iştirakı ilə könüllü olaraq ifadə vermiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, hadisə günü qardaşı ilə evdə olan zaman valideyinləri dava etmiş, həmin vaxt evə polis əməkdaşları gəlmiş, polis əməkdaşlarını görən zaman atası onu tutmuş və ona gizlin demişdir ki, qorxmasın polislər gedəndən sonra onları buraxacaq. Atası polislərə getmələrini desə də polislər getməmiş, sonra atasından onları almışlar. Həmin vaxt o heç bir xəsarət almamışdır. Məhkəmə iclasında qanuni nümayəndəsinin və mütəxəssisin iştirakı ilə könüllü olaraq ifadə vermiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 06 oktyabr 2022-ci il tarixdə atası onların yaşadıqları evə gəlmiş, atası evə gələndə anası çörək almağa getmişdir. Anası zəng etmiş və bir qədər sonra polislər yaşadıqları evə gəlmişdir. Atası bıçağı götürmüş, qapını kilidləmiş və bıçağı qardaşı ilə onun boğazına dirəmiş, demişdir ki, polislər getsin, sonra onları buraxacaq, qorxmasınlar. Polislər pəncərəni sındırmış, ona görə də atası onu buraxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 07 oktyabr 2022-ci il tarixdə Nərimanov RPİ-nin 16-cı polis bölməsində əməliyyat qrupunun rəhbəri olmuş, bölməyə məlumat daxil olmuşdur ki, «Papanin» adlanan ərazidə, Şimal şitilliyi 113 nömrəli ünvanda ailə münaqişəsi baş vermişdir. Əməliyyat qrupu ilə tam tərkibdə təhqiqatçı Rəşad Əhmədovla bir yerdə hadisə yerinə getmişlər. Orada münaqişə olduğunu görmüşlər. Sonradan məlum olmuşdur ki, Emin adlı şəxs aliment məsələsi ilə bağlı söz-söhbət salıb və 2 azyaşlı uşağını girov götürmüşdür. Pərvin adlı şəxs könüllü olaraq onlara əməliyyatda kömək etmiş, arxa pəncərədən keçmiş, qapını açmış və işığı yandırmış, onlara köməklik etmişdir. Həmin vaxt təqsirləndirilən şəxs oğlunun boğaz nahiyəsinə bıçaq dirəmişdir. Onlar təqsirləndirilən şəxsi nizam-intizama dəvət etmiş, etdiyi əməldən əl çəkməsini tələb etmişlər. Şəxsə yaxınlaşıb onun əlindən uşağı alıb, əlindəki bıçağı götürmüşlər. Şəxsi polis bölməsinə gətirərək bölməyə təhvil vermişlər. Şahid verilən suallara cavab olaraq bildirmişdir ki, şikayət ailə münaqişəsi ilə bağlı daxil olmuş, onlar hadisə yerinə gələndə səs-küy eşitmiş, hətta qapı arxasından təqsirləndirilən şəxs onları uşağı öldürməklə hədələmişdir. Hadisə zamanı zərər çəkmiş şəxs bayırda olmuş, onlar uşaqlara xəsarət yetirəcəyindən qorxaraq içəri girməyə cəhd etməmişlər. Təqsirləndirilən şəxsin əlində bıçağı qapı açılandan sonra görmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 oxşar məzmunlu ifadə verməklə Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, təqsirəndirilən şəxsi və zərərçəkmiş şəxsi tanımır. Hadisə günü o, səs eşitmiş, çölə çıxdıqda həyətdə polis əməkdaşlarının olduğunu görmüşdür. Təqsirləndirilən şəxs həmin vaxt evdə olmuş, pəncərədən baxdıqda təqsirləndirilən şəxsin uşaqlara bıçaqla hədəqorxu gəldiyini görmüşdür. Sonrada hadisə yerinə başqa polis əməkdaşları da gəlmiş və Təqsirləndirilən şəxs zərərsizləşdirib uşaqları onun əlindən almışlar. Şahid1 ona verilən suallara cavab olaraq bildirdi ki, o, səs-küy eşitdiyinə görə bayıra çıxmış, həyətə çıxarkən həyətdə qışqıran qadın görmüş, qadın uşaqlarını öldürmək istədiklərini demişdir. O, pəncərədən baxanda Emini və uşaqları görmüş, uşaqlardan biri Eminin qucağında oturmuş, biri isə yanında dayanmışdır. Həmin vaxt Eminin əlində bıçaq olmuşdur. O, Eminə uşaqları qorxutmamasını demiş, Emin ona məsələyə qarışmamasını bildirmişdir. Həmin vaxt orada ondan başqa polis əməkdaşları da olmuşdur. Hadisə axşam saatlarında olmuş, polis əməkdaşları gələndən sonra o, evə daxil olmuş, daha sonra Emin zərərsizləşdirilərək uşaq sonuncunun əlindən alınmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul olunması haqqında qərardan görünür ki, 07 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində keçmiş arvadı Qanuni nümayəndə kirayə yaşadığı ünvan 1 ünvanda yerləşən evə gələrək yetkinlik yaşına çatmayan iki övladının saxlanılmasına dair 1000 manat aliment borcundan imtina etməsinə dair ərizə yazmasını tələb etmiş, Qanuni nümayəndə bu tələbi rədd etdikdə o, övladına qarşı zor tətbiq etməklə mənzildə olan oğlu, azyaşlı 2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 boğaz nahiyyəsinə mətbəx bıçağını dirəyərək aliment öhdəliyindən imtina etməsini tələb etmiş, əks halda uşağın boğazını kəsərək öldürəcəyi ilə hədə-qorxu gəlməklə ondan əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmişdir (cild İ, i/v 1). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Qanuni nümayəndə Nərimanov RPİ-nin 16-cı PŞ-nə yazdığı 07 oktyabr 2022-ci il tarixli ərizədən görünür ki, 07 oktyabr 2022-ci il tarixdə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 1 ünvanda yerləşən evə gələrək oğlu Yusifin boğazına bıçağı tutub aliment öhdəliyindən imtina etməsini tələb etmiş, alimentdən imtina etməyəcəyi təqdirdə övladını öldürəcəyi ilə hədələmişdir (cild İ, i/v 4). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Nərimanov RPİ-nin 16cı PB-nin əməkdaşları - Şahid3, X4 və Şahid4 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, əməliyyat qrupunda olduqları zaman NH tərəfindən ünvan 3 ünvanında ailə münaqişəsi olması barədə məlumat verilmiş, dərhal qeyd olunan ünvana gəlmişlər, bir nəfər şəxsin əlində bıçaq ilə azyaşlı oğlan uşağının boğaz nahiyyəsinə tutaraq onu öldürəcəyi ilə hədələdiyini görmüş, həmin şəxslə profilaktiki söhbətlər apararaq onun bu yoldan çəkindirməyə çalışsalar da, o, yenə də öz əməllərini davam etdirmiş, bu zaman çevik davranaraq həmin şəxsi zərərsizləşdirib PB-nə gətirmişlər. PB-də həmin şəxsin Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olan və yaşayan, əvvəllər AR CM-nin 256.2.2 və 256.2.3-cü maddəsi ilə məhkum olunmuş, hazırda xx.xx.2021-ci il tarixdən mülkü öhdəlikdən yayındığına görə (aliment) axtarışda olan (Aİ-640790) xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, keçmiş arvadı xx.xx.1987-ci il təvəllüdlü Qanuni nümayəndə kəsilmiş aliment öhdəliyindən əl çəkməsini tələb edib, sonra mətbəx bıçağını götürüb birgə nikahdan olan oğlu xx.xx.2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 boğazına tutub aliment öhdəliyindən imtina etməsini tələb etməsi və əks təqdirdə oğlu Yusifi öldürəcəyini bildirib bıçağı onun boğaz nahiyəsinə tutmuşdur. Təqsirləndirilən şəxs barəsində tədbir görülməsi məqsədi ilə PB-nin rəhbərliyinə məruzə edildiyi qeyd edilmişdir (cild İ, i/v 12). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 oktyabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, baş vermiş hadisə yeri ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evində qeydə alınmışdır. Hadisə yerinin fotoşəkilləri və hadisənin müəyyən hissəsinin video görüntüləri DVD-diskə köçürülərək protokola əlavə edilmişdir (cild İ, i/v 5-10). Cinayət işi üzrə zərərçəkmiş şəxs Qanuni nümayəndə ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı zərərçəkmiş şəxs Qanuni nümayəndə keçmiş əri Təqsirləndirilən şəxs 07 oktyabr 2022-ci il tarixdə onun yaşadığı evə gəldiyini, aliment öhdəliyindən imtina etməsi ilə bağlı ondan yazılı ərizə tələb etdiyini, o, tələbi rədd etdikdə, Eminin mətbəxdəki bıçağı götürərək azyaşlı uşağı Yusifin boğaz nahiyəsinə dirədiyini, digər oğlu Emilin isə əlindən tutaraq, hər ikisinin boğazını kəsib öldürəcəyini bildirərək hədə-qorxu gəldiyini, qonşu və polislərin köməyi ilə uşaqların azad edildiyini onun üzünə qarşı söyləmişdir (cild İ, i/v 85-89). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 oktyabr 2022-ci il tarixli təqdim etməyə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bir ədəd bıçağı təqdim etmişdir. Həmin bıçaq 24 yanvar 2023-cü il tarixli qərarla iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilərək saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (cild İ, i/v 11, cild İİ, i/v1-15). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş «DVD diskinə baxış keçirilməsinə dair» protokoldan görünür ki, hadisə zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən DVD diskə təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, diskdəki fayl açıldıqda əks olunan görüntülərlə müəyyən edilmişdir ki, mənzildə Təqsirləndirilən şəxs servant ilə masa arasında ayaq üstə dayanaraq yetkinlik yaşına çatmayan oğlu Zərərçəkmiş şəxs1 sol əli ilə tutub qucaqlayaraq, sağ əlində olan mətbəx bıçağını onun boğaz nahiyəsinə dirəmiş, aqressiv vəziyyətdə, hamıya “kənara çəkilin” deyərək onunla söhbət aparan polis əməkdaşlarını oradan uzaqlaşdırmaq istəmişdir. Söhbət zamanı polis əməkdaşı uşağı buraxacağı təqdirdə onu sərbəst buraxacaqlarını desə də, o daha da gərgin halda, hamının mənzildən çıxmasını tələb etmişdir (cild İ, i/v 117-118). Cinayət işinin materiallarına əlavə edilmiş iş üzrə maddi sübut olan 01 ədəd DVDdiskə köçürülmüş videogörüntülər məhkəmə iclasında nümyaiş etdirilməklə bilavasitə tədqiq edilmiş və müəyyən edilmişdir ki, videogörüntülərlə «DVD diskinə baxış keçirilməsinə dair» protokolun məzmunu eynilik təşkil edir. Həmin videogörüntülərlə həmçinin müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 qolu ilə tutmuş, onun hərəkətini məhdudlaşdırmış, digər əlində olan bıçağı onun boğazına dirəmiş və qeyd olunan hadisədən qorxan zərərçəkmiş şəxs qışqıraraq onu buraxmasını istəyir (cild İ, i/v 10). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə Tibbi Ekspertiza və PAB PHŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1073 və 1074 saylı rəylərdən görünür ki, 2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 və 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs3 tibbi müayinəsi zamanı onların bədəni səthində xəsarət aşkar edilməmişdir (cild İ, i/v 151-156). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası ƏN-nin MEM-nin 25 oktyabr 2022-ci il tarixli 3/1418 saylı məhkəmə ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir (cild İ, i/v 157-159). Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası SN-nin Məhkəmə Psixiatrik Ekspertiza X6 Şəxs tərəfindən verilmiş 11 oktyabr 2022-ci il tarixli 2700 saylı və xx.xx.2023-cü il tarixli 02 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Onda həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları tam həcmdə idarə etmək iqtidarında olmuş, ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (cild İ, i/v 160-162, 204-209) Məhkəmə istintaqı zamanı tədqiq olunmuş istintaq orqanının sübutların qiymətləndirilməsi haqqında 24 yanvar 2023-cü il tarixli qərardan görünür ki, hadisə zamanı istifadə edilmiş bıçaq və videoçəkilişin görüntülərini özündə əks etdirən DVD disk maddi sübut növü kimi tanınmış, DVD disk cinayət işinin materiallarına əlavə edilmiş, bıçaq saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (cild İİ, i/v 1-15). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Masallı rayon Məhkəməsinin 2(050)-677/2019 nömrəli, 06 fevral 2019-cu il tarixli qətnaməsindən görünür ki, 14 yanvar 2019-cu il tarixdən başlayaraq Təqsirləndirilən şəxs xx xxxxxx 2013cü ildə doğulmuş Zərərçəkmiş şəxs3 və xx xxxxxxx 2015-ci ildə doğulmuş Zərərçəkmiş şəxs1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub Qanuni nümayəndə verilməsi qət edilmişdir (cild İ, i/v 38-39). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs və Qanuni nümayəndə arasındakı nikah 04 may 2020-ci il tarixdə pozulmuşdur (cild İ, i/v 40). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «X2 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin mənasına görə, sübutların qiymətləndirilməsi, əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək hadisə zamanı polis əməkdaşlarını görüb özünü itirərək belə bir hadisə törətdiyini, zərərçəkmiş şəxsdən heç bir tələbinin olmadığını bildirsə də, istintaq materialları və məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerində olmuş şahidlərin ifadələri və digər mötəbər sübutlarla tam təkzib olunmuş, polis əməkdaşlarının çevik hərəkətləri və səyləri nəticəsində Təqsirləndirilən şəxs zərərsizləşdirilmiş və Zərərçəkmiş şəxs1 onun əlindən alınmışdır. Eləcə də zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı vermiş olduğu izahat, ərizə və ifadələrindən, eyni zamanda məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsindən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşı Qanuni nümayəndə yetkinlik yaşına çatmayan iki övladının saxlanılmasına dair 1000 manat aliment borcundan imtina etməsinə dair ərizə yazmasını tələb etmiş, tələbi rədd etdikdə o, övladına qarşı zor tətbiq etməklə mənzildə olan oğlu azyaşlı 2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 boğaz nahiyəsinə mətbəx bıçağını dirəyərək aliment öhdəliyindən imtina etməsini tələb etmiş, əks halda uşağın boğazını kəsərək öldürəcəyi ilə hədə-qorxu gəlmişdir. Bundan başqa məhkəmə iclası zamanı zərərçəkmiş şəxs dindirilərkən dövlət ittihamçısının çarpaz sualına cavab olaraq Təqsirləndirilən şəxs bıçağı zərərçəkmiş şəxsin ərizəsini geri çəkməsi üçün götürdüyünü bildirmişdir. Bununla da müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin bıçağı azyaşlı oğlunun boğazına dirəməkdə məqsədi həqiqətən də zərərçəkmiş şəxs Qanuni nümayəndə aliment tələbinə dair ərizəsini geri götürməsinə nail olmaq olmuşdur. Cinayət əməlinin tövsifi ilə bağlı məhkəmənin mövqeyi, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlməlidir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilərək yalnız polis əməkdaşlarını görüb özünü itirdiyindən onları qorxudub oradan getməsi üçün övladının boğazına bıçaq dirədiyini, bunun zərərçəkmiş şəxs Qanuni nümayəndə aliment tələbindən imtina etməsinə heç bir aidiyyəti olmamasını bildirməkdə yalnız məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Mövcud qanunvericilikdə göstərilir ki, hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təhlil edilən maddədə nəzərdə tutulmuş əməlləri törətməklə təqsirkar zərərçəkmiş şəxsin nəinki əmlakına və əmlaka olan hüququna qəsd edir, həm də onun və ya onun yaxın qohumlarının sağlamlığını, şərəf və ləyaqətini təhlükə altına alır. Şərh olunan cinayətin bilavasitə obyektini mülkiyyət hüququ və başqa əmlak xarakterli mənafelər, əlavə obyektini isə şəxsiyyətin sağlamlığı, habelə şərəf və ləyaqəti təşkil edir. Hədə -qorxu ilə tələb etmənin predmetini yalnız əmlak deyil, həm də əmlaka olan hüquq və əmlak xarakterli hərəkətlər təşkil edir. Burada əmlak xarakterli hərəkətlər dedikdə, yerinə yetirilməsi təqsirkara müəyyən maddi fayda gətirən və ya adi halda yerinə yetirilməsi müəyyən xərc tələb edən işlər və ya xidmətlər təqsirkarın əvəzinə onun görməli olduğu işin yerinə yetirilməsi başa düşülməlidir. Təhlil edilən cinayətin obyektiv cəhətini təşkil edən əməl hədələmə ilə birləşmiş tələb etmədən ibarətdir. Həmin tələb özgənin əmlakını, əmlaka olan hüquqlarını ələ keçirməyə və ya zərərçəkmiş şəxsin təqsirkarın xeyrinə müəyyən əmlak xarakterli hərəkətlər etməsinə nail olmağa yönəlmişdir. Belə tələb təhlil edilən maddədə nəzərdə tutulmuş hədələmə üsulları ilə birlikdə ifadə olunur. Zor tətbiq etmə ilə törədilmiş hədə-qorxu ilə etmə ilə törədilmiş hədə-qorxu ilə tələb etmə o halda mövcud olacaqdır ki, əməl zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının sağlamlığına az-ağır və ya yüngül zərər vurma, fiziki ağrılar yetirmə ilə törədilmiş olsun. Bundan əlavə, təhlil edilən cinayətin ictimai təhlükəlliyi ondan ibarətdir ki, bu əməlin törədilməsi nəticəsində zərərçəkmişin həyatı və sağlamlığı istənilən vaxt reallaşa biləcək hədəyə məruz qalır. Şərh edilən cinayətin obyektiv cəhəti iki mümkün əməlin-adam öldürmənin və sağlamlığa ağır zərər vurmanın törədilməsinə yönəlmiş niyyətin ifadə edilməsindən ibarətdir. Belə niyyət hədələmə vasitəsi ilə ifadə olunur. Burada hədə şəxsiyyət üzərində psixi zorakılığın növü kimi çıxış edir. Təsvir edilən maddə üzrə cinayətin tərkibinin mövcud olması üçün hədənin icra ediləcəyi üçün real əsaslar olması kifayətdir. Həmin cinayət formal tərkibli olmaqla, yanaşı hədənin ifadə edildiyi andan başa çatmış hesab edilir. Təqsirkar başqa şəxsi öldürməklə və yaxud onun sağlamlığına ağır zərər vurmaqla hədələdiyini dərk edir və bunu etməyə arzu edir. Cinayətin motivi tövsif üçün əhəmiyyət kəsb etməsə də, hədənin real olmasının müəyyən edilməsində mühüm rol oynayır. Adamları girov götürmə dedikdə girov götürülən şəxsin azad olunması şərti ilə dövləti, təşkilatı və ya vətəndaşı hər hansı hərəkət etməyə və ya hər hansı hərəkətdən çəkinməyə vadar etmək məqsədi ilə şəxsi girov götürmə və ya saxlama başa düşülməlidir. Azərbaycan Respublikası CM-nin 215-ci maddəsində nəzərdə tutulan cinayətin obyektiv cəhəti adamları girov götürməklə və ya adamları girov qismində saxlamaqda ifadə olunur. Adamları girov götürmə bir qayda olaraq silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə hədəsi ilə müşayiət edilən fiziki zor tətbiq olunmaqla törədilir. Eyni zamanda şərh olunan cinayətin subyekti girov götürünləri azad etmə müqabilində dövlətin, təşkilatın və ya vətəndaşın hər hansı hərəkət etməsi və ya hər hansı hərəkətdən çəkinməsi şərtini qoyur. Cinayətkarın irəli sürdüyü tələblərin xarakterindən aslı olaraq, bu tələblərin ünvanı fərdi müəyyən də ola bilər və bu hal əməlin tövsifinə heç bir təsir göstərmir. Hədə qorxu ilə tələb etmə işləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 14 nömrəli qərarının 3-cü bəndində göstərilir ki, CM-in 182-ci maddəsində nəzərdə tutulmuş «zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərinə hədəsi ilə tələb etmə» əlaməti istənilən xarakterli zorun tətbiq edilməsi hədəsini, o cümlədən sağlamlığa ağır zərər vurmaqla və ya öldürməklə hədələməni ehtiva edir və bu səbəbdən əməlin cinayətlərin ideal məcmusu kimi həm də CM-in 134-cü maddəsi ilə tövsif edilməsi üçün əsas yaranmır. Cinayət məsuliyyətinin yaranması üçün hədənin zərərçəkmiş şəxs tərəfindən real hədə kimi qəbul edilməsi, yəni onun hədənin tətbiq ediləciyindən ehtiyatlanması üçün əsaslarının olması tələb olunur. Bu zaman təqsirkarın hədənin edilməsindən dərhal sonra və yaxud gələcəkdə zor tətbiq etmək niyyətini ifadə etməsi hədənin real olub-olmaması baxımından qiymətləndirilməsi üçün əhəmiyyət kəsb etmir. Hədə-qorxu ilə tələb etmə zərər çəkmiş şəxsin və ya onun yaxın qohumlarının oğurlanması, qanunsuz olaraq azadlıqdan məhrum edilməsi və ya girov saxlanması ilə müşayiət edilərsə, təqsirkarın əməli CM-in 182-ci maddəsi və müvafiq olaraq 144-cü, 145ci və ya 215-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin məcmusu qaydasında tövsif olunmalıdır. Zərərçəkmiş şəxsin yaxın qohumları dedikdə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 7.0.32-ci maddəsində göstərilən şəxslər, yəni babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr başa düşülməlidir. Qeyd olunanlarla əsasən Təqsirləndirilən şəxs konkret olaraq törətdiyi əməldə Azərbaycan Respublikası CM-nin 182.2.3-cü maddəsi ilə yanaşı həmin Məcəllənin 215.2.3., 215.2.4., 215.2.5., 215.2.7 və 215.2.8-ci maddələrinin tərkibi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs azyaşlı övladlarını qanunsuz olaraq azadlıqdan məhrum etmə niyyəti olmamış və işin hallarından görünür ki, konkret halda onun tərəfindən onların qanunsuz azadlıqdan məhrum etməyə yönəlmiş hərəkətləri müşahidə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 182-ci maddəsinin «Qeyd» hissəsində təsbit edilmişdir ki, bu maddədə nəzərdə tutulmuş əməli törətmiş şəxs könüllü və ya hakimiyyət orqanlarının tələbi ilə girov götürüləni azad edərsə, onun əməlində başqa cinayət tərkibinin əlamətləri olmadıqda, cinayət məsuliyyətindən azad edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs girov götürdüyü iki övladını könüllü və ya hakimiyyət orqanlarının tələbi ilə azad etmək niyyəti olmamışdır. Belə ki, uşaqlardan biri onun əlindən dartılaraq çıxmış, digər uşaq isə polis əməkdaşlarının müdaxiləsindən sonra onun əlindən alınmış həmin şəxs zərərsizləşdirilərək bıçaq ondan alınaraq götürülmüşdür. Məhkəmə gəldiyi nəticələri «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 oktyabr 2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Belə ki, qeyd olunan plenum qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə cinayət əməli özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə anından başa çatmış hesab edilir. Hədə-qorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilib edilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. Hədəqorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarlarındakı mövqeyi də, məhkəmənin hazırki iş üzrə mövqeyi ilə üst-üstə düşür. Belə ki, həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, soyğunçuluq və quldurluq cinayətini əmlakın hədə-qorxu ilə tələb edilməsi cinayətindən (CM-nin 182-ci maddəsi) fərqləndirərkən nəzərə almaq lazımdır ki, soyğunçuluq və quldurluqda əmlakın ələ keçirilməsi zor tətbiq edilməsi ilə eyni vaxtda və ya ondan dərhal sonra baş verirsə, özgə əmlakını hədə-qorxu ilə tələb etmə zamanı təqsirli şəxsin əməli əmlakın və ya ona olan hüquqların gələcəkdə əldə edilməsinə yönəlir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.3, 215.2.3, 215.2.4, 215.2.5, 215.2.7, 215.2.8-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə, Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.3, 215.2.3, 215.2.4, 215.2.5, 215.2.7, 215.2.8-ci maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.3, 215.2.3, 215.2.4, 215.2.5, 215.2.7, 215.2.8-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. İş materiallarına əlavə olunmuş tələbnamədən və Lənkəran rayon Məhkəməsinin 02 avqust 2012-ci iltarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.2.2., 256.2.3-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 09 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir (cild İ, i/v 143- 144, 163-166) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 25 iyul 2023-cü il tarixli məktubla müəyyən olunur ki, Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasının icrası ilə bağlı göstəriş 29 avqust 2012-ci il tarixdə Masallı rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, 07 may 2013-cü il tarixdə Amnistiya aktına əsasən islah işləri cəzasının çəkilməmiş hissəsindən azad olduğundan qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinin tələblərinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrumetməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs Lənkəran rayon Məhkəməsinin 02 avqust 2012-ci il tarixli hökmü üzrə çəkilməmiş cəzasının və ya ödənilməmiş məhkumluğunun olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs Qanuni nümayəndə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, zərərçəkmiş şəxlərin ona qarşı şikayət və tələblərinin olmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.3, 215.2.3, 215.2.4, 215.2.5, 215.2.7, 215.2.8-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirinin tam sübuta yetirilməsinə dair məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddələr üzrə cəza kimi məhz azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 08 oktyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild İ, i/v 81, 113-116). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş 01 (bir) ədəd bıçaq məhv edilməli, baş vermiş hadisənin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur (cild İ, i/v 158). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 64 (altmış dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.3, 215.2.3, 215.2.4, 215.2.5, 215.2.7 və 215.2.8-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi ilə ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 215.2.3, 215.2.4, 215.2.5, 215.2.7 və 215.2.8-ci maddələri ilə 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsində saxlanılan 01 (bir) ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin; - baş vermiş hadisənin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri- 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbinə Məmmədzadə Hakimlər Azad Məcidov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar