Məhkəmə qərarları › İş №1(101)-911/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-911/2021

21.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-911/2021 21.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Xırdalan şəhər vəkil bürosunun vəkilləri Müdafiəçi3 qızı və Müdafiəçi1, Zərərçəkmiş şəxs1, zərərçəkmiş hüquqi şəxs mülki iddiaçı “xxxx” mebel MMC-nin nümayəndəsi Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə

1. xx xxxxxx 1996-cı il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, “xxxx-mebel” MMC-də mişarçı işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4, 181.2.5 və 326.2ci maddələri ilə,

2. xx xxxx 1994-cü il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Xəlfəli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4, 181.2.5 və 326.2ci maddələri ilə,

3. xx xxxx 1999-cu il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Cəlilabad şəhəri, Seyidbazar kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 181.2.1, 181.2.4, 181.2.5 və 326.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq,

müəyyən e t d i:

Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşyadan istifadə etməklə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın etməklə quldurluq cinayətini törətmişdir. Belə ki, o, quldurluq, yəni özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla tətbiq ediləcəyi ilə bağlı olan basqın etmək fikrini 2020-ci ilin iyul ayının sonunda gecə saatlarında əmisi oğlu Təqsirləndirilən şəxs3 bildirmiş, sonuncunun təklifi ilə Təqsirləndirilən şəxs2 ibarət tərkibdə qrup yaradaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında 22 avqust 2020-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs2 ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış massivinin yaxınlığından keçən yol ilə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Opel-Vectra” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobili dayandırmaq üçün yolun hərəkət hissəsinə mişar daşlarını bir cərgə düzərək avtomobilin dayanması üçün maneə yaratmış, Təqsirləndirilən şəxs2la birlikdə yolun kənarında olan çökəklikdə gizlənərək Zərərçəkmiş şəxs1 gəlişini gözləmiş, sonuncu həmin yerə çataraq yolun hərəkət hissəsində mişar daşlarının olduğunu görüb avtomobili həmin yerdə saxlayıb düşərək daşları yoldan götürmək istəyən zaman, Təqsirləndirilən şəxs2 ilə birlikdə başlarına maska geyinilmiş vəziyyətdə Zərərçəkmiş şəxs1 hücum edərək onun həyatı və sağlamlığı üçün təhlükəli olan zorakılıqla müşayiət olunan basqın edərək əlindəki silah qismində istifadə etdiyi taxta parçası ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona qapalı kəllə beyin travması, baş-beyin silkələnməsi, təpə nahiyəsinin əzilmiş-cırılmış yaraları, sağ əlin V barmağın əsas falanqasının proksimal metafizinin qapalı yerdəyişmiş sınığı, alın, sol çiyin, hər iki said, mil-bilək nahiyələri və hər iki diz oynağı nahiyələrinin yumşaq toxumalarının əzilməsi və qançırları xəsarətlərini, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, Təqsirləndirilən şəxs2 isə əlindəki silah qismində istifadə etdiyi dəmir parçası ilə Zərərçəkmiş şəxs1 baş nahiyəsinin arxa hissəsinə bir dəfə zərbə vuraraq ona təpə-ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası xəsarətini, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurduqdan sonra Təqsirləndirilən şəxs2 zərərçəkmiş Zərərçəkmiş şəxs1 avtomobilinin qabaq yan oturacağının üzərindəki kağız materialdan olan çantanın içərisində zərərçəkmiş “xxxx-mebel” MMC-nə məxsus həmin dövrün məzənnəsi ilə 11935,7 manat dəyərində 7021 ABŞ dollarını və 5341 manat pulu, zərərçəkmiş Zərərçəkmiş şəxs1 şəxsi sənədləri olan AA-0339369 nömrəli şəxsiyyət vəsiqəsini, AF-713997 nömrəli sürücülük vəsiqəsini, “Opel-Vectra” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin AE-060685 nömrəli qeydiyyat şəhadətnaməsini ələ keçirib, zərərçəkmiş “xxxx-mebel” MMC-nə ümumilikdə 17276,7 manat məbləğində olan xeyli miqdarda maddi ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşyadan istifadə etməklə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın etməklə quldurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 quldurluq, yəni özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla tətbiq ediləcəyi ilə bağlı plan basqın etmək barədə 2020-ci ilin iyul ayının sonunda gecə saatlarında əsgər yoldaşı Təqsirləndirilən şəxs3 və sonuncunun əmisi oğlu Təqsirləndirilən şəxs1 təklifi ilə razılaşaraq 22 avqust 2020-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış massivinin yaxınlığından keçən yol ilə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Opel-Vectra” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobili dayandırmaq üçün yolun hərəkət hissəsinə bir cərgə mişar daşlarını düzərək avtomobilin dayanması üçün maneə yaratmış, Təqsirləndirilən şəxs1lə birlikdə yolun kənarında olan çökəklikdə gizlənərək Zərərçəkmiş şəxs1 gəlişini gözləmişlər, sonuncu həmin yerə çataraq yolun hərəkət hissəsində mişar daşlarının olduğunu görüb avtomobili saxlayıb düşərək daşları yoldan götürmək istəyən zaman Təqsirləndirilən şəxs1 ilə birlikdə başlarına maska geyinilmiş vəziyyətdə Zərərçəkmiş şəxs1 hücum edərək sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli olan zorakılıqla müşayiət olunan basqın edərək əlindəki silah qismində istifadə etdiyi dəmir parçası ilə Zərərçəkmiş şəxs1 baş nahiyəsinin arxa hissəsindən bir dəfə zərbə vuraraq ona təpə-ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası xəsarətini, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, Təqsirləndirilən şəxs1 isə əlindəki silah qismində istifadə etdiyi taxta parçası ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona qapalı kəllə beyin travması, baş-beyin silkələnməsi, təpə nahiyəsinin əzilmiş-cırılmış yaraları, sağ əlin V barmağın əsas falanqasınm proksimal metafizinin qapalı yerdəyişmiş sınığı, alın, sol çiyin, hər iki said, mil-bilək nahiyələri və hər iki diz oynağı nahiyələrinin yumşaq toxumalarının əzilməsi və qançırları xəsarətlərini, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurduqdan sonra zərərçəkmiş Zərərçəkmiş şəxs1 avtomobilinin qabaq yan oturacağının üzərindəki kağız materialdan olan çantanın içərisində zərərçəkmiş “xxxx- mebel” MMC-nə məxsus həmin dövrün məzənnəsi ilə 11935,7 manat dəyərində 7021 ABŞ dollarını və 5341 manat pulu, zərərçəkmiş Zərərçəkmiş şəxs1 şəxsi sənədləri olan AA-0339369 nömrəli şəxsiyyət vəsiqəsini, AF-713997 nömrəli sürücülük vəsiqəsini, “Opel- Vectra” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin AE-060685 nömrəli qeydiyyat şəhadətnaməsini ələ keçirib, zərərçəkmiş “xxxx-mebel” MMC-nə ümumilikdə 17276,7 manat məbləğində olan xeyli miqdarda maddi ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşyadan istifadə etməklə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın etməklə quldurluq cinayətinin törədilməsinə köməkçilik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 quldurluq, yəni özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla tətbiq ediləcəyi ilə bağlı olan basqın etmək barədə əmisi oğlu Təqsirləndirilən şəxs1 2020ci ilin iyul ayında etdiyi təklifi ilə razılaşaraq, sonuncuya həmin cinayəti əsgər yoldaşı olmuş Təqsirləndirilən şəxs2 ilə birlikdə törətməsini məsləhət verib onları tanış edərək köməkçilik etmiş, 22 avqust 2020-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış massivinin yaxınlığından keçən yol ilə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Opel-Vectra” markalı “**-EM-***” dövlət qeydiyyat nişanlı avtomobili dayandırmaq üçün yolun hərəkət hissəsinə mişar daşlarını yenidən bir cərgə düzərək avtomobilin dayanması üçün maneə yaradaraq, yolun kənarında olan çökəklikdə gizlənərək Zərərçəkmiş şəxs1 gəlişini gözləmişlər, sonuncu həmin yerə çataraq yolun hərəkət hissəsində mişar daşlarının olduğunu görüb avtomobili həmin yerdə saxlayıb düşərək daşları yoldan götürmək istəyən zaman Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 birlikdə başlarına maska geyinilmiş vəziyyətdə Zərərçəkmiş şəxs1 hücum edərək sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli olan zorakılıqla müşayiət olunan basqın edərək, Təqsirləndirilən şəxs1 əlindəki silah qismində istifadə etdiyi taxta parçası ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona qapalı kəllə beyin travması, baş-beyin silkələnməsi, təpə nahiyəsinin əzilmiş-cırılmış yaraları, sağ əlin V barmağın əsas falanqasınm proksimal metafizinin qapalı yerdəyişmiş sınığı, alın, sol çiyin, hər iki said, mil-bilək nahiyələri və hər iki diz oynağı nahiyələrinin yumşaq toxumalarının əzilməsi və qançırları xəsarətlərini, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, Təqsirləndirilən şəxs2 isə əlindəki silah qismində istifadə etdiyi dəmir parçası ilə Zərərçəkmiş şəxs1 baş nahiyəsinin arxa hissəsinə bir dəfə zərbə vuraraq ona təpə-ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası xəsarətini, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurduqdan sonra zərərçəkmiş Zərərçəkmiş şəxs1 avtomobilinin qabaq yan oturacağının üzərindəki kağız materialdan olan çantanın içərisində zərərçəkmiş “xxxxmebel” MMC-nə məxsus həmin dövrün məzənnəsi ilə 11935,7 manat dəyərində 7021 ABŞ dollarını və 5341 manat pulu, zərərçəkmiş Zərərçəkmiş şəxs1 şəxsi sənədləri olan AA- 0339369 nömrəli şəxsiyyət vəsiqəsini, AF-713997 nömrəli sürücülük vəsiqəsini, “Opel- Vectra” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin AE-060685 nömrəli qeydiyyat şəhadətnaməsini ələ keçirib, zərərçəkmiş “xxxx-mebel” MMC-nə ümumilikdə 17276,7 manat məbləğində olan xeyli miqdarda maddi ziyan vurmaqla quldurluq etməsində köməklik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə özünü təqsirkar bilsə də, CM-nin 326-cı maddəsi ilə, yəni sənədlərin oğurlanmasında özünü təqsirkar saymır. Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış massivində bibisi Zəminə Həmzəyeva ilə birlikdə kirayədə yaşamışdır. Təxminən 2 ildir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “xxxx-mebel” MMC-də mişarçı işləmişdir. Zərərçəkmiş şəxs1 MMC-də xəzinədar işləmişdir. O, 2020-ci ilin iyul ayının sonunda məzuniyyətə çıxmışdır. Həmin dövrdə müxtəlif yerlərdə ev təmiri işləri görmüşdür. Zərərçəkmiş şəxs1 MMC-də xəzinədar işlədiyi üçün Rövşənin üzərində daim pul olmasını görmüşdür. Ona görə 2020-ci ilin iyul ayının sonlarında Rövşəndən pulları hər hansı yolla ələ keçirmək qərarına gəlmişdir. Lakin, bu işi tək bacara bilmədiyi üçün əmisi oğlu Təqsirləndirilən şəxs3 söhbət əsnasında bu barədə demişdir. Sucəddin də onunla bu işi görməyə razılaşmışdır. X14 adlı bir tanışının da bu işdə kömək edə biləcəyini bildirmişdir. X20 adlı tanışına zəng etmiş və bir neçə saat sonra ilk dəfə gördüyü Təqsirləndirilən şəxs2 onlarla “Azadlıq” metrostansiyasının yaxınlığında görüşmüşdür. Sucəddin Bəhruzla ondan biraz aralıda bir neçə dəqiqə söhbət etdikdən sonra ona yaxınlaşmışlar. Sucəddin Bəhruza artıq onun Zərərçəkmiş şəxs1 üzərindən pulu ələ keçirmək barədə fikrini bildirdiyini demişdir. O, özü də bir daha Bəhruza və Sucəddinə Rövşənin iş yeri barədə, işdən hansı saatlarda çıxması barədə və hansı yol ilə yaşadığı evə getməsi barədə məlumatlar vermişdir. Bəhruz və Sucəddin onun təklifi ilə razılaşmış və onlar pulun oğurlanması üçün plan qurmuşlar. Belə ki, Bəhruz Rövşənin işdən çıxaraq yaşadığı evə getdiyi yolda hər hansı bir maneə quraraq və həmin vaxt Rövşənin üzərinə basqın edib pulları ələ keçirə biləcəklərini təklif etmişdir. Onlar həmin təkliflə razılaşmışlar. Rövşən onu tanıdığı üçün hər üçü maska taxmağı planlaşdırmışlar. O, özünə məxsus qara rəngli idman papağını iki yerdən deşərək maska şəklinə salıb üzərində saxlamışdır ki, Rövşənin üzərindən pulları ələ keçirən zaman həmin maskadan istifadə edər. Aradan 3-4 gün sonra, 2020-ci ilin iyul ayının son günlərində o, özü tək Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış massivində axşam saat təxminən 20 radələrində işlədiyi “xxxx-mebel” MMC-yə yaxın yerdə yolda əvvəlcədən özü ilə götürdüyü bir neçə mismarı həmin ərazidən tapdığı bir neçə taxtaya mismarlayıb taxtaları Zərərçəkmiş şəxs1 avtomobili ilə gələcəyi yolda qoyub bir qədər kənarda oturub Rövşənin gəlməyini gözləmişdir. Aradan təxminən 1 saat sonra Rövşən idarə etdiyi “Opel Vectra” markalı avtomobili ilə gələrək mismarladığı yolda düzdüyü taxtaların üstündən keçmiş, lakin, avtomobili saxlamayıb “Viktoriya” yaşayış massivinin yaxınlığında avtomobili saxlayaraq avtomobilin təkərinin deşildiyini görüb avtomobilini həmin yerdə saxlayıb piyada oradan uzaqlaşmışdır. Həmin ərazidə ətrafda yaşayış olduğundan, o, Rövşənə yaxınlaşmayıb oradan çıxıb getmişdir. Aradan bir neçə gün keçdikdən sonra 2020-ci ilin avqust ayının ortalarında o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la axşam saat təxminən 23 radələrində işlədiyi “xxxx-mebel” MMC-yə yaxın yerdə görüşüb Rövşənin gəldiyi yola getmişlər. Onlar Rövşənin avtomobilini saxlatdırmaq üçün Rövşənin avtomobil ilə gəldiyi yola mişar daşları düzmək qərarına gəlmişlər. Hər üçü həmin ərazidə olan mişar daşlarından daşıyaraq yolda bir cərgə ilə düzmüşlər. Özləri də kənarda oturub Rövşənin gəlməyini gözləmişlər. Bəhruzla o, Sucəddin daha cəld olduğu üçün Rövşənin üzərinə ilk Sucəddinin hücum etməsi və arxası ilə onlar getmək qərarına gəlmişlər. O, özü ilə gətirdiyi taxta parçasını və Bəhruzun gətirdiyi maskanı Sucəddinə vermişdir. Sucəddin maska taxmışdır. Bir qədər keçdikdən sonra tanımadığı ağ rəngli bir maşın gəlmiş, yolunu açıb getmişdir. Sucəddin gedib yolda olan daşı yenidən yerinə qoymuşdur. Aradan bir qədər keçdikdən sonra, o, Rövşənin gəldiyini demişdir. Bu zaman o, Bəhruzla Sucəddinə çıxaraq Rövşənin üzərinə hücum etməsini bildirmişdir. Bu zaman Sucəddin onlarla mübahisə edib bu cinayəti etmək istəmədiyini bildirmişdir. Sucəddin demişdir ki, bu işi görmək istəmir. Bu müddət ərzində Rövşən yolda olan daşı kənara atıb idarə etdiyi avtomobilə minib oradan uzaqlaşmışdır. Sucəddin bu işə razı olmadığından həmin gün planları baş tutmamışdır. Bundan sonra onlar oradan çıxıb evə getmişlər. Bir neçə gün sonra, o, Sucəddinə telefonda «whatsapp» proqramı ilə mesaj yazaraq yenə eyni üsulla Rövşəndən pulları ələ keçirmək üçün getmək istədiyini bildirdikdə, yenə də Sucəddin onlarla gəlməyəcəyini bildirmişdir. Ona görə 21 avqust 2020-ci il tarixdə saat təxminən 21 radələrində o, Bəhruzla birlikdə Rövşəndən pulları ələ keçirmək üçün getməyi planlaşdırdıqda daha Sucəddinə bu barədə bildirməmişdir. Bəhruzun da Sucəddinə bu barədə deyib-deməməsini bilməmişdir. O, Bəhruzla danışdıqdan sonra “xxxx-mebel” MMC-yə yaxın yerə gəlmişdir. Lakin, Bəhruz gəlib çıxmamışdır. O, özü tək əvvəlki kimi Rövşənin işdən çıxıb gələcəyi yolda həmin ərazidə olan mişar daşlarını yenidən yola bir cərgə düzmüş və yolun kənarında olan çökəklikdə oturub Rövşənin gəlməsini gözləmişdir. Rövşən gəlmədiyi üçün o, MMC-də mühafizəçi işləyən Eldara «whatsappla» əvvəl mesaj, sonra isə zəng edərək hal-əhval tutub dolayı yolla Eldarın başa düşməyəcəyi tərzdə işdə kimin olub-olmadığını soruşmuşdur. Eldar Rövşənin hələ də işdə olduğunu bildirmişdir. Həmin vaxt o, Eldara rayonda olduğunu demişdir. Rövşənin hələ işdə olduğunu bilib gözləməyə davam etmişdir. Artıq 22 avqust 2020-ci il saat təxminən 02 radələrində Rövşənin idarə etdiyi “Opel Vectra” markalı avtomobil ilə gəldiyini görüb maskanı başına keçirmiş və çantasındakı taxtanı əlində tutaraq hazır vəziyyətdə gözləmişdir. Rövşən daşlar düzülən yerə yaxınlaşandan sonra avtomobili saxlayıb avtomobildən düşərək yoldakı mişar daşlarından birini götürüb kənara atmışdır. Bu zaman o, çökəklikdən çıxıb Rövşənin üzərinə getmişdir. Rövşən hücum etdiyini görüb qışqırmağa başlamışdır. O, əlində olan taxta ilə Rövşənin boyun nahiyəsinə iki-üç dəfə zərbə vurmuş, bir dəfə sağ qoluna zərbə vurmuş və Rövşən yerə yıxılmışdır. Rövşən yerə yıxılandan sonra o, Rövşənin ayağına da taxta ilə bir dəfə vurduqdan sonra dərhal atomobildən qabaq yan oturacağın üzərində olan kağız materialdan olan çantanı götürmüşdür. Yaxınlıqda yaşayış evləri tərəfdən iki nəfərin gəldiyini görüb oradan Saray qəsəbəsində olan qəbiristanlıq istiqamətində qaçaraq getmişdir. Həmin gün hadisəni o, tək törətmişdir. Nə Sucəddin olmuş, nə də Bəhruz olmuşdur. Sonra o, avtomobildən götürdüyü puldan Bəhruza 7000 manat pul vermişdir. Sonra o, Hövsan qəsəbəsinə tanışı Tutu adlı qadının evinə getmiş, artıq səhər açılmışdır. O, Tutunun yaşadığı evin yaxınlığında olan zibil yeşiklərinin yanında içərisində maska və taxta olan çantanı yerə atmışdır. Bundan sonra o, Tutunun evinə getmiş və həmin gün Tutu və Tutunun ailə üzvləri ilə birlikdə Tutunun Cəlilabad şəhərindəki evinə getmişdir. Bundan sonra, polis əməkdaşları qaldığı evə gələrək onu Cəlilabad Rayon Polis Şöbəsinə aparmış, Rövşənin üzərinə basqın edilib pullarının ələ keçirilməsində ondan şübhələndiklərini bildirdikdən sonra o, törətdiyi hadisəni etiraf etmişdir. Əməlindən peşmandır. Məhkəmənin sonrakı iclaslarında Təqsirləndirilən şəxs1 öz ifadələrinə düzəliş edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs1 əldə etdiyi və məbələğini xatırlamadığı pulun tam yarısını Təqsirləndirilən şəxs2 vermiş, yəni həm dollar, həm manatın yarısını sonuncuyla bölüşmüşdür. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Bəhruzun hadisə barədə məlumatı olduğundan Bəhruza da pul vermişdir. Sucəddinə pul verməmişdir. Üçü gedən gün Sucəddin razı olmadığından hadisə baş tutmamışdır. Əvvəlcədən Rövşəndə nə qədər pul olmasını bilməmiş, lakin, bilmişdir ki, xəzinədardır, həmişə Rövşəndə işlə əlaqədar pul olur. Bəhruza o, özü pul vermişdir. Sucəddinə onunla getməyi o, təklif etmişdir. Sonuncu dəfə gedəndə də Sucəddinə zəng edib onunla getməsini təklif etmiş, Sucəddin yenə də razı olmamış və onunla getməmişdir. Ona pul lazım olduğu üçün cinayəti törətmiş, zərərçəkmiş şəxsin sənədləri pulla birlikdə ağ çantada olduğu üçün, həmin sənədləri də götürmüşlər, ifşa olunmamaq üçün sonra sənədləri tullamışlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 3-cü cild 96-100-cü vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs1 aşağıdakıları göstərmişdir: … «... Ona görə də 21 avqust 2020-ci il tarixdə saat təxminən 21 radələrində mən Bəhruz ilə birlikdə Rövşəndən pulları ələ keçirmək üçün gedəndə Sucəddinə bu barədə bildirmədim… Mən Bəhruz ilə işlədiyim «xxxx-mebel» MMC-yə yaxın yerə gəldik və yolda əvvəlki kimi Rövşənin işdən çıxıb gələcəyi yolda həmin ərazidə olan mişar daşlarını yenidən yola bir cərgə düzdük və yolun kənarında olan çökəklikdə oturub Rövşənin gəlməyini gözlədik. ...Artıq 22 avqust 2020-ci il saat təxminən 02 radələri olardı ki, Rövşənin idarə etdiyi «Opel Vectra» markalı avtomobil ilə gəldiyini görüb hər ikimiz maskaları başımıza keçirdik və mən çantamda olan özüm düzəltdiyim taxtanı, Bəhruz isə özü ilə götürdüyü dəmir parçası ilə hazır vəziyyətdə qaldıq. Rövşən daşlar düzdüyümüz yerə yaxınlaşandan sonra avtomobili saxlayıb avtomobildən düşərək yolda düzdüyümüz mişar daşlarından birini götürüb kənara atdı. Bu zaman mən Bəhruzla birlikdə çökəklikdən çıxıb Rövşənin üzərinə getdik. Rövşən bizim onun üzərinə hücum etdiyini görüb qışqırmağa başladı və mən əlimdə olan taxta ilə onun boyun nahiyəsinə iki-üç dəfə zərbə vurdum, bir dəfə sağ qoluna zərbə vurdum, Rövşən yerə yıxıldı, Bəhruz isə avtomobilin işıqlarını söndürdü. Həmin vaxt Rövşən yerdən qalxaraq mənim üzərimə gəldiyi üçün Bəhruz arxadan onun baş nahiyəsinə özü ilə götürdüyü dəmir parçası ilə bir dəfə zərbə vurdu. Sonra mən Rövşənin sağ ayağına da taxta ilə bir dəfə vurduqdan sonra yaxınlıqda yaşayış evləri tərəfdən iki nəfərin bizə tərəf gəldiyini görüb oradan Saray qəsəbəsində olan qəbiristanlıq istiqamətində qaçaraq getdim. Mən hadisə yerindən uzaqlaşanda Bəhruz hələ də Rövşənin avtomobilinin içərisində idi, onun nə vaxt oradan uzaqlaşdığını görmədim. ...Azadlıq metrostansiyasının yaxınlığında Bəhruz ilə görüşdüm. Mən Bəhruzla onun Azadlıq metrostansiyasının yaxınlığında yaşadığı evə getdik. Bəhruzun evdə əlində olan ağ rəngli kağız materialdan olan çantanın içərisində olan dollar və manatları çıxardıb sayaraq iki hissəyə böldü, 30 ədəd 100-lük ABŞ dolları olmaqla 3000 ABŞ dolları, 10 ədəd 100-lük manatlar olmaqla 1000 manatı və təxminən 70-80 manat 10 və 20-lik əsginasları mən götürdüm…» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, imza onun imzasıdır, lakin elan olunmuş ifadəsini qismən təsdiq edir. Hadisəni o, tək törətmişdir. Bəhruzu əvvəllər tanımamışdır. Bəhruzla onu bu hadisə ilə bağlı Sucəddin tanış etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası CM-nin 181-ci maddəsi ilə özünü qismən təqsirkar bilir, lakin CM-nin 326-cı maddəsi ilə, yəni sənədlərin oğurlanmasında özünü təqsirkar bilmir. Sabirabad rayonu Xəlfəli kəndində yaşayır. Təxminən 2020-ci ilin iyun ayından Bakı şəhəri, Binəqədi rayonunda “Azadlıq” metrostansiyasının yaxınlığında təmir işləri gördüyü evdə müvəqqəti yaşamış və həmin evdə təmir işləri görmüşdür. 2018-ci il tarixdə Təqsirləndirilən şəxs3 ilə hərbi hissədə tanış olmuşdur. Sucəddin onun əsgəri olmuşdur. Sucəddin tərxis olduqdan sonra əlaqəsi olmamışdır. 2020-ci ilin iyun ayının ortalarında o, Bakı şəhərində təsadüfən Sucəddin ilə qarşılaşmışdır. Həmin vaxtdan hərdən əlaqə saxlayıb görüşürmüşlər. 2020-ci ilin avqust ayının ortalarında axşam saat 22 radələrində Sucəddin ona zəng edərək işi olduğu üçün görüşmək istədiyini bildirmiş və onun yaşadığı binanın yaxınlığında olduğunu demişdir. Bir neçə dəqiqədən sonra Sucəddin bir nəfər tanımadığı şəxslə birlikdə yaşadığı binanın qarşısına gəlmişdir. Onlar görüşdükdən sonra həyətdə Sucəddinlə kənara çəkilmişlər. Sucəddin ona yanındakı şəxsin əmisi oğlu Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. Bir az söhbət etdikdən sonra Sucəddin ona əmisi oğlu Əmrahın bir iş görmək istədiyini, bu işdə onlara kömək etməyini bildirmişdir. Bundan sonra Əmrah özü bildirmişdir ki, işlədiyi şirkətdə pul məsələsinə baxan bir şəxs var, onun qarşısını hər hansı yolla kəsib pulunu ələ keçirmək istəyir. Maddi vəziyəti pis olduğu üçün bir az söhbət etdikdən sonra o, razılaşmışdır. Səhəri gün, günorta saatlarında Əmrah ona «whatsappla» mesaj yazaraq özünü təqdim etdikdən sonra, ona danışdığı məsələni necə edəcəklərini soruşmuşdur. O, işdə olduğunu, işdən çıxandan sonra görüşüb bu barədə ətraflı söhbət edə biləcəyini demişdir. Həmin gün işdən çıxdıqdan sonra axşam saatlarında o, Sucəddinlə zəngləşib yaşadığı mənzildə görüşmüşlər. Sonra bir taksi sifariş edib Sucəddinlə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış massivinə getmişlər. Orada onları Əmrah qarşılamışdır. Onlar birlikdə yaşayış binalarından bir qədər aralıda boş sahədə yerləşən yola getmişlər. Orada söhbət əsnasında Əmrah onlara qarşısını kəsib pulunu ələ keçirəcəkləri şirkətdə işləyən şəxsin iş yeri, işdən hansı saatlarda çıxması və hansı yol ilə yaşadığı evə getməsi barədə məlumatlar vermişdir. Artıq gecə saat 23 radələri olmuşdur. Onlar yolun kənarında olan mişar daşlarını yolda bir cərgə ilə düzmüşlər. Özləri isə yolun kənarında çökəklikdə dayanıb Əmrahın dediyi şəxsin gəlməsini gözləmişlər. Əmrah özü ilə gətirdiyi maskalardan birini özü, digərini isə Sucəddin başına geyinmişdir. Bundan başqa Əmrah özü ilə gətirdiyi taxta parçasını da Sucəddinə vermişdir. Aralarında olan razılaşmaya görə onda maska olmadığı üçün o, Sucəddin və Əmrahın hücumundan sonra axırda çıxıb avtomobildən pulları götürməli imiş. Bir qədər gözlədikdən sonra markasını xatırlamadığı bir avtomobil gəlib həmin yerdə dayanmış və avtomobilin sürücüsü avtomobildən düşərək yolda düzdükləri daşlardan bir neçəsini kənara atıb yoluna davam etmişdir. Bir neçə dəqiqədən sonra həmin avtomobil geri qayıdaraq mişar daşlarını düzdükləri yoldan keçmişdir. Aradan bir qədər keçdikdən sonra gümüşü rəngli “Opel Vectra” markalı bir avtomobil daşları düzdükləri yerə yaxınlaşmışdır. Bu zaman Əmrah onlara bildirmişdir ki, gələn avtomobildə olan şəxs onun dediyi adamdır. Onların əvvəlcədən olan razılaşmalarına əsasən Sucəddin və Əmrah ilk olaraq çökəklikdən çıxaraq həmin şəxsə hücum etməli, arxaları ilə o, çıxaraq avtomobili söndürüb pulları götürməli imiş. Əmrah Sucəddinə çökəklikdən çıxaraq hücum etməsini bir neçə dəfə desə də, Sucəddin imtina edərək olduğu yerdən çıxmamışdır. Mübahisə zamanı Əmrahın dediyi şəxs yolda olan daşlardan bir neçəsini kənara ataraq avtomobilə minib yoluna davam etmişdir. Bundan sonra onlar çökəklikdən çıxıb sağollaşaraq evə getmişlər. Səhəri gün axşam saat 21 radələrində Əmrah ona «whatsapp» da mesaj yazaraq Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış massivində görüşmək istədiyini bildirmişdir. O, Əmrahın dediyi həmin yerə getmişdir. O, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış massivinə çatmağına az qalmış Əmrah ona «whatsapp» da zəng edərək gəlməməyini demişdir. O, səbəbini soruşduqda Əmrah ona artıq dediyi şəxsin həmin yoldan keçdiyini bildirmişdir. Bundan sonra, o, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış massivində olan parkda Əmrahla görüşmüşdür. Bir qədər söhbət etdikdən sonra sağollaşıb ayrılmışlar. Aradan iki-üç gün keçdikdən sonra, yəni, 21 avqust 2020-ci il tarixdə saat 22 radələrində Əmrah ona «whatsapp» da mesaj yazaraq Sucəddinin gəlməyəcəyini, onunla tək bu işi görəcəyini demişdir. O da Əmrahla razılaşmışdır. Lakin, o, Əmrahın dediyi yerə gedənə qədər artıq Əmrah tək həmin cinayəti etmişdir. Sonradan Əmrah cinayət nəticəsində əldə etdiyi puldan ona 7000 manat vermişdir. O, Əmrahla hadisə günü onunla birlikdə həmin cinayəti törətməkdə razılaşsa da, o, gedənə qədər artıq Əmrah həmin cinayəti özü tək törətmişdir. Məhkəmənin sonrakı iclaslarında Təqsirləndirilən şəxs2 öz ifadələrinə düzəliş edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 məbləğini xatırlamadığı ABŞ dollarını və manatın tam yarısını ona vermişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, zərərçəkmiş şəxsdə əvvəlcədən nə qədər pul olmasını bilməmişlər. Onun həm borcu olmuş, həm də hadisə barədə məlumatı oluduğundan Əmrah ona 7000 manat pul vermişdir. Onlar hər üçü olanda Sucəddin razı olmadığına həmin gün planları baş tutmamışdır. Pul lazım olduğu üçün həmin cinayəti törətmişlər, sənədlər çantada olduğundan, pullarla birlikdə sənədləri də götürmüşlər, lakin sənədlər lazım olmadığı üçün sənədləri hazırda xatırlamadığı yerə tullamışlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 3-cü cild 111-115-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs2 aşağıdakıları göstərmişdir: … «...21 avqust 2020-ci il tarixdə saat 22 radələrində Əmrah mənə vatsapda mesaj yazaraq Sucəddinin gəlməyəcəyini, mənimlə tək bu işi görəcəyini dedi. Mən də onunla razılaşdım. Mən yaşadığım binanın yaxınlığından taksi sifariş edərək Əmrahın dediyi yerə, yəni Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış massivinə getdim və orada Əmrahla görüşdüm. Mən Əmrahla birlikdə yaşayış binalarından bir qədər aralıda boş sahədə mişar daşlarını əvvəl düzdüyümüz yerə gəldik. Mən Əmrahla birlikdə yolda mişar daşlarını bir cərgə ilə düzdük. Bundan sonra yolun kənarında olan çökəklikdə gizləndik. Mən Əmraha bu işi görmək üçün bir şərtlə razı olduğumu bildirdim. Mən Əmraha dedim ki, ilk olaraq o hücum etməli, arxası ilə də mən çıxıb avtomobili söndürüb pulları götürəcəyimi dedim. Əmrah da mənimlə razılaşdı. Əmrah mənə özü ilə gətirdiyi çantdan bir ədəd qara rəngli hərbi maska və əlimə geyinmək üçün tikintidə istifadə olunan əlcək çıxarıb verdi. Mən də Əmrahın mənə verdiyi qara rəngli hərbi maskanı başıma, əlcəkləri isə əlimə geyindim. Əmrah özü də başına qara rəngli maska geyindi. Bundan başqa Əmrahın əlində özü ilə gətirdiyi taxta parçası var idi. Ancaq mənim əlimdə heç bir əşya yox idi. Biz çökəklikdə gizlənib Əmrahın dediyi şəxsin gəlməyini gözlədik. Aradan bir neçə saat keçdikdən sonra, artıq 22 avqust 2020-ci il tarixdə saat 02 radələri olardı ki, Əmrahın dediyi şəxs idarə etdiyi «Opel Vectra» markalı avtomobil ilə gəldi. Bu zaman hər ikimiz maskaları başımıza keçirdik. Əmrahın dediyi şəxs daşlar düzdüyümüz yerə yaxınlaşandan sonra avtomobili saxlayıb avtomobildən düşərək yolda düzdüyümüz daşlardan birini götürüb kənara atdı. Bu zaman mən Əmrah ilə birlikdə çökəklikdən çxııb həmin şəxsin üzərinə getdik. Həmin şəxs bizim onun üzərinə hücum etdiyini görüb qışqırmağa başladı və Əmrah əlində olan taxta ilə onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə vurdu, həmin şəxs yerə yıxıldı, mən isə avtomobilə yaxınlaşıb işıqlarını söndürdüm. Bundan sonra avtomobilin mühərrikini söndürüb açarını yerindən çıxardım. Qabaq yan oturacaqda oturacağın üzərində olan ağ rəngli kağız materialdan olan çantanı götürdüm. Mən gördüm ki, yaşayış binaları tərəfindən iki nəfər şəxs bizə tərəf gəlir. Həmin vaxt Əmrah qarşısını kəsdiyimiz şəxslə yerdə yaxalaşıb mübahisə edirdi. Bu zaman mən Əmraha artıq çıxmaq lazım olduğunu deyib boş sahə tərəfə qaçmağa başladım. ...Əmrah yaşadığım evə gəldi. Bundan sonra mən evdə Əmrahın dediyi qarşısını kəsdiyimiz şəxsdən götürdüyümüz pullar olan çantanı gətirdim. Mən pulları götürüb sayaraq iki hissəyə böldüm. Bölgü əsasında hər ikimizə 34 ədəd 100lük ABŞ dolları olmaqla 3400 ABŞ dolları, 10 ədəd 100-lük manatlar olmaqla 1000 manat və təxminən 70-80 manat dəyərində 5, 10 və 20 manatlıq əsginaslar düşdü. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, elan olunmuş ifadəsini təsdiq etmir. İmza onun imzasıdır, lakin ifadəni oxumadan imza etmişdir. Hazırda verdiyi ifadəsi düzdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, quldurluq cinayəti və sənədlərin oğurlanmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs1 əmisi oğludur, digər Təqsirləndirilən şəxs2 isə əsgər yoldaşıdır. O, 2019-cu ilin aprel ayında hərbi xidmətdən qayıtdıqdan sonra Əmrahla uzun müddət görüşməmişdir. 2020-ci ilin iyul ayının sonlarında Əmrah ona axşam saat 20 radələrində zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. O, Əmrahla Binəqədi rayonunda “Qoşa zapravka” deyilən yerin yaxınlığında parkda görüşmüşdür. Əmrah söhbət əsnasında işlədiyi fabrikdə xəzinədarın üzərində pul gəzdirdiyini, hər axşam üzərində pul ilə evə getdiyini demiş və bildirmişdir ki, həmin şəxsin pullarını ələ keçirmək istəyir. Onun da bu işdə Əmraha kömək etməyini istəmişdir. O, Əmrahla razılaşmamışdır. O, Əmrahdan aralaşıb evə getmişdir. Təxminən 3-4 gün sonra Əmrah ona yenə «whatsapp» la zəng edərək görüşmək istədiyini bildirmişdir. O, Əmrahla görüşmüş və Əmrah yenə işlədiyi fabrikdə xəzinədara basqın edib pullarını ələ keçirmək istədiyini və onun da Əmraha kömək etməyini bildirmişdir. O, Əmraha yenə də bu işi görməyəcəyini demişdir. Əmrah ona bu işi görməkdə Əmraha kömək etmək üçün etibarlı adam tapmağını demişdir. O da Əmrahı əsgərlik yoldaşı Təqsirləndirilən şəxs2la tanış etmiş və bildirmişdir ki, bəlkə Bəhruz bu işdə Əmraha kömək edər. Bəhruza zəng etmiş, Bəhruz gəlmiş və Bəhruzu Əmrahla tanış etmişdir. Bundan sonra Əmrah onun yanında Bəhruza işlədiyi fabrikdə xəzinədarın üzərində daim pul gəzdirdiyini, ona basqın edib pullarını ələ keçirmək istədiyini, xəzinədarın işdən hansı saatlarda çıxması və hansı yol ilə yaşadığı evə getməsi barədə, xəzinədarın işdən çıxıb evinə getdiyi yolu tanıdığını, həmin yolda axşam saatlarında heç kimin olmadığını, ətrafda videomüşahidə kameralarının olmadığını, həmin əraziyə bələd olduğunu və xəzinədarı hərəkət etdiyi yolda hər hansı bir maneə quraraq qabağını kəsib pulları ələ keçirməyin mümkün olduğu barədə məlumatlar vermişdir. Bəhruz da Əmrahın dedikləri ilə razılaşıb işi görmək üçün Əmrahın dediyi əraziyə baxmaq istədiyini bildirmişdir. Bundan sonra, onlar ayırlıb evlərinə getmişlər. Təxminən 2020-ci ilin avqust ayının ortalarında axşam saatlarında o, evdə olarkən Bəhruz ona zəng edərək Əmrahın dediyi əraziyə baxmaq üçün oraya getmək istədiklərini bildirmişdir. Getmək istəməsə də, Bəhruz israr etdiyi üçün o, Bəhruzun yaşadığı binanın həyətinə getmiş və Bəhruzla görüşmüşdür. Bəhruz ona Əmrahın onun doğma əmisi oğlu olub-olmamasını, Əmraha etibar edib-etməməsini soruşmuşdur. O, Əmrahı əmioğlu kimi tanıdığını, lakin belə işlərdə Əmrahın necə olduğunu bilmədiyini demişdir. Sonra Bəhruzla birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində Qurtuluş 93 yaşayış massivinə gedib orada Əmrahla görüşmüşlər. Saat 23 radələrində onlar hər üçü piyada Əmrahın dediyi xəzinədarın gələcəyi yola getmişlər. Həmin ərazidə yolun kənarında mişar daşları olmuşdur. Əmrah yolu kəsmək üçün ətrafda olan mişar daşlarını yola düzmək lazım olduğunu demişdir. Onlar ətrafda olan mişar daşlarını yola düzmüşlər və yolun kənarında çökəklikdə dayanıb Əmrahın dediyi şəxsin gəlməsini gözləmişlər. Bəhruzla Əmrah ona Əmrahın dediyi şəxs yaxınlaşan zaman onun birinci çökəklikdən çıxıb həmin şəxsin üzərinə getməli olduğunu, arxasınca da özlərinin gələcəyini demişlər. Bunun üçün Əmrah ona özü ilə gətirdiyi taxta parçasını, sifətinə taxmaq üçün maska vermişdir. O, maskanı başına keçirmiş, taxtanı da əlinə götürmüşdür. Aradan bir saat keçdikdən sonra bir avtomobil həmin yol ilə gəlib yolda olan düzdükləri mişar daşlarını təmizləyib yoluna davam etmişdir. Əmrah ona aralarında cəld adamın o olduğunu deyib yoldakı mişar daşını həmin yerə qoymağını bildirmişdir. O da Əmrah israr etdiyi üçün çökəklikdən çıxaraq yolda mişar daşını götürüb yerinə qoymuşdur. Aradan bir saat keçdikdən sonra Əmrahın dediyi şəxs avtomobil ilə gəlib mişar daşlarını düzdükləri yerə çatmışdır. Əmrah dediyi şəxsin gəldiyini bildirmiş və ona israrla çıxmağını və həmin şəxsin üzərinə getməyini desə də, o, çökəklikdən çıxmamış, ona görə Əmrahla Bəhruz da çıxmamış, Əmrahın dediyi şəxs idarə etdiyi avtomobili saxlayıb, mişar daşlarını təmizlədikdən sonra yoluna davam etmişdir. Bundan sonra, onlar dayandıqları çökəklikdən çıxmışlar. Əmrah ona nəyə görə çıxmadığını soruşduqda, o, Əmraha bu işi əvvəldən görmək istəmədiyini, bundan sonra da etməyəcəyini demişdir. Sonra Əmrah yaxınlıqda yaşadığı üçün onlardan ayrılıb getmişdir. O da Bəhruzla taksiyə minib evlərinə getmişlər. Səhəri gün axşam saatlarında o, işdə olan zaman Əmrah ona zəng edərək, harada və nə iş gördüyünü soruşduqda, o, işdə olduğunu demişdir. O, Əmrahın onu yenə həmin yerə dəvət etmək fikrini anlayıb, işinin çox olduğunu Əmraha bildirmişdir. Bir neçə gün Bəhruz və Əmrah ona müxtəlif vaxtlarda zəng və mesaj yazaraq görüşmək istədiklərini desələr də, o, onlarla görüşməmişdir. 23 avqust 2020-ci il tarixdə axşam saatlarında yaşadığı evin yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra onlarla birlikdə Abşeron Rayon Polis İdarəsinə getmişdir. Polis idarəsində o, əmisi oğlu Əmrah və Bəhruzun Əmrahın dediyi şəxsin yolunu kəsərək həmin şəxsə basqın edib pulunu ələ keçirdiklərini bilmişdir. Hadisə baş verən əraziyə bir dəfə getmişdir. Sonradan Əmrahın cinayət etməsi onun ağlına gəlmədiyindən, Əmrahın bu əməli törətməsinə inanmadığı üçün, o, hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Ona nə Əmrah, nə də ki, Bəhruz pul verməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, o, Əmrahla həmin yerə nəyə görə getməyini bilmiş, lakin, o, orada cinayəti törətməkdən imtina etmiş və gizləndikləri çökəklikdən çıxmamışdır. O, fikirləşməmişdir ki, zərərçəkmiş şəxs onları tanıya bilər. O, hadisəni törətməkdən imtina edəndən neçə gün sonra Əmrahgilin həmin hadisəni törətmələrini bilmir. O, həmin gün onlardan ayrılandan sonra onları görməmişdir. Hadisə günü o, saat 20-00-dək işdə olmuş, işdən sonra isə evə getmişdir. Ona məxsus olan telefondan ancaq o, özü istifadə edir. O, cəmi bir dəfə hadisə yerində olmuş, onda da fikrindən daşınmışdır. Təklif ona pulun oğurlanması ilə olmuş, yəni, sənədlərin oğurlanması barədə heç bir sövdələşmə olmamışdır. O, həmin gün çökəklikdən çıxmadığına görə Əmrahın planı baş tutmamışdır. Ona görə də Əmrahın dediyi avtomobil daşları yoldan təmizləyib çıxıb getmişdir. Onların sonradan həmin işi davam etdirdiklərindən onun məlumatı olmamış, hadisə nəticəsində əldə etdikləri puldan Əmrahla Bəhruz ona heç bir məbləğdə pul verməmişlər. O, Bəhruzun əlində hər hansı bir alət görməmişdir. O, Əmrahın təklifi ilə hadisə yerinə gedəndə nə məqsədlə getməyini bilmiş, lakin, fikrini dəyişib geri qayıtmışdır. Ona görə Əmrahla Bəhruz da çıxmamış, zərərçəkmiş şəxsin avtomobil keçib getmişdir. Elan olunmuş cinayət işinin 3-cü cild 130-133-cü vərəqələrində olan ifadəsinə əsasən Təqsirləndirilən şəxs3 bildirmişdir ki, ona təqdim olunmuş ifadənin sonunda olan imza onundur. Elan olunmuş ifadəsini təsdiq edir. Mişar daşının düzülməsində onun iştirakı olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, təxminən 2 ildir ki, Abşeron rayonu, Saray qəsəbəsi, “Badam villa” yaşayış massivinin yaxınlığında yerləşən “xxxx-mebel” MMC-də xəzinədar işləyir. Təqsirləndirilən şəxs1 tanıyır, digər təqsirləndirilən şəxsləri tanımamışdır. Təqsirləndirilən şəxs1 də “xxxx-mebel” MMC-də mühafizəçi işləmişdir. O, hər gün işdən saat təxminən 22 radələrində çıxır. İşi çox olanda hərdən gec də çıxır. 22 avqust 2020-ci il tarixdə saat 02 radələrində işdən çıxan zaman o, işlədiyi “xxxx-mebel” MMC-nə məxsus 7021 ABŞ dolları və 5341 manat olan pulları ağ rəngli kağız materialdan olan çantaya qoyub avtomobilinin qabaq yan oturacağına qoymuşdur. Çantada puldan başqa ona məxsus müxtəlif sənədlər, yəni şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi də olmuşdur. İşdən çıxıb idarə etdiyi “Opel Vectra” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış massivinin yaxınlığında asfalt yol ilə hərəkət edən zaman yolun hərəkət hissəsində bir cərgə mişar daşlarının düzüldüyünü görmüş və avtomobili saxlamışdır ki, düşüb yolda olan daşları təmizləyib yoluna davam etsin. O, daşlardan birini götürüb kənara atan zaman iki nəfər hündür boylu üzlərində qara rəngli maska olan şəxslərin yolun kənarında olan çökəklikdən çıxaraq onun üzərinə qaçaraq gəldiyini görmüşdür. Həmin şəxslərin birinin əlində beysbol ağacına oxşar taxta parçası, digər şəxsin əlində isə metal parçası olmuşdur. Həmin şəxslərdən bədəncə kök quruluşlu olan əlində olan taxta parçası ilə onun boyun nahiyəsinə bir neçə dəfə zərbə vurmuşdur. O, həmin şəxsin belindən tutub yıxmaq istəyən zaman digər şəxs arxadan onun baş nahiyəsinə küt alətlə bir neçə dəfə zərbə vurmuşdur. O, arxaya çevrilib onu vuran şəxsi vurmaq istəyən zaman digər şəxs onun baş nahiyəsindən əlində olan beysbol ağacına oxşar taxta parçası ilə bir dəfə zərbə vurmuşdur. O, həmin zərbədən yerə yıxılmışdır. O, yerə yıxılan zaman maşına tərəf baxdıqda bir nəfər şəxsin maşınının qabaq sol qapısını açdığını görmüşdür. Bu zaman əlində beysbol sopasına oxşar taxta parçası olan şəxs onun baş nahiyəsinə zərbələr endirmişdir. O, yerdən qalxmağa çalışmışdır. Bu zaman maşınının yanında olan şəxsin boş sahə ilə Yeni-Bakı yaşayış massivi istiqamətində qaçdığını görmüşdür. Onu vurmağa davam edən şəxs yaxınlıqda olan yaşayış binalarının yanından onlara tərəf qaçan şəxsləri görüb boş sahə ilə digərinin qaçdığı istiqamətə tərəf qaçmağa başlamışdır. Bir neçə saniyə sonra ona tərəf yaxınlaşan şəxslərin iki nəfər polis əməkdaşı olduğunu görmüşdür. Polis əməkdaşı nə baş verdiyini soruşduqda, o, polis əməkdaşlarına üzərinə hücum çəkib pulunu apardıqlarını bildirmişdir. Polis əməkdaşları onu döyərək pulunu aparan şəxslərin getdiyi istiqamətə qaçmışlar. Bir neçə dəqiqədən sonra polis əməkdaşları geri qayıdıb 103 xidmətinə zəng edərək X26 çağırmışlar. Bundan sonra onu polis maşını ilə Abşeron rayonu X26 Şöbəsinə aparmışlar. Orada ona ilkin tibbi yardım göstərildikdən sonra onu ambulans maşını ilə Bakı şəhərində olan Respublika Kliniki Xəstəxanasına aparmışlar. Ona hücum edən əlində beysbol ağacına oxşar taxta parçası olan şəxsin gözlərindən və bədən quruluşundan həmin şəxsin onunla eyni yerdə “xxxx-mebel” MMC-də mişarçı işləyən Təqsirləndirilən şəxs1 olduğundan şübhələnmişdir. 22.08.2020-ci il tarixdə saat 02 radələrində ona basqın edilən zaman hücum edən şəxslər avtomobilində qabaq yan oturacaqda olan içərisində işlədiyi “xxxx-mebel” MMC-nə məxsus 7021 ABŞ dolları və 5341 manat olan pul, özünə məxsus şəxsiyyət vəsiqəsi, avtomobilinin qeydiyyat şəhadətnaməsi, evinə məxsus sənədlər, sürücülük vəsiqəsi, etibarnamə olan ağ rəngli kağız materialdan olan çantasını ələ keçirib aparmışlar. Ona üç nəfər deyil, iki nəfər hücum etmişdir. Lakin, o, yerə yıxılan zaman maşınının yanında şəxs gördüyü üçün düşünmüşdür ki, hadisə zamanı üç nəfər şəxs olmuşdur. Hesab edir ki, onlar üç nəfər olmuşdur. Sonradan ona məlum olmuşdur ki, ikinci ona basqın edən və vuran Təqsirləndirilən şəxs2 olmuşdur. Ona dəymiş maddi ziyan 7021 ABŞ dollar manat ekvivalenti ilə 11.935 manat və 5341 manat, yəni 17.276 manat təşkil edir, həmin puldan təqsirləndirilən şəxsdə 5.886 manat tapılmış, 500 manatı isə təqsirləndirilən şəxsin atası ona ödəmişdir, hal-hazırda o, üç təqsirləndirilən şəxsdən 10.890 manat tələb edir, həmçinin, əlavə olaraq müalicə pulunu, yəni, 4300 manat və mənəvi zərərə görə 25.000 manat tələb edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Əmrahla Bəhruz onu vuran şəxslər olmuşlar, 3-cü adam maşının yanında gördüyü adam olmuşdur. Həmin şəxs onu vurmamış, onu döyən 2 nəfər olmuşdur. O, yerə yıxılan zaman onu 2 nəfər döyəndə onlardan biri maşının yanına gedib pulu götürə bilməzmiş. Hesab edir ki, maşının yanında 3-cü adam olmuşdur. Ona görə ki, 3-cü adam olmasa maşından pulu götürmək mümkün olmazmış. O, həmin gün saat 02 radələrinə qədər işdə zehni işlə məşğul olmuş, çox yorğun olmuşdur. Hadisə zamanı o, Əmrahı tanımışdır. Maşının yanında 1 nəfər şəxs dayanmış, o, elə görmüşdürm. Maşından pulu götürənin kim olmasını dəqiq bilmir. Qaçan adam 2 nəfər olmuş, ola bilsin 3-cü adam onlardan əvvəl qaçmış, o, 2 nəfərin qaçdığını görmüşdür. Bəhruzun əlində təxminən 2 metr uzunluqda ağac olmuşdur. Təqsirləndirilən şəxsləri bagışlamır, onlarla barışıq əldə etməmişdir. Təqsirləndirilən şəxslərə ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş-hüquqi şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməlləri nəticəsində Zərərçəkmiş şəxs2 MMC-ə 10.890 manat, işçisinə 4.300 manat maddi ziyan, 25.000 manat isə mənəvi ziyan dəymişdir, xahiş edir mülki iddia təmin edilsin, təqsirləndirilən şəxslərdən həmin məbləğ tutularaq onlara ödənilsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 iş yoldaşı kimi tanımışdır. Digər təqsirləndirilən şəxsləri tanımır. O, təxminən 3 ildir ki, “xxxx” mebel fabrikində mühafizəçi işləyir. İş rejiminə uyğun olaraq hər gün saat 18 radələrindən saat 08 radələrinədək olan müddət ərzində fabrikin mühafizəsini təşkil edir. Zərərçəkmiş şəxs1 işlədiyi fabrikdə xəzinədar işləyir. 21 avqust 2020-ci il tarixdə saat 18 radələrində işə getmişdir. Fabrik 19:30 radələrində bağlandıqdan sonra bütün işçilər getmişdir. Fabrikdə Rəşadət və Afiq adlı şəxslər mühafizə otağının qarşısında əyləşib söhbət edirmişlər. Bir qədər sonra fabrikdə sürücü işləyən Asif, bir az sonra isə Rəşadətin qardaşı Rövşən oraya gəlmişdir. Mütəmadi olaraq fabrikdə mühafizə otağında axşam işdən sonra bəzi işçilər qalıb domino oynayırmışlar. Həmin şəxslər də domino oynayırmışlar. O, fabrikin giriş darvazasının qarşısında dayanmışdır. Saat 20 radələrində onun mobil telefonuna fabrikdə mişarçı işləyən Təqsirləndirilən şəxs1 «whatsapp» da mesaj yazaraq hal-əhval tutmuşdur. O, Əmraha hər şeyin qaydasında olduğunu bildirmişdir. Əmrah ondan domino oynanılıb-oynanılmadığını soruşduqda, o, Əmraha Rəşadət, Rövşən və Afiqin domino oynadığını demişdir. Saat 23:45 radələrində Əmrah ona «whatsapp» la zəng edərək eyni yazdığı mesajları ona telefonda demişdir. Söhbət zamanı Əmrah ondan domino oynayan şəxslərin gedib-getməməsini soruşduqda, o, Əmraha domino oynayan Rəşadət, Afiq və Asifin çıxıb getdiyini demiş, fabrikdə yalnız Rövşənin qaldığını demişdir. Əmrah Rövşənin fabrikdən nə vaxt çıxacağını soruşduqda, o, Əmraha Rövşənin nə vaxt çıxacağını bilmədiyini demişdir. Təxminən 1 saat sonra Rövşən fabrikdən çıxıb getmişdir. O da fabrikin həyətində ərazini gəzib geri mühafizə otağına qayıtmışdır. 22 avqust 2020-ci il tarixdə saat 05 radələrində o, fabrikin yaxınlığında olan Afiqin sexinin qapısını bağlayıb geri döndükdə fabrikdə polis əməkdaşlarının olduğunu görmüşdür. Daha sonra ona məlum olmuşdur ki, işlədiyi fabrikdə xəzinədar işləyən Zərərçəkmiş şəxs1 evə gedən zaman Rövşənin yolunu kəsərək, başına xəsarət yetirib pulunu ələ keçirmişlər. Əmrah ondan fabrikdə kimin olub-olmamasını soruşduqda, Əmrahın hər hansı cinayəti törətmək fikrinin olmasını başa düşməmişdir. Həmişə fabrikdə axşam saatlarında bəzi işçilər domino oynadıqları üçün, Əmrahın kimin domino oynayıboynamamasını soruşmasını adi hal kimi başa düşmüşdür. Əmrah hadisə günü ona 1 dəfə vatsapda mesaj yazaraq hal-əhval tutmuş, sonra isə 2 dəfə vatsapla zəng edib danışmışdır. Rövşənin nə vaxt işdən çıxmasını da soruşmuş, o, demişdir ki, hələ işləyir, nə vaxt çıxmasını bilmir. Əmrahın danışmasından o, heç nədən şübhələnməmişdir. O, hadisənin neçə nəfər tərəfindən törədilməsini bilmir. Sonradan hadisə barədə eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxləri əvvəllər tanımamışdır. 2018-ci ildən Abşeron RPİ-nin Post-Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. Hər gün saat 19:00-dan 08:00-dək Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində avtopatrul ilə xidmətə çıxır. 21 avqust 2020ci il tarixdə saat 19:00-da PPXB-nün tağım komandiri polis leytenantı Şahid7 və PPXBnün polis nəfəri polis serjantı Şahid8lə birlikdə avtopatrul maşını ilə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində xidmətə olarkən 22 avqust 2020-ci il tarixdə, saat təxminən 02 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksinin yaxınlığında olan zaman yaşayış kompleksindən aralıda beton zavodun yerləşdiyi istiqamətdə asfalt yolda bir nəfər şəxsin çığırtı səsini eşitmişlər. Onlar yaşayış kompleksinin küçəsində olduqlarından səs gələn tərəfə getmək üçün yol olmadığından vaxt itirməmək üçün o və Şahid7 avtopatruldan düşərək həmin şəxsin olduğu istiqamətə tərəf qaçmağa başlamışlar. Onlar səs gələn tərəfə yaxınlaşdıqda, asfalt örtüyün üzərində bir nəfər şəxsin uzanmış vəziyyətdə olduğunu və yolun hərəkət hissəsində isə qapıları açıq vəziyyətdə avtomobil görmüşlər. Bundan başqa yolun hərəkət hissəsində bir cərgə ilə mişar daşları düzülmüşdür. Onlar həmin şəxsdən nə baş verdiyini soruşduqda, həmin şəxs bir neçə nəfərin onu döyərək maşınının salonunda olan işlədiyi idarəyə məxsus pulu oğurlayaraq qaçdığığını bildirmişdir. Onlar dərhal həmin şəxsin göstərdiyi istiqamətdə şəxslərin qaçdığı istiqamətə tərəf qaçmağa başlamışlar. Onlar həmin şəxsləri tutmaq üçün bir qədər qaçsalar da, çox aralıda olduqları üçün həmin şəxslərə çata bilməmişlər. Bundan sonra onlar geri, yəni, hadisə yerinə qayıtmışlar. Şahid7 ilk olaraq X26 çağırmaq üçün 103 xidmətinə, daha sonra isə Abşeron Rayon Polis İdarəsinin növbətçi hissəsinə məlumat vermişdir. Komandir Şahid7 kömək üçün əlavə patrul çağırmışdır ki, həmin zərərçəkən şəxsi Abşeron rayon X26 şöbəsinə aparsın. Əlavə patrul gəldikdən sonra onlar həmin şəxsi avtopatrul maşınına mindirərək xəstəxanaya göndərmişlər. O, Şahid7 və Şahid8 hadisə yerini mühafizə etmək üçün orada qalmışlar. Əməliyyat qrupu hadisə yerinə gələrək müayinə etdikdən sonra onlar hadisə yerindən getmişlər. Zərərçəkmiş şəxs onu neçə nəfərin döyməsini deməmişdir. Avtomobil qarşı tərəfdən gəlmiş, 1 nəfər sol tərəfdən qaçmış, bir nəfər isə sağ tərəfdən qaçmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nün əməkdaşları Şahid7 və Şahid8 Cəlal oğlu eyni məzmunlu ifadələr verərək Şahid6 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid2 ifadəsindən görünür ki, anket məlumatında göstərilən ünvanda kirayədə yaşayır, rəsmi olaraq heç bir yerdə işləməsə də, Bakı şəhərində müxtəlif yerlərdə tikinti işlərində fəhlə işləyir. Təqsirləndirilən şəxs2 onun qohumudur. Bəhruzla eyni kənddə, yəni Sabirabad rayonu, Xəlfəli kəndində yaşayır. Münasibətləri qohum kimi çox yaxşıdır. Bəhruz 2020-ci ilin təxminən iyun ayında ondan 1000 (min) manat borca pul almışdır. 2020-ci ilin avqust ayının sonlarında Bəhruz onunla Sabirabad rayonu, Xəlfəli kəndində görüşərək ona olan 1000 (min) manat borcunu qaytarmışdır. Aradan bir neçə gün keçdikdən sonra eşitmişdir ki, Bəhruz cinayət törətdiyinə görə tutulmuşdur. Əlavə olaraq bildirmişdir ki, Bəhruzun ona ödədiyi 1000 (min) manat pulu cinayət törədərək əldə etməsi barədə heç bir məlumatı olmamışdır. Sonradan Bəhruzun cinayət törətdiyinə görə tutulması barədə məlumatı olmuşdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid3 ifadəsindən görünür ki, ailəsi ilə birlikdə anket məlumatında göstərilən ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs2 yaşadığı Sabirabad rayonu, Xəlfəli kəndində qonşuluqda yaşayır. Münasibətləri həmişə yaxşı olmuşdur. Bəhruzun qardaşı Fərasət də onun yaxın dostudur. Bəhruz 2020-ci ilin təxminən iyun-iyul aylarında ondan 1000 (min) manat borca pul almış. 2020-ci ilin avqust ayının sonlarında Bəhruz yaşadıqları Sabirabad rayonu, Xəlfəli kəndində onunla görüşərək ona olan 1000 (min) manat borcunu qaytarmışdır. Hazırda Bəhruzun ona borcu olmadığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, Bəhruzun ona ödədiyi 1000 (min) manat pulu cinayət törədərək əldə etməsi barədə heç bir məlumatı olmamışdır. Sonradan kənddə Bəhruzun cinayət törətməsini eşitmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid4 ifadəsindən görünür ki, anket məlumatında göstərilən ünvanda yaşayır. Xəlfəli kəndində yerləşən ərzaq dükanı işlədir. Təqsirləndirilən şəxs2 tanıyır. Xəlfəli kəndində qonşuluğunda yaşayır. Münasibətləri normal olmuşdur. Həmişə Bəhruz onun işlətdiyi ərzaq dükanından ərzaq alırmış, pulu olmadıqda nisyə götürüb sonra qaytarırmış. 2020-ci ilin avqust ayının sonlarında Bəhruz dükana olan 300 (üç yüz) manat borcunu gətirib ona ödəmişdir. Hazırda Bəhruzun ona borcu olmadığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, Bəhruzun ona ödədiyi 300 (üç yüz) manat pulu cinayət törədərək əldə etməsi barədə heç bir məlumatı olmamışdır. Sonradan Bəhruzun cinayət törətməsi barədə məlumatı olmuşdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid5 ifadəsindən görünür ki, anket məlumatında göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi qaydada dam örtükləri, qapı-pəncərə ustasıdır. Təqsirləndirilən şəxs2 tanıyır. Onunla eyni kənddə, Xəlfəli kəndində yaşayır. Münasibətləri normal olmuşdur. Bəhruz ona yaşadığı Xəlfəli kəndində yerləşən evində təmir işləri gördürmüşdür. O, Bəhruzun yaşadığı evdə 2020-ci ilin may-iyun aylarında usta kimi təmir işləri görmüşdür. Lakin həmin vaxt Bəhruz pulu olmadığı üçün gördüyü işin müqabilində verməli olduğu 1100 (min bir yüz) manat pulu verməyərək ona borclu qalmışdır. 2020-ci ilin avqust ayının sonlarında Bəhruz onunla Xəlfəli kəndində görüşərək ona olan 1100 (min bir yüz) manat borcunu qaytarmışdır. Sonradan Bəhruzun cinayət törətdiyi üçün tutulduğunu eşitmişdir. Əlavə olaraq bildirmişdir ki, Bəhruzun ona ödədiyi 1100 (min bir yüz) manat pulu cinayət törədərək əldə etməsi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs1 22 avqust 2020-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs1 22.08.2020-ci ildə, saat 02 radələrində işlədiyi fabrikdən idarə etdiyi “Opel” markalı, **-EM-*** nömrə nişanlı avtomaşınla evə gedərkən, Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 y/m-nin arxa küçəsində yola düzülmüş daşları təmizləyib yola davam etmək istəyən zaman 3 nəfər üzlərində qara maska olan şəxslərin taxta materialdan olan beyzbol sopası ilə başına zərbələr endirərək, maşınında qabaq yan oturacaqda ağ rəngli çantada olan 7021 ABŞ dolları və 5341 manat nəğd pulu ələ keçirib apardıqlarını bildirmişdir. Cinayət işinin 1-ci cild 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Abşeron RPİ-nin növbətçi hissəsinin məsul növbətçisi, polis mayoru H.Əhmədovun 22 avqust 2020-ci il tarixli raportundan görünür ki, 22.08.2020-ci ildə, saat 02:25-də Xırdalan TTY-dən məlumat verilmişdir ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 təpə nahiyəsinin kəsilmiş didilmiş yarası ilə xəstəxanaya daxil olmuşdur. Cinayət işinin 1-ci cild 7-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Abşeron RPİ-nin PPXB-nin əməkdaşları, polis serjantları Şahid6 və Şahid8 22.08.2020-ci il tarixli raportundan görünür ki, 22.08.2020-ci il tarixdə saat təxminən 02:00 radələrində Abşeron rayonunun ərazisi olan Masazır qəsəbəsində yoxlama apararkən Qurtuluş massivinin arxa hissəsindən keçərkən çağırış səsləri eşidib, həmin yerə yaxınlaşarkən bir nəfər vətəndaşın üst başının qan içində olduğunu və həmin vətəndaşdan 200 metr məsafədə qaçan şəxsləri görmüşlər. Dərhal həmin vətəndaşı TTY-a çatdırmışlar. Həmin şəxs 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 olmuşdur. Cinayət işinin 1-ci cild 8-13-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 avqust 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş y/m-dən təxminən 300-400 metr aralıda yaşayış sahəsi olmayan boş ərazidə yerləşən yolun hərəkət hissəsidir. Yolun hərəkət hissəsində gümüşü rəngli “Opel Vectra” markalı, “**-FM-***” dövlət qeydiyyat nişanlı avtomobil var. Avtomobilin üzərində heç bir zədə yoxdur. Avtomobilin qarşısında yolun hərəkət hissəsində bir cərgə ilə mişar daşları düzülmüşdür. Avtomobilin qarşı tərəfində yerdə geniş sahədə qanabənzər izlər aşkar olunmuşdur. Avtomobilin kapotunun üzərində və yan hissəsində qanabənzər ləkələr aşkar olunmuşdur. Baxış zamanı həmin avtomobilin Zərərçəkmiş şəxs1 məxsus olduğu müəyyən edilmişdir. Hadisə yerində maddi sübut qismində heç bir əşya aşkar edilməmişdir. Baxış zamanı “Samsung” markalı mobil telefonla fotoşəkillər çəkilmişdir. Cinayət işinin 1-ci cild 41-43-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 avqust 2020-ci il tarixli baxış və götürmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ərizə ilə müraciət edərək 22.08.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 avtomobilindən tanışı Təqsirləndirilən şəxs2 götürdüyü puldan ona verilmiş 300 ədəd 100 ABŞ dollarını, 7 ədəd 100 manatı, 2 ədəd 20 manatı, 4 ədəd 10 manatı, 1 ədəd 5 manatı və 1 ədəd 1 manatı təqdim etmişdir. Təqdim edilmiş pul əsginasları sübut əhəmiyyəti daşıdığından götürülmüşdür. Baxış zamanı “Samsung” markalı mobil telefonla fotoşəkillər çəkilmişdir. Cinayət işinin 1-ci cild 68-76-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 avqust 2020-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsini təsdiq edərək, baş vermiş hadisəni əyani şəkildə göstərmişdir. Cinayət işinin 1-ci cild 83-cü vərəqəsində olan Təqsirləndirilən şəxs3 23 avqust 2020-ci il tarixli ərizəsindən görünür ki, ona məxsus “Samsung” markalı mobil telefona baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 1-ci cild 86-101-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 avqust 2020-ci il tarixli əşyaya baxış keçirilməsi və götürülməsi haqqında protokoldan və protokola əlavə edilmiş “whatsapp” danışıqlarından çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs3 təqdim etdiyi və özünə məxsus üzərində ***-***-**-** mobil nömrəsi olan “Samsung” markalı mobil telefona baxış keçirilmişdir. Mobil telefona baxış zamanı baş vermiş cinayət hadisəsində adları keçən Təqsirləndirilən şəxs3 əmisi oğlu Təqsirləndirilən şəxs1 adı “F” adı ilə, tanışı Təqsirləndirilən şəxs2 adı “Behruz” kimi qeyd olunmuşdur. Behruz adı ilə qeyd olunmuş şəxslə danışıq zamanı Behruz 18.09.20-ci il saat 20:26-da “bu gun edmek isderik ne dersen” məzmunlu mesaj göndərmiş, həmçinin sonrakı mesajlarında nəticədə pul əldə edəcəklərini, hər hansı təhlükə yarandığı halda məsuliyyəti öz üzərinə götürməsi barədə vədlər vermişdir. Bundan başqa, “K” ilə qeyd edilmiş Əmrah Təqsirləndirilən şəxs3yevə “Gelmirsen burda ozune maşin ev alacg qeder pulu olan var gelib bunu iki nefere”, “hel ederdik”, “her gun elinde dollar gedir”, “packa packa sen ol”, “bu gun hel ede bilerik”, “yaxsi plan var prostu”, “telefon sobeti deyil” məzmunlu mesajlar göndərmiş, Təqsirləndirilən şəxs3 də cavabında “5 de çıxacam sabah görüşeriy brat” məzmunlu mesaj yazmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs3 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onunla quldurluq cinayəti törətmək mövzusunda yazışmışlar. Cinayət işinin 1-ci cild 174-cü vərəqəsində olan 26 avqust 2020-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs3 ona məxsus “Samsung” markalı mobil telefonu işlək vəziyyətdə təhvil almışdır. Cinayət işinin 1-ci cild 236-cı vərəqəsində olan və məhkəmədə təqdim edilərək araşdırılmış X2 03 sentyabr 2020-ci il tarixli ərizəsindən görünür ki, oğlu Təqsirləndirilən şəxs1 tərəfindən zərərçəkmiş “xxxx” mebel MMC-yə vurulmuş maddi ziyandan 500 manat məbləğində pulu zərərçəkmişə ödəmək üçün təqdim etmişdir. Cinayət işinin 1-ci cild 239-240-cı vərəqələrində olan və məhkəmədə təqdim edilərək araşdırılmış 03 sentyabr 2020-ci il tarixli əşyanın götürülməsi haqqında protokoldan görünür ki, vətəndaş X2 zərərçəkmiş “xxxx” mebel MMC-yə oğlu Təqsirləndirilən şəxs1 tərəfindən vurulmuş ziyandan ödəmək üçün təqdim etdiyi 500 (beş yüz) manat zərərçəkmişə ödənilməsi üçün götürülmüşdür. Cinayət işinin 2-ci cild 59-63-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 sentyabr 2020-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs3 istintaq zamanı verdiyi ifadəsini təsdiq edib, baş vermiş hadisəni; yəni 2020-ci ilin iyul ayının sonlarında Əmrahla Binəqədi rayonunda “Qoşa zapravka” deyilən yerin yaxınlığında parkda görüşmüşdür. Əmrah söhbət əsnasında işlədiyi fabrikdə xəzinədarın üzərində pul gəzdirdiyini, hər axşam üzərində pul ilə evə getdiyini demiş və bildirmişdir ki, həmin şəxsin pullarını ələ keçirmək istəyir. Onun da bu işdə Əmraha kömək etməyini istəmişdi. O, Əmrahla razılaşmamış, Əmrah isə ona bu işi görməkdə kömək etmək üçün etibarlı adam tapmağını demişdir. O da Əmrahı əsgərlik yoldaşı Təqsirləndirilən şəxs2la tanış etmiş və bildirmişdir ki, bəlkə Bəhruz bu işdə Əmraha kömək edər. Bəhruza zəng etmiş, Bəhruz gəlmiş və Bəhruzu Əmrahla tanış etmişdir. Bundan sonra Əmrah onun yanında Bəhruza işlədiyi fabrikdə xəzinədarın üzərində daim pul gəzdirdiyini, ona basqın edib pullarını ələ keçirmək istədiyini, xəzinədarın işdən hansı saatlarda çıxması və hansı yol ilə yaşadığı evə getməsi barədə, xəzinədarın işdən çıxıb evinə getdiyi yolu tanıdığını, həmin yolda axşam saatlarında heç kimin olmadığını, ətrafda videomüşahidə kameralarının olmadığını, həmin əraziyə bələd olduğunu və xəzinədarı hərəkət etdiyi yolda hər hansı bir maneə quraraq qabağını kəsib pulları ələ keçirməyin mümkün olduğu barədə məlumatlar vermişdir. Bəhruz da Əmrahın dedikləri ilə razılaşıb işi görmək üçün Əmrahın dediyi əraziyə baxmaq istədiyini bildirmişdir. 2020-ci ilin avqust ayının ortalarında axşam saatlarında o, evdə olarkən Bəhruz ona zəng edərək Əmrahın dediyi əraziyə baxmaq üçün oraya getmək istədiklərini bildirmişdir. Getmək istəməsə də, Bəhruz israr etdiyi üçün o, Bəhruzla birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində Qurtuluş 93 yaşayış massivinə gedib orada Əmrahla görüşmüşlər. Saat 23 radələrində onlar hər üçü piyada Əmrahın dediyi xəzinədarın gələcəyi yola getmişlər. Həmin ərazidə yolun kənarında mişar daşları olmuşdur. Əmrah yolu kəsmək üçün ətrafda olan mişar daşlarını yola düzmək lazım olduğunu demişdir. Onlar ətrafda olan mişar daşlarını yola düzmüşlər və yolun kənarında çökəklikdə dayanıb Əmrahın dediyi şəxsin gəlməsini gözləmişlər. Bəhruzla Əmrah ona Əmrahın dediyi şəxs yaxınlaşan zaman onun birinci çökəklikdən çıxıb həmin şəxsin üzərinə getməli olduğunu, arxasınca da özlərinin gələcəyini demişlər. Bunun üçün Əmrah ona özü ilə gətirdiyi taxta parçasını, sifətinə taxmaq üçün maska vermişdir. O, maskanı başına keçirmiş, taxtanı da əlinə götürmüşdür. Aradan bir saat keçdikdən sonra bir avtomobil həmin yol ilə gəlib yolda olan düzdükləri mişar daşlarını təmizləyib yoluna davam etmişdir. Əmrah ona aralarında cəld adamın o olduğunu deyib yoldakı mişar daşını həmin yerə qoymağını bildirmişdir. O da Əmrah israr etdiyi üçün çökəklikdən çıxaraq yolda mişar daşını götürüb yerinə qoymuşdur. Aradan bir saat keçdikdən sonra Əmrahın dediyi şəxs avtomobil ilə gəlib mişar daşlarını düzdükləri yerə çatmışdır. Əmrah dediyi şəxsin gəldiyini bildirmiş və ona israrla çıxmağını və həmin şəxsin üzərinə getməyini desə də, o, çökəklikdən çıxmamış, ona görə Əmrahla Bəhruz da çıxmamış, maşın isə yoluna davam etməsini əyani şəkildə bir daha göstərmişdir. Cinayət işinin 2-ci cild 96-99-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsindən daxil olmuş maddi sübutların ekspertizasının 21 sentyabr 2020-ci il tarixli, 693/2020-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 təqdim olunan şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu - A/İİ/-dir. Ekspertizaya təqdim olunan 03 ədəd çubuqlu pambıq tamponlar üzərində insan qanı aşkar olunmuşdur. Tədqiq olunan qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda “A” antigeni alındı. Bu qan ləkələri Abeta/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Cinayət işinin 2-ci cild 142-143-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 30 noyabr 2020-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan və CD diskdən görünür ki, “xxxx” MMC-dən götürülmüş və içərisində Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə daxil olan və çıxan zəngləri, həmçinin anten məlumatlarını özündə əks etdirən CD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı nömrənin 19 avqust 2020-ci il tarixdə saat 19:36, 20:05, 20:09, 20:34, 21:10 və 22:20-də və 20 avqust 2020-ci ildə saat 13:12-də, 20:02-də Abşeron rayonu ərazisində anten dairəsi əhatəsində olmuşdur. Həmin nömrə ilə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** nömrəsi və Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil nömrəsi ilə müxtəlif vaxtlarda telefon danışıqları qeydə alınmışdır. Həmçinin, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** mobil nömrəsi ilə sms yazışmaları qeydə alınmışdır. Belə ki, 23.08.2020-ci ildə saat 11:12:19-da, 11:43:20-də Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə telefon danışıqları qeydə alınmış, 19.08.2020-ci ildə saat 19:38:55-də, 19:39:01-də, 20:04:50-də, 21:04:23-də, 21:04:29-da və 21:04:34-də Təqsirləndirilən şəxs3 məxsus ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil nömrəsi arasında sms yazışmaları müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 145-146-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 dekabr 2020-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan və CD diskdən görünür ki, “xxxx” MMC-dən götürülmüş və içərisində Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zəngləri, həmçinin anten məlumatlarını özündə əks etdirən CD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin 21.08.2020-ci il tarixdə saat 21:50 dəqiqədən 22.08.2020-ci il tarixdə saat 02:43 dəqiqəyədək olan müddət ərzində Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivi, 3-cü yaşayış sahəsi bina F ərazisində və Abşeron rayonu, Saray qəsəbəsi ərazisində anten dairəsi əhatəsində olduğu müşahidə edilmişdir. Həmin CD diskdə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin danışıqlar siyahısı və sms yazışmaları müəyyən edilməmişdir. Cinayət işinin 2-ci cild 148-149-cu vərəqələrində olan vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 dekabr 2020-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan və CD diskdən görünür ki, “xxxx” MMC-dən götürülmüş və içərisində Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zəngləri, həmçinin anten məlumatlarını özündə əks etdirən CD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil nömrəsinin 22.08.2020-ci il tarixdə saat 02:02-dən 02:53-dək olan müddət ərzində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində anten dairəsi əhatəsində olduğu müşahidə edilmişdir. Təqsirləndirilən şəxs1 ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** mobil nömrəsi və Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***- ***-**-** mobil nömrələri arasında müxtəlif vaxtlarda telefon danışıqları qeydə alınmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs2 ***-***-**-** nömrəsi arasında 17.08.2020-ci il saat 21:34:48-də, 22.08.2020-ci il saat 02:53:37-də, Təqsirləndirilən şəxs2 ***-***-**-** mobil nömrəsi ilə 16.08.2020-ci il saat 20:32:36-da telefon danışıqları; həmçinin, Təqsirləndirilən şəxs1 ***-***-**-**mobil nömrəsi ilə Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında14.08.2020-ci ildə saat 21:24:43-də, 17.08.2020-ci il saat 19:49:51-də, 17.08.2020-ci ildə saat 20:43:57-də, 19.08.2020-ci ildə saat 19:36:42-də; 19.08.2020-ci ildə saat 20:05:11-də; 22.08.2020-ci ildə saat 19:00:58-də; 22.08.2020-ci ildə saat 19:20:26-da; 22.08.2020-ci ildə saat 19:41:00-da və 22.08.2020-ci ildə saat 19:44:54-də telefon danışıqları qeydə alınmışdır. Həmçinin, Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***- ***-**-** mobil nömrəsi arasında sms yazışmaları qeydə alınmışdır. Belə ki, 19.08.2020-ci ildə saat 21:04:20-də Təqsirləndirilən şəxs1 ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs3 isdifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Emin oğluyam başkasi deyilem telfonu ac o senin sobetdini men sənsiz hel edecem narahat olma” məzmunlu mesaj göndərmişdir. Cinayət işinin 2-ci cild 163-165-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsinin 30 oktyabr 2020-ci il tarixli, 2126 nömrəli canlı şəxsin ekspertizasının ekspert rəyindən görünür ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər qapalı kəllə beyin travması, baş-beyin silkələnməsi, təpə və təpə-ənsə nahiyələrinin əzilmiş-cırılmış yaraları, sağ əlin V barmağın əsas falanqasmm proksimal metafizinin qapalı yerdəyişmiş sınığı; alın, sol çiyin, hər iki said, mil-bilək nahiyələri və hər iki diz oynağı nahiyələrinin yumşaq toxumalarının əzilməsi və qançırları bərk küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 22.08.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcələrinə görə: -sağ əlin V barmağın əsas falanqasımn proksimal metafizinin qapalı yerdəyişmiş sınığı - dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir; -qapalı kəllə beyin travması, baş-beyin silkələnməsi; təpə və təpə-ənsə nahiyələrinin əzilmiş-cırılmış yaraları, alın, sol çiyin, hər iki said, mil-bilək nahiyələri və hər iki diz oynağı nahiyələrinin yumşaq toxumalarının əzilməsi və qançırları - dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Cinayət işinin 2-ci cild 199-205-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 yanvar 2021-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 baş vermiş hadisəni əyani şəkildə göstərərək, istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin 2-ci cild 206-210-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 yanvar 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadəsini “...Mən də bir daha Bəhruza və Sucəddinə Rövşənin iş yeri barədə və hansı yol ilə yaşadığı evə getməsi barədə məlumatlar verdim. Bəhruz və Sucəddin mənim təklifim ilə razılaşdılar. ...Xəzinədar Rövşən məni tanıdığı üçün söhbət əsnasında biz qərara gəldik ki, elə hər üçümüz hadisə törədərkən sifətimizə maska taxaq və mən də özümdə evdə olan özüm hazırladığım taxtanı götürəcəyimi bildirdim, Sucəddin və Bəhruz da özləri maska götürəcəklərini dedilər. ...Aradan təxminən bir müddət keçdikdən sonra mən Sucəddin və Bəhruz ilə axşam saat təxminən 23 radələrində işlədiyim xxxx-mebel MMC-yə getdik. Biz qərara gəldik ki, Rövşənin avtomobilini saxlatdırmaq üçün onun avtomobil ilə gəldiyi yola mişar daşları düzək. Biz hər üçümüz həmin ərazidə olan mişar daşlarından daşıyaraq yolda bir cərgə ilə düzdük və özümüz kənarda oturub Rövşənin gəlməyini gözlədik, Bəhruzla mən Sucəddin daha cəld olduğu üçün Rövşənin üzərinə ilk onun hücum etməsi və arxası ilə bizim getməyimiz qərarına gəldik. Bunun üçün mən özüm ilə gətirdiyim taxta parçasını və Bəhruzun gətirdiyi maskanı Sucəddinə verdim. Sucəddin maskanı taxdı. ...” hissəsində Təqsirləndirilən şəxs3 üzünə qarşı bir daha təsdiq etmişdir. Həmin üzləşdirmə zamanı Təqsirləndirilən şəxs3 də Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etmişdir. Cinayət işinin 2-ci cild 211-215-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 yanvar 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs3 istintaq zamanı verdiyi ifadəsini “...Artıq saat 23 oalrdı ki, biz hər üçümüz piyada Əmrahın dediyi xəzinədarın gələcəyi yola getdik. Həmin ərazidə yolun kənarında mişar daşları var idi. Əmrah bizə dedi ki, yolu kəsmək üçün ətrafda olan mişar daşlarını yola düzmək lazımdır. Bundan sonra biz ətrafda olan mişar daşlarını yola bir cərgə ilə düzdük, yolun kənarında çökəklikdə dayanıb Əmrahın dediyi şəxsin gəlməsini gözlədik. Bəhruz ilə Əmrah mənə dedilər ki, Əmrahın dediyi şəxs yaxınlaşan zaman mən birinci çökəklikdən çıxıb həmin şəxsin üzərinə getməliyəm, arxamca da onlar gələcək. Bunun üçün Əmrah mənə özü ilə gətirdiyi taxta parçasını, sifətimə taxmaq üçün maska verdi. Mən maskanı başıma keçirdim, taxtanı da əlimə götürdüm. Aradan bir saat keçdikdən sonra markası dəqiq yadımda olmayan ağ rəngli bir maşın həmin yol ilə gəlib yolda olan düzdüyümüz mişar daşlarını təmziləyib yoluna davam etdi. Əmrah mənə artamızda cəld adam sənsən deyib yoldakı mişar daşını həmin yerə qoymağımı bildirdi. Mən də o israr etdiyi üçün çökəklikdən çıxaraq yolda mişar daşını götürüb yerinə qoydum. ...” hissəsində Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişdir. Həmin üzləşdirmə zamanı, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 dediklərini təsdiq edərək həmçinin bildirmişdir ki, “...Aradan iki-üç gün keçdikdən sonra, yəni, 21 avqust 2020-ci il tarixdə saat 22 radələrində Əmrah mənə vatsapda mesaj yazaraq Sucəddinin gəlməyəcəyini, mənimlə tək bu işi görəcəyini dedi. Daha sonra mən Əmrahla görüşüb ikimiz cinayəti törətmişik. ...” hissəsində ifadəsini təsdiq etmişdir. Cinayət işinin 2-ci cild 223-227-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 yanvar 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsini “...22 avqust 2020-ci il tarixdə saat 02 radələrində işdən çıxan zaman mən işlədiyim xxxx-mebel MMC-nə məxsus 7021 ABŞ dolları və 5341 manat olan pulları ağ rəngli kağız materialdan olan çantaya qoyub avtomobilimin qabaq yan oturacağına qoymuşdum. Çantada puldan başqa mənə məxsus müxtəlif sənədlərim olmuşdur. İşdən çıxıb idarə etdiyim «Opel Vectra» markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilim ilə qaldığım Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış massivinin yaxınlığında asfalt yol ilə hərəkət edən zaman yolun hərəkət hissəsində bir cərgə mişar daşlarının düzüldüyünü gördüm. Mən avtomobili saxladım ki, düşüb yolda olan daşları təmizləyib yoluma davam edim. Mən daşlardan birini götürüb kənara atan zaman iki nəfər hündür boylu üzlərində qara rəngli maska olan şəxslərin yolun kənarında olan çökəklikdən çıxaraq mənim üzərimə qaçaraq gəldiyini gördüm. Həmin şəxslərinin birinin əlində beyspol ağacına oxşar taxta parçası, digər şəxsin əlində isə metal parçası var idi. Həmin şəxslərdən bədəncə kök quruluşlu olanı əlində olan taxta parçası ilə mənim boyun nahiyəmə bir neçə dəfə zərbə vurdu. Mən həmin şəxsin belindən tutub yıxmaq istəyən zaman digər şəxs arxadan mənim baş nahiyəmə küt alətlə bir neçə dəfə zərbə vurdu. Mən arxaya çevrilib həmin məni vuran şəxsi vurmaq istəyən zaman digər şəxs mənim baş nahiyəmdən əlində olan beysbol ağacına oxşar taxta parçası bir dəfə zərbə vurdu. Mən həmin zərbədən yerə yıxıldım. Mən yerə yıxılan zaman maşına tərəf baxdıqda gördüm ki, bir nəfər şəxs maşının qabaq sol qapısını açır. Bu zaman əlində beyspol sopasına oxşar taxta parçası olan şəxs mənim baş nahiyəmə zərbələr endirirdi. Mən yerdən qalxmağa çalışırdım. Maşınımın yanında olan şəxsin boş sahə ilə Yeni-Bakı yaşayış massivi istiqamətində qaçdığını gördüm. ...” hissəsində Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişdir. Cinayət işinin 2-ci cild 228-231-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 yanvar 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 istintaq zamanı verdiyi ifadəsini “... 22 avqust 2020-ci il tarixdə saat 02 radələri olardı ki, Əmrahın dediyi şəxs idarə etdiyi Opel Vectra markalı avtomobil ilə gəldi. Bu zaman hər ikimiz maskaları başımıza keçirdik. Əmrahın dediyi şəxs daşlar düzdüyümüz yerə yaxınlaşandan sonra avtomobili saxlayıb yolda düzdüyümüz daşlardan birini götürüb kənara atdı. Bu zaman mən Əmrah ilə birlikdə çökəklikdən çıxıb həmin şəxsin üzərinə getdik. Həmin şəxs bizim onun üzərinə hücum etdiyini görüb qışqırmağa başladı və Əmrah əlində olan taxta ilə onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə vurdu, həmin şəxs yerə yıxıldı, mən isə avtomobilə yaxınlaşıb işıqlarını söndürdüm. Bundan sonra avtomobilin mühərrikini söndürüb açarını yerindən çıxardım. Qabaq yan oturacaqda oturacağın üzərində olan ağ rəngli kağız materialdan çantanı götürdüm. Mən gördüm ki, yaşayış binaları tərəfdən iki nəfər şəxs bizə tərəf gəlir. Həmin vaxt Əmrah qarşısını kəsdiyimiz şəxslə yerdə yaxalaşıb mübahisə edirdi. ...” hissəsində Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişdir. Cinayət işinin 2-ci cild 232-235-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 yanvar 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsini “...22 avqust 2020-ci il tarixdə saat 02 radələrində işdən çıxan zaman mən işlədiyim xxxx-mebel MMC-nə məxsus 7021 ABŞ dolları və 5341 manat olan pulları ağ rəngli kağız materialdan olan çantaya qoyub avtomobilimin qabaq yan oturacağına qoymuşdum. Çantada puldan başqa mənə məxsus müxtəlif səndlərim olmuşdur. İşdən çıxıb idarə etdiyim Opel Vectra markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilim ilə qaldığım Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış massivinin yaxınlığında asfalt yol ilə hərəkət edən zaman yolun hərəkət hissəsində bir cərgə mişar daşlarının düzüldüyünü gördüm. Mən avtomobili saxladım ki, düşüb yolda olan daşları təmizləyib yoluma davam edim. Mən daşlardan birini götürüb kənara atan zaman iki nəfər hündür boylu üzlərində qara rəngli maska olan şəxslərin yolun kənarında olan çökəklikdən çıxaraq mənim üzərimə qaçaraq gəldiyini gördüm. Həmin şəxslərinin birinin əlində beyspol ağacına oxşar taxta parçası, digər şəxsin əlində isə metal parçası var idi. Həmin şəxslərdən bədəncə kök quruluşlu olanı əlində olan taxta parçası ilə mənim boyun nahiyəmə bir neçə dəfə zərbə vurdu. Mən həmin şəxsin belindən tutub yıxmaq istəyən zaman digər şəxs arxadan mənim baş nahiyəmə küt alətlə bir neçə dəfə zərbə vurdu. Mən arxaya çevrilib həmin məni vuran şəxsi vurmaq istəyən zaman digər şəxs mənim baş nahiyəmdən əlində olan beysbol ağacına oxşar taxta parçası bir dəfə zərbə vurdu. Mən həmin zərbədən yerə yıxıldım. Mən yerə yıxılan zaman maşına tərəf baxdıqda gördüm ki, bir nəfər şəxs maşının qabaq sol qapısını açır. Bu zaman əlində beyspol sopasına oxşar taxta parçası olan şəxs mənim baş nahiyəmə zərbələr endirirdi. Mən yerdən qalxmağa çalışırdım. Maşınımın yanında olan şəxsin boş sahə ilə Yeni-Bakı yaşayış massivi istiqamətində qaçdığını gördüm. ...” hissəsində Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 3-cü cild 56-73-cü vərəqələrində olan Abşeron RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X9 cinayət işi üzrə əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında 27 fevral 2021-ci il tarixli qərarından görünür ki, 22 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 təqdim etdiyi və zərərçəkmiş şəxs “xxxx” MMC-yə məxsus 3000 ABŞ dolları və 786 manat pul maddi sübut kimi tanınanaraq, “xxxx” mebel MMC-yə qaytarılmışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirmişdir ki, hadisə baş verən gün orada olmamış və həmin cinayət əməlini törətməmişdir. Digər Təqsirləndirilən şəxs3 isə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək baş vermiş cinayət hadisəsini ümumiyyətlə törətmədiyini bildirmişdir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai istintaqda verdiyi ifadələrinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib işin faktiki hallarına uyğun gəlməsini nəzərə alaraq hesab edir ki, məhkəmədə bu barədə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Məhkəmə, zərərçəkmişmülki iddiaçının ifadəsini,zərərçəkmiş-hüquqi şəxs mülki iddiaçının izahatını, şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsləri, zərərçəkmiş şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs1, şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, 22 avqust 2020-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış massivinin yaxınlığında, Zərərçəkmiş şəxs1 idarə etdiyi “Opel-Vectra” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq yan oturacağının üzərindəki kağız materialdan olan çantanın içərisində zərərçəkmiş Zərərçəkmiş şəxs1 şəxsi sənədləri olan AA- 0339369 nömrəli şəxsiyyət vəsiqəsini, AF-713997 nömrəli sürücülük vəsiqəsini, “Opel-Vectra” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin AE-060685 nömrəli qeydiyyat şəhadətnaməsini talamaları epizodu üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan təqsirliliKləri sübuta yetirilmədiyi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən ittihamdan çıxarılmalıdır. Təqsirləndirilən şəxs1 məhkəmədə Azərbayan Respublikası CM-nin 181-ci maddəsi ilə özünü tam təqsirkar, Təqsirləndirilən şəxs2 isə qismən təqirkar bilsələr də, CM-nin 326-cı maddəsi ilə özlərini təqsirkar bilməmişlər. Göründüyü kimi, ağır cinayət törətməyə görə özlərini təqsirli bilsələr də, sənədlərin oğurlanma cinayətini törətmələrini inkar etmişlər. Təqsirləndirilən şəxs3 isə ümumiyyətlə özünü təqsirkar bilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsinin dizpozisiyasının mənasına görə isə, həmin maddə ilə nəzərdə tutulmuş cinayət yalnız birbaşa qəsdlə törədilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə görə, şəxs öz əməlinin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilinin qabaq yan oturacağının üzərindəki kağız materialdan olan çantanın içərisində zərərçəkmiş-hüquqi şəxsə məxsus pul vəsaiti ilə birlikdə şəxsiyyət vəsiqəsini və digər sənədləri götürsələr də, iş materiallarından göründüyü kimi, həmin sənədlər çantanın içərisində olmuşdur, təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsin sənədlərini oğurlamaq niyyətləri olması, bu sənədlərin götürülməsinin ictimai təhlükəli nəticələrini qabaqcadan görmələri və bunu arzu etmələri, yəni onların əməllərində Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibinin olması barədə hər hansı bir fikir yalnız mülahizə xarakteri daşıyır. İttiham aktında təqsirləndirilən şəxslərin niyyətlərinin məhz şəxsi sənədlərin oğurlanmasına yönəlməsini təsdiq edən hər hansı bir sübuta istinad edilməmiş, iş materiallarında da belə bir sübut yoxdur. Ümumiyyətlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsə məxsus şəxsi sənədlərin oğurlanması ilə əlaqədar suallar verilməmiş, həmin sənədlərin sonrakı taleyi barəsində heç bir araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2011-ci il 2 saylı Bülletenində “Özgənin əmlakını gizli və ya açıq talama zamanı rəsmi sənəd də əldə etmiş (oğurlamış) təqsirkar, onun qəsdi rəsmi sənədin oğurlanmasına yönəlmədikdə, Azərbaycan Respublikası CMnin 326-cı maddəsi ilə məsuliyyətə cəlb oluna bilməz” başlığı altında dərc edilmiş qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 326-cı maddəsinin dispozisiyasının mənasına görə həmin maddə ilə nəzərdə tutulmuş cinayət yalnız birbaşa qəsdlə törədilə bilər. Yəni, həmin maddə ilə şəxs o vaxt cinayət məsuliyyətinə cəlb edilə bilər ki, o, cinayətin predmetinin qanuni sahibindən sonuncunun iradəsinə zidd olaraq qanunsuz götürülməsini dərk etsin, qeyd olunan predmetdən istifadənin və həmin predmetlə davranışın müəyyən edilmiş qaydalarının onun hərəkətləri ilə pozulacağını (əməlin ictimai təhlükəli nəticələrini) qabaqcadan görsün və bunları arzu etsin (Azərbaycan Respublikası CM-nin 25.2-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 145.3 maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 351.2-ci məddəsinə görə isə, ittiham hökmü ehtimallara əsaslana bilməz. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını təqsirləndirilən şəxsin təqsirliyinə dair aradan qaldırıla bilməyən şübhələr onun xeyrinə şərh edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi təqsirləndirilən şəxslərin ittihamından çıxarılmalıdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxs-mülki iddiaçının ifadələrinin, zərərçəkmiş hüquqi şəxsin izahatının, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4, 181.2.5-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,181.2.1, 32.5,181.2.4 və 32.5, 181.2.5-ci maddəlləri ilə tövsif olunmalı, onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Plenum qərarında qeyd edilmişdir ki, məhkəmələr oğurluğa, soyqunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Qabaqcadan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup təqsirli şəxsin niyyəti ilə silah və ya silah qismində istifadə edilən predmetlərin tətbiqi əhatə edilmişsə, o zaman onlardan yalnız biri silah və ya silah qismində istifadə edilən predmet tətbiq etsə belə, qrup iştirakçılarının hamısı birgə icraçı kimi CM-nin 181.2.5-ci maddəsi ilə məsuliyyət daşıyır. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun.Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Qərarın 11-ci bəndinə görə, özgə əmlakının talanmasında bilavasitə iştirak etməyən, lakin cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərməklə əlaqədar olmayan maneələrin aradan qaldırılması, oğurluq əmlakın özgəninkiləşdirilməsi və s. ilə əlaqədar məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsinə kömək etmiş şəxslərin əməlləri CM-nin 32.5-ci maddəsinə istinad etməklə köməkçi formada iştirakçı kimi tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində cəza təyin edərkən onların törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayıt işinin 1-ci cild 180-ci vərəqəsində olan Azərbycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 28 avqust 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cild 104-105-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ambulator məhkəmə psixiatrik ekspertizasının 23 sentyabr 2020-ci il tarixli, 1894 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 2-ci cild 135-136-cı vərəqələrində olan Cəlilabad şəhər İƏDÜN-dən daxil olmuş 11 noyabr 2020-ci il tarixli arayış-xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibinə atası X11, anası X1, qardaşı X15, bacısı X3 və bacısı qızı X12 daxildirlər. Müsbət səciyyələndirilir. Məhkəmə Təqsirləndirilən şəxs1 tərəfindən dəymiş maddi ziyanın qismən ödənilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə, müsbət səciyyələndirilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Cinayıt işinin 1-ci cild 182-ci vərəqəsində olan Azərbycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 28 avqust 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cild 101-102-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ambulator məhkəmə psixiatrik ekspertizasının 23 sentyabr 2020-ci il tarixli, 1888 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 2-ci cild 131-133-cü vərəqələrində olan Sabirabad Rayon İcra Hakimiyyətinin Başçısının Şəhriyar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 06 noyabr 2020-ci il tarixli arayış-xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibinə atası 1974-cü il təvəllüdlü X13, anası 1975-ci il təvəllüdlü X16, qardaşları 1996-cı il təvəllüdlü X19 və 1998-ci il təvəllüdlü X10 daxildirlər. Müsbət səciyyələndirilir. Məhkəmə Təqsirləndirilən şəxs2 müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Cinayıt işinin 1-ci cild 181-ci vərəqəsində olan Azərbycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 28 avqust 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cild 125-ci vərəqəsində olan Cəlilabad RİHB-nın Seyidbazar kənd İƏDÜ nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 müsbət səciyyələndirilir. Məhkəmə Təqsirləndirilən şəxs3 müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı 22 avqust 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 57-ci vərəqəsində olan 22 avqust 2020-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 146-147-ci vərəqələrində olan Abşeron Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 4(012)-387/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs müddəti 22 avqust 2020-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Digər Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı 31 avqust 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 203-cü vərəqəsində olan 31 avqust 2020-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 234-235-ci vərəqələrində olan Abşeron Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 4(012)-406/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs müddəti 31 avqust 2020-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini və onun məhkəmə iclas zalından həbsə alınmasını əsaslı hesab edir. Onun barəsində cəzaçəkmə müddətinin əvvəli tutulduğu 23 avqust 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 115-ci vərəqəsində olan 23 avqust 2020-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə tutulmuşdur. Cinayət işinin 1-ci cild 167-169-cu vərəqələrində olan Abşeron Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 4(012)- 390/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat təmin edilməmiş və Təqsirləndirilən şəxs3 barəsində əvvəli 23 avqust 2020-ci ildən hesablanmaqla barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 44-49-cu vərəqələrində olan Sumqayıt Apellyasiya Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 4(105)-81/2020 saylı qərarından görünür ki, apellyasiya protesti təmin edilməmiş, Təqsirləndirilən şəxs3 barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsinə dair Abşeron Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. İş üzrə maddi sübut kimi tanınmış və Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan hadisə yerinə baxış keçirilən zaman Zərərçəkmiş şəxs1 məxsus avtomobilin üzərindən götürülmüş 03 ədəd çubuqlu pambıq tamponlarda qan nümunələri məhv edilməlidir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 qarşı cinayət törədərək əldə etdiyi puldan təqdim etdiyi 3000 ABŞ dolları, 786 manat, həmçinin Təqsirləndirilən şəxs1 atası X4 zərərçəkmiş-hüquqi şəxs mülki iddiaçı “Zərərçəkmiş şəxs2» MMC-nə vurulmuş maddi ziyanın ödənilməsinə yönəldilmiş 500 manat pul vəsaitlərinin zərərçəkmiş “Zərərçəkmiş şəxs2» MMC-nə qaytarılması nəzərə alınmalı və hüquqi şəxsin sərəncamında saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 məxsus təqdim etdiyi “Samsung” markalı mobil telefon baxış keçirildikdən sonra saxlanması üçün sahibi Təqsirləndirilən şəxs3 qaytarılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə Zərərçəkmiş şəxs1 və zərərçəkmiş-hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMCnin nümayəndəsi Nümayəndə mülki iddia vermişlər. Belə ki, zərərçəkmiş şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslərlə barışıq əldə etmədiyini, işlədiyi cəmiyyətə dəymiş 10.890 manat maddi ziyanı, həmçinin 4300 manat müalicə pulunu və mənəvi zərərə görə 25.000 manat tələb etdiyini və təqsirləndirilən şəxslərə ağır cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş-hüquqi şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 MMC-yə dəymiş10.890 manat, işçisinə 4.300 manat maddi ziyanın və 25.000 manat isə mənəvi ziyanın ödənilməsini tələb edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əməlləri nəticəsində Zərərçəkmiş şəxs1 və zərərçəkmiş hüquqi şəxs “Zərərçəkmiş şəxs2» MMC-yə dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək araşdırılmış sübutlara, mülki iddia ilə bağlı halların qiymətləndirilməsini tənzimləyən qanunvericiliyin tələblərinə istinad edib hesab edir ki, verilmiş mülki iddialar qismən təmin olunmalıdır. Zərərçəkmiş-hüquqi şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs2 MMC-yə dəymiş 10.890 manat maddi ziyan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 alınaraq “Zərərçəkmiş şəxs2» MMC-yə ödənilməli, həmçinin 4.300 manat maddi ziyan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 alınaraq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməlidir. Bundan əlavə, zərərçəkmiş şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs1 və zərərçəkmişhüquqi şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 25.000 manat mənəvi ziyanın ödənilməsi barədə iddia ilə çıxış etmişlər. Məhkəmə kollegiyası iddianın məbləğini müəyyən edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələblərini nəzərə alır. Həmin normaya əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, sair şəxsi qeyri əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi il bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noybr 2008-ci il tarixli Qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunanları nəzərə alaraq mənəvi ziyanla bağlı zərərçəkmiş –hüquqi şəxsin və zərərçəkmişin iddialarının qalan hissəsinin əsasları iddiada müəyyən edilmədiyindən, onların təsdiq olunması üçün subutlar təqdim olunmadığından iddiaları bu hissədə həll etmək mümkün olmadığına görə mülki iddia həmin hissədə baxılmadan saxlanılmalıdır. Məhkəmə mülki iddiaların hissəvi baxılmamış saxlanılmalı olduğu qənaətinə gələrək, bu iddiaları vermiş şəxslərin həmin iddiaları Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsinə əsasən sonradan mülki mühakimə icraatı qaydasında verə bilmələrini nəzərə alır. Məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət yolu ilə əldə etdiyi əmlakı müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4, 181.2.5 -ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ittihamdan çıxarılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 22 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4, 181.2.5 -ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ittihamdan çıxarılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 31 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin.

3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 181.2.1, 32.5, 181.2.4, 32.5, 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ittihamdan çıxarılsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. S.H.Hüseynovun cəzaçəkmə müddətinin əvvəli 23 avqust 2020-ci il tarixdən hesablansın. S.H.Hüseynov barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs3 barəsində xüsusi müsadirə tətbiq edilməsin. 4.İş üzrə maddi sübut kimi tanınmış və Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan hadisə yerinə baxış keçirilən zaman Zərərçəkmiş şəxs1 məxsus avtomobilin üzərindən götürülmüş 03 ədəd çubuqlu pambıq tamponlarda qan nümunələri məhv edilsin. 5.Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 qarşı cinayət törədərək əldə etdiyi puldan təqdim etdiyi 3000 ABŞ dolları və 786 manat, Təqsirləndirilən şəxs1 atası X4 oğlu Əhməd Həmzəyev tərəfindən zərərçəkmiş “xxxx” mebel MMC-nə vurulmuş maddi ziyandan ödədiyi 500 manat məbləğində pulun zərərçəkmiş “xxxx” mebel MMC-nə qaytarılması nəzərə alınaraq, cəmiyətin sərəncamında saxlanılsın. 6.Təqsirləndirilən şəxs3 məxsus təqdim etdiyi “Samsung” markalı mobil telefon baxış keçirildikdən sonra saxlanması üçün sahibi Təqsirləndirilən şəxs3 qaytarılması nəzərə alınsın.

7. Verilmiş mülki iddialar qismən təmin edilsin: Zərərçəkmiş-hüquqi şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs2 MMC-yə dəymiş 10.890 manat maddi ziyan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 alınaraq “Zərərçəkmiş şəxs2» MMC-yə ödənilsin; 4.300 manat maddi ziyan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 alınaraq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. İş üzrə Zərərçəkmiş şəxs1 və zərərçəkmiş hüquqi şəxs “xxxx” mebel MMC-nin nümayəndəsinə dəymiş mənəvi ziyanla bağlı mülki iddia baxılmamış saxlanılsın və iddiaları vermiş şəxslərə həmin iddiaları Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsinə əsasən sonradan mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar