Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-91/2022 08.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 nümayəndəsi olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1986-cı il yanvarın 18-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, himayəsində iki nəfər azyaşlı uşağı olan, əvvəllər məhkum edilməmiş, Zərərçəkmiş şəxs5ndə tur satıcısı işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2.-ci, 178.2.3.-cü, 178.2.4.-cü, 179.3.2.-ci və 308.2.-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vuraraq vahid niyyətlə ələ keçirməklə təkrarən dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə edib ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə yolu ilə təkrarən talamış, vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2013-cü il aprelin 12-də Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X37 Qeydiyyatı İdarəsindən ********** nömrəli VÖEN ilə qeydiyyatdan keçmiş, hüquqi ünvanı ünvan 2orayon, ev 121, mənzil 50 ünvanında yerləşən, əsas fəaliyyəti isə turizm sahəsində müştərilərə aviabilet və otel rezervasiyalarını həyata keçirmək olan Zərərçəkmiş şəxs5ndə 2017-ci il dekabrın 01-dən tur satıcısı vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə ailəsi ilə birlikdə Türkiyə Respublikasına səyahət etmək üçün otel rezerv etməsi barədə 2018-ci il dekabr ayının sonlarında istifadəsindəki ***-***-**-** mobil nömrənin «WhatsApp» tətbiq etməsi vasitəsi ilə özünə müraciət edən cəmiyyətin əvvəllər müştərisi olmuş Zərərçəkmiş şəxs4 real alıcı olduğunu bildikdən sonra sonuncuya 2019-cu il avqustun 25-dən 2019-cu il sentyabrın 05-dək olan müddətdə dörd nəfər şəxsin istirahət etməsi məqsədi ilə Türkiyə Respublikasının Antalya şəhərində yerləşən «X40» otelinin bir otağının rezervasiyasını ümumilikdə 9.095 manat pula təşkil edəcəyini vəd edib aldadaraq sonuncunun razılığını almış, qulluq mövqeyinə görə Zərərçəkmiş şəxs4 özünə olan inamından və etibarından istifadə etməklə MMC-nin ünvan 4 ünvanında yerləşən ofisində sonuncudan 2019-cu il yanvarın 13-də ilkin olaraq 3.400 manat, daha sonra 2019-cu ilin mart ayında özünün göndərdiyi kuryer vasitəsi ilə qeyd olunan ünvanda yerləşən ofisində 4.095 manat, 2019cu ilin yay aylarında həmçinin özünün göndərdiyi kuryer vasitəsi ilə cəmiyyətin qeyd olunan ünvanında yerləşən ofisində 1.600 manat, ümumilikdə 9.095 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs4 almaqla şəxsi ehtiyaclarına sərf etmiş, sonuncuya məxsus həmin pul vəsaitini ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə edərək özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə ailəsi ilə birlikdə Türkiyə Respublikasına səyahət etmək üçün otel rezerv etməsi barədə 2018-ci il dekabrın 29-da istifadəsində olan ***-***-**-** mobil nömrəsinin «WhatsApp» tətbiq etməsi vasitəsi ilə özünə müraciət edən Zərərçəkmiş şəxs3 otel rezervasiyası edəcək real alıcı olduğunu bildikdən sonra sonuncuya 2019-cu il avqustun 27-dən 2019-cu il sentyabrın 06-dək olan müddətdə iki nəfər şəxsin istirahət etməsi məqsədi ilə Türkiyə Respublikasının Antalya vilayətində yerləşən «X44» otelinin bir otağının rezervasiyasını ümumilikdə həmin dövrün rəsmi məzənnəsi ilə 6.800 manat təşkil edən 4.000 ABŞ dolları pula təşkil edəcəyinə dair yalandan vəd verib aldadaraq sonuncunun razılığını almış, qulluq mövqeyinə görə Zərərçəkmiş şəxs3 özünə olan inam və etibarından istifadə etməklə MMC-nin qeyd olunan ünvanda yerləşən ofisində sonuncudan ilkin olaraq 2019-cu il yanvarın 03-də özünün göndərdiyi kuryer vasitəsi ilə 2.040 manat, 2019-cu il martın 06-da 2.000 manat, 2019-cu il iyulun 15-də 2.760 manat və sonuncu ilə birlikdə səyahətə gedəcək qızı Leyla Babayevanın adına olan otel rezervasiyası və aviabiletləri Zərərçəkmiş şəxs3 anası Tleules İskəndərovanın adına dəyişmək adı ilə əlavə olaraq həmin dövrün rəsmi məzənnəsi ilə 170 manat təşkil edən 100 ABŞ dollarını qeyd edilən tarixdə həmin yerdə, ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 6.970 manat məbləğində pul vəsaitini sonuncudan almaqla şəxsi ehtiyaclarına sərf etmiş, bununla da Zərərçəkmiş şəxs3 məxsus həmin pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə edərək özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə ailəsi və qohumları ilə birlikdə Türkiyə Respublikasına səyahət etmək üçün otel rezerv etməsi barədə 2019-cu il fevral ayının əvvəllərində istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng etməklə özünə müraciət edən Zərərçəkmiş şəxs1 otel rezervasiya edəcək real alıcı olduğunu bildikdən sonra sonuncuya 2019-cu il sentyabrın 05-dən 2019-cu il sentyabrın 10-dək olan müddətdə yeddi nəfər şəxsin istirahət etməsi məqsədi ilə Türkiyə Respublikasının Antalya şəhərində yerləşən «X38 Suites» otelinin iki otağının rezervasiyasını ümumilikdə 2.950 manat pula təşkil edəcəyinə dair yalandan vəd verib aldadaraq sonuncunun razılığını almış, qulluq mövqeyinə görə Zərərçəkmiş şəxs1 özünə olan inam və etibarından istifadə etməklə sonuncunun tanışı Şahid7 vasitəsi ilə öz tanışı Şahid2 məxsus «Bank of Baku» açıq səhmdar cəmiyyətinin 729458 müştəri kodlu kart hesabına 2019-cu il fevralın 06-da Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən «Nərimanov» metrostansiyasının girişindəki «Komtec LTD» məhdud məsuliyyətli cəmiyyətinə məxsus «Milliön» elektron ödəmə sistemi ilə 1.680 manat, 2019-cu il aprelin 23-də Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən «Favorit» adlı marketdə olan «Milliön» elektron ödəmə sistemi ilə 400 manat, 2019-cu il mayın 15-də ünvan 5 ünvanında yerləşən «İstanbul» adlı marketdəki «Milliön» elektron ödəmə sistemi ilə 370 manat, 2019cu il martın 05-də Zərərçəkmiş şəxs5nə məxsus «Bank Respublika» açıq səhmdar cəmiyyətinin **********52250501 nömrəli bank hesabına ünvan 5 ünvanında yerləşən «İstanbul» adlı marketdəki «Milliön» elektron ödəmə sistemi ilə 500 manat, ümumilikdə 2.950 manat məbləğində pulun köçürülməsinə nail olub həmin pul vəsaitinin qeyd edilən tarixlərə uyğun kart hesablarından çıxarılaraq özünə təqdim edilməsinə nail olmaqla əldə etmiş, bununla da Zərərçəkmiş şəxs1 məxsus 2.950 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə edib vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə edərək özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə ailəsi və qohumları ilə birlikdə Türkiyə Respublikasına səyahət etmək üçün otel rezerv etməsi ilə əlaqədar 2019-cu il avqustun 01-də özünə müraciət etmiş Zərərçəkmiş şəxs2 otel rezervasiya edəcək real alıcı olduğunu bildikdən sonra sonuncuya 2019-cu il sentyabrın 05-dən 2019-cu il sentyabrın 10-dək olan müddətdə iki nəfər şəxsin istirahət etməsi məqsədi ilə Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən «X49» otelinin bir otağının rezervasiyasını ümumilikdə 900 manat pula təşkil edəcəyinə dair yalandan vəd verib aldadaraq sonuncunun razılığını almış, qulluq mövqeyinə görə Zərərçəkmiş şəxs2 ona olan inam və etibarından istifadə etməklə sonuncudan 2019-cu il avqustun 01-də MMC-nin ünvan 4 ünvanında yerləşən ofisində 200 manat, 2019-cu il avqustun 19-da Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində 700 manat, ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 900 manat məbləğində pul vəsaitini vahid niyyətlə almış, bununla da öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təkrarən Zərərçəkmiş şəxs5 tur satıcısı vəzifəsində işləyərkən həmin cəmiyyətlə bağlanmış 2017-ci il 01 dekabr tarixli əmək müqaviləsinə əsasən cəmiyyətin maraqlarına ziyan vurmamaq, aviabiletlərin və otel nömrələrinin satışını həyata keçirmək, cəmiyyətə aid maddi nemətlərin qorunub saxlanılmasına cavabdeh olmaq və sair səlahiyyətlərə malik inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib cəmiyyətin qarşılıqlı müqavilələr əsasında ödəniş haqqını sonradan ödəmək yolu ilə aviabilet və turpaketlər aldığı «X47» məhdud məsuliyyətli cəmiyyəti ilə 2017-ci il 15 mart tarixli, "xxxx" məhdud məsuliyyətli cəmiyyətin ilə 2017-ci il 15 mart tarixli və «Kartaca Turizm» LTŞ ilə 2018-ci il 01 yanvar tarixli biletlərin və turların satışının təmin edilməsi məzmunlu müqavilələrdən yararlanmaqla aviabilet və səyahət turlarının satışı ilə əlaqədar vətəndaşlar tərəfindən ödənilən və Zərərçəkmiş şəxs5nə məxsus olmaqla sonradan digər məhdud məsuliyyətli cəmiyyətlər qarşısında həmin satışdan irəli gələn öhdəliklərinin də icrası üçün xəzinəsinə mədaxil etməli olduğu pul vəsaitlərini, yəni ona etibar edilmiş özgə əmlakını qulluq mövqeyindən istifadə edərək mənimsəmə və israf etmə yolu ilə talamaq qərarına gəlib cinayətkar niyyətini həyata keçirmək üçün 2019-cu il iyul-avqust aylarında Zərərçəkmiş şəxs5 ünvan 4 ünvanında yerləşən ofisində, «X26» məhdud məsuliyyətli cəmiyyətinin Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli və Təbriz küçələrinin kəsişməsində yerləşən «Təbəssüm» firmasına məxsus binanın ikinci mərtəbəsində yerləşən ofisində və istintaqa məlum olmayan yerlərdə aviabilet və səyahət turları üzrə paketlər almaq məqsədilə özünə müraciət etmiş ayrı-ayrı şəxslərdən aldığı müxtəlif məbləğlərdə pul vəsaitinə uyğun, bir sıra hallarda daha çox satış həyata keçirmək üçün qəsdən ucuz qiymətə də satmaqla, müvafiq turpaketləri ilə təmin edilmələri üçün cəmiyyətin müvafiq öhdəlik qarşılığında «X47» məhdud məsuliyyətli cəmiyyəti, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti və «Kartaca Turizm» LTŞ-ə sifarişlər verməsinə nail olaraq həmin şəxslərin adına müxtəlif məbləğlərdə, o cümlədən, Hikmət Məmmədovun adına 729,56 manat, Şahid17 adına 729,56 manat, Elnur İbrahimovun adına 653,28 manat, Esmira İbrahimovanın adına 653,28 manat, Ülkər İbrahimlinin adına 586,54 manat, Vüqar İbrahimlinin adına 586,54 manat, Elşən Həsənovun adına 64,13 manat, Xurşid Həsənovanın adına 64,13 manat, Möhsün Həkimovun adına 478,33 manat, Mədinə Həkimovanın adına 478,33 manat, Səkinəxanım Həkimovanın adına 478,33 manat, Rəsul Həkimzadənin adına 478,33 manat, Şahmurad Ağayevin adına 591,44 manat, Nurlan Mirzəzadənin adına 591,44 manat, Eldar Əhmədovun adına 666,63 manat, Məryəm Əhmədovanın 666,63 manat, Elmar Əhmədovun adına 786,76 manat, Nisəxanım Axundzadənin adına 786,76 manat, Rafiq Qəniyevin adına 591,44 manat, Muhammadəli Qəniyevin adına 618,40 manat, Yalçın Talıbovun adına 1.175,35 manat, Həmidə Səmədovanın adına 484,66 manat, Elvin Şahverdiyevin adına 484,66 manat, Musa Yaqubovun adına 452,50 manat, Şahid14 adına 541,41 manat, Yasəmən Əliyevanın adına 674,17 manat, Laçinə Əliyevanın adına 674,17 manat, Mira Alıyevanın adına 674,17 manat, Kamilla Alıyevanın adına 674,17 manat, Əlihüseyn Bağırovun adına 828,12 manat, Əziz Vəliyevin adına 380,90 manat, Nərmin Hümbətovanın adına 667,17 manat, Djeyxun Qanıevin adına 724,41 manat, Elvin Qəniyevin adına 724,41 manat, Mədinə Həbiblinin adına 760,37 manat, İdayət Həbibovun adına 913,70 manat, Şərqiyə Həbibovanın adına 913,70 manat, Fatimə Həbiblinin adına 760,37 manat, Aynurə Kərimovanın adına 913,70 manat, Fatimə İsmayılovanın adına 913,70 manat, Azadə Kərimovanın adına 913,70 manat, Səidə Xankişiyevanın adına 795,46 manat, Hüseyn Nəzərovun adına 795,46 manat, Ələkbər Hüseynovun adına 1.118,37 manat, Şahid16 adına 1.118,37 manat, Həsənəli Dövlətovun adına 1.118,37 manat, Ramal Hümbətovun adına 576,37 manat, Tuncay Hümbətovun adına 576,37 manat, Şahid23 adına 667,17 manat və Gülnar Hümbətovanın adına 667,17 manat dəyərində olmaqla, cəmi 50 nəfər şəxsin adına 33.962,46 manat dəyərində aviabiletləri 2019-cu il iyulun 21-dən 2019-cu il iyulun 30-dək olan müddət ərzində «X48» məhdud məsuliyyətli cəmiyyətindən, habelə Arzu Əzimzadənin adına 850,07 manat, Əli Məmmədovun adına 713,33 manat, Turan Məmmədovun adına 850,07 manat, Anar Aslanovun adına 1148,63 manat, Ayxan Aslanovun adına 1.148,63 manat, Şirxan Aslanovun adına 1.148,63 manat, Təranə Aslanovanın adına 1.148,63 manat, Aydan Aslanovanın adına 1.148,63 manat, Arzu Muxtarovanın adına 611,32 manat, Rahim Axundlunun adına 611,32 manat, Aylin Məmmədovanın adına 713,33 manat, Rauf Əsgərovun adına 996,11 manat, Səbinə Kələşovanın adına 945,96 manat, Elçin Mirzəlinin adına 1.361,31 manat, Sabrin Mirzəlinin adına 1.361,31 manat, Dəniz Mirzəlinin adına 1.096,27 manat, Yadigar Məmmədlinin adına 823,65 manat, Aygün Fətəliyevanın adına 996,11 manat, Zahid Süleymanovun adına 375,30 manat, X41 adına 274,60 manat, Səadət Rzayevanın adına 274,29 manat, Samir Həsənzadənin adına 274,29 manat, Günel Həsənovanın adına 274,29 manat, Seymur Qasanovun adına 274,29 manat, Elçin Vəliyevin adına 571,80 manat, Sevda Bağırovanın adına 312,75 manat, Amid Adıgözəlovun adına 571,80 manat, Məmmədcəfər Adıgözəlovun adına 571,80 manat, Orxan Adıgözəlovun adına 1.188,63 manat, Asunta Hüseynovanın adına 1.188,63 manat, Nilufər Adıgözəlovanın adına 966,94 manat, Aygün Qasanovanın adına 861,65 manat, Svetlana Cəfərovanın adına 861,65 manat, Şaxin Qasanovun adına 861,65 manat, Adil Qasanovun adına 823,75 manat, Samir Ağamirzəzadənin adına 571,33 manat, Elmir Nəsirovun adına 408,79 manat, Şahid13 adına 630,97 manat, Rufana Həşimzadənin adına 630,97 manat, Miray Həşimzadənin adına 549,43 manat, Dəniz Həşimzadənin adına 549,43 manat, Eldar Abbasovun adına 689,76 manat, Müzəffər Həsənovun adına 689,76 manat, Şahid18 adına 520,21 manat, Cavidan Zeynalovun adına 435,43 manat, Aygün Əliyevanın adına 520,21 manat, Günay Muxtarzadənin adına 520,21 manat, Təranə Vəliyevanın adına 1.072,75 manat, Riyad Vəliyevin adına 1.072,75 manat, İbrahim Vəliyev adına 940,87 manat, Afaq Məmmədovanın adına 645,43 manat, Anar Məmmədovun adına 645,43 manat, Ramiz Məmmədovun adına 645,43 manat, Leylaxanım Məmmədovanın adına 645,43 manat, Vidadi İbrahimovun adına 523,76 manat, Lalə Nəsirovanın adına 408,79 manat, Leyla Nəsirovanın adına 408,79 manat, Türkan Nəsirovanın adına 494,48 manat, Safura Davidovanın adına 539,05 manat, Anar Davidovun adına 539,05 manat, Kərim Davidovun adına 539,05 manat, Səadət Davidovanın adına 539,05 manat, Səma Davidovanın adına 539,05 manat, Murad Cəfərovun adına 220,80 manat, Rəşad Cəfərovun adına 266,70 manat, Yusif Cəfərovun adına 220,80 manat, Fidan Cəfərovanın adına 266,70 manat, Aynur Səfərovanın adına 1.367,17 manat, Elvin Səfərovun adına 1.367,17 manat, Leyla Səfərlinin adına 1.100,43 manat, Rəsul Səfərlinin adına 1.100,43 manat, Fatima Əhmədovanın adına 1.147,13 manat, Şahid15 adına 1.147,13 manat, Habil Əmirəliyevin adına 935,87 manat, Ömər Əmirəliyevin adına 935,87 manat, Tahir Həsənovun adına 1.147,13 manat, Təyyar Həsənlinin adına 935,87 manat, Rəna Həsənovanın adına 1.147,13 manat, Qiyas Həsənlinin adına 935,87 manat, Şahid28 adına 775,34 manat, Əsmər Şəmiyevanın adına 775,34 manat, Ayla Cilin adına 178,60 manat, Eren Cilin adına 178,60 manat, Eda Cilin adına 47,58 manat, Nurhan Atayevin adına 530,80 manat, Övsəd Həmidovun adına 718,99 manat, Rahilə Hüseynovanın adına 656,50 manat, Səbinə Hüseynovanın adına 656,50 manat, Kənan Əhmədzadənin adına 571,33 manat, Aydın Tağıyevin adına 479,63 manat, Vaqif Tağıyevin adına 479,63 manat, Mədinə Tağıyevanın adına 500,59 manat, Vüqar Tağıyevin adına 500,59 manat, Qurban Zeynalzadənin adına 1.148,5 manat, Rauf İsmayılovun adına 1.148,5 manat və Aynurə Daşdəmirovanın adına 500,59 manat dəyərində olmaqla cəmi 96 nəfər şəxsin adına 69.206,89 manat dəyərində aviabiletləri 2019-cu il avqustun 01-dən 2019-cu il avqustun 16-dək olan müddətdə "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən, habelə Hikmət Məmmədovun və Şahid17 adlarına həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 1.694,9 manat təşkil edən 850 avro və 40 ABŞ dolları, Ələkbər Hüseynovun, Şahid16 və Həsənəli Dövlətovun adlarına həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 2.423,04 manat təşkil edən 1.210 avro və 63 ABŞ dolları, Qurban Zeynalzadənin və Rauf İsmayılovun adlarına həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 1.720,84 manat təşkil edən 860 avro və 44 ABŞ dolları, Nural Mirzəzadənin, Şaxmurad Aqaevin, Elvin Qəniyevin, Rafiq Qanıevin və Djeyxun Qanievin adlarına həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 8.746,98 manat təşkil edən 4.570 avro, Şərqiyə Həbibovanın, İdayət Həbibovun, Mədinə Həbiblinin, Aynurə Kərimovanın, Fatimə Həbiblinin, Fatimə İsmayılovanın və Azadə Kərimovanın adlarına həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 15.367,10 manat təşkil edən 7.900 avro və 145 ABŞ dolları, Ramal Hümbətovun, Gülnar Hümbətovanın, Şahid23, Tuncay Hümbətovun və Nərmin Hümbətovanın adlarına həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 5.107,30 manat təşkil edən 2.600 avro və 77 ABŞ dolları, Anar Aslanovun, Təranə Aslanovanın, Şirxan Aslanovun, Ayxan Aslanovun və Aydan Aslanovanın adlarına həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 5.872,02 manat təşkil edən 2.980 avro və 99 ABŞ dolları, Sevda Bağırovanın adına həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 1.339,94 manat təşkil edən 676,98 avro və 26 ABŞ dolları, Elçin Mirzəlinin, Sabrin Mirzəlinin və Dəniz Mirzəlinin adlarına həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 2.390,74 manat təşkil edən 1.210 avro və 44 ABŞ dolları, Elvin Səfərovun, Leyla Səfərlinin, Aynur Səfərovun və Rəsul Səfərlinin adlarına həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 3.487,52 manat təşkil edən 1.680 avro və 160 ABŞ dolları, Fatimə Akhmədovanın, Şahid15, Habil Əmirəliyevin, Ömər Əmirəliyevin, Tahir Həsənovun, Təyyar Həsənlinin, Rəna Həsənovanın və Qiyas Həsənlinin adlarına həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 28.863,12 manat təşkil edən 15.080 avro, Arzu Əzimzadənin, Aylin Məmmədovanın, Əli Məmmədovun və Turan Məmmədovun adlarına həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 14.333,6 manat təşkil edən 7.400 avro və 100 ABŞ dolları, Aytac Məmmədzadənin, Tural Qarayevin, Vüsal Məmmədzadənin, Ofelya Şirinovanın, Arzu Şirinəliyevanın və Əsmər Qasımovanın adlarına həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 11.658,45 manat təşkil edən 5.949,03 avro və 160 ABŞ dolları, Adil Qasanovun, Svetlana Cəfərovanın, Yusif Qasanovun, Aygün Qasanovanın və Şaxin Qasanovun adlarına həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 22.266 manat təşkil edən 11.500 avro və 150 ABŞ dolları, Orxan Adıgözəlovun, Asonta Hüseynovanın və Nilufər Adıgözəlovanın adlarına həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 2.067,12 manat təşkil edən 1.080 avro, Elmar Əhmədovun, Eldar Əhmədovun, Nisəxanım Axundzadənin və Məryəm Əhmədzadənin adlarına həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 3.400,38 manat təşkil edən 1.670 avro və 120 ABŞ dolları, Bəsti Məmmədovanın və Maysara Mirzəliyevanın adlarına həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 2.718,69 manat təşkil edən 1.392 avro və 32 ABŞ dolları, Şahid13, Rufanə Həşimzadənin, Miray Həşimzadənin və Dəniz Həşimzadənin adlarına həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 5.912,5 manat təşkil edən 3.050 avro və 44 ABŞ dolları, Şahid28 və Əsmər Şəmsiyevanın adlarına həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 2.070,9 manat təşkil edən 1.050 avro və 36 ABŞ dolları, Minəxanım Həsənovun, Şamil Həsənovun, Aydın Həsənovun və Həlimə Həsənovanın adlarına həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 5.907,72 manat təşkil edən 2.980 avro və 120 ABŞ dolları, Ramiz Məmmədovun, Anar Məmmədovun, Leyla Məmmədovanın və Afaq Məmmədovanın adlarına həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 3.939,23 manat təşkil edən 1.979,95 avro və 88 ABŞ dolları dəyərində olmaqla, cəmi 83 nəfər şəxsin adına 151.288,10 manat dəyərində otel rezervasiyalarını 2019-cu ilin iyul-avqust ayları ərzində «Kartaca Turizm» LTŞ-dən Zərərçəkmiş şəxs5 hesabına sifariş verərək göstərilən şəxsləri ümumilikdə 254.520,63 manat dəyərində bilet və turpaketlərlə təmin edib bununla əlaqədar bəzi hallarda səyahət turları üzrə paket və aviabiletləri faktiki bazar qiymətindən dəfələrlə aşağı məbləğdə satmaqla 146 nəfər şəxsdən həmin bilet və turpaketlərə görə ümumilikdə 182.337,91 manat məbləğində pul vəsaitini qeyd edilən ünvanlarda həmin müddətdə alıb Zərərçəkmiş şəxs5 xəzinəsinə mədaxil etmədən öz şəxsi məqsədlərinə uyğun sərf edərək vahid niyyətlə mənimsəməklə, habelə həmin aviabilet və səyahət turlarının faktiki bazar qiymətindən dəfələrlə ucuz qiymətə satışını həyata keçirməklə ona etibar edilmiş cəmi 72.119,54 manat məbləğində pul vəsaitini vahid niyyətlə israf etməklə, qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş cəmi 254.457,45 manat məbləğində Zərərçəkmiş şəxs5nə məxsus pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə həmin cəmiyyətə vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən talamış, həmin hərəkətləri ilə hüquqi şəxs olan Zərərçəkmiş şəxs5 aviabilet və tur satışı ilə əlaqədar tərəfdaş olduğu hüquqi şəxslər qarşısında etimadsızlığına və cəmiyyətdə nüfuzuna xələl gətirməklə hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.2.2.-ci, 178.2.3.-cü, 178.2.4.-cü, 179.3.2.-ci və 308.2.-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o heç bir cinayət törətməmişdir. Alınan aviabiletlərin pulları Zərərçəkmiş şəxs5 ofisində Şahid1 tam şəkildə ödənilmiş, biletlər gizli şəkildə alınmamış, sonuncu bu barədə məlumatlı olmuşdur. Belə ki, aviabilet alışı elektron poçt və «WhatsApp» proqramında əks edildiyi üçün istənilən zaman İlqar müəllim tərəfindən dayandırılması mümkün olmuşdur və sonuncu aviabiletlərin pulunun ödənilməsini gecikdirdiyi üçün «X48» məhdud məsuliyyətli cəmiyyətinin direktorundan 15 gün vaxt istəmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2019-cu ilin sentyabr ayında Türkiyə Respublikasında istirahət etməyi planlaşdırıb həmin ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs5 tur satıcısı Təqsirləndirilən şəxs zəng etmiş, sonuncu ona «X38 Suites» otelinin 2019-cu il sentyabrın 05-dən 2019-cu il sentyabrın 10-dək olan müddətdə rezervasiyasına yeddi nəfərə iki otaq üçün görə 2.950 manat ödəməli olduğunu demişdir. O, dostu Şahid7 onun əvəzinə otel rezervasiyasının pulunu ödəməyi xahiş etmiş, sonuncu «Milliön» terminalı ilə qeyd olunan pulu ödəmişdir. 2019-cu il avqust ayının sonlarında Nərgizin vətəndaşları səyahət turpaketləri satmaq vədi ilə aldadaraq pullarını ələ keçirməsi barədə internet səhifələrindəki xəbərləri eşitdikdə Zərərçəkmiş şəxs5 MMC-nin direktoru Şahid1 ilə telefon əlaqəsi saxlamış, sonuncu sistem üzərindən dəqiqləşdirmə aparıb Nərgiz tərəfindən onlara məxsus otel rezervasiyasının pulunun ödənilmədiyini, ona görə də onları otelə buraxmayacaqlarını bildirmişdir. Bundan sonra 2019-cu il avqust ayının sonlarında yenidən «X38 Suites» otelində qeyd olunan tarixdə istirahət etmək üçün 3.120 manat pul ödəmişdir. O, ailə üzvləri və qohumları ilə birlikdə Türkiyəyə gedib qeyd olunan oteldə istirahət etmişlər. 2019-cu ilin sentyabr ayında Zamiq «X26» məhdud məsuliyyətli cəmiyyətinin direktoru Şahid2 ilə görüşüb pullarını geri qaytarmasını tələb etdikdə sonuncu puldan xəbərinin olmadığını demişdir. İş üzrə şahid qismində dindirilən Zərərçəkmiş şəxs5 direktoru Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2017-ci il dekabrın 01-dən etibarən Zərərçəkmiş şəxs5ndə tur satıcısı vəzifəsində çalışmaqla vəzifəsi vətəndaşların sifarişlərini qəbul etmək, əlaqəli işlədikləri xarici və daxili turizm şirkətlərindən aviabilet və turpaketləri almaq, aldığı pulları ona təhvil vermək və sairdən ibarət olmuş, sonuncu 2019-cu il iyulun 21-dən 2019-cu il avqustun 29-dək olan müddətdə müxtəlif şəxslərlə müştəri qismində görüşərək müxtəlif ölkələrə səyahət turları satmağı vəd edərək pullarını almışdır. Nərgiz 2019-cu ilin iyun ayından etibarən onun xəbəri olmadan bir sıra şirkət və vətəndaşlarla müqavilə bağlamadan əlaqəyə girib onlar üçün səyahət paketləri və aviabiletləri əldə etmək adı ilə xeyli vəsait almaqla şirkətə böyük ziyanlar vurmağa başlamış və bunu rəhbərlikdən müxtəlif yollarla gizlətmişdir. Bu məbləğlərin böyük hissəsini ofisdən kənar ərazilərdə qeyri-rəsmi şəkildə almış, həmin məbləğləri kassaya mədaxil etməyərək öz mənafeyinə uyğun istifadə etməyə başlamış, rəhbərlik ödəmələri tələb edəndə hər zaman bir bəhanə ilə ödəmə etməkdən boyun qaçırdığından araşdırma apararaq həqiqəti öyrənmişdir. O, Nərgizdən bu məbləğlərin aqibətini soruşanda sonuncu «xeyli ziyanlar edib onları bağlamışam» desə də məbləğ çox böyük olduğuna görə inanmamışdır. Nərgiz otel rezervasiyası və transferə görə Türkiyədə fəaliyyət göstərən «Kartaca turizm» məhdud məsuliyyətli cəmiyyəti vasitəsi ilə vətəndaşlardan aldığı 82.618 avro və 3.844 ABŞ dolları, ümumilikdə 160.000 manat pulu qeyd olunan şirkətə ödəmədən həmin, həmçinin bilet və tur satışlarından onun şirkətinə mənfəət olaraq verilməli 15.623 manat pulu ələ keçirmişdir. Nərgiz aviabilet satışı üçün ayrı-ayrı vətəndaşlardan aldığı pulu Zərərçəkmiş şəxs5 MMCyə təhvil verməyərək «X47» MMC-yə 46.539 manat, "xxxx" MMC-yə isə 74.547 manat ziyan vurmuşdur. Nərgizin xahişi ilə təxminən 18.000 manat pulu sonuncunun müştəriləri olan Mövsüm Hakimovun və Zərərçəkmiş şəxs4 səyahət turpakterləri üçün «turinfo.az» sisteminə və "xxxx" MMC-yə ödəmiş, lakin həmin şəxslər ona ödəniş etməmişlər. 2019-cu il avqustun 01-dən onun göstərişi ilə Zərərçəkmiş şəxs5 MMC-nin əməkdaşı Şahid6 və "xxxx" MMC-nin əməkdaşlarının iştirakları ilə «WhatsApp» sosial şəbəkəsində qrup yaradılmış, Nərgiz müştərilərin pasportunun fotoşəklini özünün mobil telefonunun yaddaşına, Şəhanə isə həmin fotoşəkilləri qeyd olunan «WhatsApp» qrupuna göndərmişdir. "xxxx" MMC-nin əməkdaşları Nərgizin sifarişi əsasında sonuncunun müştəriləri üçün aviabiletləri «amadeus, galileo və sabre» sistemlərindən alıb Zərərçəkmiş şəxs5 MMC-yə məxsus elektron poçt ünvanına göndərdikdən sonra Şəhanə həmin aviabiletləri kağız və elektron formada Nərgizə vermiş, sonuncunun sifarişi əsasında Şəhanə tərəfindən "xxxx" MMC-dən ümumi dəyəri 69.206,89 manat olan aviabiletlərin pulları Zərərçəkmiş şəxs5 MMC-nin xəzinəsinə ödənilməmişdir. Ona görə də Zərərçəkmiş şəxs5 MMC-nin «X48» MMC-yə ümumi 33.962,46 manat borcu yaranmışdır. İş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, tələbə olaraq zəruri xərclərini qarşılamaq üçün 2015-ci ildən 2018-ci ilədək olan müddətdə bir neçə turizm şirkətində qeyri-rəsmi olaraq bələdçi kimi daxili turlarda işləsə də təhsilini başa vurduqdan sonra ixtisasına uyğun iş tapa bilmədiyindən özü daxili turların təşkili ilə məşğul olmaq qərarına gəlmiş, 2018-ci ilin may ayında fərdi sahibkar kimi qeydiyyata alınaraq daxili turların təşkili ilə məşğul olmağa başlamış, lakin icarəyə götürüləcək nəqliyyat vasitəsi 30 yerlik olmaqla tam dolmadan tura çıxmaq sərfəli olmadığından daxili turların təşkili ilə məşğul olan şəxslərlə, o cümlədən Zərərçəkmiş şəxs5 MMC-də bu sahə üzrə menecer işləyən Zahir adlı şəxslə tanış olub bir-biriləri ilə qarşılıqlı fəaliyyət göstərərək müştəriləri bir nəqliyyat vasitəsi ilə tura göndərmişlər və o, eyni zamanda həmin turda öz müştərilərinə bələdçilik etmişdir. Həmin ərəfədə işi ilə əlaqədar Zahirin yanına gedibgələndə şirkətin rəhbəri Şahid1 və ona xarici turlar üzrə menecer kimi təqdim olunan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. 2018-ci il oktyabr ayının əvvəlində Zahirlə birlikdə bələdçi kimi Şəki turuna gedəndə orada turist olan Nərgizi görüb münasibət qurmuş, turdan qayıtdıqdan sonra 2018-ci ilin noyabr ayında sonuncunun təklifi ilə həm də xarici turlar təşkil etmək üçün Bakı şəhərinin Yasamal rayonundakı «Elmlər Akademiyası» metrostansiyasının yaxınlığında ofis tutaraq fəaliyyətini davam etdirməyə başlamış, Nərgizin təklifi ilə 2019-cu il fevralın 25-də təsisçisi və direktoru özü olmaqla «X26» məhdud məsuliyyətli cəmiyyətini təsis etmişdir. Qeydiyyatdan keçmək üçün 10.000 manat depozit qoyulması tələb olunduğundan onun xarici turların təşkili üçün istifadə olunan «Turinfo.az» adlanan sistemdən istifadə etmək üçün maddi imkanı olmamış, Nərgiz də əgər o, öz adına şirkət açsa, şirkətin idarə edilməsi işlərini özünün həll edəcəyini demişdir. İlqardan bu işdə ona kömək göstərməsini istədikdə sonuncu onun müştərilərini öz şirkətinin adından sistemdə qeydiyyatdan keçirəcəyinə kömək edəcəyinə söz vermiş, lakin «Turinfo.az» sisteminə dair özünə məxsus fərdi giriş adını və parolunu verməmişdir. Həmin sistemlə bağlı zəruri qeydiyyat və rezerv işlərini Nərgiz özü həyata keçirməli olmuşdur. 2019-cu il mart ayının sonlarında Nərgizin təkidi ilə icarəyə götürmək üçün yeni ofıs axtarışına başlamışdır. Həmin il aprelin 04-də Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 15 m2 qeyri-yaşayış sahəsini icarəyə götürərək orada rəsmi fəaliyyətə başlamışdır. Əvvəllər tanıdığı X15 rəsmi olaraq menecer kimi işə götürsə də Nərgiz də İlqarın təklifi ilə köməklik məqsədilə ofisdə oturaraq müştərilərlə söhbət aparmış və turların sifarişini qəbul etmişdir. Sifarişdən əldə olunan pulları sifarişlərin (hotellərin, aviabiletlərin və s.) sistemdə qeydiyyata alınması üçün Nərgizə vermiş, sonuncu da pulları İlqara verməli olmuşdur. Ödənişlər edilərək turlar hazır olduqdan sonra aviabiletlərə dair elektron sənədlər və vauçerlər müştərilərə təqdim edilmişdir. Sənədləşmə işlərindən onun başı çıxmadığı üçün bu işlərə o qədər də müdaxilə etməmişdir. 2019-cu il iyul ayının sonuna qədər olan fəaliyyət müddətində Nərgizin işində hər hansı bir çatışmazlıq və ya ondan hər hansı bir şikayət olmasının şahidi olmamışdır. 2019-ci il avqustun 08-də bələdçi rəhbər kimi Batumi turuna getmiş, 1-2 gündən sonra Nərgiz ona İlqar ilə problemi yaranmasını yazmış, o, bunun səbəbini soruşduqda Nərgizin ondan aldığı turların pulunu tam götürməsinə baxmayaraq sistemdə ödənişləri qismən etdiyini, yerdə qalan pulu öz ehtiyaclarına sərf edib ödənişin qalan hissəsini tura bir neçə gün qalmış alacağı pulların hesabına ödəyəcəyini fikirləşdiyini, lakin İlqarın tanışı olan müştərilərdən birindən həqiqəti öyrəndiyini bilmişdir. Nərgiz tezliklə turların pulunu tam ödəcəyinə söz vermiş, təxminən bir həftədən sonra Batumi şəhərindən qayıdıb Nərgizdən pulları qaytarmasını tələb etdikdə sonuncu turların rezervasiya pulunu tam ödəyəcəyini vəd etmişdir. Şirkətin nüfuzunu qorumaq və adına xələl gətirməmək üçün yaxın qohumlarından və dostlarından yığdığı vəsait hesabına şəxslərin bir qisminin pullarını qaytarsa da müraciət edənlərin ardıarasının kəsilmədiyini görüb Nərgizdən şikayət etmiş, lakin şikayətindən sonra da ofisə çoxlu sayda müraciət zamanı ona təqdim edilən sənədlərdən Nərgiz hətta şirkətin blanklarından istifadə edərək sadəcə öz imzası ilə möhür olmadan şəxslərə tur satması ona məlum olmuşdur. 2019-ci il avqustun 29-dək olan müddətdə o, Nərgizin vətəndaşlardan tur satmaq adı ilə alıb ələ keçirdiyi pulları ödəmədiyi üçün vətəndaşları razı salmaq, şirkətin işgüzar nüfuzunu və reputasiyasını qorumaq üçün təxminən 40.000 manata yaxın pul ödəmiş, sonuncudan həmin pulları ödəməsini tələb elədikdə Nərgiz ilk əvvəllər onu tezliklə bütün çatışmazlıqları aradan qaldıracağına inandırmış, sonuncu atasına məxsus Bakı şəhəri, Sabuncu rayonu, Pirşağı qəsəbəsində 12 sota yaxın torpaq sahəsini satmaq üçün X6 adına etibarnamə verməklə vurduğu kütləvi ziyanla bağlı ödədiyi pulları ona qaytaracağına dair təminat vermişdir. Nərgiz tez-tez bır nəfər tanışından pul alıb borcunu ödəyəcəyini desə də vədinə əməl etməmişdir. İş üzrə şahid qismində dindirilən Şahid30 ifadəsində göstərdi ki, 2015-ci ildə təsis edilərək turizm sahəsində aviabilet və tur satışları ilə məşğul olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin direktoru olmaqla Şahid1 rəhbərlik etdiyi Zərərçəkmiş şəxs5 ilə qarşılıqlı işləmişlər. Zərərçəkmiş şəxs5 MMC-nin əməkdaşları onun işlədiyi MMC-dən aviabiletlər sifariş etmişlər. "xxxx" və Zərərçəkmiş şəxs5 MMC arasındakı razılığa əsasən «WhatsApp» sosial şəbəkəsində yaradılan qrup üzərindən, eləcə də «Skayp» proqramından istifadə etməklə və ya zəng etməklə bilet sifariş etmişlər, "xxxx"MMC-nin əməkdaşları Zərərçəkmiş şəxs5 MMC-dən sifarişləri qəbul etdikdən sonra vətəndaşın pasprotunun məlumatları əsasında aviabiletləri alıb elektron poçt ünvanına, «WhatsApp» sosial şəbəkəsində qrup və ya Skayp» proqramları vasitəsi ilə Zərərçəkmiş şəxs5 MMC-yə göndərmişlər. Zərərçəkmiş şəxs5 MMC-nin əməkdaşı kimi tanıdığı Təqsirləndirilən şəxs sifarişi əsasında müxtəlif havayolları şirkətlərindən aviabilet alınaraq göndərilməsi təmin edilmiş, aralarındakı razılaşmaya əsasən 10 gündən bir satılmış biletlərin pulları ümumilikdə qəbul edilmişdir. 2019-cu il avqustun 16-da Zərərçəkmiş şəxs5 MMC-nin "xxxx" MMC-yə 74.547 manat məbləğində borcu yaransa da müəyyən ödənişlər edilərək borc 68.355,19 manata endirilmiş, lakin borcun məbləği çox olduğundan həmin MMC-dən sifariş qəbul etməyi dayandırıb borclarını tələb etdikdə İlqar bilet satışından əldə edilən külli miqdarda pulun Nərgiz tərəfindən dələduzluq yolu ilə ələ keçirildiyini demişdir. "xxxx" MMC-nin işçiləri tərəfindən 2019-cu il avqustun 01-dən həmin il avqust ayının sonlarına qədər olan dövrdə Zərərçəkmiş şəxs5 MMC-nin əməkdaşı Şahid6 sifarişi əsasında ümumilikdə 67.838,26 manat dəyərində aviabilet verilsə də Zərərçəkmiş şəxs5 MMC tərəfindən hər hansı məbləğdə ödəniş edilməmişdir. Zərərçəkmiş şəxs5 MMC-nin "xxxx" MMC-yə ümumi borcu 68.355,19 manat təşkil edir. İş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, 2009-cu ildən direktor müavini vəzifəsində işlədiyi «X48» məhdud məsuliyyətli cəmiyyəti turizm sahəsində aviabilet və tur satışları ilə məşğul olur. «X48» MMC və Zərərçəkmiş şəxs5 MMC arasındakı razılığa əsasən «WhatsApp» sosial şəbəkəsində yaradılan qrup üzərindən, eləcə də «Skayp» proqramından istifadə etməklə və ya zəng etməklə «X48» MMC-dən aviabiletlər sifariş edilmiş, Zərərçəkmiş şəxs5 MMC-nin əməkdaşı kimi tanıdığı Təqsirləndirilən şəxs sifarişi əsasında müxtəlif havayolları şirkətlərindən aviabilet alınaraq göndərilməsi təmin edilmiş, aralarındakı razılaşmaya əsasən 10 gündən bir satılmış biletlərin pulları ümumilikdə qəbul edilmişdir. 2019-cu il iyulun 21-dən həmin il avqustun 01-dək olan müddətdə Zərərçəkmiş şəxs5 MMC-nin sifarişi əsasında aviabilet vermişlər, lakin sonuncunun borcu çox olduğundan üçün Zərərçəkmiş şəxs5 MMC-dən sifariş qəbul etməyi dayandırıb borclarını tələb etdikdə İlqar bilet satışından əldə edilən külli miqdarda pulun Nərgiz tərəfindən dələduzluq yolu ilə ələ keçirildiyini demişdir. 2019-cu il iyulun 21dən 2019-cu il iyulun 30-dək olan dövr ərzində Zərərçəkmiş şəxs5 MMC-nin sifarişi əsasında alınmış ümumi dəyəri 33.962,46 manat olan aviabiletlərin pulu «X48» MMC-nin xəzinəsinə ödənilməmişdir. 2019-cu il avqustun 10-da axşam saat 19-20 radələrində Nərgiz ona zəng edib bir nəfər şəxsdən aviabiletlər üçün pul göndərdiyini demiş, o, adını xatırlamadığı şəxslə görüşüb sonuncudan Nərgizin göndərdiyini bildirdiyi 14.750 manat pulu götürmüş, daha sonra Svetlana Cəfərova adlı şəxsin bank hesabından onun bank kartına 3.000 manat pul göndərilmiş, Nərgiz ona ümumilikdə 17.750 manat ödəmişdir. İş üzrə şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, 2019-cu il iyulun 25dən Zərərçəkmiş şəxs5ndə rezervasiya meneceri vəzifəsində işləməklə vəzifəsi ayrı-ayrı MMC-lərdən aviabiletlərin alınmasından və bronlaşdırılmasından ibarət olmuşdur, 2019-cu il avqustun 01-dən Zərərçəkmiş şəxs5 MMC-nin direktoru Şahid1 göstərişi ilə «WhatsApp» sosial şəbəkəsində onun və "xxxx" MMC-nin əməkdaşlarının iştirakı ilə qrup yaradılmış, Təqsirləndirilən şəxs onun mobil telefonuna göndərdiyi müştərilərin pasportlarının fotoşəkillərini o, «WhatsApp» sosial şəbəkəsində yerləşdirib Nərgizin sifarişi ilə sonuncunun müştəriləri üçün "xxxx" MMC-dən aviabiletlər sifariş etmiş, həmin MMC-nin əməkdaşları sifariş edilən aviabiletləri «amadeus, galileo və sabre» sistemlərindən alıb Zərərçəkmiş şəxs5 MMC-nin elektron poçt ünvanına göndərdikdən sonra o, aviabiletləri kağız və elektron formada Nərgizə vermişdir. Nərgiz "xxxx" MMC-dən alınan aviabiletlərin pullarını MMC-nin xəzinəsinə ödəyəcəyini deyəndə inanmışdır. O, Nərgizin sifarişi əsasında "xxxx" MMC-dən ümumi dəyəri 69.206,89 manat olan aviabilet alıb kağız və elektron formada sonuncuya vermişdir. Sonradan Nərgizin sifariş etdiyi aviabiletlərin pullarının Zərərçəkmiş şəxs5 MMC-nin xəzinəsinə ödənilmədiyindən "xxxx" MMC-yə 68.355,19 manat borcu yarandığını bilmişdir. İş üzrə şahid qismində dindirilən Şahid8 ifadəsində göstərdi ki, 2016-cı ildən 2019-cu ilin sonlarına qədər Türkiyədə turizm sektorunda fəaliyyət göstərən "xxxx" LTŞ-nin Azərbaycan Respublikasında nümayəndəsi işləməklə vəzifəsi şirkətin Azərbaycan Respublikasında reklamını aparmaq, yeni müştəri cəlb etmək, LTŞ-nin Azərbaycan Respublikasında işlərini görməkdən və müştərilərin verdiyi pulları qəbul edərək bank hesabı və digər formada şirkətin xəzinəsinə ödəməkdən ibarət olmuşdur. Zərərçəkmiş şəxs5 müştəri sifarişini bilavasitə "xxxx" LTŞ-nin Türkiyə Cumhuriyyətindəki nümayəndəsi vasitəsi ilə etmişdir. Zərərçəkmiş şəxs5 MMC-nin əməkdaşı kimi tanıdığı Təqsirləndirilən şəxs sifarişi əsasında müxtəlif otel satışları təmin edilmiş, 2019-cu ilin avqust ayı üçün sonuncu şirkətdən sifariş etdiyi otel rezervasiyaları üçün 23.123 avro və 5.949 ABŞ dolları borcunu qısa müddətdə ödəyəcəyini bildirib bununla bağlı iltizam vermişdir. Zərərçəkmiş şəxs5 MMC-nin "xxxx" LTŞ-yə əlavə borcları da olduğu üçün həmin MMC-dən sifariş qəbul etməyi dayandırıb borclarını tələb etdikdə Şahid1 bilet satışından əldə edilən külli miqdarda pulun Nərgiz tərəfindən dələduzluq yolu ilə ələ keçirildiyini demişdir. İş üzrə şahid qismində dindirilən Şahid9 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs5, «X26» və digər məhdud məsuliyyətli cəmiyyətlərin turistləri üçün bələdçilik etmiş, Zərərçəkmiş şəxs5 MMC-yə gedib-gəldiyi müddətdə tanıdığı Təqsirləndirilən şəxs ilə arasında heç bir ədavət və düşmənçilik olmamışdır. 2019-cu il avqustun 20-21-də Nərgiz ona problemlərinin olduğunu, müştərilərin pullarının şirkətlərə ödənilmədiyini, ondan şikayət edildiyini deyib borc pul istədikdə o, özünə məxsus 2.000 manat, eləcə də müxtəlif şəxslərdən aldığı 7.000 manat olmaqla ümumilikdə 9.000 manat pulu Zərərçəkmiş şəxs5 MMC-nin ofisində sonuncuya vermişdir. Həmin ayın sonlarında Nərgizin əməllərini öyrənib pulunu tələb etdikdə sonuncu onun telefonlarına cavab vermədiyindən şikayət etmişdir. İş üzrə şahid qismində dindirilən Şahid17 ifadəsində göstərdi ki, qardaşı Hikmət Məmmədovla birlikdə yay istirahət günlərini X7 şəhərində keçirmək qərarına gəlib bu məqsədlə «X26» məhdud məsuliyyətli cəmiyyətinin tur satıcısı işləyən X16 zəng edərək «Meder resort» otelində 7 gün istirahət üçün otel rezervasiyası (transferdə daxil olmaqla) və aviabiletləri almasını xahiş etdikdə sonuncu 1.305 ABŞ dolları pul ödəməli olduğunu demiş, o, 2019-cu il iyulun 19-da MMC-nin Bakı şəhəri, Nərimanov rayonundakı «Nərimanov» metrostansiyasının yaxınlığında yerləşən ofisində sonuncuya 2.218.5 manat pul vermişdir. 2019-cu ilin avqust ayında qeyd olunan oteldə istirahət etmişlər. İş üzrə şahid qismində dindirilən Şahid25 ifadəsində göstərdi ki, 2018-ci il noyabrın 19-da təsis edilən «SN Travel Baku» məhdud məsuliyyətli cəmiyyətinin direktoru olmaqla «X26» MMC ilə aralarındakı razılığa əsasən bir sıra turpaketləri və aviabiletləri həmin MMC-nin əməkdaşı Aytən Vəlizadə vasitəsi ilə almışdır. Sonuncunun turpaketləri və aviabiletləri kimdən alması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs və Şahid2 tanımır. İş üzrə şahid qismində dindirilən Şahid26 ifadəsində göstərdi ki, övladı X17 dostu Rauf İsmayılovla birlikdə yay istirahətini X8 şəhərində keçirməsi üçün turpaket almağı qərarlaşdırıb «X26» məhdud məsuliyyətli cəmiyyətinin tur satıcısı işləyən X16 zəng etmiş, 2019-cu il iyulun 27-də sonuncu ilə MMC-nin Bakı şəhəri, Nərimanov rayonundakı «Nərimanov» metrostansiyasının yaxınlığında yerləşən ofisində görüşüb «Meder resort» otelində 7 gün istirahət üçün otel rezervasiyası (transfer daxil omaqla) və aviabilet üçün Orxana 2.575 manat vermişdir. 2019-cu il avqustun 17-də Qurban və Rauf Türkiyə qeyd olunan oteldə istirahət etmişlər. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Zərərçəkmiş şəxs2 ibtidai istintaqda zərər çəkmiş şəxs qismində dindirilərkən 2019-cu il avqustun 01-də əvvəllər dəfələrlə turpaketlər aldığı Zərərçəkmiş şəxs5 MMC-nin tur satıcısı Təqsirləndirilən şəxs 2019-cu il sentyabr ayının əvvəlləri üçün Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən «X49» otelinin rezervasiyası və aviabiletlər alışı adı ilə həmin tarixdə və 2019-cu il avqustun 19-da ümumilikdə 900 manat ödəməsini göstərmişdir (6-cı cild, iş vərəqi 172- 175). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Zərərçəkmiş şəxs3 ibtidai istintaqda zərər çəkmiş şəxs qismində dindirilərkən iş yoldaşı Zərərçəkmiş şəxs4 tanıdığı Zərərçəkmiş şəxs5 şirkətinin işçisi Təqsirləndirilən şəxs 2019-cu il avqustun 27-dən 2019cu il sentyabrın 06-dək olan müddətdə iki nəfər şəxsin istirahət etməsi məqsədi ilə Türkiyə Respublikasının Antalya şəhərində yerləşən «X44» otelində bir otağın rezervasiyası adı ilə ümumilikdə həmin dövrün rəsmi məzənnəsi ilə 6.800 manat təşkil edən 4.000 ABŞ dolları ödəməsini göstərmişdir (7-ci cild, iş vərəqi 170-173). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Zərərçəkmiş şəxs4 ibtidai istintaqda zərər çəkmiş şəxs qismində dindirilərkən 2018-ci ilin yay aylarında müraciət etdiyi Zərərçəkmiş şəxs5 şirkətinin işçisi Təqsirləndirilən şəxs köməyi ilə turpaket alıb Türkiyə Respublikasına səyahətə getdiyini, sonuncununu 2019-cu il avqustun 25-dən 2019-cu il sentyabrın 05-dək olan müddətdə dörd nəfər şəxsin istirahət etməsi üçün Türkiyə Respublikasının Antalya şəhərində yerləşən «X40» otelində bir otağın rezervasiyası adı ilə ondan almış olduğu ümumilikdə 9.095 manatı özünə götürməklə işlədiyi şirkətin hesabına köçürmədiyini göstərmişdir (7-ci cild, iş vərəqi 192-194). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid4 ibtidai istintaqda şahid qismində dindirilərkən «X48» məhdud məsuliyyətli cəmiyyətində işlədiyi müddətdə Zərərçəkmiş şəxs5 əməkdaşı Təqsirləndirilən şəxs ilə işgüzar münasibətləri olduğunu, «X48» MMC və Zərərçəkmiş şəxs5 MMC arasındakı razılığa əsasən «WhatsApp» sosial şəbəkəsində yaradılan qrup üzərindən, eləcə də «Skayp» proqramından istifadə etməklə və ya zəng etməklə bilet sifariş etdiklərini, sifarişləri qəbul etdikdən sonra vətəndaşın pasport məlumatları əsasında aviabiletləri alıb elektron poçta, «WhatsApp» sosial şəbəkəsindəki qrupa və ya «Skayp» proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs5 MMC-yə göndərdiyini, Nərgizin sifarişi əsasında Həmidə Səmədovanın adına 485 manat dəyərində gediş aviabileti və vaxt dəyişməyə görə 188 manat cəriməsi, Elvin Şahverdiyevin adına 485 manat dəyərində gediş aviabileti və vaxt dəyişməyə görə 188 manat cəriməsi, Musa Yaqubovun adına 453 manat dəyərində, Şahid14 adına 542 manat dəyərində və Yasəmən Əliyevanın adına 311 manat dəyərində gediş aviabiletləri, Laçinə Əliyevanın adına 675 manat dəyərində, Mira Alıyevanın adına 675 manat dəyərində və Kamilla Alıyevanın adına 675 manat dəyərində gediş-qayıdış aviabiletləri, Əlihüseyn Bağırovun adına 701 manat dəyərində gediş aviabileti və vaxt dəyişməyə görə 129 manat cəriməsi, Əziz Vəliyevin adına 381 manat dəyərində gediş aviabileti və Nərmin Hümbətovanın adına 531 manat dəyərində gediş-qayıdış aviabiletlərini «amadeus» sistemindən alıb Zərərçəkmiş şəxs5 MMC-nin elektron poçt ünvanına göndərdiyini, Zərərçəkmiş şəxs5 MMC tərəfindən qeyd olunan aviabiletlərin pullarının «X48» MMC-yə ödənilmədiyini göstərmişdir (5-ci cild, iş vərəqi 125-127). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş X30 ibtidai istintaqda şahid qismində dindirilərkən təxminən 2019-cu il avqustun 01-dən "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin direktorunun göstərişi ilə satış menecərlərinin, Zərərçəkmiş şəxs5 direktoru Şahid1 və həmin MMC-nin əməkdaşı Şahid6 iştirakı ilə «WhatsApp» sosial şəbəkəsində qrup yaradıldığını, sonuncularla işgüzar münasibətləri olduğunu, Şəhanənin aviabilet sifarişlərini qəbul etdikdən sonra biletləri «amadeus, galileo və sabre» sistemlərindən alıb Zərərçəkmiş şəxs5 MMC-nin elektron poçt ünvanına göndərdiyini, Zərərçəkmiş şəxs5 MMC tərəfindən qeyd olunan aviabiletlərin pullarının "xxxx" MMC-yə ödənilmədiyini göstərmişdir (5-ci cild, iş vərəqi 128-131). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid7 ibtidai istintaqda şahid qismində dindirilərkən 2019-cu il fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs5 tur satıcısı Təqsirləndirilən şəxs zəng edib sonuncu ilə «X38 Suites» otelinin 2019-cu il sentyabrın 05dən 2019-cu il sentyabrın 10-dək olan müddət üçün iki otaq, yeddi nəfərə görə 2.950 manata razılaşdıqlarını, həmin məbləği ödədikdən sonra 2019-cu il avqust ayının sonlarında Nərgizin vətəndaşları səyahət turpaketləri satmaq vədi ilə aldadaraq pullarını ələ keçirməsi barədə internet səhifələrindəki xəbərləri eşidib Zərərçəkmiş şəxs5 MMC-nin direktoru Şahid1 və menecərləri ilə danışaraq Nərgizin otel rezervasiyasının pulunu ödəmədiyini öyrəndiyini, 2019-cu il avqust ayının sonlarında yenidən «X38 Suites» otelində istirahət üçün Zərərçəkmiş şəxs5 MMC-nin xəzinəsinə 3.120 manat pul ödədiyini göstərmişdir (6-cı cild, iş vərəqi 149-152). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid10 ibtidai istintaqda şahid qismində dindirilərkən Zərərçəkmiş şəxs5 ilə bağlanmış müqaviləyə əsasən həmin MMC-nin tur satıcısı Təqsirləndirilən şəxs 2019-cu il iyulun 21-dən 2019-cu il avqustun 31dək olan dövr ərzində otel nömrələri və aviabiletlərin satışı ilə bağlı apardığı əməliyyatların, yəni satdığı otel nömrələri və aviabiletlərin, etdiyi ödənişlərin hərəkətini əks etdirən hesabatların auditini aparmaqla sonuncunun bağlanmış fərdi əmək müqaviləsi şərtlərini pozmaqla sifariş əsasında agentlərdən alaraq müştərilərə satdığı və satışdan əldə etdiyi otel nömrələrinin və aviabiletlərin pulunu tam olaraq MMC-nin kassasına təhvil vermədiyini, Nərgizin 2019-cu il avqustun 01-dən 2019-cu il avqustun 16-dək olan dövr ərzində "xxxx" MMC-dən müştərilərin sifarişi əsasında aldığı və müştərilərə satdığı aviabiletlərin (851.70 manat geri qaytarılan biletlər üzrə azalan məbləğ nəzərə alınmaqla) 68.355,19 manat, 2019-cu il iyulun 21-dən 2019-cu il iyulun 30-dək olan dövr ərzində «X48» MMC-dən aldığı və müştərilərə satdığı aviabiletlərin 33.962,46 manat, 2019-cu il avqustun 06-dan 2019-cu il avqustun 29-dək olan dövr ərzində «Kartaca Turizm» şirkətindən aldığı və müştərilərə satdığı otel nömrələrinin 159.241 manat satış pulunu cəmiyyətlərin kassalarına təhvil verməyərək mənimsəməklə öhdəsində 281.530,59 manat məbləğində satış pulunun çatışmazlığı aşkar edildiyini göstərmişdir (4-cü cild, iş vərəqi 120-121). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid11 ibtidai istintaqda şahid qismində dindirilərkən 2019-cu il iyulun 21-dən 2019-cu il iyulun 30-dək olan dövr ərzində Zərərçəkmiş şəxs5 əməkdaşı Təqsirləndirilən şəxs sifarişi əsasında «X48» MMCdən alınmış ümumi dəyəri 33.962,46 manat, 2019-cu ilin iyul-avqust ayları üçün «Kartaca Turizm» TLŞ-dən otel rezervasiyası üçün 159.241 manat dəyərində müştərilərdən aldığı pullar MMC-nin xəzinəsinə ödənilmədiyindən Zərərçəkmiş şəxs5 MMC-nin «Kartaca turizm» TLŞ-ə 77.667 avro və 1.548 ABŞ dolları borcu yarandığını göstərmişdir (6-cı cild, iş vərəqi 45-51). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid12 ibtidai istintaqda şahid qismində dindirilərkən Zərərçəkmiş şəxs5 tur satıcısı Təqsirləndirilən şəxs dəfələrlə səhayət üçün turpaket və aviabiletlər aldığını, 2019-cu il avqust ayının əvəllərində sonuncu ilə əlaqə saxlayıb özü üçün Qətər Əmirliyinə və İndoneziyanın Bali adasına, valideynləri X4 və X25 üçün «Qalaaltı» istirahət mərkəzinə səyahət paketləri sifariş etdiyini, Qətər Əmirliyi və Bali adası səyahəti üçün müvafiq qaydada 1.700 manat və 7.500 ABŞ dolları, «Qalaaltı» istirahət mərkəzinə səyahət üçün isə 1.700 manat verməli olduğunu, həmin turpaketlərə görə müxtəlif vaxtlarda 500 manat, 2.200 manat, 600 manat, 5.000 manat və 8.300 manat ödədiyini, 2019-cu il avqustun 25-də Nərgizin vətəndaşları səyahət turpaketləri satmaq vədi ilə aldadaraq pullarını ələ keçirməsi barədə internet səhifələrindəki xəbərləri eşitdikdən sonra Zərərçəkmiş şəxs5 MMC-nin ofisinə gedib orada toplaşan çoxsaylı vətəndaşların hay-küy saldıqlarını gördüyünü, 2019-cu il sentyabr ayının sonlarında Nərgiz tərəfindən 7.800 manat pulun geri qaytarıldığını göstərmişdir (6-cı cild, iş vərəqi 126-129 «a»). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid13 ibtidai istintaqda şahid qismində dindirilərkən ailə üzvləri ilə X7 şəhərindəki «X36» otelində istirahətə görə 2019-cu ilin iyul ayında «SN Travel» məhdud məsuliyyətli cəmiyyətinin əməkdaşı Şahid19 ilə əlaqə saxlayıb dörd nəfərə 7 günlük otel rezervasiyası və gediş-qayıdış aviabiletləri üçün 6.500 manata turpaket aldığını göstərmişdir (6-cı cild, iş vərəqi 216-218). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid14 ibtidai istintaqda şahid qismində dindirilərkən «Sədərək» ticarət mərkəzində işləyən Emin Bağırov vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs5 tur satıcısı Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb azyaşlı oğlu Musanı Türkiyə dövlətinə müalicəyə aparmaq üçün iki nəfərin gediş-qayıdış aviabiletlərinə 993,90 manat pul verdiyini, övladı ilə X5 şəhərinə gedib qayıtdıqlarını göstərmişdir (6-cı cild, iş vərəqi 219-221). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid15 ibtidai istintaqda şahid qismində dindirilərkən ailə üzvləri ilə birlikdə X7 şəhərindəki «X45» otelində istirahət üçün «X26» məhdud məsuliyyətli cəmiyyətinin internetdə qeyd olunmuş ünvanına gedib orada Təqsirləndirilən şəxs ilə otel rezervasiyası və aviabiletlər üçün 3.200 ABŞ dolları pula razılaşaraq həmin məbləği 2019-cu il avqustun 12-də ödədiyini, 2019-cu ilin avqust ayında qeyd olunan oteldə istirahət etdiklərini göstərmişdir (7-ci cild, iş vərəqi 66-68). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid16 ibtidai istintaqda şahid qismində dindirilərkən dostları Həsənəli Dövlətov və Ələkbər Hüseynov ilə birlikdə yay istirahət günlərini X7 şəhərində yerləşən «Meder resort» otelində keçirmək qərarına gəldiklərini, bu məqsədlə «X26» məhdud məsuliyyətli cəmiyyətinin ofisinə gedib X19 adlı şəxslə «Meder Resort» otelində 7 günlük istirahət üçün otel rezervasiyası (transferdə daxil olmaqla) və aviabiletlərə 2.000 ABŞ dolları ödədiyini, 2019-cu ilin avqust ayında istirahət edib qayıtdıqlarını göstərmişdir (6-cı cild, iş vərəqi 225-227). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid18 ibtidai istintaqda şahid qismində dindirilərkən qızı Günay Muxtarzadə, qohumu Aygün Əliyeva və sonuncunun oğlu Cavidan Zeynalov ilə birlikdə X5 şəhərinə getmək qərarına gəlib Zərərçəkmiş şəxs5 tur satıcısı Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlayaraq dörd nəfərin 2019-cu il avqustun 17-də getməsi və 2019-cu il avqustun 24-də qayıtması üçün aviabiletlərə 1.996,6 manat pul verdiyini, qeyd olunan tarixlərdə İstanbul şəhərinə gedibqayıtdıqlarını göstərmişdir (6-cı cild, iş vərəqi 234-236). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid19 ibtidai istintaqda şahid qismində dindirilərkən Zərərçəkmiş şəxs5 MMC-nin tur satıcısı vəzifəsində işləməklə vəzifəsinin ayrı-ayrı MMC-lərdən aviabiletlərin və turpaketlərin sifariş və bron edilməsindən ibarət olduğunu, tur satıcısı kimi tanıdığı Təqsirləndirilən şəxs ilə aralarında heç bir ədavət olmadığını, bəzi vaxtlarda ona müraciət edən şəxslərin pasportlarını Nərgizin «WhatsApp» proqramına göndərib onun əvəzindən aviabilet almasını xahiş etməklə müştərilərdən qəbul etdiyi pulları bəzi vaxtlarda Nərgizə verdiyini, sonuncunun aviabiletləri necə və kimdən almasını bilmədiyini göstərmişdir (8-ci cild, iş vərəqi 23-25). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid20 ibtidai istintaqda şahid qismində dindirilərkən 2019-cu il avqustun 12-də avtomobil gətirmək üçün Almaniya Federasiyasına getmək qərarına gəlib bu məqsədlə aviabilet satışı ilə məşğul olan «X26» məhdud məsuliyyətli cəmiyyətinin əməkdaşı Elnur adlı tanışına zəng edərək özünün və Kənan Əhmədzadənin adına 2019-cu il avqustun 14-də getmək üçün aviabiletlərə 1.142 manat pul verməklə Almaniya Federasiyasına getdiklərini göstərmişdir (8-ci cild, iş vərəqi 26-28). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid21 ibtidai istintaqda şahid qismində dindirilərkən ailə üzvləri ilə birlikdə yay tətilində X7 şəhərinə getmək üçün Zərərçəkmiş şəxs5 əməkdaşı Təqsirləndirilən şəxs 2019-cu ilin avqust ayında dörd nəfərin 7 günlük «X42» otel rezervasiyasına 2.850 ABŞ dolları pul verdiyini, uçuş ərəfəsində aviabilet alışında və otel rezervasiyasında problemlər yarandığını bilib Zərərçəkmiş şəxs5 MMC-nin rəhbərliyi ilə əlaqə saxlayarkən Nərgizə verdiyi pulun bir hissəsinin MMC-nin xəzinəsinə ödənilmədiyi bildiyini, qeyd olunan tarixdə ailəsi ilə birlikdə istirahətə getdiklərini göstərmişdir (8-ci cild, iş vərəqi 35-37). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş X35 ibtidai istintaqda şahid qismində dindirilərkən ailə üzvləri ilə birlikdə yay tətilində X7 şəhərinə səyahət etmək üçün Zərərçəkmiş şəxs5 əməkdaşı Təqsirləndirilən şəxs 2019-cu ilin avqust ayında dörd nəfərin 7 günlük «X42» otel rezervasiyasına 2.950 ABŞ dolları pul verdiyini, uçuş ərəfəsində aviabilet alışında və otel rezervasiyasında problemlər yarandığını bilib Zərərçəkmiş şəxs5 MMC-nin rəhbərliyi ilə əlaqə saxlayarkən Nərgizə verdiyi pulun bir hissəsinin MMC-nin xəzinəsinə ödənilmədiyi bildiyini, qeyd olunan tarixdə ailəsi ilə birlikdə istirahətə getdiklərini göstərmişdir (8-ci cild, iş vərəqi 38-40). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid23 ibtidai istintaqda şahid qismində dindirilərkən ailə üzvləri ilə birlikdə yay tətilində X7 şəhərindəki «Xafira Delux» otelində istirahət üçün «X26» məhdud məsuliyyətli cəmiyyətinin əməkdaşı X16 2019-cu il avqustun 14-dən 2019-cu il avqustun 21-dək olan müddətdə beş nəfərin otel rezervasiyasına (transferdə daxil olmaqla) və aviabiletlərinə 5.321 manat pul ödədiyini, qeyd olunan tarixdə ailəsi ilə birlikdə istirahətə getdiklərini göstərmişdir (8-ci cild, iş vərəqi 104-106). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid24 ibtidai istintaqda şahid qismində dindirilərkən övladı yay tətilində X7 şəhərinə getmək üçün 2019-cu ilin iyun ayında Zərərçəkmiş şəxs5 işçisi Təqsirləndirilən şəxs iki nəfərə 7 günlük otel rezervasiyası üçün 2.500 ABŞ dolları pul verdiyini, səhayət üçün təyin olunan vaxta 2 gün qalmış otel rezervasiyasını yoxlatdıranda otaq nömrəsi bron edilsə də rezervasiyasının (transfer də daxil olmaqla) və aviabiletlərin pulunun ödənilmədiyini öyrəndiyini növbəti gün Nərgizlə əlaqə saxladıqda sonuncunun otel rezervasiyasının və aviabiletlərin pullarını ödədiyini dediyini, övladı ilə birlikdə gedib istirahət etdiklərini göstərmişdir (7-ci cild, iş vərəqi 10-12). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid27 ibtidai istintaqda şahid qismində dindirilərkən tanışları Eldar Abbasov və X27 getmək istədiklərini bildirdikdə Zərərçəkmiş şəxs5 əməkdaşı Təqsirləndirilən şəxs zəng edib iki nəfər üçün İstanbul şəhərinə gediş-qayıdış aviabiletlərinə görə 1.200 manat ödədikdə sonuncuların İstanbul şəhərinə gedib- qayıtdıqlarını göstərmişdir (7-ci cild, iş vərəqi 69-71). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid28 ibtidai istintaqda şahid qismində dindirilərkən 2019-cu ilin avqust ayında getdiyi, Bakı şəhəri Nərimanov rayonundakı «Nərimanov» metrostansiyasının yaxınlığında yerləşən «X26» məhdud məsuliyyətli cəmiyyətinin ofisdə onu qəbul edən Təqsirləndirilən şəxs 1.550,68 manata turpaket alıb 2019-cu il avqustun 08-dən etibarən Türkiyə Respublikasının Antalya şəhərində arvadı Əsmər Şəmsiyeva ilə birlikdə istirahət edərək bir həftədən sonra geri qayıtdığını, adı çəkilən şəxsin aviabiletləri kağız formada və onun istifadəsində olan mobil nömrənin «WhatsApp» proqramına göndərdiyini, sonuncunun aviabiletləri kimdən və necə almasını bilmədiyini, hazırda telefonun yaddaşından səyahəti ilə bağlı yazışmaları və şəkilləri sildiyini göstərmişdir (12-ci cild, iş vərəqi 261-263). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid29 ibtidai istintaqda şahid qismində dindirilərkən 2019-cu il avqust ayının əvvəllərində üç nəfər ailə üzvünü, yəni Təranə, İbrahim və X18 Düsseldorf şəhərinə səyahət üçün göndərməyi qərarlaşdırdığını və «X26» məhdud məsuliyyətli cəmiyyətinin internetdə rast gəldiyi ofisinə getdiyini, onu qəbul edən Elnur adlı şəxsdən Bakı-İstanbul-Düsseldford uçuşuna görə 3.086,37 manata aldığı turpaketdən onun ailəsinin istifadə edərək Almaniyaya səyahət etməklə yolda heç bir çətinlik çəkmədiyini, müraciət etdiyi həmin turizm şirkətinin aviabiletləri kimdən və necə almasını bilmədiyini göstərmişdir (12-ci cild, iş vərəqi 231- 233). İş materiallarında olan Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X37 Qeydiyyatı İdarəsinin 2013-cü il 13 aprel tarixli **********886200 №-li Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışının, eyni tarixli X28 Dövlət Qeydiyyatı haqqında şəhadətnamənin və Zərərçəkmiş şəxs5 2013-cü il 13 aprel tarixli nizamnaməsinin kserosurətlərindən görünür ki, Şahid1 2013-cü il aprelin 12-də ********** nömrəli VÖEN ilə dövlət qeydiyyatına alınmaqla Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs5 qanuni təmsilçisidir (1-ci cild, iş vərəqi 14 və 16-17; 2-ci cild, iş vərəqi 1-3). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 30 avqust tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi iki ədəd CD diskinə baxış zamanı sonuncunun Təqsirləndirilən şəxs ilə danışıqlarının qeydə alınması müəyyən olunmuşdur (1-ci cild, iş vərəqi 70-82). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 09 sentyabr tarixli 22481 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilən CD diskindəki mübahisəli fonoqramlardakı danışıqlarda montaj əlamətləri müəyyən olunmamaqla danışıqlarda iştirak edən K1 və Q1 diktorlarının danışıq anında emosional-psixoloji vəziyyətlərində nisbi ekstremallıq hiss olunur, danışıqlarda əvvəlcədən hazırlanma əlamətləri müəyyən edilməməklə spontandır, K1 kimi işarə olunan diktorun səsi və nitqi Şahid1, Q1 kimi işarə olunan diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur, ekspertiza tədqiqatının dəyəri 300 manatdır, iki ədəd CD diski rəyə əlavə edilmişdir (1-ci cild, iş vərəqi 123-131). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 09 sentyabr tarixli 22482 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilən «Silkrav Travel 8» turizm şirkətinə Təqsirləndirilən şəxs tərəfindən ünvanlanmış ərizədəki yazılar və həmin yazıların aşağı hissəsində «imza Təqsirləndirilən şəxs» yazılarından aşağıdakı imza, Zərərçəkmiş şəxs5 MMC-nin direktoru Şahid1 Təqsirləndirilən şəxs tərəfindən ünvanlanmış izahatdakı yazılar və «Təqsirləndirilən şəxs imza» yazıları qarşısındakı imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur, qeyd olunan ərizədəki yazılarda və həmin yazıların aşağı hissəsindəki «imza Təqsirləndirilən şəxs» yazılarından aşağıda olan imzada, izahatdakı yazılarda və «Təqsirləndirilən şəxs imza» yazıları qarşısındakı imzada yazıların və imzaların qeyri-adi psixofizioloji vəziyyətdə (qorxu, həyəcanlı və sair emosional vəziyyətdə) icra olunmasını xarakterizə edən əlamətlər müşahidə edilməmişdir, ekspertiza tədqiqatının dəyəri 110 manatdır (1-ci cild, iş vərəqi 133-152). İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin 2019-cu il 16 sentyabr tarixli 016-85082-1219 №-li məktubunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs adına nəqliyyat vasitəsi qeydiyyatdan keçmir (1-ci cild, iş vərəqi 184). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 19 sentyabr tarixli protokoldan və eyni tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 MMC-nin direktoru Şahid1 dəymiş 18.000 manat maddi ziyanın 3.000 manatını şöbənin 302 saylı kabinetində təqdim etmişdir (1-ci cild, iş vərəqi 195-196). İş materiallarında olan 2017-ci il 15 mart tarixli 008 №-li müqavilənin kserosurətindən görünür ki, «X48» və Zərərçəkmiş şəxs5 məhdud məsuliyyətli cəmiyyətləri arasında müqavilə imzalanmışdır (1-ci cild, iş vərəqi 200-202). İş materiallarında olan Azərbaycan Respublikası Auditorlar Palatasının 2019-cu il 02 oktyabr tarixli 066 №-li müstəqil auditor hesabatından görünür ki, Zərərçəkmiş şəxs5 tur satıcısı Təqsirləndirilən şəxs sifarişi əsasında agentlərdən alaraq müştərilərə satdığı və satışdan əldə etdiyi otel nömrələrinin və aviabiletlərin satışının dəyərinin cəmiyyətin kassasına ödəməməsi nəticəsində 2019-cu il oktyabrın 07-nə sonuncunun öhdəsindəki 281.530,59 manat məbləğində satış pulunun çatışmazlığı aşkarlanmaqla Təqsirləndirilən şəxs tərəfindən cəmiyyətə həmin məbləğdə ziyan vurulmuşdur (1-ci cild, iş vərəqi 232- 248). İş materiallarında olan 2017-ci il 15 dekabr tarixli xxxxxxx000200 №-li əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs5 MMCnin direktoru Şahid1 arasında 2017-ci il dekabrın 01-də əmək müqaviləsi bağlanmışdır (2ci cild, iş vərəqi 20-21). İş materiallarında olan AZE seriyalı AA1673937 №-li və AZE seriyalı AA1673938 №li şəxsiyyət vəsiqələrinin, 2015-ci il 23 sentyabr tarixli AZ-İ seriyalı 227257 №-li nikahın pozulması haqqında, 2009-cu il 02 dekabr tarixli AZ-İİ seriyalı 370235 №-li və 2011-ci il 27 aprel tarixli AZ-İİ seriyalı 639654 №-li doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Nərgiz Elçin qızı X1 nikahı 2015-ci il sentyabrın 23-də pozulmaqla sonuncuların 2009-cu il 25 noyabr təvəllüdlü X31 və 2011-ci il 30 mart təvəllüdlü X20 adlı övladları vardır (4-cü cild, iş vərəqi 132-134; 12-ci cild, iş vərəqi 256). İş materiallarındakı Bakı Şəhər Prokurorluğunun tərtib etdiyi 2019-cu il 11 dekabr tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 ünvan 4 ünvanında yerləşən ofisinə baxış vaxtı Təqsirləndirilən şəxs tərəfindən istifadə edilən «İphone» markalı telefondakı informasiyaları özündə əks etdirən bir ədəd CD diski, Şahid1 tərəfindən təqdim olunan sənədlər götürülmüş, qeyd olunan sənədlər və fotocədvəl protokola əlavə edilmişdir (4-cü cild, iş vərəqi 181-260). İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2019-cu il 30 sentyabr tarixli **********10 №-li məktubundan görünür ki, Şahid2 və Təqsirləndirilən şəxs adına qeydiyyata alınan daşınmaz əmlak aşkar olunmamışdır (5-ci cild, iş vərəqi 7). İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 2019-cu il 04 oktyabr tarixli **********03 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Bakı şəhərində qeydiyyata alınan daşınmaz əmlak aşkarlanmamışdır (5-ci cild, iş vərəqi 8). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2019-cu dekabrın 09-da tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (5-ci cild, iş vərəqi 45). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının 2019-cu il 20 dekabr tarixli 9072 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmamışdır (5-ci cild, iş vərəqi 47). İş materiallarında olan «X48» məhdud məsuliyyətli cəmiyyətinin tarixsiz məktubundan görünür ki, Zərərçəkmiş şəxs5 əməkdaşı Təqsirləndirilən şəxs tərəfindən 2019-cu il iyulun 21-dən 2019-cu il avqustun 01-dək Hikmət Məmmədov, Şahid17, Ələkbər Hüseynov, Şahid16, Həsənəli Dövlətov, Nurlan Mirzəzadə, Şahmurad Ağayev, Elvin Qəniyev, Ceyhun Qəniyev, Şərqiyə Həbibova, Hidayət Həbibov, Mədinə Həbibli, Aynura Kərimova, Fatimə Həbibli, Fatimə İsmayılova, Azadə Kərimova, Ramal Hümbətov, Gülnar Hümbətova, Şahid23, Tuncay Hümbətov, Nərmin Hümbətova, Elmar Əhmədov, Eldar Əhmədov, Nisəxanım Axundzadə, Məryəm Əhmədzadə, Vüqar İbrahimli, Ülkər İbrahimli, Esmira İbrahimova, Elnur İbrahimov, Səidə Xankişiyeva, Hüseyn Nəzərov, Əziz Vəliyev, Əlihüseyn Bağırov, Mədinə Hakimova, Möhsün Hakimov, Səkinə Hakimova, Rəsul Hakimzadə, Elşən Həsənov, Xurşid Həsənova, Kamilla Alıyeva, Mira Alıyeva, Laçına Aliyeva, Yasəmən Aliyeva, Şahid14, Musa Yaqubov, Elvin Şahverdiyev, Həmidə Səmədova və Yalçın Talibov adlı şəxslərin adına «X48» MMC-dən sifariş edilən aviabiletlərə görə Zərərçəkmiş şəxs5 MMC və Təqsirləndirilən şəxs tərəfindən hər hansı məbləğdə pul ödənilməmişdir (5-ci cild, iş vərəqi 210). İş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 13 yanvar tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs5 tərəfindən 2019-cu ilin avqust ayı üzrə Sevda Bağırova, Elçin Mirzəli, Sabrin Mirzəli, Dəniz Mirzəli, Fatimə Əhmədova, Şahid15, Habil Əmirəliyev, Ömər Əmirəliyev, Tahir Həsənov, Təyyar Həsənli, Rəna Həsənova, Qiyas Həsənli, Arzu Əzimzadə, Aylin Məmmədova, Əli Məmmədov, Tural Məmmədov, Adil Qasanov, Svetlana Cəfərova, Yusif Qasanov, Aygün Qasanova, Şahin Qasanov, Orxan Adıgözəlov, Asonta Hüseynova, Nilufər Adıgözəlova, Şahid13, Rufana Həşimzadə, Miray Həşimzadə, Dəniz Həşimzadə, Şahid28, Əsmər Şəmsiyeva, Anar Aslanov, Təranə Aslanova, Şirxan Aslanov, Ayxan Aslanov, Aydan Aslanova, Ramiz Məmmədov, Anar Məmmədov, Leyla Məmmədova, Afaq Məmmədova, Yadigar Məmmədli, Rauf Əsgərov, Aygün Fətəliyeva, Zahid Süleymanov, Eldar Abbasov, Müzəffər Həsənov, Cavidan Zeynalov, Şahid18, Aygün Aliyeva, Gunay Muxtarzadə, İbrahim Vəliyev, Riyad Vəliyev, Təranə Vəliyeva, Səbinə Kalashova, Vidadi İbrahimov, Ayla Cil, Eren Cil, Eda Cil, Nurhan Atayev, Osad Həmidov, X46, Lala Nəsirova, Elmir Nəsirov, Leyla Nəsirova, Arzu Muxtarova, Rahim Axundlu, Rahilə Hüseynova, Səbinə Hüseynova, Safura Davidova, Anar Davidov, Saman Davidova, Kərim Davidov, Səadət Davidov, Samir Ağamirzəzadə, Kənan Əhmədzadə, Yusif Cəfərov, Rəşad Cəfərov, Murad Cəfərov, Fidan Cəfərov, Səadət Rzayeva, Seymur Qasanov, Samir Həsənzadə, Günel Həsənova, Amid Adigözəlov, Elçin Vəliyev, Məmmədcəfər Adigözəlov, Vüqar Tağıyev, Vaqif Tağıyev, Mədinə Tağıyeva, Aydın Tağıyev, Aynur Daşdəmirova, Turkan Nəsirova, Rasul Safarli, Leyla Safarli, Elvin Safarov, Aynur Safarova, Rauf İsmayılov və Qurban Zeynalov adlı şəxslərin adına "xxxx" MMC-dən sifariş edilən aviabiletlərə görə Zərərçəkmiş şəxs5 MMC tərəfindən hər hansı məbləğdə pul ödənilməmişdir (5-ci cild, iş vərəqi 212). İş materiallarındakı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin tərtib etdiyi 2020ci il 23 yanvar tarixli protokoldan görünür ki, iş üzrə şahidlər Şahid1 və Təqsirləndirilən şəxs üzləşdirilərkən birincisi ifadəsini təsdiq etmiş, sonuncu razılaşmayaraq alınan aviabiletlərin pullarının Zərərçəkmiş şəxs5 ofisində Şahid1 tam şəkildə ödənildiyini, biletlərin gizli şəkildə alınmamaqla sonuncunun məlumatlı olduğunu, belə ki, aviabilet alışı elektron poçt və «WhatsApp» proqramında əks edildiyi üçün istənilən zaman İlqar müəllim tərəfindən dayandırıla biləcəyini, sonuncu aviabiletlərin pulunun ödənilməsini gecikdirdiyi üçün «X48» məhdud məsuliyyətli cəmiyyətinin direktorundan 15 gün vaxt istədiyini bildirmişdir (6-cı cild, iş vərəqi 79-124). İş materiallarındakı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin tərtib etdiyi 2020ci il 05 fevral tarixli protokoldan görünür ki, iş üzrə zərər çəkmiş şəxslərin göstərdikləri dövrlərdə valyuta məzənnəsini müəyyən etmək üçün Mərkəzi Bankın http://www.cbar.az saytına baxış zamanı 2019-cu il iyulun 19-dan 2019-cu il avqustun 23-dək olan müddətdə 1 ABŞ dollarının və 1 avronun yüksək həddlərinin müvafiq qaydada 1,7 manat və 1,914 manat olması müəyyənləşdirilmişdir (7-ci cild, iş vərəqi 20-24). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibat ekspertizasına dair 2020-ci il 03 fevral tarixli 2075 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərin («WhatsApp messenger» proqramından çıxarış, istintaqa verilən şahid ifadələri, otel rezervasiyaları ilə bağlı invoicelər və aviabiletlər) düzgünlüyü istintaq tərəfindən nəzərə alındıqda Təqsirləndirilən şəxs balansındakı 253.605,75 manat məbləğində pul vəsaitinin çatışmazlığı müəyyən edilmiş, sonuncunun öhdəliyi 77.667,97 avro və 1.548 Abş dolları müəyyən edilməklə MANAT ifadəsində 151.288,10 manat məbləğində otel rezervasiyaları (müştərilərin otelə transferi də daxil olmaqla) etmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 MMC-də tur meneceri işlədiyi 2019-cu il iyulun 21-dən 2019-cu il iyulun 30-dək olan dövr ərzində satış məqsədi ilə «X48» MMC-dən 33.962,46 manat, 2019-cu il avqustun 01dən 2019-cu il avqustun 16-dək olan dövr ərzində satış məqsədi ilə "xxxx" MMC-dən 68.355,19 manat məbləğində aviabiletlər sifariş etmişdir, ekspertiza tədqiqatının dəyəri 250 manatdır (7-ci cild, iş vərəqi 47-56). İş materiallarındakı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin tərtib etdiyi 2020ci il 12 fevral tarixli protokoldan görünür ki, istintaqa təqdim olunan beş ədəd CD diskinə baxış zamanı Təqsirləndirilən şəxs ilə Şahid2 arasında telefon danışıqlarının olması müəyyən edilmişdir (7-ci cild, iş vərəqi 107-116). İş materiallarında olan Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin 2020-ci il 17 fevral tarixli qərarından görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikasının CMnin 179.3.2.-ci maddəsindən həmin Məcəllənin 178.2.2.-ci, 178.2.3.-cü, 178.2.4.-cü, 179.3.2.-ci və 308.2.-ci maddələrinə tövsif edilmişdir (7-ci cild, iş vərəqi 148). İş materiallarında olan Zərərçəkmiş şəxs5 2020-ci il 17 fevral tarixli 571 №-li məktubundan görünür ki, MMC ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında hər hansı işgüzar münasibətlər olmamaqla hazırkı dövrə qədər həmin MMC-dən otel rezervasiyası edilməmişdir, Nərgiz Elçin qızı X2, X22, Elvin qismət oğlu Şahverdiyev və X13 adlarına "xxxx" MMC vasitəsilə Türkiyə Respublikasının İstanbul şəhərindəki «Ws» və «Santa Sophiya» otelləri üçün rezervasiya (transfer də daxil olmaqla) edilməsi barədə Zərərçəkmiş şəxs5 MMC-də məlumat yoxdur (8-ci cild, iş vərəqi 19). İş materiallarındakı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin tərtib etdiyi 2020ci il 18 fevral tarixli protokoldan görünür ki, «X26» məhdud məsuliyyətli cəmiyyətinin Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli və Təbriz küçələrinin kəsişməsində yerləşən «Təbəssüm» firmasına məxsus binanın ikinci mərtəbəsində yerləşən ofisinə baxış vaxtı iş üçün əhəmiyyət kəsb edən heç bir predmet aşkarlanmamışdır (8-ci cild, iş vərəqi 29-31). İş materiallarındakı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin tərtib etdiyi 2020ci il 21 fevral tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 mailto:Gm.intravel@gmail.comElektron ünvan elektron poçtuna baxış keçirilərkən 2019cu il 25 avqust tarixli, Samir Mammadovun adına olan ST081005 kodlu 10.779,88 ABŞ dolları dəyərində, Zərərçəkmiş şəxs4 adına olan ST064442 kodlu 5.153,91 ABŞ dolları dəyərində, 2019-cu il 26 avqust tarixli Sunar Məmmədlinin adına olan ST084128 kodlu 3.934,51 ABŞ dolları dəyərində, Şahid24 adına olan ST070989 kodlu 1.658,41 ABŞ dolları dəyərində, Tural Hüseynovun adına olan ST067451 kodlu 2.456,26 ABŞ dolları dəyərində, Şahid21 adına olan ST067162 kodlu 2.740,22 manat dəyərində, Esmira Məmmədovanın adına olan ST067156 kodlu 3.082,92 ABŞ dolları dəyərində, 2019-cu il 27 avqust tarixli Zərərçəkmiş şəxs3 adına ST064450 kodlu 3.878,06 ABŞ dolları dəyərində, 2019-cu il 28 avqust tarixli İradə Bağırovanın adına olan ST080997 kodlu 1.614,7 ABŞ dolları dəyərində, Zaur Zülfüqarlının adına olan ST075866 kodlu 2.621,86 ABŞ dolları dəyərində, 2019-cu il 30 avqust tarixli Zaur Məmmədovun adına olan ST082526 kodlu 5.874,64 ABŞ dolları dəyərində, Elxan Azizovun adına olan ST081993 kodlu 2.097,69 ABŞ dolları dəyərində, Azər İsgəndərovun adına olan ST080614 kodlu 1.378,77 ABŞ dolları dəyərində, 2019-cu il 31 avqust tarixli Rüfət Alıyevin adına olan ST084015 kodlu 1.016,63 ABŞ dolları dəyərində, Elnarə İsmayılovanın adına olan ST083827 kodlu 1.265,58 ABŞ dolları dəyərində, 2019-cu il 01 sentyabr tarixli Mahir Məmmədovun adına olan ST083255 kodlu 3.238,13 ABŞ dolları dəyərində, 2019-cu il 02 sentyabr tarixli Mehriban Ağayevanın adına olan ST084537 kodlu 1.412,76 ABŞ dolları dəyərində, Sərxan Hüseynlinin adına olan ST084159 kodlu 1.101,13 ABŞ dolları dəyərində, Rasim Zeynalovun adına olan ST081391 kodlu 1.410,04 ABŞ dolları dəyərində, Azər Zeynalovun adına olan ST074301 kodlu 1.151,24 ABŞ dolları dəyərində, 2019-cu il 03 sentyabr tarixli Fuad Zeynallının adına olan ST083572 kodlu 2.045,97 ABŞ dolları dəyərində, 2019-cu il 04 sentyabr tarixli Mübariz Əhmədovun adına olan ST083263 kodlu 2.590,79 ABŞ dolları dəyərində, Natiq Qiyasbəylinin adına olan ST073772 kodlu 1.511,07 ABŞ dolları dəyərində, 2019-cu il 05 sentyabr tarixli Məmmədəli Nuriyevin adına olan ST079137 kodlu 975,17 ABŞ dolları dəyərində, Eminəli Guluzadənin adına olan ST077494 kodlu 1.930 ABŞ dolları dəyərində, Toğrul Məmmədlinin adına olan ST075473 kodlu 1.510,17 ABŞ dolları dəyərində, 2019-cu il 07 sentyabr tarixli Ruqiyyə Məmmədovanın adına olan ST084657 kodlu 2.363,57 ABŞ dolları dəyərində, 2019-cu il 12 sentyabr tarixli Rövşən Hasimovun adına olan ST079921 kodlu 1.083,63 ABŞ dolları dəyərində, 2019-cu il 22 sentyabr tarixli Aslanovun Mahir adına olan ST075550 kodlu 926,53 ABŞ dolları dəyərində turpaketlər «Summertour» şirkəti tərəfindən «Turinfo.az» sistemi üzərindən ləğv edilmiş, çıxarışlar protokola əlavə olunmuşdur (8-ci cild, iş vərəqi 57-79). İş materiallarındakı «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 27 fevral tarixli AZF/LGL-1518/20 №-li məktubundan və Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin tərtib etdiyi 2020-ci il 03 mart tarixli protokoldan görünür ki, MMC-dən daxil olan bir ədəd CD diskinə baxış vaxtı Zərərçəkmiş şəxs5 MMC-nin sabiq tur satıcısı Təqsirləndirilən şəxs istifadəsində olan 077 511-15-41 mobil nömrəsi və «X26» məhdud məsuliyyətli cəmiyyətinin direktoru Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında 2018-ci il oktyabrın 27-dən 2019-cu il avqustun 08-dək, 2018-ci il dekabrın 21dən 2018-ci il dekabrın 24-dək, 2019-cu il sentyabrın 05-dən 2019-cu il sentyabrın 24-dək, Təqsirləndirilən şəxs anası X14 istifadəsində olan ***-***-**-** mobil nömrəsi və Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında 2019-cu il iyunun 10-dan 2019-cu il avqustun 26-dək; Zərərçəkmiş şəxs5 MMC-nin sabiq satış meneceri Zahir Mahmudovun istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələri ilə Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında 2018-ci il oktyabrın 27-dən 2019-cu il noyabrın 14-dək; Zərərçəkmiş şəxs5 MMC-nin direktoru Şahid1 qohumu Şahid9 istifadəsində olan ***-***-**- ** mobil nömrəsi və Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında 2018-ci il oktyabrın 27-dən 2019-cu il sentyabrın 13-dək, Zərərçəkmiş şəxs5 MMC-nin sabiq tur satıcısı Türkanın istifadəsində olan ***-***-**-** mobil nömrəsi və Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında 2019-cu il iyunun 10-dan 2019-cu il avqustun 30-dək, Zərərçəkmiş şəxs5 MMC-nin direktoru Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi və Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında 2019-cu il avqustun 21dən 2019-cu il avqustun 24-dək, "xxxx" MMC-nin direktoru Hüseyn Musayevin istifadəsində olan ***-***-**-** mobil nömrəsi və Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında 2019 iyulun 03-də və 2019-cu il avqustun 03-də, "xxxx" MMC-nin sabiq əməkdaşı İlahə Əliyevanın istifadəsində olan ***-***-**-** mobil nömrəsi və Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında 2019-cu il fevralın 10-da, "xxxx" MMC-nin sabiq tur meneceri Təhminə İbrahimovanın istifadəsində olan ***-***-**-** mobil nömrəsi və Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında 2019-cu il fevralın 15-də və 2019-cu il fevralın 17-də, «X48» MMC-nin direktor müavini Şahid3 istifadəsində olan ***-***-**-** mobil nömrəsi və Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında 2019-cu il sentyabrın 25-də telefon danışıqlarının olması müəyyən edilmişdir (9-cu cild, iş vərəqi 6-85). İş materiallarındakı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin tərtib etdiyi 2020ci il 11 mart tarixli protokoldan görünür ki, «Bank of Baku» açıq səhmdar cəmiyyətindəki hesab məlumatlarına və pulun bankomatlardan çıxarılmasına dair videogörüntü və fotoşəkillərin qeyd olunduğu bir ədəd CD diskinə baxış zamanı 2019-cu il fevralın 06-da 1.680 manat, 2019-cu il aprelin 24-də 400 manat, 2019-cu il mayın 15-də 370 manat pul köçürülməsi, kartdakı pulların yalnız 2019-cu il fevralın 14-də, 2019-cu il fevralın 16-da, 2019-cu il fevralın 20-də 2019-cu il martın 05-də, 2019-cu il martın 07-də, 2019-cu il martın 16-da, 2019-cu il martın 19-da, 2019-cu il aprelin 08-də, 2019-cu il aprelin 17-də, 2019-cu il aprelin 20-də, 2019-cu il mayın 03-də, 2019-cu il mayın 09-da və 2019-cu il mayın 30-da Şahid2 tərəfindən, 2019-cu il aprelin 25-də və 2019-cu il mayın 16-da başqa bir nəfər kişi cinsindən olan şəxs tərəfindən çıxarılması müəyyən edilməklə Təqsirləndirilən şəxs tərəfindən pul çıxarılması aşkarlanmamışdır (9-cu cild, iş vərəqi 110- 127). İş materiallarında olan «AccessBank» qapalı səhmdar cəmiyyətinin 2020-ci il 10 mart tarixli 4368 №-li, «Bank Respublika» açıq səhmdar cəmiyyətinin 2020-ci il 10 mart tarixli 2053 №-li, «Paşa Bank» açıq səhmdar cəmiyyətinin 2020-ci il 11 mart tarixli PB-1160 №-li, «Bank BTB» açıq səhmdar cəmiyyətinin 2020-ci il 16 mart tarixli MXD-2020/1920 №-li, «Xalq Bank» açıq səhmdar cəmiyyətinin 2020-ci il 13 mart tarixli 451 №-li, «BankAvrasiya» açıq səhmdar cəmiyyətinin 2020-ci il 16 mart tarixli 02/528 №-li, «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətinin 2020-ci il 17 mart tarixli 18/1455 №-li, «Azərbaycan Sənaye Bankı» açıq səhmdar cəmiyyətinin 2020-ci il 14 mart tarixli 4593 №-li, «Günay Bank» açıq səhmdar cəmiyyətinin 2020-ci il 12 mart tarixli 495/7 №-li, «Naxçıvanbank» açıq səhmdar cəmiyyətinin 2020-ci il 16 mart tarixli 02/233 №-li, ləğv prosesində olan «X43» açıq səhmdar cəmiyyətinin 2020-ci il 19 mart tarixli **********118 №-li, «Premium Bank» açıq səhmdar cəmiyyətinin 2020-ci il 19 mart tarixli O- 2020-1209/BO №-li, «AtaBank» açıq səhmdar cəmiyyətinin 2020-ci il 18 mart tarixli İH-06- 00536/7 №-li, «YapıKredi Bank Azərbaycan» qapalı səhmdar cəmiyyətinin 2020-ci il 06 aprel tarixli 01546 №-li, «NBC Bank» açıq səhmdar cəmiyyətinin 2020-ci il 16 mart tarixli 793 №-li, «Azər-Türk Bank» açıq səhmdar cəmiyyətinin 2020-ci il 13 mart tarixli 05/05-845 №-li və «Yelo Bank» açıq səhmdar cəmiyyətinin 2020-ci il 06 aprel tarixli 30/1705 №-li məktublarından görünür ki, Təqsirləndirilən şəxs və Şahid2 adlarına bank hesabları mövcud deyildir (9-cu cild, iş vərəqi 247, 10-cu cild, iş vərəqi 15, 26, 33, 41, 63, 65, 69, 99, 110, 114, 116, 118, 123, 125, 127 və 213). İş materiallarında olan «Bank of Baku» açıq səhmdar cəmiyyətinin 2020-ci il 13 mart tarixli MXD-409/20 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2013-cü il iyunun 06-da 3801000FG01138U hesablı 1.300 manat məbləğində və 2013-cü il dekabrın 23-də 3801000CC020078U hesablı 1.500 manat məbləğində nağd pul krediti rəsmiləşdirməklə həmin kreditlər üzə borc tam ödənilmiş, 2013-cü il dekabrın 23-də 3801000BL134048 hesablı 300 manat limitli kredit kartı rəsmiləşdirməklə həmin kart üzrə qalıq borc 170,43 manat təşkil edir (10-cu cild, iş vərəqi 19-23). İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondunun 2020-ci il 12 mart tarixli **********533 №-li, 2020-ci il 14 mart tarixli **********296 №-li, 2020-ci il 18 mart tarixli **********094 №-li, 2020-ci il 17 mart tarixli **********765 №-li, 2020-ci il 12 mart tarixli **********163 №-li, 2020-ci il 16 mart tarixli **********032 №-li, 2020-ci il 16 mart tarixli **********185 №-li, 2020-ci il 15 aprel tarixli **********986 №-li və 2020-ci il 12 mart tarixli **********234 №-li məktublarından görünür ki, ləğv prosesində olan «Atra Bank», «RoyalBank», «Yunayted Kredit Bank», «Texnikabank», «Bank of Azerbaijan», «Azərbaycan Kredit Bankı», «Dekabank», «Zaminbank» və «KredoBank» açıq səhmdar cəmiyyətlərində Təqsirləndirilən şəxs və Şahid2 adlarına bank hesabları mövcud deyildir (10-cu cild, iş vərəqi 31, 54, 73, 77, 81, 93, 97, 163 və 214). İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il 14 mart tarixli 23/5-863 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5ndə işlədiyi müddətdə turist səfərləri təşkil etmək adı ilə ayrı-ayrı şəxsləri aldadaraq onlara məxsus külli miqdarda pul vəsaitlərini ələ keçirmiş, sonuncu ödənilən pulları şirkətlərin hesabına köçürməmiş, Şahid2 rəhbərlik etdiyi «X26» şirkətinə məxsus pul vəsaitlərini də mənimsəmişdir, Təqsirləndirilən şəxs vətəndaşlara qarşı törətdiyi dələduzluq əməllərində Şahid2 və digər şəxdlərin iştirakına dair məlumatlar daxil olmamışdır, əməliyyat-axtarış tədbirləri davam etdirilir (10-cu cild, iş vərəqi 37). İş materiallarında olan «AGBank» açıq səhmdar cəmiyyətinin 2020-ci il 16 mart tarixli Ə/S/068(A) №-li məktubundan görünür ki, X32 2018-ci il yanvarın 24-də Təqsirləndirilən şəxs AZ84AZEG******************** №-li hesabına 387 ABŞ dolları, sonuncu 2017-ci il iyunun 23-də və 2017-ci il iyunun 30-da qeyd olunan hesaba müvafiq qaydada 8 və 3 ABŞ dolları məbləğində pul köçürmüşdür (10-cu cild, iş vərəqi 57-61). İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondunun 2020-ci il 16 mart tarixli **********581 №-li məktubundan görünür ki, ləğv prosesində olan «Bank Standart» qapalı səhmdar cəmiyyətində Təqsirləndirilən şəxs adına bank hesabı mövcud deyildir, Şahid2 adına 2016-cı il yanvarın 01-də açılan AZ78MOSZ******************** saylı hesabdan çıxarış məktuba əlavə olunmuşdur (10-cu cild, iş vərəqi 85-89). İş materiallarında olan «Expressbank» açıq səhmdar cəmiyyətinin 2020-ci il 16 aprel tarixli 001/007/1588/2020 №-li məktubundan görünür ki, Şahid2 adına olan AZ46AZEN******************** saylı hesabda 5,05 manat olmaqla Təqsirləndirilən şəxs adına bank hesabı mövcud deyildir (10-cu cild, iş vərəqi 142). İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondunun 2020-ci il 15 aprel tarixli **********365 №-li məktubundan görünür ki, «Evrobank» açıq səhmdar cəmiyyətindəki müştəri hesablarını əks etdirən maliyyə uçot reyestri fonda təhvil verilmədiyindən Təqsirləndirilən şəxs və Şahid2 adına bank hesablarının mövcud olub olmaması barədə məlumat verilməsi mümkün deyildir (10-cu cild, iş vərəqi 155). İş materiallarındakı «Azercell» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 19 mart tarixli 6567 №-li məktubundan və Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin tərtib etdiyi 2020-ci il 29 aprel tarixli protokoldan görünür ki, MMC-dən daxil olan bir ədəd CD diskinə baxış keçirilməsi zamanı Zərərçəkmiş şəxs5 sabiq tur satıcısı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi və «X26» məhdud məsuliyyətli cəmiyyətinin direktoru Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında oktyabrın 2018-ci il 27-dən 2019-cu il avqustun 30-dək, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi və Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında 2018-ci il dekabrın 21-dən 2018-ci il dekabrın 24-dək telefon danışıqlarının və sms yazışmalarının, qeyd edilən nömrələr arasında 2019-cu ilin iyul-avqust aylarında mütəmadi telefon danışıqlarının və sms yazışmalarının olması, sms yazışmalarında Təqsirləndirilən şəxs aviabilet və otel rezervasiyaları üçün yaranmış problemə görə ***-***-**-** mobil nömrəsinin sahibi «Fazil dayı» adlı şəxsdən falçılıq yolu ayrı-ayrı şəxslərin adlarına olan aviabilet və otel rezervasiyalarını sifariş etdiyi şirkət əməkdaşlarını susdurmasını və ondan sifarişlərin ödənişlərinin istənilməməsini, müştərilərin uçuşlarının və otellərdə istirahətlərinin təmin edilməsinə köməklik etməsini xahiş etməsi, anten məlumatlarına əsasən ***-***-**-** və ***-***-**-** mobil nömrələrin 2019-cu ilin iyul-avqust aylarında günün əksər saatlarında «X26» MMC-nin yerləşdiyi Təbriz küçəsində olması müəyyənləşdirilmişdir (10-cu cild, iş vərəqi 120-121 və 165-191). İş materiallarındakı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin tərtib etdiyi 2020ci il 05 may tarixli protokoldan görünür ki, iş üzrə şahidlər Şahid2 və Təqsirləndirilən şəxs üzləşdirilərkən birincisi ifadəsini təsdiq edərək müştərilərə göstərdiyi xidmətlərə görə aldığı pulların bir qismini Təqsirləndirilən şəxs verməklə bir qismini müəyyən şəxslərin vasitəsilə Zərərçəkmiş şəxs5 ofisinə göndərdiyini bildirmiş, sonuncu deyilənlərlə qismən razılaşaraq «X26» məhdud məsuliyyətli cəmiyyətində verilən sifarişlərlə bağlı müştərilərin pullarını alıb Şahid1 verdiyini göstərmişdir (10-cu cild, iş vərəqi 192-211). İş materiallarında olan «Unibank» açıq səhmdar cəmiyyətinin 2020-ci il 06 may tarixli HD-2835 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid2 əmanət hesabları istisna olmaqla digər bank hesabları vardır, sonuncuların bank hesablarından çıxarışlar, bank hesabının açılması üçün ərizələr, imza nümunələri və Şahid2 məxadil-məxaric sənədləri məktuba əlavə olunmuşdur (10-cu cild, iş vərəqi 223-291). İş materiallarında olan «Kapital Bank» açıq səhmdar cəmiyyətinin 2020-ci il 20 aprel tarixli 157000/2-1467 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs kart hesabı, Şahid2 isə əmək haqqı, kart hesabları və birkart miles hesabı mövcuddur (11-ci cild, iş vərəqi 46). İş materiallarında olan «Bank VTB» açıq səhmdar cəmiyyətinin 2020-ci il 07 may tarixli 2097 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2020-ci il mayın 04-nə cari hesabı yoxdur, sonuncunun 2016-cı il iyunun 14-də açılan kart hesablarına dair çıxarışlar məktuba əlavə olunmuşdur (11-ci cild, iş vərəqi 48-65). İş materiallarındakı ləğv prosesində olan «DəmirBank» və «GəncəBank» açıq səhmdar cəmiyyətlərinin 2020-ci il 21 may tarixli **********264 №-li və 2020-ci il 03 iyun tarixli **********437 №-li məktublarından görünür ki, Təqsirləndirilən şəxs və Şahid2 bank hesabı aşkarlanmamışdır (11-ci cild, iş vərəqi 128 və 148). İş materiallarında olan Azərbaycan Respublikasının baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2020-ci il 02 iyul tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid2 mülkiyyətlərində və ya etibarnamə əsasında istifadələrində olan nəqliyyat vasitələri barədə məlumat aşkar olunmamışdır (12-ci cild, iş vərəqi 198). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 21 iyul 9/1178 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs balansında olan 253.605,75 manat məbləğində pul vəsaiti çatışmazlığı müəyyən edilməklə sonuncunun öhdəliyi 77.667,97 avro və 1.548 ABŞ dolları təşkil edir, Təqsirləndirilən şəxs 151.288,1 manat məbləğində otel rezervasiyaları etmişdir, sonuncu Zərərçəkmiş şəxs5ndə tur meneceri işlədiyi 2019-cu il iyulun 21-dən 2019-cu il iyulun 30-dək satış məqsədilə «X48» məhdud məsuliyyətli cəmiyyətindən 33.962,46 manat, 2019-cu il avqustun 01-dən 2019-cu il avqustun 31-dək "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən 68.355,19 manat məbləğində aviabiletlər sifariş etmişdir; otel rezervasiyaları (transfer də daxil olmaqla) və aviabiletlərin real qiymətləri ilə müştərilərdən alınan pul arasındakı fərq 71.267,84 manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri 250 manatdır (12-ci cild, iş vərəqi 202-211). İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2020-ci il 29 iyul tarixli **********55 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid2 adına qeydiyyata alınan daşınmaz əmlak aşkarlanmamışdır (12-ci cild, iş vərəqi 213). İş materiallarındakı Bakı şəhəri Nərimanov rayonu MKTB-nin 18 saylı MKİS-inin tərtib etdiyi 2021-ci il 16 fevral tarixli 18/273 №-li arayışından və eyni tarixli 18/274 №-li xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs himayəsində Turan və Nilufər adlı azyaşlı övladları vardır, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır (12-ci cild, iş vərəqi 259- 260). İş materiallarında olan Azərbaycan Respublikasının baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin 2021-ci il 16 fevral tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə 2021-ci il 17 fevral tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2.-ci, 178.2.3.-cü, 178.2.4.-cü və 308.2.-ci maddələri ilə ittiham elan olunmuş, sonuncunun barəsində Azərbaycan Respublikasının CM-nin 313-cü və 320-ci maddələri ilə, Şahid2 əməllərində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmiş, 10 ədəd diskin və «WhatsApp» proqramından çıxarışların maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır (13-cü cild, iş vərəqi 1-173). İş materiallarında olan Azərbaycan Respublikasının baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin 2021-ci il 17 fevral tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmişdir (13-cü cild, iş vərəqi 211-212). Məhkəməyə təqdim olunan notariat qaydasında təsdiq edilmiş 2021-ci il 22 sentyabr, 2021-ci il 29 oktyabr və 2021-ci il 13 noyabr tarixli ərizələrdən görünür ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışmışlar, onlara dəymiş ziyan sonuncu tərəfindən tam şəkildə ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir iddiaları, şikayətləri və tələbləri yoxdur. Məhkəməyə 2022-ci il martın 29-da təqdim olunan ərizədən görünür ki, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs ilə barışmaqla sonuncuya azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsinə etirazı yoxdur. Məhkəməyə təqdim olunan Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 08 fevral tarixli qətnaməsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs5ndən 66.341 manat əsas borc, gecikdirilmiş müddət üçün hesablanmış 2.000 manat dəbbə pulu, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 3.317 manat və dövlət rüsumunun əvəzi olaraq 4,5 manat olmaqla cəmi 71.662,5 manat məbləğində pulun tutularaq "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə ödənilməsi qət edilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2.-ci, 178.2.3.-cü, 178.2.4.-cü, 179.3.2.-ci və 308.2.-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, hərəkətlərində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikasının CM-nin 178.2.2.-ci, 178.2.3.-cü, 178.2.4.-cü, 179.3.2.-ci və 308.2.-ci maddələri ilə düzgün tövsif etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü təqsirli bilməməsinə, yəni heç bir cinayət törətməməsi, alınan aviabiletlərin pullarının Zərərçəkmiş şəxs5 ofisində Şahid1 tam şəkildə ödənilməsi, biletlərin gizli şəkildə alınmamaqla sonuncunun bu haqda məlumatlı olması, belə ki, aviabilet alışı elektron poçt və «WhatsApp» proqramında əks edildiyi üçün istənilən zaman İlqar müəllim tərəfindən dayandırılmasının mümkün olması və sonuncu aviabiletlərin pulunun ödənilməsini gecikdirdiyi üçün «X48» məhdud məsuliyyətli cəmiyyətinin direktorundan 15 gün vaxt istəməsi barədə göstərdiklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. Belə ki, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş başqa zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, habelə iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasının, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə almaqla ilk məhkumluğunu, yaşayış yeri üzrə barəsində heç bir şikayət daxil olmamasını, tənha qadın olmasını, ailə vəziyyətini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 79.1.-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair» 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsində qeyd olunan şəxslərin cəzalarının çəkilməsinin təxirə salınması məsələsi həm hökm çıxarılarkən, həm də onlar cəzaçəkmə müəssisələrində cəza çəkərkən həll edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzası sonuncunun 2011-ci il 30 mart təvəllüdlü övladı X20 14 yaşına çatanadək, yəni 2025-ci il martın 30-dək təxirə salınmalıdır. Məhkəmə eyni vaxtda hesab edir ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən sonuncuya Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180.2.-ci maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs haqqında seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə zərər çəkmiş şəxslərin Təqsirləndirilən şəxs ilə barışmalarını, ona qarşı heç bir şikayətlərinin və tələblərinin olmadığını nəzərə alır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan 10 ədəd diskin və «WhatsApp» proqramından çıxarışların maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 910 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X33 tərəfindən 10 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X23 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 60 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının çəkilməsinin sonuncunun 2011-ci il 30 mart təvəllüdlü övladı X10 14 yaşına çatanadək təxirə salınacağını nəzərə alaraq hesab edir ki, cəzaçəkmənin başlanğıcı hökmün faktiki icra olunacağı vaxtdan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2.-ci, 178.2.3.-cü və 178.2.4.-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il, Azərbaycan Respublikasının CM-nin 179.3.2.-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay, Azərbaycan Respublikasının CM-nin 308.2.-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında turizm və sair kommersiya sahəsində maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 02 (iki) il müddətinə turizm sahəsində maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79.1.-ci maddəsi tətbiq edilməklə 2011-ci il 30 mart təvəllüdlü övladı X20 14 yaşına çatanadək hökmün icrası azadlıqdan məhrumetmə cəzasına münasibətdə təxirə salınsın. Təqsirləndirilən şəxs övladı X20 14 yaşına çatanadək davranışına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Azadlıqdan məhrumetmə cəzasının çəkilməsi müddətinin başlanğıcı hökmün faktiki icra olunacağı vaxtdan hesablansın. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5nə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 180.2.-ci maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübut kimi tanınan 10 ədəd diskin və «WhatsApp» proqramından çıxarışların cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. 910 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X23 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 60 manat köçürülsün. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-91/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-91/2022
08.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver