Məhkəmə qərarları › İş №1(101)-910/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-910/2022

08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-910/2022 08.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Ağa verdi oğlunun və Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin nümayəndəsi - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X10, müdafiəçi - Sumqayıt şəhər Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci, 320.1-ci və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e tdi: Təqsirləndirilən şəxs hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədi ilə qanunsuz hazırlayıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla, habelə təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, 25 yanvar 2018-ci il tarixdən etibarən əmək müqaviləsi ilə hüquqi ünvanı ünvan 3skəndər ASA holdinq» X22 Məsuliyyətli Cəmiyyətində məşğulluq təsnifatı üzrə baş direktorun köməkçisi, əmək müqaviləsi üzrə prezidentin idarəetmə və daxili inzibatçılıq məsələləri üzrə köməkçisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs, o cümlədən "xxxx" X22 Məsuliyyətli Cəmiyyətinin vitse-prezidenti kimi təqdim edib Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək onları Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ümumi dəyəri ********* (bir yüz milyon) manat təşkil edən konservləşdirilmiş balıq məhsullarının satın alınması üzrə tenderdə iştirak edəcəyinə inandırıb bu məqsədlə şərik qismində 150000 manat pul vəsaiti verəcəkləri təqdirdə həmin məbləğin müqabilində 2020-ci ilin dekabr ayında ******* (altı milyon altı yüz min) manat qazanc təşkil edəcəyinə dair yalandan vəd verib aldadaraq 12 oktyabr 2020-ci il tarixdə ünvan 4 ünvanında yerləşən ofisdə Zərərçəkmiş şəxs2 atası Zərərçəkmiş şəxs1 məxsus 150000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək, onları həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün guya, tenderlə əlaqədar "xxxx" X22 Məsuliyyətli Cəmiyyətinin nəzdində fəaliyyət göstərən, reallıqda mövcud olmayan, özündən uydurduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ilkin mərhələ üçün yatırım qismində öz adından 150000 manat, Zərərçəkmiş şəxs2 adından 150000 manat, tanışı X3 adından 130000 manat, digər tanışı Şahid2 adından 25000 manat məbləğində pul vəsaiti ödənilməsi barədə ünvan 4 ünvanında yerləşən ofisdə istintaqa məlum olmayan tarixdə və vaxtda kompüter və printer avadanlığı vasitəsilə rəsmi sənəd hesab olunan gəlir müqaviləsi, habelə Rusiya Federasiyasında fəaliyyət göstərən OJSC «Mamonovskiy Ribokonservniy» Kombinatından konservləşdirilmiş Atlantik skumbriya balıq məhsullarının Azərbaycan Respublikasına idxalı ilə bağlı Azərbaycan Respublikası X8nin adından icazə sertifikatlarını istifadə etmək məqsədi ilə qanunsuz hazırlayıb saxtalaşdıraraq istintaqla konkret müəyyən olunmamış müxtəlif tarixlərdə qeyd olunan ofisdə Zərərçəkmiş şəxs2 təqdim edərək öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 150000 manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir, Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs2 "xxxx" Açıq Səhmdar Cəmiyyətində işləyən nüfuzlu tanışlarının olduğuna inandırıb milli valyutaya dəyişmək üçün ona Rusiya rublu verəcəyi təqdirdə yüksək məzənnə ilə milli valyutaya dəyişib qaytaracağına dair ona yalandan vəd verib aldadaraq 2021-ci ilin fevral ayının əvvəllərində istintaqa konkret məlum olmayan tarixdə və vaxtda ünvan 4 ünvanında yerləşən ofisdə Zərərçəkmiş şəxs2 milli valyuta ilə 18000 manat ekvivalentində 800000 Rusiya rublu məbləğində pul vəsaiti alıb bir neçə gün sonra həmin vəsaitin 13500 manat ekvivalentində 600000 Rusiya rublunu istintaqa məlum olmayan şəraitdə milli valyutaya dəyişərək Zərərçəkmiş şəxs2 qaytarmış, ona məxsus 3500 manat ekvivalentində 200000 Rusiya rublunu isə ələ keçirərək təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 3500 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, 2017-ci ildə Azərbaycan Texniki Universitetinin Metallurgiya fakültəsinin materialşünaslıq mühəndisliyi ixtisası üzrə bakalavr pilləsini, 2019-cu ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2018ci ilin yanvar ayında "xxxx" X22 Məsuliyyətli Cəmiyyətində prezidentin daxili, inzibati və təşkilati işlər üzrə köməkçisi vəzifəsinə işə qəbul olunmuş və 2018-ci ilin iyun ayına kimi həmin vəzifədə işləmişdir. 2018-ci ilin iyun ayından 2019-cu ilin iyul ayına kimi "xxxx" X22 Məsuliyyətli Cəmiyyətinin nəzdində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində işləmişdir. "xxxx" X22 Məsuliyyətli Cəmiyyətində məşğulluq təsnifatı üzrə baş direktorun köməkçisi, əmək müqaviləsi üzrə prezidentin idarə etmə və daxili inzibatçılıq məsələləri üzrə köməkçisi vəzifəsində işləməsinə baxmayaraq, formal olaraq özünü hamıya vitse-prezident kimi təqdim etmişdir. X11 ilə Azərbaycan Texniki Universitetində bakalavr pilləsi üzrə təhsil alarkən, Şahid3 ilə isə 2018-ci ildə Azərbaycan Texniki Universitetində magistr pilləsi üzrə təhsil alarkən tanış olmuşdur. 2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılmışdır. 2019-cu ilin iyul ayından 01 iyul 2020-ci il tarixinə kimi X16 rayonunda yerləşən N nömrəli hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuşdur. Şahid2, Zərərçəkmiş şəxs2 və Şahid1 ilə 2019-cu ilin avqust ayında N nömrəli hərbi hissədə həqiqi hərbi xidmətdə olarkən tanış olmuşdur. Seymurla birlikdə hərbi hissənin patrul bölüyündə xidmət etmişdir. Zaur və Anarla isə hərbi hissənin xüsusi təyinatlı dəstəsində xidmət etmişlər, eyni kazarmada yatmışlar. Zaur və Anarla həmyerli kimi hərbi hissədə fürsət düşdükcə görüşüb söhbətləşdikləri üçün aralarında səmimi tanışlıq münasibətləri yaranmışdır. Bir neçə dəfə söhbət əsnasında Zaurla Anara Bakı şəhərində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində məsul vəzifədə işlədiyini və iş adaamı kimi müxtəlif nazirliklər tərəfindən təşkil olunan tenderlərdə iştirak edərək yaxşı qazanc əldə etdiyini bildirmişdir. Bununla əlaqədar Zaur və qardaşı Anar hərbi xidməti bitirdikdən sonra əlaqə saxlayıb görüşməyi və birlikdə iş görməyi təklif etmişlər. 2019-cu ilin oktyabr ayında Anar və Zaur, 01 iyul 2020-ci il tarixdə isə o, həqiqi hərbi xidmətdən tərxis olunaraq Bakı şəhərinə qayıtmışdır. 2020-ci ilin iyul ayında "xxxx" X22 Məsuliyyətli Cəmiyyətində vitse- prezident vəzifəsinə işə qəbul olunmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra tez-tez Anara zəng vurub hal-əhval tutmuş və «WhatsApp» proqramı vasitəsilə onunla yazışmışlar. "xxxx" X22 Məsuliyyətli Cəmiyyəti əvvəllər bir neçə tenderdə iştirak etdiyi üçün tenderin keçirilməsi prosesi və qaydası barədə ətraflı məlumatlı olduğundan 2020-ci ilin iyul ayında pul qazanmaq üçün "xxxx" X22 Məsuliyyətli Cəmiyyətinin nəzdində "xxxx" adlı Məhdud Məsuliyyətli Cəmiyyət təsis edib Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ərzaq məhsullarının satın alınması üzrə elan olunan tenderlərdə iştirak etmək qərarına gəlmişdir. Amma bununla bağlı işlədiyi "xxxx" X22 Məsuliyyətli Cəmiyyəti, habelə ailə üzvləri ilə məsləhətləşməmişdir. Tenderdə iştirak etmək üçün hər hansı məbləğdə pulu olmadığından qərara gəlmişdir ki, Anar və Zaurla görüşüb danışaraq onlardan sərmayə kimi 150000 manat pul alsın. 2020-ci ilin avqust ayında Sabirabad rayonunda yaşayan əsgərlik yoldaşı Şahid2 ona zəng vuraraq Bakı şəhərində onu işə düzəltməsini xahiş etmişdir. O da etiraz etməmiş və onu Bakı şəhərinə dəvət etmişdir. Seymur 2020-ci ilin avqust ayında Bakı şəhərinə gəlmiş və onlar görüşmüşlər. Seymura hələlik bir müddət Bakı şəhərində qalıb gözləməsini demiş və tezliklə "xxxx" X22 Məsuliyyətli Cəmiyyətində onun üçün münasib iş tapacağını vəd etmişdir. Seymur da razılaşmış və kirayə mənzil tutub Bakı şəhərində yaşamağa başlamışdır. Seymur bir müddət sonra, 2020-ci ilin sentyabr ayında öz təşəbbüsü ilə Bakı şəhəri, Səbail rayonu, H.Z.Tağıyev küçəsində yerləşən “Yoşi Suşi” restoranında barmen kimi işə düzəlmişdir. Həmin ərəfədə, yəni 2020-ci ilin sentyabr ayında Rusiya Federasiyasının Samara şəhərində yaşayan tələbə yoldaşı X6 zəng edib birlikdə işləmək üçün onu Bakı şəhərinə dəvət etmişdir. Telefon danışıqlarından bir neçə gün sonra Elməddin Bakı şəhərinə gəlmişdir. Elməddinin Bakı şəhərində qalmağa yeri olmadığı üçün Seymurla görüşüb danışaraq aylıq kirayə haqqını ödəyəcəyinə köməklik edəcəyini vəd edib Elməddinin də həmin mənzildə qalmasını xahiş etmişdir. Seymur etiraz etməmiş və Elməddin Seymurla birlikdə kirayədə qalmağa başlamışdır. 2020-ci ilin sentyabr ayında Elməddini menecer kimi "xxxx" X22 Məsuliyyətli Cəmiyyətində işə düzəltmişdir. 2020-ci ilin sentyabr ayına kimi Zaur onunla mütəmadi əlaqə saxlayıb bir neçə dəfə pul qazanmaq üçün birlikdə iş görməyi təklif etmişdir. 2020-ci ilin sentyabr ayının ortalarında Anar növbəti dəfə ona zəng vuraraq iş görmək məqsədi ilə qardaşı Zaurun iştirakı ilə onunla görüşüb danışmaq istədiyini bildirmişdir. 2020-ci ilin sentyabr ayının sonlarında Seymur və Elməddinlə söhbət edərək "xxxx" X22 Məsuliyyətli Cəmiyyətində Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə müştərək fəaliyyət göstərdiyini, holdinqin Müdafiə Nazirliyi tərəfindən təşkil olunan bir neçə tenderin qalibi olduğunu və tezliklə Müdafiə Nazirliyi tərəfindən ərzaq məhsullarının satın alınması üzrə ********* (bir yüz milyon) manat dəyərində növbəti tenderin elan olunacağını, "xxxx" X22 Məsuliyyətli Cəmiyyətinin də həmin tenderdə iştirak edəcəyini söyləyib bu məqsədlə tenderdə iştirak etmək məqsədilə onları özünə şərik götürmək istədiyini demişdir. O, tenderdə iştirak etmək üçün "xxxx" X22 Məsuliyyətli Cəmiyyətinə minimum 450000 manat pul ödənilməli olduğunu, bununla əlaqədar Seymurun adından şərik kimi 25000 manat, Elməddinin adından isə 130000 manat ödəniş edəcəyini bildirib tenderi udduqdan sonra əldə edəcəyi gəlirdən asılı olaraq onların hər biri üçün qazanc təşkil edəcəyini vəd etmişdir. Elməddin və Seymur da ona inanaraq razılaşmışlar. Söhbət əsnasında həmçinin Elməddinlə Seymura tenderlə əlaqədar əsgərlik yoldaşı Anarla danışıb razılaşdığını və Anarın da qardaşı Zaurla birlikdə bu iş üçün ona pul verəcəklərini bildirmişdir. 2020-ci ilin sentyabr ayının sonlarında Anar və Zaurla restoranda görüşmüşlər. Həmin vaxt Anarla Zauru yanında olan Elməddinlə tanış edib sonuncuyla şərik olduğunu bildirmişdir. Söhbət əsnasında Zaurla Anara "xxxx" X22 Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən konservləşdirilmiş balıq məhsullarının satın alınması üzrə tenderdə iştirak edəcəyini bildirib bu məqsədlə "xxxx" X22 Məsuliyyətli Cəmiyyətinə minimum 455000 manat pul ödənilməli olduğunu, bununla əlaqədar öz vəsaiti hesabına 150000 manat köçürdüyünü, Elməddinin tezliklə 130000 manat, digər şəriki Seymurun isə 25000 manat ödəniş edəcəyini bildirmişdir. Daha sonra Seymur da restorana gəlmiş və onlarla birlikdə əyləşmişdir. O, Zaurun razılaşdığını görüb Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən konservləşdirilmiş balıq məhsullarının satın alınması üzrə elan olunacaq tenderin ümumi dəyəri ********* (bir yüz milyon) manat təşkil edəcəyi təqdirdə həmin məbləğin 80000000 (səksən milyon) manatının konservləşdirilmiş balıq məhsullarının satın alınmasına və daşınmasına sərf olunacağını, yerdə qalan 20000000 (iyirmi milyon) manatın isə təmiz qazanc olduğunu və əldə olunacaq 20000000 (iyirmi milyon) manat məbləğində qazancın 33 faizini, yəni ******* (altı milyon altı yüz min) manatını ona verəcəyini vəd etmişdir. Həmçinin tenderin 18 oktyabr 2020-ci il tarixdə başlayıb 02 noyabr 2020-ci il tarixdə yekunlaşacağını və 02 noyabr 2020-ci il tarixdə "xxxx" X22 Məsuliyyətli Cəmiyyətin qalib elan olunacağını bildirmişdir. Zaur və Anar daha tərəddüd etməyib razılaşaraq tenderdə iştirak etmək məqsədilə tezliklə ona 150000 manat pul verəcəklərini bildirmişlər. Təxminən saat 22 radələrində restoranı tərk edib küçəyə çıxmışlar və birlikdə Nizami küçəsində xatirə üçün fotoşəkil çəkdirmişlər. Bundan sonra sağollaşıb ayrılmışlar. Bir neçə gün sonra, təxminən 26 sentyabr 2020-ci il tarixdə Zaur və Anara “İçəri şəhər” ərazisində yerləşən restoranların birində qonaqlıq vermişdir. 12 oktyabr 2020-ci il tarixdə Zaur ona zəng vuraraq 150000 manat pul təşkil etdiyini bildirib harada görüşə biləcəklərini soruşmuşdur. Bu məqsədlə Zauru Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 38, mənzil 37 ünvanında yerləşən ofisinə dəvət etmişdir. Həmin gün günorta saat 15 radələrində Zaur qardaşı Anarla birlikdə ofisə gəlib ona 150000 manat pul vermişdir. O da pulu götürüb tezliklə onlarla əlaqə saxlayacağını bildirmişdir. 27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsi başladığı üçün Azərbaycan Respubliksı Müdafiə Nazirliyi tərəfindən keçirilməsi nəzərdə tutulan bütün tenderlər təxirə salınmışdır. Buna baxmayaraq, 12 oktyabr 2020-ci il tarixdə Zaurdan aldığı 150000 manat pulu özündə saxlayaraq həmin ərəfələrdə müxtəlif nazirliklər tərəfindən keçirilməsi planlaşdırılan digər tenderlerdə iştirak etməyə cəhd etmişdir. Amma heç bir cəhdi müsbət nəticələnməmişdir. 2020-ci ilin noyabr ayından etibarən Zaurun verdiyi 150000 manat pulu özü üçün xərcləməyə başlamışdır. Həmin pulun təxminən 20000 manatını 2020-ci ilin aqust ayında Şahid3 vasitəsilə tanış olduğu Fidan Həşimzadə adlı sevgilisi üçün xərcləmişdir. 2020-ci ilin noyabr ayında 3200 manat ödəyərək Bakı şəhərində avtomobil icarəsi ilə məşğul olan şirkətdən bir ay müddətinə “Mercedes G-Class” minik markalı avtomobil icarəyə götürüb sürməsi üçün Fidana vermişdir. Həmçinin Fidana 3200 manata “İphone 12 Pro” markalı mobil telefon almışdır. Təxminən 14000 manatı isə Fidanla birlikdə Bakı şəhərində yerləşən müxtəlif restoranlarda yeyib-içməyə xərcləmişdir. Bundan başqa həmin puldan 1000 manat götürüb Seymur üçün paltar almış, həmçinin Seymurla iki dəfə Qəbələ rayonunda yerləşən “Tufandağ” istirahət kompleksinə gedib orada hər dəfə bir gün olmaqla istirahət etmiş, ümumilikdə 3000 manat xərcləmişdir. Zaurdan aldığı 150000 manat pulun təxminən 20000 manatını öz təşəbbüsü ilə hissə-hissə olmaqla tanışı Ayxana vermişdir. Ayxan həmin pulun 12750 manatına özü üçün Cənubi Koreyadan “Kia Serato” markalı avtomobil sifariş verib almışdır. Həmçinin Ayxan həmin pulla özü üçün 3000 manata “iPhone 11 Pro” markalı mobil telefon almış, yerdə qalan digər məbləği də şəxsi ehtiyaclarına sərf edib xərcləmişdir. Zaurdan aldığı 150000 manat pulun 5000 manatını isə əmək haqqı kimi hər ay 1000 manat olmaqla Elməddinə vermişdir. 2021-ci ilin fevral ayının əvvəllərində Zaur ona zəng vuraraq 150000 manat pulu atası Arifdən xəbərsiz götürüb verdiyini, atasının artıq bu məsələdən xəbər tutub narahat olaraq tenderə aid sənədləri tələb etdiyini bildirərək hər ehtimala qarşı tenderlə əlaqədar sənədləri ona verməsini xahiş etmişdir. O da razılaşaraq bu məqsədlə Zauru öz ofisinə dəvət etmişdir. 2021-ci ilin fevral ayının əvvəllərində Zaur qardaşı Anarla birlikdə Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən ofisinə gəlmişdir. Orada Zaur bu işə görə atası Arifin narahat olduğunu bildirdiyi üçün Zaura "xxxx" X22 Məsuliyyətli Cəmiyyətinin rekvizitlərinin əks olunduğu blankda gəlir müqaviləsi tərtib edib vermişdir. Gəlir müqaviləsində əvvəlcədən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ilkin mərhələ üçün yatırım qismində Zaurun adından 150000 manat, öz adından 150000 manat, Elməddin Quluzadənin adından 130000 manat, Şahid2 adından isə 25000 manat məbləğində pul ödənilməsi barədə qeydiyyat aparmışdır. 2021-ci ilin fevral ayının əvvəllərində Zaur ofisinə gəlib ona 450 000 Rusiya rublu məbləğində pul verərək həmin pulu milli valyutaya dəyişməsini xahiş etmişdir. O da razılaşaraq həmin pulu milli valyutaya dəyişib Zaura vermişdir. Bu minvalla Zaur 2021-ci ilin fevral ayının əvvəllərində ona ofisində milli valyutaya dəyişmək üçün ümumilikdə 850000 Rusiya rublu məbləğində pul vermişdir. Həmin pulu yubanmadan 33000 manat məbləğində milli valyutaya dəyişərək tam həcmdə Zaura qaytarmışdır. 2021-ci ilin aprel ayında Zaurun toy mərasimində iştirak etmişdir. 2021-ci ilin iyul ayından etibarən Zaur verdiyi 150000 manatı ondan geri tələb etməyə başlamışdır. Amma həmin pulu xərclədiyi üçün onun pulunu qaytara bilməmişdir. Bir neçə ay sonra isə Zaur və ailə üzvləri ondan şikayət etmişlər. O, Zaurun hər hansı məbləğdə Rusiya rublunu ələ keçirməmişdir. Əksinə, yenicə toy etdiyi üçün bir dost kimi Zaurun ona verdiyi Rusiya rublunu yüksək məzənnə ilə hesablayaraq ona real məbləğdən 13000 manat artıq pul vermişdir. Zaurdan 150000 manat pulu əldə etmək üçün Seymur və Elməddinlə aralarında heç bir razılaşma olmamışdır. Seymur və Elməddini həqiqətən də şərik kimi bu işə cəlb etmiş və niyyəti gələcəkdə tender baş tutarsa, onlara qazanc təşkil etmək olmuşdur. Seymur və Elməddin ona inandıqları üçün həqiqətən də tenderin keçiriləcəyinə heç bir şübhə etməmişlər. Ayxandan başqa digərlərinin onlar üçün sərf edib xərclədiyi pul vəsaitinin Zaura məxsus olduğunu bilməmişlər. 13 aprel 2021-ci il tarixli 8 nömrəli borc müqaviləsini 2021-ci ilin aprel ayında ofisində Zaurun tələbi ilə atası Arifə təqdim etməsi üçün tərtib edib ona vermişdir. 07 iyun 2021-ci il tarixli maddi öhdəlik müqaviləsini Arif 2021-ci ilin iyun ayında hazırlayaraq onun elektron ünvanına göndərmişdir. Həmin müqaviləni çap edib imzalayaraq ofisində Zaura vermişdir. 14 aprel 2021-ci il tarixli ödəniş tapşırığını, “Mamonovski” balıq konserv kombinatı tərəfindən istehsal edilən konserv məhsullarının siyahısından ibarət sənədi, Azərbaycan Respublikasının X8nə aid sənədləri 2021-ci ilin aprel ayında, gəlir müqaviləsini 2021-ci ilin fevral ayında, 07 may 2021-ci il tarixli mədaxil qəbzi və Azərbaycan Respublikasının X8nə ünvanlanmış icazə ərizələrindən ibarət sənədləri 2021-ci ilin may ayında ofisində tərtib edib Zaura vermişdir. Həmin sənədləri Zaurun təkidi ilə atası Arifin narahatçılığını aradan qaldırmaq üçün hazırlamışdır. Məqsədi Arifi sakitləşdirmək və xərclədiyi pulları qaytarmaq üçün vaxt qazanmaq olmuşdur. Həmin sənədləri öz ofisində “Asus Rog” markalı kompüter vasitəsilə tərtib edib “Canon MF 4410” markalı printerlə çapa verib hazırlamışdır. Pula ehtiyacı olduğu üçün həmin kompüter və printeri 2021-ci ilin iyun ayında Bakı şəhərində tanımadığı şəxsə satmışdır. Etdiyi hərəkətlərdən peşmandır. Amma heç bir halda dələduzluq etmək istəməmişdir. Bu gün də azadlığa buraxılacağı halda yenidən biznes fəaliyyəti ilə məşğul olub adları çəkilən şəxslərin pullarını qaytarmağa hazırdır. Özünün beynində ən müxtəlif layihələr vardır. Hətta həbsdə qaldığı müddətdə yeni layihələr üzərində xeyli düşünmüşdür. Hesab edir ki, onun həbsdən azad edilməsi daha faydalı ola bilər. Çünki, ciddi şəkildə elmi fəaliyyətlə məşğul olmaq, uğurlu biznes layihələri həyata keçirmək arzusundadır. Həbsdə qaldıqca pulları geri qaytarmaq çox çətin məsələdir. Həm də vaxtilə pul xərclədiyi dostlarının da bu işdə öhdələrinə düşəni qaytarmalı olduqlarını, düşdüyü vəziyyətdə ona kömək etməli olduqlarını düşünür. Özünü cinayətkar kimi görmür, sadəcə düşündüyü, planlaşdırdığı işi başa çatdıra bilməmişdir. Amma pulları dostlarına, sevgilisinə, hədiyyələrə, istirahətə və digər bu kimi məqsədlərə xərclədiyini səmimi etiraf edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi ünvan 5 ünvanda yaşayır. 1993-cü ildən müxtəlif vəzifələrdə işləmişdir. 2018-ci ildən "xxxx" Qapalı Səhmdar Cəmiyyətində daxili audit şöbəsinin rəisi vəzifəsində işləyir. Doğma övladları Zərərçəkmiş şəxs2 və Şahid1 onunla eyni ünvanda yaşayırlar. 2018-ci ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon şöbəsi tərəfindən övladları Zaur və Anar həqiqi hərbi xidmətə çağırılmışlar. 2018-ci ilin oktyabr ayından 2019-cu ilin oktyabr ayına kimi Zaur və Anar X16 rayonunda yerləşən N nömrəli hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuşlar. 2019-cu ilin oktyabr ayında Zaur və Anar həqiqi hərbi xidməti başa vurub ordu sıralarından tərxis olunaraq Bakı şəhərinə qayıtmışlar. 24 sentyabr 2020-ci il tarixdə axşamtərəfi Zaur və Anar Qəbələ rayonunda onlarla birlikdə hərbi xidmətdə olmuş Təqsirləndirilən şəxs onlara iş təklif etdiyini deyib bu məqsədlə görüşüb söhbət edəcəklərini bildirmişlər. Rüstəmin barəsində maraqlandıqda Zaur və Anar Rüstəmin hərbi xidmətdə olarkən onlara özünü "xxxx"in vitse-prezidenti kimi təqdim etdiyini və nüfuzlu iş adamı kimi müxtəlif nazirliklər tərəfindən təşkil olunan tenderlərdə iştirak edərək yüksək qazanc əldə etdiyini demişlər. O, bir söz deməyib onların görüşməsinə etiraz etməmişdir. Həmin gecə Zaur və Anar evə qayıtdıqdan sonra saat 20 radələrində Təqsirləndirilən şəxsla Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, Fəvvarələr meydanında yerləşən “McDonalds” restoranında görüşüb söhbət etdiklərini, Rüstəmin şərikləri X11 və Şahid2 da orada olduqlarını bildirmişlər. Zaur və Anardan Rüstəmin onlara konkret nə iş təklif etdiyini soruşduqda onlar Rüstəmin vitse prezident vəzifəsində işlədiyi "xxxx"in nəzdində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən konservləşdirilmiş balıq məhsullarının satın alınması üzrə tenderdə iştirak edəcəyini, lakin bununla əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin bank hesabında kifayət qədər pul vəsaitinin olmadığını bildirərək tenderdə iştirak etmək üçün "Mamedovs holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətinə 455000 manat pul ödənilməli olduğunu, bu səbəbdən öz vəsaiti hesabına "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 150000 manat köçürdüyünü, şəriki Elməddin Quluzadənin tezliklə 130000 manat, digər şəriki Şahid2 isə 25000 manat ödəniş edəcəklərini bildirərək şərik kimi onlara qoşulmağı və tenderdə iştirak etmək üçün 150000 manat pul köçürməyi təklif etdiyini demişlər. Bir qədər düşünərək Seymurla Elməddin adlı şəxslərin bu məsələ ilə bağlı nə dediklərini soruşduqda Anar və Zaur Seymurun da onlarla birgə hərbi xidmətdə olduğunu, Elməddinin isə Rusiya Federasiyasının Samara şəhərindən gəldiyini və özünü Rüstəmin tələbə yoldaşı kimi təqdim etdiyini bildirmişlər. 150000 manat məbləğində pulun az vəsait olmadığını bildirib bir qədər tərəddüd edərək Anar və Zaurdan tender barədə ona ətraflı danışmalarını tələb etmişdir. Zaur Rüstəmin tender barədə ətraflı danışdığını, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən konservləşdirilmiş balıq məhsullarının satın alınması üzrə elan olunacaq tenderin ümumi dəyərinin 100 000 000 (bir yüz milyon) manat təşkil etdiyini, həmin məbləğin 80000000 (səksən milyon) manatının konservləşdirilmiş balıq məhsullarının satın alınmasına və daşınmasına sərf olunacağını, yerdə qalan 20000000 (iyirmi milyon) manatın isə təmiz qazanc olduğunu və əldə olunacaq 20000000 (iyirmi milyon) manat məbləğində qazancın 33 (otuz üç) faizini, yəni ******* (altı milyon altı yüz min) manatını ona verəcəyini vəd etdiyini, tenderin 18 oktyabr 2020-ci il tarixdə başlayacağını, 02 noyabr 2020-ci il tarixdə yekunlaşacağını və həmin tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin qalib elan olunacağını bildirmişdir. Təqsirləndirilən şəxs həqiqətən də nüfuzlu iş adamı olduğuna inanıb daha heç bir tərədüdd etməyərək tenderdə iştirak etmək məqsədi ilə Təqsirləndirilən şəxs vermək üçün Zaura uzun müddətdən bəri ona mənzil almaq üçün toplayıb yığdığı 131000 manat pulu onun öz adına olan bank hesabından çıxarmasını, yerdə qalan 19000 manatı isə bankdan qayıtdıqdan sonra evdə ona verəcəyini bildirmişdir. 26 sentyabr 2020-ci il tarixdə tenderlə əlaqədar Rüstəmin təklifi ilə Zaur və Anar növbəti dəfə onunla Bakı şəhərində görüşmüşlər. 12 oktyabr 2020-ci il tarixdə səhər saatlarında Zaur onun icazəsi ilə digər oğlu Anarla birlikdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nərimanov rayonu, Atatürk prospekti 42 ünvanında yerləşən filialından öz şəxsi bank hesabında mövcud olan 131000 manat pulu çıxarıb yaşadıqları ünvana qayıtmışdır. Evdə Zaura əlavə olaraq 19000 min manat pul da vermişdir. Elə həmin gün Zaur Anarla birlikdə Rüstəmin ofisinə gedib orada Rüstəmə 150000 manat pul vermişdir. 02 noyabr 2020-ci il tarixdə Rüstəm Zaura zəng vuraraq "'Mamedovs holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətin Müdafiə Nazirliyi tərəfindən təşkil olunan tenderin qalibi elan olunduğunu və tenderin ümumi dəyərini təşkil edən ********* (bir yüz milyon) manat məbləğində pul vəsaitinin 25 faizinin 2020-ci ilin noyabr ayında, 75 faizinin isə 2020-ci ilin dekabr ayında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin bank hesabına köçürüləcəyini bildirmişdir. Onlar Rüstəmə inandıqları üçün gözləməyi qərara almışlar. Amma 2020-ci ilin dekabr ayında Rüstəmdən xəbər çıxmadığını görüb narahat olmağa başlamışlar. Bu səbəbdən Zaur 2020-ci ilin dekabr ayında bir neçə dəfə Rüstəmə zəng vurub narahat olduqlarını bildirmişdir. Rüstəm isə hər dəfə müxtəlif bəhanələrlə, o cümlədən 27 sentyabr 2020-ci il tarixdə başlanmış Vətən müharibəsi ilə əlaqədar büdcədə pul olmadığı üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin bank hesabına lazımi məbləğin hələ köçürülmədiyini bildirmişdir. 2021-ci ilin fevral ayının əvvəllərində Zaur onun tələbi ilə növbəti dəfə Rüstəmə zəng vurub narazılığını bildirərək ona verdikləri 150000 manata görə narahat olduqlarını bildirmişdir. Rüstəm narahatçılığa əsas olmadığını dedikdə Zaur onun tələbi ilə hər ehtimala qarşı Rüstəmdən tenderlə əlaqədar sənədləri göstərməsini xahiş etmişdir. Rüstəm razılaşaraq bu məqsədlə Zauru ofisinə dəvət etmişdir. 2021-ci ilin fevral ayının əvvəllərində Zaur Anarla birlikdə Rüstəmin ofisinə getmişdir. Zaur Anarla birlikdə geri qayıtdıqdan sonra Rüstəmin tenderlə əlaqədar ona verdiyi bir neçə sənədi, o cümlədən "xxxx"in rekvizitlərinin əks olunduğu gəlir müqaviləsini ona təqdim etmişdir. Gəlir müqaviləsini oxuduqda orada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ilkin mərhələ üçün yatırım qismində Zaurun adından 150000 manat, Təqsirləndirilən şəxs adından 150000 manat, Elməddin Quluzadənin adından 130000 manat, Şahid2 adından isə 25000 manat məbləğində pul ödənilməsi barədə qeydiyyat aparılıdıgını görmüşdür. Sənədləri gördükdən sonra Rüstəmin səmimiyyətinə daha heç bir şübhə etməyib gözləməyi qərara almışlar. 2021-ci ilin fevral ayının əvvəllərində Rüstəm "Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti ilə əməkdaşlıq etdiyini və bankda işləyən nüfuzlu tanışlarının olduğunu bildirdiyi üçün Zaurun ailə qurmazdan əvvəl toy hədiyyəsi kimi xərcləmək üçün ona verdiyi özünə məxsus 800000 Rusiya rublu məbləğində pul vəsaitini milli valyuta ilə dəyişmək məqsədi ilə Rüstəmin Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən ofisinə aparıb etibar edərək sonuncuya vermişdir. Bir neçə gün sonra Zaur 800000 Rusiya rublu məbləğində vəsaitin 600000 rublunu milli valyutaya dəyişib Zaura qaytarsa da, yerdə qalan 200000 Rusiya rublunu tezliklə dəyişəcəyini bildirib qaytarmamışdır. 2021-ci ilin aprel ayına kimi Rüstəm, habelə onun şərik kimi təqdim etdiyi Seymur və Elməddin müxtəlif bəhanələrlə onları aldatmışlar. 2021-ci ilin aprel ayında narahat olub Anarla birlikdə Rüstəmlə görüşüb tenderlə əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Müdafiə Nazirliyi tərəfindən pul vəsaitinin köçürülməsinin hansı səbəbdən bu qədər yubandığını soruşaraq narazılığını bildirmişdir. Rüstəm and-aman edib guya, tezliklə tenderlə əlaqədar ilkin ödəniş qismində onun rəhbərlik etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ******* (üç milyon doqquz min) manat pul köçürüləcəyini, həmin vəsaitin ******* (iki milyon yeddi yüz min) manatının Müdafiə Nazirliyi üçün sifariş olunan konservləşdirilmiş balıq məhsullarının müqabilində ödəniləcəyini, yerdə qalan 309000 (üç yüz doqquz min) manat məbləğində pulun isə qazanc kimi bütün şəriklər arasında bölünəcəyini vəd etmişdir. Rüstəmə inanıb bir müddət də gözləməyi qərara almışdır. Bir neçə gün sonra Rüstəm "xxxx"in rekvizitlərinin əks olunduğu bir neçə sənədi oğlu Zaura təqdim etmişdir. Həmin sənədləri gözdən keçirdikdə sənədlərin düzgün tərtib olunmadığını görüb saxta olmasından şübhələnərək bu barədə Zaura bildirmişdir. Zaur da bununla əlaqədar Rüstəmlə görüşüb narazılığını bildirmiş və Rüstəmdə Zaura satın alınan konservləşdirilmiş balıq məhsullarının ölkəyə idxalı ilə əlaqədar X8 tərəfindən rəsmi icazə verilməsini təsdiq edən sənədlər vermişdir. Rüstəmin Zaura verdiyi həmin sənədlərə baxdıqdan sonra yenə Rüstəmin səmimiliyinə heç bir şübhə etməyib gözləməyi qərara almışdır. 2021-ci ilin iyun ayında Rüstəmin şəriki Elməddin Quluzadənin qəflətən Bakı şəhərindən Rusiya Federasiyasının Samanı şəhərinə getdiyini öyrənib narahat olmuşlar. Elməddin Samara şəhərinə getdikdən bir neçə gün sonra Anara zəng vuraraq Rüstəmin yalançı olduğunu və onları aldatdığını bildirmişdir. Bunu öyrəndikdən sonra Zaur onun tələbi ilə Rüstəmlə əlaqə saxlayaraq tenderdə iştirak etmək məqsədi ilə ona verdikləri 150000 manat pulu, habelə milli valyutaya dəyişmək üçün ona verdiyi 200000 Rusiya rublunu qaytarmasını tələb etmişdir. Rüstəm üzrxahlıq edərək tezliklə aldığı bütün vəsaiti qaytaracağını vəd etsə də, vədinə əməl etməmişdir. Rüstəmin onları aldatdığını və pul qaytarmaq niyyətində olmadığını görüb 2021-ci ilin iyul ayında onun barəsində Nərimanov rayon Polis İdarəsinə şikayət etmişlər. Araşdırma zamanı onlara məlum olmuşdur ki, ümumiyyətlə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlı müəssisə və ya təşkilat mövcud deyildir, habelə Müdafiə Nazirliyi tərəfindən konservləşdirilmiş balıq məhsullarının salın alınması üzrə Rüstəmin iddia etdiyi kimi hər hansı tender elan olunmamış və keçirilməmişdir. Aparılan bütün danışıqlara baxmayaraq bu günə qədər ziyandan heç nə ödənilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, 2018-ci ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Qardaşı Şahid1 da onunla eyni vaxtda, yəni 2018-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılmışdır. 2018-ci ilin oktyabr ayından 2019-cu ilin oktyabr ayına kimi qardaşı ilə birlikdə X16 rayonunda yerləşən N nömrəli hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuşdur. Təqsirləndirilən şəxs və Şahid2 ilə 2019-cu ilin avqust ayında N nömrəli hərbi hissədə həqiqi hərbi xidmətdə olarkən tanış olmuşdur. Həmin ərəfələrdə o, Anarla birlikdə N nömrəli hərbi hissənin xüsusi təyinatlı dəstəsində, Rüstəm və Seymur isə hərbi hissənin patrul bölüyündə xidmət etmişlər. Rüstəm adətən söhbət əsnasında özünü nüfuzlu iş adamı kimi təqdim etmiş və atası Asəf Qurbanovun Bakı şəhərində fəaliyyət göstərən "xxxx"in prezidenti olduğunu, özünün isə həmin holdinqdə vitse prezident vəzifəsində işlədiyini, iş adamı kimi müxtəlif nazirliklər tərəfindən təşkil olunan tenderlərlə iştirak edərək yüksək qazanc əldə etdiyini bildirmişdir. Arabir hərbi hissədə qardaşı Anarla birlikdə bir həmyerli kimi Rüstəmlə görüşüb söhbətləşərkən o, tez-tez maddi vəziyyətləri ilə maraqlanmış, valideynlərinin harada işlədiyini, Bakı şəhərində konkret olaraq harada hansı ünvanda yaşadıqlarını, avtomobillərinin olub-olmaması barədə soruşmuşdur. Rüstəmin səmimiyyətinə şübhə etmədikləri üçün maddi vəziyyətləri barədə onun suallarına həmişə ətraflı cavab vermişlər. Həmçinin bir neçə dəfə söhbət əsnasında Rüstəmə Ukraynada ali təhsil aldığını, həmçinin atası Arif Əbdülizəzovun "xxxx"ndə işlədiyini bildirmişdir. 15 oktyabr 2019-cu il tarixdə həqiqi hərbi xidməti başa vurub ordu sıralarından tərxis olunaraq Bakı şəhərinə qayıtmışdır. Bir müddət Rüstəmlə heç bir əlaqəsi olmamış, 2020-ci ilin iyul ayından etibarən Rüstəm müntəzəm olaraq qardaşı Anara zəng edib hal-əhval tutmuşdur. 2020-ci ilin sentyabr ayında Anar Rüstəmin bir neçə ay əvvəl təxris olunaraq Bakı şəhərinə qayıtdığını və tezliklə vitse-prezident vəzifəsində işlədiyi "xxxx"in Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ərzaq məhsullarının satın alınması üzrə elan olunacaq ********* (bir yüz milyon) manat dəyərində növbəti tenderdə iştirak edəcəyini söyləyib bununla əlaqədar onunla görüşüb danışmaq istədiyini bildirmişdir. 24 sentyabr 2020-ci il tarixdə Rüstəmin təklifi ilə qardaşı Anarla birlikdə saat 20 radələrində Rüstəmlə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 340-cı məhəllə, Fəvvarələr meydanında yerləşən “McDonalds” restoranında görüşmüşlər. Rüstəm yanında olan X11 ilə onları tanış edib Elməddinin iş adamı və şəriki olduğunu bildirmişdir. Hal-əhval tutduqdan sonra Rüstəm "xxxx"in nəzdində fəaliyyət göstərən "Mamedovs holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətin Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən konservləşdirilmiş balıq məhsullarının satın alınması üzrə tenderdə iştirak edəcəyini, lakin bununla əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin bank hesabında kifayət qədər pul vəsaitinin olmadığını bildirmişdir. Rüstəmdən onu və qardaşını nə məqsədlə çağırdığını soruşduqda Rüstəm Müdafiə Nazirliyi tərəfindən konservləşdirilmiş balıq məhsullarının satın alınması üzrə tenderdə iştirak etmək üçün "xxxx"in nəzdində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 455000 manat pul ödənilməli olduğunu, bununla əlaqədar öz vəsaiti hesabına 150000 manat köçürdüyünü, Elməddinin tezliklə 130000 manat, digər şəriki Şahid2 isə 25000 manat ödəniş edəcəklərini bildirmişdir. Elməddin Rüstəmin dediklərini təsdiq edərək Rusiya Federasiyasının Samara şəhərində yaşayan və restoran sahibi olan atası İlham Quluzadənin bu məqsədlə bank vasitəsilə ona pul göndərəcəyini demişdir. Elməddin həmçinin Rüstəmin dürüst və nüfuzlu iş adamı olmaqla uzun müddətdən bəri ölkəyə balıq və kürü məhsulları idxal etməklə məşğul olduğunu və tələbəlik illərindən bəri səkkiz ilə yaxın dostluq etdiklərini bildirmişdir. Daha sonra Seymur da həmin restorana gəlmiş və Rüstəm bir daha tenderlə əlaqədar Elməddin və Seymurla şərik olduğunu, Elməddinin tezliklə 130000 manat, digər şəriki Seymurun isə 25000 manat ödəniş edəcəklərini bildirdikdə Elməddinlə yanaşı Seymur da onun dediklərini təsdiq etmişlər. Anar Seymurdan tenderdə iştirak üçün niyə görə cəmi 25000 manat pul qoyduğunu soruşduqda, Seymur maddi vəziyyətinin kifayət qədər yaxşı olmadığı üçün tenderdə iştirak etmək məqsədi ilə Sabirabad rayonu, Şıxsalahlı kəndindəki özünə məxsus mal- qaranın bir qismini satdığını bildirmişdir. Rüstəm söhbətə müdaxilə edərək ona şərik kimi onlara qoşulmağı və tenderdə iştirak etmək üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 150000 manat pul köçürməsini təklif etmişdir. X13 dediklərini təsdiq etdiyi üçün onların səmimiliyinə daha heç bir şübhə etməyərək Rüstəmdən onun təklifi ilə razılaşaraq tenderdə iştirak üçün 150000 manat ödəyəcəyi halda konkret nə qədər gəlir əldə edəcəyini soruşmuşdur. Rüstəm Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən konservləşdirilmiş balıq məhsullarının satın alınması üzrə elan olunacaq tenderin ümumi dəyərinin ********* (bir yüz milyon) manat təşkil etdiyini, həmin məbləğin 80000000 (səksən milyon) manatının konservləşdirilmiş balıq məhsullarının satın alınmasına və daşınmasına sərf olunacağını, yerdə qalan 20000000 (iyirmi milyon) manatın isə təmiz qazanc olduğunu və əldə olunacaq 20000000 (iyirmi milyon) manat məbləğində qazancın 33 (otuz üç) faizini, yəni ******* (altı milyon altı yüz min) manatını ona verəcəyini vəd etmişdir. Rüstəm həmçinin tenderin 18 oktyabr 2020-ci il tarixdə başlanaraq 02 noyabr 2020-ci il tarixdə yekunlaşacağını və 02 noyabr 2020-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin qalib elan olunacağını bildirmişdir. Daha tərədüdd etməyib razılaşaraq bu barədə atası Ariflə danışacağını və tenderdə iştirak etmək məqsədilə atasından 150000 manat pul alacağını bildirmişdir. Saat 22 radələrində birlikdə restoranı tərk edib küçəyə çıxmışlar və Nizami küçəsində xatirə üçün fotoşəkil çəkdirmişlər. Bundan sonra Rüstəm onu və qardaşını öz yaşadığı evə dəvət etmişdir. Onlar etiraz etməyib birlikdə Rüstəmin yaşadığı ünvan 2 ünvanında yerləşən bağ evinə getmişlər. Orada Rüstəm onlar üçün çay süfrəsi təşkil etmişdir. Rüstəm bir daha narahatçılığa heç bir əsas olmadığını, dəfələrlə bu cür tenderdə iştirak edərək qalib olduğunu, birlikdə hərbi xidmətdə olduqları üçün onları özünə doğma bildiyinə görə bu işi onlara təklif etdiyini demişdir. Rüstəm bir neçə gün sonra növbəti dəfə görüşməyi təklif etmiş, qardaşı ilə birlikdə Rüstəmlə sağollaşaraq yaşadığı ünvana qayıtmışdır. Elə həmin gecə evdə atasına Rüstəmin təklifi barədə ətraflı danışaraq ona 150000 manat pul verməsini xahiş etmiş, atası da razılaşmışdır. Növbəti gün Rüstəmə zəng vuraraq tezliklə istədiyi məbləği təşkil edəcəyini bildirmişdir. Təxminən 26 sentyabr 2020-ci il tarixdə qardaşı ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində Rüstəmlə növbəti dəfə görüşmüşlər. Həmin vaxt Elməddin də Rüstəmlə birlikdə olmuşdur. Rüstəmin təklifi ilə “İçəri şəhər” ərazisində yerləşən kafeyə getmişlər. Orada Rüstəm onlar üçün qonaqlıq təşkil etmiş və söhbət əsnasında ondan pulu tezliklə çatdırmasını xahiş etmişdir. O da etiraz etməyib razılaşmışdır. 12 oktyabr 2020-ci il tarixdə səhər saatlarında Anarla birlikdə atası Arifin icazəsi ilə "xxxx" X17 Nərimanov rayonu, Atatürk prospekti 42 ünvanında yerləşən filialından öz şəxsi bank hesabında mövcud olan, atası Arifə məxsus 131 000 manat məbləğində pulu çıxarıb evə qayıtmışdır. Evdə atasından əlavə 19000 min manat pul alaraq 150000 manat təşkil etdikdən sonra Rüstəmə zəng vuraraq 150000 manat pulu təşkil etdiyini bildirib harada görüşə biləcəklərini soruşmuşdur. Rüstəm bu məqsədlə onu Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən ofisinə dəvət etmişdir. 12 oktyabr 2020-ci il tarixdə günorta saat 15 radələrində Anarla birlikdə Rüstəmin ofisinə getmişdir. Ofisdə Rüstəm bir daha tender barədə onlara ətraflı danışıb 02 noyabr 2020-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin qalib elan olunacağını, 2020-ci ilin dekabr ayında isə tenderdən 20000000 (iyirmi milyon) manat məbləğində qazanc əldə edərək həmin qazancın 33 (otuz üç) faizini, yəni ******* (altı milyon altı yüz min) manatını ona verəcəyini vəd etmişdir. Rüstəmə inandığı üçün heç bir tərəddüd etməyərək özü ilə götürdüyü paketdə olan 100-lük əskinaslardan ibarət 150000 manat məbləğində pulu ona vermişdir. Rüstəm pulu sayıb qəbul edərək tezliklə onlarla əlaqə saxlayacağını bildirmişdir. 02 noyabr 2020-ci il tarixdə Rüstəm ona zəng vuraraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Müdafiə Nazirliyi tərəfindən təşkil olunan tenderin qalibi elan olunduğunu və tenderin ümumi dəyərini təşkil edən ********* (bir yüz milyon) manat məbləğində pul vəsaitinin 25 faizinin 2020-ci ilin noyabr ayında, 75 faizinin isə 2020-ci ilin dekabr ayında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin bank hesabına köçürüləcəyini bildirmişdir. Rüstəmə inandığı üçün bir söz deməyib gözləməyi qərara almışdır. 2020-ci ilin dekabr ayında bir neçə dəfə Rüstəmə zəng vuraraq narahat olduğunu bildirmiş, amma Rüstəm hər dəfə müxtəlif bəhanələrlə, o cümlədən 27 sentyabr 2020-ci il tarixdə başlanmış Vətən müharibəsi ilə əlaqədar büdcədə pul olmadığı üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin bank hesabına pul köçürülmədiyini bildirmişdir. 2021-ci ilin fevral ayının əvvəllərində növbəti dəfə Rüstəmə zəng vurub narazılığını bildirərək ona verdiyi 150000 manata görə narahat olduğunu demişdir. Rüstəm narahatçılığa əsas olmadığını dedikdə hər ehtimala qarşı Rüstəmdən tenderlə əlaqədar sənədləri ona göstərməsini xahiş etmişdir. Rüstəm razılaşaraq bu məqsədlə onu ofisinə dəvət etmişdir. Bununla əlaqədar 2021-ci ilin fevral ayının əvvəllərində Anarla birlikdə Rüstəmin ofisinə getmişdir. Orada Rüstəm onu müxtəlif sənədlər vermişdir. Həmçinin Rüstəm ona "xxxx"in rekvizitlərinin əks olunduğu gəlir müqaviləsi vermişdir. Gəlir müqaviləsini diqqətlə oxuduqda orada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ilkin mərhələ üçün yatırım qismində onun adından 150000 manat, Təqsirləndirilən şəxs adından 150000 manat, Elməddin Quluzadənin adından 130000 manat, Şahid2 adından isə 25000 manat məbləğində pul ödənilməsi barədə qeydiyyat aparılıdığını görmüşdür. Rüstəmin səmimiyyətinə daha heç bir şübhə etməyib gözləməyi qərara almışdır. Evə qayıtdıqdan sonra Rüstəmin verdiyi sənədləri atasına təqdim etmişdir. İki-üç gün sonra, yəni 2021-ci ilin fevral ayının əvvəllərində özünə məxsus 800000 Rusiya rublu məbləğində pul vəsaitini milli valyuta ilə dəyişmək üçün Rüstəmə zəng vuraraq ondan münasib tanışının olub-olmadığını soruşmuşdur. Rüstəm '‘Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti ilə əməkdaşlıq etdiyini və bankda işləyən nüfuzlu tanışlarının olduğunu bildirib həmin 800000 Rusiya rublunu ona verəcəyi təqdirdə yüksək məzənnə ilə milli valyuta ilə dəyişəcəyini vəd etmişdir. Rüstəmə inanıb razılaşaraq, növbəti gün günorta saatlarında Rüstəmin ofisinə getmişdir. Orada Rüstəmə 800000 Rusiya rublu vermişdir. Bir neçə gün sonra Rüstəm 800000 Rusiya rublu məbləğində vəsaitin 600000 rublunu milli valyutaya dəyişib ofisində ona qaytararaq, yerdə qalan 200000 Rusiya rublunu da tezliklə milli valyutaya dəyişib ona verəcəyini vəd etmişdir. 2021-ci ilin fevral ayından aprel ayınadək olan müddət ərzində mütəmadi olaraq Rüstəmə zəng vurub tender barədə maraqlanmış, həmçinin ona verdiyi 200000 Rusiya rublunu nə vaxt milli valyutaya dəyişib qaytaracağını soruşmuşdur. Rüstəm hər dəfə müxtəlif bəhanələr gətirib tezliklə bütün məsələləri həll edəcəyini vəd etmişdir. 2021-ci ilin aprel ayına kimi Rüstəm, habelə onun şərik kimi təqdim etdiyi Seymur və Elməddin müxtəlif bəhanələrlə onları aldatmışlar. 2021-ci ilin aprel ayında atası narahat olaraq qardaşı Anarla birlikdə Rüstəmlə görüşüb tenderlə əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Müdafiə Nazirliyi tərəfindən pul vəsaitinin köçürülməsinin hansı səbəbdən bu qədər yubandığını soruşmuşdur. Rüstəm and-aman edib atası Arifi inandırmışdır ki, guya, tezliklə tenderlə əlaqədar ilkin ödəniş qismində rəhbərlik etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 3 009 000 (üç milyon doqquz min) manat pul köçürüləcəkdir. Həmin vəsaitin 2 700 000 (iki milyon yeddi yüz min) manatı Müdafiə Nazirliyi üçün sifariş olunan konservləşdirilmiş balıq məhsullarının müqabilində ödəniləcək, yerdə qalan 309 000 (üç yüz doqquz min) manat məbləğində pul isə qazanc kimi bütün şəriklər arasında bölünəcəkdir. Rüstəmə inandıqları üçün bir müddət də gözləməyi qərara almışlar. Bu söhbətdən bir neçə gün sonra Rüstəm "xxxx"in rekvizitlərinin əks olunduğu bir neçə sənədi öz ofisində ona təqdim etmiş, o da həmin sənədləri evə aparıb atasına vermişdir. Atası sənədlərin düzgün tərtib olunmadığını bildirib onların saxta olmasından şübhələndiyini demişdir. Bununla əlaqədar Rüstəmlə ofisində görüşüb narazılığını bildirdikdə Rüstəm ona konservləşdirilmiş balıq məhsullarının ölkəyə idxalı ilə əlaqədar X8 tərəfindən rəsmi icazə verilməsini təsdiq edən sənədlər vermişdir. Həmin sənədləri evə aparıb atası Arifə təqdim etmişdir. Bundan sonra atasının məsləhəti ilə bir müddət də gözləməyi qərara almışlar. 2021-ci ilin iyun ayında Rüstəmin şəriki Elməddinin qəflətən Bakı şəhərindən Rusiya Federasiyasının Samara şəhərinə getdiyini öyrənib narahat olmuşlar. Elməddin Samara şəhərinə getdikdən bir neçə gün sonra Anara zəng vuraraq Rüstəmin yalançı olduğunu və onları aldatdığını bildirmişdir. Bunu öyrəndikdən sonra Rüstəmlə əlaqə saxlayaraq tenderdə iştirak etmək məqsədi ilə ona verdikləri 150000 manat pulu, habelə milli valyutaya dəyişmək üçün ona etibar edib verdiyi özünə məxsus 200000 Rusiya rublunu qaytarmasını tələb etmişdir. Rüstəm üzrxahlıq edərək tezliklə aldığı bütün pulları qaytaracağını vəd etsə də, vədinə əməl etməmişdir. Rüstəmin onları aldatdığını və pul qaytarmaq niyyətində olmadığını görüb 2021-ci ilin iyul ayında onun barəsində Nərimanov rayon Polis İdarəsinə şikayət etmişlər. Şikayət etdikdən sonra araşdırma zamanı onlara məlum olmuşdur ki, ümumiyyətlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlı müəssisə və ya təşkilat mövcud deyildir, habelə Müdafiə Nazirliyi tərəfindən konservləşdirilmiş balıq məhsullarının satın alınması üzrə Rüstəmin iddia etdiyi kimi hər hansı tender elan olunmamış və keçirilməmişdir. Aparılan bütün danışıqlara baxmayaraq bu günə qədər ziyandan heç nə ödənilməmişdir. Vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin dünya iqtisadiyyatı ixtisası üzrə bakalavr pilləsini bitirmişdir. 2019-cu ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2019-cu ilin avqust ayından 2020-ci ilin iyun ayına kimi X16 rayonunda yerləşən N nömrəli hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuşdur. Təqsirləndirilən şəxs ilə 2019-cu ilin sentyabr ayında N nömrəli hərbi hissədə həqiqi hərbi xidmətdə olarkən tanış olmuşdur. Rüstəmlə üç ay hərbi hissənin patrul bölüyündə birlikdə xidmət etmişlər. Həmin vaxtdan Rüstəmlə aralarında tanışlıq münasibətləri yaranmışdır. Zərərçəkmiş şəxs2 2019-cu ilin avqust ayından etibarən tanımışdır. Zaurla da həmin N nömrəli hərbi hissədə hərbi xidmət zamanı tanış olmuşlar. Rüstəm söhbət əsnasında həmişə özünü iş adamı kimi təqdim etmiş, atası Asəf Qurbanovun Bakı şəhərində fəaliyyət göstərən "xxxx"in prezidenti olduğunu, özünün isə həmin holdinqdə vitse prezident vəzifəsində işlədiyini bildirmişdir. Rüstəm bir neçə dəfə söhbət əsnasında ona ordu sıralarından tərxis olunduqdan sonra işə düzəlmək üçün onunla əlaqə saxlamağını təklif etmişdir. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidməti başa vurub ordu sıralarından tərxis olunaraq yaşadığı Sabirabad rayonu, Şıxsalahlı kəndinə qayıtmışdır. Bir müddət istirahət etdikdən sonra 2020-ci ilin avqust ayında iş tapmaq üçün Rüstəmin ona iş vəd etdiyini xatırlayıb sonuncuya zəng vurmuş və hal-əhval tutduqdan sonra Bakı şəhərində onu işə düzəltməsini xahiş etmişdir. Rüstəm etiraz etməyərək bu məqsədlə onu Bakı şəhərinə dəvət etmişdir. Bununla əlaqədar 2020-ci ilin avqust ayında Bakı şəhərinə gəlib Rüstəmlə Nizami rayonu ərazisində görüşmüşdür. Rüstəm bir müddət Bakı şəhərində qalıb gözləməsini deyərək tezliklə "xxxx" də onun üçün münasib iş tapacağını vəd etmişdir. Bununla əlaqədar həmin ərəfələrdə Bakı Dəniz Limanında mühafizəçi işləyən qardaşı Vurğun Cəlilovla birlikdə Bakı şəhəri, Nizami rayonu ərazisində kirayə mənzil tutmuşlar. Hər həftə vaxt tapanda Rüstəmlə müxtəlif ünvanlarda görüşüb söhbət etmiş, hal-əhval tutmuşlar. Rüstəm onun üçün tezliklə iş təşkil edəcəyini vəd edib səbrli olmağını tövsiyə etsə də, bir müddət gözlədikdən sonra ondan xəbər çıxmadığını görüb 2020-ci ilin sentyabr ayında ünvan 9 ünvanında yerləşən "Yoşi Suşi“ restoranında barmen kimi işə düzəlmişdir. 2020-ci ilin sentyabr ayının sonlarında növbəti dəfə Rüstəmlə görüşüb söhbət edərkən o, "xxxx"in əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə müştərək fəaliyyət göstərdiyini, holdinqin Müdafiə Nazirliyi tərəfindən təşkil olunan bir neçə tenderin qalibi olduğunu və tezliklə Müdafiə Nazirliyi tərəfindən ərzaq məhsullarının satın alınması üzrə 100 000 000 (bir yüz milyon) manat dəyərində növbəti tenderin elan olunacağını, "xxxx"in də həmin tenderdə iştirak edəcəyini söyləyib bu məqsədlə tenderdə iştirak etmək üçün onu özünə şərik götürmək istədiyini bildirmişdir. Tenderin konkret mahiyyətini başa düşmədiyi üçün Rüstəmdən bu barədə ətraflı danışmasını xahiş etmişdir. Rüstəm tenderlə əlaqədar Rusiya Federasiyasının Samara şəhərində yaşayan tanışı X11 ilə əlaqə saxlayıb danışdığını, tezliklə Elməddinin bununla bağlı Bakı şəhərinə gələcəyini və birlikdə görüşüb tender barədə ətraflı danışacaqlarını bildirmişdir. Söhbət əsnasında onun tərəddüd etdiyini görən Rüstəm tenderi udmaq üçün "xxxx"in nəzdində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 450000 manat pul ödənilməli olduğunu, bununla əlaqədar digər şəriklər narazılıq etməsinlər deyə onun şərik kimi 25000 manat, Elməddinin isə 130000 manat ödəniş etməsi barədə sənədlər tərtib edəcəyini bildirmişdir. Bu işdə qazancının nə qədər olacağım soruşduqda Rüstəm konkret cavab verməyərək tenderi udduqdan sonra əldə edəcəyi gəlirdən asılı olaraq hər biri üçün qazanc təşkil edəcəyini vəd etmişdir. O da daha tərəddüd etməyib razılaşmışdır. Rüstəm söhbət əsnasında həmçinin tenderlə əlaqədar Qəbələ rayonunda onlarla birlikdə həqiqi hərbi xidmətdə olmuş Zərərçəkmiş şəxs2 ilə danışıb razılaşdığını və Zaurun da bu iş üçün ona pul verəcəyini bildirmişdir. Həmin ərəfələrdə Elməddin Rüstəmin dəvəti ilə Rusiya Federasiyasının Samara şəhərindən Bakı şəhərinə gəlmiş və Bakı şəhərində qalmağa yeri olmadığı üçün Rüstəmin xahişi ilə Elməddin onunla birlikdə qalmağa başlamışdır. Elməddin Bakı şəhərinə gəldikdən sonra Rüstəmlə birlikdə Elməddinin iştirakı ilə bir daha tender barədə ətraflı danışmışlar. Rüstəm eyni qaydada tender barədə Elməddinə də ətraflı danışaraq digər şəriklər narazılıq etməsin deyə onun adından tenderlə əlaqədar 130000 manat ödəniş edilməsi barədə sənədlər tərtib edəcəyini və tenderi udduqdan sonra əldə olunan gəlirdən ona da qazanc təşkil edəcəyini vəd etmişdir. Elməddin də Rüstəmlə razılaşmışdır. 2020-ci ilin sentyabr ayının sonlarında axşam saatlarında Rüstəm zəng vuraraq onu Səbail rayonu, Nizami küçəsi, 340-cı məhəllə, Fəvvarələr meydanında yerləşən “McDonalds” restoranına çağırıb Elməddin və digər şəriklərlə birlikdə tender barədə danışmaq üçün onu gözlədiklərini bildirmişdir. O da etiraz etməyib həmin yerə getmişdir. Orada Rüstəm onu qarşılayıb restoranda birlikdə əyləşdiyi Zaur və onun qardaşı Anarla görüşdürmüşdür. Elməddin də həmin vaxt stol arxasında Rüstəmlə yanaşı oturmuşdur. Söhbət əsnasında Rüstəm Zaur və Anara onu təqdim edib şərik kimi tenderi udmaq üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 25000 manat, Elməddinin isə 130000 manat ödəniş edəcəyini bildirmişdir. O da tenderdə iştirak etmək üçün şərik kimi 25000 manat pul ödədiyini bildirmişdir. Elməddin də həmçinin 130000 manat ödəniş etdiyini demişdir. Rüstəm söhbət əsnasında Zaurla artıq danışıb razılaşdıqlarını və tezliklə tenderdə iştirak üçün ondan 150000 manat pul alacağını bildirmişdir. Təxminən 20-25 dəqiqə birlikdə əyləşib tender barədə söhbət etdikdən sonra restoranı tərk etmişlər və birlikdə Nizami küçəsində xatirə üçün fotoşəkil çəkdirib sağollaşaraq ayrılmışlar. Bir neçə gün sonra Rüstəmin dəvəti ilə Elməddinlə birlikdə Rüstəmin Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən ofisinə getmişlər. X12 "xxxx"in rekvizitlərinin əks olunduğu gəlir müqaviləsi təqdim etmişdir. Gəlir müqaviləsini oxuduqda orada Mamedovs holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətinə ilkin mərhələ üçün yatırım qismində Zərərçəkmiş şəxs2 adından 150000 manat, Təqsirləndirilən şəxs adından 150000 manat, Elməddin Quluzadənin adından 130000 manat, öz adından isə 25000 manat məbləğində pul ödənilməsi barədə qeydiyyat aparıldığını görmüşdür. Rüstəmin təklifi ilə o və Elməddin həmin gəlir müqaviləsində ad və soyadlarının qarşısına imza etmişlər. Rüstəm bir daha onların yerinə tenderdə iştirak etmək üçün pul qoyduğunu bildirdiyi üçün ona inanıb həmin sənədi imzalamışdır. Həmin ərəfələrdə Rüstəm növbəti görüş zamanı ona tenderi udduğunu bildirmişdir. Sonra Rüstəmin dəvəti ilə Səbail rayonu ərazisində yerləşən “Kübar butik” paltar mağazasına getmişlər və Rüstəm onun üçün ümumilikdə 150 manat dəyərində poliver, şalvar və tufli almışdır. O, səbəbini soruşduqda Rüstəm tezliklə onu Qəbələyə istirahətə aparacağını bildirib bundan sonra əyin-başına diqqət yetirməyini tələb etmişdir. 2020-ci ilin dekabr ayında Rüstəmlə istirahət etmək üçün birlikdə Qəbələ rayonunda yerləşən “Tufandağ” istirahət kompleksinə getmişlər. O, pulunun olmadığını bildirib əvvəlcə getmək istəməmiş, amma Rüstəm bütün xərcləri öz üzərinə götürdüyünü bildirib təkid etdiyi üçün razılaşmışdır. “Tufandağ” istirahət kompleksində bir gün qalıb istirahət etdikdən sonra Bakı şəhərinə qayıtmışlar. Orada qaldıqları müddət ərzində bütün xərcləri Rüstəm ödəmişdir. 2020-ci ilin dekabr ayında “COVİD-19” pandemiyası ilə əlaqədar işlədiyi “Yoşi Suşi” restoranının fəaliyyəti dayandırılmışdır. Bu barədə Rüstəmlə danışaraq pula ehtiyacının olduğunu bildirdikdə sonuncu narahat olmamağını deyib ona Elməddinlə birlikdə qaldıqları mənzilin aylıq kirayə haqqını ödəmək və xərclik üçün 500 manat pul vermişdir. 2021-ci ilin iyun ayında Elməddin Rusiya Federasiyasının Samara şəhərinə getmişdir. Bütün bu müddət ərzində Anar və qardaşı Zaur bir neçə dəfə ona zəng vuraraq tenderin nəticəsi barədə soruşmuşlar. Hər dəfə Zaur və Anara Rüstəmlə bu barədə söhbət etdiyini və Rüstəmin deməsinə əsasən tezliklə tenderin uğurla yekunlaşacağını bildirmişdir. Həmin ərəfələrdə Zaurla Anarın növbəti telefon zəngindən sonra Rüstəmlə əlaqə saxlayıb Zaurla Anarın narazılıq etdiyini bildirmişdir. Rüstəm isə Zaurla Anarı aldatdığını və Zaurdan aldığı 150000 manat pulu öz şəxsi ehtiyaclarına, habelə Fidan adlı sevgilisinə və müxtəlif restoranlarda yeyib-içməyə sərf edib xərclədiyini bildirmişdir. Rüstəmdən Zaurun 150000 manat pulunu necə qaytaracağını soruşduqda o, bu barədə atası ilə danışıb tezliklə məsələni həll edəcəyini desə də, vədinə əməl etməmişdir. Rüstəm onun əvəzinə tenderdə iştirak etmək üçün 25000 manat pul qoyduğunu bildirdiyi üçün Rüstəmə inanıb Zaur və onun Anarla görüş zamanı tenderdə iştirak etmək üçün 25000 manat pul qoyduğunu demişdir. Rüstəmin Zaurdan 150000 manat pulu nə vaxt, harada və kimlərin iştirakı ilə alması barədə dəqiq məlumatı olmamışdır. Şahid3 Rüstəmin dostu və sürücüsü kimi tanıyır. X7 isə Rüstəmin sevgilisi kimi tanıyır. Bir neçə dəfə X14 yanında görmüşdür. X15 kifayət qədər pul xərclədiyindən məlumatlı olsa da dəqiq məbləği bilmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, 2017-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Maşınqayırma fakültəsinin təkrar emal və bərpa texnologiyaları mühəndisliyi ixtisası üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2019-cu ildə isə Azərbaycan Texniki Universitetinin Metallurgiya fakültəsinin tökmə materiallarının emalı ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. Təqsirləndirilən şəxs ilə 2018-ci ildə Azərbaycan Texniki Universitetində magistr pilləsi üzrə təhsil alarkən tanış olmuşdur. Təqsirləndirilən şəxsla tanış olarkən o, özünü "xxxx" şirkətlər qrupunun vitse-prezidenti və iş adamı kimi təqdim etmiş, xarici ölkələrdən Azərbaycan Respublikasına spirtli içkilər, balıq məhsulları, o cümlədən balıq kürüsünün idxalı ilə məşğul olduğunu, hətta bununla əlaqədar "xxxx" şirkətlər qrupuna aid rəsmi internet saytının fəaliyyət göstərdiyini bildirmişdir. Tanışlıqlarından bir müddət sonra Təqsirləndirilən şəxs gələcəkdə onu "xxxx"in şirkətlər qrupunda işə qəbul edəcəyinə dair vəd vermişdir. 2020-ci ilin yaz aylarında aralarında olan şifahi razılaşmaya əsasən Rüstəm onu aylıq 1500 manat əmək haqqı müqabilində qeyri-rəsmi olaraq sürücü kimi işə qəbul etmişdir. İşə başladığı ilk iki ay ərzində pandemiya ilə əlaqədar müntəzəm olaraq işə getməmişdir. Bununla əlaqədar Təqsirləndirilən şəxs pandemiyanı əsas gətirib ona hər hansı məbləğdə əmək haqqı verməyərək, gələcəkdə bütün bunları nəzərə alacağını bildirmişdir. Özünə məxsus «Hyundai Sonata» markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Rüstəmin sürücüsü kimi fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 atası Zərərçəkmiş şəxs1 məxsus 150000 manat məbləğində pul vəsaitini nə vaxt, harada və kimlərin iştirakı ilə alıb ələ keçirməsi barədə məlumatı yoxdur. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə heç bir əlaqə və münasibəti olmamışdır. Təqsirləndirilən şəxs avtomobil almaq üçün heç vaxt ona 12500 manat pul verməmişdir. İşlədiyi müddət ərzində Rüstəmin həftəlik hissə-hissə əmək haqqı kimi ona verdiyi pulları yığıb özü üçün “İphone 11 pro max” markalı mobil telefon almışdır. Bundan başqa, Rüstəm heç vaxt ona 870 manat və ya digər hər hansı məbləğdə borc pul verməmişdir. «Hyundai Sonata» markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobili isə 2020-ci ilin əvvəllərində öz şəxsi vəsaiti hesabına almışdır. Həmin avtomobili pula ehtiyacı olduğu üçün 2021-ci ilin sonlarında satmışdır. Sürücü işlədiyi müddət ərzində Təqsirləndirilən şəxs konkret olaraq hansı məbləğdə əmək haqqı aldığını xatırlamır. Çünki, Rüstəm müntəzəm olaraq ona əmək haqqı verməmişdir. Rüstəm X1 hansı şəraitdə tanış olduğunu bilmir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspertiza rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı zərərçəkmiş şəxslər ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişlər (cild 1, iş vərəqə 126-131, 188-194). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 04 dekabr 2021-ci il tarixli 2875 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müşahidə olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 234-236). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 16 dekabr 2021-ci il tarixli 5142 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 237-238). Götürmə aparılması haqqında 22 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 adına "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan bank hesabından çıxarış vərəqi, 24 sentyabr 2020-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və X3 birgə iştirakı ilə çəkilmiş fotoşəkil, Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş 07 iyun 2021-ci il tarixli maddi öhdəlik müqaviləsi, 14 aprel 2021-ci il tarixli ödəniş tapşırığı, 17 may 2021-ci il tarixli ödəniş tapşırığı, 14 aprel 2021-ci il tarixli ödəniş tapşırığı, “Mamonovski” balıq konserv kombinatı tərəfindən istehsal edilən konserv məhsullarının siyahısı, "xxxx" X22 Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsi Təqsirləndirilən şəxs adından dövlət baytarlıq nəzarətində olan məhsulların idxalına icazənin verilməsi haqqında Azərbaycan Respublikasının X8nə ünvanlanmış 07 may 2021-ci il tarixli ərizə, 13 aprel 2021-ci il tarixli borc müqaviləsi, konserv məhsullarının çatdırılması ilə bağlı 05 aprel 2021-ci il tarixli 0064 №-li beynəlxalq müqavilə, Azərbaycan Respublikasının X8nin adından tərtib olunmuş qida təhlükəsizliyi sertifikatları, "xxxx" X22 Məsuliyyətli Cəmiyyətinin vitse-prezidenti Təqsirləndirilən şəxs adından tərtib olunmuş gəlir müqaviləsi və 07 may 2021-ci il tarixli mədaxil qəbzi Zərərçəkmiş şəxs2 tərəfindən ibtidai istintaq orqanına təqdim edilmişdir (cild 2, iş vərəqə 44-79). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 18 yanvar 2022-ci il tarixli **********200500 nömrəli məktubundan görünür ki, dövlət reyestrində "xxxx" Şirkəti adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir (cild 2, iş vərəqə 113). Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 20 avqust 2021-ci il tarixli 10/1329 nömrəli məktubundan görünür ki, 01 sentyabr 2020-ci il tarixdən 27 iyul 2021-ci il tarixədək "xxxx" X22 Məsuliyyətli Cəmiyyətinin nəzdində fəaliyyət göstərən "xxxx" Müdafiə Nazirliyi tərəfindən ərzaq məhsullarının satın alınmasına dair keçirilən heç bir tenderdə iştirak etməmişdir (cild 1, iş vərəqə 62). Cinayət işinin materiallarına əlavə edilmiş əmək müqaviləsi bildirişlərindən görünür ki, Təqsirləndirilən şəxs 25.01.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən aylıq 300 manat məbləğində əmək haqqı müqabilində vaxtamuzd olaraq "xxxx" X22 Məsuliyyətli Cəmiyyətində məşğulluq təsnifatı üzrə baş direktorun köməkçisi, əmək müqaviləsi üzrə prezidentin idarəetmə və daxili inzibatçılıq məsələləri üzrə köməkçisi vəzifəsinə işə qəbul olunmuş və 22.07.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir (cild 2, iş vərəqə 206-210). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 50). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Dövlət ittihamçısı məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə əhatə olunduğunu bildirərək Cinayət Məcəlləsinin 320.2-ci maddəsinin ittihamdan xaric edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Məhkəmə dövlət ittihamçısını mövqeyini qanuni və əsaslı hesab edərək qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin dispozisiyası obyektiv cəhətdən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satmadan ibarət hərəkətlərlə ifadə olunmuşdur. Təqsirləndirilən şəxs saxta sənədlə bağlı törətdiyi əməllər isə qeyd olunan maddənin dispozitiv əlamətləri ilə tam əhatə olunduğundan ona qarşı irəli sürülmüş ittihamdan Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə bağlı bəndin çıxarılmasının əsaslı olduğu qənaətinə gəlir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmin qərarın 31-ci bəndində göstərilir ki, vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan əməl ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulan əməl isə böyük ictimai təhlükə törətməyən cinayətlərdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında əlavə cəza nəzərdə tutulmasa da təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsi zəruridir. Belə ki, məhkəmə, təqsirləndirilən şəxsin qəsdinin yönəldiyi ictimai münasibətlərin xarakterini, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin faktiki hallarını da nəzərə alaraq hesab edir ki, bu əlavə cəzanın yaradacağı digər məhdudiyyətlərlə bərabər həm də mənəvi-psixoloji təsiri cəzanın tənbeh təsirinin gücləndirilməsinə, təqsirləndirilən şəxsin təkrar cinayət törətməsinin qarşısını almağa, bununla da cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunmasına xidmət edəcəkdir. Məhkəmə gəldiyi bu qənaəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe baxımından da əsaslı hesab edir. Yuxarıda şərh olunanları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci və 320.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza, həmçinin müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, özünü qismən təqsirli bilərək səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2021-ci il tarixdə tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 23 oktyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 141-142, 212- 216). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 23 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmə mülki iddia ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslər cinayət əməli nəticəsində onlara vurulmuş ziyanla bağlı cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiklərindən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin tələbinə əsasən onlara mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqları izah edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24.12.2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 11.06.2015-ci il tarixli, “Məhkəmə hökmü haqqında” 24.12.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 23 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cinayət mühakimə icraatı zamanı mülki iddia verməmiş iş üzrə zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia verməklə onlara vurulmuş ziyanı tələb etmək hüquqları izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar