Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-910/2025 22.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X17 Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1975-ci ildə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon 114 nömrəli baxçada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur.
2. Belə ki, o, 09 sentyabr 2024-cü il tarixdə saat 11 radələrində ünvan 3 ünvanında yerləşən “Bakoil” yanacaq doldurma məntəqəsinin yaxınlığındakı pilləkənlərdə rastlaşdığı Zərərçəkmiş şəxs təsadüfən onun çiyninə toxunmasını cüzi səbəb kimi bəhanə gətirib sonuncuya zor tətbiq etməklə yerə yıxıb qəsdən yumruqla bədəninin müxtəlif nahiyələrindən zərbələr vurduqdan sonra Zərərçəkmiş şəxs ayağa qalxıb oradan uzaqlaşmaq istəyinə məhəl qoymadan xuliqanlıq niyyətilə özündə olan silah qismində istifadə etdiyi soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan cib bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs bədən nahiyəsindən iki dəfə vurmaqla sonuncuya qarın nahiyəsinin sağ yarısının iki ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları kimi yetirildiyi anda həyatı üçün təhükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. xx.xx.2024-cü il tarixli raportdan (cild 01, iş vərəqə 4) görünür ki, Əliyev X8 rayonu, Papanin dairəsi ərazisi Bakoil YDM içərisində bıçaqla bir nəfər şəxsin onu vurması barədə məlumat vermişdir.
4. xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 5- 11) görünür ki, hadisə xx.xx.2024-cü il tarixdə saat 11 radələrində ünvan 4 ünvanında yerləşən “Bakoil” yanacaq doldurma məntəqəsi yaxınlığında baş vermişdir. Hadisə baş verən yer Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşir. Nəsimi rayonu, 3-cü mikrorayon bazarında yanacaq doldurma məntəqəsi istiqamətində gəldikdə, yol sağa istiqamətdə döngəli olmaqla yancaq doldurma məntəqəsinin həyətə düşən 9 pilləli beton pilləkən vardır. Həmin pilləkənlərin yaxınlığında dizel yanacaq doldurma aparatı, bundan bir qədər aralıda isə benzin doldurma aparatları vardır. Yanacaq doldurma məntəqəsinin qarşısından asfalt yol keçir. Yanacaq doldurma məntəqəsinin həyətinə düşən pilləkənlərin, yaxınlığında yerdə açıq vəziyyətdə dəstəyinin hər iki tərəfi sarı metaldan hazırlanmış, orta hissəsi yaşılı, qırağı isə açıq çəhrayı rəngli, tiyəsi 8 sm, dəstəyi 10 sm olan qövsvari bıçaq aşkar edilmişdir. Həmin bıçaq ekspert-kriminalist B.Bəxtiyarov tərəfindən müayinə edilərək, üzərinə baxış keçirildi, bu zaman bıçağın dəstəyinin üzərindən aşkar edilən 4 ədəd əl-barmaq izləri, 4 ədəd daktiloskopyaya köçürülərək zərfə qoyulub qablaşdırılmışdır. Həmçinin aşkar edilmiş bıçaqdan 7-9 metr aralıda dəri bel kəmərinin keçəçək hissəsi aşkar edilərək götürülmüş və zərfə qoyularaq qablaşdırılmışdır. Baxış zamanı 20-ci PŞ-nin sahə rəisi Şahid3 bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində hadisə yeri ilə üzbəüz yolun əks tərəfi ilə avtomobillə hərəkətdə olarkən pilləkənlərin yanında iki nəfərin dalaşmasını görmüş, avtomobili saxlayaraq ora gəlmiş, bu zaman bir nəfərin əli ilə qarnını tutub yerə oturduğunu, digərini isə qaçmağa cəhd etdiyini görüb qaçan şəxsi tutub yerə yıxaraq bel kəmərini çıxarıb əllərini bağlayıb onu saxlamış, sonra köməyə ƏÇPA avtopatrulu gəlmiş, bıçağı hazırda aşkar edildiyi yerdə görmüş və hadisə yerini mühafizə etmişdir. Baxış zamanı 04 ədəd əl-barmaq izi, 01 ədəd bıçaq və 01 ədəd bel kəməri keçəcəyi götürülmüş və müvafiq qaydada qablaşdırılmaqla protokola əlaəv edilmişdir.
5. xx.xx.2024-cü il tarixli raportdan (cild 01, iş vərəqə 16) görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:10-da inzibati ərazidə 2491 saylı avtopatrulla xidmət aparan zaman ünvan 5 ünvanında yerləşən Bakoil yanacaq doldurma məntəqəsinin yaxınlığında polis sahə rəisi polis kapitanı Nicat Mərəhərrəmovun əl işarəsi ilə onları köməyə çağırdığını görüb ora yaxınlaşmışlar, bu zaman Şahid3 bir nəfər şəxsi zərərsizləşdirməklə yerə yıxıb əllərini onu öz kəməri ilə bağladığını həmçinin oradan olan başqa şəxsin isə əlləri ilə qarın nahiyyəsini tutub yerdə oturduğunu görmüşlər. Həmin şəxs Zərərçəkmiş şəxs olduğunu və saxlanılmış şəxs tərəfindən bıçaqla vurulduğunu bildirmiş, saxlanılmış şəxs isə özünü xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, hadisə yerində açıq vəziyyətdə bir ədəd bıçaq aşkar edilmişdir. Polis kapitanı Şahid3 orada qalaraq hadisə yerinin mühafizəsini təşkil etmiş, xəsarət almış Zərərçəkmiş şəxs ora gəlmiş X25 maşını ilə xəstəxanaya yola salınmış, Nicat İbrahim isə tərəflərindən 20-ci PŞ-ə gətirilmişdir.
6. xx.xx.2024-cü il tarixli protokoldan (cild 01, iş vərəqə 10) görünür ki, Zərərçəkmiş şəxs xəsarət alması ilə əlaqədar daxil olmuş məlumat əsasında aparılan araşdırma ilə əlaqdar olaraq Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan qısa qol qara rəngli köynəyini və boz rəngli markasının iş üçün əhəmiyyət kəsb etdiyinə görə götürülmüşdür.
7. xx.xx.2024-cü il tarixli raportdan (cild 01, iş vərəqə 20) görünür ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs bıçaqla xəsarət alması faktı əsasında Nəsimi RPİ-nin İstintaq şöbəsində toplanmış material üzrə cinayət əməlini törətmiş şəxsin müəyyən edilməsi istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs saxlanılaraq Nəsimi RPİ-nə gətirilmişdir. Qeyd olunan tarixdə saat 16:20 radələrində Təqsirləndirilən şəxs ilə RPİ-nin CAŞ-ın xidməti otaqlarının birində baş vermiş cinayət hadisəsi ilə bağlı aparılan sorğu-sual zamanı o, əvvəllər də məhkum olunduğunu, həbs olunmaq istəmədiyini bildirib anidən oturduğu yerdən durub masanın üzərində olan kağız kəsimində istifadə olunan əşya ilə bədəninin boyun nahiyyəsindən vuraraq özünə xəsarət yetirmiş və tərəflərindən dərhal müdaxilə olunaraq Təqsirləndirilən şəxs əlindəki kəsici əşya alınmaqla o, həkim yardımı ilə təmin edilmişdir.
8. xx.xx.2024-cü il tarixli cinayət törtəməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan ( cild 01, iş vərəqə 44) görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 20:30-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.
9. 10.09.2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan (cild 01, iş vərəqə 57) görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmış, bu barədə ona məlumat verilmişdir.
10. 10.09.2024-cü il tarixli şəxsin fotoşəkillər üzrə tanınması haqqında protokoldan (cild 01, iş vərəqə 73-78) görünür ki, Zərərçəkmiş şəxs ona tanınmaya təqdim edilmiş fotoşəkillər arasında 09 sentyabr 2024-cü il tarixdə saat 11 radələrində «Bakoil» yanacaq doldurma məntəqəsinin yaxınlığında ona bıçaqla xəsarət yetirmiş Təqsirləndirilən şəxs tanıyaraq fotoşəkilini göstərmişdir.
11. xx.xx.2024-cü il tarixli protokoldan (cild 01, iş vərəqə 92) görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş paltarlara baxış keçirilərkən müəyyən edilmişdir ki, köynək qara rəngli və qısaqoldur, ön səthində sağda, aşağıdan 11 sm, sağ yan tikişindən 8 sm məsafədə bir ədəd 0,5 sm ölçüdə dəlib-keçən zədə vardır. Həmçinin köynəyin ön səthində sağda, aşağıdan 13 sm, sağ yan tikişdən 11 sm məsafədə bir ədəd 0,5 sm ölçüdə dəlib-keçən zədə vardır. Bundan əlavə, mayka boz rəngli və qolsuzdur, ön səthində sağda, aşağıdan 16 sm məsafədə, sağ yan tikişdən 12 sm məsafədə bir ədəd 0,5 sm ölçüdə, aşağıdan 18 sm məsafədə, sağ yan tikişdən 14 sm məsafədə bir ədəd 0,5 sm ölçüdə dəlib-keçən zədə vardır. Baxış zamanı Zərərçəkmiş şəxs məxsus köynək və maykanın ön səthində sağ yan aşağı hissəsində müxtəlif ölçüdə qanabənzər ləkələrin olması aşkar edilmişdir.
12. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 01, iş vərəqə 95) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir.
13. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Nəsimi rayonu Məhkəməsinin 4(006)-509/2024 saylı qərarından (cild 01, iş vərəqə 122-134) görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilməklə, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 20:30-da hesablanmışdır.
14. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon polis İdarəsinin 20-ci Polis Şöbəsinin məktubundan (cild 01, iş vərəqə 152) görünür ki, yaddaşının kiçik olması səbəbindən ünvan 6 ünvanında fəaliyyət göstərən "Bakoil" yanacaq doldurma məntəqəsində quraşdırılmış müşahidə kameralarının baza qurğusunda xx.xx.2024-cü il tarixdə saat 11 adələrində həmin YDM-nin yaxınlığında baş vermiş məlum hadisənin görüntüləri qalmamışdır. Həmçinin müəyyən edilmişdir ki, qeyd edilən YDM-də quraşdırılmiş kameralar əsasən xidmət göstərilən ərazidəki görüntüləri qeydə almaq məqsədi ilə fəaliyyət göstərir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olmuşdur ki, konkret olaraq hadisənin baş verdiyi yerdə "Təhlükəsiz şəhər" xidmətinin müşahidə kameraları mövcud deyildir. Yaxın ərazidə olan müşahidə kameralarında isə hadisənin baş verməsini aks etdirən heç bir görüntü müəyyən edilməmişdir. Hadisənin baş verdiyi "Bakoil" YDM-nin işçilərindən Şahid4, Şahid5 və Şahid6 Vəlu oğlu şahid qismində müəyyən edilərək dindirilməsi üçün istintaqa dəvət edilmişlər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X6 avvəllər məhkum olunması müəyyən edilmiş, lakin onun digər cinayətlər törətməsi barədə məlumat əldə edilməmişdir.
15. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki o, sonuncu dəfə Nəsimi Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20 oktyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur.
16. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)-1014/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından (cild 01, iş vərəqə 157-158) görünür ki, xx.xx.2024-cü il tarixli Bakı şəhəri Nəsimi rayonu Məhkəməsinin 4(006)-509/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. 12.10.2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan (cild 01, iş vərəqə 171-173) görünür ki, ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs hadisə yerini eynilə göstərərək ifadəsinin doğruluğunu bir daha təsdiq etmişdir.
18. Məhkəmə-tibbi ekspertizasının 10 oktyabr 2024-cü il tarixli 1362 nömrəli rəyindən (cild 01, iş vərəqə 188-191) görünür ki, X1 bədən səthində aşkar edilmiş xəsarətlər-qarın nahiyəsinin sağ yarısının 2 ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdilər, qərarın təsviri hissəsində göstərilən müddətə, yəni B.B.X15 Mərkəzə müraciət etdiyi xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər.
19. Məhkəmə-daktiloskopik ekspertizasının 25 sentyabr 2024-cü il tarixli 24/1487 nömrəli rəyindən (cild 01, iş vərəqə 193-195) görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 7 ünvanında yerləşən «Bakoil» yanacaq doldurma məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqlaması faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 04 ədəd yapışqanlı lent kəsikləri üzərində olan 04 ədəd əlbarmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 04 ədəd əl-barmaq izi xx.xx.1975-ci il ildə Laçın şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət, orta, adsız və çeçələ barmaqlarının əksi ilə eynilik təşkil etmişdir.
20. Maddi sübutların məhkəmə-kriminalistik və tibbi-kriminalistik ekspertizasının 16 oktyabr 2024-cü il tarixli 465-MTKŞ/2024 nömrəli rəyində (cild 01, iş vərəqə 203-206) göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində 02 ədəd, maykanın ön səthində 02 ədəd deşilmiş-kəsilmiş zədələr zədələr aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs qarın nahiyəsinin sağ yarısında köndələn-çəp istiqamətli 0,5x0,2 sm və 0,3x0,2 sm ölçülərdə kənarları hamar, bir qədər hipretrafik və bərk konsitensiyalı açıq qırmızımtıl rəngli çapıqlar ona məxsus köynəyin ön səthində 02 ədəd, maykanın ön səthində 02 ədəd deşilmiş-kəsilmiş zədələr lokalizasiyasına görə nisbi uyğun gəlir. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan tipli cib bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir.
21. Məhkəmə-tibbi bioloji ekspertizasının 03 oktyabr 2024-cü il tarixli 650/2024-MTBŞ nömrəli rəyində (cild 01, iş vərəqə 208-211) göstərilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu:B-alfa/H/İİİ/. Ekspertizaya təqdim edilən X7 məxsus mayka və köynək üzərində olan maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrlə qanın qrup mənsubiyyəti tədqiq olunduqda B və H antigenləri, həmçinin alfa aqqlyutinini də alındı. Beləliklə bu qan ləkələri B-alfa/H/lll qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə X3 məxsus ola bilər.
22. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 30 sentyabr 2024-cü il tarixli 2828 nömrəli rəyindən (cild 01, iş vərəqə 213-215) görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psizi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda hazırda hər hansı psixi xəstlik aşkar olunmur. Təqsirləndirilən şəxs İbrahim oğlu cinayət törədilən vaxt öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də İ.İ.İbrahim ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs İbrahim oğlunun əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əqliintellektual imkanları normaya uyğundur. İnadkarlıq, emosionallıq, qıcığa qarşı həssaslıq kimi fərdi psixi xüsusiyyətlərə malikdir. X6 əqli-intellektual imkanları onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Təqsirləndirilən şəxs İbrahim oğlu cinayət əməlini törətdiyi zaman psixi-emosional sferasında hirslilik, qəzəb yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır.
23. 26.11.2024-cü il tarixli cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərardan (cild 01, iş vərəqə 219- 221) görünür ki, Xidməti Araşdırmalar İdarəsində toplanmış 2224-C-24 nömrəli material üzrə cinayət işinin başlanması hissəvi rədd olunmuşdur.
24. 07.12.2024-cü il tarixli üzləşdirmə protokolundan (cild 01, iş vərəqə 222-224) görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı deyərək ifadəsini bir daha təsdiq etmişdir.
25. 10.12.2024-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 01, iş vərəqə 236-244) görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Resupublikası CM-in 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.4 və 221.3-cü maddələrinə tövsif edimiş və ona həmin maddələrlə yenidən ittiham elan olunması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 29.120.1, 129.1, 130.1, 131 və 228.4-cü maddələrinin tərkib əlaməti olmadığından barəsində həmin maddələrlə cinayət işinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs əməlində cinayətin tərkibi olmadığından barəsində cinayət işinin başlanmasının rədd edilməsi, hadisə yerindən götürülmüş bir ədəd zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan tipli cib bıçağı, həmin bıçağın üzərindən götürülmüş əl-barmaq izlərinin köçürüldüyü 04 ədəd lent kəsikləri, bir ədəd dəri bel kəməri keçəcəyi, hadisə vaxtı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qısaqol köynək və bir ədəd maykanın iş üzrə maddi sübut kimi tanınması, bir ədəd zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan tipli cib bıçağı, bir ədəd dəri bel kəməri keçəcəyi, bir ədəd qısaqol köynək və bir ədəd mayka saxlanılması üçün Nəsimi RPİ-nin saxlanc yerinə təhvil verilməsi, bıçağın üzərindən götürülmüş əl-barmaq izlərinin köçürüldüyü 04 ədəd lent kəsiklərinin cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, iş üzrə zərər çəkmiş şəxsin ifadəsi, şahid ifadələri, hadisə yerinə, paltarlara baxış keçirilməsi və tanınma haqqında protokollar, üşləşdirmə, məhkəmə-tibbi ekspertizasının 10 oktyabr 2024-cü il tarixli 1362 nömrəli, məhkəmə-daktiloskopik ekspertizasının 25 sentyabr 2024-cü il tarixli 24/1487 nömrəli, maddi sübutların məhkəmə-kriminalistik və tibbi-kriminalistik ekspertizasının 16 oktyabr 2024-cü il tarixli 465-MTKŞ/2024 nömrəli, maddi sübutların məhkəmə-tibbi bioloji ekspertizasının 03 oktyabr 2024-cü il tarixli 650/2024-MTBŞ nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 30 sentyabr 2024-cü il tarixli 2828 nömrəli rəyləri, həmçinin əhəmiyyət kəsb edən digər sənədlərin iş materiallan ilə zidiyyət yaratmadığından sübut növü kimi qəbul edilməsi, istintaq zamanı təqsirləndirilən şəxs X6 ifadələrində mübahisənin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təşəbbüsü əsasında başlanılması və sonuncu tərəfindən yumruqla vurularaq xəsarət alması, hadisə vaxtı üzərində bıçaq olmaması və Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməməsi, hadisə yerində polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar özünü müdafiə xarakterli dəlil kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı cinayət işinin başlanması rədd edilməsi haqqında 26 noyabr 2024-cü il tarixli qərarın qəbul edilməsinin nəzərə alınması, bəzi istintaq sənədlərində olan X10», «X13>> ifadələri <«Təqsirləndirilən şəxs kimi tanınsın və oxunsun, hazırki cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi və əməlində cinayətlərin residivinin olmamasının nəzərə alınması qərara alınmışdır.
26. 11.12.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan (cild 01, iş vərəqə 246) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.
27. Azərbaycan Respublikası Baş Prokurorluğu trəfindən xx.xx.2025-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş məktubdan görünür ki, daxil olmuş məlumat əsasında Nəsimi RPİ-nin TŞ-də araşdırma aparılmış və Təqsirləndirilən şəxs kənar şəxs və ya şəxslər tərəfindən xəsarət yetirilməsi öz təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.
28. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli 51/2-34386/25 saylı məktubundan görünür ki, Nəsimi Rayon Polis İdarəsinin giriş-çıxış və dəhlizindəki, eləcədə X11 giriş-çıxış və dəhlizindəki kameraların arxiv görüntülərin saxlanılma müddəti 30 gün olduğuna görə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan görüntülərin təqdim edilməsi mümkün olmamışdır.
29. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli 51/2-34388/25 saylı məktubuna əlavə edilmiş MSY-də saxlanılan şəxslərin uçotu kitablarından görünür ki, cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı hal yoxdur.
30. "xxxx" MMC tərəfindən daxil olmuş məktubdan görünür ki, hadisə baş verən gün təhlükəsizlik kameralarının işlək vəziyyətdə olmaması səbəbindən hadisə gününə dair hər hansı videogörüntü mövcud deyildir.
31. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən verilmiş xx.xx.2025-cü il tarixli məktubdan görünür ki, hadisə günü və ondan əvvəlki tarixə dair arxivlərin saxlanılması müddəti bitdiyindən 2024-cü ildə 102 xidmətinə daxil olan məlumatların araşdırılması mümkün olmamışdır.
32. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 3-cü mikrorayon bazarı tərəfdən gəlmiş, orada olan yanacaqdoldurma məntəqəsinin yaxınlığında pilləkənlərdən düşərkən, yuxarıya tərəfə xanım qalxmış, o da pilləkənin solu ilə düşəndə qolu Nicat İbrahimə dəymişdir. O, Nicatdan üzr istəmiş, lakin sonuncu təhqiredici ifadələr işlədərək ona “yavaş keçə bilmirsən?” demişdir. O, Nicatdan niyə təhqir etdiyini soruşaraq, istəmədən qolunun dəydiyini və üzr istədiyini bildirmiş, sonuncu yenə də təhqiredici ifadələr işlətməyə davam etdiyi üçün Nicada şillə ilə vurmuşdur. Həmin vaxt sonuncu onu yerə yıxaraq zərbələr endirmiş, o qaçmağa çalışan vaxt Nicad onu tutub dartaraq bıçaqla vurmuşdur. Həmin vaxt Nicad həmin ərazidə xidmət aparan polis əməkdaşlarını görüb qaçmağa başlamış, lakin polis əməkdaşları Nicadı saxlamışlar. O da Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə məlumat vermiş, X25 xidmətini çağırmışdır. X25 xidmətinin işçiləri onu X22 Mərkəzinə aparmışlar. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslə aralarında barışıq olmamışdır. Hadisə “Bakoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında baş vermişdir. Hadisə təxminən saat 11-12 radələrində baş vermişdir. Həmin vaxt polis əməkdaşları Nicadı qaçmağa çalışan zaman saxlamışlar. O da DİN-in “102” qaynar xəttinə və X25 mərkəzinə məlumat vermişdir. Hadisə təxminən saat 11-12 radələrində baş vermişdir. O, həmin ərazidə yaşamamışdır. Oradan keçmişdir. “Bakoil” yanacaq doldurma məntəqəsi tərəfə avtomobil üçün ehtiyat hissələr almaq məqsədilə getmişdir. O, pilləkənlə düşərkən yuxarıya tərəf bir xanım qalxımışdır. Həmin vaxt pilləkəndə sıxlıq yaranmışdır. Onun qolu Nicada dəymişdir. O, Nicada xanımı keçdikdən sonra toxunmuşdur. O, xanıma toxunmamışdır. Həmin xanım mübahisəni görməmişdir. Onun sağ qolu Nicadın qoluna dəymişdir. Nicad təhqiredici ifadələr işlədəndə o Nicada təhqir etməyə səbəb olmadığını bildirmiş, üzr istəmiş və yoluna davam etmişdir. Nicad həmin vaxt yenidən təhqiredici ifadələr işlətmişdir. Həmin vaxt o geri qayıdıb Nicadın ağız nahiyəsinə şillə ilə vurmuşdur. O, Nicadı vuranda yıxılmamışdır. Həmin vaxt sonuncu onu yumruqla vurmuş və yerə yıxmışdır. O, yerə yıxılanda Nicad üzərinə çıxıb onu yumruq zərbələri ilə vurmuş, eyni zamanda təhqir etmişdir. Həmin yumruq zərbələrindən yaranmış xəsarət izləri üz nahiyəsində olmuşdur. O, həmin vaxt özünü müdafiə etməyə çalışdığı üçün Nicadı vura bilməmişdir. O, ayağa qalxıb Nicadı itələmişdir ki, qaçsın, lakin sonuncu onu tutub dartmış və bıçaqla arxadan vurmuşdur. Nicad onu bıçaqla vuranda bıçaq zərbəsi olduğunu bilmişdir. Bıçaq paltarın üstündən keçmişdir. Nicad bıçağı vurub çıxarmışdır. Sonuncu ona bıçaqla 2 dəfə xəsarət yetirdikdən sonra bıçağı atıb qaçmışdır. Polis əməkdaşları Nicadı tutanda o yerə yıxılmışdır. Ətrafında adam olmamışdır. Səhv etməmişdirsə polis əməkdaşları 2 nəfər olmuşlar. Əvvəlcə DİN-in “102” qaynar xəttinə məlumat verməsinin səbəbi hadisənin ətraflı araşdırılmasını istəməsi olmuşdur. Onun məlumat verməsindən təxminən 6-7 dəqiqə sonra polislər və X25 işçiləri gəlmişlər. Həmin 6-7 dəqiqə ərzində o yerdə oturub gözləmişdir. Halı özündə olmadığı üçün ətrafında baş verənlərdən xəbərim olmamışdır. Polis əməkdaşları ona yaxınlaşıb vəziyyətini soruşmuşlar, o da yaxşı olmadığını və ağrıları olduğunu bildirmişdir. X25 avtomobili ilə polis əməkdaşları eyni vaxtda gəlmişlər. Həmin vaxt polis əməkdaşları ondan heç nə soruşmamışlar. O, X25 avtomobili gələnə qədər heç bir sənədə imza etməmişəm və şəxsiyyət vəsiqəsini təqdim etməmişdir. X25 avtomobili ilə onu aparan zaman kim olduğunu və xəsarətlərinin necə yarandığını soruşmuşlar. X25 avtomobilində səhv etməmişdirsə sürücü ilə birlikdə 3 nəfər olmuşlar. Yerindəcə xəsarətləri ilə bağlı ilkin tibbi tədbirlər görülmüşdür. Kənarda olan şəxslərdən heç kim ona yaxınlaşmamışdır. Kənarda olan polis əməkdaşları Nicadı saxladıqdan sonra ona yaxınlaşmamışlar. O, xəstəxanaya aparıldığı gün əməliyyat edilmişdir. Onu əməliyyat edən həkimin adını xatırlamamışdır. Təxminən 5-6 gün xəstəxanada qalmışdır. O, xəstəxanaya çatan kimi əməliyyata aparmışlar, lakin saat neçədə olduğunu xatırlamamışdır. Təxminən gecə saat 3-də palataya köçürülmüşdür. Xəstəxanada olduğu vaxt polis əməkdaşları məlumat almaq üçün gəlmişlər, lakin həkim vəziyyətinin yaxşı olmadığı üçün sorğuya icazə verməmişdir.
33. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə baş verən vaxt onlar Təqsirləndirilən şəxs əllərini bağlayaraq təhvil götürüb xidməti avtomobilə əyləşdirmişlər. Onlar Nicadı xidməti nəqliyyat vasitəsinə əyləşdirən vaxt X25 avtomobili gəlmişdir. X25 işçiləri yaralı şəxsə kömək edən vaxt sahə rəisi ərazidə qalmış, o isə Nicadı aparıb Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə təhvil vermişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə yerinə yaxınlaşanda təxminən saat 11 radələri olmuşdur. Onlar ərazidə 2-nəfər olmuşlar. Əvvəlcə sahə rəisi ilə yerdə olan şəxsə yaxınlaşmışlar. Sahə rəisi həmin şəxsi ayağa qaldırmış, o da nə baş verdiyini soruşduqda həmin şəxs ona bıçaqlandığını bildirmişdir. Onlar da Nicadı maşına əyləşdirmişlər. X25 avtomobili gələndə də sahə rəisi və zərərçəkmiş şəxs orada qalmış, o isə Nicadı aparıb təhvil vermişdir. Sahə rəisi ərazidə olan zaman lazımlı yerlərə məlumat vermişdir. Həmin vaxt hadisə baş verən ərazidə yanacaq doldurma məntəqəsinin işçiləri də olmuşlar, lakin kənarda dayanmışdırlar. O, hadisə ilə bağlı baş verənləri demişdir. Bu hadisə ilə bağlı dedikləri müşahidə kameralarında da öz əksini tapmışdır.
34. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə qohumluqları və düşmənçilikləri olmamışdır. Əvvəllər sonuncunu tanımamışdır. 09 sentyabr 2024-cü il tarixdə, səhər saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsində inzibati ərazidə xidmət apararkən “Bakoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında 2 nəfər şəxsin dalaşdığını görmüş və yolun əks istiqamətində avtomobilini saxlayaraq yolun hadisə olan hissəsinə keçmişdir. O, yolu keçəndə görmüşdür ki, dalaşan şəxslərdən biri əlini qarın nahiyəsində tutaraq yerdə oturmuş, digər şəxs isə yerdə oturan şəxsin yanında dayanmışdır. Həmin dayanan şəxs qaçmağa cəhd etdikdə sonuncunu saxlamış və zərərsizləşdirmişdir. Həmin vaxt ərazidən X23 əməkdaşlarının keçdiyini görmüş və sonuncuları kömək üçün çağırmışdır. X23 əməkdaşlarının köməyi ilə qaçmağa çalışan şəxsi DİN-in xidməti avtomobilinə əyləşdirmiş və anket məlumatlarını soruşduqda adının Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Daha sonra Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə göndərmişdir. Bundan sonra zərərçəkmiş şəxsə yaxınlaşmış və sonuncunun da şəxsiyyətini müəyyənləşdirərək Zərərçəkmiş şəxs olduğunu öyrənmişdir. Bundan sonra hadisə yerinə X25 avtomobili gəlmiş və Zərərçəkmiş şəxs tibbi yardım avtomobilinə əyləşdirərək X22 Mərkəzinə göndərmişdir. O, isə orada qalaraq, hadisə yerini mühafizə etmişdir. Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə hadisə barədə məlumat vermiş və əməliyyat istintaq qrupunun əməkdaşları gələrək hadisə yerində baş verənləri sənədləşdirmişlər. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, dalaşan şəxslərə yaxınlaşanda mübahisə artıq bitmişdi. Dalaşanlardan biri yerdə oturaraq əlini qarın nahiyəsinə tutmuş, digəri isə yanında dayanmışdır. Ayaq üstə dayanan şəxs o hadisə yerinə çatanda qaçmağa cəhd etmiş və o da həmin şəxsi saxlamışdır. Şəxslə bağlı əvvəlcədən onda heç bir məlumat olmamışdır. Hadisə yerində nazik bıçaq olmuşdur. Nəqliyyat vasitəsi onun şəxsi avtomobili olmuş, lakin o polis formasında olmuşdur. O, yolu keçəndə hadisə bitmişdir. Hadisənin baş verdiyi yer elə ərazidə yerləşmişdir ki, orada yanacaq doldurma məntəqəsinin işçilərindən başqa çox da adam olmur. Hadisə yanacaq doldurma məntəqəsinin girişində baş vermişdir. Dalaşan şəxslərdən biri yerdə oturmuş və qarın nahiyəsindən tutmuş, digəri isə yerdə oturan şəxsə yaxın məsafədə dayanmışdır. Həm də o həmin şəxslərin dalaşdığını müşahidə etmişdir. Yanacaqdoldurma məntəqəsindən hadisə yerinə ondan sonra gələnlər olmuşdur. Hadisə yerinə gələn şəxslərin kimliyini və nə qədər şəxsin gəldiyini görməmişdir. Çünki həmin vaxt o qaçmağa çalışan şəxsi saxlayaraq sonuncunu polis bölməsinə göndərmişdir. O, əvvəlcə dalaşan şəxslərin ikisinin ortasına yaxınlaşmışdır. Həmin şəxslərin arasında təxminən 3-4 metr məsafə olmuşdur. O, hadisə yerinə yaxınlaşan vaxt orada dalaşan şəxslərdən başqa heç kim olmamışdır. Həmin vaxt Nicad üzünü çevirib qaçmağa çalışmış, o da sonuncunu saxlamışdır. O, bu hadisə ilə bağlı ibtidai istintaq orqanında ifadə vermişdir. O, Nicadı saxlayan zaman sonuncunun kəməri qırılmışdır. O, həmin kəmərlə Nicadı yerə yıxaraq arxadan əllərini bağlamışdır. O, hadisədən sonra orada nazik bıçaq olduğunu görmüşdür. O, Nicadın əlini bağlayana qədər heç kimə məlumat verməmişdir. X23 əməkdaşları yaxınlaşdıqdan sonra da onda imkan yaranmış və o, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin rəhbərliyinə məlumat vermişdir. O, X25 Xidmətinə məlumat verməmişdir. X18 2 nəfər əməkdaş yaxınlaşmışdır. Sonuncular gələn vaxt Nicadın əllərini qandalla bağlayaraq xidməti avtomobilə mindirmişlər. Zərərçəkmiş şəxsi X25 avtomobili ilə X22 Mərkəzinə göndərmişdir. X25 işçiləri 01 avtomobil ilə təxminən yarım saat sonra gəlmişlər. İlkin neçə nəfər olduqlarını xatırlamamışdır. X25 avtomobili gələnə qədər o zərərçəkmişlə danışmağa çalışmış, lakin sonuncunun vəziyyəti yaxşı olmadığı üçün çox sorğu-sual etməmişdir. Zərərçəkmiş şəxsi X25 avtomobilinə xərək üzərinə uzandıraraq mindirmişlər. O, hadisə yerinin şəkillərini çəkməmişdir. Orada qalaraq hadisə yerində olan iş üçün əhəmiyyət kəsb edən maddi sübutları qorumuşdur. Hadisə yerində bıçaq və kəmərin qabaq hissəsi olmuşdur. Başqa nə isə olduğunu xatırlamamışdır. Hadisə yerinə gələn şəxslər zərərçəkmiş şəxsi ayağa qaldırmamışlar. Səhv etməmişdirsə zərərçəkmiş şəxs X25 avtomobili gələnə qədər ayağa qalxmamışdır. Hadisə yerinə gələn şəxslər zərərçəkmişə yaxınlaşıb vəziyyəti ilə maraqlanmışlar və içməsi üçün su vermişlər. Qanın çox və ya az olduğunu müşahidə etməmişdir.
35. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o “Bakoil” yanacaqdoldurma məntəqəsində işləyir. Hadisə baş verən zaman, ona təhkim olunmuş aparatın yanında olmuşdur və benzin növbəsində də kifayət qədər avtomobil olmuşdur. Həmin zaman yaxınlıqdan səs-küy eşitmişdir. Daha sonra hadisə yerinə “Fiat Doblo” markalı avtomobildə polis əməkdaşları gəlmişdir. Onlar hadisə yerinə yaxınlaşmaq istəmişlər, lakin polis əməkdaşları onları yaxına buraxmamışlar. Daha sonra onlar şahid qismində Nəsimi RPİ-yə aparılmışlar. Orada da eyni məzmunlu ifadə verərək, əlavə heç bir hadisəyə şahid olmadıqlarını bildirmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, hadisə ilə əlaqədar ətraflı heç nə görməmişdir. Çünki polis əməkdaşları onlara yaxınlaşmağa icazə verməmişlər.Polis idarəsində onlara bıçaqlanma hadisəsinin baş verdiyini bildirmişlər. Polis avtomobili gələnə qədər ətrafda heç bir şübhəli şəxs və ya əşya müşahidə etməmişdir. O ətrafda qışqırıq səsləri eşitmişdir.O üzünü hadisə baş verən istiqamətə çevirən zaman, ilk müşahidə etdiyi polis avtomobili və polis əməkdaşları olmuşdur. Hər tərəf polis əməkdaşları ilə çevrəyə alınmışdır və o ətrafda diqqət cəlb edən heç nə görməmişdir. O işlədiyi qurğu ilə hadisə baş verən yer əks istiqamətlərdə olduğundan, səs-küy baş verənə qədər həmin tərəfi görməmişdir. “Bakoil” yanacaqdoldurma məntəqəsinin təhlükəsizlik kameraları o bildiyi qədəri ilə həmin vaxt işlək vəziyyətdə olmamışdır. “Bakoil” yanacaqdoldurma məntəqəsinin təhlükəsizlik kameraları hadisə baş verməzdən 01 ay əvvəl işlək vəziyyətdə deyildi. “Bakoil” yanacaqdoldurma məntəqəsinin ətrafında təhlükəsiz şəhər kameralarının mövcud olubolmadığını bilmir. Hadisədən əvvəl “Bakoil” yanacaqdoldurma məntəqəsinin ətrafında sakitçilik hökm sürmüşdür. Hadisə baş verəndən sonra 2 polis avtomobili gəlmişdir. Daha sonra ətrafda polis avtomobilləri çoxalmışdır. Hadisədən dərhal sonra o və daha 2 nəfər yanacaqdoldurma məntəqəsinin əməkdaşı Nəsimi RPİ-yə aparılmışdır. Yalnız hadisə baş verən gün Nəsimi RPİ-də olmuşlar. Sonrakı günlərdə bir daha polis idarəsinə çağırılmamışlar. Hadisə baş verən gün müstəntiqə ifadə vermişdir. Həmin ifadəni daha sonra özü oxumuş və imza etmişdir. Hadisə baş verən günün ertəsi gün polis idarəsindən buraxılmışlar. Sənədlərdə baş verən müəyyən texniki problemlər səbəbindən həmin gecəni polis idarəsində keçirtmişlər. Hər üçü gecə Nəsimi RPİ-nin inzibati otaqlarının birində saxlanılmışlar. Səhər saat 9:00 radələrində polis idarəsindən buraxılmışlar. Onunla birlikdə hadisəyə şahidlik edən digər yanacaqdoldurma məntəqəsinin işçiləri İsgəndər və Nazim olmuşdur. O məhkəmənin çağırışı ilə iclasa gəlmişdir. Məhkəmə iclas zalında hazırda tanıdığı hər hansı bir şəxs olmamışdır.Onlar bu hadisə ilə əlaqədar olaraq polis idarəsində saxlanılmışlar. Polis idarəsində onlarında hadisədə şübhəli olub-olmadıqları araşdırılmışdır. Daha sonra ərizə yazmışlar və polis idarəsindən buraxılmışlar. Polis idarəsindən buraxılan zaman onların hadisə ilə heç bir əlaqələri olmaması barədə polis əməkdaşları onlara məlumat vermişdir. Polis idarəsində onlara qarşı heç bir təzyiq olmamışdır. Onlara sadəcə nəyin şahidi olmuşlarsa, o barədə ifadə vermək təklif olunmuşdur. Hadisə 09 sentyabr tarixində baş vermişdir. Onlar isə 10 sentyabr səhər saat 9:00 radələrində polis idarəsindən buraxılmışlar. Onlar daha sonra bir daha polis idarəsinə çağırılmamışlar. Yerdə qan izi görməmişdir. O, şübhəli heç nəyin şahidi olmamışdır. “Bakoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında avtomobil ehtiyat hissələri satılan mağaza olmamışdır. “Bakoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında avtomobil ehtiyat hissələri satılan 1 ədəd mağaza olmuşdur. “Bakoil” yanacaqdoldurma məntəqəsinin ətrafında insan sıxlığı normadan artıq olmur. Səhər saatlarında məktəbli uşaqlar “Bakoil” yanacaqdoldurma məntəqəsinin yanından keçib dərsə gedirlər. “Bakoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən pilləkənlərin eni dardır. Buna görə də orada 2 nəfərin toqquşma ehtimalı yüksəkdir. O günorta saatlarında dindirilmişdir. Onlar səhər saat təqribən 9:00-12:00 radələrində polis idarəsindən buraxılmışlar.
36. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman o, üzərinə təhkim olunan benzin çəninin yanında olmuşdur. Həmin zaman o səs-küydən başqa bir şey eşitməmişdir. Təhkim olunduğu aparatın yanından da ayrılmamışdır. Davamlı olaraq da avtomobillər gəlmişdir. Yanacaqdoldurma məntəqəsində dizel marka benzin satılan aparat olmuşdur. Səs-küy həmin aparatın yaxınlığından gəlmişdir. O hadisə yerinə polis əməkdaşlarının gəldiyini görmüşdür. Başqa heç nə görməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi hadisə zamanı görməmişdir. Hadisə yerinə çoxlu insan toplaşmışdır. O hadisə yerindən 20-30 metr məsafədə olmuşdur. O dizel aparatına yox, eyvanın altında olan 2 ədəd aparata nəzarət etmişdir. Yanacaqdoldurma məntəqəsinin yaxınlığında şübhəli şəxsləri müşahidə etməmişdir. O ancaq səs-küy eşitmişdir. Hadisənin digər təfərrüatları ona məlum olmamışdır. O ibtidai istintaq zamanı da verdiyi ifadədə ona təhkim olunan aparatın yanından ayrılmadığını qeyd etmişdir. “Bakoil” yanacaqdoldurma məntəqəsinin təhlükəsizlik kameralarının hadisə zamanı işlək vəziyyətdə olub-olmadığını bilmir. “Bakoil” yanacaqdoldurma məntəqəsinin təhlükəsizlik kameralarının hansı ərazilərin çəkilişini apardığını dəqiq bilmir, o hadisədən əvvəl ətrafda polis avtomobilləri və ya şübhəli başqa bir şəxs, yaxud predmet görməmişdir. Təqsirləndirilən şəxsı “Bakoil” yanacaqdoldurma məntəqəsinin içərisində görməmişdir. Ərazidə qan izi görməmişdir. Hadisə yerində çoxlu avtomobil olmuşdur. O X25 avtomobilinin hadisə yerinə gəlib-gəlmədiyini xatırlamır. Ona yaxınlıqda cinayət hadisəsinin baş verdiyi deyilmişdir. Lakin hadisənin digər detalları barədə hər hansı məlumatı yoxdur. O səs-küy eşitmişdir. O hadisədən əvvəl ətrafda polis avtomobilləri və ya şübhəli başqa bir şəxs, yaxud predmet görməmişdir. Həmin ərazidə ümumiyyətlə avtomobil ehtiyat hissələri satılan mağaza olmamışdır. “Papanin” ərazisindən gələn insanlar, məktəbli uşaqlar həmin yanacaqdoldurma məntəqəsinin yanından keçib gedirlər. Yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən həmin pilləkanın eni təxminən 1,5-2 metrdir.
37. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, əvvəllər Nicat İbrahimi tanımamış və sonuncu ilə heç bir düşmənçiliyi olmamışdır. 9 sentyabr tarixində, saat 11 radələrində bir anda səs-küy yaranmış və polis əməkdaşları gəlmişlər. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin vaxt o işi ilə məşğul olduğu üçün nə baş verdiyini və polis əməkdaşlarının nə səbəblə gəldiyini görməmişdir. O, adamların səs-küyünü eşitmişdir. Hadisə baş verən yerlə onun iş yeri arasında məsafə çox uzaq olmuşdur. O, səs-küyün yarandığı yerə baxanda ancaq polis əməkdaşlarını və polislərin xidməti avtomobillərini görmüşdür. O, həmin vaxt təcrübəçi olmuş və işlə məşğul olduğu üçün mübahisə edən şəxslərin üzlərini görməmişdir. İbtidai istintaq zamanı ifadə vermiş və hazırki ifadəsi ilə eyni olmuşdur. Onun hadisə baş verən gün ilk iş günü olmuşdur. Həmin yerdə 3 ay müddətində işləmişdir. Həmin yanacaq doldurma məntəqəsində müşahidə kameraları olmuşdur. Hadisədən sonra kamera görüntülərinə baxılması ilə bağlı məlumatı olmamışdır. Onların ofisə daxil olmağa icazələri olmadığı üçün kameraların işləyib-işləmədiyini bilməmişdir. O, hadisə baş verən vaxt səs-küy eşitmiş və polis əməkdaşlarının gəldiyini görmüşdür. O, kiminsə bıçaq atdığını və ya kiminsə bıçaqlandığını görməmişdir. Kiminsə qanının axdığını görməmişdir. O, hadisə yerinə baxanda orada təxminən 15-25 nəfər polis əməkdaşları olmuşdur. Polislər gələndən təxminən 10-15 dəqiqə sonra 1 ədəd X25 Avtomobili gəlmişdir. O, həmin gün saat 9-dan işə başlamışdır. Benzin dolduran zaman ətrafda polis əməkdaşları görməmişdir. Hadisənin yanacaqdoldurma məntəqəsində olan “Dizel” növlü yanacaq doldurma aparatından təxminən 60-70 metr aralıda baş vermişdir.
38. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “Bakoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında polis kapitanı Şahid3 onlara əl işarəsi edərək kömək istədiyini görmüşlər və hadisə yerinə yaxınlaşmışlar. Şahid3 1 nəfər şəxsin əlini öz kəməri ilə bağladığını görmüşlər və zərərçəkmiş şəxsin də qarın nahiyəsini tutaraq oturduğunu görmüşlər. Yerdə də bıçaq olmuşdur. Onlar şübhəli şəxsi Nəsimi rayon 20-ci polis bölməsinə dəvət etmişlər. Polis kapitanı Şahid3 hadisə yerində qalmış, şübhəli şəxsi isə 20-ci polis bölməsinə aparmışlar. Zərərçəkmiş vətəndaş da ambulans ilə xəstəxanaya aparılmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona Şahid3 əl işarəsi eləmiş, o Şahid3 polis əməkdaşı, sahə rəisi kimi tanımışdır. Hadisə yerində bıçaq müəyyən edilmişdir. Şübhəli şəxsi hadisə yerində görmüşdür. O hadisə yerinə çatanda polis kapitanı Şahid3 öz bel kəməri ilə şübhəli şəxsin əlini artıq bağlamışdı.Təqsirləndirilən və zərərçəkmiş şəxs, həmçinin hadisədə istifadə olunan bıçaq da hadisə yerində olmuşdur. Onlar vətəndaşı 20-ci polis bölməsinə dəvət etmişlər, Şahid3 da hadisə yerində qalmışdır. Zərərçəkmiş şəxsi də xəstəxanaya göndərmişlər. Onu Şahid3 təxmini saat 11 radələrində çağırmış və o yaxınlaşanda görmüşdür ki, Şahid3 bir nəfərin üzərinə çıxaraq öz kəməri ilə onun əllərini bağlamışdır. Ətrafda başqa adam olmamış, hadisə yerində sadəcə Şahid3, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs olmuşdur. Nicatın üzərində heç bir qan izi və ya xəsarət görməmişdir. Zərərçəkmiş şəxs kənarda dayanmış və şübhəli şəxsin onu vurduğunu demişdir. Onlar zərərçəkmiş şəxsdən Nicadın nə səbəbə onu bıçaqladığını soruşmamışlar, özü isə bu barədə heç nə deməmişdir. X25ı kimin çağırdığını bilməmiş, lakin onlar çağırmamışdır. Nicadı bölməyə apardıqdan sonra növbətçi hissəyə təhvil verib getmişlər. Bundan sonra heç nə görməmişlər. O ilk dəfədir ki, məhkəmədə izahat verir, ondan qabaq digər polis əməkdaşı izahat vermişdir. Ətrafda başqa heç kimi görməmiş və hər hansı söyüş də eşitməmişdir. Hadisə yerində polis kapitanı Şahid3 qalmış, onlar təqsirləndirilən şəxslə bərabər polis bölməsinə getmişlər. Təqsirləndirilən şəxsi aparan zaman onun üzündə, gözündə, gicgahında, üzərində hər hansı göyərti, bıçaq izi, qan izi görməmişdir.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır
39. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, mövcud cinayət işi ilə bağlı onun heç bir günahı olmamışdır. O, əsassız yerə həbs olunmuşdur. Əslində zərərçəkən şəxs o olmuş, ona polis əməkdaşları hücum edib döymüşlər və sonra özləri yalandan demişlər ki, guya o kimisə bıçaqlamışdır. Bu tamamilə yalandır. O, əvvəlki ifadəsində də bu xüsusatları bildirmişdir. Onun ölkədən çıxıb getməsinə imkan verməmişlər. Polis ona qarşı qərəzli davranmışdır. Bütün sübutlar saxtadır və ona qarşı cinayət törədilmişdir. O, heç kimi bıçaqlamamışdır. O, istintaq materiallarında da görmüşdür ki hadisə yerində qan izləri olmamışdır. İctimai yerdə xuliqanlıq etməmişdir. Hadisə yerindən götürülən bıçağın şəklini də o birinci dəfə müdafiəçisi ilə birlikdə müvəqqəti Saxlama Yerində, dekabr ayının 9-da görmüşdür. Onda elə bir bıçaq olmamışdır. 9 sentyabr 2024-cü il tarixdə o həmin yanacaq doldurma məntəqəsinə getmişdir. Oradan həmin vaxt nəinki insan, heç nəqliyyat vasitəsi də keçməmişdir. Onu həmin yerə sürücülük məktəbinin keçmiş müdiri çağırmışdır. O, Laçında yaşamış və orada iş tapa bilməmişdir. Orada fəhlə işləmişdir, buna baxmayaraq ki, ali təhsilli olmuşdur. Sonra o böyük yük maşını və motosiklet kateqoriyalarında olan avtomobilləri istifadə etmək üçün ödəniş etmiş və Sahib müəllim adlı bir nəfər tanışı onu bir gün əvvəl həmin yanacaq doldurma məntəqəsinə çağırmış, o da o məqsədlə getmişdir. Sonra ona zəng edib soruşmuşdur ki, “oradasan?”. O da “bəli, mən yanacaq doldurma məntəqəsindəyəm” demişdir. Sahib müəllim ona “Mən başqa yanacaq doldurma məntəqəsindəyəm, bu dəqiqə gəlirəm” demişdir. Heç üstündən 20 saniyə keçməmişdir ki, zərərçəkmiş şəxs gəlib ona yaxınlaşmış və onu vurmuşdur. Daha sonra tanımadığı şəxslər gəlmişlər və bir müddət sonra həbs olunmuşdur. O, heç kimə xəsarət yetirməmişdir. Onun haqqında mətbuatda müxalif olduğu barədə məlumatlar dərc olunmuş, lakin bunlar hamısı yalan olmuşdur. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxsi ümumiyyətlə tanımır. Sahib müəllimlə heç bir ədavəti olmamışdır. O, ona qarşı qurulan bu ittihamda Sahib müəllim olduğunu dediyi şəxsin də iştirak etdiyini düşünmüşdür. Sahib müəllimin hüquq-mühafizə orqanları ilə əlaqəsi olduğunu düşünmüşdür. Hadisə 1 dəqiqə ərzində baş vermişdir. O, yanacaq doldurma məntəqəsinin yanında Sahib müəllimi gözləmişdir. Bu zaman bir nəfər ona yaxınlaşaraq ondan alışqan istəmişdir. Daha sonra ona yumruq zərbələri vurmağa başlamışdır. O, qaçmağa çalışmış və yıxılmışdır. Həmin anda polislər üzərinə tökülüşmüşlər. Bütün bu hadisələr 1 dəqiqə ərzində cərəyan etmişdir. Ona hücum edən şəxs tək olmuşdur. Üzərində bıçaq olmamışdır. O, heç kimə xəsarət yetirməmiş, əksinə o xəsarət almışdır. Bıçaqda olan barmaq izinin saxtalaşdırıldığını düşünür. Onun ailəsi Moldova Respublikasında olmuş, sentyabr ayının 6-sı xarici dövlətə getmişdir. O da ailəsi ilə birlikdə Moldovaya getməli olmuş, lakin ölkədən çıxışına qadağa qoyulmuşdur. O, ölkədən getmək üçün bir çox dövlət orqanlarına müraciət etmişdir. O, aeroportda olarkən Nəsimi RPİ-dən ona zəng gəlmiş, polis əməkdaşları ona aeroportda özünü yandırmağı məsləhət görmüşlər. Hadisə günü evdə olmuş və yanında anası olmuşdur. Hadisə yerinə X25 avtomobili gəlməmişdir. Polis əməkdaşları onu “Fiat Doblo” markalı avtomobilə əyləşdirib aparmışlar. Hadisə yerində zərərçəkmiş şəxsi görmüş, sonuncunun bədəninin heç bir yerində xəsarət və qan izi olmamışdır. Ona polis bölməsində bir şəxsi öldürdüyü deyilmişdir. Ona Nəsimi RPİ-də ailə üzvləri və vəkili ilə əlaqə qurmağa imkan verməmişlər. Nəsimi RPİ əməkdaşları ona adam bıçaqladığını demişlər. Ona polis əməkdaşları təqsirini boynuna almağı, əks halda ona işgəncə veriləcəyini demişlər. O, həm ibtidai istintaq, həm də əvvəlki məhkəmə istintaqı zamanı verdiyi ifadələr ilə tanış olmuş və imza etmişdir.
40. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxsi daha əvvəl görmüşdür. Zərərçəkmiş şəxsi “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsin inzibati binasında görmüşdür. Zərərçəkmiş şəxs 1 oktyabr 2024-cü il tarixində tibbi müayinədən keçirilmişdir. Zərərçəkmiş şəxsin bədənində xəsarətlər müəyyən edilmiş və rəydə qeyd olunmuşdur. Zərərçəkmişin şəxsin bədənində müəyyən edilmiş xəsarətləri müayinədən kifayət qədər uzun müddət keçdiyindən xatırlamamışdır. O, zərərçəkmişin bədənində müəyyən edilmiş xəsarətlərə vizual baxış keçirmiş, baxış zamanı zərərçəkmiş şəxsin bədənində xəsarət izlərinin mövcudluğunu görmüşdür. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, rəy mübahisələndirilsə, bu zaman təkrar ekspertiza keçirilməsi tələb edilə bilər. O, bildirmişdir ki, əgər yaranmış xəsarətin yara izindəki çapıq kiçikdirsə, həmin çapıq sovrularaq yoxa çıxa bilər. Çapıq izinin həcmi böyükdürsə, bu zaman çapıq ömürlük olaraq bədəndə qala bilər. Tibbi avadanlıqlar olmadan, zərərçəkmiş şəxsi müayinə etmək və xəsarətlərə dəqiq diaqnoz qoymaq qeyri-mümkündür. Zərərçəkmiş şəxsin bədənində müayinə edilən zaman çapıq izi aydın görünmüşdür. Çapığın diametri təxminən 1-1.5 santimetr olmuşdur. Zərərçəkmiş şəxsin bədənindəki çapığın yaranma tarixi təxminən 3-6 ay əvvələ təsadüf etmişdir. Rəy verilməzdən öncə, zərərçəkmiş şəxsə tibbi əməliyyat keçirilmişdir. Rəyin mötəbərliyinə heç bir şübhə ola bilməz.
41. Müdafiəçi1 tərəfindən məhkəməyə telefon ekran görüntüləri təqdim edilmiş və həmin görüntülərdə iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
42. Maddə 126.2.4. Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
43. Maddə 221.3. Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
44. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
45. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir
46. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir
47. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
48. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
49. Maddə 59.1.4. Cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hal kimi qiymətləndirlir.
50. Maddə 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1-59.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi
51. Maddə 39.1.2 Əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir).
52. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
53. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
54. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
55. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
56. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
57. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
58. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir
59. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
60. Maddə 338.1. Məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar məhkəmə iclasında tədqiq edildikdən sonra məhkəmə iclasında sədrlik edən cinayət prosesinin tərəfləri barəsində onlara məhkəmənin hökm çıxardıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edəcəyi barədə xəbərdarlıq edir. Konsitusiya məhkəməsinin Plenumunun qərarları:
61. 2011-ci il 20 may tarixli qərar. Xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Təqsirkar şəxsin digər cinayət-hüquqi mühafizə obyektlərinə (şəxsiyyət, mülkiyyət və s.) qarşı hərəkəti o halda xuliqanlıq kimi tövsif oluna bilər ki, bu hərəkətlər həmin şəxs tərəfindən birbaşa ictimai münasibətlərin kobud pozuntusu ilə müşayiət olunsun. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-cı il tarixli 3 №-li qərar
62. Qərarın 4-cü bəndi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2-ci maddəsində tövsifedici əlamətlər və CM-in 121-123-cü, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zaman, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir.
63. Qərarın 6-cı bəndi. Məhkəmələrə tövsiyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti xuliqanlıq niyyəti ilə o vaxt tövsif edilməlidir ki, təqsirkar öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətmiş olsun (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə). Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarlarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqəsədi ilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanının zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqazidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun qərarı
64. Qərarın 1-ci bəndi. Məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1ci maddəsinin mənasına görə, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması, ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikidə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür.
65. Qərarın 5-ci bəndi. Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır.
66. Qərarın 5-ci bəndi. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. Avropa Məhkəməsinin presedent hüququ:
67. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Məhkəmənin hüquqi dəyərləndirməsi:
68. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs münasibətdə silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir.
69. Məhkəmə istintaqı zamanı tətqiq edilən təqsirləndirilən, zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, hadisə Zərərçəkmiş şəxs təsadüfən Təqsirləndirilən şəxs çiyninə toxunmasını sonuncunun cüzi səbəb kimi bəhanə gətirməsi səbəbindən baş vermişdir.
70. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittihamla özünü təqsirli bilməsə də, zərərçəkmiş şəxs və şahid ifadələri, hadisə yerinə, paltarlara baxış keçirilməsi və tanınma haqqında protokollar, üşləşdirmə, məhkəmə-tibbi ekspertizasının 10 oktyabr 2024-cü il tarixli 1362 nömrəli, məhkəmə-daktiloskopik ekspertizasının 25 sentyabr 2024-cü il tarixli 24/1487 nömrəli, maddi sübutların məhkəmə-kriminalistik və tibbi-kriminalistik ekspertizasının 16 oktyabr 2024-cü il tarixli 465-MTKŞ/2024 nömrəli, maddi sübutların məhkəmə-tibbi bioloji ekspertizasının 03 oktyabr 2024-cü il tarixli 650/2024-MTBŞ nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 30 sentyabr 2024-cü il tarixli 2828 nömrəli rəyləri və istintaq zamanı toplanmış və məhkəmə iclaslarında tədqiq edilmiş sübutlarla tam təsdiq edilmişdir.
71. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs heç xəsarət almamasına dair irəli sürdüyü dəlilləri əsassız hesab edir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs xəsarət alıb-almamasının müəyyən ediməsi məqsədilə məhkəmə tibbi ekspertizasının təyin edilməsi və rəyin alınması zamanı cinayət prosessual qanunvericliyin tələblərinə tam riayət olunmuşdur. Müdafiə tərəfi heç bir əsaslı arqument irəli sürmədən məhkəmə-tibbi espertizasının sübut kimi qəbul olunmasının yolverilməzliyi tələbini irəli sürmüşdür.
72. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlində ona qarşı irəli sürülmüş digər ittiham Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi yoxdur. İbtidai araşdırma orqanı orqanının Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham əsassızdır. Belə ki, Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə eməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətdə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq etməsinin nədə ifadə olunduğu ibtidai istintaq orqanı tərəfindən araşdırılmamışdır.
73. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə mübahisə edərkən hadisə yerində və oraya yaxın ərazidə hadisəni görən heç kim olmamış, sonradan hadisə yerinə səs-küyə gələn şəxslər polis əməkdaşları olmuş, onlar isə hadisə yerinə gələn zaman artıq mübahisənin sonlandığını, təqsirləndirilən şəxsin hadisə yerindən qaçmağa çalışdığının şahidi olduqlarını, yanacaq doldurma məntəqəsinin işçiləri olan iş üzrə digər şahidlər isə hadisənin birbaşa şahidi olmadıqlarını bildirmişlər.
74. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi materiallarında təqsirləndirilən şəxs tərəfindən xuliqanlıq cinayətinin - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında göstərilmiş xuliqanlıq cinayətinin bütün tövsif edici əlamətlərinin, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməsini təsdiq edən hər hansı sübut, o cümlədən şahid ifadəsi, hadisənin video görüntüsü və.s sübutlar mövcud deyildir.
75. Məhkəmə kollegiyası belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ittham elan edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə cinayət işi üzrə icraata xitam verilməlidir.
76. Zərərçəkmiş şəxsin aldığı ağır xəsarətlə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarəti məhz təqsirləndirilən şəxsin deşici kəsici alətlə ona yetirdiyi zərbə nəticəsində almışdır.
77. Bundan başqa məhkəmə istintaqı zamanı tətqiq edilmiş müdafiəçi tərəfindən məhkəməyə təqdim edilən təqsirləndirilən şəxsə məxsus mobil telefona daxil olan və çıxan zənglər bölməsinin ekran görüntüləri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli 51/2-34386/25 saylı məktubu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli 51/2-34388/25 saylı məktubuna əlavə edilmiş MSY-də saxlanılan şəxslərin uçotu kitabı, "xxxx" MMC tərəfindən daxil olmuş məktub və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi X2 tərəfindən verilmiş xx.xx.2025-cü il tarixli məktubda təqsirləndirilən şəxsin təqsirsizliyini təsdiq edən hər hansı bir hal hal müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə həmin sübutları iş üçün əhəmiyyət kəsb edən, cinayətin törədilməməsini təsdiq edən mötəbər sübut hesab etmir.
78. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, habelə onun əməlinə bu hissədə ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməlini məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Bununla da cinayətin törədilməsində o, təqsirlidir.
79. Təqsirləndirilən şəxs həmin cinayət əməli qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, habelə onun törətmiş olduğu cinayət əməli cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir.
80. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur.
81. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır.
82. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 51-ci bəndi).
83. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun 126.2.4-cü maddəsinin sanksiyasında altı ildən on bir ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. (qərarın 42-ci bəndi)
84. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 44,45,46,48,49-ci bəndləri).
85. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağın olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs birgə nikahdan doğulmuş xx.xx.2010-cu il tarixdə doğulmuş X12 və xx.xx.2011-ci ildə doğulmuş X14 adlı iki uşağı vardır.
86. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir.
87. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində aşağı həddə cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
88. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 47-ci bəndi).
89. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 4(006)-509/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 57,58-ci bəndlər).
90. Məhkəmə hesab edir ki, həbsdə saxlanıldığı müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
91. İş üzrə maddi sübut olub Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan bir ədəd zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan tipli cib bıçağı, bir ədəd dəri bel kəməri keçəcəyi, bir ədəd qısaqol köynək və bir ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir.
92. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur.
93. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə
hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olub Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan bir ədəd zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan tipli cib bıçağı, bir ədəd dəri bel kəməri keçəcəyi, bir ədəd qısaqol köynək və bir ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu andan andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Aygün Qurbanova Hakimlər Telman Hüseynov Fərid Namazov