Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-909/2025 14.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 2 ay 3 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış), məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuş, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 12,322 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə tiryəki, ümumi təmiz çəkisi 10,453 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, təmiz çəkisi 1,129 oram olan kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamini əldə etməklə üzərində saxlayaraq faktiki yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Babayev küçəsi, döngə 7, ev 28 ünvanına daşımış, həmin narkotik vasitə heroini satış məqsədi ilə hissələrə bölüb hər birində təmiz çəkiləri 2,641 qram, 1,373 qram, 3,574 qram və 2,865 qram olmaqla 4 ədəd bükümdə qablaşdırmaqla ümumi təmiz çəkisi 0,453 qram olan kustaı üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, təmiz çəkisi 12,322 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə tiryəki təmiz çəkisi 1,129 qram olan kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamini yaşadığı həmin ünvandakı evdə qonaq otağındakı dolabın siyirtməsində gizlədib satış məqsədi ilə saxlamış, Təqsirləndirilən şəxs yaşadığı ünvanda satış məqsədilə külli miqdarda narkotik maddələr saxlaması və onların qanunsuz dövriyəsi ilə məşğul olması barədə alınmış məlumat əsasında Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin polis əməkdaşları tərəfindən 10 iyul 2024-cü il tarixdə saat 20:10 radələrində əməliyyat tədbiri olaraq baxış keçirilməsi üçün həmin ünvana gedilən vaxt orada küçədə olan Təqsirləndirilən şəxs cibindən bıçaq çıxardıb boğazına söykəyərək yaxın gəldikləri halda özünü öldürəcəyini deyib qaçıb getdikdən sonra, polis əməkaşları tərəfindən Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Babayev küçəsi, döngə 7, ev 28 ünvanına daxil olmaqla baxış aparılması zamanı evin qonaq otağında olan dolabın siyirməsində satış məqsədilə gizlədib saxladığı həmin təmiz çəkisi 12,522 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə tiryəki 1 ədəd bükümdə, hər birində kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən 1,373 qram, 3,574 qram, 2,865 qram olmaqla və onlarla kimyəvi komponent tərkibinə görə fərqli olan təmiz çəkiləri 2,641 qram olmaqla ümumi təmiz çəkisi 10,453 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin qablaşdırıldığı 4 ədəd bükümdə, təmiz çəkisi 1,129 qram olan kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin 1 ədəd bükümdə, həmçinin qutunun içərisində üzərində narkotik vasitə heroinin izləri olan 1 ədəd kiçik həcmli elektron tərəzi, 2 ədəd qablaşdırma tamlığı pozulmamış ucu iynəli 5 ml-lik şpris və 2 ədəd qablaşdırma tamlığı pozulmuş 1 ml-lik şpris aşkar olunaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs 27 iyul 2024-cü il tarixdə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Babayev küçəsi, döngə 7, ev 28 ünvanında anası Zərərçəkmiş şəxs ona şəxsi ehtiyaclarını ödəməsi üçün pul verməkdən imtina etməsi səbəbindən aralarında yaranmış mübahisə zəminində həmin gün orada saat 22:30 radələrində istəyinə nail olmaq üçün qəsdən qisas almaq məqsədilə anası Zərərçəkmiş şəxs əli ilə vurub yıxaraq, qaldırıb divanın üstünə ataraq başını divara vurub boğazından yapışaraq əli ilə baş və sifət nahiyyəsindən vurub ona sol göz almasının ağlı qişasının qansızması, sol üst və alt göz qapaqlarının, qol qulağın, boynun, sağ bazunun bel nahiyyəsinin qançırları ağrı sindromu və hərəkət məhdudluğu ilə nəticələnib sağlamlığının qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığına yüngül dərəcəli zərər vurmaya aid xəsarətlər yetirərək anası Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları onu ilk dəfə Türkan qəsəbəsindən Hövsan qəsəbəsinə gedən zaman saxlamışlar. Onu Xəzər RPİ-nin X1 aparmışlar. Bölmədə polis əməkdaşları ona narkotik vasitələrdən istifadə etməkdə təqsirli olduğunu bildirmişlər. O, polis əməkdaşlarına əvvəllər narkotik vasitələrdən istifadə etdiyini, həmin əmələ görə inzibati həbs olunduğunu və həbsdən çıxdıqdan sonra qəti surətdə narkotik vasitələrdən istifadə etmədiyini bildirmişdir. Polis əməkdaşları ondan Türkan və Hövsan qəsəbələrinə mütəmadi olaraq gəlməyinin səbəbini soruşduqda o, Hövsan qəsəbəsində yaxınlarının qaldığını və həmin əraziyə getmək üçün Türkan qəsəbəsindən keçməli olduğunu bildirmişdir. Polis əməkdaşları ona narkotik vasitələrdən istifadə etdiyinə görə mütləq şəkildə ittiham olunacağını bildirmişlər. Onlar həmçinin idarəyə onun barəsində müxtəlif şikayətlərin daxil olduğunu demişlər. O, idarəyə daxil olan şikayətlərin mahiyyətini izah etmələrini və zərurət varsa, daxil olmuş şikayətlər əsasında onu ittiham etmələrini istəsə də, polis əməkdaşları onu hər hansı şikayətlərlə tanış etməmişlər. Sonra onu saxlayan əməliyyatçılardan “Şəhriyar” adlı polis əməkdaşı onlarda olan narkotik vasitəni öz üzərinə götürməyəcəyi təqdirdə, məhkəmə qərarı ilə yaşadığı evə baxış keçiriləcəyini və baxış nəticəsində onların təşəbbüsü ilə evindən külli miqdarda narkotik vasitə aşkar olunacağını bildirmişdir. O, həmin hədə-qorxu ilə razılaşmamış və lazım olsa, yaşadığı evə baxış keçirə biləcəklərini demişdir. “Şəhriyar” adlı şəxs onunla işlərinin bitmədiyini, evə gedə biləcəyini, ancaq hər bir halda onlar tərəfindən saxlanılacağını demişdir. Bir müddət sonra, 10 iyul 2024-cü il tarixdə o, bazarlıq etdikdən sonra Zirə qəsəbəsində yerləşən yaşadığı evə yaxınlaşarkən evin qapısının qarşısında “Şəhriyar” adlı polis əməkdaşı ilə birlikdə bir neçə polis əməkdaşının onu gözlədiklərini görmüşdür. Onlara tərəf yaxınlaşdıqdan sonra hansı səbəbdən evinə gəldiklərini soruşmuşdur. Onlar onun idarəyə getməli olduğunu bildirmişlər. O, onlardan bir qədər kənara çəkilərək üzərində olan bıçağı götürmüş və onlara, əgər onun üstünə hücum çəksələr, özünə xəsarət yetirəcəyini demişdir. Sonra o, 4 dəfə DİN-in “102” xidmətinə zəng edərək Xəzər RPİ-nin “Şəhriyar” adlı polis əməkdaşının onu qərəzli və əsassız şəkildə saxlamaq istədiklərini bildirmişdir. Həmin zənglərdən sonra polis əməkdaşları çıxıb getmişlər. Hadisədən bir neçə gün sonra o, evdə olan vaxt anası polis əməkdaşlarının evə gələrək baxış keçirdiklərini, evdən heç nə aşkar olunmadığını və onun bir sənədə qol çəkdiyini ona demişdir. Ancaq həmin hadisədən təxminən 20 gün sonra o, tanıdığı digər şəxslərdən polis əməkdaşlarının evinə baxış keçirərək oraya narkotik vasitə yerləşdirdiklərini öyrənmişdir. Sonra o, evə gələrək anasından polis əməkdaşlarının evə hər hansı əşya qoyub-qoymadıqlarını soruşmuşdur. Nəticədə o, anası ilə bir qədər mübahisə etmiş və onu itələmişdir. Anası divana yıxıldıqdan sonra o, ondan üzr istəmiş və barışmışlar. Bir müddət sonra, 21 avqust 2024-cü il tarixdə o, kənddə məscidin yaxınlığında oturarkən bir maşın onun qabağında dayanmışdır. Maşından polis əməkdaşları düşərək onun üstünə silah çəkmiş və onu idarəyə aparmışlar. İdarədə polis əməkdaşları onun qabağına iki ədəd sənəd qoymuşlar. Birinci sənəddə anası ilə mübahisə etməsi ilə bağlı ittiham göstərilmişdir. İkinci sənəddə isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham verilmişdir. O, ikinci ittihamla bağlı iradını bildirdikdə polis əməkdaşları ona 40 gün əvvəl evindən narkotik vasitə aşkar olunduğunu demişlər. O, polis əməkdaşlarına evinə baxış keçirilən zaman evdə olmadığını, baxışdan sonra onunla bu məsələ barədə hər hansı polis əməkdaşının əlaqə saxlamadığını və onu xəbərdar etmədiklərini bildirsə də, nəticədə polis əməkdaşları tərəfindən ona qarşı fiziki zorakılıq tətbiq olunduğuna görə məcburiyyət qarşısında qalaraq həmin sənədləri imzalamışdır. Sonra polis əməkdaşları onu 3 saylı İstintaq Təcridxanasına aparmışlar. Təcridxanada o, xəsarətləri olmasa da ağrılarının olduğunu bildirmiş və bunu tibbi kitabçada qeyd etmişlər. Daha sonra ciyərində olan ağrılara görə əməliyyat olunmuşdur. Onun üzərinə hər hansı şəxsi axtarış keçirilməmiş, polis əməkdaşları tərəfindən heç bir ibtidai istintaq hərəkətinə cəlb olunmamış və ifadə verməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq bildirmişdir ki, o, anasından evə ərzaq almaq üçün bir qədər pul almışdır. Onların arasında baş vermiş mübahisə həmin pul səbəbindən yaranmışdır. Yaşadığı evə baxış keçirilən zaman o, evdə olmamışdır. 3 saylı İstintaq Təcridxanasında onu müayinə edərkən tibbi kitabçaya ağrılarının olduğu qeyd edilmişdir. O, müstəntiqə ifadə verməmişdir. Zirə qəsəbəsində, məscidin yaxınlığında üç nəfər polis əməkdaşı tərəfindən saxlanılmışdır. İbtidai istintaq zamanı anası ilə birlikdə verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında elan edilib tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs Həmdulla qızının ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi Babayev 28 döngə 7-də yaşayır. Təqsirləndirilən şəxs Əyyub oğlu onun övladıdır. Təqsirləndirilən şəxs əvvəllər dəfələrə məhkum olunmuşdur. Hazl-hazırda narkotik vasitələrin istifadəçisidir. xx.xx.2024-cü il tarixdə saat 22:30 radələrində yaşadığı evdə olmuş, həmin vaxt övladı Təqsirləndirilən şəxs da evdə olmuşdur. Həmin vaxt Telman ondan pul istəmiş, ona pulunun olmadığını demiş, sonuncu israrla ondan pul istəmiş, o da pulunun olmadığını bildirmişdir. Sonra Telman onu öldürəcəyi ilə hədələmiş, bundan sonra aralarında mübahisə baş vermiş, yaşadıqları evdə Telmanın otağında olan zaman sonuncu əli ilə onun sinəsindən itələmiş, o, yerə yıxılmış, sonra o, əli ilə onun yaxasından tutub qaldırıb otaqda olan divanın üstünə atmış, həmin vaxt onun başı divara dəymiş, sonra isə əli ilə onun boğazından tutaraq boğmağa başlamış, sonra əli ilə onun sol gözünə və qulağına şillə ilə vurmuş, ondan onu buraxmasını istəmiş, o, isə onu buraxmayaraq boğmağa davam etmiş, həmin vaxt onun halı pisləşmiş, özündə güc toplayaraq onun xayasına təpiklə vuraraq onun əlindən çıxıb yaxınlıqda yaşayan qardaşıgilə getmişdir. Hadisə zamanı evdə heç kim olmamış, hadisəni heç kim görməmiş, hadisə vaxt etibarı ilə təxminən 5-10 dəqiqə ərzində baş vermişdir (cild 1, iş vərəqi 140-142). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər RPİ-nin NMB-nin rəisi vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq külli miqdarda maddənin saxlaması barədə məlumat daxil olduqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında onun tərəfindən qərar qəbul olunmuşdur. Xəzər rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkilləri Şahid3, Şahid2, CAŞ-nin kiçik əməliyyat müvəkkili Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu yaradıldıqdan sonra birlikdə əməliyyat məlumatı əsasında 10 iyul 2024-cü il tarixdə saat 20 radələrində Xəzər rayonu, Zirə qəsəbəsi, Babayev küçəsi, döngə 7, ev 28 ünvanına yollanmışdır. Evin qarşısına gələndə Telman bıçağı boğazına dirəyib, yaxın gəlsələr özünü öldürəcəyini bildirib, qaçıb getmişdir. Telmanın yaşadığı evə onun tərəfindən heç vaxt narkotik və sair əşyalar qoyulmamışdır. Axtarış anasının iştirakı ilə aparılmışdır. Real təhlükə olduğunu nəzərə alaraq Telmanı təqib etməmişlər. Bundan sonra Telmanın anası Zərərçəkmiş şəxs təklif edilmişdir ki, evə baxış və axtarış onun və hal şahidlərinin iştirakı ilə keçiriləcəkdir. O isə etiraz etməmiş, bu barədə ərizə verərək razılığını bildirmişdir. Bundan sonra ünvanda keçirilən baxış və axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı otaqdakı dolabın üst siyirməsindən üzərində “İncə” sözləri yazılmış şokalad qutusu aşkar edilmişdir. Həmin qutunun içərisinə baxıldıqda orada 1 ədəd ağ kağıza bükülmüş büküm, 1 ədəd ağ sellofanın içərisində metamfetaminə bənzər kütlə olan büküm, 3 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə, 1 ədəd ağ kağız açıldıqda içərisində qara rəngli narkotik vasitə tiryəkə bənzər kütlənin olması müəyyən edilmişdir. Həmin şokalad qutusunun içərisində kiçik ölçülü elektron tərəzi aşkar edilmişdir. Bundan sonra orada olan digər qutunun içərisindən 1 ədəd bükümdə ağ rəngli, tozşəkilli limon turşusu və 1 ədəd bükümdə ağ rəngli tozşəkilli naməlum maddə, 2 ədəd qalın gövdəli iynəli şpris və 2 ədəd nazik gövdəli şprislər aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı otağından aşkar edilərək götürülmüş bükümlər olan kütlələr və tərəzi içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, araşdırmada iştirak edən əməkdaşlar tərəfindən imzalanaraq möhürlənmişdir. Bununla bağlı olaraq təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur. Protokolla tanış olmuş, protokolun düzgün tərtib edildiyinə əmin olduqdan sonra protokola imza etmişlər. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, əməliyyat qrupunun rəhbəri o, olmuşdur. Məhkəmə qərarı ilə evdə axtarış keçirilmişdir. Axtarışda Telman iştirak etməmiş, anası iştirak etmişdir. Anası tapılan əşyaların oğlu Telmana məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs neçə gün sonra tutulduğunu bilmir. Evdə axtarış hal şahidlərinin iştirakı ilə həyata keçirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq külli miqdarda maddənin saxlaması barədə məlumat daxil olduqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Xəzər Rayon Polis İdarəsinin NMB-nin rəisi Şahid1, əməliyyat müvəkkilləri Şahid2 və CAŞ-nin kiçik əməliyyat müvəkkili Şahid4 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu yaradıldıqdan sonra birlikdə əməliyyat məlumatı əsasında 10 iyul 2024-cü il tarixdə saat 20 radələrində Xəzər rayonu, Zirə qəsəbəsi, Babayev küçəsi, döngə 7, ev 28 ünvanına yollanmışlar. Evin qarşısına gələndə Telman bıçağı boğazına dirəyib, yaxın gəlsələr özünü öldürəcəyini bildirmiş və qaçıb getmişdir. Telmanın yaşadığı evə onun tərəfindən heç vaxt narkotik və sair əşyalar qoyulmamışdır. Axtarış məhkəmə qərarı ilə, hal şahidlərinin və anası Zərərçəkmiş şəxs iştirakı ilə aparılmışdır. Real təhlükə olduğunu nəzərə alaraq Telman təqib edilməmişdir. Bundan sonra Telmanın anası Zərərçəkmiş şəxs təklif edilmişdir ki, evə baxış və axtarış onun və hal şahidlərinin iştirakı ilə keçiriləcəkdir. Zərərçəkmiş şəxs bu təklifə etiraz etməmiş, bu barədə ərizə verərək razılığını bildirmişdir. Bundan sonra ünvanda keçirilən baxış və axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı otaqdakı dolabın üst siyirməsindən üzərində “İncə” sözləri yazılmış şokalad qutusu aşkar edilmişdir. Həmin qutunun içərisinə baxıldıqda orada 1 ədəd ağ kağıza bükülmüş büküm, 1 ədəd ağ sellofanın içərisində metamfetaminə bənzər kütlə olan büküm, 3 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə, 1 ədəd ağ kağız açıldıqda içərisində qara rəngli narkotik vasitə tiryəkə bənzər kütlənin olması müəyyən edilmişdir. Həmin şokalad qutusunun içərisində kiçik ölçülü elektron tərəzi aşkar edilmişdir. Bundan sonra orada olan digər qutunun içərisindən 1 ədəd bükümdə ağ rəngli, tozşəkilli limon turşusu və 1 ədəd bükümdə ağ rəngli tozşəkilli naməlum maddə, 2 ədəd qalın gövdəli iynəli şpris və 2 ədəd nazik gövdəli şpris aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı otağından aşkar edilərək götürülmüş bükümlər və tərəzi içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, araşdırmada iştirak edən əməkdaşlar tərəfindən imzalanaraq möhürlənmişdir. Bununla bağlı olaraq təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur. Protokolla tanış olmuş, protokolun düzgün tərtib edildiyinə əmin olduqdan sonra protokola imza etmişlər. Şahid3 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. Qrup rəhbəri Şahid1 olmuşdur. Tapılan əşyalara görə tərtib olunmuş protokola imza etmişdir. Təqsirləndirilən şəxs nə vaxt tapıldığını bilmir. Təqsirləndirilən şəxs barəsində əvvəllər onlara məlumat daxil olmamışdır. Evdə axtarışı təxminən axşam 8 radələrində həyata keçirmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən bir evə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Polis əməkdaşları şahidə yaxınlaşaraq ona həmin istintaq tədbirində hal şahidi qismində iştirak edəcəyini bildirmişlər. O, həmin ərazidə yaşamamış, sadəcə olaraq həmin ərazidən öz işləri ilə bağlı keçmişdir. Evdə şəxsin anası və polis əməkdaşları olmuşdur. Tam olaraq xatırlamır, lakin səhv etmirsə, evə baxış videoçəkiliş vasitəsi ilə həyata keçirilmişdir. Evə baxış zamanı oradan narkotik vasitə aşkar olunmuşdur. Şahid X7 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, şəxs evin çölündə olmuşdur. O, bıçaqla özünə xəsarət yetirəcəyini bildirərək polis əməkdaşlarının getməsini tələb etmişdir. Bir qədər sonra şəxsin anası onları evə dəvət etmişdir. Evə daxil olandan sonra solda, içərisində narkotik vasitə olan bükümlər olmuşdur. Aşkar olunan narkotik vasitənin elektron tərəzidə çəkilib-çəkilməməsini xatırlamır. Narkotik vasitə aşkar olunduqdan sonra polis əməkdaşları tərəfindən qablaşdırılmışdır. Narkotik vasitənin qablaşdırıldığı zərfə evdə olduğu zaman qol çəkmişdir. Əvvəllər hal şahidi qismində hər hansı işdə iştirak etməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, narkomaniya xəstəliyindən əziyyət çəkmişdir. Polis əməkdaşları onu yaşadığı evin həyətində saxlamış və bölməyə aparmışlar. Bölmədə polis əməkdaşları tərəfindən ona qarşı müxtəlif təzyiqlər göstərilmişdir. Polis əməkdaşları onun qarşısına içərisi narkotik vasitə ilə dolu olan 1 ədəd büküm qoymuşlar. Sonuncular ondan həmin narkotik vasitəni öz üzərinə götürməsini tələb etmişlər. O, onların tələbinə etiraz etdikdə, onlar ona narkotik vasitəni öz üzərinə götürməsinin əvəzinə digər cinayət işi üzrə şahid qismində iştirak edəcəyini və müşahidə etdiyi hadisə ilə bağlı ifadə verəcəyini bildirmişlər. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Sadəcə olaraq məcburiyyət qarşısında qalmış və polis əməkdaşlarının tələbi ilə razılaşmışdır. Təqsirləndirilən şəxs evinə baxış Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində keçirilmişdir. Tam olaraq evdən nəyin aşkar olunduğunu xatırlamır. Evə baxış zamanı ona təqdim olunan sənədi oxumadan imzalamışdır. Şahid6 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, polis əməkdaşları digər cinayət işi üzrə şahid qismində iştirak edəcəyini ona Bölmədə bildirmişlər. Evə baxışda iştirak etmişdir. Evdə Təqsirləndirilən şəxs başqa yaşlı bir qadın olmuşdur. Səhv etmirsə, onun anasıdır. Təqsirləndirilən şəxs anasını döyməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs anasının polis əməkdaşlarına qarşı hər hansı müqavimət göstərməsi və ya etiraz etməsini görməmişdir. Ona təqdim olunan sənədi oxumadan imzalamışdır. Təqsirləndirilən şəxs özünə xəsarət yetirməsini görməmişdir. Məhkəmədə elan edilib tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Hazırda fərdi evlərdə fəhlə işləyirmişdir. xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində Xəzər rayonu, Zirə qəsəbəsi, Babayev küçəsinə şəxsi işləri ilə bağlı getmişdir. Həmin vaxt iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər ona xidməti vəsiqə təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Sonra ona Zirə qəsəbəsi, Babayev küçəsi, döngə 7, ev 28 ünvanında yaşayan Təqsirləndirilən şəxs evinə baxış keçiriləcəyini və onun da həmin baxışda iştirak etməli olduğunu bildirmişlər. O da polis əməkdaşları ilə razılaşmışdır. O, polis əməkdaşları ilə birlikdə həmin ünvana yollanmışdır. Həmin vaxt evdə Təqsirləndirilən şəxs anası ilə birlikdə evdə imişdir. Polis əməkdaşları özlərini təqdim edib polis işçiləri olduqlarını bildirmişlər və onlardan da özlərini təqdim etmələrini istəmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşlarını gördükdə, üzərində olan cib bıçağını çıxardaraq, ona yaxınlaşacaqları halda ya özünə, ya da polis əməkdaşlarına xəsarət yetirəcəyini bildirərək qaçıb getmişdir. Real təhlükə olduğunu nəzərə alaraq polis əməkdaşları Telmanı təqib etməmişlər. Bundan sonra Telmanın anası Zərərçəkmiş şəxs təklif edilmişdir ki, evə baxış və axtarış onun, şahidin və digər hal şahidi Şahid5 iştirakı ilə keçiriləcəkdir. O isə etiraz etməmiş və bu barədə ərizə verərək razılığını bildirmişdir. Bundan sonra ünvanda keçirilən baxış və axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı otaqdakı dolabın üst siyirməsindən üzərində “İncə” sözləri yazılmış şokolad qutusu aşkar edilmişdir. Həmin qutunun içərisinə baxıldıqda orada 1 ədəd ağ kağıza bükülmüş büküm, 1 ədəd ağ sellofanın içərisində metamfetaminə bənzər kütlə olan büküm, 3 ədəd bükümdə narkotik vasitə - heroinə bənzər kütlələr, 1 ədəd ağ kağız açıldıqda isə içərisində qara rəngli narkotik vasitə - tiryəkə bənzər kütlənin olması müəyyən edilmişdir. Həmin şokolad qutusunun içərisində kiçik ölçülü elektron tərəzi də aşkar edilmişdir. Bundan sonra orada olan digər qutunun içərisindən 1 ədəd bükümdə ağ rəngli, tozşəkilli qalın gövdəli və 1 ədəd bükümdə ağ rəngli tozşəkilli naməlum maddə, 1 ədəd limon turşusu iynəli şpris və 2 ədəd nazik gövdəli şpris aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı otaqdan aşkar edilərək götürülmüş bükümlər, kütlələr və tərəzi içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, araşdırmada iştirak edən əməkdaşlar tərəfindən imzalanaraq möhürlənmişdir. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Protokolla tanış olmuş, onun düzgün tərtib edildiyinə əmin olduqdan sonra protokola imza etmişdir (cild 1, iş vərəqi 253-254). Məhkəmədə elan edilib tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqi 242-244). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən ünvan ünvan 6n qonaq otağına baxış keçirilərkən orada olan dolabın süyürtməsindən 3 ədəd bükümlərdə narkotik vasitə heroinə bənzər maddələr, 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, həmçinin 2 ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər maddələr, 1 ədəd qurudulmuş daş halında narkotik vasitə tiryəkə bənzər maddə və 1 ədəd bükümdə ağ rəngli toz şəklində olan naməlum maddə, həmçinin 1 ədəd elektron tərəzi, 2 ədəd qalın gövdəli iynəli şpiris və 2 ədəd nazik gövdəli şpirislər aşkar olunaraq götürülmüşdür. Baxışda iştirak edən X2 aşkar olunmuş maddələrin oğlu Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir (cild 1, iş vərəqi 21-33). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Xəzər RPİ-nin NMB-nin rəisi polis polkovnik-leytenantı Şahid1, NMB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid3, NMB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2, CAŞ-nin kiçik əməliyyat müvəkkili polis baş serjantı Şahid4, hal şahidləri X4, Şahid6 və şahid Zərərçəkmiş şəxs iştirakı ilə ünvan 7 ünvanına Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının icrası ilə əlaqədar baxış keçirilən zaman Təqsirləndirilən şəxs cibində olan bıçağı boğazına diriyərək özünü öldürəcəyini bildirib oradan qaçıb çıxıb getmişdir (cild 1, iş vərəqi 14). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3592 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “X3 evindən aşkar olunmuş maddələr” soyadlar, imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 12,322 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir; 1 ədəd bükümdə təmiz çəkisi 2,641 qram tünd qəhvəyi rəngli maddə kütləsi və 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,373 qram, 3,574 qram, 2,865 qram qəhvəyi rəngli maddə kütlələri, ümumi təmiz çəkiləri 10,453 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, təmiz çəkiləri 1,373 qram, 3,574 qram, 2,865 qram heroin kütlələri kimyəvi tərkibinə görə öz aralarında eynilik təşkil edirlər, təmiz çəkisi 2,641 qram tünd qəhvəyi rəngli heroin kütləsi qeyd edilən heroin kütlələrindən kimyəvi komponent tərkibinə görə fərqlidir. 1 ədəd bükümdə təmiz çəkisi 1,129 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 1 ədəd bükümdə təmiz çəkisi 6,970 qram ağ rəngli tozşəkilli maddə kütləsi nəzarətdə olmayan limon turşusudur. Üzərində soyadlar, imzalar olan digər zərfdəki 1 ədəd kiçik həcmli elektron tərəzinin üzərində narkotik vasitə-heroinin izləri müəyyən edildi. 2 ədəd qablaşdırma tamlığı pozulmuş 1 ml-lik şprislərdə iz mikrohissəcikləri analiz üçün yetərsiz olduğundan maddənin növünü müəyyən etməklə mümkün olmadı. Metamfetaminin 1,129 qram, tədqiqata sərf edildi 0,01 qram, qalıq üm, 1,029 qram; Heroinin təmiz çəkisi 10,453 qram, tədqiqata sərf edildi 0,12 qram, qalıq 10,333 qram; Tiryək 12,322 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 12,222 qram; Limon turşusu 6,970 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 6,870 qram (cild 1, iş vərəqi 40-42). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Məhkəmə-Tibbi Ekkspertiza və X8 X13 Xəzər rayon şöbəsinin 1 avqust 2024-cü il tarixli 892 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Həmdulla qızının bədəni üzərində aşkar edilmiş, xəsarətlər - sol göz almasının ağlı qişasının qansızması, sol üst və alt göz qapaqlarının, sol qulağın, boynun, sağ bazunun bel nahiyyəsinin qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazu və sağ bud-çanaq oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun Təcili əvə X5 Stansiyasının 18 saylı filialına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərvurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir (cild 1, iş vərəqi 130-132). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7558 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqi 259-260). Cinayət işinin materiallarında olan 29 noyabr 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 12,322 qram narkotik vasitə tiryək; 1 ədəd bükümdə təmiz çəkisi 2,641 qram və 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,373 qram, 3,574 qram, 2,865 qram olmaqla ümumi təmiz çəkisi 10,453 qram narkotik vasitə heroin; 1 ədəd bükümdə təmiz çəkisi 1,129 qram psixotrop maddə metamfetamin; 1 ədəd bükümdə təmiz çəkisi 6,970 qram limon turşusu və 1 ədəd kiçikhəcmli elektron tərəzi maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə təhvil verilmişdir (cild 1, iş vərəqi 261-270). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamə və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 2 ay 3 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqi 65-79). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət Həmin Məcəllənin 15.3-cü madəsinə əsasən az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qutardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə olan məhkumluğu ödənilmədən (iki il keçmədən) yenidən qəsdən cinayət törətmişdir. Bu hal Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi sayılır. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 avqust 2024-cü il tarixdə axtarışda olduğundan tutulmuşdur (cild 1, iş vərəqi 80). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 21 avqust 2024-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqi 206-212). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələrlə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edildiyini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən etmədi. Cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 234.4.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.6cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 21 avqust 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 182 (yüz səksən iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xəzər RPİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkiləri 1 ədəd bükümdə 12,222 qram narkotik vasitə tiryək, 4 ədəd bükümdə 10,333 qram narkotik vasitə heroin, 1 ədəd bükümdə 1,029 qram psixotrop maddə metamfetamin, 6,870 qram limon turşusu və 1 ədəd elektron tərəzi hökm qanun qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 234.4.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 21 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 182 (yüz səksən iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xəzər RPİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkiləri 1 ədəd bükümdə 12,222 qram narkotik vasitə tiryək, 4 ədəd bükümdə 10,333 qram narkotik vasitə heroin, 1 ədəd bükümdə 1,029 qram psixotrop maddə metamfetamin, 6,870 qram limon turşusu və 1 ədəd elektron tərəzi hökm qanun qüvvəyə mindikdən sonra məhv edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-909/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-909/2025
14.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver