Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-91/2021 23.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Hüseynov Səbuhi Sabir oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X7, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəçi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçilər, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi4, Müdafiəçi8 və Müdafiəçi7, Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxslərin nümayəndəsi – “Yusifbəyli və Partnyorları” Vəkil bürosunun vəkili Nümayəndə1 iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Abşeron rayonunun Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xindmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2ci maddəsi ilə, xx xxxxxx 1977-ci ildə Laçın rayonunun Alxaslı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Laçın rayonu Alxaslı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 11-də yerləşən nömrəsiz evdə yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xindmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə, xx xxxxxx 1989-cu ildə Yardımlı rayonunun Şovut kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, əvvəllər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 1-(99)-443/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 25 iyun 2021-ci il tarixli ilə hökm dəyişdirilib, cəza müddəti 5 ilə endirilmiş, Yardımlı rayonu Şovut kəndində qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xindmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə, xx xxxxxx 1991-ci ildə Füzuli rayonunun Pirəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər Füzuli Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli, 1(064)-35/2018 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, cəzaya şərti olaraq məhkum edilmiş və üzərində 01 il sınaq müddəti müəyyən edilmiş, Füzuli rayonunun Pirəhmədli kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xindmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə, xx xxxx 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2014cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 03 iyun 2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilib, cəza müddəti 03 ilə endirilərək, 30 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya qərarına əsasən azad edilmiş, ünvan 3 ünvanda qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi “Xəzri” yaşayış massivi ərazisində tikilmiş həyət evində yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 yaxın münasibətdə olduğu Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 ibarət təşkil etdiyi bir qrup şəxslə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olub, imkanlı şəxs kimi tanıdığı Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı küçəsində, 126 saylı evin, 78 saylı mənzilində ******* (bir milyon dörd yüz min) manat məbləğində külli miqdarda pul vəsaitinin olması və bununla bağlı əldə etdiyi digər zəruri məlumatları qrup üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 bildirdikdən sonra qrup üzvləri ilə birlikdə Zərərçəkmiş şəxs1 və ailə üzvlərinin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək yaşayış sahəsi olan mənzilə qanunsuz olaraq girməklə mənzildən ******* (bir milyon dörd yüz min) manat məbləğində külli miqdarda pul vəsaitini ələ keçirmək barədə razılığa gələrək, həmin cinayətin planını birgə işləyib hazırlamış, bundan sonra aralarındakı razılaşmaya əsasən idarə etdiyi özünə məxsus “Lada Priora” markalı **-VP-*** dövlət nömrə nişanlı avtomaşında qrup üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı küçəsi, 126 saylı binanın yaxınlığına gətirib kənardan müşahidələr aparmaqla binanın həyətinə, bloka giriş, çıxış yerləri, mənzilin yerləşdiyi mərtəbə, mənzilin giriş qapısı, mənzildə yaşayan sakinlər barədə və digər zəruri məlumatları öyrənib dəqiqləşdirdikdən sonra, bu məqsədlə əvvəlcədən razılaşdırılmış plana uyğun olaraq 29 noyabr 2017-ci il tarixdə saat 08:00 radələrində idarə etdiyi “Lada Priora” markalı 90-VP- 112 dövlət nömrə nişanlı avtomaşında qrup üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı küçəsi, 126 saylı binanın yaxınlığına gətirib, orada dayanaraq müşahidə apardıqları vaxt Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2 və qızı Zərərçəkmiş şəxs3 mənzildən çıxıb binanı tərk etdiklərini görüb cinayət əməllərini iradələrindən asılı olmayan səbəbədən başa çatdıra bilməmiş, razılaşdırılmış plana uyğun olaraq bu məqsədlə səhərisi gün, 30 noyabr 2017-ci il tarixdə saat 08:00 radələrində idarə etdiyi “Lada Priora” markalı **-VP-*** dövlət nömrə nişanlı avtomaşında qrup üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 yenidən Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı küçəsi, 126 saylı binanın yaxınlığına gətirib, orada dayanaraq müşahidə aparmış, mənzildə işıq yandığından ev sakinlərinin mənzildə olduğuna tam əmin olduqdan sonra, qabaqcadan planlaşdırdıqları kimi avtomaşında əyləşib cinayətin başa çatmasını gözləmiş, qrup üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 isə onun göstərişi ilə həmin binaya daxil olaraq 8-ci mərtəbəyə qalxıb Aslan İskəndərovun yaşadığı mənzilin giriş qapısının qarşısındakı sahədə dayanmış, qabaqcadan razılaşdıqları kimi Təqsirləndirilən şəxs2 onlardan bir az aralı dayanıb müşahidə aparmış, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 isə basqın edib mənzilə qanunsuz daxil olmağa əlverişli vaxt gözləyərkən saat 08:30 radələrində işə getmək məqsədi ilə qapını açıb mənzildən çıxan Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2, qızı Zərərçəkmiş şəxs3 və bacısı qızı Zərərçəkmiş şəxs4 həyat və sağlamlıqları üçün real təhlükəli olan zor tətbiq edərək basqın edib müqavimətlərini qırıb mənzilə daxil olmağa nail olmaq üçün Təqsirləndirilən şəxs3 əlləri ilə Gülnarə İskəndərovanın boğaz və ağız nahiyəsindən tutaraq təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuş, sonra başını divara vuraraq mənzilin giriş qapısının açarını ondan almağa cəhd etmiş, Təqsirləndirilən şəxs4 əlləri ilə Leyla İskəndərovanın boğaz və ağız nahiyəsindən tutub sıxaraq sağlamlığa dərəcəsi təyin edilməyən üst dodağın sıyrığı, selikli qişanın səthi əzilməsi kimi xəsarətlər, Təqsirləndirilən şəxs5 isə əlləri ilə Zərərçəkmiş şəxs4 boğaz və ağız nahiyəsindən tutub sıxaraq sağlamlığa yüngül zərərvurmaya aid sağ yanağın iç səthinin səthi əzilmiş yarası, hər iki dodağın ön səthinin qançırları, çənə nahiyyəsinin sıyrıqları kimi xəsarətlər yetirmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qışqırıq səslərinə qonşuların çıxacağından ehtiyat edib ifşa olunmamaq üçün qaçaraq onun avtomaşınına əyləşib hadisə yeridən uzaqlaşmaqla qabaqcadan əlbir olan bir qrup şəxslə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə quldurluq etmişdir. Təqsirləndirilən şəxs2 yaxın münasibətdə olduğu Təqsirləndirilən şəxs1 təşkil etdiyi Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 ibarət bir qrup şəxslə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olub, Təqsirləndirilən şəxs1 imkanlı şəxs kimi tanıdığı Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı küçəsində, 126 saylı evin, 78 saylı mənzilində ******* (bir milyon dörd yüz min) manat məbləğində külli miqdarda pul vəsaitinin olması və bununla bağlı əldə etdiyi digər zəruri məlumatları ona və digər qrup üzvləri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 bildirdikdən sonra qrup üzvləri ilə birlikdə Zərərçəkmiş şəxs1 və ailə üzvlərinin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək yaşayış sahəsi olan mənzilə qanunsuz olaraq girməklə mənzildən ******* (bir milyon dörd yüz min) manat məbləğində külli miqdarda pul vəsaitini ələ keçirmək barədə razılığa gələrək, həmin cinayətin planını birgə işləyib hazırlamış, bundan sonra aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 idarə etdiyi özünə məxsus “Lada Priora” markalı **-VP-*** dövlət nömrə nişanlı avtomaşında onu və digər qrup üzvləri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı küçəsi, 126 saylı binanın yaxınlığına gətirib kənardan müşahidələr aparmaqla binanın həyətinə, bloka giriş, çıxış yerləri, mənzilin yerləşdiyi mərtəbə, mənzilin giriş qapısı, mənzildə yaşayan sakinlər barədə və digər zəruri məlumatları öyrənib dəqiqləşdirdikdən sonra, bu məqsədlə əvvəlcədən razılaşdırılmış plana uyğun olaraq 29 noyabr 2017-ci il tarixdə saat 08:00 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Lada Priora” markalı **-VP-*** dövlət nömrə nişanlı avtomaşında onu və digər qrup üzvləri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı küçəsi, 126 saylı binanın yaxınlığına gətirib, orada dayanaraq müşahidə apardıqları vaxt Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2 və qızı Zərərçəkmiş şəxs3 mənzildən çıxıb binanı tərk etdiklərini görüb cinayət əməllərini iradələrindən asılı olmayan səbəbədən başa çatdıra bilməmiş, razılaşdırılmış plana uyğun olaraq bu məqsədlə səhərisi gün, 30 noyabr 2017-ci il tarixdə saat 08:00 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Lada Priora” markalı **-VP-*** dövlət nömrə nişanlı avtomaşında onu və digər qrup üzvləri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 yenidən Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı küçəsi, 126 saylı binanın yaxınlığına gətirib, orada dayanaraq müşahidə aparmış, mənzildə işıq yandığından ev sakinlərinin mənzildə olduğuna tam əmin olduqdan sonra, qabaqcadan planlaşdırdıqları kimi Təqsirləndirilən şəxs1 avtomaşında əyləşib cinayətin başa çatmasını gözləmiş, o və digər qrup üzvləri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 isə Təqsirləndirilən şəxs1 göstərişi ilə həmin binaya daxil olaraq 8-ci mərtəbəyə qalxıb Aslan İskəndərovun yaşadığı mənzilin giriş qapısının qarşısındakı sahədə dayanmış, qabaqcadan razılaşdıqları kimi o, oradan bir az aralı dayanıb müşahidə aparmış, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 isə basqın edib mənzilə qanunsuz daxil olmağa əlverişli vaxt gözləyərkən saat 08:30 radələrində işə getmək məqsədi ilə qapını açıb mənzildən çıxan Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2, qızı Zərərçəkmiş şəxs3 və bacısı qızı Zərərçəkmiş şəxs4 həyat və sağlamlıqları üçün real təhlükəli olan zor tətbiq edərək basqın edib müqavimətlərini qırıb mənzilə daxil olmağa nail olmaq üçün Təqsirləndirilən şəxs3 əlləri ilə Gülnarə İskəndərovanın boğaz və ağız nahiyəsindən tutaraq təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuş, sonra başını divara vuraraq mənzilin giriş qapısının açarını ondan almağa cəhd etmiş, Təqsirləndirilən şəxs4 əlləri ilə Leyla İskəndərovanın boğaz və ağız nahiyəsindən tutub sıxaraq sağlamlığa dərəcəsi təyin edilməyən üst dodağın sıyrığı, selikli qişanın səthi əzilməsi kimi xəsarətlər, Təqsirləndirilən şəxs5 isə əlləri ilə Zərərçəkmiş şəxs4 boğaz və ağız nahiyyəsindən tutub sıxaraq sağlamlığa yüngül zərərvurmaya aid sağ yanağın iç səthinin səthi əzilmiş yarası, hər iki dodağın ön səthinin qançırları, çənə nahiyəsinin sıyrıqları kimi xəsarətlər yetirmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qışqırıq səslərinə qonşuların çıxacağından ehtiyat edib ifşa olunmamaq üçün qaçaraq Təqsirləndirilən şəxs1 avtomaşınına əyləşib hadisə yeridən uzaqlaşmaqla qabaqcadan əlbir olan bir qrup şəxslə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə quldurluq etmişdir. Təqsirləndirilən şəxs3 yaxın münasibətdə olduğu Təqsirləndirilən şəxs1 təşkil etdiyi Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 ibarət bir qrup şəxslə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olub, Təqsirləndirilən şəxs1 imkanlı şəxs kimi tanıdığı Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı küçəsində, 126 saylı evin, 78 saylı mənzilində ******* (bir milyon dörd yüz min) manat məbləğində külli miqdarda pul vəsaitinin olması və bununla bağlı əldə etdiyi digər zəruri məlumatları ona və digər qrup üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 bildirdikdən sonra qrup üzvləri ilə birlikdə Zərərçəkmiş şəxs1 və ailə üzvlərinin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək yaşayış sahəsi olan mənzilə qanunsuz olaraq girməklə mənzildən ******* (bir milyon dörd yüz min) manat məbləğində külli miqdarda pul vəsaitini ələ keçirmək barədə razılığa gələrək, həmin cinayətin planını birgə işləyib hazırlamış, bundan sonra aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 idarə etdiyi özünə məxsus “Lada Priora” markalı **-VP-*** dövlət nömrə nişanlı avtomaşında onu və digər qrup üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı küçəsi, 126 saylı binanın yaxınlığına gətirib kənardan müşahidələr aparmaqla binanın həyətinə, bloka giriş, çıxış yerləri, mənzilin yerləşdiyi mərtəbə, mənzilin giriş qapısı, mənzildə yaşayan sakinlər barədə və digər zəruri məlumatları öyrənib dəqiqləşdirdikdən sonra, bu məqsədlə əvvəlcədən razılaşdırılmış plana uyğun olaraq 29 noyabr 2017-ci il tarixdə saat 08:00 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Lada Priora” markalı **-VP-*** dövlət nömrə nişanlı avtomaşında onu və digər qrup üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı küçəsi, 126 saylı binanın yaxınlığına gətirib, orada dayanaraq müşahidə apardıqları vaxt Aslan İsgəndərovun arvadı Zərərçəkmiş şəxs2 və qızı Zərərçəkmiş şəxs3 mənzildən çıxıb binanı tərk etdiklərini görüb cinayət əməllərini iradələrindən asılı olmayan səbəbədən başa çatdıra bilməmiş, razılaşdırılmış plana uyğun olaraq bu məqsədlə səhərisi gün, 30 noyabr 2017-ci il tarixdə saat 08:00 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Lada Priora” markalı **-VP-*** dövlət nömrə nişanlı avtomaşında onu və digər qrup üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 yenidən Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı küçəsi, 126 saylı binanın yaxınlığına gətirib, orada dayanaraq müşahidə aparmış, mənzildə işıq yandığından ev sakinlərinin mənzildə olduğuna tam əmin olduqdan sonra, qabaqcadan planlaşdırdıqları kimi Təqsirləndirilən şəxs1 avtomaşında əyləşib cinayətin başa çatmasını gözləmiş, o və digər qrup üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 isə Təqsirləndirilən şəxs1 göstərişi ilə həmin binaya daxil olaraq 8-ci mərtəbəyə qalxıb Aslan İskəndərovun yaşadığı mənzilin giriş qapısının qarşısındakı sahədə dayanmış, qabaqcadan razılaşdıqları kimi Təqsirləndirilən şəxs2 onlardan bir az aralı dayanıb müşahidə aparmış, o, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 isə basqın edib mənzilə qanunsuz daxil olmağa əlverişli vaxt gözləyərkən saat 08:30 radələrində işə getmək məqsədi ilə qapını açıb mənzildən çıxan Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2, qızı Zərərçəkmiş şəxs3 və bacısı qızı Zərərçəkmiş şəxs4 həyat və sağlamlıqları üçün real təhlükəli olan zor tətbiq edərək basqın edib müqavimətlərini qırıb mənzilə daxil olmağa nail olmaq üçün o, əlləri ilə Gülnarə İskəndərovanın boğaz və ağız nahiyəsindən tutaraq təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuş, sonra başını divara vuraraq mənzilin giriş qapısının açarını ondan almağa cəhd etmiş, Təqsirləndirilən şəxs4 əlləri ilə Leyla İskəndərovanın boğaz və ağız nahiyəsindən tutub sıxaraq sağlamlığa dərəcəsi təyin edilməyən üst dodağın sıyrığı, selikli qişanın səthi əzilməsi kimi xəsarətlər, Təqsirləndirilən şəxs5 isə əlləri ilə Zərərçəkmiş şəxs4 boğaz və ağız nahiyəsindən tutub sıxaraq sağlamlığa yüngül zərərvurmaya aid sağ yanağın iç səthinin səthi əzilmiş yarası, hər iki dodağın ön səthinin qançırları, çənə nahiyyəsinin sıyrıqları kimi xəsarətlər yetirmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qışqırıq səslərinə qonşuların çıxacağından ehtiyat edib ifşa olunmamaq üçün qaçaraq Təqsirləndirilən şəxs1 avtomaşınına əyləşib hadisə yeridən uzaqlaşmaqla qabaqcadan əlbir olan bir qrup şəxslə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə quldurluq etmişdir. Təqsirləndirilən şəxs4 yaxın münasibətdə olduğu Təqsirləndirilən şəxs1 təşkil etdiyi Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 ibarət bir qrup şəxslə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olub, Təqsirləndirilən şəxs1 imkanlı şəxs kimi tanıdığı Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı küçəsində, 126 saylı evin, 78 saylı mənzilində ******* (bir milyon dörd yüz min) manat məbləğində külli miqdarda pul vəsaitinin olması və bununla bağlı əldə etdiyi digər zəruri məlumatları ona və digər qrup üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 bildirdikdən sonra qrup üzvləri ilə birlikdə Zərərçəkmiş şəxs1 və ailə üzvlərinin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək yaşayış sahəsi olan mənzilə qanunsuz olaraq girməklə mənzildən ******* (bir milyon dörd yüz min) manat məbləğində külli miqdarda pul vəsaitini ələ keçirmək barədə razılığa gələrək, həmin cinayətin planını birgə işləyib hazırlamış, bundan sonra aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 idarə etdiyi özünə məxsus “Lada Priora” markalı **-VP-*** dövlət nömrə nişanlı avtomaşında onu və digər qrup üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı küçəsi, 126 saylı binanın yaxınlığına gətirib kənardan müşahidələr aparmaqla binanın həyətinə, bloka giriş, çıxış yerləri, mənzilin yerləşdiyi mərtəbə, mənzilin giriş qapısı, mənzildə yaşayan sakinlər barədə və digər zəruri məlumatları öyrənib dəqiqləşdirdikdən sonra, bu məqsədlə əvvəlcədən razılaşdırılmış plana uyğun olaraq 29 noyabr 2017-ci il tarixdə saat 08:00 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Lada Priora” markalı **-VP-*** dövlət nömrə nişanlı avtomaşında onu və digər qrup üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı küçəsi, 126 saylı binanın yaxınlığına gətirib, orada dayanaraq müşahidə apardıqları vaxt Aslan İsgəndərovun arvadı Zərərçəkmiş şəxs2 və qızı Zərərçəkmiş şəxs3 mənzildən çıxıb binanı tərk etdiklərini görüb cinayət əməllərini iradələrindən asılı olmayan səbəbədən başa çatdıra bilməmiş, razılaşdırılmış plana uyğun olaraq bu məqsədlə səhərisi gün, 30 noyabr 2017-ci il tarixdə saat 08:00 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Lada Priora” markalı **-VP-*** dövlət nömrə nişanlı avtomaşında onu və digər qrup üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 yenidən Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı küçəsi, 126 saylı binanın yaxınlığına gətirib, orada dayanaraq müşahidə aparmış, mənzildə işıq yandığından ev sakinlərinin mənzildə olduğuna tam əmin olduqdan sonra, qabaqcadan planlaşdırdıqları kimi Təqsirləndirilən şəxs1 avtomaşında əyləşib cinayətin başa çatmasını gözləmiş, o və digər qrup üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 isə Təqsirləndirilən şəxs1 göstərişi ilə həmin binaya daxil olaraq 8-ci mərtəbəyə qalxıb Aslan İskəndərovun yaşadığı mənzilin giriş qapısının qarşısındakı sahədə dayanmış, qabaqcadan razılaşdıqları kimi Təqsirləndirilən şəxs2 onlardan bir az aralı dayanıb müşahidə aparmış, o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 isə basqın edib mənzilə qanunsuz daxil olmağa əlverişli vaxt gözləyərkən saat 08:30 radələrində işə getmək məqsədi ilə qapını açıb mənzildən çıxan Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2, qızı Zərərçəkmiş şəxs3 və bacısı qızı Zərərçəkmiş şəxs4 həyat və sağlamlıqları üçün real təhlükəli olan zor tətbiq edərək basqın edib müqavimətlərini qırıb mənzilə daxil olmağa nail olmaq üçün o, əlləri ilə Leyla İskəndərovanın boğaz və ağız nahiyəsindən tutub sıxaraq sağlamlığa dərəcəsi təyin edilməyən üst dodağın sıyrığı, selikli qişanın səthi əzilməsi kimi xəsarətlər yetirmiş, Təqsirləndirilən şəxs3 əlləri ilə Gülnarə İskəndərovanın boğaz və ağız nahiyəsindən tutaraq təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuş, sonra başını divara vuraraq mənzilin giriş qapısının açarını ondan almağa cəhd etmiş, Təqsirləndirilən şəxs5 isə əlləri ilə Zərərçəkmiş şəxs4 boğaz və ağız nahiyəsindən tutub sıxaraq sağlamlığa yüngül zərərvurmaya aid sağ yanağın iç səthinin səthi əzilmiş yarası, hər iki dodağın ön səthinin qançırları, çənə nahiyyəsinin sıyrıqları kimi xəsarətlər yetirmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qışqırıq səslərinə qonşuların çıxacağından ehtiyat edib ifşa olunmamaq üçün qaçaraq Təqsirləndirilən şəxs1 avtomaşınına əyləşib hadisə yeridən uzaqlaşmaqla qabaqcadan əlbir olan bir qrup şəxslə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə quldurluq etmişdir. Təqsirləndirilən şəxs5 yaxın münasibətdə olduğu Təqsirləndirilən şəxs1 təşkil etdiyi Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 ibarət bir qrup şəxslə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olub, Təqsirləndirilən şəxs1 imkanlı şəxs kimi tanıdığı Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı küçəsində, 126 saylı evin, 78 saylı mənzilində ******* (bir milyon dörd yüz min) manat məbləğində külli miqdarda pul vəsaitinin olması və bununla bağlı əldə etdiyi digər zəruri məlumatları ona və digər qrup üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 bildirdikdən sonra qrup üzvləri ilə birlikdə Zərərçəkmiş şəxs1 və ailə üzvlərinin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək yaşayış sahəsi olan mənzilə qanunsuz olaraq girməklə mənzildən ******* (bir milyon dörd yüz min) manat məbləğində külli miqdarda pul vəsaitini ələ keçirmək barədə razılığa gələrək, həmin cinayətin planını birgə işləyib hazırlamış, bundan sonra aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 idarə etdiyi özünə məxsus “Lada Priora” markalı **-VP-*** dövlət nömrə nişanlı avtomaşında onu və digər qrup üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı küçəsi, 126 saylı binanın yaxınlığına gətirib kənardan müşahidələr aparmaqla binanın həyətinə, bloka giriş, çıxış yerləri, mənzilin yerləşdiyi mərtəbə, mənzilin giriş qapısı, mənzildə yaşayan sakinlər barədə və digər zəruri məlumatları öyrənib dəqiqləşdirdikdən sonra, bu məqsədlə əvvəlcədən razılaşdırılmış plana uyğun olaraq 29 noyabr 2017-ci il tarixdə saat 08:00 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Lada Priora” markalı **-VP-*** dövlət nömrə nişanlı avtomaşında onu və digər qrup üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı küçəsi, 126 saylı binanın yaxınlığına gətirib, orada dayanaraq müşahidə apardıqları vaxt Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2 və qızı Zərərçəkmiş şəxs3 mənzildən çıxıb binanı tərk etdiklərini görüb cinayət əməllərini iradələrindən asılı olmayan səbəbədən başa çatdıra bilməmiş, razılaşdırılmış plana uyğun olaraq bu məqsədlə səhərisi gün, 30 noyabr 2017-ci il tarixdə saat 08:00 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Lada Priora” markalı **-VP-*** dövlət nömrə nişanlı avtomaşında onu və digər qrup üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 yenidən Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı küçəsi, 126 saylı binanın yaxınlığına gətirib, orada dayanaraq müşahidə aparmış, mənzildə işıq yandığından ev sakinlərinin mənzildə olduğuna tam əmin olduqdan sonra, qabaqcadan planlaşdırdıqları kimi Təqsirləndirilən şəxs1 avtomaşında əyləşib cinayətin başa çatmasını gözləmiş, o və digər qrup üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə Təqsirləndirilən şəxs1 göstərişi ilə həmin binaya daxil olaraq 8-ci mərtəbəyə qalxıb Aslan İskəndərovun yaşadığı mənzilin giriş qapısının qarşısındakı sahədə dayanmış, qabaqcadan razılaşdıqları kimi Təqsirləndirilən şəxs2 onlardan bir az aralı dayanıb müşahidə aparmış, o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə basqın edib mənzilə qanunsuz daxil olmağa əlverişli vaxt gözləyərkən saat 08:30 radələrində işə getmək məqsədi ilə qapını açıb mənzildən çıxan Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2, qızı Zərərçəkmiş şəxs3 və bacısı qızı Zərərçəkmiş şəxs4 həyat və sağlamlıqları üçün real təhlükəli olan zor tətbiq edərək basqın edib müqavimətlərini qırıb mənzilə daxil olmağa nail olmaq üçün Təqsirləndirilən şəxs3 əlləri ilə Gülnarə İskəndərovanın boğaz və ağız nahiyəsindən tutaraq təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuş, sonra başını divara vuraraq mənzilin giriş qapısının açarını ondan almağa cəhd etmiş, Təqsirləndirilən şəxs4 əlləri ilə Leyla İskəndərovanın boğaz və ağız nahiyəsindən tutub sıxaraq sağlamlığa dərəcəsi təyin edilməyən üst dodağın sıyrığı, selikli qişanın səthi əzilməsi kimi xəsarətlər, o isə əlləri ilə Zərərçəkmiş şəxs4 boğaz və ağız nahiyyəsindən tutub sıxaraq sağlamlığa yüngül zərərvurmaya aid sağ yanağın iç səthinin səthi əzilmiş yarası, hər iki dodağın ön səthinin qançırları, çənə nahiyəsinin sıyrıqları kimi xəsarətlər yetirmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qışqırıq səslərinə qonşuların çıxacağından ehtiyat edib ifşa olunmamaq üçün qaçaraq hadisə yeridən uzaqlaşmaqla qabaqcadan əlbir olan bir qrup şəxslə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə deyil, oğurluğa cəhddə təqsirli bildi və ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Saray qəsəbəsində yaşamışdır, ailəlidir, 3 azyaşlı övladı vardır. 2011ci ildə öz dostu vasitəsi ilə baxıcı kimi Tacirə adlı qadınla tanış olmuşdur. Günlərin birində Tacirə onu ünvan 5 ünvandakı kirayədə yaşadığı evə dəvət etmiş, tək Tacirənin yaşadığı həmin evə gəlmiş, Tacirə evdə tək olmuşdur. Söhbət zamanı Tacirə qardaşı Anarın Gülnarə adlı qadınla münasibətinin olduğunu, Gülnarənin Anardan əvvəl Mansur adlı bir oğlanla şəxsi münasibətlərinin olduğunu demiş, hətta Gülnarə ilə Anarın həddindən artıq yaxın olduqları şəkillərini ona göstərmişdir. Tacirə Gülnarənin əri Aslanla münasibətlərinin pozulduğunu, yaşadığı mənzildə əri Aslana məxsus seyfdə pul olduğunu bildirmişdir. Tacirədən mənzildə bu məbləğdə pulun olmasını haradan bildiyini soruşduqda, Tacirə Gülnarənin mənzilinə gedib-gəldiyini, Gülnarənin ərinin imkanlı olduğunu demiş, hətta onun yanında Gülnarə ilə videozənglə danışmış, Gülnarə seyfin yerləşdiyi yeri Tacirəyə göstərmişdir. Seyf mənzildə qonaq otağında yerləşmişdir. Tacirə ilə danışıqları belə olmuşdur ki, Gülnarə özü onların həmin evə oğurluğa girmələrinə şərait yaradacaq, yəni Gülnarə evdən çıxanda qapını açıq qoyub çıxacaq, onlar da evə girib həmin seyfi götürəcəklər. Tacirə həmçinin Gülnarənin qızının bu işdən xəbəri olmadığını demişdir. Tacirədən bu işin birdən polisə düşərsə, necə olacaqlarını soruşduqda, Tacirə belə bir şeyin olmayacağını, Gülnarə ilə münasibəti olan bir oğlanın da əvvəl Gülnarənin mənzilindən pul apardığını, lakin həmin oğlandan şikayət etmədiklərini demişdir. Razılığa görə, evdən götürdükləri puldan hərəsinə 3000-5000 manat pul düşməli, Tacirəyə də təxminən 5000 manat pul verməli imişlər. Tacirə ona bu işi etmədiyi təqdirdə, başqa adamlar tapacağını demiş, ona görə də o, bu işə razılıq vermişdir. O, bu oğurluğu etmək üçün Nəsimi, İskəndər, Nicat və Ruslan adlı Saray qəsəbəsindən tanıdığı tanışlarına məlumat vermişdir. Amma bir faktı qeyd etmək istəyir ki, ittiham aktında yazıldığı kimi onlar o mənzilə ******* manat pulu götürməyə yox, cəmi 30000-35000 manat pulun, Gülnarənin razılığı ilə sonuncunun evindən oğurluq adı ilə götürməyə getmişlər. Bu işdə Gülnarə özü onlarla əlbirdir. 2017-ci ilin noyabr ayında o, tək Tacirənin yaşadığı evə gəlmişdir. Tacirə Gülnarənin yaşadığı mənzili ona göstərmək üçün onun idarə etdiyi “Lada Priora” markalı **-VP-*** dövlət nömrə nişanlı avtomaşında Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsinə gəlmişdir. Tacirə Gülnarənin yaşadığı binanı, mənzilin giriş blokunu ona göstərmişdir. Tacirə həmçinin mənzilin binanın səkkizinci mərtəbəsində yerləşdiyini, mənzilin nömrəsini ona bildirmişdir. Hadisə günü onun maşını ilə onlar hadisə yerinə getmişlər. Amma Təqsirləndirilən şəxs5 onlarla birlikdə hadisə yerinə getməmişdir. O, uşaqları özü hadisə yerinə aparmış, özü maşında oturmuşdur. Nəsimi, İsgəndər və Nicat yuxarı qalxandan 15-20 dəqiqə sonra Nəsimi və İsgəndər qaça-qaça gəlib maşına əyləşmiş, ondan hadisə yerini tez tərk etməyi xahiş etmişlər. O, nə baş verdiyini soruşanda onlar Gülnarənin qızının qışqırmağa başladığını, səsə qonşunun çıxdığını və bu səbəbdən evə daxil ola bilmədiklərini demişlər. Sonra isə o, Saray qəbəsinə getmişdir. Sonra Tacirə ilə danışıb bu işin onun dediyi kimi olmadığını, Gülnarənin səs-küy saldığını bildirmişdir. Tacirə isə ona rahat olmağı, Gülnarənin şikayətçi olmayacağını demişdir. Məhkəmə istintaqı yekunlaşdıqdan sonra Təqsirləndirilən şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək, adını demək istəmədiyi şəxslər tərəfindən ona təzyiqlər olduğuna görə əvvəllər Şahid4 barədə düzgün ifadə vermədiyini bildirmiş, məhkəmə istintaqı təzələnərək o, dindirilmiş və ifadəsində göstərmişdir ki, 2011-ci ildən onunla Şahid4 arasında sevgi münasibətləri olmuş, lakin ailəsinin bu münasibətdən məlumatı olduğuna görə 2017-ci ildə Xanımzərlə olan münasibətinə son qoymuşdur. 2017-ci ilin avqust ayında Xanımzər ona zəng edərək görüşməyi təklif etmiş, onlar Nərimanov rayonu ərazisində görüşmüşlər. Xanımzər varlı bir qadın tanıdığını, qadının evində seyf olduğunu demiş, adam tapıb evə daxil olub pulları götürməyi təklif etmişdir. O, Xanımzərə belə işlərlə məşğul olmadığını, adam tapsa məlumat verəcəyini bildirmişdir. Xanımzər Tacirə ilə yaxın vaxtlarda o evə gedəcəyini demiş, gəlib onları apararmağı təklif etmiş, həm ünvanı öyrənməsini, həm də evin şəkillərini ona göndərəcəyini bildirmişdir. Bir neçə gün sonra Xanımzər gəlib onları həmin evə aparmağı demiş, amma aralarında olan söhbəti Tacirənin bilməməsini tapşırmışdır. O, Xanımzərgili həmin ünvana aparmış və özü aşağıda gözləmiş, Xanımzər daha sonra aşağı enərək seyfin olduğu yerin şəkillərini ona göstərmişdir. O, bu işlə maraqlanmasa da Xanımzər tez-tez ona zəng edib adam tapıb-tapmadığını soruşmuş, o, daha sonra Xanımzərlə razılaşıb adamlar tapmış və 2017-ci ilin noyabrında həmin adamlarla birlikdə evə oğurluq etmək üçün getmiş, lakin alınmamış, növbəti dəfə Xanımzər ona zəng edib evə saat neçədə daxil olmalı olduqlarını bildirmiş, o, təqsirləndirilən şəxslərdən İsgəndər, Nicat və Nəsimi həmin ünvana getmiş, lakin onların oğurluq etmək məqsədləri baş tutmamışdır. Onları bu cinayəti törətməyə Xanımzər təhrik etmişdir. Məhkəmədən xahiş edir ki, zərərçəkmiş şəxslərlə onları barışdırmağa köməklik etsin. Bununla belə, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində yaşamaqla 2009-cu ildən torpaq sahəsi alıb fərdi yaşayış evi tikib satmaqla məşğul olmuş, 2011-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Sülh küçəsində yaşayan baxıcı kimi tanıdığı Tacirə adlı qadının evində olduğu vaxt, sonuncunun qardaşı Anarla tanış olmuş, sonra 2013-cü ildə orada Tacirə ilə kirayədə yaşayan Xanımzər adlı qadınla da tanış olmuş, Xanımzərə Sumqayıt şəhəri, 17-ci mikrorayonda yaşaması üçün kirayə mənzil tutmuş və orada onunla qeyri-rəsmi ərarvad kimi yaşamış, Tacirə 2017-ci ilin oktyabr ayında istifadə etdiyi ***-***-**-** nömrədən onun istifadəsində olan ***-***-**-** nömrəyə zəng edib, onu ünvan 5 ünvandakı kirayədə yaşadığı evə dəvət etmiş, ona görə də tək Tacirənin yaşadığı həmin evə gəlmiş, Tacirə evdə tək olmuş, Tacirə orada ona qardaşı Anarın münasibətdə olduğu Gülnarə adlı qadının əri Aslanla münasibətlərinin pozulduğunu, Gülnarənin yaşadığı mənzildə əri Aslana məxsus ******* ABŞ dolları məbləğində pul olduğunu bildirmiş, Tacirədən mənzildə bu məbləğdə pulun olmasını haradan bildiyini soruşduqda, Tacirə Gülnarənin mənzilinə gedib-gəldiyi vaxt pulları gördüyünü, həmçinin qardaşı Anarın da həmin pulları mənzildə seyfdə gördüyünü, seyfin mənzildə qonaq otağında yerləşdiyini, seyfin üzərinə örtük salındığını, üstündə qabda süni güllərin olduğunu, seyfin qapısının kodunun Gülnarənin qızının təvəllüd tarixi olduğunu bildirmiş və Gülnarə səhər saat 08:00-08:15 radələrində mənzildən çıxan zaman ağzını tutub, ona fiziki güc tətbiq etmək kimi davranıb evdən seyfi götürüb gətirmək üçün ikiüç adamı ora göndərməyi tapşırmış, həmçinin Gülnarənin qızının bu işdən xəbəri olmadığını demiş və qızı bu işdən şübhələndirməməyi də tapşırmış, Tacirədən bu işin birdən polisə düşərlərsə, necə olacaqlarını soruşduqda, Tacirə belə bir şeyin olmayacağını, Gülnarə ilə münasibəti olan bir oğlanın əvvəl də Gülnarənin mənzilindən pul apardığını, lakin həmin oğlandan şikayət etmədiklərini də demiş, o isə Tacirəyə belə bir adamın olduğnu bildirmiş və məsləhətləşib bildirəcəyinə söz vermiş, Tacirə mənzildən götürəcəkləri ******* ABŞ dolları məbləğində pulun 400000 ABŞ dollarının Gülnarəyə çatacağını, qalan pulu isə özünün, onun, Anarın və digər iştirakçıların arasında bölünəcəyini bildirmiş, Tacirənin bu təklifi ilə razılaşdığından bu barədə Abşeron rayonu, Saray qəsəbəsində yaşayan tanışı Vüqar Hüseynova bildirmiş, Vüqar ondan Tacirə ilə onu telefonda danışdırmağı xahiş etmiş, ona görədə istifadəsində olan mobil telefondan Tacirənin istifadəsində olan mobil telefona zəng edib, səsgücləndiriciyə qoyaraq Tacirəyə həmin məsələ ilə əlaqədar Vüqarla danışmağı tapşırmış, Vüqar da telefonda Tacirədən Gülnarənin yaşadığı mənzilin ünvanını soruşmuş, X22 yaşadığı mənzilin Bakı şəhəri, Yasamal rayonunda Statistika idarəsinin arxasında yeni tikilmiş yaşayış binasının 8-ci mərtəbəsində yerləşdiyini bildirmiş, sonra bu cinayətdə iştirak etməkdən yayınmaq istəməmiş, lakin Vüqar əl çəkməmiş və bu cinayəti törədəcək şəxslərin artıq hazır olduqlarını, bu işi mütləq başa çatdıracaqlarını bildirmiş, ona görə də bu məqsədlə 2017-ci ilin noyabr ayında tək Tacirənin yaşadığı evə gəlmiş, Tacirə Gülnarənin yaşadığı mənzili ona göstərmək üçün onun idarə etdiyi “Lada Priora” markalı 90VP112 dövlət nömrə nişanlı avtomaşında Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsinə gəlmiş, Tacirə Gülnarənin yaşadığı binanı, mənzilin giriş blokunu ona göstərmiş, mənzilin binanın səkkizinci mərtəbəsində yerləşdiyini, mənzilin nömrəsini də ona bildirmiş, həmin vaxt Vüqar onu Bakı şəhərində “20 Yanvar” metrostansiyasının yaxınlığında gözləyərək, onunla mütamadi telefon əlaqəsi saxlamış, Vüqara telefonda Tacirə ilə bir yerdə olduğunu, Tacirənin Gülnarənin yaşadığı mənzili ona göstərdiyini bildirmiş, sonra Tacirəni yaşadığı evə aparmış, orada Tacirə Gülnarənin istifadə etdiyi mobil telefona zəng edib onunla telefonda görüntülü danışmış, Tacirə Gülnarəyə “bunlar pul məsələsinə inanmırlar, seyfin yerini göstər” demiş, Gülnarə də mənzilində qonaq otağına keçib, divanın arxasındakı seyfin yerini göstərmiş, seyfin kodunun qızının təvəllüd tarixi olduğunu bildirmiş, sonra Tacirənin yaşadığı evdən çıxıb idarə etdiyi avtomaşında Saray qəsəbəsinə gəlib Vüqarla görüşmüş, X12 yaşadığı mənzili ona göstərdiyini və Gülnarə ilə telefonda görüntülü danışdığını bildirmiş, Vüqar ona Gülnarənin yaşadığı mənzili ona da göstərməyi tapşırmış, ona görə də idarə etdiyi avtomaşında Vüqarı aparıb Gülnarənin yaşadığı mənzili ona da göstərmiş, Vüqar ona “biz həmin evə gedib işimizi görəndən sonra səni gəlib görəcəyik” demiş, təxminən 3-4 gündən sonra Vüqar saat 06:00-da ona zəng edib avtomaşınının nasaz olduğunu bildirmiş və ondan Gülnarənin mənzilinə getmək üçün avtomaşının istəmiş, o da avtomaşının açarlarını Vüqara vermiş, lakin Vüqar onun avtomaşınını idarə edə bilməyəcəyini bildirmiş və ona “ özün get, avtomaşından düşmə, mənim adamlarım işlərini görəcək, sən isə onları oradan geri qaytararsan” demiş, o da razılaşmış Nəsimi, İskəndər, Nicat və Ruslan onun idarə etdiyi avtomaşına əyləşmiş, Vüqar isə özünün idarə etdiyi “Niva” markalı avtomaşınla onların arxasınca gəlmiş, plana əsasən Nəsimi, İskəndər, Nicat və Ruslan binaya qalxıb Gülnarənin yaşadığı mənzilin qarşısında dayanıb gözləməli, Gülnarə mənzildən çıxanda ona yaxınlaşıb təzyiq gösərib mənzilə daxil olub, mənzildən seyf götürüb gətirilib Vüqara çatdırmalı, Vüqar isə seyfi Saray qəsəbəsinə aparmalı, o isə Nəsimini, İskəndəri, Nicatı və Ruslanı idarə etdiyi avtomaşında Saray qəsəbəsinə qaytarmalı idi, bunu bu cür Tacirə planlaşdırmış, əslində plana əsasən Gülnarəyə təzyiq olunması, mənzildən seyf götürülənədən sonra mənzildə əşyaların dağınıq vəziyyətə salınması mənzildən oğurluq hadisəsi olması görüntüsü yaratmaq olmuş, həmçinin Gülnarənin qızı Leylanın bu işdən xəbəri olmadığı üçün şübhələnməsin deyə bir nəfər də onun ağzını tutmalı idi, razılaşdıqları kimi o, idarə etdiyi avtomaşında Nəsimi, İskəndər, Nicat və Ruslanı Gülnarənin yaşadığı binanın yaxınlığına gətirib orada dayanmış, bu vaxt Gülnarə və qızının binadan çıxıb getdiklərini görmüş, ona görə də onlar oradan geri qayıtmış və Tacirənin mobil telefonuna zəng edib bu barədə bildirmiş, Tacirənin tapşırığı ilə bu işi görməyi səhərisi günə saxlamış, Nəsimi də zəng edib bu barədə Vüqara bildirmiş, sonra onlar Saray qəsəbəsinə qayıtmış, səhərisi gün, 30 noyabr 2017-ci il tarixdə saat 06:00 radələrində Vüqar yenidən onun istifadəsində olmuş mobil telefona zəng edib “gəl gedək işimizi başa çatdıraq” demiş, o isə getmək istəməmiş və Vüqara “gəl avtomaşını verim özünüz gedin” demiş, Vüqar isə ona “narahat olma sən avtomaşından düşməyəcəksən, Nəsimigil məsələni özləri həll edəcəklər” demiş, ona görə də idarə etdiyi avtomaşınla Bakı-Sumqayıt magistral yoluna çıxmış, orada Vüqarın avtomaşınından Nəsimi, İskəndər, Ruslan və Nicat enib onun avtomaşınına əyləşmiş və idarə etdiyi avtomaşında Nəsimi, İskəndər, Ruslan və Nicatı Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsinə Gülnarənin yaşadığı binanın yanına gətirmiş və orada dayanıb gözləmiş, Vüqar da öz avtomaşınında onların arxasınca gəlmiş, oradan Tacirəyə zəng edib Gülnarənin yaşadığı binanın qarşısında gözlədiklərini bildirmiş, Tacirə ona “Gülnarənin yaşadığı mənzildə işıq yanırsa demək oyanıblar” demiş, təxminən 20 dəqiqədən sonra Gülnarənin yaşadığı mənzilin işığı yanmış, bundan sonra Nəsimi, İskəndər, Ruslan və Nicat avtomaşından enib binanın giriş blokuna tərəf getmiş, o isə avtomaşında əyləşib onları gözləmiş, təxminən 20-30 dəqiqədən sonra Nəsimi, İskəndər və Nicat qaçaraq təlaşla gəlib avtomaşına əyləşmiş və ona “avtomaşını tez sür gedək” demiş, o da avtomaşını sürətlə sürüb oradan uzaqlaşmış, yolda Nəsimi Vüqara zəng edib işin alınmadığını bildirmiş və oradan uzaqlaşmağı tapşırmış, Nəsimi ona Ruslanın başqa istiqamətə qaçdığını demiş, o, avtomaşını sürüb H.Əliyev küçəsində saxlamış və taksiyə əyləşib Saray qəsəbəsinə gəlmiş, axşam tərəfi qayıdıb avtomaşının dövlət nömrə nişanın dəyişib tranzit nömrə bağlayıb avtomaşını Saray qəsəbəsinə gətirmiş, hadisə barədə heç kimə bildirməmiş, sonra bununla bağlı Gülnarənin polisə şikayət etməsi barədə məlumat almış, ona görə də zəng edib Tacirədən bu barədə soruşduqda, Tacirə ona “bir az gözləyin, bu söhbət bağlanacaqdır” demiş, bir müddətdən sonra Tacirə ona Gülnarənin əri Aslanın Gülnarədən şübhələndiyini, Aslanın bıçaqla arvadı Gülnarəyə xəsarət yetirdiyini demiş, ondan sonra Bakı şəhəri Yasamal rayon polis idarəsinin əməkdaşları onu axtarmışdır. Gülnarənin mənzilindən ******* ABŞ dollarını aparmağı Gülnarə özü, Tacirə və Vüqar təşkil etmiş, pul mənzildən götürüldükdən sonra həmin pulun 400 000 ABŞ dolları Gülnarəyə, qalan ******* ABŞ dolları isə onun, Tacirənin, Anarın, Vüqarın, Nəsiminin, Ruslanın, Nicatın və İskəndərin arasında bölünməsi planlaşdırılmışdır (cild 3 iş vərəqi 39-44, cild 5, iş vərəqi 77-83). Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə deyil, oğurluğa cəhddə təqsirli bildi və ifadəsində göstərdi ki, o, Mirafiqi ev alqı-satqısı ilə məşğul olan şəxs kimi Saray qəsəbəsindən tanımışdır. Mirafiq bir gün söhbət əsnasında bir qadın tanıdığını, həmin qadının ərindən boşandığını, ərininin imkanlı adam olduğunu, həmin evdən qadının ərinə məxsus pulu götürmək lazım olduğunu bildirmişdir. Mirafiq qadının özünün bu işdən xəbəri olduğunu, onlara pulu götürmək üçün şərait yaradacağını, bu işin çox rahat iş olduğunu bildirmişdir. O, Ruslan, Nicat, İsgəndər və Mirafiq bu işi görmək üçün Gülnarənin yaşadığı Yasamal rayonunda yerləşən mənzilinə bir gün əvvəl getmişlər. Lakin həmin gün alınmadığına görə növbəti gün Ruslandan başqa hamısı yenidən həmin binaya, Gülnarənin yaşadığı mənzilə getmişlər. Mirafiq aşağıda gözləmiş, o, Nicat və İsgəndər mənzilə qalxmışlar. Onlar binanın balkonunda gözləmişlər. Qızlardan biri, sonra o biri liftin qarşısına gəlmiş, daha sonra Gülnarə xanım da qapıdan çıxmışdır. Qapı həmin vaxt açıq olmuşdur. Bu vaxt onlar balkondan hamısı çıxmış və yer dar olduğundan hamısı ard-arda durmuşlar. İsgəndər Gülnarə xanıma yaxınlaşıb əli ilə işarə etmişdir ki, sussun və şərait yaratsın ki, onlar evə girib pulları götürsünlər. Qızlar səs-küy salmağa başlamışlar. O, həmin vaxt başa düşmüşdür ki, Mirafiqin dediyi kimi Gülnarə xanımın bu işdən xəbəri yoxdur. Çünki Gülnarə xanım da, qızlar da qışqırmağa çalışmış və onların üçü də müqavimət göstərmişlər. Onlar sonra qızların səs-küy salmasından qorxub hamısı qaça-qaça çıxıb getmişlər. Orada qızları heç kim tutmamış və qızlara, qadına qarşı fiziki zorakılıq etməmişlər. O, bu əməlinə görə çox peşmandır. Çünki onun elə niyyəti olmayıb ki, qadınlara qarşı quldurluq etsin. Bununla belə, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Gülnarənin yaşadığı mənzildə ******* manat pul olmasını Təqsirləndirilən şəxs1 ona, İskəndərə, Nicata və Ruslana bildirmiş, bu cinayəti törətməyi Mirafiq təşkil etmiş, Gülnarə adlı qadını, əri Aslanı və ailə üzvlərini o, İskəndər, Nicat və Ruslan tanımamış, 2017-ci ilin noyabr ayının sonlarında Mirafiq ona, İskəndərə, Nicata və Ruslana həmin Gülnarə adlı qadınla yaxın münasibəti olduğunu, həmin qadının yaşadığı mənzilə gedib-gəldiyini, Gülnarənin ərindən boşandığını, mənzildə ərinə məxsus ******* manat məbləğində pul olduğunu və ərindən qisas almaq üçün həmin pulları mənzildən götüzdürmək istədiyini, Gülnarənin ona pulu götürmək üçün inandığı adamları onun mənzilinə göndərməyi tapşırdığını bildirmiş, Mirafiq onları inandırmaq üçün ona, İskəndərə, Nicata və Ruslana telefonunda olan mənzilin və mənzildə olan bir qadının fotoşəkilərini göstərib, həmin qadının Gülnarə olduğunu və mənzilin də Gülnarəyə məxsus olduğunu, Gülnarənin özünün həmin fotoşəkilləri ona göndərdiyini, mənzilində onları gözlədiyini və mənzilin qapısını açıq qoyacağını bildirmiş, razılaşdıqları kimi 29 noyabr 2017-ci il tarixdə Mirafiq idarə etdiyi avtomaşında onu, İskəndəri, Nicatı və Ruslanı Saray qəsəbəsindən Bakı şəhəri, Yasamal rayonuna Gülnarənin yaşadığı binanın yanına gətirmiş, həmin vaxt Gülnarə və qızı binadan çıxıb taksiyə əyləşib getdiklərindən Mirafiq bu işi sabaha saxlamış, Mirafiq kənardan Gülnarəni və qızını onlara göstərmiş, Mirafiq onlara qabaqcadan Gülnarənin yaşadığı binanı və mənzili də göstərmiş, 30 noyabr 2017-ci il tarixdə Mirafiq səhər tezdən idarə etdiyi avtomaşında onu, İskəndəri, Nicatı və Ruslanı Gülnarənin yaşadığı həmin binanın yanına gətirmiş, Mirafiq avtomaşında qalmış və onlara “mənzilə gedin, telefonda deyəcəm Gülnarə özü mənzilin qapısını açacaq, məni qonşular tanıyır, görə bilərlər, ona görə sizi avtomaşında gözləyirəm” demiş, o, İskəndər, Nicat və Ruslan binaya daxil olub səkkizinci mərtəbəyə qalxmış, orada dayanıb Gülnarənin mənzilinin qapısının açılmasını gözləmiş, həmin vaxt mənzildən bir qadın və iki qızın çıxdığını görüb İskəndər, Nicat və Ruslan hərəsi həmin qadını və qızlardan birini tutmuş, o isə onlara yaxınlaşmamış və kənarda dayanıb baxmış, qonşuların qadınların səsinə çıxacağından ehtiyat edib onlar oradan qaçmış, hadisədən sonra Ağcabədi rayonuna qohumunun yas yerinə getmiş, oradan qayıdanda atası, anası, gəlini və nəvəsi avtomobil qəzasında ölmüş, həmin vaxtdan qəzada ölmüş gəlini Selcanın atası Vüqar Hüseynovla aralarında soyuqluq yaranmış, həmin ərəfədə Vüqar xalası əri ilə dalaşan zaman onu vurub öldürdüyündən həbs olunmuş, Mirafiq həmin vaxt ona Yasamal rayon polis əməkdaşlarının onları axtardığını bildirmiş və bu işi yoluna qoyacağına söz vermiş, Mirafiq ona polis əməkdaşları çağırarlarsa Gülnarənin mənzilinə getməyi Vüqarın təşkil etməsini izahatında göstərməyi tapşırmış, Mirafiq “onsuz da Vüqar adam öldürməyə görə həbs olunub” demiş, Mirafiq belə izahat versə bu işi bağlatdıracağına söz vermiş, ona görə də Mirafiqin bu sözlərinə inanıb istintaqda yalandan Gülnarənin mənzilinə pul götürməyə getməyi Mirafiqin yox, əmisi nəvəsi və qudası olmuş Vüqarın ona bildirməsi barədə yalan izahat və ifadə vermiş, əslində bu cinayəti Mirafiq özü təşkil etmiş, Vüqarı həmin ərəfədə görməmiş, Vüqar ona, İskəndərə, Nicata və Ruslna bu barədə heç bir söz deməmiş, hadisə yerində onlarla olmamışdır (cild 8, iş vərəqi 161-166). Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə deyil, oğurluğa cəhddə təqsirli bildi və ifadəsində göstərdi ki, bu hadisə ona deyilən kimi olmamışdır. Belə ki, ona bir imkanlı və əxlaqsız qadının evinə girib oğurluq təəssüratı yaradacaqları, yəni mənzilə girəndə evdə olan həmin qadın onlara pulların yerini deyəcəyi və onların da həmin pulları götürüb çıxacaqları deyilmişdir. Amma onlar hadisə yerinə gedəndə görmüşlər ki, əslində tamam başqa cürdür. Belə ki, onlara deyildiyi kimi mənzildə heç bir əxlaqsız qadın olmamış və kimsə onlara pulun yerini deməmişdir. Bu xanımlardan Leyla xanıma o, yaxınlaşmışdır. Amma Leylaya heç bir xəsarət yetirməmişdir. Onun evə girməkdə məqsədi oğurluq olmuşdur. Onun quldurluq cinayəti etmək niyyəti olmamışdır. Bu xanımlardan indi də dönə-dönə üzr istəyir. Ona düzgün informasiya verilməmişlər. O, heç bir qıza, Gülnarə xanıma əlini də vurmamışdır. Hadisə yerində silah və ya silah qismində hər hansı bir əşya olmamışdır. Ona hadisə başqa cür olacağı deyilmişdir. O bilsəydi ki, Gülnarə xanımın bu işdən xəbəri yoxdur, o, bu işə razılıq verməyəcəkdi. Mirafiq demişdir ki, hərəsinə 3000-5000 arası pul düşəcəkdir. O da kasıb olduğuna görə, pula ehtiyacı olmuşdur. Bu işlərin hamısını planşadıran Tacirə olmuşdur. O, Mirafiqin telefonda şəkilləri gördüyünə görə inanmışdır ki, Gülnarə xanımın həqiqəqən də bu işdən xəbəri vardır. Bununla belə, Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, təxminən 2016-cı ildə iş yeri tapmaq üçün yaşadığı Füzuli rayonunun Zobcuq qəsəbəsindən Abşeron rayonu Saray qəsəbəsinə gəlmiş, orada fərdi evlərin tikintisində fəhlə işləmiş, həmin vaxt tikintilərdə onunla işləyən və orada yaşayan Təqsirləndirilən şəxs2 ilə tanış olmuş, sonra Nəsiminin vasitəsilə əslən Yardımlı rayonundan olan İskəndərlə tanış olmuş, 29 noyabr 2017-ci il tarixdə Bakı şəhəri Əhmədli qəsəbəsində yeni tikilən yaşayış binasında fəhlə işlədiyi vaxt Nəsimi onun istifadə etdiyi hazırda nömrəsi yadında qalmayan mobil telefonuna zəng edib iş olduğunu və bununla bağlı onunla Bakı şəhərində 3-cü mikrorayon dairəsində görüşmək istədiyini bildirmiş, o da razılaşdıqları kimi həmin yerə gəlmiş və orada Nəsimi ilə görüşmüş, Nəsimi ora Mirafiq adlı şəxsin idarə etdiyi avtomaşında İskəndər və Ruslan adlı şəxslərlə gəlmiş, Mirafiqi və Ruslanı əvvəl tanımamış və orada tanış olmuş, o da Mirafiqin idarə etdiyi avtomaşına əyləşmiş, Mirafiq avtomaşında ona da əri ilə münasibətləri yaxşı olmayan Gülnarə adlı qadının mənzilində ərinə məxsus olan külli miqdarda pulu ələ keçirmək planı hazırladığını, bunun üçün həmin qadının pulları mənzildə olan seyfdən götürmək üçün mənzilə daxil olmaqlarına şərait yaradacağını, seyfin kodunu qadının ona dediyini, onların vəzifəsi mənzilə daxil olub mənzildə oğurluq olması təəssüratı yaratmaq, qadına yüngül fomada fiziki təzyiq göstərmək olduğunu bildirmiş, Mirafiq istifadə etdiyi mobil telefona çəkilmiş həmin mənzilin fotoşəkillərini ona da göstərmiş, həmin fotoşəkillərdə mənzildəki otaqlar və otaqda olan əşyalar, o cümlədən seyf dəqiq görünmüş, Mirafiq həmin mənzilin fotoşəkillərini ona gəzdiyi qadının göndərdiyini bildirmiş, lakin gəzdiyi qadının adını deməmiş, Mirafiq idarə etdiyi avtomaşında onları Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı bir küçəyə gətirmiş və avtomaşını yeni tikilmiş yaşayış binasının yaxınlığında saxlamış, Mirafiq avtomaşında qalmış o, Nəsimi, İskəndər və Ruslan isə avtomaşından enib binaya tərəf getmiş, bu vaxt bir qadın yanında iki qız binadan çıxıb taksiyə əyləşib getmiş, ona görə də onlar mənzilə girməyin mümkün olmadığını görüb qayıdıb Mirafiqin yanına gəlmiş, Mirafiq işin alınmadığını, gec gəldiklərini bildirmiş və səhər tezdən yenidən gələcəklərini demiş, onlar Saray qəsəbəsinə gəlmiş, o isə yolda onlardan ayrılıb Əhmədli qəsəbəsinə iş yerinə getmiş, Nəsimi ona “telefonun açıq olsun, səhər tezdən zəng edəcəyəm görüşəcəyik” demiş, səhərisi gün, 30 noyabr 2017-ci il tarixdə səhər tezdən, saat 06 radələrində Nəsimi onun istifadə etdiyi mobil telefona zəng edib Masazır qəsəbəsinə körpünün yanına gəlməyi tapşırmış, o da həmin yerə gəlmiş və orada dayanıb Nəsimigili gözləmiş, bir azdan Nəsimi, İskəndər, Ruslan Mirafiqin idarə etdiyi avtomaşında oraya gəlmiş, o da avtomaşına əyləşmiş və onlar Bakı şəhəri Yasamal rayonunda əvvəlki gün getdikləri yaşayış binasının yanına gəlmiş, yenə Mirafiq avtomaşında qalmış o, Nəsimi, İskəndər və Ruslan avtomaşından enmiş, o və Nəsimi binanın altındakı marketə gedib şirniyyat və siqaret alıb Nəsiminin əlindəki çantaya qoymuş, sonra oradan binanın həyətinə keçib binanın girişinə yaxınlaşmış, bu vaxt İskəndər və Ruslan da gəlmiş və onlar birlikdə binaya daxil olub liftlə binanın səkkizinci mərtəbəsinə qalxmış və orada dayanıb gözləmiş, təxminən 20 dəqiqədən sonra mənzilin qapısı açılmış, mənzildən bir qadın və iki qız çıxmış, qızlar gəlib liftin düyməsini basıb gözləmiş, qadın isə mənzilin qapısını örtüb liftə tərəf gələndə İskəndər birinci qadını tutmuş, o və Ruslan isə hərəsi qızların birini tutmuş, qadın və qızlar qışqırıb, hay-küy saldıqlarından onlar əlləri ilə qızların ağızlarını bərk tutmuş, bu vaxt qonşu mənzilin qapısının açıldığını görüb qorxduqlarından qadını və qızları buraxıb pilləkənlərlə oradan qaçıb Mirafiqin yanına gəlmiş, Ruslan isə başqa istiqamətə qaçmış, onlar cəld Mirafiqin avtomaşınına əyləşib oradan uzaqlaşmış, yolda həmin avtomaşından enib taksi ilə Saray qəsəbəsinə gəlmiş, sonra Əhmədli qəsəbəsinə iş yerinə getmiş, daha sonra isə yaşadığı Füzuli rayonuna getmiş, bu cinayətə görə 2018ci ilin iyul ayının sonunda Füzuli rayon polis şöbəsinin əməkdaşları onu saxlayıb Bakı şəhəri, Yasamal rayonu 27-ci polis bölməsinin əməkdaşlarına təhvil vermiş, orada ifadəsi alındıqdan sonra sərbəst buraxılmışdır. Saray qəsəbəsində yaşayan X17 qohumu kimi tanımış, onların həmin cinayəti törətməsində Vüqarın iştirak etməsi barədə məlumatı olmamış, onlar həmin cinayəti törədən zaman Vüqarı görməmiş, Vüqar bu cinayət barədə ona heç nə deməmişdir (cild 6, iş vərəqi 122-127). Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə deyil, oğurluğa cəhddə təqsirli bildi və ifadəsində göstərdi ki, onlar təqsirləndirilən şəxslərlə çayxanada oturub bu cinayəti planlaşdırmışlar. Hadisə yerinə gedəndə onlara əxlaqsız bir qadının mənzilinə oğurluğa girmək üçün şərait yaradacağı deyilmişdir. Gülnarə xanıma o, yaxınlaşmışdır. Amma o, hadisə yerinə gedəndə Gülnarə xanımın müqavimətini görüb başa düşmüşdür ki, ona yalan deyilib. O, hətta Gülnarə xanıma əli ilə işarə edərək sakit olmasını istəmişdir ki, bəlkə Gülnarə, onu başa düşsün. O, mənzildə olan seyfin və mənzilin içərisinin şəklini görmüşdür. Onlar bir gün əvvəl mənzilə daxil olmaq üçün getmişlər, amma ki, mühafizəçi onları içəriyə buraxmamışdır. O, etdiyi cinayət əməlindən çox peşmandır. O, hadisə yerində Gülnarə xanıma qarşı heç bir zorakılıq hərəkətləri etməmiş, onu vurmamışdır. Onun niyyəti quldurluq yox, oğurluq olmuşdur. Bununla belə, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, əslən Masallı rayonundan olan tanışı Mirafiq ona Bakı şəhəri Yasamal rayonunda yaşayan bir qadınla münasibəti olduğunu, həmin qadının mənzilində ərinə məxsus pul olduğunu bildirmiş və ona həmin pulu oğurlayıb öz aralarında bölməyi təklif etmiş, ona görə də onlar həmin mənzilə girməyi palnalaşdırmış, bu məqsədlə Mirafiq onu, digər tanışları Nəsimini, Nicatı həmin qadının yaşadığı binanın qarşısına gətirmiş, Mirafiq avtomaşında qalmış, o, Nəsimi, Nicat isə binanın səkkizinci mərtəbəsinə qalxmış, qadının yaşadığı mənzilin qarşısında dayanıb gözləmiş, bu vaxt mənzildən üç qadın çıxmış və onları görən kimi ucadan qışqıraraq kömək istəmiş, ona görə də onlar oradan qaçıb, Mirafiqin avtomaşınına əyləşib getmişlər (cild 9, iş vərəqi 34-40). Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə deyil, Cinayət Məcəlləsinin 307-ci maddəsi təqsirli bildi ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birgə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, “Xəzri” yaşayış massivində yaşamışdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tanımışdır. 29 noyabr 2017-ci il tarixdə Mirafiq Gülnarə adlı qadının yaşadığı mənzildə 35000-40000 manat pulun olduğunu və həmin pulu götürmək lazım olduğunu demişdir. Onlar da Mirafiqin təklifini qəbul etmişlər. Mirafiq yaxın dostunun Gülnarə ilə yaxın münasibətinin olmasını, Gülnarənin ərindən gizlin pulları əldə etmək istədiyini və ona görə də Gülnarənin özünün onları mənzilə dəvət etdiyini, pulu götürdükdən sonra müəyyən məbləğin onlara verəcəyini bildirmişdir. Onlar da 29 noyabr 2019-cu il tarixdə Mirafiq idarə etdiyi “Priora” markalı avtomaşında o, İskəndər, Nəsimi və Nicat Gülnarənin yaşadığı mənzilə gəlmişlər. O, orada müşahidə etdiklərinə əsasən deyilənlərin ağlabatan olmadığını anlamış və artıq ikinci gün, yəni hadisə günü ora getməmişdir. O, cinayətdən könüllü olaraq imtina etmişdir. Bu cinayətdə iştirak etməmişdir. Bununla belə, Təqsirləndirilən şəxs5 ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birgə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, “Xəzri” yaşayış massivində yaşamış, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tanımış, 30 noyabr 2017-ci il tarixdə Mirafiq Gülnarə adlı qadının yaşadığı mənzildə ******* manat pul olduğunu onlara bildirmiş və pulları həmin mənzildən götürməyi təklif etmiş, onlar da Mirafiqin təklifini qəbul etmiş, Mirafiq yaxın dostunun Gülnarə ilə yaxın münasibətinin olmasını, Gülnarənin ərindən gizlin pulları əldə etmək istədiyini və ona görə də onun özünün onları mənzilə dəvət etdiyini, pulu götürdükdən sonra müəyyən məbləği onlara verəcəyini də bildirmiş, onlar 29 noyabr 2019-cu il tarixdə Gülnarənin yaşadığı binanın yaxınlığına gedib müşahidə aparmış, 30 noyabr 2019-cu il tarixdə isə Mirafiq idarə etdiyi “Priora” markalı avtomaşında o, İskəndər, Nəsimi və Nicat Gülnarənin yaşadığı mənzilə gəlmişlər (cild 8, iş vərəqi 55- 57). Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 1982-ci ildən Bakı şəhərində Metrotikinti Mexanikləşdirmə idarəsində müxtəlif vəzifələrdə işləmişdir. 1994-cü ildə Zərərçəkmiş şəxs2 ilə ailə qurmuş, birgə nikahlarından oğlu Bəxtiyar və qızı Leyla doğulmuşdur. 2003-2015-ci illərdə ailəsi ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, ünvan 7 ünvanda özünə məxsus mənzildə yaşamışdır. 11 oktyabr 2011-ci il tarixdə bir qadın və 4 kişi mənzilinə basqın edib arvadına qarşı quldurluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə həmin şəxslərin hamısı uzun müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sonra 2015-ci ildən köçüb ünvan 8 ünvanda yerləşən özünə məxsus mənzildə ailəsi ilə yaşamışdır. 2015-ci ildən sonra heç bir yerdə işləməmişdir. Arvadı Gülnarə və qızı Leyla təxminən 2016-cı ilin sonlarından Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Herbalife” sağlam qidalanma mərkəzinə bir yerdə işə gedibgəlmişlər. Oğlu Bəxtiyar isə əvvəlcə İngiltərədə, sonra isə 2016-cı ildən Türkiyə Respublikasında təhsil almışdır. Tətil vaxtlarında Bakı şəhərinə gəlmişdir. Arvadı Gülnarənin heç vaxt mobil telefonu olmamışdır. Qızı Leylanın isə ***-***-**-** nömrəli telefonu olmuşdur. Arvadı Gülnarə və digər ailə üzvləri arasında həmişə yaxşı, mehriban münasibət olmuşdur. Onun yaşadığı mənzildə qonaq otağında özünə məxsus seyf olmuşdur. Seyfin üzərində örtük və içərisində bənövşə gülləri olan gülqabı olmuşdur. 2017-ci ilin noyabr ayında seyfdə pul olmamışdır. Yalnız ona aid sənədlər olmuşdur. Həmin vaxt mənzilində cəmi 700 (yeddi yüz) manat pul olmuşdur. Mənzilində heç vaxt ******* (bir milyon dörd yüz min) manat və yaxud həmin məbləğdə ABŞ dolları olmamışdır. 29 noyabr 2017-ci il tarixdə saat 20 radələrində yaşadığı mənzilə gəlmişdir. Həmin vaxt mənzildə arvadı Gülnarə, qızı Leyla və bacısı qızı Aynurə olmuşdur. Səhərisi gün, 30 noyabr 2017-ci il tarixdə saat 08:15 radələrində yaşadığı mənzildə yatdığı vaxt arvadı Gülnarə avtomaşınla onları işə aparmaq üçün yuxudan oyatmışdır. O isə ondan bir gün əvvəl içki qəbul etdiyinə və təzyiqi ilə bağlı narahatlığı olduğuna görə özlərinin getməsini bildirmiş və idman paltarını geyinib hamama keçmişdir. Arvadı Gülnarə, qızı Leyla və bacısı qızı Aynurə işə getmək üçün yaşadıqları ünvan 9 ünvanda yerləşən mənzildən çıxmışlar, təxminən 3-4 dəqiqə sonra hamamda əl-üzünü yuduğu vaxt boğunuq qışqırıq səsləri eşitmişdir. O elə bilmişdir ki, qonşuluqda təmir gedir deyə həmin səs qonşudan gəlir. O, qonaq otağına keçmək istəmiş və bu an mənzilin qapısı döyülmüşdür. Mənzilin giriş qapısını açanda arvadı Gülnarə, qızı Leyla və bacısı qızı Aynurə tələsik özlərini dəhlizə atmış və həyəcanlı vəziyyətdə ona “çıxma, dörd nəfərdilər” demiş və qapını bağlamışlar. Həmin an bacısının qızı və qızının ağzından qan gəlmiş və onların üst-başı dalaşmış insanların üst-başı kimi dağınıq olmuşdur. O isə dərhal mənzildən çıxıb liftlə həyətə düşmüşdür. Qarşısına binanın mühafizəçisi çıxmışdır. Mühafizəçi üç nəfər şəxsin binanın həyətinin hasarından aşaraq qaçdığını, bir nəfərin isə binanın həyətində olan mağazanın içərisindən küçəyə çıxdığını bildirmişdir. Mühafizəçiyə polisə məlumat verməyi tapşırıb, özü mənzilə qalxmışdır. Arvadı Gülnarəni, qızı Leylanı və bacısı qızı Aynurəni sakitləşdirdikdən sonra Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Hadisə nəticəsində arvadı Gülnarə, qızı Leyla və bacısı qızı Aynurəyə bədən xəsarətləri yetirilmişdir. Sonra Bakı şəhəri Yasamal rayonu 27-ci polis bölməsinin əməkdaşları gəlib hadisə yerinə baxış keçirmiş, orada qalmış cinayətkarlara məxsus çatnanı özləri ilə götürüb aparmışlar. Yaşadığı mənzildə qonaq otağında həqiqətən seyf olmuşdur, seyfin kodu isə qızı Leylanın təvəllüd rəqəmləri olmamışdır. Hadisə vaxtı seyfdə pul və yaxud qızıl zinət əşyaları olmamışdır. Arvadı Gülnarə və ailə üzvləri ilə həmişə münasibəti yaxşı olmuşdur. Onun və ailə üzvlərinin heç kimlə ədavəti, düşmənçiliyi olmamış, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 adlı şəxsləri tanımır. O, özünü hazırkı anda maddi ziyana görə yox, mənəvi ziyana görə zərərçəkmiş şəxs hesab edir. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxslərdən heç birini tanımır. Onlarla hər hansı bir tanışlığı olmamışdır. Qızı Leyla ali məktəbə daxil olmadığına görə, qızı depressiyaya düşmüş və sağlamlığı ilə bağlı problemlərlə qarşılaşmışdır. Ona görə də Leyla təxminən 2015-ci ildə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Herbalayf” sağlam qidalanma mərkəzinə getməyə başlamışdır. Sonra isə elə orada işə düzəlmişdir. Həmin vaxtdan da qızı Leyla işə tək gedib-gəlməsin deyə o da qızı Leyla ilə hər gün saat 07:20 radələrində evdən çıxıb işə getmiş, saat 14 radələrində işdən evə qayıtmışlar. Həmin ərəfədə Şahid3 adlı qadın da mərkəzə arıqlamaq üçün gəlmişdir. Orada Tacirənin onunla və qızı Leyla ilə söhbət zamanı Tacirənin əslən Kəlbəcər rayonundan olduğunu bilmişdir. Əri Aslan da Kəlbəcər rayonundan olduğundan, söhbət zamanı Tacirənin, əri Aslanın uzuq qohumlarından olduğunu da bilmişdir. Ona görə də Tacirə ilə bir qohum kimi aralarında mehriban münasibət yaranmışdır. Sonra Tacirə özü ilə Xanımzər adlı qadını da mərkəzə arıqlamağa gətirmişdir. Tacirənin vasitəsi ilə o və qızı Leyla Xanımzərlə də tanış olmuşlar. Tacirənin deməsinə görə Xanımzər onun yaşadığı evdə qadınların dırnaqlarını təmizləyib lak qoymaqla məşğul olmuşdur. Onlar tanış olduqdan sonra Tacirə onların yaşadıqları mənzildə qonaq olmuşdur. Tacirə xəstələnəndə onlara gəlmiş və mənzilində Tacirəyə iynə vurmuş, banka salmış, bir qohum kimi Tacirə onlara gəlib-getmişdir. Sonra 2016-cı ilin təxminən iyul ayında Tacirə onu, qızı Leylanı, oğlu Bəxtiyarı və baldızı qızı Aynurəni valideynlərinin yaşadığı Göygöl rayonuna qonaq dəvət etmişdir. Onlar əri Aslandan icazə alıb Tacirə və Tacirənin qardaşı Anarla Göygölə qonaq getmişlər. Bir gün qaldıqdan sonra qayıtmışlar. Tacirə onları valideynləri və digər qohumları ilə də tanış etmişdir. Tacirənin qardaşı Anar bir dəfə onların mənzillərinə kondisioner quraşdırmaq üçün ustalar gətirmişdir. 2017-ci ilin yayında, dəqiq tarix yadında olmayan vaxt Tacirə ona zəng edib “yaman pis xəstələnmişəm, halım yoxdur, gəlim məni bankala” demişdir. O isə Tacirəyə heç bir etirazını bildirməmişdir. Həmin gün axşam tərəfi Tacirə Xanımzərlə onlara gəlmişdir. Tacirə həm Xanımzərin özü ilə gəlməsi üçün israr etmiş, həm də halı olmadığı üçün Xanımzər onun qoluna girib Gülnarəgilə gətirmişdir. Xanımzər əvvəllər heç vaxt onların yaşadıqları mənzildə olmamışdır. Tacirə bərk xəstələndiyindən mətbəxə keçib divanda uzanmışdır. O, Tacirəyə iynə vurmuş, kürəyinə banka salmışdır. Həmin vaxt Xanımzər mətbəxdən çıxmışdır. Ona görə də qızı Leylaya “bax gör Xanımzər hara getdi” demişdir. Bir azdan qızı Leyla gülə-gülə gəlib Xanmzəri otaqda telefonuna şəkillərini çəkdiyini bildirmişdir. O isə Tacirəyə əri Aslanın xasiyyətinin pis olduğunu, gəlib Xanımzəri görsə narazılıq yaranacağını bildirmişdir. Sonra Xanımzər gülə-gülə gəlib mənzilin dəhlizində də şəklini telefonuna çəkmək üçün telefonu qızı Leylaya vermişdir. Leyla da dəhlizdə Xanımzərin şəklini Xanımzərin telefonuna çəkmişdir. Sonra Xanımzər ona aşağıda gözləyirlər deyib, tək çıxıb getmişdir. Tacirə isə çay içib, özünə gəldikdən sonra taksi sifariş verib getmişdir. Ondan sonra iş yerində Tacirə ilə görüşsə də Xanımzəri görməmişdir. Sonra 29 noyabr 2017-ci il tarixdə axşam Tacirə qızı Leylanın mobil telefonuna zəng edib, onunla danışmış və “Xanımzər sevgilisini sizin yanınıza kökəltməyə gətirmək istəyir, nə vaxt işdə olacaqsınız, gəlsinlər” demişdir. O da səhər saat 09:00-da işdə olacaqlarını bildirmişdir. Həmin gecə baldızı qızı Aynurə də valideynləri Türkiyəyə getdiyindən onlarda qalmışdır. Səhərisi gün, 30 noyabr 2017-ci il tarixdə o, qızı Leyla və baldızı qızı Aynurə saat 08:15-də işə getmək üçün mənzildən çıxmışlar. Həmin vaxt əri Aslan da evdə olmuşdur. Mənzildən birinci qızı Leyla, ardınca o, sonra isə Aynurə çıxmışdır. Aynurə mənzilin giriş qapısını yavaş örtdüyündən qapı yaxşı bağlanmamışdır. Ona görə o, qayıdıb mənzilin qapısını bərk örtmüşdür. Əri Aslan mənzildə olduğudan qapını açarla bağlamamışdır. Mənzilin qapısı təzə qapılardan olduğundan qapı örtülən kimi avtomatik olaraq bağlanmışdır. Qapını yalnız içəridən və çöldən açarla açmaq mümkün olmuşdur. Aynurə və qızı Leyla mənzilin qarşısında meydançada liftin düyməsini basıb gəlməsini gözləmişdir. O, isə mənzilin qapısını örtüb çönüb onlara tərəf gələndə, tanımadığı iki nəfər oğlanın əyinlərində qara rəngli gödəkçə və papaq, əlləri cibində mənzilin qapısına tərəf gəldiyini görmüşdür. Buna görə dönüb onlara tərəf baxanda üzü az tüklü oğlan qəflətən bir əli ilə onun boğazından, digər əli ilə isə ağzından tutmuşdur. O, əlləri ilə həmin oğlanın sinəsindən yapışıb itələmiş və ucadan qışqırıb mənzillərinin qapısına tərəf qaçıb qapının zənginin düyməsini basmış və təpiklə qapını vurmuşdur. Həmin oğlan cəld qabaq tərəfdən onun qollarını tutub, təpiklə bud nahiyəsinə zərbələr vurmuş və həmçinin başını divara çırpmışdır. Təpiklə yenə mənzilin qapısını vurmaq istəmişdir. Lakin həmin oğlan buna imkan verməmişdir. Bu vaxt qızı Leylanın və Aynurənin qışqırıq səslərini eşitmişdir. Bu vaxt adını bilmədiyi qonşuları və əri Aslan qışqırıq səslərinə qapını açmışlar. Bunu görən həmin şəxslər onu, Aynurəni və qızı Leylanı buraxıb pilləkənlərlə aşağı qaçmışlar. Leylanın və Aynurənin ağızları qanamış, dodaqları isə parçalanmışdır. Onlar mənzilə daxil olmuşlar. O, Aslanı və qızları qucaqlayıb içəri keçmişdir ki, birdən həmin şəxslər Aslana da hansısa bıçaq və ya alətlə xəsarət yetirə bilərlər. Amma əri Aslan həmin şəxslərin arxasınca getmişdir. Onlara basqın edən həmin dörd nəfər oğlanın heç birini tanımamışdır. Onları əvvəl görməmişdir. Aslan polisə məlumat vermiş və polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Polislər orada qalmış cinayətkarlara məxsus çantanı götürüb özləri ilə aparmışlar. Hadisə ilə bağlı onlardan ərizə və izahat alınmışdır. Hadisə vaxtı ona basqın edən oğlan əli ilə çənəsini möhkəm sıxdığından dişlərinin qapaqları tökülmüşdür. Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “X13”da Xəqani həkim tərəfindən yeddi dişi çəkilmiş və iki dəfə çənə əməliyyatına məruz qalmışdır. Qızı Leyla isə basqın zamanı psixi sarsıntı keçirdiyindən bu gunə kimi müalicə alır. O və qızı Leyla hadisə zamanı qorxduqlarından psixoloji travma almış və bu günə kimi nevropatoloq, psixoterapevt həkim tərəfindən müalicə olunurlar. Hadisədən sonra məhkəmə-tibbi ekspertizasında müayinədən keçərəkən bud nahiyəsində olan göyərtilər və başında olan şişlə bağlı ekspertə bildirsə də rəydə hadisə vaxtı aldığı bu xəsarətlər hansı səbəbdənsə qeyd olunmamışdır. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, təxminən 2015-ci ildə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Herbalayf” sağlam qidalanma mərkəzində işə düzəlmiş, tək işə gedibgəlməsin deyə anası Gülnarə də hər gün saat 07:20 radələrində onunla birlikdə işə getmiş, onlar təxminən saat 14 radələrində işdən evə qayıtmış, o və anası Gülnarə orada işlədyi vaxt oraya arıqlamağa gələn əslən Kəlbəcər rayonundan olan Şahid3 ilə tanış olmuş, atası Aslan da Kəlbəcər rayonundan olduğundan söhbət zamanı Tacirənin atası Aslanın uzaq qohumu olmasını bilmiş, ona görə də aralarında yaxın münasibət yaranmış, sonra Tacirə özü ilə Xanımzər adlı qadını da mərkəzə arıqlamağa gətirmiş, onlar Tacirənin vasitəsi ilə də orada Xanımzərlə də tanış olmuş, Tacirənin deməsinə görə Xanımzər də əvvəl Göygöl rayonunda yaşamış, Bakı şəhərinə gəldikdən sonra onun yaşadığı mənzildə yaşamış və həmin mənzildə dırnaqların təmizlənib laklanması ilə məşğul olmuş, onlar tanış olduqdan sonra Tacirə səhv etmirsə iki dəfə onların yaşadığı mənzildə və bağlarında qonaq olmuş, anası Gülnarə tibb bacısı olduğundan Tacirəyə evlərində iynə vurub və banka salmış, 2016-cı ilin yayında Tacirə və qardaşı Anar onu, anası Gülnarəni, qardaşı Bəxtiyarı və bibisi qızı Aynurəni valideynlərinin yaşadığı Göygöl rayonuna qonaq dəvət etmiş, onlar da atası Aslandan icazə alıb Tacirə və qardaşı Anarla Göygöl rayonuna onlara qonaq getmiş, Tacirə onları atası, anası və digər qohumları ilə də tanış etmiş, həmin ilin payızında Tacirənin valideynləri Bakı şəhərinə Tacirəgilə gəlmiş və anası Gülnarə ilə Tacirəgilə gedib onlarla görüşmüş, həmin vaxt Xanımzər də Tacirəgildə olmuş, Xanımzər əl çəkməmiş anası Gülnarənin dırnaqlarını təmizləyib lak qoymuş, ondan sonra bir dəfə də anası Gülnarə ilə dırnaqlarını təmizləyib lak qoymaq üçün Tacirəgilə getmiş, ondan başqa anası Gülnarə və o heç vaxt Tacirəgildə olmamış, Xanımzərdən onun və anası Gülnarənin xoşu gəlməmiş, ona görə ki, Xanımzər öz hərəkətlərini və danışığını bilməmiş, tərbiyəsiz geyinmiş, o və anası Gülnarə həmişə Tacirəyə Xanımzərdən uzaq olmağı tapşırmış, atası Aslan da onların Tacirə ilə qohumluq əlaqələrini bilmiş, atası Aslan da Tacirənin qardaşı Anarı tanımış, 2017-ci ilin yayında, dəqiq tarix yadında deyil, Tacirə onun istifadə etdiyi ***-***-**-** nömrəli telefona zəng edib anası Gülnarə ilə danışmış və “yaman pis xəstələnmişəm, halım yoxdur, gəlim məni bankala” demiş, anası Gülnarə də razı olmuş, o isə Tacirəyə “Xanmzər gəlsə onu da gətir mənim evdə dırnaqlarımı təmizləyib lak qoysun” demiş, axşam tərəfi saat dəqiq yadında deyil Tacirə Xanımzərlə onlara gəlmiş, Xanımzər əvvəl heç vaxt onların mənzilində olmamış, Tacirə və Xanmzər onların yaşadığı mənzilə gəldikdən sonra Tacirə mətbəxə keçib divanda uzanmış, anası Gülnarə ona iynə vurub, kürəyinə banka salmış, Xanımzər isə mətbəxdən çıxıb qonaq otağına keçmiş, sonra anası Gülnarə ona “bax gör Xanımzər hara getdi” demiş, o da qonaq otağına keçmiş və Xanımzəri qonaq otağında əlindəki “Samsung” markalı smartfon telefonla öz şəkillərini çəkdiyini görmüş, Xanımzərin qonaq otağında arxasında seyf olan divanın və servantın yanında ayaqüstə dayanıb şəkillərini telefonuna çəkdiyini görmüş, Xanımzər həmçinin otaqda divanda da əyləşib özünün şəkillərini telefonuna çəkmiş, qonaq otağında olan divanın arxasında olan seyfin üstündə süni güllər olmuş, seyf atası Aslana məxsus olmuş, seyfin içərisində pul və yaxud hər hansı bir əşya olmasını o və anası Gülnarə bilməmiş, Xanımzər onların mənzilində qonaq otağında təxminən 4-5 yerdə özünün şəkllərini telefonuna çəkmiş, Xanımzərdən nə səbəbə onların mənzilində şəkillər çəkməsini soruşmamış, lakin bu barədə anası Gülnarəyə bildirmiş, anası Gülnarə TacirəyəXanımzərdən xoşu gəlmədiyini demiş, sonra Xanımzər gülə-gülə mətbəxə gəlib telefonu ona verib dəhlizdə də onun şəklini çəkməyi xahiş etmiş, o da dəhlizdə Xanmızərin şəklini telefonuna çəkmiş, Xanımzər dırnaq təmizləyən alətlərinin hamısını gətirmədiyindən dıranqaların təmizləməmiş və onu aşağıda gözləyirlər demiş və tək çıxıb getmiş, Tacirə isə onlarda çay içib söhbət etmiş və bir-iki saatdan sonra taksi sifariş verib çıxıb getmiş, ondan sonra iş yerində anası Gülnarə və o, Tacirə ilə hərdən görüşmüş, Xanımzəri isə görməmiş və əlaqələri də olmamış, sonra 29 noyabr 2017-ci il tarixdə axşam Tacirə onun mobil telefonuna zəng edib, anası Gülnarə ilə danışmış və “Xanımzər sevgilisi Mirafiqi kökəltməyə gətirmək istəyir, nə vaxt işdə olacaqsınız, gəlsinlər” demiş, anası Gülnarə də səhər saat 09:00-da işdə olacaqlarını demiş, Mirafiqi o və anası Gülnarə heç vaxt görməmiş və tanımamış, səhərisi gün 30 noyabr 2017-ci il tarixdə o, anası Gülnarə və onlarda qalan bibisi qızı Aynurə ilə birlikdə işə getmək üçün saat 08:15-də mənzildən çıxmış, atası Aslan isə mənzildə qalmış, onlar mənzildən çıxanda atası Aslan səhv etmirsə hamama və yaxud tualetə keçmiş, mənzildən birinci o, ardınca anası Gülnarə, sonra isə bibisi qızı Aynurə çıxmış, o, onlardan qabaq gəlib liftin düyməsini basıb gözləmiş, o, liftin düyməsini basanda anası Gülnarə və Aynurə hələ onun yanına gəlməmiş, bu vaxt liftin sağ tərəfindən balkondan dörd nəfər oğlanın çıxıb liftin qarşısından keçərək onların mənzilinin giriş qapısına tərəf gəldiklərini görmüş, həmin şəxslər onun yanından keçəndə onun gözünün içinə diqqətlə baxdıqlarından qorxmuş və başını aşağı salmış, həmin şəxslərdən üçü onun yanından keçib getmiş və bu vaxt anası Gülnarənin ucadan qışqırıq səslərini eşitmiş və səs gələn tərəfə dönüb getmək istədikdə həmin dörd nəfərdən biri qəflətən əli ilə möhkəm onun ağzından tutmuş, o, qışqırmaq istədikdə həmin şəxs əli ilə daha möhkəm burnunu da tutmuş, nəfəs ala bilməmiş boğulmuş, ona görə də həmin şəxsin əlinin ovuc nahiyəsini çox möhkəm dişləmiş, həmin şəxs əli ilə onun üzünü cırmış, arxası divar tərəfə olmuş və ayaqqabısı ilə həmin şəxsin ayağına vurmuş, lakin həmin şəxs onu buraxmamış və digər əli ilə onu möhkəm qucaqlayıb “sənə heç nə etməyəcəyik, bir dənə qışqırma” demiş, həmin şəxslərdən yaşlı birisi isə aralıda əli cibində dayanmış, onu tutun şəxs həmin yaşlı kişiyə “niyə dayanmısan, mənə kömək et” demiş, həmin şəxs isə heç nə etməmiş və dayanıb baxmış, həmin şəxslər anası Gülnarəni və Aynurəni necə tutduqlarını görə bilməmiş, çünki arada divar olmuş, onların qışqırıq səsinə adını bilmədiyi qonşuları və atası Aslan qapını açdığından həmin şəxslər onları buraxıb pilləkənlərlə aşağı qaçmış, onun ağzı qanamış, üzündə dırnaq izləri qalmış, Aynurənin də ağzı qanamış, anası Gülnarənin isə bədənində xəsarətlər olmuş, başını divara vurduqlarından şiş əmələ gəlmiş, əlləri ilə anası Gülnarənin ağzını möhkəm sıxıdıqlarından anası Gülnarənin dişlərində problem yaranmış, dişləri çəkilmiş və iki dəfə əməliyyat olunmuş, Nərimanov rayonunda yerləşən “Estetik diş klinika”da Xəqani həkim onu iki dəfə əməliyyat etmiş, anası Gülnarənin deməsinə görə qapını örtüb çönüb liftə tərəf gələndə, iki nəfər əyinlərində qara rəngli gödəkçə və papaq, əlləri cibində olan şəxslər onların mənzilinin qapısına tərəf gəlmiş, onlardan biri üzü az tüklü, əynində qara rəngli gödəkçə və bapaq olmuş oğlan əlləri ilə onun ağzından və böğazından tutmuş, anası Gülnarə əlləri ilə həmin şəxsin sinəsindən yapışıb itələmiş və ucadan qışqıraraq mənzilin qapısna tərəf qaçmış, qapını zənginin düyməsini basıb təpiklə qapını vurmuş, bu vaxt həmin oğlan cəld anası Gülnarənin qabaq tərəfdən qollarından tutub, təpiklə bud nahiyəsindən zərbə vurub, başını divara vurmuş, mənzilin giriş qapısının açarlarını əlindən almaq istəmiş, Aynurənin də ağzı qanamış, dodaqları isə parçalanmış, onlar mənzilə daxil olmuş və atası Aslan onları bu vəziyyətdə görüb, həmin şəxslərin arxasınca getmiş, onlara basqın edən həmin dörd nəfərin heç birini tanımamış, onları heç vaxt görməmiş, atası Aslan polisə məlumat vermiş və polis əməkdaşları gəlib hadisə yerinə baxmış, hadisə yerində qalmış cinayətkarlara məxsus çantanı da götürüb aparmış, onlardan hadisə barədə ərizə və izahat alınmış, onlar işə getməmiş, Tacirə ona zəng edib nə vaxt işə gələcəklərini soruşmuş, o isə ona problemləri olduğunu demiş, lakin onlara qarşı nə hadisə baş verdiyini deməmiş, Tacirə hadisə barədə heç nə bilməmiş, onlar təxminən bir ay işə getməmiş, Tacirə isə hərdən zəng edib onlardan hal-əhval tutmuş, Tacirə sonra onun ad gününü təbrik etməyə gəlmiş, orada da Tacirə ilə hadisə barədə söhbətləri olmamış, təxminən bir aydan sonra o və anası Gülnarə işə çıxmış, bir müddətdən sonra Tacirə onların iş yerinə gəlmiş və söhbət zamanı Tacirə onlara “Xanımzər mənə deyib ki, sevgilisi Mirafiq və dostları gedib kiminsə qızını qaçırmaq istəyiblər, qızı qaçırda bilməyiblər, qızın valideynləri şikayətçidilər” demiş, Xanımzər ondan xahiş edib ki, tanış tapsın sevgilisini bu işdən qurtarsın, Tacirənin deməsinə görə o da kimdənsə bunu xahiş etmiş, xahiş etdiyi şəxs Tacirəyə “bu işdən uzaq ol, bu qız qaçırmaq məsələsi deyil, evə basqın ediblər” demiş, o və anası Mirafiqi heç vaxt görməmiş və tanımamış, həmin hadisədən sonra xəstələnmiş, ona evdə hadisə barədə anası və atası heç nə danışmasmış, hadisə zamanı qorxudan psixoloji travma almışdır. Son vaxtlara kimi həkim nevropatoloq-psixoterapevt həkim tərəfindən müalicə olunmuşdur. Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bildirdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 25 noyabr 2017-ci il tarixdə atası Zülfüqar Xəlilov səhhətində olan problemlərlə bağlı anası ilə birlikdə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, ona görə də müvəqqəti olaraq ünvan 10 ünvanda ailəsi ilə yaşayan dayısı Zərərçəkmiş şəxs1gildə qalmış, dayısı arvadı Gülnarə və dayısı qızı Leyla Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Herbalayf” sağlam qidalanma mərkəzində işləmiş, 29 noyabr 2019-cu il tarixdə saat 21:30 radələrində dayısı Aslangilə gəlmiş, həmin vaxt dayısı Aslan, arvadı Gülnarə, qızı Leyla mənzildə olmuş, gecəni onlarda qalmış, səhərisi gün 30 noyabr 2017-ci il tarixdə səhər saat 08:15 radələrində dayısı arvadı Gülnarə və dayısı qızı Leyla işə gedərkən o da onlarla birlikdə mənzildən çıxmış, dayısı Aslan isə mənzildə qalmış, mənzildən birinci Leyla, sonra dayısı arvadı Gülnarə, sonda isə o çıxmış və mənzilin qapısını örtmüş, Gülnarə onun mənzilin qapısını yaxşı bağlamadığını görüb qayıdıb qapını möhkəm bağlamış, həmin vaxt artıq o və Leyla liftin qarşısında dayanıb liftin gəlməsi üçün düyməni basmış, bu vaxt liftin yan tərəfində olan eyvandan iki nəfər şəxs onların yanından keçib Gülnarəyə tərəf getmiş, bu vaxt eyvandan başında qara rəngli papaq və gödəkçə olan, təxminən 30 yaşlı başqa bir şəxs ona tərəf yaxınlaşmış, o isə həmin şəxsə fikir verməyərək başını aşağı salmış, bu vaxt Gülnarənin qışqırıq səslərini eşitmiş və dönüb səs gələn tərəfə baxmaq istədikdə həmin şəxs əli ilə onun gözlərini tutmuş, o da qışqırdıqda, həmin şəxs digər əli ilə onun ağzını möhkəm tutub sıxaraq yerə yıxmış, təxminən 2-3 dəqiqədən sonra həmin şəxs qəflətən onu buraxıb qaçmış, həmin vaxt üç nəfər şəxs də onun arxasınca qaçmış, sonra Leyla ilə mənzilin giriş qapısına tərəf gəlmiş və Gülnarə onları qucaqlayıb mənzilə salmış, həmin vaxt dayısı Aslan mənzildə olmuş və nə hadisə baş verdiyini soruşduqda Gülnarə və Leyla ona mənzilin giriş qapısının qarşısında dörd nəfər şəxsin onlara basqın etdiyini bildirmiş, sonra dayısı Aslan mənzildən çıxıb həmin şəxslərin arxasınca getmiş, bir azdan polis əməkdaşları gəlmiş, onlardan hadisə barədə izahat almış, ona basqın etmiş şəxs onun ağzını və üz nahiyəsini əlləri ilə bərk sıxdığından ağzı və dodağı cırılmış və qan axmış, küt ağrıları olmuş, boğaz nahiyəsində isə ona basqın etmiş şəxsin barmaq izləri qalmış, Leylanın da ağzının içindən və dodağından qan axmış, Gülnarənin başının arxa nahiyəsində şiş əmələ gəlmiş, qolunda və ayaq nahiyyələrində qançırlar olmuş, göz ətrafı şişmiş, onlara basqın etmiş şəxsləri əvvəl görməmiş və tanımamışdır. Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bildirdi. Şahid3 məhkəmədə ifadəsində göstərdi ki, Mirafiqdən başqa digər təqsirləndirilən şəxsləri ümumiyyətlə tanımır. Doğulduğu Kəlbəcər rayonu 1993-cü ilin aprel ayında işğal olunduqdan sonra ailəsi ilə Göygöl rayonunda məskunlaşmışlar. Xanımzəri Göygöl rayonunda yaşadığı vaxtdan tanıyır. Bibisi oğlu Qüdrət Xanımzəri sevmiş və onlar Qüdrətə görə Xanımzərgilə elçi getmişlər. Sonra o, ailə qurmuş və Bakıya köçmüşdür. Daha sonra ailəsi ilə birlikdə Gəncəyə qayıtmışlar. Bir neçə il orada yaşadıqdan sonra həyat yoldaşından ayrılmışdır. Təxminən 2007-ci ildə yaşamaq üçün Bakı şəhərinə qardaşı Anarın yanına gəlmişdir. Anar həmin vaxt Bakıxanov qəsəbəsində kirayədə yaşamış və hansısa firmada işləmişdir. Anar onu Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Şəfa” broyler fabrikinə işə düzəltmişdir. Həmin şirkətin reklam işləri ilə məşğul olmuşdur. Həmin vaxt tanışı X10 da Göygöl rayonundan azyaşlı oğlu Nicatla Bakı şəhərinə gəlmiş və onunla bir yerdə bir evdə yaşamışdır. Həmin vaxt Könül adlı rəfiqəsi onu sevgilisi Təqsirləndirilən şəxs1la tanış etmişdir. Könül Mirafiqlə bir neçə dəfə onun yaşadığı evə qonaq gəlmişdir. Xanmzər Mirafiqlə sevgi münasibəti yaratdığına görə Könül ondan incimişdir. Sonra Xanımzər onun yaşadığı evdən çıxıb Mirafiqlə köçüb Sumqayıt şəhərində yaşamağa başlamışdır. Xanımzərlə Mirafiqin faktiki ər-arvad kimi yaşamalarını Mirafiqin ailəsi bildiyindən onun anası dəfələrlə Tacirəyə zəng edib, Tacirəni təhqir etmiş və hədə-qorxu gəlmişdir. X26 Tacirəgillə əlaqə saxlamağa və Tacirəgilə gəlməyə icazə verməmişdir. Sonra ünvan 11 ünvandakı kirayə tutduğu mənzilə köçmüş və həmin ərəfədə qardaşı Anarla arıqlamaq üçün Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Herbalayf” sağlam qidalanma mərkəzinə getmişdir. Orada işləyən Gülnarə və qızı Leyla ilə tanış olmuşdur. Söhbət zamanı Gülnarənin əri Aslanla həmyerli və qohumluq münasibətində olduqlarını bilmişdir. Belə ki, Aslan da onun doğulduğu Kəlbəcər rayonundan olmuşdur. Həmin vaxtdan aralarında çox yaxın münasibət yaranmış, bir-birlərinə qonaq gedib gəlmişlər. Təxminən 2015-ci ildə Xanımzər ona zəng edib Mirafiqin Xanımzərdən ayrılıb Türkiyəyə getdiyni, Mirafiqin anasının Xanımzəri evdən çıxartdığını, qalmağa yeri olmadığını bildirmişdir. Xanımzərə yazığı gəldiyindən Xanımzəri yaşadığı evə gətirmişdir. Xanımzər onun evində yaşamış və evdə qadınların dırnaqlarını təmizləyib laklamaqla məşğul olmuşdur. Sonra Xanımzəri də Gülnarənin işlədiyi yerə arıqlamağa aparmışdır. Orada Xanımzər də Gülnarə və qızı Leyla ilə tanış olmuşdur. Xanımzər onun yaşadığı evdə dırnaq təmizləyib laklamaqla məşğul olduğundan Gülnarə və qızı Leyla hərdən onun yaşadığı evə dırnaqlarını düzəltdirməyə gəlmişdir. Təxminən iki-üç aydan sonra Xanımzər sevgilisi Mirafiqlə barışmışdır. Mirafiq Bakı şəhəri, Nərimanov rayonu ərazisində olan “Neptun” marketin yerləşdiyi binada Xanımzərin yaşaması üçün kirayə mənzil tutmuşdur. Xanımzər köçüb həmin mənzildə Mirafiqlə yaşamışdır. Xanımzər həmin mənzildə yaşasa da gündüzlər işləmək üçün onun evinə gəlmişdir. Hətta Mirafiq olmayanda gəlib onlarda da qalmışdır. Gülnarənin oğlu Bəxtiyar da qardaşı Anarla dostluq etmişdir. O, qardaşı Anarla birlikdə Gülnarəni, qızı Leylanı və oğlu Bəxtiyarı Gülnarənin əri Aslanın razılığı ilə Göygöl rayonuna valideynlərinin yaşadığı evə qonaq aparmışdır. 2017-ci ilin təxminən avqust ayında, dəqiq tarix yadında olmayan vaxt, bərk xəstələndiyindən iynə vurdurmaq və banka qoydurmaq üçün Gülnarənin Bakı şəhəri, Yasmal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən mənzilinə getmək üçün Gülnarəyə zəng etmişdir. Həmin vaxt Xanımzər də onlarda olmuşdur. Leyla ondan dırnaqlarını təmizləyib lak qoymaq üçün Xanımzəri də Leylagilə gətirməyi xahiş etmişdir. Ona görə də Gülnarəgilə getmək üçün taksi sifariş vermək istəmişdir. Xanımzər taksi lazım olmadığnı, Mirafiqin yaxında olduğunu və gəlib onları aparcağını bildirmişdir. Xanımzər zəng etmiş və Mirafiq idarə etdiyi “Lada Priora” markalı **-VP-*** nömrə nişanlı avtomaşınında axşam tərəfi gəlib onu və Xanımzəri Gülnarəgilə aparmışdır. Mirafiq onları Gülnarənin yaşadığı binanın yaxınlığında gözləmişdir. Gülnarənin mənzilində həmin vaxt Gülnarə və qızı Leyla olmuşdur. Xəstə olduğundan mətbəxdə divanda uzanmışdır. Gülnarə ona iynə vurub, kürəyinə banka qoymuşdur. Həmin vaxt Leyla gülərək onların yanına gəlib Xanımzərin mənzildə otaqlarda öz fotoşəkillərini telefonuna çəkdiyini bildirmişdir. Gülnarə və qızı Leyla Xanımzərə buna görə heç nə deməmişdir. Hətta Xanımzərin xahişi ilə Leyla dəhlizdə güzgünün qarşısında da Xanmızərin fotoşəklini telefonuna çəkmişdir. Xanımzər təxminən 15 dəqiqə telefonuna Gülnarənin mənzilində fotoşəkillərini çəkdikdən sonra tək çıxıb getmişdir. Xanımzəri binanın həyətində Mirafiq gözləmişdir. Bir müddətdən sonra, dəqiq tarixi yadında olmayan vaxt Xanımzər ona Mirafiqin kökəlmək üçün Gülnarənin yanına getmək istəməsini demişdir. Həmin ərəfədə Xanımzər Mirafiqlə onlara gəlmiş və söhbət zamanı Xanımzər ona “Gülnarəyə zəng et, soruş gör nə vaxt işdə olacaq, Mirafiq onun yanına getsin” demişdir. O da telefonundan zəng edib Leyla ilə telefonda danışmışdır. Leyla anası Gülnarə ilə səhər saat 9:00-da işdə olacaqlarını bildirmişdir. O da bu barədə Xanımzərə və Mirafiqə demişdir. Səhərisi gün, 30 noyabr 2017-ci il tarixdə saat 11-12 radələrində Xanımzər tək onlara gəlmiş və ona “Gülnarəyə zəng et, gör işdədirsə Mirafiqlə onun yanına gedək” demişdir. O da Leylaya zəng etmiş, Leyla isə telefona cavab verməmişdir. Telefonuna “Whatsapp”da “başımıza iş gəlib, məni yığma özüm səni yığacağam” yazmışdır. Xanımzər onlarda qalmış, lakin Leyla ona sonra zəng etməmişdir. Leyla özü ona zəng edəcəyini dediyindən Leylanı narahat etmək istəmədiyindən Leylaya zəng etməmişdir. Gülnarənin özünün istifadəsində mobil telefon olmamış, həmişə qızı Leylanın telefonundan istifadə etmişdir. Ondan bir müddət sonra Gülnarəgilə getmək istəmişdir. Leyla ona atasının Leylagili bağa apardığını, gələndən sonra əlaqə saxlayacaqlarını bildirmişdir. Bir müddət Mirafiq onlara gəlməmişdir. Xanımzər həmin vaxt ona Mirafiqin idarə etdiyi avtomaşınla kiməsə qız qaçırtmaq üçün getdiyini, problemə düşdüyünü, buna görə Mirafiqi polisin axtardığını bildirmişdir. Xanımzər ona “polisdə tanışın varsa Mirafiqə kömək edək, yazıqdır” demişdir. X23 nə vaxt, haradan, kimin qızını, kimlərlə gedib qaçırtmaq istəmələrini deməmişdir. Ona görə də Xanımzər “polisdə işləyən Azər müəllimə zəng et, kömək etsin” demişdir. Azərlə “Şəfa” firmasında işləyərkən tanış olmuşdur. Azəri Xanımzər də tanımışdır. Azərin telefon nömrəsinə zəng edib “Xanımzərin sənə işi düşüb, sevgilisi qız qaçırdıb, polis axtarır, imkan varsa ona kömək et” demişdir. Azər ona “Xanımzər zəng etsin imkan daxilində kömək edərəm” demişdir. Xanımzər Azərlə danışmış, bir neçə gündən sonra Azər ona zəng edib “onlardan uzaq ol, qız qaçırmaq söhbəti deyil, Xanımzərin sevgilisi Mirafiq və ailəsi dələduzdur, onlardan uzaq ol, başın ağrıyar” demişdir. O da Xanımzərdən Mirafiq nə iş gördüyünü, Mirafiqi nə səbəbə polis axtardığını soruşmuşdur. Xanımzər isə Mirafiqin ancaq hansısa dostuna qız qaçırtmaq üçün getdiyini demişdir. Bir müddətdən sonra Mirafiq onlara gəlmişdir. Bu barədə Mirafiqdən soruşduqda Mirafiq ona qız qaçırmaq söhbəti olmadığını, Gülnarənin evinə pul götürmək üçün getdiklərini, lakin alınmadığını və buna görə polisin onu axtardığını bildirmişdir. Mirafiq ona Gülnarənin evində pul olmasını hansısa “Mıtı” ləqəbli dostuna bildirdiyni, həmin dostu və digərləri Gülnarəyə hədə-qorxu gəldiyindən onlara Gülnarənin mənzilini göstərdiyni, özünün isə Gülnarənin mənzilinə getmədiyini bildirmişdir. Mirafiq kimlərlə Gülnarənin mənzilinə pul götürməyə getməsini deməmişdir. O da Mirafiqə “əgər səni kimsə buna məcbur edibsə, nə səbəbə polisə müraciət etməmisən, Gülnarə mənim qohumumdur, heç olmasa gəlib mənə deyərdin” demişdir. Mirafiq isə qorxduğundan demədiyini bildirmişdir və ondan Gülnarəyə Mirafiqi bağışlamasını deməyini xahiş etmişdir. Lakin o, Mirafiqə Gülnarəyə bu barədə heç nə deyə bilməyəcəyini demişdir. Mirafiq isə ona “əgər sən Gülnarədən bunu xahiş etməsən, mən onun ərinə deyəcəm ki, Gülnarə əxlaqsız qadındır, əgər əri heç nə etməsə, ərini öldürəcəyəm“ demişdir. Xanımzər isə həmin vaxt Mirafiqi onun yanında danlamış və Mirafiqi evdən qovmuşdur. Mirafiq çıxıb getmiş və həmin gün axşam Xanımzərin telefonuna bir fotoşəkil göndərmişdir. Həmin şəkildə Mirafiq özünü asmaq isitədiyini göstərmişdir. Ondan sonra Mirafiqlə əlaqə saxlamamış, utandığından bu barədə Gülnarədən və qızı Leyladan heç nə soruşa bilməmişdir. Çünki, Gülnarə Xanımzəri onun vasitəsi ilə tanımışdır. Bir müddətdən sonra qardaşı Anar Yasamal rayon polis idarəsinə aparılmışdır. Orada Anara hədə-qorxu gəlib yalandan guya Gülnarə ilə intim əlaqələri olduğu bildirilmişdir. Anar isə bunun yalan və böhtan olduğunu Gülnarə və ailə üzvləri ilə yalnız qohumluq əlaqələri olduğunu demişdir. Anar polisin bu qanunsuz hərəkətləri barədə şikayət etmişdir. Ondan sonra dəfələrlə Xanımzərdən bu işdə Xanımzərin əli olduğunu soruşsa da, Xanımzər yenə and içmiş və bu hadisədən xəbəri olmadığını bildirmişdir. Sonradan Yasamal rayon polis idarəsində istintaq zamanı Mirafiqin ifadəsində yalandan güya Gülnarənin mənzilində əri Aslanın pulu olmasını Mirafiqə Gülnarə və onun bildirmələrini həmin cinayəti onların təşkil etmələri barədə yalan və uydurma ifadə verməsini bilmişdir. O, utandığından Gülnarə və Leyla ilə hadisə barədə söhbət etməmişdir. Gülnarə və Leyla hadisə barədə danışmaq istəmədiklərindən o da bu barədə Gülnarə və Leyladan heç nə soruşmamışdır. Mirafiqə və yaxud başqa bir şəxsə heç vaxt Gülnarənin evində pul olmasını bildirməmişdir. Bu barədə ümumiyyətlə söhbət etməmişdir. Mirafiqin Vüqar, Nəsimi, Nicat, İskəndər və Ruslan adlı tanışlarını tanımamış və görməmişdir. Heç vaxt heç kimə Gülnarənin yaşadığı ünvanı bildirməmiş və göstərməmişdir. Xanımzər sevgilisi Mirafiqi müdafiə etmək üçün Gülnarəyə, ona və qardaşı Anara qarşı yalan və əsassız ifadə vermişdir. Şahid4 məhkəmədə ifadəsində göstərdi ki, o, 1988-ci ildə ailəsi ilə Ermənistandan çıxarıldıqdan sonra Göygöl rayonunda yaşamışdır. O, ailə qurub ayrılmışdır. Atası onu boşanmağına görə yola verməmişdir. O, bu səbəbdən də evdən çıxıb ayrı yaşamaq istəmişdir. Tacirə öz qohumuna ona elçi gəldiyinə görə o, Tacirə ilə tanış olmuşdur. Tacirə sonradan qardaşı Anarla Bakı şəhərində yaşamış və o da Bakı şəhərinə köçmüş və Tacirə və qardaşı Anarın Bakıxanov qəsəbəsində kirayədə yaşadığı evdə onlarla birgə yaşamışdır. Tacirə onu işlədiyi “Şəfa” broyler fabrikində işə düzəltmişdir. Tacirə axşamlar evdə insanların falına baxmışdır. Həmin vaxt Tacirənin Könül adlı rəfiqəsi olmuşdur. Könülün Təqsirləndirilən şəxs1 ilə aralarında sevgi münasibəti olmuşdur Tacirə bir gün ona Mirafiqin ondan xoşu gəldiyini demiş və o, bundan sonra Mirafiqi tanımışdır. Mirafiq onu tanıdıqdan sonra Könüldən ayrılmış və onunla qeyri-rəsmi ər-arvad kimi yaşamışlar. Mirafiqin maddi imkanı yaxşı olmuşdur. Mirafiqin rəsmi arvadı və uşaqları olmuşdur. Buna görə də Mirafiq Sumqayıt şəhərində onun üçün kirayə ev tutmuş və Tacirənin yanından köçüb həmin evdə yaşamışlar. O, mütamadi olaraq Mirafiqlə həmin evdə görüşmüşdür. Mirafiq ailəli olduğundan Mirafiqin anası onların aralarındakı münasibəti bilmiş və onların bir yerdə yaşamalarına imkan verməmişdir. Ona görə də Mirafiq ona Xırdalan şəhərində başqa bir mənzil kirayə tutmuş, lakin Mirafiqin anası bunu da bilmiş və oğlu Mirafiqi Türkiyəyə göndərmiş, onu isə evdən qovmuşdur. Qalmağa yeri olmadığından yenidən Tacirəgilə gəlmiş və orada Tacirə ilə yaşamışdır. O, evdə qadınların dırnaqlarını təmizləyib laklamaqla məşğul olmuşdur. Həmin vaxt Tacirə Bakı şəhəri, Təbriz küçəsində kirayədə yaşamışdır. Tacirəgildə yaşadığı vaxt ora gələn Gülnarə və qızı Leyla ilə tanış olmuşdur. Gülnarə və qızı Leyla Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Herbalayf” sağlam qidalanma mərkəzində işləmişdir. Gülnarənin Mansur adlı sevgilisi olmuş və Gülnarə əri Aslana dua-cadu elətdirmək üçün Tacirənin yanına gəlmişdir. Gülnarə ərinə ona görə cadu etmişdir ki, Gülnarənin əri evə gəlməsin. Hətta bir dəfə Gülnarə Tacirəyə cadu etmək üçün sevgilisi Mansurdan da pul göndərmişdir. X24 Gülnarəni ayırmış və Gülnarəni öz qardaşı Anarla tanış etmişdir. Bundan sonra Gülnarə və Anarın yaxın münasibətləri yaranmışdır. Hətta Gülnarə və Anar iki dəfə onların yaşadları evdə tək də görüşmüşlər. Həmin vaxt Tacirə və o, idmana getmişlər. O, Tacirəyə bir dəfə demişdir ki, onun yaşadığı evə Gülnarənin gəlməsini istəmir. Çünki Gülnarənin ona qarşı əsassız aqressiyası olmuşdur. Bu aqressiyanın səbəbi isə Gülnarənin onu Anara qısqanması olmuşdur. Amma o, Anarla qardaş-bacı kimi olmuşlar. Anar onu işə düzəltmişdir. Elə həmin ərəfələrdə Tacirə bir dəfə ona Gülnarəgilə getməli olduqlarını, Gülnarənin ərinə cadu etmək üçün Tacirəni çağırdığını demişdir. O isə Gülnarəyə axşam gec olduğunu, özünün isə yorğun olduğunu, Gülnarə adlı həmin qadından xoşu gəlmədiyini desə də Gülnarə israr etdiyinə görə gecə Tacirə ilə birlikdə Gülnarəgilə getmişlər. X14 maşını ilə deyil, *2424 taksi xidmətindən Tacirənin sifariş etdiyi taksi ilə getmişlər. Gecə saat təxminən 12 olmuşdur. Onlar hündürmərtəbəli binanın qarşısına çatanda Anar ayağında ev ayaqqabıları ilə aşağı düşüb onlara binanın ümumi giriş qapısını açmışdır. Onlar həyətə daxil olub liftə minmişlər və mərtəbəsini xatırlamadığı mənzilə daxil olmuşlar. Həmin mənzildə Gülnarə yaşamışdır. Mənzil çox gözəl və bahalı mənzil olmuşdur. Gülnarə mətbəxdə onlara çay gətirmişdir. Tacirə çay içdikdən sonra cadu etmək üçün istifadə etdiyi kuklasını çıxarıb zarafatla demişdir ki, “Bu kukla Aslandır, indi ona cadu edəcəm”. Tacirə həmin kuklaya müxtəlif cadu əməlləri etdikdən sonra hətta Gülnarə o kuklanı aparıb balkonda qış ehtiyatı üçün nəzərdə tutulmuş şkafda bankaların arxasında gizlətmişdir. O, gecə saat 02:20-də çıxıb evə gəlmişdir. Qapıdan çıxanda mənizilin giriş dəhlizində böyük güzgülü şkafın qarşısında dayanıb özünün şəklini çəkmişdir. Şəkil çəkmə onun hobbisidir. Anar Tacirə ilə onu yola salmışdır. Gülnarə də Tacirəyə caduya görə 50 manat pul vermişdir. Hətta Tacirə yolda ona “Bunun yaşadığı evə bax, cadu üçün verdiyi pula bax” deyib narazılıq da etmişdir. Bu hadisədən bir müddət sonra o, istirahət üçün Türkiyəyə gedəndə hava limanında yoxlanış zamanı ona “stop” əmrinin qoyulduğu bildirmişdir. O, bundan sonra polis əməkdaşları ilə birlikdə Yasamal rayon polis idarəsinə gəlmişdir. Polis idarəsində ona Tacirə adlı qadının evinin və özünün lazım olduğu bildirilmişdir. O, polislərə Tacirənin yaşadığı Təbriz küçəsi 55 ünvanını göstərmişdir. Həmin gün Tacirə evində tapılmamışdır. Gecə onu polis əməkdaşları azad etmiş, amma yenidən izahata getməli olduğunu bildirmişlər. O, evə gələndən sonra Mirafiqə zəng edib bu məsələnin nə məsələ olduğunu soruşmuş, Mirafiq ona qızqaçırtma söhbəti olduğunu demiş, o, Mirafiqə düz danışması barədə israr etdikdən sonra Mirafiq ona Tacirənin Gülnarənin evində 30-40 min manat pulu olduğunu, həmin evə girib o pulu götürməsini dediyini, bundan sonra tanışları ilə o evə girdiyini, özünün isə çöldə maşının içərisində dayandığını, evə daxil olmadığını bildirmişdir. O, bu söhbəti biləndən sonra hətta eşitmişdir ki, X31 adlı tanışına Mirafiqin cinayət məsuliyyətindən azad edilməsi üçün pul verdiyini, Azərin isə həmin işi həl etməyərək pulu qaytarmaqdan yayındığını da öyrənmişdir. O, Tacirəyə dəfələrlə Azərdən Mirafiqin pulunu qaytarmasını demişdir. Tacirə Mirafiqə bu cinayəti etməsini, özünün isə bu cinayəti planlaşdırmasını etiraf etməmişdir. Təqsirləndirilən şəxs1 özünü cinayət törətməyə Şahid4 təhrik etməsi barədə məhkəmədə verdiyi sonuncu ifadəsini Şahid4 təsdiq etmədi və bildirdi ki, Mirafiq onun həmin evdə şəkillər çəkdiyini bilmiş və şəkilləri onun xəbəri olmadan telefonundan götürmüşdür. O, Mirafiqin ona qarşı ifadəsini hazırda özünün başqa kişi ilə münasibəti olduğuna görə qısqanclıq hissi ilə əlaqələndirdi. Şahid6 məhkəmədə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onunla həmkəndli olmaqla bərabər xalası oğlu Əkbərin əmisi oğludur. Aslanla qohum olmağını təxminən 2016-cı ilin sentyabr ayında bilmişdir. Həmin ərəfədə bacısı Tacirəni Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Herbalayf” sağlam qidalanma mərkəzinə apararkən bacısı Tacirə vasitəsilə orada işləyən Zərərçəkmiş şəxs1 arvadı Gülnarə, qızı Leyla ilə tanış olmuş, sonradan Gülnarəgilin onlarla qohum olduğunu bilmişdir. X3 tanış olmuşdur. Həmin gündən onun Bəxtiyarla arasında bir qohum kimi münasibəti yaranmışdır. Bəxtiyarın atası Aslanı isə 1-2 dəfə onların yaşadığı mənzilə kondisioner quraşdırdıqları zaman görmüşdür. Aslan da onu qohum kimi tanımışdır. Bacısı Tacirə ilə Aslanın arvadı Gülnarə, qızı Leyla, oğlu Bəxtiyar, bacısı qızı Aynurəni valideyinlərinin yaşadığı Göygöl rayonuna qonaq aparmışdır. Bəxtiyar 2017-ci ilin avqust ayında təhsil almaq üçün Türkiyəyə getmiş, həmin vaxtdan Aslan və ailə üzvləri ilə əlaqəsi olmamışdır. 2017-ci ilin dekabr ayında Bəxtiyar istifadəsində olan +090 538 214-93-11 nömrədən onun istifadəsində olan ***-***-**-** nömrəli telefonla əlaqə saxlayıb yaşadıqları mənzilin qarşısında anası və bacısına qarşı naməlum şəxslər tərəfindən cinayət hadisəsi törədildiyni bildirmişdir. Lakin Bəxtiyar burada olmadığı halda onun ailə üzvləri ilə əlaqə saxlamadığımdan hadisə barədə maraqlanmamışdır. Aslanın arvadı Gülnarə, qızı Leyla və bacısı qızı Aynurəyə qarşı quldurluq cinayəti törədilməsi barədə başqa məlumatı olmamışdır. Həmin cinayəti kimlərin törətdiyini bilməmişdir. Təqsirləndirilən şəxs1 təxminən 2010-cu ildə bacısı Tacirə ilə bir yerdə yaşayan Şahid4 vasitəsilə tanımışdır. Xanımzər Göygöl rayonunda onlarla qonşu yaşamışdır. Anarın vasitəsi ilə Xanımzər Bakı şəhərinə gəlib onlarda yaşamışdır. Xanımzər Anarın və bacısı Tacirənin Bakı şəhərində kirayədə yaşadığı evdə yaşamışdır. Xanımzər Mirafiqlə ailə qurduğunu bildirmişdir. Mirafiqlə münasibəti, o cümlədən telefon danışığı olmamışdır. Gülnarə və ailə üzvləri ilə yalnız qohumluq münasibəti olmuşdur. Gülnarəyə, qızı Leylaya və baldızı qızı Aynurəyə basqının onun, bacısı Tacirə və Gülnarənin planlaşdırması barədə deyilənlər yalan və əsassızdır. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, X11 adlı şəxsləri tanımır. Həmin şəxslərlə heç bir münasibəti olmamışdır. Mirafiqlə beş ildən çoxdur ki, görüşməmişdir. Onunla telefon əlaqəsi və başqa ünsiyyətii olmamışdır. Şahid5 məhkəmədə ifadəsində göstərdi ki, o, 2006-2015-ci ilə kimi polis mayoru rütbəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasında müəllim işləmişdir. Təxminən 2014-cü ildə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Herbalayf” sağlam qidalanma mərkəzinə getdiyi vaxt orada Tacirə adlı qadınla tanış olmuşdur. Tacirə həmin vaxt Bakı şəhərində Təbriz küçəsində Xanımzər adlı qadınla bir evdə kirayədə yaşamışdır. 2017-ci ilin dekabr ayında dəqiq tarixi yadında olmayan vaxt Tacirə ona zəng edib rəfiqəsi Xanımzərin sevgilisi Mirafiqin kimlərləsə bir yerdə Bakı şəhəri, Yasamal rayonu ərazisində qız qaçırtmaq isətədiyini və polis əməkdaşları tərəfindən axtarıldığını, hazırda avtomaşınının 27-ci polis bölməsində saxlanıldığını bildirmişdir. Tacirəyə hadisə barədə ətraflı məlumatı olsun deyə Xanımzərin onunla telefon əlaqəsi saxlamasını tapşırmışdır. Sonra Xanımzər ona zəng edib hadisəni Tacirə kimi danışmış və ondan sevgilisi Mirafiqə köməklik etməyini xahiş etmişdir. O da Xanımzərə ertəsi gün Mirafiqin 27-ci polis bölməsinin qarşısına gəlməsini tapşırmışdır. Səhərisi gün saat 11 radələrində Mirafiq, atası və dayısı 27-ci polis bölməsinin yaxınlığında çayxanada onunla görüşmüşdür. Mirafiq ona dayısı və dostları ilə Bakı şəhəri, Yasamal rayonunda qız qaçırmaq istədiklərini, lakin qızın anası çıxıb buna imkan vermədiyini, ona görə də oradan qaçıb getdiklərini, qızın atasının polisə şikayət etdiyni, polisin onu axtardığnı, avtomaşınının polisdə saxlandığını bildirmişdir. O da bölmənin rəis müavinini tanıdığını, bu barədə rəis müavinindən xahiş edə biləcəyini demişdir. Mirafiqə onunla gedib rəis müavininə hadisəni olduğu kimi danışmağı məsləhət görmüşdür. Lakin Mirafiq qorxduğundan gedə bilməyəcəyini bildirmişdir. Buna görə də Mirafiq və qohumları çayxanada onu gözləmişlər. O isə tək rəis müavininin yanına gedib rəis müavinindən Mirafiqə köməklik etməsini xahiş etmişdir. Rəis müavini ona Mirafiqin bir neçə nəfərlə qız qaçırmaq deyil, quldurluq cinayəti törədiklərini və buna görə də polis tərəfindən axtarıldıqlarını bildirmişdir. Rəis müavininə Mirafiq, atası və dayısının yaxınlıqda çayxanada olduqlarını bildirmiş, rəis müavini Mirafiqi tutub bölməyə gətirmək üçün polis əməkdaşlarını çayxanaya göndərmişdir. Lakin Mirafiq, atası və dayısı oradan qaçıb getdiklərindən onları polis əməkdaşları tapa bilməmişdir. Rəis müavininə Mirafiqə köməklik etməyi ondan Tacirə və rəfiqəsi Xanımzərin xahiş etdiyini bildirmişdir. Sonra polis əməkdaşlarını aparıb Tacirənin yaşadığı evi göstərmişdir. Tacirə isə evdə olmamışdır. Sonra o, Tacirəyə zəng edib “bu işdən əl çək, Mirafiq qız qaçırmaq istəməyib, başqaları ilə Yasamal rayonunda bir qadının evinə basqın ediblər” demişdir. Tacirə bunu bilmədiyini demiş və ona üzrxahlıq etmişdir. Sonra Tacirə, Xanımzər və Mirafiqlə heç bir əlaqəsi olmamışdır. Qeyd edir ki, Mirafiqin atası ona Xırdalan dairəsinin yaxınlığında maşını cərimə meydançasından çıxartdırmaq üçün 3000 manat pul vermişdir. O, bu hadisənin quldurluq olduğunu bildikdən təxminən 3 gün sonra o, həmin pulu bütöv olaraq şəxsən Mirafiqin atasının özünə qaytarmışdır. Şahid2 məhkəmədə ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsidə 126 saylı binanın 77 saylı mənzilində baba və nənəsi ilə yaşayır, bacısı Aişə də hərdən onlarda qalır. Onlara qonşu 78 saylı mənzildə Aslan adlı şəxs adlarını bilmədiyi arvadı və qızı ilə yaşayır. Qonşu olsalar da əlaqələri olmamış, həmin ailə sakit ailə olmuş, onların mənzilindən heç vaxt səs-küy, dalaşma səsləri eşitməmişdir. 30 noyabr 2017-ci il tarixdə o, babası, nənəsi və bacısı Aişə mənzildə olmuş, bacısı Aişə dərsə getmək üçün səhər saat 08 radələrində yuxudan durmuş, həmin vaxt Aişə onu yuxudan oyadıb “deyəsən qonşunun mənzilinə oğrular girib, qışqırıq səsləri gəlir” demiş, bu vaxt o da qapının qarşısında qadınların qışqırıq səslərinin gəlməsini eşitmiş, ona görə də tələsik paltarlarını geyib qapıya tərəf getmiş və qapını açanda oğrular oradan qaçmış, qonşu Aslanın arvadı və iki qız mənzilə daxil olmuş, orada heç kimi görməmiş, lakin liftin qarşısında yerdə qadın baş tüklərini görmüş, bacısı Aişəni dərsə aparıb qayıdanda binanın həyətində qonşusu Aslanı, binanın komendantını və polis əmkdaşlarını görmüş, onlar binada quraşdırılmış kamera görütülərinə baxmış, həmin hadisəni törədən şəxsləri tanımamış və görməmişdir. Şahid1 ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tədqiq olunan ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsidə 126 saylı binada mühafizəçi işləyir, binanın həyətinin giriş qapısı açıq olduğundan kənar şəxslər oradan həyətə daxil olmuş, bundan əlavə binanın alt mərtəbəsində fəaliyyət göstərən marketdən də həyətə qapı olduğundan oradan da binanın həyətinə giriş mümkün olmuşdur. 29 noyabr 2017-ci il tarixdə saat 18:00-da növbəni təhvil almış, 30 noyabr 2017-ci il tarixdə növbədə olduğu vaxt saat 08:40 radələrində binanın alt mərtəbəsində yerləşən marketə getmiş və dərhal qayıdıb iş otağına daxil olduqda binanın ikinci blokundan qadın qışqırıq səslərini eşitmiş və dərhal həmin bloka tərəf getmiş, bir nəfər bina sakini həmin blokdan çıxıb “blokda səs gəlir, ora yaxınlaş gör nə səsdir” demiş, o bloka keçib liftlərin düyməsini basmış, bu vaxt dörd nəfər tanımadığı şəxslər binanın pilləkənləri ilə düşüb binanın həyətinə çıxmış, onlardan biri həyətdəki marketə daxil olmuş, üç nəfər isə qaraj tərəfdən hasardan aşaraq getmiş, onlar “mühafizə bizi gördü, möhkəm qaçın” demiş, həmin şəxslər uşaq xəstəxanansına tərəf qaçıb getmiş, həmin vaxt binada yaşayan bir nəfər şəxs blokdan çıxıb “onlar hara getdilər, mənim evimə basqın etdilər” demiş, həmin şəxs zəng edib binanın komendantına məlumat vermiş, bir azdan hadisə yerinə polis əməkdaşları gəlmiş, ev sahibi ilə birlikdə kamera görüntülərinə baxılmış, baxış zamanı həmin dörd nəfər şəxsin binanın aşağı mərtəbəsində yerləşən marketin içərisindən binaya daxil olmaları müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərərçəkmiş şəxslərin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 06.05.2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1la şahid X8 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, 2017-ci ilin avqust ayında Tacirənin yaşadığı evdə olduğu vaxt Tacirə ona Gülnarənin yaşadığı mənzildə seyfdə ******* ABŞ dolları məbləğində pul olduğunu bildirmiş, ona Gülnarənin mənzilindən həmin pulu götürmək üçün adam tapmağı tapşırmış, pulu götürdükdən sonra öz aralarında böləcəklərini bildirmiş, o da razılaşdığından bu barədə tanışı Vüqar Hyseynova bildirmiş, Vüqar da razılaşmış, bu barədə Tacirəyə demiş, Tacirə onu aparıb Gülnarənin yaşadığı binanı və mənzili göstərmiş, Vüqar da onların arxasınca ora gəlmiş, lakin Tacirə Vüqarı görməmiş, sonra o, həmin cinayəti törəməkdən imtina etmiş, Vüqar isə onu qorxudub buna məcbur etmiş, Vüqar Tacirəni tanımamış və onlar heç vaxt telefonda danışmamışlar. Şahid3 ifadəsində Mirafiqin ona qarşı göstərdiklərini yalan və böhtan hesab etmiş, qohumu Gülnarədən Mirafiqdən şikayət etməməyi xahiş etmədiynə görə Mirafiq digər şəxslərlə törətdiyi cinayətə görə boyun qaçırmaq məqsədilə istintaqda ona, qardaşı Anara və Gülnarəyə qarşı yalan və böhtan xarkterli ifadələr verdiyni göstərmişdir (cild 6, iş vərəqi 20-29). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 09.05.2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid4 ilə şahid X9 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid3 istintaq zamanı ifadəsində göstərdiklərini Şahid4 üzünə qarşı deyərək göstərdikləri xüsusatları bir daha təsdiq etmiş, həmçinin göstərmişdir ki, hadisədən sonra Xanımzər ona, onlar Gülnarənin mənzilində olduqdan sonra Mirafiq ondan Gülnarənin mənzilinin hansı mərtəbədə olduğunu, imkanlı olmalarını soruşmuş, o da bu barədə Mirafiqə bildirmiş, hətta Gülnarənin mənzilində telefonuna çəkdiyi şəkilləri Mirafiqə göstərmişdir (cild 6, iş vərəqi 52-61). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 12.06.2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1la Şahid4 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 göstərmişdir ki, Tacirə ona Xanımzərin istifadə etdiyi mobil telefonda Gülnarənin yaşadığı mənzilin otaqlarının, mənzilin girişinin fotoşəkillərinin olmasını bildirmiş və həmin fotoşəkillərə baxa bilməsini demiş, o da Xanımzərin xəbəri olmadan onun mobil telefonunda olan Gülnarənin mənzilinin fotoşəkillərinə baxmış, lakin həmin fotoşəkilləri telefonuna köçürməmiş, fotoşəkilləri heç kimə göstərməmiş, Gülnarənin mənzilinə girib pulları oğurlamaq planı barədə Tacirəgildə Xanımzərə bildirmiş, Xanımzər isə razı olmamış, onun bu hərəkətinə narazılıq etmişdir (cild 7, iş vərəqi 1-6). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 12.06.2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs4 ilə arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 ifadəsini təsdiq etmiş, lakin ifadəsində əmisi nəvəsi və qudası olmuş Vüqar Hüseynovun həmin cinayətdə iştirak etmədiyini göstərmişdir (cild 7, iş vərəqi 26-31). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 12.06.2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs4 ilə arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı təsirləndirilən şəxs Təqsirləndirilən şəxs4 ifadəsində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir (cild 7, iş vərəqi 26-31). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 30.11.2017-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 126da yerləşən evin 8-ci blok, 8-ci mərtəbəsinə baxış keçirilərkən Zərərçəkmiş şəxs2 yaşadığı 78 saylı mənzillə liftin arasında olan yeri göstərərək bildirmişdir ki, 30.11.2017ci il tarixdə saat 08:30 radələrində qızı Leyla və baldızı qızı Aynurə ilə birlikdə mənzildən çıxıb liftə tərəf gedən zaman 4 nəfər tanımadığı şəxslər onlara hücum çəkərək onların ağızlarını tutub xəsarət yetirmişlər (cild 1, iş vərəqi 52). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi haqqında 05.12.2017-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yeni inşa olunmuş evin həyətində saxlanılan Təqsirləndirilən şəxs1 məxsus “Lada Priora” markalı, ağ rəngli avtomaşına baxış keçirilən zaman avtomaşının üzərində dövlət nömrə nişanı olmamış, avtomaşının arxa yük yerində iki ədəd **-VP-*** nömrə nişanı aşkar olunmuşdur (cild 1, iş vərəqi 62-64). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 15.07.2019-cu il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, məhkəmə qərarları əsasında “Baksell” və “Azerfon” mobil operatorlarından daxil olmuş məlumatların yazıldığı CD formalı disklərdə öz əksini tapmış informasiyaya baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə: - 29 noyabr 2017-ci il tarixdə saat 06:56-da ünvan 12 ünvanın ərazisində, saat 08:04, 08:31, 14:41-dən 16:34-ə kimi Bakı şəhəri, Yasamal rayonu Qırmızı Şərq hərbi şəhərciyində yerləşən 7,8-ci yaşayış binalarının və T.Şazbazi küçəsi 112 ünvanın ərazisində, saat 22:07, 22:10, 22:11-də Bakı şəhəri, Yasamal rayonu Tağı Şahbazi 112 küçəsi ərazisində fəaliyyət göstərən antenaların əhatə dairəsində olması qeydə alınmışdır. - 30 noyabr 2017-ci il tarixdə saat 08:29, 08:29, 08:30, 08:33, 08:35-də ünvan 12 ünvanın ərazisində fəaliyyət göstərən antenaların əhatə dairəsində olması qeydə alınmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 29, 30 noyabr 2017-ci il tarixlərdə saat 06:00-dan 21:00-dək olan müddətlərdə heç bir telefon danışığı aparılmamış, SMS yazışmaları qeydə alınmamışdır. Həmçinin Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mobil arasında 29 noyabr 2017ci il tarixdə saat 13:03, 17:12, 17:59-da danışıq aparılmış, 30 noyabr 2017-ci il tarixdə isə həmin saylı mobil nömrələr arasında danışıq aparılmamışdır. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə heç vaxt, o cümlədən 29, 30 noyabr 2017-ci il tarixlərdə X5 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında danışıqlar aprarılmamışdır. Şahid3 istifadə etdiyi ***-***-**-** nömrədən polis əməkdaşı Şahid5 istifadəsində olmuş ***-***-**-** nömrəyə “Təqsirləndirilən şəxs1 söhbət qız qaçırtmadı Yasamalda polis idarəsində müavin Habil müəllimdədi” məzmunlu SMS göndərilmişdir (cild 7, iş vərəqi 106-134). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxs X4 götürülmüş 29 və 30 noyabr 2017-ci il tarixlərdə hadisə baş vermiş Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsidə 126 saylı binada quraşdırılmış kamera görüntülərinin çap olunmuş fotoşəkillərə və təqdim etdiyi diskə 18.04.2019-cu il tarixli baxış protokolundan görünür ki, 29 noyabr 2017-ci il tarixdə saat 06:56-dan 08:09-dək, saat 14:42-dən 16:47-dək olan müddətdə, 30 noyabr 2017-ci il tarixdə isə saat 07:10dan 08:40-dək olan müddətdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsidə 126 saylı binanın qarşısında və həyətdə müşahidə aparır, həmçinin binanın həytində marketdən ərzaq və siqaret alırlar. Həmin fotoşəkillər və görüntülər əks olnumuş disk sübutların qiymətləndirilməsi haqqında 25.11.2019-cu il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 5, iş vərəqi 51-75, cild 8, iş vərəqi 95-125). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 30.11.2017-ci il tarixli, 978 nömrəli rəyindən görünür ki, X6 bədəni üzərində aşkar edilmiş - üst dodağın ön səthinin sıyrığı, iç səthinin sətihi əzilmiş yaraları küt əyşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 30 noyabr 2017-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (cild 1, iş vərəqi 66-67). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş təkrar məhkəmə tibbi ekspertizasının 08 noyabr 2018-ci il tarixli, T 315/2018 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 üst dodaqda sıyrıq, selikli qişada səthi əzilmiş yara olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, yumuruqla yetirilməsi inkar edilmir, yetirilmə müddəti 30 noyabr 2017-ci il tarixə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr onların istər zərərçəkmişin özü, istərsə də öz boyu hündürlüyündən yıxılması zamanı əmələ gələ bilməsini inkar edir (cild 2, iş vərəqi 134- 136). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 30 noyabr 2017-ci il tarixli, 979 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədəni üzərində aşkar edilmiş - sağ yanağın iç səthinin səthi əzilmiş yarası, hər iki dodağın ön səthinin qançırları, çənə nahiyəsinin sıyrıqları küt əyşyanın (əşyların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 30 noyabr 2017-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (cild 1, iş vərəqi 69-70). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş təkrar məhkəmə tibbi ekspertizasının 08 noyabr 2018-ci il tarixli, T 314/2018 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 sağ yanağın iç səthində əzilmiş yara, hər iki dodaqda qançır, alt çənədə sıyrıqlar olmuşdur. Qeyd edilən xəsarətlər məhdud səthə malik bərk əşyanın, ola bilər ki, yumruğun təsirindən törənmiş, yetirilmə müddəti qərarda göstərilən 30 noyabr 2017-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağ yanağın iç səthindəki yaranın sərrahi tikişə ehtiyacı olduğundan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr onların istər zərərçəkmişin özü, istərsə də öz boyu hündürlüyündən yıxılması zamanı əmələ gələ bilməsini inkar edir (cild 2, iş vərəqi 137-139). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 30 noyabr 2017-ci il tarixli, 980 nömrəli rəyindən görünür ki, X2 məhəkmə tibbi müayinəsi zamanı onun bədən səthində hər hansı bir xəsarət aşkar edilmədi (cild 1, iş vərəqi 72-73). İşdə olan və məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 03.09.2019-cu il tarixli, 1656 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir xroniki psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 yüngül dərəcədə ifadə olunmuş nevrosteniya aşkar olunur. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl dövründə hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs2 aşkar olunan yüngül dərəcədə ifadə olunmuş nevrasteniya psixi xəstəlik səviyyəsinə çatmır və onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur (cild 8, iş vərəqi 30-31). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin 20 may 2019-cu il tarixli, 004/i T-5939-1219 saylı məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində 30 noyabr 2017-ci il tarixdə ünvan 8 ünvanda yaşayan Zərərçəkmiş şəxs2, qızı Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 həyat və sağlamlıqları üçün real təhlükəli olan zor tətbiq etməklə basqın edilməsi cinayətininin iştirakçılarından biri xx xxxx 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanda qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi “Xəzri” yaşayış massivi ərazisində tikilmiş həyət evində yaşayan Təqsirləndirilən şəxs5 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs5 həmin cinayət əməlini törətdikdən sonra 18 yanvar 2018-ci il tarixdə Rusiya Federasiyasına qaçıb gizlənmişdir (cild 6, iş vərəqi 172, 179). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X33 İdarəsinin 04 yanvar 2019-cu il tarixli, ***-**** nömrəli məktubundan görünür ki, idarənin Qeydiyyatimtahan idarəsinin komputer uçot bazasına görə “Vaz-21723” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobili 16.10.2017-ci il tarixdə verilən etibarnaməyə əsasən ünvan 1 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs1 istifadəsinə verilməsi barədə informasiya sistemində məlumat mövcuddur və istintaqdan daxil olmuş müraciət əsasında avtomobilin özgəninkiləşdirilməsinə məhdudiyyət qoyularaq DİN-nin Baş X33 İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər edilmişdir (cild 3, iş vərəqi 72-73). İşdə olan 05.01.2018-ci il, 08.01.2018-ci il, 23.02.2019-cu il və 22.07.2019-cu il tarixli qərarlardan görünür ki, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxslər qismində tanınmışdır (cild 1, iş vərəqi 88, 94; cild 4, iş vərəqi 106; cild 7, iş vərəqi 170). İş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında 25.11.2019-cu il tarixli qərardan görünür ki, Şahid3, Şahid4 Abbas qızı və Şahid6 təqsirliliyi sübuta yetirilmədiyindən onların barəsində cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir (cild 8, iş vərəqi 95-125). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 7, iş vərəqi 9). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin tələbnaməsindən və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Abşeron Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli, 1(012)-6/2018 saylı qərarı ilə xitam verilmişdir, əvvəllər məhkum olunmamışdır (cild 5, iş vərəqi 229-233, cild 7, iş vərəqi 10). İşdə olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 1(99)-443/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 23.02.2019-cu il tarixdə törədilmiş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı 09 mart 2019-cu il tarixdən hesablanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərarı ilə hökm dəyişdirilib, Təqsirləndirilən şəxs3 təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 5 (beş) il azadlıqdan məhrum etmə cəzası həddinədək azaldılmışdır (cild 9, iş vərəqi 47-71). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin tələbnaməsindən və Füzuli Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli, 1(064)-35/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs4 Füzuli rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli, 1(064)-35/2018 saylı hökmü ilə 04 aprel və 07 may 2018-ci ildə törədilmiş Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini tərətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, o, həmin cəzaya şərti olaraq məhkum edilmiş və üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilmişdir (cild 3, iş vərəqi 129-130; cild 6, iş vərəqi 84-91, cild 7, iş vərəqi 12). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin tələbnaməsindən, məhkəmə hökm və qərarından görünür ki, Təqsirləndirilən şəxs5 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 03 iyun 2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilib, cəza müddəti 03 ilə endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmış, 30 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya qərarına əsasən azad edilmişdir (cild 7, iş vərəqi 14). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Buna görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs5 törətdiyi az ağır cinayətə görə cəzadan azad edildiyi 30 iyun 2016-cı il tarixdən hazırkı iş üzrə ittiham olunduğu cinayəti törətdiyi vaxta kimi iki ildən çox müddət keçmədiyinə görə onun həmin vaxta məhkumluğu olmuş, lakin hal-hazıra kimi iki ildən çox müddət keçdiyinə görə məhkəmə onu məhkumluğu olmayan şəxs şəxs hesab edir. Bu baxımdan, Təqsirləndirilən şəxs5 qəsdən törətdiyi az ağır cinayətə görə hazırkı iş üzrə ittiham olunduğu cinayəti törətdiyi vaxtda məhkumluğu ödənilmədiyindən məhkəmə onun törətdiyi əməli cinayətin residivi kimi qiymətləndirir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 15.05.2010-cu ildə X21 ilə nikah bağlamış, himayəsində 2009-cu il təvəllüdlü Əlirza, 2010-cu il təvəllüdlü Məhəmmədrza, 2012-ci il təvəllüdlü Rüqəyya adlı üç azyaşlı uşağı vardır. Abşeron rayon icra hakimiyyəti başçısının Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs1 müsbət xarakterizə edilir (cild 3, iş vərəqi 100-105, cild 8, iş vərəqi 79 -85) İşdə olan Laçın rayon icra hakimiyyəti başçısının Alxaslı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs2 oğlu müsbət xarakterizə edilir (cild 8, iş vərəqi 78). İşdə olan Yardımlı rayon icra hakimiyyəti başçısının Televar inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs3 mənfi xarakterizə edilir, himayəsində 2014-cü il təvəllüdlü Sevda adlı bir azyaşlı uşağı vardır (cild 8, iş vərəqi 87-88). İşdə olan Füzuli rayon icra hakimiyyəti başçısının Birinci Zobucuq qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs4 müsbət xarakterizə edilir (cild 8, iş vərəqi 92). İşdə olan Sumqayıt şəhər Bələdiyyəsi “Xəzri” məhəllə komitəsindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs5 müsbət xarakterizə edilir (cild 8, iş vərəqi 89- 90). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 hər birinin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 7-ci bəndində qeyd edilir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Həmin Qərarın 23-cü bəndində məhkəmələrə tövsiyə olunur ki, həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin 01 dekabr 2017-ci ilədək qüvvədə olan “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən həmin Məcəllənin 177-187-ci, 189 və 189.1-ci maddələrində “xeyli miqdar” dedikdə, üç min manatdan yuxarı, lakin on min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə on min manatdan artıq olan məbləğ başa düşülür. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 zərəçəkmişlərin mənzilinə quldurluq məqsədi ilə deyil, oğurluq məqsədi ilə getməsi, Təqsirləndirilən şəxs5 30 noyabr 2017-ci il tarixdə cinayətdə iştirakdan könüllü imtina etməsi, cinayəti Zərərçəkmiş şəxs2 və Şahid3 tərəfindən təşkil edilməsi barədə məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların həmin ifadələri elan edilmiş ağır cinayət məsuliyyətindən və cəzadan yayındırmaq məqsədi güdür, özünümüdafiə xarakteri daşayır və cinayət işi üzrə toplanmış mötəbər subutlarla təkzib olunduğundan inandırıcı hesab olunmur. Belə ki, məlumdur ki, oğurluq - özgə əmlakının gizli olaraq talanmasıdır. Lakin təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri və məhkəmənin həmin hissədə sübut kimi qəbul etdiyi ifadələrindən görünür ki, təqsirləndirilən şəxslər 29 noyabr 2017-ci il tarixdə hadisə yerinə gəlib cinayət niyyətlərini həyata keçirmək üçün müşahidə apardıqları zaman zərərçəkmiş şəxslər mənzildən çıxıb getmiş, mənzil boş qalmışdır. Buna baxmayaraq, təqsirləndirilən şəxslər mənzilə gizli girməyə cəhd belə etməmişlər və hadisə yerini tərk etmişlər. Ertəsi gün, onlar yenidən hadisə yerinə gəlib həyətdən mənzili müşahidə edərkən mənzildə işıq yandığını görüb, mənzildə adam olduğunu dərk edib mənzil yerləşən mərtəbəyə qalxmış və mənzilin qarşısında mövqe tutaraq fürsət üçün zərərçəkmiş şəxslərin mənzildən çıxmasını gözləmişlər. Həhayət zərərçəkmiş şəxsər mənzildən çıxdıqda onlara basqın etmişlər. Bu hallar onu göstərir ki, təqsirləndirilən şəxslər mənzilədə olan pulu gizli olaraq talama formasında deyil, məhz basqın edərək talamağı planlaşdırmışlar. Bundan başqa məhkəmə təqsirləndirilən şəxslərin mənzildə külli miqdarda deyil, xeyli miqdarda pul olmasına dair onlarda məlumat olması barədə məhkəmədə verdikləri ifadələrini də qəbul etmir. Bu hissədə də məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri, yəni mənzildə ******* (bir milyon dörd yüz min) manat olmasına dair məlumatlarının olması barədə ifadələrini sübut kimi qəbul edir. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi sonuncu ifadəsilə Şahid4 onu həmin cinayətə sövq etməsini bildirməsini, məhkəmə onun özünün də ərizəsində və ifadəsində göstərdiyi kimi zərərçəkmiş şəxslərin rəğbətini qazanaraq sonuncularla barışığa cəhd kimi qiymətləndirir. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutları məcmu halında qiymətləndirib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 İsimayıl oğlunun bir qrup şəxs halında özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olub, zərərçəkmiş şəxslərin həyat və sağlamlıqları üçün real təhlükəli olan zor tətbiq edərək basqın etməklə quldurluq cinayəti törətmələri təsdiq olunur, onlar həmin cinayət əməlini törətməkdə təqsirlidirlər, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 3 azyaşlı uşağın olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 himayəsində 1 azyaşlı uşağın olmasını, əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs5 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 61.1ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hal məhkəmə zamanı müəyyən olunmadı. Təqsirləndirilən şəxs5 əməlində residivin olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 cəza həddi və növü təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətlərini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini, habelə onların hər birinin cinayətdə iştirak dərəcəsini nəzərə alır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsinin sanksiyasında on ildən on beş ilədək müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə bu cinayət xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən, qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş tutma haqqında protokoldan və qətimkan tədbiri seçilməsi haqqında məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 18 dekabr 2018-ci il tarixdə tutulmuş, 20 dekabr 2018-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 18 dekabr 2018-ci il tarixdən hesablanmış, hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 3, iş vərəqi 10, 21, 64-65). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun həbs olunduğu 18 dekabr 2018-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş tutma haqqında protokoldan və qətimkan tədbiri seçilməsi haqqında məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 cinayət törətməkdə şübhəli şəxs qismində 04 iyul 2018-ci il tarixdə tutulmuş, 48 saat müddətində ona ittiham elan olunması üçün sübutlar əldə etmək mümkün olmadığından 06 iyul 2018-ci il tarixli qərarla həbsdən azad olunmuş, 16 iyul 2018-ci il tarixli qərarla şübhəli şəxs statusunudan azad edilmiş, sonra onun Azərbaycan Respublikası CM-in 181.3.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə 28 yanvar 2019-cu il tarixdə qərar qəbul edilmiş, istintaqdan qaçıb gizləndiyindən ittihamı elan etmək mümkün olmadığından 29 yanvar 2019-cu il tarixdə qəbul edilmiş qərarla barəsində axtarış elan olunmuş, 08 fevral 2019-cu il tarixdə polis əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim olunmuş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 fevral 2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 fevral 2019-cu il tarixdən hesablanmışdır (cild 1, iş vərəqi 189-190, 209, 219; cild 3, iş vərəqi 237, 242; cild 4, iş vərəqi 196-197). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 tutulduğu iki gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunacaq cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun həbs olunduğu 08 fevral 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə 24 may 2019-cu il tarixdə qərar qəbul edilmiş, istintaqdan qaçıb gizləndiyindən eyni tarixdə barəsində axtarış elan edilmiş, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin onun tutulduğu vaxtdan hesablanması qərara alınmış, 19 iyul 2019-cu il tarixdə Rusiya Federasiyasında tutulmuş və 23 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasına təhvil verilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 6, iş vərəqi 180- 181, 183-184; cild 7, iş vərəqi 44-46, 183-191; cild 8, iş vərəqi 12-14, 46, 48). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs5 cəzaçəkmə müddətinin əvvəli onun həbs olunduğu 19 iyul 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş tutma haqqında protokoldan və qətimkan tədbiri seçilməsi haqqında məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs3 cinayət törətməkdə şübhəli şəxs qismində tutulması və barəsində axtarış elan edilməsi haqqında Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə qərar qəbul edilmişdir. Respublika Baş Prokurorluğunun İstintaq İdarəsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə də Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə 07 mart 2019-cu il tarixdə qərar qəbul edilmiş, istintaqdan qaçıb gizləndiyindən ittihamı elan etmək mümkün olmadığından eyni tarixdə qəbul edilmiş qərarla barəsində axtarış elan olunmuş, 09 mart 2019-cu il tarixdə Yardımlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim olunmuş və Yardımlı rayon məhkəməsinin 11 mart 2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs3 hər iki cinayəti törətdiyindən Azərbaycan Respublikası CPM-nin 49.1-ci maddəsinin tələbinə əsasən 08 aprel 2019-cu il tarixdə ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ona 15 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3 və 181.3.2-ci maddələri ilə ittiham elan edilmiş və istintaq bir icraatda davam etdirilmiş, 19 avqust 2019-cu il tarixdə ona Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2, 221.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş və həmin cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilmişdir. 190846002 nömrəli cinayət işindən 14 avqust 2019-cu il tarixdə Təqsirləndirilən şəxs3 və digərlərini barəsində Azərbaycan Respublikası CM-nin 181.3.2 və digər maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış və 19 avqust 2019-cu il tarixdə ona Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, həmin iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 sentyabr 2019-cu il tarixdən hesablanmışdır (cild 4, iş vərəqi 189, 198-199, 200- 201, 203, 205-208, 210-211, 234-237; cild 8, iş vərəqi 21-26, 168-169; cild 9, iş vərəqi 7-10). Məhkəmə iclasında müəyyən edildi ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 23.02.2019-cu il tarixdə törətdiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı 09 mart 2019-cu il tarixdən hesablanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərarı ilə hökm dəyişdirilib, Təqsirləndirilən şəxs3 təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 5 (beş) il azadlıqdan məhrum etmə cəzası həddinədək azaldılmışdır. CM-nin 181.3.2-ci maddəsilə ittiham olunduğu hazırkı cinayət əməlini isə 29 və 30 noyabr 2017-ci il tarixdə törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs3 Şirvan Apellyasiya Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərarına əsasən 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi nəzərə alınmaqla ona hazırkı hökm üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsi 181.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, cəzaçəkmə müddətinin əvvəli onun həbs olunduğu 09 mart 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş tutma haqqında protokoldan və qətimkan tədbiri seçilməsi haqqında məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs4 cinayət törətməkdə şübhəli şəxs qismində 16 may 2019-cu il tarixdə tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 16 may 2019-cu il tarixdən hesablanmış və hazırkı hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 6, iş vərəqi 111, 137-138). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 cəzaçəkmə müddətinin əvvəli onun həbs olunduğu 16 may 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Füzuli Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli, 1(064)-35/2018 saylı hökmü ilə Təqsirləndirilən şəxs4 04 aprel və 07 may 2018-ci ildə törədilmiş Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini tərətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, o, həmin cəzaya şərti olaraq məhkum edilmiş və üzərində 01 il sınaq müddəti müəyyən edilmiş, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması hökm edilmişdir (cild 3, iş vərəqi 129-130; cild 6, iş vərəqi 84-91, cild 7, iş vərəqi 12). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs4 barəsində çıxarılmış Füzuli Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli, 1(064)-35/2018 saylı hökmü ilə bağlı aşağıdakıları qeyd etməyi lazım bilir: Belə ki, həmin hökmə əsasən Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, ona təyin edilmiş cəza 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Cinayət qanunvericiliyinin həmin müddəasından aydın olur ki, şərti məhkum etmənin ləğvinin konkret əsasları qanunla müəyyən edildiyindən və Təqsirləndirilən şəxs4 hazırkı iş üzrə cinayət əməlini sınaq müddəti ərzində törətmədiyindən qeyd olunan müddəa ona şamil edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 27-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, şərti məhkum edilmiş şəxsin birinci iş üzrə hökm çıxarılanadək başqa cinayət törədilməsində də təqsirli olması müəyyən edilərsə, bu halda, CM-nin 65-ci maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilmir, belə ki, CM-nin 71-ci maddəsində şərti məhkum etmənin ləğv edilməsi əsaslarının tam siyahısı verilmişdir. Belə hallarda, birinci və ikinci işlər üzrə hökmlər müstəqil icra olunur. Cinayət qanunvericiliyinin yuxarıda göstərilən müddəasına əsasən və Ali Məhkəmə Plenumunun tövsiyələrini nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı hökmlə Füzuli Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli hökmü CM-nin 66.5-ci maddəsinə əsasən birləşdirilə bilməz, hər iki iş üzrə hökmlər müstəqil icra olunmalıdır. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan, zərərçəkmiş şəxs X4 götürülmüş 29 və 30 noyabr 2017-ci il tarixlərdə hadisə baş vermiş Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsidə 126 saylı binada quraşdırılmış kamera görüntülərindən çap olunmuş fotoşəkillər və disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 18 dekabr 2018-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə tutulduğu iki gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunan cəzadan çıxılsın. Üzərində qəti olaraq 11 (on bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun həbs olunduğu 08 fevral 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 hazırkı hökm üzrə təyin edilmiş cəzaya Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 1(99)-443/2019 saylı hökmü ilə təyin edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərarı ilə azaldılaraq təyin edilmiş 5 (beş) il azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs3 qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 09 mart 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 16 may 2019cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hazırkı hökm və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, ona təyin edilmiş cəzanın 1 (bir) il sınaq müddəti ilə şərti hesab olunması haqqında Füzuli Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli hökmü müstəqil icra olunsun. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 19 iyul 2019cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan, kamera görüntülərindən çap olunmuş fotoşəkillər və disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-91/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-91/2021
23.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver