Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-910/2021 26.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, məhkəmənin iclas katibi, məsləhətçi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, «Kəngərli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxxx 1979-cu ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, məhkum olunmamış, Füzuli şəhəri, S.Vurğun küçəsi ev 21-də pasport qeydiyyatında olan və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Massiv ev 389-da yaşayan, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 qohumu Zərərçəkmiş şəxs2 barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Azərbaycan Respublikası CMin 179.3.2 və 313-cü maddələri ilə istintaqı aparılan cinayət işi üzrə 100.000 manat ödəyəcəkləri təqdirdə yüksək rütbəli tanışlarının vasitəsi ilə Zərərçəkmiş şəxs2 tərəfindən dövlətə vurulmuş maddi ziyanın ödənilməsi yolu ilə sonuncunun həbsdən azad edilməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq həmin maddi ziyanı ödəmə adı ilə 14 aprel 2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Olive Garden” restoranında Şahid vasitəsilə göndərilmiş Zərərçəkmiş şəxs2 məxsus 80.000 manat və 15 aprel 2019-cu il tarixdə ünvan 1 ünvanının qarşısında Zərərçəkmiş şəxs1 məxsus 20.000 manat pulu alıb vahid niyyətlə əhatə edilən qəsdlə aldatma və etibardan sui-istifadə yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 80.000 manat və Zərərçəkmiş şəxs1 20.000 manat olmaqla, ümumilikdə külli miqdarda, yəni 100.000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 təxminən üç ildir ortaq tanışları Rəşad Quliyevin vasitəsi ilə tanımışdır. Rəşad Quliyev Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində “Olive Garden” adlı restoran işlədir. Özü də arabir həmin restorana gedib orada Rəşadla görüşmüşdür. Görüşlərin birində Zərərçəkmiş şəxs1 də Rəşadın yanında olmuşdur. Söhbət əsnasında Zahid kürəkəni Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Hərbi Prokuroruğu tərəfindən həbs edildiyini bildirmişdir. Ondan işin mahiyyəti barədə soruşduqda sonuncu kürəkənini həbsdən azad etdirmək üçün Abid tərəfindən vurulmuş maddi ziyanın əvəzi olaraq 100.000 manat pulu dövlət büdcəsinə ödəmək istədiklərini, lakin prokurorluq əməkdaşlarının həmin pulu qəbul etmədiklərini bildirmişdir. O, bu barədə maraqlanacağını və kömək etməyə çalışacağını bildirmişdir. Bu məqsədlə uzun müddətdir tanıdığı əvvəllər polis orqanlarında işləmiş İsmayıl Əsədova məlumat verərək köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. İsmayıl Əsədov da həmin şəxslə özü söhbət edib məsələni dəqiqləşdirəndən sonra bir söz deyə biləcəyini bildirmişdir. Təxminən 2019-cu ilin aprel ayının ortalarında Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “50 qəpik” çay evində İsmayıl Əsədov ilə Zərərçəkmiş şəxs1 görüşdürmüş, Zahid məsələ barədə İsmayıl Əsədova məlumat verdikdə sonuncu Hərbi Prokurorluqda tanışının olmadığını bildirmiş, lakin yenə də maraqlanacağını, imkan olarsa həmin qurumda kiməsə xahiş edəcəyini bildirmişdir. Bundan sonra, Zahid ona bildirmişdir ki, o, Qəbələ rayonundadır və pul təcili lazım olan zaman tez verə bilməsi üçün pulu ona vermək istəyir. Zahidə narahat olmamasını, pulu saxlayacağını və istəyən kimi tez aparıb təhvil verəcəyini bildirmişdir. Zahid ona 15 aprel 2019-cu il tarixdə pulu Abidin dostu olan Pərviz adlı şəxsin vasitəsilə göndərdiyini bildirmişdir. O, Pərviz adlı şəxslə X5 qəsəbəsində yerləşən “Olive Garden” adlı restoranında görüşmüş və orada Pərvizdən 80.000 manatı pulu almışdır. Zahid qalan 20.000 manatın özündə olduğunu və Bakıya gələndə verəcəyini bildirmişdir. Növbəti gün Zahid əlaqə saxlayaraq Bakıya gəldiyini və qalan pulu da vermək istədiyini bildirmişdir. 16 aprel 2019-cu il tarixdə Zahidin yaşadığı ünvan 1 ünvanının qarşısında sonuncu ilə görüşmüş və 20.000 manat pulu ondan almışdır. Həmin vaxt Zahidə pulun onda qalacağını, istəyən kimi aparıb verəcəyini demişdir. Lakin, bundan sonra prokurorluqda işləyən bir neçə tanışı ilə əlaqə saxlamış, həmin şəxslər ona Abidin məsələsinin mümkün olmayacağını bildirmişlər. O, bu barədə Zahidə məlumat vermiş və gəlib pulunu götürməsini xahiş etmişdir. Zahid isə pulu götürmək istəmədiyini bildirmiş və ondan bu işi həll etmək üçün bir az da çalışmasını xahiş etmişdir. Həmin vaxtdan sonra o, Zahiddən aldığı pulların bir hissəsini öz ehtiyaclarına xərcəmiş, lakin, sonradan Zahiddən aldığı pulları hissə-hissə də olsa hamısını qaytarmışdır. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsini tam etiraf etməsə də, onun ittiham olunduğu cinayət əməli aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, kürəkəni Zərərçəkmiş şəxs2 əvvəllər Azərbaycan Respublikası Müdafiə Nazirliyində mühəndis vəzifəsində işləmişdir. Xidməti işində yol verdiyi nöqsanlara görə Abid 2018-ci ilin sonlarında işdən çıxarılmış və 27 mart 2019-cu il tarixdə onun barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Azərbaycan Respublikası CMin 179.3.2-ci maddəsi ilə cinayət işi başlanılmış, həmin cinayət işi üzrə Zərərçəkmiş şəxs2 cinayət məsuliyyətinə cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə vurulmuş maddi ziyanın məbləği 100.000 manatdan çox olsa da işi aparan müstəntiq tərəfindən 100.000 manat maddi ziyanın ödəniləcəyi təqdirdə Zərərçəkmiş şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsinin mümkün olması, sonra isə həmin pulun, yəni 100000 manatın üç misli məbləğində pulun da dövlət büdcəsinə keçirilməli olduğu bildirilmişdir. Buna görə də onlardan həmin maddi ziyan olan 100000 manat pulu qəbul etməmişlər. Bundan sonra, o tanışı Təqsirləndirilən şəxs ilə söhbət edən zaman ona məsələ ilə bağlı danışmışdır. Təqsirləndirilən şəxs təxminən 2018-ci ilin sonlarında Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi, Neftçilər küçəsi, ev 88-də fəaliyyət göstərən “Olive Garden” restoranında tanımışdır. O, həmin restoranın sahibi Rəşad Quliyevin tanışı olmuş, onlar həmin restoranda bir neçə dəfə görüşüb söhbət etmişlər. Rəşad özünü iş adamı kimi təqdim etmiş, Bakı şəhərində, həmçinin Rusiya Federasiyasında biznesi olduğunu bildirmiş, yüksək rütbəli tanışlarının olduğunu demişdir. Rəşad özünün yazıçı İlyas Əfəndiyev ilə qohum olduğunu da bildirmişdir. O, Rəşadla kürəkəni tutulduqdan sonra təxminən 2019-cu ilin aprel ayının 7-8-də həmin restoranda görüşdükdə Rəşad ona Azərbaycan Repsublikası Daxili İşlər Nazirliyində yüksək vəzifədə işləyən general İsmayıl adlı şəxslə yaxın münasibəti olduğunu bildirmişdir. Habelə, Rəşad demişdir ki, onun hərbi prokurorluqda yaxın adamları var və onların köməkliyi Abidi həbsdən azad etdirmək olar. O, Rəşada həmin İsmayıl adlı şəxslə görüşüb söhbət etməsini bildirmişdir. Bundan sonra, Rəşad ona demişdir ki, İsmayıl müəllimlə danışmış və həmin şəxs onunla görüşmək istəyir. O da Rəşadın iştirakı ilə 2019-cu ilin aprel ayının əvvəllərində sonradan İsmayıl Əsədov olduğunu bildiyi həmin şəxslə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “50 qəpik” restoranında görüşmüş və həmin şəxsə baş verənlər barədə məlumat verərək kürəkəni tərəfindən vurulmuş 100000 manat maddi ziyanı ödəyərək onu azadlığa buraxdırmaq istəsə də, hərbi prokurorluğun buna icazə vermədiyini demişdir. İsmayıl Əsədov da ona hərbi prokurorluğda tanışlarının olmadığını, eləcə də onlarla söhbət etməyin çətin olduğunu bildirmişdir. Lakin, İsmayıl yenə də maraqlanacağını və nəsə bir köməklik edə biləcəyi təqdirdə məlumat verəcəyini demişdir. Bundan sonra o, Qəbələ şəhərində olan zaman 13 aprel 2020-ci il tarixdə Rəşad ona zəng edərək İsmayıl müəllimin danışdığını və vurulmuş maddi ziyan hesab edilən 100000 manat pulun təcili çatmalı olduğunu bildirmişdir. O da həmin zaman Bakıda olmadığı üçün 80000 manat pulun Abidin özündə, yəni onların evində olduğunu bildirmişdir. Həmin zaman o, Abidin tanışı olan Pərviz adlı şəxsdən xahiş etmişdir ki, Abidin evində olan 80 000 manat pulu götürüb Təqsirləndirilən şəxs versin. 14 aprel 2019-cu il tarixdə Pərviz ona zəng edərək “Oliver Garden” restoranında Rəşadla görüşərək 80000 manat pulu Rəşada verdiyini bildirmişdir. Pərviz pulu verən zaman orada Şakir, Zamik və Rəşad Quliyev adlı şəxslər də olmuşdur. Sonradan Zamik ona demişdir ki,Rəşad pulu alandan sonra onlara da göstərmişdir. Bundan sonra, Rəşad da ona zəng edərək 80000 manatı aldığını və qalan 20 000 manatı da verməsini istəmişdir. Belə ki, həmin 20000 manat onun öz pulu olmuşdur. Növbəti gün yəni 15 aprel 2019-cu il tarixdə o Bakı şəhərinə qayıtmış və Rəşadla yaşadığı ünvan 1 ünvanının qarşısında görüşərək 20000 manatı da ona vermişdir. Rəşad pulu görtürdükdən sonra həmin pulu İsmayıl müəllimə çatdıracağını, ən geci iki gün ərzində Abidi buraxacaqlarını bildirmişdir. Bundan sonra iki gün keçsə də Abidi buraxmamışlar, o hər dəfəsində Rəşadla danışanda, o müxtəlif bəhanələr gətirərək Abidi qısa müddətdə buraxacaqlarını bildirmişdir. Lakin sonradan Rəşadın onları aldatdığını görmüşlər. Onlara pulu guya kimlərəsə verdiyini və həmin şəxslərdən pulu alıb qaytaracağını bildirmişdir. Həmin zaman onlar görmüşlər ki, Rəşad onları aldadıb, buna görə də özləri əlavə pul düzəldərək vurulmuş ziyanı ödəyərək Abid həbsdən azad edilmiş və onun barəsində olan cinayət işinin icraatına da xitam verilmişdir. Bundan sonra 2019-cu ilin avqust ayında Rəşad ona 25 000 manat pul qaytarmışdır. Qalan pulu da hissə-hissə qaytaracağını bildirsə də, sözünə əməl etməmişdir. Abid azadlığa çıxdıqdan sonra o özü İsmayıl Əsədovla əlaqə saxlayaraq onunla görüşmüş və İsmayıl müəllim ona Rəşadın ona pul vermədiyini bildirərək Rəşaddan şikayət etmələrini demişdir. Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilmiş 100.000 manat pulun 80.000 manatı kürəkəni Zərərçəkmiş şəxs2 məxsus olmuş, qalan 20.000 manat da ona məxsus olmuşdur. Hadisə nəticəsində hər ikisinə maddi ziyan dəymişdir. İstintaq dövründə onlara əlavə olaraq 25 000 manat, sonra isə Zaamiqin vasitəsilə 14 000 manat pul qaytarılmışdır. Ümumilikdə 100 000 manat ziyandan onlara 64 000 manat pul ödənilmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası Müdafiə Nazirliyində mühəndis vəzifəsində işləmişdir. 2018-ci ilin dekabr ayında xidmətdən öz xahişi ilə xaric edilmişdir. 27 mart 2019-cu il tarixdə barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Azərbaycan Respublikası CM-in 179.3.2 və 313-cü maddələri ilə cinayət işi başlanılmış və həmin cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. Onun telefon zənglərinə və yaxın qohumları ilə görüşməsinə məhdudiyyət qoyulduğundan heç kimlə danışa bilməmiş və buna görə də heç nədən məlumatı olmamışdır. Bundan sonra qohumları tərəfindən vurulmuş maddi ziyan ödənildiyindən onu ev dustaqlığına buraxmışlar və barəsində istintaqı aparılan cinayət işinin icratına xitam verilmişdir. Azadlığa çıxdıqdan sonra onun məlumatı olmuşdur ki, qaynatası Zərərçəkmiş şəxs1 tanışı Təqsirləndirilən şəxs ona məxsus 80000 manatı və özünün düzəltdiyi 20000 manatı vermişdir ki, həmin şəxs onun maddi ziyanını ödəsin. Lakin Təqsirləndirilən şəxs onları aldadaraq həmin pulu ələ keçirmiş, nə onun işini həll etmiş, nə də pulu qaytarmışdır. Buna görə də qohumları yenidən pul düzəldərək onun vurduğu maddi ziyanı ödəmişlər. Ona Rəşadın onun işini İsmayıl Əsədov vasitəsilə düzəldəcəyini bildirmişlər. Buna görə də o İsmayıl Əsədovun mobil nömrəsini taparaq onunla əlaqə saxlamış və ona işlə bağlı məlumat vermişdir. X3 pul vermədiyini və bu işlə bağlı heç bir əlaqəsinin olmadığını deyərək hüquq mühafizə orqanlarına müraciət etməklərini məsləhət görmüşdür. O da bu barədə Zərərçəkmiş şəxs1 bildirmişdir. Bundan sonra, 2019-cu ilin avqust ayında Rəşad Zərərçəkmiş şəxs1 25 000 manat pul qaytarmış, sonuncu isə həmin pulu ona vermişdir. İbtidai istintaq zamanı isə onlara əlavə olaraq 25 000 manat və 14 000 manat pul şdənilmişdir. 100 000 manat ziyandan cəmi 64 000 manat pul qaytarılmışdır. Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilmiş 100.000 manat pulun 80.000 manatı ona məxsus olmuş, qalan 20.000 manat da qaynatası Zərərçəkmiş şəxs1 məxsus olmuşdur. Hadisə nəticəsində hər ikisinə maddi ziyan dəymişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun uşaqlıq dostudur. Onunla normal münasibətləri olmuş, aralarında dava-dalaş, ədavət olmamışdır. Abid Azərbaycan Respublikası Müdafiə Nazirliyində mühəndis vəzifəsində işləmişdir. Təxminən 2019-cu ilin mart ayında Hərbi Prokurorluq tərəfindən Abid barəsində cinayət işi başlanılmış və o həbs edilmişdir. O Abidin ailə üzvlərini və qohumlarını da tanımış, onların ailəvi gediş-gəlişləri olmuşdur. Onun Abidin azad edilməsi ilə bağlı ailədə gedən söhbətlərdən tam məlumatı olmasa da, təxminən bilmişdir ki, Abidin azadlığa buraxılması üçün onun tərəfindən dövlətə vurulmuş 100.000 manat maddi ziyan ödənilməldir. 13 aprel 2019-cu il tarixdə Abidin qaynatası Zərərçəkmiş şəxs1 onunla əlaqə saxlayaraq Abidgildə 80.000 manat pul olduğunu, həmin pul Abidinin dövlətə vurduğu ziyanın əvəzi olaraq dövlət büdcəsinə ödənilməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 ondan xahiş etmişdir ki, həmin pulu götürüb Təqsirləndirilən şəxs adlı şəxsə versin. O bildirmişdir ki, Təqsirləndirilən şəxs özü həmin pulu dövlət büdcəsinə ödəyəcəkdir. O Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən ”Olive Garden” restoranında Zərərçəkmiş şəxs1 yanında bir neçə dəfə görmüşdür. Onunla elə bir tanışlığı olmamışdır. O, Zərərçəkmiş şəxs1 Rəşadın mobil nömrəsini atmış və həmin gün Abidgildən 80.000 manat pulu götürmüşdür. 14 aprel 2019cu il tarixdə Rəşadla əlaqə saxladıqda o ”Olive Garden” restoranında olduğunu və onu gözlədiyini bildirmişdir. Həmin restorana gedərək orda Rəşadla görüşmüşdür. Orada Rəşadın yanında tanımadığı bir neçə şəxs də olmuşdur. Həmin şəxslərin yanında o Rəşada 80.000 manat pulu vermişdir. O da pulu sayaraq təhvil almış və ona narahat olmamalarını, tezliklə Abidi buraxacaqlarını bildirmişdir. Bundan sonra onun məlumatı olmuşdur ki, Zərərçəkmiş şəxs1 özü də Rəşada əlavə olaraq 20.000 manat pul vermişdir. Lakin onlar nə qədər gözləsə də, Rəşad müxtəlif bəhanələr gətirərək işi uzatmışdır. Hətta bir dəfə də o Rəşadla Hərbi Prokurorluğun qarşısında görüşmüşdür. Rəşad ona gözləməsini, özü Prokurorluqda kiminləsə görüşəcəyini bildirmişdir. Təxminən 5-6 dəqiqə sonra Rəşad geri qayıdaraq pulun dövlət büdcəsinə ödənildiyini, bir-iki günə ödənişlə bağlı qəbz veriləcəyini və bundan sonra Abidin buraxılacağını bildirmişdir. Lakin, yenə də heç bir nəticə olmamışdır. Bundan sonra onlar başa düşmüşlər ki, Təqsirləndirilən şəxs onları aldatmışdır. Daha sonra Zərərçəkmiş şəxs1 yenə də pul taparaq ödəmiş və Abid azadlığa buraxılmışdır. Lakin Rəşad onların pulunu qaytarmadığı üçün Zərərçəkmiş şəxs1 ondan şikayət etmişdir. Cinayət işinə əlavə olunmuş “cinayət işi üzrə icraata xitam verilməsi” haqqında 19 iyul 2019-cu il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Hərbi prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq İdarəsində Zərərçəkmiş şəxs2 və qeyriləri barəsində 01 mart 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-in 179.3.2 və 313-cü maddələri ilə cinayət işi başlanılmış, Zərərçəkmiş şəxs2 həmin maddələrlə ittiham elan edilməkə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 16 may 2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 atası X4 tərəfindən 84.286,10 manat pul istintaq orqanına ödənilmişdir. Həmçinin, qeyd olunan cinayət işi üzrə digər təqsirləndirilən şəxs tərəfindən ödənilmiş maddi ziyanla birlikdə vurulmuş ziyanın (67.746,1 manat) üç misli (ümumilikdə 203.238,3 manat) pul dövlət büdcəsinə ödənilmişdir. Buna görə də Azərbaycan Respublikası CM-in 73-1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan sənədlərdən - Zərərçəkmiş şəxs1 26.10.2020-ci il tarixdə öz xətti ilə yazdığı və 31.10.2020-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, həmin ərizələri ilə Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənildiyini, onun barəsində heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Bundan əlavə, iş materiallarında olan, Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq olunmuş 09 fevral 2021-ci il tarixli ərizəsindən görünür ki, o, 31.10.2020-ci il tarixdə, 3 saylı Bakı Asan xidmət mərkəzinin notariat ofisində reyestr nömrəsi 23258 olan dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı verdiyi ərizəyə xitam verilməsini xahiş etmiş və həmin ərizə ləğv olunmuşdur. Zərərçəkmiş şəxs1 məhkəmə baxışı zamanı ifadəsində bu halla bağlı göstərmişdir ki, cinayət işi üzrə istintaq zamanı Təqsirləndirilən şəxs barəsində axtarış elan edildikdən sonra sonuncu ortaq tanışlarını onun yanına göndərərək barışmasını xahiş etmişdir. Onlar söz vermişlər ki, barışıq ərizəsi yazdıqdan sonra istintaq orqanı Rəşad barəsində axtarışı ləğv edəcək və Rəşad işləyib onun pulunu qaytaracaqdır. Həmin vaxt ortaq tanışları Zamiq adlı şəxs çox təkid etmiş və buna görə də o, öz xətti ilə şikayətinin olmaması barədə ərizə yazmışdır. Bundan bir neçə gün sonra Zamiqlə görüşərkən sonuncu ona 14.000 manat da pul vermiş və xahiş etmişdir ki, yenidən həmin ərizəni notariat ofisində yazıb təsdiq etdirsin. Zamiq ona söz vermişdir ki, Rəşad qalan 36.000 manat pulu qısa müddətdə hissə-hissə ödəyəcəkdir. Buna görə də o notarial qaydada təsdiq edilmiş ərizə yazmışdır. Bundan sonrakı dövrdə isə ona pul verilməmişdir. Rəşadın yenidən onu aldatdığını düşünərək onun barəsində şikayət və tələbi olmaması barədə yazdığı notarial təsdiq olunmuş ərizəsini ləğv etdirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət nəticəsində ona 20000 manat və kürəkəni Zərərçəkmiş şəxs2 məxsus 80000 manat olmaqla, ümumilikdə 100000 manat maddi ziyan vurulmuşdur. Həmin puldan onlara 25.000 manat şikayət etməzdən əvvəl, 25000 manat istintaq orqanında və 14000 manat isə Zamiq adlı şəxs vasitəsilə, ümumilikdə 64.000 manat pul qaytarılmışdır. Təqsirləndirilən şəxs ona və kürəkəni Zərərçəkmiş şəxs2 36.000 manat verəcəyi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi və zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı tam ödəməsəni iddia etməsi özünümüdafiə xarakteri daşımaqla ağır ittihamdan yayınmaq məqsədi güdür. Belə ki, məhkəmə çıxışları zamanı zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 20 may 2021-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizələrini təqdim edərək, onlara dəymiş maddi ziyanın qalan hissəsinin də təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, onların Təqsirləndirilən şəxs barəsində şikayət və tələblərinin olmadığını, onu bağışlamaqla barışdıqlarını bildirmişlər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu həmin əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, ailəli və himayəsində dörd yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və məcburi köçkün olmasını, zərər çəkmiş şəxslərlə barışmasını, həmçinin cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs 25 dekabr 2020-ci il tarixdən 26 dekabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və 26 dekabr 2020-ci il tarixdən 26 may 2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı müddət, ümumilikdə 05 ay 01 gün ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsi”ndən bəhs edən 60-cı maddəsinin tələblərini də nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti 07 il 06 aydan artıq ola bilməz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci tarixli, 2668 nömrəli Sərəncamının 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi təsbit olunmuşdur. Həmin sərəncamın 13.3-cü bəndində göstərilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalıdır. Həmin sərəncamın 13.4-cü bəndinə əsasən, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, cəza təyin edən məhkəmə, şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkəmə iclasındakı davranışını, zərər çəkmiş şəxslərə vurulmuş ziyanın tamamilə ödənilməsini, habelə cəzasını yüngülləşdirən digər halları nəzərə alıb, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini mümkün hesab edir. Belə ki, qüvvədə olan cinayət qanunvericiliyinin mövqeyinə görə, cəza cinayətə görə sitəm kimi deyil, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilməlidir. Burada sosial ədalətin bərpası cinayətlə pozulan şəxsi, ictimai və dövlət mənafeyinin bərpasını nəzərdə tutur. Sosial ədalətin bərpası kimi cəzanın məqsədi cinayətin şəxsiyyətə, cəmiyyətə və dövlətə vurduğu ziyanın optimal kompensasiya imkanını, cəzanın cinayətin ağırlığına, təqsirkarın şəxsiyyətinin təhlükəliliyinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğunluğunu və sair halları nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasının mümkünlüyünə dair nəticəyə gələrkən, cinayət əməli nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tamamilə ödənilməsini, onlarla barışmasını və bununla da törədilmiş cinayət əməlinin, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətinin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalmasını xüsusi qeyd edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanı real çəkməsinə və cəmiyyətdən təcrid edilməsinə zərurət yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində sınaq müddəti müəyyən edilməli və sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı, üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv olunmalı və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 158, 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 25 dekabr 2020-ci il tarixdən 26 dekabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və 26 dekabr 2020-ci il tarixdən 26 may 2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı müddətlər, ümumilikdə 05 ay 01 gün ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 05 (beş) il 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Onun barəsində 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv olunaraq barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-910/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-910/2021
26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver