Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-91/2023 10.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Rəhim oğlunun və müdafiəçilər - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi4, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakı ilə xx xxxxxx 1996-cı il tarixdə Əli Bayramlı şəhərində (hazırkı Şirvan şəhəri) anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şirvan şəhər Məhkəməsinin 05 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penİtensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxxx 1996-cı il tarixdə Yardımlı rayonunun Şəfəqli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda qeydiyyatda olmaqla ünvan 3 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1984-cü ild tarixdə Əli Bayramlı şəhərində (hazırkı Şirvan şəhəri) anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" ASCnin 4 saylı regional su-kanal idarəsində sürücü işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o,, 2021-ci ilin iyun ayının əvvəllərində Şirvan şəhərində tanışları Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və şəxsiyyətləri müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək barədə qabaqcadan razılığa gəlmiş, 2021-ci ilin iyul ayının ortalarında cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu ərazisində əməliyyat tapşırığını yerinə yetirən “Almaz” şərti adı ilə şərti alıcı qismində müvəkkil edilmiş əməliyyat qrupunun üzvü Şahid1 ilə görüşərək narkotik vasitənin alqı-satqısı barədə danışıq aparmış, cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 təklifi və vasitəçiliyi ilə qrupun üzvləri arasında əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasındakı şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvü istintaqa məlum olmayan vaxtda və mənbədən tamah və satış məqsədi ilə ayrı-ayrılıqda təmiz çəkiləri 965 qram, 994,6 qram, 964,4 qram, 965,3 qram, 961,5 qram, 977,4 qram, 935,4 qram, 971,2 qram və 985,8 qram olmaqla cəmi 9 bükümdə, ümumi təmiz çəkisi külli miqdar təşkil edən göy rəngli sellofan torbada qablaşdırılmış 8720,6 qram tiryək narkotik vasitəsini qanunsuz olaraq satış məqsədilə qəsdən əldə etmiş, istintaqa məlum olmayan vaxtda və yerdən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsini və Salyan rayonu ərazisində Astara-Ələt-Bakı yolunun kənarındakı 212 nömrəli yol nişanının yaxınlığında kolluqda yerləşdirərək saxlanılmasını təşkil etmiş, Təqsirləndirilən şəxs1 isə 3 avqust 2021-ci il tarixdə saat 01 radələrində cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs3 ilə birlikdə sonuncunun idarə etdiyi “Mercedes-Benz S 600” markalı **-LB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə narkotik vasitəni qoyulduğu yerdən qanunsuz olaraq götürərək əldə edib özündə saxlamış, oradan Şirvan şəhərinə, həmin gün isə günorta saatlarında Təqsirləndirilən şəxs3lə birlikdə sonuncunun idarə etdiyi avtomobillə narkotik vasitəni satmaq məqsədilə qanunsuz olaraq Şirvan şəhərindən Bakı şəhərinə daşımış, qeyd edilən tarixdə saat 19 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Xocasən qəsəbəsi, Xocasən yolunun kənarında yerləşən “SOSAR” yanacaqdoldurma məntəqəsinin qarşısında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitəni əməliyyat tapşırığını yerinə yetirən “Almaz” şərti adı ilə şərti alıcı qismində müvəkkil edilmiş əməliyyat qrupunun üzvü Şahid1 qanunsuz olaraq satarkən saxlanılmış, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs3 isə hadisə yerindən qaçmışdır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, 2021ci ilin iyun ayının əvvəllərində Şirvan şəhərində tanışları Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və şəxsiyyətləri müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək barədə qabaqcadan razılığa gəlmiş, 2021-ci ilin iyul ayının ortalarında cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu ərazisində əməliyyat tapşırığını yerinə yetirən “Almaz” şərti adı ilə şərti alıcı qismində müvəkkil edilmiş əməliyyat qrupunun üzvü Şahid1 ilə görüşərək narkotik vasitənin alqı-satqısı barədə danışıq aparmış, daha sonra cinayətkar qrupun üzvləri arasında əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasındakı şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvü istintaqa məlum olmayan vaxtda və mənbədən tamah və satış məqsədi ilə ayrı-ayrılıqda təmiz çəkiləri 965 qram, 994,6 qram, 964,4 qram, 965,3 qram, 961,5 qram, 977,4 qram, 935,4 qram, 971,2 qram və 985,8 qram olmaqla cəmi 9 bükümdə, ümumi təmiz çəkisi külli miqdar təşkil edən göy rəngli sellofan torbada qablaşdırılmış 8720,6 qram tiryək narkotik vasitəsini qanunsuz olaraq satış məqsədilə qəsdən əldə etmiş, istintaqa məlum olmayan vaxtda və yerdən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsini və Salyan rayonu ərazisində Astara-Ələt-Bakı yolunun kənarındakı 212 nömrəli yol nişanının yaxınlığında kolluqda yerləşdirərək saxlanılmasını təşkil etmiş, Təqsirləndirilən şəxs1 isə 3 avqust 2021-ci il tarixdə saat 01 radələrində cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs3 ilə birlikdə sonuncunun idarə etdiyi “Mercedes-Benz S 600” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə narkotik vasitəni qoyulduğu yerdən qanunsuz olaraq götürərək əldə edib özündə saxlamış, oradan Şirvan şəhərinə, həmin gün isə günorta saatlarında Təqsirləndirilən şəxs3lə birlikdə sonuncunun idarə etdiyi avtomobillə narkotik vasitəni satmaq məqsədilə qanunsuz olaraq Şirvan şəhərindən Bakı şəhərinə daşımış, qeyd edilən tarixdə saat 19 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Xocasən qəsəbəsi, Xocasən yolunun kənarında yerləşən “SOSAR” yanacaqdoldurma məntəqəsinin qarşısında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitəni əməliyyat tapşırığını yerinə yetirən “Almaz” şərti adı ilə şərti alıcı qismində müvəkkil edilmiş əməliyyat qrupunun üzvü Şahid1 qanunsuz olaraq satarkən saxlanılmış, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs3 hadisə yerindən qaçmış, Təqsirləndirilən şəxs2 isə 4 avqust 2021-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində, Akim Abbasov küçəsində yerləşən çayxanada, əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılmışdır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, o, 2021ci ilin iyun ayının əvvəllərində Şirvan şəhərində tanışları Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və şəxsiyyətləri imüəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək barədə qabaqcadan razılığa gəlmiş, cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 təklifi və vasitəçiliyi ilə qrupun üzvləri arasında əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasındakı şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvü istintaqa məlum olmayan vaxtda və mənbədən tamah və satış məqsədi ilə ayrı-ayrılıqda təmiz çəkiləri 965 qram, 994,6 qram, 964,4 qram, 965,3 qram, 961,5 qram, 977,4 qram, 935,4 qram, 971,2 qram və 985,8 qram olmaqla cəmi 9 bükümdə, ümumi təmiz çəkisi külli miqdar təşkil edən göy rəngli sellofan torbada qablaşdırılmış 8720,6 qram tiryək narkotik vasitəsini qanunsuz olaraq satış məqsədilə qəsdən əldə etmiş, istintaqa məlum olmayan vaxtda və yerdən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsini və Salyan rayonu ərazisində Astara-Ələt-Bakı yolunun kənarındakı 212 nömrəli yol nişanının yaxınlığında kolluqda yerləşdirərək saxlanılmasını təşkil etmiş, Təqsirləndirilən şəxs3 isə 3 avqust 2021-ci il tarixdə saat 01 radələrində cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 ilə birlikdə özünün idarə etdiyi “Mercedes-Benz S 600” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə narkotik vasitəni qoyulduğu yerdən qanunsuz olaraq götürərək əldə edib saxlamış, oradan Şirvan şəhərinə, həmin gün isə günorta saatlarında Təqsirləndirilən şəxs1la birlikdə özünün idarə etdiyi avtomobillə narkotik vasitəni satmaq məqsədilə qanunsuz olaraq Şirvan şəhərindən Bakı şəhərinə daşımış, qeyd edilən tarixdə saat 19 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Xocasən qəsəbəsi, Xocasən yolunun kənarında yerləşən “SOSAR” yanacaqdoldurma məntəqəsinin qarşısında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 narkotik vasitəni əməliyyat tapşırığını yerinə yetirən “Almaz” şərti adı ilə şərti alıcı qismində müvəkkil edilmiş əməliyyat qrupunun üzvü Şahid1 qanunsuz olaraq satarkən saxlanılmış, Təqsirləndirilən şəxs3 isə idarə etdiyi **-LB-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz S 600” markalı minik avtomobili ilə anidən hərəkət edərək avtomobili əməliyyat-axtarış fəaliyyətini həyata keçirən əməliyyat qrupunun üzvü Şahid3 məxsus “X26” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı və əməliyyat qrupunun digər üzvü X9 məxsus “İnfinity FX35” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobillərinə və ərazidə olan digər avtomobillərə çırparaq hadisə yerindən qaçmış, 05 avqust 2021-ci il tarixdə saat 09 radələrində əməliyyat qrupu tərəfindən yaşadığı Şirvan şəhəri, Vidadi küçəsi, 32 №-li evdə saxlanılmışdır. Məhkəmə zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ilə uşaqlıqdan eyni məhəllədə yaşayıblar, həmçinin, Şirvan şəhəri 11 saylı orta məktəbdə sinif yoldaş olmuşlar. Süleymana 2000 manata yaxın borcu olmuş, lazım olduqda 100, 200, 300 manat Süleymandan borc almış və həmin borc üst-üstə yığılmışdır. Süleyman Ramin adlı iranlı ilə tanış olmuş, Ramin İranda ticarətlə məşğul olmuş, o, Raminlə alver etməsi üçün Süleymandan Raminin mobil telefon nömrəsini almış, Raminlə danışarkən Ramin ona narkotik vasitə satmağı təklif etmiş, bu barədə Süleymanın məlumatı olmamış, o özü də Süleymana bu barədə heç nə deməmişdir. Təxminən 1 ay əvvəl Ramin WhatsApp mobil tətbiqi vasitəsilə ona Salyan rayonu ərazisində, Astara-Ələt-Bakı yolunda, 152 nömrəli plakatın yaxınlığında, 2 ayrı bağlamada – birində təqribən 4 kiloqram, digərində təqribən 0,5 kiloqram çəkilərdə tiryək narkotik vasitəsi olduğunu və həmin narkotik vasitələrin Bakının girişində istənilən əraziyə aparılmalı olduğunu demişdir. Həmin vaxt Pərvin özünə məxsus avtomobili əzmişdir, ustaya verməyə pul axtarırdı, Pərvinə təklif etmişdir ki, onunla Salyan yoluna getsin, əmisi oğlu onun üçün yolun kənarına torbalarda paltar qoyub, həmin paltarları götürməlidir, Pərvinə yol haqqı olaraq 100 manat verəcəyini demiş, Pərvin onun təklifi ilə razılaşmış, 3 avqust 2021-ci il tarixdə təqribən saat 17 radələrində Şirvan şəhəri Vidadi küçəsində Pərvinlə görüşərək idarə etdiyi “Mercedes Benz” markalı **-LB-*** nömrə nişanlı nəqliyyat vasitəsilə Bakı şəhərinə yola düşmüşlər. Narkotik vasitə olan torbanı içərisinə qoymaq üçün evdən özünə məxsus üzərində “Juventus” yazısı olan ağ-qara rəngli əl çantasını götürmüş, , narkotik vasitəni gizlətdiyi yerdən, yəni kanalın kənarından götürüb həmin əl çantasının içərisinə qoymuş, Pərvin həmin vaxt onun çantasının içərisində narkotik vasitə olmasını bilməmişdir. Pərvinlə birlikdə Bakı şəhərinin girişində, “Meyvəli” Ticarət Mərkəzinin yaxınlığında olan “SOSAR” yanacaq doldurma məntəqəsinin qarşısında, alıcı Almazla görüşüb narkotik vasitəni təhvil verməli imiş. Həmin yerdə üzərində “Juventus” yazısı olan ağ-qara rəngli əl çantasının içərisinə yerləşdirdiyi təqribən 9 kiloqram çəkidə narkotik vasitəni Raminin dediyi Almaz adlı şəxs ilə təxminən saat 19 radələrində görüşüb təqdim edəndə mülki geyimli şəxslər onlara yaxınlaşmış və onu saxlayaraq araşdırma aparılması üçün Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə dəvət etmişlər. Bundan sonra Pərvinin idarə etdiyi “Mercedes Benz” markalı **- LB-*** nömrə nişanlı avtomobil ilə hadisə yerindən uzaqlaşdığının və uzaqlaşarkən də nəqliyyat vasitələrini vurub qəza törətməsinin şahidi olmuşdur. Nə Təqsirləndirilən şəxs2 və nə də ki, Təqsirləndirilən şəxs3 onun tərəfindən narkotik vasitələrin götürülməsi və daşınması barədə məlumatları olmamışdır. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatdadır, atası ilə münasibətilərində problemlər olduğu üçün 2 aydır ki, Şirvan şəhəri Xəqani küçəsində yerləşən mənzildə kirayə yaşamışdır. Əvvəllər müxtəlif işlərdə satıcı, ofisiant və belə kiçik işlərdə çalışmış, hal-hazırda işləməmişdir. 2 ildir qurudulmuş marixuana və aradabir tiryək narkotik vasitələrindən istifadə etmiş, 2021-ci ilin may ayında Şirvan şəhərində üzərində şəxsi istifadəsi üçün 0,5 qram tiryək narkotik vasitəsi olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuş, 2020-ci ilin sentyabr ayında Şirvan şəhər Məhkəməsinin hökmü ilə 2 il müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılmışdır. Təxminən ay yarım - 2 ay əvvəl dostu Təqsirləndirilən şəxs2 ona narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmağı təklif etmişdir. Təqsirləndirilən şəxs2 ilə uşaqlıqdan eyni məhəllədə yaşamış, Şirvan şəhəri 11 saylı orta məktəbdə sinif yoldaşı olmuşlar; Süleyman “Mercedes Benz” markalı **-KU-*** nömrə nişanlı nəqliyyat vasitəsini idarə etmiş və ailəsi ilə birlikdə Bakı şəhərində yaşamış, aradabir Şirvan şəhərinə gedibgəlmişdir. Süleymana 2.000 manata yaxın borcu olmuş, Lazım olduqda 100, 200, 300 manat şəxsi istifadəsi üçün Süleymandan borc almış və həmin borc üst-üstə yığılmışdır. Süleyman ona Ramin adlı iranlı ilə tanış olduğunu, Raminin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmağı təklif etdiyini bildirmiş və pul qazanmaq istəyirsə ona qoşulmağı təklif etmişdir. Süleyman ona olan borcunun silinməsi qarşılığında narkotik işi ilə birlikdə məşğul olmağı təklif etmişdir. O, Süleymana olan borcunun silinməsi qarşılığında təklifi qəbul etmiş, Süleyman bu iş üçün sürücü lazım olduğunu demiş o, Şirvan sakini - Süleymanın da tanıdığı Pərvinə bu barədə deməyi təklif etmiş, Süleyman da razılaşmışdır. Bundan sonra o, Pərvin ilə bu barədə danışmaq üçün görüşmüş, görüş zamanı Pərvinə Süleymanın dediklərini, narkotik vasitənin daşınması ilə məşğul olacaqlarını, pul qazanacaqlarını demiş, Pərvin onun təklifilə razılaşmışdır. O, Süleymana Pərvinin də işə razı olduğunu demişdir. Süleyman onun mobil telefon nömrəsini iranlı tanışı Raminə vermiş, Ramin onunla ilk dəfə əlaqə saxladıqda nömrəsini Süleymandan aldığını demiş, bundan sonra Raminlə əlaqələri yaranmışdır. Həmin vaxta qədər həmin şəxslə heç bir əlaqəsi, tanışlığı olmamışdır. Təqribən 1 ay əvvəl Ramin adlı iranlı “Whatsap” mobil tətbiqi vasitəsilə ona Salyan rayonu ərazisində, Astara-Ələt-Bakı yolunda 152 nömrəli plakatın yaxınlığında 2 ayrı bağlamada təqribən dörd kiloqram və yarım kiloqram çəkilərdə tiryək narkotik vasitəsi olduğunu və həmin narkotik vasitələrin Bakının girişində istənilən əraziyə aparılmalı olduğunu demişdir. O, dərhal bu barədə həm Süleymana, həm də Pərvinə məlumat vermiş, Şirvan şəhərində, Vidadi küçəsində, Pərvinlə görüşərək idarə etdiyi “Mercedes Benz” markalı **-LB-*** nömrə nişanlı nəqliyyat vasitəsilə Raminin dediyi ünvana getmişlər. Ramin WhatsApp mobil tətbiqi vasitəsilə ona tiryək narkotik vasitəsinin içinə yerləşdirildiyi bağlamaların qoyulduğu yerin şəklini «atdığı» üçün həmin bağlamaları tapmaq asan olmuşdur. Həmin bağlamalarda olan tiryək narkotik vasitəsini Bakı şəhərində Şıxov ərazinə apararaq 300-400 metr məsafə aralığı ilə dəqiq xatırlamadığı yerlərə qoymuş və həmin yerlərin şəkilini çəkərək WhatsApp mobil tətbiqi vasitəsilə Raminə göndərmişdir. Süleymana işi icra etdikləri barədə məlumat verdikdə Süleyman onun olan yığılmış borcunu tam olaraq sildiyini demişdir. Bundan sonra Pərvinlə birlikdə Şirvan şəhərinə qayıtmışlar. Bu hadisədən əvvəl Pərvinə idarə etdiyi avtomobilə ehtiyyat hissə alması üçün 500 manat pul borc vermiş, narkotik vasitəni Bakı şəhərinə çatdırmağa kömək etdiyi üçün Pərvinə 300 manat pulu öz şəxsi vəsaiti hesabına vermiş və ona olan 500 manat borcunu silmişdir. Beləliklə Pərvinə narkotik vasitənin təhvil alınması və Bakı şəhərinə çatdırılması müqabilində ümumilikdə 800 manat məbləğində pul vermiş, Süleyman isə onun 2000 manat borcunu silmişdir. Bundan sonra iranlı Raminlə WhatsApp mobil tətbiqi vasitəsilə danışıqları davam etmiş. Ramin təqribən 20-30 kiloqram çəkidə tiryək narkotik vasitəsinin Bakı şəhərində yaşayan daha əvvəllər tanımadığı Almaz adlı şəxsə çatdırmalı olduqlarını demişdir. Bu barədə Süleyman və Pərvinlə danışmış, əldə edəcəkləri gəliri üçü arasında bərabər bölüşdürməklə bağlı razılığa gəlmişlər. Təxminən 1 ay əvvəl Süleyman ilə birlikdə onun idarə etdiyi “Mercedes Benz” markalı **-KU-*** nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Yasamal rayonuna gələrək axşam saatlarında Lider TV-nin inzibati binasının yaxınlığında bir çayxanada Almaz ilə görüşmüşlər. Almazla danışmış, hər ay gizli yollarla İrandan gətiriləcək narkotik vasitələri həmin şəxsə verəcəkləri barədə razılığa gəlmişlər. Bundan sonra Raminin İrandan göndərəcəyi ilk partiya narkotik vasitəni qəbul etdikdə bu barədə dərhal Almaza məlumat verməyi razılaşdırmışlar. Daha sonra Ramin Almaz ilə WhatsApp mobil tətbiqi vasitəsilə danışıb razılaşmış və sonra onunla danışaraq göndəriləcək narkotik vasitənin hər bir kiloqramına görə onlara 500 manat pul veriləcəyini demişdir. 02 avqust 2021-ci il tarixdə axşam saatlarında Ramin ona WhatsApp mobil tətbiqi vasitəsilə zəng vuraraq Astara-Ələt-Bakı yolunda, 212 nömrəli plakatın yaxınlığında, bağlamada təqribən 9 kiloqram tiryək narkotik vasitəsinin olduğunu, həmin narkotik vasitəni Bakı şəhərində “Meyvəli” Ticarət Mərkəzinin yaxınlığında olan «SOSAR” yanacaq doldurma məntəqəsinin qarşısında Almaza təhvil verməyi demiş və həmin bağlamanın qoyulduğu yerin şəkilini göndərmişdir. Razılaşdıqları kimi dərhal bu barədə həm Süleymana, həm də Pərvinə məlumat vermiş və həmin narkotik vasitənin çatdrırılmasını edib pul qazanmağı bildirmişdir. xx.xx.2021-ci il tarixdə gecə saat 01 radələrində Şirvan şəhərində yaşadığı ünvandan onu Pərvin idarə etdiyi avtomobillə götürmüş və narkotik vasitəni qoyulduğu yerdən götürmək üçün Salyan rayonuna getmiş, Astara-Ələt-Bakı yolunda 212 nömrəli plakatın yaxınlığında qoyulmuş içərisində narkotik vasitə olan göy rəngli sellofan torbanı götürmüş və Şirvan şəhərinə qayıtmışlar. Həmin torbanın içərisində çəhrayı rəngli başqa bir sellofan torba da olmuş, həmin torbaların içərisində qara rəngli, xüsusi qoxulu, tiryək narkotik vasitəsinə oxşar maddə olmuşdur. Həmin bağlamanı yaşadığı evə yaxın yerdə, kanalın kənarında gizlətmiş və evə qayıtmışdır. 03 avqust 2021-ci il tarixdə təqribən saat 17 radələrində həmin narkotik vasitəni təhvil vermək məqsədilə Şirvan şəhəri Vidadi küçəsində Pərvinlə görüşərək idarə etdiyi “Mercedes Benz” markalı **-LB-*** nömrə nişanlı nəqliyyat vasitəsilə Bakı şəhərinə yola düşmüşlər. Narkotik vasitə olan torbanı içərisinə qoymaq üçün evdən özünə məxsus üzərində “Juventus” yazısı olan ağ-qara rəngli əl çantasını götürmüş, kanalın kənarında narkotik vasitəni gizlətdiyi yerdən götürüb həmin əl çantasının içərisinə qoymuşdur. Pərvinlə birlikdə narkotik vasitəni təhvil vermək üçün Raminin dediyi yerə getmişlər. Bakı şəhərinin girişində, “Meyvəli” Ticarət Mərkəzinin yaxınlığında olan «SOSAR” yanacaq doldurma məntəqəsinin qarşısında alıcı Almazla görüşüb narkotik vasitəni təhvil verməli olmuşlar. Həmin yerdə üzərində “Juventus” yazısı olan ağ-qara rəngli əl çantasının içərisinə yerləşdirdiyi təqribən 9 kiloqram çəkidə narkotik vasitəni Raminin dediyi Almaz adlı şəxs ilə təxminən saat 19 radələrində görüşüb təqdim edəndə mülki geyimli şəxslər onlar yaxınlaşmış və onu saxlayaraq araşdırma aparılması üçün Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə dəvət etmişlər. Bundan sonra saxlanıldığını görən Pərvin idarə etdiyi “Mercedes Benz” markalı **-LB-*** nömrə nişanlı nəqliyyat vasitəsilə hadisə yerindən uzaqlaşdığına və uzaqlaşarkən də nəqliyyat vasitələrinə vurub qəza törədərək ərazidən uzaqlaşdığına şahid olmuşdur. Həmçinin ona məxsus olan “Samsung A40” markalı mobil telefon Pərvinin idarə etdiyi maşında olmuşdur. Baxış zamanı üzərində “JUVENTUS” yazısı olan ağ-qara rəngli 1 ədəd əl çantasının içərisində şəffaf selofan torbaların daxilində olmaqla hər biri çəhrayı rəngli kiçik ölçülü parça torbalarda qablaşdırılmış spesifik qoxuya malik narkotik vasitə tiryəkə oxşar maddələr aşkar edilmişdir. Həmin bağlamalar elektron tərəzi ilə çəkilərək hər birinin ayrılıqda qablaşdırma ilə birgə çəkiləri 1000 (bir min), 1000 (bir min), 1000 (bir min), 1000 (bir min), 1000 (bir min), 1000 (bir min), 1000 (bir min), 1000 (bir min), 800 (səkkiz yüz) qram təşkil etməklə qablaşdırma ilə birlikdə ümumi təqribi çəkisinin 8800 (səkkiz min səkkiz yüz) qram olduğu müəyyən edilmişdir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2017-2019-cu illərdə İran İslam Respublikasının Qum şəhərində yaşamış, oraya getməkdə məqsədi fars-ərəb dillərini öyrənmək olmuşdur. Fars dilini yaxşı səviyyədə öyrəndikdən sonra təqribən 2019-cu ilin oktyabr ayında Azərbaycan Respublikasına qayıtmış, pandemiya ilə bağlı təkrar olaraq İran İslam Respublikasının Qum şəhərinə gedə bilməmişdir. Qum şəhərində olarkən Ramin adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş, həmin şəxsi oxuduğu məktəbin bufetində işləyən İbrahim adlı iranlı vasitəsilə tanımımışdır. Təqribən 2021-ci ilin may ayının sonlarında Şirvan şəhərində olarkən uşaqlıqda eyni məhəllədə yaşadığı Məhəmmədlə görüşmüş, Məhəmmədlə həmçinin eyni məktəbdə - Şirvan şəhəri 11 saylı orta məktəbdə təhsil almışlar. Məhəmməd söhbət əsnasında İrandan satmaq üçün mal gətirmək istədiyini bildirərək ondan İranda tanışının olub-olmamasını soruşmuş, o, konkret olaraq nə mal olduğunu soruşduqda, Məhəmməd ticarət mallarının olduğunu demişdir. Bundan sonra Ramin ilə WhatsApp vasitəsilə danışaraq Məhəmməd adlı tanışının İrandan mal alıb Azərbaycana gətirib ticarətlə məşğul olmaq istədiyini demiş, Raminin razılığı ilə sonuncunun mobil telefon nömrəsini Məhəmmədə vermişdir, bundan sonra Məhəmməd Raminin arasında hansı danışıqların olmasından məlumatı omlamışdır. Onun həmçinin Məhəmmədin Almaz adlı şəxslə nə barədə söhbət etdikləri barədə məlumatı da olmamışdır. Dövlət Gömrük Komitəsinin əməkdaşlarının təsiri və təzyiqi ilə Məhkəmmədin narkotik vasitələrlə bağlı Raminlə söhbətlər aparmasını bilməsini bildirmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs2 Məhəmməd oğlu ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında ailəsilə birlikdə yaşamış, Əvvəllər kərpic istehsal edən Abşeron rayonu, Müşfiqabad qəsəbəsində yerləşən "xxxx" MMC-də fəhlə işləmiş, 2017- 2019-cu illərdə İran İslam Respublikasının Qum şəhərində yaşamış, oraya getməkdə məqsədi fars-ərəb dillərini öyrənmək olmuşdur. Fars dilini yaxşı səviyyədə öyrəndikdən sonra təqribən 2019-cu ilin oktyabr ayında Azərbaycan Respublikasına qayıtmış, pandemiya ilə bağlı təkrar olaraq İran İslam Respublikasının Qum şəhərinə gedə bilməmişdir. Qum şəhərində olarkən Ramin adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş, Ramin təqribən 40-45 yaşlarında, orta boylu, İran İslam Respublikasının vətəndaşı olmuş, həmin şəxsi oxuduğu məktəbin bufetində işləyən İbrahim adlı iranlı vasitəsilə tanımışdır. Təqribən 2021-ci ilin may ayının sonlarında Şirvan şəhərində olarkən Məhəmməd adlı tanışı ilə görüşmüş, Məhəmməd ilə uşaqlıqda eyni məhəllədə yaşamış, həmçinin eyni məktəbdə - Şirvan şəhəri 11 saylı orta məktəbdə təhsil almışlar. Məhəmməd söhbət əsnasında İrandan satmaq üçün mal gətirmək istədiyini bildirərək ondan İranda tanışının olub-olmamasını soruşmuş, o, tam olaraq nə mal olduğunu soruşduqda, Məhəmməd ticarət mallarının olduğunu demişdir. Bundan sonra Ramin ilə WhatsApp mobil tətbiqi vasitəsilə danışaraq Məhəmməd adlı tanışının İrandan mal alıb Azərbaycanda ticarət etmək istədiyini demiş, Ramin onun mobil telefon nömrəsini Məhəmmədə verməyini bildirmişdir. Təqribən 1 ay əvvəl həm Ramin, həm də Məhəmməd ona WhatsApp mobil tətbiqi vasitəsilə zəng edərək narkotikin alqı-satqısı ilə məşğul olacaqlarını və bu işdə onlarla birlikdə işləməyi təklif etmişlər, o, təkliflə razılaşmamışdır; 2020-ci ilin dekabr ayında Məhəmməd ondan 2.000 manat borc istəmiş, məqsədi Şirvan şəhərində Sabirabad yolunda işlətdiyi yem dükanına mal almaq olmuşdur. Həmin müddətdə o, özünə məxsus “Vaz 2106” markalı nəqliyyat vasitəsini 4600 manata satdığı üçün əlində olan puldan 2.000 manatını Məhəmmədə borca vermişdir. Bundan sonra Məhəmməd borcunu qaytarmağı hər dəfə müxtəlif bəhanələr gətirərək gecikdirmiş, sonuncu dəfə Məhəmməd ondan borcunu qaytarması üçün ona 1 ay da müddət verməyini istəmiş və Ramin ilə narkotik alqı-satqısı işini gördükdən sonra əldə edəcəyi qazancla borcunu ödəyəcəyini demişdir. Bundan sonra həmin şəxslərlə narkotik alqı-satqısı barədə söhbəti olmamışdır. Həmin söhbətdən bir müddət sonra Şirvanda olarkən Məhəmməd ilə qarşılaşmış, Məhəmməd artıq 1 dəfə Ramin ilə iş gördüklərini demişdir. O, Məhəmmədddən borcunu tələb etdikdə, Məhəmməd borcu Raminin ödəyəcəyini demiş, sonra o, Ramin ilə WhatsApp mobil tətbiqi vasitəsilə danışmış, Ramin hal-hazırda Azərbaycanda adamının olmadığını, bir neçə gün gözləməyi, Məhəmmədin 2.000 manat borcunun əvəzinə ona 2.500 manat məbləğində pul verəcəyini bildirmiş, əlavə olaraq Almaz adlı azərbaycanlı ilə danışdığını, ona Məhəmmədin vasitəçiliyi ilə narkotik satacağını, həmin satışdan əldə ediləcək gəlirdən ona çatacaq pulu götürməyi demişdir. Hətta inanmaq üçün Məhəmməd ilə birlikdə Almaz adlı şəxs ilə görüşə getməyini də bildirmişdir. O, Raminlə razılaşmış, təxminən 2021-ci ilin iyul ayının əvvəlində Məhəmməd ilə birlikdə etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz” markalı **-KU-*** nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Yasamal rayonuna gələrək axşam saatlarında Lider TV-nin inzibati binasının yaxınlığında Almaz ilə görüşmüşlər. Məhəmməd Almaz ilə narkotik barədə söhbət edərkən onun mobil telefonuna zəng gəldiyi üçün oradan uzaqlaşmış, geri qayıtdıqda artıq söhbətin bitdiyini görmüşdür. Almazdan ayrıldıqdan sonra Məhəmməd Almazın ona çox mal lazım olduğunu bildirdiyindən bu barədə Ramil ilə danışacağını demişdir. Bundan sonra o, Məhəmməddən ayrılıb evə getmiş, Məhəmməd isə deməsinə görə Şirvana qayıtmalı olmuşdur. 03 avqust 2021-ci il tarixdə Ramin onunla WhatsApp mobil tətbiqi vasitəsilə əlaqə saxlayaraq Məhəmmədin onun zənglərinə cavab vermədiyini dedikdən sonra o, bir neçə dəfə Məhəmmədə zəng etmiş və Məhəmməd onun zənglərinə cavab verməmişdir. 04 avqust 2021-ci il tarixdə dayısıoğlu X12 imtahan verməsi üçün qardaşı X15 ilə birlikdə Bakı şəhəri 158 saylı məktəbə gətirmişlər. Məktəbə yaxın ərazidə yerləşən “Sabirabad” kafesində olarkən mülki geyimli şəxslər ona və qardaşına yaxınlaşaraq onları araşdırma ilə əlaqədar Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə dəvət etmişlər. Məhkəmə zamanı Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2 sentyabr 2020-ci ildə könüllü olaraq 2-ci Qarabağ döyüşlərinə getmiş, Füzuli və Cəbrayıl rayonlarının azad edilməsi istiqamətində gedən döyüşlərdə iştirak etmiş, Füzuli rayonunun Alxanlı qəsəbəsində gedən döyüşlərdə sağ ayağının baldır hissəsi və başının sağ nahiyyəsindən alığı qəlpələr nəticəsində qazi olmuşdur. "xxxx" ASCnin 4 saylı Regional Su-kanal idarəsində rəis müavininin sürücüsü işləmişdir. Müharibədən sonra bir müddət işsiz olmuş, boş olduqca həmyerlisi Təqsirləndirilən şəxs1 işlətdiyi mağazaya gedib söhbət etmiş, həmçinin maddi imkanı aşağı olduğu üçün Məhəmməddən hissə-hissə borca pul götürüb qaytarmışdır. 02 avqust 2021-ci il tarixdə axşam saatlarında Məhəmməd ona Astaradan götürməli olduqları bağlamanın Salyan şossesi ətrafına qoyulduğunu, birlikdə gedib götürməyi təklif etmişdir, O, razılaşmış və həmin gün Məhəmmədlə birlikdə idarə etdiyi “Mercedes Benz” markalı **-LB-*** nömrə nişanlı nəqliyyat vasitəsilə Salyan şossesində Salyan postunun yaxınlığına getmişlər. Xatırlamadığı bir yerdə Məhəmməd ondan avtomobili dayandırmağı istəmiş, o, avtomobili dayandırdıqdan sonra Məhəmməd avtomobildən enərək getmişdir. Həmin vaxt o, avtomobilin yağınasuyuna baxmağa başlamış və havanın qaraldığı üçün Məhəmmədin hansı istiqamətə getməsini görməmişdir. Təxminən 10-15 dəqiqə sonra Məhəmməd əlində 1 ədəd sellofan paketlə birlikdə gəlib avtomobilə əyləşmiş, həmin vaxt o, Məhəmməddən sellofan paketdə nə olmasını soruşmamış, Məhəmməd də bu barədə deməmişdir. Həmin axşam Şirvan şəhərinə geri qayıtmış, Məhəmməd həmin sellofan bağlamanı götürüb avtomobildən düşüb yaşadığı evə tərəf yollanmışdır. Məhəmməd 3 avqust 2021-ci il tarixdə saat 15-16 radələrində ona zəng vurub harada olmağını soruşmuş, o, evdə olduğunu bildirmiş, sonra Məhəmməd onların evinə gəlmiş və ona Bakı şəhərinə getməli olduqlarını bildirmiş, o, Məhəmmədi Bakı şəhərinə aparmağı müqabilində Məhəmməddən 100 manat pul və əlavə olaraq sərf edəcəyi benzin pulunu alacağını bildirmişdir. Məhəmməd razılaşmış, sonra Məhəmməd ona Bakı şəhərinə aparmalı olduğu bir bağlamanı evlərindən götürməli olduğunu bildirmiş və yaşadığı evləri tərəfə gedərək bir neçə dəqiqədən sonra əlində idman çantası ilə birlikdə gəlib avtomobilə əyləşmişdir. Həmin gün yəni, xx.xx.2021-ci il tarixdə saat 17 radələrində idarə etdiyi “Mercedes Benz” markalı **-LB-*** nömrə nişanlı nəqliyyat vasitəsilə Şirvan şəhərindən Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamış, saat 18-19 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisindəki “Meyvəli” bazarının yaxınlığında olan «SOSAR” yanacaqdoldurma məntəqəsinin yaxınlığına gəlmişlər. Həmin vaxt Məhəmməd yenə də telefonla kiminləsə əlaqə saxlamış, qeyd edilən yerə çatdıqda Məhəmməd nəqliyyat vasitəsindən enib həmin idman çantasını da özü ilə birlikdə götürmüşdür. Məhəmməd avtomobildən bir qədər kənarda dayanmış qara rəngli “Hyundai” markalı nəqliyyat vasitəsinə əyləşmiş, bu zaman onun avtomobilinin qarşısında qara rəngli “İnfiniti” markalı avtomobil dayanmış və o, nəqliyyat vasitəsilə həmin yerdən qaçmağa başlamış, qaçan zaman bir neçə avtomobilə öz avtomobili ilə zərər yetirmişdir. Bakı şəhərini tərk edib əvvəlcə Sabirabad rayonuna, sonra isə Şirvan şəhərinə getmiş, 5 avqust 2021-ci il tarixədək yaşadığı evdə olmuş, həmin tarixdə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin bir neçə əməkdaşı onlara gəlib onu istintaqla əlaqədar Əməliyyat-İstintaq Baş İdarəsinə dəvət etmişlər. Onun Təqsirləndirilən şəxs1 narkotki vasitələrin satışı ilə məşğul olmasından mələlumatı olmamış, Təqsirləndirilən şəxs2 tanımamışdır. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanında ailəsilə birlikdə yaşamış, evli olmuş, 2 uşağı olmuşdur. xx.xx.2020-ci ildə könüllü olaraq 2-ci Qarabağ döyüşlərinə getmiş, Füzuli və Cəbrayıl rayonlarının azad edilməsi istiqamətində gedən döyüşlərdə iştirak etmiş, Füzuli rayonunun Alxanlı qəsəbəsində gedən döyüşlərdə sağ ayağının baldır hissəsi və başının sağ nahiyyəsindən aldığı qəlpələr nəticəsində qazi olmuşdur. "xxxx" ASC-nin 4 saylı Regional Su-kanal idarəsində rəis müavininin sürücüsü işləmişdir. Müharibədən sonra bir müddət işsiz olmuş, boş olduqca həmyerlisi Təqsirləndirilən şəxs1 işlətdiyi mağazaya gedib söhbət etmiş, həmçinin maddi imkanı aşağı olduğu üçün Məhəmməddən hissə-hissə borca pul götürüb qaytarmışdır. Təxminən 2021-ci ilin iyul ayının sonlarında Məhəmməd ona Masallı rayonuna gedib bağlama götürüb gəlmək lazım olduğunu demiş, o, razılaşaraq idarə etdiyi “Mercedes Benz” markalı **-LB-*** nömrə nişanlı nəqliyyat vasitəsilə Masallı istiqamətində birlikdə yola düşmüşlər. Yolda olan zaman Məhəmməd mütəmadi olaraq kiminləsə gedəcəkləri dəqiq ünvan barədə danışıqlar aparmışdır. Bu danışıqlar nəticəsində Məhəmməd Masallıya yox, Astaraya getməli olduqlarını demiş, onlar birlikdə Astaraya getmişlər. Burada da Məhəmməd bir neçə dəfə telefon vasitəsilə kiminləsə danışıqlar aparmış və bağlamanı gətirəcək adamın həmin bağlamanı gətirmədiyini, bağlamanın olmayacağını bildirmiş, bundan sonra onlar Şirvana geri qayıtmışlar. 02 avqust 2021-ci il tarixdə axşam saatlarında Məhəmməd ona Astaradan götürməli olduqları bağlamanın Salyan şossesi ətrafına qoyulduğunu, birlikdə gedib götürməyi demişdir. O, razılaşmış və həmin gün Məhəmmədlə birlikdə idarə etdiyi “Mercedes Benz” markalı **-LB-*** nömrə nişanlı nəqliyyat vasitəsilə Salyan şossesində Salyan postunun yaxınlığına getmişlər. Xatırlamadığı bir yerdə Məhəmməd ondan avtomobili dayandırmağı istəmiş, o, nəqliyyat vasitəsini dayandırdıqdan sonra Məhəmməd avtomobildən enərək getmişdir. Həmin vaxt o, avtomobilin yağınasuyuna baxmağa başladığı və havanın qaraldığı üçün Məhəmmədin hansı istiqamətə getməsini görməmişdir. Təxminən 10-15 dəqiqə sonra Məhəmməd əlində 1 ədəd sellofan paketlə birlikdə gəlib avtomobilə əyləşmiş, həmin vaxt o, Məhəmməddən sellofan paketdə nə olmasını soruşmamış, Məhəmməd də bu barədə deməmişdir. Həmin axşam Şirvan şəhərinə geri qayıtmış, Məhəmməd həmin sellofan bağlamanı götürüb avtomobildən enib yaşadığı ev istiqamətində yollanmışdır. Məhəmməd 03 avqust 2021-ci il tarixdə saat 15-16 radələrində ona zəng vurub harada olmağını soruşmuş, o, evdə olduğunu bildirmiş, sonra Məhəmməd onların evinə gəlmişdir. Həmin vaxt Məhəmməd ona Bakı şəhərinə getməli olduqlarını bildirmiş, o, Məhəmmədi Bakı şəhərinə aparmağı müqabilində Məhəmməddən 100 manat pul və əlavə olaraq sərf edəcəyi benzin pulunu alacağımı bildirmişdir. Məhəmməd razılaşmış, sonra Məhəmməd ona Bakı şəhərinə aparmalı olduğu bir bağlamanı evlərindən götürməli olduğunu bildirmiş və yaşadığı evləri tərəfə gedərək bir neçə dəqiqədən sonra əlində idman çantası gəlib avtomobilə əyləşmişdir. Həmin gün, yəni xx.xx.2021-ci il tarixdə saat 17 radələrində, idarə etdiyi “Mercedes Benz” markalı **-LB-*** nömrə nişanlı nəqliyyat vasitəsilə Şirvan şəhərindən Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamış, saat 18-19 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisindəki “Meyvəli” bazarının yaxınlığında olan «SOSAR” yanacaqdoldurma məntəqəsinin yaxınlığına gəlmişlər. Həmin vaxt Məhəmməd yenə də telefonla kiminləsə əlaqə saxlamış, qeyd edilən yerə çatdıqda Məhəmməd nəqliyyat vasitəsindən enib həmin idman çantasını da özü ilə birlikdə götürmüşdür. Məhəmməd avtomobildən bir qədər kənarda dayanmış qara rəngli “Hyundai” markalı nəqliyyat vasitəsinə əyləşmiş, bu zaman onun avtomobilinin qarşısında qara rəngli “İnfiniti” markalı avtomobil dayanmış və o, nəqliyyat vasitəsilə həmin yerdən qaçmağa başlamış, qaçan zaman əlavə olaraq bir neçə avtomobilə də nəqliyyat vasitəsilə zərər yetirmişdir. Bakı şəhərini tərk edib əvvəlcə Sabirabad rayonuna, sonra isə Şirvan şəhərinə getmişdir. 5 avqust 2021-ci il tarixədək yaşadığı evdə gizlənmiş, Həmin tarixdə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin bir neçə əməkdaşı onlara gəlib onu istintaqla əlaqədar Əməliyyat-İstintaq Baş İdarəsinə dəvət etmişlər. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Gömrük İdarəsinin Əməliyyat-İstintaq Baş İdarəsində əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, cari ilin iyul ayında külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilərək realizə olunacağı barədə məlumat daxil olmuşdur. Rəhbərliyin göstərişi ilə məlumatın dəqiqliyini yoxlamaq üçün zəruri əməliyyat-axtarış tədbirlərini yerinə yetirməyə başlanılmış, o, “Almaz” adı ilə şərti alıcı qismində cəlb edilmişdir. Yerinə yetirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bir nəfər tanımadığı İran İslam Respublikasına məxsus mobil telefon nömrəsindən ona zəng vurub adının Ramin olduğunu, İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaq yolla narkotik vasitə göndərmək imkanına malik olduğunu bildirmiş və ona narkotik vasitəni almağı təklif etmişdir. O, heç bir problem çıxmayacağı təqdirdə razılıq vermiş və hansı növ narkotik vasitə olduğunu, çəkisinin nə qədər olduğunu, nə vaxt alqı-satqının baş tutacağını soruşmuşdur. İranlı isə Azərbaycandakı adamlarının mənimlə görüşüb detalları danışcaqlarını demişdir. İranlı dəqiq xatırlamadığı tarixdə, cari ilin iyul ayının sonlarında saat 16 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində, “Lider” telekanalının binasının yaxınlığındakı “Zorbulaq” adlı kafedə, olmağını və adamlarının gəlib onunla görüşəcəyini bildirmişdir. O, deyilən vaxtda həmin kafeyə gedib oturub gözləməyə başlamış, bir qədər sonra 2 nəfər təxminən 25 yaşlarında, sonradan adlarının Süleyman və Məhəmməd olduğunu bildiyi gənc oğlanlar ona yaxınlaşaraq “Almaz” olub-olmadığını soruşmuş, o da təsdiq etmişdir. Həmin şəxslərlə İrandan gələcək narkotik vasitənin alqı-satqısının detallarını, nə vaxt gələcəyini, harada alqı-satqı edəcəklərini danışıb razılaşdırmışlar. Bundan sonra iranlı onunla əlaqə saxlamış və 9 kiloqrama yaxın tiryək narkotik vasitəsinin olduğunu və narkotik vasitəyə görə 4500 manat pulu narkotik vasitəni təhvil verəcək şəxsə verməli olduğunu demiş, o da razılaşmışdır. 4500 manat narkotik vasitənin satış dəyərinin hamısı deyil, bir hissəsi olmuş, narkotik vasitənin daşınma haqqı olmuşdur. Bundan sonra həmin iranlı ona zəng vurub narkotik vasitəni bir neçə gündən sonra İrandan Azərbaycana göndərəcəyini və məlumat verəcəyini demişdir. xx.xx.2021-ci il tarixdə iranlı ona zəng vurub 9 kiloqram tiryək narkotik vasitəsini göndərdiyini və ertəsi gün Məhəmmədin ona çatdıra biləcəyini bildirmiş və harada görüşmək istədiyini soruşmuşdur. O, ertəsi gün saat 18-19 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Xocasən qəsəbəsində, “Meyvəli” ticarət mərkəzinin yaxınlığındakı «SOSAR” yanacaqdoldurma məntəqəsinin yanında Məhəmmədlə görüşə biləcəyini bildirmiş, iranlı isə həmin vaxtda Məhəmmədin həmin yerə gələcəyini və 9 kiloqram tiryək narkotik vasitəsini gətirib ona verəcəyini bildirmişdir. Bundan sonra rəhbərliyin qərarı ilə əməliyyat qrupu yaradılmış, o, şərti alıcı qismində cəlb edilmiş, və qrupa rəhbərlik Baş idarənin əməkdaşı Şahid2 həvalə edilmişdir. 03 avqust 2021-ci il tarixdə saat 18-19 radələrində əməliyyat qrupunun üzvləri ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Xocasən qəsəbəsində, “Meyvəli” ticarət mərkəzinin yaxınlığındakı «SOSAR” yanacaqdoldurma məntəqəsinin yanında gözləməyə başlamışlar. Saat 19 radələrində Məhəmməd sərnişin qismində əyləşdiyi **-LB-*** dövlət qeydiyyat nişanlı “Mercedes-benz S600” markalı avtomobildən düşüb onun əyləşdiyi avtomobilə yaxınlaşmış və qapını açıb əyləşmiş, özü ilə gətirdiyi orta ölçülü üzərində “Juventus” yazısı olan idman çantasını təqdim edərək 9 kiloqram tiryək narkotik vasitəsinin çantada olduğunu bildirmişdir. Bu zaman o, özünü təqdim edərək xidməti vəsiqəsini göstərmiş və onlarla bərabər idarəyə gəlməli olduğunu bildirmişdir. Bu zaman əməliyyat qrupunun digər üzvləri Təqsirləndirilən şəxs1 oraya gətirən avtomobilin sürücüsünün şəxsiyyətini müəyyən etmək və Təqsirləndirilən şəxs1la əlaqəsinin nədən ibarət olduğunu aydınlaşdırmaq məqsədilə həmin şəxsə yaxınlaşmışlar. Həmin şəxs idarə etdiyi minik avtomobili ilə hərəkət edərək avtomobili əməliyyat-axtarış fəaliyyətini həyata keçirən əməliyyat qrupunun üzvü Şahid3 məxsus “X26” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı və əməliyyat qrupunun digər üzvü X9 məxsus “İnfinity FX35” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobillərinə və ərazidə olan digər avtomobillərə çırparaq hadisə yerindən qaçmışdır. Əməliyyat qrupunun üzvləri həmin şəxsi saxlamağa çalışsalarda qanuni tələblərə məhəl qoymayaraq hadisə yerindən uzaqlaşmışdır. Bundan sonra həmin gün saat 21 radələrində Əməliyyat- İstintaq Baş İdarəsinin inzibati binasında Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş üzərində “Juventus” yazısı olan ağ-qara rəngli əl çantasına video çəkilişdən istifadə etməklə baxış keçirilmiş. Baxış nəticəsində həmin çantanın içərisindən şəffaf selofan torbaların daxilində olmaqla hər biri çəhrayı rəngli kiçik ölçülü parça torbalarda qablaşdırılmış spesifik qoxuya malik narkotik vasitə tiryəkə oxşar maddələr aşkar edilmişdir. Daha sonra qeyd olunan bağlamalar “DT 150” markalı elektron tərəzi ilə çəkilərək hər birinin ayrılıqda qablaşdırılma ilə birgə çəkiləri 1000 (min), 1000 (min), 1000 (min), 1000 (min), 1000 (min), 1000 (min), 1000 (min), 1000 (min), 800 (səkkiz yüz) qram təşkil etməklə qablaşdırma ilə birlikdə ümumi təqribi çəkisinin 8800 (səkkiz min səkkiz yüz) qram olduğu müəyyən edilmişdir. Qeyd olunan 9 ədəd bağlamada qablaşdırma ilə birlikdə ümumi təqribi çəkisi 8800 (səkkiz min səkkiz yüz) qram olan narkotik vasitə tiryəkə oxşar maddələr qablaşdırılaraq maddi sübut kimi götürülmüşdür. Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsində işitrak edən digər şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərini davamı etdirilmiş və nəticədə 4 avqust 2021-ci il tarixdə saat 11 radələrində həmin cinayət əməllərinin törədilməsində iştrak edən qrupun digər üzvü Təqsirləndirilən şəxs2 Bakı şəhərinin Yasamal rayonu ərazisində, Akim Abbasov küçəsində yerləşən çayxanada, saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs2 yaxınlaşarkən həmin şəxs mobil telefonda danışmış və onların yaxınlaşdığını görəndə istifadəsində olan mobil telefonu yerə çırpmışdır. Təqsirləndirilən şəxs2 saxlanılaraq Əməliyyat - İstintaq Baş İdarəsinə gətirilmiş və yerə çırparaq yararsız hala saldığı göy rəngli “Xiaomi” markalı mobil telefon təmir edilərək istintaq və təhqiqat idarəsinə təqdim edilmişdir. Keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində **-LB-*** dövlət qeydiyyat nişanlı “Mercedes-benz S600” markalı avtomobilin sürücüsü - hadisə yerindən qaçan şəxsin Şirvan şəhər sakini Təqsirləndirilən şəxs3 olduğu və onun ünvan 10 ünvanında yaşadığı evdə gizləndiyi müəyyən edilmişdir. 05 avqust 2021-ci il tarixdə səhər saatlarında əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs3 saxlanılması məqsədilə həmin ünvana getmişlər. Təqsirləndirilən şəxs3 ailə üzvləri həyətə və evə daxil olmağa icazə vermişlər. Bu zaman Təqsirləndirilən şəxs3 saxlanılacağını başa düşüb zirzəmidən çıxaraq təslim olmuş, idarə etdiyi **-LB-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz S 600” markalı nəqliyyat vasitəsinin Sabirabad rayonunun Qaragüney kəndində qohumunun evində olduğunu bildirmişdir. Onlar həmin ünvana gedərək avtomobili götürmüş, Təqsirləndirilən şəxs3 və idarə etdiyi **-LB-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz S 600” markalı nəqliyyat vasitəsini Əməliyyat-İstintaq Baş İdarəsinə gətirmişlər. Məhkəmə zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Gömrük İdarəsinin Əməliyyat-İstintaq Baş İdarəsində əməliyyat müvəkkili Şahid3 və ibtidai istinaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş həmin idarənin əməliyyat müvəkkili Şahid2 şahid X4 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişlər. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid5 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 onun qardaşıdır, Məhəmmədin tutulması barədə ona qonşuları Ramil zəng edərək məlumat vermiş, müstəntiq tərəfindən dindirilərkən onun verdiyi sənədə oxumadan imza etmiş, məzmunu ilə tanış olmamışdır. İbtida istintaq zamanı şahid qismində dinirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1la qardaş olmuş, Məhəmməd evdə atası ilə yola getmədiyi üçün bir müddət evdən ayrı Bakı şəhərində və Şirvan şəhərində yaşamışdır. 2020-ci ildə Məhəmməd Şirvan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Məhəmmədin dostluq etdiyi şəxslər yaxşı şəxslər olmamış, qanunsuz əməllərə meyilli şəxslər olmuşlar. Şirvan şəhərində, onların yaşadığı məhəllədə bir çox gənclər narkotik vasitələrə meyilli şəxslər olmuşlar. Atası və o, Məhəmmədin belə şəxslərə qoşulmamasına çalışmışlar. xx.xx.2021-ci il tarixdə səhər saatlarında qonşuları Ramil Beydiyev onlara gəlib Məhəmmədə zəng çatmadığını, deyəsən narkotiklə tutulduğunu bildirmiş, bu məlumatı Ramilə qardaşının sinif yoldaşı Təqsirləndirilən şəxs2 vermişdir. O, dərhal Süleymana zəng vurmuş, çünki Məhəmmədə narkotik vasitəni harasa aparmaq üçün Süleymanın vermiş olacağını düşünmüşdür. Şirvanda bir çox şəxslər ona Süleymanın narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğu, İrandan narkotik vasitələr gətizdirdiyi və qardaşının onunla dostluq etdiyini, ehtiyyatlı olmağını, Süleymanın nə vaxtsa Məhəmmədi ilişdirəcəyini demişlər. O, Məhəmmədə Süleymanla dostluq etməməsini, uzaq durmasını demişdir. Süleymana həmin gün zəng etmiş, X11 RPİ tərəfindən tutulduğunu, ona yemək, siqaret alıb göndərəcəyini demiş, bundan sonra nə qədər Süleymana zəng vursa da, zəng çatmamışdır. Sonradan elə həmin gün Təqsirləndirilən şəxs2 də tutulduğunu eşitmişdir. xx.xx.2021-ci il tarixdə Məhəmmədi idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə narkotik vasitəni təhvil vermək üçün Bakı şəhərinə onlarla uzaq qohum olan Təqsirləndirilən şəxs3 aparmış, Məhəmməd tutulduqda Pərvin hadisə yerindən qaçıb evlərində gizlənmiş və 1 gün sonra yaxalanmışdır. Ramil Beydiyev, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dost olmuş, birlikdə vaxt keçirmişlər. Sonradan Ramil ona, Məhəmmədin Pərvinlə birlikdə idarə etdiyi avtomobildə gecə vaxtı Salyan yolunun üzərində bir yerdən 8-9 kiloqram narkotik vasitəni götürdüyünü, ertəsi gün birlikdə həmin narkotik vasitəni satmaq üçün Bakı şəhərinə apardıqlarını, bu işdən Məhəmməd, Pərvin və Süleyman hər birinin pul qazanacağını, hətta narkotik vasitəni satmaqla bağlı danışıq aparmaq üçün Süleymanın Məhəmmədlə birlikdə Bakı şəhərinə getdiyini demişdir. Ramil Beydiyevin özü bundan sonra üzərində narkotik vasitə saxladığı üçün həbs olunmuşdur. Məhəmməd, Süleyman və Pərvin tutulduqdan təxminən 10 gün sonra Süleymanın qardaşı Zahir anası ilə birlikdə Şirvan şəhərinə onların evinə gəlmiş. Süleymanın anası Məhəmmədlə danışmağı hər şeyi üzərinə götürməsini və Süleymanın adını çəkməməyini xahiş etmişdir. O, bu məsələyə qəti etiraz edərək Süleymanın anasına elə narkotik vasitəni İrandan gətizdirənin də, Məhəmmədə verənin də Süleyman olduğunu, belə olan halda nə üçün qardaşı cəza çəkdiyi halda Süleyman cəzasız qalmalı olduğunu, Süleymanın narkotik vasitə satdığını bütün Şirvan sakinlərinin bildiyini demişdir. Hətta Süleymanın dayısı Yardımlıdan narkotik vasitə keçirərkən tutulmuşdur. Süleyman heç bir yerdə işləmədiyi halda özünə maşın almışdır. Məhəmməd tutularkən üzərində olan narkotik vasitə Süleymana məxsus olmuş, Süleyman özü qəsdən həmin narkotik vasitəni özü təhvil verməmiş, Məhəmmədi bunun üçün göndərmişdir ki, tutulsa Məhəmməd tutulsun, özü kənarda qalsın. Məhəmməd İranda heç kəsi tanımamış, heç vaxt İrana getməmiş, lakin Süleyman İranda dini məktəbdə oxumuş, orada kifayət qədər tanışları olmuşdur (3-cü cild iş vərəqi 17-21). Məhkəmə zamanı şahid qismində dindirlmiş Şahid6 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 3 ildir tanımış, sevgili olmuşlar. Məhəmməd atasının Şirvan şəhərindəki obyektində satıcı işləmiş, heyvan yemi, kənd təsərrüfatı məhsulları satmış, çayxana işlətmişdir. Məhəmməd son zamanlar sinifyoldaşı Süleyman Muszadə və qohumu Təqsirləndirilən şəxs3 ilə birlikdə çox vaxt keçirmiş, bütün gün onlarla birlikdə olmuşdur. O və anası dəfələrlə Məhəmmədə Süleyman və Pərvindən uzaq olmağı bildirmişlər, Şirvan şəhərində hərkəs Süleyman və Pərvinin narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər olduğunu bilmişdir. Məhəmməd xx.xx.2021-ci il tarixdə, axşamçağı Bakı şəhərinə Fərhad adlı dostu ilə görüşməyə getdiyini demiş, Pərvinlə birlikdə Bakı şəhərinə getdiyini ondan gizlətmişdir. Həmin gün axşam və gecə saatlarında nə qədər zəng vursa da Məhəmməd telefona cavab verməmişdir. Məhəmməd Bakıya gedərkən ***-***-**-** mobil telefon nömrəsini işlətdiyi “Samsung Galaxy a41” markalı smartfonu evdə qoymuş, sadə “Nokia” markalı mobil telefonu özü ilə götürüb getmişdir. O, həmin telefonu götürüb “Whatsapp”da Məhəmmədin mesajlarını oxumuş və narkotik vasitə ilə bağlı Təqsirləndirilən şəxs2 və Pərvinlə xeyli yazışmaları olduğunu görmüşdür. Mesajları oxuyub Süleymanın iranlı bir nəfər tanışının İrandan külli miqdarda narkotik vasitəni Azərbaycana göndərib Salyan rayonuna qoydurduğunu, Süleymanın isə Məhəmmədə Pərvinlə birlikdə Salyan rayonuna gedib narkotik vasitəni götürüb Bakı şəhərində alıcıya verməyi təlimatlandırdığını öyrənmişdir. X20 belə bir mesaj yazmışdır “mənə patı verməsən sənə əlimdən gələn hər pisliyi edəcəyəm”. Lakin Məhəmməd tutulduqdan 1 həftə sonra dostu Ramil gəlib həmin mobil telefonu almşdır. xx.xx.2021-ci il tarixdə axşam saatlarında Məhəmmədgilin mağazasında işləyən dostu Ramildən Məhəmmədin harada olduğunu soruşmuş, Ramil isə bilmədiyini, onun harada olduğunu tanışlardan soruşub məlumat verəcəyini demişdir. Bir qədər sonra Ramil zəng vuraraq Məhəmmədin Bakı şəhərində narkotiklə tutulduğunu, Süleymanla danışıb bunları öyrəndiyini demişdir. Bundan sonra o, Süleymana zəng vuraraq Məhəmmədin başına açdığı oyundan xəbəri olduğunu, dərhal Məhəmmədə köməklik etməsini tələb etmiş və əks halda onun üçün pis olacağını demişdir. Süleyman özünün orada olmadığını, Məhəmmədin Pərvinlə birlikdə Bakı şəhərində “Meyvəli” bazarının yaxınlığında tutulduğunu, Məhəmmədin yanına Yasamal RPİ-nin MSY-ə getdiyini demişdir. O, Süleymana narkotik vasitənin onu işi olduğunu, Məhəmmədi aldadıb işə salıb özünün kənarda dayandığını, mesajları oxuyub hər şeyi bildiyini demişdir. Süleyman bundan sonra onun zənglərini açmamış, o da mesajlar yazmışdır. Məhəmməd tutulduğu gün Pərvinlə birlikdə olmuş, Pərvinin hər şeydən xəbəri olmuş, hətta mesajaları oxuyub narkotik vasitə barədə Pərvinin Məhəmmədə təzyiq göstərib qorxutduğunu öyrənmişdir. Məhkəmədə təkrarən şahid qismində dindirilən Şahid6 ifadə verərək göstərmişdir ki, narkotik vasitələrdən istifadəyə görə həbs edilmiş, hazırda Lənkəran Ağır cinayətlər Məhkəməsində barəsində cinayət işinə baxılır, işlə bağlı heç nə bilmir, ibtidai istintaq zamanı və birinci dəfə məhkəmə zamanı verdiyi ifadələrini təsdiq etmir, müstəntiq nə demişdirsə yazmışdır, ifadə onun sözləri ilə yazılmamışdır, Məhəmmədə Süleymandan uzaq olmasını deməmişdir, Məhəmmədin smartfonun SMS-lərin olmasının şahidi olmamışdır, belə SMSlər ümumiyyətlə olmamışdır, Pərvinin Məhəmmədə «patı» verməsi ilə bağlı mesajı görməmişdir, müstəntiq Məhəmmədə kömək etmək üçün belə ifadə vermək lazım olduğunu, belə ifadə verməsə onu da digər təqsirləndirilən şəxslərə qoşacaqlarını dediyindjən, müstəntiqin yazdıqlarını təsdiq etmişdir, Məhəmmədin tutulmasından Süleymanı təqsirli bilmir, əsəbi olduğu üçün o formada ifadə vermişdir, Süleymanın sadəcə Məhəmmədin dostu olduğunu bilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şirvan şəhərində böyümüş, orta məktəbi 4-cü sinifədək orada oxumuş, Təqsirləndirilən şəxs2 həmin vaxtdan tanımışdır. Əvvəlcə Süleymanın qardaşı Zahirlə dost olmuş, sonradan Süleymanla dostluğu yaranmışdır. 2017-ci ildə hərbi xidmətə getmiş və qayıtdıqdan bəri Xırdalan şəhərində qardaşıgildə yaşamış və servisdə işləmişdir. Zahirlə telefonda danışdıqda Süleymanın tutulduğunu öyrənmişdir. ***-***-**-**, ***-***-**-** mobil telefon nömrələri onun adına və istifadəsində olmuşdur. Süleyman Şirvan şəhərində yaşayıb deyə əlaqələrinin olduğunu düşünmüş, Buna görə onun üçün metadon təşkil etməyini xahiş etmişdir. Süleyman onun üçün 3-4 metadon həbi təşkil etmiş və işlədiyi servisə gələrək vermişdir. Həmin həblərin müqabilində o, Süleymana 60 manat pul verməli olmuş, lakin üzərində pul olmadığı üçün sonra verəcəyini bildirmiş, daha sonra Süleymanın öz adına olan kart hesabına 20 manat pul göndərmiş, qalanını isə hissə-hissə əlbəəl özünə vermişdir. Süleymanın həmin metadon həblərini hardan, kimdən əldə etməsindən məlumatı olmamışdır. Bundan sonra da Süleymandan onun üçün metadon təşkil etməyi xahiş etmiş, Süleyman bir tanışının olduğunu, təşkil edə biləcəyini demiş, lakin alınmamışdır. Bundan sonra Süleyman onun üçün metadon təşkil etmiş, lakin pulunu o verməmiş, buna görə də Süleymanın kart hesabına 20 manat pul gönədrmişdir. Sonra metadon narkotik vasitəsinə ehtiyacı olduğu üçün yenə də Süleymana müraciət etmiş və tapmasını xahiş etmişdir. Süleyman isə bir nəfər tanışında 70 manata 1 list, yəni 10 həb olduğunu demiş o da almağa razılaşmış, Süleymanın kartına 70 manat pul köçürüb şəklini göndərmiş, Süleyman isə həmin gün “20 Yanvar” dairəsi yaxınlığında işlədiyi servisə gəlib metadon həblərini ona vermişdir. O, metadon narkotik vasitə, qanunsuz maddə olduğunu bilmişdir. O, metadonu yalnız Süleymandan almış, Süleymanın həmin həbləri haradan və kimdən aldığını bilməmişdir (3cü cild iş vərəqə 93-98). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmyerli kimi tanımış, Pərvinlə münasibəti olmuşdur. Təqsirləndirilən şəxs3 narkotik vasitə istifadə etməsindən şübhələnmiş,bir neçə dəfə Pərvinlə birlikdə çay içərkən narkotik vasitə təsiri altında olduğunu hiss etmiş, lakin Pərvin onun yanında narkotik vasitə istifadə etməmişdir. xx.xx.2021-ci il tarixdə axşam saatlarında Pərvin ona zəng vurub harada olduğunu soruşmuş və təcili olaraq özü tək onlara gəlməyini təkidlə xahiş etmiş və heç kəsin onun evdə olduğunu bilməməsini, arxa qapıdan həyətlərinə daxil olmağı bildirmişdir. O, dəfələrlə Pərvingilin evində olmuş, lakin onların arxa qapısı olduğunu bilməmişdir. Motosikletə Pərvingilin məhəlləsinə gedib Pərvinə zəng vurub və arxa qapının harada olduğunu soruşmuşdur. Pərvin qapının yerini izah etmiş və ehtiyyatla, sağa-sola baxaraq həyətə girməyi xahiş etmişdir. Həyətə daxil olmuş, Pərvin Məhəmmədlə birlikdə Bakı şəhərinə getdiyini, Məhəmmədin tutulduğunu, onun isə polislərin maşınını vurub qaçdığını bildirmiş, o, qorxub nə məsələ olduğunu soruşmuşdur. Pərvin isə narkotiklə tutulduqlarını bildirmiş və andan motosikletini verməyi xahiş etmişdir. Motosikletlə nə etmək istədiyini soruşmuş, Pərvin isə 1-2 yerə dəyməli olduğunu demişdir. O, Pərvinin tutduğu əməldən qorxmuş, bu işə qarışmaq istəməmiş, yalandan motosikleti bir dostuna verməyi vəd etdiyini demiş və indi gedib maşınla qayıdacağını bildirmişdir. Pərvin isə ona güvəndiyini, ümid yeri olduğunu demişdir. Pərvingildən evindən çıxan kimi dərhal uzaqlaşmış və telefonu bağlamışdır. Ertəsi gün günorta saatlarında Pərvingilin qonşularından tutulduğunu, hətta evlərində zirzəmidən çıxarıldığını öyrənmişdir. Bundan sonra Pərvinin öz ailəsi ilə narkotik üstündə problemləri olduğunu öyrənmişdir (3-cü cild iş vərəqi 158-162). Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan 03 avqust 2021-ci il tarixli baxış keçirilməsi və götürülməyə dair protokoldan görünür ki, İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitənin “Məhəmməd” adlı şəxs tərəfindən realizə olunacağı barədə daxil olmuş əməliyyat məlumatı əsasında Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsi tərəfindən 3 avqust 2021-ci il tarixində saat 19 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Xocasən yolunun kənarında yerləşən “SOCAR” yanacaqdoldurma məntəqəsinin qarşısında keçirilmiş əməliyyat tədbiri zamanı **-LB-*** dövlət nömrə nişanlı “ Mercedes-Benz” markalı minik avtomobili ilə gəlmiş Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 həmin avtomobildən düşərək özü ilə gətirdiyi və içərisində narkotik vasitənin olduğu ehtimal edilən üzərində “JUVENTUS” yazısı olan ağ-qara rəngli 1 ədəd əl çantasını “Almaz” şərti adı ilə şərti alıcı qismində çıxış edən boyük əməliyyat müvəkkili Şahid1 satarkən əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs1 və **-LB-*** dövlət nömrə nişanlı “Mercedes Benz” markalı minik avtomobilində sonuncunun şifahi dediklərinə gorə Təqsirləndirilən şəxs3 olduğu ehtimal edilən sürücü qismində əyləşmiş şəxsə yaxınlaşarkən həmin şəxs nəqliyyat vasitəsini qəfil idarə edərək yaradılmış əməliyyat qrupunun üzvləri olan əməliyyat müvəkkili Şahid3 məxsus **-KH-*** dövlət nömrə niçanlı “X26” markalı və Əməliyyat-İstintaq Baş İdarəsinə təhkim olunmuş Bakı Baş Gömrük İdarəsinin böyük inspektoru X9 məxsus **-BH-*** dövlət nömrə nişanlı “İnfinity FX35” markalı minik avtomobillərini vurub qəza törədərək ərazidən uzaqlaşmağa çalışmışdır. Bundan dərhal sonra Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mubarizə İdarəsi Xüsusi əməliyyat şöbəsinin baş əməliyyat müvəkkili X13 **-LB-*** dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı minik avtomobilinin saxlanılmasını təmin etmək istəyərkən sözügedən nəqliyyat vasitəsi ərazidə olan digər avtomobillərlə toqquşaraq qəza törətdikdən sonra ərazidən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs1 götürülmüş üzərində “JUVENTUS” yazısı olan ağ-qara rəngli 1 ədəd əl çantasının daxilinə ilkin olaraq baxış keçirilən zaman həmin çantanın içərisində spesifik qoxuya malik narkotik vasitə tiryəkə oxşar maddənin olduğu müəyyən edildi. Bundan sonra Təqsirləndirilən şəxs1 əməliyyat qrupu tərəfindən saxlanılaraq onun şərti alıcı qismində çıxış edən gömrük əməkdaşına satmaq üçün təqdim etdiyi içərisində narkotik vasitə tiryəkə oxşar maddənin olduğu üzərində “JUVENTUS” yazısı olan ağ-qara rəngli 1 ədəd əl çantasının daxılinə baxış keçirilməsi üçün Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasına gətirilmişdir. Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasının 3-cü mərtəbəsinə qeyd olunan əl çantasına “SONY” markalı videokameradan və “CANON” markalı fotoaparatdan istifadə edilməklə baxış keçirildi. Baxış zamanı üzərində “JUVENTUS” yazısı olan ağ-qara rəngli 1 ədəd əl çantasının içərisində şəffaf selofan torbaların daxilində olmaqla hər biri çəhrayı rəngli kiçik ölçülü parça torbalarda qablaçdırılmış spesifik qoxuya malik narkotik vasitə tiryəkə oxşar maddələr aşkar edildi. Daha sonra qeyd olunan bağlamalar “DT 150” markalı elektron tərəzi ilə çəkilərək hər birinin ayrılıqda qablaşdırılma ilə birgə çəkiləri 1000(bir min), 1000(bir min), 1000( bir min), 1000(bir min), 1000(bir min), 1000(bir min), 1000(bir min), 1000(bir min) , 800(səkkiz yüz) qram təşkil etməklə qablaşdırma ilə birlikdə ümumi təqribi çəkisinin 8800(səkkiz min səkkiz yüz) qram olduğu müəyyən edildi. Baxış keçirilməsini əks etdirən videoçəkiliş və fotolar protokola elektron daşıyıcıda əlavə edilmişdir (1-ci cild iş vərəqi 12-16). İşdə olan məhkəmə fiziki-kimyəvi ekspertizası üzrə 4 avqust 2021-ci il tarixli 6/3292 №-li ekspert rəyindən görünür ki, tədqiqata tədqiqatda təqdim edilmiş bir ədəd polietilen paketdəki 9 (doqquz) ədəd çəhrayi rəngli parça torbalarda olan ayrı-ayrılıqda təmiz çəkisi 965,0qr, 994,6qr, 964,4qr, 965,3qr, 961,5qr, 977,4qr, 935,4qr, 971,2qr, 985,8qr, ümumi təmiz çəkisi 8720,6 qram (8kq 720,6qr) tünd qəhvəyi rəngli qətranabənzər, yumuşaq konsisitensiyalı, spesifik iyli maddələr xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə - tiryəkdir. Tədqiqatda təqdim edilmiş doqquz ədəd torbalarda olan tiryək xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynidir. Aparılmış tədqiqatdan sonra tiryək narkotik vasitəsinin qalıq çəkisi 8720,24 qram təşkil etmişdir (1-ci ild iş vərəqi 54-55). İşdə olan 06 avqust 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, 8720,24 qram narkotik vasitə tiryək maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası Gömrük X5 Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmişdir (2-ci cild iş vərqəi 1-3). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X19 daxil olmuş 26 avqust 2021-ci il tarixli xx/xx-9363 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həmin müəssisədə qeydiyyatda yoxdurlar, Təqsirləndirilən şəxs1 isə “Ambulator məcburi-narkoloji tibbi yoxlama”nın xx.xx.2020-ci il tarixli, 1557 saylı rəyinə əsasən Respublika Narkoloji Mərkəzində qeydiyyatda olduğu qeyd edilmişdir (2-ci cild iş vərəqi 158). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatriya Xəstəxanası” PHŞ-dən daxil olmuş 23 avqust 2021-ci il tarixli 7118 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 həmin müəssisədə qeydiyyatda deyilllər (2-ci cild iş vərəqi 159). İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 04 oktyabr 2021-ci il tarixli 3761 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (4-cü cild iş vərəqi vərəqə 62-64). İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 01 noyabr 2021-ci il tarixli 4231 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (4-cü cild iş vərəqi 59-61). İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 27 oktyabr 2021-ci il tarixli 4173 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (4-cü cild iş vərəqi 56-58). İşdə olan ambulator məhkəmə psixiatrik ekspertizası üzrə 1 oktyabr 2021-ci il tarixli 2284 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmşinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri açkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur (3-cü cild iş vərəqi 234-237). İşdə olan Təqsirləndirilən şəxs2 istifadəsində olan və əməliyyat qrupu tərəfindən saxlanılarkən yerə çırparaq yararsız hala saldığı, sonradan əməliyyat qrupunun üzvləri tərəfindən təmir edilərək istintaq şöbəsinə təqdim edilən “Xiaomi” markalı, “Redmi Note 8” modelli **********65984 / **********65984 İMEİ kodlu mobil telefona keçirilmiş baxış protkolundan görünür ki, “Məhəmməd” adı altında qeyd edilmiş +994 50 *** ** ** mobil telefon nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 21:57-də zəng daxil olmuş, danışıq 11 saniyə davam etmiş, həmin nömrəyə xx.xx.2021-ci il tarixdə saat 15:50-də zəng vurulmuş, sonra həmin gün saat 23:42-də zəng daxil olmuş və danışıq 23 saniyə davam etmişdir; “Pərvin” adı altında qeyd edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs3 istifadəsində olan +994 55 *** ** ** mobil telefon nömrəsinə xx.xx.2021-ci il tarixdə saat 21:41, 20:45, 20:49, 20:58, 21:33-də, xx.xx.2021-ci il tarixdə saat 00:12-də və 02:31-də zəng vurulmuşdur. “Pərvin Şessot” adı altında qeyd edilmiş, cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs3 istifadəsində olan +994 55 *** ** ** mobil telefon nömrəsinə xx.xx.2021-ci il tarixdə saat 21:11-də zəng vurulmuş, xx.xx.2021-ci il tarixdə saat 22:42-də zəng daxil olmuş, danışıq 1 dəqiqə 59 saniyə davam etmiş, xx.xx.2021-ci il tarixdə saat 13:42-də zəng vurulmuş, danışıq 1 dəqiqə 33 saniyə davam etmiş, həmin gün saat 19:03-də zəng vurulmuş, danışıq 1 dəqiqə 33 saniyə davam etmiş, xx.xx.2021-ci il tarixdə saat 19:52-də zəng vurulmuş, danışıq 11 dəqiqə 25 saniyə davam etmiş, xx.xx.2021-ci il tarixdə saat 20:42-də zəng daxil olmuş, danışıq 39 saniyə davam etmiş, xx.xx.2021-ci il tarixdə saat 16:05-də zəng daxil olmuş, danışıq 2 dəqiqə 56 saniyə davam etmiş, xx.xx.2021-ci il tarixdə saat 18:51-də zəng vurulmuş, danışıq 2 dəqiqə 6 saniyə davam etmiş, xx.xx.2021ci il tarixdə, saat 19:05-də zəng daxil olmuş, danışıq 1 dəqiqə 47 saniyə davam etmiş, xx.xx.2021-ci il tarixdə saat 15:25-də zəng daxil olmuş, danışıq 2 dəqiqə 7 saniyə davam etmiş, xx.xx.2021-ci il tarixdə saat 09:21-də zəng daxil olmuş, danışıq 22 saniyə davam etmiş, xx.xx.2021-ci il tarixdə saat 11:29-da zəng vurulmuş, həmin gün saat 14:22-də zəng daxil olmuş, danışıq 4 dəqiqə 2 saniyə davam etmiş, xx.xx.2021-ci il tarixdə saat 15:52-də zəng vurulmuş, danışıq 2 dəqiqə 36 saniyə davam etmiş, həmin gün saat 18:50-də zəng daxil olmuş, danışıq 8 saniyə davam etmiş, saat 22:48-də zəng vurulmuş, 33 saniyə davam etmiş, 22:50-də zəng daxil olmuş, danışıq 27 saniyə davam etmiş, xx.xx.2021-ci il tarixdə saat 17:05, 17:12, 17:22, 20:38, 20:49-da və xx.xx.2021-ci il tarixdə saat 02:32-də zəng vurulmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 arasında cinayət hadisəsinin törədildiyi gün, yəni xx.xx.2021-ci il tarixdə mütəmadi telefon danışıqları olmuşdur. Şahid6 istifadəsində olan +994 55 *** ** ** mobil telefon nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 17:34-də “Sənin malın var həmin mal ilə mən səni yandıracağam Məhəmmədi qurtar. Sən bu gün Məhəmmədi g*******ü verib qurtarmasan səni hamınızı mən yandıracam hər şeyi mən bilirəm. Sənin malın var həmin mal ilə mən səni yandıracağam Məhəmmədi qurtar” məsmunlu SMS-lər daxil olmuşdur. Şahid5 istifadəsində olan +994 55 *** ** ** mobil telefon nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 18:17-23:06 arasında “Qaqa telefonu aç söz deyirəm. Qaqa aç telefonu hədən yoxdan de işimizi bilək. Qaqa Məhəmməd deyir pul hazırrasın. Qaqa adını çəkmək istəyir aç da papo tapaq. Pul ver səni tapacam ya da çıx ortaya. Qaqa ortaya çıxmasan pis olacaq bax da” məzmunlu SMS-lər daxil olmuşdur. Mobil telefonda quraşdırılmış WhatsApp sosial şəbəkəsinin mobil tətbiqetməsində Təqsirləndirilən şəxs2 +994 55 *** ** ** mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi müəyyən edildi, yazışmalar bölməsinə keçirilmiş baxış zamanı aşağıdakılar müəyyən edildi: Şahid6 istifadəsində olan +994 55 *** ** ** mobil telefon nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 12:56-da “Süleyman mənəm Ülkərdi. Bugün Məhəmmədi çıxart yolla evinə sənə deyirəm g*****ü verməli də olsan onu çıxarmalısan sən öləsən hər şeyi sən elədin bu qurma oyun sənin oyunun idi rasxoda Məhəmmədi verdin. Amma elə bilmə ki, sən rahat malları satıb pulları yığasan. Sən öləsən sən bu gün onu isti-isti çıxarmasan səni qabaqda nələr gözləyir görəcəksən. Sən Süleyman ol mən də Ülkər. Qaçıb gizlənmə. Get o Məhəmmədi necə başını bəlaya salmısan elə də çıxar. O, göbələk deyil də biləsən.” məzmunlu mesajlar daxil olmuş və 12 buraxılmış zəng qeydə alınmışdır. +994 55 *** ** ** mobil telefon nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 14:45-də “salam, bağışlayın. Sizi narahat edən Ülkərin anasıdır. Qurban olum Məhəmməddən bir xəbər deyin. Yalvarıram sizə. Siz Ülkəri yığmısınız, inan Allaah o uşaq indi yatıb sizə qurban olum. Qurban olum Məhəmməddən bir xəbər deyin. Yalvarıram sizə.” məzmunlu mesajlar daxil olmuş və 2 buraxılmış zəng qeydə alınmışdır. “Pərvin Şessot” adı ilə qeyd edilmiş cinayət işi üzrə Təqsirləndirilən şəxs3 istifadəsində olan +994 55 *** ** ** mobil telefon nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 12:09-da “Mənə cavab ver də. Nə xəbər. Bir şey elə. Aloooo” məzmunlu mesajlar daxil olmuş və 6 buraxılmış zəng qeydə alınmışdır. Pərvin” adı ilə qeyd edilmiş cinayət işi üzrə Təqsirləndirilən şəxs3 istifadəsində olan +994 55 *** ** ** mobil telefon nömrəsi ilə yazışmalar aparıldığı, lakin silindiyi müəyyən edildi. +994 55 *** ** ** mobil telefon nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 07:56-da “Salam Süleyman, necəsən? Bağışla narahat etdim səni. Maqa sənin yanında deyil, bilmirsən hardadır. Onunla əlaqən olsa de təcili Ramili yığsın da imkan olsa” məzmunlu mesaj daxil olmuş, Təqsirləndirilən şəxs2 “qaqa kim idi” məzmunlu mesaj yazmış, həmin şəxs “Məhəmmədin qonşusu, qapı qonşusu” məzmunlu mesaj yazmışdır. “Pərviz Əmi” adı ilə qeyd edilmiş +994 55 *** ** ** mobil telelfon nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 14:15-də Təqsirləndirilən şəxs2 hımin şəxsə “yox, yox, pulun var, məndə var pulun. Sadəcə mən sabah o uşaqla, bir dəfə görüşdüm 3 dənə verdim sənə axşam. O uşaqla görüşəcəm sabah. İstəyirəm ondan götürüb verəcəm sənə, ya istəyirsən kartını at karta pulu atım karta” məzmunlu səs mesajı göndərmiş, ardınca həmin şəxs “ bəs mən ona görə soruşuram da, orda nəsə qalıb? Nəyə görə soruşuram, burda bir nəfər var, bir tema çıxdı ki, 10 manata düz-qoş edir. nəsə qalıbsa kömək edərdin də mənə” məzmunlu səs mesajı göndərmiş, 17:22-də “narahat olmae, qaqa, sən halal pulunu qazancaqsan inşallah. Allah istəyər də biz qazanacaq, ən azı bu poxdan uzaq olaq. Sən eləmirsən, sənin nəyinə lazımdıre, cavan oğlansan, ehtiyac yoxdur o poxa, o zibil şeydir. Eləyərsəne, təhlükəlidir, indi olmure, gedib 10-15 il yükləyəcəklər bütün həyatın gedir. Özün bilirsən, mən də oturmuşam onun ümidində, istəyirəm pul gəlsin, darıxma, mən sənə söz verdiyim kimi olacaq.” Məzmunlu səs mesajı göndərmiş, xx.xx.2021-ci il tarixdə saat 20:50-də “Süleyman, qaqa hirslənmə indi yadıma düşdü, o su gələndə, üstəlik bir dənə Rəsula qonaqlıq və şirinlik 200 manat” mesajı göndərilmiş, Təqsirləndirilən şəxs2 həmin şəxsə “Həə, çox heyf, eybi yox, neyləyək day belə alındı. əsas odur sən içmisən onu, başqası içməyib” səs mesajı göndərmiş, ardınca həmin şəxsdən “indi yadıma düşdü, güldüm, dedim yazım sənə. Oturduq o obyektdə qəşəng yeyib-içmək zad,3 saat onu şeylədim. 200 manat da cibinə basdım. İsi də ondan sonra dedi ay əmi cibinə 200 manat niyə basırsan, 50-lik zad bas da nə olub. Dedim a kişi o məni ölümdən xilas edib. Dedi yenə də çoxdur 200 manat gərək verməzdin. Ondan sonra arada 200 manat vermişdim bir dənə gətirmək istəyirdim. Dedi 200 manat ver 1 dənə gətizdirəcəm, o da batdı getdi. Çox sağ ol, Allah səndən razı olsun onu çatdırdın.” Səs mesajı göndərmiş, ardınca Təqsirləndirilən şəxs2 həmin şəxsə “əsas canına yarasın, əlbəttə, pul-mul zad boş şeydir, sadəcə adam yer eləyir. Sən onu canın ağrıyır deyə almısan. Eybi yox, əsas odur ki, sən istifadə eləmisən, canına yarasın. Allah qoysa maraqlanacam, əlim çatsa, ondan tapa bilsəm həll edəcəm inşallah” məzmunlu səs mesajları göndərmiş, saat 21:42-də “qardaşım axşamın xeyir, necəsən? Bu günkü söz-söhbət, yəni Sumqayıtdan alınmır. Alınıre, gecəyə gəlib çıxacaq, 2-ə, 3-ə zada, o da hələ bilinmir gəlib-gəlməməyi. Giləzidə xalaoğlu var sabah inşallah nahardan sonra gələcək bizə, 5-ə, 6-a. Pulu vurdum onun kartına sabah gələndə götürüb gələcək. Arxayın ol. Ya M 40, ya da ki, o birindən, milyon faizdir” məzmunlu səs yazısı göndərilmişdir. “Seymur” adı ilə qeyd edilmiş +994 55 *** ** ** mobil telefon nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 21:40- da qardaşım axşamın xeyir, necəsən? Bu günkü sözsöhbət, yəni Sumqayıtdan alınmır. Alınıre, gecəyə gəlib çıxacaq, 2-ə, 3-ə zada, o da hələ bilinmir gəlib-gəlməməyi. Giləzidə xalaoğlu var sabah inşallah nahardan sonra gələcək bizə, 5-ə, 6-a. Pulu vurdum onun kartına sabah gələndə götürüb gələcək. Arxayın ol. Ya M 40, ya da ki, o birindən, milyon faizdir”, “gəlib çıxsın, inşallah zəngləşək bir yerə təyin edək, görüşək, ötürüm onu sənə. Belə var idie, dedilər məsləhət deyil ora getmək, ona görə qaldım” məzmunlu səs mesajı göndərilmiş, ardınca Təqsirləndirilən şəxs2 “inşallah gəlib çıxsın xəbər edərsən görüşərik” səs mesajı göndərmiş, “Təbriz Dost” adı ilə qeyd edilmiş +994 70 *** ** ** mobil telefon nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 17:19-da “Qardaşımsan gələndə xəbər elə pul atım dərman götürə bilsən əgər Alınsa götür gəl” mesajları göndərilmiş, Təqsirləndirilən şəxs2 “Yaxşı qaqa” cavabı vermiş, xx.xx.2021-ci il tarixdə saat 15:08-də həmin şəxs “qaqa tema hardan götürməy olar. Hamı gizlənib. Bir dənə adam tapa bilmirik” mesajı göndərmişdir. “Təbiş” adı ilə qeyd edilmiş +994 77 *** ** ** mobil telefon nömrəsindən xx.xx.2021ci il tarixdə saat 02:30-da “Suli axşamın xeyir qaqa. Sən Allah gör ala bilsən 3 dənə dərman al da qardaşımsan pulu ilə. Alınsa sabah pul tapım atım kartına” mesajı göndərmiş, Təqsirləndirilən şəxs2 həmin şəxsə “yaxşı qaqa” mesajı və “qaqa, mən bugün gəlmək istəyirəm, Allah qoysa, buralıqda uşaq var, onunla danışırdım, dünən axşam. O deyirdi 70 manat tap mən sənə tapıram bir dənəsini day bilmirəm elə dənə-dənə verərlər yoxsa yox” səs mesajı göndərmiş, həmin şəxs “qaqa 70 manata zordu. Danış alınırsa” mesajları göndərmiş, Təqsirləndirilən şəxs2 həmin şəxsə yaxşı qaqa, sən at mən götürəcəm ondan” mesajı göndərmiş, həmin şəxs “yaxşı mənim qardaşım. İndi mən işdən çıxmışam gedim qardaşımdan pul götürüm atıram sənin kartına 70 manat” səs mesajı göndərmiş, Təqsirləndirilən şəxs2 həmin şəxsə “yaxşı” meajı yazmış, həmin şəxs “atıram, qardaşım bir dəqiqəyə. Sənin başına dönərəm, qaqa. Sən öl, bidənə vəziyyətdən çıxım, qardaşın sənə nə qədər dua edəcək” səs mesajı göndərmiş, Təqsirləndirilən şəxs2 həmin şəxsə “Sən təki çıx qaqa” mesajı göndərmiş, həmin şəxs isə pul köçürməyə dair qəbzin fotoşəkilini saat 10:40-da Təqsirləndirilən şəxs2 göndərmiş, Təqsirləndirilən şəxs2 “Yaxşı qaqa” mesajı yazmış, həmin şəxs “başıva dönərəm, qaqa, inşallah çıxacam. Bu sondu da qaqa, fikrim budur ki, daha rədd edəm bunu, yoxsa başqa çarə yoxdur. Atdım qardaşım, inşallah bir dənə götür, şəhərə gələndə “20 Yanvar” zad tərəfdən götürərəm da səndən, olar?” səs mesajı göndərmiş, Təqsirləndirilən şəxs2 həmin şəxsə “yaxşı, qaqa, yaxşı” mesajı göndərmiş, xx.xx.2021-ci il tarixdə saat 22:09-da həmin şəxs “bir iki istifadə eləyən got vardı, ona görə atmışdım, qardaşım” yazmış, Süelyman Musazadə “əcəb eləmisən” yazmış, həmin şəxs “dünəndən işə çıxıram, o uşağa qalan pulu atacam sabaha, biri günə. Qaqa bu temadan çıxa bilmirəm də. Müalicə də aldım, çıxa bilmədim. Qaqa öz canım, sənin canın hər varianta əl atıram, çıxa bilmirəm, olmuşam konçinni” yazmış, Təqsirləndirilən şəxs2 “qaqa gələrəm sənlə danışarıq. Çıxacaqsan inşallah” yazmış, həmin şəxs “inşallah, qaqa, mən də onu istəyirəm. Doza qalxıb 2-ə, günə 50 manat gedir, ata bilmirəm” yazmış, Süeyman Musazadə “ay blə, necə edək bəs” yazmı, həmin şəxs “bilmirəme, qaqam, Allaha and olsun, bilmirəm neynim. Belə kayfa görə yoxe sırf ağrıya çəkirəm, yazmış, Təqsirləndirilən şəxs2 “qaqa, içkiyə otur. Hər gün leş olana qədər iç” yazmış, həmin şəxs “qardaşım, nə içə bilirəm, nə də çəkə bilirəm. Dayca pis ağrıyıram. İçəndə daha pis olur” yazmış, Təqsirləndirilən şəxs2 həmin şəxsə “ay da, bir yolu yoxdu bu poxun?” yazmış, həmin şəxs “çəkirəm təbi olub qalıram. Qaqa yoxdu təkcə yazmışdır”. “Xəyal” adı altında qeyd edilmiş +994 70 *** ** ** mobil telefon nömrəsinə xx.xx.2020-ci il tarixdə saat 18:27-də “Əlhəmdülillah, mən də cümə namazından gəlirəm. Şükürlər olsun, getdik ibadəti elədik gəldik. əlhəmdülillah, müsəlmanıq. Gör nə deyirəme, kakosun var?” məzmunlu, digər bir şəxsə məxsus səs yazısı göndərilmişdir. Mobil telefonda quraşdırılmış “Whatsapp Business” sosial şəbəkəsinin mobil tətbiqetməsində Təqsirləndirilən şəxs2 İran İslam Respublikasına məxsus +98 938 *** **** mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi müəyyən edildi. Yazışmalar bölməsinə keçirilmiş baxış zamanı aşağıdakılar müəyyən edildi: “Müsəddiq Universitet” adı altında qeyd edilmiş +98 903 *** **** mobil telefon nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 12;14-də “Yegen açmırsan. Niyə məndən narazısan? Nə olub ki? Başına dönüm, aç görüm nə vəziyyətdəsən” məzmunlu səs mesajı daxil olmuş və ardınca aşağıda qeyd olunan digər bir şəxs tərəfindən göndərilmiş səs mesajları yönləndirilmişdir:
1. “Ağa, salam, a kişi mən onunla danışdım,o deyir ədə dünyasında belə bir şey ola bilməz. Bizim xəbərimiz yoxdur bu necə şeydir, nə təhər şeydir, məni biabır elədi, dedi mənə siz şər atırsınız. Heç iş görən deyilsiniz siz, məni də poxa salmısınız. Söndürdü telefonu acıq eləyib qalmışam belə. Bu necə işdir, vallah bilmirəm. Mən hesab elə belə pis vəziyyətdə qalmışam. Bu nə təhər şeydir? Bu nə işdir?”
2. “Salam, ağa. Necəsən? Nə var nə yox? Vallah, bilirsən necədir? Məsəl üçün sən kənddəsən, mən də burdayam. Bizim heç nədən xəbərimiz yoxdur. Biz bunların sözünü danışırıq da. Nə işin yuxarı başıyıq, nə aşağı başı. Mal sahibi də başqa, aparan da başqa, alan da başqa. Ağa bu deyir ki, o sürücü ki var, sürücü, o uşaq götürüb əmanəti aparsın Almanın yanına Alma deyib gəl filan yerə. Maşını bu tayda saxlayıb, o da aparıb verə ora. Deyir onun maşınından düşdülər, Almanın maşınından düşdülər. Alma polis deyil, polislərə işləyir da. Cumublar bunun üstünə, bu yazıq da götürülüb qaçıb. deyir mən də, onsuz o da poxdadır da. Mən də istəyirəm deyəm ki, axı bu kişilikdən deyil. Nə almısan, nə satmısan, nə xeyir tutmusan, ona-buna tələ qurursan ki, tutdurasan. Ona da pul verəcəklər. Biz bir dənə quru sözə inandıq. Mən burda bunlara xahiş etdim ki, ola bilməz mənim dostum, ola bilməz. Bir dənə söz deyim sənə, o iki nəfər yox idi salyanlılar, onlar da ya polis idi, ya da polislərə işləyirdi. Hər kim ki, deyir malı gətir ver əlimə, o, polisdir. Get orda Astarada 40- 50 nəfər bu işlə məşğuldur, onlardan soruş. Kim deyirsə malı gətir ver əlimə o, polisə işləyir, bu qurğudur. Səhv elədik biz. Azərbaycanda mənim pullarım batmışdı, istədim biraz əvəzini çıxam
3. “o sənin dostun da zəng eləmişdi mənə, mən dedim, Vallah, Quran haqqı, mən bilmirəm bu necə hərəkətdir. Ona da dedim mən a kişi. O, deyir ki, Alma polsidir, dedim a kişi ola bilməz dünyasında. Mən belə iş bilmirəm, qardaş bu nə təhər şeydir, nə ədavət oldu.
4. “Əhəd, Quran haqqı, balamın canına and olsun, mən bu işlərdən heç xəbərim yoxdur, inanmıram bu işə. İndi səbr edək, bəlkə bu uşaqlar yalandan fırladırlar camaatı, bəlkə heç tutulmayıblar, bəlkə heç belə şey olmayıb? Mən hələ inanmıram belə şeyə. O tərəfə qalanda da, sən hərdən bir söz deyirsən, deyirsən adama inam yoxdur, nə bilim nə. Mən bu adamı tanıyıram düz adam kimi, necə bir öz işi kimi, başa düşürsən? İndi belə bir söz çıxıb, belə bir hadisə olub mən heç inanmıram. Deyirəm bəlkə yalandan bunlar yenə fırladırlar, yenə atmaq istəyirlər, bəlkə yalandan bunu belə edirlər. Səbr et indi bilinər, əgər həqiqətən bunlar tutulmuş olsa, göstərəcəklər, bilinər bu iş. Mən də qalmışam pis vəziyyətdə sənin yanında. Biabır olduq, bu iş olmadı ki.
4. “Ağa, kaş elə sən deyən olsun, bir şey olmasın, olsun ki, bunlar atıblar, belə olsun. Mən hələ inanmıram, deyirlər insan xam süd əmib. Biz də istədik ki, qabağa düşək. Bəxti gərək Allah versin, bizim nə vaxt bəxtimiz olub ki? Balalarımın canına and olsun, Əhəd, sən məni neçə illərdir tanıyırsan. Bu oğraş əgər belə bir şey edibsə, deməli məni də aldadıb. Mən də burada qorxu içərisində, təşviş içərisində qalmışam. Mənə axşam o oğlan zəng elədi, mənim ürəyim düşdü. Saat 12:17-də “Bu səsləri atdım ki, bu qurumsaqlar mənə inam verdi. Bais oldular ki, mən bu işi görəm, Rasimi onlarla görüşdürəm” məzmunlu səs mesajı daxil olmuş, saat 12:19-da “yegen nigaranam mənə zəng elə” məzmunlu mesaj, saat 12:23-də “Yegen başına dönüm telefonu aç, əgər məndən narazısansa aç nə deyirsən de, telefonu aç mən vəziyyəti bilim, nə var nə yox, nə təhərsən, başına dönüm telefonu aç” məzmunlu səs mesajı və “yegen telefonu aç son məlumat var, danışmaq lazımdır məzmunlu mesaj daxil olmuş, saat” 19:16-da “mənə zəng vur”, 19:20-də “bay bağrım çartdadı mənə bir söz de” məzmunlu mesajlar daxil olmuş, bundan sonra yazılan mesajların qarşı tərəf tərəfindən silindiyi üçün oxunması mümkün olmadı. Həmin səs mesahlarından görünür ki, Təqsirləndirilən şəxs3 cinayət əməllərinin törədilməsində birbaşa iştirak etmiş və hadisə yerindən qaçdıqdan sonra orada baş verənlər barədə cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasındakı üzvlərinə məlumat vermişdir. Mobil tətbiqetmənin Zənglər bölməsində aşağıdakı əhəmiyyətli xüsusatlar aşkar edildi: Müsəddiq Universitet” adı altında qeyd edilmiş +98 903 *** **** mobil telefon nömrəsi ilə xx.xx.2021-ci il tarixdə 3 zəng, 16-xx.xx.2021-ci l tarixlərdə çox saylı zənglər aparılmış, xx.xx.2021-ci il tarixdə 2 zəng, xx.xx.2021-ci il tarixdə 4 zəng, xx.xx.2021-ci il tarixdə saat 16-24 arasında 21 dəfə uzun müdətli danışıqlar aparılmışdır. xx.xx.2021-ci il tarixdə saat 10-00 arasında 14 dəfə uzun müdətli danışıqlar aparılmışdır. Bununla da Təqsirləndirilən şəxs2 əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılarkən telefonda həmin şəxslə danışdığı və dərhal telefonu yerə çırparaq yararsız hala salmaq istədiyi müəyyən edilir. xx.xx.2021-ci il tarixdə həmin nömrədən 21 dəfə buraxılmış zəng daxil olmuşdur. +98 921 *** **** mobil telefon nömrəsi ilə xx.xx.2021-ci il tarixdə 2 zəng aparılmışdır Mobil telefon USB naqil vasitəsilə istifadəmdə olan xidməti kompüterə taxıldı və “Redmi Note 8” => “Paylaşılan daxili yaddaş” => “Whatsapp Buisiness” => “Media” => “X17” qovluğundan aşağıdakı məzmunlu səs mesajları aşkar edildi:
1. “AUD-20210702-WA0015” adlı fayl: Əmi, başına dönüm, ona denən ki, tembole Bakı sarı gəlir, Bakı sarı gəlsin, 3 kilometr zad, «SOSAR” zaprafkası var, ondan arxada dayanmışıq, qara 015-dir, görəcək.
2. “AUD-20210702-WA0019” adlı fayl: Əmi, bayaqkı yol, Bakıya gedən yol. Hacıoğludan gəldin, körpünü keçdin, bayaq yerdən götürdüləre, 151, 151-dən yox, qabağa gələcək 152 plakatın aşağısına baxacaq elə sağ tərəfdə, 2 dənə ağ salafandır. Yarım metrə aşağıda, görəcək, Bakıya gedən yolda.
3. “AUD-20210704-WA0021” adlı fayl: “Neftçala sözünü keçdin, Salyan sarı, keçən kimi birinci obyekt gəlir, kolba zavod, zavoda çathaçatda, Neftçala sözünü keçdin, zavodun hasarının tinindən sola yol dönür, elə sola dönən, dönmə sola, sola yol girira, sola yol girən kimi sol tərəfdə kolluğun dibində, işıq zad sal görəcəksən ağacın altında kolluğun dibində.
4. “AUD-20210704-WA0032” adlı fayl: qulaq as, bax Neftçaladan çıxırsan. Neftçala plakatı ki vare, Neftçala sözünü keçdin, qırmızı işıqlarla yanır. Keçdin 300-400 metr qabağa görəcəksən bir dənə obyekt var, idarə olub, onun işığı yanır, işığını görəcəksən. Ona çatmağa az qalmış, 150-200 metr qalmış sola yol dönür, çöl tərəfə, yola. Yol ki dönüra, düz elə asfaltın qırağında, döngədə elə sol tərəfdə ağacın altında kolluqda elə görəcəksən, işığı yandır görəcəksən.
5. “AUD-20210704-WA0033” adlı fayl: Neftçaladan Salyana gedəndə Neftçaladan ki çıxdın o plakatı keçdin, keçəndən sonra 300-400 metr qabqada görəcəksən işıq yanır, onun bəri tərəfində, Neftçala sarısından. Çatmamış da sola dönürsən, heç dönmə, yol görəcəksən, saxla yolun qırağında, sol tərəfdə, yola girəndə, elə girən kimi solda, tində elə işığı yandır yoldan aşağı görəcəksən.
6. “AUD-20210709-WA0001” adlı fayl: qaqa, mənim səsimi göndər ona. Salyana tərəf gələndə kruqa kimi belə plakat yox idi. Ordan Lökbatana girdik, iç tərəfə, Daxili İşlər Nazirliyinin binası vare, ordan keçirik, Lökbatana giririk. Mənim səsimi göndər ona, denən dəqiq desin. Lökbatana girəndədir? Sədərək tərəfdən gələndədir? Yoxsa arxa yoldan, rayon yolundan gələndədir? Biz bayaqdan burda yer axtarırıq. Dəqiq səs göndərsin.
7. “AUD-20210714-WA0010” adlı fayl: Axşamın xeyir. Necəsən? Vəziyyət necədir? Vallah mən neçə vaxtır dabro vermişəm. Demişəm onunla danışın, söhbət edin. Yəni ki, bu işi həll edək. Bu adam da ki, sən özün bilirsən ki, mənim ən etibarlı adamımdır. Bu elə admdır ki, düz adamdır, işi budur. Mən 100 % dabro verirəm, narahat olmasın, getsin görüşsün, tanış olsun. Əgər bu işi davam etdirmək istəyirlərsə orada dostluq olmalıdır. Yəni ki, birbirini tanısınlar, bilsinlər. Başa düşdün necədir? Heç narahat olmasın, mən bir daha onunla danışaram, deyərəm. Sabah birisgün başqa şey olmasın, mən də burda biabır olaram. Mən bir də tapşıraram, ola da bilməze, Allah eləməsin. Bunlar elə uşaqlar deyil axı. İdi birdən olmaz belə, olar elə. Ola bilməz. Mən bundan əminəm, 100 % sənə söz verirəm. Heç narahat olmasın denən, getsin görüşsün. Mən bir daha tapşıraram, deyərəm gəlib sənlə görüşəcək, necə lazımdır onları yola ver. Lap lazım gəlsə mən özüm də gedərəme ora, sənə xətir gedərəm, əgər sən inanmırsansa. Heç narahat olma, belə arxayın ol. Oldu, əziz qardaş, sağol.
8. “AUD-20210801-WA0005” adlı fayl: sabah bu on mini də alandan sonra bu on mini də cürrədim bellərinə. Ondan sonra pox yeyir, on da verəcək cəhənnəm olub çıxıb gedəcək. Özü də dəstbədəst verəcəklər sözü yox. Yetişdirginən Nicata deyəcək, maşının “Mercedes Benzdir” gəldi filan plakatda dayandı. Dayanan an bu da atacaq onun içinə. Bundan sonra o cür olacaq, əlbəəl. Day özləri də qorxublar. Allahın ümidinə salamatçılıq olsun, sabah verəcək onu. Day bir də oğru tapılandan sonra qərar ver saxlayaq. Həmin səs mesajlarının məzmunundan görünür ki, cinayətkar qrupun şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvləri narkotik vasitənin gizlədildiyi yer barədə məlumatları Təqsirləndirilən şəxs2 bildirmişlər (2-ci cild iş vərəqi 04-64). İşdə olan "xxxx" MMC-dən daxil olmuş BKC/LGL-17149/21 saylı, xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş diskə baxış keçirilməsi haqqında protkoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** telefon nömrəsinin çıxarışlarına keçirilmiş baxış nəticəsində müəyyən edildi ki, o, xx.xx.2021-ci il tarixdə, saxlanılmazdan 1 gün əvvəl, X3 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə 3 dəfə, xx.xx.2021-ci il tarixdə, saxlanılmazdan əvvəl, səhər saatlarında təqsirləndirilən şəxs X3 qardaşı Şahid5 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə 7 dəfə, təqsirləndirilən şəxs X1 Şahid6 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə 3 dəfə, təqsirləndirilən şəxs X3 qonşusu Ramil Beydiyevin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə 5 dəfə danışıq aparılmışdır. Şahid6 istifadəsində olan +994 55 *** ** ** mobil telefon nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 12:52-də “Sən bu gün Məhəmmədi götünü verib qurtarmasan səni hamınızı mən yandıracam hər şeyi mən bilirəm Sənin malın var həmin mal ilə mən səni yandıracağam Məhəmmədi qurtar” məsmunlu SMS-lər daxil olmuşdur. Şahid5 istifadəsində olan +994 55 *** ** ** mobil telefon nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 18:17-23:06 arasında “Qaqa telefonu aç söz deyirəm. Qaqa aç telefonu hədən yoxdan de işimizi bilək. Qaqa Məhəmməd deyir pul hazırrasın. Qaqa adını çəkmək istəyir aç da papo tapaq. Pul ver səni tapacam ya da çıx ortaya. Qaqa ortaya çıxmasan pis olacaq bax da” məzmunlu SMS-lər daxil olmuşdur. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2021-ci il tarixdə saat 22:46 və 23:06-da “Qaqa aç tez. Məni yığma dayını yığ tez”, xx.xx.2021-ci il tarixdə saat 20:44-də “Ayda aç da bunu tez” məzmunlu SMS-lər yazmışdır. Bu məlumatlarla da Təqsirləndirilən şəxs2 cinayət hadisəsinin törədildiyi vaxtlarda mütəmadi olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3lə telefon əlaqəsində olduğu və Təqsirləndirilən şəxs1 əməliyyat qrupu tərəfindən saxlanıldıqdan sonra onun ailə üzvləri və yaxınları ilə telefon əlaqəsində olduğu və həmin şəxslərin ondan Təqsirləndirilən şəxs1 köməklik etməsini tələb etdikləri müəyyən edilir. Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** telefon nömrəsinin çıxarışlarına keçirilmiş baxış nəticəsində müəyyən edildi ki, o, xx.xx.2021-ci il tarixdə, əməliyyat tədbirinin keçirildiyi gün X3 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə 7 dəfə, xx.xx.2021-ci il tarixdə 13 dəfə danışıq aparılmışdır. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə 4 dəfə danışıq aparılmışdır. X3 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 17:33-də “4 q torpaq düzəlt waka isdeyir ***-***-**-** 100 m pulu var” məzmunlu, xx.xx.2021-ci il tarixdə saat 13:52-də ***-***-**-** mobil telefon nömrəsindən “Coladan 1 dənə saxla” məzmunlu, xx.xx.2021-ci il tarixdə saat 20:09-da ***-***-**-** mobil telefon nömrəsindən “qaqa on kamaz torpaq lazımdı yüz elli azn verirem yuzu de sabah bu vaxtı bir soz de” məzmunlu, X3 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 08:57-də “Sen allah tez cix gedey gelib dişimide qoyduracam malda isdedi israil dedim abedde gelecem catdıra bilim” məzmunlu SMS-lər daxil olmuşdur. Həmçinin, WhatsApp sosial şəbəkəsindən daxil olmuş təsdiq kodlu mesaklarla Təqsirləndirilən şəxs3 həmin sosial şəbəkənin mobil tətbiqetməsindən istifadə etdiyi məlum olur. Həmçinin anten məlumatlarına əsasən onun xx.xx.2021-ci il tarixdə saat 00:50-dən saat 02:00-dək Salyan rayonunun ərazisində olduğu müəyyən edilir. Bu məlumatlarla da Təqsirləndirilən şəxs3 cinayət hadisəsinin törədildiyi vaxtlarda mütəmadi olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə telefon əlaqəsində olduğu və onun Təqsirləndirilən şəxs1la birlikdə xx.xx.2021-ci il tarixdə saat 00:50-dən saat 02:00-dək Salyan rayonunun ərazisində olduğu və narkotik vasitələrin qanunsuz dövriyyəsi əməllərində birbaşa iştirakının olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** telefon nömrəsinin çıxarışlarına keçirilmiş baxış nəticəsində yuxarıda qeyd edilən xüsusatlardan əlavə olaraq müəyyən edildi ki, o, xx.xx.2021-ci il tarixdə saat 19 radələrində əməliyyat qrupu tərəfindən saxlanıldıqdan sonra istifadəsində olan mobil telefonun sonrakı saatlarda Hacıqabul rayonu, Nəvahi qəsəbəsi, Hacıqabul rayonu Pirsaat qəsəbəsi, Hacıqabul şəhəri və Sabirabad rayonunun Qaragüney kəndi ərazilərində yerləşən antenlərdən siqnal qəbul etdiyi və sonuncu dəfə xx.xx.2021-ci il tarixdə saat 21:55-də Sabirabad rayonunun Qaragüney kəndi ərazilərində yerləşən antendən siqnal qəbul etdiyi müəyyən edilmişdir (2-ci cild iş vərəqi 195-315) İşdə olan 28 sentyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 istifadəsində olan və əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılarkən təqdim etdiyi mobil telefon “İpro” markalı, **********09167 / **********09175 İMEİ kodlu mobil telefon aparatı olmuşdur. İşdə olan 21 noyabr 2021-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş BKC/LGL-18642/21 saylı, xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** telefon nömrəsinin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək **********09160 İMEİ kodlu, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək isə **********91800 İMEİ kodlu mobil telefonda istifadə edilmişdir. Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** telefon nömrəsinin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək **********06400 və **********064001 İMEİ kodlu, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək **********09170, **********700811 və **********70080 İMEİ kodlu, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il saat 20:00-dək **********041101 və **********04110 İMEİ kodlu mobil telefonda xx.xx.2021-ci il saat 20:00dan xx.xx.2021-ci il saat 22:16-dək isə **********04110 və **********700811 İMEİ kodlu mobil telefonda istifadə edilmişdir. Məlumatlardan göründüyü kimi Təqsirləndirilən şəxs3 əməliyyat tədbirinin keçirildiyi gün yəni xx.xx.2021-ci il tarixdə hadisə yerindən qaçdıqdan sonra istifadəsində olan ***- ***-**-** telefon nömrəsini başqa mobil telefon aparatında istifadə etmişdir. Bu məlumlatlarla da Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefonun o, saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs3 idarə etdiyi “Mercedes-Benz S 600” markalı **- LB-*** dövlət qeydiyyat nişanlı avtomobildə qaldığı müəyyən edilir. Həmin avtomobilə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon avtomobildən aşkar edilməmiş, Təqsirləndirilən şəxs3 dindirmələr zamanı həmin mobil telefonun aşkar edilməməsi faktına heç bir aydınlıq gətirə bilməmişdir. Bununla da Təqsirləndirilən şəxs3 qəsdən, cinayət əməllərinin törədilməsində iştirakını gizlətmək, dəlilləri ortadan qaldırmaq məqsədilə Təqsirləndirilən şəxs1 məxsus mobil telefonu istintaq orqanına təqdim etməkdən boyun qaçırdığı müəyyən edilir. Lakin İMEİ kod çıxarışından da göründüyü kimi, Təqsirləndirilən şəxs3 2021-ci ilin may ayının 1-dən saxlanıldığı günədək istifadəsində olan ***-***-**-** və ***-***-**-** telefon nömrələrini təqdim etdiyi “İpro” markalı, **********09167 / **********09175 İMEİ kodlu mobil telefonda istifadə etməmişdir. Bununla da Təqsirləndirilən şəxs3 faktiki olaraq istifadəsində olan, WhatsApp sosial şəbəkəsinin mobil tətbiqetməsini istifadə etdiyi və cinayətkar qrupun digər üzvləri ilə zəng və yazışma əlaqələrini apardığı mobil telefonu gizlətdiyi və təqdim etməkdən boyun qaçırdığı müəyyən edilir (2-ci cild iş vərəqi 163-233). İşdə olan baxış keçirilməsi haqqında 11 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" ASC-dən daxil olmuş 157000/2-14 saylı, xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş məlumatlarla Təqsirləndirilən şəxs1 “Birbank” tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs2 hesabına xx.xx.2021-ci il tarixdə 480 manat, xx.xx.2021-ci il tarixdı 250 manat, xx.xx.2021-ci il tarixdə 500 manat göndərdiyi, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 hesabına “Birbank” tətbiqi vasitəsilə 180 manat göndərdiyi müəyyən edilmişdir (4-cü cild iş vərəqi 170). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar, Təqsirləndirilən şəxs1 isə Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (2-ci cild iş vərəqi 130-132). İşdə olan Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin 02 fevral 2023-cü il tarixli133060/10-7 №-li məktubundan görünür ki, «8 noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il atrixli qərarının 5-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs1 cəzası 1 il azaldılmış və 1 ay 23 gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası CM-in 15-ci maddəsinə əsasən həmin məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Bununla da Təqsirləndirilən şəxs1 hazırkı cinayət işi üzrə təqsirləndirildiyi cinayət əməllərini törətdiyi tarixdə, yəni 03 avqust 2020-ci il tarixdə cəzasını çəkib qurtarmamış və məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bununla da Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyi səbəbindən əməlində cinayətlərin residivi müəyyən edilməmişdir. İşdə olan Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş 11 sentyabr 2021-ci il tarixli 305-25505-1221 №-li məktubdan görünür ki, 24 may 2021-ci il tarixdə Şirvan şəhəri, Vidadi küçəsi ev 36-da yaşayan X2 ŞPŞ-nə ərizə ilə müraciət edərək əri Təqsirləndirilən şəxs3 onunla yaşadıqları müddətdə onu söyüb təhqir etdiyi üçün 23 may 2021-ci il tarixdə yaşadığı valideyinin evində sirkə turşusu içərək həyatına qəsd etmək istədiyini bildirmişdir. Nuranə Mahmudovanın ərizəsi araşdırma aparılması üçün Şirvan şəhər prokurorluğuna göndərilmiş, ərizə əsasında Şirvan şəhər prokurorluğunun böyük müstəntiqi, İ dərəcəli huquqşünas Neymət Məmmədov tərəfindən araşdırma aparılaraq 08 iyun 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul olunaraq Təqsirləndirilən şəxs3 münaqişəli ailə kimi Şirvan ŞPŞ-də qeydiyyata götürülməsi üçün qərarın surəti Şirvan ŞPŞ-nə göndərilmişdir (3-cü cild iş vərəqi 86). İşdə olan Şirvan Şəhər İcra Hakimiyyətindən daxil olmuş xasiyyətnamələrdən görünür ki, lə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müsbət xarakterizə edilirlər (2-ci cild iş vərəqi 166-175). İşdə olan Azərbycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 31 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 «X7» medalı ilə təltif olunmuşdur. İşdə olan 12 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair hazırki cinayət işinin materiallarından cinayət əməllərinin törədilməsində iştirakı olan digər şəxslərin barəsində Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır (4-cü cild iş vərəqi 201-220). İşdə olan şübhəli şəxsin tutulması haqqında 04 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 04 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 43). İşdə olan Bakı şəhər Yasamal rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 04 avqust 2021-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 139-140). İşdə olan şübhəli şəxsin tutulması haqqında 04 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 04 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 77). İşdə olan Bakı şəhər Yasamal rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 nun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 04 avqust 2021-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 147-148). İşdə olan şübhəli şəxsin tutulması haqqında 05 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 04 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 216). İşdə olan Bakı şəhər Yasamal rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 05 avqust 2021-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 248-249). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər MəTəqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə zamanı verdikləri ifadələri özlərini və biri-birilərini müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdikləri cinayət əməllərinə görə məsuliyyətlərini yüngülləşdirmək məqsədi daşıyır, təqsirləndirilən şəxslər MəTəqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməlləri ilə bağlı ibtidai istintaq zamanı verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş ifadələri iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir, təqsirləndirilən şəxslər MəTəqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cİnayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri tam təsdiqini tapmışdır. Məhkəmə eyni zamanda iş üzrə Şahid5 məhkəmə zamanı verdiyi ifadəsini qardaşı olan iş üzrə Təqsirləndirilən şəxs1 və sonuncunun dostluq münasibətində olduğu digər təqsrləndirlən şəxsləri müdafiə etmək məqsədi verildiyi qənaıətinə gəlir, Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına daha uyğun hesab edir. Bundan başqa məhkəmə iş üzrə Şahid6 ibitdai istintaq və məhkəmə zamanı iki dəfə verdiyi ifadələrinı qarşılıqlı surətdə öyrənərək belə qənaətə gəlir ki, Şahid6 ibtidai istintaq zamanı və məhkəmə zamanı birinci dəfə tam sərbəst şəkildə verdiyi ifadələri həqiqəti əks etdirir, işin faktiki hallarına tam uyğundur, Şahid6 müdafiə tərəfinin vəsatəti əsasında dəvət edilərək və barəsində olan cinayət işi üzrə həbs altında məhkəməyə gətirilərkən verdiyi ifadəsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiə xarakteri daşıyır, səmimi qəbul edilmir, işin faktiki hallarına uyğun gəlmir. İşdə olan MəTəqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 istifadələrin olan mobil telefon nömrələrinə daxil olan və həmin nömrələrdən çıxan SMS yazışmalarından aydın görünür ki, təqsirləndirilən şəxslər bir-birilər ilə həmçinin başqa şəxslərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə bağlı çoxsaylı söhbətlər aparmışlar, eyni zamanda iş üzrə Şahid6 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 ilə SMS yazışmalarının mətnlərində narkotik vasitələrlə bağlı çox saylı söhbətlər olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı, narkotik vasitələr)» əsasən, tiryək narkotik vasitəsinin külli miqdarının aşağı həddi 50 müəyyən edilmişdir. Məhəmməd Ağakərim oğlunun, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə edib Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib daşıdıqları və saxladıqları 8720,6 qram tiryək narkotik vasitə külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onlarınprekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci iltarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş mötəbər sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər MəTəqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduqları cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və onların təqsiri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinə münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və İran İslam Respublikasının şəxsiyyəti müəyyən edilməmiş vətəndaşı külli miqdarda narkotik vasitənin satışını həyata keçirməklə bağlı qabaqcadan əlbir olub razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı narkotik vasitəni istintaqa məlum olmayan vaxtda və yerdən Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsini və Salyan rayonu ərazisində gizlədilməsini təşkil etmiş və bu barədə qrupun üzvü Təqsirləndirilən şəxs1 bildirdikdən sonra sonuncu qrupun digər üzvü Təqsirləndirilən şəxs3lə birlikdə həmin narkotik vasitəni gizlədilmiş yerdən götürmüşlər. Göründüyü kimi ibtidai istintaqla şəxsiyyəti müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşının təqsirləndirilən şəxslərlə deyil, başqa şəxslərlə əlbir olmaqla narkotik vasitəni qaçaqmalçılıq yolu ilə keçirilməsi müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qaçaqmalçılıq cinayətinə münasibətdə cinayət yolu ilə əldə edilmiş əmlaka (narkotik vasitəyə) sərəncam verməyi qabaqcadan vəd etməklə qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçilik etmişlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli qərarına görə təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adıçəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə görə cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası CPM-nin 84.6.9-1-ci maddəsinə görə məhkəmə baxışında dövlət ittihamçısı qismində iştirak edərkən prokuror şəxsə qarşı irəli sürülmüş ittihamla müqayisədə onun əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsini və ya şəxsə qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndlərin çıxarılmasını təklif etmək hüququna malikdir. Məhkəmə zamanı dövlət ittihamçısı da Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamdan qaçaqmalçılıq cinayətinin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi tövsifedici əlamətindən əsaslı olaraq imtina etmiş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 verilmiş ittihamı Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə müdafiə etmişdir. Məhkəmə kollegiyası da də dövlət ittihamçısının təqsirləndirilmələrinə dair cinayət işi üzrə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamdan qaçaqmalçılıq cinayətinin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi tövsifedici əlamətindən imtina etməsini və verilmiş ittihamı Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə müdafiə etməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, belə əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 206.2ci maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına, həmin Məcəllənin 206.2-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildirlər. Belə ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə görə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddiyeddiildən artıq olmayan əməllər az ağır cinayətlər, həmin Məcəllənin 15.4cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddion ikiildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.http://e-qanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 oğlna və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onların törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, həmçinin, onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.1-59.1.14cümaddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 X7 olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növü və həddi müəyyən edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən şəxsiyyətini, törətdiyi az ağır və ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır və ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzaların onun islah olunmasına, o cümlədən ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 206.2, 234.4.1 və 234.4.3 maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır və ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın olmasını və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzaların onun islah olunmasına, o cümlədən ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 206.2, 234.4.1 və 234.4.3 maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqdavə əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinindörddə üçündənartıq ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 münasibətdə Cinayət Məcəlləsinin59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların müəyyən edilməməsi, onların barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini istisna edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli 03 avqust 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli 04 avqust 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs3 cəza çəkməsinin əvvəli 05 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddətiiyirmiildən çox ola bilməz.Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplaqmaq yolu cəza təyin etməyi, Azərbaycan Respublikası CM-in 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Şirvan şəhər Məhkəməsinin 05 avqust 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 01 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi - 1 ay 23 gün azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 26 gün azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə birləşdirilməklə qəti cəza təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkmə müddətinin əvvəlinin 03 avqust 2021-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir, barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır və ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplaqmaq yolu qəti cəza təyin etməyi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkmə müddətinin əvvəlinin 04 avqust 2021-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir, barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs3 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır və ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını, işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplaqmaq yolu qəti cəza təyin etməyi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkmə müddətinin əvvəlinin 05 avqust 2021-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir, barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 04 oktyabr 2021-ci il tarixli 3761 №-li ekspert rəyinəsasən Təqsirləndirilən şəxs1 müayinə zamanı opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan tibbi xarakterli məcburi tədbirlərtəyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 01 noyabr 2021-ci il tarixli, 4231 №-li ekspert rəyinə və məcburi-narkoloji tibbi yoxlama üzrə 27 oktyabr 2021-ci il tarixli 4173 №li ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicəyə ehtiyacları yoxdur. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 cinayət əməlini mülkiyyətində olan Xiaomi” markalı, “Redmi Note 8” modelli **********65984 / **********65984 İMEİ kodlu mobil telefonlar vasitəsilə törətmişdir. Cinayət Məcəlləsinin 99- 1.1.1-ci maddəsinə əsasən Xiaomi” markalı, “Redmi Note 8” modelli **********65984 / **********65984 İMEİ kodlu mobil telefonlar xüsusi müsadirə edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onlarınprekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali MəhkəməsininPlenumunun 04 mart 2011-ci il tarixli 2№-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğunolmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsiQaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. İşdə olan məhkəmə fiziki-kimyəvi ekspertizası üzrə 4 avqust 2021-ci il tarixli 6/3292 №-li ekspert rəyindən görünür ki, tədqiqata tədqiqatda təqdim edilmiş 8720,6 qram çəkidə narkotik vasitə tiryək kustar üsulla hazırlanmışdır. (1-ci ild iş vərəqi 54-55). Göstərilənlərə əsasən iş üzrə maddi sübut - Azərbaycan Respublikası Gömrük Komitəsinin İstintaq Baş İdrəsinin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatdan sonra qalıq qalan 8720,24 qram tiryək məhv edilməli, Təqsirləndirilən şəxs2 istifadəsində olan “Xiaomi” markalı, “Redmi Note 8” modelli **********65984 / **********65984 İMEİ kodlu mobil telefonlar xüsusi müsadirə edilməli, 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Məhkəmə kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 114 manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 32.5, 206.2-ci maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Şirvan şəhər Məhkəməsinin 05 avqust 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 01 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi - 1 ay 23 gün azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 26 gün azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 10 (on) il 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasnın başlanğıcı 03 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilətibbi xarakterli məcburi tədbirlərtəyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin vəona həmin Məcəllənin 32.5, 206.2-ci maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 04 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206. 2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin vəona həmin Məcəllənin 32.5, 206.2-ci maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 05 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Azərbaycan respublikası Gömrük Komitəsinin İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqqatında sonra qalıq qalan 8720,24 qram narkotik vasitə tiryək məhv edilsin, Təqsirləndirilən şəxs2 istifadəsində olan iki ədəd “Xiaomi” markalı “Redmi Note 8” modelli **********65984 / **********65984 İMEİ kodlu mobil telefonlar xüsusi müsadirə edilsin, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünün olduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri - ekspertiza tədqiqatın dəyəri 114 manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Siyavuş Hacıyev
hakimlər: Rahib Salmanov
Mahmud Ağalarov